Beynəlxalq forumda
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova BeWoman Asiya beynəlxalq forumunda iştirak etmək üçün sentyabrın 24-də Qazaxıstan Respublikasının Almatı şəhərinə səfər edəcək.
Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Senatının sədri ilə görüşüb
Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Senatının sədri Avanq Bemi Bin Avanq Ali Basah ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri ilə görüşüb
Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri Tan Sri Dato Johari Bin Abdul ilə görüşüb.
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında
Sentyabrın 19-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Hicran Hüseynova iclası açaraq, qarşıdakı sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar diləyib və gündəliyə 3 məsələnin daxil edildiyini bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının sabiq icraçı direktoru Maimuna Mohd Şərif ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya səfəri çərçivəsində sentyabrın 19-da bu ölkənin paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru Maimuna Mohd Şərif ilə görüşüb.
Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib
Sentyabrın 19-da Milli Məclisdə Konstitusiya və Suverenlik İli çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib
Milli Məclisin sədri Sahibə Qafarova Malayziyada AİPA-nın 46-cı Baş Assambleyasında çıxış edib
Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) 46-cı Baş Assambleyasının açılış mərasimində iştirak edib.
Gənclər və idman komitəsinin iclasında
Sentyabrın 18-də Milli Məclisin Gənclər və idman komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Şahin İsmayılov iclası açaraq, qarşıdakı sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Sentyabrın 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Sadiq Qurbanov komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb. Baş nazir Ənvər İbrahim Azərbaycan parlamentinin spikerini salamlayaraq, AİPA- nın 46-cı Baş Assambleyasının əhəmiyyətini qeyd edib və tədbirdə iştirakına görə Milli Məclisin sədrinə təşəkkürünü bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfəri çərçivəsində sentyabrın 17-də Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Malayziyada AİPA-nın 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının (AİPA) sessiyasında iştirak etmək məqsədilə Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 17-də AİPA-nın 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxış edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Azər Əmiraslanov iclası açaraq, komitə üzvlərinə qarşıdakı sessiyada uğurlar arzulayıb və gündəliyə 10 məsələnin daxil edildiyini bildirib.
İnsan hüquqları komitəsinin iclasında
Sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 16-da Malayziyanın Kuala Lumpur şəhərinə səfərə gəlib.
Regional məsələlər komitəsinin iclasında
Sentyabrın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Sentyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini ilə görüşüb
Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Su Huinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Səhiyyə komitəsinin iclasında
Sentyabrın 15-də Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanov yeni sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb və gündəliyə 5 məsələnin daxil edildiyini bildirib.
Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini xanım Su Huinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

