Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
201

Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavini ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədr müavini Olena Kondratiukla görüşüb. Qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirak etdiyinə görə ona təşəkkürünü ifadə edib.

17 may 2023    11:30
182

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Parlamentin sədri Sahibə Qafarova Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb. Qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova, xüsusi iclasda iştirakına, geniş və maraqlı nitqinə görə həmkarına təşəkkürünü bildirib.

16 may 2023    19:55
256

Milli Məclisin sədri Sahibə Qafarova Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova mayın 11-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşüb. Sahibə Qafarova, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ümidvar olduğunu bildirib ki, o, Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyətində ölkələrimiz arasında münasibətlərə öz töhfəsini verəcək.

11 may 2023    15:29
407

Milli Məclisin sədri Sahibə Qafarova Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarova martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış deputat Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb. Fazil Mustafanın vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanan spikerə məlumat verilib ki, onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün lazımi tədbirlər görülür.

02 aprel 2023    15:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.