Almaniya Bundestaqının deputatları Milli Məclisdə olublar

Tədbirlər
18 noyabr 2026 | 11:30   

Milli Məclisin deputatları - Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov və qrupun üzvü Kamal Cəfərov Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun ölkəmizə səfəri çərçivəsində nümayəndə heyətinin üzvü olan Almaniya Bundestaqının deputatları Daniel Kölbi və Lamya Kaddor ilə görüşüblər.

Görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan parlamentlərarası əlaqələrin, parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Söhbət zamanı parlament dostluq qrupları arasında əməkdaşlığın mövcud vəziyyəti və qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparılıb.

 Almaniya Bundestaqının deputatları Milli Məclisin inzibati binası və burada yaradılmış iş şəraiti ilə də tanış olublar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU