Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb

Sədrin səfərləri
19 noyabr 2026 | 12:36   

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.

Görüş zamanı tərəflər bundan öncəki görüşləri xatırlayaraq, bu gün yenidən bir araya gəlməkdən məmnunluqlarını ifadə ediblər. Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd olunub.

Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin ortaq din, tarix və mədəniyyət üzərində qurulduğu, dövlət başçılarının birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə hərtərəfli inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, parlamentlər də dövlət başçılarının müəyyən etdiyi siyasi xəttın  dəstəklənməsinə  səy göstərirlər.

Beynəlxalq forumlar və tədbirlər cərçivəsində təmasların ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğu vurğulanıb. Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının tədbirinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

Söhbət zamanı parlamentlərarası dostluq qruplarının qarşılıqlı fəaliyyətinin və digər formatlarda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşdə parlamentlərarası əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da genişləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU