Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU


Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən
qanunun qüvvəsinin geriyə şamil olunması haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ
KONSTİTUSİYA QANUNU

Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırım və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqini «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın və «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın  müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilir.

Maddə 1.

Azərbaycan Respublikası Konstitusiyasının heç bir müddəası hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.

Maddə 2.

Bu Konstitusiya Qanununun 1-ci maddəsində nəzərdə tutulan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərin cinayət təqibi yalnız həmin əmələ görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində məsuliyyət müəyyən edildikdən sonra həyata keçirilə bilər.

          İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2006-cı il
              № 189-IIIKQ

DOC formatda yüklə

PDF formatda yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU