29.05.2012 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ
PROTOKOLU № 42
Mill Məclisin iclas salonu.
29 may 2012-c il.
İclasa Azərbaycan Respublikası Mill Məclisinin
Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 111 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 105
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Natiq Şirinov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.
Ədalət Muradov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri.
* * *
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Seyfəddin Talıbov, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.
* * *
Səadət Bəktaşi, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizəd.
* * *
Qüdrət Qurbanov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi.
* * *
Oqtay Abbasov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Metrologiya Xidmətinin rəisi.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. S.İ.Bəktaşinin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
2. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Avropa Parlamentinin 2012-ci il 24 may tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Azay Quliyev, Səməd Seyidov, İqbal Ağazadə, Mübariz Qurbanlı, Əli Əhmədov, Gülər Əhmədova, Əli Hüseynli, Asəf Hacıyev, Rövşən Rzayev, Fuad Muradov, Fəzail Ağamalı, Fərəc Quliyev, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Aytən Mustafayeva, Valeh Ələsgərov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.08 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
1. S.İ.Bəktaşinin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Bahar Muradova
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.18 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
2. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Bahar Muradova, Ziyad Səmədzadə, Oqtay Əsədov, Samir Şərifov, Adil Məhərrəmov, Vahid Əhmədov, Əli Məsimli, Elmira Axundova, Zahid Oruc, Sahib Alıyev, Fəzail Ağamalı, Valeh Ələsgərov, Gövhər Baxşəliyeva, Sabir Rüstəmxanlı, Bəxtiyar Əliyev, Hikmət Atayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.18 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi
3. “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.18 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi
4. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.20 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi
5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.21 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
6. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.24 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
7. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.26 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
8. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.27 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.30 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 105
Nəticə: Qəbul edildi
10. Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.37 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 109
Nəticə: Qəbul edildi
11. Avropa Parlamentinin 2012-ci il 24 may tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Bahar Muradova, Sabir Rüstəmxanlı
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.49 dəq.)
Lehinə 107
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 109
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Mill Məclisinin Sədri
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
29 may 2012-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli qonaqlar, hörmətli hökumət üzvləri! Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 105
Yetərsay 83
Yetərsay var, təşəkkür edirəm.
Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.08 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, bildiyiniz kimi, bir neçə gün öncə ölkəmiz möhtəşəm bir beynəlxalq tədbirə – Eurovision mahnı müsabiqəsinə ev sahibliyi etmişdir. Tədbirə Avropanın 42 ölkəsinin nümayəndələri qatılmışdılar.
Bütün müşahidəçilərin rəyinə görə, müsabiqə çox yüksək səviyyədə təşkil edilmişdir. Qısa müddət ərzində Büllur saray istifadəyə verilmiş, Dənizkənarı milli parkın ərazisi genişləndirilmişdir. Bütün lazımi tədbirlər görülmüşdür ki, biz bu möhtəşəm tədbiri yüksək səviyyədə keçirək.
Bununla əlaqədar olaraq dövlət başçısı İlham Əliyevə Milli Məclis adından öz minnətdarlığımızı bildiririk. Eyni zamanda, təşkilat komitəsinin sədri, həmkarımız Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirik. (Alqışlar.)
Bu möhtəşəm tədbir bizi və dostlarımızı sevindirdiyi kimi, bəzi antiazərbaycan qüvvələrində də çox böyük narahatlıq yaratmışdır. Hamımız Eurovision əsnasında bunu gördük, bəzi ölkələrin kütləvi informasiya vasitələrində gedən çıxışları eşitdik. Mən hesab edirəm, bu, Azərbaycanın inkişafına qısqanclıqla əlaqədardır.
Mən iclasa başlamamışdan qabaq bir məsələ haqqında danışmaq istəyirdim. Bildiyiniz kimi, may ayının 24-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları ilə demokratiya məsələlərinə dair qətnamə qəbul eləmişdir. Yəqin, oxumusunuz, bu qətnamə ilə bağlı mən Avropa Parlamentinin Sədri cənab Martin Şultsa məktub göndərib öz etirazımı bildirmişəm. Belə bir təcili qətnamənin qəbul edilməsi Azərbaycana qarşı qərəzli bir mövqedir.
Hamınız bilirsiniz ki, ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın inkişaf yolunu müəyyən elədi. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunu seçdi və biz bu yolla gedirik. Bunun bariz nümunəsi kimi 2001-ci ildə Azərbaycan Avropa Şurasının üzvü seçildi. Digər Avropa qurumları ilə əlaqələrin inkişafına böyük yer verildi. Valeh müəllim həmsədr olmaqla Avropa İttifaqı – Azərbaycan Parlamenti Əməkdaşlığı Komitəsi yarandı. Bu komitə, həqiqətən, birtərəfli işləyirdi, Azərbaycanın söz hüququ az idi. Ancaq biz Avropaya inteqrasiya yolunu seçən bir ölkə kimi bu məsələnin davamlılığında çox israrlı idik.
Çox sevindirici bir hal oldu ki, iki il bundan öncə Azərbaycanla Avropa Parlamenti arasında Avronest Parlament Assambleyasının yaradılması məsələsi ortaya çıxdı. Azərbaycan parlamenti, bizim həmkarlarımız çox böyük bir həvəslə bu qurumun yaranmasında iştirak elədilər və bir il bundan öncə Avronest Parlament Assambleyası yarandı. Avronest Parlament Assambleyasının yaradılmasının əsas məqsədlərindən biri o idi ki, üzv dövlətlərə aid məsələlər Avropa Parlamentindən əvvəl bu qurumda müzakirə olunsun, fikir mübadiləsi aparılsın.
Bildiyiniz kimi, Avronest Parlament Assambleyasının birinci sessiyasında heç bir qərar, qətnamə qəbul olunmamışdır. Avronest Parlament Assambleyasının ikinci sessiyasına Azərbaycan ev sahibliyi elədi və bu tədbir çox yüksək səviyyədə keçirildi. Avronest Parlament Assambleyasının sessiyasında iştirak edən bütün deputatlar Azərbaycandakı yüksəlişi, ölkəmizin demokratik inkişaf yolu seçdiyini qeyd elədilər. Ancaq təəssüflər olsun ki, may ayının 24-də Avronest Parlament Assambleyasından 12 nəfərin, ümumiyyətlə, Avropa Parlamentinin 750 deputatından cəmi 56 nəfərin iştirakı ilə Azərbaycana qarşı belə bir qərəzli qətnamə qəbul elədilər.
Mən bu qətnaməni tam pisləyirəm və hesab edirəm ki, bu qətnamənin yaranmasının əsas səbəblərindən biri Azərbaycanın inkişafına, apardığı müstəqil siyasətə qarşı olan qısqanclıqdır. Bunun nəticəsidir ki, Azərbaycana qarşı işləyən qüvvələr, tam məsuliyyətlə deyirəm, erməni lobbisinin təsiri altına düşmüş Avropa Parlamentinin bəzi nümayəndələri Azərbaycana qarşı belə bir qərəzli mövqe tutdular. Mən əvvəl söyləmişdim, bəzi ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycana qarşı qərəzli yazılar dərc edilir. Bu bəs deyilmiş kimi, indi də Azərbaycana müsbət münasibət bəsləyən, ölkənin inkişafını görən deputatlara, siyasətçilərə də qara yaxmağa başlayıblar və onların əleyhinə xəbərlər yayırlar.
Biz əminik ki, antiazərbaycan kampaniyası başlayıb. Ancaq mən qeyd eləmək istəyirəm ki, Azərbaycan dövləti, onun Prezidenti öz müstəqil siyasətini aparır. Azərbaycanı dünyəvi, hüquqi dövlət quruculuğundan heç kim döndərə bilməyəcəkdir. İlk gündən bizim xarici siyasətimizin əsas istiqamətlərindən biri Avroatlantik məkana inteqrasiyadır. Təəssüflər olsun ki, bizim buna bu qədər can atmağımıza baxmayaraq, hər dəfə əks-təsir görürük. Bu da getdikcə güclənməkdədir. Bizim bəzi deputatlarımız müraciət etdilər ki, bu məsələyə dair qısa müzakirə aparaq, ona görə də həm gündəliyə, həm də bu məsələyə fikri olanlar buyursunlar. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli Sədr, Siz, həqiqətən də, çox vacib bir məsələyə toxundunuz. Çox haqlı olaraq qeyd etdiniz ki, Avropa Parlamentinin 24 may tarixli qətnaməsi hər hansı bir formada gerçəyi əks etdirmir. Çox təəssüflər olsun ki, bu qətnamənin bir çox bəndləri açıq-aşkar şəkildə qərəz və əsassız məlumatlarla doludur. Mən hesab edirəm ki, onun bu formada qəbul edilməsi, ümumiyyətlə, Azərbaycanla bu dildə danışılması yolverilməzdir.
Mən qətnamədəki iki məsələ ilə fikirlərimi əsaslandır-mağa çalışacağam. Biri QHT, digəri isə media ilə bağlıdır. Qətnamədə qeyd olunur ki, guya bu gün Azərbaycanda QHT-lərlə bağlı vəziyyət həddindən artıq pisləşmişdir və dövlət onlara nəinki dəstək göstərir, əksinə, təzyiq edir. Hamınız çox gözəl bilirsiniz ki, bu, həqiqətə uyğun deyil. Bu, yalan və qərəzli münasibətdən başqa bir şey deyil. Siz də, Avropa parlamentariləri də çox gözəl bilirsiniz ki, təkcə son ildə Azərbaycan dövləti qeyri-hökumət təşkilatlarına 11 milyon dollardan çox vəsait ayırıbdır. Azərbaycan hökuməti hər hansı bir ayrı-seçkiliyə yol vermədən, siyasi mənsubiyyəti nəzərə almadan QHT-lərə bərabər şəkildə dəstəyini təmin edibdir. Hətta Azərbaycan hökumətini ciddi şəkildə tənqid edən və beynəlxalq qurumlara alternativ hesabatlar təqdim edən qeyri-hökumət təşkilatlarına belə Azərbaycan dövləti dəstək verməkdən çəkinməyibdir.
Təsadüfi deyil ki, keçən il iyun ayının 24-də Avropa İtti-faqının maliyyə dəstəyi ilə Macarıstanda tədbir həyata keçirilirdi. Məhz həmin beynəlxalq konfransda Azərbaycanın qeyri-hökumət təşkilatlarına verdiyi dəstək ən yaxşı təcrübə kimi qiymətləndirildi və təsdiq olundu. Keçən ay ABŞ-da dərc edilən beynəlxalq jurnalda Azərbaycan dövlətinin QHT ilə bağlı işi haqqında çox ciddi analitik yazı verilmişdir. Azərbaycanın bu müsbət təcrübəsi təqdir edilir və digər ölkələrə təklif olunurdu. Necə ola bilər ki, belə olan halda qeyd olunsun ki, Azərbaycanda QHT-lərlə bağlı vəziyyət pisləşir?
Qətnamədə qeyd olunur ki, Azərbaycanda müstəqil media ilə bağlı çox ciddi problemlər var. Qətnamədə dövlət başçısının adının xüsusilə hallandırılması, hesab edirəm, məqsədyönlü xarakter daşıyır və hesablanmış bir məsələdir. Cənab Sədr, Siz də Avropa Parlamentinin sədrinə ünvanlanan müraciətdə çox haqlı olaraq qeyd etmisiniz ki, bu cür yanaşma nə etikaya, nə də obyektiv meyarlara uyğun gəlir. Mən də həmin fikrə qoşuluram və hesab edirəm ki, bu cür hallar yolverilməzdir, bunu qəti şəkildə pisləmək lazımdır. Hesab edirəm ki, ümumiyyətlə, bu cür yanaşma Avropa Parlamenti ilə Azərbaycan arasındakı ikili münasibətlərin ruhuna qətiyyən uyğun gəlmir. Bir misalı demək...
Sədrlik edən. Bilirsiniz ki, çıxışlara ayrılan vaxt 3 dəqi-qədir. Ona görə xahiş edirəm, vaxtınıza fikir verin. Səməd Seyidovun sualı var, buyursun.
S.Seyidov. Cənab Sədr, bu imkanı yaratdığınıza görə çox sağ olun. Siz bilirsiniz ki, mən...
Sədrlik edən. Səməd müəllim, sual vermək üçün imkan yaratmışam.
S.Seyidov. Sualım konkret olaraq ondan ibarətdir ki, biz Avropa strukturları ilə münasibətlərimizə yenidən baxmalıyıq, yoxsa yox? Buna özüm də cavab verirəm ki, biz müna-sibətlərimizi ciddi şəkildə təhlil etməliyik. Belə bir qətnamə qəbul olunursa, siyasətimizi konkret olaraq ortaya qoymalıyıq. İcazə verin, bir komitə sədri kimi bu məsələyə münasibətimi bildirim.
Sədrlik edən. Komitə sədridir, özü də bu məsələlərlə əlaqədardır. Buyurun.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, şərait yaratdığınıza görə minnətdaram. Siz bilirsiniz ki, məhz bu gün Avropa Şurasının bəzi komitələrinin iclasında olmalı-yam. Ancaq özümə borc bildim, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi bu məsələyə öz münasibətimi bildirim.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının tam səlahiy-yətli üzvüdür və bütün beynəlxalq təşkilatlarla münasibətlərini çox yüksək səviyyədə qurur. Mən bildirirəm, Avro-pada elə bir ölkə yoxdur ki, belə öhdəliklərlə hər hansı bir təşkilata üzv olsun. Ancaq Azərbaycan 2001-ci ildə (ondan əvvəl də) bütün beynəlxalq təşkilatlarla ünsiyyət qurub və öhdəlikləri könüllü şəkildə öz üzərinə götürüb. Siz bilirsiniz, o öhdəliklərin içərisində bir öhdəlik mövcud idi. Biz insan haqları ilə bağlı işlərimizi görməliyik. O vaxt təşkilata üzv olanda Azərbaycan informasiya blokadası içərisində idi. Torpaqlarımız işğal olunduğu halda bizi işğalçı kimi, ərazi bütövlüyümüz pozulduğumuz halda bizi ərazi bütövlüyünü pozan bir ölkə kimi təqdim edirdilər. Ancaq Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan parlamentinin, hökumətinin, millət vəkillərinin işi nəticəsində bu informasiya blokadası dağıdıldı. Həmin adı çəkilən beynəlxalq təşkilatlarda dalbadal Azərbaycanla bağlı müsbət qərarların qəbul olunmasına başlanıldı. 2005-ci ildə Avropa Şurası Azərbaycan torpaqlarının işğalı haqqında, ermənilər tərəfindən etnik təmizləmələrin aparılması barədə sənədlər qəbul etdi. Avropa Parlamentinin özündə, NATO-nun Parlament Assambleya-sında, ATƏT-in Parlament Assambleyasında, İslam Əmək-daşlığı Təşkilatının Parlament İttifaqında və başqa bey-nəlxalq təşkilatlarda belə qərarlar qəbul olunmağa başladı. Nəinki beynəlxalq təşkilatlarda, o cümlədən müxtəlif ölkələrdə – İtaliya parlamentində, Bundestaqın özündə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərarlar qəbul olundu. Bunun kökü bax budur.
Azərbaycan informasiya blokadasını yarmış və həqiqəti dünyaya çatdırmağa nail olmuşdur. Bu, cənab Prezidentin apardığı məntiqi siyasətin bəhrəsidir, nəticəsidir. Bundan narahat olan erməni lobbisi və onu əhatə edən müxtəlif qurumlar başqa bir taktikanı seçdilər. Başqa bir istiqaməti, başqa bir siyasəti ortaya qoydular. Bu istiqamət hansıdır? Guya Azərbaycanda insan haqları pozulur, bu sahədə prob-lemlər mövcuddur və bunun həlli istiqamətində Azər-baycan lazım olan addımları atmır.
Bir neçə konkret misal çəkim. Dediyim kimi, biz Azər-baycan Avropa Şurasına qəbul olunanda öhdəlik qəbul etdik. O öhdəliyin içərisində qeyri-dövlət təşkilatları tərəfindən siyasi məhbus kimi təqdim olunan şəxslərin, xüsusilə 3 nəfərin dərhal azadlığa buraxılması, yaxud onların işlərinə yenidən baxılması məsələsi də var idi. Sizin hamınızın yadınızdadır, biz Avropa Şurasına qəbul olunan kimi bu öhdəliyin yerinə yetirilməsinə nail olduq və o insanları buraxdıq. Onları buraxan kimi stolun üstünə 719 nəfərin siyahısı qoyuldu. Bu siyahı cinayət törətmiş şəxslərin adları ilə dolu idi. Ancaq Azərbaycan bunu da etdi, o siyahıda qeyd olunan insanları buraxdı. Nə oldu? Ondan sonra dərhal 200 nəfərdən ibarət yeni bir siyahı ortaya çıxdı. O siyahını da həll elədik. Sonra yenə siyahılar, siyahılar, siyahılar. Deməli, məqsəd o insanların azadlığa buraxılması deyil, Azərbaycana insan haqları vasitəsi ilə təzyiq göstərilməsidir.
İkinci məsələ. Üzr istəyirəm, vaxtınızı alıram, amma he-sab edirəm ki, bu çox vacib bir məsələdir. Dediyim kimi, Azərbaycan Avropa Şurasına və digər beynəlxalq təşkilat-lara daxil olanda problemləri var idi, məlumatlar az idi. Ancaq Azərbaycanın siyasəti, iqtisadiyyatı möhkəmləndikcə Azərbaycanın dostları, onu dəstəkləyən qüvvələr meydana çıxdı. Artıq Azərbaycanın tərəfində olan insanlar var. İndi bunlar nə eləməyə başladılar? Siyasətlərini yalnız Azərbaycana qarşı deyil, həm də bizi dəstəkləyən o insanlara qarşı yönəltdilər.
Mən konkret olaraq bir neçə misal çəkmək istəyirəm. Bir müddət bundan əvvəl Avropa Şurasının monitorinq komitəsində Azərbaycan haqqında çox balanslaşdırılmış, normal məruzə edildi. Məruzədə konstruktiv tənqid də, Azərbay-canın nailiyyətləri də mövcud idi. Normal bir məruzə idi. Üstündən iki həftə keçəndən sonra o məruzələri hazırlayan cənab Debone Qrexi və cənab Pedru Arqumanı (biri Malta-dandır, o biri də İspaniyadan) Avropa Şurasında, Avropa Birliyində və digər beynəlxalq təşkilatlarda guya Azərbay-canla xüsusi münasibətləri olan insanlar kimi təqdim etməyə başladılar.
2007–2009-cu illərdə Azərbaycanın götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı məruzələrə komitə sədri cənab Eduard Litner qulaq asırdı. Obyektiv bir insan idi. Onun da adını “qeyri-obyektiv”, “qeyri-peşəkar” kimi təqdim etməyə başladılar. Nəticədə o insan, ümumiyyətlə, Avropa Şurasından getmək məcburiyyətində qaldı. Belə misallar həddindən artıq çoxdur.
Mən bir neçə il bundan əvvəl Azərbaycan dilinə tərcümə olunmuş “Ermənistan terrorçu xristian dövləti” adlı kitabı burada paylamışdım. Onun müəllifi professor Samuel Eyms real həqiqətləri bütün dünyaya çatdırırdı. O, bir məktub yazdı. Məktubda qeyd edirdi ki, 2-ci cildi çıxarmaq istəyirəm, ancaq güman eləmirəm, çünki erməni lobbisi məni mənəvi terrora tutub. Təəssüflər olsun, o, 2-ci cildi çıxara bilmədi, rəhmətə getdi.
Onlar bizə müraciət edib dialoqdan danışırlar. 2008-ci ildə, Oqtay müəllim, bu parlament Prezident Administrasi-yası, qeyri-dövlət təşkilatları, güc strukturları və müxalif qüvvələrlə bir yerdə işçi qrupu yaratdı. Qərara alındı ki, Azərbaycanda insan haqları ilə bağlı problemləri özümüz həll eləyək. Nə oldu? Üstündən iki həftə keçəndən sonra xəbər göndərdilər ki, biz sizin işçi qrupunuzla əlaqə qurmaq istəmirik, məruzəçi göndərəcəyik. Məruzəçi nə dedisə, o da olmalıdır.
Bizə dedilər ki, Avropa İnsan Hüquqları Məhkəməsinə üzv olun. Azərbaycanda insan haqları ilə bağlı hansı prob-lem varsa, başqa Avropa ölkələri kimi həmin məhkəmə va-sitəsilə həll edin. Biz də həmin məhkəmənin bütün imkan-larından istifadə etdik. Nə oldu? Məhkəmənin üzvü olandan sonra dərhal Azərbaycana siyahılar gəlməyə başla-dı. Dedilər ki, məhkəmənin işinə fikir verməyin, biz hansı siyahını göndəririksə, onun əsasında insanları azad edin.
Əziz dostlar, siz Oqtay müəllimin sözlərinə qulaq asdınız. Bir müddət bundan əvvəl Azərbaycan parlamenti könüllü və şüurlu şəkildə Avronest Parlament Assambleyasına üzv olub. Bizə dedilər ki, Avronest Parlament Assambleyasına üzv olursunuz, deməli, elə Avropa Parlamentinin üzvü kimisiniz. Avropa Parlamentinin deputatları Azərbaycan parlamentinin deputatları ilə bir yerdə bütün məsələləri müzakirə edəcək və insan haqları ilə bağlı problemləri aradan qaldıracaqlar. Nə oldu, nə baş verdi? Biz Avronest PA-nın üzvü olan kimi Avronestsiz, bizsiz, məsləhətsiz Azərbaycanın məsələsini müzakirəyə qoyublar və belə bir sənəd qəbul ediblər. Bu necə əməkdaşlıq oldu? Azərbaycanla guya əməkdaşlıq etmək niyyətində olan tərəf öz şərtlərini dərhal dəyişməyə başlayıb. Deməli, məqsəd əməkdaşlıq deyil, insan haqları vasitəsilə Azərbaycana təzyiq göstərmək və onu başqa bir istiqamətə sürükləməkdir.
Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoymuşdur. Hesab edirəm ki, biz bu mesajları konkret olaraq Avropa Parlamentinə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara çatdırmalıyıq. Azərbaycan Avropa Şurasına, Avropa Parlamentinə, Avronest Parlament Assambleyasına görə yox, xalqının istəyinə görə sizinlə əməkdaşlıq edir. Bunu cənab Prezident dəfələrlə deyib.
Bizim məqsədimiz, məramımız ondan ibarətdir ki, xalqımızın maraqlarını Avropada təmsil edək. Bizə nə qədər çox təzyiq edirlərsə, oturub düşünməliyik və bilməliyik ki, bunlar ikinci mərhələni Azərbaycanla müharibəyə çeviriblər. Onlar Dağlıq Qarabağda müharibəni uduzublar. Dünyada bütün hüquqşünaslar etiraf edirlər ki, Azərbaycanın sözü haqdır və buna etiraz etmək mümkün deyil. Ancaq insan haqları vasitəsilə siyasəti ona görə başlayıblar ki, guya Azərbaycanda bu problemlərin həll olunması mümkün deyil.
Əziz dostlar, vaxtınızı çox almaq istəmirəm və mənə bu fürsəti yaratdığınıza görə sizə minnətdaram. Sizin icazə-nizlə, bu sözləri, bu fikirləri mən sabah Parisdə monitorinq komitəsinin iclasında səsləndirəcəyəm və Azərbaycanın mövqeyini onlara çatdıracağam. Hesab edirəm ki, bugünkü müzakirələr yalnız Avropa Şurasına deyil, bütün beynəlxalq təşkilatlara çatdırılmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim, komitə səd-ri kimi Sizə çox vaxt verdik. Mən Sizin bütün dediklərinizlə razıyam. Həqiqətən, Azərbaycana təzyiq göstərmək istəyirlər və bunun təsiri başqa olacaq. Erməni lobbisinin gələcəkdə başqa məqsədləri var. İstəyirlər ki, bu təzyiqlərlə yenə Azərbaycanı qaralasınlar, ləkələsinlər. Amma mən əminəm ki, onlar buna müvəffəq olmayacaqlar. Buyurun, Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Oqtay müəllim. Avropa Parlamentində qəbul olunmuş qətnamə ilə əlaqədar burada çox dəyərli fikirlər səsləndirildi. Eyni zamanda, cənab Sədr, bildirmək istəyirəm ki, Sizin Avropa Parlamentinin Sədri Martin Şultsa ünvanladığınız məktubda Azərbaycanın mövqeyi məntiqli şəkildə ifadə olunub. Burada həm bizim Avropa Parlamenti ilə əməkdaşlığımız və onun müsbət tərəfləri, həm də Avropa Parlamentinin qəbul etdiyi qətnamənin qərəzli cəhətləri çox yığcam şəkildə verilib.
Bununla yanaşı, mən bəzi məqamlara toxunmaq istəyi-rəm. Sovet İttifaqı dağılandan sonra belə düşünürdülər ki, dünya birqütblüdür, orada da Amerika Birləşmiş Ştatları dayanır. Lakin həyat davam edir, 20 il ərzində dünya çox-qütblü dünyaya çevrilmişdir. Çoxqütblü dünyada ayrı-ayrı siyasi, hərbi və maliyyə mərkəzləri arasında mübarizə gedir. Bu mübarizədə, təbii ki, həmin güc mərkəzləri ayrı-ayrı ölkələrdən istifadə eləmək istəyirlər və müstəqil siyasət yeridən ölkələrə qarşı basqılar olur.
Azərbaycan da müstəqil siyasət yeridir. Azərbaycan ta-mamilə müstəqil siyasət yeritdiyini BMT Təhlükəsizlik Şu-rasının qeyri-daimi üzvü seçiləndən sonra bir daha əyani şəkildə sübuta yetirib. Ona görə Azərbaycana müəyyən for-mada, eyni zamanda, iqtisadi cəhətdən təzyiq edilməsi istə-nilir.
Bu gün biz büdcəyə baxacağıq. Azərbaycan büdcəsində profisit olduğu halda, Avropa ölkələrinin büdcələrində defisitlər var. Avropa ölkələri öz maliyyə problemlərini üçüncü ölkələrin hesabına ödəmək istəyirlər və ona görə Azərbaycana təzyiq edirlər.
Burada bir məqamı, Azərbaycana qarşı Avropa Parlame-ntində qaldırılan bu hay-küydə Avropa Parlamentinin Sədri cənab Martin Şultsun, Avropa Şurasında Almaniyanın təm-silçisi Ştrasselin, eyni zamanda, Almaniyanın İnsan haqları üzrə müvəkkili Markus Löningin dırnaqarası rolunu qeyd eləmək istəyirəm. Mən bu şəxslərin tərcümeyi-hallarına baxdım. Martin Şultsla Ştrassel eyni partiyada təmsil olu-nublar, eyni siyasi xəttin və eyni mərkəzin sifarişlərini yer-inə yetiriblər. Araşdırma nəticəsində məlum olur ki, bu gün cənab Martin Şults Avropa Parlamentinin rəhbəri kimi yal-nız Avropa dəyərlərini deyil, ayrı-ayrı sifarişləri yerinə yetirməkdədir. Çox təəssüf ki, Almaniyada bəzi dairələr Azərbaycana siyasi-iqtisadi təzyiqlərdə iştirak edir və çox təəssüf ki, Almaniyadan olan deputatlar da bu sifarişləri yerinə yetirirlər. Mən bunları pisləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllimin sualı var, buyursun.
Ə.Əhmədov. İmkan yaratdığınıza görə təşəkkür edirəm. Burada Səməd müəllim çox ciddi bəyanat verdi. Mən hesab edirəm ki, həmin bəyanatın səsləndirilməsi üçün ondan da ciddi əsaslar var. Yəqin ki, Azərbaycan parlamenti baş verən hadisələrlə əlaqədar özünün aydın və kəskin mövqeyini oraya qoymalıdır. Mən xahiş edirəm ki, bunu Azərbaycan parlamentində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası qrupunun, yəni çoxluğun mövqeyi kimi də qəbul eləyəsiniz. Bu məsələ ilə bağlı daha ciddi və daha uzunmüddətli müzakirənin aparılmasına imkan var. Qoy Azərbaycan parlamentində təmsil olunan deputatlar Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyi ilə və eyni zamanda, burada səsləndirilən çox ciddi bəyanatla əlaqədar daha ətraflı müzakirələr aparsınlar. Bu həm də Avropa Parlamentinin qərəzli qətnaməsinə Azərbaycan parlamentinin aydın münasibətinin ifadəsi ola bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim, mümkün qədər bunu eləyəcəyik. Amma yadda saxlayın ki, bu gün həm də büdcə layihəsinin müzakirəsi var. Gülər Əhmədova.
G.Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Oqtay müəllim, mənə belə gəlir ki, Sizin imzaladığınız məktubda bütün məqamlar kifayət qədər açıq və ətraflı şəkildə göstərilib və ona görə bunların üzərində dayanmağa lüzum görmürəm. Sadəcə, istərdim, bir neçə məqamın ətra-fında düşünək.
O məqamlardan biri bundan ibarətdir ki, həmin qətna-mədə göstərilən halların hamısı Avropada var. Bi-bi-ci-nin Eurovisionla bağlı çəkdiyi filmdə konkret özləri deyirlər ki, Londonda olimpiada keçirilən dövrdə evləri sökürdülər və onların sökülməsi zamanı insanlar narazı qalmışdılar. O da cavab verir ki, bəli, ola bilər, çünki insanlar bəzən istədik-lərindən əskik pul vəsaiti alırlar. Bu, Londonda baş ver-mişdi.
Rupert Merdokun işi ilə bağlı 5 jurnalist həbs olundu. Onların da günahı ondan ibarət idi ki, onlar kral ailəsidir, tanınmış adamların telefonlarına qulaq asmışdılar, poçtlarına girmişdilər. Bu da normal qəbul edildi. Baxırıq, burada nəinki ikili standartlar, hətta Azərbaycana qarşı aparılan ciddi və hücumçu bir mövqe var.
Mən hesab edirəm ki, biz son dövrlərdə kifayət qədər müdafiə olunmuşuq. Hər dəfə çalışırıq deyək ki, biz düz eləmişik. Əslində, çalışırıq özümüzü müdafiə eləyək, başa salaq və izah eləyək ki, bizim səhv hərəkətimiz yoxdur, hər şey Avropa standartlarına uyğundur. Mənə elə gəlir ki, atdığımız addımlar, əslində, əbəsdir və biz, sadəcə, özümüzü yoruruq. Gəlin, oturaq və bu məsələlərə parlament, hökumət səviyyəsində yenidən baxaq. Əgər avropalı parlamentarilər, dövləti idarə eləyən insanlar Azərbaycanın atdığı addımları bəyənmirlərsə, biz nəyə görə enerji təhlükəsizliyi ilə bağlı bütün layihələrdə iştirak eləməliyik və Avropanın enerji təhlükəsizliyini təmin eləməliyik? Buna bizi kim vadar eləyir və bu bizə lazımdırmı? Bizə düşmən olan erməni lobbisinin atdığı hər bir addımı dəstəkləyən və onların bütün yalanlarının arxasında duran Avropanın enerji təhlükəsizliyini nəyə görə təmin eləməliyik? Buna səbəb nədir və biz nəyə görə Avropanın qarşısında müdafiə olunmalıyıq? Avropanın həbsə saldığı jurnalistlər, “facebook”la bağlı həbsə atdığı məktəblilər (mən hələ tələbələrdən danışmıram) bu gün də həbsdədirlər. Niyə onların hüquqlarını heç kim qorumur? Niyə Reportyorların Azadlığı və Təhlükəsizliyi təşkilatı susur? Buna səbəb nədir? Səbəb, məncə, hər kəsə aydındır. Azərbaycanda da aydındır, hətta Ermənistanda da.
Sədrlik edən. Sağ olun. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, bu mə-sələnin parlamentdə müzakirəsinə şərait yaratdığınıza görə Sizə təşəkkür edirəm. Cənab Sədr, Avropa Parlamentinin bu qərarı, həqiqətən də, ölkəmizdə ciddi rezonans yaradıb. Ona görə yox ki, biz qətnamədəki tənqidi fikirlərdən narahatıq. Ona görə ki, bu qərar çox tələsik, gözlənilməz qəbul olunub, qeyri-obyektivdir və faktlara söykənmir.
Hörmətli həmkarlar, biz Avropa Parlamentinin bu iclasını “onlayn” rejimində izləmişik və həqiqətən, qərəz göz qabağındaydı. Parlamentarilərdən biri, cənab Kirilov dedi ki, axı, heç bir fövqəladə hadisə baş verməyib, nə üçün tələsik müzakirələr keçirilir? Biz bu məsələləri araşdıra bilərik. Təəssüf ki, buna fikir verilmədi.
Cənab Sədr, biz araşdırmışıq ki, kimlər orada Azərbay-canla bağlı qərəzli mövqe tutublar. Bunlar vaxtilə Avropa Parlamentinin Cənubi Qafqazla bağlı müzakirələrində Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs vermiş insanlardır. Yəni burada söylənildiyi kimi, erməni lobbisinin işi göz qabağındadır. Eyni zamanda, araşdırmalar onu da göstərir ki, Avropa Parlamentinin bir qrup deputatı, təəssüflər olsun, siyasi korrupsiyaya uğramış insanlardır və müəyyən dəyərlərin nəticəsində bu cür mexanizmlərdə Azərbaycanın əleyhinə çox həvəslə iştirak edirlər.
Cənab Sədr, Siz bir məsələyə toxundunuz və bu çox ciddi məsələdir. Söylədiniz ki, Avronest Parlament Assambleyasının yaradılmasında həvəslə fəaliyyət göstərirdik. Bunun da səbəbi var, çünki 2008-ci ildə cənab Prezident Praqa Sammitində “Şərq tərəfdaşlığı” Proqramı ilə bağlı Azərbaycan dövlətinin mövqeyini nümayiş etdirmişdi. Avronest Şərq Tərəfdaşlığının parlament ölçüsü vahidi idi, biz də buna ciddi əhəmiyyət verdik. Amma biz haradan biləydik ki, Avropa parlamentariləri özləri qərarlarına qeyri-ciddi yanaşırlar.
Xatırlayırsınızsa, bir müddət bundan əvvəl Azərbaycan parlamentində Avronest PA-nın ikinci sessiyası keçirildi. Sizə tam səmimiyyəti ilə deyirəm, əgər Azərbaycan dövlə-tinin iradəsi olmasaydı, o iclas, ümumiyyətlə, baş tutma-yacaqdı. Həmin iclasda Avropada demokratiyanın, media azadlığının problemlərinə dair qərar da qəbul olundu. Bu həm bizə, həm də avropalılara aid idi. O qərar heç icraya yönəlməmiş, artıq belə bir qətnamə qəbul olunur.
Cənab Sədr, prinsipcə biz nümayəndə heyəti olaraq məsuliyyətimizi başa düşürük. Hesab edirəm ki, biz Avronest Parlament Assambleyasında təmsilçilik məsələmizə bir daha baxmalıyıq. Eyni zamanda, demək istəyirəm ki, Azər-baycan üçün Avropa coğrafiya deyil, dəyərdir. Azərbaycan qanununun aliliyinə, demokratik və hüquqi dövlət dəyərlə-rinə həmişə sadiqdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, məni təəssüf-ləndirən odur ki, səsvermədə cəmi 56 nəfər iştirak edib. 56 nəfərdən 49-u lehinə, 6-sı əleyhinə səs verib, bir nəfər bitə-rəf qalıb. Cəmi 56 nəfər olub. Bizim Avropa Parlamentində xeyli dostlarımız var. Onların heç birinin xəbəri olmayıb, iclasda iştirak edənlərə də söz verməyiblər. Bu, elə qərəzli münasibətin göstəricilərindən biridir. Asəf Hacıyev.
A.Hacıyev. Bilirsiniz, Siz 56 nəfərlə bağlı gözəl bir fikir söylədiniz. Ümumiyyətlə, biz bu gün Avropa deyəndə Avropa dəyərlərini nəzərdə tuturuq. Nədir Avropa dəyərləri? Avropa dəyərləri deyəndə demokratiyanın təntənəsi və yeni bir düşüncə tərzi nəzərdə tutulur. Amma baxın nə baş verir? Avropa Parlamentinin 759 üzvü var və 49 deputat parlamentin adından bir qətnamə qəbul edir. Bu nədir? Bu, Avropa dəyərləridir, yoxsa demokratiyadır? Bilirsiniz, hələ qədim Yunanıstanda deyirdilər ki, demokratiya çoxluğun maraqlarını əks etdirən və azlığın hüquqlarını qoruyan bir prosesdir. Amma burada nə baş verir? 759 deputatın adından 49 nəfər qətnamə qəbul edir. Mənə elə gəlir ki, bu, demokratiya deyil, anarxiyaya aparan bir yoldur.
Biz Avropa Parlamentinin üzvü deyilik və belə qətnamə-lərin qarşısında heç bir öhdəliyimiz yoxdur. Amma biz yüksək siyasi mədəniyyətə məxsus olan bir xalq kimi bey-nəlxalq təşkilatın qərarlarına hörmətlə yanaşırıq. Amma bir də təkrar edirəm, bu qərarı 49 deputat yox, 759 deputat qəbul edərsə, biz ona hörmətlə yanaşarıq. Bilirsiniz, Avropa Parlamentinin üzvü olmaq, sadəcə, bir ölkənin maraqlarını deyil, ümumiyyətlə, Avropa Birliyinə daxil olan ölkələrin maraqlarını əks etdirməkdir. Amma hər hansı bir ölkənin, təşkilatın sifarişi ilə onların belə bir qərar qəbul eləmələri nəinki öz ölkələrinə, ümumiyyətlə, Avropa Birliyinə daxil olan dövlətlərin hamısına xəyanət deməkdir.
Baxın, bu qətnamə nə vaxt qəbul olunub? Bu qətnamə Azərbaycanda Eurovision mahnı müsabiqəsi keçirilən günlərdə qəbul olunub. Bilirsiniz, 2000 il bundan öncə qədim Elladada böyük yarışlar, olimpiadalar keçiriləndə bütün müharibələr dayandırılırdı. Görünür, 49 deputatın hətta 2000 il bundan öncə yaşayan insanlar qədər siyasi mədəniyyəti yoxdur ki, bu günlərdə onu qəbul eləyiblər.
Belə qərarlar nəyə gətirib çıxaracaq? Burada bu fikir səsləndi, mən də onu təkrar eləmək istəyirəm. Azərbaycan, ümumiyyətlə, Avropa Birliyi, Avropa Parlamenti ilə müna-sibətlərinə yenidən baxmalıdır. Ümumiyyətlə, baxmalıyıq ki, bizim Avronest PA-da olmağımız məqsədəuyğundur, ya deyil. Bu gün Azərbaycanda inkişaf var. Buna bəzi ölkələr, şəxslər, mənə elə gəlir, qısqanclıq edirlər. Amma mən hesab edirəm ki, Azərbaycan müstəqil dövlətdir və bu yolla da gedəcəkdir. Azərbaycan Respublikası Prezidentinin siyasəti Azərbaycan xalqının gələcəyinə, firavanlığına yönəlib, heç bir təşkilat, qurum buna mane ola bilməz. Çox sağ olun.
Sədrlik edən. Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar, mən də qətnamə ilə bağlı möv-qeyimi bildirmək istəyirəm. Demək istəyirəm ki, son illərdə Azərbaycan siyasəti sabit və iqtisadiyyatı güclü bir ölkəyə çevrilib. Azərbaycan hüquq sistemində insan hüquqlarının müdafiəsinə dair yeni təsisatlar yaradır. Azərbaycan xalqı beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərdən asılı olmayaraq, öz Konstitusiyasında insan hüquqlarının aliliyini bəyan edib. Hesab edirəm, 24 may tarixində Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə qərəzli və birtərəflidir. Avropa Parlamentinin deputatları bu qətnaməni Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən ölkələrin təsiri altında qəbul ediblər. Qətnamədə bütövlükdə qeyd edilən halların real olub-olmaması yoxlanılmadan göstərilib. Qətnamənin Eurovision mahnı müsabiqəsinin keçirildiyi ərəfədə qəbul edilməsi onun sifariş xarakterli olduğunu deməyə əsas verir.
Müstəqil Azərbaycan demokratik, dünyəvi dövlət quruculuğu və Avropaya inteqrasiya yolundadır. Azərbaycan xalqını ilk növbədə narahat edən ərazi bütövlüyünün bərpa edilməsi məsələsidir. Ərazimizin 20 faizi zəbt olunub, çox sayda qaçqın və köçkünlərimiz var. Münaqişə nəticəsində onların əsas insan hüquqları kütləvi şəkildə pozulur. Avropa Parlamenti Azərbaycanın ərazisinin işğaldan azad olunması ilə əlaqədar qətnamələr qəbul edir, lakin 1 milyondan artıq insanın pozulmuş hüquqlarının bərpasını Avropa Şurasına üzv olan Ermənistandan tələb etmir. Avropa Parlamenti hələ Avropa İttifaqının üzvü olmayan Azərbaycana qarşı fərziyyə xarakterli iradlar bildirməzdən əvvəl beynəlxalq hüququn münaqişələrin həllinə təsiri haqqında düşünməlidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Mən görürəm, çıxış etmək istəyənlər çoxdur, ona görə müzakirənin vaxtını saat 1-ə kimi artırıram. Saat 1-də müzakirələri yekunlaşdıraq, çünki gün-dəlikdə büdcə layihəsi var. Fuad Muradov buyursun.
F.Muradov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, əslində, məsələ çox ciddidir və biz burada öz qəti fikrimizi mütləq söyləməliyik. Məsələnin ciddiliyini nəzərə alaraq birinci xahişim ondan ibarətdir ki, biz Milli Məclisin adın-dan xüsusi qərar qəbul edək. Əgər bizimlə qərarla danışmaq istəyirlərsə, – bizə keçmişdə Moskvadan müəyyən təlimatlar gəlirdi, onu təzədən bərpa eləmək istəyirlər, – onda biz də qərar qəbul edək, fikrimizi orada ciddi şəkildə bildirək. Millət vəkillərinin çox ciddi fikirləri oldu. Mən xahiş edərdim ki, biz bu gün bu qərarı hazırlayaq və təqdim edək.
Bir az bu məsələlərin içində olduğum üçün, bu istiqamət-də bir neçə fikrimi bildirim. Bir neçə il ərzində biz Avronest Parlament Assambleyasının yaradılmasını müzakirə elədik. Mən açıq şəkildə bildirmək istəyirəm ki, əgər Azərbaycan Prezidentinin qəti mövqeyi, Azərbaycan dövlətinin bu istiqamətdə marağı olmasa idi, bu gün Avronest Parlament Assambleyası olmaya da bilərdi.
Bu nəyə görə oldu? Bu ona görə oldu ki, biz Avropa dep-utatlarını bəzi məsələləri bizimlə birgə müzakirə etmək istəmələrini başa düşdük və həmin Parlament Assambleya-sını yaratdıq. Orada fəal iştirak etdik. Bakıda keçirilən iclasda da insan haqları, ərazi bütövlüyü, demokratiya məsələləri müzakirə olunaraq səs çoxluğu ilə qəbul olundu. Bu qərarlar da artıq yekun sənəddə öz əksini tapdı. Amma demokratik şəraitdə qərarların qəbul olunması prosesi bəzi deputatların xoşlarına gəlmədi. 56 nəfər iştirakçı ilə həmin qətnamə qəbul edildi. Burada elə bir qeyri-adi hal da baş verməyib ki, təcili, növbədənkənar belə bir qətnamənin müzakirəsi keçirilsin.
Həm də burada bizə yönələn çox aydın mesajlar var. Bu da ondan ibarətdir ki, bəli, Azərbaycan çox müstəqil yol tutub və bu yolda maneələr olmalıdır. Eyni zamanda, burada bayaq vurğulandı, Azərbaycanın son uğurları, təbii ki, bir çox dövlətləri narahat edir. Bununla bağlı bildirmək istəyərdim ki, bizim həyata keçirdiyimiz siyasət təkcə öhdəliklərlə bağlı deyil. Azərbaycan dövlətinin marağı, istəyi, strategiyası var. Hər şey buna uyğun olaraq həyata keçirilir. Avropa Parlamenti qarşısında bizim xüsusi öhdəliklərimiz yoxdur. Hər hansı bir öhdəliyimiz varsa, o da beynəlxalq sənədlə həyata keçirilir. Mən düşünürəm ki, bizimlə işləmək istəyən çox böyük qüvvələr, dostlarımız vardır. Bizə kömək eləmək istəyən, təbii ki, bəhrəsini də görəcək. Bu gün Avropaya Azərbaycan boyda ölkə çox lazımdır. Mən çox istəyərdim ki, biz bu istiqamətdə işimizi davam etdirək.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və media nüma-yəndələri! Mən də dəyərli həmkarlarımın fikirlərinə şərik çıxıram, onları dəstəkləyirəm. Səməd müəllimin qaldırmış olduğu məsələləri birmənalı şəkildə müdafiə edirəm. Öz adımdan da xahiş edirəm ki, bu fikirləri, eyni zamanda, Avropa Şurasında da Azərbaycanın maraqlarına uyğun şə-kildə önə çəksin.
Diqqətinizi ona cəlb eləmək istəyirəm ki, Eurovision mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycan sınaqdan böyük uğurla çıxdı və dünya miqyasında öz nüfuzunu daha da artırdı. Bir dövlət olaraq gücünü, qüdrətini ortalığa qoydu. Azərbaycanın qədim mədəniyyətini, incəsənətini bütün dünyaya nümayiş etdirə bildik. Belə bir çətin və mürəkkəb müsabiqənin həyata keçirilməsinə normal şərait yaratdığına görə, mən ölkə Prezidentinə partiyamız adından dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, mahnı müsabiqəsinin keçirilməsində xüsusi xidmətləri olan hörmətli həmkarımız Mehriban xanıma da partiyamızın adından öz minnət-darlığımızı bildirirəm.
Xatırlayırsınızsa, “Eurovision-2011” mahnı müsabiqəsində Eldar və Nigar qələbə çaldıqdan sonra dərhal bu, şübhə altına alınmağa başlandı və Avropanın bir sıra qəzetlərində bu məsələ ilə bağlı bu və ya digər yazılar dərc olundu. Eurovision mahnı müsabiqəsi yaxınlaşdıqca erməni lobbisinin təsiri altında olan bütün qüvvələr hərəkətə keçdilər. Baxın, Avropa parlamentləri, onları təmsil edən ayrı-ayrı siyasi xadimlər, İranın molla rejimi, Ermənistan, Azərbaycandakı antimilli qüvvələr bir koalisiya təşkil etdilər və çalışdılar ki, bu müsabiqənin keçirilməsinə bu və ya digər şəkildə mane olsunlar. Lakin bunu edə bilmədilər. Məhz Avropa parlamentinin qətnaməsi, düşünürəm ki, bu, antiazərbaycan təbliğatının tərkib hissəsidir.
İndi biz nə etməliyik? Burada deyildi, onları təkrar etmək istəmirəm. Hörmətli cənab Sədr, düşünürəm ki, biz millət vəkillərinin fikirlərini özündə ehtiva edən bir bəyanat qəbul etməliyik və öz münasibətimizi ortaya qoymalıyıq.
İkinci tərəfdən, təklif edirəm ki, biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yenidən baxaq. Dünya genişdir, düşünürəm ki, Azərbaycanın təbii ehtiyatları başqa dövlətlərə şaxələnə bilər. Biz orada hər hansı bir problem yaşamarıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir, lakin bu cür ədalətsiz, qərəzli münasibət görür. Ona görə də ...
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən də hesab edirəm ki, qətnamənin qəbul olunduğu şəraitdən və iclasın tərkibindən görünür ki, bu, Avropa Parlamentinin deyil, erməni lobbisinin təsiri altında olan bir qrup par-lamentarinin iradəsidir. Mən Avronest Parlament As-sambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və parlamentdə təmsil olunan bir partiya sədri kimi bu məsələni qətiyyətlə pisləyirəm.
Qətnamənin özündə də göstərilir ki, Azərbaycan Avropa ilə qonşuluq siyasətində və “Şərq tərəfdaşlığı” Proqramında fəal iştirak edir və sözü gedən bu iki təşəbbüsün təməl dəyərləri olan demokratiyaya, insan haqları və qanunun aliliyi prinsiplərinə sadiqdir. Bu, qətnamədə göstərilir. Ölkədə yaşayan bütün vətəndaşların dinlərinə, mədəniyyətlərinə tolerantlıqla yanaşma ən yüksək səviyyədədir. Azərbaycan özünün inkişaf və siyasi prioritetində üzünü Avropaya tutub, bölgəsal qlobal təhlükəsizlik sistemində Avropa təsisatlarında yer alır, xarici siyasətində əsas vəzifələrdən biri kimi Avroatlantik məkana inteqrasiyanı həyata keçirir və Avropanın enerji təhlükəsizliyində əvəzedilməz tərəfdaşdır. Onda Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul olunan bu qərəzli qətnamə, təbii ki, bizdə təəssüf, təəccüb, məyusluq və inamsızlıq doğurur. Çünki sənədin “h”, “b” və 7-ci bəndlərində Azərbaycanın Avropa Birliyi, Avropa Şurası və ATƏT qarşısında götürdüyü öhdəliklər nəzərə çatdırılır.
Bir də xatırladırıq ki, beynəlxalq təşkilatlar beynəlxalq hüququn törəmə subyektidir və öhdəliklər qarşılıqlıdır. Bizim qarşımızda götürülən öhdəliklərə də əməl olunmur. İndiyə qədər BMT-nin 4 qətnaməsini və ATƏT-in iki tövsiyəsini həyata keçirməyən Ermənistana qarşı niyə sanksiya çağırışları yoxdur, amma bu sənəddə var? Yaxud da sosial şəbəkədə geniş vüsət almış qorxu hissindən danışırlar, amma oyuncaq bombaları suya buraxıb uşaqlarımızı öldürən və ərazilərimizi gülləyə tutub əhalini qorxuda saxlayan qatillər haqqında narahatlıq bildirmirlər.
“F” bəndində yüzlərlə mülkün sökülməsindən danışılır və mülkiyyət hüququna toxunurlar. Onda bir sual ortaya çıxır. 1 milyona yaxın insan ata yurdu Ermənistandan və işğal olunmuş digər ərazilərimizdən qovulub və bunların mülkiyyət hüququ pozulubdur. Niyə bununla bağlı narahatlıq, münasibət bildirilmir?
Bu cür sualları artırmaq mümkündür, amma Avropa Parlamentinin qətnaməsində yer alan bu əsassız iddialar demokratik inkişaf yolu seçən Azərbaycan Respublikasına qarşı aqressiv siyasət yürüdən dövlətlərin maraqlarına xidmət edir. Mən açıq deyim, burada Rusiya və başqa dövlətlərin rolu var və mən İranı da nəzərdə tuturam. Bütün bunları nəzərə alaraq ümid edə bilərik ki, Azərbaycanın Qafqaz tənliyində yerini, önəmliyini nəzərə alan bu mötəbər qurum Azərbaycana münasibətində dəyişiklik etməlidir və yaxud da biz bu əlaqələrə yenidən baxmalıyıq. Təşəkkür edirəm.
Sədrlik edən. Qənirə Paşayeva buyursun.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də, təbii ki, öz etirazımı bildirməklə yanaşı, hər kəsə demək istəyirəm ki, bu qətnamənin niyə məhz indi qəbul olunması barədə düşünməliyik. Bu qərar Azərbaycanın son zamanlarda artan nüfuzunun, imicinin möhtəşəm şəkildə keçirilən Eurovision mahnı müsabiqəsi ilə üst-üstə düşməsinin nəticəsidir. Biz görürük ki, bunun arxasında hansı maraqlar var. Bunun arxasında, təbii ki, erməni diasporu, erməni lobbisi var. Amma erməni lobbisi ilə bərabər, ölkəmizin güclənməsini, Avropa ilə sıx əməkdaşlığını, Azərbaycanda demokratik dəyərlərin, insan hüquqlarının inkişafını istəməyən güclər var. O güclər istəmirlər ki, Azərbaycan inkişaf etsin, Avropanın bütün parametrlərinə uyğun ən yaxşı dövlətlərindən birinə çevrilsin. Bu qərarın arxasında erməni diasporu və erməni lobbisi ilə bərabər bunu istəməyən güclər dururlar.
Bu qərar qərəzli olduğu qədər də qeyri-səmimidir. Hörmətli Əli müəllim vurğuladı. Bu qərara kimlər səs veriblər? O adamlar ki, onlar Azərbaycanın ərazi bütövlüyünün əleyhdarlarıdır. O adamlar ki, bu günə qədər bir dəfə də olsun, insan haqları Ermənistan tərəfindən 20 ildir pozulan məcburi köçkünlərin, qaçqınların haqqında bir cümlə belə danışmayıblar. Qərarlar, qətnamələr bir tərəfə, bir cümlə belə danışmayıblar. Bax, bu insanlar belə bir qətnaməyə səs verdilər.
Yaxşı, əgər insan haqları bunları çox ciddi düşündürürsə, Azərbaycanda ən çox insan haqları pozulan təbəqə qaçqın və məcburi köçkünlərdir. Amma bu sənəddə Ermənistan tərəfindən haqları tapdalanan qaçqın və məcburi köçkünlər haqqında bir cümlə belə qeyd olunmur. Bunun özü göstərir ki, bu qərar qərəzli olduğu qədər də qeyri-səmimidir və buna səs verənləri, əslində, nə demokratiya, nə də insan haqları maraqlandırır. Onları maraqlandıran budur ki, Azərbaycana necə zərbə vursunlar, onun imicinə necə kölgə salsınlar. Onları bu maraqlandırır. Ona görə də, Oqtay müəllim, mən də təklif edirəm ki, Milli Məclis adından bir bəyanat hazırlayıb, Avropa Parlamentinə göndərməliyik. Bu qərara səs verməyən, o müzakirədə iştirak etməyən bütün millət vəkillərinə də bildirməliyik ki, bu faktlara söykənməyən qərəzli, ədalətsiz bir qərardır və Azərbaycan bunu qəbul etməyəcək. Buna öz sərt etirazımızı bildirməsək, bu cür qərarların qəbulu davam edəcək. Ona görə mən də həmkarlarımın fikirlərini təsdiqləyirəm. Bu cür qərarlara sevinən insanlara da deyirəm ki, ciddi düşünün. Azərbaycana zərbə olan belə qərarlara sevinmək elə o güclərin yanında olmaq deməkdir.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də burada səslənən fikirlərlə şərikəm, çünki hər bir deputata seçicilərinin ünvanladığı haqlı suallar var. Necə olur ki, Avropada azərbaycanlıların pozulmuş hüquqlarını görmürlər, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması məsələsini müzakirə etmirlər və həqiqətlərə göz yumurlar. Amma Azərbaycandakı iqtisadi yüksəlişin nəticəsində dövlətin hesabına 100 minlərcə məcburi köçkün üçün pulsuz evlər tikilir, qəsəbələr salınır. Onlar üçün hər bir şərait yaradılır və heç bir yerdən yardım alınmır. Dövlətin bu gücünü, xalqa, vətəndaşa qayğısını gördükcə nədənsə qısqanclığa başlayırlar və nəticədə münasibətlər tamamilə başqa istiqamətdə formalaşır.
Burada erməni lobbisindən söhbət gedir. Təbii ki, erməni lobbisi Azərbaycana qarşı kifayət qədər iyrənc işlər görür və bunun üçün də müxtəlif ölkələrdəki siyasətçilərdən istifadə edir. Amma mənə belə gəlir ki, bəzən bir çox ölkələrdəki siyasi dairələr də məhz erməni lobbisinin adından istifadə edərək çirkin siyasi oyunlarını oynayırlar.
Burada əgər söhbət əməkdaşlıqdan gedirsə, onda hər bir məsələ Azərbaycan tərəfi ilə müzakirə olunmalıdır. Dəfələrlə biz bəyan etmişik ki, Azərbaycan bütün dialoqlara açıqdır. Azərbaycanda açıq cəmiyyətdir, demokratik proseslər, hüquqi dövlət quruculuğu işi gedir. Lakin biz bu əməkdaşlığı görmürük, Azərbaycana müxtəlif təsirlər var. Bu gün Azərbaycan Avropaya da sübut etdi ki, dünyəvi dövlət quruculuğu yolu ilə gedir və əməkdaşlığa sadiqdir. Avropanın enerji təhlükəsizliyini təmin edir və bundan sonra da bu təminat var, çünki Azərbaycan Avropada və Cənubi Qafqazda sülhün, sabitliyin qarantı olan yeganə bir dövlətdir. Mənə elə gəlir ki, bu istiqamətdə aparılan siyasət dəstəklənməlidir.
Mən düşünürəm ki, 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinə göstərilən münasibət bu qətnamədə öz əksini tapmışdır. Bu çox böyük təəssüf hissi doğurur və mən buradan Avropadakı demokratik qüvvələrə səslənirəm və deyirəm: Bu cür münasibətləri dayandırmaq və Azərbaycanla əməkdaşlıq qurmaq lazımdır. Belə olarsa, haqq-ədalət də öz yerini tapar. Hesab edirəm ki, bu məsələ ayrıca gündəliyə salınmalı və münasibət bildirilməlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aytən Mustafayeva.
A.Mustafayeva. Oqtay müəllim, mən öncə söz verdiyiniz üçün təşəkkür edirəm. Qeyd etmək istəyirəm ki, mən məhz İnsan Hüquqları İnstitutunun rəhbəri kimi çıxış etmək istəyirəm. Bizim institut 1998-ci ildə Heydər Əliyevin insan hüquqları sahəsində qəbul etdiyi böyük proqram çərçivəsində yaradılıb. Bu hələ onda insan hüquqlarına göstərilən diqqət və hörmətin göstəricisi idi. Onu da qeyd edirəm ki, biz bunu Avropa üçün, orada məruzə edib ballar yığmaq üçün etməmişik. Bunu Azərbaycan öz inkişaf yolunun bir tərkib hissəsi, normal bir dövlətin inkişaf yolu kimi seçib.
Qeyd etmək istəyirəm ki, qəbul olunan sənəddə ilk öncə mənə toxunan onun tonudur. Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvüdür. Bizə təklif edə, nöqsanlarımızı göstərə bilərlər, amma Azərbaycanla bu tonda danışa bilməzlər.
Birincisi, çox yaxşı ki, bu hadisə oldu, biz o 50 nəfəri tanıdıq. 750 nəfərdən cəmi 50-si bizə qarşı çıxış edib. Bu da göstəricidir. Onlara xatırlatmaq istəyirəm ki, Azərbaycan Demokratik Respublikasında qadınlara seçki hüququ veriləndə Avropada hələ o məsələ heç qaldırılmamışdı. Bunu yadlarında saxlasınlar. İkincisi, Norveçdə, Britaniyada baş verən hadisələr yadımızdadır. Mən bir-ikisini yadınıza salıram. Avropada multikulturizmə, tolerantlığa qarşı olan münasibət...
Sədrlik edən. Sağ olun. Deməli, Avronest Parlament Assambleyası ilə bağlı Əli müəllim danışdı, amma çox təəssüf ki, Elxan Süleymanov burada yoxdur. Mən istəyərdim ki, Valeh müəllimin də fikrinə qulaq asaq, çünki o, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədridir. Valeh müəllim, xahiş edirəm, qısa şəkildə məlumat verin, sonra büdcə haqqında qanun layihəsinin müzakirəsinə başlayaq.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri.
Çox sağ olun, Oqtay müəllim. Sözün düzü, iqtisadiyyatdan, təsərrüfatdan siyasətə qatılandan sonra bu son 6 ilin ərzində mən hər gün təəccüblənirəm. Bu 6 il ərzində yenə də təəccüblənirəm. Ola bilsin, cavan, gənc siyasətçi olduğuma görədir. Bir ay bundan qabaq Avronest PA-nın burada tədbiri keçirildi. Əli müəllimin həmsədrlik elədiyi komitədə Avropada insan hüquqları, media, hay-haray – hamısı müzakirə olundu, qərar da qəbul olundu.
Brüsseldə həmsədrlik etdiyim, – adı çox böyükdür, özü, indi söyləyəcəyəm, heç bir şeydir, – Əməkdaşlıq komitəsi adında bir qurum var. İldə bir dəfə 3–4 saat yığışıb, görüşürük. 3 həftə sonra orada görüşməliyik. Deməli, 3 həftə ərzində məsləhətləşmək, müzakirə etmək olardı. Nə baş verib Azərbaycanda? Fövqəladə haldır, nə olub ki, tez-tələsik, təcili iclas keçirib qərar qəbul edirlər? Özümə bir təsəlli tapıram, ola bilsin, o tələsənlər Eurovision müsabiqəsi qurtarmamış bu qərarı qəbul etmək istəyirdilər ki, aşımıza nə isə qatsınlar. Amma bu, xırda bir bəhanə ola bilər. Ona görə də mən bu təəccübümü, fikirlərimi mütləq o görüşdə nəzərlərinə çatdıracağam.
Doğrudan da, Azərbaycandakı vəziyyət onları bu qədər narahat edirsə, neçə ildir, biz Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin iclaslarında dəfələrlə təklif etmişik ki, əgər bu, əməkdaşlıq komitəsidirsə, gəlin, tam şəkildə əməkdaşlıq edək. İstəyirsiniz gündə, istəyirsiniz həftədə bir dəfə görüşək, amma bu əməkdaşlıq olsun. Əslində, nə olur? Onun, bunun, katibliyin qabaqcadan hazırladığı hansısa qərarlardır. Elə bil, orada qərar verən, bizə yolgöstərən bir şəxsdir. Qanunvericilik sahəsində əməkdaşlıqdan danışanda deyirlər ki, yox, bu bizim işimiz deyil. Deputatın işi nə ola bilər?
Yadınızdadırsa, 2009-cu ildə burada bu cür qərarı müzakirə etdik. Ondan 2 həftə öncə bizim görüşümüz oldu. O toplantıda bizə təklif etdikləri sənədin bir neçə səhifəsində insan hüquqları, azadlıq və sair qeyd olunmuşdu. Qarabağ məsələsinə çatanda isə bildirilir ki, icmalar arasında əməkdaşlıq, filan-bəsməkan. Hər bir Azərbaycan vətəndaşına – jurnalistinə də, hüquqşünasına da, fəhləsinə də canım qurban. Orada hüquqları pozulmuş 100 minlərcə insan haqqında bir cümlə söz yazılmamışdı, amma 5–6 jurnalist haqqında 3–4 səhifə yazılmışdı. Əlbəttə ki, etiraz etdik, sözümüzü dedik. Bildirdik ki, Qarabağ məsələsində hüquqa uyğun birmənalı mövqe olmasa, biz artıq müzakirələrdə iştirak etməyəcəyik. Sonra qərar qəbul edildi və bu mövqeyi sizə çatdırmaq istəyirəm. Əmlakı, canı əlindən alınmış 100 minlərcə insanın pozulmuş hüququ yada düşmədi. Ona görə mən bu mövqeyi başa düşə və qəbul edə bilmirəm.
Bəzi yoldaşların yadındadır, Avronest yaranan vaxt dedim ki, bu, buferdir. Şərqdəki böyük qonşu ilə Avropa arasında yaranan buferdir və bundan istifadə olunacaq. Fikir verin, Ukraynada futbol üzrə Avropa çempionatı keçiriləcək. Futbol hara, siyasət hara? UFA-nın qərarlarında, təsis sənədlərində siyasətdən, demokratiyadan bir şey yazılıb? Yox. Azərbaycanda da bu hadisə baş verir, siyasiləşdirilir. Niyə? Ukrayna o qədər yaxınlaşmışdı ki, artıq assosiasiya sazişi imzalanırdı. Artıq sərbəst ticarət sazişi yaxınlaşan kimi Şərqdəki qonşu ilə problem yarana bilər deyə Ukraynanı dala itələdilər. Kimə görə, nəyə görə? Bir qaz sazişinə görə. Burada oturan yoldaşlar təsdiq edə bilərlər, bütün bu işlə məşğul olan avropalı mütəxəssislər deyirlər ki, sazişi bu cür imzalamaq olmazdı. Bundan da istifadə edirlər.
Azərbaycanın da ən böyük problemi odur ki, onun heç kimin ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Müstəqil siyasət aparır və lazım olan qərarları verə bilir. Azərbaycanın bir mövqeyi var – əməkdaşlıq, bərabər hüquqlu tərəfdaşlıq. Yol göstərmək lazım deyil. Kiminsə pulu, imkanı yoxdur, dilənçi kimi qapıda durub, bu onun öz işidir. Azərbaycan heç zaman bu mövqedə dura bilməz və durmayacaq. Bunu qəbul etmirlər, bu da təbiidir.
Mən bu yaxınlarda bir şeyin şahidi oldum. Bura gələn bir yoldaş təəccüblə dedi ki, kitabı açıb baxıram, Azərbaycan əhalisinin təxminən 90 faizi müsəlmandır. Onun da təqribən 80 faizi şiədir. Neft-qaz. İndi fikir verin, müsəlman, şiə, neft, qaz. Bu adamın ağlına nə gəlir? Ona görə də təəccüblənmək lazım deyil. Biz öz mövqeyimizi bilirik, haqq yolundayıq. Bu yolu da qorumalıyıq, sözümüzü deməliyik, heç kimdən də çəkinməli deyilik.
Oqtay müəllim, bir neçə təklif oldu. Mən fikirləşirəm ki, yəqin, Sizin məktubunuza əlavə olaraq bir qərar da qəbul edəcəyik. Burada əlavə danışmağa ehtiyac varmı, bilmirəm, ancaq o qərarı qəbul etməklə biz öz mövqeyimizi bildirəcəyik. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Mən də hesab edirəm, çıxışlara ehtiyac yoxdur, mövqe hamıya məlumdur. Mən 1 saat demişdim. İndi Sədr müavinidir, geniş məlumat verdi, bu məsələ ilə qurtardıq. Bəli, mən də hesab edirəm ki, bir komissiya yaratmaq lazımdır. Təklifim budur ki, Bahar Muradova, Əli Hüseynli, Rəbiyyət Aslanova, Sahibə Qafarova, Azay Quliyev, Fərəc Quliyev və Fəzail İbrahimlidən ibarət tərkibdə bir komissiya yaradılsın. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qərar layihəsi ilə məşğul olasınız.
İndi isə gündəliyə keçirik. Biz ilk dəfə idi ki, belə geniş müzakirə apardıq. Bu, həqiqətən, çox vacib idi. Azərbaycan parlamentinin, bizim hər birimizin mövqeyi bəlli olmalı idi. Bu mövqeyimizi də öz qərar layihəmizlə bildirəcəyik.
Gündəliyin birinci məsələsi S.İ.Bəktaşinin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, mən həm komitə sədri, həm də parlamentin Məhkəmə-Hüquq Şurasındakı nümayəndəsi kimi sizi məlumatlandırmaq istəyirəm ki, Məhkəmə-Hüquq Şurasının bu ilin 10 may tarixli iclasında xanım Səadət Bəktaşinin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələ müzakirə olunmuşdur.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, həmin iclasda Sumqayıt Apellyasiya Məhkəməsinə sədrlik üçün namizədlər məsələsi müzakirə olunmuş və bu vəzifəyə bir neçə namizəd təklif olunmuşdu. Amma Məhkəmə-Hüquq Şurası Səadət Bəktaşinin Sumqayıt Apellyasiya Məhkəməsinin sədri təyin olunması ilə bağlı təkliflə çıxış etmişdir. Təbii ki, bu təklif müzakirə olunmalıdır, baxılacaq. Amma Milli Məclisin həll edəcəyi məsələ isə ilk növbədə onun “Məhkəmələr və hakimlər haqqında” Qanuna və Konstitusiyamıza uyğun olaraq Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin edilməsinə baxılmasıdır.
Mən özümə borc bildim ki, Məhkəmə-Hüquq Şurasının müzakirəsi ilə bağlı sizi məlumatlandırım. Xanım Səadət Bəktaşi məhkəmə orqanlarında fəaliyyətə məhkəmə iclas katibi kimi başlamışdır. O, məhkəmə və ədliyyə sistemində uzun illər çalışmışdır. Uzun illər Ədliyyə Nazirliyinin müxtəlif idarələrində işləmişdir. 2000-ci ilə qədər Səadət xanım Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük referenti olmuşdur. 2000-ci ildə test üsulu ilə hakimliyə seçildikdən sonra həm birinci instansiya məhkəməsində fəaliyyət göstərmiş, həm də 1 saylı yerli iqtisad məhkəməsinə sədrlik etmişdir. Həmin məhkəmədə göstərdiyi uğurlu fəaliyyət nəzərə alınaraq o, Bakı Apellyasiya Məhkəməsinin hakimi seçilmişdir. Son dövrdə isə Səadət xanım Ali Məhkəmənin hakimi kimi mötəbər bir vəzifədə çalışmışdır.
Beləliklə, Səadət xanım məhkəmə sisteminin bütün instansiyalarında geniş iş təcrübəsinə malikdir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, çalışdığı dövrdə Səadət Bəktaşi hakim adını hər zaman yüksək tutmuşdur. Məhkəmə-Hüquq Şurası onun məhz bu peşəkar xüsusiyyətlərini, şəxsi bacarığını nəzərə alaraq (gender siyasətini də nəzərə alaraq) məhz Səadət Bəktaşinin namizədliyini irəli sürmüşdür. Ümidvaram ki, parlamentdəki həmkarlarım da Səadət xanımın namizədliyini dəstəkləyəcək və o, Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaqdır. Diqqətinizə görə çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir
Sədrlik edən. Sağ olun, Əli müəllim. Mən görürəm, Səadət xanımı yaxından tanıyanlar burada onun haqqında deyilən xoş fikirlərə qoşulmaq istəyirlər. Nə deyirsiniz, qoşulsunlar, yoxsa birdəfəlik münasibətimizi bildirək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də hesab edirəm, səsə qoymaq lazımdır, çünki müzakirə etməli mübahisəli bir məsələ yoxdur. Səadət xanımı çox adam tanıyır. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələr (saat 13.18 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Mən də Səadət xanımı təbrik edirəm. Söyləmək istəyirəm ki, Siz hər zaman təyinatlarınıza parlamentdən belə münasibət görmüsünüz. Yəqin ki, bundan sonra da belə olacaq. Təbrik edirik.
Növbəti məsələ Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi və 2011-ci il dövlət büdcəsinin icrasına dair hesabat “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmişdir.
2011-ci il dövlət büdcəsinin icrası haqqında layihə İqtisadi siyasət komitəsində ətraflı müzakirə olunmuş və qeyd olunmuşdur ki, son illər ölkənin maliyyə imkanları xeyli genişlənmiş, dövlət büdcəsinin Azərbaycanın sosial-iqtisadi inkişafında rolu artmışdır. Prezident İlham Əliyevin çıxışlarında 2011-ci ildə ölkənin makroiqtisadi vəziyyəti barədə əsaslı məlumatlar öz əksini tapmış, iqtisadi inkişafın prioritet istiqamətləri, onların reallaşmasında dövlət büdcəsinin rolu haqqında ümumiləşdirici strateji əhəmiyyət kəsb edən fikirlər söylənilmişdir ki, bütün bunlar da dövlət büdcəsinin uğurlu icrası üçün möhkəm zəmin yaratmışdır.
Qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun professional səviyyədə hazırlanmış, bir il ərzində hökumət tərəfindən büdcənin icrası ilə bağlı bütün əsas məsələləri əhatə edir və kifayət qədər kompleks təhlil aparmağa şərait yaradır. Dövlət büdcəsinin icrası barədə təqdim olunmuş qanun layihəsi əyani sübut edir ki, ölkənin maliyyə resurslarının istifadəsində şəffaflıq amilinə xüsusi fikir verilir və bu iş ildən-ilə daha geniş vüsət alır. Azərbaycan hökuməti, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank, büdcənin formalaşması və icrasında iştirak edən digər qurumlar dövlət başçısının tapşırıqlarını əsas tutaraq dünya maliyyə böhranı şəraitində qlobal dünya iqtisadiyyatında gedən prosesləri diqqətlə izləmiş və böhranın ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün qabaqlayıcı tədbirlər görmüşlər.
Bütün bunlar barədə İqtisadi siyasət komitəsinin iclasında ətraflı fikir mübadiləsi aparıldı. Müzakirə zamanı millət vəkilləri ölkədəki əlverişli iqtisadi mühitin olmasını, makroiqtisadi göstəricilərin yaxşılaşmasını xüsusi olaraq qeyd etdilər. Həqiqətən də, 2011-ci ildə real sektorun inkişafı, investisiya proqramları üzrə prioritetlərin müəyyənləşdirilməsi, sahibkarlara verilən güzəştli kreditlərin həcminin artırılması, qeyri-neft sektorunun inkişafı, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində işlər daha geniş miqyasda davam etdirilmişdir.
Hörmətli millət vəkilləri, sizlərə dövlət büdcəsinin icrası ilə bağlı ətraflı məlumat, eləcə də Hesablama Palatasının dolğun rəyi təqdim edilmişdir. Ona görə də müzakirə olunan məsələ ilə əlaqədar bəzi prinsipial məqamlara toxunmaq istərdim. İqtisadi siyasət komitəsində məsələ müzakirə olunarkən bildirildi ki, ölkədə yaranmış əlverişli mühit dövlət büdcəsinin səmərəli icrasını təmin etmişdir. Ötən il dünya iqtisadiyyatının inkişafında mənfi meyillərin güclənməsinin davam etdiyi, bir sıra ölkələrdə iqtisadi böhranın daha da dərinləşdiyi bir şəraitdə Azərbaycan dinamik inkişaf nümayiş etdirmiş, makroiqtisadi sabitliyi saxlamış, əsas sosial-iqtisadi göstəricilər üzrə əhəmiyyətli artımlara, müsbət nəticələrə nail olmuşdur. Proqnoz ilə müqayisədə neft hasilatının aşağı düşməsi ümumi daxili məhsulun artımına təsir etsə də, iqtisadiyyatın qeyri-neft sektoru 9,4 faiz və qeyri-neft sənayesi 11 faiz artmış, həmçinin qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 48,3 faiz təşkil etmişdir.
Ölkə iqtisadiyyatına təqribən 20 milyard dollar həcmində investisiya qoyulmuş, ümumi investisiyanın ümumi daxili məhsuldakı payı təqribən 31,5 faiz təşkil etmişdir ki, bu da 2011-ci ildə dünya iqtisadiyyatında ən yüksək göstəricilərdən biri hesab edilə bilər. Əsas kapitala yönəldilən vəsaitin 58,6 faizi dövlət, 41,4 faizi qeyri-dövlət müəssisələri tərəfindən qoyulmuş, habelə 2011-ci ildə əsas kapitala yönəldilmiş vəsaitin 76,2 faizi qeyri-neft sektorunun payına düşmüşdür.
Azərbaycan dövləti ildən-ilə öz maliyyə imkanlarını xeyli yaxşılaşdırır. Onu göstərmək kifayətdir ki, cəmi investisiyaların 80,3 faizi daxili mənbələrin payına düşmüşdür. Son illərdə əldə edilən ən mühüm nəticələrdən biri ondan ibarətdir ki, ölkənin xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmış, ixrac-idxal əməliyyatları üzrə 20 milyarda yaxın müsbət saldo yaranmışdır. Ölkənin iqtisadi inkişafını xarakterizə edən digər göstəricilər yaxşılaşmış, davamlı inkişafı təmin etmək üçün əlverişli iqtisadi mühit formalaşmışdır ki, bütün bunlar da dövlət büdcəsinin gəlir və xərc parametrlərinin də əvvəlki illərlə müqayisədə artıq yerinə yetirilməsinə imkan yaratmışdır.
2011-ci ildə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 100,9 faiz icra olunmuşdur ki, bu da 2010-cu illə müqayisədə 37,7 faiz çoxdur. Mən rəqəmlərdən az danışacağam, çünki hörmətli Samir müəllimin məruzəsində bu barədə kifayət qədər məlumat var. Bir il ərzində artım 2000-ci ilin artımından təxminən 4 dəfədən çox olmuşdur. Dövlət büdcəsinin xərcləri 2011-ci ildə əvvəlki illə müqayisədə 30,9 faiz çox icra edilmişdir. Artıq bir neçə ildir ki, ümumi daxili məhsulun dövlət büdcəsi vasitəsilə bölüşdürülən hissəsi artmağa meyil edir. 2011-ci ildə dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 31,4 faiz, xərcləri isə 30,8 faiz olmuşdur. Belə bir səviyyə, şübhəsiz, dövlətin öz funksiyalarını daha miqyaslı və keyfiyyətli icra etməsi üçün güclü vasitə kimi qiymətləndirilməlidir.
Hesabat ilində də makroiqtisadi sabitliyin qorunub saxlanılması ilə yanaşı, əhalinin rifahını səciyyələndirən göstəricilərdə də müsbət nəticələr müşahidə edilmiş, ölkəyə xarici inflyasiya təzyiqinin artmasına baxmayaraq, sosial göstəricilərin artım səviyyələri orta illik inflyasiyanı üstələmişdir ki, bütün bunlar respublikada düşünülmüş və məqsədyönlü sosial-iqtisadi siyasətin həyata keçirildiyini bir daha sübut edir.
2011-ci ildə əhalinin gəlirləri 2010-cu ilə nisbətən 19,6 faiz artaraq hər nəfərə düşən gəlirlər 18,1 faiz və yaxud da 3,4 milyon manata çatmışdır. Hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 10,2 faiz üstələmişdir. Əhalinin son istehlak xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 8,4 faiz artaraq ümumi daxili məhsulun 38,7 faizinə bərabər olmuşdur.
İqtisadi siyasət komitəsi belə hesab edir ki, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət büdcəsi parametrlərinin icrasında, habelə hədd və limitlərin gözlənilməsində müvafiq tələblərə əməl olunmuş, dövlət xərclərinin iqtisadi aktivliyə və makroiqtisadi sabitliyin qorunmasına müsbət təsir göstərməsi üçün müəyyən tədbirlər görülmüşdür.
Ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozuna uyğun olaraq 2011-ci il üzrə büdcə-vergi siyasətində nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, o cümlədən qeyri-neft kəsirinin tədricən azaldılması, vergi daxilolmalarının yığım əmsalının artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, müxtəlif vergi növləri üzrə vergitutma bazasının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi, dövlət torpaqlarının icarəyə verilməsindən daxilolmaların artırılması, vergi borclarının azaldılması üçün zəruri tədbirlərin görülməsi, dövlət rüsumu haqqında qanunvericiliyin təkmilləşdirilməsi, çevik büdcəyə, bank vergi siyasətinə nail olunması istiqamətində müvafiq tədbirlərin reallaşdırılması nəticəsində hesabat dövrü üzrə büdcə gəlirlərinin proqnozu artıqlaması ilə icra olunmuşdur.
Komitənin iclasında qeyd olundu ki, dövlət büdcəsi gəlirləri, əsasən, bütün tədiyyə növləri səviyyəsində yerinə yetirilmişdir. Dövlət büdcəsinin gəlirləri 2010-cu illə müqayisədə 37,7 faiz artmışdır. 2011-ci il üzrə Bakı şəhəri istisna olmaqla, şəhər və rayonlar üzrə cəmi gəlirlər 438 milyon manat təşkil etmişdir ki, bu da 2010-cu illə müqayisədə 27 faiz çoxdur. Ölkənin 65 şəhər və rayonu üzrə müəyyən olunmuş proqnozlar tam icra edilmişdir.
Hökumətin təqdim etdiyi sənəddə, eləcə də Hesablama Palatasının rəyində Dövlət Neft Fondu və dövlət büdcəsi münasibətləri də mühüm yer tutur. Bu da təbiidir. Ölkənin yanacaq kompleksi inkişaf etdikcə Dövlət Neft Fondunda toplanan vəsaitlərin miqdarı artır və bu istiqamətdə Azərbaycan hökumətinin, Dövlət Neft Fondun gördüyü işlər ölkənin sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Eyni zamanda, dinamik artan maliyyə resurslarının məqsədli dövlət investisiya layihələri çərçivəsində qeyri-neft sahələrinin inkişafına yönəldilməsi meylinin gücləndirilməsini nəzərdə tutan dövlət siyasəti uğurla davam etdirilir. Məhz bu siyasətin məntiqi nəticəsidir ki, dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirlərinin həcmi ildən-ilə artır. 2011-ci ildə milli iqtisadiyyatın qeyri-neft sektorundan 2010-cu illə müqayisədə 15 faiz çox vəsait daxil olmuşdur.
Dövlət büdcəsi gəlirlərinin 33,2 faizi Azərbaycan Respublikasının Vergilər Nazirliyi, 7,3 faizi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə büdcə tapşırığı kimi müəyyən edilmişdir. Hesabat dövründə Vergilər Nazirliyi üzrə təsdiq edilmiş proqnoz 106 faiz, Dövlət Gömrük Komitəsi üzrə təsdiq edilmiş proqnoz 100,1 faiz səviyyəsində yerinə yetirilmişdir. Dövlət Neft Fondunun transfertləri nəzərə alınmadıqda Vergilər Nazirliyinin xətti ilə təmin edilən gəlirlərin dövlət büdcəsinin tərkibində xüsusi çəkisi 2011-ci ildə 81,7 faiz səviyyəsinə qədər yüksəlmişdir ki, bu da 2010-cu ilə nisbətən 3,5 faiz, 2009-cu ilə nisbətən isə 5,7 faiz çoxdur.
2011-ci ildə qeyri-dövlət sektorundan dövlət büdcəsinə 2010-cu ilə nisbətən 1,1 milyard manat vəsait daxil olmuşdur. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan gəlirlərdə qeyri-dövlət sektorundan daxilolmaların xüsusi çəkisi 69,7 faizə qədər yüksəlmişdir ki, bu da 2010-cu ilə nisbətən 6,4 faiz çoxdur. Bazar institutlarının dinamik inkişafı özəl sektorun səmərəlilik göstəricilərinin də yaxşılaşması ilə müşayiət olunur. Belə ki, xüsusi mülkiyyətdə olan vergi ödəyiciləri üzrə büdcə ödənişləri 2011-ci ildə 1,8 milyard manat təşkil etmişdir ki, bu da 2010-cu ilin göstəricisini 23,4 faiz ötmüşdür.
Eyni zamanda, komitənin iclasında bir məsələ də xüsusi olaraq qeyd edildi ki, bütövlükdə büdcə vəsaitlərindən daha səmərəli istifadə olunması, vəsaitlərin aylar üzrə optimal bölünməsi, real sektorun inkişaf sürətinin artırılması qarşıda duran əsas məsələlərdəndir. Ödənişlərin nağdsız qaydada həyata keçirilməsi istiqamətində işlər daha da genişləndirilməlidir. Bu barədə Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Posterminalların quraşdırılması, nağdsız ödəmələrin daha da geniş yayılması prosesi sürətlə getməlidir”.
Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən biri ölkədə müasir istehsal və sosial infrastrukturun yaradılmasıdır. 2011-ci ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən infrastruktur layihələrinə əvvəlki illərə nisbətən xeyli vəsait ayrılmışdır. Xüsusi olaraq qeyd edilməlidir ki, dövlət büdcəsindən regionların tarazlı və davamlı inkişafının təmin olunması, ölkə iqtisadiyyatının neft sektorundan asılılığının mərhələlərlə azaldılması, müasir tələblərə uyğun infrastrukturların yaradılması və mövcud olanların yeniləşdirilməsi, əhalinin rifahının, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, ölkədə sosial xidmətlərə olan tələblərin ödənilməsi və dövlətin digər funksiyalarının həyata keçirilməsi üzrə qəbul olunmuş dövlət proqramlarının icrası ilə bağlı nəzərdə tutulan vəsaitlər vaxtında ayrılmış və belə yanaşma öz müsbət nəticələrini vermişdir.
Komitədə müzakirə zamanı o da bildirildi ki, İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığa və regionların inkişafına diqqətin daha da artırılması, imkanlardan səmərəli istifadə olunması istiqamətində gördüyü tədbirlər, heç şübhəsiz ki, büdcə gəlirinin formalaşmasında regionların rolunun artmasına təkan vermişdir.
2011-ci ildə dövlət büdcəsindən kənd təsərrüfatının dəstəklənməsi, subsidiyaların və dotasiyaların verilməsi davam etdirilmişdir. Hökumət Prezident İlham Əliyevin göstərişlərini əsas tutaraq təsərrüfatlarda maliyyə-kredit, bank, lizinq xidmətinin yaxşılaşdırılması istiqamətində konkret işlər həyata keçirmişdir. Əlbəttə, aqrar sektora dövlət qayğısı bundan sonra da artırılmalı, ilk növbədə yerli istehsalın inkişafı üçün mövcud olan imkanlar araşdırılmalı, sahibkarlara mane olan əngəllər aradan qaldırılmalı, ərzaq təhlükəsizliyi ilə bağlı proqramın yerinə yetirilməsi istiqamətində işlər daha da genişləndirilməlidir. Eyni zamanda, dövlət başçısı haqlı olaraq hesab edir ki, aqrar sektora dəstəyin iqtisadi mexanizmləri təkmilləşdirilməlidir. İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Mərkəzi Bank da hazırda bu istiqamətdə müəyyən tədbirlər həyata keçirirlər.
Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də sosial sahələr üzrə dövlət proqramları və tədbirlər, sosial-iqtisadi baxımdan xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirilmiş və bu layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən vaxtında vəsait ayrılmışdır. Bu cür işlər elm, təhsil, səhiyyə, mədəniyyət sahələrini ildən-ilə daha miqyaslı şəkildə əhatə edir. Hesablama Palatasının rəyində, eləcə də hökumətin təqdim etdiyi materiallarda təhsil, səhiyyə və elmlə əlaqədar olaraq kifayət qədər analitik materiallar verilmişdir. Bunların hər biri də millət vəkillərinə imkan verir ki, büdcədən maliyyələşən təşkilatlarda xərclərin dinamikasını müşayiət etsinlər. Eyni zamanda, qeyd etmək lazımdır ki, bir sıra sahələrdə, o cümlədən səhiyyə üzrə xərclər 89 faiz icra edilmişdir.
Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait nəzərə alınmaqla, təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 9,7 faizi həcmində vəsait ayrılmışdır. Ayrılmış vəsait təhsil sisteminə aid dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə, təhsil infrastrukturlarının müasir tələblərə uyğun qurulmasına, uşaq bağçalarının, orta məktəblərin, liseylərin, ali və texniki peşə məktəblərinin və digər təhsil müəssisələrinin saxlanılmasına yönəldilmişdir.
Son illərdə əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq minimum sosial standartların yüksəlməsi, yoxsulluq səviyyəsinin aşağı düşməsi, müavinət və pensiyaların artımı 2011-ci ildə də dövlət büdcəsi tərəfindən vaxtında maliyyələşdirilmiş və onların icrasına nəzarət artırılmışdır.
Qanun layihəsində 2011-ci ildə əvvəlki illərə nisbətən artan büdcə vəsaitləri hesabına müdafiə potensialının daha da gücləndirilməsi, milli təhlükəsizliyin ölkənin milli maraqlarına uyğun təmin olunması, sərhədlərimizin etibarlı qorunması və bu məqsədlə müasir texnologiyalardan istifadə edilməsi, eləcə də ölkənin müdafiə sənayesi müəssisələrində texnoloji avadanlıq parkının yeniləşdirilməsi və bərpa işlərinin aparılması, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədi ilə dövlət büdcəsindən ayrılmış vəsaitlərdən istifadə də öz əksini tapmışdır.
2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin və dövlət büdcəsinin ehtiyat fondları səmərəli şəkildə istifadə olunmuşdur ki, bu barədə də hər bir millət vəkilinin kifayət qədər məlumatı vardır.
Hesabat ilində qanunvericiliklə təsdiq edilmiş daxili və xarici dövlət borcunun yuxarı həddi gözlənilmişdir. İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 7,6 faizini təşkil etmişdir ki, bu da dünya ölkələri içərisində ən aşağı göstəricilərdən biridir.
Regionların sosial-iqtisadi inkişafının sürətinin, vergi bazasının və vergi ödəmə qabiliyyətinin artması nəticəsində 2011-ci ildə dövlət büdcəsinin yerli gəlirləri xeyli dərəcədə artmışdır və yaxud da əvvəlki ilə nisbətən 120,6 faiz icra edilmişdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Çıxışımın sonunda bir daha bildirmək istəyirəm ki, 2011-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq hazırlanmışdır. Hesablama Palatasının rəyi kifayət qədər ətraflı və professional səviyyədədır. Hökumət, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər qurumlar dövlət büdcəsinin uğurla icra olunmasında səmərəli fəaliyyət göstərmişlər. Ona görə də İqtisadi siyasət komitəsi adından millət vəkillərindən xahiş edirəm ki, bu sənədə səs versinlər. Sağ olun.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun. Ziyad müəllim, mən təklif edirəm ki, 3-cü məsələni – “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini də məruzə edin, sonra bir yerdə müzakirə edib, ayrı-ayrı səsvermə keçirərik. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli millət vəkilləri, mən vaxtınızı çox almaq istəmirəm. 2011-ci ilin uğurları, eləcə də 2012-ci ilin 4 ayı ərzində Azərbaycanın sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər göz qabağındadır. Bütün proqnoz tapşırıqları, vergi daxilolmaları yerinə yetirilmiş, ölkədə əlverişli iqtisadi mühit yaranmış və ölkənin valyuta ehtiyatları kifayət qədər artmışdır. Ölkədə iqtisadiyyatın diverfikasiyası, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq çox ciddi tədbirlər həyata keçirilir. 2012-ci ilin Azərbaycan parlamentində təsdiq edilmiş büdcəsi çərçivəsində artıq həyata keçirilən bir sıra tədbirlər əsas verir deyək ki, Azərbaycanın 2012-ci ildə uğurları daha yüksək olacaqdır. Dövlətin maliyyə imkanlarının genişləndiyi, dünyada neftin qiymətinin orta hesabla artdığı bir şəraitdə bu proqnozlar imkan verəcək ki, Azərbaycanın dövlət büdcəsinə kifayət qədər vəsait daxil olsun. Təqribi hesablamalara görə Dövlət Neft Fondunun gəlirləri 3,5 milyard artacaq. Bütün bunlar əsas verir ki, 2012-ci ilin dövlət büdcəsinə müəyyən dəyişikliklər edilsin.
Eyni zamanda, bilirsiniz ki, Azərbaycanın şimal-qərb regionunda zəlzələ baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti qısa zaman çərçivəsində bu məsələyə münasibətini bildirmiş, xüsusi komissiya yaradılmışdır. Artıq bu bölgəyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində çox böyük tədbirlər həyata keçirilir. Bu tədbirlərin uğurla həyata keçirilməsi müəyyən maliyyə vəsaitləri tələb edir. Bu maliyyə vəsaitlərinin də təsdiq edilmiş büdcə çərçivəsində toplanması qeyri-mümkündür. Mən xüsusi vurğulamaq istəyirəm ki, 4 ay ərzində büdcə gəlirləri üzrə müəyyən edilmiş proqnozların uğurla yerinə yetirilməsi, ölkədə yaranmış əlverişli iqtisadi mühit, eyni zamanda, təbii fəlakətlərin aradan qaldırılmasının ön plana çəkilməsi vəzifəsi zəruri edir ki, büdcədə dəyişikliklər edilsin. Büdcədə edilən dəyişikliklər Azərbaycan Respublikasının Milli Məclisinin qanunlara etdiyi dəyişikliklərlə əlaqədardır.
Mən vaxtınızı çox almaq istəmirəm. Cəmi 600 milyon manat nəzərdə tutulur. Maliyyə naziri hörmətli Samir müəllim bu barədə kifayət qədər məlumat verəcəkdir. Məlumat üçün bildirim ki, İqtisadi siyasət komitəsinin iclasında maliyyə naziri, Fövqəladə Hallar Nazirliyinin, digər qurumların rəhbərliyi kifayət qədər əsaslı məlumat verdilər ki, ayrılacaq vəsaitlər hara gedəcək, necə istifadə olunacaq. Dövlət başçısının Azərbaycan xalqına, Azərbaycanın iqtisadi inkişafına olan diqqətinin nəticəsidir ki, cəmi qısa zaman kəsiyində belə bir qanun layihəsi hazırlanıb Milli Məclisə təqdim edilmişdir. Ediləcək dəyişikliklər barədə hər birinizdə məlumatlar vardır. Əlavə hesablamalara görə ümumi daxili məhsul 3,5 milyard manat artacaq. Proqnozla müəyyənləşdirilmiş ümumi daxili məhsulun həcmi 2,5 milyard artacaqdır ki, bu da artıq 50 milyardı ötüb keçəcək. Bu, Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Mən millət vəkillərindən xahiş edərdim ki, bu sənədə də müsbət münasibət bildirsinlər. Artıq bir neçə ildir ki, Azərbaycanın dövlət büdcəsi təkmilləşir, dürüstləşir. Bizim hesablamalarımıza görə dövlət büdcəsinin həcmi 22 milyardı ötüb keçəcəkdir. Eyni zamanda, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə səyləri nəticəsində görülən işlər imkan vermişdir ki, Dövlət Neft Fondundan 1 manat da bu dəyişikliklərdə istifadə olunmasın. Bu onu göstərir ki, qeyri-neft sektorunun artması meyli Azərbaycanda artıq sabit xarakter almağa başlayır.
Maliyyə Nazirliyi komitədə məlumat verdi ki, dövlət büdcəsinin keyfiyyətini xarakterizə edən göstəricilər öz səviyyəsini saxlayacaq. Yəni büdcə kəsiri, xarici dövlət borcu, strateji proqramların maliyyələşdirilməsi və digər məsələlər dövlət büdcəsinin layihəsində öz əksini tapmışdır. Proqramların büdcə vasitəsilə bölüşdürülməsi, regionların inkişafına dəstəyin büdcə vasitəsilə artırılması, özəl sektora diqqətin artırılması, vergiyə borcu olanların həm sayının, həm də həcminin azalması imkan verir ki, 2012-ci ilin dürüstləşmiş büdcəsi davamlı inkişafı xarakterizə edən vacib bir göstəriciyə çevrilsin. Mən millət vəkillərindən xahiş edirəm ki, bu vacib sənədə də öz müsbət münasibətini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Söz verilir maliyyə nazirimiz Samir Şərifova. Samir müəllim, Siz də hər iki məsələyə münasibət bildirin.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən diqqətinizə təqdim olunmuş Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat gəlirlərin mədaxil mənbələri və funksional təsnifatın paraqrafları səviyyəsində xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, ehtiyat fondlarından istifadə, dövlət borcu, dövlət büdcəsinin profisiti və vahid xəzinə hesabının qalığı barədə məlumatları da özündə əks etdirir. Təqdim olunmuş materiallarda 2011-ci il dövlət büdcəsinin icrası ilə bağlı ətraflı məlumat verilib. Bunları nəzərə alaraq mən çıxışımda daha çox dövlət və icmal büdcələrinin əsas icra göstəriciləri üzərində dayanacağam.
İcmal büdcə. Azərbaycan Respublikasının 2011-ci il icmal büdcəsinin gəlirləri 23 milyard 226 milyon manat və ya 116,2 faiz icra olunmuşdur ki, bu da 2010-cu ilə nisbətən 3 milyard 782 milyon manat və ya 19,4 faiz çox deməkdir. 2011-ci ildə icmal büdcənin gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 46,4 faiz təşkil etməklə 2010-cu ilə nisbətən 0,5 faiz artmışdır. İcmal büdcənin xərcləri 17 milyard 541 milyon manat və ya 94,2 faiz icra olunmaqla 2010-cu ilə nisbətən 3 milyard 899 milyon manat və yaxud 28,6 faiz çox olmuşdur. 2010-cu illə müqayisədə 2011-ci ildə icmal büdcənin xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi 2,9 faiz artaraq 35 faizə çatmışdır. 2011-ci ilin icmal büdcəsində profisitin 1 milyard 368 milyon manat olacağı proqnozlaşdırılsa da, faktiki olaraq 5 milyard 685 milyon manat profisit olmuşdur ki, bu da proqnoza nisbətən 4 milyard 317 milyon manat və ya 4,2 dəfə çox deməkdir.
Dövlət büdcəsi. Dövlət büdcəsinin gəlirləri. Hesabat ilində dövlət büdcəsinin mədaxili 15 milyard 701 milyon manat və ya 100,9 faiz, 2010-cu illə müqayisədə isə 4 milyard 298 milyon manat və ya 37,7 faiz çox icra olunmuşdur. 2011-ci ildə dövlət büdcəsinin gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 2010-cu illə müqayisədə 4,5 faiz artaraq 31,4 faiz təşkil etmişdir.
Vergilər Nazirliyi mədaxil proqnozunu 106 faiz icra etməklə dövlət büdcəsinə 5 milyard 472 milyon manat vəsaitin daxil olmasını təmin etmişdir. Bu, 2010-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyard 179 milyon manat və ya 27,5 faiz çoxdur.
Vergi daxilolmalarının 52,6 faizi və ya 2 milyard 880 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da 2010-cu illə müqayisədə 510 milyon manat və yaxud 21,5 faiz çox deməkdir.
Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz əməl edərək büdcəyə 1 milyard 142 milyon manat vəsaitin daxil olmasını təmin etmişdir.
Dövlət büdcəsinə sair daxilolmalar üzrə 51 milyon manat proqnozlaşdırılsa da, faktiki olaraq 87 milyon manat və ya 1,7 dəfə çox vəsait daxil olmuşdur.
Dövlət büdcəsinin xərcləri. 2011-ci ildə dövlət büdcəsinə faktiki daxil olan vəsaitdən səmərəli və məqsədyönlü istifadə edilməklə qəbul edilmiş bütün dövlət proqramlarının və tədbirlərinin, dövlətə məxsus əsas sosial vəzifələrin stabil maliyyələşdirilməsi təmin edilmiş, təşkilatların müvafiq xərc sifarişləri öz maliyyə təminatını tapmış, əmək haqqı, pensiya, müavinətlər, daxili və xarici borc və digər müdafiə olunan xərclər üzrə borc yaranmamışdır.
Dövlət büdcəsinin xərcləri 15 milyard 398 milyon manat və yaxud 96,6 faiz səviyyəsində icra edilmişdir ki, bu da 2010-cu illə müqayisədə 3 milyard 632 milyon manat və ya 30, 9 faiz çoxdur. 2011-ci ildə dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi 2010-cu illə müqayisədə 3 faiz artaraq 30,8 faiz təşkil etmişdir.
İqtisadi təsnifata uyğun olaraq strukturuna görə 2011-ci ildə dövlət büdcəsi xərclərinin 7 milyard 115 milyon manatı və ya 46,2 faizi cari xərclərə yönəldilmişdir. Bu da 2010-cu illə müqayisədə 469 milyon manat və ya 10,3 faiz çox deməkdir. Xərclərin 7 milyard 938 milyon manatını və ya 51,6 faizini əsaslı xərclər təşkil etmişdir ki, bu da 2010-cu ilə nisbətən 58 milyon manat və ya 8,8 faiz çox deməkdir. Dövlət borclarına xidmətlə bağlı xərclərə 344 milyon manat və ya ümumi xərclərin 2,2 faizi həcmində vəsait yönəldilmişdir.
Hesabat dövründə iqtisadi təsnifat üzrə dövlət büdcəsinin cari xərclərinin 4 milyard 340 milyon manatı və ya 28,2 faizi sosial yönümlü xərclərin maliyyələşdirilməsinə sərf edilmişdir ki, bu da 2010-cu illə müqayisədə 637 milyon manat və ya 17,2 faiz çox deməkdir.
Funksional təsnifata uyğun olaraq sosial yönümlü xərclərə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərcləri üzrə icra üst-üstə 3 milyard 553 milyon manat və yaxud 2010-cu ilə nisbətən 559 milyon manat və ya 18,7 faiz çox olmuşdur.
Dövlət əsaslı vəsait qoyuluşu xərclərinə ayrılmış 1 milyard 182 milyon manat vəsait də nəzərə alınmaqla sosial yönümlü sahələr üzrə xərclərin məbləği 4 milyard 735 milyon manat, dövlət büdcəsi xərclərində isə xüsusi çəkisi 30,8 faiz təşkil etmişdir.
Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuş, 2011-ci ildə də əmək haqqı, pensiya və müavinətlərin, bu qəbildən olan digər sosial ödənişlərin artırılması üçün bir sıra əhəmiyyətli addımlar atılmışdır.
Ölkə rəhbərinin müvafiq sərəncamları ilə hesabat ilində, – bunu mən xüsusilə qeyd etmək istərdim, – pensiya təminatı sistemində aparılan islahatlar və 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə əmək stajlarına uyğun artımın tətbiq edilməsi nəticəsində 900 minə yaxın əmək pensiyaçısının pensiyaları orta hesabla 40 faizədək, Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, müdafiə və hüquq mühafizə orqanlarının hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları orta hesabla 10–30 faiz artırılmışdır.
Bununla yanaşı, aztəminatlı şəxslərə dövlət tərəfindən ödənilən sosial müavinətlərin, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin, müharibə əlilləri üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, doktorantlara, ali təhsil müəssisələrində oxuyan tələbələrə, peşə-ixtisas təhsili müəssisələri şagirdlərinə müəyyən edilmiş aylıq təqaüdlərin məbləğlərində də 10 faizlik artım tətbiq edilmişdir.
Azərbaycanın dinamik və çoxşaxəli iqtisadi inkişafı ölkənin hərbi qüdrətinin daha da artırılmasına imkan yaratmış, 2011-ci ildə dövlət büdcəsinin cari və əsaslı xərclərindən müdafiə xərclərinə üst-üstə 2 milyard 663 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2010-cu illə müqayisədə 515 milyon manat və ya 24 faiz çoxdur.
2011-ci ildə dövlət büdcəsindən, Dövlət Neft Fondundan ayrılan vəsait və cəlb edilən kreditlər də nəzərə alınmaqla ölkə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edən və uzun illər üçün xalqımızın istifadəsinə hesablanmış sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsinə üst-üstə 7 milyard 377 milyon manat və yaxud 2010-cu illə müqayisədə 2 milyard 250 milyon manat və ya 43,9 faiz çox vəsait yönəldilmişdir.
2011-ci ildə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən bir sıra sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsinə, o cümlədən Arpaçay və Ordubad su-elektrik stansiyalarının tikintisinə, Naxçıvan şəhərinin və Muxtar Respublikanın rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin, Naxçıvan–Culfa yolunun, qəza vəziyyətində olan məktəblərin tikintisi və yenidən qurulmasına və digər tədbirlərə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 103 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsindən isə 34 milyon manat – cəmi 137 milyon manat vəsait sərf edilmişdir.
2011-ci ildə Dövlət Neft Fondunun ayırdığı 535 milyon manat vəsait hesabına məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin davam etdirilməsi və Bakı–Tbilisi–Qars dəmir yolunun çəkilişi layihələrinin maliyyələşdirilməsi təmin edilmişdir.
Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş 990 milyon manat məbləğində kreditlər ölkəmizdə yol, su təchizatı, meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün istifadə edilmişdir.
Ehtiyat fondları və məqsədli büdcə fondları. 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondları üzrə 438 milyon manat vəsaitin maliyyələşdirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan və dövlət büdcəsinin ehtiyat fondundan maliyyələşən bir sıra layihələrin icra müddəti 2011-ci büdcə ilindən artıq vaxt tələb elədiyinə görə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsinə müvafiq olaraq 139 milyon manat vəsaitin istifadəsi 2012-ci büdcə ilində davam etdiriləcəkdir.
Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 210 milyon manat vəsait istifadə olunmuşdur. Bu vəsait hesabına 24 şəhər və rayonun sosial-iqtisadi inkişafının gücləndirilməsi təmin edilmiş, bir sıra rayonlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, milli telefilmlərin və teleserialların çəkilişi, uşaq və yeniyetmələr üçün vərəm xəstəlikləri sanatoriyasının yeni binasının tikintisi, Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının gücləndirilməsi, Bakı Sağlamlıq Mərkəzinin tikintisi və digər əhəmiyyətli layihələrin maliyyələşdirilməsi həyata keçirilmişdir.
2011-ci ildə dövlət büdcəsinin məqsədli büdcə fondlarının, – söhbət dövlət zəmanəti ilə alınan borcların təminat fondundan və avtomobil yolları məqsədli büdcə fondundan gedir, – xərcləri 270 milyon manat proqnoza qarşı 263,3 milyon manat və ya 97,5 faiz səviyyəsində icra olunmuşdur. Hesabat ilində dövlət zəmanəti ilə alınan borcların təminat fondu vəsaitindən 93 milyon manat vəsait istifadə olunmuş, avtomobil yolları məqsədli büdcə fondunun xərcləri üzrə icra 170 milyon manat təşkil etmişdir.
Beynəlxalq əlaqələr və beynəlxalq fəaliyyət. 2011-ci ildə bütövlükdə beynəlxalq fəaliyyət, beynəlxalq və respublika səviyyəsində tədbirlərin keçirilməsi üçün 69 milyon manat, o cümlədən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin fəaliyyəti üçün 51 milyon manat, ölkəmizdə keçirilmiş bir sıra beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün 18 milyon manat vəsait istifadə olunmuşdur.
İqtisadi fəaliyyət. 2011-ci ildə aqrar sektora dövlət qayğısının daha da artırılması, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, yerli məhsulların istehsalının genişləndirilməsi hesabına əhalinin zəruri ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması dövlətin iqtisadi siyasətində ümdə vəzifələrdən biri olmuşdur. 2008–2015-ci illərdə Azərbaycan Respublikası əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası 2011-ci ildə də davam etdirilmiş, bu məqsədlə dövlət büdcəsindən 112 milyon manat vəsait sərf edilmişdir.
2011-ci ildə dövlət büdcəsindən Aqrolizinq Səhmdar Cəmiyyətinə 40 milyon manat vəsait ayrılmış, Naxçıvan Aqrolizinq Şirkətinə 2,5 milyon manat vəsait yönəldilmişdir. Dövlət büdcəsindən ayrılmış, həmçinin Aqrolizinq Səhmdar Cəmiyyətinin vəsaitinin idarəetməyə verilməsindən daxil olmuş vəsait də nəzərə alınmaqla 2011-ci ilin sonunda səhmdar cəmiyyətinin dövriyyə vəsaitinin qalığı və aktivlərinin dəyəri 407 milyon manata çatmışdır.
Sahibkarlığın inkişafına siyasi və iqtisadi dəstək verilməklə sahibkarların fəaliyyəti də daim diqqətdə saxlanılır. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün 2011-ci ildə iqtisadiyyatın müxtəlif sahələri üzrə 1643 sahibkarlıq subyektinə 138 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 34 milyon manatını dövlət büdcəsindən ayrılmış vəsait təşkil edir. Dövlət büdcəsindən ayrılmış, həmçinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin idarəetməyə verilməsindən daxil olmuş vəsait də nəzərə alınmaqla 2011-ci ilin sonuna fondun dövriyyə vəsaitinin qalığı 710 milyon manatı üstələmişdir.
Sosial ipotekanın maliyyələşdirməsi üçün Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən ipoteka fondunun kapitalının artırılmasına 2011-ci ilin dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılmışdır.
Dövlət borcu və ona xidmət. Hesabat ilində dövlətin daxili və xarici borcları diqqətdə saxlanılmış, dövlət zəmanəti ilə alınmış kreditlərin borc alan təşkilatlar tərəfindən vaxtında ödənilməsinə, əsasən, nail olunmuşdur. Ölkəmizin xarici və daxili borclanma ilə bağlı götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməsi üçün 2011-ci ilin dövlət büdcəsindən 52 milyon manat vəsait ayrılmışdır. 2012-ci il yanvarın 1-dək bilavasitə hökumət tərəfindən və dövlət zəmanəti əsasında beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 10 milyard 394 milyon ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır. Bu sazişlər üzrə istifadə olunmuş kreditlər 4,8 milyard ABŞ dolları təşkil edir. İstifadə edilmiş kreditlərə görə xarici dövlət borcunun ümumi daxili məhsulda xüsusi çəkisi 7,6 faiz təşkil edir. Hesabat ilində qanunvericiliklə təsdiq edilmiş daxili və xarici dövlət borcunun yuxarı həddi, limiti gözlənilmişdir.
Yerli gəlirlər və xərclər. Regionların iqtisadi potensialının artırılması və sosial-iqtisadi inkişafının sürətləndirilməsi, vergi bazasının genişləndirilməsi və digər zəruri tədbirlər hesabına rayon və şəhərlərin yerli gəlirlərinin artırılması üçün qarşıya qoyulmuş vəzifələr 2011-ci ildə də uğurla həyata keçirilmişdir. Bunun hesabına 2011-ci ildə dövlət büdcəsinin yerli gəlirləri 539 milyon manat və ya 120,6 faiz icra edilmişdir ki, bu da 2010-cu illə müqayisədə 108 milyon manat və ya 24,9 faiz çoxdur. Rayon və şəhərlərin yerli gəlirlərinin artımı hesabına dövlət büdcəsindən yerli xərclərə yönəldilən maliyyə yardımı məbləğinin 38 milyon manat, onun yerli xərclərinin xüsusi çəkisinin isə 2,6 faiz azaldılmasına nail olunmuşdur. 2011-ci ildə dövlət büdcəsinin yerli xərcləri 1 milyard 244 milyon manat və ya 95,1 faiz icra olunmuşdur ki, bu da 2010-cu illə müqayisədə 107 milyon manat və ya 9,4 faiz çox deməkdir.
Dövlət büdcəsinin profisiti və vahid xəzinə hesabının qalığı. Məlum olduğu kimi, 2011-ci ilin dövlət büdcəsi 387 milyon manat kəsirlə təsdiq edilmiş və büdcə ili ərzində onun maliyyələşdirilməsi mənbələrindən dövlət büdcəsinə 192 milyon manat büdcədənkənar vəsait daxil olmuşdur. Kəsirin maliyyələşdirilməsi üçün digər mənbə olan dövlət qısamüddətli istiqrazlarının buraxılışı ilə əlaqədar dövlət büdcəsinə cəlb edilmiş və ödənilmiş vəsait arasındakı 109 milyon manat məbləğində fərq çıxıldıqdan sonra faktiki olaraq dövlət büdcəsində kəsirin maliyyələşdirilməsi üzrə 79 milyon 684 min manat vəsait qalığı formalaşmışdır. Dövlət büdcəsinin mədaxili proqnozunun artıqlaması ilə icra edilməsi nəticəsində büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxil olmuş vəsaitdən istifadə olunmadığına və obyektiv səbəblər hesabına bir sıra istiqamətlər üzrə xərclərdə qənaət əldə edildiyinə görə faktiki olaraq 2011-ci ilin dövlət büdcəsində 303 milyon 180 min manat büdcə profisiti yaranmışdır.
Onu da qeyd etmək istərdim ki, Dövlət Neft Fondundan bizim nəzərdə tutduğumuz transferimiz tam istifadə olunmamışdır. Yəni Dövlət Neft Fondundan 2011-ci ildə 203 milyon manat az istifadə edilmişdir. Biz bu vəsaiti də əlavə etsək, görəcəyik ki, bizim daha çox profisitimiz ola bilərdi. 2012-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı 382 milyon 864 min manat təşkil etmişdir.
Hörmətli millət vəkilləri, çıxışımın yekununda qeyd etmək istərdim ki, burada qeyd olunduğu kimi, dövlət büdcəsinin icrası barədə hökumətin hesabatı Hesablama Palatası tərəfindən ətraflı surətdə təhlil edilmiş, ona dair müvafiq rəy hazırlanmış, eyni zamanda, Milli Məclisin İqtisadi siyasət komitəsində ətraflı təhlil olunaraq müzakirə edilmiş və bunun əsasında Milli Məclisin plenar iclasına təqdim olunmuşdur. Bunları nəzərə alaraq sizi, Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununa səs verməyə çağırıram.
Oqtay müəllim, mən belə başa düşdüm ki, gündəlikdəki 3-cü məsələ ilə əlaqədar da çıxış edə bilərəm.
Sədrlik edən. Bəli, buyurun.
S.Şərifov. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23.2 və 23.3-cü maddələrinə müvafiq olaraq “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim olunmuşdur. Təqdim olunmuş qanun layihəsində dövlət və icmal büdcələrində müvafiq dəyişikliklər aparılmaqla onların gəlir və xərclərinin artırılması nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 2012-ci ilin dövlət büdcəsində aparılması nəzərdə tutulan dəyişikliklər aşağıda sadalayacağım təxirəsalınmaz tədbirlərin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının formalaşdırılması zərurəti ilə bağlı olmuşdur. Bildiyiniz kimi, ölkənin şimal-qərb bölgəsində dəhşətli zəlzələ baş vermiş, nəticədə Zaqatala, Qax, Balakən, Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturuna böyük ziyan vurulmuşdur. Onu da bilirsiniz ki, 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində Sabirabad və Salyan rayonlarının ərazisinə böyük ziyan dəymişdir və bu daşqınların yaratdığı iri miqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması üçün aparılan işlərin başa çatdırılması vacibdir. Ölkə Prezidentinin sərəncamı ilə bu məqsədlərə bu il ərzində 50 milyon manat əlavə vəsait ayrılıb və bunun da dövlət büdcəsində nəzərə alınması zəruridir.
Eyni zamanda, cari ildə təbiətin şıltaqlığı nəticəsində bəzi rayon və şəhərlərin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi mənfi fəsadların aradan qaldırılması, eləcə də ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı texnikanın alınması zərurəti yaranmışdır.
Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonaları, Bakının ətraf ərazilərində və kəndlərində, ilk növbədə Maştağa və Zabrat qəsəbələrində qrunt sularının səviyyəsinin qalxması ilə bağlı müvafiq tədbirlərin görülməsi, bu zonalarda ekoloji və sanitar durumun yaxşılaşdırılması zərurəti yaranıb.
Digər tərəfdən, Bakı şəhərində, ölkənin digər regionlarında sosial və kommunal infrastrukturların yenidən qurulması ilə əlaqədar bəzi tədbirlərin görülməsi, ölkənin hərbi quruculuğu və təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı qəbul edilmiş bir sıra fərman və tapşırıqların dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulmamasını nəzərə alaraq, əlavə maliyyə təminatının yaradılması zərurəti yaranmışdır. Söhbət ilk növbədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Fövqəladə Hallar Nazırliyinin Su Ehtiyatları Agentliyinin yaradılması ilə bağlı xərclərin və təhlükəsizliklə bağlı digər tədbirlərin maliyyələşdirilməsindən gedir. Bu tədbirlərin maliyyələşdirilməsi üçün əlavə 690 milyon manat tələb olunur. 2012-ci il dövlət büdcəsinin çərçivəsində bunların qarşılanması imkan xaricindədir. Bu isə 2012-ci il dövlət büdcəsinə yenidən baxılması zərurətini yaradır.
Müzakirənizə təqdim olunmuş qanun layihəsində mahiyyət etibarilə 2012-ci il dövlət büdcəsi gəlirlərinin 600 milyon manat artırılaraq 17 milyard 38 milyon manata çatdırılması nəzərdə tutulur. Bu isə təsdiq olunmuş proqnoza nisbətən 3,7 faiz, 2011-ci ilin faktiki icra göstəricilərinə nisbətən isə 1 milyard 337 milyon manat və ya 8,5 faiz çox deməkdir. Bu artım baş verərsə, dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 36,5 faiz təşkil etməklə 2011-ci ilin icrasına nisbətən 5,1 faiz artacaqdır.
Dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulur. Ziyad müəllim çıxışında qeyd etdiyi kimi, burada Dövlət Neft Fondundan əlavə transfertin götürülməsi nəzərdə tutulmur. Bu da ilk növbədə bizim vergi inzibatçılığı sahəsində əldə edilən uğurlarımızla bağlıdır. Məncə, onu qeyd etmək kifayətdir ki, ilin ilk 4 ayı ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə proqnozdan artıq 91 milyon manat məbləğində vergi daxilolmaları təmin edilmişdir. Bunları nəzərə alaraq hesab edirik ki, qanun layihəsində 2012-ci ilin dövlət büdcəsi xərclərinin 600 milyon manat artırılması mümkündür.
Beləliklə, dövlət büdcəsinin xərcləri 17 milyard 672 milyon manat səviyyəsinə çatdırılacaq. Dövlət büdcəsi xərclərinin cari ilin sonuna gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi isə 2011-ci ilin icrasına nisbətən 7,1 faiz artaraq 37,9 faiz təşkil edəcək. Tələb olunan əlavə xərcin 600 milyon manatı, qeyd etdiyim kimi, əlavə vergi daxilolmaları, qalan 90 milyon manatı isə 2012-ci il dövlət büdcəsinin bəzi xərclərinin azaldılması hesabına təmin ediləcək. Buna bəzi xərclərin strukturunun təkmilləşdirilməsi hesabına nail olunacaqdır. Söhbət, əsasən, dövlət borcuna xidmətlə bağlı xərclərdən gedir. Bildiyiniz kimi, hazırda dünyada kreditlər üzrə faiz dərəcələri xeyli azalıb və bunun nəticəsində biz nəzərdə tutduğumuzdan daha artıq qənaət gözləyirik.
Əldə edəcəyimiz əlavə 690 milyon manat vəsaitin istiqamətlər üzrə təxmini bölgüsü belədir: 350 milyon manat vəsait, əsasən, təbii fəlakətlərlə bağlı tədbirlərin həyata keçirilməsinə, yəni bu fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, 200 milyon manat Bakıda və onun kəndlərində ekoloji durumun yaxşılaşdırılmasına və dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üzrə dövlət büdcəsinin ehtiyat fonduna, 95 milyon manat Bakı şəhərində və ölkənin digər regionlarında sosial və kommunal infrastrukturların yenidən qurulması və abadlaşdırılmasına, 45 milyon manat isə müdafiə və təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında 1992-ci il 1 yanvar tarixinə saxlanılmış əmanətlər üzrə əmanətçilərə birdəfəlik fərdi ödənişlərin verilməsi barədə fərman imzalanmışdır. Mən bu fərmanı tarixi bir fərman hesab edirəm. Fərmanla xüsusi qaydalar təsdiq olunmuşdur və bu, birdəfəlik fərdi ödəmələrin əmanətçilərə verilməsi prosesinə 2012-ci il 1 iyun tarixindən başlanılacaqdır. Fərmanın icrası ilə əlaqədar olaraq Nazirlər Kabinetinin xüsusi qərarı əsasında bu məqsədlərə artıq Dövlət Büdcəsinin Ehtiyat Fondundan 300 milyon manat vəsait ayrılmışdır.
Bildiyiniz kimi, zəlzələ ilə əlaqədar olaraq Dövlət Büdcəsinin Ehtiyat Fondundan ilkin olaraq 20 milyon manat, eyni zamanda, ilin ilk 4 ayı ərzində bir sıra rayonlarda qəzalı məktəblərin yenidən qurulması və sair layihələrin həyata keçirilməsi üçün vəsaitlər ayrılmışdır. Bununla əlaqədar, Dövlət Büdcəsinin Ehtiyat Fonduna əlavə vəsaitin yönəldilməsi məqsədəuyğun hesab olunur. Yəni bu tədbirin əsas mahiyyəti bundan ibarətdir.
Beləliklə, gəlirlər də, xərclər də 600 milyon manat məbləğində artırılır və bunun nəticəsində dövlət büdcəsinin kəsiri ilə əlaqədar vəziyyət dəyişmir. Yəni dövlət büdcəsinin kəsiri 634 milyon manat təşkil edəcək. Bu isə ümumi daxili məhsulun 1,4 faizi deməkdir. 600 milyon manat məbləğində əlavə vergi daxilolmalarının 100 milyon manatı qeyri-neft sektorundan, 500 milyon manatı isə neft sektorundan əldə ediləcək.
Neft sektorundan əldə olunacaq əlavə vergi daxilolmaları əlverişli qiymət konyunkturu ilə bağlıdır. Bildiyiniz kimi, dövlət büdcəsində neftin qiyməti 80 dollar səviyyəsində nəzərdə tutulmuşdur. Biz hesab edirik ki, bu bir qədər mühafizəkar səviyyədir və prosesləri nəzərə alaraq dövlət büdcəsində istifadə edilən proqnoz qiyməti artıra bilərik. Bunun hesabına dövlət büdcəsinə əlavə 500 milyon manat məbləğində vergi daxilolmaları təmin edilə bilər. Bunları nəzərə alaraq deyə bilərik ki, icmal büdcənin gəlirləri də mütənasib şəkildə artacaqdır. Belə ki, bu artım 3 milyard 625 milyon manat təşkil edəcək və bununla da icmal büdcədə 938 milyon manat profisit yaranacaqdır.
Hörmətli millət vəkilləri, bu təkliflər də Məclisin İqtisadi siyasət komitəsində ətraflı müzakirə olunmuş və komitənin üzvləri bu qanun layihəsinin də Məclisin plenar iclasına təqdim edilməsi barədə qərar qəbul etmişlər.
Bütün bunları və eyni zamanda, ölkəmizdə təxirə salınmadan həyata keçirilməli olan dövlət əhəmiyyətli tədbirlər üçün maliyyə təminatının yaradılması zərurətini nəzərə alaraq, mən sizin hamınızdan qanun layihəsinə səs verməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Samir müəllim. Fasilədən sonra Hesablama Palatasının rəyini dinləyəcək və müzakirələrə başlayacağıq. Fasilə elan olunur.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. İclasımızı davam etdiririk. Hesablama Palatası sədrinin müavini Adil Məhərrəmova söz verilir. Buyurun.
A.Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! İlk öncə qeyd etmək istəyirəm ki, hesabat ili bir çox dünya ölkələri üçün heç də asan və uğurlu il olmamışdır. 2011-ci il daha çox avrozona ölkələrində borc böhranının dərinləşməsi, fond bazarlarında çaxnaşmaların baş verməsi, bir sıra stabil ölkə və bankların reytinqlərinin aşağı düşməsi, dünya iqtisadiyyatında mühərrik rolunu oynayan Çində belə, ümumi iqtisadi artım tempinin azalması, ABŞ-da dövlət borcunun yuxarı həddinin daha da artırılması və sair ilə yadda qalmışdır. Bundan başqa, təbiətdə baş verən dağıdıcı kataklizmlər də dünya iqtisadiyyatına çox ciddi zərər yetirmişdir. Bu zərərin həcmi ekspertlər tərəfindən təxminən 300–400 milyard ABŞ dolları səviyyəsində dəyərləndirilir.
Xüsusilə vurğulamaq istərdim ki, bu cür mürəkkəb və çətin iqtisadi proseslər fonunda ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş iqtisadi siyasətin nəticəsi olaraq 2011-ci ili iqtisadi dayanıqlığın qorunub saxlanıldığı, əksər makroiqtisadi göstəricilər üzrə müsbət nəticələrin əldə olunduğu və Azərbaycanın daha yüksək reytinq səviyyələrinə layiq görüldüyü il kimi xarakterizə etmək olar.
Fikrimizcə, bu cür nəticələr ilk növbədə qeyri-neft sektorunun daha yüksək templərlə inkişaf etdirilməsi, mövcud maliyyə təminatının strateji hədəflərin əldə olunmasına yönəldilməsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, iqtisadi aktivliyin dəstəklənməsi, investisiya mühitinin yaxşılaşdırılması və sair kimi tədbirlər sayəsində əldə olunmuşdur.
Bildiyiniz kimi, hesabat ilində ölkəmizdə əldə olunmuş nəticələr dünyanın nüfuzlu beynəlxalq maliyyə institutları və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Beynəlxalq Valyuta Fondunun 2011-ci il üzrə hesabatında son illər ölkəmizdə iqtisadiyyatın sürətlə inkişaf etməsi, yoxsulluğun səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması, həyata keçirilən düzgün iqtisadi siyasət tədbirlərinin makroiqtisadi sabitliyin təmin olunmasına kömək etməsi, Neft Fondunda ehtiyat vəsaitin artırılması, habelə qlobal böhrandan sonra iqtisadi artım tempinin ləngiməsinə baxmayaraq, ölkənin ciddi mənfi təsirlərdən yayına bilməsi, qeyri-neft sektorunun müsbət dinamika nümayiş etdirməsi və Azərbaycanda güclü fiskal siyasətin aparılması xüsusi qeyd olunmuşdur.
Hesabat ilində Palata tərəfindən aparılan nəzarət tədbirlərinin, habelə təqdim olunmuş qanun layihəsinin və illik hesabatın, eləcə də digər hesabat və məlumatların təhlillərinin nəticələri ölkə iqtisadiyyatını xarakterizə edən əksər makroiqtisadi göstəricilər üzrə müsbət nəticələrin əldə olunduğunu bir daha təsdiq etmişdir. Belə ki, qeyri-neft sektorunda 9,4 faiz və qeyri-neft sənayesində 11,1 faiz artımın əldə edilməsi, xarici investisiyaların cəlb edilməsində ciddi çətinliklərin mövcudluğu şəraitində bütün maliyyə mənbələrindən ölkə iqtisadiyyatına yönəldilən investisiyaların həcminin əhəmiyyətli dərəcədə artırılması, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmaqla əhalinin gəlirləri və orta aylıq əmək haqqı üzrə artımın inflyasiya səviyyəsini xeyli üstələməsi, sosial sahədə vəziyyətin yaxşılaşması hesabına yoxsulluğun səviyyəsinin əvvəlki illə müqayisədə 1,5 faizdən də çox azalaraq 7,6 faiz təşkil etməsi, ixrac-idxal əməliyyatları üzrə böyük həcmdə müsbət saldoya nail olunması və digər bu kimi sosial-iqtisadi əhəmiyyətə malik olan nəticələr əldə edilmişdir.
2011-ci ildə qeyri-neft sektorunun ÜMD-də xüsusi çəkisinin 48,3 faiz təşkil etməsini biz karbohidrogen ehtiyatları hesabına daxil olan maliyyə resurslarımızın düzgün istifadəsi hesabına iqtisadiyyatın şaxələndirilməsi istiqamətində təqdirəlayiq hal kimi dəyərləndiririk.
Bir məqama da diqqətinizi cəlb etmək istərdim. Respublikamızda formalaşmış əlverişli investisiya mühiti, iqtisadi və maliyyə sabitliyi sayəsində xarici investorlar üçün iqtisadiyyatın cəlbediciliyinin qorunub saxlanması hesabat ilində ilk dəfə olaraq ölkə iqtisadiyyatına təqribən 20 milyon ABŞ dolları həcmində investisiyanın qoyulmasına imkan vermiş və bunun hesabına bütövlükdə investisiyanın ümumi daxili məhsuldakı payı təqribən 31,5 faiz təşkil etmişdir. 2011-ci ildə bu göstərici dünya iqtisadiyyatında ən yüksək göstəricilərdən biri hesab edilə bilər. Bütün bu amillər dövlət büdcəsinin icrası üçün tələb olunan makroiqtisadi şəraitin müvafiqliyini, sabitliyin qorunub saxlanılmasını, habelə hesabat ilində nəzərdə tutulmuş bütün infrastruktur və sosial layihələrin həyata keçirilməsini təmin etmişdir.
Hörmətli millət vəkilləri, burada dövlət büdcəsinin həm gəlir, həm də xərc parametrləri barədə ətraflı məlumat verildiyi üçün, düşünürəm ki, mənim tərəfindən dövlət büdcəsinin icrasının yalnız ümumi xarakteristikası barədə məlumat verilməsi məqsədəmüvafiq olardı. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyin qorunub saxlanılması və bütövlükdə böyük əhəmiyyətə malik olan nəticələrin əldə edilməsi dövlət büdcəsinin gəlir və xərc parametrlərinin də yüksək səviyyədə icra olunmasına zəmin yaratmışdır.
Qeyd olunduğu kimi, 2011-ci ildə dövlət büdcəsinin gəlirləri 100,9 faiz, xərcləri isə 96,6 faiz icra olunmuş, dövlət büdcəsinin gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 31,4 faiz, xərcləri isə 30,8 faiz təşkil etmişdir. Nəzərə alsaq ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə bu göstəricilər inkişaf etmiş ölkələrdə 20–55 faiz, habelə Şərqi Avropa və MDB ölkələrində 22–45 faiz arasında dəyişilmişdir, bu xüsusi çəkilərin ölkəmizdə 2010-cu ildə olduğu kimi yüksək səviyyədə saxlanılması iqtisadiyyatın tənzimlənməsi proseslərinə dövlətin müdaxilə imkanlarının artırılması barədə beynəlxalq maliyyə institutlarının çağırışlarına tam uyğundur.
Xüsusi vurğulamaq lazımdır ki, hesabat ilində büdcə gəlirlərinin ümumi proqnozu ilə yanaşı, əvvəlki illərdən fərqli olaraq, demək olar ki, bütün tədiyyə növləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilmiş, habelə görülmüş tədbirlər nəticəsində Vergilər Nazirliyinin xətti ilə təmin edilən gəlirlər üzrə hesabat ilinin sonuna borcların məbləğləri 19,6 faiz, xüsusilə əsas borcların məbləğləri 34,2 faiz olmaqla əhəmiyyətli dərəcədə azalmışdır. Bütün bunları həm proqnozların ən vacib şərti olan əsaslılıq səviyyəsinin artırılması, həm də maliyyə resurslarının dövlət büdcəsinə cəlb olunması istiqamətində əməli işlər kimi qiymətləndiririk.
Bununla belə, mal, iş və xidmətlərə görə vergilərin alınması sahəsində vergi nəzarətinin daha da gücləndirilməsini, qeyri-neft sektoruna aid olan sadələşdirilmiş vergi üzrə dövlət büdcəsinə hesablanmış və ödənilmiş məbləğlərin artımının sürətləndirilməsinə nail olmaq üçün istehlakçılar tərəfindən ödənişlərin nağdsız qaydada həyata keçirilməsi səviyyəsinin yüksəldilməsini, hüquqi şəxslərin torpaq vergisi sahəsində vergitutma bazası üzrə uçot sisteminin yaradılması istiqamətində görülən işlərin sürətləndirilməsini, habelə bağlanmış torpaq icarəsi müqavilələri şərtlərinin vaxtında yerinə yetirilməsinə nəzarət sisteminin gücləndirilməsini məqsədəuyğun hesab edirik.
Dövlət büdcəsinin xərcləri üzrə qeyd etmək lazımdır ki, 2011-ci ildə sosial yönümlü tədbirlərin maliyyələşdirilməsinə əvvəlki illə müqayisədə 17,2 faiz çox olmaqla ümumi xərclərin 28,2 faizi həcmində vəsait yönəldilmişdir ki, bu da sosial yönümlü sahənin prioritetliyinin qorunub saxlanmasının bir göstəricisi kimi qəbul edilə bilər. Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində dövlət proqramları üzrə tədbirlər, sosial-iqtisadi baxımdan xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirilmiş, büdcə vəsaitlərindən proqramlar vasitəsilə istifadə edilməklə şəffaflıq daha da artırılmış və bütövlükdə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində effektiv tədbirlər görülmüşdür.
Ölkə rəhbəri dövlət proqramlarının qəbul edilməsinə xüsusi əhəmiyyət verərək vurğulamışdır: “Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var – iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı... Elə bir sahə yoxdur ki, orada bizim proqramımız olmasın. Bunlar, sadəcə olaraq, bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş konkret tədbirlər planıdır”. Məhz bu baxımdan əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı olan minimum sosial standartların yüksəldilməsi, yoxsulluq səviyyəsinin aşağı düşməsi, müavinət və pensiyaların artımı 2011-ci ildə də davam etmişdir. Bütün bunlar təqdim etdiyimiz rəydə, rəqəmlərdə daha ətraflı surətdə öz əksini tapmışdır.
Hesabat ilində dövlət büdcəsində iqtisadiyyatın real sektoru və iqtisadi fəaliyyətin digər sahələri üzrə də məqsədyönlü tədbirlər görülmüş, dövlət büdcəsinin investisiya yönümlü olması iqtisadi inkişafa təkan verən əsas göstəricilərdən biri olmuşdur. Neft gəlirlərindən səmərəli istifadə edilməklə investisiya vəsaitləri daha çox insan kapitalının, qeyri-neft sektorunun inkişafını təmin etmək üçün infrastrukturun yenidən qurulmasına, eləcə də sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq bütün sahələr üzrə dövlət proqramları üzrə nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir.
Bütün bu müsbət məqamlarla bərabər, təqdim etdiyimiz rəydə Palata tərəfindən aparılmış nəzarət tədbirlərinin nəticələrinə əsasən bir sıra təklif və tövsiyələr də öz əksini tapmışdır ki, fikrimizcə, onların nəzərə alınması dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərdən qənaətlə və səmərəli istifadə olunmasına, maliyyə intizamının gücləndirilməsinə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə, şəffaflığın artırılmasına müsbət təsir göstərərdi. Belə ki, Palatanın həyata keçirdiyi audit tədbirləri zamanı icra prosesində bəzi büdcə təşkilatlarında vəsaitlərdən səmərəli və qənaətlə istifadə edilməməsi, bir sıra hallarda xərc maddələrinin təyinatının dəyişdirilməsi, xərc maddələri üzrə aparılan təsərrüfat əməliyyatlarının maliyyə hesabatlarında düzgün əks etdirilməməsi, uçot-hesabat işlərinin mövcud qanunvericiliyə uyğun aparılmaması, maliyyə intizamına riayət edilməməsi hallarına və digər nöqsanlara yol verildiyi qeydə alınmışdır.
Büdcənin tərtibi və icrası zamanı yol verilən bəzi nöqsan və çatışmazlıqların səbəblərindən, habelə icraya nəzarətin təmin edilməsini çətinləşdirən əsas məsələlərdən biri də büdcə vəsaiti ayrılan sahələr üzrə normativ-metodik tənzimləmədə bir sıra boşluqların olması, qüvvədə olan bəzi normaların təkmil olmaması, bəzi hallarda isə ümumiyyətlə, tənzimləyici normativlərin mövcud olmamasıdır. Bəzi qurumlarda büdcədən ayrılan maliyyə vəsaitlərinə tələbatın düzgün müəyyənləşdirilməməsi və resurslardan səmərəli istifadə edilməməsi xərclərin və zərər məbləğlərinin artmasına, israfçılığa yol verilməsinə, iş və xidmətin keyfiyyətinin aşağı düşməsi hallarına gətirib çıxarmışdır.
Mənzil-kommunal təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi, bazar mexanizmlərinin tətbiqinə üstünlük verilməsi, rəqabət mühitinin inkişaf etdirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi üçün tədbirlərin görülməsi, habelə mülkiyyət formasından asılı olmayaraq bu sahədə fəaliyyət göstərən müəssisələrin işinə ciddi nəzarətin həyata keçirilməsi məqsədəuyğun olardı.
Onu da bildirmək istəyirəm ki, normativ sənədlərdə olan boşluq və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə Hesablama Palatası tərəfindən sahəvi xüsusiyyətlər nəzərə alınmaqla əvvəlki illərdə olduğu kimi, cari ildə də bir çox təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir. Bütün bunlarla yanaşı, Palatanın rəyində illik hesabatla bağlı texniki xarakterli məsələlərin həllinə dair bir sıra tövsiyələr də öz əksini tapmışdır ki, onların müsbət həlli təhlillərin daha müfəssəl aparılmasına, ayrı-ayrı göstəricilər üzrə fərqlərin yaranmasının qarşısının alınmasına imkan verərdi.
Hörmətli millət vəkilləri, 2012-ci ilin dövlət büdcəsində dürüstləşdirilmə ilə bağlı Palata tərəfindən müfəssəl rəy təqdim olunduğunu nəzərə alaraq qısaca bildirmək istərdim ki, ölkəmizdə aparılan məqsədyönlü və ardıcıl sosial-iqtisadi siyasət nəticəsində dövlət büdcəsinə böyük artımlarla daxil olan maliyyə resurslarından daha səmərəli və məhsuldar istifadənin təmin edilməsi, onların ilk növbədə daha böyük əhəmiyyət kəsb edən sosial-iqtisadi məsələlərin həllinə yönəldilməsi əvvəllər müəyyən olunmuş büdcə öhdəliklərinə yenidən baxılmasını, həmçinin büdcə vasitəsilə dövlət vəsaitlərinin yenidən bölgüsünün həyata keçirilməsini zəruri edir. Bu baxımdan həm 2011-ci ilin nəticələrinə, həm də cari ilin yanvar-aprel aylarının yekunlarına əsaslanaraq bütün müvafiq göstəricilər üzrə əldə edilmiş faktiki nəticələrin proqnoz göstəricilərini üstələməsi xüsusi qeyd edilməlidir. Bütün bunlar 2012-ci ilin dövlət büdcəsinin ilkin proqnoz parametrlərinin dürüstləşdirilməsinə zərurətin olduğunu bir daha təsdiq edir.
Onu da qeyd etmək istərdim ki, ilkin büdcə proqnozunda bir barrel xam neftin qiymətinin 80 ABŞ dolları səviyyəsində götürülməsini Palata öz rəyində əsaslandırılmış ehtiyatlı yanaşma kimi dəyərləndirmişdir. Cari ilin ötən dövründə bu qiymətin 100 ABŞ dollarından artıq məbləğdə müəyyənləşməsi və qanun layihəsində xam neftin bir barrelinin qiymətinin 100 ABŞ dolları səviyyəsində nəzərdə tutulması, habelə büdcə gəlirlərini əsasən təmin edən həm Vergilər Nazirliyi, həm də Gömrük Komitəsi tərəfindən 4 aylıq proqnozların artıqlaması ilə yerinə yetirilməsi ilin sonunadək büdcənin gəlir hissəsinin zəruri vəsaitlərlə təmin olunacağını deməyə əsas verir.
2012-ci il dövlət büdcəsinin xərcləri üzrə nəzərdə tutulan 600 milyon manat əlavə vəsaitin sosial-iqtisadi əhəmiyyət kəsb edən məsələlərin həllinə, o cümlədən ölkəmizdə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, eləcə də sənəddə adı çəkilən digər mühüm sahələrə yönəldilməsini məqbul hesab edirik.
Hörmətli millət vəkilləri, göstərilənləri nəzərə alaraq biz həm 2011-ci il dövlət büdcəsinin icrası, həm də 2012-ci il dövlət büdcəsinə dəyişikliklərlə bağlı təqdim olunmuş qanun layihələrinin təsdiq olunmasını məqsədəmüvafiq hesab edirik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, indi qanun layihələrinin müzakirəsinə keçirik. Çıxış etməyə 27 nəfər millət vəkili yazılıb. Təklif edirəm, 5 dəqiqəyə keçək ki, hamının çıxış eləməyə imkanı çatsın. Etirazınız yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vahid Əhmədov, buyurun.
V.Əhmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! 2011-ci il dünya iqtisadiyyatında, mən deyərdim ki, bəlkə də ən ağır illərdən biri olmuşdur. Dövlətlərdə yaranmış borclar, Avropa İttifaqında ağır iqtisadi vəziyyət, Çin, Amerika kimi dövlətlərin dövlət borclarının artan temp üzrə getməsi ümumdünya iqtisadiyyatının çox ağır durumda olduğunu bir daha sübut etdi.
Bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında 2011-ci ildə üzərinə götürdüyü bütün öhdəlikləri faktiki olaraq yerinə yetirmişdir. İstər pensiya olsun, istərsə də əmək haqqı, ünvanlı yardımlar və sair, büdcədə nəzərdə tutulan bütün amillər öz həllini tapmışdır.
Mən 2011-ci ilin dövlət büdcəsinin icrasında Vergilər Nazirliyinin rolunu xüsusi qeyd etmək istərdim. Biz həmişə Milli Məclisin iclaslarında dövlət borcları ilə əlaqədar məsələyə toxunmuşuq. 2011-ci ildə dövlət borcları 845 milyon manat azaldılmışdır. Bunun təxminən 657 milyon manatı özəl, təxminən 187 milyon manatı dövlət şirkətlərinin payına düşür. Bu, Vergilər Nazirliyinin uğurudur. Mən onları bu münasibətlə təbrik edirəm.
Bununla bərabər, vaxtın azlığını nəzərə alaraq çatışmazlıqlarla bağlı bir sıra məsələlərə toxunmaq istərdim. 2011-ci ilin dövlət büdcəsi xərclərinin təxminən 32 faizi birinci 6 ayda, 68 faizi ikinci 6 ayda yerinə yetirilmişdir. Dekabr ayında isə bu göstərici proqnozdan təxminən 10 faiz çox olmaqla 26 faiz təşkil etmişdir. Yəni dekabr ayında xərclərin təxminən dörddə biri hesablanmışdır. Bu çox dözülməz rəqəmdir. Mən hesab edirəm ki, maliyyə naziri və Azərbaycan hökuməti xərclərin bərabər bölünməsi məsələsini həll etməlidir.
İxracın strukturunda çox ciddi problemlər yaranmaqdadır. Biz bir neçə dəfə bu məsələyə toxunsaq da, o öz həllini tapmır. 2011-ci ildə ixracın 95 faizini neft və neft məhsulları təşkil etdiyi halda Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirmək qeyri-mümkündür. İstər şimal, istərsə də qərb zonasında olsun, kənd təsərrüfatı məhsullarının ixracında çox ciddi problemlər var. Bu problemləri Azərbaycan hökumətinin üzvləri bilirlər. Mən burada təkrar eləmək istəmirəm. Onları həll etməyin vaxtı artıq çatıb.
2012-ci ilin dövlət büdcəsi ilə əlaqədar. 2012-ci ilin dövlət büdcəsində, – biz komitədə bu məsələyə toxunduq, – ipoteka krediti ilə əlaqədar məsələ çox ciddidir. Cəmi 5 ay müddət keçməsinə baxmayaraq, Azərbaycanda ipoteka kreditinin verilməsi ilə əlaqədar çox ciddi problemlər yaranıb. Biz 2012-ci ilin dövlət büdcəsində bu məqsədlə cəmi 20 milyon manat vəsait nəzərdə tutmuşuq. Bu olduqca azdır. Ona görə mən Samir müəllimdən artıq dərəcədə xahiş edirəm ki, 2012-ci ilin dövlət büdcəsinə bu düzəlişdə ipoteka kreditinin artırılmasına fikir verilsin.
Ən ciddi məsələ, Oqtay müəllim, dövlət büdcəsinə nəzarət mexanizminin təkmilləşdirilməsidir. Biz Milli Məclisin komitə iclasında bu məsələyə çox ciddi toxunduq. Vaxt var idi, Azərbaycanın dövlət büdcəsi 300 milyon idi, onun xərclənməsi üzərində nəzarətə o qədər fikir vermirdik. İndi Azərbaycanın dövlət büdcəsi 20 milyarddır. Elə komitələr, şirkətlər, nazirliklər var ki, biz onlara milyardlarla vəsait ayırırıq. Bu, milyardlarla vəsaitin üzərində nəzarəti gücləndirməyə çox böyük ehtiyac var.
Bizə deyirlər ki, sizin Hesablama Palatanız var, Hesablama Palatası yoxlayıb sizə vaxtaşırı məlumat verə bilər. Amma mən təklif edərdim ki, yüksək məbləğlər ayrılan nazirliklərin rəhbərləri müəyyən vaxtda, ildə bir dəfə, iki dəfə Azərbaycan parlamentində hesabat versinlər ki, bu vəsaiti necə xərcləyirlər, tenderləri necə keçirirlər, tenderlərdən necə istifadə olunur və sair. Çünki bu çox ciddi məsələdir. Mətbuatda da bu barədə müəyyən yazılar gedir. Ona görə də mən buna diqqəti artırmağın nəzərdə tutulmasını xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun. Həqiqətən, biz Hesablama Palatasının işini gücləndirə, ona müvafiq tapşırıqlar verə bilərik. Amma nəzarət məqsədi ilə daha nəsə etməyə lüzum görmürəm. Əli Məsimli buyursun.
Ə.Məsimli. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! 2011-ci ilin büdcəsi ilə əlaqədar fikir yürüdəndə ilk öncə bir məsələni qabartmaq lazımdır ki, Avropanın, dünyanın bir sıra ölkələrində borc böhranı, xüsusən büdcə kəsiri sahəsində problemlərin getdikcə kəskinləşdiyi bir dövrdə Azərbaycan büdcəsinin tarazlığı, eyni zamanda, profisitlə yerinə yetirilməsi çox təqdirəlayiqdir. Daha bir mühüm cəhət ondan ibarətdir ki, Azərbaycan hökuməti 2011-ci ilin dövlət büdcəsi çərçivəsində sosial öhdəlikləri yerinə yetirə bilib.
Eyni zamanda, büdcə ilə bağlı bir sıra məqamlara da toxunmaq istərdim. Birinci qeyd eləmək istəyirəm ki, son dövrlərdə büdcənin sürətlə artması əvəzinə ümumi daxili məhsulla büdcə xərclərinin artım tempinin sinxronlaşdırılmasına keçilib. Amma 2011-ci ildə ümumi daxili məhsul 0,1 faiz, büdcənin gəlirləri 38 faizə yaxın, xərcləri isə 31 faiz civarında artdığına görə burada müəyyən disbalans yaranıb. Bu disbalans 2012-ci ildə və növbəti illərdə problem yarada bilər. Lakin mən inanıram ki, həm Maliyyə Nazirliyində, həm Mərkəzi Bankda, həm də İqtisadi İnkişaf Nazirliyində bu problemin qarşısını ala bilən kifayət qədər mütəxəssis var. 2008–2009-cu illərdə bu üç nazirliyin əlaqələndirilmiş fəaliyyəti Azərbaycanın qlobal maliyyə böhranından çıxmasında necə aparıcı rol oynadısa, bundan sonra da gözlənilən risklərin və kataklizmlərin aradan qaldırılmasında o cür mühüm rol oynaya bilər.
Büdcənin gəlirlərinin artırılmasının vacib elementlərindən biri ondan ibarətdir ki, Beynəlxalq Əməliyyat Şirkəti neftin qiymətinin 34 dollar qalxması müqabilində büdcəyə 281 milyon manat, Azərbaycanın Neft Şirkəti isə cəmi 0,8 milyon manat əlavə vəsait ödəyib. Deməli, Azərbaycan Neft Şirkətinin də hesablaşmasında təkmilləşdirilmələr aparmaqla büdcəyə yüz milyonlarla manat məbləğində əlavə vəsait cəlb eləmək olar.
Üçüncü məsələ büdcə vəsaitindən istifadənin səmərəliliyini artırmaqdan ibarətdir. Səhiyyə ilə bağlı bir misalı qeyd edim. Burada nə Maliyyə Nazirliyinin, nə də Səhiyyə Nazirliyinin günahı var. Sadəcə, maliyyələşmə üsulu sovet dövründən qalma üsul olduğuna görə xeyli dərəcədə problem yaradır. Səhiyyə sisteminin maliyyələşdirilməsi yeni üsulla həyata keçirilərsə, bu vəsaitdən icbari tibbi sığortanın tətbiq edilməsi üçün çox səmərəli istifadə eləmək olar.
2012-ci ilin büdcəsi haqqında düşünərkən məni əsasən bir sual maraqlandırır: büdcə xərclərinin artırılması inflyasiyaya necə təsir göstərəcək? Baxaq görək, əlavə büdcə xərcləri hansı istiqamətlərə yönələcək. Yönələcək tikinti-quraşdırma işlərinə. Mən hesab edirəm ki, təbii fəlakətin, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində, tikinti-quraşdırma işlərinin multifikativ effekti bu işlərin görüləcəyi rayonlarda iqtisadi fəallığın artmasına təsir göstərəcək.
Sovet dövründən qalma əmanətlərin qaytarılmasına gəlincə, burada ilk növbədə ona diqqət yetirmək lazımdır ki, dövriyyəyə buraxılan bu pul nə qədərdir. Gəlin baxaq görək, əhalinin xərcində, bilavasitə pərakəndə ticarətdə, əmtəə dövriyyəsində bu pulun xüsusi çəkisi nə qədərdir. 1 faizlə 2 faiz arasında. İqtisadi nəzəriyyənin postulatları əsasında deyə bilərik ki, bu, ciddi inflyasiya mənbəyi ola bilməz.
Amma bəzi işbazlar elə bir şərait yaradıblar ki, Azərbaycanda ən gözəl nəzəriyyələrə də, aksiom xarakteri daşıyan məqamlara da yenidən baxmaq lazım gəlir. Çünki bu işbazlar qrupu qiyməti süni surətdə cəmi 1,5 faiz artırmaqla sovet dövründən qalma əmanətlər kontekstində əhaliyə veriləcək vəsaiti cibinə cəlb edə bilər. Bunun qarşısını almaqdan ötrü burada olan hökumət nümayəndələrinə müraciət edirəm. Çox etibarlı mexanizm yaradılmalıdır ki, həmin pullar kiçik bir qrupun mənafeyinə yox, bilavasitə əhalinin rifahının yaxşılaşmasına getsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bu şübhə Sizdə haradan yaranıb, bilmirəm. Biz neçə illərdir gözləyirik, əmanətlər qaytarılsın. Bu mexanizmlər işlənib hazırlanıb. İndi şübhə yaradırsınız ki, kimlərinsə cibinə gedəcək. Çox yüksək səviyyədə mexanizm qurulub və əmanətlər də insanlara ödəniləcək. Elmira Axundova.
E.Axundova. Artıq bir neçə illərdir, dünya iqtisadi sistemində tənəzzül, inflyasiya və böhran bir sıra ölkələrin iqtisadiyyatını iflic vəziyyətində saxlamaqdadır. Bu iqtisadi böhran avrozonaya da öz mənfi təsirini göstərmişdir. Buna ən bariz nümunə Yunanıstandır. Bütün Avropa dövlətləri öz qüvvələrini birləşdirsələr də, bu tənəzzülün qarşısını ala bilmirlər.
Bu böhranın, tənəzzülün əksinə olaraq Azərbaycan inkişaf edir və gələcəyə böyük inamla baxır. Yüksək təşkilatçılıq səviyyəsi ilə fərqlənən 2012-ci ilin Eurovision musiqi müsabiqəsi uğurla başa çatdıqdan sonra biz qürur hissi ilə deyə bilərik ki, dünya əhəmiyyətli, böyük həcmli tədbirlərin keçirilməşi, ən çətin problemlərin həlli müasir Azərbaycanın imkanları daxilindədir.
Eurovisionun keçirildiyi günlər ərzində Azərbaycan xalqı milli birliyin, həmrəyliyin, qarşılıqlı dəstəyin yüksək nümunələrini nümayiş etdirdi. Bizim möhtəşəm gəncliyimizə, İrəli Gənclər Hərəkatının iştirakçılarına, Yeni Azərbaycan Partiyasının gənclər qoluna xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki onlar könüllü olaraq fəaliyyət göstərməklə müsabiqənin iştirakçılarına, qonaqlarına, turistlərə meydana çıxan problemlərin yerindəcə operativ həllində çox böyük peşəkarlıqla kömək edirdilər. Bu gün biz qürurla deyə bilərik, bəli, biz bir yerdə bunu etdik.
Müzakirəyə təqdim edilən qanun layihələrini mən qənaətbəxş sayıram və əlbəttə ki, onlara səs verəcəyəm. Lakin mənim bir neçə sualım və təkliflərim vardır. Birinci sualım dövlət büdcəsindəki elm xərcləri ilə bağlıdır. Məlumatlara əsasən, elm xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisi cəmi 0,7 faiz olmuşdur. Bu da 2009–2010-cu illərlə müqayisədə 0,1 faiz bəndi azdır. Həmçinin təhsil bölməsi xərclərinin xüsusi çəkisi 8,2 faiz təşkil etmişdir. Bu da 2010-cu il ilə müqayisədə 1,8 faiz bəndi, 2009-cu illə müqayisədə 2,7 faiz bəndi azdır. Bilmək istərdim, bu azalmalar nə ilə əlaqədardır? Düşünürəm ki, bu cür xərcləri azaltmaq əvəzinə elm və təhsil sahəsində fəaliyyət göstərən şəxslərə göstərdikləri xidmətlərə görə hansısa qaydada pul və ya digər mükafatların verilməsi daha məqsədəuyğun olardı.
Texniki peşə təhsili ilə əlaqədar. Hesablama Palatasının rəyində də qeyd olunduğu kimi, texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulmuş proqnoz 97,6 faiz olmuşdur. Hesab edirəm ki, texniki peşə məktəblərinin yenidən qurulması və təşkili, onların müasir texniki avadanlıq və xüsusən müasir tədris proqramı ilə təmin edilməsi sayəsində gənc nəslin peşəyə yiyələnməsinə, işsizlik probleminin həllinə və əmək bazarında qıtlıq təşkil edən texniki peşə mütəxəssislərinin çatışmazlığının aradan qaldırılmasına nail olmaq mümkündür.
2012-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi barədə layihəyə gəlincə, xahiş edərdim ki, 2009-cu ilin sel və daşqınları zamanı Masallı rayonunda qəzalı vəziyyətə düşmüş və tikintisi Fövqəladə Hallar Nazirliyinin planına salınmış 20-dən çox evin inşası məsələsi də, nəhayət, həll edilsin.
Fürsətdən istifadə edərək hökumət nümayəndələrinin diqqətini Masallı rayonunun bir neçə məsələsinə çəkmək istərdim. İlk növbədə xahiş edərdim ki, Masallı rayonunun Mərkəzi Xəstəxanası binasının əsaslı təmirinə vəsait ayrılsın. Bildiyiniz kimi, Masallı rayonu əhalinin sıxlığına görə ölkədə birinci yerdədir. Bizim rayon xəstəxanasında ən çətin əməliyyatları həyata keçirə bilən yetərincə savadlı, təcrübəli tibbi personal, yüksək səviyyəli cərrahlar vardır. Buna baxmayaraq, artıq neçə illərdir ki, rayonun Mərkəzi Xəstəxanasının əsaslı təmiri üçün vəsait ayrılmasından imtina edilir. Buna görə də bəzi cərrahiyyə əməliyyatlarının aparılması üçün xəstələr paytaxta getməyə məcbur olurlar. Amma həmin xəstəxanada müasir avadanlıqlar yerləşdirilə və klinika təkmilləşdirilərsə, bu əməliyyatlar yerindəcə aparıla bilər.
On minlərlə əhalisi olan Boradigah qəsəbəsindəki xəstəxana binası daha dəhşətli vəziyyətdədir. Xahiş edirəm ki, rayon üçün həyati əhəmiyyəti olan bu sosial problemlərin həlli sürətləndirilsin. Bundan əlavə, bu il Hişgədərə kəndində yerləşən Diyarşünaslıq Muzeyi binasının əsaslı təmiri, nəhayət ki, dövlət planında nəzərdə tutulub. Bu bina qəzalı vəziyyətdədir və istənilən vaxt uça bilər. Hökumətdən xahiş edərdim ki, bu məsələ nəzarətdə saxlanılsın və təmir, bərpa işləri vaxtında həyata keçirilsin.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, bu gün biz 2011-ci il büdcəsinin icrasına və istiqamətləndirilmiş əlavə büdcəyə baxırıq. Bu barədə danışmaq lazımdır. Biz yeni büdcə təsdiq eləmirik. Xahiş edirəm, gündəlikdən kənara çıxmayın. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli media təmsilçiləri! Əlbəttə, bu gün Azərbaycanın real və ehtiyat büdcəsinin 60 milyard dollardan artıq olduğunu düşünəriksə, günün birinci yarısında müzakirə etdiyimiz və qınadığımız beynəlxalq aləmin hansısa reaksiyalarının səbəbi bütövlükdə aydın olar. Yəni diqqəti ona cəlb eləmək istəyirəm ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında böyük büdcə imkanlarına malikdir və beynəlxalq nəzarət sistemi, sadəcə, seyr eləməz ki, bu dövlət iqtisadi cəhətdən böyük bir gücə çevrildiyi halda idarəolunmaz bir vəziyyətə gəlsin.
Özü də biz çox maraqlı bir vəziyyətdə yaşayırıq. Avropa qurumları bizi hansısa standartdan aşağı olduğumuza görə ittiham edir və qınayır. İran isə bizi ona görə qınayır ki, Avropaya çox yaxınlaşmışıq. Bunun ikisindən biri səhvdir. İndi özləri müəyyənləşdirsin ki, biz hansılara daha çox yaxınlaşmışıq.
Mən 2011-ci il büdcəsinin icrası ilə bağlı bir neçə fikrimi qeyd edəcəyəm. Əlbəttə, biz bir ümumi formulu bəyan etməliyik ki, xalq üçün yaxşı olanda hökumətimiz üçün də yaxşı olar. Bu, dəqiq belədir. Çünki heç bir halda hansısa tənqidin hədəfində olmaq hökumət üzvlərinə, hökumətin özünə və yaxud hər hansı bir nazirə xoş olmamalıdır. Elə bu yerdə xüsusi vurğulamaq istəyirəm ki, o nazirliklərin hər birinin böyük media strukturları var və onlar ictimai institutlarla, cəmiyyətlə, informasiya orqanları ilə fəal işləsələr, heç olmasa, bunun bir az qradasiyasını azaldarlar. Mən demirəm, onlar dayanacaqlar. Təbii ki, onları hərəkətə gətirən qüvvələr də var.
İkinci mühüm məsələ. Hökumətin fəaliyyəti fonunda mən bizim ölkə daxilində də, elə xaricdə də bir az diqqəti cəlb eləmiş köçürülmə məsələsinə bir daha qayıtmaq istəyirəm. Bundan əvvəlki çıxışlarımda da mən buna yer vermişdim. Bu günlərdə hörmətli Hacıbala Abutalıbovun geniş bir müsahibəsi dərc olunubdur. Orada qeyd edir ki, bu köçürülmələrdə adı keçən insanların 99 faizi razılığını ifadə edir. Doğrusu, mənim buna şübhəm yoxdur və bəlkə başqaları da buna şübhə eləməz. Amma bunun tam əminliyini biz onda görəcəyik ki... Bu qədər böyük resurs var, onları cəmiyyətə, mediaya çıxarmaq olar. Yəni bu 1 faizin səsi niyə bu qədər bərkdən gəlir? Hətta hakimiyyətin ən stabil tərəfdarları belə tərəddüd içinə düşür ki, görəsən, burada şəffaflıq gözlənilibmi, o ümumi sahə nə qədər nəzərə alınıb, köçürülmə həyata keçirilərkən hansısa problemlər olmayıb ki və sair və ilaxır.
Əlbəttə, xarici təsirlərə, bu mövzunun çeynənməsinə, Azərbaycan üzərində zəif bənd oyununun qurulmasına biz hər zaman kəskin etirazlarımızı bildirəcəyik. Amma ölkə daxilində öz insanlarımızın əminliyi üçün ən yüksək hesabatlılıq, şəffaflıq şəraitində normal vəsaitlərin çatdırılmasının bank hesablarında həyata keçirilməsi baş verə bilər. Bu halda, sizi inandırıram ki, bu beynəlxalq səslər bizə heç nə etməyəcək.
Başqa bir məsələyə yer vermək istəyirəm. Son illər Azərbaycanda qaz təchizatı çox mühüm bir intensivliklə getməkdədir. Mən buna görə “Azəriqaz” qurumuna xüsusi təşəkkürlərimi bildirirəm. Mənim təmsil etdiyim Bərdə bölgəsinin 30 kəndi və şəhərinin, demək olar ki, 99 faizi qazla təchiz olunub.
Amma mən bir təkliflə çıxış etmək istəyirəm. Baxmayaraq ki, bu indi bizim müzakirə etdiyimiz mövzuya aid deyil, amma bunlar nəzərə alına bilər. Sovet dövründə, bildiyim qədər, Azərbaycanın qaz ehtiyacı 6 milyard kubmetrdən yuxarı olmayıbdır. İşğal reallığı, bu qədər itirilən iş yerləri, iqtisadi sahələr və sair fonunda bu rəqəm indi 12 milyard kubmetrə yaxınlaşıb. Smartkart sisteminə 1 milyard dollar vəsait xərcləmək lazımdırsa, bu, tətbiq edilsin, ölkədə bərqərar olunsun. Artıq icra hakimiyyəti, digər strukturlar vəsaitlərin yığılması əziyyətindən xilas olsunlar. Bu fonda, sizi inandırıram ki, Azərbaycanın qaz sərfiyyatı heç 5 milyarddan yuxarı keçməyəcək. Dünya bazarında indiki qaz qiyməti ilə hesablayıb təyin eləmək mümkündür ki, qalan 7 milyard kubmetrə Azərbaycan nələri əldə edə bilər.
Mənim çıxışım artıq sona çatır. Mən Eurovisionun çox mühüm nəticələri ilə bərabər bir məsələni qeyd eləmək istəyirəm. Son illərin trafikinə öyrəşmiş Bakı insanı nəhayət hiss etdi ki, sən demə, Bakıda nəqliyyat normal işləyə bilərmiş. Bakı qapalı şəhər statusunu əldə eləsin. Bu, nəqliyyatın xüsusi rejimi deməkdir. Qapalı o demək deyil ki, rayonlardan gələnlərin hamısının yolu bağlansın. Bütün meqapolislərdə bu sistem bərqərar olunubdur. Azərbaycanda da bunun tətbiqinə...
Sədrlik edən. Zahid müəllim bir yaxşı çıxış elədi. 1 milyardı elə dedi ki, 1 milyard sanki bir manatdır. Deyir, smartkarta 1 milyard pul ayıraq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hər şey yavaş-yavaş getməlidir. Bu, bir, ikincisi, deyirsən ki, nazirliklərin böyük media qurumları var. Nazirlik məgər media ilə məşğul olur? Nazirliklərdə mətbuat xidmətləri ola bilər, media qurumları yox. Sən dəvət edirsən ki, nazirliklər media qurumları açsınlar. Bir az büdcədən danışın. Mən əvvəldən xahiş etdim ki, müzakirə mövzusundan kənara çıxmayın, büdcə haqqında danışın.
S.Alıyev. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Məndən öncə edilən, İqtisadi siyasət komitəsi sədrinin, Hesablama Palatası təmsilçisinin, eləcə də iqtisadiyyatın nəzəri və praktik tərəfini gözəl bilən həmkarlarımın çıxışlarında ötənilki büdcəmizin yerinə yetirilməsi ilə və builki büdcəyə əlavələrlə bağlı fikirlər səsləndirildi. Həmin fikirlərin bir çoxu ilə mən razıyam. İzninizlə mən çıxışımı məhz bu məsələlər ətrafında politoloji səpgidə qurmaq istəyirəm.
Bu gün, əslində, biz büdcəyə 600 milyon manatlıq bir artım etməklə növbəti dəfə Azərbaycana düşmən gözü ilə baxanları, Azərbaycanı rəqib gözü ilə görənləri, Azərbaycanı müsəlman ölkəsi olması səbəbindən islamafobiya gözlüyündən izləyənləri həm təəccübləndiririk, həm də qıcıqlandırırıq. Niyə təəccübləndiririk? Ona görə ki, az öncəki çıxışlarda da qeyd olunduğu kimi, qlobal iqtisadi böhran dönəmində bir çox böyük Avropa dövlətlərinin büdcələri böyük kəsirlərlə başa çatdığı, eyni zamanda, bir çoxunun dövlət borcları ümumi daxili məhsulun 80–90 faizi qədər olduğu, bəzilərində isə hətta 120–160 faiz həddində olduğu halda Azərbaycanda biz bu proseslərin tam əksini görürük.
Təkcə Avropadan söhbət getmir. Enerji, təbii ehtiyatları bizdən qat-qat çox olan ölkələr də qlobal iqtisadi böhrandan bizim kimi uğurla çıxmadı. Bunu hər kəs gördü. Bu özünü onların valyutalarında da, əhalinin həyatına təsirində də göstərdi. İndi həmişə həsədlə baxdığımız Avropanın aparıcı dövlətlərində sosial müavinətlər azaldılır. Ötən il isə əksinə, Azərbaycanda təqribən ikirəqəmli bir artım qeyd olundu. Ümumiyyətlə, sosial məsələlər üzrə 28,2 faiz büdcə vəsaiti ayrılıb. Bütövlükdə təqaüd və müavinətlərin, eyni zamanda, məvaciblərin artımına ayrılan vəsait qonşu Ermənistanın dövlət büdcəsindən çoxdur. Təbii ki, bu bizim düşmənlərimizi, bizi rəqib gözündə görənləri narahat edir. Azərbaycanla bağlı bəzi tənqidlərin kökündə bu dayanır.
Hörmətli Oqtay müəllim, Siz də qeyd etdiniz, hörmətli həmkarlarım da qeyd etdilər ki, bu tənqidlərdə erməni lobbisinin, erməni diasporunun potensialı onda birdir. Onda doqquzu isə Azərbaycanın regiondakı yüksəlişini görərək narahatlıq keçirən qüvvələrdir. Nəyə görə narahatlıq keçirirlər? Həmin dövlətlərin bir çoxu iqtisadi baxımdan bizdən daha güclüdür. 2011-ci il büdcəsinin yerinə yetirilməsi, 2012-ci ilin büdcəsinə edilən əlavələr göstərdi ki, Azərbaycan özünün bir nömrəli məsələsində – Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində öz hədəflərinə artıq çatmaq üzrədir. Bu da, təbii ki, buradakı geosiyasi reallığı idarə etməyə çalışan və gələcəkdə də idarə etmək fikrində olan qüvvələri narahat edir. Məhz ona görə də Azərbaycanı hədəfə alırlar, Azərbaycanın müstəqil siyasəti, bu sıradan da müstəqil büdcə siyasəti onları qane etmir.
Baxın, biz Eurovision yarışması keçirdik. İsveç mətbuatına fikir verin. Dörd dəfə bu yarışmaya sahiblik edən İsveçin mətbuatı əndişə içərisindədir ki, biz növbəti yarışmanı necə keçirəcəyik? Bunun üçün vəsait, güclü iqtisadiyyat lazımdır. Eurovision yarışmasında təmsilçimizin qələbəsi göstərdi ki, bizdə də Avropa dəyərlərini mənimsəyən bir nəsil yetişməkdədir. Hətta bu müstəvidə onların üzərində qələbə çalmağı bacara biləcək nəsil yetişməkdədir. Həmin yarışmanın bu səviyyədə keçirilməsi göstərdi ki, bütövlükdə ölkə olaraq biz Avropa səviyyəsindəyik. Öz qonaqpərvərliyimiz, xoş yanaşmamız, tolerantlığımız ilə isə Avropaya örnək ola bilərik. Təbii ki, bütün bunlar bizi gözü götürməyənləri sevindirmir və onlar da buna öz reaksiyalarını verirlər. Sonda demək istəyirəm ki, mən hər iki layihəni dəstəkləyirəm və bunlara səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Fəzail Ağamalı, sualınız var? Sual verin, xahiş edirəm.
F.Ağamalı. Çox sağ olun, hörmətli Sədr. Mən təkliflə çıxış etmək istəyirəm. Müzakirə etdiyimiz qanun layihələri kifayət qədər yüksək səviyyədə təqdim olundu. Həm İqtisadi siyasət komitəsinin sədri, həm nazir, həm də Hesablama Palatası tərəfindən təqdimatı dinlədik. Materiallar xeyli müddətdir ki, bizdədir, onlarla tanış olmuşuq. Ona görə mən təklif edirəm ki, kim təkid edirsə, onlara söz verəsiniz, sonra bunları səsə qoyaq. Sağ olun.
Sədrlik edən. Valeh Ələsgərov.
V.Ələsgərov. Oqtay müəllim, mənə söz verdiyinizə görə çox sağ olun. Bir önəmli təklifim var, onu səsləndirmək istəyirəm. Əgər biz son illərdə vergi ödəmələrini nəzərdən keçirsək, görərik ki, 2005-ci ildən 2011-ci ilə qədər bu yığımlar çox artıbdır. Ancaq bunların içində fərdi sahibkarlıqla məşğul olan vergi ödəyicilərini xüsusi qeyd etmək istəyirəm. Kiçik və orta müəssisələrdən yığılan vergilər bu illər ərzində 700 milyon manatdan 5 milyard manata qədər artıbdır. Hətta adlarını çəkdiyim vergi ödəyicilərinin ödədikləri vergi 2008-ci ilə nisbətən 2011-ci ildə 25,4 faiz artdı. Bu da nəyi göstərir? Fərdi, kiçik və orta sahibkarlığın dayanıqlı inkişafını, geniş yayılmasını göstərir və innovativ şəkildə hər bir çağırışa cavab vermək qabiliyyəti yaradır. Böhran da oldu, buna baxmayaraq, vergi ödənildi. Əlbəttə, vergi ödənişlərinin idarə edilməsində keçirilən islahatlar nəticəsində buna nail olduq. Bununla əlaqədar xüsusi qeyd etmək istəyərdim ki, bu sahəyə hökumət, dövlət xüsusi diqqət ayırır.
Verilən kreditlərə, maliyyə yardımlarına diqqət yetirsək, kənd təsərrüfatına ayrılan kreditlərin nisbətən az olduğunu görə bilərik. Bunun da ən böyük problemi girov problemidir. Banka müraciət edənin, ucqar bir kənddə hektarlarla torpağı da, böyük bir evi də, texnikası da olsa, bunları kimdir girov götürən? Yəqin ki, bu proqramı bilirsiniz. Mən təklif etdiyim fikir təzə deyil. Ancaq burada səsləndirmək istəyirəm. Bəlkə də bir təkan kimi qəbul edildi. Deməli, kənd təsərrüfatına kreditlərin zəmanət fondunun yaradılmasının vaxtı gəlib çatıb. Ola bilsin, sabah elan olunacaq ki, belə bir fond yaradılır. Bir aydan və ya bir ildən sonra, ancaq bu fond yaradılmalıdır. Girov problemini biz bu fondun vasitəsilə həll edə bilərik. Bu fond girovun dəyərini, qiymətini, yerləşdiyi yeri və sairi öyrənər, təşəbbüskarlığını, iş qabiliyyətini, imkanlarını təsdiq edən fermerlərə, fiziki şəxslərə hədiyyə olaraq yox, dəstək olaraq kreditlərin verilməsində zəmanət kimi fondun vəsaitlərinin bir hissəsi iştirak edə bilər. Bununla da kənd təsərrüfatında fərdi, kiçik və orta sahibkarlığın fəaliyyətinə, inkişafına bir təkan verilə bilər.
İki xırda məsələyə toxunmaq istəyirəm. Birinci, Əli müəllim bayaq fərq haqqında dedi. Bu məsələdən uzaq olan adam üçün təəccüblü görünə bilər ki, niyə ABƏŞ bu qədər artıq vergi verdi, Dövlət Neft Şirkəti bu qədər az? Söhbət ondan gedir ki, bu hesabatlar və ödənişlər iki ayrı sistem ilə aparılır. ABƏŞ ilə sazişi açıb oxusanız, görərsiniz ki, bütün ödənişlər, hesabatlar prefaktum prinsipi ilə qurulubdur. Sonradan de-fakto bütün hesabatlar hazır olanda artıq vergi veribsə, ikinci ödəniş də azaldılır, az verirsə, artırılır. Dövlət Neft Şirkəti isə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün şirkətlər, müəssisələr kimi postfaktum, yəni fakta görə vergi ödəyir. Dediyimiz fərq ancaq bu səbəbdən görünür. İlin nəticəsinə görə həmin fərq tam başqa olacaqdır. Ona görə də xahiş edirəm, bunu da nəzərə alasınız. Bu məsələləri belə izah etmək olar.
Əlbəttə, layihələri dəstəkləmək lazımdır. Bunların lehinə səs verəcəyik. Həm hökumətə, həm Azərbaycana, həm də özümüzə uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Mən nəzərinizə çatdırım ki, bu, yaz sessiyasının son iclasıdır. Bizim gündəlikdə digər məsələlər də var. İki nəfər əlini qaldırmışdı, indi 7 nəfər əl qaldırır. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Siz dediyiniz məsələ, məhz 2011-ci il dövlət büdcəsinin icrası haqqında danışmaq istəyirdim. Burada mən oxuyuram ki, Milli Elmlər Akademiyasında əməyin ödənişi bölməsi üzrə 39 milyon 697 min manat təyinata qarşı 39 milyon 395.9 min manat icra olmuşdur. Yəni 301 min manata qənaət edilmişdir. Hesab edirəm ki, Milli Elmlər Akademiyasında əmək haqqı fondundan xərcləməyə yer çoxdur, elə mükafat şəklində paylamaq olardı. Elə bununla əlaqədar mən Milli Elmlər Akademiyasında məvaciblər haqqında danışmaq istəyirəm.
Ölkə Prezidentinin elm sahəsinə münasibəti hamıya bəllidir. Prezidentimiz Respublika günü qeyd olunanda öz çıxışında respublikada elmi elitanın hərtərəfli təmin olunması, Azərbaycanın gələcək inkişafının məhz elmin inkişafından keçdiyini dəfələrlə vurğulamışdı. Mən sizə Milli Elmlər Akademiyasının çoxsaylı kollektivinin arzusunu bildirmək istərdim. Maliyyə Nazirliyi nümayəndələrinin burada olmalarından istifadə edərək onların məvaciblərinin artırılmasından bəhs etmək istərdim. Bu gün elmlər namizədi, şöbə müdiri 300 manatacan məvacib alır. Digərləri ondan da aşağı məvacib alırlar. Bu isə onların gördükləri çox mühüm işin nəticələrinə təsirini göstərir. Bu insanlar harada isə tərcümə ilə məşğul olmağa, dərs deməyə məcbur olurlar, yəni əsas işlərindən yayınırlar. Xahiş edirəm, bunu nəzərə alsınlar.
MDB məkanında, məsələn, Qazaxıstanda, Rusiyada alimlər... Düzdür, Qazaxıstanda Elmlər Akademiyası sistemində bir qədər islahat olub. Amma Rusiyada Elmlər Akademiyası sistemində çalışanlar min dollaracan məvacib alırlar. Elmi dərəcəyə görə onlara ödənilən təzminat da artıqdır. Elmlər doktoru 500 dollar, elmlər namizədi 300 dollar alır. Mən çox xahiş edərdim ki, bunlar nəzərə alınsın. Elmi ezamiyyələr üçün vəsaitlərin ayrılmasına çox böyük ehtiyac var. Mən burada dəfələrlə demişəm, amma nə isə nəzərə alınmır. Elmi ezamiyyələr elmi işçi üçün çox vacibdir. Xüsusən də nəzərə alsaq ki, Azərbaycanın bir sıra qeyri-maddi, mədəni sərvətləri dünya kitabxanalarında saxlanılır. Biz bunları axtarmalı, tapmalıyıq. Bunları tədricən Azərbaycana gətirməliyik. Bu çox vacib məsələdir.
Başqa bir arzumu da demək istərdim ki, gələcəkdə nəzərə alınsın. Respublikada müxtəlif peşələr üzrə peşə bayramları var. Amma Milli Elmlər Akademiyasına aid, elmi işçi və ya elm bayramı yoxdur. Mən çox xahiş edirəm ki, bu da Nazirlər Kabineti tərəfindən nəzərə alınsın.
Oqtay müəllim, mənim Sizə bildirmək istədiyim məsələ var. Biz, deputatlar bəzən çıxış etməyə çətinlik çəkirik. Fikirlərimiz, arzularımız vaxt azlığından ürəyimizdə qalır. Çıxışa yazılırıq, amma bizə söz çatmır. Biz öz fikirlərimizi qəzetlərdə verməyə məcbur oluruq. Halbuki bizim deputat olaraq və “Deputat statusu haqqında” Qanuna görə istənilən fikri burada səsləndirmək imkanımız olmalıdır. Mən xahiş edərdim ki, gələcəkdə Siz bunları nəzərə alasınız və bizim üçün şərait yaradasınız. Çox sağ olun.
Sədrlik edən. Hörmətli Gövhər xanım, mən həmişə çalışmışam ki, hamının çıxış etməsi üçün imkan yaradım. Sizdən başqa, həm də kollektivin fikrini nəzərə almalıyıq. Hamınız dediniz ki, çıxışları bitirək. Sonra iki nəfər əl qaldırdı, indi 4 nəfər. Ona görə də mən məsələni səsə qoymuram, müzakirələri axıra kimi davam etdirəcəyik. Bu bir.
Sonra, xahiş edirəm, büdcə haqqında danışasınız. İndi büdcənin icrası haqqında danışırıq, yeni büdcə haqqında deyil. Yeni büdcə müzakirəsində bu məsələni qaldırmaq olar. Büdcənin icrasında 300 min pul qalıbdır, hələ heç icra eləməyiblər? Hansı istiqamətə yönəlməlidir? Əmək haqqı və ya başqa istiqamətə? Yəni bizim çıxışlarımız əsas hissəyə yönəlməlidir. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Məsələ burasındadır ki, büdcənin müzakirəsində də çıxışa yazılmaq imkanı olmamışdı. Bir neçə deyiləsi sözüm elə o vaxtdan ürəyimdə qalır. Bunlardan biri konkret olaraq seçildiyim Yardımlı rayonu ilə bağlıdır. Bu bölgə, bilirsiniz ki, İranla sərhəddədir və İranın bizə münasibəti də məlumdur. Sərhəd bölgələrinə İranın təsirini – narkotik zəhərindən başlamış təbliğata qədər hamı bilir. Ona görə də sərhəd bölgələrinin inkişafına xüsusi diqqət yetirilməlidir. Bunu hər kəs bilir. Mən dəfələrlə burada da demişəm, yazmışam. Yardımlı rayonunun büdcəsi əmək haqqından ibarətdir, başqa heç bir şey yoxdur. Ancaq camaatın əmək haqqı verilir. Bu cür olmamalıdır. Başqa rayonlarımızda nə cür inkişaf var, hansı işlər görülür? Bu, ögey rayon deyil axı. Biz nə edək? Deyək, bu rayonu ləğv etsinlər? Bunun başqa bir yolu yoxdur? Mən gedirəm, camaata heç nə deyə bilmirəm.
Hörmətli Prezidentə məktub yazmışam. O, məktubumu müxtəlif nazirliklərə göndərib. Nazirliklərdən mənə cavab gəlir ki, 2012-ci ildə iş görüləcək, idman qurğusu, filan tikiləcək. Bu gün yeganə idman məktəbində əmək haqqının verilməsi dayandırılır. Yaxşı, nazirliyin cavabı nədir? Görülən nəticə nədir? Başqa nazirliklərdən də yazırlar ki, bu işlər görüləcək. Vəd veriləndə çox şeylər deyilir. Amma faktik heç bir iş görülməyir. Rayonun gözəl idmançıları, dünya, Avropa çempionları var. Bir idman məktəbi var, o da ləğv olunur. Yaxşı, bu camaat nə etsin? Rayonun özünə yol çəkilib. Bundan başqa, iki ciddi istiqamət var. Biri Yardımlı–Hamar kənd yoludur ki, 8 kəndi birləşdirir. 7 kilometrlik yolun 700 metri tikilib, yerdə qalan hissə 2 ildir qalıb. 7 kilometr nə böyük yoldur ki, indiyə qədər tikilmir? 7 kilometrlik yol 8 kəndi rayon mərkəzi ilə birləşdirir. Mən çox xahiş edirəm, iqtisadi inkişaf naziri, maliyyə naziri, Yardımlı–Hamar kənd yolu bu dəyişikliklərdə nəzərdə tutulsun. Kənd yollarının inkişafı ilə bağlı proqram var, orada bunu nəzərə alsınlar.
Nəhayət, qaz məsələsi. Yardımlının özünə qaz çəkilib. Özü də qaz kəməri kəndlərin böyründən keçir. Kəndin içindən keçir, rayon mərkəzinə gedir, amma kəndlərə qaz verilmir. Meşələr qırılıb gedir və ekoloji baxımdan bu gözəl rayonlarımız bir neçə il sonra susuz və meşəsiz qalacaq.
Mən Valeh müəllimin burada qaldırdığı fikrə münasibət bildirmək istəyirəm. Son dərəcə ciddi bir məsələdir. Sahibkarlığa yardımdan söhbət gedir. Yardımlıdan və ya başqa rayondan biri gəlib burada bir təklif verir. Amma bundan Bakıda girov, nə bilim, mülk istəyirlər. Torpağı var, torpağı girov götürsünlər. Onun istədiyi krediti torpağa görə versinlər. Kreditlərə görə Bakıda mülk istəyirlərsə, onda bu, sahibkarlara kömək olmayacaq. Sahibkar gəlib bir mülk tapar, kredit götürər, gedib orada onu işlədər? Bu məsələnin hökmən cavabı tapılmalıdır. Çünki bununla bağlı çox ciddi müraciətlər var. Camaat umur və cavab vermək imkanımız da yoxdur.
Mən bir məsələni də burada qeyd etmək istəyirəm. Son vaxtlar görürsünüz, diaspor məsələsinə diqqət artırılır. İranla münasibətlər göz qabağındadır. Bizim “Təhsil haqqında” Qanunumuzda müddəa var ki, xaricdə yaşayan və yaxud kənardan Azərbaycana gələn gənclərin təhsili üçün güzəştli şərait yaradılsın. Neçə ildir bu qanun qəbul olunub? Azərbaycanda xaricdən gələn bir uşağı dövlət hesabına oxutmuruq. Onda bu güzəşt nədən ibarətdir? Musiqi Akademiyasında 4-cü və ya 5-ci kursda oxuyan uşaqlar olublar ki, axırda pulunu verə bilməyib, buradan çıxıb gediblər. Halbuki onlar gələcəkdə bizim təbliğatçılarımız ola bilərlər. Büdcədən müəyyən miqdarda pul ayrılmalıdır ki, İrandan, xaricdən gələn istedadlı cavanlarımızı burada oxuda bilək. Necə olur, Avropa ölkələri Azərbaycandan gedənlərə burs verir, oxutdurur, biz öz vətəndaşımıza burada burs verə bilmirik? Qanun qəbul ediriksə, bunun maddi təminatı olmalıdır. Maddi təminatı olmayan qanunu niyə qəbul edirik? Mən çox xahiş edirəm, bunlar da nəzərə alınsın.
Sədrlik edən. Bəxtiyar Əliyev, buyurun.
B.Əliyev. Çox sağ olun, cənab Sədr. Mən bir məsələyə diqqət yetirmək istəyirəm. Biz xahiş etmişdik ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramında cəbhəyanı rayonlarla bağlı məsələlər qabaq illərə çəkilsin. 2011-ci il də başa çatdı, 2012-ci ilin yarısı qurtarmaq üzrədir. Təəssüflər olsun ki, bir çox məsələlər həllini tapmadı. Ən ağrılı məsələlərdən biri budur ki, Qarabağdan, regionun inkişafından danışırıq. Neçə ildir biz deyirik ki, Yevlax–Bərdə–Ağdam yolu inşa edilsin, həmin regionlar inkişaf etdirilsin. Cəbhəyanı rayonlara gedən yol digər yollardan daha yaxşı olmalıdır. Düşmən də oradan görməlidir ki, yollar o səmtə aparır. Mən bu ögey münasibəti başa düşə bilmirəm. Neçə illərdir, bu məsələ qaldırılır. Büdcə müzakirələrində hər dəfə də deyilir, söz də verilir. Amma nəticə nədir? Niyə bu məsələ həllini tapmır? Cəmi 70 kilometr yoldur. Bu yol tikilsə, insanlar da ürəklənər, hamı da görər ki, yollar haraya aparır. Amma görəndə ki, yolları ot basır və oradan heç maşınlar keçə bilmir, tamamilə başqa mənzərə yaranır, başqa bir fikir oyanır.
Mənim deyəcəyim bundan ibarət idi. Xahiş edirəm ki, əlaqəli təşkilatlar bu istiqamətə maliyyə vəsaiti yönəltsinlər. Heç olmasa, burada insanların gözləntilərinə onlar da öz dəstəklərini versinlər. Necə olur ki, cənab Prezident həmin rayonlara gedir, sərhəd bölgəsində insanların qaldırdıqları məsələlərə reaksiya verir, gəlib öz fondundan vəsait ayırır, inkişaf gedir. Amma nəzərdə tutulmuş ümumi məsələlərə bizim nazirliklər biganə münasibət göstərirlər. Xahiş edirəm, bu məsələ gündəlikdə olsun. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hikmət Atayev də təkid edir.
H.Atayev. Çox sağ olun, Oqtay müəllim. Oqtay müəllim, təkid etməyimin səbəbi odur ki, mən bu gün zəlzələ bölgəsindən gəlmişəm. Başqa cür olsaydı, mən təkid etməzdim. Hesab edirəm ki, bununla əlaqədar bu gün çıxış etməyim vacibdir. Nəyə görə?
Bir neçə gün bundan əvvəl mənə saytların birindən zəng oldu və məndən xahiş etdilər ki, mən onlara müsahibə verim. Sözsüz, mən düşündüm ki, zəlzələ bölgəsində yaşadığım üçün zəlzələ ilə əlaqədar müsahibə olmalıdır. Saytın adını deyib zəng edən xanımı pərt etmək istəmirəm. Xanım mənə dedi ki, kimsə aclıq aksiyası keçirib, buna münasibətinizi bildirin. Dedim: ay xanım, bilirsən ki, artıq 15 gündür Zaqatalada zəlzələ olub, minlərlə insan yolda qalıb, minlərlə evlər dağılıbdır. Sən məndən bunu soruşmursan, deyirsən ki, kimsə aclıq edibdir. Bugünkü iclasda da heç kim zəlzələ haqqında heç bir söz demədi. Mənə elə gəlir ki, büdcəyə əlavələr, əsasən, bu istiqamətə yönəlməlidir. Nəyə görə? Ona görə ki, zəlzələ bölgəsinə cənab Prezident gəlmişdi.
Əgər icazə versəydiniz, mən zəlzələ, onun nəticələri haqqında bir neçə kəlmə deyərdim. Mayın 7-də Zaqatalada zəlzələ baş verdi. Birinci təkan 7 bal gücündə idi, səhər saat 9-da oldu. Çatlar əmələ gəldi, amma ciddi dağıntılar yox idi. Axşam təxminən saat 19.15-də ikinci güclü təkan 7,7 bal gücündə oldu və çox sayda dağıntılar əmələ gəldi. Həmin ikinci təkandan sonra mən zəlzələnin episentri olan kəndlərə getdim və orada çox acınacaqlı bir mənzərə ilə rastlaşdım. Təsəvvür edin ki, hər tərəfdə dağılmış evlər və yol boyu əliuşaqlı, gözündə həyəcan və qorxu olan insanlar. Zəlzələnin səhəri günü bu insanlarla mən yenə görüşdüm. Artıq yorğunluq insanların keçirdikləri stressi, qorxunu bəlkə də azaltmışdı. Bu insanların gözlərində ümidsizlik var idi. Ruslar buna “опуÑтошенноÑÑ‚ÑŒ” deyirlər. Ancaq cənab Prezident mayın 9-da digər işlərini təxirə salaraq bölgəyə gəldi, həmin insanlarla görüşdü, insanlara dedi ki, siz narahat olmayın, Azərbaycan Respublikasının çox böyük imkanları var və biz bütün bu dağıntıları ən yüksək səviyyədə bərpa edəcəyik. Ancaq bundan sonra insanların gözündə ümid yarandı. Hesab edirəm ki, büdcədə nəzərdə tutulan əlavə xərclər, əsasən, bu istiqamətə yönəldilməlidir. Digər problemlər hər yerdə var, bizdə də çox problemlər var. Ancaq mənə elə gəlir ki, bu gün zəlzələnin nəticələri ilə mübarizə prioritet istiqamət olmalıdır.
Eyni zamanda, Oqtay müəllim, icazə versəydiniz, mən bir fikrimi deyərdim. Mən hesab edirəm ki, Fövqəladə Hallar Nazirliyinin bu işdə əvəzolunmaz rolu oldu. Təsəvvür edin ki, ilk andan, zəlzələ baş verəndən bu günə qədər həmin nazirliyin işçiləri gecəli-gündüzlü Zaqatalada işləyirlər. Onlar olmasaydı, mən təsəvvür etmirəm ki, insanların vəziyyəti nə cür olardı. Bu gün Zaqatalaya 5 mindən yuxarı çadır gətirilibdir. 8 minə qədər ailə evsiz qalıbdır. Bunların hamısını nəzərə alaraq, mən hesab edirəm, gələcək illərin büdcəsində Fövqəladə Hallar Nazirliyinin imkanları artırılmalıdır. Təki təbii fəlakətlər olmasın, ancaq olduğu halda onlara yardım etmək üçün imkanlar yaradılmalıdır. Üzr istəyirəm ki, təkid etdim, ancaq bunu etməliydim. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hikmət müəllim, Siz dediniz ki, heç kim zəlzələdən danışmır. Bu zəlzələni biz hamımız görmüşük. Bakı şəhərinin əhalisi sizdən də qabaq görüb. Demək ki, “bu zəlzələni heç kim görmür” düzgün deyil. Çünki hamı görür, hamının ürəyi ağrıyır, hamının ürəyi orada idi. Cənab Prezident özü oraya getdi. Büdcə dəyişikliyinin əsas istiqaməti də elə bu zəlzələ ilə əlaqədardır, fond da ona görə yaradılır. Demək ki, “buna heç kim fikir vermir” düzgün məsələ deyil. Bu məsələlər dövlətin də, dövlətin rəhbərinin də diqqətindədir. Ayrılan əlavə 300 milyon vəsait zəlzələnin nəzərə alınması deməkdir. Biz burada zəlzələni müzakirə etmirik. Zəlzələ haqqında hamı fikrini deyib, danışıb. Bunu bir az düzgün yanaşma saymıram. Xahiş edirəm, əgər başqa təkliflər yoxdursa, Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 17.18 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə məsələyə münasibət bildirin, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 17.18 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Ziyad müəllim məlumat verəcək.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə aşağıdakı dəyişiklik edilir: “Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları isə növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar”. Millət vəkillərindən xahiş edərdim ki, bu dəyişikliyə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 17.20 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri əlavə edilir.
Sədrlik edən. Texniki dəyişikliklərdir. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 17.21 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Bütün sonrakı qanun layihələri İqtisadi siyasət komitəsinindir. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq dövlət bayraq və liman nəzarətinin təkmilləşdirilməsini, gəmi sənədlərinin siyahısına əlavələrin edilməsini, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə ticarət gəmiçiliyi sahəsində su nəqliyyatı ilə yük və sərnişin daşınması üçün xüsusi razılıq verilməsini, təsnifat cəmiyyətlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı məsələləri özündə ehtiva edir.
Təqdim olunan qanunun qəbul edilməsi nəticəsində dəniz nəqliyyatı sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin Avropa İttifaqının müvafiq direktivlərinə uyğunlaşdırılması və respublikamızın dəniz nəqliyyatı sahəsi üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarının yerli qanunvericiliyə daxil edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin olunmasını nəzərdə tutur. Qeyd olunan layihə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müəyyən etdiyi prinsiplər əsasında hazırlanmışdır və layihənin forması onun mahiyyətinə, normaları isə onun məqsəd və vəzifələrinə uyğundur.
Eyni zamanda, adı çəkilən qanunun qəbul olunmasından sonra “Dəniz limanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikasının ərazisində yerləşən limanlarda dövlət bayraq və liman nəzarətinin həyata keçirilməsinə dair” Əsasnamənin hazırlanması, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Beynəlxalq dəniz liman kapitanı haqqında” Əsasnaməyə müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur.
Biz Milli Məclisin İqtisadi siyasət komitəsi olaraq Dəniz Administrasiyasının rəhbərliyinin iştirakı ilə bu məsələni komitədə müzakirə etmişik. Millət vəkillərindən xahiş edərdim ki, bu çox ciddi, lazımi dəyişikliklərə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 17.24 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Patent haqqında” Qanunun bir neçə maddəsində dəyişikliklər nəzərdə tutulub. Bu dəyişikliklərin bəziləri texniki, redaktə xarakterli dəyişikliklərdir. “Patent haqqında” Qanunun 27, 28, 29, 30-cu maddələrində “müəyyənləşdirilmiş rüsum” sözləri “müəyyən edilmiş haqq” sözləri ilə əvəz edilir. 16 və 30-cu maddələrdə “dərc edir” sözləri “dərc edilməsini təmin edir”, “rəsmi dərəcəsi” sözləri “rəsmi bülletendə” sözləri ilə əvəz edilir. Bu dəyişikliklər bütövlükdə patent haqqında yenilikləri özündə əks etdirir. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 17.26 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Bunlar hamısı qısa dəyişikliklərdir. Ziyad Səmədzadə, buyurun, xahiş edirəm.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər redaktə xarakterli dəyişikliklərdir. Üç maddədə dəyişiklik aşağıdakıları nəzərdə tutur: “dövlət rüsumu” sözləri “müəyyən edilmiş haqq” sözləri ilə əvəz edilir. 14-cü maddədə isə “2 ay” sözü “4 ay” sözü ilə əvəz edilir. Təklif edilir ki, əmtəə nişanlarının qeydiyyat məsələsi ayrılmış 2 ay ərzində yox, 4 ay ərzində nəzərdə tutulsun. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Qanunun 18.1, 18.10, 18.14, 18.26–18.32, 18.49–18.53-cü maddələri ləğv edilir. 18-ci maddəni millət vəkillərinin nəzərinə çatdırmaq istərdim: “Sənaye mülkiyyəti obyektlərinin, əsərin və əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinin, onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri”. Sadaladığım maddələrin bu qanundan çıxarılması təklif olunur.
Eyni zamanda, qanunun 19.2-ci maddəsinin ləğv edilməsi nəzərdə tutulur. 19.2-ci maddədə də sənaye mülkiyyəti obyektlərinin, əsərin və əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun ödənilməsi xüsusiyyətləri göstərilir. Bu maddə tamamilə ləğv edilir. Millət vəkillərindən bu dəyişikliklərə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 105
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Nəhayət, sonuncu məsələ Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında qanun layihəsi barədədir.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, 2000-ci ildə Milli Məclis “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanun qəbul etmişdir. Qəbul edildiyi gündən hazıradək metrologiya sahəsində müəyyən işlər görülmüşdür. Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət siyasəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Komitənin müvafiq qurumları tərəfindən ölçmə vasitələrinin dövlət sınaqları, müqayisəli yoxlaması həyata keçirilir. Ölçmə vasitələrinin sınaqları keçirilməklə tipi təsdiq olunur və ölçmə vasitələri dövlət reyestrinə daxil edilir.
Azərbaycan Respublikasında istehsal olunan məhsulların keyfiyyətinin regional və beynəlxalq səviyyədə tanıdılması və Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün respublika ərazisində aparılan ölçmələrin nəticələrinin beynəlxalq səviyyədə tanınması tələb olunur. Bunun üçün ilk növbədə milli etalon bazasının yaradılmasına ehtiyac var. Bu məqsədlə 2008-ci ilin noyabrında agentliyin yanında Milli Metrologiya Mərkəzi yaradılmışdır. Qurumun yaradılması ilə Azərbaycanda ilk dəfə olaraq milli etalon bazasının formalaşdırılmasına başlanılmışdır.
2007-ci ildə Azərbaycan Respublikasının müvafiq agentliyi Avroasiya dövlətlərinin Milli Metrologiya İnstitutlarının Regional Əməkdaşlıq Təşkilatına daimi üzvü seçilmişdir. Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 aprel tarixli fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin bazasında Dövlət Metrologiya xidməti yaradılmışdır.
Lakin qeyd etmək lazımdır ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu bazar iqtisadiyyatının ilk dövrlərində qəbul edilmişdir. Müasir iqtisadi-sosial şərait metrologiya üzrə Avropa beynəlxalq təşkilatlarının tələblərinə, qloballaşma proseslərinə və vəzifələrinə tam uyğun gəlmir. Ölçmələrin vəhdətinin təmin edilməsi ölkənin sosial-iqtisadi inkişafında, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsində, malların, işlərin və xidmətlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin, elmi-texniki tərəqqinin yüksəldilməsində vacib şərtdir. Dövlət nəzarətinin həyata keçirilməsində və məhsulun qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsində zəruridir.
Ticarətdə texniki maneələrin aradan qaldırılması və çoxtərəfli ticarət sazişlərində iştirak etmək üçün dövlətlərin ölçmə imkanlarının qarşılıqlı beynəlxalq tanınması əsas amildir. Bu qanun vətəndaşların, hüquqi şəxslərin və fərdi sahibkarların hüquqlarının və qanuni maraqlarının ölçmələrin etibarsız nəticələrinin mənfi təsirindən müdafiəsinə, ölçmələrin obyektiv və etibarlı nəticələrinin alınmasında dövlətin və cəmiyyətin tələbatlarının təmin edilməsinə, dövlətin müdafiəsinin və təhlükəsizliyinin təmin olunmasına, ölkə iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafına köməklik göstərilməsinə yönəlmişdir.
Qanun layihəsində əsas yeniliklər aşağıdakılardan ibarətdir. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimlənməsi sahələrinin müəyyənləşdirilməsi, akkreditasiya edilmiş hüquqi şəxslərin, fərdi sahibkarların ölçmə vahidlərinin və standart nümunələri tiplərinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, ölçmə vasitələrinin yoxlanılması, ölçmə metodları və metodikalarının attestasiyası üzrə işlərə cəlb edilməsi, ölçülüb qablaşdırılmış mallara dövlət metroloji nəzarətin tətbiq edilməsi, hüquqi şəxslərin və fərdi sahibkarların ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya prinsiplərinin müəyyən edilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət məlumat fondunun yaradılması və sair.
Qanunun tətbiq edilməsi imkan verəcəkdir ki, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində izafi dövlət tənzimlənməsi aradan qaldırılsın və təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinin dövlət orqanlarının əsassız müdaxiləsi məhdudlaşdırılsın, ölkənin etalon bazası təkmilləşdirilsin, respublika ərazisində aparılan ölçmələrin nəticələrinin etibarlılığı təmin edilsin. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində iqtisadi inkişafın müasir istiqamətlərinə uyğun olan akkreditasiya sistemi yaradılsın. Milli etalonların və ölçmələrin nəticələrinin beynəlxalq səviyyədə tanınması üçün şərait yaradılsın. Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində informasiyanın açıqlığı təmin edilsin və onun maraqlı şəxslər tərəfindən əldə olunmasına şərait yaradılsın.
Daha sonra, qüvvədə olan qanundan fərqli olaraq yeni qanun layihəsində qanunun tətbiq dairəsi daha dəqiq göstərilmişdir. Bu qanun, həqiqətən, ölkə iqtisadiyyatının yeni keyfiyyət mərhələsinə keçməsi üçün çox vacibdir. Mən ayrı-ayrı maddələr haqqında danışmıram. Prinsipial olaraq konseptual baxımdan bu qanun, həqiqətən, Azərbaycan iqtisadiyyatı üçün lazımdır. Qloballaşan dünyada Azərbaycanın iqtisadi əlaqələrinin inkişafı üçün lazımdır. Belə hesab edirəm ki, qanun layihəsi üzərində gələcəkdə çox ciddi iş aparılacaq. Qanun layihəsinin redaktəyə ehtiyacı vardır. Biz artıq Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə bu fikirdəyik ki, Milli Məclis Aparatı əməkdaşlarının iştirakı ilə işçi qrupu yaradaq. Layihədə mövcud olan nöqsanlar aradan qaldırılmalıdır. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə birinci oxunuşda müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Mən də hesab edirəm ki, birinci oxunuşda bu qanun layihəsinə münasibət bildirməliyik.
Səsvermənin nəticələr (saat 17.37 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 109
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, biz günün birinci yarısında Avropa Parlamentinin 24 may tarixli qətnaməsi haqqında bir saatdan çox müzakirə apardıq. Müzakirələrin sonunda biz redaksiya komitəsinə təklif etdik ki, Milli Məclis adından qərar layihəsi hazırlasın. Qərar layihəsi hazırdır. Xahiş edirəm, Bahar xanım bu qərar layihəsini bizim üçün oxusun.
B.Muradova, Milli Məclis Sədrinin müavini.
“Avropa Parlamentinin 2012-ci il 24 may tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
Avropa Parlamentinin “İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair” 2012-ci il 24 may tarixli qətnaməsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təəssüf və narahatlıqla qarşılanmışdır. Azərbaycanda insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində heç bir fövqəladə hadisə baş vermədiyi halda belə bir məsələnin Avropa Parlamentinin gündəliyinə təcili məsələ kimi daxil edilməsi və qətnamənin 56 deputatın iştirakı ilə qəbul edilməsi Avropa Parlamenti ilə Azərbaycan arasındakı konstruktiv əməkdaşlığın ruhuna zidd olan addım kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən, xüsusən Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan hüquqi dövlət quruculuğu yolunu şüurlu surətdə və qəti olaraq seçmişdir. Bu yolda qarşıya çıxan çoxsaylı maneələrə, təzyiqlərə və təhdidlərə baxmayaraq, Azərbaycan demokratik dəyərlərə sadiqdir, Avropaya inteqrasiya siyasətini əzmlə davam etdirir.
Azərbaycanın ardıcıl irəliləyişi, xüsusən son illərdə əldə etdiyi nailiyyətlər, dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxması, müstəqil xarici siyasət yeridən bir dövlət kimi böyük nüfuz qazanması, BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi, ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun geniş vüsət alması, əsaslı siyasi islahatların həyata keçirilməsi, qanunun aliliyinin təmin edilməsi, xalqın rifahının gündən-günə yaxşılaşması və digər uğurlar Azərbaycanın Avropaya inteqrasiyasına mane olmaq istəyən qüvvələr arasında həyəcan və narazılıq doğurmuşdur. Bunu son vaxtlar ölkəmizə qarşı hücumların xeyli intensivləşməsi də sübut edir. Azərbaycanın demokratik imicinə zərbə vurmaq niyyəti ilə bir sıra ölkələrin mətbuat orqanlarında sifarişli yazılar dərc edilir, müxtəlif siyasi güclərin təsiri altında olan beynəlxalq qeyri-hökumət təşkilatları obyektivlikdən uzaq bəyanatlar verir, islamofobiya mövqeyində duran qüvvələr qərəzli çıxışlar edirlər.
Gənc demokratik ölkə kimi Azərbaycan mövcud problemləri həll etməkdədir, demokratiyanı daha da genişləndirmək, qanunun aliliyini, insan hüquqlarının və azadlıqlarının qorunmasını təmin etmək üçün məqsədyönlü iş aparır. Bu sahədə müxtəlif Avropa qurumları ilə mütəmadi əməkdaşlıq həyata keçirilir.
Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən və fəal üzvlərindən biridir. Bu ideya irəli sürülərkən elə düşünülürdü ki, bütün mübahisəli məsələlər ilk növbədə həmin qurumun müzakirəsinə veriləcək və bu təşkilat Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında yeni bir əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcəkdir. Lakin nə Avronest Parlament Assambleyasında, nə də Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində heç bir müzakirə aparılmadan birdən-birə Avropa Parlamenti tərəfindən bu cür qətnamənin qəbul edilməsi gözlənilən bu əməkdaşlığın perspektivini şübhə altına alır.
Qərbdə, o cümlədən Avropa İttifaqında və onun parlament məclisində erməni lobbisinin təsiri altında olan kifayət qədər qruplar mövcuddur. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğundan bu məsələdə heç bir nəticə əldə edə bilməyən həmin qruplar münaqişənin həllini uzatmaq, ədalətli qərarın qəbuluna mane olmaq üçün dünya birliyinin gözündə Azərbaycanı qeyri-demokratik dövlət kimi göstərməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Əslində, bu qüvvələri insan hüquqları və azadlıqları məsələsi az narahat edir. Belə olmasaydı, Avropa Parlamentində insan hüquqları və azadlıqları sahəsində vəziyyətin son dərəcə gərgin olduğu Ermənistan barəsində məsələ qaldırılardı. Avropa Parlamenti Azərbaycan əleyhinə işləyən qüvvələrin yedəyində getdiyinin, onların təsiri altında hərəkət etdiyinin və nəticə etibarilə məsələlərə birtərəfli yanaşdığının fərqində olmalıdır.
Qəbul edilmiş son qətnamə ikitərəfli münasibətlərin konstruktiv məcrada inkişafına heç bir fayda gətirmir. Avropa Parlamentinin bu qətnaməsi Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən layihələrin perspektivinə, regional əməkdaşlıq və inteqrasiya prosesinə ciddi zərbə vurur.
Azərbaycan Respublikasının Milli Məclisi insan hüquqlarının və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi məqsədlərini rəhbər tutduğunu bir daha bəyan edərək, Avropa Parlamentinin adıçəkilən qətnaməsində “Azərbaycanın Avropa Qonşuluq Siyasətində və Şərq Tərəfdaşlığında fəal iştirak etdiyinin və sözügedən bu iki təşəbbüsün təməl dəyərləri olan demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərinə sadiq olduğunun” qeyd edildiyini nəzərə alaraq, qərara alır:
1. Avropa Parlamentinin “İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair” 2012-ci il 24 may tarixli qətnaməsi Azərbaycana qarşı yönəlmiş ədalətsiz və qərəzli bir akt kimi qiymətləndirilsin.
2. Avropa Parlamentinin nəzərinə çatdırılsın ki, Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir.
3. Azərbaycan Respublikası Milli Məclisinin Aparatına tapşırılsın ki, bu qərarın Avropa Parlamentinin deputatlarına, xüsusən məlum qətnamənin qəbulunda iştirak etməmiş üzvlərinə göndərilməsini təmin etsin”.
Sədrlik edən. Çox sağ olun. Buyurun, Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Ümumiyyətlə, qərar səliqəli hazırlanıb və təkliflərlə də razıyam. Ancaq bu cür yanaşmalara baxanda mənim, üzr istəyirəm, Molla Nəsrəddinin lətifəsi yadıma düşür. Molla Nəsrəddinin evinə oğru girir, hamı gəlir, qonşular bunu günahlandırırlar. Biri deyir, niyə qapını bağlamamısan, niyə pəncərə açıq qalıb? Molla deyir, yaxşı, günahın hamısı məndə oldu, bəs heç bu oğrunun günahı yoxdur? Bilirsiniz, bu sənədlər hazırlananda biz düşünməliyik ki, bizə qarşı bu cür ittihamlar var, amma bizim heç özümüzün günahımız yoxdur? Haradasa, balaca da olsa, bir səhv etməmişik? Heç olmasa, bir cümlə ilə yazmalıyıq ki, Azərbaycan bu yolda inkişaf edir, axtarır, problemləri var, problemləri həll etməyə çalışır. Məncə, ağıllı yanaşma bunu tələb edir. Biz bunu hökmən hansı şəkildəsə orada qeyd etməliyik. Bu bir.
İkinci, “böyük”, “geniş”, “qlobal” kimi sözlərdən bir az çəkinək. Beynəlxalq hüquq dili, sənədləşmə, məktub dili ayrı şey tələb edir. Azərbaycan böyük uğur qazanır. “Uğur” elə böyük deməkdir, “böyük” sözünə ehtiyac yoxdur. “Geniş vüsətlə inkişaf edirik”, “geniş” sözünə ehtiyac yoxdur. Vüsət varsa, elə bu, geniş deməkdir. Avropaya aid deyirik ki, “filankəslərin yedəyində gedir”. Bu cür beynəlxalq qurumlarla danışanda “yedəyində getmək” kimi terminlərdən çəkinməliyik.
Məsələ konkret bir məktuba aid olsa, demək olar ki, bu məktub filan qüvvələrin təkidi ilə yazılıb, amma “Avropa Parlamenti Azərbaycan əleyhinə işləyən qüvvələrin yedəyində gedir” kimi ittiham etmək olmaz. Ona görə mənə elə gəlir ki, bu sənəd diqqətlə redaktə olunmalıdır. Bu sənəd Azərbaycanın hirsləndiyini göstərməməlidir. Biz göstərməməliyik ki, baxın, siz bizim yaralı yerimizə toxunursunuz. Bu sənəd göstərməlidir ki, biz sizin dediyinizi sakit qəbul edirik, belə sənədlər olub, yenə də olacaq, biz öz yolumuzla gedirik, işimizlə məşğuluq, siz də bir söz demisiniz. Bu cür yanaşmaq lazımdır. Yoxsa “bütün Azərbaycan bu gün ayağa qalxıb” demək olmaz. Bir az sakitləşmək lazımdır.
Sədrlik edən. Sabir müəllim, biz bu günə kimi sakitləşdirmişik, görürük ki, sakitləşmirlər. Bu, birinci məsələ. İkinci, mən hesab edirəm, çox düzgün yazılıb. Azərbaycana qarşı birinci dəfə deyil ki, belə qərəzli qərarlar qəbul edirlər. Biz hər dəfə bu məsələyə dözmüşük, qaçdıqca qovublar. Siz Molla Nəsrəddindən misal çəkdiniz. Molla Nəsrəddinin başqa bir lətifəsi də var. Oğlan və atasının eşşəklə getmək məsələsi. Burada danışmaq istəmirəm. Onsuz da bir şey tapıb deyəcəklər. Nə qədər biz onların qarşısından qaçmalıyıq? Qaçmaq söhbəti getmir, biz öz fikrimizi deyirik.
Bizim Konstitusiyanın üçdə biri insan hüquqları haqqındadır. Dünyanın hər yerində mitinqlər də, nümayişlər də olur. Bir ölkə haqqında belə qətnamə qəbul ediblər? İspaniyadakı, Çikaqodakı mitinqlər gözümüzün qabağındadır. İnsanları dəyənəklə döyürdülər. Bizdə belə bir şey olmuşdu? Azərbaycan haqqında hər nə istəsələr yazırlar. Biz bunu hər dəfə qəbul etməklə onlar üstün olurlar. Səməd müəllim yaxşı bir fikir dedi. Biz heç kimin qapısında dilənçi kimi durmamışıq. Biz hamı ilə əməkdaşlıq etmək istəyirik. Bizə tövsiyə verə bilərlər. Həmişə dərs verə bilməzlər axı. 56 nəfərlə belə bir qətnamə qəbul ediblər. Biz, deyək ki, yaxşı etmisiniz? Heç kim demir ki, Azərbaycanda hər şey əladır. İnsan hüquqları üzrə işləyirik, çalışırıq, qanunlarımız var. Bir ay qabaq Avronestdə bu qərarları qəbul etmişik. Bu o demək deyil ki, hər dəfə bizə bunları desinlər, biz də o biri üzümüzü çevirək.
Mən hesab edirəm ki, çox normal, qəti yazılmış qərardır. Orfoqrafik məsələlər varsa, bunları düzəltmək olar. Amma qərarın ruhu, hesab edirəm, çox düzgündür. Hesab edirəm ki, burada müzakirə açmamalıyıq. Kimin etirazı varsa, səs verməz. Xahiş edirəm, münasibət bildirək.
Bir məsələni demək istəyirəm. Avropa Parlamenti 5 partiyanın müraciətini alıb. Bir partiya qətnamədə dəyişiklik etmək istədiyini bildirib. Bir partiya öz etirazını bildirmək istəyib ki, xahiş edirik, Azərbaycana qarşı belə yox, bir az yumşaq şəkildə yazaq. Bir deputat deyib ki, biz bir partiyadanıq və həmrəy olmalıyıq. Yaxşı, hər yerdə 56 nəfər 700 nəfərlə həmrəylik edir? Biz bir qərar qəbul etmişik, özü də düzgün qərar, indi 15 təklif vermək istəyirik, baxmayaraq ki, redaksiyamızı yaratmışdıq.
Səsvermənin nəticələri (saat 17.49 dəq.)
Lehinə 107
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 109
Nəticə: Qəbul edildi
107 nəfər lehinə səs verib, qəbul olundu.
Hörmətli millət vəkilləri, bu gün yaz sessiyasının son iclasıdır. 81 nəfər millət vəkili növbədənkənar sessiyanın çağırılması haqqında mənə müraciət edib. Mən də Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq növbədənkənar sessiyanın çağırılması haqqında qərarı imzalamışam. Yəqin, növbədənkənar sessiya haqqında sizə məlumat verəcəklər. İndi isə yaz sessiyası sona çatdı. Mən bu sessiyada səmərəli işinizə görə hamınıza minnətdarlıq edirəm. Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il yaz sessiyası sona çatdı.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Sədrlik edən. Sağ olun. Növbədənkənar sessiya barəsində əvvəlcədən xəbər alacaqsınız. Sağ olun.
EDİLMƏMİŞ
ÇIXIŞLARIN MƏTNLƏRİ
29 may 2012-ci il
———
Arif Əşrəfov. “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının qanun layihələrinə dair. İxtira, faydalı model və sənaye nümunələrinin qeydiyyatı və onların qanunvericiliklə qadağan edilməmiş insan fəaliyyətinin istənilən sahəsinə aid olan istehsalatda istifadə edilməsi yerli və xarici sahibkarlar üçün Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsinə, maddi resursların investisiyası, innovasion məhsulların istehsalının genişləndirilməsinə imkan yaradır.
Belə təcrübə dövlətə və sahibkarlara fayda verdiyinə görə dünyada geniş yayılmışdır. İstehsalatın fərdiləşdirilməsinin, məhsulların realizə edilməsinin və xidmətlərin göstərilməsinin digər mühüm vasitəsi bir istehsalçının əmtəə və xidmətlərini digər istehsalçının əmtəə və xidmətlərindən fərqləndirən əmtəə nişanlarıdır.
Bu sahədə müasir tələblərə uyğunluğu təmin etmək məqsədi ilə Azərbaycan Respublikası 1995-ci il 25 dekabr tarixdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv olmuş və bu sahədə əsas beynəlxalq sazişlərə qoşulmuşdur. Bunlardan misal olaraq, Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasını, “Patent kooperasiyası haqqında” Müqaviləni, “Nişanların beynəlxalq qeydiyyatına dair” Madrid Sazişini və Madrid Sazişinin Protokolunu göstərmək olar. Bu günədək Azərbaycan Respublikası ÜƏMT-nin 11 saziş və konvensiyasına qoşulmuşdur. Ölkəmiz 1995-ci ildən Avrasiya Patent Konvensiyasının həmtəsisçisi və üzvüdür.
Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 12-ci maddəsinə əsasən ittifaqın hər bir ölkəsi sənaye mülkiyyəti üzrə hüquqların əldə olunmasını və mühafizəsini təmin edən qurum yaratmağı öz öhdəsinə götürür.
Avropa İttifaqı ölkələrində patent sisteminin inkişafına məhz maliyyə müstəqilliyi hesabına nail olunmuşdur. Türkmənistan və Azərbaycan Respublikası istisna olmaqla, MDB ölkələrinin hamısında bu funksiyaları hüquqi şəxs statuslu qurumlar həyata keçirir.
Patent sisteminin təkmilləşdirilməsi və inkişafı məqsədi ilə özünümaliyyələşdirmə prinsipi üzrə fəaliyyət göstərəcək qurumun yaradılmasını məqsədəmüvafiq saymaqla, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklərə səs verəcəyəm.
* * *
Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə dair. 2000-ci ildə qəbul edilmiş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu bazar iqtisadiyyatının ilk dövrlərində qəbul edildiyindən müasir sosial-iqtisadi şəraitə, metrologiya üzrə Avropa və Beynəlxalq təşkilatların, Ümumdünya Ticarət Təşkilatının tələblərinə tam uyğun deyildir.
Ölçmələrin vəhdətinin təmin edilməsi ölkənin sosial-iqtisadi inkişafında, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsində, malların, xidmətlərin və işlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin, elmi-texniki tərəqqinin yüksəldilməsində vacib şərtdir.
Bu qanun vətəndaşların, hüquqi şəxslərin və fərdi sahibkarların hüquqlarının və qanuni maraqlarının ölçmələrin etibarsız nəticələrinin mənfi təsirindən müdafiəsinə, ölçmələrin obyektiv və etibarlı nəticələrinin alınmasında dövlətin və cəmiyyətin tələbatlarının, dövlətin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsinə, ölkənin iqtisadiyyatının və elmi-texniki tərəqqisinin inkişafına köməklik göstərilməsinə yönəlmişdir.
Bu qanun layihəsində əsas yeniliklər kimi aşağıdakıları qeyd etmək olar:
- ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimləməsi sahəsinin müəyyənləşdirilməsi;
- hüquqi və fiziki şəxslərin ölçmə vasitələrinin istehsalı və təmiri üzrə fəaliyyətlərinin lisenziyalaşdırılmasının ləğvi;
- akkreditasiya edilmiş hüquqi şəxslərin və fərdi sahibkarların ölçmə vasitələrinin və standart nümunələrin tiplərinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, ölçmə vasitələrinin bəzi kateqoriyalarının yoxlanması, ölçmə metodları və metodikalarının attestasiyası üzrə işlərə cəlb edilməsi;
- ölçülüb qablaşdırılmış mallara dövlət metroloji nəzarətinin tətbiq edilməsi;
- hüquqi şəxslərin və fərdi sahibkarların ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiyası prinsiplərinin müəyyən edilməsi;
- ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət məlumat fondunun yaradılması;
- metroloji ekspertizanın keçirilməsinin hüquqi tənzimlənməsi hissəsindəki boşluqların aradan qaldırılması;
- aparılan ölçmələrin və tətbiq olunan ölçmə vasitələrinin metroloji və texniki tələblərə uyğunluğunun yoxlanması məqsədi ilə tətbiq olunan dövlət tənzimləməsi formalarının müəyyən edilməsi;
- qanun layihəsində ölçmələrin vəhdətinin təmin edilməsi üçün zəruri olan metroloji infrastrukturun yaradılması və işləməsi üzrə normalar nəzərdə tutulur;
- qanun layihəsində Beynəlxalq Qanunverici Metrologiya Təşkilatının Beynəlxalq Sənədlərinin və Avropa İttifaqının Parlamenti və Şurasının “Ölçü cihazlarına dair” 2004/22/EC Direktivinin tələbləri nəzərə alınmışdır.
Bu qanunun qəbul və tətbiq edilməsi imkan verəcəkdir ki:
- ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində izafi dövlət tənzimləməsi aradan qaldırılsın və təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinə dövlətin qarışması məhdudlaşdırılsın;
- ölkənin etalon bazası təkmilləşdirilsin;
- respublika ərazisində aparılan ölçmələrin nəticələrinin tələb olunan dəqiqliyi və etibarlılığı təmin edilsin;
- ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində iqtisadi inkişafın müasir istiqamətlərinə uyğun olan akkreditasiya sistemi yaradılsın;
- ölçmələrin vəhdətinin təmin olunması sahəsində normativ hüquqi baza metrologiya sahəsində beynəlxalq qanunvericiliyə harmonizasiya edilsin;
- milli etalonların və ölçmələrin nəticələrinin beynəlxalq səviyyədə tanınması üçün şərait yaradılsın;
- ölçmələrin vəhdətinin təmin olunması sahəsində informasiyanın maraqlı şəxslər üçün əlçatan və açıq olması təmin edilsin.
Sahibə Qafarova. Avropanın, o cümlədən dünyanın ən nüfuzlu, mötəbər qurumlarından biri olan Avropa Parlamentinin Azərbaycana dair son qətnaməsi bir millət vəkili, siyasət adamı, ən əsası bir azərbaycanlı kimi məndə təəccüb və dərin təəssüf hissi doğurur.
Çünki bu qurumun Azərbaycan tərəfinin xəbəri və heç bir əsas olmadan təcili iclas keçirib, özündə reallığı, obyektiv gerçəkliyi əks etdirməyən məqamlarla dolu qətnamə qəbul etməsi antiazərbaycan təbliğatından, ovqatından başqa bir şey deyil, bunun başqa adı yoxdur.
Bu günə kimi Azərbaycan dünyanın, həmçinin Avropanın əksər qurumları, o cümlədən Avropa İttifaqı, Avropa Parlamenti və bu təşkilatların birbaşa dəstəyi, eləcə də, Şərq tərəfdaşlığı çərçivəsində ölkəmizin yaxından iştirakı ilə təsis edilən Avronest Parlament Assambleyası (PA) ilə uğurlu , səmərəli əməkdaşlıq edib və etməkdədir.
Azərbaycan Avropa Parlamenti və Avropa İttifaqı ailəsinin tərkib hissəsi olan Avronest PA-nın bir müddət öncə keçirilən ikinci sessiyasına uğurlu ev sahibliyi edib və burada da bir sıra önəmli qərarlara birgə imza atılıb. Avropa Parlamentinin birdən-birə bu cür qətnamə qəbul etməsində heç bir məntiq olmadığını və görmədiyini də vurğulayıb.
Əgər Azərbaycanın xəbəri, məlumatı və iştirakı olmadan belə bir qətnamə qəbul edilirsə, o zaman hansı səmərəli Şərq tərəfdaşlığından, hansı faydalı əməkdaşlıqdan söhbət gedə bilər? Onda Avronestə nədən qatılmışıq, onun işində iştirak edirik? Axı, qarşılıqlı güvən və etimad olmayacaqsa, bu əməkdaşlıq nə dərəcədə səmərəli və faydalı ola bilər? Hər halda bu sualları bizlər deyil, daha çox Azərbaycana qarşı ikili standartlar mövqeyindən yanaşaraq, qərəzli və əsası olmayan qətnamə qəbul edənlər, həmin qətnaməyə vicdanlarının hökmü ilə deyil, sırf şəxsi maraqları naminə səs verənlər cavablandırmalıdırlar.
Ona görə bir daha Avropa Parlamentinin son dərəcə əsassız və reallıqdan uzaq olan qətnaməsini mənfi qiymətləndirir, bunu Azərbaycan–Avropa İttifaqı, Azərbaycan–Avropa Parlamenti münasibətlərinə ciddi zərbə vuran, əməkdaşlıq əlaqələrinə kölgə düşürən bir məqam kimi dəyərləndirirəm. Hesab edirəm ki, nəhayət, Azərbaycana qarşı artıq ikili standartlara, qərəzli yanaşmalara son qoyulmalıdır və son qoymağın vaxtıdır. Azərbaycan sözə və ələbaxan dövlət deyil, olmayıb və bundan sonra da olmayacaq. Azərbaycan öz yolu ilə inkişafa, tərəqqiyə, çiçəklənməyə doğru gedir və heç kim heç nə ilə onu bu yolundan döndərə bilməz, bilməyəcək də.