22.10.2010 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XVI SESSİYASI İCLASININ
PROTOKOLU № 151
Mill Məclisin iclas salonu.
22 oktyabr 2010-cu il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 111 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə na-ziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Fizuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Alim Quliyev, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini.
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il üçün xərclər smetası haqqında.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası haqqında.
8. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi haqqında.
9. İnvestisiya fondları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
10. Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında (Pretoriya şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında (Braziliya şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Azərbaycan Respublikasının İraq Respublikasında (Bağdad şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında (Hanoy şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. Azərbaycan Respublikası Prezidentinin və Mavritaniya İslam Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)” Azərbaycan Respublikasının yubiley medalının, “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”, “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
İclasda qəbul edilmişdir:
1. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
7. “Azərbaycan Respublikası Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
8. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanunu.
9. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında (Pretoriya şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
11. “Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında (Braziliya şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikasının İraq Respublikasında (Bağdad şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
13. “Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında (Hanoy şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
14. “Azərbaycan Respublikası Prezidentinin və Mavritaniya İslam Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
15. “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
16. “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
17. “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
18. “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
19. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
20. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)” Azərbaycan Respublikasının yubiley medalının, “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə”, “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
21. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
22. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
23. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
22 oktyabr 2010-cu il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri, hörmətli xanımlar və cənablar! Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 99
Yetərsay 83
Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, iclas öncəsi gündəliyə bir əlavə də təklif edildi. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev 2010-cu il sentyabrın 1-də minimum əmək haqqının, pensiyaların baza hissəsinin 75 manatdan 85 manatadək ar-tırılması haqqında sərəncam imzalamışdır. Həmin sərəncamın icrasını təmin eləmək üçün bu qanun layihəsi qəbul olunmalıdır ki, qarşıdan gələn 3 ay ərzində biz pensi-yaçılarımızın bu artımlarını verə bilək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, bu məsələ ilə birlikdə gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 101
Nəticə: qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq olundu.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında qanun layihəsi barədə biz keçən iclaslarda müzakirələr apardıq. İndi əgər etiraz eləmirsinizsə, birinci məsələ haqqında danışmaq üçün sözü verək Samir Şərifova, sizin təkliflərinizi nəzərə almaqla fikirlərini bildirsin.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin layihəsi və icmal büdcənin əsas göstəriciləri Milli Məclisin komitələrində və bir neçə plenar iclasında ətraflı müzakirə edilmişdir. Plenar iclaslarda çıxış etmiş 40 millət vəkili tərəfindən əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması, ölkənin müdafiə potensialının gücləndirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sənaye və aqrar sahələrə dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun və regionların inkişafı, qanunvericilik bazasının və büdcə prosesinin təkmilləşdirilməsi, vəsaitlərdən istifadəyə dövlət və ictimai nəzarətin daha da artırılması və digər mühüm məsələlərə dair bir sıra sual, təklif və tövsiyələr səsləndirilmişdir. Eyni zamanda, müzakirələr zamanı büdcə prosesinə bilavasitə aid olmayan bir sıra məsələlər də qaldırılmış və onlara dair təklif və suallar verilmişdir. Bütövlükdə qaldırılan məsələ və suallara mənimlə yanaşı, digər hökumət üzvləri, dövlət orqanlarının nümayəndələri tərəfindən, zənnimcə, ətraflı cavablar verilmişdir. Müzakirələr zamanı hörmətli millət vəkillərinin irəli sürdüyü təklif və tövsiyələr təhlil edilmiş, onların həlli yolları, tətbiqi me-xanizmi, maliyyə tutumu kimi məsələlər ilkin qaydada qiymətləndirilmişdir. Bu zaman hörmətli millət vəkillərinin bir sıra xərclərin artırılması barədə verdikləri təkliflərdən irəli gələn işlərin həm fiziki həcmi, həm xüsusiyyətləri, həm də maliyyə tutumu və maliyyə təminatının mənbəyi ilə bağlı məsələlər nəzərdən keçirilmişdir. Digər tərəfdən, təkliflərdə qaldırılan məsələlərin həlli üçün maliyyə təminatının yaradılması vəzifəsinə 2011-ci ildə makroiqtisadi sabitliyin qorunub saxlanılması və büdcə dayanıqlığının təmin edilməsi prizmasından baxılmışdır. Qeyd olunan amillər nəzərə alınmaqla, təkliflərimizi diqqətinizə çatdırıram.
Müzakirənizə təqdim edilmiş Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin 8-ci maddəsindəki cədvəlin funksional təsnifatı üzrə əsas bölmələrə aid edilməyən 8.13.3-cü “Sair xərclər” köməkçi bölməsinin açıqlanması təmin edilmişdir. Hərçənd onu da qeyd etməliyəm ki, həmin xərclər barədə
201 1-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə dair izahatda, büdcə zərfinə daxil olan müvafiq büdcə kitablarında, konkret olaraq 4-cü kitabda və mənim komitələrdə və plenar iclaslardakı çıxışlarımda yetərincə açıqlama verilmişdir. Bununla belə, biz bu açıqlamanın verilməsini məqsədəuyğun hesab etmişik. Belə ki, funksional təsnifat üzrə sair xərcin 90 faizini və yaxud 1 milyard 239 milyon manatını təşkil edən iki əsas xərc istiqaməti – xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 1 milyard 87 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 152 milyon manat olmaqla qanun layihəsinə 8.13.3.1 və 8.13.3.2-ci bəndlər kimi daxil edilmişdir.
Bununla yanaşı, təklifiniz nəzərə alınmaqla funksional təsnifatın elm, təhsil, səhiyyə, müdafiə, mədəniyyət, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölmələrində iqtisadi təsnifat üzrə sair xərclər maddəsində nəzərdə tutulmuş 57,3 milyon manat vəsaitin 55,2 milyon manatlıq hissəsi ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq bir sıra orqanlarda, rayon və şəhərlərin yerli xərclərində əmək haqqının artımı ilə bağlı, əsasən də, əmək haqqı və “Dövlət Sosial Müdafiə Fonduna ayırmalar” və “Sosial təminat xərcləri” maddələri arasında bölüşdürülmüş-dür. Bu maddə üzrə yerdə qalan 2,1 milyon manat vəsait əmək haqqının artımı üçün Naxçıvan Muxtar Respublikası-nın büdcəsinə dövlət büdcəsindən əlavə dotasiya edilməsinə yönəldilmişdir.
Milli Məclisin yeni inzibati binasının istifadəyə verilməsi, onun maddi-texniki təminatının möhkəmləndirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün Milli Məclisə əlavə olaraq 440 min manat vəsaitin artırılması məqsədəuyğun he-sab edilmişdir.
Azərbaycan Respublikasında mal-qara və quşlara epizootiya əleyhinə profilaktik tədbirlərin həyata keçirilməsi üçün 2011-ci il dövlət büdcəsinin layihəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Xidmətinə dərman preparatlarının və sarğı ləvazimatlarının alınması üçün əlavə olaraq 500 min manat vəsait yönəldilməklə bu xərc üzrə ümumi məbləğin 4,7 milyon manata çatdırılması nəzərdə tutulub. Bu isə həmin xərc maddəsi üzrə 12,2 faiz artım deməkdir.
Millət vəkillərinin bəzi ictimai qurumlara və yaradıcı itti-faqlara dövlət büdcəsindən maliyyə yardımının ayrılması ilə bağlı bir sıra təklif və tövsiyələri olmuşdur. Bununla bağlı məlumat verirəm ki, 2011-ci ilin dövlət büdcəsinin layihəsində Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait daxilində həmin nazirlik tərəfindən yuxarıda adı çəkilən bir sıra qurumlara maliyyə yardımının həyata keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Mədəniyyət və Turizm Nazirliyi də bu məsələyə müsbət baxır.
Bütövlükdə dövlət büdcəsi üzrə ayrı-ayrı xərclərin tənzimlənməsi üçün əlavə təklif olunan vəsait 2011-ci il üçün dövlət büdcəsi xərclərinin təqdim olunmuş ümumi məbləğinin artımına gətirib çıxarmayacaq. Yəni dövlət büdcəsi xərclərinin məbləği təqdim olunduğu kimi 12 mi-lyard 748 milyon manat səviyyəsində qalacaqdır. Dövlət büdcəsinin bəzi xərclərinə tətbiq edilən artımlar isə 2011-ci il dövlət büdcəsinin “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində “valyuta konvertasiyası üzrə xərclər” üçün nəzərdə tutulan vəsaitin azaldılması hesabına həyata keçiriləcək.
Eyni zamanda, bildirmək istərdim ki, 2011-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı hörmətli millət vəkilləri tərəfindən irəli sürülən və Hesablama Palatasının rəyində göstərilən digər təklif və tövsiyələr hökumətin diqqətində saxlanılmaqla təhlil olunacaq, məqbul hesab edildiyi təqdirdə onların mərhələli qaydada növbəti ortamüddətli büdcə çərçivəsində, yəni 2012-ci il və sonrakı 3 il üçün büdcə çərçivəsində dövlət və icmal büdcələrində baxılması və nəzərə alınması üçün tədbirlər görüləcək.
Yeri gəlmişkən, qeyd olunmalıdır ki, 2010-cu il dövlət büdcəsinin layihəsi və onun dəqiqləşdirilməsi, həmçinin 2009-cu il dövlət büdcəsinin icrasının Milli Məclisdə müzakirəsi zamanı hörmətli millət vəkillərinin irəli sürdükləri təklif və tövsiyələr geniş təhlil olunmaqla diqqətlə öyrənilmiş, ətraflı olaraq Azərbaycan Respublikasının Pre-zidenti möhtərəm İlham Əliyevə məruzə edilmişdir. Cənab Prezident tərəfindən bir sıra məqsədəuyğun hesab olunan məsələlər artıq 2011-ci il dövlət büdcəsində nəzərə alınıb. Belə ki, ölkənin müdafiə potensialının və milli təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı maliyyə təminatı əhəmiyyətli dərəcədə artırılıb.
Büdcədən maliyyələşən təşkilatların, əsasən, müdafiə, təhsil, səhiyyə, mədəniyyət, elm, sosial müdafiə, aqrar sahələrdə çalışanların əmək haqları artırılır. Pensiya və bir sıra sosial müavinətlərin artırılması təmin edilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması büdcədə öz əksini tapıb. Dövlət investisiya xərclərində daxili resursların pay-ının artırılmasına üstünlük verilir. Dövlət borclanmasına ehtiyatla yanaşılmaqla bu məqsədlə qanunvericilikdə nəzərdə tutulan borclanma limitləri azaldılır.
Regionların inkişafı, təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələr üzrə qəbul edilmiş dövlət proqramları üçün maliyyə təminatı yaradılır. Rayon və şəhərlərin su təchizatı, kanalizasiya problemlərinin həlli, rayonlarda abadlıq işlərinin görülməsi, kənd yollarının tikintisi və yenidən qurulması üçün ayrılan vəsait artırılır. Aqrar sektora bilavasitə aid olan sahələr üzrə maddi-texniki təminatın gücləndirilməsi üçün vəsaitin həcmi artırılmışdır. Dövlət və qeyri-dövlət müəssisələrinə verilən zərər və transfertlərin aidiyyəti xərc maddələri üzrə açıqlaması büdcədə öz əksini tapmışdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, ölkə Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunmuş 2011-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin Milli Məclis tərəfindən qəbulu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin mövcud potensialından səmərəli istifadə etməklə onun iqtisadi və müdafiə qüdrətinin gücləndirilməsi, əhalinin həyat səviyyəsinin artırılması istiqamətində aparılan sosial-iqtisadi kursun növbəti ildə də həyata keçirilməsinə əyani dəstək olacaq. Bu gün təqdim edilmiş dəyişikliklər də nəzərə alınmaqla sizi qanun layihəsinə səs verməyə dəvət edirəm.
Hörmətli cənab Sədr, hörmətli üçüncü çağırış millət vəkilləri, çıxışımın sonunda ötən 5 il ərzində dövlətçiliyimizin daha da möhkəmlənməsi üçün vacib olan bir sıra qanunların, o cümlədən büdcə prosesini tənzimləyən qanunların daha da təkmilləşdirilməsi, həmçinin 2006–2011-ci illər üzrə dövlət büdcələrini və 2005–2009-cu illər üçün dövlət büdcələrinin icrasını özündə əks etdirən müvafiq qanunların qəbul edilməsi istiqamətində verdikləriniz dəyərli töhfələrə, bizimlə qarşılıqlı və işgüzar əməkdaşlığa görə hamınıza dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, deputat mandatının müddətinin uzadılması arzusunda olan hər birinizə uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Mən də hesab edirəm ki, millət vəkillərinin verdiyi bir çox təklif nəzərə alınıb. Samir müəllim bunları söylədi. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, 2011-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə münasibətimizi bildirək.
Səsvermənin nəticələri (saat 12.20 dəq.)
Lehinə 104
Əleyhinə 5
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Mən hamınızı 2011-ci ilin dövlət büdcəsinin təsdiq edilməsi münasibəti ilə təbrik edirəm!
Növbəti məsələ Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqındadır. Buyurun, Səlim Müslümov.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il üçün büdcə layihəsi müzakirəsi zamanı burada bir sıra məsələlər qaldırıldı, tövsiyələr verildi. Biz büdcə layihəsində qaldırılmış məsələlərə uyğun olaraq müəyyən dəyişikliklərin həyata keçirilməsini məqsədəuyğun hesab etdik və bu barədə qanun layihəsinin müəllifinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məruzə etdik. Bunun nəticəsində müəyyən dəyişikliklər həyata keçirildi.
Mən həmin dəyişikliklər barədə qısa məlumat vermək istəyirəm. Burada əsas təklif olunan dəyişiklik sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirləri üçün nəzərdə tutulan məbləğin aşağı olması idi və onun artırılması üçün müəyyən qədər ehtiyatların tapılması təklif olunmuşdu. Bunu nəzərə alaraq biz sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirləri üçün nəzərdə tutulan vəsaitin təqribən 700 min manat artırılması ehtiyatlarını müəyyənləşdirdik. Həmin məbləği 13 milyon 90 min manatdan 13 milyon 790 min manata qaldırdıq. Bu, əmək pensiyalarının sığorta hissəsinin məbləğinin 700 min manat azaldılması hesabına baş verdi.
Bizim apardığımız tədqiqatlar göstərdi ki, cari ilin 9 ay-ının faktiki məlumatları əsasında yeni pensiyaya çıxanlarla pensiya sistemindən xaric olanların pensiyaları arasındakı məbləğ 44 manat deyil, təqribən 42 manat 50 qəpik təşkil etmişdir. Bu hesabla gələn ilə təqribən əmək pensiyalarının sığorta hissəsində 750 min manata yaxın bir qənaət əldə ol-una bilər. Həmin o 700 min manatı biz “sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirləri” hissəsinə əlavə etdik. Həmin dəyişiklik edildikdən sonra büdcə layihəsində ümumi məbləğ dəyişmədi və büdcə layihəsinin qalan maddələri olduğu kimi saxlanıldı. Digər təklif olunan əlavə və tövsiyələr tərəfimizdən öyrənilir və növbəti illərin büdcə tərtibi zamanı nəzərə alınacaq.
Samir müəllim qeyd elədi, mən bir daha bütün millət vəkillərimizə 5 il ərzində qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinə görə dərin təşəkkürümü bildirirəm, onların hər birinə uğurlar arzu edirəm. Növbəti illərdə də görüşmək arzusu ilə hər birinizə dərin təşəkkürümü bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Səlim müəllim. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 103
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 106
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, büdcə zərfinə daxil olan digər məsələlərdən Yaşayış minimumu haqqında qanun layihəsini də müzakirə eləmişik, çıxışlar da olub. Etiraz yoxdursa, bu qanun layihəsinə də münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.24 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 105
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Ehtiyac meyarının həddi haqqında qanun layihəsidir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.25 dəq.)
Lehinə 105
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsidir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.26 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 108
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il xərclər smetası haqqındadır. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.26 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 107
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Büdcə zərfinə daxil olan sonuncu məsələ Azərbaycan Respublikası Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası haqqındadır. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.27 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, büdcəni və büdcə zərfinə daxil olan sənədləri təsdiq elədik. Bu münasibətlə bir daha sizi təbrik edirəm! Hökumət üzvləri gedə bilərlər.
Gündəliyin növbəti məsələsi “Azərbaycan Respublikası-nın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi haqqındadır. Buyursun Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Bildiyimiz kimi, İnsan hüquqları üzrə müvəkkilin fəaliyyəti Konstitusiya qanunu ilə tənzimlənir. Məhz bu institutun müstəsnalığını, onun konstitusion bir institut olduğunu nəzərə alaraq fəaliyyət göstərən müvəkkilin müstəqilliyinin təminatlarından biri kimi əmək haqqı məsələsi də Konstitusiya qanununda öz həllini tapmışdır. Bilirsiniz ki, biz bu sahədə artımla bağlı bir sıra addımlar atmışıq. Cəmi bir iclas bundan öncə məhkəmə hakimlərinin də əmək haqlarının artırılması ilə bağlı qərar qəbul etmişdik. Cənab Prezident tərəfindən təklif olunur ki, İnsan hüquqları üzrə müvəkkilin əmək haqqı 1320 manatdan 1800 manata qədər artırılsın. Bu, Konstitusiya qanunudur, ona görə həmkarlarımdan səs verərkən diqqətli olmağı xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, birinci, sözünü eşitmədim, ikinci, çıxışa yazılmaq üçün vaxt var idi, heç kim yazılmadı, mən də səsə qoydum. Sən, maşallah, həmişə düyməni vax-tında basırsan, indi nəsə gecikmisən.
Səsvermənin nəticələr (saat 12.29 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 4
İştirak edir 107
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ İnvestisiya fondları haqqında Azərbaycan Respublikası qanunu layihəsinin üçüncü oxunuşudur. Buy-ursun Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, bilirsiniz ki, İnvestisiya fondları haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edildi. Bununla bərabər, təklif olundu ki, bu qanun layihəsində müəyyən redaktə xarakterli dəyişikliklər edilsin və icra strukturu ilə razılaşdırılası məsələlər də həll edilsin. Bütün bu məsələlər həll edilib. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinin üçüncü oxunuşda qəbuluna səs versinlər.
Sədrlik edən. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn yoxladı görsün, düymə işləyir, ya işləmir. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.31 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələlərimiz səfirliklərin təsis edilməsi barəsindədir. Birinci, Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında (Pretoriya şəhərində) Səfirliyin təsis edilməsi haqqında qanun layihəsini müzakirə edirik. Buyursun Səməd Seyidov.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Bir neçə gün bundan əvvəl bizim xarici siyasət haqqında söhbət açanda səfirliklərin sayının artırılması haqqında millət vəkillərinə məlumat vermişdik. Bu gün bizim sənədlərimizin içərisində yeni səfirliklərin açılması ilə bağlı qanun layihələri göz qabağındadır. Bu istiqamətdə Cənubi Afrika Respublikasının Pretoriya şəhərində səfirliyin açılması çox vacib və əhəmiyyətli bir faktdır. Ona görə ki, Azərbaycan diplomatiyası, Azərbaycanın xarici əlaqələri dünyanın bütün istiqamətlərində inkişaf etməkdədir. Afrika qitəsində Cənubi Afrika Respublikası ən inkişaf etmiş və ən böyük təsirə malik olan ölkələrdən biridir. Bu ölkə ilə münasibətlər qurmaq, diplomatik əlaqələr yaratmaq, demək olar ki, Azərbaycan diplomatiyası, Azərbaycan üçün yeni üfüqlər açmaqdır. Ona görə biz komitəmizdə bu məsələni müzakirə edərək bu səfirliyin açılmasına öz müsbət münasibətimizi birmənalı bildirmişik. Xahiş edirəm, millət vəkilləri də buna öz müsbət münasibətlərini bildirsinlər. Diqqətinizə görə sağ olun.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z .Əsgərov sədrlik edir
Sədrlik edən. Səməd müəllim, burada dörd ölkədə səfirliyin təsis olunmasından söhbət gedir. Zəhmət olmasa, hamısı barədə məlumat verin, səsverməni ayrıca keçirərik.
S. Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Cənubi Afrika ilə yanaşı, digər ölkələrdə də səfirliklərimizin sayı artır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndi rəhbər tutularaq Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında səfirliyin təsis olunması ilə bağlı sənədə komitəmizdə baxıldı. Sizə deməliyəm ki, biz bu yaxınlarda parlamentdə Azərbaycan Respublikasının Argentinada səfirliyinin açılması ilə bağlı müzakirə aparmışdıq və müsbət münasibətimizi bildirmişdik. Ondan əvvəl də Azərbaycanın Meksikada səfirliyinin açılmasına öz müsbət münasibətimizi bildirmişik. Latın Amerikasında ən inkişaf edən, bu gün dünyada özünə xüsusi bir yer tutan, böyük təsir və söz sahibinə çevrilən Braziliyada səfirlik açmaq ən vacib addımlardan biridir. Mən özüm üçün şərəf bilirəm ki, sonuncu iclasda belə sənədləri sizin diqqətinizə təqdim edirəm. Əminəm ki, Braziliya Federativ Respublikasında səfirlik açılmasına siz öz müsbət münasibətinizi bildirəcəksiniz.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının İraq Respublikasında (Bağdad şəhərində) səfirliyinin açılması ilə bağlı sənəd də komitəmizə daxil olub. Azərbaycanın birbaşa həm mədəni, həm də tarixi əlaqəsi olan Şərq dünyasının ən qədim ölkəsi ilə səfirlik səviyyəsində münasibətlər qurmaq bizim üçün çox vacib və əhəmiyyətlidir. Nəzərə alsaq ki, İraqda gedən proseslər hazırda Şərqə çox böyük təsir göstərən hadisələrdir, onda, heç şübhəsiz, bu ölkədə səfirliyin təsis ol-unması və əlaqələrin yüksəlməsi xüsusi əhəmiyyət kəsb edir. Ona görə mən millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə də öz müsbət münasibətlərini bildirsinlər.
Nəhayət, bu gün mən bizim Şərq, Uzaq Şərq istiqamətində xarici siyasətimizin və diplomatiyamızın növbəti addımını sizə təqdim etmək istəyirəm. Siz bilirsiniz ki, indi Çin, Koreya, Malayziya, İndoneziya kimi ölkələrdə iqtisadi inkişaf çox yüksək templə irəliləyir və bu ölkələr içərisində Vyetnam Sosialist Respublikası xüsusi bir yer tutur. Qısa bir müddət ərzində bu ölkədəki inkişaf, iqtisadi sıçrayış göz qabağındadır. Dünya ölkələri tərəfindən bu ölkə ilə münasibət qurmaq istiqamətində cəhdlər gündən-günə artır. Çin, Malayziya və İndoneziya ilə münasibətlər, səfirlik səviyyəsində əlaqələr qurmaq istiqamətində atılmış addımlar məntiqlə tələb edir ki, biz bu ölkədə də öz səfirliyimizi təsis edək. Ona görə mən millət vəkillərindən xahiş edərdim ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndi rəhbər tutularaq Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında (Hanoy şəhərində) Səfirliyinin təsis olunmasına öz müsbət münasibətlərini bildirsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Səməd müəllim, sağ olun. İndi isə səsverməyə keçirik. Xahiş edirəm, Cənubi Afrika Respub-likasında (Pretoriya şəhərində) Səfirliyin təsis edilməsi məsələsinə münasibətinizi bildirəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Üzr istəyirəm, görmədim. Səsverməni keçirək, sonra söz verərəm.
Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Yevda müəllim, buyurun.
Y. Abramov. Mən bu səfirliklərin açılmasına səs verdim, heç bir etirazım yoxdur, ola da bilməz. Amma ayın 15-dən sonra İsrail dövlətinin həm dostluq qrupunun, həm hökumətinin, həm də Azərbaycan–İsrail cəmiyyətinin üzvləri dəfələrlə zəng vurublar. Bildiyiniz kimi, yeni qaydalara görə, Azərbaycana gələn hər bir insana viza açılmalıdır. Mən indi Səməd müəllimdən buna aydınlıq gətirilməsini, bunun səbəblərini bilmək istəyirəm. Məsələn, İsraildə Azərbaycanın səfirliyi yoxdur və İsrail–Türkiyə münasibətləri bir az sərin olduğu üçün bu məsələni Türkiyə səfirliyinə də tapşırmırlar. Bizim orada 80 min həmvətənimiz var. Bazar günü Qubaya hüzr yerinə gələn bir ailənin 6 üzvünü aeroportdan qaytardılar, buraxmadılar. Atalarının hüzrünə gələ bilmədilər. Onlar da maraqlanırlar. Bu insanlar gələcəkdə nə etməlidirlər? Ya təcili olaraq orada bir səfirlik açılmalıdır, ya da heç olmasa, Azərbaycana dost olan hər hansı bir ölkənin səfirliyinin konsul şöbəsinə bu işi həvalə etmək lazımdır.
Bu işi başlı-başına buraxmaq olmaz. Biz 5 ildir, böyük zəhmət çəkmişik, dostluq qrupu yaratmışıq. Azərbaycanla münasibətlər çox sıcaqdır, çox istidir. Bu insanlarda narazılıq əmələ gəlir. Söhbət yalnız orada yaşayan keçmiş yəhudi vətəndaşlarımızdan getmir. Söhbət orada yaşayan minlərcə azərbaycanlıdan gedir, qarışıq nikahlardan gedir. Onlar hər gün mənə zəng edirlər. Məndə heç bir məlumat yoxdur, bəlkə Səməd Seyidov buna bir geniş izahat versin. Mən bu barədə Vaqif Sadıqovla danışdım, Səməd müəllimə də məlumat verdim. Mən Vaqif Sadıqovla xarici işlər nazirinin müavini kimi görüşdüm, amma bu görüşdən sonra onu da harasa səfir göndərdilər. Mən bu məsələnin cavabını ala bilmirəm, arayış istəyirəm. Çox sağ olun. Təşəkkür edirəm, Ziyafət müəllim.
Sədrlik edən. Yevda müəllim, çox sağ olun. Belə görüşləri çox keçirin, Sizin ayağınız yüngüldür. Səməd müəllim, buyurun.
S. Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Bu 5 il ərzində elə bir iclas mənim yadıma gəlmir ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi hər hansı qanun layihəsini, yaxud səfirliklərin, konsulluqların açılması ilə bağlı məsələləri hörmətli millət vəkillərinin diqqətinə çatdırmasın. Yəni Azərbaycanın bütün dünya ilə münasibətləri inkişaf edir və bu səfirliklərin açılması fəlsəfəsini biz düzgün dərk etməliyik. Birincisi, Azərbaycanın bütün dünya ilə əlaqələri genişlənir. Bu, reallıqdır, bugünün faktıdır.
İkinci, biz Azərbaycanın səfirliklərini, konsulluqlarını açaraq öz ölkəmizdə və xaricdə dünyada və beynəlxalq səviyyədə qəbul olunmuş qanun-qaydalarla yaşamaq fikrindəyik. Biz dünyanın digər ölkələrinə gedərək, onlarla münasibətlər quraraq viza rejiminin xüsusi qanun-qaydalarına riayət edirik. Bu heç də o demək deyil ki, biz digər ölkələrlə vizanın aradan qaldırılması, yaxud vizanın yüngülləşdirilməsi ilə bağlı addım atmırıq. Əksinə, misal üçün, Fransa Respublikası ilə diplomatik və xidməti vi-zaların, Avstriya Respublikası ilə xidməti və diplomatik vi-zaların, Estoniya ilə xidməti vizaların aradan götürülməsi məsələsi sizin hamınızın yadınızdadır. Yəni mən çox xahiş edərdim, viza rejiminin yüngülləşdirilməsi prosesini viza rejiminin əldə olunması ilə səhv salmayaq. Bütün dünyada Azərbaycanın səfirlikləri, konsulluqları gündən-günə artır. Bu, imkan yaradır ki, Azərbaycana gəlmək istəyən hər bir kəs həmin səfirliklərə müraciət etsin, normal şəkildə viza əldə etsin.
O ki qaldı Yevda müəllimin qaldırdığı məsələyə, biz bunu araşdırırıq və sizi inandırırıq ki, bu kimi məsələlər ən yaxın zamanlarda öz həllini tapacaq. Sadəcə, öyrəşməliyik ki, biz səfirliklərdən, konsulluqlardan vizalar əldə edib necə başqa ölkələrə gediriksə, Azərbaycan Respublikasında da dünyada qəbul olunmuş eyni prinsiplər tətbiq olunur. Bu çox vacib bir məsələdir. Öz respublikasına, vətəndaşlarına, cəmiyyətinə hörmət edən bir məmləkət başqa ölkələr tərəfindən də hörmətə və xüsusi münasibətə malikdir. Ona görə viza rejiminin bu şəkildə tətbiq olunması çox vacib və əhəmiyyətli bir məsələdir. Təbii ki, yeni proses olduğuna görə müəyyən məqamlar üzə çıxır. Mən Yevda müəllimə minnətdaram ki, bu məsələni bir də burada xatırlatdı. Ancaq onu əmin edə bilərəm ki, bu məsələlər yaxın zamanda öz həllini tapacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Xahiş edirəm, Azərbaycan Respublikasının Braziliya Federativ Respub-likasında Səfirliyinin təsis edilməsi ilə bağlı qanun layihəsinə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, Siz danışmaq istəyirdiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseynə mikrofon verin.
P. Hüseyn. Hörmətli Yevda müəllimin qaldırdığı məsələyə mən də qısaca münasibət bildirmək istəyirəm. Çünki bu, təkcə İsraildəki keçmiş SSRİ-nin və yaxud Azərbaycanın vətəndaşlarına aid deyildir. Bu həm də hazırda bütün dünyaya yayılmış, əvvəl Azərbaycan vətəndaşı, amma indi başqa ölkələrin vətəndaşı olan bizim diasporu təşkil edən insanlara da aiddir. O cümlədən bizimlə mehriban, dostluq münasibətlərində olan ölkələrə də aiddir.
Bir çox adamlara, o cümlədən mənə də bir neçə xarici vətəndaş müraciət edibdir. Hörmətli Səməd müəllimə təklif edərdik ki, o ölkələr ki bu viza məsələsinə eyni statusla münasibət bəsləyirlər, yəni aeroportlarda və digər beynəlxalq gediş-gəliş yerlərində vizanı qəbul edirlər, ən azı həmin ölkələr üçün bu məsələ birmənalı şəkildə eyni, o cür tətbiq olunsun. Əgər bunun üçün Milli Məclisin qanuna düzəliş eləməsi lazımdırsa, təcili bir şəkildə növbəti çağırışın gündəliyinə çıxarılsın və bu məsələ həll olunsun. Hörmətli Ziyafət müəllim, həqiqətən, Azərbaycanın beynəlxalq nüfuzunun qaldırılması üçün işlər görülür. Müxtəlif ölkələrdə səfirliklərin açılması da buna sübutdur. Amma eyni zamanda, Azərbaycanın imicinə xələl gətirən bu məsələ başqa ölkələrin sahibkarları, iş adamları, kütləvi informasiya vasitələri və ictimai təşkilatların nümayəndələri arasında çox ciddi bir gərginlik, narahatlıq yaradır ki, bunun da aparılan işlərə zərər vurduğunu hesab edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, Azərbaycan Respublikasının İraq Respublikasında (Bağdad şəhərində) Səfirliyinin açıl-ması haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Vyetnam Sosialist Respub-likasında (Hanoy şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin və Mavritaniya İslam Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi barədədir. Səməd müəllim, buyurun.
S. Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Azərbaycan Respublikası Prezidentinin və Mavritaniya İslam Respublikası Prezidentinin 2010-cu il iyulun 15-də Bakı şəhərində imzalanmış Birgə Bəyannaməsi çox vacib, əhəmiyyətli bir siyasi sənəddir. Azərbaycan bütün dünya ölkələri ilə çox yüksək səviyyədə münasibətlər quraraq ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm və əhəmiyyət verir.
Biz müxtəlif beynəlxalq təşkilatların da üzvüyük. Siz çox gözəl bilirsiniz ki, Azərbaycan Avropa Şurasının tam səlahiyyətli üzvüdür və 47 ölkənin təmsil olunduğu təşkilatda Azərbaycan çox fəal fəaliyyət göstərir. Azərbaycan, eyni zamanda, 57 ölkədən ibarət olan İslam Konfransı Təşkilatında da çox fəal bir mövqedədir. Bu təşkilatda Mavritaniya İslam Respublikasının Azərbaycanla birgə olması və daim Azərbaycanın mövqeyini dəstəkləməsi göz qabağındadır. Bundan başqa, son zamanlar Azərbaycan–Mavritaniya münasibətləri çox yüksək səviyyədə inkişaf etdirilməkdədir.
Bəyanatı oxuyarkən biz görürük ki, bəyanatın hər bir bəndində, hər bir sözündə Azərbaycan xalqının maraqları öz əksini tapmışdır. Bu, ərazi bütövlüyü çərçivəsində beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərmək, iqtisadi əlaqələri yüksəltmək, təhsil və başqa sahələri inkişaf etdirmək sahəsində özünü göstərir. Təbii ki, belə bəyanatlar iki ölkəni, iki xalqı bir-birinə yaxınlaşdırır. Komitəmiz belə siyasi sənədlərə yüksək səviyyədə müsbət fikrini bildirir. Ona görə millət vəkillərindən bu sənədə öz müsbət münasibətlərini bildirməyi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İs-lam Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi barədə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov məlumat verir. Valeh müəllim, buyurun.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehti-yatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar, xanımlar və cənablar! Milli Məclisin müzakirəsinə 2010-cu il iyulun 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilir. Gördüyünüz kimi, saziş iki dövlət, onların hökumətləri, dövlət və özəl qurumları arasında energetika sahəsində əməkdaşlığın təməlini qoyan, bu əməkdaşlığın əsas prinsiplərini müəyyən edən bir sənəddir.
Sözsüz ki, Mavritaniyanın energetika sahəsinin inkişafı üçün Azərbaycanın dövlət və özəl qurumlarının, elm və təhsil ocaqlarının energetika sahəsindəki təcrübəsi çox önəmlidir. Əminəm ki, sazişdə əks olunan prinsiplər, meyarlar əsasında konkret sahələr üzrə əməkdaşlığı təmin edən danışıqlar da aparılacaq, yeni sənədlər də imzalanacaqdır. Sözsüz ki, bunların əsasında konkret layihələr də həyata keçiriləcək. Şübhəm yoxdur ki, hörmətli deputatlarımız müvafiq qanun layihəsinə dəstək verəcəklər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Artıq məndən qabaq çıxış edən həmkarlarım Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respub-likası arasında siyasi sahədə və energetika sahəsində əməkdaşlıq barədə danışdılar. Ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş də, heç şübhəsiz ki, bu ölkələr arasında əməkdaşlığın daha da inkişafına kömək edəcəkdir. Millət vəkillərindən xahiş edirəm ki, bu sazişə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Buyurun, münasibət bildirin.
Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Eldar İbrahimov, buyurun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım, məndən qabaq çıxış edən həmkarlarım Azərbaycan Respublikası Prezidentinin və Mavritaniya İs-lam Respublikası Prezidentinin Birgə Bəyannaməsini və digər sazişləri qeyd etdilər. Mən baytarlıq sahəsində və bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıqla bağlı hər iki qanun layihəsi haqqında məlumat vermək istəyirəm, amma ayrı-ayrılıqda səsə qoyarıq. Bunlar həddindən artıq vacib sazişlərdir. Bu sazişlər hər iki ölkənin iqtisadi və siyasi əlaqələrinin möhkəmlənməsinə və İslam Konfransı Təşkilatına üzv olan ölkələrin qarşılıqlı münasibətlərinin genişlənməsinə xidmət edəcəkdir. Bu sazişlər, həmkarlarım qeyd etdiyi kimi, bu ilin iyul ayında imzalanıbdır. Bu sazişləri Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov və Mavritaniya İslam Respublikasının kəndlərin inkişafı naziri İbrahim Uld Mübarək Uld Məhəmməd Muxtar imzalayıblar. Çox vacib sazişlərdir. Xa-hiş edirəm, həmkarlarım hər iki sazişə səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Mavritaniya İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda səsə qoyaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, onda xahiş edirəm, bu qanun layihəsinə də münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ haqqında icazənizlə, mən məlumat verəcəyəm. Bu məsələ bizim komitədə müzakirə olunub. Bu, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir.
Hər 3 sənədə edilən dəyişikliyin mahiyyəti nədən ibarətdir? Bilirsiniz ki, bu günə qədər Müdafiə Nazirliyinin hərbi hissələrində təhqiqat işini, yəni konkret olaraq hərbi hissənin ərazisində baş vermiş təhqiqat işini həmin hissənin komandiri, yaxud onun tapşırdığı, məsul etdiyi şəxs aparırdı. Məlumdur ki, əksər hallarda həmin təhqiqat işini aparan insanlar professional hüquqşünaslar deyildi. Buna görə də möhtərəm cənab Prezident tərəfindən belə qərar qəbul olunub ki, konkret olaraq hərbi hissə ərazisində hərbi qulluqçular tərəfindən baş vermiş cinayətlərin istintaqını müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş peşəkar hüquqşünaslar, təhqiqatçılar aparır. Bu nəzərdə tutulur.
Bilirsiniz, Azərbaycan Respublikasının Müdafiə Nazirliy-inin tərkibində Hüquq idarəsi var. Həmin hüquq idarəsinə tabe olan 5 regional təhqiqat idarəsi yaradılır. Həmin təhqiqat idarələri müvafiq hərbi hissələrin ərazilərində yerləşəcəklər və hərbi hissəyə tabe deyildirlər. Yəni bu da imkan verəcək ki, həmin hərbi hissədə baş vermiş cinayətlərin istintaqını aparan təhqiqatçılar müstəqil, obyek-tiv, ədalətli təhqiqat aparsınlar. Bununla da istintaqın apa-rılmasında baş verə biləcək, yaxud indiyə qədər baş verən subyektivizmin qarşısı alınacaq. Hesab edirəm ki, çox düzgün bir yanaşmadır. Onu da nəzərə alaq ki, biz artıq bununla əlaqədar bu ilin iyun ayında Cinayət Məcəlləsinə əlavə və dəyişiklik etmişik. Bu qanunlar, sözsüz ki, Cinayət Məcəlləsinin tələblərinə uyğunlaşdırılmalıdır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deyəsən, danışmaq istəyən var. İkiniz də danışmısınız. Pənah bəy də danışıb, Aydın müəllim də. Buyurun.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Əlbəttə, komitədə bu məsələ geniş şəkildə müzakirə edilmiş və lehinə qərar qəbul edilmişdir. Heç şübhəsiz, bu məsələ geniş şəkildə müzakirə olunarkən nəzərə alındı ki, bu on minlərcə və daha artıq zabitimizin, xüsusən gənc əsgərlərimizin hüquqlarının müdafiəsi və təminatı üçün irəliyə doğru bir addım olacaqdır. O, Azərbaycanda hüququn aliliyi prinsipinin tətbiq və təsbit olunmasında müsbət rol oynayacaqdır.
Hörmətli millət vəkilləri, hörmətli Ziyafət müəllim, bilirsiniz ki, bu, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanıb qanunvericilik təşəbbüsü qaydasında göndərilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının dövlət başçısı Azərbaycan Re-spublikasının Konstitusiyasına görə insanların hüquq və azad-lıqlarının təminatçısıdır. Ona görə də mən bu məsələnin müzakirəsindən istifadə edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edirəm ki, hər bir vətəndaşın hüquqları təmin olunmalıdır. Hazırda Avropa Məhkəməsinin jurnalist Eynulla Fətullayev barədə azadlıq qərarı vardır.
Sədrlik edən. Pənah bəy, o başqa məsələdir, xahiş edirəm, məsələni məsələyə qatmayın. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 13.00dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" Azərbaycan Respublikasının yubiley medalının, "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə", "Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Əli Hüseynov, buyurun.
Ə.Hüseynov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, artıq Siz Azərbaycan Respublikasının yeni medallarının ad-larını sadaladınız, mən təkrar etmək istəmirəm. Qısaca onu demək istəyirəm ki, artıq 5 ildir Fövqəladə Hallar Nazirliyi yaradılıb. Qısa zaman çərçivəsində həm bizə, həm də re-spublika ictimaiyyətinə məlumdur ki, Fövqəladə Hallar Na-zirliyi bu dövr ərzində çox peşəkar fəaliyyət göstərmiş, mükəmməl, beynəlxalq standartlara uyğun maddi-texniki təminat yaradılmışdır.
Qeyd etmək istəyirəm ki, bizim qanunvericiliyə uyğun olaraq medalların və ordenlərin təsis olunması və təltif olunma “Orden və medalların təsis edilməsi haqqında” Qanuna uyğun olaraq ancaq cənab Prezidentin səlahiyyətindədir. Məhz buna görə də həm yeni medallar təsis olunur, həm də “Orden və medalların təsis edilməsi haqqında” Qanuna əlavələr edilir. Daha doğrusu, Azərbaycan Respublikasının növbəti 5 medalını biz təsis etmiş oluruq.
Qeyd etmək istəyirəm ki, bu medallardan ikisi – "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" medalı və "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medalı 3 dərəcədən ibarətdir. Yəni əslində, birinci, ikinci, üçüncü dərəcəli medallar təsis olunur. Bütövlükdə onu demək istəyirəm ki, medalların təsvirinə diqqət yetirsək, görərik ki, burada həm Azərbaycan dövlətçiliyinin atributları, milli ornamentlər, həm də Fövqəladə Hallar Nazirliyinin atributları öz əksini tapmışdır. İndiyə qədər təsis etdiyimiz orden və medallarla bağlı təcrübədən də istifadə olunmuşdur. Odur ki, millət vəkillərindən müstəqil respublikamızın bu 5 yeni medalının təsis olunması ilə bağlı cənab Prezidentin təqdim etdiyi qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Xahiş edirəm, bu qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siya-hısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Arif müəllim, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, Ziyafət müəllim. Bu ilin iyun ayında Zaqatala şəhər inzibati ərazi dairəsinin tərkibindəki Qazangül qəsəbəsi Zaqatala şəhərinə daxil edilibdir. Qazangül qəsəbəsi ləğv olunub və dövlət reyestrindən çıxarılıb. Müzakirə olunan layihədə həmin qəsəbənin bələdiyyələrin siyahısından çıxarılması nəzərdə tutulur. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Hadi müəllim, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, bu, qanun yaradıcılığı baxı-mından olan dəyişiklikdir. Əvvəlki qanunlarda biz dərman maddələrinin reklamına bütövlükdə qadağa qoymuşduq. Sonrakı qanunda isə biz dəyişiklik etdik və reseptlə verilən dərmanlara qadağa qoyuldu. O baxımdan bu dəyişiklik nəzərdə tutulub.
