Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
Azərbaycan Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinə əlavələr
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYA QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsi ilə həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid edilmiş məsələlərə əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin IV hissəsinə əsasən aşağıdakı məsələlərin həll edilməsi Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aiddir:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi;
2. Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin bir qisminin seçilməsi;
3. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının üzvlərinin bir qisminin seçilməsi;*
4. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvlərinin bir qisminin seçilməsi;
5. İctimai Televiziya və Radio Yayımları qurumunun Yayım Şurası üzvlərinin təyin edilməsi.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr 2005-ci il.
№ 7-III KQD
* 3-cü bəndin bu redaksiyası Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli 671-IIIKQD №-li Konstitusiya Qanunu ilə müəyyən edilmişdir.