Ana səhifə  /  XƏBƏRLƏR
618

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gəlib

Avqustun 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçiriləcək Parlamentlərarası Forumda iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib.

03 avqust 2025    21:10
545

Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransı çərçivəsində keçirilən panel müzakirəsində çıxış edib

İyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransı çərçivəsində - “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq: Beynəlxalq əməkdaşlıq üçün hansı yeni imkanlar mövcuddur?” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib.

30 iyul 2025    17:45
626

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Qadın Parlament Sədrlərinin 15-ci Samitində çıxış edib

İyulun 28-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Qadın Parlament Sədrlərinin 15-ci Samiti keçirilib. 29 ölkənin qadın spikerləri, bir sıra beynəlxalq təşkilatların qadın rəhbərləri daxili olmaqla, ümumilikdə 350-yə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Sammitin əhəmiyyətini qeyd edərək, hazırda dünyanın bir sıra münaqişələr, müharibələr və humanitar böhranlarla üz-üzə qaldığı şəraitdə qadınların xüsusilə həssas vəziyyətdə olduqlarını söyləyib.

28 iyul 2025    16:12
554

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrəyə işgüzar səfərə gəlib

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.

27 iyul 2025    16:10
2284

Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanatı

Bugünlərdə Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi irəli sürülüb. Qətnamə layihəsinin müəlliflərinin kimliyi artıq həmin layihənin mahiyyətini açıq şəkildə ortaya qoyur. Regionumuzda baş verən proseslərə növbəti müdaxilə cəhdi olan bu layihədə adəti üzrə reallıqlar təhrif olunur, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirilir və ölkəmiz əleyhinə yalan ittihamlar ortaya atılır.

25 iyul 2025    20:42
2570

Belçika Nümayəndələr Palatasının qətnaməsinə AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN MÜNASİBƏTİ

Azərbaycan Respublikasının Milli Məclisi Belçika Nümayəndələr Palatasının 2025-ci il iyulun 17-də qəbul etdiyi birtərəfli və qərəzli qətnamə ilə əlaqədar kəskin etirazını bildirir və qətnamədə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir. Yoxlanılmamış, yanlış və birtərəfli məlumatlar üzərində qurulan bu sənədin müəllifləri son dövrdə Cənubi Qafqaz regionunda təşəkkül tapmış siyasi, hüquqi və humanitar şəraiti görməzdən gəlir, beynəlxalq hüquq prinsiplərinə və normalarına etinasızlıq göstərir, hər bir parlamentin rəhbər tutmalı olduğu ədalət və obyektivlik meyarlarını saya salmırlar.

19 iyul 2025    09:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.