13.11.2012 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  № 48

Milli Məclisin iclas salonu.
13 noyabr 2012-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədr O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 102
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil na-ziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və in-formasiya texnologiyaları naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.

*   *   *

Rüfət Aslanlı, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Elşad İskəndərov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.

*   *   *

Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət So-sial Müdafiə Fondunun sədri.

*   *   *

Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.

*   *   *

Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesa-blama Palatasının auditoru.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatından

Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabi-neti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şö-bəsinin müdiri.


*   *   *

Alim Quliyev, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti sədrinin birinci müavini.
İlham Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Həmid Bağırov, Azərbaycan Respublikası Dövlət Statis-tika Komitəsi sədrinin birinci müavini.
Elsevər Ağayev, Azərbaycan Respublikası səhiyyə nazi-rinin müavini.
Rahim Lətifov, Azərbaycan Respublikası fövqəladə  hallar nazirinin müavini.
Tofiq Rəfiyev, Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fon-dunun 2013-cü il büdcəsi haqqında Azərbaycan Respubli-kası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə,  Samir Şərifov,  Şahin Mustafayev,  Heydər Əsədov, İlyas İs-mayılov, Zeynəb Xanlarova, İsmayıl Hacıyev, Mübariz Qurbanlı, Zahid Oruc, Fazil Mustafa, Xanhüseyn Kazımlı, Əli Məsimli, Gövhər Baxşəliyeva, Ziyafət Əsgərov, Əli Əhmədov, Jalə Əliyeva, Siyavuş Novruzov, Eldar İbrahimov, Astan Şahverdiyev, Elton Məmmədov.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

13  noyabr 2012-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri!
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 103
Yetərsay 83

Yetərsay var. Kim səs vermədi? Xahiş edirəm, bir də səs verin.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 102
Yetərsay 83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il noyabrın 13, 14, 15-də keçiriləcək iclaslarının gündəliyi hamınıza paylanılıb. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz. 

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu.
Azərbaycan Respublikasının Konstitusiyasına və “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim olunmuşdur.
2013-cü il üzrə dövlət büdcəsinin, Dövlət Sosial Müdafiə Fondunun   büdcəsinin layihələri, 2013-cü il və növbəti 3 il üzrə iqtisadi və sosial  inkişaf konsepsiyası  və proqnoz göstəriciləri, 2013-cü ildə büdcə-vergi siyasətinin və 2013–2016-cı illər üçün dövlət investisiya proqramlarının əsas istiqamətləri, 2013-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının  həddi haqqında qanun layihələri ölkəmizdə həyata keçirilən  sosial-iqtisad strategiyaya uyğun olaraq  hazırlanmışdır. Bu sənədlərdə həmçinin  ölkənin sosial-iqtisad inkişafının göstəriciləri və yaxın gələcəyi əhatə edən proqnozlar öz əksini tapmışdır.
Gələn ilin büdcə layihəsi haqqında Hesablama Palatasının rəyi millət vəkillərinə təqdim edilmişdir. Büdcə zərfi Milli Məclisin bütün komitələrində müzakirə edilmiş və Milli Məclisin plenar iclasına  tövsiyə edilmişdir. 
Hörmətli millət vəkilləri, büdcə zərfinin müzakirəsi za-manı mən öz qeydlərimi edəcəyəm. Ancaq indi biz iclasın gedişat formasını müəyyənləşdirməliyik. Təklif edirəm ki, ilk sözü İqtisadi siyasət komitəsinin sədri Ziyad Səməd-zadəyə, sonra hörmətli maliyyə naziri Samir Şərifova və iqtisadi inkişaf naziri Şahin Mustafayevə verək. Onlardan sonra Hesablama Palatasının sədri Heydər Əsədov öz rəyini bildirəcək.
Çıxışlar üçün  neçə dəqiqə vaxt verək? 25 dəqiqə bəs edər?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, müzakirələr üçün 10 dəqiqə, çıxışlar üçün 25–30 dəqiqə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri!
Artıq xeyli vaxtdır, cəmiyyətdə 2013-cü il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi ölkənin sosial-iqtisadi həyatında mühüm hadisə kimi qiymətləndirilir, çoxlu fikirlər, təkliflər səslənir və xüsusi olaraq vurğulanır ki, ölkənin ali maliyyə sənədinin qəbulu ölkəmizdə yeni kəmiyyət və keyfiyyət dəyişiklikləri ilə müşayiət olunacaqdır. Büdcənin nəzərdə tutulan parametrləri ölkənin inkişaf istiqamətlərinə, onun məqsəd və vəzifələrinə nə dərəcədə cavab verir? Dövlətin iqtisadi-sosial siyasətini xarakterizə edən göstəricilərin səviyyəsi, onların dəyişmə meyli dövlətin milli maraqlarının qorunmasına, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına nə dərəcədə xidmət edir?
Milli Məclisin komitələrinin ümumi fikri ondan ibarətdir ki, 2013-cü il dövlət büdcəsi haqqında qanun layihəsi “Büdcə sistemi haqqında” Qanuna və digər normativ aktlara uyğun olaraq hazırlanmışdır və 2013-cü ildə ölkənin iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi istiqamətində mühüm mərhələ olacaqdır.
Artıq bir neçə gündür ki, biz hökumət, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və digər strukturların əməkdaşları ilə büdcə, iqtisadi inkişaf, onun ayrı-ayrı istiqamətlərinə dair müzakirələr aparırıq. Bu müzakirələrdən çıxarılan ən mühüm nəticə ondan ibarətdir ki, hökumət, onun iqtisadi strukturları çox böyük məsuliyyətlə, professionallıqla büdcə layihəsinin inkişaf konsepsiyasını  və digər sənədləri Milli Məclisə təqdim etmişlər.
Bir neçə ildir ki, qlobal dünya böhranı bir çox ölkələrin iqtisadiyyatına, sosial şəraitinə ciddi zərbələr vurmuşdur. Dünya iqtisadiyyatının inkişaf sürəti xeyli aşağı düşmüş, böhrana düçar olmuş ölkələr ağır problemlər, sosial gərginliklərlə üzləşmişlər. Ən nüfuzlu beynəlxalq təşkilatların, inkişaf etmiş dövlətlərin başçılarının iştirakı ilə dəfələrlə aparılan müzakirələr, antiböhran tədbirləri hələ də lazımi səmərə verməmişdir. Dünya böhranı onu da təsdiqlədi ki, inkişaf səviyyələrinə, siyasi sistemlərinə, tarixi şəraitinə və sair spesifik amillərə görə bir-birindən xeyli fərqlənən ölkələr üçün vahid oyun qaydaları səmərə vermir, böhrandan daha çox azad bazar münasibətlərini tam fetişləşdirən, dövlətin rolunu minimuma endirən, real sektoru arxa plana atan ölkələr əziyyət çəkirlər.
Azərbaycan isə dünya böhranından ən az itki ilə çıxan ölkə kimi tanındı. Bunun da əsas səbəbi odur ki, dövlət başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatını qlobal ma-liyyə böhranının dağıdıcı zərbələrindən qorumaq üçün düşünülmüş, milli maraqlara cavab verən strategiya müəyyənləşdirdi, hökumət qabaqlayıcı tədbirlər gördü. Milli Məclis bir sıra qanunlarda dəyişikliklər etdi, milli iqtisadiyyatın inkişafına dövlət dəstəyi artırıldı.
Belə bir uğurlu siyasətin nəticəsidir ki, dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanın iqtisadi inkişaf səviyyəsi yüksəlir, ölkəmizin iqtisadi potensialı güclənir, maliyyə imkanları artır. Son illər Azərbaycan bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricinin – ümumi daxili məhsulun artım sürətinə görə lider ölkələr sırasındadır. Gələn il ümumi daxili məhsulun həcmi 56 milyard manat (71 milyard dollar) təşkil edəcəkdir ki, bu da 2003-cü ilə nisbətən 8 dəfə çoxdur. Məhz belə yanaşmanın məntiqi nəticəsidir ki, ölkə iqtisadiyyatının dinamik inkişaf meyli qorunub saxlanılmışdır. Bir neçə maraqlı rəqəmləri müqayisəli şəkildə sizin nəzərinizə çatdırmaq istəyirəm.
1990–2000-ci illərdə respublikada ümumi daxili məhsu-lun orta illik aşağı düşmə sürəti (MDB məkanında ən yük-sək)  6,1% təşkil etmişdir ki, bu da bilavasitə müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatının böhran vəziyyətində olması ilə əlaqədar idi. 2000–2008-ci illərdə Azərbaycanda ümumi daxili məhsulun orta illik artım sürəti 18,1 faizə bərabər olmuşdu ki, bu da nəinki MDB məkanında, eləcə də dünyada ən yüksək göstərici kimi qiymətləndirilmişdir. Bəzi rəqəmlər də diqqəti cəlb edir. Beynəlxalq  ekspertlərin hesablamalarına görə, 1991–2011-ci illərdə MDB məkanında ən yüksək artım Azərbaycanda  olmuşdur, 2,4 dəfə. 2011-ci ildə Ukrayna, Gürcüstan, Tacikistan, Moldova ümumi daxili məhsulun həcminə görə 1991-ci il səviyyəsinə çatmamışdılar.
Azərbaycanda əldə edilən yüksək inkişaf sürəti ölkəmizin MDB dövlətləri ilə müqayisədə iqtisadi gücünün və iqtisadi inkişaf səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. 1999-cu ildə hər nəfərə düşən ümumi daxili məhsulun həcminə görə Azərbaycan MDB dövlətləri arasında 12-ci yeri, 2011-ci ildə isə 6-cı yeri tutmuşdur. XX əsrin sonlarında ümumi daxili məhsulun hər nəfərə düşən miqdarına görə Azərbaycan Belarus, Türkmənistan, Özbəkistan, Gürcüstan, Ermənistan, Ukraynadan geri qalırdısa, 2011-ci ilin yekunlarına görə ölkəmiz həmin respublikaları xeyli dərəcədə arxada qoymuşdur.
Beynəlxalq təşkilatların hesablamalarına görə, 2011-ci ildə hər nəfərə düşən ümumi daxili məhsulun miqdarı Gür-cüstan üzrə müvafiq göstəricidən 2,1 dəfə, Ermənistandan 2,3 dəfə çox olmuşdur, halbuki 1999-cu ildə Ermənistanda hər nəfərə 610 dollar, Gürcüstanda 780 dollar, Azərbaycan-da isə 570 dollar ümumi daxili məhsul düşürdü. 2011-ci ildə bu rəqəmlər Ermənistanda 3033 dollar, Gürcüstanda 3200 dollar, Azərbaycanda isə 6900 dollar olmuşdur. Qarşıdakı dövrdə də ən mühüm strateji vəzifələrdən biri ölkədə iqtisadi inkişafın sürətli və keyfiyyətli artımını təmin etməkdən ibarət olacaqdır ki, bu da iqtisadi inkişaf səviyyəsini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmağa real imkan yaradacaqdır.
Təbii ki, ildən-ilə iqtisadiyyatımız gücləndikcə hər bir faiz artımı da təmin etmək çox çətindir. Lakin bu vəzifənin də öhdəsindən Azərbaycan uğurla gəlir. Mən bir faktı nəzə-rinizə çatdırmaq istəyirəm ki, 2003-cü ildə ümumi daxili məhsulun 1 faiz artımının tutumu 71 milyon manat  təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 560 milyon manat, o cüm-lədən qeyri-neft sektoru üzrə 344 milyon manat olmuşdur.
Büdcə zərfinə daxil olan sənədlərdən görünür ki, Azər-baycan hökuməti ölkənin maliyyə imkanlarının genişlən-məsinə baxmayaraq, onlardan səmərəli istifadə edilməsini, 2013-cü il üçün yeni maliyyə imkanlarının tapılmasını dövlət büdcəsinin hazırlanması zamanı prioritet vəzifələrdən biri hesab etmişdir. Bunu sizlərə təqdim edilmiş materiallar, Hesablama Palatasının ətraflı, dolğun rəyi də təsdiq edir.
Bir məsələni qeyd etmək istərdim. Ölkə iqtisadiyyatında sabitlik və davamlılıq meyillərinin güclənməsi, iqtisadi qa-nunvericilik bazasının təkmilləşməsi, məqsəd və vəzifələri dəqiq müəyyən edilmiş strateji proqramların qəbulu, bütöv-lükdə idarəetmə mədəniyyətinin yüksəlməsi yaxın və uzaq gələcəyi əhatə edən hədəflərin proqnozlaşdırılması işinə öz müsbət təsirini göstərmişdir. Söhbət 2013-cü il dövlət büdcəsi haqqında qanun layihəsinə əlavə edilmiş sənədlər-dən, o cümlədən 2013–2016-cı illər üçün toplu maliyyə ba-lansından, 2013 və növbəti 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərindən gedir.
Qeyri-neft sektoru üzrə artım 10 milyard manat təşkil edəcəkdir ki, bu da məlum səbəblər üzündən neft sektoru üzrə azalmanı 1,9 dəfə örtəcəkdir. Ətraflı şərhə, mənə elə gəlir, ehtiyac yoxdur. Bəzi mətbuat səhifələrində mütəmadi olaraq qeyri-neft sektorunun zəif inkişafı ilə əlaqədar  ob-yektivlikdən uzaq yazılar verilir. Amma bu faktlar göstərir ki, bütövlükdə neft sektorunda müəyyən azalmanın olmasına baxmayaraq, Azərbaycanın ümumi daxili məhsulu 5,3 faiz artacaq və bu artım da bilavasitə qeyri-neft sektorunun hesabına əldə ediləcəkdir.
2013-cü ildə ölkənin ümumi daxili məhsulu 71 milyard dollar təşkil edəcəkdir. 2009-cu ilə nisbətən artım 27 mil-yard dollar olacaqdır ki, bu artımın da 55 faizi qeyri-neft sektorunun hesabına təmin ediləcəkdir. 2013-cü ildə onun xüsusi çəkisi 61,4 faiz təşkil edəcəkdir. Ümumi daxili məh-sulun  strukturunda müsbət keyfiyyət dəyişikliklərinin baş verməsi gözlənilir. Bu rəqəmlər cənab Prezident İlham Əli-yevin qeyri-neft sektorunun üstün inkişafı barədə müəyyən etdiyi strateji xəttin uğurla həyata keçirilməsini əyani sübut edir.
XXI əsrin birinci onilliyində ümumi daxili məhsulun yüksək sürətlə artması ölkənin maliyyə imkanlarının genişlənməsini, büdcə gəlirlərinin daha sürətlə artmasını təmin etmişdir. Artıq 10 ilə yaxındır ki, büdcə gəlirlərinin artması ümumi daxili məhsulun artımını üstələyir. Bu meyil hökumət, Maliyyə Nazirliyi və digər iqtisadi strukturlar tərəfindən 2013-cü il üçün də nəzərdə tutulmuşdur. Belə bir meyil müasir dövr, daha dəqiq desək, müəyyən mərhələ üçün obyektiv zərurətdir və ölkənin sosial-iqtisadi inkişafında dövlət büdcəsinin rolunun yüksəlməsini xarakterizə edir.
Aşağıda gətirəcəyim faktlar dediklərimə əyani sübutdur. 2003-cü ildə dövlət büdcəsinin gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 17 faiz idi, 2013-cü ildə bu rəqəm  34,1 faiz olacaqdır. Hər nəfərə düşən büdcə gəlirləri 147 manat idi, 2013-cü il üçün 2037 manat nəzərdə tutulub. Əsrin əvvəlində büdcəmiz 1 milyard dollar idi, 2013-cü ildə büdcənin gəlir və xərcləri 24,4–25,2 milyard dollar civarında müəyyən edilmişdir. Bu bir tarixi nailiyyət hesab edilə bilər. Belə bir büdcə siyasətinin reallaşması nəticəsində ölkəmiz qarşıdakı onillikdə bu göstəriciyə görə qabaqcıl ölkələrə yaxınlaşmaq imkanlarını reallaşdıra bilər. Eyni zamanda, mən deputat həmkarlarım Əli Məsimli, Arif Alışanov, Rüfət Quliyev və digərləri ilə razıyam ki, biz dövlət büdcəsinin ümumi daxili məhsulda müəyyən optimal həddinə çatdıqdan sonra bu məsələdə konservativ mövqe tutaq, bu göstəricilər arasındakı əlaqənin tənzimlənməsinə, daha dəqiq desək, büdcə xərclərinin strukturunun təkmilləşməsinə nail olaq.
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi vergi daxilolmaları üzrə müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsi, ölkə iqtisadiyyatında vergi bazasını genişlən-dirmək üçün yeni imkanların açılması istiqamətində çox mühüm tədbirlər həyata keçirmişlər. Ona görə də büdcə gəlirlərinin 12,4 faiz artması nəzərdə tutulur. Qeyri-neft gəlirlərinin artımı 5,2 milyard təşkil edəcəkdir.
Çox maraqlı bir meyil də özünü göstərir. Qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı ilə bu sektor hesabına formalaşan vergi daxilolmaları arasında bir uyğunluq yaranır.  Dünən Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin  əməkdaşları ilə xeyli hesablamalar apardıq. Çox maraqlı bir nəticə meydana çıxır. Ümumi daxili məhsulun qeyri-neft sektorunda 1 faiz artması  vergi daxilolmalarının 1,5–2 faiz artması ilə müşahidə olunur. Bu o deməkdir ki, artıq Azərbaycanda dünyəvi standartlara cavab verən vergi sistemi formalaşmışdır və bu da büdcə gəlirlərinin stabil, sabit daxil olmasını təmin edir.  2013-cü ildə isə qeyri-neft sektorunda 1 faiz ümumi daxili məhsulun artması 2 faiz vergi daxilolmaları ilə müşahidə olunacaqdır. Əgər biz nəzərə alsaq ki, bu gün bizim 34 milyard manatlıq qeyri-neft sektorunun ümumi daxili məhsulu var və qarşıdakı 10 ildə biz bunu 2 dəfə artıracağıq, onda dəqiq proqnoz edə bilərik ki, yaxın vaxtlarda qeyri-neft sektorunun hesabına  vergi daxilol-malarının həcmi xeyli dərəcədə, yəni stabil artacaqdır.
Artıq  Azərbaycan bu gün elə bir iqtisadiyyata malikdir ki, onun strukturunda qeyri-neft sektorunun  üstün artması, strukturunun təkmilləşməsi büdcə problemlərini xeyli dərə-cədə asanlaşdırır. Daha doğrusu, o mənada asanlaşdırır ki, artıq biz 90-cı illərin əvvəllərindək çətinliklərlə üzləşmə-yəcəyik. Çünki vergi mədəniyyəti, vergi inzibatçılığı artır və bu istiqamətdə işlər davam etdirilir. Bütün bunlar da stabil vergilərin daxil olmasını təmin edəcəkdir.
2013-cü ildə 2012-ci ilə nisbətən qeyri-neft sektorunda ümumi daxili məhsulun 11 faiz, büdcə gəlirlərinin 22 faiz artması gözlənilir. Bu, ölkənin inkişafında ən müsbət amil-lərdən biridir. Eyni zamanda, bir sıra məsələlərin elmi-metodoloji bazasının yaxşılaşdırılması, vergidən azadolma hallarına daha əsaslı şəkildə yanaşılması büdcə gəlirlərinin xeyli artmasına imkan verərdi. Söhbət əlavə dəyər vergisindən azadolmaların azalmasından gedir. Biz birmənalı şəkildə dünya təcrübəsinə baxmalıyıq, ancaq çox nadir hallarda əlavə dəyər vergisindən azadolmalara getməliyik. Əks halda, bu böyük vergi kanalının da sosial-iqtisadi inkişaf istiqamətinə yönəldilməsində çətinliklər yarada bilərik. Çünki Azərbaycanda rəqabətə davamlı məhsullar istehsal olunur.
Keçən dəfə də Milli Məclisdə dedim, biz əlavə dəyər vergisindən o məhsulları azad etməliyik ki, onlar bilavasitə ölkənin ixrac yönümünə kömək edir. Müəyyən azalmalar olmalıdır. Eyni zamanda, daxili bazarda yerli müəssisələrdə istehsal olunan məhsullar rəqabətə davamlı olduğu halda, eyni xarakterli məhsulların əlavə dəyər vergisindən azad olması məsələsi minimum endirilməlidir. Mən Baş nazir hörmətli Artur müəllimin burada olmasından istifadə edərək qeyd edirəm ki, bu, həqiqətən, böyük rəqəmdir.
Biz azad ticarət üzrə çoxsaylı sazişlər imzalayırıq. Dövlət Gömrük Komitəsi dərin tədqiqatlar aparır, biz onlara təşəkkür edirik. Müqavilələr bağlanır, eyni zamanda, bir çox ölkələrlə bizim ticarət balansımız mənfidir. Onlar rüsumdan azad olurlar, mallarını götürürlər, amma bizim elə imkanlarımız var ki, biz balansı təmin edə bilərik. Mən o ölkələrin adlarını çəkmək istəmirəm, amma demək istəyirəm ki, biz bu məsələdə də diqqətli olmalıyıq. Hər bir ölkə özünün iqtisadiyyatını, təhlükəsizliyini təmin etmək üçün digər ölkə ilə balansı təmin etməyə çalışır. Ola bilər ki, olmasın. Mən neft ixracını bir kənara qoyuram. Cənab Prezident diplomatlarla görüşəndə  birmənalı şəkildə tapşırdı ki, biz ixrac yönümlü məhsulların istehsalını artırmalıyıq, mənfi saldosu olan ölkələrlə balansımızın təkmilləşməsinə nail olmalıyıq. Mənə elə gəlir ki, bu istiqamətdə də işlərin davam etdirilməsi yaxşı olardı.
Büdcə siyasətində ən vacib məsələlərdən biri də yerli xərclərin artması istiqamətində hökumətin, Maliyyə Na-zirliyinin və digər strukturların gördüyü işlərdir. Hörmətli Samir müəllim, yəqin, bu barədə kifayət qədər məlumat verəcək. Sizə paylanan rəqəmlərdən görünür ki, yerli xərclərin büdcə xərclərində xüsusi çəkisi artır. Regionların inkişaf proqramı həyata keçirilir, minlərlə müəssisələr yaradılır, yeni iş yerləri açılır. Yaradılan yeni iş yerlərinin 80–85 faizi rayonların payına düşür. Belə bir şəraitdə, təbii ki, yerli xərclər artmalıdır. Bu istiqamətdə də hökumətin verdiyi sənədlərdə yerli büdcə xərclərinin artması nəzərdə tutulur. Mənə elə gəlir (bu, millət vəkillərinin fikridir), əgər biz daxili bazarı qorusaq, yetişdirilən məhsulları dünya bazarına, istehlakçılara vaxtında çatdırsaq, heç şübhəsiz,  yerli xərclərimiz çox olardı, onların da müstəqilliyi artardı və onlar  mərkəzdən dotasiyanı azaltmaq hesabına öz işlərini görə bilərdilər. Bu istiqamətdə  işlər görülür.
Mən real sektorla əlaqədar məsələ barədə də fikrimi demək istəyirəm. Dünya  böhranı göstərdi ki, o ölkə ki real sektora diqqəti artırır, yeni iş yerləri yaradır, orada sabitlik də var, sosial proqramlar da yerinə yetirilir, işsizlik də minimuma endirilir. Azərbaycanda bu istiqamətdə də çox böyük işlər görülür.
Mən bildirmək istəyirəm ki, Azərbaycan dövlətinin daha güclü olması üçün imkanlarımız böyükdür. O imkanlardan biri maşınqayırma sənayesinin inkişafıdır. Açığını deyim ki, görülən tədbirlər, həqiqətən, ürəkaçandır, Gəncə traktor zavodu və digər yeni müəssisələr işə salınacaq. Bunlar Azərbaycanın bir növ iqtisadi simasını dəyişdirəcək. Yeni sənaye müəssisələri olduqca ölkədə intellektual potensial artır, texniki-peşə müəssisələrinin yaradılması üçün real baza yaradılır. Buna görə də biz bu istiqamətdə işlərimizi davam etdirməliyik. Bununla bağlı Baş nazirlə bir neçə gün müzakirələr apardıq. Mən Artur müəllimi dəstəkləyirəm ki, bizim maşınqayırma sənayemiz ayrıca bir blok kimi təsnifatda öz əksini tapmalıdır. Beynəlxalq təşkilatlar bizə təzyiq edirlər və sair, amma bizim maşınqayırma sənayemiz olmalıdır.
1970-ci ildə Heydər Əliyev respublika rəhbəri seçiləndə maşınqayırma sənayesinin xüsusi çəkisi çox aşağı idi. Gö-rülmüş tədbirlər nəticəsində maşınqayırma sənayesi 80-ci illərin axırında 16 faizə qalxdı. Maşınqayırmanın inkişafı, eyni zamanda, yüksək əmək haqqı, yeni iş yerləri, intel-lektual mülkiyyət deməkdir.  Bu istiqamətdə də işlərimizi gücləndirməliyik, çünki Azərbaycan kimi respublikada ma-şınqayırma sənayesinin xüsusi çəkisinin aşağı olması təəssüf doğurur.
Eləcə də yüngül sənayeni götürək. Siz təsəvvür eləyin, Azərbaycanda  adambaşına 15 manatlıq yüngül sənaye məhsulu istehsal edilir. 2016-cı ildə bu rəqəm 17 manat olacaq. Bu çox azdır. 9 milyonluq əhalisi olan ölkədə minimum adambaşına 100–200 manatlıq yüngül sənaye məhsullarına ehtiyac var. Səbəb nədir? Səbəb müstəqilliyin ilk illərində əlaqələrin qırılması, xammal bazasının xeyli dərəcədə azalması, bazarların itirilməsidir. Amma bu gün Azərbaycan xalqı müxtəlif mallar geyir. Biz bu malların istehsalını genişləndirməliyik. Yüngül sənaye məhsullarının beynəlxalq təsnifatı üç bölmədə verilib: dəri, geyim malları və ayaqqabılar. Mənə elə gəlir ki, biz bu barədə daha dərindən düşünməliyik. İqtisadi İnkişaf Nazirliyinin verdiyi proqnozlar, hesablamalar göstərir ki, bu sahədə imkanlarımız çox böyükdür və bu işi biz həyata keçirə bilərik.
Vacib məsələlərdən biri dövlət büdcəsindən aqrar sektora dəstəyin davam etdirilməsidir. Eyni zamanda, cənab Prezident tapşırıq vermişdi ki, bundan sonra da subsidiyalar davam edəcək,  dotasiyalar olacaq, ancaq bu mexanizm təkmilləşdirilməlidir. Biz araşdırmalar apardıq. Araşdırmalar göstərdi ki, Avropa Birliyində aqrar sahəyə tətbiq olunan dövlət dəstəy daha təkmildir. Orada mal-qaranın baş sayına, hər hektara görə bölünür. Ona görə də Avropa ölkələrində məhsuldarlıq yüksəkdir, nəzarət  güclüdür və real sektora edilən dəstək də öz nəticəsini verir.
Gəncə Aqrar Universiteti aqronom hazırlayır. 80-ci illərdə Azərbaycanda 11 minə yaxın aqronom-zootexnik olmuşdur. Bütün bunların hazırlanmasını kim həyata keçir-məlidir? Bura mütləq dövlət dəstəyi olmalıdır. Mən Maliyyə Nazirliyinin mövqeyini tam dəstəkləyirəm ki, bu sistemdə də islahatlar aparılmalıdır. Aqrar təsərrüfatlar xırdadır, onlara bir aqronom vermək olmaz. Nə etmək lazımdır? Aqrar sektora bu dəstəyi vermək üçün mexanizm qurmalıyıq. Bəlkə rayonlar üzrə qruplar yaradılsın? Millətin taleyini torpaq həll edir. Torpağın da becərilməsi üçün  mütləq aqrotexnika, zootexnika mədəniyyəti, ixtisaslı kadrlar olmalıdır.
Dadaş Bünyadzadə 1926-cı ildə Dövlət Plan Komitəsinin sədri,  Azərbaycanın kənd təsərrüfatı naziri olub. O vaxtlar 25–26 nəfər aqronomumuz var imiş. Onda heç kolxoz qu-ruluşu yox idi. O, məsələ qaldırır ki, əkinçilik mədəniy-yətini yüksəltmək üçün mütləq aqronomların, zootexniklərin sayını artırmalıyıq. Mən hörmətli Baş nazirə müraciət edirəm ki, bu, ciddi məsələdir. Mənim aldığım məlumata görə, Baş nazir artıq bununla bağlı tapşırıq verib. Bu, həqiqətən, millətin gələcəyi ilə bağlı məsələdir. 9 milyonluq xalqın əkin sahələri o qədər də azalmayıb. Strukturu dəyişib, pambıq  və sair azalır, amma əkin sahələri qalıb. Əkinçilik mədəniyyəti olmalıdır, aqronom xidmət etməlidir, zootexnik mal-qaraya baxmalıdır. Dünyada xəstəliklər baş alıb gedir. Genləri dəyişdirilmiş məhsullar, toxumlar gəlir. Bütün bunlara  təkcə Kənd Təsərrüfatı Nazirliyi balaca ştatla rəhbərlik  edə bilməz. Maliyyə Nazirliyinin də fikri bundan ibarətdir ki, biz bu məsələləri təkmilləşdirməliyik, islahatlar aparılmalıdır.
Büdcə zərfinə daxil olan materiallardan biri borc problemidir. Azərbaycanın borcu ümumi daxili məhsulun 8–9 faizi arasında tərəddüd edir. Maliyyə Nazirliyi haqlı olaraq borclanmanın idarə olunması ilə əlaqədar konkret təkliflər verir. Biz materiallarla tanış olduq. Tam monitorinq verilib, haradan, nə qədər borc alınır, borcların qaytarılma müddəti, faizləri və sair göstərilir. Bu il artıq vaxtı çatmış borcların qaytarılması məsələsi ön plana çəkilir. Yəni burada bizim problemimiz yoxdur. Problem ondan ibarətdir ki, kommersiya banklarının borcları artıq 300 milyona yaxınlaşır. Biz bunları təhlil etməliyik. Ümumiyyətlə, bankların strukturunda bu borcların nə üçün, hansı səbəblərə görə alınması, alınan borcların istifadə məsələləri diqqətdə olmalıdır.
Mən fürsətdən istifadə edərək demək istəyirəm ki, höku-mət tamamilə haqlı olaraq on ilə yaxındır, büdcə kəsirini optimal səviyyədə saxlayır. Azərbaycan dünyanın bəlkə də nadir ölkələrindən biridir ki, büdcə kəsiri 0,2–1 faiz arasında tərəddüd edir. Bu da normativlərə cavab verir.
Bu günlərdə biz mətbuatı təhlil etmişik. Mətbuat büdcə haqqında nə yazır? Sevinclə bildirmək lazımdır ki, əvvəlki illərə nisbətən major tonlar daha çoxdur. Yəni açıq-aşkar görünür ki, Azərbaycan inkişaf edir, Azərbaycanın büdcə parametrləri ildən-ilə yüksəlir.
Biz hesablama apardıq, mədəniyyət, müdafiə olunan xərclər üzrə son iki ilin xərcləri 2003-cü ildən 2008-ci ilə olan xərclərə bərabərdir. 2012–2013-cü illərdə mədəniyyətə, müdafiə olunan xərclərə (mən əmək haqqı, pensiyaları deyirəm) ayrılan vəsait 2003–2008-ci illərdə ayrılan  vəsaitdən çoxdur. Bu nəyi göstərir?   Bu onu göstərir ki, qlobal maliyyə böhranı dövründə heç bir proqram dayanmadı. Bütün bunlar onu göstərir ki, hökumət, Maliyyə Nazirliyi çox təmkinlə düzgün konservativ mövqe tutub, riskləri azaltmaq üçün neftin qiymətini 100 dollar müəyyən edib.  Mən millət vəkillərindən xahiş edərdim ki, bütün bunları nəzərə alaraq məsələyə münasibət bildirsinlər.
Biz bəzən Dövlət Neft Fondundan danışırıq. Amma xahiş edərdim ki, o sənədlərə baxılsın. Deyirlər ki, Dövlət Neft Fondundan transfertlər artıb. Bəli, 2 milyard  artıb. Biz təhlil etdik, bunlar hara ayrılır? Yeni Neft-qaz emalı və Neft-kimya kompleksinin tikilməsi üçün ayrılıb. Mən o layihənin təqdimatında iştirak edirdim. Böyük bir layihədir. Bizim ixrac potensialımız bu sahədə çox aşağıdır. Amma yeni Neft-qaz emalı və Neft-kimya kompleksinin istifadəsi Azərbaycanın ixrac potensialını xeyli artıracaq. Dövlət Neft Fondundan bura vəsait gedir. Cənab Prezident ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün TANAP qaz  kəmərinin çəkilməsində Azərbaycanın payını müəyyənləş-dirdi. Biz bunu etməsək, bir gün, bir ay yubansaq, dünyanın digər ölkələri bizi qabaqlayacaq. Yən XXI əsr rəqabət dövrüdür. Pulumuz var, səmərəli istifadə edirik. Biz bu gün bunları edək ki, gələcək nəsillər üçün yaxşı yollar, yaxşı in-frastruktur,  yaxşı körpülər, yaxşı gəmilər, yaxşı avtomobil-lər qalsın. Yaxşı təyyarələrimiz olsun ki, Azərbaycan dün-yaya bütün sahələrdə sivil bir dövlət kimi daxil olsun.
Millət vəkilləri onu da xahiş etdilər ki,  biz bankların faiz dərəcələrinin aşağı salınması, onların real sektora dəstəyinin artırılması istiqamətində düşünək. Bu məsələlər əgər sistemli həll olunarsa, heç şübhəsiz, 2013-cü ilin büdcəsi Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə çatması üçün çox əlverişli şərait yaradacaq.
Əhalinin pul gəlirləri inflyasiyanı üstələyir, sosial proqramların dövlət büdcəsi vasitəsilə həlli istiqamətində konkret addımlar atılır. Yəqin ki, hörmətli Samir müəllim bu barədə ətraflı məlumat verəcək. Mən millət vəkillərinə təşəkkür edirəm ki, müzakirələrdə fəal iştirak etdilər, çox konstruktiv fikirlər söylədilər. Eyni zamanda, hökumətə, Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, bütün strukturlara sıx əməkdaşlığa görə təşəkkür edirəm. Müzakirələrin daha səmərəli keçirilməsini arzulayıram. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Maliyyə naziri Samir Şərifova söz verilir.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2013-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuşdur. Hörmətli Ziyad müəllimin qeyd etdiyi kimi, 2013-cü ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin bütün komitələrində hökumət nümayəndələrinin iştirakı ilə ətraflı müzakirə edilmiş, millət vəkillərini maraqlandıran suallar barədə ətraflı məlumatlar verilmiş və büdcə layihəsinin Milli Məclisin  müzakirəsinə çıxarılması təklif olunmuşdur. 
Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsinin layihəsi tərtib olunarkən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən daxili və xarici amillər nəzərə alınmış və 2012-ci ilin dövlət büdcəsinin icra vəziyyəti təhlil edilmişdir. Hörmətli millət vəkilləri, 2013-cü il üçün dövlət və icmal büdcələrinin layihələri Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq tərtib olunmuşdur.
2013-cü il dövlət büdcəsinin əsas  xüsusiyyətləri hansılardır? Dövlət büdcəsi investisiya yönümlü büdcədir. Büdcənin əsaslı xərcləri ümumdövlət büdcəsi xərclərinin 45,8 faizi səviyyəsindədir və yaxud 9 milyard 74 milyon manat məbləğindədir. Bu xərclərin gözlənilən ümumi daxili məhsula nisbəti isə 16,2 faiz təşkil edir. Əsaslı xərclərdə infrastrukturların qorunması və təkmilləşdirilməsi və investisiya layihələri üstünlüyə malikdir. İcmal büdcənin investisiya xərclərini əlavə etsək, icmal investisiya xərclərimiz 10 milyard 430 milyon manat olmaqla ümumi daxili məhsulun 18,6 faizinə bərabər olacaqdır.
2013-cü il dövlət büdcəsinin, eyni zamanda, sosial yö-nümlülüyü də saxlanılır. Sosial sahələrə, yəni elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sosial təminata ayrılan vəsaitlər cari illə müqayisədə 89 min manat və ya 2,1 faiz çoxdur. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 22,3 faiz, gözlənilən ümumi daxili məhsulda isə 7,9 faiz təşkil edəcəkdir.
Sosial sahələrə ayrılan vəsaitlər müasir infrastrukturlarla dəstəklənməsə, həyatın keyfiyyətinin yaxşılaşdırılması üzrə aparılan məqsədyönlü tədbirlər istənilən səmərəni ver-məyəcəkdir. 2013-cü ildə əhalinin rifah halının, onun yaşayış səviyyəsinin yaxşılaşdırılması, pensiyaçıların, aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi kursun prioritet istiqamətini təşkil edəcəkdir.
Ölkənin hərbi qüdrətinin və milli təhlükəsizliyinin möh-kəmləndirilməsi dövlət büdcəsinin prioritet xərc istiqaməti kimi qalmaqdadır. Növbəti ildə dövlətin müdafiə xərclərinə 2 milyard 714 milyon manat, dövlət büdcəsi xərclərinin 13,7 faizi həcmində vəsait ayrılacaqdır. Eyni zamanda, qeyd olunmalıdır ki, 2013-cü il  dövlət büdcəsində dövlət vəsait qoyuluşu xərclərində də müdafiə xərcləri üçün müvafiq məbləğdə vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Qlobal maliyyə iqtisadi durumunda xeyli qeyri-müəy-yənliyin davam etdiyi, ələlxüsus Avropa dövlətlərinin çoxunun iqtisadi tənəzzüllə mübarizə apardığı bir zamanda ölkə əhalisinin gəlirlərinin, yaşayış və məşğulluq şəraitinin yaxşılaşdırılmasına, ilk öncə qeyri-neft sahələrində iqtisadi artım nöqtələrinin müəyyən edilib inkişafının stimullaşdırılması tədbirlərinə təqdim olunmuş büdcə layihəsi dəstək verəcəkdir.
Belə ki, ölkədə, əsasən də, regionlarda iqtisadi fəallığın artırılması üçün növbəti ildə Sahibkarlığa Kömək Milli Fonduna 60 milyon manat və ya 66,5 faiz çox vəsait ayrılacaqdır. Eyni zamanda, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə və sosial ipotekanın tətbiqi üçün İpoteka Fonduna 2012-ci illə müqayisədə iki dəfə çox vəsait ayrılması nəzərdə tutulur.
2013-cü ildə  keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin davam etdirilməsinə dəstək veriləcəkdir. Prezident İlham Əliyevin öz xalqına olan qayğısını səciyyələndirən bu tədbirin keçirilməsi üçün növbəti ildə 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
2006–2013-cü illərdə dövlət büdcəsi xərclərinin 10 milyard 516 milyon manatı və yaxud 53,1 faizi konkret, yəni məqsədli proqram və tədbirlər üzrə maliyyələşdirilir. Yəni dövlət büdcəsi xərclərinin ünvanlığının artırılması xətti davam etdirilir.
Ziyad müəllim öz çıxışında bu məsələyə toxundu, 2013-cü ildə Azərbaycan Respublikasının rayon və şəhərlərinin yerli xərclərinin yerli gəlirlər hesabına təmin edilməsi kimi müsbət meyillər güclənəcək. 2013-cü ildə rayon və şəhərlərin yerli gəlirlərinin tarazlaşdırılması üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımı, yəni dotasiyanın həcmi cari illə müqayisədə 7,5 faiz azalacaq. Yəni yerli xərclər daha çox yerli imkanlar və gəlirlər hesabına təmin ediləcək.
2013-cü il dövlət büdcəsinin gəlirləri və əsas daxilolma mənbələri. 2013-cü il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun tərtibi zamanı ortamüddətli, yəni 2013–2016-cı illəri əhatə edən dövr üçün hazırlanmış Azərbaycan Respublikasının makroiqtisadi proqnozunun əsas parametr-ləri rəhbər tutulub. Yəni 2013-cü ildə ümumi daxili məhsu-lun 5,63 faizlik  və qeyri-neft ümumi daxili məhsulun isə 11,7 faizlik artım sürəti əsas götürülmüşdür. Eyni zamanda, dövlət büdcəsi gəlirlərinin hesablanması üçün 1 barrel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir. 2013-cü il üçün makroiqtisadi proqnozda gös-tərilən mübadilə məzənnəsi də nəzərə alınmışdır.
2013-cü il dövlət büdcəsinin gəlirləri ümumi daxili məh-sulun 34,2 faizi həcmində müəyyən edilmişdir ki, bu da 2012-ci illə müqayisədə 1 faiz çox deməkdir. Mütləq ifadədə dövlət büdcəsinin gəlirləri 19 milyard 154 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin proqnozuna nisbətən 12,4 faiz və ya 2 milyard 116 milyon manat çoxdur. Vergilər Nazirliyinin xətti ilə 2013-cü ildə 6 milyard 400 milyon manat – 2012-ci ilin eyni göstəricilərinə nisbətən 8,3 faiz və ya 488 milyon manat çox daxilolmalar proqnozlaşdırılır. Bu mənbə üzrə daxilolmaların 58,8 faizi və ya 3 milyard 760 milyon manatı qeyri-neft sektorunun payına düşür ki, bu da cari illə müqayisədə 14,6 faiz və ya 480 milyon manat çoxdur.
Növbəti ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 380 milyon manat gəlir proqnozlaşdı-rılır ki, bu da cari illə müqayisədə 15 faiz və ya 180 milyon manat çox deməkdir. Dövlət Neft Fondundan dövlət büdcə-sinə transfert 11 milyard 350 milyon manat səviyyəsində olacaqdır. Bu da 2012-ci illə müqayisədə 1 milyard 445 milyon və ya 14,6 faiz çoxdur. Sair daxilolmalardan büdcəyə 24 milyon manat vəsait daxil olacaqdır.
2013-cü il dövlət büdcəsinin xərclərinin strukturu və əsas istiqamətləri. Hörmətli millət vəkilləri, 2013-cü il dövlət büdcəsinin xərcləri 19 milyard 810 milyon manat olacaqdır ki, bu da cari ilə nisbətən 12,1 faiz və ya 2 milyard 138 milyon manat çox deməkdir. 2013-cü il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 35,3 faiz həcmində nəzərdə tutulur ki, bu da 2012-ci illə müqayisədə 0,9 faiz çoxdur.
Qanunvericiliklə nəzərdə tutulmuş təsnifata uyğun olaraq struktura görə dövlət büdcəsi xərclərinin 50,3 faizini cari xərclər, 45,8 faizini əsaslı xərclər, 3,9 faizini isə dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edəcəkdir. 2012-ci illə müqayisədə 2013-cü il üçün dövlət büdcəsi xərclərinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 1,3 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 2,1 faiz artmış, cari xərclərin xüsusi çəkisi isə 3,4 faiz azalmışdır. Mütləq ifadədə cari xərclərə 9 milyard 956 milyon manat, 2012-ci ilə nisbətən 467 milyon manat və ya 4,9 faiz, əsaslı xərclərə 9 milyard 74 milyon manat, 2012-ci ilə nisbətən 1 milyard 203 milyon və ya 15,3 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərə isə 781 milyon manat, 2012-ci ilə nisbətən 968 milyon manat və ya 2,5 dəfə çox vəsait yönəldiləcəkdir.
Növbəti ildə də ölkənin müdafiə qüdrətinin möhkəmlən-dirilməsi, əmək  haqları, pensiyalar və bir sıra sosial ödə-nişlər üzrə islahatların davam etdirilməsi, yeni dövlət proq-ramlarının və yeni büdcə təşkilatlarının fəaliyyətə başlanmasının maliyyələşdirilməsi, rayon və şəhərlərin yerli xərcləri üzrə ərzaq, dərman, inventar, cari təmir, dəftərxana və təsərrüfat malları xərcləri normalarının orta respublika göstəricilərinə uyğunlaşdırılması, ölkədə baş vermiş və ehtimal olunan təbii fəlakətlərin və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə işlərin davam etdirilməsi və digər zəruri məsələlərin həlli üçün vəsaitin nəzərdə tutulması hesabına 2013-cü il dövlət büdcəsinin xərcləri cari büdcə ilinin göstəricilərinə nisbətən artırılmışdır.
Hörmətli millət vəkilləri, 2013-cü ildə sosial siyasətin həyata keçirilməsində əsas maliyyə təminatı rolunu oynayan dövlət büdcəsinin sosial yönümlü xərcləri 2012-ci illə müqayisədə 333 milyon manat və ya 7,1 faiz artacaqdır. İqtisadi təsnifata uyğun olaraq sosial yönümlü xərclərin tərkib hissəsi olan əməyin ödənişinə 2 milyard 823 milyon manat (2012-ci ilə nisbətən 216 milyon manat və ya 8,7 faiz çox), ərzaq məhsullarının alınmasına 236 milyon manat (2012-ci ilə nisbətən 45 milyon manat və ya 17,9 faiz çox), dərman, sarğı ləvazimatları və materialların alınmasına 169 milyon manat  (2012-ci ilə nisbətən 29 milyon manat və ya 20,4 faiz çox), təqaüdlər və sosial müavinətlərin ödənilməsinə 1 milyard 750 milyon manat (2012-ci ilə nisbətən 33 milyon manat və ya 1,9 faiz çox) vəsait ayrılmışdır.
Qeyd etmək yerinə düşər ki, son 5 ildə, yəni 2009-cu il-dən başlayaraq dövlət büdcəsinin yalnız cari xərclərinin tərkibində elm xərcləri üzrə 46 milyon manat və ya 55 faiz, təhsil xərcləri üzrə 383 milyon manat və ya 33,3 faiz, səhiyyə xərcləri üzrə 264 milyon manat və ya 65,6 faiz, sosial müdafiə və sosial təminat xərcləri üzrə 760 milyon manat və ya 72 faiz, mədəniyyət, informasiya və idman xərcləri üzrə 130 milyon manat və ya 82 faiz artım müşahidə olunub. Dövlət büdcəsinin dövlət investisiya xərclərindən isə son 5 ildə (2008–2012-ci illər üzrə) bu sahələrə 4 milyard manatadək sərmayə yatırmaqla yüzlərlə sosial təminatlı layihələr həyata keçirilmiş, elm, təhsil, səhiyyə, mədəniyyət, sosial təminat təyinatlı müəssisələr tikilmiş, yaxud yenidən qurulmuş və onların maddi-texniki təminatının köklü surətdə yaxşılaşdırılmasına nail olunmuşdur.
2013-cü il dövlət büdcəsində sosial sahələr üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 644 milyon manat vəsait nəzərdə tutulmuşdur. Məqsədli olaraq 2013-cü ildə elm və təhsil üzrə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun fəaliyyəti maliyyələşdiriləcək və bu məqsədlər üçün müvafiq məbləğdə vəsait ayrılıb. Eyni zamanda, elmi tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi, onların yenidən qurulması və əsaslı təmiri üçün müvafiq vəsait nəzərdə tutulub. Ali təhsil müəssisələrində dövlət sifarişi ilə oxuyan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı vəsait də dövlət büdcəsində öz əksini tapıb. Məktəbəqədər təhsilin maliyyələşdirilməsi, təhsil sisteminin informasiyalaşdırıl-ması, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması  və eyni zamanda, ümumtəhsil məktəblərinin tədris laboratoriyaları üçün avadanlıqların alınması xərcləri dövlət büdcəsində öz əksini tapmışdır.
Səhiyyə üzrə ənənəvi olaraq xroniki böyrək çatışmazlığı üzrə tədbirlərin maliyyələşdirilməsi davam etdiriləcək. Bu məqsədlərə 25,8 milyon manatın ayrılması nəzərdə tutulur. İrsi qan xəstəlikləri üzrə tədbirlərə 21,2 milyon manat (2012-ci illə müqayisədə 3 faiz çox), onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatına 25,1 milyon manat (2012-ci illə müqayisədə 70 faizdən çox), “Şəkərli diabet üzrə Dövlət Proqramı”na 33,7 milyon manat (2012-ci illə müqayisədə 2,8 dəfə çox) vəsaitin ayrılması nəzərdə tutulur. Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərə, vərəmlə mübarizəyə, HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə tədbirlərinə müvafiq məbləğlərdə vəsait nəzərdə tutulur.
Mədəniyyət və idman üzrə. “Azərbaycan teatrı 2009–2019-cu illər Dövlət Proqramı”nın, “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi davam etdiriləcəkdir. Cari ildə qəbul edilmiş bir sıra qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn maliyyə məsələlərinin həlli, o cümlədən dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri, Səhiyyə və Təhsil nazirliklərinə və yerli icra hakimiyyəti orqan-larına verilmiş xəstəxanalar, müalicə-diaqnostika mərkəz-ləri, məktəbəqədər uşaq müəssisələri ilə bağlı xərclər üçün 2013-cü ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulmuşdur. Söhbət Dövlət Neft Şirkətinin balan-sında olan bir sıra təhsil və səhiyyə müəssisələrinin dövlət orqanlarının balansına verilməsindən gedir.
2013-cü il dövlət büdcəsində əsaslı xərclər üçün 9 mil-yard 74 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2012-ci ilə nisbətən 1 milyard 203 milyon manat və ya 15,3 faiz çox deməkdir. Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu xərclərinə növbəti ildə 6 milyard 915 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da 2012-ci illə müqayisədə 1 milyard 141 milyon manat və ya 19,8 faiz çox deməkdir. Növbəti ilin dövlət əsaslı vəsait qoyuluşu xərclərində 2012-ci ildə tamamlanması və icrasının davam etdirilməsi nəzərdə tutulan nəqliyyat, energetika, kənd təsərrüfatı, sənaye və digər infrastrukturların, sosial-mədəni təyinatlı müəssisələrin tikintisi, əsaslı təmiri, yenidən qurulması və bərpası, əsas vəsaitlərin alınması, ölkənin müdafiə, milli təhlükəsizlik, sərhəd və digər tədbirləri üzrə əsaslı işlərin görülməsi ilə bağlı layihələrin maliyyə təminatına üstünlük veriləcəkdir.
Dövlət büdcəsi ilə yanaşı, 2013-cü ildə Dövlət Neft Fon-dunun büdcəsindən bir sıra investisiya layihələrinin maliy-yələşdirilməsinə 2 milyard 215 milyon manat vəsait yönəl-diləcəkdir. Bu da 2012-ci illə müqayisədə 1 milyard 463 milyon manat çoxdur. Həmçinin 2013-cü ildə xarici kreditlər hesabına maliyyələşən, elektrik, su təchizatı və kanalizasiya, yol şəbəkəsi, kənd yerlərinin kompleks inkişafı, sosial təyinatlı və sair proqram və layihələr üzrə xərclərə 1 milyard 300 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.
2013-cü il dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, sənaye və tikinti, yanacaq və enerji, nəqliyyat, rabitə, mənzil və kommunal təsərrüfatı xərclərinə 1 milyard 27 milyon manat vəsait ayrılacaqdır ki, bu da cari illə müqayisədə 0,6 faiz çox deməkdir. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,2 faiz təşkil edəcəkdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya, irriqasiya və suvarma sistemlərinin sabit maliyyə təminatı, balıqçılıq, ovçuluq, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, torpaq islahatı, geodeziya, topoqrafiya və digər ekoloji tədbirlərin həyata keçirilməsi üçün 2013-cü ilin dövlət büdcəsinin cari xərclərindən 494 milyon manat vəsait ayrılacaqdır ki, bu da 2012-ci illə müqayisədə 22 milyon manat və ya 4,6 faiz çox deməkdir.
Məqsədli olaraq “2008–2015-ci illərdə Azərbaycan Res-publikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün 125 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2012-ci illə müqayisədə 13 milyon manat və ya 11,6 faiz çox deməkdir. Son 5 ildə (2009–2013-cü illər) bu sahələrə dövlət büdcəsinin cari xərclərindən 104 milyon manat və ya 26,6 faiz çox vəsaitin yönəldilməsi nəzərdə tutulur. Eyni zamanda, qeyd etmək istərdim ki, 2008–2012-ci illərdə kənd təsərrüfatı, meliorasiya və irriqasiya və bu qəbildən olan digər layihələrin maliyyələşdirilməsinə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən 1 milyard 217 milyon manat, Dövlət Neft Fondunun vəsaitindən 715 milyon manat və xaricdən cəlb edilmiş dövlət zəmanətli kreditlər hesabına 328 milyon manat ABŞ dolları məbləğində investisiya yatırılmış və bu işlər 2013-cü ildə də davam etdiriləcəkdir.
2013-cü ildə ölkənin yollarının yenidən qurulması və əsaslı təmiri, abadlıq işlərinin daha da genişləndirilməsi məqsədi ilə 512 milyon manat, o cümlədən abadlıq işləri üçün 241 milyon manat, yolların yenidən qurulması və əsaslı təmiri, istismarı və saxlanması xərcləri üçün 271 milyon manat, “Avtomobil yolları” Məqsədli Büdcə Fonduna 194 milyon  manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Abadlaşdırma və yollara ayrılan vəsaitin 192 milyon manatı rayon və şəhərlərin küçə və yollarının xidmət və əsaslı təmir xərclərinə yönəldiləcəkdir ki, bu da 2012-ci illə müqayisədə 25 milyon manat və ya 14,8 faiz çox deməkdir.
Dövlət mülkiyyətində olan müəssisə və təşkilatlar tərəfindən göstərilən bir sıra iş və xidmətlər üzrə mövcud tariflərin həmin iş və xidmətlərin real maya dəyərindən aşağı olması və istehsal prosesi ilə bağlı yaranan zərərin ödənilməsi, həmçinin dövlət tərəfindən bir sıra müəssisə və təşkilatlara edilən maliyyə dəstəyi-subsidiya üçün 2013-cü ilin dövlət büdcəsindən 317 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bu da cari illə müqayisədə 26 milyon manat və ya 8,7 faiz çoxdur. 
2013-cü il dövlət büdcəsindən beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 113 milyon manat vəsait ayrılacaqdır. Növbəti ildə diplo-matik xidmət orqanlarının və konsulluqlarının saxlanılması, onların maddi-texniki təminatının artırılması və işçilərin artmış əmək haqlarının tənzimlənməsi ilə bağlı xərclər üçün 61 milyon manat (2012-ci illə müqayisədə 7 milyon manat və ya 13,6 faiz çox) vəsait yönəldiləcəkdir. Beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20 milyon manat və Azərbaycan Respublikasının digər beynəlxalq fəaliyyətinin təmin edilmiş xərcləri üçün 32 milyon manat vəsait nəzərdə tutulmuşdur. Ölkəmizdə keçirilməsi gözlənilən çoxsaylı beynəlxalq və respublika səviyyəli tədbirlərlə bağlı xərclərin maliyyələşdirilməsi üçün  50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
2013-cü ildə rayon və şəhərlər üzrə yerli gəlirlər 697 milyon manat proqnozlaşdırılır ki, bu da 2012-ci illə müqayisədə 197 milyon manat və ya 39,5 faiz çox deməkdir. 2013-cü il dövlət büdcəsinin yerli xərcləri 1 milyard 509 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2012-ci ilə nisbətən 2187 milyon manat və ya 16,9 faiz çox deməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın rayon və şəhərlərinin inkişafına verdiyi diqqət və qayğının məntiqi nəticəsi olaraq onların mərkəzdən iqtisadi asılılığının azaldılması meyli müşahidə olunur. Onu da qeyd etmək istərdim ki, bu da xərclərin artımı şəraitində baş verir.
Hörmətli millət vəkilləri, qeyd olunmalıdır ki, 2013-cü ildən Sumqayıt şəhəri və Abşeron rayonu ilə yanaşı, Şirvan şəhəri də öz xərclərini yerli gəlirləri hesabına tam təmin edəcəkdir. Onu da qeyd etmək istərdim ki, bir sıra rayon və şəhərlər üzrə mərkəzdən ayrılan maliyyə yardımının yerli xərclərdəki xüsusi çəkisi bu illə müqayisədə xeyli azalmışdır. Mingəçevir şəhərini və İmişli rayonunu qeyd etmək istərdim. Orada azalma müvafiq olaraq 46,1 və 36,9 faiz təşkil etmişdir. Növbəti ildə yerli büdcələrə, yəni bələdiyyələrə dövlətin maliyyə dəstəyi olaraq 5,2 milyon manat vəsaitin ayrılması (dotasiya şəklində) nəzərdə tutulur.
Ölkənin borc öhdəliklərinin idarə edilməsi diqqət mər-kəzindədir. Ölkənin borc öhdəliklərinin faiz və əsas borc üzrə ödəniş müddətlərinin 2013-cü ildə başa çatacağını nəzərə alaraq dövlət borclarına xidmətlə bağlı xərclər üçün 781 milyon manat vəsait nəzərdə tutulur. Bu da cari illə müqayisədə 468 milyon manat çoxdur.  Bu da onunla bağlıdır ki, ölkəmiz orta gəlirli ölkələr sırasına daxil olduğundan vaxtilə Dünya Bankının qanadı olan Beynəlxalq İnkişaf Assosiasiyasından götürdüyümüz  kreditlərin qaytarılma cədvəli daha sürətli şəkildə həyata keçirilməlidir. Yəni bu məqsədə daha çox vəsait ayrılır. Xaricdən ölkəyə cəlb edilən dövlət zəmanətli kreditlərin ümumi daxili məhsula nisbətinin optimallaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrası olaraq 2013-cü il üçün xaricdən cəlb edilən kreditlər üzrə nəzərdə tutulan borclanma limiti 2012-ci ilə nisbətən 1,3 milyon manat və ya 62,5 faiz azal-dılaraq 750 milyon manat təşkil edəcəkdir. Bu bizə xarici dövlət borcunun ümumi daxili məhsulda xüsusi çəkisinin tarazlı şəkildə saxlanmasına və deyərdim ki, hətta tədricən azalmasına imkan verəcəkdir.
Dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulması mümkün olmayan xərclərin maliyyələşdirilməsi üçün “Büdcə si-stemi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə müvafiq olaraq 2013-cü il dövlət büdcəsindən ehtiyat fondları üçün 690 milyon manat vəsait  yönəldilə-cəkdir. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu və dövlət büdcəsinin Ehtiyat Fonduna müvafiq vəsait ayrılacaqdır.
2013-cü il dövlət büdcəsinin kəsiri 656 milyon manat, ümumi daxili məhsulun 1,1 faizi həcmində nəzərdə tutulur ki, bu da 2012-ci illə müqayisədə 0,1 faiz az deməkdir. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, borclan-madan, büdcə təşkilatlarının ödənişli xidmətlərindən, xarici qrantlar və 2013-cü il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid faizinə hesabının qalığı hesabına həyata keçiriləcəkdir.
Hörmətli millət vəkilləri, icazə verin, qısaca da olsa, icmal büdcənin göstəriciləri barədə məlumat verim. Azər-baycan Respublikasının 2013-cü il icmal büdcənin gəlirləri 20 milyard 724 milyon manat təşkil edəcək. İcmal büdcənin xərcləri isə 24 milyard 460 milyon manat və yaxud 2012-ci ilə nisbətən 17 faiz çox olacaq.
İcmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 333 milyon manat proqnozlaşdırılır. Bu da 2012-ci illə müqayisədə 8,9 faiz və ya 27 milyon manat çox deməkdir. Xərclərin 16,5 faizi Naxçıvan Muxtar Respublikasının öz gəlirləri, 83,5 faiz və ya 278 milyon manatı dövlət büdcəsinə ayrılan dotasiya hesabına formalaşacaqdır.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 2012-ci ilə nisbətən 178 milyon manat və ya 7,3 faiz, 2011-ci ilin faktiki icrası ilə müqayisədə isə 508 milyon və ya 24 faiz artımla proq-nozlaşdırılaraq 2 milyard 633 milyon manat təşkil edəcəkdir.
Gələn il Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 1 milyard 77 milyon manatı dövlət büdcəsindən verilən transfert hesabına ötürüləcəkdir ki, bu da 2012-ci illə müqayisədə 3,1 faiz və yaxud 33 milyon manat çox deməkdir.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri 13 milyard 599 milyon manat təşkil edəcəkdir. Dövlət büdcəsinə ayrılan 11 milyard 350 milyon manat transfertlə yanaşı, çıxışımın əvvəlində qeyd etdiyim kimi, 2013-cü ildə Dövlət Neft Fondunun büdcəsindən bir sıra investisiya layihələrinin  maliyyələşdirilməsinə 2 milyard 215 milyon manat və 2007–2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 34 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hesab edirik ki, 2013-cü il üçün dövlət büdcəsinin layihəsi Azər-baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf kursunun ardıcıl surətdə davam etdirilməsi, əsas dövlət və sosial vəzifələrin həyata keçiril-məsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın stimullaşdırılması yolunda yenə də öz müsbət rolunu oynayacaqdır. Hörmətli millət vəkilləri, bunları nəzərə alaraq sizi Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş 2013-cü ilin dövlət və icmal büdcə layihələrinin və sonrakı 3 il üçün icmal büdcənin göstəricilərini qəbul etməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. İqtisadi inkişaf naziri Şahin Mustafayev, buyurun.
Ş.Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün Azərbaycan Respublikasının 2013-cü il və növbəti 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə olunur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq iqtisadi və sosial inkişaf konsepsiyasının əsas məqsədləri kimi ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, regionların dinamik inkişafı, ətraf mühitin qorunması və nəticədə dayanıqlı iqtisadi inkişafın təmin olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılandırılması müəyyənləşdirilmişdir. Konsepsiyada dünya iqtisadiy-yatının inkişaf perspektivləri, ayrı-ayrı sektorlar üzrə ölkənin sosial-iqtisadi inkişafının mövcud vəziyyətinin təhlili, ortamüddətli dövrdə iqtisadi və sosial siyasətin prioritet istiqamətləri, habelə gözlənilən əsas nəticələr əks olunmuşdur.
Azərbaycan Respublikasının makroiqtisadi proqnoz gös-təriciləri geniş müzakirələr aparılmaqla, habelə beynəlxalq maliyyə və digər təşkilatların dünya və Azərbaycan iqtisa-diyyatına dair proqnozları təhlil edilməklə hazırlanmışdır.
Hazırda dünyanın aparıcı iqtisadiyyatlarında artım temp-lərinin zəifləməsi, yüksək işsizlik səviyyəsi, borc problemi-nin əhatəsinin genişlənməsi və kəskinləşməsi, milli iqtisa-diyyatlar üçün xarici iqtisadi mühitin pisləşməsi, qlobal maliyyə bazarlarında risklərin əhəmiyyətli dərəcədə artması kimi problemlər mövcuddur. Dünya iqtisadiyyatında qeyd olunan problemlərə baxmayaraq, Azərbaycanın dayanıqlı inkişafı davam etmiş, nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən əldə olunmuş nailiyyətlər yüksək qiymətləndirilmişdir.
Standart and Poors, Fitch, Moodys kimi beynəlxalq reytinq agentlikləri tərəfindən regionda investisiya reytinqi verilmiş ilk və yeganə ölkə Azərbaycandır. Qlobal Rəqabət Qabiliyyətlilik İndeksinə əsasən Azərbaycan artıq 3 ildir ki, MDB ölkələri arasında birinciliyini qoruyub saxlamış, cari ildə dünya ölkələri arasında isə 55-ci yerdən 46-cı yerə  yüksəlmişdir.
Azərbaycanda müsbət iqtisadi artım tempi, inflyasiyanın idarəolunan səviyyəsi, manatın məzənnəsinin sabitliyi, xarici borclanmaya konservativ yanaşma, büdcə kəsirinin və onun ümumi daxili məhsula nisbətinin minimal həcmi, tədiyyə balansında gözlənilən əhəmiyyətli müsbət saldo, strateji valyuta ehtiyatlarının həcmi və dinamikası, əhalinin həyat səviyyəsinin göstəricilərinə dair proqnozlar onu göstərir ki, belə mürəkkəb qlobal iqtisadi mühitdə iqtisadiyyatımızın ortamüddətli dövrdə də makroiqtisadi sabitliyi davam edəcəkdir.
Proqnozlara əsasən 2013–2016-cı illər ərzində əhalinin gəlirlərinin orta hesabla illik 6,6 faiz artımı, eyni zamanda, əsas kapitala qoyulan böyük həcmli investisiyalar və ixrac ümumi daxili məhsulun tələb komponentlərinin iqtisadi artımına müsbət töhfəsini təmin edəcəkdir.
2013-cü ildə iqtisadi artım 5,3 faiz, növbəti 3 ildə isə ortaillik iqtisadi artım 5,3 faiz həcmində proqnozlaşdırılır ki, bunu da, əsasən, daha dinamik qeyri-neft sektoru təmin edəcəkdir. Belə ki, qeyri-neft sektorunun 2013-cü ildə 11,7 faiz, növbəti 3 ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Nəticədə ortamüddətli dövrdə qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 47,6 faizdən 70,6 faizə qədər artacaq, neft sektorunun payı isə 52,4 faizdən 29,4 faizə qədər azalacaqdır.
Neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilmiş, bir barrelin qiyməti gələn il üçün 100, növbəti 3 il üçün 80 dollar qəbul edilmişdi. Növbəti il üçün bir dollar 78,5 qəpik qəbul edilmiş və inflyasiya tempi 5,7 faiz proqnozlaşdırılmışdır.
Qeyd etmək lazımdır ki, proqnozlaşdırılan ortamüddətli dövrdə regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldıl-ması və davamlı inkişaf dövlət proqramlarının icrası başa çatacaq və nəzərdə tutulmuş tədbirlərin icrası, o cümlədən yeni istehsal və xidmət müəssisələrinin tikintisi bütövlükdə iqtisadi inkişafa müsbət təsir göstərməklə, xüsusi ilə də qeyri-neft sektorunun dinamik artımına şərait yaradacaqdır. Təkcə cari ilin ilk yarısında regionlarda 170-dən çox yeni müəssisə istifadəyə verilmiş, hazırda 450-dən çox müəssisənin yaradılması davam etdirilir.
Sənayenin inkişafına dövlət dəstəyi tədbirlərinin güclən-dirilməsi müəssisələrin fəaliyyətinin genişləndirilməsinə, qarşıdakı illərdə sənaye kompleksinin modernləşdirilməsi prosesinin daha da sürətləndirilməsinə və yeni istehsal sahələrinin yaradılmasına imkan yaradacaqdır. Aparılan sənayeləşmə siyasətinin nəticəsi olaraq cari ilin birinci yarısında 50-dən çox sənaye müəssisəsi və istehsal sahələri istifadəyə verilmiş, 120-dən çox müəssisənin, o cümlədən toxuculuq, tikişçilik, parça boyama, kağız emalı və karton, plastik borular, digər plastik məmulatlar istehsalı müəs-sisələri, karton tara və karton istehsalı fabriki və müxtəlif növ elektrotexniki avadanlıqların istehsalı zavodunun və sair istehsal müəssisələrinin tikintis davam etdirilir.
Bütün bunların nəticəsində qeyri-neft sənayesi üzrə 2013-cü ildə 18,1 faiz, növbəti 3 ildə isə orta hesabla 11,2 faiz artıma nail olunacaqdır.
Son illər dinamik artım  nümayiş etdirən kimya sənaye-sində 2013-cü ildə 66,4 faiz, növbəti 3 ildə isə orta hesabla 18,7 faiz artım proqnozlaşdırılır. Kimya sənayesi üzrə növbəti illər üzrə proqnozlaşdırılan artım bu sahədə fəaliyyət göstərən müəssisələrin istehsal güclərinin artırılması, modernləşdirilməsi, eləcə də yeni məhsulların istehsalına başlanması hesabına gözlənilir. Tikinti materiallarının istehsalında 2013-cü ildə 30,1 faiz, növbəti 3 ildə orta hesabla 36,9 faiz artım proqnozlaşdırılır. Bu artım, əsasən, yeni sement, habelə tikinti materialları istehsal edən digər müəssisələrin, o cümlədən Hacıqabul rayonunda seramik plitələr istehsalı zavodunun fəaliyyətə başlaması ilə bağlı olacaqdır.
2013–2016-cı illər ərzində maşınqayırma sənayesi orta hesabla 7,3 faiz, ölkədə gəmiqayırma zavodunun fəaliyyətə başlaması hesabına nəqliyyat vasitələrinin istehsalının isə orta hesabla 30,9 faiz artacağı proqnozlaşdırılır.
Sumqayıt Texnologiyalar Parkında yaradılmış müəssisə-lərin fəaliyyəti, Bakı bərk məişət tullantılarının yandırılması zavodunun cari ildə istismara verilməsi və həmçinin Sumqayıt Kimya Sənaye Parkının, Bakıda Balaxanı Sənaye Parkının, Gəncə şəhərində poladəritmə kompleksinin yaradılması, bütövlükdə qeyri-neft sektorunun daha da genişlənməsinə imkan yaradacaq.
Ölkədə yeni yaradılacaq, eləcə də fəaliyyət göstərən müəssisələrdə istehsal həcmlərinin artırılması hesabına qida məhsullarının istehsalında 2013-cü ildə 4,4 faiz, növbəti 3 ildə ortaillik 4,9 faiz artım proqnozlaşdırılır. Bununla yanaşı, proqnozlaşdırılan dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına qida sənayesinin inkişafına imkan yaradacaq sənaye üsulu ilə yeni quş əti və yumurta istehsalı, müasir texnologiyalar əsasında ət emalı, bitki yağları, süd, çörək istehsalı və digər müəssisələrin tikintisi həyata keçirilir.
Hörmətli millət vəkilləri, qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə 2013-cü ildə 5,1 faiz, növbəti 3 ildə orta hesabla 5,3 faiz artım proqnozlaşdırılır. Bu zaman aqrar sektora dövlət dəstəyi tədbirlərinin, o cümlədən vergi güzəştlərinin, subsidiyaların verilməsinin, aqrolizinq, aqroservis xidmətlərinin davam etdiriləcəyi, intensiv metodların və müasir texnologiyaların tətbiqinə üstünlük veriləcəyi, iri taxılçılıq təsərrüfatlarının yaradılacağı, müasir texnologiyalara əsaslanan iri heyvandarlıq komplekslərinin, quş əti və yumurta istehsal edəcək quşçuluq fabriklərinin istifadəyə veriləcəyi, habelə “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” ilə müəyyən edilmiş digər hədəflər nəzərə alınmışdır.
Dövlət başçısının respublikada ərzaq təhlükəsizliyini davamlı olaraq gücləndirmək məqsədi ilə ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasını təmin etmək üçün Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 hektar qış otlaq sahələrində Özəl Pilot Taxılçılıq təsərrüfatlarının yaradıl-ması nəzərdə tutulmuşdur.  Bununla əlaqədar torpaqların təyinatı dəyişdirilmiş, dövlət investisiyaları hesabına su və enerji təminatı yaradılmış, kompleks meliorativ tədbirlər görülmüşdür. Hazırda ərazidə müasir suvarma sistemləri qurulur və əkinə başlanılmışdır. Layihə çərçivəsində 30 min tonluq müasir taxıl anbarı, min başlıq müasir heyvandarlıq kompleksi, müasir bitki yağları istehsalı zavodu inşa olunacaq və müasir aqroservis yaradılacaqdır. Təsərrüfatda 350–400 nəfər daimi işlə təmin olunmaqla yanaşı, müasir texnologiyaların tətbiqi nəticəsində məhsuldarlığın respublika üzrə orta göstəricidən minimum 2 dəfə artıq olacağı gözlənilir.
Güzəştli kreditlər hesabına aqrar sektor üzrə müasir texnologiyalara əsaslanan layihələrin maliyyələşdirilməsi ilə istifadəyə verilmiş və tikintisi davam etdirilən müəssisələr hesabına kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanması imkanları daha da artacaqdır. Belə ki, maliyyələşdirilmiş layihələrə tutumu 130 min ton olan 40 soyuducu anbar, tutumu 322 min ton olan  21 taxıl anbarı, illik istehsalat gücü 66 milyon ədəd damazlıq və 155 milyon ədəd əmtəəli yumurta, 40 min ton quş əti olan 32 quşçuluq təsərrüfatı, illik istehsal gücü 70 min ton süd və 1,7 min ton ət olan 12 min 650 başlıq 10 cins iri-buynuzlu heyvandarlıq kompleksi, 50 hektar ərazidə illik istehsal gücü 17,4 min ton tərəvəz məhsulları, 10 intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatları, 583 hektar ərazidə illik istehsal gücü 14,6 min ton olan üzüm və 10 üzümçülük təsərrüfatı, illik istehsal gücü 88 min ton olan 11 meyvə-tərəvəz emalı zavodu, illik istehsal gücü 126 min ton olan 7 süd emalı zavodu, illik istehsal gücü 13 min ton ət emalı və 68 min ton ət kəsimi olan 7 ət emalı müəssisəsini misal göstərmək olar.
Bununla yanaşı, qəbul olunmuş üzümçülük proqramının icrası, yaradılan toxumçuluq və aqroservis müəssisələri ixrac yönümlü, keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının artımına imkan verəcək. Dövlət proqramının icrası ilə əlaqədar 30 layihəyə, o cümlədən müasir texnologiyaların tətbiqi ilə 400 hektar üzüm əkilməsinə güzəştli kreditlər verilmişdi.
Xidmətlər sektorunda artım 2013-cü ildə 10,7 faiz, növ-bəti 3 ildə isə orta hesabla 7,8 faiz təşkil edəcəkdir. Bu sek-torun ümumi daxili məhsulda payının 2011-ci ildə 25,9 faizdən 2016-cı ildə 38,5 faizə qədər artacağı proqnozlaşdırılır ki, bu da iqtisadiyyatın sahəli strukturunun daha da təkmilləşdiriləcəyini göstərir.
Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və turizm xidmətlərinin daha da genişlənməsi, regionlarda və Bakıda yeni müasir standartlara cavab verən mehmanxa-naların, Şahdağ Qış-Yay Turizm kompleksinin istifadəyə verilməsi və tarixi abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi nəticəsində turizm sektorunda 2013–2016-cı illər ərzində orta hesabla 21,9 faiz artım gözlənilir.
Ortamüddətli dövrdə informasiya və rabitə sektorunun dinamik artımı davam edəcəkdir. Belə ki, 2013-cü ildə bu sahədə 10,9 faiz, növbəti 3 ildə ortaillik 10,1 faiz artım gözlənilir. İnformasiya kommunikasiya texnologiyaları sahəsində yeni xidmətlərin genişlənməsi ilə yanaşı, Azərbaycanın ilk peykinin orbitə çıxarılması bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar yaradacaqdır.
Nəqliyyat sektorunda regional və yerli əhəmiyyətli inf-rastruktur layihələrin reallaşdırılması, o cümlədən Bakı–Tbilisi–Qars dəmiryol xəttinin, Traseka və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində avtomobil yollarının tikintisi və yenidən qurulması, beynəlxalq hava və dəniz limanlarının istifadəyə verilməsi, orta müddətli dövrdə nəqliyyat sektorunun artımını sürətləndirəcəkdir. Belə ki, gələn il bu sahədə 6,9 faiz, növbəti 3 ildə orta illik 6 faiz artım gözlənilir.
Sosial və digər xidmətlərdə 2013-cü ildə 8,6 faiz, növbəti 3 ildə ortaillik 5,3 faiz artım, ticarətdə 2013-cü ildə 13 faiz, növbəti 3 ildə isə 9,3 faiz ortaillik artım proqnozlaşdırılır.
Qeyri-neft ümumi daxili məhsulun dinamik artımı qeyri-neft ixracının da artmasına müsbət təsir edəcəkdir. Belə ki, qeyri-neft ixracı 2013-cü ildə 19,9 faiz, sonrakı 3 ildə orta hesabla 19,1 faiz artacaqdır.
Xarici ticarət saldosunun 2013–2016-cı illər ərzində orta hesabla 16,1 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Ölkənin ödəmə qabiliyyətini müəyyən edən tədiyyə balansı üzrə müsbət meyillərin növbəti illərdə də davam edəcəyi gözlənilir.
Hörmətli millət vəkilləri, ortamüddətli dövrdə ölkə iqtisadiyyatının dinamik inkişafını şərtləndirən əsas amil-lərdən biri də investisiyalar olacaqdır. 2013–2016-cı illər ərzində bütün maliyyə mənbələrindən əsas kapitala yönəldiləcək vəsaitin 71,8 milyard manat olacağı proqnozlaşdırılır. 2013-cü ildə investisiya qoyuluşları 17,3 faiz artaraq 18 milyard manat, növbəti 3 ildə isə 53,8 milyard  manat olacağı, o cümlədən xarici investisiyaların gələn il 5,2 milyard manat olmaqla növbəti 3 ildə 16,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il neft sektoruna 5,5 milyard, qeyri-neft sektoruna isə 12,5 milyard manat investisiya yatırılacağı gözlənilir.
Əsas kapitala qoyulan investisiyalarda əhəmiyyətli xüsusi çəkiyə malik olan, dövlət investisiyalarının əsas istiqamətlərini özündə əks etdirən Dövlət investisiya Proqram layihəsi də təqdim olunmuş sənədlər siyahısındadır. Proqram layihəsində, əsasən, davam edən layihələrin başa çatdırılması prioritet olmaqla infrastruktur, su ehtiyatları və irriqasiya, energetika və sənaye, ekologiya, kənd təsərrüfatı, eləcə də sosial yönümlü layihələrə, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin təmiri və tikintisinə, əlil və şəhid ailələri üçün yaşayış evlərinin tikintisinə, qaçqınlar və məcburi köçkünlərin sosial yaşayış şəraitinin yaxşılaşdırılmasına və digər sosial layihələrə üstünlük verilmişdir.
Bütövlükdə 2013–2016-cı illər ərzində Dövlət investisiya Proqramı çərçivəsində ölkə iqtisadiyyatına 32,7 milyard manat vəsait qoyulacağı proqnozlaşdırılır. İnfrastruktur layihələrinə 21 milyard manat, nəqliyyat layihələrinə 8,7 milyard manat yönəldiləcək və bunun hesabına Bakı–Qars, Bakı–Böyük Kəsik dəmir yollarının, Ələt–Astara, İranla dövlət sərhədi avtomobil yolunun tikintisi, Bakı–Şamaxı, Hacıqabul–Kürdəmir–Yevlax ikizolaqlı avtomobil yollarında əlavə ikizolaqlı yolların tikintisi və sair layihələr həyata keçiriləcəkdir. Eyni zamanda, respublika və yerli əhəmiyyətli Bəhramtəpə–Biləsuvar, Kürdəmir–İmişli, Şamaxı–Göylər,  İsmayıllı–La-hıc, Oğuz–Qəbələ, Şəki–Qax–Zaqatala, Ağstafa–Poylu Gür-cüstanla dövlət sərhədi və digər avtomobil yollarının yenidən qurulması və təmiri işləri başa çatdırılacaqdır.  Son illərdə respublikanın regionlarında yol infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə yerli əhəmiyyətli yolların və körpülərin, o cümlədən kənd yollarının yenidən qurulması, əsaslı təmiri və tikintisinə diqqət artırılmışdır.
Kommunal infrastruktur layihələrinə 4,8 milyard manat vəsait ayrılacaqdır. Bununla da respublikanın şəhər və rayonlarının qazlaşdırılması başa çatacaq. Şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri, istilik xətləri və qazanxanalar yenidən qurulacaqdır. Su ehtiyatları və irriqasiya layihələrinə 1,5 milyard manat vəsait ayrılacaq, nəticədə Şəmkir çayı üzərində dəryaçanın, Tovuzçay–Taxtakörpü su anbarının, Samur–Abşeron su kanalının tikintisi başa çatdırılacaqdır. Cari ildə Yuxarı Mil kanalının birinci mərhələsinin tikintisi başa çatdırılmış, növbəti ildə layihənin ikinci mərhələsinin tikintisinə başlanılacaqdır. Bu dövrdə energetika və sənaye layihələrinin ümumi dəyəri 5,7 milyard manat təşkil edəcəkdir. Azot gübrələri zavodunun tikintisi, Abşeron hibrid-günəş, külək-elektrik stansiyasının, Ordubad su-elektrik stansiyasının tikintisi və sair layihələr tamamlanacaqdır.
Eləcə də sosial yönümlü layihələrə 5,1 milyard manat vəsait ayrılması proqnozlaşdırılır. Təkcə “2011–2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 242 məktəb, 112 uşaq bağçası, 11 peşə məktəbi, 19 məktəbdənkənar təhsil obyekti olmaqla 484 obyektin təmir və tikintisi başa çatdırılacaqdır. Eləcə də çoxsaylı səhiyyə, idman obyektləri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binaları tikilib istifadəyə veriləcəkdir.
Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət öz müsbət nəticələrini sosial sahələrin dinamikasında da büruzə verir. 2013-cü ildə orta aylıq əmək haqqının 3,9 faiz artaraq 440,3 manata, 2016-cı ildə isə 562,7 manata çatacağı proqnozlaşdırılır.
Hörmətli millət vəkilləri, əminik ki, Azərbaycan Res-publikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, çevik və Azərbaycanı daha böyük hədəflərə aparan siyasəti, həyata keçirilən genişmiqyaslı işlər əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirəcək, Vətənimizə yeni uğurlar, xalqımıza firavanlıq gətirəcək, Azərbaycanı daha qüdrətli dövlətə çevirəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Şahin müəllim. Hesablama Palatasının sədri Heydər Əsədov, buyurun.
H.Əsədov, Azərbaycan Respublikası Hesablama Palata-sının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaq-lar! 15 ildən artıq  müddətdir ki, Azərbaycan iqtidarı, höku-məti Milli Məclisə hər il özündən əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artımla yeni dövlət büdcəsinin layi-həsini təqdim edir. Maraqlı cəhət ondan ibarətdir ki, bu büdcə layihəsi təkcə kəmiyyət etibarilə deyil, eləcə də keyfiyyət etibarilə, özünün məqsədləri, əsaslılığı, məzmunluluğu və ən nəhayət, şəffaflığı ilə  əvvəlki büdcələrdən seçilir.
Bu  baxımdan müzakirənizə təqdim edilmiş 2013-cü ilin dövlət  büdcəsinin layihəsi də istisna təşkil etmir. Çünki bu büdcənin də hədəfləri, məqsədləri rekord həddə yönəlib. İlk dəfə olaraq 25 milyard manatdan artıq büdcə xərcləri nəzərdə tutulur ki, bu da həm müasir çağırışları ödəmək üçün maliyyə təminatına qadirdir, həm də cəmiyyətin büd-cədən gözləntilərini qarşılamaq imkanına malikdir. Buna görə də əvvəllər bəzən ehtiyatla dediyimiz “büdcənin daya-naqlılığı” terminin bu gün çox böyük əminliklə söyləyə və hətta bununla qürur duya bilərik. Bu da öz-özlüyündə Azərbaycan Respublikası Prezidentinin, onun komandasının apardığı iqtisadi siyasətin məntiqi nəticələrini göz önünə qoyur.
Hörmətli millət vəkilləri, hər birinizə məlumdur ki, dünya iqtisadiyyatında makroiqtisadi qeyri-müəyyənlik bu gün də davam edir və gələn il də davam edəcəkdir. Demək olmaz ki, bu iqtisadi böhran gələn il daha da kəskinləşəcək və yaxud dərinləşəcək. Amma buna baxmayaraq, gələn il dünya iqtisadiyyatında sistemli risklərin daha da artacağı ehtimalı büdcədə müvafiq tədbirlərin görülməsini zəruri edir. Bu baxımdan istər inkişaf etmiş ölkələrdə, istərsə də inkişaf etməkdə olan ölkələrdə büdcə, büdcə siyasəti hələ bu qədər aktual olmamışdır. Çünki bu gün büdcə dövlətin  iqtisadi, sosial siyasətinin həyata keçirilməsinin ən səmərəli alətinə çevrilmişdir. Buna görə də istər qlobal miqyasda, dünya səviyyəsində, istərsə də ayrı-ayrı dövlətlər səviyyəsində büdcəyə və onun parametrlərinə olduqca böyük diqqət yetirilir. Avrozona ölkələrində büdcənin parametrlərinin dəqiqləşdirilməsinə, təsdiqinə olan tələblər, səylər mənim dediyimə əyani sübutdur.
Bütün bunların  kontekstində istər dünya miqyasında, istərsə də ayrı-ayrı hökumətlər səviyyəsində büdcə ilə bağlı tələblər müəyyən edilmişdir. Bu tələblər çoxdur, amma onlardan bir neçəsini sadalamaq istərdim. Həmin tələblərin içərisində birinci yeri dövlət borclarının azaldılması prinsipi tutur. Yəni bu gün beynəlxalq təşkilatların dünya ölkələrinin iqtisadiyyatı ilə bağlı birinci tövsiyəsi dövlət borclarının istər daxili, istər xarici,  xüsusilə də xarici dövlət borclarının azaldılması, əgər bu, mümkün deyilsə, ən azından artmasının qarşısının alınmasıdır.
İkinci ciddi məsələ büdcənin balanslaşdırılmış, tarazlaş-dırılmış inkişafını təmin etməkdir.  Yəni büdcə kəsirini maksimal dərəcədə aşağı salmaq, yaxud  onun 1 faiz ətrafında olmasını təmin etməkdən ibarətdir.
Növbəti məsələ isə büdcənin xərclərini optimallaşdırmaq və büdcə xərclərinin iqtisadiyyatın stimullaşdırılmasına yönəldilməsini təmin etməkdən ibarətdir.
İcazənizlə, qlobal baxımdan bizim büdcənin bu tələblərə cavab verib-verməməsi ilə bağlı Hesablama Palatasının rə-yini diqqətinizə çatdırmaq istərdim. Hər şeydən əvvəl ha-mınıza bəllidir ki, Azərbaycanın xarici dövlət borcu onsuz da o qədər  böyük həcmdə deyil. Bu gün  dünya dövlət-lərinin 60 faizindən çoxunun borclanma səviyyəsi artıq ümumi daxili məhsulun yarısından çoxuna bərabərdir. Azərbaycanda isə  bu çox aşağı  rəqəmdir.
Amma buna baxmayaraq, hökumət müasir çağırışlar kontekstinə uyğun addım ataraq gələn il xarici borclanma limitini 2 milyard manatdan 1 milyard 250 milyon azaldaraq 750 milyon manata endirmişdir. 750 milyon xarici borclanmanın maksimal həddidir. Təcrübə bir qayda olaraq göstərir ki, bu maksimal limitin 50–70 faizindən istifadə edilir,  onda biz gələn il xarici borclanmanın çox az miqdarda olacağını gözləyirik. Əgər nəzərə alsaq ki, eyni zamanda, bunun qaytarılması üçün dövlət büdcəsində 780 milyon manat nəzərdə tutulub, beləliklə, Azərbaycan dövləti tarixdə ilk dəfə olaraq xaricdən cəlb etdiyindən çox xaricə vəsait verilməsi və borcların qaytarılması prinsipinə keçəcəkdir. Bu məsələlər uzun müddət parlamentdə də, ayrı-ayrı səviyyələrdə də, mətbuatda da müzakirə edilib. Növbəti ildən etibarən Azərbaycan dövlətində borclanmanın səviyyəsi borclanma yükü,  limiti və məbləği aşağı enməyə davam edəcəkdir.
İkinci məsələ büdcə kəsiri məsələsidir. Qeyd etdiyim kimi, büdcə kəsiri ümumi daxili məhsulun 1,17 faizi həcmində nəzərdə tutulmuşdur. Əgər büdcə kəsirinin örtülməsi mənbələrinə nəzər salsaq, görərik ki, bunun 440 milyonu daxili və xarici borclanma, böyük əksəriyyəti isə xarici borclanma hesabınadır. Hesablama Palatasının apardığı təhlillər  göstərir ki, həm büdcə gəlirlərinə ehtiyatlı yanaşmaq, həm riskləri qarşılamaq üçün nəzərdə tutulmuş ehtiyat fondlarının həcmi, həm də büdcə xərclərinin bir qisminə qənaət edilməsi gələn il büdcə kəsirinin 1 faizin altında, hətta 0,5 faizdən artıq olmayacaqdır. Bu da qeyd etdiyim çağırışlara tamamilə uyğundur.
Növbəti məsələ isə büdcə xərclərinin optimallaşdırılması və bunların iqtisadiyyatın stimullaşdırılmasına yönəldilməsi məsələsidir. Təkcə investisiya xərclərinə nəzər salsaq, görərik ki, həmin xərclər büdcə xərclərinin 35 faizini əhatə edir, bunun tərkibində isə böyük əksəriyyəti infrastruktur layihələri təşkil edir. Bildiyiniz kimi, iqtisadiyyatın stimullaşdırılmasının ən vacib cəhəti iqtisadi infrastruktur layihələrinin tətbiqidir. Bizim büdcədə də bu parametrin nəzərə alınması və həmin infrastruktur layihələrinin dövlətin həm ortamüddətli, həm uzunmüddətli dövlət proqramları ilə uzlaşdırılması, eləcə də dövlətin uzunmüddətli məqsədlərinə uyğun planlaşdırılması bizə onu deməyə əsas verir ki, gələn il büdcə bu funksiyasını da yerinə yetirəcək və iqtisadiyyatın stimullaşdırılmasında mühüm rol oynayacaqdır.
Mən qlobal aspektdə  bir neçə əsas prinsipləri sadaladım. Amma indi isə ölkələr, dövlətlər daxilində büdcəyə olan tələblər diqqətinizə çatdırmaq istərdim. Bu aspektdə büdcə qarşısında duran ən əsas məsələ büdcələrarası münasibətlərdir. Hörmətli maliyyə nazirimiz də qeyd etdi. Növbəti ildən etibarən  yerli gəlirlərin 197 milyon manat artırılması nəzərdə tutulur.  Artıq Bakı şəhəri ilə yanaşı, Şirvan, Abşeron rayonları da özünümaliyyələşdirmə prinsipinə keçəcəkdir. Yerli gəlirlərin artırılması, yerlərdə yavaş-yavaş özünümaliy-yələşdirmə prinsipinə keçilməsi və yığılan gəlirlərin 100 faiz yerlərdə sərəncamda saxlanılması, mən deyərdim ki, büdcə münasibətlərində, bu münasibətlərin tarazlaşmasın-da mühüm rol oynayacaqdır.
Biz büdcənin parametrlərini Hesablama Palatasının rəsmi rəyi olaraq sizə təqdim etmişik. Mən onun ayrı-arı aspektləri üzərində deyil, yalnız bir neçə məqamları üzərində dayanmaq istəyirəm. Burada hər şeydən əvvəl  diqqəti cəlb edən nədir? Cəmiyyətin hansı gözləntiləri həyata keçirilib?! Birinci, uzun müddət idi ki, əmanətlərin qaytarılması Milli Məclisdə də müzakirə edilirdi və keçən il bu məqsəd üçün büdcədən 300 milyon manat  vəsait ayrıldı. Növbəti ildə də bu borcları ödəmək üçün dövlət büdcəsində 500 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bizim hesablamalarımıza görə, bu vəsait borcların tamamilə ödənilməsinə, hələ ehtiyatla yanaşsaq, müəyyən qədər də qənaət edilməsinə səbəb olacaqdır. Əhali bu vəsaitləri rahat alacağına əmin olmalıdır.
Ümumiyyətlə, bu ilin dövlət büdcəsini fərqləndirən cəhət ondan ibarətdir ki, prioritetlər cəmiyyətin gözləntilərinə maksimum yaxınlaşdırılır. Yəni əgər cəmiyyətin gözləntiləri ilə büdcənin imkanları bir növ prioritetlərin konsensusunu təşkil edirdisə, bu dəfə konsensus prioritetlərin xeyrinədir. Yəni bizim burada qaldırdığımız bir neçə məsələ növbəti ilin büdcəsində həll edilib.
Həmişə uşaq bağçalarına ərzaq paylarının artırılması məsələsi qaldırılırdı. Gələn ilin büdcəsində məktəbəqədər təhsil müəssisələri üçün əlavə olaraq 48 milyon manat məbləğində ərzaq və material alınması nəzərdə tutulur ki, bu da Nazirlər Kabineti tərəfindən təqdim edilmiş norma daxilində təhsil müəssisələrini, məktəbəqədər təhsil müəssisələrini ərzaqla təmin etməyə tam imkan verəcəkdir. Bu birdən-birə 3,4 dəfə  artım deməkdir.
Şəkərli diabet xəstələrinin problemləri də dəfələrlə müzakirə edilmişdi. Gələn ilin büdcəsində şəkərli diabet xəstələri üçün xərclərin həcmi birdən-birə 2,7 dəfə artırılaraq 21,5 milyon manata çatdırılacaqdır. Bu, xəstələrin əsas ehtiyaclarını, demək olar ki, təmin edəcəkdir.
Bu dövlət büdcəsini fərqləndirən xüsusiyyətlərdən biri Sahibkarlığa Kömək Milli Fonduna vəsaitin ayrılmasıdır. Bir neçə il bundan qabaq 10–20 milyon manat vəsaitin ayrılması üçün mübahisələr gedirdi. Növbəti ildə Sahibkarlığa Kömək Milli Fonduna 150 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Əgər nəzərə alsaq ki, bu vəsaitlər bir neçə il həmin fondun sərəncamında qalır, hesablamalara əsasən gələn il fondun vəsaiti üzrə kredit portfelinin həcmi 920 milyon manat təşkil edəcəkdir. Bu da bir sıra layihələri həyata keçirməyə və dövlət yükünü, büdcə yükünü azaltmağa imkan verəcəkdir.
Eyni qəbildən olan İpoteka Fonduna ipoteka üzrə də ilk dəfə olaraq keçənilkindən 2 dəfə artıq – 40 milyon manat vəsait ayrılmışdır. Ayrılan  vəsaitin həmin hesabda qalması, eləcə də Mərkəzi Bankın özünün yerləşdirdiyi qiymətli kağızlar hesabına gələn il fondda 400 milyondan artıq vəsait cəmlənəcək ki, bu da bir sıra layihələri reallaşdırmağa, ehtiyacları ödəməyə imkan verəcəkdir.
Hörmətli millət vəkilləri, mən bu parametrləri sadalamaqla yanaşı, eyni zamanda, Hesablama Palatasının Dövlət Neft Fondundan ayrılan transfertlərə münasibətini də bildirmək istərdim. Mən bilirəm ki, bu məsələlər  müzakirə ediləcəkdir. Ona görə istəyirəm ki, Hesablama Palatasının da mövqeyini biləsiniz. Hər şeydən əvvəl bildirmək istəyirəm ki, Azərbaycanın ehtiyatları hər birinizə məlumdur, təxminən ikiillik büdcənin həcminə yaxınlaşır. Müasir dövrdə dövlət ehtiyatlarının optimallaşdırılması ən problemli məsələlərdən biridir. Hazırda vəsaitə malik olan dövlətlərin, şirkətlərin, konsorsiumların,  qurumların  ən böyük problem vəsaiti yerləşdirib gəlir əldə etmək deyil, sadəcə, həmin vəsaiti qorumaqdan ibarətdir. Ona görə də son dövrlərdə prinsip olaraq dövlət ehtiyatlarının həcminin həddindən artıq artırılması praktikası, yəni yığım taktikası deyil, onun infrastruktur layihələrinə yönəldilməsi taktikası tətbiq edilir. Ziyad müəllim də qeyd etdi, əgər bizdə infrastruktur layihələrinə, yolun çəkilməsinə, qazlaşdırmaya, su təchizatına və sairə böyük ehtiyacımız varsa, bu, vəsaitlərin təhlükəli halda yerləşdirilməsindən qat-qat üstündür.
Bircə məsələni də qeyd etmək istəyirəm. Azərbaycan dövləti, ümumiyyətlə, rezervləri yaradandan bəri vəsaitlər həmişə gəlirlərin istiqamətində deyil, ən yüksək reytinqli AAA reytinqində saxlayıb. Amma praktika göstərir ki, son zamanlarda hətta AAA reytinqinə malik olan konsorsiumların, şirkətlərin də iflası prosesi baş verir. Mən ən sonda Neman qardaşları şirkətini misal göstərə bilərəm, yəni istənilən yerdə yerləşdirilmiş vəsaitin qorunması üçün təhlükə vardır.
İkinci, vəsaitin portfelini hansı valyutada yerləşdirmək özü də bir problem yaradır. Ona görə də Hesablama Palatası bu transfertlərin məbləğinin artırılmasını dəstəkləyir. Fikrimizcə, bu vəsaitləri daha çox Sahibkarlığa Kömək Milli Fonduna yönəltməklə və hazırda büdcədən maliyyələşdirilən təşkilatların bir hissəsini özəl sektora keçirməklə büdcə yükünü azaltmaq olar.
Dövlət büdcəsinin  digər cəhətlərini də  qeyd edə bilərəm. Bu büdcədə böyük manevr imkanları var. Çünki həm Azərbaycan Respublikası Prezidentinin,  həm də Nazirlər Kabinetinin ehtiyat fondu bu büdcə ilə istənilən səviyyədə manevr etmək imkanı verəcəkdir. İstənilən təbii fəlakəti, seli qarşılamaq üçün lazım qədər –  toplam  150 milyon manata yaxın vəsait ayrılır. İstənilən halda hətta xarici borclarımız artsa belə, dövlət bunları qaytarmaq imkanına malikdir. Təminat fondumuzun vəsaiti artıq 450 milyon manatdan artıqdır. Bütün bunlar bu büdcənin parametrlərin xarakterizə etməyə imkan verir.
Büdcə elmi cəhətdən də şəffafdır, sair maddələr xeyli detallaşdırılmış,  bir neçə təsnifat maddələri, bir neçə yeni proqram əlavə edilmiş və dövlətin büdcəsinin proqramlığı da artırılmışdır. Gələn ildə 37 proqram üzrə 225 milyon manatdan artıq vəsait xərclənəcəkdir. Bütün bunlar onu deməyə əsas verir ki, bizə təqdim edilən büdcə müasir çağırışları qarşılamağa qadirdir və eyni zamanda, cəmiyyətin  gözləntilərini təmin edəcəkdir. Buna görə də  Hesablama Palatasının  kollegiyası bu büdcəyə müsbət rəy vermişdir. Hörmətli millət vəkillərini də bu büdcəni dəstəkləməyə  dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Heydər müəllim. Hörmətli millət vəkilləri, indi isə dövlət büdcəsi layihəsinin müzakirəsinə başlayaq. Xahiş edirəm, çıxış etmək istəyənlər yazılsınlar. Buyursun İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Bizə təqdim edilən layihədən məlum olur ki, gələn ilin büdcə gəlirləri üzrə 12,4 faizlik, xərcləri üzrə 12,1 faizlik, kəsir üzrə isə 3,5 faizlik artım gözlənilir. Büdcə gəlirlərinin strukturunda 11 milyard 350 milyon manat və ya 59,3 faiz Dövlət Neft Fondundan daxilolmaların, 6 milyard 400 milyon manat və ya 33,4 faiz Vergilər Nazirliyi üzrə daxilolmaların, 1 mil-yard 380 milyon manat və ya 7,2 faiz Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların, 5 milyon manat dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların və 19 milyon manat sair daxilolmaların payına düşür. Vergilər Nazirliyi xətti ilə daxilolmaların 3 milyard 760 milyon manatının və ya 58,8 faizinin qeyri-neft sektoru hesabına formalaşacağı gözlənilir. Ölkə həyatının əsas istiqamətləri üzrə də büdcə xərclərinin həcmi artırılmışdır. Zənnimcə, bu tendensiyalar ölkəmizin davam edən inkişafından xəbər verir, büdcənin strateji məsələlərin həllinə yönəldiyini göstərir.
Bununla belə, diqqətinizi büdcənin formalaşması və xərclənməsi ilə bağlı bəzi məqamlara yönəltmək istərdim. Təbiidir ki, dövlət tərəfindən aparılan sosial yönümlü siyasətin bir göstəricisi olan maaş artımı 2013-cü ildə də davam edəcəkdir. Elə investisiya layihələrinin maliyyələş-dirilməsi də xeyli sayda yeni iş yerlərinin açılması və son nəticədə əhalinin gəlirlərinin artması deməkdir. Ancaq belə bir artımın xoşagəlməz, eyni zamanda, qaçılmaz nəticələri də olur. Bunlardan biri də inflyasiyanın artmasıdır. Xatırladım ki, təqdim edilən büdcə layihəsində 2013-cü il üçün inflyasiya proqnozu 5,7 faiz təşkil edir ki, bu da cari ilin sonunadək gözlənilən inflyasiya göstəricisindən bir faiz artıqdır. Zənnimcə, inflyasiyaya təsir göstərmək və bununla maaş artımı – inflyasiya halqasının təsirini azaltmaq yolunda dövlət tənzimləməsi alətlərinin heç də hamısından istifadə edilmir.
Hamıya məlumdur ki, istehlak bazarında qiymətlərin artması heç də hər zaman obyektiv bazar prosesləri ilə bağlı olmur. Bizim ölkədə bir çox hallarda bu artımın arxasında inhisarçılıq durur. Bəs bu yöndə hansı işlər görülür? Bilirsiniz ki, inhisarçılıqla mübarizə məqsədi ilə hələ 19 il əvvəl “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, əvvəllər müstəqil, sonralar isə İqtisadi İnkişaf Nazirliyi yanında fəaliyyət göstərən xüsusi bir qurum – Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılmışdır.
Təəssüf ki,  bu qurum yarandığı gündən inhisarçılıqla bağlı ciddi addımlar ata bilmir və ümumrespublika miq-yasında fəaliyyət göstərən nəhəng inhisarçıların qapılarına belə yaxınlaşmağa cürət etmir. Təkcə onu deyim ki, mətbuatda bu struktur haqqında məlumatların 90 faizi inhisarçı ilə yox, onun tərəfindən istehlak bazarında yararsız ərzaq məhsullarının aşkar edilməsi ilə bağlı olur. Mənə elə gəlir ki, inhisarçılıqla bağlı daha təsirli tədbirlər görülməli, daha ciddi, müstəqil struktur yaradılmalı və bu struktur dövlət başçısı tərəfindən dəstəklənməlidir.
Bu problemlə bağlı daha bir fakt deyim. 2006-cı ildə Rə-qabət Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Artıq 6 il keçib, amma iki oxunuşdan keçmiş bu məcəllə in-diyə qədər qəbul edilməyib. Yəqin ki, bu qanunun qəbul edilməsi hökumətin istehlak bazarına təsirini artırar və nəticədə qiymətlərin süni şəkildə şişirdilməsinin qarşısını almaq üçün  dövlətin əlində əlavə bir alət olar. Bu tədbirlərin nəticəsi isə o olacaq ki, istehlak bazarında qiymətlərin məqsədli və nəzarətsiz artması aradan qaldırılacaq, büdcədə maaş artımına və maaşların indeksasiyasına yönələn xərclər minimuma endiriləcəkdir.
Çıxışımın sonunda bir məsələyə də toxunmaq istərdim. Müzakirə etdiyimiz dövlət büdcəsinin layihəsində bir barrel neftin satış qiyməti 100 dollar məbləğində qəbul edilib. Büdcə gəlirinin böyük bir hissəsi, yəni Dövlət Neft Fondundan büdcəyə edilən transferlər məhz bu rəqəm əsasında hesablanıb. Halbuki Azərbaycan qədər karbohidrogen satışından asılı olan digər iki ölkənin büdcə layihələrində bu rəqəm başqadır. Rusiyada 91 dollar, Qazaxıstanda 90 dollardır. Xahiş edirəm ki, hörmətli maliyyə nazirimiz cənab Samir Şərifov bu məbləğin hansı proqnozlar əsasında 100 dollar olmasını Milli Məclisə izah etsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zeynəb Xanlarovanın sualı var. Buyursun.
Z.Xanlarova. Hörmətli Oqtay müəllim, mən çox danışmayacağam. Ancaq bir sual vermək istəyirəm. Məni çox maraqlandıran bir sualdır. Bilmək istəyirəm, bu büdcənin həkimlərə, müəllimlərə, alimlərə, pensiyaçılara, əlillərə xeyri olacaq, ya yox?
Sədrlik edən. Oldu, çox sağ olun, Zeynəb xanım, suallar hamısı sonra cavablandırılacaq. İsmayıl Hacıyev.
İ.Hacıyev. Hörmətli Oqtay müəllim, hörmətli sədarət, hörmətli deputat həmkarlarım, hörmətli qonaqlar! Burada 2013-cü ilin dövlət büdcəsinin xarakterik cəhətləri hörmətli İqtisadi siyasət komitəsi sədrinin, maliyyə nazirinin, iqtisadi inkişaf nazirinin, Hesablama Palatasının sədrinin çıxışlarında geniş şəkildə təhlil edildi. Biz artıq bir neçə ildir ki, növbəti ilin dövlət büdcəsini və burada nəzərdə tutulan  ən uğurlu  xarakterik cəhətləri geniş təhlil edirik.
Hörmətli Hesablama Palatasının sədrinin də qeyd etdiyi kimi, dövlət büdcəsi elə bir ali sənəddir ki, bundan respublikamızın bütün zəhmətkeşlərinin çox böyük gözləntiləri var. İlk növbədə dövlət büdcəsi çox mükəmməl hazırlanmış bir sənəddir, yəni onun bütün maddələri, parametrləri ilə tanış olan Milli Məclisin hər bir deputatı bunu bu cür qiymətləndirə bilər. Burada xeyli zəhmət çəkilib, əvvəlki illərdə deyilən qeyd və iradlar, ölkənin sosial-iqtisadi inkişafının  uğurları təhlil edilməklə proqnozları da nəzərə alınmışdır.
İlk növbədə, qeyd olunduğu kimi, büdcəmizin ümumi sə-viyyəsi artıb, yəni həm xərclər, həm də gəlirlər əvvəlki, 2012-ci ilin dövlət büdcəsi ilə müqayisədə xeyli dərəcədə artmışdır. İkinci, qeyd edildi ki, büdcədə  Azərbaycan neftinin 1 barrelinin qiyməti 100 dollar hesabı ilə götürülmüşdür. Büdcədə təhlil edilərək qeyd olunmuşdur ki, keçən, 2012-ci il üzrə Azərbaycan neftinin orta satış göstəricisi 114 dollar olduğuna görə də bu ilin dövlət büdcəsində 1 barrelin qiyməti 100 dollarla müəyyən edilmişdir. Düşünürəm ki, İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin dövlət büdcəsi ilə bağlı müəyyən etdiyi proqnoz düzdür və  2013-cü ildə bu özünü doğruldacaqdır.
Digər tərəfdən proqnoz göstəricilərinə görə 2013-cü ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz, ümumi daxili məhsul istehsalı 56,1 milyard nəzərdə tutulmuşdur. Həmin göstərici 2012-ci ilə görə artıqdır ki, bu da ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıya qoyulan vəzifələrin uğurla hə-yata keçirilməsinə imkan verəcəkdir.
Ümumiyyətlə, büdcə sosial yönümlüdür, çünki bu istiqamətə təqribən 5,4 milyard manat, yəni büdcənin 25 faizindən çoxu yönəldilmişdir. Əhalimiz büdcənin sosial yönümlü olmasına böyük əhəmiyyət verir.
Bir cəhəti xüsusilə bilmək istəyirəm ki, burada, – hör-mətli deputat həmkarlarımızın suallarında, təhlillərində də bu öz ifadəsini tapdı, –  elm adamları, təhsil, səhiyyə, mə-dəniyyət işçiləri üçün büdcədə hansı proqnozlar nəzərdə tutulmuşdur? 
Hesablama Palatasının sədri çıxışında  qeyd etdi ki, ipo-teka kreditinə ayrılan vəsait iki dəfə artıq, yəni 40 milyon manat nəzərdə tutulmuşdur. Ancaq burada bəzən gözləntilər, belə demək mümkündürsə, özünü doğrultmur. Yüksək maaş alanlar  ipoteka kreditindən istifadə edə bilirlər. Respublikada  əhalinin bir qismi orta maaş həddindən də aşağı maaş alır, xüsusilə bunu elm işçilərinə şamil edə bilərəm. Elmi işçilər, demək olar ki, ipoteka kreditindən istifadə etmək şansına malik deyildirlər. Təbii ki, ipoteka krediti daha çox mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir, ancaq belə olan halda elmi işçilər bundan istifadə edə bilmirlər.
Ümumiyyətlə, 2013-cü ilin dövlət büdcəsində elm sahə-sinə 129,1 milyon manat vəsait ayrılmışdır.  2012-ci illə müqayisədə 5,7 milyon manat çoxdur və bu, 4,6 faiz artım deməkdir. Qeyd edildiyi kimi, 2013-cü il dövlət büdcəsində ümumi vəsait artıq olduğuna görə elm sahəsinə ayrılan və-sait də, təbii ki, bir qədər artıq olacaqdır. Lakin hər il deyil-məsinə baxmayaraq, elmi işçilərin bütövlükdə orta maaşı, bir də xatırladıram ki, respublika üzrə orta maaş göstəricisindən aşağıdır. Ona görə də gələcəkdə  dövlət büdcəsində elmi işçilərə ayrılan vəsaiti nəzərə almağı İqtisadi İnkişaf Nazirliyindən və Maliyyə Nazirliyindən xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. 5 dəqiqə qalıb, bəlkə iclasımızı fasilədən sonra davam etdirək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, fasilə elan edilir.

(FASİLƏDƏN SONRA)
 
Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Mübariz Qurbanlı.
M.Qurbanlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkil-ləri, Azərbaycan hökumətinin çox hörmətli üzvləri, cənab Baş nazir! Bizim çox hörmətli nazirlərimiz Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi və bu büdcənin məziyyətləri haqqında məlumatlar verdilər. Qeyd edim ki, büdcə layihəsi bundan əvvəl Milli Məclisin komitələrində çox geniş, hərtərəfli müzakirə edilib. Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi bir növ ictimai müzakirədən keçibdir. Son vaxtlar mətbuatda da dövlət büdcəsində əldə edilmiş uğurlar və sair barədə ətraflı yazılar yazılmaqdadır.
Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında çox ciddi və əsaslı dəyişikliklər, kəmiyyət dəyişiklikləri baş verməkdədir. Ölkəmiz irəliyə doğru inkişaf edir. Təsadüfi deyil ki, bu gün Cənubi Qafqazın iqtisadi potensialının 80 faizə qədəri Azərbaycanın ərazisində toplanmışdır. Buradakı çıxışlarda Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi, onun bölgüsü, ayrı-ayrı istiqamətləri barədə məlumatlar verildi. Əlbəttə, bunları rəqəmlərlə təkrar etməyə ehtiyac yoxdur. Əsas məsələ odur ki, Azərbaycan Respublikasının dövlət büdcəsi investisiya  və sosial yönümlü bir büdcədir.
Bu  gün Azərbaycan bütövlükdə bölgənin ən cəlbedici ölkələrindən biridir.  Azərbaycanla iş görmək, Azərbaycana investisiya qoymaq istəyən dövlətlərin, ölkələrin sayı get-dikcə artmaqdadır. Eyni zamanda, indi iqtisadi inkişafımız elə bir səviyyəyə çatıb ki, yerli şirkətlər nəinki ölkə da-xilində, eləcə də ölkədən kənarda geniş layihələrin  həyata keçirilməsində yaxından iştirak edə bilirlər. Əlbəttə, bu çox böyük bir göstəricidir. Bu gün Azərbaycanın, müstəqil dövlətimizin iqtisadi potensialının artımı həmin göstəricinin əsas təzahürlərindən biridir.
Əlbəttə, büdcə, büdcədəki vəsaitin bölüşdürülməsi ilə, ayrı-ayrı layihələrlə bağlı fikirlər söyləmək mümkündür. Ancaq mən hesab edirəm ki, büdcə vahiddir və ona bütöv baxmaq lazımdır. Əgər biz büdcədən ayrı-ayrı regionlar və bölgələr üzrə  vəsait ayırsaq, o zaman onun vahidliyinə xələl gətirmiş olarıq. Büdcə formalaşdırılarkən Azərbaycanın iqtisadi imkanları ilə bərabər iqtisadi inkişafımızın xüsusiyyətləri də nəzərə alınır.
Qeyd edim ki, büdcənin Milli Məclisdə təqdimatında da ildən-ilə çox böyük yeniliklər özünü göstərməkdədir. Yəni “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq büdcə təkmil şəkildə təqdim edilir və onun təqdimatı ilə bağlı çıxış edənlər yüksək peşəkarlıq nümayiş etdirirlər. Ayrı-ayrı mütəxəssislər tərəfindən rəylər verilir, müxtəlif məsələlərlə bağlı, bu və ya digər məsələnin nəyə görə baş tutmadığı, vəsaitlərin haraya ayrıldığı barədə  Milli Məclis deputatlarına izahat, məlumat verilir. Bu çox müsbət bir haldır.
Mən büdcə ilə bağlı danışarkən burada ipoteka kreditlərinin artırılması  məsələsini də xüsusi qeyd etmək istəyi-rəm. Çox müsbət haldır ki, gələnilki büdcədə ipoteka kreditləri daha da artırılacaqdır. Hesab edirəm ki, növbəti illərdə bunu daha da genişləndirmək lazımdır. Bizə büdcə sənədləri təqdim edilərkən həmçinin Azərbaycanın növbəti illər üçün nəzərdə tutulmuş inkişaf konsepsiyası da təqdim edilibdir. Bu inkişaf konsepsiyasında nəzərdə tutulan məsələlər Maliyyə Nazirliyinin və büdcəni təqdim edən nazirliklərin hazırladıqları sənədlər əsasında verilibdir. Təqdirəlayiq haldır ki, biz yalnız bir ili yox, növbəti illəri də nəzərdə tutaraq bu və ya digər məsələni irəli sürürük.
Ona görə də yalnız gələn il üçün deyil, növbəti illəri də nəzərdə tutaraq təklif edirəm ki, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı  ipoteka kreditləri daha da artırılsın, eyni zamanda, ipoteka faizlərinin aşağı salınmasına nail olunsun. Xüsusilə sosial yönümlü, sosial xarakterli layihələrdə gənclərin ailə və məişət şəraitlərinin yaxşılaşdı-rılmasında bu, nəzərə alınsın. Əlbəttə, indi də nəzərə alınır, amma bunu daha geniş şəkildə tətbiq etmək lazımdır.
Digər tərəfdən hesab edirəm ki, Azərbaycanda sosial ev-lərin tikintisinə diqqət yetirmək lazımdır. Azərbaycanda son illərdə mənzil tikintisində böyük rəqəmlər əldə etmişik. Keçmiş dövrlərə nəzər salsaq, görərik ki, bu gün Azərbay-canda, Bakı şəhərində və digər şəhərlərimizdə 10 illər ər-zində tikilən mənzillərin kvadratmetrindən çox mənzillər tikilməkdədir. Bu çox yaxşı haldır.
Mənzillərin tikintisində, əsasən, yerli şirkətlər, yəni Azə-rbaycan şirkətləri iştirak edirlər. Mənzil tikintisinin çox bö-yük hissəsi özəl sahənin nəzarətindədir. Amma düşünürəm ki, artıq Azərbaycanda da  mənzil tikintisi ilə bağlı sosial yönümlü proqramların qəbul edilməsinin vaxtı çatıb. Bu məsələni əvvəlki büdcə müzakirələri zamanı Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bir dəfə qaldırmışdı. Sonralar  komitədə də bu məsələ müzakirəyə çıxarılmışdır.
Biz də başqa ölkələrdə olduğu kimi, əhalinin artan sayını, xüsusilə onun sosial tərkibində baş verən dəyişiklikləri nəzərə alaraq dövlət tərəfindən müəyyən vəsaitin ayrılması ilə mənzil tikintisinə rəvac verə, onu daha da sürətləndirə bilərik. Yəni dövlət büdcəsindən dövlətin yaratdığı şirkətə vəsait ayrılır və həmin vəsait hesabına tikilən mənzillər mənzilə ehtiyacı olanlara bir növ kirayə verilir. Bu, ipotekanın başqa bir formasıdır. Hörmətli maliyyə nazirimiz komitədə müzakirə zamanı bununla bağlı fikri müəyyən mənada perspektiv üçün qəbul etdi və söylədi ki, gələcəkdə bunları nəzərə almaq olar. Hesab edirəm ki, gələcəkdə  bunlar mütləq nəzərə alınmalıdır.
Ölkəmizin hər yerində quruculuq, abadlıq işləri aparılır. Bu çox müsbət haldır. Yeni parklar salınır, insanların istira-hətini təşkil etmək üçün bu və ya digər işlər görülür. Mən bunları çox müsbət dəyərləndirirəm. Bu gün rayonların mərkəzləri o qədər gözəlləşib ki, bəzən xarici ölkələrdən gələn qonaqlar Azərbaycanın ayrı-ayrı bölgələri barədə çox dəyərli fikirlər söyləyirlər. Bu da Azərbaycanın təbliği üçün çox əhəmiyyətlidir və eyni zamanda, əhalinin daxili miqrasiyasına təsir göstərir, əhalinin Bakı şəhərinə axınının qarşısını alır və sair.
Amma bəzən yerlərdə ehtiyac olmadan elə tikinti işləri aparılır ki,  sonradan baxırsan ki, bunlar estetik baxımdan da əhəmiyyət kəsb etmir. Əlbəttə, Azərbaycanda ayrı-ayrı şəxslərin zövqü ilə məsələlər həll edilmir, bunlar müəyyən proqram əsasında həyata keçirilir. Belə də olmalıdır. Ancaq bəzən bir rayonda rəhbərliyin dəyişməsi ilə tikintinin və yaxud da  obyektin yönümünü dəyişmək cəhdləri olur. Hesab edirəm ki, belə məsələlər hökumət tərəfindən xüsusi nəzarətə alınmalıdır ki, kimsə yalnız şəxsi istəyinə uyğun bu və ya digər dəyişikliklər etməsin.
Məni xüsusilə bir məsələ narahat edir. Bəzən yerli-yersiz hasarlama işləri aparılır. Əlbəttə, elə yerlər var ki, orada hasarların çəkilməsi həm arxitektura, həm də estetik baxımdan əhəmiyyətli rol oynayır. Amma  elə yerlər də var ki, burada  hasar çəkməyə ehtiyac yoxdur. Hesab edirəm ki, Hesablama Palatası,  müvafiq nazirliklər, müvafiq icra strukturları  belə hallara xüsusi diqqət yetirməlidir. Çünki bu,  nəticə etibarilə həm maddi vəsaitin mənasız xərclənməsinə,  həm də  estetik baxımdan da zövqsüzlüyə  gətirib çıxara bilər.
Hesab edirəm ki, 2013-cü il dövlət büdcəs Azərbaycanın sosial-iqtisadi inkişafını, iqtisadi mənzərəsini özündə əks etdirən kifayət qədər təkmil bir sənəddir. Mən bu büdcə layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə çağırıram. Bu layihənin hazırlanmasında iştirak edən hökumət üzvlərinə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bizim iki həmkarımızın adı siyahıdan çıxıb, biri İqbal Ağazadədir, digəri Eldar İbrahi-movdur. Onlara da arada söz verəcəyəm. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Cənab Sədr, mənə çıxış üçün şərait yaratdığınıza görə çox təşəkkür edirəm. Öncə qeyd edim ki, əlbəttə, hökumətin ötən dövr ərzində  büdcəni tərtib etmək,  dövrün, regionun əsas siyasətini, ten-densiyalarını müəyyənləşdirmək və buna müvafiq  optimal büdcə sənədini hazırlamaq imkanı, potensialı formalaşıbdır. Bu cəhətdən onun ən mühüm, müsbət məziyyətləri artıq bizə qədər deyilib. Mənə elə gəlir ki, gələcək dövrün daha çox hədəfdə olan məqamları Azərbaycan cəmiyyətinin üzərimizə qoyduğu tələblərə uyğun olaraq belə iclasda daha konstruktiv şəkildə dilə gətirməkdir.
Mən ilk növbədə hökumət üzvlərinin diqqətini ona cəlb etmək istəyirəm ki, ümumiyyətlə, hər hansı sahə üzrə artım nəzərdə tutularsa, burada  proporsionallıq,  mütənasiblik gözlənilməlidir. Məsələn, səhiyyə kimi mühüm bir sahəyə  qarşıdakı il ərzində cəmi 0,5 faiz artım nəzərdə tutulduğu halda, bəzi sahələrə 7–10 faiz və daha artıq məbləğdə maliyyə  vəsaitləri yönəldilibdir. Mənə elə gəlir, hər kəs qəbul edər ki, ölkəmizdə təhsil və səhiyyənin pulsuz olduğu deyilsə də, əslində, Azərbaycan vətəndaşlarının vəsaitləri ən çox bu sahələrə xərclənir. Bunun da başlıca səbəblərindən biri odur ki, hələ də bütövlükdə az insan sağlamlığını səhiyyəmizə təslim edir. Bu mənada vətəndaşların vəsaitinin, –  bilmirəm, ya milyonlardır, ya da milyardlardır, – bir hissəsi İrana, Türkiyəyə, o cümlədən Almaniyaya gedir.
Heç şübhəsiz ki, dövlət nə qədər böyük vəsaitlər yönəltsə də, vətəndaşlar tərəfindən maliyyələşmə olmasa, səhiyyəni yüksək səviyyəli şəraitə çatdıra bilmərik. Amma 0,5 faiz artımla da bu sahəyə ictimai inamı artırmaq çox çətindir. Məsələn, səhiyyədə tətbiqi tədqiqatlara cəmi 4,2 milyon manat vəsait ayrılıb. Dünyada tibb sahəsinin sürətli, yəni intensiv bir şəkildə dəyişdiyi dönəmlərdə Azərbaycan həkimlərinə bu cür geniş meydan yaratmamaq bizim tərəfimizdən səhvdir. Çünki sabah, bir daha deyirəm, özümüzü onların, həmin həkimlərin ixtiyarına verməli olacağıq.
Mən ilk növbədə təhsil xərcləri ilə bağlı bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Əlbəttə, gələn il də artımlar nəzərdə tutulub, bu çox önəmlidir. Heç şübhəsiz ki, təhsil siyasəti dövlətin siyasi kursunda əvvəlki dövrdəki kimi prioritet olaraq qalır. Mən diqqətinizi nəyə cəlb etmək istəyirəm?!
2013-cü il seçki ilidir. Bu dövrdə əhalinin ən müxtəlif t-əbəqələrinə yönəlik, necə deyərlər, sosial torbanı ələ götür-mək, onu bayrağa çevirmək və hakimiyyətin əlindən hər hansı elektorat bazanı almaq üçün yarış başlanacaqdır. Gö-rünür, elə xaricdən indeksləşmiş siyasət də bundan ibarətdir ki, müxtəlif təbəqələrə yönəlik cəbhə açılsın, onların vasitəsilə hakimiyyətin üzərinə hücumlar təşkil edilsin.
Bizim 120 minə qədər təhsil kontingentimiz var. Bayaq hörmətli İlyas müəllim qeyd etdi, elm sahəsində çalışanların orta aylıq əmək haqqı ölkə üzrə orta aylıq əmək haqqından aşağıdır. Təhsil sahəsində də belədir. Mən, əlbəttə, elə bir sehrli çubuq təklif edə bilmərəm ki, attestasiya, ixtisar aparılsın, tələbələr kimi müəllimlər də qəbul komissiyalarından keçsinlər və sair. Əslində, bu olmalı idi. Hər kəs bilir ki, dünya üzrə normativə görə 20 şagirdə bir müəllim düşməlidir. Bu hesabla 120 min şagirdimiz olduğu halda biz 7–10 min müəllimlə kifayətlənməliyik. Amma bu qədər böyük kontingentə alternativ iş yeri təklif edə bilmiriksə, əlbəttə, belə bir şərait yaranacaqdır.
Fərqli mexanizmlər ortaya qoymaq olar. Mən düşünürəm ki, bunlardan biri keçmişdə çox deyilən, amma nədənsə reallaşdırılmayan fərdi maliyyələşdirmənin tətbiq edilməsidir. Azərbaycanın təhsil sisteminə 10 illərlə heç bir tələbə verməyən, tələbə istehsal etməyən məktəbin müəllimi ilə digərlərinin nailiyyəti bərabər götürülür və onlar vahid stavka ilə eyni əmək haqqı alırlar. Bu, dünyanın harasında görünüb? Mənə elə gəlir ki, bu dövrlər ərzində belə mexanizmləri tapmaq mümkün idi. Əgər  biz ixtisarlara getmirdiksə, başqa addımlar atmırdıqsa, bunları etməliydik.
Digər tərəfdən mən istəyirəm ki, tələbələrimizin təqaüd-ləri ilə bağlı məsələyə diqqət yetirək. Ölkənin bu qədər böyük imkanları fonunda həmin rəqəmlər kifayət qədər aşağıdır. Əlbəttə, təhsilin maliyyələşdirilməsinin ən mühüm qolu bu olmalıdır. Çünki həmin tələbələr gələcəkdə ölkənin iqtidarıdırlar, idarəetmə sferasını, iqtisadi həyatını daşıyandırlar. 
Elm sahəsinə ayrılan xərclər illərdir ki, 0,7 faiz şkalasını aşmır. Biz deyirik ki, Azərbaycan elmi mütəxəssisləri ilə seçilməlidir, fundamental elm inkişaf etməlidir və sair. Yeri gəlmişkən, bu göstərici üzrə biz MDB məkanında heç də yaxşı yerdə deyilik. Məsələ bundadır ki, 129 milyon manat vəsaitdən cəmi 5,5 milyonu tətbiqi tədqiqatlara ayrılıb. Bu vəsaitlə nə qədər böyük elmi ixtiralara, onların təcrübədə özünü göstərməsinə yol açmış olarıq? Biz indi ən aparıcı sahələr üzrə xaricdən mütəxəssislər gətiririk. Bu gün qənaət etdiyimiz vəsaiti sabah həmin xaricilərə vermiş oluruq. Ona görə də  ənənəvi sözdən istifadə edirik ki, beyin axını baş verir,  elm üzrə mütəxəssislərimiz özlərini xaricdə tapırlar və bu yolu seçirlər.
Mən artıq vaxtımın mühüm hissəsin xərclədim. Kredit resursları ilə bağlı bir neçə fikrimi söyləmək istəyirəm. Hörmətli Heydər müəllim hər zaman bu auditoriya tərəfindən diqqətlə dinlənilir, çünki kifayət qədər istedadlı bir insandır. Amma doğrusu, Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitin 200 milyon manatdan 940 milyon manata necə çatdırıldığını biz bilmədik. Azərbaycan vətəndaşlarının kreditə çox böyük ehtiyacı var. Kifayət qədər aktiv sosial bazamız var, vətəndaşlarımız aktivdirlər, fəaldırlar, həyatlarının quruculuğunda özləri təşəbbüskardırlar.
Bu ölkənin 45 milyard dollar büdcə ehtiyatı, 2 milyard manat əmanətləri var.  Cəmi 200 milyon manat, hətta Hey-dər müəllimin qeyd etdiyi 940 milyon manat da insanların kredit ehtiyaclarını ödəmir. Biz, parlament üzvləri həmin insanların qarşısında üzüqara qalırıq. Təbii ki, ipoteka və-saitlərinin bu qədər artması çox mühüm hadisədir. Həmin vəsaiti mənzil bazarında 50 min manatdan götürsək, bu il 800-ə  yaxın adam  mənzillə təmin oluna bilər. Mən demi-rəm ki, ipoteka Qərbdəki qədər olsun, bizi çökdürəcək bir siyasətə çevrilsin, milyardlar ayrılsın. Amma 40 milyon manat vəsaitdən əhalinin ən mühüm hissəsini təşkil edən gənclərin, hətta kredit şərtlərinə cavab verə bilən gənc müəllimlərin belə mənzillə təmin edilməsinə  imkan yaratmalıyıq.
Mən istəyirəm ki, müdafiə xərcləri ilə bağlı bir rəqəmi qeyd edim. 1,5 milyard manat müdafiə sektoruna, 1,2 mil-yard manat bütövlükdə hərbi sənaye kompleksinə, beləliklə, 2,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Əlbəttə, bu çox önəmlidir, Azərbaycanın ehtiyacları var. Amma 120 minə qədər ordu kontingenti var. Bu, artıq hərbi sirr deyil, mən də xüsusi qaydaları pozmuram, bu məsələ “məxfi” qrifi altında da deyil. Burada müəyyən qədər islahat aparmaq lazımdır. Hətta Rusiya kimi mühafizəkar ölkə belə, dünya ilə ayaqlaşmağa məcbur oldu. Mən demirəm ki, Gürcüstan modeli önəmlidir. Amma hətta müharibə şəraitində belə müəyyən  addımlar atmaq lazımdır. Bu qədər ağır ordu kontingentini idarə etmək  və onun xərclərini ödəmək çox çətindir. Ordunun cəmi 25 faiz əmək haqqı fondu var.
Mən istəyirəm ki, ötən ildəki kimi, bu il də büdcəyə Dağlıq Qarabağın  maliyyələşdirilməsi ilə bağlı ayrıca bənd, sətir daxil edək. Dünyaya göstərək ki, biz başımız üzərindən maliyyələşdirməyə qarşıyıq. Qoy ermənilər bizim Konstitusiyamızı tanısınlar, qanunlarımıza tabe olsunlar. Onların Dağlıq Qarabağa ayırdığı vəsait cəmi 178 milyon dollardır. Naxçıvanın büdcəsi 322 milyon manatdır. Biz bu fonddan həm də siyasi manevr vasitəsi kimi istifadə edə bilərik.
2013-cü il bəlkə də ağır il olacaqdır. Bu mənada ağır ki, müxtəlif maraqlı dairələrin mənafelərini mənimsəmək uğ-runda savaş olacaqdır. Amma mən ötən il də təklif etdim ki, 2014-cü ildən başlayaraq Bakını infrastruktur ağırlığından azad etmək lazımdır. Xüsusilə də universitetləri, sovet döv-ründə mərkəzdə açılmış iqtisadi istehsalat müəssisələrini ayrı-ayrı bölgələrə keçirmək və orada onların inkişafı üçün şərait yaratmaq, Bakını ağır nəqliyyat trafikindən, digər problemlərdən xilas etmək lazımdır.
Əlbəttə, mən bu layihəyə səs verəcəyəm. Bu büdcə bizə gələcək dövrdə böyük imkanlar verəcək. Qarşıdakı mühüm siyasi aksiyalarda  ondan əvvəlki siyasətə görə qələbə im-kanı qazandıracaq. Amma bizim dediklərimiz nəzərə alınsa, bir az da yaxşı olar. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Heydər müəllim, yəqin, sualınızı eşitmədi. O, çıxışında 200 milyon 940 minin verilməsi səbəbini izah etdi. Sahibkarlığa yardım kreditləri 7 ildən yuxarıdır, hər il 150 milyon manat məbləğində verilir. Verilən kreditlərin qayıdan vaxtı da olur axı. Qayıdan kreditlər haraya getməlidir? Həmin məbləği dövlət götürmür, yenə sa-hibkarlığa yönəldir. Ona görə də 940 milyon manata çatdı. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Oqtay müəllim, hörmətli Artur müəllim, hökumət üzvləri və millət vəkilləri! Mən hesab edirəm ki, bugünkü müzakirəmiz kifayət qədər səmərəli ke-çir və  bizim büdcə ilə bağlı  görüşməyimiz üçün imkan ya-radılıb.
Mən birinci növbədə Zeynəb xanımın verdiyi sualdan başlamaq istəyirəm. Zeynəb xanım soruşdu ki, bu büdcə həkimlərin, müəllimlərin, bu kateqoriyadan olan insanların rifahının yüksəlməsinə faydalı olacaqmı? Təbii, mən çox hörmətl Heydər Əsədov kimi nikbin deyiləm və hesab edirəm ki, bu büdcə ilə buna ümid etmək mümkün deyil. Bunun səbəbi nədir? Problem ondadır ki, xərclərin ümumi artımındakı xroniki vəsait defisitindən əziyyət çəkən sosial sahələrə, xüsusilə də təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət sahələrinə  bu büdcədən o qədər də  böyük töhfə düşmür. Belə ki, bu 4 funksional istiqamət üzrə xərclərin 2012-ci illə müqayisədə cəmi 83,7 milyon manat artımı nəzərdə tutulur. Bu isə 2013-cü il üzrə məcmu xərclərin proqnozlaşdırılan həcminin cəmi 4 faizini təşkil edir. Bunun rəsmi izahı budur ki, həmin sahələr üzrə əvvəlki illərdə kifayət qədər artımlar olub və artıq sosial sahələrin maliyyə ehtiyaclarının doyması baş verib. Təhsil və səhiyyə işçilərinin orta aylıq məvacibi 150–160 manatdan, bir şagird və ya tələbə hesabı ilə adambaşına düşən təhsil xərci inkişaf etmiş ölkələrin orta göstəricilərindən ən azı 7–8 dəfə aşağı olan, əhalisinin tam əksəriyyəti etibarlı icbari tibbi sığorta sistemi ilə təmin edilməyən ölkədə bu sahələrin maliyyə ehtiyaclarının tam qarşılandığını iddia etmək absurddur.
Təsəvvür edin ki, təkcə hüquq mühafizə xərcləri 100 milyon manat artırıldığı halda yuxarıda sadalanan 4 sosial sahə üzrə cəmi 84 milyon manatlıq artım proqnozlaşdırılır. Həkimin, müəllimin, başqa sahələrdə çalışan insanların vəziyyəti necə yaxşı ola bilər? Xüsusilə də Azərbaycan rayonlarında böyük əksəriyyəti həkim, müəllim və başqa ixtisasda işləyən insanlar ancaq yaşıllıq, təmizlik və başqa işlərə cəlb edilməklə əsas ixtisaslarından da kənarda saxlanılırlar. Bu da Azərbaycanda təhsilin, səhiyyənin inkişafına çox ciddi mənfi təsir göstərir. Bunun əsas səbəbi nədir?
Hesab edirəm ki, cənab Prezident bunun səbəbini yaxın vaxtlarda  bir addımı ilə göstərdi. Qobustan şəhəri ərazisin-dən keçərkən çəkilmiş hasarların sökülməsinə göstəriş verdi ki, bunlara nə ehtiyac var?! İnd Bakının ətrafında, rayonlarda yüz kilometrlərlə çəkilən hasarlara sərf edilən vəsait müəllimə, həkimə, mədəniyyət işçisinə, sosial sahədə çalışan insanlara, tibb işçilərinə verilsəydi, təsəvvür edin ki, onların rifahı nə səviyyədə olardı? Neft gəlirlərinin bundan da artıq pik nöqtəsi olmayacaq ki, Azərbaycan vətəndaşı 10–15 il sonra yoxsulluqdan, işsizlikdən qurtulacağına ümid etsin.
Cəfər Cabbarlının “Sevil” əsərində Balaşın öz ata-anasını  cəmiyyətdən gizlətməsi epizodunu, yəqin, çoxları xatırlayar. Biz sanki Azərbaycan xalqını həmin hasarların arxasında gizlətməyə çalışırıq ki, yoxsulluq, işsizlik problemi olan, üzü tük basmış,  yaşayışı yaxşı olmayan insanlar  gözə görünməsinlər. Bunların öhdəsindən gəlmək lazımdır. Vətəndaşlara xidmət edən yeni iqtisadi model düşünmək lazımdır. Hesab edirəm ki, bu iqtisadi model özünü doğrultmadı. Burada biz deyə bilərik ki, neft gəlirlərindən büdcəyə filan qədər vəsait transfert edilir. Çox hörmətli Ziyafət müəllim və başqa həmkarlarımız söz alıb deyəcəklər ki, neftimiz var, xərcləyirik, buna nə ehtiyac var? Mən bunu təbii qarşılayıram, neftimiz var, xərcləyirik. Amma ehtiyat barədə nə düşünürük? Artıq faktlar göstərir ki, bu ehtiyatların 25 faizini Dövlət Neft Fonduna ayırmalı olduğumuz halda 2016-cı ilin icmal büdcəsinə gələn 12 milyard manatlıq gəlirin 11 milyardını büdcəyə transfert edirik. Nə qalır? Sabahın ehtiyatı üçün artıq heç bir şey nəzərdə tutmuruq, ehtiyatda olan 2 milyarddan da artıq vəsaiti büdcəyə transfert edirik.
Digər tərəfdən, tez-tez regionların inkişafı ilə bağlı müla-hizələr səslənir. Həqiqətən də, müəssisələr açılır, yollar çə-kilir, hamı sevinir. Mən  parkların, mədəniyyət obyektlərinin, müəssisələrin açılmasının əsaslandırılmasına normal baxıram. Bunların hamısını qəbul etdik. Ancaq belə bir vəziyyətdə regionların büdcədəki payına diqqət edəndə yenə də köhnə illərdəki mənzərə ilə rastlaşırıq. Büdcənin formalaşdırılmasında Bakıdankənar ərazilərin payının 3,5 faizi ötməyəcəyi proqnozlaşdırılır. Nəzərə alaq ki, əsas fəaliyyəti Bakı ilə bağlı olan və baş ofisi burada yerləşən iri holdinqlərin vergi ödənişlərinin müəyyən hissəsi regionların ayağına yazılır. Həmin holdinqlərin fəaliyyəti nəzərə alınmasa, ümumiyyətlə, kiçik və orta sahibkarlığın büdcədə payının olduqca cüzi bir məbləğ təşkil etməsinin şahidi olarıq.
Bu o deməkdir ki, artıq regionlarla bağlı yeridilən siyasətdə büdcəyə gəlir gətirə biləcək potensial ortaya qoyulmadı. Demək, bu siyasətin özündə də ciddi təshihlər etməyə ehtiyac var. Ona görə ki, tikinti xərclərini 1,2 milyard manatdan çox artırırıq və bu xərclər büdcənin az qala 40 faizini təşkil edir. Sahibkarlığın inkişafına isə elə kreditlərin məbləğinin artırılmasının kifayət edəcəyini bəhanə gətirirlər. Guya bu sahə də inkişaf edir. Amma iqtisadi model kifayət qədər liberal olmadığına görə bu sahə inkişaf potensialına sahib deyil.
Tikintiyə ayrılan vəsaitlərin yarımçıq qalmış və ya yeni başlayan layihələrə yönəldiləcəyi millət vəkilləri üçün gizli saxlanılır. Halbuki Konstitusiyaya görə Milli Məclis büd-cəyə nəzarət edən hakimiyyət qoludur. Büdcənin ən son qəpiyinin belə haraya xərclənməsi qanunverici orqana təqdim edilən sənədlərdə dəqiq göstərilməlidir. Müdafiə, investisiya və hətta hüquq mühafizə sahəsinə ayrılan xərcləri birlikdə götürsək, ən azı 52 faizinin iqtisadi təsnifatı parlamentə təqdim edilmir. Bəzən hökumət üzvləri bizə etiraz edirlər ki, bu belə deyil, amma büdcə layihəsində bunun əksini görmürük. Bu isə şəffaflığın pozulması deməkdir.
Bizim qəbul etdiyimiz qanunlara diqqət edin. 2009-cu ildə Mənzil Məcəlləsini qəbul etdik. Burada nəzərdə tutulur ki, sosial mənzil fondunun yaradılması həyata keçirilməlidir. İndiyə qədər bu istiqamətdə hər hansı bir  addım atılmadı. Bu addım niyə atılmadı? Ona görə ki, vətəndaşların rifahını yüksəltmək istiqamətində konkret dövlət proqramı ortaya qoyulmur. Dövlət sosial mənzil fondunun yaradılması ilə hər sahibkardan 9–10 mənzil alsa və onu da yoxsul, mənzilə ehtiyacı olan insanlara uzunmüddətli kredit formasında versə, nələr dəyişə bilər. Bu insanların ən azı mənzil problemini həll etmək olar.
Bakı şəhərində onlarla yarımçıq binalar var. Deyək ki, sahibkar iflasa uğrayıb, kredit borcuna görə binanı tikə bilmir. Vətəndaşın günahı nədir? O, pul, vəsait ödəyibdir. Hökumət vətəndaşların qayğısına qalırsa, mütləq bu vəziy-yətdən çıxış yolu tapmalıdır. Burada xüsusi məqsədli kredit fondu yaradılıb həmin sahibkarlara verilə bilər ki, bu vəsait təyinatı üzrə xərclənsin. Bu fonddan sığorta üçün də kredit ayrıla bilər. Yarımçıq tikililər başa çatmamış təzə tikililərin inşasına imkan verilməməlidir. Çünki şəhərin hər yerində bina tikməyəcəyik ki. Heç olmasa, mövcud binalardan isti-fadə edib vətəndaşların hüquqlarının pozulmasının qarşısını almaq lazımdır.
Hesab edirəm ki, bizi maraqlandıran bir vacib məsələyə də toxunmaq lazımdır. Bu, partiyaların maliyyələşdirilməsi məsələsidir. Mən dövlət başçısının bu istiqamətdə atdığı addımı yüksək qiymətləndirirəm. Nəhayət, partiya demok-ratiyası, partiyaların inkişafı ölkədə siyasi mədəniyyətin yüksəlməsinə böyük təkan verəcəkdir. Bu istiqamətdə büdcədən vəsaitin ayrılmasını da alqışlayıram. Amma bu vəsaitin miqdarı xeyli azdır. Ona görə yox ki, vəsait bir az daha artıq olsa, partiyalar başqa fəaliyyətlə məşğul olacaqlar. Azərbaycanda rəqabətə əsaslanan partiyaların  formalaşdırılmasına ehtiyac var.
Həmkarım hörmətli Siyavuş müəllim tez-tez qeyd edir ki, Yeni Azərbaycan Partiyasını bütün xalq dəstəkləyir. Bütün xalq dəstəkləyir, lap yaxşı. Demək, partiyanın dövlətin dəstəyinə ehtiyacı yoxdur. Bu vəsaiti dövlətin dəstəyinə ehtiyacı olan partiyalara vermək lazımdır. Vəsaitin artırılması ona görə vacibdir ki, Azərbaycan gələcəkdə demokratik inkişafa partiya modeli ilə nail ola bilsin. Bu baxımdan da çox hörmətli Samir Şərifovdan xahiş edirəm ki, büdcənin imkanlarına baxılsın. Bu vəsait qeyri-hökumət təşkilatlarına, mətbuata ayrılır, partiyalara isə yox. Axı siyasi partiyalar ölkənin əsas siyasi elitasını formalaşdıran baş sütundur və bunları diqqətdən kənarda saxlamaq olmaz. Onların güclənməsində hamımız maraqlı olmalıyıq. Səslənən iradlar düzəldilərsə, büdcə layihəsinin lehinə səs verə bilərəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fazil müəllim. Ümumiyyət-lə, birinci ildir ki, partiyalara pul ayrılıb. Bu onları dəs-təkləmək üçün atılan addımdır. Bu olmalıdır. Ancaq hamı pulun artmasından danışır. Sizin dediyinizdə də bir pa-radoks var. Söylədiniz ki, Siyavuş Novruzov deyir:  bizim partiya güclüdür, dəstəyə ehtiyacı yoxdur, onu dəstəkləyir-lər. Amma xalqın dəstəkləmədiyi partiyanı dövlət niyə dəs-təkləməlidir? Xanhüseyn Kazımlı.
X.Kazımlı. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım, hörmətli hökumət üzvləri! Əlbəttə, məndən əvvəl çıxış edən hər kəs özünün yanaşması ilə bu gün müzakirə etdiyimiz büdcənin müsbət və eyni zamanda  mənfi tərəflərini göstərdi. Şübhəsiz ki, hər kəsin öz fikri var. Amma həqiqəti desək, son illərdə  büdcənin müzakirəsində iştirak edirik, ildən-ilə büdcənin həm kəmiyyətcə, həm də keyfiyyətcə yaxşılaşması,  təkmilləşməsi istiqamətində yeniliklər görürük. Əlbəttə, nə qədər yeniliklər olsa da, bu və ya digər qüsurların səslən-məsini təbii qəbul edirəm, çünki yenə də deyirəm, hər bir deputatın, millət vəkilinin öz fikri var.
Bu gün müzakirə etdiyimiz büdcə sosial yönümlüdür. Müharibə şəraitində olan bir ölkənin çox yüksək yanaşma-larla, göstəricilərlə əhalinin, xalqın, insanların güzəranının, rifahının qayğısına qalması hiss edilir. 2012-ci ilin dövlət büdcəsi ilə müqayisə etdikdə, 2013-cü ildə 12,4 faiz artım müşahidə olunur. Bu faiz 1990-cı illərlə müqayisədə büd-cənin 6-7 dəfə  artdığını göstərir. Yəni keçən ilə nisbətən 12,4 faiz artım 2 milyard manat təşkil edir. Balaca rəqəm deyil, böyük rəqəmdir və  hesab edirəm ki, ən uğurlu nailiyyətlərdən biri hesab edilməlidir.
Burada Dövlət Neft Fondundan büdcəyə 11 milyard ma-natın transfert edilməsi barədə fikirlər səsləndi. Bəzi depu-tatlarımız deyirlər ki, Dövlət Neft Fondunda ehtiyatımız ola-ola nə üçün  vəsait ayırmırıq və sahibkarlar üçün vergi fondunun artırılmasına şərait yaradırıq? Əslində, mən bunu vergi yükünün azaldılmasına doğru atılan bir addım kim qəbul edirəm. Hesab edirəm ki, bu, Azərbaycanda sa-hibkarlığın inkişafı üçün atılan addımlardan biridir.
Mən burada bir məsələni də qeyd etmək istərdim. Azərbaycanda  əmlak bazarı digər respublikalarla, MDB ölkələri ilə müqayisədə daha sürətlə inkişaf edir. Ölkə rəhbəri, Prezidentimiz cənab İlham Əliyev də 2005-ci ildə müşavirə zamanı qeyd etmişdi ki, əmlak vergisi, əmlakın qiymətlən-dirilməsi istiqamətində ciddi tədbirlər görülməlidir. Düzdür, bu istiqamətdə müəyyən yeniliklər vardır. Amma mən hesab edirəm ki, əmlakın siyahıya alınması və onun dəyərləndirilərək vergiyə cəlb edilməs əmlak bazarının inkişafına şərait yaradar. Yəni əgər bir sahibkar, ev sahibi özü üçün çoxmərtəbəli bina tikdiribsə, onun dəyərləndirilərək vergiyə cəlb edilməsi, əgər ona ehtiyacı yoxdursa, əmlak bazarına cəlb edilməsi əmlak bazarının fəallığını artırmış olar. Bu da bizim iqtisadiyyatımızın inkişafı üçün olduqca mühüm rol oynaya bilər.
Bəzi iqtisadçılar və digər çıxış edənlər komitələrdə müzakirələr zamanı bildirirlər ki, sair xərclər nə üçün azaldılıbdır? Mən hesab edirəm ki, bu özü müsbət haldır. Yəni müzakirə etdiyimiz büdcədə sair xərclərin artıq  konkret məqsədi müəyyən edilibdir. Ona görə də artıq əgər məqsədlilik, konkretlik varsa, vəsaitin sair xərc kimi göstərilməsi və bu maddəyə aid edilməsi məqsədəuyğun və sərfəli deyildir. Burada, ümumiyyətlə, cari xərclərlə əsaslı xərclərin izahına böyük ehtiyac var. Bu mənim bir iqtisadçı kimi yanaşmamdır. Güman edirəm ki, cari xərclərlə əsaslı xərclər arasındakı nisbət yaxın gələcəkdə tezliklə dəyişəcək. Çünki 50-yə qədər irili-xırdalı dövlət proqramı uzun illərdən bəri dövlət büdcəsindən maliyyələşdirilir. Bu proqramlar yerinə yetirilərkən əsaslı xərclərin cari xərclərə, yəni insanların sosial tələbatının ödənilməsinə istiqamətləndirilməsi işi daha da sürətləndiriləcək. Bu da gələcəyə çox böyük ümidlər yaradır.
Burada siyasi partiyalara ayrılan vəsait barədə deyildi. Hesab edirəm ki, bu ilk addımdır və dövlət tərəfindən siyasi partiyalara göstərilən  maliyyə qayğısı tək maliyyə cəhəti ilə deyil, eyni zamanda siyasi partiyaların ölkənin siyasi həyatında rolunun artırılmasında, ədalətliliyində, demokratikliyində, ümumiyyətlə, cəmiyyətdə onların mövqeyinin  tanınması istiqamətində  müsbət rol oynaya bilər. Buna görə də ölkə rəhbərinə öz adımdan təşəkkürümü bildirirəm.  Parlamentdə təmsil olunan partiyaların üzvlərinin arzusu budur ki, gələcəkdə bu vəsaitin məbləği bir qədər artırılsın. Əlbəttə, bu ilk addımdır, gələcəkdə bunun artırılması üçün imkan yarana bilər.
Mən aqrar sahə ilə əlaqədar iradımı da bildirmək istəyirəm. Cənab Prezident də bunu dəfələrlə qeyd edibdir. Güman edirəm ki, bu barədə tədbir görüləcəkdir. Əkin sa-həsinə görə 40 manatın, taxıl əkininə görə 80 manatın və sairin verilməsi diferensial olaraq bitkilərin təsnifatına əsa-sən tənzimlənməlidir. Yəni bunlar nəticəyə görə verilməli-dir. Ancaq bu vəsait əkinə görə verilir və nəticəsi öyrənilmir. Həmin vəsait də hədər gedir. Yaxşı olardı ki,  gələcəkdə bu nəzərə alınsın.
İkinc iradım, arzum  əhalinin təminatı barədədir. Əmək haqlarının, pensiyaların artırılması ilə əlaqədar göstəricilər, rəqəmlər burada var. Ona görə də bunu təkrar edib vaxtınızı almaq istəmirəm. Amma yaxşı olardı ki, burada banklar vasitəsilə alınan problemli kreditlər də göstərilsin. Problemli kreditləri kim götürür? Bizim sahibkarlar götürürlər. Məndən əvvəl də bu fikirlər səsləndirildi. Yaxşı olardı ki, əhalinin borcları  və problemli kreditləri ilə bağlı məsələnin də  müqayisəli şəkildə qarşılıqlı təhlili aparılaydı. Bu da gələcək üçün faydalı olardı.
Ümumiyyətlə, hesab edirəm ki, müzakirə etdiyimiz büdcə portfeli tamamilə məqsədəuyğundur və ildən-ilə daha da təkmilləşir. Nəinki mən,  millət vəkillərinin əksəriyyəti təqdim edilən büdcənin hazırlanmasından, strukturundan, oradakı maddələrdən, büdcə artımından tamamilə razıdırlar. Buna görə bu büdcə paketinə səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə çağırıram. Eyni zamanda, büdcənin hazırlanmasında gecəli-gündüzlü zəhmət çəkən insanlara, nazirliklərə, məmurlara öz təşəkkürümü bildirirəm. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun. Hörmətli millət vəkilləri, hör-mətli hökumət  nümayəndələri,  xanımlar  və  cənablar!  Hamınızı salamlayıram. Büdcə iqtisadiyyatın güzgüsüdür, büdcə necədirsə iqtisadiyyat da elədir. Bu baxımdan 2013-cü ilin dövlət büdcəsinin əsas parametrləri, xüsusən gəlir və xərclərinin artım tempi, o cümlədən kəsirin minimum olması müsbət qiymətləndirilməlidir. Eyni zamanda, sosial proseslərin tənzimlənməsi üçün əlavə vəsaitin, sovet dövründən qalma əmanətlərin qaytarılması üçün 500 milyon manatın ayrılması və ipoteka kreditləri üçün iki dəfə artıq, yəni 40 milyon manat vəsaitin artırılmasını da yüksək dəyərləndirmək olar.
Deputat həmkarlarımın qaldırdıqları məsələlərlə razıyam, amma bir məqamı xüsusi qeyd etmək istəyirəm. Hörmətli deputat həmkarlarımızın  təkliflərinin büdcədə nəzərə alınması təkcə Maliyyə Nazirliyindən asılı deyil, bunun üçün hökumətin iqtisadi konsepsiyası dəyişməlidir, yəni neftə əsaslanan birtərəfli inkişafdan insan amilinin üstün inkişafına əsaslanan innovasiyalı  modelə keçməliyik. Biz Azərbaycanı neft mərkəzindən elm və təhsil mərkəzinə çevirməliyik. O zaman burada səslənən təkliflərin çox hissəsi büdcədə öz əksini tapar və eyni zamanda, büdcənin konstruksiyasında əsaslı dəyişikliklər olar.
Bu nöqteyi-nəzərdən 2013-cü ilin dövlət büdcəsində Azərbaycan vətəndaşlarının əsas gözləntisi olan müəllim-lərin, həkimlərin, elm, mədəniyyət, incəsənət sahəsində çalışanların maaşlarının artırılmasına vəsaitlərin ayrılmasını müsbət hesab edirəm. Düşünürəm ki, bu proseslərin davamlı xarakter daşıması vacibdir.
Buna paralel surətdə bir məqamı da qeyd etmək istəyir-əm. Əmək haqları ilə yanaşı müavinətlərin artırılması da çox vacibdir. Azərbaycanda  bu il üçün 93 manatlıq ehtiyac meyarı, 116 manatlıq yaşayış minimumu müəyyənləşdirilib. Müavinətlər isə xeyli aşağı – 40–50 manat civarındadır. Bu da günə 1,3–1,7 manat deməkdir. Azərbaycan kimi ölkələr üçün müəyyənləşdirilmiş günə 2,5 manatdan xeyli aşağıdır. Yəni gün ərzində 3 dəfə yeməyin qiyməti 40 qəpiklə 50 qəpik arasındadır. Ona görə də fürsətdən istifadə edib əlaqədar strukturlara belə bir sualla müraciət etmək istəyirəm. Müavinətlərin belə aşağı səviyyədə olması ilə bağlı ədalətsizliyin aradan qaldırılması istiqamətində əlaqədar strukturlar hökumətə hansı təkliflər ediblər və bu problem nə vaxt həll ediləcək?
İkinci vacib məsələni qeyd etmək istəyirəm. Azərbayca-nın kifayət qədər imkanları var ki, Azərbaycan Prezidentinin müşavirələr zamanı dəfələrlə xatırlatdığı bir problemi həll etsin. Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, neftdən kənar xeyli potensialı var. Neftin büdcədə, iqtisadiyyatımızda geniş yer tutması təbii hesab edilir, amma digər potensialdan da istifadəyə səylər artırılmalıdır. Bu nöqteyi-nəzərdən 2013-cü ilin dövlət büdcəsində cari xərclər, yəni maaş, pensiya və sair xərclər 10 milyard manatın ətrafında olacaq. Amma təəssüflər olsun ki, həmin Dövlət Neft Fondundan kənar büdcə, vəsait neftdən gələn gəliri kənara qoyan zaman cəmi 7,8 milyard manat olacaq. Deməli, bizim neftdən kənar büdcəmiz cari xərclərimizə belə çatmır. Bu problemin yaxın illərdə həll edilməsi üçün əlaqədar təşkilatlar hansı kompleks tədbirlər hazırlayıblar? Bu kompleks tədbirlər nədən ibarətdir?
Sosial proseslərin tənzimlənməsi üçün əlavə vəsaitin ay-rılmasını müsbət hesab edirəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, proqnozlar üzrə gələn il Azərbaycanın büdcə-sinin artım tempi ümumi daxili məhsulun artım tempindən  2 dəfə, realda isə 3 dəfə çox artacaqdır. Bu 5,7 faiz yox, daha çox inflyasiya təzyiqi yarada bilər. Növbəti illərdə bu daha da arta bilər. Ona görə hökumət təbii inflyasiyanı tən-zimləmək istiqamətində tədbirlər görməklə yanaşı, qiymət-lərin süni surətdə artımının qarşısının alınması istiqamətin-də də ciddi tədbirlər görməlidir ki, 2013-cü ildə dövlət tərəfindən əhalinin güzaranının yaxşılaşdırılması isti-qamətində atılan addımlar – maaşların, pensiyaların artırıl-ması işbazların cibinə yox, əhalinin güzaranının yaxşılaş-masına xidmət etsin.
Vacib hesab edilən digər məsələ ondan ibarətdir ki, Azərbaycanda gələn il ipoteka kreditləri üçün əvvəlki illərlə müqayisədə 2 dəfə çox, 40 milyon manat vəsait ayrılacaq. Təbii ki, bu vəsaitin 60, 80, 100 milyona qaldırılmasını vacib hesab etməklə yanaşı əlaqədar təşkilatlar ipoteka kreditləri barəsində yeni təklifləri 2011-ci ilin sonuna qədər hazırlayıb təhvil verməli idilər. Amma artıq 2012-ci ilin sonu yaxınlaşır, ona görə də ipoteka kreditlərinə 40 milyon manat vəsait ayırmaqla yanaşı, sosial ipoteka faizinin 4 faizdən 1–2 faizə endirilməsi, məbləğin 35 min manatdan 50–60 min manatadək artırılması istiqamətində təkliflər də buraya əlavə edilsə, sözün həqiqi mənasında hökumətin bilavasitə ipoteka sahəsində apardığı ciddi bir islahat olar.
Regionların inkişafı ilə bağlı atılan addımları da müsbət hesab edir, bu istiqamətdə əlavə vəsaitin ayrılmasını alqış-layıram. Eyni zamanda, məni narahat edən bir məsələni Şəkinin timsalında qeyd etmək istəyirəm.  Azərbaycan Res-publikasının Prezidenti dəfələrlə Azərbaycanda qazlaşmanın 2013-cü ildə başa çatması barəsində tapşırıq verib. İqtisadi inkişaf naziri hörmətli Şahin Mustafayev də  öz çıxışında bu məsələ barədə danışdı. Amma qrafiklə gecikmələr o qədər çoxdur ki, mən inanmıram, qazlaşma 2013-cü ilin sonuna qədər deyilən səviyyədə  həyata keçirilsin. Ona görə də bu tribunadan istifadə edib əlaqədar təşkilatlara müraciət edirəm ki, qrafik üzrə gecikmələrə son qoyulsun. Azərbaycan kəndlərinin qazlaşdırılması istiqamətində öhdəliklərin vaxtında yerinə yetirilməsi üçün səylərin artırılmasını vacib hesab edirəm.
Eyni zamanda, rayonlarda abadlıq işləri aparılır. Ziyafət müəllim, doğrudan da, gözəl işlər görülür. Şəhər və rayon-ların küçələrinə asfalt çəkilir. Amma şəhər və rayondan başqa kəndlərimiz də var axı. Mən təklif edirəm ki, investisiya xərclərində kəndlərin asfaltlaşdırılması istiqamətinə də əlavə vəsait ayrılsın. Çünki doğrudan da, yollar elə vəziyyətdədir ki, xəstə insanları xəstəxanaya çatdıra bilmirlər. Ona görə də bu istiqamətdə əlavə vəsaitin ayrılmasını, investisiya xərclərində kənd yollarının əsaslı surətdə yenidən qurulması, bərpası istiqamətində əlavə xərclərin artırılmasını vacib hesab edirəm.
Bir məsələyə də toxunmaq istəyirəm. Sənədlərdə gös-tərilib ki, Azərbaycanda gələn il ümumi daxili məhsul 5,3 faiz artacaq. Neft hasilatı  orta hesabla 3 faiz aşağı düşəcək, qeyri-neft sektoru 12 faizə qədər artacaq. BP ətrafında gedən proseslərdən sonra bu proqnoz yenə də öz qüvvəsində qalır, yoxsa hansısa təshihlər ediləcək?  Əgər mümkün olsa, hökumət nümayəndələri bu suala cavab versinlər. Neft hasilatı məhz 2013-cü ildə sabitləşəcək, onda bizim iqtisadi artımımız 5,7 yox, bundan da artıq olacaq. Sosial proseslərin tənzimlənməsi istiqamətində böyük maliyyə vəsaiti ayrılacaq. 2013-cü ilin dövlət büdcəsi xeyli dərəcədə mükəmməl hazırlanıb. Bu büdcənin 2013-cü ildə millətimiz üçün xeyirli olması arzusu ilə çıxışımı tamamlayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli iclas iştirakçıları, hörmətli həmkarlar! Büdcə zərfi ilə ətraflı tanışlıq göstərir ki, 2013-cü ilin dövlət büdcəsi əsas makroiqtisadi proqnoz göstəriciləri və digər daxili və xarici iqtisadi inkişaf tendensiyaları nəzərə alınmaqla tərtib olu-nub. Ümumi daxili məhsulda dinamik artım nəzərə çarpır, baxmayaraq ki, burada neft sektoru üzrə azalma müşahidə olunur. Bu da qeyri-neft sektorunun inkişafı ilə, mən hesab edirəm ki, artıqlaması ilə kompensasiya edilir. Ümumi daxili məhsulda qeyri-neft sektorunun çəkisi 2012-ci ilə nisbətən 4,8 faiz çoxdur.
Bir sözlə, büdcənin bütün göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı davamlı və dinamik inki-şaf edir. Şəhər və rayonlar abadlaşır, yeni müəssisələr açılır. Mən cəsarətlə deyərdim ki, tarixin heç bir dönəmində Azərbaycanda bu qədər quruculuq, abadlaşdırma işləri görülməyibdir.
Mən konkret olaraq elm sahəsi haqqında danışmaq istərdim. 2013-cü ildə elmin maliyyələşdirilməsinə 129 mi-lyon manatdan artıq vəsait ayrılıbdır ki, bu da 2012-ci illə müqayisədə 4,6 faiz çoxdur. Büdcədə elmi işçilərin məvaciblərinin artımı da nəzərdə tutulubdur. Elmin inkişaf fonduna 7 milyon manatdan çox vəsait artırılıbdır. Ümumiyyətlə, son illər ölkədə elmin inkişafına diqqət artırılıbdır. Akademiya institutlarının maddi-texniki bazaları möhkəmlənir, bir çox təmir işləri görülür.
Büdcədən elmin ayrı-ayrı sahələrinə məqsədyönlü şəkildə vəsait ayrılır. Məsələn, elə son aylarda Tarix İnstitutunun apardığı araşdırmalara 3 milyon manat, Azərbaycanda dilçilik elminin inkişafına 2 milyon manat vəsait ayrılıbdır ki, bu da özlüyündə çox təqdirəlayiqdir.
Son illərdə bir neçə dəfə Elmlər Akademiyası əməkdaş-larının məvacibləri artırılıbdır. Amma etiraf etməliyik ki, bu gün Elmlər Akademiyası əməkdaşlarının aldıqları məvacib günün tələblərinə cavab vermir və bu sahəyə diqqət artırılmalıdır. Mən burada  Osmanlı dövlətinin banisi Osman Qazinin sözlərini yada salmaq istərdim. O, ömrünün sonuna  bir qədər qalmış oğlu Orxan Qaziyə belə vəsiyyət etmişdi: “Oğlum, sən ilk növbədə elm və sənət adamlarına diqqət göstər, çünki onlar dövlətin bədəninin gücüdürlər”.
Azərbaycanda elm və sənət adamlarına çox böyük diqqət göstərilir. Biz onların yüksək dövlət mükafatları ilə təltif edilməsinin şahidi oluruq. Amma alimlərin məvacibləri bu gün istənilən səviyyədə deyil. Əgər Rusiya ilə müqayisə etsək, deməliyik ki, Rusiya Elmlər Akademiyasında elmi işçilərin məvacibləri rubl ilə ekvivalentdə 1000 dollara çatdırılıbdır.
Burada yəqin ki, müxtəlif yollar araşdırılmalıdır. Əlbəttə, məvaciblər  artırılmalıdır. Amma bununla yanaşı, sovet dövründən qalmış bərabər maaş prinsipinə də, məncə, yenidən baxılmalıdır. İndi, məsələn, bütün baş elmi işçilər eyni və  bütün kiçik elmi işçilər də eyni maaş alırlar. Bax biz bu “bərabərçilik”dən qaçmalıyıq. Əslində, institut rəhbərlərinə, yaxud elmi şuralara icazə verilməlidir ki, daha perspektivli və istedadlı elmi kadrların maaşlarını daha yüksək səviyyədə müəyyən edə bilsinlər. Bu gün isə biz bunu edə bilmirik. Çünki hər hansı əməkdaşa biz əlavə də versək, mütləq maliyyə şöbəsi bunun əleyhinə çıxır, deyir ki, bu, maliyyə pozuntusudur. Hər hansı əməkdaşa məvacibdən əlavə vəsait verə bilməzsiniz.
Mən elmi dərəcələrə görə müəyyən olunmuş təzminat-ların artırılması haqqında da danışmaq istərdim. Məlumdur ki, elmlər namizədi bu gün məvacibinə 30 manat, elmlər doktoru 50 manat əlavə alır. Mən xahiş edərdim, bunun da artımı istiqamətində düşünülsün və mümkün addımlar atılsın. Mən burada, eyni zamanda, görkəmli ərəb ziyalısı Nəzər Qabbaninin Mütənəbbi haqqında sözlərini yada salmaq istərdim.  Mütənəbbi orta əsrlərin böyük ərəb şairidir. Bizdə Nizami nə qədər böyük şair hesab edilirsə, Mütənəbbi də ərəb aləmində o qədər böyük şair hesab olu-nur. Qabbani deyirdi ki, neft quyuları gündə bir milyon bar-rel neft verə bilər, amma bir Mütənəbbi verə bilməz. Yəni Nəzər Qabbani demək istəyirdi ki, milləti millət, xalqı xalq edən onun təbii sərvətləri deyil,  mədəni, intellektual sərvətləridir.
Biz bu sərvətləri yaradan insanlar üçün hərtərəfli şərait yaratmalıyıq. Çünki bu insanlar heç də asan yetişmirlər. Onlar yerdən çıxmırlar. Onlar uzun illərin yetirmələridir. Belə insanlar 10 illiklərlə, bəlkə də 100 illiklərlə yetişir.
Bəzən deyilir ki, məsələn, Elmlər Akademiyasında əməkdaş çoxdur, bunların hamısının məvacibini artırmaq, bu qədər adama belə maaş vermək səmərəsizdir. Amma XII əsr intibah dövrünü yada salaq. O vaxt Gəncə şəhərində yüzlərlə şair var idi. Kim isə sarayda, kim isə saray xaricində yaşayırdı. Yüzlərlə şairin əgər biri Nizami Gəncəvi olubsa, bu həmin o yüzlərlə şairə sərf olunan vəsaiti doğrultmurmu? Əgər bu gün Elmlər Akademiyasında çalışan yüzlərlə əməkdaşdan biri, tutalım, Ziya Bünyadov, biri Sumbat zadə, biri Yusif Məmmədəliyev olursa, deməli, bu sahəyə qoyulan vəsait özünü doğruldur. Ona görə mən hesab edirəm ki, məhz əmək haqlarının artırılmasına diqqət yetirilməlidir.
Bir məsələ haqqında da danışmaq istərdim. Mən bu haqda keçən il də danışdım, amma çox təəssüf ki, heç bir reaksiya olmadı. Dünyanın bir çox kitabxanalarında, əlyazmalar fondlarında, arxivlərində Azərbaycan alimlərinə, şairlərinə, yazıçılarına məxsus əlyazmalar qorunub saxlanmaqdadır. Bəziləri, əlbəttə ki, təkrardır. Amma unikal xarakter daşıyanlar da var. Xarici kitabxanalarda, məsələn, elə Oksfordun özündə nə qədər azərbaycanlı müəllifin əsərlərinin əlyazmaları saxlanılır. Biz nə qədər ki gec deyil onları ölkəmizə gətirməliyik. Mənim demək istədiklərim bu qədər. Diqqətiniz üçün çox sağ olun.
Bir də, Ziyafət müəllim, mənim bir təklifim var. Mən bu təklifi yoldaşların arzularını nəzərə alaraq səsləndirirəm. Çıxışa çox millət vəkili yazılıbdır. Ehtiyat edirik ki, söz hamıya çatmaya. Ona görə təklif olunur,  10 dəqiqəni 5 dəqiqə ilə əvəzləyək. Sağ olun.
Sədrlik edən. Siz gərək bu təklifi çıxış etməzdən əvvəl verəydiniz. Özünüz 10 dəqiqə danışdınız. Hər halda bu, de-putatın haqqıdır, istəyər 5 dəqiqə danışar, istəyər 10 dəqiqə danışar. Biz qrafiklə gedəcəyik. Əli Əhmədov, buyurun.
Ə.Əhmədov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Bu gün Azərbaycan parlamenti hər il qəbul elədiyi ən mü-hüm sənədlərdən birini, dövlətimizin büdcəsini qəbul edir. Amma mən təəssüf hissi ilə bildirmək istəyirəm ki, dövlətin baş maliyyə sənədinin müzakirə olunduğu iclasda nazirlərin çoxunun iştirak eləməməs həm parlamentin çox əhəmiyyətli işinə, həm də dövlətin büdcəsinin özünə hörmətsizlikdir. Mən çox arzu edərdim ki, dövlətin büdcəsi, büdcə layihəsi müzakirə olunanda dövlətin nazirləri bu müzakirələrdə iştirak eləsinlər, burada səsləndirilən fikirlər onların qulağına girsin, beyinlərinə girsin. Mümkün olanlar, əlbəttə ki, nəzərə alınacaqdır. Nəzərə alınması mümkün olmayan da nəzərə alınmır.  Amma ən azından bu müzakirələrdə iştirak eləmək, burada səsləndirilən fikirləri eşitmək, hesab edirəm ki, onların birbaşa vəzifə borcudur.
Azərbaycan sürətlə inkişaf edir və bu il parlamentdə müzakirə olunan  dövlət büdcəsi də ölkəmizin dinamik inkişafının davam etdiyinin göstəricisidir. Bu gün parlamentdə müzakirə olunan dövlət büdcəsinin layihəsi Azərbaycan iqtisadiyyatının həm bugünkü durumunu, həm də gələcək inkişaf perspektivlərini müəyyənləşdirir.
Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bu sənəddə əks olunan rəqəmlər bütövlükdə Azərbaycanın iqtisadi inkişafının çox səmərəli iqtisadi model üzərində qərar tutduğundan xəbər verir. Bu, sadəcə olaraq, rəqəmlər deyil. Bu rəqəmlərdə müdrik bir siyasət və eyni zamanda, həmin siyasətin həyata keçirilməsi naminə fədakarlıqlar əks olunub.
Bayaq burada tənqidlər səsləndirildi ki, niyə filan şey olmayıb, bəhmən şey olmayıb. Əlbəttə, bunlar arzulardır və heç kimin də arzusuna etiraz eləmək mümkün deyil. Amma büdcəni arzularla formalaşdırmaq,  iqtisadiyyatı, sadəcə olaraq, arzularla inkişaf etdirmək mümkün deyil.  Bilirsiniz ki, 2008-ci ildən bu yana dünyanın əksər ölkələrin iqtisadi böhran bürüyüb. Yəqin ki, o ölkələrin rəhbərləri arzu edirlər ki, böhranı aradan qaldırsınlar. Amma aradan qaldıra bilmirlər. Buna görə də hesab edirəm ki, böyük inkişafı, insanlarımızın həyatının, rifahının yaxşılaşdırılması üçün böyük səyləri özündə əks etdirən büdcə layihəsindək rəqəmlərin nə dərəcədə təsirli olduğunu biz nəzərə almalıyıq.
Ataların belə bir deyimi var: “Ağıllı insanlar düşdükləri çətin vəziyyətdən çıxış yolunu tapırlar, müdrik insanlar isə bütövlükdə çətin vəziyyətə düşmürlər”. Əgər Azərbaycan 2008–2009-cu illərdə dünyanı bürüyən iqtisadi böhrana düşmədisə, bu iqtisadi böhran Azərbaycana elə ciddi təsir göstərə bilmədisə, hesab edirəm ki, bu, Azərbaycanın iqtisadi idarəçiliyində müdrikliyin bariz nümunəsidir. İnanırıq ki, bu müdriklik bundan sonra da Azərbaycanın idarəçiliyində, o cümlədən də iqtisadi idarəçiliyində öz əksini tapacaq.
Mən bunun bir  ifadəsini də bu gün müzakirə etdiyimiz dövlət büdcəsinin layihəsində görürəm. Əlbəttə ki, əldə olunan nailiyyətlərə, uğurlara sevinir, onlarla fəxr edirik. Amma eyni zamanda, təkmilləşmək, kamilləşmək, görülə-cək işi daha yaxşı eləmək potensialı həmişə qalır və bu mənada mən büdcə ilə əlaqədar bir neçə təklifimi də səsləndirmək istərdim.
Təbii, Azərbaycanın neft resursları və onlardan səmərəli şəkildə istifadə edilməsi Azərbaycanın bugünkü həyatının çox önəmli cəhətidir.  Amma eyni zamanda, deməliyik ki, gələcəkdə neft amilinin Azərbaycanın iqtisadi inkişafında əhəmiyyətinin azalacağı dövrlərdə iqtisadi inkişafımızın templərinin saxlanılması baxımından bir sıra tədbirlərin görülməsinə ehtiyac var. Burada səsləndirilən fikirlərin bir qismində bu arzular ifadə olunub.
Mən qeyri-neft sektorunun inkişaf etdirilməsini, özəl sa-hənin inkişafının daha da dəstəklənməsini və Azərbaycanın təkcə ümumi daxili məhsulunda deyil, həm də büdcəsinin formalaşmasında çəkisinin artmasını  arzu edərdim. Çox yaxşı bir göstəricidir ki, Azərbaycanın ümumi daxili məh-sulunda özəl sektor 83 faiz təşkil edir. Amma büdcəmizin formalaşmasında özəl sektor, səhv eləmirəmsə, təxminən 20 faizə bərabərdir. Bu iki göstərici arasında böyük bir fərq var və güman edirəm ki, həmin fərqin aradan qaldırılması üçün özəl sektorun, xırda və orta sahibkarlığın inkişaf etdirilməsinə bir yandan dövlətin maddi dəstəyinə, ikinci yandan isə bütövlükdə stimullaşdırıcı tədbirlər sisteminin tətbiq edilməsinə ciddi ehtiyac var.
Dotasiyalar məsələsinə toxunuldu. Mən də buna münasi-bətimi bildirmək istəyirəm. Abşeron rayonu, Bakı, Su-mqayıt və Şirvan şəhərlərindən savayı, demək olar ki, Azərbaycanın bütün regionları və rayonları dotasiya əsasında fəaliyyət göstərir. Ola bilsin ki, bu gün bəzi rayonların dotasiyasız  işləməsi üçün lazım olan şərait hələlik yetişməyib və bundan qaçmaq mümkün deyil. Amma bütün rayonların dotasiya əsasında fəaliyyət göstərməsi, yerli xərclərin yalnız mərkəzi büdcədən verilən dotasiyalarla qarşılanması, mən hesab edirəm ki, regionlarda bir yandan ələbaxımlıq psixologiyası yaradırsa, bir yandan da region rəhbərliklərinin fəaliyyətinin  dəyərləndirilməsində çətinliklər yaradır. Biz kimin yaxşı işlədiyini düşünməliyik. Daha çox pul xərcləyən yaxşı iş-ləyir, yoxsa daha çox pul qazanan? Ən yaxşı variant ondan ibarət olar ki, daha çox pul qazansın və qazandığı pulu da halallıqla xərcləsin.
Burada təhsil, səhiyyə işçilərinin maaşlarının artırılması ilə əlaqədar  fikirlər səsləndirildi. Mən o fikirlərə qoşulur və eyni zamanda, hesab edirəm ki, dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda  da az maaş alan işçiləri bura aid eləmək lazımdır. Hesab edirəm ki, hökumətimizin bu istiqamətdə görəcəyi işlər gücləndirilməlidir. Amma burada insanların maaşının yalnız dövlət büdcəsindən ayrılan vəsait hesabına  artırılmasını yeganə vasitə saymaq düzgün olmazdı. Səhv eləmirəmsə, Azərbaycanda milyon yarım şagird və tələbə, 240 mindən çox müəllim var.  Azərbaycanda hər müəllimə orta hesabla 7 şagird və ya tələbə düşür.
Ümumi daxili məhsulda hər adama düşən payın 30 min dollardan yuxarı olduğu ölkələrdə bir müəllimə düşən şagird və ya tələbələrin sayı 10–12 nəfərdən yuxarı olur. Hesab edirəm ki, Azərbaycan da ən azından yaxın zamanlarda  təhsil sahəsində islahatlar aparmaqla elə bu gün ayrılan vəsait hesabına müəllimlərin maaşının əhəmiyyətl dərəcədə artırılmasına nail ola bilər. Əlbəttə, mən bunu ona görə demirəm ki, təhsil sahəsində işsizlik yaransın, müəllimlər işdən kənarda qalsınlar. Amma yenə də hesab edirəm ki, müxtəlif mexanizmləri tətbiq etməklə, dövlət tərəfindən  ayrılan vəsaitdən daha səmərəli istifadə etməklə təhsildə, səhiyyədə, büdcə təşkilatlarında çalışan insanların əmək haqqının  artırılmasına nail olmaq olar.
Burada sosial evlər və yataqxanalar məsələsinə də diqqət ayrıldı. Mən hesab edirəm ki, bu indi Azərbaycan həyatının gündəmində duran ən vacib məsələlərdən biridir. Mən uşaq evlərində böyüyən və məktəbi bitirdikdən sonra uşaq evlərindən ayrılmalı olan 17–18 yaşında oğlan və qızların taleyin hökmünə buraxılmaması naminə onlar üçün evlərin tikilməsinin vacibliyini xüsusi vurğulamaq istərdim. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu istiqamətdə müəyyən layihələr həyata keçirilir, amma Azərbaycan hökuməti bu layihələrin həyata keçirilməsindən, hesab edirəm ki, kənarda qalmamalıdır.
Eyni sözləri yaşayış səviyyəsi o qədər də yüksək olmayan insanlarımızın mənzillərlə təmin olunması üçün mənzil tikintisinə diqqətin artırılmasına şamil eləmək istəyirəm. Azərbaycanda hər on ildə əhali 1 milyon artır. Hər il Azərbaycanda 90 minə yaxın yeni ailə qurulur. Demək, hər il Azərbaycanda 90 min ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Ən azından  90  min mənzil tikilib istifadəyə verilməlidir ki, Azərbaycanda bugünkü mənzil şəraiti, – yaxşılaşmaq bir yana, – pisləşməsin.
Nəhayət, dövlətimizin qayğısı nəticəsində partiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin artırılması ilə bağlı səsləndirilən təklifi də mən dəstəkləmək istəyirəm. Bu vəsait parlamentdə təmsil olunan 11 partiyanın nümayəndələri arasında bölünəndə əhəmiyyətli dərəcədə artır. Mən hesab edirəm ki, Azərbaycan hökumətinin maliyyə imkanları həmin vəsaitin iki dəfə artırılmasını...
Sədrlik edən. Sağ olun, Əli müəllim. Jalə Əliyeva.
J.Əliyeva.  Çox sağ olun. Hörmətli sədarət, hörmətli mil-lət vəkilləri, hörmətli hökumət üzvləri! Müzakirəmizə təq-dim olunan büdcə layihəsi ölkəmizin iqtisadi və siyasi qüdrətinin əsil göstəricisidir. Bu, həqiqətən, əsaslı bir şəkildə hazırlanmış kamil bir sənəddir. Bu büdcə layihəsi ölkəmizin bugünkü güclü iqtisadi inkişafının aynasıdır. Mən deyərdim ki, bu gün biz əslində Azərbaycanın dövlətçilik uğurunu müzakirə edirik. Əlbəttə ki, bu uğurların arxasında ölkə Prezidenti cənab İlham Əliyevin ölçüyəgəlməz əməyi və əvəzsiz xidməti durur. Çox sevindiricidir ki, ölkə dayanıqlı maliyyə-iqtisadi sisteminə sahibdir və ildən-ilə daha mükəmməl bir büdcə sənədi hazırlanaraq bizə təqdim edilir.
Bu sənədlərin müzakirədən əvvəl müxtəlif informasiya qaynaqları vasitəsilə vətəndaşlara çatdırılması, əhalinin ge-niş müzakirəsinə təqdim edilməsi özlüyündə böyük bir de-mokratik addımdır. Mən hər zamankı kimi, bu il də əhəmiyyətli bir sənədi hazırlayan Maliyyə Nazirliyinə təşəkkür edərək bu mükəmməl sənədə səs verəcəyimi bildirirəm.
Mən, eyni zamanda, təkliflərimi də səsləndirmək istəyi-rəm. Birinci məsələ heç birimiz üçün yeni olmayan, həm-karlarımız tərəfindən bu gün də, daha əvvəllər də dəfələrlə dilə gətirilən müəllimlərin, təhsil işçilərinin sosial vəziyyətinin yenidən nəzərdən keçirilməsi ilə bağlıdır. Elm və təhsilin inkişafına daha çox diqqət ayrılması, əslində, strateji əhəmiyyətli bir məsələdir. Çünki bu gün elmin, təhsilin inkişaf etdirilməsinə qoyulan sərmayə gələcəkdə bütün sahələr üzrə uğurlarımızın sayının artmasına xidmət edəcəkdir.
Burada müəllimlərin, təhsil işçilərinin, elmi müəs-sisələrdə, Elmlər Akademiyasında işləyən elm adamlarının əmək haqlarının yüksəldilməsi ilə bağlı təkliflər edildi. Dü-şünürəm ki, onların əmək haqlarının yüksəldilməsi elmin, təhsilin inkişafına yeni bir təkan verəcəkdir. Əgər müəllim-lərin, təhsil işçilərinin əmək haqlarının artırılmasından danışırıqsa, burada səhiyyə işçilərinin, həkimlərin, mədəniyyət sahəsində çalışanların da məvaciblərinin yüksəldilməsinin eyni qədər həlli vacib məsələ olduğunu qeyd etməliyik.
Digər bir məsələ qeyri-hökumət təşkilatları ilə bağlıdır. Bilirsiniz ki, bilavasitə cənab Prezidentin təşəbbüsü ilə son illərdə qeyri-hökumət sektoruna böyük dəstək verilir. Qeyri-hökumət təşkilatları ictimai əhəmiyyətli məsələlərin, vətəndaşları narahat edən problemlərin həllində dövlətin dəstəyi ilə yaxından iştirak edirlər. Ancaq müşahidələr, təhlillər onu göstərir ki, ayrılan vəsait layihələri tam reallaşdırmağa kifayət etmir. QHT-lərimiz daha çox xarici donorlar tərəfindən maliyyələşdirilir ki, bu da dövlətçilik baxımından o qədər də məqsədəuyğun deyil.
Daha bir məsələ mənzil problemi ilə bağlıdır. Əslində, bu məsələ də parlamentdə dəfələrlə səslənib, bu gün də səslən-di. Düzdür, hökumətimiz vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün müəyyən tədbirlər görür. Məsələn, ötən il ipoteka kreditləri üçün büdcədən 20 milyon manat vəsait ayrılması bu qəbildəndir. Amma bu vəsait, sadəcə, bir neçə yüz ailənin mənzil ehtiyaclarının ödənilməsinə kifayət edir. Bu isə mənzil probleminin böyük ölçüdə açıq qalması deməkdir.
Toxunacağım növbəti məsələ sığınacaqlar, sosial evlər problemi ilə bağlıdır. Müşahidələrimiz göstərir ki, bəzi ailələrdə zorakılıq, qəddarlıq halları qaçılmazdır. Bu vəziy-yətdən, bir qayda olaraq, qadınlar, uşaqlar əziyyət çəkirlər. Ailə münaqişəsi nəticəsində  qadın qucağındakı körpəsi ilə acımasızcasına küçəyə atılır və belə demək mümkündürsə, küçə sakininə çevrilir. Biz çox sayda bu cür hadisənin şahidi oluruq. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmin qadınlara hüquqi, mənəvi dəstək verir. Lakin küçələrin bu çarəsiz sakinlərini, heç olmasa, müvəqqəti sığınacaqla təmin etmək problemə çevrilir. Çünki belə sığınacaqlar mövcud deyil. Düşünürəm ki, reabilitasiya mərkəzlərinin, sığınacaq tipli sosial evlərin tikilməsi bir o qədər böyük vəsait tələb etməyən bir məsələdir. Büdcədən kiçik bir vəsait ayırmaqla sınmış taleləri qismən də olsa, düzəldərək sağlam cəmiyyət naminə böyük bir addım atmış olarıq.
Eyni problem internat məktəbləri sakinləri üçün də keçərlidir. Bir az əvvəl hörmətli həmkarımız Əli müəllim bu məsələyə toxundu. Bu gün ölkədə internat məktəbləri dövlətin himayəsi altındadır. Hörmətli həmkarımız, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki əvəzsiz fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Amma internat məktəbini bitirmiş, hələ çiyinləri möhkəmlənməmiş 16 yaşlı kimsəsiz yeniyetmə təkbaşına həyat mübarizəsinə başlayır. Düşünürəm ki, bu qəbildən uşaqlar üçün də sosial evlərin tikilməsi zəngin  büdcəmizlə öhdəsindən asanlıqla gələ biləcəyimiz məsələlərdən biridir.
Sonda təmsilçisi olduğum rayonla bağlı danışmaq istəyi-rəm. Ötən ay cənab Prezidentin Zərdab rayonuna səfəri rayon əhalisi üçün, həqiqətən, böyük bir hadisəyə çevrildi. Səfər çərçivəsində bir çox əhəmiyyətli açılışlar edildi. Bu səfəri əhəmiyyətli edən çox önəmli açılışlardan biri də 72 kilometrlik Ağsu–Zərdab magistral su xəttinin istismara  verilməsi oldu. Bu bəlkə də bir əsrə yaxın içməli sudan əziyyət çəkən Zərdab əhalisi üçün, həqiqətən, tarixi bir hadisə idi.
Yeri gəlmişkən, bunu da bildirməyi özümə borc bilirəm ki, son bir ildə  təmsilçisi olduğum rayonun sosial-iqtisadi inkişafı ilə bağlı olaraq ölkə Prezidenti tərəfindən ard-arda dörd sərəncam imzalanıb. Bu, əlbəttə ki, böyük bir diqqət, böyük bir qayğıdır. İnsanlarımız bu diqqət və qayğı üçün cənab Prezidentə minnətdardırlar.
Eyni zamanda, onların bəzi xahişlərini də tribunadan, bu mikrofon arxasından səsləndirməyi özümə borc bilirəm. Dövlət proqramına əsasən rayonun bütün kəndləri 2013-cü ilin sonuna qədər qazlaşdırılmalı idi. Lakin bu günə qədər rayonun, sadəcə, 3 kəndi qazlaşdırılıb.  6 kənddə isə işlər bu il bitməli idi, lakin xətlər çəkilsə də, hələlik istismara verilməyib. Digər kəndlər də öz növbəsini gözləyir.
İkinci bir məsələ də içməli su ilə bağlıdır. Bir az əvvəl qeyd etdiyim kimi, ötən ay şəhər mərkəzində Prezidentin iştirakı ilə içməli su xətti istismara verildi. Lakin perspektiv planda kəndlərə bu su kanalının çəkilməsi işinin tezləşdirilməsinə ehtiyac var.
Digər bir məsələ kəndlərarası və kənd içi yollarla bağlı-dır. Xüsusilə Kür daşqını zamanı ağır tonnajlı maşınların keçməsi ilə bağlı olaraq bu yollar artıq keçilməz vəziyyətə düşüb.
Digər bir məsələ. 35 kilovoltluq Zərdab–Ucar elektrik xəttinin 110 kilovoltluq xətlə dəyişdirilməsinə ehtiyac ya-ranıb. Yeri gəlmişkən, bunu biz bir neçə dəfə səsləndirmişik.
Şəhər xəstəxanasının əsaslı təmirinə ehtiyac var. İstər yeni tikilən, istərsə də köhnə məktəblərin istilik sistemi ürəkaçan deyil. Hətta yeni tikilən məktəblərdə də bu gün odun sobalarından istifadə edilir. Eyni zamanda, yeni uşaq bağçalarının tikilməsinə, mövcud olanların təmirinə böyük ehtiyacımız var.
Hörmətli hökumət üzvləri, səsləndirdiyimiz bu təkliflərin nəzərə alınacağına ümid edərək sonda bir daha təkrar etmək istəyirəm ki, büdcə layihəsini tam dəstəkləyirəm və həmkarlarımı da bu layihəyə səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov.  Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də həmkarlarıma qoşularaq büdcə layihəsinə səs verəcəyəm. Büdcənin layihəsi hərtərəfli, çox gözəl şəkildə hazırlanıb və bu, ölkəmizdə gedən iqtisadi islahatların nəticəsidir. Ölkənin gəlirləri günü-gündən artır. Dövlət büdcəsi Prezidentimizin apardığı iqtisadi siyasətin bariz nümunəsidir. 
Həmkarlarım büdcə ilə bağlı müxtəlif fikirlər söylədilər. Mən də bir neçə  təklifimi səsləndirmək istəyirəm. Burada həmkarlarımız həm elmlə,  həm də təhsillə bağlı məsələlər qaldırdılar. Mən hesab edirəm, büdcə vəsaitlərinin böyük hissəsi o şeyə sərf olunmalıdır ki, onun nəticəsi olsun. Mə-sələn, hörmətli Heydər müəllim bayaq qeyd elədi ki, aqrar sahənin inkişafı üçün verilən kreditin nəticəsində böyük mənfəət əldə olunur, yəni bu, gəlir gətirir. Amma elə sahə var ki, gəliri yoxdur. Bura sərf olunan  vəsaitin faydası nədən ibarətdir?
Həmkarlarımız dedilər ki, elmə böyük diqqət göstərmək lazımdır. Buna mən də şərikəm. Amma elmin tətbiqi olmalıdır. Tutaq ki, bir adam Füzulinin bir qəzəlini götürüb özü üçün elmi iş yazır, dissertasiya müdafiə edir, elmlər namizədi olur və dövlətdən də namizəd kimi 250 manat əmək haqqı alır. Bunun bir yerə tətbiqi yoxdursa, bu, Azərbaycan cəmiyyətinə hər hansı bir xeyir vermirsə, ona vəsait ayırmağın nə mənası var? Ona görə də bu məsələlərin hamısı dəqiqləşdirilməli və aparıcı universitetlər müəyyən elmi institutlarla birləşməlidir. Onda həm tədris prosesini həyata keçirə, həm də elmə yenilik gətirə bilərlər.
Hər institutumuzda 200–250 nəfər işçi var – laborant, ki-çik elmi işçi, böyük elmi işçi. Hərəsi də 30 il bu vəzifədə işləyir. Xaricdə 2–3 ilə müdafiə etmirsənsə, elmi nailiyyətin yoxdursa, deyirlər ki, xudahafiz. Ştatı sənə görə niyə saxlayırlar? Mən hesab edirəm ki, bunlar birləşməlidir. Hətta  Akademiyanın bəzi institutları müxtəlif nazirliklərlə birləş-məlidir. Məsələn, Kosmik Tədqiqatlar İnstitutu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birləşsə, hansısa nəticələri ola bilər. Bu birləşməyib, öz otağında oturur, yazır, kompüterə baxır, pozur. Bununla nə nailiyyət əldə edəcək?
Bu yaxınlarda Azərbaycanda müəyyənləşdirə bilmirdilər, Qurban bayramı ayın neçəsində olacaq və ya Ramazan bayramı ayın neçəsində olacaq. Rəsədxana sağa baxdı, sola baxdı, bir şey ortaya qoya bilmədi. 50 ildir rəsədxana işləyir. Tatarıstanın bir müftisi var, çox yaxşı bir fikir ifadə etdi, çıxış edirdi, dedi: “Bunlar Qurban bayramının vaxtını müəyyənləşdirə bilmirlər. Qurban bayramı tramvay deyil, ya gecikə, ya tez gələ. O, vaxtında gəlir, vaxtında da gedir”.
Bu vəziyyətdə hansısa elmi maliyyələşdirməyin əhəmiy-yəti varmı? Əgər cəmiyyət üçün xeyri yoxdursa, o sahələri maliyyələşdirmək olmaz. Onlarda struktur islahatları aparılmalıdır.
Struktur islahatından söz düşmüşkən, dövlət struktur-larında da ciddi islahatlara ehtiyac var. Paralel strukturlar, paralel şöbələr, paralel komitələr. Bu onun səlahiyyətinə girişir, o bunun  səlahiyyətinə girişir. Bu ondan alır buna verir, o bundan alır ona verir. Bunların işi dəqiq  müəyyənləşdirilməli, konkretləşdirilməlidir. Dövlət büdcəsini nə qədər şişirtmək olar?
İkinci bir tərəfini götürək. Amerika Birləşmiş Ştatlarında cəmi 4 strukturda mətbuat xidməti var: Mərkəzi Kəşfiyyat İdarəsidir, Pentaqondur, Ağ evdir, Dövlət Departamentidir. Bizdə az qalır JEK  müdiri də özünün mətbuat xidmətini yaratsın ki, mən ictimaiyyətlə əlaqələr yaradıram. Nazirlik ictimaiyyətlə əlaqədə olmalıdır da.
Dövlətin qolları var: qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə hakimiyyəti. Təbii ki, ali hakimiyyət orqanlarında aparat rəhbəri olmalıdır. Bu bəllidir ki, onların aparatı var. Bütün nazirliklər, icra hakimiyyətləri aparat rəhbərliyi yaradıb. Prezidentin təyin etdiyi səlahiyyətli müavinlər qalıb, nazirliklərin bütün fəaliyyətini aparat rəhbərləri həyata keçirirlər. Bəzən də nazir müavini hələ o aparat rəhbərindən işdən getməyə icazə alır. Dövlətin təyin edilmiş vəzifəli şəxsləri var və bunların hərəsinin də öz səlahiyyət sahəsi var. İndi kimsə səlahiyyəti özəlləşdirir, yaxud özününküləşdirir. Dövlət strukturunda bu cür idarəçilik aparmaq olmaz. Buna görə mən hesab edirəm ki, bu sahədə də ciddi islahatlar getməlidir. Dövlətin büdcəsi o adamların cibinə axmamalıdır. Orada konkret islahatlar aparılmalıdır. 
Ordu ilə bağlı. Əlbəttə, orduya ayırdığımız vəsait kifayət qədərdir. Lakin bu vəsait daxilində biz hərbçilərin sosial təminatını da nəzərdə tutmalıyıq. Doğrudur, Müdafiə Nazirliyi tərəfindən onlar üçün evlər tikilir, amma bu gün o, kifayət qədər deyil. Bunun sayı bir az artırılmalıdır. Ezamiyyətə gedən hərbçi ailəsinə 50 manat, ya 70 manat kirayə haqqı verilir ki, ev tutub qalsın. İndi harada 50 manata, 70 manata ev tutub  qalmaq olar?  Bunun özü reallıqla uzlaşmalıdır, onların sosial şəraiti yaxşılaşdırılmalıdır.
Kursantlarla bağlı. Çar Rusiyası dövründə onların hətta  yeməkxanalarını da əsgərlərə yığışdırtdırırdılar ki, kursantlar gələcək zabitlərdir və ali rütbəyə malik  insanlar bu işi görə bilməzlər, çünki orduda hörmətdən düşər, gələcəkdə hər hansı bir əsgərə komandirlik, rəhbərlik edə bilməzlər. Bu məsələlərə biz də ciddi şəkildə fikir verməliyik. 
Kənd təsərrüfatı ilə bağlı.  Burada kreditlər barədə deyil-di. Doğrudan da, son dövrlər  kənd təsərrüfatı sahəsinə kreditlər verilir. Amma o kredit  ələnib-ələnib kəndçiyə ge-dib çatanda bilinmir, oradan ona bir qum  dənəsi düşür, ya düşmür. Bu prosesdə ciddi şəkildə dəyişiklik getməlidir. Kəndç o kreditləri tam alıb onlardan səmərəli istifadə et-məlidir. Bu gün kənd təsərrüfatına böyük investisiya qoyul-malıdır. Kəndçinin maliyyə imkanı yoxdur, ona görə taxıl əkir. Halbuki taxıldan elə bir gəlir götürə bilmir. Onun ye-rinə hər hansı  meyvə və yaxud tərəvəz əksə, daha çox gəlir götürə bilər. Amma meyvə bağı salıb məhsul əldə etmək üçün uzun müddət lazımdır, meyvə ağacına 2 il, 3 il, 4 il qulluq gərəkdir. Bununla belə, kəndçi torpaqdan yaxşı  gəlir əldə edə bilərsə, həm ölkənin ərzaq təhlükəsizliyinə kömək göstərə bilər, həm də dövlətdən götürdüyü krediti tam ödəyə bilər. O halda ölkədə neftdən asılılıq da qalmaz və neftdən əldə olunan gəlirlər yığılar, digər tədbirlər üçün sərf olunar.
Burada siyasi partiyaların maliyyələşdirilməsi haqqında fikirlər səsləndirildi. Hörmətli Əli müəllim təklif etdi, partiyalara ayrılan vəsait  iki dəfə artırılsın. Hörmətli Fazil müəllim burada qeyd etdi ki, Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə arxalanır. Bəli, hakimiyyətin mənbəyi xalqdır, ona görə xalqın dəstəyinə arxalanır. Xalq həmişə Yeni Azərbaycan Partiyasına dəstək verib və bundan sonra da dəstəyini əsirgəməyəcəkdir. Partiyalara dövlət büdcəsindən də maliyyə ayrılmalıdır ki, Azərbaycanda siyasi sistem tam formalaşsın və siyasi partiyalar gözünü başqalarının cibindən çəkib, üzünü dövlətin büdcəsinə tərəf tutsun, o büdcədən maliyyələşsin.
Sonda bir məsələyə də toxunmaq istəyirəm. Burada qeyd olundu ki, uşaq bağçalarına ayrılan vəsait artırılıbdır. Çox gözəl. 1 manat 20 qəpik idi, indi olub 2 manat 20 qəpik. 2 manat 20 qəpiyə, 3 manata uşağı yedirtmək, onun qida təhlükəsizliyini təmin etmək olarmı? Mən hesab edirəm ki, biz Azərbaycanın gələcəyini düşünürüksə, bu vəsaiti kifayət qədər artırmalıyıq. Artırmalıyıq ki, uşaqlar orada həm təhlükəsiz qida ilə təmin olunsunlar, həm də onların sağlamlıq durumu yaxşı olsun. Çünki bu uşaqlar Azərbaycanın gələcəyidir. Ona görə də hesab edirəm ki, o məbləğin daha çox olmasına ehtiyac var. Uşaq bağçalarına ayrılan vəsait, ümumiyyətlə, onların tərbiyəçilərinin, müəllimlərinin maaşları da artırılmalıdır. Çünki uşağın ilkin tərbiyəsi bağçadan başlayır. Ona görə bağçaya kifayət qədər vəsait ayrılmalıdır.
Mən bu büdcəyə səs verəcəyəm və həmkarlarımı da ona səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.      
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Eldar İbrahi-mov.
E.İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli deputatlar və hökumət üzvləri! Milli Məclisin mü-zakirəsinə təqdim edilmiş 2013-cü il dövlət büdcəsinin gəlir və xərclərinin  təhlili göstərir ki, Azərbaycan Respublikası öz dinamik və sabit inkişafını gələn il də davam etdirəcək və bu büdcə Azərbaycan xalqının rifahının yaxşılaşmasına, ölkəmizin qüdrətinin yüksəlməsinə xidmət edəcəkdir.
Büdcənin ümumi göstəriciləri, gəlir və xərclərinin istiqa-mətlər barədə hörmətli həmkarım Ziyad Səmədzadə, hör-mətli maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri hörmətli Şahin Mustafayev, Hesablama Palatasının sədri hörmətli Heydər Əsədov hərtərəfli və geniş məlumat verərək  dərin təhlilə əsaslanan rəy və təkliflərini bildirdilər.
Qeyd etmək istəyirəm ki, ölkəmizdə davamlı olaraq aparılan iqtisadi islahatlar, qeyri-neft sektoruna investisi-yaların həcminin artırılması, vergi bazasının genişləndirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması, yeni müəssisələrin fəaliyyətə başlaması, vergidən yayınmaların qarşısının alınması və digər tədbirlərin həyata keçirilməsi artıq öz bəhrəsini verməyə başlayıb.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu istiqa-mətdə apardıqları işlər və göstərdikləri səylər nəticəsində Abşeron rayonu, Sumqayıt və Şirvan şəhərləri gələn il dövlət büdcəsindən dotasiya almayacaq və xərclərini öz gəlirləri hesabına ödəyərək dotasiyalı subyektdən donor subyektə çevriləcəklər. Bu, respublikamızın tarixində  çox mühüm hadisədir və ölkə iqtisadiyyatının hərtərəfli düşünülmüş siyasət əsasında inkişafının  göstəricisidir. Hesab edirik, xüsusilə Abşeron rayonunun təcrübəsi öyrənilməli və geniş yayılmalıdır ki, dövlət büdcəsindən dotasiya alan subyektlərin sayı kəskin azalsın.
Büdcə gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin və Gömrük Komitəsinin payının getdikcə artması da çox təqdirəlayiq  haldır və bu  istiqamətdə onların  məqsədyönlü və səmərəli fəaliyyətinin qeyd edilməsi yerinə düşərdi.
Bildiyiniz kimi, bütün ölkələrdə aqrar sahə dotasiya ilə işləyir və respublikamızda da bu istiqamətdə əsaslı tədbirlər həyata keçirilir. Artıq neçə illərdir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla digər vergilərdən azaddırlar. Onlara əkin sahələrinin hər hektarına görə subsidiyalar verilir, aqrolizinq yolu ilə texnika, damazlıq heyvanlar, gübrə və pestisidlər güzəştli qiymətlərlə satılır, digər stimullaşdırıcı tədbirlər həyata keçirilir.
Bundan əlavə, kənd ərazilərində məktəb və digər sosial obyektlərin tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, kəndlərarası yollara asfalt salınması üçün dövlət büdcəsin-dən və ölkə Prezidentinin ehtiyat fondundan xeyli vəsait ayrılması kənd ərazilərinin və kənd təsərrüfatının inkişafına yönəlmişdir.
Bununla belə, mən də hesab edirəm ki, ümumilikdə büd-cədən ayrılan vəsait yetərli deyil. Mən bəzi məsələlərə diqqətinizi cəlb etmək istəyirəm. Hazırda dünyada narahatlıq doğuran qlobal problemlərdən bir əhalinin ərzaq təhlükə-sizliyinin təmin olunmasıdır. Fərəhlə bildiririk ki, respubli-kamızda belə bir problem yoxdur və ölkəmiz həmin məsə-lənin həllində dünya iqtisadiyyatına öz töhfəsini vermək iqtidarındadır.
Hörmətli Prezidentimiz cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki,  xarici ölkələrə kənd təsərrüfatı məhsulları, xüsusilə ekoloji təmiz məhsullar ixrac etmək üçün bizim böyük potensialımız var və bu istiqamətdə  əməli tədbirlər görməliyik. Bu məqsədlə yaxşı olar ki, başqa ölkələrdə olduğu kimi, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalını və ixracını stimullaşdırmaq üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulsun. Hökumət daxili və xarici aqrar bazarın balanslaşdırılması üçün konkret tədbirlər görməlidir ki, bu sahənin inkişafına əlverişli iqtisadi zəmin yaransın.
Bir məsələyə də diqqət yetirilməsini vacib sayıram. Bildiyiniz kimi, hər bir millətin gələcəyi onun təhsilindədir. Bu gün dünya elmi çox yüksək sürətlə inkişaf edir. Biz bu yüksəlişlə ayaqlaşmaq üçün təhsilə və elmə xüsusi əhəmiyyət verməliyik. Hesab edirəm ki, Aqrar Universitetə ayrılan 145 min manat vəsait çox azdır. Göstərilən məbləğ bu ilə nisbətən cəmi 11,5 min manat çoxdur.
Təhsil sahəsinə 1,6 milyon manat pul ayrılıb ki,  bu da müasir tələblərə cavab verən və aqrar sahədə mövcud yenilikləri mənimsəyən tələbə hazırlamaq üçün yetərli deyil. Ona görə də bu universitetə ayrılan büdcə vəsaiti artırılmalıdır ki, ölkəmizdə ərzaq təhlükəsizliyini təmin edəcək mütəxəssislər hazırlayan yeganə ali təhsil müəssisəsinə daha əlverişli şərait yaradılsın. Onsuz da tələbə qıtlığı olan Aqrar Universitetdə gələn il üçün təhsilə ayrılan dövlət vəsaitinin 2012-ci ilə nisbətən 57,4 faiz azaldılması Azərbaycanın kənd təsərrüfatı elminə və mütəxəssis hazırlığına böyük zərbə ola bilər.
Dövlət büdcəsindən maliyyələşən iqtisadi fəaliyyət sahələri arasında ən aşağı aylıq nominal əmək haqqı (167,6 manat) kənd təsərrüfatındadır ki, bu da Aqrar Universitetə gənclərin marağını azaldır. Bu məsələyə də baxmağın vaxtı çatmışdır və iqtisadiyyatın müxtəlif sahələrində işləyənlərin nominal əmək haqları arasında kəskin fərqin azalmasına ehtiyac vardır. 
Hörmətli həmkarlar və hökumət üzvləri, Azərbaycan Prezidenti cənab İlham Əliyev növbəti on il ərzində ümumi daxili məhsulu qeyri-neft sektorunun inkişafı hesabına ən azı iki dəfə artırmağı qarşıya hədəf qoymuşdur. Qeyri-neft sektorunun prioritet sahələrindən biri olan aqrar sahənin kompleks inkişaf etdirilməsi üçün, hesab edirik ki, bu sahəyə dövlət büdcəsindən  investisiya qoyuluşu artırılmalı və əsasən, emal, kənd təsərrüfatı təyinatlı maşınqayırma və  qarışıq yem istehsalı sənayesi sahələrinin inkişafına yönəldilməlidir.
Respublikamızda belə müəssisələr çox az sayda olduğundan  başqa ölkələrdən asılılıq, məhsul itkisinə yol verilməsi, maddi-texniki vasitələrin  baha qiymətə alınması aqrar sektorun inkişafına mane olur və bu sahəyə maraq getdikcə azalır.  Yaxşı olar ki, bu müəssisələr dövlət büdcəsinin vəsaiti hesabına tikilsin və kənd təsərrüfatı kooperativlərinin icarəsinə və ya mülkiyyətinə verilsin. Belə olan halda dövlətin bu müəssisələrin tikintisi üçün xərclədiyi vəsait bir müddətdən sonra ona geri qaytarılar və yeni iş yerləri açılmaqla əlavə dəyər verən obyektlərin sayı artar ki, bu da qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun gələcəkdə davamlı artımına müsbət təsir edər. Çünki kənd təsərrüfatı məhsulları istehsalçılarının mövcud maddi durumu belə müəssisələr tikməyə imkan vermir və onlara ayrılan min kreditlər belə tikinti aparmağa yetərli deyil.
Hazırda fermerlər istehsal etdikləri məhsulu ticarət yer-lərinə və emal müəssisələrinə verməkdə və satmaqda böyük çətinliklərlə üzləşərək onlardan asılı vəziyyətdə ol-duqlarından çox aşağı qiymətə satmağa məcbur olurlar. Digər tərəfdən, bu vəziyyət hər il xeyli məhsul itkisinə səbəb olur. Aqrar sahəyə müxtəlif təşkilatlar və istiqamətlər üzrə  pərakəndə formada ayrılan büdcə vəsaiti lazımi səmərəni vermir.
Bu problemin həllində dövlət büdcəsi və büdcədənkənar vəsaitlər hesabına mərkəzləşdirilmiş  xüsusi fondun yara-dılması məqsədəuyğun olardı. Bu fondun vəsaitləri hesabına aqrar istehsal  sahələrinə  daha çox investisiya ayırmaq və yüksək səmərə əldə etmək olar. Onu da bildirirəm ki, qonşu Gürcüstan Respublikasında yeni hökumət belə bir fondun yaradılması istiqamətində işlər aparır.
Bununla yanaşı, ölkəmizdə kooperasiyanın inkişafına və kənd təsərrüfatı kooperativlərinin yaradılmasının sürətləndirilməsinə dövlət dəstəyinə böyük ehtiyac vardır.
Mən Naxçıvandan seçilən deputat kimi blokada şəraitində yaşayan və fəaliyyət göstərən Muxtar Respublikaya göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikası hökumətinə minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikası da yuxarıda adları qeyd olunan bölgələr kimi öz xərcini daxili gəlirləri hesabına ödəmək istiqamətində uğurlu addımlar atır. Lakin bu uğurların daha davamlı olması üçün bölgənin blokadada olması və verilən investisiyanın səmərəliliyi nəzərə alınmaqla Muxtar Respublikaya daha çox investisiya ayrılmalıdır ki, dövlət büdcəsindən asılılığın aradan götürülməsinə zəmin yaransın.
Bu gün müzakirə etdiyimiz büdcəmiz dünyanın bir çox ölkələrində maliyyə və iqtisadi böhranın davam etdiyi bir şəraitdə sosial yönümlü və investisiya tutumlu olmaqla yüksək artım tempi və daha şəffaf olması ilə fərqlənən bir büdcə layihəsidir. Mən bu büdcəyə səs verəcəyəm və deputat həmkarlarımı da ona səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun.  Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim.  Hörmətli cənablar, büdcə haqqında qanun mühüm bir qanun olduğundan hər birimizin münasibət bildirmək istəməsi təbii bir hal sayılır. Eyni zamanda, çox böyük həcmli bir sənəd olduğundan ciddi yanaşma və araşdırma tələb edir.
Təqdim olunan sənəddən göründüyü kimi, 2013-cü ildə dövlət büdcəsinin gəlirlərinin həcmi təxminən 20 milyarda yaxın, xərcləri 19 milyard 810 min, yəni gəlirdən bir qədər çox proqnozlaşdırılıb. Büdcə kəsirinin 656 milyon olacağı gözlənilir ki, bu da  proqnozlaşdırılan 56,1 milyard manat ümumi daxili məhsulun cəmisi 1,1 faizinə bərabərdir. Res-publikamızdakı makroiqtisadi vəziyyət büdcənin ümumi gəlirlərinin təklif olunan məbləğinin yaxşı səviyyədə oldu-ğunu deməyə əsas verir.
2013-cü il dövlət büdcəsinin kəsirinin ümumi daxili məhsulda ümumi çəkisi məqbul səviyyədədir. Bunlar nəzərə alınaraq 2013-cü il üçün təklif olunan dövlət büdcəsi xərclərinin ümumi məbləği optimal hesab edilməlidir.
İcmal büdcə və onun kəsiri ilə bağlı. 2013-cü ildə icmal büdcə xərclərinin təklif olunan məbləği icmal büdcə gəlir-lərini üstələsə də,  2013-cü il üçün təklif olunan icmal büd-cəsi kəsirinin həddi məqbul  səviyyədədir.
Gələn il neft sektorunda azalma gözlənilsə də, qeyri-neft sektorunun artımı hesabına ümumi daxili məhsulda 5 faiz-dən çox artım gözlənilir ki, bu da ancaq təqdir oluna bilər.
Dünyada baş verən maliyyə-iqtisadi böhran fonunda əksər ölkələrdə iqtisadi artım tempi aşağı düşüb. Bəzi ölkələr lap  defolt vəziyyətə çatıb.  Milli valyutalar dəyərini itirir. Ölkəmizdə isə aidiyyəti dövlət qurumlarının gördükləri tədbirlər nəticəsində ümumi daxili məhsul istehsalında azalma baş verməmiş, Mərkəzi Bankın səyləri nəticəsində milli valyutanın məzənnəsi sabit saxlanmışdır.
Bildiyiniz kimi, mən əhalisinin hamısını məcburi köç-künlərin təşkil etdiyi 120 saylı Cəbrayıl-Qubadlı dairəsindən deputat seçilmişəm. Həmişə məcburi köçkünlərlə bağlı məsələlərə diqqətlə yanaşıram. Builki büdcədə qaçqınlara və məcburi köçkünlərə verilən müavinətlərin  təxminən 5,9 faiz artırılması nəzərdə tutulmuşdur. Əhalimizin bu həssas təbəqəsinə diqqətlə yanaşdığına görə ölkə Prezidenti cənab İlham Əliyevə, eyni zamanda, Azərbaycan hökumətinə öz təşəkkürlərimi bildirirəm.
Mən büdcə ilə bağlı bir məsələni də həmişə çıxışlarımda qeyd etmişəm, bu gün də qeyd etməyi lazım bilirəm. Mənə elə gəlir ki, Azərbaycan  torpaqları işğaldan azad olunana-dək müdafiə xərcləri daim artırılmalıdır. Bunu heç bir halda nəzərdən qaçırmaq olmaz.
Mən təhsil və səhiyyə xərcləri ilə də bağlı fikirlərimi diqqətinizə çatdırmaq istərdim. Keçən illə müqayisədə görürük ki, təhsil xərclərinin təxminən 1,2 faiz, səhiyyə xərclərinin isə 0,5 faiz artımı gözlənilir. Dövlət büdcəsində bu xərclər keçənilkinə nisbətən 12 faiz artıb. Mən hesab edirəm ki, bu azdır. Çünki milli genofondun saxlanmasına, inkişaf etdirilməsinə birbaşa təsir edən bu sahələrdir. Ola bilər ki, hörmətli Samir müəllim bunu nəzərə alsın.
Hörmətli Gövhər xanım burada bir məsələyə toxundu. Elmlər doktoru və fəlsəfə doktoru dərəcələrinə görə maaşa müvafiq olaraq 50 və 30 manat əlavə edilir. Bu barədə qərar təxminən 10 il bundan qabaq qəbul olunmuşdu.  10 il bundan qabaqkı büdcə ilə builki büdcəmizi müqayisə etsək, görərik ki, fərq yerlə göy arasındadır. Mən hesab edirəm ki, həmin elmi dərəcələrə görə verilən əlavələr də büdcənin artımına mütənasib olmalıdır.
Digər bir məsələ ilə bağlı. Ölkəmiz özünün enerji təhlü-kəsizliyini tam təmin edir. Lakin bu gün Azərbaycanda enerjinin əsas  hissəsi ənənəvi enerji mənbələri hesabına istehsal olunur. Halbuki neft və digər enerji mənbələri tükənən, alternativ və bərpa olunan enerji mənbələri isə tükənməzdir. Gələcək bu enerji növlərinindir. Mən hesab edirəm ki, buraya da diqqəti artırmaq lazımdır.  
Sonda büdcənin təqdimatı ilə bağlı. Bilirik ki, builki büdcə 7 zərfdən ibarətdir və həcmi çox böyükdür. Amma Maliyyə Nazirliyi əvvəlki illərdən fərqli olaraq onu tezis şəklində tərtib edib.  Bu da millət vəkillərinin büdcə ilə ta-nışlığını xeyli asanlaşdırır. Çünki 7 zərfi oxumaq  bəlkə də bir il vaxt tələb edərdi.
Ümumilikdə götürdükdə büdcə qanunu fəaliyyət üçün əsas ola biləcək bir qanundur. Mən bu qanunun qəbul edil-məsinin lehinə səs verəcəyəm və hörmətli həmkarlarımı da bu qanunu dəstəkləməyə dəvət edirəm. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E.Məmmədov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım, hörmətli hökumət üzvləri! Son on ilə yaxın müddətdə ölkəmizin iqtisadiy-yatında baş verən sürətli inkişaf Azərbaycan Respublika-sının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət, iqtisadiyyatın neft amilindən asılılığının ilbəil azaldılması, dövlət proqnozlarının uğurlu icrası nəticəsində mümkün olmuşdur.
Hökumətin Milli Məclisə təqdim etdiyi iqtisadi və sosial konsepsiyaya və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən gələn il ümum daxili məhsul istehsalı 71 milyard dollardan artıq olacaqdır. Bu isə ölkə üzrə 5,3 faiz real iqtisadi artım deməkdir. Bu iqtisadi inkişaf beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumu son rəqabət qabiliyyətliliyi hesabatlarında Azərbaycanın 9 pillə irəliləməsini qeyd edərək onu MDB məkanında birinci etmişdir.
Bu gün parlamentin müzakirəsinə təqdim olunmuş 2013-cü ilin dövlət büdcəsi layihəsi və digər sənədlər çox mü-kəmməl hazırlanmışdır. Məsələ ilə bağlı İqtisadi siyasət ko-mitəsinin sədri hörmətli Ziyad müəllim,  maliyyə naziri hörmətli Samir Şərifov, iqtisadi inkişaf naziri hörmətli Şahin Mustafayev, Hesablama Palatasının sədri hörmətli Heydər Əsədov professional şəkildə və ətraflı məlumat verdilər. Büdcə sənədlərindən göründüyü kimi, 2013-cü ildə hökumət regionlarda yeni istehsalat və xidmət sahələri yaratmaqla iqtisadi inkişaf tempinin saxlanılmasına, rəqabətə davamlı və ixrac yönümlü, – ilk növbədə kənd təsərrüfatı sahəsində, – məhsul istehsalının artırılmasına daha artıq diqqət yetirəcəkdir. Çox müsbət haldır ki, gələn il qeyri-neft sektoru üzrə vergi yığımını nəzərəçarpacaq dərəcədə artırmaq proqnozlaşdırılır.
2013-cü il dövlət büdcəsinin əsas istiqamətlərindən biri dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu tək-milləşdirmək, bu vəsaitlərdən istifadəyə dövlət və ictimai nəzarəti gücləndirmək, qeyri-neft sektorunun stimullaşdırılmasını və ixrac potensialının gücləndirilməsini, infrastrukturun  inkişafını təmin edən layihələrə üstünlük verməkdir. Bunun nəticəsidir ki, büdcə layihəsində əsas fondlara əsaslı vəsait qoyuluşu xərcləri üçün 9 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bu, ümumi xərclərin 46 faizi deməkdir.
Büdcə zərfində diqqət çəkən digər bir məqam rayon və şəhərlərin yerli xərclərinin artırılması, onların maliyyə təminatının gələn ilin dövlət büdcəsi layihəsində nəzərə alınmasıdır. Eyni zamanda, qeyri-neft sektorunun gəlirlərinin, o cümlədən rayon və şəhərlərin yerli gəlirlərinin artırılması, dövlət büdcəsi kəsirinin idarə olunan səviyyədə saxlanılması ilə bağlı vacib təkliflər sənəddə öz əksini tapmışdır.
Bunlarla yanaşı, büdcə strukturunda bazar iqtisadiyyatı prinsiplərinə cavab verən dəyişikliklər nəzərdə tutulur. Bunun nəticəsində büdcənin gəlir və xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi ilbəil artır, büdcə kəsirinin maliyyələşdirilməsində inflyasiya yaradan mənbələrdən, ilk növbədə bank kreditlərindən imtina edilir.
Hörmətli millət vəkilləri, 2013-cü ildə diqqət yetiriləcək sahələrdən biri də qəbul olunmuş dövlət proqramlarının, xüsusilə regionların inkişafı və ekoloji vəziyyətin yaxşılaş-dırılması tədbirlərinin maliyyələşdirilməsinin tam şəkildə təminatıdır. Bu işlər isə regionların sürətli inkişafına, abad-laşdırılmasına, ətraf mühitin daha yaxşı mühafizəsinə xidmət edir.
Gələn ilin dövlət büdcəsi layihəsinin uğurlu cəhətlərindən biri də sosial yönümlü xərclərin həcminin cari illə müqayisədə 7 faiz artırılmasıdır. Bunun nəticəsində növbəti ildə dövlət büdcəsindən maliyyələşən və yardım alan işçilərin, dövlət qulluqçularının əmək haqlarının, pensiyaların baza hissəsinin, yaşayış minimumunun və ehtiyac meyarının həddinin artırılması mümkün olacaqdır.
Hökumət təhsil, səhiyyə, elm və mədəniyyət sahələrinin maliyyələşdirilməsini diqqət mərkəzində saxlayacaqdır.   Bunlarla bağlı bir neçə fikrimi hörmətli hökumət üzvləri və həmkarlarımla bölüşmək istərdim.
Təhsilin inkişafının innovasiya mərhələsinə keçirilməsi, rəqabətə davamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir. Bu, “2011–2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 iyul tarixli Sərəncamının müddəalarındandır.
2013-cü ildə elm xərclərində elmi tədqiqat layihələrinin Azərbaycan Respublikasının Prezident yanında Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 7 milyon manat vəsait nəzərdə tutulmuşdur. Yaxşı olardı ki, müasir və innovativ elmi tədqiqat işləri layihələrinin həyata keçirilməsi, nanotexnologiyaların tətbiqi üçün vəsaitin daha da artırılması məsələsinə çox hörmətli maliyyə nazirimiz bir daha nəzər yetirəydi.
Ölkəmizin beynəlxalq, ictimai-siyasi, sosial-iqtisadi təd-birlərdə iştirak imkanlarının genişləndirilməsi, Azərbayca-nın dünya iqtisadiyyatına inteqrasiyasının gücləndirilməsi məqsədi ilə dövlət büdcəsindən ayrılan xərclərin həcmi artırılır.  Hesab edirəm ki, 2013-cü ilin dövlət büdcəsi proqnozlarının icrası inkişaf edən ölkəmizin iqtisadiyyatının daha da gücləndirilməsinə, infrastrukturun və qeyri-neft sektorunun genişləndirilməsinə imkan yaradacaqdır.
Mən müzakirə etdiyimiz sənədləri hazırlayan bütün hökumət üzvlərinə minnətdarlığımı bildirir, onlara həm dövlət büdcəsinin icrasında, həm də dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıram. Hesab edirəm ki, 2013-cü ilin dövlət büdcəsi müəyyən müzakirələrdən sonra qəbul oluna bilər. Diqqətinizə görə çox sağ olun.  
Sədrlik edən. Təşəkkür edirəm. Bununla da iclasımız so-na çatır. Sabah görüşənədək. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU