22.11.2013 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
X SESSİYASI İCLASININ
PROTOKOLU № 77
Mill Məclisin iclas salonu.
22 noyabr 2013-cü il.
İclasa Azərbaycan Respublikası Mill Məclisinin Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 101
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
* * *
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini.
Şahmar Möhsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
* * *
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizəd.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış mimimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında.
7. H.X.Əsədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsi haqqında.
8. V.T.Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında.
9. İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
10. “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişlərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919–2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Samir Şərifov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.15 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
2. Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış mimimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.15 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.16 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi
4. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.16 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir 105
Nəticə: Qəbul edildi
5. Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.17 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 105
Nəticə: Qəbul edildi
6. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.18 dəq.)
Lehinə 99
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
7. H.X.Əsədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.23 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
8. V.T.Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.24 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
9. İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
Çıxış etmişlər: Oqtay Əsədov, Azay Quliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.32 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
10. “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişlərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov, Siyavuş Novruzov, Fuad Muradov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.44 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
11. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919–2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.47 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, İlyas İsmayılov, Fuad Muradov, Muxtar Babayev, Zahid Oruc, Elmira Axundova, Ceyhun Osmanlı, Azay Quliyev, Aqil Abbas, Qüdrət Həsənquliyev, Ziyafət Əsgərov, Bahar Muradova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.18 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 3
İştirak edir 97
Nəticə: Qəbul edildi
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.18 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi
15. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.22 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
16. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Arif Əşrəfov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Elton Məmmədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.32 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.36 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.39 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
21. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.39 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 88
Nəticə: Qəbul edildi
22. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Eldar İbrahimov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.43 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
23. Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Azər Badamov, Fazil Mustafa, Zahid Oruc
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.49 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
24. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Fəzail İbrahimli, Siyavuş Novruzov, Rövşən Rzayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 101
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
22 noyabr 2013-cü il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Növbəti iclasımıza başlayırıq. Büdcə zərfi və ona daxil olan sənədlərin müzakirəsindən sonra hökumətə vaxt vermişdik. İndi bu məsələlərin müzakirəsinə başlayacağıq.
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 101
Yetərsay 83
Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik.
Gündəlikdəki məsələləri bilirsiniz, ona görə gündəliyi təsdiq eləmirik. Mənim belə bir təklifim var. 10 gün vaxt verildi, hökumət üzvləri də buradadırlar. Hörmətli Samir müəllim Dövlət büdcəsi haqqında qanun layihəsinə olan təklifləri, dəyişiklikləri və büdcə zərfinə daxil olan məsələləri qısaca söyləsin, sonra Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı məsələyə başlayarıq. Axırda isə səsvermələri ayrı-ayrı keçirərik. Samir müəllim, buyurun.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsi və icmal büdcənin əsas parametrləri Milli Məclisin komitələrində, habelə plenar iclaslarda ətraflı müzakirə edilmişdir. Plenar iclaslarda 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsi ilə birlikdə büdcə zərfinə daxil olan digər qanun layihələri də müzakirə edilmişdir.
Müzakirə zamanı millət vəkilləri yüksək vergi potensialına malik olacaq qeyri-neft sahələrinin inkişaf etdirilməsi, vergi borclarının azaldılması, vergidən yayınmaların qarşısının alınması, əhalinin maddi rifah halının yaxşılaşdırılması, ölkəmizin müdafiə potensialının daha da gücləndirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət sahələrinə əlavə büdcə vəsaitinin cəlb edilməsi, sənaye və aqrar sektorlarda dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun və regionların inkişafı, kommunal sektorda islahatların aparılması, bələdiyyələrin fəaliyyətinin artırılması barədə təkliflər səsləndirmişlər. Eyni zamanda, millət vəkilləri tərəfindən ölkəmizdə sosial, sənaye, yol, qaz, su-kanalizasiya, kənd təsərrüfatı infrastrukturunun tikintisi və əsaslı təmiri, vəsaitdən istifadəyə nəzarətin artırılması və bu kimi digər vəzifələrin yerinə yetirilməsinə dair bir sıra təklif və tövsiyələr irəli sürülmüşdür. Müzakirə zamanı Dövlət büdcəsi layihəsinə aidiyyəti olmayan, lakin ölkəmizin sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb eləyən digər məsələlər üzrə də müəyyən təkliflər irəli sürülmüş, suallar verilmişdir.
Qeyd etmək istərdim ki, həm komitə iclaslarında, həm də plenar iclaslarda səslənmiş sualları hökumətin üzvləri cavablandırmış və müəyyən məsələlər üzrə arayışlar verilmişdir. Hörmətli millət vəkillərinin irəli sürdüyü təklif və tövsiyələr təhlil edilmiş, bəzi tədbirlər üzrə xərclərin artırılması üçün tələb olunan maliyyə vəsaiti və maliyyə təminatının mənbəsi, görüləcək işlərin fiziki həcmi və xüsusiyyətləri nəzərdən keçirilmişdir.
Onu da qeyd etmək istərdim ki, təklif olunan bəzi məsələlərin həllinin həyata keçirilməsi üçün nəinki 2014-cü ildə, bəlkə də növbəti 3 ildə əlavə maliyyə təminatı mənbələri tapmaq çox çətin olacaq. Şübhəsiz ki, biz xeyli təhlillər apardıqdan sonra bu problemlərin həlli yollarını müəyyən edir və bunun üçün müvafiq maliyyə təminatı məsələlərini həll edirik. Hesab edirik ki, hər bir layihə, hər bir irəli sürülən təklif üçün, şübhəsiz ki, makroiqtisadi sabitliyin qorunub saxlanılması və büdcə dayanıqlığının təmin edilməsi məsələləri rəhbər tutulmalıdır. Hər bir məsələnin həllinə biz məhz bu prizmadan baxmalıyıq.
Yuxarıdakıları nəzərə alaraq və bir sıra zəruri məsələlərə, o cümlədən 2014-cü il dövlət büdcəsinin layihəsi çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin maddi-texniki təminatı məsələsinə baxılmışdır. Hesab edirik ki, təqdim olunmuş layihə ilə əlaqədar əlavə vəsaitin ayrılması mümkündür. Bu da dövlət büdcəsi xərclərinin artırılması hesabına deyil, dövlət büdcəsi xərclərində müəyyən struktur dəyişikliklərinin edilməsi, “Ümumi dövlət xidmətləri” maddəsinə 752 min manatın verilməsi yolu ilə öz həllini tapacaqdır. Hesab edirik ki, bu məsələnin həlli üçün əlavə maliyyə təminatı yaratmamalıyıq.
Digər qaldırılan məsələ “Siyasi partiyalar haqqında” Qanunda nəzərdə tutulmuş vəsaitin artırılması ilə bağlı idi. Mən bu məsələyə xüsusi şərh vermək istərdim. Müzakirələr zamanı qeyd etmişdik ki, partiyalar üçün ayrılan vəsaitin təxminən 10 faizi istifadə olunmur. Yəni qanunda nəzərdə tutulmuş bölgüyə uyğun olaraq hər il təxminən 10 faizi qalır. Hesab edirəm ki, qanuna müvafiq dəyişikliklər edilməklə ilin sonuna qənaət edilmiş bu 10 faiz vəsait bölüşdürülə, yəni növbəti ilin büdcəsinə daxil edilə bilər. Hər il, yəqin ki, bu qənaətlər var və siyasi partiyalar bu əlavə mənbədən də istifadə etmək hüququ qazanacaqlar. Amma, şübhəsiz ki, müvafiq qanunvericiliyə, ələlxüsus “Siyasi partiyalar haqqında” Qanuna müvafiq dəyişikliklər edilməlidir.
Hörmətli cənab Sədr, müzakirə zamanı millət vəkilləri tərəfindən irəli sürülən təkliflərin nəzərə alınmayan hissəsi ənənəyə uyğun olaraq hökumətin diqqətində saxlanılır, növbəti illərin dövlət və icmal büdcələrində onların mərhələli qaydada həll edilməsi üçün tədbirlər görüləcəkdir.
Çıxışımın sonunda əminliklə bildirmək istərdim ki, 2014-cü ilin dövlət büdcəsi balanslaşmış bir büdcədir və onun Milli Məclis tərəfindən qəbul edilməsi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında mövcud maliyyə resursları çərçivəsində ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi və əhalimizin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində aparılan sosial-iqtisadi kursun növbəti ildə də uğurla həyata keçirilməsinə zəmin yaradacaqdır. Hörmətli millət vəkilləri, təqdim olunmuş dəyişikliklər də nəzərə alınmaqla sizi büdcə zərfinə daxil olan qanun layihələrinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Samir müəllim, çox sağ olun. Hesablama Palatasının xərclər smetası da qəbul olundu?
S.Şərifov. Bəli.
Sədrlik edən. Çox sağ olun, əyləşin. Hörmətli millət vəkilləri, əgər başqa təklif yoxdursa, gündəlikdəki məsələləri bir-bir səsə qoyaq.
Birinci məsələ Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.15 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 100
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Sonuncu məsələ Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, növbəti məsələ Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında qanun layihəsidir. Çıxışlara ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.18 dəq.)
Lehinə 99
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Hörmətli hökumət üzvləri, sizi təbrik edirik! 2014-cü il büdcəsinin uğurla həyata keçməsini arzulayırıq! Çox sağ olun. (Alqışlar.)
Hörmətli millət vəkilləri, gündəlikdə 2 təşkilati məsələ var. Birinci məsələ Heydər Əsədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsi, ikinci məsələ isə Vüqar Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqındadır. Ziyad Səmədzadəyə söz verilir.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Bilirsiniz ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə yeni iqtisadi sistemin formalaşması istiqamətində çox ciddi addımlar atılmışdır. Bu addımlardan biri də ölkənin ali maliyyə nəzarəti orqanı olan Hesablama Palatasının yaradılmasıdır. Ulu öndər bu barədə fərman imzalayaraq, çıxışlarının birində qeyd etmişdir ki, Azərbaycanın gələcəyi çox böyük olacaq, Azərbaycan dinamik inkişaf edən ölkəyə çevriləcəkdir. Ölkəmizin inkişafına ayrılacaq büdcə vəsaitləri artacaqdır və büdcə vəsaitlərinin nəzarətlə istifadə olunması, şəffaflığın təmin edilməsi hər bir müstəqil dövlətin ən vacib vəzifələrindən biridir.
Milli Məclisdə “Hesablama Palatası haqqında” Qanun qəbul edilmişdir. Hesablama Palatasının daxili nizamnaməsi var. Milli Məclisin komitələri haqqında qanun qəbul edilmişdir və bütün sənədlərdə göstərilir ki, Hesablama Palatasının sədri haqqında təqdimatı Milli Məclisin Sədri verir.
Hesablama Palatasının sədri hörmətli Heydər Əsədov cənab Prezidentin sərəncamı ilə kənd təsərrüfatı naziri təyin edilmişdir. Heydər Əsədovun fəaliyyəti dövründə Hesablama Palatası öz inkişafının çox səmərəli bir mərhələsinə çatmışdır. Hesablama Palatasının büdcə resurslarından istifadədə şəffaflığın təmin edilməsində rolu artmış və o, ölkənin ali maliyyə nəzarəti orqanı kimi fəaliyyət göstərmişdir. Ona görə də dostumuz, peşəkar iqtisadçı Heydər Əsədova təşəkkür edirik ki, qısa müddət ərzində o, palatada dönüş yaratdı, maddi-texniki bazanı möhkəmləndirdi. Hesablama Palatasının Milli Məclisin komitələri ilə əlaqələri daim genişlənir və hər birimiz şahidik ki, hər il büdcə müzakirəsində Hesablama Palatasının çox ətraflı, dolğun rəyi millət vəkillərinə təqdim edilir.
Bundan başqa, il ərzində Hesablama Palatası tərəfindən Milli Məclisə təqdim edilən materiallar da göstərir ki, Hesablama Palatasında peşəkar komanda formalaşıb. Bu peşəkar komandanın üzvü Gülməmmədov Vüqar Tapdıq oğlu cənab Sədr tərəfindən Milli Məclisin üzvlərinə təqdim olunur. Qanunvericiliyə əsasən biz həmin namizədi İqtisadi siyasət komitəsində müzakirə etmişik. Dünən çox ətraflı müzakirə oldu və Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri birmənalı şəkildə Gülməmmədov Vüqar Tapdıq oğlu haqqında müsbət fikirlər söylədilər. Təklif etdilər ki, həmin namizəd Milli Məclisin müzakirəsinə verilsin.
Eyni zamanda, İqtisadi siyasət komitəsinin həmin namizəd haqqında ətraflı rəyi vardır ki, o da millət vəkillərinə paylanmışdır. Vüqar Gülməmmədov peşəkar maliyyəçidir. Uzun müddət maliyyə sistemində çalışıb. Son illərdə isə Hesablama Palatasının İnvestisiyalara nəzarət şöbəsinin müdiri vəzifəsində işləyir. Bilirsiniz ki, investisiyalar üzrə ayrılan vəsait də dövlət büdcəsinin ən aparıcı istiqamətlərindən biri sayılır. Millət vəkillərindən xahiş edirəm ki, bu namizədə öz müsbət münasibətlərini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, Heydər Əsədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsi haqqında məsələyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
Çox sağ olun.
Xahiş edirəm, Vüqar Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında məsələyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.24 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi
Çox sağ olun, təsdiq olundu. Vüqar Gülməmmədovu təbrik edirik. Arzumuz budur ki, Siz gələcək fəaliyyətinizdə nəinki Hesablama Palatasının qazandığı bu yüksək nüfuzu qoruyub saxlayasınız, hətta bir az da inkişaf etdirəsiniz. Təbrik edirik, gedə bilərsiniz.
Növbəti məsələ İctimai iştirakçılıq haqqında qanun layihəsinin üçüncü oxunuşudur. Buyurun, Azay Quliyev.
A.Quliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, bu gün İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda sizin müzakirənizə təqdim olunub. Mən fürsətdən istifadə edib ikinci oxunuşda çox maraqlı təkliflərlə çıxış edən həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm. Hörmətli Oqtay müəllim, Siz başda olmaqla bizim komitənin rəhbərliyinə, üzvlərinə, bu işə dəstək verən hər bir kəsə təşəkkür edirəm ki, həqiqətən də, biz Azərbaycan qanunvericiliyinə yeni bir ənənə gətirdik və beynəlxalq aləmdə çox təqdir olunan İctimai iştirakçılıq haqqında qanun layihəsini, nəhayət, üçüncü oxunuşa hazırlaya bildik.
Hörmətli həmkarlar, bu gün sizə təqdim olunan qanun layihəsinə üçüncü oxunuşda bir neçə əlavə və dəyişikliklər olunub. Demək olar ki, təkliflərinizin əksəriyyəti nəzərə alınıb. İcazənizlə, mən qısa vaxt ərzində onu sizə təqdim edərdim.
Birinci, yeddinci maddə ilə bağlı dəyişikliklər həyata keçirilib. Maddənin adı dəyişdirilib. Əvvəlki adı “İctimai şuranın səlahiyyət və seçilmə qaydası” idi, yeni redaksiyada “İctimai şuranın yaradılması qaydası” adlanır. 7.2-ci maddədə çox mühüm bir dəyişiklik olub. Əvvəlki variantda müəyyən bir məhdudiyyət vardı. “Bir şəxs yalnız bir ictimai şuranın üzvü ola bilər” məhdudiyyəti aradan qaldırıldı.
Sonra, 7.6-cı maddədən “İctimai şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əmək haqları və başqa ödənclər saxlanılır” cümləsi çıxarılıb. Eyni zamanda, həmkarlarımızın təklifi nəzərə alınıb, “maddi-texniki” sözləri “texniki” sözü ilə əvəz olunub.
8-ci maddənin adı dəyişdirilib. Əvvəl “İctimai şuranın səlahiyyətləri” adlanırdı, indi isə “İctimai şuranın hüquqları və vəzifələri” kimi gedir. Hesab elədik ki, bu hüquq və vəzifələr ayrılmalıdır və müəyyən müddəalar yenilənməlidir. O baxımdan da 8.1.11-ci maddədən “fəaliyyəti barədə əhalini məlumatlandırmaq, illik hesabat hazırlamaq və dərc etdirmək” ifadəsi çıxarılıb. Yeni bənd aşağıdakı kimi verilib: “Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, habelə onlara uyğun olaraq qəbul olunmuş normativ hüquqi aktlara riayət etmək”.
8.3.2 yeni bənddir. Burada “şuranın fəaliyyəti barədə əhalini məlumatlandırmaq”, 8.3.3-də “öz fəaliyyətinə dair illik hesabat hazırlamaq və dərc etdirmək”, 8.3.4-də “müzakirə olunan məsələlərə qərəzsiz yanaşmaq” qeyd olunub. 8.4-cü maddə əvvəlki variantda belə idi: “İctimai şura Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına, habelə onlara uyğun olaraq qəbul olunmuş normativ hüquqi akta riayət etməyə, fəaliyyəti barədə əhaliyə müntəzəm surətdə məlumat verməyə borcludur”. Bu maddə tamamilə yeni variantda verilib: “İctimai şuranın üzvü şuranın iclaslarında iştirak etməli və şuranın fəaliyyətinə xələl gətirəcək hərəkətlərə və çıxışlara yol verməməlidir”.
III fəsildə də bir neçə redaktə xarakterli dəyişiklik olunub. 14.1.2-də və 14.1.7-də bütün sözlər çıxarılıb. Daha sonra 15-ci maddədə “ictimai dinləmə və ictimai müzakirənin təşkili” ilə bağlı həmkarlarımızın rəyini nəzərə alaraq bir az sadələşdirmə həyata keçirdik. Belə ki, əvvəlki variantda “ictimai dinləmələrin və ictimai müzakirələrin təşkili” ilə bağlı 3–5 nəfərdən ibarət təşkilat komitəsinin yaradılması nəzərdə tutulurdu. Təklifləri nəzərə alaraq biz, ümumiyyətlə, təşkilat komitəsinin yaradılması ilə bağlı müddəanı çıxardıq. Beləliklə, biz 15.1-ci maddəni aşağıdakı redaksiyada təqdim edirik: “İctimai dinləmənin və müzakirənin təşkilatçısı”. Yəni başqa sözlə desək, “təşkilat komitəsinin” əvəzinə, sadəcə, “təşkilatçı” ifadəsini əlavə etdik.
16-cı maddə “İctimai dinləmənin və ictimai müzakirənin yekun sənədi” adlanır. 16.1-ci maddə tamamilə dəyişdirilib. Yeni redaksiyaya əsasən “vətəndaş cəmiyyəti institutları tərəfindən keçirildiyi təqdirdə ictimai dinləmənin yekun sənədi dinləmə zamanı açıqlanmış əsas fikir, rəy və təkliflərin icmalı formasında hazırlanır, ictimai dinləməyə sədrlik edən tərəfindən imzalanır və dinləmə başa çatdıqdan sonra ən geci 3 iş günü müddətində aid olduğu mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına təqdim olunur”. Bura, sadəcə olaraq, “vətəndaş cəmiyyəti institutları tərəfindən” sözləri əlavə edildi, çünki əvvəlki variantda bütövlükdə ölkədə hər hansı bir ictimai iştirakçılıqla bağlı fəaliyyəti nəzərdə tutan müddəa vardır. Ona görə də biz bunu birbaşa qanunun predmeti ilə məhdudlaşdırmaq istədik. 16.2 də, sadəcə olaraq, həmin maddənin davamıdır, təkrarən oxuyub vaxtınızı almaq istəmirəm.
“Yazılı məsləhətləşmənin təşkili” adlı 17-ci maddədə də müəyyən yeniliklər var. 17.1-ci maddədə “müddətləri və qaydaları barədə elanı öz internet səhifələrində yerləşdirir və bütün mümkün üsullarla əhalini məlumatlandırırlar” sözləri “haqqında öz internet səhifəsinə kütləvi informasiya vasitəsində məlumat yerləşdirir” sözləri ilə əvəz olunur. 17.2-ci maddə tamamilə çıxarılıb. 17.3-cü maddədə “müvafiq orqanın daxili prosedurları” sözləri “idarədaxili prosedurlar” sözləri ilə əvəz olunub. 17.4-cü maddə də çıxarılıb. Burada qeyd olunurdu ki, müvafiq orqan yazılı məsləhətləşmələrin aparılmasına, təqdim olunmuş tövsiyə və təkliflərin qəbul edilib sistemləşdirilməsinə məsul olan şəxs təyin edir. Hesab edirik ki, buna ehtiyac yoxdur. Bu, müvafiq qaydada hər bir orqan tərəfindən və yaxud qurum tərəfindən həyata keçirilə bilər.
18-ci maddədə də müəyyən yeniliklər var. Bu yeniliyə əsasən “müvafiq orqan” sözləri “mərkəzi və yerli icra hakimiyyəti orqanları” və “yerli özünüidarəetmə orqanları” sözləri ilə əvəz edilib. 18.2-ci maddədə də eyni yanaşma var, təkrar etmək istəmirəm.
20-ci maddə “İctimai iştirakçılığın digər formalarının hüquqi tənzimlənməsi” adlanır. Burada isə “ictimai rəyin öyrənilməsi və ictimai ekspertizası” sözləri “ictimai iştirakçılığı” sözləri ilə əvəz olunub.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, mən çalışdım, bütün yeniliklərlə bağlı sizi məlumatlandıram və hesab edirəm ki, qanun layihəsi qəbul edilmək üçün hazırdır. Mən bir daha fürsətdən istifadə edib Milli Məclisin üzvlərinə və rəhbərliyinə belə bir qanun layihəsinə dəstək verdiklərinə görə minnətdarlıq bildirmək istəyirəm və hər kəsə “çox sağ olun” deyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Azay müəllim, bir də təbrik edirik, çox gözəl qanun layihəsidir.
Növbəti məsələ “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişlərin təsdiq edilməsi haqqındadır. Buyurun, Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 23 oktyabr tarixli 1/584 saylı məktubu ilə 2003-cü il noyabrın 28-də Madriddə qəbul edilmiş “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nın 25-ci və 26-cı maddələrinə edilmiş düzəlişlər təsdiq olunmaq üçün Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.
Qanun layihəsi sizdə var. Məsələ müvafiq komitələrdə müzakirə olunub və düzəlişlərin Milli Məclisin plenar iclasında müzakirə və qəbul edilməsi tövsiyə edilib.
Düzəlişin əsas məqsədi konvensiyaya qoşulmaq prosedurlarını dəqiqləşdirməkdir. Yəni mətndə əsas məqamlara toxunulmayaraq ancaq 25-ci maddəyə yeni redaksiyada üçüncü bənd əlavə edilmişdir. Bu bənddə, gördüyünüz kimi, ancaq qoşulma prosedurlarına dəqiqlik gətirmək üçün bəzi məsələlər öz əksini tapmışdır. Bununla əlaqədar başqa bəndlərin nömrələri və sair dəyişdirilmişdir. Konvensiyanın tələbləri bu dəyişikliyi ratifikasiya, qəbul və ya təsdiq etməyə çağırır.
Azərbaycan Respublikası bu konvensiyaya 2003-cü ildə Milli Məclisdə ratifikasiya ediləndən və müvafiq qaydada qanun şəklinə minəndən sonra qoşulub. Konvensiyaya qoşulandan sonra 2013-cü il iyul ayının 31-də Azərbaycan Respublikası Avropa İqtisadi Komissiyasının üzvü, konvensiyanın tərəfi olaraq bu prosesə daxil olmuşdur. Avropa İqtisadi Komissiyası Birləşmiş Millətlər Təşkilatının yanında bir komissiyadır. 1947-ci ildə yaranıb. Adı Avropa İqtisadi Komissiyası olsa da, burada İsrail də var, Kanada da. 1994-cü ildə Qazaxıstan, 2013-cü ildə bizimlə bərabər Özbəkistan, Qırğızıstan, Gürcüstan və Ermənistan qoşulub. Böyük bir təşkilatdır. Təşkilat çalışır ki, bunlarla həmsərhəd olan ölkələrə də bu konvensiyanın şərtlərini tətbiq eləsin və nəticədə həmsərhəd ölkələrdə olan çaylara, göllərə aid tələblər bu konvensiyaya uyğun həyata keçirilsin. Bundan artıq deyiləsi bir söz yoxdur. Təklif olunur ki, bu dəyişikliklərə səs verək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Doğrudan da, konvensiyaya təklif olunan düzəlişlər çox vacibdir. Bütövlükdə götürsək, bu konvensiya Azərbaycan üçün çox önəmlidir. Çünki bizi əhatə eləyən dövlətlərlə Azərbaycanın su sərhədləri var ki, biz dəfələrlə burada təxribatlarla rastlaşırıq. Götürək Araz çayını. Bu çay Ermənistan tərəfindən mütəmadi olaraq müxtəlif kimyəvi materiallarla çirkləndirilir və Azərbaycan üçün təhlükə yaradır. O cümlədən Kür çayına da bunu şamil etmək olar. Hətta İran tərəfindən Araz çayına mütəmadi olaraq çirkli suların axıdılmasının şahidi oluruq. Hesab edirəm ki, bu konvensiyadan istifadə etməliyik. Düzdür, bəziləri konvensiyanın üzvü deyillər, amma, ümumiyyətlə, beynəlxalq normalardan istifadə etməliyik.
Hamı şahiddir ki, bir neçə il bundan qabaq Ermənistan tərəfindən keçən çay vasitəsilə axıdılan partlayıcı maddə bir uşağın həyatına son qoydu. Ermənistan da bu konvensiyanın üzvüdür və onun borcudur ki, bunu mühafizə eləsin. Hesab edirəm ki, bu məsələlərə diqqət yetirməlidir. Konvensiyanın müvafiq müddəaları tətbiq olunmalıdır ki, çaylarımız, göllərimiz, digər su mənbələrimiz çirkləndirilməsin. Bilirsiniz ki, bu gün suvarma ilə əlaqədar Sərsəng su anbarından gələn suların qarşısı Ermənistan ərazisində qeyri-qanuni yolla kəsilib. Bu da Azərbaycanın sərhəd rayonlarının kənd təsərrüfatına ciddi şəkildə ziyan vurur. Bu məsələyə də diqqəti çəkmək, hesab edirəm ki, vacibdir.
Oqtay müəllim, buna birbaşa aid olmasa da, sərhədlə bağlı olduğuna görə bir məsələni mən xüsusi qeyd etmək istəyirəm. Bilirsiniz ki, bir müddətdir ki, İran tərəfindən Naxçıvana gedən avtomobillərin qarşısı alınıb. Naxçıvan blokada şəraitindədir. Mən bilirəm ki, bu gün parlamentlərarası dostluq qruplarının görüşü olacaq. Naxçıvandan seçilmiş bir deputat kimi xahiş edirəm ki, bu məsələni orada ciddi şəkildə qaldırsınlar. Blokada şəraitində olan Naxçıvana bir nəfəs yolu olan İrandan müəyyən yüklər, yanacaq daşınır. Qarşıdan qış gəlir. Belə bir vəziyyətdə gündə bir şərt qoyulması, beynəlxalq normadan kənara çıxaraq tonnajların aşağı salınmasının tələb olunması, camaatın günlərlə saxlanıb incidilməsi kimi məsələlər, hesab edirəm ki, ciddi şəkildə qaldırılmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İran səfirliyi qarşısında bu məsələ ciddi şəkildə qoyulmalıdır. Bu gün blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına kömək etmək əvəzinə əlavə problemlər yaratmaqla əhalinin vəziyyətini ağırlaşdırmağa çalışırlar. Ona görə də xahiş edirəm ki, bu məsələyə də diqqət yetirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Valeh müəllim də dedi, Siz də çox düzgün qeyd etdiniz, həqiqətən, bizim əvvəl Ermənistana gücümüz çatmırdı, çünki Ermənistan bu konvensiyanın üzvü deyildi. Biz dəfələrlə bununla rastlaşmışdıq. Artıq 2013-cü ildən üzv olub, bu məsələnin üzərində işləmək olar.
O ki qaldı İranın sərhəd məsələsinə, biz bu haqda danışmışıq. Sərhədlər artıq açılıb. Yeni bir məsələdir, o da həllini tapmaq üzrədir. Yəni 30 tondan yuxarı yüklərin buraxılmaması məsələsi texniki məsələdir, danışıqlar gedir, yaxın zamanlarda öz həllini tapacaq. Burada sərhədlərin bağlanmasından yox, maşınların tonnajından söhbət gedir. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, Valeh müəllim konvensiya barəsində çox geniş məlumat verdi. Əslində, BMT-yə üzv olan ölkələrin bu sənədə qoşulmaq məcburiyyəti də var və mən çox şadam ki, biz də bu konvensiyaya qoşulmuşuq.
Siyavuş müəllim bəzi məsələlərə toxundu, mən də bir-iki əlavə eləmək istəyirəm. Bu gün su mənbələri, onların mühafizəsi dünyanın ən birinci problemlərindən biridir. Bizim həm Araz çayı, həm Kür çayı, həm də Xudafərin su anbarı ilə bağlı həyata keçirdiyimiz və gözlədiyimiz layihələr var və biz istəyirik ki, bu məsələlər orada öz əksini tapsın.
Mənim xüsusi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir neçə iradım var. Bu günə qədər belə ciddi məsələlərin heç biri müzakirə olunmayıb. Xudafərin su anbarının özünün böyük təhlükə olması, Araz çayının mütəmadi olaraq çirkləndirilməsi problem olaraq qalır. Bilirsiniz ki, bir neçə il bundan öncə həmin o su anbarlarının açılması nəticəsində çox böyük təhlükəli hal yarandı. Ona görə mən istərdim ki, bu, gündəmdə olan bir məsələ olsun. Təkcə bu konvensiya yox, təbiətin mühafizəsi ilə bağlı bir neçə konvensiya var ki, onlar Ermənistan tərəfindən mütəmadi olaraq pozulur. Mən çox istərdim ki, bizim müvafiq dövlət qurumları buna çox ciddi yanaşsınlar, öz mövqelərini bildirsinlər. Bizim əlimizdə hüquqi faktlar da var, beynəlxalq qanunlara istinad da var.
İranla sərhəddə baş verənlər çox ciddi məsələlərdir. Bu istiqamətdə addımlar atılır və mən ümid edirəm ki, yaxın zamanlarda məsələ həll olunacaq. Amma sərhədlə və xüsusi olaraq da sərhəddən keçən su ehtiyatlarımızla bağlı çox diqqətli olmağımız vacibdir. Mən yenə də vurğulamaq istəyirəm ki, artıq böyük müharibələr suya görə başlayır. Su artıq böyük bir təzyiq vasitəsidir. Mən bu konvensiyanı, təbii ki, dəstəkləyirəm, amma istərdim ki, bu məsələ daim gündəmdə olsun. Biz də Milli Məclisin deputatları kimi bu işə köməklik etməyə hazırıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişlərin təsdiq edilməsi haqqında qanun layihəsinə münasibət bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919–2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Bildiyiniz kimi, Azərbaycan dövlətçiliyinin bərpasından sonra biz parlamentdə bir çox orden və medallar təsis etmişik. Bunlar birinci müstəqillik dövründə mövcud olmuş dövlət orqanlarının varisi qismində çıxış edən orqanların orden və medallarıdır. 90 illik yubiley tədbirləri zamanı təsis etdiyimiz medal və ordenlərdən sonra, 95 illik yubiley medallarının təsisi ilə bağlı cənab Prezident tərəfindən bir sıra qanun layihələri parlamentə təqdim olunub. Qeyd etdiyimiz kimi, bu layihə milli təhlükəsizlik orqanlarının 95 illik yubiley medalı ilə bağlıdır.
Qısaca onu deyə bilərəm ki, artıq müstəqil Azərbaycan dövlətinin orden və medallarının təsis edilməsi ilə bağlı parlamentdə çox yaxşı bir təcrübə var. Ona görə yeni yubiley medalının həm əsasnaməsi, həm də təsviri indiyə qədər bu sahədə mövcud olan qanunvericiliyə uyğundur. Təsvir isə milli üslub nəzərə alınmaqla təhlükəsizlik orqanlarının xüsusiyyətlərinə uyğun hazırlanmışdır. Odur ki, millət vəkillərindən qanun layihəsinə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, növbəti 3 məsələ 1 məktubla gəlib. Səhv etmirəmsə, Əli müəllim, bunlar bir-biri ilə əlaqədardır. Bəlkə üçünü də bir yerdə məruzə edəsiniz, sonra ayrı-ayrı səsə qoyarıq. Buyurun, 12, 13 və 14-cü məsələlər barədə məlumat verin.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Tamamilə haqlısınız, bu məsələlər cənab Prezident tərəfindən bir məktubla parlamentə göndərilmişdir və bir-biri ilə üzvi surətdə bağlıdır.
Birinci məsələ Mülki Məcəlləyə edilən dəyişikliklə bağlıdır. Bu dəyişikliklər hüquqi şəxslərin könüllü ləğv edilmə prosedurlarını yerinə yetirmə müddətlərini və ardıcıllığını dəqiqləşdirir. Eyni zamanda, bu dəyişikliklər həm də beynəlxalq təcrübədə geniş tətbiq olunur. Belə ki, təsisçilərin və yaxud da iştirakçıların həmin hüquqi şəxsin maliyyə vəziyyəti barədə rəsmi bəyanat qəbul etmələrinə, hüquqi şəxsin maliyyə vəziyyətinin könüllü ləğvetmə yolu ilə ləğv edilməsinə imkan verdiyini əvvəlcədən müəyyən etməyə şərait yaradacaqdır. Eyni zamanda, layihədə hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar verilmiş prosedurlar üçün çox konkret müddətlər müəyyən olunub. O müddətləri sadalamaq istəmirəm, onlar layihədə öz əksini tapmışdır.
Layihəyə hüquqi şəxsin ləğvi barədə qərar qəbul edildiyi vaxtdan etibarən ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərə bilməsi barədə müddəalar da daxil edilmişdir. Bu müddəalar isə öz növbəsində ləğvetmə ilə əlaqədar yerinə yetirilən prosedurların daha optimal müddət çərçivəsində yekunlaşdırılmasına gətirib çıxaracaqdır. Ümumiyyətlə, qeyd etməliyəm ki, Mülki Məcəlləyə edilən belə bir dəyişiklik hüquqi şəxslərin ləğvindən bəzən məsuliyyətdən yayınma ilə bağlı formal prosedurların qarşısının alınmasına yönəlmişdir.
13-cü məsələ. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilən əlavə və dəyişikliklər də nümayəndəliklərin və filialın dövlət qeydiyyatı müddətinin qısaldılması ilə bağlıdır. Hesab edirik ki, hüquqi şəxslərin qeydiyyat müddətinin qısaldılması bütövlükdə sahibkarlıq fəaliyyətinə daha münbit şərait yaradacaqdır. Bunun üçün indi kifayət qədər maddi-texniki baza da mövcuddur.
14-cü məsələ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Bu dəyişiklik əvvəl məruzə etdiyim Mülki Məcəlləyə edilən dəyişikliklə birbaşa bağlıdır. Belə ki, ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsi artıq inzibati xəta kimi tövsif olunur. Belə bir inzibati xətanı törədən vəzifəli şəxslər üçün 1000 manata qədər miqdarda cərimə nəzərdə tutulacaqdır. Diqqətinizə görə çox sağ olun.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim iki iradım var. Birinci irad 59-cu maddənin 6-cı bəndinə aiddir. 59.6-cı maddədə yazılır ki, ləğvetmə prosesinin müddəti bir ildən çox olmamalıdır. Ancaq bununla yanaşı, qeyd olunur ki, ləğvetmə prosesinin müddətinin keçməsi həmin müddətin yenidən başlamasına səbəb olur. Beləliklə, ləğvetmə prosesinin müddəti illərlə uzadıla bilər. Əgər bir il müddəti ləğv olunmursa, onu müvəqqəti olaraq müəyyən müddətə uzatmaq olar. Ancaq “həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur” kimi qeyd etmək qətiyyən olmaz. Bir də onu nəzərə alaq ki, 60.2-ci maddədə “ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq və fəaliyyət qabiliyyəti tam həcmdə saxlanılır” yazılıb. Beləliklə, qanun pozuntusuna yol vermiş hüquqi şəxs illərlə fəaliyyət göstərə bilər. Buna heç cür yol vermək olmaz.
İkinci iradım 61.3-cü maddəyə aiddir. Burada göstərilir ki, ləğvetmə komitəsi məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Düşünürəm ki, ləğvetmə komissiyasının vəzifəsini müraciət etməklə bitmiş hesab etmək olmaz. Həmin maddəyə əlavə edilməlidir ki, belə borcların olması aşkar edildikdə ləğvetmə komissiyası həmin borcların ödənilməsini təmin edir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən dəyişiklikləri dəstəkləyirəm və düşünürəm ki, son illərdə elektron xidmət, elektron qeydiyyatdankeçmə prosesi gücləndirilib. Bu da bir çox istiqamətlərdə müsbət nəticələr verib. Mənə gənclər təşkilatlarından çoxlu müraciət olub. Son zamanlar həmin təşkilatların qeydiyyatla bağlı üzləşdikləri problemlər gündəmə gəlib. Mən çox istərdim ki, bu məsələ ilə bağlı dövlət qurumlarına öz fikirlərimizi bildirək, çünki artıq bütün istiqamətlər üzrə sənədləşmənin yüngülləşdirilməsi prosesi gedir.
Gənclər təşkilatlarının qeydiyyatı ilə bağlı yenə də elə sənədlər tələb olunur ki, onlara heç bir zaman ehtiyac olmayıb. Əli müəllim, artıq bir neçə “Asan xidmət” mərkəzi yaranıb, bu istiqamətdə vahid elektron pəncərə sistemi həyata keçirilir. Bu gün belə şikayətlərin olması, indiki dövrdə məsələyə bu cür yanaşma düzgün deyil. Artıq bir çox ölkədə, qeyri-hökumət, gənclər təşkilatlarının qeydiyyatı hətta notarius səviyyəsində həyata keçirilir. Bu gün artıq Azərbaycanın gücü, qüdrəti o səviyyədədir ki, istənilən qeyri-hökumət təşkilatının qeydiyyatını yoxlamaq, fəaliyyətini öyrənmək olar. Artıq müasir texnologiyalar buna imkan verir, hesabatlar da vaxtlı-vaxtında verilir. Ona görə mən düşünürəm ki, qeydiyyat məsələsində artıq bu addımları atmalıyıq. İmkan yaratmalıyıq ki, qeyd etdiyim təşkilatların qeydiyyat məsələsi bir az yüngülləşdirilsin. Mən, ümumiyyətlə, təklif olunan dəyişiklikləri dəstəkləyirəm və onlara səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Muxtar Babayev.
M.Babayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlarım, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilən dəyişikliklərin 7-ci bəndinə qısa təklifim var. 5-ci bəndə əsasən bir toplu sənəd təqdim olunmalıdır ki, hüquqi şəxs qeydiyyata alınsın. Amma 7-ci bənddə yazılıb ki, hüquqi şəxslərin qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilməlidir. Təklifim odur, qeyd edək ki, qüvvədə olan müvafiq qanunvericiliyə uyğun tələb olunan sənədlər təqdim edildikdən sonra 2 gündən gec olmayaraq həyata keçirilməlidir. Bu, daha düzgün olar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Əlbəttə, ləğv etməklə bağlı burada, məncə, xüsusi bir mübahisə yoxdur. Dəyişikliklər kifayət qədər dolğundur, gerçək vəziyyəti özündə ifadə edir. Əlbəttə, bu dövr ərzində müxtəlif hüquqi şəxslərin ləğv olunması zamanı özünü göstərən bir problemi aradan qaldıra bilərdik. O bəlkə də heç qanunvericiliyin məsələsi deyil. Xüsusi olaraq mülkiyyətçilərlə əlaqədar cəmiyyətdə, mediada ajiotaj yaşanır. Ayrı-ayrı qurumlar tikinti sahəsində qeydə alınır və müəyyən bir dövr fəaliyyət aparırlar. Vətəndaşlardan böyük miqdarda vəsait qəbul olunur. Sonrakı dövrdə bəlli olur ki, mülkiyyətçilər aldadılıblar. Start vəziyyətində, evin təməli qoyulduğu zaman vətəndaş mülkiyyətçiyə çevrilmir. Nəticədə sonrakı dövrdə həmin hüquqi qurumun, hüquqi şəxsin varisini tapmaq və yaxud da onun maliyyə durumunu müəyyənləşdirmək kifayət qədər çətin olur. Ödənişi edəcək qurum, cavabdehlik daşıyan təşkilat qalmır. Beləliklə də, vəziyyət bu cür davam edir.
Hörmətli Ziyafət müəllim, bəlkə birbaşa düşünmək olar ki, bağlılıq yoxdur. Məsələn, beynəlxalq miqyasda fırıldaqçı olan Elşad Abdullayev Azərbaycan Beynəlxalq Universitetinin rektoru idi və minlərcə insan aldadıldı. İndi o kimin əlində alətdir, nə cür Azərbaycan əleyhinə yönəldilib, bunu kənara qoyuruq, çünki danışdığım məsələnin predmeti o deyil. Amma 5200 şəxs 4 il ərzində açıq-qapalı ödənişlərlə ona 10–15 min manat civarında vəsaiti ödəyibdir. İndi ortada cavabdehlik daşıyan bir qurum yoxdur. Bu şəxslər 4 il təhsil alıblar, amma diplom sahibi deyillər. Başa düşdük, qanunsuzluq ediblər, tərəflər prosesin mahiyyətini biliblər. Amma bu gün bir qurum yoxdur ki, heç olmasa, onların ödənişlərini qaytarsın. Ona görə düşünürəm ki, həm qanunvericilik, həm də bu qanunları həyata keçirən, reallaşdıran qurumlar səviyyəsində bu sahədə daha təsirli tədbirlər görülməlidir.
Deyəcəyim ikinci məsələni hörmətli həmkarım Fuad Muradov qaldırdı. Mən sizə açığını deyim, bu şəxslərin qeydiyyatı Azərbaycanda kifayət qədər problemli bir səviyyədədir. Biz bunu açıq deməliyik. Bu, xüsusi, önəmli siyasi məsələ deyil, burada bir konyunktor maraq var. İllərlə ayrı-ayrı təşkilatları qeydiyyata almırlar, saxlayırlar. Sanki bunlar mühüm bir kəşfiyyat sahələridir ki, qeydə alınan kimi Azərbaycan səviyyəsində fəaliyyət aparacaqlar.
Mən burada sizlərə ulu öndərin sərhədlə bağlı keçirdiyi bir müşavirəni xatırlatmaq istəyirəm. Çox yaxşı xatırlayıram, o vaxt Azərbaycan Respublikası sərhəd qoşunlarının komandanı Allahverdi Novruzov adlı bir şəxs idi. Ulu öndər onu ayağa qaldırıb soruşdu ki, ay Allahverdi, Yaponiyadan gələn qonaq terrorçu, oğru, cinayətkardır ki, ona bu qədər müxtəlif prosedurlar tətbiq olunur? Söhbət hava limanından gedir. İndi artıq biz onların 2 gün, hətta 1 gün ərzində elektron versiyada qeydiyyata alınmasından danışırıq.
Yüzlərcə gənclər təşkilatı qeydə alınmır. Ədliyyə naziri hörmətli Fikrət Məmmədovun imici cəmiyyətdə kifayət qədər müsbətdir, çox peşəkar, işini bilən, dövlətçiliyə, milli maraqlara bağlı bir şəxsdir. Amma hüquqi şəxslər üzrə qeydiyyat məsələsində, bilmirəm, hansı sistem işləyir, hansı qaydalar tətbiq olunur? Yüzlərcə insan bizə müraciət edir.
Bu, məsələnin bir tərəfidir. O biri tərəfdən unutmamalıyıq ki, bu insanlar özləri üçün iş yeri qazanırlar. Üçüncü tərəfdən də bu qurumların sayına görə biz Ermənistan və Gürcüstandan geri qalırıq. Üçüncü sektor daha güclü şəkildə işləyə bilər. Mən bilirəm ki, hörmətli Azay müəllimə də bu yöndə müraciətlər var.
Mən hər halda özümə borc bildim ki, bunları deyəm, çünki bu qanun ayrılıqda müzakirə olunmur. Biz adından istifadə edib bəzən bu problemin əhatə dairəsində olan məsələləri də xatırlatmağı özümüzə borc bilirik. Düşünürəm ki, bir dəfə Ədliyyə Nazirliyinin müvafiq şəxslərini parlamentə dəvət etmək lazımdır. Qoy onlar açıqlama versinlər. Bəlkə beyinlərində bizim bilmədiyimiz hər şəxsin üzərində elə bir total nəzarət sistemi tətbiq etmək təxəyyülü var, onları bizə desinlər. Biz də bilək ki, bu nə əsasla qeydə alınacaq. Adi bir ictimai fəaliyyətdir. Heç beynəlxalq əlaqələr də deyil ki, deyəsən, onun əsasında donor vəsaitlər, xarici pullar olacaq və sair. Mən şəraitdən yararlanıb bunu demək istədim, hüquqi şəxslərin qeydiyyatı məsələsində çox ciddi problemlərimiz var. Sağ olun.
Sədrlik edən. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Mən Zahid Orucun fikirlərini davam etdirərək bir sualla müraciət etmək istəyirəm. Mənə elə gəlir ki, 3 qanuna dəyişiklik, texniki prosedur qaydaları çox gözəl işlənilib. Lakin mənə elə gəlir ki, insan amili nəzərə alınmayıb. Məsələn, kommersiya qurumlarının ləğvindən sonra orada işləyən insanların aqibəti, onlara verilən vəsait necə olacaq? Ziyan çəkən şəxslərin vəsaitlərinin qaytarılması məsələsi necə olacaq? Mənə elə gəlir ki, maliyyə məsələləri çox vacibdir və onlar burada lazımınca əks olunmayıb.
Məsələn, belə bir sual yaranır. Bank müflisləşə və ləğv oluna bilər. Bu halda əmanətçilərin aqibəti necə olacaq? Dövlət vəsaitlərin qaytarılmasına zəmanət verəcəkmi, yoxsa bunlar keçmişdəki kimi, sadəcə, batacaq? Bu məsələlər dəyişikliklərdə əks olunubmu? Deyəsən, yox. Bəlkə Əli müəllim bu suala aydınlıq gətirər?
Sədrlik edən. Sağ olun. Əli Hüseynli.
Ə.Hüseynli. İcazə verin, mən sonra danışım, çünki görürəm ki, 2 nəfər yazılan var.
Sədrlik edən. Ceyhun Osmanlı.
C.Osmanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu dəyişikliklərə səs verəcəyik. Sadəcə, mən gənclərimizin xahişi ilə bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, hər il Avropa Birliyi, Avropa Parlamenti və Avropa Şurasına daxil olan nümayəndələrin iştirakı ilə Avropada ilin gənclər paytaxtı seçilir. 2016-cı ilin Avropa gənclər paytaxtına iddiaçılar arasında Avropanın mühüm paytaxtları və şəhərləri ilə bərabər, Azərbaycanın Gəncə şəhəri də var idi. Dünən keçirilən gizli səsvermə nəticəsində Gəncə şəhəri 2016-cı ildə Avropada gənclər paytaxtı seçilmişdir. Bununla bağlı bütün gənclərimizi, Gəncə şəhərindən bununla bağlı əziyyəti olan hər kəsi, o cümlədən millət vəkillərimizi təbrik etmək istəyirəm. Bu, cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycanın imza atdığı növbəti uğurlardan biridir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Həmkarlarım hörmətli Fuad müəllim və Zahid müəllim qeydiyyatla bağlı mühüm məsələlərə toxundular. Burada söhbət qeyri-kommersiya hüquqlarının ləğvindən getmir. Yəni bu qanuna edilən dəyişikliklərlə bağlı bir aydınlıq olmalıdır. Qeyri-kommersiya, qeyri-hökumət təşkilatlarının ləğvi ilə bağlı Konstitusiyada müddəa var. Bu müddəaya əsasən yalnız və yalnız məhkəmələrin müvafiq qərarı ilə ləğv prosesi həyata keçirilə bilər. Hesab edirəm ki, bu həm də Azərbaycanda sərbəst birləşmə azadlığının Konstitusiya səviyyəsində növbəti bir təminatıdır.
Amma praktiki məsələlərə gəldikdə, əlbəttə, həmkarlarımın bu sahədə narazılığını bölüşməmək mümkün deyil. Bizim şuraya da müxtəlif qeyri-hökumət təşkilatlarından bununla bağlı təkliflər, şikayətlər gəlib. Hesab edirəm ki, qeydiyyatın bütövlükdə sadələşməsi ilə bağlı müəyyən işlər görülməlidir. Xüsusilə qeydiyyat təkcə Bakıda deyil, bölgələrdə, Ədliyyə Nazirliyinin iri şəhərlərdə olan regional idarələrində həyata keçirilməlidir, çünki hökumətin qeyri-hökumət təşkilatları ilə bağlı siyasəti çox açıq, çox şəffafdır. Heç bir halda qeyri-hökumət təşkilatının qeydiyyatı ilə bağlı olan texniki prosedur məsələsi dövlətin bilavasitə siyasəti ilə eyni şəkildə təqdim oluna bilməz. Yaxud da “dövlətin siyasəti məhz qeydiyyatdan birbaşa asılıdır” kimi fikirlər irəli sürülə bilməz. Dövlətin siyasətini cənab Prezident müəyyənləşdirir. Bununla bağlı qəbul edilmiş qərarlar, fərmanlar, sərəncamlar göz qabağındadır.
Bu gün qeyri-hökumət təşkilatları ilə bağlı dövlətin kifayət qədər şəffaf siyasəti var və onlara hər cür dəstək verilir. Elə 2 gün bundan öncə cənab Prezidentin imzaladığı bir sərəncamı diqqətinizə çatdırmaq istəyirəm. Həmin sərəncama əsasən qeyri-hökumət təşkilatları ilə dövlət qurumları arasında bütün münasibətlər elektron formaya keçir. Hər bir qeyri-hökumət təşkilatının ayrıca elektron xidmət kabineti yaradılır. Ədliyyə Nazirliyinin nəzdində yaradılacaq hər bir qeyri-hökumət təşkilatı bundan sonra bütün münasibətlərini – istər qrant haqqında müqavilənin qeydiyyatını, istər reyestrdən çıxarışı, istərsə də hüquqi ünvanın dəyişməsi ilə bağlı olan bütün sənədləri özünün virtual kabinetinə daxil olaraq təqdim edir.
Bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, dövlət artıq qeyri-hökumət təşkilatları ilə bağlı olan bu mexanizmi kifayət qədər sadələşdirir və bunu elektron hökumətin tələblərinə uyğun şəkildə qurmağa çalışır. Hesab edirəm, bu çox mühüm bir qərardır. Ola bilsin, həmkarlarımızın və qeyri-hökumət təşkilatlarının bununla bağlı tam məlumatı yoxdur, çünki bu çox yeni bir təşəbbüsdür. Hesab edirəm ki, bu da gələcəkdə subyektiv amilləri, ümumiyyətlə, şəxslər arasında əlaqələri minimuma endirəcək və qeyri-hökumət təşkilatlarının bu sahədə işini təkmilləşdirəcək. Amma yenə deyirəm, qeydiyyatla bağlı məsələlər, həqiqətən də, müzakirə olunmalıdır. Biz bu məsələyə ayrıca qayıtmalı, müvafiq qurumlarla hansı sahədə problemlər varsa, onları müzakirə etməliyik. Amma mən ədalət naminə deyim ki, “bu problemlər Ədliyyə Nazirliyindən qaynaqlanır” demək düzgün deyil, çünki bir çox hallarda görürsən ki, qeyri-hökumət təşkilatlarının sənədləri də lazımi səviyyədə olmur, müvafiq qanunvericiliyin tələblərinə uyğun gəlmir. Amma elələri də var ki, bu istiqamətdə müəyyən texniki və inzibati çətinliklərlə üzləşir. Əlbəttə, buna yol vermək olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də bir məsələyə toxunmaq istəyirəm. Zahid müəllim qeydiyyatla bağlı danışdı. Bəli, qeydiyyat məsələsində problemlər var. Amma məsələnin başqa bir tərəfi də var. Bildiyiniz kimi, əvvəllər qəzetlər qeydiyyatdan keçirdi. İndi, Allaha şükür, daha qəzetlər qeydiyyatdan keçmir. Bir ərizə yazıb atırsan poçt qutusuna, səhər də gedib ağlına gələn bir qəzeti aça bilirsən. Kimi istəyirsən söyə bilərsən, heç bir məsuliyyət də daşımırsan. İnşallah, Diffamasiya haqqında qanun da gələr, söyüş bir az da artar.
Yəni məsələ nədir? Bu qeydiyyatla bağlı Azərbaycanı poliqona çevirmək istəyənlər var. Elə gələn kimi hansısa QHT-ni, partiyanı, dini cəmiyyəti, nə bilim nələri dərhal 3 gün, 5 gün müddətində qeydiyyata almaq olmaz axı. Bu, ciddi bir problemdir. Bunların kim olduğu və ya indi Azay müəllimin dediyi kimi, gərək hüquqi sənədləri öyrənilə. Bu, Ədliyyə Nazirliyinin günahı deyil axı. Öyrənməlidirlər ki, bu QHT nəyə qulluq edir? Deyir ki, Azərbaycanda qeyri-hökumət təşkilatları azdır. Əvvəla, Allaha şükür, çoxdur. Amma bunu da qəzetlərin qeydiyyatı səviyyəsinə gətirmək doğru deyil. Hər istəyən QHT açsa, istədiyi partiyanı, icmanı yaratsa, onda Azərbaycan hansı vəziyyətə düşər? Problemlər var, müzakirə olunsun, amma bunu o səviyyəyə endirmək düz deyil.
İkinci, ədliyyə işçilərinin peşə bayramıdır. Fikrət müəllim başda olmaqla bütün ədliyyə işçilərini təbrik edirik və onlara uğurlar arzulayırıq.
Bir fikrimi də deyim, sözümü tamamlayım. Deputatlar da, yəqin ki, mənə şərik olarlar, mən şəxsən Nazirlər Kabinetinə təşəkkür etmək istəyirəm. Burada bayrağın şaquli vəziyyətdə asılması ilə bağlı söhbət oldu. Dərhal 3–4 gün sonra Nazirlər Kabineti bayrağın necə asılması ilə əlaqədar qərar qəbul elədi. Parlamentdə gedən müzakirəyə Nazirlər Kabineti dərhal münasibət bildirdi. Ona görə də fürsətdən istifadə edib Nazirlər Kabinetinə təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, media nümayəndələri! Mən də Aqil Abbasın söylədiyi kimi, ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edir, onlara ədalətli olmağı arzulayır və qanunların keşiyində dayanmalarını, qanunlara hörmət etmələrini tövsiyə edirəm.
Mən burada deyilən o narazılıqlara qoşuluram. Doğrudan da, bu gün Ədliyyə Nazirliyində qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı çox biabırçı bir vəziyyət yaranıb. Qanuna hörmətdən, sayğıdan söhbət getmir. Bir qayda olaraq hamısına yazırlar ki, təşkilatın adı onun məzmunu ilə uyğun gəlmir. Sonra adını dəyişib başqasını göndərirlər, yenə eyni şeyi yazıb geri qaytarırlar. Qeyri-rəsmi belə bir fikir yayılıb ki, nüfuzlu şəxslərdən, icra başçılarından kimlərsə gələcəkdə tənqidi fəaliyyətlə məşğul olmayacağına dair təminat verməlidir. Yəni bu, Azərbaycanı gözdən salan, camaatı narazı edən bir məsələdir.
Hər bir vətəndaşın hüquqi şəxs, o cümlədən qeyri-hökumət təşkilatı yaratmaq səlahiyyəti var. Aqil Abbas dedi, əgər buna xüsusi xidmət orqanları xüsusi arayış verməlidirlərsə, onda bunu qanuna yazmaq lazımdır. Qanuna yazılsın ki, bəli, bu adamın dövlət üçün təhlükəli şəxs olmaması barədə Milli Təhlükəsizlik Nazirliyindən arayış tələb olunmalıdır. Əgər qanunda bu yoxdursa, vətəndaş lazımi sənədləri hazırlayıb təqdim eləyibsə, Ədliyyə Nazirliyində qeydiyyata alınmalıdır.
Ümumiyyətlə, Ədliyyə Nazirliyində, doğrudan, biabırçı vəziyyət var. Burada məhkəmə qərarlarının icrası ilə bağlı da dəfələrlə məsələ qaldırılıb. Deməli, nazir müavinləri də bu məsələlərə müdaxilə edirlər. Tutaq ki, heç nəyi həll edə bilməzlər. Ya Fikrət müəllim özü birbaşa göstəriş verməlidir ki, gedin, bu məhkəmə qərarını icra edin, ya da tərəflərdən hansısa daha çox pul verməlidir. Elə bil, sanki auksiondur.
Sədrlik edən. Qüdrət müəllim, biz burada qanun layihəsi müzakirə edirik. Çox xahiş edirəm, qanun layihəsi ilə əlaqədar başqa fikriniz yoxdursa, məsələni yekunlaşdıraq. Olmaz axı, ayrı-ayrı şəxslərin burada adını hallandırırsınız. Əlinizdə də heç bir fakt yoxdur. Nə qədər böhtan, yalan olar? Yekunlaşdırın.
Q.Həsənquliyev. Əvvəla, bu, böhtan deyil, əlimdə kifayət qədər fakt var. İstəsəniz, o faktları şəxsən Sizə təqdim edə bilərəm. Mən millət vəkiliyəm. Bu problemləri burada qaldırmalıyıq ki, müvafiq orqanlar nəticə çıxarsınlar və öz fəaliyyətlərinə yenidən baxsınlar.
Bundan başqa, İlyas müəllimin dediyi məsələni də dəstəkləyirəm. Hesab edirəm, ləğvetmə müddəti ilə bağlı məsələ əgər bir il ərzində öz həllini tapmırsa, sonra növbəti müddət müəyyənləşdirilməlidir. Yəni bu, sonsuzluğa qədər davam edə bilməz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Bahar Muradova.
B.Muradova. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Sizin replikanız elə mənim mövqeyimi ifadə edir. Mən, sadəcə, söyləmək istəyirdim ki, təqdim olunan dəyişikliklərin məzmunu, mahiyyəti, məqsədi tamamilə başqa bir istiqamətdədir. Mən hiss edirəm ki, biz artıq mövzudan çox kənarlaşırıq. Daha yaxşı olardı ki, çıxış edən millət vəkillərinin bu dəyişikliklərlə bağlı narahatçılıqları varsa, onu desinlər. Tutalım, bu dəyişikliklər o ləğvetmə prosesini əhatə edir, yoxsa etmir. Başqa hansı təklif irəli sürmək olar ki, bu daha təkmil, daha mükəmməl olsun.
Əlbəttə ki, biz qeyri-hökumət təşkilatları və digər hüquqi şəxslərin fəaliyyəti ilə bağlı məsələləri hər zaman gündəmə gətirə bilərik. Amma aidiyyəti olan zamanda bu deyilməlidir. Bu gəlib şəxsi problemlərə, bu və ya digər qurumu müzakirə mövzusuna çevrilirsə, hesab edirəm ki, biz buna vaxt ayırmalı deyilik və müzakirəmizin predmeti də bu deyil. Ona görə də çox xahiş edərdim ki, çıxış edənlər təklif olunan qanun layihəsi və onun çərçivəsində fikirlərini ifadə etsinlər və biz yanlış istiqamətə yönəlməyək. Mənə elə gəlir ki, Əli müəllim bu iradlara müəyyən cavablar verəcək. Sadəcə, mənim mövqeyim ondan ibarətdir ki, biz vaxtımızdan səmərəli istifadə edək. Sağ olun.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Buyurun, Ziyafət müəllim.
Z.Əsgərov. Sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Burada qaldırılan bəzi məsələlərə mən də münasibət bildirmək istəyirəm. İlyas müəllim və Qüdrət müəllim müddətlə bağlı məsələ qaldırdılar. Mən hesab edirəm ki, bu, qanun layihəsində tamamilə düzgün ifadə olunub. Niyə? Əgər qanun layihəsində göstərilən müddətdən başqa müddət orada göstərilməyibsə, bu o demək deyil ki, məsələ sonsuzluğa qədər gedir. Biz bilirik ki, Mülki Məcəllənin ümumi normaları var və həmin ümumi normalarda iddia müddətinin konkret rəqəmləri də göstərilib. Ona görə burada konkret həmin rəqəmin göstərilməməsi o demək deyil ki, məsələ özbaşına həll olunur. Hesab edirəm ki, müəyyən olunmuş iddia müddətləri ilə məsələ tənzimlənir.
Mən çox təəssüf edirəm, bayaqdan çıxışların tam əksəriyyətində predmetsiz bir müzakirə getdi. Elə kimsə qanun layihəsində “hüquqi şəxslərin qeydiyyatı” və “reyestr” ifadələrini görürsə, o saat siyasi partiyalar və qeyri-hökumət təşkilatları yada düşür. Xahiş edirəm, məsələnin bir mahiyyətinə varın, görün, söhbət nədən gedir. Burada söhbət kommersiya təşkilatlarının qeydiyyatından, onların ləğv olma, yaxud birləşmə prosesindən gedir. Bizim “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında” qanunlarımız var.
Bayaq Azay müəllim də onların qeydiyyat məsələsini qeyd elədi. Qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların qeydiyyatı ilə bağlı ən liberal qanunvericilik Azərbaycandadır. Mən hesab edirəm, çox sadə, çox asan bir qayda müəyyən olunubdur. Ona görə məsələnin mahiyyətinə varmadan qeydiyyat haqqında belə kəskin danışmaq lazım deyil.
Burada Ədliyyə Nazirliyi ilə bağlı deyilən təbriklərə qoşuluram. Bu gün ədliyyə işçilərinin bayramıdır. Onları təbrik edirəm və hesab edirəm ki, son illər ədliyyə sahəsində çox uğurlu islahatlar aparılıb. Ona görə burada heç bir əsas, heç bir fakt olmadan ədliyyə orqanlarının ünvanına belə kəskin ifadələr işlətmək, həqiqətə uyğun olmayan fikirlər söyləmək ədalətsizlikdir. Mən də sizi bu qanun layihələrinə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Əli müəllim, Ziyafət müəllim də açıqlama verdi. Məncə, artıq əlavəyə ehtiyac yoxdur. Xahiş edirəm, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 13-cü məsələyə – Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Nəhayət, 14-cü məsələyə – İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Patent haqqında” Qanunun 23 maddəsinə texniki redaktə xarakterli dəyişikliklər, 3 maddəsinə redaksiya dəyişikliyi və bir yeni maddənin əlavə edilməsi təklif olunur. “Patent haqqında” Qanunun 4-cü maddəsində bir cümlə ilə verilən müddəalar daha aydın başa düşülmək üçün yarımbəndlər şəklində verilib.
Qanunun 5-ci maddəsinin birinci hissəsində, 14-cü maddəsinin dördüncü hissəsində, 15-ci maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin ikinci hissəsində “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi” sözləri ilə, 20-ci maddəsinin birinci hissəsində “qanunvericiliyə uyğun olaraq” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada” sözləri ilə, 13-cü maddəsinin birinci hissəsində “qanunvericilik” sözü “sahibkarlıq fəaliyyəti haqqında” sözləri ilə, 18-ci, 20-ci maddələrində isə “sözləri” sözü “inzibati qaydada” sözləri ilə, 13-cü maddəsinin səkkizinci hissəsində “Azərbaycan Respublikasının qanunvericiliyi ilə” sözləri “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri ilə əvəz edilmişdi.
Qanunun 30-cu maddəsində bir prinsipial məsələ var idi. Mən istərdim, onu qeyd edim. Biz Prezident Administrasiyası ilə danışdıq və Milli Məclisin üzvlərinə paylanmış qanunun 39-cu maddəsi yeni redaksiyada verildi. Azərbaycan Respublikası beynəlxalq konvensiyaya qoşulmuşdur. Yeni redaksiyaya əsasən konvensiya ilkinliyinin və ya daha əvvəl verilmiş iddia sənədi üzrə ilkinliyin müəyyən edilməsini, iddia sənədlərinin təqdim edilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs həyata keçirir. Əvvəlki variantda “hüquqi şəxslər” yazılmışdı. Ancaq Azərbaycan konvensiyaya qoşulduğu üçün “müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış ixtisaslaşdırılmış hüquqi şəxs həyata keçirir” yazılmalıdır. İqtisadi siyasət komitəsində qanun layihəsinə müsbət münasibət bildirilib. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 10 maddəsində redaktə xarakterli dəyişikliklər edilir. Eyni zamanda, layihəyə 35.1-ci maddə əlavə edilir. Təklif olunur ki, əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulunu, iddia sənədinin ilkin ekspertizası və ekspertizaya daxil olmaqla əmtəə nişanına dair ilkinliyin müəyyən edilməsini, iddia sənədinin materiallarının tamamlanmasına, dəqiqləşdirilməsinə və ona düzəliş edilməsinə, iddia sənədlərinin təqdim edilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən ixtisaslaşmış hüquqi şəxs həyata keçirir. Millət vəkillərindən bu qanun layihəsinə də müsbət münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Arif Əşrəfov.
A.Əşrəfov. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilən 39.1-ci və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna əlavə edilən 35-ci maddələrin məzmunu oxşar olduğu üçün hər iki dəyişikliyə öz fikrimi bildirmək istəyirəm. Hər iki maddədə iddia sənədlərinin qəbulu və qanunla bağlı digər prosedurların həyata keçirilməsi, məlumat axtarışının aparılması, patent və əmtəə nişanlarına dair ilkinliyin müəyyən edilməsi, təqdim edilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada akkreditə olunmuş hüquqi şəxslər vasitəsilə həyata keçirilməsi göstərilib. Eyni zamanda, müvafiq olaraq “Patent haqqında” Qanunun 39.1.1-ci və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 35.1.2-ci maddələrində hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanlarında akkreditasiya olunması təklif olunur.
Hörmətli cənab Sədr, ölkəmizdə patent sisteminin beynəlxalq tələblərə uyğunluğunu təmin etmək məqsədi ilə Azərbaycan Respublikası 1995-ci il 25 dekabr tarixindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv olmuş və bu sahədə beynəlxalq sazişlərə qoşulmuşdur. Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 12-ci maddəsinə əsasən ittifaqın hər bir ölkəsi sənaye mülkiyyəti üzrə hüquqların əldə olunmasını və mühafizəsini təmin edən qurum yaratmağı öz öhdəsinə götürür.
Dünya dövlətlərinin təcrübəsinə əsasən patent sistemində iddia sənədlərinin qəbulu və ekspertizası dövlətə məxsus hüquqi şəxs vasitəsilə həyata keçirilir. Yəni bu hüquqların akkreditasiya olunaraq müstəqil qurumlara verilməsi beynəlxalq konvensiyanın tələblərinə ziddir.
Eyni zamanda, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.6-cı maddəsinə əsasən patent xidmətinin özəlləşdirilməsi qadağan olunmuşdur. İddia sənədlərinin qəbulu və ekspertizasının bir neçə quruma həvalə edilməsi patent sisteminin mahiyyətinə ziddir. Belə ki, eyni vaxtda oxşar əmtəə nişanlarına dair iddia sənədlərinin ekspertizasının müxtəlif qurumlar tərəfindən aparılması və müsbət rəy verilməsi hüquqi problemlərin yaranmasına səbəb ola bilər.
İlkinlik amili patent sistemində çox mühüm önəm daşıyır. Ona görə də patent sisteminin spesifikası nəzərə alınmaqla bütün dünya dövlətlərində iddia sənədlərinin qəbulu və ekspertizası bir qurum tərəfindən həyata keçirilir. Bundan başqa, hər hansı bir ixtira, faydalı model və yaxud əmtəə nişanları ilə bağlı olan müraciət gizli saxlanmaqla yalnız vahid mərkəzin elektron bazasına daxil edildikdən və onlara mühafizə hüququ haqqında sənəd verildikdən sonra yayımlanır. Bu prosedurun müstəqil hüquqi şəxslər tərəfindən aparılması patent sisteminin parçalanmasına gətirib çıxara bilər.
Qeyd olunanları nəzərə alaraq 39.1 və 35.1-ci maddələrin axırıncı cümləsində “vəsatətlərə baxılması” sözlərindən sonra “bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə uyğun olaraq” sözlərinin əlavə olunmasını və bu qanunlara edilən dəyişikliklərə geniş auditoriyada mütəxəssislərin və ekspertlərin iştirakı ilə yenidən baxılmasını təklif edirəm. Çox sağ olun.
Sədrlik edən. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli millət vəkilləri! Arif müəllimin həyəcanı, fikirləri tamamilə məqbuldur. Biz Prezident Administrasiyası ilə danışdıq, onların razılığı ilə qanun layihəsində dəyişikliklər edildi. Birmənalı şəkildə məqsəd ondan ibarət idi ki, bütün bu məsələləri – ixtira, faydalı model və sənaye nümunəsi ilə bağlı iddia sənədlərinin qəbulunu və onların ekspertizasını yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs həyata keçirir. Mən Arif müəllimə həmkarımız, professional mütəxəssis kimi məlumat verməli idim. Vaxtilə o sahədə çalışıb. Bu narahatçılıqlar var idi və biz Prezident Administrasiyası ilə, müvafiq strukturlarla danışdıq, bunları aradan qaldırdıq. Çoxsaylı müzakirələrdən sonra sizə təqdim olunan o variant, yəqin ki, hörmətli Arif müəllimin dediklərinə tam cavab verir. Ona görə millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Vergi Məcəlləsinin qəbulu ilə Azərbaycanda vergi sisteminin, vergi siyasətinin kamil şəkildə həyata keçirilməsi istiqamətində çox dəyərli addımlar atılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim edilən qanun layihəsində aşağıdakı dəyişikliklərin edilməsi təklif olunur:
“Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu məcəllə ilə müəyyənləşdirilir. Bu məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu məcəllənin 2.4-cü maddəsində göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz”.
Bu günlərdə hörmətli Səfa müəllim bu barədə konkret açıqlama verdi. Hesab edirik ki, bu qanun layihəsinin qəbulu bütövlükdə Vergi Məcəlləsinin sistemli şəkildə tətbiqinə xidmət edəcək. Ona görə millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə də müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elton Məmmədov, buyurun.
E.Məmmədov. Təşəkkür edirəm, cənab Sədr. Vergi Məcəlləsinin 38-ci maddəsinin həm qüvvədə olan, həm də təklif olunan variantlarında bir ifadəyə toxunmaq istərdim. Həmişə demişəm, qanunvericilik təcrübəsi göstərir ki, qanunda “müstəsna” sözü, ümumiyyətlə, olmamalıdır. “Müstəsna” sözü olan halda qanun imperativliyini itirir. Müvafiq icra hakimiyyətinin rəhbərliyi “müstəsna” sözünün yaratdığı boşluqdan istifadə edir və özünə sərf eləyən variantda işlərini görür. Mən ona görə təklif edirəm ki, qanunvericilik subyekti ilə danışılsın. 38.2-ci maddədə söhbət nədən gedir? Yazılır ki, müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 30 gündən 90 günə qədər uzadıla bilər. Düşünürəm ki, 30 gün vergi sistemində yoxlamaların aparılması üçün kifayət qədər məqbul rəqəmdir. 30 gün ərzində aşkarlanan müəyyən qanun pozuntuları varsa, Vergilər Nazirliyinin istintaq orqanı həmin gündən sonra onları həyata keçirə bilər. Təklif edirəm ki, ümumiyyətlə, “müstəsna” sözünü qanunvericilikdən çıxaraq və qanunun imperativliyini qoruyub saxlayaq. Təşəkkür edirəm.
Sədrlik edən. Elton müəllim, bir var, 30 gün yoxlanılsın, bir də var, yoxlama lazımdırsa, müddət artırılsın. Burada elə bir qəbahət yoxdur. Başqa təkliflər yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilən bu dəyişiklik bizim bir müddət öncə parlamentdə qəbul etdiyimiz “Ərazi bölgüsü və inzibati ərazi quruluşu haqqında” Qanuna edilmiş dəyişikliklə bağlıdır. Konkret qeyd etmək istəyirəm ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 6-cı maddəsində rüsum tutulmayan növlər sadalanıb. O cümlədən qeyd etdiyim qanuna uyğun olaraq prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi və sair barədə çıxarışların verilməsi üçün dövlət rüsumu tutulmur. Qeyd etdiyim kimi, qəbul etdiyimiz qanuna müvafiq olaraq belə bir düzəliş edilir. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsini səsə qoyaq.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsidir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq Əli müəllim kifayət qədər əsaslı məlumat verdi. “Dövlət rüsumu haqqında” Qanunun 27.2-ci və 27.4-cü maddələrində dəyişiklik nəzərdə tutulur. “Mülkiyyət şəhadətnaməsi” sözləri “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə görə çıxarışın” sözləri ilə əvəz edilir,
27.4-cü maddəyə isə belə bir cümlənin əlavə edilməsi nəzərdə tutulur: “Daşınmaz əmlak üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmur”. Bu maddə, heç şübhəsiz ki, istehlakçıların hüquqlarının qorunmasına xidmət edir. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli millət vəkilləri, 20 və 21-ci məsələlər bir-biri ilə əlaqədar olduğu və cənab Prezident tərəfindən eyni vaxtda təqdim edildiyi üçün istərdim ki, hər ikisi barədə məlumat verim. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinə dəyişikliyin edilməsi təklif olunur. Mən istərdim, həmin maddənin qüvvədə olan variantını millət vəkillərinin nəzərinə çatdırım. “Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir” gəlir vergisindən azad edilirdi.
İndi isə bu kateqoriyaya daxil olan diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı gəlir vergisindən və digər güzəştlərdən azad olunur.
“Sosial sığorta haqqında” Qanunun müvafiq maddəsində də belə bir dəyişiklik nəzərdə tutulub. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihələrinə də müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Kənd təsərrüfatı istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti özünün iqtisadi inkişaf strategiyasında Azərbaycanda aqrar sektorun inkişafı, onun məhsuldarlığının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, daxili bazarın qorunması istiqamətində konkret addımlar müəyyənləşdirib. Artıq bu sahədə görülən işlər öz bəhrəsini verir. Ölkədə sahibkarlığın, regionların inkişafı ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarının həvəsləndirilməsi ilə əlaqədar konkret tədbirlər həyata keçirilir.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad idilər. İndi də təklif olunur ki, həmin qanun 2014-cü il yanvarın 1-dən 5 il müddətinə uzadılsın. Əvvəllər bu hər dəfə 3 il müddətinə uzadılırdı. 2014-cü il yanvarın 1-dən başlayaraq bu qanun 5 il müddətinə fəaliyyət göstərəcək. Kənd təsərrüfatı ilə məşğul olan insanlar yalnız torpaq vergisini ödəyəcəklər. Bu dəyişikliklərin qəbul edilməsi, heç şübhəsiz ki, aqrar sektorun stabil və dinamik inkişafı üçün daha möhkəm şərait yaradacaqdır. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bu qanun layihəsinə iki komitədə baxılıb. Eldar müəllim, buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Mənim bu qanunla əlaqədar elə bir geniş fikrim yoxdur. Sadəcə olaraq, istəyirəm, hörmətli deputat həmkarlarımın nəzərinə çatdırım ki, 2001-ci ildə, ulu öndərimizin vaxtında qəbul olunmuş bu qanunla 13 ildə 4 güzəştlə əlaqədar olaraq büdcəyə daxil olmalı 1 milyard 400 milyon manat pul məhz kənd təsərrüfatı məhsulları istehsalçılarının cibində qalıb. Bu hesaba da kənd təsərrüfatı məhsulları istehsalı 4,4 dəfə artıb. İstəyirdim ki, bu maraqlı məlumatı həmkarlarım bilsinlər. Fürsətdən istifadə edib kənd təsərrüfatı istehsalçılarına etdiyi bu böyük güzəştə, diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə istehsalçılar adından minnətdarlığımı bildirim. Sağ olun.
Sədrlik edən. Elə məsələdir ki, danışmaq istəyənlərin sayı get-gedə artır. Biri sual verir, digəri yazılır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, bu, qanunun müddətinin 5 il uzadılması məsələsidir. Burada danışmağın nə mənası var? Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
23-cü məsələ Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında qanun layihəsidir. Buyursun Azər Badamov.
A.Badamov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Regional məsələlər komitəsinin 8 noyabr tarixli iclasında Xaçmaz rayonunun Dədəli kənd inzibati ərazi dairəsi tərkibindəki Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında qanun layihəsinin Milli Məclisin müzakirəsinə tövsiyə olunması barədə qərar qəbul edilmişdir. Dəyərli həmkarlarımızdan qanun layihəsinə münasibət bildirmələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bu məsələ ilə bağlı qısaca bir fikrimi bildirmək istəyirəm. Bizə bununla bağlı xeyli təklif gəlib. Bu adları dəyişəndə, məncə, diplomatiyamız bir az yetərincə olmur. Məsələn, Xaraxoba kəndinin Qıraqoba adlandırılması təklifi var. Yerli camaatdan belə təklif gəlib. Adını qoyuruq Palıdlı. Sabah orada bir palıd meşəsi olmadı, onda bunun Palıdlıya nə aidiyyəti olacaq? Həm də bu bir az başqa motivli dəyişiklikdir, bunu nəzərə almalıyıq. Adı özünün içindən seçməyimiz daha doğrudur.
Bir də, biz vacib dəyişiklikləri də nəzərdən qaçırmamalıyıq. Fürsət düşmüşkən bu məsələni deyim. Dəfələrlə bu məsələni qaldırmışam. Bakının ortasında Sovxoz-2 deyilən bir qəsəbə var. Orada 10 min adam yaşayır. 10 ildir, mübarizə gedir, amma bunun adını dəyişmək olmur. Onun adını Palıdlı edin, bunu da Qıraqoba, vəssalam, məsələ həll olunsun da. Məsələni bu həddə çatdırmağın nə əhəmiyyəti var? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil müəllim, burada mürəkkəb bir məsələ yoxdur, mürəkkəbləşdirənlər var. Bu, bələdiyyə və kəndin əhalisinin yazdığı məktuba əsasən həyata keçirilir. Deputatlar bu adları təklif etmirlər. Əhali təklif edib, komitədə baxılıb və təsdiq olunub. Zahid Oruc.
Z.Oruc. Sağ olun. Cənab Sədr, mən Sizin mövqeyinizi bölüşürəm. Hörmətli Arif müəllimdən xüsusi marağıma görə soruşmuşdum ki, kəndin adının dəyişdirilməsi milli, etnik məsələ ilə bağlıdırmı? Hörmətli həmkarım Fazil bəyə hər zaman xüsusi diqqətlə, önəmlə yanaşmışıq, ancaq bu məsələdə hər hansı bir qafiyə səsləndirməyin də əsası yoxdur. Çünki orada yaşayan etniklərin özləri belə “xaraxoba” sözünün mənasını heç nə ilə əlaqələndirə bilməyiblər. Ona görə də bunun, sadəcə, xoş səslənsin deyə seçilməsi də yanlış olardı.
Ancaq mən buna görə çıxışa yazılmadım. Cənab Sədr, istəyirəm, burada biz ayrıca vurğulayaq ki, həmin kəndlər daxil Azərbaycan–Rusiya sərhədlərinin digər məkanda qovuşuq yerlərində 2011-ci ildə ölkə rəhbərinin gücü, siyasəti, diplomatik səyləri ilə delemitasiya xətlərinin razılaşdırılması baş verdi. İndi biz bu adı ona görə dəyişə bilirik ki, o proses reallaşdı. Əslində, bu, 100 illik, bəlkə də 200 illik tarixi xidmət sayılmalı idi. Ancaq mən istəyirəm, elə bu fonda deyəm ki, Azərbaycanın İranla sərhədləri razılaşdırılıb, Rusiya ilə problemi yoxdur. Ermənistan və Gürcüstanla var. Məsələn, David Qareci kilsəsi məsələsində hələ də razılaşma tapıla bilmir. Mən Gürcüstanın yeni hökumət rəhbərliyinə bu tribunadan Gürcüstan dostluq qrupunun üzvü kimi çağırış edirəm.
Yerdən. (Eşidilmir.)
Z.Oruc. İcazə verin, sözümüzü deyək. Nə baş verib? Onsuz da birnövbəli işə keçmişik, saat 2-yə qədər qurtaracağıq, narahat olmayın.
Bu mənada mənim haqqımdır deyəm ki, Gürcüstan hökumətinin həmin kilsənin aqibəti, yerləşdiyi məkanla bağlı bütün tarixi bilgiləri, məlumatları var. Azərbaycan hökumətinin nümayəndə heyəti ilə dəfələrlə danışıqlar gedibdir. Azərbaycanla sərhəd razılaşdırılmasına getməyən ölkə kimi Gürcüstanın adının Ermənistanla yanaşı çəkilməsini qəbul edə bilmərik. Biz Gürcüstanı dost, strateji müttəfiq ölkə sayırıq. Amma onlar bir alban kilsəsinin üzərində iddia qaldırırlar və bu məsələ uzun zamandır razılaşdırıla bilmir. Mən istəyirdim, bunu deyəm. Layihəyə səs verəcəyəm, doğru yanaşmadır, Palıdlı olmalıdır. Sağ olun.
Sədrlik edən. Zahid müəllim, dostluq qrupunun üzvüsən. Hökmən gərək Milli Məclisin iclasında müraciət edəsən? Onda dostluq qrupu nəyə lazımdır? Hər məsələni qurdalamaqdan xoşunuz gəlir. Hamınız siyasətçisiniz, xahiş edirəm, çıxışlarınıza bir siyasətçi kimi yanaşın. Mən hesab edirəm, belə çıxışlar etməyin mənası yoxdur.
Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Elə bil, Milli Məclisdə təzə dəb çıxıb. Hamı müraciət etmək istəyir. Sözün var, sözünü de. Müraciət etməkdənsə, gündəlikdə olan məsələdən danışın.
Sonuncu məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyursun Fəzail İbrahimli.
F.İbrahimli, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Çox sağ olun, Oqtay müəllim. Mən dəfələrlə istəmişəm ki, bu ərazi adlarının dəyişikliyi ilə bağlı daim burada olan narahatçılıqlara son qoyum, amma hələ alınmayıb. Mən bir haşiyə çıxmaq istəyirəm. 1918-ci il may ayının 29-da Milli Şura tərəfindən İrəvan Ermənistana veriləndə oradan olan narazı deputatlardan biri belə bir ifadə işlətdi: “Bu isti kreslolarda oturub o xalqın taleyini həll etməyə bizim imkanımız olmamalıdır. Biz buna getməməliyik”. Əleyhinə səs verdilər. Mən bir neçə dəfə bəyan etmişəm, bizim bu adlara müdaxilə etmək hüquqlarımız yoxdur. Bu, yerli camaatın hüququdur. Bu adı seçirlər, iclas çağırılır, protokol imzalanır, Toponimiya komissiyasına göndərilir. Toponimiya komissiyası bu adın nə dərəcədə məqbul və qeyri-məqbul olduğunu müəyyən etdikdən sonra Regional məsələlər komitəsinə göndərir. Orada müzakirə olunduqdan sonra bura gəlir. Bizim ad qoymaq ixtiyarımız yoxdur. Biz buna ya hə deməliyik, ya da yox. Gündəlikdəki məsələyə keçirəm.
Biz keçən iclasların birində Cəlilabad rayonunun inzibati ərazisinə dair 2 məsələni həll etdik. Xanəgah kəndinin ərazisindəki kəndin adını Türkelli qoyduq. Vaxtilə bu kəndin adı Tülkülü olub, sonradan unudulub. Ümumiyyətlə, adsız, gözəl, səliqəli bir kənd idi. Dəyərli bir ad – Türkelli qoyuldu.
İkinci, Kürdlər kəndi ərazisində isə İcarə kəndinin adı dəyişdirilib Eçara qoyuldu. Yəni bu da tarixi addır, Toponimiya komissiyasında da müzakirə olunub. Bu kəndlərin adları dəyişdirildikdən sonra növbəti məsələ onların bələdiyyələrin inzibati ərazisində qismən dəyişiklik edilmiş qanuna uyğunlaşdırılmasıdır. Məhz həmin məsələ bu gün gündəliyə gəlib. Biz bələdiyyələrin ərazisində qismən dəyişikliklərlə bağlı bələdiyyələrin siyahısına bu adı bu gün əlavə edirik. İndi mənim həmkarlarım, bu adı əlavə edək, ya etməyək? Məsələ gündəmə çıxarılsın? Sağ olun.
Sədrlik edən. İndi görək Siyavuş müəllim nə deyəcək? Edək, ya etməyək?
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Təbii ki, bunları əlavə etmək lazımdır. Oqtay müəllim, 14 ildir, bələdiyyələr fəaliyyət göstərir, 15-ci il olacaq. Yəni bələdiyyələrə növbəti 4-cü seçkilər keçiriləcək. Belə desək ki, növbəti bələdiyyə seçkilərinə təxminən 1 ilə yaxın vaxt qalır. Həyat praktikası onu göstərir ki, biz bələdiyyələrin həm sayına, həm adlarına, həm də ərazilərinə yenidən baxmalıyıq, çünki bir kəndə təxminən 14 nəfər bələdiyyə üzvü seçirlər. 14 nəfər üzvün çarpışması, davası ancaq ondan ibarətdir ki, bələdiyyəyə ayrılmış torpaqlardan kimə nə düşəcək və kim ondan hansı formada istifadə edəcək və sair.
Bələdiyyə üzvlərinin məqsədi bu olmalıdır ki, oradan gələn gəlir vasitəsi ilə bələdiyyəyə aid olan mülkiyyətin inkişafına kömək etsinlər. Amma burada üzvlərin sayı o qədər çoxdur ki, bunu həll edə bilmirlər. Bunun Türkiyədə gözəl variantı var. Bir kəndə muxtar seçilir, qurtarır gedir. Amerika Birləşmiş Ştatlarında 3 nəfərdən artıq üzv olmur. Bir rayon mərkəzinə 17 nəfər bələdiyyə üzvü seçirlər. 17 nəfərin hərəsi bir fikirdə olur, yarısı o tərəfə, yarısı da bu tərəfə çəkir. Ona görə Sizdən xahiş etmək istəyirəm ki, komitəyə də tapşırın, buradakı hüquqşünaslar da kömək eləsin, beynəlxalq praktika da öyrənilsin və növbəti bələdiyyə seçkilərində bu sayın azaldılmasına imkan yaransın. Azərbaycanda 20 min bələdiyyə üzvü seçilir. Səsvermənin özündə də böyük problemlər yaranır. Hər yerə 3 nəfər namizəd irəli sürülsə, 60 min adamın siyahısı ortaya çıxır. Elə bələdiyyə var ki, 100 nəfərin siyahısı gedir. Seçici də onu axtarıb tapmaqda əziyyət çəkir. Mən hesab edirəm ki, gələn il seçkilər ili olduğu üçün komitə və digər şəxslər cəlb olunmaqla məsələyə yenidən baxaq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, çox gözəl fikirlərdir. Onun üzərində fikirləşmək olar. Rövşən Rzayev.
R.Rzayev. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Çox düzgün qeyd olundu, Azərbaycanda 4-cü dəfə bələdiyyə seçkiləri keçiriləcək. Təəssüflər olsun ki, Azərbaycanın işğal altında olan torpaqları bu imkandan istifadə edə bilmir. Həmin ərazidən olan insanlar ən vacib haqlarından birindən – seçib-seçilmək hüquqlarından məhrum qalıblar. Çox yaxşı olardı, biz BMT-yə müraciət edərdik ki, artıq 4-cü dəfə seçki keçiriləcək, amma məcburi köçkünlər bu hüquqdan istifadə edə bilmirlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Bugünkü iclasımız başa çatdı, sağ olun.