15.03.2011 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
II SESSİYASI İCLASININ
PROTOKOLU № 10
Milli Məclisin iclas salonu.
15 mart 2011-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 116 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.10 dəq.)
İştirak edir 116
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə na-ziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və in-formasiya texnologiyaları naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və en-ergetika naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının eko-logiya və təbii sərvətlər naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının fövqəladə hallar naziri.
Rüfət Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Nazim İbrahimov, Azərbaycan Respublikasının Dias-porla İş üzrə Dövlət Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qu-rumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Arif Məmmədov, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi.
Qüdrət Qurbanov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi.
Şirkət, agentlik və səhmdar cəmiyyətlərinin rəhbərləri
Qorxmaz Hüseynov, “Azərsun” Açıq Səhmdar Cəmiyyətinin prezidenti.
İskəndər Çəndirli, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru.
Kamran İmanov, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatından
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Natiq Əzizov, Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabi-neti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
* * *
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
* * *
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə na-zirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Rahim Lətifov, Azərbaycan Respublikası fövqəladə hal-lar nazirinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazir-liyinin şöbə müdiri.
Ədalət Muradov, Azərbaycan Respublikası İqtisadi İnk-işaf Nazirliyinin şöbə müdiri.
Marlen Əsgərov, “Azərenerji” Səhmdar Cəmiyyəti prezidentinin müavini.
* * *
Həsən Hacıyev, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ildə fəaliyyəti haqqında hesabatı barədə.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
1. Gündəlik haqqında.
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.11 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir 102
Nəticə: Qəbul edildi
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ildə fəaliyyəti haqqında hesabatı barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Artur Rasizadə, Məlahət İbrahimqızı, Elton Məmmədov, Bahar Muradova, Mübariz Qurbanlı, Kamilə Əliyeva, Fəzail Ağamalı, Yevda Abramov, Vahid Əhmədov, Əli Əhmədov, Aydın Mirzəzadə, Zahid Oruc, Mirkazım Kazımov, Fərəc Quliyev, Astan Şahverdiyev, Bəxtiyar Əliyev, Əhliman Əmiraslanov, Asəf Hacıyev, Nizami Cəfərov, İqbal Ağazadə, Xanhüseyn Kazımlı, Siyavuş Novruzov, Musa Quliyev, Yaqub Mahmudov, Valeh Ələsgərov, Rafael Cəbrayılov, Əli Məsimli, Fazil Mustafa, Etibar Hüseynov, Ziyafət Əsgərov.
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 18.12 dəq.)
Lehinə 107
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 110
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
15 mart 2011-c il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik edir
Sədrlik edən. Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, xanımlar və cənablar, hamınızı xoş görmüşük! Bizim iclasımız çox gözəl bir günə təsadüf edib. Bayram günüdür, ilaxır çərşənbədir. Ona görə, icazə verin, bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edim, can sağlığı, xoşbəxtlik arzulayım!
Bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır. Bildiyiniz kimi, Konstitusiyaya görə, biz hər il yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin illik hesabatını dinləməliyik. Nazirlər Kabineti tərəfindən Milli Məclisə təqdim olunmuş hesabatda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın bütün sahələrində baş verən müsbət dəyişikliklər, eləcə də dövlət proqramlarının icrası vəziyyəti dolğun şəkildə əks olunmuşdur. Yəqin, mənimlə razılaşarsınız ki, hökumətin 2010-cu ildə fəaliyyətinə dair hesabat yüksək səviyyədə hazırlanmışdır.
Baş vermiş qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlamışdır. Ötən il ümumi daxili məhsulun real artımı 5 faiz təşkil etmişdir. Hazırda Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq reytinq siyahılarında yüksək qiymətləndirilir. 2010-cu ildə iqtisadi artım sürətinə görə ölkəmiz MDB məkanında 1-ci, makroiqtisadi sabitlik indeksinə görə araşdırma aparılan 139 ölkə arasında 13-cü yeri tutmuşdur.
Azərbaycan nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən investisiya yatırımları üçün cəlbedici ölkə kimi qiymətləndirilir. Fikrimcə, bu nailiyyətlər ilk növbədə dövlət başçısının neft strategiyasından qaynaqlanan çevik iqtisadi siyasətin, məqsədyönlü və genişmiqyaslı sosial islahatların davam etdirilməsi ilə bağlıdır. Azərbaycan dövlətinin neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun çiçəklənməsinə və qabaqcıl texnologiyalar əsasında inkişafına, eləcə də ölkə infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldilmişdir.
Ötən il qeyri-neft sektorunda real artım 7,9 faiz təşkil etmişdir ki, bu da daxili məhsulun 44,4 faizi deməkdir. İndi Azərbaycan dünyanın 147 ölkəsi ilə 28 milyard dollar həcmində xarici ticarət əməliyyatları aparır. İxracın təqribən 48 faizi Avropa İttifaqı ölkələrinin payına düşür.
Bildiyiniz kimi, dövlətimizin başçısı cənab İlham Əliyevin birbaşa təşəbbüsü ilə ölkəmizdə hərbi sənaye kompleksi yaradılmışdır. Ordumuzun müasir silahlarla təchizatı və dövlətimizin hərbi qüdrətinin daha da artırılması üçün bu çox vacib bir məsələ idi. Bu gün Azərbaycanın rəqabət qabiliyyətli hərbi məhsulları dünya bazarlarına çıxarılır.
Məlum olduğu kimi, Azərbaycan böyük turizm potensialına malikdir. Möhtərəm Prezidentimiz bu sahənin inkişafına xüsusi diqqət yetirir. Bu sahədə görülən işlər Azərbaycanda turizm xidmətlərinin dünya standartlarına uyğunlaşdırılmasına zəmin yaradır. İnanıram ki, müəyyən müddətdən sonra turizm Azərbaycan iqtisadiyyatının ən gəlirli sahələrindən birinə çevriləcəkdir.
Son illərdə həyata keçirilən investisiya siyasəti ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının artmasına təkan vermişdir. Ötən il bütün maliyyə mənbələrindən iqtisadiyyata yönələn investisiyaların ümumi həcmi 14 milyard manat olmuş, əvvəlki illə müqayisədə 32,4 faiz artım əldə edilmişdir. Göstərilən faktın önəmli cəhəti ondan ibarətdir ki, sərmayələrin yarıdan çoxu, yəni 52,5 faizi daxili investisiyaların hesabına qoyulmuşdur.
Azərbaycanda həyata keçirilən uğurlu büdcə və vergi siyasəti nəticəsində son 5 il ərzində dövlət büdcəsinin həcmi 3 dəfəyə yaxın artmış, valyuta ehtiyatları 30 milyard dolları ötmüş, inflyasiya idarə olunan səviyyədə qalmış, yəni 5,7 faiz təşkil etmişdir.
İqtisadiyyatda əldə olunan uğurlar əhalinin maddi rifahının yüksəlməsinə müsbət təsir göstərmişdir. Keçən ilin yekunlarına görə, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 9,1 faiz artaraq 325 manat təşkil etmişdir. Regionların sosial-iqtisadi inkişafına və yoxsulluğun azaldılmasına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlər vaxtında icra olunmuşdur.
Ötən illərin təcrübəsi göstərir ki, Nazirlər Kabinetinin il-lik hesabatlarının parlamentdə müzakirəsi hökumətin fəaliyyətinin təkmilləşməsinə xidmət edir. Milli Məclisdə yüksək təcrübəyə malik çox sayda iqtisadçılar, hüquqşünaslar, mühəndislər və digər sahələrin mütəxəssisləri olan millət vəkilləri var və onların verdiyi təkliflər, tövsiyələr hesabatdan da gördüyümüz kimi, imkan daxilində hökumət tərəfindən həyata keçirilir. Odur ki, mən sizin hamınızı bu müzakirələrdə fəal iştirak eləməyə dəvət edirəm. İcazənizlə mən də öz təkliflərimi müzakirələr arasında verəcəyəm.
Üzr istəyirəm, bayramla başladıq, qeydiyyat yaddan çıxdı. Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.10 dəq.)
İştirak edir 116
Yetərsay 83
Yetərsay var, iclasa başlaya bilərik. Gündəlik hamıya məlumdur, hökumətin hesabatıdır. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.11 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir 102
Nəticə: Qəbul edildi
Gündəlik qəbul edildi, sağ olun. İndi isə Nazirlər Kabi-netinin 2010-cu ildə fəaliyyəti haqqında hesabatını təqdim etmək üçün Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadəyə söz verilir. Artur müəllim, buyurun.
A.Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Hörmətli Sədr, hörmətli deputatlar! İcazə verin, imkandan istifadə edib sizi dördüncü çağırış Milli Məclisə deputat seçilməyinizlə əlaqədar təbrik edim, qanunvericilik fəaliyyətində parlamentə uğurlar arzulayım.
Möhtərəm Prezident İlham Əliyev 2003-cü il noyabrın 17-də Nazirlər Kabinetinin ilk iclasındakı proqram xarakterli çıxışında aparılan iqtisadi siyasətin çox uğurlu olduğunu, ölkənin tərəqqisi üçün gözəl təməl yarandığını bəyan etmiş, bu bünövrənin üzərində hərtərəfli inkişaf etmiş müasir Azərbaycan qurmağı əsas vəzifə kimi qarşıya qoymuşdu.
2004–2010-cu illərdə iqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlər, müşahidə edilən inkişaf tempi, həqiqətən, heyrətləndiricidir. Həmin dövrdə ümumi daxili məhsulun həcmi 3 dəfə, o cümlədən qeyri-neft sektorunda 2 dəfə, sənaye məhsulu istehsalı 2,8 dəfə, əsas kapitala qoyulan investisiyalar 2,9 dəfə, o cümlədən qeyri-neft sahələrinə 8,2 dəfə, xarici ticarət 5,4 dəfə, banklardakı əmanətlər 12 dəfə, kredit borcları 13,7 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əmək haqqı 4,2 dəfə, minimum əmək haqqı 7,1 dəfə, pensiyaların orta məbləği isə 4,7 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 5 dəfə azaldılmış, 913 min yeni iş yeri yaradılmışdır.
Həmin müddətdə dövlət büdcəsinin gəlirləri 9,3, xərcləri isə 9,5 dəfə yüksəlmişdir. Xərclər sosial müdafiə və sosial təminatda 5,3 dəfə, səhiyyədə 7,8 dəfə, təhsildə 5 dəfə, mədəniyyət, incəsənət və informasiya sahələrində 5,4 dəfə çoxalmış, müdafiə xərcləri 8,7 dəfə, dövlət əsaslı vəsait qoyuluşu isə 47,6 dəfə artmışdır.
Hörmətli deputatlar, məlum olduğu kimi, 2010-cu ildə dünyanın əksər ölkələrində böhranın təsiri hiss olunsa da, Azərbaycanda daxili potensiala söykənən milli inkişaf strategiyası uğurla davam etdirilmiş, yüksək iqtisadi və sosial artım templəri əldə edilmişdir. Şübhəsiz ki, uğurların qazanılmasında ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin məsələlərin mahiyyətinə dərindən varmaq, milli maraqları üstün tutmaq, insan amilini daim ön plana çəkmək bacarığının həlledici rolu olmuşdur.
Nazirlər Kabineti əsas diqqəti makroiqtisadi sabitliyin qorunmasına, qeyri-neft sektoruna daha çox investisiya cəlb etməklə bu sahənin şaxələndirilməsinə, müasir texnologiyaların tətbiqi ilə istehsalın səviyyəsinin yüksəldilməsinə yönəltmişdir. Hökumət sosial problemlərin həlli, regionların tarazlı inkişafı, sahibkarların işgüzar fəallığının artırılması, işsizliyin azaldılmasını da daim gündəmdə saxlamışdır.
Hesabat ilində 41,6 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş, onun real həcmi 5 faiz artmışdır. Qeyri-neft sektoru üzrə isə bu artım 7,9 faizə çatmışdır. İl ərzində Azərbaycan iqtisadiyyatına bütün maliyyə mənbələrindən 13,9 milyard manat və ya əvvəlki ildəkindən 32,4 faiz çox investisiya yatırılmışdır. Əsas kapitala yönəldilmiş investisiyaların məbləği isə 21,2 faiz artaraq 9,7 milyard manata çatmış, onun da 75,2 faizi daxili investisiyalar olmuşdur. Sərmayələrin 70 faizindən qeyri-neft və infrastruktur sahələrinin inkişafında istifadə edilmişdir.
Ötən il əhalinin həyat səviyyəsini yüksəltmək, sosial müdafiəsini gücləndirmək istiqamətində növbəti vacib addımlar atılmışdır. Minimum aylıq əmək haqqı və əmək pensiyalarının baza hissəsi 85 manata çatdırılmış, orta aylıq əmək haqqı 9,1 faiz artaraq 325 manat təşkil etmişdir. Prezident İlham Əliyevin sərəncamları ilə 1 milyon 300 min nəfərə qədər pensiyaçının baza pensiyalarının məbləği 13 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan 800 min nəfərə yaxın işçinin aylıq vəzifə maaşı 10 faiz artırılmışdır.
Aztəminatlı şəxslərə ödənilən sosial müavinətin məbləği orta hesabla 20 faiz, şəhid ailələri və təhsil alanlar üçün təqaüdlər isə müvafiq olaraq 50 və 15 faiz qaldırılmışdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 515 mənzil və 200 fərdi ev inşa olunmuş, onlara 352 minik av-tomobili ayrılmışdır. Məcburi köçkünlərin sosial təminatının və yaşayış şəraitinin yaxşılaşdırılmasına yenə də xüsusi diqqət və qayğı göstərilmişdir. Bütövlükdə onların sosial problemlərinin həllinə 336,9 milyon manat vəsait sərf olun-muşdur. İl ərzində ölkədə yoxsulluq 9,1 faizə endirilmiş, 73 min yeni iş yeri açılmışdır.
Keçən il dövlət büdcəsinin mədaxili 11,4 milyard manat təşkil edərək 99,1 faiz yerinə yetirilmiş, məxarici isə 11,8 milyard manat olmaqla 95,9 faiz icra edilmişdir. Sosial yönümlü xərclər 3,7 milyard manata çataraq büdcənin 31,5 faizini təşkil etmiş, əsaslı xərclər hesabına 4,1 milyard manat məbləğində investisiyalar reallaşdırılmışdır.
Ötən il dövlət büdcəsi hesabına nəzərdə tutulan bütün sosial proqramlar tam həcmdə icra olunmuşdur. Beynəlxalq maliyyə-kredit təşkilatları ilə 1,2 milyard ABŞ dolları həcmində kredit sazişləri imzalanmışdır. İstifadə edilən kreditlər üzrə 316,5 milyon dollar məbləğində xarici borc ödənilmiş və bununla bağlı öhdəliklər yerinə yetirilmişdir.
2010-cu ildə qlobal maliyyə böhranının təsirinin neytrallaşdırılması və iqtisadi sabitliyin təmin olunmasında adekvat siyasət aparılmışdır. Həyata keçirilən pul siyasəti manatın sabitliyinin qorunmasına, inflyasiyanın aşağı səviyyədə tənzimlənməsinə xidmət etmişdir. Banklar tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş kreditlər 9 faiz artaraq 9,2 milyard manata çatmış, onların 72 faizi uzunmüddətli kreditlər ol-muşdur. İlin sonuna əhali tərəfindən banklara qoyulmuş əmanətlərin həcmi 3 milyard manat təşkil etmiş və əvvəlki illə müqayisədə 29,8 faiz artmışdır.
Ölkənin strateji valyuta ehtiyatları il ərzində sürətlə arta-raq təxminən 30 milyard ABŞ dollarına çatmışdır. Hesabat dövründə güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onlara maliyyə dəstəyinin artırılmasına xüsusi önəm verilmişdir. Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 1430 sahibkarlıq subyektinə 115 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir.
Hörmətli deputatlar, ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyası uğurla həyata keçirilmiş, ölkənin iqtisadi qüdrətinin daha da güclənməsinə xidmət etmişdir. 2010-cu ildə neft hasilatı təxminən 51 milyon tona, qaz hasilatı isə 26,2 milyard kubmetrə çatmışdır. Xüsusi qeyd etmək istərdim ki, ötən il 6,2 milyard kubmetr, o cümlədən Dövlət Neft Şirkəti tərəfindən 1,1 milyard kub-metr təbii qaz ixrac edilmişdir ki, bu da əvvəlki ildəkindən 2,4 dəfə çoxdur. Neftin emal dərinliyi 93 faizə çatdırılmış, nəticədə mazut istehsalı 10 dəfə azalmışdır.
Dövlət Neft Şirkəti son 20 ildə ilk dəfə olaraq öz imkanları hesabına “Ümid” yatağının kəşfiyyatını başa çatdırmış və burada böyük qaz ehtiyatının olduğu təsdiqlənmişdir. Ötən il respublikanın şəhər və kəndlərində 6 min kilometr qaz kəmərləri çəkilmiş və əsaslı təmir edilmiş, şəbəkəyə 76 mindən çox yeni abonent qoşulmuşdur. Qaradağ yeraltı qaz anbarındakı genişləndirmə işlərinin birinci mərhələsi başa çatmış, ölkə tarixində ilk dəfə olaraq anbarlara 3 milyard kubmetrdən çox qaz vurulmuşdur.
Aparılmış struktur dəyişikliklərindən sonra “Azərkimya” İstehsal Birliyində texnoloji yenidənqurma işləri görülmüşdür. Birliyin məhsullarının 85 faizinin ixrac edilməsi nəticəsində əvvəlki illə müqayisədə 40 milyon dollardan artıq vəsait daxil olmuşdur. Bu da buxar-generator qurğusunun ti-kintisi üçün hökumət zəmanəti ilə alınmış kreditin axırıncı hissəsinin ödənilməsinə imkan vermişdir.
Son illərdə elektroenergetika sisteminin qabaqcıl tex-nologiyalar əsasında inkişafı istiqamətində aparılan irimiqyaslı işlər hesabat ilində də davam etdirilmiş və ölkənin enerji təhlükəsizliyi təmin olunmuşdur. Ötən il “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramına” uyğun olaraq müasir tipli elektrik stansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin və yarımstansiyaların tikintisi, enerji paylayıcı sistemin təkmilləşdirilməsi işləri daha da gücləndirilmişdir. Hazırda enerji sisteminin ümumi gücü 6400 meqavat təşkil edir ki, bu da daxili tələbatı ödəməklə bərabər, elektrik enerjisinin ixracını da mümkün etmişdir.
Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə daha eti-barlı təmin edilməsi məqsədi ilə dövlət büdcəsindən “Azərenerji” və “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətlərinə müvafiq olaraq 143 və 75 milyon manat vəsait ayrılmışdır. Görülən işlər ölkə əhalisini və iqtisadiyyatı elektrik enerjisi ilə fasiləsiz təmin etməyə zəmin yaratmışdır.
Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramına uyğun olaraq sahənin inkişafına büdcədən 40 milyon manat vəsait ayrılmışdır. Naxçıvan Muxtar Respublikasında “Biləv” Su-Elektrik Stansiyası tikilib istismara verilmişdir. Qobustan rayonunda hibrid tipli elektrik stansiyasının və poliqonun inşasında son ta-mamlama işləri görülür. Ölkənin müxtəlif bölgələrində 10 kiçik su-elektrik stansiyasının tikintisi ilə bağlı işlərə başlanılmışdır.
Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun ayrı-ayrı sahələrində yüksək artım templərinə nail olunmuşdur. Belə ki, 2010-cu ildə metallur-giya sənayesində istehsalın həcmi əvvəlki ilə nisbətən 44,6 faiz artmışdır. “Daşkəsən Filizsaflaşdırma” Səhmdar Cəmiyyətində dəmir konsentratı istehsalına başlanmışdır. İstehsal gücü ildə 100 min ton təşkil edən Gəncə alüminium zavodunun birinci növbəsinin tikintisində son tamamlama işləri aparılır.
Ölkə iqtisadiyyatının yeni seqmenti olan qiymətli metalların hasilatı sahəsində ciddi artım əldə olunaraq ümumilikdə 2058 kiloqram qızıl istehsal edilmişdir.
Maşınqayırma sahəsində istehsalın səviyyəsi əvvəlki illə müqayisədə 2,5 dəfə yüksəlmişdir. Sumqayıtda tikilən Tex-nopark sənayedə keyfiyyətcə yeni universal istehsal kom-pleksidir. Ümumilikdə 16 zavoddan ibarət olacaq komplek-sin 5 müəssisəsi artıq fəaliyyətə başlamışdır. Bu zavodlarda müasir texnologiyalar əsasında ölkə iqtisadiyyatı üçün mü-hüm əhəmiyyət kəsb edən və böyük ixrac potensialına malik geniş çeşidli məhsullar istehsal edilir.
Hörmətli deputatlar, keçən il ölkəmizdəki əlverişsiz iqlim şəraiti və baş vermiş təbii fəlakətlər kənd təsərrüfatı məhsullarının istehsalına son illərdə görünməyən dərəcədə ziyan vurmuş, nəticədə bitkiçilikdə 8,9 faiz, taxılçılıqda 33 faiz, kartof istehsalında isə 3 faiz azalma baş vermişdir. Bununla yanaşı, digər bitkiçilik və bütün heyvandarlıq məhsulları istehsalında artım əldə edilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştlərinin tətbiqi, subsidiyaların və kreditlərin verilməsi ilə dövlət dəstəyi davam etdirilmiş, lizinq xidmətləri genişləndirilmişdir. Məlumdur ki, uzun illər yetişdirilmiş və idxal ol-unmuş taxılın saxlanılmasında və istehsalçıların yüksək keyfiyyətli toxumla təmin olunmasında ciddi problemlər mövcud idi. Bunların aradan qaldırılması məqsədi ilə müasir texnologiyalar əsasında Dövlət Taxıl Fondu tərəfindən tutumu 160 min ton olan iki elevator, Sahibkarlığa Kömək Mill Fondunun xətti ilə ümumi tutumu 140 min ton olan 13 taxıl anbarı tikilmişdir. Taxıl istehsalçılarını yüksək keyfiyyətli toxumla təmin etmək məqsədi ilə Yevlax rayonunda müasir tələblərə cavab verən “Azərtoxum” təsərrüfatı yaradılmışdır.
Dünya taxıl bazarlarında yaranmış gərginliyi nəzərə alaraq, idxal edilən buğda və un əlavə dəyər vergisindən azad olunmuşdur. Əhalini çörək və çörək məmulatları ilə etibarlı təmin etmək üçün Dövlət Taxıl Fondu tərəfindən alınan buğdanın həcmi iki dəfədən çox artırılaraq 500 min ton həddində müəyyən edilmişdir. Bununla yanaşı, kənd təsərrüfatı infrastrukturunun genişləndirilməsi məqsədi ilə rayonlarda soyuducu anbarlar və istixana kompleksləri istifadəyə verilmişdir.
Ölkə iqtisadiyyatının əsas sahələrindən olan nəqliyyat və rabitə sektoruna investisiyaların cəlb edilməsi və müasir in-formasiya-kommunikasiya texnologiyalarının tətbiqi müsbət nəticəsini göstərmişdir.
Hesabat ilində bütün növ nəqliyyat vasitələri ilə yük və sərnişin daşımaları artmışdır. Azərbaycan dəmir yollarının inkişafı ilə bağlı 2010–2014-cü illəri əhatə edən Dövlət Pro-qramı təsdiq edilmişdir. Nəzərdə tutulmuş tədbirlərin reallaşması irihəcmli sərmayələrin qoyulmasını tələb etdiyindən beynəlxalq maliyyə institutları ilə 735 milyon dollarlıq kredit müqavilələri imzalanaraq layihələrin icrasına başlanmışdır. Ölkə üçün böyük əhəmiyyət kəsb edən Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisində işlər davam etdirilmiş, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və gəmiqayırma zavodunun təməli qoyulmuşdur.
Bakı Metropoliteninin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni xətlərin inşası məqsədi ilə hesabat ilində dövlət büdcəsindən 182,5 milyon manat vəsait ayrılmışdır.
Hesabat ilində Bakı dairəvi-1 və Bakı–Quba–Rusiya Fed-erasiyası ilə dövlət sərhədi avtomobil yollarının, Bakı–Ələt–Gürcüstan sərhədi avtomobil magistralının böyük hissəsinin tikintisi başa çatdırılaraq istismara verilmişdir. Çoxlu sayda yolötürücülər, yol qovşaqları, körpülər və piyada keçidləri tikilmişdir. Ümumilikdə respublikanın avtomobil yollarının tikintisi və yenidən qurulmasına 1,5 milyard manatdan artıq vəsait sərf edilmişdir.
2010-cu ildə rabitə və telekommunikasiya sahəsində də dinamika müşahidə olunmuş, 250 kilometrdən artıq fiberop-tik magistral kabel xətti, 262 min nömrəlik avtomat telefon stansiyaları istifadəyə verilmişdir.
Respublikada kosmik sənayenin yaradılması məqsədi ilə beynəlxalq müqavilələr imzalanmış, hazırda süni rabitə peykinin 2012-ci ilin sonunda orbitə çıxarılması ilə bağlı müvafiq işlər aparılır.
Hörmətli deputatlar, Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar Nazirlər Kabineti fəaliyyətində ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin sağlamlaşdırılmasına xüsusi diqqət yetir-mişdir. Ekologiya üzrə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrasına büdcədən və digər mənbələrdən iki dəfədən çox vəsait ayrılmışdır. Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə məişət tullantılarının emalı zavodunun tikintisinə başlanmış, Balaxanı zibilxanasında təxirəsalınmaz konservasiya tədbirləri həyata keçirilmişdir. Təhlükəli tullantıların zərərsizləşdirilməsi məqsədi ilə yaradılmış milli mərkəzin infrastrukturu təkmilləşdirilmiş, poliqonda 250 min kubmetr tutumu olan yeni hücrənin inşası tamamlanmışdır.
Meşələrin bərpa olunması və artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, 10,7 min hektar sahədə meşəbərpa işləri aparılmışdır.
Məlumdur ki, Prezident İlham Əliyev ölkə əhalisinin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunmasına daim xüsusi önəm vermiş və bu işi şəxsi nəzarətində saxlamışdır. Hesabat ilində Dövlət Neft Fondunun vəsaiti ilə Oğuz–Qəbələ–Bakı su kəməri tikilib istifadəyə verilmişdir. Dövlət büdcəsinin vəsaiti və beynəlxalq maliyyə qurumlarının kreditləri hesabına 11 rayon mərkəzində su-kanalizasiya xətlərinin yenidən qurulması və ti-kintisi işlərinə başlanmışdır.
Kür–Araz çaylarının ətrafında yaşayan əhalinin keyfiyyətli içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə modul tipli sutəmizləyici qurğuların tikintisi davam etdirilmiş, 76 mindən artıq əhali yaşayan 34 kənddə belə qurğular istifadəyə verilmişdir.
Hörmətli deputatlar, “Təhsil haqqında” yeni Qanunun qəbulu ilə bağlı islahatlar daha intensiv şəkildə aparılmışdır. Hesabat ilində Nazirlər Kabineti tərəfindən qanunun tətbiqini təmin edən 35 qərar və sərəncam qəbul edilmişdir. 2010-cu ildə təhsil sisteminə ayrılan büdcə vəsaitləri 1 milyard 280 milyon manat təşkil etmiş, dövlət investisiya xərclərinin həcmi 26,2 faiz artaraq 80 milyon manatı keçmişdir. Ötən il 72 yeni məktəb binası inşa edilmiş, 356 məktəbdə təmir işləri aparılmış, 450-yə qədər məktəb müasir avadanlıqla təchiz edilmiş, 25 yeni məktəb binasının tikintisinə başlanmışdır. Nəticədə son illərdə görülən işlər 1 milyondan çox şagirdin təlim şəraitini yaxşılaşdırmışdır.
Müvafiq dövlət proqramına uyğun olaraq 773, o cümlədən ötən il 266 nəfər dünyanın aparıcı universitetlərinə təhsil almağa göndərilmişdir.
Səhiyyə sahəsinin inkişafı ilə bağlı mühüm addımlar atılmışdır. 2010-cu ildə respublika klinik uroloji xəstəxanası, 2 nömrəli klinik uşaq xəstəxanası, Tibb Universitetinin tədris-terapevtik klinikası, Balakən rayon mərkəzi xəstəxanası da daxil olmaqla 45 səhiyyə obyektində təmir-tikinti işləri apa-rılmışdır.
Dərman vasitələrinin keyfiyyətinə və satışına nəzarət xeyli gücləndirilmiş, şəffaf qeydiyyat prosedurları yaradılmış, qeyri-qanuni işləyən 73 aptekin fəaliyyəti dayandırılmışdır.
Milli mədəniyyətimizin, dəyər və sərvətlərimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması, beynəlxalq mədəniyyət məkanına inteqrasiyası istiqamətində zəruri işlər görülmüşdür. Ölkə daxilində və xaricdə 150-dən artıq dövlət əhəmiyyətli mədəni-kütləvi tədbir keçirilmişdir.
“Azərbaycan teatrı 2009–2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində teatrlarda təmir işləri aparılmış, yeni avadanlıq quraşdırılmış, Bakı şəhəri ilk dəfə beynəlxalq teatr konfransının təşkilatçısı olmuşdur.
“Azərbaycan Respublikasında 2010–2014-cü illərdə tur-izmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq “Şahdağ” qış-yay turizm kompleksinin tikintisi davam et-dirilmişdir. Mədəniyyət və turizm obyektlərinin tikintisinə, təmirinə və yenidən qurulmasına, maddi-texniki bazasının möhkəmləndirilməsinə 165 milyon manatdan çox vəsait yönəldilmişdir.
Gənclər və idman sahəsində əldə olunan nailiyyətlər də diqqəti cəlb edir. Artıq dünyada idman dövləti kimi tanınan ölkəmizdə ötən il 450-dən çox idman yarışı keçirilmişdir. İdmançı gənclərimiz müxtəlif beynəlxalq yarışlarda 675 medal qazanmış, 95 idmançımız dünya, 70 idmançımız isə Avropa çempionu adına layiq görülmüşdür.
Sosial sahələrdə əldə olunan nailiyyətlərdən danışarkən Heydər Əliyev Fondunun və onun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin və səhiyyənin səviyyəsinin yüksəldilməsi, milli-mədəni irsin qorunması və təbliği, qayğıya ehtiyacı olanlara himayədarlıq etməsi ilə bağlı fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar ədalətli mövqeyimizi əks etdirən obyektiv məlumatların və ümumilikdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fondun gördüyü işlər əvəzolunmazdır.
Hörmətli deputatlar, əgər ötən ilin yaz aylarında təbiət bizi sözün əsl mənasında ciddi sınağa çəkməsəydi, ölkə iqtisadiyyatının inkişafında əldə etdiyimiz nəticələr, şübhəsiz ki, daha da yüksək olardı. Bilirsiniz ki, hələ ilin əvvəlindən başlayaraq Kür və Araz çaylarında suyun səviyyəsi xeyli qalxmış, bəndlərin müxtəlif yerlərdən dağılması bir neçə rayonun ərazisini su basmasına səbəb olmuşdu. Nəticədə xeyli sayda evlər, istehsal, sosial və infrastruktur obyektləri dağılmış və qəzalı vəziyyətə düşmüş, əkin sahələri su altında qalmış, əhalinin əmlakına ciddi ziyan dəymişdir.
Görülən təxirəsalınmaz tədbirlər nəticəsində fəlakətin daha böyük miqyas almasına və insan itkisinə yol verilməmiş, əhali subasma təhlükəsi olan kəndlərdən köçü-rülmüş, onlara müvafiq yardım və xidmətlərin göstərilməsi təmin edilmişdir. Kür və Araz çaylarında sahilbərkitmə tədbirləri davam etdirilmiş, Araz çayının yeni qolu açılmışdır. Subasmaya məruz qalmış ərazilərdə ən qısa müddətdə zəruri sosial və infrastruktur xidmətləri ilə təmin edilmiş 1556 fərdi ev, 914 şagird yerlik 5 məktəb binası ti-kilib istifadəyə verilmişdir.
Ümumən, təbii fəlakətin fəsadlarının ortadan qaldırılması və əhaliyə yardım göstərilməsi məqsədi ilə dövlət büdcəsindən 300 milyon manatdan artıq vəsait ayrılmışdır. Qeyd olu-nanlar sübut edir ki, təbii fəlakətlərin və texnogen hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı son illərdə ölkədə güclü texniki imkanlar və yüksək mütəxəssis potensialı yaradılmışdır.
Hörmətli deputatlar, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi sənaye potensialımızın artırılması dövlət başçısının daim diqqət və nəzarətində olmuş, hökumətin fəaliyyətində prioritet yer tut-muşdur. Ümumilikdə 2010-cu ildə müdafiə tədbirlərinin həyata keçirilməsinə 3 milyard dollar vəsait ayrılmışdır ki, bu da ötən illə müqayisədə 40 faiz çoxdur. Müdafiə Sənayesi Nazirliyinin zavodlarında yeni istehsal sahələri yaradılmış, qabaqcıl texnologiyalara əsaslanan xətlər quraşdırılmışdır. Nəticədə hərbi sənaye kompleksində 350-dən çox çeşiddə müdafiə təyinatlı məmulat istehsal olunmuş, onun həcmi 2,3 dəfə artmışdır.
Ümumiyyətlə, həyata keçirilən uğurlu inkişaf strategiyası ölkəmizin dünyanın siyasi və iqtisadi sisteminə tam inteqra-siyasına imkan yaratmışdır. Təkcə ötən il siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən 100-dən artıq beynəlxalq müqavilə imzalanmışdır. Azərbaycan–Rusiya dövlət sərhədinin delimitasiyası, Samur çayının su ehtiyatlarının səmərəli istifadəsi ilə bağlı uzun müddət aparılan mühüm işlərin yekunlaşdırılması və müvafiq ikitərəfli sazişlərin imzalanması buna əyani sübutdur.
Aparılan düşünülmüş və məqsədyönlü xarici siyasət və ölkənin mövcud potensialı beynəlxalq iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə səbəb olmuşdur. Belə ki, 2010-cu ildə 147 ölkə ilə xarici ticarət əməliyyatları aparılmış, mal dövriyyəsi 34,1 faiz artmış, 14,7 milyard dollar məbləğində müsbət saldo əldə olunmuşdur. İxracda enerji daşıyıcıları istisna olmaqla 17,8 faizlik artım qeydə alınmış-dır.
Hörmətli deputatlar, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarının müzakirəsinə həsr olunmuş iclasındakı nitqində əldə olunan nailiyyətləri yüksək qiymətləndirmiş, cari ilin ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacağını bildirmişdir. Bununla yanaşı, dövlət başçısı iqtisadiyyatdakı mövcud problemləri açıqlamış, hökumətin qarşısında duran konkret vəzifələrin makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı, sahibkar-lığın dəstəklənməsi, azad rəqabətin təmin edilməsi, vergi ba-zasının genişləndirilməsi, kənd təsərrüfatının inkişafının stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsi, istehsal və sosial infrastrukturun müasirləşdirilməsi, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, əsassız yoxlamaların aradan qaldırılması və sair olduğunu müəyyən etmişdir. Əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında biz bütün qüvvə və bacarığımızı bu vəzifələrin yerinə yetirilməsinə səfərbər edəcək, xalqın rifahının daha da yaxşılaşdırılmasına, hesablanan sosial-iqtisadi siyasətimizi qətiyyətlə davam etdirəcəyik.
Hörmətli deputatlar, ümidvaram ki, siz hesabatın müzakirəsində fəal iştirak edəcək, dəyərli təkliflərinizlə ümumi işimizə töhfənizi verəcəksiniz.
İmkandan istifadə edib qarşıdan gələn gözəl Novruz bay-ramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirəm! Diqqətinizə görə sağ olun. (Alqışlar.)
Sədrlik edən. Sağ olun, Artur müəllim. Hörmətli millət vəkilləri, xahiş edirəm, müzakirədə iştirak etmək istəyənlər yazılsınlar. Buyursun Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Baş nazir cənab Artur Rasizadənin hesabatını dinlədik. O hesabatda göstərilən irimiqyaslı, nəhəng layihələr haqqında düşündükcə adam bir anlıq fikirləşir ki, bəlkə bu dünyada baş verən qlobal maliyyə böhranı heç yoxdur. Çünki bu qlobal maliyyə böhranı Azərbaycanın, demək olar ki, heç yanından da keçməyibdir.
Hazırda Şəmkir çayı üzərində böyük elektrik stansiyası tikilir. Bu layihənin reallaşdırılması hətta Sovet dövründə belə mümkün olmamışdır. Amma bu gün qeyd etdiyim kimi, böyük maliyyə böhranına baxmayaraq, bizim Şəmkir bölgəsində belə bir əzəmətli stansiya tikilir və inşallah, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. İstər təhsil sahəsində, istər səhiyyə sahəsində, istərsə də nəqliyyat sahəsində – bütün sahələrdə çox böyük işlər görülmüşdür.
Mənim bir sualım var. Mən 99 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmişəm. Təmsil etdiyim dairədə 20 kənd var. Şəmkir camaatı torpağa çox bağlı insanlardır. İmkanlı şəmkirlilər dövlətimizin apardığı quruculuq işlərinə töhfə məqsədi ilə kəndlərdə şəxsi vəsaitləri hesabına artezian quyuları qazdırırlar. Amma bu gün ən çox rastlaşdığımız problem kənd camaatının öz vəsaiti hesabına tikilən artezianların “Azərenerji”də balansa götürülməməsidir. Mən bilmək istərdim ki, bu nə ilə əlaqədardır. Əgər balansa götürülmürsə, onda camaat niyə artezian quyuları qazdırır? Mən bununla bağlı sualıma cavab istərdim.
Təbii ki, problemlər hələ də mövcuddur. Problemlər bizim dövlət başçısına da məlumdur. Problemlər zaman keçdikcə hər il həll olunur. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E.Məmmədov. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli deputatlar, hörmətli hökumət üzvləri və dəvət olunan qonaqlar! Nazirlər Kabinetinin 2010-cu ildə fəaliyyəti haqqında hesabatın bu gün Milli Məclisdə dinlənilməsi bütün dünya ölkələrini bürümüş qlobal maliyyə böhranının səngidiyi dövrə təsadüf etsə də, dünya iqtisadiyyatında gərginlik qalmaqda davam edir. Bu isə hökumətlərdən həyata keçirdikləri maliyyə və iqtisadi siyasətdə diqqətli olmağı tələb edir.
Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu və çevik iqtisadi siyasət nəticəsində 2010-cu ildə ümumi daxili məhsul istehsalının artım tempini sax-lamaq mümkün olmuş və bu artım kifayət qədər yüksək, yəni 5 faiz olmuşdur. Azərbaycanın gələcəyinə yönəlmiş neft strategiyasının uğurlu icrası nəticəsində son illərdə ölkəmizin Avropaya inteqrasiyası sürətlənmiş, qitənin enerji təhlükəsizliyində rolu daha da artmışdır. Dünyanın 147 ölkəsi ilə aparılmış xarici ticarət əməliyyatlarının 43 faizi Avropa İttifaqı ölkələrinin payına düşmüşdür.
Hesabat ilində sosial siyasət uğurla davam etdirilmişdir. 2010-cu ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən 9,1 faiz artaraq 325 manat, dövlət sektorunda 419 manat, neft sektorunda 1032 manat, qeyri-neft sektorunda 305 manat təşkil etmişdir.
Son ildə ölkəmiz insan inkişafı indeksinə görə çox böyük irəliləyişə nail olmuş, inkişaf edən ölkələr arasında özünə layiq yer tuta bilmişdir. Bu uğura görə Azərbaycan orta in-san inkişafı qrupundan yüksək insan inkişafı qrupuna daxil olmuşdur.
Son bir neçə ildə pensiya və müavinətlərin mütəmadi ar-tımı əhalinin sosial müdafiəsində xüsusi rol oynayır. Ölkədə mövcud olan illik inflyasiyaya uyğun olaraq pensiya və müavinətlərin indeksləşdirilməsi barədə dövlət başçısının sərəncamı da ölkənin aztəminatlı təbəqəsinin rifahının yüksəlməsinə xidmət edir.
Qaz, su, istilik təchizatı sahəsində böyük həcmli işlər həyata keçirilmişdir. İlk növbədə sahə ilə bağlı qanunvericilik bazası bütövlükdə təkmilləşdirilmişdir.
Ölkə iqtisadiyyatında önəmli yeri olan nəqliyyat sekto-runun yüksək inkişaf mərhələsində olması danılmaz faktdır. Bu, təbii və məntiqi bir haldır. Şaxələnmiş iqtisadiyyatın di-namik inkişafı dayanıqlı və etibarlı nəqliyyat sisteminin olmasını tələb edir.
Rayonların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə 2003–2010-cu illərdə regionlarda 1500 kilometrə yaxın magistral avtomobil yolları çəkilmiş və əsaslı təmir edilmişdir. Bunlarla yanaşı, 800 kilometr respublika əhəmiyyətli, 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılmışdır.
Avtomobil və dəmir yollarına birbaşa çıxışı olan ərazidə Azərbaycan və region üçün mühüm əhəmiyyət daşıyan nəhəng nəqliyyat qovşaqlarının yaradılmasına və gələcəkdə bu ərazidə xüsusi iqtisadi zonanın salınmasına şərait yaradacaq yeni dəniz ticarət limanının inşasına start ver-ilmişdir. Nəqliyyat sektorunun digər sahələrinin də il ərzində kifayət qədər inkişaf etdiyini əminliklə söyləmək olar.
Hesabat ilində xüsusi diqqət yetirilən prioritet sahələrdən biri də ekologiya və təbii sərvətlər sektoru olmuşdur. Ətraf mühitin mühafizəsi, əhalinin sağlam təbii mühitdə yaşaması, təbii sərvətlərdən səmərəli istifadə ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Ölkədə ekoloji tarazlığın bərpasına yönəldilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010-cu illər üçün kompleks tədbirlər planı”nda nəzərdə tutulmuş layihələr il ərzində qrafik üzrə icra olunmuşdur. Planda nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün Prezidentin ehtiyat fondun-dan lazımi həcmdə vəsaitin ayrılması bu sahəyə diqqətin göstəricisidir. O da müsbət haldır ki, tədbirlər planının icra-çısı olan Dövlət Neft Şirkəti, Xəzər Dəniz Gəmiçiliyi, “Azərsu” Səhmdar Cəmiyyəti və digər təşkilatlar planda nəzərdə tutulmuş tədbirləri həm də öz daxili vəsaitləri hesa-bına maliyyələşdirmişlər.
Ölkədə Avropa təcrübəsindən bəhrələnməklə bərk tullantıların vahid idarəetmə sisteminin yaradılmasına, Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək bərk məişət tullantılarının emalı zavodunun tikilməsinə başlanmışdır. 2010-cu ildə istifadəyə veriləcək bu müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə zərər vurmadan il ərzində 500 min ton bərk məişət tullantısından utilizasiya ilə yanaşı, 31,5 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir.
Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri! Çıxışımın sonunda Nazirlər Kabinetinin 2010-cu ildəki fəaliyyətini yüksək qiymətləndirirəm. Ötən il əldə olunan bu uğurlar cari ildə hökumət qarşısında qoyulan vəzifələrin müvəffəqiyyətlə icra olunacağına əsas verir. Möhtərəm Prezidentimizin rəhbərliyi altında bu işlərin icras-ında hökumət üzvlərinə, dövlətimizin qüdrətlənməsi yolunda hamımıza uğurlar diləyirəm. Sizləri və hörmətli həmkarlarımı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən fikir verdim, gördüm, bu çıxış 6 dəqiqə çəkdi. Xahiş edirəm, reqlamenti mümkün qədər 5 dəqiqəyə çatdıraq. Hələlik 10 dəqiqəlik reqlamentlə davam edirik. Sonra işimizin gedişinə baxarıq. Bahar xanım Muradova buyursun.
B.Muradova. Çox hörmətli Sədr, çox hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, millət vəkilləri! Biz artıq bir neçə gündür ki, hökumətin hesabatı haqda bizə təqdim olunmuş materiallarla tanış oluruq. Ötən il biz bütün bu tədbirlərin həyata keçirilməsini həm müşahidə etmiş, həm də onların iştirakçısı, canlı şahidi olmuşuq. Bu gün də cənab Baş na-zirin çıxışını dinləyərək ötən il hökumətin həyata keçirdiyi fəaliyyətlə tanış olduq və onun nəticələri ilə bağlı konkret rəqəmləri eşitdik. Mənim fikrimcə, bu təkcə konkret rəqəmlər və göstəricilər deyil. Onların arxasında cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət, çox ciddi iş, bir illik fəaliyyət dayanır. Bu siyasətin, bu fəaliyyətin nəticələri göz qabağındadır.
Mən rəqəmlərə müraciət etməyəcəyəm. Biz bu fəaliyyətin Azərbaycana nələr verdiyini və perspektivdə hansı hədəflərə xidmət etdiyini çox yaxşı bilirik. Mən bütövlükdə ötən ildə hökumətin fəaliyyətini qənaətbəxş hesab edir və düşünürəm ki, yekunda da hamımız bu fikri bölüşəcəyik.
İki məqama diqqəti xüsusi cəlb etmək istərdim. Mən hesabatla yaxından tanış oldum. Bilmirəm, fəaliyyətimin xarakterindən və ya cəbhəyanı bölgəni təmsil etdiyimdəndir, diqqətimi daha çox ordu quruculuğu və qaçqınların, köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması məsələləri cəlb etdi.
2010-cu il ordumuzun maddi-texniki bazasının yüksəldilməsi, hərbi təyinatlı məhsulların istehsalı, hərbi sənayenin inkişafı ilə bağlı çox ciddi uğurlarla yadda qaldı. Ötən il hərbi sənayemizin məhsullarının bir neçə beynəlxalq sərgidə iştirakı və xüsusilə uğurlu təmsilçiliyi onu göstərir ki, ölkəmiz müdafiə qüdrətini artırmaq istiqamətində öz gücünə arxalanır və iqtisadi gücünü hərbi potensiala çevirməkdə gözəl təcrübəyə malikdir. Mən ümid edirəm ki, gün gələcək, biz bütün bunların nəticəsində Azərbaycanın ən ağrılı prob-lemi olan Dağlıq Qarabağ problemini həll edəcəyik.
Əlbəttə, ikinci məsələ qaçqın və köçkünlərin vəziyyətidir ki, bu istiqamətdə də çox ciddi addımlar atılmışdır. Burada görüləcək bütün tədbirlər və nəzərdə tutulan vəzifələr göstərilib. Ötən il bir köçkünə Azərbaycan dövləti tərəfindən ayrılan vəsait 684 manat təşkil etmişdir ki, bu da dünya ölkələri arasında bu qəbildən olan insanlara göstərilən yardımın ümumi məbləğindən qat-qat artıqdır.
Son 7 ildə köçkünlər arasında yoxsulluq 3 dəfə azalaraq 70 faizdən 25 faizə enmişdir. Əlbəttə, bu, köçkünlərin bütün problemlərinin həlli demək deyildir. Baxmayaraq ki, bu problemlərin həll olunması üçün çox ciddi işlər görülmüşdür. Ötən il yeni qəsəbələr istifadəyə verilmiş, kilometrlərlə yol-lar, elektrik və qaz xətləri çəkilmişdir. Məşğulluğun, insanların cəbhə xəttinə yaxın yerlərdə yaşayışının təmin olunması üçün lazım olan bütün addımlar atılmışdır. Bütün bunlar Azərbaycan vətəndaşlarında, o cümlədən qaçqın və köçkünlərdə Azərbaycan dövlətinə inamı və Azərbaycan dövlətinin öz vətəndaşlarının bütün problemlərini həll etmək qüdrətində olduğu qənaətini bir daha möhkəmlətmişdir.
Lakin hələ ki, həllini gözləyən problemlər də vardır. Qar-şıda büdcəyə bəzi dəyişikliklər edilməsi gözlənilir. Bir sıra məsələlərin də bundan sonrakı dövrdə nəzərdə tutulması mümkün ola bilər. Bunu ona görə söyləyirəm ki, proqramda bu qəbildən olan yeni qəsəbələrin salınması nəzərdə tutul-duğundan belə bir qəsəbənin Füzuli rayonunda da salınmasını istərdim. Füzulidə çox böyük işlər görülməsinə bax-mayaraq, orada minlərlə insan bərbad bir qəsəbədə çox ağır bir şəraitdə yaşayır. Mən hökumətdən xahiş edərdim ki, büdcəyə dəyişikliklər edilərkən imkan daxilində həmin in-sanlar üçün yeni qəsəbənin layihələndirilməsi, ona torpaq sahəsinin ayrılması və müvafiq işlərin görülməsi məqsədi ilə bu il büdcədə müəyyən qədər vəsait nəzərdə tutulsun. Əlbəttə, bu insanlar Azərbaycan Prezidentinə inanaraq cəbhə xəttinə yaxın yerlərdə yaşayır, Azərbaycan dövlətinin qayğısı ilə bu bölgəni dirçəldir, abadlaşdırırlar. Amma yenə də, qeyd etdiyim kimi, çox böyük təhlükələr qalmaqdadır.
Bu gün Azərbaycanda ilaxır çərşənbədir. Bütün rayonlarda, qəsəbələrdə, kəndlərdə tonqallar yandırılacaq, insanlar o tonqalların üstündən atılacaq və “ağırlığım, uğur-luğum burada qalsın” deyərək gələcək üçün niyyətlərini edəcəklər. Hər kəs bu bayrama çox ciddi hazırlaşır və onu gözəl keçirmək istəyir.
Amma Ağdamın Orta Qərvənd kəndində bir ailə var ki, bu bayramı keçirməyəcək. Şirinnar xanımın ailəsi üçün bu bayram qara gəlibdir. Çünki 8 mart günündə erməni təcavüzkarları, erməni ordusunun mənfur niyyətli nümayəndələri Azərbaycan qadınına belə bir dırnaqarası hədiyyə etmiş, onun gözünün ağı-qarası olan Farizi həyatdan məhrum etmişlər.
Bu barədə danışmaq çətindir, amma danışmaq lazımdır. Mən hesab edirəm ki, bu addım uşaq qatili olan erməni qəsbkarlarının təcavüzkar siyasətinin davam etdiyinin bariz göstəricisidir. Özü də bu qətl Soçi görüşündən dərhal sonra, prezidentlərin tərəflər arasında etimad yaradılması və bütün məsələlərin sülh danışıqları yolu ilə həll edilməsi barədə bir bəyanata imza atmasından dərhal sonra baş vermişdir.
Cənab Prezidentin də dünənki görüşdə qeyd etdiyi kimi, Fariz hərbiçi deyil, əsgər deyil, 9 yaşında bir uşaq idi. O öz həyətlərində oynamağa çıxmışdı, Novruz bayramına hazırlaşırdı. Yəqin ki, tonqal qalamağa odun, çırpı yığmaqla məşğul idi. Çərşənbə günündə tonqalın üstündən atılacaqdı. An-caq bu, baş vermədi. Onu həyatdan məhrum etdilər. Nəyə görə? Ona görə ki, azərbaycanlı idi.
Mən bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin və ATƏT-in həmsədri olan ölkələrin nümayəndələrinin Azərbaycanda olmasından istifadə edərək onlara müraciət etmək istəyirəm. Nə vaxtadək siz uşaq qatili olan Ermənistana və onun rəhbərlərinə diplomatik təbəssüm göstərəcək, bu kimi təcavüzkar hərəkətlərə loyal münasibət bəsləyəcəksiniz? Nə vaxt öz sözünüzü deyəcəksiniz? Nə vaxt bu uşaq qatillərinə yerinizdə oturun, dayanın, durun deyəcəksiniz?
Bu görüşlərdə biz fikirlərimizi söyləyirik, çox diplomatik cavablar alırıq: “Hər iki qarşı tərəf etimad tədbirləri yarat-maq üçün addımlar atmalıdır”. Bundan sonra qarşı tərəfə necə etimad göstərəsən? Əgər bir hərbiçi bu gülləyə tuş gəlsəydi, mən bunu müharibənin qanunları kimi qəbul edərdim. Amma güllələnən görün kimdir. 9 yaşında bir oğlan – bir ailənin ümidi, bir ailənin gələcəyi, bir ananın gözünün işığı.
Mən bu gün buradan Azərbaycan xalqına, Azərbaycan qadınlarına üz tuturam. Hər biriniz süfrə başında əyləşərkən məhv olmuş, həyatı puç olmuş bu oğlanın adına bir şam yandırın. Hər biriniz ailənizin bütün üzvlərindən biri kimi onu hiss edin, onun xatirəsini, onun ruhunu şad etmək üçün bir şam yandırın. Qoy bu şamın alovu hər bir Azərbaycan gəncinin qəlbində nifrət alovuna çevrilsin, Azərbaycan or-dusunda xidmət edən hər bir Azərbaycan gəncinin ürəyində qisas hissini alovlandırsın.
Mən bu gün bu tribunadan Ermənistanın prezidenti Sarkisyana və onun xanımına müraciət edirəm. Öz xalqınızı, millətinizi, gəncliyinizi uşaq qatili olmaqdan çəkindirin. Kifayətdir, bəsdir!
Mən bu gün Azərbaycan xalqının Novruz bayramını ürəkdən təbrik etməklə yanaşı, arzu edirəm ki, gün gəlsin, bizim ordu quruculuğunda əldə etdiyimiz nailiyyətlər bu torpağın düşmən tapdağından xilas olmasına, işğaldan azad olmasına xidmət etsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Mübariz Qurbanlı.
M.Qurbanlı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli deputat-lar! Hökumətin fəaliyyətinə qiymət verərkən müəyyən meyarlara nəzər salmaq lazımdır. İstənilən ölkədə hökumətin fəaliyyətinə qiymət məhz bu meyarlarla verilir. Hökumət qəbul olmuş büdcəni necə icra edib və başa çatan ildə ümumi daxili məhsulun, sənaye məhsulunun, əhalinin real pul gəlirlərinin artımında hansı irəliləyişə nail olub? Hesab edirəm ki, Azərbaycan hökuməti üzərinə düşən vəzifəni səriştəli şəkildə yerinə yetirib. Azərbaycanda ümumi daxili məhsulun artımı, əhalinin pul gəlirlərinin real artımı, digər artımlar bu deyilənləri bir daha təsdiq edir.
Burada hörmətli Baş nazir geniş və ətraflı məlumat verdi. Bizə də hesabat paylanılıbdır. Ona görə müsbət nəticələri qeyd edərək bəzi təkliflərimi vermək istərdim.
Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməs üçün də çox ciddi işlər görülüb. Ölkədə müdafiə sənayesinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Ermənistan üzərində qələbə əldə etmək üçün iqtisadi sahədə uğurlarımız daha da artmalıdır. Çünki Azərbaycanın iqtisadi uğuru düşməni taqətdən salmağa yönəlibdir. Bu gün Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından 8–9 dəfə artıqdır. Bu, düşməndə artıq təlaş yaradıb. Biz şəhid olan əsgərlərimizin, şəhid övladlarımızın qisasını iqtisadi qüdrətimizi artırmaqla, düşmən seytnot vəziyyətinə salmaqla ala bilərik.
Hərb cəbhəsində, diplomatik cəbhədə, iqtisadi cəbhədə vəziyyət bizim xeyrimizədir. İnanım ki, iqtisadi cəbhədə bizim üstünlüklərimiz artdıqca, Ermənistanı himayə edən dairələr gec-tez onun arxasından çəkiləcəklər. Çünki həmin dairələrin özlərinin də maliyyə vəziyyəti Ermənistanı daim yedəkdə saxlamağa imkan verməyəcəkdir.
Bizim çıxış yolumuz iqtisadi qüdrəti artırmaqdır və bu-rada da hökumətin üzərinə çox ciddi vəzifələr düşür. Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi strateji xəttin həyata keçirilməsində üzərinə düşən vəzifələri hökumət layiqincə yerinə yetirir. Xarici və iqtisad siyasət çox böyük uğurlar gətirməkdədir. Bu gün Azərbaycanda əldə etdiyimiz bu uğurların nəticəsidir ki, biz strateji vəzifəmizin həlli üçün də əlverişli zəmin yarada bilirik. Strateji vəzifə isə sənayecə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaqdır. Əminəm ki, Azərbaycanın sənayecə inkişaf etmiş ölkələr sırasına daxil olacağı gün uzaqda dey-ildir.
Bəzi təkliflərimi diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycanın idxal və ixracı ilə bağlı məlumatlara diqqət ye-tirdim. Azərbaycanda 2009-cu ildə ərzaq məhsulları idxalda 15,7 faiz, 2010-cu ildə isə 18,5 faiz təşkil edibdir. Mən he-sab edirəm ki, bu, narahatlıq doğuran bir məsələdir. Bunun üzərində ciddi işləmək lazımdır. Azərbaycan kənd təsərrüfatı ölkəsidir və çox sayda ərzaq məhsulları istehsal etmək im-kanına malikdir. Biz ərzaq məhsullarının istehsalına ciddi fikir verməliyik. Çünki dünyada ərzaq problemi yaranmaqdadır. Bu sahəyə xüsusi diqqət ayrılmalı, proqramlar tutulmalı və bu istiqamətdə fəaliyyət genişləndirilməlidir.
Bir məsələ də xarici ticarətimizlə, ixracla bağlıdır. Təbii ki, ixracda neft və neft məhsulları üstünlük təşkil edir. Amma ixracda xam neftin faizi üstündür. Deməli, biz neft məhsulları ixracına üstünlük verməliyik. Eyni zamanda, çalışmalıyıq ki, Azərbaycanda ixracı, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracını stimullaşdıraq, həvəsləndirək.
Yeri gəlmişkən, Şəmkirlə də bağlı bir neçə kəlmə demək istəyirəm. Şəmkirdə çoxlu sosial obyektlər, məktəblər ti-kilib. Buna görə hökumətə seçicilərim adından təşəkkür edirəm. Amma orada Kür qəsəbəsinə gedən yol yenidən qurulmalıdır. Xahiş edirəm, buna diqqət yetirilsin. Minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Kamilə Əliyeva.
K.Əliyeva. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən də cənab Baş nazirin hesabatını diqqətlə dinlədim. Bizə verilən hesabatı da diqqətlə oxumuşam. Həqiqətən də, 1 il ərzində böyük işlər görülüb. Ona görə digər millət vəkilləri kimi mən də bu hesabatı qənaətbəxş hesab edib onun qəbul olunmasına səs verəcəyəm.
Diqqətinizi bir məsələyə yönəltmək istərdim. Bir neçə gün bundan əvvəl möhtərəm Prezidentimiz cənab İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə Azərbaycana idxal olunan kənd təsərrüfatı mallarının qiymətlərinin süni surətdə artırılması ilə əlaqədar öz ciddi iradlarını bildirmişdi. Prezidentimizin bu cür süni qiymət artım-ları ilə əlaqədar iradından sonra Nazirlər Kabineti, müvafiq nazirliklər və idarələr əvvəlcədən tədbirlər planı işləyib hazırlayacaqlar ki, gələcəkdə ayrı-ayrı iş adamları öz məqsədləri üçün bu cür xoşagəlməz yollardan istifadə etməsinlər.
Hər bir şeyi ölkə başçısından tələb etmək ən azı ədalətsizlik olardı. Onsuz da cənab Prezident ölkənin daxili və xarici siyasətinin istiqamətləndirilməsində böyük işlər görür. Biz hamımız Prezidentimizə dəstək olmalı, ona yardımçı olmalıyıq.
Ölkə əhalisinin rifahının yüksəlməsi üçün Prezidentimizin gördüyü bu cür tədbirlərə müxalifət qüvvələri kölgə salmağa çalışsa da, ölkədə hökm sürən siyasi sabitliyə və iqtisadi yüksəlişə mane ola bilməyəcəklər. Bir qrup müxalifətçinin respublikamızın inkişafını görmək istəməməsi, Prezidentimizin apardığı siyasətə göz yumması, bununla əlaqədar bir qrup gənclərdən istifadə etmək istəyi heç bir nəticə verməyəcəkdir. Çünki qüdrətli Azərbaycanın ağıllı, savadlı və dərrakəli gəncləri var. Bütün dünya bizim respublikamıza, onun Prezidentinə qibtə edir. Mən də bir təhsil işçisi olaraq onu qeyd edə bilərəm ki, bu dəqiqə gənclərimizin fikirləri öz dərslərində, təhsillərindədir. Ağıllı gəncliyimiz, savadlı gənclərimiz var. Onlar öz düşüncələri, savadları ilə fərqlənirlər və Prezidentimizin ətrafında sıx birləşiblər. Bir qrup müxalifətçinin arxasına düşüb belə mənasız mitinqlərə qoşulmayacaqlar.
Sonda bir daha hamınızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, həmkarlar və media təmsilçiləri! Öncə mən də hər birinizi axırıncı çərşənbə və qarşıdan gələn bahar bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə can sağlığı və ailə səadəti, xoşbəxtlik arzulayıram.
Hörmətli cənab Baş nazirin bizə hesabatla bağlı məruzəsində ölkədə əldə olunmuş uğurların üzərində yetərincə dayanıldı. Mən vacib bildiyim fikirləri deməklə hökumətimizin burada iştirakından istifadə edərək bəzi təkliflərimizi diqqətə çatdıracağam. Ötən il ölkə iqtisadiyyatında əldə ol-unmuş ən mühüm uğurlardan biri onun neft sektorundan asılılığının azaldılması və bu prosesin davamlı xarakter almasıdır.
İnfrastruktur yeniləşmiş və müasir tələblər səviyyəsinə qaldırılmış, iqtisadiyyatın intellektual və texnoloji səviyyəsi yüksəldilmiş, rəqabətə davamlı məhsul istehsalının artırılmasında irəliyə doğru mühüm addımlar atılmış, yerli xam-mal və imkanlar əsasında işləyən və ixrac qabiliyyəti yüksək olan məhsullar istehsal edən çoxşaxəli sənaye kompleksi yaradılmış, xarici və yerli investisiyaların cəlb olunmasında müsbət meyillər qeydə alınmış, magistral yol infrastruktu-runun ən vacib tələblər səviyyəsində qurulması prosesi uğurla davam etdirilmiş və ciddi strateji əhəmiyyətə malik olan Oğuz–Qəbələ–Bakı su kəməri istifadəyə verilmişdir. Ölkədə yeni iş yerləri açılmış, əhalinin yaşam tərzində irəliləyişlər olmuş, yoxsulluğun səviyyəsi birinci onluğa enmişdir. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi altında yola saldığımız 2010-cu il ölkənin sosial-iqtisadi ink-işafında, hərbi qüdrətimizin qüvvətləndirilməsində uğurlu illərdən biri kimi tarixə düşmüşdür.
Lakin mən bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm. Bəlli olduğu kimi, keçən ilin may ayında Kür çayının daşması bütün Kürboyu rayonlar kimi, Salyan və Neftçala rayonlarında da ciddi təhlükə yaratmışdı. Ölkə Prezidentinin problemə operativ və çevik müdaxiləsi, Fövqəladə Hallar Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin, hər iki rayon rəhbərliyinin peşəkarlığı həmin ərazinin yaşayış məntəqələrini ağır fəlakətlərdən qurtardı. Millət vəkili seçildiyim Salyan və Neftçala rayonlarının seçiciləri adından dövlət başçımız cənab İlham Əliyevə və adlarını yuxarıda qeyd etdiyim qurumların əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.
Hörmətli hökumət üzvləri, sizin iştirakınızla 2010-cu ilin hesabat yığıncağında və Bakı Biznes Mərkəzində keçirilən müşavirədə cənab Prezident əldə olunan uğurları qeyd etməklə yanaşı, cəmiyyətimizdə hər bir Azərbaycan vətəndaşını narahat edən neqativ hallara, korrupsiya və rüşvətxorluğa qarşı prinsipial mövqeyini ortaya qoymuş, inkişafımıza əngəllər törədən, nüfuzumuza ciddi zərbələr vuran bu cür eybəcərliklərə qarşı müharibə elan etmişdir.
Əlbəttə, dövlətimizə və xalqımıza vicdanla, sədaqətlə xidmət edən kifayət qədər məmurlar var. Lakin ölkə Preziden-tinin söylədiyi kimi, bu sahədə problemlər də mövcuddur. Məncə, ölkə Prezidentinin çağırışına bütün nazirlik və komitələr təkcə inzibati üsullarla deyil, həm də inhisarlara da ciddi önəm verməklə qoşulmalıdır. Bu baxımdan bir sıra nazirliklərlə bağlı təkliflərimi çox səmimi şəkildə diqqətə çatdırmaq istərdim. Ümidvaram ki, mənim səmimiyyətimə inanacaqsınız. Ayrı-ayrı nazirliklər səviyyəsində, əlbəttə, ciddi işlər gedir. Bu gün müxtəlif sahələrdə diqqəti cəlb edən bəzi neqativ hal-lara qarşı ayrı-ayrı nazirlərin aparmış olduğu işlər, görmüş olduğu tədbirlər özünün müsbət nəticələrini verməkdədir.
Götürək səhiyyə sistemini. Nazirlik çalışır, əlindən gələni edir ki, sistemdə rüşvətxorluq olmasın və bu öz müsbət rolunu oynayır. Lakin 90–150 manat maaş alan tibbi personalın xəstədən pul almadan öz yaşayışını minimum səviyyədə təmin etmək imkanı varmı? Gəlin etiraf edək ki, yox. Prezidentin xüsusi qayğısı ilə dövlət tibb müəssisələri yüksək səviyyədə təmir olunmuş, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş, yəni özəl xəstəxanalarla rəqabət apara biləcək xəstəxana kompleksi yaradılmışdır. Məncə, dövlət xəstəxanalarında aztəminatlı kateqoriyalar istisna olmaqla digər pasiyentlər üçün pullu xidmət tətbiq edilə və əldə olu-nan vəsait dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin maaşına əlavə edilə bilər. Məncə, bu, neqativ halların aradan qaldırılmasında ciddi rol oynaya bilər.
Ali məktəblərdə müəllim və professor heyətinin əməkhaqqını ödənişli təhsildən daxil olan pulla artırmaq, yəni daxil olan vəsaiti dövlət ali və orta ixtisas müəssisələrinin təmirinə deyil, müəllimlərin əməkhaqqına sərf etmək olar. Təmir işləri isə dövlətin ayırdığı vəsait hesabına aparıla bilər.
Son illər Tələbə Qəbulu Komissiyasının sədri vaxtaşırı mətbuat konfransı keçirir. Əlbəttə, bu, təqdirəlayiqdir. Cəmiyyət qurumun fəaliyyəti barədə məlumatlandırılır. Lakin bununla bərabər, ölkədə təhsil sistemində mövcud olan problemlər qurumun rəhbərliyi tərəfindən düşünülmüş şəkildə qabardılır, orta təhsil haqlı və haqsız olaraq ciddi tənqid atəşinə tutulur. Amma deyilmir ki, orta məktəbin savadsız məzunu hansı yollarla ali məktəbə qəbul edilir. Savadsız şagird universitetləri savadsız şəkildə birtəhər başa vurur və savadsız müəllim kimi orta məktəbdə işə başlayaraq savadsız şagirdlər yetişdirir, beləliklə, cəmiyyətin savadsızlaşmasında həlledici rol oynayır. Savadsız müəllimin dərs dediyi şagirdlər abituriyent kimi ölkənin bütün ali məktəblərinə səpələnir və beləliklə, acınacaqlı mənzərə yaranır.
Repetitor qeyri-leqal təhsil sistemi faktiki olaraq orta məktəbi iflic vəziyyətinə salmışdır. Qəribəsi budur ki, dövlətə heç bir vergi verməyən repetitorlar Tələbə Qəbulu Komissiyasında ayrı-ayrı fənlər üzrə suallar hazırlayanlarla bir şəbəkə təşkil edirlər. Bu gün heç kimə sirr deyil ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə və Tibb Universitetinə savadsız abituriyentin qanunsuz qəbulu üçün alınan pulun miqdarı 100–150 minlə ölçülür. İldə 7–8 min əlavə tələbə qəbulundan alınan pulun miqdarı milyonlarla hesablanır.
Mənim gəlmiş olduğum nəticə: Tələbə Qəbulu Komissiyasında rüşvətxorluğa son qoymaq üçün ciddi islahatlar aparılmalıdır. Bu haqda biz fikrimizi zaman-zaman demişik. Xüsusilə “Təhsil haqqında” Qanunun müzakirəsində mən dəfələrlə, təkidlə söylədim ki, abituriyentlərin təhsil seçimi məsələsində dəyişiklik edilməlidir. Yəni ixtisası abituriyen-tin özü seçməli və burada mərkəzləşmiş sistem ləğv olunmalıdır. Digər tərəfdən, məncə, təhsil sistemini təkmilləşdirmək, savadsız şagirdlərin ali məktəbə axınının qarşısını al-maq üçün texniki peşə məktəblərini canlandırmaq günümüzün zəruri və qaçılmaz tələbidir.
Sirr deyil ki, bu gün cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də ünvanlı sosial yardımın verilməsində yol verilən müəyyən nöqsanlar və neqativ hallardır. Etiraf edim ki, nazirlik səviyyəsində müharibə əlillərinə və şəhid ailələrinə evlərin, maşınların verilməsində ciddi işlər görülüb. Bununla bərabər, ünvanlı sosial yardımın verilməsində yol verilən nöqsanlar və mənimsəmələr haqlı olaraq ciddi narahatçılıq yaratmaqdadır. Ölkə Prezidentinin müdaxiləsindən sonra nazir səviyyəsində neqativ halların aradan qaldırılması üçün təsirli tədbirlər görülür. Ümidvaram ki, bu tədbirlər ardıcıl xarakter daşıyacaq və ünvanlı sosial yardımın verilməsində özünü göstərən nöqsanlar və neqativ hallar tamamilə aradan qaldırılacaq. Son vaxtlar kütləvi informa-siya vasitələrində bununla bağlı verilmiş açıqlamalar bu sahədə neqativ halların aradan qaldırılacağına ümid yaradır.
Sözümün sonunda bir məsələni də nəzərinizə çatdırmaq istərdim. Bəlli olduğu kimi, Salyan və Neftçala rayonlarının ən böyük problemi qazlaşdırma problemidir. 2007-ci ildə bununla bağlı dövlət proqramı qəbul olunubdur. Çox təəssüf edirəm ki, heç bir təbii imkanları olmayan Salyan və Neftçala rayonlarının əhalisi hələ də qışın sərt vaxtında qazın olmaması üzündən kifayət qədər ciddi problemlə üzləşir. Ona görə, cənab Baş nazir, Sizdən çox xahiş edərdim ki, bu-nunla bağlı konkret addımların atılması üçün müvafiq tapşırıqlar verəsiniz.
Yeri gəlmişkən, təşəkkür edirəm ki, 2007-ci ildə qəbulunuzda olarkən qaldırmış olduğum bir sıra məsələlərin həllində Siz öz köməkliyinizi əsirgəmədiniz və həmin problemlər, demək olar ki, öz həllini tapdı.
Sonda Nazirlər Kabinetinin 2010-cu il hesabatını müsbət qiymətləndirir, ona səs verəcəyimi diqqətinizə çatdırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Yevda Abramov.
Y.Abramov. Hörmətli Baş nazir, dəyərli həmkarlarım və media mənsubları! Bu gün ənənəvi olaraq yenidən hökumətin hesabatını müzakirə edirik. Artıq 10 gündür ki, bizə hesabat kitab şəklində təqdim edilmişdir. Amma mən onu açıq deyim ki, bu hesabat bizə təqdim olunmamışdan belə biz il boyu hökumətin gördüyü fəal işin şahidiyik. Görünən kəndə heç bir bələdçi lazım deyil. Həqiqətən, Nazirlər Kabi-neti cənab Prezident tərəfindən onun qarşısında qoyulmuş vəzifələrin öhdəsindən şərəflə gəlmişdir.
Hesabat ilində dünya iqtisadiyyatında çətin proqnozlaşdırılan mürəkkəb şəraitdə belə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasət, uğurlu neft strategiyası, genişmiqyaslı sosial islahatlar çərçivəsində hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruya bilmiş, əvvəlki illərdə olduğu kimi, hesabat ilində də dinamik artıma nail olunmuşdur.
Biz bunu bölgədə də hiss edirik. Quba–Qusar bölgəsində çox böyük uğurlara, nailiyyətlərə imza atılmışdır. Bölgədə analoqu olmayan, böyük maliyyə tutumu olan “Şahdağ” turizm kompleksinin artıq birinci mərhələsi sınaqdan çıxarılmışdır.
Mən fürsətdən istifadə edərək həm həmkarım Rövnəq müəllimə, həm də “Azərenerji”nin sədri Etibar Pirverdiyevə rayonda tikdirdikləri gözəl məktəblərə görə minnətdarlığımı bildirirəm.
Hökumətin uğurlarından danışmaq üçün saatlar da bəs etməz, amma biz, bölgələrdən seçilən millət vəkilləri, təbii ki, seçicilərimizi daim düşündürən və narahat edən məsələləri Nazirlər Kabinetinin hesabatı və dövlət büdcəsinin müzakirəsi vaxtı qaldırmağa fürsət tapırıq.
Mən bu gün çox mühüm bir məsələ ilə bağlı xahişlə Nazirlər Kabinetinə müraciət etmək istərdim. Bir neçə dəfə mən büdcə müzakirəsi vaxtı demişəm ki, Azərbaycanda qonşu rayonların birləşməsindən yaranmış rayonlar da var. Məsələn, Quba rayonu 1959-cu ildə iki rayonun – Qonaqkənd və Quba rayonlarının birləşməsindən əmələ gəlib. Məndən qabaq hörmətli xanımımız, tanınmış müğənnimiz Zeynəb xanım da Qonaqkənddən parlamentə deputat seçilib. O özü mənim dediklərimi təsdiq edə bilər.
Bu gün Qonaqkənd bölgəsindəki vəziyyət, mən deyərdim ki, hansısa bir zəlzələdən və ya müharibədən sonrakı vəziyyətə bənzəyir. Mən bu il seçkilərlə əlaqədar orada olmuşam. 20 ildir müstəqil dövlətimiz qurulub, Qonaqkənd bölgəsində hələ bir obyekt tikilməyib. Bu bir az ögey-doğmalıq kimi çıxır. Mən bunu orada hesabat vaxtı da demişəm ki, bəlkə rayonun bir geniş yığıncağını çağıraq, Qonaqkəndin problemlərini müzakirə edək.
1950-ci illərdə tikilmiş məktəb artıq yarıtmaz haldadır, bağça yanıb, xəstəxanada heç nə yoxdur. İxtisaslı həkim çatışmır. Xalq xahiş edir ki, heç olmasa, dağ şəraitində işləyə bilən bir təcili yardım maşını olsun ki, qonşu kəndlərə gedib-gələ bilsinlər.
Yollar pisdir. Düzdür, cənab Prezident Qubada olarkən Vahid müəllimlə mən ondan xahiş etdik, Qonaqkənd–Şamaxı yolu gündəmə gəldi. Bununla bağlı artıq dünya maliyyə qurumları ilə, bankları ilə iş gedir. Bu yolun tikilməsi Koreyaya həvalə olunacaq. Biz bundan çox sevinəcəyik. Bu bölgənin bütün insanları hökumətə, cənab Baş nazirə, bizlərə bundan ötrü “çox sağ ol” deyəcək. Onlarla kəndin infra-strukturu, iqtisadiyyatı cana gələcək. Bu böyük strateji yoldur, kəsə yoldur. Rusiya sərhədindən Şamaxıya buradan yol açılsa, Azərbaycanın bir sıra aran rayonları üçün də bu ən qısa yol olar. Bu bölgəyə bir az diqqəti artırmaq lazımdır. Orada yaşayan insanlar bizdən bunu gözləyirlər.
Bir məsələni də biz ayrı-ayrılıqda yazıb göndərdiyimiz məktublarla hökumətin qarşısında qaldırmışıq. Quba rayonuna dalbadal 2 ildir hansısa təşkilatlardan meyvəçilik üçün dərmanlar gətirilir. İnanın ki, bu dərmanlar qaş düzəldən yerdə vurub göz çıxarıb, Qubada meyvəçiliyi tamamilə bərbad vəziyyətə qoyub. Sanki bu, Quba meyvəçiliyinə qarşı bir bioloji terror idi. Bu zərbəni qubalılar açıq daddılar. Meyvələr şikəst oldu, xəstə başa gəldi. Çox yerlər bunları qəbul etmədi. Süfrə meyvəs bazara çıxarıla bilmədi.
“Fitosanitariya haqqında” qanunumuz var, gömrük idarəsinin gözəl laboratoriyaları var. Necə ola bilər ki, biznes-menin xaricdən gətirdiyi dərman sərhəd gömrük məntəqələrində yoxlanılmadan ölkəyə buraxılsın? Əgər bir litrə 20 qram qatılmalıdırsa, bir litrə 300 qram qatıblar, yenə heç bir səmərəsi olmayıb. Növbəti illərdə Kənd Təsərrüfatı Nazir-liyi, əlaqədar idarələr bunun qarşısını almalıdırlar.
“Azərenerji” idarəsinə də bir xahişlə müraciət etmək istərdim. Bunların da təsərrüfatları, mənə elə gəlir ki, bütün rayonlarda artıq köhnəlib. Xüsusilə kəndarası yollarda, dağ kəndlərində 50–60 il qabaq Rusiya meşələrindən gətirilmiş elektrik dirəkləri daha tab gətirə bilmir. İndi çox yerdə yeni kabellər çəkilir. Bunların çəkisi daha ağırdır. Dirəklər tab gətirmir. Transformator təsərrüfatı tamamilə köhnəlib, köhnə yağlardan istifadə edilir. Hər yerdə işıqlar keçir. Bayram gecələri televiziya verilişlərinin ən gözəl vaxtında, bəzən böyük bir müşavirədə cənab Prezidentin çıxışı efirə verilərkən görürsən, qonşu kəndlərin heç birində işıq yoxdur. Elek-trik enerjisi var, amma ötürə bilmirik. Niyə? Elektrik naqilləri köhnəlib. Bəzi yerlərdə naqillər hətta meyvə ağaclarından asılır. Bu yaxınlarda bir uşaq belə bir ağaca çıxaraq meyvəni dərən yerdə cərəyan vurub, dünyasını dəyişib. XXI əsrdə belə xırda şeylərin öhdəsindən gəlmək lazımdır.
Əlbəttə, bütün bunlara baxmayaraq, mən əminəm ki, ölkəmiz dinamik inkişaf yolundadır. Bunu Azərbaycanda cənab Prezidentin uğurlu siyasət təmin edib. Mən bu hesabatı təqdir edir və onun qəbuluna səs verəcəyimi bildirirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! 2010-cu ilin hesabatı ilə əlaqədar olaraq Azərbaycan hökuməti bizə geniş material təqdim edib. Bu, təxminən 500 səhifəlik böyük bir materialdır. Bu materialın hazırlanması üçün Azərbaycan hökumətinin üzvləri, o cümlədən Nazirlər Kabineti Aparatının məsul işçiləri çox böyük əziyyət çəkiblər. Onlara öz dərin minnətdarlığımı bildirmək istərdim. Amma mən belə hesab edirəm ki, Milli Məclisə bu böyüklükdə bir hesabat təqdim etməyə heç bir ehtiyac yox idi. Çünki 500 səhifəlik hesabatı təhlil etmək həddindən ar-tıq çətindir. Yaxşı olardı ki, bizə təxminən 80–100 səhifəlik bir hesabat veriləydi, burada qısaca əsas parametrlər, 2010-cu ildə qarşıya qoyulan strateji məsələlər, bu məsələlərin həlli yolları və icra mexanizmi açıq göstəriləydi. Amma bütün bunlara baxmayaraq, mən belə hesab edirəm ki, bu kitab bizim stolüstü kitabımız olacaq və bundan istifadə edəcəyik.
Azərbaycan Respublikasının Baş naziri öz məruzəsində Azərbaycan iqtisadiyyatında 2010-cu ildə baş vermiş müsbət dəyişikliklər barədə məlumat verdi. Amma mən öz qısa çıxışımda bir neçə məsələyə toxunmaq istəyirəm.
2006–2007-ci illərdə Azərbaycanda ümumi daxili məhsulun artımı 30–32 faizə qalxmışdı. 2010-cu ildə bu rəqəm, çox təəssüf ki, 5 faizə endi. Amma məni ən çox narahat edən ümumi daxili məhsulun faizi yox, strukturudur. Bu çox ciddi məsələdir. Biz həmişə Milli Məclisdə hökumətin he-sabatı olanda ümumi daxili məhsulun strukturu barədə fik-rimizi demişik. Lakin təəssüflər olsun ki, yenə bu strukturda dəyişikliklər çox az nəzərə çarpır. Yenə qeyri-neft sektorunun payı 40–42 faiz səviyyəsində saxlanılır. Yəni dövlətin ümumi daxili məhsulu əsasən neftdən asılı vəziyyətdə qalır.
Əlbəttə, ümumi daxili məhsulun miqdarında əsasən ixrac yönlü qeyri-neft məhsullarının payı artmış olsaydı, buna o qədər də əhəmiyyət verməzdik. Təəssüf ki, 2010-cu ildə Azərbaycanın ixrac etdiyi məhsulun 93 faizi neft və neft məhsullarıdır. Biz yalnız 7 faiz qeyri-neft məhsulu ixrac edirik. Yəni Azərbaycanın faktiki olaraq bu gün xarici bazara çıxara bildiyi yeganə məhsul neftdir. Ona görə də Azərbaycan hökuməti bu məsələnin üzərində çox ciddi işləməli və rəqabətə davam gətirə bilən məhsullar istehsalının artırılmasını nəzərdə tutmalıdır.
İkinci ciddi məsələ ərzaq təhlükəsizliyi ilə əlaqədardır. Cənab Prezident mütəmadi olaraq öz çıxışlarında Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasını prioritet vəzifələrdən biri kimi qeyd edir. Bununla əlaqədar dövlət proqramı da var. Amma gəlin görək, bizdə kənd təsərrüfatına olan münasibət necədir. 2010-cu ildə ölkədə əsas kapitala yönəldilmiş ümumi investisiya təxminən 9,7 milyard manat olubsa, bunun yalnız 4,5 faizi kənd təsərrüfatına yatırılıb. Bu minvalla biz Azərbaycanda ərzaq təhlükəsizliyini nə vaxt təmin edəcəyik?
Azərbaycanın ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatına diqqət daim artırılmalıdır. Kənd təsərrüfatında ilk olaraq struktur dəyişiklikləri aparmaq, yerlərdə onun bölmələrini yaratmaq, torpaq, suvarma sistemi məsələlərini həll etmək lazımdır. Azərbaycanda ərzaq təhlükəsizliyi yalnız bu yollarla təmin edilə bilər. Hər il investisiya layihələrində ümumi investisiyanın, heç olmasa, 10–12 faizini kənd təsərrüfatına ayırmaq lazımdır ki, bu sahədə müəyyən işlər görmək mümkün olsun.
Qeyd etmək istədiyim daha bir məsələ hökumətin son iclasında Prezidentin toxunduğu korrupsiya, rüşvətxorluq, inhisarçılıq, süni qiymət artımı, sahibkarlığa kənar müdaxilələrlə əlaqədardır. Düzdür, keçən bir ay yarım ərzində ölkədə müəyyən işlər görülüb. Amma bu işləri qənaətbəxş hesab etmək olmaz. Çünki süni qiymət artımı inhisarçılıqla, digər tərəfdən korrupsiya ilə birbaşa əlaqədardır. Yaxşı olar ki, bu işlər mütəmadi olaraq aparılsın və davamlı olsun.
Bir şeyi də nəzərə almaq lazımdır ki, biz korrupsiya və rüşvətxorluğun qarşısını almaqla insanların həyat şəraitinə ciddi təsir etmiş olarıq. Gizli deyil ki, müəyyən idarələrdə, qurumlarda əməkhaqqının paket forması da fəaliyyət göstərirdi. Onlar elə oğurlayırlarsa, biz həmin insanların maaşlarına baxmalıyıq. Yəni pensiyaya baxmalıyıq, yaşayış minimumuna baxmalıyıq. Bu məsələlər çox ciddi şəkildə həll edilməlidir ki, cəmiyyətdə böyük narazılıq yaranmasın.
Ən ciddi məsələlərdən biri də həmişə qeyd etdiyimiz kimi, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer məsələsidir. Son 5 ildə, yəni 2006–2011-ci illərdə Dövlət Neft Fondundan dövlət büdcəsinə təxminən 20 milyard manata yaxın transfer olunub. Bu çox böyük rəqəmdir. Bu barədə biz həmişə danışırıq. Cənab Prezident də son iclasda bu barədə göstəriş verib. Son 5 ildə biz dövlət büdcəsinin təxminən 30 faizini transfer hesabına maliyyələşdiririk. Buna mən etiraz etmirəm. Amma bu maliyyələşdirmə faktiki olaraq vergi yığan orqanlarda bir arxayınçılıq yaradır. Onlar bilirlər ki, vergilər tam yığılmasa da, həmin transfer vasitəsilə dövlət büdcəsinə əlavə vəsait daxil ediləcəkdir. Digər tərəfdən, transferin edilməsi hökumətin fiskal siyasətə üstünlük verməsi ilə əlaqədardır. Bu da makroiqtisadi sabitliyə bir qədər təhlükə törədir.
Digər məsələlər. Mən Quba ilə əlaqədar müəyyən fikirlərimi diqqətinizə çatdırmaq istərdim. Qubada tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Bu muzey çox bərbad haldadır. Muzeyin yeni binasının tikilməsi ilə əlaqədar mən cənab Baş nazirə müraciət etmişəm. Cənab Abid Şərifov göstəriş vermişdi ki, bu məsələ 2011-ci ildə inves-tisiya layihələri planına salınsın. Çox təəssüflər olsun ki, o, plana salınmadı. Mən xahiş edirəm, bu məsələyə baxılsın.
Ən ciddi məsələ Qubanın içməli su ilə təminatıdır. 1980-ci illərdə biz, bir neçə zavod direktoru yığışıb, Qubaya içməli suyu Şahdağın ətəyindən çəkib gətirmişik. Amma həmin borular artıq çürüyüb. Bəzi yerlərdə istirahət zonaları tikilib və Qubada bu dəqiqə içməli su problemi yaranıb. Faktiki olaraq hər il biz Qubada 3–4 artezian quyusu qazmaqla insanları su ilə təmin edirik. Qubanın içməli su təminatı ilə əlaqədar layihə plana salınıb, amma müəyyən qüvvələr tərəfindən hər dəfə plandan çıxarılır. Bir dəfə Şamaxıya, bir dəfə başqa regiona verilir. Xahiş edərdim ki, bu məsələ öz həllini tapsın.
Bir məsələni də məndən qabaq Yevda Abramov qaldırdı. Bu məsələ pestisid və dərmanlarla əlaqədardır. Mən cənab Baş nazirə müraciət etmişəm. Çox minnətdaram ki, o mənim müraciətimlə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyinə və Gəncə Bitkiçilik İnstitutuna göstəriş verib. Mən Bitkiçilik İnstitutunun rəhbərliyi ilə görüşmüşəm. Biz müəyyən işlər görürük. Mən Gömrük Komitəsinin, eləcə də Dövlət Metrologiya və Standartlaşdırma Komitəsinin sədrlərindən artıq dərəcədə xahiş edirəm ki, bu məsələdə ciddi olsunlar, heç bir güzəştə getməsinlər. Çünki bu vəziyyət davam eləsə, 5–6 ildən sonra Azərbaycanda meyvə-tərəvəz olmayacaq. Ona görə bu çox ciddi məsələdir, bunun üstündə dayanmaq lazımdır.
Son olaraq bir məsələyə də toxunmaq istəyirəm. 15 il bundan qabaq Azərbaycan hökuməti Qubada Fətəli xanın heykəlinin qoyulması barədə rəsmi qərar qəbul etmişdir. Lakin bundan 15 il keçməsinə baxmayaraq, heykəl qoyulmur. 2009-cu ildə mən və həmkarım Yevda Abramov cənab Prezidentə müraciət etdik. Xahiş etdik ki, bu heykəlin qoyulması ilə əlaqədar göstəriş versin. Cənab Ramiz Mehdi-yev bu heykəlin qoyulması ilə əlaqədar məsələlərin həlli üçün cənab Elçin Əfəndiyevə göstəriş verdi. Amma çox təəssüf ki, 2 il keçməsinə baxmayaraq, bu heykəlin qoyulması həll olunmur. Mifik heykəllər, Koroğlu kimi mifik bir qəhrəmanın heykəli qoyulur, amma Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan Fətəli xana abidə qoyulmur. Belə münasibət, mən bilmirəm, nə ilə əlaqədardır. Xahiş edirəm, bu məsələlərə də baxılsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə.Əhmədov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən bu-rada səsləndirilmiş fikirlərə qoşularaq bildirmək istəyirəm ki, Azərbaycan hökumətinin 2010-cu ildəki fəaliyyəti kifayət qədər qənaətbəxş hesab edilə bilər. Baş nazir hörmətli Artur Rasizadənin səsləndirdiyi rəqəmlər, 2010-cu ildə Azərbaycan iqtisadiyyatının və digər sahələrin inkişafını əks etdirən göstəricilər belə bir fikri söyləməyə ciddi əsas verir.
Mən, eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycan iqtisadi inkişaf, əldə olunan nailiyyətlər nəticəsində yeni bir mərhələyə qədəm qoyubdur. Mən xüsusilə Prezident İlham Əliyevin bu inkişafın yeni mərhələsi ilə əlaqədar fikirlərinə istinad edirəm; bu, Azərbaycanın növbəti mərhələdə müasirləşməsi, ilk növbədə iqtisadiyyatının modernləşməsi mərhələsindən ibarətdir. Əmin olduğumu bildirmək istəyirəm ki, əldə olunan nailiyyətlər əsasında Azərbaycan hökuməti növbəti mərhələdə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri də layiqincə yerinə yetirə biləcək, səmərəli fəaliyyət göstərəcəkdir.
Mən əldə olunan nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, bir sıra təkliflərimi də hökumətin diqqətinə çatdırmaq istərdim. Azərbaycanın əhalisi sürətlə artır. Son 20 ilin göstəricilərinə görə Azərbaycanın əhalisi 2 milyon nəfər artıbdır. Bu, işçi qüvvəsinin sürətli artımı deməkdir. Əlbəttə, artan iş qüvvəsi iqtisadi resursdur. Bu iqtisadi resursdan səmərəli istifadə edildikdə o öz nəticəsini verir. Ancaq ondan səmərəli istifadə edilmədikdə böyük sosial problem yaradır. Məmnunluqla demək istəyirəm ki, Prezident İlham Əliyevin 2004-cü ildən bu yana işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması ilə əlaqədar həyata keçirdiyi siyasət nəticəsində yüz minlərcə yeni iş yerlərinin açılması formalaşan işçi qüvvəsindən səmərəli istifadəyə imkan verib. Amma təbii ki, bu, daim davam edən prosesdir və güman edirəm ki, yaranmaqda olan yeni iş qüvvəsindən səmərəli istifadə edilməsi ilə əlaqədar geniş, əhatəli hökumət proqramının hazırlanmasına ehtiyac var və hökumət bunu da hazırlayacaqdır.
Əhalinin sürətli artımı digər bir ciddi məsələni ortaya çıxarır. Bu da əhalinin mənzillə təmin edilməsi ilə bağlıdır. Doğrudur, Azərbaycanda mənzil tikintisi sahəsində böyük işlər görülsə də, son illər bu sahədə hamıya məlum olan bir durğunluq yaranıb. Amma əhali artır.
Əhalinin artımından savayı mənzilə olan tələbatın artmasını sərtləndirən çox ciddi amillərdən biri də insanların yaşayış standartlarının dəyişməsidir. Ola bilsin ki, 15–20 il bun-dan əvvəl 2–3 ailə 3 otaqlı mənzildə yaşayıb özlərini xoşbəxt hesab edirdilər, amma indi yaşayış standartları dəyişib və bu da mənzilə olan tələbatı ciddi şəkildə artırıb. Ona görə də mən elə hesab edirəm ki, Azərbaycan hökumətinin im-kanı var və hökumət vətəndaşların mənzilə olan ehtiyaclarının ödənilməsi üçün onillik mənzil tikintisi proqramı hazırlaya bilər. Bizim malik olduğumuz resurslardan ildə 1 milyard manat vəsaitin ayrılması hesabına 10 ilə 10 milyard manata on min, bəlkə də yüz min ailəni mənzillə təmin edə biləcək bir proqram həyata keçirilə bilər. Mən elə hesab edirəm ki, bu, eyni zamanda, yeni iş yerlərinin açılması deməkdir. Digər tərəfdən isə bu, dövlətin sosial proqramının çox ciddi istiqamətlərindən biri olar.
Bir məsələ ilə əlaqədar da fikrimi bildirmək istəyirəm. Bu da Azərbaycan hökumətinin istehlakçıların hüquqlarının qorunması ilə əlaqədar fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Qiymətlərin süni surətdə artırılmasına qarşı Prezident tərəfindən qoyulmuş vəzifə layiqincə yerinə yetirilməlidir. Keyfiyyətsiz məhsulların satılması ilə istelakçılara vurulan həm maddi, həm də mənəvi ziyanın aradan qaldırılması istiqamətində çox ciddi proqram həyata keçirilməlidir.
Mən bir daha çıxışımın əvvəlində səsləndirdiyim fikrimin üzərinə qayıtmaq istəyirəm. Azərbaycan hökuməti Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi-sosial və həyatımızın digər sahələrini əhatə edən siyasətin həyata keçirilməsi istiqamətində çox səmərəli fəaliyyət göstərib. Əhəmiyyətli, çox müsbət göstəricilərə nail ola bilmişik. Bütün bunların hamısı hökumətin Azərbaycan Parlamentinə təqdim olunmuş hesabatının yüksək qiymətləndirilməsi üçün əsas verir. Mən hörmətli millət vəkillərini hökumətimizin təqdim etdiyi hesa-batı yüksək qiymətləndirməyə səsləyirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən imkan verdim ki, hər bir həmkarımız çıxışını özü qısaltsın. Məsələn, Əli müəllim 5 dəqiqə çıxış elədi. Fasiləyə 15 dəqiqə qalıb. Mən istəyirəm, günün ikinci yarısında 5 dəqiqəyə keçək. Ona görə xa-hiş edirəm, öz çıxışlarınıza baxasınız.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İqbal Ağazadə, 10 nəfər çıxış edib, hələ si-yahıda 50 nəfər var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, onda səsə qoyarıq, tələsmə. Aydın Mirzəzadə, buyurun.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli cənab Baş nazir, hörmətli hökumət nümayəndələri! İlk növbədə mən son günlər baş vermiş ağır zəlzələdən sonra itkilərə görə yapon xalqına parlament üzvü kimi başsağlığı vermək istəyirəm. Zəlzələnin birinci günü ölkəmizin Prezidenti cənab İlham Əliyevin Yaponiya imperatoruna verdiyi başsağlığının özü göstərdi ki, bu ağır günlərdə Azərbaycan xalqı yapon xalqı ilə birlikdədir və eyni zamanda, Azərbaycan xalqı xilasetmə işlərində öz töhfəsini verə bilər.
Açığını deyim ki, Yaponiyadan gələn informasiyanı diqqətlə dinlədikdə iki məsələ diqqətimi cəlb elədi. Birincisi, böyük fəlakətə baxmayaraq, yapon cəmiyyətində çaxnaşma yox idi, xalq təşkil olunmuş şəkildə idi və dövlətlə birlikdə təbii fəlakətin nəticələrini aradan qaldırmağa xidmət edirdi. İkincisi isə böyük şəhərlərdə cəmi bir yanacaqdoldurma məntəqəsi və bir mağaza işləyirdi. Bütün bunlara baxma-yaraq, həmin ticarət obyektləri qiymətləri qaldırmadılar. Mənə elə gəlir ki, bunlar diqqəti cəlb edən məsələlərdir və belə ağır vəziyyətdə xilasetmə işləri, fəlakətin aradan qaldırılması ilə bağlı yapon təcrübəsindən müəyyən şeyləri öyrənmək olar. Azərbaycanda fövqəladə vəziyyətlərə dair dövlətin çox səmərəli bir sistemi qurulub. Ötən il Kür çay-ının daşması zamanı biz bunu təcrübədə gördük. Bununla belə, mənə elə gəlir ki, Azərbaycan da bu ağır faciə zamanı dövlətin işi, cəmiyyətin təşkili kim müsbət təcrübəni götürə bilər.
Hörmətli cənab Baş nazirin çıxışı və eyni zamanda, bizə təqdim edilmiş hesabatla diqqətlə tanışlıq göstərdi ki, ötən bir il ərzində Azərbaycan hökuməti Konstitusiya ilə üzərinə qoyulmuş səlahiyyətləri yüksək səviyyədə yerinə yetirə bilib. Həm də nəzərə alaq ki, Azərbaycan hökuməti hələ də dünyada davam edən maliyyə böhranı şəraitində fəaliyyət göstərir. Ancaq biz maliyyə böhranının Azərbaycana nəinki ağır, heç orta təsirini də hiss edə bilməmişik. Azərbaycanın pul vahidi olan manat yenə də sabitdir və Azərbaycanda in-flyasiya ikirəqəmli həddə çatmadı. Bu gün inflyasiyanın nəticələrini Azərbaycanda hər ailə hiss edə bilmədi. Elə bu göstəriciyə görə hökumətin fəaliyyətinə müsbət qiymət vermək olar. Bütün bunların hamısı ona görə baş verir ki, Azərbaycan hökuməti Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevin tutduğu düzgün siyasi kursu çox uğurla həyata keçirir və bu da sosial sahədə problemlərin yaranmamasına gətirib çıxarır.
İkinci vacib məsələ ondan ibarətdir ki, Azərbaycan hökuməti bu gün dövrümüz üçün çox vacib olan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın çox diqqətlə həyata keçirilməsinə çalışır. Bu gün paytaxtla yanaşı, ayrı-ayrı regionlardakı ciddi inkişafdan danışmaq olar. Azərbaycan iqtisadiyyatı diversifikasiya dövrünə keçir. Azərbaycan neft sahəli bir iqtisadiyyatdan artıq qeyri-neft sektorunun inkişaf etdirilməsi dövrünə keçir. Bu gün turizmin, təhsilin, səhiyyənin inkişafı və bura böyük investisiyaların qoyulması, aqrar sektorun, emal sahəsinin inkişaf etdirilməsi, hərbi sənaye kompleksinin yaradılması – bütün bunların hamısı ona gətirib çıxarır ki, vaxt gələcək, artıq digər sahələr neft sektorunu sıxışdıraraq gəlir baxımından ondan da qabağa keçə biləcəklər.
Mən həm də seçildiyim Mingəçevir şəhəri ilə bağlı bir neçə problemi qaldırmaq istəyirəm. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Mingəçevirdə də xeyli işlər görülüb. Mingəçevirdə avarçəkmə üzrə çox böyük bir regional olimpiya mərkəzi istifadəyə verildi. Bu, 300 nəfərə kimi insanın işlə təmin edilməsi və mötəbər id-man yarışlarının keçirilməsi deməkdir. Kür çayının sahilində böyük bir turizm kompleksinin yaradılması istiqamətində iş gedir, yeni sahibkarlıq obyektləri tikilir. Bu yaxınlarda Mingəçevir məktəblərində məskunlaşmış qaçqınların yerləşdirilməsi üçün böyük bir qəsəbənin salınması nəzərdə tutulur. Səhv etmirəmsə, 10-a qədər 9 mərtəbəli binanın tikilməsi və qaçqınların şəraitinin yaxşılaşdırılması planlaşdırılır. Həm də məktəblərin təmir edilməsi üçün böyük şərait yaradılır.
Amma bununla belə, Mingəçevirdə bir sıra məsələlər var ki, mən hörmətli cənab Baş nazirin və onun birinci müavini, həmyerlim, vaxtilə eyni məktəbi bitirdiyim hörmətli Yaqub müəllimin diqqətini bunlara yönəltmək istəyirəm. Mingəçevirdə mənzillə təminat məsələsində müəyyən problemlər var. Düzdür, ipoteka proqramı, sərbəst mənzil bazarı var, amma aztəminatlı insanların mənzillə təminatı problem olaraq qalır. Bu barədə deputat həmkarımız hörmətli Əli Əhmədov da fikirlərini bildirdi. Mənə elə gəlir ki, ipoteka proqramı yumşaldılmalı və yaxud aztəminatlı ailələrin mənzillə təminatı məsələsində dövlətin xüsusi bir proqramı ol-malıdır. Xüsusi siyasət yeridilməlidir, yoxsa həmin təbəqəni biz yaddan çıxara bilərik.
İkinci məsələ ondan ibarətdir ki, vaxtilə Mingəçevir eksperiment şəhəri kimi kiçik, cəmisi 9 min hektar bir ərazidə salınıb. Çoxmərtəbəli yaşayış binalarında 100 minə qədər insan yerləşdirilib və 10-a qədər ittifaq əhəmiyyətli müəssisə tikilib. Bu gün həmin müəssisələrin əksəriyyəti işləmir, ancaq insanlar yaşayırlar. Həmin insanların işlə təminatında problem var. Ona görə də mən hökumətin, ilk növbədə İqtisadi İnkişaf Nazirliyinin diqqətini Mingəçevirlə, onun sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi bir proqramın işlənməsinə, sahibkarlıq, dövlət xətti ilə yeni müəssisələrin salınmasına yönəltmək istəyirəm. Bakıdan müəyyən ali məktəblərin regionlara köçürülməsi məsələsindən söhbət gedir. Mingəçevirdə yaxşı şərait var, bir neçə ali məktəbi bu şəhərə köçürmək olar. Mingəçevirin sənaye müəssisələrinin canlandırılmasında, işlə təminat məsələsində yeni yanaş-maya, əlbəttə ki, ehtiyac var. Mən hökumətin 2010-cu ildəki fəaliyyətini müsbət qiymətləndirirəm və hesab edirəm ki, bu fəaliyyət bundan sonra daha da uğurlu olacaq.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Cənab Sədr, cənab Baş nazir, hörmətli hökumət və Milli Məclis üzvləri! Mən birinci, qeyd edim ki, əvvəlki hesabat dövrlərində, adətən, ayrı-ayrı sek-torlarla bağlı tənqidi mövqeyimi söyləmişəm. Bu dəfə onu etməyəcəyəm, çünki çox xoş mövqedən irəli gələn tənqidi fikirlər pusqu siyasəti aparan dairələrin əlində hakimiyyətin əleyhinə bir təbliğat materialına çevrilir.
İkincisi, onsuz da bu parlamentin divarlarının çölündə bizimlə virtual polemikada olan qüvvələr və dairələr var. Elə hesab edirəm ki, bu onların arzuladığı xəyali polemikadır. Bu mənada birinci onu vurğulamaq istəyirəm ki, cənab Prezidentin hökumətin fəaliyyətinə dair keçirilən müşavirədə söylədikləri daha dərin, daha tutumludur. Mənə elə gəlir ki, bizim söylədiyimiz məsələlər onun çox kiçik bir hissəsini əhatə edə bilər. Bu başlıca olaraq həm də onu göstərir ki, cənab Prezident bu hökumətin fəaliyyətinə müsbət yanaşıb, onunla işləmək arzusunu bir daha bəyan edib. Mənim aləmimdə bu bizim üçün bir ölçü meyarıdır.
İkinci tərəfdən, bu ilin siyasi, iqtisadi gündəmi, mənə elə gəlir ki, əvvəlki illərdən bir az fərqlənir. Bu, digər çıxışlarda da özünü bir az göstərir. Keçmiş illərdə bütün çıxışlarda, məruzələrdə, əsasən, uğurlar, inkişaf tendensiyaları qabarıq verilirdi. 2011-ci ilin gündəmi problemlərin xəritəsinə, problemlərin platformasına daha çox istinad edir. Bu, mühüm məqamdır və mənə elə gəlir ki, Azərbaycan hakimiyyətinin əleyhdarları bunu gözləmirdilər Onlar düşünmürdülər ki, Azərbaycanın ucqarında yaşayan ən narazı insanın belə düşüncələri birdən-birə dövlətin birinci şəxsinin də, digər insanların da dilində bu qədər səslənə bilər. Bu platforma ilə illərlə xal qazanan ayrı-ayrı qüvvələr çaşıb qalıblar. Doğrusu, platforma tapmaq çətinliyi qarşısında çaşıb qalıblar.
Üçüncüsü, əlbəttə ki, dediyimiz fikri müəyyən dairələrə bağlamaq meyli keçmişdə də olub. Vaxtilə bunu bir dəfə söyləmişdim. Peruda, İndoneziyada və sair yerlərdə baş verən inqilablardan güc alan dairələr olmuşdu. Hətta zahiri libaslarını da dəyişmişdilər və narıncı rəngi xeyli gözdən saldılar. Amma düşünürəm ki, bu qüvvələr, bu insanlar ərəb deyillər. Coğrafiyanın öz qanunları var və bundan siyasi sunamilər düzəldib Azərbaycanın üzərinə gətirməyin də bir adı yoxdur. Ən başlıca məsələ odur ki, cənab Prezidentin seçdiyi bu kurs hətta bu hakimiyyətin əleyhinə olan ayrı-ayrı dairələri – istər hakim partiyanın, istərsə də iqtidarın əleyhinə kampaniya aparanların özlərini belə düşündürməyə başlayıb.
Onların bir çoxunu fərdi olaraq tanıyıram və onlar qeyd edirlər ki, bu siyasət millətin içərisində cənab Prezidentin mövqelərini bir anda gücləndirmiş olur. Yəni biz deyirdik, demokratiya odur ki, 80 faiz insan səs verir, yerdə qalan hissənin narazı mövqeyi ola bilər. Hətta mən deyirəm ki, bu addımlar narazı insanların da mövqeyin Prezidentin cazibə mərkəzinə daxil eləməyə imkan verir. Belə olan təqdirdə biz son dövrlərdə xüsusi olaraq ayrı-ayrı aksiyaları görürük. Bu nədir, nəyin əlamətidir? Mən elə sayıram ki, cənab Prezidentin başladığı bu kampaniya, bu siyasət müəyyən dairələri narahat eləyir. Bunun adını mən belə qoyuram: iqtisadi mənfəət qrupları. Kiminsə mənafeyi ziyan çəkən kimi, siyasi aksiyalar, küçə etirazları gündəmə gəlmiş olur.
İnanın ki, bunu o qüvvələrin özünün elədiyini görsəydim, bunu normal bir demokratik təzahür sayardım. Amma belə deyil, çünki seçkilərdə ən minimal güc göstərə bilməyənlərin seçkidən sonra birdən-birə bir-birinin ardınca belə düzəlmələrinin qidasını verən qüvvələr var. Mən bir daha deyirəm, bunlar iqtisadi mənfəət qruplarıdır. Məsələn, vaxtilə Nikson da belə qruplar arasında siyasətin problemli olduğunu gördüyündən çox ciddi addımlar atıb. Cənab Prezident müşavirədə bunun mövsümi bir aksiya olmadığını qeyd eləməklə hər kəsə siqnal vermiş oldu. Mənə elə gəlir ki, o mənfəət qrupları bununla antikorrupsiya tədbirlərinə müəyyən bir formada müqavimət göstərmək istəyirlər. İndi ölkə daxilindədirlər, xaricindədirlər, mən bunu kənara qoyuram, bunu təyin eləmək də asan məsələ deyil.
Bu fonda məni, doğrusu, ayrı-ayrı beynəlxalq mətbuat orqanları xeyli təəccübləndirir. Britaniya mətbuatı bir-birinin ardınca Azərbaycanın əleyhinə aksiya apardı. Onlar doğrudanmı, istəyirdilər ki, Azərbaycan cəmiyyətində demok-ratiya, normal idarəçilik, məmur məsuliyyəti, vətəndaşla dövlətin birliyi bərqərar olsun? Bunu təqdir eləməli idilər. Onlar niyə bundan narahatdırlar? O cümlədən mənim aləmimdə Azərbaycanın bir unikallığı, başqa dövlətlərdən bir fərqi var. Biz dünyanın özümüzə münasibətini Qarabağ kontekstində müəyyənləşdirə bilirik. Avropa ölkələrində belə bir Qarabağ olmadığından onlar münasibətin yerini səhv sala bilərlər. Qarabağ məsələsində Azərbaycan hər hansı bir bəyanatı, mövqeni alana qədər aylarla işləməli olur. Amma çox təəccüb doğurur ki, məsələn, işləmədən, heç bir addım atılmadan Avropa Şurasının instansiyaları Eynulla Fətullayevlə bağlı qərarlar verirlər. İndi Nazirlər Komitəsi Azərbaycana son xəbərdarlıq eləyib. Hörmətli Ba-har xanımın qeyd etdiyi kimi, Fariz Bədəlov kontekstində Azərbaycan mediasında kiçicik bir mövqe bildirməyən, açıqlama yaymayanlar Eynulla Fətullayevi Qarabağdan yekə bir problemə çeviriblər. Deməli, cənab Prezidentin başladığı bu proses ayrı-ayrı Qərb dairələrini də narahat edir ki, bu, illərdən bəri insan haqları, siyasi məsələ ilə Azərbaycana təzyiq edib, iqtisadi pay qoparmaq siyasətlərinə zərbə ola bilər. Yəni Azərbaycan cəmiyyətində birgəliyin artması o dairələri də narahat edir.
İndi tələbələri hərəkətə gətirib aksiyalar keçirirlər. Guya virtual narazılığı meydanlara çıxaracaqlar. Mən etiraf eləyim ki, 1990-cı illərdən sonra dünyaya gələn gənclik o illərin ağrılarını yaşamayıb. Həssas bir təbəqədir, onların dağıdıcı en-erjisi var. Amma mənim gözümün qabağına bilirsiniz nə gəlir? Məni çoxları gənc saya bilər. Mən 1990-cı illərdə tələbə idim. O adamlar ki, tələbə kimi, ən vətənpərvər duyğularla Şuşada döyüşə getdilər, həlak oldular, onların tabutunun üstündə hakimiyyət zəbt olundu. Həmin gəncliyin böyük bir hissəsi Şəhidlər Xiyabanında yatır. Amma onları göndərənlər indi siyasi partiya kimi fəaliyyət aparırlar və hakimiyyəti korrupsiyada ittiham edirlər. Mən ötən dəfə dedim, korrupsiyaya qarşı mübarizə genişmiqyaslı getsə, gərək onların qapısına bir qıfıl vurula. Bu mənim ciddi mövqeyimdir.
Elə hesab edirəm ki, cənab Prezidentin bu dönəmdə seçdiyi siyasətin Azərbaycan cəmiyyətində geniş qarşılanması, bütövlükdə vətəndaşların həyatı ilə bağlı atılan addımlar 2011-ci ildə yeni bir Azərbaycan reallığı formalaşdıracaq. Biz hər birimiz buna hazır olmalıyıq. Mən səmimiyyətlə deyirəm, bu illər ərzində hətta ən azğın mətbuat belə cənab Prezidentin siyasi obrazına xələl gətirə bilməyib. Yalan dəyirmanı, çap makinası kimi nə qədər istehsal ediblər, alınmayıb. Cənab Prezidentin reytinqi, imici imkan verir ki, bundan sonrakı dönəmdə də Azərbaycanın milli maraqları naminə siyasətini davam etdirsin. Məhz bunu nəzərə alaraq mən Kənd Təsərrüfatı Nazirliyi, “Azərenerji” ilə bağlı tənqidi mövqelərimi kənara qoydum. İnşallah, qismət olsa, mən onu 2012-ci ildə söyləyəcəyəm. Mən bu sənədə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc, mən hesab edirəm, hökumətin hesabatından da danışsan, yaxşı olardı. Sən bizi rəngli inqilablarla qorxudursan. Qardaş, Azərbaycan xalqı da, milləti də rənglərdən, rəngli insanlardan qorxmur və bu bizim mentalitetə uyğun məsələ deyil. Ona görə bu məsələləri dərinləşdirmək lazım deyil. Mirkazım Kazımov.
M.Kazımov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Son illərdə Azərbaycan hökuməti tərəfindən aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə sürətli iqtisadi inkişaf və sosial tərəqqi təmin olunmuş, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasında ciddi irəliləyiş əldə edilmiş, ölkəmiz regionda reallaşan transmilli layihələrin icrasında aparıcı dövlətə çevrilmişdir.
Azərbaycan 2010-cu ildə davamlı uğurlu inkişafa nail olan islahatçı dövlət kimi öz reytinqini bir qədər də möhkəmləndirmişdir. Bu uğurlar tanınmış beynəlxalq qurumların müvafiq hesabatlarında öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatının İnsan inkişafına dair son hesabatında ölkəmiz 2005-ci illə müqayisədə 34 pillə irəliləyərək 101-ci yerdən 67-ci yerə yüksəlmişdir. Bu isə son 10 ildə MDB məkanı ölkələri arasında ən yüksək göstəricidir.
Ölkə iqtisadiyyatının gücləndirilməsi, yeni iş yerlərinin yaradılması yoxsulluq səviyyəsinin aşağı düşməsinə birbaşa təsir göstərir. Yoxsulluq səviyyəsi 2005-ci ildə 29,3 faiz olmuşdusa, 2010-cu ildə 9,1 faizə enmişdir. Hökumətin hesabatından da göründüyü kimi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması Azərbaycan hökumətinin əsas fəaliyyət prioritetini təşkil edir.
Son iki ildə ümumi daxili məhsulun həcmi 15 faiz artmışdır. Bu gün Azərbaycanın dövlət büdcəsi 15 milyard dollar təşkil edir. 2010-cu ildə ölkə iqtisadiyyatına həmin məbləğdə sərmayə qoyulmuşdur. Bunun da yarıdan çoxu daxili sərmayədir. Onun 4,1 milyard manatı dövlət büdcəsinin vəsaitləri olmuşdur.
2010-cu ildə neft sənayesi ilə yanaşı, qeyri-neft sektoru da sürətlə inkişaf etmişdir. Bu uğurun əldə edilməsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş “2009–2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı” və “Yoxsulluğun azaldılması və davamlı inkişaf” dövlət proqramlarının 2010-cu ildə icrasının xüsusi əhəmiyyəti olmuşdur. Bu proqramların icrası çərçivəsində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, kommunal xidmətlərin, xüsusilə elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, təhsil, səhiyyə və idman müəssisələrinin tikintisi, əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bütün bunlar üçün böyük həcmli dövlət investisiyaları cəlb olun-muşdur.
Hesabat ilində aqrar sektorun, fermer təsərrüfatlarının inkişafı, onların maddi-texniki bazasının gücləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, kənd təsərrüfatı üçün güzəştli kreditlərin, subsidiyaların verilməsi tədbirləri ötən il ərzində də davam etdirilmişdir.
Hörmətli millət vəkilləri, bu gün razılıqla qeyd etmək istərdim ki, Nazirlər Kabinetinin əvvəlki illərdəki hesabatları zamanı deputatlar tərəfindən verilən təkliflər sonrakı illərdə, xüsusilə 2010-cu ildə nəzərə alınmış, ayrı-ayrı investisiya layihələrinin icrasına başlanmış, bəziləri artıq yerinə yetirilmişdir. Belə ki, “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq 2010-cu ildə əksər kənd təsərrüfatı məhsullarına olan tələbat, əsasən, yerli istehsal hesabına ödənilmiş, özünü təminetmə səviyyəsi yüksəlmişdir.
Hesabatdan göründüyü kimi, əhalinin ərzaq məhsullarına olan tələbatının il boyu ödənilməsi üçün kənd təsərrüfatı məhsullarının emalı və saxlanılması məqsədi ilə “Aqroliz-inq” ASC tərəfindən ötən il 27 dəst müasir texnoloji avadanlıq gətirilmişdir. Quba, Ucar, Xırdalan, Sumqayıt, Xaçmaz və Goranboy rayonlarında ümumi tutumu 13,5 min ton olan 6 soyuducu anbarın, Abşeronda istixananın, Qubada 2, Sumqayıtda 1 meyvəqurutma sexinin, Biləsuvarda quş kəsimi xəttinin, Cəlilabadda və Bakıda gündəlik gücü 25 ton olan bitki yağı istehsalı müəssisəsinin quraşdırılması və nizamlanması işlərinə başlanmışdır. Bu gün bu işlər sürətlə davam etdirilir.
Fermerlərə göstərilən aqroservis xidmətinin həcmi və keyfiyyətini artırmaq məqsədi ilə 2010-cu ildə Ağdaş, İs-mayıllı, Şəmkir, Zaqatala və Xaçmaz rayonlarında müvafiq müəssisələr tikilmiş və müasir avadanlıqla təchiz olunmuşdur. Bu gün Biləsuvar, Qusar, Ağcabədi, Neftçala və Saatlı rayonlarında belə müəssisələrin tikintisi davam et-dirilir. Əkin sahələri üçün vacib olan gübrələrin saxlanılması və onların operativ paylanması işini yaxşılaşdırmaq məqsədi ilə Cəlilabad, Bərdə, Xaçmaz və Şəmkir rayonlarında sax-lama gücü 10–15 min ton olan regional gübrə bazaları tikilib istifadəyə verilmişdir. Bütün bunlar kənd təsərrüfatı istehsalının əsasını təşkil edən işlərdir.
Qeyd etməliyəm ki, hökumətin əvvəlki illərdək hesabatları zamanı deputatlar tərəfindən bir çox məsələlər qaldırılmışdı. Çox yaxşı haldır ki, vaxtilə verilən təkliflər öz həllini tapır. Buna görə hökumətə öz minnətdarlığımı bildirirəm. Çıxışımı yekunlaşdıraraq qeyd etmək istərdim ki, 2010-cu ildə hökumət strukturları, nazirlik və komitələr, özəl şirkətlər Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində çox işlər görmüş və ölkəmizin tərəqqisinə xidmət etmişlər. Bütövlükdə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyətinə dair hesabatını məqbul sayıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Tənəffüs elan edilir.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. İclasa davam edirik. Buyursun Fərəc Quliyev.
F.Quliyev. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Yəqin ki, sizin böyük bir hesabatınıza 10 dəqiqədə münasibət bildirmək imkanı çox çətin olacaqdır. Amma hər halda qeyd edək ki, 2010-cu il dünya iqtisadiyyatı tarixində “böhrandan sonrakı il” kimi qalmışdır. 2010-cu ildə ölkə iqtisadiyyatında müəyyən dəyişikliklər baş vermişdir. Bütün bunlara baxmayaraq, dünya iqtisadiyyatını bürüyən resep-siya prosesinin ölkə iqtisadiyyatına mənfi təsirini minimuma endirmək məqsədi ilə ölkə Prezidenti İlham Əliyev iqtisadi siyasətdə antiböhran təsirlər sistemi müəyyənləşdirmişdir. Bunun çox uğurlu bir sistem olmasına baxmayaraq, bir çox nazirlikləri çıxmaq şərti ilə hakimiyyət bütövlükdə olduqca qeyri-çevik və bacarıqsız davranmışdır. Halbuki göstərilmiş istiqamətləri həyata keçirmək üçün hökumət peşəkarlıq, çe-viklik və siyasi iradə göstərsəydi, Azərbaycandakı vəziyyət indikindən daha yaxşı ola bilərdi.
Hökumətin 2010-cu ildəki fəaliyyəti haqqında Milli Məclisə verdiyi hesabat sistemli mahiyyət daşımamaqla yanaşı, 508 səhifəlik bir topludan ibarətdir. Məncə, bunu daha konkret bir vəziyyətə salmaq imkanları var idi. Təqdim edilən hesabatda büdcədən ayrılan investisiya layihələrinin siyahısı açıqlanmayıb və ona görə büdcənin şəffaflığı ilə əlaqədar müəyyən suallar ortaya çıxır.
2010-cu ildə işsizlik problemi ilə bağlı müəyyən məsələlərə toxunuldu və bildirildi ki, 53 min daimi olmaqla 70 min iş yeri açılıbdır. Amma bağlanan iş yerlərinə münasibət bildirilməyib və ümumiyyətlə, hesabatda sahibkarlığa törədilən süni maneələrdən, saxta sənədlərlə işləməyə məcbur edilən iş adamlarının düşdüyü vəziyyətdən və sair məsələlərdən söhbət açılmayıbdır. Bunu da təbii qəbul eləmək olar, çünki hakimiyyət bu məsələlərə toxunmayacaq.
Hesabatda korrupsiya barədə yalnız qanunvericilik xarak-terli məsələlərin qəbul edilməsi göstərilibdir. Korrupsiya ilə mübarizədə hökumətin fəaliyyətinin daha çox formal xarak-ter daşıması ortadadır. Belə olduğunu nəzərə alan Prezident məhz 2011-ci ilin yanvar ayında korrupsiya ilə mübarizə ilə bağlı daha ciddi qərarlar qəbul etdi və çox ciddi addımlar atdı. Mən hesab edirəm ki, hakimiyyət bir çox məsələlərdə Prezidentlə yarışa, ona çata bilmir və həddindən artıq ləng davranış nümayiş etdirir. Aparılan son uğurlu siyasətin bü-tün yükü Prezidentin boynuna qoyulmuş və bu məsələlərdə hakimiyyət olduqca bacarıqsızlıq nümayiş etdirmişdir. Nədə? Buna qədər hakimiyyət rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində, ictimai nəzarətin təşkilində, inhisarçı mövqedən sui-istifadələrdə neytral qalmış və süni qiymət artımına qarşı heç bir iş görməmişdir.
Biz bilirik ki, Dövlət Neft Fondunun vəsaitinin böyük bir hissəsi hər il dövlət büdcəsi vasitəsilə xərclənir və Azərbaycanda bu fonddan birbaşa layihələrin maliyyələşdirilməsi təcrübəsi vardır. Dövlət büdcəsindən ayrılan vəsaitlərə Maliyyə Nazirliyi və Hesablama Palatası nəzarət edə bilir. Amma təəssüf ki, Dövlət Neft Fonduna daxili nəzarət mövcud deyil və bu, mütləq nəzərə alınmalı idi. Dövlət Neft Fondundan maliyyələşən layihələrə parlamentin, həmçinin cəmiyyətin ictimai nəzarət imkanları yoxdur. Dövlət Neft Fondunun Müşahidə Şurasında ictimaiyyətin heç bir nümayəndəsi yoxdur və şura bütövlükdə icra strukturunun rəhbərlərindən ibarətdir.
İkinci bir məsələ isə Dövlət Neft Fondundan layihələrə birbaşa maliyyənin ayrılmasıdır. Bayaq dediyimiz kimi, bu maliyyənin hərəkəti, onun istifadəsi üzərində nəzarət funksiyası olmadığından qurumun bu imkanları məhdudlaşdırılmışdır. Dövlət Neft Fondunun investisiya portfelinin ümumi gəlirliyi 2010-cu ildə 1 faiz təşkil etmişdir. Buna görə də Dövlət Neft Fondunun valyuta ehtiyatlarının borc öhdəliklərinə investisiya olunmasına yenidən baxılmalıdır. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert ən müxtəlif vasitələrlə azaldılmalıdır. 2010-cu ildə büdcənin ən azı 55 faizə qədəri birbaşa neftdən daxil olan vəsaitlərdən asılı olubdur. Belə bir vəziyyət Azərbaycan iqtisadiyyatında neftdən kənar potensialdan həddindən artıq zəif istifadə olunmasına sübut-dur. Bu baxımdan qeyri-neft sektorunun inkişafının idxaldan asılılığının azaldılması istiqamətində müəyyən işlər görülməlidir.
2010-cu ildə iqtisadiyyatda, xüsusilə hökumətin strukturu, idarəetmə prinsiplərində (əsasən təhsil və səhiyyə sistemində) əks-mərkəzləşmə, eyni zamanda, büdcə xərclərinin səmərəliyinin, hökumət strukturlarının hesabatlılığının artırılması istiqamətində ciddi islahatlara ehtiyac olduğunu Prezident göstərsə də, hakimiyyət bu sahədə ciddi işlər görməmişdir.
2010-cu ildə inflyasiya ölkə üçün ciddi problem olaraq qalmışdır və xüsusilə ərzaq inflyasiyası hökumətin elan et-diyi həddən yüksək olmuşdur. Çünki ölkədə insanların ən azı üçdə ikisinin aylıq gəlirinin 75–80 faizi birbaşa ərzaq alınmasına yönəlmişdir. 2010-cu ildə özəlləşdirmənin tempi xeyli zəifləmiş və bu sahədən daxil olan vəsaitlərin azalması müşahidə olunmuşdur. Eyni zamanda, özəlləşdirmə zamanı dövlətin vətəndaşlara verdiyi güzəştli qiymət siyasətindən sui-istifadə halları olmuşdur. Heç kimə sirr deyildir ki, bu istiqamətdə bəzən normativ qiymətlərdən 10, 20, hətta 100 dəfə artıq vəsait tələb olunmuşdur.
Ötən il əhalinin sosial vəziyyətinin yüngülləşdirilməsi baxımından ciddi dəyişikliklər baş verməmişdir. Bu istiqamətdə Prezidentimizin çox ciddi sərəncamları olsa da, yenə də hakimiyyət bu məsələdə çox ləng davranmışdır. 2010-cu ildə Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə aşağı yerlərdə olmuşdur.
2010-cu ildə əhalinin Sovet dövründə banklara yatırmış əmanətlərinin geriyə qaytarılması ilə bağlı heç bir addım atılmamışdır. Heç olmasa, hökumət yaşlı vətəndaşların pu-lunun qaytarılması ilə bağlı müəyyən işlər görə bilərdi. Çox təəssüf ki, bu işlər görülmədi.
Hökumət 2010-cu ildə pensiyaların baza hissəsini yaşayış minimumuna belə çatdıra bilmədi. Amma ehtiyac meyarı yaşayış minimumuna çatdırılmalı idi.
2010-cu ildə Azərbaycan dünyada gəlirlərin deklarasiya edilmədiyi yeganə ölkələrdən biri olaraq qaldı. Hərçənd gəlirlərin deklarasiya edilməməsi çirkli pulların izlənməsini çətinləşdirir. Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası ilə bağlı qanun qəbul edilib, lakin onun icrası təşkil edilməyib. Bu da hökumətin günahıdır.
2010-cu ildə əmək haqlarının azlığı vətəndaşların rüşvətə sürüklənməsinin əsas səbəblərindən biri olmuşdur. Azad rəqabət mühitinin olmaması inhisarçılıq və korrupsiyaya yol açan əsas amillərdən biri olmuşdur ki, Prezident dəfələrlə öz çıxışında bu məsələyə münasibətini bildirmişdir.
2010-cu ildə tenderlərin keçirilməsində və satınalmaların tətbiqində də kifayət qədər şəffaflıq olmamışdır. Antiinhisar fəaliyyəti ilə məşğul olan nazirliklər daha çox inhisarın müdafiəçisi kimi çıxış etmişdir.
Ən acınacaqlısı odur ki, 2010-cu ildə kənd təsərrüfatında çox pis vəziyyət olubdur. 2010-cu ildə bu sahədə 2,2 faiz, o cümlədən bitkiçilikdə 9 faiz azalma baş verib. Bu təkcə təbii fəlakətlə bağlı deyildir. Təkcə onu qeyd etmək kifayətdir ki, bütün investisiyanın cəmi 4,6 faizi kənd təsərrüfatına yönəldilibdir. Kənd təsərrüfatına yönəldilən vəsait həmin sahənin investisiya tələbatından qat-qat azdır və kənd təsərrüfatına ayrılan subsidiyaların ünvanına çatdırılması qüsurludur. Bu, mütləq təkmilləşdirilməlidir. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün ən müxtəlif tədbirlərin görülməsinin vacibliyini də heç kim inkar etməz.
Deyəcəyim digər bir məsələ vergilərlə bağlıdır. Hökumət ümumi daxili məhsulun nominal artımının olduğunu bəyan edir. Amma vergilərin strukturuna baxanda görürük ki, ötən illə müqayisədə vergi daxilolmalarında olan artım heç də sahibkarlıq subyektlərində baş verən işgüzar fəallıqla bağlı deyil. Yəni mənfəət vergisinin, fiziki şəxslərin gəlir vergisi-nin artması ilə bağlı deyil. Hökumət vergi daxilolmalarının strukturunu açıqlamır. Belə olan halda düşünmək olar ki, bu, əlavə dəyər vergisinin artımı ilə bağlıdır. Məlumdur ki, əlavə dəyər vergisi dövriyyə ilə bağlıdır. Bu isə o deməkdir ki, 2010-cu ildə əlavə dəyər vergisinin artımı qiymət artımından qidalanmışdır.
Vergilər Nazirliyinin fəaliyyətinə gəldikdə isə bu nazirli-yin məsul şəxsləri vergi toplamaqdan daha çox iş adamlarına maneçilik törətməklə yadda qalmış bir davranış ortaya qoydular. Kiçik və orta sahibkarlıq dəstəklənməli, azad rəqabət təmin edilməli, inhisarçılıq meyillərinin, qiymətlərin süni şəkildə şişirdilməsinin qarşısı alınmalı, bizneslə məşğul ol-maq istəyən şəxslərin qarşılaşdığı bürokratik maneələr, iş adamlarının fəaliyyətinə əsassız müdaxilələr aradan qaldırılmalıdır. Əgər belə bir normal şərait yaradılarsa, 2010-cu ildə 509 milyon manat dəyərində idxal olunmuş malın əksəriyyəti ölkədə istehsal oluna bilər. İxrac əməliyyatlarında özəl sektorun payı 4,71 faiz, idxal əməliyyatlarında isə 65,8 faiz olubdur. Göründüyü kimi, özəl sektorda istehsal mühiti yaradılmayıbdır.
Sonda qeyd etmək istəyirəm ki, burada böyük bir hesabat oxundu. Qarabağ problemi ilə bağlı hökumətin fəaliyyəti bu hesabatda öz əksini tapmamışdır. Təkcə bunun özü hesabata etimadsızlıq göstərilməsi üçün kifayətdir. Qarabağ məsələsi haqqında təklifləri, strategiyası və bu məsələdə hesabat verməyə sözü olmayan hökumətin Azərbaycan kim müharibə aparan bir dövlətdə hakimiyyət haqqı yoxdur. Fikrimcə, güc nazirlikləri, Fövqəladə Hallar Nazirliyi və Xarici İşlər Nazirliyinin iştirakı ilə Milli Məclisdə Qarabağ prob-lemi ilə bağlı qapalı da olsa, dinləmələr keçirilməlidir. Hörmətli millət vəkilləri, vaxtın azlığına görə fikirlərimi sona çatdıra bilmirəm və demədiyim fikirlərimi yazılı şəkildə katibliyə təqdim edəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən dedim ki, çıxışlar 5 dəqiqə olsun, etiraz edənlər oldu. Bir daha sizdən xahiş edirəm, çalışın, 5 dəqiqə ərzində fikirlərinizi söyləyin. Mən səsvermə keçirmək istəmirəm. Hesabatdır, ona görə imkan yaradırıq. Xahiş edirəm, çıxışınızı 5 dəqiqə edin.
Fərəc müəllim çıxışında dedi ki, “hakimiyyət, Prezident”. Bizdə Prezident hakimiyyətidir. Hökumət icra strukturudur. Bunları qarışdırmayın. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mən lakonik, məsələnin məğzindən danışacağam. Hörmətli Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri! Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadənin rəhbərliyi ilə Azərbaycan hökumətinin 2010-cu ildə gördüyü işlər hesabatda tam dolğunluğu ilə öz əksini tapmışdır. Bildiyiniz kimi, 3 il əvvəl başlayan ümumi dünya iqtisadi böhranı başa çatsa da, onun təsirləri ötən il də hiss olunmaqda davam etmişdir. Böhranın nəticələrini aradan qaldırmaq üçün bir sıra dövlətlər əmək haqlarının, sosial müavinətlərin və digər ödənişlərin ixtisarını həyata keçirmək məcburiyyəti ilə üzləşmişlər. Çox yaxşı haldır ki, bu bizim ölkədə müşahidə olunmamışdır.
Hesabatda qeyd edildiyi kimi, son 7 ildə ölkə iqtisadiyyatına 80 milyard ABŞ dolları məbləğində investisiya yatırılmışdır ki, bunun da yarısı xarici investisiyalardır. 2010-cu ildə ölkədə rezident və qeyri-rezident tərəfindən aparılan xarici ticarət əməliyyatlarının həcmi 27,9 milyard ABŞ dol-ları təşkil etmişdir. Bunun da 21,3 milyardı ixracın, 6,6 milyardı isə idxalın payına düşür. Beləliklə, hesabat dövrü ərzində 14,7 milyard dollarlıq müsbət saldo əldə edilmişdir. Bu da bir daha təsdiq edir ki, ölkədə kapital qoyuluşu üçün çox münbit şərait vardır.
Azərbaycanda yoxsulluğun səviyyəsinin azaldılması, aztəminatlı ailələrin və sosial cəhətdən həssas qrupların, ilk növbədə məcburi köçkünlərin sosial və məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2010-cu ildə müəyyən addımlar atılmışdır. Belə ki, Azərbaycan Respublikası Preziden-tinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli sərəncamı ilə əlavələr təsdiq edilmişdir. Bu əlavələrdə 9-cu mikrorayondakı təcili tibbi yardım stansiyasının yarımçıq qalmış binasında, Bakı və Sumqayıt şəhərlərində vətəndaşlara məxsus mənzillərdə, Naftalan şəhərindəki sanatoriyalarda, Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində, respublika ərazisindəki müxtəlif təşkilatlara aid yataqxanalarda müvəqqəti olaraq məskunlaşmış məcburi köçkünlər üçün müəyyənləşdirilmiş müddət ərzində çoxmərtəbəli binaların tikilməsi öz əksini tapmışdır. Bu diqqət və qayğıya görə seçicilərim olan məcburi köçkünlərin adından ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, onların probleminin həlli hər birimizin probleminin həllidir.
Ölkəmiz dünyada baş verən böhrandan ən az ziyan çəkən ölkələr sırasındadır. Bu bir daha təsdiq edir ki, hökumət ölkədə düzgün iqtisadi siyasət həyata keçirir. Mərkəzi Bankın gördüyü tədbirlər nəticəsində Azərbaycanın bank sistemi böhran fonunda yüksək maliyyə dayanıqlığı nümayiş etdirmişdir. Bildiyiniz kimi, mən seçicilərin hamısını məcburi köçkünlər təşkil edən 120 saylı Cəbrayıl seçki dairəsindən depu-tat seçilmişəm. Daim məcburi köçkün rayonlarının icra hakimiyyətləri, onların başçıları ilə təmasda oluram və seçicilərimin problemləri ilə maraqlanıram. Onların əksəriyyəti bir az təvazökarlıqdan kənar olsa da, Baş nazirin onların problemlərini müsbət həll etməsindən çox ürəklə danışırlar.
Bundan başqa, ölkədə iqtisadi artımın qorunub saxlanılmasında maliyyə sabitliyi mühüm rol oynamışdır. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında söylədiyi geniş nitqində demişdir ki, 2009 və 2010-cu illər tarixdə maliyyə və iqtisadi böhran illəri kimi qalacaq. Bax, bu illər bizim üçün də sınaq olub. Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009, həm də 2010-cu illərdə ölkə iqtisadiyyatı inkişaf edib. 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, keçən il isə 5 faiz artıb. Hörmətli Sədr, mən hesab edirəm ki, son bir ildə hökumət yaxşı işləmişdir. Bir daha dediklərimi nəzərə alaraq Azərbaycan hökumətinin 2010-cu ildəki işini yüksək qiymətləndirir və hesabatın bəyənilməsini təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Düz 5 dəqiqə danışdınız. Belə olanda adam səsvermə keçirmək istəmir. Bəxtiyar Əliyev.
B.Əliyev. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatını mən də müsbət qiymətləndirirəm. Ölkədə gedən quruculuq işləri və iqtisadiyyatımızdakı ardıcıl inkişaf bir daha göstərir ki, hökumətin həyata keçirdiyi proqramlar düzgün, dürüst təhlil edilmiş və qəbul edilmiş qərarlar, həyata keçirilən islahatlar qarşıya qoyulmuş hədəflərə çatmaq üçün geniş imkanlar vermişdir. Təkcə onu deyim ki, ümumi daxili məhsulun 5 faiz həcmində artımı təmin edilmişdir. Bu, həyata keçirilən böyük dövlət proqramlarının uğurundan xəbər verir. İllik artım bütün sahələrdə təqribən 4 dəfəyə çatdırılmışdır.
Şübhəsiz ki, büdcəmizin həm investisiya, həm də sosial müdafiə yönümlü olması hər iki istiqamətdə uğurlu siyasətin həyata keçirilməsinə böyük imkanlar yaratmışdır. Belə ki, həm əhalinin sosial müdafiəsi möhkəmləndirilmiş, məvaciblərdə, pul gəlirlərində artımlar olmuş, həm də ölkədə sahibkarlığın inkişafına böyük dəstək verilmiş, iqtisadiyyatın müxtəlif sahələrinə böyük investisiyalar qoyulmuşdur. Əlbəttə, burada əsas yerlərdən birini yeni yüksək texnologiyaların yaradılması və onun ölkə iqtisadiyyatına tətbiqinə fikrin verilməsi tutur. Bu sahədə də hökumətin işini qənaətbəxş hesab etmək olar.
Adambaşına düşən ümumi daxili məhsul 4653,3 manat təşkil etmişdir ki, bu da artıq böyük bir göstəricidir. Mən düşünürəm ki, hökumətin yaxın zamanlardakı hədəfi ümumi daxili məhsulun 690 milyard manat civarına çatdırılması olacaqdır. Bunun üçün artıq kifayət qədər layihələr həyata keçirilmişdir. Yüksək inkişafa nail olmaq üçün, şübhəsiz ki, ümumi daxili məhsulun adambaşına düşən həcminin 8 min manata çatdırılması ölkədə davamlı inkişafın daha sürətli həyata keçirilməsinə təkan vermiş olardı. Bu istiqamətdə həyata keçirilən inkişaf proqramlarının icrası, yəqin ki, buna imkan verəcəkdir.
Burada diqqətəlayiq olan məsələlərdən birini nəzərinizə çatdırmaq istəyirəm. Ölkənin iqtisadi potensialı imkan ver-mişdir ki, 1 milyondan artıq məcburi köçkünün və qaçqının həyat şəraiti yaxşılaşdırılsın. 9 il ərzində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına 766 milyon manat vəsait ayrılmışdır. Əgər 2001-ci ildə də dövlət büdcəsinin təxminən bir milyard manata yaxın olduğunu nəzərə alsaq, bu rəqəmin nə qədər böyük olduğunu təsəvvür etmək o qədər də çətin olmaz.
Ən böyük artım rabitə sahəsindədir. Bu, 29,7 faiz təşkil edir. Bu onu göstərir ki, ölkədə yüksək texnologiyalara he-sablanmış dövlət proqramları icra olunur və biz bu istiqamətdə böyük nailiyyətlər əldə edirik.
Eyni zamanda, ümumi daxili məhsulda qeyri-neft sekto-runun 7,9 faiz təşkil etməsi də onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən dövlət pro-qramları böyük uğurlar qazanıbdır. Bu sahədə, şübhəsiz ki, səhiyyədə, təhsildə, aqrar sahədə həyata keçirilmiş islahat-ları da qeyd etmək olar.
Bir neçə məsələyə də diqqətinizi yönəltmək istərdim. Dövlət proqramlarının icrası zamanı sərhədyanı rayonların inkişafına xüsusi diqqət ayrılsın. Cənab Prezidentin dəfələrlə həmin bölgələrə səfər etməsi və orada quruculuq, abadlıq işlərinin sürətlə getməsi bir daha göstərir ki, bu sahəyə diqqət var. Amma düşünürəm ki, bunu bir az da artırmaq olardı. Yaxşı olardı ki, Yevlax–Ağdam şosesi də yenidən qurulsun, çünki bu, cəbhə bölgələrinə gedən əsas yoldur. Əgər bu yol qurularsa, yəqin ki, orada iqtisadiyyatın bütün sahələrinin inkişafına bir təkan verilmiş olar. Ümidvaram ki, hökumət bundan sonra da uğurla işləyəcəkdir. Bu işlərdə onlara böyük uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Buyursun Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. Çox hörmətli Oqtay müəllim, hörmətli həmkarlar! Mən də hesab edirəm ki, dünyada iqtisadi böhranın baş verdiyi bir dövrdə ölkəmizdə əldə olunmuş bu nailiyyətlər möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir. He-sabat ili dövründə bütün başqa sahələrdə olduğu kimi, elm, təhsil və səhiyyə sahəsində də böyük müvəffəqiyyətlər əldə olunmuşdur.
Təhsilimizə ilbəil vəsait qoyuluşunun artması ilə bağlı 16 dövlət proqramı uğurla həyata keçirilir. Bu dövlət proqramları, demək olar ki, təhsilimizin bütün əsas sahələrini əhatə eləyir. Qeyd olunduğu kimi, 75-dən çox yeni məktəb binası, universitetlərimizin yeni korpusları, klinikaları inşa olunub və ən müasir avadanlıqla təchiz olunub.
Hesabat ilində Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sahəsində də böyük uğurlarımız olmuşdur. Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələri artıq kredit sisteminə keçmişdir. Ali təhsil müəssisələrimizin nüfuzu beynəlxalq miqyasda artmaqda davam edir. Bu gün Azərbaycanda 47 xarici ölkəni təmsil edən 6 mindən çox əcnəbi tələbə təhsil alır. Təkcə Tibb Universitetində min tələbə oxuyur və 150-dən çox əcnəbi həkim ix-tisasını artırır. Təhsilimizə olan bu diqqət, qayğı gələcəkdə Azərbaycan üçün yüksək ixtisaslı kadrların yetişdirilməsinə böyük təkan verəcəkdir.
Yuxarıda qeyd etdiyim müvəffəqiyyətlərlə yanaşı, bu gün bir çox məktəblərimiz təhsil üçün yararlı deyil. Deputat seçildiyim Kürdəmir, Sabirabad, Saatlı rayonunun Kür qırağı kəndlərinin məktəblərində bu gün təhsilin həyata keçirilməsi üçün nə maddi-texniki baza, nə də kadr poten-sialı var. Yararlı olmayan kənd məktəblərinin təmiri və ti-kintisi üçün bilavasitə məqsədyönlü vəsaitin ayrılmasının vaxtı gəlib çatıbdır.
Mən bir neçə kəlmə də səhiyyəmiz haqqında demək istərdim. Son 5 ildə səhiyyəmizə vəsait qoyuluşu 5 dəfə artıbdır. Bunun sayəsində də insan həyatı üçün son dərəcə böyük təhlükə təşkil edən patologiyaların erkən diaqnostikası və müalicəsi sahəsində xeyli müvəffəqiyyətlər əldə olunmuşdur. Yeni klinikalar, yeni poliklinikalar, diaqnostika mərkəzləri istifadəyə verilib. Mən açığını deyim ki, biz əvvəllər xarici ölkələrə gedəndə onların klinikalarına, universitetlərinə baxıb həsəd aparırdıq. İnd nəinki qonşu ölkələrdən, hətta Avropadan gələn yüksək ixtisaslı mütəxəssislər bizim xəstəxanalarımıza, klinikalarımıza, universitetlərimizin yeni binalarına həsəd aparırlar.
Daha bir məsələni istərdim, nəzərinizə çatdırım. Almaniyadan gəlmiş yüksək ixtisaslı bir mütəxəssis bizim klini-kada aparılan müalicə işləri ilə tanış olduqdan sonra mənə belə bir sualla müraciət etdi ki, mən başa düşmürəm, niyə bu və ya digər patologiya üzrə insanlar Almaniyaya gəlirlər? Bu gün sizin həkimlərin, klinikaların səviyyəs bizim səviyyəmizə çatıbdır. Bu çox təqdirəlayiq bir haldır.
Ancaq onu da qeyd etmək lazımdır ki, bu gün kənd yerlərində bizim bir çox həkim, feldşer-mama məntəqələrimizin şəraiti o qədər ürəkaçan deyil. Bayaq adlarını çəkdiyim rayonların kəndlərini xüsusilə qeyd eləmək istəyirəm.
Bayaq burada qeyd olundu, bizim təhsilimizdə və səhiyyəmizdə aparılan islahatlara ən yüksək qiyməti BMT verib-dir. Davamlı insan inkişafı indeksinə görə ölkəmiz 37 pillə irəliləyərək 169 ölkənin arasında 67-ci yerə çıxmışdır. Bilirsiniz ki, bu indeksin əsas parametrlərini səhiyyədə və təhsildə aparılan islahatlar təşkil edir.
Mən bir neçə kəlmə də elmimizlə əlaqədar demək istərdim. Bizim elmimiz ən çox tənqidə məruz qalan sahələrdən biridir. Qeyd eləmək istəyirəm ki, hesabat ili ərzində elmi təhqiqatlarımızın metodik səviyyəsi yüksəlib. Ölkəmizə gətirilən beynəlxalq patentlərin, qrantların sayı qat-qat çoxalıbdır. Çox müsbət bir haldır ki, Azərbaycan alimlərinin infarkt mövzulu jurnallarda çap olunan məqalələrinin sayı artıb və bu məqalələrə olan istinadlar son dərəcə çoxalıb. Təkcə Milli Elmlər Akademiyasının molekulyar biologiya ilə məşğul olan alimlərinə dünya alimlərinin yüzlərcə istinadına rast gələ bilirik. Bu bizi sevindirməlidir. Ancaq çox təəssüflər olsun ki, Milli Elmlər Akademiyasında, xüsusilə Biologiya elmləri bölməsində elə institutlarımız, elə laboratoriyalarımız var ki, axırıncı avadanlığı keçmiş SSRİ dövründə alıblar. Bu gün reaktiv qıtlığı var. Ona görə bu gün fürsətdən istifadə edərək hökumətimizə müraciət edirəm ki, gələcəkdə elmimizin inkişafı üçün bu sahələrə diqqət yetirsinlər. Hesab edirəm ki, hökumətimizin hesabatını yüksək qiymətləndirmək lazımdır və mən də ona səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Asəf Hacıyev buyursun.
A.Hacıyev. Çox sağ olun. Cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Hər bir hökumətin fəaliyyəti dünya iqtisadiyyatında gedən proseslərlə bilavasitə bağlıdır. Əgər XX əsrin 60–70-ci illərinə qədər ölkənin gücü, varlığı ancaq onun təbii sərvətləri ilə ölçülürdüsə, bu gün dünya dəyişibdir. Bu gün dünyada informa-siya inqilabı müşahidə olunur. Bu da informasiya-kommunikasiya texnologiyalarının məhsulları və onların istehsalı ilə bağlıdır. Bu gün dünyada 4,5 trilyon dollar həcmində İTK məhsulu hazırlanıb. Bu da bütün dünyanın ümumi daxili məhsulunun 6,5 faizini təşkil eləyir. Bu o deməkdir ki, artıq informasiya-kommunikasiya texnologiyalarının iqtisadiy-yata təsiri çox güclüdür. Artıq müasir siyasət məhz İTK ilə bağlıdır.
Çox maraqlıdır ki, bu artımın 65 faizi inkişafda olan ölkələrin payına düşür. İndoneziya, Tailand və digər ölkələri göstərmək olar. Azərbaycan da inkişafda olan ölkələrdən biridir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sahəsini neft sektorundan sonra ikinci pri-oritet sahə elan etdi.
Bu gün Azərbaycanda nə müşahidə olunur? Bu sahədə böyük uğurlar var. 5 ildə artım 32 faiz olubdur. 2009-cu illə müqayisədə 2010-cu ildə 35,5 faiz artım var. Çox maraqlıdır ki, bu artımın 80 faizi məhz özəl sektorun payına düşür. Son 3 ildə Azərbaycanda internet xidmətlərinin haqqı 8–10 dəfə aşağı düşüb və bu proses davam edir. Amma gəlin, baxaq ki, informasiya-kommunikasiya texnologiyalarının kökündə nə durur? Sözsüz ki, elm durur. Bu gün hətta Rabitə və İnfor-masiya Texnologiyaları Nazirliyinin əsas işçiləri məhz Azərbaycan Milli Elmlər Akademiyasından çıxan insanlardır. Hazırda dünyada elmə ayrılan vəsait getdikcə artır. Amma biz Azərbaycanda əks prosesi görürük. Bu, getdikcə azalır.
2008-ci ildə ABŞ Prezidenti Barak Obama Amerika Milli Elmlər Akademiyasındakı görüşündə deyib ki, mən böhran-dan çıxış yolunu elmdə görürəm və elmə ayrılan vəsaiti 3 dəfə artırıb. Bu gün Amerika Birləşmiş Ştatları elmə 380 milyard dollar pul xərcləyir. Dünyada bir elmi işçiyə ayrılan vəsaitin orta məbləği təxminən 50 min ABŞ dollarına bərabərdir. Rusiyada bu rəqəm 30 min, Azərbaycanda 5 mindir.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının profes-sorunun maaşı 300 manatdan bir az çoxdur. Düzdür, Elm fondu təşkil olunub və bunun, sözsüz ki, bu prosesə müsbət təsiri var. Amma burada bir problem var. Bəzi məmurlar bu işə müdaxilə edirlər və bu da öz mənfi təsirini göstərir. Şəxsən mən onun tərəfdarı deyiləm ki, dərhal maaşlar qaldırılsın. Amma hesab edirəm ki, burada müxtəlif modellər var. Modellərdən biri nə ola bilər? Bugünkü məvacib baza maaşı kimi qəbul oluna bilərdi və alimin fəaliyyətindən asılı olaraq maaşa əlavələr gələrdi. Baxın, bu gün Milli Elmlər Akademiyasında işləyən də, işləməyən də eyni maaş alır. Ona görə hesab edirəm ki, bu məsələ qısa bir zamanda öz həllini tapmalıdır.
Digər model. Məsələn, Rusiyada 2003-cü ildə 5 illik bir plan tərtib olundu və 2009-cu ildə Rusiya Elmlər Akademiyasında elmi işçinin orta aylıq maaşı 1000 ABŞ dollarına bərabər oldu.
Bir məsələyə də münasibət bildirmək istəyirəm. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan gəncləri dövlət proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alırlar. Hətta Təhsil Nazirliyinin saytında bu universitetlərin siyahısı dərc olunubdur. Amma o siyahı 5 il bundan qabaq dərc olunub və bu günə qədər də dəyişməyibdir. Təhsil elə sürətlə inkişaf eləyir ki, yeni, aparıcı universitetlər əmələ gəlir. Ona görə hər il may ayında müsabiqə elan olunanda bu siyahı yenilənməlidir. Hesab edirəm ki, hökumətin fəaliyyəti uğurlu olub, məqbuldur. Mən buna səs verəcəyəm və hamını da səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami Cəfərov.
N.Cəfərov. Hörmətli cənab Sədr, hörmətli cənab Baş na-zir, hörmətli millət vəkilləri və hökumət nümayəndələri! Mən də hörmətli Əhliman müəllimdən və hörmətli Asəf müəllimdən sonra elmlə bağlı bir-iki cümlə demək istəyirəm. Həqiqətən, bizdə elmin inkişafını, xüsusilə alim şəxsiyyətinin qorunmasını təmin eləyə biləcək modellər hazırlanmalıdır. Həqiqətən, fakt faktlığında qalır ki, bu gün elmlər namizədi, elmlər doktoru olanların hamısı heç də eyni səviyyədə elmi intellekt sahibi və yaxud eyni səviyyədə məhsuldarlığa malik deyil. Bizim ümummilli liderimizdən gələn bir ənənədir, burada nə isə elə bir mexanizm işləməlidir ki, ciddi alimlər həmişə müdafiə olunsunlar.
Yəqin ki, Dövlət Sosial Müdafiə Fondunun sədri hörmətli Səlim müəllimin artıq iş təcrübəsində nəzərdən keçirdiyi bir hadisədir, bəzən elmlər doktoru, professor pensiyaya çıxan-dan sonra çox cüzi bir təqaüd alır. Bununla bağlı bizə müraciətlər olur. Ona görə mən istərdim ki, bu məsələyə ciddi şəkildə diqqət yetirilsin, çünki bu insanların sayı o qədər də çox deyil. Bu, nəticə etibarilə bizim gəncliyimizə təsir edir, elmə gələn gəncliyin gələcəkdə necə təmin ol-unacağı barədə indidən təsəvvürlər yaranır. Ona görə ölkəmizin intellektual inkişafının indiki potensialı və im-kanları səviyyəsində o məsələyə baxılmalıdır.
Hökumətin hesabatında, əlbəttə, əsas məsələ iqtisadiyyat, təsərrüfat məsələləridir və bu, tamamilə təbiidir. Amma eyni zamanda, çox yaxşı ki, burada mədəniyyətlə bağlı məsələlər, konkret həyata keçirilən layihələr və bu sahədə görülən fun-damental işlər də qeyd olunur. Teatrlarımızın təmiri, yeni muzeylərin açılması, onların müasir səviyyəyə çatdırılması, eləcə də kino sənətində, ədəbiyyatda, bir sıra tətbiqi və təsviri sənətlərdə görülən işlər çox böyük hadisədir və elə hesabatın özündən də bu, məlum olur. Xüsusilə həmkarımız, hörmətli millət vəkili, Azərbaycanın birinci xanımı Mehri-ban Əliyevanın gördüyü işləri bütün mədəniyyət xadimləri, o cümlədən də mədəniyyət siyasəti ilə məşğul olanlar həmişə təqdir eləyirlər. Bu işlər, əlbəttə, belə bir əsas yaradıbdır ki, artıq bundan sonra daha böyük sürətlə daha böyük miqyası əhatə eləyə biləcək.
Hesabatda mənim diqqətimi cəlb eləyən bir məsələ Azərbaycan mədəniyyətinin, Azərbaycan incəsənətinin dünya mədəniyyətinə və incəsənətinə inteqrasiyası ilə bağlı görülən işlərin xüsusi qeyd olunmasıdır. Əlbəttə, bu gün təcrid olunmuş bir mədəniyyət, təcrid olunmuş bir incəsənət yoxdur. Ona görə də həm dünya mədəniyyətinin Azərbaycana gəlişi, həm də Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası üzvi vəhdətdə olan bir prosesdir.
Burada deyildi ki, hesabat xeyli dərəcədə geniş, təfsilatı ilə hazırlanıb. Amma fikir verdim, bəlkə başqa sahələrdə çox müfəssəldir, amma mədəniyyətlə, incəsənətlə, turizmlə bağlı görülən işlərin çox yığcam bir xülasəsi verilib. O məlumatları daha geniş vermək olardı. Bizim hörmətli Prezidentimiz İlham Əliyevin çox gözəl bir sözü var ki, bizim siyasətimiz bizim işimizdir. Yəni ola bilər, nə barədəsə çox danışasan, çox təhlillər verəsən. Bu da bəlkə o qədər əhəmiyyətsiz bir şey deyil, amma mədəniyyət sahəsində, xüsusilə ən çox söz danışılan sahədə bu qədər iş görülürsə, bu artıq görülən işlərin miqyasından xəbər verir. Əlbəttə, bizim də çoxlu təkliflərimiz var. Mədəniyyət, incəsənət sahəsində, xüsusilə də kitabxanalarla bağlı bir sıra məsələlər həll olunmalıdır. Düzdür, onların elektronlaşması prosesi gedir, amma bu, xeyli dərəcədə ləng aparılır. Bu sahədə müəyyən işlər görülməlidir. Xüsusilə rayonlardakı kitabxanaların, muzeylərin, digər mədəniyyət obyektlərinin inkişaf etdirilməsinə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və yaxud mədəniyyətin inkişafı çərçivəsində baxılmalıdır.
Mən bir xahiş eləmək istərdim. Yəni bu, təklif deyil, sadəcə, xahiş edirəm. Yazıçılar Birliyinin “Ədəbiyyat və İncəsənət” qəzeti (indi “Ədəbiyyat” qəzeti) çıxır. “Ulduz” jurnalı, “Azərbaycan” jurnalı – bunlar maliyyələşdirilib. Amma “Ədəbiyyat” qəzetinə əlavə olaraq “Mir literaturı” qəzet ayda təxminən 1 və ya 2 dəfə çıxır. O, dövlət büdcəsindən maliyyələşdirilmir. İmkan olardısa, çox cüzi bir maliyyə vəsaitidir, o, təmin olunardı. Çünki Azərbaycan ədəbiyyatının rusca və yaxud dünya ədəbiyyatının rusca yayılması üçün bizim əlimizdə çox çevik bir vasitədir.
Eyni zamanda, Ağstafa rayonu ilə bağlı bir təklif və yaxud xahiş söyləmək istərdim. Bilirsiniz ki, Poylu körpüsündən Gürcüstana qədər 50 kilometrlik yol vaxtilə çox bərbad vəziyyətdə idi. Müəyyən qədər düzəldilib, amma orada ciddi işlər görülməlidir. O, dövlət proqramlarında da öz əksini tapıb. Böyük bir regiondur və çox böyük heyvandarlıq məskənidir. Orada Sadıqlı, Muğanlı kimi inkişaf etmiş tarixi kəndlər var. O kəndlərin qazlaşdırılması, elə bilirəm ki, mühüm bir məsələ kimi qarşıda durur. Təsəvvür edin ki, Kür qırağındakı Tuqay meşələrini insanlar istər-istəməz qırmağa məcburdurlar. Ən azı təbii sərvətlərimizi saxlamaq naminə bunu nəzərə almaq lazımdır. Elə bilirəm ki, bu, planda var, amma hər halda müəyyən qədər tez olsa, daha yaxşı olardı.
Nəhayət, hörmətli Oqtay müəllim, hörmətli Baş nazir cənab Artur Rasizadəyə bir məsələyə görə təşəkkür etmək istəyirəm və onun gördüyü xeyirxah işi bir daha yada salmaq istəyirəm. Bu il Azərbaycanda Atatürk Mərkəzinin yaradılmasının 10 ili tamam olur. Mən minnətdaram ki, hörmətli cənab Baş nazir o zaman həmin mərkəz üçün bina alınması, onun işinin normal gedişi üçün çox çalışdı. Bir də onun üçün 10 ildən sonra minnətdarlıq etmək istəyirəm. Hesabatı da çox yüksək səviyyədə qəbul edirik.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən ilk növbədə hamınızı ilaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edirəm. Arzu edirəm, millətimiz, dövlətimiz üçün fəaliyyətiniz faydalı olsun. Məndən əvvəl çıxış edən millət vəkillərinin böyük əksəriyyəti inkişafdan, büdcənin sosial yonümlü olmasından, əhalinin qayğısına qalmasından danışdılar və hökumətin hesabatında olan rəqəmləri səsləndirdilər. Mən də istərdim, çıxışıma rəqəmlərin dili ilə başlayım.
Azərbaycanda hökumətin müəyyən etdiyi minimum isteh-lak zənbili 162 manatdır. Azərbaycanda 1 milyon 300 min təqaüdçü var və onlar 112 manat təqaüd alırlar. Sizcə, 162 manat müəyyən etdiyiniz minimum istehlak zənbilini 112 manatla təmin edən Azərbaycan hökuməti necə deyə bilər ki, bu, analoqu olmayan bir inkişafdır? Noyabr ayından bu günə kim çörəyin qiyməti 33 faiz qalxıbsa, maaşları nə qədər qaldırmısınız? Maaşlar nə qədər artıb ki, əhali həmin artımla müqayisə aparıb ən azı öz problemlərini həll edə bil-sin? Bu gün minimum istehlak zənbili 162 manat olduğu halda müəllimin orta aylıq əmək haqqı 154, səhiyyə işçilərinin 110 manatdan yuxarı deyilsə, hansı inkişaf tempindən və dünyanın hansı aparıcı ölkələri ilə müqayisədən danışa bilərik? Bunların hamısı, sadəcə olaraq, söz yığnağından ibarətdir, rəqəmlərdir. Bu, inkişaf deyil.
Ölkənin inkişafını şərtləndirən amili bir neft sektorunun üzərində qurmusunuz. Azərbaycanın ixrac əməliyyatlarının 95 faizi karbohidrogen yataqlarından əldə olunan neft və qazın hesabınadır. Belə ölkə, doğrudan da, dünyada analoqu olmayan ölkədir. 95 faiz neftin hesabınadır. 2002-ci ildən Dövlət Neft Fondundan büdcəyə 100 milyon transfertdən başlayan gəlirlər bu gün artıq 5 milyard 915 milyondur. Bu, büdcənin 52 faizini təşkil edir. Bu vəsaitlər hara qoyulur, hansı istiqamətdə xərclənir? Sahibkarlığa kömək, regionda kənd təsərrüfatının inkişafı və sair prinsiplərdən danışılır. Bu gün burada hökumət üzvləri hansı sahibkarlara kömək edildiyini deyə bilərlər? O sahibkarları necə seçiblər? O sa-hibkarların bu və ya digər şəkildə biznesi araşdırılsa, hökumətlə bağlılığı ortalığa çıxmayacaq? Hökumət bunun fərqindədirmi?
Hökumətin hesabatı antikorrupsiya siyasəti ilə bağlı kampaniya aparılan dönəmə təsadüf edib. Çox gözəl. Ötən hesabat-larda biz dəfələrlə burada ölkədəki korrupsiya və rüşvətxorluqdan danışmışıq. Hər zaman da hökumət üzvləri, hökuməti müdafiə edən siyasi partiyalar qeyd ediblər ki, ölkədə nə korrupsiya var, nə də rüşvətxorluq. Sual olunur: korrupsiya və rüşvətxorluq yoxdursa, indi nəyin uğrunda, nəyə qarşı mübarizə aparırsınız? Əgər antikorrupsiya, antiinhisar siyasətindən söhbət gedirsə, bu gün hörmətli hökumət nümayəndələri inhisarın harada yaradıldığını, necə formalaşdığını, korrupsiyanın mənbəyinin hara olduğunu bilmirlərmi? Bu gün olsa-olsa, – o da əgər kampaniya deyilsə, – ölkədə rüşvətxorluğa qarşı mübarizə aparılır, korrupsiyaya qarşı yox.
Korrupsiya tamamilə fərqli termindir. Bu gün hökumətin təqdim etdiy hesabatda layihənin qiyməti və konkret olaraq müəyyən sahələrə ayrılan vəsaitin necə xərcləndiyi barədə ümumi məlumatdan, rəqəmlərdən başqa fərdiləşdirilmiş bir məlumat yoxdur. Korrupsiya buradan, bu hesabatdan başlayır. Konkret olaraq sahələrə ayrılan pulların xərclənməsinin təsnifatı hanı? Niyə yoxdur? Bu, korrupsiyadır. Hökumət bu gün korrupsiyaya yol açır. Bu gün burada sadaladığınız rəqəmləri aydınlaşdırsanız, bilirsiniz, nə qədər korrupsiya faktı ortalığa çıxar? Bir müddət öncə Amerika Birləşmiş Ştatlarının tik-dirdiyi məktəblə Təhsil Nazirliyinin tikdirdiyi məktəbin müqayisəsi aparılmışdı. 1 milyon 800-lə 300 min arasındakı fərqdən söhbət gedirdi.
Bizi hər zaman qınayırlar ki, inkişafı görmürsünüz. Biz ink-işafı görürük, amma bu məsələlərlə bağlı suallarımıza cavab istəyirik. Yeni məktəblər tikilir, bunu hamımız görürük. Əgər məktəb tikintisinə bu qədər vəsait qoyulursa, niyə Azərbaycan məktəbində təhsil alan şagirdlərin keçid balını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il aşağı salır? Hara gedir Azərbaycan gəncliyi? Hara gedir Azərbaycan təhsili? Heç bunu düşünmüsünüzmü? Biz deyirik ki, 913 min yeni iş yer açılıb. 913 min iş yeri açılan ölkədə Dövlət Sosial Müdafiə Fonduna ödəmələr azalır. Niyə? Ən azı 150 milyon manat art-malı idi. Ora ən azı 150 milyon manat vəsait daxil olmalı idi.
Gömrük orqanlarındakı inhisardan və planın yerinə yetirilməsindən danışıldı. Hökumət bilmirmi ki, hüquqi və fiziki şəxslərdən keçid məntəqələrində ərizə alınaraq gələn məhsulların 90 faizi başqa bir şirkətə dövr olunur? Niyə? Niyə məhsulu gətirən adamların özü onu gömrükləmir? Niyə mərkəzləşdirilmiş qaydada bir yerə keçirilir? Bax, korrup-siya budur. Hökumətin də fəaliyyəti bundan ibarətdir.
Mən hesab edirəm ki, Azərbaycan hökuməti Milli Məclisdə “biz bu böhrandan azad olduq, yaxşı qurtulduq” – demək əvəzinə Dövlət Neft Fondundan, xalqın pulundan transfert etdiyi vəsaitin gerçək hesabatını verməli idi. Çox təəssüflər olsun ki, Azərbaycan parlamentində gerçək hesa-bat verilmir. Ümumi rəqəmlərlə deyilir ki, bu qədər keçir-mişik, burada bu qədər tikmişik. Necə tikmisiniz, nə qədər pula tikmisiniz? Buyurun, həmin hesabatı, həmin təsnifatı açıqlayın. Açıqlayın, görək 6 milyarda yaxın investisiyanın təsnifatı necə formalaşdırılıb? Tikilən mənzillərdən və başqa sahələrə çəkilən xərclərdən danışın. Bunlar əgər ortaya qoyulmayacaqsa, birmənalı olaraq Azərbaycan hökumətini bilavasitə korrupsiyanın mənbəyi hesab etməyə mənim və mənim kimi düşünən kifayət qədər vətəndaşın haqqı var.
Bu gün hökumət fərqli bir siyasət ortaya qoymalıdır. Əgər hökumət gerçək mənada korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq, antiinhisar siyasəti həyata keçirmək, sa-hibkara kömək etmək istəyirsə, ictimaiyyətə, geniş təbəqəli qeyri-hökumət təşkilatlarına müraciət etməlidir, onları prosesə cəlb etməlidir. O prosesin içərisində də şəffaflığı təmin etməlidir. Daha özü yaradıb özü də ona qiymət verməməlidir. Bu gün bununla kim məşğul olur? İcra struk-turlarının içərisindən çıxmış adamlar. Prosesi onlar aparır, biz aparmırıq ki. Prosesi vətəndaş aparmır. Bura fərqli insti-tutların nümayəndələri cəlb olunmalıdır ki, gerçək nəticələr ortalığa çıxsın.
Bir daha təhsillə bağlı danışmaq istəyirəm. Bu gün Azərbaycan təhsil sistemi Azərbaycan tələbəsini manqurtlaşdırır. Azərbaycan tələbəsinin ünvanına Milli Məclisdən də ultimatumlar səsləndirilir: filan yerə getmə, filan yeri seçmə, filanı etmə, filan olacaqsa, sənə bu cür təzyiq göstərəcəyik. Heç kimin heç bir Azərbaycan vətəndaşına, xüsusilə də tələbələrə, gənclərə bu cür münasibət göstərməyə haqqı yoxdur. Azərbaycan gəncliyinə sovet dönəmindəki o cür münasibətin nəticəsidir ki, biz bu gün bu qədər ağrılarla, itkilərlə rastlaşırıq. 1988-ci ildə proseslər ba-şlayanda Dağlıq Qarabağın itirilmə səbəblərindən biri də o idi. Gənc nəsil hadisələrə vətəndaş kimi doğru münasibət bəsləyə, doğru mövqe sərgiləyə bilmədi. Bu gün yenə də Azərbaycan gəncliyinə həmin münasibət sərgilənir. Audi-toriyalara girirlər, onlara xəbərdarlıq edirlər. Mən hesab edirəm ki, hökumət bu məsələlərdə daha korrekt davranmalıdır, insan haqları və azadlıqlarının müdafiəsi istiqamətində daha ciddi proseslərə start verməlidir. Hesab edirəm ki, bu hesabata nəzərən hökumətin fəaliyyəti qeyri-qənaətbəxşdir və əslində, hökumət bu hesabatla istefa verməlidir. Çox sağ olun.
Sədrlik edən. İqbal Ağazadə, mən xətrinə dəymək istəmirəm, amma bu hesabatı sən başdan ayağa oxumamısan, vərəqləmisən. Bir-iki rəqəmə baxıb çıxış edirsən.
Milli Məclisi qınayırsan ki, gəncliyə qarşı düzgün hərəkət etməyib. Milli Məclisin gəncliyə qarşı hansı hərəkəti olub? Sizin kimi camaatı qızışdırıb küçələrə çıxarmaq istəmirik ki.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Cavabını verərlər. Xanhüseyn Kazımlı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Abel müəllim, Siz də 10 dəqiqə çıxış edib, cavabını verərsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən təklif elədim ki, bir-birimizə hörmət edək. Çıxışları 5 dəqiqəyə endirək, çünki 50 nəfər yazılıb. Amma reqlament 10 dəqiqədir. İndi 10 nəfər 5 dəqiqə çıxış etdi, 2 nəfər 10 dəqiqə. Buyurun, Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri və hökumət nümayəndələri! Cənab Sədr, qeyd etdiyiniz kimi, bizim hesabatımız əlamətdar bir günə təsadüf edir. Bu, Azərbaycan xalqının ildə bir dəfə böyük sevinclə, həvəslə gözlədiyi tarixi bir gündür.
Hesabatın strukturu bütünlüklə standartlara uyğun gəlir. Burada bəzi çıxışlarda səsləndi ki, hesabat müəyyən qədər genişdir. Amma bir neçə il bundan əvvəl hökumət hesabat verəndə bəzi deputatlarımız deyirdilər ki, hesabatın həcmi qısadır, geniş olsa, yaxşı olar. Şübhəsiz ki, belə fikirlər olur. Bu fikirlər o qədər də əsassız deyil, çünki hesabat çoxşaxəli, əhatəli verilibdir. İstəyənlər oxuyurlar, istəməyənlər isə müəyyən hissələri vərəqləyib bu və ya digər qüsurları səsləndirməyə cəhd göstərirlər. İndi belə qənaətə gəlindi ki, biz çıxışımızı 5 dəqiqə ərzində yekunlaşdıraq. Güman edirəm ki, bu müddət ərzində hesabatdakı məsələlər barədə ətraflı danışmaq qeyri-mümkündür. Ona görə də mən bir az iqtisadiyyatın aqrar sahəsi barədə danışmaq istərdim.
Bildiyimiz kimi, indi Azərbaycan hökuməti və ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişaf-ına, ölkənin ərzaq məhsulları ilə təmin edilməsinə, istehsalla emalın səmərəli surətdə əlaqələndirilməsinə böyük diqqət göstərilir. Burada bəzi deputat həmkarlarım tərəfindən haqsız olaraq bəzi rəqəmlər səsləndirildi. Amma Sahibkar-lığa Kömək Milli Fondu vasitəsilə verilən vəsait, eləcə də “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda görülən böyük miqyaslı işlər, xüsusilə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən verilən yardımlar kənd yerlərində, regionlarda yeni iş yerlərinin açılmasına, kənd əməkçilərinin bütün resurslardan səmərəli istifadə etməsinə və insanların güzəranının yaxşı-laşdırılmasına xidmət edir.
Cənab Sədr, mən güman edirəm ki, bu gün hörmətli Baş nazir Artur Rasizadənin verdiyi hesabat çoxşaxəli, ətraflıdır. Əgər hesabatı oxumuş olsaq, görərik ki, doğrudan da, 40 dəqiqə ərzində ondan artıq çıxış etmək mümkün deyil. Hesabat iqtisadiyyatımızı, sosial həyatımızın bütün sahələrini əhatə etməklə reallıqlara tamamilə uyğundur. Hesab edirəm ki, məndən sonra danışmaq istəyən deputat həmkarlarımız ola-caq. Onlar hesabatla bağlı müəyyən fikirlərini söyləyəcəklər. Mən hesabatın standartlara, respublikanın reallıqlarına uyğun surətdə tərtib edilmiş bir sənəd olduğunu bir daha təsdiqləyirəm. Bütün deputat həmkarlarımı bu hesabata səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, Baş nazir, hökumət üzvləri, həmkarlar! Mən də 2010-cu ilin hesabatını məqbul hesab edirəm və bunun qəbul olunmasına tərəfdaram. Həmkarlarımı da buna səs verməyə çağırıram. Hesabatın detalları ilə bağlı həmkarlarım ətraflı şəkildə danışdılar. Mən bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. Hesabatla bağlı söylənilən bəzi fikirlərlə əlaqədar münasibətimi bildirmək istəyirəm.
Birinci, öz siyasi fəaliyyəti dövründə partiya sədri olaraq bir dəfə də maliyyə hesabatı verməyən adam burada hökumətdən əlavə hesabat istəyir. Bir dəfə ictimaiyyət qarşısında, qəzetdə açıqlama ver ki, siyasi partiya, onun aparatı hansı pullarla saxlanılır, hansı pullarla idarə olunur? Halbuki “Si-yasi partiyalar haqqında” Qanunda bilavasitə bu məsələ göstərilibdir.
İkinci tərəfdən, ümumi çıxış xətrinə çıxış və yaxud nəyisə tənqid etmək xətrinə yox, konkret olaraq rəqəm haqqında fikir söyləyir. Rəqəmlərin hamısı yanlışdır və heç biri həqiqətə uyğun deyil. Dövlət Neft Fondundan olan pul-lar hara gedir? Qaçqınlar, müharibə əlilləri üçün evlər ti-kilir, yollar salınır, körpülər, məktəblər, bağçalar inşa edilir. Hər gün hansısa rayonda yeni, müasir standartlara cavab verən obyektlər, istehsal müəssisələrinin açılışı olur. Bunu görmək üçün hansısa kağızdan oxumaq lazımdır, hansısa rəqəmə baxmaq lazımdır? Rəqəm insanların, ictimaiyyətin gözü qarşısındadır, ictimaiyyət bunu çox gözəl görür, dərk edir. Amerika səfirinin nəsə tikməsi, görünür, sizi çox həvəsləndirir. Amma Azərbaycan hökumətinin qurduğu, Azərbaycan Prezidentinin yaratdığı nəsə sizin gözünüzə görünmür. Müasir standartlara uyğun, yüksək zövqlə tikilmiş obyektlər təhvil verilir.
Bəzən Dövlət Neft Fondunun idarə olunması ilə bağlı fikirlər söylənilir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanı digər dövlətlərə nümunə göstərirlər ki, Dövlət Neft Fondunun idarə olunmasını məhz Azərbaycandan öyrənin, Azərbaycanda bu sahədə işlərin aparılmasına baxın. Azərbaycanda bu gün istər pensiyaların, istər əmək haqlarının vaxtlı-vaxtında alınması və əmək haqlarının getdikcə ar-tırılması ilə bağlı cidd işlər gedir.
İki ay bundan qabaq, yəqin, çoxlarının yadından çıxıb, Prezidentin sərəncamı ilə pensiyaçıların pensiyası, büdcədən maliyyələşdirilənlərin əmək haqları artırıldı. Deyəsən, in-sanların yaddaşı tez-tez xarab olur, ona görə də biz mütəmadi olaraq bunları gərək təkrar edək ki, bunlar yad-daşlarda möhkəmlənsin və görmək istəməyənlər diqqətlə baxıb görsünlər.
Auditoriyalarda kimlərsə nə isə deyirlər. Gördük də, 2003-cü ildə tələbələri çağırdınız, başlarına nə oyun açdınız? Hamınız, rəhbərlər qaçıb gizləndiniz, xalqın uşağını ötürdünüz küçələrə. Nəticəsi nə oldu? Sizin naşı, məkrli siyasətinizin nəticəsində insanlar əziyyət, zülm çəkdilər. Tökülən qanların hesabını kim verəcək? Gəlin, ictimaiyyətin qarşısında hesabat verin də. Yenidən mitinq keçirirsiniz? Bir ağıllı işlə məşğul olun da. Ağac əkin, kitabxanaya dəvət edin, İnternet saytında işləməyi öyrədin. Yoxsa Fəvvarələr meydanında mitinq keçirin? Yer tapıblar mitinq keçirməyə. Azərbaycan hökuməti qursun, yaratsın, abadlaşdırsın. Siz gəlin dağıdın və adını da qoyun ki, söz azadlığı, mətbuat azadlığıdır. Amerika Birləşmiş Ştatlarında belə yerdə mitinq keçirə bilərlər? Fransada atın qabağına salıb döyə-döyə apararlar. Ayrılmış yer var, gedin mitinqlərinizi orada keçirin. Dərs vaxtı tələbə dərsi ilə məşğul olmalıdır. Siyasi partiyanın qoltuğu altında, hansısa məkrli niyyətlə məşğul olmamalıdır. Buna da heç vaxt yol verilməyəcək. Kimliyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir.
Digər tərəfdən, görülən işlərlə bağlı həmkarlarımın dediklərinə əlavə olaraq bir neçə fikir də söyləyirəm. Burada vergilərlə bağlı deyildi. Büdcənin böyük hissəsi vergilərlə doldurulur və bu gün burada oturan həmkarlarım da vergilərin hesabına əmək haqqı alırlar. Hansı vergi ödəyicisi Vergilər Nazirliyinə məktub göndərib ki, mən səninlə razıyam? Dünyanın hansısa bir yerində eşitmisiniz bu söhbəti? Vergini hər bir vətəndaş verməlidir. Hər bir hüquqi şəxs qanun çərçivəsində vergisini ödəməlidir. Vergidən yayınmağa, ödəməməyə çalışanlar da var və sair. Yenə deyirəm, vergini ödəmək hər bir şəxsin borcudur. Azərbaycan büdcəsi bunun hesabına formalaşdırılır. İstər fiziki şəxslər, istər hü-quqi şəxslər, istərsə də ayrı-ayrı strukturlar olsun. Gömrük orqanları ilə bağlı deyildi ki, büdcənin tamamlanmasında, dolmasında bu orqanların fəaliyyəti böyükdür.
Özəl sektorla bağlı. Dəfələrlə nə qədər özəl sektorla bağlı kreditlər ayrılıb? Fermer təsərrüfatlarının yaradılması ilə bağlı nə qədər kreditlər ayrılıb? Cənab Baş nazir hesabatında da dedi, neçə-neçə saxlama kameraları tikilib. Artıq Azərbaycan vətəndaşlarının məhsullarının saxlanması, kənd təsərrüfatının inkişafı ilə əlaqədar yeni müəssisələr, təşkilatlar açılıb. Cənab Prezidentin tapşırığı ilə bu sahəyə ciddi şəkildə daim diqqət yetirilir. Azərbaycan bu gün özünü təmin edən ölkələrdən birinə çevrilib. Bunu kimsə görmür və ya düşünmürsə, artıq bu onun problemləridir.
Azərbaycan Prezidentinin Qarabağla bağlı apardığı siyasət, gecə-gündüz mətbuat, televiziya qarşısında söylədikləri bəllidir. Burada Qarabağla bağlı əlavə nə hesabat veriləcək? Kim burada hansı dəyərli təklifi verəcək? Mənim yadımdadır, 2001-ci ildə ümummilli liderin rəhbərliyi altında burada iclas keçirildi, ictimaiyyət nümayəndələri yığıldılar və hamıya dedilər ki, təklif verin, bir dənə ağıllı təklif verən olmadı. Axırda yerindən duran dedi ki, Heydər Əliyev, Siz bu işi hamımızdan yaxşı bilirsiniz. Aydındır da, bunun detalları var, məsələ müzakirə olunur.
Bu gün Prezidentin, Ali Baş komandanın sərəncamında olan orqanlar fəaliyyət göstərir. Bu orqanlar Dağlıq Qarabağla, əsir, itkin düşənlərlə, qaçqınlarla bağlı geniş işlər aparırlar. Bütün sahələri əhatə edən məsələlər öz əksini tapıb. Bu hamısı Qarabağla bağlı deyil? Qarabağla bağlı əlavə bir cümlə də yazılmalıdır? Yazılıb, göstərilib ki, hərbi sahədə işlər aparılır, müdafiə sənayesi genişləndirilir. Bu, Qarabağ məsələsi deyil? Azərbaycan artıq silah istehsal edən ölkəyə çevrilib. Müdafiə Sənayesi Nazirliyi tərəfindən yeni strukturlar yaradılır, yeni-yeni silahlar istehsal olunur. Bunların hamısı Baş nazirin hesabatında da, bizə təqdim ol-unan kitabda da əksini tapıb. Hesabatda hər bir detal yazılsa, onda on cildlik əsər alınar, Nazirlər Kabineti Yazıçılar İtti-faqı olar. Burada konkret olaraq hər bir sahə ilə bağlı rəqəmlər göstərilib və məlumatlar dərc olunub.
Keçən il gərgin il oldu. Cənab Baş nazirin çıxışında da bunlar qeyd olundu. Dünyada yeganə ölkə Azərbaycan oldu ki, bir insan itkisi vermədən selin, təbii fəlakətin qarşısı yüksək şəkildə alındı. Bu gün evlərin, məktəblərin, infrastruk-turun bərpası ilə bağlı dövlət öz büdcəsindən vəsait ayırır. İn-sanlara yaraşıqlı mənzillər verilir, məktəblər tikilir və sair. Hansı ölkədə bunun şahidi oldunuz, təriflədiyiniz və xidmət etdiyiniz Amerikada bunu görmüşdünüz? Azərbaycan dövləti ancaq öz vətəndaşlarının hüquqlarının müdafiəsi, onların sosial rifahı ilə məşğuldur. Azərbaycanda sosial sferada atı-lan addımlar heç bir yerdə atılmayıb. Hökumət daim vətəndaşlarına diqqət və qayğı göstərir. Mən hesab edirəm ki, bunlar hesabatda da öz əksini tapıb. Gələcək fəaliyyətdə də olacaq.
Korrupsiyaya qarşı mübarizə ilə bağlı Prezident fikirlərini deyib, hamı çırmanıb tökülüb ortaya. Hərə bir tərəfdən kor-rupsioner axtarışına, ovuna çıxıb. Öz aləmlərində korrup-sioner axtarırlar. Bu sahədə dövlət iş aparır. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyası var və bütün strukturlar orada təmsil olunur. Orada Milli Məclis də, qeyri-hökumət təşkilatları da təmsil olunur-lar. Bu komissiyanın yanında qeyri-hökumət təşkilatlarının işi ilə bağlı bir qurum yaradılıb. Kimin xəbəri yoxdursa, get-sin məlumat alsın, öyrənsin, bilsin və sonra fikir söyləsin. Azərbaycan dövləti daim bu işlə məşğul olub. Bundan sonra da məşğul olacaq. Hökumətin hesabatı çox təqdirəlayiqdir və xahiş edirəm, səsə qoyub qəbul eləyək.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, cənab Baş nazir, xanımlar və cənablar! Mən də hesab edirəm ki, hökumətimizin həm 2010-cu ildə fəaliyyətini, həm də həmin fəaliyyətlə bağlı burada verdiyi hesabatı müsbət qiymətləndirmək lazımdır. Haqqı haqq yerində görmək və görülən işləri təqdir etmək lazımdır.
Cənab Prezidentin söylədiyi kimi, Azərbaycanda keçid dövrü artıq başa çatmışdır. Azərbaycan daha postsovet ölkəsi deyildir. Bizim oturuşmuş iqtisadiyyatımız var. Biz müstəqil, güclü, müasir, demokratik bir dövlətik. Bu inkişafı hər bir Azərbaycan vətəndaşı öz şəxsi həyatında hiss edir. Bunu görməyən, təəssüflər olsun ki, yalnız müxalifətin radikal qanadıdır. Onlar da ya bunu görmürlər, ya da gördüklərini etiraf etmək gücündə deyildirlər.
Son illərdə ölkədə aparılan uğurlu islahatlar ötən il də da-vam etmişdir. Ötən il həm pensiyalar, həm əmək haqları, həm də ünvanlı sosial yardımın məbləği artırılmışdır. Təhsil, mədəniyyət, ekologiya, turizm, idman və gənclər siyasəti sahəsində uğurlu işlər görülmüşdür. Bayaq, məndən öncə danışan müxalifətçi deputat ya bilərəkdən, ya da bilməyərəkdən rəqəmləri səhv saldı. Azərbaycanda yaşayış minimumunun guya 162 manat, orta aylıq əmək haqqınınsa ondan aşağı olduğunu söylədi. Tamamilə yanlış bir məlumatdır. Azərbaycanda 2011-ci il üçün yaşayış minimumu 87 manat müəyyənləşdirilib, orta aylıq əmək haqqı isə bundan təxminən 4 dəfə çoxdur və 325 manatdır. Bu gün Azərbaycanda pensiyalar da, əmək haqları da yaşayış minimumundan yuxarıdır. Bu inkişafı görmək, təqdir etmək lazımdır.
Səhiyyə sahəsi ilə bağlı təkcə bunu söyləmək kifayət edər ki, keçən il 45 iri səhiyyə müəssisəsində əsaslı təmir və ya yenidənqurma işləri aparılmışdır. Respublika uroloji klinik mərkəzinin açılmasını, Tibb Universitetinin tədris klinikasının kardio-cərrahiyyə şöbəsinin yaradılmasını, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili hörmətli Mehriban xanımın şəxsi təşəbbüsü və dəstəyi ilə regionda analoqu ol-mayan Talassemiya Mərkəzinin qurulmasını, perinatal mərkəzlərin yaradılmasını, əlbəttə, uğur kimi qiymətləndirmək lazımdır. Bunlar xalqımızın genefondunun qorunması üçün çox böyük töhfədir. Hazırda səhiyyəmizdə sahə həkiminin ailə həkiminə transformasiyasından orqan köçürülməsi əməliyyatının aparılmasına qədər geniş diapazonda müasirləşmə prosesi gedir. Məhz Azərbaycanda səhiyyə və tibb sis-teminin inkişafının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin nəticəsidir ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional komitəsinin rəhbərliyində təmsil olunur. Bu nüfuzlu təşkilatın 61-ci ses-siyasının bu ilin payızında Bakıda keçirilməsi qərara alın-mışdır.
Mən inanıram ki, hökumətimizin 2010-cu ildəki uğurları 2011-ci ildə də davam edəcəkdir. Eyni zamanda, bəzi təkliflərimi də tezislər şəklində söyləmək istəyirəm. Millət vəkili seçildiyim Gəncədə təhsil müəssisələrinin təmirinin, xüsusilə əsaslı təmirinin aparılmasına çox ciddi ehtiyac vardır. Xüsusilə Gəncədəki orta məktəblərin və bağçaların mərkəzləşdirilmiş istilik sistemi ilə təchizat işinin yaxşılaşdırılmasını hörmətli təhsil nazirimizdən xahiş edirəm. Gəncədəki ali məktəblərin yataqxanalarında məcburi köçkün bacı və qardaşlarımız məskunlaşıblar. Artıq vaxt çatıb, ya qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikilməsi, ya da Gəncə ali təhsil müəssisələrinin tələbələri üçün şəhərcik salınması məsələsi hökumətimiz tərəfindən həll edilməlidir.
Tibb işçilərinin maaşlarının artırılması məsələsi də aktual məsələlərdən biridir. Əgər biz bu məsələni vaxtında həll etməsək, heç olmasa, tibb işçilərinin maaşlarını respublika səviyyəsində orta aylıq maaşa çatdırmasaq, onda özəl müəssisələrlə dövlət tibb müəssisələri arasında ciddi dis-balans yaranar və yaxşı mütəxəssislərin özəl müəssisələrə axını təhlükəsi olacaqdır.
Eyni zamanda, mənim bir xahişim də var. Bu il Azərbaycan aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgərin 190 illik yubileyi tamam olur. Mədəniyyət və Turizm Nazirliyindən xahiş edərdim ki, bu yubileyin Aşıq Ələsgərin adına layiq səviyyədə keçirilməsini təmin etsin. Artıq neçə ildir ki, Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın ağrı-acısını ifadə edən ədəbi “İrəvan” almanaxı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə işıq üzü görür. Bu dəstəyə görə komitəyə və şəxsən komitənin sədri, Baş nazirin müavini cənab Əli Həsənova minnətdarlığımı bildirirəm və bu layihənin davam etdirilməsini xahiş edirəm.
Son olaraq bir daha hökumətimizin 2010-cu ildəki fəaliyyətini yüksək qiymətləndirir, cənab Prezident başda olmaqla hökumətimizə ölkəmizin qüdrətlənməsi və xalqımızın xoşbəxt gələcəyi yolunda gərgin fəaliyyətində uğurlar arzulayıram. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Yaqub Mahmudov.
Y.Mahmudov. Hörmətli millət vəkilləri, hökumət üzvləri! Mənim, əlbəttə, bir sıra təkliflərim var idi, amma bugünkü müzakirənin gedişində fikrimi dəyişmək qərarına gəldim. Millət vəkillərinə müraciət edərək mən bildirmək istəyirəm, bu gün biz hökumətin hesabatını dinləyirik. Azərbaycan hökuməti ötən ildə hansı şəraitdə fəaliyyət göstərmişdir? Bunu unutmağa bizim haqqımız yoxdur. Azərbaycan müharibə aparan, müharibə vəziyyətində olan ölkədir. İş-ğalçılara qarşı, lazım gələrsə, ərazilərimiz azad etməkdən ötrü ciddi tədbirlər görməliyik. Belə şəraitdə Baş nazirin he-sabatından da göründü, 3 milyard dollardan çox bu sahəyə biz vəsait ayırırıq. Fikrimcə, daha artıq vəsait ayrılmalıdır ki, erməni işğalçıları Vətən torpağından qovulub çıxarılsınlar.
Digər tərəfdən, keçən il təbiətin də sınağına rast gəldik, fəlakət, daşqınlar oldu və sair. Azərbaycan hökuməti sübut etdi ki, ən ağır situasiyalarda öz gücü ilə istənilən ağır risklərdən, vəziyyətlərdən çıxmağa qadirdir. Biz bu şəraitdə fəaliyyət göstərmişik. Nəzərə çarpan bundan ibarətdir ki, artıq dünyada Azərbaycanın iqtisadi inkişaf modeli bir model kimi müzakirə olunmağa başlayır. Bu çox böyük uğurdur, iqtisadi-yyatda biz irəli gedirik, beynəlxalq aləmdə xeyli möhkəmlənmişik.
Qarabağ məsələsi ilə əlaqədar danışmaq istəyirəm. Bir zaman düşmənə sübut etmək istəyirdik ki, Qarabağ bizim ərazimizdədir. Dünyada təbliğat aparmışdılar, guya Qarabağ Ermənistan ərazisindədir, biz hücum edib oranı tutmuşuq. Prezidentimiz dedi, artıq biz informasiya müharibəsində qalib gəlmişik. Yəni erməniləri yerində oturtmuşuq, onlar bizim ərazimizdə dövlət yaradıblar. Bunlar çox böyük uğur-lardır. Mən bu uğurların hamısını sadalamaq istəmirəm. Amma bir-ikisini xüsusi demək istəyirəm, çünki burada rəqəmləri ortalığa atdılar.
Təxminən 7-8 il bundan qabaq əhalimizin təxminən yarıya qədəri – 46,7 faizi yoxsulluq həddində yaşayırdı. İnd yoxsulluq həddi 9,1 faizə enib. Axırıncı bir ildə isə yoxsul-luq həddi təxminən 2 faizə qədər aşağı enib və bu göstəricidir. Fikrimcə, bu, möcüzəyə bərabər bir həqiqətdir. Ölkəmizdə sabitlik hökmranlıq edir. Bu yerdə xarici ölkələrdəki ağalarının düdüyünü çalanlara xüsusi bildirmək istəyirəm ki, üzük qaşı kimi əhatə olunduğumuz bu ölkədə sabitliyi qoruyub saxlamaq çox böyük hünərdir. Buna görə də tələbə, gənclərlə əlaqədar cürbəcür müraciətlər son dərəcə yersizdir. Hüquq mühafizə orqanları Prezidentimizin başçılığı altında, qanunlara arxalanaraq ən sərt tədbirlər görməlidir ki, Azərbaycanın içərisinə qarışıqlıq salmasınlar. Azərbaycanın içərisinə barmaq soxmasınlar. Biz bilirik, barmaqlar ərəb ölkələrinə də, qonşularına da haradan gəlir. Bizə bu saat birlik lazımdır, parçalanmaq yox.
Digər tərəfdən, mən xüsusi qeyd etmək istəyirəm, belə şəraitdə Azərbaycan böyük quruculuq, abadlıq meydanına bənzəyir. Mən tarixçiləri apararaq Azərbaycanın hər yerini gəzirəm, Şəmkirdə su-elektrik stansiyasını görəndə qürur hissi keçirdim ki, ilin-günün bu vaxtında, dünyada iqtisadi böhranın hökm sürdüyü bir şəraitdə Azərbaycanda nəhəng tikinti həyata keçirilir. Bunların hamısı bizim böyük uğur-larımızdır.
Mən Şəki ictimaiyyətindən Azərbaycan Prezidentinə, bizim nəqliyyat sistemində çalışanlara dərin minnətdarlığımı yetirmək, Prezidentimizə “sağ ol” demək istəyirəm. Şəki ilə Qax və digər rayonların arasında Şin çayı üzərindən 1353 metrlik körpü istifadəyə verildi. Orada biz Prezidentə müraciət etdik, Prezident göstəriş verdi ki, düz Qax rayonuna qədər ilin axırına kimi müasir yol salınsın. Bu nə deməkdir? Bu təxminən 200 kilometr yol deməkdir. Bir arayış üçün gələnlər 15 dəqiqəyə Şəkiyə çatacaqlar. Bu, tur-izm üçün əlverişli bir bölgənin inkişafı deməkdir. Şəkinin su sistemi işə salındı. Su sistemi çox ağır vəziyyətdə idi, su təchizatı sisteminin işə başlaması Şəki üçün çox böyük uğurdur. Sel Şəkini dağıtmışdı, az vaxtın içərisində buraya vəsait ayrıldı və bu yara sağaldı.
Bu kimi uğurlarımız çoxdur. Mən bir-iki məsələnin üzərində dayanmaq istəyirəm. Elmdən danışıldı. Dünyanın bütün qabaqcıl ölkələrinin hamısı elmin inkişaf etdiyi ölkələrdir. Elmi zəif olan ölkə irəli gedə bilməz. Bu sahəyə diqqət artırılmalıdır və yeri gəlmişkən, bizim Elmin İnkişafı Fondu fəaliyyətə başlayıb, özü də yaxşı fəaliyyətə başlayıb. Yəqin ki, bunun təsiri olacaq.
Hökumətə minnətdarlığımı bildirirəm. Hesabatda da bu haqda məlumatlar var. Milli Elmlər Akademiyasının Tarix İnstitutunun İrəvan xanlığı ilə əlaqədar, informasiya müharibəsində bizim ölkənin qalib gəlməsində mühüm rol oynayan və xaricdə nəşr edilən əsərlərimiz alqışlayıram. Maliyyə naziri, bilmirəm, getdi, ya buradadır? Ölkənin ver-diyi hər bir manat görülən işə, proqrama görə verilməlidir. Həmin proqramlarla bizə kömək edirlər. Bu gün biz Dehlidən, Parisdən, Londondan, Nyu-Yorkdan, Sankt-Peterburqdan sənədləri yığırıq. Bu işlər gedir.
Respublika Prokurorluğu ilə birlikdə iqtisadi, elmi, istin-taq araşdırmaları qrupu yaratmışıq, 1918–1920-ci illərin soyqırımından üzü bəri... Yəqin ki, beynəlxalq aləmə bunu çatdıracağıq. Mənim bəzi təkliflərim var, hökumətdən xahiş edirəm, Baş nazir də buradadır, gələcəkdə büdcədə bu işi nəzərə almaq yaxşı olardı.
Camaatın içərisində müəyyən narahatlıq var, söhbət Şəkidən gedir. Yeri gəlmişkən, mənim növbəti dəfə Şəkidən deputat seçilməyimi partiyanın sədri, Prezidentimiz məsləhət bilib. Mən hökuməti real vəziyyətlə tanış etməyi özümə borc bilirəm. Şəkidə, təkcə şəhərdə 85 minə yaxın əhali yaşayır. Bizim arzumuz odur ki, burada iş yerləri açıl-sın. Orada cəmi 3 iri müəssisə var, həmin müəssisələrdə təxminən 1000-ə qədər adam işləyir. 20-30 min gənc var. İlk olimpiya komplekslərindən birini Prezidentimiz Şəkidə tik-dirdi. Amma tikiləndən bir ay sonra dayandırılıb, hələ bu il də olimpiya kompleksi təmir olunmaqdadır. Hökumətdən xahiş edirəm, bu işə diqqəti artırsın. Gənclik idmanla məşğul olmalı, sağlam yetişdirilməlidir. Bu olimpiya kompleksi işə düşsün. Yarımçıq bir stadion var, bunu işə salmaq lazımdır.
Şəkinin tarixi abidələri gözlərimizin qarşısında məhv olub gedir. Təcili vəsait ayrılmalıdır. Ora turizm mərkəzi ola bilər. Bir də mən bir sıra nazirlərimizə müraciət etmək istəyirəm. Uzun zaman Şəki bir regionun mərkəzi rolunu oynayıb. Bütün strukturların mərkəzi təşkilatları orada idi. Hamısını bir-bir Şəkidən çıxarıblar. Bunu camaat yaxşı qar-şılamır. Mən xahiş edirəm, bu məsələyə baxsınlar. Çıxış yolu nədən ibarətdir? Şəkidə xırda və orta biznesi inkişaf etdirmək, buna qayğı göstərmək lazımdır. Şəkini bütövlükdə muzey şəhər elan etmək və büdcədə də bunu nəzərə almaq lazımdır. Mən Mədəniyyət və Turizm Nazirliyini alqışlayıram. Bu sahədə işlər gedir. Əgər Şəki muzey şəhər elan olunarsa, gələcəkdə turizm inkişaf edəndə bütün Azərbaycan üçün böyük vəsait gətirəcəkdir. M.F.Axundovun 200 illiyi yaxınlaşır, bütün dünyadan Şəkiyə gələcəklər. Bu işə hazırlıq sürətləndirilməlidir. Bu məsələlərin hamısını, əlbəttə, hökumət büdcədə, fəaliyyətində nəzərə almalıdır.
Mən elmlə əlaqədar bəzi təkliflərimi vermək istəyirəm. Əziz dostlar, Azərbaycan elmi ağır vəziyyətdədir. Mən Milli Elmlər Akademiyasının Tarix İnstitutunda işləyirəm. Müəyyən yaş həddinə çatan adamlar sıradan çıxandan sonra 15–20 il elmimizdə çox böyük boşluq yaranacaq. Bunu görmək lazımdır. Ona görə də elmə diqqət artırılmalıdır. Mən Ni-zami müəllimlə razıyam. Yeni bir mexanizm təcili işləmək lazımdır. Bu vəziyyəti aradan qaldırmalıyıq. Mən heç bir əsas tapa bilmirəm ki, niyə iki ildir doktoranturaya, aspiran-turaya qəbul yoxdur? Nə üçün yoxdur? Nə üçün bu məsələ uzadılmalıdır? Gəncləri biz onsuz da doktoranturaya zorla gətiririk. Həmin məsələnin bu qədər gecikməsi bizə çox ağır, baha başa gələ bilər.
Ən nəhayət, mən hökumətin diqqətinə bir ağır bəlanı çat-dırmaq istəyirəm. Bu çox ciddi məsələdir və burada hüquq mühafizə sistemi də hərəkətə gəlməlidir. Çox ciddi siyasət yeridilir. Azərbaycana qarşı narkotiklərin ötürülməsi siyasəti artıq hiss olunur. Bir sıra qonşu ölkələrdə ciddi intizam var, orada narkotik maddələr qəbul edəni dar ağacına çəkirlər. Bir də görürsən, bizim sərhədimizdə 100 kiloqramlarla narkotik maddə gətirilir. Necə olur bunlar bizim sərhədimizə gəlib çıxır? Bu, Azərbaycanın gəncliyini, genefondumuzu gələcəkdə təzələyəcək. Cənub zonasında gənclərin əksəriyyəti ağır vəziyyətdədir. Bu bəlaya qarşı mübarizə təkcə müalicə etməklə bitmir. Çox cidd tədbirlər görülməlidir, sərhədlər möhkəmləndirilməli, əlaqələr genişləndirilməlidir. Buna qarşı ölkəmizdə çox ciddi mübarizə apa-rılmalıdır.
Mən sonda xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti Azərbaycan Prezidenti tərəfindən formalaşdırılmış peşəkar kadrlardan ibarətdir. Nazirlər Kabinetinin təqdim etdiyi hesabat da, buradakı çıxışlar da bunu aydın göstərdi. Təklif edirəm ki, hökumətimizin fəaliyyətini yaxşı qiymətləndirək, onlara uğur arzu edək. Əsas məsələ Azərbaycanın sabitliyidir. Bu sabitliyimiz qorunsun və iqtisadi inkişafımız təmin olunsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Valeh müəllim, buyurun.
V.Əsgərov. Çox sağ olun, Ziyafət müəllim. Sözün düzü, mən bu gün çıxış etmək istəmirdim. Ancaq bəzi çıxışlardan sonra dedim ki, çıxış etməliyəm. Bu gün mən özüm üçün yeni terminlər icad etdim. Hökumətin hesabatının iki cür qiymətləndirilməsini eşitdim. Bir iqtisadi, bir də publisistik. Bu kitabı publisistik nöqteyi-nəzərdən qiymətləndirmək, fikrimcə, düzgün deyil. Xahişim ondan ibarətdir ki, gələn səfər başlıqda yazılsın: “iqtisadi qiymətləndirmə üçün təqdim olunmuş hesabat”. Bir də təkrar edirəm ki, hər hansı bir hökumətin işi makroiqtisadi göstəricilərə görə qiymətləndirilə bilər. Başqa cür obyektiv qiymətləndirmə ola bilməz, ancaq subyektiv qiymətləndirmə olacaqdır. “Mənim xoşuma gəldi, mənim xoşuma gəlmədi, filan yerə az verdiniz, filan yerə çox verdiniz” kimi sözlər deyilir. Ona görə də makroiqtisadi göstəricilər icad, qəbul edilibdir və bunlardan istifadə olunur. Bu günə kimi başqa yol tapılmayıbdır.
Makroiqtisadi göstəricilərə görə hökumətin fəaliyyətinə qiymət versək, işini çox yüksək səviyyədə görmüş bir hökumət kimi qiymət verməliyik. Əfsuslar olsun, tez yadımızdan çıxır ki, 2007–2009-cu illərdə nələr yaşaya bilərdik? Bu hökumət, nazirlər 2008–2010-cu illərdə Azərbaycan iqtisadiyyatını bütün dünyada çox pis nəticələrə gətirib çıxaran böhrandan çıxardılar. Bir rəqəmlərə baxın. Bircə rəqəmə, bizim milli valyutamızın məzənnəsinə baxın. Qonşumuz, böyük, neft-qaz hasilatı, qüdrəti bizdən artıq olan bir ölkənin valyutası 30 faizə yaxın aşağı düşdü. Digər qonşu ölkələrdə 40–50 faiz aşağı düşdü. Bunun aşağı düşməsi əhali üçün nə deməkdir? Ən bisavad iqtisadiyyatçıdan soruşun, izah etsin. Bizim hökumət bunu saxladı, qoruya bildi.
Başqa makroiqtisadi göstəricilərə fikir verin. Fikrimcə, hökumətin hesabatına qiymət verəndə birinci növbədə makroiqtisadi göstəricilərin ya pis tərəfini, ya da yaxşı tərəfini müqayisə edərək qiymət vermək lazımdır. İkinci məqam, əfsuslar olsun ki, bu hesabatda əmək məhsuldarlığının necə dəyişdiyi göstərilmir. Mən dəfələrlə demişəm, yenə də bu-rada göstərilməyib. Bu göstərilmədiyinə görə biz sosialist prinsiplərdən çıxış edərək “filan sahəyə vəsaiti artırmaq, filan yerə vəsait vermək lazımdır” deyirik. Əvəzinə nə gəlir? Əgər büdcədən müəyyən qədər vəsait hər hansı bir sahənin inkişafına yönəldilsə, bunun əvəzinə büdcəyə nə gələcək?
Yadınızdadırsa, Maykl Faradey adında bir alim elektroinduksiyanı, “dinamo” maşınını icad edib. Bu gün bütün iqtisadiyyat onun əsasında qurulubdur. Baş nazir ona müraciət edib soruşur ki, nə ilə məşğul olursan? Deyir: “sizin büdcənizin mədaxil mənbələrinin artırılması ilə məşğul oluram”. Elektroinduksiya hara, mədaxil mənbəyi hara? Bu anlam bizdə olmasa, biz bu anlamla yanaşmasaq, büdcə bugünkündən 5 dəfə də artsa, bizə yetərli olmay-acaqdır. Əvəzinə nə gəlir? Əmək məhsuldarlığı. Mənə bəzən deyirlər ki, əmək məhsuldarlığını zavodda, ya da kolxozda ölçmək olar. Əmək məhsuldarlığını hər bir sahədə ölçmək olar. Səhiyyədə də, təhsildə də, kənd təsərrüfatında da, id-manda da. Hər bir sahədə ölçmək olar. Əmək məhsuldarlığı artırsa, maaş da proporsional olaraq artırsa, bu düzgün hərəkətdir. Əgər artmırsa, tələb etmək düzgündür. Ancaq əmək məhsuldarlığı artmırsa, maaşın artırılmasını tələb etmək həmin insanların artmış maaşının qiymətini aşağı salmaq deməkdir. Bunu populist nöqteyi-nəzərdən çıxış edib artırdıq, “ura” dedilər. İnflyasiya artanda, yenə həmin təklifi verən adamlar hökuməti göstərəcəklər ki, inflyasiyanı sən saxlaya bilmədin.
Bəs inflyasiya haradan yaranır? İnflyasiyanı hökumət yaratmır. Fikrimcə, hesabatda bu göstəricilərə çox ciddi yer ayırmaq lazımdır. Hər bir sahədə qoyulmuş pulun əvəzinə nə gəlir? Qoyulmuş pul mədaxil mənbəyinin artmasına gətirib çıxarır, yoxsa yox? Bir tərəfdən biz sosial yönlü bazar iqtisadiyyatı qururuq, digər tərəfdən aztəminatlı ailələrə filan güzəştlər edək? Mən də razıyam, artıq pulumuz varsa, gəlin edək. Amma makroiqtisadi nəticəsinə də gəlin baxaq. Mən hökumətdən xahiş edirəm, hesabatda bəzi sahələrdə əmək məhsuldarlığının maaşlarla, başqa ödənişlərlə, göstəricilərlə bağlantısını da göstərsinlər. Onda bəlkə bizim iştahamız bir az azala. Onda bəlkə hökumətin gördüyü işə biz başqa cür, iqtisadi cəhətdən qiymət verə bildik.
Mən hökumətin gördüyü işi çox yüksək qiymətləndirirəm. Hesabata iqtisadi nöqteyi-nəzərdən yanaşan hər bir kəs, fikrimcə, obyektiv olaraq buna yüksək qiymət verməlidir. Səhvlər də, nöqsanlar da ola bilər. Ancaq makroiqtisadi göstəricilərdən yanaşsaq, qiymət versək, hökumətin bu hesabatına biz çox yüksək qiymət verməliyik. Allah köməkləri olsun, uğurlar, can sağlığı. Sağ olun.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, Baş nazir, Milli Məclis və hökumət üzvləri! Hər bir iqtisadi siyasətin, təbii, uğuru makroiqtisadi göstəricilərdə öz əksini tapır. Bu baxımdan hökumətin 2010-cu il üzrə hesabatındakı makroiqtisadi göstəricilərə fikir versək, respublikada aparılan iqtisadi siyasətin uğurunu və hökumətin fəaliyyətinin səmərəliliyini bir daha təsdiqləmiş olarıq. Mən makroiqtisadi göstəricilər və bunların hökumətin fəaliyyətinin səmərəliliyini təsdiq etməsi üzərində uzun-uzadı dayanmaq istəmirəm. Hörmətli Valeh müəllim bunu çox geniş izah etdi.
Ümumi daxili məhsulun 2010-cu ildə, hesabat dövründə təxminən 41,6 milyard manat təşkil etməsi, başqa sözlə desək, ümumi daxili məhsulun 2009-cu illə müqayisədə 5 faiz, adambaşına düşən ümumi daxili məhsulun isə 3,7 faiz artmasının özü dediklərimizi bir daha təsdiqləyir.
Hökumətin neft və qaz gəlirlərinin idarə edilməsi üzrə uzunmüddətli strategiyanın icrası istiqamətində fəaliyyəti də xüsusi diqqətə layiqdir. Məhz bunun nəticəsində qeyri-neft sektorunda artım təxminən 7,9 faiz olmuşdur. Hökumətin illik investisiya qoyuluşları ilə bağlı, əsasən də əsas kapitala qoyulan investisiya ilə bağlı fəaliyyətini də mən diqqətə çəkmək istəyirəm. Bütün maliyyə mənbələrindən əsas kapi-tala qoyulan investisiya təxminən 10 milyard manata yaxın-dır və bunun da 42,4 faizi sənaye sahələrinin inkişafına yönəldilmişdir. Əsas kapitala qoyulan investisiyanın 24,8 faizi isə xarici investisiyalardır. Bunun da əsas səbəbi respublikadakı siyasi sabitlik, iqtisadi dayanıqlılıqdır ki, bu da xarici investorlar üçün cəlbedici olmaya bilməzdi.
Respublikada aparılan uğurlu iqtisadi siyasətin əsas göstəricilərindən biri də yoxsulluğun səviyyəsinin aşağı salınmasıdır. 2009-cu illə müqayisədə yoxsulluğun səviyyəsi 11 faizdən 9,1 faizə enib. Ümumiyyətlə, son 7 ildə respub-likada yoxsulluğun səviyyəsi 4,4 dəfə aşağı endirilib ki, bu da çox böyük göstəricidir. Əgər nəzərə alsaq ki, Azərbaycan hökuməti həmin uğurları bütün dünyada gedən qlobal iqtisadi böhranın hələ də mövcud olduğu, bu böhranın aparıcı dövlətlərin iqtisadiyyatına sarsıdıcı zərbə vurduğu bir şəraitdə əldə edib, hökumətin fəaliyyətinin səmərəlilik dərəcəsini yüksək qiymətləndirmək lazımdır. Əgər biz bu səbəblərə Azərbaycanın ərazi bütövlüyünün pozulmasını, Azərbaycanın 1 milyondan artıq qaçqınının olmasını, Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən cəmi 19 il keçdiyini də əlavə etsək, onda Azərbaycanda aparılan iqti-sadi siyasətin uğurluluğunu və hökumətin fəaliyyətinin səmərəliliyini təsdiq etmək üçün əlavə sübutlar axtarmağa ehtiyac qalmaz.
Mən düşünürəm ki, hökumətin 2010-cu ildəki fəaliyyətində, bu fəaliyyətin səmərəliliyində, qazandığı uğurlar içərisində ən başlıcası onun pozitiv maliyyə dayanıqlığını, bütövlükdə iqtisadi dayanıqlığı təmin etməsi və qoruyub saxlamasıdır.
Mən çıxışımın sonunda bir neçə sualla hökumətə müraciət etmək istəyirəm. Birinci sualım ondan ibarətdir ki, bir neçə gün bundan əvvəl ölkə Prezidenti respublikada rüşvətxorluq və korrupsiyaya qarşı barışmaz, kəskin mübarizənin aparılması ilə bağlı çox qəti bir siyasi iradəni ortaya qoydu. Mən bilmək istərdim, hökumət cənab Prezidentin bu siyasətinin həyata keçirilməsi istiqamətində hansı tədbirləri görür və gələcəkdə hansı tədbirləri görməyi planlaşdırır?
Mənim ikinci sualım da var. Hazırda ölkə Prezidenti tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində çox böyük işlər görülüb. Regionlarımızda çox böyük keyfiyyət dəyişiklikləri həyata keçirilir, insanların maddi ri-fahı yaxşılaşdırılır, yeni iş yerləri açılır. Ümumiyyətlə, re-gionların siması dəyişir. Amma əfsuslar olsun ki, bu günə qədər hələ heç bir regionun gəlirləri xərclərini ödəmir və heç bir regionun dövlət büdcəsindən asılılığı ləğv olunmayıb. Sözsüz, regionların hamısının inkişafı təmin olunmalıdır. Amma sovet dönəmindən sənaye şəhərləri kimi tanınmış Mingəçevirin, Sumqayıtın, Şirvanın, Gəncənin hazırkı duru-munun davam etdirilməsi, düşünürəm ki, anlaşılan deyil. Mən bilmək istərdim, sovet dönəmindən sənaye şəhərləri kimi tan-ınan, böyük sənaye, ələlxüsus ağır sənaye potensialına malik şəhərlərin iqtisadiyyatının, ümumiyyətlə, bir avtonom iqtisadiyyatın formalaşdırılması onların dövlət büdcəsindən asılılığının ləğv olunması, öz xərclərini ödəməsi, hətta dövlət büdcəsinə gəlirlər verən şəhərlərə çevrilməsi üçün hökumət gələcəkdə hansı tədbirləri görmək fikrindədir?
Nəhayət, sonuncu sualım seçicilərimizi çox narahat edən məsələlərdən biri ilə ─ sovet dönəmindən banklarda qalan əmanətlər məsələsi ilə bağlıdır. Bilirik ki, dünyada neftin qiyməti biz dövlət büdcəsini təsdiq edərkən qəbul etdiyimiz qiymətdən iki dəfə artıq artıbdır. Bu, Azərbaycana təxminən 8 milyard dollar əlavə gəlir gətirməlidir. Belə bir əlverişli maliyyə şəraitində gələcəkdə insanlarımızın bu əmanətlərinin ödənilməsi istiqamətində hökumət hansı tədbirləri görməyi nəzərdə tutur? Mən suallarıma veriləcək cavablara görə qabaqcadan öz təşəkkürümü bildirirəm. Hörmətli həmkarlarımdan xahiş edirəm ki, hökumətin bir illik fəaliyyətini qənaətbəxş qiymətləndirməklə qəbul olunmasına səs verək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Hörmətli Sədr, millət vəkilləri, hökumət nümayəndələri, xanımlar, cənablar! Hamınızı Novruz bayramı münasibəti ilə təbrik edib ən xoş arzularımı bildirirəm. Hökumətin hesabatının, məncə, əsas iqtisadi nəticəsi ondan ibarətdir ki, Azərbaycan hökuməti 2010-cu ildə orta dünya və orta MDB göstəricisindən yüksək iqtisadi artıma nail olmuş və sosial öhdəliyini yerinə yetirmişdir.
İkinci kontekstdən Azərbaycan hökuməti xarici məcmu borclardan üç dəfə artıq valyuta ehtiyatı yarada bilmişdir ki, bu da dünya iqtisadiyyatında gedən kataklizmlər Azərbaycana təsir edərsə, yaxşı təhlükəsizlik yastığıdır. Üçüncü, beynəlxalq təşkilatların gözü ilə bu hesabata baxanda Azərbaycan beynəlxalq təşkilatların qiymətləndirilməsinə görə iqtisadiyyatı sabit olan ölkədən pozitiv ölkə kateqoriyasına keçmişdir və bunu müsbət qiymətləndirmək lazımdır. Amma onu da qeyd etmək lazımdır ki, böhrandan sonrakı problemlər bütün ölkələrin iqtisadiyyatında özünü göstərir, Azərbaycan iqtisadiyyatında da özünü göstərməkdə davam edir. Yəni böhrandan əvvəlki 25 faizlik artımdan 5 faizə enmişdir. Qiymətlərin artımı sürətlənib. Bir sıra, xüsusən də tikinti sektorundakı şirkətlərin vəziyyəti ağır olmaqda davam edir. Azərbaycan hökuməti proqnozlaşdırıb ki, 2011-ci ildə 3,8 faizli artıma nail olacaqdır. 3,8 faizlik artım Azərbaycanda adambaşına ayda 16 manatlıq yeni dəyər yaratmaq deməkdir. Əhalisinin sayı ildə 1 faizdən çox artan və kifayət qədər sosial problemləri olan bir ölkə üçün, hesab edirəm ki, 3,8 faizli artım yox, təxminən 8–10 faizli artım lazımdır. Azərbaycanın buna potensialı var və bu potensialdan istifadə etmək vacibdir. Son ayların təcrübəsindən çıxış edərək demək istəyirəm ki, siyasi qərarlar veriləndə hökumət daha səmərəli işləyir. Ona görə də bir neçə siyasi qərarın verilməsini vacib hesab edirəm.
Birinci siyasi qərar, hesab edirəm ki, 2011–2013-cü illərdə dövlətin, cəmiyyətin və biznesin effektiv kombinasiyasını təmin edən iqtisadiyyatın modernləşdirilməsi proqramının tez, maya qədər qəbul edilməsi, mayda büdcədən vəsait ayrılması və sürətlə həyata keçirilməsidir. Son 7 ildə Azərbaycanın iqtisadiyyatı 3 dəfə, büdcəsi 12 dəfə artıb və Azərbaycan iqtisadiyyatı regionda, doğrudan da, çox böyük bir nəticə əldə edib. Azərbaycanda istehsal olunan ümumi daxili məhsul üst-üstə Ermənistan və Gürcüstanın ümumi daxili məhsulundan 2,5 dəfə çoxdur. Hökumətin nümayəndələri buradadırlar. Elə möhtəşəm nəticə ilə Azərbaycan hökumətinin minimum əmək haqqını yaşayış minimumuna çatdıra bilməməsini heç cür anlamaq mümkün deyil.
İkinci, qeyd etmək istəyirəm ki, biz artıq qonşu ölkələr ilə müqayisə aparmamalıyıq. Biz neft hasil edən ölkələrlə müqayisə olunmalıyıq. Azərbaycanda ümum daxili məhsulun məhdudiyyəti aradan qalxır. Rusiya Qazaxıstana yaxınlaşıb. Rusiyadan adambaşına düşən ümum daxili məhsula görə 45 faiz geri qalırıq. Amma əmək haqqına görə 2,2 dəfə geri qalırıq. Qazaxıstandan adambaşına düşən ümumi daxili məhsula görə 14 faiz, əmək haqqına görə 50 faiz geri qalırıq. Hesab edirəm ki, artıq Azərbaycan hökuməti, burada qeyd olunduğu kimi, məhsuldarlığı və yüksək keyfiyyəti stimullaşdıran əmək haqqı sisteminə keçməlidir.
Azərbaycan əhalisinin 46 faizi kənddə yaşayır. Şəkinin kəndlərinin timsalında qeyd edə bilərəm, konkret faktlar da gətirə bilərəm ki, kəndlərdə həyat şəraiti bir sıra kəndlərin timsalında normal yaşamaq üçün həddən artıq ağırdır. Ona görə də məhsuldarlıq da aşağıdır. Biz adambaşına gündə 1 manatlıq kənd təsərrüfatı məhsulu, 50 qəpiklik qida məhsulu istehsal edirik. Ona görə ki, bütün sərmayəmizin cəmi 0,1 faizin qida istehsalına sərf edirik, xaricdən 1 milyard dollarlıq mal gətiririk. Halbuki bunların hamısını Azərbaycanda istehsal etmək üçün kifayət qədər şərait və potensial var. Ona görə də kəndin canlanması proqramının hazırlanması istiqamətində ikinci bir siyasi qərarın verilməsini vacib hesab edirəm. Kənddə işıq, qaz, su və məktəb tikintisi və sair istiqamətdə xeyli işlərin görülməsinə ehtiyac var ki, bu istiqamətdə Azərbaycan hökuməti indi gördüyü işləri davam etsə, 2 il ərzində güclü nəticələr əldə edə biləcək.
Hesabatın sonunda batmış əmanətlərlə bağlı hissənin verilməsindənsə verilməməsi yaxşıdır. Mədəni surətdə qeyd olunur ki, verməyəcəyik. Hesab edirəm, orada yazılıb ki, qanun olsa, verərik. Bir daha elan edirəm. Mən batmış əmanətlərin qaytarılması barəsində qanun layihəsini hazırlayıb rəsmi surətdə Milli Məclisin Aparatına təhvil vermişəm. Prezidentin 26 oktyabr 2005-ci il tarixli sərəncamı var. Orada hökumətə 3 ay vaxt verilmişdi, 5 ildən artıq vaxt keçib. Xahiş edirəm, həmin qanun layihəsi müzakirə və qəbul edilsin. Mən müəlliflikdən imtina da edə bilərəm. Prezidentin həmin sərəncamı həyata keçirilməyə başlansın.
Növbəti qeyd etmək istədiyim məsələ bundan ibarətdir ki, tez-tez müraciətlər olur. Bu çox vacib məsələdir. Pensiya Fonduna hökumət vəsait ayırmalıdır. 1990-cı illərin ortalarında pensiyaya çıxan adamların pensiyası indi pensiyaya çıxanların pensiyasından azı 2 dəfə aşağıdır. Pensiya Fonduna bir neçə il lazımi qədər kömək etmək lazımdır. On minlərlə insanın gözünü bu qədər yolda qoymaq olmaz. Həmin insanların da pensiyalarının artırılması istiqamətində iş görülməlidir.
Ali təhsili olub işsiz qalmaq, mənə elə gəlir ki, pis bir iş-dir. Onlar xaricə gedib, xarici ölkənin büdcəsini doldur-maqla məşğuldurlar. Ali təhsili olan insanların yüksək maaşlı işlə təmin edilməsi istiqamətində hökumət bizneslə əlbir bir plan qurub həyata keçirməlidir.
Qalan təkliflərimi də yazılı surətdə verərəm. Hökumətin fəaliyyətindən razıyam. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, millət vəkilləri, Baş nazir və hökumət üzvləri! Nazirlər Kabinetinin hesabatı sənəd olaraq, düşünürəm ki, natamam hazırlanıb. Hətta ötən il deputatların qaldırdıqları məsələlərə verilən cavablar bir çox hallarda səhifəni sözlə doldurmaqdan uzağa getməyib. Həm də bu sənəd sosial-iqtisadi işlərin yekunundan çox ideoloji-siyasi xarakter daşıyır. Ona görə də ölkənin sosial-iqtisadi gerçəkliyini əks etdirmir. Mən düşünürdüm ki, bu günün reallığında, xüsusilə də korrupsiyaya qarşı mübarizə siyasi kursu götürüldüyü bir vaxtda hökumət hesabatla yanaşı həm də bu istiqamətdə bir strategiya, proqram, sənəd də təqdim edəcəkdir. Amma çox təəssüf ki, təqdim olunmadı.
Bildiyiniz kimi, cəmiyyətdə kifayət qədər sosial narazılıqlar vardır. Bu etiraf olunmalıdır. Bəzi qüvvələr fürsət düşdüyünə görə ölkədə müəyyən qarışıqlıq, xaos və başqa vəziyyət yaratmağı düşünsələr də, Azərbaycan cəmiyyətinin böyük çoxluğu narazı olsa belə, yuxarıdan, hakimiyyətin özü tərəfindən islahatlar aparılmasını zəruri hesab edir. Təbii, burada hökumət təmsilçiləri bildirəcəklər ki, biz uzun illərdir islahat aparırıq. Burada hörmətli Valeh müəllim də qeyd etdi ki, makroiqtisadi göstəricilərə görə hökumətin fəaliyyətini müsbət qiymətləndirmək olar. Amma bütün dünyada hökumətin fəaliyyəti o vaxt yüksək qiymətləndirilir ki, əhalinin yaşayış səviyyəsi yüksəlsin. Bu gün əhalinin yaşayış səviyyəsinin yüksəlməsindən danışmaq olmaz.
Hesabatda göstərilir ki, Prezident tərəfindən Nazirlər Kabineti qarşısında 17 vəzifə qoyulub. Bunlardan 11–12-si, demək olar ki, lazımi səviyyədə yerinə yetirilməyib. Baxın, bunlara qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığın daha da sürətlə inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyllərinin qarşısının alınması, bizneslə məşğul olanlara bürokratik maneələrin, iş adamlarının fəaliyyətlərinə qanunsuz müdaxilənin qarşısının alınması, Dövlət Neft Fondundan transferlərin azaldılması daxildir. Bunlardan hansı ölkədə baş veribdir?
Mən hesab edirəm ki, burada doğru qeyd olundu ki, minimum əmək haqqının 85 manat, yaşayış minimumunun 87 manat, əmək pensiyasının 112 manat olduğu bir şəraitdə qoca bir pensiyaçının, yaxud bir müəllimin apteklərdə xərclədiyi dərman pullarının məbləği ilə hökumət tanışdırmı? Yaxud bazarda ərzaq məhsullarının qiyməti ilə tanışdırmı? Həmin insanlar qidanı, dərmanı əldə etməkdən sonra hansı vəsaitlə yaşamalıdırlar? Müəllimin, həkimin maaşı aşağı, hətta polisin maaşının belə yetərli olmadığı bir vəziyyətdə burada 38 min adamın yoxsul olduğunu, işsizlər göstərmək nə dərəcədə həqiqətə uyğundur? 9 faiz yoxsulluq nə dərəcədə həqiqətə uyğundur?
Mənə elə gəlir ki, artıq statistik manipulyasiyadan qa-çaraq biz ölkəmizin gələcəyi, insanın rifah halının yüksək olduğu cəmiyyətdə yaşaması üçün potensialımızı ortaya qoymalıyıq. Bu rəqəmlərlə bir-birimizi aldadaraq ölkənin gələcəyi ilə bağlı problemlər ləngitməməliyik, prosesləri xalqın rifahını daha da yüksəldən səviyyədə aparmalıyıq. Siz təsəvvür edin ki, bu günlərdə bütün yük dövlətin çiynindədir. Hesabatda qeyd olunur ki, 9 mindən artıq iş yeri açılıb. İş yerinin sayı lap 5 milyon olsun. Maaşı 100–120 manatdan artıq olmayan iş yeri insanı təmin edə bilərmi? Yeganə yol özəl sektorun inkişafıdır. Hökumət rəqəmlərdə də göstərib. Baxın, əgər ötən il ixracatda özəl sektorun payı 5,3 faizdirsə, artıq 2010-cu ildə 4,7 faizə enibdir. Ötən il rəqəm 86 faiz göstərilirdi, bu il özəl sektor 81,2 faiz göstərilib. Payın azalmasına doğru gedən bir amildir.
İkinci tərəfdən, vergi qurumları vasitəsilə özəl sektorun sıradan çıxarılması artıq cəmiyyətdə hamı tərəfindən bilinir. Yerli sahibkarların vəziyyəti hamıya məlumdur. İcra başçılarının böyük əksəriyyəti parkları, stadionları, istirahət yerlərini sahibkarlardan alınan qanunsuz vəsaitlər hesabına düzəldir. Amma bir çox hallarda dövlət büdcəsindən bu vəsait ayrılır. Ona görə də birinci növbədə bu sektor inkişaf etməlidir ki, dövlətin yükünü öz üzərinə götürsün. Özü biləcək, harada nəyi açmaq lazımdır. Dövlət proqramla regionlarda konserv zavodu tikməklə, yaxud istehsal mərkəzi açmaqla hansısa bir tələbatı doğru müəyyən edə bilməz. Ona görə də burada qeyd olundu ki, biz sosialist baxışından uzaqlaşmalıyıq. Əksinə, biz kapitalist baxışı təklif edirik, yəni ölkədə kapital-izm bərqərar olmasını təklif edirik.
Hesab edirəm ki, hazırda korrupsiyaya qarşı mübarizə gedirsə, mütləq bu strategiya tətbiq olunmalıdır. Biz islahat, parlament müxalifət bloku adından İqtisadi və sosial inkişaf mərkəzi və ölkənin ən tanınmış iqtisadçıları ilə birlikdə hazırladığımız Azərbaycan Respublikasının antikorrupsiya sənədini bu günlərdə ölkə Prezidentinə, hökumətə təqdim edəcəyik. Bu sənədi bəyənib-bəyənməmək onların öz işidir. Amma nədənsə yararlanmaq mümkündürsə, bu sahədə ciddi addımlar atılmalıdır. Korrupsiyaya qarşı mübarizəni bizim mağazalardakı 15–20 faizlik qış endirim kampaniyası kimi aparmaq olmaz. Ayrı-ayrı xırda məmurların sıradan, işdən çıxarılması, kiçik rüşvətlər alan insanların tamamilə işdən azad edilməsi kimi baxmaq olmaz. Cəmiyyəti bu prosesə cəlb edib normal, şəffaf bir cəmiyyət yaradılması üçün çal-ışmalıyıq.
Xüsusilə də inhisarçılıq fəaliyyətinin qarşısı alınmalıdır. Əgər bu gün özəl sektorun inkişafını istəyiriksə, cəmiyyətdə insanların təşəbbüsünü artırmalıyıq. İnanın ki, tək yol inhisarçılığın yavaş-yavaş ortadan qaldırılmasıdır. Mən anladım, strateji məhsullar, elə sahələr var ki, dövlət bunlara nəzarət etməlidir. Bəzən inhisar da olmalıdır. Amma aşağıda insanların təşəbbüskar fəaliyyətini, ixracatı boğmaqla ölkənin gələcəyi üçün böyük təhlükə yaranır.
Azərbaycanda orta təbəqə tamamilə sıradan çıxmış vəziyyətdədir. Ya zənginlər, ya da hədsiz yoxsullar var. Bu da cəmiyyətin tarazlığının, balansının pozulmasına gətirib çıxara bilər. Azərbaycanın gələcəyini düşünən hər bir ağıllı insan başa düşür ki, bu tarazlığın pozulması nə zəngin, nə də yoxsul insanın xeyrinədir. Çünki kinli mühitdən gələn insanlar ölkənin gələcəy üçün daha böyük təhlükə yarada bilərlər.
Bəzən deyilir ki, Yaponiyada atom elektrik stansiyasını qurarkən, heç planlaşdırmayıblar ki, zəlzələ, sunami olacaq. Bir günün içərisində Yaponiya kimi zəngin ölkə fəlakətə uğ-radı. Ona görə də heç nəyi əvvəlcədən proqnozlaşdırmaq olmaz. Amma ölkədə iqtisadi azadlıq verilməlidir. Mən başa düşürəm, müharibə gedən ölkədə siyasi azadlığın müəyyən dərəcədə məhdudlaşdırılması bəlkə məqbul sayıla bilər. Amma artıq iqtisadi azadlıq verilməlidir. Prezidentin son çıxışı buna artıq rəvac verdi. Hökumətin bu istiqamətdə hansı ad-dımları atacağı olduqca önəmlidir. Mən hesab edirəm ki, bu məsələdə artıq gecikmək olmaz.
Digər tərəfdən, bir vacib məsələyə toxunmaq istəyirəm. Kənd təsərrüfatı, bildiyiniz kimi, ən riskli sahələrdən biri sayılır. Ötən il sahələri su basdı. Vətəndaşların çox sayda əmlakı və mal-qarası, evi dağıldı. Sonra məlum oldu ki, bunların çoxu sığortalamayıbdır. Artıq vətəndaş özü də məsuliyyət hiss etməlidir ki, sığorta orqanlarına etimadı artırmaq lazımdır. Vətəndaş əmlakını sığortalamalıdır ki, sabah sel basanda yük təkcə dövlətin üzərinə düşməsin. Eyni zamanda, dövlət də vətəndaşa aydınlaşdırmalıdır ki, bu məsələlər ortaya çıx-anda məsuliyyət məsələsini birgə qarşılamağı bacarsınlar.
Mən hesab edirəm ki, ölkədə ən ciddi problemlərdən biri yerli özünüidarə hakimiyyəti məsələsidir. Artıq yerlərdə idarəetmə mütləq yavaş-yavaş bələdiyyələrə verilməlidir. Bələdiyyələri formal qurum vəziyyətindən çıxarmaq lazımdır. Zibil, kanalizasiya işini, adi elementar yerli işləri mərkəzləşdirilmiş qaydada görəndə bu problemlər vətəndaşın istədiyi şəkildə həll olunmur. Ona görə də bələdiyyələrin hüququ genişləndirilməli, yerli icra orqanları ilə ikili hakimiyyət anlayışı ortadan qalxmalı, təsərrüfat fəaliyyəti birbaşa bələdiyyələrə verilməlidir. Bunun bir nümunəsini demək istəyirəm.
Seçildiyim Bakıxanov qəsəbəsində hər dəfə yay gələndə adamlar vedrə əllərində su axtarırlar. Artıq dəfələrlə məsələ qaldırılıb, müəyyən işlər görülüb. Ölkədə bütün sahələrdə neft gəlirlərindən faydalanaraq yaxşı işlər də görülür. İndi nə yeyinti olur, hər kəsin öz vicdanına qalıb. Müəyyən işlərin görüldüyünü etiraf edirik. Amma XXI əsrin ilk başlarında bu cür zəngin bir ölkədə niyə Bakıxanov qəsəbəsində may ay-ından başlayaraq sentyabr ayına qədər hamı vedrə əlində su axtarır? 9-cu mərtəbədə yaşayan qoca qarılar, yaşlı insanlar bu əziyyəti çəkirlər. Bu gün Prezidentin elan etdiyi yeni si-yasi kursa uyğun olaraq Nazirlər Kabinet istefa verməlidir. Yeni Azərbaycan Partiyasının gənc kadrlarından... Hakimiyyət Yeni Azərbaycan Partiyasına mənsubdur, gənc kadr-ların...
Sədrlik edən. Fazil Mustafa, o qədər populist çıxışlar edirsiniz ki, axırda dayana bilmirsiniz. Etibar Hüseynov.
E.Hüseynov. Hörmətli cənab Sədr, deputatlar, qonaqlar! İlk növbədə mən salonda əyləşən Yeni Azərbaycan Partiyasının üzvlərini və ölkənin millətçi və dövlətçi qanadını təbrik etmək istəyirəm. Ancaq mənim təbrikim Novruz bayramı ilə əlaqədar deyil. 11 mart böyük xalq günü münasibəti ilə xalqımızı və Yeni Azərbaycan Partiyasının üzvlərini təbrik etmək istəyirəm. Martın 11-də, həqiqətən, xalq öz iradəsini nümayiş etdirdi. Kimin yanında olduğunu, kimi dəstəklədiyini açıq-aşkar göstərdi. Aylar uzunu bəzi insanlar deyirdilər ki, biz meydana 30, 40, 50 min adam çıxaracağıq. Açıq-aşkar məlum oldu ki, onların ətrafında 30–40 nəfərdən başqa heç kəs yoxdur. Onlar da artıq 20 il gözlərimizi yara edən insanlardır. Dərc olunan siyahılarda da gördünüz ki, bir dənə də yeni sifət, ad yoxdur. 20 il qabaq meydana düşən insanlardır ki, yenə nə istədiklərini bilmirlər. Mən elə bilirəm ki, istər Yeni Azərbaycan Partiyası, istər müxtəlif televiziya və qəzetlər olsun, nə qədər çalışsaydılar belə mənzərəni açıq-aydın ortaya qoya bilməyəcəkdilər, bunu bizim müxalifətimiz özü etdi.
Hörmətli Sədr, bayaq Siz çox gözəl qeyd etdiniz. Bu günün şüarı da “heç bir rəngli inqilablar, rəngli insanlar bu gün dövlətə heç bir təhlükə törədə bilməzlər” ola bilər. Lakin hamı kimi mən də belə bir məsələ ilə razıyam ki, bu gün ölkədə kifayət qədər problemlər var. Çox yaxşı ki, bu gün ən yüksək səviyyədə həmin problemlər etiraf olunur, söylənilir və ortaya siyasi iradə qoyularaq bunlara qarşı mübarizə apa-rılır. Mən hesab edirəm ki, bu nöqsanları, çatışmazlıqları biz özümüz cəsarətlə deməli və bunların həllinə nail olmalıyıq. İmkan vermək olmaz ki, bunu kənar insanlar, kənar qüvvələr qərəzli şəkildə desinlər.
Bir neçə məsələyə toxunmaq istəyirəm. Bunlardan birin-cisi əhalinin qazla təchizatı məsələsidir. Oqtay müəllim, bildiyiniz kimi, bu gün ən ucqar kəndlərdə, qaçqın şəhərciklərində belə qaz təminatı yüksək səviyyədə həyata keçirilib-dir. Ancaq təəssüflər olsun ki, Bakının mərkəzində minlərlə, bəlkə də 10 minlərlə insan qışın soyuğunda qazsızdır. Mən, təbii ki, yeni tikilən tikililəri nəzərdə tuturam. İnsanlar böyük xərc, kredit, borc hesabına mənzillər alırlar, köçürlər oraya, lakin aylarla, illərlə onlara qaz verilmir. Bəhanə edirlər ki, Bakı şəhər İcra Hakimiyyəti guya təhvil-təslim aktını vermir. Çox qəribədir, necə olur ki, binaya işıq verilir, su verilir, lift açılır, ancaq qaz verilmir? Bu yaxınlarda komitənin iclasında mən Rövnəq müəllimə bu sualla bağlı müraciət et-dim, ancaq Rövnəq müəllim çox haqlı olaraq bildirdi ki, bəli, təhvil-təslim olmadan qazın verilməsi binalar üçün həqiqətən də böyük təhlükə yaradır. Ancaq mən elə bilirəm ki, qaz da digər kommunal xidmətlərdən, su və işıq, liftdən ayrılmamalıdır ki, insanlar evlərinə köçsünlər. İnsanlar evlərinə köçürlər, lakin, bayaq dediyim kimi, aylarla, illərlə qaz üzünə həsrət qalırlar.
Digər məsələ bu hesabatın 483-cü səhifəsində də qeyd ol-unub. Şəkərli diabet xəstələri ilə bağlı bir məsələyə toxunmaq istəyirəm. Vaxtilə hörmətli deputatlarımız məsələ qaldırıblar. Çox ünvansız bir arayış verilibdir. Aydın məsələdir ki, diabet xəstələri ölümə məhkum olunmuş insanlardırlar. Bu insanlar gündən-günə şam kimi əriyirlər, dünyalarını dəyişirlər. Elə bilirəm ki, onların ayda, həftədə bir dəfə insulinlə təmin olunmasına bizim dövlətin gücü, qüdrəti çatır. Amma təəssüflər olsun ki, xüsusilə əyalətlərdə, rayonlarda bu məsələdə çox böyük pozuntulara yol verilir. Bu xəstələr an-caq Allahın ümidinə buraxılıblar və insulinin üzünə həsrət qalırlar. Mən çox istərdim ki, bu məsələ ilə bağlı müəyyən tədbirlər görülsün.
Sonda hörmətli Misir müəllimin bizim iclasda olmasından istifadə edərək mən bir məsələyə toxunmaq istəyirəm. Misir müəllim, bir dəfə mən mətbuatda da çıxış edib Sizə müraciət etmişdim. Bir sıra şadlıq saraylarında 8-10 yaşlı körpə uşaqlar, qızlar gecə saat 12-yə qədər sərxoş kişilərin qabağında mələk paltarında çıxış edirlər. Həmin uşaqların üzünə baxanda hiss olunur, az qala ağlayalar ki, bu cəhənnəm nə vaxt bitəcək, onlar çıxıb evlərinə getsinlər? Neçə ay ərzində bununla bağlı bircə dəfə də olsun hər hansısa bir reyd keçirilməyib. Niyə bu uşaqların valideynlərindən, müəllimlərindən soruşulmur ki, sənin uşağın saat 11–12-də sərxoş kişilərin arasında neyləyir? Nə üçün bu barədə bir tədbir görülmür? Digər nazirliklərlə bağlı da müəyyən faktları söyləmək istəyirəm. Lakin tablodakı sıxlığı nəzərə alaraq, deputat həmkarlarıma hörmət əlaməti olaraq çıxışımı dayandırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyafət müəllim iki kəlmə söz desin.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli Baş nazir, hökumət üzvləri! Sizin vaxtınızı almalı olsam da, ürəyimdən keçən bəzi fikirlərimi sizinlə bölüşməliyəm. Ba-yaqdan çox diqqətlə, təmkinlə hörmətli həmkarlarımın fikirlərinə, təkliflərinə qulaq asıram. Əvvəla, məndə belə bir təsəvvür yarandı ki, biz, deyəsən, hökumətin hesabatını yox, dövlət büdcəsini müzakirə edirik. Halbuki belə deyil. Biz dövlət büdcəsini müzakirə etmirik, hökumətin hesabatını müzakirə edirik.
Digər tərəfdən, hörmətli Baş nazir hesabatı çox yüksək səviyyədə, yəni elmi dildə desək, ali riyaziyyat səviyyəsində təqdim etdi. Amma məlum oldu ki, bəzi deputatlarımız bu işi heç elementar riyaziyyat səviyyəsində də başa düşmürlər, sadəcə, publisistik bir iqtisadiyyat anlayışı var, amma elmi iqtisadiyyatdan əsər-əlamət yoxdur. Mən bunu nə üçün deyirəm? Çıxışların əksəriyyətində deyilir ki, elmə pul ay-rılsın. Əla, mən də elm sahəsində işləyirəm. Təhsilə pul ay-rılsın. Hamımız təhsildən gəlmişik.
Azərbaycan beynəlxalq böhrandan üzü ağ çıxsın, əla çıxsın. Bunu kim istəməz? Azərbaycanın dövlət büdcəsinin bir hissəsi Ermənistanın dövlət büdcəsindən yuxarı olmalıdır, belə də var. Əla, bunu da alqışladıq. Eyni zamanda, Azərbaycan müharibə aparıb, öz torpaqlarını azad etməlidir. Azərbaycan bütün təbəqələrdən olan insanlara yüksək maaş verməlidir. Bu hansı ölkədədir, deyin görək mənə? Müharibə aparan hansı bir dövlət yağ-bal içində üzür? Biz nədənsə kəsməliyik, hörmətli həmkarlarım. Mən demirəm ki, az əmək haqqı alan insanların maaşını qaldırmayaq. Amma gəlin nəzərə alaq ki, bizim qarşımızda böyük bir problemimiz var.
Biz hər şeyi dövlətdən tələb edirik. Amma bu gün hökumətə sual verən olmadı ki, ay hökumət, necə oldu siz bu böhrandan çıxdınız? Böhran İspaniyanı, Yunanıstanı, Amerikanı, İtaliyanı vurdu, amma şükür Allaha bizdən yan keçdi. Niyə soruşmursunuz ki, hökumət nə siyasət yeridib buna nail oldu? Bəli, hökuməti alqışlamaq lazımdır. Niyə soruşmursunuz: ay hökumət, necə nail ola bilmisən ki, sənin təkcə hərbi büdcən Ermənistanın bütün dövlət büdcəsindən çoxdur? Belə də olmalıdır, çünki bizim qarşımızda hələ problem durur, biz məsələni sülh yolu ilə həll edə bilməsək, müharibə ilə etməliyik. Yaxşı, sabah deyək ki, müharibə ba-şladı. Bilirsiniz adi bir güllənin qiyməti neçədir? Sabah camaata deyək ki, camaat, maaşlarınızı, pensiyanızı aşağı salırıq, biz müharibə edirik? Buna camaat nə reaksiya verəcək? Yunanıstanda, İtaliyada, İspaniyada pensiya həddini qaldırdılar. Bizdən ağılsızdırlar? Çünki bilirlər ki, 5-10 ildən sonra artıq dünya o dünya olmayacaq.
Neft, bəli, bizim xoşbəxtliyimizdir. Bəlkə də bədbəxtliyimizdir? Azərbaycanın nefti var, buna göz dikənlər də çoxdur. Azərbaycanın neftindən transferlərdən utanmaq lazım deyil və şəxsən mənim, Ziyafət Əsgərovun fikrinə görə yaxın 20–25 il ərzində biz bu transferdən geninə-boluna istifadə etməliyik. Bizim neftimiz var, niyə istifadə etmirik? Digər sahələri inkişaf etdirməliyik. Bundan qaçmaq lazım deyil. Allah verib, bundan istifadə etmək lazımdır. Deyirsiniz ki, səhiyyə, təhsil sahəsində maaşları kütləvi surətdə, həddindən artıq qaldıraq? Bilirsiniz, hər bir ailə təhsillə, səhiyyə ilə bağlıdır. Ən azından hər bir ailədən məktəbdə uşaq oxuyur, hamının da xəstəsi ola bilər. Onu müalicə edən də, ona dərs deyən də yüksək səviyyədə təmin olunmalıdır. Amma gəlin nəzərə alaq ki, Türkiyə 88 ildir cümhuriyyət qurub, hələ özəlləşdirmə başa çatmayıb.
Fazil bəy deyir ki, evlərə vedrə ilə su daşıyırlar. Türkiyədə səhənglə daşıyırlar, Fazil bəy. Türkiyə Osmanlının varisidir. Bəli, müstəqilliyimizi hüquqi cəhətdən 1991-ci ildə qurmuşuq. Faktiki olaraq ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra qurmuşuq. Amma real olaraq 1993-cü ildən 2000-ci ilə qədər Heydər Əliyev Azərbaycan dövlətini qurdu. Nə qədər təxribatlar, terrorlar oldu və ilaxır və sairə. Ulu öndərimiz Heydər Əliyev 2000-ci ilə qədər bu dövlətin əsaslarını qoydu və dedi ki, buyurun, təhvil verdim sizə, inkişaf etdirin.
Bizim iqtisadi müstəqilliyimizin, elmi şəkildə desək, cəmi 10 yaşı var. Siz bu 10 yaşlı dövlətdən nə istəyirsiniz? Həm yeyək-içək, üzr istəyirəm, həm müharibə aparaq, həm Qarabağı azad edək, həm də burada populist fikirlərlə çıxış edək? Belə şey olmur, mənim əzizim.
Yadınıza salmaq istəyirəm, hörmətli tarixçilər bunu yaxşı bilirlər. 1991-ci ildə ata Buş İraqla müharibə aparanda vergilər qaldırıldı. İkinci Buş gələndə yenə vergilər qaldırıldı. Obama gələndə söz verdi ki, vergiləri endirəcək. Endirə bilmədi. Hara endirsin? Bu gün Amerika Birləşmiş Ştatlarının trilyonlarla borcu var. Vergiləri azaltsa, borc lap qalxar. Bu elmdir. Durub belə populist danışmağa nə var? Bir tərəfdən buraxırsan, digər tərəfdən tamam başqa fəsadlar verir. Ona görə də hesab edirəm ki, bu gün Azərbaycanda gedən büdcə siyasəti də, iqtisadi siyasət də balanslaşmış şəkildə aparılmalıdır. İqtisad siyasət bu cür də aparılır. Mən də buna tərəfdaram ki, ələbaxımlıqdan qurtarmaq lazımdır. Mən də tamamilə razıyam.
Burada Milli Elmlər Akademiyası haqqında söylənilənlərlə mən də razıyam. Azərbaycan dilinin izahlı lüğətini buraxmaq üçün bir institut saxlamağa nə ehtiyac var, Nizami müəllim? Ədəbiyyat İnstitutu ilə Dilçilik İnstitutunu birləşdirin, bunu hazırlayın. Nə problem var? Mən humanitar fənlərdən danışıram. Mən texniki fənlərə qarışa bilmərəm, çünki humanitar fənlərdən az-çox başım çıxır. Bu məsələni yaxşı bilirəm. Bəli, mən tamamilə razıyam, burada birləşmə getməlidir, ixtisar olmalıdır. Deyirsiniz ki, Azərbaycanda 900 mindən çox elmi işçi var. Bəli, onlar bizim fəxrimizdir. Problem ondadır ki, bu işdə müqavilə şərtləri əsasında işləmirlər. Bəli, bizim burada təqsirimiz var. Şəxs müqavilə əsasında işləməyəndə Pensiya Fonduna sığorta pulu keçirmir. Sabah yaşlananda pensiya məsələsi var. Tutacaq dövlətin boğazından ki, mən işləmişəm, mənə niyə pensiya vermirsən? Ona başa sala bilməyəcəyik ki, ay bala, sən vaxtında gərək Pensiya Fonduna vəsait ödəyəydin, ödəmədin. Belə məsələləri danışanda nəzərə al-maq lazımdır ki, Azərbaycan hansı regionda yerləşir? Azərbaycan cəmi neçə ildir ayaq üstədir, özünü çox cəsarətlə aparır. Belə şeyləri fikirləşmək lazımdır. Azərbaycanda bu günə qədər çox gözəl ictimai-siyasi sabitlik qorunub saxlanılıb. Bu nəyin hesabına qorunub saxlanılıb? Bu, siyasətin hesabına qorunub saxlanılıb. Bunun qədrini bilmək lazımdır.
Vaxtınızı çox almaq istəmirəm. Bir məsələni də deyib fikrimi yekunlaşdırmaq istəyirəm. Burada Fazil bəy də qeyd etdi. Yaponiya kimi inkişaf etmiş ölkədə belə bir hadisə baş verdi. Bundan heç kim, təbii, sığortalanmayıb. Belə hallar Azərbaycanda da ola bilər, Allah eləməsin. Digər qonşu ölkələrdə də ola bilər. Azərbaycanın belə hallar üçün kifayət qədər ehtiyat fondu olmalıdır. Bu gün Yaponiyaya milyardlarla dollar ziyan dəydi. Milyardlarla, milyonlarla yox. Təsəvvür edirsiniz? Yaponiya inkişaf etmiş dövlətdir, bəlkə də vəsait tapıb vəziyyəti düzəldəcəkdir. Azərbaycanın elə fondu olmalıdır ki, fövqəladə hal baş verəndə bunun qabağını ala bilsin. Büdcədə və ya ehtiyat fondumuzda, nəyimiz varsa, gəlin yeyək, içək, verək maaşa, sabah Allah kərimdir? Belə dövlət qurmaq olmur, mənim əzizim. Belə dövlət qurmurlar. Əgər mənə qalsa, eybi yox, mən istəyərəm ki, maaşımı azalts-ınlar. Baxmayaraq ki, mənim həmin maaşa böyük ehtiyacım var. Qoy azaltsınlar mənim maaşımı. Mənə maaş lazım deyil, amma mənə dövlətin müstəqilliyi lazımdır. Qoy mən yaxşı yaşamayım. Bir az da istədiyimi yeməyim, geyməyim. Amma müstəqillik mənim üçün əzizdir. Bu, Heydər Əliyevin əmanətidir. Xahiş edirəm, bunları nəzərə alın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyafət müəllim bəzi populist fikirlərə görə çox əsəbiləşdi. Biz bunlara qarşı səbirli olmalıyıq. Bu illər ərzində bir az öyrənmişik.
Builki hesabatla bağlı millət vəkillərindən 30 nəfər fikrini bildirdi. Hesabat, həqiqətən, yüksək səviyyədə hazırlanıb. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Ziyafət müəllimin dediyi kimi, bu, elmdir. Elm haqqında danışanda gərək tutarlı danışasan, populist çıxış etməyəsən. Mən xahiş edirəm, bu hesabata münasibət bildirək.
Səsvermənin nəticələr (saat 18.12 dəq.)
Lehinə 107
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 110
Nəticə: Qəbul edildi
Hesabat qəbul edildi, sağ olun. Hökuməti təbrik edirik! Sağ olun.