11.12.2012 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VII SESSİYASI İCLASININ
PROTOKOLU № 53
Milli Məclisin iclas salonu.
11 dekabr 2012-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 90
Yetərsay 83
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmət-lərinin əlaqələndirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında “Azərbaycan–Türkiyə Tox-umçuluq və Araşdırma Birgə Müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanun-unun layihəsi barədə.
5. “Azərbaycan Respublikası Hökuməti və Belarus Res-publikası Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əmək-daşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişlən-dirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Azərbaycan Respublikası Hökuməti və Böyük Britaniya və Şimali İrlandiya Krallığı Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”ə dəyişikliklərə dair mübadilə edilmiş notaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Azərbaycan Respublikası və Argentina Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikası-nın Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respubli-kası qanununun layihəsi barədə.
14. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respubli-kası qanununun layihəsi barədə.
17. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbacan Respublikası qanununun layihəsi barədə.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsi barədə.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
20. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbay-can Respublikası qanununun layihəsi haqqında.
23. Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Vahid Əhmədov, Əli Əhmədov, Əli Məsimli, Mübariz Qurbanlı, Fərəc Quliyev, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Gövhər Baxşəliyeva, Sahib Alıyev, Novruzəli Aslanov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
1. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.42 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
2. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında “Azərbaycan–Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Eldar Quliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
3. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Eldar Quliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.47 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
4. Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Nizami Cəfərov, İsa Həbibbəyli, Gövhər Baxşəliyeva, Fərəc Quliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
5. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğu-ların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.58 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
6. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.59 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
7. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Nizami Cəfərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.01 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
8. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Çingiz Əsədullayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.03 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
9. “Azərbaycan Respublikası Hökuməti və Böyük Bri-taniya və Şimali İrlandiya Krallığı Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”ə dəyişikliklərə dair mübadilə edilmiş notaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Çingiz Əsədullayev, Fuad Muradov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
10. “Azərbaycan Respublikası və Argentina Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Çingiz Əsədullayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
11. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, Fuad Muradov, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Fərəc Quliyev, Zeynəb Xanlarova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.29 dəq.)
Lehinə 90
Əleyhinə 4
Bitərəf 1
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
12. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Res-publikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətən-daşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 89
Əleyhinə 5
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.32 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
14. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, İlyas İsmayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
15. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Elmira Axundova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.43 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.52 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
17. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbacan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.53 dəq.)
Lehinə 92
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.54 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.54 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
20. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
21. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Çingiz Əsədullayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.57 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
22. Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Tahir Rzayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.59 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
23. Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
24. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Elmira Axundova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.06 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
11 dekabr 2012-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 90
Yetərsay 83
Yetərsay var. İclasa başlaya bilərik.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Gündəliyi müzakirə eləməyə ehti-yac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda yazılın. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Keçən dəfə biz burada TANAP layihəsini müzakirə edəndə mən Gürcüstanla əlaqədar məsələyə toxundum və orada soydaşlarımızın vəziyyəti ilə bağlı məsələyə bir balaca aydınlıq gətirilməsini xahiş elədim. Burada məlumat verildi ki, elə bir ciddi problem yoxdur.
Dekabr ayının 5-də Gürcüstandan gəlmiş 50-yə yaxın insan böyük bir brifinq keçirdi. Məni də ora dəvət eləmiş-dilər. İvanişvilinin partiyasından da millət vəkilləri orada iştirak edirdilər. Gürcüstanda yaşayan soydaşlarımızla əlaqədar müəyyən problemlərə toxundular. Mən onların daxili problemləri barədə danışmaq istəmirəm. Amma bizim hökumətimizdən bir sıra şeylər xahiş etdilər ki, mən onları diqqətinizə çatdırmaq istəyirəm.
Birinci xahişləri viza rejimi ilə əlaqədardır. Bildiyiniz kimi, Azərbaycan tərəfinin tətbiq etdiyi yeni qaydalara uyğun olaraq, xarici ölkə vətəndaşları Azərbaycanda bir aydan artıq qala bilməzlər. Buna riayət etməyənlər 400 manat cərimə olunurlar. Gürcüstanlı soydaşlarımız üçün bu çox ciddi problem yaradıb. İnsanlar narahatdırlar, Azərbaycana gəlib-getməkdə əziyyət çəkirlər. Mənə elə gəlir ki, bu məsələ öz həllini tapmalıdır.
İkinci ciddi məsələ. Onlar deyirlər ki, Oqtay müəllim, Laqodexi və Qırmızı körpü postlarında sərhəd və gömrük orqanları tərəfindən onlara çox böyük əziyyət verilir. Bu, artıq bizim məsələdir, Azərbaycan hökumətinin məsələsidir. Mən xahiş edərdim ki, Azərbaycan hökuməti o məsələyə baxsın. Yəni oradan hər hansı bir Gürcüstan vətəndaşı, azərbaycanlı olan şəxs Azərbaycana 10–15 kiloqram meyvə və ya burada olan övladı üçün hər hansı bir əşya gətirirsə, bunun qarşısını almaq lazım deyil. Onlar üçün şərait yaratmaq lazımdır ki, burada ciddi problemlərlə üzləşməsinlər. Əlbəttə, biz başa düşürük ki, orada siyasi proseslər hansı istiqamətdə gedir. Ona görə də orada olan insanlarımız üçün elə şərait yaratmalıyıq ki, onlar Ermənistandan deportasiya olunan soydaşlarımızın taleyini yaşamasınlar.
Üçüncü ciddi məsələ. Onlar bildirdilər ki, bu gün Gür-cüstandakı Azərbaycan məktəblərində dərsliklərlə əlaqədar çox ciddi problem var, yəni Azərbaycan dərslikləri faktiki olaraq yoxdur. Mən Təhsil Nazirliyindən xahiş edirəm ki, bu məsələyə diqqət artırılsın.
Mən başa düşürəm, viza ilə əlaqədar məsələ siyasi mə-sələdir, ayrı məsələ deyil. Düşünürəm, erməni lobbisi Gür-cüstanda da çox ciddi işləyir ki, oradan azərbaycanlıları deportasiya etsinlər. Ona görə də Azərbaycan hökuməti bu məsələyə daha diqqətlə yanaşmalı və biz də millət vəkili olaraq Gürcüstandakı soydaşlarımızı müdafiə edib, onların orada normal şəraitdə yaşaması üçün əlimizdən gələni etməliyik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vahid müəllim, dediklərinizi qeyd elədim. Amma mənim inanmağım gəlmir ki, 5–10 kiloqram meyvə gətirəndə onları saxlasınlar. Əli Əhmədov buyursun.
Ə.Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən məxsusi olaraq bir məsələni vurğulamaq istəyirəm. Hamıya məlum olduğu kimi, bir neçə gün bundan əvvəl I Avropa Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi haqqında çox əhəmiyyətli bir qərar qəbul olunubdur və Azərbaycan Respublikasının Prezidenti bu münasibətlə bütün Azər-baycan xalqını təbrik edibdir.
Bir neçə ildir, Azərbaycan çox əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilibdir. 2012-ci ildə Avropanın ən mötəbər mahnı müsabiqəsi Bakı şəhərində keçirildi. Digər əhəmiyyətli tədbirlər də Bakıda keçirilir. 2015-ci ildə ilk Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul olunması, hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə hörmət və nüfuzunun, Avropa məkanında rolunun və əhəmiyyətinin artmasından, ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından xəbər verir.
Mən hesab edirəm ki, Azərbaycan hökuməti 2015-ci ildə ilk Avropa Olimpiya oyunlarını keçirməklə Azərbaycanın müasir tarixinin daha bir şərəfli səhifəsini yazacaqdır. Bun-ların hamısı ölkəmizin imicinin artması üçün başda Prezidentimiz olmaqla Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin uğurlarıdır. Bunların hamısı Azərbaycan dövlətinin, bütövlükdə Azərbaycanın mənafelərinə xidmət edir.
Amma təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, Azər-baycanda müxalifət adını özlərinə götürmüş bəzi az sayda qruplar Azərbaycanın imicinə kölgə salmaqla məşğuldurlar. Dünən – Beynəlxalq insan hüquqları günündə Azərbaycanın imicinə xələl vurmaq məqsədi ilə onların icazəsiz aksiya keçirmək cəhdi də bunu göstərir. Müxalifət liderlərinin məhz bu gündə Azərbaycanın imicinə kölgə salmaq, zərbə vurmaq məqsədi ilə az sayda cavan uşaqları küçələrə çıxarıb şuluqluq salmaqla guya Azərbaycanda insan hüquqlarının pozulması haqqında təsəvvür yaratmaq cəhdləri qətiyyətlə pislənməlidir. Bunu Azərbaycan vətəndaşları, o cümlədən biz də qətiyyətlə pisləyirik.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Çox gözəl bir məsələyə toxundunuz. Bakı 2020-ci il Yay Olimpiya oyun-larına ev sahibliyi etmək üçün öz namizədliyini verəndə öl-kəmizə sayılan minuslardan biri o olmuşdu ki, Azərbaycanın Olimpiya oyunları keçirmək təcrübəsi yoxdur. Gərək bu Olimpiya oyunlarını keçirəsən ki, bir təcrübən olsun. Yəni, əlbəttə, bu bir bəhanə idi. Ancaq, həqiqətən, I Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul olunması Azərbaycan xalqının qələbəsi və ilk növbədə cənab Prezidentin apardığı siyasətin qələbəsidir. Mən çox istərdim ki, biz bu münasibətlə həm Azərbaycan xalqını, həm də cənab Prezidenti səmimi qəlbdən təbrik edək! (Alqışlar.) Buyursun Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Mən də cənab Sədrin və deputat həmkarım Əli Əhmədovun I Avropa Olimpiya oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı səsləndirdikləri fikirləri ürəkdən dəstəkləyir və bu Olimpiya oyunlarını Azərbaycanın yüksək səviyyədə keçirəcəyinə inanıram. Hesab edirəm ki, bu işdə zəhməti olanların hamısını parlament adından təbrik eləmək yerinə düşər.
İkinci, mən deputat həmkarım Vahid Əhmədovun qaldır-dığı məsələni dəstəkləyirəm. Gürcüstanda parlament seçki-ləri olan zaman Azərbaycan kəndlərində biz bilavasitə bu proseslərdə iştirak eləyəndə orada yaşayan soydaşlarımız mənim azərbaycanlı olmağımdan istifadə edərək bir sıra problemlər qaldırdılar ki, Vahid Əhmədovun qaldırdığı mə-sələlərlə müəyyən dərəcədə üst-üstə düşür. Ona görə də Azərbaycan hökuməti həssas məqamlara diqqəti artırmalı və mövcud problemlərin həllində gürcüstanlı soydaşlarımıza kömək eləməlidir. Mən açıq formada deyirəm, yaxşı şans var, kapitalın Gürcüstana yönəldilməsi ən yaxşı üsuldur ki, orada yaşayan azərbaycanlıların problemləri avtomatik, birdəfəlik həll olunsun. Bu şansı buraxsaq, bir müddətdən sonra nəinki onlar, heç tarix də bizi bağışlamayacaq.
Üçüncü məsələ kimi qeyd eləmək istəyirəm ki, Qəbələ RLS-in fəaliyyətinin dayandırılması Azərbaycanın böyük qələbəsidir. Onun yan effektləri, mənfi tendensiyaları ola-caq. Siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan xalqının bu proseslərdə Azərbaycanın müstəqilli-yinə real məzmun verilməsi işinə diqqət yetirməsini vacib hesab edirəm.
Nəhayət, qarşıdan Yeni il gəlir. Mən istərdim ki, Yeni ilin gəlişi sivil dünyada olduğu kimi, Azərbaycanda da bütün ailələrin süfrə açmasına xidmət eləyən endirimlərlə müşayiət olunsun. Təəssüf ki, bizdə bəzi işbazlar bunu 50 manatlıq malın üstünə 100 manat yazıb 30 faiz endirimlə xalqa 70 manata satmaq kimi başa düşürlər.
Bir sıra şirkətlər indi həqiqi endirimlər etməklə çox gözəl nümunə göstərirlər. Onları parlamentin tribunasından alqışlayıb digər şirkətlərin də bu yolu tutmasını arzulayardım. Mən çox istəyərdim ki, bütün dünyada olan bu proses Azərbaycana da yaxşı mənada gəlsin, Azərbaycanda da bayramqabağı endirimlər başlasın. Azərbaycan hökumətinin müvafiq strukturları, Oqtay müəllim, həqiqətən, endirim edən şirkətlərin stimullaşdırılması istiqamətində addımlar atsın və kütləvi informasiya vasitələrində, xüsusən də televiziyada bu proses təşviq olunsun. Sahibkar da anlasın ki, şirkət bundan uduzmur, çox satmaqla udur. Hər iki tərəf udur. Ucuz alan istehlakçı da udur, istehsalçı da daha çox istehsal edir, satan da çox satmaqla udur. Bu proseslərin Azərbaycanda tətbiq olunması...
Sədrlik edən. Sağ olun. Hər bir ağıllı biznesmen bilir ki, əgər qiyməti aşağı salarsa, ümumi dövriyyədən qazanacaq, malı qalıb xarab olmayacaq. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Məlumdur ki, Qəbələdəki RLS ilə bağlı qərar qəbul edilibdir və bu qərarın qəbul edilməsi Azərbaycanın apardığı siyasətin nəti-cəsidir. Amma bu mövzu ətrafında Azərbaycan mətbuatında ajiotaj yaratmaq istəyən qüvvələr var. Xüsusilə Rusiya–Azərbaycan münasibətlərinə xələl gətirən, həmçinin əhali arasında xof yaradan məqalələrə, müxtəlif yazılara yer verilir. Bəzi dırnaqarası araşdırmaçılar bu mövzunu müxtəlif istiqamətlərdə şərh etməyə çalışırlar. Xüsusilə ermənilərin təsir dairəsində olan və Rusiyada yayılan kütləvi informasiya vasitələrindən nümunələr gətirərək bu hadisənin Azərbaycan üçün böyük təhlükə törədəcəyi haqqında yalan məlumatlar yayırlar.
Azərbaycanın bununla əlaqədar mövqeyi birmənalıdır. Hamıya bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın xarici siyasətində iki əsas mühüm istiqamətə yer verir. Bunlardan birincisi müstəqil xarici siyasətdir, ikincisi də beynəlxalq münasibətlərdə ədalətli mövqeyin müdafiə olunmasıdır. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasında üzvlüyü dövründə bunu bir daha aydın şəkildə nümayiş etdirdi.
Azərbaycan tərəfinin Qəbələ RLS-lə bağlı mövqeyi Prezident Administrasiyasının nümayəndəsi Novruz Məm-mədovun bugünkü açıqlamasında verilibdir. Ona görə Azərbaycanın kütləvi informasiya vasitələrinə və bu mövzu ilə bağlı yazanlara bildirmək istəyirəm ki, bu mövzu ətrafında xüsusi olaraq ajiotaj yaratmasınlar və Azərbaycan xalqında bununla əlaqədar əks fikir yaratmağa cəhd etməsinlər.
Bütövlükdə Azərbaycan üçün hansısa bir təhlükə mövcud deyil. Azərbaycan Cənubi Qafqazda güclü bir dövlətdir. Özünün təhlükəsizliyini təmin etməyə qadir olan dövlətdir. Sadəcə, bu mövzudan istifadə və bunun istismar edilməsi üçüncü tərəfə müəyyən mənada köməklik göstərir. Azərbaycanın burada mövqeyi birmənalıdır, açıqdır və bu bizim Rusiya ilə münasibətlərimizə hansısa formada təsir göstərməyəcəkdir. Dövlətlərarası münasibətlərimiz olduğu səviyyədə davam eləyir və bu da dövlətin rəsmiləri tərəfindən birmənalı və açıq şəkildə ifadə olunubdur. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Çox düzgün qeyd elədiniz. Amma təəssüflər olsun ki, mətbuatda bunu başqa cür işıqlandırırlar. Əslində, Qəbələ RLS-lə bağlı heç bir problem yoxdur. Azərbaycan tərəfi bu radiolokasiya stansiyasının icarə şərtlərinə yenidən baxılması ilə bağlı məsələ qaldırmışdı. İki dövlət tərəfindən komissiya yaradıldı. Komissiyada hər iki tərəfin mövqeyi ortaya qoyuldu. Bütün arqumentlər, əsaslar gözdən keçirildi, bütün gəlir-çıxarlar ölçülüb-biçildi və belə razılığa gəlindi ki, Qəbələ RLS-in fəaliyyəti dayandırılsın. İndi bu o demək deyil ki, Azərbaycanın Rusiya ilə əlaqələri korlanır. Qazaxıstanla Rusiya arasında 2050-ci ilə qədər Baykonur üzrə müqavilə var. İndi Qazaxıstan həmin müqaviləyə yenidən baxır. Qiymət dəyişir, yenidən baxmaq istəyir. Bu o demək deyil ki, Qazaxıstan–Rusiya əlaqələri pozulur. Yəni bunları şişirtmək heç kimə yaraşmır və mənasız bir şeydir. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Məlumdur ki, son zamanlar dünyanın ən müxtəlif ölkələrinin parlament-lərində Qarabağ məsələsi ilə bağlı dinləmələr keçirilib. Amma Azərbaycan parlamentində Dağlıq Qarabağla bağlı dinləmə keçirməyi 2 ildir təklif edirik, nəzərə alınmır. Güman edirəm, razılaşarsınız ki, cəmiyyətimizdə insanların bir qismi Dağlıq Qarabağın Azərbaycan icması ilə erməni icması arasında danışıqlara, bir qismi ATƏT-in vasitəçili-yinə, bir qismi Ermənistan–Azərbaycan danışıqlarına, daha bir qismi başqa bir şeyə üstünlük verir. Ən azından bu mövqelərin əlaqələndirilməsi, müəyyən çərçivənin müəy-yənləşdirilməsi üçün bir komissiya formalaşmalıdır ki, daimi fəaliyyət göstərsin və beynəlxalq təşkilatlarda, Avropada bizi təmsil eləyən deputatlar gedib bu məsələni qaldıranda vahid mövqedən çıxış eləsinlər.
Dağlıq Qarabağ məsələsi ümummilli məsələ olduğu üçün burada müxalifət-iqtidar ziddiyyətləri yoxdur. Bura gələn xarici diplomatlarla, xarici dövlətləri, beynəlxalq təşkilatları təmsil edən rəsmi şəxslərlə danışıqlarda hətta müxalifətdən və ya QHT-lərdən olan fərdlər də o çərçivələri bilməlidirlər.
Mən təklif edirəm ki, burada açıq və ya qapalı dinləmələr keçirilsin. Bu dinləmələrə Xarici İşlər Nazirliyi də dəvət olunsun. Aydın surətdə bildirilsin ki, keçmişdə nə olubdur, bundan sonra kurs nədir. Bu məsələlər açıqlanmadan, hesab edirəm ki, kənarda olan dinləmələrin də heç bir effekti olmayacaq. Çünki bu işlərin hansı baza üzərində aparılmasının özü də bir az sual altında qalır. Vəziyyət haqqında aydın təsəvvür yaranmalıdır ki, bəzi məqamlara toxunanda bu, bir qrupun mövqeyi kimi yox, bütövlükdə Azərbaycan xalqının, dövlətinin mövqeyi kimi səslənsin. Hesab edirəm ki, bu fikri qəribçiliyə salmazlar və mənim deputat yoldaşlarım da bu fikrə dəstək verərlər ki, yaxın zamanlarda bu dinləmələr keçirilsin.
Mən Vahid müəllimin Gürcüstandan olan soydaşlarımızla bağlı qaldırdığı məsələyə də dəstək verirəm. Biz keçən dəfə Təhlükəsizlik və müdafiə komitəsində bu məsələyə toxunanda mən də təkliflərimi verdim. Əlbəttə, müəyyən güzəştlər etməklə ən azından oradakı türk soylu insanlarımızın, soydaşlarımızın bizə qarşı kullanılmasının və yaxud Azərbaycandan narazı salınmasının qarşısını almaq lazımdır. Regionda baş verən hadisələr nəticəsində yaranmış geosiyasi vəziyyət hamımıza aydındır. Kimsə Gürcüstandan maşa kimi, bizim insanlardan bir element kimi istifadə edəcəksə, bunun qarşısını almaq üçün müəyyən tədbirlər görmək çox vacibdir. Ona görə də Vahid müəllimin qaldırdığı o məsələni də dəstəkləyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fərəc müəllim, Siz burada dinləmələr keçirmək, komitə yaratmaq barədə məsələ qal-dırırsınız. Amma burada komitə yaratmaqla, işimizi danış-maqla məsələ düzəlmir. Biz işimizi həmin o beynəlxalq təşkilatlarda, xarici ölkələrdə qurmalıyıq. Bunun üçün də çalışırıq. Millət vəkilləri də, hökumət də bunun üçün çalışır. Mən bir misal gətirim. Bilirsiniz ki, Ermənistanda 2 milyona yaxın erməni qalıb. Dünyada erməni millətinin sayı cəmi 10 milyondur. Deməli, 10 milyonun 8 milyonu xaricdə yerləşib və erməni diasporunun say tərkibi Ermənistan əhalisindən 5 dəfə çoxdur. Biz əsas gücümüzü onlara yönəltməliyik.
Bu yaxınlarda, elə bu günlərdə Rumıniyada parlament seçkiləri keçirildi, 28 erməni parlamentə deputat seçildi. Hesabı aparın, necə işləyirlər. Buna baxmayaraq, bizim Ru-mıniyada mövqelərimiz çox güclüdür. İşləyirik onlarla. Biz əsas bu istiqamətdə işləməliyik. Ermənistan parlamenti Dağlıq Qarabağ məsələsini müzakirə eləmir. Onlar işləyirlər. Biz işimizi belə qurmalıyıq. Bizim hətta MDB ölkələrində diasporumuz soydaşlarımızdan bir neçə nəfərin deputat seçilməsinə nail ola bilmir. Bir-birinə dəstək vermirlər. Biz bunun üzərində işləməliyik. Sankt-Peterburqda 350 minə yaxın azərbaycanlı yaşayır, bir deputatımız yox, Ukraynada 300 mindən yuxarı azərbaycanlı yaşayır, bir deputatımız yox, Rusiyada bir deputatımız yox. Bunları fikirləşməliyik. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də deputat həmkarlarımın fikirlərinə qoşuluram. Qeyd etmək istəyirəm ki, doğrudan da, Azərbaycanın uğurları artdıqca, Azərbaycanda sosial-iqtisadi islahatlar həyata keçdikcə ölkəmizi xaricdə gözü götürməyənlərlə yanaşı, daxildəkilər də ona qara yaxmaq, onu gözdən salmaq kimi çirkin işlərinə rəvac verirlər. Dünən – Beynəlxalq insan hüquqları günü 5–10 nəfər qohum-əqrəbasını, ətrafında olan adamları, sürücüsünü, cangüdənini Fəvvarələr meydanına yığıb, orada uşaq qaçdı-qovdusu yaratmaqla dünyaya nəyisə sübut etməyə çalışan adamlar, Avrovizion vaxtı jurnalistləri Əhmədliyə, Günəşliyə, Bakının başqa-başqa yerlərinə aparıb müəyyən əgər-əskikləri göstərməyə çalısan insanlar heç də ermənidən əskik deyil, ermənidən daha artıqdır. Öz millətinə, öz xalqına, öz dövlətinə qarşı onun etdiyi əməl erməninin etdiyi əməldən daha pisdir.
Nə olur-olsun, bunlar bu yolu tutublar və 20 ildir eyni şeyi təkrar edirlər. Mənim xatirimdədir, vaxtilə Azərbaycan BMT-yə daxil olmaq üçün müraciət eləmişdi. Hətta o vaxt bu məsələ BMT-də müzakirə olunan gündən bir gün qabaq nə qədər elan edilsə də ki, BMT-yə daxil oluruq, hakimiy-yətdə kimin olmasından asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyü məsələsi həll olunur, bunlar belə bir mitinq keçirdilər. Bu adamlar üçün millət, xalq, dövlət anlayışı yoxdur. Bunların şəxsi maraqları var, işlədiyi qüvvələr var və o qüvvələrin də diktəsi ilə hərəkət edirlər. Hesab edirəm ki, bu insanlara qarşı ciddi şəkildə mübarizəmizi aparma-lıyıq. Onlara Azərbaycan cəmiyyətində yer yoxdur.
Digər tərəfdən, burada bir neçə məsələ qaldırıldı, xüsusilə Gürcüstandakı soydaşlarımızla bağlı problemlərə toxunuldu. Oqtay müəllim, çox gözəl bir fikir işlətdiniz ki, MDB ölkələrində diasporumuz parlament seçkilərində uğur qazana bilmir. Gürcüstanda 500 min soydaşımız yaşayır. Gürcüstan parlamentində onları cəmi iki nəfər azərbaycanlı təmsil edir. Biz buna gücümüzü qoymalıyıq, Azərbaycana meyvə gətirib satmağa yox. Biz gücümüzü qoymalıyıq ki, oradakı soydaşlarımız gürcü dilini öyrənsinlər, gürcü strukturlarına inteqrasiya eləsinlər.
Gürcüstanda biz Ziyafət müəllimlə dəfələrlə rəsmi görüşlərdə olmuşuq. Prezidentlə də, parlament sədri ilə də gorüşmüşük. Bütün bu görüşlərdə azərbaycanlıların işə cəlb olunması məsələsini qaldırmışıq. Deyir siyahını ver, gürcü dilini bilir, yox, ali təhsili haradadır? Elşad Abdullayevin Beynəlxalq Universitetini qurtarıb. Bunu necə götürüb Gürcüstanın dövlət strukturuna qoysunlar? Ona görə bunları öyrənmək və inteqrasiya etmək lazımdır.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Deputat həmkarım Əli Əhmədov kimi mən də 2015-ci ildə I Avropa Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi məsələsinə toxunmaq istəyirəm. Hesab edirəm ki, bu, Azərbaycan üçün tarixi bir qərardır. Avropa tarixində birinci Olimpiya oyunlarının keçirilməsinin Azərbaycana etibar edilməsi onun tək idman ölkəsi kimi deyil, siyasi-iqtisadi, diplomatik, hətta hərbi cəhətcə nüfuzunun Avropa tərəfindən, dünya tərəfindən qəbul edilməsidir. Azərbaycanın ildən-ilə artan nüfuzu, dünya səviyyəsində, Avropa səviyyəsində fəaliyyətdə aktiv iştirakı, cənab Prezidentin təbirilə desək, Avropaya mədəni intervensiya artıq öz müsbət nəticəsini verməkdədir.
Olimpiya oyunlarının təşkili sahəsində olmasa da, beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində Azər-baycanın artıq kifayət qədər böyük təcrübəsi var. 2015-ci ildə Azərbaycana gələcək 1 milyona qədər turistin qəbul edilməsi üçün Azərbaycanın infrastrukturu kifayət qədər hazırdır. Hesab edirəm ki, iki il yarım ərzində Azərbaycan bu yarışlara ciddi surətdə hazırlaşa və Olimpiya tarixinə şə-rəfli bir səhifə yaza biləcək.
Mən indidən həmin yarışların tək paytaxtda deyil, eyni zamanda, əyalətlərdəki idman qurğularında keçirilməsini də təxmin edirəm. Çox sevinirəm ki, bu yarışlardan bir neçəsi – akademik baydarka və avarçəkmə üzrə idman yarışları mənin seçildiyim Mingəçevir şəhərində keçiriləcəkdir. Oradakı Kür Olimpiya idman bazası buna artıq indidən hazırdır.
Hesab edirəm ki, bu uğurun qazanılmasında şəxsən Prezident İlham Əliyevin böyük əməyi vardır. Onun Azər-baycan dövlətçiliyinə verdiyi töhfə, Azərbaycanın siyasi nüfuzunun, idman nüfuzunun artması üçün fəaliyyəti öz müsbət nəticəsini vermişdir. Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun da Avropa məkanında həyata keçirilən mədəni layihələrdə aktiv iştirakı bu gün Azərbaycanın Avropada mədəni, sivil, demokratik və eyni zamanda, Avropa dəyərlərinə, Avropa tələblərinə cavab verən bir ölkə kimi tanınmasına səbəb olmuşdur.
Dünən cənab Prezidentimizin təbrikini hər bir Azər-baycan vətəndaşı böyük bir maraq və qürur hissi ilə dinlədi. Bu qələbənin qazanılmasında Prezident İlham Əliyevin böyük əməyi vardır və hər bir azərbaycanlı 2015-ci il yarışlarının Azərbaycanda keçirilməsini böyük səbirsizliklə gözləyir. Həmin yarışlarda Azərbaycanın layiqincə ev sahibliyi edəcəyinə heç birimizin şübhəsi yoxdur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Bildiyimiz kimi, bu günlərdə Prezident Administrasiyasının rəhbəri hörmətli Ramiz müəllim Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” adlı böyük bir məqaləsi çap olunmuşdur. Bu məqalə ictimaiyyətdə, həm də elmi dairələrdə çox böyük əks-səda doğurmuşdur. Yüksək elmi səviyyədə, azərbaycançılıq ruhunda yazılmış konseptual xarakterli və proqram səciyyəli bir məqalədir. Bu məqalə, görünür, Azərbaycan elmi dairələrində, ictimaiyyətdə hələ uzun müddət müzakirə olunacaq. Orada bir çox məsələlər, o cümlədən tarixi həqiqətlərin ədəbiyyatda əks etdirilməsinə münasibət məsələsi qaldırılıb. Məqalədə deyilir ki, Azərbaycan xalqının tarixi təhrif olunmamalıdır. Tarixi həqiqətlər düzgün, olduğu kimi təqdim olunmalıdır və biz Azərbaycan tarixinin, onun tarixi şəxsiyyətlərinin xarakteristikasının təhrif olunmasına heç cür yol verməməliyik.
Bilirsiniz ki, Azərbaycan müstəqillik qazanandan sonra İrandan və digər ölkələrdən bir çox müəlliflər Azərbaycana gəlir və burada kitab nəşr etdirməyə müvəffəq olurlar. Bu insanlar heç də həmişə azərbaycançılıq ideologiyası təsiri altında deyillər. Bunların bir qismi, məsələn, İran islam, digərləri türk millətçiliyi ideologiyasının təsiri altında Azərbaycan tarixi haqqında hansısa əsər yazır və bu zaman azərbaycançılıq mövqeyinə, azərbaycançılıq anlamına zidd olan əsərlər ortaya çıxır. Məsələn, elə bu məqalədə qeyd olunduğu kimi, cənublu bir müəllifin Azərbaycan Səfəvilər dövləti haqqında əsərində Səfəvilər dövlətinin Azərbaycan tarixində oynadığı rol kobud surətdə təhrif edilib, Şah İsmayılın şəxsiyyəti haqqında cəfəngiyatlar yazılıb.
Bütün bunlara yol verməmək üçün mən təklif edərdim, tarixi mövzuda əsərlər mütləq və mütləq Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun razılığı ilə çap olunsun. Bunu etdikdə biz bu kimi əsərlərin Azərbaycanda çap olunmasının qarşısını alarıq.
Sədrlik edən. İki həmkarımız qalıb, onlara da söz verək. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Mən də Avropa ölkələrinin ilk Olimpiya oyun-larının Azərbaycanda keçirilməsi haqqında bir neçə kəlmə danışmaq istəyirəm. Məndən öncə çıxış edən həmkarlarım da bu məsələyə toxundular. Ancaq mən diqqətinizi məsələnin başqa tərəfinə yönəltmək istəyirəm.
Birincisi, onu istəyirəm diqqətə çatdıram ki, bu daha çox idman hadisəsi yox, geosiyasi hadisə idi. İlk Avropa Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi o deməkdir ki, Azərbaycan Avropanın artıq bir hissəsidir və müxtəlif inteqrasiya modellərinin ortada olduğu bir dövrdə belə bir seçim edilməsi məhz bundan xəbər verir.
İkincisi, heç bir Olimpiya oyunu keçirmək təcrübəsi olmayan ölkəmizə belə yüksək etimadın göstərilməsi ondan xəbər verir ki, Azərbaycan indiyədək ev sahibliyi etdiyi bütün beynəlxalq idman yarışlarının öhdəsindən çox yüksək səviyyədə gəldiyi üçün I Avropa Olimpiya oyunlarının paytaxtı seçilib.
Üçüncüsü, hazırda ayrı-ayrı Avropa ölkələri bu cür beynəlxalq səviyyəli müxtəlif tədbirlərdən imtina etdikləri halda, Azərbaycanın belə bir möhtəşəm tədbirə ev yiyəliyi etməsi ölkəmizin artan iqtisadi potensialını bir daha açıq şəkildə ortaya qoyur və ona bəslənən inamı göstərir.
Dördüncüsü isə, heç kimə sirr deyil ki, bir neçə aydan sonra Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Belə bir vaxtda belə bir qərarın qəbul edilməsi ondan xəbər verir ki, bütün dünyada kimin və kimin komandasının 2015-ci ildə də bu ölkəyə rəhbərlik edəcəyi və bu tədbirə ev yiyəliyi edəcəyi beynəlxalq güclərə də, hər kəsə də bəllidir.
Yeri gəlmişkən, bu məqamda bir məsələyə də toxunmaq istəyirəm. Az öncə hörmətli Əli müəllimin də, Siyavuş müəllimin də, digərlərinin də qeyd etdiyi kimi, heç təsadüfi deyil ki, bu qərarın qəbul edilməsindən bir az sonra Bakının Fəvvarələr meydanında yenidən gizlənqaç oyununa başlanılır, distruktiv qüvvələr yenidən özlərini göstərirlər. Bu birinci dəfə deyil. Yadınızdamı, İctimai Palatanın təmsilçisi açıqlama verərək demişdi ki, Avrovizion yarışması qabağı Azərbaycan iqtidarını gözdən salmaq üçün bizdən nə tələb olunurdusa, hamısını etdik. Bu gün də uğurlarımıza eyni psixologiya ilə yanaşan müxtəlif distruktiv qüvvələr bu cür çirkin adamların əli ilə Azərbaycandakı bütün hakimiyyət qollarını diskriditasiya etməyə cəhd göstərirlər. Bütün bu cəhdlərin qarşısında Azərbaycanın ilk Avropa Olimpiya oyunlarının paytaxtı seçilməsi onu göstərir ki...
Sədrlik edən. Sonuncu, Novruzəli Aslanov.
N.Aslanov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən son za-manlar bəzi mətbuat orqanlarında Milli Məclisin, o cümlə-dən millət vəkillərinin ünvanına bəzi xoşagəlməz ifadələrə və yazılara yer verilməsinə münasibətimi bildirmək istə-yirəm. Bu parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında həm iqtidar, həm də müxalifət mətbuatını təmsil edən insanlar var. Mən arzu edərdim ki, onlar örnək olmağa layiq həmkarlarından nümunə götürsünlər. Burada çox gözəl Elşad Paşasoy nümunəsi vardır. Mən artıq yeddinci ildir, millət vəkiliyəm və bu illər ərzində onun bütün yazılarını oxumuşam. Bu yazılarda təhqir və ya radikal ifadələrdən istifadə olunmasının, yəqin ki, heç kim şahidi olmayıb.
Son zamanlar bir neçə saytda millət vəkillərinin işinə, davranışına, ümumiyyətlə, fəaliyyətinə qiymətlər verilir, subyektiv fikirlər söylənilir. Hesab edirəm ki, “passiv”, “aktiv” sözlərini bizim leksikonumuzdan çıxarmaq lazımdır. Ona görə ki, bizim Azərbaycan dili zəngin bir dildir və bu dildə “fəal”, “qeyri-fəal”, “nisbətən fəal” və sair kimi sözlər çoxdur. Mən bir neçə dəfə çıxışlarımda qeyd eləmişəm ki, istər seçki öncəsi, istərsə də seçkidən sonrakı 5 il ərzində hər bir millət vəkilinin öz siyasəti, öz strategiyası olur. Bu siyasəti həyata keçirən icraçı məhz o özüdür. Bir çox millət vəkillərini misal gətirmək olar ki, plenar iclaslarda çıxışlar etmir, lakin seçiciləri ilə fəal işləyir, seçildikləri ərazilərində çox böyük işlər görürlər. Bu insanlara “fəal”, yaxud “qeyri-fəal” demək olarmı?
Mən onu nəzərə almağınızı istəyirəm ki, siz hər bir subyektiv fikrinizi söyləyəndə millət vəkilinin fəaliyyətinə birbaşa müdaxilə etmiş olursunuz. Onun işinə şüurlu və yaxud qeyri-şüurlu surətdə təsir edirsiniz. Onun seçicilərinin psixologiyasına təsir edə bilərsiniz. Ona görə mən sizdən artıq dərəcədə xahiş edirəm, ədalətli olun, diqqətli olun. Millət vəkilinin siyasətinə qarışmaq lazım deyil. Əgər hansısa millət vəkili plenar iclaslarda çıxış etmirsə, o demək deyil ki, çıxış etməyi bacarmır, yaxud bunu etmək istəmir. Bu onun siyasətidir və bununla razılaşmaq lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çıxış edənlər yoxdursa, keçək gündəliyə. Gündəliyin birinci məsələsi – “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haq-qında” Sazişin təsdiq edilməsi. Ziyafət müəllim, buyurun.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputat həmkarlarım! Müzakirəmizə təqdim olunmuş saziş layihəsi sizə paylanıb. Kifayət qədər tanış olmaq imkanınız olub. Bilirsiniz ki, bu qəbildən olan sazişləri biz artıq bir neçə dövlətlə imzalamışıq. Yeri gəlmişkən, komitənin axırıncı iclasında Litva ilə də bu barədə bir saziş imzalandı.
Siz bilirsiniz ki, möhtərəm Prezidentimizin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı texnikası ilə, digər vasitələrlə qonşu ölkələrdə – Rusiyada, İsraildə, Türkiyədə, İranda təbii fəlakətlərin qarşısının alınmasında çox gözəl, çox fəal iştirak edib, yardım göstəribdir. Dediyim odur ki, bu cür sazişlərin imzalanması hər iki tərəf – həm Türkiyə, həm də Azərbaycan üçün çox faydalıdır. Bu sazişin önəmi daha da çoxdur. Ona görə mən sizdən xahiş edirəm, bu qanun layihəsinə səs verəsiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında “Azərbaycan–Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında” Protokolun təsdiqi. Eldar Quliyev, buyurun.
E.Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun, cənab Sədr. Cənab Sədr, icazə versəniz, ikinci və üçüncü məsələləri birlikdə məruzə edər, sonra ayrı-ayrılıqda səsə qoyarıq.
Sədrlik edən. Xahiş edirəm, bir-bir məruzə edin, bir-bir səsə qoyaq.
E.Quliyev. Bildiyiniz kimi, 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan–Türkiyə birgə sənədlərinin imzalanması mərasimi keçirilmişdir. Həmin mərasimdə Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında “Azərbaycan–Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında” Protokol imzalanmışdır.
Protokolda qeyd olunur ki, Azərbaycan Respublikası hö-kuməti və Türkiyə Respublikası hökuməti kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində toxumçuluğun qarşılıqlı inkişaf etdirilməsi və təcrübə mübadiləsi barədə razılığa gəlirlər.
Bu Protokol Azərbaycan–Türkiyə Toxumçuluq və Araş-dırma Birgə Müəssisəsinin fəaliyyətini nizamlayır. Müəssi-sənin məqsədi Azərbaycan və Türkiyədə yetişdirilən taxıl, tərəvəz, yem bitkilərinin sınaq əkinlərini aparmaq və böl-gənin toxum ehtiyacını ödəməkdən ibarətdir.
Müəssisəyə aid daşınar və daşınmaz əmlakın mülkiyyəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə aiddir və onun idarə edilməsi nazirliyin Aqrar Elm Mərkə-zinin öhdəsində olacaqdır. Müəssisəyə nəzarət nazirliyin Aqrar Elm Mərkəzi və Türkiyə Respublikasının Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən həyata keçiriləcək.
Müəssisənin istehsaldan əldə etdiyi gəlir müəssisəyə sərf ediləcək. Onun illik qazancının 20 faizi Aqrar Elm Mərkə-zinin hesabına köçürüləcək. Bu vəsaitdən elm və texnologiya sahələrində istifadə olunacaqdır. Müəssisənin büdcəsi hesabına xarici ölkələrdən alınacaq texnika, avadanlıq və qurğularda üstünlük Türkiyə mənşəli məhsullara veriləcəkdir.
Bu məsələ bizim Aqrar siyasət komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə olunub. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə. Eldar müəllim, buyurun.
E.Quliyev. Çox sağ olun, cənab Sədr. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti ara-sında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Saziş 2012-ci il iyun ayının 30-da Bakı şəhərində imzalanmışdır. 1952-ci il 3 aprel tarixli Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasına uyğun olaraq bitki mühafizəsi və karantini sahəsində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının qarşılıqlı ticarətinin və mübadiləsinin asanlaşdırılması məqsədi ilə imzalanmış bu Saziş həm də ona görə böyük əhəmiyyət daşıyır ki, ölkəmiz qardaş Türkiyə ilə kənd təsərrüfatı məhsullarının dövriyyəsi sahəsində daha sıx və geniş əlaqələrə malikdir və bu əməkdaşlıq getdikcə inkişaf edir. Deputat həmkarlarımızdan xahiş edərdim ki, bu Sazişə səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildi-rək.
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, cəmi 12 sazişimiz var. Bir çox millət vəkilləri ezamiyyətdədir. Xahiş edirəm, səsvermədə diqqətli olun.
Növbəti məsələ – Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin təsdiq edilməsi haqqında. Buyursun Nizami Cəfərov.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. 2009-cu ildə Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısında qərara alınmışdır ki, Türk Mədəniyyəti və İrsi Fondu yaradılsın. Həmin qərar 2010-cu ildə İstanbul top-lantısında da müdafiə olunmuş və belə bir fond yaradıl-mışdır. Fondun məqsədi aydındır. Yəni türk xalqlarının ortaq tarixi, mədəniyyəti, irsi var və bu, əlbəttə, müdafiə olunmalıdır. Burada dörd ölkə təmsil olunur – Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, bir də Türkiyə Respublikası.
Bu Fondun yaranmasında Azərbaycanın fəallığını ayrıca qeyd etmək istəyirəm. Bu, əslində, bizim Prezidentimizin türk dünyasında bir lider olaraq möhkəm mövqeyinin ol-masının göstəricisidir. Fond Bakı şəhərində yerləşəcək. Fondun ilk prezident Azərbaycan vətəndaşları arasından təyin ediləcək.
İndi burada Fondun Nizamnaməsi təsdiq olunur. Burada hər şey nəzərə alınır – türk xalqlarının əlaqələri, bu əlaqə-lərin get-gedə gücləndirilməsi, o tarixdən gələn əlaqələrin müdafiə olunması və gələcəyə ötürülməsi. Yəni olduqca maraqlı bir hadisədir və təbiidir ki, biz o qərara səs verməliyik.
Sədrlik edən. Sağ olun. Buyurun, İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli millət vəkilləri, həmkarlarım! Biz artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının irəli sür-düyü ikinci təklifi müzakirə edirik. Bundan əvvəl biz Milli Məclisdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyəni əhatə edən bir sənədi müzakirə etmişdik. Təklif olunmuşdu ki, bu türkdilli ölkələrin Elm Fondu yaradılsın. Onda haqlı olaraq bizim parlament bunun Türk Akademiyası kimi qəbul olunmasını təklif etmişdi və yaxşı cəhətdir ki, bu ilin avqust ayında Bişkekdə keçirilən türk ölkələri başçılarının sammitində bu, Fond kimi yox, Akademiya kimi qəbul olundu.
Bu gün biz 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması haqqında məsələni müzakirə edirik. Bu məsələ Naxçıvan Sammitindən sonra İstanbul Sammitində müzakirə olunmuş və onun qəbul edilməsi məqsədəuyğun sayılmışdır. Deməli, vaxtilə Azərbaycanın qaldırdığı məsələ bu gün Azərbaycan parlamentində müzakirəyə çıxarılmışdır.
Mən də o fikirdəyəm ki, Türk Mədəniyyəti və İrsi Fon-dunun Nizamnaməsi əhatə edəcəyi sahənin, demək olar ki, bütün problemlərini həll etmək üçün əsas verən bir Nizam-namədir.
Burada yaxşı cəhətlərdən biri də odur ki, indiyə qədər qəbul olunmuş sənədlərdə işlənən “türkdilli” sözü ilk dəfə “türk” sözü ilə əvəz olunmuşdur. Bilirsiniz ki, “türkdilli dövlətlər” ifadəsi daha çox postsovet məkanındakı türk respublikaları müstəqillik qazandıqdan sonra işlənən ifadə idi. Əslində, Azərbaycanda çoxdandır ki, bu, “türk dövlətləri” kimi ifadə olunurdu. Amma indiyə qədər qəbul olunmuş sazişlərdə “türkdilli dövlətlər” ifadəsi qabarıq şəkildə nəzərə çarpırdı. İlk dəfədir ki, bu sənəddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Şurası adlandırılır. Bu da postsovet məkanındakı türk dövlətləri düşərgəsində bu düşüncənin dərinləşdiyini göstərir.
Bu Nizamnamədə nəzərdə tutulan müddəalar türk dövlətlərinin mədəni baxımdan inteqrasiyasına böyük meydan açaraq bu istiqamətdə fəaliyyətimizə işıq salmaqla yanaşı, tarixi ənənələrimizi də qoruyub yaşatmağa, üzə çıxarmağa imkan verir. Azərbaycan da bu sahədə maraqlıdır. Ona görə də mən bu Nizamnaməni əhəmiyyətli bir sənəd hesab edirəm və onun qəbul olunmasına səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Mən Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasını türk xalqlarının qarşılıqlı inteqrasiyası istiqamətində ümummilli liderimizin əsasını qoyduğu siyasətin davam etdirilməsi kimi qəbul edir və çox yüksək qiymətləndirirəm.
Mən iki məsələ haqqında demək istərdim. Birinci məsələ indicə hörmətli İsa müəllim Həbibbəylinin çıxışında səsləndirildi. Birmənalı şəkildə artıq bütün sənədlərdə “türkdilli xalqlar” yox, “türk xalqları” ifadəsi işlənməlidir. Hətta elmi ixtisas var, o, əvvəl türkdilli xalqların ədəbiyyatı adlanırdı. İndi adı dəyişilib, türk xalqları ədəbiyyatı olubdur. Yəni birmənalı biz artıq “türkdilli” sözündən imtina edərək “türk” sözünə keçməliyik.
İkinci məsələ. Mən çox xahiş edərdim ki, bu kimi qurumlar təşkil olunanda ilk növbədə peşəkar kadrlardan istifadə olunsun. Bəzən peşəkarlar kənarda qalırlar, türk ta-rixindən, türk ədəbiyyatından, türk aləmindən o qədər də məlumatı olmayan diletantlar işə cəlb olunurlar. Halbuki Azərbaycanda türk dillərini, türk tarixini, türk mədəniyyətini öyrənən kifayət qədər kadrlar var. Mən istərdim ki, bu fonda ilk növbədə peşəkar mütəxəssislər cəlb olunsunlar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyevin sualı var. Buyurun.
F.Quliyev. Mən hörmətli Nizami müəllimə sual vermək istəyirəm. Bu çox gözəl bir sənəddir və həm də indi bizim deputat dostlar da dedilər ki, “türk” sözünə keçilir. Artıq bunun bir xalq olduğu, bir dil olduğu daha çox görünür. Nizami müəllim, belə bir təşəbbüs qaldırmaq mümkün deyilmi ki, Azərbaycan televiziyalarında türk filmlərinin tərcüməsinə son qoyulsun? Məsələn, bir film tərcümə olunur. Çox qəribədir, bütün personajlar dublyaj olunur, amma Şaban olunmur. O, başa düşülürsə, digərləri başa düşülmür? Məncə, bu məsələyə bir baxmaq lazımdır. Mümkündürmü belə bir şey? Sağ olun.
Sədrlik edən. Sizin suala mən cavab vermək istərdim. Türk dilinə də, türk xalqına da bizim böyük hörmətimiz var. Ancaq bəzən hiss edirik ki, türk dili adı ilə biz öz dilimizi hərdən unuduruq. Türklər bizimlə həmişə türkcə danışırlar. Təəssüflər olsun ki, hətta bizim bəzi millət vəkillərimiz türk həmkarlarımızla türk dilində danışırlar. Yəni biz bir-birimizi yaxşı başa düşürüksə, hərə öz dilində danışsın. Biz niyə öz dilimizi unutmalıyıq? Bir az bunları da fikirləşin. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında” Saziş. Əli Hüseynli buyursun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Bildiyiniz kimi, 2012-ci ilin avqust ayında cənab Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri baş tutmuş və bu səfər çərçivəsində danışıqlar aparılmış, sazişlər imzalanmışdır. O da məlumdur ki, Belarus Respublikasının Prezidenti tərəfindən Azərbaycanın Cənubi Qafqazda Belarusun yeganə strateji müttəfiqi olması bəyan edilmişdir. Məhz həmin görüşlərdə bir çox sahələrdə, o cümlədən cinayətkarlığa qarşı mübarizə sahəsində bir sıra sazişlər imzalanmışdır. Adı çəkilən bu Saziş də onlardan biridir. Hesab edirəm ki, iki dövlətin hüquq mühafizə orqanları arasında cinayətkarlığa qarşı mübarizədə bu Saziş öz töhfəsini verəcəkdir. Sizlərdən bu Sazişə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.58 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Sazişin təsdiq edilməsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu Saziş də Minskdə avqust ayında imzalanmışdır. Bilirsiniz ki, Azərbaycan çirkli pulların yuyulmasına və terrorizmə qarşı mübarizə ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulmuş və biz milli qanunvericiliyimizi də həmin sənədlərə uyğunlaşdırmışıq. Amma eyni zamanda, ikitərəfli sazişlərə də ehtiyac var. Belarus Respublikası ilə Azərbaycan Res-publikası arasında belə bir sazişin imzalanması məhz bu ehtiyacdan irəli gəlmişdir. Hesab edirəm ki, bu Saziş çirkli pulların yuyulmasına və terrorizmə qarşı mübarizədə hər iki dövlətin hüquq mühafizə orqanlarına öz töhfəsini verəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti, 7-ci məsələ. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi. Buyursun Nizami Cəfərov.
N.Cəfərov. Sağ olun, Oqtay müəllim. Hörmətli Əli Hü-seynli bu sazişlərin bir paket halında imzalanması haqqında məlumat verdi. Əlbəttə, mədəni sərvətlərin talanması və geri qaytarılması məsələsi çox ciddi bir problemdir. İstənilən ölkənin, istənilən millətin mədəni sərvətləri, – tarixən də belə olub, – müxtəlif ölkələrə dağılıb və bu gün də həmin təhlükə özünü hiss etdirir. Azərbaycan Respublikasının da, Belarus Respublikasının da qanunvericiliyində, yəni hər iki dövlətin öz daxilində kifayət qədər mükəmməl mühafizə imkanları var və bunlar əlaqələndirilir. Bu mənada Belarusla Azərbaycan arasında belə bir əməkdaşlığın olması, əlbəttə, mədəniyyətimizin hər iki dövlət tərəfindən qorunması üçün şərtdir. Ona görə xahiş edirəm, bu Sazişə də səs verəsiniz.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında” Saziş. Buyursun Çingiz Əsədullayev.
Ç.Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirəyə təqdim olunmuş Saziş cari ilin 28 avqust tarixində Minsk şəhərində imzalanmışdır. Bildiyiniz kimi, Azərbaycan Respublikası və Belarus Respublikası hökumətləri arasında münasibətlər çox dinamikdir və sürətlə inkişaf edir. Sazişin məqsədi iki ölkə arasında mövcud olan əməkdaşlığı bu sahədə də inkişaf etdirməkdir. İmzalanmış Saziş uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, həmçinin tərəflərin dövlətlərində texnika və avadanlığın qarşılıqlı faydalı lizinqi üçün səmərəli iqtisadi və təşkilati şəraitin yaradılması, bu dövlətlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sazişin ratifikasiya olunması ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlığın davamlı və dinamik inkişafı baxımından çox vacibdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, təsdiq edildi.
9-cu məsələ – “Azərbaycan Respublikası Hökuməti və Böyük Britaniya və Şimali İrlandiya Krallığı Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”ə dəyişikliklərə dair mübadilə edilmiş notaların təsdiq edilməsi haqqında. Buyursun Çingiz Əsədullayev.
Ç.Əsədullayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, iki ölkə arasında mülki aviasiya sahəsində əlaqələri möhkəmləndirmək məqsədi daşıyan bu Saziş 1994-cü il 23 fevral tarixində imzalanmışdır. Sazişdə nəzərdə tutulan dəyişikliklər ikitərəfli əlaqələrin saxlanılması, möhkəm hüquqi bazanın təşkili, beynəlxalq konvensiyalardan və sazişlərdən irəli gələn öhdəliklərin tam həcmdə yerinə yetirilməsi məqsədi ilə təklif olunur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Fuad Muradov.
F.Muradov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, mən də bu sənədi dəstəkləyirəm və ona səs verəcəyəm.
Bir neçə məqama toxunmaq istəyirəm, Oqtay müəllim. Bu yaxınlarda Çingiz Əsədullayev, Cavanşir Feyziyev və mən Böyük Britaniyada olduq və orada həm parlamentdə, həm də dövlət nümayəndələri ilə görüşlər keçirdik. Bildirmək istəyirəm ki, Azərbaycan və Böyük Britaniya arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur. Düzdür, son zamanlar bəzi politoloqlar ölkələrimiz arasında əlaqələrin guya arzuedilən səviyyədə olmadığı barədə müəyyən fikirlər söyləyirlər. Amma bizim ora səfərimiz göstərdi ki, Azər-baycanla Böyük Britaniya həm enerji, həm sosial, həm mədəni sahədə, idman sahəsində – əslində, çox sahələrdə səmərəli əməkdaşlıq edirlər və bu istiqamətdə fəaliyyəti davam etdirmək əzmindədirlər.
Düşünürəm ki, yaxın zamanlarda bizim parlamentlərarası əlaqələrimiz daha yüksək pilləyə qalxacaq. Bu yaxınlarda həm Lordlar Palatası, həm də Nümayəndələr Palatası ilə böyük layihələrimiz həyata keçiriləcək. Mən istərdim, millət vəkillərimiz də bilsinlər ki, Böyük Britaniyada bizim görüşdüyümüz insanların hamısı Azərbaycanın inkişafını, ölkəmizin əldə etdiyi nailiyyətləri xüsusi vurğuladı. Azərbaycan regionda lider dövlət kimi qəbul olunur.
Biz orada bildirdik ki, Böyük Britaniya ilə əməkdaşlığı-mız təkcə enerji sahəsində deyil, bütün sahələrdədir. Lordlar Palatasının nümayəndələri də bunu təsdiqlədilər. Onlar bildirdilər ki, Azərbaycanın ən böyük problemi olan ərazi bütövlüyü məsələsi yaxın zamanlarda bir daha Lordlar Palatasında müzakirə olunacaq.
Hörmətli millət vəkilləri, əlbəttə, mən başa düşürəm ki, son zamanlar bizim guya müəyyən Avropa ölkələri ilə problemlərimizin olduğunu iddia edənlər həqiqəti nə üçün təhrif edirlər. Bir misal çəkmək istəyirəm. Azərbaycanda akkreditə olunmuş bir səfir cənab Prezidentin qarşıdakı seçkilərdə şanslı olduğunu vurğulamış və bunu beynəlxalq sorğular nəticəsində əldə edilmiş bir məlumat kimi səsləndirmişdi. Təbii ki, siz gördünüz, nə baş verdi. Bizim buradakı opponentlərimiz çalışdılar ki, bunu başqa bir siyasi mövzuya çevirsinlər. Amma həqiqəti görməmək mümkün deyil, çünki İlham Əliyevin bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər tərəfindən Azərbaycan lideri kimi qəbul olunması bir reallıqdır.
Biz Azərbaycan həqiqətlərinin bütün ölkələrə və beynəlxalq təşkilatlara olduğu kimi çatdırılması üçün üzərimizə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək və bu istiqamətdə işimizi daha səylə davam etdirəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.08 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
10-cu məsələ. “Azərbaycan Respublikası və Argentina Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq haq-qında” Sazişin təsdiq edilməsi barədə. Çingiz müəllim, bu-yurun.
Ç.Əsədullayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirəyə təqdim olunmuş “Azərbaycan Respublikası və Argentina Respubli-kası arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Saziş 2012-ci il iyul ayının 26-da Buenos-Ayres şəhərində imzalanmışdır. Tərəflər imzalanmış sazişlə müvafiq ticarət və iqtisadi məlumatların mübadiləsi, ixrac ediləcək məhsulların müəyyənləşdirilməsi üçün tədqiqatların aparılması, yeni bazarların öyrənilməsi, texnologiya transferinin təşkili, sənaye, kənd təsərrüfatı və hər iki dövlət üçün qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın təşviqi barədə razılığa gəliblər. Hesab edirəm ki, bu sənəd ölkələrimiz arasındakı əməkdaşlığın davamlı və dinamik inkişaf etdirilməsi üçün lazımi zəmin yaratmaqla mövcud münasibətlərin daha da inkişaf etdirilməsinə yeni təkan verəcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti, 11-ci məsələ “Azərbaycan Respublikası Höku-məti ilə İran İslam Respublikası Hökuməti arasında sərhəd-yanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edil-məsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında qanun layihəsidir. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Sədr, Sizin adını qeyd etdiyiniz qa-nun eyni ilə Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında bağlanmış Memoranduma da tətbiq edilə bilər. İcazə versəniz, hər iki qanunla bağlı dəlilləri qeyd edərdim.
Hörmətli həmkarlarım, bildiyiniz kimi, bu memorandumda vaxtilə keçmiş Sovet Sosialist Respublikaları İttifaqı ilə İran arasında imzalanmış sərhəd rejiminin tənzimlənməsinə dair qaydalar əks olunmuşdur.
SSRİ ilə İran arasında həmin memorandum imzalanan za-man biz müstəqil dövlət deyildik. Təbii ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan və İran arasında mövcud olan yaxşı qonşuluq münasibətlərini və dövlətlərimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərə alaraq bu memorandum təsdiq edilmişdir. Amma xüsusi vurğulamaq istəyirəm ki, artıq göründüyü kimi, həmin memorandumda SSRİ dövründə mövcud olan qaydalar əksini tapmışdır.
Azərbaycan Respublikasının son illər ərzində həm qanunvericiliyi, həm də praktikası kifayət qədər inkişaf et-mişdir. Hazırda biz bütün ölkələrlə münasibətləri tənzimlə-yən çox mükəmməl bir viza sistemi, viza qanunvericiliyi yaratmışıq. Eyni zamanda, bizim sərhədi, sərhəd rejimini, təhlükəsizlik məsələlərini tənzimləyən qanunvericiliyimiz mövcuddur. Beləliklə, biz müstəqil bir dövlət olaraq, istənilən dövlətlə münasibətləri, vətəndaşların gediş-gəlişini və miqrasiya məsələlərini tənzimləyən mükəmməl sistem yaratmışıq. Son 2 ildə bu sahədə daha çox iş görülmüşdür.
Məlumat üçün onu da deyim ki, yaxın vaxtlarda Miqrasiya Məcəlləsi üzərində iş yekunlaşacaqdır. Beləliklə, hüquqi baxımdan belə bir memorandumun müddəalarına ehtiyac qalmır. Məhz bunları nəzərə almışıq və memorandumun müddəalarını əsas götürmüşük. Hər iki tərəfin müvafiq səlahiyyətli orqanı bu memorandumun qüvvəsini ləğv etmək niyyətini əvvəlcədən bildirmək səlahiyyətinə malikdir. Azərbaycan Xarici İşlər Nazirliyi də dekabrın 9-da belə bir niyyətini ifadə edib. Bu gün parlamentin üzərinə düşən vəzifə isə artıq faktik olaraq qüvvədən düşmüş memorandumu qanunla təsdiq olunduğuna görə qanunla da ləğv etməkdən ibarətdir. Eyni zamanda, hesab edirəm ki, bu qanunun təsdiqindən sonra müəyyən siyasi qüvvələr Azərbaycan və İran arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərinə xələl gətirə biləcək bəyanatlardan, fikirlərdən çəkinməlidirlər. Biz, sadəcə, müstəqil bir dövlət kimi bütün digər dövlətlərlə mövcud olan vahid, hüquqi rejim yaradırıq, xüsusi bir norma fikirləşmirik. Diqqətinizə görə çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Əli müəllim. Burada 4 deputat həmkarımız çıxış üçün yazılıb. Mən bilmirəm, buna ehtiyac varmı? Əli müəllim bu məsələ ilə bağlı kifayət qədər geniş izahat verdi. Memorandumun vaxtı bitib, vəssalam. Mən xahiş edirəm, münasibət bildirək. Təkid edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, buyurun, Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Təbii ki, Əli müəllim öz çıxışında bu məsələyə geniş toxundu. Biz bilirik, burada bir neçə məqam var ki, bizə qarşı olan qüvvələr bundan istifadə edəcəklər. Ona görə bizim burada öz mövqeyimizi əvvəlcədən bildirməyimiz yaxşı olardı. Sənədlərin bu səviyyəyə gəlib çatması onunla əlaqədardır ki, bizim qonşumuz İran İslam Respublikası hüquqi sənədlərin, beynəlxalq normaların həyata keçirilməsi ilə bağlı hər zaman uzunmüddətli müzakirələrə ehtiyac duyur. Halbuki beynəlxalq praktikada belə sənədlərin imzalanması və yaxud müddətinin uzadılması, ləğv edilməsi çox rahat şəkildə həyata keçirilir. Biz bu problemlə Xəzərin bölünməsində də rastlaşırıq.
Digər bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Bu, Xudafərin su anbarı ilə bağlı olan məsələdir. Ziyafət müəl-lim, bu çox vacib problemdir. Həmin su anbarı 238 metr hündürlükdədir. Bu boyda su anbarının Azərbaycan sərhədində tikilməsinə nə ehtiyac var? Su anbarının belə bir sə-viyyəyə qaldırılmasına nə ehtiyac var? Bu, Azərbaycan üçün böyük təhlükə ola bilər. Ziyafət müəllim, biz bu məsələləri burada müzakirə edəndə, sadəcə, millət vəkili olaraq öz fikrimizi bildiririk. Azərbaycan hökuməti gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün bu istiqamətdə çoxlu işlər görür. Biz də millət vəkili olaraq bunu mütləq qanunvericilik çərçivəsinə salmalıyıq.
Bu yaxınlarda Kürün, Arazın səviyyəsinin qalxması ilə böyük problemlər yaşandı. Düşünürəm, bu bizim üçün bö-yük bir siqnal idi ki, həmin istiqamətdə işlərimizi gücləndirək. Xudafərin su anbarı bizim üçün böyük bir təhlükədir. Biz çalışmalıyıq ki, bunu beynəlxalq qanunvericilik çərçivəsində, mövcud nümunələr əsasında həll edək. Birincisi, bu su anbarının tikintisinə heç bir ehtiyac yox idi. Ancaq bu artıq baş verib. Azərbaycan hazır olmalı, bu istiqamətdə sərhədlərini gücləndirməlidir. Biz çalışmalıyıq ki, gələcəkdə müəyyən səbəblərdən çayların səviyyəsi artanda ölkəmiz üçün böyük təhlükə yaranmasın.
Mən indi müzakirə edilən məsələyə toxunaraq bildirmək istəyirəm ki, biz yenə də qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməliyik. Təcrübə mövcuddur, yeni bir şey icad et-məyə ehtiyac yoxdur. Sadəcə, iranlı dostlarımızı, oradakı siyasi dairələri bu istiqamətdə bizimlə əməkdaşlıq etməyə çağırırıq və bildiririk ki, burada heç bir siyasi məsələ yoxdur. Söhbət, sadəcə, sənədlərin düzgün şəkildə həyata keçirilməsindən gedir. Bu gün artıq dünya dəyişib, 10, 15, 20 il əvvəlki dünya deyil. Bunu başa düşmək və qəbul etmək lazımdır. Azərbaycan müstəqil dövlət olaraq öz fikrini, istəyini mütləq şəkildə beynəlxalq sazişlərdə əks etdirəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Fuad müəllim. Siz məsələni siya-siləşdirirsiniz, sonra deyirsiniz, burada siyasi heç nə yoxdur. Çox qəribə çıxış edirsiniz. Biz də deyirik ki, burada siyasi bir məsələ yoxdur. Memorandumun vaxtı sona çatır, biz də onu ləğv edirik. Əvvəlcədən siyasi anons, şərh verirsiniz, sonra deyirsiniz, burada siyasi heç nə yoxdur. Buna kim inanar? Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmət-li deputat həmkarlar və media nümayəndələri! Mən bu memorandumun ləğv edilməsinin əleyhinəyəm. Ona görə ki, bundan xüsusilə sərhəd bölgəsində yaşayan insanlar əziyyət çəkəcəklər. Bilirsiniz ki, Naxçıvan Muxtar Respublika-sının sakinləri uzun müddətdir blokada vəziyyətində yaşa-yırlar. Onların bir çoxu məhz İran İslam Respublikasındakı – sərhədin o tayındakı azərbaycanlı qardaş-bacıları ilə aşağı səviyyədə ticarət əlaqələri qurmaqla, gediş-gəlişlə öz həyatlarını yüngülləşdirirlər. Bu, xeyli sayda insanın həyat şəraitinin, sosial vəziyyətinin pisləşməsinə səbəb olacaqdır.
İkincisi, Azərbaycan dünyəvi dövlətdir. İran İslam Res-publikasının ərazisində, yəni tarixi torpaqlarımızda 30 mil-yona yaxın azərbaycanlı türkü yaşayır. Onlar öz vətənlərinin bir hissəsinə – Şimali Azərbaycana sərbəst gəlib-getmək imkanı əldə etməlidirlər. Həmçinin farslar, xüsusilə gənclər gəlib görsünlər ki, dünyəvi dövlət necə olur? Bizim nə qədər problemlərimiz olsa da gəlsinlər.
Mən bilirəm ki, zaman-zaman İran İslam Respublikası tərəfindən Azərbaycana qarşı müxtəlif təxribatlar törədilib, dini ekstremist qüvvələr buraya yeridilib, müxtəlif təxribatlar, terror aktlarının törədilməsinə cəhd edilib. Amma şükür Allaha ki, Azərbaycanın güc strukturları bu təxribatların qarşısını müvəffəqiyyətlə alıblar. Hesab edirəm ki, bundan sonra da alacaqlar. Ona görə də sərhədləri bağlamamalıyıq. Biz qardaş Türkiyə Respublikası ilə də viza rejimini götür-məliyik. Mən əvvəllər də söyləmişdim ki, İranla, Avropa Birliyi ilə viza rejimini aradan qaldırmalıyıq. Məsələn, Avr-opa Birliyinə və şengen zonasına daxil olan ölkələrin və-təndaşları yanvar ayının 10-dan Ermənistana vizasız gəlib-gedəcəklər. Eləcə də 2013-cü ilin yayından Ermənistan Respublikasının vətəndaşları Avropa Birliyinə və şengen zonasına daxil olan ölkələrə vizasız gedəcəklər.
Hesab edirəm, biz imkan yaratmalıyıq ki, vətəndaşlarımız daha sərbəst şəkildə, yəni viza ilə bağlı əziyyət çəkmədən dünyaya inteqrasiya edə bilsinlər. Rusiya ilə, digər MDB respublikaları ilə vizasız gediş-gəlişimiz var. Bu, Azərbaycana hansı problemi yaradır? Heç bir problem yaratmır. Mən hesab edirəm ki, İran İslam Respublikası ilə də viza rejiminin aradan qaldırılması heç bir problem yaratmaz. O ki qaldı mövcud İran rejiminə, onlar islam pərdəsi altında gizləniblər və bu rejim, əslində, antiislam mahiyyət daşıyır. İslam abidələrini dağıtmış, müsəlmanların torpaqlarını işğal etmiş, 1 milyon müsəlmanı evindən-eşiyindən didərgin salmış Ermənistanla hərbi, siyasi baxımdan əməkdaşlıq edirlər.
Burada hörmətli deputat həmkarım Fuad bəy də çıxışında söylədi, Azərbaycanın əleyhinə yönələn digər əməllərlə də məşğuldurlar. Ermənistanı iqtisadi baxımdan ayaq üstə saxlayan ölkələrdən biri məhz İrandır. Bununla da onlar, əslində, işğalın 20 il ərzində davam etməsinə yardım göstərmiş olurlar. Azərbaycan xalqı, ictimaiyyəti bunu bilir, amma mən hesab edirəm ki, sərhədlərin qapanması çıxış yolu deyil. Bu bir etiraz forması da deyil. Ona görə də mən öz etirazımı bildirirəm və layihənin əleyhinə səs verəcəyəm, deputat həmkarlarımı da buna çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Həmkarlarım bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Mə-nim fikrim bir qədər fərqlidir. Biz bu məsələni aradan qaldırmalıyıq. Səbəblər bir deyil, çoxdur. Həmkarım Qüdrət müəllim qeyd etdi, bəli, vaxtilə, ola bilsin, Naxçıvan Muxtar Respublikasından, Azərbaycanın bəzi bölgələrindən İrana ticarət və sairlə bağlı gedən olub. Əgər bu gün İranla bağlı statistikaya baxsaq, – yəni dövlətlərarası ticarət müqavilələrini demirəm, kiçik ticarəti nəzərdə tuturam, – sıfırdan bir az yuxarı vəziyyətdədir. Yəni vətəndaşımızın İrana gedib ticarət əlaqəsi qurması, nə isə alıb gətirməsi 1990-cı illərin əvvəllərində olub. Artıq bu hal aradan qaldırılıb. Memorandumda nəzərdə tutulurdu ki, sərhəddən 35 kilometr məsafədə yaşayan insanlar viza sistemi olmadan, sənəd tətbiq edilmədən ölkəyə daxil olub çıxa bilərlər.
Bu gün regionumuzda, dünyada baş verən hadisələr göstərir ki, – söhbət tək İrandan getmir, – ümumiyyətlə, biz öz sərhədlərimizi möhkəmləndirməliyik. Burada qeyd edilmir ki, biz İranla əlaqəni kəsək, sərhədi bağlayaq. Dünyada sivil normalar mövcuddur, sərhəddən keçmək üçün viza sistemi tətbiq edilir. Bu gün İranla sadələşdirilmiş viza sistemi var. Azərbaycan vətəndaşları oraya vizasız da gedirlər. Orada keçirilən hansısa tədbirlə əlaqədar yalnız bir ay tətbiq etdilər. İran tərəfindən azərbaycanlılara qarşı viza sistemi yoxdur. Yəni Azərbaycan vətəndaşı heç bir viza almadan o tərəfə sərbəst şəkildə keçə bilər. Lakin bu gün biz öz dövlətimizin təhlükəsizliyini təmin etmək, qorumaq, narkotikaya qarşı mübarizə aparmaq, qanunsuz silahlı qruplaşma, müxtəlif dini cərəyanların gizli şəkildə yayılmasının qarşısını almaq üçün kimlərin ölkəmizin ərazisinə gəldiklərini bilməliyik. Bunun yoxlanması üçün də viza sistemi lazımdır. Təbii ki, bu bayaq burada müzakirə edilən Gürcüstan məsələsinə də aiddir.
Viza sistemi ilə bağlı müqavilə dövlətlər arasında bağla-nır. Orada yazılmır ki, azərbaycanlıya icazə olar, farsa, ya-xud da orada yaşayan digər millətə olmaz. O cümlədən Gürcüstanla müqavilə də iki dövlət arasında bağlanıb. Biz orada yaza bilmərik ki, azərbaycanlı 3 aylıq gələ bilər, gürcü 1 aylıq, yaxud da digər formada. Ona görə də bu məsələlərlə əlaqədar konkret addım atılmalıdır ki, gələn şəxslərin kimlərdən ibarət olması artıq bilinsin və biz öz dövlətimizin tam təhlükəsizliyinə təminat verə bilək. Əksər ölkələr diplomatik pasportlar və digər xidməti pasportlarla vizasız sistemə keçib. Bizim də Avropa Birliyi ilə bununla bağlı müqavilələrimiz var. Bu, tədricən, addım-addım həyata keçiriləcəkdir. Gələcəkdə Türkiyə ilə də danışıq əsasında vizasız sistemə keçə bilərik. Amma günün tələbi ondan ibarətdir ki, həmin məsələlər bu şəkildə həyata keçirilməlidir. Ona görə də mən qanun layihəsinin qəbul edilməsinə tərəfdaram. Xahiş edirəm, səs verək, qəbul edək.
Sədrlik edən. Fərəc Quliyev.
F.Quliyev. Mən çox qısa danışacağam, narahatlığa əsas yoxdur. Mən hesab edirəm ki, hər kəs bu sənədin qəbul edilməsinin məntiqini, fəlsəfəsini anlayıb. Naxçıvandakı vəziyyətlə bağlı hesab edirəm ki, dərhal Türkiyə ilə viza rejiminin aradan qaldırılması barədə danışıqlar aparılmalı, müəyyən sənədlər qəbul edilməlidir. Orada Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi məsələsi həll olunur. Naxçıvandan Türkiyəyə məhsulların aparılması, başqa ticarət, iqtisadi əlaqələrin daha da sadələşdirilməsi üçün gömrükdə avtonom tariflərin tətbiqi ilə bağlı yeni məsələlərə baxılmalıdır. Bu iki məsələ nəzərə alınarsa, məncə, problem olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zeynəb Xanlarova.
Z.Xanlarova. Əzizim Ziyafət müəllim, mən yoldaşlara qulaq asıram, Qüdrət müəllimin çıxışı çox xoşuma gəldi. O nə dedisə, elə bil ki, mənim ürəyimdən dedi. Mən belə başa düşürəm, bəlkə düz deyil, ancaq öz fikrimi deyirəm ki, onlar bizim qardaşlarımızdırlar. Qardaşı da qardaşdan ayırmaq olar?! İnsanlar var ki, xəstədir, istəyir, oraya gedib ya əməliyyat olunsun, ya da qohum-qardaşla görüşsün. Onları bundan da məhrum etmək, açığını deyim, heç kimə xoş gəlməz.
Bütün millət bizə baxır və əgər səsverməyə bu layihəni çıxarırıqsa, açığını deyim, mən əleyhinə səs verəcəyəm. Mən istəmirəm, bu qanun ləğv edilsin, onlar mənim qardaş-larımdır.
Əgər farsları düşmən hesab ediriksə, bu qanunu onlar üçün tətbiq edin. Əgər respublikamızı, millətimizi qoruyu-ruqsa, onda MTN nədən ötrüdür? Yoxlasınlar da. Əgər adam Azərbaycana pis niyyətlə gəlirsə, yoxlasınlar. İnanın, bəlkə də oradakı azərbaycanlılar da indi gözüyaşlıdırlar. Burada qohumları olan var, gedib gəlirlər. Onları bundan da məhrum etmək düzgün deyil. Mən qanun layihəsinin əleyhinə səs verəcəyəm.
Sədrlik edən. Zeynəb xanım, mən istəyirəm, bu məsələyə bir balaca aydınlıq gətirim. Söhbət ondan getmir ki, onlar düşməndirlər, ya qardaş. Bəli, orada yaşayanların hamısı bizim qardaşlarımızdır. Burada heç bir problem və başqa bir fikir yoxdur.
Əvvəla, deyim ki, memorandumun vaxtı, müddəti bitib. Ona görə də artıq ləğv edilməlidir. Bu, dövlətlər arasında olan sazişdir. Əgər müqavilənin vaxtı bitibsə, bu ya uzadıl-malı, ya da ləğv edilməlidir. Siyavuş müəllim də qeyd etdi, mən güman edirəm ki, danışıqlar aparılacaq, yeni müqavilə bağlanacaq, memorandum imzalanacaq və biz onu yenidən ratifikasiya edəcəyik, sağlıq olsun. Amma eyni zamanda, onu da demək istəyirəm ki, söhbət sərhədin bağlanmasından getmir. Zeynəb xanım, o qardaşlar, bacılar yenə gəlib gedəcəklər, amma viza ilə. Sadəcə olaraq, yeni qanun, saziş, müqavilə hazırlanana qədər viza sistemi tətbiq ediləcək. Əgər yeni müqavilə hazırlanarsa, Milli Məclisə təqdim edilər, biz də ona baxarıq, ratifikasiya edərik. Burada qeyri-adi bir şey yoxdur. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 90
Əleyhinə 4
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsidir. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 89
Əleyhinə 5
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar! Bildiyiniz kimi, İnzibati Xətalar Mə-cəlləsinin 130-cu maddəsi uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə sanksiyalar nəzərdə tutur. Amma təbii ki, aviasiya təhlükəsizliyi daha genişdir. Məhz buna görə də cənab Prezident tərəfindən aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə məsuliyyət və yeni 130-2-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu maddədə nəzərdə tutulan sanksiyalar artıq bizim İnzibati Xətalar Məcəlləsində nəzərdə tutduğumuz ümumi tendensiyaya uyğun olaraq kifayət qədər ciddi sanksiyalardır. Aydındır ki, aviasiya təhlükəsizliyi birbaşa insanların təhlükəsizliyi deməkdir. Hesab edirəm ki, bu cür sanksiyaların tətbiq edilməsi insanlarımızın təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Əgər çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Qeyd etmək istəyirəm ki, Cinayət-Pro-sessual Məcəlləsinə təklif edilən bu dəyişikliklər üzərində artıq bir neçə ildir iş gedir. Xatırlayırsınızsa, Konstitusiya Məhkəməsinin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı qərarı, təfsiri olmuşdu. Bu barədə şərh verilmişdi. Söhbət ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varislərindən gedir.
Bir neçə il bundan əvvəl belə bir hadisənin baş verməsi buna səbəb olmuşdu. Zərərçəkən tərəflər, yəni ölmüş təq-sirləndirilən şəxslərin yaxınları, qohumları şikayət edirdilər. Çünki burada həmin şəxsin, hüquqi varisin hüquqlarından və vəzifələrindən söhbət gedirdi. Əlbəttə, biz Konstitusiya Məhkəməsinin müvafiq qərarından irəli gələrək Cinayət-Prosessual Məcəlləsində kiçik bir dəyişiklik etdik, amma bu, hüquq mühafizə və prokurorluq orqanlarının belə hallarda cinayət işini axıra qədər aparmaları üçün kifayət etmədi. Əgər bəraətverici əsaslar varsa, burada konkret bir nəticə olmalıdır. Bax, həmin işçi qrupunun işləyib təqdim etdiyi layihə bundan ibarətdir.
Belə hallar çox az olur, amma bu zaman da hüquqi varisin tanınması ilə bağlı prosedur çox dəqiq nəzərə alınmalıdır deyə 106-1-ci maddənin əlavə edilməsi təklif olunur. Mən indi həmin detallar üzərində dayanmaq istəmirəm, bu daha çox istintaqın gedişində lazım olan detallardır. Amma bir hüquqşünas kimi onu deyə bilərəm ki, bu maddənin belə dəqiq qeyd edilməsi həmin istintaq hərəkətlərinin həyata keçirilməsi üçün kifayət qədər vacibdir. Millət vəkillərindən Cinayət-Prosessual Məcəlləsinə təklif olunan bu dəyişikliyə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun, qanun layihəsinin müzakirəsinə başlayırıq. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən dü-şünürəm ki, bizə təqdim olunan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi çox mütərəqqi normaları əks etdirir. Mən niyə belə düşünürəm? Bizim Cinayət-Prosessual Məcəlləmizdə 106-cı maddə var. Orada zərərçəkmişin hüquqi varisindən söhbət gedir. İndi bu dəyişiklik nəticəsində həmin hüquqi varislik həm də ölmüş təqsirləndirilən (şübhəli) şəxslərə da aid edilir.
Siz bilirsiniz ki, çox az sayda da olsa, vicdansız, öz vəzi-fəsini cinayətkarcasına yerinə yetirən təhqiqatçı, müstəntiq, prokuror və yaxud da hakimlər bəzən şəxsin ölməsi ilə əlaqədar olaraq açılmamış cinayətləri onların “belinə qoyurdular” və beləliklə də, əsl cinayətkarı cinayət məsuliyyətindən kənarda saxlayırdılar. Cəzanın labüdlüyü prinsipinin belə pozulması cinayətkarı daha da azğınlaşdırırdı və o daha da ağır cinayətlər törədirdi. Digər tərəfdən isə bu, ölmüş təqsirləndirilən və ya şübhəli şəxsin qanunsuz ittihama məruz qalmasına səbəb olurdu. Hesab edirəm ki, bu dəyişikliklərlə əlaqədar belə halların qarşısı az da olsa alınacaqdır.
Əsl cinayətkarın layiq olduğu cəzanı çəkməsi yaramazlar üçün müəyyən dərəcədə xəbərdarlıqdır. Ancaq cinayət törətməmiş şəxslərin müəyyən ittihamlara məruz qalmaları təkcə təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin yox, həm də cəmiyyətin vicdan məsələsidir. Hesab edirəm, bu dəyişikliklər nəticəsində həmin məsələ müəyyən dərəcədə həllini tapacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əgər çıxış etmək istəyən yox-dursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədədir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar! Hesab edirəm ki, Cinayət Məcəlləsinə təklif edilən bu dəyişikliklər həm Azərbaycanın hüquq ictimaiyyəti, həm də bütövlükdə cəmiyyət üçün çox vacibdir. Cinayət Məcəlləsində edilən bu dəyişikliklər “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasına qoşulduqdan sonra milli qanunvericiliyimizi həmin konvensiyaya uyğunlaşdırmaq məqsədi ilə həyata keçirilir.
Qeyd etsəm ki, bu, humanitar hüququn tətbiqidir və təəs-süf, Azərbaycan özü də işğal olunmuş ərazilərində hu-manitar sahədə xeyli ziyan çəkib, bu dəyişikliyin nə dərə-cədə əhəmiyyətli olduğunu görəcəksiniz. Hərbi zərurət ol-madan qəsdən mədəni sərvətlərimizin məhv edilməsi, o cümlədən işğal edilmiş ərazilərdə hər hansı arxeoloji qazıntıların aparılması məsələsi mövcuddur və Azərbaycan bundan ziyan çəkir. Mətbuatda da bu barədə məlumat verilir.
Həmin konvensiyadan irəli gələrək Cinayət Məcəlləsində belə bir dəyişiklik etməyimiz ən azından milli qanunvericiliyimizdə bu normaların tətbiqinə və gələcəkdə belə hallara yol verən insanları və yaxud təşkilatları məsuliyyətə cəlb etmək imkanı verəcəkdir. Bir daha qeyd etmək istəyirəm ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklər YUNESKO-nun rəy və təklifləri nəzərə alınmaqla həyata keçirilir.
Bu dəyişikliklər həm də hazırda ölkəmizdə İçərişəhərin və Qobustanın YUNESKO-nun gücləndirilmiş mühafizə statusu verilmiş abidələri siyahısına salınmasına da öz töhfəsini verəcəkdir. Yəni bu çox vacibdir. Çünki YUNESKO-nun da bizə verdiyi tövsiyələrdən biri o idi ki, konvensiyada göstərilən normalar milli qanunvericilikdə təsbit edilsin. Düzdür, biz hüquqşünaslar üçün bu, problem deyil, çünki bizim Konstitusiyaya əsasən qoşulduğumuz konvensiyalar milli qanunvericiliyimizin tərkib hissəsidir. Hesab edirəm, bizim həm də borcumuzdur ki, həyatımız üçün vacib olan məsələləri milli qanunvericiliyimizə köçürək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Elmira Axundova, buyurun.
E.Axundova. Müzakirəyə təqdim edilmiş bu məsələ xüsusilə diqqətimi cəlb etdi. Cinayət Məcəlləsində mədəni sərvətlərə qarşı törədilmiş cinayətkar əməllərə görə cəza nəzərdə tutan dəyişikliklərin edilməsini çox müsbət qiymətləndirirəm. Əli müəllimin də dediyi kimi, Azərbaycan Respublikası “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il mayın 14-də Haaqada imzalanmış Beynəlxalq Konvensiyaya qoşulmuş olsa da, Cinayət Məcəlləsində müvafiq düzəlişlər edilmədiyi üçün mədəni sərvətlərin qorunması ilə bağlı etdiyimiz bir sıra müraciətlərə beynəlxalq təşkilatlar tərəfindən baxılmır.
Bu dəyişikliyin edilməsi təqdirəlayiq haldır və nəzərə almaq lazımdır ki, keçən 20 il ərzində işğal altında olan ərazilərimizdə bir çox kitabxanalar, muzeylər, təhsil ocaqları yerlə yeksan edilmiş, mədəni və tarixi abidələrimiz dağıdılmış, daşına bilən mədəni sərvətlər ölkə ərazisindən kənara çıxarılmış, satılmış və ya mənfur düşmənlərimiz tərəfindən milliləşdirilmişdir.
Bu dəyişikliklərlə yanaşı, mənim müxtəlif səlahiyyətli qurumlara vacib bir təklifim var. Təklif edərdim ki, mü-təxəssislərdən ibarət səlahiyyətli komissiya və ya bir qurum yaradılsın. Əgər belə bir qurum mövcuddursa, müsbət haldır. Ancaq hələ də yoxdursa, onda bu komissiya yaradılmalı, işğal edilmiş ərazilərimizdə qalmış mədəni sərvətlərin dolğun siyahısını hazırlamalı, arxiv, statistik və digər rəsmi sənədlərə əsaslanaraq obyektiv qiymətləndirməni həyata keçirməlidir. Eyni zamanda, dəymiş ziyanın həcmi müəyyənləşdirilməli, gələcəkdə beynəlxalq məhkəməyə və təşkilatlara günahkarların cəzalandırılması üçün təqdim edə biləcəyimiz ətraflı və əsaslı hüquqi sənəd ərsəyə gətirilməlidir. Mənə elə gəlir ki, bu məsələ artıq gündəmdədir və aktualdır. Bilirəm ki, bu məsələ qiymətləndirmə işində güclü mütəxəssislərimizdən olan həmkarımız Xanhüseyn Kazımlını da narahat edir və o bu çətin, şərəfli işi öz öhdəsinə götürməyə hazırdır. Hesab edirəm ki, bəzi dövlət qurumlarımız qiymətləndirmə məsələsində bu komissiyaya şərait yaratmalı və öz sənədləri ilə onlara yaxından köməklik göstərməlidirlər.
Digər təklifim ondan ibarətdir ki, hər hansı bir şəkildə xarici ölkə və vətəndaşlara satılmış, daşına bilən mədəni sərvətlərimizin yeri araşdırılmalı, hal-hazırda saxlandığı yerlər müəyyən edilməli və onların geri, yəni Azərbaycan Respublikası ərazisinə qaytarılması təmin edilməlidir. Bu mədəni sərvətlər gələcək nəsillər üçün qorunub saxlanmalıdır. Yeri gəlmişkən, bu işi də yuxarıda təklif etdiyim komissiya və ya hər hansı bir qurum həyata keçirə bilər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər çıxış etmək istəyən yoxdur-sa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, biz indi 15-ci məsələni səsə qoyduq. 16-dan 21-ci məsələyə qədər olan qanun layihələri cənab Prezident tərəfindən bir zərfdə təklif edilib. Ona görə də etiraz etmirsinizsə, Əli müəllim bu qanun layihələrini bir yerdə məruzə etsin, səsverməni ayrıca apararıq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, buyurun.
Ə.Hüseynli. Hörmətli Ziyafət müəllim, təklifinizə görə çox sağ olun. Çünki həqiqətən də, 16-dan 21-ə qədər olan məsələlər siyasi partiyalar haqqında qanunvericiliyin pozulması ilə bağlıdır. Birinci, 16-cı məsələ siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti nəzərdə tutur və burada konkret hallar göstərilir. Eyni zamanda, 17-ci məsələ siyasi partiyada üzvlüyə məcbur etməyə görə məsuliyyəti nəzərdə tutur və təklif edilir ki, Cinayət Məcəlləsinə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə cərimə sanksiyası və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma əlavə edilsin. Hesab edirəm ki, bu sanksiya kifayət qədər normaldır. Çünki siyasi fəaliyyət azad bir fəaliyyətdir, konstitusion hüquqdur və buna məcbur etməyə görə, əlbəttə, cəza nəzərdə tutulmalıdır.
18-ci məsələ daha çox dəqiqləşdirmə xarakteri daşıyır və təklif edilir ki, siyasi partiyada rəhbər orqanların qərar-gahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılsın. Çünki həqiqətən, hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer həm də onların qərargahlarının yerləşdiyi yer kimi başa düşülməlidir.
19-cu məsələ də dəqiqləşdirmə xarakteri daşıyır. Belə ki, mövcud variantda qeyd edilir ki, iddia ərizəsi siyasi parti-yanın və ya siyasi partiyanın nizamnaməsində edilmiş dəy-işikliklərin dövlət qeydiyyatına alınmasından imtinaya qarşı müvafiq siyasi partiya tərəfindən verilə bilər. Amma təklif edilir ki, siyasi partiyanın nizamnaməsində və ya adında edilmiş dəyişikliklər iddia ərizəsində göstərilsin.
20-ci məsələ də müəyyən mənada dəqiqləşdirmə xarakteri daşıyır. Belə ki, burada “həmkarlar ittifaqları siyasi partiyaların rəmzi nişanlarından istifadə edə bilməzlər” müddəasından “nişanlarından” sözünün çıxarılması təklif edilir. Həqiqətən də, həmkarlar ittifaqları siyasətdən kənardır və təbii ki, onlar öz fəaliyyətlərində siyasi partiyaların rəmzlərindən istifadə etməməlidirlər. Çünki belə niyyətləri olarsa, bu artıq siyasi fəaliyyət deməkdir.
Hörmətli Ziyafət müəllim, mən, eyni zamanda, millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm ki, bu məsələlər zərf şəklində bizim komitədə də müzakirə edildi. Bir məsələ ilə bağlı komitədə fərqli fikirlər, təkliflər oldu. Söhbət dövlət və ya yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsi məsələsi ilə bağlı idi. Birincisi, bu məsələ “Dövlət qulluğu haqqında” Qanunda öz əksini tapmışdır və 21-ci məsələ kimi gündəliyə daxil edilmişdir. Amma eyni zamanda, 16-cı məsələdə İnzibati Xətalar Məcəlləsinə təkliflərdə də nəzərdə tutulurdu ki, siyasi partiyalar haqqında qanunvericiliyin pozulması da inzibati xəta hesab edilsin. Bu məsələ həm komitədə, həm də komitə sədrlərinin birgə iclasında müzakirə olundu və təklif edildi ki, İnzibati Xətalar Məcəlləsindən 49-4 1.1-ci bənd və eyni zamanda, “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi məsələsi, yəni 21-ci məsələ müzakirədən çıxarılsın. Biz bununla bağlı təkliflərimizi qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etdik, razılaşdırdıq. Xahiş edirəm, komitənin də mövqeyini nəzərə alasınız.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, onda 21-ci məsələ səsə qoyulmur? Aydındır, çox sağ olun. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim, mən yalnız 17-ci məsələ, yəni Cinayət Məcəlləsinə əlavə edilən 169-1-ci maddə ilə bağlı etirazımı bildirmək istəyirəm. Komitənin iclasında da söylədim ki, belə bir normanın yara-dılmasına, tətbiq edilməsinə ehtiyac yoxdur. Əvvəla, hüquq nəzəriyyəsindən, ümumiyyətlə, qanunvericilik praktikasından bilirik ki, hər hansı bir cəmiyyətdə mövcud olan ictimai münasibətin cinayət hüququ qaydasında təqib olunması üçün belə münasibətlər yaranmalıdır. Yəni hər hansı bir əməlin kriminallaşdırılması, onun təqib olunması üçün ilk növbədə belə əməl törədilməlidir. Mən o zaman da hörmətli Əli müəllimə sual verdim ki, bizim komitəyə hüquq mühafizə orqanlarından, yaxud qanunvericilik təşəbbüsünün subyektindən belə məlumat daxil olubmu? Praktikada belə bir hal varmı? Belə bir şey yoxdursa, bizim bunu cinayət hüququ normasına tətbiq etməyimizin mənası nədir?
İkincisi, komitədə müzakirələr zamanı deputat həmkarım Rafael Cəbrayılov sual verdi ki, maddədə siyasi partiyaya daxil olmağa məcburetmə, onun üzvlüyündə qalmağa məc-buretmə halları var, bəs siyasi partiyanın üzvlüyündən çıxmağa məcburetmə məsələsi niyə yoxdur? Tutaq ki, hər han-sı bir şirkətin müxalifətçi prezidenti öz işçisini məcbur edir ki, sən hakim partiyanın üzvlüyündən çıxmalısan. Belə hal-larda niyə cinayət məsuliyyəti nəzərdə tutulmur? Misal üçün deyirəm. Düşünürəm ki, ümumiyyətlə, 169-1-ci maddə çıxarılmalıdır. Bu maddə xüsusilə müxalifət partiyalarına qarşı münasibətdə sui-istifadə hallarına yol vermiş olacaq. Bəzi öyrədilmiş adamlar, təxribatçı insanlar məqsədyönlü şəkildə ayrı-ayrı partiyalara üzv olub, sonra deyəcəklər ki, bizi həmin partiyaya üzv olmağa, partiyanın sıralarında qalmağa məcbur etdilər. Hüquq mühafizə orqanları araşdırsın, görsün, bu, həqiqətdə belə olub, yoxsa yox? Biz praktikada istintaqın aparılması çətin olan məsələlərlə bağlı norma yaradırıq. Düşünürəm ki, buna qətiyyən ehtiyac yoxdur. Onsuz da Azərbaycanın bədxahları çoxdur, əlavə olaraq bu addımı ataraq biz də imkan veririk ki, Azərbaycana qarşı müəyyən tənqidlər, etirazlar olsun. Ona görə də təklif edirəm ki, 169-1-ci maddə ilə bağlı 17-ci məsələ, ümumiyyətlə, gündəlikdən çıxarılsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Mən də bu dəyişikliklərə tərəfdaram. Qüdrət müəllim 17-ci məsələ ilə bağlı qeyd et-di. Doğrudan, “Siyasi partiyalar haqqında” Qanunda, o cü-mlədən hər bir siyasi partiyanın özünün nizamnaməsində belə bir müddəa var ki, siyasi partiyaya üzvlük könüllülük əsasında həyata keçirilir. Yəni artıq bu normalar qanunda və partiya nizamnamələrində öz əksini tapıbdır. Əgər burada məcburi hallar varsa, söhbət hər hansı müxalifət partiyasından və ya qeyrisindən getmir.
Bu gün müxtəlif təmayüllü partiyalar yaranır ki, onlar in-sanların zəif yerlərindən dinə və ya başqa bir sahəyə meyillərindən istifadə edib bu məsələlərə cəlb edirlər. Bəlkə bu adamın ictimai-siyasi proseslərlə məşğul olmağa həvəsi yoxdur. Sadəcə, dindar bir insandır, onu məcburiyyət qarşısında qoyurlar və çıxılmaz vəziyyətdə qalır.
Yəni qanunun tələbi ondan ibarətdir ki, siyasi partiyalara üzvlük könüllülük əsasında həyata keçirilir. Yəni adam könüllü müraciət edirsə, qəbul edilir. Hər bir partiyanın özünün müxtəlif qəbul formaları var və bilirsiniz ki, partiyaya qəbul fərdi deyil, kollegialdır. Bunu sübut etmək o qədər də böyük məsələ deyil. Yəni hər bir partiya təşkilatının idarə heyəti şəxsi qəbul edir, ərizəsinə, müraciətinə, nəyə əsasən bu partiyaya üzv olmasına baxır. Əgər orada məcburedici amillər, detallar olacaqsa, dərhal ortaya çıxacaq. Hesab edirəm, burada geniş istintaqa ehtiyac qalmır. Ona görə də deputat həmkarlarımızdan xahiş edirik, layihəyə səs versinlər, qəbul edilsin.
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən yox-dur? Onda, xahiş edirəm, qanun layihələrinə münasibət bildirək. 16-cı məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azər-baycan Respublikası qanununun layihəsi barədədir. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 17-ci məsələyə – Azərbaycan Respublika-sının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 91
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
18-ci məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
19-cu məsələyə – Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, 20-ci məsələ “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev, məruzə edin.
Ç.Əsədullayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! “Mühasibat uçotu haq-qında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklər bu qanunu “Siyasi partiyalar haqqında” Azər-baycan Respublikasının Qanununa uyğunlaşdırmaq zərurətindən irəli gəlir. “Mühasibat uçotu haqqında” Qanuna təklif olunan dəyişikliklərə görə siyasi partiyalar maliyyə hesabatlarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması qaydalarına uyğun tərtib edirlər. Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirirlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Məruzə edir Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev. Tahir müəllim, buyurun.
T.Rzayev, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mümkünsə, hər iki qanun layihəsini təqdim edim. Ayrılıqda səsə qoyaq. Olarmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun.
T.Rzayev. Hörmətli deputat həmkarlarım, təqdim edilən qanun layihəsi Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsini nəzərdə tutur. Bu dəyişikliklər Ağdaş şəhərinin əhalisinin artımı, sosial-iqtisadi inkişafı, tikinti-abadlıq işlərinin genişləndirilməsi ilə əlaqədardır. Qanuna əsasən Ağdaş şəhəri ilə həmsərhəd olan Məşəd kənd inzibati ərazi dairəsi tərkibindəki Məşəd kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır. Məşəd kəndinin ərazisi bütövlükdə, habelə Yuxarı Qəsil, Dəhnəxəlil, Aşağı Zeynəddin və Qaradağlı kəndlərinin ərazilərindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan 1236,64 hektar torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilir.
Həmçinin Məşəd kəndinin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılaraq Ağdaş şəhərinin inzibati ərazisinə birləşdirilməsi ilə əlaqədar həmin kənd mərkəzi olduğu Məşəd kənd inzibati ərazi dairəsi mərkəzi Gürcüva kəndi olmaqla Gürcüva kənd ərazi dairəsi hesab edilir.
Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi ilə əlaqədar lazımi sənədlər təqdim edilərək komitədə müzakirə olunmuş və Milli Məclisin müzakirəsinə verilmişdir.
Təqdim edilən digər qanun layihəsinə əsasən Azərbaycan Respublikasının Astara rayonunun Ərçivan kənd inzibati ərazi dairəsi tərkibindəki Ərçivan kəndinə qəsəbə statusu verilir və həmin kənd inzibati ərazi dairəsi Ərçivan qəsəbə inzibati ərazi dairəsi hesab edilir.
Kəndlərimizin gündən-günə abadlaşdırılması və qəsəbələrə çevrilməsi inkişafımızın göstəricisidir. Hesab edirəm ki, bu qanun layihələrinə bütün deputat həmkarlarım dəstək verəcəklər. Çox sağ olun.
Sədrlik edən. Tahir müəllim, sağ olun. Xahiş edirəm, 23-cü məsələyə – Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, növbəti məsələyə, Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, gündəliyimizin axırıncı məsələsi “Sosial müa-vinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verir.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Bu layihə qanun yaradıcılığı texnikası baxımından edilən dəyişiklik haqqındadır. “Məşğulluq haqqında” Qanunda olan bir sıra müddəalar “Sosial müavinətlər haqqında” Qanunda öz əksini tapmalıdır. Yəni böyük bir müzakirəyə ehtiyac yoxdur, sırf texniki məsələdir.
Sədrlik edən. Amma görək Elmira xanım nə fikirləşir. Ehtiyac var, yoxsa yox?! Buyurun, Elmira Axundova.
E.Axundova. Ziyafət müəllim, ehtiyac var. Çünki lazımlı və gərəkli dəyişikliklərdir. Sadəcə olaraq, işsizliklə əlaqədar bir sıra vacib təkliflərim var. Bu çox aktual məsələdir və bir deputat olaraq biz bununla tez-tez rastlaşırıq.
Yerli məşğulluq mərkəzlərinə iş axtaran vətəndaşlar üçün müraciət etmişik. İlk növbədə əmək bazarının tələbatı və vətəndaşın peşəsi, ixtisası, iş təcrübəsi və sair xüsusiyyətləri nəzərə alınaraq müvafiq iş yerləri təklif edilməlidir. Lakin biz hamımız deputat olaraq şahidik ki, seçicilərimiz məşğulluq mərkəzlərinə müraciət etdikdə onlara peşələrinə uyğun olmayan, əsasən, fəhlə işləri və ya maaşı çox aşağı – 100–150 manat olan işlər təklif edilir. Bu da vətəndaşların təklif olunan işlərdən imtina etmələri ilə nəticələnir və onlar işsizlər ordusunun sıralarını genişləndirirlər. Bu da ürəkaçan hal deyil.
Düşünürəm ki, vətəndaşların münasib işlə təmin edilmələrinin başqa bir yolu Dövlət Məşğulluq Xidmətinə daha geniş səlahiyyətlərin verilməsidir. Test imtahanı tələb edilməyən dövlət qurumları, həmçinin təsərrüfat hesablı idarələr, hətta özəl müəssisələr özlərinin vakant yerləri barədə adı çəkilən dövlət qurumuna məlumat verməlidir. Ancaq onlar çox vaxt bundan imtina edirlər, bir növ bu iş yerlərini gizlədirlər. Hesab edirəm ki, münasib işlə təmin edilmə probleminin həllinə bu yolla qismən də olsa, nail olmaq mümkündür.
İkinci məsələ, maraqlıdır ki, ölkədə rəsmi qeydiyyatda olan işsizlərlə faktik işsizlər arasında kəskin fərq mövcud-dur. Məsələn, rəsmi statistik məlumatlara görə ölkə ərazisində 250 minə yaxın işsiz vətəndaş var. Halbuki 37 minə yaxın işsiz qeydiyyata alınmışdır. Fərq 5 dəfədir. Lakin onlara da birillik işsizlik müavinətinin ödənilməsi üçün dövlət büdcəsindən 4 milyon manat vəsait ayrılır. Bu rəqəmi bölsəniz, görərsiniz ki, bir işsiz vətəndaşa ildə təqribən 108 manat müavinət düşür. Bu çox cüzi bir rəqəmdir. Belə olan halda Dövlət Məşğulluq Xidməti öz vəzifəsinin öhdəsindən necə gələ bilər? Ona görə də müvafiq qurumlardan çox xahiş edirəm ki, Dövlət Məşğulluq Xidmətinə daha yüksək məbləğdə vəsait ayrılsın ki, bizdə də inkişaf etmiş dünya dövlətlərində olduğu kimi, ayrılan vəsait işsiz vətəndaşlara öz sosial və digər problemlərini həll etmək imkanı versin.
Üçüncü məsələ, ölkəmizdə aparılan iqtisadi islahatların nəticəsi olaraq respublika üzrə orta aylıq əmək haqqı, demək olar ki, hər il artırılır. Bu, müsbət haldır. Amma işsizlərə ödənilən müavinətin maksimum məbləği respublika üzrə orta aylıq əmək haqqını tənzimləməlidir. Lakin işsizlik müavinətinin həcmi, demək olar, bir neçə ildir ki, dəyişməz olaraq qalır. Bu isə nəticədə ödənişlərin vaxtlı-vaxtında edilməməsinə və vəsaitin çatışmamasına səbəb olur. Nəticədə dövlət tərəfindən ayrılan vəsait təyin edilən vaxtdan tez qurtarır, camaat da narazı qalır. Ona görə çox xahiş edərdim ki, ayrılan vəsaitin həcmi əhəmiyyətli dərəcədə artırılsın.
Müvafiq qanunvericiliyə görə mülkiyyətində torpaq payı olanlar məşğul şəxslər hesab edilirlər. Yəni bu qrup şəxslərə işsiz statusu verilə bilməz. Amma biz bilirik ki, yarım sot torpağı olan var, torpağı şoran olan var. Belə insanların torpağı olsa da, həyat səviyyəsi çox aşağıdır. Bəs onların yaşayışı necə təmin edilməlidir?
Aidiyyəti qurumlardan xahiş edirəm ki, yuxarıda qeyd etdiyim məsələlərin həlli ilə bağlı təkliflərini Milli Məclisə təqdim etsinlər. Ümumiyyətlə, mənə elə gəlir ki, məşğulluq məsələləri ilə əlaqədar belə hallar çoxdur. Ona görə ki, qanunvericilikdə də boşluqlar var. Düşünürəm ki, qaldırılan məsələlər çox aktualdır və çox xahiş edirəm, həm Milli Məclisin müvafiq komitələri, həm də dövlət qurumları bu məsələlər üzərində ciddi iş aparsınlar və yaxın vaxtlarda bunlarla bağlı müəyyən tədbirlər görsünlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm, Elmira xanım. Düzdür, dediyiniz təkliflər müzakirə etdiyimiz qanun layi-həsinin predmetinə aid deyil, amma diqqətçəkən məsələlərdir. Hadi müəllimə təqdim edin, gələcəkdə bunları müzakirə edib nəzərə almaq olar. Xahiş edirəm, başqa çıxış edən yoxdursa, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Bununla da iclasımız sona çatır. Növbəti iclasın tarixi haqqında sizə məlumat veriləcək.