05.03.2013 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  59

Mill Məclisin  iclas  salonu.
5  mart  2013-cü  il.

İclasa  Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədr O.Əsədov  sədrlik  etmişdir.


İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 100
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Elmira Süleymanova, Azərbaycan Respublikasının İn-san hüquqları üzrə müvəkkili (ombudsman).
Aydın Səfixanlı, Azərbaycan Respublikasının İnsan hü-quqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri.
Mehman Əmirəliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri.
Zaur Əliyev, Azərbaycan Respublikasının İnsan hüquq-ları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri.
Vüqar Məhərrəmov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri.
Adil Eyvazov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsi müdirinin müavini, İqtisadi və sosial hüquqların müdafiəsi sektorunun müdiri.
Zemfira Məhərrəmli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri.


 
* * *

Adil Kərimov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Müalicə və tibbi yardımın təşkili şöbəsi müdirinin müavini.
Nəsib Quliyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə mü-vəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
2. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gundən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Res-publikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Azay Quliyev, Məlahət İbrahimqızı, Fazil Mustafa, Musa Qasımlı, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, İqbal Ağazadə, Zahid Oruc, Asəf Hacıyev

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Elmira Süleymanova, Ziyafət Əsgərov, Zahid Oruc, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Elmira Axundova, Astan Şahverdiyev, Qənirə Paşayeva, Aqiyə Naxçıvanlı, Aydın Mirzəzadə, Siyavuş Novruzov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 102
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miq-rasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”-də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.06 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir 95
Nəticə: Qəbul edildi

3. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişik-liklər edilməsi barədə Azərbaycan Respublikası qanunu-nun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Yevda Abramov, Siyavuş Novruzov, Çingiz Qənizadə, Qüdrət Hə-sənquliyev, Fazil Mustafa, Ziyafət Əsgərov, Rasim Musabəyov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.46 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

4. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqın-da” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.47 dəq.)
Lehinə 92
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikasında daimi yaşayan vətən-daşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasın-da 30 gundən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barə-də” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunu-nun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.48 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

6. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.49 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının 1996-cı il 17 may ta-rixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbay-can Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.51 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

8. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Rəbiyyət Aslanova, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.56 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

9. Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyə-sinin yaradılması haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.59 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

10. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.59 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

11. Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə, Fəzail İbrahimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.02 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

12. Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Ziyafət Əsgərov, Hikmət Atayev, Cavanşir Feyziyev, Musa Quliyev

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.08 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi


Təklif: Layihənin adı, preambulası, 1–6-cı mad-dələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.21 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi


Təklif: 7–14-cü maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.21 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi


Təklif: 15–16-cı maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.22 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi


Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.24 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.24 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

Azərbaycan  Respublikası
Mill Məclisinin  Sədr
O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

5  mart  2013-cü  il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 100
Yetərsay  83

