03.02.2014 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  № 81

Milli Məclisin iclas salonu.
3 fevral 2014-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədr O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 115 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 106
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komis-siyasının yenidən təşkil edilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti və Peru Res-publikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edil-məsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Res-publikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Res-publikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında kombinə edilmiş yükdaşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Beynəlxalq Telekommunikasiya Reqlamenti”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının Cinayət-Prosessual Mə-cəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
14. Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Zahid Oruc, Qənirə Paşayeva, İqbal Ağazadə, Siyavuş Novruzov, Fərəc Quliyev, Elmira Axundova, Sabir Rüstəmxanlı, Tahir Rzayev, Azay Quliyev, Sədaqət Vəliyeva, Fuad Muradov, Ceyhun Osmanlı, Adil Əliyev

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.11 dəq.)
Lehinə 115
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 115
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.54 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.55 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Elmira Axundova, Zahid Oruc, İqbal Ağazadə, Gövhər Baxşəliyeva, Siyavuş Novruzov, Sahib Alıyev, Fərəc Quliyev, Fuad Muradov, Qənirə Paşayeva, Musa Quliyev, Fəzail Ağamalı, Etibar Hüseynov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Hökuməti və Peru Res-publikası Hökuməti arasında diplomatik və xidmə-ti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.26 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov, Yevda Abramov, Asim Mollazadə, Aydın Mirzəzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.27 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.35 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

7. Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.39 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Zahid Oruc, Sabir Rüstəmxanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.45 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.47 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 101
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında kombinə edilmiş yükdaşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.49 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

11. “Beynəlxalq Telekommunikasiya Reqlamenti”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.52 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

12. “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.56 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.58 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

14. Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

3 fevral 2014-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, yerlərinizi tutasınız. Milli Məclisin 2014-cü il yaz sessiyasını açıq elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

Sədrlik edən. Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.07 dəq.)
 İştirak edir  106
 Yetərsay  83

Yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, sessiyanın başlanması münasi-bətilə hamınızı ürəkdən təbrik edir, qanunvericilik fəaliy-yətində sizə yeni nailiyyətlər arzulayıram.
Bildiyiniz kimi, Milli Məclis 2013-cü ilin payız ses-siyasını uğurla başa vurmuşdur. Parlamentin 10 iclası keçi-rilmiş, 170 qanun və qərar qəbul edilmişdir. Milli Məclisin komitələri 62 iclas keçirmiş və 215 məsələyə münasibət bildirmişlər. Ölkədə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını möhkəmləndirmək üçün lazımi tədbirlər görülmüşdür.
Milli Məclisin ötən sessiyası dövründə Azərbaycanın si-yasi həyatında son dərəcə mühüm bir hadisə baş vermişdir. Oktyabr ayının 9-da Azərbaycanda Prezident seçkiləri ke-çirilmiş və Prezident cənab İlham Əliyev yenə də Azərbaycan dövlətinin başçısı seçilmişdir. Mən deyərdim ki, bu qələbə son 10 il ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi xidmətlərin məntiqi bir nəticəsi olmuşdur. Tamamilə məntiqlidir ki, Prezident seçkilərində iştirak edən digər namizədlərin heç biri cənab İlham Əliyevlə real siyasi rəqabətə qadir olmamışdır.
Bütün bunlar onu göstərir ki, cənab İlham Əliyev təkcə dövlət başçısı deyil, həm də xalqın həqiqi lideridir. Əminəm ki, bundan sonra da möhtərəm Prezidentimizin səmərəli və müdrik  rəhbərliyi ilə Azərbaycan dövləti qarşıdakı illərdə yeni böyük uğurlara nail olacaqdır.
Hörmətli deputatlar, payız sessiyası ərzində parlamentin xarici əlaqələri də müəyyən inkişaf yolu keçmişdir. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq qurumların ic-laslarında iştirak etmişlər. Sessiya dövründə 25 ölkəyə 60-dan çox  səfər həyata keçirilmiş, eləcə də 23 xarici dövlətin 30-dan yuxarı nümayəndə heyəti Milli Məclisdə qəbul edil-mişdir. Millət vəkillərimiz Gürcüstanda və Tacikistanda ke-çirilən Prezident seçkilərində, Ukraynada və Türkmənistanda keçirilən parlament seçkilərində müşahidəçi kimi iştirak etmişlər.
Mən sizə demək istəyirəm ki, bu yaz sessiyasında bizi gərgin iş gözləyir. Sessiyanın qanunvericilik işləri planına bu yaxınlarda Milli Məclisin komitələrində iki dəfə baxılıb və bu gün o, plenar iclasda müzakirə ediləcəkdir.
Bu sessiyada biz digər qanunlarla yanaşı, Konstitusiyaya uyğun olaraq, Azərbaycan Respublikası hökumətinin hesa-batını, eləcə də 2013-cü ilin dövlət büdcəsinin icrasını mü-zakirə edəcəyik. Yaz sessiyasının iclaslarında Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə nəzarət eləyən qurumun hesabatları da dinləniləcəkdir.
Mən əminəm ki, bizim millət vəkilləri bu sessiyada çox fəal olacaq və biz öhdəmizə düşən qanunvericilik məsələ-lərini yüksək səviyyədə həll edəcəyik.
Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.11 dəq.)
Lehinə 115
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 115
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bilirəm, müzakirələr üçün çox darıxmısınız. Əgər müza-kirələrə ehtiyac varsa, xahiş edirəm, yazılasınız. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli media nümayəndələri! Mənim adımın ekranda birinci olması fonunda Məclisdə yaranmış xoş əhvali-ruhiyyədən bir az da xoşhal olaraq hər birinizi yaz sessiyasının başlanması münasibətilə təbrik edir, xalqımız qarşısında parlamentin daha böyük işlər görməsini, dövləti-mizin quruculuğunda daha da fəal rol oynamasını arzulayı-ram.
İndi cari məsələlər sırasında qaldırmaq istədiyim birinci məsələ ölkəmizin, əslində, təhlükəsizlik həyatı ilə birbaşa bağlıdır. Müstəqillik dövründə biz 22–23 il ərzində ilk dəfədir ki, bu qədər ciddi bir fakt qarşısında qalmış oluruq. Söhbət Suriyada gedən döyüşlərdə hər hansı bir ad altında iştirak edən Azərbaycan oğullarından, gənclərindən gedir. Bunu təşkil edən, həyata keçirənlər sanki dünya legionerləri kimi müxtəlif ölkələrdən bu qüvvələri yığırlar.
Amma Azərbaycan bu məsələnin  üzərindən sükutla keçə bilməz. Orada ya Hizbullahın tərkibində Bəşər Əsədin çevrəsində guya üsyançılara qarşı, ya da Suriya azadlıq ordusu adı ilə Bəşər Əsəd rejiminə qarşı savaşanlar hər hansı bir şəkildə sabah sağ-salamat qayıtsalar, bu ölkəyə dönmüş olacaqlar. Onlar orada, əslində, terror qruplarının çərçivəsindədirlər. Bunlar artıq fərdi şəxslər deyillər. Bu şəbəkə sonrakı dövrdə də işləyəcəkdir.
Azərbaycanı ötən illər ərzində xarakterizə edən ən mühüm keyfiyyət dövlət tərəfindən heç bir zaman terrora yardım göstərilməməsidir. Ermənistanı dəfələrlə bu möv-zuda pisləyərkən, düşmənlərimizi haqlı olaraq lənətləyərkən deyirdik ki, onlar dövlət siyasətini terror ilə gerçəkləşdirirlər. Amma Azərbaycanda bu fakt olmayıb. İndi Suriyada  döyüşənlər təkcə fərdi olaraq öz ailələrinə zərbə vurmurlar. Əgər həyatlarını itirirlərsə, bu faciə yalnız onların ailəsində olmur, həm də onların adı terrorçu qruplarda olduğuna görə Azərbaycanın ayağına yazılır. Biz buna biganə qala bilmərik. Burada dini qrupların, ayrı-ayrı radikal dini təriqətlərin nə rol oynadığı haqda da danışmaq mümkündür. Bunların məsuliyyəti də var.
Mən təklif edirəm ki, günü bu gün Azərbaycan Baş Pro-kurorluğu orada döyüşən insanlarımız haqqında mütləq ci-nayət işi qaldırsın. Bu məsələnin qarşısını ala biləcək ən mühüm mexanizm məhz cinayət işidir. O insanlar bilməlidirlər ki, bura qəhrəman kimi dönməyəcəklər. Onlar gəlib orada gördükləri o vəhşəti sonra burada tətbiq eləmək istəyəcəklər. 
Biz  Qarabağ müharibəsinin yaralarını hələ sağalda bil-məmişik. İndi bu cəmiyyətə bəlli əhvali-ruhiyyə ilə daxil olan qüvvələrin də yükünü çəkmək çox çətin olardı. Ona görə də mən bu insanlara humanizm, güzəşt mövqeyindən deyil, qanun mövqeyindən yanaşılmasını təklif edirəm. Buna görə də qanunda bu yöndə hökmən dəyişiklik olmalı və Baş Prokurorluq iş qaldırmalıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid müəllim, Sizin dediyiniz məsələdə həqiqət çoxdur. Bu bizi çox narahat edir. Amma orada döyüşənlərin hamısına terrorçu demək də düz deyil. Avropa ölkələrindən gəlib o döyüşlərdə ya o, ya bu tərəfdə iştirak edənlərin sayı orada azərbaycanlıların sayından iki dəfə çoxdur. Yəni hamını terrorçu adı ilə damğalamaq olmaz. Bunlar muzdlu əsgərlərdir. Bunların qabağını almaq, həqiqətən də, çətindir. Bilinmir, hara getdi, haradan getdi, harada və necə bu işə cəlb olundu. Bu məsələlərdə problemlər var. Əlbəttə, bunun üzərində işləmək lazımdır. Buyursun Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Mən də yeni sessiyanın başlanması münasibətilə hər kəsi təbrik edirəm.
Bir məsələ ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Mənə bu məsələ ilə bağlı müraciətlər olur. Söhbət təxminən 10 il bundan əvvəl qəbul  olunmuş “İnsan orqan və toxumalarının transplantasiyası haqqında”  Qanundan gedir. Bu qanunun əsas müddəalarından biri bu günədək yerinə yetirilmir. Mən qanunun transplantasiya məqsədi ilə meyitdən orqan və ya toxumaların götürülməsi barədə ikinci fəslini nəzərdə tuturam.
Doğrudur, son illər ölkəmizdə orqanların köçürülməsi ilə bağlı uğurlu əməliyyatlar həyata keçirilir. Amma bu gün Azərbaycanda orqan köçürülməsi, sadəcə, sağlam insan-lardan götürülən orqanların köçürülməsindən ibarətdir. Yəni kimə isə təcili böyrək köçürmək lazımdırsa, mütləq yaxınlarından biri öz böyrəyini, qara ciyər lazımdırsa, qara ciyərinin bir hissəsini ona verməlidir və sair.
Bu nə deməkdir? Bu o deməkdir ki, sağlam insanların həyatı təhlükə altına alınır. Təbii ki, dünyada bu üsul da in-kişaf edib. Amma  dünyanın inkişaf etmiş ölkələrində, əsa-sən, həyatını itirən, dünyasını dəyişən insanların orqanları, toxumaları götürülərək sağlam insanlara köçürülür, bu üsula üstünlük verilir. Təbii ki, bu, donorun sağlığında  özünün verdiyi razılıq, ailəsinin razılığı ilə həyata keçirilir.
Biz də ölkəmizdə bu məsələyə dair çox gözəl qanun qəbul etmişik. Mütəxəssislər də deyir ki, bu qanun çox gözəl, mükəmməl qanundur. Amma o işləmir. 10 ildən artıqdır ki, müvafiq qanunun olmasına baxmayaraq, orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmi yoxdur. Bununla bağlı bank, ümumiyyətlə, yaradılmayıb. Ölkədə beyin ölümü necə təyin olunmalıdır, məlum deyil. Bu belə davam edə, bu sahə belə inkişaf edə bilməz. Ona görə xahiş edirəm ki, müvafiq qurumlar bu qanunun deyilən müddəalarının icra mexanizmlərinin işlənib hazırlanması üçün təcili tədbirlər görsünlər. Hörmətli Sədr, bu məsələdə parlament öz prinsipial mövqeyini ortaya qoyarsa, çox yaxşı olar. Çünki 10 ildən artıq vaxt keçir. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hər birinizi yaz sessiyasının başlaması münasibətilə təbrik edir və arzu edirəm, qəbul etdiyimiz qanun və qərarlar  dövlətimiz, xalqımız üçün xeyirli, uğurlu olsun.
İki məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Birinci məsələ qəzetlərin yayımı ilə bağlıdır. Bu məsələ uzun müd-dətdir ki, mətbuat orqanlarında çalışanları və o cümlədən vətəndaşları narahat edir. Bu yaxınlarda cənab Prezident ilə görüşdə də bununla bağlı xüsusi bir tapşırıq verilmişdi. Amma təəssüflər olsun ki, tapşırıq verilməsinə də baxmayaraq qəzetlərin yayımında çox ciddi problemlər var.
Qəzet redaktorları bu günlərdə bununla bağlı dəyirmi masa  keçirdilər və problemlərini bir daha qaldırdılar. Yer-lərə verilən qəzetlərin sayı günü-gündən azaldılır. Bakı şə-hərində qəzet budkalarının, köşklərinin sayı günü-gündən azalır. Əldə yayım imkanları ciddi surətdə məhdudlaşdırılır və hətta bunun qarşısı alınır, nəticə etibarilə çap məhsulu olan qəzetlərin yayılmasına əngəllər törədilir.
Möhtərəm cənab Sədr, yaxşı olar ki, bu məsələ ilə bağlı Siz də öz mövqeyinizi bildirəsiniz və bununla məşğul olan icra strukturları, konkret şəxslər bu problemin aradan qal-dırılmasına yardımçı olsunlar.
Qaldırmaq istədiyim ikinci məsələ çox aktualdır. Bu, Azərbaycan Respublikasının rəsmi dövlət dili ilə bağlı məsələdir. Azərbaycanın rəsmi dövlət dili haqqında bir neçə dəfə Prezident fərmanları, o cümlədən qanun qəbul olunub. Təəssüflər olsun ki, bu gün Azərbaycanın rəsmi dövlət dili dövlət strukturlarında çox ciddi şəkildə aşağılanır. Dövlət orqanlarının böyük əksəriyyətində danışıq dili rus dilidir. Əksər məmurlar hətta öz aralarında da Azərbaycan dilində yox, rus dilində danışırlar. Hansı nazirliyin dəhlizlərinə, kuluarlarına baxırsansa, görürsən, bütün əmrlər, sərəncamlar – hamısı rus dilindədir.
Qəribədir ki, bu gün çox yerdə işə düzəlmək istəyən gənclərin qarşısında ən vacib şərtlərdən biri kimi rus dilini bilmək tələbi qoyulur və rus dilini bilməyənlərin böyük əksəriyyəti işə qəbul olunmur. Gənclər arasında bununla bağlı çox ciddi problem var.
Hesab edirəm ki, dövlətin atributu olan dövlət dili məsələsinə Milli Məclisdə yenidən baxılmalı, bununla bağlı qərar verilməlidir. Dövlət məmurları Azərbaycan dilinin dövlət dili kimi statusunun özünə qaytarılmasında xüsusi mövqe sərgiləməli və Azərbaycan dilində danışmaq bir şərt olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. İqbal müəllim, bu məsələ ilə bağlı mən Sizin dediklərinizlə tam razı deyiləm. Bax elə Milli Məclisi götürək. Milli Məclisdə anketlər var. Qalxın baxın. Bütün anketlər Azərbaycan dilindədir. Orada yalnız bir qrafada soruşulur ki, hansı başqa dilləri bilirsən. Mən adlarını de-məyəcəyəm. Misal gətirmək istəyirəm. Bizim Milli Məclisin özündə heç çoxları rus dilində səlis danışa bilmir, yalnız ingilis dilində danışırlar. Siz kuluarlarda nə görürsünüz, mən bilmirəm. Mən inanmıram ki, hansısa bir nazirlikdə əmr və ya sərəncam rus dilində verilsin. Buyursun Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bütün deputatlarımızı yaz sessiyasının başlaması münasi-bətilə təbrik edir, onlara uğurlar arzulayıram. Hesab edirəm ki, bu sessiyada da xalqımız və dövlətimiz üçün vacib olan qanunlar qəbul olunacaqdır.
Həmkarım Zahid Orucun qaldırdığı məsələlərdən sonra mən digər bir məsələyə toxunmaq istəyirəm. Bu gün Azər-baycanın iqtisadi, siyasi uğurları, Azərbaycanda olan icti-mai-siyasi sabitlik və bir çox beynəlxalq tədbirlərin, dünya və qitə miqyaslı idman yarışlarının Azərbaycanda keçiril-məsi, görünür, bir sıra dövlətləri və təşkilatları narahat edir.
Bilirsiniz ki, son günlər internet saytlarında bəzi təşkilat-lar  Azərbaycanın hüquq mühafizə orqanlarına qarşı terror aktları həyata keçirəcəkləri və ya dövlət idarələrinə qarşı hansısa addımlar atacaqları barədə bəyanatlar verirlər. Hə-min təşkilatların arxasında duran dövlətlər, qurumlar bəlli-dir. Onlar bu təhdidlərdən siyasi təzyiq vasitəsi kimi istifadə edərək Azərbaycana qarşı tələblər, şərtlər irəli sürməyə hazırlaşırlar. Lakin onlar bilməlidirlər ki, Azərbaycanda bu ictimai-siyasi sabitliyi təmin edən ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Azərbaycanın güclü hüquq mühafizə sistemi var və Azərbaycan xalqı ilə dövləti, Prezidenti bir yerdədir. Hər hansı bir təhdid Azərbaycanı öz maraqlarından geri çəkilməyə məcbur edə bilməz. Biz bunun dəfələrlə şahidi olmuşuq və bundan sonra da olacağıq.
Burada bir neçə məsələ qaldırıldı. Bu gün görürsünüz ki, Bakı şəhərində köşklərin yenilənməsi, daha geniş şəbəkəni əhatə etməsi prosesi gedir. Köşklər götürülmür, yeniləri ilə əvəz olunur. Ona görə mən burada bir problem görmürəm.
Kimin qəzeti satılmırsa, bunun səbəbini yazılarının məz-mununda, mahiyyətində axtarsın, köşkdə axtarmasın. Əgər o qəzetdə insanlar üçün maraqlı nəsə olsa,  harada olur-olsun onu tapıb alacaqlar. Mənim yadıma gəlir, hələ 1990-cı ildə “Azərbaycan” qəzeti çıxanda adamlar köşklərdə növbəyə durur, onu alıb oxuyur, digərlərinə verirdilər. Əgər qəzet öz effektini, əhəmiyyətini itirirsə, bunun səbəbi başqalarında axtarılmamalıdır. Qəzeti daha keyfiyyətli, daha  oxunaqlı çıxarmaq tələb olunur. Təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Hörmətli Sədr, hörmətli həmkarlar! Hamınızı xoş gördük. Mən həmişə müşahidə edirəm, cari məsələlərdə çox əhəmiyyətli, çox səmərəli təkliflər olur. Düşünürəm, çox yaxşı olar ki, bizim bu təkliflərin hamısı ümumiləşdirilsin və müvafiq strukturlara göndərilsin. Onsuz da plenar sessiyalar çox olmur, ayda bir neçə dəfə olur. Məncə, bu təklifləri ümumiləşdirib müəyyən nazirliklərə, uyğun təşkilatlara göndərməklə həm o təkliflərin səmərəliliyini artırmaq, həm həyata keçirilməsini təmin eləmək, həm də qanunverici orqanla icra orqanı arasında yaxşı müştərək iş qurmaq mümkündür. Axı deputatlar həm də   cəmiyyətlə yuxarı orqanlar arasında çox ciddi körpülərdən biridir. Mən ona görə bu təkliflərin havadan asılı olmaması üçün bu təklifi irəli sürürəm.
Yeri gəlmişkən, indi bizim hörmətli həmkarlar Azərbay-can vətəndaşlarının Suriyada gedən vətəndaş müharibəsinə cəlb olunmasının qarşısının alınması  ilə bağlı təkliflərlə çı-xış elədilər. Mən hesab edirəm ki, bunun qarşısının alınması üçün profilaktik işlər görmək lazımdır. Məsələn, orta məktəblərin yuxarı siniflərində, ali məktəblərdə dinlə bağlı təlimlər keçirilməli, bütün dinlər haqqında məlumat verilməli, təriqətlərin mahiyyətinə aydınlıq gətirilməlidir ki, insanlar seçim qarşısında hansı təriqətin arxasınca getdiklərini bilsinlər. Televiziyalarımızın əhəmiyyətsiz verilişlər vermək əvəzinə bu istiqamətdə müəyyən təbliğat işləri aparması mühümdür. 
Mən hesab edirəm ki, insanlarımızın xarici ölkələrdə hərbi münaqişələrə, müharibələrə cəlb olunması cəmiyyəti-miz üçün hər halda itkidir. Biz bu itkilərə yol verməmək üçün onları cəzalandırmaq haqqında düşünməkdənsə bu yoldan döndərmək haqqında düşünməliyik.
İşğal olunmuş torpaqlarımızın azad edilməsi üçün dövlə-timizin əlindən gələni elədiyini mən bilirəm. Amma müharibə şəraitində olduğumuzu nəzərə alaraq düşünürəm ki, orta məktəblərdə hərbi dərslərin keçirilməsi ilə bağlı  vəsaitlərin və bəzi orta məktəblərdə, ümumiyyətlə, hərbi dərslərin keçirilməsi üçün xüsusi kabinetlərin çatışmaması yolverilməz nöqsanlardır. Bu istiqamətdə də müəyyən tədbirlərin görülməsinə çox ehtiyac vardır.
Mən çıxışımın sonunda yenə əvvələ qayıdıb təkrar edirəm ki, burada səslənən təkliflərin, sadəcə, təklif olaraq bu salonda qalmaması üçün qruplaşdırılıb müvafiq orqanlara göndərilməsi, həyata keçirilməsi mümkün olanların həmin təşkilatlar tərəfindən həyata keçirilib bura məlumat verilməsi, həyata keçirilməsi mümkün olmayanlar haqqında da yazılı məlumat verilməsi çox mühüm olar və səmərəliliyi artırar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fərəc müəllim, burada verilən təklif  ayrılıqda bir deputatın təklifidir, Milli Məcli-sin təklifi deyil. Bu təklif Milli Məclis tərəfindən qəbul oluna da bilər, qəbul olunmaya da bilər. Birincisi, Milli Məclisdə jurnalistlər əyləşiblər və burada səslənən hər bir fikir onlar tərəfindən ictimaiyyətə çatdırılır. Milli Məclisin iclasları translyasiya edilir və bu məsələlərdən onsuz da hamı xəbərdar olur. Ancaq burada verilən hər hansı bir təklifi Milli Məclisin adından harasa göndərmək doğru deyil. Çünki ola bilər, məsələn, Sizin verdiyiniz təklifi mən bəyənməyim, mənim verdiyim təklifi Siz bəyənməyəsiniz. Bu, Milli Məclisin adından necə gedə bilər? Stenoqram var, əgər lazım olarsa, qaldırıb baxmaq olar. Amma təklifləri qruplaşdırıb Milli Məclisin adından harasa göndərmək bizim nizamnaməyə də uyğun deyil. Deputat öz adından istədiyi yerə təklif  göndərə bilər. Amma burada səslənən təkliflərin qruplaşdırılıb Milli Məclisin adından harasa göndərilməsi düzgün deyil. Bu da mənim fikrimdir. Elmira Axundova.
E.Axundova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Sizləri səmimi qəlbdən salamlayır, yeni ildə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir, 2014-cü ilin hər biriniz üçün düşərli il olmasını arzu edirəm.
Çox təəssüflər olsun ki, yenicə başlayan ilin əvvəlində kütləvi informasiya vasitələrindən aldığım  bir xəbər məni kədərləndirdi. Belə ki, 10–15 gün bundan əvvəl Heydər Əliyev prospektində aparılan söküntü işləri nəticəsində iki gənc dağıntılar altında qalaraq faciəvi şəkildə dünyadan köçdü.
Xatırlatmaq istərdim ki, şəxsən mən öz çıxışlarımda dəfələrlə tikinti, təmir və söküntü işləri aparılarkən həm təhlükəsizlik qaydalarına əməl olunmasının, həm də qoruyucu örtüklərdən istifadə edilməsinin zəruriliyinə diqqət çəkmişəm. Tikintidə bədbəxt hadisələrin çoxu belə obyektlərdə təhlükəsizlik qaydalarının pozulmasına görə baş verir və bu hadisələr təkcə işçilərə deyil, həm də ətraf mühitə, ətrafda yaşayan insanlara zərər yetirir.
Bağışlanmaz hal odur ki, bizim təkliflərimizə icra struk-turları çox vaxt etinasız yanaşırlar. Qeyd etdiyim bədbəxt hadisəyə gəlincə vurğulamaq istərdim ki, Heydər Əliyev prospekti kimi əhali və maşınların sıx olduğu bir yerdə sökülən binanın üzərində hökmən qalın qoruyucu örtük olmalıydı. Bu halda insan tələfatı olmazdı. Çox istərdim ki, bu məsələ ciddi şəkildə araşdırılsın və tikinti ilə məşğul olan şirkət rəhbərləri üçün ibrət olsun. Buna oxşar hadisə Bakının digər küçələrində də hər an təkrarlana bilər. Çünki tikinti-təmir işlərinin aparıldığı digər binalarda da bu cür qoruyucu örtüklərdən istifadə olunmur. Səkidə isə binaya bitişik maşınlar saxlanılır və insanlar gəzişirlər.
Görünür, həm tikinti şirkətlərinin rəhbərləri, həm də bu işə nəzarət etməli olan orqanlar bu aktual məsələyə hələ də barmaqarası yanaşır və bu sahədə qayda-qanun yaratmağa tələsmirlər. Bakıda tikinti-quruculuq işlərinin hələ uzun müddət davam edəcəyini, gələcəkdə daha geniş vüsət ala-cağını nəzərə alaraq, hesab edirəm ki, təhlükəsizlik məsələ-lərinə ciddi riayət olunmalı və bu sahədə nəhayət ki, dönüş yaradılmalıdır.
Cənab Sədr, bunun üçün Sizdən və deputat həmkarlarım-dan xahiş edirəm ki, bu sahəyə nəzarət etməli olan orqan və  vəzifəli şəxslərin məsuliyyətinin artırılmasını nəzərdə tutan sərt sanksiyaları ehtiva edən əlavə və dəyişikliklər qanunvericiliyə təklif edilsin. Müvafiq icra strukturlarından isə təkidlə xahiş edərdim ki, bütün tikinti obyektlərində təhlükəsizlik qaydaları ilə bağlı vəziyyət ciddi surətdə yoxlanılsın və ilk növbədə təmir-tikinti işlərinin görüldüyü binaların üzərində qoruyucu örtüklərdən istifadə edilməsi, nəhayət ki, təmin olunsun. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Sədr, mən də yaz sessiyasının başlanması münasibətilə Sizi və bütün Milli Məclis üzvlərini, həmkarlarımı ürəkdən təbrik edir, hamıya işimizdə uğurlar arzulayıram.
Mən bir-iki çox ciddi məsələyə toxunmaq istəyirəm. Mənim  düşüncəmə görə, bunlar, doğrudan da, ciddi məsələlər-dir. Rus dili ilə bağlı artıq söhbət getdi. Azərbaycan Respublikasının Konstitusiyasına və “Təhsil haqqında” Qanuna görə Azərbaycanda təhsil dili dövlət dilidir, yəni Azərbaycan dilidir. Əgər başqa dillərdə məktəb açılırsa, o məktəblər özəl ola bilər və dövlət tərəfindən maliyyələşdirilə bilməz. Azərbaycanda rus  məktəblərində oxuyan 80 və ya 100 minə yaxın uşaq var. Bu rus məktəblərinin hamısı dövlət tərəfindən maliyyələşdirilir. Deməli, illər uzunu qanun pozulur, rus məktəbləri qanuna zidd şəkildə maliyyələşdirilir.
Mən xahiş edirəm, Hesablama Palatası və Maliyyə Nazirliyi bu işlə məşğul olsunlar, Milli Məclisə məlumat versinlər, görək Azərbaycanda xarici dildə olan bu qədər məktəb niyə dövlət büdcəsindən maliyyələşdirilir və qanun illər uzunu pozulur. Bu bir. Məsələnin ikinci tərəfi də var. 80–100 min uşaq rus dilində oxuyandan sonra öz ana dilini zəif bilə-bilə Azərbaycanda harada işləyəcək? Təbii ki, onlar işlədikləri yerlərdə 10 il təhsil aldıqları dildə danışacaqlar. Problem oradan gəlir. Ona görə qanuna əsaslanıb desən də ki, sabah o məktəbi qurtaran uşaqlar dövlət dilində danışsınlar, mümkün olmayacaq – ana dilidir, öyrəndiyi dildir. Bizim tariximizi öyrənmir, ədəbiyyatımızı zəif öyrənir və sair.
İkincisi, bilirsiniz, Azərbaycanda milli olan şeylərin qar-şısı ciddi şəkildə alınır. Məsələn, biri soyadını dəyişib, elə-yib Məmmədli, biri eləyib Həsənli, biri Hüseynli. Sabah iqtidar qəzetləri istəyir ki, buna bir az sataşsın. O saat Məmmədlini, Hüseynlini dəyişib eləyir Məmmədov, Hüseynov. Elçibəyi dəyişib eləyir Əliyev. Guya bununla bunu aşağılayır. Yaxşı, millətimizin 95 faizi “ov” soyadını daşıyır. Onda bunlar hamısı aşağılanmış səviyyədə yaşayırlar, bu nə məntiqdir? Bunu alqışlamaq əvəzinə, əksinə, hədəfə çevirirlər.
Mən çox istərdim, bizim bu tabloda adlarla soyadların yeri dəyişdirilsin. Baxın, bizim xarici pasportumuzda və dünyanın hər yerində belə yazılır – birinci ad, sonra soyad. Məsələn, birinci Zahid Oruc çıxış elədi. İndi gəl ayır, bunun adı hansıdır, soyadı hansıdır? Ona görə də xahiş edirəm, bizim pasportda necə yazılırsa, o tabloda o cür düzəldilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, Zahid Orucu misal çəkirsi-niz. Orucov idi, eləyib Oruc, qəbul olunub. Siz harada de-yirsiniz ki, aşağılayırlar? Mən öz soyadımın bu cür səslən-məsinə öyrəşmişəm, onu dəyişmirəm. Heç kim soyadını dəyişməyə məcbur edilə bilməz. Kim istəyir, gedib soyadını dəyişə bilər.
İkinci, Siz məktəblərdən danışdınız. Bilirsiniz, vaxtilə hamımız bir dövlətdə olmuşuq, SSRİ-dən çıxmışıq. Azər-baycanda ruslar da yaşayıb və orta məktəblərdə rus dili də keçilib, Azərbaycan dili də keçilib. İndiki təklifiniz  budur  ki,  rus  məktəblər özəl  olsun.  Bəlkə  o  uşaqların   özəl  məktəbdə oxumaq imkanları yoxdur? Siz təklif eləsəydiniz ki, rus sektorlarında Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin tədrisini bir qədər də gücləndirmək lazımdır, bu daha düzgün yanaşma olardı. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elə qanun yoxdur, diqqətlə oxuyun. Tahir Rzayev.
T.Rzayev.  Çox sağ olun, hörmətli Sədr. Mən də yaz ses-siyasının başlanması ilə əlaqədar deputat həmkarlarımı təb-rik edir, onlara öz işlərində uğurlar arzulayıram.
Hörmətli Sədr, mən iki məsələyə münasibətimi bildirmək istəyirəm.  15 gündür ki, bizim televiziyada, mətbuatda Ba-kının regionlarında külli miqdarda qeyri-qanuni ət satışı, at əti, eşşək əti satılması haqqında məlumatlar gedir. Bunlar göstərilir, camaat baxır. Bunların qalıqlarını, atıldıqları yer-ləri göstərirlər, amma nə bunu gətirən, nə satan, nə də  kəsən  tapılır. Camaat artıq iyrənir. İnsanlar tərəddüd içəri-sindədirlər.
Digər tərəfdən, bir kəs çıxıb başlayır istehsal olunan məmulatları tənqid eləməyə. “Halal” kolbasasını yemək olmaz, bu, cinayətdir. Bizim Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəsmisi elan edir ki, bunu yemək cinayətdir, tərkibi elədir ki, yemək olmaz. Deyirlər, dönəri yemək olmaz, yumurtanı yemək olmaz. Bilmirəm, Azərbaycanda hansı məhsullar sağlamdır və bun-ları necə yemək lazımdır.
Mən xahiş edirəm, əgər belə hallar varsa, buna məsul olan şəxslər təqsirkarları axtarıb tapsınlar və camaata elan eləsinlər. Yoxsa tapmırlarsa, belə məlumatları yaymaq, özü də rəsmilərin belə məlumatını televiziyadan milyonlarla adama vermək təxribatdır, sahibkarlara zərbədir.
Digər təklifim. Bizim ali məktəblərin ödənişli böl-mələrinə daxil olan abituriyentlər birinci ilin təhsil haqqını birdəfəyə ödəyə bilmirlər. Çünki məbləğ böyükdür. Elə universitet var, birinci ilin təhsil haqqı 2000–3000 manatdır. Yaxşı olar ki, bunu sonrakı illərdə olduğu kimi mərhələ-mərhələ ödəsinlər. Ötən il mən özüm bunun şahidi oldum ki, o pulu ödəyə bilməyən valideynlərin övladları ali məktəblərdən kənarda qaldılar.  Ona görə yaxşı olar, imkan yaradılsın ki, ali məktəbə qəbul edilən gənc yuxarı kurslarda olduğu kimi, birinci kursda oxuyacağı müddətdə üç aydan bir, altı aydan bir təhsil haqqını ödəsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli media mənsubları! Mən də bir neçə məsələyə toxunmaq istərdim. Bunlardan birincisi keçən il dekabrın 17-də qeyri-hökumət təşkilatları ilə bağlı qəbul edilmiş qanuna bəzi həmkarlarımın etirazı ilə bağlıdır. Bilirsiniz ki, bu məsələ ilə bağlı bir qrup QHT xarici ölkə sə-firliklərinə, ayrı-ayrı beynəlxalq təşkilatlara müraciət etmişdi.
Keçən həftə yanvarın 31-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hörmətli Əli müəllim Hüseynlinin, Ədliyyə Nazirliyinin  məsul əməkdaşının, ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələrinin və nəhayət, narazı QHT-lərin təmsilçilərinin iştirakı ilə bir görüş keçirildi. Bu görüşdə biz bu qanuna edilmiş əlavə və dəyişiklikləri çox geniş şəkildə müzakirə etdik. Hesab edirəm ki, tərəflər bu görüşdən razı qaldılar və bir növ bizim dialoqumuz baş tutdu. Nəticədə belə qərara gəlindi ki, İctimai Şuranın nəzdində bir komissiya – Hüquq və monitorinq komissiyası yaradılsın və bu komissiya qanunun praktiki icrası ilə bağlı ortaya çıxa biləcək mümkün problemlərin operativ həlli ilə bağlı məsələləri həll etsin. 
Hesab edirəm ki, bu çox mühüm  bir məsələdir. Bu bir də onu göstərdi ki, Azərbaycan dövləti və ictimaiyyəti istənilən məsələ ilə bağlı bir araya gəlib sivil qaydada dialoq təşkil edə və onları narahat edən məsələləri həll edə bilər. Ona görə də fürsətdən istifadə edib mən beynəlxalq təşkilatlara, xüsusən Avropa Parlamentinə müraciət edib bildirmək istəyirəm ki, artıq bu məsələ ilə bağlı hər hansı bir müdaxiləyə ehtiyac yoxdur. Bu cür məsələlər daxildə öz həllini tapa bilər. Qeyri-hökumət təşkilatları və dövlət qurumları bununla bağlı əhəmiyyətli bir format əldə ediblər.
İkinci məsələ cənab Prezidentin keçən ay yanvarın 16-da “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqi barədə imzaladığı fərmanla bağlıdır. Hesab edirəm ki, bu, çox mühüm bir sənəddir.
Bu sənədin əsas özəlliyi ondan ibarətdir ki, cənab Prezi-dent qanunun tətbiqi ilə bağlı yarana biləcək hər hansı bir problemi operativ həll etmək üçün inzibati məsuliyyətlə bağlı yeni bir qanun layihəsinin hazırlanmasını Nazirlər Kabinetinə tapşırır. Fərmanda bütün qanunların və Prezident aktlarının bu qanuna uyğunlaşdırılması ilə bağlı xüsusi tapşırıq var. Cənab Prezident bununla bağlı xüsusi bir müddəa müəyyənləşdirib ki, icra hakimiyyəti orqanlarının nəzdində yaranacaq ictimai şuraların fəaliyyəti tam şəkildə şəffaf və aşkar olsun. Mən fürsətdən istifadə edib belə bir fərmana görə cənab Prezidentə təşəkkür etmək istəyirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azay müəllim, mən belə ba-şa düşdüm ki, QHT-lərlə əlaqədar sizin araşdırmalarda bey-nəlxalq təşkilatlar da iştirak edirdilər, məsələlərin 90 faizi öz həllini tapdı, aydınlaşdırıldı, qalan 10 faizin üzərində iş-ləmək lazımdır ki, Azərbaycana qarşı təhdidlər tamamilə götürülsün. Buyurun, Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun, hörmətli Oqtay müəllim. Hör-mətli millət vəkilləri! Mən də qarşıdan gələn yaz sessiyası münasibətilə hamınızı təbrik edir, işinizdə uğurlar arzu edirəm.
Qeyd etmək istəyirəm ki, keçirilən 44-cü Davos forumu bir çox cəhətdən həm qlobal, həm də regional müstəvidə, eyni zamanda Azərbaycanın maraqları baxımından ciddi müzakirələr və qərarlarla tarixə düşdü. Cənab İlham Əliye-vin forumda İsrail, İran, İsveçrə Konfederasiyasi, Niderland, Fransa və digər ölkələrin rəhbərləri ilə görüşlər keçirməsi Azərbaycanın geosiyasi çəkisindən xəbər verir. Təkzibedilməzdir ki, bu gün Cənubi Qafqazda söz sahibi olan Azərbaycan geosiyasi və təhlükəsizlik məsələlərində öndə durur, regional məsələlər birinci Azərbaycanla müzakirə edilir, Bakının rəyi nəzərə alınır. Bu da onu göstərir ki, Azərbaycan artıq iqtisadi və siyasi baxımdan dünyada öz yerini və çəkisini müəyyənləşdirməyi bacarıb.
İkinci məsələ, Suriyada azərbaycanlıların vuruşması ilə əlaqədar. Heç cür başa düşə bilmirəm ki, Suriyada kiməsə qarşı vuruşmaq və ya eyni dinin daşıyıcılarının bir-birini məhv etməsi nə vaxtdan şəhidlik olub? Məgər Qurani-Kərimdə yazılıb ki, Bəşər Əsədə və onun ordusuna qarşı vuruşan şəhid olacaq? Təbii ki, yox. Əgər vətən naminə düşmənlə vuruşmaq lazımdırsa, bizim Dağlıq Qarabağ kimi problemimiz var. Ona görə də gedib Suriyada müəyyən pul müqabilində vuruşmaq nə din, nə də azərbaycançılıq kontekstinə sığır.
Dövlətin əlaqədar qurumları bu problemlə bağlı aparılan işləri daha da genişləndirməlidir. Mətbuat isə hər zaman olduğu kimi bu məsələdə diqqətli olmalı, problemə qarşı mübarizə aparan din və dövlət nümayəndələrinin ləkələn-məsinə yol verməməlidir.
Qeyd etmək istəyirəm ki, gənclərin asudə vaxtının təşkili məsələsi də burada çox mühüm rol oynayır. Bizim gənclərin beyni harada yuyulur, hansı yerlərdə onlar doğru yoldan sapdırılır? Bu haqda biz ciddi fikirləşməli və bu məsələ üzərində işləməliyik. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Çox sağ olun, Oqtay müəllim. Dünən Azərbaycanda Gənclər günü qeyd olunub. 2 fevral Gənclər günüdür. Bu bayram ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edib. Azərbaycan əhalisinin 65 faizə qədəri gənclərdir. Elə indi müzakirə etdiyimiz məsələlər də məhz gənclərlə bağlıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Bizim dövlət gənclər proqramımız var və həmin proqramda gənclərin asudə vaxtının səmərəli təşkili öz əksini tapıb.
Mən bir neçə məqama xüsusi diqqət yönəltmək istəyirəm. Təəssüf olsun ki, il başlayandan ermənilərin təxribatları nəticəsində bizim bir neçə zabitimiz həlak olmuşdur. Allah onlara rəhmət eləsin. Əsl şəhid məhz onlardır. Onlar Vətən uğrunda həyatlarını qurban veriblər. Biz belə gəncləri önə çəkməli, belə gənclərlə fəxr etməli, bu yöndə təbliğatımızı gücləndirməliyik.
İndi internetdə bəzi saytlar xarici ölkədə vuruşan, Azərbaycanla heç bir bağlılığı olmayan müharibədə həlak olan gənclərimizi şəhid adlandıraraq buna xüsusi məqama yetmək kimi qiymət verirlər. Bu təbliğat, təbii ki, ziyanlıdır. Ona görə mən təklif edirəm, bu təbliğatın qarşısı alınsın. Yadınızdadırsa, bizim kibercinayətkarlıqla bağlı  qanunvericiliyimiz də var. Bunun  üçün xüsusi idarə yaranmasını mən təklif edirəm. Bu gün biz araşdırdıq, “Facebook”da yaranan bir sayt  açıqdan-açığa Suriyada bu terrorizmi təbliğ edir, terrora açıq çağırışlar edir. Bizim gənclər də o sayt vasitəsilə əlaqəyə girir və hansısa bir yolla gedib ora düşürlər. Ona görə bizdə bu saytlar qapanmalıdır.
Çox güman, sabah yenə beynəlxalq təşkilatlar bizə deyəcək ki, Azərbaycanda internetlə bağlı problemlər var və sair. Nə problemlər var? Azərbaycanda 76 faiz internet istifadəçisi var. Eyni zamanda, bax belə saytlar açıq təbliğat aparır. Bu, artıq terrora çağırışdır. Bu, Azərbaycanın təhlükəsizliyi ilə bağlı olan məsələdir. Burada mən həmkarlarımla razıyam, ciddi addımlar atılmalıdır. Bu adamların əməlində cinayət tərkibi olduğuna görə onlar barəsində cinayət işi açılmalı, bu saytlar isə dərhal qapanmalıdır. Yəni burada heç bir müzakirəyə də ehtiyac yoxdur, bu saytlar terrora çağırış edir.
İkinci bir məsələ. Xüsusi vurğulamaq istəyirəm ki, bizim həyata keçirdiyimiz dövlət gənclər siyasəti böyüməkdə olan nəslin hərtərəfli inkişafı, bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün onlara hər cür şərait və təminatlar yaratmaq məqsədi güdür. Bu gün gənclərin firavan yaşaması üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Biz çalışmalıyıq və çalışırıq ki, gənc öz fikrini sərbəst ifadə etsin, özünün yaxşı həyatını təbliğ etsin. Mən  düşünürəm ki, bizim kütləvi informasiya vasitələri buna ciddi diqqət ayırmalı, yaxşı nümunələrə daha çox yer verməlidir. Çünki yaxşı nümunələr – gözəl gənclərimiz, bilikli gənclərimiz çoxdur. Burada təbii ki...
Sədrlik edən. Çox sağ olun.  Bu məsələyə artıq ikinci millət vəkilidir ki, qayıdır. Mən başa düşmürəm, insanların Suriyadakı döyüşlərə pul müqabilində cəlb edilməsinə necə dini don geyindirmək olar. Bu mümkün deyil. İslam dini çox mütərəqqi bir dindir. İslamda nəinki muzdla vuruşan əsgərə pul vermək, sələmə faizlə pul vermək də haram sayılır. Yən   bunun əksini düşünmək doğru olmaz. Amma mən Fuad müəllimlə razıyam. O internet məsələsinə baxmaq lazımdır. Açıq terrorizmə çağırışlara etinasız yanaşmaq olmaz.
Cari məsələlərin müzakirəsi artıq 42 dəqiqədir davam edir. Bir nəfər də çıxış etsin. 45 dəqiqə, mən hesab edirəm, bəs olacaq. Ceyhun Osmanlı.
C.Osmanlı. Çox sağ olun, Oqtay müəllim, söz verdiyi-nizə görə minnətdaram. Mən də Fuad Muradova qoşularaq Gənclər günü münasibətilə gənclərimizi təbrik edirəm.
Oqtay müəllim, icazənizlə bir məsələyə diqqəti cəlb etmək istəyirəm. Bu məsələ indi sosial şəbəkələrdə də çox geniş müzakirə mövzusudur. Bilirik ki, Azərbaycan Res-publikası Prezidentinin siyasəti hər bir Azərbaycan vətən-daşının rifahı ilə bağlıdır. Bu gün Azərbaycanda infrastruk-tur elə inkişaf edir ki, hətta Sovet dövründə qazı, elektriki olmayan kəndlər qazlaşdırılır, elektrikləşdirilir, yollar çəkilir. Amma qeyd edim ki, bu gün ən ucqar dağ kəndlərinə qazın çəkilməyi problem olmasa da, paytaxtda bəzi binaların, hətta bizim hər gün yanından keçdiyimiz mərkəzi binaların qazlaşdırılması bir problemə çevrilib.
Bu günlərdə sosial şəbəkələrdə bu məsələ ilə bağlı yerləşdirilmiş fotolar spekulyasiya mövzusuna çevrildi. Belə ki, bəzi mərkəzi binaların sakinləri balkonlarından böyük plakatlar asmışdılar ki, kömək edin, donuruq. Araşdırmalar nəticəsində məlum olur ki, Bakıda elə  binalar  var, artıq 10 ildən artıqdır, istismar olunur və 100 faiz məskunlaşdırılıb. Amma sırf istismar aktı olmadığına görə “Azəriqaz” onlara qaz çəkə bilmir. Səbəb heç də qazın yoxluğunda və yaxud “Azəriqaz”ın bu binalara qaz çəkmək istəyinin olmamasında deyil, hansısa bürokratik problemlərdədir. Yəni bu problemlərin bəzilərində sahibkar günahkardır, bəzilərində, bilmirəm, kim günahkardır. Fakt odur ki, nəticədə insanlar əziyyət çəkirlər. 
İndi bizdə 14 dərəcə şaxta proqnozlaşdırılır. Amma pay-taxtda bəzi vətəndaşlarımız bu problemi yaşamaqdadır. Bəlkə bu binalarla bağlı hansısa bir xüsusi qərarın qəbul olunması yaranmış vəziyyətdən çıxış yolu ola bilər.  Bilir-siniz ki, bu yaxınlarda müəyyən fərdi evlərin qeydiyyatının asanlaşdırılması ilə bağlı cənab Prezidentin tapşırıqları var idi. Yəni bu problem həll olunmalıdır. Paytaxtda bu prob-lemlərin hələ də aktual olması, sadəcə, absurddur. Diqqəti-nizə görə minnətdaram.
Sədrlik edən. Bu məsələləri biz bir neçə dəfə müzakirə etmişik. Həqiqətən, Bakıda belə evlərin sayı çoxdur. Ancaq bunda “Azəriqaz”ın  heç bir günahı yoxdur. Ev təhvil veril-məli, istismara qəbul edilməlidir. İnsanlar hazır olmayan evlərə köçməli deyillər. Bu evlərin hamısı kooperativ evlərdir. Razısınız mənimlə? Bu kooperativlərin sədrləri var, bunu tikənlər var. Yəni bu məsələ onların əli ilə həll olunmalıdır. Ev təhvil verilmədən qazı birləşdirsələr, bu binada bir bədbəxt hadisə baş verərsə, buna kim cavab verəcək? Yəni o binaların sakinləri öz kooperativlərinin sədrlərini, sahibkarlarını məcbur etməlidirlər ki, tikdikləri binanı təhvil versin. Onlar bunu pulla tikiblər.
Bir nəfər qalıb. Birinci gün heç kimin xətrinə dəyməyək. Adil Əliyev.
A.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də sizin hamınızı yeni sessiyanın başlanması münasibətilə təbrik edirəm.
Mən burada toxunulan iki məsələ ilə bağlı fikrimi qısaca olaraq söyləmək istəyirəm. İlk növbədə Heydər Əliyev prospektindəki hadisə ilə bağlı  demək istəyirəm ki,  orada təhlükəsizlik normaları tam qaydasında olmuşdur. Bilirsiniz, hər bir insanın qəlbinə girib  demək olmaz ki, qardaş,  qanunları pozmayın, bu yoldan keçməyin. Orada hətta polis işçiləri durmuşdular ki, heç kim o yoldan keçməsin. Amma insanlar hərdən deyirlər ki, yol açıqdır, niyə keçməyək? Bəzi hallarda dava salırlar. Mən hesab edirəm ki, Bakı şəhərində tikinti normativ aktlarının hamısı  vaxtlı-vaxtında və lazımınca yerinə yetirilir.
İkinci məsələ ilə bağlı. Mən istərdim ki, hüquq mühafizə və məhkəmə orqanları vətəndaşların öz hüquqları ilə bağlı müraciətlərinə bir qədər də artıq diqqətlə yanaşsınlar. Əgər bina tikilib təhvil verilməyibsə, istismara qəbul olunma-yıbsa, insanların ora köçürülməsinin qarşısı alınsın. İnsanlar ora köçürülürlər, sonra da başlayırlar ki, qazımız yoxdur, suyumuz yoxdur, dərhal həmin tikinti şirkətlərinin sahiblərinə qarşı cinayət işi açılsın və onlar məsuliyyətə cəlb olunsunlar.
Daha bir məsələyə toxunmaq istərdim. Həqiqətən, bu gün bəz Azərbaycan vətəndaşları torpaqlarımızın 20 faizi işğal altında ola-ola Suriyaya vuruşmağa gedirlər. Mən hesab edirəm, o insanların Azərbaycana dönüşünün qarşısını almaq və onları hətta vətəndaşlıqdan çıxarmaq lazımdır. Çünki sabah o insanlar Azərbaycanda təhlükəyə çevriləcək,  kiminsə diqtəsi ilə Azərbaycanda müəyyən təxribat hadisələrinin iştirakçıları olacaqlar. Çox təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Müzakirələri bitirdik. İndi keçirik gündəliyə. Gündəliyin birinci məsələsi – Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında. Bildiyiniz kimi, Daxili Nizamnamənin 40-cı və 41-ci maddələrinə uyğun olaraq hər il biz  iki komissiyanın – İntizam və Hesablayıcı komissiyaların yenidən təşkil olunmasına baxırıq. Komitə sədrləri ilə bir yerdə komitələrdə biz bu məsələlər üzərində işlədik. Təkliflərimiz, yəni hər iki komissiyanın üzvlüyünə təklif olunan namizədlərin siyahıları  hamınızda var. Buna baxmayaraq, mən siyahıları oxumalıyam. İntizam komissiyasının aşağıdakı tərkibdə yaradılması təklif olunur:  Heydərov Fəttah, İbrahimqızı Məlahət, Kazımov Mirkazım, Möhbalıyev Səttar, Mustafa Fazil, Novruzov Siyavuş, Vəliyeva Sədaqət. Etiraz yoxdur? Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.54 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İkinci məsələ – Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haq-qında. Bu komissiyanın üzvlüyünə namizədlərin siyahısını oxuyuram: Həbibbəyli İsa, Həsənquliyev Qüdrət, Hüseynov Rafael, Kazımlı Xanhüseyn, Qurbanlı Mübariz, Zahid Oruc və Zabelin Mixail. Etiraz yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.55 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Üçüncü məsələ – Azərbaycan Respublikası Milli Məc-lisinin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında. Qanunvericilik işləri planı sizə paylanıb. Xahiş edirəm, müzakirə edək. Buyursun Elmira Axundova.
E.Axundova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! 20 illik müstəqillik dövrü ərzində qanunvericilik bazamız kifayət qədər zənginləşib. Əksər sahələr üzrə qanunlar qəbul edilib. Ona görə də Milli Məclisin sessiyalarında müzakirə olunası qanunların çərçivəsi həddindən geniş ola bilməz.
Bununla belə, mən vurğulamaq istərdim ki, bizim ko-mitələrimizdə qanunvericilik baxımından hələ potensial var. İşlənilməmiş, amma cəmiyyətdə maraq doğuran, icti-maiyyət tərəfindən gözlənilən sosial sifarişli qanunlar da az deyil. Mənə elə gəlir ki, bir sıra obyektiv və subyektiv sə-bəblərə görə ciddi əsas olmadan onların qəbulu gecikir. Bu da cəmiyyətin müəyyən təbəqələrinin narazılığına səbəb olur.
Məsələn, 19 iyun 2009-cu ildə “Təhsil haqqında” Qanunu qəbul etmişik. Bizə bildirilmişdi ki, bu qanunun qəbulundan sonra təhsilin müxtəlif sahələrinə həsr olunan, həmin sahələrdəki problemlərin həllinə, islahatların aparılmasına təkan verəcək çərçivə qanunlar qəbul olunacaq. Misal üçün, uşaq bağçaları, orta təhsil haqqında, ali təhsil haqqında, texniki-peşə təhsili haqqında və sair qanunlar. Lakin 5 il keçməsinə baxmayaraq, hələ də bu istiqamətdə heç bir iş görülməyib. Mən hər zaman soruşuram, yenə də soruşmaq istəyirəm. Bu çərçivə qanunlar hansı səbəbə görə gecikir?
Sosial siyasət komitəmizdə hazırlanan və ictimaiyyətin marağına səbəb olan, ehtiyac duyulan qanunlar sırasında Reproduktiv sağlamlıq haqqında, İctimai yerlərdə tütün məmulatlarından istifadə etmək qaydaları haqqında, Məra-simlər haqqında qanunlar hazırdır. Amma biz onları Milli Məclisin müzakirəsinə çıxara bilmirik. Mədəniyyət sahə-sində bütün problemlər həll olunubmu? Bu sahədə qanun-vericilik baxımından, təkrar edirəm, potensial var. Sadaladığım bu və ya digər qanunların plenar iclasların müzakirəsinə çıxarılmasına ehtiyac duyulur.
Hörmətli Sədr, əlbəttə, biz yalnız qanunvericilik sahəsi ilə məşğul deyilik. Deputatlarımız həm elmi, həm ictimai, həm beynəlxalq sahələrdə, həm də öz peşələri üzrə fəaliyyət göstərirlər. Mən deputat həmkarlarımı müdafiə etmək üçün demirəm, buna ehtiyac da yoxdur. Amma həqiqi mənada bilirəm ki, onlar seçiciləri ilə fəal surətdə işləyir, öz rayonlarında problemlərin həllində yaxından iştirak edirlər.
Amma bizim gördüyümüz işlər haqqında cəmiyyət çox vaxt xəbərsiz olduğu üçün deputatların fəaliyyəti ilə əlaqə-dar yanlış təsəvvür yaranır. Əhali elə düşünür ki, deputatlar iki həftədə bir yığışıb qanunlar qəbul etməklə çıxıb evlərinə gedirlər. Amma bu axı belə deyil. Deputatların fəaliyyəti, gördüyü işlər kütləvi informasiya vasitələrində lazımi səviyyədə işıqlandırılmır.
Ona görə mən parlamentdə akkreditasiya olunmuş jurna-listlərə tövsiyə edərdim ki, burada olan məsələləri işıqlan-dırarkən qalmaqallı söz atışmalarına yox, bizim ciddi çıxış və təkliflərimizə fikir versinlər və məhz onları mətbuatda lazımi səviyyədə əks etdirsinlər.
Bu, məsələnin bir tərəfidir, ikinci tərəfi isə ondan ibarətdir ki, axır vaxtlar parlamentdə gündəlik işimizdə obyektiv səbəblərdən müəyyən passivlik müşahidə olunur. Halbuki Milli Məclis ictimai-siyasi məsələlərin müzakirəsi-nin mərkəzi olmalıdır.
Ona görə bizim gündəlikdə o qədər də gərgin iş qrafiki olmadığını, işimizi çox vaxt planlaşdırdığımızdan tez qur-tardığımızı nəzərə alaraq təklif edərdim ki, yaz sessiyasının gedişatında bir sıra plenar iclaslarda mühüm aktual məsələlərə həsr edilən ictimai dinləmələr keçirilsin. Məsələn, mən əvvəllər də bir neçə dəfə təklif etdiyim kimi, icra strukturları ilə birlikdə qanunların icrasının müzakirəsi, həmçinin orduda və sivil həyatda gənclərin özünə qəsd hallarının çox olması, yaxud şəhər və qəsəbələrin abadlaşdırılması zamanı ortaya çıxan çoxsaylı problemlərin,  – onlardan bəzilərini cənab Prezident bu yaxınlarda qeyd etdi, –  müzakirəsini və ictimai dinləmələrini keçirmək olardı.
Cəmiyyəti maraqlandıran digər problemlər də müzakirə predmeti ola bilər. Belə dinləmələr keçirməklə parlamentə, həqiqətən, məxsus olan siyasi və ictimai diskussiyalar mə-kanı statusunu qaytarmış olardıq. Düşünürəm ki, qeyd etdi-yim məsələlərin nəzərdən keçirilməsi və müsbət şəkildə həll olunması məqsədəuyğun olardı. Xahiş edirəm, qaldırdığım problemləri nəzərə alaraq onları yaz sessiyasının gündəliyinə daxil edəsiniz. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar! Qanunvericilik işləri planına mənim də təkliflərim var. İndi burada bu gün medianın fəaliyyətinin nə qədər önəmli olduğu söylənildi. Bu, həqiqətən də, belədir. İnformasiya vasitələri cəmiyyəti təşkil edir və bir sıra hallarda yönləndirir. Ayrı-ayrı xəbərlər, məlumatlar ictimai fikirdə oturuşur, özünə yer edir və sonrakı dövrdə müxtəlif nəticələr doğurur.
Bu üzdən medianın, xüsusilə də elektron  kütləvi infor-masiya vasitələrinin fəaliyyəti ilə bağlı bir məsələni qabart-maq  istəyirəm.  Bəlkə də keçmişdə biz bunların ağrılarını çox hiss etmirdik, amma artıq açıq-aşkar görürük ki, cadu-gərlik, ekstrasenslik, insanları real düşünmə halından çıxa-ran, normal taleyinə, gələcək planlarına, həyat quruculuğuna deyil, daha çox qeyri-iradi, qeyri-real məsələlərə kökləyən tendensiyalar kütləvi informasiya vasitələrində geniş yayılmaqdadır.
Adamlar elə düşünürlər ki, onların bəxtini, taleyini ekrandan hansısa  bir baxıcı müəyyənləşdirəcəkdir. Əgər biz ekstrasens və baxıcıların qeyri-rəsmi fəaliyyəti ilə maraqlansaq görəcəyik ki, onların qəbulları doludur. Belələri adamların cəhalət və fanatizmindən 500 il, 1000 il əvvəl necə istifadə edir, yararlanırdılarsa, bu gün də o cür hərəkət edir və bundan çoxlu miqdarda pul qazanırlar. Məsələnin bəlkə də o tərəfi dəhşətli deyil ki, kimlərsə burada böyük maliyyə götürürlər. Məsələnin başqa tərəfi Azərbaycan insanını normal elmi düşüncədən, həyati fikirlərdən uzaqlaşdırmaqdır. 
Bizim “Televiziya və radio yayımı haqqında” Qanunu-muz var. Mən o qanuna ekstrasenslik, cadugərlik, falabaxma və buna bənzər fəaliyyət növlərinin işıqlandırılmasının birmənalı şəkildə qadağan edilməsi haqqında müddəanın əlavə olunmasını təklif edirəm. Siqaret və yaxud alkoqol əleyhinə müddəaları qoymuşuq. Amma bu, ictimai mənfi yükünə görə onlardan heç də geri qalmır. Ona görə birinci bunu təklif edirəm.
İkinci təklifim sərhəd bölgələri ilə bağlıdır. Son günlər bir daha  üzə çıxdı ki, Ermənistan təmas xəttində vəziyyətin sabitləşməsində maraqlı deyildir. Ermənilərin atəşkəsi poz-masının onlarla səbəbi var. Bu həm o bölgədə əhalinin məskunluğuna, təsərrüfat həyatına zərbə vurmaq, onları oradan çıxartmaq, gəncliyi öz gələcəyinə inamsız etmək üçündür, reallığı gizlətmək üçün güc nümayişidir və sair.
Ona görə də sərhəd bölgələrimizin inkişafı ilə bağlı ayrıca bir qanunun qəbul olunmasına ciddi ehtiyac var. Burada məskunlaşma şərtləri üçün stimullaşdırıcı amillər qoyula bilər. Etiraf etmək lazımdır ki, məsələn, Füzuli bölgəsində, yaxud təmas xətti boyunca bizim işğal olunmuş digər ərazilərə yaxın yerlərdə əhalimizin yaşaması, işləməsi, çalışması başqa ərazilərimizdəkindən xeyli dərəcədə fərqli və ağırdır. Bu əhalini o yerlərə daha möhkəm bağlamaq üçün stimullaşdırıcı addımlar atmaq lazımdır.
Hörmətli Ziyafət müəllim, mənim üçüncü təklifim son günlər kütləvi informasiya vasitələrində təmas xəttindən ayrı-ayrı şəkillərin, videoroliklərin yayılması ilə bağlıdır. Biz parlamentdə, o cümlədən hökumət strukturlarında son dövrlər planşetlərin, androidlərin, yəni ağıllı telefon sis-temlərinin hamısının bir casus-kommunikasiya elementi ol-duğunu nəzərə alıb qadağa rejimləri tətbiq etdik.  Bizə bəlli oldu ki, bunlar, sadəcə, audio, videoötürücü deyillər. Ən mühüm kəşfiyyat silahına çevrilə bilirlər.
Bu məsələnin qanunvericilik əsası ilə bağlı mənim fərqli təklifim var. Yəni parlamentdə bu, Milli Məclisin Aparatı tərəfindən deyil, qanunla müəyyənləşdirilməlidir. Çünki deputat üzərinə hansısa yasaq rejimi məhz qanunla qoyulmalıdır. Təbii ki, cəbhə bölgələrində vəziyyət daha ciddidir. Ona görə media orqanı gedib orada istədiyi görüntüləri çəkə bilməz. Kimsə deyə bilər ki, bu gün peyk vasitəsilə istənilən coğrafiyanın koordinat sistemlərini bir anın içində müəyyənləşdirmək olur. Bu çox yanlışdır.  
Hərbi kəşfiyyat məlumatları xüsusi qadağa rejimində olduğu kimi, bu məsələ ilə də bağlı informasiya vasitələri üzərinə çox ciddi məhdudiyyətlər qoyulmalıdır. Mən elə hesab edirəm ki, bu halda biz düşmənin bəlli təxribatlarına düşməyəcəyik. Məsələn, guya Tovuzda Azərbaycan silahlı qüvvələri 3 kəndi boşaldıblar və sair. Bu, Qarabağ lokal hissəsindən bizi uzaqlaşdırmaq, sərhədlərə aparmaq və Rusiyanın kollektiv təhlükəsizlik müqaviləsində olan ölkələrin Azərbaycan əleyhinə Ermənistanın ərazisinə keçmisiniz deyə təxribatı üçün idi.  Bizim informasiya vasitələri o tələyə düşdü. Amma dövlət – Müdafiə Nazirliyi ağıllı olaraq, ehtiyatlı olaraq bu məsələləri təkzib etdi.
Mənim növbəti təklifim Azərbaycan müəllimi haqqında-dır. Mən dəfələrlə bu məsələni qaldırmışam. Biz Azərbaycan müəllimi haqqında ayrıca qanun qəbul etməli, müəllimin statusunu müəyyənləşdirməli, müəllimin əmək haqqını xüsusi bir kateqoriyaya, meyara bağlamalıyıq. Müəllimlərə dövlət qulluqçusu statusu verilməlidir. Mən elə hesab edirəm ki, dövlət qulluqçularını yetişdirən müəllim özü bu addan kənarda qalmamalı, onun imtiyazlarını da öz həyatında yaşamalıdır. Dövlətimizin hazırkı büdcə ehtiyatları buna şərait yaradır. Mən bunu təklif etmək istəyirəm.
Mənim daha bir təklifim var. Hörmətli Ziyafət müəllim, Siz bizim təmsil olunduğumuz komitənin rəhbərisiniz. Orada da müzakirələrdə geniş şərait yaradılmışdı, biz düşündüklərimizi söylədik. Hərbi sfera ilə bağlı yeni qanunlara ehtiyac var.  Sovet dövründən gələn, hələ də bir sıra köhnə təlimatları, əsasnamələri təkrarlayan, ayrı-ayrı qanunlarda bu elementləri hələ də saxlayan  hüquqi sənədlərimiz çoxdur.
Zakir Həsənov peşəkar bir insandır. Dövlət başçısı bu sektorda müxtəlif problemləri nəzərə alaraq çox mühüm bir addım atdı. Düşünürəm ki, silahlı qüvvələrin gələcək inkişafı, islahatlar üçün biz hərbi sahədə mühüm qanunlar qəbul etməliyik. 
Hörmətli Ziyafət müəllim, Siz qeyd etmişdiniz ki, yaxşı idarələrarası komissiya formalaşdırılıbdır, o sektorda qan-unlar monitorinq olunur, belə demək mümkündürsə, hüquqi bir təftiş aparılır. Çox gözəl, biz hamımız bunu alqışlayırıq və elə hesab edirəm ki, bu yöndə addım atılmalıdır.
Nəhayət, sonuncu təklifimi səsləndirmək istəyirəm. Azərbaycanda biz Milli Məclisi 1990-cı illərdə seçilmiş adla elə Milli Məclis olaraq da adlandırırıq. Kimsə başqa ölkələrlə paralellər aparıb, məsələn, deyə bilər ki, Fransada da milli assambleya var. O, konkret bir milləti, titullu millət anlamını ifadə etmir, bütövlükdə çoxluğu ifadə edir. Amma Azərbaycan çoxmillətli bir ölkədir. Biz Milli Bankın adını dəyişdirib Mərkəzi Bank qoyduq.
Mən elə hesab edirəm ki, Azərbaycan parlamentinin adı Millət Məclisi olmalıdır. Bu heç bir halda konkret bir milli kimliyi qabartmaq və Türkiyə Millət Məclisinin adı ilə hə-mahəng olsun deyə, sadəcə, bir  formal addım atmaq düşün-cəsindən irəli gəlmir. Elə hesab edirəm ki, Azərbaycanda bu atributlar oturuşduqca biz bu məsələnin həqiqi mahiyyətini qəbul edirik. Ona görə mən bu təklifi də səsləndirdim. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə.  Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim.  Mən də yaz sessiyasının qanunvericilik işləri planı haqqında bir neçə fikrimi bildirmək  və iş planına bir neçə məsələnin salınmasını istəyirəm.
Əvvəla, 2014-cü il ölkədə bələdiyyə seçkiləri ilidir. Mən hesab edirəm ki, yaz sessiyasında “Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişiklik edilməli və bələdiyyələrin statusu artırılmalıdır. Bələdiyyələr tam səlahiyyətli özünü-idarəetmə  qurumlarına çevrilməlidir. Bakı, Gəncə, Sumqa-yıt kimi iri şəhərlərdə və şəhər tipli bütün rayonlarda bələ-diyyə sədrləri, bələdiyyə məclisləri birbaşa xalq tərəfindən seçilməli, formalaşdırılmalıdır. Bələdiyyələrin statusu ar-tırılmasa, bu qurumun yerli özünüidarəetmə orqanı kimi heç bir əhəmiyyəti olmayacaq.
İndi faktiki olaraq bələdiyyələr çox gərəksiz, lazımsız bir struktura çevrilib, hətta yerlərdə, regionlarda seçilmiş adamlar nədən ötrü seçildiklərini, hansı işlə məşğul olacaqlarını belə bilmirlər. Çünki əslində, onların nəinki bələdiyyə büdcəsini formalaşdırmaq və  real həyata təsir göstərmək, hətta cari işləri görmək imkanları belə yoxdur.
Ona görə hesab edirəm, bu il seçki ili olduğuna görə birinci növbədə bələdiyyələrin statusu dəyişdirilməli və şəhərlərdə bələdiyyələr birbaşa seçilməlidir.  Həm siyasi institutların və bütövlükdə əhalinin buna marağı artırılmalı, həm də bunlar bir institut kimi ölkənin həyatında ciddi şəkildə iştirak etməlidirlər.
Mənzil-kommunal təsərrüfatı birliklərindən tutmuş xid-mət sahələrinin bütün sektorlarınadək hamısı bələdiyyələrə verilməlidir. Onların büdcəsinin formalaşdırılmasının yeni imkanları araşdırılaraq torpaq vergisi və digər vergilərlə yanaşı bu tipli yığımların da böyük əksəriyyəti məhz bələ-diyyə sektoruna tabe etdirilməlidir.
Bununla yanaşı, Seçki Məcəlləsində dəyişikliklər edilməli və bələdiyyə seçkilərində iştirak edən partiyalar üçün yeni kvotalar müəyyənləşdirilməlidir.
Bilirsiniz ki, indiki Seçki Məcəlləsinə görə  bələdiy-yələrin  üçdə biri qədər namizəd verənlər nəticə etibarilə efir vaxtı qazanır və seçkiqabağı təşviqatda bu imkandan istifadə edirlər. Ona görə dairə seçki komissiyaları  namizəd olmuş şəxslərin böyük əksəriyyətini qeydə almırlar ki, bu efir vaxtından istifadə edilməsin. Mən keçən bələdiyyə seçkilərini xatırlayıram. Ümid Partiyası olaraq biz 3 min 147 nəfər namizəd irəli sürmüşdük. Cəm 470 nəfərini qeydə aldılar. Milli Məclis rəhbərliyinin də o dövrdə baş verən hadisələrdən, yəqin ki, məlumatı var.
Qeydəalma məsələlərini süni şəkildə  əngəlləyən, qeydə alınmanın və namizəd verilməsinin qarşısına süni şəkildə sədd çəkən müddəalar ləğv olunmalıdır. Əgər dövlət tərə-findən qeydə alınan, dövlət tərəfindən maliyyələşdirilən siyasi partiya bələdiyyəyə, parlamentə namizəd verir və bunu öz məclisi tərəfindən təsdiq edir, rəsmi strukturlarında təsdiqləyirsə, onun verdiyi namizədlər imza toplama mərhələsindən və başqa mərhələlərdən azad olunmalıdırlar. Onların yenidən əlavə imza toplamasına heç bir ehtiyac yoxdur. Kim müstəqil olaraq namizədliyini irəli sürür və bu prosesdə fərdi qaydada iştirak edirsə, imza toplasın, təşəbbüs qrupu yaratsın və sair. Amma siyasi partiya bu işi həyata keçirirsə, hesab edirəm, onun bu prosesdə üstünlükləri qeyd olunmalıdır.
Qeydə alınma zamanı fərdi qaydada namizədliyini irəli sürən vətəndaş ancaq gedib ərizə verməli və bələdiyyədə ən çoxu 150-yədək imza toplayıb təhvil verməlidir. Partiyanın namizədi isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş sənədlərdən tutmuş, məclislərinin qərarı, vəkalətnamələr və sair kimi notarial qaydada təsdiq olunmuş onlarla sənəd təqdim edir.
Əgər bütün bunların hamısını bir siyasi institut həyata keçirirsə, nədən siyasi institutun irəli sürdüyü namizəd həm də gedib yerdə imza toplamalıdır? Siyasi partiyanın qeydəalınma prosesinin özü onun bu seçkilərdə iştirak etməsi üçün kifayət qədər şərait yaradır. Ona görə hesab edirəm, bu cür süni əngəllər aradan qaldırılmalı və siyasi partiyaların bu proseslərdə iştirakı üçün daha optimal şərait yaradılmalıdır.
Üçüncü məsələ. Ölkədə insan haqlarının vəziyyəti ilə bağlı ciddi narahatçılıq var. Mən bir dəfə də qeyd etmişəm, ölkənin bütün regional məhkəmələrində –  istər ağır cinayətlərə dair regional məhkəmələrdə, istərsə də apellyasiya məhkəmələrində  insan haqlarının pozulması geniş hal alıb və bunların hamısında siyasi dustaq kateqori-yasına aid olan insanların məhkəməsi gedir. Bu, Azərbaycan üçün çox ciddi bir presedentdir və beynəlxalq aləm tərəfindən ciddi şəkildə dartışılır. Hesab edirəm ki, bu tendensiya 2014-cü ildə  öz varlığına son qoymalı və Avropa Şurasının üzvü olan, Avropaya inteqrasiya etmək, Avropa Birliyi ilə çoxşaxəli əlaqələr qurmaq yolunu tutmuş Azərbaycan üçün yeni bir mərhələ başlamalıdır. Bunun üçün ya Novruz bayramında, ya 28 Mayda amnistiya aktı hazırlanmalı və siyasi məhbus kateqoriyasına aid olan bütün insanların həbsdən azad olunması məhz bu amnistiya aktında öz əksini tapmalıdır.
Mən növbəti məsələ kimi Ermənistan–Azərbaycan mü-naqişəsinin bugünkü durumu, həlli perspektivləri, danışıqların hansı mərhələdə olması barədə məsələnin Milli Məclisdə qapalı şəkildə də olsa müzakirəsinin gündəliyə salınmasının tərəfdarıyam. Siz bilirsiniz ki, yaz sessiyasının  5-ci iclasından sonra mart ayında hökumət Məclis qarşısında hesabat verir. Amma təəssüflər olsun ki, Azərbaycan Milli Məclisi də, Azərbaycan hökuməti də hesabat anlayışını ortaya gətirən kim   nədənsə sosial-iqtisadi siyasətdən kənar hesabat nəzərdə tutmur.
Mən təklif edirəm, ya mart ayında hökumətin Milli Məclisə hesabatı zamanı daxili işlər, milli təhlükəsizlik, müdafiə və xarici işlər nazirlərinin də burada iştirakı təmin olunsun və millət vəkilləri onları düşündürən sualları həmin nazirliklərin rəhbərlərinə ünvanlayaraq onlardan cavablar alsınlar, ya da Ermənistan–Azərbaycan münaqişəsi əlahiddə qaydada, qapalı şəkildə müzakirə olunsun.
Azərbaycan Respublikasının Milli Məclisi bu qədər ağrılı, acılı bir problemi sonuncu dəfə 2001-ci il fevral ayının 23-24-də Milli Məclisdə müzakirə edib. Onun üstündən artıq 13 il keçib. 13 il ərzində qanunvericilik orqanı bir dəfə də olsun bu məsələyə qayıtmayıb, bir dəfə də bu məsələni müzakirə etməyib. Ya Milli Məclisin rəhbərliyi sadaladığım nazirlərin də hökumətin hesabatına gəlməsini təmin etməli, ya da Ermənistan–Azərbaycan münaqişəsi ayrıca müzakirə olunmalıdır. Mənim  Xarici İşlər Nazirliyinə, güc strukturlarına olan müraciətimin cavabını hökumətin digər strukturları verə bilmir.
Əhalinin sosial-iqtisadi vəziyyəti ilə bağlı məsələdə də, hesab edirəm, yaz sessiyasında hökumətin hesabatına qədər ya xüsusi qanun qəbul olunmalı, ya da mövcud qanuna əlavə və düzəlişlər edilməlidir. Bu, xüsusilə “Antiinhisar fəaliyyət haqqında” Qanuna aiddir. İnhisarçılıqdan  bu gün iş adamları da, digər vətəndaşlarımız da əziyyət çəkirlər. Buna, nəhayət ki, bir son verilməli, inhisarçılıqla effektiv mübarizə aparılmalıdır.
İctimai əsaslarla fəaliyyət göstərən komissiyalarda fərql fikrin nümayəndələri də təmsil olunmalıdırlar. Məsələn, Azərbaycanda Korrupsiya  və rüşvətxorluğa qarşı mübarizə komissiyasının   mövcudluğu haqqında danışılır. Amma əgər o komissiyada Milli Məclisin bitərəf və ya  hakimiyyətdə olan nümayəndələri iştirak edirlərsə, nədən müxalifətdən olan nümayəndələri və yaxud müxalifətin təqdim etdiyi nümayəndələr iştirak etməməlidirlər? Niyə həmin komissiyanın daha şəffaf, effektli və cəmiyyətə açıq olmasını təmin etmək üçün o komissiyada fərqli fikrin nümayəndələri də iştirak etməməlidirlər? Əfv komissiyası da, digər komissiyalar da onun kimi. İctimai institutların hamısında müxalifətin təmsilçiliyi həm ictimai nəzarətin artırılmasına, həm də işin effektli təşkil olunmasına səbəb ola bilər. Hesab edirəm ki, bununla da bağlı Milli Məclis...
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən də öz növbəmdə hamınızı yeni sessi-yanın başlanması münasibətilə təbrik edirəm.
Müzakirəyə təqdim olunmuş məsələlər haqqında fikirlə-rim demək istərdim. 2014-cü ilin qanunvericilik işləri planı ilə ətraflı tanış oldum.  Ziyafət müəllim, artıq neçə vaxtdır ki, Elm haqqında qanun layihəsi sessiyadan sessiyaya keçirilir. Bu qanunun qəbul olunması mənə məlum olmayan səbəblərə görə ləngidilir. Mən çox arzu edərdim ki, Elm haqqında qanun bu sessiyada, nəhayət ki, qəbul olunsun. Bunu ölkəmizin bütün elmi ictimaiyyəti səbirsizliklə gözləyir. 
2014-cü ildə türk dünyasının taleyində, tarixində müstəsna əhəmiyyəti olan Çaldıran döyüşünün 500 illiyi tamam olur. Həmin döyüş 1514-cü ildə  baş veribdir.  Mən düşünürəm, bu  bizə bir daha əsas verir ki, o hadisələrə yenidən qayıdıb onları və o hadisələrin əsas iştirakçılarının, o cümlədən Şah İsmayıl Xətainin fəaliyyətini yenidən qiymətləndirək, Azərbaycan tarixində onun oynadığı rolu bir daha nəzərdən keçirək.
Bu xüsusilə ona görə vacibdir ki, elə o dövrdən başla-yaraq Şah İsmayıl Xətainin bütün şəxsiyyəti və fəaliyyəti osmanlı tarixçiləri tərəfindən kobud surətdə təhrif olun-muşdur. Sonrakı dövrlərdə isə istər türk, istərsə də İran yazıçıları məhz onların qələmə aldıqları böhtan xarakterli yazılara əsaslanıb Şah İsmayıl haqqında onun bütün fəaliyyətin kobud surətdə təhrif edən əsərlər yazmışlar.
Bu proses günümüzə qədər gəlib çıxır. Elə bu yaxınlarda İsgəndər Pala adında türk yazıçısı yenə də həmin dövr haqqında “Şah və soltan” adında  roman yazıb. O da öz romanında Şah İsmayılı aşağılayır və Sultan Səlim Yavuzu yüksəklərə qaldırır. Digər türk yazıçısı Reha Çamuroğlunun  “İsmayıl” adlı romanı da o qəbildəndir. Bu haqda bizim həmkarımız geniş bir məqalə ilə çıxış etdi.
Mən hesab edirəm ki, biz bu məsələlərə qiymət verməli, bəlkə də qanunvericiliyə müəyyən əlavələr, dəyişikliklər etməliyik ki, Azərbaycan tarixində, Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik şəxsiyyətlərin fəaliyyəti təhrif olunmasın. Bunu biz mütləq qanuna salmalı,  Şah İsmayıldan ta Heydər Əliyevə qədər bunu mütləq tətbiq etməliyik. Mən bu haqda bir dəfə danışmışam, amma bir reaksiya olmayıb. Ona görə məcburam, ikinci dəfə danışam.
Mən demoqrafik müvazinət haqqında da danışmaq istər-dim. Bu haqda keçən sessiyada xeyli danışıldı. Yeni doğulan qızlar və oğlanlar arasında müvazinət pozulur. Selektiv abortlar nəticəsində qızların dünyaya gəlməsinin qarşısı alınır. Bilirsiniz, istər-istəməz cahilliyə dövrü yada düşür. O zaman cahil ərəb qəbilələrində yeni doğulan qız uşaqlarını torpağa basdırırdılar. Müasir dövrdə selektiv abortlar da elə o hərəkətlərin təkrarıdır. Mən hesab edirəm, bunun qarşısını biz qətiyyətlə almalıyıq. Belə hallar sivil cəmiyyətə yaraşan deyil. Qanuni əsasla bunun qarşısını çox asanlıqla almaq olar. Adi abortlar 12-ci həftəyədək, selektiv abortlar isə 12-ci həftədən 22-ci həftəyədək həyata keçirilir. Deməli, 12-ci həftədən sonra həmin o hamiləliyin qarşısının alınması tam qadağan olunmalıdır. Bu həm insanlığa uyğun olar, həm də humanizm tələblərinə, prinsiplərinə tam cavab vermiş olar.
Bir qədər öncə hörmətli həmkarım Elmira xanım Axundova kütləvi informasiya vasitələrində deputatların fəaliyyətinin işıqlandırılması haqqında danışdı. Mən onunla tam razıyam. Bilirsiniz, bəzən jurnalistlər  hansısa qalmaqallı məsələni həftələrlə çap edir, amma əsas məsələlərdən yan keçirlər. Deputatlar burada çox qiymətli fikirlər səsləndirir, rasional təkliflər irəli sürürlər. Amma bəzən o təkliflər nə qəzetlərdə, nə internet səhifələrində, nə də televiziya kanallarında işıqlandırılır.
Mən burada xüsusən televiziyanın rolundan danışmaq istərdim. Hesab edirəm ki, Milli Məclisin fəaliyyəti Azərb-aycan televiziyalarında zəif işıqlandırılır.  Azərbaycan tele-viziyasında bu fəaliyyətin həftədə bir dəfə bir saat işıqlan-dırılması çox azdır. Heç olmasa, hər bir deputatın çıxışı tam verilməlidir ki, həm bütün xalqımız, həm də o deputatın se-çiciləri bilsinlər ki, bu deputat nə iş görür, nə barədə çıxış edir.
Burada Suriya hadisələri ilə bağlı fikirlər səsləndirildi. Mən bu haqda müsahibə vermişəm. Bununla əlaqədar nəyi demək istərdim. Şəxsən mən hesab edirəm ki, din–dövlət münasibətlərində müəyyən tənzimləmə işləri aparılmalıdır. Din xadimlərinin həm mədəni səviyyəsi yüksəlməli, həm də  bilikləri, savadları təkmilləşməlidir. Praktikamda mən çox rast gəlmişəm ki, din xadimidir, amma ərəb dilini bilmir, sadəcə, ərəbcə mətnin Azərbaycan hərfləri ilə transkripsi-yasını yazır, onu səsləndirir və heç özü də başa düşmür ki, nə deyir, nə danışır. Nə islam tarixini bilir, nə hədisləri bilir, nə də sünnəni bilir. Kifayət qədər nitq mədəniyyəti də yoxdur ki, xalqa nəyi isə inandırıcı şəkildə çatdırsın.
Mən hesab edirəm, dini hazırlığı və ümumi mədəni sə-viyyəsi aşağı olan insanlar dini fəaliyyətdən uzaqlaşdırıl-malıdırlar. Biz bu sahə üçün yüksək səviyyədə xüsusi təhsil görmüş insanlar yetişdirməliyik. O insanların tədrisi ilk növbədə azərbaycançılıq prinsipləri əsasında təşkil olunmalıdır. Şəxsən mənim fikrim budur.
Bəzən görürsən, çalışırlar, hansısa iş aparsınlar, məsələn, vaxtaşırı konfranslar keçirirlər. Halbuki o konfransların ge-niş kütləyə və bu məsələlərin həllinə az təsiri olur. Bu sahədə müntəzəm, gərgin, ən yüksək səviyyədə təşkil olunmuş iş aparılmalıdır.
Burada rus məktəblərinin bağlanması haqqında fikir səs-ləndi. Mən bu fikrin əleyhinəyəm. Hesab edirəm ki, bu, zə-manəmiz üçün bir qədər mürtəce xarakterli fikirdir. Rus məktəbləri nəyə görə bizə lazımdır. Çünki Azərbaycan xalqı öz inkişafında rus dili, rus mədəniyyəti, rus ədəbiyyatı,  rus elmi vasitəsilə böyük nailiyyətlərə imza atıbdır. Ona görə biz bu prosesin qarşısını almamalıyıq.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Mən dinlə bağlı məsələyə dair fikrim bildirmək istəyirəm. İndi necə qəbul olunacaq, bil-mirəm, bəlkə də dini cəhətdən düz deməyəcəyəm.  Ancaq bizim dinimizin əsas kitabı Qurani-Kərimdir. Qurani-Kərim Azərbaycan dilinə tam dəqiqliyi ilə tərcümə olunub. Molla bunu ərəb dilində oxuyanda insanların 80 faizi onu başa düşmür. Çünki bizdə ərəb dilini bilənlər çox azdır. Bəzən ərəb dilində deyib, sonra Azərbaycan dilinə tərcümə edirlər. Amma Bakının bəzi kəndlərində Qurani-Kərimi həm də Azərbaycan dilində oxuyurlar.
Əgər bu kəlamlar lazımdırsa, qoy öz dilimizdə deyilsin və insanların hamısı başa düşsün. Yoxsa mollalar arasında attestasiya keçirilməyəcək ki. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var, dini mərkəzlər var, bu onların işidir. Amma biz istərdik, Qurani-Kərimdə yazılanlar məclislərimizdə daha çox Azərbaycan dilində deyilsin ki,  insanlar bunu başa düşsünlər. Bu istiqamətdə də fikirləşmək lazımdır. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, mən də qanunvericilik işləri planını dəstəkləyirəm və bir neçə əlavəm var. Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” Qanuna bir əlavə edilsə, daha məqsədəuyğun olar. Oqtay müəllim, bilirsiniz ki, biz siyasi partiyaların dövlət tərəfin-dən maliyyələşməsi ilə bağlı qanuna dəyişiklik etmişdik. Lakin orada boşluq var. Orada göstərilir ki, bu maliyyə və-saitinin 10 faizi 3 faiz baryeri aşmış, lakin parlamentdə yer qazanmamış partiyalar arasında bölünür. Bu gün  belə bir partiya yoxdur. İştirak eləyiblər, müəyyən qədər səs toplayıblar, lakin 3 faizli baryeri aşa bilməyiblər. Hesab edin ki, ayrılan 750 min manata qədər vəsaitin hər il 250 min manatı istifadəsiz qalacaq. Hesab edirəm ki, orada bir düzəliş etməliyik. Əgər belə partiyalar yoxdursa, bu vəsait parlamentdə təmsil olunan siyasi partiyalar arasında proporsional şəkildə bölünsün. Düşünürəm ki, həm siyasi partiyalar, həm də Milli Məclisin deputatları bundan çox razı qalarlar və bu fikri dəstəkləyərlər.
İkinci, hesab edirəm ki, bələdiyyə seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə bir əlavə etməliyik. Bələdiyyələrdə təmsil olunan üzvlərin sayı azaldılmalıdır. Əhalinin say tərkibini götürsək, dünyanın heç bir yerində bizdəki qədər bələdiyyə üzvü yoxdur. Təxminən 20 minə yaxın insan seçilir. Bu, seçki prosesini çox ağırlaşdırır. O baxımdan onların müxtəlif yerlərdə 1, 3, ən yuxarısı 5 nəfərdən ibarət olmaqla seçilməsi məqsədəuyğun olar. Hesab edirəm ki, bələdiyyə sədrləri də birbaşa vətəndaşlar tərəfindən seçilməlidirlər. Onlar bələdiyyə üzvləri tərəfindən seçiləndə sonradan onların qarşısında öhdəçilik daşıyırlar, nəinki seçicilər qarşısında. Əgər  bələdiyyə başqanları birbaşa seçicilər tərəfindən seçilərsə, onların  fəaliyyəti də, seçiciyə xidməti də daha məqsədəmüvafiq olar.
Burada bəzi həmkarlarımız bələdiyyə seçkiləri ilə bağlı qanunvericiliyi düzgün izah etmədilər. Bələdiyyələrin 30 faizində namizədi qeydiyyata alınmış siyasi partiya partiya şəklində fəaliyyət göstərə bilər. Əks halda o, fərdi qaydada fəaliyyət göstərməlidir. İstər Prezident seçkilərində, istər parlament seçkilərində, istərsə də bələdiyyə seçkilərində namizədin irəli sürülməsi və qeydiyyatının ən asan forması Azərbaycandadır. Məsələn, bir bələdiyyə üzvünə 15 imza tələb olunur ki, qeydiyyatdan keçsin. Ən yuxarısı 150 imza toplayır. Milli Məclisin deputatına 400, prezidentliyə nami-zədə 40 min imza tələb olunur. Çox asan bir üsuldur. Bu cür asan yolla da qeydiyyatdan keçmək və təbliğat-təşviqat işi aparmaq mümkündür.
Bir başqa məsələyə də toxunmaq istəyirəm. Hörmətli Elmira xanım da bayaq bu barədə danışdı. Təbii ki, Tikinti Məcəlləsi ilə bağlı müəyyən addımlar atmalıyıq. Biz bəzən bir tərəfi ittiham edirik, digər tərəfi unuduruq. Tutaq ki, işçiyə kaska, digər geyim əşyaları verir və deyir ki, bunları geyin, yuxarıda işləyəndə özünü bağla, yoxsa oradan düşüb ölə bilərsən. İşçi də buna əməl etmir, yıxılır. Biz də gedib tikinti şirkətinin yaxasından yapışırıq ki, sən niyə bunu elədin.
Nəqliyyatla əlaqədar da bunu deyə bilərik. Yolda 120 sürət qoyulur, o sürətlə də getməlisən. 120 sürətlə gedəndə biri çıxır düz yolun ortasına  və qəza törədir. Nəticədə qəzanı törədən şəxs kənarda qalır,  sürücünü məhşər ayağına çəkirlər. Orada piyadaya qadağa qoyulub ki, bu ərazidən keçmə, keçidlər var. Heydər Əliyev prospektində baş verən hadisə də bundan ibarətdir. Orada göstərici qoyulub ki, burada saxlamaq, durmaq olmaz. Polis deyir ki, bura girmək olmaz, hadisə baş verə bilər. Amma o, maşını gətirib orada saxlayıb və nəticədə belə bir hal yaranıb. Təqsiri yalnız bir tərəfdə axtarmaq düzgün deyil. Mən hesab edirəm, hər iki tərəfin məsuliyyəti o məcəllədə göstərilməlidir. Əgər kimsə təhlükəsizlik  qaydalarına əməl etmirsə, özü cavabdehlik daşımalıdır. Ümumilikdə, mən bu təkliflərlə razıyam. Sonda bir təklifim də ondan ibarətdir ki,  Oqtay müəllim, bəlkə çıxışları 5 dəqiqə edək? Yəni verilən təkliflər sırf qanunvericiliklə bağlı olsun, başqa sahələrə toxunmasın. Əgər təklifim qəbul olunarsa, çox yaxşı olar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Sən elə 5 dəqiqə çıxış elədin, maşallah. Bilirmişsən, ona görə. İndi hamı 10 dəqiqə çıxış eləyib, bunu demək istəmirəm. Xahiş edirəm, əgər mümkünsə, bu məsələnin müzakirəsini günün birinci yarısında qurtarmaq üçün 5 dəqiqə çıxış edin. Buyursun Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Mən də yaz sessiyasının qanunvericilik işləri planındakı məsələləri dəstəkləyirəm. Burada çox önəmli qanun layihələri var. Bu qanun layihələri həm bu il Azərbaycanda “sənaye ili” elan olunmasını,  həm də, ümumiyyətlə, ölkəmizin get-gedə bölgənin əsas nəqliyyat mərkəzlərinin birinə çevrilməsini nəzərə alaraq qanunvericilik bazasının təkmilləşdirilməsi və daha da genişləndirilməsi üzərində hazırlanıb. Ona görə bu, alqışlanası haldır.
Xüsusilə mən Dəniz limanları haqqında qanun layihəsini jurnalist həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm.  Adətən, cənab Prezident neft, karbohidrogen ehtiyatları bol olan ölkələrdən danışarkən bir neçə dəfə vurğulayıb ki, Azərbaycanın uğurlarının kökündə təkcə bizim yeraltı sərvətlərin zənginliyi deyil, həm də onlardan uğurlu, ağıllı istifadə məsələsi durur. Dəniz limanları haqqında qanun layihəsi bunun daha bariz nümunəsidir. Çünki Xəzəryanı dövlətlərin içərisində ilk dəfə olaraq  Azərbaycan müasir standartlara cavab verən böyük gəmiqayırma zavodunun tikintisini həyata keçirir. Bilirsiniz ki, bunun üçün dəniz limanı  köçürüldü. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin işə düşməsindən sonra biz böyük bir yükdaşıma axını ilə üz-üzə qalacağıq. Bütün  bu məsələlərin tənzimlənməsi baxımından çox önəmli layihədir.
Bundan başqa, həmkarlarım da qeyd etdilər, iş planına salınan qanunların qəbulu çoxdandır gözlənilirdi. Elm haq-qında, Hərbi qulluqçuların statusu haqqında, Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında qanun layihələri bu qəbildəndir. Burada, təbii ki, təhsillə bağlı çərçivə qanunları var, onların da bu yaz sessiyasında gündəmə gətirilməsi çox yaxşı olardı. Elmira xanım da dedi, bunlar Peşə təhsili haqqında və Ali təhsil haqqında qanunlardır. Yeri gəlmişkən,  nəzərə alaq ki, yenidən bizim magistrlər eyni problemlə üzləşəcəklər. Mənə elə gəlir ki, bu çərçivə qanununun qəbulu ilə bu məsələ də öz həllini tapardı.
Hörmətli Oqtay müəllim, mən bir məsələyə də diqqət yetirmək istəyirəm. Düzdür, bizdə “Dövlət sirrinin qorun-ması haqqında” və “Kütləvi informasiya vasitələri haqqın-da” qanunlar var və onlar dövlətin təhlükəsizliyi, infor-masiya təhlükəsizliyi ilə bağlı bəzi məsələləri tənzimləyirlər. Amma son dövrün olayları göstərir ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca bir qanunun qəbuluna böyük ehtiyac var.
Bilirsiniz, bir az öncə hörmətli Zahid Oruc bu haqda da-nışdı,  başqa həmkarlarımın da ekstremizmlə, terrorçuluqla, bizim gənclərin başqa ölkələrdə vuruşmaları ilə bağlı çıxış-ları oldu. Biz bəzən radikallığın təbliğ olunduğu müəyyən məscidlərə nəzarət edirik və dini ədəbiyyatın ölkəmizə gətirilməsinin qarşısı da alınır. Amma bütün bunlar artıq internetə keçib. Virtual camiyələr, virtual məscidlər var. Bu qruplar istər-istəməz həmin rolu oynayırlar, həmin radikallıq orada da var. Bu məsələlər diqqət tələb edir və qanunvericilik baxımından o öz həllini tapmalıdır.
Sadəcə, bir faktı istəyirəm, diqqətinizə çatdıram. Təbii ki, burada qanunvericiliklə yanaşı, peşəkarlıq məsələsi də ön planda olmalıdır. Təsəvvür edin, atəşkəsin pozulmasının kimlərin marağında olduğu,  nə məqsədlə edildiyi, kimin kimə yardım etdiyi hər kəsin gözü önündədir. Ən azı, sadəcə, əsgərlərin yox, zabitlərin bir-bir hədəfə alınaraq vurulması da ondan xəbər verir ki, kimlər kimə yardım edir və əvvəlki yardımlarını necə davam etdirir. Belə bir halda ermənilərin, tutaq ki, Gürcüstandakı savaşını Azərbaycanın Ermənistan ərazilərini artilleriya atəşinə tutması kimi verirlər. Bizim bütün sosial şəbəkələr, əksər internet saytları onu, doğrudan da, verirlər. Qanunvericiliklə bunun qarşısını almaq, təbii ki, mümkünsüzdür. Bu, peşəkarlıq məsələsidir. Çox təəssüf ki, peşəkarlıq məsələsində də axsamalar var. Yenə də deyirəm, bu sahədə boşluqlar var. İnformasiya təhlükəsizliyi haqqında qanunun qəbulu, mənə elə gəlir ki, bu boşluqların qarşısını ala bilər. Diqqətinizə görə təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Sahib müəllim, peşəkarlıq hər yerdə lazımdır. Hər yerdə peşəkarlar olsaydı, bəzi məsələ-lərə ehtiyac qalmazdı. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən yaz sessi-yasının qanunvericilik işləri planında nəzərdə tutulan mə-sələlərin hamısını dəstəkləyirəm. Çox ciddi qanun layihələri var və hesab edirəm ki, bunlar çox əhəmiyyətli nəticələr verəcək. Xüsusilə Hərbi qulluqçuların statusu ilə bağlı  qanun layihəsini qeyd etmək istəyirəm. Elə bu mövzu ilə bağlı olan bir məsələni də burada qaldırmaq istəyirəm. Azərbaycanda Qarabağ qaziləri və şəhid ailələrindən bəzən məqsədli şəkildə sui-istifadə halları olur. Bunun qarşısını almaq üçün hesab edirəm ki, ölkəmizdə mövcud olan çoxlu sayda müharibə veteranları və şəhid ailələri təşkilatlarının əsasında bir Dövlət şəhid ailələri və veteranları komitəsinin yaradılması, məncə, aktual məsələdir. Hər halda bu mənim fikrimdir. Bununla da veteranların, şəhid ailələrinin sosial məsələlərini, onların problemlərini mərkəzləşdirilmiş şəkildə həll etmək və  kənar qüvvələrin bundan sui-istifadə etməsinin qarşısını almaq mümkündür.
Mən iki il əvvəl Qarabağ dinləmələri ilə bağlı olaraq bir məsələ qaldırmışdım. Azərbaycan parlamentinin üzvləri 17-yə qədər Avropa ölkəsində Qarabağ dinləmələri keçirdilər. Amma çox təəssüf ki, Milli Məclisin özündə bu istiqamətdə dinləmələr keçirilmir. Düşünürəm ki,  bu, sadəcə olaraq, təkcə nazirlərdən hesabat almaq kimi yox, problemin koordinasiyası üçün çox vacibdir. Çünki Avropa Şurasında, başqa Avropa təsisatlarında bizim nümayəndə heyətinin üzvləri çox vaxt bədahətən, özlərinin ağlına gələn prinsiplərdən çıxış eləmək məcburiyyətində qalırlar.
Bu yaxınlarda bunun şahidi olduq. Hətta Kiyevdə sammit qabağı  bəyanatlar səsləndi və məlum oldu ki, dövlətin o məsələlərdən heç  məlumatı yoxdur. Bütün bu məsələ koordinasiya olunmalı və bir çərçivə müəyyənləşməlidir. O da burada müzakirə olunmalıdır ki, biz nə istəyirik, yanaşmamız nə olmalıdır? Həm də kütləvi informasiya vasitələrinin  Qarabağla bağlı müəyyən yazılarında, verilişlərində cəfəngiyat, absurd məsələlərə toxunulur. Bir gün ermənini göstərirlər ki, döyüldü, sabah təkzib edirlər ki, yox, döyülmədi və sair. Amma erməni saytlarına baxanda görürük ki, onlar  Ermənistan dövlətinin istəyi ilə bağlı olaraq paralel, mərkəzləşmiş şəkildə eyni addımı ata bilirlər.
Biz Azərbaycanda müxalifətdə və iqtidarda olmasından asılı olmayaraq, kimin və yaxud da hansı kütləvi informa-siya vasitəsi olursa-olsun Qarabağla bağlı vahid mövqedən çıxış etməsini təmin etmək üçün mütləq bu dinləmələr ke-çirməliyik ki, həm Xarici İşlər Nazirliyinin apardığı da-nışıqlar, həm Avropa təsisatlarında bizi təmsil eləyən millət vəkillərinin mövqeləri, həm də güc strukturlarımızın bu gün ortaya qoyduğu prioritetlər aydın olsun, məlum olsun.
Prezidentin yeni müdafiə naziri təyinatından sonra bu gün çox doğru,  ciddi addımlar atılır. Xüsusən Moskvada bizim yeni nazir Rusiyanın müdafiə nazirinə irad tutdu ki, siz erməniləri açıq-açığına dəstəkləyirsiniz və təhdid edirsiniz ki, biz ərazilərimizi azad etmək üçün hərbi yola əl atsaq, Rusiya buna biganə qalmayacaq. Onları üzr istəməyə məcbur eləmək çox mütərəqqi haldır. Amma Müdafiə Nazirliyini tək qoymaq olmaz. Cəmiyyət, bizim xarici siyasət idarələri, daxildəki partiyalar, saytlar, qəzetlər vahid mövqedən çıxış etməlidirlər. Mən ona görə hesab edirəm ki, bu dinləmələrlə bağlı narahatlığa heç bir əsas yoxdur. İstər qapalı,  istərsə də açıq şəkildə bu məsələnin müzakirəsi çox əhəmiyyətli olar.
Yaz sessiyasında müzakirə olunacaq başqa bir məsələni də mən keçən sessiyanın sonuncu iclasında qaldırmışdım. Yanacağın qiyməti qalxandan sonra hər kəs bilir ki, bazarda qiymətlər qalxıb. Mən ehtiyac meyarı və minimum əmək haqqı məsələsinə yenidən baxılmasının zəruri olduğunu düşünürəm. Hesab edirəm ki, bu məsələnin də parlamentdə müzakirə olunması və rəqəmlərin dəyişilməsinə ciddi ehtiyac vardır.
Bayaq Siyavuş bəy toxundu, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsinə yenidən baxılması vacib şərtdir. Müzakirələrin meydanlardan parlamentə daşınması,  sivil qaydada mübarizə aparılması üçün mütləq siyasi partiyalara stimul verməliyik. Bu da  dövlət tərəfindən maliyyələşməyə bağlıdır. Bununla bağlı addım atılıb, amma etiraf eləyək ki, maliyyə məsələsi çox cüzi bir məsələdir. Bu məsələnin yaz sessiyasının gündəliyinə salınmasını xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, çox qısa bir təklifim olacaq. Mən, ümumiy-yətlə, yaz sessiyasının qanunvericilik işləri planını dəstək-ləyirəm. Bildiyiniz kimi, Bakı şəhəri böyüyür, Azərbaycanın əhalisinin, demək olar ki, yarısı paytaxtda yaşayır. Bununla bağlı, təbii ki, əlavə problemlər də yaranır. Problemlərdən biri Bakının ekoloji vəziyyəti ilə bağlıdır. Bu məsələyə xüsusi yanaşma çox vacibdir. Hazırda Bakıda həyata keçirilən infrastruktur layihələri, tikintilər, böyük quruculuq işləri, təbii ki, müsbət haldır və şəhərimiz gündən-günə gözəlləşir. Əhalinin çoxalması da onunla bağlıdır ki, Bakıda yeni iş imkanları yaradılır.
Son illərdə Bakının ekoloji durumu da müəyyən qədər diqqət çəkir. Son vaxtlar müxtəlif xəstəliklərin yaranması məhz ekoloji problemlə bağlıdır. Oqtay müəllim,  ola bilsin ki, xüsusi bir qanuna ehtiyac yoxdur, amma düşünürəm ki, Bakının ekoloji durumu ilə bağlı xüsusi yanaşma olmalıdır.
Bayaq vurğuladım, əhalinin çoxu paytaxtda yaşayır. Bu gün hamımız  görürük, Bakı şəhərində məişət tullantıları ilə bağlı problemlər var. Bunun təmizlənməsi lazımdır. Elə yerlər var ki, orada yaşıllıqlar salınmalıdır. Elə yerlər də var ki, orada külək tikintiyə görə müəyyən problemlər yaradır. Eyni zamanda, maşınların sayı sürətlə artır. Bunların hamısı yeni tədbirlərin görülməsinə böyük ehtiyac yaradır. Düşünürəm ki, biz qanunvericilik baxımından bunu tənzimləyə bilərik. Hansısa istiqamətdə Bakının ekoloji problemi xüsusi yanaşma tələb edən məsələ olduğu üçün biz hökmən buna baxmalıyıq.
Digər bir məsələni, Oqtay müəllim, uzun müddətdir,  parlamentdə müzakirə edirik. Bu, gənc ailələrin sosial problemləri ilə bağlıdır. Biz müxtəlif ölkələrin təcrübəsini öyrənmişik, bununla bağlı müvafiq komitədə iş də gedir. Düzdür, ipoteka krediti həyata keçirilir və bu, vacib bir məsələdir. Azərbaycan qüdrətli dövlətdir, onun buna imkanı çatır. Amma eyni zamanda, həm də imkanlarımız çatır ki, gənc ailələrin  sosial təminatı məsələlərinə daha diqqətlə yanaşaq. Bu çox vacib məsələdir. Dövlət gənclər siyasətində də buna xüsusi yer ayrılıb. Mən istərdim, bununla bağlı xüsusi yanaşma olsun və biz qanunvericilik baxımından bu istiqamətdə də öz təkliflərimizi verək.  Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının qanunvericilik işləri planını dəstəkləməklə yanaşı, bir neçə məsələnin də burada öz əksini tapmasını xahiş edərdim. Birincisi, mən “20 yanvar” cəmiyyəti üzvlərinin müraciəti və təklifləri əsasında bu fikirləri səsləndirmək istəyirəm. Bilirəm ki, onlar bir sıra millət vəkillərinin yanında olublar və bu təklifin Milli Məclisdə qaldırılmasını, qanunvericilikdə müəyyən əlavə və dəyişikliklərin edilməsini xahiş edirlər.
Söhbət ondan gedir ki, 1994-cü ildə 20 yanvar hadisələrinə  ümummilli liderimiz Heydər Əliyev tərəfindən yüksək qiymət verildi və 20 yanvarda şəhid olan insanlarımız “20 yanvar şəhidi” fəxri adına layiq görüldülər. Cənab Prezident də bu siyasəti davam etdirdi, 2006-cı ildə  şəhid ailələrinə ayda 300 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildi. Prezidentimizin  fərman və sərəncamlarında, bütün sənədlərdə  20 yanvar hadisəsi zamanı şəhid olanlar Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi və suverenliyi uğrunda şəhid olan şəxslər kimi qeyd olunsalar da, hadisələr zamanı yaralanaraq əlil olanların statusu qeyri-müəyyən olaraq qalır. Yəni söhbət təxminən 300 nəfər 20 yanvar əlilinin statusundan gedir. Belə ki, 20 yanvar hadisələri zamanı əlil olanlara müvafiq qurumlar tərəfindən verilən sənəddə “20 yanvar hadisələri ilə əlaqədar bədbəxt hadisə”, “20  yanvar hadisələri ilə əlaqədar əmək zədəsi” sözləri yazılır.
Məsələn, eyni məqsəd, eyni amal uğrunda, eyni avto-busda şəhid olan Məmmədova Larisa Fərman qızı azadlıq və müstəqillik uğrunda şəhid olmuş şəxs hesab olunur, amma atası Məmmədov Fərman Hüseyn oğlu “əmək zədəsi almış ikinci qrup əlil” kimi qeydiyyata alınır. 20 yanvar şəhidi Məmmədov Məmməd Yarməmməd oğlu 20 yanvar şəhididir, onunla birlikdə olan qardaşı Məmmədov Sabir Yarməmməd oğluna isə “əlil olmuş şəxs”  sənəd verilib.
Bunun nəticəsi nəyə gətirib çıxarır? Dövlət tərəfindən vətənimizin ərazi bütövlüyü, suveren hüquqlarının qorun-ması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinə yönəlmiş müvafiq fərman və sərəncamlar verildiyi zaman 20 yanvar əlilləri bu imtiyazdan kənarda qalırlar. Bunlar da kifayət qədər ciddi imtiyazlardır ki, onlardan ərazi bütövlüyümüz, suveren hüquqlarımız uğrunda əlil olan şəxslər istifadə edirlər. Bu şəxslər də istəyirlər ki, o imtiyazlardan istifadə etsinlər. Onlar xahiş edirlər ki, bu məsələyə baxılsın, qanunvericilikdə müəyyən dəyişikliklər edilsin. Onların sayı da çox deyil, təxminən 300 nəfərdən söhbət gedir və bu bir problem də yaratmaz. Ona görə mən  xahiş edirəm ki, bu məsələyə bəlkə yaz sessiyasında baxaq. Nazirliklərlə də onların görüşləri olub. Onlara deyiblər ki, gərək bu məsələ qanunvericilikdə öz əksini tapsın.
İkinci bir məsələ. Mən bir dəfə bu məsələni qaldıranda, hörmətli Sədr, Siz vurğuladınız ki, artıq  qanun layihəsindən o mübahisəli məqamlar çıxarılıb, yoxdur. Söhbət Reproduktiv sağlamlıq haqqında qanun layihəsindən gedir. Əgər o məsələlər də çıxarılıbsa, deməli, onun müzakirəsi üçün ciddi problemlər qalmır. Yaxşı olardı ki, biz o qanun layihəsini də gündəliyə salaq. Mən çox istərdim ki, İctimai yerlərdə siqaretin çəkilməsinin məhdudlaşdırılması haqqında qanun layihəsinə də baxaq.
Çıxışımın sonunda bir məsələyə də toxunmaq istəyirəm. Bu çox ciddi məsələdir. Bu gün Suriyada həlak olan qardaş-larımız, gənclərimiz Azərbaycanın övladlarıdır. Onların sayı onlarcadırsa, biz düşünməliyik ki, bu gənclərin potensial olaraq  sayları nə qədərdir.  Bu məsələyə ciddi yanaşmalıyıq ki, Azərbaycanda radikal dini təriqətlər baş alıb getməsin. Bu insanları yoldan çıxaran,  onları bu yola sövq edən, onları şirnikləndirən kimlərdir? Ölkəmizdə radikal təriqətləri yayanlar kimlərdir? Onlarla bağlı çox ciddi ölçü götürülməlidir. Eyni zamanda, biz  maarifləndirmə işləri də aparmalıyıq. Oqtay müəllim, Siz çox gözəl  vurğuladınız ki,  öz atalarımızın, dədələrimizin islam anlayışını yaymalıyıq ki, o radikal təriqətlər Azərbaycanda yürüməsin.
YUNESKO kimi böyük beynəlxalq təşkilat 2013-cü ili dünyada “Bakuvi ili” elan elədi. Kimdir bu Bakuvi? Azər-baycanlı idi və  bütün dünyada İslam dininin aydın şəkildə yayılmasının öncüllərindən biri olub. O, islam anlayışını təhsil, elm, inkişaf, nifrət yox,  sevgi anlayışı kimi təbliğ edib. Bu gün bütün dünyada onun adı illə qeyd olunursa və biz gənclərimizə öz atalarının, dədələrinin islam anlayışını daha çox öyrədəriksə, bu onları radikal dini təriqətlərin əlindən almamıza dəstək ola bilər. Mən hesab edirəm ki, radikal dini təriqətlərlə mübarizə bütün istiqamətlərdə güc-lənməsə, – söhbət təkcə Suriyadan getmir, sabah gənc-lərimizin səsini başqa yerlərdən də eşidəcəyik, –  ölkənin daxilində insanlar arasında gərginlik ciddi şəkildə artacaq. Çünki o radikal təriqətlərin yaydıqlarında bəzən öz qardaşını düşmən görəcək anlayışlar var. Belə fikirlər də yayırlar ki, bizim kimi yaşamırsınızsa, deməli, sizin qanınız halaldır, bizim kimi yaşamırsınızsa, siz doğru müsəlman deyilsiniz. Sabah onların sayı getdikcə artarsa, düşünməliyik ki, o radikal təriqətlər qurbanı kimlər ola bilər. Ona görə cəmiyyət olaraq əl-ələ verməliyik, zərərli meyillərə qarşı mübarizəmizi daha da gücləndirməliyik.  Suriyada baş verənlər  bizim üçün ciddi bir siqnal olmalıdır. Sağ olun.
Sədrlik edən. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk öncə, icazə verin, deputat həmkarlarımın bir təklifini səsləndirim. Həmkarlarımın çoxu, mən də o fikirdəyik ki, məsləhətdirsə, iclasımızı fasiləsiz davam etdirək, çünki gündəlikdəki sonrakı məsələlər o qədər də müzakirə tələb etmir. Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına səs verəcəyəm, amma bir təklifimi də irəli sürmək istəyirəm. Əgər məsləhətdirsə, yaz sessiyasında Psixoloji xidmət haqqında qanun layihəsini müzakirə edək.  Dünyanın inkişaf etmiş  və inkişaf etməkdə olan ölkələrində hər bir insan həftə ərzində ən azı 3 dəfə psixoloqun yanında olur. Ya psixoloqu ilə görüşür, ya da onunla virtual əlaqə saxlayır.
Azərbaycan da sürətlə inkişaf edən ölkələrdən biridir. Urbanizasiya məsələləri bizim ölkədən də yan keçməyib. İnternet texnologiyalarının inkişafı ilə əlaqədar olaraq insanlar gün ərzində çox ciddi və böyük informasiya əldə edirlər. İnsanların bütövlükdə həyat ritmi sürətlənib. Psixikamızın qorunmasına çox ehtiyac vardır. Bütövlükdə  xəstəliklərin 80 faizindən çoxu insanın psixikasının və sinir sisteminin vəziyyəti ilə bağlıdır. Məndən öncə  istər Zahid müəllimin, istər Gövhər xanımın, istərsə də digər həmkarlarımın çıxışlarında ölkədə müəyyən cadugərlərin, cindarların, ekstrasenslərin, falçıların ekranlardan meydan sulaması, cəmiyyətin müəyyən hissəsinin onlara müraciət etməsi, o cümlədən müəyyən dini ekstremist təmayüllü cərəyanlara gənclərin qoşulması ilə bağlı fikirlər səsləndi. Bunların hamısı psixoloji sferada müəyyən boşluğun olması ilə bağlıdır.
Azərbaycanda kifayət qədər psixoloqlar vardır və fəaliy-yət göstərirlər. Amma bütövlükdə psixoloji xidmətin  əhali-yə çatdırılması, onun hüquqi əsaslarının yaradılması və psi-xoloji xidmətin göstərilməsinin həm dövlət, həm də özəl sektorda müəyyənləşdirilməsi üçün, eyni zamanda, bunun standartlarının müəyyənləşdirilməsini,  müəyyən nəzarət orqanlarına tabe etdirilməsini və psixoloji xidmətlərin istər televiziya ekranlarından, istərsə də internet saytlarından kütləvi seanslar zamanı cəmiyyətə ziyan vurmadan həyata keçirilməsini təmin etməkdən ötrü, hesab edirəm, belə bir qanunun qəbul olunmasına ehtiyac vardır.
Onu da deyim ki, artıq MDB ölkələrinin çoxunda bu qanun qəbul olunub və psixoloji xidmət qanunvericiliklə həyata keçirilir. Əgər biz geniş şəkildə elmi psixoloji xidməti təşkil edə bilsək, söylədiyimiz o şarlatanlara da o qədər meydan yaranmayacaqdır. Məsləhət olarsa, bizim komitədə, yaxud da Elm və təhsil komitəsində bu məsələ işlənilə bilər və biz onu qəbul edə bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Musa müəllim. Dediyiniz məsələ çox aktualdır, ancaq bunu qanun şəklinə salmaq, tətbiq eləmək bir qədər çətindir, çünki hələ Azərbaycanda psixoloqların sayı o qədər yetərli deyil.  Əgər kütləvilik istəyiriksə, ilk növbədə güclü, savadlı psixoloq yetişdirmək, ondan sonra buna keçmək lazımdır. Qanunu qəbul etsək də,  əhalinin heç on faizinə xidmət göstərən psixoloq olmayacaq. Onun mənası olacaq?
Çıxış üçün 4 nəfər yazılıb. Əgər təkid eləmirlərsə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail Ağamalı, buyurun.
F.Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət və-killəri! Təqdim edilmiş iş planını, əlbəttə, dəstəkləyəcəyəm, ona səs verəcəyəm. Qanunvericilik baxımından çox qısa şəkildə bir neçə təklifim var. 
Bəlli olduğu kimi, 2005-ci ildə Milli Məclis “İpoteka haqqında” Qanun qəbul eləyib. Həmin qanundan dərhal sonra ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkədə ipoteka sisteminin yaradılması üçün İpoteka Fondunun yaradılması haqqında fərman imzalanıb. 2005-ci ilin dekabrında  ölkə Prezidenti tərəfindən “İpoteka Fondunun yaradılması haqqında” əsasnamə imzalanıb və qaydalar haqqında da fərman verilib. Bundan sonra ölkədə mənzilə olan ehtiyacın aradan qaldırılması üçün müəyyən addımlar atılıb. Sonradan edilən dəyişikliklər nəticəsində bunun həcmi artırılıb.
Biz keçən il də ipoteka fonduna, səhv etmirəmsə, 50 mil-yon manat vəsait ayırdıq. Lakin bu, faktiki olaraq min nəfər ailənin ehtiyaclarını ödəməyə kifayət edir. Həm də ipo-tekanın ehtiyacı olan bütün ailələrə, gənclərə verilmədiyini nəzərə alsaq, onda məlum olur ki, bu, problemin  heç qismən də aradan qaldırılmasını təmin etmir. Digər tərəfdən  orada 8 faiz var. Çox təəssüf edirəm ki,  kommersiya xarakterli ipotekada müəyyən maxinasiyalar, xoşagəlməz yanaşmalar olduğu üçün faktiki olaraq ölkə əhalisinin 35 faizə qədərini təşkil edən gənclərimizin mütləq əksəriyyəti evsizdir.
Dünyada kifayət qədər müsbət təcrübələr var. Amerika, Skandinaviya təcrübəsi var. Hörmətli cənab Sədr, mən təklif edərdim ki, biz “İpoteka haqqında” Qanuna dəyişikliklər edək. Bu, xüsusi yanaşma tələb edir. Bu gün ev olmaması ucbatından gənclərimizin evlənə bilməməsi və ya evləndikdən sonra bu səbəbdən ailələrin dağılması adi bir hala çevrilibdir. “İpoteka haqqında” Qanuna dəyişikliklərin edilməsi, ümidvaram ki, cənab Prezidentin bu gün həyata keçirmiş olduğu sosial yönümlü siyasətin mahiyyətinə, məntiqinə uyğun olardı. Əminəm ki, dövlət başçısı özündən asılı olan addımları atacaqdır.
Dini radikal sektalara qarşı qətiyyətlə mübarizə aparıl-malıdır. Mən burada geniş danışmaq istəmirəm. Bu, cəmiy-yətimizin altına qoyulan  bombadır. Nə vaxtsa o, partlaya bilər. Ona görə də heç bir güzəşt olmadan İslam dininə uyğun gəlməyən, ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən bütün radikal dini sektalara qarşı qətiyyətli mübarizə elan edib bu məsələyə son vermək lazımdır.
Hörmətli həmkarım Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edilməsi təklifini irəli sürdü. Mən də onu tamamilə dəstəkləyirəm. Hörmətli cənab Sədr, Sizdən xahiş edirəm, tapşırıq verəsiniz ki, Siyavuş Nov-ruzovun təklif etdiyi dəyişiklik gündəliyə çıxarılsın. Diqqə-tinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov əl qaldırmağa əziyyət çəkdi, təkid etmədi, adını saxlayıb. Buyurun.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Burada əyləşən həmkarlarım da mənimlə razı olarlar ki, son günlər daxil olan şikayətlərin böyük əksəriyyəti paytaxtdakı qaz çatışmazlığı ilə bağlıdır. Mən elə bilirəm ki, bizim seçicilərin bununla bağlı narazılığını tribunadan səsləndirmək çox vacibdir. Həqiqətən də, utandırıcı haldır ki, bu gün ölkənin ən ucqar rayonlarına, kəndlərinə qaz çəkirik, ancaq paytaxtın mərkəzində əhali qaz çatışmazlığından əziyyət çəkir.
Oqtay müəllim, Siz də bayaq qeyd etdiniz ki, burada “Azəriqaz”ın günahı yoxdur. Harada isə mən Sizinlə razı-yam, ancaq məsələ ondadır ki, binaya işıq, istilik, su verilir, lift işləyir, ancaq qaz verilmir. Digər tərəfdən də həmin ko-operativin rəhbəri şərt qoyur ki, əhalinin 90 faizi binada yerləşməsə, “Azəriqaz” qaz verməyəcək. Bu şəkildə əhali binaya köçürülür.
Bu insanların heç bir günahı yoxdur. Böyük miqdarda kreditə girirlər, borc alırlar, evə köçürlər, sonunda da əziyyət çəkirlər. Su, işıq, istilik verilirsə, qaz nəyə görə verilmir, bu bir az qaranlıq qalır. Onda onlar da verilməsin və insanlar ora köçməsinlər. Bu baxımdan bizim qanunlarda müəyyən boşluqlar var. Mən çox istərdim ki, Sosial siyasət komitəsindəki həmkarlarımız bu qanunlara yenidən baxsın və müəyyən dəyişikliklər edilsin. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Bu məsələlər qanunla tənzimlənmir. Bu məsələ  dəfələrlə burada qaldırılıb. Sudan bina partlaya bil-məz, ancaq qazdan partlaya bilər. Bir dəfə deyilmişdi ki, in-sanlar təhvil verilməmiş evlərə  köçürülməsinlər. Bu insan-ların özləri kooperativlərlə müqavilə bağlayıblar, pullarını köçürüblər. Yəni özləri, o kooperativin sədri bu məsələni tənzimləməlidir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sahibkarı demirəm, kooperativin sədrini deyirəm. İndi imkanı olan insanlar var, orada ev alıblar. 15 dənə mənzil boş qalıb, camaatın yarısı da köçüb. Sabah bi-naya qaz veriləndə onların mənzilinin qapısını kim açacaq?
Sizin verdiyiniz sualların cavabı budur. Hazır olmamış, təhvil verilməmiş evlərə köçmək lazım deyil. Əgər təhvil verilmiş binaya köçüblərsə, narazılıq varsa, aidiyyəti orqanlara şikayət etməlidirlər. Biz  qanun çıxara bilmərik ki, “Azəriqaz”, o binalara qaz verin. Bu, dəfələrlə müzakirə olunub, danışılıb. Xahiş edirəm, əgər başqa çıxış edən yoxdursa, Milli Məclisin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planına münasibətimizi bildirək.

Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Musa Quliyev təklif etdi ki, tənəffüssüz işləyək. Ancaq çoxdandır,  iclaslarda olmamısınız. Darıxmamısınız? Tə-nəffüs, sağ olun.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Növbəti məsələ  “Azərbaycan Respublikası  Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Növbəti sessiyanın başlanması ilə əlaqədar olaraq mən də hörmətli millət vəkillərini ürəkdən təbrik edirəm və vacib, əhəmiyyətli işinizdə  uğurlar arzulayıram.
Əziz dostlar, bu gün sizin diqqətinizə təqdim edilən “Azərbaycan Respublikası  Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş artıq Azərbaycan parlamentində  silsilə xarakteri daşıyan sazişlərdəndir.
Biz çox qısa bir müddətdə Avropa, Afrika, Asiya öl-kələrinin Azərbaycanla münasibətdə viza rejimini aradan qaldırmaları ilə bağlı çox ciddi səylər göstərmişik və bu nöqteyi-nəzərdən Cənubi Amerika  da istisna deyil. Bu gün Braziliya, Ekvador, Çili, Argentina, Uruqvay, Paraqvay, Meksika – bütün bu ölkələr Azərbaycanla əlaqə qurmağa cəhd göstərirlər. Onlar öz millət vəkillərini müntəzəm olaraq bura göndərirlər, iqtisadi, mədəni əlaqələr qururlar. Ona görə də, təbii ki, xalqlar arasında  viza rejiminin aradan qaldırılması çox vacib və əhəmiyyətli məsələdir.
Bunun ikinci mənası da var. Heç vaxt inkişaf etməyən ölkə ilə viza rejimini aradan qaldırmırlar. Vizanın bir prob-lem kimi aradan qaldırılması həmin ölkənin yüksək iqtisadi, mədəni, hərbi və başqa nöqteyi-nəzərdən gücünün bir əlamətidir, hörmətidir. Ona görə də belə sazişlərin bizim komitədə və parlamentdə dəstəklənməsi təbii haldır. Mən millət vəkillərindən xahiş edirəm, “Azərbaycan Respublikası  Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsinə müsbət münasibət bildirsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Səməd müəllim, mahiyyətcə eyni məsələ-dir. Xahiş edirəm, beşinci məsələni də məruzə edin.
S.Seyidov. Çox sağ olun. Oqtay müəllim, tamamilə haqlı-sınız. “Azərbaycan Respublikası  Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Saziş sizin masalarınızın üstündədir. Mahiyyətcə eyn sazişlərdir. Peru və İsrail. Ancaq siyasi, beynəlxalq münasibətlər  nöqteyi-nəzərindən mən ikinci sazişi xüsusi vurğulamaq istəyirəm.
Bu gün Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında əlaqələr tamamilə yeni bir müs-təviyə qalxmışdır. Birincisi, Azərbaycanın haqq sözünü və Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ mə-sələsini dünyada Azərbaycanla birgə bir istiqamətdə, bir səslə yayan və Azərbaycana bu nöqteyi-nəzərdən xüsusi dəstək verən İsrail Dövləti Hökuməti öz siyasətini birbaşa açıqlamışdır.
Bu yaxınlarda Dünya İqtisadi Forumunda, “Davos Sam-miti”ndə Azərbaycan Respublikası  Prezidentinin İsrailin Prezidenti, Baş naziri ilə görüşləri bir daha ona dəlalət edir ki, Azərbaycan–İsrail münasibətlər yeni bir mərhələyə, yeni bir səviyyəyə qalxıb. Doğrudan da, belədir.
Bu gün həm millət vəkilləri, həm Azərbaycan rəsmiləri, həm də sıravi vətəndaşlar tez-tez İsrailə gedirlər və oradan da Azərbaycana xeyli insan gəlir. Bu nöqteyi-nəzərdən xidməti və diplomatik pasportların viza tələblərindən azad olunması bu əlaqələri yeni bir müstəviyə qaldıracaq. Bu gün viza rejimindən azad olunan ölkələr içərisində İsrail dövlətinin olması çox vacib, çox əhəmiyyətli və hesab edirəm ki, Azərbaycanın siyasi, iqtisadi və başqa maraq-larına tam şəkildə uyğun olan məsələdir.
Hörmətli Oqtay müəllim, komitəmiz “Azərbaycan Höku-məti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişə yekdilliklə müsbət fikrini bildir-mişdir. Mən millət vəkillərindən xahiş edirəm, həm birinci, həm də ikinci sazişə öz müsbət münasibətlərini bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Yevda Abramov çıxış etmək istəyir. Buyurun.
Y.Abramov. Təşəkkür edirəm, Oqtay müəllim. Söhbət İsraildən gedirsə, mən də Azərbaycan–İsrail münasibət-lərində azdan-çoxdan  əməyi olan bir insan kimi fikrimi bir neçə kəlmə ilə  həmkarlarıma çatdırmaq istəyirəm. Birinci növbədə mən cənab Prezidentin bu siyasi iradəsi qarşısında baş əyirəm ki, parlamentə belə bir qanun göndərib. Oqtay müəllim, bu, çoxdan gözlənilən məsələ idi. İsrail Prezidenti cənab Şemon Pereslə Azərbaycan Prezidentinin görüşündə də şahid oldum ki, İsrail Prezidenti vizasız rejimə keçmək barədə cənab Prezidentimizə xahişlə müraciət etdi. Düzdür, bunun texniki məsələləri bir az çətindir. Bu arada  bir-iki qonşu ölkə də belə bir təkliflə çıxış edib, amma mümkün olmayıb. Mən bu gün çox şadam ki, heç olmasa, diplomatik və xüsusi pasportları olan vətəndaşların vizasız gediş-gəlişi üçün yol açıldı. Bu, Oqtay müəllim, cənab Prezidentin böyük siyasətdə qazanmış olduğu böyük uğurlardır. 
Səməd müəllim bu məsələni çox gözəl təqdim etdi. Doğr-udan da, İsrail ilə Azərbaycan arasında çox isti münasibətlər mövcuddur. Mən bu işlərin içindəyəm, bunları görürəm. İsrail bütün beynəlxalq təşkilatlarda,  iclaslarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə, Qarabağ probleminin çözümündə həmişə onun yanındadır. Bu yay Xocalı soyqırımı ilə bağlı İsrailin Akko, Hayfa, Orakiva, Tirat, Karmel şəhərlərində Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi tərəfindən böyük fotosərgilər təşkil olundu. Bizim dostluq qrupunun bütün deputatları orada iştirak ediblər, mən də mütəmadi onlarla əlaqədə olmuşam.
Oqtay müəllim, İsrail dövlətinin xarici işlər naziri Sizinlə iki dəfə görüşüb. Siz onu çox yüksək səviyyədə qəbul et-misiniz. Mən bu gün Sizə minnətdarlığımı bildirirəm. Cənab Liberman Sizinlə görüşərkən bu məsələni qabartmışdı. Siz də bu məsələnin müsbət həll olunacağını qabaqcadan de-mişdiniz. Nəhayət, bu gün parlamentə bu sənəd gəldi.
Burada Səməd müəllimin də böyük rolu var. Mən artıq bir neçə fotomaterial, qəzet almışam. Səməd müəllim İsraildə Azərbaycanı çox yüksək dərəcədə təmsil edib. İnanın ki, bəlkə elə bizim dostluq qrupu qədər ölkəmizi təmsil edib və böyük bir iz qoyub. Mən Səməd müəllimə minnətdaram. İsrail bizim üçün, doğrudan da, doğma dövlət hesab olunur.
Yüz minlik diasporumuz var. Onların 80 mini təmiz yə-hudidir. Hamısı keçmiş Azərbaycan vətəndaşlarıdır. Bu çox böyük gücdür. Amma çox təəssüflər olsun ki, Davosdakı hadisələrdən sonra gediş-gəlişimizdə, viza məsələlərində problemlər yaranmışdı. Hətta mən ayrı-ayrı deputatların müayinə və müalicəyə getməsi üçün işə qarışmalı olurdum. Çünki müsəlman ölkəsindən qeyri-yəhudi millətin nümayəndələrinin İsrailə getməs bir az çətindir. Bu, başa düşüləndir. Bu gün müsəlman ölkələri içərisində İsrailə iki sadiq dost dövlət qalıb. Onlardan biri Azərbaycandır. Buna baxmayaraq, yəhudi olmayanları İsrailə göndərmək  müşkül məsələyə çevrilmişdi. Böyük xoşbəxtlikdir ki, biz bu uğuru əldə etdik. Bu gün artıq imkan var və biz diplomatik və xidməti pasportu olan vətəndaşlarımızı bu dövlətə göndərə bilərik. Bu bizə hava və su qədər lazımdır.
İsrail ticarət sahəsində Azərbaycan üçün çox önəmli dövlətdir. Mən yenə deyirəm, bu gün ən güclü diasporumuz oradadır. Bu gün İsrailə gedən hər bir deputat bir günün içində hiss edəcək ki, ikinci bir Azərbaycan dövlətində yaşayır. Ona görə Oqtay müəllim,  bu işdə əməyi olan hər kəsə, xüsusilə cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk. Çoxdan gözləyirdik ki, Azərbaycan ictimaiyyəti İsraili medianın, başqa insanların təqdimatından yox, öz gözləri ilə görsünlər, tanısınlar. Bu mənada bugünkü qərar yerindədir. Gecikmiş olsa da, mən bunu düzgün və obyektiv qərar hesab edirəm. Mənə elə gəlir ki, bu bir başlanğıcdır, sabah İsraildə səfirliyimizi də açacağıq. Onu orada da səbirsizliklə gözləyirlər. Hər dəfə parlamentin üzvləri səviyyəsində bizə bu sualları verirlər.
Mən bu yaxınlarda Elmar Məmmədyarovla İsraildə ol-muşam. Oqtay müəllim, onların Sizə böyük salamları var, Sizi İsrailə dəvət edirlər. Yəqin ki, Siz o dəvəti almısınız. Onlar səbirsizliklə Azərbaycan dostluq qrupunun və Bey-nəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitə-sinin üzvlərini İsraildə görmək, geniş perspektivdə danışıq-lar aparmaq istəyirlər. Yəni könül istəməsə, dilə gəlməz. O insanlar, həqiqətən, bizi istəyirlər.
Fürsətdən istifadə edib, Oqtay müəllim, bir məsələni də burada səsləndirməyi özümə borc hesab edirəm, çünki bu-rada media mənsubları var. Son vaxtlar bizi, dostluq qrupunun üzvlərini bir məsələ maraqlandırır. Mediada Albert Aqarunov haqqında çox xoşagəlməz yazılar gedib. Onun guya saxta milli qəhrəman olması deyilir, guya yəhudidən şəhid çıxmaz, yəhudi milləti şəhid olmağa layiq deyil və sair. İnanın, bu xəbərləri eşidən Albert Aqarunovun anasının ürəyi dözmədi, yanvar ayının 13-də vəfat etdi.
Bizim bir müxbirimiz var: Yana Madatova. Mən ona öz minnətdarlığımı bildirirəm ki, çox gözəl məqalə ilə çıxış edib bunlara cavab verdi. Necə ola bilər ki, azərbaycanlı meyitin üstündən keçməməkdən ötrü tankın kabinəsindən çıxıb onu götürmək istəyən vaxt erməni snayperinin gül-ləsinə qurban gedən Albert  Aqarunov, Şuşanı axıra qədər müdafiə edən Albert Aqarunov şəhid ola bilməz? Azərbay-canın  Milli Qəhrəmanıdır.
Mən, əlbəttə, dələduzların kompüterlərdə çıxan məqalə-lərini dövlət səviyyəsində qəbul edə bilmərəm. Mən dövlətimə bağlı, Azərbaycanımı canım, qanım qədər sevən bir insanam. Amma deyirəm ki, nadürüst insanlar bu hərəkətləri ilə aramıza bir rəxnə sala bilməsələr də, hər halda  ürək bulandırırlar. Bu mənada, yenə deyirəm, bizim dostluğumuz güclüdür, hər iki ölkənin prezidentləri səviyyəsində olan dostluqdur. Bizim nazirlərimiz ora gedirlər, sevilirlər. Onlar bura gəlirlər. Səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrində böyük uğurlarımız var. Mən əminəm ki, bundan sonra da olacaq. Ona görə mən millət vəkillərini bu məsələyə müsbət münasibət bildirməyə dəvət edirəm. Bunun xeyri isə hər iki dövlət üçündür. Uğurlar diləyirəm.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan dövləti ilə bir sıra ölkələr arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi, əslində, bizim dövlətə öz siyasətini gücləndirmək və çoxşaxəli əməkdaşlığı artırmaq imkanı yaradır. Ən azı, bu vizanın diplomatik pasportlara malik şəxslər üçün aradan qaldırılması parlament əlaqələrini gücləndirmək üçün çox gözəl bir imkandır. Parlament əlaqələri hər bir dövlətlə, hər bir xalqla ünsiyyəti artırmaq üçün ən gözəl vasitədir. Azərbaycan həm İsraillə, həm də uzaq Latın Amerikası ölkəsi ilə artıq hökumət, dövlət səviyyəsində öz siyasətini tanıtmaq, gücləndirmək üçün yeni imkanlar yaradır.
Bununla yanaşı, bir məqamı da qeyd etmək istərdim.  Azərbaycan Respublikasının Avropa İttifaqı ilə vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi istiqamətində Vilnüsdə imzalanan sazişdən sonra Azərbaycan vətəndaşlarının, ilk növbədə gənclərin öz təhsillərini Avropa universitetlərində davam etdirmələri üçün çox gözəl imkan yaranır. Mənə elə gəlir ki, bu sazişlər Azərbaycan dövlətini gücləndirir, Azərbaycan xalqının mənafeyinə uyğundur. Hörmətli millət vəkillərini bu sazişləri təsdiq eləməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hamımız həvəsə gəlmişik. Aydın Mirzəzadə, buyurun.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Biz vaxtaşırı Milli Məclisdə diplomatik və xidməti pasportu olan şəxslərin ayrı-ayrı ölkələrə vizasız gedişi barəsində sənədləri təsdiqləyirik. Peru və İsraillə olan sənədlər də bu qəbildəndir. Hesab edirəm ki, bu həm Azərbaycanın beynəlxalq nüfuzunun, həm də Azərbaycanla əlaqələrin gücləndirilməsində marağı olan ölkələrin artmasının göstəricisidir və bunu birbaşa dəstəkləyirəm.
İsraillə münasibətlərə dair deputat Yevda Abramov çox maraqlı çıxış etdi. Onun fikirlərini bölüşürəm və təkrarla-maq istəmirəm.  Azərbaycan və İsrail münasibətləri müstə-qilliyimiz dövründə kifayət qədər möhkəmlənib. İsrailin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, Azərbay-canla hərtərəfli əməkdaşlığın genişlənməsində maraqlı ol-ması, əlbəttə ki, çox vacib məsələdir.
Azərbaycan Yaxın Şərqin bütün ölkələri ilə yaxşı münasibətlərə malikdir. Bütün ərəb ölkələri ilə və digər ölkələrlə yaxşı münasibətimiz var. Hesab edirəm ki, Azərbaycanla dostluq münasibətləri qurmaq istəyən, ərazi bütövlüyümüzü dəstəkləyən bütün ölkələrlə, əlbəttə, əməkdaşlığımızın genişlənməsi çox vacib məsələdir. Cənab Prezidentimizin Davosda birincilər sırasında İsrailin rəhbərləri ilə görüşməsi, ikitərəfli münasibətlər barəsində fikir mübadiləsi aparılması iki dövlət arasında olan münasibətlərin göstəricisidir. Hesab edirəm ki, bizə təqdim edilən saziş günün tələblərinə cavab verir və mən ona səs verəcəyimi bildirirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, “Azərbaycan Respublikası Hökuməti və Peru Respublikası Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.26 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında  diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.27 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdiril-məsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Mən hörmətli həmkarlarıma bu 2 sazişə öz müsbət münasibətlərini bildir-diklərinə görə dərin minnətdarlığımı bildirirəm. Hesab edi-rəm ki, indi müzakirəyə təqdim olunmuş “Azərbaycan Res-publikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdi-rilməsinin sadələşdirilməsi haqqında” Saziş xüsusi və hətta  strateji əhəmiyyət daşıyan bir sənəd kimi qiymətləndirilə bilər.
2013-cü ilin 29 noyabrında Azərbaycan Respublikasının Prezidenti Vilnüs sammitində iştirak etdi. Vilnüs sammitin-də iştirak edən Azərbaycan Respublikasının Prezidentinə Avropa İttifaqı tərəfindən  xüsusi diqqət və  münasibət gös-tərildi. Sual vermək olar ki, nəyə və hansı məsələlərə görə? Axı, Vilnüs sammitində Avropa Birliyi ilə assosiasiya sazi-şinin imzalanması nəzərdə tutulurdu. Siz çox gözəl bilirsiniz ki, Vilnüs sammitində Ukrayna Prezidentinin assosiasiya sazişini imzalamaması hansı hadisələrə gətirib çıxardı. Ancaq həmin o Vilnüs sammitində Avropa Birliyindən gələn məmurlar, qonaqlar tərəfindən Azərbaycanın mövqey   ən yüksək səviyyədə vurğulanmışdır və  xüsusi, dəyərli sözlərlə qiymətləndirilmişdir. 
Bu gün Azərbaycan sözdə yox, real işlərlə Avropaya inteqrasiya edir. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti bu yaxınlarda Davos sammitində  ona verilmiş sualı cavablandırarkən bir daha təsdiq etmişdir. Biz  assosi-asiya sazişindən daha yüksək olan Avropa Birliyi ilə  strateji əməkdaşlıq münasibətlərini formalaşdırmaq iqtidarındayıq. Bu da o deməkdir ki, artıq Azərbaycan  hətta Avropanın təqdim etdiyi sənədləri daha sürətlə, daha yüksək səviyyədə həyata keçirərək yeni mərhələyə qalxmağa hazırdır.  Ona görə ki, bu gün müasir Azərbaycan gördüyü işlərlə özünün təhlükəsizliyi ilə yanaşı Avropanın da təhlükəsizliyini, özünün inkişafı ilə yanaşı Avropanın da inkişafını təmin edir. Öz mədəniyyətini ən yüksək səviyyədə təqdim etməklə yanaşı, Avropa mədəniyyətini də təqdim edir. Burada həmkarlarım qeyd etdilər, Azərbaycan təhsil islahatları apararaq Avropa təhsil islahatlarına təkan verir.
Təbii ki, belə bir sazişin imzalanması həm sıravi Azərbaycan vətəndaşlarına, həm Azərbaycan məmurlarına, həm Azərbaycan iqtisadiyyatına, həm də Azərbaycan mə-dəniyyətinə böyük kömək,  töhfələr verəcək. Bunlar hansı-lardır? Bir neçə misal çəkim ki, millət vəkilləri konkret olaraq bilsinlər. Lazım olduğu halda 5 illik vizanın verilməsi. İndiyə qədər belə söhbət yox idi. Sadələşdirilmiş formada siz yalnız bir dəfə Avropa ölkələrinə getmisiniz. İllik vizanın verilməsi, illik vizanın qiymətinin kəskin şəkildə aşağı salınması, bir neçə gün Avropa ölkələrində olandan sonra artıq 90 gün yox, 180 gün orada qalmağa icazə verilməsi və sair. Bunun içərisində ən əsası sənədlərin sadələşdirilməsidir. Bu, faktiki ona gətirib çıxarır ki, biz bir müddət sonra Avropa ölkələri ilə vizaların, ümumiyyətlə, aradan qaldırılması məsələsinə nail ola biləcəyik.
Mən bir də təsdiq və təkrar etmək istəyirəm ki, vizaların aradan götürülməsi, sadəcə, hər hansısa bir texniki, beynəl-xalq addım deyil. Vizaların sadələşdirilməsi, onların aradan götürülməsi ölkənin inkişafının  birbaşa göstəricisidir. 20 il bundan əvvəl bu məsələ mümkün ola bilməzdi. Ona görə ki, Azərbaycan 20 il bundan əvvəlki Azərbaycan deyildi. Bu gün Azərbaycan Avropa ölkələrinin bir çoxundan daha yüksək göstəricilər əldə etmişdir. Avropa ölkələri Azərbaycanla əlaqələr qurmaqda nə qədər maraqlıdırsa, Azərbaycan da Avropa ölkələri ilə əlaqələr qurmaqda o qədər maraqlıdır.
Təbii ki, belə bir sazişin  Vilnüs sammitində imzalanması tam şəkildə Azərbaycanın maraqlarına cavab verir. Bu, Azərbaycan Respublikası Prezidentinin apardığı siyasətin məntiqi nəticələrindən biridir ki, Avropa ölkələrinin rəh-bərliyi, Brüsseldə əyləşən məmurlar Avropa siyasətinin is-tiqamətlərini göstərərək Azərbaycanla əlaqələri prioritetə çevirirlər. 
Hesab edirəm ki, bu gün Milli Məclisdə belə bir sazişin imzalanması həm Azərbaycan–Avropa münasibətlərinə, həm Azərbaycanın iqtisadi, mədəni və sair sahələrinin inkişafına, həm də Azərbaycanın müstəqilliyinin daha da yüksələn xətlə inkişafına xidmət edəcəkdir. Ona görə də millət vəkillərindən bu sazişə müsbət münasibət bildirmələrini xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Mən Sizin dediyiniz bütün fikirlərlə razıyam. Biz gördük ki, assosiasiya sazişi bəzi ölkələrdə nələrə gətirib çıxardı. Vizaların rəsmiləşdirilməsinin sadələşdirilməs elə bil assosiasiya sazişinin bir əlavəsi idi. Yəni bunları qəbul etsəniz, bunu edəcəyik.
Ancaq cənab Prezident öz siyasəti ilə sübut etdi ki, assosiasiya sazişi Azərbaycan üçün azdır. Azərbaycan özü özünü təmin edən bir dövlətdir. Əgər Azərbaycanla  müna-sibət qurmaq istəyirsinizsə, biz stratej tərəfdaşlıq münasibəti qurmağa hazırıq. Eləcə də, Avropa bizimlə bu sazişə getdi. Bu çox böyük bir qələbədir, cənab Prezidentin apardığı siyasətin təntənəsidir. Mən də hesab edirəm, hər şey aydındır, indi bu sazişlər haqqında danışmağın bir mənası yoxdur. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.35 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Növbəti məsələ Avropa Şurasının “Terrorçuluğun qarşı-sının alınması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsidir. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkil-ləri!  “Terrorçuluğun qarşısının alınması haqqında” Kon-vensiyanın layihəsi sizdə var. Məlumat üçün yadınıza salmaq istəyirəm ki, biz bu günə qədər, demək olar ki, beynəlxalq təşkilatların qəbul etdiyi və Azərbaycanın imzaladığı, eyni zamanda, ratifikasiya etdiyi 15-ə qədər sənədə  qoşulmuşuq. Bu günə qədər Avropa Şurasının belə bir konvensiyası yox idi. Əlbəttə ki, belə bir konvensiyaya ehtiyac duyulurdu.
Bu konvensiyanın əsas məqsədi nədən ibarətdir? Sözsüz ki, birinci növbədə məqsəd insanların yaşamaq hüququnun təminatının daha da artırılmasından ibarətdir. Çünki əksər və demək olar ki, 100 faiz halda terrorçuluq aktı bilavasitə insanların həyatına qarşı yönəlir, onların həyatının itirilməsi ilə nəticələnir.
Burada diqqəti cəlb edən məsələlərdən biri də ondan ibarətdir ki, biz bu konvensiyanı ratifikasiya etdikdən sonra həm də daxili qanunvericilikdə də müəyyən dəyişikliklər edəcəyik. Çünki burada göstərilir ki, açıq terrora çağırışlar edilməsi çox sərt şəkildə cəzalandırılmalıdır. Bu məsələ artıq milli qanunvericiliyin öhdəsinə düşən məsələdir.
Doğrudan da, bu, Azərbaycanın milli və dövlət maraq-larına cavab verən bir sənəddir. Terrorçuluğun nə olduğunu biz bir xalq, dövlət olaraq hamıdan daha çox anlayırıq, çünki ermənilər tərəfindən terrorizmə ən çox məruz qalan ölkə biz olmuşuq.
Yadınızdadırsa, 2001-ci il 11 sentyabrda Amerika Birləşmiş Ştatlarında terror hadisəsi baş verəndə ulu öndərimiz bəyanat verdi və biz Amerika Birləşmiş Ştatlarının yanında olduğumuzu bəyan etdik. Çünki biz bilirik ki, sözün əsl mənasında, terrorizm nədir. Bu bəlaya qarşı, sözsüz ki, bütün dünya dövlətləri, əlbəttə ki, sözdə yox, əməldə bir yerdə düşünməlidirlər. Çox təəssüf edirik ki, bəzi dövlətlər yalnız sözdə terrorizmə qarşı mübarizədən danışırlar. Nə qədər ki terror onların qapılarını döyməyib, bunlar, sadəcə, sözdür. Amma biz istərdik ki, bu konvensiyaya qoşulan, onu təsdiq edən dövlətlər yalnız sözdə yox, həm də əməldə terrora qarşı əlbir olsunlar. Mən hesab edirəm ki, siz bu layihə ilə kifayət qədər yaxından tanış olmusunuz. Bizim milli maraqlarımıza cavab verdiyinə görə mən sizi bu konvensiyaya səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.39 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyursun Ziyafət müəllim.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Bilirsiniz ki, biz artıq Türkiyə ilə bu qə-bildən olan onlarca sənəd imzalamışıq. Təhlükəsizlik üzrə əməkdaşlıq haqqında bu saziş, hesab edirəm ki, bizim münasibətlərimizə yeni bir töhfə olacaqdır. Hər  iki dövlətin təhlükəsizliyi ilə bağlı məsələ həm Türkiyənin, həm də Azərbaycanın marağındadır.
Əlbəttə, biz bir sıra dövlətlərlə də müəyyən müqavilələr imzalamışıq. Amma hesab edirəm ki, bu sənədin Türkiyə ilə imzalanmasının özəl bir məqamı var. Bu da ondan ibarətdir ki, hər iki dövlət – həm Azərbaycan, həm də Türkiyə təh-lükəsizlik məsələlərinin və əməkdaşlığın yüksək səviyyədə olmasının marağındadırlar. Bu sənəddə təhlükəsizlik və əməkdaşlığın məqsədləri, prosedurları, informasiya mübadiləsi və digər məsələlər öz əksini tapıb. Hesab edirəm ki, bu sənəd də məqbuldur və səsə qoyula bilər. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Siz daha artıq də-rəcədə siyasi dözümlü olduğunuzu bir daha nümayiş et-dirdiniz. Mənim aləmimdə sədarətin  coğrafi olaraq nisbətən hündür yerdə yerləşməsinin elə bir mənası da budur.
Mən həmkarlarıma xatırlatmaq istəyirəm ki, bu gün yaz sessiyasının başlaması ilə parlament ictimai-siyasi həyatı-mızla bağlı müxtəlif təklif və mövqeləri, ictimai-siyasi hə-yatımızla bağlı fərqli düşüncələri cəmiyyətə çıxarmaqla  bu soyuq havalarda ictimai proseslərə yaxşı ton verir, yaxşı müzakirə mövzuları yaradır. Bu, parlamentin mühüm bir hakimiyyət qolu olduğuna işarədir. Ona görə də həmkar-larımdan  rica edirəm ki,  siyasi dözüm göstərsinlər, çünki saat 6-ya qədər iş vaxtı davam edir. Əgər kiminsə ikinci, üçüncü iş yerləri çox önəmlidirsə, mən ötən dəfə daha optimal bir təkliflə çıxış etdim. Qeyd etdim ki, dünyanın əksər ölkələrində yetərsay sistemindən imtina olunub və sadə səs çoxluğu prinsipinə keçilibdir. Kimin üçün önəm daşıyırsa, o gəlir, iştirak edir, müzakirələrə qatılır, – hətta bəzən elektron formada, – kim istəmirsə, gəlmir. Ona görə də xahiş edirəm ki, bizim söz demək haqqımızı yasaqlama-yasınız.
Ziyafət müəllim təmsil olunduğum komitənin rəhbəridir. Orada müzakirələr zamanı bunu demişəm. İstəyirəm, burada bircə cümlə ilə deyilsin ki, bu, Azərbaycan və Türkiyənin terrora qarşı birgə mübarizəsini özündə ehtiva edir və kifayət qədər siyasi təhlükəsizlik yüklü mühüm bir sənəddir. Əlbəttə, bu, avtomatik olaraq iki ölkənin məhz müharibədə müttəfiqliyini, strateji əməkdaşlığını özündə tam ehtiva etmir. Çünki mediadan, cəmiyyətdən ən çox bu soruşulur, iki ölkə arasında hərbi müttəfiqlik sazişi arzulanır.
Cənab Prezident 2011-ci il yanvarın 26-da iki ölkə arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasını yaratmaqla o məsələnin də mühüm əsaslarını qoyubdur. Ancaq bu, terrora qarşı mübarizəni özündə ehtiva edir. Baxın, hər iki ölkənin terror təhlükəsi, düşmənləri eynidir. Xüsusilə də PPK mövzusunda Azərbaycan  içərisində bir sıra hallarda dövlət əleyhinə bəlli dairələrin işinə qarşı da bu saziş xüsusi olaraq cavab verir. Terrorçu qrupları adı ilə tanıma, onları mətbuatda bəyan etmə, onlara qarşı birgə tədbirlər, texniki yardım, koordinasiya olunma, əməliyyat tədbirləri və sairi özündə ehtiva edən çox mükəmməl bir sənəddir. Ona görə hesab edirəm ki, iki ölkənin bu regionda terrora qarşı birgə dayanış göstərməsi həm də bölgə dövlətlərinə qarşı bir çağırışdır. Mən bu sənədi müdafiə edirəm, ona səs verəcəyəm. Gördünüz ki, cəmi 2 dəqiqə 52 saniyəni sizin zamanınızdan almaqla parlamentin ab-havasına yalnız yaxşı təsir etdik. Sağ olun.
Sədrlik edən. Çox sağ ol. Zamanının 1 dəqiqəsini bir məsələdən, o biri dəqiqəsini digər məsələdən danışdın. Mü-bariz müəllimlə eyni komitədəsiniz. Mən görürəm, bu qa-nunu o qədər bəyənmisən ki, Ziyafət müəllimin çıxışı qane etmədi, onu bir az da genişləndirdin. Sabir Rüstəmxanlı. 
S.Rüstəmxanlı. Müzakirə və təsdiq etdiyimiz konvensi-yaları, beynəlxalq sazişləri bu gün, şübhəsiz, hamımız bə-yənirik. Mənim bu qanunla və bundan sonra Türkiyə ilə bağlı qəbul ediləcək qanunlarla bağlı kiçik bir qeydim var. Türkiyə dövlətinin adı Türkiyə Cümhuriyyətidir. “Cüm-huriyyət” sözü tarixən dilimizdə olub, indi də işlənir. Biz nəyə görə hökmən istəyirik ki, bu sazişlərdə bir dəyişiklik edək, Azərbaycan variantında  Türkiyə Cümhuriyyətini Türkiyə Respublikası edək? Bunun bir mənası varmı? Bizi birləşdirən şeyləri bir az artırmaqdansa, çalışırıq ki, hökmən özümüzə uyğun şəkildə dəyişək. Mən bunu sual edirəm.
Sədrlik edən. Türkiyədə hansı dövlət quruluşudur? Res-publika quruluşudur. Ona görə burada fərq yoxdur. Biz hər sözü türkcə deməli deyilik ki.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, Sabir müəllim, xahiş edirəm, Siz hər şeyi ədavətə çevirməyin. Dövlət dili var, Azərbaycan dilində respublika deyirlər.  Hər bir ölkənin adı ola bilər, amma respublika respublikadır.
Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.45 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi barədədir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, ümumiyyətlə, parlamentlərin fəaliyyətində qarşılıqlı sazişlərin ratifikasiya olunması çox önəmli yerlərdən birini tutur. Məhz Azərbaycan  parla-mentinin fəaliyyətində də əməkdaşlığın həm bu növünün, həm də digər növlərinin inkişafına xüsusi diqqət yetirilir. Bizim parlamentin fəaliyyətinin böyük bir hissəsi də bundan asılıdır, bu istiqamətə yönəlir.
Bugünkü müzakirə bir daha onu göstərdi ki, gündəlikdə olan 14 məsələnin məhz 8-i bilavasitə belə sazişlərin təs-diqinə yönəlib. Bu bir daha möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dünyada olan nüfuzundan,  xarizmasından və Azərbaycanın dünyada iqtisadi və sosial yerinin möh-kəmlənməsindən xəbər verir.
Bu layihədə əsas məqsəd qarşılıqlı əmək fəaliyyəti ilə bağlıdır. Burada həm əmək fəaliyyəti təsbit olunur, həm də miqrasiya elementləri öz əksini tapır. Bu, bütövlükdə hər iki dövlətin vətəndaşlarının qardaş ölkələrdə  layiqli əmək fəaliyyətinin təmin olunmasına şərait yaradan sənəddir. Mən deputat həmkarlarımdan bu sənədə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 16.47 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəlikdəki 10-cu məsələ “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası hökuməti arasında kom-binə edilmiş yükdaşımaları haqqında” Sazişin təsdiq edil-məsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun la-yihəsi beynəlxalq yükdaşımaların həyata keçirilməsinin asanlaşdırılmasına, tərəflər arasında ticarət münasibətlərinin inkişaf etdirilməsinə xidmət edir. Avtomobil yükdaşımalarına iqtisadi, sosial və ekoloji cəhətdən əlverişli alternativlərin təşkil edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Qanun layihəsi 15 maddədən ibarətdir. Burada anlayışla-rın tərifi verilib. Eyni zamanda, müşayiətli kombinə edilmiş yükdaşımaları, səlahiyyətli orqanlar, müşayiətsiz kombinə edilmiş yükdaşımaları və digər tələb olunan məlumatlar ba-rədə də sazişdə maddələr verilmişdir. Millət vəkillərindən  xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bil-dirsinlər, çünki bu sazişin qəbul edilməsi, sözün əsl mənasında, ölkələrimiz arasında nəqliyyat əlaqələrinin daha təkmil olmasına xidmət edəcəkdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Təklif eləmisiniz, səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
                           
Səsvermənin nəticələr (saat 16.49 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
11-ci məsələ “Beynəlxalq Telekommunikasiya Reqla-menti”nin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyur-sun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsinin nizamlanmasında böyük əhəmiyyət kəsb edən “Beynəlxalq Telekommunikasiya Reqlamenti” ilk dəfə 1988-ci ildə qəbul edilmişdir. Bunun qəbulu ölkələr arasında telekommunikasiya münasibətlərinin inkişafına öz müsbət təsirini göstərib.
Beynəlxalq telekommunikasiya xidmətlərinin göstəril-məsi üçün bağlanılacaq beynəlxalq müqavilələrin əsas şərt-ləri, mobil rabitədə rouminqin şəffaflığı, xidmətlərin qə-naətbəxş keyfiyyətinin təmin edilməsi, nömrə və ünvan re-surslarından səmərəli istifadə olunması, beynəlxalq tele-kommunikasiya şəbəkəsində təhlükəsizliyin və dayanaqlığın təmin edilməsi, enerji effektivliyinə diqqətin artırılması, elektron tullantıların idarə olunması, arzuolunmaz məlumatların qarşısının alınması, məhdud imkanlı şəxslərə  telekommunikasiya xidmətlərinin lazımi səviyyədə göstərilməsi və sair kimi məsələlər yeni “Beynəlxalq Telekommunikasiya Reqlamenti”nə daxil edilmişdir.
Azərbaycan bu sazişə qoşulmaqla bütövlükdə informasiya texnologiya məkanında özünün rolunun artmasına nail olacaqdır. Eyni zamanda, Azərbaycan tərəfi “Beynəlxalq Telekommunikasiya Reqlamenti”nə öz müəyyən qeyd-şərtlərini vermişdir. O şərtlər millət vəkillərinə təqdim edilmişdir. Millət vəkillərindən bu qanunun vacibliyini nəzərə alaraq ona müsbət münasibət bildirmələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.52 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, 12-ci məsələ “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda dəyişiklik edil-məsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən xatırlatmaq istəyirəm ki, 2004-cü ildə cənab Prezident  müasir Azərbaycan dövlətinin qurucusu, xalqı-mızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan tari-xindəki misilsiz xidmətlərini nəzərə alaraq onun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fərman vermişdi. Həmin fərmanın bəndlərindən birində Milli Məclisə “Heydər Əliyev” ordeninin təsis olunması tövsiyə edilmişdi.
Hazırda bu zalda olan millət vəkillərinin  böyük əksəriy-yəti 2005-ci ildə “Heydər Əliyev” ordeninin parlament tərəfindən təsis olunması ilə bağlı müzakirədə iştirak etmişdi. O zaman həmin qanun layihəsi ilə bağlı çox maraqlı çıxışlar, təkliflər oldu və onlar nəzərə alındı. Deyərdim ki, biz həm də müstəqil Azərbaycanın orden yaradıcılığına mühüm töhfə vermiş olduq. Bu gün “Heydər Əliyev” ordeni tamamilə məntiqi olaraq Azərbaycan Respublikasının ən yüksək təltifi hesab olunur. Bir çox milli və xarici dəyərli şəxslər bu ordenlə təltif olunmuşlar.
Bu qanuna təklif olunan əlavənin çox qısa və bir əsas mahiyyəti var. Bildiyimiz kimi, orden ulduzdan, zəncirdən və nişandan ibarətdir. Amma ordenin daşınması, əlbəttə ki, döş nişanı formasında da mümkün olmalıdır. Təklifin əsas mahiyyəti Heydər Əliyev ordeninin döş nişanı formasının da əsasnaməsinin və təsvirinin verilməsidir.
Yəni qeyd eləmək istəyirəm ki, arayışda o təsvir verilib. Amma onların hamısının yeganə bir mənası var: “Heydər Əliyev” ordeninin döş nişanı formasında da təsis olunması. Oradakı ornamentlər, üslub yenə də millidir, mövcud ulduza, ordenin təsvirinə tam uyğundur. Demək olar ki, eynidir və eyni də olmalıdır. Bir daha vurğulayıram ki, yenilik ordenin döş nişanı formasında olmasıdır. Əlbəttə ki, onun belə daşınması müxtəlif tədbirlərdə daha rahat ola bilir.
Son olaraq vurğulamaq istəyirəm ki, beləliklə, “Heydər Əliyev” ordeni həm nişandan, həm də döş nişanı formasın-dan ibarət olacaqdır. Bu, qısa, amma hesab edirəm ki, orde-nin daşınması baxımından əhəmiyyətli olan bir əlavəyə millət vəkillərinin səs verəcəyinə əminəm. Hesab edirəm ki, biz bununla həm ümummilli liderə olan sayğımızı bir daha göstərmiş oluruq, həm də müstəqil Azərbaycan dövlətinin orden yaradıcılığına dəyərli bir töhfə veririk. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, “Heydər Əliyev” ordeni təsis olunanda həm Azərbaycan dövləti, həm də parlament tərəfindən çox böyük iş görüldü. Bu da ordenin döş nişanıdır. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 16.56 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Bu dəyişiklik Cinayət Məcəlləsinə 318-1-ci mad-dənin əlavə edilməsi ilə bağlıdır. Bu, “Qanunsuz miqrasiya-nın təşkili” maddəsidir. Biz bunu etmişik və o qüvvədədir.  Amma cinayət işləri üzrə ibtidai istintaqın aparılmasının aidiyyəti mövcuddur. Yeni maddə yarandığına görə həmin maddəyə uyğun  olan cinayət təqibinin hansı orqanlar tərə-findən aparılması sıralanmalıdır. Buna əsasən 318-1-ci maddə Cinayət-Prosessual Məcəlləsinin 215-ci maddəsinə əlavə olunur. Texniki bir dəyişiklikdir, mahiyyəti qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət əməllərinin aidiyyətini müəyyənləşdirməkdir. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 16.58 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bugünkü gündəliyin sonuncu məsələsi Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Bu-yursun Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitə-sinin sədri.
Sağ olun, cənab Sədr. Hörmətli deputatlar, 2012-ci ildə yaradılan Pirallahı rayonunda mövcud neft sənaye komp-leksi ilə bərabər, iqtisadiyyatın digər sahələrinin də inkişafı nəzərdə tutulur. Hazırda burada infrastruktur obyektləri tikilir, abadlıq, yenidənqurma işləri aparılır, rayonun baş planı tutulur. Lakin rayon ərazisinin məhdudluğu bu işlərin aparılmasına əngəl yaradır.
Müzakirənizə təqdim olunan qanun layihəsində nəzərdə tutulur ki, Xəzər rayonunun Gürgən qəsəbəsi Pirallahı rayonuna verilsin. Gürgən qəsəbəsinin 1600 nəfər əhalisi və 416 hektar sahəsi var. Eyni zamanda,  qonşu Zirə qəsə-bəsindən də 3200 hektar torpaq verilir. Beləliklə, Pirallahı rayonunun inkişafı üçün lazımi şərait yaradılır. Bu, eyni za-manda,  Gürgən qəsəbəsinin əhalisinin bir çox problemini həll edir. İş burasındadır ki, Gürgən qəsəbəsi Pirallahı rayonuna daha yaxındır, cəmi 2–3 kilometr məsafədədir. Onlar, əsasən, Pirallahı rayonunda olan sənaye obyektlərində işləyirlər. Komitədə məsələyə baxılıb və sizin müzakirənizə verilib. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 17.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Növbəti iclas haqqında sizə xəbər verəcəyik. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU