30.05.2014 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XI SESSİYASI İCLASININ
PROTOKOLU № 90
Milli Məclisin iclas salonu.
30 may 2014-cü il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 100 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 97
Yetərsay 83
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkredita-siya haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Beynəlxalq Valyuta Fondu haqqında Saziş”in mad-dələrinə Fondun İcra Şurasında islahatlara dair təklif olunan dəyişikliklər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Azərbaycan Respublikası və İspaniya Krallığı arasın-da gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919–2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişiklik edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. “Büdcə sistemi haqqında” Azərbaycan Respublika-sının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
18. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, İqbal Ağazadə, İlyas İsmayılov, Fazil Mustafa, Leyla Abdullayeva, Əli Məsimli, Novruzəli Aslanov, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Əli Hüseynli, Bahar Muradova
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
1. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikası qanununun la-yihəsi barədə (üçüncü oxunuş).
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.47 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
2. “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.54 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
3. “Beynəlxalq Valyuta Fondu haqqında Saziş”in maddələrinə Fondun İcra Şurasında islahatlara dair təklif olunan dəyişikliklər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.56 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
4. “Azərbaycan Respublikası və İspaniya Krallığı ara-sında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.59 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
5. “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.01 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi
6. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov, Fəzail Ağamalı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Bahar Muradova, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 83
Nəticə: Qəbul edildi
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 84
Nəticə: Qəbul edildi
9. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Aydın Mirzəzadə, Aqil Abbas, Sabir Rüstəmxanlı, Mübariz Qurbanlı, Gövhər Baxşəliyeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.04 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.12 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Elmira Axundova, Adil Əliyev, Çingiz Qənizadə, İqbal Ağazadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.37 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 96
Nəticə: Qəbul edildi
12. “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919–2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.39 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
13. Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə, İqbal Ağazadə, Bəxtiyar Əliyev, Tahir Rzayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.54 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
14. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.55 dəq.)
Lehinə 95
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
30 may 2014-cü il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 97
Yetərsay 83
Çox sağ olun, yetərsay var.
Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Gündəliyin müzakirəsinə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab Sədr. Hörmətli millət vəkilləri! Mən 28 may Cümhuriyyət günü münasibətilə cənab Prezidentin verdiyi əfv fərmanını yüksək qiymətləndirir və ona təşəkkür edirəm. Lakin cəmiyyəti narahat eləyən məsələ daha bir sıra şəxslərin əfv olunması idi. Cənab Prezidentə bununla bağlı çoxsaylı müraciətlər olmuşdu. O cümlədən mən bir dəfə burada qeyd etmişdim ki, yeni münasibətlər sisteminə keçidi təmin edə biləcək, cəmiyyətdə yeni barış siyasəti yarada biləcək addımlar üçün ictimai, siyasi fəaliyyətindən dolayı həbs olunan bu adamların da əfv olunması çox vacibdir.
Gözlənilirdi ki, bu əfv fərmanında xüsusilə İsmayıllı hadisələrinə görə həbs olunmuş Tofiq Yaqublunun, İlqar Məmmədovun, eləcə də Qurban Məmmədovun, Əvəz Zey-nallının, nidaçı gənclərin və cəmiyyəti narahat edən məhkəmə proseslərində məhkum olunmuş sair adamların azadlığı təmin olunacaq. Çox təəssüf ki, bu məsələ həll olunmadı.
Biz yaz sessiyasının sonuncu iclasındayıq. Amma yaz sessiyasından sonra növbədənkənar sessiya da olacaq. Biz millət vəkilləri gələn ay da toplaşacağıq. Hörmətli cənab Sədr, bununla bağlı Sizə müraciət edirəm. Məhkəməsi keçirilmiş bu şəxslərin də böyük bir qisminin azad olunması üçün Milli Məclis yenidən cənab Prezidentə müraciət etsin. Cəmiyyətdə yeni əhvali-ruhiyyənin, barışın, inamın, tərəflərin bir-birinə etimadının təmin olunması üçün bu şəxslərin də azad edilməsi çox ciddi bir hadisə olardı. Bundan ötrü mən Sizə, cənab Sədr, müraciət edirəm. Sizin vasitənizlə, parlament vasitəsilə cənab Prezidentə müraciət edirəm. Bu şəxslərin də həbsdən azad olunması Azərbaycan cəmiyyətinə həm beynəlxalq aləmdə, həm də daxildə yeni bir stimul verər və vətəndaş cəmiyyətinin, barış cəmiyyətinin yaranması üçün çox ciddi dəstək olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Mən bu günlərdə, may ayının 22–23-də Qazax rayonunun Çaylı, Ağstafa rayonunun Köçəskər və Tovuz rayonunun Hacıalılı kəndlərində seçicilərimlə görüş keçirdim. Çaylı və Köçəskər kəndlərinin sakinləri içməli və suvarma sularına böyük ehtiyacları olduğunu bildirdilər. Çaylılar həmçinin kəndin əsas yolunun asfaltlanmasını xahiş etdilər, həm də dedilər ki, hörmətli nəqliyyat nazirimiz Ziya Məmmədov onlara bu yolu düzəltməyi söz verib. Dedim, əgər söz veribsə, yəqin ki, edər. Bütün bunlara baxmayaraq, deyilənlər barədə müvafiq orqanlara deputat sorğusu göndərəcəyəm.
Tovuz rayonunun Hacıalılı kənd sakinləri sərhəd bölgə-sində Ermənistanla təmas xətti ərazisində yaşayır və davamlı olaraq düşmən atəşinə məruz qalırlar. Elə görüş keçirdiyimiz məktəb binasının gülləboran edilən yerlərini də mənə göstərdilər.
Əhali, doğrudan da, düşmənlə təmas zonasında səksəkəli yaşayır. Kənddə işsizlik, müharibə vəziyyətindən doğan çətinliklər də var. Yerli sakinlər torpaqlarından faydalanmaqda çətinlik çəkir, əsas fəaliyyətləri olan əkinçilik və heyvandarlıqla lazımi səviyyədə məşğul ola bilmirlər. Bu isə öz növbəsində onların gəlirlərinin azalmasına səbəb olur və həyat şəraitinə mənfi təsir göstərir.
Məhz ona görə görüşə gələnlər bir səslə atəş bölgəsində qeyri-normal şəraitdə yaşadıqları nəzərə alınaraq sərf etdikləri elektrik enerjisinin və təbii qazın dəyərinin ödənilməsindən qismən azad olunmalarını və ya büdcədən onlara müəyyən kompensasiya verilməsini xahiş etdilər. Düşünürəm ki, onların xahişləri əsaslıdır və bu cür riskli şəraitdə yaşayan soydaşlarımıza müəyyən güzəştlərin tətbiq edilməsi dövlət mənafeyimizə də tam uyğundur.
Bir analoq kimi dünyanın digər münaqişəli bölgələrində qarşı tərəflə təmas zonalarında yaşayan əhali üçün nəzərdə tutulan güzəşt və stimulları göstərmək olar. Məsələn, Qəzza bölgəsi ilə təmas zolağında yaşayan əhali üçün İsraildə xüsusi Zerot qanunu qəbul edilmişdir. Zerot yaşayış məntəqəsinin adıdır. Bu qanuna əsasən təmas xəttindən 7 kilometr məsafəyədək radiusda yerləşən yaşayış məntəqələrinin əhalisi vergi, rüsum, investisiya, səhiyyə, təhsil məsələlərində güzəştlərə malikdir.
Məsələnin sistemli həlli üçün təklif edirəm ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli fərmanı ilə təsdiq edilmiş və növbəti beşilliyi əhatə edən Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına Ermənistanla sərhəd və cəbhəyanı bölgələrin inkişafına dair ayrıca bir bənd əlavə edilsin. Bu bölgələrə aid yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması məsələləri ön plana çəkilsin. Burada yaşayan vətəndaşlarımızın doğma yurdlarını tərk etməməsi üçün stimul və güzəştlər sisteminə yenidən baxılaraq tutarlı tədbirlər həyata keçirilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslərin əfv olun-ması ənənəsinin davam etdirilməsinin tərəfdarıyam. Çünki Avropa Şurasının Nazirlər Komitəsinə Azərbaycanın rəh-bərlik elədiyi bir müddətdə elə vəziyyət yaranmalıdır ki, bizim istər iqtidar, istərsə də müxalifət tərəfindən ancaq Qarabağ məsələsi ilə bağlı haqlı davamızı orada gündəmə gətirmək imkanımız olsun və ölkədə siyasi məhbusların olub-olmaması ilə bağlı hər hansı bir məsələ Avropa məkanında müzakirəyə çıxarılmasın. Bu mənim arzumdur. Ümid edirəm ki, bu arzu həyata keçiriləcəkdir.
Bu gün ölkəmizdə vacib məsələlərdən biri sağlıq və səhiyyə ilə bağlıdır. Hər gün biz millət vəkili olaraq onlarla insandan müraciət alırıq. Onlar səhiyyə, sağlıq problemlərindən şikayət edirlər. İnsanlar müalicə pulu tapa bilmirlər. Hamı pul istəyir. Burada onlarla millət vəkili var ki, mənim dediklərimi ürəyində bəlkə də təsdiq eləyər. Hamıya eyni formada müraciətlər daxil olur. Amma bunu önləmək üçün, məncə, ciddi tədbirlərin görülməs ləngiyir.
Doğrudur, cənab Prezidentin və Mehriban xanımın səyləri ilə çox sayda insanlar çox bahalı xəstəxanalarda müalicə olunurlar. Ehtiyacı olan insanlara yardım əli uzadılır, köməklik göstərilir. Amma bu, kifayət deyil. Bu insanların hamısını bu formada təmin eləmək imkanı yoxdur. Ona görə də səhiyyə sistemində, həqiqətən də, ciddi islahatlara ehtiyac var.
Azərbaycan müstəqillik dövründə bəlkə də ən çox səhiyyə nazirlərindən yarımayıb. Mən bunu tam məsuliyyət ilə deyirəm və başqa heç bir məqsəd də güdmürəm. Azərbaycanda ölkənin səhiyyə, sağlıq problemlərinin həllinə özünü, həyatını fədakarlıqla həsr eləyən bir nəfər də məsuliyyətli səhiyyə nazirinə rast gəlinmədi və bu gün də eyni vəziyyətdir.
Siz təsəvvür edin, tibb işçilərinin maaşı orta aylıq əmək haqqından çox aşağıdır. Amma istirahət günü, bazar günü də işləyirlər. Onlara ikiqat əmək haqqı verilməlidir. Dünyanın hər yerində bu var. Bizdə bu verilmir. Hesablama Palatasının rəyində göstərilmişdi ki, guya bu bəzi məmurların səhlənkarlığından baş verir. Amma ilin sonunda bu qalan vəsait mükafat formasında müxtəlif səhiyyə işçilərinə verilir. Halbuki istirahət günü işləyən, gecə növbəsində işləyən insanlar buna görə haqq almalıdırlar. Bu onların hüququdur. Bu hüquq qorunmur.
Ona görə Azərbaycanda, məncə, bir sağlıq fondu formalaşdırılmalıdır ki, heç olmasa, tam əlacsız xəstələrə dövlət yardım eləyə bilsin. Çünki müalicə xərcləri, dər-manlar həddindən artıq bahadır. Pensiyaçıların vəsaiti bunu almağa çatmır. Ona görə də məncə, bu məsələyə də diqqətimiz yönəltməyə ehtiyac var. Çünki aşağılarda biz daha rahat görürük, insanlar nə qədər böyük əziyyət çəkirlər. Ona görə bu məsələnin qanunvericilik səviyyəsində həlli üçün müəyyən addımların atılmasını məqsədəuyğun hesab edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar! Bildiyiniz kimi, biz bu gün 1 iyun Uşaqların beynəlxalq müdafiəsi günü ərəfəsində toplaşmışıq. Bütün dünyada olduğu kimi, ölkəmizdə də Uşaqların müdafiəsi günü geniş və əhatəli şəkildə qeyd olunur. Xatırlatmaq istərdim ki, ölkə rəhbəri cənab Prezident İlham Əliyev dövlətin və vətəndaş cəmiyyəti qurumlarının bu sahəyə diqqətinin gücləndirilməsi məqsədi ilə 2008-ci il 22 dekabr tarixli sərəncam imzalamış və bu sərəncama görə 2009-cu il Uşaq ili elan olunmuşdu. Bu onun göstəricisidir ki, Azərbaycanda bu sahəyə ölkə rəhbərliyi və bütövlükdə dövlətimiz tərəfindən çox böyük diqqət və qayğı göstərilir. Mən bu sahəyə göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə, eləcə də UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya bir pedaqoq kimi öz təşəkkürümü çatdırıram. Ölkədə Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlər ölçüyəgəlməzdir.
Eyni zamanda, elə məsələlər var ki, az da olsa, bizim hər birimizi narahat etməlidir. Hər şeydən əvvəl mən qeyd etməliyəm ki, uşaq ədəbiyyatının vəziyyəti arzuolunan sə-viyyədən uzaqdır. Təəssüf ki, bu janrda yazan müəlliflərimiz azdır. Yazılanlar içərisində də yüksək keyfiyyətli əsərlər çox deyildir. Bu gün xarici ədəbiyyat, o cümlədən uşaq ədəbiyyatı ana dilimizə tərcümə edilir. Bu çox yaxşı haldır. Amma milli ruhda, vətənpərvərlik ruhunda yazılan uşaq ədəbiyyatımız mütləq olmalıdır. Əks halda əcnəbi qəhrəmanları sevən övladlarımızın milli ruhda tərbiyəsi bizim üçün çox çətin olacaqdır.
Azərbaycanda sovet dönəmindən bu günə qədər “Göyərçin” jurnalı dərc olunur. Bu, uşaqların diqqətini çox çəkən bir jurnaldır. Amma Azərbaycan kimi ölkədə bir jurnal azdır. Özəl qaydada nəşr olunan jurnallar bir müddət çıxdıqdan sonra çapını dayandırır.
Bir müddət əvvəl Milli Məclisin Mədəniyyət komitəsinin iclasında biz ölkədə uşaq telekanalının yaradılmasını təklif etmişdik. Bəlkə də bu gün belə bir kanalın yaradılması mümkün və ya məqbul deyil. Əgər belədirsə, biz milli cizgi filmlərinə, uşaq bədii filmlərə diqqəti yönəltməliyik. Bu gün böyüyən uşaqlar rus, türk, ingilis dillərində cizgi filmlərinə baxır və biz artıq onların digər dillərdə ifadələr işlətdiyini müşahidə edirik. Heç olmasa, əcnəbi cizgi filmlərinin kütləvi olaraq dublyaj edilməsin nəzərdən keçirmək lazımdır.
Dövlət və İctimai televiziyanı çıxmaqla özəl telekanallar uşaq proqramlarına, demək olar ki, yer ayırmırlar. Olan bir-iki teleproqram isə pedaqoji və uşaq psixologiyası baxı-mından müəyyən suallar doğurur. Məni bu baxımdan ən çox narahat edən məsələ son dövrlərdə bəzi şəxs və qurumlar tərəfindən...
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, təşəkkür edirəm, cənab Sədr. Mən Azərbaycanda bu gün islahatların daha çox göründüyü bir sahə barədə danışmaq istərdim. Sözün həqiqi mənasında son dövrlərdə bizdə yaxşı bir təhsil strategiyası hazırlanır. Bu əsasda həyata keçirilən tədbirlər, inanıram ki, Azərbaycanda təhsilin keyfiyyətinin artırılmasına və bütövlükdə Azərbaycanın rəqabət qabiliyyətinin yüksəldilməsinə mühüm təsir göstərəcək. Amma çalışmaq lazımdır ki, təhsilin keyfiyyətini artırmaq üçün həyata keçirilən islahatlar həm də az ağrılı olsun.
Bu nöqteyi-nəzərdən iki məsələyə toxunmaq istəyirəm. Birinci məsələ ondan ibarətdir ki, təhsil sahəsində müxtəlif mexanizmlər tətbiq eləməklə hələ pensiya yaşı çatmamış təcrübəli müəllimlərin işdən kənarlaşdırılması çox ciddi narazılıqlar yaradır və hətta Azərbaycan təhsilində böyük rolu olan çox istedadlı, qabiliyyətli müəllimlər də kənarda qalırlar. Əgər nəzərə alsaq ki, müəllimlərin maaşı Azərbay-canda orta əmək haqqından təqribən iki dəfə aşağıdır, – onlar 150–200 manat arasında maaş alırlar, – pensiya yaşı çatmayan müəllimlərin işdən kənarlaşdırılması onları və ailələrini çox pis vəziyyətə salır, onların iş tapma imkanı çox məhdud olur. Ona görə də, məncə, bu məsələyə həssas yanaşılmalı və həmin kateqoriyadan olan çox istedadlı, təcrübəli müəllimlərin fəaliyyətinin davam etdirilməsi istiqamətində tədbirlər görülməlidir.
İkinci məsələ. Təhsildə dövlət sifariş vasitəsilə adam-başına maliyyələşmə çox müsbət bir haldır. Bunun əhatə dairəsinin genişləndirilməsi istiqamətində addımlar atmaqla yanaşı, həm də təhsillə elmin koordinasiyasının gücləndirilməsi məsələsini də nəzərə almaq lazımdır. Adambaşına maliyyələşmə Nazirlər Kabinetinin xüsusi qərarı ilə həyata keçirilir. Bu zaman yalnız təhsilə vəsait ayrılır.
Ali məktəblərdə elmlə məşğul olan qurumlar tədricən çox pis vəziyyətə düşməyə başlayıblar. Onlar, adətən, dövlət büdcəsindən, Elmin İnkişafı Fondundan, bir də beynəlxalq fondlardan maliyyələşdirilir, habelə bir sıra müəssisə və təşkilatlarla müqavilə əsasında işləyib haqq alırlar. Sadaladığım dörd mənbədən üçü yaxşı işləmir. Çünki bizim hələlik istehsalata tətbiq edilə bilən yaxşı elmi tədqiqat işlərimiz yoxdur. Amma onu da demək lazımdır ki, ali məktəblərdə bir sıra...
Sədrlik edən. Sağ olun. Novruzəl Aslanov.
N.Aslanov. Təşəkkür edirəm. Hörmətli Sədr, keçən iclasda Sizin təşəbbüsünüzlə Milli Məclis üzvləri Türkiyədə baş vermiş fəlakət nəticəsində həlak olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Elə həmin gün, cənab Sədr, iki millət vəkili – Ayaz Orucov və Eldar Quliyevin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən humanitar bir kampaniya start almışdır. Məlumat üçün bildirmək istəyirəm ki, kampaniya artıq 20 günə yaxındır davam edir. Milli Məclisin 40-a yaxın üzvü bu kampaniyada fəal iştirak edir. Artıq 38 min dollara yaxın pul vəsaiti toplanıb Türkiyə Qızıl Ay Cəmiyyətinə köçürülmüşdür. Kampaniya hələ iyunun 20-nə qədər davam edəcəkdir.
Bir neçə gün bundan öncə Türkiyə Qızıl Ay Cəmiyyətinin prezidenti cənab Əhməd Lütfi Akar və saat yarım bundan öncə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İsmail Alper Coşkun mənə telefon açıb xahiş etmişlər ki, bu kampaniyada iştirak edən bütün millət vəkillərinə onların dərin minnətdarlıq və təşəkkürlərini çatdırım. Mən də Qızıl Aypara Cəmiyyətinin sədri kimi fürsətdən istifadə edib bütün millət vəkillərinə, o cümlədən bizə informasiya dəstəyi verdiyinə görə APA Agentliyinə, Modern.az saytına öz minnətdarlığımı bildirmək istəyirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qarşıdan 1 iyun Uşaqların beynəlxalq müdafiəsi günü gəlir. Biz bütün uşaqlarımızı bu gün münasibətilə təbrik edirik. Cənab Prezidentin və hörmətli Mehriban xanımın rəhbərliyi ilə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində böyük işlər görülüb və bir çox məsələlər öz həllini tapıb.
Mənim qaldıracağım bir məsələ ilə bağlı isə, hörmətli Sədr, yaxşı olardı ki, biz qanunvericilik çərçivəsində müəyyən əlavə və düzəlişlər edərək bu məsələnin həllinə öz dəstəyimizi göstərək. Söhbət hər iki valideynini itirmiş və 18 yaşına çatmış uşaqların mənzillə bağlı problemlərindən gedir. Bu uşaqların sayı o qədər də çox deyil. Hər iki valideynini itirmiş uşaqların sayı internat məktəblərində təxminən 500 və bəlkə də 500-dən bir qədər çoxdur. 18 yaşını bitirdikdən sonra onların gedəcəkləri bir yer yoxdur. Ona görə də bu uşaqlar yataqxana tipli hansısa bir yaşayış yeri ilə təmin olunmalıdırlar ki, orada gedib yaşaya bilsinlər. Ən azı mənzillə təmin olunana qədər onların yaşayış yerləri olsun ki, bu uşaqlar ciddi problemlərlə üz-üzə qalmasınlar.
Doğrudur, Mehriban xanımın dəstəyi ilə bir çox belə uşaqlara mənzillər verilib. Amma düşünürəm ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna və Mənzil Məcəlləsinə müəyyən əlavə və dəyişikliklər etməklə bu problemi kökündən həll etmək bəlkə daha yaxşı olardı.
Hər iki valideynini itirmiş gənclər evlənirsə, bu problem daha çox ortaya çıxır. Nikaha girənlərin hər ikisi əgər valideyn himayəsindən məhrum olubsa, bu istiqamətdə dəstəyin verilməsinə daha böyük ehtiyac var. Müraciət edirlər, gəlirlər. Bilirəm, bir sıra millət vəkili həmkarla-rımıza da belə müraciətlər olur. Bu gənclərin sayı elə də çox olmadığına görə büdcəyə böyük problemlər yaratmayacağı üçün, mənə elə gəlir ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik düşünmək yaxşı olardı. Təkrar vurğulayıram ki, söhbət hər iki valideynini itirmiş uşaqlardan gedir. Onların məsələsi çox ciddidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı, buyurun.
S.Rüstəmxanlı. Təşəkkür edirəm, hörmətli Sədr! Mən də bu iclasda irəli sürülən bir təklifə qoşulmaq istəyirəm. Prezidentimizin əfv fərmanını humanist addım kimi yüksək qiymətləndirirəm və hesab edirəm ki, doğrudan da, bu iş davam etdirilməlidir. Çünki son vaxtlar müəyyən həbslər və məhkəmələr olub ki, orada günahlandırılan bizim gənclərimizdir və bu gənclərin bir hissəsi Azərbaycanın gələcəyi üçün lazım olan insanlardır. Onların arasında yüksək təhsil almış, savadlı, ağıllı və millətin gələcəyini düşünən insanlar var. Ola bilsin, onların müəyyən səhvləri, günahları var. Amma verilən cəzalar, məncə, o səhvlərə və günahlara adekvat deyil. Onların düzgün istiqamətləndirilməsinə, müvafiq işlə təmin olunmasına, cəmiyyətin inkişafına yardım edə biləcək mövqelər tutmasına kömək etsək, istedadları Azərbaycanın xeyrinə sərf olunar. Cəza verməklə, həbsxanaya atmaqla, məncə, iş bitmir. Gələcək amnistiya aktlarında bunu nəzərə almaq olar.
İkinci məsələ. Oqtay müəllim, bilirik ki, Ermənistanla sərhədlərdə hər gün atışma var və son vaxtlar şəhidlərin də sayı artıb. Müharibə faktiki davam edir. Bir yandan da Türkiyədə Ermənistan və Azərbaycan ictimaiyyətinin nümayəndələri görüş keçirirlər. Cəmiyyətdə buna münasibət birmənalı deyil. Ona görə bu məsələni aydınlaşdırmalıyıq. Mən hesab edirəm, bir dəfə də bu məsələni müzakirə eləmək olar. Savaşırıqsa, bu cür danışıqlara və görüşlərə heç bir ehtiyac qalmır.
Mənim mövqeyim aydındır. Ermənistanın prezidenti deyir ki, türk bizim düşmənimizdir. Bir milləti bütövlüklə özünə düşmən eləyən bir dövlət başçısının ya ağlı yoxdur, ya da ümumiyyətlə, mədəniyyətdən uzaq bir adamdır. Bu adamlarla oturub danışmağın nə mənası var, bu dialoq bizə nə verəcək? Biz bunları aydınlaşdırmalıyıq. Cəmiyyət də bilməlidir ki, bu məsələlərdə bizim mövqeyimiz necədir. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, dialoq aparmayıb, neyləyək, müharibəyə başlayaq? O, ölkənin prezidentidir, xalqı-nın öz seçimidir, biz də dialoq apararkən onunla danışmağa məcburuq. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! Bu gün Milli Məclisin gündəliyində çox vacib məsələlər müzakirəyə çıxarılıb. Görürsünüz, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişi də bu gün müzakirə edəcəyik.
Bu günlərdə bizim parlamentin həyatında çox vacib hadisələr baş verdi. Azərbaycan Avropa Şurası Parlament Assambleyasının Büro iclasına ev sahibliyi etdi. Azərbaycanla Avropa Şurası arasında gələcək üçün fəaliyyət planı təsdiqləndi və bu bir daha göstərdi ki, Azərbaycan demok-ratiya, insan hüquqları, qanunun aliliyi sahəsində götürdüyü öhdəliklərə sadiqdir və bu sahədə bir çox irəliləyişlər əldə etmişdir.
Bu kontekstdən həmkarlarımızın indi məhkəmə hakimiyyəti tərəfindən verilən cəzalarla bağlı söylədikləri fikirlər bizi təəccübləndirir. Ona görə təəccübləndirir ki, Azərbaycan İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasına qoşulub, Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasındadır. Biz parla-mentarilər burada hətta Avropa Şurasının üzvü olan bir sıra ölkələrdən fərqli olaraq Avropa Məhkəməsində işlərin sürətlə baxılmasını təsdiqləyən 14 və 15 saylı protokolları ratifikasiya etmişik.
Mən bu fikirlə qətiyyən razı deyiləm ki, bizdə hansısa məhkəmə prosesləri cəmiyyətin böyük qismində narahatlıq yaradıb. Bu əgər cəmiyyətin böyük bir qismini narahat etsəydi, o cəmiyyəti burada təmsil edən parlamentarilərin böyük əksəriyyəti bu barədə fikirlərini bildirərdilər. Əksinə, cəmiyyətimizi narahat edən o olub ki, nə üçün İsmayıllıda iğtişaşlar törədilib və adı çəkilən siyasi personlar da orada iştirak ediblər, nə üçün NİDA təşkilatı, gənclər qeyri-qanuni hərəkətlərdə iştirak ediblər. Bu, əslində, Azərbaycanın öz daxilində baş verən hansısa bir sosial məsələ ilə bağlı deyil və insan hüquqları ilə də bir bağlılığı yoxdur. Bunları biz əvvəllər də söyləmişik. Bu, Azərbaycandan xaricdə olan qüvvələrin müdaxiləsi nəticəsində baş vermişdir. Məhkəmə qərarları qüvvəyə minməmiş bununla bağlı bəyanatlar verilməməlidir. Mən bir daha deyirəm, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasındadır və bu məsələlər ancaq hüquqi çərçivədə müzakirə oluna bilər. Bütün bu hüquqi mexanizmlərdən hər kəs istifadə edə bilər.
O ki qaldı insanların gəncliyinə, savadlı olmasına, bunlar çox yaxşıdır. Qərarlar qəbul edilərkən yüngülləşdirici hallar var. Amma insanın savadlı, qabiliyyətli və başqa bu cür keyfiyyətlərə malik olması onun cinayət törətməsinə heç bir əsas yaratmır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, sən bir az məni qabaqladın. Elə mən də onu deyəcəkdim ki, Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvüdür, Avropa İnsan Hüquqları Məhkəməsinin məkanındadır. Təəssüflər olsun ki, bu məsələlər hələ tam həllini tapmamış nəinki bəzi beynəlxalq QHT-lər, eləcə də bizim QHT-lər buna öz mənfi münasibətlərini bildirməyə başladılar. Mən hamının xətrini çox istəyirəm, İqbal müəllimin də. Amma hərdən lap elə Human Rayts kimi çıxış edirik və məhkəmənin qərarı olma-mış əvvəldən Azərbaycan haqqında fikirlər yaradırıq. Avropa Şurası Parlament Assambleyasının sessiyası Milli Məclisdə keçiriləndə mən bunun daha bir nümunəsinin şahid oldum. Xanım Ənn Brasser elə ilk çıxışını Azərbaycana hücumla başladı. Azərbaycana ilk dəfə gələn qonaqdır, onların beyni o qədər dolub ki, birinci başlayanda elə...
Bizim qəzetlər yazdılar, insan hüquqları belə gəldi, filan belə getdi. Amma bunu yazan insanlar o xanımın çıxışlarında, verdiyi mətbuat konfranslarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, Dağlıq Qarabağın tanınmaması, məsələlərin həlli yolları barədə dediklərini yazmaq istəmədilər. “Yeni Azərbaycan” qəzetindən başqa bir qəzetdə bu xanımın söylədiyi fikirlər haqqında heç bir yazı yoxdur. Yaxşı, bu, Azərbaycanın milli məsələsidir, Azərbaycanın xeyrinə çıxış eləyib. Niyə bu, mətbuatda işıqlandırılmasın? Bizim mətbuat səhifələrində o haqda bir yazı görmədim. Ancaq bir kəlmə deyəndə ki, Azərbaycanda insan hüquqları pozulur, elə bir mətbuat orqanı olmadı ki, o xanımın bu istiqamətdə dediklərini verməsin. Gəlin tənqidimizi də eləyək, ancaq Azərbaycanı dəstəkləyən mövqeləri də mətbuatda verək. Bu yanaşma, hesab edirəm ki, daha doğru olardı. Bahar xanım, buyurun.
B.Muradova. Təşəkkür edirəm, Oqtay müəllim. Mən təkcə öz fikrimi yox, milyonlarla Azərbaycan vətəndaşının da fikrini ifadə edərək ölkə Prezidenti cənab İlham Əliyevə Azərbaycanın müstəqilliyi günü ərəfəsində verdiyi əfv fərmanına, məhkum həyatı yaşayan yüzlərlə insanın cəzasını yüngülləşdirdiyinə və bir qismini də ailəsinə qovuşdurduğuna görə minnətdarlıq və təşəkkürümü bildirirəm.
Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan bu humanist siyasətin ardıcıl olaraq davam etdirilməsi nədənsə hər dəfə hansısa beynəlxalq dairələrin təzyiqi ilə əlaqələndirilir. Bu əfv fərmanı verilməmişdən əvvəl də, sonra da, – yəqin ki, sizlərə də belə müraciətlər olur, – mənə mətbuat nümayəndələri müraciət edir, deyirdilər ki, Bahar xanım, Avropa Şurasının rəsmiləri, hansısa beynəlxalq qeyri-hökumət təşkilatları, Azərbaycandakı hüquq müdafiəçiləri bir sıra siyahılar üzrə təqdimatlar yazıblar. Amma cənab Prezidentin əfv elədiyi insanlar arasında o siyahıdakı adamlardan çox azdır. Niyə belədir?
Bu qədər ciddi mahiyyəti və məzmunu olan bir addımı üç-beş adamın o siyahıda olmaması ilə gözdən salma siya-səti aparılır. Sanki bu əfv fərmanı olmayıb, dövlətin diqqət və qayğısını öz üzərində hiss edən o insanlar evlərinə qayıtmayıb, onların valideynləri, ailəsi böyük sevinc içərisində deyil. Əksinə, guya Azərbaycanın bütövlüyü, milli maraqları uğrunda özünün bütün savadını, qabiliyyətini və intellektini sərf eləyənlərin adının orada olmaması milli matəm kimi qarşılanır.
Bilirsiniz, biz hamımız Azərbaycanda yaşayır və burada nə baş verdiyini yaxşı görürük. Üç-beş adamın əhvali-ruhiyyəsini xalqın adına çıxmaq olmaz. Xalq bu hüququ heç kimə verməyib. Xalq bilir ki, ona nə lazımdır.
Azərbaycanda inamsızlıq mühitinin olmasını, guya bu siyahıda olan bir qisim adamın azad olunmamasının Azər-baycanda barış siyasətinin formalaşmasına mənfi təsir göstərdiyini söyləyənlər, hesab edirəm ki, yanlış fikir-dədirlər. Əksinə, Əli müəllim düzgün buyurdu ki, məhz bu adamların fəaliyyəti Azərbaycan xalqını narahat edir və Azərbaycan xalqının mütləq əksəriyyəti məhz bu fəaliyyətin cəmiyyətdə barış və inama, Azərbaycanın maraqları üçün seçilmiş yola zərər gətirdiyini düşünür. Əks təqdirdə biz başqa məsələləri müşahidə etmiş olardıq.
Ona görə də həm mətbuat orqanlarından, həm də Azərbaycanın ictimai-siyasi həyatında olan insanlardan mənim bir Azərbaycan vətəndaşı kimi xahişim ondan ibarətdir ki, bizim həyatımıza öz naxışını vuran müsbət məqamları elə müsbət məqam kimi dəyərləndirək, onun yanında mahiy-yətcə çox cılız olsa da, sizin tərəfinizdən şişirdilib böyüdülən neqativləri qoymayaq. Neqativləri də müzakirə edək, amma müsbəti gözdən salmaq məqsədi ilə yox.
Cənab Prezidentin əfv fərmanının, onun bu sahədə apar-dığı humanist siyasətin mahiyyət və məzmununu insanlara çatdırmaq əvəzinə bunu barış siyasətini pozan bir addım kimi qələmə vermək nə dərəcədə məntiqlidir? Özü də bunu söyləyənlər kifayət qədər savadlı, intellektual səviyyəsi yüksək, ictimai-siyasi proseslərdən baş çıxaran həmin gənclər, gözəl qabiliyyəti olan insanlardır.
Əli müəllim, burada Sizin sözünüz yerinə düşür ki, savad, intellekt heç də hər dəfə yaxşı və müsbət məqsədlərə xidmət eləmir. Bundan başqa məqsədlər üçün də istifadə edirlər. Əks təqdirdə dünyada baş verən bu qədər kata-klizmlərin arxasında məhz elə savadlı, yüksək intellektə malik adamlar dayanmazdılar. Deməli, ən önəmlisi məq-sədin düzgünlüyüdür.
Mən Azərbaycanda səhiyyə sisteminin vəziyyətinə dair burada qaldırılan bir məsələyə də münasibətim bildirmək istərdim. Bu məsələ ilə bağlı mən bir dəfə də mövqeyimi bildirmişəm, həm də ona görə ki, mənim fəaliyyət sahəmi təşkil edir. Bu istiqamətdə atılan addımlar, görülən işlər, aparılan islahatlar o qədər genişmiqyaslıdır ki, bəzən adam bunun haqqında danışmağa başlamaq istəmir, çünki bunu bitirmək mümkün deyil.
Bu gün bəzi nöqsanlar, çatışmazlıqlar, maddi problem-lərlə bağlı bəzi məsələlər var. Mən bir daha vurğulayıram ki, biz Sığorta haqqında qanunu hələ qəbul etməmişik. Bunun mexanizmləri Azərbaycanda formalaşmayıb. Amma bu, əsas vermir ki, biz səhiyyədə olan problemlər konkret şəxsin, səhiyyə nazirinin üzərinə qoyaq. Hesab edirəm ki, bu, qətiyyən düzgün deyil.
Əlbəttə, səhiyyə işçilərinin maddi təminatı, sosial durumu, maaş məsələlər bizi daim düşündürən problemlərdəndir. Biz bununla məşğuluq, məşğul olmalıyıq və dövlətin müvafiq qurumları ilə əlaqəli şəkildə bu məsələlərin müsbət həllinə çalışmalıyıq. Amma hesab edirəm ki, “Azərbaycan səhiyyə nazirindən yarımadı” deyib orta statistik vətəndaşın loru yanaşmasını ortaya qoymaq bizə yaraşmaz.
Fazil müəllim, biz hər məsələyə obyektiv qiymət verməyə çalışmalıyıq. Əks təqdirdə, Siz səhiyyə sahəsindəki problemləri ortaya qoyduğunuz halda diqqəti onlardan yayındıraraq səbəbi bir növ konkret şəxsin fəaliyyəti ilə bağlamış olursunuz. Ona görə də hesab edirəm, çıxışlarımızda bir az diqqətli olmalı və məsələlərə obyektiv qiymət verməliyik. İnsanlar bunu bizdən gözləyirlər. Bunu bizdən görməyəndə seçicilərimiz pəjmürdə olur və müəyyən qədər öz mövqelərinə yenidən baxmağı düşünürlər.
Oqtay müəllim, hesab edirəm ki, cari məsələlərə ayrılan hissəni artıq bitirmək olar. Mən sözümü bitirdim.
Sədrlik edən. Sən çıxış eləyəndən sonra bitirə bilərik. Əfv fərmanından, amnistiyadan çox danışıldı. Bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, cənab Prezidentin verdiy əfv fərmanları ilə bu günə qədər 5 mindən çox insan əfv olunub. Əfv fərmanı deyəndə çoxları elə bilirlər ki, kimlərəsə avtomatik olaraq amnistiyaya düşməlidir. Əfv fərmanı gözləyən adam əfvə görə müraciət etməlidir, ya yox? Müraciət etməyən adamın haqqında məsələyə necə baxıla bilər? Amnistiyadan danışırıq. İndiyədək 8 əfv fərmanı qəbul edilib, amnistiya 27 mindən çox insana şamil olunub. Hər gün amnistiya keçirməzlər. Belə çıxır ki, cəzaçəkmə yerlərində cinayətkarlar qalmalı deyillər. Hər dəfə amnistiya keçiriləcəksə, məhkəmələr nəyə lazımdır? Cəza insanları islah eləmək üçündür. İldə bir amnistiya keçirək, bu da düzgün yanaşma deyil.
Mən də hesab edirəm ki, artıq müzakirələri bitirmək lazımdır. Gündəliyə keçək. Gündəliyin birinci məsələsi – Uy-ğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haq-qında qanun layihəsi barədə. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Diqqətinizə təqdim olunan qanun layihəsinə İqtisadi siyasət komi-təsinin iclasında baxılmış və o, üçüncü oxunuşda müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur. Qeyd etmək lazımdır ki, qanun layihəsinin qəbul edilməsi ilə ölkədə uyğunluğun qiymətləndirilməsinin və sahibkarlıq fəaliyyətinin hüquqi bazası yaradılır. Sahibkarlıq fəaliyyətinin bu yeni növünün məqsədi ölkəmizdə istehsal edilən məhsulların, idarəetmə sistemlərinin, işçi heyətinin ümumdünya standartlarına nə dərəcədə cavab verməsini yoxlamaq, onları işgüzar dairələrdə tanıtmaq, dünya bazarlarına çıxarılması prosesini sürətləndirməkdir.
Bu fəaliyyətin qanunvericilik bazasının yaradılması ölkəmizin qeyri-neft sektorunda istehsal edilən malların key-fiyyətinin yüksəlməsinə, həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətinin güclənməsinə şərait yara-dacaqdır. Təbii ki, bu malların, xidmətlərin və işçi heyətinin qiymətləndirilməsi mühüm və məsuliyyətli işdir və bu sahədə fəaliyyət göstərən şəxslərdən yüksək peşəkarlıq tələb edir.
Məhz bu səbəbdən onların fəaliyyəti müvafiq dövlət orqanlarında akkreditasiyadan keçmək vasitəsilə rəsmiləş-dirilməlidir. Başqa sözlə, dövlət həmin şəxslərin işinin key-fiyyətinə zəmanətçi kimi çıxış edir. Yalnız bu halda onların fəaliyyətinin nəticələrinə milli və beynəlxalq səviyyədə inam yarana bilər.
Yerli istehsalçılara verilən uyğunluq sertifikatının başqa ölkələr tərəfindən qəbul olunması nəticəsində xarici tica-rətdə bir çox maneələri, o cümlədən malların və xidmətlərin həmin ölkələrdə təkrarən sertifikatlaşdırmadan keçirilməsi tələbinin qoyulmasını aradan qaldırır. Beləliklə də, vaxt itkiləri aradan qaldırılır və rəqiblər qarşısında üstünlük əldə edilir.
Uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin önəmli cəhətlərindən biri də istehlakçıların maraqlarının qorunmasına, onların keyfiyyətli mallar və xidmətlərlə təmin edilməsinə şərait yaradılmasıdır. Belə ki, bu fəaliyyətlə məşğul olan şəxslər daxili bazara mənşəyi məlum olmayan saxtalaşdırılmış və keyfiyyətsiz malların daxil olmasının qarşısını alırlar.
Qanun layihəsi iki oxunuşdan keçdikdən sonra müzakirələr zamanı səsləndirilmiş fikirlər və təkliflər komitə üzv-lərinin və Aparatın İqtisadi qanunvericilik şöbəsi əməkdaşlarının daxil olduğu işçi qrupu tərəfindən araşdırılmış, qanun layihəsinin təkmilləşdirilməsi məqsədi ilə bir sıra dəyişikliklər və əlavələr edilmişdir.
Tənzimlənmə predmeti nəzərə alınaraq qanun layihəsinin adı dəqiqləşdirilmiş və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” adlandırılmışdır. Preambula hissəsi yenidən işlənmiş və daha konkret ifadə edilmişdir. Qanun layihəsinin həcmi nəzərə alınmaqla fəsillər ləğv edilmiş, maddələr məntiqi ardıcıllıqla verilmişdir. “Əsas anlayışlar” maddəsində izahı verilən, lakin sonrakı maddələrdə istifadə olunmayan bir çox anlayışlar ixtisar edilmişdir. Akkreditasiya mərhələlərinin adları və ardıcıllığı dəqiqləşdirilmişdir. 6-cı maddədə akkreditasiya attestatının qüvvədə olan müddəti 4 il əvəzinə 3 il müəyyən olunmuş və bu attestatın verilməsinə görə ödənilən rüsum məbləğinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirildiyi vurğulanmışdır. Qanunun dili sadələşdirilmiş, redaktə xarakterli nöqsanlar aradan qaldırılmışdır.
Hörmətli millət vəkilləri, qanun layihəsinin təkmilləş-dirilməsi istiqamətində aparılmış işlər onun üçüncü oxunuşda qəbul olunması üçün əsas verir. Sizlərdən xahiş edirəm ki, bu qanun layihəsinə dəstək verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Həqiqətən, bu qanun layihəsi çox təkmilləşdirilib, yetkin bir qanun olub. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, üçüncü oxunuşda münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.47 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, mən iclas başlayanda sizə deyəcəkdim, yadımdan çıxdı. 13, 14, 15, 16-cı məsələlər qanunvericilik təşəbbüsü subyektinin xahişi ilə növbədənkənar sessiyada müzakirə olunacaq. Çünki orada bəzi dəyişikliklər edilməlidir. O qanunlara bu gün baxmayacağıq.
Keçirik növbəti məsələyə. “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Sədr. Hörmətli həmkarlar! Bu gün parlamentin müzakirəsinə çox əhəmiyyətli bir sənəd – “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş təqdim olunub. Bildiyiniz kimi, Azərbaycan uzun illərdir Avropa İttifaqı ilə, Avropa təsisatları ilə səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlıqla biz ilk növbədə Avropa dəyərlərinə sadiqliyimizi nümayiş etdiririk. Azərbaycan son illər Avropanın enerji təhlükəsizliyində də xüsusi rol oynayır. Amma bizim Avropa ilə əlaqələrimiz təkcə iqtisadi münasibətlərə söykənmir. Azərbaycan Avropa ilə demok-ratiya, insan hüquqları, qanunun aliliyi kimi dəyərləri də bölüşür. Biz bu dəyərlərin həyata keçirilməsində, korrupsiyaya qarşı mübarizədə, müasir informasiya texnologiyalarının tətbiqində, sabitlik və təhlükəsizlik kimi məsələlərdə artıq Avropa üçün də bir nümunəyik.
Bildiyiniz kimi, bir müddət öncə parlamentdə “Azər-baycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Saziş təsdiq olunmuşdur. İndi sizə təqdim olunan saziş isə Azərbaycan və ya Avropa İttifaqı dövlətlərinin birinin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən şəxslərin müəyyən edilməsini, təhlükəsiz və nizami şəkildə qaytarılmasını özündə ehtiva edir. Sazişin özündən də göründüyü kimi, məqsəd tənzimlənməyən miqrasiyanın qarşısının alınması və bu cür hallara qarşı birgə mübarizənin aparılmasıdır. Bu baxımdan saziş böyük əhəmiyyət kəsb edir.
Mən əminəm ki, parlament Azərbaycan – Avropa İttifaqı münasibətlərinin əhəmiyyətini nəzərə alaraq bu sazişi təsdiq edəcək. Təbii ki, müəyyən beynəlxalq prosedurlar həyata keçiriləndən sonra yaxın zamanda bu saziş qüvvəyə minəcək və Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin daha da möhkəmləndirilməsinə öz töhfəsini vermiş olacaq. Ona görə hörmətli millət vəkillərindən bu Sazişə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Bu, beynəlxalq sazişdir. Rafael Cəbrayılov çıxışa yazılıb. Sən komitənin üzvüsən, özün də onun qərarının lehinə səs vermisən, qol çəkmisən.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İndi Əli müəllimə dəstək üçün çıxış etmək istəyirsən? Buyur.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Mən, əslində, sual vermək, məni maraqlandıran bir məsələni öyrənmək istəyirdim. Bu, beynəlxalq sazişdir. Hörmətli Əli müəllim bunun haqqında geniş informasiya verdi. Amma Azərbaycan, adətən, beynəlxalq konvensiya və sazişlərə xüsusi qeyd-şərtlə qoşulur. Çünk torpaqlarının 20 faizinin hələ də işğal altında qalması həmin beynəlxalq öhdəliklərin icrasına mane olur. Bu, ikitərəfli saziş olsa da, tərəflərdən biri Avropa İttifaqıdır. Bu ittifaq beynəlxalq hüququn sub-yekt olaraq Avropada çoxlu sayda dövlətin məcmusu kimi çıxış edir və onların dövlət siyasətinin müəyyən olunma-sında aparıcı rol oynayır. Həmsədrlərdən biri də oradadır.
Mən ona görə bu məsələni komitənin iclasında qaldırmışdım və Əli müəllim də bildirmişdi ki, bu, Xarici İşlər Nazirliyi ilə müzakirə olunar. Bilmək istərdim ki, bu Sazişə Azərbaycan niyə qeyd-şərtsiz qoşulur? Əli müəllim söz vermişdi ki, bunu aydınlaşdıracaq. Mən məhz ona görə bu sualı vermək istəyirdim. Əli müəllim əgər buna aydınlıq gətirsə, mən qabaqcadan öz təşəkkürümü bildirirəm. Sağ olun.
Sədrlik edən. Belə çıxır ki, siz komitənizdə məsələni axıra çatdırmırsınız. Ancaq mən də hesab edirəm ki, o qeyd-şərt bu cür ikitərəfli sazişlərdə elə bir əhəmiyyət kəsb eləmir. Xarici İşlər Nazirliyi də bu mövqedədir. İndi biz Azərbaycanla Avropa İttifaqı arasında vizaların sadələşdirilməsinin sürətləndirilməsi üçün bu sazişi də təsdiq etməliyik. O qeyd-şərti biz hər dəfə çoxtərəfli sazişlərdə yazırıq. İkitərəfli sazişdə bunu yazmağın nə mənası var? Avropa İttifaqı bilmir ki, Dağlıq Qarabağ problemi var? Mən də hesab edirəm ki, bu çox lazımlı sazişdir və ona qoşulmaqda biz hələ bir az gecikmişik. Avropa İttifaqı ilə sazişlərin imzalanması gecikir. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.54 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
“Beynəlxalq Valyuta Fondu haqqında Saziş”in mad-dələrinə Fondun İcra Şurasında islahatlara dair təklif olunan dəyişikliklər”in təsdiq edilməsi barədə. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Beynəlxalq Valyuta Fondu haqqında Saziş”in maddələrinə Fondun İcra Şurasında islahatlara dair təklif olunan dəyişikliklər Beynəlxalq Valyuta Fondunun Rəhbərlər Şurası tərəfindən təsdiq edilmişdir. Təklif olunan dəyişikliklər 12-ci, 21-ci və 29-cu maddələri əhatə edir.
Burada üzvlüklər arasında kvotaların yenidən bölüşdürülməsi, icraçı direktorların yalnız seçkilər vasitəsilə seçilməsi və sayının Rəhbərlər Şurası tərəfindən səs çoxluğu ilə artırılıb azaldılması, eyni namizədin lehinə birdən artıq verilən səslərin sayına məhdudiyyət qoyulması, üzv ölkələrin nümayəndələrinin İcraçı Şuranın istənilən iclasında maneəsiz iştirakı və digər dəyişikliklər nəzərdə tutulur. Dəyişikliklər inkişaf etməkdə olan iqtisadi baxımdan zəif olan ölkələrin Fondun İcra Şurasında daha fəal iştirakı və öz mövqelərini möhkəmləndirməsi üçün böyük əhəmiyyət kəsb edir. Millət vəkillərindən qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.56 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbət məsələ – “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası və İspaniya Krallığı ara-sında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya 2014-cü il aprelin 23-də Bakı şəhərində imzalanmışdır. Adından göründüyü kimi, Konvensiya ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasını nəzərdə tutur.
7 fəsil, 28 maddədən ibarət bu Konvensiya Azərbaycan Respublikasında aşağıdakı vergilərə tətbiq ediləcək: fiziki şəxslərin gəlir vergisi, hüquqi şəxslərin mənfəət vergisi, əmlak vergisi və torpaq vergisi. Konvensiyada onun müddəalarının hansı şəxsləri əhatə etdiyi qeyd edilməklə istifadə olunan anlayışların izahı verilmiş, hansı şəxslərin və əmlakın vergiyə cəlb edilməsi və ya vergidən azad edilməsi göstərilmişdir.
Konvensiyanın V fəslində ikiqat vergitutmanın aradan qaldırılması metodları öz əksini tapmışdır. Belə ki, Azərbaycan rezidenti tərəfindən İspaniyada ödənilmiş vergi məbləği həmin gəlir və ya əmlaka münasibətdə Azərbaycanda hesablanan verginin məbləğindən çıxılmalıdır. 28-ci maddəyə görə Konvensiya Azərbaycan və ya İspaniya tərəfindən onun qüvvəsi ləğv edilənədək qüvvədə olacaq.
Bilirsiniz ki, Azərbaycan artıq çoxsaylı ölkələrlə bu kimi sazişlər imzalamışdır. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.59 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında” Sazişin təsdiq edilməsi barədə. Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında” Saziş 2014-cü il martın 17-də Tbilisi şəhərində imzalanmışdır. Qeyd olunan Sazişdə ümumdünya gömrük təşkilatı tərəfindən qəbul edilmiş qarşılıqlı inzibati yardım haqqında Tövsiyə və gömrük əməkdaşlığının və qarşılıqlı inzibati yardımın təkmilləşdirilməsi haqqında Bəyannamə nəzərə alınıb.
Sazişdə onun əhatə dairəsi göstərilmiş və istifadə olunan anlayışların izahı verilmişdir. Sazişə əsasən tərəflər Azər-baycan və Gürcüstan gömrük qanunvericiliyinin düzgün tətbiqi, gömrük hüquq pozuntularının qarşısının alınması, araşdırılması və beynəlxalq ticarətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə öz gömrük idarələri vasitəsilə bir-birinə inzibati yardım göstərəcək, bir-birini gömrük qanunvericiliyinin tətbiqi və icrası, gömrük rüsumlarının hesablanması və gömrük hüquqpozmaları ilə bağlı məlumatlarla təmin edəcəklər. Sazişdə həmçinin sorğuların göndərilməsi, vəzifəli şəxslərin səfərlərinin təşkil olunması, məlumatların qabaqcadan mübadilə edilməsi nə-zərdə tutulmuşdur.
Azərbaycan Gürcüstanla əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirir. Adı çəkilən qanun layihəsinin qəbulu da həmin vəzifələrə xidmət edəcəkdir. Millət vəkillərindən bu qanun layihəsinin də qəbul olunmasına səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.01 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi
Çox sağ olun. Bununla bugünkü konvensiya və sazişlər bitdi.
Növbəti məsələmiz “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun hörmətli Valeh müəllim.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Oqtay müəllim, gündəlikdək 6, 7 və 8-ci məsələlər eyni məktubla daxil olduğuna və bir-birinə bağlı olduğuna görə, icazənizlə, bu məsələləri mən və Əli müəllim təqdim etdikdən sonra onlara ayrı-ayrılıqda səs verərdik.
Sədrlik edən. Buyurun.
V.Ələsgərov. Çox sağ olun. Hörmətli Milli Məclisin deputatları, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli məktubu ilə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunlarının layihələri Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Bundan öncə dediyim kimi, birinci məsələni, yəni “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə məsələni mən təqdim edim, sonrakı iki məsələni hörmətli Əli müəllim təqdim edər.
Əgər yadınızdadırsa, qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Qanunda müəssisə, idarə və təşkilatların istehsal, emal və başqa məqsədlər üçün istehlak olunan suya tələbatı, bu suyun istehlakı nəticəsində buraxılan tullantı sularının həcmi, kimyəvi tərkibi və sair göstəriciləri ilə bağlı müddəalar əks olunmuşdur. Amma qanunda bununla əlaqədar texniki sənədin dəqiq müəyyən edilməməsi subyektlər arasında münasibətlərdə problemlər yaradırdı. Bu problemləri aradan qaldırmaq məqsədi ilə “Su təchizatı və tullantı suları haqqında” Qanunun “Əsas anlayışlar” adlanan 1-ci maddəsinə aşağıdakı redaksiyada yeni bir anlayış əlavə edilir: “Su təsərrüfatı pasportu – əhali qrupuna aid olan istehlakçılar istisna olmaqla, su təchizatı və kanalizasiya obyektinin fəaliyyət, istismar və texniki xüsusiyyətlərindən asılı olaraq istifadə etdikləri (edəcəkləri) suyun, kanalizasiya sistemlərinə axıdılan (axıdılacaq) tullantı sularının normativ həcmini və tərkibindəki çirkləndirici maddələrin yol verilən qatılıq həddini müəyyənləşdirən texniki sənəd”.
Bundan sonrakı dəyişikliklər və əlavələr, əsasən, bu anlayışın əlavə edilməsi ilə əlaqədardır. Bunlar nədən ibarətdir? 2-ci maddədə “müəssisə, idarə və təşkilatların” sözlər “o cümlədən su təchizatı obyektlərinin” sözləri ilə əvəz edilir.
12-ci maddənin “a)” yarımbəndində “lazımi miqdarda” sözləri çıxarılır, “məqsədlər üçün” sözlər “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda” sözləri ilə əvəz edilir.
20-ci maddənin 1-ci hissəsində “lazımi” sözü “bu Qanunun 12-ci maddəsinin a) yarımbəndinə uyğun olaraq müəyyən edilən” sözləri ilə əvəz edilir.
23-cü maddədə 2-ci hissənin “a)” yarımbəndinə “məlumatların” sözündən sonra “habelə su təsərrüfatı pasportunun” sözləri, 5-ci hissəyə isə “verilməsi” sözündən sonra “habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması” sözləri əlavə edilir.
24-cü maddənin 1-ci hissəsinin “c)” yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda “d)” yarımbəndi əlavə edilir: “su təsərrüfatı pasportunun tərtib edilməsini”.
37-ci maddənin 1-ci hissəsinin “a)” yarımbəndinə “müraciət etməli” sözlərindən sonra “habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli” sözləri əlavə edilir.
38-ci maddənin 1-ci hissəsinin “a)” yarımbəndinin birinci cümləsinə “(layihəsini)” sözündən sonra “və su təsərrüfatı pasportunu” sözləri, üçüncü cümləsinə “təsdiqlənmiş plana” sözlərindən sonra “və razılaşdırılmış su təsərrüfatı pasportuna” sözləri əlavə edilir.
Əminəm ki, təklif edilən bu dəyişikliklər və əlavələr tərəfimizdən dəstəklənib qəbul ediləcəkdir. Beləliklə, bu qanunun subyektləri arasında bundan öncə yaranan bəzi problemlər həll ediləcək və bu məsələlər daha dəqiq və dürüst tənzimlənəcəkdir. Təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavin B.Muradova sədrlik edir
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Bahar xanım. Hörmətli həmkarlar! Gündəliyimizdəki 7-ci məsələ Azər-baycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Cinayət Məcəlləsində edilən dəyişikliklər “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda su təchizatı və tullantı sularının axıdılması sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulduğu üçün edilir.
Cinayət Məcəlləsində 189-cu maddə, bildiyiniz kimi, təbii qazın, elektrik və ya istilik enerjisinin talanmasına görə məsuliyyət nəzərdə tutur. Burada su nəzərdə tutulmamışdı. Amma indi su resurslarının qorunması əhali üçün, ölkə üçün böyük əhəmiyyət kəsb edir və bunun talanmasına görə məsuliyyət nəzərdə tutulması vacibdir. Beləliklə, biz Cinayət Məcəlləsinin müvafiq maddəsinə “su” sözünü əlavə etməklə məsələni həll etmiş oluruq. Çünki müvafiq maddədə sanksiyalar var. Bu baxımdan hesab edirəm ki, burada xüsusi müzakirə etməli bir məsələ yoxdur.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər də təxminən eyni mahiyyət daşıyır. Əlbəttə, su obyektlərindən və sudan istifadə qaydalarının pozulması inzibati xətadır. Ona görə də burada inzibati cəzadan söhbət gedir. Bu layihədə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Burada cəza cərimə sanksiyalarıdır. Fiziki şəxslər üçün 20 manatdan 40 manata qədər, vəzifəli şəxslər üçün 90 manatadək, hüquqi şəxslər üçün isə 300 manatadək miqdarda cərimə nəzərdə tutulur.
Hesab edirəm ki, hər üç layihə əhəmiyyətlidir və səsə qoyulub qəbul oluna bilər. Çox sağ olun.
Sədrlik edən. Təşəkkür edirik, Əli müəllim. Fəzail Ağamalı çıxışa yazılıb. Buyurun.
F.Ağamalı. Çox sağ olun. Təqdim olunan qanun layihələrinin qəbul edilməsinin tərəfdarıyam. Hər üçünə birmənalı olaraq müsbət yanaşıram və səs verəcəyəm.
Yeri gəlmişkən, su təsərrüfatı ilə bağlı bəzi fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm. Son vaxtlar Azərbaycanın təkcə iri şəhərlərində deyil, eyni zamanda, rayon mərkəz-lərində su təchizatı xeyli yaxşılaşmışdır. Bir çox yaşayış məskənləri salınandan üzü bəri normal içməli su ilə təmin olunmamışdı. Artıq ölkə Prezidentinin xüsusi yanaşması ilə bu problem də aradan qaldırılmaqdadır. Yəni bütövlükdə Azərbaycan Respublikasının vətəndaşlarının harada yaşamasından asılı olmayaraq yüksək keyfiyyətli su ilə təmin olunması yolunda mühüm addımlar atılır və biz bunun konkret nəticələrini görürük. Bunların hamısı çox yaxşıdır, alqışlanmalı və bizim tərəfimizdən müdafiə olunmalıdır.
Lakin bununla bərabər, su təchizatında müəyyən çətinliklər də var. Nədir bu çətinlik? Vaxtilə ayrı-ayrı bağ sahələrindən keçən iri kəmərlər böyük yaşayış məskənlərini su ilə təmin edirdi. O kəmərlər bu gün də var. Lakin onların üzərində yeni bağlar və yaşayış massivləri salınıbdır. Bu, bütövlükdə Sumqayıtla Maştağa arasında bütün bağ sahələrinə aid olan bir problemdir. Ona görə də bu problem öz həllini tapmalıdır. Bilirik ki, elektrik və qaz xətlərinin, dəmir yollarının keçdiyi sahələrlə bağlı müəyyən məhdudiyyətlər var. Təəssüf ki, su kəmərlərinin keçdiyi sahələrlə bağlı belə məhdudiyyətlər yoxdur. Amma problem yaranıbsa, onu həll etmək lazımdır. Bəs bu problem necə həll olunmalıdır? Düşünürəm ki, su kəmərlərinin üzərində tikilən bağ sahəsi hansısa bir formada qanunidirsə, o, kompensasiya edilməli, qanunsuzdursa, buna xüsusi yanaşma olmalıdır. Bir sözlə, bu problem aradan qaldırılmalıdır.
Başqa bir məsələ. Burada söylənildi ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Məsələ bundadır ki, bağ massivlərinə su xətlər sovet zamanında çəkilibdir və həmin bağ sahələri indi böyük yaşayış massivləridir. O yaşayış massivləri suyu həmin iri su xətlərindən götürürlər. Onun üçün gərək Azərbaycan Respublikasının su təsərrüfatı ilə məşğul olan müvafiq qurumu bağ sahələrinə suyu özü çəkə və müvafiq şəkildə verə ki, insanlar həmin sudan qanunsuz istifadə etmək məcburiyyətində qalmasınlar. Bu necə həll olunacaq? Bunun üçün bəlkə müvafiq quruma müraciət etmək, ondan icazə almaq lazımdır ki, bağ massivlərində yaşayan insanlar su ilə təchiz olunsunlar. Bu problem var. Ona görə də mən, hörmətli Valeh müəllim, Sizdən xahiş edərdim ki, buna da bir aydınlıq gətirilsin. Çox istərdim, gələcəkdə bu problem də aradan qaldırılsın.
Bütövlükdə mən qanun layihələrinə müsbət yanaşıram və bunu yüksək qiymətləndirirəm. Çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Valeh müəllimin əvəzinə mən cavab verərəm. Bağ massivləri dediyiniz yerlərin əksəriyyətində evlərin çoxu əsas boru xətlərinin üstündədir. İnsanlar özbaşına o xətlərə birləşmələr ediblər. O suyun əsas hissəsi Bakı şəhərini su ilə təchiz edən anbarlar üçün nəzərdə tutulub. Ancaq o boru xətlərinə qanunsuz qoşulan evlərin sayı o qədər çoxdur ki, suyun 30–40 faizi bağlarda itib qalır. Su pulunun yığılması üçün qayda var, su şirkətinə müraciət edilməlidir və su şirkəti gəlib sayğacı qoyub qeydiyyata almalıdır. Burada başqa bir şey yoxdur. Əgər əlavə sual yoxdursa, xahiş edirəm, 6-cı məsələyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Çox sağ olun.
7-ci məsələ. Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə. Xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 83
Nəticə: Qəbul edildi
Çox sağ olun.
8-ci məsələ. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 84
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Azərbaycan Respublikasının vətəndaş-lığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun bir sıra maddələrində edilməsi təklif olunan dəyişikliklər və əlavələr kifayət qədər əhəmiyyətlidir. Mən ilk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmizdə həm də miqrasiya və vətəndaşlıq məsələlərinin daha dəqiq tənzimlənməsini tələb edir. Bilirsiniz ki, biz bu yaxınlarda Miqrasiya Məcəlləsini qəbul etmişik. Orada çox əhəmiyyətli müddəalar mövcuddur. Amma vətəndaşlıq haqqında qanunvericiliyimizdə bir sıra boşluqlar var və onlar Konstitusiyamızdan irəli gələn münasibətləri tənzimləməyə tam imkan vermir. Qanun layihəsində gördüyünüz dəyişikliklər məhz bu baxımdan təklif olunmuşdur.
Bildiyiniz kimi, Konstitusiyamızda birmənalı qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının vətəndaşı vətəndaşlıqdan məhrum edilə bilməz. Bu cür müddəalar dünyanın inkişaf etmiş bir çox ölkələrinin konstitusiyalarında mövcuddur. Amma eyni zamanda, inkişaf etmiş ölkələr vətəndaşlıq haqqında qanunlarında vətəndaşlığın itirilməsinin də əsaslarını qeyd edir, beləliklə, bu məsələni tənzimləyirlər.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda bu müddəalar mövcud deyildi. Konstitusiyamızın ruhuna görə, bilirsiniz ki, bizdə ikili vətəndaşlıq yoxdur. Məhz bu baxımdan “Azərbaycan Respubikasının vətəndaşlığı haqqında” Qanunda təklif olunan dəyişikliklər həm də qanunvericiliyimizin dəqiqləşdirilməsinə və mövcud boşluqların aradan qaldırılmasına xidmət edir. Beləliklə, qanun layihəsində bir sıra müddəalar məhz vətəndaşlığın itirilməsi hallarını özündə əks etdirir.
Qanunun 6-cı maddəsinə edilən dəyişikliyə görə doğum haqqında şəhadətnamə vətəndaşlığı təsdiq edən sənədlər siyahısından çıxarılır. Çünki doğum haqqında şəhadətnamə Azərbaycan Respublikasının ərazisində dünyaya gəlmiş hər kəsə verilir. Qanunun 12-ci maddəsinin təklif olunan variantında deyilir ki, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Qanunun 6-cı maddəsində yuxarıda qeyd olunan dəyişiklik də elə bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının işində gələcəkdə baş verə biləcək çətinliklərin aradan qaldırılması məqsədi ilə edilir.
Hörmətli həmkarlar, bu qanun layihəsi komitəmizdə də geniş müzakirə edilmiş və müəyyən diskussiyaya səbəb olmuşdur. Bu məsələlər mətbuatda da müzakirə olunmuşdur. Mətbuatda verdiyim açıqlamada mən çalışdım ki, meydana çıxmış bir sıra suallara aydınlıq gətirim. Hesab edirəm ki, vətəndaşlarımız və parlamentarilər bu layihənin əhəmiyyətini bilirlər. Burada əsas məqsədimiz qanunvericilikdə olan boşluğun aradan qaldırılması və məsələlərin hüquqi yolla tənzimlənməsindən ibarətdir.
Layihədə qanunun tətbiqi ilə də bağlı xüsusi müddəa mövcuddur. Burada konkret olaraq göstərilir ki, vətəndaş-lığın itirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməmək cinayət məsuliyyətinə səbəb ola bilər. Amma bu qanunun geriyə qüvvəsi yoxdur. Belə ki, 12-ci maddənin ikinci hissəsi və 18-ci maddənin birinci hissəsinin birinci bəndində müəyyən olunmuş hallar qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Çox xahiş edirəm ki, qanunun tətbiqi ilə bağlı bu qeydimizi də nəzərə alasınız.
Mən əminəm ki, Azərbaycanın hüdudlarından kənarda olan soydaşlarımız bundan sonrakı dövrdə bu qanunun ruhundan irəli gələn tələblərə, Azərbaycanın müvafiq dövlət orqanlarını məlumatlandırma proseduruna dəqiq riayət edəcəklər. Çünki vətəndaşlarımız qanuna hörmət edəndirlər.
Bununla yanaşı, qeyd etmək istəyirəm ki, azərbaycan-lıların xarici ölkələrdə yaşaması, ictimai-siyasi fəaliyyətlə, bizneslə məşğul olması, ölkəmizə dəstək verməsi, erməni lobbisinə qarşı mübarizəmizdə fəal iştirak etməsi təqdir olunandır, müsbət bir haldır. Əminəm ki, bu qanunun qəbul olunub qüvvəyə minəcəyi təqdirdə hüquqi təbliğatına da müəyyən bir ehtiyac var. Bu sahədə də biz öz fəaliyyətimizi davam etdirəcəyik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təbii ki, qanunvericilikdə bu dəyişiklik Azərbaycanda vətəndaşlıq sahəsində çox ciddi yeni tənzimləmələrin ortaya çıxmasına səbəb olacaqdır. Ötən dəfə də Milli Məclisin iclasında bu məsələ bizim tərəfimizdən gündəmə gətirilmişdi ki, Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə alaraq biz müəyyən qabaqlayıcı addımlar da atmalıyıq. Mən hesab edirəm ki, bu, əhalinin müəyyən kateqoriyasının işini nə qədər çətinləşdirsə də, müəyyən problemlər yaratsa da, Azərbaycan öz dövlət mənafelərini nəzərə alaraq bu addımı atmalıdır. Ona görə də bu dəyişikliyin müəyyən bir qismini mən dəstəkləyirəm.
Amma bir məsələyə diqqət yetirmək istəyirəm. Hər dəfə opponentlər bu məsələdə Konstitusiyanın 53-cü maddəsinin birinci hissəsini əsas gətirirlər. Orada deyilir ki, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz. Mən təklif edərdim ki, bu qanunla bərabər həm də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunsun. Müvafiq qurumlar bunu edə bilərlər. Orada bu maddənin şərhinin verilməsi vacibdir. Yəni bu baxımdan vacibdir ki, burada söhbət kiminsə Azərbaycan vətəndaşlığından məhrum edilməsindən getmir. Şəxsin özünü bu vətəndaşlıqdan məhrum etməsindən söhbət gedir. Azərbaycan vətəndaşını heç kim sıradan bir qərarla vətəndaşlıqdan məhrum etmək imkanına sahib deyil. Amma şəxs öz istəyi ilə başqa bir seçim edirsə, onda bu prosedurun həyata keçirilməsi mümkündür. Ona görə də gələcəkdə bu hüquqi boşluq yaranmasın deyə, Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyini bildirməsi işin ancaq xeyrinə olardı.
Burada bir sıra ziddiyyətli məqamlar da var. Mən hesab edirəm, onlara diqqət yetirmək lazımdır. Hörmətli Əli müəllim bu məsələ ilə bağlı, təbii ki, ətraflı bilgi verdi. Amma burada 18-ci maddəyə əlavə olunan 2-ci bənddə göstərilir ki, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Məncə, bu maddədə bir az da dəqiqləşdirmə aparmaq lazımdır. Elə adam var ki, xarici ölkəyə mütəxəssis kimi dəvət olunub, müqavilə bağlayıb orada müəyyən müddət – bir il, iki il xidmət edir. Amma o, Azərbaycana qarşı çıxmayıb, Azərbaycanın əleyhinə heç bir iş aparmayıb. Niyə öz vətəndaşımızı ölkəmizin vətəndaşlığından azad edək? Yəni bu, kimlərəsə formal bəhanələrin verilməməsi üçün vacibdir.
Həmin maddənin təklif olunan variantının 3-cü bəndində oxuyuruq: “Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı”. Bu da bir az mücərrəd məsələdir. Heç olmasa, “Dövlət təhlükəsizliyinə ziyan vuranın cinayət əməli əgər məhkəmə qaydasında sübuta yetirilibsə” ifadəsi buraya salınmalıdır. Yoxsa hansısa bir dövlət qurumu belə bir yorum gətirə bilər ki, bu, dövlət təhlükəsizliyinə ziyan vurur. Onda insanı haqsız olaraq vətəndaşlıqdan azadetmə proseduru işə düşə bilər. Ona görə də bu olmaz.
4-cü bəndə görə Azərbaycan Respublikasının vətəndaş-lığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Bu müddəa, əslində, doğrudur. Çünki hər hansı bir şəxs əgər vətəndaşlığı saxta yolla əldə eləyibsə, bunu ortadan qaldırmaq mümkündür.
Amma bu qanunun 10-cu maddəsinə təklif edilən dəyişikliyə əsasən vətəndaşın başqa ölkənin vətəndaşlığını qəbul etməsi barədə müvafiq icra hakimiyyəti orqanına vaxtında məlumat verməməsi cinayət məsuliyyəti yaradır. Bu məsələyə mən istərdim, diqqət yetirək. Başqa ölkənin vətəndaşlığını qəbul etdikdən sonra müvafiq icra hakimiy-yəti orqanına bu barədə bir ay ərzində məlumat verməyən şəxsin cinayət məsuliyyətinə cəlb olunması, məncə, doğru deyildir. Əvvəla, bunu müvafiq dövlət orqanları müəyyən edirlər. Çünki şəxs özünün əleyhinə olan məsələni hansısa bir şəkildə bildirməyə borclu deyil. Yəni, məncə, Cinayət Məcəlləsində onun bu qaydada məsuliyyət daşımasını göstərmək, başqa ölkənin vətəndaşlığını qəbul etməsi barədə məlumat verməyi bir vəzifə kimi onun üzərinə qoymaq doğru olmazdı.
Digər tərəfdən bu qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən doğum haqqında şəhadətnamə vətən-daşlığı təsdiq edən sənədlər siyahısından çıxarılır. Amma bu başqa bir təhlükəni, yəni doğum haqqında şəhadətnaməsi olmayan, başqa ölkələrdə doğulmuş, başqa məqsədlərlə bu ölkəyə gəlmiş insanların müxtəlif yollarla şəxsiyyət vəsiqəsi əldə eləyərək Azərbaycan vətəndaşlığını əldə etməsi təhlükəsini yarada bilər. Bu, Türkiyədə olan PKK-ya aid insanlar da, başqa insanlar da ola bilər. Ona görə də, məncə, “şəxsin doğum haqqında şəhadətnaməsi vətəndaşlıq üçün əsas götürülür” ifadəsinin saxlanması daha yerində olar. Çünki bunu biryolluq çıxarmağımız müəyyən problemlərin yaranmasına gətirib çıxaracaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İndi, yəqin, Əli müəllim Sizin bütün suallarınıza cavab verəcək. Amma mən Sizin bir fikrinizlə qətiyyən razı deyiləm. Necə yəni bizim vətəndaş xarici ölkənin vətəndaşlığını qəbul edibsə, bu barədə xəbər verməyə borclu deyil? Əgər biz orada o boşluğu buraxsaq, onda heç kəs xəbər verməyəcək. Biz onun üçün xüsusi bir istintaq qrupu hazırlamalıyıq? Bəli, qanun dərc olunmalıdır. Qanunu bilməmək onun üstündən günahı götürmür. Hər hansı bir insan əgər xarici ölkənin vətəndaşlığını qəbul eləyibsə, bu barədə müvafiq icra hakimiyyəti orqanına xəbər verməlidir. Yox, əgər biz o məsələni götürsək, onda heç kəs xəbər verməyəcək. Sonra? Bir nəfər deyil, 5 nəfər deyil, 100 nəfər deyil. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Bu dəyişik-liyi etməklə biz “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda müəyyən bir hüquqi boşluğu doldurmuş oluruq. Çünki Azərbaycan qanunvericiliyinə görə ikili vətəndaşlığa icazə verilmir. Ancaq fakt faktlığında qalır ki, xaricdə işləyən bəzi vətəndaşlarımız həmin ölkənin vətəndaşlığını əldə edirlər və bunun hansı hüquqi nəticələrə gətirib çıxarması barəsində bizim qanunvericilikdə heç bir müddəa yoxdur. Hesab edirəm ki, bu dəyişikliklə biz məsələyə aydınlıq gətiririk. Yəni məntiqi sonluq başa çatır ki, digər ölkənin vətəndaşlığını qəbul edən şəxs bu barədə Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarını xəbərdar etməli və eyni zamanda, öz seçimini eləməlidir. Söhbət burada həmin şəxsin Azərbaycan vətəndaşlığından məhrum edilməsindən deyil, öz seçimi nəticəsində Azərbaycan vətəndaşlığını itirməsindən gedə bilər. Bu baxımdan mən bu dəyişiklikləri müsbət qiymətləndirirəm və bunun lehinə səs verəcəyəm.
Amma bir məsələni qeyd eləmək istəyirəm. Hesab edirəm ki, burada məsələyə hüquqi qiymət verilməsindən başqa, cəmiyyətdə böyük bir maarifçilik işinin də aparılmasına ehtiyac var. Yəni ola bilsin ki, sadə vətəndaş bunun hansı hüquqi nəticələrə gətirib çıxaracağının fərqinə varmasın. Amma o, yaddan çıxarmamalıdır ki, vətəndaşlıq almaqla həmin ölkə qarşısında artıq müəyyən öhdəliklər götürmüş olur. Ona görə də mən bu məsələlər barəsində cəmiyyətdə böyük bir maarifçilik işi aparılmasına ehtiyac görürəm. Məsələn, xaricdə müvəqqəti əmək fəaliyyəti ilə məşğul olan şəxslər arasında bizim qəbul etdiyimiz bu yeniliklərlə bağlı izahat işi aparıla bilər. Hər halda hər bir Azərbaycan vətəndaşı ikili vətəndaşlığın nəyə gətirib çıxardığının fərqinə varmalıdır.
Qeyd edim ki, ikili vətəndaşlıq məsələlərinə belə ciddi və həssas yanaşma təkcə Azərbaycana aid deyil. Məsələn, Rusiyanın özündə bu gün Dövlət Dumasında ikili vətəndaşlıqla bağlı məsələlər müzakirə edilir və ikili vətəndaşlığın hüquqi nəticələri barəsində müvafiq dəyişikliklər edilməsinə hazırlıq görülür. Yəni Azərbaycan bu məsələdə heç də istisna deyil.
Mən hesab edirəm ki, bu dəyişikliyi etməklə Azərbaycan öz dövlətçiliyinin möhkəmlənməsinə ciddi töhfə vermiş olur. Biz hüquqi sistemimizi, vətəndaşlıq institutunu daha da möhkəmləndiririk. Yəni bu baxımdan bu dəyişiklikləri düzgün hesab edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli Sədr, bir məsələni mən aydınlaşdırmaq istəyirdim. 12-ci maddənin təklif olunan variantında birinci abzasda yazılıb: “Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir”. Dördüncü abzasda isə yazılıb: “Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır”. Əslində əcnəbi də Azərbaycan vətəndaşı deyil, vətəndaşlığı olmayan da. Bunlara niyə belə fərq qoyulur?
Bir məsələni də qeyd edim. Mən Fazil müəllimə irad tutmuram, bayaq Oqtay müəllim sözünü dedi. Yəni Azərbaycandan çıxan şəxslərin harada gedib vətəndaşlığı qəbul etdiyini tapmaq qeyri-mümkün olan bir şeydir. Elə bir böyük təhlükəsizlik komitəsinin yaradılmasına milyardlarla pul lazımdır ki, bilsinlər, Aqil Abbas haradasa vətəndaş oldu, ya olmadı. Ona görə həmin məsuliyyəti hər bir adam özü daşımalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Əlbəttə, bu çox ciddi bir layihədir, yüz minlərlə insanın taleyinə təsir göstərə biləcək bir sənəddir. Ona görə, şübhəsiz, buna ciddi yanaşmaq lazımdır. Biz, ümumiyyətlə, qanunlarımızda tez-tez dəyişikliklər edirik. Mən bir meyli hiss edirəm. Qanunlar gedib müvafiq icra orqanlarına çatandan sonra dəyişikliklərin bir çoxu icra orqanlarının sifarişi ilə daha çox onların xeyrinə dəyişdirilir. Yəni o meyl var, onlar təsir göstərməyə çalışırlar. Halbuki biz o orqanların, o məmurların təzyiqi ilə yox, daha çox beynəlxalq təcrübəyə əsaslanan və vətəndaşlarımızın daha rahat yaşamasına yönəlmiş qanunlar qəbul eləməliyik.
Mən hesab edirəm ki, bu qanun layihəsində Azərbaycan-da ailələrin dağılmasına, sənədsizlərin və vətəndaşlığı ol-mayan şəxslərin sayının artmasına səbəb olacaq maddələr var. Bu, vətəndaşlarımızın başqa ölkələrə inteqrasiyasına və diaspor işinə mənfi təsir göstərəcək və müəyyən hallarda məmur özbaşınalığına rəvac verəcək.
Bir çox ölkələrin qanunvericiliyində doğum haqqında şəhadətnamə uşağın vətəndaşlığını təsdiq edən sənəd kimi göstərilir. Bizdə də belədir. Doğum şəhadətnaməsi kimə mane olur ki? Vətəndaşlığı təsdiq edən sənədlərin siyahısından doğum haqqında şəhadətnamənin çıxarılması Azərbaycanda doğulan bir çox şəxslərin sənədsiz vəziyyətə düşməsinə səbəb olacaq. Kim isə gedib başqa bir sənəd almaq istəyəndə o, doğum şəhadətnaməsini verirdi və bununla iş bitirdi. Amma indi ondan tələb eləyəcəklər ki, get, başqa sənəd gətir. Əlavə iş çıxacaq. Mən hesab edirəm ki, Dövlət Miqrasiya Xidməti, başqa təşkilatlar müəyyən mərhələlərdə hökmən bu sənədi istəyəcəklər. Deməli, bu sənəd insanın əlində olmalı və vətəndaşlığı göstərən bir sənəd kimi hər yerdə onun işinə yaramalıdır.
Qanunun 10-cu maddəsinə təklif olunan əlavədə deyilir ki, “xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməli-dir”. Bu vəzifəni vətəndaşın üzərinə qoymaq da düzgün deyil. Çünki heç kim təminat verə bilməz ki, xarici ölkədə vətəndaşlığı qəbul eləyən adam bir ay müddətində o sənədi əldə eləyib Azərbaycana bu barədə məlumat verə bilər. Bir ay müddətində, məncə, bunu həll eləmək çətindir. Bu, vəziyyəti bir az da ağırlaşdırır. Ona görə, məncə, bu məsələyə də diqqət etmək lazımdır.
Təqdim edilən layihəyə görə Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Bu iki müddəa “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 5-ci maddəsi və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 1-ci maddəsi ilə ziddiyyət təşkil edir. Mən bunu hüquqşünaslarla da məsləhətləşmişəm.
Konstitusiyanın 52-ci maddəsinə görə Azərbaycan Res-publikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 52-ci maddə, eyni zamanda, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsi də Azərbaycan Respublikasının vətəndaşı hesab edir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 1-ci maddəsi də qeyd olunan şəxsləri qeyd-şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi tanıyır. Amma bu qanun layihəsində, təəssüf ki, tamam ayrı yanaşma var.
Qanun layihəsinin 12-ci maddəsində təklif olunan dəyişiklik də Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa ziddir. Təklif olunan variantda 18-ci maddənin 2-ci hissəsində nəzərdə tutulan “Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi” halları da vətəndaşlığın itirilməsinə səbəb ola bilməz. Məncə, bu, doğru yanaşma deyil.
Amerikada hərbi hissədə qulluq eləyən gənc bir Azər-baycan vətəndaşı haqqında uzun müddət yazılar yazılırdı. Yaxud qonşu ölkələrdə, məsələn, bir sahibkar xaricdən öz soydaşını müəyyən peşə üzrə işə dəvət eləyir. Bu, müvəqqəti gəlib işləyir, qayıdır. Bu adam gəldiyinə görə öz ölkəsində vətəndaşlığını itirə bilməz ki. Sabah Azərbaycandan çox istedadlı bir adam hansısa ölkəyə dəvət oluna bilər, gedər, orada işləyər. O dəqiqə biz onu vətəndaşlıqdan çıxara bilmərik ki.
Konstitusiyanın 53-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşı heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz. Qeyd olunan hal isə, əslində, nəticəyə görə vətəndaşlıqdan məhrum etmədir və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, konkret olaraq “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” BMT-nin Konvensiyasına ziddir. Bu müddəanın qanuna əlavə edilməsi Azərbaycan Respublikasının xaricdə yaşayan minlərlə vətəndaşının yaşadıqları ölkələrə inteqrasiyasını zəiflədəcək və onsuz da zəif olan diaspor fəaliyyətimizə mənfi təsir göstərəcək.
18-ci maddənin təklif olunan 3-cü hissəsində göstərilən “Azərbaycan Respublikası vətəndaşının dövlətin təh-lükəsizliyinə ciddi zərər vuran davranışı” da, məncə, qeyri-müəyyəndir. Bu davranış nədən ibarət olacaq? Kim müəyyənləşdirəcək ki, o, təhlükəsizliyə zərər vurur? Bu, məncə, müəyyən siyasi şeylər doğuracaq və adamları bəzi qurumlardan asılı vəziyyətə salacaq. Bu müddəaya görə insanı hansı əməlinə görə istəsən məhkum eləmək olar ki, sən dövlətin təhlükəsizliyinə zərər vurmusan. Belə məsələlər konkret yazılmalıdır. Biz həyatımızda tez-tez bu cür qeyri-müəyyənliyin ziyanlarını görürük. Bu, sabiq SSRİ DTK-sının yanaşmasını xatırladır.
Hesab edirəm ki, layihə müəllifləri 18-ci maddəyə münasibətdə, ümumiyyətlə, bu məsələlərdə qeyd etdiyim Konvensiyanı və beynəlxalq təcrübəni nəzərə almalıdırlar. “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” 1961-ci il Konvensiyasına Azərbaycan Respublikası 1996-cı il 31 mayda qoşulub. O Konvensiyanın maddələri nəzərə alın-malıdır. Çünki həmin Konvensiyada dövlətlər arasında yarana biləcək vətəndaşsızlıq problemlərinin həlli yolları təklif edilir, onu imzalamış dövlətlərə vətəndaşlıq haqqında qanun qəbul etmələri və o qanunda vətəndaşlığın əldə edilməsi və itirilməsi ilə əlaqədar yarana biləcək vətən-daşsızlıq vəziyyətinə qarşı təminatları əks etdirmək tövsiyə olunur.
Bu layihədə təklif olunan dəyişikliklər isə təəssüf ki, müəyyən hallarda vətəndaşsızlıq hallarını çoxalda bilər və məncə, bunun qarşısı alınmalıdır. Ümumiyyətlə, vətən-daşsızlıq məsələsi çox ciddi məsələdir. Mənə hərdən elə gəlir ki, bəzi qanunlarımızda biz vətəndaşlarımızdan imtina eləyirik, elə şərait yaratmağa çalışırıq ki, vətəndaşlarımız qaçsınlar, hara gedirlərsə, getsinlər. Halbuki biz vətən-daşlarımızı qorumalıyıq. Əslində, bizim Konstitusiyada vətəndaşlıqdan çıxmaq yoxdur. Bunu belə asanlaşdırmaq, məncə, doğru deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, yenə deyirəm, yəqin, Əli müəllim bu suallara geniş cavab verər. Ancaq burada o konvensiya ilə heç bir ziddiyyət yoxdur. Bəli, biz o kon-vensiyaya qoşulmuşuq. Orada yazılan odur ki, hər hansı bir şəxs yalnız başqa ölkənin vətəndaşı olandan sonra əvvəlki vətəndaşlığından azad edilə bilər. Biz heç kimi vətəndaş-lıqdan azad eləmirik.
İkincisi, dediniz ki, xarici dövlətin vətəndaşlığını qəbul etmək barədə məlumat vermək üçün müəyyənləşdirilən bir ay müddəti azdır. İndi bilirsiniz, vətəndaşlıq almaq bəzi öl-kələrdə 3 günün, 5 günün məsələsidir. Heç sənəd istəmirlər. Bir dənə məktub yazır, poçtla göndərir Azərbaycana, qəbz götürür, qəbzi aparır verir, gəlir olur vətəndaş. Bunların qarşısı alınmalıdır. 3 günə, 5 günə, bir həftəyə vətəndaşlıq alan şəxs bir aya bunu bildirə bilməz?
Diasporaya da bunun heç bir ziyanı yoxdur. Burada söhbət yalnız o adamlardan gedir ki, hər hansı bir xarici ölkədə üzərinə öhdəlik götürür, xarici dövlətin silahlı qüvvələrində, dövlət və bələdiyyə orqanlarında qulluq edir. Yəni üzərində başqa bir ölkənin öhdəliyi olan adam Azərbaycanın nə öhdəliyini yerinə yetirəcək? Bunun hamısı açıq yazılıb orada. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Doğrusu, bəzi deputat həmkarlarımın çıxışları məni təəccübləndirir. Molla Nəsrəddinin lətifəsi yadıma düşür. Nə təklif edirsiniz? Siz bilmirsiniz ki, bu düzəlişləri zəruri edən şərtlər nədir?
Əlbəttə, xaricdə çoxlu azərbaycanlılar var. O soydaş-larımızın heç bir azərbaycanlılıqdan çıxmayıbdır. Amma o hansı ölkənin vətəndaşıdırsa, həmin ölkəyə, onun ordusuna, təhlükəsizlik sisteminə, iqtisadiyyatına xidmət edəcək. Azərbaycan dilində danışacaq, amma başqa ölkənin vətəndaşı olduğuna görə lazım gələndə həmin ölkənin qanununa uyğun şəkildə bizim üstümüzə də gələcək. Ona görə də biz vətənimizin qədrini bildiyimiz kimi, vətəndaşlığımızın da qədrini, əhəmiyyətini, qiymətini bilməliyik.
İndi Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayı get-dikcə artır. Xaricdən gəlib bizdə yaşayıb, bizim vətən-daşımız olmaq istəyənlər var. Bilirsiniz ki, Amerika kimi ölkələrdə vətəndaş olmaq üçün 10 il gözləməlisən. Hələ özünü yaxşı aparsan, orada investisiya qoysan və sair.
Dövlətimiz vətəndaşını qoruduğu kimi, biz də vətəndaşlığımızı qorumalıyıq. Azərbaycan gücləndikcə, onun vətəndaşlarının rifahı yaxşılaşdıqca bizim vətəndaşlığımızın da, pasportumuzun da əhəmiyyəti artır və bunun əhəmiyyəti artdıqca biz bu əhəmiyyətin mahiyyətini də vətəndaşımıza çatdırmalıyıq. Vətəndaşımız bilməlidir ki, Azərbaycan vətəndaşlığından çıxıb başqa ölkənin vətəndaşlığını qəbul edəndə nələri itirə bilər. Bəziləri bu qanunun ortaya çıxmasından ona görə həyəcanlanırlar ki, həm burada, həm də başqa yerdə oturmaq istəyirlər. Belə ola bilməz. Biz ölkəmizi qorumaq üçün bu qanunu mütləq qəbul etməliyik.
Mən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüyəm. Komitədə çıxış etmişəm, fikrimi demişəm. Əli Hüseynlinin dedikləri ilə tam həmrəyəm və bu layihənin Milli Məclisin müzakirəsinə verilməsinə də səs vermişəm. Ancaq burada Konstitusiyanın 53-cü maddəsi ilə bağlı bəzi fikirlər səsləndirdilər. Qardaşlar, Konstitusiyamız bizə çox hüquqlar verib. Bizim təhsil hüququmuz var. Amma təhsil hüququmuzun olması o demək deyil ki, mən sabah gedib Bakı Dövlət Universitetinin hüquq fakültəsində oturub deyə bilərəm ki, burada oxumalıyam. Konstitusiya təhsil hüququ verib, amma təhsil hüququnu tənzimləyən “Təhsil haqqında” Qanun var. Mədəniyyət hüququmuz var, sağlamlıqla, ekologiya ilə bağlı hüquqlarımız var və sair. Konstitusiyanın üçdə biri elə insan hüquq və azadlıqlarına aiddir. Bunların hər birini tənzimləyən qanun var.
53-cü maddə deyir ki, vətəndaşlıqdan heç kimi məhrum edə bilmərik. Bu, həqiqətən, belədir. Seçkidən məhrum etmək, vətəndaşlıqdan məhrum etmək Sovet dövründə idi. Azərbaycanda hökumət, dövlət tərəfindən kiminsə vətəndaşlığı əlindən alına bilməz. Ancaq vətəndaş başqa bir ölkənin vətəndaşlığını qəbul edirsə, avtomatik olaraq özü vətəndaşlıqdan imtina etmiş olur, yəni özü vətəndaşlığını itirir. Çünki bizdə ikili vətəndaşlıq yoxdur. İkili vətəndaşlığı olmayan ölkələrin, gedin, qanunlarına baxın. Hansında ikili vətəndaşlıq yoxdursa, başqa ölkənin vətəndaşlığını qəbul edən kimi əvvəlki vətəndaşlığını avtomatik itirir. Ona görə biz bunu qəbul edəndə özümüzü qorumuş oluruq, özümüzü qorumaq üçün bu addımları atırıq.
Maraqlıdır, bu qanunun, bu müddəaların əleyhinə o adamlar, o qəzetlər yazırlar ki, bu hadisələr, bu proseslər başlayanda bununla bağlı hökumətin lənglik göstərdiyini deyirdilər. Dünən elə deyirdilər, bu gün belə deyirlər. Dövlət özünü qorumaq istəyir, özünü mühafizə edir, qabaqlayıcı tədbirlər görür. Siz nə fikirləşirsiniz, nə etməliyik, gözləməliyik ki, Azərbaycan vətəndaşlarının bir qismi başqa ölkələrin vətəndaşlığını götürsün və sonra bu bizim üçün böyük problemlər yaratsın? Bütün ölkələr bu addımları atırlar və biz də bu addımları atmalıyıq.
Mən hesab edirəm ki, burada populizmə yuvarlanmaq lazım deyil. Başqa ölkələrdə yaşayan azərbaycanlılar orada bizneslə də, diaspor fəaliyyəti ilə də məşğul olacaq və bu qanunun onlara heç bir mənfi təsiri olmayacaq. O adamlar ki başqa ölkələrin vətəndaşlığını qəbul edib o ölkələrdə məskunlaşaraq bir azərbaycanlı kimi xalqımıza, millətimizə dəstək verirlər, yenə verəcəklər. O adamlar ki bu gün müxtəlif sahələr üzrə mütəxəssis kimi xarici ölkələrə gedib müqavilələrlə işləyirlər, Azərbaycan vətəndaşı olaraq işlə-yəcəklər. Azərbaycan vətəndaşları var ki, Türkiyənin uni-versitetlərində dərs deyirlər. Avropa İttifaqı ilə münasi-bətlərimiz getdikcə tənzimlənib iqtisadi əlaqələrimiz geniş-ləndikcə Avropada çalışacaq həmvətənlərimiz də orada çalışdıqları dövrdə Azərbaycan vətəndaşlığını saxlayacaqlar. Onların biznes fəaliyyətinə də bu, təsir göstərməyəcəkdir.
Burada bir məsələ var ki, başqa ölkənin vətəndaşlığını qəbul etmiş həmvətənimiz Azərbaycan vətəndaşlığını itir-mək istəmirsə, dərhal həmin ölkənin vətəndaşlığından imtina edəcək və orada onun biznesinə də bu, təsir göstərməyəcək, o ölkədən də onu heç kim çıxarmayacaq. Başqa ölkələrin vətəndaşları bizim ölkəmizdə necə yaşayıb fəaliyyət göstərirlərsə, onlar da o ölkələrdə elə yaşayıb fəaliyyət göstərəcəklər. Mənə elə gəlir ki, burada heç bir problem yaranmayacaq. Sadəcə, bu qanunla biz öz vətəndaşlığımızın əhəmiyyətini və qiymətini bir daha qaldırırıq.
53-cü maddəyə istinad edən dostlarıma deyirəm, bir 52-ci maddəyə də baxın. Konstitusiyanın 52-ci maddəsi birmənalı yazır ki, vətəndaşlıq nədir və vətəndaş öz ölkəsinin qarşısında hansı işləri görməlidir. Təbii ki, başqa ölkədə yaşayan Azərbaycan vətəndaşı o ölkənin seçkili orqanına seçilə və ya onun ordusunda xidmət edə bilməz, yalnız müqavilə ilə hansısa formada çalışa bilər. Elm, təhsil, mədəniyyət sahələri istisna olmaqla heç bir ölkə başqa ölkənin vətəndaşını öz ölkəsində milli təhlükəsizlik və müdafiə sahəsində işə götürməz. Bütün bunlar yalnız o ölkənin vətəndaşlığını qəbul etdikdən sonra mümkündür. Onda da vətəndaşın o ölkə qarşısında müəyyən öhdəlikləri yaranır. Ona görə biz ikili vətəndaşlığı qəbul etmirik.
Oqtay müəllim, yəqin ki, bunun ətrafında geniş müzakirə aparmaq olar. Ancaq mən düşünürəm ki, bu çox ciddi və lazımlı qanundur. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bir məsələni də mən əlavə edim. Biz deyirik ki, bu qanunun diaspora ziyanı olar. İnd gəlin başqa bir misal çəkək. O gün cənab Prezident dedi. Ermənistandan ildə 70–80 min adam xaricə köçür. Hazırda Ermənistandakı ermənilərin sayından iki dəfə çox erməni xaricdə yaşayır. Ancaq xaricdə yaşayan ermənilər Ermənis-tandakılardan daha qatı ermənilərdir və Ermənistanı saxla-yan da elə onlardır. Niyə onlar başqa ölkələrin vətəndaşlığını qəbul edəndə millətlərini yaddan çıxarmırlar? Biz hər şeyə bir bəhanə axtarmayaq. Çıxışa yazılanlar arasında təkid edən var? Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Mən bu qanun layihəsini çox əhəmiyyətli hesab edirəm və ona səs verəcəyəm. Amma mən bu layihənin 12-ci və 18-ci maddələrinə dair fikrim demək istəyirəm.
12-ci maddəyə dair burada məndən əvvəl də fikir səsləndirənlər oldu. Bu maddəyə təklif olunan birinci hissədə deyilir: “Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir”. Bir sıra ölkələrdə, o cümlədən bir sıra ərəb ölkələrində əcnəbi valideynlərdən doğulan uşaqlara həmin ölkənin vətəndaşlığı verilir. Bu uşaqlar öz vətənləri hesab olunan həmin ölkəyə 18 yaşınacan o dövlətin hesabına gəlib-getmək hüququ əldə edir və bütün ömrü boyu həmin dövlətin bir növ xoşməramlı səfirinə çevrilirlər. Yəni belə qanun tətbiq etməklə o ölkələr bir növ özlərinə dost qazanmış olurlar. Dost qazanmaq bu gün bizim Azərbaycan üçün də çox vacibdir.
Çoxlu forumlar keçirir, Azərbaycana bir çox əcnəbiləri dəvət edib ölkəmizlə tanış edirik ki, bizi dünya miqyasında dəstəkləsinlər. Yəni bu məsələyə indi də olmasa, gələcəkdə, mən hesab edirəm ki, baxmaq lazımdır.
Burada Sabir müəllim çıxış etdi. Onun sözlərini qəribçiliyə salmaq lazım deyil. Mən hesab edirəm ki, gələcəkdə ikili vətəndaşlıq məsələsinə də baxmaq lazımdır. Yəni başqa ölkələrin vətəndaşları Azərbaycanın mənafeyinə xidmət edir, Azərbaycanın milli maraqlarını müdafiə edirlərsə, biz belə adamların, xüsusilə də soydaşlarımız sırasından olanların ikili vətəndaşlıq məsələsinə baxa bilərik.
Mənim 18-ci maddə ilə bağlı bir sualım var. Həmin mad-dənin ikinci hissəsində yazılıb: “Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqan-larında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi”. Burada xaric dövlətin silahlı birləşmələri, yoxsa o dövlətin ərazisində fəaliyyət göstərən başqa, məsələn, müxalifət yönümlü silahlı birləşmələr nəzərdə tutulur? Məncə, bu cümlədə hansı silahlı birləşmələrdən söhbətin getdiyi mütləq dəqiqləşdirilməlidir.
Bütövlükdə, – burada məndən öncə də səsləndirildi, – həm bu qanunun, həm də digər qanunların əhaliyə izah olunması üçün xüsusi maarifləndirmə işinə çox böyük ehtiyac var. Bu gün bizim qəbul etdiyimiz qanunlardan vətəndaşlarımızın, demək olar ki, xəbəri olmur. Onlar bir sıra hallarda həmin qanunları ona görə pozurlar ki, sadəcə, xəbərləri yoxdur. Bu maarifləndirmə işində, mən düşünürəm ki, yeni yaradılan Bilik Fondu da çox fəal iştirak edəcəkdir. Diqqətiniz üçün sağ olun.
Sədrlik edən. Sağ olun. Bizim bütün qanunlarımız mətbuatda dərc olunur. İmkan olanda biz maarifləndirmə işi də aparırıq. İndi Siz ərəb ölkələrindən misal çəkib dediniz ki, onlarda belə qanunlar var. Bəzi ərəb ölkələrinin qanunlarına görə bir ərəb əcnəbi xanımla evlənəndə o xanımın da, onun dədəsinin də adı mütləq dəyişməlidir. Bu o demək deyil ki, hər ölkənin qanununu biz özümüzə qəbul etməliyik. Ərəb ölkələrindən misal çəkirsiniz, Siz Avropa ölkələrindən misal çəkin.
İkili vətəndaşlıqdan danışırsınız. İkili vətəndaşlığın nə qədər ağır olduğundan xəbəriniz var? İkili vətəndaşlıq haq-qında ilk qanunu qəbul edən İsrail olub. İsraildə ikili vətəndaş olanlar hər altı aydan bir qeydiyyatdan keçir, hər neçə ildən bir gəlib orada hərbi xidmət keçirlər – oğlanları da, qızları da. Bu adamlara halaldır, olurlar ikili vətəndaş. Bizdə bəziləri hərbi xidmətdən qaçıb gedirlər xaricə. Onlar ikili vətəndaşlıq qəbul edəcəklər? Yəni bu məsələlərdən danışanda biz öz mentalitetimizə, özümüzə də fikir verməliyik. Heç kimin də çıxışını biz qəribçiliyə salmırıq.
Əli müəllim, 12-ci maddədən çox danışdılar. Xahiş edirəm, bir də izahat verin. Sabir müəllimin də əgər sualları varsa, xahiş edirəm, aydınlaşdırın. Sonra səsə qoyaq.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Əslində, mən çalışırdım, həm həmkarlarıma qulaq asım, həm də onlarla ünsiyyətdə olub, qaldırdıqları məsələlərə aydınlıq gətirim. Bunun nəticəsində bir çox həmkarlarımızla ümumi bir fikrə gəldik.
Bu qanunu zəruri edən hallara qayıtmaq istəyirəm. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda ikili vətəndaşlığın aradan qaldırılması prosedurları mövcud deyildi. Bir daha vurğulamaq istəyirəm ki, bizim Konstitusiyada vətəndaşlıqdan məhrumetmə qeyd olun-mayıb. Vətəndaşlığın tərifi verilib, göstərilib ki, vətəndaş dövlətlə sıx hüquqi-siyasi münasibətdə olan şəxsdir. Bu onu göstərir ki, o, vətəndaşlıqdan məhrum edilə bilməz. Buna görə Konstitusiya Məhkəməsinə müraciət etməyə, 52 və 53-cü maddələri şərh etməyə ehtiyac yoxdur. Onun üçün ki, bu heç müzakirə predmeti də deyil.
Vətəndaşlığın itirilməsi ilə vətəndaşlıqdan məhrumetmənin arasında çox böyük fərq var. Fazil Mustafa özü də çıxışında bunu qeyd etdi, bunları fərqləndirdi. Yəni bir var, şəxs özü vətəndaşlıqdan könüllü olaraq imtina edir, bir də var, dövlət onu vətəndaşlıqdan məhrum edir. Vətəndaşlığın itirilməsi ilə bağlı baş verən bütün hadisələri vətəndaş özü törədir. Özü gedir könüllü olaraq başqa dövlətin silahlı qüvvələrində xidmət edir, özü onun dövlət orqanında işə düzəlir və sair və ilaxır. Bu baxımdan hesab edirəm ki, bunun Konstitusiya Məhkəməsinə göndərilməsinə, şərhinə ehtiyac yoxdur.
Oqtay müəllim, Siz tamamilə düzgün olaraq qeyd etdiniz ki, biz ərəb ölkələrinin yox, Avropa ölkələrinin təcrübəsinə baxırıq. Əlbəttə, bizim qanunvericiliyimiz Avropa ölkələrinin qanunvericiliyinə daha çox uyğundur. Bu baxımdan mən İtaliyanın, Almaniyanın, İspaniyanın konstitusiyalarını misal çəkə bilərəm. Onlarda da eynilə Azərbaycanda olduğu kimi, Konstitusiya ilə heç kim vətəndaşlıqdan məhrum edilə bilməz, amma müvafiq qanunda vətəndaşlığı itirmənin əsasları verilib.
Hörmətli Aqil müəllimin qaldırdığı bir məsələ var idi, onunla bağlı biz fikir mübadiləsi apardıq. Həqiqətən, 12-ci maddənin təklif olunan variantında deyilir ki, vətəndaşlığı olmayan valideynlərdən doğulmuş uşaq Azərbaycan ərazisində doğulubsa, o, Azərbaycan Respublikasının vətəndaşıdır. Bu çox təbii bir haldır, sivil bir yanaşmadır, amma burada digər hallar da öz əksin tapıb.
Bəzi həmkarlarımızda narahatlıq doğuran başlıca məsələ vətəndaşlığın itirilməsinin əsasları ilə bağlı olduğu üçün bir daha vurğulamaq istəyirəm ki, burada vətəndaşlığın itiril-məsi üçün əsas şəxsin könüllü seçimidir. 18-ci maddənin birinci hissəsində söhbət xarici ölkə vətəndaşlığının könüllü əldə olunmasından gedir. Yəni vətəndaş başqa ölkənin vətəndaşlığını könüllü əldə edir, özü bu seçim edirsə, bizim vətəndaşlığı itirmiş olur. Çünki Konstitusiyaya görə vətəndaş dövlətlə sıx hüquqi-siyasi münasibətdə olan kəsdir, o isə dövlətlə sıx hüquqi-siyasi münasibətləri kəsir, könüllü gedir, başqa dövlətin vətəndaşlığını qəbul edir. Təbii ki, bu onun öz hüququdur, istifadə edə bilər.
Bu qanun layihəsində ən vacib məqam ondan ibarətdir ki, vətəndaş başqa ölkənin vətəndaşlığını könüllü olaraq qəbul edirsə, onun borcudur ki, bu barədə müvafiq dövlət orqanını məlumatlandırsın. Hesab edirəm ki, layihədə bundan ötrü müəyyən edilmiş bir ay müddət kifayət qədər normal bir müddətdir, çünk bu məlumatı müvafiq dövlət orqanına indi elektron üsulla da göndərmək mümkündür. Qeyd etmək istəyirəm ki, 10-cu maddədə əgər belə bir prosedur və buna görə məsuliyyət nəzərdə tutulmasaydı, onda bu layihənin heç mənası olmazdı. Çünki bu layihənin mənası vətəndaşı dövlətlə münasibətdə qanuna riayət etməyə dəvət etməkdir.
Aydın müəllim burada çox düzgün olaraq qeyd etdi ki, bu cür qanun çox ölkələrdə var. Bu günlərdə belə bir qanun Rusiyanın Dövlət Dumasında qəbul olunub. Onlarda da belə problemlər var. Bu məsuliyyəti də, əslində, ona görə nəzərdə tutmuşuq ki, xarici dövlətin vətəndaşlığını qəbul edən vətəndaşlarımız bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədikdə məsuliyyətə cəlb olunacaqlarını bilsinlər.
Mən hesab edirəm ki, cənab Sədr, bizim atdığımız bu addımlar həm Konstitusiyaya uyğundur, həm də əslində, bizim vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Mən hörmətli Mübariz müəllimin bayaq bu məsələ ilə bağlı müzakirədə səsləndirdiyi o fikirlə də şərikəm ki, bu həm də Azərbaycan Respublikasının vətəndaşı olmağın nə qədər şərəfli olmasını bir daha xatırlatmış olur. Çox sağ olun, cənab Sədr.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.04 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Fasilə elan edilir.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Hörmətli millət vəkilləri, iclasımızı davam etdiririk. 10-cu məsələ – Azərbaycan Respublikasının İnzi-bati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramının 4.2-ci bəndindən irəli gəlir. Həmin proqramda qeyd olunan əsas fikir ondan ibarətdir ki, tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməlidir. Bu tədbirlərdən biri də, əlbəttə, bu cür əməllərin qarşısının alınmasıdır.
Ona görə İnzibati Xətalar Məcəlləsinə “Tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlərin görülməməsi” adlı 68-10-cu maddənin əlavə edilməsi təklif olunur. Bu maddədə deyilir ki, yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üçün tədbirlər görülməməsi inzibat cəzaya səbəb olacaq. Bu cəza, əlbəttə, xətanın növünə görə cərimədən ibarətdir.
Əminəm ki, bizim bələdiyyələr, kənd təsərrüfatı ilə məşğul olan fiziki və hüquqi şəxslər bu cür hallara yol verməyəcək, onlara aid torpaq sahələrində aşkar edilmiş belə yabanı bitkilərin məhv edilməsindən ötrü tədbirlər görəcəklər. Çünki narkomaniyaya qarşı mübarizə ümum-milli məsələdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, iclasımızı davam etdirməzdən öncə onu deyim ki, bu gün bizim parlamentə Azərbaycanın dostları olan Nyu-Meksika ştatının nümayəndələri təşrif buyurublar. Necə deyərlər, əliboş təşrif buyurmayıblar, – mən sizə də göstərmək üçün gətirdim, – senat Xocalı qətliamı haqqında qətnamə qəbul edib. Üstündə imzaları olan o qətnamənin nümunəsini Azərbaycan parlamentinə hədiyyə gətiriblər. (Alqışlar.) Senatda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Dağlıq Qarabağın tanınmamış respublika olduğunu göstərən bir qətnamə də qəbul olunub. (Alqışlar.)
Bu günlərdə biz Azərbaycanın Respublika gününü qeyd elədik. Bizim dostlarımız Nyu-Meksika ştatında 28 Mayı Azərbaycanın milli günü elan ediblər. Buna görə də icazə verin, Nyu-Meksika ştatının bütün rəhbərliyinə, eləcə də onun qubernatoru xanım Susana Martinezə öz dərin minnətdarlığımızı bildirək. Çox sağ olun. (Alqışlar.) Buyurun, Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qısa bir qeydim var. Burada, məncə, bir sözün əlavə olunmasına ehtiyac var. Hektarlarla torpaq sahəsinə bir fiziki şəxs baxır. Deyək ki, o torpaq sahəsində bitmiş hansısa yabanı bitkinin tərkibində narkotik maddə aşkar olundu. O bitkinin məhv edilməsi üçün tədbir görülməməsinə görə adam necə məsuliyyətə cəlb oluna bilər? Əgər dövlət orqanı o bitkin aşkar edib bu barədə torpaq sahibinə məlumat verib və torpaq sahibi həmin bitkinin məhv edilməsi üçün heç bir tədbir görməyibsə, bu, başqa məsələ. Amma buradan bu məna çıxmır. Ona görə bəlkə buraya “məlumat verildikdən sonra tədbirlər görülməməsi” ifadəsini salaq? 100 hektarlarla geniş sahədir. İnsana asanlıqla məsuliyyət yaratmaq bir qədər ədalətsiz olmurmu? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sizin dediyinizdə də həqiqət var, amma necə sübut eləyə bilərik ki, bu adam onu orada qəsdən əkməyib? Bu, ikibaşlıdır da. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.12 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Cinayət Məcəlləsinə təklif olunan bu dəyi-şikliklər, hesab edirəm ki, bizim cinayət qanunvericiliyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bu məsələ bizim komitədə də ciddi və geniş müzakirə olunub.
Ağır və xüsusilə ağır cinayətlərə görə ağır sanksiyalar bir çox ölkələrdə mövcuddur. Cinayət qanunvericiliyində bizim mövqeyimiz isə həmişə belə olub ki, az ağır, yüngül cinayətlərlə bağlı sanksiyalarımız daha liberal olsun. Amma ağır və xüsusilə ağır cinayətlər həm cəmiyyət, həm dövlət, həm də birbaşa vətəndaşlar üçün təhlükəlidir.
Bu baxımdan Cinayət Məcəlləsinə təklif olunan dəyişik-liklər ağır və xüsusilə ağır cinayətlərə görə müəyyən olunan cəzaların sanksiyalarının artırılmasını nəzərdə tutur. Bunlar qəsdən adamöldürmə, terrorçuluq, zorlama, yəni həm dövlət, həm də cəmiyyət əleyhinə, ümumiyyətlə, insan hüquq və azadlıqlarına qarşı yönəlmiş cinayətlərə görə nəzərdə tutulan sanksiyalardır.
Artıq uzun illərdir, bir çox ölkələrin təcrübəsində 20–25–30 il müddətinə azadlıqdan məhrumetmə cəzası var. Bu baxımdan hesab edirəm ki, bizim də Cinayət Məcəlləsində ağır və xüsusilə ağır cinayətlərə görə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzasının olması tamamilə təqdir olunan bir təklifdir.
Komitədə bu çox geniş müzakirə olundu. Komitə üzvləri, hüquqşünaslar və o cümlədən əvvəllər praktik işdə işləmiş hüquqşünaslar bu məsələyə yalnız cinayət törətmiş şəxsin deyil, həm də cinayət nəticəsində zərər çəkənlərin gözü ilə baxış etdilər. Məlumdur ki, cinayət törətmiş, məhkum olun-muş şəxslərin də hüquqları var və dövlətimiz, parlamentimiz bu hüquqların qorunması ilə bağlı çox işlər görmüşdür. Amma biz gərək məsələyə cəmiyyətin, vətəndaşın təhlükəsizliyi mövqeyindən də yanaşa, zərərçəkənin gözü ilə də baxa bilək.
Bu baxımdan komitə sədri kimi mən də burada sadalanan maddələrlə bağlı sanksiyaların artırılmasını müdafiə etmişəm, bizim komitənin də birmənalı mövqeyi belə olub. Mən inanıram ki, bizim parlamentdəki digər həmkarlarımız da Cinayət Məcəlləsinin müvafiq maddələrində, xüsusilə ağır cinayətlərlə bağlı maddələrində sanksiyaların artırılması təklifini müdafiə edəcəklər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, burada dövlətin bir konseptual xətt izləməsindən, cəzanın sərtləşdirilməsindən və cəza müddətinin ümumən 25 ilə qədər qaldırılmasından söhbət gedir. Bunun effektinin olub-olmayacağı mübahisə mövzusudur. Çünki bəzi cinayətlərə görə cəzanın hədsiz sərtləşdirilməsinə ehtiyac olsa da, bir sıra cinayətlərdə bunun effektli olduğunu indidən proqnozlaşdırmaq çətin məsələdir. Amma bütün hallarda dövlət bu addımları atmaqla ona çalışır ki, cinayətkarlığın səviyyəsi azalsın.
Mən 103-cü və 111-ci maddələrlə bağlı fikrimi bildirmək istəyirəm. 103-cü maddədə soyqırımı milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək kimi anlaşılır. Bildiyim qədər, beynəlxalq konvensiyalarda dövlət siyasəti olduqda bunun soyqırımı kimi tanınmasından söhbət gedir. Əgər bir qrupun məhv edilməsi hansısa bir siyasətin nəticəsi olursa, ona soyqırımı kimi qiymət verirlər. Yoxsa bu, çox sayda insanın məhvinə səbəb olma kimi tövsif oluna bilər.
İrqi ayrı-seçkilik də dövlət siyasəti kimi qiymətlən-dirilirsə, aparteid kimi qeyd olunur. 111-ci maddədə isə ondan bəhs edilmir. Ona görə, məncə, bu dəyişikliklərdə bu kimi məsələlərə aydınlıq gətirilməsi yerində olar. Bizim Cinayət Məcəlləsində bu dəqiqləşdirmələrin aparılmasını ona görə vacib hesab edirəm ki, sabah başqa ölkələrə qarşı hər hansı bir irad bildirəndə, Qarabağ məsələsi ilə, Xocalı soyqırımı ilə bağlı məsələləri gündəmə gətirəndə Cinayət Məcəlləsinin daha dəqiq variantını təqdim etmək imkanı əldə edək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Keçən illər ərzində cinayətə görə cəzanın, cəzaçəkmə müəssisələrində vəziyyətin, məhkumlara qarşı münasibətin liberallaşdırılması istiqamətində xeyli irəliləyişlər olmuş, penitensiar xidmətin fəaliyyətində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ölkə rəhbəri tərəfindən xeyli sayda amnistiya aktı imzalanmış, əfv fərmanları verilmişdir ki, bunların da nəticəsində minlərlə insan azadlığa qovuşaraq həyata yenidən başlamaq üçün ikinci şans qazanmışdır. Məhkumlara qarşı münasibətin liberallaşmasına ən yaxşı sübut kimi keçən il Şəkidə müasir səviyyədə inşa edilərək istifadəyə verilmiş penitensiar kompleksi misal gətirmək olar. Bu proses digər cəzaçəkmə müəssisələrində də davam etdirilir.
Amma bu liberallaşma ilə yanaşı, hesab edirəm ki, müəy-yən sərtləşmələrə də böyük ehtiyac var. Hazırda dünyada, xüsusən Ukrayna, Suriya, Əfqanıstan və sair ölkələrdə gedən prosesləri böyük ürək ağrısı ilə izləyirik, insan qətlləri, terrorizm, müharibə cinayətləri, vətənə xəyanət və sair faktlar bizi ayıq olmağa sövq edir. Bu baxımdan Cinayət Məcəlləsinə cəzaların sərtləşdirilməsi ilə bağlı təklif edilən dəyişiklikləri mən məntiqi hesab edir və onları dəstəkləyirəm.
Fürsətdən istifadə edərək ölkəmizdə sözün əsl mənasında ictimai bəlaya çevrilmiş digər bir məsələni qeyd edib hörmətli sədarətdən və Əli Hüseynlidən bunlara diqqət yetirilməsini xahiş edərdim.
Əfv komissiyasının üzvü kimi ərizələrə baxarkən müraciət edənlərin xeyli hissəsinin dələduzluqla bağlı tutulmasının şahidi oluruq. Dələduzluq Cinayət Məcəlləsinin predmeti olsa da, nədənsə hüquq mühafizə orqanları çox halda vətəndaşlara tövsiyə edirlər ki, məhkəmədə mülki qaydada iddia qaldırsınlar. Buna misal olaraq bu yaxınlarda mənə müraciət edən Masallı rayon Hüseynhacılı kəndinin bir qrup sakininin şikayətini göstərə bilərəm. Belə ki, onlardan məhsul alan şəxs ödənişi etmədiyi üçün zərərçəkənlər mənim qəbulumda oldular. Bununla əlaqədar mən Masallı Rayon Polis Şöbəsinə yazılı müraciət etdim. Həmin qurumdan şikayətçilərə tövsiyə edildi ki, mülki qaydada məhkəməyə müraciət etsinlər. Halbuki burada etibardan sui-istifadə edərək kəndlilərə külli miqdarda ziyan vuran dələduzdan söhbət gedir.
Bu dələduzlara görə insanlar evini, maşınını satmalı olur, hətta bir çoxları fikirdən, dərddən dünyasını dəyişirlər. Dələduzlar isə professional hüquqşünas kimidirlər. Zərərçəkənlər məhkəməyə mülki qaydada müraciət edəndə dələduz deyir ki, bəli, inkar etmirəm, borcum var, verəcəyəm. Bu ödəmək isə illərlə davam edir, bəzən heç ödənilmir. Belə olan halda dələduz üçün cəzasızlıq mühiti yaranır və o, növbəti qurbanlarını axtarıb tapır, vətəndaşlara ziyan vurmaqda davam edir.
Yeri gəlmişkən, Əfv komissiyasına müraciət edən dələduzların bir çoxu ikinci, hətta üçüncü dəfə bu əməli törədən şəxslərdir. Bunun üçün də problemlə bağlı mənim iki xahişim var. Birincisi, düşünürəm ki, bu əmələ görə cəza Cinayət Məcəlləsində daha da sərtləşdirilməlidir. İkinci, dələduzun qurbanı olan vətəndaş hüquq mühafizə orqanlarına müraciət etdikdə polis və prokurorluq orqanları işi mülki qaydada məhkəməyə yönəltmədən araşdırmanı başlamalı, bu problemlə daha effektiv şəkildə mübarizə aparmalıdırlar.
Xahiş edirəm, qeyd etdiyim məsələyə həssaslıqla yanaş-asınız, çünki bu, doğrudan da, cəmiyyətin bəlasına çevrilmiş bir cinayət əməlidir. Qayıdıram bugünkü dəyişikliklərə. Mən hesab edirəm ki, bunlar bizim dövlət təhlükəsizliyimiz və ədalət baxımından çox düzgün, çox aktual və çox lazımlı düzəlişlərdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Adil Əliyev.
A.Əliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də-yişikliklər edilməsi haqqında qanun layihəsini dəstəkləyirəm və ona səs verəcəyəm. Hesab edirəm ki, ağır və xüsusilə ağır cinayətlərə görə cəzanın artırılması məqsədəuyğundur. Çünki bu gün bəzi hallarla qəsdən adam öldürən şəxs fikirləşir ki, mən gedib 9–10 il iş alıb çıxacağam. Bunun da üstündən məhkəmə bir-iki ilini götürür və məhkum, ümumiyyətlə, adekvat cəza çəkmir. Ancaq bu cəza sərtləşdirilsə, insanlar başa düşəcəklər ki, ağır cinayətin cəzası daha sərtdir, buna 10 il yox, daha çox iş düşür, ona görə də bu cinayəti törətmək fikrindən daşınacaqlar. Mən bu qanun layihəsini dəstəkləyirəm və ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Biz bu qanun layihəsini komitədə müzakirə eləmişik və mən, təbii ki, Cinayət Məcəlləsinə edilən bu dəyişiklikləri dəstəkləyirəm. Amma mətbuatın burada olmasından istifadə edərək bir neçə şeyi demək istəyirəm. Jurnalistlər tərəfindən bizə xüsusilə ağır cinayətlər, dövlət və sair cinayətlərlə bağlı bir neçə maddədə cəzaların nəyə görə artırılması ilə bağlı suallar ünvanlanır.
Kiminsə kimisə bıçaqlaması ilə bağlı faktları telekanallarda hamımız hər gün görürük. Çox təəssüf ki, bu gün müəyyən şəxslər, xüsusilə gənclərin bir hissəsi evdən çıxarkən cibində bıçaq gəzdirir. Bu bıçaqdan istifadə etməklə insanların həyatına qəsd edilməsinə, yaxud qəsdən bədənə ağır xəsarət yetirilməsinə görə sanksiyalar olduqca aşağıdır və bəzən bu əməlləri törədənlər hətta həbsdən yayınaraq şərti cəzalar alırlar. Bu baxımdan mən hesab edirəm, 120-ci və 126-cı maddələrdə sanksiyaların artırıl-ması zamanın tələbidir.
İnsanlar tərbiyəvi və maarifləndirici metodlarla özləri üçün nəticə çıxarmayanda, təbii ki, qanunlar işə düşməli, öz sözünü deməlidir. Mən belə hesab edirəm ki, bu gün məhz bu məqam gəlib yetişib.
Dəyişiklik edilən bir maddə də zorlama ilə bağlı olan maddədir. Təbii ki, zorlama həm milli mentalitetə, həm əxlaqa, həm də qanuna sığmayan bir hərəkətdir. Bu cinayəti edən tərəf bəzən yüngül cəza alaraq həyatını heç nə olmamış kimi davam etdirir, o biri tərəf isə ömrü boyu bədbəxt olurdu. Ona görə mən düşünürəm ki, bu gün bizim Cinayət Məcəlləsinə edəcəyimiz dəyişikliklər, əslində, zamanın tələbi, cəmiyyətin sifarişidir. Belə hesab edirəm ki, Milli Məclis həm dövlətin, həm də cəmiyyətin maraqlarını rəhbər tutaraq bu maddələrin sanksiyalarının artırılmasına səs verməklə doğru addım atmış olar. Mən həmkarlarımı buna səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab Sədr. Mən Cinayət Məcəlləsinə edilən dəyişikliklərin şərhini vermək istəməzdim. Təbii ki, cəmiyyətdə cinayət varsa, cəza da olmalıdır. Hesab edirəm ki, uzunömürlü həbs cəzası bəzən islah olunmağa daha çox xidmət edir. İnsanlar onun ağırlığını düşünərək bəzən cinayətdən çəkinirlər.
Amma bir məsələni mən bir dəfə də bu Məclisdə qaldırmışdım, çox istərdim, bu məsələyə diqqət edək. Bu gün ömürlük həbs cəzasına məhkum olunmuş xeyli sayda insan var. Azərbaycan Avropa Şurasına qoşulub üzərinə öhdəlik götürərkən ölkəmizdə güllələnmə cəzası ilə yatan məhkumların sonradan Milli Məclisin qərarı ilə ömürlük həbsə məhkum olunmasından danışmaq istəyirdim.
Mən hesab edirəm ki, məhkəmələrin bu məhkumlar haq-qında qərarlarına yenidən baxılmalıdır. Vəziyyət dəyiş-diyinə görə onların cəzası bəlkə 25 və ya 30 ilədək müddətə azadlıqdan məhrumetmə ilə əvəz oluna bilər. Çünki Cinayət-Prosessual Məcəlləsinin özünün də tələbi var, cinayəti törədərkən şərait çox ciddi məsələdir. Məsələn, adamlar var ki, bir cinayəti törədib, konkret olaraq güllələnməyi gözünün altına alıb və hesab edib ki, güllələnməklə canını qurtaracaq, bu proses bitəcək və sair.
Bunlar haqqında müvafiq məhkəmə orqanı qərar qəbul edibsə, məhz məhkəmənin onlar haqqında fərdi qərarı olmalıdır. Bu qərar isə Milli Məclis tərəfindən qəbul olunub və onlar haqqında məhkəmənin hökmü dəyişdirilərək güllələnmə ömürlük həbslə əvəz edilib.
Bu məhkumların sayı çox azdır. O adamlar haqqında hökmlərə məhkəmə yenidən baxmalıdır. Düşünürəm ki, onların ömürlük həbs cəzasını 25 və ya 30 ilədək, bəzən daha artıq müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz etmək mümkündür. Bu adamların ömürlük həbs cəzası dəyişdirilməlidir. Bu həm ədalət baxımından, həm də hüquqi nöqteyi-nəzərdən doğru olar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal müəllim, bir söz işlət-diniz, bir az maraqlı gəldi. Deyirsən, ağır cinayət işləyib, düşünüb ki, güllələyəcəklər, qurtarıb gedəcək. İndi bu cəza da ona görə ömürlük cəza ilə əvəz olunur ki, qurtarıb getməsin və başqaları da o cinayəti təkrar etməsinlər. Bu bir tərəfdən daha humanist cəzadırsa, bir tərəfdən də ağır cəzadır.
Amma bu qanun, həqiqətən, çox vacib qanundur. Qəsdən adam öldürmək üstündə ağır cəza kimi, məsələn, 10 il iş verirlər. Onun da, görürsən, üçdə ikisi belə gəldi, dörddə ikisi belə getdi, 5 il sonra məhkum çıxır azadlığa. Uşağı ölən insan üçün də bu olur göz dağı, qan düşmənçiliyi davam edir.
İnsan bilməlidir ki, əgər ağır cinayət edib adam öldürübsə, bunun cəzası 10 illə, 15 illə qurtaran deyil. Bir çox ölkələrdə ağır cinayətlər o qədər çoxalıb ki, hətta çoxları ölüm cəzasını geri qaytarmaq istəyirlər. Beynəlxalq müqavilələrə qoşulduqları üçün bir şey edə bilmirlər. Yəni cinayət işləmək fikri olan adamı bu fikirdən daşındıran bir qorxu olmalıdır.
Ağır cinayətlərin bəziləri elə ona görə baş verir ki, cina-yətkar buna görə qorxu hiss etmir. Düşünür ki, əşi, vurdum, öldürdüm, 5 il yatıb çıxacağam. Buyur, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Mən bütün millət vəkillərinə təşəkkür edirəm. Bu layihə ilə bağlı müəyyən bir fikir mübadiləsi aparıldı. Hesab edirəm ki, bu həm mətbuat, həm də ictimaiyyətimiz üçün maraqlıdır. Çünki hüquqi məsələlərdir.
Cənab Sədr, əslində, İqbal Ağazadənin dediyi fikirdə müəyyən bir həqiqət var. O mənada ki, vaxtilə ağır cinayət törədən insanlar, həqiqətən, bəzən ölüm cəzasından çəkinmirdilər. Bu gün ölüm cəzası ömürlük həbslə əvəz olunub. Ömürlük həbs cəzası çəkmək, doğrudan da, onlar üçün ölüm cəzasından daha ağırdır.
Bizim cinayət qanunvericiliyimiz, cəza siyasətimiz humanistdir. Yaşamaq hüququ insanın təbii hüququdur. Bu, Allah tərəfindən verilib və onu heç kim ala bilməz. Bu baxımdan yanaşıldığı üçün Azərbaycanda ölüm cəzası ulu öndərin təklifi və parlamentin qərarı ilə ləğv olundu. Mən tam əminəm ki, biz ölüm cəzasının tətbiqinə heç zaman qayıtmayacağıq. Amma eyni zamanda, əlbəttə ki, ömürlük həbs ağır cəzadır və ölüm cəzasını ömürlük həbslə əvəz edəndə heç kimin məqsədi bu məhkumlar üçün daha yaxşı şərait yaratmaq olmayıb. Sadəcə, biz insanın bir daha konstitusion, konvension, təbii yaşamaq hüququna hörmət etmişik. Amma Azərbaycanda qəsdən adam öldürməklə bağlı cinayət və cəza bir qədər adekvat görünmürdü. Mən həmkarlarım Çingiz Qənizadə və Adil Əliyevə təşəkkür edirəm. Onlar, əslində, burada cəmiyyətin çağırışını səsləndirdilər. Çünki qəsdən adam öldürmə ağır cinayətdir. İnsan həyatına son qoyulur. Bizim indiki prosedurlarla isə müəyyən bir müddət cəza çəkdikdən sonra vaxtından əvvəl şərti azad olmaq da mümkündür.
İqbal müəllim, qeyd edim ki, biz Sizin qaldırdığınız məsələ ilə bir neçə il bundan əvvəl də məşğul olmuşuq. Çünki həbsxanada ömürlük həbs cəzası çəkən şəxslər müraciət etmişdilər. Bununla bağlı bizim orada hətta bir sıra görüşlərimiz, yazışmalarımız da olmuşdu. Siz haqlısınız ki, onların məhkəməsinə yenidən baxmaq proseduru olmalıdır. Bizim qanunvericilik də buna imkan verir. Onlara deyildi ki, kassasiya qaydasında əlavə müraciət etsinlər. Müraciət edənlər oldu və onların işlərinə baxıldı. Bu baxımdan hesab edirəm ki, o məsələni yenidən müzakirə etməyə, ona yeni hüquqi qiymət verməyə artıq ehtiyac yoxdur.
Bu məhkumlar üçün yeni məhkəmə baxışı şəraiti yaradılıb. Onlar müraciət etdikdə haqlarında olan işlərə yenidən baxılır. Amma mənə elə gəlir ki, burada daha düzgün çıxış yolu onların fərdi qaydada Əfv komissiyasına müraciət etmələridir. Onlar artıq 20–25 il həbs cəzası çəkiblər. Bu və digər hallar nəzərə alınaraq məsələnin Əfv komissiyasında müzakirə olunması bəlkə daha düzgün yol olardı.
Hörmətli Fazil Mustafanın söylədiyi bir məsələyə dair fikrimi bildirmək istəyirəm. Birincisi, bu çox yaxşı haldır ki, parlamentin sanksiyalarla bağlı ümumi bir müsbət fikri oldu. Amma qeyd etmək istəyirəm ki, “Soyqırımı” adlı 103-cü maddənin dispozisiyası Azərbaycanın da qoşulub ratifi-kasiya etdiyi 1948-ci il BMT Konvensiyasına tam uyğundur. Soyqırımın bizdə verilən tərifi oradan götürülüb. Xatırlayırsınızsa, biz bir neçə il əvvəl bu maddələri o Konvensiyadan götürüb olduğu kimi Cinayət Məcəlləsinə gətirdik.
Soyqırımı cinayətini insanlıq əleyhinə olan başqa cinayətlərdən o fərqləndirir ki, soyqırımı cinayətində dövlət siyasətinə heç ehtiyac yoxdur. İnsanlıq əleyhinə olan başqa cinayətlərdə dövlət siyasəti vacibdir. Misal üçün, “İnsanları zorakılıqla yoxa çıxarma” adlı 110-cu maddə “dövlətin və ya siyasi təşkilatın göstərişi” sözləri ilə başlayır. Amma soyqırımı cinayətində dövlət siyasətinə ehtiyac yoxdur. Məhz buna görə də, misal üçün, Xocalı hadisəsi soyqırımıdır. Çünki əhəmiyyəti yoxdur, onu Ermənistanın dövlət siyasəti kimi Ermənistan silahlı qüvvələri həyata keçirib, yoxsa Qarabağ separatçıları. Məhz bu baxımdan “soyqırımı” anlayışı burada konvensiondur, düzgündür. Dövlət siyasəti oldu-olmadı, bu cür soyqırımı cinayəti, əlbəttə ki, sırf konvension tərifini almışdır. Yəni bizim Cinayət Məcəlləsində soyqırıma verilən tərif konvension tərifdir və burada “dövlət siyasəti” ifadəsinə ehtiyac yoxdur.
Hörmətli Elmira xanımın qaldırdığı məsələ də, həqiqətən, aktualdır. Çoxlu sayda vətəndaşlar hüquq mühafizə orqanlarına, o cümlədən Məhkəmə Hüquq Şurasına, parlamentə müraciət edir, dələduzluq cinayəti ilə üzləşdiklərini qeyd edirlər. Elmira xanım, təkcə dediyiniz o faktlar yox, misal üçün, tikinti şirkətləri ilə bağlı olan hallar da kütləvi surətdədir. Həqiqətən də, hüquq mühafizə və prokurorluq orqanları çox zaman tövsiyə edirlər ki, bu məsələlər mülki qaydada həll olunsun.
Burada mən məsələyə bir qədər başqa mövqedən yanaşmaq istəyirəm. Əslində, burada prokurorluğun, hüquq mühafizə orqanlarının müsbət işini görürəm. Çünki bizim qanunvericiliyin mənasına görə prokurorluq orqanlarının artıq ümumi nəzarət funksiyası yoxdur. Yaxşı ki, qanun-vericiliyimizdə bu hallar yoxdur, çünki bir sıra ölkələrdə bu cür müdaxilələr, əslində, biznesə, özəl şirkətin fəaliyyətinə müdaxiləyə yol açır.
Bizdə bu məsələdə prokurorluq çox ciddi davranır. Dələ-duzluq cinayətinin törədilməsi ilə bağlı cinayət işi ancaq bütün faktlar olduğu halda qaldırılır. Mən, əksinə, təqdir edirəm ki, bu işdə prokurorluq orqanları daha effektiv davranırlar.
Amma Sizin dediyiniz problem var. Niyə var? Çünki vətəndaşlarımız mülki, əmək və sair münasibətlərdə mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə hüququndan istifadə etmirlər. O müqavilə hüququndan istifadə olun-malıdır. Müqavilə hüququ olduqda artıq mülki məhkəmə mübahisələri başlana bilər. Sizin dediyiniz misallar mü-qavilə hüququndan istifadə olunmadığı hallara aiddir. Amma vətəndaşlar, doğrudan da, aldadılıblar. Belə hallarda, əlbəttə, hüquq mühafizə orqanları dələduzluqla bağlı cinayət işi qaldırmaqda çətinlik çəkirlər. Çünki dələduzluq cinayətini sübut etmək özü çətindir.
Amma inandırıram sizi, – mən statistikanı deyə bilərəm, – bu cür hallarla bağlı cinayət işləri qaldırılır, vətəndaşların hüquqları qorunur. Təəssüf ki, çox zaman dəymiş ziyanı yenə də qaytarmaq mümkün olmur, baxmayaraq ki, hökm və yaxud qərar var. Niyə? Çünki mülki müqavilələr, mülkiyyət müqavilələri mövcud deyil. Amma əlbəttə ki, biz bu məsələni nəzərdə saxlamalıyıq.
Mən Cinayət Məcəlləsinə təklif olunan bu dəyişiklikləri dəstəkləyən hörmətli həmkarlarıma bir daha təşəkkür edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.37 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
12-ci məsələ. “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919–2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkar-lar, Azərbaycan Respublikasının orden və medalları sırasına yeni bir medalın – “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1914–2014)” yubiley medalının əlavə edilməsi təklif olunub. Bilirsiniz ki, bizdə medalların, ordenlərin əsasnaməsi və təsviri ilə bağlı artıq formalaşmış bir sistem mövcuddur. Bu medal da özündə həm milli atributları, həm də dövlət sərhəd xidmətinə xas olan xüsusiyyətləri ehtiva edir. Biz yubiley medallarının təsis edilməsinin nə dərəcədə əhəmiyyətli olduğunu tez-tez müzakirə edirik. Hesab edirəm ki, müstəqil dövlətçiliyimizin indiki zamanında bu çox əhəmiyyətlidir. Çünki həm Azərbaycan dövlətçiliyinin uzun dövrə malik olduğu vurğulanır, həm də müstəqil dövlətimizin yeni orden və medalları təsis olunur. Bu baxımdan, hesab edirəm ki, bu yubiley medalının da təsdiq olunması əhəmiyyətli olardı. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.39 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Bugünkü iclasın son iki məsələsi. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Buyursun Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, son 3 ay ərzində “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək bir sıra bələdiyyələr birləşmə yolu ilə yeni bələdiyyələrin yaradılması məsələsini Milli Məclis qarşısında qaldırıblar. Bu müddət ərzində Milli Məclisə 21 rayonu əhatə edən 204 bələdiyyədən sənədlər daxil olubdur. Milli Məclisin şöbəsi bu məsələləri araşdırıb, qanun layihəsini hazırlayıb. 204 bələdiyyənin əvəzinə birləşmə yolu ilə 94 bələdiyyənin yaradılması nəzərdə tutulur. Biz böyük bələdiyyələrin yaradılmasını müsbət hal kimi qiymətləndiririk. Çünki ərazi imkanları və əhalisinin sayı məhdud olduğu üçün bir çox bələdiyyələr səmərəli fəaliyyət göstərə bilmir, əslində, yerli özünüidarəetmə ideyasını, demək olar ki, nüfuzdan salırlar. Qanun layihəsi komitədə müzakirə olunubdur. Xahişimiz ondan ibarətdir ki, bu təklifə səs verəsiniz.
Oqtay müəllim, növbəti məsələ də bununla əlaqədardır. Biz bu qanunu qəbul etsək, Azərbaycan Respublikası bələdiyyələrinin siyahısında müvafiq düzəlişlər olmalıdır. Növbəti qanun layihəsi məhz bu məsələyə həsr olunubdur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, cənab Sədr. Keçən il də biz bələdiyyələrin birləşdirilməsi və çox bələdiyyənin əvəzinə az bələdiyyə yaradılması ilə bağlı burada qanun müzakirə edərkən mən mövqeyimi ifadə etmişdim və yenə də ifadə edirəm. Bunun adı yerli özünüidarəetmə orqanıdır. Yəni əhalisinin sayından, coğrafiyasından, ərazisindən asılı olmayaraq müəyyən ərazi vahidi və ya vahidləri onların yerli əhəmiyyətli məsələlərini həll etməli olan yerli özünüidarəetmə orqanını seçirlər və o orqan da dövlət büdcəsindən maliyyələşmir. Dövlət, sadəcə, ayrı-ayrı bələdiyyələrə bəzi şərtlərlə, – indi biz bunu müzakirə etmirik, ona görə o barədə danışmıram, – çox xırda dəstəklər verir. Bu, yerli özünüidarəetmə orqanıdır. Məsələn, 6 kəndi birləşdirib bir bələdiyyə yaradırlar. 6 kənddən birinin 10 min əhalisi var. Digərlərinin isə əhalisinin sayı çox azdır və təbii ki, onların seçici sayı ilə seçki prosesinə təsir etmək imkanı yoxdur. Əgər demokratik seçki olacaqsa, təbii ki, əhali öz kəndlisini seçəcək, yox, inzibati üsulla qeyri-demokratik seçki olacaqsa, hərəsindən biri təyin ediləcək. Ona görə də bu, kökündən yanlış üsuldur.
Türkiyə və yaxud Avropa ölkələrində bələdiyyələrə diqqət etsəniz, görərsiniz ki, orada hətta 30–40 nəfəri olan ərazi vahidində belə özünüidarəetmə orqanı seçilir. O ölkələrdə mərkəzləşdirilmiş bələdiyyə məclisləri var – rayon məclisləri, yaxud iri şəhərlərdə bələdiyyə başqanları seçilir, onun şurası olur. Təbii ki, çox az sayda əhalisi olan ərazi vahidi bələdiyyə seçkilərində əhəmiyyətli nəticələrə nail ola bilmədiyindən onun namizədi rayon məclisinə və ya o şuralara seçilə bilmir. Amma mütləq özünüidarəetmədə təmsil olunur.
Nədən biz 6, 7, bəzən 8 kəndi birləşdirib bir bələdiyyə yaradırıq? Əgər bunun adı yerli özünüidarəetmədirsə, o bələdiyyənin yaradılmasının nə mənası var? Bu kəndə verilən bələdiyyə torpaqları var, onun əhalisi var, yolları var. Bu elə havada qalmır ki. O balacadır, balaca ərazidə və azsaylı əhali içərisində işləyəcək. Daha böyük kəndi ona birləşdirib bələdiyyələrin sayını azaltmağın nə mənası var?
Yeri gəlmişkən, onu da qeyd edim ki, bələdiyyələrin statusu Azərbaycanda heç bir qanuni ölçüyə sığmır. Bələdiyyələr ancaq qəbir yerləri ilə bağlı müstəqildirlər. Yəni onlara verilən ancaq qəbir yerləridir. Başqa heç bir şeydə bələdiyyələrin bircə dənə statusu yoxdur. Bunun nəyi yerli özünüidarəetmədir? Dəfələrlə biz burada demişik ki, ən azı bütün xidmət sahələri bələdiyyələrə verilməlidir. Bu xidmət sahələri bələdiyyələrə verilərsə, artıq onların büdcəsi də formalaşar, onlar bələdiyyə seçkilərində iştirakda da maraqlı olarlar və sair.
Azərbaycan Avropa Şurasına daxil olarkən iri şəhərlərində bələdiyyə başçılarının seçilməsi ilə bağlı bir öhdəlik də götürübdür. Bakı şəhərində nədən bələdiyyə başçısı seçilməsin, nədən iri şəhərlərdə bələdiyyə başçısı seçilməsin, nədən bələdiyyə məclisləri yerli özünüidarəetmə orqanı kimi xalq tərəfindən formalaşdırılmasın? Hesab edirəm, bütün bunların hamısına qayıtmaq lazımdır.
Mən inanıram ki, bir gün biz bu bələdiyyələrin hamısını yenidən parçalayacağıq. Çünki əgər bələdiyyələrə status vermək istəyiriksə, bələdiyyə, doğrudan da, yerli özünüida-rəetmə orqanına çevrilirsə, subyektin böyüklüyündən, kiçikliyindən, ərazinin böyük və ya kiçik olmasından, əhalinin çox və ya az olmasından asılı olmayaraq müstəqil qurum kimi formalaşmalı və öz yerli idarəetmə orqanını seçməlidir. Ona görə mən hesab edirəm ki, bu, kökündən yanlış fəlsəfədir və bələdiyyələrə doğru yanaşma deyil. Sağ olun.
Sədrlik edən. Mən Sizin o fikirlə razı deyiləm ki, bələdiyyənin ancaq qəbir yeri vermək səlahiyyəti var. Əgər onların yalnız o səlahiyyəti varsa, niyə bütün partiyalar çalışır ki, bələdiyyələrdə çox üzvləri olsun? Niyə belə çalışırsınız ki, ora çoxlu sayda nümayəndəniz düşsün? Ona görə belə söz demək bir az, mən hesab edirəm, düzgün deyil. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Şübhəsiz ki, bu, olduqca vacib bir qanun layihəsidir və verilən təkliflər də yalnız bələdiyyələrin hüquqlarının daha da genişləndirilməsinə, onların idarə etmək qabiliyyətinin artırılmasına xidmət edir. Amma burada bir məsələ var. Bələdiyyə torpaqları xəritələrinin indiyədək kifayət qədər dəqiqləşdirilməməsi, vaxtilə Azərbaycanda, ümumiyyətlə, inzibati ərazi bölgüsünün kifayət qədər səmərəli aparılmaması bu gün çox kiçik ərazi vahidlərinin əmələ gəlməsinə və o kiçik ərazi vahidlərinin öz həyat fəaliyyətini səmərəli qurmaq üçün lazımi resurslara malik olmamasına gətirib çıxarmışdır.
Bu qanun layihəsi imkan verir ki, bələdiyyələr könüllü olaraq birləşsinlər və öz güclərini səfərbər edərək fəaliy-yətlərini səmərəli qura bilsinlər. Çünki bu gün kənd rayonlarında islahat nəticəsində elə şərait yaranıb ki, kiminin yüz, kiminin üç-dörd və yaxud bir hektar, kiminin də daha az yeri olduğundan burada səmərəli kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq o qədər də böyük səmərə vermir.
Bələdiyyələr ölkənin ictimai-siyasi həyatında çox vacib olan struktur orqanizmdir. Ona görə bələdiyyələrin güclən-dirilməsi və onlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsinə zaman-zaman ehtiyac yaranır. Əlbəttə, bunlar edilir və edilməlidir.
Mən indi başqa bir məsələyə toxunmaq istəyirəm. Bu gün biz dəfələrlə qaldırdığımız bir problemi bu qanunları qəbul etməklə həll etməyə çalışırıq. Amma görürük ki, onlar real praktikada öz həllini tapmır. Bakı və digər böyük şəhərlər ətrafındakı bələdiyyə torpaqlarında fərdi yaşayış binaları durmadan artır. 3 aydan sonra baxırsan ki, boş bir sahədə minlərlə ev peyda oldu. Onlar elə eybəcər şəkildə tikilir, yerləşdirilir ki, orada nə bir yol, nə də kommunikasıya xətti çəkmək olur. Ümumiyyətlə, gələcəkdə orada sosial infrastruktur qurmaq olmur. İllər keçəndən sonra isə insanlar məsələ qaldırırlar ki, bizim yolumuz yoxdur, işığımız yoxdur, suyumuz yoxdur.
Biz vaxtilə qanun qəbul etmişdik. Orada birbaşa yazıl-mışdı ki, bələdiyyələrin bu məqsəd üçün nəzərdə tutulan torpaqlarının əvvəlcə bölgüsü aparılmalı və onlar hərrac yolu ilə vətəndaşlara, o cümlədən sahibkarlara, iş adamlarına satılmalıdır. Yollar və evlərin tipik planları müəyyənləşdirilməli və bunlar ardıcıllıqla, sistemli şəkildə tikilib qurulmalıdır. Amma çox təəssüflər olsun ki, bu gün biz heç bir bələdiyyə ərazisində belə bir ərazini görmürük.
Bu yaxınlarda, səhv etmirəmsə, Abşeron ərazisində bəzi massivlər ayrılıb ki, orada artıq işıq xətləri çəkilib, yollar müəyyənləşdirilib. Əhaliyə müraciət olunub ki, burada neçə sot torpaq satışa çıxarılır. Kim istəyirsə, orada torpaq alıb müəyyən layihələrlə evlər tikə bilər. Kommunikasiya xətlərinin çəkilməsi, infrastrukturun qurulması, məktəbin, uşaq bağçasının, mağazaların, poliklinikaların, xəstəxanaların tikilməsi üçün bütün yerlər nəzərdə tutulubdur. Amma gəlin görək bu gün digər yerlərdə bu varmı? Yəni gələcəkdə dövlətin üzərinə yeni öhdəliklər qoyulur.
Bu yaxınlarda metronun çəkilişi ilə bağlı problemlər yaşandı. Dövlətə, yaxud bələdiyyəyə aid ərazidə insanlar gedib özbaşına torpaq zəbt edib evlər tikiblər. Çox maraqlıdır ki, heç kəsin də bundan xəbəri yoxdur. Amma problem yarananda dövlət yada düşür və hər şey dövlətdən tələb olunur. Hamı deyir ki, bəs dövlət hara baxır, bunları dövlət təmin etməli, bu yükləri dövlət üzərinə götürməlidir.
Ona görə mən istərdim, diqqəti bu məsələyə cəlb edək ki, bələdiyyələrin yaşayış evləri və ya hər hansı başqa tikililər üçün ayırdığı torpaq sahələrində tikintilərin yeni qəbul etdiyimiz şəhərsalma qanunvericiliyinə uyğun olaraq əvvəlcədən planlaşdırılması aparılsın. Planlaşdırma aparıl-madan heç bir bələdiyyə ərazisində bu cür yaşayış evlərinin və ya qəsəbələrin salınmasına qətiyyən yol verilməsin.
Bunun üçün qanunverici baza var, amma çox təəssüf ki, nəzarət yoxdur. Ümidvaram ki, bələdiyyələrin birləşməsi yolu ilə həyata keçirilən bu cür tədbirlər gələcəkdə o neqativ halların qarşısının alınmasına və səliqə-sahmanla gözəl qəsəbələrin tikilməsinə, infrastrukturun qurulmasına şərait yaradacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bəxtiyar müəllim, çox düz deyirsiniz, həqiqətən, bütün infrastruktur hazır olduqdan sonra torpaq hərraca çıxarılmalıdır. Təəssüf ki, buna əməl olunmur. Amma deyirsən ki, evlər tikilib və heç kimin də bundan xəbəri olmayıb. Belə şey olmaz, elə yer ola bilməz ki, orada evlər kimdənsə xəbərsiz tikilsin. Yazılan həmkarlardan təkid edən yoxdur? Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Mən istəyirəm, deputat yoldaşlarım da bilsinlər ki, bu birləşmə prosesi təbii və qanunauyğun prosesdir. Bələdiyyə institutu ilə tanış olanda görürük ki, bu, həqiqətən, effekt verir. Bir çox xarici ölkələrə biz elə parlamentin xətti ilə gedib, onların təcrübəsi ilə tanış olmuşuq. Norveç, Almaniya, Türkiyə, Latviya kimi ölkələrdə də bu proses bizdəki kimi gedir. Orada da əvvəl kiçik bələdiyyələr yaranıb. Amma onlar sonradan iri regional bələdiyyələr yaradıb, sonra bələdiyyə ittifaqlarında birləşiblər.
Burada müəyyən fikirlər səslənir ki, guya hər bir xırda ərazidə bələdiyyə yaratmaq olar. Azərbaycanda bu yarananda 1700-ə yaxın kiçik bələdiyyə var idi. Çox yaxşı haldır ki, 2009-cu ildə onların 1040-ı birləşdi. İndi də bir 204 bələdiyyə birləşir.
Qonşu Türkiyəni misal gətirək. Türkiyədə 5000-dən az əhalisi olan regionda bələdiyyə yaratmağa icazə verilmir. Gərək orada əhalinin sayı bu tələbə cavab versin. Ona görə də bu prosesi mən qanunauyğun və düzgün hesab edirəm. Bu bələdiyyələr birləşəndən sonra onların vergisində də, idarəetməsində də müsbət irəliləyişlər olub. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Deməli, hörmətli millət vəkilləri, iki məsələdir. Əvvəlcə gündəlikdəki 17-ci məsələyə – “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanuna münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.54 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İndi də sonuncu, 18-ci məsələyə – “Bələdiyyənin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikası bələdiyyələrinin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.55 dəq.)
Lehinə 95
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, bugünkü iclas yaz sessiyasının son iclası idi. Müraciətlər olub, qarşıda növbədənkənar sessiya olacaq. Bu gün isə yaz sessiyasını bağlı elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)