20.06.2014 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
XII SESSİYASI İCLASININ

PROTOKOLU № 91

Milli Məclisin iclas salonu.
20 iyun 2014-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 111 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 104
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

İnqilab Nəsirov, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə namizəd.
Zərbəli Zərbəliyev, Gəncə Apellyasiya Məhkəməsinin hakimliyinə namizəd.

*   *   *

Namiq Əsgərov, Azərbaycan Respublikası Baş prokurorunun müavini.
Natiq Hüseynov, Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə rəisi.


İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. İ.M.Nəsirovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
2. Z.Ş.Zərbəliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
3. Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında.
4. Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad su-elektrik stansiyalarının tikintisi və istismarı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməs haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
 12. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
17. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
30. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
31. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Fəzail Ağamalı, Fərəc Quliyev, Fazil Mustafa, Əli Məsimli, İqbal Ağazadə, Azay Quliyev, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Qənirə Paşayeva, Ziyafət Əsgərov, Zahid Oruc

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 5
İştirak edir 101
Nəticə: Qəbul edildi

1. İ.M.Nəsirovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.49 dəq.)
Lehinə 103
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

2. Z.Ş.Zərbəliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.50 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Sabir Rüstəmxanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.50 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

4. Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.55 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad su-elektrik stansiyalarının tikintisi və istismarı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Astan Şahverdiyev, Musa Qasımlı, İsa Həbibbəyli, Sahib Alıyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.11 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

6. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Aytən Mustafayeva, Sabir Rüstəmxanlı, Aqil Abbas, Fəzail Ağamalı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.32 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

7. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.33 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

8. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Bəxtiyar Əliyev, Sabir Rüstəmxanlı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.40 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi


10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.42 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

11. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməs haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
 
Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.43 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi


12. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.50 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 98
Nəticə: Qəbul edildi

13. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qa-nununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Azay Quliyev, Məlahət İbrahimqızı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.51 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi


14. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

15. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

16. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

17. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.57 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

19. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
 
Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

21. “İstehsalatda bədbəxt hadisələr və peşə xəs-təlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.07 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

22. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.08 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

23. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

24. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Azər Badamov, Elmira Axundova, Mübariz Qurbanlı, Qüdrət Həsənquliyev, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.30 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

25. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.30 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.31 dəq.)
Lehinə 98
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

27. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.32 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.33 dəq.)
Lehinə 95
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi


29. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.35 dəq.)
Lehinə 92
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

30. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.40 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

31. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişiklik  edilməsi barədə  Azərbaycan Respublikası qanunu layihəsinin gündəliyə daxil edilməsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun layihəsi gündəliyə daxil edilsin
Səsvermənin nəticələr (saat 14.41 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

32. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
 
Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.42 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

33. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Rafael Cəbrayılov, Fəzail İbrahimli, Asim Mollazadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 15.17 dəq.)
Lehinə 77
Əleyhinə 3
Bitərəf 2
Səs verməd 1
İştirak edir 83
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 


 

MİLLİ MƏCLİSİN İCLASI

20 iyun  2014-cü il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək. 
 
 
 
 
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 104
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə  96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 5
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Onda yazılın. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli millət vəkilləri, hörmətli media təmsilçiləri! Mən bu günlərdə Azərbaycanda keçirilən və kifayət qədər rezonans doğuran NATO Parlament Assambleyasının yığıncağına diqqəti cəlb etmək istərdim. Belə bir yığıncağın Azərbaycanda keçirilməsi sübut edir ki, ölkəmiz bu gün, doğrudan da, dünyanın siyasi mərkəzlərindən birinə çevrilməkdədir. Əlbəttə, bu bizi bir vətəndaş olaraq sevindirir.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab Ziyafət Əsgərov, nümayəndə heyətimizin üzvləri Qüdrət Həsənquliyev, Siyavuş Novruzov yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək Azərbaycanın dövlət maraqlarını həmin tribunadan ifadə etdilər. Biz, əlbəttə, bunu alqışlayırıq.
Lakin məni təəssüfləndirən bir cəhət ondan ibarət oldu ki, Azərbaycanın dövlət maraqlarına zərbələr vurmaqda davam edən, ermənilərə xidmət edən Leyla Yunus hələ də öz ampluasındadır və bu günə qədər onun hərəkətləri və davranışları lazımi səviyyədə hüquqi qiymətini almayıb. Bu bir millət vəkili və vətəndaş olaraq məni son dərəcədə narahat edir. Kütləvi informasiya vasitələrində verilən məlumatlara görə onun ayrı-ayrı banklarda külli miqdarda pulu, vəsaiti var. Ola bilər pulu olsun, lakin bu pulu haradan əldə edib və bu pul nəyə xidmət edir, əldə etdiyi qazancdan vergiləri ödəyirmi, ödəmirmi? Bütün bu məsələlər açıq qalıb və hər bir Azərbaycan vətəndaşını narahat edir.
Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında böyük xidmətləri olan, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə tarixinə şanlı səhifələr yazmış olan daxili işlər orqanlarına münasibətdə onun yol verdiyi təhqiramiz hərəkətlər bu gün hər bir azərbaycanlı kimi məni də hiddətləndirir. Bu hərəkəti Almaniyada, Amerikada eləyən şəxsə qarşı tamam başqa cür addımlar atılardı. Sadəcə olaraq, qadındır, hüquq müdafiəçisidir deyə, ona gözün üstə qaşın var deyən olmadı. Belə şey olmaz axı.
Ona görə mən hüquq mühafizə orqanlarına, vergi orqanlarına müraciət edirəm, Leyla Yunusla bağlı sərt addımlar atsınlar. Qanuni ittihamlardan çəkinməyə ehtiyac yoxdur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Həqiqətən, NATO-nun Parlament Assambleyasının Rouz-Rout seminarı Azərbaycanda yüksək səviyyədə keçdi. Mən dünən bizim nümayəndə heyətinə öz təşəkkürümü bildirdim. Yüksək peşəkarlıq göstərdilər. Bu münasibətlə onları təbrik edirəm. Belə seminarlara gəlib çıxış etməyə vərdiş eləyənlərə gəlincə, Fəzail müəllim, mən elə adamların sözünün Milli Məclisə çıxarılmasının heç tərəfdarı deyiləm. Millətin gözü tərəzidir. Orada hər kəsin hərəkəti göründü, bilindi. İndi millətini istəyən, özünə hörmət eləyən adam buna öz münasibətini bildirməlidir. Amma buna çox da böyük əhəmiyyət vermək lazım deyil. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də NATO-nun həmin tədbirində çox ciddi uğurlar qazanılmasında Ziyafət müəllimin, xüsusən komandanın rəhbəri kimi əlaqələndirici rolunu çox yüksək qiymətləndirir və ona təşəkkür edirəm.
Mən bir məsələ ilə bağlı söz aldım. Güney Azərbaycandan buraya 20-yə yaxın qaçqın gəlib və onlara müvafiq vəsiqələr də verilib. Onların vəsiqəsində yazılır ki, bu vəsiqənin sahibi Azərbaycan Respublikası tərəfindən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmuş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 21 may  tarixli Qanunu əsasında qaçqın kimi tanınır. Bu vəsiqənin sahibi Azərbaycan Respublikasının ərazisində qaçqınlar üçün qanunvericiliklə əldə edilmiş hüquqlar əldə edir və vəzifələr daşıyır. Amma təəssüflər olsun ki, bu adamların bir çox hüquqları tapdalanır. Onların çox kiçik istəkləri var, vəsiqədə yazılanlar, yəni bizim öz qanunumuz yerinə yetirilsin.  Bizim 1 milyondan artıq qaçqınımız var, 20 nəfər də əlavə ediləndə olsun 1 milyon 20 nəfər. Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bildirib ki, Azərbaycan 50 milyonluq azərbaycanlıların vətənidir. Mən hesab edirəm ki, müvafiq icra orqanları bu məsələni nəzərə alsalar, biz soydaşlarımızın qarşısında borcumuzdan çıxmış olarıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu il, bildiyiniz kimi, bələdiyyə seçkiləri keçiriləcək. Bütün partiyalar kimi Böyük Qurtuluş Partiyası da bələdiyyə seçkilərində fəal iştirak etmək niyyətindədir. Mən istərdim, biz bələdiyyə seçkiləri ərəfəsində bələdiyyələrin statusunun daha da artırılması istiqamətində addımlar ataq ki, partiyalar seçkidə daha fəal iştirak etsinlər və bu stimullaşdırıcı bir addım olsun.
İkinci vacib məsələ. Mən bu günlərdə ölkədə bağlanan Çağ Öyrətim Şirkətinin məktəbləri ilə bağlı fikrimi bildirmək istəyirəm. Mənə elə gəlir ki, bir-iki ildən sonra bu mövzuya qayıdanda nə qədər böyük strateji səhv elə-diyimizi anlayacağıq. Kampaniyaçılıq həmişə yaxşı şey olmayıb. Mən bu gün bir ingilis məktəbinin də bağlan-masının əleyhinəyəm. Mən, əksinə, istərdim ki, Azərbay-canda şərait yaradılsın, alternativ məktəb şəbəkəsi o qədər genişlənsin ki, bizim təhsil sistemimiz kifayət qədər qısa müddətdə daha böyük uğurlar əldə eləyə bilsin.
Son attestat qiymətlərinə baxın, məzunların 50 faizi riyaziyyatdan, 50 faizi ana dilindən “3” alıb. Bu onu göstərir ki, kimisə tənqid eləməkdən, ifşa eləməkdənsə, məktəblərimizin verdiyi təhsilin səviyyəsini yüksəltmək yollarını düşünmək lazımdır. İndi on minlərlə müəllim, şagird qeyri-müəyyən vəziyyətdə qalıb. Məktəblərdə onsuz da müəllimlərin işlə təminat problemləri var. Onlar necə yerləşdiriləcəklər? Heç olmasa, hələlik ancaq qəbulu dayandırardılar ki, davam eləyənlər öz təhsilini yarımçıq qoymasınlar.
Türkiyədə siyasi prosesləri hamımız izləyirik. Onun daxili işlərinə qarışmaq istəmirik, amma bu gün İraqda olan vəziyyət nəyi göstərdi. İran orada özünə yaxın qüvvələri qoruya bilir, amma terrorçular hər gün 100 nəfər, 200 nəfər türkməni güllənin qabağına düzüb öldürürlər, Türkiyə nə onlara kömək edə bilir, nə də öz diplomatlarını xilas eləyə bilir, çünki yeridilən siyasətdə müəyyən addımlar var ki, xarici siyasətdə onun fəsadları az müddətdən sonra üzə çıxır. Ona görə orada baş verənlərin Azərbaycana bu formada köçürülməsi, məncə, yanlışdır. Azərbaycanda bu məktəblərin taleyi ilə bağlı daha doğru qərar qəbul eləmək lazımdır.
Turan Yazqanın məktəbi var, dar bir yerə salınıb. Nə olar, bu ölkədə türk məktəbi də, rus məktəbi də, ingilis məktəbi də olsun. İnsanlar geniş bir şəbəkədə alternativ seçim imkanı əldə eləsinlər və bizim daha savadlı, ağıllı kadrlarımız ortaya çıxa bilsin. Bu baxımdan da bu addı-mın yanlış olduğunu, gələcəkdə Azərbaycan təhsilinə bö-yük zərbə vuracağını düşünürəm. Mən bunu qeyd eləməyi özümə mənəvi borc bildim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Bizlərə gələn məktubların xeyli hissəsi müalicə ilə bağlı məsələlərdir. Biz həmin məktubları Səhiyyə Nazirliyinə göndəririk. Təbii ki, Səhiyyə Nazirliyi bu qədər yükü təkbaşına çəkə bilməz. Bu problemi ancaq “İcbari sığortalar haqqında” Qanunun fəaliyyətə başlaması ilə əsaslı surətdə həll etmək olar. Məsələyə həm plenar iclasda, həm də komitə iclaslarında bu nöqteyi-nəzərdən yanaşılan zaman əsas arqument kimi onu göstərirlər ki, hələlik bu proses yetişməyib. Yetişib-yetişməmək məsələsinə cavab vermək üçün bir neçə kəlmə söz demək istərdim.
Birincisi, hüquqi baza 15 il bundan əvvəl, 1999-cu ildə yaradılıb və qanunaltı qərarların qəbul edilməsinə o qədər də böyük vaxt sərf olunmayacaq. İkinci, Dövlət İcbari Tibbi Sığorta Agentliyi artıq təsis olunub. Üçüncü, icbari tibbi sığorta işini təşkil eləməkdən ötrü hər il dövlət büdcəsindən vəsait ayrılır. Dördüncü, bizim sığorta bazarı artıq sürətlə inkişaf edir. Son iki ildə bazar iki dəfə, son səkkiz ildə altı dəfə inkişaf edib, 543 milyon dollara gəlib çatıb. Bu, kifayət qədər böyük rəqəmdir. Beşincisi, əksər şəhər və rayonlarda müasir tələblərə cavab verən tibb ocaqları və müasir avadanlıqlarla təmin olunan müasir tibb mərkəzləri yaradılıb. Ən çox tənqid olunan məsələ ixtisaslı kadrların çatışmamasıdır. Heç bir mübaliğəyə yol vermədən qeyd eləyək ki, son dövrlərdə Azərbaycanda tibb sahəsində xeyli dərəcədə ixtisaslı kadrlar da var.
Dediyimiz bu altı arqument bizə belə bir fikir söy-ləməyə əsas verir ki, artıq biz “İcbari sığortalar haqqında” Qanunun mexanizmini hazırlayıb işə sala bilərik. Dünya təcrübəsi də göstərir ki, səhiyyənin maliyyələşdirilməsinin ən etibarlı və səmərəli üsulu məhz icbari tibbi sığortadır. Ona görə çoxsaylı müraciətləri nəzərə alaraq bu prosesin sürətləndirilməsini vacib hesab edirik.
Yenə də bizə olan müraciətlər əsasında qeyd eləmək istəyirik ki, artıq “Reklam haqqında” Qanuna əlavə və dəyişikliklərin də gündəliyə salınıb qəbul edilməsi çox vacibdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab Sədr. Hörmətli millət vəkilləri! Bu gün dünyada Beynəlxalq qaçqınlar günüdür. Bizim ölkəmizin 1 milyona yaxın məcburi köçkünü və qaçqını var. Onların doğma yurd-yuvalarından didərgin düşməsi bu gün təkcə Azərbaycanın deyil, beynəlxalq təşkilatların da məşğul olduğu problem kimi xarakterizə olunur. Amma təəssüflər olsun ki, keçən 20 il ərzində nə bu beynəlxalq təşkilatların vasitəçiliyi bir səmərə verib, nə də aparılan danışıqlarda Azərbaycan qaçqınları və məcburi köçkünlərinin hüquqi statusunu dəyişən, onları doğma yurd-yuvalarına qaytarmağa imkan verən bir addım atılıb. Baxmayaraq ki, BMT-nin qətnamələri var, Avropa Şurasının, Avropa Birliyinin bununla bağlı mövqeləri var və Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bununla bağlı ciddi addım atmayıblar və yanaşmalarında qüsurlu siyasət hələ də davam edir.
Mən təklif edirəm ki, Milli Məclis beynəlxalq təşki-latlara bununla bağlı bir daha müraciət etsin və Azərbaycanın bu problemlərinin gələcəkdə presedent kimi ayrı-ayrı dövlətlər üçün də pis nəticə verəcəyini diqqətə çatdırsın. Çünki oradan da qaçqın düşəcək insanların taleyinə bu cür yanaşılması dünyanın geopolitik rəngini dəyişəcək. Bu gün dünya azərbaycanlılarının da xeyli miqdarı Avropa ölkələrinə qaçqın düşür. Bizim İraqda yaşayan soydaşlarımızın da bu gün vəziyyəti çox acınacaqlı durumdadır. Orada baş verən hadisələr onlara daha çox təsir edir. Mən təklif edirəm ki, bütün bunları nəzərə alıb Milli Məclis beynəlxalq təşkilatlara qaçqınlarımızla və BMT qətnamələri ilə bağlı müraciət ünvanlasın.
İkinci məsələ ilə bağlı istərdim fikrimi bildirim. Təbii ki, Azərbaycan bu gün geosiyasi baxımdan hamının – Rusiyanın, İranın, Avropa dövlətlərinin, Amerika Birləşmiş Ştatlarının diqqətini cəlb edir. Təəssüflər olsun ki, bəzən Rusiyadan və İrandan gələn ritorika Azərbaycan dövləti və ictimai fikri üçün ciddi basqılarla nəticələnir və Azərbaycanın daxilində buna ilımlı münasibət bəsləyənlər var. Mənim fikrimcə, Azərbaycanın müstəqilliyi və suverenliyi elə bir məsələdir ki, orada ölkəmizin bütün vətəndaşları siyasi mənsubiyyətindən asılı olmayaraq eyni mövqedən çıxış etməlidirlər. Hesab edirəm, Azərbaycanın müstəqilliyi və suverenliyi bugünkü coğrafiya çərçivəsində yox, Dağlıq Qarabağ da daxil olmaqla onun bütün ərazisində bərqərar olmalıdır. Bu torpaqları işğal eləyən Rusiya da bu məsələdə öz ...
Sədrlik edən. Çox sağ olun. İqbal müəllim, deyirsiniz ki, cənubdan, şimaldan bizə ritorik təsirlər var. Mən belə bir  təsir görmürəm. Bu yaxınlarda Moskvada da oldum, Tehranda da oldum. Bizim çox nizamlanmış, düzgün xarici siyasətimiz və o ölkələrlə ikitərəfli qarşılıqlı faydalı münasibətlərimiz var. O ölkələrdən bizə heç bir ritorik təsir yoxdur.  Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Bilir-siniz ki, cənab Prezident QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər görülməsi haqqında dünən çox mühüm bir sərəncam imzaladı.  Azərbaycan dövləti artıq ikinci ildir ki, təkcə daxildə olan QHT-lərə deyil, xaricdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına da maliyyə yardımı həyata keçirir. Bu, bütövlükdə Azərbaycan dövlətinin çox mü-hüm uğurudur. Azərbaycan dövləti bu gün vətəndaş cəmiyyəti institutunun dəstəklənməsi ilə bağlı Avropa və Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən QHT-lərlə çox yaxından əməkdaşlıq edir. Mən fürsətdən istifadə edib belə bir sərəncamı imzaladığına görə cənab Prezidentə təşəkkür etmək istərdim.
Eyni zamanda, bildirmək istərdim ki, bəzi beynəlxalq təşkilatların haqsız olaraq etdikləri tənqidin tam əksinə olaraq Azərbaycan dövləti qeyri-hökumət təşkilatlarına sözün əsl mənasında geniş şərait yaradıb. Qeyri-hökumət təşkilatlarının fəaliyyətindən asılı olmayaraq bu gün onların qanunvericiliyə uyğun olan bütün təşəbbüsləri dövlət tərəfindən dəstəklənir. Hesab edirəm, bundan sonra da bu belə olacaqdır.
Azərbaycanda keçirilən bir sıra beynəlxalq tədbirlərə qeyri-hökumət təşkilatları da dəvət olunurlar. NATO-nun tədbirində də bunun şahidi olduq. Gələn həftə ATƏT-in Parlament Assambleyasının illik sessiyası Bakıda keçiri-ləcək. Bizdə olan məlumata görə, yenə də QHT-lərlə bağlı bir toplantı nəzərdə tutulur. Əlbəttə, biz Azərbaycan dövləti olaraq bu toplantılardan ehtiyatlanmırıq, çəkin-mirik, bu cür toplantılarda iştirak etməkdə maraqlıyıq və QHT-lərlə, bütövlükdə vətəndaş cəmiyyəti institutları ilə bağlı dialoqa həmişə hazırıq. Biz bunu daxildə də, xaricdə də qəbul olunan qətnamələrdə həmişə sərgiləmişik.
Amma burada maraqlı məqam ondan ibarətdir ki, bu gün tədbirlər təşkil edilən zaman onlara nədənsə, Azər-baycan dövlətinə qarşı yumşaq desək, qeyri-konstruktiv mövqe tutan xüsusi qruplar dəvət olunur. Onlar mövcud gerçəkliyi, ölkəmizdəki müsbət dəyişiklikləri görmədən Azərbaycanı ciddi şəkildə tənqid etməyə çalışırlar. Mən hesab edirəm ki, bu cür tədbirlərdə belə ədalətsiz, qeyri-obyektiv mövqe tutulmamalıdır. QHT sektorunun bütün spektoru bu cür tədbirlərə dəvət olunmamalıdır. Orada açıq, şəffaf müzakirələr keçirilməlidir. Mən ümid edirəm ki, qarşıdakı tədbirlərdə biz məhz bu cür tablonun şahidi olacağıq. Bu cür tədbirlərin məqsədi Azərbaycana qarşı hər hansı süni ajiotajın yaradılması deyil, vətəndaş cəmiyyəti institutları ilə səmərəli müzakirələrin keçirilməsidir. Mən bir daha bu işdə bizim QHT-lərə və dövlət qurumlarına uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çox önəmli məsələyə toxundunuz. Həqiqətən, NATO-nun Parlament Assambleyasının seminarına dəvət olunmuş QHT-lər seminarı sanki mitinqə çevirmək istəyirdilər. Hətta təşkilatın sədri də narazılığını bildirdi.
QHT-lərlə görüşlər keçirib onlarla əlavə fikir mübadiləsi aparmaq istəyənlər varsa, bunu istənilən beynəl-xalq təşkilatın seminarından sonra eləyə bilərlər. Ancaq seminarları, iclasları QHT-nin iclasına çevirmək olmaz. O cəhətdən, Azay müəllim, Sizin QHT-lər gərək fəal olsunlar. Necə yəni kimi istəyirlər, çağırırlar? Elə çıxır ki, filan QHT-yə olar, filan QHT-yə olmaz. Elədirsə, Siz də etirazınızı bildirin. Nəyə görə ayrı-seçkilik olmalıdır? Mənim bildiyimə görə, ATƏT-in Parlament Assamble-yasının sessiyasında da belə görüşlər olacaq. Bu görüşlərin hamısında iştirak eləmək lazımdır. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Mən ilk öncə qeyd etmək istərdim ki, Fazil bəyin Cağ Öyrətim məktəblərinin bağlanması ilə bağlı narahatlığını bölüşmürəm. Hesab edirəm ki, orta məktəblər dövlətin nəzarətində olmalıdır və hər hansı bir dini bağlılığı olan qurumların orta məktəb üzərində təsiri olmamalıdır. Buna görə mən Dövlət Neft Şirkətinin bu qərarını alqışlayır və onu vaxtında qəbul olunmuş qərar kimi qiymətləndirirəm.
Oqtay müəllim, mən Sizə və Milli Məclisin Aparatına Rouz-Rout seminarının çox yüksək səviyyədə təşkilinə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Seminarın yüksək səviyyədə təşkil olunduğunu bütün iştırakçılar da öz çıxışlarında qeyd etdilər. Orada təhlükəsizliyin yüksək səviyyədə təmin olunması ermənilərə hər hansı bir təxribat etmək imkanı vermədi. Halbuki onlar buraya təxribat məqsədi ilə gəlmişdilər. Bizim fəaliyyətimizi də yüksək qiymətləndirdiyinizə görə Sizə və millət vəkillərinə öz minnətdarlığımı bildirirəm.
Mən dünən mətbuatda oxudum ki, AŞPA-da bizim nü-mayəndə heyətinin üzvü Elxan Süleymanovun hazırladığı sənədi – ermənilərə sanksiyaların tətbiq olunması ilə bağlı qətnamə layihəsini 14 ölkədən 58 nümayəndə imzalayıb. Bu çox böyük bir uğurdur. Gündəliyə salınmış bu sənəd Sədarət komitəsində və büroda müzakirə olunacaq. Mən əminəm ki, hörmətli Səməd müəllimin rəhbərliyi ilə bizim nümayəndə heyəti müvafiq qərarların qəbul olunmasına çalışacaq. Amma bu qərarlar qəbul olunmasa da, onun özü bir uğurdur ki, bizim xalqımız bir daha bu beynəlxalq təşkilatların ikili standartlarını görəcək, onların tutduğu riyakar mövqeyin şahidi olacaq.
Qarşıdan ATƏT-in Parlament Assambleyasının Bakıda toplantısı gəlir. Bu da ölkəmiz üçün çox böyük hadisədir. Mən bunu ona görə xatırlatdım ki, ona hələ bir həftədən bir az artıq vaxt var. Oqtay müəllim, biz bəlkə həmin qət-namənin eynilə ATƏT-in Parlament Assambleyasında qəbul olunmasına çalışaq. Çalışaq ki, bizi – haqqı, ədaləti, beynəlxalq hüququ dəstəkləyən insanlar həmin layihəni imzalasınlar. Biz bunun, heç olmasa, gündəliyə salınmasına nail olaq. Amma yenə də söyləyirəm ki, hətta biz buna nail olmasaq belə, Azərbaycan xalqı görməlidir ki, Qərbin ikili standartlarının mahiyyəti nədən ibarətdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də deputat həmkarlarıma qoşulub bu seminarın Azərbay-canda yüksək şəkildə təşkil olunmasına görə Sizə bir daha təşəkkürümü bildirirəm.
Oqtay müəllim, mən istərdim ki, bir məsələyə toxunum. Bu, Türkiyə diplomatlarının girov götürülməsi ilə əlaqədardır. Mən hesab edirəm ki, biz parlament olaraq qardaş dövlətə hansısa formada öz dəstəyimizi göstərməliyik. Türkiyə diplomatına qarşı belə addım atılıbsa, biz hesab etməliyik ki, Azərbaycan diplomatına qarşı belə addım atılıb. Rouz-Rout seminarında Parlament Assambleyasının Prezidenti də NATO ölkələrindən xahiş elədi ki, bu məsələdə Türkiyəyə dəstək göstərsinlər. Hesab edirəm ki, biz də bu məsələdə Türkiyəyə hansısa formada dəstək göstərməliyik.
İkinci bir məsələ. Oqtay müəllim, o seminarda bəzi de-putatlar bizim bir sıra müxalifət partiyaları və QHT-lərdən olan bəzi adamların verdiy informasiya əsasında Azərbaycan əleyhinə fikirlər söyləyirdilər. Bu da göstərir ki, həmin adamlar bizim dəfələrlə dediyimiz kimi, heç vaxt Azərbaycan milləti, xalqı, dövləti haqqında düşün-məyiblər. Onlar lap erməni ilə də, digər düşmənlərimizlə də əlbir olmağa hazırdırlar ki, Azərbaycan haqqında hansısa bir mənfi informasiya yayılsın, mənfi fikir söylənilsin. Biz orada bunun şahidi olduq.
Orada bir məsələ də qaldırıldı. Düzdür, Ziyafət müəllim buna aydınlıq gətirdi. QHT-lər haqqında qanuna etdiyimiz dəyişikliyi bizim bəzi QHT-lər müxtəlif beynəlxalq təşkilatlara tamam başqa bir formada, yanlış formada çatdırıblar. Guya QHT-lər hüquq mühafizə orqanlarının tam nəzarəti altına düşür, hər dəqiqə onlara hesabat verməlidir və sair. Çünki bu dəyişiklikdə şəffaflıq  məsələsi ortaya qoyulub, tələb irəli sürülüb ki, QHT xaricdən aldığı qrantı nəyə xərclədiyi barədə ictimaiyyətə məlumat versin. Burada hansı bir qadağa, hansı bir qəbahət iş var? Bunlar hamıdan həmin beynəlxalq təşkilatda şəffaflıq tələb etdikləri halda özləri istəmirlər ki, verdikləri vəsaitlər şəffaf şəkildə sərf olunsun.
O da məlumdur ki, bu vəsait vasitəsilə ayrı-ayrı siyasi partiyalar, müxalifət partiyaları maliyyələşdirilir. Ona görə də onlar bunun aşkarlığını, şəffaflığını istəmirlər. Bu baxımdan mən hesab edirəm ki, qəbul etdiyimiz o qanun bir daha ictimaiyyətə şərh olunmalı və göstərilməlidir ki, bizim qəbul etdiyimiz qanun nədən ibarətdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ümumiyyətlə, biz müharibə şəraitində olan bir dövlətik. Azərbaycanın milli maraqları hamımız üçün hər şeydən öndə olmalıdır. Azərbaycanın mövqeyini dəstəkləməyən, ölkəmizin milli maraqlarına zidd fikirlər söyləyənlər varsa, bunları bütün media nümayəndələri də görür, biz də görürük.
NATO-nun Parlament Assambleyasında belə bir fikir səsləndirildi ki, Azərbaycan əsgərləri erməni snayperlərin gülləsindən ölmür. Həqiqətin bu qədər haqsız və ədalətsiz inkarı ola bilməz. Mən bu gün bir-iki qəzetdən başqa heç yerdə bu haqda bir informasiya görmədim. Amma kimlərinsə arasında bir mənasız qalmaqal oldusa, kimsə kimisə söydüsə, bütün qəzetlərimizdə bunlar haqqında uzun-uzadı yazılar gedir. Siz burada bu məsələləri qabardırsınız, düz eləyirsiniz. Amma bu məsələləri təkcə burada yox, həm də mediada qabartmaq lazımdır. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də elə sizin vurğuladığınız o məsələdən çıxış edərək danışmaq istəyirəm. Tovuzun  Ermənistanla həmsərhəd olan Əlibəyli kəndi dünən axşamdan bu gün səhərə qədər çox gərgin bir vəziyyət yaşayıb. Ermənistan silahlı qüv-vələri atəşkəsi pozaraq məhz mülki vətəndaşları hədəfə alıb, 72 yaşlı Nurcan Nağıyevanı, Qaraqız Nağıyevanı, onun nəvəsi 5 yaşlı Nurcanı və 45 yaşlı Ətayə Əliyevanı yaralayıb. Ermənistan tərəfdən mülki vətəndaşların və onların evlərinin hədəfə alınması adi hala çevrilib. Doğrudur, bizim ordumuz, silahlı qüvvələrimiz bütün istiqamətlərdə, o cümlədən Tovuz istiqamətində kifayət qədər güclüdür, düşmənə layiqli cavab verir. Amma sırf mülki vətəndaşların snayperlər tərəfindən hədəfə alınması dözülməz haldır.
Çox təəssüf ki, Ermənistan silahlı qüvvələrinin bu çirkin əməlləri davam edir. Ona görə Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimiz, təbii ki, bu məsələni Strasburqda qaldıracaqdır. Əminəm ki, mənim həmkarlarım ATƏT-in Parlament Assambleyasının Bakıdakı toplantısında da bu məsələni qaldıracaqlar.
Beynəlxalq təşkilatların bir çoxunun Bakıda ofisləri var. Bu təşkilatlar hər məsələyə çox çevik reaksiya ver-dikləri halda nədənsə mülki vətəndaşların – yaşlı qadınların, uşaqların hədəfə alınması ilə bağlı BMT-nin, ATƏT-in və digər beynəlxalq təşkilatların nə ofislərindən, nə də özlərindən bir ciddi səs çıxır. Ermənistan da bu reaksiyanı, bu münasibəti gördüyü üçün bu cür çirkin əməllərini davam etdirir.
Ona görə də mən buradan, elə bu tribunadan o insanların tələb və çağırışlarını səsləndirmək istəyirəm. Ətayə Əliyeva öz evinin düz qarşısında vurulub. Qaraqız Nağıyeva isə evi hədəfə alındığı üçün nəvəsini bir az təhlükəsiz yerə çıxarmağa cəhd göstərərkən nəvəsi ilə birlikdə vurulubdur. Ermənistanın bu kimi əməllərinə son qoydurulması üçün beynəlxalq təşkilatlar artıq ciddi şəkildə addım atmalıdırlar.
Cəbhə xəttində yerləşən evlərin qarşısında təhlükəsizlik divarları tikilməyə başlanmışdır. O təhlükəsizlik divarlarının tikintisini daha da sürətləndirmək lazımdır ki, birbaşa hədəf olan evlərdə yaşayan vətəndaşlarımızın təhlükəsizliyini təmin edə bilək. Görünən odur ki, Ermənistan bu cür əməllərindən əl çəkməyəcək. Ona görə ön cəbhədə insanlarımızın təhlükəsizliyini mümkün qədər qorumaq üçün bu iş sürətləndirməyi müvafiq qurumlardan xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Artıq yarım saatdır müzakirə edirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ziyafət müəllim söz istəyir, danışsın, sonra.
Z.Əsgərov. Çox minnətdaram, hörmətli cənab Sədr. Hər şeydən öncə mən və hörmətli həmkarlarım, cənab Sədr, Sizə bir daha öz minnətdarlığımızı bildiririk. Həqiqətən, NATO Parlament Assambleyasının Rouz-Rout seminarı yüksək səviyyədə təşkil olunmuşdu. Onun təşkili və keçirilməsi hətta Assambleyanın prezidenti cənab Hu Beyli tərəfindən ən yüksək səviyyədə qiymətləndirildi.
Hörmətli həmkarlarım burada bu seminarla bağlı bir neçə məsələ qaldırdılar və bu gün, doğrudan da, Bey-nəlxalq qaçqınlar günüdür. Qısaca olaraq bu seminarda bizim qarşıya qoyduğumuz məqsəd və əldə etdiyimiz nəticələr barədə fikrimi bildirmək istəyirəm.
Bu seminarda bizim əsas məqsədlərimizdən biri Er-mənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tam çılpaqlığı ilə müzakirəsi idi. Buraya 20-yə yaxın ölkədən 60-a yaxın millət vəkili gəlmişdi. Biz çalışdıq ki, seminarda bu məsələlərə bir aydınlıq gətirilsin. Buna müəyyən qədər nail ola bildik.
Qarşıya qoyduğumuz daha bir məqsəd Azərbaycanın Avropa, Avroatlantika məkanı üçün önəmi ilə bağlı məsələlərə aydınlıq gətirilməsi idi. Bu gün Avropa Azərbaycan üçün nə edib, Azərbaycan Avropa üçün nə edir, Azərbaycan Avropanın təhlükəsizliyinə hansı töhfələr verir, biz Avropadan əvəzində nə ala bilirik. Bu məsələ də çox geniş müzakirə olundu.
Bizim üçün daha bir vacib məsələ, sözsüz ki, bu gün dünyada mövcud olan münaqişələrin həllində beynəlxalq hüququn yeri məsələsi idi. Biz onsuz da bilirdik və bu seminarda bir daha əmin olduq ki, bu gün beynəlxalq hüquq çox dərin bir böhrandadır. Əslində, bu gün bey-nəlxalq hüququ heç ciddiyə alan da yoxdur. Beynəlxalq hüquq kimin problemini həll edib? Böyük dövlətlərə lazım olanda Birləşmiş Millətlər Təşkilatı onların göstərişi, tapşırığı ilə nə isə edir. Amma əslində, obyektiv bir təşkilat olaraq heç onun qapısını döyən də yoxdur.
Ona görə mən hesab edirəm ki, beynəlxalq hüquq bu gün böyük dövlətlərin əlində məşğuliyyət, əyləncə, kiçik dövlətlər üçün isə məhdudiyyətdir. Yəni böyük dövlətlər yığışırlar, özləri üçün bir məclis qururlar, şərab içirlər və guya dünyanın problemlərini həll edirlər. Onlar üçün bu, məşğuliyyətdir. Bizə isə deyirlər, beynəlxalq hüquq sizin üçün yazılıb, gedin, onun norma və prinsiplərinə əməl edin.
1919-cu ildə millətlər liqası yarananda da vəziyyət bu cür idi. Amma o şəraitlə indikini müqayisə eləyəndə gö-rürsən ki, indi beynəlxalq hüquq lap dəhşətli vəziyyətdə-dir. İndi bizim müqayisə eləmək üçün kifayət qədər im-kanımız var. Görün, biz hansı vəziyyətdə yaşayırıq. Ona görə mən hesab edirəm ki, bu gün hər bir dövlət ancaq özünə güvənməlidir. Bizim seminardan çıxardığımız nəti-cə, bax, bundan ibarətdir.
Bəli, biz sözümüzü deməli, problemi qabartmalı, deputatların nəzərinə çatdırmalıyıq. Amma eyni zamanda, nəzərə almalıyıq ki, beynəlxalq hüquq güclü dövlətlər üçün məşğuliyyət, kiçik dövlətlər üçün məhdudiyyətdir. Biz nə eləməliyik? Özümüzü gücləndirməli və dövlətimiz, Prezidentimiz ətrafında sıx birləşib bu problemimizi həll eləməliyik.
Rouz-Rout seminarı bir daha göstərdi ki, Azərbaycan ilə Avropa arasında əlaqələr nə qədər möhkəm olsa da, Azərbaycanın Avropadan gözləntiləri nə qədər çox olsa da, problemin həlli bizim öz əlimizdədir. Bu gün Azər-baycanın neft və qazının haradasa bir 30–40 faizi Avro-paya gedir və Avropanın enerji tələbatının 30–40 faizi Azərbaycan vasitəsilə təmin olunur. Amma əvəzində biz nə alırıq? Boş sözlər, quru bəyanatlar. Başqa heç bir şey yoxdur.
Yeri gəlmişkən bir məsələni də deyim. Biz həmişə şikayətlənirdik ki, dünyada ikili standartlar var. Bunu bizə demirdilər. Amma Amerikanın Azərbaycanda keçmiş səfiri və Minsk qrupunun həmsədrlərindən biri Metyu Brayza bizim çıxışımızdan sonra mənə dedi ki, cənab Əsgərov, Siz nə istəyirsiniz, istəyirsiniz deyim ki, dünyada ikili standartlar var? Dedim bəli, mən istəyirəm biləm, var, ya yox. Dedi, var, bu, reallıqdır və siz bununla işləməlisiniz. Bunu artıq özləri də etiraf edirlər ki, bu ikili standartlar var, bu, reallıqdır və biz bununla işləməliyik. Ona görə də nə qalır? Yenə bu xalq, bu dövlət Prezidenti ətrafında birləşib öz problemini həll eləməlidir. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ziyafət müəllim ikili stan-dartlardan danışdı. Mən bir çox beynəlxalq təşkilatların rəhbərləri ilə görüşəndə bu məsələni hərdən onların qarşısında qoyuram. Keçən dəfə Brüsseldə də bu məsələni qaldırdım. Məsələn, Avropa İttifaqında komitə yaradıblar – Cənubi Qafqazda münaqişələr və Gürcüstan böhranı. Sual verirəm, Cənubi Qafqazda birinci böhran Dağlıq Qarabağ böhranı olub. Niyə bu, münaqişə olur, Gürcüstandakı böhran olur? Bir normal cavab verən yoxdur. Çünki bu da  ikili standartın bir formasıdır. Uzaqbaşı deyirlər ki, çünki sizdə Minsk qrupu işləyir, ancaq Gürcüstanda böhrandır. Yəni bəhanə tapmaq asandır. Biz bu ikili standartları həmişə görürük, bilirik. Çox düz söylədiniz, bizim əsas vəzifəmiz güclənmək olmalıdır. Bizim problemimizi özümüzdən başqa heç kəs həll eləməyəcək.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Bu, müzakirədir, vaxt da qurtarıb.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Sən gecə yata bilməzsən söz deməsən. Danış.
Z.Oruc. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cənab Sədr, mən Sizə təşəkkür edirəm. Parlament diplomatiyasının uğurla həyata keçirilməsinə həm ölkə rəhbəri, həm də Siz bütün mümkün vasitələrlə dəstək verirsiniz. Biz bunu hər dəfə müvafiq tədbirlərdə hiss eləyirik. Vahid komanda halında fəaliyyət göstərməyin uğurlu nəticələri var. Bu təkcə bizim dilimizdən deyil, o tədbirlərdə iştirak eləyən beynəlxalq ekspertlərin, parlamentarilərin də dilindən səslənir.
Cənab Sədr, mən iki məsələyə toxunmaq istəyirəm. Öncə Rusiya ilə Ukrayna arasındakı münaqişənin Azərbaycan mediasında, kütləvi informasiya vasitələrində hansı dillə təqdimatına dair fikir söyləmək istəyirəm. Bilirsiniz, beynəlxalq aləmdə xüsusi medianın öz dili var. Bu, xeyli neytral, tərəfsiz dil olmalıdır. Əlbəttə, firqə mətbuatının, başqa partiya orqanının yanaşmaları fərqli ola bilər. Amma “separatçılar”, “terrorçular” və bu kimi sair sözlər Rusiya mediasının da bizim əleyhimizə ayrı reaksiyalarına səbəb ola bilər. Ona görə də məqbul olarsa, məsələn, “Rusiya yönümlülər”, “üsyan qaldırmışlar”, “müstəqillik  tərəfdarları” və sair kimi alternativ terminlərdən faydalanmaq olar. Çünki mətbuatın mövqeyi bəzən dövlətin mövqeyi kimi təqdim olunur. Bu məqamı gəlin unutmayaq.
Cənab Sədr, burada “Çağ öyrətim”in tədris müəssisələ-rinin bağlanması ilə bağlı fikirlər səsləndirildi. Əlbəttə, bizim hər birimizdə dövlətin  rəsmi şəxslərinin, o cüm-lədən ARDNŞ rəhbərlərinin əlində olan bütün informasiya toplusu yoxdur. Ona görə də yarımçıq məlumatlardan irəli gələn yanlış mövqelər də söyləyə bilərik.
Əlbəttə, onlar uğurlu təhsil göstəricisinə malik olan, Azərbaycan təhsilinin üzünü ağardan, nailiyyət qazanmış insanlardır. Bu, tələbə qəbulunda özünü ifadə eləyirdi. Bunu, sadəcə, Türkiyədən gələn bir göstəriş, Türkiyə hökumətinin xoşuna gəlmək üçün edilmiş hərəkət kimi təqdim eləmək olmaz.
Burada qeyd olunduğu kimi, biz bilmirik, onlar nə qədər strateji planlara malik olublar – Azərbaycan dövlə-tinəmi sahiblənmək, paralel strukturlarmı qurmaq planları olub və sair. Amma ən önəmlisi o tələbələrin, o müəllimlərin damğalanmaması, onların kənarlaşdırılmaması, çıxdaş edilməməsi, gələcək karyera pillələrində onlara bunun bir mənfi hadisə kimi bildirilməməsidir. Çünki onlar kifayət qədər istedadlı uşaqlarımızdır, Azərbaycan insanlarıdır.
Ona görə mən düşünürəm ki, bu məsələlər heç bir halda, sadəcə, təhsil qurumlarının bağlanması deyil. Azərbaycana bu, gərək deyildi. Azərbaycan dövləti bu qurumların inkişafında maraqlıdır. Amma belə addım atılıbsa, bunun geniş də izahı olacaq.
Sədrlik edən. Çox sağ olun. İndi bir söz dediniz, mən onu bir balaca davam etdirim. Azərbaycan xalqı həm torpaq itirib, həm də qaçqın problemi ilə rastlaşıb. Çox təəssüf ki, bir çox ölkələr bunlara barmaqarası baxırdılar. Bəzən bizim millət vəkilləri beynəlxalq təşkilatlarda onların nümayəndələrinə hər hansı bir sənədə qol çəkdirmək istəyəndə qaçıb gizlənirdilər. Bu, açıq söhbətdir. Mən yaranan münaqişələrə sevinmirəm. Ancaq bir şey var ki, bu ölkələr indi Azərbaycanın vəziyyətini başa düşəcəklər. Çünki artıq onlar da ərazi itirir, terrorizmlə, qaçqınlar problemi ilə qarşılaşırlar. Yəni bu bəlkə də bir çoxlarının bizi daha yaxşı başa düşməsinə kömək edə biləcək.
Xahiş edirəm, gündəlikdəki məsələlərin müzakirəsinə keçək. Gündəliyin birinci məsələsi – İnqilab Nəsirovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar! Cənab Prezident tərəfindən Konstitusiyanın 109-cu maddəsi rəhbər tutularaq Məhkəmə-Hüquq Şurasının təklifləri əsasında hakimlərin təyinatı və azad olunması ilə bağlı üç məsələ bizim müzakirəmizə təklif olunub. Cənab Sədr, etiraz etməsəniz, bu məsələlərin hər üçünü, yəni gündəlikdəki birinci, ikinci, üçüncü məsələləri birgə məruzə edərdim.
Sədrlik edən. Buyurun. 
Ə.Hüseynli. Hörmətli həmkarlar, məlumat üçün bildirim ki, İnqilab Nəsirov uzun illər hüquq sistemində çalışıb, əvvəl vəkil kimi, sonra Mərkəzi Seçki Komissiyasında və daha sonra Azərbaycan Apellyasiya Məhkəməsində Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin sədri qismində fəaliyyət göstərib. Bu vəzifədə müsbət fəaliyyəti nəzərə alınan İnqilab Nəsirov sonuncu dəfə Ali Məhkəmənin hakimi təyin olunmuşdu. Amma bu il iyun ayının 25-də, yəni artıq yaxın günlərdə Ali Məhkəmənin hakimi vəzifəsində onun səlahiyyət müddəti başa çatır. Məhkəmə-Hüquq Şurasında bu məsələ müzakirə olunmuş, Şura onun Azərbaycan məhkəmə sistemindəki fəaliyyətini nəzərə alaraq cənab Prezidentə müraciət etmiş və Prezident tərəfindən onun yenidən Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirənizə təqdim olunmuşdur. İnanıram ki, siz həm Şuranın, həm də cənab Prezidentin müraciətini nəzərə alaraq, onun yenidən hakim təyin olunmasına səs verəcəksiniz.
İkinci məsələ Zərbəli Zərbəliyevin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələdir. O, Gəncə İnzibati-İqtisadi Məhkə-məsinin sədri vəzifəsinə də cənab Prezidentin sərəncamı ilə təyin olunmuşdu. Şura onun sədrlik fəaliyyətini müsbət dəyərləndirib. Bilirsiniz ki, biz hər zaman yuxarı instansiya məhkəmələrinə daha müsbət fəaliyyət göstərən hakimlərin irəli çəkilməsi təşəbbüsünü edirik. Bu təşəbbüs də məhz bununla bağlıdır. Yəni indi Zərbəli Zərbəliyevin daha yuxarı instansiyaya, Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması təklif olunur.
Üçüncü məsələ isə Azərbaycan Respublikası apel-lyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi ilə bağlıdır. Onlar apellyasiya məhkəmələrinin hakimi olduqlarına görə bu məsələ bizim səlahiyyətimizə aiddir. Amma qeyd etmək istəyirəm ki, onların vəzifədən azad olunmalarının səbəbi, əslində, hansısa nöqsanla bağlı deyil. Onlar müraciət ediblər və indi onların birinci instansiya məhkəmələrində işlə təmin olunması məsələsinə baxılacaq. Bu məsələ, təbii ki, cənab Prezident tərəfindən həll olunacaq.
Beləliklə, sizin müzakirənizə təqdim olunmuş birinci və ikinci məsələlər hakimlərin təyin olunması, üçüncü məsələ isə apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad olunması məsələsidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə yazılıb. Amma Çingiz müəllim, sən komitənin üzvüsən. Bu barədə artıq bir dəfə fikrimizi demişik. Xahiş edirəm, gündəliyin birinci məsələsinə – İnqilab Nəsirovun Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.49 dəq.)
Lehinə 103
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun.
İkinci məsələyə – Zərbəli Zərbəliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.50 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi.
Nəhayət, üçüncü məsələyə – Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.50 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Buyurun.
S.Rüstəmxanlı. Cənab Sədr, mən bu hakimlərin yazdıqları ərizələrə baxdım. Təbii ki, xətt haqqında heç nə demək olmaz, yaş keçir, hərənin bir xətti formalaşır. Amma bunlar hakimdirlər və bütün ömürləri boyu yazı yazırlar. Xahiş edirəm, yazarkən Azərbaycan dili baxımından bir az diqqətli olsunlar. Məsələn, yazır ki, filankəs tərəfindən ərizə. “Tərəfindən” sözünün işlənməsi o vaxt qəbul olunurdu ki, insanların çoxu savadsız idi, kim isə kiminsə tərəfindən ərizə yazırdı. Amma indiki dilimizdə daha “tərəfindən ərizə” deyil, “Zamin İbrahimovdan ərizə”, “Namiq Abbasovdan ərizə” yazılmalıdır. Bizim dəftərxana məsələlərində çoxlu belə çatışmazlıqlar var. Biri də budur.
Ərizədə başqa səhvlər də mövcuddur. Mən sadalamaq istəmirəm. Bunlar Milli Məclis və müxtəlif yuxarı səviyyəli idarələrimiz arasında dolaşan sənədlərdir. Bu sənədlərdə, mənə elə gəlir ki, dilimiz dəqiq olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, Nizami müəllimlə bir yerdə işləyin, bir forma hazırlayın, baxaq. Yoxsa “tərəfindən” deyirsiniz, doğru deyil. Bu həmişə “tərəfindən” yazılıb, bunu heç cür təkzib eləmək olmaz. Əgər dil məsələləri ilə bağlı fərqli fikirləriniz varsa, – maşallah, dilçimiz də var, Siz də varsınız, – işləyin, verin baxaq. Amma bura bunun müzakirəsi yeri deyil axı.
Hörmətli hakimlər, təbrik edirik, gedə bilərsiniz.
Gündəliyin dördüncü məsələsi. Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Mən qısaca məlumat vermək istəyirəm ki, bu nizamnamə 1955-ci ildə qüvvəyə minib. Amma sonra müxtəlif dövrlərdə ona dəyişikliklər olub. Dünyanın bir çox ölkələri bu sənədə qoşulub. Dünyada xüsusi hüquq heç zaman öz əhəmiy-yətini itirmir. İnsanlar arasında mülki münasibətlərlə bağlı xüsusi hüququn böyük əhəmiyyəti vardır. Bu nizamnaməni təsdiq edən ölkələr öz üzərlərinə müəyyən mənada öhdəlik götürürlər ki, nizamnamədən gələn məsələlərin həllinə dəstək olacaqlar. Bu baxımdan hesab edirəm ki, bizim ölkəmizin də bu nizamnaməni ratifikasiya etməsi əhəmiyyətli olardı. Çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, nə təklif olacaq? Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.55 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad su-elektrik stansiyalarının tikintisi və istismarı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun. 
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında iqtisadi-siyasi əlaqələr ildən-ilə yaxşılaşır, dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsi istiqamətində konkret addımlar atılır. Bu addımlardan biri də adıçəkilən qanun layihəsidir. Heç şübhəsiz ki, Ordubad və Marazad su-elektrik stansiyalarının tikintisi Azərbaycan iqtisadiyyatının da, İran iqtisadiyyatının da inkişafına kifayət qədər kömək edəcək. Qanun layihəsində sazişin əsas müddəaları, tərəflərin məsuliyyəti, yaradılacaq komissiyanın fəaliyyətini xarakterizə edən maddələr öz əksini tapmışlar.
Şübhəsiz ki, bu sazişin imzalanması iki ölkə arasında iqtisadi münasibətlərin daha da təkmilləşməsinə xidmət edəcək, həm suvarma sisteminin inkişafı, həm də bütünlükdə suya olan tələbatın ödənilməsi istiqamətində konkret bir mərhələ olacaqdır. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Bu saziş xüsusən Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi ilə təchizatı və kənd təsərrüfatının inkişafı üçün önəmli bir sənəddir. Amma mən bir şeyi xatırlatmaq istəyirəm. Analoji saziş Ermənistanla İran arasında da var. Mehri rayonunun və xüsusilə də Cəbrayıl rayonunun ərazisində də belə bir su anbarı və su-elektrik stansiyası tikilir. Yəni bunu da biz gələcəkdə nəzərə almalıyıq.
Digər tərəfdən, burada maddə 7-də yazılıb: “Bu Sazişin həyata keçirilməsi üzrə Tərəflərin səlahiyyətli orqanları aşagıdakılardır: Azərbaycan Respublikası tərəfindən: Energetika Nazirliyi.” Bu gün bizdə o nazirliyin adı Sənaye və Energetika Nazirliyidir. Mən bunu qeyd etmək istəyirdim. Bütövlükdə mən bu sazişə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! İran İslam Respublikası ilə Azərbaycan Res-publikası arasında belə bir sazişin imzalanması müstəsna əhəmiyyət daşıyır. Bu saziş həm iki ölkə arasında əməkdaşlığın bir nümunəsidir, həm də Naxçıvanı bəzi çətinliklərdən qurtarmağa kömək edəcək.
Amma Ziyafət müəllim, Siz özünüz beynəlxalq hüquqla bağlı ən incə məsələləri bildiyiniz üçün mən Sizdən bir məsələni xahiş etmək istəyirəm və hesab edirəm ki, bundan sonra imzalanacaq saziş, müqavilə və protokollarda bu, nəzərə alınmalıdır.
Bizim iqtisadiyyat və sənaye nazirimizin imzaladığı bu sazişdə beynəlxalq hüquq sənədləri baxımından, dil baxımından bəzi qüsurları mən nəzərinizə çatdırmaq istəyirəm. Bəlkə də deməyə bilərdim. Amma hesab edirəm, bu həm bizim ölkəmizdə bir ənənənin otuzdurulması, həm də gələcəkdə bu yalnışlıqlara yol verilməməsi baxımından vacibdir. O nədir? Mən xahiş edərdim, Siz də baxasınız.
1-ci maddədə “razılığa gəldilər” deyil, beynəlxalq praktikada, ümumiyyətlə, belədir: “razılığa gəlirlər”. Yenə də 2-ci maddədə elədir, eyni olmalıdır. 3-cü maddədə “xərclərini ödəyəcəklər” deyil, saziş konkret təsbit edir: “ödəyirlər”. 4-cü maddədə və sazişin bütün mətnində “olunacaqdır”, “görəcəkdir”, “olmayacaqdır” yox, təsbit formasında “olmur”, “görürlər”, “edirlər” olmalıdır.
Mən bu qeydləri etmişəm və xahiş edirəm, gələcəkdə, ümumiyyətlə, hər hansı bir nazirliyimizdə saziş, protokol, müqavilə imzalanarkən buna diqqət yetirilsin. Çünki bu bizim dövlətimizin və hökumətimizin adından imzalanır. Güman edirəm ki, müvafiq strukturlar məni düzgün anlayacaqlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Musa müəllim. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasının ərazisində İran İslam Respublikası ilə birlikdə ilk su-elektrik stansiyası hələ sovet hökuməti illərində tikilmişdir. Bu, uzun bir dövrdən sonra, illər ərzində dövlət səviyyəsində aparılan danışıqlardan sonra əldə olunan razılaşmalar əsasında bu ərazidə İranla bizim aramızda tikilən ikinci su-elektrik stansiyasıdır. Bu, İran–Azərbaycan münasibətləri çərçivəsində Naxçıvan Muxtar Respublikası ilə olan münasibətlərin, əməkdaşlığın da yeni, yaxşı bir nümunəsidir.
Bu il Naxçıvanda iki elektrik stansiyası –Arpaçay-1 və Arpaçay-2 elektrik stansiyaları istifadəyə verilib. Həmin stansiyaların istifadəyə verilməsi ilə Naxçıvan Muxtar Respublikasının ərazicə ən böyük rayonu olan Şərur rayonunun və ona birləşik rayonların enerji təchizatı ilə bağlı problemləri həll olunub. Bundan əvvəl Heydər Əliyev su anbarı, elektrik stansiyası tikilmiş, bununla da Babək və Şahbuz rayonlarında enerji təchizatı ilə bağlı məsələlər həll olunmuşdur.
Blokada şəraitində olan bir region üçün enerji təhlükəsizliyinin, enerji təchizatının vaxtında və yüksək səviyyədə təmin olunması son dərəcə böyük iqtisadi məsələdir. Bunun həm də özünəməxsus siyasi əhəmiyyəti vardır. Ona görə də düşünürəm ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında inşasına başlanılmasına qərar verilən bu elektrik stansiyası həm iqtisadi cəhətdən, həm də ölkələrarası münasibətlər baxımından əhəmiyyətli olacaqdır.
Ordubad ərazisində tikilən elektrik stansiyası Ordubad rayonunun və Culfa rayonunun Ordubada bitişik böyük ərazilərində əkin sahələrinin dövriyyəyə cəlb edilməsinə və eyni zamanda, muxtar respublikanın  enerji təchizatının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir. Bu stansiyaların tikilməsi ilə çətin blokada şəraitində özünəməxsus quruculuq prosesi yaşayan, hərtərəfli inkişafa nail olan Naxçıvan Muxtar Respublikasının inkişafında yeni bir mərhələ başlanacaqdır.
Mən də hər iki ölkə üçün əhəmiyyətli olan bu sazişin təsdiq edilməsi barədə qanun layihəsinin qəbul olunmasını faydalı hesab edirəm və ona səs verəcəyəm.
Sədrlik edən. Sağ olun, İsa müəllim. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, dəyərli həmkarlar! Hazırda səsverməyə çıxarılan bu məsələ, təbii ki, iki dövlət arasında artıq imzalanmış bir sənəddir. Ona görə mən bununla bağlı hər hansı bir təkliflə çıxış etməyəcəyəm. Amma hörmətli Ziyafət müəllim, cənab Sədr də, Siz də ikili standarta dayanan beynəlxalq konyunkturadan danışdınız. Mənə elə gəlir ki, bu saziş mövcud beynəlxalq konyunktura çərçivəsində Azərbaycanın atdığı addımların nə dərəcədə uğurlu olub-olmamasını qiymətləndirmək baxımından son dərəcə önəmli bir sənəddir. Ona görə də bu barədə bir neçə kəlmə danışmaq istəyirəm.
Hazırda əksər dövlətlər, ən çox da kiçik dövlətlər ikitərəfli və çoxtərəfli anlaşmalarda istər-istəməz mövcud beynəlxalq konyunkturanı nəzərə almalı olurlar. Bir çox hallarda bu ona aparıb çıxarır ki,  kiçik dövlətlərin milli maraqları arxa planda qalır. Azərbaycan o nadir dövlətlərdəndir ki,  bu qəbildən olan addımlar atanda öz milli maraqları ilə beynəlxalq konyunkturanı mümkün qədər uzlaşdırmağa çalışır, bu alınmadıqda isə öz milli maraqlarını ön plana sürür və onu çox uğurla reallaşdırır.
Təkcə cırtdan, forpost Ermənistan deyil, xeyli böyük güclər var ki, Azərbaycanla İran arasında əməkdaşlığın yox, gərginliyin olmasını  istərdi. Çox təəssüf ki, hər iki ölkədə  müxtəlif təsirlər altında bunu dəstəkləyənlər də az deyil. Amma bütün bunlara rəğmən biz görürük ki, Azərbaycan İranla mehriban qonşuluğa  dayanan bir əməkdaşlıq atmosferi formalaşdırmağa çalışır və bunu uğurla həyata keçirir.
Məhz bunun həyata keçirilməsinin nəticəsidir ki, blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikası özünün enerji təhlükəsizliyini tam təmin edə bilir. Hazırda blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasının enerji potensialı, səhv etmirəmsə, 220 meqavatdan yuxarıdır və o, artıq enerji ixracatçısına çevrilib.
Bu nəyin sayəsində mümkün olub? Buna ilk növbədə İranla yaradılan bu əməkdaşlıq  atmosferi kömək edib. Məhz bizim qazın İrana və İran qazının Naxçıvana ötürülməsi sayəsində Naxçıvan, demək olar ki, 100 faiz qazlaşdırılmışdır. Məhz bu enerji generasiyasına daya-naraq Naxçıvan Muxtar Respublikası blokada vəziyyəti-ndə olmasına baxmayaraq, enerji və eyni zamanda, ərzaq təhlükəsizliyi baxımından Azərbaycanla müqayisədə hətta   ön plandadır. Naxçıvan Muxtar Respublikası 106 ərzaq və 226 qeyri-ərzaq növü üzrə özünü tam təmin edir və öz məhsullarını hətta Amerika Birləşmiş Ştatlarına, bir sıra Avropa dövlətlərinə və sair ölkələrə ixrac etməkdədir. Məhz bu əməkdaşlığa dayanaraq, beynəlxalq konyunkturanın əksinə olaraq Azərbaycanın milli maraqlarını reallaşdırmaq istiqamətində cənab Prezidentin apardığı siyasət sayəsində hazırda belə bir reallıq yaranıb.
Ermənistan da blokada vəziyyətində idi. Həmin beynəlxalq konyunktura, özünüz gözəl bilirsiniz ki, Ermənistanı daim bu blokadadan çıxarmağa çalışır. Hətta NATO-nun Bakıda keçirilən seminarında da  gördünüz, bu tədbirlərə QHT sektorunun o təmsilçiləri dəvət olunurlar ki, onlar ermənidən çox erməniçilik edirlər. Amma bütün bu təzyiqlərin sonunda Ermənistan yenə təcrid vəziyyətindədir, məhz Azərbaycanın, onun rəhbərinin iradəsi sayəsində bu təcriddən çıxa bilmir və vəziyyəti get-gedə pisləşir.
Xatırlayırsınızsa, hələ Köçəryan dövründə ermənilər vəzncə yüngül, qiymətcə ağır məhsullar, yəni lap açıq desək, beynəlxalq erməni mafiyasına və digər mafioz strukturlara dayanaraq  qaçaqmalçılıq yolu ilə Afrikadan və Yakutiyadan almaz gətirib brilyant istehsal etmək vasitəsilə vəziyyətdən çıxmaq istəyirdilər. Amma heç bir şey əldə edə bilmədilər. Naxçıvan Muxtar Respublikası isə məhz dövlətimizin ağıllı siyasəti nəticəsində durmadan inkişaf edir. Əgər son 10 ildə Azərbaycanda iqtisadi inkişaf 3,4 dəfə artıbsa, blokada vəziyyətində olan Naxçıvanda 8 dəfə artıb. Məhz mövcud beynəlxalq konyunkturanın əleyhinə   Azərbaycanın milli maraqlarının reallaşdırılması yolu ilə yeridilən bu siyasətin nəticəsində bu cür uğurlu nəticə əldə olunur.
Bu sazişin ikinci müsbət tərəfini də mən onda görürəm ki, o, keçmiş  SSRİ ilə 1954–1957-ci illərdə imzalanmış müqavilələrə istinad edir. Bəli, Araz transsərhəd suyudur. Əgər bu transsərhəd suyu ilə bağlı sazişdə keçmiş SSRİ ilə İran İslam Respublikası arasında müqavilə öz əksini tapırsa, gözləmək olar ki, gələcəkdə digər transsərhəd suyu – Xəzərlə bağlı müqavilədə də eyni beynəlxalq normanın tətbiqi öz əksini tapacaq.
İstənilən ikitərəfli müqavilə, təbii ki, hər iki dövlətin marağında olmalıdır. Qarşılıqlı maraq olmasa, belə bir anlaşma əldə oluna bilməz. Bu saziş həm geosiyasi reallıqlar, həm də iqtisadi dividendləri baxımından daha çox Azərbaycanın  marağına cavab verən bir anlaşmadır. Yəni Naxçıvanın blokadasını qırmaqdan söhbət gedirsə, bu saziş daha çox bizim maraqlara cavab verir.
Mən qətiyyən şübhə etmirəm ki, bu siyasət daha da irəli aparılacaq və Naxçıvan–Qars dəmir yolunun tikintisi ilə Naxçıvanın kommunikasiya blokadası da aradan götürüləcək. Cənab Prezidentin reallaşdırdığı siyasət sayəsində Naxçıvan Muxtar Respublikası  nəinki blokadanı bütünlüklə aradan götürəcək, həm də Asiyanı Avropa ilə birləşdirən bir kommunikasiya şəbəkəsinə çevriləcək.
Təbii ki, mən bu müqaviləni dəstəkləyirəm və böyük məmnuniyyətlə ona səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.11 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barə-dədir. İcazənizlə, bu qanun layihəsi ilə bağlı mən məlumat verəcəyəm. Bu qanun layihəsi bizim komitədə müzakirə olunub. Burada edilən dəyişikliklərin mahiyyətini iki qrupa ayırmaq olar. Birinci növbədə vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması və bu buraxılmaya hansı dövlət orqanlarının səlahiyyətli olması. Vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğu, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir.
Digər bir kateqoriya məsələlər isə vəzifəli şəxsi və vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina etmək üçün müəyyən olunmuş əsaslardır. Bu da 23.1-ci maddədə müəyyən olunub. Mən vaxtınızı alıb onu oxumaq istəmirəm. Çünki burada onlar hamısı göstərilib-dir. 
Bütövlükdə bu qanun layihəsinin əsas məqsədi dövlət sirrinin mühafizəsini daha yüksək sürətlə təmin etmək və dövlət sirri ilə işləməyə buraxılan şəxslərin kateqori-yasında bir səliqə-sahman yaratmaqdan ibarətdir.
Bununla əlaqədar “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna da dəyişikliklər edilir. Qanunun 7.2.9-cu maddəsində “buraxılan şəxslərin öyrənilməsi” sözləri “buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  keçirilməsi” sözləri ilə əvəz edilir. Yəni bu, texniki bir dəyişiklikdir. Ona görə də xahiş edirəm, hər iki qanun layihəsinə öz münasibətinizi bildirəsiniz. Çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Var. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Aytən Mustafayeva.
A.Mustafayeva. Təşəkkür edirəm, Ziyafət müəllim. İlk öncə  mən istərdim, bu yaxında NATO-nun Bakıda keçir-diyi tədbirdə yüksək səviyyədə apardığınız işə, Azərbay-canın mövqeyini sərt və lazımi qaydada,   yüksək profes-sionallıqla çatdırdığınıza görə Sizə  və sizin komitənin üzvlərinə öz təşəkkürümü bildirim.
İkincisi, qeyd etmək istəyirəm ki,  müzakirə olunan məsələlər xırda dəyişikliklərdən ibarət olsa da, çox vacib üç qanun layihəsidir. Hamımız bilirik ki, bu gün beynəlxalq münasibətlərdə ikili standartların adi hal olduğu bir şəraitdə beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsində bizi yalnız formal olaraq dəstəkləməklə sakitləşdirirlər. Biz bilməliyik ki,  Azərbaycan  yalnız özünə arxalana bilər və bunun üçün də güclü olmalı, təhlükəsizliyini yüksək səviyyədə qorumalıdır. Keçən iclasımızda vətəndaşlıqla bağlı çox vacib məsələ müzakirə olundu. İndi müzakirə etdiyimiz qanun layihəsində isə qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs dövlət sirri ilə işləməyə buraxılmır. Təbii ki, dövlət sirri ilə işləməyə buraxılan insanlar yoxlanılmış və yüksək səviyyədə ekspertizadan keçən şəxslər olmalıdırlar. Bu baxımdan hesab edirəm ki, Azərbaycan üçün bunlar çox vacib qanunlardır.
Təbii ki, kəşfiyyat və əks-kəşfiyyat da hər dövlət üçün vacib məsələdir. Amma biz müharibə şəraitində olan bir dövlətik və bizim üçün bu, xüsusən vacibdir. Bu qanun layihələrində daha dəqiq ifadələrin olması üçün etdiyiniz dəyişikliklərə görə mən sizə təşəkkürümü bildirirəm. Mən bu qanun layihələrinin lehinə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Təşəkkür edirəm, Ziyafət müəllim.  Dövlət sirri çox ciddi məsələdir və mən bununla bağlı fikrimi bildirmək istəyirəm. Şübhəsiz ki, dövlət sirri, kəşfiyyat və əks-kəşfiyyat, eləcə də əməliyyat-axtarış  fəaliyyəti bir-biri ilə bağlı məsələlərdir. Bu məsələlərə ölkəmizin müharibə şəraitində olmağı nəzərə alınaraq baxılmalıdır. Mən mətbuat orqanlarını, jurnalistləri qına-maq istəmirəm, amma bunların, ümumiyyətlə, dövlət sirrinə, məxfi məlumatlara yanaşma tərzi maraqlıdır. Elə bil ki, biz qəliz bir düşmənlə üz-üzə dayanmamışıq. Xüsusilə hərbi sənayedə nə baş verirsə, ertəsi gün qəzetlərdədir.  Snayperimiz neçə yüz metrdən vurur, Rusiyadan neçə tank almışıq, tankların keyfiyyəti nədir, vertolyotumuz necədir, bizim ordumuzun say tərkibi nə qədərdir və sair və ilaxır.
Əgər bu bizim dövlətimizin rəsmi siyasətidirsə, biz bunu başa düşək. Guya biz bununla düşməni qorxuduruq? Belə bir şey yoxdur. Heç bir normal ölkədə hərbi sənayedə atılan xırda addımlar, istehsal olunan silahlar, alınan döyüş ləvazimatı bu cür açıq şəkildə müzakirə mövzusuna çevrilmir. Bu nə yanaşmadır, mən başa düşmürəm?
Bunun birdəfəlik qarşısı alınmalı, bu barədə müəyyən bir tədbir görülməlidir. Bizdə senzura ləğv olunub, amma müharibə şəraiti nəzərə alınaraq bəzi hərbi məlumatların mətbuata ötürülməsinə, cəmiyyətə çatdırılmasına yasaq qoyula bilər. Mənə elə gəlir ki, jurnalistlərimiz bunu çox asan başa düşərlər. Sadəcə, müəyyən bir təlimat verilməlidir. Vaxtilə bu olub, indi də olmalıdır.  Birinci bunu demək istəyirdim.
İkinci, elə buna bənzər başqa bir məsələyə də toxunmaq istəyirəm. Dünya indi çətin dönəmdən keçir və Azərbaycan da müxtəlif qüvvələrin ortasındadır. Azərbaycana yiyələnmək, bizi təzədən qoltuq altına almaq istəyənlər çoxdur. Əlbəttə, onların heç birinə etibar yoxdur. Bir tərəfdən Avropaya inteqrasiya olunuruq, – oradan yarımamışıq, – bu tərəfdən NATO maraq göstərir, onun da yanaşması göz qabağındadır. Rusiya məlumdur, sabiq SSRİ də məlumdur, MDB də məlumdur. MDB-yə gedəndə çox bəh-bəhlə deyirdik ki, məsələ həll olunacaq. Heç bir şey də həll olunmadı. Ona görə mən çox xahiş edirəm, bu məsələlərdə diqqətli olaq.
Mən bu gün üzümü bəzi millət vəkili dostlarıma tutmaq istəyirəm. Son vaxtlar qəzetlərimizdə tez-tez Rusiyaya heyranlıqla, Avrasiya İttifaqının böyük məziyyəti ilə bağlı yazılar çap olunur. Bu da, əslində, bir sirr ötürmədir, yəni ölkədəki əhvali-ruhiyyənin, psixoloji durumun başqa ölkələrə  çatdırılmasıdır. Azərbaycanda ziyalılar, millət vəkilləri qəzetlərdə bir-birinin ardınca məqalələr çap etdirib, Avropadan heç bir xeyir gəlməz, bu, perspektivi olmayan yoldur, biz təzədən Rusiyanın qucağına qayıtmalıyıq, iqtisadi cəhətdən biz ona bağlıyıq kimi fikirlər ifadə edirlərsə, buna nə ad vermək olar?
Əvvəla, bu, son 200 illik tarixi unutmaqdır, bu bizim şəhidlərimizin, 20 yanvar  şəhidlərinin qanına hörmətsiz-likdir. Bu, 1905-ci ildən başlayaraq rusların əli ilə Bakıda və Azərbaycanda törədilmiş qanlı qırğınları, 1937-ci il repressiyasını, millətimizin tarixinin saxtalaşdırılmasını, dilimizi, əlifbamızı, hər şeyimizi dəyişdirmək, bizi tamam başqa bir millətə çevirmək siyasətini unutmaqdır. Bunları unutmaq olmaz, bunların hamısını Rusiya edib. Nə oldu, Rusiya indi qaragözlü oldu? İndi Rusiya dəyişdi, ayrı bir Rusiya oldu?  İstər çar Rusiyası olsun, istər bolşevik Rusiyası olsun, istər MDB-də, istərsə də Avrasiya İttifaqında olsun, bu imperiyanın bizə münasibəti dəyişilməzdir. Bilsək ki, Qarabağ məsələsi sabah çubuq işarəsi ilə həll olunacaq... Yenə də MDB-də belə  vədlər var idi.
Bu məsələdə ehtiyatlı olmalıyıq. Çünki bu yazılar Rusiyada belə bir təsəvvür yaradır ki, artıq Azərbaycan cəmiyyəti bölünür, burada ikifikirlilik var, əhalinin bir hissəs bizim üçün darıxıb, xiffətimizi çəkir, gözləyir, təzədən bizimlə bir yerdə olsun, ona görə təzyiqləri artırmaq lazımdır. Halbuki Azərbaycan bu mənada siyasətini son 20 ildə birmənalı şəkildə müəyyənləşdirib. Biz Avropaya inteqrasiya yolunu tutmuşuq, rəsmi siyasətimiz belədir, bu yolla gedirik. Rəsmi siyasət belə olan yerdə ayrı-ayrı adamların, xüsusilə rəsmi şəxslərin, millət vəkillərinin, nazirlərin başqa mövqedən çıxış etməyə nə haqqı var? Belə çıxışlar ölkənin bu siyasətinə ciddi zərbədir. Ona görə də mən çox xahiş edirəm, bu məsələlərdə bir az diqqətli olaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, çıxışınıza görə çox sağ olun. Əvvəla, deyim ki, ölkədə vahid xarici siyasət sistemi formalaşıb və onu da bizim Konstitusiyaya görə formalaşdıran ölkə Prezidentidir. Həm daxili, həm də xarici siyasət çox dəqiq müəyyənləşdirilib. Amma Siz deyirsiniz, bəzi qəzetlərdə belə yazırlar. Sabir müəllim, Siz də müdaxilə edin, bizim bu siyasətimizə dəstək olun da. Özünüz deyirsiniz ki, 20 ildir Azərbaycan çox gözəl müstəqil siyasət aparır. Amma sağdan, soldan bizim bu siyasətimizə nə qədər hücumlar olur. Siz də ziyalısınız, xalq yazıçısısınız, yazın, bu siyasəti müdafiə edin də. Burada nə var ki? Təşəkkür edirəm çıxışınıza görə. Təki bütün yazıçılar Sizin kimi yazsınlar. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim toxunmaq istədiyim məsələlərdən birinə artıq Sabir müəllim toxundu. Çox ciddi məsələdir. Məsələn, yadınıza düşürsə, bir dəfə qəzetlər yazdı ki, İsraildən 64 tank almışıq. O vaxt ulu öndər jurnalistlərlə görüşəndə dedi ki, əvvəla,  biz İsraildən 64 tank almamışıq, ikincisi də, almışıqsa, bunu evimə aparmamışam, yəni alınıbsa, bu, millət üçün, dövlət üçün alınıb. Alınmayan şeyi də yazırsınız. Bu nə deməkdir?  Belə bir ciddi irad tutdu. Əlbəttə, belə şeyləri, xüsusən də olmayan şeyləri mətbuata çıxarmaq Azərbaycana zərbədir, zərərdir. Yəni Sabir müəllimin dediyi kimi, mətbuatda bəzi hərbi məlumatların yayılması çox ciddi məsələdir və bunun qarşısı alınmalıdır.
Deyə bilərsiniz ki, senzura yoxdur. Bəli, senzura yoxdur, olmasın, Allah eləməsin. Sadəcə olaraq, bildiyiniz müəyyən qanunlar var. Deyək ki, İraq müharibəsində Amerika Birləşmiş Ştatlarında bu barədə məlumat yazmağı və hətta danışmağı belə rəsmi surətdə qadağan etdilər. Bir-iki aktyor danışdı, onları da cəzalandırdılar.
Bu günlərdə qardaş Türkiyədə mətbuata və tele-viziyalara Kərkük və İŞİD-lə, yəni Türkiyəyə zərbə vuracaq xəbərlərin yayılmaması ilə bağlı bir yasaq qoyuldu. Hətta artıq ən müxalif televiziya da bu məsələdə susub və yalnız dövlət tərəfindən gələn xəbərləri oxuyur. Yəni Sabir müəllimin dediyi kimi, dövlət bizim hərbi sənayemizlə bağlı nə məlumat verirsə, mətbuat onu çap eləməlidir. Yoxsa Aqil Abbas haradasa kiminləsə bir salaməleyküm eləyəndə dedi ki, təzə bir tapança düzəltmişik, onu danışmaq, mətbuata çıxarmaq, mənə elə gəlir ki, düz deyil. Sabir müəllim onu çox düzgün dedi.
Dövlət sirri ilə bağlı ikinci bir məsələ. Ziyafət müəllim, burada bir məsələ məni maraqlandırır. Yəqin ki, Əli müəllim buna aydınlıq gətirər. Yazılıb ki, vəzifəli şəxslərin və vətəndaşların dövlət sirrini öyrənməsinə icazə verilir. İndi məsələ belədir. Mən bir vətəndaş – Aqil Abbas gedirəm ki, mən dövlət sirrini öyrənmək istəyirəm və qanun da buna yol verir. A qardaşım, niyə öyrənmək istəyirsən? Dövlət sirrini öyrənmək sənin nəyinə lazımdır, vacibdir sənə? Yəni bunun öyrənilməsinin səbəbi əsaslandırılmalıdır.
Vəzifəli şəxs, deyək ki, vəzifəsindən irəli gələn zərurətə görə gedir öyrənir. Amma vətəndaş – jurnalist və ya qeyri-jurnalist, məsələn, Milli Təhlükəsizlik Nazirliyinə gedib deyir ki, mən dövlət sirrini öyrənmək istəyirəm. Nəyinə lazımdır sənin bu sirri öyrənmək? Sonra onu yaymayacaqdır? Nə bilirsiniz, yaymayacaq? Söz verir. Söz verirlər, sonra gedib adam öldürürlər. Nə olsun? Yəni bu mənada, Ziyafət müəllim, oraya bir maddə əlavə olunmalıdır ki, dövlət sirrini öyrənmək istəyən şəxs onu nə məqsədlə öyrəndiyini əsaslandırmalıdır. Yalnız bundan sonra ona dövlət sirrini öyrənməyə icazə verilməli, o, arxivə buraxılmalıdır. Mənim fikrim bu idi. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli həmkarlar! Əlbəttə, təqdim edilən qanun layihəsi son dərəcə zəruridir və Azərbaycanın indiki reallığından doğan bir hadisədir. Unutmaq olmaz ki, Azərbaycan müharibə şəraitindədir. Ona görə də bütün rıçaqlar möhkəmlənməlidir ki, istər hərbi, istərsə də digər sahələrdə dövlətə məxsus sirlər kənara çıxmasın, düşmən bundan bəhrələnməsin və üstümüzə əlavə güclə gəlməsin.
Əlbəttə, mən hörmətli həmkarlarım Sabir Rüstəm-xanlının və Aqil Abbasın fikirləri ilə tamamilə şərikəm. Lakin bir məsələ var ki, bəzi mətbuat orqanları mənbəyi bilinməyən, bir çox hallarda jurnalistin təxəyyülünün məhsulu olan məlumatları dərc etdirdikdə müvafiq qurumlar həmin mətbuat orqanlarının məsuliyyətə cəlb edilməsinə diqqət yetirmirlər.
Bir misal çəkmək istəyirəm. Bu yaxınlarda bəzi kütləvi informasiya vasitələri birbaşa müdafiəmizlə, Silahlı Qüvvələrimizlə, Zakir Həsənovla bağlı bir informasiya yaydılar. Bəlli oldu ki, bu, dezinformasiyadır. Bunu mətbuata kim ötürüb və mətbuat onu nə üçün dərc edib? Müdafiə Nazirliyi nə üçün həmin dezinformasiyanı ötürən, kütləviləşdirən, ictimailəşdirən kütləvi informasiya vasitələrinin üstünə getmədi, onları məhkəməyə vermədi? Kütləvi informasiya vasitələri də görürlər ki, belə halların qarşısı alınmır, bu cür məlumatları ötürürlər.
Kütləvi informasiya vasitələri belə məsələlərdə xüsusilə diqqətli olmalıdırlar. Çünki bu məlumatlar Azərbaycanı istəməyən, Azərbaycana düşmən olan qüvvələr tərəfindən də mətbuata ötürülə bilər. Ona görə mən dəfələrlə söyləmişəm, informasiya təhlükəsizliyi haqqında qanun qəbul edilməlidir. Düşünürəm ki, bu qanunda hər kəsin məsuliyyəti konkret şəkildə ifadə olunar və beləliklə, bu cür hallara yol verilməz.
Bir çox hallarda mən həmkarlarımın fikirlərinə çox təmkinli yanaşır, onlara müdaxilə etmirəm. Lakin Sabir Rüstəmxanlının qaldırmış olduğu məsələyə öz münasibətimi bildirməyə bilmərəm. Ölkə Prezidenti azərbaycanyönlü siyasət aparır. Azərbaycanın dövlət maraqlarına, milli maraqlarına xidmət eləyən xarici siyasət konsepsiyası çox uğurla həyata keçirilib. Azərbaycan çox böyük təbəddülatlardan sığortalana bilib.
Dünyanın o tayından, bu tayından Azərbaycana qarşı böyük təhdidlər, təzyiqlər var. Hər kəs istəyir ki, bu yağlı tikənin sahibi olsun. Ona görə də biz Qərbə inteqrasiya deyə-deyə bu şüar altında digər ölkələrə qarşı düşmənçilik mövqeyi tutmalı deyilik. Bu, Azərbaycanın dövlət maraqlarına, milli maraqlarına ziddir.
Bəli, bu faktdır ki, vaxtilə Rusiya imperiyası bizi işğal edib, onun müstəmləkəsi olmuşuq, bizi parçalayıb. Biz buna qarşı gedirik, tarixi həqiqətləri onun üzünə oxuyuruq. SSRİ dövründə hansı zülmləri çəkmişik, bu da bəllidir. Amma bu gün əgər Rusiya ilə Azərbaycan arasında normal münasibətlər yaranırsa, – gözümüzün qabağında Gürcüstan təcrübəsi, Ukrayna təcrübəsi var, – biz nədən onun üstünə getməliyik? Mən Rusiya ilə normal münasibətlərin tərəfdarıyam. Suverenliyimizin, dövlət müstəqilliyimizin  möhkəmlənməsinə xidmət eləyən münasibətlər bundan sonra da davam etdirilməlidir.
Şükürlər olsun, bu gün İranla münasibətlərdə bir istiləşmə əmələ gəlir. Çox yaxşı. Biz bu münasibətlərdə səmimiyik. Baxaq görək, İran tərəfi nə dərəcədə səmimi olacaq.
Biz Qərb, Rusiya, iranyönlü deyil, azərbaycanyönlü siyasəti dəstəkləməli və müdafiə etməliyik. Bu azərbaycanyönlü siyasəti də həyata keçirən, reallaşdıran ölkə Prezidenti İlham Əliyevdir. Biz bir vətəndaş olaraq siyasi baxışlarımızı kənara qoyaraq onun xarici siyasətinin bütün detallarını Azərbaycan naminə müdafiə etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. 6-cı məsələ – “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsə qoyulur. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.32 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələyə – “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.33 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, əslində, bu məsələ də indi səs verdiyimiz 6-cı və 7-ci məsələlərin məntiqi davamıdır və cənab Prezident tərəfindən bir məktubla təqdim olunub. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinə edilən dəyişiklik onun “Dövlət sirri haqqında” Qanuna uyğunlaşdırılmasından irəli gəlir. Hesab edirəm ki, burada artıq müzakirə predmeti yoxdur və səs verib qəbul etmək olar.
Sədrlik edən. Çox sağ olun. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi səsə qoyulur. Buyurun, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə  97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd                           0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bildiyiniz kimi, statistik məlumatlar dövlət idarəçiliyi üçün, proqnozlaşdırma üçün çox ciddi bir əhəmiyyət kəsb edir. Bizim İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsində statistik məlumatların verilməməsinə, təhrif olunaraq verilməsinə və ümumiyyətlə, təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Amma bu çox cüzi məsuliyyətdir. Çünki bu məsuliyyət uzun illərdir, 35 manatdan 50 manatadək miqdarda cərimə ilə məhdudlaşır. Amma bir daha vurğulamaq istəyirəm ki, hər bir müstəqil dövlət üçün statistik məlumatlar çox ciddi bir əhəmiyyət kəsb edir. Ona görə təklif olunur ki, bu inzibati xətanın sanksiyası daha ciddi olsun və statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə 300 manatdan 700 manatadək cərimə nəzərdə tutulsun. Hesab edirəm ki, bu bizim İnzibati Xətalar Məcəlləsində sanksiyaların artırılması ilə bağlı həyata keçirdiyimiz siyasətə tamamilə uyğundur və həmkarlarımdan bu dəyişikliyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Qanun layihəsi ilə əlaqədar Bəxtiyar müəllim danışmaq istəyir. Buyurun, Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Şübhəsiz ki, biz bu dəyişikliyə səs verəcəyik. Həqiqətən də, bu cərimələrin artırılması çox təbiidir və düzgündür. Amma burada mənim bir sualım var. İstəyirəm, Əli müəllim bir məsələyə aydınlıq gətirsin. Burada nəzərdə tutulur ki, təşkilatlar statistik məlumatları verərkən qaydalara və qəbul olunmuş qanuna əməl etməlidirlər. Xüsusilə də hesabatlarda təhrifə qətiyyən yol verilməməlidir. Bu, təşkilatlara şamil olunur. Bəs sahəyə cavabdeh olan Statistika Komitəsi özünün bülletenlərində statistik məlumatları düzgün vermirsə, bu İnzibati Xətalar Məcəlləsi ona tətbiq edilə bilər, yoxsa edilə bilməz. Çünki son illərin təhlilləri göstərir ki, Statistika Komitəsinin bülletenlərində böyük təhriflərə yol verilir. Bilmirəm, bu verilən məlumatlar düzgün olmur, onlar belə verirlər, yoxsa gəlib çatmır, özləri onların əvəzinə yazırlar. Amma bu hallar mövcuddur və bununla bağlı kifayət qədər misallar var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Bəxtiyar müəllim. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Təşəkkür edirəm. Mən də onu soruşmaq istəyirdim. Bu cərimə təşkilatlara, yoxsa ayrı-ayrı şəxslərə aiddir? Əgər şəxslərə aiddirsə, cərimə hökmən onların əmək haqqı ilə, maaşı ilə müəyyən şəkildə uzlaşdırılmalıdır. Yoxsa bir şəxsin əmək haqqı bu cəriməni ödəməyə imkan vermirsə, o cəriməni qoymağın nə mənası var?
Görünür, bu statistika məsələsi bir gün bizim Milli Məclisdə, yaxud başqa bir formatda Azərbaycanda ciddi şəkildə müzakirə olunmalıdır. Çünki doğrudan da, statistik məlumatların bir hissəsi ya dəqiq olmur, ya da hər halda millətin, xalqın heysiyyətinə toxunan bir şəkildə verilir. Məsələn, Azərbaycanda sonuncu siyahıyaalmanın nəticələri çap olunub. Orada ölkəmizdə yaşayan bütün xalqlar ayrı-ayrılıqda öz sayı ilə qeyd edilib və yazılıb: “türklər 48 min nəfər”. Ola bilsin, burada axıska türkləri nəzərdə tutulur. Yazsın, axıska türkləri. Amma Azərbaycanda 9 milyon Azərbaycan türkü, 48 min də axıska türkü yaşayır. “Azərbaycanda 48 min türk yaşayır” yazanda yerdə qalan 9 milyonun xətrinə dəyir. Belə məsələlərdə diqqətli olmalıyıq. İndi biz rəsmən azərbaycanlı olsaq da, amma hər halda hər kəs içində bilir ki, o kimdir. Ona görə bu məsələlərdə, şübhəsiz, statistika dəqiq olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Əli müəllim, buyurun, məsələlərə aydınlıq gətirin.
Ə.Hüseynli. Əlbəttə, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bu məsuliyyət aşağıdan yuxarı bütün orqanlar üçündür. Bir sıra dövlət orqanları məlumatları Statistika Komitəsinə təqdim edir və onun şöbələri, yerli idarələri bu məlumatları ümumiləşdirirlər. Amma burada bu məsuliyyət ranqından asılı olmayaraq dövlət orqanlarının hamısı üçündür. Yəni İnzibati Xətalar Məcəlləsi dövlət orqanlarını yuxarı, ali və ya digər kateqoriyalara ayırmır. Bu birmənalıdır. Amma burada bizim hörmətli millət vəkilləri, məncə, çox ciddi məsələni səsləndirdilər. Rəsmi dərc olunan və millət vəkillərinə də hər il təqdim olunan statistika məlumatlarının qeyri-dəqiqliyi ilə bağlı burada səslənən fikirləri mən mütləq Statistika Komitəsinin rəhbərinin diqqətinə çatdıraram, bilsin ki, Milli Məclisdə bu fikirlər səslənib və bununla bağlı bir açıqlama verilməlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.40 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Hörmətli həmkarlar, təklif olunan dəyişi-klik qanunvericiliyin nizamlanması ilə bağlıdır. Xatırlayırsınızsa, Milli Məclisin bir neçə gün bundan əvvəlki iclasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna bu dəyişikliyi etdik. Eyni müddəanın Şəhərsalma və Tikinti Məcəlləsində də yazılması təklif olunur. Yəni qeyd etmək istəyirəm ki, bu, sırf texniki bir məsələdir. Artıq “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Qanunda bu, qəbul olunub və biz buna səs vermişik.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.42 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Bu məsələ də qanun-vericiliyin nizamlanması ilə bağlıdır. Bilirsiniz ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun parlamentdə hazırlanmış və qəbul olunmuşdur. Amma biz keçən il Cinayət-Prosessual Məcəlləsində insan hüquqları və azadlıqlarının qorunması baxımından çox əhəmiyyətli dəyişikliklər etdik. Bunlar Cinayət-Prosessual Məcəlləsində öz əksini tapıb, qüvvədədir, tətbiq olunur. Təbii ki, indi o dəyişikliklər “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa da köçürülməlidir. Yəni texniki məsələdir. Amma biz bunu, əlbəttə ki, səs verib qəbul etməliyik.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.43 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Sağ olun. Hörmətli Ziyafət müəllim, icazə versəniz, növbəti, yəni 12-ci və 13-cü məsələləri birgə məruzə edərdim. Çünki bir-biri ilə bağlıdır və bir məktubda gəlib.
Sədrlik edən.  Buyurun.
Ə.Hüseynli. 12-ci məsələdə təklif olunur ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun “Xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatının xüsusiyyətləri” adlı 6-cı və “Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və filialının reyestrdən çıxarılması”  adlı 16-cı maddələrinə uyğun olaraq Mülki Məcəllədə dəyişiklik edilsin. Təbii ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri ilə bağlı məsələlərin əsas hissəsi ana qanun, yəni “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Amma onlarla bağlı müəyyən məsələlərin Mülki Məcəllədə əks olunması zərurəti də meydana çıxmışdır. Buna görə millət vəkillərindən layihəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Buyurun, Azay Quliyev.
A.Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Əlbəttə, bu dəyişikliklər vacibdir və qanunvericiliyin bütövlükdə təkmilləşməsi baxımından maraq kəsb edir. Amma bilirsiniz ki, əvvəlki iclaslarda dövlət qeydiyyatı və reyestri ilə bağlı bizim müəyyən təkliflərimiz olubdur. Mən o təklifləri burada bir daha səsləndirmək istərdim.
Əvvəla, onu deyim ki, QHT-lərin qeydiyyatı ilə bağlı prosedur sırf texniki xarakter daşıyır. Bu proseduru, sadəcə olaraq, daha qısa müddətdə və gözəl şəkildə həyata keçirmək lazımdır. Texniki xarakter daşıyan bu prosedur qaydaları heç bir halda dövlətin QHT-lərlə bağlı siyasəti ilə əlaqələndirilməməlidir. Xarici təşkilatlar bəzən bunu əlaqələndirməyə cəhd edirlər.
Amma bu bir həqiqətdir ki, bu gün bizdə hüquqi şəxslərlə bağlı müxtəlif qeydiyyat rejimi tətbiq edilir. Deyək ki, kommersiya hüquqi şəxsləri üçün biz qeydiyyat prosesini 3 günə başa çatdırırıq. Mətbuat orqanları daha qısa müddətdə və daha asan prosedur qaydaları ilə qeydiyyatdan keçirlər. Amma qeyri-hökumət təşkilatlarında bu prosedurlar bəzi hallarda mürəkkəb bir vəziyyət yaradır. Bütövlükdə QHT-lərin qeydiyyatı üçün bəzən 120 iş günü lazım gəlir. Buna heç bir ehtiyac yoxdur. Mən hesab edirəm ki, biz bu məsələyə yenidən baxmalıyıq. Bu qeydiyyat müddətini ən çoxu 30–40 günlə məhdudlaşdırmaq olar.
Digər bir tərəfdən artıq bilirsiniz ki, dövlətimiz elektron hökumət istiqamətində çox uğurlu addımlar atıbdır. Hesab edirəm ki, gələcəkdə qeydiyyatı da elektron qaydada vahid pəncərə sistemi ilə həyata keçirə bilərik. Bu, eyni zamanda, reyestrə də aid edilə, yəni reyestrdən çıxarışın verilməsi və bu kimi sair məsələlər “ASAN xidmət”in səlahiyyətinə verilə bilər. Düşünürəm ki, indi həyata keçirilən bu islahatlar dediyim sahələrə də tətbiq olunmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, Ziyafət müəllim. Mən də hörmətli həmkarım Azay müəllimin fikirlərinə qoşuluram. Həqiqətən, bu dəyişikliklər çox önəmlidir.
Ziyafət müəllim, Siz də şahidi oldunuz, NATO-nun bu günlərdə Bakıda keçirilmiş Parlament Assambleyasında “ASAN xidmət”in fəaliyyətinin təqdimatı oldu. 20-dən çox ölkədən gəlmiş həmkarlarımız Azərbaycanın bu sahədə təcrübəsini təqdir etdilər. Dünyanın bir çox ölkələrində belə bir xidmət olsa da, onun Azərbaycandakı kimi olmadığı bir sıra tədbir iştirakçıları tərəfindən vurğulandı.
Elektron hökumət, xüsusən “ASAN xidmət” bir daha sübut edir ki, möhtərəm Prezidentimiz xalqa xidmət, ictimai xidmətlə bağlı çox ciddi və çox diqqətli siyasət aparır. Ayrı-ayrı rayonlarda “ASAN xidmət” mərkəz-lərinin açılışlarında da hər dəfə bu xidmətin getdikcə genişlənməsi məsələsi qoyulur. Bu xidmət xalqın həyatını, həqiqətən, çox asanlaşdırıb. Məsələn, bu günə qədər insanlar əmlak şəhadətnaməsinin alınmasının bu qədər asan olmasını heç təsəvvür etmirdilər. Yəni əvvəllər bu işdə çox çətinliklər var idi. Və yaxud miqrantlarla bağlı… Azərbaycanda fəaliyyət göstərən əmək miqrantlarına oturmaq izninin verilməsi “ASAN xidmət” vasitəsilə çox asanlaşdırılıb.
Azay müəllim kimi mən də o fikirdəyəm ki, QHT-lərin qeydiyyatı “ASAN xidmət” vasitəsilə həyata keçirilə bilər. Onsuz da biz elektron hökumətə keçirik. Qrantların qeydiyyatı, reyestrdən çıxarışın verilməsi kimi məsələlər də “ASAN xidmət”ə həvalə oluna bilər. Mən bu təklifi də nəzərə almağı xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.50 dəq.)
Lehinə  96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 98
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda də-yişikliklər edilməsi barədə qanun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.51 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Ziyafət müəllim, gündəlikdəki növbəti dörd məsələ cənab Prezidentin bir məktubu ilə gəlib. Ona görə icazə versəydiniz, onlardan üçünü mən birlikdə təqdim edərdim, sonra ayrı-ayrılıqda səsə qoyardıq.
Sədrlik edən. Buyurun.  
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanunlara edilən dəyişiklik Amerika Birləşmiş Ştatlarında qüvvədə olan müvafiq qanuna görə hesablardan vergi tutulması ilə bağlıdır. Həmin qanun Amerika Birləşmiş Ştatları vətəndaşlarının xarici hesabları barədə banklar arasında məlumat mübadiləsini nəzərdə tutur. Məlumat mübadiləsinin məqsədi vergidən yayınma hallarının qarşısını almaqdır. Bu məqsədlə Azərbaycan Respublikasının qanunlarına xarici rezidentlərin  hesabları barədə məlumat mübadiləsinə dair müddəalar əlavə edilir.
Vergi Məcəlləsinə 60.1.4-cü və 76.2-1-ci maddələr əlavə olunur. 60.1.4-cü maddədə təklif olunur ki, bu Məcəllənin 76.2-1-ci maddəsinin tələblərini icra etmə-məyə görə banklardan və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarından aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi mi-qdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində cərimə tu-tulsun. 76.2-1-ci maddədə isə deyilir ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.
“Sığorta fəaliyyəti haqqında” və “Banklar haqqında” qanunlarda edilən dəyişiklik də onlara elə həmin 76.2-1-ci maddədəki müddəanın əlavə edilməsindən ibarətdir. Beləliklə, Vergi Məcəlləsində, “Sığorta fəaliyyəti haq-qında” və “Banklar haqqında” qanunlarda edilən dəyişikliklər informasiyanın gizlədilməməsi ilə bağlıdır. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihələrinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Qanun layihələri ilə bağlı çıxış etmək istəyən varmı? Yoxdur. Onda xahiş edirəm, 14-cü məsələyə – Azərbaycan Respu-blikasının Vergi Məcəlləsində dəyişikliklər edilməs haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə  97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublika-sının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə  91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə  97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edil-məsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Ziyafət müəllim, bu məsələ Ziyad müəlli-min məruzə etdiyi məsələ ilə eynilik təşkil edir. Eyni düzəliş “Fərdi məlumatlar haqqında” Qanunda da öz əksini tapmalıdır. Əslində, bir məktubla gələn və eyni mahiyyətli məsələdir. Ona görə millət vəkillərindən səs verməyi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, bu qanun layihəsinə də münasibət bildirin.

Səsvermənin nəticələr (saat 13.57 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır.
“Dövlət rüsumu haqqında” Qanunun 18-ci maddəsinin belə bir redaksiyada verilməsi təklif olunur: “İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri”.
Qanuna aşağıdakı məzmunda 18.65.10-cu maddə əlavə olunur: “Avtomobil yollarının vahid dövlət reyestrindən çıxarış verilməsi üçün – 10 manat.” Bu, yeni rüsum növüdür. Çünki biz “Avtomobil yolları haqqında” Qanunda müəyyən etmişdik ki, müvafiq icra hakimiyyəti orqanı avtomobil yollarının vahid dövlət reyestrini aparmalıdır. Artıq bu istiqamətdə iş gedir. Avtomobil yollarının vahid dövlət reyestrindən çıxarış verilməsi ayrıca bir əməliyyat növü olduğu üçün ona görə müəyyən rüsum müəyyən edilir. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Ziyad müəllim, Siz hər iki qanun layihəsi barədə məruzə etdiniz?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Buyurun, “Dövlət rüsumu haqqında” Azərbaycan  Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Avtomobil yolları haqqında” Azərbaycan  Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə  96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu dəyişikliklər “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyətin sərtləşdirilməsi ilə bağlıdır. Konkret olaraq onu deyə bilərəm ki, sanksiyalar artırılır. Fiziki şəxslərin 50 manat, vəzifəli şəxslərin 100 manat, hüquqi şəxslərin isə 300 manat miqdarında cərimə edilməsi təklif olunur. Çox sağ olun.
Sədrlik edən. Aydındır, sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə  95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Ziyafət müəllim, gündəliyin 21, 22, 23-cü məsələləri, yəni “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir məktubla təqdim olunmuşdur.
Sədrlik edən. 21, 22, 23? Tamam.
Z.Səmədzadə. Hər üç qanun layihəsində edilən dəyi-şikliklər “Azərbaycan Respublikasının Mülki Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli Qanununa uyğunlaşdırma aparılması məqsədi daşıyır.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna aşağıdakı məzmunda 10.2-ci maddə əlavə olunur: “Bu Qanunun 9.1.4-cü maddəsində nəzərdə tutulmuş sorğulara səlahiyyətli dövlət orqanları yayılması “İnformasiya  əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər”. Qanuna daha bir maddə – aşağıdakı məzmunda 16.5-ci maddə əlavə edilir: “Sığortaçı sığorta ödənişini bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta  ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir”.
“İcbari sığortalar haqqında” Qanunun 17.4-cü mad-dəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir: “Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qada-ğan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidir”. 18-ci maddənin mətni 18.1-ci maddə hesab edilir və aşağıdakı məzmunda 18.2-ci maddə əlavə olunur: “Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecik-dirilmiş gün üçün sığorta  ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir”.
“Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişikliklər, əsasən, 82-ci maddəni əhatə edir. 82.2-2-də bildirilir ki, sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidməti göstərilməsi üzrə tapşırıq müqaviləsinə aşağı-dakılar daxil edilməlidir: tapşırıq müqaviləsinin nömrəsi və tarixi, sığortaçının adı və ünvanı, sığorta agentinin adı, atasının adı, soyadı, yaşayış yeri, lisenziyasının seriya və nömrəsi, tapşırıq müqaviləsinin predmeti, sığorta agen-tinin müştərilərə təklif edəcəyi sığorta növlərinin siyahısı, tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği, tərəflərin hüquq və vəzifələri, müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti, tapşırıq müqaviləsinin qüvvədə olduğu ərazi, tapşırıq müqaviləsinin qüvvədə olduğu müddət, tərəflərin rekvizitləri. Bütün bunlar Azərbaycanda sığorta bazarının daha da inkişaf etdirilməsinə xidmət edir.
Qeyd edim ki, dünən Bakıda çoxsaylı ölkələrin sığor-taçılarının iştirak etdiyi böyük beynəlxalq konfrans keçirildi və bu beynəlxalq konfransda son illərdə Azərbaycanda sığorta fəaliyyəti sahəsində təkmil qanunvericilik bazasının yaradılması barədə fikirlər səsləndi. Şübhəsiz ki, bu qanunlar da sığorta haqqında müvafiq qanunların daha da təkmilləşməsinə xidmət edəcəkdir. Millət vəkillərindən xahiş edərdim ki, bu qanunlara da müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Qanun layihələri haqqında danışmaq istəyən yoxdursa, səsverməyə keçək. “İsteh-salatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Buyurun, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.07 dəq.)
Lehinə  98
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“İcbari sığortalar haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 14.08 dəq.)
Lehinə  97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.09 dəq.)
Lehinə  98
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti qanun layihəsinin müzakirəsinə keçirik. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Buyurun, Ziyad müəllim. 
Z.Səmədzadə. Ziyafət müəllim, gündəlikdəki növbəti dörd məsələ Milli Məclisə Azərbaycan Respublikasının Prezidenti tərəfindən göndərilmiş bir məktubla daxil olub. Ona görə icazə versəydiniz, bu dörd məsələdən üçünü mən təqdim edər və “Bələdiyyələrin statusu haqqında” Qanuna edilən dəyişikliklər barədə hörmətli Arif müəllim məlumat verərdi.
Sədrlik edən.   24, 25, 26, 27. Aydındır, buyurun.
Z.Səmədzadə. Hörmətli millət vəkilləri! “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi bələdiyyələrin fəaliyyətində şəffaflığı təmin etmək üçün şəhər və qəsəbələrdə fiziki şəxslər tərəfindən yerli vergi və ödənişlərin ödənilməsinin, banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilməsi, həmin bələdiyyələr tərəfindən vergi və ödənişlərin nağd şəkildə qəbul olunmasının qadağan edilməsi məqsədi ilə hazır-lanmışdır.
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanuna aşağıdakı məzmunda 11.4-cü maddə əlavə olunur: “Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır”.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də bu sa-hədə mövcud ziddiyyətlərin aradan qaldırılması zərurətindən yaranmışdır. İş ondadır ki, Vergi Məcəlləsində fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə aid edilsə də, bu Məcəllənin qəbulundan keçən dövr ərzində əmlak vergisinin bələdiyyələr tərəfindən yığılması mümkün olmamışdır. Belə ki, əmlak vergisi vətəndaşların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulur. Binaların inventarlaşdırılmış dəyəri isə müəyyən edilməmişdir. Bununla əlaqədar olaraq mövcud ziddiyyətin aradan qaldırılması üçün Vergi Məcəlləsinin 198.1.1-ci, 200.1-ci, 200.2-ci və 206.3-cü maddələrində müvafiq dəyişikliklərin edilməsi təklif olunur.
198.1.1-ci maddədə edilən dəyişikliyə görə tikintisinə icazə tələb olunmayan tikililər istisna edilməklə əmlak vergisi əmlak sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə görə müəyyən edilir. Burada göstərilir ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Bakı üzrə orta hesabla 0,4, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 0,3, digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri üzrə 0,2, rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə 0,1.
Vergi Məcəlləsinin 200-cü maddəsi belə adlanır: “Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası”. 200.1-ci maddədə “Binalar üzrə əmlak vergisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanır” cümləsi “Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır” cümləsi ilə əvəz edilir.
200.2-ci maddədə “dəyərindəki payına” sözləri “sa-həsindəki payına” sözləri ilə əvəz edilir.
206.3-cü maddədə edilən dəyişikliyə əsasən Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş tor-paqlar istisna olmaqla torpaq sahəsinin hər 100 kvad-ratmetrinə görə yeni dərəcələr tətbiq olunur.
Nəhayət, “Büdcə sistemi haqqında” Qanunda edilən dəyişikliklər barədə. “Büdcə sistemi haqqında” Qanunun 32-ci maddəsinə müvafiq olaraq yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda dövlətin yerli büdcələrə maliyyə dəstəyi dövlət büdcəsindən dotasiya və subvensiya ayırmaq vasitəsi ilə həyata keçirilir. Yerli büdcələrə dövlət büdcəsindən dotasiya və subvensiya ayrılması Qanunda nəzərdə tutulsa da, onun icra mexanizmi olmadığı üçün qeyd edilən pul vəsaitinin ayrılması çətinliklər yaradır. Bununla əlaqədar olaraq mövcud ziddiyyətin aradan qaldırılması üçün “Büdcə sistemi haqqında” Qanunun 32.2.2-ci və 34.4-cü mad-dələrində müvafiq dəyişikliklər edilməsi təklif olunur.
32.2.2-ci maddədə edilən dəyişiklik bələdiyyələrlə dö-vlət hakimiyyəti orqanları arasında büdcə münasibət-lərinin daha da təkmilləşdirilməsinə xidmət edir.
34.4-cü maddənin təklif olunan mətnində isə deyilir ki, dotasiyanın həddinin hesablanmasında bələdiyyələrin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi, bələdiyyələrin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələr nəzərə alınmalıdır.
Komitəmiz hesab edir ki, bu dəyişikliklər ölkədə büdcə sisteminin şəffaflığının daha da artırılmasına, yerli gəlirlərin artmasına, iqtisadi qanunvericilik bazasının daha da təkmil olmasına xidmət edəcəkdir.
Onu da deyim ki, biz dünya ölkələri arasında fiziki şəxslərdən alınan əmlak vergisinin miqdarına görə axırıncı yerlərdən birini tuturuq. Yəni vergilərin ümumi yığımında əmlak vergisi, torpaq vergisi 1–2 faizdən artıq deyil, hətta ondan da aşağıdır.
Torpaq vergisinin, əmlak vergisinin düzgün hesablan-ması bütövlükdə Azərbaycanın milli sərvətinin hesablan-ması üçün lazımdır. Burada vergilərin artmasından söhbət getmir, uçotun obyektivliyindən söhbət gedir. Ona görə də millət vəkillərindən bu qanun layihələrinə müsbət münasibət bildirmələrini xahiş  edərdim.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qanunla bağlı çıxış eləmək istəyən həmkarlarımız var. Azər Badamov. 
A.Badamov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəl-lim. Hörmətli deputat həmkarlar! Təqdim olunmuş qanun layihələri nağd hesablaşma yolu ilə vergi yığımının qada-ğan olunmasına, yerli büdcəyə ödənəcək vergilərin hesablanma mexanizminin müəyyən edilməsinə, dövlət büdcəsində bələdiyyələrə ayrılan dotasiyaların bölüşdürülməsi və təyinatı qaydalarının müəyyən olunmasına, yerli özünüidarəetmə orqanlarında şəffaflığın təmin olunmasına, korrupsiya hallarının aradan qaldırılımasına, bələdiyyələrə olunan vətəndaş müraciətlərinin vaxtında cavablandırılmasına şərait yaradacaqdır.
Ümumiyyətlə, bələdiyyələr tərəfindən yerli büdcəyə verilən vergilərin yığılması çox aşağı, yəni bütövlükdə ölkə üzrə təxminən 30 faizə qədərdir. İndi qəbul ediləcək qanunla nağd şəkildə vergi yığılmasına qadağa qoyulması düzgün haldır və reallıqlara əsaslanır. Ancaq vergi və yerli büdcə ödənişlərinin verilməsinə laqeyd münasibət göstərənlər, vergidən yayınanlar haqqında bələdiyyələrdə hər hansı təsir mexanizminin olmaması vergidən yayınma hallarının daha da çoxalmasına gətirib çıxaracaqdır.
Düşünürəm ki, gələcəkdə bələdiyyələrin statusunda belə bir təsir mexanizminin hazırlanması və qəbul edil-məsinə ehtiyac var. Qanunvericilikdə belə bir hal nəzərdə tutularsa, bələdiyyə maliyyəsinin artırılmasına və yerli özünüidarəetmə orqanlarının daha səmərəli işləməsinə şərait yaradılmış olar. Qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Azər müəllim. Elmira xanım, sualınız var? Buyurun. 
E.Axundova. Mən də başa düşürəm ki, hamımız əmlak vergisini verməliyik. Burada meyarlar da dəyişdirilməli-dir. Amma məni bir məsələ maraqlandırır. Burada manatla yazılıb – Bakıda bu qədər, Gəncədə, Sumqayıtda bu qədər. Bu məbləğ ildə bir dəfə ödəniləcək, ya ayda bir dəfə?
Yerdən. (Eşidilmir.)
E.Axundova. İldə bir dəfə. Onda olar.
Sədrlik edən. Bitdi sualınız? Mübariz Qurbanlı.
M.Qurbanlı. Məni bir məsələ maraqlandırır. Bu gün Bakıda və digər şəhərlərimizdə mənzil fondu ya mənzil-istismar idarələri, ya da müxtəlif tikinti şirkətləri tərəfindən idarə olunur. Ona görə ödəmələrdə çoxlu fərq var. Mənzil-istismar idarələrinə ödəmələr bank yolu ilə aparılır və tariflər də çox aşağıdır. Vətəndaşlar da bundan heç bir etiraz eləmirlər. Amma son vaxtlar bizə məktublar gəlir, vətəndaşlar etiraz edirlər ki, məsələn, ayrı-ayrı şirkətlər mənzil tikib, satıb, vətəndaşlar pulunu ödəyib alıblar, amma kommunal xərclər adı ilə o qədər yüksək qiymətlər qoyulub ki, adam deyir, elə bil, kirayədə yaşayıram. Özü də bunlar nağd ödəmələrdir.
Mən Ziyad müəllimdən soruşmaq istəyirəm ki, bu əmlak vergisini kim ödəyəcək – vətəndaş, yoxsa kommu-nal xərclər adı ilə vətəndaşdan yüksək tariflərlə pul yığan şirkət? Çünki vətəndaş mənzilin su pulunu verir, qaz pulunu verir, hər şeyi ödəyir, əlavə də ona pul ödəyir. İndi bunu da ödəməsi tələb olunanda vətəndaş deyəcək ki, elə kirayədə yaşasaydım bundan yaxşı idi. Belə binalar, mənzillər çoxdur. Bu məsələni biz həll eləməliyik, çünki bu çox ciddi məsələdir. Sağ olun.
Sədrlik edən. Eləyərik, Mübariz müəllim. Ziyad müəllim, kim ödəyəcək?
Z.Səmədzadə. Ziyafət müəllim, bu, doğrudan da, mürəkkəb bir məsələdir. Son vaxtlar Milli Məclisə gələn müraciətlərdən də görünür ki, ölkənin mənzil-kommunal təsərrüfatında ciddi islahatların aparılmasına ehtiyac var. Hələlik bir çox hallarda bu məsələlər sakinlərin boynuna düşür. Özəl şirkətlər tərəfindən tikilmiş 5–6 binanın idarəedici strukturu yaradılıb, ancaq onların da əksəriyyəti kifayət qədər əsaslı olmayan kommunal xidmət haqları, vergilər toplayırlar. Hər halda mən bu gün bu barədə qəti bir söz deyə bilməyəcəyəm. Çünki bundan ötrü müvafiq araşdırmalar aparılmalıdır. Hər bir məsələ konkret olmalıdır. Amma bu problem var.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən də Mübariz müəllimin narahatçılığını bölüşürəm. Ziyad müəllimin özü də söylədi, doğrudan da, biabırçılıqdır. Tikinti şirkəti evi tikir, satır, sonra da soyğunçuluqla məşğul olur. Əlavə olaraq ev sahibindən bəzən yaşayış sahəsinin hər kvadratmetrinə görə 1 manat pul alır. Buna həqiqi mənada qanun çərçivəsində münasibət bildirilməli, tədbirlər görülməlidir.
Amma burada Bakı və Sumqayıt şəhərləri üzrə yaşayış sahəsinin hər kvadratmetrinə görə 0,4 manat, yəni 40 qəpik əmlak vergisi müəyyənləşdirilib. Ziyad müəllim, mən hesab edirəm ki, bu, kifayət qədər yüksək bir rəqəmdir. Ona görə ki, Bakının ətraf rayonları, Xutor deyilən ərazi, Badamdar qəsəbəsi var, kəndlər var. Bu yerlərdə görürsən ki, insan bir kubiklə ikimərtəbə ev tikib. Onun kvadratmetri çoxdur. Həyətdə də 50 kvadratmetrlik yardımçı tikintisi var. Oraya da bel qoyur, ağacların dibini təmizləməyə dırmıq qoyur. Buna görə götürüb bu qədər vəsait almaq onsuz da sosial durumu ağır olan əhalinin vəziyyətini xeyli ağırlaşdıracaq. Ona görə də düşünürəm ki, burada bir az fərqləndirmə aparılmalı, fərdi mənzili, xüsusilə də özəl həyətyanı torpaq sahəsi olan şəxslər üçün bir, çoxmərtəbəli binalarda yaşayanlar üçün ayrı əmlak vergisi müəyyənləşdirilməlidir. Ən aşağısı 50 faiz azaldılmalıdır. Birdən-birə bu qədər yüksək rəqəmlərin təyin olunmasını mən doğru hesab etmirəm. Çünki bu, ciddi sosial narazılığa səbəb olacaq. Həmin ərazilərdə, Bakı kəndlərində, dediyim qəsəbələrdə, şəhərin içərisində – Sovetski, Papanin, Xutor deyilən ərazilərdə əhalinin sosial baxımdan nisbətən müdafiəsiz hissəsi yaşayır. Çox ciddi narazılığa səbəb olacaq. 0,4-ü 0,2-yə endirmək lazımdır.  Çoxmərtəbəli binalarda mənzil sahəsi olanlarla torpaq sahəsində fərdi evi olanlar arasında fərq qoyul-malıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, biz Ziyad müəllimin təqdim etdiyi üç qanun layihəsini müzakirə etdik. İndi Arif müəllimə söz verək, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərlə bağlı məlumat versin. Buyurun, Arif müəllim.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin  sədri.
Əvvəlcə mən bu qanun layihələri ilə bağlı qaldırılan iki məsələyə aydınlıq gətirmək istəyirəm. İş burasındadır ki, Bakının zonalarından asılı olaraq 0,7-dən 1,5-ə kimi əmsal nəzərdə tutulur. O əmsalı müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcəkdir. Yəni bu əmsal tətbiq olunduqda Xutorda və ona bənzər ərazilərdə yaşayış sahəsinin hər kvadratmetri üçün əmlak vergisi 40 qəpik yox, 28 qəpik olacaqdır. Ən mərkəz yerdə yaxşı evlərdə də 40 qəpik yox, 60 qəpik ola bilər.  Bu birinci məsələ.
İkinci məsələ. Burada fikirlər səsləndirildi ki, tikinti şirkətləri tikdikləri evlərdə yaşayış sahələrinə xidmət edir və buna görə yüksək vergilər götürürlər. İş burasındadır ki, bizim Mənzil Məcəlləsinə görə evlərin xidməti heç kəsə həvalə olunmayıb. O evlərdə yaşayan insanlar özləri müəyyən edə bilərlər ki,  bu evə kim xidmət etməlidir. Mənzil-istismar sahələrimi edəcəkdir, ya o evi tikənlərmi edəcək. Bu o binalarda yaşayan insanların səlahiyyətinə daxil olan bir məsələdir. Bizim camaat heç bir ictimai fəallıq göstərmək istəmir. Odur ki, tikinti şirkətləri öz iradələrini onlara qəbul etdirir və xidmət edirlər. Sakinlər bir balaca fəallıq göstərsələr, o xidmətdən imtina edə bilərlər. Bu işi öz üzərlərinə də götürə, başqa bir təşkilata da həvalə edə bilərlər. Bizim qanunvericilikdə məsələ belə həll olunub. Orada elə bir çətin məsələ yoxdur. Yalnız insanların fəallığına ehtiyac var.
Nəhayət,  “Bələdiyyələrin statusu haqqında” Qanuna edilən dəyişiklik ondan ibarətdir ki, “Vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə  müraciətləri”  adlı 30-cu maddəyə bir əlavə edilibdir. Burada deyilir ki, bələdiyyələr tərəfindən hüquqi və fiziki şəxslərin müraciəti əsasında 5 gündən  gec olmayaraq onların  yerli vergilər və ödənişlər üzrə borcları barədə arayış verilir. Bu norma ona görə əlavə edilir ki,  süründürməçilik olmasın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Əgər başqa bir təklif yoxdursa, xahiş edirəm, 24-cü məsələyə – “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə mü-nasibət bildirək. 

Səsvermənin nəticələr (saat 14.30 dəq.)
Lehinə  97
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələr (saat 14.30 dəq.)
Lehinə  98
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun  layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.31 dəq.)
Lehinə  98
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 14.32 dəq.)
Lehinə  97
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin növbəti məsələsi – “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”  Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli Qanununun tətbiqi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli Fərmanında dəyişiklik edilməsi haqqında cənab Prezidentin 2013-cü il 16 dekabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Qanun layihəsində “Dövlət rüsumu haqqında” Qanuna aktuari şəhadətnaməsinin verilməsi və bunun üçün tutulan dövlət rüsumunun dərəcəsi haqqında iki yeni maddənin əlavə edilməsi təklif olunur. Layihə millət vəkillərinə təqdim olunmuşdur. Xahiş edərdim ki, məsələyə münasibət bildirilsin.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.33 dəq.)
Lehinə  95
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında  qanun layihəsi. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Azər-baycan Respublikasının İnzibati Xətalar Məcəlləsində sığorta qanunvericiliyinin pozulması ilə bağlı olan 255-ci və 257-1-ci maddələr mövcuddur. Təklif olunan dəyişikliklər də, əsasən, həmin maddələrə edilən əlavələrlə bağlıdır. Söhbət burada sanksiyaların gücləndirilməsindən, artırılmasından gedir. Belə ki, 255.2-ci maddədə 300 manat, 255.3-cü maddədə 500 manat məbləğində cərimə müəyyən edilir. 257-ci maddədə də dispozisiyada “Dövlət rüsumu haqqında” Qanundan irəli gələn dəyişikliklər təklif olunur. Çox sağ olun. 
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.35 dəq.)
Lehinə  92
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Nəhayət, gündəliyimizin axırıncı iki məsələsi. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Arayış üçün deyim ki, bu qanun layihəsi ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərov və Baş Prokurorluğun idarə rəisi Natiq müəllim burada iştirak edirlər. Əgər sualınız olsa, onlara da ünvanlaya bilərsiniz. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, bildiyiniz kimi, gündəliyimizin axırıncı iki məsələsi eyni adlı qanun layihələridir. Amma onlardan biri Ali Məhkəmə, digəri isə Baş Prokurorluq tərəfindən təqdim edilib. Ona görə icazə versəydiniz, mən bu iki məsələ barədə ayrı-ayrılıqda məlumat verər və biz onları ayrı-ayrılıqda müzakirə edərdik. Çünki Baş Prokurorluq tərəfindən təqdim olunmuş sənəd daha fundamental məsələdir və o bir qədər geniş müzakirəyə səbəb ola bilər.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Onda gündəliyimizdəki növbə sırası ilə əvvəlcə Ali Məhkəmə tərəfindən təqdim olunmuş qanun layihəsi barədə məlumat verim. Hörmətli Ziyafət müəllim, istərdim, burada bizim komitə tərəfindən edilmiş bir düzəlişi də nəzərə alaq. Çünki Ali Məhkəmənin təqdim etdiyi layihədə həm “Məhkəmələr və hakimlər haqqında” Qanunda, həm də  “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişikliklər edilməsi barədə təkliflər yer almışdır. Bunlar bir məktubla daxil olsa da, biz razılaşmışıq ki, bu dəyişikliklər bir deyil, iki qanun layihəsi şəklində müzakirəyə çıxarılıb səsə qoyulsun. Yəni bu qanun layihələrinə ayrı-ayrılıqda səs verməli olacağıq.
Bu iki məsələ əsas etibarilə məhkəmə hakimiyyətinin fəaliyyətinin tənzimlənməsinə həsr olunub. Məsələ bura-sındadır ki, ölkəmizdə  hazırda regionlarda da ixtisas-laşmış məhkəmələr mövcuddur. Məhkəmə-Hüquq Şura-sında biz təklif etmişik ki, tərkibində ancaq 12 və daha çox hakim  olan rayon (şəhər) məhkəmələrində sədr müavini vəzifəsi təsis olunsun. Hesab edirəm, bu, düzgün mövqedir. Çünki daha kiçik məhkəmələrdə sədr müavini vəzifələri büdcəyə əlavə yükdən başqa bir şey deyil.
Eyni zamanda, biz məhkəmə hakimiyyətinin  müstəqil-liyinin daha da gücləndirilməsi məqsədilə belə bir təklif irəli sürmüşük ki, hakimin fəaliyyətinə hər hansı bir kənar müdaxilə olarsa, o bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verməlidir. Şura məhkəmə hakimiyyətinin idarə orqanı kimi öz səlahiyyətləri çərçivəsində tədbir görə biləcək.
Eyni zamanda, təklif etmişik ki, hakimin fəaliyyəti dövründə onun əmək haqqının məbləği aşağı salına bilməz. Bu müddəa bütün dünyada hakimin müstəqilliyinin elementlərindən biridir və “Konstitusiya Məhkəməsi haqqında” Qanunda da mövcuddur. Demək istəyirəm ki, Ali Məhkəmə tərəfindən daxil olan bu məsələ əsas etibarilə məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlıdır.
Bundan başqa, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna da  bir əlavə təklif olunur. Hakimin səlahiyyət-lərinə xitam verildikdə onun barəsindəki intizam icraatına da xitam verilir. Məsələ burasındadır ki, bəzən hakim haqqında intizam icraatı başlanır, davam edir. Təbii ki, bir gün hakimin səlahiyyət müddəti bitir, amma intizam icraatı açıq qalmış olur. Bu baxımdan biz bu məsələni tənzimləməkdən ötrü belə bir əlavə təklif etmişik.
Hörmətli Ziyafət müəllim, hesab edirəm ki, bu iki məsələni – sırf məhkəmə hakimiyyətinin  fəaliyyətini tənzimləyən, daha çox texniki xarakter daşıyan məsələləri biz indi səsə qoya bilərik, amma sonra, icazə versəniz, mən sonuncu məsələ – Baş Prokurorluğun təqdim etdiyi və Sizin də  söylədiyiniz məsələ barədə ayrıca məruzə edərdim.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsi ilə bağlı Qüdrət müəllim yazılıb. Buyurun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun.  Ziyafət müəllim, mən elə bildim, gündəlikdəki son iki məsələ birlikdə müzakirə olunacaq. Daha çox mən sonuncu, yəni 31-ci məsələ ilə bağlı çıxış etmək istəyirdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Onda xahiş edirəm, gündəlikdəki 30-cu məsələyə – “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 14.40 dəq.)
Lehinə  97
Əleyhinə 0
Bitərəf                           1             
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, Əli müəllim artıq qeyd etdi, Ali Məhkəmə tərəfindən daxil olan məktubda həm “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda, həm də “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişikliklər edilməsi nəzərdə tutulub. Biz bir qanun layihəsini artıq qəbul etdik, amma “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda edilən dəyişikliklərə səs vermək üçün gərək bu dəyişiklikləri də gündəliyə salaq. İndi, xahiş edirəm, həmin dəyişikliklərin gündəliyə salınmasına münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.41 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Yəni bu məsələ artıq gündəliyə salındı.
İndi isə həmin məsələyə, yəni “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm. Həmin dəyişikliklərin mahiyyətini Əli müəllim artıq bizim nəzərimizə çatdırdı. Buyurun. 

Səsvermənin nəticələr (saat 14.42 dəq.)
Lehinə  99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, gündəliyimizin axırıncı məsələsi. Bu məsələ də “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Amma bu qanun layihəsinin müəllifi Azərbaycan Respublikanın Prokurorluğudur. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, Ziyafət müəllimin qeyd etdiyi kimi, bizim sonuncu məsələmiz Baş Prokurorluq tərəfindən təqdim olunub. Bilirsiniz ki, Konstitusiyaya görə Baş Prokurorluğun da qanunvericilik təşəbbüsü hüququ var.
Vaxtilə bizim də məhkəmə sistemində andlı iclasçılar institutunun formalaşması məsələsi hüquq ictimaiyyətində çox ciddi müzakirə olundu. Bunun tərəfdarları da, əleyhdarları da var idi. O zaman “Məhkəmələr və hakimlər haqqında” Qanun qəbul olunarkən ona andlı iclasçılarla bağlı xüsusi bir fəsil daxil edilib. Amma qanunun “Keçid müddəaları”nda göstərilib ki, bu fəslin tətbiqi məsələsinə Azərbaycanda məhkəmə-hüquq islahatları  başa çatdıqdan sonra baxılacaqdır. Beləliklə, belə bir kazus yaranıb. Bizim “Məhkəmələr və hakimlər haqqında” Qanunda uzun illərdir işləməyən bir institut – andlı iclasçılar institutu mövcuddur.
Məhkəmə-Hüquq Şurasında bu məsələ çox ciddi müzakirə olunub. Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, praktik hüquq ictimaiyyəti əsas etibarilə bu institutun, andlı iclasçılar təsisatının əleyhinədir. Onların öz arqumentləri var. Amma hüquq müdafiəçilərinin, vəkillərin də andlı iclasçılar, andlılar məhkəməsi ilə bağlı lehinə olan arqumentləri var.
Mən, eyni zamanda, bizim komitənin mövqeyini sizin diqqətinizə çatdırmaq istəyirəm. Hesab edirik ki, məhkəmə-hüquq  islahatlarının indiki mərhələsində andlı iclasçılara, andlılar məhkəməsinə ehtiyac yoxdur. Məhkəmə-hüquq islahatlarının indiki mərhələsi dedikdə onu nəzərdə tuturam ki, cənab Prezident tərəfindən elektron məhkəmə ilə bağlı fərman verilib, vətəndaşların ümumiyyətcə dövlət orqanlarının fəaliyyəti və o cümlədən məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı məlumat əldə etmək,  elektron formada məhkəmə proseslərini izləmək, audio-video yazılardan yararlanmaq, elektron formada iddia təqdim etmək imkanları daha çoxdur. Yəni biz tamamilə yeni bir mərhələyə keçid edirik və bu mərhələ, mənim fikrimcə, andlılar məhkəməsinin vətəndaşın məhkəmə hakimiyyətində iştirakı ilə bağlı ideyasını özündə daha düzgün ehtiva edir.
Qeyd etmək istəyirəm ki, andlı iclasçılar ideyası daha çox Amerikada mövcud olub, anqlosakson hüquq sistemindən irəli gəlib. Çox keçmiş sistemdir. Amma müasir dövrdə hüquq islahatlarının daha çevik formaları mövcuddur.
Komitəmizdə məsələ geniş, hərtərəfli surətdə müzakirə olunub. Prokurorluğun əsaslandırması yazılı şəkildə sizə təqdim edilib. Mən, eyni zamanda, öz mövqeyimi də sizə bildirdim. Komitəmizdə bu məsələnin əleyhinə çıxış edənlər də olub. Onların öz arqumentləri var və mən onlara hörmətlə yanaşmışam. Amma bir daha qeyd etmək istəyirəm ki, bizim Məhkəmə-Hüquq Şurasının, Azərbaycanın praktik hüquq ictimaiyyətinin və parlamentin hüquq komitəsinin əsas etibarilə mövqeyi işləməyən bu qanun normasının “Məhkəmələr və hakimlər haqqında” Qanundan çıxarılmasından ibarət olub. Mən hörmətli həmkarlarımdan bizim mövqeyi müdafiə etməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev, buyu-run.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən başa düşürəm ki, hamı yorulub, amma bu, ciddi məsələ olmasaydı, bəlkə də mən heç bu müzakirələrə qatılmazdım.
Mən komitənin iclasında da söylədim, indi də hörmətli həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, ümumiyyətlə, hüquqi dövlət quruculuğu istiqamətində addım atan ölkə üçün andlı iclasçılar institutunun cinayət-prosessual qanunvericiliyə daxil edilməsi çox əlamətdar bir hadisə idi. Bu qanun mərhum Prezidentimiz Heydər Əliyevin dövründə qəbul olundu. Bu çox mütərəqqi bir addım idi. Amma bu gün mən çox təəssüf hissi ilə qeyd edirəm ki, bu qanun, heç olmasa, hər hansı bir regionda pilot layihə kimi belə təqdim olunmadan bizim qanunvericilikdən çıxarılır.
Andlı iclasçılar institutunun tətbiq edildiyi ölkələrin əksəriyyəti anqlosakson hüquq sisteminə daxil deyil. Amma bir neçə ölkə istisna olmaqla Avropa dövlətlərinin böyük əksəriyyəti andlı iclasçılar institutunu öz prosessual qanunvericiliyinə daxil edibdir.
Hüquqşünaslar arasında bu istiqamətdə çox ciddi müzakirələr gedir. Rusiyanın özündə bu institut bir neçə dəfə ləğv olunub, sonra yenidən tətbiq olunub. İndi yenə tətbiq edilib və qüvvədədir.
Niyə bu institutdan istifadə olunur? Əvvəla, ona görə ki, Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsində yazılıb: “Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və nümayəndələri vasitəsilə həyata keçirə bilərlər”. Nümayəndələri vasitəsilə onlar icra hakimiyyətini həyata keçirir, Prezidenti seçirlər. Qanunverici orqana da yenə millət vəkillərini seçirlər. Qanunverici orqan, Azərbaycan Respublikasının parlamenti fəaliyyət göstərir. Amma məhkəmə hakimiyyətinin həyata keçirilməsində onların birbaşa iştirak etmək imkanı yoxdur. Əgər biz andlı iclasçılar institutunu saxlasaydıq və onun haqqında qanun tətbiq olunsaydı, vətəndaşların bu hüququ gerçəkləşərdi. Amma indi bu hüquq da onların əlindən alınır.
Prokurorluğun təqdim etdiyi arayışda göstərilir ki, hansı səbəblərdən andlı iclasçılar institutu bizim qanunvericilikdən çıxarılır. Burada qeyd olunur ki, guya andlı iclasçılar çətin işdən baş çıxara bilməzlər. Onlarda qanuna tabeolma vərdişləri yoxdur, daha tez ictimai təsirə məruz qalırlar, daxili hissləri əsas tuturlar və sair. Prokurorluğun bu fikri ilə heç cür razılaşmaq olmaz. Qanunları biz elə dildə yazırıq ki, sadə vətəndaş oxusun, başa düşsün ki, hansı əməli etmək, hansı ictimai münasibətləri pozmaq cinayət hesab olunur.
Qanunları qəbul edənlərin çoxu hüquqşünas deyil. Biz qanunları necə qəbul edirik? Məruzəçi olur, kim isə həmin qanunu təqdim edir ki, bu budur, budur, budur. Digərləri də ona qulaq asır və axırda da səs verir ki, bunu qəbul etmək olar, yoxsa olmaz. Andlı iclasçılar institutunda da belədir. Hakim əvvəlcə andlı iclasçılara izah edir ki, qanunun məğzi nədən ibarətdir və bundan sonra çəkişən tərəflər, yəni ittiham tərəfi və müdafiə tərəfi orada öz arqumentlərini ortaya qoyur və andlı iclasçılar da diqqətlə onlara qulaq asırlar.
Prokurorluğun arayışında qeyd olunur ki, guya onlarda qanuna tabeolma vərdişi yoxdur. Bəlkə də bu daha doğrudur. Ona görə ki, hakimlər bir müddətdən sonra ittihama daha meyilli olurlar. İkincisi, peşə vərdişi ilə əlaqədar olaraq onlar məhkəmə araşdırması prosesinin artıq ilkin mərhələsində nəticə çıxarırlar.
Bu yaxınlarda Böyük Britaniyada bir araşdırma aparmışdılar. Bəlli olmuşdu ki, ali təhsilli, intellektli insanlar hər hansı bir cinayət hadisəsini müşahidə edəndən qısa müddət sonra bu barədə tam obyektiv ifadə verə bilmirlər. Onlar hadisənin bir hissəsini görürlər, qalan hissəsini isə beyin avtomatik olaraq özü düşünür, tamamlayır. Bilirsiniz, bu da bir çox hallarda yanlış qərarların qəbul olunmasına gətirib çıxarır. Amma andlı iclasçılar proses zamanı çox dəqiqliklə həmin prosesi izləyirlər. Ona görə ki, o hadisə onlar üçün birinci haldır və bunlar daha doğru, düzgün qərar qəbul edə bilirlər.
Bundan başqa, andlı iclasçılar hakimiyyətdən daha az asılıdırlar. Ona görə az asılıdırlar ki, karyera barədə düşünmürlər və onların hansısa bir qurum qarşısında statistik hesabatlılığı yoxdur. Amma hakimlərdə bilirik ki, bu cür asılılıqlar var. Ona görə də andlı iclasçılar institutu, hesab edirəm ki, mütləq saxlanılmalıdır.
Başqa məsələ, vətəndaşlar özləri birbaşa məhkəmə prosesində iştirak edir və cinayət törətmiş şəxslərin, onların yaxınlarının hansı məhrumiyyətləri yaşadığını görürlər. Bu həm də priventiv bir xarakter daşıyır, cinayətkarlığın qarşısının alınmasına xidmət göstərmiş olur.
Prokurorluğun arayışında qeyd olunur ki, andlılarda qanuna tabeolma vərdişi yoxdur. Bu, əslində, doğrudur. Ona görə ki, hakimlər bir çox hallarda qanunun dar çərçivəsində fəaliyyət göstərir, andlı iclasçılar isə daha çox sosial ədalətin bərpa olunması barədə düşünürlər. Məhkəmə hakimiyyətinin də əsas məqsədi ölkədə məhz sosial ədalətin bərpa olunmasından ibarətdir. Ona görə də andlı iclasçılar tərəfindən çıxarılan bəraət hökmlərinin sayı adi məhkəmələr tərəfindən çıxarılan bəraət hökm-lərinin sayından on dəfə çox olur.
Mən hesab edirəm ki, Azərbaycanda andlı iclasçılar institutu nəinki qanunvericilikdən çıxarılmamalı, əksinə, daha geniş məhkəmə islahatları aparılmalıdır. Əgər bizdə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qanadıdırsa, prokurorluq hakimlərin seçilməsində niyə iştirak edir? Bizim Milli Məclisin üzvləri, Ədliyyə Nazirliyinin işçiləri Məhkəmə-Hüquq Şurasının üzvləridirlər. Halbuki 1-ci maddədə yazırıq ki, Məhkəmə-Hüquq Şurası hakimlərin özünüidarə orqanıdır. Hakimlərin özünüidarə orqanında Ədliyyə Nazirliyinin nə işi var, həm də o quruma rəhbərlik edir.  Halbuki Ədliyyə Nazirliyi məhkəmələrin sırf maddi-texniki təchizat məsələləri ilə məşğul olmalıdır. Amma hakimlərin seçilməsində, yerləşdirilməsində, cəzalandırılmasında iştirak edən bir quruma icra hakimiyyətinin, yəni Nazirlər Kabinetinin bir üzvü rəhbərlik edir.
Bilirsiniz, bu cür mütərəqqi bir institutun cinayət qanunvericiliyindən çıxarılması geriyə atılmış bir addım olardı. Ona görə də mən buna öz etirazımı bildirirəm. Düşünürəm ki, əksinə, Azərbaycanda məhkəmələrin müs-təqilliyinin təmin olunması istiqamətində konkret addım-lar atılmalıdır.
Sonda bir qeydimi də bildirim. Bu yaxınlarda Hüquqşünaslar Konfederasiyasının təşəbbüsü ilə elektron məhkəmələrlə bağlı bir seminar keçirdik. Orada Yasamal məhkəməsinin hakimi, – familiyasını unutmuşam, – Ramin adında biri çıxıb deyir ki, Gədəbəy məhkəməsinin binası dağılıb gedir. Belə bir binada hansı ədalətli qərarların qəbul olunmasından söhbət gedə bilər? Mən irad tutdum ki, binanın pis vəziyyətdə olmasının ədalətli qərar qəbul olunmasına nə aidiyyəti var? Hakim açıq havada da işləyib düzgün qərar qəbul edə bilər.
Əvvəllər, sovet dövründə səyyar məhkəmələr keçirilirdi. Hakimlər kənddə klubun həyətində, məktəbdə yığışır, səyyar məhkəmə iclasları keçirirdilər ki, camaat o prosesin iştirakçısına çevrilsin, onu öz gözləri ilə  görsün.  Lap bu açıq havada da ədalətli qərar qəbul eləmək olar. O mənim bu iradımı qəbul eləmək əvəzinə uzun-uzadı, bir 10–15 dəqiqə çıxış eləyib özünə haqq qazandırmaq istədi.
Çox təəssüf ki, bu düşüncəli insanlar bizim məhkəmə hakimiyyətində kifayət qədərdirlər. Yeri gəlmişkən, müvafiq vəzifəli şəxslərin diqqətinə çatdırıram ki, hakimlər seçiləndə onların səviyyəsinə, dünya görüşünə diqqət yetirilməlidir. Bayaq burada Sabir Rüstəmxanlı qeyd elədi ki, bəzən  bir normal ərizə yaza bilməyən adamlar da hakim seçilirlər. Yəni bu məsələlərə xüsusi diqqət yetirilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəl-lim. Mən də bu məsələ barədə Qüdrət müəllimin fikirlərini bölüşürəm. Doğrudan da, əgər məhkəmə-hüquq sistemində islahatlar gedirsə, bu islahatlar hələ qurtarmayıbsa, bunu indi qanunvericilikdən çıxarmağın nə mənası var? Hələlik qoy qalsın, nə vaxt bunun tam şəkildə lazımsızlığı sübut olunar, o vaxt qanunvericilikdə biz bu dəyişikliyi edərik.
Məncə, bu məsələni Milli Məclisə çıxarmazdan qabaq bunun bir ictimai dinləməsini keçirmək lazım idi ki, bilək, ictimaiyyətin buna münasibəti necədir, bunu necə qarşılayır. İzah olunmalıydı ki, bunun birdən-birə ortaya çıxmasının səbəbi nədir və bu hansı zərurətdən doğur. Hesab edirəm ki, bu məsələ geniş, əhatəli, tam şəkildə müzakirə olunduqdan sonra onun haqqında qərar vermək olar.
Ən sərt rejim olan SSRİ-nin də məhkəməsində xalqın nümayəndəsi – xalq iclasçısı iştirak edirdi. Heç bir qərara təsir etməsə də, hər halda iştirak edirdi və bir ictimai nəzarət həyata keçirirdi. Bu olmasa, orada ancaq hakim, prokuror, vəkil qalacaq və proses də elə bu üç nəfər arasında gedəcək. Bir də, tutalım, orada təqsirkarın və ya cavabdehin qohum-əqrəbası gəlib oturacaq. Orada bitərəf adam yoxdur ki, bu məsələyə qərəzsiz yanaşsın və obyektiv mühakimə yürüdərək kimin haqlı tərəf olduğunu göstərsin.
İkinci bir tərəfdən andlılar məhkəməsinin olması vəkillik institutunun inkişafına müsbət təsir göstərir. Çünki vəkil çalışır, orada oturanları inandırsın və məsələnin mahiyyətini onlara tam şəkildə, arqumentləri ilə çatdırsın. Bu da, təbii ki, vəkillik institutunun daha geniş formada inkişafına xidmət edir. İndi biz bunu da buradan götürdük. Hakim və ya prokuror vəkilin faktlarını qəbul edə də bilər, etməyə də bilər. Lakin vəkil andlıları inandırdıqdan sonra onların verdiyi qərar, təbii ki, obyektivliyə söykənib verilən qərar olur.
Andlılar məhkəməsinin olması həmçinin bəzi neqativ halların qarşısını alır. Biz bilirik ki, bu məsələdə tam şəffaflıq yoxdur. Elə hakimlər var ki, öz maddi və ya başqa maraqlarına görə qeyri-qanuni qərarlar qəbul edirlər. Andlılar məhkəməsi bunun da qarşısını alacaqdı. Ona görə mən qanunvericilikdə bu məsələnin saxlan-masının tərəfdarıyam. Sağ olun.
Sədrlik edən. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar! Andlı iclasçılar institutu qanunver-iciliyə formal cəhətdən bir demokratik çalar gətirirsə də, hüquqi məqsədəuyğunluq baxımından onun qanunver-icilikdə qalmasını şəxsən mən düzgün hesab etmirəm. Bu gün qüvvədə olan qanunvericiliyə görə andlı iclasçılarla bağlı müddəalar Azərbaycanda ancaq hüquq islahatları başa çatdıqdan sonra tətbiq oluna bilər. Hüquq islahatları isə Azərbaycanın bugünkü sürətli inkişafı fonunda sonu görünməyən bir prosesdir və hələ uzun müddət davam edəcəkdir. Ona görə bu müddəalar, əslində, ölü müddəalardır. Məşhur bir deyim də var ki, ölü qanun pis qanundan daha pisdir.
Andlı iclasçılar məhkəmədə klassik formada təqsirlilik məsələsini həll edirlər. Təqsirlilik məsələsinin həlli isə o qədər çətin bir məsələdir ki, bu məsələnin həllində hüquqşünaslar belə çox böyük çətinliklərlə qarşılaşır və səhvlərə yol verirlər. Hətta hüquq təhsili olan elə insanlar var ki, təqsirliliyin bir element kimi cinayət tərkibinin dörd ünsüründən hansına aid olmasını belə bilmirlər. Ona görə mən düşünmürəm ki, hüquq təhsili olmayan, peşəkar hüquqşünas olmayan andlı iclasçı təqsirlilik məsələsini həll edə bilsin.
Bundan başqa, əgər dünya statistikasına fikir versək, görərik ki, andlı iclasçıların iştirakı ilə baxılan işlər dü-nyada baxılan işlərin cəmi bir faizini təşkil edir. Onu da qeyd edim ki, Azərbaycan qitə hüquq sisteminə aid olan bir ölkədir. Andlı iclasçılar məsələsi isə qitə hüquq sisteminə xas olan bir institut deyil. Andlı iclasçılar peşəkar olmadıqları üçün peşəkar prokurorun və ya peşəkar vəkilin emosional çıxışı qarşısında səhv qərar qəbul edə və yalnız humanizm keyfiyyətlərini əsas tutaraq səhv edə bilərlər ki, bu da son nəticədə öz təsirini konkret insanın həyatında göstərəcək.
Hörmətli həmkarım Qüdrət müəllimin arqumentlərinə gəlincə, mən, – Qüdrət müəllimin xətrinə dəyməsin, – bu arqumentlərlə razılaşmayacağam. Məhkəmədə andlı iclasçıların olmamasının vətəndaşın dövlət hakimiyyətinin bir qolu olan məhkəmə hakimiyyətində iştirakına son qoyacağını düşünmək düzgün deyil. Çünki hakimləri də xalqın seçdiyi Prezident təyin edir və xalqın seçdiyi parlament seçir.
Son dövrdə bütün problemlərin, problemli məsələlərin peşəkarlar tərəfindən həlli geniş vüsət alır. Mən düşünürəm ki, hüquqi məsələlərin də həllinin peşəkarlara tapşırılması çox vacibdir. Sadaladığım bu arqumentlər baxımından andlı iclasçılar institutunun qanunvericilikdə qalması düzgün deyil. Ona görə mən onun qanunvericilikdən çıxarılmasını dəstəkləyir və hörmətli həmkarlarımı bu layihəyə səs verməyə dəvət edirəm.
Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Mən bunu komitənin iclasında da dedim. Prokurorluğun bu layihəsində məsələ əsaslandırılıb. Amma əfsuslar olsun ki, ölkə Prezidentindən və prokurorluqdan başqa, qanunvericilik təşəbbüsü hüququna malik digər subyektlər tərəfindən bu cür əsaslandırmalar təqdim olunmur ki, bu da “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Res-publikası Qanununun özünə ziddir. Bu baxımdan mən məsələnin bu şəkildə əsaslandırılmasına görə layihənin müəlliflərinə təşəkkürümü bildirir və hörmətli həmkarlarımı ona səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Təkid eləyən varmı?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Buyurun, Fəzail İbrahimli.
F.İbrahimli. Çox təşəkkür edirəm. Təkidimin səbəbi odur ki, mən bu məsələyə qısaca da olsa, öz münasibətimi bildirmək istəyirəm. Mən heç vaxt bilmədiyim məsələlərə müdaxilə etmirəm. Bu, hüquqi məsələdir. Necə oldu, mən bu məsələ ilə bağlı danışmaq istəyinə düşdüm? Bu ancaq hüquqi məsələ deyil. Bu məsələnin tarixi, siyasi, mənəvi, milli tərəfləri var.
Məhkəmənin tarixinə nəzər salaq. Vaxtilə Amerikanı mənimsəməyə başlayan ingilislər yerli əhalini qırıb-çatdılar, oranı işğal etmək üçün belə bir sistem qurdular və nəticədə, necə deyərlər, mahnının sözlərini də, musiqisini də özləri yazdılar, özləri də ifa etdilər. Bu sistem bu günə qədər davam edir.
Bizim qanunlarımız anqlosaks prinsipləri üzərində deyil, roman-german prinsipləri üzərində qurulmuş qanunlardır. Ona görə də andlı məhkəmələrin bu qədər təəssübkeşi olmaq üçün bizim əlimizdə əsas yoxdur. Bu, işləməyən bir qanundur. Biz necə düşünə bilərik ki, bu qanun işləsəydi, müsbət tərəfləri olardı? Bəlkə də bu qanun işləsəydi, bu günə qədər bundan eybəcər bir nəticə olmazdı. Ona görə də hesab edirəm ki, Azərbaycanın reallığı nəzərə alınmalıdır.
Tutaq ki, 9 nəfərdən ibarət andlı məhkəmə sistemi qurulur. Bunun 3 nəfəri humanistdir, deyəcək, nə işim var, niyə bu məsələdə gedim özümü pis eləyim, özümə düşmən qazanım. 3 nəfəri mütləq cinayətkarın tərəfində olacaq. Qalır 3 nəfər, onu da ələ almağa nə var ki? Nəticə nə olacaq? Təbii ki, uğurlu bir nəticə olmayacaq.
Bizim psixoloji tərəflər nəzərə alınmalıdır. Azərbay-canın reallığı nəzərə alınmalıdır. Bizdə tayfa münasibət-lərinin olması nəzərə alınmalıdır. Biz göydə uçan yaralı durnadan da soruşuruq: “Sən haralısan, haralı, durna?” Demirik, əlin qurusun, bu durnanı niyə vurdun? Ona görə də bu sistemin belə bir mənəvi-psixoloji mühitdə işləməsi qeyri-realdır.
Qanun layihəsi isə, – mənim aldığım təəssürat belədir, – Baş Prokurorluq tərəfindən kifayət qədər əsaslandırılıb. Hesab edirəm ki, onu səsə qoyub qəbul etmək lazımdır.
Sədrlik edən. Çox təşəkkür edirəm. Asim müəllim, Siz də təkid edirsiniz? Buyurun.
A.Mollazadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hörmətli professor bizə indi ibtidai cəmiyyətin kuralları ilə bağlı məlumatlar verdi. Ancaq mən xatırlatmaq istərdim ki, Azərbaycan dövlətinin strategiyası Azərbaycanı müasir, yüksək səviyyəli bir dövlətə çevirməkdir. İstənilən yüksək səviyyəli dövlətdə ictimaiyyətin rolu bütün proseslərdə, hakimiyyətin bütün qanadlarında yüksək olmalıdır.
Bu gün biz bu layihədə irəli sürülmüş təklifi qəbul ediriksə, məhkəmə hakimiyyətində ictimaiyyətin rolunu heçə endiririk. Yəni biz ancaq professionalların öz aralarında müzakirə edib qərar çıxardığı bir məhkəmə sistemi formalaşdırırıq. Anqlosakson sisteminin məsələyə nə aidiyyəti var? Söhbət ondan gedir ki, Azərbaycan müasir bir dövlət kimi dövlət idarəetmə sistemində, hər yerdə ictimaiyyətin rolunu saxlamalıdır.
Andlı iclasçılar institutunun ləğvi üçün heç bir əsas yoxdur. Biz, əksinə, çalışmalıyıq ki, Azərbaycan ic-timaiyyəti daha peşəkar olsun, ədalət mühakiməsinin gücləndirilməsində daha fəal rol oynasın. Ancaq nədənsə biz bütün müasir dövlətlərdə, müasir cəmiyyətlərdə mövcud olan institutdan imtina edirik. Nəyə görə? Səbəb nədir? Səbəb aydın deyil. Şəxsən mən indi bu institutun ləğvi üçün hər hansı bir səbəb görmür və Azərbaycan dövlətini gələcəkdə işlək bir mexanizmdən məhrum etməyi düzgün hesab etmirəm. Biz Azərbaycan dövlətinin strategiyasına və Azərbaycanın müasir bir dövlət kimi inkişafına xələl gətirməməliyik. Çox sağ olun.
Sədrlik edən. Çox təşəkkür edirəm. Mən görürəm, fikirlər artıq haçalanıb. Mən də öz fikrimi demək istəyirəm. Sözün düzü, məsələnin bu qədər şişirdiləcəyini mən heç gözləmirdim. Çünki məsələni bu qədər şişirtməyin nə mənası var ki? Əvvəla, bu andlı iclasçılar institutu 14 ildir bizim qanunvericilikdə oturub, amma işləmir. Ölü normanın qanunvericilikdə qalmasının nə mənası var? Bu bir.
İkinci bir tərəfdən, Asim müəllim, yadınızdadır, Sovet dövründə xalq iclasçıları deyilən bir institut var idi. Ha-kimin bir tərəfində, məsələn, bir suçu, o biri tərəfində də, tutaq ki, bir baramaçı otururdu və onların heç biri bilmirdi ki, bu hakim nəyə baxır, hansı işə baxır. Bilirsiniz, gəlin bu formallıqdan uzaq olaq və açıq etiraf edək ki, bu gün Azərbaycan vətəndaşının hüquq düşüncəsi Sizin o Avropada dediyiniz… Hərçənd Avropada da bu çox az miqdardadır.  Bu gün bizim orta statistik azərbaycanlının hüquq düşüncəsi bu institutun işləməsinə imkan vermir. Biz ya qanunları çox zəif bilirik, ya qanunların tətbiqində problemləri…
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Söhbət peşəkarlardan deyil, adi vətən-daşlardan gedir. Düşünürəm ki, illər ötdükcə cəmiyyətin, vətəndaşların hüquq düşüncəsi artar və 20–30 ildən sonra bu məsələyə qayıtmaq olar.
Amma Asim müəllim, Siz deyirsiniz ki, bunun anqlosakson sisteminə nə aidiyyəti var. Əslində, bunun elə məhz anqlosakson sisteminə aidiyyəti var. Mən Sizə deyim niyə. Bu cür andlı iclasçılar institutu, adətən, ümumi hüquq sisteminə, yəni anqlosakson sisteminə daxil olan institutdur. Niyə? Bunun səbəbi var. Nəyə görə bu institut qitə hüquq sistemində özünə yer tapa bilmədi? Ona görə ki, anqlosakson sistemində işə, adətən, presidentlərlə baxırlar. Məsələn, deyək ki, İngiltərədə, Londonda hakim hər hansı bir işə baxır. Bilirsiniz də, orada yazılı qanun yoxdur, presidentlərlə işləyirlər. Bu baxır ki, misal üçün, XVIII əsrdə analoji bir hadisə olub. O məsələ necə həll olunubsa, bunu da məhkəmə o cür həll edir. Burada hüquqşünas olmağa ehtiyac yoxdur. Andlı iclasçılar hər şeyin bu qaydada getdiyini görür, analoji qərar qəbul edirlər.
Amma bizim qanunvericiliyimizə görə, qitə hüquq sisteminə daxil olan Azərbaycanda ədalət mühakiməsində hakimin qəbul etdiyi hökm, qərar mütləq üç şərtə cavab verməlidir – hökm ədalətli olmalı, əsaslı olmalı və qanuni olmalıdır. Qanuni, əsaslı və ədalətli. İndi gəlin görək pro-fessional olmayan şəxs hökmün əsaslı və ədalətli olması üçün bu konstitusion normanı necə başa gətirəcək.
Qüdrət müəllim Konstitusiyanın 55-ci maddəsini misal gətirdi. Qüdrət müəllim, bu misal yerinə düşmür. 55-ci maddə daha çox dövlət qulluğu ilə bağlı olan məsələlərə aiddir. Amma məhkəmə hakimiyyəti dövlət qulluğuna aid deyil. O, ayrıca qanunla tənzimlənir və xüsusi peşəkarlıq tələb edir. Ona görə də demokratik görüntü yaransın deyə, 10–12 nəfəri bir yerə yığıb onların hansısa bir işi ədalətli həll edəcəklərini düşünürsünüzsə, yanılırsınız. İnanın mənə, bu ciddi söhbət deyil. Bu məsələ peşəkar hakimlər tərəfindən həll olunmalıdır.
İndi əgər bu və ya digər məhkəmə orqanında, hansısa rayonda hökmün ədalətli, qanuni və əsaslı olmağı ilə bağlı bir problem varsa, o başqa məsələ. Bunu artıq müzakirə etmək olar. Bu artıq başqa məsələdir.
Amma mən Qüdrət müəllimin o fikri ilə razıyam ki, ədalətli qərar çıxarmaq üçün təmtəraqlı bina o qədər də vacib deyil. Təmtəraqlı binada ədalətli olmayan qərar da çıxarıla bilər. Bu fikirlə mən razıyam. Amma hər bir halda məsələni peşəkarlıq həll edir.
Bax, məsələn, Almaniya və ətrafında olan ölkələrdə andlı iclasçılar institutu o qədər inkişaf etməyib. Niyə? Çünki onlar yazılı qanunla işləyirlər. Yazılı qanunu bilmək, öyrənmək, tətbiq etmək isə artıq peşəkarın işidir. İndi təsəvvür edin, siz hüquqşünasa deyirsiniz ki, sən al cərrah bıçağını, get xəstəni əməliyyat et. O bunu bacar-armı? Əlbəttə, yox. Çünki bu onun işi deyil, o bu işi bil-mir. Hüquq elmi də tibb elmi kimidir. Burada gərək peşəkar olasan, işi biləsən, işin mahiyyətinə varasan ki, ədalətli, əsaslı, qanuni qərar çıxara biləsən.
Mən yenə deyirəm, bu, cəmiyyətin hüquq düşüncəsi ilə bağlıdır. Bizim cəmiyyətin hüquq düşüncəsinin səviyyəsi və nəticə etibarilə hüquq mədəniyyəti ən yüksək səviyyəyə çatdıqdan sonra bu məsələyə qayıtmaq olar. Mən, ümumiyyətlə, bu institutu rədd eləmək istəmirəm. Bəlkə də bir 20 ildən, 30 ildən sonra bu məsələyə qayıda bilərik, amma bu gün hələ tezdir. Ona görə, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 15.17 dəq.)
Lehinə  77
Əleyhinə 3
Bitərəf 2
Səs verməd 1
İştirak edir 83
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır. Növbəti iclasın tarixi barədə sizə məlumat veriləcək.

 

 

EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ

20 iyun 2014-cü il
_____________________

Sədaqət Vəliyeva. Hörmətli həmkarlar! Əldə etdiyimiz uğurlarla yanaşı, bəzi sahələrdə müəyyən dərəcədə təkmilləşmələrə də ehtiyac var. Bu isə Azərbaycan cəmiyyətinin sosial həyatı ilə bağlı olan məsələlərdir. Mən diqqəti infeksion xəstəliyi olan məhbusların ümumi cəzaçəkmə müəssisələrindən ayrılıb xüsusi yerlərdə saxlanılması ilə bağlı problemə çəkmək istərdim. Çünki Azərbaycanın cəzaçəkmə müəssisələrində olan məhbusların müəyyən hissəsi infeksion xəstəliklərdən əziyyət çəkir. Onların bir çoxu vərəm, hepatit C kimi xəstəliklərin daşıyıcısıdır. Onların bu cür xəstəliklərin mənbəyi olması və əşyalardan birgə istifadə halları sağlam məhbusların da eyni xəstəliyə yoluxmasına və beləliklə də sağalması uzun sürən və ya heç mümkün olmayan xəstəliklərin yayılmasına səbəb olur.
Təklif edirəm ki, bu cür xəstəliyi olan məhbuslar ya xüsusi şəraiti olan cəzaçəkmə müəssisələrində saxlanılsın, ya da digər məhbusların yoluxmasının qarşısını almaq üçün əlavə tədbirlər görülsün. Çünki infeksion xəstəliklərin daşıyıcılarının müalicəsi və yaşam şəraiti müəyyən olunmuş normalar çərçivəsində reallaşdırılır. Əgər bu gün göstərilən istiqamətdə lazımi addımlar atılsa, yoluxucu xəstəliklərin daşıyıcılarının sayının artmasının qarşısını almaq olar.
Postsovet ölkələrinin bir neçəsində – Ukraynada, Türkmənistanda və digərlərində bu cür halların qarşısını almaq üçün əşyalardan birgə istifadəni məhdudlaşdırırlar. Amma məhbuslara paylanan əşyalar təkrar istifadəyə cəlb edildiyindən infeksion xəstəliklərin yayılmasının qarşısını almaq mümkün olmayıb. Bu səbəbdən də Avropa təcrübəsinə müraciət edilə, yəni infeksion xəstəliklərin daşıyıcılarının xüsusi şəraiti olan cəzaçəkmə müəssisələrinə köçürülməsi həyata keçirilə bilər. Orada onların müalicəsi və cəzasının çəkilməsi reallaşdırıla bilər.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU