22.10.2013 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN 
X SESSİYASI İCLASININ

PROTOKOLU № 72

Milli Məclisin iclas salonu.
22 oktyabr 2013-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədr O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 115 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 111
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.

* * *

Qail Məmmədov, Bakı Apellyasiya Məhkəməsinin hakimliyinə namizəd.
                                     
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. A.T. Rasizadənin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında.
2. Bakı Apellyasiya Məhkəməsi hakiminin təyin edilməsi haqqında.
3. Bakı, Gəncə və Şirvan apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında.
4. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikasını təmsil edən Azərbaycan Respublikası Hökuməti və Avropa İnvestisiya Bankı arasında AİB-in Azərbaycan Respublikasındakı fəaliyyətini tən-zimləyən Çərçivə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
18. “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.
19. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər  edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.11 dəq.)
Lehinə 110
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 112
Nəticə: Qəbul edildi

2. A. T. Rasizadənin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.12 dəq.)
Lehinə 113
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 114
Nəticə: Qəbul edildi

3. Bakı Apellyasiya Məhkəməsi hakiminin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.15 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

4. Bakı, Gəncə və Şirvan apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.16 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

5. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Fəttah Heydərov, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Ceyhun Osmanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.49 dəq.)
Lehinə 109
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 1
İştirak edir 112
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.51 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikasını təmsil edən Azərbaycan Respublikası Hökuməti və Avropa İnvestisiya Bankı arasında AİB-in Azərbaycan Respublikasındakı fəaliyyətini tənzimləyən Çərçivə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.53 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.


Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.55 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.56 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.58 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

11. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.02 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

12. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Arif Əşrəfov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.07 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

13. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

14. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli, Aytən Mustafayeva, Fazil Mustafa, Siyavuş Novruzov, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.23 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

15. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.23 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

16. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.36 dəq.)
Lehinə 98
Əleyhinə 4
Bitərəf 1
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

17. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Leyla Abdullayeva, Sabir Rüstəmxanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.54 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

19. “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Eldar İbrahimov, Aytən Mustafayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.59 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

20. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

21. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

22. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

23. “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.02 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

24. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.02 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

25. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər  edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.04 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

26. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.06 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

27. Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

28. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

29. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.11 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.12 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

31. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.14 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.15 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

33. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.16 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

34. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Aqil Abbas, Arif Əşrəfov, Sabir Rüstəmxanlı, Aydın Mirzəzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.26 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI
22 oktyabr  2013-cü il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 111
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, bu yaxınlarda ölkəmizin, dövlətimizin siyasi həyatında böyük bir hadisə baş verdi. Azərbaycan Respublikasında oktyabrın 9-da növbəti Prezident seçkiləri keçirildi. Seçkilərdə Azərbaycan xalqı özünün gələcəyinə, inkişafına səs verdi, cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm. (Alqışlar.)
Sizinlə birlikdə mən də böyük fəxr hissi duyuram ki, bu seçkilərdən sonra cənab Prezidentin andiçmə mərasimi Milli Məclisdə keçirildi. Bu da dövlətimizin Milli Məclisə verdiyi önəmin daha bir bariz ifadəsidir. Bu münasibətlə də mən sizin hamınızı təbrik edirəm. (Alqışlar.) Etiraz etmirsinizsə, sizin adınızdan, Milli Məclisin adından cənab Prezidentə təbrik məktubu göndərək, ona gələcək işlərində daha böyük uğurlar, nailiyyətlər arzulayaq. (Alqışlar.)
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verilməsi üçün Artur Tahir oğlu Rasizadənin namizədliyini Milli Məclisə təqdim etmişdir. (Alqışlar.) Çox sağ olun. Alqışlarınız bu təqdimata münasibətinizi sübut elədi. Bu məsələnin gündəliyə 1-ci məsələ kimi daxil edilməsinə etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deməli, gündəliyə 1-ci məsələ kimi daxil etdik. Gündəlik sizdə var. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.11 dəq.)
 Lehinə  110
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  112
 Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, sağ olun. Onda mən cənab Prezidentin təqdimatını oxuyum: “Azərbaycan Respublikasının Milli Məclisinə. Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi üçün Artur Tahir oğlu Rasizadənin namizədliyi haqqında təklifi müzakirənizə təqdim edirəm. İlham Əliyev”.
Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, bu təyinat bizim siyasətin davamlılığını, cənab Prezidentin hökumətə olan inamını göstərir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də razıyam ki, bu məsələnin müzakirəsinə ehtiyac yoxdur. Artur Tahiroviçi hamımız yaxşı tanıyırıq. O çox təcrübəli, çox layiqli bir insandır. Əgər etiraz eləmirsinizsə, bu məsələni səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.12 dəq.)
 Lehinə  113
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  114
 Nəticə: Qəbul edildi

Qəbul edildi. (Alqışlar.) Artur Tahiroviç, bir daha Sizi təbrik edir, bu şərəfli işinizdə Sizə uğurlar arzulayırıq. Həmişə Prezidentin yanında olasınız, onun silahdaşı olasınız. Sizi təbrik edirəm! (Alqışlar.)

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Hörmətli deputatlar, gündəliyin növbəti məsələsinə keçirik. Cari məsələlərə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda birbaşa gündəliyə keçək. Bakı Apellyasiya Məhkəməsi hakiminin təyin edilməsi haqqında. Əli müəllim, buyurun.
Ə.Hüseynli,  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, etiraz etməsəniz, 1-ci və 2-ci məsələləri birgə məruzə edərdim. Çünki hər ikisi hakimlərin vəzifəyə təyin və vəzifədən azad olunması ilə bağlıdır.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Cənab Prezident tərəfindən Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsi hakiminin təyin edilməsi haqqında təqdimat daxil olub. Qeyd etmək istəyirəm ki, bu, Bakı Apellyasiya Məhkəməsinin səlahiyyət müddəti bitmiş hakimi Qail Məmmədovla bağlıdır. Məhkəmə-Hüquq Şurası Qail Məmmədovun fəaliyyətini müsbət qiymətləndirərək, onun səlahiyyət müddətinin uzadılması ilə bağlı təkliflə çıxış etmiş və bu, cənab Prezident tərəfindən təqdir edilərək parlamentin müzakirəsinə təqdim olunmuşdur.
Digər bir məsələ Bakı, Gəncə, Şirvan apellyasiya məhkəmələri hakimlərinin tutduqları vəzifələrdən azad edilməsi ilə bağlıdır. Çünki onlar birinci instansiya məhkəmələrində çalışmaq istədiklərini bildirmişlər. Məhkəmə-Hüquq Şurası onların bu təklifini qəbul etmişdir. Amma bu şəxslər apellyasiya məhkəmələrinin hakimləri olduqlarına görə onların vəzifədən azad edilməsi məhz parlament tərəfindən həll olunmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Nə təklif olacaq? Xahiş edirəm, Bakı Apellyasiya Məhkəməsi hakiminin təyinin edilməsi haqqında məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 12.15 dəq.)
 Lehinə  102
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  102
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bakı, Gəncə, Şirvan apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələyə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.16 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov. Səməd müəllim, buyurun.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Bu çox vacib və demək olar ki, tarixi bir sənəddir. Siz bilirsiniz ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə Toplantısı bu yaxınlarda Azərbaycanın qədim şəhəri Qəbələdə keçirilmişdir. Türkdilli dövlətlərin son illərdə bütün sahələrdə əlaqələrinin genişlənməsi, onların bir-birinə daha çox yaxınlaşması bu qardaş xalqların və dövlətlərin ümumi maraqlarına xidmət edir.
Belə bir zirvə toplantısının məhz Qəbələdə keçirilməsi bizim üçün xüsusilə əhəmiyyətlidir. Biz hamımız öz gözlərimizlə görürük ki, bu saat Azərbaycanın bütün regionları inkişaf edir. Ancaq Qəbələ bu regionlar arasında xüsusi və müstəsna bir yer tutur. Ona görə Azərbaycanın bu qədim və gözəl guşəsində keçirilən zirvə toplantısının özü də rəmzi məna daşıyan bir tədbir olmuşdur. Bu toplantıda qəbul olunmuş sənəd türkdilli dövlətlər, qardaş xalqlar arasında daha sıx əlaqələrə nail olmaq istəyini özündə əks etdirir. Ona görə həmkarlarımdan xahiş edirəm, bu sənədi dəstəkləsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Təbii ki, bu bəyannamə çox dəyərli bir sənəddir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası aktual bir birlik modeli olsa da, hələ ki ciddi bir gücümüz olmadığı üçün dünya arenasında formal xarakter daşıdığına görə burada yazılan bəndlərin həyata keçirilməsində çox böyük problemlərlə üzləşirik.
Mən nəyə toxunmaq istəyirəm. Bəyannamədə göstərilən vacib məsələlərdən biri xarici siyasət və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələsidir. Burada Əfqanıstan məsələsi qoyulub. Əfqanıstandakı proseslərin tənzimlənməsi türkdilli dövlətlərin əməkdaşlığında prioritet məsələlərdən biri kimi düşünülüb. Suriya məsələsi qoyulub. Təbii ki, Dağlıq Qarabağ və Kipr məsələlərinə toxunulub. Sonuncu iki məsələ bizə daha yaxın olan və həlli üçün daha çox həmrəylik göstərməli olduğumuz məsələlərdir.
Amma daha vacib məsələlərdən biri son vaxtlarda Rusiyada, Moskvada xüsusilə türkdilli xalqların nümayəndələrinin incidilməsinə qarşı bu ölkələrin yığışaraq bir tədbir görməsidir. Mən o gün statistikaya baxdım. Qeyri-qanuni miqrantlar arasında özbəklər 900 min, qırğızlar 500 min, taciklər 400 min nəfərdir. Haradasa 200-300 min nəfər civarında da azərbaycanlılardır. Bunların böyük əksəriyyətinin oradan çıxarılması nəzərdə tutulur. Böyük bir millətçi dalğa bəhanə edilərək bunların ayrı-seçkiliyə məruz qalmasının hamımız şahidiyik. Ona görə də, məncə, gələcək toplantılarda mütləq bu məsələyə diqqət yetirilməlidir.
Biz Azərbaycanda da bu məsələnin üzərinə getməliyik. Biz indi Rusiyadan 20 il qabaqkından daha çox asılı vəziyyətdəyik. Biz Rusiyanın müstəmləkəsi olmağa daha çox yaxınıq. Ona görə yaxınıq ki, Rusiya bu gün əmək miqrantlarını bəhanə edərək Azərbaycana istədiyi təzyiqi göstərmək imkanına sahibdir.
Bunu necə önləmək lazımdır? Məncə, bunu önləmək üçün birinci növbədə... Bir var  Azərbaycandan pul qazanmağa gedənlər, bir də var burada iş tapa bilməyib, heç nə qazana bilməyib, gündəlik çörəyə möhtac olub Rusiyaya gedənlər. Biz bunların taleyini düşünməliyik. Heç olmasa, ikinci kateqoriyadan olan insanların işlə təmin olunması üçün ciddi bir dövlət proqramı ortaya qoymalıyıq.
Regionların inkişafı ilə bağlı dövlət proqramı var. Əlbəttə, sevindiricidir ki, yollar çəkilir, binalar tikilir, parklar salınır. Müəyyən infrastrukturlar rayonlarda, bölgələrdə artıq fəaliyyətə başlayıbdır. Amma bu, iş yeri demək deyil axı. Bu, insanların işsizlik probleminin həlli demək deyil. Böyük əksəriyyət  çayxanalarda domino oynamaqla, siqaret tüstülətməklə vaxt keçirir. Qadınların xeyli hissəsi işsizdir. Bunları işlə təmin eləmək lazımdır.
Ona görə mən hesab edirəm ki, Azərbaycan ailələrinin dağılmaması, Azərbaycan insanının Rusiya çöllərində səfil vəziyyətə düşməməsi, incidilməməsi üçün yaxın bir ilə, iki ilə bu istiqamətdə xüsusi bir dövlət proqramı hazırlamalıyıq. Bu, dövlət təhlükəsizliyimiz üçün vacibdir.
Gördünüzmü, Rusiyada bir kriminalı bəhanə eləyərək heç bir hüquqi zəminə söykənmədən bir bazarı bağladılar. Azərbaycanlıların böyük əksəriyyəti orada çalışırdı. Başqa bir bazarda yanğın törətdilər. Bunlar hamısı məqsədyönlü dövlət siyasəti olaraq həyata keçirilir. Bunu açıq söyləmək lazımdır. Ona görə də mən hesab edirəm ki, biz orada olan vətəndaşlarımızın təhlükəsizliyini nəzərə alaraq indidən bu məsələ üzərində düşünməliyik.
Türkdilli xalqların əməkdaşlığı ilə bağlı məsələdə biz mütləq başqa ölkələrdə miqrasiya siyasəti ilə bağlı məsələnin onlarla koordinasiyalı şəkildə tənzimlənməsinə çalışmalıyıq. Çünki burada söhbət, əsasən, Orta Asiya respublikalarından və Dağıstandan gedir. Dağıstandan gedənlərin də bir qismi, bildiyiniz kimi, azərbaycanlılardır. Bu baxımdan mən bu məsələyə də diqqət yetirməyin tərəfdarıyam və bu layihəyə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil müəllim, Azərbaycanın rayonlarında təkcə parklar salınmır, həm də yollar, körpülər tikilir, kənd təsərrüfatı sahəsində emal sənayesi müəssisələri və digər obyektlər açılır. Bunlar hamısı iş yerləridir. Bunları da görmək lazımdır. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Məclis, bu bəyannamə, doğrudan da, tarixi bir sənəddir. Türk Şurasının ildən-ilə güclənməsi, daha qətiyyətli addımlar atması, daha ciddi sənədlər imzalaması onu göstərir ki, türk birliyi zərurətini dünya yavaş-yavaş başa düşür. Başqa bir yol yoxdur. Çünki Şərqdə güclənən Çin var, Şimalda yenə Mərkəzi Asiya və Qafqaza iddialı Rusiya var. Güneydə öz iddiası ilə məlum olan fars rejimi var. Və Avropa var. Bu zəngin bölgə dünyanın hamısının iştahını çəkir. Amma dünya da görməlidir ki, bunun bir sahibi var. Onun sahibi türk xalqıdır. Ayrı-ayrı adlar altında bir millətdir və bu millətin torpağıdır. Bu millətin torpağında yaşayan xalqların arasında normal bir ünsiyyət olmalıdır. Bunu dünya da bilir. Mənə elə gəlir ki, vaxtikən bu işə “amandır, bir araya gəlməyin. Nə türk, nə türk birliyi?” deyənlər artıq yavaş-yavaş bu məsələnin zərurətini dərk eləyirlər.
Mən bu sənədə həm də ona görə sevinirəm ki, 15-16 il bundan əvvəl Özbəkistanda, Türkmənistanda “Dağlıq Qarabağ” deyən adamları ölkədən çıxarırdılar. Ümumiyyətlə, Dağlıq Qarabağ söhbəti dilə gəlmirdi. Bu gün bu dövlətlərin başçıları, məsələn, Özbəkistan Prezidenti ən yüksək kürsülərdən Azərbaycanın mövqeyini və Dağlıq Qarabağ məsə-ləsində bizim haqlı olduğumuzu  dünyaya bəyan eləyir və bizim tək olmadığımızı, türk dünyasının, doğrudan da, bəzi məsələlərdə bir-birinə dayaq ola biləcəyini nümayiş elətdirir. Ona görə bu sənəd təsdiq olunmalıdır.
Mən sevinirəm ki, Azərbaycanın ayrı-ayrı bölgələri – bir gün Naxçıvan, sonra Qəbələ bu beynəlxalq görüşlərin və türk dünyası liderlərinin görüşlərinin mərkəzinə çevrilir. Bunun özü də Azərbaycanın inkişafını və deyək ki, bizim bu mənada həlledici mövqedə, əsas mövqelərdən birində olduğumuzu göstərir.
Yeri gəlmişkən bir şeyi də deyim. Mən gözləyirdim ki, bu gün iclasın əvvəlində, hörmətli Ziyafət müəllim, heç olmasa, o yarım saat bizə veriləcək və biz bəzi sözlərimizi deyəcəyik. Uzun müddətdir görüşmürük. Bölüşüləsi bəzi şeylər var. Mətbuatda gedən fikirlər var. Beynəlxalq aləmdə səslənən fikirlər var. Bizim bəzi vəzifə sahiblərimiz haqqında deyilən rəylər var. Onların maliyyə vəsaitləri və sair. Bunlar aydınlaşdırılmalıdır. Amma mən indi bu barədə danışmaq istəmirəm.
Necə olur ki, Məclis işə başlayır, birbaşa beynəlxalq konvensiyaların təsdiqinə keçir, qonşu ölkədə vətəndaşlarımıza tutulan bu divan, millətimizə qarşı göstərilən bu etinasızlıq və beynəlxalq hüquqa hörmətsizlik məsələsi bizim diqqətimizdən kənarda qalır və biz buna heç bir reaksiya vermirik? Mən hesab edirəm ki, bu gün bu məsələ burada müzakirə olunmalıdır. Azərbaycan parlamenti diplomatik səviyyədə bizim Rusiyadakı həmkarlarımıza – Rusiya parlamentinə, Dövlət Dumasına müraciət eləməli, qeyd etməlidir ki, o insanlar öz qüvvələrini, gəncliklərini, həyatlarını Rusiya üçün sərf eləyirlər. Onları yaşadırlar, onlara xidmət eləyirlər. Dünyanın heç yerində miqranta bu münasibət yoxdur.
Bundan  istifadə  edən  bəzi azərbaycanlı məmurlar, bəzi Azərbaycan dövlət başçıları çox böyük   bir maraq  ilə Rusiyanın  təbliğinə  başlayıblar. Bu yolverilməzdir. Biz Rusi-yadan təzə qurtarmışıq. O rəzaləti görüb ondan ayrılmışıq. Bu gün müstəqilik, indi-indi özümüzə gəlirik. Təzədən bizi ora niyə dartırlar? Bizim məmurlarımızdan biri mətbuatda yazır ki, Avropa bizə nə verib ki, biz bu Avropanı təbliğ edirik. Necə yəni Avropa Azərbaycana nə verib? Avropa Azərbaycana nə verməlidir ki? Ümumiyyətlə, məmur  bu dildə danışmamalıdır. Dövlət məmuru beynəlxalq aləmə bu şəkildə meydan oxuya bilməz.
Avropa sizə nə verib? Avropa sənin ərazi bütövlüyünü tanıyıb, səni dövlət kimi tanıyıb, öz qurumlarına üzv eləyib. Sən onun bir parçasısan. Səninlə bağlı bütün məsələlərdə deyir, ədalətli ol, insan hüquqlarını qoru, normal cəmiyyət qur. Məndən asılı olmadan, özün elə bunu. Avropa bizə bunu deyir, Avropa demir ki, sənin əvəzinə işləyəcəyəm, ölkəni idarə edəcəyəm. Avropa nümunə göstərir. Bu nümunədən niyə qorxuruq və niyə məmur bu şəkildə danışmalıdır?
İndi Avropanı da özümüzə düşmən eləyək. Dünyanı özümüzə düşmən eləyib hara getmək istəyirik biz? Diplomatiya dili ayrı dildir. Gərək dünya ilə danışmağın yolunu öyrənək. Bir adamın dediyi söz Prezident üçün də, ölkənin digər başçıları üçün də problem yaradır.  Bu adamlar ya yerində deyil, ya da bilmirlər, necə danışmalıdırlar, özlərini necə aparmalıdırlar. İstərdim ki, konkret olaraq Rusiyada baş verən hadisələr bugünkü Məclisdə müzakirə olunsun. Bizə hansı yol uyğundursa, ona uyğun sənəd qəbul eləyək.
Yeri gəlmişkən, mən bir məsələni də deyim. Bu gün Rusiyada bazarlar bağlanır və sair. Bir neçə ay bundan əvvəl milyarderlər bir yerə yığışmışdılar və maraqlı bəyanatlar verilirdi. Hanı o azərbaycanlı milyarderlər Rusiyada? O milyarderlərin hər birinin imkanı var, bir dənə elə bazar tiksin ki, Rusiyadakı bütün azərbaycanlılar gəlib o bazara yığışsınlar. Səsləri dünyaya çıxmır. Ona görə mən çox istərdim ki, o milyarderlərə də müraciət olunsun. Öz biznesləri ilə bağlı Putinlə üzbəüz oturub söhbət eləyirlər, çox maraqlı şəkilləri də reklam olunur. Niyə gedib bu dəfə də oturmurlar onun qabağında ki, bu insanlar bizim insanlardır, bu insanlar buraya xoş gündən gəlməyiblər.
Dünyada miqrasiya normal bir şeydir. Ruslar da xarici ölkələrə köçürlər. Rus miqrantları bu gün Amerikada təhlükədir, Hindistanda təhlükədir, Çində təhlükədir. Bütün dünyada rus mafiyası və rus miqrasiyası təhlükəyə çevrilib. Onda biz  də dünyaya müraciət eləyək ki, ruslar bizə bu divanı tutub, siz də onlara bu üzü göstərməlisiniz. Bu məsələ hökmən müzakirə olunmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Fəttah Heydərov.
F.Heydərov. Hörmətli Sədr, hörmətli deputat həmkarlar, media nümayəndələri! Bu gün müzakirə olunan məsələ aktual məsələlərdən biridir.  Bizim üçün çox böyük fəxrdir ki, Azərbaycanda, xüsusilə mənim millət vəkili olduğum Qəbələ şəhərində belə bir yüksək səviyyəli beynəlxalq tədbir keçirilmiş və orada mühüm sənədlər imzalanmışdır. Bu gün həmin sənədlər təsdiq olunmaq üçün bizə təqdim olunmuşdur. 
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 ildən bir qədər artıqdır ki, yaranıb. Təkcə türkdilli dövlətlər arasında olan münasibətlərin genişləndirilməsi və əməkdaşlığın güclən-dirilməsinə deyil, beynəlxalq aləmdə hadisələrin gedişinə də bu şuranın böyük təsiri olmuşdur. Yaxşı haldır ki, ilk dəfə Naxçıvanda yaranan bu şurada 4 türk dövləti təmsil olunurdusa, onun üçüncü zirvə toplantısına Türkmənistan Nazirlər Sovetinin sədr müavini də qoşulmuşdur. Mən hesab edirəm ki, çox yaxın zamanlarda digər türkdilli dövlətlər də bu şuraya üzv olacaq və o, beynəlxalq aləmin ən güclü subyektlərindən biri kimi dünyada sülhün, əməkdaşlığın, əmin-amanlığın və inkişafın bərqərar olunmasında öz rolunu oynayacaq.
Belə bir  sənədin təsdiqi zamanı, mənə belə gəlir ki, gündəlik həyatda baş verən hadisələr barədə polemika açmaq, Azərbaycanda və ümumiyyətlə, dünyada sülhə, sa-bitliyə, inkişafa mane olan mənfi qüvvələrin rəyini şişirtmək və onlara istinadən ayrı-ayrı hadisələri müzakirə mövzusu etmək yersizdir. Biz bu gün seçkilərin təsiri alında böyük fərəh hissi ilə, məğrurluqla deyə bilərik ki, Azərbaycan xalqı öz müstəqilliyini çox yüksək qiymətləndirən və bu müstəqilliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini axıra qədər davam etdirməyi özünün başlıca vəzifəsi hesab edən çox müdrik bir xalqdır. Azərbaycan müstəqil dövlətdir və istənilən dövlətlərlə iqtisadi, siyasi əlaqələrdə öz müstəqil mövqeyini təsdiq edir.
Ona görə də mənə elə gəlir ki, belə bir zamanda hörmətli Prezidentimizi bir daha təbrik eləməklə yanaşı, bu yolda qəbul etdiyimiz bütün sənədlərdə əsas bunu nəzərdə tutmalıyıq ki, Azərbaycan inkişafdadır, Azərbaycan dünyanın nəzər diqqətindədir. Bu inkişafa sevinənlər də, onun qarşısını almaq üçün ən çirkin üsullardan istifadə etməyə səy göstərənlər də çoxdur. O çirkinlikləri, eybəcər halları çox şişirtmək lazım deyil.
Məncə, biz bu sənədi təsdiq eləməliyik. Əminəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək. Məlumat vermək istəyirəm ki, bir-iki gündən sonra bu şuranın baş katibliyinin növbəti iclası Türkiyədə olacaq və bir millət vəkili kimi mən də orada iştirak edəcəyəm.
Hamınıza möhkəm cansağlığı, uzun ömür və keçirdiyimiz fərəh hissi ilə qarşıdakı 5 ili də başa vurmağı arzulayıram. 
Sədrlik edən. Sağ olun, Fəttah müəllim. Fəzail müəllim, sualınız var? Buyurun.
F.Ağamalı. Əlbəttə, mən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Toplantısının Bəyannaməsini yüksək qiymətləndirirəm və bu əməkdaşlığın bundan sonra daha yüksək zirvələrə qalxacağına qətiyyən şübhə etmirəm. Ona görə təbii ki, bu sənədə səs verəcəyəm.
Burada, əlbəttə, yarım saatlıq müzakirəyə yer verilsəydi, mən də öz fikirlərimi deyəcəkdim. Məndən öncə bir sıra millət vəkilləri Rusiyada yaranmış vəziyyətlə bağlı öz narazılıqlarını haqlı olaraq ifadə etdilər. Mən, sadəcə olaraq, hörmətli Ziyafət müəllim, təklif vermək istərdim.
Mən düşünmürəm ki, bizim atacağımız hər hansı addım Kremlin siyasi iradəsinin  ifadəsi olan bu cür halların qarşısının alınmasına haradasa kömək edəcək. Çünki niyyət başqadır. Orada Orxan Zeynalov bir bəhanə idi. Azərbaycana təzyiq etmək, onu Avrasiya İttifaqına cəlb etmək kimi niyyətlər, əlbəttə, bütün tərəfləri ilə özünü göstərməkdədir.
Lakin biz orada vətəndaşlarımızı taleyin ümidinə buraxmamalıyıq. Ən azı onların yanında olduğumuzu ifadə etməliyik. Buna görə də Azərbaycanın diplomatik xətlə atmış olduğu addımlar təqdir olunmalıdır. Nota verilib. Azərbaycanın Rusiyadakı fövqəladə səfiri Polad Bülbüloğlu lazım olan addımları atıb. Orxan Zeynalova qarşı zorakılıq aktlarının qarşısını almaq üçün müəyyən işlər görülüb və sair.
Bununla bərabər, mən təklif edərdim ki... Azərbaycan–Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri hörmətli həmkarımız Arif Rəhimzadənin bu parlamentlər arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində ciddi töhfələri var və Rusiya Dövlət Dumasında da bunu hər zaman çox hörmətlə etiraf edirlər. Təklif edərdim ki, Arif Rəhimzadənin rəhbərliyi altında deputat qrupu Dövlət Duması ilə əlaqə saxlasın və orada biz lazımi addımlarımızı ataq. Rusiyanın siyasi iradəsini ifadə edən həmin  qərarlar ən azı radikal müstəvi üzərində, radikal notlarla müşayiət olunmasın. Bunun üçün biz öz addımlarımızı atmalıyıq. Mən təklif edərdim ki, belə bir qrup Dövlət Duması ilə əlaqə saxlasın və Azərbaycan Milli Məclisinin narahatlığını onlara ifadə etsin. Mən elə düşünürəm ki, bunun haradasa xeyri ola bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Dünyada 5 minə qədər dil mövcuddur, amma dil faktoruna görə cəmi 3 beynəlxalq təşkilat var. Bir ingilisdilli dövlətləri birləşdirən Millətlər Cəmiyyəti, bir fransızdilli dövlətləri birləşdirən Fransızdilli Ölkələr Təşkilatı, bir də türkdilli dövlətləri birləşdirən Əməkdaşlıq Şurası. Çox sevindiricidir ki, kifayət qədər böyük tarixi olan birinci iki beynəlxalq təşkilat kimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da bu gün beynəlxalq aləmdə çox cidd siyasi və iqtisadi faktora çevrilə bilib.
Bu gün türkdilli dövlətlər bir təşkilatda birləşməklə ümumi maraqlarını ortaya qoyur, bir-birinin problemlərini dərindən başa düşə bilir, bir-birinin inkişafına dəstək ola bilirlər. Hesab edirəm, bu gün Azərbaycan ona görə güclüdür ki, düzgün daxili, xarici siyasəti ilə bağlı onun yanında Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Ru-siyadakı türkdilli xalqların ərazi subyektləri və digərləri var.
Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Toplantısının bizə təqdim edilən Bəyannaməsinə həmkarlarımızın burada nümayiş etdirdiyi münasibət bir daha göstərir ki, Azərbaycanın türkdilli dövlətlərlə inteqrasiya istiqamətində seçdiyi yol düzgündür. Parlamentin bu bəyannaməni təsdiqləməsi, şübhəsiz ki, Azərbaycanla digər türkdilli dövlətlərin əməkdaşlığının bundan sonra da möhkəmlənməsinə xidmət edəcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva. 
Q.Paşayeva. Hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Toplantısının Bəyannaməsini, təbii ki, ha-mımız dəstəkləyəcəyik. Bu çox önəmli bir sənəddir. Bu toplantının Azərbaycanda yüksək səviyyədə keçirilməsi və Türkmənistanın da bu tədbirə bir türk dövləti olaraq qatılması çox önəmlidir. Ümid edirik ki, yaxın zamanlarda Özbəkistan da bu tədbirlərə qatılar və bu əməkdaşlıq daha da genişlənər.
Biz Azərbaycanda – Qəbələdə qəbul olunan sənəddə çox önəmli məsələlər görürük. Bu sənəddə Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin ratifikasiya prosesinin tezliklə tamamlanmasının vacibliyi qeyd edilməklə bərabər, Türk Akademiyasının yaradılması barədə sazişin də ratifikasiya prosesinin tezliklə tamamlanmasının vacibliyi vurğulanır. Ümid edirik ki, müvafiq qurumlar bu prosesi sürətləndirəcəklər.
Ən önəmli məsələlərdən biri türk tarixi və ədəbiyyatına dair ümumi dərsliklərin yazılması məsələsidir. Çox təəssüf ki, bu gün türk dövlətlərinin tarix dərsliklərində, bəzi digər dərsliklərdə hələ də bizi bir-birimizdən ayıran, bəzən böyüyən nəsillərimizin düşüncəsində mənfi iz buraxan məqamlar var. Onlar tarixin hansısa dövrlərində o dərslik-lərə daxil olub. Amma bu gün biz müstəqil dövlətlərik və elə etməliyik ki, böyüyən nəsillərimiz bu dərslikləri oxuduqları zaman bizi birləşdirən ortaq tariximizə önəm versinlər, ayıran hansısa məqamları öyrənməkdə davam eləməsinlər. Ona görə də bu dərsliklərin yazılması çox önəmli məsələdir və Azərbaycanın da müvafiq qurumlarının bu məsələdə fəal olmasını çox önəmli bilirik.
Burada göstərilən məsələlərdən biri də təhsil müəssisələrində hər bir türkcənin, yəni qardaş dillərin seçmə kurslar kimi tədris olunması məsələsidir. Mən inanıram ki, Azərbay-can hər zaman bu məsələyə dəstək verdiyi üçün bunu birinci olaraq həyata keçirməyə başlayacaq və bizim Təhsil Nazirliyimiz bu məsələdə gözəl örnək göstərəcək. Çünki Azər-baycan həmişə türkdilli dövlətlərin əməkdaşlıq inteqrasiyasında örnək missiyasını daşıyan dövlətlərin önündə gedib.
Bir vacib məqam da türkdilli diasporun birgə fəaliyyət göstərməsinə nail olunmasıdır. Bu çox önəmlidir. Cənab Prezident inauqurasiya mərasimində çox böyük hədəflərdən və o cümlədən Xocalı soyqırımının tanıdılması məsələsinin sürətləndirilməsindən danışdı. Bu, türkdilli dövlətlərin ümumi bir məsələsi kimi ümumi strategiyada özünü tapmalıdır. Eyni zamanda, qondarma erməni soyqırımı yalanlarının ifşası və ermənilərin 2015-ci il kampaniyasının qarşısının alınması bu birgə fəaliyyətlə daha da güclənə bilər. İnanırıq ki, müvafiq qurumlar bu sənəddən irəli gələn önəmli vəzifələri qısa zamanda həyata keçirəcəklər. Təbii ki, biz bu sənədi böyük məmnuniyyətlə təsdiqləyəcəyik.
Həmkarlarımın qaldırdığı məsələlərə gəlincə, bu məsələləri mən də dəstəkləyirəm. Rusiyanın bəzi siyasətçilərinin, bəzi millət vəkillərinin, özəlliklə kütləvi informasiya vasi-tələrinin Orxan Zeynalov ətrafında çıxardığı şou hər bir azərbaycanlını çox ciddi şəkildə üzdü. Bir millətə qarşı yönələn bu yanlışlar Azərbaycan–Rusiya münasibətlərinə özünün mənfi təsirini göstərməklə bərabər nə qədər insanın da həyatını hədəfə almış olur. Ona görə də biz parlamentdə Rusiyadakı millət vəkili həmkarlarımızı öz bəyanat və açıq-lamalarında ehtiyatlı olmağa çağırırıq. Onların hər bir açıqlaması milyonlarla Rusiya vətəndaşını mənfi yola yönəldə bilər və sabah bu irqçilik təfəkkürü üzərində söylənən sözlər Rusiyanın özünə də ağır bədəllər ödədə bilər. Sabah minlərlə insanın, azərbaycanlıların həyatı təhlükə qarşısında qalsa, onun məsuliyyətini daşıya bilməzlər. Ona görə bu tribunadan Rusiyanın siyasətçilərinə, kütləvi informasiya vasitələrinə və bəzi insanlarına bu çağırışı səsləndiririk.
Bu cür hadisələr dünyanın hər yerində olur, amma bu hadisələrdən şou düzəldərək bir milləti və bir ölkənin içərisində yaşayan miqrantları hədəfə almaq olmaz. Ona görə mən də hesab edirəm ki, Azərbaycan–Rusiya parlamentlərarası dostluq qrupumuz Rusiyadakı həmkarlarımızla Dumada görüşlər keçirə və bu hadisələrin Azərbaycan–Rusiya münasibətlərinə mənfi təsirlərini onlara çatdıra bilər. Çünki bu gün Dumada bəziləri hətta ölkələrimiz arasında viza rejiminin tətbiqi barədə danışırlar.
Azərbaycanı bu kimi məsələlərlə qorxutmaq yersizdir. Azərbaycan müstəqil dövlətdir və öz müstəqil siyasətini də gözəl şəkildə yürüdür. Amma bu kimi fikirlər iki ölkə arasında münasibətlərə mənfi təsir göstərir. Ona görə də Dumada təmsil olunan siyasətçilərin belə təxribatlara dəstək verməmələri çox önəmlidir. Çünki onların açıqlamaları irqçi fikirli insanları daha da alovlandırır, qıcıqlandırır. Sonrakı proseslər daha da geridönməz ola bilər. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Qənirə xanım, biz başqa məsələdən danışırdıq, çıxış edənlər Rusiyada olan məsələlərə keçdilər. Bu məsələ ilə Milli Məclis də məşğuldur, dostluq qrupu da məşğul olur. Xahiş edirəm, gündəlikdə olan məsələ ətrafında danışaq. Ceyhun Osmanlı.
C.Osmanlı. Çox hörmətli Oqtay müəllim, sadəcə olaraq, bir cümlə ilə terminologiya məsələsinə toxunmaq istəyirəm. Rusiyada azərbaycanlılar haqqında “qeyri-leqal”, “miqrant”, “ucuz işçi qüvvəsi” deyirlər. Onların marağı var, başa düşdük. Təəssüflər olsun ki, biz bəzən Azərbaycan mətbuatında da eyni məsələyə münasibətdə “qeyri-leqal”, “miqrant”, “ucuz işçi qüvvəsi” və sair kimi ifadələrə rast gəlirik. Mən buna etirazımı bildirmək istəyirəm.
Postsovet məkanında işçi qüvvələrinin dinamik şəkildə hərəkət 20 il qabaq başlamışdı. Onda azərbaycanlılar da, ukraynalılar da, elə rusların özləri də ucuz işçi qüvvəsi idi. Amma indi azərbaycanlılar Rusiyada ucuz işlərlə məşğul deyillər. Onlar artıq daha yüksək səviyyədə sahibkarlıqla məşğuldurlar.
Ucuz işçi qüvvəsinə gəlincə, guya ruslar özləri yay aylarında Antaliyada, Bodrumda və yaxud İspaniyada, İtaliyada nə işlərlə məşğuldurlar? Məgər onların hamısı leqaldırlar? Hələ onu demirəm ki, Rusiyanın özündə xüsusi şirkətlər var ki, Şərqi Asiyadan insanları gətirib, rəsmən qul əməyi tətbiq edirlər. Mən bu məsələlərlə bağlı, sadəcə, xahiş etmək istərdim ki, jurnalistlərimiz bu sözləri işlədəndə bir az ehtiyatlı olsunlar.
Qaldı bu hadisələrə, bunu rus jurnalisti Maksim Şevçenko özü araşdırdı və rəsmən aydınlıq gətirdi ki, o hadisələri ermənilər qarışdırıb, orada ermənilər iştirak ediblər. Şevçenko özü də o insanları tanıyır və dediklərini faktlarla sübut edir.
O ki qaldı azərbaycanlıların ucuz işlərlə məşğul olmasına, hesab edirəm ki, o işlər ucuz olsa idi, azərbaycanlılar onlarla məşğul olmazdılar. Çünki azərbaycanlılar ucuz işlərlə məşğul olmağı sevmirlər. Çox sağ olun.
Sədrlik edən. İndi Rusiyada bu məsələdən şou düzəldənlər var. Biz bu şounu bir az da şişirtməli deyilik. Mən dedim ki, artıq bu istiqamətdə işlər aparılır, lazımi addımlar atılır. Xahiş edirəm, gündəliyin 4-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.49 dəq.)
 Lehinə  109
 Əleyhinə  1
 Bitərəf  1
 Səs vermədi  1
 İştirak edir  112
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin müavini,  Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Qanun layihəsi sizə paylanıb, siz onunla tanışsınız. Gördüyünüz kimi, bu qanun layihəsində Azərbaycan Hö-kuməti ilə Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı əməkdaşlığın formaları, sərhəd keçid məsələləri, tranzit formaları, yardım üçün müraciət olunması, məlumat mübadiləsi və digər məsələlər incəliklərinə qədər işlənib hazırlanıb.
Qeyd etmək istəyirəm ki, bu qəbildən olan sənədləri biz artıq bir sıra dövlətlərlə imzalamışıq. Bu sənədlərin Azərbaycanla imzalanmasında bir çox dövlətlər maraqlıdırlar. Çünki Azərbaycan bu məsələ ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri, həqiqətən, çox vicdanla yerinə yetirir. Gürcüstanda, İranda, Türkiyədə, İsraildə olan təbii fəlakətlər zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cənab Prezidentin tapşırığı ilə o hadisələrin aradan qaldırılmasında çox yaxından iştirak ediblər.
Hesab edirəm ki, bu saziş də Azərbaycanın milli maraqları baxımından olduqca dəyərli bir sənəddir. Mən sizin hamınızı bu sazişə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.51 dəq.)
 Lehinə  107
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  107
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Azərbaycan Respublikasını təmsil edən Azərbaycan Respublikası  Hökuməti və Avropa İnvestisiya Bankı arasında AİB-in Azərbaycan Respublikasındakı fə-aliyyətini tənzimləyən Çərçivə Sazişi”nin təsdiq edilməsi haqqında. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Saziş Avropa İnvestisiya Bankının Azərbaycan Respublikasında fəaliyyətini tənzimləyir. 18 maddədən ibarət olan sazişdə bu bankın ölkəmizdə fəaliyyəti, onun  vergiyə cəlb edilməsi, valyuta dönərliyi, maliyyə vəsaitlərinin köçürülməsi, layihələrə tətbiq olunan rejim, bankın statusu, ona tətbiq olunan  rejim və digər məsələlər barədə maddələr nəzərdə tutulmuşdur.
Avropa İnvestisiya Bankı dünyanın aparıcı banklarından sayılır. Onun Azərbaycanda fəaliyyəti ölkəmizdə bank sektorunun təkmilləşməsinə, xarici iqtisadi əlaqələrimizin ge-nişləndirilməsinə xidmət edəcəkdir. Ona görə millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirik, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.53 dəq.)
 Lehinə  106
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  106
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, 15 fevral 2013-cü ildə “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilmişdir. Bu dəyişikliklərə əsasən Vergi Məcəlləsinin 165.1.2-ci maddəsində “xaricdən alınan əvəzsiz maliyyə yardımları (qrantlar)” sözləri “qrant müqaviləsi əsasında xaricdən alınan qrantlar” sözləri ilə əvəz edilir. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.55 dəq.)
 Lehinə  104
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  105
 Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Qanunun 4.1-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissənin əlavə edilməsi təklif edilir: “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə    görə ödənilən dövlət rüsumunun 20 faizi müvafiq icra hakimiyyəti orqanının pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının (“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.” Millət vəkillərindən xahiş edirəm ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.56 dəq.)
 Lehinə  106
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  106
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli həmkarlar! Cənab Prezident tərəfindən Milli Məclisə Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edil-məsi haqqında qanun layihəsi daxil olub. Bu texniki dəyişiklikdir. Məsələ bundadır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində “mənfəət” sözünün “fərdi sahibkarlıq tərəfindən gəlir” şəklində izahı da verilmişdir. Həmin ifadə eynilə Mülki Məcəllənin 13-cü maddəsinə də köçürülür. Çox sağ olun. Millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.58 dəq.)
 Lehinə  100
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  101
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! “Bədən tərbiyəsi və idman haqqında” Qanunun iki maddəsinə dəyişiklik edilir. Bunlar “Əsas anlayışlar” adlanan 1-ci maddə və bir də 53-1-ci maddədir. Mahiyyət ondan ibarətdir ki, qanun layihəsinə idman mərc oyunları ilə bağlı yeni bir institut – operator institutu əlavə edilir. Bu da çox önəmli məsələlərdən biridir. Çünki oyunlarda rəsmi operatorun iştirakı reallığın, obyektivliyin təmin olunmasına kömək edər. 53-1-ci maddədə də həmin məsələ ehtiva olunub. İdman mərc oyunlarında operator sistemi qanuna əsasən tətbiq olunacaq  və bu, məsələnin müsbət həllinə kömək edəcək. Deputat həmkarlarımdan xahiş edirəm, qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Prinsipcə operator sisteminin qanuna daxil edilməsi bu sahədə qayda-qanunun yaradılmasına xidmət edəcək.
Mən təklif etmək istəyirəm ki, bu qanunda 18 yaş məsələsi, yəni bununla bağlı, operatorun, satıcının məsuliyyəti mütləq vurğulansın. 18 yaşdan aşağı şəxslərin bu mərc oyunlarında iştirakı böyük faciələr yaradır. Yəni yetkinlik yaşında olan insanların özünün iradəsi var, onlar qərar qəbul edə bilir, bunun səhvini, düzünü özləri həll edirlər. Amma orta məktəb uşaqlarının, 16-18 yaş arası yeniyetmələrin bu prosesə qoşulması çox ciddi problemlər yaradır. Ona görə də bunun məsuliyyəti ilə bağlı operator və satıcıların fəaliy-yətinə nəzarət edilməsi vacibdir.
Bilirsiniz, idman təkcə mərc oyunlarından ibarət deyil. Mən çox istərdim ki, bu sahədə də ciddi islahatlar aparılsın. Azərbaycanda uşaqların, yeniyetmələrin idmanla məşğul olması üçün şərait yaxşılaşdırılmalıdır. Yaxşılaşdırma deyəndə nəyi nəzərdə tutduğumu bir nümunə ilə izah etmək istəyirəm. Tez-tez deyirik ki, Moskvada bizə qarşı ayrı-seçkiliyə yol verilir. Mənim tanıdığım bir ailənin iki uşağını, – biri 3-cü sinifdə, biri 5-ci sinifdə oxuyur, – məktəbdən gəlib valideynlərindən məcburi alıblar ki, biz bu uşaqları yoxlamışıq, üzgüçülüyə yaxşı qabiliyyətləri var, pulunu da biz ödəyirik, geyimini də biz alırıq, bunlar gələcəkdə Rusiya üçün yaxşı üzgüçü kimi yetişə bilərlər. Ona görə də onların hazırlanmasına şərait yaradırıq. Amma bizdə insanlar özlər müraciət edirlər ki, bizə ucuz üzgüçülük hovuzu tapa bilsəniz, yaxşı olar və ya pulsuz bir yer olsun ki, bizim uşaqlarımız idmanla məşğul olsunlar. Bu addım gələcəkdə narkomaniyadan, pis vərdişlərdən uzaqlaşmaq üçün fayda verə bilər.
Türkiyədə də bu ənənə var. İstanbula gedin, hər yerdə  yazılır ki, “kim idman zalında məşğul olmaq istəyirsə, heç bir ücrət, pul ödəmədən orada məşğul ola bilər”. Xüsusilə də 18 yaşa qədər olan uşaqlar üçün bu şərait yaradılır. Bunu düşünmək lazımdır.
Bizdə bəzi yerlərdə yeni futbol meydançaları, üzgüçülük hovuzları açılıb. Amma bunun yolunu tapmaq lazımdır ki, insanlarda kütləvi idmana həvəs yaransın. Bəlkə pulsuz, imkansız ailələrin uşaqları orada sabahın idmançısı kimi, gələcəkdə Azərbaycanın fəxri ola biləcək bir insan kimi yetişə bilər. Ona görə də məncə, bu məsələ üzərində düşünmək lazımdır. Çox sayda fiziki hazırlıqlı uşaqlar imkanları çatmadığına görə, baha olduğuna görə idmandan imtina edir və ya məşğələlərə davam edə bilmirlər. Gələcəkdə qanun layihələrində bu məsələ də nəzərə alınsa, məncə, daha faydalı iş görülmüş olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.02 dəq.)
 Lehinə  103
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  103
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər bizim Milli Məclisdə qəbul etdiyimiz Vergi Məcəlləsinə dəyişikliklərlə əlaqədardır. “Təbii inhisarlar haqqında” Qanunun 5-ci maddəsinə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilir: “Təbii inhisar sub-yektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”, 9-cu maddənin birinci hissəsinin ikinci bəndində “dövlət reyestrini aparmaq” sözləri “siyahısının müəyyən edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək” sözləri ilə əvəz edilir. Millət vəkillərindən xahiş edirəm ki, qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Sağ olun. Arif Əşrəfov.
A.Əşrəfov. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Təbii inhisar subyektlərinin, yəni əmtəə bazarında payı 35 faizdən çox olan təsərrüfat subyektlərinin siyahısı bu vaxta qədər İqtisadi İnkişaf Nazirliyinin antiinhisar siyasətini həyata keçirən müvafiq qurumu tərəfindən müəyyən edilirdi. Mənim üçün maraqlıdır ki, indi burada hansı icra hakimiyyəti orqanı nəzərdə tutulur? Nazirlər Kabineti, yoxsa İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti? Çünki burada qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar da var. Bunların da siyahısı antiinhisar orqanı tərəfindən müəyyən edilirdi. Bu baxımdan mənim üçün bu məsələ maraqlıdır. Çox sağ olun.
Sədrlik edən. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Arif müəllimin qaldırdığı məsələ, doğrudan da, aktualdır. Bu məsələ müzakirə vaxtı bizim tərəfimizdən də qaldırılmışdı.  Vergi Məcəlləsinin 218.2-ci maddə-sində yazılıb: “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri”. Biz Nazirlər Kabineti ilə, İqtisadi İnkişaf Nazirliyi ilə, Antiinhisar Siyasəti Departamentinin əməkdaşları ilə müzakirələr apardıq. Cənab Prezidentin “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Fərmanında bu məsələ Nazirlər Kabinetinə həvalə edilib. Əvvəllər isə bununla İqtisadi İnkişaf Nazirliyi məşğul olurdu, özü də sağlam məşğul olurdu. İndi yəqin ki, ehtiyac olarsa, bu məsələ qanun qəbul edildikdən sonra yenidən müzakirəyə çıxarıla bilər. Çünki artıq Vergi Məcəlləsində dəyişikliklər edilmişdir, cənab Prezident tərəfindən fərman imzalanmışdır. Fərmanda göstəriş verilib ki, təbii inhisar subyektlərinin siyahısını Nazirlər Kabineti müəyyən etsin. Yəni İqtisadi İnkişaf Nazirliyi hazırlayacaq, Nazirlər Kabineti təsdiq edəcək. Mən hesab edirəm ki, bir müddətdən sonra bu məsələyə yenidən baxmaq olar.
Sədrlik edən. Sağ olun. Cənab Prezidentin fərmanında Nazirlər Kabineti qeyd edilibsə, bunu müzakirə etməyə nə ehtiyac var? İqtisadi İnkişaf Nazirliyi Nazirlər Kabinetindən kənar bir təşkilat deyil ki. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.07 dəq.)
 Lehinə  105
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  105
 Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Novbəti məsələ – “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə “mənfəət” sözündən sonra “(fərdi sahibkarlar tərəfin-dən gəlir)” sözləri əlavə edilir. 6-cı maddənin birinci hissəsinin 10-cu bəndinin birinci cümləsinə “mənfəətdən” sözündən sonra “(gəlirdən)” sözü əlavə edilir. Millət vəkil-lərindən xahiş edirəm ki, qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.08 dəq.)
 Lehinə  98
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli. Oqtay müəllim, icazə versəniz, həm 12-ci, həm də 13-cü məsələlərlə bağlı ardıcıl məlumat verərdim.
Sədrlik edən.  Buyurun.
H.Rəcəbli. 12-ci məsələdə “Sosial sığorta haqqında” Qanuna qanunvericilik texnikası baxımından dəyişiklik edilir. Yəni 15-ci maddənin  axırıncı abzasına “icbari” sözündən sonra “sığorta” sözü əlavə edilir. Burada ciddi bir şey yoxdur. Bu məsələ aydındır.
13-cü məsələdə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı yeni – 31-1-ci maddə əlavə edilir. Biz bunu əvvəllər də müzakirə etmişik. Əslində, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı bəzi müddəalar əlavə edilib. Burada da onun bəzi texniki tərəfləri, eyni zamanda, inzibati xətalarla bağlı olan məsələləri ehtiva olunur. Deputat həmkarlarımdan qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Aytən Mustafayeva.
A.Mustafayeva. Təşəkkür edirəm.  Bu qanun  layihəsi çox vacibdir. Cənab Prezident də öz çıxışında söyləmişdi ki, artıq bütün səylərimiz sosial problemlərin həllinə yönəlib. Bu problemlər “Sosial sığorta haqqında” Qanunda öz həllini tapmalıdır. Bir-iki məsələyə toxunmaq istəyirəm.
15-ci maddə “Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri”  adlanır. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin və Beynəlxalq Əmək Təş-kilatının “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasının müddəalarını nəzərə alaraq  “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanu-nunda tibbi yardıma ehtiyacın olması da sosial sığorta hadisəsi kimi göstərilməlidir.
Azərbaycan Respublikasında icbari tibbi sığorta yeni institut olduğundan icbar tibbi sığorta haqlarının ödənilməsi sahəsində müəyyən problemlər yarana bilər. Düşünürəm ki, bu baxımdan icbari tibbi sığorta haqlarının vaxtında ödənilməsinə nəzarətin həyata keçirilməsi məqsədi ilə respublikamızda icbari tibbi sığorta fondunun yaradılması məq-sədəmüvafiq olar.
Könüllü tibbi sığorta üzrə münasibətlərin isə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tən-zimlənməsi daha məqsədəuyğun olardı. Çünki könüllü tibbi sığorta üzrə münasibətlər mülki-hüquqi xarakterə malikdir. İcbari tibbi sığorta isə sosial sığortaya aid olmaqla sosial təminat xarakterlidir.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası  Qanununun 6-cı maddəsində deyilir: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir”.  Konstitusiyanın 38-ci maddəsində isə deyilir ki, hər kəs əmək qabiliyyətini itirdiyi halda sosial təminat hüququna malikdir. Mən o baxımdan düşünürəm ki, həmin hüququn sosial sığorta  stajına dair tələblə məhdudlaşdırılması düzgün hesab edilə bilməz. Ona görə də “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində öz əksini tapan müddəa humanizm prinsipinə, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, eləcə də insan hüquqları sahəsində beynəlxalq aktlara zidd olduğundan onun qanunun mətnindən çıxarılması məqsədəmüvafiq olardı. Təşəkkür edirəm.   
Sədrlik edən. Çox sağ olun. Siz bu təklifləri komitəyə verin, baxsınlar. İndi qanun layihəsinə edilən dəyişiklikləri müzakirə edirik. Fazil Mustafa.
F.Mustafa.  Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Mən ikinci qanun layihəsinə əlavə edilməsi təklif olunan “Qeysəriyyə kəsiyi əməliyyatı” adlı 31-1-ci maddə ilə bağlı fikrimi bildirmək istəyirəm. Təbii ki, bu qanun layihəsinə səs verəcəyəm. Amma məni bir şey maraqlandırır. Biz bir qanun layihəsində bütün məsələləri əhatə edə biləcəyi-miz halda onları yarımçıq-yarımçıq müzakirə edib sonra yenidən əlavə və dəyişikliklər formasında ortaya çıxarırıq. Məsələn, bu qanun layihəsində qeyd edilir ki, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra orqanı tərəfindən müəyyən edilir və bu əməliyyatın qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
Burada insanın səhhətində çox ciddi problem yaradan bir əməliyyatdan söhbət gedirsə, əlavə edilən maddəyə niyə cinayət məsuliyyəti ilə bağlı müddəa salınmasın? Məncə, burada vətəndaşdan pul qazanmaq məqsədi ilə tibbi əsaslara zidd olaraq qanunsuz yolla qeysəriyyə əməliyyatını  keçirənlərə qarşı cinayət məsuliyyətinin də göstərilməsi vacibdir. Yəni biz gələcəkdə bu dəyişikliyi edəcəyik. Çünki qeysəriyyə əməliyyatından sonra çox sayda şikəst olan, problemlər yaşayan insanlar ortaya çıxır. Bu insanların taleyinə görə həmin həkimlərin məsuliyyət daşıması olduqca vacibdir. Bu baxımdan mən təklif edirəm ki, bu əməliyyatı qeyri-qanuni, tibbi əsaslara uyğun olmayan şəkildə aparan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məsələsi də qanun layihəsində nəzərdə tutulsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də hər iki qanun layihəsinə səs verəcəyəm. Oqtay müəllim, həm Milli Məclisə, həm Sizə, həm də bizə 1995-ci ildə seçilmiş Milli Məclisin üzvləri, sabiq həmkarlarımız müraciət edirlər. Vaxtilə sosial sığortanın düzgün həyata keçirilməməsinin, pensiya fonduna müəyyən köçürmələrin olmamasının nəticəsidir ki, indi onların pensiyaları ilə sonradan Milli Məclisin üzvü olmuş insanların pensiyaları arasında fərq mövcuddur. Yəni 1995-ci ildən bu yana deputat seçilənlərin hamısı qanunvericiliyin tələbinə əsasən Milli Məclisin bugünkü üzvünün orta aylıq əmək haqqının təxminən 80 faizi məbləğində pensiya almalıdır. Lakin onların pensiyaları arasında çox böyük bir fərq var. Bunlar 32-35 nəfərdir. Xahiş edirəm, Sosial siyasət komitəsinə tapşırasınız ki, bu məsələ araşdırılsın, onun həlli yolu tapılsın.
Düşünürəm ki, bu insanlar digər sabiq deputatlarla bərabər hüquqa malik olmaq istəklərində haqlıdırlar. Seçki ərəfəsində də gördük ki, prezidentliyə namizədlərdən bəziləri gedib saxta yolla özünə pensiya yazdırır və Milli Məclisin üzvlərindən daha çox pensiya, təqaüd alır. Zəhmət çəkən, qanunvericiliyə töhfə verən bu insanlar isə kənarda qalıblar. Ona görə də xahiş edirəm, bu məsələyə də diqqət yetirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun.  Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də ikinci məsələyə toxunmaq istəyirəm. Bu qanun layihəsini dəstəkləyəcəyəm. Amma ümumiyyətlə, hesab edirəm ki, – bu təkcə bugünkü dəyişikliklə bağlı deyil, – “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda maarifləndirmə məsələsinin geniş şəkildə əks olunmasına böyük ehtiyac var. Çünki sosial reklamlarla bağlı məsələlər də öz həllini tapmadığına görə bu sahədə ciddi problemlər yaranır. Məsələn, biz bu dəyişikliyi dəstəkləyirik, amma onun nə dərəcədə həyata keçirilə biləcəyi məsələsini ciddi şəkildə düşünməliyik.
Həmkarlarım da vurğuladılar ki, bu məsələdə həkimlərin məsuliyyəti böyükdür. Yəni bəzi həkimlər lazım gəldi-gəlmədi müəyyən maraqlar naminə bu addımı atırlar. Amma təkcə həkimlərdirmi?! Bəzən analar özləri də bu əməliyyatın onların və dünyaya gələcək övladlarının sağlamlığına zərər vura biləcəyini düşünmədən hesab edirlər ki, bu onlar üçün daha rahatdır, ağrısızdır, qorxu hissi keçirmədən yaşayacaqları bir hadisədir. Yəni bu əməliyyata üstünlük verilməsində təkcə həkimlər deyil, bəzən qadınlarımız da böyük rol oynayırlar. Ona görə də belə halların qarşısını almaq üçün cinayət məsuliyyəti müəyyən edilməli və Fazil bəyin də vurğuladığı kimi, cəza daha ağır olmalıdır.
Biz bu dəyişikliklərdə məsuliyyətlə bərabər müvafiq orqanlar tərəfindən həyata keçiriləcək maarifləndirmə məsələsini də qeyd etməliyik. Qanunlar qəbul olunur, amma əhalinin bunlarla bağlı maarifləndirilməsi nə səviyyədədir? Mən kütləvi informasiya vasitələrimizi bu məsələyə diqqət yetirməyə çağırıram. Hesab edirəm, bunlar çox ciddi məsələlərdir və ona görə insanlara daha çox izah edilməlidir. Yoxsa qorxutmaqla, “məsuliyyətə cəlb edəcəyik” deməklə bu prosesi tənzimləyə bilməyəcəyik. Bunun üçün ciddi şəkildə maarifləndirməyə ehtiyac var. Ona görə belə dəyişikliklərdə  maarifləndirmə ilə bağlı məsələlərin də öz əksini tapması vacibdir. Ümumiyyətlə, əhalinin sağlamlığı ilə bağlı bütün dəyişikliklərdə bu mövzunun qeyd edilməsi lazımdır.
Türkiyə televiziya kanallarında sosial reklamlar çoxluq təşkil edir. Əhalinin maarifləndirilməsi bir çox yerlərdə var. Amma çox təəssüf ki, bizim televiziya kanallarında əhalini maarifləndirəcək sosial reklamları, materialları, məlumatları görmürük. Nadir hallarda görürük. Bəs güclü maarifləndirmə olmadan bu qanunlar insanların düşüncələrinə necə yeriyəcək? Hesab edirəm ki, öyrətmək, maarifləndirmək qorxutmaqdan daha böyük rol oynaya bilər. Dəyişikliklərdə bu məsələnin müvafiq qurumlar qarşısında da qoyulması vacibdir, çünki sabah bununla bağlı qurumun özünün daxilində müəyyən büdcə də tələb edilə bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə xanım, qəbul etdiyimiz hər qanunda maarifləndirmə  haqqında maddə yazmaq düzgün olmaz. Müvafiq təşkilatlar var, media var. Bu işlə onlar məşğul olmalıdırlar. İndi biz hər bir qanuna dəyişiklik edəndə ora maarifləndirmə ilə bağlı maddə yazaq? Bu düzgün yanaşma deyil. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Oqtay müəllim, hörmətli Milli Məclis! Mən deputat həmkarım Siyavuş Novruzovun qaldırdığı məsələyə münasibətimi bildirmək istəyirəm. Bu çox ciddi bir humanitar yanaşmadır. Mən onu dəstəkləyirəm. Hesab edirəm ki, millət vəkili olmuş adamların arasında ayrı-seçkilik qoyulmamalıdır. Əgər təqaüdlərdə müəyyən fərq varsa, o, aradan qaldırılmalıdır.
Amma 1990-cı ildə deputat seçilmiş və bu gün sayları Siyavuş bəyin dediyi rəqəmdən daha az olan deputatlar da eyni problemlə üzləşiblər. Onlar məhkəmələrə müraciət edirlər. Təbii ki, məhkəmə bunu həll edə bilməz. Onlar müstəqilliyə imza atmış və bugünkü dövlətimizin təməlinin qoyulmasında iştirak etmiş insanlardır. Burada dövlətin iradəsi lazımdır ki, həmin şəxslərin haqqı qaytarılsın. Bu sabiq həmkarlarımız çətin şəraitdə – hərbi iğtişaş, Moskvanın təzyiqləri altında işləməli olublar. Əgər  onlar seçim edib Azərbaycanın müstəqilliyinə səs veriblərsə, nəyə görə onlara digər deputatlarla eyni təqaüd verilməsin? Hesab edirəm ki, Milli Məclis bu təklifi nəzərə alıb humanitar bir addım atmalıdır. Bu məsələ həll olunmalıdır ki, həmin şəxslər arasındakı narazılıq birdəfəlik aradan qaldırılsın.
İkinci məsələ. Oqtay müəllim, Siz bu iclasın əvvəlində yox idiniz. Bir neçə millət vəkili, o cümlədən mən Milli Məclisin Moskvada baş verən hadisələrə münasibət bildirməsini, lazım olsa, bununla bağlı Rusiya Dövlət Dumasına müraciət etməsini təklif etdik. Mən çox xahiş edirəm, deyilsin, bizim təklifimiz qəbul olunur, yoxsa olunmur? Burada fikirlər səsləndi, amma bununla iş bitmir. Gərək bunun bir nəticəsi olsun. Biz hökmən Milli Məclis olaraq bu məsələyə münasibət bildirməliyik. Təşəkkür edirəm.  
Sədrlik edən. Sabir müəllim, Siz burada olmayanda mən bu suala cavab verdim. Dedim ki, o istiqamətdə işlər gedir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hadi müəllim, bu məsələ ilə mən də razıyam, onun hüquqi həlli forması yox idi. Bir də baxaq, görək nə etmək olar. Xahiş edirəm, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.23 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələyə – “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.23 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Əli müəllim, Siz 6 məsələni bir yerdə təqdim edəcəksiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, biz bir il bundan əvvəl “Məhkəmələr və hakimlər haqqında” Qanuna bir dəyişiklik etdik. Dəyişikliyin mahiyyəti ondan ibarət idi ki,  tədris prosesinə hakimliyə sənədlərini təqdim edən və  sonra tədris zamanı hakimləri prosesə cəlb etməkdən ötrü hakimlərin öz razılığı ilə 2 ilədək müddətə onların ezam olunması üçün hüquqi bir əsas yaratdıq. Eyni zamanda, işin təşkili vəziyyətinin  yoxlanılması prosesində digər hakimiyyət orqanlarının müdaxiləsi olmasın deyə, hakimlərin öz razılığı ilə onların iki ilədək ezam olunması məsələsini qəbul etdik. İndi artıq “Məhkəmələr və hakimlər haqqında” Qanunda öz əksini tapmış müddəaların həm də “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna köçürülməsinə ehtiyac var. Çünki bu məsələlərin həlli Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə aiddir. Bu, texniki bir düzəlişdir. Amma bunu mütləq etmək lazımdır, çünki bu, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri ilə bağlıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa.  Dediniz ki, bir yerdə müzakirə edək. Ona görə növbəti məsələdə münasibətim bildirəcəyəm.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, media nümayəndələri! Mən “Məhkəmələr və hakimlər haqqında” Qanuna bu dəyişiklikləri edərkən bildirmişdim ki, bu, ölkə Konstitusiyasına ziddir. Mən yenə bu məsələni Əli müəllimin və qanunvericilik təşəbbüsü ilə çıxış edən orqanın diqqətinə çatdırmaq istəyirəm. Konstitusi-yanın 126-cı maddəsinin II hissəsində qeyd olunur ki, hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa, heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Yəni Konstitusiyada açıq formada imperativ bir norma müəyyənləşib ki, hakimlər yalnız hakim-lik, bir də,  onunla paralel elmi, pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
Düzdür, yazmışıq ki, könüllü şəkildə. Amma yenə də bu, Konstitusiyaya ziddir. Yən hakim könüllü də olsa belə, başqa bir vəzifənin icrasına cəlb oluna bilməz. Bunun üçün Məhkəmə-Hüquq Şurasının aparatı var. Vaxtilə hakim işləmiş, yaşına görə təqaüdə çıxmış hakimlər, ekspertlər bura cəlb oluna və o işin təşkilini də yoxlaya bilərlər.
Amma biz hakimi Konstitusiyaya zidd olaraq 2 il hakimlik fəaliyyətindən kənarlaşdıraq ki, get, qanunun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak elə. Sonra da 11-ci maddədə qeyd olunur ki, ezam edilmiş hakimi özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə əvvəl işlədiyi vəzifəyə qaytarır. Bu o deməkdir ki, artıq o hakim iki il müddətində vəzifəsindən kənarlaşdırılır.
Hakim hansı halda vəzifəsindən kənarlaşdırıla bilər məsələsi də Konstitusiyanın 128-ci maddəsinin IV hissəsində qeyd olunub: “Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbü-sünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər”. Yəni vəzifədən kənarlaşdırılma bu qanunla müəyyən olunmur, bu, birbaşa konstitusion normadır.
Biz indi nə ixtiyarla hakimi 2 il müddətinə vəzifəsindən kənarlaşdırırıq və sonra da deyirik ki, özünün və ya Məhkəmə-Hüquq Şurasının təşəbbüsü ilə vəzifəsinə qaytarıla bilər. Başqa bir işi görmək üçün bunu eləyirik. Hamımız bilirik ki, onlar hakim olmaq üçün imtahan verirlər, müxtəlif müsabiqələrdən keçirlər. Onlar sonradan gedib hər hansı bir işi yoxlamaq üçün hakim seçilmirlər. Hakim ancaq məhkəmədə proses aparmalıdır və Konstitusiya imkan verir ki, o, paralel olaraq elmi-pedaqoji fəaliyyətlə də məşğul olsun.
Əli müəllim, mən düşünürəm ki, ümumiyyətlə, bu sahədə islahatlar aparılmalıdır. Mən əvvəllər də söyləmişəm, Məhkəmə-Hüquq Şurası hakimlərin özünüidarə orqanıdır. Belə olduğu halda, burada digər qurumların – prokurorluğun, Milli Məclisin, Ədliyyə Nazirliyinin nümayəndələrinin, vəkillərin və sairin olması tamamilə yolverilməzdir. Onda gərək Vəkillər Kollegiyasında, yaxud prokurorluqda və ya başqa bir yerlərdə eyni qaydada başqa strukturların nümayəndələri də olsun.
Bizim Konstitusiyaya görə Azərbaycanda real hakimiyyət bölgüsü prinsipi müəyyənləşib. Məhkəmə hakimiyyəti müstəqil hakimiyyətdir. Bu, müstəqil hakimiyyətdirsə, necə ola bilər ki, Məhkəmə-Hüquq Şurasının sədri hökumətin bir üzvüdür – ədliyyə naziridir. Sonra da deyirik ki, məhkəmələr müstəqil deyil, icra orqanlarından asılı vəziyyətdədir. Əlbəttə, belə olacaq, çünki hakimləri seçən, vəzifədə irəli çəkən də, onu tənbeh  eləyən də Məhkəmə-Hüquq Şurasıdır. Hakimiyyətin müstəqil bir qanadının başında hakimiyyətin başqa bir qanadının üzvünün dayanması, əlbəttə, müxtəlif ciddi suallar doğurur. Biz bu problemi həll eləməliyik və Məhkəmə-Hüquq Şurası yalnız hakimlərdən ibarət tərkibdə formalaşdırılmalıdır. Mən bir daha deyirəm ki, bu dəyişiklik bizim qüvvədə olan Konstitusiyaya ziddir. “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən dəyişikliklər zamanı da bunu söyləmişdim, indi də söyləyirəm. İndi burada çoxluq nə qərar verəcəksə, öz işidir, amma bu, Konstitusiyaya ziddir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hələ səs verməmiş çoxluqdan narazılığını bildirdin. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, mən də bu qanun layihəsinə səs verəcəyəm, doğrudan da, bu, vacib bir məsələdir. İlk növbədə onu qeyd eləyim ki, burada söhbət maarifləndirməkdən, hakimlərin pedaqoji fəaliyyətə cəlb olunmasından gedir. Bu da qanunla icazə verilən bir haldır, həyata keçirilməlidir.
İkinci, Məhkəmə-Hüquq Şurasının son dövrlərdə gördüyü işlər, apardığı islahatlar, doğrudan da, təqdirəlayiqdir. Mən hesab edirəm ki, bunların səlahiyyətlərini bir az da ge-nişləndirmək üçün bura ictimaiyyətin cəlb olunması, şəffaflığın təmin olunması da vacib elementlərdən biridir. Mən hesab edirəm ki, bunun tərkibi bir az da genişlənməlidir və icti-maiyyət burada iştirak eləməlidir. Dünyanın bəzi ölkələrində orduya nəzarətə ictimaiyyəti cəlb eləyirlər. Bu da vacib olan şərtdir. Bu yaxınlarda Azərbaycanın özündə də müəyyən silahlara baxış üçün ictimaiyyəti cəlb eləmişdilər, bir təqdimat proqramı həyata keçirdilər.
Mən, əslində, fikrimi başqa bir məsələyə yönəltmək istəyirəm. Son vaxtlar hakimlərin seçilməsi prosesi çox şəffaf şəkildə gedir. İki il müddətində müxtəlif testlər verirlər, ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri onlara kurslar təşkil edirlər. Sonradan imtahan verirlər və kim bal toplayıbsa, artıq hakimliyə namizəd kimi irəli sürülür və Milli Məclis və yaxud cənab Prezident tərəfindən təsdiq olunur. Bütün bu proses tam şəffaf şəkildə, bir dənə də neqativ halın olmaması ilə başa çatır. Elə ki gedib məhkəməyə çatırlar, oradakı qoca qurdların əlinə keçirlər. Onlara burada elə bir dərs keçirlər ki, Məhkəmə-Hüquq Şurasının öyrətdikləri tamam başqa bir tərəfdə qalır.
Biz onların hamısını Milli Məclisdə təsdiq etmişik. Şahidi olmuşuq, orada sakitdirlər, hamısı imam övladıdırlar. Elə ki vəzifə səlahiyyətlərini icra etməyə başlayırlar, onda vətəndaşın başına hansı oyunları açırlar, bunların şahidiyik. İctimaiyyətlə, seçicilərlə görüşlərdə insanların çox kəskin fikirlərini eşidirik. Məhkəmə ədalət mühakiməsidir, ədaləti həyata keçirməlidir.
Cəmiyyəti narahat edən digər bir problem məhkəmə qərarlarının icrası ilə bağlıdır. Bu da BMT-nin qətnamələrinə oxşayır. Hansı ölkəyə sərf eləmir, qətnaməni qəbul eləyir, qoyur. Məsələn, Dağlıq Qarabağla bağlı qəbul elədiyi kimi. Hansı ölkəyə sərf eləyir, mürəkkəbi qurumamış məsələni həll eləyir, həyata keçirir. İraq və ya Əfqanıstanla bağlı məsələləri götürək. Burada da məhkəmə qərarlarının icrası belədir. Sərf eləmədisə, qətnaməni alır, deyir ki, yox, mən onu çıxara bilmirəm. Elə ki “yanından keçirsən”, elə həmin gün gecə ilə o yeri boşaltdırır, təhvil verir. Bu da vətəndaşlar arasında narazılıq yaradır. Hesab edirəm ki, Məhkəmə-Hüquq Şurası seçiləndən sonrakı dövrdə hakimlərin fəaliyyətinə ciddi şəkildə nəzarət etməlidir. Ola bilər ki, yaxşı biliyə malikdir, seçilibdir, amma onun sonrakı fəaliyyətinə də bir baxış keçirilməlidir.
Mən bu qanun layihəsinə səs verəcəyəm, deputat həmkarlarımı da buna çağırıram. Haqlarında danışdığım insanları da insafa dəvət edirəm. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.36 dəq.)
 Lehinə  98
 Əleyhinə  4
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  103
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Cənab Sədr, icazə versəydiniz, 15-ci və 16-cı məsələləri birgə məruzə edərdim, çünki bunlar bir-biri ilə bağlıdır. Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəl-ləsinə edilən eyni dəyişikliklərdir.
Xatırlatmaq istəyirəm ki, biz 2013-cü ilin 22 fevral tarixində “Dini etiqad azadlığı haqqında” Qanuna düzəliş etdik. Onun da əsas mahiyyəti anlayışlara aydınlığın gətirilməsi ilə bağlı idi. Mübahisələrə səbəb olurdu ki, “əşyalar” deyiləndə nə nəzərdə tutulur? Dəyişikliyin mahiyyəti “əşyalar” sözünün “audio və video materiallar”, “mal və mə-mulatlar” sözləri ilə əvəz olunmasıdır. Ona görə təklif olunur ki, Cinayət Məcəlləsinin 167-ci maddəsinin həm adında, həm də mətnində bu dəyişiklik edilsin.
Eyni ilə də İnzibati Xətalar Məcəlləsinin “Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması” adlı maddəsində və “qeyd” hissəsində düzəliş olubdur. Bir daha vurğulayıram ki, bu, bir neçə il bundan əvvəl “Dini etiqad azadlığı haqqında” Qanunda anlayışa verdiyimiz aydınlıqla bağlı olan düzəlişdir. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova  sədrlik edir

Sədrlik edən. Sağ olun, Əli müəllim. Hər iki məsələ ilə əlaqədar fikirlərinizi söyləyə bilərsiniz. Fazil Mustafa, buyurun.
F.Mustafa. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri! Bu məsələ ilə bağlı hər dəfə fikir bildirəndə müşahidəm bir şeyi deyir ki, sanki bu mövzuda daha nələri gündəmə gətirə bilərik ki, bu sahədə müəyyən dərəcədə vətəndaşları qıcıqlandırmaq mümkün olsun. Əslində, qanunvericilik kifayət qədər sərtdir. Bəzi hallarda vətəndaş üçün mənasız problemlər yaradılır.
Buna baxmayaraq, açığı, mən bunu hər dəfə gündəmə gətirməyin izahını tapmaqda çətinlik çəkirəm. Niyə? Baxın, məsələn, sosial şəbəkədə kimsə özünün dini görüşlərini yayır. Bunun üçün müvafiq qurumdan icazə almaq nə deməkdir? Kimdən gedib icazə alacaq? Əgər insan Konstitusiyaya zidd olaraq kütləvi iğtişaşa çağırmırsa, başqalarının əmlakına zərər yetirməyi, başqalarını təhqir etməyi gündəmdə tutmursa, bu materialları yaymasının nə ziyanı var?
Bir də, burada iki suala cavab vermək lazımdır. “Dini təyinatlı ədəbiyyat”, “dini məzmunlu başqa məlumat materialı” nə deməkdir? Məsələn, haradasa bir 10 dəfə “Allah” sözü işlədirsənsə, bu dini məzmunlu ədəbiyyat olur. Haradasa 5 dəfə “peyğəmbər” sözü işlədirsənsə, faktiki olaraq bu da dini məzmunlu bir ədəbiyyat silsiləsinə daxil edilə bilər. Yəni demək istədiyim odur ki, bu, mücərrəd, açılışını vermək xeyli çətin olan bir məsələdir. Sırf dini məzmunlu ədəbiyyat ancaq “Qurani-Kərim”dir. “Qurani-Kərimə” də Allaha şükür, Prezident seçiləndə əl basır. Vətəndaşlar ondan sərbəst istifadə edirlər.
Haradasa bir təhrik, çağırış varsa, biz artıq bu prinsipə gəlməliyik. İnsan zəkası istənilən subyektiv fikirləri ədəbiyyat, kaset, video şəklində yaya bilər. İnsan əgər Konstitusiyaya zidd, qeyri-qanuni çağırış etmirsə, tərbiyəvi mahiyyət daşıyan fikirlərini yayırsa, buna bu qədər məhdudiyyət qoyulmasının nə mənası var? Bunun izahını tapmaq, bu suallara cavab vermək çətindir. “Dini məzmunlu ədəbiyyatı” kim müəyyən edəcək?
Tutaq ki, roman yazırsan, onun birinci fəsli dini təyinatlı ədəbiyyatdır, 5 fəsli isə real həyatın başqa məsələlərinə həsr olunub. İndi o dini təyinatlı ədəbiyyata çevriləcək? İlyas müəllim çox yerində xatırlatdı, Nizami Gəncəvinin əsərinin yarısı dini təyinatlı ədəbiyyatdır, yarısı Xosrov və Şirinin sevgisinə həsr edilib. İndi bunu hansına aid edəcəyik? Demək istədiyim odur ki, hər hansı bir şəkildə məhdudiyyət yaratmağın mənası yoxdur. Biz bunların daha fərqli formada tənzimləmə yollarını tapmalıyıq.
Təbii ki, Azərbaycanda dini ekstremizmdən istifadə eləyənlər var. Bunun qarşısını dövlət almalıdır. Mən hər zaman bu fikri səsləndirirəm ki, dövlət dinə qarşı deyil, cəhalətə qarşı mübarizə aparmalıdır. Dövlətin din ilə məsafəsi var, istəsə də, istəməsə də onun hüdudlarına girə bilməz. Din də dövlətin hüdudlarına girə bilməz. Bu məsafə Konstitusiyada qoyulubdur. Amma dövlətin borcudur ki, harada cəhalət elementi varsa, ona qarşı istər inzibati, istərsə də Cinayət Məcəlləsinin tətbiqi ilə mübarizə aparsın. Çünki Azərbaycanda dindən çox cəhalət var. Azərbaycanda din adı ilə bizim anladığımız mənada hər şey bəlkə də 95 faiz cəhalət içindədir. Ona görə də bunu dəyişmək lazımdır ki, insanlar dinin tərbiyəvi tərəfindən daha çox istifadə eləsinlər.
Allahu Əkbər deyib adamın başını kəsir. Bunun harası dindir? Bunun İslama nə dəxli var? Yaxud da başını yarır, zəncir vurur, qan tökür. Bunun İslam dini ilə nə əlaqəsi var? Bunların hamısı cəhalətdir və dövlət bununla mübarizə aparmalıdır. Amma dövlətin insanların fikrinə müdaxilə eləməsi, onların tərbiyəvi, maarifçilik mahiyyəti daşıyan bir ədəbiyyatı ortaya qoymasını əngəlləməsi doğru deyil. Müvafiq icra hakimiyyətindən facebookda hansı icazəni almalısan? Sosial şəbəkədə kimdən soruşmalısan ki, mənim beynimə bu fikir gəlib, yazım, yoxsa yazmayım? Bu hansı dövrdür? Biz ideoloji dövlət deyilik ki? Biz insan haqlarına hörmət eləyən, konvensiyaları imzalayan dövlətik. O baxımdan da, məncə, bu məsələdə bir az diqqətli olmağımız vacibdir. Bu kursun dəyişilməsi lazımdır ki, biz cəhalətin önünü alaq və dinə qarşı da dövlətin hər hansı bir mövqe sərgilədiyini göstərməyək. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Fazil müəllim, bir məsələyə münasibət bildirim. Mən başa düşmürəm, Siz Azərbaycanda “dövlət dinə qarşı mübarizə aparır” fikrini haradan götürmüsünüz? Sizdə bu fikir haradandır? Bir təqdim olunan qanun layihəsinə baxın, görün, burada nə yazır. Söhbət qanuni icazə olmadan nəşr edilən dini ədəbiyyatdan gedir. Bu ad altında nələr gedir, hamısı Nazirlər Kabinetinin qərarında var. Söhbət bu ədəbiyyata qarşı mübarizədən gedir.
Nizami Gəncəvinin əsərlərini misal gətirdiniz. Nizami Gəncəvi dini əxlaqı təbliğ eləyir. Burada qeyri-adi nə var? Biz dinimizə bağlı adamıq. Dinimizə, dini əxlaqımıza, dini mənəviyyatımıza hörmət eləyirik. Bunlar hamısı öz yerində.
Misal üçün, xaricdən bir ədəbiyyat gətirirlər. Bu, 5 fəsildən ibarətdir. 4 fəsildə hər şey əladır, 1 fəsildə dini ədavətdən söhbət gedir. Neynəyək? Bunu buraxmaq olar? Olmaz. Hətta bir cümləni Azərbaycana ixrac eləməyə çalışırlar. Ədəbiyyata baxırsan, normal şəkildədir, amma oradakı bir cümlə cəmiyyətdə hansı fəsadlar verə bilər? Bunu biz görmüşük axı, Fazil müəllim. Söhbət qanunsuz istehsal olunan dini təyinatlı ədəbiyyatdan gedir. Sən dini əxlaqı xoşlayırsan, təbliğ etmək istəyirsən, buyur, qanuni icazə var, istehsal elə. Sənə heç kəs mane olmur, Fazil müəllim. Bu qədər danışırsınız, amma əslində, elə Siz də biz deyəni deyirsiniz. Əgər sən, – Siyavuş müəllimin sözü olmasın, – düz adamsansa, yaxşı ədəbiyyat istehsal elə. Azərbaycanın Konstitusiya quruluşuna qarşı müddəalar olmayan ədəbiyyatı, buyurun, istehsal eləyin. Burada qeyri-adi bir şey yoxdur. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm. Dini təbliğat materialları ilə bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar fikirlərimi bildirmək istərdim. Sülh və əmin-amanlıq dini olan İslam dünyasında Azərbaycan Respublikası bir sabitlik adasını xatırlatmaqdadır. Təəssüf ki, bu gün müsəlman ölkələrinin əksəriyyəti müxtəlif konfliktlərə cəlb olunmuşdur. Müxtəlif səbəblərdən bu ölkələr problemlər məngənəsindədir. Yalnız ölkəmiz Azərbaycan ölkədə aparılan doğru din-dövlət siyasətinin nəticəsində bu kimi meyillərdən kənarda qalmışdır. Ölkəmizdə hər bir dinin nümayəndəsi öz dini mərasimlərini sərbəst şəkildə yerinə yetirir. Bu gün Azərbaycanda məscid, kilsə, sinaqoqlar bir-birinin yanında sərbəst şəkildə ucalmaqdadır. Hesab edirəm ki, bu tolerantlıq və dini dözümlülük mühiti dünyanın bütün ölkələri üçün əsl etalon və nümunə olmalıdır.
Təəssüf ki, bir sıra güclər dinin təsir qüvvəsindən, onun ideoloji təsirindən istifadə edərək müxtəlif maraqlarını təmin etməyə çalışırlar. Cənab Prezidentin də çıxışlarında qeyd olunduğu kimi, bu gün bəzi qüvvələr islamafobiya xəstəliyinə tutulmuşlar. Bu gün dünyanın ən qaynar nöqtələrinə baxsaq, orada dini faktorun bir silah kimi istifadə edilməsinin şahidi olarıq.
Hər birimiz xatırlayırıq. Müstəqilliyimizin ilk illərində ölkəmizə də müxtəlif dini sektalar, cərəyanlar, məzhəblər öz ideologiyalarını, siyasətlərini yaymağa çalışırdılar. Məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra bu sahədə düşünülmüş dövlət siyasəti aparılmağa başladı. Konstitusiyamızda ölkəmizin dünyəviliyi, bütün dinlərə bərabər hüquqi münasibət əks olundu. İxtisaslaşmış dövlət komitəsi yaradıldı və Qafqaz Müsəlmanları İdarəsinin sədri hörmətli şeyximizlə birgə bu sahədə qayda-qanun yaradıldı.
Eyni zamanda, qeyd etmək lazımdır ki, bəzi radikal qüvvələr hələ də din amilindən istifadə edərək Azərbaycanda öz maraqlarını  təmin etməyə çalışırlar. Bu gün bizimlə həmsərhəd olan Şimali Qafqazda bu kimi meyillərin olduğunun şahidi oluruq. Onlar xüsusilə gənc və yeniyetmələrə xitab edir, onları təsir altına salmağa çalışırlar. Bu baxımdan, hesab edirəm ki, bəzi yeni radikal cərəyanlara qarşı biz ənənəvi İslamı dəstəkləməliyik. Məhz ənənəvi məzhəblərə əsaslanan din xadimlərimizin yetişdirilməsi çox mühümdür. Burada isə Bakı İslam Universitetinin, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin fəaliyyəti bir daha nəzərə çarpır. Dünyagörüşlü, savadlı, dövlətə, dövlətçiliyə bağlı olan, Azərbaycanda təhsil alan ilahiyyatçılarımız və din xadimlərimiz nə qədər çox olarsa, ölkəmiz bir o qədər radikal dini təmayüllərin təsirindən azad olar.
Dəyişiklik edilən qanunvericilikdə müxtəlif daşıyıcılar nəzərdə tutulmaqdadır. Lakin biz internetin rolunu unutmamalıyıq. Biz kitabların, elektron daşıyıcıların, disklərin qarşı-sını nə qədər alsaq da, internetdən çox rahat şəkildə radikal yönümlü ədəbiyyat və materiallar ötürülə bilir. Xarici ölkədə yaşayan şəxslər bu gün internetdə öz audio və video mühazirələrini Azərbaycan dilində yerləşdirir, təbliğatlarını qururlar. Bu gün həmin qüvvələr informasiya texnologiyalarından, internetdən ən yüksək səviyyədə istifadə edirlər. Bununla bağlı da müəyyən tədbirlərin görülməsi nəzərdə tutula bilər. Mən müvafiq qurumlara internet vasitəsi ilə ötürülmələrin qarşısının alınması üçün müəyyən mexanizm-lərin işlənməsi variantının nəzərdən keçirilməsini təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Milli Məclis, mən, əslində, bu dəyişikliklərdə qeyri-adi bir şey görmürəm, çünki “əşya” sözü həm kağız və elektron daşıyıcıları, həm audio və video materialları, həm də mal və məmulatları əhatə edir. Bu söz, sadəcə, bir az genişləndirilib. Mənə elə gəlir ki, elə əvvəlki variantda da qanunvericilik nəzarətini yerinə yetirmək olardı. Yəni bu baxımdan bu boyda əziyyətə və bu dəyişikliklərə ciddi bir ehtiyac da yoxdur.
O ki qaldı Azərbaycanda dövlət və din münasibətlərinə, mənə elə gəlir ki, Azərbaycan bu cəhətdən, doğrudan da, nümunəvi, – bu da bizim millətin xarakterindən gələn bir cəhətdir, – bir ölkədir. Dövlət və din münasibətləri normal tənzimlənir. Doğrudan da, burada din söhbəti yox, cəhalət və bəzi dini qurumların uzantılarının Azərbaycana qeyri-qanuni soxulması var ki, buna qarşı mübarizə aparmaq lazımdır, çünki bu bizim üçün böyük təhlükədir.
Bu gün mətbuatda və ictimai rəydə Şimaldan, oradan-buradan bizə qarşı olan təzyiqlər barədə fikirlər səslənsə də, bunlar bizim müstəqil dövlət üçün o qədər böyük təhlükə ya-ratmır. Amma Azərbaycanın içində qonşu İran İslam Cümhuriyyətinin maliyyə yardımı ilə fəaliyyət göstərən müəyyən radikal qurumlar var ki, onlar, bəli, Azərbaycan üçün ciddi təhlükədir. Onlar Güney Azərbaycanda 35 milyon xalqın beynini nə cür korlayırlarsa, ruhunu, şüurunu necə dəyişirlərsə, çalışırlar ki, o işi Azərbaycanda da görsünlər.
Ona görə mənə elə gəlir ki, din azadlığı, dövlət-din münasibətlərinin qorunması adına Azərbaycanda cahil və başqa dövlətin pulu ilə fəaliyyət göstərən satqın qrupların qarşısını dövlət ciddi şəkildə almalıdır. Burada “ay bu dinə toxunmaq olmaz”, “bu, dinə müdaxilədir” fikirlərinə qətiyyən yer yoxdur. Azərbaycanda din həmişə təmiz olub. Hətta Sovet dövründə də o din qorunub. Amma indi meydan genişlənib, din adı altında din bayquşları cəhalətə yol açırlar. Sabah bunun bizi hara aparacağını artıq Türkiyədə görürük. Sabah gərək o, Azərbaycana gəlib çıxmasın. Ona görə mən də hesab edirəm ki, bəli, dövlət xaricdən gələn ədəbiyyata nəzarət etməlidir. Gedin, bizim dükanlara baxın, heç İranda o qədər ədəbiyyat yoxdur. Mən başa düşmürəm, sünnilik və şiəliyi təbliğ edən, araya nifaq salan, bizim millətin beynində olmayan şeyləri onun beyninə səpməyə çalışan o qədər lüzumsuz, əhəmiyyətsiz dini ədəbiyyat Azərbaycana niyə gəlməlidir? Azərbaycan cəmiyyəti niyə onları oxumalıdır? Azərbaycan niyə XIX, XX əsrlərdə gəldiyi bu cür yüksək mədəni səviyyədən təzədən orta əsr düşüncəsinə qayıtmalıdır? Ona görə də mən hesab edirəm ki, qanunlarda bu, əslində, o məsələni tənzimləmək üçün nəzərdə tutulub və bunun millətimizin gələcəyi üçün çox ciddi bir əhəmiyyəti var. Bu yol davam etdirilməlidir.
Hörmətli Ziyafət müəllim, burada mən bir məsələni də demək istəyirəm. Bəzi kəndlərimizdə camaat yığışıb məscidlər tikiblər. Sonra bu prosesin qarşısı alınıb. İndi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etmək lazımdır, onlar da Prezident Administrasiyasına deməlidirlər və sair. Mən başa düşə bilmirəm, əgər kəndin camaatı könüllü şəkildə öz halal pulu ilə məscid tikirsə, tikmək istəyirsə, – qonşu kənddə var, – niyə bunun qarşısı alınmalıdır? Nəyə görə burada xüsusi bir bürokratik əngəl yaradılmalıdır. Mən xahiş edirəm, bu məsələyə də bir aydınlıq gətirilsin. Mənə Yardımlıdan müraciət ediblər. Camaat 3 ildir, məscid tikib. Normal bir məsciddir. Orada İranın, başqa ölkələrin təsiri də yoxdur. Camaat bir yerə yığışmaq istəyir. Onsuz da yığışmağa başqa yerləri yoxdur. Bunun da qarşısı alınıb. 3 ildir, gözləyirlər ki, bunlara kimsə icazə verəcək. Bu da düzgün deyil. Xahiş edirəm, əlaqədar orqanlara çatdırasınız ki, bu məsələdə bir aydınlıq yaratsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, mən belə başa düşürəm, burada hər şey aydındır, bunu uzatmağın mənası yoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bəxtiyar müəllim, etiraz etmirsinizsə, mən xahiş edirəm, münasibət bildirək. Burada qeyri-adi bir şey yoxdur. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.54 dəq.)
 Lehinə  100
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  102
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əgər fasiləsiz işləmək istəyiriksə, bu sizdən asılıdır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda növbəti məsələyə – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihə-sinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.55 dəq.)
 Lehinə  86
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  87
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Eldar müəllim, mən bilən, bunlar bir zərfdə gələn qanun layihələridir. Zəhmət olmasa, onları bir yerdə məruzə edin, amma ayrı-ayrılıqda səsə qoyarıq. Buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Bildiyiniz kimi, 2011-ci ildə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanun qəbul etdik. Həmin Qanunun 21-ci maddəsində ölkəmizdəki mədəni bitkilərin genefondunu qorumaq məqsədi ilə genetik modifikasiya olunmuş bitkilərin respublikamıza gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağan olunmuşdur. Bu qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq bir çox qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur. Hörmətli Ziyafət müəllim, dediyiniz kimi, bunlar “Seleksiya nailiyyətləri haqqında”, “Toxumçuluq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlardır.
Dəyişikliklərin mahiyyəti eynidir, eyni bir məsələdir. Misal üçün, “Seleksiya nailiyyətləri haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulur ki, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının dövlət reyestrinə daxil edilməsi qadağandır. Üstəgəl, qanunda dəyişikliyin məqsədi ondan ibarətdir ki, fiziki şəxslərin 3 min manat, vəzifəli şəxslərin 10 min manat, hüquqi şəxslərin 50 min manat miqdarında cərimə edilməsi nəzərdə tutulub.
“Toxumçuluq haqqında” Qanunda da eyni məsələdir. Digər qanunlarda isə konkret olaraq qadağalar qoyulub. Hətta deputat həmkarlarımın diqqətinə onu da çatdırmaq istəyirəm ki, yuxarıda qeyd etdiyim qanunun tətbiqi ilə əlaqədar olaraq Nazirlər Kabineti də kənd təsərrüfatı məhsulları istehsalçılarına müəyyən güzəştlər və subsidiyalar verilməsini nəzərdə tutan qərarlarda dəyişiklik edib. Nədir bunlar? Bilirsiniz ki, əkinlərə, buğda sahələrinə, toxum və tinglərə, gübrələrdən istifadəyə və sairə görə güzəştlər nəzərdə tutulmuşdur. Bu dəyişikliyə görə, qeyd etdiyim güzəştlər və subsidiyalar yalnız genetik modifikasiya olunmamış bitkilər becərən məhsul istehsalçılarına veriləcəkdir.
Eləcə də, Aytən xanım, Sizin sığorta ilə bağlı müraciətinizə cavab verim ki, genetik modifikasiya olunmuş kənd təsərrüfatı məhsulları sığortalanmayacaq. Hesab edirəm ki, qanunlarda nəzərdə tutulan dəyişikliklər mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və əhalinin sağlam kənd təsərrüfatı məhsulları ilə təmin edilməsinə möhkəm zəmin yaradacaqdır. Həmkarlarımdan xahiş edirəm, bu layihəyə səs verək.
Sədrlik edən. Sağ olun, Eldar müəllim, təşəkkür edirəm. Qanun layihəsi ilə bağlı Aytən xanım çıxış etmək istəyir. Buyurun.
A.Mustafayeva. Təşəkkür edirəm. Çıxışım çox qısa olacaq. İlk öncə ölkə başçısına, Prezidentimizə öz minnətdarlığımı bildirmək istəyirəm. Onun üçün ki, bu, Azərbaycan xalqı üçün, Azərbaycanın gələcəyi üçün çox vacib məsələdir. Buna belə diqqət yetirilməsi və qanun layihələrinin Milli Məclisə göndərilməsi bu məsələyə olan münasibətin göstəricisidir. Bəzi redaktə xarakterli bir-iki təklifim var idi, onları komitəyə çatdırmışam. Hamınızı bu dəyişikliklərə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Aytən xanım. Hörmətli deputatlar, mən artıq qeyd etdim, cənab Prezident tərəfindən bir məktubda 6 qanun layihəsinə dəyişikliklər təklif edilib. Bu dəyişikliklərin də məzmunu eynidir. Eldar müəllim bu barədə məlumat verdi. Ona görə xahiş edirəm, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə əlaqədar qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.59 dəq.)
 Lehinə  104
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  105
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm,  “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.00 dəq.)
 Lehinə  102
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  102
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 14.00 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsverməyə qoyulur. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 14.01 dəq.)
 Lehinə  101
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  102
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibəti-nizi bildirin.

Səsvermənin nəticələri  (saat 14.02 dəq.)
 Lehinə  101
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  101
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.02 dəq.)
 Lehinə  101
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  102
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar  Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Hüquq  siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. İnzibati Xətalar Məcəlləsində edilən bu dəyişikliklər bir qədər genişdir, amma mən qısaca məlumat vermək istəyirəm. İnzibati Xətalar Məcəlləsinin qiymətli kağızlar bazarında qanunvericiliyin pozulması ilə bağlı məsuliyyət hissəsində, dispozisiyalarda bir neçə dəyişiklik var. Məqsəd bunları bizim qiymətli kağızlarla bağlı olan qanunvericiliyə uyğunlaşdırmaqdan ibarətdir.
Amma əsas dəyişikliklər, əlbəttə, həm səhmdarların, həm də investorların hüquqlarının qorunmasına və qiymətli kağızlar bazarında qanunsuz fəaliyyətin qarşısının alınması ilə bağlı məsuliyyətin gücləndirilməsinə yönəlib. Əsas sanksiyaların dəyişkənliyidir. Onu da deyə bilərəm ki, bu cərimə sanksiyaları xətalardan asılı olaraq təxminən 5, 6, 7 dəfə güc-ləndirilir. Hesab edirəm ki, ölkəmizin sürətli iqtisadi inkişafı ilə bağlı qiymətli kağızlar bazarında da çox ciddi irəliləyişlər var. Bu məsələlər artıq aktuallaşıb və İnzibati Xətalar Məcəlləsində sanksiyaların ciddiləşdirilməsi buna öz töhfəsini verə bilər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Təklif var, qanun layihəsi səsə qoyulsun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.04 dəq.)
 Lehinə  93
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bir neçə ay bundan əvvəl biz İnzibati Xətalar Məcəlləsinin sürücülük vəsiqəsinin verilməsi, dəyişdirilməsi və qaytarılması ilə bağlı məsuliyyət hissəsindən haqlı olaraq həmin vəsiqənin “qəsdən korlanması” ifadəsini çıxardıq. İndi təklif olunan dəyişiklik də “Yol hərəkəti haqqında” Qanunun müvafiq maddəsindən həmin ifadənin çıxarılmasıdır. Texniki dəyişiklikdir və hesab edirəm, buna səs vermək lazımdır.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 14.06 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin veril-məsi qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.   
Ə.Hüseynli. Çox sağ olun. İcazə versəniz, 25 və 26-cı məsələləri birgə məruzə edərdim. Bunlar əsas etibarilə miqrasiya məsələləri və əcnəbilərin hüquqları ilə bağlıdır.
Ziyafət müəllim, qeyd etdiyiniz kimi, biz “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə dəyişiklik edirik. Bu, kiçik bir texniki dəyişiklikdir. Mahiyyəti isə ondan ibarətdir ki, şəhadətnamənin itirilməsində və ya qəsdən korlanmasına görə vaxtilə məsuliyyət var idi və bu, artıq İnzibati Xətalar Məcəlləsindən çıxarılıb. Çünki biz miqrasiya məsələləri ilə bağlı islahatlar həyata keçirdik. Şəhadətnamənin itirilməsi, qəsdən korlanması keçmişdən qalan məsuliyyət növləri idi və hazırda onların heç bir məntiqi və hüquqi əsası yoxdur. Amma dəyişiklik edilərkən “bu” əvəzliyi yaddan çıxmışdı. Bundan sonra, təklif olunan variantda “bu əsasnamənin tərəfləri” kimi oxunacaq.
26-cı məsələdə isə söhbət əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələlərinin həlli zamanı həm də “olduğu yer” anlayışının qeyd olunması təklif olunur. Çünki onlar yaşayış yeri üzrə qeydiyyata alınsalar da, eyni zamanda, müxtəlif yerlərdə də olurlar. Söhbət “yaşayış yeri” sözlərindən sonra “olduğu yer” ifadəsinin əlavə olunma-sından gedir. Bu zaman, əlbəttə ki, miqrasiya məsələlərinin tənzimlənməsi daha rahat həyata keçirilir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Təklif edirəm, qanun layihələri səsə qoyulsun. Xahiş edirəm, Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli qa-nunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.09 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi


Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ  nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respub-likası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi səsə qoyulur. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 14.09 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Bu məsələ ayrı məktubla gəlsə də, yenə üzvi surətdə əcnəbilərin hüquqları ilə bağlıdır. Təklif olunur ki, “qeydiyyata alınması haqqında vəsiqə” sözləri “şəxsiyyətini təsdiq edən sənəd” sözləri ilə əvəz olunsun. Bu bizim miqrasiya sahəsində həyata keçirdiyimiz islahatlarla bağlıdır.
Ziyafət müəllim, bilirsiniz ki, əcnəbilərin də şəxsiyyətini təsdiq edən sənəd var. Onların növlərini biz sonuncu sənədlərdə qeyd eləmişik. Artıq onların şəxsiyyətini təsdiq edən sənəd var. Ona görə də “Yol hərəkəti haqqında” Qanuna təklif olunur ki, əcnəbilər “qeydiyyata alınması haqqında vəsiqə” yox, “şəxsiyyətini təsdiq edən sənəd” təqdim etməlidirlər.  Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Təklif var ki, qanun layihəsi səsə qoyulsun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 14.11 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirənizə çıxarılır. İqtisadi siyasət komitəsinin sədri Ziyad Sə-mədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Təklif olunur ki, “Dövlət rüsumu haqqında” Qanunun 2-ci maddəsindən və 14-cü maddənin adından “Azər-baycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi” sözləri çıxarılsın. Beləliklə, qanunun maddəsi daha təkmil olunur və müasir tələblərə uyğunlaşdı-rılır. Xahiş edərdim ki, layihəyə müsbət münasibət bildirək. 
Sədrlik edən. Buyurun, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 14.12 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bilirsiniz ki, bir müddət bundan əvvəl avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı qaydalara çox əsaslı dəyişiklik etdik. Həqiqətən, bu məsələ haqlı narazılıqlara səbəb olurdu. Artıq təzə qaydalarla yeni avtomobillər bir neçə il ərzində texniki baxışdan keçirilmir. Yəni ilindən asılı olaraq texniki baxışın keçirilməsi qrafiki yarandı.
Bu qaydaları pozmaq isə inzibati məsuliyyətə səbəb olurdu. Ona görə də İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik, yəni “qanunla müəyyən edilmiş hallarda” sözlərinin əlavə olunması o deməkdir ki, ancaq bizim müəyyən etdiyimiz müddətlərdə bu qanun tətbiq oluna bilər. Hesab edirəm ki, bu, əhəmiyyətlidir. Çünki hər il yeni avto-mobillərin texniki baxışdan keçirilməsinə ehtiyac yoxdur. Onun xüsusi bir qaydası var. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.14 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, “Dövlət rüsumu haqqında”, eləcə də “Avtomobil nəqliyyatı haqqında” qanunlara edilən dəyişiklik barədə artıq Əli müəllim danışdı. Xahiş edərdim ki, eyni dəyişikliyi nəzərə alıb bu qanunlara da səs verək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.15 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanun layihəsidir. Burada da eyni dəyişikliklər nəzərdə tutulub. Ona görə xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.16 dəq.)
 Lehinə  101
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  101
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi mü-zakirənizə verilir. Əli müəllim, buyurun. 
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bilirsiniz ki, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” xüsusi bir Qanun qəbul etmişik. O qanunun qəbul edilməsi o dövrün zərurəti ilə bağlı idi.  O zaman bu qanun hazırlanarkən Dövlət bayrağının rəngi ilə bağlı beynəlxalq kataloqda əks olunmuş  normalar tətbiq olundu. Belə ki, o zaman “Panton” rənglər kataloqu seçilmişdi, çünki ən çox rənglər imkanı həmin kataloqda mövcud idi. Amma həmin kataloqun özü də zaman-zaman dəyişir.
Hazırda bizim komitə tərəfindən təklif olunan dəyişiklik bunu məhz kataloqun son variantına uyğunlaşdırmaqla bağlıdır. Hörmətli Ziyafət müəllim, dünənki birgə müzakirədən sonra biz bir daha Aparatın köməyi ilə kataloqun son variantını əldə etdik. Həqiqətən də, kataloqda təklif olunan qırmızı, yaşıl və mavi rənglərin yeni çalarları, hesab edirəm ki, daha məqsədəmüvafiqdir. O, hörmətli millət vəkillərinə də paylanıb. Elə bilirəm ki, bizim təklif etdiyimiz dəyişiklik hörmətli həmkarlarımız tərəfindən də dəstəklənəcək. Burada söhbət beynəlxalq kataloqda mövcud olan rənglərin kodlarına edilən dəyişiklikdən gedir. O bu rəngləri daha  dəqiq ifadə edir və hesab edirəm, daha gözəldir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli həmkarlarımızdan danışmaq istəyənlər var. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm. Ziyafət müəllim, bu, ciddi məsələdir. Mən mətbuatda da yazmışam, istəyirəm, burada deyim. Söhbət bayraqdan gedir. Ziyafət müəllim, yadınız-dadırsa, İranda bizim bayrağımızı tərs asmışdılar, bütün Azərbaycan ayağa qalxmışdı. Amma son zamanlar, elə Azərbaycanın özündə də, xüsusən qardaş Türkiyədə də bu baş verdi. Milli Məclisdə bizim bayrağın asılma forması qəbul edilsin və bilək ki, necə asmaq lazımdır.
Hətta mən yazdım ki, bu, Dövlət bayrağıdır, nənənin cehizi deyil, istədiyin yerdən asasan. Qardaşım, bu bayrağın birinci rəngi göydür, ikincisi qırmızıdır, üçüncüsü də yaşıldır. Eləmi? Hətta Müdafiə Nazirliyinin keçirdiyi tədbirlərə baxırıq, bayrağı belə asırlar; birinci yaşıl, ikinci qırmızı, üçüncü göy. Türkiyədə də dini məsələlərlə bağlı belə asırlar. Yaşıl birinci deyil axı, yuxarıda göy rəngdir. Ona görə tövsiyə eləyin. Necə asılmalıdır, birinci, ikinci və üçüncü hansı rəng olmalıdır? Azərbaycanda biri belə asır, o biri elə. Harada islam güclüdür, yaşılı qabağa keçirirlər.
Əli müəllim, Sizdən xahiş edirəm, bu, ciddi məsələdir. Qanunda göstərilməlidir ki, bayraq asılanda hansı rəng birinci olmalıdır. Buyurun, tədbirlərə baxın, birində belə asılıb, o birində elə. Bu, gəbə deyil, Dövlət bayrağıdır. Bundan ötrü insanlar ölüblər. Söhbət 1918 və 1990-cı illərdən getmir. Bu bayraq bizə gəlib çatanacan uğrunda milyonlarca azərbaycanlı həlak olub. Ona görə xahiş edirəm, bu məsələyə çox ciddi münasibət bəslənsin. Təşəkkür edirəm.
Sədrlik edən.  Aqil müəllim, sağ olun, amma mən bilən, bayraq həmişə soldan sağa asılıb da. Burada nə problem var ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Aydındır. Arif Əşrəfov, buyurun.
A.Əşrəfov. Çox sağ olun, Ziyafət müəllim. Konstitusiyanın 23-cü maddəsinə əsasən bayrağın ölçüləri birin ikiyə nisbətində olmalıdır. Lakin mən çox təəssüf hissi ilə qeyd et-məliyəm ki, bu gün Azərbaycanda satılan bayraqların əksəriyyəti birin bir yarıma nisbətindədir. Bayrağın dirəkləri 1,85 ölçüdə olduğuna görə xaricdən, Türkiyədən Azər-baycana idxal olunan bayraqlar standarta, rəngləri də “Panton” rənglər kataloquna uyğun gəlmir.
Bakı küləkli şəhərdir. Dövlət Bayraq Meydanında olan bugünkü bayrağımızın eni 35, uzunluğu 70 metr, çəkisi isə 350 kiloqramdır. Bu bayraq dəfələrlə böyük zədələrə məruz qalmışdır. İnkişaf eləmiş ölkələrdə, Almaniyada, İspaniyada, Fransada və digər ölkələrdə bayrağın ölçülərinin nisbəti birin bir yarımadır. İkinin üçə, yaxud üçün beşə nisbətində olan  ölçülərdədir ki, bu da birin bir yarımadır. Mən düşünürəm ki, belə bir şey olarsa, öz bayrağımızı qorumuş olarıq, bayrağımız da zədələnməz. Bu standarta bir daha baxılsa, daha məqsədəmüvafiq olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Sağ olun. Əslində, bayraqla bağlı başqa məsələlərdən danışılmır, sadəcə olaraq, beynəlxalq kataloqa uyğun rənglər dəqiqləşdirilir. Hesab edirəm ki, doğru seçim-dir, çünki bu cür olmasa, sonra bayraqlarımızı çap etdirdiyimiz yerlərdə dəqiqliyi qorumaq mümkün olmayacaq.
Yeri gəlmişkən, mən bir məsələni deyim. Burada bəzi fikirlər səsləndi. Düzdür, Bakıda çox böyük bir bayraq var, rayonlarımızda da bayraq meydanları var. Bu çox gözəldir və qürur hissi doğurur. Bu bayrağın həsrətini çox çəkənlər ona baxır, sevinir. Amma bizim dövlət idarələri, nazirliklər, komitələr niyə Dövlət bayrağına bu qədər biganədirlər, onu başa düşə bilmirəm. Maraq üçün bu gün çıxıb Bakının rəsmi idarələrinin, nazirliklərin və komitələrin qarşısından keçək. 90 faizinin qarşısında Azərbaycanın Dövlət bayrağı yoxdur. Bayramdan-bayrama da asırlar, asmırlar, bilmirəm. Amma bu, dövlət müəssisədirsə, həmişə onun qarşısında bayraq dalğalanmalıdır. Bu, məncə, qanunumuzda da var. Qanunda varsa, niyə bu bayrağa etinasızlıq edirlər? Bir sıra ölkələrdə insanlar bayrağı öz eyvanlarından asırlar ki, bu da bayrağa sayğının əlamətidir. Heç olmasa, rəsmi idarələrimiz bunu nəzərə almalıdırlar. Təşəkkür edirəm.
Sədrlik edən.  Sağ olun. Sabir müəllim, arayış üçün bildirim ki, bizim qanunvericilikdə göstərilib ki, Dövlət bayrağı Azərbaycan Respublikasının Prezident Sarayının və dövlət iqamətgahlarının üzərində, Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin binalarının üzərində daimi qaldırılır. Amma nazirliklərlə bağlı imperativ göstəriş yoxdur. Əgər vacibdirsə, bunu müzakirəyə çıxarmaq olar. Burada bir problem yoxdur. Amma bütün komitə sədrlərinin, nazirlərin iş otaqlarında Dövlət bayraqları, əlbəttə, olmalıdır və yəqin ki, bu belədir. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən hesab edirəm ki, bu, texniki məsələ deyil, biz artıq konkret olaraq bayrağımızın rənglərini, çalarlarını beynəlxalq kataloqa uyğun olaraq dəqiqləşdiririk. Bu gün reallıqdır ki, Azərbaycan ərazisində dalğalanan bayraqlarımızın hərəsi bir çalardadır.  Bu gündən sonra mənə elə gəlir ki, müvafiq dövlət orqanları bayraqlarımızın məhz bu çalarda olması məsələsinə ciddi diqqət yetirməlidir.
Eyni zamanda, qanunda konkret olaraq yazılıb ki, asılan dövlət bayraqları solğun olmamalı, yerdən 3 metr hündürlükdə olmalıdır. Çox təəssüf ki, bu qayda tez-tez pozulur. Dövlət orqanlarının qarşısında və yaxud ayrı-ayrı ictimai yerlərdə asılan bayraqlar, çox təəssüf ki, səlahiyyətli şəxslərin səhlənkarlığı ucundan solğun və yaxud kənarları didilmiş şəkildə olur. Bayraq məsələsinə müqəddəs bir amal, dövlətçiliyimizin bir simvolu kimi baxılması təbliğ edilməli və bu məsələnin üzərində ciddi dayanılmalıdır. Yəni bu gün çalarlarımızın konkret göstərilməsi və artıq bunun bütün bayraqlarımız üçün vacib şərt olması diqqətə çatdırılmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.26 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır, sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU