Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

Sədrin səfərləri
19 noyabr 2026 | 18:18   

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

MDB Parlamentlərarası Assambleyasının Tükmənistanda keçirilən Şura və 61-ci plenar iclasları çərçivəsində reallaşdırılan görüşdə MDB PA-nın ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, hər iki ölkənin parlamentləri ölkələrimizin liderlərinin müəyyən etdiyi siyasi xəttə dəstək verərək, əlaqələrin hərtərəfli gücləndirilməsinə sadiqdirlər.

Görüşdə parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Qeyd olunub ki, bu baxımdan Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir.

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında mövcud olan əlaqələrin  parlamentlər çərçivəsində də davam etdirildiyi qeyd olunub. Parlamentarilərin Rusiya və Azərbaycan arasında əməkdaşlığın bütün spektrinin gücləndirilməsindəki rolu vurğulanıb, beynəlxalq parlament platformalarında qarşılıqlı fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının mühüm roluna da toxunulub, bununla yanaşı humanitar əlaqələrin vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU