Milli Məclisin komitə sədri Qənirə Paşayeva vəfat edib
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, tanınmış ictimai xadim Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın 28-də vəfat edib.
Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə keçirilib
Sentyabrın 26-da Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.
Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusunda dinləmə keçirilib
Sentyabrın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının və Baş Prokurorluğun əməkdaşları, hüquqşünas alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Sentyabrın 23-də Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Gürcüstanlı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Elisso Bolkvadzenin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 23-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Milli Məclisin deputatı MDB PA-nın komissiya iclasında iştirak edəcək
Milli Məclisin deputatı Jalə Əliyeva Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün sentyabrın 26-da Belarus Respublikasının Qrodno şəhərinə səfər edəcək.
Milli Məclisin deputatı Albaniyaya səfər edəcək
Milli Məclisin deputatı Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçisi qismində sentyabrın 24-də bu ölkənin Tirana şəhərinə səfər edəcək.
Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub.
Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasının iştirakçıları ilə ikitərəfli görüşlər olub
Sentyabrın 22-də Azərbaycanın Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva ilə APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan parlament nümayəndə heyətinin rəhbəri senator Nisar Ahmed Kuhro, İraq nümayəndə heyətinin rəhbəri Cabbar Əl Çnani, Kamboca nümayəndə heyətinin rəhbəri Sokun Ti və Tayland nümayəndə heyətinin rəhbəri Virasakdi Futrakulun başçılıq etdikləri nümayəndə heyətləri ilə ikitərəfli görüşlər olub.
Parlament görüşləri
Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Milli Məclisin inzibati binasında keçirilən iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər olub.
Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmə keçiriləcək
Sentyabrın 25-də Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmə keçiriləcək.
Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında
Sentyabrın 21-də Bakıda Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası keçirilib.
İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun görüşündə
Sentyabrın 20-də Milli Məclisin İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin İran İslam Respublikası İslam Şurası Məclisinin üzvləri ilə görüşü keçirilib.
AŞPA-nın komitə iclasında
Milli Məclisin deputatı Nigar Arpadarai AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 20-də İslandiyanın Reykyavik şəhərinə səfər edəcək.
İtaliyalı senator Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri”ni qınayıb
İtaliya Respublikası Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Marko Skurria Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə məktub ünvanlayıb.
Beynəlxalq tədbirdə
Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 17-də “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı konfransda iştirak etmək məqsədilə İtaliya Respublikasının Neapol şəhərinə səfər edəcəkdir.
AŞPA komitəsinin iclasında
Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək məqsədilə sentyabrın 17-də Fransa Respublikasının Paris şəhərinə səfər edəcək.
“Azərbaycan Hava Yolları” QSC-də Milli Məclis deputatlarının iştirakı ilə tədbir keçirilib
Sentyabrın 14-də “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və Milli Məclis üzvləri arasında görüş keçirilib.
Bolqarıstan Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb
Bolqarıstan Milli Assambleyasının Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Həmid Həmid Milli Məclisinin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb.
Gənc Parlamentarilərin IX Qlobal Konfransında
Milli Məclisin deputatları Könül Nurullayeva və Naqif Həmzəyev sentyabrın 13-də Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin IX Qlobal Konfransında iştirak etmək üçün Vyetnam Sosialist Respublikasının Hanoy şəhərinə səfər edəcəklər.