Sədrlik edən. Həm reseptlə verilən, həm də reseptsiz?
H. Rəcəbli. Əvvəl bütövlükdə dərmanların reklamı qada-ğan idi, indi ancaq reseptlə verilənlərin reklamı qadağandır.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: qəbul edildi
Qəbul olundu, sağ olun.
Növbəti məsələ "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədədir. Hadi müəllim, buyurun.
H. Rəcəbli. Bildiyimiz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə pensiyaların baza hissəsi artırılmışdır. Bu da bütövlükdə Dövlət Sosial Müdafiə Fondundan əlavə 52 milyon vəsaitin xərclənməsinə ehtiyac yaratmışdır. Bu dəyişiklik o məsələlərin bir hissəsini həll edir və bütövlükdə Azərbaycan xalqının həmin qrupunun sosial rifahının yaxşılaşmasına yönəlibdir. Sağ olun.
Sədrlik edən. Hadi müəllim, çox sağ olun, təşəkkür edirəm. Aydın müəllim, sözünüz var, buyurun.
A. Həsənov. Hörmətli Ziyafət müəllim, hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən ötən 5 ildə üzvü olduğum bu qurumun – Milli Məclisin iclaslarında missiyama uyğun olaraq həmişə müzakirə etdiyimiz qanun layihələri barədə danışmış, fikir və münasibət bildirmiş, təkliflər vermiş, əksər hallarda da təmsil etdiyim bölgənin problemlərini digər həmkarlarım kimi qabartmış, seçicilərimin arzu və istəyini ifadə edən sözlər söyləmişəm.
Bu gün 5 il əvvəl seçilənlər üçün son toplantı olduğundan yenə söz demək zərurəti hiss etdim. Hörmətli həmkarlarım, bu dəfə sizinlə çiyindaş olduğum müddətə qısa ekskursiya etmək, hiss və duyğularımı sizinlə bölüşmək istərdim. Ötən seçkilərdən keçən 5 il ərzində ölkəmizin həyatında əsaslı və məqsədyönlü dəyişikliklər baş vermişdir. Regionlarda həyata keçirilən infrastruktur dəyişiklikləri, sosial-iqtisadi sahədə baş verən tərəqqi, müdafiə, səhiyyə, təhsil, mədəniyyət, idman sahəsindəki inkişaf və yenidənqurma işləri ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşmasına xidmət etmişdir.
Ölkənin təhlükəsizliyinə, müdafiə məsələlərinə dövlət başçısının qayğısını xüsusilə qeyd etmək istərdim. Azərbaycan Cənubi Qafqazın ən zəngin təbii resurslara malik respublikasıdır. Hörmətli Prezidentimiz İlham Əliyevin birbaşa təşkilatçılığı, təşəbbüskarlığı və rəhbərliyi ilə regionda beynəlxalq miqyaslı layihələrə imza atılıb. Ölkəmiz bu layihələrlə dünya miqyasında tanınır. Dövlət başçısının apardığı prinsipial və uzaqgörən siyasət nəticəsində dünyada Azərbaycana müsbət yönlü münasibət formalaşmışdır. Cənab Prezidentin hadisələrə dəqiq və düzgün qiymət verməsi, reallığı dəyərləndirməsi Milli Məclisə təqdim etdiyi qanun layihələrində də özünü təsdiq edir.
Milli Məclis xalq ilə hökumət, dövlət başçısı arasında tribunadır. Yaradılmış imkanlardan istifadə edib biz – millət vəkilləri ötən 5 ildə xalqın istəyini, onların bizə ünvanladığı ərizə və şikayətləri lazımi instansiyalara çatdıra bildik. Buna uyğun olaraq əhəmiyyətli qanun layihələri qəbul etdik. Qəbul olunmuş qanunların tətbiqi təmsil olunduğumuz, doğulduğumuz bölgələrdə də birmənalı şəkildə müsbət qar-şılandı.
Biz çox işlər gördük. Daim seçildiyimiz bölgələrdə seçicilərimizlə görüşlər keçirib onları narahat edən problemlərlə məşğul olduq. Hər bir seçicinin istəyinə, şikayətinə, tələbinə çox həssaslıqla yanaşdıq. Cənab Prezidentin Cəlilabada səfəri, ölkə vətəndaşları ilə, seçicilərlə görüşləri yaddaqalan oldu, çünki ona ünvanlanan bütün problemlər yerindəcə həll olundu. Biz bir millət vəkili kimi, ötən 5 il ərzində təqdim olunan qanunların müzakirəsində yaxından iştirak etdik.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Burada xalq tərəfindən mandat almış millət vəkilləri ilə yaxından tanış oldum. Yüksək intellektli, savadlı, təcrübəli, geniş dünyagörüşlü dostlar qazandım. Düşünürəm ki, Oqtay müəllim başda olmaqla Milli Məclisin bu deputat korpusu çox uğurla ölkəmizin bir neçə 5 illik qanunvericilik bazasını yarada bildi və bu baza ölkəmizin bundan sonra da kom-pleks inkişafı üçün stimul ola bilər. Bu belə də olacaqdır. Odur ki, mən spiker kimi fəaliyyətinə, parlamentdə apardığı abadlıq, quruculuq işlərinə, biz deputatlara göstərdiyi rəhbər qayğısına və bütün millət vəkillərinə yaratdığı hərtərəfli şəraitə, səmimi münasibətə, Milli Məclisi yüksək səviyyədə idarə etməsinə və ən əsası, sadə və təvazökar insan olmasına görə Oqtay müəllimə və həm də deputat həmkarlarıma dərin minnətdarlığımı bildirirəm.
Bu seçkidə iştirak etməsəm də, deputat olmasam da, bun-dan sonra da xalqın içində olub, dövlətimə, xalqıma, dövlət başçısına ləyaqətlə xidmət edəcəyəm. Eyni zamanda, təmsil etdiyim dairədən partiyamız tərəfindən irəli sürülən namizədimizə yaxından köməklik göstərəcəyəm və onun deputat seçilməsi üçün var qüvvəmlə çalışacağam.
Hörmətli həmkarlarım, bir daha sədarətə və sizə minnətdarlığımı bildirir, yenidən deputat seçiləcək millət vəkillərinə və ümumiyyətlə, Milli Məclisin üzvü olacaq bütün deputatlara can sağlığı və işlərində uğurlar arzulayıram. Yeganə arzum budur ki, Milli Məclisin yeni deputat korpusu da bizim kimi möhtərəm Prezidentimizin ətrafında sıx birləşsin və ən ağır problemimiz olan Qarabağ problemini birlikdə həll edib, ölkəmizi dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarsın. Diqqətinizə görə sağ olun. (Alqışlar.)
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, “Azərbaycan Re-spublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Bir daha sizin hamınıza və seçkidə iştirak edən deputatlara uğurlar arzulayıram! Sağ olun.
EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ
13 oktyabr 2010-cu il
————
Səttar Möhbalıyev. Hörmətli Sədr! Hörmətli millət vəkilləri! 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinə dair təqdim edilmiş sənədlərdə əks olunan məlumatlara əsaslanaraq böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən təfsilatı ilə işlənmiş ölkəmizin iqtisadi inkişaf siyasəti, Azərbaycan Respub-likasının Prezidenti İlham Əliyevin imzaladığı qərarların icrası nəticəsində cari ildə iqtisadiyyatın uğurlu inkişafı da-vam etdirilmiş, ölkədə sosial sabitliyin qorunub saxlanıl-ması, əhalinin rifah halının yaxşılaşdırılması təmin edilmiş-dir. Səngiməkdə olan qlobal maliyyə-iqtisadi böhran şəraitində respublikamızda iqtisadi artım tempinin qorunub saxlanılması ölkədə aparılmış antiböhran tədbirlərinin, eləcə də düzgün koordinasiya edilmiş fiskal və monetar siyasətin nəticəsində mümkün olmuşdur.
Azərbaycan Respublikasının iqtisadi sahədə keçid dövrünü başa çatdırmaqla yeni mərhələyə daxil olması zəminində ölkənin mövcud potensialının daha da gücləndirilməsi, iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, müasir texnologiyaların tətbiqi və inkişafı, əmək məhsuldarlığının artırılması istiqamətində işlər davam etdiriləcəkdir.
Gələn ildə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqnozunda ümumi daxili məhsulun 40,2 milyard manat və ya 6,2 faiz, əhalinin pul gəlirlərinin 29,8 milyard manat və ya 11,9 faiz, işləyənlərin orta aylıq əmək haqqının 379 manat və ya 2010-cu ilin proqnozuna nisbətən 11,5 faiz çox olacağı nəzərdə tutulur.
Ölkə iqtisadiyyatına 11,4 milyard manat həcmində inves-tisiyaların yönəldilməsi nəzərdə tutulur. Bunlardan 64,6 faizini daxili, 35,4 faizini isə xaricdən cəlb edilən sərmayələr təşkil edəcəkdir.
Vergi və qeyri-vergi gəlirlərinin yığım əmsalının artırıl-ması, vergi borclarının azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, ayrı-ayrı istiqamətlər üzrə vergitutmanın optimallaşdırılması növbəti ildə həyata keçiriləcək vergi siyasətinin əsasını təşkil edəcəkdir. 2011-ci ildə dövlət büdcəsi xərclərinin strukturunun, tərtibi və icrası prosesinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın, xərclərin səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Qeyd etdiyim bu müsbət cəhətlərlə yanaşı, bəzi təkliflərimi də diqqətinizə çatdırmağı zəruri hesab edirəm.
1. Bildiyiniz kimi, əməyin ödənilməsi ilə bağlı məsələlər həmkarlar ittifaqlarının fəaliyyətində prioritet yer tutur. Bu da məlumdur ki, əmək haqlarının artırılması məsələsi hörmətli Prezidentimizin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, orta aylıq əmək haqqı əhəmiyyətli dərəcədə artmış və gələn il onun məbləğinin 379 manata çatdırılması proqnozlaşdırılır.
2010-cu ildə minimum əmək haqqı və əmək pensiya-larının baza hissəsi 85 manata çatdırılmış, bu göstərici və yaşayış minimumu məbləği arasındakı fərq 2 manata endirilmişdir.
Eyni zamanda, “Yenidən Baxılmış Avropa Sosial Xartiyası”nın normalarına əsasən minimum əmək haqqının məbləği orta aylıq əmək haqqının 60 faizi, yaşayış mini-mumu isə 50 faizi miqdarından aşağı olmamalıdır, yəni hazırda mövcud olan statistik ölçülərə əsasən qeyd edilən göstəricilər müvafiq olaraq təqribən 230 manat və 190 manat səviyyəsində təyin olunmuşdur. Bu rəqəmlər AHİK-də aparılan müstəqil hesablamalarla da təsdiqlənir.
2. Aztəminatlı əhalinin vəziyyətinin yaxşılaşdırılması, millət vəkillərinə təqdim olunmuş sənədlərdə qeyd edildiyi kimi, “Yenidən Baxılmış Avropa Sosial Xartiyası”nın müvafiq maddəsinə və ölkədə qəbul olunmuş normativ-hüquqi sənədlərə uyğun olaraq ehtiyac meyarı mərhələlərlə yaşayış minimumuna çatdırılacaq. Lakin bunun nə vaxt baş verəcəyi dəqiq göstərilmir.
2011-ci il üçün ehtiyac meyarının 75 manat proqnozlaş-dırılan məbləğinin ölkə üzrə yaşayış minimumuna nisbəti ancaq 79 faiz təşkil edir. Qeyd edim ki, 2011–2014-cü illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasında Avropa Sosial Təminat Məcəlləsinin tələblərinin milli qanun-vericilik normalarına uyğunluğunun ətraflı müəyyən edilməsi, Azərbaycan Respublikasının Sosial Təminat Məcəlləsinin layihəsinin hazırlanması üzrə prioritetlər əhalinin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edəcək.
3. Məlum olduğu kimi, həmkarlar ittifaqlarının əsas vəzifələrindən biri məşğulluq siyasətinin həyata keçirilməsində iştirak etməkdən ibarətdir. Bildiyiniz kimi, “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “Azərbaycan Respublikası Məşğulluq Strategiyası”nın (2006–2015-ci illər) icrası nəticəsində 2009-cu ildə bütün regionları əhatə etməklə, 5314 yeni müəssisə yaradılmış və 74 min nəfər işlə təmin edilmiş, 2010-cu ilin birinci yarısında isə 26 min daimi olmaqla 36 mindən çox yeni iş yeri açılmış, 2309 yeni müəssisə yaradılmışdır.
Fikrimcə, gələcəkdə bu istiqamətdə aparılan işlərin əsas prioritetini mövcud və yeni yaradılmış iş yerlərində layiqli əmək şərtlərinin tətbiq olunması təşkil etməlidir.
Məlumdur ki, azmaaşlı və azməhsuldar iş yerlərinin çox-luğu məşğul əhalinin yoxsulluq riskini azaltmağa mane olur.
Bu baxımdan, məşğulluğun yüksək gəlirli və səmərəli olmasını təmin etmək, yəni yüksək əlavə dəyər tutumu olan sahələri inkişaf etdirmək, işəgötürənlərin ümumi xərclərində işçi qüvvəsinin saxlanılmasına sərf edilən xərclərin payının 50-60 faizdən aşağı olmamasına çalışmaq vacibdir.
Diqqətinizə görə təşəkkür edirəm.