İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək

Tədbirlər
23 noyabr 2026 | 11:21   

Noyabrın 25-də Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək.

Forumda  “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusunda fikir mübadiləsi aparılacaq.

Tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027-2028-ci illər üçün praktiki tədbirlər planının (“Yol xəritəsi”) imzalanması nəzərdə tutulur.

Forum çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin və Özbəkistan Respublikası Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclası da keçiriləcək.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU