Ana səhifə  /  XƏBƏRLƏR
299

TBMM-nin sədri Mustafa Şentop: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”

Sentyabrın 11-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub. Nümayəndə heyətimiz tərəfindən Azərbaycan xalqının ümummilli liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyulub və xatirəsi anılıb.

11 sentyabr 2020    15:19
319

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Sentyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirildi. Komitənin sədri Əli Hüseynli yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik etdi və onlara qarşıdakı payız sessiyasında uğurlar arzuladı.

11 sentyabr 2020    14:40
556

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Sentyabrın 9-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Musa Quliyev bildirdi ki, iclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabat təqdim olunacaq, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacaq, 7 qanun layihəsi müzakirə olunacaq.

09 sentyabr 2020    14:15
307

PARLAMENTİN GÖRÜŞ VƏ İCLAS SALONLARINA ADLAR VERİLDİ

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəsilə ötürülməsi işinə töhfə vermək məqsədi ilə parlamentin inzibati binasında olan görüş otaqlarına və iclas salonlarına aşağıdakı adlar verilib. İclas salonları müvafiq olaraq “İstiqlal”, “Respublika”, “Qarabağ”, “Xəzər” və “Xarı bülbül” bağı, görüş otağları isə “İpək yolu” və “Odlar yurdu” olaraq adlandırılıb.

27 avqust 2020    03:08
298

AZƏRBAYCAN-UKRAYNA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Avqustun 20-də Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ukraynalı həmkarları ilə onlayn formatda görüşü keçirilib.

20 avqust 2020    12:46
598

Milli Məclisin növbədənkənar sessiyası öz işini başa çatdırdı

Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq diqqətə çatdırdı ki, gündəliyə üçüncü oxunuşda 6 məsələ daxil edilib. Deputatlar gündəlikdəki məsələləri təsdiq etdilər.

07 avqust 2020    18:19
333

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Avqustun 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclası açan komitənin sədri Tahir Mirkişili bildirdi ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.Əvvəlcə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəs birinci oxunuşdai müzakirə edildi.

04 avqust 2020    06:08
348

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Musa Quliyev diqqətə çatdırdı ki, gündəliyə dörd məsələ daxil olub. Hər dörd layihə birinci oxunuşda müzakirəyə çıxarılıb.

04 avqust 2020    02:08
181

GUAM PA-nın sədrinin çağırışına əsasən BÜRO üzvləri növbədənkənar iclasda toplaşdı

İyulun 24-də Milli Məclisdə GUAM Parlament Assambleyasının videokonfrans formatında 14-cü növbədənkənar Büro iclası keçirilib.Növbədənkənar Büro iclasının 8 məsələdən ibarət gündəliyi təsdiqləndikdən sonra GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev Parlament Assambleyasının üzvlərinə iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla dövlət sərhədində, Tovuz rayonu ərazisində törətdiyi təxribat barədə ətraflı məlumat verib. Ermənistanın yeni ərazilər işğal etmək niyyəti ilə törətdiyi təxribatın bölgədə vəziyyəti çox gərginləşdirdiyini bildirib.

24 iyul 2020    04:07
172

ÇEXİYA PARLAMENTİ İLƏ ƏLAQƏLƏRİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Çexiya səfiri Ermənistanın Tovuz rayonu istiqamətində insan tələfatına səbəb olmuş təxribatı qətiyyətlə pisləyibİyulun 23-də Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə onlayn görüş keçirib.Videokonfransda Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin, siyasi-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını qeyd edib.

23 iyul 2020    03:07
181

VİDEOKONFRANSDA ƏLAQƏLƏRİN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNDU

İyulun 9-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Konqresinin Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirdi. Videokonfransda Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov, Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores və digər rəsmi şəxslər iştirak edirdilər.

10 iyul 2020    01:07

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.