Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
580

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda 11 məsələ – 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi və bir sıra qanun layihələri müzakirəyə çıxarılıb.

17 sentyabr 2026    14:52
451

Regional məsələlər komitəsinin iclasında

Sentyabrın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov komitə üzvlərinə qarşıdakı sessiyada uğurlar arzulayıb.

16 sentyabr 2026    15:24
610

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Sentyabrın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib. İclasın gündəliyinə 10 məsələ - komitədə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı və bir sıra qanun layihələri daxil edilib.

15 sentyabr 2026    17:30
530

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında

Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Səməd Seyidov iclası açaraq nəzərə çatdırıb ki, gündəliyə 11 məsələ – komitədə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı və bir sıra qanun layihələri daxil edilib.

14 sentyabr 2026    17:30
479

Əmək və sosial siyasət komitəsində

Sentyabrın 14-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.

14 sentyabr 2026    15:27
496

Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Sentyabrın 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Hicran Hüseynova iclası açaraq, qarşıdakı sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.

11 sentyabr 2026    17:20
514

Elm və təhsil komitəsinin iclasında

Sentyabrın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Anar İsgəndərov yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.

11 sentyabr 2026    15:12
870

Aqrar siyasət komitəsinin iclasında

İyulun 10-da Milli Məclisin Aqrar siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasın gündəliyinə səkkiz məsələ daxil edilib.

10 iyul 2026    17:44
843

Əmək və sosial siyasət komitəsinin iclasında

İyulun 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə üç məsələ daxil edilib.

07 iyul 2026    18:15
705

Əmək və sosial siyasət komitəsinin iclasında

İyulun 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda iki məsələ - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə təqdim edilib.

03 iyul 2026    15:17
1211

Aqrar siyasət komitəsinin iclasında

İyunun 25-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda 6 qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim edilib.

25 iyun 2026    17:31
902

İnsan hüquqları komitəsinin iclasında

İyunun 24-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə beş məsələ daxil edilib.

24 iyun 2026    19:52
996

Səhiyyə komitəsinin iclasında

İyunun 17-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.

17 iyun 2026    15:45
806

Elm və təhsil komitəsinin iclasında

İyunun 16-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Komitə sədri Anar İsgəndərov iclasın gündəliyinə “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

16 iyun 2026    16:57
949

İnsan hüquqları komitəsinin iclasında

İyunun 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Zahid Oruc iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini bildirib.

16 iyun 2026    15:42

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.