27.04.2010 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIV SESSİYASI İCLASININ
PROTOKOLU № 140
Milli Məclisin iclas salonu.
27 aprel 2010-cu il. Saat 12.
Milli Məclisin Sədri
O.Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Zakir Qaralov, Azərbaycan Respublikasının Baş proku-roru.
Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti.
Vaqif Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin rəisi.
Davud Yaqubov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsi rəisinin müavini.
Əli Cəfərli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsi rəisinin müavini.
İlqar Tağıyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsi rəisinin müavini.
İlqar Rəcəb, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sərmayələr İdarəsinin mütəxəssisi.
Bahar Enerci Limited şirkətindən
Riçard Makduqal, Bahar Enerci Limited şirkətinin prezi-denti və Qrinfilds Petroleum şirkətinin baş partnyoru.
Con Harkins, Bahar Enerci Limited şirkətinin direktorlar şurasının üzvü və Qrinfilds Petroleum şirkətinin vitse-prezidenti.
Musa Rüstəmov, Bahar Enerci Limited şirkətinin direk-torlar şurasının üzvü və Baghlan Group şirkətinin vitse-prezidenti.
Mustafa Çorbaci, Bahar əməliyyat şirkətinin prezidenti.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Z.Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında.
2. Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bahar Enerci Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəs haqqında.
3. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. “Z.Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bahar Enerci Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (ikinci oxunuşda).
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
27 aprel 2010-cu il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətl millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 107
Yetərsay 83
Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.07 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 2
İştirak edir 103
Nəticə: qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq edildi. Gündəliyin müzakirəsinə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, yazılın. Fazil Mustafa, buyu-run.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün bizdə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyinata Milli Məclis tərəfindən razılıq verilməsi ilə bağlı müzakirələr olacaq. Mən istərdim ki, biz o müzakirələrdə bir məsələyə də baxaq.
Bilirsiniz ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 96-cı maddəsinə əsasən hakimlər üçün qulluqda olmanın son yaş həddi 65 yaş olsa da, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən prokurorluq işçiləri üçün 60 yaşdır. Bu isə hətta “Dövlət qulluğu haqqında” Qanunda dövlət qulluqçuları üçün müəyyən olunmuş yaş həddindən – 62 yaşdan da aşağıdır. Mən hesab edirəm ki, bu uyğunsuzluğun aradan qaldırılması üçün müəyyən düzəlişlərin edilməsinin vaxtı çatıb. Çünki prokurorluq orqanlarında qulluq keçən şəxslər “Məhkəmələr və hakimlər haqqında” Qanunun 96-cı maddəsinə görə hakimlərlə eyni statusa malikdirlər və eyni kateqoriyadan olan şəxslər hesab edilirlər. Belə olan təqdirdə prokurorlar üçün bu yaş həddinin hakimlərdəkinə nisbətən aşağı müəyyən edilməsi, məncə, doğru deyil.
Ona görə də təklif edərdim ki, bu gün Baş prokurorun vəzifəyə təyin edilməsi məsələsi müzakirə olunanda həmin qanunlar arasındakı uyğunsuzluq nəzərə alınaraq “Prokuror-luq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 32.2-ci maddəsində dəyişiklik edilsin. Burada yazılsın ki, prokuror-luq işçiləri üçün qulluqda olmanın son yaş həddi 65 yaş müəyyən edilir. 65 yaşına çatmış prokurorluq işçisinin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda isə onun qulluqda olma müddəti həmin işçinin və Azərbaycan Respublikası Prokurorluğu kollegiyasının razılığı ilə Baş pro-kuror tərəfindən 70 yaşa qədər uzadıla bilər.
Bu, olduqca ciddi məsələdir. Rusiyada bu problem həll ol-unub. Mən Rusiya qanunundan sitat gətirmək istəmirəm. Amma hər halda Azərbaycanda da qanunda bu ayrı-seçkiliyin, fərqliliyin ortadan qaldırılması qanunvericiliy-imizin təkmil olması baxımından faydalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aqil Abbasov.
A.Abbasov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir məsələyə toxunmaq istəyirəm. Sabah İsrail parlamentində uydurma “erməni soyqırımı” müzakirə olunacaq. Biz bilirik ki, İsraillə, ümumiyyətlə, yəhudilərlə türklər həmişə dost olublar, münasibətləri yaxşı olub. İsraillə Azərbaycanın da münasibətləri çox yaxşıdır. İsrail də, yəhudi lobbiləri də hər yerdə Azərbaycan və Türkiyənin tərəfini sax-layırlar. Amma son zamanlar Türkiyədə bir-iki səhvlə əlaqədar olaraq İsrail Türkiyəyə qarşı bir qədər sərt addımlar atır.
Milli Məclisdə İsraillə bizim parlamentlərarası dostluq qrupu var. Yaxşı olar, sabah soyqırımı müzakirə olunmamış-dan öncə bu dostluq qrupu bir bəyanat hazırlayıb Knessetə göndərsin ki, Türkiyəyə qarşı ermənilərin qaldırdığı bu iddia orada ya müzakirə olunmasın, ya da, heç olmasa, parlamentdə Türkiyənin xeyrinə dəstəyimiz olsun. Hamıya məlumdur ki, İspaniyada yəhudilər soyqırımına məruz qalanda Türkiyə qoynunu açıb onları qəbul elədi. Mənim fikrim budur, mümkünsə, həmin dostluq qrupu adından bəyanat hazırlansın, münasibət bildirilsin və biz bunu İsrail parlamentinə göndərək. Sabahkı müzakirədə bizim də Türkiyəyə bir dəstəyimiz olsun. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yevda Abramova mikrofon verin.
Y.Abramov. Təşəkkür edirəm, cənab spiker. Mən həmkarımın narahatlığını başa düşürəm, ancaq bu məsələ bizim dostluq qrupunun diqqət mərkəzindədir. Bu məsələ iki ay yarımdır ki, İsrail Knessetinin komissiyalarında fırlanır. Sabah gündəliyə qoyulmayacaq, gündəliyə salınıb-salınmaması müzakirə ediləcək. Amma biz əminik və orada olan İsrail–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri də əmindirlər ki, bu məsələ o dəfə olduğu kimi, yenə həmin səviyyədə müzakirə olunub gündəlikdən çıxarılacaq. Çünki o dəfə İsrailin xarici işlər naziri xanım Livni vəd ver-mişdi ki, Rusiyadakı oktyabr çevrilişindən əvvəl dünyanın hər hansı ölkəsində baş vermiş hadisələr orada bir daha müzakirə edilməyəcək. Bu, Xarici İşlər Nazirliyinin qərarı idi.
İsrail demokratik bir dövlətdir. Knessetdə bu məsələ bəzi partiyaların parlament fraksiyalarının təkidi ilə gündəmə gətirilib. Amma biz əminik ki, Türkiyə ilə İsrail arasında olan dostluq münasibətləri o dəfə olduğu kimi, sabah da bu məsələnin gündəlikdən çıxarılmasına səbəb olacaq.
Cənab spiker, bu ayın 4-də İsrailin Hadera şəhərində Heydər Əliyev adına parkın açılışı olacaq. Mən o mərasimdə iştirak edəcək və o yoldaşlarla yenə görüşəcəyəm. Mən bu gün Milli Məclisin bütün deputatlarını əmin edirəm ki, biz onlarla gözəl işləyirik. Onlar İsrailin Türkiyə və Azərbaycanla münasibətlərinə xələl gəlməsinə yol verməyəcəklər. Biz o insanlara inanırıq. Orada yaxşı dostlarımız var. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Məncə, bu, qaneedici cavab oldu. Mən də öz tərəfimdən deyim ki, İsrail tərəfi ilə bizim də söhbətlərimiz olub. İnanırıq ki, bu məsələdə problem yaşan-mayacaq. İqbal Ağazadə, buyurun.
İ.Ağazadə. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, biz Azərbaycanda söz və mətbuat azadlığı sahəsində olan problemlər, bundan ölkəmizə gələn ziyanlar, beynəlxalq təşkilatların, Avropa Şurasının, Avropa Birliyinin bu məsələlərə münasibəti barədə burada çox danışmış, ölkənin imicinə, beynəlxalq aləmdəki nüfuzuna vurulan zərbələrlə bağlı mövqe ifadə etmişik. Təəssüflər olsun ki, çoxları bizim bu sözlərimizi gerçəklik kimi yox, ümumən müxalifətçiliyə xas olan hərəkət kimi qəbul etmişlər. Eynulla Fətullayevin həbsdən azad olunmasının zəruriliyi barədə burada uzun müddət dediyimiz sözlərə də eyni münasibət olmuşdur. Am-ma Avropa Məhkəməsinin bu işlə bağlı çıxardığı qərar son nəticədə bizim haqlı olduğumuzu göstərdi.
Biz bu məsələni gündəmə gətirərkən onun hüquqi tərəflərini nəzərə alırdıq. Bilirdik ki, bu iş hüquqi baxımdan gec-tez Eynulla Fətullayevin xeyrinə həll olunacaq. Biz bunun siyasi tərəflərini də nəzərə alırdıq. Bilirdik ki, həm beynəlxalq təşkilatlar, həm də jurnalist hüquqlarını müdafiə edən ayrı-ayrı qurumlar tərəfindən bu, mahiyyət etibarilə vic-dan azadlığına qəsd kimi qiymətləndiriləcək və Azərbaycan üçün heç də müsbət bir sonluqla nəticələnməyəcək.
Bu gün Avropa Məhkəməsi Eynulla Fətullayevin həbsdən dərhal azad olunması haqqında qərar çıxarıb. Bu, Azərbaycan məhkəmələri üçün, Azərbaycanın hüquq mühafizə sistemi üçün heç də ürəkaçan fakt deyil. Bu bir daha göstərir ki, Azərbaycan müxalifətinin indiyə qədər söz və mətbuat azadlığı, konkret olaraq Eynulla Fətullayevin həbsdən azad olunmasının zəruriliyi ilə bağlı dediyi sözlər haqlı imiş.
Hörmətli Baş prokuror Zakir Qaralovun burada iştirakından istifadə edərək mən bir şeyi də diqqətə çatdırmaq istəyirəm. Bu tipli məsələlərdə məhkəmə ilə yanaşı, prokuror-luq orqanları da gərək elə mövqe bildirsinlər ki, bu mövqe nəticə etibarilə sonra Azərbaycanın ziyanına işləməsin. Azərbaycanın hüquq mühafizə orqanlarının guya öz qərarlarını qüvvədə saxlamaq üçün Avropa Məhkəməs ilə konfliktə getmək, Avropa Məhkəməsinin çıxardığı qərarlardan apellyasiya şikayəti hazırlamaq cəhdləri, hesab edirəm ki, ciddi şəkildə uğursuzluğa düçar olacaq. Bu, sıradan bir məsələ deyil. Buna beynəlxalq təşkilatlar sırf si-yasi qiymət verirlər. Ona görə mən hesab edirəm ki, Avropa Məhkəməsi ilə çəkişməyə getmək əvəzinə Eynulla Fətullayevin həbsdən azad olunmasını təmin etmək, söz və mətbuat azadlığının qorunması istiqamətində xoş məram nü-mayiş etdirmək lazımdır. Bu, ölkənin imici üçün də, beynəlxalq təşkilatlarla əlaqəsi üçün də daha xeyirli olar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Yəqin, indi Ziyafət müəllim bu suallara cavab verər. Mən bir şeyi deyim ki, Avropa Məhkəməsinin çıxardığı qərar bizim məhkəmə üçün ehkam deyil. Apellyasiya məhkəməsi var. Bu məsələyə nöqtə qoy-maq hələ tezdir. Buyurun, Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti, Ali baş ko-mandan cənab İlham Əliyev Müdafiə Nazirliyində geniş müşavirə keçirdi. Müşavirədə ordu quruculuğu, Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq vəziyyəti geniş müzakirə edildi. Müşavirə barəsində artıq ictimaiyyətə geniş məlumat verilib. Bir neçə məqamın üzərində dayanmaq istəyirəm. Cənab Prezidentin, Ali baş komandanın burada verdiyi çox ciddi bəyanatlar, ordu quruculuğunun daim dövlətin və şəxsən özünün nəzarətində olduğu və bundan sonra da ordu qurucu-luğuna ciddi fikir veriləcəyi barədə söylədiyi fikirlər Azərbaycanın milli maraqları baxımından olduqca əhəmiyyətlidir.
Ordu amili hər bir dövlətin gücündə və dünya miqyasında tutduğu mövqedə böyük əhəmiyyət daşıyır. Azərbaycan üçün bu, ikiqat əhəmiyyətlidir. Çünki bizim torpaqlarımızın bir hissəsi qonşu Ermənistan tərəfindən işğal edilib və məsələnin müharibə yolu ilə həlli heç bir zaman istisna deyil. Müşavirədə Azərbaycan ordusunun texniki və psixoloji hazırlığı barədə verilən məlumatlar da göstərdi ki, bu gün silahlı qüvvələr düşmənə layiqli cavab verməyə, Ali baş ko-mandanın əmri ilə Azərbaycanın ərazi bütövlüyünü qısa müddətdə bərpa etməyə hazırdırlar.
Müşavirə və ondan çıxarılan siyasi nəticələr göstərir ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü heç kəsə güzəştə getmək fikrində deyil və Dağlıq Qarabağ probleminin həlli yalnız ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Qonşu Ermənistan və onu dəstəkləyən beynəlxalq dairələr yaxşı bilməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyü heç bir zaman hansısa siyasi sövdələşmənin mövzusu ola bilməz. Bu baxımdan cənab Prezidentin müşavirədəki çıxışı və çıxışdan irəli gələn nəticələr bu gün Azərbaycan xalqının mənafeyinə cavab verir. Cəmiyyət birmənalı şəkildə Prezidentin bu məsələdə mövqeyini dəstəkləyir. Düşmən tərəfi yaxşı bilməlidir ki, Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsində israrlıdır. Bu israrlı mövqeyində hər iki variant – həm danışıqlar yolu, həm də hərb variantı qüvvədədir. Bu baxımdan seçim artıq Ermənistanındır.
Bu gün parlamentdə Prezidentin keçirdiyi müşavirə faktını səsləndirməklə mən cənab Prezidentin mövqeyinin parlamentdə də yekdilliklə dəstəkləndiyini və ordu qurucu-luğu məsələsinin Azərbaycan üçün nə qədər vacib bir məsələ olduğunu bir daha bildirmək istəyirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Son dövrlərdə Azərbaycan Prezidentinin uğurlu xarici siyasəti sayəsində erməni diplomatiyası iflasa uğradı və mən hesab edirəm ki, qondarma erməni soyqırımı ilə əlaqədar ermənilərin iddiaları puça çıxdı. Bunda Milli Məclisin də özünəməxsus yeri və rolu olubdur. Çünki biz vaxtaşırı olaraq qondarma erməni soyqırımının bu və ya digər ölkədə müzakirəsi ortaya çıxdıqda buna dərhal reaksiya vermişik. Bu gün İsrail parlamentində də əgər bu cür müzakirələr gözlənilirsə, biz buna da dərhal reaksiya verərək müvafiq müraciətimizi göndərməliyik.
Burada Avropa Məhkəməsi ilə bağlı məsələyə toxunuldu. Avropa Məhkəməsi dördüncü instansiya məhkəməsi deyil, bizdən yuxarı məhkəmə qurumu deyil. Azərbaycanın suveren məhkəmə sistemi var, Azərbaycan Konstitusiyası var. Biz, ümumiyyətlə, dövlət olaraq beynəlxalq təşkilatlara qoşulanda dövlətüstü qurumların yaradılmasına birmənalı olaraq etiraz etmişik. Azərbaycan buna heç zaman imkan verməmişdir. Avropa Məhkəməsi başqa ölkələr haqqında da bu cür qərarlar, hökmlər çıxarıb. Bunu xüsusi siyasiləşdirməyə ehti-yac yoxdur.
Oqtay müəllim, Siz düzgün olaraq qeyd etdiniz ki, Azərbaycanın hüquq sistemi var, məhkəmə sistemi var və Azərbaycanın məhkəmə sistemi buna adekvat cavabını verəcəkdir. Ona görə də mən hörmətli millət vəkillərinin və medianın ayrılıqda götürülmüş məsələni xüsusi şişirtməsinin əleyhinəyəm. Avropa Məhkəməsi vaxtilə Türkiyə Cümhuriyyətinə də təzyiq etmək üçün bu və ya digər siyasi xarakterli qərarlar qəbul edib və məlum olub ki, bu qərarların arxasında yalnız siyasi maraqlar dayanır. Azərbaycana qarşı da bəzi hal-larda xüsusilə erməni lobbisi ilə bağlı olan dairələr müəyyən siyasi qərarların qəbul edilməsinə cəhd etməkdədirlər.
Biz Milli Məclis olaraq dövlətimizin, məhkəmə sis-temimizin suverenliyi prinsipini əsas tutaraq bu cür məsələlərə də diqqətlə yanaşmalı və onları xüsusi qabardıb şişirtməməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli.
N.Nəsibli. Cənab Sədr, hörmətli millət vəkilləri! Gündəliyin müzakirəsində hər vaxt söz demək imkanı olmadığından çox qısa şəkildə bir neçə təklifimi dilə gətirmək istəyirəm. Təkliflərdən öncə Quzey Kıprısda seçkilərin nəticələrini diqqətinizə çatdırmaq istəyirəm. Kıprıs milli qüvvələrinin lideri Dərviş Əroğlu Quzey Kıprıs Türk Cümhuriyyətinin prezidenti seçilib. Ona və qardaş Kıprıs türklərinə “xeyirli olsun” demək istəyirəm. Bu, eyni zamanda, Azərbaycan üçün görkəmli hadisə olmaqla yanaşı, ölkə iqtidarının da qarşısına vəzifələr qoyur. Əlbəttə, söhbət Quzey Kıprıs Türk Cümhuriyyətinin rəsmi tanınmasından getmir. Ümid edək ki, Dərviş Əroğlunun seçilməsi iki dövlət arasında əlaqələrin daha da artmasına təkan verəcək.
Birinci təklifim. Qarabağla bağlı ciddi proseslərin getdiyi son illərdə Milli Məclisdə millət vəkillərinə danışıqların ge-dişi ilə bağlı bir dəfə də olsun məlumatın verilməməsi anor-mal haldır. Bu məsələ dəfələrlə dilə gətirilmiş olsa da, mən onu bir daha sədarətin diqqətinə çatdırmaq istərdim.
Qarabağı geri qaytarmaq üçün dövlət olaraq, millət olaraq güclü olmalıyıq. Ən zəif tərəflərimizdən biri bizdə korrupsiyanın normaya çevrilməsidir. Ölkə Prezidenti keçid dövrünün başa çatdığını bildirdi. Amma məncə, ölkədə vəhşi kapitalizmin nə vaxt sona çatması daha önəmlidir. Vəhşi kapitalizmin də ən eybəcər atributu korrupsiyadır. Dörd il əvvəl etdiyim təklifi yenidən səsləndirmək istəyirəm. Ölkə Prezidenti uyğun orqanların nümayəndələrini, eləcə də korrup-siya çempionlarını yığıb korrupsiyanın, büdcə oğurluğunun haram olduğunu, ən vacibi, qanuna zidd olduğunu bəyan et-sin, onlara barmaq silkələsin. Təkcə bir müşavirə korrupsiyanın səviyyəsinin aşağı düşməsinə xeyli təsir etmiş olar.
Bununla bağlı digər təklifim. Bu il ekologiya ili elan ol-unub. Çox zəruridir. Çünki ölkədə ekoloji durum, həqiqətən, fəlakətli dərəcədə pisdir. Amma dövlət və cəmiyyət həyatının digər çox mühüm bəlası – korrupsiya, rüşvət, əliəyrilik, cib-girlik, hoqqabazlıq daha eybəcər hal alıb. Vacib deyil, hansısa kampaniya mütləq yanvarın 1-dən başlasın. Təklif edirəm, Prezident bu ili həm də korrupsiyaya qarşı mübarizə ili, mənəvi təmizlik ili elan etsin.
Başqa bir təklif. Televiziya kanallarında soyad sonluqları məsələsi müzakirə edilirdi və o, davam edir. Yuxarıdanmı bunu tapşırıblar, yoxsa aşağıdanmı belə bir istək var, bilmirəm. Amma bu məsələ Müsavat deputat qrupu tərəfindən dəfələrlə qaldırılıb. Təklif edirəm, Milli Məclisin rəhbərliyi bu istəklərə, tələblərə müsbət reaksiya versin.
Sonda İqbal bəyin təklifinə qoşularaq onu dəstək...
Sədrlik edən. Ziyafət Əsgərov buyursun.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Burada İqbal bəy Eynulla Fətullayevlə bağlı fikir səsləndirdi. Mən, əlbəttə, bu barədə fikrimi bildirməyə bilmərəm. Beynəlxalq təşkilatlar bizə irad tuturlar ki, sizdə məhkəmələr siyasiləşibdir və işlərə ədalətlə, düzgün baxmır-lar. Halbuki belə deyil. Amma bizə bu tövsiyəni verən İnsan Haqları üzrə Avropa Məhkəməsinin özü artıq siyasiləşib. Yəni hansı dövlətə təzyiq eləmək lazımdırsa, bu məqsədə xidmət edən qərar çıxarır və ona mütləq əməl olunmasına səy göstərirlər. Təsəvvür edin, Laçından olan qaçqınlar Avropa Məhkəməsi qarşısında üç il bundan əvvəl iddia qaldırıblar. Niyə indiyə qədər baxmırsınız? Ermənilər keçən il iddia qaldırıblar. Avropa Məhkəməsi bu iki məsələni birləşdirib sentyabr ayında baxacağını bəyan edib. Bu nə deməkdir? “Nə şiş yansın, nə kabab” siyasəti yeridirlər. Bu, məsələnin bir tərəfi.
Konkret məsələyə gəlirəm. Əvvəla, mətbuatı çaşdırmaq lazım deyil. Avropa Şurasının heç bir qərarı Azərbaycan üçün məcburi deyil. Bunlar tövsiyə xarakteri daşıyır. Avropa Şu-rasının İnsan Haqları Məhkəməsi Azərbaycana deyə bilməz ki, siz Eynulla Fətullayevi buraxın, getsin. Məsələ belə deyil. Sadəcə, onlar qərar çıxarıblar və Azərbaycan da İnsan Haqları üzrə Avropa Məhkəməsinin bu qərarından Böyük Palataya şikayət veribdir. Böyük Palata şikayətə baxacaq, sonra Azərbaycan məhkəməsinə göndərəcək. Ali Məhkəmənin plenumu var. Ali Məhkəmə bu işi o halda qəbul edə bilər ki, zərərçəkmiş tərəf, yəni konkret halda Eynulla Fətullayevin vəkili apellyasiya məhkəməsinə kassasiya qay-dasında şikayət versin.
Nə üçün əks tərəf şikayət verməlidir? Çünki əks tərəfin müraciəti olmadan Ali Məhkəmə və ya bu işə baxacaq hər hansı məhkəmə onu özü ləğv edə bilməz. Burada məntiq yoxdur. Ona görə də kassasiya şikayəti verilməli və bu şikayətə plenumda baxılmalıdır. Plenum qərar qəbul edə bilər ki, məsələyə ya birinci instansiya məhkəməsi, ya apellyasiya məhkəməsi, ya da hansısa digər məhkəmə baxsın. Ondan so-nra Ali Məhkəmə öz son qərarını deyə biləcək. Bizim Cinayət-Prosessual Məcəlləsində bunun çox dəqiq qaydası göstərilibdir. Yoxsa elə Avropa İnsan Haqları Məhkəməsi hansısa bir qərar qəbul elədisə, bundan bir siyasi şou düzəltmək lazım deyil. Biz hüquqi dövlətdə yaşayırıq. Bizim gözəl məcəllələrimiz var. Hər şey prosedur dəqiqliyi ilə müəyyənləşdirilibdir. Ondan sonra bu məsələyə nöqtə qoyu-lacaq.
Korrupsiya ilə bağlı məsələyə gəlincə, bilirsiniz ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə kampaniya xarak-teri daşımır. Bu mübarizə Azərbaycanın dövlət müstəqilliyinin əsasını qoyan ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra həmişə aparılıbdır. Hətta ulu öndər 1970-ci illərdə Azərbaycanın rəhbəri olanda korrupsiya ilə mübarizəni dövlət siyasəti səviyyəsinə qaldırıbdır. Təbii, biz demirik ki, rüşvət halları və digər qanunsuz hərəkətlər yoxdur. Amma əsas odur ki, bu hallarla mübarizə aparan dövlət başçısının iradəsi ortadadır. Bilirsiniz ki, Milli Məclis də korrupsiyaya qarşı mübarizə ilə əlaqədar kifayət qədər normativ hüquqi aktlar qəbul edibdir. Bu prosesə kömək eləməkdənsə, durub tənqid eləməyə nə var ki. İndi mən də deyə bilərəm ki, misal üçün, 1992-ci ildə AXCP – Müsavat cütlüyü hakimiyyətdə olanda Əbülfəz Elçibəyi o qədər bez-dirdiniz ki, axırda rəhmətlik dedi, alırsınız, heç olmasa, in-safla alın. Bunun əsasını siz qoymusunuz, heç olmasa, siz danışmayın.
Bu kriminala qarşı dövlət başçısı da, parlament də mübarizə aparır. Müxalifət də mübarizə aparmalıdır, amma mübarizə aparmır. Müxalifət kənardan yaxşı qidalanır. Uşaqlarını yaxşı-yaxşı xarici ölkələrdə çox adlı-sanlı ali məktəblərdə oxutdururlar. Nə ilə oxutdurursunuz, partiyadan aldığınız maaşla? Milli Məclis Sədrinin müaviniyəm, mən uşağımı pullu məktəbə qoya bilmirəm. Xeyir ola, sən hansı maaşla qoya bilirsən? Mənim uşağım adi məktəbə gedir, pul-suz məktəbə.
Biz hüquqi dövlətdə yaşayırıq. Azərbaycanda hakimiyyət bölgüsü var. Azərbaycanda hüquqi dövlətin prinsipləri bərqərar olunub. Bəli, neqativ hallar bizə məlumdur. Neqativ hallar barədə, yəqin, cənab prokuror da istəsə, məlumat verər. Mən bilirəm ki, Azərbaycan Respublikasının Prokurorlu-ğunda korrupsiya ilə əlaqədar kifayət qədər cinayət işi də qaldırılıb, konkret vəzifəli şəxslər də həbs olunub. Onlara qarşı mübarizə gedir. Amma indi hansısa bir insanın tamahı yerində deyilsə, nə etməli? Əlbəttə, belələrinə qarşı mübarizə aparılmalıdır və aparacağıq da. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, yerinizdən danışmayın. Vaxtınız çatar, mikrofon açılar, danışarsınız.
Sədrlik edən. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, hörmətli Sədr. Hörmətli deputat-lar, dəvət olunan qonaqlar və media işçiləri! Mən hesab edirəm ki, son dövrlərdə Azərbaycan özünün ən ağır problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi irəliləyişə nail olmuşdur. Bu gün zamanın Azərbaycanın xeyrinə işləməsi bunu bir daha sübut edir. Mən bunu Azərbaycan Respublikasının Prezidenti ilə Azərbaycan par-lamenti arasında fəaliyyətin səmərəli və düzgün surətdə əlaqələndirilməsinin bilavasitə nəticəsi kimi qiymətləndirirəm. Məncə, Azərbaycan həqiqətlərinin dünyaya tam və dürüst şəkildə çatdırılmasında da bunun böyük əhəmiyyəti olmuş və bu gün vəziyyət Azərbaycanın xeyrinə dəyişmişdir. Son dövrlərdə ayrı-ayrı mötəbər məclislərdə, tədbirlərdə ölkə Prezidentinin dediyi bir ifadəni tez-tez eşitmək olar: “Qafqaz-da sabitlik Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən mümkün olmayacaqdır”. Bu həqiqətin ayrı-ayrı mötəbər məclislərdə də qəbul edilməsi, əlbəttə, bizim qələbəmiz deməkdir.
Mən gündəlikdə olan digər bir məsələyə münasibətimi bildirmək istəyirəm. Bu gün biz cənab Zakir Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələni müzakirə edəcəyik. Mən hesab edirəm ki, son dövrdə Azərbaycanın prokurorluq sistemində neqativ halların olması barədə fikir söyləməyə bizim haqqımız yoxdur. Azərbaycan Prokurorluğu şəffaf fəaliyyət yolunu tutmuşdur. Azərbaycan Prokurorluğunda kadrların seçilməsində ədalət prinsipi təmin edilmiş-dir. Azərbaycan Prokurorluğu dövlətçiliyə xidmət etmək istiqamətində öhdəsinə düşən bütün vəzifələri yerinə yetirir. Mən güman edirəm ki, bizim parlamentin üzvləri bu məsələyə müsbət münasibətlərini bildirəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hələ 3 dəqiqə də vaxtımız var. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətl millət vəkilləri! Mən bu gün məmnunluq hissi ilə qeyd edirəm ki, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycana və Türkiyəyə edilən təzyiqlərə baxmayaraq, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair protokolların imzalanmasından sonra ratifikasiya olunması baş tutmadı, Türkiyə bu məsələdə böyük prinsipiallıq nümayiş etdirdi. Buna görə biz hamımız qardaş ölkəyə minnətdarıq, Türkiyə rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.
Amma eyni zamanda, mən vurğulamaq istəyirəm ki, Ermənistan bu protokollar imzalanandan sonra da Türkiyəyə qarşı düşmənçilik siyasətini davam etdirdi. Hətta aprelin 24-ü ərəfəsində Sarkisyan, ümumiyyətlə, bu məsələnin gündəmdən çıxarıldığını bəyan elədi və Ermənistanın küçələrində Türkiyənin dövlət bayrağı, Türkiyə Prezidentinin, Baş nazir-inin şəkilləri yandırıldı. Yəni bu düşmənçilik siyasəti daha geniş bir miqyas və vüsət aldı.
Türkiyə Ermənistanla hava əlaqələri qurub. Həftədə 4 təyyarə, – mən başqa şəhərləri bilmirəm, – tək İstanbula uçur. Ermənistanla Türkiyə arasında avtomobil yolları ilə quru yükdaşımalarının həcmi təqribən Azərbaycanla Türkiyə arasında quru yükdaşımalarının həcminə bərabərdir. Bu yax-ınlarda Rusiya özünün siyasi və milli maraqlarını təmin etmək məqsədi ilə Sevastopoldakı hərbi bazanın icarə müqaviləsini uzatmaq üçün qazın satışında Ukraynaya təqribən 4 milyard dollar güzəşt elədi və belə bir müqavilənin imzalanmasına nail oldu. İndi qardaşlıq keçmir, başqa məsələlər keçmirsə, heç olmasa, biz qardaş Türkiyə Respublikasına qazın satışında müəyyən güzəştlər edək və ondan xahiş edək ki, Ermənistanla, heç olmasa, ticarət əlaqələrini kəssin. Bundan başqa, biz burada elə bir qanun qəbul edək ki, Türkiyənin Ermənistanda fəaliyyət göstərən şirkətləri Azərbaycanda fəaliyyət göstərə bilməsin. Amerika Birləşmiş Ştatları İranla ticarət əlaqələri quran şirkətlərin Amerikada fəaliyyətini qadağan elədi və LUKOYL dərhal İrandan çıxdı. Yəni bu qaydanı da, hesab edirəm ki, Azərbaycan tətbiq eləməlidir.
Sonda bir məsələni də səsləndirmək istərdim. Mənə çoxlu sayda QHT-lər müraciətlər ediblər. Onlar heç bir əsas olma-dan Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmır. Şəxsən mən bir məsələ ilə bağlı qeydiyyat idarəsinin rəisinə müraciət elədim, dedi, mənə filankəs desin, qeydiyyata alım. Mən he-sab edirəm ki, qanunlara bu cür münasibət olmamalıdır. Mill Məclis rəhbərliyindən xahiş edirəm ki, bu məsələni diqqətə...
Sədrlik edən. Sağ olun. Yarım saat müzakirə vaxtı qurtardı. Gündəliyə keçirik.
Hörmətli deputatlar, bugünkü iclasımızın gündəliyində bir-inci məsələ Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyinatla bağlıdır. Bildiyiniz kimi, Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi üçün Milli Məclisə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Zakir Bəkir oğlu Qaralovun təqdimatı göndərilib. Mən Zakir Qaralovu on illərdir tanıy-ıram. Bu insan dərin savada malik görkəmli hüquqşünasdır. O, prokurorluq orqanları sistemində bütün vəzifələrdə çalışıb bütün mərhələləri keçərək çox böyük təcrübə toplamışdır. 10 ildir ki, ölkənin Baş prokuroru vəzifəsində səmərəl çalışır. Mən əminəm ki, biz Zakir müəllimin yenidən bu vəzifəyə təyinatına razılıq verəriksə, o özünün zəngin təcrübə və bacarığını gələn dövrlərdə də Azərbaycan Respublikasının prokurorluq orqanlarının inkişafına sərf edərək bu sahədə işlərin daha böyük uğurla aparılmasına nail olacaqdır. İndi məsələ barədə məlumat vermək üçün sözü Əli Hüseynova verək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sonra baxarıq. Bir neçə çıxışlar olar, sonra.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Biz də hamımız tanıyırıq. Bəlkə kiminsə ürəyində bir söz vardır, demək istəyir.
Ə.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq söyləndiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi üçün cənab Pre-zident tərəfindən Zakir Bəkir oğlu Qaralovun namizədliyi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.
Zakir Qaralov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə birbaşa proku-rorluq orqanlarında başlamış və bir çox məsul vəzifələrdə çal-ışmışdır. 2000-ci il aprelin 26-da Zakir Qaralov ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə ölkənin Baş prokuroru vəzifəsinə təyin edilmiş, 2005-ci il aprelin 26-da isə Prezident İlham Əliyev tərəfindən ona etimad göstərilərək, ikinci müddətə Baş prokuror vəzifəsinə irəli sürülmüşdür. Bu on il ərzində Zakir müəllimin rəhbərliyi altında prokurorluq orqanlarında məhkəmə-hüquq islahatları çərçivəsində ciddi islahatlar və yenidənqurma işləri aparılmışdır. Prokurorluq müasir tələblərə uyğun şəkildə tam yeniləşmiş, mütərəqqi normativ hüquqi baza yaradılmışdır. Ölkəmizdə və hüquq mühafizə orqanları arasında ilk dəfə olaraq, şəffaf prosedurlar əsasında müsabiqə yolu ilə qulluğa qəbul məhz prokurorluq orqanlarında tətbiq olunmağa başlamışdır. Bunun nəticəsidir ki, bu gün prokurorluq orqanlarının təxminən 40 faizdən çoxunu gənc hüquqşünaslardan formalaşmış kollektiv təşkil edir. Bununla da həm prokurorluqda yeni informasiya tex-nologiyalarının tətbiqinə, həm də beynəlxalq əlaqələrin genişlənməsinə nail olunmuşdur. Əminəm ki, millət vəkilləri, həmkarlarım razılaşarlar ki, peşəkar və müasir kadrlar həmçinin onların təmsil olunduğu regionlarda və rayonlarda da çalışırlar.
Vaxtilə ümumi nəzarət funksiyası adı altında sahibkarlıq fəaliyyətinə, bəzən isə digər orqanların fəaliyyətinə müdaxilə kimi yolverilməz hallara son qoyulmuşdur. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə aparıcı bir orqan kimi proku-rorluq ilk dəfə öz sıralarında ciddi tədbirlər həyata keçirməyə başladı. Bu gün isə təsadüfi deyil ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti həm beynəlxalq təşkilatlar, həm də vətəndaş cəmiyyəti tərəfindən müsbət qeyd olunur.
Eyni zamanda, müasir dövrdə hüquq mühafizə orqanları ilə də prokurorluq orqanları arasında çox ciddi, səmərəli, qar-şılıqlı əməkdaşlıq mövcuddur. Bunun nəticəsidir ki, mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizə həyata keçirilir. Bir sözlə, bu gün Azərbaycan Respublikası Proku-rorluğunun tarixində yeni inkişaf və hərtərəfli müasirləşmə mərhələsinin əsası qoyulmuşdur.
Məncə, prokurorluq orqanlarının fəaliyyətinin ən dəqiq qiymətini ölkə Prezidenti cənab İlham Əliyev prokurorluq əməkdaşları və veteranlarına ünvanladığı 2008-ci il 27 senty-abr tarixli təbrikində dəqiq qeyd etmişdir: “Son illər prokuror-luqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görül-müş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir. Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlığa qarşı mübarizədə qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar”. Cənab Prezidentin bu fikirləri, həqiqətən də, bu gün prokurorluqda mövcud olan vəziyyəti çox real əks etdirir.
Hörmətli həmkarlarım, sizlərə Zakir Qaralovun tərcümeyi-halı da təqdim olunmuşdur. Siz onun keçdiy həyat yolu ilə tanışsınız. Sözsüz ki, yuxarıda qeyd olunan islahatların həyata keçirilməsi Zakir müəllimin özünün böyük təşkilatçılıq qabiliyyəti, prinsipiallığı və tələbkarlığından da irəli gəlir. Eyni zamanda, Zakir Qaralov bir vətəndaş və prokurorluq iş-çisi kimi də həmişə dövlətçilik ideyalarına və milli maraqlara sadiq olmuşdur. Məsul dövlət vəzifələrində göstərdiyi xidmətlərinə görə o, “İgidliyə görə” medalı, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş, Azərbaycan Respublikası-nın əməkdar hüquqşünası fəxri adına layiq görülmüşdür. Zakir Qaralov birinci dərəcəli dövlət ədliyyə müşaviridir.
Hörmətli həmkarlar, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2010-cu il 20 aprel tarixli iclasında bu məsələ müzakirə olunmuş və komitənin hər bir üzvü çıxış edərək, Zakir Qaralovun namizədliyini dəstəkləmişdir. Əminəm ki, bu gün Milli Məclis də cənab Prezidentin təqdimatını dəstəkləyəcək və Zakir Qaralovun yenidən Baş prokuror vəzifəsinə təyin olunmasına razılıq verəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir neçə millət vəkili çıxış eləsin, sonra səsə qoyaq. Aydın Həsənov.
A.Həsənov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi üçün Zakir Bəkir oğlu Qaralovun namizədliyinin Milli Məclisin müzakirəsinə təqdim olunma-sını mən alqışlayıram. Biz dövlətimizin qanunçuluq, qanunlara nəzarət atributlarından ən mühümü olan “Prokuror-luq haqqında” Qanuna əlavə və dəyişikliyin nəticəsi kimi Baş prokurorun yenidən öz vəzifəsinə təsdiqi üçün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bizə verdiyi qərar layihəsini müzakirə edirik.
Bəri başdan demək istəyirəm ki, mən qərar layihəsini təqdim edən komitənin tövsiyəsini də ürəkdən alqışlayıram. Ona görə ki, yenidən Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən şəxsi – Zakir Qaralovu yaxından tanıyıram. Bir millət vəkili kimi deyə bilərəm ki, komitənin qərarını təqdir etməklə biz dövlətçiliyimizə, qanunçuluğa sədaqətlə xidmət edən bir insanın öz müqəddəs missiyasını bundan sonra da davam etdirməsinə səbəbkar oluruq. Vaxtilə Zakir Qaralovla mən Azərbaycan Respublikasının Prokurorluğunda birgə çalışmışıq. O vaxt, yəni 1992-ci ildə Zakir müəllim Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa, Silahlı Qüvvələrdə qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru idi. Mən də onunla eyni şöbədə işləyirdim. Müşahidələrim deməyə əsas verir ki, Zakir müəllim dövlətçiliyə sadiq, olduqca obyektiv, olduqca təcrübəli, qanunların icrası üçün bü-tün potensialını sərf edən bir prokuror, eyni zamanda, çox sadə, humanist, ədalətli bir hüquqşünasdır.
Mən sonuncu kəlməni təsadüfi demədim. Onunla təmasda olduğum üçün bunu deyirəm. Ulu öndərimiz Heydər Əliyev tərəfindən fərarilərə şamil olunan əfv fərmanını imzalayanda mən də Azərbaycan Respublikasının Prokurorluğunda bu sahəyə nəzarət edirdim. O zaman Gəncədə işləyən Zakir Qa-ralovun Prezidentin fərmanının icrası üçün necə enerji və məsuliyyətlə çalışdığının şahidi olmuşam.
Onun prokurorluq orqanlarında göstərdiyi xidmətlərdən çox danışmaq olar. Amma vaxtınızı almaq istəmirəm. Odur ki, yuxarıda dediklərimə əsaslanaraq, dövlətçiliyə və qanun-çuluğa fəxr və sədaqətlə xidmət edən təcrübəli bir prokuroru – Zakir Qaralovu bu vəzifəyə ən layiqli namizəd hesab edir və onun yenidən Baş prokuror vəzifəsinə təsdiq olunmasını səmimi qəlbdən təqdir edirəm. Mən həmkarlarımı da bu təqdimatın təsdiqinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Cənab Sədr, mən öz fikrimi, sözümü bayaq demişəm. Mənə elə gəlir ki, vaxtı çox almağa ehtiyac yoxdur. Bütün millət vəkillərinin fikri birdir, təkid edən də yoxdur. Siz də öz sözünüzü dediniz. Əgər mümkündürsə, səsə qoyaq, xahiş edirəm.
Sədrlik edən. Mən dedim, bir neçə millət vəkili çıxış etsin. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli həmkarlarım, xanımlar və cənablar! Bu gün Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi üçün Zakir Qaralovun namizədliyi hörmətli Prezidentimiz tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunubdur. Həmkarım hörmətl Əl müəllim bu barədə geniş danışdı.
Hüquq komitəsində bu məsələ müzakirə edilərkən komitə üzvlərinin yekdil rəyi ondan ibarət oldu ki, hörmətli Zakir müəllim bu vəzifəyə ən layiqli namizəddir. Burada, əsasən, 3 əsas səbəb gətirildi.
Birinci və ən böyük səbəb ondan ibarətdir ki, cənab Prezi-dent Baş prokurora yenidən etimad göstərib, bu vəzifəyə namizədliyini irəli sürübdür. Hesab edirəm ki, bu gün Milli Məclisin buna dəstək verməsinin ən birinci səbəbi bu ol-malıdır.
İkinci səbəb. Hörmətli Baş prokuror vəzifədə olduğu 10 il ərzində prokurorluq sistemində çox böyük islahatlar aparıb, öz peşəkarlığı ilə seçilib və mən deyərdim ki, yeni prokuror ordusunun yaradılmasında müstəsna rol oynayıbdır. Təkcə o faktı deyək ki, son illərdə prokurorluq sisteminə test üsulu ilə çox şəffaf şəkildə yeni əməkdaşların qəbulu baş verib, proku-rorluq korpusu 40 faizdən çox yeniləşibdir. Biz yerlərdə də bunun şahidi oluruq. Ayrı-ayrı bölgələrdə yeni təyin olunmuş prokurorluq orqanları işçilərinin işini, əlbəttə ki, müşahidə etmək imkanımız var. Bütün bunları əsas götürərək deyə bilərik ki, həqiqətən, bu islahatlar öz bəhrəsini verməkdədir. Bu səbəbə görə də biz məhz hörmətli Zakir müəllimə Baş prokuror vəzifəsini daşımaq üçün razılıq verməliyik.
Üçüncü səbəb, mənim fikrimcə, ondan ibarətdir ki, Zakir müəllim keçən müddət ərzində dövlətçiliyimizə çox böyük sədaqətlə xidmət edib, qanunun aliliyini və milli mənafeyi həmişə üstün tutubdur. Biz 10 ilə yaxındır ki, Zakir müəllimlə Əfv komissiyasının üzvü olaraq komissiyanın işində iştirak edirik. Zakir müəllim sözün əsl mənasında həmişə öz prinsipial mövqeyi ilə seçilib və qeyd etdiyim kimi, qanunun aliliyini hər şeydən üstün tutubdur.
Hesab edirəm ki, bundan sonra da bu islahatlar, bu ümumi yeniləşmə prosesi davam etməlidir. Mən şübhə etmirəm ki, Zakir müəllim bu etimada layiq görüldükdən sonra bu işi da-ha böyük əzmlə davam etdirəcəkdir. Mən əminəm ki, Milli Məclis bütövlükdə bu təqdimata müsbət rəy verəcəkdir. Ona görə də mən, hörmətli Zakir müəllim, Sizi yeni müddətə Baş prokuror seçilməyiniz münasibətilə bəri başdan təbrik edir və işinizdə uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Mən hörmətli deputatların çıxışlarını dinləyir və sözün doğrusu, çox təəccüblə qarşılayıram. Bilirsiniz ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə Baş prokuror istintaqı başa çatmamış cinayət işləri istisna olmaqla, Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verməlidir. Bu, parlament nəzarətinin təmin olunması üçün qəbul edilmiş müddəadır.
Mən 5-ci ildir ki, üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıyam və bu 5 il müddətində Baş pro-kuror cənab Zakir Qaralovun bir dəfə də olsun Milli Məclisə bu məsələlər, o cümlədən Azərbaycan cəmiyyətində çox ciddi rezonans doğurmuş və istintaqı başa çatmış cinayət işləri barədə məlumat verməsinin şahidi olmamışam. Nəinki Azərbaycanın daxili siyasi məsələləri barədə bir sıra deputat sorğularına, o cümlədən özümün şəxsən Baş prokuror Zakir Qaralovun adına verdiyim sorğulara baxmayaraq, hətta Xo-calı soyqırımı barədə başa çatmış cinayət işi haqqında Milli Məclisə hər hansı bir məlumat verilməmişdir. Mən özüm iki dəfə belə bir sorğu ilə müraciət etmişəm ki, nə üçün Azərbaycan Respublikasının Prokurorluğu Xocalı soy-qırımında bilavasitə iştirakı şahid ifadələri ilə sübut olunmuş Köçəryan və Sarkisyan barədə cinayət işi qaldırmır və onlar haqqında istintaq aparmır? Prokurorluq bu məsələlərə də hər hansı bir aydınlıq gətirməmişdir. Azərbaycan xalqının çox ciddi milli mücadiləsi dövründə xalqımıza qarşı soyqırımında iştirak etmiş şəxslərlə bağlı hər hansı səbəbdən, – çox güman, siyasi səbəblərdən, – belə bir susqunluq nümayiş etdirilirsə, onda görün Azərbaycan vətəndaşları haqqında siyasi məsələlərlə bağlı işlər barədə prokurorluğun rolu nədən ibarət olmuşdur.
Bu barədə mən öz şəxsi təcrübəsində, şəxsi həyatında si-yasi bitərəf olmamağın acısını dadmış şəxslərdən biri kimi danışacağam. Mən buraya 2003-cü ilin oktyabr hadisələrinə görə 300-ə yaxın şəxsin məhkum olunması ilə nəticələnmiş 35 cildlik cinayət işinin 1-ci cildini gətirmişəm. Bu 1-ci cilddə cənab Zakir Qaralovun fakt üzrə cinayət işinin qaldırılması haqqında 2003-cü ildə imzaladığı bir sənəd var. Azərbaycan Respublikası Baş prokurorunun imzaladığı həmin sənədin üzərində düzəliş edilmiş, qanun pozularaq nömrələr dəyişdirilmiş, müddətlər səhv göstərilmiş və faktiki olaraq cinayət deyilən həmin hərəkət başa çatmamış, yəni ar-tıq saat 13-14 radələrində kütləvi iğtişaş kimi qiymətləndirilərək barəsində cinayət işinin qaldırılması haqqında qərar verilmişdir. Bu da “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin, konkret desək, si-yasi bitərəflik prinsipinin Baş prokuror cənab Zakir Qaralov tərəfindən kobud şəkildə pozulmasının bir nümunəsidir.
Biz xeyli sayda belə misallar göstərə bilərik. Baş prokuror cənab Zakir Qaralovun dövründə aparılmış, çox ciddi rezo-nans doğuran cinayət işlərini mən yadınıza salmaq istəyirəm. Bunların başında, əlbəttə, Elmar Hüseynovun qətli ilə bağlı məsələ durur. Cənab Baş prokurorun burada iştirak etdiyi birinci iclas günü mənim Elmar Hüseynovun qətli ilə bağlı istintaq işi barədə verdiyim sorğuya cavabı bundan ibarət ol-muşdu ki, Azərbaycan Respublikası Prokurorluğunda bu məsələnin istintaqı faktiki olaraq başa çatmış, hətta bu cinayətdə əli olan ayrı-ayrı şəxslərin adları da aydınlaşdırılmışdır. Lakin bu yaxınlarda, səhv etmirəmsə, ay yarım bundan əvvəl Milli Təhlükəsizlik Nazirliyinin bəyanatı oldu. Göstərildi ki, onlar gecə-gündüz Elmar Hüseynovun qətlinin üzərində işləyir və bu məsələnin açılmasını özlərinin şərəf işi hesab edirlər. Əgər Azərbaycan Respublikasının Pro-kurorluğu istintaqı başa çatdırıb və bu çox ağır cinayətin təqsirkarlarını müəyyənləşdiribsə, Milli Təhlükəsizlik Nazir-liyi niyə gecə-gündüz bunun üzərində işləyir? Bu onu göstərir ki, Azərbaycan Respublikasının Prokurorluğunda, əslində, həmin cinayətin üstünün ört-basdır edilməsi, istintaqın başa çatdırılmaması haqqında yayılmış ictimai fikir və bununla bağlı ittihamlar doğrudur.
Rəhmətlik Ziya Bünyadovun qətli, Hacı Məmmədovun məşhur bandasının törətdiyi ağır cinayətlər haqqında istintaq işlərində də bu özünü göstərir. Baş prokuror cənab Qaralovun dövründə iri cinayət işlərinin hamısının axırında biz eyni qanunauyğunluğu müşahidə edirik. Cinayət işləri açılır, istin-taq başa çatır, bəzi cinayətkarlar, məsələn, Hacı Məmmədov məhkəməyə verilir, lakin hər cinayət işinin axırında bu və ya digər qaranlıq şəxslər qalır və göstərilir ki, onlar xaricdə gizlənmişlər, onları respublikaya gətirmək mümkün ol-mamışdır. Bunun arxasında biz, əslində, çox böyük ehtimalla siyasi xarakterli cinayətlərin istintaqının bu şəkildə keyfiyyətsiz başa çatdırılması faktını görürük. Burada deyilən bəzi fikirlərin əksinə olaraq heç bir halda biz Baş prokurorun nəzarət etdiyi bu istintaq işlərinin doğru-düzgün aparıldığını söyləyə bilmərik. Nəyə görə bu hallar baş verir? Bir daha təkrar edirəm, çünki bu istintaq işlərində Azərbaycan Respublikasının Prokurorluğu qanunu əsas tutmaq əvəzinə siyasi cəhətdən həmişə tərəf kimi iştirak etməkdədir.
Mən deputat olduğum müddətdə verdiyim sorğulara isti-nad edirəm. 2005–2010-cu illər ərzində prokurorluğa 11 jur-nalistin naməlum adamlar tərəfindən döyülməsi, təhqir olun-ması, incidilməsi barədə şikayətlər verilmiş və bunların heç biri açılmamışdır. Təkrar edirəm, heç biri açılmamışdır. Bunlardan Vahiddin Həziyevin, “Yeni Müsavat” və “Azad-lıq” qəzetləri müxbirlərinin təhqir olunması ilə bağlı işi və sair işləri misal göstərmək olar.
Prokurorluğun korrupsiyaya qarşı çox ciddi mübarizə apardığını söyləyirsiniz. Sözün doğrusu, son dövrdə mən bu orqan tərəfindən hansısa bir korrupsiya faktının açılmasının şahidi olmamışam. Halbuki ayrı-ayrı deputatlar, kütləvi in-formasiya vasitələrinin əməkdaşları və vətəndaşlar tərəfindən mətbuata iri cinayət xarakterli belə faktlar, o cümlədən yuxarı icra hakimiyyəti orqanlarında korrupsiya faktları barədə məlumatlar verilmiş və dərc olunmuşdur.
Cinayət-Prosessual Məcəlləsində göstərilir ki, əgər iri cinayət xarakterli faktlar kütləvi informasiya vasitəsində dərc olunubsa, prokurorluq, o cümlədən Azərbaycan Respublikasının Prokurorluğu o məsələni araşdırıb təhqiqat aparmalıdır. Cənab Baş prokuror kütləvi informasiya vasitələrində çox iri korrupsiya faktları haqqında çap olunmuş hansı materiala istinad edərək cinayət işi qaldırmışdır? Heç biri haqqında qaldırmamışdır. Siyasi xarakterli iri korrupsiya faktları ilə bağlı məsuliyyətə cəlb olunanlardan yalnız 2005-ci il hadisələri vaxtı əvvəlcə dövlət çevrilişi üstündə ittiham ol-unan, tutulub məhbəsə salınandan sonra isə haqlarında aparılan cinayət işi korrupsiya materiallarının təhqiqatı kimi davam etdirilmiş Əli İnsanovu, Fərhad Əliyevi və onlarla birlikdə məhkum olunmuş şəxsləri göstərə bilərik. Halbuki Azərbaycan Respublikasının qanunvericiliyində, Ali Məhkəmənin məlum plenumlarının qərarlarında kütləvi in-formasiya vasitələri hakimiyyət üzərində ictimai nəzarətin çox ciddi bir forması kimi göstərilmişdir.
Mən bir məsələyə də diqqəti cəlb etməyə bilmərəm. Bu-rada islahatlardan danışıldı. Azərbaycan Respublikası Konsti-tusiyasının 96-cı maddəsinə görə qanunvericilik təşəbbüsü subyektlərindən biri də Azərbaycan Respublikasının Proku-rorluğu, yəni cənab Baş prokurordur. Mən üçüncü çağırış Milli Məclisdə deputat olduğum bu 5 il ərzində bir dəfə də olsun Baş prokurorun imzası ilə burada qanunvericilik təşəbbüsünün qaldırılmasının şahidi olmamışam. Halbuki bu-rada bizim Fazil Qəzənfəroğlu cəmi 3 dəqiqəlik çıxışında prokurorluğun fəaliyyəti ilə bağlı islahat tələb edən konkret məsələlərin olduğunu əsaslandırdı.
Hörmətli Milli Məclis deputatları, mən cənab Qaralovun Baş prokuror olduğu 10 il ərzində qanun və hüquqdan daha çox siyasi tərəf tutması faktını, kütləvi informasiya vasitələrində ictimaiyyət tərəfindən açıqlanmış iri cinayət faktlarına diqqət yetirməməsini, bir sıra beynəlxalq hüquq müdafiə təşkilatlarının Azərbaycanda ədalət mühakiməsi ilə bağlı po-zuntuların əksər hallarda prokurorluğun fəaliyyəti ilə bağlı olması qənaətinə gəlməsini, bizə deputat olaraq istintaqla bağlı daxil olan çox ciddi şikayət və müraciətlər nəzərə ala-raq hesab edirəm ki, cənab Qaralovun Baş prokuror vəzifəsinə namizədliyi bizim tərəfimizdən müdafiə edilə bilməz. Mən Müsavat deputat qrupunun rəyini ifadə edirəm. Biz həmin razılığın əleyhinə səs verəcəyik.
Mən cari məsələyə gecikdim. Ona görə ki, yanıma bir şikayətçi gəlmişdi və o, məhz prokurorluq orqanlarından şikayət edirdi. Sabirabad rayonunun Qarağayın kəndində yaşayan Səma Bilalov adlı həmin şəxs prokurorluğa da şikayət edib, amma ona cavab verilməyibdir. Çıxışımın so-nunda xahiş edirəm ki, cənab Baş prokuror əgər təsdiqlənərsə, onun şikayətini nəzarətə götürsün.
Azərbaycan Respublikasında, heç şübhəsiz, əvvəl-axır si-yasi hakimiyyətə, Prezidentə yox, qanuna xidmət edən Baş prokuror olacaqdır. Lakin bu Baş prokuror cənab Zakir Qaralov deyildir. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah Hüseyn, sən həmişə ağıllı bir şey deyəndə birnəfəsə çıxış edirdin, amma bu dəfə bir az ud-quna-udquna danışdın. Çox təəssüf ki, bu çıxışının da arxasında həqiqət durmurdu. Necə olur, indiyə kimi heç kim sənə yaxınlaşıb prokurorluqdan şikayət etmir, prokuror bu-rada olan gün kim isə yaxınlaşıb şikayət edir? Bu nə lazımsız uydurmadır?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən səni dinlədim, bazara döndərmə, qulaq as. Söhbət bundan gedir ki, sən və söylədiyin o Müsavat qrupu burada deputat olduğunuz dövrdə ən aşkar şeylər barədə belə obyektiv mövqe bildirməmisiniz. Biz qatığa ağ deyəndə siz onu həmişə qara görmüsünüz. Buna bütün millət vəkilləri öyrəşib. Bütün millət də sizi yaxşı tanıyır. Sadəcə olaraq, mən istədim ki, burada mövqelər bilinsin, bilinsin kim kimdir, kim nə fikirləşir. Növbədə Rafael Cəbrayılov və Mübariz Qurbanlıdır. İki nəfər də çıxış etsin.
R.Cəbrayılov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli Məclis üzvləri! Məndən əvvəl həmkarım bütövlükdə proku-rorluq orqanlarına, o cümlədən Baş prokurora ünvanlanan elə iradlar səsləndirdi ki, doğrusu, məəttəl qaldım. Bilirsiniz, konkret faktlara əsaslanmadan, sübutlara söykənmədən ümumi xarakterli dırnaqarası ittihamları istənilən insana yönəltmək mümkündür. Deputat sorğuları ilə bağlı iradlara gəlincə, mən düşünmürəm ki, Azərbaycan Respublikası Pro-kurorluğuna daxil olan deputat sorğusu cavabsız qalsın. Şəxsən mənim sorğularım bu orqan tərəfindən cavablandırılıb. Amma mən düşünürəm, əgər burada qaranlıq məqamlar varsa, bunu hörmətli Baş prokuror özü açıqlaya bilər.
Prokurorluq bütövlükdə hüquq mühafizə orqanları arasında xüsusi bir yeri olan dövlət orqanıdır. Ədalət mühakiməsinin həyata keçirilməsini, o cümlədən məhkəmə hakimiyyətini bu orqansız təsəvvür etmək mümkün deyil. Ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən hazırkı vaxta qədər prokurorluq orqanları çox çətin və şərəfli bir inkişaf yolu keçib və Azərbaycan dövlətçiliyinə sədaqətini həmişə sübut edib. Adi struktur dəyişikliklərindən tutmuş əsaslı keyfiyyət dəyişikliklərinə qədər aparılan islahatlar nəticəsində prokuror-luq bugünkü simasını əldə edib. Bu orqan qanunla onun üzərinə qoyulmuş vəzifələri layiqincə icra edir. Bu gün pro-kurorluq işçilərinin təxminən 40 faizi müsabiqə yolu ilə qəbul olunan işçilərdir ki, bu da onun fəaliyyətinə müsbət təsirini göstərməyə bilməz.
Fəaliyyətində aşkarlıq və şəffaflığın təmin edilməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, müraciətlərə, vətəndaşların ərizə və şikayətlərinə daha həssas yanaşılması, müxtəlif dövlət orqanlarında aparılan istintaq və təhqiqatlar, peşəkar rəhbərliyin həyata keçirilməsi, işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məsuliyyətinin artırılması, sosial vəziyyətinin, məişətinin yaxşılaşdırılması, prokurorluğun adına xələl gətirə biləcək əyintiləri istisna edən mühitin for-malaşdırılması sayəsində bu orqanda əvvəlki dövrlə müqayisə edilməyəcək müsbət dəyişikliklər əldə olunub. Sözsüz ki, prokurorluğun əldə etdiyi nailiyyətlərin əsas səbəbi bu sahədə hələ ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı 1990-cı illərdən hazırkı vaxta qədər davam edən dövlət siyasəti, hüquq islahatlarıdır.
Son 10 ildə prokurorluğun əldə etdiyi uğurlardan danışarkən hörmətli Baş prokuror Zakir Qaralovun xidmətlərini, onun rolunu qiymətləndirməmək ədalətsizlik olardı. Mən Zakir müəllimi hələ 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Prokurorluğunun Ümumi Nəzarət İdarəsində, daha sonra isə Sosial və İqtisadi Sahələrdə Qanunların İcrasına Nəzarət İdarəsində işlədiyi dövrdən tanı-yıram. Düşünürəm ki, son 10 ildə hörmətli Zakir müəllim həm cənab Prezidentin, həm də vəzifəyə təyin olunmasına razılıq verən parlamentin etimadını layiqincə doğruldub. Mən vurğulamaq istəyirəm ki, onu bu vəzifəyə ilk dəfə ulu öndər Heydər Əliyev təyin edib.
Mən ürəkdən inanıram ki, cənab Zakir Qaralov bu vəzifəyə üçüncü dəfə təyin olunarsa, indiyədək olduğu kimi, bundan sonra da Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, ən nəhayət, qanunun aliliyi prinsip-inin qorunub saxlanmasına layiqli töhfələr verəcək. Odur ki, çıxışımın sonunda hörmətli həmkarlarımdan Zakir Qaralovun bu vəzifəyə yenidən təyin olunmasına razılıq vermələrini xa-hiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Mən çox qısa fikirlər deyəcəyəm. Birincisi, mən hesab edirəm ki, Zakir müəllim tutduğu vəzifəyə layiqdir və möhtərəm Preziden-timiz də yenidən onu vəzifəyə təyin edərkən onun bir şəxs, Baş prokuror və hüquqşünas olaraq fəaliyyətini nəzərə alıbdır.
Burada müxalifətin nümayəndəsi bir sıra iddialarla çıxış etdi. Dedi ki, Baş prokuror siyasi tərəf saxlayıb və sair. Məgər dövlətçilik mövqeyindən, dövlətin əsaslandığı qanunları qo-rumaq mövqeyindən, Konstitusiyanın müəyyən etdiyi prinsipləri qorumaq mövqeyindən çıxış etmək siyasi tərəfgirlik sayılmalıdır? Əgər kimlərsə dövləti, dövlətin əsaslarını dağıtmağa yönələn hərəkətlərə yol verirsə və pro-kurorluq bunlara qarşı qəti addım atırsa, cinayət işi qaldırırsa, bu, siyasi tərəfgirlik deyildir. 2003-cü ildə Azərbaycanda törədilən hadisələr, Bakı şəhərində törədilən dağıdıcı hərəkətlər indi də vətəndaşların yadındadır. Nə etməli idilər? Bəlkə bu adamları buraxmalıydılar, bəlkə heç nə etməməli idilər, bunlar dövlətin əsaslarını dağıtmalıydılar?
Burada bəzi açılmayan cinayət işləri haqqında danışıldı. Dünyanın əksər və hətta ən qabaqcıl ölkələrində o qədər açılmayan cinayətlər var ki. 1986-cı ildə İsveçin Baş naziri Ulof Palmeni qətlə yetirən şəxs hələ də tapılmayıb. Azərbaycanda da bu tipli hadisələr olub. Biz elə bir yerdə yerləşirik ki, burada müxtəlif ölkələrin maraqları naminə müxtəlif xarakterli cinayətlər törədilə və bunların üstünü açmaq üçün bəlkə illərlə vaxt lazım ola bilər. Bəz cinayətlər kimi onlar açılmaya da bilər. Bunu xüsusi ittiham kimi irəli sürmək, məncə, o qədər də doğru deyildir. Azərbaycanda cinayətkarlığın açılma səviyyəsini nəzərə alın. MDB məkanında Azərbaycan Respublikası cinayətkarlığın açılması səviyyəsinə görə öndə gedən ölkələrdən biridir.
Azərbaycan profilaktik tədbirlər baxımından cinayətkarlığa qarşı mübarizədə öncül yerlərdən birini tutur. Cinayətkarlığın törədilməsinin qarşısını almaq üçün ciddi tədbirlər görülür. Bizim ətrafımızda bir sıra ölkələrdə nə qədər hadisələr baş verir – partlayışlar, dağıntılar və sair. Amma Azərbaycanda sabitlikdir, sakitlikdir. Bu sabitliyin əldə olunmasında, qorunmasında Baş prokuror və onun rəhbərlik etdiyi qurum xüsusi fəaliyyət göstərir. Ona görə də ədalətli olmaq lazımdır. Ayrı-ayrı xırda faktları şişirtmək lazım deyil.
Baş prokurorun ictimaiyyətə məlumatlar verməsi haqqında. Vaxtaşırı olaraq cəmiyyətdə rezonans doğuran bu və ya digər hadisələr haqqında Azərbaycan Respublikasının Prokurorluğu və Daxili İşlər Nazirliyi Azərbaycan mediası vasitəsi ilə məlumatlar yayır. Bunlar məlumat deyilmi? Mən xatırlayıram, Zakir müəllim burada Məclis qarşısında çıxış edib, məlumat veribdir. Ola bilər ki, bu iddia ilə çıxış edən şəxs həmin zaman ya burada olmayıb, ya da onun vaxtına təsadüf etməyib. Prokurorluq orqanları Azərbaycanda dövləti, dövlətin siyasətini və Azərbaycan dövlətinin başında duran Prezidentin siyasətini qoruyursa, bu, siyasi tərəfkeşlik deyil. Bu, dövlətçilik mövqeyidir. Mən hesab edirəm ki, Zakir müəllim Baş prokuror olaraq ötən dövrdə öz üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetiribdir və düşünürəm ki, bundan sonrakı fəaliyyətində də dövlətçilik mövqeyindən, Azərbaycanın maraqları mövqeyindən çıxış edəcəkdir. Mən burada Yeni Azərbaycan Partiyasının deputatları adından ona uğurlar diləyir və bütün deputatları Zakir Qaralovun yenidən vəzifəyə təyin edilməsinə razılıq verilməsinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən dedim, siyahı ilə...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təkid edirsiniz? Buyurun.
N.Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi üçün Zakir Bəkir oğlu Qaralovun namizədliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bizim müzakirəmizə təqdim olunubdur. Mən bu-rada Əli müəllimin də məruzəsini çox diqqətlə dinlədim.
Zakir müəllimin tərcümeyi-halına diqqətlə baxanda görü-rük ki, o, əmək fəaliyyətinə hələ gənc yaşlarında fəhləlikdən başlamış, sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini uğurla bitirmiş, 26 Bakı Komissarı rayonunda prokurorun köməkçisi olmuş, Bakı şəhəri Nəsimi rayon pro-kurorunun müavini, Nəsimi rayonunun, Sabunçu rayonunun, Gəncə şəhərinin prokuroru vəzifələrində işləmiş və 2000-ci ildə respublikanın Baş prokuroru vəzifəsinə təyin olunmuş-dur.
Mən Zakir müəllimi birgə ictimai fəaliyyətimiz dövründən savadlı, təcrübəli, prinsipial, işgüzar, mədəni və tutduğu vəzifəyə layiq təmiz bir insan kimi tanıyır və qiymətləndirirəm. O öz işinin öhdəsindən çox layiqincə gəlmişdir. Ona görə mən Zakir müəllimin bundan sonra da layiqli bir Baş prokuror olacağına əmin olduğumu bildirir və onun namizədliyini müdafiə edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Burada çox çıxışlar oldu. Mən də bir neçə kəlmə demək istəyirəm. Zakir Qaralov Baş prokuror vəzifəsində işlədiyi dövrdə rəhbərlik etdiyi orqanın hüquq mühafizə orqanları arasında ən öncül orqanlardan biri olduğunu sübut etdi. Pənah Hüseyn deyir ki, onun məktublarına cavab verilmir. Ancaq 5 il ərzində mən heç bir millət vəkilindən eşitmədim ki, prokurorluq bizim hər hansı bir yazımıza, sorğumuza cavab vermir. Mən də sizin hamınıza qoşularaq istərdim ki, bu təqdimata münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 103
Əleyhinə 6
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: qəbul edildi
Qəbul edildi. Zakir müəllim, Sizi təbrik edir, dövlətçilik naminə fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayırıq! Buyurun.
Z.Qaralov, Azərbaycan Respublikasının Baş prokuroru.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Baş prokuroru kim məsul vəzifəyə yenidən mənim namizədliyimi irəli sürdüyünə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirir və bu böyük etimadı prokuror-luq orqanlarının fəaliyyətinə, prokurorluq işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirəm. Eyni zamanda, ölkəmizin ali qanunvericilik orqanı olan Azərbaycan Respub-likası Milli Məclisinin rəhbərliyinə və millət vəkillərinə mənim namizədliyimi müdafiə etdiklərinə və bütün bu illər ərzində bizimlə səmərəli əməkdaşlıq etdiklərinə görə öz minnətdarlığımı çatdırmaq istəyirəm.
Həqiqətən, uzun illər ərzində Milli Məclis və Azərbaycan Respublikası Prokurorluğunun birgə əməkdaşlığı çox uğurlu olmuşdur. Bu illər ərzində prokurorluğun fəaliyyətini tənzimləyən bir sıra mühüm qanunlar vaxtında qəbul edilmiş, ona görə də qanunvericilik təşəbbüsündən bizim istifadə etməyimizə ehtiyac olmamışdır. Bu gün prokurorluq orqanlarının əldə etdiyi nailiyyətlər, sözsüz ki, ilk növbədə normativ hüquqi bazanın mükəmməl olması və günün tələblərinə cavab verməsi ilə bağlıdır.
Bayaq Əli müəllim təqdimatda qeyd etdi, prokurorluq orqanlarında islahatlar, həqiqətən, ulu öndərimizin düz 10 il bundan öncə – 2000-ci il aprelin 26-da prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirdiyi tarixi müşavirədə müəyyən edilmişdir. Bildiyiniz kimi, həmin dövrdə prokuror-luq orqanları cəmiyyətimiz üçün bir çox ciddi problemlər yaratmış, o cümlədən sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə halları, cinayətkarların prokurorluq rəhbərliyi səviyyəsində müdafiə edilməsi və ümumiyyətlə, bütün isla-hatlara mühafizəkar mövqedə dayanması faktları çox qabarıq şəkildə özünü göstərmişdir. Ulu öndərimiz bu ciddi nöqsanların aradan qaldırılması üçün göstəriş vermiş və pro-kurorluğun yeni təyin olunmuş rəhbərliyi bu göstərişin icrası ilə məşğul olmuşdur.
2003-cü ildən başlayaraq Azərbaycan Respublikası Proku-rorluğunun həyatında yeni bir dövrün əsası qoyulmuşdur. Bu gün ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz tərəfindən ölkədə bütün sahələrdə yeni, müasir məzmunlu dövlətçilik siyasətinin həyata keçirilməsi, yeni informasiya texnologiyalarının, şəffaflığın tətbiq olunması, təbii ki, bizim işimizdə də öz əksini tapır. Möhtərəm Prezi-dentimizin siyasi iradəsinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı məqsədyönlü mübarizə tədbirləri həyata keçirilir. Bu sahədə dövlət proqramı təsdiq olunmuş, milli fəaliyyət plan-ının icrasına başlanmışdır.
Bildiyiniz kimi, prokurorluğun nəzdində xüsusi orqan – Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılmışdır. Məlumat vermək istərdim ki, bu idarə tərəfindən son 5 il ərzində 480 şəxs barəsində 261, o cümlədən 2009-cu ildə 133 cinayət işi tamamlanaraq aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir. Hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 48 cinayət işinin istintaqı aparılır. Korrupsiyaya qarşı mübarizə hər bir cəmiyyətin ümdə vəzifələrindən biridir. Möhtərəm Preziden-timizin siyasi iradəsinə uyğun olaraq bu iş böhtan xarakterli anonim müraciətlər əsasında yox, dövlətin nəzarət orqanları tərəfindən prokurorluq orqanlarına göndərilən konkret mate-riallar əsasında həyata keçirilir və bu belə də davam edəcəkdir.
Burada bəzi cinayət işləri ilə bağlı iradlar bildirildi. Tam ciddiyyət və məsuliyyətlə bu ali kürsüdən Milli Məclisin üzvlərinə məruzə edirəm ki, həm Elmar Hüseynovun və Ziya Bünyadovun qətli, həm də Hacı Məmmədovla bağlı cinayət hadisələrinin üstü açıqdır. Mən bir daha buradan məlumat vermək istəyirəm ki, biz bütün bu işlərin istintaqı zamanı xa-rici ekspertlər dəvət edib onların xidmətlərindən də yararlanmışıq. Elmar Hüseynovun qətlinin ertəsi günü möhtərəm Prezidentimizin yanında Təhlükəsizlik Şurasının xüsusi iclası keçirildi. Mənim tərəfimdən Avropa Birliyinin bütün ölkələrinə ekspertlərin cəlb edilməsi ilə bağlı rəsmi müraciət olundu. Bu nəyə görə edildi? Yadınızdamı, Elmar Hüseynovun qətli nə vaxt törədildi? 2005-ci ildə parlament seçkiləri keçirilməli idi. Bu qətlin təşkilatçıları ölkəmizdə ic-timai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr idi. Biz konkret şəxslərin bu cinayətdə iştirakını istintaq zamanı, – bir daha xüsusi vurğulamaq istəyirəm, – xarici ekspertlərin ən müasir texniki vasitələrlə apardığı təhqiqatın nəticələrinə əsasən sübuta yetirmişik. Həmin şəxslər axtarışdadır və bu gün Milli Təhlükəsizlik Nazirliyi bu axtarış-əməliyyat tədbirlərini da-vam etdirir.
Mərhum akademikimiz Ziya Bünyadovun qətli ilə bağlı cinayət hadisəsindən bu salonda siyasi məqsədlər üçün istifadə edilməsi heç bir insanlığa sığmır. Çünki mərhum akademik Ziya Bünyadov özü də vaxtilə deputat olmuş, bu salonda oturmuşdur. Onun qətlinin istintaqı zamanı müxalifətin nə qədər böhtan və iftiraları ilə üzləşdik. Bəylər ayrı-ayrı vəzifəli şəxslərə bu cinayətin törədilməsi ilə bağlı qara yaxmaqdan belə çəkinmədilər. Son nəticədə müəyyən edildi ki, bu qətl İran İslam Respublikasının konkret dini dairəsi tərəfindən təşkil olunub həyata keçirilmişdir. Bu işlə bağlı konkret şəxslər məsuliyyətə cəlb olunmuşlar və bu gün də o cinayətin təşkilatçılarından 2 nəfər – Cavanşir Aslanov və Tariyel Ramazanov həmin ölkədə sığınacaq tapmışlar.
Burada bir sıra digər fikirlərə də münasibət bildirmək istərdim. Dəfələrlə qeyd edirlər ki, guya Azərbaycanda jurnalistlər təqib olunur, onlara qarşı qanunsuz hərəkətlər həyata keçirilir. Xüsusi bildirmək istəyirəm ki, jurnalistlərə qarşı törədilən hər bir qanunsuz hərəkət barədə alınan məlumat Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən dərhal nəzarətə götürülür və axıra qədər bütün araşdırmalar həyata keçirilir. Bir çox hallarda onlar öz təsdiqini tapmır.
Bu gün siyasi korrupsiyadan danışan yoldaşlar qoy öz si-yasi partiyalarının haradan maliyyələşdirilməsi haqqında məlumatlar versinlər. Mən hesab edirəm ki, artıq bu siyasi partiyaların maliyyə qaynaqlarının müəyyənləşdirilməsi vaxtı çatıb.
2005-ci ildə mən bu kürsüdən çıxış edərkən məlumat ver-mişdim ki, respublikamızda dövlətçiliyin maraqları daim müdafiə olunacaq, heç bir qüvvə tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulmasına imkan verilməyəcək və rəngli yuxular görən yoldaşlar elə yuxu görə-görə qalacaqlar. Mən bir daha hörmətli millət vəkillərini əmin etmək istərdim ki, Azərbaycan Respublikasının Prokurorluğu bundan sonra da dövlətçiliyimizin maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəçisi olaraq, cinayətkarlığa qarşı mübarizə işində daha da ciddi mövqe tutacaq və dövlətçiliyimizə daim öz sadiqliyini nümayiş etdirəcəkdir. Diqqətinizə və etimadınıza görə bir daha çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Zakir müəllim. Sizi bir daha təbrik edir, uğurlar arzulayırıq!
Gündəliyin növbəti məsələsinə keçirik. Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bahar Enerci Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Re-spublikası qanununun layihəs haqqında Valeh Ələsgərov buyursun.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyat-lar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Milli Məclisin deputatları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1/87 saylı 2010-cu il 15 mart tarixli məktubu ilə Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bahar Enerci Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilibdir. Hər zaman olduğu kimi, aparılan danışıqlar nəticəsində öncə Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin əsas kommersiya prinsipləri və müddəalarına dair müqavilə razılaşdırılmış və imzalanmışdır. Həmin prinsiplər və müddəalar bu sazişin əsasını təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 noy-abr tarixli 607 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinə yux-arıda adı çəkilən müqavilənin əsasında təqdim edilmiş sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalan-ması, həmçinin tərəf-müqabil qismində sazişin qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. Nəticə ola-raq, bu saziş 2009-cu il dekabrın 20-də Bakı şəhərində tərəflər arasında imzalanmışdır. Sazişin tərəfləri bir tərəfdən hökumət təşkilatı qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, digər tərəfdən podratçı qismində Birləşmiş Ərəb Əmirliklərinin Cebel-əl-Dubay azad iqtisadi ərazisində qey-diyyata alınmış Bahar Enerci Limited Şirkəti və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətidir.
Saziş 33 maddədən və 10 əlavədən ibarətdir. Bunların bəzisini xatırlatmaq istərdim. Sazişlə əhatə olunan kontrakt sahəsi 2 hissədən ibarətdir. Birincisi, konkret bərpa sahəsi sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar daxilində olan və bu gün istismarda olan Bahar və Qum-Dəniz yataqlarını əhatə edən bir sahədir. Kontrakt kəşfiyyat sahəsi sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar daxilində olan Bahar-2 strukturunu əhatə edən sahədir. Əlbəttə, bu sahələrin hüdudlarında şaquli yeraltı formasiya, yeraltı layda horizontlar, eləcə də kəşf edilmiş və kəşf ediləcək karbohidrogen ehtiyatları başa düşülür. Kontrakt sahəsi təxminən 310 kilometrə yaxındır.
Mühüm bir şərti qeyd edim. Əgər neft-qaz əməliyyatları zamanı podratçı tərəfindən yeni neft və ya qaz yatağı kəşf ol-unarsa, bu yeni yatağın bir hissəsi mövcud kontrakt sahəsinin hüdudlarından kənara çıxarsa, Dövlət Neft Şirkətinin kəşf edilmiş əlavə sahəni podratçının işlənməsinə vermək öhdəliyi yoxdur. Bu sahələrin kontrakt sahəsinə əlavə edilməsi Dövlət Neft Şirkətinin hüququdur, öhdəliyi deyil.
Yataqlar haqqında qısa məlumat. Qum-Dəniz yatağı Bakı buxtası hüdudunda Bakı şəhərindən 25 kilometr cənub-qərbdə yerləşir. Dənizin dərinliyi 1–2 metrdən 14–15 metr intervalında dəyişir. Qum-Dəniz yatağı 1955-ci ildən istismardadır. Yataqda 113 kəşfiyyat, 7 qiymətləndirici və 369 istismar quyusu qazılmışdır. İşlənmənin əvvəlindən ya-taqdan 29 milyon tona yaxın xam neft kondensatla bir yerdə və 27 milyard kubmetrə yaxın qaz hasil edilmişdir. 2010-cu ilin 1 yanvar tarixinə işlək fondunda 51 istismar quyusu var idi. 2009-cu ildə yataqdan 72,8 min ton neft, 69,1 milyon kubmetr qaz hasil edilmişdir. Orta gündəlik 200 tona yaxın neft, 189 min kubmetrə yaxın qaz hasil edilir.
Bahar-1 yatağı açıq dənizdə Bakı şəhərindən 40 kilometr cənub-şərqdə yerləşmişdir. Dənizin dərinliyi 4 metrdən 20 metrə qədər dəyişir. Yataq 1969-cu ildən işlənməkdədir. Ya-taqda 202 quyu qazılmışdır. Bu günə yataqda işlək quyu fondunda cəmi 13 quyu var. İşlənmə dövründə yataqdan 16,8 milyon ton xam neft kondensatla birlikdə, 28,7 milyard kub-metr qaz hasil edilmişdir. 2009-cu ildə yataqdan 7,6 min ton xam neft kondensatla birlikdə, 198,8 milyon kubmetr qaz ha-sil edilmişdir. Orta gündəlik 20,8 ton xam neft və 545 min kubmetr qaz hasil edilir.
İştirak payları. Podratçı tərəflərin bu saziş üzrə hüquq və öhdəlikləri 1-ci maddədə göstərilmiş müvafiq iştirak paylarında öz əksini tapır. Bahar Enerci Şirkətinin iştirak payı 8 faizdir, Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətinin iştirak payı 20 faizdir. Sazişin şərtlərinə görə podratçı neft-qaz əməliyyatlarının beynəlxalq neft-qaz sənayesində qəbul edilmiş prinsiplərə və standartlara uyğun olaraq, təhlükəsiz və səmərəli şəkildə aparmağı öhdəsinə götürür. Bununla bərabər podratçı həm də zəmanət verir ki, bu sazişi icra etmək üçün tələb olunan inzibatçılıq və idarəetmə, texniki və texnoloji biliklərə və təcrübəyə müvafiq maliyyə ehtiyatlarına malikdir.
Sazişin şərtlərinə uyğun olaraq, podratçıya Sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin hüdudları daxilində və həmin saziş ilə bağlı neft-qaz əməliyyatlarını aparmaq üçün vahid və müstəsna hüquq verilir. Bununla bərabər saziş podratçıya karbohidrogen ehtiyatlarından və neft-qaz əməliyyatlarından başqa hər hansı digər təbii ehtiyat-larla, digər fəaliyyət növləri ilə məşğul olmaq hüquqları ver-mir.
Daha bir önəmli məhdudiyyəti də yadınıza salım. Əgər sazişin qüvvədə olduğu müddət ərzində hasil edilmiş xam neftin və təbii sərbəst qazın podratçının əsaslı əməliyyat məsrəflərinin ödənilməsi üçün nəzərdə tutulmuş həcmi bu məsrəflərin ödənilməsini təmin etmirsə, podratçı əvəzi ödənilməmiş məsrəflərin hər hansı bir şəkildə başqa bir mənbədən ödənilməsini təmin edən hüquqa malik deyil.
Kontrakt kəşfiyyat sahəsində kəşfiyyat işlərinə dair po-dratçının öhdəliklərini tənzimləyən xüsusi şərtlər 7-ci maddədə nəzərə alınıb. Kəşfiyyat dövrünün müddəti sazişin qüvvəyəminmə tarixindən etibarən 3 ildir. “Qüvvəyəminmə” anlayışının tərifi və bununla bağlı tədbirlər, prosedurlar 28-ci maddədə geniş izah edilib. 3 il ərzində podratçı 600 kvadrat kilometrə yaxın olan kəşfiyyat sahəsində kəşfiyyat işlərinin minimum proqramını həyata keçirməlidir. Yəni 60 kvadrat kilometr sahədə üçölçülü seysmik işlər aparmalı, kəşfiyyat göstəricilərini təhlil və təfsir etməlidir. Bu sahədə qazma işlərinin aparılması gözlənilən ərazilərin mühəndis-geoloj tədqiqatı həyata keçirilməlidir. Bununla yanaşı, dərinliyi və digər parametrləri kəşfiyyat işləri proqramında razılaşdırılmış bir kəşfiyyat quyusu da qazılmalıdır.
Əlbəttə, bütün görülən işlər haqqında məlumatlar razılaşdırılmış həcmdə və formatda podratçı tərəfindən Dövlət Neft Şirkətinə təqdim edilməlidir. Kəşfiyyat dövrü üçün nəzərdə tutulmuş işlərin hamısının və ya bir hissəsinin podratçı tərəfindən kəşfiyyat dövrü ərzində yerinə yetirilməməsi podratçının bu saziş üzrə öhdəlikləri köklü surətdə pozması hesab edilir. Sazişin 32.1-ci bəndinə müvafiq olaraq bu halda Dövlət Neft Şirkəti podratçının kontrakt kəşfiyyat sahəsinə dair hüquqlarına xitam verə bilər. Belə olduqda podratçının kontrakt kəşfiyyat sahəsi ilə əlaqədar çəkdiyi məsrəflər ödənilmir.
Sazişdə nəzərdə tutulmuş hallarda podratçı əlavə kəşfiyyat dövrünə daxil ola bilər. Bu halda podratçı 1 il ərzində əlavə bir kəşfiyyat quyusu qazmalıdır. Kəşfiyyat dövrü üçün razı-laşdırılmış öhdəliklər, hüquqlar, məhdudiyyətlər, o cümlədən köklü pozuntu halları əlavə kəşfiyyat dövrünə də aiddir. Kəşfiyyat dövrü və müvafiq olaraq əlavə kəşfiyyat dövrü qur-tarana qədər podratçı Dövlət Neft Şirkətinə kəşf olunan və onun kommersiya dəyəri haqqında bildirişi təqdim etmirsə, bu halda kontrakt kəşfiyyat sahəsinə münasibətdə bu sazişə xitam verilir və podratçının bu sahə ilə əlaqədar çəkdiyi məsrəflərin əvəzi ödənilmir.
Əgər podratçı tərəfindən aparılan işlər nəticəsində ticari dəyərli karbohidrogen ehtiyatları aşkar edilsə, habelə podratçı Dövlət Neft Şirkətinə kəşfiyyat dövrü və ya müvafiq olaraq əlavə kəşfiyyat dövrü qurtarana qədər kəşf və onun kommersiya dəyəri haqqında bildirişi təqdim edirsə, bu halda podratçı bildirişi təqdim etdiyi gündən 6 aydan çox olmayan müddət ərzində Dövlət Neft Şirkətinə təsdiq olunmaq üçün kəşf edilmiş karbohidrogenlərin işlənmə proqramlarını təqdim etməlidir. Bu işlənmə proqramının təsdiqindən sonra keçən 48 ay ərzində karbohidrogenlərin ticari hasilatına ba-şlamaq üçün potratçının öhdəliyi olmalıdır. Əgər adı çəkilən işlənmə proqramı göstərilən 6 ay ərzində Dövlət Neft Şirkətinə təqdim edilməzsə, yaxud Dövlət Neft Şirkəti tərəfindən işlənmə proqramının təsdiqindən sonra keçən 48 ay ərzində podratçı karbohidrogenlərin hasilatına başlamazsa, Dövlət Neft Şirkətinin hər iki halda sazişə xitam vermək hü-ququ var. Bu halda podratçının kəşfiyyat sahəsinə dair çəkdiyi xərclər ödənilmir.
Gördüyünüz kimi, hər zaman olduğu qaydada bu sazişdə də podratçının öz öhdəliklərini zamanında, səmərəli şəkildə yerinə yetirməsini təmin və təşviq edən çox ciddi şərtlər var. Yeganə istisna fors-major halları ola bilər. Müvafiq qaydada və müvafiq şərtlərə uyğun kəşfiyyat sahəsi üçün işlənmə proqramı təsdiq olunarsa, 5-ci maddədə göstərildiyi kimi, 25 il davam edə bilən işlənmə və hasilat dövrü başlayır. Bu müddət başa çatdıqdan sonra Dövlət Neft Şirkətinin razılığı olarsa, işlənmə və hasilat dövrü daha 5 il uzadıla bilər. 5-ci maddədə müəyyən edilir ki, kontrakt bərpa sahəsi üçün işlənmə və hasilat dövrü bu sahə üçün podratçı tərəfindən hazırlanmış bərpa və hasilat proqramının Dövlət Neft Şirkəti tərəfindən təsdiqolunma tarixindən başlayır və 25 il ərzində davam edir. Bu 25 illik müddət başa çatdıqdan sonra işlənmə və hasilat dövrü Dövlət Neft Şirkətinin razılığı olarsa, əlavə 5 il müddətə uzadıla bilər.
Kontrakt bərpa sahəsi üçün, yəni bu gün istismarda olan Bahar-1 və Qum-Dəniz yataqlarını əhatə edən sahə üçün bərpa və hasilat proqramına dair bəzi önəmli məqamları xüsusi olaraq nəzərinizə çatdırmaq istərdim. Sazişin qüvvəyə minmə tarixindən 90 gündən gec olmayaraq, podratçı Bahar-1 və Qum-Dəniz yataqlarının bərpası və karbohidrogenlərin hasilatı proqramının layihəsini dəyərləndirmək və razılaşdırılmış şəkildə təsdiq etmək üçün Dövlət Neft Şirkətinə təqdim etməlidir. Təsdiq edilmiş bərpa və hasilat proqramında podratçı öhdəlik götürür ki, bu proqram təsdiq edilən tarixdən başlayaraq, 3 il ərzində Bahar-1 və Qum-Dəniz yataqlarında karbohidrogenlərin hasilatını 2008-ci ilin orta gündəlik hasilatına nisbətən ən azı 1,5 dəfə artıracaq. Əgər podratçı göstərilən 90 gün ərzində bərpa və hasilat pro-qramını Dövlət Neft Şirkətinə təqdim etməzsə və ya müvafiq olaraq, karbohidrogenlərin hasilatının 1,5 dəfə artımına nail olmazsa, Dövlət Neft Şirkəti sazişin 32.1 (b) bəndinə uyğun olaraq, kontrakt bərpa sahəsinə münasibətdə bu sazişin qüvvəsinə xitam vermək hüququna malikdir. Bu halda qüvvəyəminmə tarixindən etibarən podratçının kontrakt bərpa sahəsinə çəkdiyi və xitam tarixinədək əvəzi ödənilməmiş bü-tün məsrəflərin əvəzi ödənilmir.
Podratçı tərəflərin öhdəlikləri sırasında ən önəmli olanlar-dan biri də neft-qaz əməliyyatlarının fəaliyyət təminatıdır. Əlbəttə, hər podratçı tərəf öz iştirak payına düşən hissəni maliyyələşdirməlidir. Bununla əlaqədar önəmli bir məqamı nəzərinizə çatdırmaq istərdim. “Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsinə dair xüsusi müddəa” adlanan 3.5-ci bəndində xarici podratçı tərəf və ya tərəflər öhdəsinə götürür ki, qüvvəyəminmə tarixindən etibarən 2008-ci ilin karbohidrogenlər hasilatının ən azı iki dəfə yüksək həddə çatacaq olan təqdim rübü müddətinin başa çatdırılmasınadək neft-qaz əməliyyatları ilə bağlı bütün məsrəfləri, o cümlədən Ortaq Neft Şirkətinin payına düşən məsrəfləri podratçı tərəf ödəyəcək. Kontrakt kəşfiyyat sahəsi ilə bağlı qüvvəyəminmə tarixində bu sahədə kommersiya ha-silatının başlanma tarixinədək kəşfiyyat və əlavə kəşfiyyat dövrlərində nəzərdə tutulmuş işlərin görülməsi üçün tələb olunan bütün məsrəfləri, o cümlədən Ortaq Neft Şirkətinin işlək payına düşən məsrəfləri podratçı tərəf ödəyəcək.
Çox önəmli bir məqamı da qeyd etməyə dəyər. Yuxarıda sadaladığım maliyyələşdirmənin əvəzini Ortaq Neft Şirkətinin öz payına düşən məsrəflərin ödənilməsi üçün ayrılmış mənfəət karbohidrogenləri ilə və ya digər əlverişli bildiyi mənbədən tamamilə və ya qismən avansla ödəyə bilər. Əlbəttə, yuxarıda göstərilən müddətlər bitdikdə Ortaq Neft Şirkəti öz payına düşən maliyyələşdirməni özü təmin edəcək. Bir daha təkrar edirəm ki, ən riskli müddət ərzində Ortaq Neft Şirkətinin öz iştirak payını maliyyələşdirmək öhdəliyi yox-dur.
Yeri gəlmişkən, məsrəflərin əvəzinin ödənilməsi və mənfəət karbohidrogenlərinin bölüşdürülməsi qaydalarını nəzərinizə çatdırmaq istərdim. Hasil edilmiş xam neft və təbii sərbəst qazla birinci növbədə podratçının əməliyyat məsrəflərinin ödənilməsi təmin edilir. Bundan sonra qalan xam neft və təbii sərbəst qazın 50 faizə qədər olan hissəsi po-dratçının əsaslı məsrəflərinin maliyyələşdirmə məsrəfləri ilə birlikdə ödənilməsi üçün ayrılır.
Daha sonra qalan xam neft və təbi sərbəst qaz R əmsalı əsasında qurulmuş cədvələ uyğun mənfəət karbohidrogenləri kimi podratçı tərəflər ilə Dövlət Neft Şirkəti arasında bölünür. Ümid edirəm ki, R əmsalını bu zalda 30-cu dəfə izah etməyə ehtiyac yoxdur. Xüsusi qeyd etməliyəm ki, kontrakt bərpa sahəsi və kontrakt kəşfiyyat sahəsi üçün bütün hesabatlarda məsrəflərin ödənilməsi və mənfəət karbohidrogenlərinin bölüşdürülməsi ayrılıqda aparılır. Bu prosedurlar 13-cü maddədə göstərilib. Kontraktda gördüyünüz kimi, mənfəət karbohidrogenlərinin bölüşdürülmə cədvəli R əmsalında qu-rulan cədvəldə verilibdir. Bu cədvələ uyğun olaraq, R əmsalı 1–25-ə çatana qədər Dövlət Neft Şirkətinin payı 40 faiz, po-dratçının payı 60 faiz olacaqdır. Bu cədvəli, yəqin ki, xırdalamağa ehtiyac yoxdur. Amma bir şərti diqqətə yetirim ki, Dövlət Neft Şirkətinin payı deyəndə söhbət birbaşa dövlətin payına düşən mənfəət karbohidrogenlərindən gedir.
Podratçının payını podratçı tərəflərin iştirak paylarına mü-vafiq göstərsək, onda bu cədvəli aşağıdakı şəkildə təqdim etmək olar. Dövlət Neft Şirkətinin payı 40 faiz, birinci mərhələdə Bahar Enerci Limited – 48 faiz, Ortaq Neft Şirkəti – 12 faiz. Yən Azərbaycan tərəfinin başlanğıc dövrdə mənfəət karbohidrogenlərdən payı 52 faiz olacaqdır. Sonda R əmsalı 300-ü keçəndə 92 faiz, Bahar Enerci Limited podratçı tərəfinin bu hissəsi ancaq 8 faiz olacaqdır.
Yəqin ki, bonuslar və akrhesabı ödənişlərlə tanış ol-musunuz. Kəşfiyyat və ya müvafiq olaraq, əlavə kəşfiyyat dövrlərində xarici pordatçı tərəflər hər il kəşfiyyat sahəsinin hər bir kvadrat kilometrinə Dövlət Neft Şirkətinə akrhesabı olaraq 2000 ABŞ dolları ödəməlidir. Xarici podratçı tərəf Dövlət Neft Şirkətindən qüvvəyəminmə tarixindən başlayan 30 gün ərzində 2 milyon ABŞ dolları məbləğində bonus ödəməlidir. Bundan başqa, kontrakt bərpa sahəsində karbohidrogenlərin orta gündəlik hasilatı 1,5 dəfə artırılanda 2 milyon ABŞ dolları məbləğində bonus, işlənmə pro-qramında müəyyən ediləcək sənaye üslubu ilə çıxarıla bilən karbohidrogen ehtiyatlarının enerji ekvivalentində hər 100 milyon bareli üçün 1 milyon ABŞ dolları məbləğində bonus, kommersiya hasilatının başlanma tarixindən sonra 30 gün ərzində 5 milyon ABŞ dolları məbləğində bonus ödənilməlidir.
Maraq doğuran daha bir məsələyə də toxunmaq istərdim. Buna keçməzdən öncə, yəqin ki, yadınızdadır, dövlət tərəfindən və Dövlət Neft Şirkəti tərəfindən bonuslar heç vədə heç kimə ödənilmir. Əməliyyat şirkəti və işçi heyəti, podratçı tərəflər mümkün qədər qısa müddətdə neft-qaz əməliyyatlarının aparılması məqsədi ilə müştərək əməliyyat şirkəti yaratmalıdırlar. Əməliyyat şirkəti podratçılar tərəfindən seçilmiş yurisdiksiyada təsis edilə bilər. Ancaq hər halda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq şəkildə qeydiyyatdan keçməlidir və ancaq bundan sonra fəaliyyətə başlaya bilər. Əməliyyat şirkətinin fəaliyyətinə, statusuna, məsuliyyət, hüquq və öhdəliklərinə dair məlumat 9-cu maddədə geniş açıqlanıb.
Bu səbəbdən ancaq iki məqama xüsusi diqqət yetirmək istərdim. Əməliyyat şirkətinin Azərbaycan vətəndaşları olan kadrlarına peşə öyrədilməsi, təkrar peşə öyrədilməsi, peşə təlimi, təkrar peşə təlimi təmin edilməlidir və bununla əlaqədar lazım olan vəsaiti podratçı təmin etməlidir. İllik 200 min ABŞ dollarından aşağı məbləğ bu işlər üçün istifadə ol-unubsa, bu xərclərin əvəzi podratçıya ödənilmir. Podratçıya ancaq 200 min ABŞ dollarından artıq sərf edilmiş məsrəflər ödənilə bilər. Əminəm ki, sazişi oxuyanda bu incəliyə diqqət yetirdiniz və bunu xüsusi qiymətləndirdiniz.
İşçi heyətində Azərbaycan vətəndaşlarının sayı və işçi heyətinə dair başqa müddəalar sazişin 9-cu bəndində açıqlanıb. İşçi heyətində Azərbaycan vətəndaşlarının sayına gəldikdə, qüvvəyəminmə tarixindən başlayaraq, mühəndis-texniki işçilərin ən azı 70 faizi, fəhlə heyətinin ən azı 90 faizi Azərbaycan vətəndaşı olmalıdır. Bu tarixdən 5 il sonrakı müddətdə mühəndis-texniki işçilərin ən azı 90 faizi, fəhlə heyətinin ən azı 95 faizi Azərbaycan vətəndaşı olmalıdır. Təcrübə göstərir ki, belə layihələrdə Azərbaycan vətəndaşlarının sayı birinci gündən başlayaraq göstərilən çərçivədən ar-tıq olur.
Yataqların işlənmə müddətinə, işlənmə mərhələsinə və başqa parametrlərinə görə müzakirə edəcəyimiz layihəyə bənzəyən bəzi layihələrdən misal gətirim. Misal üçün, Neft-çala layihəsində işçilərin sayı 601 nəfərdir. Onların 594 nəfəri, yəni 98,83 faizi Azərbaycan vətəndaşıdır. Abşeron layihəsində işçilərin 94,2 faizi Azərbaycan vətəndaşıdır. Binəqədi layihəsində 98,2 faiz, yəni 1053 nəfərdən 1034 nəfər Azərbaycan vətəndaşıdır. Başqa layihələri də eyni şəkildə göstərə bilərəm.
Bayaq dediyim kimi, 1993-cü ildən bu günə qədər Milli Məclisdə artıq 30 hasilatın pay bölgüsü haqqında saziş müzakirə və təsdiq edilmişdir. Onlardan 4 hasilatın pay böl-güsü haqqında saziş üçüncü çağırış dövründə təsdiq edilmiş-dir. Bu səbəbdən sazişin artıq standart formata düşmüş müddəalarını təkrar eləməyə, yenidən izah eləməyə, yəqin ki, ehtiyac yoxdur. Ona görə də icazə versəniz, bununla bitirim. Suallarınız olsa, cavab verərəm. Düzdür, bu sualların bəzilərinə, ola bilsin ki, 31-ci dəfə cavab verməli olacağam. Ancaq hazırıq. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov, buyurun. Nəzərinizə çatdırım ki, Dövlət Neft Şirkətinin prezidenti, bi-zim həmkarımız Rövnəq Abdullayev, birinci vitse-prezident hörmətli Xoşbəxt müəllim, Sərmayələr İdarəsinin rəisi Vaqif müəllim, müavinlər buradadırlar. Suallar olsa, onlar da cavab verəcəklər. Buyurun, Vahid müəllim.
V.Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Valeh müəllim ətraflı məlumat verdi. Ümumiyyətlə, mən bu kontraktı yüksək qiymətləndirirəm. Xüsusilə azərbaycanlı işçilərin – mühəndis-texniki işçilərin, o cümlədən fəhlələrin sayının 95 faizə çat-dırılması təqdirəlayiqdir. Bu məsələlərə həmişə Milli Məclisdə diqqət yetirmişik. Mənim Valeh müəllimə sualım var. Faktiki olaraq, özünüzün də qeyd etdiyiniz kimi, bu kontrakt işləyir. Yəni keçən müddət ərzində təxminən 29 milyon tona yaxın neft, 27 milyard kubmetr qaz, digər yataqdan 27 milyon ton neft, 6 milyard kubmetr qaz çıxarılıb və sair. Ümumiyyətlə, 25 ilə kontrakt bağlanırsa, yəqin ki, təxmini hesablamalar var. Bilmək istərdim ki, 25 ildə nə qədər sərmayə qoyulacaq? Çıxarılan qazın, neftin təxmini miqdarı nə qədər olacaq? Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə başlayırıq. Pənah Hüseyn.
P.Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mən bu tipli məsələlər müzakirə ediləndə, ola bilər, 31-ci dəfə olmasa da, 31-ci dəfəyə yaxın demişəm ki, bizdə neft haqqında qanu-nun olmaması dövlətimizin mənafeyi üçün çox ciddi problemlərə gətirib çıxarır. Hesab edirəm ki, bu gün hörmətli Valeh müəllimin təqdim elədiyi bu kontrakt layihəsi də bunun əyan sübutudur.
Əvvəla, mən aydınlaşdırmaq, sual vermək istəyirəm. Hörmətli deputatlar, bu kontrakt kimlə bağlanır? Məsələn, mən internetə sorğu verdim, orada, səhv eləmirəmsə, Nazirlər Kabinetinin bu ilin fevral ayında hökumətin təminatları ilə bağlı kontraktın hissəsi barədə qərarını gördüm. Orada yalnız Bahar Enerci Limited Şirkəti haqqında məlumat var idi. İngiliscə, rusca, azərbaycanca verilən sorğularda başqa bir məlumat yoxdur. Mən diqqətinizi bu kontraktın 166-cı səhifəsinə cəlb edirəm. Orada bu şirkətin ünvanı göstərilib. O ünvan haradadır? Azərbaycan Respublikasının Bakı şəhəri, M.Əliyev küçəsi, 24. Bakı şəhərində bir M.Əliyev küçəsi var. O da Mirzağa Əliyev küçəsidir. Mən dünən ora getdim, köhnə bir həyətdir. 5–6 ailə oranın sökülməsini gözləyir. Dedim, yəqin, bu, texniki səhvdir. Amma hətta Azərbaycan Respublikasının qanunlarında göstərilən, imza atılmış, surəti çıxarılıb Milli Məclisə paylanmış bu kontraktda ünvanın M.Əliyev küçəsi, 24 kimi göstərilməsi bu kontrakta olan münasibəti əyani şəkildə əks etdirir.
Kontraktlar haqqında, ümumi müqavilələr haqqında aktları, normativ qaydaları kənara qoysaq, bir şey yoxdur. Çox gözəl, mən zəng elədim, görüm, bu harada yerləşir? Məlum oldu ki, bu, H.Əliyev küçəsi, 24-dür. Gözəl. Tənbəllik eləmədim, getdim, Həsən Əliyev küçəsini çox çətinliklə tap-dım. Məlum oldu ki, orada bir ofis yerləşir. Üçmərtəbəli təzə tikilmiş ofisdir. Hamı bilir ki, həmin ofis bizim Azərbaycan Respublikasının vətəndaşınındır. O, Bakı futbol klubunun prezidenti, adı şərik kimi bir sıra məmurlarla, – burada ol-madıqlarına görə adlarını çəkmirəm, – hallandırılan Hafiz Məmmədova məxsusdur. Orada başqa ofislər də var. Mən belə başa düşdüm ki, bu şirkətə də otaq veriblər. Sadəcə olaraq, orada mövcuddur. İçəriyə girmədiyimə görə ay-dınlaşdıra bilmədim.
Hörmətli deputatlar, diqqət edirsiniz. Bir daha təkrar edirəm, əgər burada qaranlıq bir məsələ yoxdursa, niyə bunun arxasında Azərbaycan Respublikasının vətəndaşlarının dayandığı Dubay, Birləşmiş Ərəb Əmirlikləri adı altında gizlədilir? Əgər bu belədirsə, sadəcə, mən öz məlumatlarımı deyirəm.
Mən sizin diqqətinizi bununla bağlı kontraktın axırıncı səhifəsindəki imzalara cəlb edirəm. Burada dövlətin adından Dövlət Neft Şirkətinin prezidenti imza atıb. Baş menecerin adı olmasa da, Bahar Enerci Limited Şirkətin adından o da bir imza atıb. Məndə bu kontrakt var. O kimdir? Nə vəzifəsi var, nə də soyadı. Hörmətli Rövnəq müəllim Azərbaycanda ən simpatik deputatdır, millət vəkilidir. Demək olar, hörmətli məmurlardan biridir. Onun imzası var, vəzifəsi də göstərilib. Amma kiminlə imza atdığı yoxdur. Təkrar edirəm, nə adı, nə də soyadı var. Halbuki kontraktda adı, sonra vəzifəsi yazılıb. Nə adı var, nə də vəzifəsi.
Buradan belə bir şübhə ortaya çıxır ki, ünvan burada dolaşıq işlədilib. Yəni Mirzağa Əliyev yazılıb. Bizim bir sıra qanunlar qədər yüksək olan bu qanunda adı da, soyadı da, vəzifəsi də göstərilməyib. Hörmətli Valeh müəllim, məndə bir Azərbaycan Respublikasının vətəndaşı kimi, deputat olaraq, bu işdə qaranlıq cəhətlərin olması şübhə yaratmalı deyilmi? Bəziləri bunu texniki məsələlərlə izah eləməyə çalışsalar da, hesab edirəm, burada ciddi məsələlər var.
Bir də təkrar edirəm, niyə görə bu məsələyə diqqəti cəlb edirəm? Çünki bir sıra mütəxəssislər, ekspertlər göstərirlər ki, Azərbaycanda neft sahəsinin gizli özəlləşdirilməsi, dırnaqarası özəlləşdirilməsi prosesi gedir. Hüquqi cəhətdən bu məsələ bəlkə də özgəninkiləşdirmədir. Konstitusiyada olduğu kimi, özəlləşdirilmə kimi başa düşülmür. Gizli şəkildə özəlləşdirilmə həyata keçirilir. Əgər bunu özəlləşdirmək lazımdırsa, tenderə çıxarsınlar. Azərbaycan Respublikasının dövlət büdcəsinə Gürcüstandan, Türkiyədən milyardlarla pul daxil olur. Bu cür şərtlərlə məlum deyil ki, məsələn, kommer-siya hasilatı olandan sonra nə qədər ödəməyə başlayacaq? Yaxud 2008-ci il səviyyəsindən 1,5 dəfə çox olduqdan sonra 1 milyon, yaxud hər yüz milyon barel üçün 1 milyon dollar ödəməyə başlayacaq. Hörmətli Valeh müəllim bunları bilir.
Digər kontraktlardan fərqli olaraq, məlum deyil ki, podratçı buraya hansı pulu qoyacaq? Hansı texnologiyanı gətirəcək? Bütün bunlar bizim diqqətimizi cəlb edir. Məsələn, “Şir-vanoyl” Şirkəti Şirvan şəhəri yaxınlığında, “Salyanoyl” Salyan tərəfdə yerləşir. Yaxud “Qarasu” Şirkəti var. Bu şirkətlər yaranıb, hərəsinin də başında bir xarici soyadlı vətəndaş durur. Məsələn, “Şirvanoyl”da bir gürcü soyadı var idi. Buruqları rəngləyirlər, bir az şebel tökürlər. Bunun da nəticəsində neftə şərik olurlar. Buruqların rənglənməsini və ya şebel tökməyi Dövlət Neft Şirkəti özü həyata keçirə bilmirmi? Niyə şərik eləyir? Bir daha təkrar edirəm, bu, iddia kimi qoyula bilər. Xeyli dərəcədə ehtimal yaranır ki, burada cürbəcür başqa məsələlər həyata keçirilir.
Məsələn, mən Bakı şəhərindəki mədənlərin birinə baxmışam. Binəqədidə bir neçə mədən var. Bizə ekspertlər gətiriblər. Onlar şəffaflıq təşəbbüsü ilə monitorinq aparırlar. Onlardan biri alman şirkəti idi. Məsələn, sutkada bir mədən 1000 ton neft verir. Bizim özümüzə məxsus olan mədən 10 ton verir. Niyə belədir? Məlum olur ki, yekə bir çəlləkdir, o birinin adına qeydə alınır. Belə bir ehtimal var. Burada şəffaflıq yoxdur.
Hörmətli Valeh müəllim, axırıncı bir məsələyə də diqqəti cəlb etmək istəyirəm. Mədəndə xeyli adam işləyir. Mən belə başa düşdüm ki, hasilat varsa, xeyli adam da işləyir. Ola bilər ki, səhv eləmişəm. Sadəcə, bunu sual kimi qəbul edin. Bu işləyən adamların taleyi nə olacaqdır? İşçilərin 90 faizi azərbaycanlılardan ibarət olacaq. Bu, ayrı məsələ. Amma hazırda orada 1000–1200 nəfərə yaxın işçi var. Ola bilsin, onların 95 nəfəri Azərbaycan vətəndaşıdır. Bunların taleyi nə olacaq? Hörmətli Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri burada əyləşib. Onların hüquqları necə qorunacaq? Bir daha təkrar edirəm, mənim diqqətimdən qaçıb, amma bu məsələlərə bir daha aydınlıq gətirilməlidir.
Sonda bir daha təkrar edirəm, çıxışımın əvvəlinə qayıdıram. Bu cür sualların yaranmaması üçün əgər bu cür şübhələrin yaranmasını istəmirlərsə, bütün bunları tənzimləyən bir ana qanun olmalıdır. Necə ki bu gün biz normativ hüquqi aktlar haqqında bir ana qanun qəbul edirik, neft haqqında da bir qa-nun olmalıdır. Həmin qanun olmayana qədər bu cür məsələlər gündəmə gələcəkdir. Eyni zamanda, neft sahəsi barədə müəyyən elmi strategiyanın olmasına nəzarət eləmək lazımdır. Təşəkkür edirəm. Hesab edirəm ki, burada bəzi hörmətli depu-tatlar çıxıb getdi. Məndə də belə bir təsəvvür yarandı ki, əşi, bu neftin bizə nə dəxli var? Neftin sahibi də məlumdur, xeyrini görən də var. Hər halda mən hesab edirəm ki, bu neft Azərbaycan dövlətinindir, Azərbaycan xalqına məxsusdur. Bi-zim borcumuzdur ki, neftin dövlətə və xalqa məxsus olması prinsipinə dönmədən əməl olunmasına nail olaq. Təşəkkür edirəm. Bu qədər.
Sədrlik edən. Mənim bildiyimə görə bizdə ehtimal nəzəriyyəsi üzrə bir akademik var. O da Asəf Hacıyev idi. Sən demə, bir nəfər də yazılmamış akademikimiz var. Hamısını ehtimalla deyir. Tənəffüs elan olunur. Sonra davam eləyərik.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Siyahı ilə çıxışları davam etdiririk. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Təqdim edilmiş qanun layihəsi Azərbaycanın neft strategiyasının məntiqinə söykənir. Bunun əsası 1994-cü ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən Əsrin müqaviləsinin imzalanması ilə qoyulmuşdur. 1994-cü ildən keçən zaman kəsiyində bağlanmış, imzalanmış müqavilələr və onların yerinə yetirilməsi, doğrudan da, mərhum ulu öndərimiz Heydər Əliyevin nə dərəcədə böyük uzaqgörənliklə bu strategiyanı işləyib hazır-ladığını bir daha təsdiq etdi.
Səhv etmirəmsə, Azərbaycanın neft hasilatı ilə bağlı 31-ə yaxın müqavilə imzalanıbdır. Bu günə qədər həmin müqavilələr imzalandıqdan sonra hər hansı bir problem ortalığa çıx-mamışdır. Deməli, o da etiraf olunmalıdır ki, bu müqavilələri hazırlayan, onu imza üçün təqdim edən, əlbəttə, söhbət Azərbaycan tərəfindən gedir, mən bunu nəzərə alıram, kifayət qədər peşəkardır. Onlar Azərbaycanın dövlət maraqlarını və milli maraqlarını, heç şübhəsiz ki, nəzərə alırlar və bu onların fəaliyyətində əsas götürülür.
Əlbəttə, neft müqavilələrinin bağlanması ilə, onun vermiş olduğu nəticələrlə bağlı hər bir millət vəkilinin öz yanaşması ola bilər. Burada müxtəlif fikirlər ola bilər, deyilə bilər. Lakin mən həmişə bunun tərəfdarıyam və bu gün də onun tərəfdarı olaraq qalıram ki, deyilən fikirlər həqiqətə, məntiqə söykənməlidir. Deyilən fikirlərin arxasında siyasi konyunk-tura olmalı deyil. Ortalığa çıxan nöqsanlar da, səhvlər də tünd rənglərdə təqdim edilməli deyil. Bu mənim yanaşmamdır və düşünürəm ki, kifayət qədər ədalətli yanaşmadır. Ona görə də hörmətli həmkarımız Pənah Hüseynin demiş olduğu fikirlərlə mən bölüşmürəm. Bir ünvandan yapışaraq, hətta neftə, bu qanuna heç bir aidiyyəti olmayan, mənim şəxsi tanışım olma-yan, lakin Azərbaycan idmanına, futboluna töhfələr verən Hafiz Məmmədovdan başlamış hər şeyi qatdı-qatışdırdı, or-talığa bilinməyən bir məntiq qoydu.
Mənim söykənmiş olduğum məntiq konkret faktlara və arqumentlərə söykənir. 1994-cü ildə bağlanmış olan Əsrin müqaviləsindən sonra Azərbaycanın neft strategiyası Azərbaycan iqtisadiyyatının çiçəklənməsinə birmənalı şəkildə öz töhfəsini verdi və verməkdə davam edir. Bu gün Azərbaycanı regionda iqtisadi cəhətdən inkişaf edən, lider dövlətə çevirən ən mühüm amillər məhz Azərbaycanın neft strategiyasının düzgün müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə birbaşa bağlıdır. Azərbaycanın Qərbə inteqrasiyasında neft strategiyası, heç şübhəsiz ki, çox ciddi və mü-hüm rol oynayır. Bu gün Azərbaycan nefti Ceyhana çıxır, bu gün Azərbaycanın qazı Avropaya axmaqdadır. Bu gün artıq ən müxtəlif layihələr üzərində işlər gedir və necə deyərlər, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır.
Buradan çıxarılan nəticə nədən ibarətdir? Deməli, Azərbaycanın həyata keçirmiş olduğu neft strategiyası onun həm də beynəlxalq nüfuzunu xeyli dərəcədə artırır. Eyni zamanda, Azərbaycan dünyaya özünün bütün mənalarda töhfələrini verir. Eyni zamanda, dediyim kimi, dünyanın enerjiyə olan ehtiyaclarının ödənilməsini və sair. Bunlar nədən etiraf olunmur? Niyə bunlar deyilmir? Axı, bunlar deyilməlidir. Çünki bunlar Azərbaycanda müxalifət və iqtidar baxışlarından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının qürur duyduğu məsələdir. Müxalifətdə olmaq o demək deyildir ki, məsuliyyətsiz çıxışlar edə bilərlər. Mən istərdim, hörmətli həmkarım bundan inciməsin və əsəbiləşməsinlər. Bu o demək deyil. Əksinə, müxalifət də özünün töhfəsini verməlidir. Eyni zamanda, bu məsələlərin müsbət tərəflərini də deməlidir. Əlbəttə, çatışmayan məsələlər haqqında da öz fikrini deyə bilər. Mən burada hər hansı bir problem görmürəm. Ona görə də təqdim edilmiş bu qanun layihəsinin, heç şübhəsiz ki, verə biləcəyi töhfələrə mən qətiyyən şübhə etmirəm.
Nəzərə alsaq ki, neft yatağının kəşfiyyatı, işlənməsi, bərpası çox ciddi bir prosesdir. Mən mütəxəssis deyiləm. Yəqin ki, mütəxəssislər burada fikirlərini daha ciddi şəkildə arqumentləşdirəcəklər. Əgər kəşfiyyat işlər Azərbaycanın deyil, qarşı tərəfin, iştirak edən şirkətin üzərinə düşürsə, bu-nun bütün maliyyələşməsini o, həyata keçirirsə, hələ bilmək olmaz ki, həmin kəşfiyyatın altından nə çıxacaqdır? Gözlənilən neft və ya karbohidrogen ehtiyatları üzə çıxacaqmı? Nə qədər olacaqdır? O bütün ehtiyacları ödəyəcəkmi? Əlbəttə, bu məsələlərin haqqında konkret fikir söyləmək mümkün deyil.
Bu gün Azərbaycana sərmayələr qoyulursa, deyək ki, iqtisadiyyatın digər sahələri də ona uyğun inkişaf edirsə, əlbəttə, bu çox yaxşı haldır. Ümidvaram ki, bundan sonra da bu xətt davam etdiriləcəkdir. Əlbəttə, mən bu qanun layihəsinə səs verəcəyəm və fikirlərimi çox lakonik şəkildə izah et-dim.
Hörmətli cənab Sədr, yadınıza gəlirsə, keçən yığıncaqların birində neft şirkətləri ilə bağlı müəyyən fikirlərimi dedim. Ola bilsin ki, bu bir az kəskin alındı. Lakin mənim söyləmiş olduğum fikirlər nə Amerika Birləşmiş Ştatlarının bu gün dünyaya vermiş olduğu töhfələrə və müsbət dəyərlərə, nə də Amerika Birləşmiş Ştatlarının cəmiyyətinə yönəlmiş olan fikirlərdir. Mənim etirazım bu gün Obama Administrasiyasının Azərbaycana qarşı ədalətsiz mövqeyinədir. Beynəlxalq hüquq normalarını bir kənara qoyaraq, o, Ermənistanı bir daha dəstəkləməkdədir. Belə olan halda Azərbaycan vətəndaşı olaraq, mənim qarşıma bir sual çıxır. Yaxşı, milyonları, milyardları, Azərbaycanın neftini alan, dövlət içində dövlət olan həmin iri neft şirkətləri nəyə görə öz ölkələrinə, öz ölkələrinin administrasiyasına, sadəcə olaraq, təsir etmir ki, ədalətli olun, haqsız olmayın. Azərbaycanın tutmuş olduğu haqq yoluna haqsızlıq etməyin. Niyə bunlar deyilmir? Niyə bunlar söylənilmir? Mən bu gün də deyirəm, bu gün də bu fikrimin üzərində dayanıram.
Ona görə də Azərbaycan tərəfi hansı şirkətlərlə işləyirsə, mən demirəm, onlar siyasiləşsinlər, demirəm, onlar öz ölkələrinin siyasətinə qatışsınlar, demirəm, gəlsinlər, Azərbaycanın ərazisində Qarabağ məsələsini həll etsinlər. Yox, mən bu fikirdə deyiləm. Lakin onlar öz ölkələrində gedən proseslərə təsirlərini göstərməlidirlər. Ən azı bu onların mənəvi bor-cudur. Çünki Azərbaycanın milli sərvətindən onlar milyardlar əldə edirlər. Ona görə də burada işləyən neft şirkətinin önəmli funksionerlərinin iştirakından istifadə edib demək istərdim ki, lütfən, zəhmət olmasa, siz bu məsələlərdə bir az fəal olun, onların imkanlarını Azərbaycanın haqq işinə yönəltməyə çal-ışın, onların imkanlarından istifadə edin, bu məsələyə xüsusi diqqət və əhəmiyyət verin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən fikir verirəm ki, əvvəl çıxış üçün yeddi nəfər yazılmışdı, indi on beş nəfər yazılıb. Bizim bir qanun layihəmiz də var, Konstitusiya qanunudur. Əgər etiraz eləmirsinizsə, çıxışlara 5 dəqiqə ayıraq, hamıya vaxt çatsın. Bu bir. İkincisi, bir millət vəkili çıxış edir, sonra bəziləri çıxışlarını onun üstündə qurur. Xahiş edirəm, hərə öz fikrini desin.
Pənah bəy öz fikrini dedi. Yəni bu fikirlərlə belə bir məsələ ortaya çıxdı. Biz müasir dövrdə yaşayırıq, kontraktın əvvəlindən başlayıb axıra kimi oxuyuruq. Bu, əski əlifba ilə başladı. Kontraktı axırdan oxumağa başladı. Ona görə də yeni danışıqlar əmələ gəldi. Ona görə xahiş edərdim ki, çıxış edən millət vəkilləri əvvəl oxuduqları kontraktı danışsınlar. Etiraz yoxdur ki? Kontraktın forması var. Kontraktın məzmununu tamamilə aydın elədi. Hələ ki, dünyada pay bölgüsündən uğurlu bir kontrakt forması yoxdur. Xoşbəxt müəllim, səhv eləmirəm ki? Dünyada mövcud belə bir kontrakt varmı ki, pay bölgüsündən daha faydalı olsun? Əli Məsimli, buyurun.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Təqdim olunan kontrakt barədə hörmətli Valeh müəllim Ələsgərov izahlar vasitəsilə kifayət qədər müfəssəl, ətraflı məlumat verdi və irihəcmli kontraktın əsas məqamlarını çatdırdı. Bu barədə tezis formasında bəzi məsələləri də nəzərə çatdırmaq istərdim. Bu da ondan ibarətdir ki, podratçının kontrakt sahəsində gördüyü iş və əldə etdiyi nəticə onun çəkdiyi xərcdən az olsa, onun işçilərinin yeri doldurulmur. Hesab edirəm ki, əlavə işçinin yeri doldurulmur və bu, Azərbaycanın xeyrinə birinci müsbət məqamdır.
İkincisi, Azərbaycan tərəfindən olan Ortaq Neft Şirkəti üçün ilk mərhələdə başqa kontraktlardan da məlumdur ki, vəsait tapmaq çətin olur. Həmin mərhələnin vəsaitini digər podratçı və podratçılar qoyurlar. Hesab edirəm ki, bu da vəziyyəti yüngülləşdirir. Həmin borcu isə karbohidrogenlər, yəni neft və qaz vasitəsilə örtmək olar. Eyni zamanda, kon-trakt sahəsində işləri görmək üçün podratçının yetərincə vəsaitinin olması da vacibdir.
Bölgüyə gəldikdə, əvvəlki bölgülərdə biz həmişə qeyd eləmişdik, bölgü burada 20-nin 80-nə nisbətində olsa da, mənfəət bölgüsü Azərbaycanın xeyrinə 52 faizdən 98 faizə qədərdir. Bu bölgüdə də tendensiya müsbətdir. Tez-tez irad tutduğumuz məqam bilavasitə orada işləyən mühəndis-texniki işçilərlə bağlı məsələ idi. Burada ilk 5 ildə mühəndis-texniki işçilərin 70 faizi, sonra isə 90 faizi Azərbaycan vətəndaşı ola-caq. Fəhlələrin isə 95 faizə qədərinin Azərbaycan vətəndaşı olması vacibdir.
Eyni zamanda, bir sıra məsələlərə də aydınlıq gətirilməsini vacib hesab edirəm. Birincisi, hesab edirəm ki, burada po-dratçı haqqında məlumat verildi. Madam ki, burada əlavə məsələlər qalxdı, podratçı haqqında əlavə məlumatın verilməsini məqsədəuyğun hesab edirəm. İkincisi, kontrakt sahəsindən hazırda da neft və qaz çıxır. Bununla əlaqədar orada iş başlanan zaman indiki vəziyyətin nəzərə alınması məsələsinə əlavə aydınlığın gətirilməsini vacib hesab edirəm. Üçüncüsü, vəsait qaytarılan zaman LİBOR plyus iki faiz yaxşıdır, əlverişlidir. Buna aydınlıq gətirilməsini vacib hesab edirəm. Yəni həmin vəsait qaytarılanda LİBOR plyus illik iki faizi mən nəzərdə tuturam.
Burada bir yenilik olub və həmin yenilik maraq doğurur. Bu məsələ həmişə bir sıra kontraktlarda qalxırdı. Məsələn, “Lukoyl” özünün payını satmışdır. Bu payla əlaqədar nə ola bilər? Valeh müəllim, burada bir cümlə var. Buna əlavə ay-dınlıq gətirilməsinə ehtiyac duyuram. Podratçı əgər payını satsa, əldə etdiyi vəsaitdən vergi verir. Vergi tutulan zaman ən yüksək dərəcə, təbii ki, 22 faiz müəyyənləşdirilib. Bax-mayaraq ki, indi Azərbaycanda 20 faizdir, sonra 18 faiz ola-caq. Amma 20 faiz artıq rəsmiləşdirilib. Axıra qədər də 22 faiz gedəcək. Amma yuxarıda 25 faiz ifadəsi də, 22 faiz ifadəsi də, 5,5 faiz ifadəsi də var. Yəni mən rəqəmi dedim. Buna da əlavə aydınlıq gətirilməsinə ehtiyac var. Qalan məqamlar kifayət qədər aydın ifadə olunub. Hesab edirəm ki, həmin məqamlara bilavasitə təqdimatçının, yaxud mütəxəssislərin aydınlıq gətirməsi əlavə sualların azalmasına xidmət etmiş olar. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Biz yüksək ixtisas sahibi olan Valeh müəllimin hərtərəfli informasiyasını eşitdik. Onun bu sahədə olan biliyinə mənim çox böyük hörmətim var. İnformasiyadan aydın oldu ki, bu yataqlar kifayət qədər köhnədir. Yəni Qum-Dəniz yatağı 1955-ci ildə, Bahar yatağı isə 1968-ci ildə istismara verilib. Mütəxəssislərin hesablamalarına görə, qarşıdan gələn beş ildə Bahar yatağına qaz istehsalı 15 faiz, kondensat 10 faiz azalacaqdır. Belə bir şəraitdə bir qəpik in-vestisiya qoymadan kontrakt bağlayıb, köhnə yataqları bərpa etmək, hasilatı stabilləşdirmək, elə hesab edirəm ki, Azərbaycan Dövlət Neft Şirkətinin böyük uğurudur. Mütəxəssislərin hesablamalarına görə, bu investisiya nə az, nə də çox, bir milyard dollar vəsait tələb edir. Bunu qoymadan həmin yataqları işlək hala salmaq böyük uğurdur.
Bundan əlavə, Valeh müəllim dedi ki, bu müqaviləyə əsasən Bahar şirkətinin payının 80 faiz, Dövlət Neft Şirkətinin payının isə 20 faiz olmasına baxmayaraq, ilk vaxtlarda Dövlət Neft Şirkətinin gəliri 40 faiz olacaq. Sonra bu rəqəm də artırılacaq. Digər tərəfdən, burada Vahid müəllim də, Əli müəllim də qeyd etdilər. Məni də həmin məsələ düşündürür. Bizdə qaz və neft sahəsində yüksəkixtisaslı işçilər var. Onların taleyi necə olacaq? Müqavilədə göstərilir ki, ilk beş ildə mühəndis-texniki işçilərin 70 faizini, fəhlələrin 90 faizini Azəqbaycan vətəndaşı təşkil etməlidir. Sonrakı beş ildə isə bu rəqəmlər müvafiq olaraq 90–95 faizə qədər artacaqdır. Ona görə hesab edirəm ki, bu kontrakt bizim uduşumuzdur və onu təsdiq eləmək lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Təklif var ki, səsə qoyaq. Təkid edən varmı? Bəlkə Zahid Orucun çıxışından sonra nəyisə dəyişmək mümkün oldu. Zahid müəllim, buyurun.
Yerdən. (Eşidilmir.)
Z.Orucov. Təşəkkür edirəm. Elmira xanım, bəzən Siz yerdən çıxış eləmək arzunuzu ifadə edirsiniz. Biz buradan qışqırırdıq ki, mütləq Elmira xanım sözünü desin. Ona görə darıxmayın, mənə elə gəlir ki, istənilən halda saat 6-ya qədər buradayıq.
Hörmətli sədarət, hörmətli Ziyafət müəllim, mən birinci növbədə bir məqamı vurğulamaq istəyirəm. Mənim üçün çox əlamətdar haldır ki, keçmiş Xalq Cəbhəsi hakimiyyəti dövründə Baş nazir olmuş şəxslərdən biri bu müqaviləni çox yüksək qiymətləndirdi, digəri isə özünəməxsus bir ssenari ilə bu müqaviləni insanların gözündən salmaq istədi. Hətta, açığını deyim, bir sıra hallarda buna nail oldu. Çünki çox özünəməxsus bir süjet xətti seçilmişdir. Guya Azərbaycandan hansısa müəyyən bir qurum başqa xarici şirkət adı altında dolayı vasitələrlə qeydiyyatdan keçir, xarici şirkət vasitəsilə neftimizi çıxarıb satır. Sadələşdirsək, belə bir vəziyyət yaranır.
Düşünürəm ki, Rövnəq müəllimlə, bu sahə ilə əlaqəli mütəxəssislərlə söhbətlərdən, həm də hörmətli Valeh müəllimin təqdimatından hər kəs üçün kifayət qədər aydın oldu ki, dövlət başçısı bu mühüm sənədi parlamentə göndərərkən bütün beynəlxalq və ölkədaxili məqamları, neft müqavilələrinin imzalanmasında gözlənilən mühüm prinsipləri nəzərə almışdır. Mən çox sadə bir şəkildə bayaq qeyd elədiyim həmin versiya sahiblərinə cavab vermək istərdim. Həmin in-sanlara nə mane olur ki, onlar Azərbaycan tərəfindən bu cür neft müqavilələrində iştirak etsin və müəyyən gəlir əldə etsinlər? Bu, tamamilə mümkündür. Amma burada sənəddə göstərilən ünvan hörmətli Pənah bəy tərəfindən tapılmamışdır. Onun çox sadə bir izahı var. Açığı, bu mənim tərəfimdən deyilən fikir deyil. Mən bir az siyasət adamıyam. Belə çıxardı ki, sadəcə, siyasi cavab vermə naminə bunu söyləyirəm. Amma istənilən xarici şirkətin Azərbaycanda iş görərkən və müəyyən qurumlar yaradarkən zəruri qeydiyyat tələbi var. Bu bir az da formal görünən qeydiyyatdır. Ona görə də həmin ünvanda kimisə tapmayıbsa, burada qeyri-adi heç nə yoxdur. Bu, birinci məsələ.
İkincisi, mən onu xüsusi vurğulamaq istərdim ki, bu müqavilə məhz Amerika şirkəti ilə bağlanır. Son dövrlərdə Amerika–Azərbaycan münasibətlərində bizi də narahat edən hansısa məqamları haqlı hesab edərək, Azərbaycan–Amerika münasibətlərində strateji tərəfdaşlığa, əməkdaşlığa sadiq qal-maq niyyətini bir daha da göstərmiş oluruq. Amerika–Azərbaycan maraqları çevrəsində oynamaq istəyən, xüsusilə parlament seçkiləri ərəfəsində bu oyunları həyata keçirmək istəyənlərə bu müqavilə son dərəcə uğurlu bir cavabdır. Bu, ikinci məsələ.
Üçüncüsü, düşünürəm ki, bu sənədlər üzərində peşəkarların işlədiyi aydın bir məsələdir. Əvvəla, buna qədərki dövrdə neft çıxaran ölkələrin özünün keçdiyi bir yol var. Azərbaycan on illər ərzində bu sahədə qabaqcıl ənənələri, təcrübəni əldə edibdir. Ona görə də az qala böyük bir kitaba bənzəyən bu sənədin hər maddəsinin ölçülü-biçili olduğunu yəqin edə bilərik. Parlamentdə hər kəsin neft sahəsi üzrə mütəxəssis olmasına da bir ehtiyac yoxdur. Burada kifayət qədər bu sahədə çalışan insanlar var və yaxud dövlət başçısının imzası bizim üçün ən mötəbər rəy çıxarmaq üçün əsasdır. Ancaq mən burada nəyi xüsusi vurğulamaq istəyirəm?
Hörmətli Valeh müəllim, mən bir dəfə də neft müqavilələrinin müzakirəsində bunu söyləmişdim. Qeyri-rəsmi olaraq, daha çox da ayrı-ayrı media mənsubları tərəfindən gündəmə gətirilir ki, guya bizim orada çalışan insanlarımızın qeyri-bərabərsiz şəraitdə işləməsinə müqavilə sahibləri təsir göstərirlər. Bir az fikrimi sadələşdirsəm, guya maaşlar arasında hədsiz dərəcədə bərabərsizlik var. Guya bizim tərəfimizdən deyilib ki, bizimkilərin maaşı maksimum 3 min ABŞ dollarından artıq olmasın. İkinci, məhkəmə iddialarının xari-ci şirkətlərin xeyrinə həll edilməsi ilə bağlı guya qeyri-rəsmi tapşırıqlar verilib və məhkəmə də bunları əsas tutur. Mən çox istərdim ki, Siz bu məsələyə aydınlıq gətirəsiniz. Artıq 4 dəqiqə 33 saniyənin içərisindəyəm. Sənədin 55-ci səhifəsində bununla bağlı fikirlər söylənilmişdir. Xarici şirkətlərin üzərinə düşən öhdəliklər orada var. Amma çox istərdim ki, Siz bu məsələyə aydınlıq gətirəsiniz. Çünki bəzi qeyri-hökumət təşkilatları bu məsələni daim gündəmə gətirirlər və onların qrant layihələri bunun üzərində qurulur.
Sədrlik edən. Təkid edən yoxdur? Onda xahiş edirəm, Valeh müəllimə şərait yaradaq, burada deyilən təkliflərə, su-allara münasibətini bildirsin. Ondan sonra səsə qoyarıq. Buy-urun, Valeh müəllim.
V.Ələsgərov. Azərbaycan Respublikasında imzalanmış, təsdiq edilmiş və həyata keçirilən neft kontraktlarına 1994-cü ildən bəri çoxları tez-tez kölgə salmaq istəyirlər. Ancaq mümkün deyil. Çünki fakt, statistika göstərir ki, bundan daha əlverişli kontrakt imzalanmayıb. Qonşu ölkələri götürün. Neçə dəfə bu sözü demişəm. 1992–1993-cü illərdə bizdən ərazisinə, əhalisinə, neft-qaz ehtiyatlarına, hasilatına görə böyük olan qonşu ölkələrdə imzalanan bir kontraktı götürün, bizim birinci kontraktla müqayisə edin. Mən sizə deyim. Böyük bir ölkədə 1993-cü ildən bəri işləyən bir neçə kon-traktdan bu günə kimi dövlət mənfəət nefti, mənfəət qazı nə olduğunu hələ görməyib. 1992-ci ildən xarici şirkətlərə hasi-latla verilmiş hazır yataqdan, nəhayət, dövlətə keçən il 20 faiz mənfəət neft çatdı. Azərbaycanda çoxdan 80 faizi keçibdir. Birinci kontraktdan söhbət gedir. Əlbəttə, kontraktdan kontrakta yatağa, şəraitə uyğun olaraq şərtlər təkmilləşdirilir.
Bunu hamı təsdiq edir, hamı qəbul edir ki, Azərbaycan kontraktları dövlətin maraqları ilə uzlaşır və dövlətin mənafeyini yüksək səviyyədə qoruyan kontraktlardır. Mən Milli Məclisdə oturanda bir dəfə buraya 4 kitab gətirmişdim. Bir partiyanın lideri sonra müşavirlikdən gəlib burada sədr ol-muşdu. Ona istinadən bəzi şeyləri dedim. Mən xarici beynəlxalq audit şirkətin hesabatını gətirmişdim. Dövlətə verdiyi xeyrə görə, 359 kontrakt arasında bizim birinci kontraktımız birinci yerdə idi. 1994-cü ildə hansı şəraitdə olduğumuz yadı-nızdadır. Ona görə qəbul etmirəm. O deyilən sözlər, ya-lanlar, yaxmalar mənə təsir etmir. Bu bir.
İkincisi, müzakirələr zamanı bu sual ortaya çıxır. Nə qədər sərmayə qoyulacaq? Heç kim bu gün deyə bilməz. Niyə? Çünki diqqət yetirirsinizsə, kontraktda işlənmə proqramı, işlənmə və bərpa proqramı, kəşfiyyat proqramı yazılıbdır. Bu proqramlar Dövlət Neft Şirkəti tərəfindən ona görə tətbiq və təsdiq edilir ki, kəşfiyyat işləri də, işlənmə işləri də səmərəli şəkildə aparılsın və onun səmərəliliyinə lazım olan qədər sərmayə qoyulsun. Deyə bilərəm ki, 10 milyonlarla, 100 milyonlarla sərmayə qoyulacaq. Ancaq hansı ildə nə qədər qoyulacağını hasilat proqramı, kəşfiyyat proqramı təsdiq olunmamış heç kim deyə bilməz. Proqramlar tərtib olunandan sonra hamısı məlum olacaq. Bunların hamısı açıq şəkildə çap olunur, məlumat verilir. Şəffaflığa görə kim nə deyir desin. Azərbaycan bu işlərdə şəffaflığa görə bütün dünyada tanınır və nümunə göstərilir. Ona görə də bizim Dövlət Neft Fondu beynəlxalq qurumlar tərəfindən, o cümlədən Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumu tərəfindən müvafiq mükafata layiq görülmüşdür. Bundan artıq nə ola bilər?
Orada işləyənlərin taleyinə gəlincə, mən sizə bayaq bu rəqəmlər boş yerə gətirmədim. Binəqədidə, Neftçalada, 150 ton, 170 ton neft çıxarılan bir mədəndə 600 nəfər işləyir. Halbuki o qədər adam lazım deyil. Amma biz vaxtilə şərt qoymuşduq ki, orada işləyənlərin hamısı yerində qalacaqlar, işləyəcəklər. Xoşun gəlir, gəl, xoşun gəlmir, çıx get, bu gün Şirvanda, misal üçün, Şirvan layihəsində 1064 nəfər işçinin 1053-ü Azərbaycan vətəndaşıdır. Oradakı neftə görə o qədər adam lazım deyil. Görülən işlər ik buruğun rənglənməsindən ibarət deyil. Xoşbəxt müəllimin dediyi kimi, görülən işlərin 90 faizi yerin altındadır. 100 metr, 5009 metr, 6000 metr dərinlikdədir. İndi kimsə buruğu görür, onun öz işidir. Kimsə orada gedən işləri görür, o da onun öz işidir. Amma mütəxəssis belə yanaşmamalıdır.
Dubay İqtisadi Zonası. Dünyada beynəlxalq maliyyə qurumları tərəfindən, beynəlxalq arbitraj məhkəmələri tərəfindən tanınmış, qəbul edilmiş zonalar var. Həmin zonalarda qeydiyyatdan keçmək, vergi məsələsi haqqında danışmaq, buna vaxt itirmək istəmirəm. Bunların biri də Du-bayda olan Cebel Ali İqtisadi Zonasıdır. Bunların içində tanınanları Kayman adalarıdır, Amerikanın Denver ştatıdır, Böyük Britaniyanın Virgin adalarıdır. Oradakı yurisdiksiya, qanunvericilik o qədər ciddidir ki, hamı tərəfindən tanınır. Orada qeydiyyatdan keçən şirkət fırıldaq işlərlə məşğul ola bilməz, öz məsuliyyətindən, öz öhdəliklərindən qaça bilməz.
Kimsə güzəştdən danışdı. Çox üzr istəyirəm, diqqətlə kontraktı oxuyun. Bura gələn şirkət Dövlət Neft Şirkətinə təmənnasız 170 min ton xam neft verəcək, 630 milyon kub-metr təbii səmt qazı verəcək. Təbii səmt qazı, hər zaman olduğu kimi, pulsuz-parasız çatdırma məntəqəsini Dövlət Neft Şirkətinə verəcək. Bundan başqa, Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətinin kəşfiyyat sahəsindəki hissəsini ticari hasilat başlanan müddətdən sonra Ortaq Neft Şirkəti maliyyələşdirir. Ona qədər isə o biri tərəf, yəni xarici tərəf maliyyələşdirir. İşlənmə sahəsində, bərpa sahəsində hasilat iki dəfə artana qədər Ortaq Neft Şirkətinin hissəsini o biri şirkət maliyyələşdirir. Bu, faktiki olaraq, faizsiz kreditdir. Ən riskli müddətdə bunun üstünə 2 milyon ABŞ dolları məbləğində vəsait gəlin. O da heç vaxt ödənilməyən bonusdur. Həmin vəsait müqavilənin qüvvəyəminmə tarixindən sonra 30 gün ərzində ödənilir. Bir dəfə hasilat artanda 2 milyon dollar, ti-cari hasilatı başlanandan sonra 30 gün ərzində 5 milyon dollar ödənilir. Əgər 2 milyon, 5 milyon dollar vəsait kimin üçünsə pul deyilsə, – mən təcrübəmdən bilirəm, – ən böyük şirkətlər üçün də ödənilməyən 2 milyon, 5 milyon böyük məbləğdir, böyük puldur. Dövlət Neft Şirkəti danışıqlar nəticəsində bu-na nail ola bilibdir. Ona görə də mən əminəm ki, bu kontrakt Azərbaycan üçün çox dəyərli bir kontraktdır. Oradakı adam-lar işlə təmin olunacaq, neft hasil ediləcək, qazancı da Azərbaycan tərəfi ilə bölüşəcəklər.
Bununla bərabər, Dövlət Neft Şirkəti və Azərbaycan nə qazanır. Bu gün minlərlə vətəndaşımız həmin layihələrdə çalışır. Dövlət Neft Şirkəti ora sərmayə qoymur, əlində olan imkanları xaricdə də daha səmərəli, daha əlverişli, daha mənfəətli maliyyələrə yönəldə bilir. Bu da təkcə iqtisadi cəhətdən yox, həm də siyasi cəhətdən çox önəmlidir. Biz özümüzü tanıtmaq üçün həmin ölkələrdə iş görməsək, onların siyasətinə təsir edə bilərikmi? Yox. Dövlət Neft Şirkətinin vəsaiti bura qoyulmur. Həmin köhnə yataqlarda xarici şirkət işləyir. Dövlət Neft Şirkəti öz vəsaitini xaricdə və ölkədə da-ha səmərəli, daha əlverişli, daha mənfəətli layihələrə qoyur. Bunun nəyi pisdir? Mən bunu ancaq alqışlayıram.
Neft-qaz qanunu haqqında bir neçə kəlmə ilə sözümü bitirmək istəyirəm. Lazım olsa, çox danışa bilərəm. Hər dəfə neft-qaz haqqında qanundan söhbət düşəndə deyirəm ki, bir-incisi, bir qanunla neft-qaz sahəsini əhatə etmək mümkün deyil. Kimdən istəyirsiniz, soruşun, müraciət edin. Texas ştatında, Alberta ştatında (Kanada) mükəmməl işlənmiş qanunvericilik mövcuddur. Ortada normativ aktlar var və sair. Bir qanunla bunu əhatə etmək mümkün deyil. Bu bir.
İkincisi, bu gün hər hansı bir qanunun olmaması sərmayələrin qarşısını alırmı? Neft sənayesinin inkişafına mənfi təsir edən bir problem yaradırmı? Yox. Ən önəmlisi, biz bir sahəni, yəni axtarış-kəşfiyyat, işlənmə, hasilat və ixrac məsələlərini əhatə edən bir qanun qəbul etdik. Bu haqda danı-şan yoldaşlara mən sual verirəm. Kontrakt imzalanacaqmı? Bəli. Kontrakt Milli Məclisə gələcəkmi? Bəli. Onda sual verirəm, həmin qanuna nə ehtiyac var? Çünki bu, adi qanun-vericilik texnologiyasıdır. Bu kontrakt burada qanun kimi qəbul olunursa, bu, xüsusi qanun olur. Xüsusi qanunun da müddəaları ümumi qanunun müddəalarından üstündür. Milli Məclis bu sahəni əhatə edən qanun qəbul edəndən sonra kon-traktlar bura gəlməyəcək. Gəlin, bu qanunun üzərində işləyək. Amma kontrakt yenə bura gələcəksə, onda həmin qanuna nə ehtiyac var? Mən bunu başa düşə bilmirəm. Bunu mütəxəssis kimi deyirəm, səmimi qəlbdən deyirəm.
Sizin hamınızı bu kontraktın qəbul edilməsinə səs verməyə çağırıram. Əmin ola bilərsiniz ki, 30 kontraktda olduğu kimi, kəmərləri əhatə edən sazişlərdə olduğu kimi, bu kontrakt da Azərbaycan üçün çox əlverişli, çox səmərəli olacaqdır. Əhalimiz üçün də, orada işləyənlər üçün də. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Valeh müəllim, çox gözəl izahata görə sağ olun. Mən xahiş edirəm, buyurun, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 104
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Xoşbəxt müəllim, Rövnəq müəllim, Sizi təbrik edirəm, uğurlu olsun, xeyirli olsun!
Növbəti məsələ Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu layihəsinin ikinci oxunuşudur. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, buyurun.
Ə.Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu layihəsinin birinci oxunuşunda bu qanunun zərurəti barədə geniş məlumat verdik. Konstitusiyaya etdiyimiz əlavələr və dəyişikliklər nəticəsində belə bir qanun meydana çıxdı. Daha dəqiq desək, Konstitusiyaya referendum nəticəsində edilən dəyişikliklərlə normativ hüquqi aktların mütləq dərc olunması müddəası öz əksini tapmışdır. Amma qanunvericilik təşəbbüsü subyekti – cənab Prezident tərəfindən məsələyə daha da geniş yanaşma göstərildi və qərara alındı ki, bütövlükdə Normativ hüquqi aktlar haqqında bir qanun layihəsi təqdim olunsun. Təbii ki, qanun layihəsi özündə normativ hüquqi aktların dərcini də ehtiva edir. Yəni bunun zərurəti məlumdur, bunu geniş müzakirə etmişik.
Birinci oxunuş zamanı hüquqşünaslar tərəfindən tənqidi fikirlər də söylənildi. Ümumiyyətlə, bu bir qədər mürəkkəb, nəzəri məsələdir. Onu qeyd edə bilərəm ki, Konstitusiya qa-nununun layihəs ikinci oxunuş üçün hazırlanarkən layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən bildirilmiş iradlar, xüsusən də stilistik iradlar ciddi nəzərdən keçirildi. Bu iradların çox böyük bir hissəsi aradan qaldırılmışdır. Layihədəki dəyişikliklərin əksəriyyəti, qeyd etdiyim kimi, orfoqrafik, stilistik, texniki və dil-üslub baxı-mından edilmiş düzəlişlərdir.
1.0.17-ci maddə ilə 1.0.14-cü maddə arasında uyğunsuzlu-qla bağlı iradlar bildirilmişdir, bu, aradan qaldırılıb. 1.0.19-cu maddədə “normayaratma təşəbbüsü” anlayışı verilmişdir. Millət vəkili Pənah Hüseyn öz çıxışında analyışlar verilən hissədə təkrarçılıqla bağlı irad bildirmişdi. Bu, düzgün irad idi və qeyd edim ki, sizə paylanmış variantda bu qüsur texniki baxımdan aradan qaldırılmayıb. Amma hazırda elektron vari-antda olan layihədə həmin qüsur da aradan qaldırılmışdır. 1.0.19-cu maddə ilə bağlı bunları deməklə kifayətlənirəm.
Bundan başqa, layihənin daha dolğun və yekdil şəkil alması üçün 11-ci maddənin adı tamamilə yeni şəkildə verilmişdir. Birinci oxunuşdakı variantda 49.6-cı maddədəki isti-nadların dəyişdirilməsi ilə maddələr arasında texniki uyğunsuzluq aradan qaldırılmışdır. Əlbəttə, bu cür dəyişikliklər qanunvericilik təşəbbüsü subyekti ilə də razılaşdırılmışdır. Eyni zamanda, bir neçə millət vəkili – hörmətli İlyas İsmay-ilov, Xanhüseyn Kazımlı komitəyə yazılı şəkildə əlavələr və dəyişikliklər təqdim etmişlər.
Ziyafət müəllim, məlumat üçün bildirmək istəyirəm ki, hazırda layihə üzərində iş gedir. Bilirsiniz ki, Tvininq pro-qramı çərçivəsində Litva parlamenti ilə aramızda bir müqavilə mövcuddur. Konstitusiya qanunu ilə bağlı 3 ekspertin rəyi də verilib. Çox geniş və peşəkar bir ekspert rəyi verilib. Rəy, eyni zamanda, qanunvericilik təşəbbüsü subyektinə də təqdim olunub. Bundan başqa, Konstitusiya qanunu haqqında parlament proqramı çərçivəsində ayrıca bir rəy də hazırlanıb, komitəyə təqdim olunub. Bu fikirləri nə üçün səsləndirdim?
Qeyd etmək istəyirəm ki, təbii, ikinci oxunuşda qanun layihəsi çox geniş, fəsil-fəsil müzakirə olunacaq. Xatirinizdədirsə, biz birinci oxunuş zamanı səsləndirmişdik ki, bu Kon-stitusiya qanunu layihəsinin geniş ictimai müzakirəsinə də ehtiyac var. Ona görə də birinci və bugünkü oxunuşda səslənən təkliflər nəzərə alınmaqla müzakirələrə aktiv qatılmış millət vəkillərinin, o cümlədən litvalı ekspertlərin və par-lamentin saytı çərçivəsində bu məsələ ilə bağlı rəy verən ekspertlərin, eyni zamanda, qanunvericilik təşəbbüsü subyek-tinin nümayəndəsinin iştirakı ilə üçüncü oxunuşa qədər parlamentdə geniş bir ictimai müzakirə də təşkil olunacaq ki, tərəflər fikir mübadiləsi apara bilsinlər. Bütövlükdə isə biz yenə də iradları, təklifləri dinləməyə hazırıq. Nəticə etibarilə də üçüncü oxunuşa əhəmiyyətli bir sənəd təqdim edə biləcəyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Hörmətli deputatlar, xahiş edirəm, diqqətli olaq. Bilirsiniz ki, Konstitusiya qanunu layihəsini müzakirə edirik. İkinci oxunuşun tələblərinə uyğun olaraq biz layihənin müzakirəsinə keçməzdən əvvəl onu əsas kimi də qəbul eləməliyik. Bu məsələ 95 səslə qəbul edilməlidir. Buyurun, xahiş edirəm, layihəni əsas kimi qəbul edək. Pənah bəy, səs verin.
Səsvermənin nəticələri (saat 16.46 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Buyurun, indi müzakirəyə başlayırıq. Xahiş edirəm, yazılın. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən ötən dəfə də çıxışımda belə bir qanunun çox əhəmiyyətli olduğunu və bu məsələnin Konstitusiyanın tələblərinə uyğun tənzimlənməsinin vacibliyini vurğulamışdım. Çox hörmətli Əli Hüseynov, deputat həmkarımız, komitə sədri bəyan etdi ki, bu, həqiqətən də, nəzəri mülahizələr tələb eləyən bir məsələdir. Ona görə də mən bu məsələ ilə bağlı nəzəri mülahizələrimi də söyləmək istəyirəm. Ola bilsin ki, bunlar qəbul edilməyəcək.
Birinci, qanun layihəsinin adından başlamaq istəyirəm. Ziyafət müəllim, Siz Konstitusiya hüququ üzrə mütəxəssissiniz və çox dəyərli tədqiqatlarınız var. Ona görə istəyirəm ki, məsələyə xüsusi diqqət yetirəsiniz. Konstitusiyada referen-dum nəticəsində dəyişiklik həyata keçiriləndə 149-cu maddənin 8-ci hissəsində göstərildi ki, normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. Demək, bizim qəbul edəcəyimiz qanun ancaq belə adlandırıla bilər: “Normativ hüquqi aktların dərc edilməsi haqqında Konstitusiya Qanunu”. “Normativ hüquqi aktlar haqqında” Qanuna biz əlavə və dəyişikliklər edə bilərik. Mən elə bilirəm ki, gələcəkdə bu, Konstitusiya ilə bir uyğunsuzluq yaradacaq deyə həmin məsələnin vaxtında çözülməsi işin faydasına olar.
Normativ hüquqi aktların dərc edilmə qaydası ilə hazırlanması, rəsmiləşdirilməsi, qəbul edilməsi, qüvvəsi, şərti və sistemləşdirilməsi qaydaları tamamilə fərql məsələlərdir. Mənə elə gəlir ki, vaxtilə Konstitusiyada dəyişiklik ediləndə səhvə yol verilib. Biz vaxtında Konstitusiyada göstərsəydik ki, bunlar bütövlükdə normativ aktlara şamil edilir, onda bu məsələnin üzərindən keçmək və bunu qəbul etmək olardı. Ona görə də mən bir hüquqşünas kim bu ziddiyyəti diqqətə çatdırmağı borc bildim. Bu mənim nəzəri mülahizəmdir, he-sab edirəm ki, qanunun belə adla qəbul edilməsi Konstitusi-yaya uyğun olmayacaq. Qanunun adı belə olmalıdır: “Norma-tiv hüquqi aktların dərc edilməsi haqqında Konstitusiya Qanunu”. “Normativ hüquqi aktlar haqqında” Qanunun isə Konstitusiya qanunu olması tələbi Konstitusiyada nəzərdə tutulmur. Tutulmursa, köhnə qanunda əlavə və dəyişikliklərin edilməsi, məncə, daha doğru hüquqi addım olardı. Azərbaycan qanunvericilik sisteminə daxil olan normativ hü-quqi aktlar Konstitusiyanın 148-ci maddəsində yer alıb. Orada verilməyib ki, bu məsələ Konstitusiya qanunu ilə tənzimlənməlidir. Ona görə də Konstitusiyaya uyğunluq məsələsinə hər halda diqqət yetirsək, daha yaxşı olar.
Sonra, ciddi məsələlərdən biri hüquqi ekspertiza ilə bağlıdır. Biz tez-tez bu barədə müzakirə aparırdıq. 50.2-ci maddədə göstərilir ki, “məcburi hüquqi ekspertiza hüquqi ak-tın növündən asılı olaraq, aşağıdakı qaydada keçirilir: “50.2.1. qanun layihələri – Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkilati təminatını həyata keçirən qurumun səlahiyyətli struktur bölməsi tərəfindən”. Bu isə nümayəndəli orqanın, məsələn, Milli Məclisin komitələrinin müəyyən dərəcədə rol-unun azalmasına gətirib çıxara bilər. Ona görə də, məncə, bu məsələyə də xüsusi diqqət yetirmək olduqca vacibdir. Biz daha çox Milli Məclisin komitələrinin xüsusən ekspertiza məsələsində rolunun artırılmasına çalışmalıyıq. Həm də elə etməliyik ki, alternativ layihələrin təqdim edilməsi, alternativ ekspertizanın keçirilməsi imkanları da olsun. Qanunvericilik təşəbbüsü ilə çıxış edən hər bir subyektin buna imkanı ol-malıdır.
Digər vacib məsələlərdən biri qanun layihəsinin hazırlanmasının planlaşdırılması ilə bağlı məsələdir. Bu məsələ 43-cü maddədə nəzərdə tutulur. Hörmətli Əli müəllim, yəqin ki, maddəyə də diqqət yetirər. Burada Milli Məclis və Prezident tərəfindən bu işin birgə razılaşdırılması nəzərdə tutulur. Amma bildiyiniz kimi, Konstitusiya ilə hakimiyyət bölgüsü prinsipi var və hakimiyyət qollarının müstəqilliyi və hakimiyyətin bölünməsi prinsipinə bu birbaşa ziddir. Yəni Konstitu-siya ilə qanunvericilik prosesinin Milli Məclisin müstəsna səlahiyyətinə aid edilməsi artıq bir reallıqdır. Konstitusiyanın 92-ci maddəsində Milli Məclisin işinin təşkili ilə bağlı göstərilir ki, Azərbaycan Respublikasının Milli Məclisi öz iş qaydasını müəyyən edir. Bu qaydanın Prezident tərəfindən müəyyən edilməsi cəhdi Konstitusiyaya uyğun deyil. Yəni bu iki orqanın birinin digərindən üstünlüyünü belə bir şəkildə göstərməyimiz, məncə, qanunun prinsiplərinə zidd ola bilər.
Digər tərəfdən, Prezident tərəfindən Milli Məclisə təqdim edilmiş qanun layihəsinin bütün maraqlı dövlət orqanları ilə razılaşdırılmış hesab olunması 47-ci maddədə nəzərdə tutu-lur. Hüquq nəzəriyyəsi baxımından da absurd görünür. Çünki bu faktın qəbul olunması yenə də icra orqanının qanun-vericilik hakimiyyətindən üstün tutulmasına gətirib çıxara bilər. Ona görə də mən təklif edərdim ki, burada Konstitusiyanın bəzi müddəalarının da yer alması vacibdir. Xatırlayırsınızsa, 40 min seçicinin qanunvericilik təşəbbüsü hüququnu həyata keçirmə qaydalarını da qəbul etmişdik, bunun mümkünlüyünü subyekt olaraq göstərmişdik. Bunu hansı qaydada qəbul edək? Bunun üçün ayrıca Konstitusiya qanunu nəzərdə tutulmayıb. Əgər onların hər hansı təşəbbüs hüququ varsa, normativ hüquq yaradıcılığı üçün imkan tanınırsa, onların da hüquqlarını həyata keçirmə qaydası nor-mativ hüquqi aktların tənzimlənməsi ilə bağlı qanuna mütləq daxil edilməlidir.
Digər tərəfdən, bu qanun layihəsinə həm insan hüquq və azadlıqları baxımından, həm də ekoloji aspektdən məcburi ekspertizanın keçirilməsi məsələsi də, məncə, əlavə olunmalıdır. Bu da olduqca vacib məsələdir.
Təbii ki, bu layihə hələ son variant deyil, ikinci oxunuş da olsa, hər halda deyilən məsələlərin ciddi müzakirə olunmasına ehtiyac var. Çünk qəbul edəndən sonra bunun hər hansı bir nöqsanı olarsa, dəyişikliklər etmək məcburiyyətində qalarıq. Qanun və qərarların, layihələrin əsaslandırılması və onların qəbul edilməsinin məqsədi 96-cı maddənin 7-ci hissəsində nəzərdə tutulurdu, biz bunu referendumda dəyişdik. Bu da “Normativ hüquqi aktlar haqqında” Qanuna əlavə oluna bilər. Amma qanunun adı məsələsi üzərində, hər halda, düşünmək lazımdır. Mən hesab edirəm ki, biz bunda səhvə yol verməməliyik. “Hüquqi aktların dərc edilməsi qaydası haqqında Konstitusiya Qanunu” adlandırılması və ancaq dərc edilmə mexanizmini nəzərdə tutan 5-10 maddədən ibarət olması daha doğrudur. Digər məsələlər isə “Normativ hüquqi aktlar haqqında” Qanunda nəzərdə tutula bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil müəllim, çox sağ olun, təşəkkür edirəm. Doğrudan da, bu məsələyə bir peşəkar kim yanaşdınız, çox da dəyərli təklifləriniz var. Mən əminəm ki, ikinci oxunuşla üçüncü oxunuş arasındakı müddətdə deyilən məsələlərə aydınlıq gətiriləcək. Ola bilsin, hüquqşünas deputatlarımız bu məsələ ilə bağlı fikirlərini bildirəcəklər. Amma mən qanunun adı ilə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm. Fazil müəllim, tamamilə düz deyirsiniz, biz refer-endum keçirdik, Konstitusiyaya dəyişikliklər etdik və Siz deyən məsələ ortaya çıxır. Mən, açığı, bu məsələ üzərində çox fikirləşdim və kafedramızın əməkdaşları, müəllimləri bir yerə toplaşdıq və ümumi bir fikrə gəldik. Siz fikir verirsinizsə, əvvəla, normativ hüquqi aktlar haqqında Konsti-tusiya qanununun qəbul edilməsi qadağan deyil. Bu fikir qəbul olunur.
İkinci tərəfdən, 149-cu maddəyə edilən dəyişiklikdə göstərilir ki, normativ hüquqi aktların dərc olunma qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. Demir ki, ayrıca Konstitusiya qanunu qəbul olunacaq. Dərc edilmə qaydası hər hansı qanunun müddəalarında da əks oluna, yaxud, Siz deyən kimi, ayrıca qanun da ola bilər. Fikir verin, normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən olunur. Yəni biz normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu ilə bu qaydanı müəyyən edirik. Yəni referendum yolu ilə qəbul etdiyimiz qaydaya zidd heç bir şey yoxdur. Yəqin, hüquqşünas deputatlar məsələyə münasibət bildirəcəklər. Ona görə mən istərdim, bu məsələyə aydınlıq gətirim, qalan məsələlərdə mən Sizinlə razıyam. Ola bilsin ki, orada müəyyən ziddiyyətlər var. Əlbəttə, bu məsələlər, sözsüz, yoluna qoyulacaqdır. Çox sağ olun, təşəkkür edirəm. Jalə xanım Əliyeva.
J.Əliyeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün müzakirəyə təqdim olunan Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun layihəsi hüquqi təyinatı və məzmunu ilə xüsusi əhəmiyyət kəsb edir. Normativ hüquqi aktların hazırlanmasını, rəsmiləşdirilməsini, qəbul edilməsini, dərc olunmasını və digər münasibətləri özündə ehtiva edən bu qanunun qəbul edilməsinin zərurəti, təbii, göz qabağındadır. Mən bu Konsti-tusiya qanunu layihəsinə səs verəcəyəm və həmkarlarımı da səs verməyə dəvət edirəm. Bununla belə, bəzi fikirlərimi də bildirmək istəyirəm.
Qanun layihəsinin preambula hissəsi normativ hüquqi aktlarla bağlı silsilə tədbirlər mərhələsini müəyyən edir. Qanun layihəsinin 41-ci maddəsində isə normayaratma prosesinin mərhələləri müəyyən edilir. Bu maddədə sadalanan mərhələlərlə preambula hissəsində sadalanan tədbirlər arasında bir uyğunsuzluq var. Məsələn, 41-ci maddədə normativ hüquqi aktların rəsmiləşdirilməsi mərhələsi və digər məsələlər yer almamışdır. Təklif edərdim ki, qanun layihəsinin preambula hissəsi 41-ci maddənin tələblərinə uyğunlaşdırılsın.
Daha sonra, əsas anlayışlardan ibarət olan 1-ci maddənin 17-ci və 19-cu bəndlərinin hər ikisi “normayaratma fəaliyyəti” adlanır. İzahları isə fərqlidir. Yəni “normayaratma fəaliyyəti” anlayışının 1.0.17, yoxsa 1.0.19-cu bəndə verildiy-ini anlamalıyıq. Buna da bir açıqlıq gətirilməlidir.
Daha sonra, 56-cı maddə haqqında demək istəyirəm. 56-cı maddə “Xüsusi nişanlanmaların istifadəsi” adlanır. Xüsusi nişanlanma nədir və nədən ibarətdir? Yəni düşünürəm ki, əsas anlayışlar sırasında bu anlayış da izah edilməlidir.
Daha sonra, 1.0.6-cı maddə haqqında danışmaq istəyirəm, maddə “lokal normativ hüquqi akt” adlanır. “Lokal” latın sözü olub, “yerli” deməkdir. Yəni yerli hakimiyyət orqanlarının qəbul etdikləri hüquqi aktlar, bələdiyyə aktları, yerli icra hakimiyyəti orqanlarının aktları lokal aktlar hesab olunur. Bu anlayışın 1.0.6-cı maddədə olduğu kimi izah edilməsi, düşünürəm ki, düzgün hesab oluna bilməz.
Bu gün müzakirə etdiyimiz qanun layihəsi 17 fəsil, 96 maddədən ibarətdir. Bu maddələrin hər birində deyərdim ki, çox sayda qrammatik, linqvistik, terminoloji, üslubi baxımdan dil xətaları var. Elə qanun layihəsinin IX fəslinin 54, 55, 56 və 57-ci maddələrinə istinadən demək istəyirəm ki, bu maddələr normativ hüquqi aktın mətninin lakonik formada ziddiyyətli təfsirlərə yol açmamaq üçün sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin üslubuna və hüquq terminologiyasına əməl olunmaqla tərtib edilməsini tələb edir. Elə bu yanaşma baxımından diqqətimi çəkən xətaları nəzərinizə çat-dırmaq istəyirəm.
Qanun layihəsində yer alan “kodifikasiya”, “kolliziya”, “diskresion”, “inkorporasiya”, “dispozitiv” və sair anlayışların Azərbaycan dilində alternativi verilərsə, daha anlaşıqlı olduğunu düşünürəm. Görürəm, Valeh müəllim çox maraqla dinləyir məni. Qanun layihəsinin 1.0.22-ci; 7.2-ci; 9.1.3-cü; 9.2-ci; 1.9-cu; 10.2-ci; 16.1-ci; 17.2-ci; 24-cü; 25.2-ci; 27.2-ci; 29.1-ci; 43.3-cü; 46.2-ci; 48-ci və 56.1-ci, mən bunu da-vam etdirə bilərəm, vaxt almaq istəmirəm, bu maddələrdə qrammatik, üslubi səhvlər vardır və düşünürəm ki, komitədə daha sonra layihəyə baxılarkən bunlar nəzərə alınacaqdır.
Bununla belə, üzərində bayaq dayanmadığım, amma çox əhəmiyyətli olan bir neçə maddəni mütləq diqqətinizə çatdır-maq istəyirəm. 1.0.12-ci maddəni olduğu kimi sizə oxumaq istəyirəm, burada deyilir: “kodifikasiya – normativ hüquqi aktların ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsinə yönələn hüquqi təlimatların sistemləşdirilmiş ifadəsini əks etdirən vahid normativ hüquqi aktda birləşdirilməsi yolu ilə normativ hüquqi aktlar ilə müəyyən edilmiş hüquqi tənzimlənmə mahiyyətinin yenidən işlənməsi ilə müşayiət olunan onların sistemləşdirilməsinin növü”. Gəlin qəbul edək ki, bu cümlənin bir adi vətəndaş tərəfindən deyil, hətta hüquq tətbiq edən orqan tərəfindən başa düşülməsi çox çətindir.
1.0.25-ci maddədə belə bir cümlə yer alır: “bərqərar olun-muş təcrübənin texniki məcəllələri”. Təcrübə bərqərar ola bilməz, bəs “texniki məcəllə” nə deməkdir? Bu da anlaşılmır. 17.3-cü maddənin də dili xətalıdır. Onu da icazənizlə olduğu kimi sizə oxumaq istəyirəm. 17.3-cü maddədə deyilir: “Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktı qəbul edildikdə Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsi əsasında və onun icrası məqsədilə qəbul edilməsi qeyd edilməlidir”. Düşünürəm ki, bunun “Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktı qəbul edildikdə bu aktın istinad etdiyi Azərbaycan Re-spublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədilə qəbul edildiyi qeyd edilməlidir” şəklində düzəldilməsi məqsədəuyğun olardı. Eyni fikir 18.4-cü maddədə də davam etdirilir.
Hörmətli həmkarlarım, göründüyü kimi, xətalar kifayət qədərdir. Bu mənim nəzərimi cəlb edənlərin bir hissəsidir. Düşünürəm ki, qanun layihəsi ikinci oxunuşda qəbul edildikdən sonra üçüncü oxunuşa qədər bu xətaların düzəldilməsi üçün kifayət qədər imkan var.
Bir az əvvəl hörmətli Əli müəllim ictimai müzakirələr açılacağını söylədi. Böyük məmnuniyyət hissi ilə mən də bu fikrə qatılıram. Amma yenə də deyirəm ki, ictimai müzakirələr keçirilənə qədər mütləq bu xətalar düzəldilməlidir, əks halda buradakı bəzi məsələlər ictimaiyyət tərəfindən anlaşılmayacaqdır. Məni diqqətlə dinlədiyinizə görə təşəkkür edirəm və bir daha hamınızı səs verməyə dəvət edirəm.
Sədrlik edən. Jalə xanım, çox sağ olun, təşəkkür edirəm, Siz yaxşı mənada məni təəccübləndirdiniz. Çox zəhmət çəkmisiniz, özü də çox yaxşı məsələlər qaldırdınız. Bunları yazılı şəkildə Əli müəllimə təqdim edərsiniz. Üçüncü oxun-uşa qədər işləyəcəyik. Yaxşı olar ki, bunları Əli müəllimə təqdim edəsiniz.
Mən bir məsələdə Sizinlə tamamilə razıyam ki, biz, ümumiyyətlə, seçicilərimizə, vətəndaşlarımıza məlum olma-yan sözlərdən qaçmalıyıq. Amma elə sözlər var ki, biz onları başqa qanunlarda işlətmişik. Məsələn, “diskresion səlahiyyətlər” anlayışına biz artıq “İnzibati İcraat haqqında” Qanunda rast gəlirik. Amma misal üçün, “dispozitiv imkan” hər bir hüquqşünasa məlum anlayışdır. Amma bunu “seçim imkanı” kimi yazsaq, mənə elə gəlir, daha düzgün olar, çünki burada seçmək imkanından söhbət gedir. Bəzi məsələlərdə mən Sizinlə razıyam, elə anlayışlar var ki, onlar artıq digər qanunvericilik aktlarında pasport alıbdır, təsdiq olunubdur. “Lokal” sözünə uyğun Azərbaycan dilində “yerli” sözü var, istifadə etmək olar. Bunlar nəzərə alınacaq. Jalə xanım, çox sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun. Məndən əvvəl deyildiyi kimi, Jalə xanım çox məsələləri ətraflı qeyd etdi. Ziyafət müəllim, doğrudan da, bu qanun layihəsində redaktə xarakterli işlər çoxdur. Siz dediyiniz kimi, bəzi ifadələrin yerinə düşməməsi, bəzi cümlələrdə mürəkkəblik, qanun dilində olmayan sözlərin işlədilməsi halları var. Bu istiqamətdə qanun layihəsi üzərində çox işlər görülməlidir. Şübhəsiz, ikinci oxunuşun tələblərinə uyğun olaraq biz bu qanun layihəsi haqqında fikirlərimizi deyəcəyik, amma bu o demək deyil ki, dediklərimiz hamısı qəbul edilməlidir. Hər bir deputatın öz fikri var, öz fikrini deyir. Mən də hesab edirəm ki, Siz burada yaxşı fikir dediniz, bu hamımızı narahat edir. Bəzi anlayışlar bizim qanunvericilikdə pasport alıbdır. Amma, Ziyafət müəllim, elə məsələlər var ki, bunları nə qədər gec deyil dəyişdirmək lazımdır. Misal üçün, “daşınmaz əşya” deyirik. Uşaq da bilir ki, əşya daşınmaz ola bilməz. Qanunvericiliyimizdə başdan ayağa “daşınmaz əşya” yazılır.
Sədrlik edən. Yeri gəlmişkən, mən bunu deyim. “Daşın-maz əşya” anlayışı var, bizim Mülki Məcəllədə də əksini tapıb və heç vaxt dəyişilməyəcək. Misal üçün, ev daşınmaz əmlakdır. Amma stul daşınan əmlakdır. Ona görə bu məsələləri, xahiş edirəm, nəzərə alasınız.
X.Kazımlı. Ziyafət müəllim, mən də deyirəm, pasport alıb. Mülki Məcəllədə “daşınmaz əşya” anlayışı var, Allah xeyir versin. Amma deyirəm, belə olmalı deyil. Gəlin düz danışaq. Mən birini dedim. Belə ifadələr çoxdur.
“Ümumi müddəalar” adlı I fəsildə 1-ci maddənin adını yazırıq: “Qanunda tətbiq edilən əsas anlayışlar”. Bizim qanunvericilikdə həmişə belə gedir: “Əsas anlayışlar”. Əgər doğrudan da, biz qanun yaradıcılığında bir sistemə həmişə əməl ediriksə, “Əsas anlayışlar” yazaq. Burada isə “Qanunda tətbiq edilən əsas anlayışlar” yazırıq. “Əsas anlayışlar” yaz-saq, kifayət edir. Bütün qanunlarda belə gedir, Ziyafət müəllim, ona görə deyirəm.
Bu başdan deyim ki, mənim iradlarım, fikirlərim çoxdur, mən bunları yazılı surətdə hörmətli Əli müəllimə verəcəyəm. Əli müəllim baxar, götür-qoy edərik, məsləhət bilənləri qəbul edərik.
1.0.6-cı maddədə “lokal normativ hüquqi akt” anlayışı ver-ilir. Mən müəyyən ərazi ilə məhdudlaşan aktlar eşitmişəm. Amma burada deyilir: “lokal normativ hüquqi akt – qüvvəsi bir və ya bir neçə dövlət orqanının çərçivəsi ilə məhdudlaşan normativ hüquqi akt”. 1.0.7-ci maddədə deyilir: “normativ xarakterli akt – bu Qanunda nəzərdə tutulan dövlət orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi olan davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd”. Burada da müəyyən uyğunsuzluq vardır. Bu-rada 4-cü maddədə deyilən fikirlərlə ziddiyyət var. Mən istərdim, hörmətli Əli müəllim buna diqqətlə baxsın. Əgər burada Mərkəzi Seçki Komissiyası nəzərdə tutulursa, Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları Azərbaycan Respublikasının normativ xarakterli aktlar sırasına daxil edilir. Yəni 4-cü maddə ilə 1.0.7-ci maddə arasında ziddiyyətlər var. Bunlara mütləq baxmaq lazımdır.
1.0.25-ci maddədə bütün normativ hüquqi aktlar sadalanır. Buna ehtiyac varmı? Əli müəllim özü buna baxar. Mən hesab edirəm, buna ehtiyac yoxdur. Qanunu belə müddəalarla yükləmək qanunun ağırlaşmasına gətirib çıxarır.
11.7-ci maddəyə ciddi baxılsa, daha yaxşı olar. “Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir”. Məcəllə və qanun, bunların hər ikisi qanundur. Qəbul etdiyimiz ümumi ənənəyə uyğun olaraq bu sonrakı qa-nunun səlahiyyətlərini, hüququnu pozmaq deməkdir. Ona görə də mən bu fikirlə razılaşmıram. Əli müəllim özü bu məsələyə baxar və üçüncü oxunuşa qədər belə məsələləri ay-dınlaşdırmaq lazımdır.
Bir məsələni də deyim. Mən təkliflərimi rəsmi surətdə Əli müəllimə təqdim edəcəyəm. 22.1-ci maddəyə baxaq. Bayaq dedik, çoxlu aydın olmayan cümlələr var. 22.1-ci maddədə yazılır: “Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinin üstünlüyünü tanıyır və Azərbaycan Respublikası”. Bu cümlədən aydın olmur ki, müəllif nə demək istəyir. Bir sıra belə ciddi qüsurlar var, qa-nun layihəsini axıra qədər oxumuşam. Əli müəllimlə bunlar haqqında məsləhətləşərik.
Mən bu qanunun zəruriliyini bir daha qeyd edirəm, qanun olduqca vacibdir. Hər bir deputat öz fikrini deyər, hansı fikirlər bizim qanunvericilik prinsipimizə uyğun gəlirsə, onları qəbul edərik. Qanun layihəsinin qəbul edilməsinə tərəfdaram və deyilən düzəlişlər araşdırıldıqdan sonra qanun layihəsinin səsə qoyulmasını təklif edirəm. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Normativ hüquqi aktlar haqqında qanun layihəsini mən müsbət qiymətləndirirəm. Onun müsbət cəhətləri çoxdur, ona görə də layihəni hazırlayanlara təşəkkür edirəm. Eyni zamanda, qeyd etmək istəyirəm ki, layihədə normayaratma fəaliyyətinin prinsipləri kifayət qədər dəqiq müəyyənləşdirilib. Normayaratma orqan-ının nəzarət funksiyalarının gücləndirilməsi istiqamətində vacib addımlar atılır. Qanun layihələrinin keyfiyyətinin yaxşılaşdırılması üçün zəruri ekspertiza məsələsini də çox vacib hesab edirəm. “Əlavə 1”-də hüquqi ekspertizanın məqsədləri göstərilir, bunlar qanunlardakı boşluqların aradan qaldırılmasında çox mühüm rol oynayacaq. Eyni zamanda, bəzi məqamları da qeyd etmək istərdim.
Birinci, müasir dövrün tələblərindən çıxış edərək qanun layihəsində mütləq qanun layihəsinin hazırlanması prosesində ictimaiyyətin nümayəndələrinin, müstəqil ekspertlərin, çox tanınmış mütəxəssislərin iştirakı məsələsi öz əksini tapsa, ümumi işin xeyrinə olar. Burada da qeyd olunduğu kimi, onda ictimai müzakirələr elə-belə yox, çox konstruktiv, yüksək səviyyədə keçirilər və qanun layihəsinin təkmilləşdirilməsinə xidmət etmiş olar.
İkinci vacib məqam kimi qeyd etmək istərdim ki, həmin ekspertizalarda yenə də müasir dövrün tələblərinə cavab vermək nöqteyi-nəzərindən lazımi layihələrdə ekoloji cəhətdən ekspertiza məsələsinin olmasını vacib hesab edirəm. “Əlavə 1”-dəki 12 və 13-cü bəndlərdən çıxış edərək qeyd etmək istərdim ki, indiki zamanda təkcə bir qanun layihəsi yox, həmin qanun layihəsinə bir şərh, bu qanun qəbul edilən zaman, əsasən, hansı qanunlarda əlavə və dəyişikliklərin ediləcəyinin vacibliyi barəsində məlumatın verilməsi, ümumiyyətlə, onun müzakirəsi və qəbulu zamanı işi xeyli dərəcədə yüngülləşdirmiş olar.
Bundan əlavə, qeyd etmək istəyirəm ki, qanun layihəsi on-suz da böyükdür və bəzi maddələr bir növ süni surətdə 2-3 yerə bölünüb. Mən burada vaxt almaq istəmirəm. Sadəcə, 28-ci və 29-cu maddələrə baxmağı xahiş edirəm. Normativ hü-quqi aktların rekvizitləri bir maddədə öz əksini tapıb, norma-tiv hüquqi aktın adı başqa bir maddədə. Təklif edirəm ki, 28 və 29-cu maddələr birləşdirilib sanballı bir maddə kimi veril-sin. Bir maddənin içərisində 28 və 29-cu maddələrdə öz əksini tapan məqamları göstərmək olar.
Burada Jalə xanım üslub cəhətdən xeyli dərəcədə qüsurları göstərdi. Mən burada yenə də həmin fikri genişləndirmirəm, sadəcə, bir neçəsini demək istəyirəm, bunları da aradan qaldırmaq lazımdır. Məsələn, 12-ci maddənin adında “edilmə” sözü artıqdır, onu götürmək lazımdır. 22.1-ci maddədə “Azərbaycan Respublikası” sözləri artıqdır. Bu cür qüsurları xeyl sadalamaq olar, bunların da aradan qaldırılması layihənin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Bu layihə bundan əvvəlki layihə ilə müqayisədə xeyli dərəcədə müasir dövrün tələblərini, qanunyaratma, norma-yaratma istiqamətində zəruri məqamları nəzərdə tutub.
Bir cəhəti də xüsusi qeyd etmək istəyərdim. Obyektivlik naminə demək lazımdır ki, Azərbaycanda artıq bütün sahələrdə minimum normativ aktlar qəbul edilib. Elə bir sahə yoxdur ki, orada normativ hüquqi aktlar olmasın. Həmin qanunların fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində işlərin genişləndirilməsini və bu sahədə Milli Məclisin səlahiyyətlərinin artırılması istiqamətində addımların atılmasını vacib hesab edirəm. Belə bir formulada Milli Məclisin fəaliyyəti qanunların daha səmərəli surətdə həyata keçirilməsinə xidmət edəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mən əvvəlcə bir məsələyə toxunmaq istəyirəm, bu mənim planımda yox idi. Bu cür spesifik qanun hüquqi cəhətdən səviyyəli olmalıdır. Bir çox elm sahələrində olduğu kimi, xüsusi hüquq dili var. Hüquqşünaslar daha dəqiq ifadə edərlər, hüququn da öz dili, sistem anlayışları var və bunlar da xüsusi terminologiya ilə ifadə olunur. Məsələn, uzun illər orta əsrlərdə latın, İslam dini yayılmış ölkələrdə ərəb dilindən məhkəmə dili kimi istifadə olunması təsadüfi deyil. Burada bəz hörmətli deputatlar elə danışırlar, elə bil, roman, hekayə və ya müasir şer oxuyuruq. Mən hesab edirəm ki, terminlərin yeri gəldi-gəlmədi tərcümə olunması, guya azərbaycanlaşdırılması qanunun mənasını heçə endirmək, qanunvericilik texnikası üçün əlavə problemlər yaratmaqdır. Qanun dili mümkün qədər universal dil olmalıdır, mümkün qədər xüsusi terminologiyadan istifadə olunmalıdır ki, sənədlərimiz digər dillərə tərcümə olunanda problemlər yaranmasın. Bu baxımdan mən hesab edirəm ki, xüsusi ter-minologiyanın Azərbaycan dilinə tərcümə edilməsi haqqında təkliflər yanlışdır. Spesifik, unifikasiya olunmuş, universal hüquq dilinin Azərbaycan dilinə, Azərbaycan hüquq mədəniyyətinə gətirilməsinə ehtiyac vardır.
Keçirəm qanun layihəsi ilə bağlı konkret təkliflərə. Məncə, burada konseptual baxımdan məsələlər vardır. Bunları hörmətli Əli müəllimin xüsusilə diqqətinə çatdırıram. Məsələn, 88-ci maddəyə, yəni hüquqi normativ aktların şərhlərinə aid olan maddəyə Konstitusiya Məhkəməsi qərarlarının hüquqi normativ akt hesab olunması barədə müddəa daxil edilib. Konstitusiya qanunu və qəbul ediləcəyi halda Konstitusiyanın tərkib hissəsi olduğuna görə, ola bilər, hüquqi normativ aktlarının növləri sırasına Konstitusiya Məhkəməsinin qərarları salınmışdır. Buna hüquqşünaslar daha yaxşı tövsif verərlər. Bu məqsədəuyğundur və ya məqsədəuyğun deyil? Konstitusiyanın əsas mətnində hüquqi normativ aktlar sadalanarkən orada Konstitusiya Məhkəməsinin qərarları göstərilməyib. Mən istərdim, bu məsələyə bir diqqət yetirilsin. Həmin qərarlar maddədə mötərizədə göstərilmişdir. Ona görə də bunu işləyib hazırlayanlar bu məsələyə diqqət yetirsinlər.
Hörmətli deputatlar, bu qanun layihəsini bir daha diqqətlə oxumağım müəyyən sualların yaranmasına səbəb oldu. Əsas məsələ odur ki, Milli Məclisin qəbul etdiyi qanunlar barəsində, ola bilsin, ayrıca qanuna ehtiyac vardır. Yaxud bu-rada qanun normativ hüquqi aktlardan ayrıca bir müddəalarla tənzimlənməlidir. Burada hörmətli deputatlar da çıxış etdilər. Maliyyə Nazirliyinin və yaxud Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi əsasnamələr normativ hüquqi aktlar sıra-larına daxil edilir. Bunlara qoyulan tələblərlə parlament tərəfindən qəbul edilən qanunlara qoyulan tələblər, şübhəsiz ki, üst-üstə düşməyə bilər. Amma burada bütün normativ hü-quqi aktlara ümumi, çox ciddi universal tələblər qoyulur. Hətta bir sıra qanunvericilik subyektlərinin, indi mən onu konkret göstərəcəyəm, hüquqlarının, Konstitusiyada təsbit olunmuş müddəa və normaların pozulması, məhdudlaşdırılması müşahidə olunur. Qanun layihəsinin bir neçə maddəsində qeyd olunur ki, bu qaydalardan qanun-vericilik və yaxud normayaratma təşəbbüsünün subyektlərinin hüquqlarının məhdudlaşdırılması kimi istifadə oluna bilməz. Amma burada açıq-aydın məhdudlaşdırılır və mənə elə gəlir ki, praktikada daha ciddi bir şəkildə məhdudlaşdırılacaqdır. Ona görə də bir halda ki bu qanun layihəsi üzərində iş davam edir, qanunlara aid olan və qanun-vericilik təşəbbüsünün qanunlarla bağlı hissəsi üzərində də iş davam etdirilməlidir. Bu ciddi məsələdir.
Mən keçən çıxışımda da bunu dedim. Faktiki olaraq nor-mativ hüquqi aktlara da müəyyən tələblər qoyulur. Həmin tələblər içərisində onların maliyyə cəhətlərinin əsaslandırılması, məcburi ekspertizadan keçirilməsi və əlavə olunan xeyli digər sənədlərin də nəzərdə tutulması ona gətirib çıxaracaqdır ki, ayrıca götürülmüş qanunvericilik hüququ subyek-t olan bir deputat, gələcəkdə bir fraksiya, partiya qrupu qanunvericilik təşəbbüsünün irəli sürülməsində çox ciddi qeyri-bərabər vəziyyətə düşəcəkdir və bu onların hüquqlarının reallaşdırılmasına mane olacaqdır. Səhv etmirəmsə, hörmətli Fazil bəy də bu məsələyə toxundu. Bu baxımdan normayaratma orqanı çoxdur, normativ hüquqi aktlar xeyli başqa orqanlar, subyektlər tərəfindən qəbul edilə bilər.
Milli Məclisin Konstitusiyada nəzərdə tutulmuş səlahiyyətləri ilə bağlı maddələr, mənə elə gəlir ki, daha ciddi şəkildə tənzimlənməli, açıqlanmalıdır ki, sonralar bizim üçün çox ciddi problemlər yaratmasın. Nəyə görə mən bunu deyirəm? Qanun layihəsinin 49-cu maddəsinin 6-cı hissəsində yenə birinci oxunuşda olduğu kimi deyilir: “...bu Qanunun 48.3-cü və 48.4-cü maddələrində göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında saxlanılır”. Milli Məclisə Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur. Bu artıq qanunvericilik təşəbbüsü subyektlərindən biri olan Prezidentin digər qanunvericilik təşəbbüsü subyektlərindən cidd şəkildə fərqləndirilməsidir.
Yenə Konstitusiyaya diqqət edək. Konstitusiyanın refer-endumda qəbul olunmuş 96-cı maddəsinin 7-ci hissəsinə diqqətinizi cəlb edirəm. Burada yazılır: “Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir”. Bu mətnin mənası ondan ibarətdir ki, kim tərəfindən, istər deputat, istərsə də prokuror-luq və yaxud 40 min vətəndaş və yaxud Prezident tərəfindən göndərilməsindən asılı olmayaraq, qanun və qərar qəbul ol-unduğuna görə onun məqsədi və əsaslandırılması deputatlara göstərilməlidir, çünki məsələyə səs verib, onu qanun qüvvəsinə mindirən, qanun kimi təsbit edən deputatlardır. Ona görə də mən heç cür başa düşmürəm ki, nəyə görə Prezi-dent tərəfindən göndərilən sənədlər içərisində qanunun məqsədlərinin göstərilməsi nəzərdə tutulan əlavə Prezident Administrasiyasında saxlanılmalıdır? Deputatlar bununla tanış olmaqdan, ola bilsin, daha doğru-düzgün anlayış əldə etməkdən məhrum edilməlidirlər? Mən hesab edirəm, ciddiyyət təşkil edən müddəadır və bu qanun layihəsi üzərində işləyənlər gərək bunu da nəzərə alsınlar.
Mən bu qanunla qanunvericilik texnikasına çox mühüm yeniliyin gətiriləcəyini bir daha deməliyəm. Bunu deməmək olmaz və bu ədalətsizlik olar. Burada sui-istifadələr, bunun geniş formaları və növləri də göstərilir. Hüquqi ekspertizada və digər ekspertizalarda bunun nəzərə alınması və bunun ara-dan qaldırılması tələblərinin qoyulması, hesab edirəm ki, Azərbaycan qanunvericilik praktikasında çox ciddi əhəmiyyətə malik olacaqdır. Əlbəttə, deputatların qeyd etdikləri prin-sipial müddəalar üzərində iş davam etdirilib başa çatdırılarsa, həqiqətən, mükəmməl bir qanunu qəbul etmək imkanı yara-nacaq. Ola bilər ki, bu qanun növbəti sessiyada qəbul ediləcəkdir.
Mən yenə deyirəm, biz növbəti bir presedentin əsasını qoyduq. Hörmətli Ziyafət müəllim və Əli bəy də bunu müdafiə etdilər. Amma hər halda Konstitusiyanın 156-cı maddəsində Konstitusiya qanunlarının iki dəfə səsə qoyulması nəzərdə tutulur. Bu qanun layihəsinin birinci, ikinci, üçüncü oxunuşunu keçirməklə, hesab edirəm, biz yeni bir presedent yaratdıq. Belə bir hadisə olmayıbdır. Hər halda bu məsələyə də bir daha diqqət yetirilməlidir. Bir daha təkrar edirəm, çünki Konstitusiyada həm birinci, həm də ikinci səsvermə nəzərdə tutulubdur. İndi biz üç dəfə səsvermə prak-tikası tətbiq etdik. Bu məsələnin də hər halda hüquqşünas alimlər tərəfindən aydınlaşdırılmasına ehtiyac vardır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Milli Məclisin bugünkü plenar iclasında çox mühüm bir sənəd – Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun layihəsi müzakirə olunur. Bu layihənin də əsas məqsədi qanun yaradıcılığı posesinin hüquqa uyğun aparılmasına nail olmaq, onun, necə deyərlər, hüquqi aydınlığını möhkəmlətməkdən ibarətdir. Vaxtilə məşhur alman hüquqşünası Rudolf van İyerinq deyirdi: “Forma özbaşınalığın dəhşətli düşmənidir, sahmana salınmış prosedur isə dövlət qərarlarının ay-dınlığının əsas şərtidir”. Hesab edirəm ki, bu baxımdan nor-mativ hüquqi aktların hazırlanması, qəbul edilməsi, dərc olunması, qüvvəsi, şərhi və sistemləşdirilməsi qaydalarının ictimai münasibətlərin nizama salınmasında, insan hüquq və azadlıqlarının qorunmasında müstəsna əhəmiyyəti var. Şübhəsiz ki, bu layihəni hazırlamaq üçün dərin hüquqi bilik tələb olunur. Hesab edirəm ki, bu layihənin müəllifləri belə bir biliyə malik olduqlarından qarşıya qoyduqları vəzifələrin öhdəsindən məharətlə gəlmişlər, ancaq bizim məqsədimiz bunu daha da təkmilləşdirmək olduğundan müəyyən konkret fikirlər söyləmək istəyirəm.
Birinci, layihənin preambulasında və 5-ci maddənin 1-ci bəndində eyni fikir ifadə olunur. Hesab edirəm ki, eyni fikrin təkrarlanması qanun yaradıcılığı baxımından yolverilməzdir. Bunu necə düzəltmək olar? Yəni preambulada yazmaq olar ki, “qanunun əsas məqsədi qanunyaratma prosesinin hüquqa uyğun aparılmasına nail olmaq, onun hüquqi aydınlığını möhkəmlətməkdir”. 5-ci maddə də olduğu kimi qala bilər.
İkinci, 1-ci maddədə qanunda tətbiq olunmuş anlayışlar verilir. 1.0.1–c bənddə hüquq anlayışı “ictimai münasibətlərin tənzimlənməsi məqsədilə dövlət tərəfindən müəyyən edilən, hamı üçün məcburi olan qaydalar sistemi” kimi verilir. Əvvəla, məcburi qaydalar təkcə dövlət tərəfindən deyil, xalqın iradəsi ilə referendum yolu ilə də yaradılır. İkincisi, “qaydalar” sözü sonrakı bənddə norma anlayışında da işlədilir. Odur ki, bu anlayış hüquqi normaların sistemi kimi verilsə, məncə, daha yaxşı olar. Bu yığcam ifadə qanun-vericilik texnikası baxımından da sərfəlidir.
Üçüncü, 1.0.11-ci bənddə deyilir: “inkorporasiya–normativ hüquqi aktlar ilə müəyyən edilmiş hüquqi tənzimlənmənin mahiyyəti dəyişdirilmədən, o cümlədən müəyyən qaydada toplulara (külliyyatlara) birləşdirilməsi yolu ilə həyata keçirilən normativ hüquqi aktların sistemləşmiş növü”. Hesab edirəm, burada hüquqi tənzimlənmənin mahiyyətindən deyil, normativ aktların mahiyyətindən, məzmundan söhbət getməlidir. Bəli, inkorporasiya növündə normativ material–qanunlar, fərmanlar, hökumətin qərarları və sairə tam və ya hissəli olaraq müəyyən bir qaydada xronoloji mövzu ilə birləşdirilib, lakin bu aktların normativ məzmunu dəyişdirilmir, ancaq normativ material, necə deyərlər, xarici baxımdan işlənilir. Qanunların ilk mətninə sonra rəsmi dəyişikliklər, əlavələr edilir, qüvvədən düşmüş maddələr, bəndlər çıxarılır və sairə. Beləliklə, bu bənd də belə yazılsa, daha yaxşı olar: “inkorporasiya – normativ hüquqi aktların mahiyyəti dəyişdirilmədən onların tam və ya hissəli olaraq, müvafiq bir külliyyatda müəyyən qaydada (xronoloji, əlifba, mövzu üzrə və sairə) birləşdirilməsi yolu ilə həyata keçən normativ hüquqi aktların sistemləşməsinin növüdür”.
Dördüncü, 1.0.12-ci bənddə “kodifikasiya” anlayışı verilir. Əvvəla, nə üçün “kodifikasiya” sözü işlədilir? Axı bu layihənin 57.0.3-cü bəndində birbaşa qeyd olunur ki, Azərbaycan dilində eynimənalı sözlər və terminlər olduqda başqa dillərdən söz götürülməsinə yol verilmir. Bu baxımdan layihədə işlədilən “kodifikasiya” termini məqbul sayıla bilməz. Kodifikasiya “kodeks” sözündən yaranıb. Normativ hüquqi aktların sistemləşməsinin bu növündə ictimai münasibətlərin nizama salınmasının yeni forması, norması – məcəllə, kodeks yaradılır. Özü də bu yeni normalar mövcud olan hü-quq sisteminin əsasında aparılır. Azərbaycan dilində “məcəllə” sözü də var, “məcəlləşmə” də. Belə olduğu halda biz nə üçün əcnəbi dildən alınmış “kodeks” sözündən yaranan “kodifikasiya” terminini işlətməliyik? Qeyd edim ki, respub-likamızın hüquq ədəbiyyatında, məsələn, 1961-ci il nəşri “Hüquq terminləri lüğəti”ndə, 1991-ci il “Hüquq ensklopedik lüğəti”ndə, 2004-cü il “Azərbaycan dilinin orfoqrafik lüğəti”ndə “məcəlləşdirmə” sözü işlədilir.
Yeri gəlmişkən, qeyd edim ki, layihədə “kodifikasiya” anlayışı bir qədər uğursuz verilib. Belə ki, birinci, kodifi-kasiya hansısa təlimatların deyil, hüquq normalarının daxilən razılaşdırılmış cəmləşdirilməsini ehtiva edir. İkinci, analyışın verildiyi bənddə iki dəfə işlədilən “sistemləşdirilmiş”, “sistemləşdirilməsinin növü” də uğurlu deyil.
Beləliklə, məncə, məcəlləşdirməyə bu cür anlayış verilməsi daha uyğun olardı: “Məcəlləşdirmə – normativ hüquqi aktların mövcud hüquq sistemi əsasında həm xarici, həm də daxili baxımdan yenidən işlənməsi ilə mahiyyətcə yeni qa-nunvericilik aktının yaradılması yolu ilə normativ hüquqi aktların sistemləşdirilməsinin növü”.
Beşinci, 1.0.20-ci bənddə normayaratma orqanına “norma-tiv hüquqi aktları qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanı” kimi tərif verilir. Məncə, bu anlayış da qüsurludur. Belə ki, məlum olduğu kimi, ölkə Prezidenti normativ hüquqi aktı qəbul etmək səlahiyyətinə malikdir. Lakin o, dövlət orqanı deyil, dövlətin başçısıdır, şəxsiyyətdir. Bu qüsuru ara-dan qaldırmaq üçün, hesab edirəm ki, layihədəki “norma-yaratma orqanı” sözləri “normayaratma subyekti” sözləri ilə əvəzlənməlidir və onun anlayışı aşağıdakı redaksiyada verilməlidir: “Normayaratma subyektləri – dövlət başçısı və normativ hüquqi aktlar qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanıdır”. Bununla əlaqədar 1.0.24-cü bənd çıxarıl-malıdır.
Altıncı, 1-ci maddənin 1.0.25-ci bəndində “texniki norma-tiv hüquqi aktlar” anlayışı verilmir. Sadəcə olaraq, onların növləri sadalanır. Bu, layihənin növbəti qüsurlu cəhətidir. Yaxşı olardı ki, əvvəlcə həmin normalara anlayış verilsin, sonra növləri sadalansın. Məsələn, yazılsın ki, “texniki nor-malar – insanın əmək vasitələri, təbiət predmetləri və gücləri və texnika ilə davranış qaydalarını müəyyən edən normalar”, sonra tire işarəsi qoyulmaqla layihənin mətnində olan növlər göstərilsin.
Yeddinci, 1.0.15-ci bənddə işlədilən “ümumi başlanğıclar” sözləri çıxarılmalıdır. Çünki həmin bənddə işlədilən “ümumi prinsiplər” elə ümumi başlanğıclar deməkdir.
Səkkizinci, 11.10 və 11.11-ci bəndlərdə “ziddiyyət” sözü müvafiq olaraq “toqquşma”, “toqquşdurma” sözləri ilə əvəzlənməlidir. Bu sözlər mahiyyəti daha aydın ifadə edir.
Doqquzuncu, 28.0.2-ci bənddə normativ hüquqi aktların rekvizitləri sırasında “tənzimləmə predmetini əks etdirən normativ hüquqi aktın adı (sərlövhəsi)” cümləsi yazılıb. Tənzimləmənin predmeti ictimai münasibətlərdir. Normativ hüquqi aktlar bu tənzimləmənin metodu, üsuludur. Odur ki, bu bənd də qısaca belə yazılmalıdır: “normativ hüquqi aktın adı (sərlövhəsi)”.
Layihənin 30.5-ci bəndində göstərilir ki, “normativ hüquqi aktın maddələri ərəb rəqəmləri ilə növbələnir və onlardan sonra nöqtə qoyulur. Maddənin adı elə həmin sətirdə sətri hərflə yazılır. Bəndlər ərəb rəqəmləri və nöqtə ilə qeyd olunur və onların adı olmur”. Bu baxımdan layihənin 81-ci maddəsində “81” ərəb rəqəmi ilə yazılmış və nöqtə qoyulmuşdur. Nöqtədən sonra maddənin adı “Normativ hüquqi aktın rəsmi dərc edilmə müddəti və şərtləri” yazılmışdır. Bundan sonra “81.1”, “81.2” ərəb rəqəmləri ilə yazılmış və adları olmayan normalar isə həmin maddənin bəndləri hesab olunmalıdır. Belə olduğu halda layihənin 83-cü maddəsində həmin 81.1-ci bəndin maddə kimi nəzərdə tutulması anlaşılmazlıqdır. Əvvəla, maddənin tərkibində digər maddə ola bilməz. Fikrimcə, 81-ci maddənin 81.1-ci bölümü, doğrudan da, onun bəndidir və onu maddə kim qəbul etmək olmaz.
On birinci, layihənin 31.3.2-ci bəndində deyilir: “hüquq normalarının mümkün pozuntusunun (hüquqi məsuliyyət) mənfi nəticələrinin növü və ölçüsü”. Buradan belə çıxır ki, hüquq normalarının mümkün pozulması hüquq məsuliyyətidir. Əslində isə hüquq pozuntusu məsuliyyət deyil, məsuliyyətin yaranma əsasıdır. Bunun üçün isə məcəllənin xüsusi hissəsində müvafiq hüquqi normalar nəzərdə tutulur. Odur ki, bu bənd də belə yazılmalıdır: “hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin növü və müvafiq hüquqi məsuliyyət”.
On ikinci, layihənin 83.1-c bəndinə əsasən normativ hü-quqi aktlar onların rəsmi dərc edilməsindən bir gün sonra qüvvəyə minir. Bununla yanaşı, layihənin 96.1-ci bəndində nəzərdə tutulmuşdur ki, bu qanun dərc edildiyi gündən qüvvəyə minir. Konstitusiyanın 98-ci maddəsində isə göstərilir ki, Milli Məclisin qərarları..
Sədrlik edən. Mikrofon verin. İlyas müəllim, bir az, xahiş edirəm, qısa danışın.
İ.İsmayılov. Məlumdur ki, heç bir dövlətin qanun-vericiliyi, hüquqi xarakteri bütün ictimai münasibətləri əhatə edə bilməz. Elə buradan da hüquqi boşluqlar meydana çıxır. İndi hüquqi boşluqları necə doldurmaq lazımdır? Bu layihədə nəzərdə tutulub ki, qanunun analogiyasından, hüququn analogiyasından istifadə etmək lazımdır. Yəni konkret ictimai münasibətləri nizama salmaq üçün konkret norma olmadıqda, oxşar ictimai münasibətləri nizama salan normalar tətbiq ol-unur. Bu, qanunun analogiyasıdır. Əgər heç bir norma ol-masa, onda hüququn prinsiplərindən istifadə olunur. İndi bizdə hüquqi dövlət qurulub. Belə hesab edirəm ki, hüquqi dövlətdə hər bir məsələ qanun əsasında həll olunmalıdır. Odur ki, “qanunun analogiyası”, “hüquqi boşluq” terminləri layihədən çıxarılmalıdır. Hüququn analogiyasına yol verilməməlidir. Bir də ona görə ki, bizim Konstitusiyamızda xüsusi...
Sədrlik edən. İlyas müəllim, artıq bir dəqiqə də qurtardı. Siz təkliflərinizi yazılı şəkildə də verin. Fikirləriniz aydın ol-du. Baba Tağıyev.
B.Tağıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Nor-mativ hüquqi aktlar haqqında Konstitusiya qanunu layihəsinin müzakirəsi haqqında deyə bilərəm ki, müzakirə olunan layihə kifayət qədər ciddi, sanballı və mükəmməl hazırlanmışdır. Həmkarlarımızın söylədikləri bəzi iradlara mən də şərikəm. Bu layihənin 1-ci maddəsinin 12-ci bəndində, 54-cü maddəsində və bir çox maddələrdə terminlərin müvafiq, başa düşülən qaydada işlədilməsinə tərəfdaram. Amma bəzilərinin fikri ilə razılaşa bilmirəm ki, qanun layihəsində universal sözlərin işlədilməsi və yaxud çox işlədilməsi onun qüvvəsini daha da gücləndirir. Biz qanunları öz xalqımız, vətəndaşlarımız üçün qəbul edirik. Mən belə bir misal gətirəcəyəm.
Qanun layihəsinin 6-cı maddəsində “normativ hüquqi aktların iyerarxiyası” sözləri var. Sadə vətəndaşlar bunu necə, nə dərəcədə başa düşəcəklər? Mən belə hesab edirəm ki, “normativ hüquqi aktların iyerarxiyası” əvəzinə “normativ hüquqi aktların üstünlük ardıcıllığı” sözlərinin işlədilməsi da-ha məqsədəuyğundur. Mən belə hesab edirəm ki, layihələrdə mürəkkəb ifadələrin işlədilməsi məqsədəuyğun deyil. Hamınızı qanun layihəsinə səs verməyə çağırıram. Kifayət qədər gözəl və mükəmməl hazırlanıb. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N.Xudiyev. Hörmətli Oqtay müəllim, hörmətli Milli Məclis deputatları! Mən demək istəyirəm ki, 15 ildir mən Milli Məclisin üzvüyəm. Bugünkü qanun layihəsini mən çox yüksək qiymətləndirirəm, bir dilçi kimi deyirəm bunu. Nor-mativ hüquqi aktlar haqqında olan bu qanun layihəsi olduqca mükəmməl, dolğundur. Bir dilçi qələmindən çıxan gözəl üs-lubda yazılmış və şərh olunmuşdur. Bu mənada Milli Məclisin rəhbərliyinə və qanun layihəsini hazırlayanlara bir dilçi kimi öz təşəkkürümü bildirirəm. Adətən, bizim qanun-larda terminologiyanın, söz sırasının pozulması halları, çətin, başa düşülməyən söz və söz birləşmələrinin işlədilməsi bir ənənə halını almışdır. Yavaş-yavaş bunlar aradan qaldırılır. Bu qanun layihəsində normativ hüquqi akta artıq çox konkret şəkildə istiqamət verildi.
Bu layihədə normativ hüquqi aktın mətni ilə bağlı lin-qvistik tələblər göstərilir və yazılır ki, normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar üslubuna əməl etməklə tərtib edilməlidir. Bu, həqiqətən də, bütün qanunlara aiddir. Bunun Konstitusiya maddəsi kimi qəbul olunması və əlavə və düzəlişlərin tamamilə konkret şəkildə şərhini tapması təqdirəlayiq bir haldır.
Burada çox ciddi məsələlərə toxunulur. “Normativ hüquqi aktda eyni terminlər bir mənada işlədilməli və vahid formaya malik olmalıdır”. “Normativ hüquqi aktda istifadə edilən terminlərin və onların tərifinin dəqiqləşdirilməsi zərurəti ol-duqda, həmin aktda onların mənasını izah edən maddə (bənd) yerləşdirilir”. Belə bəndlər burada çoxdur. Yaxud deyilir ki, “anlaşılmaz söz birləşmələri, ümumiləşdirilmiş düşüncələr, çağırışlar, bədii müqayisələr, epitetlər, metaforalar, abreviatu-ralar, məlum olanlar istisna olmaqla” işlədilməsinə yol ver-ilmir. Bunların işlədilməsində müəyyən qanunauyğunluğa ciddi şəkildə əməl edilməlidir. Bunlar çox sadə, aydın və mükəmməl şəkildə yazılıb və şərh olunmuşdur.
Düzdür, burada bəzi terminlərin izahı verilmir. Qanun hamı üçündür, qanunu oxuyan adam onun mahiyyətini başa düşməlidir. Məsələn, burada “diskresion səlahiyyətlərin gen-işliyi” sözləri var. Mən dilçiyəm, bunun nə demək olduğunu bilmirəm. Bunu mötərizədə yaz, görək nə deyirsən? Bir mənasını yaz, aydınlaşdıraq. Yaxud “normativ tənzimləmə predmetinə uyğunluğu” sözləri azərbaycancadır, bunu başa düşmürəm. “Prosedur”, “prioritetlər”, “kolliziyalar” sözləri və sair. “Normativ hüquqi aktı qəbul etməmə” cümləsindəki “etməmə” sözündə “k” hərfi yoxdur, burada cümlə qurtarır. Demək istəyirəm ki, belə kiçik qüsurlara baxmayaraq, bu qanun layihəsi çox düzgün və mükəmməl şəkildə işlənilmişdir. Mən bu qanun layihəsinin dilini də, üslubunu da yüksək qiymətləndirirəm.
Bir məsələni də xüsusi demək istəyirəm. Çıxışlarda bu məsələyə toxunuldu. Bu hüquqi terminlər, adətən, 1930-cu illərdən işlədilir. Bunların üzərində mükəmməl işlənilməyibdir. Bu gün işlənən hüquqi terminologiya çox qədim bir formanı özündə qoruyub saxlayıbdır. Onun üçün də bu termi-nologiya təkmilləşdirilməli və mükəmmələşdirilməlidir. Bu qanun həmin terminologiyanın da düzəlməsinə və dəqiqləşdirilməsinə geniş imkan və şərait yaradacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli müəllim, sualları qısa cavab-landırın, buyurun.
Ə.Hüseynov. Çox sağ olun, cənab Sədr. Qanun layihəsi çox geniş müzakirə olunur, tənqidlər və iradlar da var. Amma bunu mən təbii qəbul edirəm, çünki bu gün parlamentdə bun-dan sonra qəbul olunacaq bütün qanunlarla, dövlət hakimiyyəti orqanları tərəfindən qəbul olunacaq aktlarla, sənədlərlə bağlı vacib bir Konstitusiya qanununun müzakirəsi gedir. Yəni bu Konstitusiya qanunu normativ hüquqi aktların əsas prinsiplərini müəyyənləşdirəcək. Ona görə də bu Konsti-tusiya qanununa olan maraq, təkliflər təbiidir. Səmimi deyim ki, hər zaman təqdim etdiyimiz hüquqi sənədlərdə hüquq dili ilə bağlı tənqidlərə çox dözümlə yanaşıram. Milli parlament olaraq biz çalışırıq ki, bütövlükdə qanunlarımızı Azərbaycan ədəbi dilinin tələblərinə uyğunlaşdıraq. Bu isə elə də asan iş deyil, xüsusən də normativ hüquqi aktlar üçün asan deyil. Bəzən burada ifrata da varmaq olar.
Misal üçün, “Konstitusiya qanunu” deyirik. Azərbaycanın ilk Konstitusiyası qəbul olunandan sonra bu söz dilimizə daxil olub. Sizə söyləyə bilərəm ki, hətta indi də, XXI əsrdə bəzi vətəndaşlar üçün bu sözü ifadə etmək mürəkkəbdir. Onda mən opponentlik edə bilərəm, söyləyərəm ki, gəlin bu sözün də Azərbaycan dilində variantını fikirləşək, tapaq. Mən bir hüquqşünas kimi hüquq dilinin daha da zənginləşməsinə, ona çoxlu yeni sözlərin gətirilməsinə tərəfdaram. Burada, səmimi deyim ki, elə də bir mənfi element görmürəm. Bu fi-kri dəstəkləyən çox az oldu, amma onlara təşəkkür edirəm. Çünki bizim üçün bu, hüquq ədəbiyyatının, hüquq dilinin ink-işafı deməkdir. Eyni zamanda, qanun layihəsində olan bir fikirlə də razıyam ki, mümkün qədər bu sözlərin Azərbaycan dilində mövcud variantlarını axtarıb tapmaq lazımdır. Bəzən isə alınma sözləri Azərbaycan dilində mövcud olan sözlə əvəz edəndə heç də uğurlu alınmır. Onda həmin söz hüquqi mənanı da kəsb etməyir. Ona görə, məncə, burada gərək ədalətli bir balans tapaq. Konstitusiya qanunu layihəsində də göstərilir ki, hər bir qanun dil-üslub baxımından da eksperti-zadan keçməlidir. Bu Konstitusiya qanunu layihəsini biz sahə üzrə peşəkar ekspertlərə təqdim edəcəyik.
Bir neçə daha vacib və prinsipial məqamlara toxunuldu. 43-cü, 49-cu maddələrlə, qanunun adı ilə bağlı hörmətli Ziyafət müəllimin izah ilə tam razıyam. Hesab edirəm ki, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu layihəsini müzakirə etməklə indiki hüquq sistemimizə mümkün olduğu qədər yeniliklər gətirmək imkanı yaranıb. Əslində, görürsünüz, nə qədər yeniliklər də gəlmiş oldu. Pənah Hüseyn sui-istifadə ilə bağlı fikrini söylədi. Əvvəllər bizim normativ hüquqi aktlarda olmayan yeni müddəalar nəzərdə tutulur. Digər millət vəkilləri söylədilər, indiyə qədər bizim qanunvericilik sistemimizdə olmayan, amma parlamentin də nəzarət funksiyalarını artıran yeni müddəalar layihədə əksini tapıb. Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanu-nunun qəbulu, hesab edirəm ki, qanun yaradıcılığı prosesinin indiki mərhələsində ən mühüm bir hadisədir.
43-cü maddədə göstərilən müddəalara hansı tərəfdən yanaşmaq olar? İlk baxışdan elə təəssürat yarana bilər ki, bu-rada hakimiyyətin bölünməsi prinsipinə zidd bir müddəadır. Amma, məncə, bax, bu müddəa elə hüquqşünasların müzakirə predmeti olacaq. Mənim üçün isə bu, əksinə, çox mühüm, vacib bir müddəadır. Mən hesab edirəm ki, burada parlament və Prezident qanunvericilik təşəbbüsü hüququnun subyekti kimi göstərilir. Əksinə, daha yaxşı olar ki, bunu genişləndirək.
49-cu maddə ilə bağlı da bu səsləndi. Konstitusiyada göstərilmiş bütün qanunvericilik təşəbbüsü hüququna malik subyektlər vahid bir iş planı tərtib etsinlər. Burada, əksinə, hakimiyyətlərin bölünməsi prinsipinə, məncə, zidd heç nə yoxdur, hakimiyyətlərin qarşılıqlı əlaqəli işinin qurulması məsələsi meydana çıxır. Nə üçün bu əhəmiyyətlidir? Çünki parlament qanunvericilik orqanıdır, bu hamı üçün aydındır, konstitusion hüquqdur. Amma Konstitusiyada həm də digər subyektlər var. Prezident, Respublika Prokurorluğu, Ali Məhkəmə və 40 min vətəndaş bu hüquqa malikdir. Amma bizim üçün hər zaman hər hansı bir başqa subyektin qanun layihəsi təqdim etməsi gözlənilməz olur. Məncə, 343-cü maddədəki illik plan kimin isə üzərində nəzarəti nəzərdə tutmur. Bütövlükdə ölkə üçün nəzəri olaraq bir iş planının hazırlanmasından söhbət gedir. Mənə elə gəlir ki, bax, bu cür mütərəqqi müddəalar imkan verir ki, bütövlükdə qanun-vericilik prosesində iqtisadi, sosial, hüquqi proqnozlar etmək, problemləri qabaqcadan görmək və işi də paralel həyata keçirmək mümkündür.
Hesab edirəm ki, əslində, Konstitusiya qanunu layihəsi müəyyən dil-üslub nöqsanları ilə yanaşı, çox mütərəqqi bir sənəddir, burada çoxlu yen müddəalar var. Əminəm ki, biz bu sessiyada Konstitusiya qanununu qəbul edəcəyik. Burada çıxış edən bütün millət vəkillərini və maraq göstərmiş şəxsləri, söylədiyim kimi, keçirəcəyimiz çox geniş ictimai müzakirəyə də dəvət edəcəyik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Mən hesab edirəm, qanun layihəsi yetərincə müzakirə edildi. İndi əgər etiraz etmirsinizsə, layihəni fəsil-fəsil səsə qoyaq. Qanun layihəsi 17 fəsildən ibarətdir. Beş fəsil səsə qoyaq? Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, I–V fəsillərə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 17.53 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 105
Nəticə: qəbul edildi
Çox sağ olun. VI–X fəsillərə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 17.53 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 103
Nəticə: qəbul edildi
XI–XVII fəsillərə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 17.54 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: qəbul edildi
Nəticə: qəbul edildi
Çox sağ olun. Qanun layihəsini bütövlükdə səsə qoyuruq.
Səsvermənin nəticələri (saat 17.54 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: qəbul edildi
Çox sağ olun, qanun layihəsi ikinci oxunuşda qəbul ol-undu. Növbəti iclasın tarixi haqqında sizə məlumat veriləcək. Sağ olun.