Yetərsay var. İclasa başlaya bilərik.
Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 12.05 dəq.)
Lehinə 95
Əleyhinə  1 
Bitərəf  1
Səs verməd 1 
İştirak edir  98
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, iclasa başlamazdan qabaq bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Xocalı qurbanlarını anma mərasimləri keçirildi. Tariximizin qara səhifəsi olan Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün görülən işlər ildən-ilə genişlənir. İlk öncə üç ölkənin – Pakistan, Meksika və Kolumbiyanın parlamentlərində bu barədə müvafiq qərar qəbul edilmişdir. Nəzərinizə çatdırım ki, ABŞ-ın artıq yeddi ştatı Xocalı soyqırımını tanıyıb. Son zamanlar Avropa ölkələrindən Bosniya və Herseqovina, Rumıniya, Serbiya və Çexiya parlamentlərində də Xocalı soyqırımı anılmış, müvafiq qətnamələr qəbul edilmişdir. Mən hesab edirəm ki, bu, Azərbaycan dövlətinin və onun Prezidenti cənab İlham Əliyevin xarici siyasətinin təntənəsidir. Bu, bir daha sübut edir ki, Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını dünyaya tanıtmaq istiqamətində bizim işlərimiz yüksək səviyyədə gedir. Mən bu işlərdə zəhməti olan bütün insanlara, o cümlədən Xarici İşlər Nazirliyi xətti ilə, QHT xətti ilə zəhmət çəkmiş insanların hamısına, eləcə də bizim parlament üzvlərinə öz minnətdarlığımı bildirirəm.
İcazə versəydiniz, Xocalı soyqırımını tanıyan ölkələrin parlamentlərinə və bu parlamentlərin rəhbərlərinə sizin adınızdan təşəkkür məktubu göndərərdik. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu etimada görə çox sağ olun. Mən əmi-nəm ki, Azərbaycan həqiqətləri dünya ölkələri tərəfindən ildən-ilə daha çox tanınacaq və qəbul ediləcəkdir. İndi isə müzakirələrə ehtiyac varsa, xahiş edirəm, yazılın. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlarım, hörmətli mətbuat nümayəndələri! Fevral ayı bütövlükdə Xocalı ayı oldu və təkcə ölkə daxilində deyil, ölkə xaricində də Xocalıya həsr olunmuş mühüm tədbirlər keçirildi. Çox sevindirici haldır ki, artıq Azərbaycan həqiqətlərini dünyada yavaş-yavaş bilməyə, tanımağa başlayıblar. Xüsusilə Oqtay müəllimin qeyd etdiyi Avropa ölkələrinin parlamentləri tərəfindən Xocalı ilə bağlı qəbul edilən qərarları yüksək qiymətləndirmək lazımdır. Rumıniya parlamentində üç əsas fraksiyadan olan deputatların buna münasibət bildirməsi, Çexiya parlamentində Xarici əlaqələr komitəsinin Xocalı qətliamını bir soyqırımı kimi tanıması, Bosniya və Herseqovina parlamentində iki mühüm sənədin qəbul edil-məsi, həqiqətən də, böyük uğurdur.
Bilirsiniz ki, Bosniya və Herseqovina parlamentində Er-mənistanın Azərbaycana təcavüzü və soyqırımına dair rəsmi sənəd, eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması və ona hörmət olunmasına dair ayrıca qətnamə qəbul edildi. Mən düşünürəm ki, bu, Avropanın mərkəzində yerləşən bir dövlətin, onun hökumətinin və parlamentinin Xocalı soyqırımına, orada həyatını itirmiş insanlara və ümumiyyətlə, Azərbaycan həqiqətlərinə münasibətidir və bunu yüksək qiymətləndirmək lazımdır. Bu bizim üçün mühüm hadisədir.
Qətnamə xüsusi əhəmiyyətə malikdir. Bu qətnamə öz konkretliyi və səlisliyi, eyni zamanda, məsələyə tam obyektiv yanaşması ilə fərqlənir. Ayrıca qeyd olunmalıdır ki, bu qətnamənin Dağlıq Qarabağla bağlı hissəsində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin bir an öncə yerinə yetirilməsi tələb olunur və xüsusilə Xocalıda milli və etnik zəmində törədilmiş kütləvi qırğın bəşəriyyət əleyhinə həyata keçirilmiş cinayət kimi, soyqırımı kimi qəbul edilir.
Şübhəsiz ki, bu cür sənədlərin qəbul edilməsi digər ölkələr üçün müsbət nümunə olacaq və növbəti illərdə Xocalı soyqırımını tanıyan ölkələrin siyahısı genişlənəcəkdir. Əlbəttə, burada cənab Prezident başda olmaqla Azərbaycan dövlətinin, Azərbaycan xarici siyasətinin, Azərbaycan par-lamentinin və eyni zamanda, Azərbaycan vətəndaş cəmiyyətinin böyük rolu var. Mən hesab edirəm, bu iş gələcəkdə də davam etdirilməlidir.
Oqtay müəllim, mən də o ölkələrə təşəkkür məktubunun göndərilməsinin tərəfdarıyam. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun. Oqtay müəllim, bu barədə Siz də, mənim həmkarım Azay müəllim də çox gözəl, ətraflı, mükəmməl məlumat verdiniz. Ona görə bu mövzuda mən qısa danışacağam.
Vaxtilə ulu öndərimiz Azərbaycana qarşı olan informa-siya blokadasını darmadağın etdi. Onun yolunu uğurla da-vam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı titanik fəaliyyət nəticəsində Xocalı soyqırımını Amerika qitəsinin bir neçə dövləti ilə yanaşı artıq Amerika Birləşmiş Ştatlarında 7 ştat tanıdı. Bu gün Avropanın, dünyanın ayrı-ayrı ölkələrinin parlamentləri tərəfindən Xocalı soyqırımı tanınır, Azərbaycanın haqlı işi ilə bağlı qətiyyətli mövqelər sərgilənir. Mən hesab edirəm ki, biz bu fəaliyyətimizi ancaq fevral ayında yox, il boyu davam etdirməli və hər birimiz möhtərəm Prezidentimizin bu yöndə apardığı işə dəstəkçi olmalıyıq.
Hörmətli Oqtay müəllim, hörmətli həmkarlarım, mən nə-yi diqqətinizə çatdırmaq istəyirəm. Bir neçə il bundan qabağa qədər çoxları kimi mən də “Topaz” deyilən yerlərin nə olduğunu bilmirdim. Mən elə bilirdim ki, “Topaz” gənclərin asudə vaxtını təşkil eləmək məqsədi daşıyır. Amma bura tam fərqlidir. İnsanlar evlərini uduzurlar, bütün həyatlarını, fəaliyyətlərini burada mənəviyyatsız bir şeyə həsr edirlər.
Əlimdə siyahı var. Artıq rayonlardan müraciətlər gəlir. Təkcə Nəsimi rayonundan mənə 13 nəfər qadın, ana müra-ciət edib. Hətta universitetlərdən belə şikayət edirlər ki, gəncləri artıq oradan yığmaq olmur. Halbuki ölkəmizin ən ucqar yerlərində belə “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq gənclərimizin asudə vaxtlarının təşkili və ahəngdar inkişafına şərait yaratmaq məqsədi ilə gənclər evləri tikilir, milli olimpiya kompleksləri istifadəyə verilir.
Mən Sizdən çox xahiş edirəm, Azərbaycanın hər yerinə gündən-günə xərçəng xəstəliyi kimi yayılan “Topaz”ın bağ-lanması ilə bağlı parlamentin adındanmı, Sizin adınızdanmı bir müraciət edək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məlahət xanım, “Topaz” qumarxana deyil. Biz Sizinlə bir yerdə bu haqda qanun qəbul eləyəndə Siz özünüz də ona səs vermişdiniz. Yəni bu, həm də idmanın inkişafına görə lazım olan məsələdir. Əlbəttə, kim isə nədən isə şikayət edə bilər. Amma müraciətlər varsa, araşdırarıq, görək nə məsələdir. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk öncə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin qeyd olunması haqqında cənab Prezidentin bir neçə gün öncə verdiyi bir sərəncamla bağlı danışmaq istəyirəm. Bunu çox yüksək bir addım kimi qiymətləndirirəm. Əslində, bu ənənəni Azərbaycanda genişləndirmək lazımdır. XX əsr Azərbaycan tarixinin görkəmli simaları – Məmmədəmin Rəsulzadəyə də, Fətəli xan Xoyskiyə də, Əbdürrəhman Fətəlibəyli-Düdənginskiyə də münasibətin səmimiyyətini göstərməyin artıq zamanıdır. Sizə bir nümunə deyəcəyəm. Ötən dəfə bu məsələni qaldırdım. Mustafa Sübhi adında Türkiyə kommunisti olub. Dənizdə onu öldürüblər. Nə Türkiyənin tarixində bir rolu var, nə Azərbaycana dəxli var. Adına Bakının mərkəzində küçə var. Amma Azərbaycanın müstəqilliyi üçün mübarizə aparmış, həyatını qoymuş, fədakarlıq eləmiş insanların bir çoxunun xatirəsini ən ucuz formada belə yad eləməyə bir az səmimiyyətimiz çatmır.
“Topaz” barədə səslənən fikirlə mən də razıyam. Həqiqətən, çoxlu şikayətlər gəlir. Amma bunu maarifçilik işi aparmaqla həll eləmək lazımdır. Qumarın, ümumiyyətlə, bu ənənənin Azərbaycan cəmiyyətində bir fəlakət olduğunu göstərən təbliğat sistemi işləməlidir. Yoxsa bunlar – futbol proqnozları və başqa məsələlər açıq olmasa da gizli formada onsuz da gedir və bunun mənfi nəticələri ailələrin dağılmasına, müflisləşməsinə gətirib çıxarır.
Xocalı ilə bağlı məsələdə uğurlarımızın əldə olunmasında əməyi olan bütün insanların, ictimai birliklərin fəaliyyətini mən də yüksək qiymətləndirirəm. Amma biz təkcə bu insanlara və qurumlara təşəkkür bildirməklə kifayətlənməməliyik. Bu işdə fədakarlıq göstərib Fransada döyülən iki gəncimizin də müdafiə olunması istiqamətində dövlət səviyyəsində ciddi addımlar atmalıyıq ki, artıq bundan sonra kim isə belə müqavimət göstərəndə arxasında onu müdafiə edəcək bir qüvvənin olmadığını düşünüb qorxmasın və bu addımı cəsarətlə atsın.
Nəhayət, bir məsələ də. 2003-cü ildə Məmmədov Məm-məd Əli oğlu adında bir nəfər Qarabağ partizanları dəstəsində həbs olunmuşdu. Ona ömürlük həbs cəzası verdilər, qalanları müxtəlif müddətlərə azadlıqdan məhrum edildilər. Onların çoxu həbsdən azad olunub. Bir şəxs həbsdədir. Avropa Məhkəməsi işə baxıb Ali Məhkəməyə, Ali Məhkəmə də Apellyasiya Məhkəməsinə qaytarıb. Yəni biz əgər Azərbaycan cəmiyyətinə Qarabağla bağlı nəyi isə mesaj vermək istəyiriksə... Niyyəti Qarabağı azad eləmək olub. Bu, məhkəmədə sübut olunubdur. Açığı, mən belə şəxslərin bu günə qədər ömürlük həbsdə oturmasının anlamını verə bilmirəm. Ona görə də məhkəmə sistemində bu kimi məsələlərə diqqət yetirilməsinin vacibliyini vurğulamaq istəyirəm. Bir daha təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Bir neçə məsələyə münasibət bildirmək istəyirəm. Hər şeydən əvvəl cənab Sədrimizin Xocalıda törədilən soyqırımının tanıdılması ilə bağlı söylədiyi fikirlərə tamamilə qoşuluram. Həqiqətən, builki tədbirlər əvvəlki illərlə müqayisədə həm keyfiyyəti, həm də coğrafiyası baxımından daha yaxşı keçirildi. Bu isə, heç şübhəsiz, cənab Prezidentin yürütdüyü xarici siyasətin uğurlarından biri hesab edilməlidir. Biz millət və dövlət olaraq bu məsələdə heç vaxt belə mütəşəkkil olmamışdıq. Bu il bu oldu. Təbii ki, gələcək illər üçün də yaxşı zəmin hazırlanıb.
Hörmətli Sədr, mən bir məsələyə də toxunmaq istəyirəm. Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində və təşkilatlarda milli birliyimizə, vahid bayrağımıza xələl gətirən “milli azlıq”, “etnik azlıq” ifadələri işlədilir. Mən bunu təhlükəli hesab edirəm. Doğrudur, Azərbaycanda kütləvi informasiya vasitələri azaddırlar. Ancaq onlar Azərbaycan qanunları ilə işləyirlər.
Azərbaycan Respublikasının bütün vətəndaşları bərabər-dir, qardaşdır, azərbaycanlıdır. Onları bir-birindən ayırmağa yönəldilən cəhdlər, bu istiqamətdə nələrinsə şüuraltına yeridilməsi dövlətimizin qanunlarına ziddir. Belə hərəkətlər digərlərində də müəyyən hisslər yarada və gələcəkdə Azərbaycanın altına qoyulan bomba ola bilər.
Buna görə də mən Respublika Prokurorluğunu, Milli Təhlükəsizlik Nazirliyimizi və Daxili İşlər Nazirliyimizi, mənim fikrimcə, narahatedici və həssas olan bu məsələlərə diqqət yetirməyə çağırıram. Xalqımızın və dövlətimizin birliyinə ziyan vuran hər hansı bir hərəkətin qarşısı qətiyyətlə alınmalıdır və buna indidən yol vermək olmaz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən Sizinlə tamamilə razı-yam. Bunlar Azərbaycan xalqının yalnız ziyanına işləyən hərəkətlərdir. Birliyimizə xələl vurmağa səy göstərənlər bir qisim xarici ölkələrin nəfinə işləyərək bu istiqamətdə təlimatlandırılan insanlardır. Bunu biz hamımız bilirik, başa düşürük. Bu məsələlər diqqətdə olmalı və biz hamılıqla bu hərəkətlərə qarşı mübarizə aparmalıyıq. Mən Sizinlə tamamilə razıyam. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də Xocalı soyqırımının tanıdılması ilə bağlı görülmüş tədbirləri təqdir edir və hesab edirəm ki, Azərbaycan bu istiqamətdə çox ciddi uğurlar qazanıbdır. Hətta Türkiyə uzun müddət ermənilərin basqısına qarşı müəyyən tədbirlər görsə də, bu məsələlərdə bizim qədər nəticə əldə eləməyibdir. Amma belə bir məqamda Azərbaycanda Rusiyaya xoş görünmək istəyən bəzi qüvvələr keçmiş sovet ordusunun 366-cı alayına bəraət qazandırıb Xocalı soyqırımında daxili qüvvələri günahlandırmaqla bu məsələlərə çox böyük bir kölgə salır və daha çox ermənilərin xeyrinə işləyən bəyanatlar verirlər. Mən cəmiyyətdə hər hansı bir adamın bu istiqamətdə gördüyü işləri pisləyir və məxsusən deputatlarımızın bu istiqamətdə verdiyi bəyanat və müsahibələrində bir az məsuliyyət hissini artırmasını tələb eləyirəm.
Yeri gəlmişkən, mən parlamentdə qadın deputatlarımızın qarşıdan gələn bayramını təbrik edir, onlara uğurlar arzulayıram. Qarşıdan həm də bizim Novruz bayramı gəlir. Mən cənab Prezidentin bütün bayramlarda əfv fərmanları verməsini dəyərləndirirəm. Düşünürəm ki, Milli Məclis No-vruz bayramı ərəfəsində daha geniş bir amnistiyanın verilməsi ilə bağlı Prezident qarşısında bir təşəbbüslə çıxış eləyə bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Qarşıdan 8 mart – Beynəlxalq qadınlar günü gəlir. Mən bu münasibətlə bizim qadın həmkarlarımızı və bütün Azərbaycan xanımla-rını təbrik edir, onların hamısına can sağlığı, uğurlar arzulayıram.
Oqtay müəllim, məni narahat eləyən məsələ, – buna Fazil bəy də çıxışında toxundu, – özünü demokratiyanın beşiyi adlandıran Fransada, Fransa parlamentində Sumqayıt hadi-sələri ilə bağlı keçirilən bir tədbirdə iki azərbaycanlı gəncin vəhşicəsinə döyülməsidir. Əlbəttə, mən çox razı qaldım ki, bizim Xarici İşlər Nazirliyi dərhal buna reaksiya verdi və müvafiq nota təqdim elədi. Amma düşünürəm ki, bu, parlamentdə baş verdiyinə görə biz bu məsələyə ya parlament, ya da parlamentimizin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi səviyyəsində reaksiya verməli, bunu qətiyyətlə pisləməli və çalışmalıyıq ki, dünya ictimaiyyəti həm ermənilərin, həm də onların havadarlarının nə qədər iyrənc əməllərlə məşğul olduqlarını, hansı əxlaqa və mənəvi keyfiyyətlərə malik olduqlarını bilsin.
İkinci məsələ. Mən vaxtilə Ayaz Mütəllibova eks-prezi-dent statusu veriləndə bu parlamentdə çıxış eləyib söyləmişdim ki, Ayaz Mütəllibovun törətdiyi cinayətlər prezident səlahiyyətlərini yerə qoyandan sonra etdiyi əməllərdir. Yəni o, istefa verəndən sonra yenidən hakimiyyəti zəbt eləmək istəyib və buna görə ona ittiham elan olunub. Mən o zaman da söyləyirdim ki, bu adam özbaşına olan bir şəxs deyil. Bu adam gələcək, yenidən Azərbaycanda təxribatla məşğul olacaq, təxribat əməllərinə son qoymayacaq. Xocalı hadisələri ilə bağlı onun son açıqlamaları da göstərir ki, Dağlıq Qarabağda baş verən proseslərlə bağlı bu adam kifayət qədər provokatordur. Mən əminəm ki, bu adam hələ öz məqamını gözləyir. Ölkədə hansısa xarici qüvvələr birdən vəziyyəti qarışdırıb çaxnaşma yarada bilsələr, görün onda o hansı açıqlamaları verəcək.
Ona görə mən düşünürəm ki, bizim prokurorluq bir daha bu məsələnin üzərinə qayıdıb onu araşdırmalıdır. Bizim “Eks-prezidentlərin statusu haqqında” qəbul elədiyimiz Qanunda qeyd olunur ki, prezident seçilənə qədər və presidentlik dövründə etdiyi əməllərə görə cinayət məsuliyyətindən azad olunur. Amma o, prezidentlik missiyasını başa vurandan sonra cinayətlər törədib. Ona görə bu adam haqqında ölçü götürülməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fransada baş verən hadisəyə münasibəti-nizi bildirdiniz. O hadisə Fransa parlamentində yox, Fransa parlamentinin bir zalında, iki deputatın olduğu bir yerdə baş verib və bunun qiymətini bizdən də qabaq Fransada fransız deputatları özləri veriblər. Azərbaycan hökuməti, eləcə də Xarici İşlər Nazirliyi bu məsələni izləyir. Bildiyiniz kimi, nota da verilib, səfir tərəfindən məhkəməyə müraciət də olunub. Bu məsələ araşdırılır. Nə vaxt cavablandırılacaq, biz onun haqqında sizə xəbər verəcəyik. Qənirə Paşayeva, buyurun.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli milləri vəkilləri! Mən də 8 Mart bayramından öncə son iclas olduğuna görə ilk əvvəl qadınları qarşıdan gələn Beynəlxalq qadınlar günü münasibətilə təbrik edirəm.
Mən bir neçə məsələ barədə fikrimi diqqətinizə çatdırmaq istəyirdim. Hörmətli Oqtay müəllim, bizə Qarabağ müharibəsi əlilləri tərəfindən xeyli müraciətlər olur. Ölkəmizin Prezidenti daim Qarabağ müharibəsi əlillərinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına diqqət göstərir. Bu məsələnin də öz həllini tapması yaxşı olardı. Söhbət Qarabağ müharibəsi əlillərinin dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan övladlarından gedir. Bəllidir ki, əlillərin ciddi problemləri var və onların övladları dövlət ali məktəblərində ödənişli ixtisaslara düşdüyü zaman ailə bu vəsaiti ödəməkdə çətinlik çəkir. Yaxşı olardı ki, Qarabağ müharibəsi əlillərinin övladları bu ödənişdən azad olunsunlar. Bu həm də ölkədə Qarabağ müharibəsi əlillərinə diqqətin daha bir nümunəsi olardı. Ona görə mən çox xahiş edərdim ki, bu məsələyə baxılsın.
İkinci məsələ. Son vaxtlar orduda baş verən bəzi hadisə-lər, təbii ki, cəmiyyətimizdə narahatlıq doğurur. Əlbəttə, biz hüquq-mühafizə orqanlarını bu hadisələri ciddi araşdırmağa və bəzi qüvvələri də bu hadisələrdən istifadə edərək cəmiyyətdə orduya qarşı etimadsızlıq mühiti, mənfi imic yaratmamağa çağırırıq. Bu kimi hallara yol vermək olmaz. Bu bizim ordumuzdur. Amma orduda baş verən hadisələr də ciddi araşdırılmalıdır. Əgər intihardırsa, intihar hadisəsinin özü də ciddi araşdırılmalı və müəyyənləşdirilməlidir ki, bu intiharlara səbəb nədir.
Mən bu istiqamətdə bir təklif irəli sürmək istəyirəm. Bunu parlamentdə bir neçə dəfə səsləndirmişəm. Mən Sovet İttifaqı zamanı orta məktəbdə oxuduğum illəri xatırlayıram. O dövrdə biz məktəbdə hərbi dərsləri ən yüksək səviyyədə keçir, silahlardan istifadəni öyrənirdik. Ona görə də hərbi xidmətə çağırılan gənclər artıq həm silahları tanıyır, silahla davranmağı bacarır, həm də müəyyən psixoloji hazırlığa malik olurdular. Bu gün məktəblərimizdə hərbi dərslər çox aşağı səviyyədədir. Bu bizim Müdafiə Nazirliyini də, Təhsil Nazirliyini də düşündürməli və məktəblərimizdə hərbi dərslərin səviyyəsi çox ciddi şəkildə artırılmalıdır. Hərbi xidmətə çağırılan gənclərin çoxu orduya orta məktəbi bitirərək gedir. Ona görə artıq orta məktəblərdə gənclərin hərbi xidmətə hazırlanması, silahları bilməsi, silahla davranmağı bacar-ması, fiziki və psixoloji hazırlığı çox önəmlidir. Bizim bu istiqamətdə işimizi gücləndirməyə çox ciddi ehtiyacımız var. Bu istiqamətdə də parlamentin öz rolu olmalıdır.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də burada qaldırılan bir məsələyə diqqəti yönəltmək istərdim. Xocalı faciəsi XX əsrin sonu, XXI əsrin astanasında azərbaycanlı-lara qarşı dəhşətli bir soyqırımı və deməli, həm də bəşəriy-yət əleyhinə həyata keçirilmiş soyqırımıdır. Bu faciənin dünyaya çatdırılması, ona beynəlxalq aləmdə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların cəzalandırılması üçün Azərbaycan dövləti və şəxsən Prezident cənab İlham Əliyev tərəfindən ardıcıl işlər həyata keçirilir.
Bu istiqamətdə Heydər Əliyev Fondu da çox böyük işlər görür. Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən tədbirlər Xo-calı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına və bu soyqırımına obyektiv qiymət verilməsinə şərait yaratmışdır.
Ötən il 26 fevralda – Xocalı soyqırımının 20-ci ildönü-mündə təşkil edilmiş yürüş və həmin yürüşdə cənab Pre-zidentin ön sırada getməsi Azərbaycan xalqının öz dövlət başçısının ətrafında sıx birləşən vahid bir qüvvə kimi tezliklə torpağımızı işğaldan azad etmək və cinayətkarları cəzalandırmaq əzmində olduğunu bir daha ortaya qoydu. Əlbəttə, görülən bu tədbirlər bütün dünya ölkələri tərəfindən Xocalı soyqırımının tanınması və ona qiymət verilməsi üçün olduqca əhəmiyyətlidir.
Bosniya və Herseqovina parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bir daha tanınması və Xocalı soyqırımına obyektiv qiymət verilməsini mən xüsusilə qiymətləndirirəm. Hesab edirəm ki, Bosniya və Herseqovina Xalqlar Palatasının bu qətnaməsi dünya ölkələrinə bir çağırış və burada baş verə biləcək yeni faciələr barədə bir xəbərdarlıqdır. Mən düşünürəm ki, bu istiqamətdə bundan sonra da addımlar atılacaq və digər ölkələr də bu missiyaya qoşularaq belə qərarlar qəbul edəcəklər. Həmin parlamentə mən öz təşəkkürümü bildirirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun, cənab Sədr. Mən də Məclisdəki xanımları və onların timsalında bütün Azərbaycan xanımlarını bu bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Hörmətli cənab Sədr, bir neçə məsələyə münasibət bildirmək istəyirəm. İlk növbədə onu deyim ki, cəmiyyətdə uzun müddətdir xüsusilə müzakirə olunan əsgər ölümləri ilə bağlı kifayət qədər narahatedici məqamlar var və xalqımız, xüsusilə gənclər bundan ciddi şəkildə narahatdır.
Qarşıdan hökumətin hesabatı gəlir. Mən elə düşünürəm ki, hökumətin hesabatı təkcə sosial və maliyyə strukturları ilə əhatə olunmamalıdır. Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi də hökumətin növbəti hesabatında burada olmalı və hesabat verməlidirlər. Bu, hökumətin tam hesabatı olmalıdır. Mənim fikrimcə, həmin iclasda müvafiq strukturlar əsgər ölümləri ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirməli və bizi narahat eləyən suallara cavab verməlidirlər.
İkinci məsələ. İndi burada Xocalı soyqırımı ilə bağlı kampaniya barədə danışdılar. Mən Xocalıda baş verən hadisələrdə böyük fədakarlıq göstərmiş və oradan yaralıların, meyitlərin çıxarılmasında xüsusi şücaət nümayiş etdirmiş Oruc Məmmədov adlı bir şəxsin bu gün həbsdə olduğunu xatırladıram. Çox istərdim ki, Milli Məclis Sədri kimi, Siz, hörmətli Oqtay müəllim, səlahiyyətlərinizdən istifadə edib cənab Prezidentə müraciət edəsiniz ki, həmin şəxsin xidmətləri nəzərə alınaraq ən azı Novruz bayramı ərəfəsində onun əfv olunması gündəmdə olsun. Bu çox vacib məsələdir, çünki həm də bir nümunədir. Əgər bir tərəfdə bu şəkildə mübarizə aparırıqsa, fərqli istiqamətdə də bizim göstərə biləcəyimiz nümunələr gələcək üçün böyük bir inam, ümid yaradacaq.
Hörmətli Oqtay müəllim, bu il Azərbaycanda seçki ili olduğu üçün, hesab edirəm ki, Seçki Məcəlləsinin müzakirə-sinə böyük ehtiyac var. Biz Seçki Məcəlləsi ilə bağlı təklifləri parlamentdə hələ bir neçə il bundan əvvəl səsləndir-mişik. Çox istərdim ki, Seçki Məcəlləsinə dair həmin təkliflər də komissiyada müzakirəyə çıxarılsın və Milli Məclisin iclasının gündəliyinə salınsın. Çünki bu Məcəllədə bizi və bütövlüklə cəmiyyəti narahat eləyən müəyyən məqamlar var. Seçki komissiyalarının formalaşdırılmasından tutmuş, seçki təbliğatı müddətinin artırılmasına qədər hər şey ciddi şəkildə narahatçılıq yaradır. 2013-cü ilin Prezident seçkiləri ərəfəsində bu məsələlərə aydınlıq gətirilməsi və cəmiyyətin etimadını qazanan Seçki Məcəlləsinin qəbul edilməsi çox vacibdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Orucun sualı var. Buyurun.
Z.Oruc. Cənab Sədr, təşəkkür edirəm. Mən, əslində, Azərbaycan–Rusiya münasibətləri ilə əlaqədar çıxış eləmək istəyirəm. Adım dördüncü idi, bəlkə də texniki xətanı özüm elədim. İcazə versəniz, sonda mən də fikrimi deyərəm. Təşəkkür edirəm.
Sədrlik edən. Ona görə suala yazılırsan, iki-üç dəqiqə də vaxt aparırsan. Çıxış edirdin, edərdin də. Asəf Hacıyev.
A.Hacıyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı fikirlərimi sizinlə bölüşmək istəyirəm. Oqtay müəlli-min dediyi kimi, artıq ancaq Azərbaycan xalqı deyil, bir sıra ölkələr Xocalı soyqırımının 21-ci ildönümünü yad etdi. Bu proses getdikcə genişlənməkdədir. Artıq Xocalı soyqırımını tanıyan ölkələrin və beynəlxalq təşkilatların sayı artmaqdadır. Cənab Sədr o ölkələrin adlarını sadaladı. Mən qeyd etmək istəyirəm ki, Türkiyənin Böyük Millət Məclisi 26 fevralda Xocalı soyqırımına həsr olunmuş xüsusi müzakirələr keçirdi. Mən Xocalı faciəsini müzakirə edib müvafiq qərarlar qəbul etmiş bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkürümü bildirmək istəyirəm.
Amma ortaya bir sual çıxır. Bu dövlətlərin qəbul etdiyi qərarların kökündə nə durur? Düşünürəm ki, bu qərarlar onların etiraz səsidir, bu gün də hər birimizin qulağına gələn səslərə – Xocalıda vəhşicəsinə öldürülmüş yaşlı insanların, anaların, bacıların, dodaqlarında hələ ana südü qurumamış uşaqların səslərinə dəstəkdir. Bu səslər keçmişdən gəlir, insanları sülhə çağırır və gələcəyə ucalan bir haraydır.
Keçmiş hər bir insanın qəlbinin vətənidir. Amma insan keçmişlə yaşamamalıdır və yaşaya bilməz. Biz keçmişi un-utmamalıyıq. Amma orada baş vermiş ağır hadisələr təkrar olunmamalıdır və onların qarşısı alınmalıdır. Ona görə keçmişdə baş vermiş faciələr və soyqırımlar unudulma-malıdır. Biz gələcəyə baxmalıyıq, amma keçmişsiz gələcək yoxdur. Keşmişi qaytarmaq, təbii ki, mümkün deyil, amma gələcəyə olan inam keçmişin üzərində qurulub. Keçmiş haqqında mən hamınıza Dağıstanın böyük oğlu Rəsul Həm-zətovun sözlərini xatırlatmaq istərdim. O deyirdi: “Biz keçmişə güllə atsaq, gələcək bizi topa tutar”.
Xocalıdan gələn səslər bizi gələcəkdə toplardan müdafiə edən bir haraydır. Xocalı soyqırımı ancaq Azərbaycan xal-qının harayı deyil, bu, Asiyadan, Amerikadan, Avropadan və digər qitələrdən gələn...
Sədrlik edən. Çox sağ olun, mən siyahıya baxıram, hələ 12 nəfər çıxışa yazılıb.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Zahid müəllim, sözü dedin də, nə vaxt ki mikrofon əlinə düşmür, gərək əlavə söz istəyəsən.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yenə ekrandasan da, amma sənə qədər hələ 3 nəfər var. Mübariz Qurbanlı, Aydın Mirzəzadə, Elman Məmmədov, heç biri danışmır. Xahiş edirəm, müzakirələri dayandıraq.
Keçirik gündəliyə. Gündəliyin birinci məsələsi – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin illik məruzəsi haqqında. Buyurun, Elmira Süleymanova.
E.Süleymanova, Azərbaycan Respublikasının İnsan hü-quqları üzrə müvəkkili (ombudsman).
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hamınızı salamlayır, xanım millət vəkillərini, ölkəmizin bütün qadın-larını Beynəlxalq qadınlar günü münasibətilə təbrik edir, ən xoş arzularımı bildirirəm.
İcazə verin, ötən ildə fəaliyyətimlə bağlı qısa məlumatı diqqətinizə çatdırım. 2012-ci ildə bütün sahələrdə həyata keçirilən islahatlar insan hüquqlarının səmərəli təmin edilməsinə yönəlmişdir. Dövlət büdcəsi sosial yönümlü olmuş, vergi və sosial təminat sistemləri təkmilləşdirilmiş, bir pəncərə sistemi və elektron hökumət proqramı tətbiq edilmiş, “Asan xidmət” fəaliyyətə başlamış, korrupsiyaya qarşı ardıcıl, sistemli və qətiyyətli tədbirlər görülmüşdür ki, bunlar da dövlət idarəetməsinin təkmilləşməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etməkdədir.
Regionların sosial-iqtisadi inkişafı nəticəsində 1 milyon 200 min, ötən il isə 117 min yeni iş yeri açılmış, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq səviyyəsi 6 faizə enmiş, orta aylıq əmək haqqı 9 faiz artmışdır. Bu il 90 illik yubileyini qeyd edəcəyimiz ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində əsası qoyulmuş inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin tərəqqi və quruculuq ideyalarının öz əksini tapdığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş hədəflər ölkəmizin davamlı inkişafına və əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmişdir.
Təsisatın Paris Prinsiplərinə uyğun fəaliyyətinin bəzi nəticələri səlahiyyətli beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilmiş və o, milli insan hüquqları təsisatı kimi “A statusu” ilə reakkreditasiya – təkrar akkreditasiya olunmuşdur.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası işinin əlaqələndirilməsi, təbliğatı və tətbiqi vəziyyətinin dəyərləndirilməsi məqsədi ilə Bakıda və respublikanın bölgələrində monitorinqlər, ictimai dinləmələr, əhali ilə müntəzəm görüşlər və qəbullar keçirilmiş, hüquqi məsləhətlər verilmişdir.
Müvəkkilin fəaliyyəti dövründə 87.870, ötən il isə 12.470 müraciət alınmış, icraata qəbul olunmuş müraciətlərin 65,2 faizi təmin olunmuşdur.
Müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, hauptvaxtlara və cəzaçəkmə müəssisələrinə müntəzəm ba-xışlar keçirilmişdir. İşgəncələrə qarşı milli preventiv qrup məhrumetmə və məhdudlaşdırma yerlərinə 411 dəfə baş çəkmişdir. Saxlanılan şəxslər şəraitdən və onlarla rəftardan şikayət etməmişlər. Bununla belə, həbsdə saxlanılan şəxslərin və məhkumların qida və tibbi yardım təminatının yaxşılaşdırılmasına hələ də ehtiyac vardır.
Ötən il yol verdikləri nöqsanlara, o cümlədən milli preventiv qrupun fəaliyyətinə maneə törətdiklərinə görə müvəqqəti saxlama təcridxanalarının 83 əməkdaşı intizam tənbehi ilə cəzalandırılmışdır. “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyətə dair” 2012-ci il üzrə hesabat da artıq hazırlanmışdır.
Yeri gəlmişkən, Müvəkkilin təklifi də nəzərə alınaraq Cinayət Məcəlləsinin müvafiq maddəsi İşgəncələr əleyhinə Konvensiyaya uyğunlaşdırılmışdır. Ölkəmizdə qısa müddətdə 9 amnistiya aktı, 54 əfv fərmanı və sərəncamı imzalanmış, vəsatətimizlə ümumilikdə 391, o cümlədən 2012-ci ildə 40 məhkum əfv edilmişdir.
Qeyd edim ki, kifayət qədər əsaslar olmadan və ya təqsirləndirilən şəxsin şəxsiyyəti, həmçinin törədilən cinayətin ictimai təhlükəsi nəzərə alınmadan həbs qətimkan tədbirlərinin seçilməsi, habelə müddətinin lüzumsuz olaraq uzadılması müşahidə olunmaqdadır.
“İnformasiya əldə etmək haqqında” Qanunun tələblərin-dən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarətin Müvəkkilə həvalə edilməsinə baxmayaraq, ştat vahidlərinin və maddi-texniki resursların ayrılmaması nəticəsində fəaliyyətimizi zəruri səviyyədə qura bilməmişik. Bu da davamlı, ədalətli tənqidə səbəb olur. Ümidvarıq ki, “Açıq Hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq aparatın strukturunun təkmilləşdirilməsi nəticəsində ombudsman təsisatında İnformasiya şöbəsinin açılması və ayrılacaq maddi-texniki resurslar buna imkan yaradacaqdır. Eyni za-manda, informasiya sahibi olan dövlət orqanlarının, tanınmış ekspertlərin, media nümayəndələrinin iştirakı ilə məsləhətləşmələr davam etdirilmiş, həm bu orqanların, həm də təsisatın müvafiq sahədə fəaliyyəti qiymətləndirilmişdir.
Media hüquqlarının etibarlı müdafiəsi, fikir, söz və ifadə azadlığının səmərəli təmin edilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir. Jurnalistlərə qarşı kobud rəftar halları yolverilməzdir və belə hallarda məmurlar qanun çər-çivəsində məsuliyyətə cəlb olunmalıdırlar.
Diffamasiya haqqında nəzərdə tutulmuş qanunun qəbul edilməsi sürətləndirilməlidir. Bununla yanaşı, jurnalistlər də qanunun tələblərinə əməl etməli, öz yazılarında vətəndaşların şəxsi, ailə həyatına müdaxilə edilməsi, onların işgüzar nüfuzuna xələl gətirilməsi, habelə həqiqətə uyğun olmayan məlumatların yayılması hallarına yol verməməlidirlər. Bu istiqamətdə təlim və treninqlər davam etdirilməkdədir. Hüquq pozuntusuna yol vermiş kütləvi informasiya vasitələri nümayəndələrinin tənbeh olunması üzrə dünya təcrübəsində mövcud olan alternativ üsulların, o cümlədən ağlabatan məbləğdə cərimələrin, qəzetin fəaliyyətinin müvəqqəti dayandırılmasının tətbiqi tövsiyə edilmişdir.
Qarşıdakı ölkə prezidenti seçkilərinin demokratik şəraitdə, fəallıqla və mütəşəkkil keçirilməsi üçün bir daha vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi və qeydiyyatının monitorinqi aparılmalıdır.
Yığıncaqlar, mitinqlər, küçə yürüşləri, piketlər keçirilər-kən polis əməkdaşları tərəfindən ictimai asayişin təmin edilməsi zamanı zorakılığa yol vermədən vətəndaşlarla davranış təcrübəsinin təkmilləşdirilməsi üçün davamlı olaraq təlimlərin təşkil edilməsi zəruridir.
Sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı beynəlxalq hüquqi normalarda, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş məhdudiyyətlər, yəni milli təhlükəsizlik və ictimai asayiş naminə iğtişaşın və cinayətin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, zorakılıq və münaqişələrə, digər şəxslərin hüquqlarının pozulması hallarına yol verilməməlidir.
Bir sıra məmurların yarıtmaz fəaliyyəti, özbaşınalığı, biganəliyi vətəndaşların şikayətlərinə səbəb olmuşdur. Onların bəzən vəzifəli şəxslər tərəfindən qəbul edilməməsi, müraciətlərinə vaxtında və ya ümumiyyətlə, cavab verilməməsi, yaxud formal cavabların verilməsi, habelə kobud rəftar, rüşvət tələbetmə və süründürməçilik halları ilə bağlı 906 müraciət alınmışdır. Ünvanımıza yerli icra hakimiyyəti orqanları ilə bağlı 1271, o cümlədən İmişlidən 141, Laçından 76, Sabirabaddan 56, Qubadan 47, Ağdamdan 32, Şəmkirdən 31 və başqa rayonlardan bu qədər və ya bundan bir qədər az şikayət daxil olmuşdur. Ümumiyyətlə, mərkəzi və rəhbər orqanlar tərəfindən tabeli qurumların fəaliyyəti daim nəzarətdə saxlanılmalı, yol verilmiş pozuntuların aradan qaldırılması üçün vaxtında kəsərli tədbirlər görülməlidir.
Məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlərin qarşısının alınması üzrə tədbirlər davam etdirilmişdir. Şəffaf prosedurlar əsasında hakim vəzifəsinə 77 namizəd seçilmiş və uzunmüddətli tədris kursları təşkil olunmuşdur. Bəzi şikayətlərdə əks etdirilmiş halların araşdırılması ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət olunmuş və lazımi tədbirlər görülmüşdür.
Ötən il fəaliyyətində kobud qanun pozuntusuna, sürün-dürməçiliyə, habelə korrupsiyaya yol verdiyinə görə dörd hakimə töhmət verilmiş, birinə isə irad tutulmuşdur. Hüquq və azadlıqların məhkəmə təminatının pozulması ilə bağlı müraciətlər, əsasən, süründürməçilik hallarından, məhkəmə qərarlarının vaxtında verilməməsindən, şikayətlərin yuxarı instansiya məhkəməsinə göndərilməməsi və ya qəbulundan imtina edilməsindən ibarət olmuşdur.
Bakıda və respublikanın müxtəlif rayonlarında 16 ödənişsiz hüquqi məsləhət obyekti yaradılmışdır. Fikrimizcə, hər bir rayonda aztəminatlı ailələr üçün belə hüquq məsləhətxanalarının yaradılması vacibdir. Təbii ki, hüquqi yardım göstərilməsi mexanizmi keyfiyyətli hüquqi yardım almaq hüququnun etibarlı təmin edilməsinə imkan yaradardı.
Məhkəmə qərarlarının icrası ilə bağlı 587 müraciətin təhlili onu göstərdi ki, bəzi məhkəmə icraçılarının öz vəzifələrinə qeyri-peşəkar, laqeyd münasibəti nəticəsində bir sıra məhkəmə qərarları icra edilmir və yaxud icraatı gecikdirilir. İcra məmurlarının peşəkarlığının və məsuliyyət hissinin artırılması, icra intizamına qanunla müəyyən edilmiş qaydada əməl olunması, icra mexanizminin təkmilləşdirilməsi, habelə süründürməçilik hallarına yol verilməməsi üzrə tədbirlərin davam etdirilməsi bu sahədə mövcud problemlərin həllinə imkan yaradardı.
Alimentin ödənilməsi tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi üzrə şikayətlər daha çox olduğundan bir daha aliment fondunun yaradılmasını təklif edirəm.
Prokurorluq orqanları ilə bağlı 695 müraciət daxil olmuşdur. Bu müraciətlərin bir çoxu Baş Prokurorluqla əməkdaşlıq şəraitində araşdırılmış və pozulmuş insan hüquqları bərpa olunmuşdur. Baş Prokurorluq tərəfindən aparılmış xidməti yoxlamaların nəticəsi üzrə nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 62 işçi intizam məsuliyyətinə cəlb edilmiş, 10 nəfər prokurorluq orqanlarından xaric edilmişdir. Respublika Hərbi Prokurorluğunda fəaliyyətlərində qanun pozuntularına yol verən 25 işçi intizam məsuliyyətinə cəlb olunmuş, biri isə orqanlardan xaric edilmişdir.
Cinayət işlərinin istintaqı zamanı cinayət-prosessual tə-ləblərin pozulması ilə əlaqədar polis əməkdaşları barədə Daxili İşlər Nazirliyinə 119 təqdimat verilmişdir. Polis əməkdaşları tərəfindən insan hüquqlarının pozulması halları ilə bağlı 1974 müraciət, əsasən, ibtidai araşdırmanın qeyri-obyektiv aparılması, fiziki və mənəvi təzyiqlərə yol verilməsi, tutulan və şübhə edilən şəxslərin hüquqlarının pozulması halları ilə bağlı olmuşdur. Müvəkkilin müraciətləri də nəzərə alınmaqla ötən il insan hüquqlarının pozulması ilə bağlı 189 fakt üzrə 266 polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 15-i daxili işlər orqanlarından xaric olunmuş və 231-i barəsində digər intizam tədbirləri görülmüşdür. Ölkə üzrə baş vermiş və artmaqda olan yol qəzalarının, ölüm hallarının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və müvafiq nazirliklər, qurumlar müntəzəm təhlil aparmalı və tədbirlər planı hazırlamalıdır.
Əmək haqqının ödənilməməsi, işçilərlə əmək müqaviləsi bağlanmaması, işdən azad edilərkən son haqq-hesabın verilməməsi və yaxud gecikdirilməsi 887 müraciətdə öz əksini tapmışdır. Pozulmuş hüquqların bərpası məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. Bəzi işəgötürənlər tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində istehsalatda baş verən xəsarətlərin sayı azalmır. İl ərzində xüsusilə özəl müəssisələrdə istehsalatla əlaqəli 212 bədbəxt hadisə baş vermiş və 82 nəfər ölmüş, 159 nəfər müxtəlif bədən xəsarətləri almışdır.
Təhlil və monitorinqlərin nəticəsi göstərir ki, sosial müəssisələrdə, habelə internat evlərində və ruhi əsəb müəssisələrində çalışan, ələlxüsus sağlamlıq imkanları məhdud olan insanlara qulluq edən işçilərin əmək haqqı da kəskin artırılmalıdır. Əmək şəraitinə və əmək funksiyalarının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır işlərdə çalışan insanların əməyinin mühafizəsinə yönəlmiş tədbirlərin davam etdirilməsinə, nəzərdə tutulan əlavələrin artırılmasına da ehtiyac vardır.
Ölkə Prezidentinin dediyi kimi, sahibkarlığa dəstək ölkə-mizin uğurlu inkişafını təmin edəcəkdir. Dövlət orqanları-nın, qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Avropa Birliyinin prioriteti olan “Biznes və insan hüquqları” mövzusunda keçirilmiş tədbirlərdə artıq işçi qrupları yaranmışdır. Bu günlərdə Avropa parlamentində ombudsmanların II sammitində bu haqda məruzəmiz və res-publikada görülən tədbirlər müsbət dəyərləndirilmişdir. Ötən il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası tərəfindən Təhlükəsiz və sağlam əmək şəraiti üzrə milli üçtərəfli sosial şuranın yaradılması, şübhəsiz ki, müsbət hal olmuşdur.
Sosial təminat hüququ ilə bağlı ötən il 1045 müraciət daxil olmuşdur. Pensiya ödənişi sahəsində problemlər, demək olar ki, aradan qaldırılmışdır. Bununla belə, hələ də pensiyanın vaxtında verilməməsi və məbləğinin düzgün hesablanmaması kimi məsələlər şikayət ərizələrində öz əksini tapır. Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrində etik davranış qaydalarının pozulmasına görə 39 nəfərə töhmət verilmiş, 8 nəfərə isə xəbərdarlıq edilmişdir.
Ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətlərdə yardımın vaxtında təyin edilməməsi, düzgün hesablanmaması, süründürməçiliyə yol verilməsi, yardım müəyyən edilərkən müəyyən hissəsinin mənimsənilməsi, təyin olunmuş məbləğin vaxtında və tam verilməməsi halları öz əksini tapmışdır. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 42 nəfərə töhmət, 5 nəfərin dövlət qulluğuna xitam verilmişdir. Lakin bu tədbirlər daha müntəzəm olmalıdır. Göstərilən sahədə işin təkmilləşdirilməsi məqsədi ilə yardımın müəyyən edilməsi üçün zəruri sənədlərin siyahısı azaldılmalı, ailədə əlillərə, ahıllara, uşaqlara, əmək qabiliyyəti olmayan digər şəxslərə ödənilən müavinətin məbləği ümumi ehtiyac meyarının məcmusuna salınmamalı, nəhayət, vətəndaş cəmiyyəti və müvafiq dövlət qurumları cəlb olunmaqla müstəqil ictimai nəzarət gücləndirilməlidir.
Özəl tibb müəssisələrində vətəndaşlara qeyri-peşəkar xidmətin göstərilməsi bir sıra hallarda onların narazılığına, habelə sağlamlıq imkanlarının məhdudlaşmasına və əlilliyinə səbəb olmuşdur. Dövlət səhiyyə müəssisələrində, xüsusilə doğum evlərində baş verən rüşvət halları da çoxsaylı şikayətlərdə öz əksini tapmışdır. Qeyd olunan hallar da nəzərə alınaraq Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında qanunun qəbulunun sürətləndirilməsini xahiş edirəm.
Ötən il təhsil hüququ ilə bağlı 112 müraciət daxil olmuşdur. Müraciətlərin, monitorinqlərin və yerində araşdırmala-rın təhlili təhsil sahəsində bir sıra problemlərin olduğunu üzə çıxarmışdır. Müvəkkilin təşəbbüsü ilə Bakının və regionların orta məktəblərində uşaq haqları tədrisi davam etdirilir və müsbət nəticələr verir. Dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş, lakin müvafiq yataqxanalarda yerlə təmin edilməmiş tələbələrə təqaüdlərin ünvanlılıq prinsipi üzrə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirik. Ölkəmizdə təhsilin müasir standartlar səviyyəsində qurulması və kadrların hazırlanması məqsədi ilə həyata keçirilən islahatlar müasir və perspektiv iqtisadi inkişafa, elmi-texniki tərəqqinin tələblərinə uyğunlaşdırılmalı, təhsil sahəsində ciddi dönüş yaradılmalıdır.
Mənzillə təminat, o cümlədən köhnə və qəzalı mənzillər-də yaşayan vətəndaşların yeni mənzillərə köçürülməsi, təbii fəlakət nəticəsində hələ də evsiz qalmış bir çox ailələrin evlə təmin edilməsi, ipoteka kreditlərinin verilməsi, mənzil-istismar sahələrinin öz vəzifələrini tam yarıtmaz şəkildə həyata keçirməsi 448 müraciətdə öz əksini tapmışdır. Əhalinin maraqlarına və real imkanlarına uyğun mənzil siyasətinin formalaşdırılması, aztəminatlı, habelə gənc ailələrin gəlirlərinə uyğun sosial yönümlü, ilkin ödənişsiz, uzunmüddətli güzəştli kreditlərin verilməsi məsələnin həllinə xidmət edərdi. Vətəndaşların mənzillə təmin olunması, habelə köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsi məsələnin həllinə kompleks yanaşma tələb edir. Mənim fikrimcə, burada dövlət proqramı yerinə düşərdi.
Bələdiyyələrlə bağlı 156 müraciət alınmışdır. Yerində araşdırmalar göstərir ki, onların fəaliyyəti ilə bağlı davamlı və əhatəli monitorinqlər keçirilməli və maarifləndirmə təd-birləri genişləndirilməlidir.
Mülkiyyət hüququ ilə bağlı 2287 şikayət daxil olmuşdur. Bu şikayətlərdə, əsasən, torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması, əmlakın əvəzinə vaxtında kompensasiyaların verilməməsi və ya onun qanunla müəyyən edilmiş qaydada əvəzləndirilməməsi, islahat prosesində xüsusi mülkiyyətə verilmiş torpaq payına dair dövlət aktının alınması və geri qaytarılmaması, habelə xüsusi mülkiyyətdə olan əmlakın məhkəmə qərarı olmadan dağıdılması halları öz əksini tapmışdır. Mülkiyyətin, o cümlədən torpağın dövlət ehtiyacları üçün alınması zamanı onun dəyərinin qabaqcadan adekvat həcmdə ödənilməsi və bu işin razılaşdırma ilə həyata keçirilməsi mövcud sahədə narazılıqların qarşısını alardı.
Məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə bir sıra qəsəbə və məhəllələr salınmış, mənzillər tikilmişdir. Məncə, bu prosesin 2013–2014-cü illərdə davam etdirilməsi zəbt edilmiş xüsusi mülkiyyətdə olan ev və mənzillərin sahiblərinin pozulmuş hüquqlarının bərpasına imkan verəcəkdir.
Əmək bazarında qadınların rəqabət qabiliyyətinin artırılması, qadınlar arasında məşğulluğun, o cümlədən sahibkarlığın inkişaf etdirilməsi, bu sahədə onların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə güzəştli kreditlərin verilməsi, biznes-təlim proqramlarının həyata keçirilməsi cəmiyyətin yarısından çoxunu təşkil edən bu insanların potensialından daha səmərəli istifadə etməyə im-kan yaradardı.
Bir daha qeyd etmək istərdim ki, Müvəkkilin təklifi ilə 2008-ci ildə imzalanmış “Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dair” Avropa Şurası Konvensiyasının ratifikasiyasının, uzun illərdir müzakirə olunan “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” və “Yuvenal ədliyyə haqqında” qanunların qəbul olunmasının sürətləndirilməsi, habelə yetkinlik yaşına çatmayanların işləri üzrə dövlət qurumlarının işinin təkmilləşdirilməsi zəruridir. BMT-nin Uşaq hüquqları komitəsinin 2012-ci ilin fevralında Azərbaycan hökumətinin sonuncu dövri hesabatı üzrə verdiyi tövsiyələrə uyğun olaraq Müvəkkil aparatında uşaq hüquqlarının müdafiəsi üzrə struktur bölmənin yaradılması da işimizə böyük kömək olardı.
Ahılların hüquqlarının müdafiəsi ilə bağlı dövlət proqra-mı hazırlanmış və artıq ictimai dinləmələrdən keçirilmişdir. O bu yaxınlarda təsdiqə təqdim olunacaq. Mən elə bilirəm ki, Avropa Sosial Xartiyasında da nəzərdə tutulmuş ahılların hüquqları daha böyük diqqət tələb edir.
Ötən il ölkəmizdə hüquq mədəniyyətinin yüksəldilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Qeyd edim ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində insan hüquqları ilə yanaşı, genderə giriş kursu da tədris olunur.
“Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi” mövzusunda ombudsmanların X Bakı Beynəlxalq Konfransı uğurlu olmuşdur. İnsan hüquqları, sülh, uşaq hüquqları aylıqları, 10 dekabr Beynəlxalq insan hüquqları günü münasibətilə bütün respublikanı əhatə edən silsilə tədbirlər bu sahədə olan həm müsbət cəhətləri, həm də qüsurları aşkar etməyə imkan verir.
Əhalinin qayğıya daha çox ehtiyacı olan qruplarının, o cümlədən qadınların, ahılların, uşaqların, əlillərin, qaçqın və məcburi köçkünlərin, miqrantların, həbs yerlərində, o cümlədən azadlığın məhdudlaşdırıldığı müəssisələrdə saxlanılan, habelə stasionar sosial xidmət müəssisələrində yaşayan şəxslərin, məhkumların, hərbi qulluqçuların bir sıra problemlərinin həlli məqsədi ilə Müvəkkil tərəfindən təklif və tövsiyələr də verilmiş və onlar sizə təqdim olunmuş illik məruzənin mətnində öz əksini tapmışdır.
Milli fəaliyyət proqramında nəzərdə tutulmuş tədbirlərin icrası üzrə respublikanın bölgələrində keçirilmiş ictimai dinləmələr göstərir ki, dövlət qurumlarının imkanları səfərbər edilməli, vətəndaş cəmiyyəti təsisatları tərəfindən orduda, təhsil, səhiyyə və icra hakimiyyəti orqanlarında nəzarətin tətbiqi, ideoloji işin gücləndirilməsi və orduda qanundankənar münasibətlərə yol verilməməsi üzrə tədbirlər görülməlidir. Mən deyərdim ki, hətta insan hüquqlarının təmin edilməsi üzrə vəzifələri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının da fəaliyyətinə ictimai nəzarət zəruridir. Yeri gəlmişkən, ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bildirmişdir ki, ictimai nəzarət daha da güclü şəkildə təşkil olunmalı, şəffaflıq maksimum dərəcədə təmin edilməlidir. Biz bunu bir göstəriş kimi qəbul edib fəaliyyətimizdə tətbiq etməliyik.
İnsan hüquqları sahəsində yeni normaların həyata keçirilməsində hələ də bir qədər çatışmazlıqlarımız, çətinliklərimiz mövcuddur. Əhali ilə daim sıx ünsiyyətdə olaraq mövcud problemləri, müraciətləri, habelə ictimai dinləmələr, araşdırmalar və baxışlar zamanı aldığı məlumatları təhlil edən Müvəkkil də bu çatışmazlıqların aradan qaldırılması üçün davamlı olaraq çalışır.
Korrupsiya və insan alverinə qarşı mübarizəyə, biznes və insan hüquqları ilə bağlı yeni çağırışlara diqqət daha da artırılmalı və müvafiq səlahiyyətli qurumlar tərəfindən zə-ruri tədbirlər görülməlidir. Müstəqilliyimizin qorunması naminə hüquqi demokratik dövlət quruculuğu yolunda bütün problemlər birgə səylərlə aradan qaldırılmalı, davamlı inkişaf təmin edilməlidir. Mən insan hüquqlarının səmərəli təmin olunması və etibarlı müdafiəsi, o cümlədən mövcud çatışmazlıqların aradan qaldırılması, prioritet məsələlərin və problemlərin həll edilməsi, idarəetmənin davamlı olaraq təkmilləşdirilməsi, söz və sərbəst toplaşmaq azadlıqlarına qanunla müəyyən edilmiş qaydada əməl edilməsi, seçkilərin demokratik və standartlara uyğun mütəşəkkil keçirilməsi naminə bir daha hər birinizi əməkdaşlığa dəvət edirəm.
Çıxışımı ölkə Prezidentinin fikri ilə bitirmək istərdim: “Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalı, dövlət qurumları tərəfindən onunla normal rəftar edilməli, o, təhqir edilməməli, incidilməməlidir. Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməli, insanlara qulluq etməli və təvazökar olmalıdır”. Ombudsman da məhz bu məqsədlərə müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında xidmət edir. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Elmira xanım. Hörmətli deputa-tlar, İnsan hüquqları üzrə müvəkkilin məruzəsinin müza-kirəsinə keçirik. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar! Biz ölkədə bu hesabat vasitəsilə insan haqlarının durumuna qiymət veririk və bu vasitə ilə həmin duruma müsbət və mənfi təsir göstərən amilləri sıralayırıq. Təbii ki, burada səslənən irad və qeydlər nəzərə alınmalı, qeyd olunan problemlər öz həllini tapmalıdır. Başqa cür ola bilməz. Fərz edək ki, bu variant mövcud deyil. Belə olan təqdirdə parlamentin ölkədə insan haqlarının qorunması prosesinə təsir mexanizmi nədən ibarət olur? Biz hansısa bir qurumu, onun təmsilçilərini tənqid ediriksə və bu, son nəticədə heç nəyi dəyişmirsə, belə məruzələr və diskussiyalar da əhəmiyyətsiz olur.
Mən hesab edirəm ki, Elmira xanım kifayət qədər obyek-tiv bir çıxış etdi və bu, məruzədə də öz əksini tapıbdır. Zənn edirəm ki, bu, eyni zamanda, cənab Prezidentin 12 fevralda keçirilən bəlli müşavirədə seçdiyi daha kəskin üsluba müvafiqdir, daha doğru seçimdir. Eyni zamanda, mən parlamentdə də belə bir mövqeyin daha güclü olmasını arzu edirəm. Çünki cənab Prezidentin təsvirini verdiyi nadan məmurlar ona görə formalaşıb ki, həm də parlament o məsələyə münasibətdə xeyli dərəcədə boşluqlara yol verib, yaxud güzəşt mövqeyi tutub. Bir sıra hallarda hesabat mərasimləri də bu məmurlara münasibətdə xeyli güzəştlə müşahidə olunub.
Biz həmişə hesabatı 5-ci iclasda alırıq. Bu da Novruz bayramı ərəfəsinə düşür. Həmişə də o ruh həmin iclasa təsir edir. Məclisdə formalaşan ab-hava ondan ibarət olur ki, bir az tez qurtaraq. Ona görə də hökumətin əksər təmsilçiləri bu tənqid mühitindən özünü kənarda hesab edir və bu da axırda deyilən problemlərə gətirib çıxarır. Bu mənim elə-belə, ümumi nəzəri fikrim.
Bu müzakirələrdə insan haqlarının durumuna qiymət ve-rərkən biz birinci növbədə bu dövr ərzində mülkiyyət münasibətlərinin formalaşmasında dövlətin atdığı addımlarla yanaşı, bunu hələ sona çatdıra bilmədiyimizi də bir daha vurğulamalıyıq. Çox təəssüf olsun ki, dəyişən icra başçıları, hər gələn rəhbər özündən əvvəlki qərarları tanımır və bu, vətəndaşın vəziyyətini ağırlaşdıran qərarlara səbəb olur.
Beynəlxalq aləmdə məşhur bir ifadə var – təsisat yaddaşı. Bu ifadə onu ehtiva edir ki, özündən əvvəlki qurumların sistemini, qərarını, mövqeyini sən tanımalısan. Bu mənada bizim bir sıra məmurlarda təsisat yaddaşı formalaşmayıb. Elə hesab edirlər ki, onlara qədər nə qərarlar olubsa, bunun onlara hüquqi və siyasi idarəçilik aidiyyəti yoxdur. Bu çox yanlışdır.
Biz mülkiyyət toxunulmazlığını müqəddəs dəyərə çevir-məliyik. Bu, Konstitusiyanın 13-cü və 29-cu maddələrində öz təsdiqini tapıbdır. Eyni zamanda, biz mülkiyyətin özgə-ninkiləşdirilməsinin də qanunvericilik əsaslarını yaratmış və qanunda göstərmişik ki, bu nə vasitə ilə həyata keçirilməlidir.
Hörmətli Elmira xanım burada əmək hüquqları ilə bağlı qanun pozuntularını da qeyd etdi. Təhkimçilik hüququ yüz illərdir ləğv olunub, amma ayrı-ayrı sistemlərdə, özəl strukturlarda yenə də işçilərin qədərindən artıq işlədilməsi, təşəbbüslərinin boğulması, onlara maddi nöqtə kimi yanaşılması və bir sıra hallarda insan hüquqlarının po-zulması tendensiyaları bu gün də qalmaqdadır. Hesab edirəm ki, biz əmək hüquqlarının təminatında qarşıdakı dövrdə daha çox işlər görməliyik. Çünki bu hamımızın eyni dərəcədə maraqlarını ifadə edir.
Parlamentdə bu gün də əsgər ölümləri ilə bağlı fikir səs-ləndi. Hərbi sistemə nəzarət üçün ötən il biz parlamentdə qanun qəbul etdik, ombudsmana 17 nəfərlik tərkiblə istəni-lən hərbi strukturu müşahidə etmək, orada gördüklərini qeydə almaq, tərtib etdiyi protokolları sonrakı dövrdə məhkəmələrə göndərmək və hüquqi cəhətdən müəyyən addımlar atmaq səlahiyyəti verdik. Amma biz o vaxt da bi-lirdik ki, 100 minlik ordunu bu 17 nəfərlə nəzarətdə saxlamaq mümkün deyil. Biz ayrılıqda hərbi ombudsman təsisatını yaratmadıqsa, bizim Konstitusiyamız ayrı-ayrı sahələr üzrə müvəkkil institutları yaratmağı qəbul etmirsə, biz hərbi sistemdə dövlətin müəyyənləşdirdiyi qanunların vətəndaşa gedib çatmasını, əsgərin haqlarının təminatını, ümumiyyətlə, ordudakı bütün münasibətləri ayrılıqda müzakirə etməliyik. Elə hesab edirəm ki, hörmətli Elmira xanım gələcək dövrdə bir hərbi ombudsman təsisatının funksiyalarını da yerinə yetirdiyini nümayiş etdirməlidir.
Mən burada bir problemi də vurğulamaq istəyirəm. Bu gün ölkəmizdə məktəbə getməyən minlərlə uşaq var. Bunlar qeydiyyatsız evlərdə yaşayan övladlarımızdır. Bunlar cəmiyyətimizin gələcək həyatında iştirak edəcəklər. Biz onların gələcək həyatını və bu vəziyyətin hansı problemlərə yol aça biləcəyini göz önünə gətirməliyik. Ona görə düşünürəm ki, biz bu problemi də belə hesabat yığıncaqlarında ciddi şəkildə müzakirə etməliyik. Çünki bu, valideynlərin üzərinə müəyyən məsuliyyət qoyur. Bu problem ildən-ilə daşınır. Biz onu hər il növbəti ilə ötürürük. 400 mindən artıq insan hələ də qeydiyyatsız yaşayır və məlum deyil ki, rəsmi sənəd ala bilməyən bu insanların övladları nə vaxt hüquqi münasibətlər sisteminə daxil ola biləcəklər.
İnsan haqlarına münasibətdə bizim qeyd etdiyimiz prob-lemlərlə yanaşı, başqa bir problem də var. Bu da beynəlxalq qurumların yanaşmasıdır. Mən bunu ayrıca qeyd etməyi özümə borc hesab edirəm. Düşünmək lazımdır ki, 1980-ci illər deyil, indi Panamaya, Qvatemalaya hərbi qüvvə yeridib orada xunta rejimi qurmaqla hakimiyyəti ələ almaq mümkün deyil. İndi insan haqları istənilən ölkənin iç işlərinə müdaxilə etmək üçün mühüm bir vasitəyə çevrilib. Bu yönümdə ixtisaslaşmış beynəlxalq qurumlar da var: Freedom House, Human Rights Watch, Amnesty İnternational və digərləri. Bunlar dünyanı idarə etmək vasitələridir. Biz əgər bu qurumlara yem vermək, onların müxtəlif problemlərimiz üzərində əllərini qızdırmasına yol vermək istəmiriksə, həm parlament, həm ombudsman təsisatı, həm də dövlət strukturları olaraq daha ciddi addımlar atmalıyıq ki, o problemlər yaranmasın. Əlbəttə, insan haqlarını ən ali səviyyədə qoruyub sona çatdırmaq mümkün deyil. Çünki cəmiyyət dəyişir, münasibətlər sistemi yeniləşir. Ona görə də biz bu amildən istifadə edən beynəlxalq qurumların Azərbaycana təzyiqinin tamamilə dayandırılmasını istəyiriksə, lazım olan işi özümüz həyata keçirməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən üzr istəyirəm, gərək bir mə-sələni sizinlə məsləhətləşək. Bizim təxminən 45 dəqiqə vaxtımız var. Əgər 10 dəqiqə hesabı ilə götürsək, cəmi 4 nəfər danışa biləcək. Etiraz yoxdursa, 5 dəqiqəyə keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Etiraz yoxdur. Buyurun, Qüdrət Həsənqu-liyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmət-li Elmira xanım, hörmətli deputat həmkarlarım, hörmətli jurnalistlər! İnsan hüquqları üzrə müvəkkilin hesabatını diqqətlə oxumuşam və ombudsman və onun aparatı tərəfindən insan hüquqlarının qorunması istiqamətində kifayət qədər işlər görülüb. Hesabatın qəbul olunmasına səs də verəcəyəm. Amma bəzi təkliflərim var və hesab edirəm ki, hörmətli Elmira xanım bunları növbəti hesabat zamanı, yəqin ki, nəzərə alar. Bizim “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanunun 14-cü maddəsinə görə ombudsman öz hesabatında ümumi fikirlər səsləndirə bilər, yəni rəy və tövsiyələr öz əksini tapmalıdır. Amma qanunun 14.2-ci maddəsində qeyd olunur ki, illik məruzədə insan hüquqlarını pozan, müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir. Mən nəyi qeyd etmək istəyirəm?
Əvvəla, ombudsmanın bu hesabatı bir növ siyasi məruzəyə oxşayır. Misal üçün, burada qeyd olunur ki, Azərbaycanda ilk yay olimpiya oyunları keçiriləcək, Azərbaycanda “Evrovision” yarışması keçirilib, Dünya Bankı Azərbaycanın reytinqini yüksək qiymətləndirir. Bu məsələlərin insan hüquqları ilə bağlı hesabata nə aidiyyəti var? Hesab edirəm ki, bu cür fikirlərin burada öz əksini tapması görülmüş işlərə kölgə salır.
İkinci, bu hesabatdan bir misal çəkmək istəyirəm. Qeyd olunur ki, məhkəmə qərarlarının yerinə yetirilməməsi ilə bağlı 587 nəfər ombudsmana müraciət edib və əksəriyyəti öz həllini tapıb. Belə çıxır ki, bir hissəsi öz həllini tapmayıb. Amma məhkəmə qərarıdırsa, mütləq öz icrasını tapmalıdır. Amma bununla əlaqədar olaraq bir çox məhkəmə qərarı yerinə yetirilməyib. Ombudsmanın hesabatından görünmür ki, bu məsələlərlə əlaqədar vəzifəli şəxslərə müraciət edib, yoxsa etməyib. Halbuki yuxarıda qeyd etdiyim qanunun 13.2.6-cı maddəsinə görə müvəkkilin səlahiyyətində olan təsir imkanları kifayət etmədikdə, o, Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək hüququna malikdir. İndiyə qədər belə bir müraciətin olması barədə şəxsən bizdə məlumat yoxdur. Halbuki Elmira xanım məruzəsində də söylədi ki, mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar kifayət qədər müraciətlər daxil olur və tövsiyə edir ki, vətən-daşların əmlakı üçün qabaqcadan pul ödənilsəydi, yaxşı olardı. Qanun var və bu, yerinə yetirilməlidir. “Qabaqcadan” da Konstitusiyanın tələbidir, o, icra olunmalıdır. Əgər bunu etmirlərsə, bununla bağlı ombudsman olaraq Elmira xanım hansı tədbirləri görüb. Burada konkret adlar açıqlanmalıdır.
Yaxud başqa bir misal. Hesabatda nə öz əksini tapmalı-dır? Hesabatda dəqiq göstərilməlidir ki, hansı sahə üzrə nə qədər şikayət daxil olub və ombudsman bu şikayət üzrə neçə müraciət edib. Amma burada yayğın ifadələr var. Qeyd olunur ki, Dövlət Yol Polisinin 694 əməkdaşı bu və ya digər formada inzibati qaydada cəzalandırılıb, onlardan 45 nəfəri bu orqandan xaric olunub. Xaric olunanların, qanun pozuntuları ilə əlaqədar cəzalandırılanların hamısı insan hüquqları ilə əlaqədardırmı? Bu, ombudsmanın fəaliyyəti ilə bağlı hesabatdır. Yəni o insanlar sizin fəaliyyətinizin nəticəsi olaraq cəzalandırılıbmı? Yenə bu, bəlli deyil. Ola bilsin ki, kimsə əmək intizamını pozub, rəisin göstərişini yerinə yetirməyib. Hamısını insan hüquqlarının pozuntusu kimi qələmə vermək nə dərəcədə doğrudur?
Yaxud prokurorluq orqanları ilə bağlı qeyd olunur ki, 62 prokurorluq işçisi qanunvericiliyi pozub, onlardan 10 nəfəri bu sistemdən xaric olunub. Elmira xanım, bu Sizin fəaliyyətinizin nəticəsidirmi? Yenə deyirəm, bu, bəlli deyil.
Başqa bir məsələ. Məsələn, bir tərəfdən məişət zorakılığına qarşı mübarizədən danışırıq, o biri tərəfdən döyməyə görə cinayət məsuliyyətini aradan qaldırırıq. Am-ma çox təəssüf ki, ombudsman institutu buna öz münasibətini bildirmədi. Məişət zorakılığı, adətən, uşaqların, qadınların döyülməsi ilə müşahidə olunur. Bunu aradan qaldırdıq, amma bununla bağlı ombudsmanın bir münasibətini görmədik.
Digər bir məsələni qeyd edim. Bilirsiniz ki, 2000-ci il sentyabrın 1-dən Andlılar Məhkəməsi qanunvericiliyimizə daxil edilib, amma onun tətbiqi təxirə salınıb. Çox istərdim, biləm ki, ombudsman bu barədə nə düşünür. Çox təəssüf ki, 5 dəqiqə ərzində fikirlərimin hamısını deyə bilmədim. Sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
müavin B. Muradova  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Fərəc Quliyev.
F.Quliyev. Hörmətli millət vəkilləri, hörmətli müvəkkil! Əhatəli və səmərəli təkliflərlə zəngin məruzəni dinlədim və təbii ki, mən buna səs verəcəyəm. Amma bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm.
Birinci, vətəndaşlar həmişə azad və ədalətli məhkəmə, dürüst və vicdanlı idarəçilik umurlar. Bu, yəni dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimad olmadıqda əsas qorxu insanların dəyişikliklərə olan inamının itməsidir, nicatını kənarda axtarmağa meyl etməsidir. Məmurların özbaşınalığı, vətəndaşların dövlət qurumlarında incidilməsi, insanlarla kobud davranılması kimi faktların geniş yayıldığı bir vaxtda, hesab edirəm ki, müvəkkilin bu məsələyə münasibəti ümumi, səthi xarakter daşımamalı və bu institut əməli fəaliyyətində qanunun, vətəndaşların yanında olmalıdır.
İkincisi, Azərbaycanda etiraz edənlərin zorakılıqla susdurulması, nümayişçilərin döyülməsi, jurnalistlərin həbsi ilə əlaqədar müxtəlif beynəlxalq təşkilatlardan və ölkələrdən gələn tənqidi hesabatların nəticələrini aradan qaldırmağa çalışmaqdansa, asayişin qorunması zamanı bu funksiyanı yerinə yetirənlərin insanlarla qanun çərçivəsində davranmasını, zorakılıq hallarına yol verənlərin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün müvəkkil üzərinə düşənləri etməlidir. Düşünürəm ki, bu sahədə də boşluq var. Sonradan belə hallara görə Avropa təsisatlarında bizə çox ciddi maneələr yaradırlar.
Üçüncü, ermənilər bu günə qədər Sumqayıt hadisələrinə görə bizi ittiham edirlər. Bu cinayət işi təzələndi, amma 3 ildir, ortada heç bir ciddi iş yoxdur. Hesab edirəm ki, müvəkkil tərəfindən bu məsələ ilə bağlı müəyyən tövsiyə-lərin hazırlanması vacibdir.
Dördüncü, müvəkkilin jurnalistlərin həbs hallarının, on-lara qarşı irəli sürülən ittihamların ədalətlə araşdırılmasını təmin etməsi, obyektiv və qərəzsiz tənqidçi qəzetləri ağla-sığmaz cərimə tələbləri qoyulan iddialardan qoruması üçün ifadə azadlığı ilə bağlı qanunlara pozitiv dəyişikliklər edilməsi, informasiya əldə etməyə görə ödənişlər nəzərdə tutan, kommersiya hüquqi şəxslərin sahibləri haqqında reyestr məlumatlarını sirr sayan müddəaların, habelə ifadə azadlığı konsepsiyası ilə bir araya sığmayan digər müddəaların ləğv edilməsi təşəbbüsləri ilə müvafiq orqanlar qarşısında çıxış etməsi çox vacibdir. Bununla belə, jurnalistlərin də qanunun tələblərinə əməl etmələri, yazılarında vətəndaşların şəxsi və ailə həyatına müdaxilə etməmələri, onların işgüzar nüfuzuna xələl gətirməmələri üçün də müvafiq strukturlar qarşısında eyni təşəbbüs göstərməlidir.
Beşinci, müvəkkilin vətəndaşların mənzillə təmin olun-ması, habelə köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsi məsələsinin həllinə kompleks yanaşmanı əks etdirən məqsədli dövlət proqramının hazırlanmasını və həyata keçirilməsini tövsiyə etməsi təqdirəlayiq bir haldır. Bu, sənəddə göstərilibdir. Amma hesab edirəm ki, uzun illərdir, mənzillərində məcburi köçkünlər məskunlaşan, kirayədə qalmaq məcburiyyətində qalan vətəndaşların, xüsusilə də hərbçilərin mənzillərini özlərinə qaytarmaq üçün ilk növbədə bu mənzillərdə məskunlaşan məcburi köçkünlərin mənzillə təmin olunması yönündə addımlar atılmalıdır.
Altıncı, müvəkkilin bələdiyyələrin dirçəldilməsi ilə bağlı güzəştli kreditlər verilməsi təklifinin yerinə, məncə, yerli icra strukturlarının səlahiyyətlərinin azaldılması hesabına bələdiyyələrin səlahiyyətlərinin artırılmasını özündə ehtiva edən tövsiyə paketinin hazırlanması daha yerində olardı. Bu, idarəetmədə paralelliyin aradan qaldırılması, büdcəyə qənaət, vətəndaşların dövlət idarəçiliyində daha yaxından iştirakına səbəb olardı. Mən hesab edirəm ki, ombudsman tərəfindən çox səmərəli təkliflər verilibdir. Düşünürəm ki, mənim verdiyim təkliflər də nəzərə alınacaqdır. Diqqətinizə görə təşəkkür edirəm, sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Azərbaycan Respublikasının İnsan hüquq-ları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsini müsbət qiymətləndirir və onun lehinə səs verəcəyimi bildirmək istəyirəm. İlk öncə qeyd edim ki, bu, ombudsman institutunun 10-cu ilinin məruzəsidir. Mən bu yubiley münasibəti ilə xanım Elmira Süleymanovanı və bütün əməkdaşları ürəkdən təbrik edirəm, işlərində daha böyük uğurlar və nailiyyətlər arzu edirəm.
Bu illər ərzində ombudsman institutu insan hüquqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin möh-kəmləndirilməsi istiqamətində böyük inkişaf yolu keçmişdir. Bütün bu proseslər bizlərin gözü qarşısında baş verməkdədir. Sözsüz ki, illik məruzədə göstərilən bütün bu uğurlu işlərdə dövlətimizin və onun səlahiyyətli qurumlarının dəstəyi olmuşdur. Amma bununla bərabər, qeyd etməliyik ki, Elmira Süleymanovanın bu uğurlarda əməyi və böyük zəhməti danılmazdır.
Mən Elmira xanımın təşkil etdiyi beynəlxalq tədbirlərdə bir neçə dəfə iştirak etmişəm. Ən önəmlisi odur ki, xanım Süleymanova insan hüquqlarından danışarkən həmişə əcnəbilərə bizim xalqımızın pozulmuş hüquqlarından, Qarabağ həqiqətlərindən, qaçqın və məcburi köçkünlərdən, həmçinin hələ də əsirlikdə qalan və faciəli ömür sürən soydaşlarımızdan söhbət açır. Beləliklə də, bizim ağrı-acılarımızın dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görür.
Məruzə ilə bağlı mənim bir neçə qeydim və bir sualım vardır. Belə ki, bir sıra qeyri-hökumət təşkilatları qanunun tələblərini pozduğuna görə həbs edilən şəxsləri siyasi məh-bus adlandıraraq onların siyahısını cürbəcür beynəlxalq instansiyalara çatdırmaqdadır. Dövlətimizin inkişafına, güclənməsinə qısqanclıq hissi ilə yanaşan bir çox beynəlxalq qurumlar, hətta ayrı-ayrı dövlətlər bu cür əsassız məlumatlardan dövlətimizin beynəlxalq nüfuzuna zərbə vurmaq üçün istifadə etməyə başlayırlar. Bu məlumatlardan bizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Ona görə də geniş beynəlxalq əlaqələr müvəkkilin Aparatına imkan verir ki, “siyasi məhbuslarla” bağlı həqiqət və reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırsın.
Mən məruzədə “siyasi məhbuslarla” bağlı məlumatlara rast gəlmədiyim üçün bu məsələyə toxunuram. Sualım da bununla bağlıdır. Özünü “siyasi məhbus” adlandıran şəxslərin törətdikləri real cinayətlərlə əlaqədar ətraflı məlumatı Ombudsman Aparatı beynəlxalq təşkilatlara göndərirmi, onlara real vəziyyəti izah edirmi? Mən başa düşürəm ki, bu, Elmira xanımın birbaşa vəzifəsi deyil, çünki onun əsas işi insan hüquqlarının müdafiəsidir. Lakin Azərbaycanda və xaricdə bəzi təşkilatlar “insan hüquqları” anlayışından sui-istifadə edirlər. Bu da bir növ insan hüquqlarının pozulmasıdır. Çünki qatilləri, insan oğrularını və sair bu kimi cinayətkar ünsürləri də çox vaxt siyasi məhbus siyahısında görürük. İstərdim ki, Elmira Süleymanova bu istiqamətdə işlər görsün, belə hallara qarşı sərt mübarizə aparsın.
Digər məsələ məişət zəminində baş verən ağır hadisələrin geniş vüsət almasıdır. Demək olar ki, hər gün mətbuatda, televiziya ekranlarında şahidi oluruq ki, kim isə məişət zorakılığının qurbanına çevrilib. Rəsmi orqanların statistikasına görə son illər bu cür hallar əhəmiyyətli dərəcədə artmışdır.
Dünən KİV-də oxuduğum bir hadisə məni dəhşətə gətirdi. Belə ki, Bakının mərkəzində yaşayan 1996-cı il təvəllüdlü qardaş 1999-cu il təvəllüdlü bacısını sözünə qulaq asmadığı üçün bıçaqla qətlə yetirib. Təsəvvür edin, artıq yetkinlik yaşına çatmayan uşaqlar da məişət zorakılığının qurbanı və icraçısı olurlar. Başa düşürəm ki, bu cür zorakılığın səbəbləri müxtəlifdir. Xarici döyüş filmləri, təcavüzü özündə əks etdirən bilgisayar görüntüləri, ailədə düzgün aparılmayan tərbiyə və sair. Amma bununla daha ciddi şəkildə mübarizə aparmaq labüddür. Ona görə də istərdim ki, hörmətli Elmira xanım “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun zəif icrasına ciddi münasibət bildirsin. Məsələn, məişət qurbanları üçün tikilməsi nəzərdə tutulan, ancaq hələ də ləngiyən sığınacaq problemi haqqında müvafiq dövlət strukturları qarşısında məsələ qaldırsın. Həmçinin Ombudsman Aparatının rayondakı filialları da bu istiqamətdə təbliğat işini gücləndirsin. Çünki biz bu bəla ilə ciddi mübarizə aparmasaq, bir müddət sonra problem dərmanı tapılmayan bir dərdə çevriləcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli Milli Məclis, xanımlar və cənablar! Mən ilk növbədə Milli Məclisin xanımlarını 8 Mart Qadınlar günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Onların timsalında bütün Azərbaycan xanımlarını təbrik edir, onlara can sağlığı, işlə-rində müvəffəqiyyət və ailə səadəti arzulayıram. Bir halda ki xanımlarımızın təbrikindən başladıq, Elmira xanımı da xüsusi olaraq təbrik etmək yerinə düşərdi.
Mən Elmira xanımın hesabatını diqqətlə nəzərdən keçir-mişəm. Vicdan, fikir və söz azadlığı, həbsxanalarda olanla-rın və məcburi köçkünlərin hüquqları, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər məruzədə öz əksini dolğunluqla tapmışdır. Mən birinci növbədə qeyd etmək istəyirəm ki, ombudsmanın məruzəsi ötən dövr ərzində Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması sahəsində görülmüş işləri özündə dolğun şəkildə əks etdirir. Bu məruzə əsasında ölkədə baş verənləri, xüsusi olaraq da insanların azadlıq indeksini, onların ümumi fəaliyyətini qiymətləndirmək mümkündür.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bundan əvvəlki-lərlə müqayisədə builki məruzə daha ətraflı və daha tənqidi ruhda hazırlanıb. Heç şübhəsiz ki, bu, təqdirəlayiq haldır. Hörmətli Ziyafət müəllim, qeyd etmək istəyirəm ki, əvvəlki illərdən fərqli olaraq bu hesabat çoxlu faktlara söykənib və həqiqətən də, kifayət qədər statistik məlumatlar verilib.
Məruzədən göründüyü kimi, hesabat dövrü ərzində müvəkkilə 12470 müraciət daxil olub. Bu, günə 25 müraciət deməkdir. Eyni zamanda, bu rəqəmlər həm də onu göstərir ki, cəmiyyətimiz ombudsman institutuna inanır və ona böyük etimad göstərir.
Təqdirəlayiq haldır ki, müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində insan hüquqları fənninin tədrisi ilə yanaşı, genderə giriş fənninin də tədrisinə başlanmışdır. Bu da ona imkan verəcək ki, gələcəkdə bizim ali hüquq təhsili alan gənclərimiz bu sahə üzrə professional milli kadr kimi yetişsinlər. Hesabatda məktəbəqədər təhsilə də xüsusi diqqət verilmiş, bu sahədə olan uğurlarla yanaşı, çatışmazlıqlar da qeyd edilmişdir.
Hörmətli Oqtay müəllim bayaq Xocalı soyqırımının bütün dünyaya çatdırılmasında həm parlament üzvlərinin, həm də qeyri-hökumət təşkilatlarının işini qeyd etdi. Bir neçə ölkədə, o cümlədən Meksika, Finlandiya, İspaniya və digər ölkələrdə görülən işlər cənab Prezidentin apardığı xarici siyasətin məhsuludur.
Parlamentlə, qeyri-hökumət təşkilatı ilə yanaşı, həm də bu problemin həlli ilə bağlı müəyyən məsələləri həyata keçirən dövlət qurumu var. Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir. Əlbəttə, onun sədri də bu sahədə xeyli iş görür. Həmkarlarımız səfərlərdə olanda bunları daha aydın şəkildə görürlər.
Mən bir neçə məsələyə toxunmaq istəyirəm. Hörmətli Elmira xanım, mən Sizdən bir xahiş etmək istəyirəm. Bild-iyimiz kimi, Xocalı soyqırımına siyasi qiymət verilib. Am-ma bunun hüquqi qiyməti verilməyib və beynəlxalq hüquqda bu hələ öz yerini tapmayıb. Bu gün Ermənistan hakimiyyətinin başında dayananlar Xocalı soyqırımında iştiraklarını dolayı yolla özləri etiraf ediblər. Mən istərdim ki, Elmira xanım və onun başçılıq etdiyi qurum bununla bağlı beynəlxalq məhkəmələrə də müraciətlər etsinlər. Əlbəttə, bu məsələdə onlara Azərbaycan xalqının dəstəyi də lazımdır. Mən Elmira xanımın məcburi köçkünlərlə apardığı işləri çox görmüşəm. Məsələn, Ramil Səfərovun əfv edilməsi prosesində göstərdiyi səyləri bilirəm.
Bir də, Elmira xanım, Sizin diqqətinizi bir məsələyə cəlb etmək istəyirəm. Son illər ali təhsil müəssisələrinə köçürül-mə hallarının qarşısı alınıb. Bu barədə mənə müraciətlər edirlər. Bu, müəyyən qədər insan hüquqlarının pozulmasıdır. Mən bu hesabatı bəyənirəm və ona səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli xanımlar, hörmətli cənablar! İlk öncə mən hörmətli ombudsmanımız Elmira xanımı qarşıdan gələn 8 mart Qadınlar bayramı münasibəti ilə təbrik edirəm və onun illik məruzəsinə səs verəcəyəm. Çünki Elmira xanımın fəaliyyətini müşahidə edən, onunla bərabər əsgərlərlə, qaçqın və məcburi köçkünlərlə, hətta Gürcüstandan olan soydaşlarımızla görüşlərdə iştirak edən insanlardan biri kimi demək istəyirəm ki, o öz üzərinə düşən vəzifələri çox fəal şəkildə yerinə yetirən ombudsmandır. Eyni zamanda, öz üzərinə düşən vəzifələri ən yaxşı şəkildə yerinə yetirən insanlarımızdan biridir. Ona görə də mən onun hesabatını dəstəkləməklə bərabər, ona fəaliyyətində uğurlar arzulayıram.
Elmira xanımın təkliflər şəklində səsləndirdiyi bəzi mə-sələlərə toxunmaq istəyirəm. Elmira xanım məruzəsində şikayətlərin və problemlərin ən çox haradan qaynaqlandığını açıq şəkildə göstərib. Əslində, bizə edilən müraciətlər əsasında da bilirik ki, ən çox hansı sahələrdən şikayətlər var və hansı sahələrdə problemlər öz həllini tapmalıdır. Təbii ki, bunların öz həllini tapması təkcə ombudsmandan asılı deyil. O məsələlərin bəzilərinin həllini tapması dövlət qurumlarının üzərinə düşür. Onların bu məsələdə çox böyük məsuliyyəti var. Eyni zamanda, biz də qanunverici orqan olaraq bəzi məsələlərin həllində yardımçı olmağa çalışmalıyıq.
Məsələn, ən çox şikayətlər olan bir sahədən – ünvanlı dövlət sosial yardımından danışmaq istəyirəm. Elmira xanı-mın təkliflərində də var, bu qanunun, əslində, ciddi təkmil-ləşdirilməsinə ehtiyac var. Yardımların təyin edilməsi üçün zəruri olan sənədlərin siyahısının təkmilləşdirilməsinə və sadələşdirilməsinə ehtiyac var. Əmlakın siyahısı tərtib edilərkən nələr ortalığa çıxır? Kiminsə bir yararsız avtomo-bili varsa, yardım ala bilmir.
Mən kənd rayonunu təmsil edən millət vəkiliyəm. Elə yerlər var ki, insanlara verilən torpaq sahələri tamamilə ya-rarsızdır, əkin üçün istifadə olunmur. Amma sizin bu qədər torpaq sahəniz var deyə, onların ünvanlı sosial yardım almasına ciddi problem yaradılır. Yaxud da ailədə əlil var. Bu əlilə verilən müavinət onsuz da onun öz ehtiyaclarına zorla çatır. Əlillərə, ahıllara, uşaqlara və digər ehtiyaclı qruplara ödənilən müavinətin məbləğinin ümumi ehtiyac meyarının məcmuəsinə daxil edilməsi, əslində, doğru deyil. Yəni əlilə verilən pul niyə ailənin ehtiyac meyarının içərisinə daxil edilməli və o da sosial yardıma öz təsirini göstərməlidir? Axı, əlilə verilən pul elə onun ehtiyacını an-caq ödəyir. Ona görə də bu sahədə çox ciddi narazılıqlar var. Hesab edirik, həm qanunverici, həm də bu işi həyata keçirən orqanlar bu istiqamətdə müəyyən işlər görmə-lidirlər ki, bu sahədə həm şikayətlər, həm də problemlər azalsın.
Elmira xanım digər bir vacib məsələni də qeyd etdi. Şəx-sən mənim millət vəkili seçildiyim rayonda bu problem var. “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1-ci maddəsin-də bir məsələ öz əksini tapmalıdır. Hansı məsələdən söhbət gedir? Bu, birinci qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluğa görə müavinətin nəzərdə tutulması ilə əlaqədardır. Yəni elə ailələr var ki, orada ya birinci qrup əlil, ya da şikəst uşaq var. Ailə ona qulluq edir, işə gedə bilmir. Ona görə də bu müavinətlərin nəzərdə tutulması çox önəmli bir məsələdir və öz həllini tapmalıdır.
Digər bir məsələni də demək istəyirəm, bunu Elmira xa-nım da vurğuladı. Biz parlamentdə də bu məsələni müza-kirə etmişik. Söhbət internat tipli xüsusi peşə məktəblərində yaşayan və 18 yaşı tamam olan uşaqların mənzil və məşğulluq problemlərindən gedir. Mənzil və məşğulluq problemləri ilə bağlı məsələ öz həllini tapmalıdır. Necə olacaq, onlar 18 yaşından sonra hara gedəcəklər, harada yaşayacaqlar? Bu, təbii ki, önəmli məsələdir.
Burada ordu ilə bağlı məsələlərə toxunuldu. Mən ön cəb-həni təmsil edən millət vəkillərindən biriyəm. Dəfələrlə Elmira xanımın əsgərlərlə, hərbiçilərlə görüşlərinin, onların fikir, təkliflərini dinləməsinin şahidi olmuşam. Əslində, Elmira xanımın təkliflərində də var, burada ən vacib addımlardan biri qanunvericiliklə orduya ictimai nəzarət mexanizminin müəyyən olunmasıdır. Yəni orduya ictimai nəzarət mexanizmi təkmilləşdirilərsə, bir çox məsələlər öz həllini tapmış olacaq. Sağ olun.
Sədrlik edən. Aqiyə Naxçıvanlı.
A.Naxçıvanlı. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Bu gün biz ombudsmanın 2012-ci ilə dair illik məruzəsini müzakirə edirik. Qeyd etməliyik ki, ombudsman öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirir. Təqdim olunan məruzədə müvəkkilin mülki və siyasi, iqtisadi, sosial və mədəni, müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlər, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, eyni zamanda, insan hüquqlarının səmərəli təmin edilməsi istiqamətində təklifləri öz əksini tapmışdır. Məruzədən görünür ki, sosial təminat hüququ, sağlamlığın qorunması hüququ, təhsil hüququ, mənzil hüququ və digər sahələr üzrə xeyli iş görülmüş, insan hüquq və azadlıqlarının təminatı sahəsində bir çox tövsiyələr irəli sürülmüşdür.
Mən bu təkliflərin sırasında 18 yaşı tamam olması ilə əlaqədar internat tipli xüsusi peşə məktəblərindən buraxılan uşaqların mənzil və məşğulluq problemlərinin həll edilməsi, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların ailələrə verilməsi, hamilə qadınlar, analar və körpələr üçün dövlət hesabına ödənişsiz tibb xidmətlərinin təşkili, ruhi xəstəxanalarda çalışan işçilərin sayının və əmək haqlarının artırılması, məktəbəqədər tərbiyə müəssisələrinin şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa təhsilin inkluzivliyinin təmin olunmasına dair müddəaların əlavə edilməsi təklifini xüsusi qeyd etmək istəyirəm. Əlbəttə, qeyd etdiyim məsələlərlə bağlı bir sıra normativ hüquqi sənədlər qəbul olunub. Sadəcə, onların icra edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməli, icra mex-anizmi daha da təkmilləşdirilməli və gücləndirilməlidir.
2012-ci ildə ombudsmanın ünvanına 12470 müraciət daxil olmuşdur. Onlardan 112 müraciət təhsil hüquqi ilə bağlıdır. Əlbəttə, müraciətlərin xarakteristikasına baxdıqda bu o qədər də böyük rəqəm deyil. Bu ondan xəbər verir ki, təhsil müəssisələrində ərizəçilərin şikayətlərinə daha diqqətlə baxılır. Amma hər halda bu, təhsil işçilərini düşündürəcək rəqəmdir.
Hörmətli Elmira xanımdan bir suala aydınlıq gətirməsini xahiş edərdim. Siz hesabatınızda göstərirsiniz ki, faktlar və sübutlar olmaması səbəbindən şikayətlərin 56,3 faizinə ba-xılmasından imtina edilmişdir. Bu o qədər də balaca rəqəm deyil. İmtinanın səbəbi barədə müraciət müəlliflərinə rəsmi cavablar verilmişdirmi? Əgər verilmişdirsə, onda təkrar müraciətləri doğuran səbəblər nədir? Bu suala aydınlıq gətirməyinizi xahiş edirəm.
Sonda qeyd etmək istəyirəm ki, ombudsmanın təqdim etdiyi məruzə böyük zəhmətin nəticəsidir və çox əhəmiyyətli bir sənəddir. Mən bu məruzənin lehinə səs verəcəyəm və həmkarlarımı da ona səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Aqiyə xanım. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. İlk növbədə mən Azərbaycan qadınlarını 8 mart Qadınlar günü münasibəti ilə təbrik etmək istəyirəm. Onların sırasında bizim qadın deputatlar, Milli Məclis Aparatının qadın işçiləri və eyni zamanda, fəaliyyətimizi yüksək səviyyədə işıqlandıran qadın jurnalistlərimiz var. Onların hər birini təbrik edir, ən xoş arzularımı bildirirəm. Azərbaycan qadın-ları ilə fəxr etdiyimizi, bu gün yeni Azərbaycan qurucu-luğunda onların xüsusi rolu olduğunu bir daha bildirmək istəyirəm.
Hörmətli Elmira xanımın – İnsan hüquqları üzrə müvək-kilin növbəti illik hesabatını diqqətlə dinlədik. Yenidən bu qənaətə gəlirik ki, Azərbaycanda insan hüquqları üzrə mü-vəkkil institutu artıq kifayət qədər oturuşmuş, dövlətçiliyin vacib bir tərkib hissəsinə çevrilmişdir. Çox sevindiricidir ki, bu institut, sadəcə olaraq, şikayətləri dinləyən bir təsisat deyil. Elmira xanımın hesabatından göründüyü kimi, onun vaxtaşırı bu və ya digər məsələlərlə bağlı müvafiq dövlət orqanları ilə təmasları, onlara müraciətləri sonradan onlarca şikayətin, ən əsası, insan hüquqları ilə bağlı müəyyən problemlərin yaranmasının qarşısının alınmasına kömək edir.
Biz Elmira xanımın illik hesabatını dinlədik. Amma mənə elə gəlir ki, biz o hesabatı hər gün dinləyirik. Hər gün mütəmadi olaraq televiziya ekranlarından, eyni zamanda, internet görüntülərindən, qəzetlərdən biz Ombudsman Aparatının bu və ya digər məsələyə münasibətini görürük, oxuyuruq. Ombudsmanın təkcə sadə vətəndaşların ayrı-ayrı şikayətlərinə münasibətini deyil, eyni zamanda, Azərbaycan məsələlərinə dair bir vətəndaş mövqeyini görürük. Məsələn, Xocalı soyqırımı ildönümləri ərəfəsində biz Ombudsman Aparatının, şəxsən müvəkkilin dünya ictimaiyyətinə müraciətini eşidirik ki, bunun özü də Azərbaycan reallıqlarının eşidilməsinə və dünyanın bu həqiqətləri bilməsinə çox böyük kömək edir.
Mən Ombudsman Aparatı, hörmətli Elmira Süleymanova haqqında deyilən xoş sözlərə qoşuluram, ona fəaliyyətində uğurlar arzulayıram. Onun fəaliyyətinin cəmiyyət tərəfindən müsbət qarşılandığını bildirmək istəyirəm. Sonda bir təklifimi bildirmək istəyirəm. Vaxtaşırı ombudsman özü və aparatın işçiləri həm paytaxtda, həm də əyalətlərdə vətəndaşları qəbul edirlər. Mən təklif edirəm ki, biz birgə qəbul praktikasını həyata keçirək. Bir regionda həm ombudsman, həm də oradan seçilmiş deputat birgə qəbullar keçirə bilər. Həmin bölgənin problemlərinə birgə mövqe bildirmək mümkündür. Mən Elmira xanıma təklif edirəm ki, belə praktikanı birinci dəfə Mingəçevir şəhərində həyata keçirək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də qarşıdan gələn 8 mart Qadınlar günü münasibəti ilə bütün xanımları təbrik edirəm, onlara can sağlığı, uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Bu gün bizə təqdim olunan məruzə ilə əlaqədar qeyd eləmək istərdim ki, ilbəil bunlar təkmilləşir, Azərbaycanda olan bütün sahələri geniş şəkildə əhatə edir. Məruzədə dövlət orqanları ilə münasibətlərin genişlənməsinin, şikayətlərin bir çoxunun öz həllini tapma-sının, bəzi hallarda isə tövsiyələrin verilməsinin şahidi oluruq. Bu da onu göstərir ki, hörmətli Elmira xanım kiçik bir kollektivlə çox böyük işlərin öhdəsindən gəlir.
Burada millət vəkilləri hərə bir sahənin adını çəkir. İnsan hüquqları elə bir məsələdir ki, o, bütün sahələri əhatə eləyir. İstər təhsili, istər səhiyyəni, istər tikintini, istər ordunu, istərsə də digər sahələri götürün, hər bir yerdən ora müraciətlər daxil olur. Hamı da çalışır ki, ombudsman təsisatı bu müraciətlərə baxsın, müvafiq işləri həyata keçirsin. Elə məruzədən də göründüyü kimi, tək bir sahədən 12 min müraciət daxil olub. Doğrudan da, bu kollektivlə bunları araşdırmaq, baxmaq və ədalətli şəkildə həll etmək vacib olan şərtlərdəndir ki, bu gün ombudsman təsisatı bunu çox uğurla yerinə yetirir.
Bundan əlavə, beynəlxalq təsisatlarla münasibətlərin qu-rulmasını da mən qeyd etmək istəyirəm. Biz mütəmadi şahi-diyik ki, insan hüquqları və yaxud da müxtəlif jurnalist təşkilatlarının adı altında 3 il, 5 il bundan qabaq nəyi demişdilərsə, eyni şeyi bir az da dərinləşdirib qərəzli şəkildə Azərbaycanda insan hüquqlarının pozulduğunu və başqa-başqa halları qeyd edirlər. Halbuki dünyanın hər bir yerində belə hallar var. İnsan, cəmiyyət varsa, fəaliyyət göstərirsə, burada hüquq pozuntuları da baş verə bilər. Amerika Birləşmiş Ştatlarında da, Fransada da, Almaniyada da bu, baş verir. Bu baxımdan Azərbaycanda baş verən hər hansı bir məsələnin müxtəlif beynəlxalq qurumlar tərəfindən qabarıq şəkildə müzakirəyə çıxarılması da qərəzlidir. Bu cür qərəzli münasibətin ortasında ombudsman təsisatı beynəlxalq konfranslarda Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı çox əhatəli şəkildə məruzələrini edir və ölkəmizdə insan hüquq və azadlıqlarının çox ciddi şəkildə qorunduğunu sübut edir. Harada problem varsa, aradan qaldırılır.
Biz şahidi olduq ki, dəfələrlə Azərbaycandakı bəzi hüquq müdafiə təşkilatları xaricdə olan dostlarının, həmkarlarının dəyirmanına su tökməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Özü də bəzi hüquq müdafiə təşkilatları hüquq müdafiəsini biznesə çeviriblər. Biz toyuq, dana oğrularını və digərlərini valideyndən pul alıb siyasi məhbus adı altında Avropa Şurasının və digər mötəbər qurumların siyahısına salmağın şahidləri olmuşuq. Elə insanlar var ki, ən ağır cinayətlər törədiblər, onların da adları həmin siyahılarda gedir. Bu məsələ artıq alver predmetinə çevrilibdir. Həm orada, həm də burada oturanlar əlaqə quraraq bu məsələni həyata keçirirlər. Təəssüflər olsun ki, bəzi vəkillər də artıq bu işlə məşğul olmağa başlayıblar. Vəkillik fəaliyyəti əvəzinə ara düzəltməklə məşğuldurlar. Belə bir çətin vaxtda Elmira xanımın üzərinə düşən məs-uliyyəti təsəvvür eləyin. Həm o tərəfdən, həm də bu tərəfdən yalanların, böhtanların və qarayaxmaların olmasına baxmayaraq, belə gözəl bir hesabat bu gün Milli Məclisə təqdim olunubdur. Çıxış eləyən deputat həmkarlarım da məruzəni çox yüksək şəkildə qiymətlən-dirdilər. Hörmətli Ziyafət müəllim, əgər məsləhətdirsə, səs verib bunu qəbul eləyə bilərik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim, təşəkkür edirəm. Siyavuş müəllim gözəl bir ideya verdi. Nə məsləhət bilirsiniz? Gülçöhrə xanım, təkid edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vaxtımıza da az qalıb. Məruzənin bütün parametrləri üzrə fikirlər bildirildi, qeydlər deyildi. Əgər təkid eləyən yoxdursa, 10 dəqiqəmiz var, Elmira xanıma söz verək, deyilən fikirlərə münasibət bildirsin. Elmira xanım, xahiş edirəm, qısaca münasibətinizi bildirin. Yenə deyirəm, təkid eləyən varsa, buyurub çıxış eləyə bilər. Yoxdur. Buyurun, Elmira xanım.
E.Süleymanova. Əvvəla, mən yalnız ombudsman təsisatı haqqında müsbət fikir söyləyənlərə deyil, eyni zamanda, konstruktiv təkliflər verən, nöqsan və qüsurlarımızı göstə-rən, qarşıda duran vəzifələrimizi aydınlaşdırmağa imkan yaradan rəylərə görə hamınıza öz təşəkkürümü bildirirəm. Birinci sual belə idi ki, dövlət qurumlarına, yüksək rütbəlilərə, müxtəlif instansiyalara təkliflər verilirmi? Bircə onu demək istərdim ki, ombudsman təsisatına (bu, Aqiyə xanımın sualına cavabdır) ünvanlanan elə bir şikayət, müraciət tapmaq olmaz ki, ona cavab verilməsin. Yazılı və mütləq şəkildə bu insanlar cavablarını alırlar. Əgər imtinadırsa, qanuna istinadən izahat verilir ki, bunun səbəbi nədir.
Jurnalistlərlə bağlı sual verildi. Əlbəttə, biz jurnalistlərlə çox sıx əlaqədə işləyirik. Bu qaldırılan məsələlərlə bağlı onu demək istərdim ki, ombudsman tərəfindən cənab Prezidentə və səlahiyyətlilərə müraciət olundu ki, alternativ cəzalar tətbiq edilsin. Yəni beynəlxalq təcrübə nəzərə alınaraq, bunlara məhkumluqdansa müxtəlif cəzalar tətbiq olunsun. Məsələn, ağlabatan məbləğdə cərimə oluna bilərlər. Müvəqqəti saxlamaq olar. Deyim ki, bu çox böyük nəticə verir. Fikir versəniz, görərsiniz ki, son illərdə saxlanılan və məhkum jurnalistlərin sayı kəskin surətdə azalmışdır. Eyni zamanda, biz bu sahədə böyük iş aparırıq.
Soruşuldu ki, beynəlxalq qurumlara məlumat verirsiniz-mi? Uzağa getməyək, dünən gecə başqa bir tədbirdə Avropa Şurasındakı nümayəndələrimiz tərəfindən belə bir sual oldu. Elə həmin gecə Milli preventiv qrup istintaq təcridxanasının rəisi ilə əlaqə saxladı və məsələ həll olundu. Əlbəttə, narahatlıq üçün heç bir əsas yox idi, amma deyilən o iddialar yerinə yetirildi və Avropa Şurasına bildirildi ki, artıq məsələ həll olunub. Belə operativ şəkildə işlədiklərinə görə mən öz kollektivimə təşəkkürümü bildirirəm.
Başqa bir sual da oldu. Bilirsiniz ki, ombudsman impera-tiv xarakterli qərarlar qəbul etmir. Ona görə dövlət qurumları ilə çox sıx əməkdaşlıqda işləyirik. Bu əməkdaşlığın get-gedə təkmilləşməsi nəticəsində daha çox şikayətlərin həll olunmasını müşahidə edirik.
Bundan başqa, burada yuvenal ədliyyədən söhbət açıldı. Əlbəttə, bu, çoxdan müzakirə olunan məsələdir və inanıram ki, bu yaxınlarda, inşallah, qanun da qəbul olunacaqdır. Amma onu da deyim ki, qanun qəbul olunmasa da, artıq yetkinlik yaşına çatmayanlar daha yumşaq şəkildə cəzalandırılırlar. Ondan başqa, onların saxlanma şəraiti, təhsili, peşəyə yiyələnmələri məsələlərinə də fikir verilir.
Bir başqa məsələ də ondan ibarətdir ki, bəs beynəlxalq qurumlara hansı müraciətlər olunur. Mən demək istəyirəm ki, Azərbaycan xalqını narahat edən elə bir məsələ yoxdur. Ən əvvəl Qarabağ hadisələri ilə bağlı və sonuncu isə Fransada olan hadisə ilə, iki gəncimizə edilən zorakılıqla bağlı müraciətlər olub. Çox kəsərli, çox qətiyyətli bir müraciət idi. Bu müraciət hadisə baş verən kimi qəbul edilib. Döyülmə və yaxud təhrik aktında iştirak etmiş həmin deputatın parlament üzvlüyündən məhrum edilməsini istəmişik. Eyni zamanda, həmin F.Roşeblo Avropa Şurası Parlament Assambleyasında Fransanı təmsil edir. Onun bu təmsilçilikdən azad olunmasını tələb etmişik. Çünki burada nəinki beynəlxalq hüquq normaları, ümumiyyətlə, insani münasibətlərin pozulması halları var. Söz azadlığı ilə bağlı çox yerli-yersiz bəyanatlar verən bir ölkədə gənc xanıma qarşı bu cür hərəkətə yol verməməli idilər.
Ümumiyyətlə, zəbt olunmuş torpaqlarımızla, Xocalı ilə bağlı nəinki burada, hətta xaricdə səfirliklərimizlə birgə böyük tədbirlər keçiririk. Keçən il Macarıstanda soyqırımla bağlı çox böyük beynəlxalq konfranslar keçirildi və bunun əks-sədası da oldu. Həm də biz daim çalışırıq ki, bu ölkə-lərin kütləvi informasiya vasitələrində bu hadisələrə hüquqi qiymət verilsin.
Əlbəttə, qeyd etdiyiniz nöqsanlar, qüsurlar hər bir ölkədə var. Elə bir ölkə yoxdur ki, orada belə pozuntular olmasın. Bu, tamamilə doğrudur, amma Azərbaycanda nöqsan və qüsurların aradan qaldırılması, hüquqi demokratik dövlət qurulması, insan hüquq və azadlıqlarının daha etibarlı təmin olunması üçün siyasi iradə, görülən tədbirlər və irəliləyişlər göz qabağındadır. Amma biz yenə də çalışmalıyıq ki, hər hansı bir hüquq pozuntusu qanun çərçivəsində həll olunsun və aradan qaldırılsın.
Mən istərdim, bir daha hər bir kəsə öz təşəkkürümü bild-irim və deyim ki, biz rayonlarda tədbirlər, ictimai dinləmələr keçiririk. İnşallah, Novruz bayramından sonra da silsilə tədbirlər keçirəcəyik. Səhər saat 9-dan axşam 9-a kimi müxtəlif obyektlərdə görüşlər təşkil edəcəyik. Bu tədbirlərdə ictimaiyyətin, insanların səsi dinlənilir. Onların təklifləri bizim müraciətlərdə və tövsiyələrdə öz əksini tapır və ali qanunvericilik orqanı olan Milli Məclisə təqdim olunur, müvafiq qanunlar qəbul edilir. Mən inanıram ki, bu dəfə də millət vəkilləri bizə dəstək verəcəklər.
Vaxtım sona çatır, ona görə demək istərdim ki, biz hamı-nızı sıx əməkdaşlığa çağırırıq. Ombudsman təsisatının, şəxsən mənim kabinetimin qapısı 10 ildə 10 saniyə belə bağlı olmayıb. Taybatay açıq qapılardır. Biz hamı ilə ünsiyyət axtarırıq, hamının fikrinə dəyər veririk. Çünki məqsədimiz ümumidir – müstəqil Azərbaycan dövlətimizin inkişafıdır. Hamınıza təşəkkür edirəm və uğurlar arzulayıram.
Sədrlik edən. Sağ olun, Elmira xanım, təşəkkür edirəm. Hörmətli deputatlar, biz Daxili Nizamnaməyə görə ombuds-manın illik məruzəsini nəzərə alınıb-alınmaması ilə əlaqədar səsə qoymalıyıq. Ona görə xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə  100
Əleyhinə  0 
Bitərəf  0
Səs verməd 2 
İştirak edir  102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Elmira xanım, Sizi də, kollektivi-nizi də təbrik edirik. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Gündə-liyin ikinci məsələsi Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-III Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Sizin qeyd etdiyiniz kimi, 2012-ci il 2 noyabr tarixində 3 medalın təsis olunması ilə bağlı qanunlar qəbul olundu. “Miqrasiya orqanlarında qul-luqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” medalları təsis olundu. Bu qanunların qəbulu ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medal-larının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi təklif olunur. Dəyişikliyin qısaca mahiyyəti ondan ibarətdir ki, miqrasiya orqanlarının işçiləri xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmaq və fəxri adlar verilmək üçün təqdim edilir, müvafiq icra hakimiyyəti orqanı tərəfindən səlahiyyət verildiyi halda konkret olaraq miqrasiya orqanının rəhbəri bu medallarla təltif edə bilir. Bu, qanunvericiliyin uyğunlaşdırılması ilə bağlıdır və həmkarlarımdan qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.06 dəq.)
Lehinə 92
Əleyhinə  1 
Bitərəf  0
Səs verməd 2 
İştirak edir  95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Yaşayış yeri və olduğu yer üzrə qey-diyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlar, üçüncü, dördüncü və beşinci məsələlər bir-biri ilə üzvi surətdə bağlıdır. Birinci məsələ ilə bağlı fikrimi bildirdikdən sonra artıq dördüncü və beşinci məsələlərə edilən dəyişikliklər də tam aydın olacaq.
Məsələ bundadır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırda əcnəbilərin və vətən-daşlığı olmayan şəxslərin qeydiyyatını həyata keçirməyi məhz həmin şəxslərin üzərinə qoyur. Yəni Azərbaycana gələn əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, fərqi yoxdur, mehmanxanada yerləşir, yoxsa evdə, o, qeydiyyatla bağlı bütün məsələləri özü həyata keçirməlidir. Özü müvafiq icra hakimiyyəti orqanına müraciət etməli və qeydiyyata nail olmalıdır.
Bu qanun layihəsinin əsas mahiyyəti barədə geniş dayanmayacağam, çünki sizə arayış təqdim olunub. Qısa və aydın şəkildə demək istəyirəm ki, əsas mahiyyət bütün bu öhdəliyin, yəni qeydiyyata alınmanın qəbul edən tərəfin üzərinə qoyulmasıdır. Yəni mehmanxana, sanatoriya, istirahət evinin əməkdaşları, yaxud da digər yaşayış yerinin sahibi, dəvət edən şəxs bununla məşğul olur. Bu baxımdan bizim qanunun həmin müddəası müasir standartlara tam uyğunlaşdırılmış olur. Əcnəbi, vətəndaşlığı olmayan şəxs artıq bu prosedurla məşğul olmur, harada yerləşibsə, həmin orqan və yaxud da şəxs onu həyata keçirməlidir.
Eyni zamanda, qeyd etmək istəyirəm, bu, ikinci bir yeni-likdir, bu məsələni həll etmək artıq miqrasiya orqanı ilə müvafiq icra hakimiyyəti orqanına həvalə olunur. Yəni iki dövlət orqanı artıq əcnəbinin qeydiyyata alınması ilə bağlı öz xidmətini yerinə yetirmiş olur.
Nəhayət, bu xidməti həm birbaşa, həm də elektron for-mada həyata keçirmək olar. Beləliklə, bu dəyişikliklə biz həm əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı prosesini sadələşdiririk, həm də onları bəlkə də onlara aydın olmayan, çətin bir xidmətdən azad etmiş oluruq. Onu qəbul edən tərəf bunları özü həyata keçirmiş olur. Bu baxımdan, hesab edirəm ki, cənab Prezident tərəfindən təqdim olunmuş bu layihə çox mütərəqqidir və inanıram ki, millət vəkilləri də buna dəstək verəcəklər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yevda Abramov. Xahiş edi-rəm, 3 məsələ haqqında fikirlərinizi bildirin. Onların üçü də təqribən oxşar məsələlərdir. Biri qanunun tətbiqi haqqında əsasnamədir, digəri də 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləridir. Buyurun.
Y.Abramov. Təşəkkür edirəm, Oqtay müəllim. Deyəcə-yim məsələlər bundan sonra təqdim ediləcək dəyişikliklərə də aiddir. Əli müəllim həmişə olduğu kimi, bu dəyişikliyi çox gözəl təqdim etdi. Əli müəllim professional hüquqşünas kimi həm qanunları, həm də ona edilmiş dəyişiklikləri hamının başa düşüləcəyi dildə təqdim edir.
Oqtay müəllim, mən bu dəyişikliklərə səs verəcəyəm, amma mən bu qanunda kiçik bir boşluq görürəm. Mən bu qanunda olan boşluğu aeroportda dəfələrlə hiss eləmişəm. Əvvəlki qanunda əcnəbi və ya vətəndaşlığı olmayan şəxs 24 saat ərzində qeydiyyata düşmək üçün müraciət etməli idi.
Təsəvvür edək ki, hər hansı bir insan atasının, ya da yaxınının dəfn mərasiminə gəlib. Adət-ənənəyə, dünyasını dəyişmiş insana ehtiram göstərərək o, 6–7 gün yas mərasimində oturmalıdır. Bu dəyişiklikdə qeyd olunur ki, həmin şəxs 3 gün ərzində icra hakimiyyəti orqanlarına qeydiyyata düşmək üçün müraciət etməlidir. Bu, mümkün deyil. Mən dəfələrlə Quba rayonuna Amerikadan, Almaniyadan, Avstriyadan və İsraildən gələn insanların qayıdarkən aeroportda müəyyən maneələrə rast gəldiklərinin şahidi olmuşam. Mənə müraciət olunub, gecə yarısı ora getmişəm.
Elə vaxt olub ki, vətəndaş təyyarənin uçuş qrafikinə əsa-sən 30 gün deyil, 31 gün qalmalı olub, çünki təyyarə həftədə bir gün uçur. Onu təyyarədən düşürüblər ki, sən Azərbaycanda 1 gün artıq qalmısan və kifayət qədər cərimə verməlisən. Vətəndaş da bilməyib, pulunu da xərcləyib. Mən dəfələrlə bu məsələ haqqında miqrasiya xidmətinə müraciət etmişəm. Bu qanunda da elə olacaq.
Mən bir sıra ölkələrin qanunvericiliyinə baxdım. Əksər ölkələrdə bu, 30 deyil, 90 gündür. Hətta Amerikanın özünə getsək, 90 gün heç yerdə qeydiyyatda olmadan yaşaya bilərik. İsraildə də belədir, Almaniyada da. Biz bunu 30 gün götürmüşük. Amma unuduruq ki, bizim bu gün Rusiyada minlərcə vətəndaşımız var. Bunlar yayda ata-baba ocaqları-na gəlirlər, 30 gündən də artıq qalırlar. Uşaqların yay tətili olur, onlar 60 gün qalırlar. Bizim bu vətəndaşlarımız, doğum şəhadətnaməsində Azərbaycanda doğulması göstərilən insanlar saatlarla, günlərlə müvafiq icra hakimiyyəti orqanlarına qeydiyyat üçün xahiş eləməli, müxtəlif sənəd yığmalıdırlar. Buna ehtiyac varmı? Düzdür, bir az yüngülləşdirici hallar var. Əli müəllim də çıxışında dedi. Bunun üçün 48 saat vaxt qoyulub. Bu, yaxşıdır, çünki vətəndaş cavab almalıdır ki, qeydiyyata düşür, yoxsa düşmür.
Hamının yadındadır ki, ulu öndər Dünya Azərbaycanlılarının I Qurultayında demişdi ki, bizim həmvətənlərimiz harada yaşamasından asılı olmayaraq nə vaxt vətənə dönərlərsə, yenə bizim vətəndaşımız hesab olunurlar. Belədirsə, niyə “əcnəbilər” sözü Azərbaycanda doğulmuş və bu gün müəyyən səbəblər üzündən Rusiyada və digər ölkələrdə yaşayıb oranın vətəndaşlığını qəbul edən insanlara şamil olunur? Gürcüstana da aiddir. Orada da bizim həmvətənlərimiz var.
Oqtay müəllim, biz bu işi sadələşdirmirik. Mənə elə gəlir ki, məsələ bir az da qəlizləşdirilib. İş miqrasiya orqanlarına düşəndə, hamı bilir ki, bunlar regionaldır. Məsələn, Xaçmazdakı 5 rayona xidmət edir və digər regionlarda da belədir. İndiyə qədər bu çətinliyi necə həll etmişik? Mən öz təcrübəmdən deyirəm, Qubaya gələn insanlar bir ay qaldıqdan sonra Yaraqqazmalara gedib Azərbaycan sərhədini keçiblər. Sonra, Rusiya sərhədini keçib bir saat fırlanandan sonra yenidən qayıdıblar. Bununla da pasporta 30 gün üçün yeni möhür vurulur. Bu məsələni belə həll edirlər. Olmazmı ki, biz qanunda dəyişiklik edəndə bir az da dərindən fikirləşək.
Əli müəllim peşəkar, yüksək səviyyəli bir hüquqşünasdır. Hər dəfə bunları dəyişməyək, bunlara obyektiv yanaşaq. Yəni məmur üçün deyil, xalq üçün çalışaq. Oqtay müəllim, mümkünsə, bu müddət 90 günə çatdırılsın. Bu gün Moskvaya gedirsənsə, elə təyyarədə sənədi doldurursan və 5 gün heç bir yerə qeydiyyata düşmədən bu şəhərdə yaşaya bilirsən. Sonra mənzil-istismar kontorlarında və polisdə 90 gün qeydiyyata düşürsən. Ondan sonra bir dəfə Kiyevə get-qayıt, ya da Moskvadan çıx gəl, yenidən pasport əvvəlki qanuni hüququna minir.
Əlbəttə, bunlar mənim şəxsi fikirlərimdir, deputat həm-karlarım bununla razılaşmaya da bilərlər. Mən yenə deyirəm ki, qoy Azərbaycanda turizm inkişaf etsin, həmvətənlərimiz daim öz ölkəsinə qayıtsın. İnanın, bu adamların böyük vətən həsrəti var. Mən bunu yaşadığım qəsəbədə hiss etmişəm. İnsanlar atalarının qəbrini ziyarət etmək, müəyyən adət-ənənələri qeyd etmək üçün gəlirlər, amma aeroportlarda çox böyük çətinliklərlə üzləşirlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Yəqin, Əli müəllim bu suallara daha ətraflı cavab verər. Mən də bu qanun layihəsi ilə tanış olmuşam. Birinci, miqrasiya orqanları qanun əsasında işlə-yirlər. Burada üç qanun qəbul elədik. Birinci qanun qeydiy-yat haqqındadır. Bu qanunda açıq şəkildə yazılıb: “Viza əsasında gələnlər – vizada göstərilən qalma müddətinə”. Yəni viza 30 günlükdürsə, həmin qalma müddətinə. Sən deyirsən ki, 31-də getməlidir. Misal üçün, 31-i getməsin, 28-i getsin.
Burada əsasnamə var. Bu əsasnamədə göstərilir ki, əgər əlavə qalmaq istəyirsə, hansı sənədlər lazımdır. Hər şey burada öz əksini tapıb.
Siz Rusiya, Gürcüstan barədə dediniz. Burada aydın yazılıb: “Viza tələb olunmayan qaydada gələnlər – 90 gün müddətində”. Bu var. Viza olmayan ölkələrdə 90 gün müddətinə qala bilər. Bizimkilər də gedəndə 90 gün qalırlar. Mən bunu belə başa düşürəm. Əli müəllim də izahat verər. Amma o ki qaldı siz deyirsiniz, miqrasiya orqanları da təlimatla işləyirlər, onu da biz veririk. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, Oqtay müəllim, doğrudan da, Siz müəyyən məsələlərə aydınlıq gətirdiniz. Bu qanun layihəsi çox vacib sənəddir. Təbii ki, istənilən xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs Azərbaycana daxil ola bilər. Əgər o, mehmanxanada yaşayırsa, artıq mehmanxana avtomatik olaraq onu qeydiyyatdan keçirir. Amma bəzi hal-larda bu adamların böyük əksəriyyəti müxtəlif evlərdə kirayə qalmağa daha çox üstünlük verirlər. Bu şəxslər nə məqsədlə gəliblərsə, Allah işlərini avand eləsin. Amma müəyyən hallarda binalarda yaşayırlar, evini icarəyə verən vətəndaş da vergidən yayınmaq üçün bunu gizlədir. Xarici vətəndaşın gəlmə məqsədi aydın deyilsə, belə yerlərdə qalmağı məqsədəuyğun hesab edir. Bunun nəticəsində də bəzi hadisələr baş verir ki, sonradan hüquq mühafizə orqanları bunları uzun müddət araşdırmalı olur. Gəldi, işini gördü, getdi və nəticə etibarilə motiv bəllidir, motivi həyata keçirən bəlli deyil. Belə hadisələr müxtəlif cinayətlərin törədilməsində bilavasitə dəstəvuz olur. Əgər düz məqsədlə gəlmisənsə, qeydiyyatdan keçməkdə nə böyük problem var? Həmin evin sahibi səni qeydiyyatdan keçirəcək.
İkinci bir tərəfdən, Oqtay müəllim, Siz də qeyd etdiniz ki, viza müddətləri müxtəlifdir. Məsələn, birillik viza verilsə də, gəldiyin ölkədə 90 gündən artıq yaşaya bilməzsən. 90 gün bitibsə, ölkədən çıxmalısan, 10 gündən sonra qayıdıb yenə 90 gün yaşaya bilərsən. Avropanın istənilən ölkəsində tətbiq olunan müddətdən heç bir saat artıq yaşaya bilməzsən. Həmin dəqiqə ya müraciət etməlisən, ya da müxtəlif cərimələr tətbiq olunur və sair. Mən də hesab edirəm ki, bu məsələlərə çox həssaslıqla yanaşmalıyıq. Düzgün olaraq bu gün qanunvericilikdə dəyişiklik edilir. Təbii ki, biz nə buraya turist səfərinə gələnlərin qarşısını almaq, nə də digər insanlara mane olmaq məqsədi güdürük.
Azərbaycan vətəndaşları Moskvada da, Rusiyanın bütün ərazilərində də, başqa-başqa ölkələrdə də yaşayırlar. Onların gəlib-getmələri üçün heç bir problem yoxdur. Birinci, əgər şəxs Azərbaycanda doğulubsa, valideynləri buradadırlarsa, o, artıq Azərbaycan vətəndaşıdır. Əgər vətəndaşlığını dəyişibsə, başqa ölkənin vətəndaşlığını qəbul edibsə, təbii, həmin ölkənin qanunvericiliyinə tabe olmalıdır və ona hörmətlə yanaşmalıdır. Mən hesab edirəm ki, ölkənin qanunvericiliyinə tabe olmalı, ona hörmətlə yanaşılmalıdır. Bu baxımdan da mən hesab edirəm ki, biz layihəni dəstəkləməli, səs verib qəbul etməliyik.
Bu məsələlərlə bağlı indidən qeyd etmək istəyirəm ki, gələcəkdə ölkə daxilində də belə yerdəyişmələrə, qeydiyyat məsələsinə baxılmalıdır. Bəzi adamlar hansısa rayonda qeydiyyatdan keçirlər, lakin 7–10 ildir artıq Bakı şəhərində yaşayırlar. Orada qeydiyyatdadır, burada yaşayır. İstər seçki prosesində, digər proseslərdə bu adamlar böyük problemlər yaradırlar. Gələcəkdə biz bunun mexanizmini də qurmalıyıq. Bu məsələ Seçki Məcəlləsində öz əksini tapıb. Şəxs 6 ay bir yerdə yaşadıqdan sonra əgər qeydiyyatdan keçirsə, orada səsvermə hüququna malik olur. Amma vətəndaş yerini dəyişir. Azərbaycanın bir rayonundan Bakı və ya Sumqayıt şəhərinə gəlir, oradan gedir Gəncəyə. Onun qeydiyyatı olmadan fəaliyyət istiqamətləri də müəyyən olunmur. Hesab edirəm ki, bu məsələlərə də nəzarət olunmalıdır, sistemləşdirilməlidir. Hesab edirəm ki, çox vacib qanun layihəsidir və deputat həmkarlarımı buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim, hamısını yaxşı dedin, amma köhnə sovet «Ð¿Ñ€Ð¾Ð¿Ð¸ÑÐºÐ°» sisteminə qayıtmaq istəyirsən. Azərbaycan vətəndaşı istədiyi bir yerdə yaşaya, işləyə bilər. İş yerinə gedəndə artıq istər-istəməz qeydiyyata düşür. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm, hörmətli Sədr. Mən ilk öncə bu qanun layihəsinin təşəbbüskarı cənab Prezidentə təşəkkür etmək istəyirəm. Niyə? Çünki son aylar ölkə icti-maiyyətində və mətbuatda qeydiyyatla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlişi ilə bağlı çoxsaylı müzakirələr gedirdi. Hətta xatırlayırıqsa, Gürcüs-tandan, Rusiyadan olan soydaşlarımızla bağlı müvafiq təd-birlər keçirirdilər və cərimələrin tətbiqinin qarşısının alınması və qalma müddətinin 30 gün artırılması məsələsi müzakirə edilirdi. Belə hesab edirəm ki, bu qanun layihələrinin Milli Məclisə təqdim olunması 100 minlərlə insanın, yəni xaricdə yaşayan soydaşlarımızın, – mən hələ xarici ölkə vətəndaşlarını demirəm, – sevincinə səbəb olacaq və onların ailə üzvlərini nəzərə alsaq, milyonlarla insan sevinəcək.
Bugünkü qanun layihələri ilə bağlı bizdən əvvəl çıxış edən həmkarlarımız, o cümlədən Yevda müəllim qeydlərini dedi. Mən Əli müəllimdən icazə aldım və bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Əslində, burada söhbət 30 gün müddətindən getmir. Cənab Prezident tərəfindən təqdim edilən və hazırda müzakirə etdiyimiz qanun layihəsində 30 günlük müddət artıq çıxarılıb. Müzakirə olunan, narahatlıq doğuran məqam bu idi. Artıq həmin müddət 90 günə çatdı-rılıb və heç bir cərimə də tətbiq edilməyəcək. Bayaq qeyd etdiyim kimi, artıq bu, çoxsaylı insanların sevincinə səbəb olub.
Amma viza ilə Azərbaycana gələn əcnəbilərin məsələsi ilə bağlı yenə deyə bilmərik ki, 30 günlük gəlir, çünki viza-nın müddəti var. Həmin müddət 15 və ya 45 gün də, 2 ay da ola bilər. Qanun layihəsində çox düzgün olaraq göstərilir ki, viza açıldığı müddət ərzində ölkədə qalmaqdan söhbət gedir.
Bir maraqlı məqam da var. Rusiya təcrübəsinə baxaq. Rusiyaya, hətta sanatoriyalara gedərkən qeydiyyata düşürüksə, bizdən 500 rus rublu dəyərində rüsum alınır. Amma yeni qanun layihələrində, – mən 3 qanun layihəsi haqqında fikrimi bildirirəm, – vətəndaşın bu rüsumdan azad olunması məqamı öz əksini tapır. Çox haqlı olaraq bu prosedur sadələşdirilir. Bu isə təkcə bizim soydaşlarımız üçün deyil, həm də əcnəbilərin Azərbaycana gəlişinin sadələşdirilməsinə xidmət edir.
Onu da qeyd etmək istəyirəm ki, 2015-ci ildə Avropa olimpiya oyunları Azərbaycanda keçiriləcək və 100 minlərlə insan Azərbaycana gələcəkdir. Bu gün artıq dövlət öz tədbirini görür və qapılarını açır, amma qanun çərçivəsində. Ölkədə vizadan artıq qalmaq, təbii, yolverilməzdir. Çünki viza açılarkən vətəndaşın gedib-gəlməsi, onun təyyarə biletlərinin və qaldığı otellərdə yerin bronlaşdırılması və rəsmiləşdirilməsi məsələsi artıq nəzərə alınır. Mən hesab edirəm ki, vizadan 1 gün artıq qalmaq ancaq xəstəlik və sair hallarda ola bilər. Bunu da sənədlərlə təsdiq etdikdə problem yaranmır. Amma onu da demək istəyirəm ki, hətta şengen vizası ilə Avropaya gedərkən 1 gün gecikməyə görə ölkədən çıxdıqda sənə problem yaratmırlar. Amma növbəti dəfə viza alarkən həmin ölkənin Azərbaycandakı səfirliyi artıq viza verməkdən imtina edir ki, sən ölkədə 1 gün artıq qalmısan.
Maraqlı məqamlardan biri də budur ki, prosedur sadələş-dirilir. Yəni istər xüsusi mənzil sahibləri, istərsə də hansısa bir orqanın, müəssisənin, sanatoriyanın və ya mehmanxananın və sair rəhbərləri, qanun layihəsində göstərildiyi kimi, 3 gün müddətində sənədləri müvafiq icra hakimiyyətinə təqdim edir və 48 saat müddətində həmin qurumlar xaricdən gələn şəxsi qeydiyyata almalıdır. Yəni bu məsələləri dəvət edənin öz üzərinə qoymaqla, əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə hər hansı bir çətinlik, problem yaratmadan həll edə bilirik. Mən hesab edirəm ki, bu olduqca sadələşdirilmiş bir vəziyyətdir.
Digər qanun layihəsi də bu əsasnamənin tətbiqi haqqındadır. Burada bir maraqlı məqam var. Mən yenə də qeyd edirəm ki, bu, sadələşdirilməyə və işin asanlaşmasına xidmət edən bir məqamdır. Ərizə, anket blanklarının müva-fiq icra hakimiyyəti orqanından və ölkə üzrə bütün poçt şöbələrindən əldə olunması, eyni zamanda, bunun elektron formasının müvafiq icra hakimiyyəti orqanının İnternet saytında yerləşdirilməsi işi olduqca sadələşdirəcək. Əvvəllər “OVİR” deyilən bir yerdə xarici pasport almaq üçün blankın alınması üçün kimdənsə xahiş etməli, 1–2 manat da verməli idik ki, blankı sənə versinlər. İndi artıq evində oturub blankı doldura biləcəksən. Belə hesab edirəm ki, bu, həm əcnəbilər, həm də Avropa dövlətləri və digər dövlətlər tərəfindən müsbət dəyərləndiriləcək. Eyni zamanda, hazırda Rusiyada, Gürcüstanda və digər MDB məkanında yaşayan soydaşlarımızın problemlərinin həll olunmasına xidmət edən məqamdır. Ona görə də hesab edirəm ki, həmkarlarımız bu qanun layihələrinə səs verəcəklər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Ümumiyyət-lə, mən düşünürəm ki, əlavə və dəyişikliklərə heç bir eh-tiyac yoxdur. Biz bir tərəfdən Azərbaycanın regionda turizm mərkəzinə çevrilməsi üçün eyni miqdarda maliyyə xərcləyirik, digər tərəfdən isə Azərbaycana ən çox gəlib-gedən qonşu ölkələrin – Türkiyənin, İranın vətəndaşlarına viza tətbiq edirik. Azərbaycan Respublikasının Prezidenti söyləyir ki, mən 50 milyon azərbaycanlının Prezidentiyəm, amma biz Azərbaycanla sərhəd bölgədə – İran ərazisində, Cənubi Azərbaycanda 45 kilometr ərazidə yaşayan azərbaycanlılara viza tətbiq edirik. Təbrizli, Culfada, Astarada yaşayan azərbaycanlı Azərbaycana gəlmək üçün Tehrandan və ya Təbrizdəki konsulluqdan viza almalıdır. Onların yolunu bağlayırıq. Halbuki şənbə, bazar günləri onlar buraya gəlirdilər. Biz dünyəvi dövlətik. Çadranı atırdılar qırağa, rahat gəzirdilər-dolanırdılar, ad günlərini qeyd edirdilər, içirdilər-yeyirdilər. Yəni gedib baxardınız, Naxçıvanın bütün otellərində ancaq onlar yaşayırdılar. Görün nə qədər pul xərcləyirdilər burada? Yəni özlərini rahat hiss edirdilər. İndi biz onların böyük bir hissəsinin qarşısını aldıq. Restoranlarda, kafelərdə onlar pul xərcləyirdilər. Bunun da qarşısını aldıq.
Azərbaycana 10 günlük gələn bir turist, xarici vətəndaş 3 gün Bakıda, 3 gün Gəncədə, 3 gün də Qəbələdə olacaqsa, 3 gün ərzində otelin rəhbərliyi, yaxud onun qaldığı yerin sa-hibi müvafiq dövlət orqanına məlumat verməlidir. Həmin məlumat veriləndə, artıq o, olduğu şəhərdən çıxacaq. Gələ-cək başqa şəhərə, oradan da 3 gün ərzində çıxacaq. Sonra bir də Bakıya qayıdıb təyyarə ilə uçub gedəcək. Amma bunun psixoloji tərəfi var. Psixoloji tərəfi budur ki, həmin xarici turist, qonaq biləcək ki, bu ölkəyə girən-çıxan hər bir şəxsə total nəzarət tətbiq olunur.
Mən viza məsələsi ilə bağlı çıxış edəndə hörmətli həmkarımız Siyavuş Novruzov dedi ki, təxribatçı qüvvələr gəlirlər və sair. Guya təxribatçı viza alıb gələ bilmir bu ölkəyə? Yaxud vizasız gələnlər üçün ayrı bir keçid məntəqəsi var, orada onları yoxlamırlar, üst-başlarına baxmırlar, onlar narkotik gətirə bilərlər və sair? Vizasız da, viza ilə də gələndə sərhəd-keçid məntəqəsindən keçir, orada onu gömrükçülər, sərhədçilər yoxlayırlar və sair. Sözümü nəyə gətirirəm? Bunun onsuz da elə bir əhəmiyyəti olmayacaq. Amma biz belə bir fikir yaradırıq ki, hamıya, hətta ən yaxın qardaş dediyimiz Türkiyəyə də, Cənubi Azərbaycana da, İrana da viza tətbiq edirik. Halbuki torpaqlarımızı işğal altında saxlayan Rusiya ilə viza rejimimiz yoxdur.
Yeri gəlmişkən, bunu da söyləyim. İndi belə bir vəziy-yətdə biz nəyə nail olmaq istəyirik? Köhnə totalitar ölkələr, kommunist ölkə olan Şimali Koreya kimi dünyadan, beynəlxalq aləmdən tam təcrid, izolyasiya olunmuş qapalı bir sistem qururuq? Qurmuruq, amma belə təəssürat yaranır ki, bu ölkədə hamı total nəzarət altında olacaq, bizim ölkəyə yalnız viza ilə gəlib-getmək olar. Bizim düşmənimiz Ermənistan isə yanvardan Avropa Birliyi vətəndaşları üçün, ümumiyyətlə, vizanı aradan qaldırdı. İndi hansı Avropa ölkəsinin vətəndaşı, yaxud amerikalı deyəcək ki, yox, mən Avropanı qoyub gəlib Azərbaycanda yaşayıram? Ona görə də Amerika, Avropa Birliyi ölkələrinin vətəndaşları üçün vizanı götürmək lazımdır. Əlbəttə, aradan qaldırmaq lazımdır ki, rahat gəlsinlər-getsinlər, Azərbaycanda pul xərcləsinlər, turizmi inkişaf etdirək. Ona görə mən hesab edirəm ki, bu heç nə verməyəcək. Bu, Azərbaycana nə verir?
Çox təəssüf ki, mən Əli müəllimin çıxışını dinləyə bilmədim, bir az yubandım. Amma bir izahat verilməlidir ki, burada məqsəd nədən ibarətdir? Mən hesab edirəm ki, bunun heç bir əsaslandırılmış izahı ola bilməz. Belə bir qanun, sadəcə olaraq, ölkənin imicinin korlanmasına yol aça bilər. Ona görə də mən bu layihənin əleyhinə səs verəcəyəm. Hesab edirəm ki, heç bir müsbət, yaxşı nəticə verməyəcək. Sağ olun.
Sədrlik edən. Qüdrət müəllim, sən bir az gecikmişdin, Əli müəllim bu 3 qanun layihəsini təqdim edəndə qulaq as-mamısan. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haq-qında” Qanunda indiyə kimi belə bir müddəa yox idi. Viza ilə gələn əcnəbi qonaqlarla bağlı Dövlət Miqrasiya Xidməti ilə şəxsi viza ilə çağıran, dəvət edən yer cavabdehlik daşıyır. Əcnəbi vətəndaş heç bir əziyyət çəkməyəcək. Haraya gedirsə, cavabdehlik onların boynunadır.
İranla isə bizim sərhədyanı ərazidə yaşayanlarla bağlı müqavilənin müddətinin uzadılması təklif olunmadı. Ona görə biz də ləğv etdik. Yeni müqavilə bağlansa, təzədən bərpa olunacaq. Bunları problem etmək lazım deyil. Bu qanun layihəsi dünyada mövcud olan bu cür qanunlara uyğundur. Yenə təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qoy kimin ürəyində nə varsa, desin. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən burada bir məsələyə aydınlıq gətirmək istəyirəm. Dünya azərbaycanlılarının həmrəylik günü deyi-lən bir anlayış var. Amma faktik olaraq dünya azərbaycanlılarının həmrəyliyinə ən çox mane olan bu gün əslində bizik, Azərbaycan dövlətidir və onlara sahib çıxmayan, onların vəziyyətini yüngülləşdirməyən qanunvericilik orqanının təmsilçiləridirlər.
Niyə mən bunu söyləyirəm? Burada “əcnəbi” kateqori-yasına kimlər aid edilir? Əcnəbi, başa düşdüm ki, ingilis, amerikalı və başqalarıdır. Əcnəbi kateqoriyasına Gürcüstanda, Almaniyada yaşayan azərbaycanlı da aiddir. Azərbaycan vətəndaşı deyil, ikili vətəndaşlığı yoxdur. Anası, atası, qohumları buradadır. Bu şəxs Azərbaycana 3 günlüyə və ya 1 aylığa anasını görməyə gəlirsə, anası 3 gün ərzində aparıb müəyyən quruma sənəd verməlidir ki, övladı bu evdə qala bilər, ya yox? Əslində, belə məsələlər beynəlxalq standartlara uyğun həll olunur. Mən buna münasibət bildirmirəm. Amma biz azərbaycanlını əcnəbidən ayırmalıyıq. Azərbaycanlıların işlərini qanunvericiliklə yüngülləşdirməliyik. Almaniyada olan yüzlərlə azərbaycanlı öz vətəninə bu səbəbdən uzun müddətdir gələ bilmir. Bəzən Avropa standartları ilə müqayisə edirik. Avropada çox insanın öz ölkəsinə gəlməsini istəmirlər, maraqlı deyildirlər. Biz təzə formalaşan bir dövlətik, bizim üçün turizm, xaricdən gələn iş adamı maraqlıdır. Adam var ki, Azərbaycana 1 ay qalmaq niyyəti ilə gəlir. 3 gündən sonra isə qaçır, çünki xeyli əngəllərlə rastlaşır.
Bu gün biz fasilə vaxtı “Asan xidmət”də olduq. Mən hələ də gözlərimə inana bilmirəm ki, Azərbaycanda bu qədər rahatlıqla sənəd almaq olar. Mən hələ də şokdayam və inan-mıram ki, qısa müddətə bürokratik əngəl olmadan sürücülük vəsiqəsi almaq olur. Belə bir xidmətin bu qədər mümkün olduğuna o qədər sevinmişəm ki. Bəs biz 10–15 ildir bunu niyə tətbiq etmirik? Bu, Avropada adi məsələdir. Deməli, Azərbaycan insanının avropalıdan fərqi yoxdur, bunu edə bilər. Hamı da bu xidmətə layiqdir. İnsan öz şəxsiyyətinə hörmət etməyə başlayır. Artıq hiss edirsən ki, bu ölkənin vətəndaşı kimi süründürülmədin, sənə mədəni münasibət göstərildi. Bir yerdən adi bir sənədi almaq üçün günlərlə vaxtın sərf olunur, bu orqandan digər orqana gedirsən. Bu qədər rahatlıq mümkündürsə, öz ölkəmizin vətəndaşı üçün bunu niyə etməyək?
Burada əcnəbilərə hansı qaydaların tətbiq olunması üzə-rində durmuram. Mən azərbaycanlılarla bağlı proseduru yüngülləşdirmək istəyirəm. Gürcüstanda yaşayan azərbay-canlılarla bağlı xeyli borc var idi. Cənab Prezidentin göstərişi ilə onların müəyyən cərimələri də bir sıra hallarda ləğv olundu. Mən bilirəm, biz müraciət etdik və Dövlət Miqrasiya Xidmətindən deputatlara cavab gəldi ki, bu istiqamətdə iş aparılır. Bu çox müsbət haldır. Axı, Gürcüstanda yaşayan azərbaycanlının iş yeri yoxdur. Onun yeganə ümid yeri burada olan qohumudursa, gəlib burada çörək pulu qazanırsa, harada yaşamasından asılı olmayaraq azərbaycanlının çörək pulu qazanması üçün fədakarlıq etməyi bacarmalıyıq. Ona görə də bu məsələdə azərbaycanlını əcnəbidən ayırma yollarını tapmalıyıq. Dünya azərbaycanlılarının həmrəyliyindən danışırıq. İkili vətəndaşlıq verməkdə müəyyən problemlər görürüksə, heç olmasa, anası, yaxın əqrəbası buradadırsa, əvvəllər Azərbaycan vətəndaşı olubsa, kriminala görə vətəndaşlıqdan çıxarılmayıbsa, belə insanın işini asanlaşdırmalıyıq. Mühacirətdə olan insanların vətənlərinə gəlib-getmələrini sadələşdirməliyik.
Bu baxımdan, Oqtay müəllim, istərdim ki, məsələyə bir az diqqət ayıraq. Sənədləşdirmə və başqa məsələlərdə müəyyən rahatlıq var, İnternet vasitəsilə sənəd göndərmək mümkündür. Burada bir problem yoxdur. 3 gün yox, niyə 1 həftə və ya 10 gün olmasın? İnsanlara buraya gələndən sonra şans verək ki, ən azı tələsik, qısa müddətə bu problemlərin həllinə çalışmasınlar. Hamı bilir ki, evini kirayəyə verən vergi ödəmək istəmədiyi üçün evində qalan adamı gizlətməkdə maraqlıdır. Böyük əksəriyyət icarə haqqını vergi orqanlarına ödəmir. Müəyyən dərəcədə bunu gizlətməkdə maraqlı olurlar. Amma bizim üçün əsas olan insanların ölkəmizə gəlmələridir. Mən dünya azərbaycanlılarının, başqa yerdə yaşayan azərbaycanlıların vəziyyətlərinin yüngülləşdirilməsi istiqamətində addımlar atmağı təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siz çıxışınızda yaxşı dediniz ki, inanmırdım, indi inandım. İnandın ki, “Asan xidmət” yaradılıb və normal işləyir. Düzdürmü? İndi mən də istəyirəm inanasan ki, bu qanun normal işləyəcək, çünki belə qanun heç bir azərbaycanlının qarşısına qadağa qoymur. Alma-niyadan gələn əcnəbilərin, maşallah, hərəsinin cibində bir kompüter var, İnternetə çıxıb qeydiyyatdan da keçə bilərlər. Amma bu, bəzi məsələlərin qarşısını ala bilir. Ona görə bu məsələyə birtərəfli baxmaq lazım deyil. Niyə vergidən gizlənməlidirlər? Deyirsən, vergidən gizlənirlər. Bu, normal, sivil bir qanun olacaqdır. Bu qanun layihəsində elə bir müddəa göstərin ki, azərbaycanlıların həmrəyliyinə qarşı çıxır. Mən tamamilə razı deyiləm. Bu çox normal bir qanun olacaqdır. Siyavuş Novruzovla Zahid Oruc çıxış üçün yenə yazılıblar, onlara söz verməyəcəyəm. Rasim müəllim əvvəldən yazılmışdı, sözü varsa, desin. Ziyafət müəllimə söz verim, bununla da qanun layihəsinin müzakirəsini bitirək. Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən, əlbəttə, Fazil müəllimin belə bir fikri ilə razı deyiləm ki, elə edək, bu qanun azərbaycanlılara işləsin. Bu qanun elə, əslində, xaricdə olan azərbaycanlılar üçün nəzərdə tutulub. Burada söhbət nədən gedir?
Mən bu yaxınlarda Dövlət Miqrasiya Xidmətinin rəh-bərliyi ilə söhbət etdim. Nə baş verib? 1990-cı illərin əvvəllərində Azərbaycana Gürcüstandan, Rusiyadan, Ukraynadan xeyli miqdarda azərbaycanlı gəlib və heç biri-nin qeydiyyatı yoxdur. Bu gün onların şəxsiyyət vəsiqəsi yoxdur. Təsəvvür edirsiniz? Uşaq orta məktəbi bitirib, doğum haqqında şəhadətnaməsi yoxdur ki, təqdim edib ali məktəbə daxil olsun. Niyə vaxtında qeydiyyatdan keçmirsən? İndi həmin camaatın qarşısında dura bilərsiniz, Fazil müəllim? Vaxtında gedib qeydiyyata durmayıb, səhlənkarlıq, tənbəllik edib, indi bu gün dövlət məsuliyyət daşımalı, onlara vəsiqə, şəhadətnamə verməlidir? Haradan versin, boş yerdən? Heç bir əsası yoxdur. Bax, bunların qarşısını almaq üçündür, Fazil müəllim. Nəticədə isə həmin insanlar sabah dövlət orqanının qapısını döyürlər ki, mənim uşağım ailə quracaq, ali məktəbə daxil olacaq, amma nə şəxsiyyət vəsiqəsi, nə də doğum haqqında şəhadətnaməsi var. Nə edək? Amma həmin müəssisələrin rəhbərlərinin üzərinə öhdəlik qoyuruq ki, vətəndaş 3 gün müddətində qeydiyyatdan keçsin. Bunların hamısı gələcək bəlaların qarşısını almaq, vətəndaşın mənafeyi üçündür. Söhbət bundan gedir. Sağ olun.
Sədrlik edən. Rasim Musabəyov, buyurun.
R.Musabəyov. Bu problemlərlə bağlı indi, Ziyafət müəllim, Siz dediniz, yadımdadır ki, 1990-cı illərin əvvəllərində xaricdən gələn insanları qeydiyyata almırdılar ki, axın olacaq, Gürcüstandan hamı qaçıb gələcək Bakıya. Həmin insanlar 20 ildir buradadırlar və onların problemləri var, onlar faktik olaraq bizim vətəndaşlarımızdırlarsa, bu məsələlər həll olunmalıdır.
Bir məsələyə də diqqət yetirmək istərdim. Biz deyirik ki, ikili vətəndaşlığı tanımırıq. Amma reallıq budur ki, bəlkə də minlərlə, on minlərlə insanların ikili vətəndaşlığı mövcuddur. Təqaüdə çıxıb, gəlib buraya, həm rus pasportu, həm də Azərbaycan pasportu var. Gəlib burada 90 gün yox, yarım il qalır. Gedib qeydiyyata dura bilmir, çünki Dövlət Miqrasiya Xidmətində deyirlər ki, sən Azərbaycan vətəndaşısan. Ancaq ölkədən çıxanda problemlər yaranır. Rus pasportu ilə çıxacaqsa, o, burada 3 aydan çox qaldığına görə cərimə ödəməlidir. Yox, Azərbaycan pasportu ilə çıxacaqsa, Rusiyada ona deyəcəklər ki, ölkədən çıxmaqla bağlı sənin pasportunda ştamp yoxdur. Xeyli problemlər yaranır. Düşünürəm ki, biz belə problemlərin həlli yollarını axtarmalıyıq. Hazırda bizim soydaşlarımızdan İsrail, Almaniya, ayrı-ayrı ölkələrin vətəndaşları olanlar var. Polşada Poloniya vəsiqəsi var. Almaniya, Rusiya və ya Argentina vətəndaşı olan şəxsin Poloniya kartı varsa, həmin ölkəyə daxil olanda müəyyən imtiyazlar alır. Bizim də xeyli vətəndaşımız Vətəndən uzaqda yaşayır. Digər ölkələrin vətəndaşlığını qəbul ediblər. Onları ayırmaq üçün bir qayda düşünüb tətbiq etmək olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bu fikrə gələcəkdə baxmaq olar. Amma dediniz ki, iki pasportla gələnlər olur. Bu, qanunu pozmaqdır. Qanun niyə pozulmalıdır? Niyə ölkəyə bir pas-portla gəlib digər pasportla çıxmalıdır? Bu, elementar şeydir. Niyə bunu biz dəstəkləməliyik?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Niyə iki pasportla işləməlidir? Mən sizinlə tamamilə razı deyiləm. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. Üçüncü məsələyə münasibət bildiririk.

Səsvermənin nəticələr (saat 16.46 dəq.)
Lehinə 90
Əleyhinə 2 
Bitərəf 1
Səs verməd 0 
İştirak edir  93
Nəticə: Qəbul edildi

Qəbul olundu, çox sağ olun.
Dördüncü məsələ qanunun tətbiqi ilə bağlıdır, səs verək.

Səsvermənin nəticələr (saat 16.47 dəq.)
Lehinə 92
Əleyhinə  3 
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, gündəliyin beşinci məsələsinə münasibət bil-dirək.

Səsvermənin nəticələr (saat 16.48 dəq.)
Lehinə 95
Əleyhinə  1 
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, altıncı məsələ “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar! Biz keçən il “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Qanunda dəyişiklik etdik. Həmin qanuna məhkəmə və hüquq mühafizə orqanları işçiləri ilə yanaşı, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyini təmin edən işçilərin də dövlət müdafiəsi ilə bağlı müddəalar əlavə edildi. İndi həmin qanunun tələbindən irəli gələrək adı çəkilən dövlət orqanları işçilərinin icbari şəxsi sığortasının da nəzərdə tutulması təklif olunur. Buna görə də əvvəlki qanuna əlavə etdiyimiz “fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi” sözlərini yeni qanuna əlavə edirik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.49 dəq.)
Lehinə 96
Əleyhinə  0 
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Res-publikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyi-şikliklər edilməsi barədə qanun layihəsidir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Bu dəyişiklik texniki xarakterlidir. Məsələ burasındadır ki, vaxtilə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun müddəalarında nəzərdə tutulmuşdu ki, informasiya məsələləri üzrə müvəkkil təsisatı olmalıdır və o, Milli Məclis qarşısında hesabat verməlidir. Sonradan biz “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Qanunda dəyişiklik etdik və informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətləri də ombudsmana verildi. Faktik olaraq, informasiya üzrə müvəkkilin hesabatının Daxili Nizamnamədə nəzərdə tutulmasına ehtiyac yoxdur, çünki ombudsman bu gün həmin məsələ ilə bağlı hesabat verdi. Yəni belə bir texniki dəyişiklikdir. Hesab edirəm ki, bunu qəbul etmək vacibdir. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.51 dəq.)
Lehinə  100
Əleyhinə  0 
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Məlumat azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Rəbiyyət Aslanova.
R.Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu dəyişiklik də texniki xarakterli bir dəyişiklikdir. Amma söyləyim ki, hələ 1998-ci ildə qəbul edilmiş “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu uzun illər ərzində əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Yalnız reallıq deyil, nəzəri maddələr, qanunlar dəyişikliyə qabil olmalıdır və gerçəklikdən daha öndə getməlidir. Bu baxımdan da göstərilən müddəalarda edilən dəyişiklik insan hüquq və azadlıqlarının təmin olunması imkanlarının daha da genişləndirilməsindən xəbər verir.
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Məlumat azadlığının təminatı qanunun əsas müddəasıdır. Hər bir şəxsin məlumatın əldə edilməsi ilə əlaqədar şikayət etmək hüququ da var. Əvvəlki variantda yazılırdı ki, vətəndaş informasiya məsələləri üzrə müvəkkilə, habelə məhkəməyə şikayət edə bilər. İndi ombudsman həmin funksiyaları yerinə yetirdiyinə görə bu maddədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)” sözləri yazılmalıdır. Bu gün hörmətli Elmira xanımın buradakı çıxışında biz belə məlumatlar da aldıq. Hesab edirəm ki, texniki xarakterli belə bir dəyişikliyə hər birimiz səs verəcəyik. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Bir məsələyə qısaca toxunmaq istəyirəm. Burada, əslində, texniki məsələdən daha çox ciddi bir səlahiyyətin ombudsmana verilməsindən söhbət gedir. İnsan hüquqları üzrə müvəkkilə təkcə informasiya məsələləri deyil, hərbi məsələlər, uşaq hüquqları ilə bağlı səlahiyyətlər verərkən həmin səlahiyyətlərin icrası məsələsində nə qədər çətinlik olduğunu da qəbul edirik. Ona görə də, məncə, bu, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) Aparatının genişləndirilməsi mənasına gəlir. Aparatda bu sahələr üzrə ayrıca sektorlar yaradılmalı və həmin sektorlarda konkret sahələr üzrə effektli fəaliyyət göstərilməlidir.
Amma burada bir ciddi məsələ var, hərbi məsələləri də mən buraya daxil edirəm. Son vaxtlar əsgər ölümləri ilə bağlı da ciddi problemlər olur. Ombudsmana səlahiyyət vermişdik ki, istənilən yerlərə, hərbi hissələrə daxil olsun. Mətbuatda, saytlarda, başqa yerlərdə tez-tez parlamenti qınayırlar ki, parlament orduya nəzarət məsələlərində ciddi fəaliyyət göstərmir. Həqiqətən də, bu iradların qarşısında durmaq bir qədər çətinləşir. Mən təklif edərdim, bəlkə, Oqtay müəllim, bu barədə düşünək. Parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komitəsi, İnsan hüquqları komitəsi var. Heç olmasa, iki komitə üzvlərinin icazəsiz və ya hansısa formada, xüsusi bir tərtibat olmadan hərbi hissələrə baş çəkə bilməsi imkanı düşünülsün.
Əslində, ATƏT-in qətnaməsi var. Biz orduya parlament nəzarətini həyata keçirə bilmirik. Heç olmasa, bu mexanizm vasitəsilə ombudsmanın fəaliyyətinə biz də dəstək verək ki, belə neqativ halların qarşısını almaq müəyyən dərəcədə mümkün olsun. Bütövlükdə mən İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) Aparatının bu istiqamətdə genişlənməsinə tərəfdaram. Burada ayrı-ayrı sektorlar yaradılmalıdır ki, bu yük bir nəfərin üzərində qalmasın. Bu sektorlar vasitəsilə mətbuatın, hərbiçilərin problemləri və uşaq hüquqlarının qorunması istiqamətində ombudsmanın fəaliyyəti səmərəli ola bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu məsələlərə baxmaq olar. Hansı millət vəkilinin hər hansı hərbi hissəyə getməsinə qadağa qoyulub? Hamı açıq gedib nəzarət də edə, görə də bi-lər. Mütləq gərək bir nəzarət komissiyası yaradılsın? Millət vəkili məlumat verir ki, mən oraya gedirəm. İndiyə kimi bir millət vəkili deyə bilər ki, harasa gedərkən ona qadağa qoyublar? Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.56 dəq.)
Lehinə 97
Əleyhinə  0 
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Regional məsələlər komitəsindən iki qanun layihəsi təq-dim edilir. Pirallahı rayonunun ərazisində Pirallahı bələdiy-yəsinin yaradılması haqqında qanun layihəsi barədə Arif Rəhimzadə danışacaq.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun. Hörmətli həmkarlar, Pirallahı rayonunun yara-dılması ilə əlaqədar Gürgan–Pirallahı bələdiyyəsi iki hissəyə bölünüb. Gürgan qəsəbəsi Xəzər rayonunun ərazisində qalıb, Pirallahı qəsəbəsi isə Pirallahı rayonuna daxil edilib. Bununla əlaqədar bələdiyyədə iclas keçirilib və belə qərar qəbul edilib ki, “Gürgan” qəsəbəsi eyni adla fəaliyyətini davam etdirsin, Pirallahı qəsəbəsinin əsasında isə yeni “Pirallahı bələdiyyəsi” yaradılsın.
Növbəti qanun layihəsi də məhz bununla əlaqədardır. Nəzərdə tutulur ki, bələdiyyələrin siyahısında müvafiq dəyişikliklər edilsin. Yəni siyahıya “Pirallahı rayonu” bölməsi əlavə edilsin və orada Pirallahı bələdiyyəsi, Çilov–Neft Daşları bələdiyyəsi öz əksini tapsın. Eyni zamanda, bildiyiniz kimi, Ağdaş rayonunun inzibati ərazi bölgüsünə edilən dəyişikliklə əlaqədar Ağdaş rayonunun həmsərhəd kəndi, Məşəd bələdiyyəsi tərkibində olan Məşəd kəndi siyahıdan çıxarılıb. Bu bələdiyyənin tərkibində olan Gürcüva kəndinin əsasında yeni bələdiyyə yaradılıb. Bu iki qanun layihəsinin mahiyyəti qeyd etdiyim məsələlərdən ibarətdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Arif müəllim. Xahiş edirəm, gündəliyin 9-cu məsələsinə, Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.59 dəq.)
Lehinə 97
Əleyhinə  0 
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
10-cu məsələyə – “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahı-sında dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.59 dəq.)
Lehinə 95
Əleyhinə  0 
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Masallı rayonunun inzibati ərazi bölgü-sündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Buyurun, Arif müəllim.
A.Rəhimzadə. Bu qanun layihəsi barədə Fəzail İbrahimli məruzə edəcək.
Sədrlik edən. Buyursun Fəzail İbrahimli.
F.İbrahimli, Milli Məclisin Regional məsələlər komitə-sinin üzvü.
Təşəkkür edirəm. Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin mahiyyəti belədir. Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki 4 kənd Masallı şəhər inzibati ərazi vahidinin tərkibinə keçirilir. Bundan əlavə, Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül kəndi ləğv edilərək Masallı şəhərinə birləşdirilir. Məqsəd əlavə 9 kəndin ərazisindən müəyyən torpaq sahələrinin ayrılıb Masallı şəhərinə birləşdirilməsidir.
Ola bilər, həmkarlarımızda belə bir sual yaransın ki, bu dəyişikliyi zəruri edən səbəb nədir? Səbəb ondan ibarətdir ki, bələdiyyələrin yaradılması ərəfəsində şəhərin ərazisi ayrı-ayrı kəndlər şəklində bölünmüş, nəticədə şəhər statusu olan Masallı tamamilə qəsəbə səviyyəsinə enmişdir. Şəhərin sosial-iqtisadi və turizm baxımından inkişafı, eyni zamanda, digər məsələlər belə bir dəyişikliyi zəruri etmişdir. Ona görə hesab edirəm ki, bu dəyişiklik vacibdir, zəruridir və biz buna səs verməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Yəni çıxış etməyə ehtiyac varmı? Elmira xanım Masallıdan seçilən deputat kimi ya-zılıb.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən sizin adınızdan təşəkkür edərəm. Xa-hiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.02 dəq.)
Lehinə 98
Əleyhinə  0 
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Elmira xanım, mən çox gözəl bilirəm ki, Masallı şəhəri adambaşına düşən əraziyə görə ən sıx ərazi idi. İndi bu problem həll edilib.
Növbəti, sonuncu məsələ Uşaqların icbari dispanseriza-siyası haqqında Azərbaycan Respublikası qanunu layihəsi-nin ikinci oxunuşudur. Hadi Rəcəbli, buyurun. Xahiş edirəm, bir az qısa danışın.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Prezidentimiz cənab İlham Əliyevin qanunve-ricilik təşəbbüsü ilə parlamentə təqdim etdiyi hər bir qanun layihəsi mahiyyətcə xalqın rifahının yaxşılaşdırılmasına, Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndiril-məsinə, sosial dövlət quruculuğuna xidmət edir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda əhalinin sağlamlığının qorunması və xüsusən uşaqların fiziki cəhətdən möhkəmləndirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur.
Mən preambulaya toxunmadan birbaşa qanun layihəsinin mahiyyətinə keçmək istəyirəm. Bu qanun layihəsi dövlət başçısı tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib və 3 fəsil, 16 maddədən ibarətdir. Hüquqi sənəd qanunvericilik səviyyəsində ilk dəfə olaraq uşaqların sağlamlığının qorunması və onların normal fiziki inkişafının təmin edilməsi məqsədi ilə dispanserizasiya sisteminin qurulmasını nəzərdə tutur. Dispanserizasiya diaqnostika, müalicə və profilaktika tədbirlərindən ibarət olan tibbi yardım sistemini özündə ehtiva edir.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, 2013-cü il fevralın 15-də Uşaqların icbari dispanserizasiyası haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsini keçirdik. Müzakirələrdə çıxış edən millət vəkilləri Fazil Mustafa, Elmira Axundova, Leyla Abdullayeva, Əhliman Əmiraslanov, Gövhər Baxşəliyeva, Sevinc Fətəliyeva, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Hikmət Atayev və digərləri qanun layihəsinin əhəmiyyətini qeyd etməklə yanaşı, bir sıra rəy və təkliflərini də bildirmişdilər. Müzakirələr zamanı sənədlə bağlı ciddi iradlar səslənməmiş, birinci oxunuşun tələblərinə cavab verdiyi bildirilmiş və konseptual baxımdan qəbul edilmişdi. Birinci oxunuşdan sonra qanun layihəsinə edilmiş bəzi dəyişikliklər barədə qısaca olaraq məlumat vermək istərdim.
Bəzi millət vəkillərinin səsləndirdikləri fikirlər qanun layihəsində bu və ya digər formada nəzərdə tutulduğundan həmin təkliflərin layihəyə yenidən əlavə edilməsinə ehtiyac yoxdur. Fikir səsləndirən həmkarlarımdan bəziləri icbari dispanserizasiya sahəsində maarifləndirici tədbirlərin daha da gücləndirilməsini zəruri hesab edirdilər. Nəzərə alsaq ki, uşaqların icbari dispanserizasiyası bilavasitə onların qanuni nümayəndələrinin razılığı ilə həyata keçirilir, o zaman valideynlər arasında təbliğat işinin gücləndirilməsinin vacibliyini xüsusi qeyd etməyə ehtiyac qalmır. Çünki bəzən valideynlər məlumatsızlığa və heç bir tibbi, elmi əsası olmayan fikirlərə görə dispanserizasiyadan imtina edirlər. Məsələn, cəmiyyətdə belə fikir formalaşıb ki, guya peyvənd ziyandır.
Maarifləndirmə və təbliğat məsələləri qanun layihəsinin 5.1.9 və 12-ci maddələrində tam mənada öz əksini tapmışdır. Qanun layihəsində ölkədə yaşayan bütün uşaqların dispanserizasiyadan keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu məqsədlə yaradılacaq registrin elektron qaydada aparılması həm dispanserizasiyanın səmərəliliyinə, həm uşaqlar barədə olan məlumatlara mütəmadi nəzarət etməyə, həm də əhalinin daha dolğun məlumatlandırılmasına imkan yaradar. Bu həm də dövlət başçısının irəli sürdüyü “Elektron hökumət” ideyasına da uyğun gəlir. Odur ki, registrlə bağlı 9-cu maddəyə belə bir əlavə etmişik: “İcbari dispanserizasiyadan keçmiş uşaqların registri kağız üzərində və elektron daşıyıcılarında aparılır”.
Qanun layihəsində dispanserizasiya sahəsində qanunvericiliyin pozulmasına görə sanksiyaların hədlərinin nəzərdə tutulmaması da məntiqlidir. Çünki bu, İnzibati Xətalar Məcəlləsində və digər qanunlarda öz əksini tapacaq. Mən bir daha qanun layihəsinin müzakirəsində və təkmilləşdirilməsində iştirak edəcək deputat həmkarlarıma minnətdarlığımı bildirirəm. Xahiş edirəm, qanun layihəsinə ikinci oxunuşda səs verəsiniz. Oqtay müəllim, Ziyafət müəllim, əgər ciddi iradlar olmasa, dəyişikliklər edilməyəcəksə, qanun layihəsini üçüncü oxunuşda da müzakirə etmək pis olmazdı.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Müzakirə zamanı məlum olacaq. Çox sağ olun, Hadi müəllim, təşəkkür edirəm.
Hörmətli deputatlar, qanun layihəsinin müzakirəsinə keçməzdən əvvəl ikinci oxunuşun tələblərinə uyğun olaraq onu əsas kimi qəbul etməliyik. Xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.08 dəq.)
Lehinə 90
Əleyhinə  0 
Bitərəf  0
Səs verməd 1 
İştirak edir  91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin müzakirəsinə başlayırıq. Xahiş edirəm, deputatlar qanun layihəsinin müzakirəsinə yazılsınlar. Buyurun, Hikmət Atayev.
H.Atayev. Çox sağ olun, Ziyafət müəllim. Mən keçən iclasda fikrimi söyləmişdim, ancaq bugünkü layihədə həmin təkliflər öz əksini tapmadığına görə fikrimi bir daha təkrar etməyi məqsədəuyğun hesab edirəm. Mənim təklifim nədən ibarətdir? Bu qanun layihəsinin adı “Uşaqların icbari dispanserizasiyası”dır. Təklif edirəm ki, buraya “ümumi” sözü də əlavə olunsun.
Əvvəla, dispanserizasiya haqqında qısaca məlumat ver-mək istəyirəm. Dispanserizasiya nədir? Mən keçən dəfə də demişdim. Bu, ingilis dilində “skrininq” sözündən götürü-lüb, aşkaretmə, çeşidləmə deməkdir. Qanun layihəsinin “Əsas anlayışlar” adlanan maddəsində uşaqların dispanserizasiyası ilə əlaqədar digər anlayışlarla yanaşı, “müalicə-sağlamlaşdırıcı tədbirlər” anlayışından da istifadə edilir. Hesab edirəm ki, müalicə-sağlamlaşdırıcı tədbirlər buradan götürülməlidir. Ona görə ki, müxtəlif dispanserizasiya növləri var: Ümumi dispanserizasiya – bütövlükdə əhalinin, yəni həm uşaqların, həm də böyüklərin dispanserizasiyası. Aşkar olunan xəstəliklərə görə ayrıca dispanserizasiya. Misal üçün, vərəm, dəri-zöhrəvi, endokrin, revmotoid xəstəliklər və digərləri ayrıca dispanserizasiya olunur.
Bu qanun layihəsində uşaqların dispanserizasiyasından, yəni onların müayinə edilib, xəstəliklərinin aşkar olunub, qeydiyyata götürülmələrindən söhbət gedir. Əgər biz buraya müalicəni də əlavə etsək, inandırım sizi ki, bu qanun işləməyəcək. Fikrimi izah etmək üçün icazə verin, bir misal gətirim. Azərbaycanda 3 milyona qədər uşaq var. Vaxtilə müayinə deyərkən ümumi analizlər – qan, sidik və nəcis analizi nəzərdə tutulurdu. Bu gün isə həmin analizlərdən əlavə, biokimyəvi, rentgenoloji, lazımdırsa, kompüter, AİDS və hepatitlərin müayinəsi də nəzərdə tutulur. Bu müayinələrin maliyyə tutumu, ən kiçik məbləği götürsək belə, təxminən 100 manat edir. Əgər 3 milyon uşağı hər il müayinə edəsi olsaq, 300 milyon manat edir. Mənə elə gəlir ki, bu da səhiyyə sisteminin büdcəsinin yarısını təşkil edir. Burada hələ müayinədən söhbət gedir. Əgər biz qanun layihəsinə müalicəni də əlavə ediriksə, müalicə özü də çox böyük maliyyə vəsaiti tələb edir. Mənə elə gəlir ki, səhiyyə sisteminə ayrılan büdcə bu xərclərin öhdəsindən gələ bilməz.
Təklif edirəm ki, Uşaqların icbari dispanserizasiyası haqqında qanun layihəsinin adı dəyişdirilsin. “Uşaqların ümumi icbari dispanserizasiyası” adlandırılsın. Yəni ölkəmizdə bütün uşaqlar bir il ərzində müayinə edilsin, xəstəlikləri aşkar olunsun. Onların xəstəlikləri çeşidlənəndən sonra, əgər bunun öhdəsindən gələ bilsək, gələn il bəzi xəstəliklərin, misal üçün, vərəm, dəri-zöhrəvi xəstəlikləri, AİDS, hepatit, revmatizm xəstəliklərinin dispanserizasiyası dövlət büdcəsi hesabına ola bilər. Bunlar ayrı-ayrı dispanserizasiya nazalogiyalarıdır və qanun layihəsinə onların müalicəsi haqqında bənd əlavə edə bilərik. Biz 3 milyon əhalinin həm müayinəsini, həm də müalicəsini dövlətin boynuna qoysaq, inandırım sizi ki, büdcəmiz buna davam gətirməyəcək. Mən təklif edirəm ki, bu dəyişiklik nəzərə alınsın. Sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Amma bir məsələni də nəzərinizə çatdırım ki, bu qanun layihəsi cənab Prezident tərəfindən təqdim edilib. Əlaqədar nazirliklər, o cümlədən Maliyyə Nazirliyi buna rəy verib. Bu məsələlər hələ dəqiq deyil...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yəni bu haqda əlaqədar təşkilatlar...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyursun Cavanşir Feyziyev.
C.Feyziyev. Cənab Sədr, çox sağ olun. Adından görün-düyü kimi, qanun layihəsi uşaqların sağlamlığının qorunması və bu istiqamətdə aparılan fəaliyyətin hüquqi tənzimlənməsi baxımından olduqca əhəmiyyətlidir. Uşaqların sağlamlıq vəziyyətinin müntəzəm olaraq qiymətləndirilməsini, sağlamlıq durumu haqqında məlumatların qeydiyyata alınmasını nəzərdə tutan elektron registrin aparılması və zəruri hallarda müvafiq müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi nəticə etibarilə gələcəkdə bütün əhalinin sağlamlığının təminatı üçün etibarlı zəmin yaradır və hər bir vətəndaşın sağlamlıq tarixi haqqında etibarlı informasiya mənbəyi formalaşdırır.
Beynəlxalq praktikada dispanserizasiya insan dünyaya gələn zaman onun sağlamlıq vəziyyəti haqqında tibbi gös-təricilərin qeydiyyata alınmasından başlayaraq müəyyən olunmuş qaydada sağlamlığının müşahidə edilməsini, lazımi müayinə, müalicə-profilaktika tədbirlərinin aparılmasını və bütün bu tədbirlərin vətəndaşın elektron kartotekasında əks etdirilməsini özündə ehtiva edir. Hər yaş dövrü üçün müvafiq məzmunlu skrininqlər müəyyən olunur. Onların müəyyən edilmiş qaydada aparılması dövlət tərəfindən vətəndaşa verilən təminatdır və eyni zamanda, müvafiq icra orqanının icbari vəzifəsidir.
Adətən, dispanserizasiya hər bir şəxsin yaşadığı ərazi üzrə qeydiyyatda olduğu sahə poliklinikalarında aparılır. Lakin bu, vətəndaşın müxtəlif səbəblərə görə digər ərazilərdə müayinədən keçmək və ya müalicə almaq imkanlarını məhdudlaşdırmır. Sadəcə olaraq, bu xidmət barədə məlumat həm xidməti göstərən müəssisə tərəfindən, həm də pasiyentin özü tərəfindən qeydiyyat yerindəki elektron bazaya ötürülür və həmin məlumatlar vətəndaşın vahid kartotekasında toplanır.
Bu qanun layihəsi dövlət tərəfindən göstərilən səhiyyə xidmətlərinin təkmilləşdirilməsi və dünya standartlarına uyğunlaşdırılması baxımından çox vacibdir. Layihənin 1-ci fəsli bu standartları özündə əks etdirir. 2-ci fəsildə bir sıra ziddiyyətli məqamlara rast gəlinir. Belə ki, 1-ci fəsildə dis-panserizasiyanın bütün uşaqlara aid olduğu göstərildiyi halda, 2-ci fəslin 7-ci maddəsinin 7.1-ci bəndində bunun valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud olan və sair uşaqlara aid olduğu qeyd edilir.
Eləcə də 7-ci maddənin 7.4-cü bəndində göstərilmişdir ki, dispanserizasiya zamanı müayinə və baxış keçirəcək mütəxəssislərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məncə, həmin mütəxəssislər bütün ölkə üzrə ərazi poliklinikalarında çalışan, əsasən, ümumi pediatorlar və digər dar ixtisaslar üzrə çalışan uşaq həkimləridir ki, bu da onların daimi işləridir. Onların siyahısının təkrar təsdiqlənməsi anlaşılmazdır.
10-cu maddənin 10.2-ci bəndində dispanserizasiya tədbirlərinin bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə nəzərdə tutulan digər vəsaitlər hesabına həyata keçirilməsi nəzərdə tutulur. Bu da layihənin 1-ci fəsli ilə ziddiyyət təşkil edir. Çünki bu qanun layihəsinin mahiyyətini uşaqlara göstərilən tibbi xidmətlərə məhz dövlət tərəfindən zəmanətin verilməsi təşkil edir. Bu məntiqlə də hazırda və gələcəkdə icbari dispanserizasiya fəaliyyəti bütövlükdə dövlət büdcəsindən maliyyələşdiriləcək.
Layihənin müxtəlif maddələri arasındakı ziddiyyətlərdən doğan anlaşılmazlıq artıq birinci oxunuşdan sonra bəzi kütləvi informasiya vasitələrində yanlış şərhlərin verilməsinə səbəb olmuşdur. Məsələn, qanun layihəsinin adındakı “icbari” sözü, əslində, məhz müvafiq icra hakimiyyəti orqanı üçün bu fəaliyyəti həyata keçirməyin icbariliyini nəzərdə tutur. Lakin bəzi telekanallarda səhvən bu icbariliyin məhz valideynlərə aid olduğunu və qanun qəbul olunduqdan sonra icbari dispan-serizasiyadan keçməyən uşaqların valideynlərinin cərimələnəcəyi haqda məlumatlar verilmişdir ki, bu da qanun layihəsinin mahiyyətinə tamamilə ziddir. Çünki belə bir qanunun qəbul olunmasında ən maraqlı tərəf məhz valideynlərdir. Ən başlıcası, bu qanun layihəsi dövlətin öz və-təndaşlarının sağlamlığını qorumaq əzmini nümayiş etdirir. Ona görə mən də burada rast gəlinən bir sıra statistik, qrammatik, semantik xarakterli xətaları aradan qaldırmaq, müvafiq maddələrdə əsaslı dəyişikliklər etmək şərti ilə bu qanun layihəsinin qəbul edilməsinə tərəfdaram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Cavanşir müəllim, bu qanun layihəsinə dövlət zəmanət verir. Ancaq burada ianələrin olmasının da heç bir ziyanı yoxdur. İkincisi, bəzi qəzetlərdə yazırlar ki, valideynlər cərimə olunacaqlar, bu belə deyil. Burada valideynlərə tövsiyə olunur ki, öz uşaqlarını icbari dispanserizasiyadan keçirsinlər. Yəni valideyn də, icra orqanı da cavabdehlik daşıyır. Hər bir valideyn bilməlidir ki, əgər icbari dispanserizasiya varsa, uşağını mütləq aparmalıdır. Bunun üçün, yəqin ki, onlara başqa yollarla təsir ediləcək. Yəni burada cərimədən söhbət getmir. Musa müəllim, Siz bu komitənin sədr müavinisiniz. Yenə sözünüz qalıb?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Məlahət xanım, Siz də bu komitənin üz-vüsünüz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, komitənin sədri danışdı. Qanun layihəsi 3 fəsildən ibarətdir. Xahiş edirəm, qanun layihəsinin preambulasına və 1-ci fəslinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.21 dəq.)
Lehinə 96
Əleyhinə  0 
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 2-ci fəslə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.21 dəq.)
Lehinə 94
Əleyhinə  0 
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 3-cü fəslə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.22 dəq.)
Lehinə 96
Əleyhinə  1 
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, məndən inciməyin, həmişə qa-nun layihələri ilə bağlı mənim qarşımda kağız olur. Yazılır ki, komitə üzvləri qərarı qəbul etmişlər, lehinə 9 nəfər, əleyhinə yoxdur. Yəni komitə üzvlərinə o vaxt söz verilir ki, orada bir narahatlıq olsun, müdafiəyə ehtiyac yaransın. Bu qanun layihəsi isə artıq aydındır. Ümumiyyətlə, gələcək üçün də deyirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Musa müəllim təkid edir. Buyurun, Musa Quliyev.
M.Quliyev. Oqtay müəllim, mən heç vaxt Sizin sədrlik etdiyiniz iclasda təkid etmərəm. Sadəcə, təklif etmək istəyərdim ki, qanun layihəsini üçüncü oxunuşda da səsə qoyaq.
Hikmət Atayev bizim komitənin üzvüdür, onun səsləndirdiyi fikirlərlə bağlı Siz deyən sözləri təkrar etmək istəyi-rəm. Komitə üzvləri zəhmət çəkib komitə iclasında iştirak etsinlər. Bu sualların hamısının cavabları var idi. Burada həkim kimi danışıb, həkim olmayan deputatları da çaşdırmaq lazım deyildi. Mən bu fikirləri söyləmək istəyirdim, onları da Siz söylədiniz.
Sədrlik edən. Musa müəllim, mən elə bunu bildiyimə görə Sizə söz vermədim. Yəni bu komitənin iclasına baxmı-şam, orada səslənən fikirləri bilirəm. Ona görə də çıxışınızı artıq sayırdım. Mən də bu qanun layihəsinin üçüncü oxunuşda səsə qoyulmasına etiraz etmirəm. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə ikinci oxunuşda bütövlükdə münasibət bildirəsiniz.


Səsvermənin nəticələri  (saat 17.24 dəq.)
Lehinə 99
Əleyhinə  0 
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qanun layihəsi ikinci oxunuşda qəbul olundu.
Təklif olundu ki, qanun layihəsini üçüncü oxunuşda da qəbul edək. Xahiş edirəm, qanun layihəsinə üçüncü oxu-nuşda münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.24 dəq.)
Lehinə 98
Əleyhinə  0 
Bitərəf  0
Səs verməd 0 
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.
Hörmətli millət vəkilləri, hökumətin hesabatı hamınıza paylanılıb. Mart ayının 15-də, növbəti plenar iclasda höku-mətin 2012-ci ilə dair hesabatı olacaq. Sağ olun.

 

 


EDİLMƏMİŞ
ÇIXIŞIN MƏTNİ

5 mart 2013-cü il
———
Sədaqət Vəliyeva. Hörmətli həmkarlar! Ombudsmanın builki hesabatını qənaətbəxş hesab edirəm və yüksək dəyərləndirirəm. Çünki Azərbaycanda insan hüquqlarının təminatı və qorunmasında müstəsna rol oynayan ombudsman təsisatı, həqiqətən də, bu sahədə ola biləcək neqativ halları tez bir zamanda aradan qaldıran, problemlərə operativ və obyektiv reaksiya verən orqana çevrilib. Eyni zamanda, Azərbaycan dövlətinin, xüsusilə də, cənab Prezident İlham Əliyevin insan hüquqları sahəsinə xüsusi diqqət ayırması da sözügedən sektorda uğurların əldə edilməsinə səbəb olub. Elə buna görə də, ombudsmana edilən müraciətlərin, şikayətlərin sayı gün keçdikcə azalır.
Amma çox təəssüf ki, bir sıra qərəzli qüvvələr baş vermiş adi məişət problemlərini şişirdərək, fərqli prizmada təqdim etməyə çalışırlar. Xüsusilə də, bu işdə aktiv olan radikal müxalifətin nəzarətində fəaliyyət göstərən QHT-lər və mətbuat orqanları əsassız iddialar irəli sürür və qeyri-obyektiv məlumatlar yaymaqla, ictimai rəyi çaşdırmağa çalışırlar.
Çox maraqlıdır ki, adlarını çəkmək istəmədiyim həmin qəzetlərdə Azərbaycanın demokratik və hüquqi dövlət imi-cinə zərbə vurmaq üçün dərc olunmuş materiallar bir neçə aydan sonra “Human Rights Watch”, “Amnesty İnternatio-nal” və digər transmilli təşkilatların hesabatlarında öz əksini tapır. Aydın şəkildə görünür ki, Azərbaycandakı antimilli ünsürlər ölkəmizə qarşı “təzyiq atmosferi” formalaşdırmaq üçün bir sıra qərəzli xarici dairələrə “xüsusi məruzələr” ötürürlər. Əlbəttə, Azərbaycan cəmiyyətində həmin təşkilatlar və antimilli ünsürlər barədə formalaşmış obyektiv düşüncə mövcuddur. Ona görə də, onların nə yazmasından asılı olmayaraq, ölkədə xalq–iqtidar birliyi güclüdür, biz bunu bütün məsələlərdə görürük.
Fikirlərimi yekunlaşdıraraq, Azərbaycanda insan hüquq-larının təmin edilməsi və qorunması sahəsində 10 illik iş təcrübəsinə malik olan ilk ombudsmanımıza gələcək fəaliyyətində uğurlar arzulayıram. Ölkəmizdə bu sahədə qanunçuluq, şəffaflıq, qərəzsizlik və aşkarlıq əsasında nə qədər çox iş aparılsa, bir o qədər vətəndaş cəmiyyətinin güclənməsinə, vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə gətirib çıxarar.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU