29.06.2012 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
VI  SESSİYASI İCLASININ

PROTOKOLU  №  44

Mill Məclisin  iclas  salonu.
29  iyun  2012-c il.

İclasa  Azərbaycan  Respublikası  Mill Məclisinin Sədri
O. Əsədov  sədrlik  etmişdir.

İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 96
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Bakı, Gəncə, Sumqayıt,
Şirvan və Şəki apellyasiya məhkəmələrinin hakimliyinə namizədlər

Quliyev Vüqar
Bədəlov Kəmaləddin
Əliyev Toğrul
Hüseynov İlqar
Xəlilov İsmayıl
Qurbanov Raqib
Məmmədov Vidadi
Mustafayev Nurəddin
Vəliyeva Elşanə
Yusifov Cahangir
Rzaquliyev Şamil
Cəfərov Vidadi
Quliyev Telman
Allahverdiyev Məhərrəm
Camalov Etibar
Heydərov Tofiq
Mirzəyev Nüsrət
Kərimov Qəzənfər
Hüseynov Elçin
Qasımov Vidadi
Səlimov Hümbət

*      *      *

E.Əsədov,  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi rəisinin müavini.
X.Nəcəfov,  Azərbaycan Respublikası  Fövqəladə  Hallar  Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi.
Z.Rzayeva,  Azərbaycan  Respublikası Fövqəladə  Hallar  Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Hüquq şöbəsinin müdiri.
H.Məmmədov, Azərbaycan Respublikası Memarlıq və İnşaat Universitetinin dosenti.
  
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında.
2. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
3. Gəncə Apellyasiya Məhkəməsi hakiminin təyin edilməsi haqqında.
4. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
5. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
7. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişiklik və əlavə edilməsi barədə.
8. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
9. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Qırğız Respublikasının Prezidenti A.Atambayevin Birgə Bəyanatının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 1999-cu il 3 dekabr tarixli Pekin Düzəlişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində  əməkdaşlıq haqqında” Sazişdə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
31. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
33. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
34. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.12 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, İqbal Ağazadə

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.23 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

2. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.25 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

3. Gəncə Apellyasiya Məhkəməsi hakiminin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.25 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

4. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.27 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

5. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.28 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.29 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişiklik və əlavə edilməsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Qənirə Paşayeva, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.38 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.46 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Təklif: Məcəllə qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.47 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Qırğız Respublikasının Prezidenti A.Atambayevin  Birgə Bəyanatının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Gülər Əhmədova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.49 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.51 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

11. “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.52 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

12. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.54 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

13. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.54 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

14. “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 1999-cu il 3 dekabr tarixli Pekin Düzəlişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Elton Məmmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.57 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

15. “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.59 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

16. “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.01 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

17. “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.02 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

18. “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində  əməkdaşlıq haqqında” Sazişdə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Gülər Əhmədova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.04 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

19. “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Gövhər Baxşəliyeva, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.11 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

21. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Zahid Oruc, İlyas İsmayılov, Rafael Cəbrayılov, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.38 dəq.)
Lehinə 90
Əleyhinə 6
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

22. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.39 dəq.)
Lehinə 88
Əleyhinə 4
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.40 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

24. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.43 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

25. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.44 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

26. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

27. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Nizami Cəfərov, Jalə Əliyeva, Fəzail Ağamalı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.04 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

28. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Muxtar Babayev, Səttar Möhbalıyev, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.11 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

29. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Azər Badamov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.13 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

30. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.15 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

31. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.19 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

32. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.27 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

33. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.27 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

34. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.28 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr
O.ƏSƏDOV

MİLLİ  MƏCLİSİN  İCLASI

29 iyun 2012-c il. Saat 12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.08 dəq.)
İştirak edir 96
Yetərsay  83

Yetərsay var, iclasa başlaya bilərik. Bilirsiniz ki, bu gün növbədənkənar sessiyanın son iclasıdır. İclasın gündəliyində 34 məsələ var. Mənim sizdən bir xahişim olacaq. Bildiyiniz kimi, Bakıda Krans-Montana beynəlxalq forumu keçirilir. Əgər etiraz yoxdursa, tənəffüssüz işləyək. Çıxışlar da 5 dəqiqə olsun. Gündəlikdəki məsələlər apellyasiya məhkəmələrinin hakimlərinin təyin edilməsi, beynəlxalq sazişlər və bir-iki qanun layihəsidir. Ona görə Əli müəllimdən xahiş edərdim ki, bir yerdə təqdim eləsin, sonra biz apellyasiya məhkəmələrinin hakimliyinə namizədləri təqdim eləyərik. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Sədrin qeyd elədiyi kimi, bu gün cənab Prezidentin təqdimatı əsasında apellyasiya məhkəmələri hakimlərinin təyinatıdır. İstərdim ki, sizə qısaca bir arayış verim. Nə üçün məhz indi apellyasiya məhkəmələrinin hakimlərinin təyinatı gündəmə gəlib? Bildiyiniz kimi, məhkəmə-hüquq islahatları nəticəsində Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə regional apellyasiya məhkəmələri yaradıldı. Eyni zamanda, Naxçıvan Ali Məhkəməsi də apellyasiya məhkəməsi instansiyası kimi fəaliyyət göstərir.
2007-ci ildə hakimlər ilk dəfə test üsulu ilə təyin olundular. 2010-cu ildə apellyasiya məhkəmələri fəaliyyətə başlayarkən orada bir sıra vakant yerlər var idi. 2007-ci ildə test üsulu ilə təyin olunmuş 55 nəfər hakimdən ən peşəkarları apellyasiya məhkəmələrindəki vakant yerlərə təklif olundular. Bu gün bura dəvət olunmuş şəxslər 2010-cu ildə apellyasiya instansiyalarına təyin olunmuş hakimlərdir. Qeyd etdiyim kimi, onların səlahiyyət müddəti 2007-ci ildən hesablanırdı. Onların 5 illik səlahiyyət müddəti artıq iyul ayında başa çatmış olur. Yəni qeyd etmək istəyirəm ki, bu gün qəbul etdiyimiz qərarın zəruriyyəti əsas etibarilə onların səlahiyyət müddəti ilə bağlıdır. Xahiş edirəm ki, bunu nəzərə alasınız.
Bir neçə gün bundan əvvəl Məhkəmə-Hüquq Şurası onların fəaliyyətini qiymətləndirdi. Qeyd edim ki, birinci instansiyadan apellyasiya məhkəmələrinə təklif olunan və burada iştirak edən hakimlər Azərbaycanın məhkəmə-hüquq sistemində fəaliyyət göstərən gənc, amma çox peşəkar insanlardır. Həm cənab Prezident, həm də şura tərəfindən onlara yenidən etimad göstərilib. Ümidvaram ki, Milli Məclis də etimad göstərəcək və onlar fəaliyyətlərinə davam edəcəklər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən üzr istəyirəm, gündəliyə səs vermədik. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.12 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Təbii ki, məhkəmə Azərbaycanda hakimiyyətin müstəqil bir qoludur. Məhkəmələrin azad, ədalətli olması cəmiyyətin digər strukturlarında, o cümlədən vətəndaşların dövlətə güvən məsələsində çox əhəmiyyətli rol oynayır. Çox məşhur bir ifadə var, mən onu bir dəfə də qeyd etmişəm. Vətəndaşın dövlətini sevməsi üçün 2 şərt olduqca vacibdir. Birincisi, onun ordusu güclü olub onu xarici müdaxilədən, ikincisi, məhkəməsi azad və ədalətli olub daxildəki haqsızlıqlardan qorumalıdır.
Hörmətli Əli müəllim qeyd etdi ki, Məhkəmə-Hüquq Şurası bu məsələlərə baxıb və onların təqdimatını təqdirəlayiq hesab edib. Mən ad çəkmək istəmirəm. Amma burada elə hallara rast gəlirəm ki, Avropa Məhkəməsində onların bir çoxunun çıxardıqları qətnamələrlə bağlı Azərbaycanın əleyhinə xeyli qərarlar çıxıb. Görəsən, hüquq müdafiə şurası bunları nəzərə alıbmı? Mən bir dəfə burada qeyd etmişdim ki, Avropa Məhkəməsində işləri geri qaytarılan, işlərindən Azərbaycanın əleyhinə qərar çıxarılmış və açıq-aşkar qanunları pozan hakimlərin növbəti mərhələdə vəzifələrə təyin olunması, hakim kimi yerlərində qalması həm məhkəmələrə inamı sarsıdır, həm də ciddi şəkildə cəzasızlıq mühiti yaradır. Heç kim fərqində olmur ki, sabah çıxardığı qərarın geri qayıtmasından asılı olmayaraq, o, yenə də hakim təyin oluna biləcək.
Hesab edirəm ki, hakimlər təqdim olunanda belə bir arayış mütləq burada olmalı idi. Ümumiyyətlə, avtobioqrafik və xidməti fəaliyyət yox, baxdığı işlər və onların miqdarı, Ali Məhkəmə tərəfindən, – mən hələ Avropa Məhkəməsini demirəm, – ləğv olunan işlər təqdim olunsun. Əgər bir hakimin fəaliyyətində çıxardığı qərarların böyük əksəriyyəti yuxarı məhkəmə orqanları tərəfindən ləğv olunursa və bunların ədalətsiz olduğu, hüquqa və qanuna söykənmədiyi barədə rəy formalaşırsa, o adamların hakim kimi yenidən təyin olunmasına nə ehtiyac var? O, məhkəmə orqanlarına, hüquq fəaliyyətinə nə kimi xidmət göstərəcək?
Yeri gəlmişkən, qeyd edim ki, bunların mövcud olması, fəaliyyətləri nəzərə alınmadan onlara növbəti illərdə yenidən səlahiyyət verilməsi və yaxud da daha yüksək məhkəmə instansiyalarına təqdim olunması nəticə etibarilə hüquq, məhkəmə sistemində ciddi pozuntular yaradır, ədalətsizliyin əsasını qoyur. Hakimlər çıxarılan qərarların məsuliyyəti baxımından fərdi məsuliyyət daşımırlar.
Diqqət etsəniz, Cinayət-Prosessual Məcəlləsində bir rəy var: hakimin şəxsi qənaətinə görə. O mövqe formalaşdırır və qərar qəbul eləyir. O mövqedən bəzən çox şey asılı olur. Əgər hakimlərin yanaşmasında bu tip qüsurlar olursa, nədən onlar növbəti mərhələdə yenidən təqdim olunurlar. Ona görə, hesab edirəm ki, Milli Məclisə təqdim olunan bu arayışda xidməti fəaliyyət, tərcümeyi-hal olmamalıdır. Onun keçən illər ərzində nə qədər məhkəmə işinə baxdığı, neçəsinin yuxarı orqanlara gedib çıxdığı və onun nəticələri barədə Milli Məclis üzvlərinə məlumat verilməlidir ki, fərdlərə münasibətdə Milli Məclis doğru-dürüst qərar qəbul eləsin, hakimiyyətin bir qolu olan məhkəmənin ədalətli fəaliyyət göstərməsinə vətəndaşların inanması və güvənməsi üçün seçimdə yanılmasın. Çox təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, İqbal müəllim. Siz parlamentdə müxalifət partiyasını təmsil edirsiniz. Hüquq müdafiə şurasına, hüquq müdafiəçilərinə o qədər fikir vermisiniz ki, indi Məhkəmə-Hüquq Şurasına da hüquq müdafiə şurası dediniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən demək istəyirəm ki, vərdişlər var. Mən hesab edirəm ki, Məhkəmə-Hüquq Şurasında Milli Məclisin nümayəndəsi olaraq Əli Hüseynovla bu məsələlər ölçülüb-biçilib. Uzun müddətdir, bunların üzərində təhlillər gedir.
Əli Hüseynovdan sonra Siyavuş Novruzov da çıxışa yazılıb. Mən hesab edirəm ki, çıxışlara ehtiyac yoxdur, bunlar hamısı komitənin iclaslarında geniş şəkildə müzakirə olunub. Əli müəllim, xahiş edirəm, bir-bir hakimləri təqdim eləyin, səsvermə keçirək.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Mən istərdim, qısaca bir izahat verim. Gərək verəcəyimiz səslərə, qəbul etdiyimiz qərarlara bir inam olsun. Əlbəttə ki, son illər həyata keçirdiyimiz məhkəmə-hüquq islahatları da qüsursuz deyil. Qüsursuz olsaydı, hakim korpusunu təmsil edən təxminən 400 nəfərə yaxın hakimin 100-ə yaxını Məhkəmə-Hüquq Şurası tərəfindən intizam icraatına cəlb olunmazdı. Cəzalandırılanlar da var. Hərçənd biz hakimlərin müstəqilliyinə də çox böyük hörmətlə yanaşırıq.
Qeyd etmək istəyirəm ki, bu gün sizlərə təqdim olunmuş, yəni, əslində, yenidən səlahiyyət müddəti artırılan hakimlərlə bağlı Məhkəmə-Hüquq Şurası “Məhkəmələr və hakimlər haqqında” Qanuna, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna müvafiq olaraq qiymətləndirmə həyata keçirib.
İqbal müəllim nəzəri baxımdan haqlıdır. Qiymətləndirmənin elementlərindən biri də hakimlərin baxdığı işlərin ləğv olunması faizidir. Cənab Sədr, şurada aparılmış müzakirədə o nəticələr də bu elementlərdən biridir. Hakim nə qədər işə baxıb, nə qədəri ləğv olunub – biz gələcəkdə bunu da təqdim edə bilərik. Amma qeyd etmək istəyirəm ki, bu, açıq informasiyadır, Məhkəmə-Hüquq Şurasının saytından bunu əldə etmək olar.
Təqdim olunmuş hakimlər haqqında bir daha onu vurğulamaq istəyirəm ki, ilk dəfə test üsulu ilə keçirilən imtahanda yüksək nəticələr göstərmiş 55 nəfər şəxs olub. Onlardan bəziləri 1-ci, sonra, ən yaxşıları vakant apellyasiya instansiyalarına təyin olunublar. Məhkəmə-Hüquq Şurası bir neçə gün bundan əvvəl onların fəaliyyətini qiymətləndirib və yenidən tövsiyə verib.
Amma İqbal müəllimin söylədiyi bir məsələ ilə razı deyiləm. Bəli, ola bilər ki, hakimlərin baxdıqları işlərlə bağlı Avropa İnsan Haqları Məhkəməsi fərqli qərar qəbul eləyib. Yəni pozuntu müəyyənləşdirib və dövlətin ədalətli kompensasiya ödəməsi ilə bağlı qərar qəbul eləyib. Biz bu məsələni “Məhkəmələr və hakimlər haqqında” Qanunu hazırlayarkən ciddi müzakirə eləmişdik. O zaman da belə fikirlər vardı ki, Avropa İnsan Haqları Məhkəməsində kiminsə bir işi ləğv olunub. Bu düzgün ifadə deyil ki, iş ilə bağlı birbaşa qərar qəbul olunubsa, bu, hakimin cəzalandırılmasına səbəb olsun. Bu absurd fikirdir. Biz onda məhkəmələrin fəaliyyətinə, onların müstəqilliyinə hörmətsizlik etmiş olarıq.
“Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda belə bir müddəa var ki, əgər hər hansı bir hakimin baxdığı iş Avropa İnsan Haqları Məhkəməsində müzakirə olunubsa, qərar qəbul olunubsa, biz onda həmin məsələni Məhkəmə-Hüquq Şurasında müzakirə edirik. İstəyirəm ki, bunu biləsiniz. Əgər kobud qanun pozuntuları müəyyənləşibsə, onda Məhkəmə-Hüquq Şurası həmin hakimlə bağlı icraata başlayır. Bu gün sizin müzakirənizə təqdim olunmuş 21 hakimlə bağlı belə hallar müəyyən olunmayıb. Ona görə siz inamla bu insanlarla bağlı qərar qəbul edə bilərsiniz. Amma bir daha vurğulayıram, hər bir hakimin baxdığı işlərlə bağlı məlumat lazımdırsa, Məhkəmə-Hüquq Şurası bunu istənilən millət vəkilinə təqdim edə bilər.
Cənab Sədr, Apellyasiya Məhkəməsi ilə bağlı 6 məsələ var. Bu məsələlər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və 5 regional apellyasiya məhkəməsinin hakimlərinin təyin olunması ilə bağlıdır. Təbii ki, Milli Məclis hər bir apellyasiya instansiyası ilə əlaqədar ayrıca qərar qəbul etməlidir. Ümumilikdə isə 21 nəfər hakimlə bağlı qərar qəbul etməliyik. Çox sağ olun.
Sədrlik edən. İndi tək-tək səsə qoymalıyıq. Əli müəllim, onları təqdim edin.
Ə.Hüseynli. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında.
Sədrlik edən. Quliyev Vüqar Kərim oğlu. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.23 dəq.)
Lehinə  101
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Təbrik edirəm. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
Sədrlik edən. Əli müəllim, zəhmət olmasa, siyahı ilə adlarını deyin.
Ə.Hüseynli. Bədəlov Kəmaləddin, Əliyev Toğrul, Hüseynov İlqar, Xəlilov İsmayıl, Qurbanov Raqib, Məmmədov Vidadi, Mustafayev Nurəddin, Vəliyeva Elşanə, Yusifov Cahangir.
Sədrlik edən. Sual yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.25 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  101
Nəticə: Qəbul edild

Qəbul edildi, sağ olun. Təbrik edirəm.
Növbəti məsələ, buyurun.
Ə.Hüseynli. Növbəti məsələ Gəncə Apellyasiya Məhkəməsi hakiminin təyin edilməsi haqqındadır. Rzaquliyev Şamil Qəhrəman oğlu.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.25 dəq.)
Lehinə  101
Əleyhinə  1
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Təbrik edirəm.
Növbəti məsələ Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsidir. Buyurun.
Ə.Hüseynli. Cəfərov Vidadi Cəfər oğlu, Quliyev Telman Osman oğlu.
Sədrlik edən. Hörmətli hakimlər, ayağa durmaq bir çətin məsələ deyil ki. Millət vəkilləri sizi görmək istəyirlər. Bəziləri deyir ki, burada yoxdurlar. Adlarınız deyiləndə, xahiş edirəm, özünüzü təqdim edin. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.27 dəq.)
 Lehinə  99
 Əleyhinə  1
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  101
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Şirvan Apellyasiya Məhkəməsi. Siz proses zamanı məhkəmə zalına daxil olanda hamı ayağa durur. Milli Məclisə gəlmisiniz, indi də sizin ayağa duran vaxtınızdır. Adlarınız deyiləndə bir-bir ayağa durun ki, biz də sizi təqdim eləyək. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr, haqlı iraddır. Şəki Apellyasiya Məhkəməsinin hakimləri Allahverdiyev Məhərrəm, Camalov Etibar, Heydərov Tofiq, Mirzəyev Nüsrət.
Sədrlik edən. Şirvan Apellyasiya Məhkəməsinin hakimlərini bir az qarışdırdıq. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.28 dəq.)
 Lehinə  101
 Əleyhinə  1
 Bitərəf  1
 Səs verməd 0
 İştirak edir  103
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Təbrik edirik.
Şəki Apellyasiya Məhkəməsi: Qasımov Vidadi Kamal oğlu, Səlimov Hümbət Qamuna oğlu. Xahiş edirəm, münasibət bildirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əli müəllim, məndəki siyahıda Şəki Apellyasiya Məhkəməsinin hakimliyinə təyinat alan iki nəfər hakimin soyadı var.
Ə.Hüseynli. Cənab Sədr, Şəki Apellyasiya Məhkəməsinə təyin olunan hakimlər 3 nəfərdir. Hüseynov Elçin, Qasımov Vidadi, Səlimov Hümbət.
Sədrlik edən. Xahiş edirəm, siyahını düz verin. Məndəki siyahıda iki nəfərin adı var.
 
 Səsvermənin nəticələri  (saat 12.29 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Təsdiq olundu. Əyləşin, təbrik edirəm.
Hörmətli hakimlər, Milli Məclisin adından sizi təbrik edirəm, gələcək işlərinizdə uğurlar arzulayıram. Həmişə ədalətli olun. Çox sağ olun.
Hörmətli millət vəkilləri, gündəliyin növbəti məsələsi “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarına dəyişiklik və əlavə edilməsi barədədir. Qərar layihəsi sizə paylanıb, onunla tanışsınız. Bilirsiniz ki, bizim Kolumbiya parlamenti ilə dostluq qrupumuz mövcud deyildi. Kolumbiya parlamenti də Azərbaycanın mövqelərini dəstəkləyən, Xocalı soyqırımı ilə bağlı qərar qəbul eləyən bir parlamentdir. Ona görə də Azərbaycan–Kolumbiya parlamentlərarası işçi qrupu yaradılır. Siyahı sizdə var. Əgər etiraz yoxdursa, siyahı ilə təsdiq eləyək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qənirə xanım, nəsə demək istəyirsiniz? Buyurun.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, təbii ki, parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarının yaradılmasını təqdir edirik və dəstəkləyirik. Çünki biz görürük ki, xüsusilə son illərdə parlamentlərarası əlaqələr üzrə işçi qrupları ölkəmizin xarici siyasəti ilə bağlı nə qədər böyük işlər görürlər. Biz parlament diplomatiyasının uğurlarını görürük və təbii ki, bunda parlamentlərarası işçi qruplarının da böyük rolu var.
İcazə versəydiniz, bu sessiyanın son iclasında, sadəcə, iki dəqiqə vaxtınızı alaraq bir məsələni diqqətə çatdırardım. Sizdən xahiş edirəm ki, bu məsələni gələn sessiya çərçivəsində diqqətdə saxlayasınız. Həm də, təbii ki, beynəlxalq aləmdə parlamentdən səslənən bu fikirlərin eşidilməsini də istərdik.
Oqtay müəllim, söhbət ondan gedir ki, həm Avropa Şurasında, həm də Avropa Parlamentindəki görüşlərimizdə, bəzən də Avropa Şurası Parlament Assambleyasının iclasında bəzi ölkələrdən olan millət vəkilləri Azərbaycanı bir məsələdə haqsız, hətta borclu çıxarmaq niyyətinə düşürlər.
Söhbət ondan gedir ki, bizim işğal altında olan ərazilərimizdə, Dağlıq Qarabağda qeyri-qanuni seçkilər, müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə bəzən bilməyərəkdən, çox hallarda isə bilərəkdən bəzi ölkələrin millət vəkilləri iştirak edirlər. Çox vaxt açıqlamalar da verirlər. Yəni Azərbaycan dövlətinin icazəsi olmadan qeyri-qanuni yolla Azərbaycanın işğal olunmuş ərazilərinə gəlirlər və hətta orada qeyri-qanuni açıqlamalar da verirlər. Sonra, müxtəlif görüşlərdə, tədbirlərdə, hətta Avropa Şurasının Parlament Assambleyasının iclaslarında Azərbaycana kəskin etiraz bildirirlər ki, nə üçün onlar Azərbaycanda arzuolunmaz şəxs elan olunurlar? Təbii ki, biz bunu izah edirik. Son belə bir hadisəni Avropa Şurası Parlament Assambleyasında fransız millət vəkili ilə yaşadıq. Biz onun haqsız etirazına qarşı bildirdik ki, siz Azərbaycan qanunlarını, beynəlxalq hüquq normalarını pozmusunuz və təbii ki, Azərbaycan dövləti də sizə qarşı bu cür addımları atmalıdır.
Yaxında Azərbaycanın işğal olunmuş ərazilərində yenə qeyri-qanuni seçkilər keçiriləcək. Biz bu çağırışı edirik ki, həmin ölkələrin Azərbaycandakı səfirlikləri bunu eşitsinlər, bilsinlər. Öz ölkələrinin diqqətinə mütəmadi çatdırsınlar ki, Azərbaycan dövlətinin işğal altında olan ərazilərində keçirilən tədbirlərdə, qeyri-qanuni seçkilərdə iştirak edən insanlar arzuolunmaz elan olunurlar və olunacaqlar. Burada təəccüblü heç nə yoxdur, bunların hamısı hüquq normaları çərçivəsində həyata keçirilir. Öz ölkələrinin nümayəndələrinə çağırış etsinlər ki, beynəlxalq hüquq normalarına, Azərbaycanın ərazi bütövlüyünü tanıyan qanun və qərarlara zidd olaraq belə addımları atmasınlar. Sonra bu addımlar həm ölkələrlə, həm də o şəxslərlə münasibətlərdə ciddi gərginliklərə səbəb olur.
Oqtay müəllim, mən bir təklifi də burada səsləndirmək istərdim. Mümkündürmü ki, bununla bağlı qanunvericilik çərçivəsində də addımlar ataq. Bu bizdə Xarici İşlər Nazirliyi vasitəsilə tənzimlənir. Bəzən o insanlar haqsız etirazlarını bildirəndə “belə bir məsələ Azərbaycan qanunvericiliyində yoxdur” kimi fikri ortaya atırlar. Biz bunu qanunvericiliklə də ciddi təsbit edək. İşğal olunmuş ərazilərdə vəziyyət adlı bir qanun layihəsini hazırlayıb qəbul edək. Orada birmənalı olaraq vurğulansın ki, Azərbaycanın qanunu ilə, qanunvericiliyi ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni (kim olur-olsun, bu millət vəkilidir, bilmirəm, qeyri-hökumət təşkilatıdır, iş adamıdır, şirkətdir, fərqi yoxdur) gedənlərin, tədbirlərdə, seçkilərdə iştirak edənlərin, açıqlamalar verənlərin hamısı Azərbaycanda arzuolunmaz şəxs elan olunurlar və olunacaqlar. Gələcəkdə də onlara münasibət bu istiqamətdə davam edəcək. Bu da beynəlxalq aləmdə yeni bir...
Sədrlik edən. Qənirə xanım, əvvəla, 2 dəqiqə vaxt istədiniz, 5 dəqiqə danışdınız. İkinci, özünüz çıxışınızın əvvəlində dediniz ki, beynəlxalq hüquq normaları var. Əgər onlar beynəlxalq hüquqa məhəl qoymurlarsa, bu işləri görürlərsə, mən inanmıram ki, biz Xarici İşlər Nazirliyi səviyyəsində bütün ölkələrə xəbərdarlıq etsək, onlar bu məsələlərdən çəkinsinlər. Bütün səfirlərə də xəbərdarlıq eləmişik. Ancaq lazım olarsa, fikirləşərik, belə bir qanun haqqında düşünərik. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Sadəcə, istərdim, bir dəqiqləşdirmə aparaq. Azərbaycan–Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu deyəndə, biz hər iki ölkə ilə, yoxsa ancaq Cənubi Koreya ilə əməkdaşlığı nəzərdə tuturuq?
Sədrlik edən. Cənubi Koreya ilə. Əgər başqa sual yoxdursa, xahiş edirəm, 7-ci məsələyə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.38 dəq.)
 Lehinə  100
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  101
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 8-ci məsələsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsinin üçüncü oxunuşudur. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, bildiyimiz kimi, Tikinti Məcəlləsi məhz parlament tərəfindən təşkil olunmuş işçi qrupu tərəfindən işlənib hazırlandı və nəhayət, işimizi yekunlaşdırdıq. Bir müddət öncə Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət komitələrinin birgə səmərəli iclası oldu. Milli Məclisdə ikinci oxunuş zamanı səslənmiş fikirlər, təkliflər bir daha öyrənildi. Ona görə icazə versəniz, sizə komitələrin birgə iclasındakı müzakirədən sonra aparılmış işlərlə bağlı məlumat verərdim.
İkinci oxunuş zamanı millət vəkili hörmətli Tahir Rzayev layihənin 13-cü maddəsi ilə bağlı fikirlər söylədi. Təklif edildi ki, iki hissədən ibarət olan maddə birləşdirilsin. Bu, tamamilə düzgün irad idi, nəzərə alındı. Eyni zamanda, məcəllənin 17.3-cü maddəsində “insan ləyaqətinə uyğun ətraf mühit” sözlərinin dəyişdirilməsi təklifi də nəzərə alındı.
Hörmətli millət vəkili Gülçöhrə Məmmədovanın bir sıra təklifləri var idi, onları yazılı şəkildə də təqdim etmişdi. Biz onları dərindən öyrəndik. Qeyd etmək istəyirəm ki, qaldırılan bir sıra məsələlər digər qanunvericilik aktlarının, o cümlədən Mülki Məcəllənin predmeti olduğuna görə onları nəzərə ala bilmədik. Amma sırf bu məcəllənin predmetinə aid olan təkliflər – 3.0.1-ci maddədə “şəhərsalma fəaliyyəti” anlayışında “ətraf mühiti” sözlərindən sonra “tarixi landşaftın” ifadəsinin (eyni zamanda, bu ifadələr 7-ci və 12-ci maddələrdə də öz əksini tapdı), 3.0.11-ci maddədə “bina” anlayışına “qapalı həcm-fəza quruluşuna malik olan” sözlərinin əlavə olunması nəzərə alındı. Gülçöhrə xanımın 47-ci maddəyə verdiyi təkliflər də məcəllədə öz əksini tapdı.
İkinci oxunuşdan sonra işçi qrupu özü də bir sıra məsələlər üzərində bir daha işlədi və bunlar sizlərə təklif olunmuş variantda öz əksini tapdı. Belə ki, 4.2.2-ci, 52-ci, 57.2-ci, 69-cu, 73-cü və 95-ci maddələr tamamilə yeni redaksiyada işlənib.
Hörmətli cənab Sədrin 75-ci maddə ilə bağlı verdiyi təkliflər də nəzərə alınmışdır. Bundan başqa, Rafael Cəbrayılov həm komitədə, həm də ikinci oxunuşda 69-cu maddənin yeni redaksiyada verilməsini təklif etmişdi. Bu da yeni redaksiyada öz əksini tapmışdır.
Hörmətli millət vəkilləri, iki komitənin üçüncü oxunuş ərəfəsindəki birgə müzakirəsində İqtisadi siyasət komitəsinin sədri hörmətli Ziyad Səmədzadənin 79-cu maddə ilə bağlı bir sıra fundamental təklifləri oldu. Bunlar əsas etibarilə “Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri” adlı 79-cu maddəyə daha da liberallıq gətirilməsi ilə bağlı idi. Ziyad müəllimin bu təklifi dərhal işçi qrupunda müzakirə olundu və o, tamamilə haqlı idi.
Ziyad müəllim təklif edirdi ki, tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısı – həm ölçü vahidləri, həm də adları bir qədər də genişləndirilsin. Bu təkliflər nəzərə alındı. Beləliklə, 79.1.1-ci və 79.1.3-cü maddələr birləşdirilmiş və yeni redaksiyada öz əksini tapmışdır. 79.1.2-ci maddədə “3” rəqəmi “5”-lə əvəz olundu. 79.1.3-cü maddədə isə (burada söhbət tutumdan gedir) “70” rəqəmi “100” rəqəmi ilə əvəz olundu. 79.1.10-cu maddədə “50” rəqəmi “100”-lə və 79.1.11-ci maddədə (burada söhbət istixana və oranjereyalardan gedir) “50” rəqəmi “300”-lə əvəz olundu.
Gördüyünüz kimi, tikintisinə icazə tələb olunmayan həm fiziki, həm də hüquqi şəxslər tərəfindən tikilən obyektlərin ölçüləri, vahidləri kifayət qədər artırıldı. Ziyad müəllimə öz təşəkkürümü bildirirəm ki, o bu maddəyə çox liberal yanaşmışdır. Eyni zamanda, işçi qrupuna da təşəkkürümü bildirirəm ki, onlar komitə sədrinin çox əhəmiyyətli təkliflərini (bilirəm ki, bunlar millət vəkillərinin də əksəriyyəti tərəfindən dəstəklənən təkliflərdir) nəzərə aldılar.
Eyni zamanda, işçi qrupu tərəfindən “Bu məcəllədə istifadə olunan əsas anlayışlar” adlı 3-cü maddədə yeni “İctimai vəsaitlər” anlayışı verildi. “İctimai vəsaitlər” dövlət büdcəsinin və ya yerli büdcənin vəsaitləri, büdcədənkənar dövlət fondlarının vəsaitləri, dövlət zəmanəti ilə və ya dövlət tərəfindən bağlanmış beynəlxalq müqavilələrə əsasən alınmış kreditlər, qrantlar, xarici yardımlar, eləcə də büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri və müvafiq qanunvericilikdə dövlət və ya bələdiyyə vəsaiti kimi təsnif edilən digər vəsaitlər deməkdir.
Eyni zamanda, 48-ci maddənin ikinci cümləsində “müvafiq icazə almış” sözləri “lisenziya almış” sözləri ilə əvəz olundu, çünki bu bizim qanunvericiliyimizə daha uyğundur.
Hörmətli millət vəkilləri, biz layihəni üçüncü oxunuşa təqdim etməmişdən əvvəl onu Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinə də təqdim etmişdik. Yəni layihə sırf hüquqi ekspertizadan da keçdi. Ədliyyə Nazirliyi tərəfindən çox mühüm bir rəy təqdim olunmuşdu və Nazirliyin hüquqi ekspertizası da işçi qrupu tərəfindən nəzərə alındı.
Beləliklə, mən hesab edirəm ki, Milli Məclis bir neçə il ərzində kifayət qədər əhəmiyyətli bir iş üzərində çalışmış, Tikinti və Şəhərsalma Məcəlləsini işləyib hazırlamışdır. Elə bilirəm ki, bu məcəllə parlamentin qanunvericiliyimizə verdiyi çox əhəmiyyətli bir töhfədir. Təbii ki, məcəllənin qüvvəyə minməsi ilə bağlı da xüsusi bir qərarımız olmalıdır. Cənab Sədr qeyd etdi, o da istisna deyil ki, həyat məcəllənin praktikaya nə dərəcədə uyğun hazırlandığını da göstərəcək. Amma, ümumilikdə, bunu demək olar ki, bu məcəllə ekspertlərlə birgə hazırlanmışdır. Artıq Avropa İttifaqının “Şərq tərəfdaşlığı” hesabatlarında Avropa İttifaqı standartlarına uyğun hazırlanmış bir sənəd kimi də öz əksini tapmışdır. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Təklif nə olacaq? Çıxış eləmək istəyən yoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.46 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  97
 Nəticə: Qəbul edild

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında bir qanun layihəsi də var. Xahiş edirəm, ona da münasibət bildirək.

 Səsvermənin nəticələr (saat 12.47 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edild
 
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Qırğız Respublikasının Prezidenti A.Atambayevin Birgə Bəyanatının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Gülər Əhmədova məlumat verəcək. Gülər xanım, buyurun.
G.Əhmədova, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü.
Hörmətli Ziyafət müəllim, təşəkkür edirəm. Sürətimiz çox yüksəkdir, amma düşünmədim ki, belə tez olacaq. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Qırğız Respublikasının Prezidenti A.Atambayevin Birgə Bəyanatının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə komitədə baxılıb və komitə üzvləri tərəfindən birmənalı şəkildə çox yüksək qiymətləndirilib. Hörmətli sədarətdən və hörmətli millət vəkillərindən xahiş eləmək istərdim ki, bu məsələ ilə bağlı öz müsbət rəylərini versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.49 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  94
 Nəticə: Qəbul edild

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, qanun layihəsi komitədə müzakirə olunub, müsbət münasibət bildirilib. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsini dəstəkləsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.51 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 1
 İştirak edir  96
 Nəticə: Qəbul edild

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. İcazənizlə, mən məlumat verəcəyəm.
Bilirsiniz ki, bu qəbildən olan sazişlər artıq bir neçə dövlətlə imzalanıbdır. Nəinki imzalanıb, hətta Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bir sıra ölkələrdə bu və ya digər təbiət hadisələrinin qarşısının alınmasına yaxından köməklik ediblər. Mən sizə tam səmimi deyirəm ki, artıq bir sıra dövlətlərdə Azərbaycanla bu qəbildən olan sazişlərin bağlanmasına çox böyük meyil yaranıbdır. Həm Qırğız Respublikası, həm də Bolqarıstan Respublikası ilə bağlanan sazişlər, hesab edirəm ki, çox vacibdir və Azərbaycanın milli və dövlət maraqlarına tamamilə uyğun gəlir.
Sazişlərin mətni sizdə var, açıqlamaq istəmirəm. Ona görə, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.52 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  91
 Nəticə: Qəbul edild

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Biz Bolqarıstanla dost ölkəyik və təbii ki, son illərdəki iqtisadi əməkdaşlıq bizi daha da yaxın edib. Bu, hər iki ölkə arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişdir. Saziş bütün beynəlxalq sənədlərə uyğun olaraq hazırlanıb və hesab edirəm ki, parlament tərəfindən ratifikasiya oluna bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.54 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  92
 Nəticə: Qəbul edild

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Mən artıq qeyd etdim. Biz bu qəbildən olan bir sazişi artıq təsdiq elədik. Bu saziş də, sözsüz ki, Azərbaycanın milli maraqlarına cavab verir. Ona görə, xahiş edirəm, münasibət bildirin.

 Səsvermənin nəticələri  (saat 12.54 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  94
 Nəticə: Qəbul edild

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Ozon qatını dağıdan maddələr haqqında Monreal Protokolu”na 1999-cu il 3 dekabr tarixli Pekin Düzəlişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Elton Məmmədov, buyurun.
E.Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini.
Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan ətraf mühit sahəsində beynəlxalq əməkdaşlığını gücləndirir, çoxtərəfli konvensiyalara və sazişlərə qoşulur. Bu iş ölkəmizdə sistemli şəkildə aparılır. Bu gün müzakirə edəcəyimiz Monreal Protokolunun Pekin Düzəlişinin redaksiyası üçün hazırlığa bir neçə il bundan əvvəl başlanmış, işlər bu yaxınlarda yekunlaşmış və bu sənəd cənab Prezident tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuşdur.
Azərbaycan “Ozon qatının qorunması haqqında” Vyana Konvensiyasına, “Ozon qatını dağıdan maddələr haqqında 16 dekabr 1987-ci il tarixli Monreal Protokoluna, Monreal Protokolunun London Düzəlişinə, Monreal Protokolunun Kopenhagen Düzəlişinə 31 may 1996-cı il tarixli qərarla qoşulmuşdur. Monreal Protokolunun Monreal Düzəlişi isə 18 iyul 2000-ci il tarixində ratifikasiya edilmişdir.
Müzakirəyə çıxarılan bu sənəd Monreal Protokolunun yeni Pekin Düzəlişidir. Bu düzəlişdə inkişaf etməkdə olan ölkələrin tələbatlarını təmin etmək üçün ozon qatını dağıdan maddələrin istehsalının azaldılmasının mərhələlərlə tənzimlənməsi təklif olunmuşdur. Pekin Düzəlişi 1999-cu ildə qəbul edilmiş və tərəflər həmin düzəlişləri ratifikasiya etmişdir.
Vaxtı çox almamaq üçün diqqətinizə çatdırıram ki, məsələ komitəmizdə müzakirə olunmuş və yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir. Ona görə çox hörmətli həmkarlarımızdan bu məsələyə müsbət münasibət bildirmələrini xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Elton müəllim. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.57 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, bu Saziş 2010-cu il sentyabrın 2-də Vyana şəhərində imzalanmışdır. Məlumat üçün demək istəyirəm ki, Azərbaycan nümayəndə heyəti qismində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi və biz iştirak etmişik. Yəni sazişin imzalanması mərhələsində Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Bu, Azərbaycanın bir dövlət kimi korrupsiyaya qarşı mübarizədə iradəsinin bir göstəricisidir. Biz bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik və Beynəlxalq Antikorrupsiya Akademiyasının da təsis edilməsinə öz töhfəmizi vermiş oluruq.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, artıq əməkdaşlığımız mövcuddur. Bu yaxınlarda keçirilən beynəlxalq konfransa Beynəlxalq Antikorrupsiya Akademiyasının rektoru da dəvət olunmuşdu və o, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə həyata keçirilən işlərlə yaxından tanış oldu. Hesab edirəm ki, bu akademiyanın beynəlxalq təşkilat qismində təsis edilməsi bizim korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığımıza öz töhfəsini verəcək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibət bildirin.

 Səsvermənin nəticələri  (saat 12.59 dəq.)
 Lehinə  88
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  89
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
16-cı məsələ “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Komitə sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Ziyafət müəllim, qanun layihəsi dünyanın ən böyük ölkələrindən biri sayılan Hindistan ilə Azərbaycan Respublikası arasında hava əlaqəsinin yaradılmasına xidmət edir. Bu kimi sazişlər dünyanın bir çox ölkələri ilə bağlanmışdır və bütövlükdə Azərbaycanın dünyaya daha keyfiyyətli inteqrasiyası vəzifəsinə xidmət edir. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Gülər xanım, əlavəniz varmı?
G.Əhmədova. Ziyafət müəllim, biz də eyni fikri bölüşürük, komissiya da yekdilliklə bu fikrin arxasındadır. Xahiş edərdik ki, səs verilsin.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. Buyurun.

 Səsvermənin nəticələri  (saat 13.01 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, qanun layihəsi komitədə müzakirə olunub. Bilirsiniz ki, Azərbaycan Respublikası gömrük işi sahəsində dünyanın 100-dən artıq ölkəsi ilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıb. Bu Saziş də Azərbaycanda gömrük işinin daha da təkmilləşməsinə, Azərbaycanın gömrük sisteminin beynəlxalq aləmdə daha geniş tanınmasına xidmət edir. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Təklif var, səsə qoyulsun. Gülər xanım, əlavəniz yoxdur?
G.Əhmədova. Hörmətli Ziyafət müəllim, biz də komissiyada eyni fikri bölüşürük və xahiş edirik ki, səs versinlər.
Sədrlik edən. Sağ olun, biz də Sizin xahişinizi qəbul edirik. Buyurun, xahiş edirəm, münasibət bildirin.

 Səsvermənin nəticələri  (saat 13.02 dəq.)
 Lehinə  89
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  89
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında” Sazişdə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Gülər Əhmədova məlumat verir. Gülər xanım, buyurun.
G.Əhmədova. Təşəkkür edirəm. Biz bu sənədi komissiyada müzakirə etmişik. Şübhəsiz ki, sənədin hər iki ölkə üçün böyük önəmi var. Hörmətli millət vəkillərindən xahiş etmək istərdik ki, bu sənədə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.04 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  92
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Komitə sədri Əli Hüseynli məlumat verir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, bizim qanunvericilikdə etdiyimiz dəyişikliklər nəticəsində artıq bütün medalların təsis edilməsi cənab Prezidentin təklifi və parlamentin qəbul etdiyi qanunla öz həllini tapır.
Hesab edirəm ki, cənab Prezident tərəfindən “Ədliyyə sahəsində fərqlənməyə görə” medalının təsis olunması barədə verilmiş təklif kifayət qədər əsaslıdır. Mən qısaca olaraq yalnız onu demək istəyirəm ki, bu medalla təltif ediləcək şəxslərin dairəsi digər dövlət qulluğu və ya xüsusi fəaliyyət növlərindəkindən bir qədər fərqlidir. Yəni burada söhbət təkcə ədliyyə orqanlarında işləyənlərdən getmir. Bu medalla, ümumiyyətlə, ədliyyə sahəsi ilə bağlı olan şəxslər – həm Azərbaycan Respublikasının, həm də xarici ölkələrin vətəndaşları ədalət mühakiməsinin həyata keçirilməsi işinə verdikləri töhfələrə görə, ədliyyə orqanları ilə əməkdaşlığa görə, ədliyyə sahəsində mühüm layihələrin hazırlanmasında iştirak etdiklərinə görə təltif oluna bilərlər. Yəni bu medalın bir qədər spesifikliyi var. Elə bilirəm ki, bu, düzgün yanaşmadır və burada “ədliyyə” sözü bir qədər geniş məna, daha çox hüquq mənasını daşıyır.
Mən hesab edirəm ki, belə bir medalı təsis etməklə biz müstəqil Azərbaycanın orden və medalları sırasına daha bir əhəmiyyətli medal əlavə etmiş oluruq. Çox sağ olun, Ziyafət müəllim.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Buyurun, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.06 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri, bizim İnzibati Xətalar Məcəlləsində dəmir yolu nəqliyyatından istifadə qaydalarının pozulmasına görə müəyyən sanksiyalar mövcuddur. Amma təəssüf olsun ki, metro da əhəmiyyətli bir nəqliyyat növü olmasına baxmayaraq, ondan istifadə qaydaları bizim Məcəllədə tənzimlənmir. Ona görə indi cənab Prezident tərəfindən İnzibati Xətalar Məcəlləsinə “Metropolitendən istifadə qaydalarının pozulması” adlı 140-1-ci maddənin əlavə edilməsi təklif olunur. Eyni zamanda, həmin maddənin daxil olduğu on ikinci fəslin adında “dəmir yolu nəqliyyatında” sözlərindən sonra “və metropolitendə” sözləri əlavə edilir.
Sanksiyalar məlumdur. Qeyd edim ki, burada əməllər və onlara görə müəyyən edilən cərimə sanksiyaları adekvatdır. Bu adekvatlıq ilk növbədə nəzərə alınıb. Bir sıra xətalarla bağlı 10 manat, 15 manat, amma daha ciddi xətalarla bağlı 100 manata qədər cərimə nəzərdə tutulur. İnanıram ki, hörmətli vətəndaşlarımız bu cür xətalara yol verməzlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsi ilə əlaqədar Gövhər xanım Baxşəliyeva yazılıb. Buyurun, Gövhər xanım.
G.Baxşəliyeva. Çox sağ olun, Ziyafət müəllim. Mən bu qanun layihəsinə təklif olunan dəyişiklikləri bütövlükdə bəyənir və çox yüksək qiymətləndirirəm. Əslində, bu kimi dəyişikliklər əhalinin mədəni səviyyəsinin yüksəlməsində böyük rol oynayır. Amma mən istərdim, burada bir məsələni əlavə edim. Layihədə deyilir ki, İnzibati Xətalar Məcəlləsinə həm dəyişikliklər edilir, həm də 140-1-ci maddə əlavə olunur. Ona görə layihə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” adlansaydı, daha yaxşı olardı. Mən bunu demək istəyirdim.
Ziyafət müəllim, bildiyiniz kimi, Misirdə çoxdan gözlənilən prezident seçkiləri keçirilib və yeni prezident seçilib. İcazə versəydiniz, mən Azərbaycan–Misir dostluq qrupunun rəhbəri kimi bununla bağlı fikirlərimi bildirərdim.
Sədrlik edən. Gövhər xanım, Siz dostluq qrupunun rəhbəri kimi məktub yazıb onları təbrik edə bilərsiniz, amma nəzərə alın ki, bizim indi müzakirə olunası çoxlu məsələlərimiz var. Elmira Axundova.
E.Axundova. Mənim Əli müəllimə sualım var. “Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma” adlı 199-cu maddənin təklif olunmuş mətnində yazılıb: “bu Məcəllənin 199-cu, 199-3-cü, 200-cü, 201-204-cü maddələrində nəzərdə tutulmuş əməllər”. Bu hansı əməllərdir, bizə məlum deyil, çünki burada bunun şərhi verilməyib. Ona görə, xahiş edirəm, bunu izah edəsiniz. 200-cü və 201-204-cü maddələr deyəndə nəyi nəzərdə tutursunuz? Bu hansı əməllərdir?
Sədrlik edən. Sual aydın oldu, qara ilə ağın məsələsi.
Ə.Hüseynli. Məncə, biz gündəlikdəki məsələləri bir qədər səhv saldıq. Yəni mən metropolitenlə bağlı məruzə edirdim.
Sədrlik edən. Daha çıxış etmək istəyən yoxdur? Buyurun, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.11 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi. Komitə sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. İcazə versəydiniz, 21-ci və 22-ci məsələləri birlikdə məruzə edərdim, çünki onlar bir-biri ilə bağlı məsələlərdir.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Hörmətli həmkarlar, bildiyiniz kimi, Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı işçi qrupu mövcuddur və bu işçi qrupu bir neçə illərdir çalışır. İndi sizin müzakirənizə təqdim olunan əlavələr və dəyişikliklər bizim qoşulduğumuz BMT Konvensiyasının qanunvericiliyimizə implementasiyası, tətbiqi ilə bağlıdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İşgəncə əleyhinə Konvensiyasına qoşulmuşdur. Eyni zamanda, biz qanunvericiliyimizi Avropa İnsan haqları Konvensiyasına uyğunlaşdırırıq. Cinayət Məcəlləsinə əlavələr məhz bu məsələlərlə bağlıdır.
Bundan öncəki məsələdə hörmətli Gövhər xanım qeyd etdi ki, layihənin adında həm “dəyişiklik”, həm “əlavə” sözləri olmalıdır. Bu, haqlı iraddır. O bizim bu layihəyə də aiddir. Çünki Cinayət Məcəlləsinə təkcə dəyişiklik yox, həm də əlavə edirik. Bu düzəlişi mütləq edəcəyik.
Hörmətli həmkarlar, Cinayət Məcəlləsində hazırda “İşgəncə vermə” adlanan 133-cü maddə mövcuddur. Amma Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının “işgəncə” anlayışı ilə bağlı tələbləri daha dəqiqdir. Təbii ki, biz işgəncə əleyhinə hər zaman mübarizə aparırıq. Amma bu məsələləri daha dəqiq tətbiq etməkdən ötrü qanunvericiliyimizə, Məcəlləyə dəyişiklik etməyə ehtiyac yaranıb. Belə ki, bizim Cinayət Məcəlləsinin 133-cü maddəsində işgəncənin konkret anlayışı verilməyib. Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının tələbi isə ondan ibarətdir ki, “işgəncə” anlayışı ilk növbədə xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlıdır və bu məsələ Cinayət Məcəlləsində dəqiq göstərilməlidir.
Məcəlləyə edilən əlavə və dəyişikliklər komitədə müzakirə edildikdən və ictimaiyyətə məlum olduqdan sonra kütləvi informasiya vasitələrində bu məsələ ilə bağlı yanlış şərhlər verilib. O cümlədən “Azadlıq” radiosunun verdiyi şərhlər, “hüquqşünas ekspertlər” tərəfindən verilən şərhlər ictimaiyyəti çaşdıran yanlış şərhlər olub. Belə fikirlər söylənilib ki, “işgəncə” anlayışı, ümumiyyətlə, Cinayət Məcəlləsindən çıxarılır, yerinə “əzab” anlayışı verilir. Eyni zamanda, göstərilib ki, guya sanksiyalar yüngülləşib. Əslində isə vəziyyət tamamilə əksinədir. Konvensiyanın tələbinə uyğun olaraq 133-cü maddədə “işgəncə” sözü “əzab” sözü ilə əvəz edilir, işgəncə ilə bağlı isə yeni redaksiyada 293-cü maddə verilir.
İstəyirəm bir məsələyə hamı diqqət yetirsin. Çünki bu çox vacib məsələdir. Konvensiyanın tələbinə uyğun olaraq birmənalı göstərilir ki, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə başqa şəxslər tərəfindən törədilən işgəncə... Beləliklə, biz Konvensiyanın tələbinə uyğun olaraq birincisi, göstəririk ki, işgəncə vəzifəli şəxs tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlı törədilən cinayət əməlidir, ikincisi, təkcə vəzifəli şəxs yox, onun təhriki ilə bu qisimdə çıxış edən şəxslər də... Deyək ki, hansısa bir vəzifəli şəxsdir, hüquq mühafizə orqanının əməkdaşıdır, amma işgəncəni verən vəzifəli şəxs deyil, amma onun təhriki ilədir. Onda da həmin bu maddənin təsiri altına düşmüş olur.
Cinayət Məcəlləsində nəinki işgəncə barədə maddə verir, onu daha dəqiq müəyyənləşdiririk. 293-cü maddədə xüsusi bir qeyd var. Burada işgəncənin anlayışı verilir. Qeydi oxuyuram: “Bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədi ilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür”. Beləliklə, cənab Prezident tərəfindən təqdim olunan bu dəyişikliklər Cinayət Məcəlləsini, əslində, BMT-nin İşgəncə əleyhinə Konvensiyasına tam uyğunlaşdırmış olur.
Eyni zamanda, “Döymə” adlanan 132-ci maddə Cinayət Məcəlləsindən çıxarılır və belə demək mümkündürsə, Cinayət Məcəlləsindən İnzibati Xətalar Məcəlləsinə transfer edilir, köçürülür. Ümumiyyətlə, 132-ci maddənin tətbiqi əsas etibarilə məişət zəminində baş verən hadisələrlə bağlı idi. Təbii ki, bu maddənin tətbiqi hüquq mühafizə və məhkəmə orqanları üçün çox çətinliklər yaradırdı. Yəni dəqiq anlayış verilmədiyi üçün başa düşmək olmurdu ki, “döymə” anlayışı hansı hallara tətbiq oluna bilər. Çünki bizim Cinayət Məcəlləsində az ağır bədən xəsarəti, ağır bədən xəsarəti kimi maddələr var. Ancaq məişət zəminində qeydə alınan müəyyən əməllər döymə ilə tövsif olunur və bu da, təbii ki, yanlışlıqlara gətirib çıxarırdı. Dəqiq çərçivə müəyyən olunmadığına görə məişət zəminində məhkum olunmuş minlərlə insan var idi. İndi bu çərçivə daha dəqiq müəyyənləşdirilir. Yəni İnzibati Xətalar Məcəlləsində “Sağlamlıq əleyhinə olan inzibati xətalar” fəsli yaradılır. Bu fəsildə məişət zorakılığı ilə bağlı yeni maddələr verilir. “Döymə” də həmin maddələrdən biridir.
Mən hesab edirəm ki, işçi qrupunun hazırladığı bu təklif çox məntiqlidir, dünya praktikasına uyğundur. Belə dəqiqləşdirmə aparmaqla biz, eyni zamanda, hüquq məhkəmə sisteminə də öz töhfəmizi vermiş oluruq ki, onlar bu qəbildən olan xətaları, cinayət hadisələrini tövsif etməkdə çətinlik çəkməsinlər. Bir daha vurğulayıram ki, Məcəlləyə edilən bu dəyişikliklər çox əhəmiyyətlidir, uzun illər ərzində bizim ekspertlərin apardığı işlərin nəticəsidir və Azərbaycan dövlətinin işgəncə əleyhinə mübarizəsinin bariz nümunəsidir. Çox sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. İki məsələni birgə müzakirə edirik. Keçirik müzakirələrə. Zahid Oruc buyursun.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən hesab edirəm ki, hörmətli Əli müəllim kifayət qədər təfsilatlı bir təqdimat etdi. Həqiqətən, bu sənədlərin komitədən sonrakı dövrdə mediada, cəmiyyətdə birmənalı qarşılanmadığını hamımız müşahidə etmişdik. Hörmətli Əli müəllimin diqqətinə çatdırmaq istərdim ki, İnzibati Xətalar Məcəlləsində döymə və şillə ilə bağlı dəyişikliklər barədə fərqli bir təqdimat edilmiş və ondan sonra hətta parlament üzvlərində də bu barədə yanlış təsəvvür yaranmışdı. Belə düşünənlər var idi ki, guya parlament şillə vurmanı qanuniləşdirir, bunun 500 manatdan 1000 manata qədər qiyməti olacaq və vətəndaşın haqqının pozulması, onun döyülməyə məruz qalması bundan sonra verilən o vəsaitlə mümkün olacaq. Yəni öz məntiqlərində 500 manatlıq şillə kimi bir məqama gəlib çatmışdılar.
Əli müəllimə çox təşəkkür edirəm ki, bunlarla bağlı dəqiq, ətraflı açıqlama verdi. Birmənalı olaraq hər kəs, xüsusilə bizim media orqanları bilsinlər ki, ağır, az ağır, orta dərəcədə xəsarət yetirməyə görə müddəalar Cinayət Məcəlləsindən çıxarılmır. Əksinə, onlar saxlanılıb və onların dəqiq sərhədləri göstərilib. Bu dəyişikliklər heç bir halda şəxsiyyət əleyhinə, şəxsiyyətin maraqları, onun fiziki toxunulmazlığı əleyhinə yönəlməyib. Mən çox istəyirəm ki, bu, ayrıca qeyd olunsun və bizim parlament tərəfindən irəliyə sürülmüş müddəaların məhz millətin maraqlarına uyğun olduğu birmənalı bilinsin. Mən bu layihələrin hər ikisinə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Cənab Sədr, hər şeydən əvvəl mən qeyd etmək istəyirəm ki, bizim Konstitusiyamızın 96-cı maddəsinin VII hissəsi var. Orada qeyd olunur ki, qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir. Konstitusiyanın bu bəndinə niyə əməl edilmir? Niyə bu qanun layihələrinə dair ayrıca bir arayış təqdim olunmur?
İkinci, bu dəyişiklikləri təklif edənlərin əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanda çox geniş yayılmış bir cinayət növünü inzibati xətaya çevirsinlər. Bu qətiyyən yolverilməzdir. Əvvəla, belə bir qanun layihəsini hazırlayan adamlar məhkəmə təcrübəsini öyrəniblərmi, ictimai fikri öyrəniblərmi, qanunvericilik tarixini öyrəniblərmi, hüquq məcəlləsini öyrəniblərmi? Qətiyyən öyrənməyiblər. Kabinetdə oturub barmaqlarını sovurub qanun layihəsi təqdim ediblər. Məqsəd də ondan ibarətdir ki, ən geniş yayılmış cinayəti inzibati xətaya çevirsinlər və ona görə cinayət məsuliyyəti yox, cərimə cəzası nəzərdə tutulsun.
Mən elə hesab edirəm ki, şəxsiyyət əleyhinə olan hər bir qəsdə görə heç vaxt cərimə cəzası nəzərdə tutulmamalıdır. Bu həmin şəxsi daha da təhqir etməkdir. Digər tərəfdən, biz Cinayət Məcəlləsində təhqiri saxlayırıq. Halbuki döymə də elə təhqirin bir növüdür. Döyməni biz Cinayət Məcəlləsindən çıxarırıq. Hesab edirəm ki, bu tamamilə qəbulolunmaz bir işdir. Mən bu zalda əvvəllər də bu fikri səsləndirmişdim ki, insanın iki qiyməti var – mütləq qiyməti və nisbi qiyməti. Mütləq qiymət onun insan olması amili ilə bağlıdır və insanın mütləq qiyməti ilə bağlı olan nemətlər – həyatı, səhhəti, ləyaqəti nisbi qiyməti ilə bağlı olan nemətlərdən, yəni hüquqi statusu ilə bağlı olan mülkiyyət hüququ, seçki hüququ, əmək hüququ və şairdən daha ciddi qorunmalıdır.
Burada söhbət insanın ləyaqətindən gedir. İnsan ləyaqəti də beynəlxalq normalarda qeyd olunduğu kimi, azadlığın, ədalətin əsasıdır. Hüquqi dövlətdə insan ləyaqəti hüququn bütün gücü ilə qorunmalıdır. Biz isə burada insan ləyaqətini cinayət hüquq mühafizəsindən kənarda qoyuruq. Özü də deyirik ki, bunun anlayışı yoxdur. Anlayışı var, fəsillərdə var, kitablarda var, çox gözəl də seçilir və illərlə də tətbiq olunur. Mən hesab edirəm ki, bu dəyişiklik düzgün deyil.
Daha bir qeydim Cinayət Məcəlləsinin bir neçə maddəsinə əlavə olunan “o cümlədən” sözləri ilə bağlıdır. Məsələn, 127.2.2-ci maddədə “xüsusi amansızlıqla” sözlərindən sonra “o cümlədən” sözləri əlavə olunur. Qanunvericilikdə belə aralıq sözləri işlədilməməlidir. Nə “o cümlədən” işlənilməlidir, nə “eləcə” işlənilməlidir. “O cümlədən” o deməkdir ki, sonrakı işlər əvvəlki işlər cərgəsində hesab olunur.
Nəhayət, son qeydim. Cinayət Məcəlləsinin maddələrində “azadlıqdan məhrum etmə” ifadəsindəki “məhrum etmə” sözləri ayrı yazılıb. Mənə elə gəlir ki, bu sözlər bitişik yazılmalıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Sağ olun, cənab Sədr. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə olunan əlavə və dəyişikliklər, – hörmətli Əli müəllim bunu çox geniş izah etdi, – beynəlxalq Konvensiyanın milli qanunvericiliyə implementasiyası ilə bağlıdır. Mən, doğrudan da, cəmiyyətdə birmənalı qarşılanmayan “Döymə” adlı maddənin Cinayət Məcəlləsindən çıxarılması və İnzibati Xətalar Məcəlləsinə daxil edilməsi üzərində dayanmaq istəyirəm.
Mən düşünmürəm ki, bu maddənin Cinayət Məcəlləsindən çıxarılması cinayət qanunvericiliyində bir boşluq yaradacaq. Döyməni hər kəs bir cür anlaya bilər. Amma cinayət hüququ baxımından onun birmənalı anlaşılmasından söhbət gedir. Bu da bir şəxsin digər şəxsə fiziki ağrı yetirməsindən ibarətdir. Əgər bir şəxs digərinə fiziki ağrı yetirirsə, sözsüz ki, bunun izləri qalacaq. Bu izi də cinayət qanunvericiliyi xəsarət adı ilə tanıyır. Cinayət Məcəlləsində xəsarətin, – söhbət qəsdən yetirilən xəsarətlərdən gedir, – ağır xəsarət, az ağır xəsarət, yüngül xəsarət kimi üç növü müəyyənləşdirilib və onlarla bağlı maddələr var. Ona görə mən düşünürəm ki, Cinayət Məcəlləsində “Döymə” adlı əlavə bir maddənin olmasına ehtiyac yoxdur.
Hüquq mühafizə orqanları, adətən, bədəndə zorakı hərəkətlərin izi olanda onu xəsarətə görə tövsif edirlər. Amma xəsarət olmayanda “Döymə” adlı 132-ci maddəni tətbiq edirdilər və belə halda heç şahid də kifayət qədər olmurdu. Döymənin özü də hörmətli Əli müəllimin dediyi kimi, abstrakt xarakter daşıyır, hərə bunu bir cür anlayırdı. Amma söhbət fiziki ağrıdan gedirsə, fiziki ağrının izləri qalır. Bu gün qanunvericilikdə belədir ki, xəsarət varsa, bu həmin xəsarətə görə tövsif olunur. Ona görə bu maddənin buradan çıxarılıb İnzibati Xətalar Məcəlləsinə salınması hüquqi boşluq yaratmayacaq. Əksinə, Cinayət Məcəlləsində əməllərin arasında qəti sərhəd müəyyən olunacaq. Xəsarət varsa, xəsarətin növlərinə görə məsuliyyət var.
Bununla yanaşı, onun gələcəkdə inzibati araşdırılmasının prosessual qaydası da müəyyən olunub. Çünki Cinayət-Prosessual Məcəlləsinə uyğun araşdırma özü də bu maddədə əksini tapıb. Ona görə mən düşünürəm ki, dəyişiklik normaldır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən ilk öncə həmkarım Rafael müəllimin fikirləri ilə başlamaq istəyirəm. Sözün doğrusu, bu fikirlər məni bir az təəccübləndirdi. Axı, kimsə kiminsə qulağının dibindən bir şillə, yaxud dalından bir təpik vurursa, məqsəd ona fiziki ağrı yetirmək olmaya bilər. Burada söhbət şəxsin ləyaqətinin alçaldılması və təhqir olunmasından gedir. Belə alçaldıcı zorakı hərəkətlərin izləri də qalmır. Söhbət xəsarətdən gedirsə, xəsarət əmək qabiliyyətinin müəyyən müddətə qismən itirilməsi ilə xarakterizə olunur ki, bu da cinayət qanunvericiliyində öz əksini tapıb.
Biz bir tərəfdən Milli Məclisdə beynəlxalq təşkilatlarla birlikdə müxtəlif konfranslar keçirir, məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi məsələsini önə çəkirik, digər tərəfdən də döyməni Cinayət Məcəlləsindən çıxarırıq. Halbuki məişət zorakılığında ən çox yayılmış qanun pozuntusu məhz döymədir.
Mən Amerika Birləşmiş Ştatlarında məhkəmə hüquq sistemini öyrənmək üçün 1998-ci ildə hüquqşünas Əminağa Hacıbəyli ilə bu ölkəyə getmişdim. Orada biz bir həbsxanada bir kameranın qapısını açdırdıq. Həmin kamerada iki qadın yatırdı. Qadınlardan biri söylədi ki, il ərzində təkrar içkili vəziyyətdə olduğuna görə ona 6 ay müddətində iş vermişlər və o bunu çox ədalətli hesab edir. Deyirdi ki, mən kimi isə öldürə, özümü də bədbəxt edə bilərdim. Buna görə də mənə il ərzində təzədən bir parç pivə içdiyimə görə 6 ay iş vermişlər.
İkinci qadından soruşduq ki, sən nə üstündə burada həbsdə yatmısan. Dedi ki, ərimi itələmişəm, ərim yıxılıb, buna görə məni həbs eləyiblər.
Bax məişət zorakılığına qarşı belə mübarizə apararlar. Amma biz deyirik ki, döymə çox geniş yayılıb, ona görə də gəlin bunu Cinayət Məcəlləsindən çıxaraq. Əksinə, geniş yayılıbsa, döyməyə qarşı sanksiyaları bir az da sərtləşdirmək lazımdır ki, bunun qarşısını alaq. Yəni məntiq bunu deyir ki, cəmiyyətdə hər hansı bir cinayətkarlıq artırsa, buna qarşı ilk növbədə cinayət cəzası sərtləşdirilməlidir. Sonradan isə həmin cinayəti doğuran səbəb və şərait araşdırılmalı, bu tipli cinayətin niyə artdığı müəyyənləşdirilməli və onun qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülməlidir. Bu, hüququn fəlsəfəsidir.
İlyas müəllim bayaq çox doğru olaraq söylədi ki, Cinayət Məcəlləsində təhqirə və böhtana görə cəza nəzərdə tutduğumuz halda, kimi isə döyməyə görə cinayət məsuliyyətini çıxarmaq heç bir məntiqə sığmır. Ona görə mən hesab edirəm ki, burada gətirilən arqumentlərin heç bir əsası yoxdur və xüsusilə məişət zorakılığının Azərbaycanda geniş yayıldığı bir dövrdə bunun Cinayət Məcəlləsindən çıxarılması düzgün deyil. Mən deputat həmkarlarımı bunu bir də götür-qoy etməyə çağırıram. Bəlkə bu məsələnin müzakirəsini payız sessiyasına saxlayaq, ona yenidən baxaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də hörmətli həmkarlarımın fikirlərinə qulaq asdım. Düşünürəm ki, burada bir neçə məsələni bir-birindən ayırmaq lazımdır. Çünki yüngül xəsarət, orta xəsarət, ağır xəsarət, məişət zorakılığı Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə tövsif olunub. Burada, sadəcə, döymə anlayışı ilə bağlı olan məsələ qalır ki, bu barədə də Əli müəllim açıqlama verdi və öz münasibətini bildirdi.
Praktika göstərir ki, Cinayət Məcəlləsində “Döymə” maddəsinin müəyyənləşdirdiyi cinayət hallarının 40 faizi heç məhkəməyə gedib çatmır. Bu, əslində, Azərbaycanda müəyyən hüquq mühafizə orqanlarının korrupsiya ilə məşğul olmasına gedən bir yoldur. Yəni biri o birinə bir şillə vurur. Çağırır, ikisinin də ərizəsini alır. Ondan da alır, bundan da alır, məsələni yekunlaşdırır. Bu tipli cinayətlərin böyük hissəsi heç məhkəməyə qədər gedib çatmır. Deyir, mən sizi barışdırdım, qurtardı getdi, bu məsələ həll olundu.
Bilirsiniz, statistikaya görə, Azərbaycanda törədilən cinayətlərin böyük əksəriyyətini bizim indi İnzibati Xətalar Məcəlləsinə keçirmək istədiyimiz maddədə göstərilən əməl təşkil eləyir. Cinayət Məcəlləsində isə belə əməllərlə bağlı müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Ona görə bəzən bu müddətlərlə bağlı cəzanın təyin edilməsində də müəyyən neqativ hallar olur.
Amma burada məni maraqlandıran bir məsələ qalır. Deyək ki, bu əməli törədən, vətəndaşı döyən şəxs inzibati xəta ilə bağlı cəriməni gedib dövlət büdcəsinə keçirir. Bəs vətəndaşa dəymiş ziyanın əvəzi nə olur? Əvvəllər biri digərini döyür, ona xəsarət yetirirdisə, bunun nəticəsi olaraq Cinayət Məcəlləsi ilə həbs olunurdu, vətəndaşın da ürəyindən tikan çıxırdı. İndi bu əməli törədənin, tutalım, 1000 manatını alıb dövlət büdcəsinə keçirəcəklərsə, vətəndaşa dəymiş ziyanın əvəzi necə olacaq? Tutalım ki, bir qəzetdə biri digərini təhqir eləyir. Təhqir olunmuş şəxs qarşı tərəfi məhkəməyə verir, həbs etdirir, yaxud cərimələndirir, aldığı pulu uşaq bağçasına və ya başqa yerlərə keçirir. Mən onu demək istəyirəm ki, döyülən vətəndaşın da hüquqları nəzərə alınmalı, ziyan çəkmiş tərəfin də hüquqları qorunmalıdır. Amma ümumilikdə, fikir verirsiniz, hər dəfə dəyişiklik edirik, cərimələrin sayını artırırıq, nəinki cəzanın. Bu tamamilə düzgündür və dünya praktikasından irəli gəlir. Mən də deputat həmkarlarımı bu dəyişikliyə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Mən hüquqşünas həmkarlarım Rafael müəllimə və Siyavuş müəllimə təşəkkürümü bildirmək istəyirəm. Onlar bu qanunun zəruriliyi və mahiyyəti ilə bağlı daha düzgün izahat vermiş oldular. İndi də mən meydana çıxmış suallara münasibət bildirim.
Əsas tənqid predmeti nədən ibarət idi? Tənqidi çıxışlarda belə bir fikir səsləndi ki, guya biz “Döymə” maddəsini Cinayət Məcəlləsindən çıxarmaqla bu qəbildən olan əməlləri törədənlərin vəziyyətini yüngülləşdiririk. Yəni o çıxışların məntiqi bundan ibarət idi. Gəlin görək bu doğrudanmı belədir. Burada artıq qeyd olundu. Siyavuş müəllim də bu barədə dedi. İnzibati Xətalar Məcəlləsinin “Döymə” maddəsində çox konkret yazılıb ki, əgər bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yünğül zərər vurmaqla törədilərsə, bu artıq Cinayət Məcəlləsi ilə təsnif olunur. Yəni qanunvericilik dəqiq göstərir ki, döymə halında hətta yüngül xəsarət varsa, artıq Cinayət Məcəlləsi qüvvəyə minir. İndi Cinayət Məcəlləsində ləğv olunmasını təklif etdiyimiz maddəyə görə, döymə 6 aya qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa zərər vurma” maddəsindəki sanksiya 1 ilə qədərdir. Biz “Döymə” maddəsini Cinayət Məcəlləsindən İnzibati Xətalar Məcəlləsinə keçirdikdən sonra əgər bu cür hal baş verərsə, hətta yüngül bədən xəsarəti yetirilərsə, bu əməl elə bu adla tövsif ediləcəkdir. Yəni kim isə kimi isə vurubsa və ona hətta yüngül xəsarət yetiribsə, ona qarşı daha ağır sanksiya tətbiq olunacaqdır. Ona görə, xahiş edirəm, bunu nəzərə alın ki, biz bu qəbildən olan əməllərlə bağlı sanksiyanı yüngülləşdirmiş yox, daha da ağırlaşdırmış oluruq.
“Döymə” anlayışına gəlincə, onun izahı İnzibati Xətalar Məcəlləsində verilib. Amma orada da sanksiya var. Baxmayaraq ki, bu, xətadır, 15 günə qədər həbs nəzərdə tutulub. Ona görə gəlin məntiqdən kənara çıxmayaq. Bu dəyişiklikləri etməkdə bizim məqsədimiz döymə ilə, məişət zorakılığı ilə bağlı sanksiyaları yumşaltmaqdan yox, əksinə, sərtləşdirməkdən ibarətdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, 21-ci məsələyə – Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.38 dəq.)
 Lehinə  90
 Əleyhinə  6
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında məsələyə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.39 dəq.)
 Lehinə  88
 Əleyhinə  4
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  92
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
23-cü məsələ. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilən dəyişikliklər, əsasən, 8-ci maddəyə edilən əlavələrdən ibarətdir. 8-ci maddə “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar” adlanır. Bu əsaslara daha bir neçəsi əlavə edilir. Birmənalı deyə bilərəm ki, bu əlavələr hazırda daşınmaz əmlakın dövlət reyestri ilə bağlı müəyyən çatışmazlıqları, anlaşılmazlıqları aradan qaldırır və vətəndaşların daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün daha əlverişli şərait yaratmış olur. Mən millət vəkillərindən bu layihəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.40 dəq.)
 Lehinə  96
 Əleyhinə  1
 Bitərəf  1
 Səs verməd 0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
24-cü məsələ. Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə. Buyursun Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Cinayət Məcəlləsində edilməsi təklif olunan bu dəyişikliklər də işçi qrupu tərəfindən hazırlanmışdır. Ümumiyyətlə, müasir dövrdə bir çox ölkələr çalışırlar ki, kibercinayətkarlığa qarşı effektiv mübarizə aparsınlar. Amma buna heç də hər zaman nail ola bilmirlər. Hər halda bunun qanunvericilik əsasını yaratmaq lazımdır.
Cinayət Məcəlləsində “Kibercinayətlər” adlı 30-cu fəslin yeni redaksiyada verilməsi təklif olunur. Buraya “Kompüter sisteminə qanunsuz daxil olma”, “Kompüter məlumatlarını qanunsuz ələ keçirmə”, “Kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə”, “Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vəsaitlərin dövriyyəsi” və “Kompüter məlumatlarının saxtalaşdırılması” kimi yeni maddələr əlavə olunur. Sizə deyim ki, burada sanksiyalar da kifayət qədər ciddidir.
Cinayət Məcəlləsinə, eyni zamanda, “Uşaq pornoqrafiyasının dövriyyəsi” adlı 171-1-ci maddənin əlavə edilməsi təklif olunur. Bütün bu maddələr ancaq son illərdə dünyanın mütərəqqi ölkələrinin cinayət məcəllələrində öz əksini tapmağa başlayıb. Çünki bunlar əvvəllər mövcud olmayan yeni növ cinayətlərdir. Hesab edirəm ki, bizim Cinayət Məcəlləsində də bu maddələrin olmasına ehtiyac var. Çünki Azərbaycanda da, təəssüf ki, bu cür cinayət hadisələri baş verir.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələr (saat 13.43 dəq.)
 Lehinə  92
 Əleyhinə  1
 Bitərəf  1
 Səs verməd 1
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
25-ci məsələ. “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Bu layihə bundan əvvəl səs verdiyimiz layihə ilə bağlıdır. Təklif olunur ki, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 16-cı hissə əlavə edilsin: “16. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi kibercinayətlər törətmək olan qurğular və ya kompüter proqramları”. Hesab edirəm ki, məntiqi olaraq biz buna da səs verməliyik.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.44 dəq.)
 Lehinə  96
 Əleyhinə  1
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
26-cı məsələ. “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Bu dəyişiklik, cənab Sədr, “Yol hərəkəti haqqında” Qanunun nəqliyyat vasitələrinin dövlət qeydiyyatı haqqında 27-ci maddəsi ilə bağlıdır. Burada qeyd olunur ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılmasından ötrü qanunla müəyyən edilmiş müddətdə bir sıra sənədlər təqdim olunmalıdır. Sənədlər maddədə konkret göstərilib. Maddəyə “nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla” sözləri əlavə olunur. Beləliklə, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üçün təqdim olunan sənədlərin sayı bir halda azalmış olur. Əgər nəqliyyat vasitəsi təkrar qeydiyyata alınarsa, onda bu sənədləri yenidən təqdim etməyə ehtiyac qalmır. Elə bilirəm ki, bu, vətəndaşların, sürücülərin vəziyyətini yüngülləşdirən bir haldır. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.45 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti, 27-ci məsələ “İctimai televiziya və radio yayımı haqqında” Qanunda dəyişiklik edilməsi haqqındadır. Buyursun Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, “İctimai televiziya və radio yayımı haqqında” Qanun qəbul etmişik. Bu qanunla ictimai televiziya və radio yayımının hüquqi xüsusiyyətləri müəyyənləşdirilmişdir. Biz bilirik ki, ictimai televiziya və radio, əslində, respublikamızda demokratiyanın, ictimai şüurun, mədəniyyətin inkişafında kifayət qədər böyük bir rol oynayıbdır, bizim teleradio məkanda artıq özünəməxsus yer tutubdur. Bu gün bir sıra məsələlərə yenidən baxmaq lazımdır. Daha dəqiq desək, Yayım şurasına verilmiş səlahiyyətləri müəyyən qədər məhdudlaşdırmağa ehtiyac var. Dəyişikliklərin də bir hissəsi bununla bağlıdır.
İkinci məsələ bununla bağlıdır ki, ictimai televiziya və radio abonent hesabına olmaqla yanaşı, dövlət büdcəsindən də maliyyələşdirilməlidir. Mən deyim ki, bu təcrübə dünyanın müxtəlif ölkələrində var. Elə ölkələr var ki, orada ictimai televiziya və radio ancaq abonent və başqa qeyri-dövlət maddi mənbələri hesabına mövcuddur. Amma elə ölkələr var ki, orada həm dövlət büdcəsindən maliyyələşdirilir, həm də başqa vasitələrdən istifadə olunur.
Başqa bir məsələ yayımın texnologiyası ilə bağlıdır. Yəni nələrin nə şəkildə təqdim olunması məsələləri göstərilir. Həmin dəyişiklikləri üç istiqamətdə qruplaşdıra bilərik. On bir dəyişikliyin birinci hissəsi ictimai yayımçının öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ ilə bağlıdır. Sadəcə olaraq, bu üç anlayışı “mülkiyyət hüququ” anlayışı ilə əvəz edirik.
Başqa bir məsələ əmlakın yeniləşdirilməsi ilə bağlıdır. Əmlakın satılması, yeniləşdirilməsi və genişləndirilməsi ilə əlaqədar müəyyən səlahiyyətlər verilir. Əlbəttə, “yeniləşdirmə” anlayışı artıq ön plana keçir və “genişləndirilmə” anlayışı çıxarılır.
Başqa bir məsələ, elə bilirəm ki, daha çox maraq doğuran bir məsələdir. Baş direktorun hüquqlarının genişləndirilməsi ilə bağlıdır. Həqiqətən, elə məsələlər var ki, Yayım şurası bu məsələlərin üzərində gərək çox dayanmasın. Çünki istər-istəməz qısa müddətdə hər hansı kiçik texniki məsələni həll etmək lazım gəlir. Bundan ötrü Yayım şurasının toplanmasına, qərarlar qəbul etməsinə, əlbəttə, ehtiyac yoxdur. Kifayət qədər radikal və ictimai televiziya və radionun taleyinə təsir edən məsələlər olduqda Yayım şurasının toplanmasına ehtiyac yaranır. Amma köhnəlmiş bir avadanlığın satılması, yenisinin alınması kimi texniki məsələlərlə Yayım şurasının məşğul olmasına ehtiyac yoxdur. Bununla yanaşı, qanunda ictimai televiziya və radionun məhz ictimai funksiya daşıdığını göstərmək üçün baş direktor görülən, hətta ən kisik texniki işlərlə bağlı da Yayım şurasına məlumat verməlidir.
Bu gün ictimaiyyətdə, mətbuatımızda, digər televiziya və radio qurumlarında müzakirə olunan bir məsələ komitədə də diqqəti cəlb etdi. Bu, serialların verilməsi ilə bağlı məsələdir. Amma nəzərə almaq lazımdır ki, seriallarla bağlı artıq televiziyalarımız çox böyük təcrübə əldə ediblər. Yəni həm müsbət, həm də mənfi hallar yarandı.
Geniş azadlıq veriləndə məlum oldu ki, bizim televiziyalarımız xarici seriallara çox böyük məhəbbət göstərirlər. Əgər bu məhəbbət sənət və yaradıcılıq işi ilə əlaqədar olsa idi, əlbəttə, buna müəyyən qədər dözmək olardı. Amma təbiidir ki, seriallar daha çox reklam gətirir və televiziyalara bu baxımdan da maraqlıdır. Amma ictimai televiziyanın təcrübəsində o qədər də yox idi. Çünki ictimai televiziyanın özünəməxsus öhdəlikləri var, onun fəaliyyəti xüsusi qanunla müəyyənləşdirlir. Amma digər televiziya və radio qurumları, əlbəttə, daha çox ümumi qanunla fəaliyyət göstərirlər və daha çox fərdi xüsusiyyətlərə malikdirlər. İctimai televiziya və radio ilə əlaqədar sənədlər müzakirə olunarkən onun xüsusi təbiəti nəzərə alınmalıdır. Bunlar dəyişikliklərdə də nəzərə alınıb.
Başqa bir məsələ ondan ibarət oldu ki, bu gün fəaliyyət göstərən qanunda əgər “serial” anlayışı var idisə, artıq yeni variantda “serial” anlayışı çıxarılır. Bunun da səbəbləri məlumdur. İctimai televiziya və radionun digər teleradio qurumlarından fərqli olaraq özünün avtonomiyası var. Bunu uyğunlaşdırmağa çalışdıq, ona görə də yeni variantdan “serial” anlayışı çıxarıldı. Cənab Prezidentin sərəncamı ilə Azərbaycanın milli seriallarının yaradılması ilə əlaqədar maddi imkanlar verilib. Ona görə də milli seriallar çəkilməlidir. Əcnəbi seriallar yüksək sənət faktıdırsa, əlbəttə, göstərilməlidir və göstəriləcək. Amma bəzən istər-istəməz bundan imtina etməli oluruq. Ona görə ki, milli yaradıcılığın yerinə əcnəbi yaradıcılıq aktları bizim teleməkanımızı tutur və bu da yaxşı hal deyil.
Nəhayət, ictimai televiziyaya bir hüquq da verilir. Dünya ölkələrinin ən yaxşı bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilində subtitrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına imkan verilir. Amma nəzərə almaq lazımdır ki, burada da müəyyən məhdudiyyət qoyulur. Biz əminik ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti artıq öz təcrübəsindən istifadə edərək bu istiqamətdə işlərini düzgün quracaqdır. Yəni ifrata varmağa ehtiyac yoxdur. Mən bizim İctimai Televiziya və Radio Yayımları Şirkətinə uğurlar arzu edirəm. Elə bilirəm ki, qanunda edilən dəyişiklik də onun fəaliyyətini daha da genişləndirəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Görürəm, bu qanunda edilən dəyişiklik çox böyük maraq doğurdu. Çıxış üçün 12 nəfər millət vəkili yazılıb. Ancaq millət vəkillərindən xahiş edək ki, mahiyyəti üzrə Qanuna təklif olunan dəyişikliklərdən danışsınlar. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm, cənab Sədr. Qeyd edildiyi kimi, texniki və redaktə xarakterli dəyişikliklərlə bərabər bu dəyişikliklərin içərisində bir neçə, həqiqətən də, çox əhəmiyyətli məsələlər var. Bunlardan biri də 13-cü maddə ilə bağlıdır. Bu maddədə dublyaj və subtitrlə bağlı məsələlər nəzərə alınır. Komitədə müzakirə zamanı efirlərimizdə nümayiş etdirilən xarici, xüsusilə də Türkiyə istehsalı olan verilişlər haqqında çox geniş danışıldı. Burada iki aspekt nəzərə alınmalıdır. Yəni Avropa istehsalı və Türkiyə istehsalı olan filmlər fərqli şeylərdir. Mən burada bir aspekti qeyd etmək istəyirəm. Həqiqətən də, Türkiyə türkcəsində televiziya verilişlərinin, seriallarının birbaşa tərcüməsiz yayımlanması Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanununa ziddir. Amma gəlin məsələyə digər tərəfdən də baxaq. Türkiyə türkcəsi Azərbaycan türkcəsinə tərcümə edildikdə çox qıcıq bir vəziyyət yaranır. Sanki öz dilini öz dilinə tərcümə edirsən. Həmin dili orijinalda artıq dinləmək, görmək imkanı qazandığımıza görə tərcümə həqiqətən də çox gülünc bir səviyyədə təqdim edilir. Bu baxımdan da biz hələ ötən çağırışda təklif vermişdik ki, yenə də deyirəm, digərlərini nəzərdə tutmuram, məhz türk serialları və verilişlərində subtitrlərdən istifadə edilməsi məqsədəuyğundur. Yəni bu zaman “Dövlət dili haqqında” Qanuna riayət edilir. Bir sözlə, sözü gedən qanuna məlum dəyişikliklə “Dövlət dili haqqında” Qanuna hörmət etmiş oluruq və eyni zamanda, ortadakı qıcığı da aradan qaldırmış oluruq. Yəni bu çox yerinə düşən bir dəyişiklikdir.
Cənab Sədr, fürsətdən istifadə edərək bir müddət əvvəl dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadə edilməsi və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı haqqında verdiyi sərəncam üçün ona təşəkkürümü bildirmək istəyirəm. Bu, əslində, çox böyük bir məsələdir. Bu sərəncama böyük ehtiyacımız var idi. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan dilinin bugünkü vəziyyəti ilə bağlı həyəcan təbili çalanlardan, bəhs olunan sahədə ölçü götürülməsi vaxtının çatdığını tez-tez bildirənlərdən biriyik. Azərbaycan dilinin bu gün televiziyada, mətbuat orqanlarında, küçədəki reklam lövhəciklərində, mətbu nümunələrində yad elementlərdən xali olmadığı hər birimizə məlumdur. Bir daha qeyd etmək istəyirəm ki, bu çox əhəmiyyətli bir sərəncamdır. Bu sərəncamdan sonra, nəhayət, dövlət dilimizin təmizliyinin, saflığının qorunması istiqamətində ciddi nəticələrin, müsbət irəliləyişlərin əldə ediləcəyinə inamımız böyükdür.
Yeri gəlmişkən, mən Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında da cənab Prezidentimizin verdiyi sərəncamı qeyd etmək istəyirəm. Həsən bəy Zərdabi Azərbaycan ictimai fikrinin parlaq nümayəndəsidir və öz sağlığında tarix yaradan bir şəxs, böyük bir məktəbin banisidir. Bu məktəbin çox sayda nümayəndələri var. Həmin nümayəndələr çox təəssüf ki, bu günə qədər məktəbin yaradıcısından daha çox tətbiq ediliblər və populyarlıq qazanıblar. Ona görə də bu sərəncam bütün ədəbiyyatsevərləri, o cümlədən təmsilçisi olduğum Zərdabi yurdunun hər bir sakinini çox sevindirib. Biz bunun üçün də ölkə başçısına minnətdarıq.
Mən yubiley tədbirlərinin işıqlandırılması məsələsinə də bu qanun layihəsi ilə bağlı toxunmaq istəyirəm. Bu gün Azərbaycanda 9 televiziya kanalı fəaliyyət göstərir və hər birinin öz dəsti-xətti var. İctimai televiziya mədəniyyət, sənət, mənəviyyatla bağlı mövzulara daha böyük ağırlıq verir. Bu istiqamətdə artıq özünü formalaşdırıb. Bu baxımdan Azərbaycan mədəniyyətinin bir parçası olan belə yubileylərin işıqlandırılması, translyasiyası düşünürəm ki, birinci növbədə ictimai televiziyanın öhdəsinə düşən bir məsələdir. Azərbaycan mədəniyyətinə, təfəkkürünə, elminə öz möhürünü vurmuş insanlara cənab Prezident də dəyər verərək, onların yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayır. Düşünürəm ki, bu insanlar haqqında həmin gün yubiley salonuna toplanan, sadəcə, 300–500 tamaşaçı deyil, milyonlarla azərbaycanlı və daha geniş miqyasda Azərbaycanı bütün dünyada izləyənlər bilməli və Azərbaycan mədəniyyəti və mənəviyyatı xəzinəsini yaxından tanımalıdırlar. Bu sahədə düşünürəm ki, ictimai televiziya böyük rol oynaya bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı təkid edir. Xahiş edirəm ki, mahiyyəti üzrə danışasınız. Buyurun, Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Elə məsələdir ki, mən fikrimi bildirməliyəm. Düşünürəm ki, təkidli olmağımızın məntiqi var. İctimai televiziya, əslində, Azərbaycan cəmiyyətinin bütün tərəflərini özündə əks etdirən obyektiv, ədalətli bir televiziya və radio şirkəti statusunu özündə ehtiva edir. Əslində, belə olmalıdır. Gəlin görək belədirmi? Belə deyil. Təqdim edilmiş qanun layihəsi də, faktik olaraq, Yayım şurasının səlahiyyətlərinin bir çoxunu alıb baş direktora verir. Burada “İctimai yayım xidmətlərində kadrların seçilməsi və əmək müqavilələrinin bağlanması” adlı 8-ci maddə var. Burada baş redaktorların təsdiq olunması Yayım şurasının səlahiyyətlərindən çıxarılır və göydə qalır. Deməli, keçir direktorun səlahiyyətinə. Beləliklə, artıq İctimai Televiziya və Radio Yayımları Şirkətinin bütün səlahiyyətləri, faktik olaraq, onun baş direktorunun, yəni indiki baş direktor İsmayıl Ömərovun əlində cəmləşir. Bu isə düşünürəm ki, çox qorxulu tendensiyadır.
Oqtay müəllim, xahiş edirəm, tapşırıq verin, araşdırma aparsınlar ki, son neçə ildə Milli Məclisin fəaliyyəti, iclasları ilə, Milli Məclisdə gedən müzakirələrlə bağlı ictimai televiziya hansı ciddi xarakterli verilişlərini ortaya qoyub? Saat 8-də gedən “Xəbərlər”də, 1 dəqiqə, yarım dəqiqə ümumi jurnalist fikirlərindən və ümumi görüntülərdən başqa heç nə yoxdur. Burada 10 partiyanın nümayəndəsi, eyni zamanda, bitərəf insanlar var. Onların mövqeləri nədən ictimai televiziyada öz əksini tapmasın? Niyə? İctimai Televiziya və Radio Yayımları Şirkətində aşıqlardan ibarət bir mərkəz olmalıdır? Niyə belə olmalıdır? Ona görə də mən düşünürəm ki, ictimai televiziyanın Yayım şurası ilə bağlı məsələ ciddi müzakirə olunmalıdır. Yayım şurasının səlahiyyətləri daha da artırılmalıdır. Orada baş direktor, sözün həqiqi mənasında, diktator kimi, öz prinsiplərini düşündüyü kimi həyata keçirməli deyil. Mən bir millət vəkili kimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətindən çox narazıyam və düşünürəm ki, buna son qoyulmalıdır. Sağ olun.
Sədrlik edən. Fəzail müəllim, biz İctimai Teleradio Yayımları Şirkətini müzakirə etmirik. Ona görə də dedim ki, qanun layihəsi ilə bağlı mahiyyəti üzrə danışın. Azərbaycan Teleradio Yayım Şurasının da orada öz nümayəndəsi var, biz burada təsdiq etmişik. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

 Səsvermənin nəticələri  (saat 14.04 dəq.)
 Lehinə  89
 Əleyhinə  1
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Həmkarlar ittifaqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, əslində, kiçik dəyişiklik olmasına baxmayaraq, çox əhəmiyyətli bir dəyişiklikdir. “Həmkarlar ittifaqları haqqında” Qanunun 20-ci maddəsinə belə bir cümlə əlavə edirik: “Mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əmək haqlarından həmkarlar ittifaqlarına üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür”. Bu müddəa digər qanunlarda ehtiva olunub. Orada 4 iş günü müddəti göstərilir. Bu, bütövlükdə həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinin canlanmasına xeyli kömək etmiş olacaq. Çünki burada mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənlər ehtiva olunur. Xahiş edirəm, deputat həmkarlarım buna səs versinlər.
Sədrlik edən. Hadi müəllim, komitədə müzakirə olunanda dedik ki, orada “işçilər” yazılıb, amma “təşkilat üzvləri” olmalıdır. Bu dəyişikliyi etdiniz? Əksini tapıb?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hə, oldu. Buyursun Muxtar Babayev.
M.Babayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirəyə çıxarılmış qanun layihəsinə, qanunun 20-ci maddəsinə təklif olunan dəyişikliyə münasibətimi bildirmək istərdim. Birinci, üzvlük haqlarının mühasibatlıq tərəfindən işçilərin əmək haqlarından birbaşa tutulması o halda ola bilər ki, bu, həmkarlar ittifaqları təşkilatı ilə işəgötürən arasında bağlanmış kollektiv müqavilədə nəzərdə tutulsun.
İkincisini isə Siz artıq söylədiniz, Oqtay müəllim. Orada mütləq “işçilər” yox, “həmkarlar ittifaqlarının üzvləri” qeyd olunmalıdır. Ona görə ki, bundan həmkarlar ittifaqları təşkilatının üzvlük məsələsində könüllülük prinsipinə qarşı sui-istifadə oluna bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Bu qanunun əsas məğzlərindən biri ondan ibarətdir ki, Azərbaycanda bir çox xarici şirkətlər işləyirlər, onlar həmkarlar ittifaqları təşkilatının yaradılmasına həm mane olurlar, həm də işçiləri bu hüquqlarından məhrum edirlər. Əsas onlara aiddir. Ancaq bizim ölkədə də həmkarlar ittifaqları təşkilatları yaradılıb, üzvləri var və üzvlük haqları ödənilməlidir. Səttar Möhbalıyev.
S.Möhbalıyev. Mən də, burada əyləşənlərin çoxu da təsərrüfatda işləmişik. 1965-ci ildən bu tərəfə üzvlük haqqı mühasibatlıq vasitəsilə köçürülür. Bu qanun 1994-cü ildə hazırlananda həmin maddə yaddan çıxmışdı. İnzibati Xətalar Məcəlləsində dəyişiklik etdik ki, üzvlük haqqının vaxtlı-vaxtında keçirilməməsinə görə işəgötürən 1000 manatdan 1500 manata qədər cərimə olunur. Yəni “vaxtlı-vaxtında” sözü bir ayı da, 15 günü də ifadə edə bilər. Ancaq bu qanun layihəsində 4 iş günü nəzərdə tutulur və hər iki qanun bir-birini tamamlayır.
İkinci, Muxtar müəllim burada çıxış etdi. Muxtar müəllim, Siz həmin şirkətə təzə gəlmisiniz, sizdən öncə 500 min manatdan artıq vəsait mənimsənilib. Həmin şirkətin başçısının yarıtmaz işi nəticəsində üzvlük haqqı tutulub, indiyə qədər bu vəsaitlərdən xəbər olmayıb. Yəni sovet dövründə də, indi də mühasibatlıq vasitəsilə, köçürmə yolu ilə tutulur. Bu həm baş sazişdə öz əksini tapıb, həm yerlərdə bağlanan kollektiv müqavilələrdə, həm də tarif sazişində. Nəzərinizə çatdırım ki, əslində, dünyada üzvlük haqqı köçürmə yolu ilə, özü də 4 iş günü yox, bir iş günü müddətində avtomatik olaraq müvafiq həmkarlar təşkilatının hesablaşma hesabına köçürülür.
Digər tərəfdən, nəzərinizə çatdırım ki, bəzi üzdəniraq işəgötürənlər illərlə üzvlük haqqını tutur, amma 50 min, 30 min borc əmələ gəlir. Əgər pullar tutulubsa, hesablaşma hesabında qalmalıdır. Sonra yoxlama gəlir ki, bu pullar nə hesablaşma hesabında var, nə də həmkarlar təşkilatında. Ona görə də biz bu məsələni qaldırmışdıq. Mən öz təşəkkürümü bildirirəm ki, Prezident Administrasiyasında da buna dəstək veriblər. Komitədə də biz müzakirə etmişik. Mən əminəm ki, layihə səsə qoyulub qəbul olunacaq. Mən xahiş edirəm ki, buna səs verəsiniz.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də deputat həmkarlarımı qanun layihəsinə səs verməyə çağırıram. Doğrudan da, burada məsələ ədalətli şəkildə qoyulub. Əgər üzvlük haqqı toplanılırsa, onun köçürülməsi həm vaxtlı-vaxtında, həm də məsul olan şəxs tərəfindən həyata keçirilməlidir. Bilirsiniz ki, Azərbaycanda dövlət müəssisələri ilə yanaşı, özəl müəssisələr də fəaliyyət göstərir. Bu müəssisələrdə də həmkarlar ittifaqlarının kifayət qədər üzvləri var. Məsələn, neft sahəsində çalışan xarici şirkətlərin azərbaycanlı işçilərə qarşı hərəkətlərinin həmkarlar ittifaqları tərəfindən necə müdafiə olunmasını görmüşük. Onlar da həmkarlar ittifaqlarının üzvüdürlər. Bu qayda həmin şirkətlərə də tətbiq olunmalıdır ki, onlar da vaxtlı-vaxtında ayrılan üzvlük haqlarını versinlər.
Xarici ölkələrdə – Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada bunlar dərhal həyata keçirilir. Bu təşkilatlara üzv olan insanlar onların hüquqlarının müdafiəsi, onlara digər xidmətlərin göstərilməsi məsələlərinə də, üzvlük haqları məsələsinə də həmişə ciddi şəkildə yanaşırlar. Qanunvericiliyə əlavə və dəyişiklik tamamilə yerindədir. Deputat həmkarlarımı bunu müdafiə etməyə və səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.11 dəq.)
 Lehinə  95
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, 29-cu məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlıdır. Buyurun, Azər Badamov.
A.Badamov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Regional siyasət komitəsi tərəfindən təqdim olunan qanun layihəsi “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədədir. İsmayıllı rayonu bölməsində 30.11-ci və 30.24-cü sıraların ləğv edilməsi nəzərdə tutulur.
Milli Məclisin 2011-ci il 13 dekabr tarixli iclasında qəbul etdiyimiz qanunla, hörmətli həmkarlarımın dəstəyi ilə İsmayıllı şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar ərazisinin genişləndirilməsi məqsədi ilə İsmayıllı rayonunun Dülgan, Qəzli və İsmayıllı kəndləri ləğv edilərək Azərbaycan Respublikası ərazi vahidlərinin dövlət reyestrindən çıxarılmış, İsmayıllı şəhərinə birləşdirilmişdir. İndi təqdim olunan qanun layihəsi də ləğv olunmuş yaşayış məntəqələrini əhatə etmişdir. İsmayıllı və İlican kənd ərazilərinin bələdiyyələrin siyahısından çıxarılması ilə əlaqədardır. Qanun layihəsinin komitəmizdə müzakirə olunaraq Milli Məclisin geniş iclasına təqdim olunması haqqında qərar qəbul edilmişdir. Dəyərli həmkarlarım, qanun layihəsinə münasibət bildirmənizi xahiş edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.13 dəq.)
 Lehinə  91
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  92
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər haqqında. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, Vergi Məcəlləsinin 23.1.13-cü maddəsinin aşağıdakı redaksiyada oxunması təklif olunur: “Aksiz markası ilə markalanmalı olan malların markalanmadan satışının, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanmadan yayılmasının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoymaq”.
Eyni zamanda, Vergi Məcəlləsinin 50-ci maddəsində bu müddəa öz əksini tapmışdır. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.15 dəq.)
 Lehinə  92
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
31-ci məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər bütövlükdə istehlakçıların hüquqlarının qorunması istiqamətində dövlətin apardığı islahatların daha da təkmilləşdirilməsinə xidmət edir. Qanuna “nəzarət markası” anlayışı əlavə edilir. Burada “nəzarət markası” anlayışının tərifi, məzmunu verilmişdir. Eyni zamanda, nəzarət markasının yapışdırılması vacib sayılan, tələb olunan sahələr müəyyənləşdirilmişdir. Bunlar dərman vasitələri, audiovizual əsərlər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab nüsxələri və digər müəlliflik və əlaqəli hüquq obyektləri, dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məlumatlar, dini məzmunlu başqa məlumat materiallarıdır.
“Satıcı istehlakçıya qanunvericiliklə nəzərdə tutulmuş hallarda nəzarət markası ilə markalanmış malları, məlumatları və məlumat materiallarını verməlidir. Nəzarət markası ilə markalanmamış malların, məlumat materiallarının satılmasını, satış məqsədi ilə saxlanmasını və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasını həyata keçirən şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
Millət vəkillərindən xahiş edərdim ki, 1-ci və 10-cu maddəyə edilən bu dəyişikliklərə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Buyurun, Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən bu dəyişikliyə səs verəcəyəm. Amma bu gün Azərbaycanda istehlakçıların hüquqlarının ən çox pozulduğu sahə elektrik məişət avadanlıqlarının və cihazlarının alınması zamanı onlara verilən təminatla bağlıdır. Bütün ticarət şəbəkəsinin razılığı ilə elə bir müqavilə layihəsi hazırlayıblar ki, təminat müddəti başa çatmamış avadanlığı təmir etdirmək mümkün olmur. Ya gərək cihaz özü iki yerə bölünə, ayrıla, ya da plastmas hissəsi qırıla ki, bunu dəyişələr. Deyirlər ki, cihaz elektrikə görə yansa, biz məsuliyyət daşımırıq. Enerji artıbsa, get “Azərenerji”ni məhkəməyə ver. Ona görə də hesab edirəm ki, müvafiq qurumlar, Ziyad müəllim, bunu nəzarətdə saxlamalıdırlar.
Vahid müqavilə formasını parlamentdə təsdiq edək və vətəndaşlarımızı bu cür özbaşınalıqlardan qoruyaq. Vətəndaş kondisioner, televizor, paltaryuyan, qabyuyan maşınlar alarkən deyirlər ki, bir-iki il zəmanət veririk. Amma sonra bəlli olur ki, bu zəmanət cəfəngiyatdan başqa bir şey deyil. Məlum olur, müqavilədə yazılıb ki, əgər bu elektrikdən yansa, biz məsuliyyət daşımırıq. Elektrik cihazı da başqa nədən yanacaq? Bu məsələyə diqqətinizi cəlb etmək istəyirdim. Çox sağ olun. Qanun layihəsinə səs verəcəyəm.
Sədrlik edən. Çox sağ olun. Amma siz özünüz dediniz ki, müqavilədə yazılır, bunu yaxşı oxumaq və şərtləri dəyişmək lazımdır. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.19 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
32-ci məsələ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədədir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr, icazə versəniz, 32, 33, 34-cü məsələləri sıra ilə məruzə edərdim, çünki hamısı cinayət və cinayət-prosessual qanunvericiliklə bağlıdır.
32-ci məsələ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlıdır. Bu məsələ artıq hörmətli Ziyad Səmədzadənin öncə etdiyi məruzələrdən irəli gəlir. Təklif olunur ki, malların və məmulatların və məlumat materiallarının nəzarət markası olmadan yayılmasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 150 manat cərimə edilsinlər. Eyni zamanda, həmin materialların müsadirəsi də həyata keçirilir.
33-cü məsələ Cinayət Məcəlləsində dəyişiklik edilməsi ilə bağlıdır. Hörmətli həmkarlar, 2011-ci il 21 oktyabr tarixdə Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 183.2.4-cü maddəsinin şərh edilməsinə dair qərar qəbul edib. Həmin qərarda göstərilir ki, hədə-qorxu ilə tələb etmə cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində əks olunan zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə tövsifedici əlamətinin, həmçinin məcəllənin 182.1-ci maddəsinin dispozisiyasına uyğunlaşdırılması Milli Məclisə tövsiyə olunsun.
Milli Məclis də bu tövsiyəni nəzərə alıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu layihə hazırlanıb və sizin diqqətinizə təqdim olunub. Biz bunu etməklə həm Konstitusiya Məhkəməsinin tövsiyəsini nəzərə alırıq, həm də qanunvericilikdəki bu məsələni dəqiqləşdirmiş oluruq.
Nəhayət, 34-cü məsələ Cinayət-Prosessual Məcəlləsində hakimə etiraz, apellyasiya şikayətinin və apellyasiya protestinin verilmə müddətləri və halları ilə bağlıdır. Təəssüf ki, praktikada bəzən bu cür problemlər yaranır. Bu məsələ Ali Məhkəmədə, işçi qrupunda da öyrənilmişdir. Təklif olunur ki, 384-cü maddənin 384.1.4-cü hissəsi çıxarılsın. Çox sağ olun, cənab Sədr.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən qısa olaraq iki məsələyə münasibət bildirəcəyəm. Biz Cinayət-Prosessual Məcəlləsinə hər dəfə əlavə və dəyişikliklər edirik. Yeri gəlmişkən, Əli müəllimdən soruşmaq istəyirəm. Biz 2000-ci ildən Cinayət-Prosessual Məcəlləsinə andlı iclasçılar institutunu daxil etmişik. 12 ildir bu qanun qüvvəyə minmir, bunun səbəbi nədir? Niyə biz bunu tətbiq etmirik? Əgər tətbiq etməyəcəyiksə, müvafiq qanunvericilikdə saxlamağın adı nədir? Hətta mən xatırlayıram ki, bir dəfə biz qüvvədə olmayan qanuna əlavə və dəyişikliklər də etdik. Mən güman edirəm ki, hüquqi islahatlar çərçivəsində bu institutun tətbiqinə başlanmalıdır. Biz məhkəmə təcrübəsinə baxanda görürük ki, andlı iclasçılar institutunun tətbiq olunduğu ölkələrdə bəraət hökmlərinin sayı adi məhkəmələrin çıxardıqları bəraət hökmlərinin sayından on dəfə artıqdır. Bu məsələyə xüsusi diqqət lazımdır. Bu, insan hüquqları sahəsində, hesab edirəm ki, qanunun aliliyinin təmin olunması baxımından irəliyə doğru çox böyük bir addım olardı.
Bir də mən Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə bağlı fikrimi bildirmək istəyirəm. Burada qeyd olunan “zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə” müddəası ağırlaşdırıcı hal kimi qanunvericiliyə daxil edilir. Quldurluq nədir? Quldurluq – özgənin əmlakını talamaq məqsədi ilə insanın həyat və səhhəti üçün təhlükəli olan zor tətbiq etmədir. Mən hesab edirəm ki, əgər az vəsait ələ keçirmək məqsədi ilə şəxs belə bir ağır cinayətə əl atırsa, bu daha təhlükəlidir. Yəqin burada oturanların da hamısı razılaşar ki, bir var 100 min manat ələ keçirmək məqsədi ilə bu cür ağır bir cinayət törədilə, başqasının həyatı təhlükə altına qoyula, bir də var 500 manata görə. 500 manata görə törədilən cinayət, hesab edirəm ki, daha ağırdır, bunu törədən isə cəmiyyət üçün daha təhlükəli şəxsdir. Bu baxımdan, bunun ağırlaşdırıcı hal kimi, xeyli miqdarda ziyan vurmağa görə normaya daxil edilməsində, sadəcə, mən məntiq görmədim. Mən öz münasibətimi bildirmək istədim. Sağ olun.
Sədrlik edən. Əli müəllim, buyurun, xahiş edirəm, qısaca cavab verin.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. İkinci məsələ ilə bağlı onu deyə bilərəm ki, əlbəttə, hədə-qorxu ilə tələb edən, həmin cinayəti törədən şəxsin məqsədi əmlak ələ keçirməkdir. Aydındır ki, ziyan vurulur, amma məqsəd əmlakı ələ keçirməkdir. Mən elə bilirəm ki, Konstitusiya Məhkəməsinin qərarında da bizə verilən tövsiyənin məntiqi əsası var. Bu halda “zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla törədildikdə” sözləri xeyli miqdarda əmlak ələ keçirmək məqsədini ifadə edir, çünki məqsəd ondan ibarətdir.
Hörmətli Qüdrət müəllimin andlı iclasçılar ilə bağlı fikri bizim qanunvericilikdə var, amma hələlik qüvvəyə minməyib. Mən də hüquqşünas kimi bu fikri dəstəkləyirəm. Amma bu mənim şəxsi mövqeyimdir. Hesab edirəm ki, andlılar məhkəməsi institutu Qərbdə insanların, vətəndaşların ədalət mühakiməsi prosesində iştirakını təmin edən bir haldır. İnsanlar özləri ədalət mühakiməsində iştirak edirlər. Bilirsiniz, keçmiş sovetlər dövründə bizdə formal da olsa xalq iclasçıları var idi. Amma Qərbdə insanların ədalət mühakiməsində iştirakı təmin edilir və insanlar prosesdə iştirak etməklə həm də ədalət mühakiməsinə inanırlar. Təəssüf ki, biz indiyə qədər insanlarımızın ədalət mühakiməsinə inamını tam formalaşdıra bilməmişik. Amma bu mənim şəxsi mövqeyimdir. Komitə sədri kimi isə bu məsələ ilə bağlı fikir söyləməkdən bir qədər çəkinirəm. Elə bilirəm ki, biz ictimai müzakirələr keçirsək, daha əhəmiyyətli olar. Çünki bu məsələ ilə bağlı ciddi fikir ayrılığı mövcuddur.
Sədrlik edən. Sağ olun. Başqa suallar yoxdursa, gündəliyin 31-ci məsələsinə – İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.27 dəq.)
 Lehinə  99
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
33-cü məsələyə – Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.27 dəq.)
 Lehinə  94
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

 Çox sağ olun, qəbul edildi.
 Nəhayət, bugünkü iclasın sonuncu, 34-cü məsələsi olan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirin.

 Səsvermənin nəticələri  (saat 14.28 dəq.)
 Lehinə  93
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, növbədənkənar sessiyanın iclaslarında fəal iştirakınıza görə bir daha minnətdarlığımı bildirirəm. Qarşıda sizləri tətil gözləyir. Bu tətil zamanı sizlərə müvəffəqiyyət və xoş əhval-ruhiyyə arzulayıram. İndi isə növbədənkənar sessiyanı bağlı elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)


 
EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ

12 iyun 2012-ci il
———
Cavanşir Feyziyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, ikinci oxunuşda müzakirəyə təqdim olunan məcəllə layihəsi ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən şəhərsalma və tikinti kimi mühüm bir fəaliyyət sahəsində proseslərın hüquqi cəhətdən daha mükəmməl şəkildə tənzimlənməsi zərurətindən irəli gəlir. Bu qanunvericilik sənədinin indi, ölkəmizin hər yerində tikinti işlərinin xüsusilə vüsət aldığı bir vaxtda müzakirə edilərək qəbul olunması həmin sahədə mövcud problemlərin həllinə və ümumiyyətlə, tikinti sektorunun beynəlxalq standartlara uyğun, müasir üsullar və qaydalar əsasında daha da inkişaf etdirilməsinə öz töhfəsini verə bilər.
Bu məcəllə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlət orqanlarının, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, həm də əhalinin sağlam yaşayış və iş şəraiti ilə təmin olunması məqsədi ilə məskunlaşma sisteminin formalaşdırılması, ərazilərin, şəhərlərin və digər yaşayış məntəqələrinin tikintisi və abadlaşdırılması, istehsal, sosial, mühəndis-kommunikasiya təminatı və nəqliyyat infrastrukturunun inkişafı, şəhərsalma və tikinti fəaliyyəti zamanı təbiətdən səmərəli istifadə edilməsi, mədəni irsin qorunması və ətraf mühitin mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək. Bu baxımdan tikinti sahəsi müxtəlif qurumlar arasında maraqların daha çox toqquşduğu fəaliyyət sahəsidir. Ona görə də bu məcəllədə tikinti fəaliyyəti prosesində maraqların toqquşmasından maraqların uzlaşmasına keçidi təmin edən müddəaların yer alması olduqca vacibdir.
Məzmunundan göründüyü kimi, layihə şəhərsalma və tikinti sahəsindəki beynəlxalq təcrübənin və eləcə də tikinti fəaliyyəti sahəsində Azərbaycanda toplanmış yerli təcrübənin nəzərə alınması ilə hazırlanmışdır. Birinci oxunuş zamanı deputat həmkarlarım tərəfindən səsləndirilən bir sıra təkliflər də məcəllə layihəsinin ikinci oxunuşa çıxarılan varıantında öz əksini tapmışdır. Bununla belə layihənin bir sıra məqamları ilə bağlı bəzi fikirlərimi və mülahizələrimi bildirmək istərdim.
İlk növbədə, bu layihədə tikinti sahəsindəki bəzi bürokratik əngəllərin aradan qaldırılmasına yönəlmiş müddəaların yer almasını qeyd etmək istərdim. Bu, hündürlüyü üç mərtəbəyə qədər olan evlərə və digər tikinti obyektlərinə münasibətdə icazə prosedurlarının sadələşdirilməsi və sair bu kimi digər məsələlərin layihədəki şərhində öz əksini tapmışdır. Amma bununla yanaşı, layihənin həmin üstünlüyünü inkişaf etdirərək beynəlxalq praktikada bu sahədə özünü doğrultmuş bir sıra mütərəqqi təcrübələri də əlavə etmək faydalı olardı.
Məsələn, 73-cü maddədə mərtəbəsi 3-dən, hündürlüyü 12 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə əlaqədar yalnız məlumatlandırmanın tələb edildiyi və 30 gün müddətində irad bildirilmədikdə tikintini aparmağın mümkün olmasının göstərilməsi olduqca təqdirəlayiq bir haldır. Lakin irad bildirilməsinə əsas yaradan göstəricilərin bu məcəllə layihəsində sadalanmaması praktikada müxtəlif subyektiv yozumlara və qeyri-obyektiv yanaşmalara şərait yarada bilər.
Nəzərə alınması zəruri olan digər bir məsələ tikinti aparılmasına icazə verilən sahənin mülkiyyətdə olan ümumi torpağın sahəsinə nisbətinin qanunvericilik səviyyəsində təsbit olunmasından ibarətdir. Belə ki, bir çox hallarda mülkiyyətində 1000 kv.m torpağı olan mülkiyyətçi həmin torpaq sahəsi üzərində 900 kv.m və bəzən daha böyük ölçüdə bina inşa edir. Nəticədə yanaşı tikilmiş binalar arasında heç bir məsafənin qalmaması istər texniki təhlükəsizlik, istər estetik və hətta ekoloji baxımdan müxtəlif fəsadlara gətirib çıxarır. Xüsusilə hündür mərtəbəli binaların tikintisi zamanı belə bir nisbətə riayət olunmaması həmin binaların ətrafında həm insanların, həm də avtomobil vasitələrinin gediş-gəlişini çətinləşdirir. Ona görə də həm fərdi yaşayış evlərinin, həm də ictimai binaların tikintisinə icazə verilən zaman, ümumiyyətlə, istənilən bina və ya qurğuların tikintisi zamanı bu nisbətə riayət olunmasına böyük ehtiyac vardır. Bir sıra ölkələrdə, məsələn, Baltikyanı ölkələrdə mülkiyyətdə olan torpağın yalnız üçdə bir hissəsində tikinti aparmağa icazə verilir. Zənnimcə, bu təcrübənin bizdə də tətbiq olunmasını təmin etməkdən ötrü həmin nisbət parametrinin müəyyən edilməsi və bu məcəllədə öz əksini tapması faydalı olardı.
Məcəllədə Azərbaycan üçün ciddi aktuallıq kəsb edən “istismara yararsız tikililər” məsələsinə də aydınlıq gətirilməsi məqsədəuyğun olardı.
Nəhayət, xüsusi qeyd olunmalı məsələlərdən biri də ondan ibarətdir ki, məcəllə layihəsinin dili çox ağırdır. Layihədə semantik baxımdan anlaşılmaz sözlər və müddəalar da az deyil. Çoxsaylı üslub səhvləri var. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun surətdə məcəllənin dilinin sadələşdirilməsini, üslub səhvlərinin aradan qaldırılmasını və əksəriyyət üçün başa düşülən hala gətirilməsini zəruri hesab edirəm.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU