27.05.2011 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
II SESSİYASI İCLASININ
PROTOKOLU № 16
Milli Məclisin iclas salonu.
27 may 2011-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 104
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə na-zirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Seyfəddin Talıbov, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fon-dunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
1. Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.09 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
2. “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Rəbiyyət Aslanova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.17 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Vahid Əhmədov, Ziyad Səmədzadə, Samir Şərifov, Heydər Əsədov, Elton Məmmədov, Aqiyə Naxçıvanlı, Fərəc Quliyev, Bahar Muradova, Gülçöhrə Məmmədova, Tahir Rzayev, Elmira Axundova, Jalə Əliyeva, Aydın Mirzəzadə, Flora Qasımova, Fəzail Ağamalı, Əhliman Əmiraslanov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.22 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
4. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.23 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
5. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Səlim Müslümov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.27 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
27 may 2011-c il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, hörmətli jurnalistlər! Hörmətli deputatlar, hörmətli hökumət üzvləri, sabah gözəl bayramlarımızdan birini – Respublika Gününü qeyd edəcəyik. Bu münasibətlə mən sizin hamınızı, eləcə də bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. (Alqışlar.) İnanıram ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dövlət müstəqilliyini ildən-ilə möhkəmləndirəcək və Azərbaycan xalqının rifahı daha da yüksələcəkdir.
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 104
Yetərsay 83
Yetərsay var, iclasa başlaya bilərik. Hörmətli millət vəkilləri, gündəliyə keçməzdən əvvəl bir xahişim olacaq. Bildiyiniz kimi, bütün millət vəkilləri bu gün cənab Prezident tərəfindən Respublika Gününə həsr olunmuş rəsmi qəbula dəvətlidirlər. Ona görə xahiş edirəm, çıxışlarımızı konkret eləyək və tənəffüssüz işləyək.
Gündəlikdə 10 məsələ var, elə edək ki, bunları müzakirə edib qurtara bilək. Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.09 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Bugünkü gündəlikdə çox vacib məsələlər var, ona görə hesab edirəm ki, müzakirəyə ehtiyac yoxdur. Çıxışlarımız zamanı fikirlərimizi söyləyə bilərik.
Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” Sazişin təsdiq edilməsi barəsindədir. Buyursun Rəbiyyət Aslanova.
R.Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi sta-tusu haqqında” Saziş təsdiq edilmək üçün Milli Məclisə təqdim olunmuşdur. 8 maddədən ibarət olan saziş Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-tac arasında olan münasibətləri gücləndirmək, Azərbaycanda fəaliyyət göstərən Ka-tolik kilsəsinin hüquqi statusunu ümumi anlaşma yolu ilə tənzimləmək məqsədi daşıyır. Müxtəlif dini konfessiyaların Azərbaycanda dini dözümlülük, tolerantlıq şəraitində fəaliyyət göstərməsi, bütün dini konfessiyalara eyni şəraitin yaradılması, dinlərin qanun qarşısında bərabərliyi, dini etiqad azadlığının təmin olunması üçün bütün imkanların gerçəkləşməsi din-dövlət münasibətlərinin ali prinsipləridir.
Konstitusiyamızda təsbit olunmuş bu prinsiplərin gerçəkləşməsi beynəlxalq etirafa səbəb olmuş hadisədir. Mədəni müxtəlifliyin vəhdətə çevrilməsi Azərbaycanı tolerantlıq məkanına çevirib. Bu gün Azərbaycanda İslam dininə mənsub olan obyektlərlə yanaşı, çoxlu sayda pravoslav məbədləri, sinaqoqlar və digər təriqətlərə məxsus ibadət yerləri mövcuddur.
Hüquqi statusa malik konfessiyalar arasına Katolik kilsəsi də əlavə edilir. Saziş təsdiq edildikdən sonra ölkəmizdəki Katolik kilsəsi Katolik kilsəsinin qanunlarına uyğun olaraq özünü təşkil etmək, Azərbaycan Respublikasının qanunvericiliyini və bu sazişin müddəalarını nəzərə alaraq öz missiyasını yerinə yetirmək hüququ qazanacaqdır.
Katolik kilsəsi müasir dövrdə dünyada mövcud olan kon-fessiyalar içərisində dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən tanınan yeganə dini qurumdur. Katolik kilsəsinin beynəlxalq statusu, beynəlxalq hüquqi şəxs olması beynəlxalq diplomatik hüquqi normalara əsaslanır. Dünyada heç bir digər dini konfessiya bu statusa malik deyil. Bu heç də digər dinlərin mövqeyinin zəifliyindən deyil, dinlərin fəlsəfi ehkamı tələblərindən irəli gəlir. Belə ki, pravoslav kilsəsi müstəqil avtokefal kilsələrin birliyinə əsaslanır. İslam dini isə vasitəçilik prinsipini qəbul etmədiyindən dini institusional elementi formalaşdırmamışdır.
Müasir dövrdə ən qədim suveren vahid olan Müqəddəs Taxt-tacın hüquqi statusu 1929-cu il fevralın 11-də Lüteron sazişi ilə təsdiqlənib. Saziş Mussolini ilə XII Piy arasında imzalanıb. Katolik kilsəsinin ən yüksək iyerarxik pilləsi olan Taxt-tac dünyanın 174 ölkəsi, 15 nüfuzlu beynəlxalq təşkilatı ilə diplomatik əlaqələr qurmuş papa səfirləri, nunsilərlə təmsil olunmuşdur. 1964-cü ildən Birləşmiş Millətlər Təşkilatında təmsil olunan Taxt-tac teokratik monarxiyanı idarə edən bir qurumdur. Taxt-taca konklav tərəfindən ömürlük seçilən papa rəhbərlik edir. Bu gün sıralamaya görə 265-ci Roma Papası XVI Benediktdir.
Mən Azərbaycanda fəaliyyət göstərən Katolik kilsəsi ilə əlaqədar kiçik bir arayış vermək istərdim. Roma Katolik kilsəsinin Azərbaycanda tarixi XIV əsrdən başlanır. XIV əsrdən başlayaraq dominikan, karmelit, avqustin ordenlərinin missionerlərinin Azərbaycana səfərləri başlamışdır. Bakıda, Naxçıvanda, Gəncədə katolik missionerləri fəaliyyət göstərmişlər. Azərbaycan Rusiyaya birləşdikdən sonra müxtəlif təriqətlərə mənsub xristianların, xüsusilə XIX əsrdə neft yataqlarının kəşfindən sonra Avropadan mühəndislərin Azərbaycana axını güclənmişdir. Polşa, Litva və Almaniyadan çoxlu sayda katoliklərin Azərbaycana axını da məhz həmin dövrə təsadüf edir.
XIX əsrin 60-cı illərindən Bakıda katolik icması fəaliyyət göstərirdi və 1894-cü ildə Müqəddəs Məryəm kilsəsi tikilmişdir. 1909-cu ildə Bakıda Katolik kilsəsinin tikintisinə ba-şlanılmış və 1912-ci ildə tamamlanmışdır. Həmin dövrdə Bakıda 2550 nəfər katolik var idi. Sovet hakimiyyəti illərində digər dini konfessiyaların nümayəndələri kimi, kato-lik kilsələrinin nümayəndələri də repressiyalara məruz qalmışlar. 1931-ci ildə həm Bibiheybət məscidi, həm qızılı Rus Pravoslav kilsəsi, həm də Katolik kilsəsi dağıdılmışdır.
Müstəqillik əldə etdikdən sonra Bakıda katolik icmasının fəaliyyəti bərpa olundu. Belə ki, 1997-ci ildə ilk dəfə Bakıya katolik din xadimi səfər etdi. 2000-ci ilin noyabrında Müqəddəs Taxt-tac Azərbaycanda öz missiyasını təsis etdi, Azərbaycan və Vatikan arasında diplomatik münasibətlər quruldu.
Müqəddəs Taxt-tac istər Qərb, istərsə də Şərq ölkələri ilə diplomatik münasibətlərin qurulmasında çox maraqlıdır. Va-tikan nümayəndələri ikili əməkdaşlığı çox yüksək qiymətləndirir və hazırda Azərbaycanın Vatikana akkreditə edilmiş səfiri fəaliyyət göstərir. Kardinal Canfranko Ravazi Azərbaycanın mədəni dialoqdakı müstəsna rolunu xatırladaraq söyləyib ki, Azərbaycan dözümlülük və tolerantlıq nümunəsidir və Azərbaycanda bütün dini konfessiyalar istiqamətindən asılı olmayaraq normal fəaliyyət göstərə bilirlər. Kardinal Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidentinə Azərbaycanın və təkcə Azərbaycanın olmayan mədəni irsinin qorunmasına dəstəyinə görə ən xoş arzularını bildirib.
2002-ci ildə ulu öndərimiz Heydər Əliyevin Vatikana səfəri və Roma Papası İoann II Pavelin Bakıya səfəri dövlətlərarası münasibətlərin inkişafına xüsusi zəmin yaratdı. Həmin dövrdə möhtərəm Prezidentimiz cənab Heydər Əliyev Azərbaycanda Müqəddəs Məryəm kilsəsinin tikilməsi ilə əlaqədar qərar qəbul etdi və 2008-ci il mart ayının 6-da həmin kilsənin açılışı baş tutdu. Azərbaycana səfər edən Taxt-tacın dövlət katibi kardinal Bertrone bu açılışı çox yüksək qiymətləndirdi. Bu gün 2008-ci ildə açılmış həmin kilsə öz hüquqi statusunu qazanıb və sözsüz ki, Azərbaycan qanunvericiliyi əsasında fəaliyyət göstərir. Bu bir daha onu göstərir ki, Azərbaycanda dini dözümlülük, tolerantlıq təkcə bu günün nümunəsi deyil. Əsrlər boyu Azərbaycan insanının şüurunda, Azərbaycan insanının qəlbində bütün dinlərlə dözümlülük, dostluq şəraitində birgə yaşamaq prinsip hökm sürmüşdür. Bu, Azərbaycan xalqının mahiyyəti, mənəviyyat göstəricisidir. Bu baxımdan inanıram ki, bu gün millət vəkilləri bu sazişin təsdiq olunmasına səs verəcəklər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu, cənab Prezident tərəfindən təqdim olunmuş sazişdir. Bu sa-zişin üzərində uzun müddət iş gedib, ona görə elə hesab edirəm ki, burada fikir mübadiləsi aparmağa ehtiyac yoxdur. Əgər etiraz yoxdursa, səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.17 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
İkinci məsələ Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsidir. Hörmətli millət vəkilləri, “Büdcə sistemi haqqında” Qanuna uy-ğun olaraq 2010-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirə edilmişdir. Bu barədə məlumat vermək üçün komitə sədri Ziyad Səmədzadəyə söz verilir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vahid Əhmədova mikrofon verin.
V.Əhmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz ikinci və üçüncü məsələləri komitədə geniş müzakirə eləmişik. Bunlar faktiki olaraq bir-biri ilə əlaqədar məsələlərdir. Mən xahiş edərdim ki, iki məsələni birləşdirək, bir yerdə müzakirə edək. Çıxışları da 5 dəqiqə eləyək. Təklifim bundan ibarətdir, sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər etiraz yoxdursa, belə də edək. Onda, Ziyad müəllim, xahiş edirik, iki məsələni birləşdirin, amma səsvermə ayrı olacaq. Çıxışlara 5 dəqiqə vaxt verilir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deyəsən, büdcə ilə bağlı ürəyində o qədər söz var ki, 10 dəqiqə danışmaq istəyirsən. 5 dəqiqə. Ziyad müəllim, buyurun, hər iki məsələ barədə danışın, ondan sonra biz müzakirələrə keçərik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elmira xanım, kim 10 dəqiqə danışır, danışsın. Eybi yox, iki məsələdir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hamınızı İqtisadi siyasət komitəsi adından Respublika Günü münasibətilə təbrik edir, hamınıza möhkəm can sağlığı, Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə gördüyünüz işlərdə uğurlar arzulayıram. Əlamətdar hadisədir ki, müstəqil Azərbaycanın daha da çiçəklənməsinə xidmət edən dövlətin ali maliyyə sənədi olan 2010-cu ilin büdcəsinin icrası və 2011-ci ilin büdcəsinə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi bu bayram günlərinə təsadüf edir.
Məlumat üçün bildirim ki, “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Qanun qəbul edildikdən sonra büdcənin icrası ilə bağlı cənab Prezident tərəfindən imzalanan xüsusi fərmanda 2010-cu ilin dövlət büdcəsinin icrasını təmin edən konkret tədbirlər, eləcə də icra strukturlarının vəzifələri müəyyən edilmişdir. Bir müddətdən sonra Nazirlər Kabineti müvafiq strukturlara tapşırıqlarını vermiş, ayrı-ayrılıqda bu fərmandan irəli gələn vəzifələri müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi büdcə parametrlərini büdcədən maliyyələşdirilən təşkilatlara vaxtında çatdırmış və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirmişdir. İl ərzində ölkə rəhbəri cənab İlham Əliyevin keçirdiyi tədbirlərdə dövlət büdcəsinin icrası ilə əlaqədar olaraq hökumət strukturlarının məlumatları dinlənilmiş, onlara müvafiq tapşırıqlar verilmişdir.
Büdcənin formalaşmasının iqtisadi əsaslarını müəyyən edən əsas amillər ölkədə iqtisadi inkişafı təmin edir. Sizə yaxşı məlumdur ki, bu istiqamətdə əldə edilən uğurlarımız büdcənin formalaşması üçün kifayət qədər əsas yaratmışdır. Vaxtınızı almamaq üçün çoxlu rəqəmi sadalamaq istəmirəm, çünki hörmətli Samir müəllim bu barədə kifayət qədər məlumat verəcək.
Ölkədə ümumi daxili məhsulun artımı təmin edilmişdir. Qeyri-neft sektorunun üstün inkişafı istiqamətində müəyyənləşdirilmiş strategiya uğurla həyata keçirilir. Sahibkarlığın inkişafı, transmilli layihələrin uğurla reallaşması, Azərbaycanın beynəlxalq əməkdaşlığının genişlənməsi və Mərkəzi Bankın tədiyyə balansının göstərişlərinin yaxşılaşması istiqamətində həyata keçirilən tədbirlər, sözün əsl mənasında, Azərbaycanın davamlı, keyfiyyətli inkişafını təmin etmişdir.
Bütün bunların nəticəsidir ki, büdcə gəlirlərinin formalaşmasında heç bir problem yaranmamışdır. Manatın sabitliy təmin edilmiş, əhalinin əmanətlərinin qorunması prosesi da-vam etdirilmişdir. Bilirsiniz, bu problem bir çox ölkələrdə çox ciddi sosial gərginliklər yaratmışdır. Mən İspaniyanı, Portuqaliyanı, Yunanıstanı və sair ölkələri nəzərdə tuturam. Dövlətə pul axınlarının artmasına baxmayaraq, Mərkəzi Bankın hökumətlə birlikdə həyata keçirdiyi tədbirlər əhalinin əmanətlərinin qorunmasını, eyni zamanda, inflyasiya risklərinin azalmasını təmin etmişdir.
Qısaca olaraq bir neçə rəqəmi demək istəyirəm, çünk 2010-cu ilin büdcəsinin icrası, eyni zamanda, XXI əsrin 10 ilinə verilən qiyməti xarakterizə edir. XXI əsrin 10-cu ilində mən aşağıdakı göstəriciləri sizin nəzərinizə çatdırmaq istərdim. Hər bir təbliğatçı, hər bir millət vəkili, hər bir azərbaycanlı ziyalısı üçün belə rəqəmlər çox vacibdir, çünk 10 il ərzində keçdiyimiz yolu artıq bu rəqəmlər vasitəsilə qiymətləndirmək olar.
2010-cu ildə Azərbaycanın ümumi daxili məhsulu 41,6 milyard dollar olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 7,8 dəfə çoxdur. Qeyri-neft sektorundan 18,4 milyard məhsul istehsal olunmuşdur ki, bu da 2001-ci illə müqayisədə 5,1 dəfə çoxdur. Adambaşına düşən məhsula görə artıq Azərbaycan inkişaf etmiş ölkələrə yaxınlaşmaq istiqamətini götürmüşdür.
Azərbaycanın valyuta ehtiyatlarını müqayisə etsək, doğrudan da, çox maraqlı bir rəqəm alınır. 2002-ci ildə əgər Azərbaycanın valyuta ehtiyatları 1,4 milyon idisə, bu gün bizim valyuta ehtiyatlarımız 29–30 milyardı ötmüşdür. Əhalinin gəlirləri ilə qiymətlərin artımı indeksi arasında müqayisə aparsaq, bütün illərdə əhalinin pul gəlirləri qiymət in-deksini iki dəfə üstələmişdir.
Heç şübhəsiz ki, bu illərdə problemlərimiz də var. Bu problemlər dövlət başçısı tərəfindən dəfələrlə qeyd edilmişdir. Biz sahibkarlığın inkişafını təmin etməli, azad sahibkarlığa dəstəyi və dövlət büdcəsi vasitəsilə edilən köməyin səmərəliyini artırmalıyıq. Həqiqətən, son illərdə bu istiqamətdə görülən bütün işlər Azərbaycanın dövlət büdcəsinin icrasını yüksək səviyyədə təmin etməyə imkan vermişdir.
2010-cu il üzrə büdcə gəlirləri 99,1 faiz yerinə yetirilmişdir. Doğrudan da, bu, ölkələr içərisində yüksək göstəricidir. Hər il müxtəlif fəsadlar, hadisələr, risklər yarana bilər, am-ma buna baxmayaraq, Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Qanunda nəzərdə tutulmuş gəlirlərin icrası 99,1 faiz təmin edilmişdir. Bu çox yüksək göstəricidir.
Bu bir daha onu göstərir ki, Azərbaycanda artıq yeni iqti-sadi sistem formalaşıb. Büdcə gəlirlərinin formalaşmasında iştirak edən Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və sair mənbələrin hesabına, eləcə də qeyri-neft sektorunun üs-tün inkişafı nəticəsində ildən-ilə artan gəlirlərin büdcəyə köçürülməsində problemlər yoxdur. Təbii ki, hamımız yaxşı bilirik, bir sıra rayonlarda büdcə gəlirlərinin formalaşmasında problemlər var. Millət vəkilləri komitənin iclasında xüsu-si olaraq vurğuladılar ki, Azərbaycanda büdcəyə vergi borcları hələ kifayət qədər yüksəkdir. Baxmayaraq ki, 2010-cu ildə borcların azalması istiqamətində xeyli pozitiv meyillər əmələ gəlmişdi. Mənə elə gəlir, komitənin iclasında hörmətli millət vəkilləri haqlı olaraq vurğuladılar ki, hökumətin, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin bu istiqamətdə apardığı işlər daha da gücləndirilməlidir.
Eyni zamanda, o da haqlı olaraq vurğulandı ki, son illərdə Azərbaycanda əmək müqavilələrinin bağlanması istiqamətində görülən işlər daha da sürətləndirilməlidir. Əgər biz bunu müəyyən etsək, vergi bazasını xeyli dərəcədə genişləndirə bilərik. Əmək müfəttişliyinin fəaliyyəti yaxşılaşarsa, həmin insanların sosial sığorta məsələləri daha yüksək səviyyədə həll oluna bilər. Eyni zamanda, biz işsizlərin sayını azaltmağa nail ola bilərik. Bu sahədə bizim problemlərimiz var.
Ən böyük problemlərdən biri haqqında demək istəyirəm. O bizim fəaliyyətimizlə bilavasitə əlaqədardır. Biz Vergi Məcəlləsi qəbul etmişik və onun tətbiqi Azərbaycanda vergi mədəniyyətinin xeyli yüksəlməsinə şərait yaratmışdır. Vergilər Nazirliyinin illər boyu həyata keçirdiyi tədbirlər nəticəsində vergi daxilolmaları artır. Amma, eyni zamanda, bəzən görürsən ki, müəyyən nazirliklər elə məhsulları, elə avadanlıqları azad edirlər ki, yerli istehsalatı pis vəziyyətə salırlar.
Bu yaxınlarda Milli Məclisə böyük bir məktub daxil ol-muşdu. Bu məktubla əlaqədar Oqtay müəllimə məlumat verəcəyəm. Azərbaycanda çox gözəl müəssisələr var. O müəssisələr müasir texnologiyalara əsaslanan avadanlıqlar buraxırlar və məhsulun 40 faizi ixrac olunur. Eyni zamanda, biz ölkəyə idxal olunan eyni məhsulları ƏDV-dən azad edi-rik və onlar pis vəziyyətə düşürlər. Mənə elə gəlir ki, hökumət də, İqtisadi İnkişaf Nazirliyi də, Vergilər Nazirliyi də, Maliyyə Nazirliyi də bu məsələlərdə ciddi olmalıdırlar. Ümumiyyətlə, biz azadolma prinsipinə yenidən baxmalıyıq.
1990-cı illərin əvvəllərində çətinliklər var idi, qaçqınların problemi həll olunmamışdı. Amma əgər biz bu gün azadolmaları genişləndirsək, özümüz daxili istehsalımızı inkişaf etdirə bilmərik. Elə məhsullar var ki, bəli, çətindir, onlar mütləq azad olmalıdır. Amma bəzi məhsullar əgər Azərbaycanda istehsal olunursa, bu sahənin kadrları varsa və o məhsullar ixrac olunursa, biz onlar üçün də bərabər rəqabət şəraiti yaratmalıyıq.
Biz komitənin iclasında gəlirləri hər bir maddə üzrə ətraflı müzakirə etdik və fikir bu oldu ki, doğrudan da, gəlirlərin formalaşmasında problem yoxdur. Həqiqətən, vergilərin to-planmasında şəffaflıq artır, Dövlət Gömrük Komitəsinin terminalları çox fəal işləyir, çox sanballı işlər görülür. Bütövlükdə Azərbaycanın tədiyyə balansında, idxal-ixrac arasında münasibətlərin formalaşmasında və səmərəli olmasında bu orqanların rolu ildən-ilə artır. Gəlirlərin formalaşması ilə əlaqədar olaraq Maliyyə Nazirliyinin və digər strukturların apardığı tədbirlər Azərbaycanın büdcə gəlirlərinin icrasının ən yüksək səviyyədə təmin olunmasına şərait yaratmışdır.
Xərclər məsələsindən geniş danışaraq vaxtınızı almaq istəmirəm, yəqin ki, bu barədə hörmətli Samir müəllim geniş məlumat verəcək. Xərclər üzrə proqnoz 95,1 faiz icra olun-muşdur. Bu, Maliyyə Nazirliyi və digər hökumət strukturları tərəfindən həyata keçirilən qənaət tədbirləri nəticəsində ol-muşdur. Keyfiyyətə zərər vurmadan bir sıra maddələr üzrə qənaətə nail olunmuşdur. Amma bəzi məsələlər, xüsusən in-sanların iş vakansiyaları məni bir iqtisadçı kimi narahat edir. Vakansiyaların doldurulmasına ciddi fikir verməliyik.
Mən, ümumiyyətlə, bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi yüksək səviyyədə icra olunmuşdur. Bu gün biz deyə bilərik ki, adambaşına düşən büdcə xərcləri, adambaşına düşən büdcə gəlirləri, adambaşına düşən pul gəlirləri, – bütün göstəricilər arasında əlaqə mövcuddur. Bu əlaqə nəyi göstərir? Vaxt var idi ki, bir göstərici ilə o biri göstəricinin əlaqəsini tapmaq çox çətin idi. Çünki o qədər qeyri-müəyyən şərtlər var idi ki, onların həllini tapa bilmirdik. Bu gün isə artıq yeni iqtisadi sistem formalaşıb, iqtisadi strukturlar arasında konkret əlaqələr var. Dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş istiqamətlər yerinə yetirilib.
Dövlət büdcəsi qəbul edilərkən Samir müəllim büdcənin “Xərc maddələri” barədə kifayət qədər məlumat verdi və büdcə xərclərinin hansı sahələrə yönəldiyini qeyd etdi. Bu sahələrin heç birində büdcədən maliyyələşməklə bağlı problemlər əmələ gəlməmişdir. Əksinə, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsaitlərdən sosial-iqtisadi həyatı daha da canlandırmaq üçün istifadə edilmişdir.
Dövlətin iqtisadi təhlükəsizliyini təmin edən ən vacib məsələlərdən biri ölkənin xarici borclarıdır. Azərbaycan hökumətinin, Maliyyə Nazirliyinin apardığı borclanma siyasətini dünya ölkələri üçün nümunə göstərmək olar. Bizim dövlət borclarımız cəmi ümumi daxili məhsulun 7 faizini təşkil edir. Bu da MDB məkanında ən aşağı göstəricilərdən biridir. Digər ölkələrdə ən yüksək göstəricilər var: 140, 150 faiz. Ölkələr defolt olmaq ərəfəsindədir, amma biz 7–7,5 faiz arasında borclanmanı təmin edirik.
Eyni zamanda, millət vəkilləri haqlı olaraq deyirlər ki, bundan sonra biz nəyə görə borc almağımıza baxmalıyıq və bu borcalmanın Azərbaycanın iqtisadi inkişafına nə qədər töhfə verəcəyinə diqqət verməliyik. Bu baxımdan hökumət də, İqtisadi İnkişaf Nazirliyi də, digər strukturlar da, eləcə də özəl sektorlar da bu borclar məsələsinə diqqəti artırmalıdırlar. Çünki keçən iclasların birində Mərkəzi Bankın rəhbəri hörmətli Elman müəllim bu barədə konkret açıqlamalar ver-di. Biz “Dövlət borcu haqqında” Qanunda məcmu borcdan yazmışıq. Dövlətin də, özəl sektorun da borcu var. Biz gərək borcların məsələsinə sistemli yanaşaq ki, gələcəkdə problemlərimiz olmasın.
Eyni zamanda, icra prosesində büdcənin kəsiri də xeyli azalmışdır ki, bu da bizim müsbət göstəricilərimizdən biridir. Mən elə danışıram ki, həm də ikinci məsələyə aid olsun.
İkinci məsələ ilə əlaqədar çox qısa deyəcəyəm. Bizim, təbii ki, risklərimiz var. Azərbaycana pul gəlir, manatın məzənnəsini qorumaq üçün əlavə emissiya olunur. Bütün bun-lar bizim problemlərimizdir, ancaq biz buna getməliyik. 2011-ci ilin dəyişiklikləri reallıqdan doğur. Dövlət Neft Fondundan ona görə çox götürürük ki, biz problemlərimizi həll edirik. Azərbaycanın bu problemləri barədə cənab Pre-zident kifayət qədər deyib. İnfrastruktur layihələrini həyata keçirək, su ilə, elektrik enerjisi ilə, qazla təminatı yaxşılaşdıraq. Bütövlükdə təhsil səviyyəsini qaldıraq. Bunları etməsək, təbii, bizdə inflyasiya olmaz, onun riskləri də azalar.
2011-ci ildə Azərbaycanın dövlət büdcəsinə ediləcək dəyişikliklər məhz bu zərurətdən irəli gəlir. Dünya bazarında neftin qiyməti qalxıb. Bəli, büdcəyə əlavə gəlirlər təxminən 770 milyon manat olacaq. Dövlət Neft Fondunun gəlirləri də 4 milyarddan çox artacaq. Bu ikitərəflidir – həm müsbətdir, həm də mənfi. Müsbəti mənfidən çoxdur, çünki idxal inflyasiyası artır. Amma bunun da qarşısının alınması üçün Mərkəzi Bankın əlində kifayət qədər vasitələr var. Hökumətlə birlikdə bu məsələləri həll eləyə bilərlər.
Mən çıxışımı yekunlaşdırıram. Hesab edirəm ki, 2010-cu ilin büdcəsi Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsinə yüksəlməsi üçün çox güclü baza yaratmışdır. İqtisadçılarımız, alimlərimiz, siyasətçilərimiz, politoloqlarımız üçün çox böyük bir şans yaranmışdır və biz XXI əsrin dövlət büdcəsinin icrasını qəbul etməklə XXI əsrin birinci onilliyində Azərbaycanın keçdiyi yol barədə dünyaya kifayət qədər məlumat verə bilərik. XXI əsrin ikinci onilliyinin birinci ili-ni də biz, heç şübhəsiz ki, uğurla qarşılayırıq.
Artıq Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20 milyard manat olacaq. Təsəvvür edin, Azərbaycanın dövlət büdcəsi 10 il ərzində 20 milyarda qalxacaq. Bu, heç şübhəsiz ki, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətin, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının bu gün uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Ölkədə, cəmiyyətdə konsensus var. Həll olunmayan problemlər barədə cənab Prezidentin müəyyən edilmiş düzgün siyasəti var. Bu siyasət uğurla həyata keçirilir. Mən millət vəkillərindən xahiş edərdim ki, Respublika Günü ərəfəsində hər iki sənədə müsbət münasibət bildirək və hökumətin Azərbaycan qanunlarını həyata keçirməkdə fəal iştirak eləyən üzvlərinə möhkəm uğurlar diləyək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifova söz verilir. Samir müəllim, Sizdən xahiş edirik ki, iki məsələni birləşdirəsiniz. Buyurun.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən diqqətinizə təqdim olu-nan Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat vermək istərdim. Bildiyiniz kimi, 2010-cu il dövlət büdcəsinin icrasına dair hesabat hazırlanmışdır. Bu hesabatda gəlirlərin toplanması, xərclərin icrası vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, ehtiyat fondlarından istifadə, dövlət borcları barədə məlumatlar da öz əksini tapmışdır.
Müzakirənizə təqdim olunmuş materiallarda 2010-cu il dövlət büdcəsinin icrası ilə bağlı ətraflı məlumat verilmişdir. Bunları, həmçinin bayramqabağı əhvali-ruhiyyəni nəzərə alaraq mən çıxışımda daha çox dövlət və icmal büdcələrinin əsas icra göstəriciləri üzərində dayanacağam.
Azərbaycan Respublikasının 2010-cu il icmal büdcəsinin gəlirləri 19 milyard 444 milyon manat və ya 125,8 faiz icra olunmuşdur ki, bu da 2009-cu ilə nisbətən 4 milyard 978 milyon manat və ya 34,4 faiz çoxdur. İcmal büdcənin xərcləri 14 milyard 285 milyon manat və ya 95,5 faiz icra olunmaqla 2009-cu ilə nisbətən 1 milyard 362 milyon manat və ya 11,1 faiz çox olmuşdur.
2010-cu ilin icmal büdcəsi 1 milyard 167 milyon profisitlə proqnozlaşsa da, faktiki olaraq 5 milyard 807 milyon ma-nat profisit olmuşdur ki, bu da proqnoza nisbətən 4 milyard 639 milyon manat və ya 5 dəfə çoxdur.
Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 7 milyard 281 milyon manat təşkil etməklə proqnoza nisbətən 582 milyon manat və ya 7,4 faiz az olmuşdur.
Dövlət büdcəsinin gəlirləri. 2010-cu ildə dövlət büdcəsinin mədaxili 11 milyard 403 milyon manat təşkil etmiş və ya 99,1 faiz yerinə yetirilmişdir. 2009-cu illə müqayisədə mədaxil 1 milyard 77 milyon manat və ya 10,4 faiz çox icra ol-unmuşdur.
Vergilər Nazirliyi mədaxil proqnozunu 96 faiz icra etməklə dövlət büdcəsinə 4 milyard 292 milyon manat vəsait təmin etmişdir. Bu, 2009-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 179 milyon manat və ya 4,4 faiz çoxdur. Həmin vəsaitin 55,2 faizi və ya 2 milyard 370 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2009-cu illə müqayisədə 44 milyon manat və ya 1,9 faiz çoxdur.
Dövlət Gömrük Komitəsi büdcə proqnozuna 100,2 faiz əməl edərək büdcəyə 1 milyard 102 milyon manat, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi isə 5,4 milyon manat vəsait təmin etmişdir.
Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan həcmdə, yəni 5 milyard 915 milyon manat məbləğində trans-fert edilmişdir. Sair gəlirlər üzrə dövlət büdcəsinə 88 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2009-cu illə müqayisədə 5 milyon manat və ya 7, 2 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri. 2010-cu ildə dövlət büdcəsinin xərcləri 11 milyard 766 milyon manat və ya 95,9 faiz səviyyəsində icra edilsə də, 2009-cu illə müqayisədə 1 milyard 262 milyon manat və ya 12 faiz çox olmuşdur. Strukturuna görə 2010-cu ildə dövlət büdcəsi xərclərinin 6 milyard 646 milyon manatı və ya 56,5 faizi cari xərclərə yönəldilmişdir ki, bu da 2009-cu illə müqayisədə 834 milyon manat və yaxud 14,3 faiz çox deməkdir. Xərclərin 5 milyard 28 milyon manatı və yaxud 42,7 faizi əsaslı xərclərə yönəldilmişdir ki, bu da 2009-cu ilə nisbətən 489 milyon manat və yaxud 10,8 faiz çoxdur.
2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokuror-luq orqanları, mənzil-kommunal təsərrüfatı, sənaye-tikinti və faydalı qazıntılar xərclərinə 11,6 faiz çox vəsait yönəldilmişdir. 2010-cu ildə təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri üzrə üst-üstə 2 milyard 901 milyon manat və 2009-cu ilə nisbətən 138,4 milyon manat və ya 5 faiz çox vəsait ayrılmışdır.
Ayrılmış vəsaitlər təhsil sisteminin inkişafına yönəldilmiş, dövlət proqramlarının və layihələrin həyata keçirilməsində, təhsil infrastrukturlarının müasir tələblərə uyğun qurulmasında, təhsilin məzmununun yeniləşməsində və yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqində istifadə olunmuşdur.
Səhiyyə sisteminə ildən-ilə artımla proqnozlaşdırılmış büdcə vəsaiti bu sistemdə inkişaf prosesinin 2010-cu ildə də davam etdirilməsinə, səhiyyənin maddi-texniki bazasının gücləndirilməsinə, müasir tibbi avadanlıq və qurğularla təchizatının beynəlxalq standartlara uyğunlaşdırılmasına, yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlərin görülməsinə, bütövlükdə səhiyyə sistemində struktur islahatlarının həyata keçirilməsinə və tibbi xidmətin səviyyəsinin yaxşılaşmasına imkan vermişdir.
Dövlət səviyyəsində mədəniyyət və turizmə, gənclərlə iş və idmana qayğı milli mədəniyyətin və turizmin potensialının dünya mədəniyyət və turizm məkanına inteqrasiya olunmasında, milli mədəni irsin dəyərlərinin qorunub saxlanılmasında, gənc nəslin cəmiyyətin fəal və aparıcı qüvvəsinə çevrilməsində, peşəkar idmanın hərtərəfli inkişafında müsbət nəticələrini verməkdədir.
Hesabat dövründə dövlət büdcəsinin cari xərclərinin 3 milyard 703 milyon manatı və ya 31,5 faizi sosial yönümlü xərclərin maliyyə təminatına sərf edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 119 milyon manat və ya 3,3 faiz çoxdur.
2010-cu ildə də əhalinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətində olmuşdur. Ölkə Prezidentinin qayğısı nəticəsində 2010-cu il dövlət büdcəsində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozda nəzərdə tutulmuş məbləğdən az daxilolmalar nəticəsində pensiya və müavinətlərin ödənilməsində yarana biləcək gecikmələrə yol verilməməsi məqsədi ilə Dövlət So-sial Müdafiə Fonduna dövlət büdcəsində nəzərdə tutulmuş 534 milyon transfertdən əlavə 113 milyon manat məbləğində maliyyə yardımı edilmişdir. Eyni zamanda, aztəminatlı ailələrə və digər kateqoriyalara aid olan sosial ödənişlərə tətbiq edilmiş artımların həyata keçirilməsi üçün dövlət büdcəsindən əlavə olaraq 12,7 milyon manat vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəldilmişdir.
Dövlət başçısının müvafiq sərəncamları ilə hesabat ilində baza pensiyasının məbləği 13 faiz artırılmışdır. Ölkədə minimum əmək haqqının 13 faiz artımı tətbiqi həyata keçirilmiş və dövlət büdcəsindən maliyyələşən təhsil, elm, səhiyyə, mədəniyyət ocaqlarında, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları artırılmışdır.
Bununla yanaşı, aztəminatlı şəxslərə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılmış, şəhid ailəsi üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinə 50 faiz, doktorantlara, ali, orta ixtisas və peşə məktəbləri, peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilmişdir.
2010-cu ildə Azərbaycanın dinamik iqtisadi inkişafı ölkənin hərbi qüdrətinin daha da artmasına stimul vermişdir. Hərbi sənaye sektorunun genişlənməsi və yeni məhsulların istehsalı texniki xarakterli müdafiə ehtiyaclarını öz poten-sialımız hesabına ödəməyə əlverişli imkan yaratmışdır. Bu baxımdan yola saldığımız 2010-cu il Azərbaycanın müdafiə qabiliyyətinin daha da güclənməsi ili kimi də xarakterizə edilə bilər. Bütövlükdə 2010-cu ildə dövlət büdcəsinin cari və əsaslı xərclərindən müdafiə xərclərinə üst-üstə 2 milyard 148 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2009-cu illə müqayisədə 562 milyon manat və ya 35,5 faiz çoxdur.
2010-cu ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2009-cu illə müqayisədə 16,3 faiz çox – 4 milyard 132 milyon manat vəsait sərf edilmişdir. Bu mənbədən tikinti, yenidənqurma işləri, avadanlıq və qurğuların alınması üçün təhsil müəssisələrinə 128,6 milyon manat, səhiyyə müəssisələrinə 82,8 milyon manat, mədəniyyət və turizm müəssisələrinə 235,5 milyon manat, idman müəssisələrinə 71,7 milyon manat, sosial müdafiə və sosial təminat təyinatlı müəssisələrə 77 milyon manat, elm müəssisələrinə 18 milyon manat (cəmi 614 milyon manat) vəsait yönəldilmişdir.
Ölkənin əsas kommunal və nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 973 milyon manat, o cümlədən elektrik enerjisinin infrastrukturları üçün 239 milyon manat, regionların içməli su və suvarma drenaj infrastrukturları üçün 331 milyon manat, respublika əhəmiyyətli avtomobil yolları üçün 1 milyard 197 milyon manat, Bakı Metropoliteni, yeraltı nəqliyyat obyektlərinin tikintisi və avadanlığın alınması üçün 195 milyon manat vəsait sərf edilmişdir.
2010-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsinə 57,5 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 25 milyon manat və ya 76,9 faiz çoxdur. Ötən il ərzində Dövlət Neft Fondunun ayırdığı 448 milyon manat vəsaiti hesabına məcburi köçkünlər üçün qəsəbələrin tikintisi, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz–Qəbələ–Bakı su kəmərinin, Bakı–Tbilisi–Qars dəmir yolunun çəkilişi layihələrinin maliyyələşdirilməsi təmin olunmuşdur.
Ehtiyat fondları və məqsədli büdcə fondları. 2010-cu il dövlət büdcəsinin ehtiyat fondu 100 milyon manat məbləğində təsdiq edilmişdir. Dövlət büdcəsində nəzərdə tutulmayan, lakin ölkənin sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədi ilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanu-nuna müvafiq olaraq 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclər üzrə qənaət olunmuş 351 milyon manat vəsait dövlət büdcəsinin ehtiyat fonduna yönəldilmişdir. Bütövlükdə dövlət büdcəsinin ehtiyat fondu-nun həcmi 451 milyon manat təşkil etmişdir ki, onun da 449 milyon manatından istifadə olunmuşdur.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 159,5 milyon manat, o cümlədən məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binalarının tikintisi üçün 14 milyon ma-nat, Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işləri üçün 20 milyon manat, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Ağdaş rayonlarında və Şəki şəhərində yeni xəstəxanaların, Bakı Sağlamlıq Mərkəzinin tikintisi üçün 12 milyon manat, Ağcabədi, İmişli, Saatlı, Qusar, Sabirabad rayonlarında avtomobil yollarının yenidən qurulması məqsədi ilə 6 milyon manat vəsait istifadə olunmuşdur.
2010-cu ildə dövlət büdcəsinin məqsədli büdcə fondlarının xərcləri 270 milyon manat proqnoza qarşı 267,1 milyon manat və ya 98,9 faiz icra olunmuşdur. Hesabat ilində məqsədli büdcə fondu olan “Dövlət zəmanəti ilə alınan bor-cların təminat fondunun vəsaitindən 118 milyon manat istifadə olunmuşdur. Bu vəsaitdən, əsasən, 2 dövlət şirkətinin – Azərbaycan Hava Yolları və “Azərsu” Səhmdar Cəmiyyətinin xaricdən götürülmüş borclarının dövlət zəmanəti üzrə ödənişləri həyata keçirilmişdir.
2010-cu ildə “Avtomobil Yolları” Məqsədli Büdcə Fon-dunun xərci üzrə icra büdcədə nəzərdə tutulduğu kimi 170 milyon manat təşkil etmişdir. Bu fondun vəsaiti, əsasən, ölkənin rayon və şəhərlərində avtomobil yollarının və onlar-la əlaqədar mühəndis qurğularının saxlanılması və istismarı ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir.
2010-cu il dövlət büdcəsindən ölkəmizin üzv olduğu beynəlxalq ictimai-siyasi və maliyyə təşkilatlarına üzvlük haqqı və digər beynəlxalq fəaliyyət üçün 85 milyon manat məbləğində ödənişlər həyata keçirilmişdir. Xarici ölkələrdə fəaliyyət göstərən 64 diplomatik nümayəndəlik və konsulluqların saxlanılmasına 47 milyon manat vəsait istifadə edilmiş, Serbiya, Argentina, Estoniya respublikalarında, Batumi şəhərində baş konsulluğun fəaliyyətə başlanması ilə əlaqədar mad-di-texniki təchizat məsələləri təmin edilmişdir. 2010-cu ilin dövlət büdcəsindən beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsinə 11 milyon manat məbləğində vəsait ayrılmışdır.
2010-cu ilin aprel, may aylarında Kür və Araz çaylarının daşması nəticəsində baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq təbii fəlakətdən zərər çəkmiş əhaliyə birdəfəlik maddi yardımların ödənilməsinə, uçub dağılmış yaşayış evlərinin tikintisinə və yeni yaşayış massivlərinin salınmasına, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturların bərpası və yenidən qurulmasına dövlət büdcəsindən 287 milyon manat istifadə olunmuşdur.
Hesabat ilində dövlətin daxili və xarici borcları diqqətdə saxlanılmış, dövlət zəmanətli kreditlərin vaxtında borcalan təşkilatlar tərəfindən ödənilməsinə əsasən nail olunmuşdur. Ölkəmizin xarici və daxili borclanması ilə bağlı götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməsi üçün 2010-cu ilin dövlət büdcəsindən 92 milyon manat və yaxud ümumi xərclərin 0,8 faizi həcmində vəsait yönəldilməklə 2009-cu illə müqayisədə 61 milyon manat və ya 39,9 faiz az vəsait sərf olunmuşdur.
2011-ci ilin 1 yanvar tarixinə bilavasitə hökumət tərəfindən və dövlət zəmanəti əsasında beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 8 milyard 922 milyon ABŞ dolları məbləği ekvivalentində kredit sazişləri imzalanmışdır. Bu sazişlər üzrə istifadə olunmuş kreditlər 4,7 milyard ABŞ dolları təşkil edir. İstifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 7,4 faizini təşkil etmişdir.
Yerli gəlirlər və xərclər. 2010-cu il dövlət büdcəsinin yer-li gəlirləri 432 milyon manat və ya 99,9 faiz, yerli xərcləri isə 1 milyard, 137 milyon manat və ya 95,2 faiz icra olunmuşdur ki, bu da 2009-cu illə müqayisədə müvafiq olaraq gəlirlər üzrə 69 milyon manat və ya 19 faiz, xərclər üzrə 1,4 milyon manat çox olmuşdur.
2010-cu ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Re-spublikasının büdcəsinə nəzərdə tutulmuş məbləğdə, yəni 231 milyon manat məbləğində dotasiya yönəldilmişdir. Yerli gəlirləri və xərcləri tənzimləmək üçün isə mərkəzləşdirilmiş xərclərdən rayon və şəhərlərin yerli xərclərinə 739 milyon manat maliyyə yardımı ayrılmışdır.
Dövlət büdcəsinin kəsiri. 2010-cu il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün dövlət əmlakının özəlləşdirilməsindən 56,7 milyon manat və 2010-cu il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 86 milyon manat vəsait cəlb olunmuşdur. Dövlət büdcəsinin kəsiri nəzərdə tutulmuş limit çərçivəsində 362,9 milyon manat olmuşdur. Onun ümumi daxili məhsulda xüsusi çəkisi 0,8 faiz təşkil etmişdir.
Hörmətli millət vəkilləri, bütövlükdə 2010-cu il dövlət büdcəsinə faktiki daxil olan vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə edilməklə dövlətə məxsus əsas sosial vəzifələrin sabit şəkildə maliyyələşdirilməsi təmin edilmiş, əməkhaqqı, pensiya, müavinət, daxili və xarici borc kimi zəruri xərclər üzrə borclar yaranmamış, ölkə iqtisadiyyatının dayanıqlı inkişafına əhəmiyyətli töhfələr verilmişdir. Bunları nəzərə alaraq, hörmətli millət vəkilləri, sizi Azərbaycan Re-spublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim ol-unmuş Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə səs verməyə çağırıram.
İcazənizlə, ikinci məsələyə keçirəm. Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23.2 və 23.3-cü maddələrinə müvafiq olaraq “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qa-nununun layihəsi Milli Məclisə təqdim olunmuşdur. Təqdim olunmuş qanun layihəsində dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artımı, dövlət büdcəsi kəsirinin isə azaldılması nəzərdə tutulur.
2011-ci il dövlət büdcəsinə yenidən baxılmaqla aparılacaq dəyişikliklərin əsas mahiyyətini Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və sair sosial ödənişlərin, habelə bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması təşkil edir.
Bu tədbirlərin həyata keçirilməsi üçün 3 milyard 193,2 milyon manat məbləğində əlavə vəsaitin tələb olunduğu müəyyən edilmişdir ki, bunun da təsdiq edilmiş 2011-ci il dövlət büdcəsinin vəsaiti hesabına örtülməsi imkan xaricindədir. Yuxarıda qeyd olunan xərclər üzrə maliyyə təminatının yaradılması üçün 2011-ci il dövlət və icmal büdcələrinin gəlirlərinin artımı istiqamətində müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Bildiyiniz kimi, dünya neft bazarlarında vəziyyət əlverişli olaraq qalmaqdadır. Azərbaycan neftinin 1 barrelinin qiyməti xeyli müddətdir ki, 2011-ci ilin dövlət büdcəsinin hesablamalarında istifadə olunmuş qiymət (60 ABŞ dolları) 80 faizdən artıq üstələyir. Bunu biz birinci rübün göstəricilərində də görürük. Belə ki, 2011-ci ilin birinci rübündə dövlət büdcəsinin əlavə gəlirləri təsdiq edilmiş proqnozda nəzərdə tutulandan 193,5 milyon ma-nat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun əlavə gəlirləri isə 976,4 milyon manat artıq olmuşdur. Dünya neft bazarlarındakı mövcud və cari ilin sonuna proqnozlaşdırılan müsbət şəraiti nəzərə alaraq deyə bilərik ki, 2011-ci ilin qa-lan rüblərində dövlət büdcəsinə və Dövlət Neft Fondunun büdcəsinə təsdiq olunduğundan artıq gəlirlərin daxil olacağı gözlənilir.
Aparılmış təhlillər nəticəsində müəyyən olunmuşdur ki, 2011-ci il dövlət və icmal büdcələri hazırlanarkən he-sablamalarda istifadə olunan neftin 1 barrelinin qiymətinin 60 ABŞ dollarından 80 ABŞ dollarına çatdırılması 2011-ci il dövlət büdcəsinin gəlirlərinin əlavə olaraq 770 milyon ma-nat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərinin isə 3 milyard 684 milyon manat artmasına əsas verir. Qeyd etmək istərdim ki, bir sıra mötəbər beynəlxalq təşkilatlar neftin 1 barrelinin orta illik qiymətinin 100 ABŞ dollarından yuxarı olacağı barədə proqnozlar verirlər. Dövlət büdcəsinə əlavə gəlirlərin və Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfertin dövlət büdcəsinin xərclərinə yönəldilməsi hesabına dövlət büdcəsinə əlavə olaraq 82 milyon manat əlavə dəyər vergisi şəklində gəlirin də daxil olacağı proqnozlaşdırılır.
Hörmətli millət vəkilləri, yuxarıda qeyd olunan amillər nəzərə alınmaqla təqdim olunmuş qanun layihəsində 2011-ci il dövlət büdcəsinin gəlirlərinin 3 milyard 493 milyon manat artırılaraq 15 milyard 554 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 29 faiz çoxdur. Bunun nəticəsində dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulun tərkibindəki xüsusi çəkisi 34,7 faiz səviyyəsinə qalxmaqla 2011-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən 4,7 faiz artacaqdır.
2011-ci il dövlət büdcəsi gəlirlərinin aşağıdakı 4 istiqamət üzrə artırılması təmin ediləcəkdir: Vergilər Nazirliyinin to-pladığı gəlirlər 740 milyon manat, Dövlət Gömrük Komitəsinin topladığı gəlirlər 20 milyon manat, Dövlət Neft Fon-dundan dövlət büdcəsinə edilən transfert 2 milyard 723 milyon manat, sair daxilolmalar üzrə 10 milyon manat. Artımlardan sonra Vergilər Nazirliyi vasitəsilə dövlət büdcəsinə yığılan gəlirlər 5 milyard 150 milyon manat təşkil etməklə təsdiq olunmuş büdcəyə nisbətən 16,7 faiz, 2010-cu ilin faktiki göstəriciləri ilə müqayisədə isə 867 milyon və ya 20,2 faiz çox olacaq.
Artımlardan sonra Dövlət Gömrük Komitəsi vasitəsilə dövlət büdcəsinə yığılan gəlirlər 1 milyard 140 milyon manat təşkil etməklə 2011-ci ilin təsdiq olunmuş büdcəsinə nisbətən 1,8 faiz, 2010-cu ilin faktiki göstəriciləri ilə müqayisədə isə 38,3 milyon və ya 3,5 faiz çox olacaqdır. Dövlət Gömrük Komitəsinin xətti ilə yığılan daxilolmalar üzrə tətbiq edilən artımın, yəni 20 milyon manatın 60 faizi və ya 12 milyon manatı əlavə dəyər vergisinin, 40 faizi və ya 8 milyon manatı isə gömrük rüsumlarının payına düşür.
Qanun layihəsində 2011-ci il dövlət büdcəsi xərclərinin 3 milyard 193 milyon manat artırılaraq 15 milyard 941 milyon manata çatdırılması öz əksini tapmışdır. Bu, 2011-ci ilin təsdiq olunmuş dövlət büdcəsinin xərclərinə nisbətən 25 faiz, 2010-cu ilin faktiki icrasına nisbətən isə 4 milyard 175 milyon manat və ya 35,5 faiz çoxdur. İlin sonuna ümumi daxili məhsulun tərkibində dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 35,6 faiz təşkil edəcəkdir. Artımlardan sonra struktu-runa görə 2011-ci il dövlət büdcəsinin xərclərinin 48,4 faiz-ini və ya 7 milyard 717 milyon manatını cari xərclər, 49,4 faizini və ya 7 milyard 878 milyon manatını əsaslı xərclər, 2,2 faizini və ya 347 milyon manatını isə dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcəkdir. Dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi 6,7 faiz, dövlət bor-cuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,5 faiz azalacaq, əsaslı xərclərin xüsusi çəkisi isə 7,2 faiz artacaqdır.
Cari xərclərin artımı üçün nəzərdə tutulan 698 milyon manat vəsaitin 463 milyon manatı və ya 66,3 faizi əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə, ilk növbədə, pensiya təminatı sistemində aparılan islahatlara və 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə əmək stajına uyğun artımın tətbiq edilməsinə, həmçinin dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi təşkilatlarında çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqlarının, sosial müavinətlərin, təqaüdlərin və sair sosial ödənişlərin artımının maliyyələşdirilməsinə yönəldiləcəkdir. 2011-ci ilin dövlət büdcəsinin dəqiqləşməsi ilə əlavə xərclərin 11,9 faizi və ya 381,4 milyon manatı sosial yönümlü tədbirlərə sərf olunacaqdır.
Ölkə üçün vacib olan bir sıra investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrasını təmin etmək üçün dövlət əsaslı vəsait qoyuluşlu xərclərinə əlavə 77,8 faiz həcmində və 2 milyard 484 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Dəqiqləşmədən sonra dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu üzrə xərcləri 5 milyard 864 milyon manata çatacaq, onun büdcədə xüsusi çəkisi 10,3 artaraq 36,8 faiz olacaqdır.
Bu mənbədən qəza vəziyyətində olan məktəblərdə əsaslı təmir və tikinti işlərinin aparılmasına, tələbələr üçün yataqxanaların tikintisinə, respublikanın şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsinə, elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılmasına, xüsusi olaraq irimiqyaslı su təchizatı və kanalizasiya sistemlərinin tikintisi proqramının və Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinə, ölkənin regionlarında kəndlərarası yolların tikintisi və əsaslı təmirinə, Sumqayıt şəhərində yeni gübrə istehsalı zavodunun tikintisinə, Bakı şəhərinin abadlaşdırılmasına və digər zəruri investisiya layihələrinin başlanılmasına vəsaitin ayrılması məqsədəmüvafiq hesab edilmişdir.
Yaşayış məntəqələrinə aid olan kommunal təminatlı in-frastrukturların abadlaşdırılması, xaricdə yeni açılacaq səfirlik və digər diplomatik nümayəndəliklərin saxlanılması, ayrı-ayrı sahələr üzrə maddi-texniki təminatın yaxşılaşdırılması və bir sıra zəruri xərclərin artırılması üçün vəsait ay-rılması da dövlət büdcəsinin dəqiqləşdirilməsində nəzərə alınmışdır.
2011-ci il dövlət büdcəsinin təklif olunan əlavə gəlirləri hesabına dövlət büdcəsinin kəsirinin məbləği 687 milyondan 387 milyona endiriləcəkdir, yəni 300 milyon manat məbləğində azaldılacaqdır. Dəqiqləşmədən sonra dövlət büdcəsinin kəsiri ilin sonuna gözlənilən ümumi daxili məhsulun 0,9 faizini təşkil edəcəkdir.
Hörmətli millət vəkilləri, təqdim olunmuş qanun layihəsində 2011-ci ilin icma büdcəsinin gəlirlərinin 4 milyard 454 milyon manat və ya təsdiq olunmuş büdcəyə nisbətən 28,6 faiz artırılması nəzərdə tutulur. Artımın 3 milyard 684 milyon manatını və ya 82,7 faizini Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, 770 milyon manatını və ya 17,3 faizini dövlət büdcəsinin gəlirləri təşkil edəcəkdir. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icma büdcənin kəsir 11 milyard 448 milyon manat olmaqla ümumi daxili məhsulda xüsusi çəkisi 25,6 faiz təşkil edəcəkdir. Əvvəldə qeyd etdiyim kimi, Dövlət Neft Fondunun əlavə xərclərinin 2 milyard 723 milyon manatını dövlət büdcəsinə verilən transfert, 320 milyon manatını isə bir sıra investisiya layihələri üzrə xərclər təşkil edəcəkdir.
Hörmətli millət vəkilləri, bütövlükdə 2011-ci il dövlət və icmal büdcələrində aparılan dəqiqləşmə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, iqtisadiyyatın stimullaşdırılması istiqamətində öz müsbət rolunu oynayacaqdır. Əminəm ki, siz də bu təklifləri bəyənəcək, onların qəbul olunmasına səs verəcəksiniz.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, fürsətdən istifadə edərək, sizin hər birinizi qarşıdan gələn 28 May – Respublika Günü münasibətilə təbrik edir, sizə möhkəm can sağlığı, ölkəmizin tərəqqisi yolunda fəaliyyətinizdə uğurlar diləyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Hesablama Palatasının sədri Heydər Əsədov buyursun.
H.Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Məruzəçilər tərəfindən qeyd olunanlar, eləcə də beynəlxalq təşkilatların apardığı qiymətləndirmələr, həmçinin iqtisadi inkişafı xarakterizə edən digər baza indikatorları onu deməyə əsas verir ki, həqiqətən, 2010-cu il Azərbaycan iqtisadiyyatının inkişafında, onun dünya iqtisadi sisteminə inteqrasiyasında yadda qalan bir il olmuşdur. Ey-ni zamanda, onu da demək lazımdır ki, 2010-cu il mütərəqqi maliyyə alət və mexanizmlərinin, onun müasir seqmentlərinin tətbiqi baxımından da yadda qalan bir il olmuşdur. Bütün bunlar isə, təbii ki, möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən iqtisadi strategiyanın alternativsiz, uzunmüddətli olduğunu bir daha sübut etməklə yanaşı, hökumətin, iqtisadi qurumların da həmin strategiyanı yerinə yetirmək iqtidarında olduğunu bir daha sübut edir.
Hörmətli millət vəkilləri, 2010-cu il təkcə bu əlamətləri ilə deyil, digər əlamətləri ilə də xarakterik olmuşdur. Belə ki, dünyada gedən məlum proseslər kontekstində 2010-cu ildə iqtisadiyyatın tənzimlənməsi üçün makroiqtisadi tədbirlərin məhdud olması baxımından fiksal siyasətə daha çox üstünlük verilmiş və demək olar ki, iqtisadiyyatın tənzimlənməsində, iqtisadi aktivliyin təmin olunmasında büdcə tədbirlərindən daha geniş istifadə olunmuşdur. Mənə elə gəlir ki, məhz 2010-cu ildə ümumi daxili məhsul, iqtisadi inkişafın digər parametrləri üzrə əldə edilən nailiyyətlərdə bu tədbirlərin həyata keçirilməsinin müstəsna rolu vardır.
Bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin 2010-cu il üzrə iqtisadi inkişafa dair proqnozları beynəlxalq təşkilatların proqnozlarından daha doğru olmuşdur. Siz bilirsiniz ki, Beynəlxalq Valyuta Fondu hətta özünün düzəlişlərindən sonra Azərbaycanda ümumi daxili məhsulun artımını optimist variantlarda 2,2 faiz planlaşdırmasına baxmayaraq, hökumət büdcədə nəzərdə tutulan məqsədlərə nail oldu. Eyni şeyi inflyasiya göstəricisi haqqında da demək olar və burada da dövlət qarşıya qoyduğu məqsədlərə nail oldu.
Konkret olaraq büdcənin gəlir və xərclərinə gəldikdə isə, burada qeyd olundu, dövlət büdcəsinin gəlirləri 99,1 faiz yerinə yetirilmişdir. Bu, yüksək göstərici hesab olunur. Mən hesab edirəm ki, bunun 0,9 faiz yerinə yetirilməməsi obyek-tiv amillərlə bağlıdır. Bunlar əmək haqqı üzrə fiziki şəxslərdən tutulan gəlir vergisi, yol vergisi və sadələşmiş vergi üzrə proqnozların yerinə yetirilməməsi ilə bağlıdır. Bunun əsas səbəbi hasilatın pay bölgüsü üzrə sazişlərdə işçilərin sayının azalması və əmək haqqı fondu üzrə qənaətin hesabına baş vermişdir. Digər gəlirlər üzrə göstəricilər isə nəzərdə tutu-lan məqsədlərə tamamilə uyğundur.
Yalnız bu baxımdan yox, regionlar müstəvisindən də yanaşsaq, əksər regionlar üzrə büdcə tapşırıqları gəlirlər üzrə yerinə yetirilmişdir. Tədiyyə müstəvisindən yanaşsaq, qeyd etdiyim tədiyyə növlərindən başqa digər əsas növlər üzrə tapşırıqlar tamamilə yerinə yetirilmişdir. Eləcə də bu il gəlirlər üzrə borcların azaldılması, vergi inzibatçılığının möhkəmləndirilməsi, vergitutma prinsipindən vergini ödəmə prinsipinə keçilməs istiqamətində bir sıra müvəffəqiyyətlərə nail olunmuşdur. Bütün bunlar onu deməyə əsas vermir ki, biz gəlirlər sahəsində bütün məqsədlərimizə nail olmuşuq və bu sahədə görüləsi işlərimiz yoxdur. Əksinə, bütün bu göstəricilər növbəti illərdə qarşımıza daha məsul vəzifələr qoyur. İnzibatçılığın yüksəldilməsi, vergitutma bazasının genişləndirilməsi, vergiyığma əmsalının artırılması və yeni mütərəqqi vergitutma metod və texnologiyalarının tətbiqi istiqamətində görüləsi böyük işlərimiz vardır.
Beləliklə, gəlirləri ümumiləşdirsək, deyə bilərik ki, icra proqnozları müvəffəqiyyətlə yerinə yetirilməklə yanaşı, onun ümumi daxili məhsuldakı xüsusi çəkisi artmış, 27 faizdən yuxarı olmuşdur. Bu bir tərəfdən il ərzində büdcə xərclərinin, büdcə tədbirlərinin ahəngdar olaraq yerinə yetirilməsinə maliyyə təminatı yaratmış, digər tərəfdən isə hökumətin yenidən bölgü funksiyasını yerinə yetirməsinə, istehsalın tənzimlənməsi prosesinə müdaxilə imkanlarını artırmasına şərait yaratmışdır.
Büdcənin xərclərinə gəldikdə isə, qeyd olunduğu kimi, büdcənin xərcləri 4,1 faiz kəsirlə yerinə yetirilmişdir. Amma müəyyən təhlil işləri apardıqdan sonra buna kəsir yox, qənaət də demək mümkündür. Apardığımız təhlillər göstərir ki, büdcə xərclərinin 4,1 faiz az icra edilməsinə baxmayaraq, bu icra hər hansı bir sosial tədbirə, – Samir müəllim də qeyd etdi, – hər hansı bir infrastruktur layihəsinin yerinə yetirilməsinə təsir göstərməmiş, dövlətin öhdəliyi altında yaranan hər hansı bir borcun ödənilməməsi olmamışdır. Əmək haqqı və sosial ödənişlərin tamamilə ödənilməsi həyata keçirilmişdir. Bu qənaətin, əsasən, 100 milyondan yuxarı hissəsi vakansiyaların və buna bənzər faktorların hesabına olmuşdur.
İkinci böyük amil beynəlxalq təşkilatlara ödəmələr və faizlər üzrə olmuşdur ki, bu da müsbət haldır. Yəni həmin borcalan təşkilatlar öz öhdəliklərini yerinə yetirmişlər və büdcə tərəfindən bu öhdəliklərin yerinə yetirilməsinə ehtiyac qalmamışdır. Transfertlərin azaldılması, bəzi xərclərə qənaət edilməsi büdcə xərclərinin az icra edilməsinə səbəb olmuşdur. Burada mütərəqqi hal ondan ibarətdir ki, bütün ya-ranan qənaət bütövlükdə büdcənin kəsirinin azaldılmasına yönəldilmişdir. Bu da müasir beynəlxalq çağırışlar fonunda çox əhəmiyyətli bir hadisədir ki, bu məbləğ büdcənin kəsirini artırmışdır. Kəsirin artırılmasında yalnız və yalnız daxili borclanmadan istifadə olunmuşdur. Bu da beynəlxalq borclanmaya gətirib çıxarmamışdır və bunu da müasir təcrübədə antiböhran tədbiri kimi qiymətləndirmək olar.
Borclanma ilə bağlı Samir müəllim məlumat verdi. Par-lament tərəfindən həm daxili, həm də xarici borclanma sahəsində müəyyən edilmiş limitlərə tam riayət edilmişdir. Yəni xarici borclarımızın həcminin həm ümumi daxili məhsula, həm də xarici borclara xidmətlə əlaqədar olan xərclərə nisbəti risk göstəricilərindən xeyli uzaq olmuşdur.
İnvestisiya sahəsində də böyük irəliləyişlər olmuş, pro-qramlar artırılmışdır. Burada cəlbedici fakt ondan ibarətdir ki, əsasən, köhnə investisiyaların tamamlanmasına diqqət yönəlmişdir. Yəni yeni 179 investisiya layihəsinə qarşı 500-dən artıq köhnə, bitməmiş layihələrin maliyyələşdirilməsi davam etdirilmişdir ki, bu da çox müsbət haldır. Amma bu-rada da görüləsi işlərimiz çoxdur. Həm rəyimizi vermişik, həm də komitənin iclasında bu barədə təkliflərimiz olub. Apardığımız nəzarət tədbirləri, hesabatların təhlili burada da bəzi görülməli işlərin mövcud olduğunu deməyə əsas verir.
Birinci, hər şeydən əvvəl biz onu qeyd edirik ki, büdcə xərclərinin icrası nisbətən ahəngdar olmamışdır. İlin əvvəlində az, ilin sonunda, xüsusilə dekabr ayında daha çox olmuşdur. Bu o qədər də müsbət göstərici deyil, çünki ilin sonunda xalq istehlakı mallarına tələbatın artdığı bir dövrdə bu xərclərin artırılması, hesab edirik ki, inflyasiya təzyiqi yaradır. Bəzi müəssisə və təşkilatlar dürüstləşmə ilə əlaqədar Maliyyə Nazirliyinə müraciət etmələrinə baxmayaraq, onlar heç ilkin variantda ayrılmış məbləğdən istifadə edə bilməmişlər.
Satınalma proseslərinin təkmilləşdirilməsinə ehtiyac görürük. Bir sıra büdcə təşkilatları açıq tender keçirmək əvəzinə daha çox müvafiq icra hakimiyyəti orqanına müraciət edərək təkliflər sorğusu ilə bir mənbədən satınalmaların həyata keçirilməsinə çox üstünlük vermişlər ki, bu da müsbət hal kimi qiymətləndirilə bilməz.
Bizim təkliflərimizdən biri nazirlik, komitə və şirkətlərin nəzdində təsərrüfat hesablı adı altında fəaliyyət göstərən təşkilatlarla bağlıdır. Bunlar bir növ büdcənin sifarişçiləridir, büdcədən alınmış pullar vasitəsilə sifarişi yerinə yetirirlər və onların saxlanılması büdcə vəsaiti hesabına həyata keçirilir. Onların hesabı xəzinədə olmadığına və birbaşa hesablaşma hesabı ilə işlədiklərinə görə bəzən onlar vəsaitin təyinatlarını dəyişdirirlər. Bu, xəzinənin imkanları xaricindədir. Ona görə biz təklif edirik ki, bu təşkilatları birbaşa büdcədən maliyyələşdirməyə keçirmək lazımdır. Onsuz da onlar dolayı yolla büdcədən maliyyələşirlər. Yaxud da həmin təşkilatların hesablarını bağlayıb xəzinə vasitəsilə maliyyələşdirilmələrini davam etdirmək lazımdır.
Təhlillər göstərir ki, bir neçə ildir, kommunal, ezamiyyə xərclərinə qənaət olunmasına baxmayaraq, təşkilatlar yenə sifarişlərində böyük məbləğdə bu xərcləri sifariş edirlər. Nəticədə ilin sonunda bu vəsaitlər xərclənilməmiş qalır ki, bu da büdcənin icrasına öz təsirini göstərir. Bizim fikrimizcə, Maliyyə Nazirliyi artıq bu sahədə hər bir sifarişin daha detallı araşdırılmasına xüsusi diqqət yetirməlidir.
Proqram xarakterli işlərin həcminin artmasına baxma-yaraq, onların icrasının ümumi şəkildə göstərilməsi bəzən təhlilimizə maneçilik göstərir. Ona görə də biz hesab edirik ki, gələcəkdə ayrı-ayrı proqramların yerinə yetirilməsi üçün ayrılmış vəsaitlərin icrası da həmin proqramların icrası kimi ayrıca sətirlə göstərilsin. Burada bir nöqsana da yol verilir ki, bəzi təşkilatlar proqramlar üzrə ayrılmış vəsaitdən əlavə həmin proqramın icrasında cari fəaliyyət üçün ayrılmış vəsaitdən istifadə edirlər ki, bu da ümumi məqsədin qarışdırılmasına səbəb olur. Bizim verdiyimiz belə təkliflər rəydə çoxdur. Təbii ki, bunların yarısı mübahisəli xarakter daşıyır, mübahisə predmetidir. Amma biz hesab edirik ki, verdiyimiz təkliflərin həyata keçirilməsi bütövlükdə ümumi işimizin yaxşılaşmasına və şəffaflığın artmasına gətirib çıxara bilər.
İkinci məsələ üzrə çox qısa danışacağam. Hörmətli millət vəkilləri, biz hələ 2011-ci ilin büdcə layihəsini müzakirə edərkən bir növ hər birimiz hazır idik ki, yaxın vaxtlarda bu büdcənin dürüstləşdirilməsini həyata keçirəcəyik. Hətta millət vəkillərindən bir neçəsi yarım ay keçməmiş bu barədə açıqlamalar da vermişdilər. Yəni bu büdcə layihəsi təsdiq olunarkən hər birimizə məlum idi ki, neftin qiymətinin qalxması kontekstində və digər səbəblərdən bu büdcə dürüstləşdiriləcək. Bu gün həmin hadisə baş verir.
Onu da qeyd edim ki, yalnız bizdə deyil, bir çox ölkələrdə bir neçə dəfə büdcənin dürüstləşdirilməsi prosesi həyata keçirilir. Bu onunla əlaqədardır ki, birinci, dünyada tələblər tez-tez dəyişir, ikinci, dövlətin siyasəti dəyişdikcə daha çe-vik şəkildə onun maliyyə təminatını yaratmaq zərurəti meydana gəlir. Adicə bir fakt deyim. Bu yaxınlarda Bakı şəhəri və ətraf qəsəbələrin inkişafına dair müşavirədə yeni vəzifələr, yeni maliyyə təminatını tələb edən tapşırıqlar or-taya qoyuldu. Yaxud “Eurovision”da Azərbaycan təmsilçilərinin qalib gəlməsi Azərbaycanın infrastrukturu, onun mədəniyyəti ilə bağlı başqa tələblər irəli sürdü. Ona görə də büdcə dəyişikliyi artıq təbii proses halına gəlib çıxıb.
Hörmətli millət vəkillərini maraqlandıran məsələ Dövlət Neft Fondundan ayırmaların həcminin artırılması olacaqdır. Biz bu suala əvvəlcədən hazırlaşmışıq. Bu başdan bildirmək istəyirəm ki, həqiqətən də, Dövlət Neft Fondundan ayrılacaq vəsaitin məbləği xeyli artırılmışdır. Amma apardığımız təhlillər göstərir ki, bu, həqiqətən də, obyektiv zərurətdən irəli gəlir. Niyə? Birinci, aparılan təhlillər göstərir ki, vəsaitlərin hesabda saxlanması və yaxud haradasa yerləşdirilməsindən gələn gəlir o layihələrin bahalaşması ilə müqayisədə çox aşağı səviyyədədir. Daha doğrusu, layihələrin bahalaşma tempi gəlirlərin gəlmə tempini dəfələrlə üstələyir. Ona görə də biz hesab edirik ki, əgər bizim təxirəsalınmaz investisiya layihələrimiz, tikilməli məktəblərimiz, çəkilməli yollarımız varsa, bu vəsaiti saxlamaqdansa, ondan istifadə etmək və təxirəsalınmaz investisiya layihələrini həyata keçirmək daha doğru olar.
Mətbuatda bunu belə qiymətləndirirlər ki, gələcək nəsillərə nə qalacaq? Birinci, investisiya layihələri həmin il səmərə vermir. Bu məhz gələcək nəsillər üçündür. 1994-cü ildə həyata keçirilən neft strategiyası bu gün və bundan sonrakı nəsillər üçün səmərə verəcəkdir. Bu gün tikilən məktəblər, çəkilən yollar və digər infrastruktur layihələrinin hamısı, əsasən, gələcək nəsillər üçündür. Ona görə də burada əsas məsələ, fikrimizcə, dövlətin saxlanması üçün onun ehtiyatlarının optimal səviyyəsini gözləməkdən ibarətdir. Keçən il büdcə layihəsi müzakirə edilərkən yalnız Dövlət Neft Fon-dunda olan ehtiyatların həcminin təxminən 29–30 milyard dollar həddində saxlanılması nəzərdə tutulurdu. Bu gün həyata keçirilən artımlardan sonra ilin sonunda həmin məbləğin dövlətin ehtiyat fondunda qalacağı təmin olunacaqdır. Proqnozlar bunu deməyə əsas verir. Bu çox böyük göstəricidir, Mərkəzi Bankın ehtiyatları ilə birlikdə az qala ikiil-lik büdcəmizə bərabərdir. Ona görə bu fondun vəsaitindən infrastruktur layihələrinə, sosial və digər təxirəsalınmaz tədbirlərə istifadə olunması çox ağlabatandır və zəruridir. Biz buna Hesablama Palatası olaraq rəsmi rəy vermişik. Hörmətli millət vəkillərini bu layihəyə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Heydər müəllim. İndi müzakirələrə başlayırıq. Hörmətli millət vəkilləri, müzakirələrdə çıxış üçün 30 millət vəkili yazılıb. Bu o deməkdir ki, hər de-putat 5 dəqiqə danışsa, 3 saat işləməliyik. Xahiş edirəm, çıx-ışları bir az qısa edin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elmira xanım, yerdən danışmaq adətini bir kənara qoyun. Mən bir söz demədim, Siz yerinizdən danışırsınız. Olmaz axı, bu birinci dəfə deyil. Millət vəkillərindən xahiş edirəm, çıxışlarında mümkün qədər diqqətli olsunlar. Buyurun, Elton Məmmədov.
E.Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Gündəliyin ikinci məsələsi ilə bağlı qeyd etmək istəyirəm ki, məruzəçilər çox ətraflı məlumat verdilər. Hörmətli komitə sədri Ziyad müəllimin, çox hörmətli maliyyə naziri Samir müəllimin çıxışları, qa-baqcadan bizə təqdim olunmuş sənədlər və bu gün bir daha bizim üçün rəyini canlı şəkildə səsləndirən Hesablama Palatasının çox hörmətli sədrinin verdiyi rəy əsasında deyə bilərəm ki, 2010-cu ilin dövlət büdcəsinin icrası yüksək səviyyədə təmin olunmuşdur. Həqiqətən, həm layihə ilə tanışlığım, həm də dinləmələr bunu göstərir. Ona görə də ikinci məsələ ilə bağlı layihənin qəbul olunmasını təklif etmək istəyirəm.
Gündəliyin üçüncü məsələsi ilə bağlı qeyd etmək istəyirəm ki, son illər dünya iqtisadiyyatında baş vermiş iqtisad və maliyyə böhranına baxmayaraq, Prezident İlham Əliyevin balanslaşdırılmış və böhran halını nəzərə alan iqtisadi siyasəti nəticəsində ölkə iqtisadiyyatı sabit inkişaf edir. Geriliyə və durğunluğa yol verilmir. Bu ilin ötən 4 ayının nəticələri bunu bir daha əyani göstərir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun istehsalı 2 faizə yaxın artmışdır. Orta aylıq əmək haqqı 12 faiz, adambaşına düşən gəlirlər 15 faiz yüksəlmişdir. Bu gəlirlərin artım sürəti bugünkü inflyasiyanı 2 dəfə üstələyir.
Dövlət başçısının tapşırığı əsasında hökumət tərəfindən hazırlanmış, bu gün Milli Məclisin müzakirəsinə təqdim olunmuş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Azərbaycan iqtisadiyyatının və sosial sekto-run bugünkü müsbət durumunu tam əks etdirir. Biz ötən ilin sonunda 2011-ci ilin dövlət büdcəsinin proqnozlarını təsdiq edən zaman son 3 ilin reallığından çıxış edərək hesablama-larda çox düzgün olaraq neftin bir barrelini 60 dollardan gö-türdük. Bu gün dövlət büdcəsinə daxilolmaların həcminin artması bizə imkan verir ki, büdcə dürüstləşməsini aparan zaman həmin göstəricini 80 dollara qaldıraq. Belə olan halda təqdim olunan sənədlərdən göründüyü kimi, cari ilin dövlət büdcəsinin gəlirləri 3,5 milyard manat miqdarında artırılır. Beləliklə, dürüstləşdirilmə ilə dövlət büdcəsinin gəlirləri 15,6 milyard manat təşkil edəcək. Bu, ötən ilin sonunda təsdiqlənmiş proqnozun 29 faiz artırılması deməkdir.
Dəyişikliklər nəticəsində 2011-ci ilin təsdiqlənmiş büdcə xərclərinin 4,1 həcmində artımı nəzərdə tutulur. Bu isə büdcə xərclərinin məbləğinin 15,9 milyard manata çatdırılmasına imkan verir. Qeyd edilməlidir ki, 6 il bundan əvvəl bu göstərici cəmi 2,1 milyard manat idi. Başqa sözlə, bu illər ərzində dövlət büdcəsinin həcmi 8 dəfəyə yaxın artmışdır. Cari ilin dövlət büdcəsinin hazırkı dəqiqləşdirməsi ilə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə olan xərclərin 78 fai-zi, başqa sözlə, 2,5 milyard manatı yönəldiləcəkdir ki, bu, təsdiq edilmiş ilin xərc göstəricilərinə nisbətən 74 faiz çox-dur. Bu əlavə vəsaitlər imkan verəcək ki, dövlət proqramlarında 2011-ci ildə nəzərdə tutulmuş tədbirlər tam şəkildə maliyyələşdirilə bilsin.
Müzakirə olunan qanun layihəsindən göründüyü kimi, büdcə gəlirləri artımının 2,7 milyard manatı Dövlət Neft Fondundan transfer hesabına baş verəcəkdir ki, bunun da çox hissəsi əsaslı vəsait qoyuluşu xərclərinə yönəldiləcəkdir. Hökumət, hesab edirəm, nəzərdə saxlamalıdır ki, infrastruk-turla yanaşı, bu vəsaitlərdən qeyri-neft sektorunun inkişafında da istifadə olunmalıdır. Əmək haqlarının, pensiyaların və sosial müavinətlərin artırılması nəticəsində əhalidə müəyyən qədər pul kütləsinin artımı baş verəcəkdir ki, bu da onların alıcılıq qabiliyyətini artıracaqdır. Bu da öz növbəsində inflyasiyanı artıran göstəricidir. Hökumət strukturları bununla bağlı, yəqin ki, müəyyən tədbirlərin görülməsini təmin edəcəkdir.
Çıxışımı yekunlaşdıraraq bir daha qeyd etmək istəyirəm ki, dövlət büdcəsinə edilən bu dəyişikliklər ölkənin sənaye sektorunda, dünyanın karbohidrogen resursları bazarında baş verən reallıqdan irəli gəlir. Bu reallıqla isə biz barışmalıyıq. Əminliyimizi bildirməliyik ki, dövlət büdcəsinə edilən dəyişikliklər Azərbaycan iqtisadiyyatının inkişafına, əhalinin rifahının yüksəldilməsinə xidmət edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir
Sədrlik edən. Sağ olun, Elton müəllim. Aqiyə Naxçıvanlı.
A.Naxçıvanlı. Çox sağ olun. Bu gün Milli Məclisin müzakirəsinə təqdim edilən hər iki məsələ böyük əhəmiyyət kəsb edir. Mən də hər iki məsələyə müsbət münasibətimi bildirirəm. Ancaq fürsətdən istifadə edərək deputat seçildi-yim 117 saylı Oğuz–Qəbələ seçki dairəsindən ünvanıma daxil olmuş, seçicilərimlə görüşdüyüm zaman qaldırılan məsələlərin bir çoxunu diqqətinizə çatdırmaq istəyirəm. Güman edirəm ki, büdcəyə dəyişikliklər edilərkən bu məsələlər öz həllini tapa bilər.
Seçicilərimlə görüşdüyüm zaman qaldırılan məsələlərin əksəriyyəti məhz məktəblərin, körpələr evi, uşaq bağçalarının maddi-texniki bazasının, təhsil müəssisələrinin yararsız halda olmasıdır. Cənab Prezidentimizin göstərişinə görə 2013-cü ilədək bütün təhsil müəssisələrinin təmiri və ti-kintisi başa çatdırılmalıdır. Oğuzda təmirə ehtiyacı olan 6 məktəb binası, 11 körpələr evi, uşaq bağçası var, 8 yeni məktəb binası tikilməlidir. 5 məktəbdə əlavə sinif otaqlarının, 10 idman zalının və akt zallarının tikilməsinə ciddi ehtiyac vardır. Təhsil Nazirliyinin “Qəza vəziyyətində olan tədris müəssisələrinin 2011–2013-cü illərdə tikintisi və bərpasının gücləndirilməsi işlərinin yerinə yetirilməsi proqramı”nda 2013-cü ilə qədər Oğuz rayonunun cəmi 10 təhsil müəssisəsi nəzərə alınıbdır. Bəs qeyd etdiyimiz yerdə qalan 40 təhsil müəssisəsinin taleyi necə olacaqdır? Oğuz rayonu yenidən 2013-cü ildən sonrakı dövlət proqramını gözləməli olacaqdır? Büdcənin dürüstləşməsində bunların nəzərə alınmasını çox xahiş edərdim.
Oğuz əhalisi ilə görüşlərdə mənə dedikləri sözləri Milli Məclisə çatdırıram. Onlar deyirlər ki, Bakıda oturan cənablar, təşkilatlar Oğuza, ümumiyyətlə, ögey münasibət bəsləyirlər. Ona görə də mən çox xahiş edirəm ki, Oğuza bir az doğma münasibət bəslənilsin və büdcə dürüstləşmələrində Oğuzun bu problemləri nəzərə alınsın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Aqiyə xanım. Fərəc Quliyev.
F.Quliyev. Hörmətli sədarət, hörmətli deputatlar və hörmətli qonaqlar! Mən də sizi Respublika günü münasibəti ilə təbrik edirəm. Təqdim edilmiş dəyişikliklərə mən də münasibətimi bildirim.
2011-ci il dövlət büdcəsinin gəlirləri 3 milyard 493 milyon manat məbləğində artırılıbdır ki, bu artımdan sonra 2011-ci ildə dövlət büdcəsinin gəlirləri 15 milyard 554 milyon manat olacaqdır. Bu isə təsdiq edilmiş proqnoza nisbətən 29 faiz çoxdur. Büdcə gəlirlərinin artımının 770 milyon manatı vergi və gömrük daxilolmaları, 2,7 milyard manatı isə Dövlət Neft Fondunun transferi hesabına təmin ediləcəkdir. Layihədən də göründüyü kimi, artım üçün nəzərdə tutulmuş vəsaitin əsas mənbəyi Dövlət Neft Fon-dundan büdcəyə edilən transferdir. Dövlət Neft Fondundan büdcəyə bu məqsədlə 2009-cu ildə 4,9 milyard, 2010-cu ildə 5,9 milyard manat ayrılıb. 2011-ci ilin büdcəsinə daha 6,8 milyard manat ayrılması nəzərdə tutulsa da, artıq bugünkü layihə ilə büdcəyə Dövlət Neft Fondundan əlavə 2,7 milyard manat transfer ediləcəyi nəzərdə tutulubdur. Bununla da büdcə vasitəsilə xərclənən birbaşa neft gəlirlərinin həcmi təxminən 9,5 milyard manat edir.
Azəri–Çıraq–Günəşli layihəsi üzrə büdcəyə daxil olacaq 600 milyon manatı, hər il ARDNŞ-nin təmin etdiyi 1 milyard manatı, həmçinin neftin qiymət fərqindən əldə ediləcək gəlirləri də nəzərə aldıqda dövlət büdcəsinin gəlirlərində neft sektorunun payının 70 faizə çatdığını görürük. Qeyd edək ki, ötən il bu rəqəm 63 faiz təşkil edibdir. Başqa sözlə, builki büdcəmizin nə az, nə çox 11,5 milyard manatı neft gəlirlərindən formalaşır. Açığı, mən belə yüksək məbləğdə artım gözləmirdim. Bu məsələdə məni narahat edən ən vacib tərəf dövlət büdcəsinə Dövlət Neft Fondundan əlavə olaraq 2,7 milyard manatın transfer edilməsidir. Bu, iki baxımdan na-rahatlıq yaradır. Birinci, büdcənin neftdən asılılığı təhlükəli həddə çatıbdır. İkinci, dəyişikliklərdən sonra Dövlət Neft Fondundan büdcəyə, ümumiyyətlə, 9 milyard 180 milyon manat transfer ediləcək. Bu isə büdcə gəlirlərinin 60 faizi deməkdir.
Bundan əlavə, Azəri–Çıraq–Günəşli layihəsi üzrə büdcəyə daxil olacaq 600 milyon manatı hər il ARDNŞ-nin təmin etdiyi 1 milyard manat, həmçinin neftin qiymət fərqindən əldə ediləcək gəlirləri də nəzərə aldıqda dövlət büdcəsinin gəlirlərində neft sektorunun payının 70 faizə çatdığı aydın olur. Halbuki ötən il bu rəqəm 63 faiz olubdur. Bu, Azərbaycan neftinin dünya bazarındakı qiymətlərindən asılı ol-maq deməkdir. Bir gün bu qiymət indikindən 2 dəfə azalsa, dövlət büdcəsinin hansı vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyil.
Digər tərəfdən, neft gəlirlərinin belə sürətlə xərclənməsi gələcək nəsillərin ölkənin təbii sərvətlərindən bəhrələnməsinə imkan verməyəcəkdir. Təsəvvür edin ki, dəyişikliklərdən sonra büdcənin qeyri-neft gəlirləri ölkənin cari xərclərini ödəməyə imkan verməyəcək. Cari xərclər dövlətin saxlanması xərcləridir və onların maliyyələşdirilməməsi mümkün deyildir. Bu il büdcənin cari xərcləri 7 milyard 716 milyon manat nəzərdə tutulubdur. Vergi və gömrükdən daxilolmalar isə 6,3 milyard manat nəzərdə tutulubdur. Vergilərdən daxilolmalardan neft sektorunun payını çıxdıqda yerdə 4 milyard 710 milyon manat qalır. Bu isə cari xərclərin cəmi 61 faizi deməkdir. Rəqəmlərdən də göründüyü kimi, neft pulları yalnız Dövlət Neft Fondundan birbaşa layihələrə deyil, elə bir-başa büdcəyə transfer edilir. Lakin təəssüflər olsun ki, bir-başa neft gəlirləri ilə maliyyələşdirilən layihələrlə müqayisədə büdcə xərcləmələrindəki şəffaflıq görünmür.
Büdcə xərcləri üzrə aparılan təhlillər göstərir ki, büdcə təsnifatı üzrə məzmunu tam açıqlamayan istiqamətlərə yönəldilmiş və ya təyinatsız qalan xərclərin payı artmaqdadır. Bu qrupa sənaye, tikinti və faydalı qazıntılar, müdafiə, əsas bölmələrə aid edilməyən sair xərclər də daxildir. Bu xərc maddələri ilə bağlı 2011-ci ilin dövlət büdcəsində onların haraya və necə xərclənməsi haqqında yalnız ümumi məlumatlar verilmişdir. Təhlil nəticəsində aydın olubdur ki, dövlət büdcəsinin artımı ümumi daxili məhsulun artım di-namikasından çox sürətlidir.
Statistik məlumatlara əsasən dövlət xərclərinin və büdcənin bu qədər artımının qarşısında cari ilin 4 ayında ümumi daxili məhsul cəmi 0,8 faiz artıbdır. Yəni təklif artsa da, onun müqabilində tələb hələ formalaşmayıbdır. Bu o deməkdir ki, bir neçə ildən sonra biz büdcəni azaltmaq məcburiyyətində qalsaq, ümumi daxili məhsulun kəskin azalması ilə üzləşə bilərik. Bu da göstərir ki, Azərbaycan hökumətinin perspektiv iqtisadi inkişafa dair strateji baxışı yoxdur və Prezidentin göstərdiyi strateji istiqamətlə bağlı Prezidentlə ayaqlaşa bilmirlər. Elə buna görə də cari ildə daxili mənbələrdən infrastrukturlara 8 milyard 228 milyon manat sərf etmək planlaşdırılır.
Əslində, dinamikaya baxanda görünür ki, məsələn, ötən ilin sonuncu rübündə nəzərdə tutulan investisiya xərclərinin az bir hissəsi xərclənibdir. Son 3 ayda isə xərclər sürətlə artıbdır. Təkcə dekabr ayında ümumi investisiya xərclərinin 28,5 faizə qədəri, yaxud 3 milyard 345 milyon manatı sərf olunubdur. Bu, sinxronluğu və harmoniyanı aradan qaldırıb. Bir ayda xərclənənlə bütün il boyu xərclənənlərdə çox ciddi fərq var.
Daha bir məsələni qeyd etməliyəm. Vergi və gömrükdən daxilolmaların 770 milyon manat artırılmasının sahibkarlar üçün ciddi problemlər yaradacağından narahatam. Artıq bu tendensiya müşahidə edilməkdədir. İş adamları həm vergi, həm də gömrük orqanlarının qanunsuz tələbləri ilə üz-üzə qalıblar. Bu il dövlət əmlakının özəlləşdirilməsindən daxil olacaq vəsaitdə artım nəzərdə tutulmamışdır. Özəlləşdirilmənin hazırkı normativ qiymətləri ilə real bazar qiymətləri arasında çox ciddi fərq vardır. Onsuz da özəlləşdirmə prosesində Əmlak Məsələləri Dövlət Komitəsində sahibkarlardan alınan pullar real bazar qiyməti ilə hesablanılır. Amma büdcəyə həmin vəsaitlərin 10–20 faizi ödənilir. Belə isə milyon-larla vəsait büdcədən yayınır. Həm özəlləşdirmə, həm də daşınmaz əmlakın reyestrinin aparılması sahəsində olan korrupsiyanın qarşısı alınmalı, özəlləşdirmənin normativ qiymətlərinə yenidən baxılmalı və həmin sahədən daxil olan vəsaitin dövlət büdcəsində real qiyməti tam təmin olunmalıdır.
Büdcə dəyişikliklərinin həcminə “Eurovision” 2012-ci il yarışmasının Azərbaycanda keçirilməsi amili də təsir edib-dir. Təklif edirəm ki, görüləcək işlərin layihəsi əvvəlcədən hazırlansın və xərclənəcək vəsaitlərin şəffaflığının təmin edilməsi üçün ictimai nəzarət gücləndirilsin. 2011-ci ildə sovet dövründə əhalinin banklara yatırmış olduğu əmanətlərin geri qaytarılması ilə bağlı da heç bir addım atılmır. Bu sahədə heç bir hərəkət müşahidə olunmur. Təklif edirəm, İqtisadi siyasət komitəsi bu məsələni müvafiq komitələrlə birgə müzakirə etsin və problemin həlli istiqamətində konk-ret addımlar atılsın.
Başqa bir vacib məsələni qeyd etməmək mümkün dey-ildir. Dövlət Neft Fondundan maliyyələşdirilən layihələr içərisində əhəmiyyət daşıyan çox mühüm bir məsələ 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinin dövlət proqramı ilə maliyyələşdirilməsidir. Bu il həmin vəsait ən azı 2 dəfə artırılmalı və xaricdə təhsil alan tələbələrin maliyyələşdirilməsində hərtərəfli dəstəyə nail olmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Fərəc müəllim. Şəffaflıqla bağlı narahatlığınız olmasın. Bu istiqamətdə Azərbaycan dünya ölkələri içərisində əhəmiyyətli yerlərdən birini tutur. Ona görə də düşünürəm ki, bu narahatlığınız əsassızdır. Hərbi sənaye ilə və digər sahələrlə bağlı xərclərin təyinatının açıqlanmamasını mən əsaslı hesab edirəm. Ona görə də düşünürəm ki, hər şey yaxşı olacaqdır. Gülçöhrə Məmmədova.
G.Məmmədova. Hörmətli sədarət, hökumət nümayəndələri və millət vəkilləri! Milli Məclisə təqdim edilmiş Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında, “2011-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri ötən dövrdə də ölkəmizin dinamik inkişafını əks etdirir. Dünyanı bürüyən iqtisadi böhranın ölkəyə təsirinin minimuma endirilməsinə yönəlmiş siyasətin və əməli tədbirlərin nəticəsində Azərbaycan inkişaf sürətini saxlamış, beynəlxalq aləmdə müsbət iqtisadi imicini möhkəmləndirmişdir. Başqa sahələrlə yanaşı, sosial sahənin, o cümlədən təhsil sisteminin inkişafına xüsusi diqqət yetirilmişdir. Təhsil sektorunun infra-strukturunun müasirləşdirilməsi, məzmunun yeniləşdirilməsi, təhsildə yeni mütərəqqi metodika mexanizmlərinin tətbiq edilməsi üçün xeyli işlər görülmüşdür. Ali təhsil sistemində islahatların sürəti artmış və bir sıra müsbət dəyişikliklər baş vermişdir.
Prezident İlham Əliyev tərəfindən imzalanmış “2009–2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində ötən ildə universitetlərimizin maddi-texniki bazası hiss olunan dərəcədə inkişaf etmişdir. Ali məktəblərimizin fəallığının artmasına və bütövlükdə daha müasir, rəqabətədavamlı olmasına ötən ildə tətbiq edilməsinə başlanmış yeni maliyyələşdirmə mexanizmi böyük təkan verəcək. Universitetlər mümkün qədər çox dövlət sifarişi qa-zanmaq məqsədi ilə təhsilin keyfiyyətini yüksəltmək, reytin-qini qaldırmaq üçün daha artıq ciddi tədbirlər görməlidirlər. Adambaşına maliyyələşdirmə ali təhsilin inkişafı üçün gözəl stimula dönə bilər.
4 ildən sonra dünya standartlarına uyğun kadrlar almaq istəyiriksə, bu standartların təmin edilməsi maliyyə baxımından obyektiv qiymətləndirilməli və müxtəlif ixtisasların arasında olan fərq də nəzərə alınmalıdır. Müasir səviyyəli mühəndisin hazırlığı üçün nə qədər laboratoriyaların, təcrübə-sınaq bazalarının, yeni texnika və avadanlığın lazım olduğunu nəzərə alsaq, bu gün bir mühəndisin hazırlığına verilən məbləğin müasir keyfiyyəti təmin etməməsi aydın olar. Düşünürəm ki, bu məsələyə yenidən baxılmalıdır.
Ali məktəb müəllimlərinin əmək haqlarının, elmi dərəcələrə görə verilən əlavələrin artırılmasına da, düşünürəm ki, ehtiyac var. Son iclasda qəbul edilmiş qanunda bu gün fəaliyyət göstərən bir çox professor-müəllim heyətinin artıq işləməyəcəyi nəzərdə tutulub. Onların yerini gənclər tutmalıdırlar. Amma bu gəncləri universitetə, pedaqoji, elmi fəaliyyətə cəlb etmək üçün onlara lazımi maaşı, əmək haqqını verməliyik və sosial problemlərin, o cümlədən mənzil prob-leminin gələcəkdə həll edilməsi üçün düşünməliyik. Biz bu gün istehsalatda, məsələn, tikinti sahəsində çalışan gənc istedadlı mütəxəssisin əmək haqqını müəllim kimi fəaliyyətə başlayan şəxsin alacağı əmək haqqı ilə müqayisə etsək, görərik ki, fərq çox böyükdür. Bu da həmin işlərin keyfiyyətlə həyata keçirilməsi üçün çox böyük çətinliklər yaradır.
2011-ci ilin dövlət büdcəsinə təklif olunan dəyişikliklər göstərir ki, büdcəmiz nəzərdə tutulandan 28,6 faiz çox olacaqdır. Biz də millət vəkili kimi regionlarımızla bağlı bir sıra təklifləri nəzərinizə çatdırmalıyıq. Seçildiyim Goranboy, Tərtər, Ağdam rayonları, o cümlədən də bir sıra başqa rayonlarımızın ərazisindən cəbhə xətti keçir. Bu rayonlarda cəbhəyə çox yaxın olan, bilavasitə cəbhə xəttinin üzərində yerləşən kəndlərimiz var. Həmin kəndlərimizin əhalis kənd yerlərində olan adi problemlərdən əlavə, eyni zamanda, düşmənlərimizin odu-atəşi altında yaşayır, hətta canlı itkilər də verir. Bu kəndlərin problemlərinə xüsusi diqqət yetirilməlidir.
Belə kəndlərimizin və bunların içərisində hamımızın yaxşı tanıdığı, tez-tez televiziyadan həyəcanlı xəbərlər eşitdiyimiz Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin problemləri, o cümlədən də sosial problemləri hələ çoxdur. Məktəblər yaxşı vəziyyətdə deyil, təmir olunmağa, yenidən tikilməyə ehtiyac var. Səhiyyə obyektlərinin yenidən tikilməsinə, ümumiyyətlə, bu xidmətin gücləndirilməsinə, kənd təsərrüfatının inkişafı üçün daha yaxşı şərait yaradılmasına ehtiyac var. Bu kəndlərin əhalisi suvarma sularının və içməli suyun olmaması ilə bağlı çətinliklərlə üzləşir. Mən xahiş və təklif edirəm ki, büdcəyə etdiyimiz dəyişikliklərdə sərhədboyu, cəbhə boyu yerləşən kəndlərimizin sosial problemlərinin həll olunması xüsusi nəzərə alınsın. Bütövlükdə, təqdim edilmiş 2011-ci il dövlət büdcəsində dəyişiklikləri mən də dəstəkləyirəm, bunlara səs verəcəyəm. Hökumətimizə böyük uğurlar arzu edirəm.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Sədr! Hörmətli qonaq-lar, deputat həmkarlarım! 2010-cu il dövlət büdcəsinin icrası haqqında burada söylənilən dəyərli fikirlərə mən də tərəfdaram. Eləcə də işimizin xeyrinə olan təklifləri dəstəkləyirəm. 2011-ci il dövlət büdcəsi gəlirlərinin 3 milyard 593 milyon manat artırılaraq 15 milyard 545 milyon manata çatdırılması isə sevindirici haldır və bu, ölkədə büdcə siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir. Bu uğurlar, əlbəttə, ölkəmizin başçısı, Prezidentimizin səmərəli fəaliyyəti ilə əlaqədardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti sayəsində ölkənin sosial-iqtisadi həyatında baş verən əsaslı dəyişikliklər iqtisadiyyatın davamlı artımını təmin etməklə bərabər, həm də insanların rifahının yaxşılaşdırılmasına, respublikamızın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə, müdafiə və təhlükəsizliyin təmin edilməsinə zəmin yaratmışdır. Büdcə artımında nəzərdə tutulan cari xərclərin çox hissəsinin – 66,3 faizinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsinə yönəldilməsi bir daha ölkə vətəndaşlarına göstərilən qayğı və diqqətin nəticəsi kimi qiymətləndirilməlidir.
Elm, təhsil, səhiyyə, mədəniyyət, sosial təminat, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi sahəsində çalışanların, hərbi qulluqçuların əmək haqlarının artırılması üçün nəzərdə tutulan xərclər çox əhəmiyyətlidir. Pensiya təminatı sahəsində aparılan islahatlar da xalqın ürəyindəndir. Dövlət So-sial Müdafiə Fondunun bu sahədəki fəaliyyəti təqdirəlayiqdir. Büdcə gəlirlərinin artımı, əlbəttə, ölkədə sosial-iqtisadi həyatın bütün sahələrində müsbət nəticələrini verəcəkdir. Sözsüz, bu, regionların inkişafına daha güclü təsir göstərəcəkdir. Yeni infrastrukturun yaradılmasına, əhalinin qaz, su, yol təminatının daha da yaxşılaşdırılmasına, insanların re-gionlarda möhkəmlənməsinə, sahibkarlığın inkişafına imkan yaradacaqdır.
Büdcə artımı seçildiyimiz dairələrdə hər bir kəndin, qəsəbənin, rayon mərkəzinin inkişafına kömək deməkdir. Mən bunu təmsil olunduğum Ağcabədi rayonunun inkişafında bir daha aydın görürəm. Siyasət və iqtisadiyyatın düzgün əlaqələndirilməsinin, xalqın etimadının qazanılmasının və insanların bir məqsəd uğrunda səfərbər edilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada ictimai-siyasi sabitlik baxımından ən stabil ölkədir. Balanslaşdırılmış siyasət aparan, beynəlxalq hüquq normalarına əməl edən, qonşu dövlətlərlə, dünya birliyi ilə qarşılıqlı dostluq və əməkdaşlıq yaradan bir dövlətdir. Azərbaycan uğurla irəliləyən, öz gücünə, qüdrətinə arxalanan bir dövlətdir. Əlbəttə, bu gün Azərbaycan xalqı öz Prezidentinə arxalanır, onu dəstəkləyir. Ölkənin inkişafı ilə sevinir və bu inkişafı irəli aparmağı özünün ən müqəddəs arzusu hesab edir. Büdcə artımının təmin olunmasında əməyi olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Təqdim edilən sənədlərin təsdiq olunmasına tərəfdaram və deputat həmkarlarımı da bu sənədlərə səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Tahir müəllim. Elmira Axun-dova.
E.Axundova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Əvvəla, mən cənab Prezident tərəfindən növbəti əfv fərmanının imzalandığını qeyd etmək istərdim. Bu gün səksəndən yuxarı insan azadlığa buraxılıb, öz ailələri ilə qovuşub. Mən cənab Prezidentimizə növbəti humanist addımına görə çox böyük minnətdarlığımı bildirmək istərdim.
2010-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi haqqında danışarkən ilk növbədə bu sahədə Hesablama Palatasının fəaliyyətinə münasibətimi bildirmək istərdim. Hesablama Palatasının rəyinə, həmçinin öncəki illərdə hazırladığı rəylərə nəzər saldıqda şahid oluruq ki, bu qurum yaradıldığı və fəaliyyət göstərdiyi illər ərzində əhəmiyyətli dərəcədə böyük irəliləyişə nail olmuş, günü-gündən özünün peşəkarlıq səviyyəsini artırmışdır. Bizə təqdim olunan rəydən də göründüyü kimi, Hesablama Palatası Maliyyə Nazirliy-inin 2010-cu il dövlət büdcəsinin icrasına dair illik hesabatı, Vergilər Nazirliyinin, Dövlət Statistika Komitəsinin hesabat və statistik məlumatları ilə yanaşı, özünün həyata keçirdiyi maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələrindən də səmərəli şəkildə istifadə etmişdir. Buradan göründüyü kimi, He-sablama Palatası heç də hər hansı qurumlardan, hətta azacıq olsa belə, onların məlumat bazasından asılı vəziyyətdə deyil, bunun əksinə olaraq müstəqil şəkildə maliyyə-büdcə nəzarəti tədbirlərini də həyata keçirməyə qadirdir.
Burada qeyd olunduğu kimi, 2010-cu ildə davam etməkdə olan mürəkkəb və qeyri-müəyyən iqtisadi şəraitə baxma-yaraq, ölkə iqtisadiyyatında əhəmiyyətli iqtisadi və sosial nəticələr əldə olunmuşdur. Əlbəttə, bu göstəricilər tam ola-raq statistik məlumatlara əsaslanır. Hətta dünya iqtisadi fo-rumu, beynəlxalq maliyyə agentlikləri və qurumları tərəfindən də respublikamızın iqtisadi artımı yüksək qiymətləndirilmişdir. Rəydən açıq-aşkar görünür ki, ümumi investisiyaların 30 faizi neft sektorunun, 70 faizi isə qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Həmçinin kənd təsərrüfatında ümumi məhsulun dəyəri 2,2 faiz, heyvandarlıq məhsulları üzrə 6,1 faiz artmışdır.
Daxili investisiyaların payı xarici investisiyaların payını 3 dəfə üstələmişdir. İxracın həcmi 19,4 milyard, idxalın həcmi isə 5,7 milyard ABŞ dolları təşkil etmişdir. Bütün bunlar iqtisadiyyatımızın çox ciddi uğurlarıdır. Müsbət cəhətləri ətraflı şəkildə qeyd etməklə yanaşı, Hesablama Palatası öz tövsiyələrini də verir. Məsələn, dövlət büdcəsinin icrası üzrə kassa idarəetməsinin təşkili məsələlərinə, mal satınalmaları üzrə büdcə təşkilatlarının öhdəliklərinin vaxtında və real tələbata uyğun, xərclərin mütənasib icra edilməsinə diqqətin artırılmasını məqsədəuyğun hesab edir. Təqdirəlayiq haldır ki, Hesablama Palatası vergi gəlirlərinin proqnozlarının kəsirlə icra olunmuş bölmələrini də 31-ci səhifədə qeyd etmişdir. Bununla bahəm vergi daxilolmaları üzrə səviyyəsi əhəmiyyətli dərəcədə aşağı olan orqanların adlarını da açıq-aşkar göstərmişdir və belə misalları artırmaq olar. Qeyd edilənləri nəzərə alaraq tam əminliklə demək olar ki, Hesablama Palatası öz işinin öhdəsindən müstəqil və peşəkarlıqla gəlmişdir.
“2011-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklərlə bağlı danışarkən öncə 2010-cu illə 2011-ci il dövlət büdcələrinin xərc hissəsində olan bəzi müxtəlifliyi diqqətinizə çatdırmaq istərdim. Belə ki, 2011-ci il dövlət büdcəsindəki xərclər elmə 20 milyon, müdafiə sənayesinə 180 milyon, səhiyyəyə 134 milyon, təhsilə 219 milyon, mədəniyyətə isə 43 milyon artırılmışdır. Sırf elm, təhsil, səhiyyə, müdafiə və mədəniyyət sahələrindəki dəyişiklikləri nəzərə çatdırmaqda məqsədim var. Mən bu gün məhz həmin fikirlərimi sizinlə bölüşmək istərdim.
Hamınıza bəlli olduğu kimi, savadlı və intellektual nəslin yetişdirilməsində müəllimlərin, sağlamlığın qorunmasında həkimlərin və ümumiyyətlə, səhiyyə işçilərinin, dövlət sərhədlərimizin və müstəqilliyimizin qorunmasında isə zabitlərimizin əməyi danılmazdır. Hesab edirəm ki, 2011-c il dövlət büdcəsində bu qrup əhalinin əmək haqlarının artırılması və maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər nəzərdə tutulsa və xərclərin əksər hissəsi həmin istiqamətə yönəldilsə, məqsədəuyğun olardı. Bununla bağlı hörmətli Samir müəllimə bir sualım var. Bu kateqoriya in-sanların, yəni müəllim, həkim və zabitlərin maaşlarının ar-tırılması 2011-ci ilin ikinci yarısında gözlənilirmi?
İkinci bir məsələ icra hakimiyyəti orqanlarında qulluq keçən işçilərin əmək haqlarının aşağı səviyyədə olması ilə bağlıdır. Misal üçün, deyə bilərəm ki, rayonlarda icra hakimiyyəti orqanlarında mütəxəssis, baş mütəxəssis, məsləhətçi, baş məsləhətçi vəzifələrində işləyən dövlət qulluqçularının əmək haqları 150–170 manatdan yuxarı olmur. Hökumətimizin qayğısı və dəstəyi ilə yüzlərlə gəncimiz hər il xa-rici ölkələrdə bakalavr, magistr pilləsi üzrə təhsil alıb Vətənə qayıdır. Amma onlara dövlət orqanlarında 200–250 manat arası iş təklif olunur. Belə olan halda bu gənclər ailələrini bir yana, heç özlərinin maddi ehtiyaclarını təmin edə bilmirlər.
2010-cu il ilə 2011-ci il dövlət xərclərini müqayisə etdikdə görürük ki, qanunverici və icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 23 milyon manat artırılmışdır. Demək istərdim ki, bu artım kiçik vəzifəli məmurların maaş artımına sərf olunacaqmı? Ümumilikdə, bu kateqoriyadan olan insanların maaşları hansı səviyyədə artacaq? Çünki hazırda yuxarı vəzifəli dövlət məmurları ilə qeyd etdiyim kiçik vəzifəli məmurların vəzifə maaşları arasında nəzərə çarpacaq dərəcədə böyük fərq var. He-sab edirəm ki, bu fərq tədricən də olsa azaldılmalıdır.
Bir neçə kəlmə də, icazənizlə, rayonumuzun problemləri haqqında. Biz bilirik ki, dövlətimiz tərəfindən, başda cənab Prezident İlham Əliyev, onun xanımı Mehriban Əliyeva ol-maqla mədəniyyətimizin inkişafı naminə geniş tədbirlər planı həyata keçirilir. Teatrlar təmir olunur, yenidən tikilir, mədəniyyət sahəsində proqramlar işlənilir. Bununla belə, rayon yerlərində mədəniyyət evləri, klubları, demək olar ki, tamamilə yararsız və bərbad vəziyyətdədir. Mən dəfələrlə Masallıda yerləşən Rəhim Tağıyev adına diyarşünaslıq mu-zeyi, Masallı şəhərindəki ideoloji mərkəz və mədəniyyət evinin əsaslı təmir olunması üçün aidiyyəti qurumlara müraciət etmişəm. Belə ki, bu mədəniyyət obyektləri sovet dönəmindən qalıb və qəzalı vəziyyətdədir. Hörmətli Samir Şərifovdan xahiş edərdim ki, həmin binaların təmiri üçün imkan daxilində vəsait ayrılsın.
Hökumətimizi düşündürən sual var: rayondan gənclərin şəhər mərkəzlərinə axınının qarşısını necə almalı? Düşünürəm ki, bunun əsas səbəbi rayonlardakı işsizlikdir. Hazırda rayonlarda gənclərimizə hər hansı sənəti, peşəni verə biləcək texniki peşə məktəbləri ya yoxdur, ya da tamamilə yararsız vəziyyətdədir. Hesab edirəm ki, Masallıda yerləşən bu cür peşə məktəbinin əsaslı təmiri, maddi-texniki bazasının yeniləşdirilməsi və təzə ixtisas bölmələrinin, məsələn, çilingər, qaynaqçı, traktorçu və sair peşələr üzrə bölmələrin yaradılması, bölgəmizin gənc nəslinin peşəyə yiyələnməsi gələcəkdə işsizlik probleminin aradan qaldırılması və əhalinin şəhər mərkəzlərinə axınının qarşısının müəyyən dərəcədə alınması baxımından mühüm rol oynayacaqdır. Ümumiyyətlə, “2011-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklikləri dəstəkləyirəm və onların lehinə səs verəcəyimi bildirmək istəyirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Hörmətl Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Büdcəyə yenidən baxılması və əlavələrin edilməsi çox önəmli iqtisadi və deyərdim ki, siyasi hadisədir. Büdcə ölkənin iqtisadi güzgüsüdür və iqtisadi inkişafının göstəricisidir. Büdcədə əldə edilmiş uğurlar ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. Artıq bir neçə ildir ki, dünyada hamımızın bildiyimiz kimi, iqtisadi böhran gedir. Lakin ötən illər göstərdi ki, Azərbaycan nəhəng böhranın fəsadlarının qarşısını alaraq özünün dinamik inkişafını təmin edə bildi. Bu mükəmməl bir örnəkdir və məhz Azərbaycanın seçdiyi yoldur. Ölkəmiz bundan sonra da bu yolla inamla irəliləyəcəkdir.
Ötən il biz büdcəyə iki istiqamətdə, hərbi xərclərin artırılması və sel-daşqının səbəb olduğu fəlakətin qarşısının alınması üçün əlavələr etdik. Bu gün müzakirə etdiyimiz əlavələr isə, demək olar ki, ölkə həyatının bütün sahələrini əhatə edir və bununla qürur duymağa dəyər. Mən, təbii ki, bu əlavələrə səs verəcəyəm və bütün həmkarlarımı səs verməyə dəvət edirəm.
Son günlərdə respublikada yağan normadan artıq yağıntılar nəticəsində bəzi rayonlar ötən il olduğu kimi, yenə də çətinliklərlə qarşılaşıbdır. Təmsilçisi olduğum Zərdab rayo-nu da iki gündür yağan aramsız yağış və düşən dolu nəticəsində ziyanla qarşılaşıb. Ötən il sel fəlakəti nəticəsində rayona dəyən ziyanın aradan qaldırılması üçün ölkə Prezi-dentinin birbaşa diqqəti və qayğısı ilə təcili və təxirəsalınmaz tədbirlər görüldü. Bu işdə Fövqəladə Hallar Nazirliy-inin texnikası, canlı qüvvəsi ön sırada gəlirdi. Evləri yararsız vəziyyətə düşmüş ailələr üçün yeni qəsəbələr inşa edildi. Görülən bütün işlər, vaxtında göstərilən köməkliklər üçün rayonun əhalisi, insanlarımız dövlət rəhbərinə və əlaqədar təşkilatlara minnətdardırlar. Lakin bir az əvvəl də dediyim kimi, rayon yenidən təbii fəlakətlə qarşılaşıb.
Bu gün rayonda mövcud olan yaşayış evlərinin əksəriyyəti ötən əsrin 1950–1960-cı illərində çiy kərpicdən tikilmiş və çoxdan bəri mənəvi və maddi aşınmaya məruz qalmışdır. Bu gün fəlakət nəticəsində 3000-ə yaxın ev ziyan çəkib və sadəcə, fərdi evlər deyil, maarif, mədəniyyət obyektləri, in-zibati idarələrə də ziyan dəyib. Hazırda 120 kilometrə qədər kəndarası yol ötənilki bənd-bərkitmə işləri zamanı ağır ton-najlı yük maşınlarının aramsız keçməsi nəticəsində bərbad vəziyyətə düşüb. Mən hörmətli hökumət üzvlərindən rayonda baş verən təbii fəlakətin nəticələrinin və əhaliyə dəyən ziyanın qısa müddətdə aradan qaldırılması və eyni zamanda, evləri bərbad vəziyyətə düşən insanlara köməklik göstərilməsi üçün büdcədən müəyyən ayırmaların nəzərdə tutulmasını xahiş edirəm.
Digər bir məsələ haqqında da danışmaq istəyirəm. Bu da ümumilikdə mənzil problemi ilə bağlıdır. Aztəminatlı ailələr, müxtəlif səbəblərdən evindən məhrum olmuş insanların və bu qəbildən olan təbəqənin hazırda mənzil problemi mövcuddur. Müxtəlif vaxtlarda həmkarlarım, o cümlədən mən də bu problemi səsləndirmiş və həlli üçün təkliflər irəli sürmüşdük. Hörmətli hökumət üzvləri, bu il sosial müdafiə və sosial təminat məsələləri üçün büdcəyə nəzərdə tutulan 287 754 800 manat artımın bir hissəsinin aztəminatlı ailələrin mənzil probleminin həllinə yönəldilməsini sizdən xahiş edirik.
Çıxışımın əvvəlində də söylədiyim kimi, bu artımlar ölkənin iqtisadi gücündən xəbər verir. Həm alqışlanmağa, həm də bir azərbaycanlı kimi qürurlanmağa əsas verən uğurdur. Bu layihənin ideyavericisi və dəstəkçisi olan ölkə Prezidentinə dərin təşəkkürlərimizi bildirməklə bərabər layihənin hazırlanmasında əməyi olan əlaqədar nazirliklərin rəhbərlərini və işçi qruplarını təbrik edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Birgə müzakirə etdiyimiz iki məsələyə biganə qalmaq mümkün deyil. Çünki biri ötən ilin büdcəsinin yerinə yetirilməsinin vəziyyəti, ikincisi isə çox az-az ölkələrdə rast gəlinən bir praktika, ilin ortasında büdcənin baxılaraq yenidən artırılmasıdır. Dünyada maliyyə böhranı olduğu bir dövrdə Azərbaycanın öz daxili resurslarına söykənərək 2011-ci il üçün böyük bir büdcə qəbul etməsi və onun ümumən yerinə yetirilməsi çox təqdirəlayiq bir haldır. Bundan çıxan nəticə onu göstərir ki, hökumət 2010-cu ildə işlədi. Bundan çıxan nəticə onu göstərir ki, hökumətin iqtisadi proqnozunu hazırlayan işçi qrup ümumən praqmatik qrupdur. Qarşıya konkret məqsədlər qoyulur və konkret məqsədlər üçün planlar yerinə yetirilir.
2010-cu ilin Azərbaycan üçün ümumən hər sahədə, o cümlədən iqtisadi blokda, sosial problemlərin həllində inkişaf ili olduğunu görməmək mümkün deyil. Bunun məntiqi nəticəsi kimi bizə təqdim edilən 2011-ci ilin büdcəsinə yenidən baxılması variantı da diqqəti cəlb edir. Artım 4,8 milyard dollara bərabərdir. Gürcüstanın builki büdcəsi 4 milyard dollar, Ermənistanın isə 2,8 milyard dollardır.
Dövlət büdcəsində artım kifayət qədər böyükdür və 20 milyard dollara yaxın bir rəqəm Azərbaycanın daxili resurslarının, potensialının hələ çox olduğunu göstərir. Diqqəti çəkən ən vacib məsələ budur ki, bütün sahələr üzrə inkişaf gedir. Ən əsas sahələr isə sosial proqramlar, əmək haqlarının, pensiyaların artırılmasıdır, regionların sosial-iqtisadi inkişafı məsələsidir, infrastrukturun yaxşılaşdırılmasıdır. Bunların hər biri qarşıya məqsəd kimi qoyulur və bu yolda konkret nəticələr əldə edilir.
Mən rəqəmlər üzərində dayanmaq istəmirəm. Mən ayrı-ayrı regionlardan bəhs etmək istəmirəm. Hesab edirəm ki, hər birimiz öz regionumuzun inkişafına kömək və regionu-muz üzrə müəyyən problemləri həll edə bilərik. Mən hesab edirəm ki, vaxtdan istifadə edərək, sadəcə, bir-iki məsələ üzərində dayanmağımız daha düzgün olardı. Mən bizə təqdim edilən 2011-ci il üzrə büdcə dəqiqləşdirilməsini müsbət qarşılayıram. Amma çox istərdim ki, 2011-ci ilin dəqiqləşdirilmiş büdcəsində büdcə təşkilatlarında, ilk növbədə təhsil, səhiyyə sahəsində işləyənlərin əmək haqlarının güclü surətdə qaldırılmasının şahidi olaq. Mən çox istərdim ki, Azərbaycan Silahlı Qüvvələrində qulluq edənlərin, hərbi qulluqçuların maaşları yüksək şəkildə qaldırılsın. Mən çox istərdim, cəbhə xəttində ölümlə üz-üzə duran zabitlərimizin, müddətdən artıq xidmət edən hərbi qulluqçularımızın maaşlarının artırılması məsələsi indi olduğu kimi, bundan sonra da diqqətdə olsun. Ümumən, mən həm ötən ilin nəticələrini, həm bu il üçün verilən yeni proqnozları məqbul hesab edirəm. Sağ olun.
Sədrlik edən. Hörmətli millət vəkilləri, fasiləsiz işləyəcəyik. Görürəm, bəzi millət vəkillərinin hövsələsi çatmır. Ancaq fasiləsiz işləyirik ki, iclası tez bitirək. Flora Qasımova.
F.Qasımova. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Qarabağ hadisələri ermənilərin separatçı hərəkatı, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi şəhərində başladı və ilk zərbəni də Xankəndində yaşayan azərbaycanlılar aldılar. İlk itirilən şəhər də Xankəndi oldu. Azərbaycanlılar iş yerlərinə buraxılmadılar, şagirdlər məktəbə gedə bilmədilər. Azərbaycanlılara sanki gözdağı vermək üçün azərbaycanlı uşaqların təhsil aldıqları məktəbdə işğalçı ordunun hərbçiləri yerləşdirildi. Xankəndində yeganə orta məktəb dahi Azərbaycan şairi Ni-zami Gəncəvinin adını daşıyan 4 nömrəli orta məktəb olmuşdur.
Uzun illər vilayətə qoyulan kapitalın ədalətlə bölünməməsi, millətçi təmayülün və sosial ədalətsizliyin nəticəsində Xankəndi rayonunun kəndləri, Xocalı, Kosalar sovetliyinin 6 kəndi, Cəmilli, Meşəli, Şuşa rayonunun Malıbəyli və Quş-çular kəndlərində natamam orta məktəblər fəaliyyət göstərmişlər. Burada oxuyan şagirdlər orta təhsil almaq üçün xeyli yol qət edərək Xankəndinə gəlməli olurdular. Bu məktəbin kollektivi isə fədakarlıqla, böyük vətəndaşlıq mövqeyi və yüksək vətənpərvərliklə azərbaycanlı balalarının keyfiyyətli təhsil almaları üçün bilik və bacarıqlarını əsirgəmədilər.
Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin məzunları Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, ölkəmizin tərəqqisinə öz töhfələrini vermişlər. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərmiş, şəhidlik zirvəsinə ucalmış, məktəbin iki məzunu isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Hazırda bu məktəbin məzunları içərisində elmlər namizədi, elmlər doktoru, mühüm dövlət işində çalışan nazir, millət vəkilləri vardır.
Bu gün Azərbaycanda təhsilə olan diqqət, yeni məktəblərin tikintisi, təhsil sahəsində həyata keçirilən yeni layihələr bir daha sübut edir ki, Azərbaycan üçün təhsilin inkişafı prioritet sahədir. 23 ildir ki, erməni işğalı altında qalan Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb fəaliyyət göstərmir. Erməni şovinizminin əhatəsində milli hissləri, azərbaycançılıq ideyalarını daim qoruyub saxlamış, Xankəndinin azərbaycanlı icmasının mənəvi dəyərlərinin formalaşmasında xüsusi rol oynamış Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin yenidən bərpa edilməsi bu məktəbin müəllim və məzunlarının arzusu, həm də tarixi ədalətin bərpası olardı. Xahiş edirəm, bu məktəbin bərpa olunması üçün məktəb ti-kintisi də 2011-ci ilin büdcə layihəsində edilən dəyişikliklərdə nəzərə alınsın. Eyni zamanda, qeyd etmək istərdim ki, Xankəndi ilə bağlı heç bir icra strukturu olmadığından bu məktəbi Təhsil Nazirliyinin balansına verməklə xankəndlilərin yığcam məskunlaşdıqları yaşayış sahələrindən birində inşa etmək məqsədəmüvafiq olardı. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında və “2011-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər barədə qanun layihələri ölkəmizin dinamik və harmonik inkişafının göstəricisidir. Möhtərəm Prezidentimizin həyata keçirdiyi sosial-iqtisadi, maliyyə siyasəti ölkəmizə əhəmiyyətli uğurlar qazandırmaqdadır və bunun növbəti gözləntisi, dediyim ki-mi, bu gün müzakirəyə çıxardığımız qanun layihələridir.
Büdcə siyasətimizin sosial və investisiya yönümlü olması təqdim edilən qanun layihələrində bir daha özünü ifadə etməkdədir. Bu baxımdan pensiya təminatına xüsusi diqqətin yetirilməsi, müəllim və həkimlərin, hərbi qulluqçuların və sərhəd qoşunları zabitlərinin əmək haqlarının artırılması xüsusi qeyd olunmalıdır. Bir sözlə, düşünürəm ki, təqdim edilmiş qanun layihələrinin bu gün Milli Məclisdə qəbul edilməsi ölkəmizin sosial-iqtisadi inkişafına və bir sıra vacib investisiya proqramlarının yerinə yetirilməsinə özünün əhəmiyyətli töhfəsini verəcəkdir. Bununla bərabər mən yaranmış fürsətdən istifadə edərək bir sıra təkliflərlə çıxış etmək istərdim.
Bəlli olduğu kimi, son vaxtlar ölkəmizdə yol infrastruktu-runun genişləndirilməsi, müasir səviyyədə qurulması ilə bağlı çox ciddi və əhəmiyyətli addımlar atılmaqdadır. Düşünürəm ki, gələcəkdə bu xətt yeridilməlidir və Azərbaycanın təkcə magistral yolları deyil, eyni zamanda, ayrı-ayrı rayon-larda çoxsaylı kəndləri birləşdirən kəndlərarası yolların bərpasına xüsusi əhəmiyyət və diqqət yetirilməlidir. Misal üçün, mənim deputat seçildiyim istər Salyan, istərsə də Neftçala rayonlarında kəndləri birləşdirən çoxsaylı yollar var. Həmin yolların ətrafında bəzilərində 6, bəzilərində hətta 10-a yaxın yaşayış məntəqəsi yerləşir və orada yaşayan insanların sayı təxminən 15–20 minə çatıb. Lakin onları rayonun mərkəzi ilə, eyni zamanda, magistral yollarla birləşdirən yollar son dərəcə bərbad vəziyyətdədir. Mən çox arzulayardım ki, gələcəkdə bu nəzərə alınsın və həmin sahəyə investisiyanın qoyuluşu, vəsaitin artırılmasına xüsusi diqqət yetirilsin.
İkinci, bəlli olduğu kimi, biz “Təhsil haqqında” Qanunu qəbul etmişik. Həmin qanuna uyğun olaraq təhsil sistemində uşaq bağçalarının yeri və rolu xüsusi əhəmiyyət kəsb edir. Bakı şəhərində, düşünürəm ki, bununla bağlı problem yox-dur. Bakı şəhərində uşaq bağçalarının yenidən qurulması, eyni zamanda, özəl uşaq bağçalarının açılması prosesi gedir. Lakin bu vəziyyəti regionlara aid etmək mümkün deyil. Xa-hiş edərdim ki, regionlarda uşaq bağçalarının maddi-texniki bazalarının yaxşılaşdırılması və bunların müasir səviyyəyə qaldırılması üçün bu sahəyə də xüsusi diqqət yetirilsin və əlavə vəsaitin ayrılması gündəliyə gətirilsin. Sözümün sonunda təqdim edilmiş qanun layihələrinə səs verəcəyimi deyirəm. Sağ olun.
Sədrlik edən. Təkid edən yoxdursa, Əhliman müəllimə də söz verək.
Ə.Əmiraslanov. Çox hörmətli Oqtay müəllim, çox hörmətl millət vəkilləri, hökumət üzvləri! Mən də hesab edirəm ki, bu gün müzakirə etdiyimiz məsələ, büdcə dəyişiklikləri ölkəmizin iqtisadi uğurundan və möhtərəm Preziden-timiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan iqti-sadi siyasətin böyük uğurundan xəbər verir. Mən bu barədə geniş danışmaq istəmirəm. Göründüyü kimi, burada səhiyyə və təhsilə də xeyli əlavə vəsait ayrılıb. Gələcəkdə bu, həmin sahələrin inkişafına güclü təsir göstərəcək.
Mən iki məsələyə toxunmaq istəyirəm. Əmək haqları ilə əlaqədar Samir müəllimin və hökumət nümayəndələrinin iştirakından istifadə edərək qeyd etmək istəyirəm ki, müəllimlərin və həkimlərin əmək haqlarının artırılması çox va-cibdir. Mən xüsusilə həkimləri deyərdim ki, Azərbaycanda həkimlər ən az əmək haqqı alan insanlar kateqoriyasına daxildirlər. Bu insanların əmək haqlarını təsirli dərəcədə ar-tırmaq lazımdır. Əgər belə olmasa, dövlət səhiyyə müəssisələrindən özəl müəssisələrə böyük axın var və bu gələcəkdə bizim səhiyyəmizin inkişafına mənfi təsir göstərəcək.
Əvvəlki iclaslarda da mən demişəm, hökumət nümayəndələrinin iştirakından istifadə edərək yenə bu məsələn qaldırmaq istəyirəm. Elmi dərəcələrə görə bizdə verilən vəsait çox azdır. SSRİ dövründən qalmış rəqəmlərdir. Elmlər namizədi dərəcəsinə görə 30 manat, elmlər doktoruna 50 manat vəsait verilir. Əgər qonşu ölkələrlə müqayisə etsək, görərik ki, həmin ölkələrdə verilən vəsait on dəfə bizimkindən artıqdır. Mən istərdim ki, elmi dərəcələrə görə verilən bu vəsait təqaüdə gedəndə bütövlükdə təqaüdün üstünə gəlsin. Nəzərə alaq ki, indi yaş həddini tənzimləməyə başlayırıq. Artıq Milli Məclis bunu qəbul edib. Biz elmi dərəcələrə görə vəsaiti artırsaq və həmin sahədə çalışan in-sanlar təqaüdə gedəndə onların təqaüdlərinə transfer eləsək, bu onlara böyük kömək, yardım olardı. Mən xahiş edirəm, bu iki məsələni nəzərə alsınlar. Hesab edirəm ki, vacib məsələlərdir. Mən də deputat həmkarlarım kimi bu məsələləri dəstəkləyirəm və bunların qəbul olunması üçün lehinə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Belə getsə, biz günün axırına kimi işləyəcəyik. Mən xahiş edirəm, Samir müəllim bəzi suallara cavab versin. Buyurun.
S.Şərifov. Çox sağ olun, hörmətli cənab Sədr. İlk növbədə mən hörmətli millət vəkillərimizə konstruktiv müzakirəyə görə minnətdarlığımı bildirmək istərdim. Hesab edirəm ki, burada qaldırılan məsələlər ənənəvi olaraq hökumət üzvləri tərəfindən, şübhəsiz, araşdırılacaq və onların əsasında biz fikirlərimizi təqdim edəcəyik. Amma burada bir neçə sual səsləndirildi.
Burada soruşuldu ki, dövlət büdcəsində əmək haqlarının artımı nəzərdə tutulub, ya yox? Mən öz çıxışımda da qeyd etdim ki, ölkə başçısı tərəfindən bu istiqamətdə konkret tapşırıqlar verilmişdir. Bunlar əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətinə aid tapşırıqlardır. Qeyd etdiyim kimi, ilk növbədə pensiya təminatının islahatı həyata keçiriləcək. Bunun üçün dövlət büdcəsində dəqiqləşdirmə ilə müvafiq vəsaitlər nəzərdə tutulur. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşdirilən bütün təşkilatlara, təhsil, səhiyyə, elm, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi işçilərinə, hərbi qulluqçulara, xüsusi rütbəsi olan əməkdaşlara və dövlət qulluqçularına şamil ediləcəkdir. O ki qaldı kiçik və böyük vəzifəli məmurların əmək haqlarında fərqlərin olmasına, bu da müəyyən tarif sisteminə uyğundur. Şübhəsiz, bunun üzərində iş gedir, amma burada tədricən müəyyən dəyişikliklər edilir.
Ümumiyyətlə, qeyd etmək istərdim ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq dövlət büdcəsinə edilən dəyişikliklərdə ilk növbədə sosial məsələlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanda iqtisadi fəallığın canlanması, əlavə vəsaitin büdcə vasitəsilə bölüşdürülməsi hesabına əlavə iqtisadi stimullaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bir daha “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə səs verdiyinizə görə sizə minnətdarlığımı bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Səsvermə keçiririk. Kimin nə su-alı varsa, yazılı surətdə versin. 2010-cu il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.22 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məsələyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.23 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyurun, Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, deputat həmkarlarım, layihələrin müzakirəsi bir daha onu göstərdi ki, möhtərəm Preziden-timiz cənab İlham Əliyevin dövlət quruculuğu modelində mahiyyət, baş xətt insandır, vətəndaşların sosial müdafiəsidir. Məhz bu baxımdan, bildiyiniz kimi, bir neçə gün öncə möhtərəm Prezidentimizin təqdimatı ilə “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər etdik. Bu qanunla 845 min pensiyaçının sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox ciddi addım atıldı. Həmin addımın maliyyə tutumu bir ildə 390 milyon manat təşkil etdi. Məhz Dövlət Sosial Müdafiə Fondunun büdcəsində də buna uyğun olaraq dəyişikliklər edilib, büdcə artırılır və həmin büdcəyə bu ilin yarısı üçün 195 milyon manat bir daha transfer edilir. Düşünürəm, bu addım bir daha onu göstərir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev daim pensiyaçılar, əhalinin sosial cəhətdən az qorunan hissəsi haqqında düşünür. Hesab edirəm ki, bu layihəyə səs vermək lazımdır.
Sədrlik edən. Sağ olun. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, buyurun.
S.Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Çox sağ olun, cənab Sədr. May ayının 17-də Milli Məclis tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edildi. Həmin dəyişikliklərə görə 2010-cu ilin 1 yanvarına qədər pensiyaya çıxan şəxslərin də yeni prinsiplər əsasında pensiya hesablanması hüququ tanındı. Həmin hüququn reallaşdırılması, Hadi müəllimin də qeyd etdiyi kimi, hazırda fondda qeydiy-yatda olan 1 milyon 286 nəfər pensiyaçının 845 min nəfərini əhatə edəcəkdir. 845 min nəfər pensiyaçının pensiyaları orta hesabla 40 faiz artırılacaq. Həmin artımın 1 iyuldan reallaş-dırılması hər ay 32,5 milyon manat olmaq şərti ilə 6 ay ərzində 195 milyon manat əlavə vəsaitə ehtiyac yaradacaqdır.
Mövcud qanunvericilik aktında həmin vəsait qədər dövlət büdcəsindən fonda edilən transferin artırılması, eyni zaman-da, əhaliyə ödənişin pensiyalar hissəsinin həmin məbləğ qədər artırılması və bunun ayrıca bir bəndlə 3-cü maddəyə əlavə olunması nəzərdə tutulur. Sadəcə olaraq, Oqtay müəllim, bir məsələni hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istərdim. 17 maddədən ibarət qanundan da göründüyü kimi, bu, həmin pensiyaçılar üçün pensiyanın baza hissəsinin deyil, sığorta hissəsinin artımına yönəldilən vəsaitdir. Bu o deməkdir ki, hər il həmin ildəki istehlak qiymətlərinin indeksinə uyğun göstərilən vəsait artırılacaqdır. Ona görə də bu qanunun qəbul edilməsi ilə biz həmin məsələləri kompleks şəkildə həll etmiş oluruq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.27 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Hörmətli millət vəkilləri, bil-diyiniz kimi, yaz sessiyasının son iclası ayın 31-dədir. An-caq 78 millət vəkili tərəfindən müraciət var ki, planda olan bəzi məsələlərimiz qalıb, cənab Prezident tərəfindən göndərilən qanun layihələri müzakirə və qəbul edilməlidir. Yəqin, biz iyun ayında da işləyəcəyik. Qalan məsələləri biz ayın 31-nə saxlayırıq. Çox sağ olun. Bu gün iclasımız sona çatdı.