20.11.2012 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VII SESSİYASI İCLASININ
PROTOKOLU № 51
Mill Məclisin iclas salonu.
20 noyabr 2012-c il.
İclasa Azərbaycan Respublikası Mill Məclisinin Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 104
Yetərsay 83
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Res-publikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Tacikistan Respublikasının Prezidenti E.Rəhmonun Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respub-likası qanununun layihəsi barədə.
4. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əla-qəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqın-da” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekviva-lentliyi haqqında” Sazişin təsdiq edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013–2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının Cinayət-Prosessual Mə-cəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası-nın Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
1. “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitə-silə tranziti haqqında və təbii qazın Türkiyə Respublika-sının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmə-rinin inşasına dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov, Vahid Əhmədov, Rövnəq Abdullayev, Sabir Rüstəmxanlı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.40 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi
2. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov, Vahid Əhmədov, Rövnəq Abdullayev, Sabir Rüstəmxanlı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.40 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin və Tacikistan Respublikasının Prezidenti E.Rəhmonun Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.44 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
4. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Bəxtiyar Əliyev, Ziyafət Əsgərov, Gövhər Baxşəliyeva, Aqil Abbas, Qənirə Paşayeva, Musa Quliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
5. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Bəxtiyar Əliyev, Səməd Seyidov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
6. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013–2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, İlham Əliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 98
Nəticə: Qəbul edildi
7. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Çingiz Qənizadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.12 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublika-sının Qanununda dəyişikliklər edilməsi barədə Azərbay-can Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, İlham Əliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
9. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Arif Rəhimzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.20 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
10. Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qis-mən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Arif Rəhimzadə, Etibar Hüseynov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.26 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
20 noyabr 2012-ci il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 104
Yetərsay 83
Yetərsay var. İclasa başlaya bilərik. Gündəlik sizə paylanıb. Qısa gündəlikdir, 10 məsələ var. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Gündəlik qəbul edildi, sağ olun.
Dediyim kimi, qısa gündəlikdir, altı sazişdir, dörd kiçik məsələ. Məncə, bu gün müzakirələrə ehtiyac yoxdur. Xahiş edirəm, işə başlayaq.
Gündəliyin birinci məsələsi – “Azərbaycan Respublika-sının Hökuməti və Türkiyə Respublikasının Hökuməti ara-sında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Sazişin təsdiq edilməsi haqqında. Buyursun parlament sədrinin müavini Valeh Ələsgərov. Valeh müəllim, xahiş edirəm, ikinci məsələ haqqında da məlumat verin, ikisini bir yerdə müzakirə edək.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Təklifinizə görə minnətdarlığımı bildirirəm, çünki bu sazişləri ayrı-ayrılıqda təqdim etmək çətin olardı. Onlar bir-birinə çox bağlıdırlar.
Son illər Milli Məclisin iclaslarında bu cür sazişlər bir neçə dəfə müzakirə olunubdur. Tarixi nöqteyi-nəzərdən bunlardan birincisi Bakı–Novorossiysk boru xəttinin yenidən qurulması haqqında layihə idi. Yadınızdadırsa, Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında bununla əlaqədar müvafiq sazişlər imzalanmış və bu sazişlər çərçivəsində müvafiq tədbirlər həyata keçirilmişdi. Bu boru kəməri 1997-ci ilin oktyabr ayında istismara verildi. 1997-ci ilin noyabr ayında “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında birinci neft çıxarılanda boru kəməri artıq hazır idi.
Neft strategiyasının bir hissəsi olan şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması proqramı çərçivəsində bundan sonra Bakı–Tiflis– Supsa boru kəməri və o cümlədən müvafiq nasos stansiyaları, terminallar, rezervuar parkları tikilmişdi. Bunun üçün də Gürcüstanla Azərbaycan Respublikası arasında aparılmış danışıqlar nəticəsində hökumətlərarası saziş imzalanmış və bu ikinci saziş də Milli Məclisdə təsdiq edilmişdi. 1999-cu ilin aprel ayında təhvil verilmiş bu boru kəməri o gündən bu günə kimi istismardadır.
Dünya çapında böyük layihələrdən olan Bakı–Tiflis–Ceyhan layihəsi də bu yolla həyata keçirilmiş, Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə hökumətləri arasında aparılan danışıqlar nəticəsində müvafiq müqavilə bağlanmışdı. Layihə iştirakçılarının şirkətləri ilə tranzit ərazisinə malik ölkələrin hökumətləri arasında üç dənə ayrı saziş də bu hökumətlərarası sazişin tərkib hissəsi olaraq Milli Məclisdə müzakirə olunub təsdiq edilmişdi. 2006-cı ilin iyun ayında təntənəli şəkildə işə salınan Bakı–Tiflis–Ceyhan boru xətti bu gün də Azərbaycan neftini və Xəzər regionunda istehsal olunan başqa nefti dünya bazarlarına çatdırır.
Cənubi Qafqaz ixrac qaz kəməri layihəsi də eyni qaydada, yəni Azərbaycanla Gürcüstan arasında hökumətlərarası saziş və onun tərkib hissəsi olaraq layihə iştirakçıları ilə tranzit əraziyə malik ölkələrin hökumətləri arasında sazişlər burada müzakirə olunub təsdiq edildikdən sonra həyata keçirilmişdi.
Bu dörd layihə ilə bərabər başqa layihələrin də həyata keçirilməsi nəticəsində bir vaxtlar dünya bazarlarına çıxışı olmayan Azərbaycan artıq 7 boru kəməri ilə öz neftini və qazını qonşu ölkələrə çıxara bilir. Bu strategiyanın davamı olaraq Azərbaycan Cənubi Qafqaz qaz kəmərini istismara verəndən sonra artıq dünyaya özünü qaz ixrac edən ölkə kimi tanıtmışdır.
Təbiidir ki, ölkəmizdə aşkar edilən qaz ehtiyatlarının miqdarı artdıqca Azərbaycan qazını və gələcəkdə Xəzər regionunda istehsal olunacaq qazı Azərbaycan ərazisindən Avropa bazarına çıxara bilən müstəqil boru kəmərinin inşası ilə bağlı yeni bir layihəyə ehtiyac duyulur və son illər bu barədə danışıqlar aparılırdı. Bunların içində tez-tez adları çəkilən və sözdə dəstəklənən cürbəcür layihələr var idi. Ancaq heç kimdə cürət, qeyrət, nə bilim, nə isə də çatmırdı ki, konkret bir iş görə bilsin. Bu işi indi Azərbaycan görür. Aparılan danışıqlar nəticəsində, nəhayət, Azərbaycan qazını Avropa bazarlarına çatdıran müstəqil boru xətti yaranacaqdır.
Sizə iki saziş təqdim olunmuşdur. Bunlar 2011-ci ildə İzmirdə və 2012-ci ildə Ankarada imzalanmış sazişlərdir. Birinci saziş əsasında Azərbaycan Respublikasının Şahdəniz qaz yatağında ikinci mərhələdə istehsal olunacaq qaz Türkiyə bazarlarına çatdırılacaq və bu qazın illik 6 milyard kubmetrə qədər həcmi Botaşla Dövlət Neft şirkəti arasında imzalanmış alğı-satqı sazişinin şərtlərinə uyğun olaraq satılacaqdır. 10 milyard kubmetrə qədər qazın isə Türkiyə Respublikasında mövcud olan təbii qaz ixrac boru kəmərləri sistemi vasitəsilə Avropaya çatdırılması nəzərdə tutulubdur. Bu sazişlə 10 milyard kubmetr illik həcmin Avropa sərhədinə kimi çatdırılmasının texniki, hüquqi, maliyyə və başqa şərtləri tənzimlənir.
Tərəflər raşılaşmışlar ki, əgər gələcəkdə müstəqil boru kəmərinin tikilməsinə aid müvafiq sazişlər imzalanıb təsdiq edilərsə, İzmirdə imzalanmış sazişin 4-cü maddəsi, yəni bu 10 milyard kubmetr həcmində qazın Türkiyədəki mövcud təbii qaz ixrac boru kəmərləri sistemi ilə ixrac olunmasını tənzimləyən maddə sazişdən çıxarılacaqdır.
Danışıqlar nəticəsində, nəhayət, Transanadolu qaz kəməri layihəsinin həyata keçirilməsinə aid razılaşma əldə edilib və nəticə olaraq iki hökumət arasında müvafiq saziş imzalanıbdır. Bu sazişə müvafiq əlavələr də sazişin tərkib hissəsi olaraq imzalanmış və qəbul edilmişdir. Bu saziş də sizin müzakirənizə təqdim olunub.
Sazişin şərtlərinə uyğun olaraq “Trans Anatolian Qaz Payplayn” şirkəti yaradılıbdır. Bu gün bu şirkətin səhm-lərinin 80 faizi Dövlət Neft Şirkətinin və 20 faizi Botaş şir-kətinindir. Sazişə uyğun olaraq tərəflər gələcəkdə öz pay-larını başqa tərəflərə bütövlükdə və ya qismən ötürə, yaxud güzəşt edə bilərlər; bir şərtlə ki, bu başqa tərəflərin iştirakı layihənin daha uğurlu, daha tez, daha səmərəli və keyfiyyətli həyata keçirilməsinə yardım etsin. Amma, – çox önəmli bir cəhəti də diqqətinizə çatdırmaq istəyirəm, – sazişdə nəzərdə tutulubdur ki, Azərbaycan tərəfini təmsil edən Dövlət Neft Şirkətinin bu layihədə iştirak payı səhmdarların ümumi kapitalının 51 faizindən az ola bilməz. Bu isə o deməkdir ki, beynəlxalq qaydalara görə, nəzarət paketi Dövlət Neft Şirkətinin əlində olacaqdır. Yəni hər hansı bir sərmayə qərarı, idarəetmə qərarı Dövlət Neft Şirkətinin razılığı olmadan qəbul edilə bilməz. Bu da bizim üçün çox önəmlidir, çünki qazı ixrac eləyən ölkə birinci növbədə Azərbaycan olacaqdır.
Əlbəttə, bu qaz kəmərinin inşasına dair sazişdə də bayaq sadaladığım sazişlərdə olduğu kimi, bütün şərtlər, o cümlədən vergi məsələləri, nəqletmə tarifləri, gömrük rüsumları əhatə olunubdur. Burada çox önəmli bir məqam da var. Bu layihəyə qoyulan sərmayələr xarici sərmayələr olduğuna görə Türkiyə qanunvericiliyinə uyğun olaraq sərmayəçilər müvafiq imtiyazlar, güzəştlər əldə edə bilərlər. Bunlar çox önəmli imtiyazlar, güzəştlərdir. Bu da layihəyə, əlbəttə ki, çox böyük bir dəstəkdir.
Birmənalı göstərilibdir ki, layihə həyata keçiriləndən sonra saziş şərtləri çərçivəsində nəql edilən hər min kubmetr qaza görə 5 dollar 95 sent korporativ vergi ödəniləcəkdir. Əlbəttə ki, dollar layihəyə aid sazişlər qüvvəyə minən tarixdə olan dəyərini saxlamaq şərti ilə. Dolların inflyasiyasını nəzərə alan artım dərəcəsi illik 2 faiz nəzərdə tutulub. Bu da qəbulediləndir.
Bundan başqa, gömrük rüsumları tranzitə təqdim edilən məhsulun həcmindən, dəyərindən asılı olaraq mərhələ-mər-hələ dəyişir. Yükün bəyan edilmiş qiyməti 0 dollardan 100 min dollara qədər olsa, rüsum dəyərin 0,15 faizi, 100 min 1 dollardan 1 milyon dollara qədər olsa, 150 dollar üstəgəl 100 min dollardan yuxarı dəyərin daha aşağı faizi və sairə. Yəni bu da sizə tanış olan bir modeldir. Yeni bir şey yoxdur. Əlverişli olduğuna görə qəbuledilən bir sxemdir.
Bundan başqa, sərmayəçilər və tranzit ərazisinə malik ölkənin hökuməti arasında imzalanmış sazişdə əlavə şərtlər, misal üçün, boru xəttinin keçəcəyi koridor çərçivəsində torpaq sahələrinin daimi və ya müvəqqəti alınması şərtləri qeyd olunub. Bunun haqqını, əlbəttə ki, layihəni həyata keçirən şirkət ödəyəcəkdir. Bu torpağın daimi və ya müvəqqəti alınması Türkiyə Respublikasında bu gün qüvvədə olan qanunvericilik çərçivəsində təmin olunacaqdır. Ancaq çox önəmlidir ki, TANAP layihəsini həyata keçirən şirkətə bu məsələlərdə dəstək verilməsini, yardım edilməsini, onun bütün müraciətlərinə vaxtlı-vaxtında cavab verilməsini dövlət öz boynuna götürür.
Koridorun eni 22 metr olacaqdır. Uzunluğunu bu gün dəqiq demək mümkün deyil. Təxmini desək, 1700–2000 kilometrə qədər ola bilər. Bu sazişlərdə həmin koridorla bağlı bütün məsələlər həll olunubdur.
Çox önəmli bir məsələ də odur ki, TANAP layihə şirkəti bu layihəni idarə etmək üçün törəmə şirkətlər, o cümlədən əməliyyat şirkəti yarada bilər. TANAP şirkəti yükdaşıyan olaraq özü və ya onun adından əməliyyat şirkəti, ya da onun başqa bir törəmə şirkəti heç kimdən heç bir razılıq almadan yükgöndərənlərlə sərbəst şəkildə sazişlər bağlaya və əlverişli tariflər müəyyən edə bilər. Tranzit ərazisinə malik olan ölkənin hökumətinə ancaq xəbərdarlıq, ya da məlumat göndərə bilər ki, filan şirkətlə filan miqdarda, filan şərtlərlə kontrakt imzalamış və icraya başlamışam. Bitdi, yəni heç bir hökumət bu şirkətin ticarət münasibətlərinə qarışa bilməz.
Bundan başqa, sazişdə mülkiyyətlə, sahibkarlıqla əlaqə-dar çox ciddi müddəalar var. Yəni mülkiyyət toxunulmazdır. Qaz, avadanlıq, texniki vasitələr, boru kəmərinin özü, ayrılmış, alınmış torpaq sahəsi – bu mülkiyyət toxunulmazdır.
Əlbəttə, bu şirkətin qarşısında ətraf mühitin qorunması ilə əlaqədar müvafiq şərtlər, tələblər qoyulur. Bu tələblər də beynəlxalq səviyyədə tanınmış texniki standartlara uyğun olaraq qəbul edilir. Həm texniki standartlar, həm də ətraf mühitin qorunmasına aid standartlar müvafiq əlavədə göstərilibdir. Burada təhlükəsizliyə aid standartlar çox geniş şəkildə qeyd olunub.
Ancaq mülkiyyət məsələsinə qayıdaraq onu da qeyd edim ki, hər hansı bir mülkiyyət müvafiq qanunvericilik çərçivəsində yalnız o şərtlə ekspropriasiya oluna bilər ki, bu mülkiyyətin sahibinə beynəlxalq səviyyədə tanınmış qaydada həmin mülkiyyətin iqtisadi cəhətdən əsaslandırılmış dəyəri ödənilsin. Yəni özbaşına, kefim istədi, əlindən aldım – belə şey ola bilməz. Yadınızdadırsa, bu şərtləri biz Bakı–Tiflis–Ceyhan və Cənubi Qafqaz boru kəmərləri sazişlərində də qəbul etmişdik. Yəni mülkiyyət toxunulmazdır.
İkinci sazişdə nəzərdə tutulub ki, müstəqil boru kəməri tikiləndən sonra Türkiyə tərəfinin müraciəti əsasında ona satılan qaz razılaşdırılan iki nöqtədə alıcıya çatdırılacaq və başqa şirkətlərə tətbiq olunan tariflər Türkiyəyə satılan 6 milyard kubmetr qaza da aid ediləcəkdir. Hökumətlər öhdəlik götürüblər ki, bu layihənin uğurla həyata keçirilməsi üçün şirkətə lazım olan dəstəyi verəcək, lazım olan yardımı edəcəklər.
Mən bu layihə haqqında saatlarla danışa bilərəm. Fikrimcə, o, Azərbaycan üçün, Xəzər regionu üçün həm iqtisadi, həm də siyasi cəhətdən bəlkə də Bakı–Tiflis–Ceyhan layihəsi qədər önəmli bir layihədir, neft strategiyasının bir hissəsi olan boru kəmərləri sisteminin yaradılmasının davamı olan bir layihədir. Əminəm ki, Azərbaycan iqtisadiyyatının və regionun inkişafı üçün, Azərbaycanın regiondakı və bölgədəki qüdrətinin artırılması üçün çox önəmli olan bu layihəni dəstəkləyəcək və ona səs verəcəksiniz. İnşallah, təntənəli açılışında iştirak etməsəm də, televiziyada görəndə ürəyim bu boyda olacaqdır. Xeyirli olsun. Təşəkkür edirəm.
Sədrlik edən. Valeh müəllim çox gözəl təqdimat elədi. 15 nəfər millət vəkili yazılıb. Vahid müəllim, buyurun.
V.Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Valeh müəllim geniş izahat verdi. Ümumiyyətlə, mən bu layihənin tərəfdarıyam və ona səs verəcəyəm.
Məni bir sual maraqlandırır. Valeh müəllim, bilirsiniz, son vaxtlar Gürcüstanla əlaqədar bir sıra müəmmalar, nüanslar ortaya çıxıb, orada yaşayan azərbaycanlılara, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinə münasibətlə əlaqədar ciddi problemlər yaranıb. Mətbuatdan biz bunu oxuyuruq, görürük. Bizim bütün layihələrimiz faktiki olaraq Gürcüstan ərazisi ilə bağlıdır, istər Bakı–Tbilisi–Ceyhan olsun, istər Bakı–Tbilisi–Ərzurum olsun, istərsə də indiki TANAP layihəsi olsun. Yəni bu dövlət bizim üçün ciddi problemlər yarada bilər.
Mən belə bir sual vermək istəyirəm: “Biz nəyə görə bu layihələri, müqavilələri imzalayanda torpaq məsələsini ortaya qoymuruq ki, o boru kəmərlərinin keçdiyi ərazilərin torpaqları alınsın və Azərbaycana məxsus olsun?” Gürcüstan faktiki olaraq Azərbaycandan asılı bir dövlətdir. Bu gün iqtisadi cəhətdən Gürcüstana ən çox yardım edən dövlət Azərbaycandır. Ona görə mən hesab edirəm, artıq vaxtı çatıb ki, bu məsələlər ortaya qoyulsun. Yəni Azərbaycanın boru kəmərlərinin keçdiyi torpaq Azərbaycan tərəfindən alınsın. Azərbaycanın buna bütün imkanları var. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çıxışlara təkid edən həmkarlarımız, biz az da fikirləşin. Valeh müəllim suala cavab versin, söz verə-cəyik.
V.Ələsgərov. Dövlət Neft Şirkətinə qarşı qəzetlər, bilmirəm, nə yazır. Mən Rövnəq müəllimin dediyinə daha çox inanıram. Rövnəq müəllim İvanişvili ilə bir dəfə Tiflisdə, bir dəfə də Brüsseldə görüşüb. Gürcüstan tərəfdən bütün bu layihələrə çox gözəl münasibət, çox böyük dəstək var. Gürcüstan iqtisadiyyatına Azərbaycandan verilən dəstək heç bir yerdən verilmir. Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə şirkəti o ölkədə bir nömrəli vergiödəyəndir. Bu bir. İkincisi, Gürcüstanda hər hansı bir hökumət, hər hansı bir partiya hakimiyyətə gəlsə, bu gün qüvvədə olan sazişlərə hörmətsiz yanaşa bilməz. Çünki bunlar beynəlxalq sazişlərdir, ölkənin hər hansı bir qanunundan üstün qanun şəklində qəbul edilir və parlamentdə ratifikasiya olunur.
Sizin dediyiniz o torpaqların pulu ödənilib, dövlət bunu kadastrına salıb, möhürünü vurub. Boru xəttinin keçdiyi koridorda olan torpaq sahələri şirkətə məxsus torpaq sahələridir. Bakıdan başlayaraq düz Ceyhana qədər o torpağa kimsə müdaxilə edə bilməz, kimsə orada hərəkət eləyə bilməz, hətta bir mismar da vura bilməz. Narahat olmayın.
Sədrlik edən. Vahid müəllim, qəzetlər çox şey yaza bilərlər. Yeni hökumət yarandı, yeni insanlar gəldi, bu kontraktlardan xəbəri olmayan adamlar oldu, kimsə də bir cümlə işlətdi. Bundan istifadə edib bu məsələni qızışdırmaq istəyirlər. Keçən dəfə bu məsələ ilə əlaqədar Rövnəq müəllimə mən də sual verdim, cavab aldım. Bizim həmkarımızdır, o da bu məsələ ilə bağlı bir açıqlama versin. Rövnəq Abdullayev.
R.Abdullayev. Mən həmkarlarımızdan xahiş edərdim ki, qəzetlərdə bu barədə yazılan təhrikçi məqalələrə, yazılara fikir verməsinlər. Gürcüstanın yeni hökumət başçısı ilə mən həm Tiflisdə, həm də Brüsseldə görüşdüm. O, bütövlüklə Azərbaycan–Gürcüstan dostluğuna sədaqətini bildirdi, dedi ki, mən Azərbaycan–Gürcüstan dostluğunu daha yüksəklərə qaldıracağam və siz bunu mənim işimdə görəcəksiniz.
Bütün bu məsələlərə, azərbaycanlıların yığcam yaşadığı rayonlarda olan kriminal hadisələrə aydınlıq gətirildi və siz də televiziya ilə xəbər proqramlarında gördünüz. Gürcüstanın daxili işlər naziri o rayonlarda vəziyyətin düzəldilməsini öz öhdəsinə götürdü, bizdən iki həftə vaxt istədi, dedi, iki həftədən sonra o rayonlarda kriminal ünsürlər olmayacaq.
Bilirsiniz, Gürcüstanda hakimiyyət dəyişikliyi zamanı idarəetmədə sanki bir boşluq yaranmışdı. Bu boşluqdan istifadə edən kriminal ünsürlər fəallaşmış və belə hadisələr Tiflisdə də, Gürcüstanın başqa rayonlarında da olmuşdu. Ona görə Gürcüstanda azərbaycanlılara qarşı, azərbaycanlıların yaşadıqları rayonlara qarşı hərəkətlərin həyata keçirilməsi barədə söhbətlər bir az yersizdir.
Ümumiyyətlə, Gürcüstanda bizim gördüyümüz işləri yeni hakimiyyət yüksək qiymətləndirir. Onlar bizdən bu ölkədə fəaliyyəti genişləndirməyimizi istəyirlər. Bu həm bizə, həm də onlara xeyirdir, çünki bir tərəfdən Azərbaycanın Dövlət Neft Şirkəti qonşu ölkədə öz biznesini, bazarını genişləndirir, bir tərəfdən də onlar öz enerji təhlükəsizliklərini təmin etmiş olurlar. İvanişvili özü deyir ki, SOCAR Gürcüstanın enerji qarantıdır. Ona görə də xahiş edirəm, müəyyən qəzetlərin, qızışdırıcı ünsürlərin fitnə-fəsadına uymayaq.
İkinci məsələyə dair suala Valeh müəllim cavab verdi. Boru xətlərinin keçdiyi bütün torpaqlar alınıb. O torpaqlar şirkətə məxsusdur və o koridora heç bir dövlət müdaxilə edə bilməz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir qədər səbir edin, səsə qoyacağıq. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Bütün Məclisi salamlayıram. Birincisi, Oqtay müəllim, şübhəsiz ki, bizim mətbuatda müxtəlif cür yazılar var – yaxşısı da var, pisi də var, düzü də var, uydurması da var. Amma küll halında demək olmaz ki, bu mətbuat araqarışdırandır, mətbuata inanmayın, mətbuatı oxumayın. Məclisin dilindən bu cür sözlərin səslənməsini mən qəbul eləmirəm. Hesab edirəm ki, bu, Milli Məclisin səviyyəsinə yaraşan bir söhbət deyil. Mətbuat bizim cəmiyyətimizin mühüm bir parçasıdır və orada deyilənlərin böyük əksəriyyəti həqiqətə uyğundur.
Mənim bir sualım var. Valeh müəllim yəqin, ona cavab verər. Bizim elə həmin mətbuatda son vaxtlar boru kəmər-lərinin çəkilişi zamanı əhalinin, xüsusən torpaq sahəsindən boru kəməri keçən adamların hüquqlarının pozulması, onlara çatacaq haqqın ödənilməməsi barədə çoxlu yazılar gedib. Bilirsiniz də, böyük boru kəmərləri böyük sahələri yeyir, sahələri ayağının altına alıb gedir. Gürcüstanda vaxtilə camaat həm boru kəmərlərinin, həm də dəmir yolu xəttinin çəkilişi ilə bağlı dirəndi və yəqin ki, onlara xeyli də pul ödənildi. Bizim camaatımız bu cəhətdən öz dövlətinə bağlı camaatdır. Bəzən hüququndan da keçir ki, təki bu işlər görülsün. Amma küll halında bizim camaatımızın hüquqları bu məsələdə necə qorunur? Mən bunu sizdən soruşmaq istəyirəm.
Sədrlik edən. Buyurun, Valeh müəllim.
V.Ələsgərov. Sabir müəllim, birincisi, mətbuatı heç kim söymədi, döymədi, konkret məsələyə aid deyildi ki, yalan-dır. Mən də deyirəm, yalandır. Yalan yazana yalan yazdığını demək lazımdır.
Torpaqla əlaqədar məsələyə gəlincə, əgər təzə layihədən – TANAP-dan söhbət gedirsə, ondan ötrü Azərbaycan və ya Gürcüstan ərazisindən yeni boru kəməri çəkilməyəcək. Azərbaycan və Gürcüstan ərazisində artıq böyük diametrli boru kəməri var və çalışır. Sadəcə olaraq, onun keçiriciliyini artırmaq üçün əlavə kompressorlar qoyulacaq.
Qaldı ki, ölkəmizdə boru kəmərləri çəkilərkən Azərbay-can vətəndaşına qarşı heç vaxt haqsızlıq olmayıb. Sizə bu işlərdə iştirak edən adam kimi deyirəm, yeni boru xətti çəkilərkən bizdə 180 min dollara qədər para alan insanlar olub. Biri də baxır ki, qonşusu 180 min aldı, bu 18 min. Düşünür ki, buna qarşı haqsızlıq olub. Daha onu fikirləşmir ki, qonşusunun ərazisi bu qədərdir, bununku bu qədər, qon-şusunun o ərazidə ferması var idi, filanı var idi, bunun ərazisində bir toyuq damı. Ancaq onu deyir ki, qonşuya niyə 180 min verildi? Sizin dediyiniz söhbətlər oradan yaranır. Bu məsələləri beynəlxalq audit təşkilatları da yoxladı. Bakı–Tbilisi–Ceyhan və ya Cənubi Qafqaz boru kəməri çəkiləndə kimə qarşısa haqsızlığa yol verildiyini sübut edən bir fakt belə tapılmadı. Əmin ola bilərsiniz ki, biz öz millətimizi heç kimdən az istəmirik, hamıdan çox istəyirik və həmişə də çalışmışıq ki, birinci növbədə öz millətimizə, öz xalqımıza, öz vətəndaşımıza xidmət eləyək, yardım eləyək. Çox sağ olun.
Sədrlik edən. Mən görürəm, çıxış əvəzinə suallar gəlir. Əgər qərar qəbul ediriksə, səsə qoyaq. Beynəlxalq sazişdir, mən hesab edirəm, burada heç bir mürəkkəb məsələ yoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi
Çox sağ olun. İndi gündəliyin ikinci məsələsinə münasi-bət bildirək.
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
Çox sağ olun. İki sazişi təsdiq elədik.
Növbəti məsələ – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Birgə Bəyanatının təsdiq edilməsi haqqında. Buyurun, Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, mən də öz adımdan Valeh müəllimə və Rövnəq müəllimə minnətdarlığımı bildirmək istəyirəm. Ona görə ki, onlar yal-nız bu çox vacib əhəmiyyətli saziş haqqında yox, o cümlədən Azərbaycanın xarici siyasəti haqqında konkret məsə-lələri gündəmə gətirdilər.
Bəli, Azərbaycan Respublikasının xarici siyasəti, Azər-baycan Respublikası Prezidentinin apardığı xarici siyasət Azərbaycanı dünya miqyasında daha yüksək səviyyədə ta-nıtdırmağa və xarici ölkələrlə əlaqələrin möhkəmləndiril-məsinə xidmət edən bir siyasətdir. Bu sazişlər də xarici siyasətimizin dövlətlərarası sənədlərdə bir növ inikasıdır. Heç də təsadüfi deyil ki, xarici ölkələrlə bağladığımız hər bir saziş, o cümlədən dövlət başçılarının birgə bəyanatları Milli Məclisdə təsdiq edilir.
Bu yaxınlarda – iyul ayında Tacikistan Respublikasının Prezidenti hörmətli Emoməli Rəhmon Azərbaycana gəlmiş-di. Onun Azərbaycan Respublikasının Prezidenti ilə və Milli Məclisdə apardığı söhbətlər bir daha göstərdi ki, Azərbaycanın xarici əlaqələri bütün sahələrdə uğurla inkişaf edir və bu istiqamətdə görülən işlər Azərbaycan xalqının maraqlarına tam şəkildə uyğun gəlir.
Bu bəyanatda iqtisadiyyat, mədəniyyət məsələləri ilə ya-naşı, bizim ən ağrılı problemimiz olan Dağlıq Qarabağ məsələsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması, beynəlxalq səviyyədə birgə fəaliyyətin təşkil olunması, Azərbaycanın yalnız siyasi müstəvidə yox, iqtisadi müstəvidə də Tacikistanla münasibətlərinin inkişafı öz əksini tapmışdır. Orta Asiyada böyük nüfuza malik olan, xüsusi əhəmiyyət kəsb edən, inkişaf edən Tacikistanla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsində müstəsna rol oynayan bu bəyanat, təbii ki, bizim komitə tərəfindən müsbət qarşılanmışdır. Təsadüfi deyil ki, məndən sonra çıxış edəcək millət vəkilləri bu bəyanatdan irəli gələn və başqa sahələri əhatə edən sazişləri də sizin diqqətinizə təqdim edəcəklər. Ona görə hörmətli millət vəkilləri, mən sizdən xahiş edirəm, komitəmizdə bu bəyanatın müsbət qarşılanması ilə yanaşı, siz də öz müsbət fikrinizi bildirəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
Çox sağ olun, təsdiq edildi.
Növbəti məsələ – “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi. Buyurun, Bəxtiyar Əliyev.
B.Əliyev, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsində çox önəmli məsələlər öz əksini tapıbdır. Hörmətli Səməd müəllimin qeyd etdiyi kimi, Azərbaycan dövləti Asiya, o cümlədən Orta Asiya dövlətləri ilə də sıx əməkdaşlıq edir. Azərbaycan dövləti həmişə ikitərəfli əməkdaşlığa üstünlük veribdir. Bu sazişdə də ikitərəfli əməkdaşlıq, ilk növbədə vətəndaşların hüquqlarının qorunması və hər bir Azərbaycan vətəndaşına nəinki Azərbaycan ərazisində, Azərbaycan hüdudlarından kənarda da müəyyən köməklərin, yardımların edilməsi, onlar üçün əlverişli şəraitin yaradılması məqsədi güdülmüşdür.
Sazişdə tərəflərin fiziki və hüquqi şəxslərinə və onların hüquqi varislərinə məxsus əsərlərin və əlaqəli hüquqların obyektlərinə ilk dərcolunma yerindən asılı olmayaraq müəlliflik hüququnun və əlaqəli hüquqların tanınması, elm, ədəbiyyat və incəsənət əsərlərinə olan hüquqların qorunması ilə bağlı məsələlər öz əksini tapmışdır.
Məlumdur ki, vaxtilə Azərbaycanın görkəmli şairlərinin müxtəlif ölkələrdə müxtəlif dillərdə əsərləri çap olunubdur. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlarda biz məsələ qaldırırıq, mübahisələr yaranır. Belə sazişlər nəinki müasir, eyni zamanda, tarix boyu yaradılmış əsərlərlə bağlı müəllif-lik hüquqlarının qorunması üçün hüquqi baza yaradır.
Tacikistanla bu sazişin imzalanması, şübhəsiz ki, bu sahədə müəlliflik hüquqlarının qorunması ilə bağlı işə böyük töhfəsini verəcəkdir. Ona görə də mən təklif edirəm ki, Milli Məclis bu sazişi təsdiq etdin. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm, Bəxtiyar müəllim. Səməd müəllim, bu layihə Sizin komitədə də müzakirə olunub. Əlavəniz varmı? Yoxdur. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Astan müəllim, sualınız var? Buyurun.
A.Şahverdiyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də bu qanun layihəsinin lehinə səs verəcəyəm. Doğru-dan da, bu, Azərbaycanın milli maraqlarına cavab verən bir qanundur. Amma Bəxtiyar müəllimə mənim bir sualım var. Bu gün də tacik ədəbiyyatşünaslığı yazır ki, Nizami Gəncəvi dahi tacik şairidir. Sizin bu məsələyə münasibətiniz, Bəxtiyar müəllim. Çox sağ olun.
Sədrlik edən. Bəxtiyar müəllim, buyurun.
B.Əliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli Astan müəllim, biz bilirik ki, hətta II Dünya müharibəsi dövründə də Nizami Gəncəvinin yubileyi YUNESKO ilə birlikdə bey-nəlxalq səviyyədə böyük Azərbaycan şairinin yubileyi kimi keçirilib. Ondan sonrakı dövrlərdə də Nizami Gəncəvinin yubileyləri bu adla keçirilib və bu gün də Nizami Gəncəvinin Azərbaycan şairi olması heç kimdə heç bir şübhə doğurmur. Bu məsələlər bütün beynəlxalq təşkilatlarda da öz əksini tapıb. Bu sazişin imzalanmasının əsas mahiyyəti elə məhz ondan ibarətdir ki, bizim müxtəlif tarixi dövrlərdə müxtəlif dillərdə yazmış şairlərimizin əsərlərinin ilk olaraq başqa ölkələrdə dərc olunmasından asılı olmayaraq onlara və təbii ki, Azərbaycan xalqına mənsub olması təsbit edilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Ziyafət müəllim. Astan müəllimin verdiyi suala mən də münasibət bildirmək istər-dim. Məsələ ondadır ki, orta əsrlərdə fars dilində yazılmış böyük bir ədəbiyyat mövcud idi. Bu ədəbiyyat fars-tacik ədəbiyyatı adlanır və farsca yazılmış bütün əsərlər o ədəbiyyata aid edilirdi. Bu anlaşılmazlıq da oradan irəli gəlir. Bu, faktdır ki, İran müəllifləri Nizamini fars şairi hesab edirlər. Amma bizim və eləcə də keçmiş SSRİ-nin çox sanballı alimləri çoxdan sübut ediblər ki, Nizami öz əsərlərini fars dilində yazsa da, məhz Azərbaycan şairidir.
Konkret sazişlərə gəlincə, mən indi müzakirə etdiyimiz Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında və Təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında sazişləri çox yüksək qiymətləndirirəm. Mən bunların lehinə səs verəcəyəm.
Fikrimcə, bu kimi sazişlərin gələcəkdə İran və Türkiyə ilə də bağlanması zəruridir. Bu gün həmin ölkələrdə müəlliflik hüquqlarımızın pozulduğu çox faktlar var. Bizim əsərlərimiz o ölkələrin müəllifləri tərəfindən özününküləşdirilir, mənimsənilir. Elə Türkiyədə biz nə qədər anonim bəstələrə rast gəlirik. Halbuki bunlar azərbaycanlı müəlliflərin əsərləridir.
Bizim elmi əsərlər də həmin ölkələrin müəllifləri, naşir-ləri tərəfindən mənimsənilir. Bir neçə il öncə bizim çox gö-zəl bir alimimiz XV əsrin farsdilli Azərbaycan şairi Əşrəf Marağayinin dünya kitabxanalarında əlyazmalarını əldə et-miş və Nizami Gəncəvidən sonra ilk Xəmsə yazmış bu şairin Xəmsəsinin bir çox nüsxələr əsasında elmi-tənqidi mətnini tərtib etmişdi. O əsər bu insanın bütün ömrünün zəhməti idi. İran naşiri Bayram Sadiqi elə müstəqilliyimizin ilk illərində gəldi, o əlyazmanı müəllifdən götürdü ki, mən İranda bunu mütləq nəşr edəcəyəm. Müəlliflə müqavilə də bağladı, ona qonorar da söz verdi, əsəri apardı və sonra daha ondan bir səs gəlmədi. Çox böyük bir axtarışdan sonra məlum oldu ki, Bayram Sadiqi həmin əsəri öz adına çap edibdir. Biz nə qədər çalışsaq da, əlimizdə bu cür beynəlxalq müqavilələr, sazişlər olmadığına görə o insanı cəzalandıra bilmədik. O məsələ isə bu günəcən də açıq qalır. Yəni demək istəyirəm ki, bu kimi sazişlər çox vacibdir.
Son illərdə İrandan, Türkiyədən yüzlərlə insan Azərbaycana ali təhsil almağa, namizədlik, doktorluq dissertasiya-larını müdafiə etməyə gəlir. İranda 35 milyonacan azərbay-canlı yaşayır. Onların arasında məhz burada, öz vətənlərinin şimal hissəsində təhsil almaq istəyən gənc soydaşlarımız çoxdur. Ona görə düşünürəm ki, İranla, Türkiyə ilə də təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında saziş bağlansa, ümumi işimizə çox böyük kömək olar. Çox sağ olun.
Sədrlik edən. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim to-xunacağım məsələyə Gövhər xanım toxundu deyə, qısa danışacağam. Müəlliflik hüququnun qorunması ilə bağlı bu gün bizim problemlərimizdən biri nədir? Elə qardaş Türkiyəni deyirəm, heç İranı demirəm. Bizim kitablar Türkiyədə nəşr olunur. Burada oturanların çoxunun kitabı Türkiyədə nəşr olunub. Eləcə də Türkiyə alimlərinin, yazıçılarının, ziyalılarının Azərbaycanda hər il kitabları çap olunur. Bu müqavilələr olarsa, biz o kitablara görə qonorar ala bilərik. Hələlik isə həm bizim yazıçılarımızın, şairlərimizın, ziyalılarımızın Türkiyədə, həm də Türkiyədəki müəlliflərin ölkəmizdə hüquqları pozulur. Min tirajlarla kitabları çap olunur, amma bir qəpik də pul ala bilmirlər.
Sovet hökumətinin başqa dövlətlərlə belə müqavilələri var idi. Sənin kitabın hansı ölkədə çıxırsa çıxsın, müəlliflik hüququn var deyə qonorarını alırdın. Söhbət tək kitabdan getmir, patentlər var, filanlar var, yəni alimlərimiz də öz əsərlərinə görə pullarını ala bilirdilər. Amma indi bu yoxdur. Ona görə mən bu sazişi alqışlayıram.
Yaxşı olar ki, Gövhər xanımın dediyi kimi, bu məsələni İran və Türkiyə ilə də birdəfəlik həll edək. Ən azı Türkiyə ilə bu müqavilə bağlansın, onlar bizim hüquqlarımıza hör-mət etsinlər. Yoxsa onlar bizim hüquqlarımızı pozduqları kimi, biz də onların hüquqlarını pozuruq. Yəni bu mənada çox ciddi məsələdir. Bunu demək istəyirdim. Təşəkkür edirəm.
Sədrlik edən. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Təbii ki, bu sazişi hamımız bəyənir və təs-diqləyirik, amma mən hesab edirəm, bizim müvafiq dövlət qurumları bu məsələdə həssas olmalıdırlar. İndi Gövhər xanım izah etdi ki, bunun kökü haradan qaynaqlanır. Amma söhbət təkcə Nizamidən getmir, Nizami ilə bərabər o siya-hıda Azərbaycanın çox böyük, dahi insanları var ki, hamısı fars ədəbiyyatının, fars mədəniyyətinin nümayəndələri hesab edilir və Tacikistanda da elə bu şəkildə tədris olunurlar. Bu gün Tacikistanla münasibətlərimiz inkişaf edirsə, bizim müvafiq qurumlarımız bu məsələni onların diqqətinə çatdıraraq Azərbaycanın görkəmli şəxsiyyətlərinin Tacikistan məktəbləri və universitetlərində fars-tacik ədəbiyyatı və mədəniyyətinin nümayəndələri kimi tədris olunmasının qarşısını almağa çalışmalıdırlar. Biz bu kimi məsələlərdə həssaslığımızı çox ciddi şəkildə ortaya qoymalıyıq.
İndi bəzi ölkələr, bəzi millətlər Azərbaycanın böyük, dahi şəxsiyyətlərinin hərəsi birinə sahiblənib, onları öz dərsliklərində tədris edirlər. Bu bilikləri əxz edən, onlarla böyüyən, yetişdirilən nəsillər də sonra bunu davam etdirirlər. Çox təəssüf ki, İran bu məsələdə doğruları, həqiqətləri qəbul etmək istəmir. Farslar bizim böyük şair və mütəfəkkirlərimizi hələ də fars şairi, fars ədəbiyyatının, mədəniyyətinin bir parçası kimi göstərməkdə davam edirlər. Amma Tacikistanla, mənə elə gəlir, biz bu məsələni həll edə bilərik.
Ziyafət müəllim, mən bayaq yazılmışdım, mənə növbə çatmadı. İndi, sadəcə, bir dəqiqə vaxt ayırıb o məsələ barədə fikrimi deyəcəyəm. Mən Azərbaycan–Gürcüstan parlamentlərarası...
Sədrlik edən. Qənirə xanım, o məsələni biz təsdiq etdik artıq, xahiş edirəm, mahiyyəti üzrə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Rövnəq müəllim kifayət qədər aydınlıq gətirdi. O məsələ artıq təsdiq olunub, məsələni uzatmağın nə mənası var? Bu qanun layihəsi ilə bağlı əlavə nəsə demək istəyirsinizsə, deyin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Musa Quliyev, buyurun.
M.Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən bayaq Astan müəllimin verdiyi sualla bağlı bir açıqlama vermək istəyirəm. Bu il Nizaminin 870 illiyi ilə əlaqədar olaraq Gəncədə çox böyük tədbirlər, o cümlədən beynəlxalq konfrans keçirildi. Konfransa İrandan və Tacikistandan da nümayəndə heyətləri dəvət olunmuşdu. Təəssüflər olsun ki, İran tərəfi o konfransa gəlmədi, amma Tacikistanın mədəniyyət nazirinin başçılığı ilə bir nümayəndə heyəti orada iştirak etdi. Konfransda Tacikistanın Baş nazirinin də təbrik məktubu oxundu. Həmin təbrikdə Nizami böyük Azərbaycan şairi adlandırılırdı. Yəni Tacikistanda hökumət səviyyəsində belə bir söhbət yoxdur və Nizaminin Azərbaycan şairi olması təsdiq edilir. Ola bilər, ayrı-ayrı müəlliflər nəsə yazıblar, bundan sonra da yazacaqlar. Ona o qədər də önəm vermək lazım deyil. Sağ olun.
Sədrlik edən. Sağ olun, Musa müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi. Buyurun, Bəxtiyar müəllim.
B.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar! “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişdə hər iki ölkənin vətəndaşlarının bu sahələrdə əldə etdikləri dövlət sənədlərinin tanınması təsbit edilmişdir.
Şübhəsiz ki, burada da vətəndaşların hüquqlarının qorunması və onlara əlverişli şəraitin yaradılması istiqamətində addımlar atılmışdır. Bilirsiniz ki, bütün dünyada sənədlərin tanınması ilə bağlı xeyli prosedurların həyata keçirilməsi tələb olunur. Bəzən bu prosedurlar uzun çəkir, sənədlərin ekvivalentliyi problemləri qarşıya çıxır. Bu isə vətəndaşın digər ölkədə öz ixtisası üzrə təhsilini davam etdirməsinə və ya əmək fəaliyyəti ilə məşğul olmasına məhdudiyyətlər qoyur.
Azərbaycanda təhsil sahəsində çox böyük islahatlar həyata keçirilibdir. Ölkəmiz Bolonya prosesinə qoşulub, Avropa təhsil sisteminə inteqrasiya edir və eyni zamanda, Şərq ölkələri, Asiya və Orta Aşıya dövlətləri ilə də bu sahədə sıx əməkdaşlıq edir. Azərbaycan bir sıra ölkələrlə bu tipli sazişlər imzalayıbdır. Bu isə vətəndaşlarımızın həmin ölkələrdə öz ixtisası üzrə təhsilini davam etdirməsi və ya əmək fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradır.
Bu sazişdə deyilir ki, həm Tacikistanın, həm də Azərbay-canın orta təhsil müəssisələri tərəfindən verilmiş attestatları, eyni zamanda, peşə təhsili və ali təhsil sahəsində verilmiş diplomları hər iki tərəf heç bir prosedur qaydaları olmadan tanıyır. Bu, eyni zamanda, elmi dərəcələrə və adlara da şamil edilir. Bu sazişlə təkcə sənədlər tanınmır, eyni zamanda, həmin sənədlərin ekvivakentliyi də təsbit olunur. Bu isə həmin sənədlərin sahiblərinə hər iki ölkədə işə qəbul edilərkən əlavə prosedurlara vaxt sərf etmədən öz hüquqlarından istifadə etməyə imkan yaradır. O baxımdan da hesab edirəm ki, bu çox mühüm bir sazişdir. Mən bu sazişə deputatların səs verməsini xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Səməd müəllim, buyurun.
S.Seyidov. Ziyafət müəllim, minnətdaram. Komitəmizdə biz də bu məsələyə müsbət fikir bildirmişik. Başqa cür də ola bilməz. Ona görə ki, elmi əlaqələrin inkişaf etdirilməsi bizim üçün də çox vacib və əhəmiyyətli məsələdir. Komitədə, sadəcə, bir-iki təklif səsləndirilmişdir. İstərdim ki, Milli Məclisin üzvləri də bu təkliflərlə tanış olsunlar.
Birincisi, dünya universitetlərinin təcrübəsi göstərir ki, bir universitetin verdiyi elmi ad yalnız o universitetdə keçərlidir. Məsələn, Kembric Universitetinin professoru Strasburq Universitetinin və ya Azərbaycan Dillər Universitetinin professoru ola bilməz. Yəni hər hansı bir universitetdə çalışan hansısa bir alimə professor elmi adı bir vəzifə kimi yalnız həmin universitet tərəfindən verilə bilər. Elmi adların beynəlxalq səviyyədə tanınması bəlkə də bu mərhələdə lazımdır, ancaq gələcəkdə bu məsələyə çox ciddi baxmaq lazımdır. Bu birinci təklif.
İkinci təklif də çox vacib məsələ ilə bağlıdır. Azərbaycanda bu saat təhsil sistemi inkişaf edir. Azərbaycan gəncləri dünya universitetlərində öz qabiliyyətlərini göstərir, fəlsəfə doktoru, elmlər doktoru dərəcələri əldə edir, professor olurlar. Düşünürük ki, Azərbaycana qayıdan bu insanların ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mexanizmi mümkün qədər sadələşdirilməlidir. Bu gün biz qəribə bir vəziyyətlə rastlaşırıq. İnsanlar gedib Sorbonna Universitetinin professoru adını, doktor adını alırlar, sonra uzun müddət burada nostrifikasiya mexanizmindən keçirlər. Yəni dünyada, məsələn, Kembric, Oksford, Sorbonna universitetləri kimi tanınmış elmi mərkəzlər, ali məktəblər var. O məktəblərin verdiyi diplom onların səviyyəsini birbaşa əks etdirir. Mən demirəm ki, nostrifikasiya olmasın. Olsun. Ancaq bu proses bir balaca tezləşdirilmiş və daha yüngül formada keçirilməlidir.
Ümumi şəkildə isə bu saziş, təbii ki, çox vacib və əhəmiyyətlidir və bu mərhələ üçün lazım olan sənəddir. Ona görə komitəmiz bu sazişi müsbət qiymətləndirmişdir.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013–2015ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında qanun layihəsi. İqtisadi siyasət komitəsinin üzvü İlham Əliyev məlumat verir.
İ.Əliyev, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü.
Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli deputat həmkarlarım! Təqdim edilən Proqram iki dövlət arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək, gücləndirmək məqsədi daşıyır. Razılığa gələn tərəflər öz aralarında ticarət əlaqələrinin inkişaf etdirilməsi və gücləndirilməsi üçün qanunvericiliklərinə uyğun olaraq bir-birinə ən əlverişli şərait və şərtlər tətbiq edəcəklər. Ümumiyyətlə, bu Proqram öz strukturuna görə bir çox ölkələrlə bağlı təsdiq etdiyimiz müqavilələr kimidir və hesab edirəm ki, belə bir Proqramın təsdiqi iki ölkə arasında sosial və iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaqdır.
2012-ci il iyul ayının 12-də imzalanmış bu Proqram Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında əməkdaşlığın yeni bir mərhələsini özündə əks etdirir. Bu sənədin bu gün parlamentdə təsdiq olunması hər iki ölkənin mənafeyinə bilavasitə xidmət edəcəkdir. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013–2015-ci illər üçün iqtisadi əməkdaşlıq Proqramı” təmsil etdiyim İqtisadi siyasət komitəsində müzakirə edilmiş və Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə edilmişdir. Deputat həmkarlarımı bu sənədə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.08 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 98
Nəticə: Qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ – Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Məruzə edir Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həm-karlar! Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyi-şiklik 155-ci maddə ilə bağlıdır. Kiçik olsa da, kifayət qədər əhəmiyyətli olan bu dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təqsirsizlik prezumpsiyasının təmin edilməsində xüsusi rol oynayacaq. Qısaca onu deyə bilərəm ki, hazırda həbslə bağlı olmayan qətimkan tədbiri seçilərkən cinayət təqibi orqanı tərəfindən şəxsiyyəti təsdiq edən sənəd vətəndaşdan alınır və cinayət işinin materiallarına əlavə olunur.
Təklif edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, bundan sonra Cinayət-Prosessual Məcəlləsinin 155.5-ci maddəsində göstərilmiş hallarda və hətta azadlığın məhdudlaşdırılması ilə bağlı olmayan qətimkan tədbiri seçilərkən, sadəcə, vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surəti cinayət işi materiallarına əlavə olunsun. Hesab edirəm ki, bu, təqsirsizlik prezumpsiyasının tətbiqi ilə bağlı mühüm haldır və vətəndaş nə qədər ki, azadlıqdadır, digər mülki hüquqları təmin etmək üçün öz şəxsiyyət vəsiqəsindən istifadə edə bilər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli sədarət, hörmətli həmkarlarım! Əli müəllim bu dəyişikliyin nədən irəli gəldiyini izah etdi. Mən də fürsətdən istifadə edib bir neçə cümlə əlavə etmək istəyirəm.
Bu dəyişiklik, əslində, insanların hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Çünki təqsirsizlik prezumpsiyasının özü də vətəndaşın hüququnun qorunmasına yönəlmişdir. Amma bu günə qədər praktikada ittihamı icra edən orqanlar şübhəli şəxs qismində cəlb olunan şəxslərin də, təqsirləndirilən şəxslərin də sənədlərinin götürülməsinə kortəbii şəkildə eyni yanaşmanı ortaya qoyurdular. Şübhəli şəxs qismində dəvət olunan şəxsin də, təqsirləndirilən şəxsin də həbs qətimkan tədbiri seçilmədən sənədləri götürülür və istintaq aylarla davam etdikdə şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün vətəndaş müəyyən hüquqlardan məhrum olurdu. Amma indi bu maddənin təklif olunan mətni artıq konkretliyə ünvanlanıb və belə hesab edirəm ki, 155.6-cı maddənin yeni variantı qəbul edildikdən sonra qanundakı bu boşluq doldurulacaqdır.
Bu sənədləri bəzən bilərəkdən, müəyyən təsir forması üçün, müəyyən “maraqlar” üçün götürürdülər. Belə hesab edirəm ki, artıq bundan sonra vətəndaş istintaqa və ya təhqiqata şübhəli və ya təqsirləndirilən şəxs qismində dəvət edilməsindən asılı olmayaraq özü biləcək ki, onun sənədi və yaxud sənədin təsdiq olunmuş surəti hansı hallarda istintaq orqanları tərəfindən götürülə bilər.
Ona görə hesab edirəm ki, bu, olduqca mütərəqqi bir yenilikdir və onu mütləq qəbul etmək lazımdır. Mən sizi bu qanun layihəsinə səs verməyə dəvət edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul olundu, sağ olun.
Gündəliyin növbəti məsələsi – “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Məruzə edir İqtisadi siyasət komitəsinin üzvü İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sə-darət, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fər-manı ilə təsdiq edilmiş “2011-ci ilin dövlət büdcəsi haqqında” Qanunun 6-cı bəndində nağdsız ödənişlərin stimullaş-dırılması məqsədi ilə vergi, rüsum və digər ödənişlərin elektronlaşdırılması Vergilər Nazirliyi və Mərkəzi Banka tapşırılıb. Bu tapşırığın icrası ilə əlaqədar görülmüş işlər nəticəsində cari ilin aprel ayında bütün tədiyyələr üzrə dövlət büdcəsinə edilən ödənişlərin elektron qaydada həyata keçirilməsi xidməti vergi ödəyicilərinin istifadəsinə verilib. Vergilər Nazirliyinin rəsmi internet səhifəsində vergi və rüsumların internet vasitəsilə ödənilməsi xidməti istifadəyə verilib və sınaqdan uğurla çıxıb.
Elektron ödəniş xidmətlərindən və nağdsız ödəniş alətlərindən istifadənin genişləndirilməsi və ölkədə yüksək ödəniş mədəniyyətinə malik cəmiyyətin formalaşdırılması məqsədi ilə bütün dövlət strukturlarının üzərinə müəyyən vəzifələr düşür. Nağdsız dövriyyədə Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün bizdə nağdsız ödəniş sisteminin genişləndirilməsinə, təsərrüfat subyektlərinin və geniş əhali təbəqəsinin elektron ödəniş xidmətlərinə çıxış imkanlarının artırılmasına, müvafiq hökumət qurumlarının və digər təşkilatların korporativ informasiya sistemlərinin elektron ödəniş sistemləri ilə inteqrasiya olunmasına ehtiyac duyulur.
Məhz bu, Mərkəzi Bank tərəfindən 2012–2016-cı illərdə Azərbaycanda elektron ödənişlərin genişləndirilməsi üçün Dövlət Proqramının hazırlanmasını zəruri etmişdir. Proqra-mın qüvvədə olduğu 5 il ərzində Azərbaycanda nağdsız dövriyyənin Avropa ölkələrindəki səviyyəyə çatdırılması nəzərdə tutulur.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində edilən dəyişikliklər bu zərurətlə bağlıdır. 4.3-cü maddənin yeni variantında deyilir: “Dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir”.
Hörmətli həmkarlarım, bu gün dünyada istənilən şəxs is-tənilən mal və ya xidməti internet şəbəkəsi vasitəsilə harada yerləşməsindən asılı olmayaraq sadə bir əməliyyatla əldə edə bilər. İnternet şəbəkəsinin mövcudluğu vergi ödəyiciləri də daxil olmaqla bütün şəxslərə göstərilən xidmətləri sadələşdirməklə onların inzibati xərclərinin azaldılmasına yardım edir. Məlumdur ki, rüsum ödənişlərinin nağd qaydada həyata keçirilməsi banklarda növbələrin yaranmasına səbəb olur, geniş ictimai xidmət sahələri tələb edir. Ona görə də bir sıra ölkələr rüsumların ödənilməsini sadələşdirmək məqsədi ilə daha çox texnoloji vasitələrdən istifadəyə can atırlar. Texnologiyalar düzgün tətbiq edildikdə vergilərin elektron qaydada ödənilməsi baş verir, məlumatların toplanması sadələşir və xəta səviyyəsi azalır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, bu məsələ bizim ko-mitədə müzakirə olunub. Millət vəkillərindən bu təklifə səs vermələrini xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, İlham müəllim. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə. Buyurun, Arif müəllim.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitə-sinin sədri.
Sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar! “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna bir sıra düzəlişlər edilibdir. 15-dən artıq düzəlişdir. Mən bunların hamısını sadalayıb sizin vaxtınızı almamaqdan ötrü onları qruplaşdırmağa çalışmışam.
Düzəlişlərin bir hissəsi yaranmış qanunvericilik ənənəsinə uyğun redaksiya xarakterli dəqiqləşdirmələrdir. Qanunun “Ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması” adlı 7-ci maddəsinin 7.4 və 7.5-ci hissələrinə və “Ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi” adlı 8-ci maddəsinin 8.4-cü hissəsinə “bu Qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi” sözləri əlavə olunur. Qanunun 12-ci maddəsinin adında və 12.1, 12.2, 12.3 və 12.3.2-ci hissələrində “rayonlar və şəhər rayonları” sözləri “inzibati ərazi vahidləri” sözləri ilə əvəz olunur.
İkinci qrup düzəlişlər yeni yaradılan inzibati ərazi vahidləri ilə əlaqədar müəyyən olunmuş istisnalardır. Bu istisnalar ərazi vahidlərinin sərhədinin müəyyən edilməsi və dəyişdirilməsi (maddə 8), onlara ad verilməsi, yeni şəhər yaradılması, yaxud ərazi vahidlərinə şəhər statusunun verilməsi (maddə 10.3), yeni şəhər, rayon və şəhər rayonunun yaradılması, bununla əlaqədar digər inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi (maddə 12) hallarına şamil edilir. İstisnaların məqsədi inzibati ərazi quruluşu və inzibati ərazi bölgüsündə aparılan dəyişikliklər zamanı mövcud prosedurları bir qədər sadələşdirməkdən ibarətdir.
Layihənin 12-ci maddəsinin 4-cü hissəsi bütövlükdə və 5-ci hissəsindəki məhdudiyyət işçi qaydasında müzakirə olunmuş və razılığa gəlinmişdir ki, çıxarılsın. Məsələ komissiyada müzakirə olunub. Xahiş edirəm, münasibətinizi bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
Qəbul olundu, sağ olun.
Nəhayət, gündəliyin axırıncı məsələsi – Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Arif müəllim, buyurun.
A.Rəhimzadə. Nəzərdə tutulur ki, Qəbələ şəhərinin əra-zisi genişləndirilsin. Bildiyiniz kimi, Qəbələ şəhərində hazırda 11-ə yaxın mehmanxana var. Bunların beşi 5 və 4 ulduzlu mehmanxanalardır. Qəbələdə istehsalat müəssisələri fəaliyyət göstərir, Azərbaycanda ilk dəfə olaraq qolf klubu yaradılır. Əslində, Qəbələ öz çərçivəsindən çıxıb, bu obyektləri dövlət ərazilərində yerləşdiribdir. Təklif ondan ibarətdir ki, Qəbələ şəhərinə 2100 hektara yaxın əlavə ərazi verilsin. Bunun 1950,35 hektarı dövlət torpağıdır. Soltannuxa kəndinin bir hissəsinin də Qəbələ rayonunun tərkibinə daxil edilməsi nəzərdə tutulur. Hesab edirik ki, Qəbələ şəhərinin ərazisinin genişləndirilməsi qarşıda duran məqsədlərə uyğundur. Məsələ komitədə müzakirə edilib, Milli Məclisin müzakirəsinə təqdim olunubdur. Sağ olun.
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Hörmətli Ziyafət müəllim, mən bu qanun layihəsinə səs verəcəyəm. İclas başa çatır, təxminən 40 də-qiqə vaxtımız var. Xahiş edərdim ki, mənə bir mühüm mə-sələ ilə bağlı 2 dəqiqə vaxt verəsiniz.
Sədrlik edən. Etibar müəllim, xahiş edirəm, mövzudan kənara çıxmayın. Vaxtımız qalıb deyə, biz hər nə gəldi da-nışa bilmərik.
E.Hüseynov. Xahiş edirəm, mən vaxtınızı çox almayaca-ğam. Birbaşa Sizə müraciətim var, çox xahiş edirəm.
Sədrlik edən. Buyurun.
E.Hüseynov. Bildiyiniz kimi, ötən iclasda 2013-cü il üçün smeta xərclərinin müzakirəsi zamanı mən də çıxış et-dim və digər deputatlar kimi, görülən işləri yüksək qiymət-ləndirdim. Əlavə olaraq dedim ki, otaqlarımızda olan kom-püter və internet zəif işləyir və bu səbəbdən bir sıra video-görüntülərə və saytlara giriş məhdudlaşır. Ona görə də xahiş etdim ki, gələcəkdə bu problemə diqqət yetirilsin. Amma çox təəssüf ki, ötən müddət ərzində bu problemlə heç kim maraqlanmadı və heç bir tədbir görülmədi. Əvəzində isə Milli Məclisin Mətbuat xidmətinin rəhbəri bir gün sonra mətbuata çıxıb bəyanat verərək məni şər və böhtançı adlandırdı.
Aydındır ki, bu məqamda Akif Təvəkküloğlu öz hədd və səlahiyyətlərini aşıbdır. Amma mən öz hədd və səlahiyyət-lərimi aşağılayıb ondan deyil, Milli Məclis Aparatının rəhbəri cənab Səfa Mirzəyevdən soruşmaq istəyirəm ki, hör-mətli Səfa müəllim, deyə bilərsinizmi, mən Milli Məclisdə kimi şərləmişəm və kimə böhtan atmışam. Deputatın adi bir xahişdə bulunması nə vaxtdan şər, böhtan olub?
Milli Məclisin Aparatı millət vəkillərinə xidmət göstər-mək və yardımçı olmaq funksiyasını yerinə yetirən bir idarədir. Mətbuat xidmətinin əməkdaşı millət vəkilini hansı ad və cəsarətlə heç bir əsas olmadan təhqir edir? Axı adından da göründüyü kimi, bu qurum xidmət göstərəcək bir qurumdur və Mətbuat xidmətində çalışanlar da xıdmətçi statusu daşıyırlar.
İndi Mətbuat xidməti Milli Məclis üzvünün təəssübünü çəkmək, yeri gələndə bizi yersiz hücumlardan qorumaq əvəzinə onun baş xidmətçisi özü deputatları təhqir edir. Buna nə ad vermək olar? Belə hallara dünyanın hansı ölkəsində rast gəlinir?
Mətbuatda Milli Məclisin xanım millət vəkilləri ən ağır şəkildə təhqir olunanda Akif Təvəkküloğlu qorxusundan bircə dəfə də olsun cınqırını çıxarmağa cəsarət etmədi. Onun əvəzinə biz, bir neçə millət vəkili cavab verdik. Belə hallar baş verirsə, aparatın adi bir işçisi millət vəkilini yersiz olaraq təhqir edirsə, biz hansı haqla kənar insanlardan özümüzə hörmət və ehtiram gözləyirik? Bunları məhkəməyə verməyə mənəvi haqqımız çatmırmı?
Ona görə də hörmətli Səfa müəllim, şəxsiyyətinizə bir daha hörmət və ehtiramımı bildirməklə yanaşı, Sizdən məsələyə münasibət bildirməyinizi xahiş edirəm. Ümidvar olmaq istəyirəm ki, öz səlahiyyət və hüquqlarını aşmış Akif Təvəkküloğluna layiq olduğu cəzanı verib ona yerini göstərəcək və bu işi mənim öhdəmə buraxmayacaqsınız.
Onu da son olaraq qeyd edirəm ki, əgər bu gün axşama qədər Akif Təvəkküloğlu çıxış etdiyi mətbuat orqanlarında təkzib verib məndən rəsmən üzr istəməsə, mən də cavab hüququmdan istifadə etmək məcburiyyətində qalacağam. Təşəkkür edirəm.
Sədrlik edən. Bunun üçün Milli Məclisdə çıxış eləmək lazım deyildi, Etibar müəllim. Siz elə mənə və ya Səfa müəllimə yaxınlaşardınız, biz də bunu dostcasına həll edərdik. Belə bir çıxışa nə ehtiyac var idi? İndi səhər mətbuat bu məsələni şişirtməyə başlayacaq. Bunu istəyirsiniz? Belə eləməyin, olmaz belə. Biz bir kollektivdə işləyirik.
Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 13.26 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun. Bununla da bugünkü iclasımız sona çatdı. Sağ olun.