17.10.2014 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIII SESSİYASI İCLASININ
PROTOKOLU № 94
Milli Məclisin iclas salonu.
17 oktyabr 2014-cü il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 99
Yetərsay 83
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
28. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
29. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Rafiq Məmmədhəsənov, Tahir Rzayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.46 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
2. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.47 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
3. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Azay Quliyev, Fuad Muradov, Sabir Rüstəmxanlı, Ziyafət Əsgərov, Elmira Axundova, Valeh Ələsgərov, Çingiz Qənizadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.03 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
4. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.04 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
5. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.07 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
6. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 86
Nəticə: Qəbul edildi
7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 82
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 82
Nəticə: Yetərsay yoxdur
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
8. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Astan Şahverdiyev, Elmira Axundova, Sabir Rüstəmxanlı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
9. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Sabir Rüstəmxanlı, Aqil Abbas
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.22 dəq.)
Lehinə 30
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 17
İştirak edir 47
Nəticə: Yetərsay yoxdur
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.22 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
10. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
11. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Aytən Mustafayeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.38 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
12. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Fazil Mustafa, Hadi Rəcəbli, Sabir Rüstəmxanlı, Siyavuş Novruzov, Çingiz Qənizadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.38 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.40 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
14. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rəbiyyət Aslanova, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Bəxtiyar Əliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.57 dəq.)
Lehinə 92
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
15. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.04 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
16. Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.05 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
17. “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Valeh Ələsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.08 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
18. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.09 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
19. Azərbaycan Respublikasının Miqrasiya Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, İsmayıl Hacıyev, Çingiz Qənizadə, Valeh Ələsgərov, Elmira Axundova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.21 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
20. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, İqbal Ağazadə, Çingiz Qənizadə, Fuad Muradov, Ərəstun Cavadov, Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Etibar Hüseynov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.44 dəq.)
Lehinə 89
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
21. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Fəzail Ağamalı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.48 dəq.)
Lehinə 86
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
22. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Zahid Oruc, Çingiz Qənizadə, Fazil Mustafa
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.03 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
23. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.04 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
24. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.06 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi
25. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Eldar İbrahimov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.07 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi
26. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.09 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
27. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.10 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
28. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Vahid Əhmədov, Fazil Mustafa, Bahar Muradova, Elmira Axundova, İqbal Ağazadə, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.39 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
29. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Bahar Muradova, Ziyad Səmədzadə, Ziyafət Əsgərov, Əli Hüseynli, İqbal Ağazadə, Siyavuş Novruzov, Valeh Ələsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 18.15 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
30. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 18.16 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
17 oktyabr 2014-cü il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 91
Yetərsay 83
Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Gündəlik sizə paylanıb, xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.00 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq olundu. Müzakirələrə ehtiyac var? Xahiş edirəm, müzakirələrdə də, ümumiyyətlə, gündəlik ətrafında çıxışlarda da gündəliyin məğzi üzrə söhbət edək, çünki 30 məsələ var. Buyurun, yazılın. Asəf Hacıyev.
A.Hacıyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün Azərbaycan sürətlə inkişaf edir və dünyanın bir çox ölkələrinə dövlət xətti ilə, Milli Məclis, müxtəlif nazirliklər, dövlət şirkətləri, məsələn, AZAL tərəfindən bizim vətəndaşlar uzunmüddətli ezamiyyətə göndərilirlər. Onlar, təbii ki, bir neçə il orada yaşayır və öz ailələri üçün müəyyən daşınar əmlaka sahib olurlar. Amma Azərbaycana döndükdə belə bir problemlə rastlaşırlar ki, bu daşınar əmlak köhnəlir, onu orada satmaq mümkün olmur, Azərbaycana gətirəndə isə gömrükdə rüsum ödənilməlidir.
Vaxtilə biz “Diplomatiya haqqında” Qanun qəbul edəndə bunu nəzərə aldıq və Xarici İşlər Nazirliyi xətti ilə uzunmüddətli ezamiyyətə göndərilən insanları bu vergilərdən azad elədik. Amma bu gün Azərbaycandan dövlət xətti ilə xaricə gedib orada yaşayan bir çox vətəndaşımız var. Ona görə hesab edirəm, yaxşı olardı ki, Gömrük Məcəlləsinə belə bir maddə əlavə edək ki, dövlət xətti ilə uzunmüddətli ezamiyyətə göndərilən şəxslər bu vergidən azad olunurlar. Düşünmürəm ki, büdcəyə böyük bir zərbə vurulsun. Amma hesab edirəm ki, biz bununla vətəndaşlarımıza böyük kömək göstərərdik.
İkinci məsələ Azərbaycan Aqrar Universiteti ilə bağlıdır. Bilirsiniz ki, bu çox qocaman ali məktəbdir. Bu günə qədər oradan 60 minə qədər mütəxəssis çıxıb və hazırda 5 min tələbəsi var. Azərbaycan həm enerji, həm də kənd təsərrüfatı ölkəsidir. Amma bu il və ümumiyyətlə, ildən-ilə bu ali məktəbə qəbul azalır. Bu da onunla bağlıdır ki, məsələn, baytarlıq, aqronomluq fakültəsinə şəhərdən uşaqlar gəlmək istəmirlər, çünki məktəbi bitirdikdən sonra onlar rayona dönməli və orada işləməlidirlər. Ona görə hesab edirəm ki, Təhsil Nazirliyi kənd sakinləri üçün xüsusi kvotalar qoymalıdır. Bu, müxtəlif təqaüdlər, qəbul zamanı müxtəlif güzəştlər də ola bilər. Sovetlər zamanı belə güzəştlər olub. Biz bunu etsək, kənd təsərrüfatına böyük yardım göstərərik və eyni zamanda, kənd təsərrüfatımız daha sürətlə inkişaf edərdi. Ona görə xahiş edirəm, belə bir məsələyə, mümkünsə, Təhsil Nazirliyi tərəfindən baxılsın.
Çox qısa olaraq bir məsələyə də toxunacağam. Bilmirəm, vaxtım qalıbmı? Bu günlərdə Humanitar Forum keçirilirdi. Mən bir Nobel mükafatı laureatını qarşılayır-dım. Hava limanında onun əşyaları monitordan keçirildi. O çox təəccüb elədi ki, bu nə üçündür? Dünyanın heç bir ölkəsində xaricdən gələn vətəndaşın əşyaları monitordan keçirilmir, xüsusən də VİP-də. Ona görə hesab edirəm ki, ən azı...
Sədrlik edən. Oldu. Çox sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən bu gün öz hərbi qüvvələrini İraqa yeritmək üçün Türkiyəyə olan beynəlxalq təzyiqlərə etiraz etməkdən ötrü çıxışa yazıldım. Yaddaşı təzələmək üçün 2003-cü il hadisələrinə bir daha qayıtmaq istəyirəm. Yadınızdadırsa, onda Amerika Birləşmiş Ştatları böyük bir koalisiya ilə İraqa daxil olanda, təbii, elə düşünürdü ki, tomahavk raketləri ilə bu ölkədə demokratik sistemi bərqərar eləmək mümkün olacaq. Lakin bu olmadı və 2011-ci ildə Barak Obama Amerikanın siyasi sifətini xilas eləmək, eyni zamanda, Amerika qoşunlarını qorumaq naminə bütün silahlarını İraqda mötədil qüvvələrə verib getdi. Sonradan o silahların bir hissəsi İŞİD-çilərin əlinə keçdi, eyni zamanda, Bəşər Əsəd rejiminin devrilməsi üçün göstərdikləri fəaliyyət nəticəsində bir hissə də oradan bu silahları əldə elədi. İndi xeyir ola? Türkiyə niyə ora daxil olmalıdır ki? Axı, oradakı hazırkı xaosun və vəhşətin başlıca səbəbi Türkiyə ilə əlaqəli deyil.
İkincisi, mən düşünürəm ki, biz burada onu nəzərə almalıyıq ki, əgər, həqiqətən də, Qərb dairələri islamı cihadçıların əlindən almaqda və müsəlmanların həqiqi dostları olduqlarını göstərməkdə maraqlıdırlarsa, bundan ötrü daha real addım atmalıdırlar. Yəni həmin qüvvələr özləri ora yeriməlidirlər. Yoxsa belə alınır ki, Türkiyə ora daxil olsa, İŞİD-çilər və PKK ilə çiyin-çiyinə savaşmalı olsa, öldürən də müsəlman, ölən də müsəlman, bir az obrazlı desək, bunların harası olacaq müsəlman? Məsələ bundadır ki, həmin “peşmərgə” adı ilə bu gün silah-landırılan qüvvələr ki var, gələcəkdə heç bir zəmanət verə bilməzlər ki, o silahlar Türkiyənin əleyhinə çevril-məyəcək. Ona görə də biz birinci olaraq Qərb dairələrinin hərbi qüvvələrini İraqa yeritməyə çağırırıq.
Üçüncü, ebola virusu 4,5 min insanın canını alıb, amma 2010-cu ildən bu yana həmin məkanda ölənlərin sayı 300 mindən çoxdur. Ona görə də dünyada fərqli mənzərə yaratmasınlar. Türkiyədə 1,6 köçkün, qaçqın var. Onlara yardım göstərsinlər və hesab edirəm ki, əslində, mahiyyət etibarilə proses Türkiyənin əleyhinə olan işləri, hansısa beynəlxalq məkrli planları həyata keçirmək üçündür. Ona görə də biz parlament üzvləri olaraq Türkiyənin bu soyuqqanlı davranışını müdafiə edirik. Hesab edirik ki, hər hansı bir beynəlxalq qüvvə olmadan ora özünün qoşunlarını yeritmək birmənalı şəkildə böyük bir bataqlığa düşmək olacaqdır. Bu, yolverilməzdir. Ona görə Türkiyəyə bu təzyiqləri pisləyirik və bu məsələyə qarşı öz mövqeyimizi bəyan edirik.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Cənab Sədr, Sizi və bütün həmkarlarımı sabahkı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm, dövlət müstəqilliyimiz əbəd olsun. Mən arzu-layıram ki, burada həmkarlarımız Dövlət Müstəqilliyi Gününün qeyri-iş günü kimi qəbul olunması üçün səy göstərsinlər. Bu çox normal yanaşma olar. Dünyanın hər yerindən prezidentlər, dövlət adamları ölkə başçımıza zəng vurur, təbriklər göndərirlər. Məncə, çətin məsələ deyil, hər kəs tərəfindən də arzu olunur. Bu zalda SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 deputat içərisində mərhum Prezidentimiz rəhmətlik Heydər Əliyev də olub. İndi o deputatlardan bir çoxunun vəziyyəti çox pisdir, ağır xəstəliklərə düçar olublar. Onların maddi təminatında problemlər var. Mən xahiş edərdim ki, Milli Məclisin rəhbərliyi keçmiş həmkarlarının da haqqında düşünsün. Məncə, onların xəstə olanlarına diqqət göstərməyin, pensiyaları ilə bağlı qərar qəbul eləməyin də zamanı çatıb. Bir çox ölkələrdə bunun analoqları var. Xüsusi diqqət göstərilir. Məncə, ən azından bu cür diqqət göstərmək də yerində olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, mən də bir neçə fikrimi səsləndirmək istəyirəm. Bilirsiniz ki, Naxçıvan Muxtar Respublikasının 90 illiyinin keçirilməsi ilə əlaqədar cənab Prezident geniş sərəncam verib. Tarixə nəzər salsaq, baxıb görərik ki, müstəqilliyə gedən yolun əsası Naxçıvan Muxtar Respublikasından başlamışdır. “Sovet Sosialist Respublikası” sözləri ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri olan dövrdə onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən çıxarılmışdı. Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağı birinci dəfə məhz Naxçıvan Muxtar Respublikasında qaldırılmışdı. Ondan sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məsələsi məhz Naxçıvan Muxtar Respublikasında öz həllini tapmışdı və sonradan Azərbaycan Parlamenti də bunu təsdiq elədi. Ümumilikdə götürəndə müstəqillik dövrünün 24 ilini blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası (Türkiyə ilə olan 11 kilometrlik sərhədi çıxmaq şərtilə) hər tərəfdən düşmənlərlə əhatə olunub. Yerdə qalan iri dövlətlər və Ermənistanla ən çox sərhədi olan məhz Naxçıvan Muxtar Respublikasıdır.
Tarixi yada salsaq, görərik ki, məhz Leninqradın blokadasına görə, ona “Qəhrəman şəhər” statusu verildi. Əgər Leninqrad 4–5 illik müharibənin 2 ilini blokada şəraitində yaşamışdısa, Naxçıvan 24 ildir, blokada şəraitində yaşayır, orada olan əhali də, oradakı strukturlar da blokada şəraitində çalışır. Bu baxımdan həm bu il Naxçıvanın 90 illiyi olduğuna görə, həm də qarşıdan müstəqillik günü gəldiyinə görə mən hesab edirəm ki, parlament tərəfindən məsləhətləşdirilib Naxçıvan Muxtar Respublikası haqqında elə bir qərar qəbul etməliyik ki, bu qərar Naxçıvanın daha da qüdrətlənməsi və güclənməsinə, düşmən qarşısında daha möhkəm dayanmasına bilavasitə öz müsbət təsirini göstərsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də sabahkı Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Toxunmaq istədiyim ən vacib məsələlərdən biri budur ki, bu günlərdə Avropa Parlamentində Ermənistanın avropalı dostları tərəfindən Dağlıq Qarabağ Qrupunun yaradılması təşəbbüsü gündəmə gətirilib və bu təşəbbüs nəticəsində orada olan de-putatların bu qrupa daxil olması və Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması istiqamətində addım atılması nəzərdə tutulub. Ona görə təklif edirəm ki, Milli Məclisin adından ən azı profilaktik tədbir olaraq orada olan millət vəkillərinə müraciət göndərilsin ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və bu bilavasitə Azərbaycanın suveren hüquqlarına toxunduğu üçün bu addımdan çəkinsinlər.
İkinci, Azərbaycan Milli Məclisi həm də onlara xəbərdarlıq eləsin ki, kim bu qrupa daxil olacaqsa, o, Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediləcək və bizim əraziyə gəlməsi, demək olar ki, qadağan olunacaq. Bu addımın atılmasını zəruri hesab edirəm. Eyni zamanda, mən fikirləşirəm ki, bu gün Avropa İttifaqında belə bir addım atılırsa, vaxtilə Milli Məclisdə də belə bir təşəbbüs olmuşdu ki, Dağlıq Qarabağ Komitəsinin yaradılması məsələsini həll edək. Bunu həll etməsək də, bir nümunəni sizə göstərmək istəyirəm. Avropa Şurası Parlament Assambleyasında ən böyük uğurlarımızdan biri orada Dağlıq Qarabağ icmasının təmsilçisi kimi bizim hörmətli millət vəkilimiz Rövşən Rzayevin çıxışları, mövqeyi, görüşlərdə Qarabağ icmasının mövqeyini ifadə eləməsi oldu. Bu bir diplomatik üstünlükdür. Biz bu məsələlərdə, hesab edirəm ki, bir az daha qabaqlayıcı tədbirlər görsək, yaxşı olar. Belə bir qurumun olması, icmanın təmsilçisinin hər dəfə Dağlıq Qarabağ azərbaycanlıları adından çıxış eləməsi Azərbaycan dövləti üçün faydalı bir addımdır.
İkinci vacib məsələlərdən biri Ermənistanın Avrasiya İttifaqına daxil olması ilə bağlı məsələdir. Mən hesab edirəm ki, Azərbaycan Respublikası Prezidentinin son illərdə, həqiqətən də, apardığı düzgün və məntiqli xarici siyasətinin nəticəsi bu məsələdə özünü göstərdi. Yəni xüsusilə də Qazaxıstan, Belarus kimi dövlətlərlə bizim yaxın təmaslarımız, dostluq münasibətlərimiz, eləcə də Rusiya ilə münasibətlərin yaxşılaşdırılması onlara imkan vermədi ki, Dağlıq Qarabağla birlikdə Ermənistanı Avrasiya İttifaqına daxil etsinlər. Biz bu məsələdən aktiv, diplomatik revanş olaraq istifadə eləməliyik və çalışmalıyıq ki, Dağlıq Qarabağın işğal ərazisi olduğu, Ermənistan tərəfindən işğal olunduğuna görə ora gömrük postunun qoyulması, Azərbaycanla sərhəddə bunun müəyyən olunması kimi məsələlər dərhal gündəmə gətirilsin. Belə bir fürsəti əldən buraxmamalıyıq.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bir məsələ barəsində mülahizələrimi bildirmək istəyirəm. Bildiyiniz kimi, təcavüzkar Ermənistan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlarının xaricdə təbliği ilə bağlı geniş fəaliyyət göstərir. Biz də buna qarşı öz fəaliyyətimizi artırmalıyıq. Bizim Milli Məclis olaraq fəaliyyətimiz nədən ibarət ola bilər. Bu barədə müəyyən fikirlərimi söyləmək istəyirəm. Hörmətli Oqtay müəllim, biz bu payız sessiyası dövründə Ermənistanın ölkəmizə təcavüzünün nəticələri, işğal edilmiş Dağlıq Qarabağ regionunda və digər rayonlarda zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyətləri haqqında həm beynəlxalq parlament təşkilatlarına, həm də ayrı-ayrı ölkələrin parlamentləri ilə dostluq qruplarının üzvlərinə fərdi olaraq məktublar göndərək, müraciətlər eləyək və xahiş edək ki, onlar bu məsələləri öz parlamentlərində qaldırsınlar. Bunun bizə faydası nə ola bilər? Nəticəsinin nə olmasından asılı olmayaraq bu bir sınaq testi ola bilər və biz bunu təcrübədən keçirmiş olarıq. Eyni zamanda, gələcək fəaliyyətimizə də təsir göstərə bilər.
İkincisi, ermənilər 2015-ci ildə tarixdə heç bir zaman olmayan qondarma soyqırımının 100 illiyinə hazırlaşırlar. Biz də bundan istifadə edərək öz həqiqətlərimizin dünyaya çatdırılmasında fəal olmalıyıq. Bu nə ola bilər? Fikrimcə, əvvəlki illərdən fərqli olaraq 2015-ci ildə Xocalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında bizim Milli Məclisimiz daha artıq fəallıq göstərə bilər. Bunun bizə yalnız faydası ola bilər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hör-mətli millət vəkilləri, mətbuat nümayəndələri! Bayaq qeyd olundu, sabah – 18 oktyabr Azərbaycanın milli müstəqillik günüdür. Bu gün münasibətilə mən bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm, işlərində uğurlar arzulayıram. Əgər 1918-ci ildə Azərbaycan müstəqil dövlət kimi cəmi 23 ay fəaliyyət göstərmişdisə, 1991-ci ildə Konstitusiya Aktı qəbul edildikdən sonra 23 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir. Bu müddət ərzində Azərbaycanda rəhbər vəzifədə kimin olmasından asılı olmayaraq, respublikamız çox mühüm inkişaf yolu keçmişdir. Xüsusən son 10 ildə Azərbaycan istər beynəlxalq aləmdə, istərsə də daxildə öz apardığı xarici və daxili siyasəti nəticəsində çox böyük iqtisadi inkişafa nail olmuşdur. Mən hesab edirəm ki, iqtisadiyyatın əhəmiyyətli dərəcədə inkişafında Azərbaycanın dövlət başçısı İlham Əliyevin xüsusi rolu var. Cənab İlham Əliyev bütün çıxışlarında istər ölkə daxilində, istərsə də ölkə xaricində Heydər Əliyev kimi Azərbaycanın müstəqilliyini həmişə ön plana çıxarır və onun əbədi və daimi olması üçün həmişə bəyanatlar verir.
Konstitusiya Aktına 1991-ci il oktyabrın 18-də qol çəkilib, onun kim tərəfindən qəbul edilməsindən və im-zalanmasından asılı olmayaraq, bu, Azərbaycanın şanlı tarixidir. Bütün xarici dövlətlər, xarici mətbuat və dövlət adamları Azərbaycanın dövlət başçısını müstəqillik günü – 18 oktyabr günü ilə əlaqədar təbrik edirlər. Mən də vaxtilə həmin Müstəqillik Aktına bu zalda Heydər Əliyevlə bir yerdə səs verən insanlardan biri olduğum üçün 18 oktyabr gününün qeyri-iş günü olması və bu gün münasibətilə Azərbaycanda silsilə tədbirlərin həyata keçirilməsinin tərəfdarıyam. Cənab Sədr, Sizdən və cənab Prezidentdən də xahiş edirəm ki, Azərbaycanın müstəqillik günü, qeyd etdiyim kimi, Azərbaycanın şanlı tarixi olduğu üçün bu silsilə tədbirlər planı həyata keçirilsin. Bir də, müstəqilliyə səs verən bizim bəzi yoldaşlarımız var ki, onların səhhətlərində ciddi problemlər var, ailə şəraitləri ağırdır. Onlara Azərbaycan dövləti tərəfindən diqqət yetirilsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də sabahkı bayram münasibətilə hər kəsi təbrik edirəm və özümün 2–3 qısa təklifimi çatdırmaq istəyirəm. Burada həmkarlarım vurğuladılar, Avropa Parlamentində bütün beynəlxalq hüquq normalarına və prinsiplərinə zidd olaraq Dağlıq Qarabağ üzrə dostluq qrupu yaradılması məsələsi. Bir neçə gün bundan öncə Fransanın bölgə rəhbərinin Azərbaycan dövlətinin icazəsi olmadan Azərbaycanın işğal altında olan bölgələrinə səfəri məsələsi. Sonra tanınmış dünya şöhrətli musiqiçinin Azərbaycanın işğal olunmuş ərazilərində konsert proqramı ilə çıxışetmə düşüncəsi və sair. Bütün bunları nəzərə alaraq, təbii ki, bu kimi şəxslərə qarşı ölkəmizin Xarici İşlər Nazirliyi səviyyəsində tədbirlər görülür, onlar arzuolunmaz şəxs elan edilirlər. Amma çox yaxşı olardı ki, biz işğal edilmiş ərazilər haqqında bir qanun layihəsini müzakirə edib qəbul edək. Orada bu məsələni daha da birmənalı və sərt şəkildə göstərək ki, Azərbaycanın işğal altında olan ərazilərinə Azərbaycan dövlətinin icazəsi olmadan gedənlər, istər siyasətçi olsun, istər sənət adamı olsun, istərsə də orada çalışan hansısa bir şirkət, onların Azərbaycana hər zaman gəlişi-gedişi mümkün olmayacaq. Onlar arzuolunmaz şəxs elan olunacaqlar və o şirkətlərlə əməkdaşlıq edənlərə də eyni qaydalar tətbiq olunacaq. Mənə elə gəlir ki, belə bir məsələnin gündəmdə olub müzakirə edilməsi hamıya, – təbii ki, bütün ölkələrin, o cümlədən Avropa ölkələrinin əksəriyyətinin burada səfirlikləri var, – çox ciddi bir mesaj olardı. Ona görə bu istiqamətdə belə bir qanun layihəsinin olması lazımdır. Bunu Gürcüstan da qəbul edib. Belə bir qanun layihəsi olarsa, çox müsbət olardı.
İkinci bir məsələyə toxunacağam. Bu nə ilə bağlıdır? Cənab Prezidentin rəhbərliyi altında əlillərə çox böyük dəstək və qayğı göstərilir, xüsusən onların cəmiyyətə daha yaxşı adaptasiya olunması istiqamətində tədbirlər görülür. Bu yay ərzində müşahidə elədiyim tələbə qəbulunun nəticələrindən sonra edilmiş müraciətlər belə söyləməyə əsas verir. Bunların sayı da çox deyil. Birinci, ikinci qrup əlil gənclərimiz var. Təbii ki, onlar öz yaşıdları ilə müqayisədə təhsildə yetərli qədər fəallıq göstərə bilmirlər. Amma dövlət ali məktəblərinə ödənişli əsaslarla daxil olduqları halda onların bu ödənişdən azad edilməsi yaxşı olar, çünki onların arasında imkansızlar çoxdur. Birinci qrup, ikinci qrup əlilliyi olan, amma bu xəstəliklərinə rəğmən, problemlərinə rəğmən geri çəkilməyən, oxuyan, təhsil alıb həyatı qazanmaq istəyən gənclərə dövlət dəstəyi vacibdir. Yaxında da büdcə gəlir, bu addımı atsaq, yaxşı olardı. Ən azı birinci, ikinci qrup əlilləri ödənişli…
Sədrlik edən. Çox sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Bildiyiniz kimi, bu ayın axırında Parisdə Azərbaycan–Ermənistan prezidentlərinin görüşü gözlənilir. Gözləmək olardı ki, Qərbdəki bəlli strukturlar rəsmi Bakının, həqiqətən də, istədiyi kimi, bu məsələdə müəy-yən irəliləyişlərin olmasına, konkret məsələlərin həllinə diqqəti yönəltmək üçün səmərəli təkliflə çıxış edəcəklər. Ermənistan tərəfini bu məsələyə ya həvəsləndirəcəklər, ya da təhrik edəcəklər. Təəssüf ki, Avropa Parlamentinin timsalında biz bunun əksini görürük. Separatçı rejim ilə dostluq qrupu yaradılır və o dostluq qrupunun başında duran adamın dedikləri budur: “Bizim bu qrupu yaratmaqda məqsədimiz odur ki, Dağlıq Qarabağda 1990-cı illərin əvvəlindəki demokratik atmosfer formalaşsın”. Söhbət hansı atmosferdən gedir, Xocalı soyqırımındanmı gedir? Etnik təmizləmədənmi gedir? Azərbaycan kəndlərinin altının üstünə çevrilməsindənmi gedir? Ümumiyyətlə, necə olur ki, Ermənistanın fəxri konsulu olan bir adam Avropa Parlamentinə seçilir və separatçı rejimlə dostluq qrupunun rəhbəri vəzifəsinə gətirilir.
Son zamanlar Avropa Şurasının ayrı-ayrı təmsilçiləri insan haqları məsələsini qabardırlar. Bəzi texniki təmsil-çilər ermənilərlə iş birliyinə girərək heç kəsə sirr olmayan QHT təmsilçilərinin və konkret məsələlərə görə həbsdə olan insanların buraxılmasını istəyirlər. Amma mən, Tərtəri təmsil edən millət vəkili soruşuram: Nədən öz doğma torpağına baş çəkməyə gedən iki vətəndaşın oradakı işğalçı rejimin zindanından buraxılması tələbini Ermənistan qarşısında irəli sürmürlər? Axı, Ermənistan bu quruma üzv olanda üzərinə münaqişənin sülh yolu ilə həlli öhdəliyini götürüb. Ermənistan haqqında işğal altındakı torpaqlarla bağlı qətnamə var. Nədən həmin qurumun başında duranlar Ermənistandan bu qətnamənin yerinə yetirilməsini tələb etmirlər?
Bilirsiniz, onsuz da Azərbaycanda hər kəs hər şeyi gözəl bilir. Sadəcə, bu məsələni qaldırmaqda məqsədim budur ki, həmin qurumlar, əslində, bu cür çıxışlarla təbliğ etdikləri dəyərləri, özlərini gözdən salırlar. Özlərini gözdən salırlar, öz işləridir. Amma təbliğ etdikləri dəyərləri nahaq gözdən salırlar, çünki o dəyərlər bizim üçün də məqbuldur. Biz də istəyirik ki, həmin dəyərlər Azərbaycan cəmiyyətində daha geniş şəkildə kök salsın. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də sabahkı bayram müna-sibətilə hər birinizi təbrik edir və Siyavuş Novruzovun burada qaldırmış olduğu məsələyə müsbət münasibətimi bildirirəm. Ümumiyyətlə, XX əsrdə Azərbaycanın milli dövlətçilyində fədakarlıq göstərən Naxçıvan Muxtar Respublikasına fərqli bir yanaşmanı mən də dəstəkləyirəm və düşünürəm ki, bunu reallaşdırmaq son dərəcə yaxşı olardı.
Bir neçə gün bundan öncə hörmətli həmkarımız Yaqub Mahmudov kütləvi informasiya vasitələrində ciddi bir məsələyə toxundu. Söhbət 1918-ci ildə Batum şəhərində bağlanmış sazişə əsasən İrəvanın Ermənistana verilməsi ilə bağlı məsələdən gedir. Haqlı olaraq tarixçi alimimiz, həmkarımız orada razılaşdırılmış sazişin müddəalarının Ermənistan tərəfindən pozulması, onların heç birinin yerinə yetirilməməsini önə çəkərək Batum müqaviləsinin qüvvədən düşməsi ilə bağlı fikirlərini ifadə edir. Düşünürəm ki, bu, son dərəcə vacib bir məsələdir. Çünki 1918-ci il Batum müqaviləsində nəzərdə tutulan öhdəliklərin heç birini Ermənistan yerinə yetirməyib. Yəni Azər-baycana qarşı ərazi iddialarından imtina olunmayıbdır. İrəvanda Azərbaycan məktəblərinin fəaliyyəti, eyni zamanda, orada vicdan azadlığı və sair bu kimi öhdəliklər yerinə yetirilməyib. Əksinə, Azərbaycan xalqı, soydaşlarımız zaman-zaman həmin torpaqlardan deportasiya olunub və nəticə etibarilə ərazimizin daha 20 faizi işğala məruz qalıb. Mən, eyni zamanda, buna əlavə edərdim ki, sovet hakimiyyəti illərində məhz bolşeviklərin xüsusi sərəncamı ilə, xüsusi dekreti ilə Zəngəzur və Göyçə mahalları da Ermənistana verilmişdi. Bu isə Topçubaşovun böyük səyləri nəticəsində 114 min kvadrat kilometrlik ərazinin Azərbaycana tanınması ilə bağlı Versal sülh müqaviləsinin şərtlərinin ciddi şəkildə pozulması deməkdir. Bu məsələnin qaldırılması, bizim bu gün və gələcəkdə Ermənistana qarşı apardığımız mübarizənin reallaşması üçün hüquqi bazanın yaradılmasına ehtiyac var. Buna görə də mən təklif edərdim ki, Xarici İşlər Nazirliyinin nəzdində xüsusi bir qrup yaradılsın və bu qrup qaldırmış olduğumuz bu məsələnin həllində özünün konkret addımlarını həyata keçirsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, mü-zakirələrə artıq ara vermək lazımdır. Ancaq bir-iki məsə-ləyə münasibət bildirmək istəyirəm. Mən Fazil Mustafanın narazılığını və bizim bütün millət vəkillərinin narazılığını bölüşürəm ki, belə məsələlər ortaya çıxır. Ancaq biz artıq bu məsələlərə bir az öyrəncəli olmuşuq. Bir şeyi deyim ki, Azərbaycan bütün beynəlxalq təşkilatların Azərbaycana qarşı ədalətsiz qəbul elədiyi istənilən qətnaməyə, bəyanata öz münasibətini bildirib. Ancaq xahiş edirəm, rəsmi olmayan məsələləri bura çıxaranda bir az diqqətli olaq. Bu Siz deyən Avropa Parlamentinin Ermənistanla dostluq qrupu yaratması məsələsi yalnız erməni saytlarında çıxıb, erməni saytlarında var. Mən tapşırıq verdim, bütün saytları yoxladılar. Rəsmi heç bir Avropa saytında bu haqda bir qərar yoxdur. Ona görə bir qərar, qətnamə olmamış məsələyə tələsik münasibət bildirmək o qədər də vacib deyil.
Mən fikirləşirdim ki, bu gün bizim millət vəkilləri bir əsas məsələ üzərində danışa bilərdilər. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin dünən keçirilən iclasında belə bir məsələ var idi: Ukrayna və ətraf ölkələrdə baş verən separatçı hərəkatlar. Burada Gürcüstanın və Moldovanın adı var idi, Azərbaycanın adı heç siyahıda yox idi. Azərbaycanın təkidi ilə, Fikrət Məmmədovun çıxışlarından sonra bu qətnaməyə Azərbaycan da salındı. Bu bizim Avropa Şurasında böyük qələbəmizdir. Bu istiqamətdə olan məsələlərdən danışaq. Ancaq hansı məsələlər ki yoxdur, ora çox diqqət cəlb eləmək lazım deyil. Bir şey deyim. Burada hamımız millət vəkilləriyik. Biz artıq görürük ki, dünyada, həqiqətən, ədalət prinsipi itib, ədalət prinsipi yoxdur. Hər hansı böyük gücə, hər hansı qüvvəyə nə əl verirsə, öz diqqətini o istiqamətə verir.
Qarabağ məsələsi də hər dəfə bir dövlət, bir ölkə, bir qurum tərəfindən oyuncaq kimi istifadə olunur. Biz buna da hazır olmalıyıq. Ancaq mən bir məsələ ilə razıyam ki, bizim icma bu məsələdə çox fəal olmalıdır. Biz Rövşən Rzayevə icmanın üzvü kimi bütün təşkilatlarda çıxış eləmək imkanı yaradırıq. İstənilən beynəlxalq təşkilatda bu məsələni desin. Ancaq Rövşən müəllim, bir xahişim var, icmaya da baxın. İcma daha fəal olmalıdır. Bizim icma da həmin o Dağlıq Qarabağ icması kimi bir təşkilatdır. Orada bir az fəallığı artırmaq lazımdır. Əgər başqa fikir yoxdursa…
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Avropa Şurası haqqında demək istəyir-siniz, Səməd müəllim? Mənim yadımdan çıxdı, gərək Sizə söz verəydim. Avropa Şurasının sessiyası haqqında Səməd Seyidov qısaca məlumat versin, ondan sonra iclasa davam edək.
S.Seyidov. Söz verdiyinizə görə çox sağ olun, Oqtay müəllim. Sizin sözünüzün qüvvəsi, mən bir də qeyd etmək istəyirəm ki, ümumiyyətlə, Avropa Parlamentinin öz iş prinsipi, iş bölgüsü var və içərisinə daxil olan qurumlar siyasi partiya və komitələrdir. Avropa Parlamentinin içərisində hansısa dostluq qrupunun yaradılması, təbii ki, erməni təbliğatının növbəti bir addımıdır. Ola bilsin, ermənipərəst deputatlar yığışıb özlərini hansısa formada elan edirlər. Biz buna öyrəşmişik. Ancaq Avropa Parlamentinin siyasi partiyaları və siyasi komitələri, ümumiyyətlə, komitələrin strukturları belə bir qurumun yaradılmasına imkan verə bilməz. Mən istərdim ki, millət vəkilləri bu məsələni bilsinlər.
O ki qaldı ermənipərəst deputatların həm Avropa Parlamentində, həm də Avropa Şurasında fəaliyyətləri ilə bağlı işlərə, onlar olub, var və yəqin ki, gələcəkdə də olacaq. Ona görə olacaq ki, Azərbaycanın mövqeyi həm Avropa Şurasında, həm də başqa beynəlxalq strukturlarda getdikcə möhkəmlənir. Buna əsas bu yaxınlarda Sizin tapşırıqlarınızı, cənab Prezidentin birbaşa tövsiyəsini yerinə yetirməyə göndərilmiş Azərbaycan nümayəndə heyətinin orada fəaliyyəti və bu fəaliyyət nəticəsində Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş ərazilərlə bağlı birbaşa məruzəçinin təyin edilməsidir. İş o yerə gəlib çıxıb ki, Ermənistan parlamentinin üzvləri əllərində əlac qalmadığına görə “həmin məruzəçi ilə işləməyəcəyik” sözlərini müxtəlif qurumlarda, müxtəlif iclaslarda bəyan edirlər. Bununla əlaqədar Avropa Şurasının özünü çıxılmaz bir vəziyyətdə qoyurlar. Ona görə ki, Avropa Şurasının özünün təyin etdiyi məruzəçi ilə Ermənistan bir dövlət kimi işləməyəcəksə, bu onun işğalçı mahiyyətini birbaşa göstərəcək və sübut edəcək.
Azərbaycanın Avropa Şurasında fəaliyyəti bu gün Sizin sözlərinizə qüvvət olaraq hörmətli nazirimiz Fikrət Məmmədovun Regional Konqresdə dünənki, – bu gün Siz bu məlumatı verdiniz, – çıxışı və bizim mövqeyimiz nəti-cəsində qəbul olunmuş bəyanatdır. Orada bizim hörmətli səfirimiz Emin Eyyubovun da fəaliyyətini xüsusi qeyd etmək istəyirəm, Oqtay müəllim. Bu gün Avropa Şura-sının deputatları əksər hallarda Azərbaycanın mövqeyini dəstəkləyirlər. Hansı hallarda biz problemlərlə rastlaşırıq? Onlar görürlər ki, Azərbaycanın mövqeyi beynəlxalq arenada çox güclüdür, cənab Prezidentin xarici siyasəti bu gün dünyada qəbulolunandır, məntiqlidir və bu siyasət əsasında Azərbaycanın yeri danılmazdır. Ona görə onlar başqa istiqamət seçiblər. Onlar insan haqlarından istifadə edərək Azərbaycana təzyiq vasitəsi kimi hansısa əməllərdən, hansısa məsələlərdən dırnaq arasında çox səmərəli istifadə etmək niyyətindədirlər. Ancaq bu da alınmayacaq. Ona görə ki, insan haqları haqqında danışarkən sən gərək obyektiv olasan. Birincisi, öz ölkəndə gedən insan haqları ilə bağlı məsələləri təhlil edəsən.
Biz görürük, dünyanın bütün ölkələrində, o cümlədən Avropa Şurasına daxil olan ölkələrdə insan haqlarına münasibət necədir. İkincisi, insan haqlarından danışarkən Azərbaycanda qaçqınların, köçkünlərin, Ermənistanın işğalçı siyasəti nəticəsində girov düşmüş insanların insan haqları haqqında danışmamaq, bir-iki qrup insanın haqlarını müdafiə etmək ədalətsizlikdir. Bu, qəbulolunmaz bir məsələdir. İnsan haqlarını təsir alətinə çevirmək qəti qadağandır. Bunlar erməni lobbisinin fəaliyyəti və dəstəyi nəticəsində Azərbaycana bu təsir üsullarından istifadə edirlər. Sizi əmin edə bilərəm ki, beynəlxalq strukturlarda nə qədər belə bir cəhd olsa da, Azərbaycanın bu gün xarici siyasəti və mövqeyi kifayət qədər güclüdür və belə mövqelərə, belə münasibətlərə biz öz məntiqimizi, gücümüzü göstərmək iqtidarındayıq. Ona görə mən nümayəndə heyətinin adından, Oqtay müəllim, qısa olaraq həm Sizə, həm də millət vəkillərinə minnətdarlığımı bildirirəm ki, cənab Prezidentin siyasətini yeritmək və həyata keçirmək üçün bizə lazım olan şəraiti yaratmısınız. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Ancaq mən çox istərdim ki, Siz millət vəkillərinə Kaliforniya səfərindən, Azərbaycanın orada gördüyü işlərdən qısaca danışasınız.
S.Seyidov. Böyük məmnuniyyətlə, Oqtay müəllim. Yenə də Milli Məclisin, Sizin tapşırığınız əsasında mən və hörmətli millət vəkili Asim Mollazadə bir neçə gün Amerika Birləşmiş Ştatlarının ən çətin ştatlarından biri olan Kaliforniya ştatında olduq. Əsas məqsədimiz, təbii, ilk dəfə Kaliforniyada, Kaliforniyanın ən inkişaf etmiş şəhərlərindən biri olan San-Diyeqoda Qara Qarayev musiqisinin, “Yeddi gözəl” baleti tamaşasının necə yüksək səviyyədə qoyulmasının canlı şahidi olmaq idi. Siz bir anlığa təsəvvür eləyin ki, həmin tamaşada 3 min adam iştirak edirdi. Statistikaya görə, onlardan təxminən bir 10 faizi azərbaycanlı, türk, Azərbaycanla bağlı insanlar, 90 faizi isə amerikalı idi. Bu, birincisi. İkincisi isə baletin tamaşaya qoyulması, səhnənin təşkil olunması Amerika Birləşmiş Ştatlarının musiqiçiləri və rəqqasələri tərəfindən həyata keçirilmişdi. Qara Qarayevin musiqisi Amerikada çox yüksək səviyyədə qarşılanır, necə ki, bütün Azərbaycan mədəniyyəti. Bu bizə çox lazımdır.
Kaliforniyada baş vermiş hadisələr, yəni bu yaxınlarda Kaliforniya ştatında Azərbaycana qarşı qəbul olunmuş bir sənəd, qətnamə bir də sübut etdi ki, bir anlıq belə rahatlaşmaq olmaz. Erməni lobbisi fəaliyyət göstərir, Azərbaycana qarşı münasibəti mənfi cəhətdən formalaş-dırmaq cəhdləri heç də dayanmır. Ancaq bizim cavabımız, Azərbaycanın mədəniyyəti, Azərbaycanın iqtisadiyyatı, Azərbaycanın tolerantlığı ilə olur. Bu cavab, mən sizi əmin edə bilərəm, daha da güclü və qəbulediləndir. Biz, o cümlədən müxtəlif konqresmenlər, dairələr və Amerika Birləşmiş Ştatlarında çox güclü olan yəhudi lobbisi ilə görüşlər keçirdik. Onlar bizi əmin etdilər ki, qəbul olunmuş bu sənədin heç bir siyasi əhəmiyyəti yoxdur. Amerika Birləşmiş Ştatlarının mərkəzi hökuməti tərəfindən bu sənədin qəbul olunması, yəni buna müsbət rəyin bildirilməsi ehtimalı yoxdur və ola da bilməz. Ümumiyyətlə, belə sənədin qəbul olunması (bunu həmin Kaliforniya ştatının deputatları bizə bildirdilər) həmin parlamentin əhəmiyyətini və çəkisini aşağı salmışdır, çünki özlərinin qanunlarına görə ştatın beynəlxalq əlaqələrlə bağlı hər hansı bir qətnamə qəbul etməsi qadağandır. Deməli, bu qəbul olunmuş qətnamə də qeyri-qanunidir, heç bir qüvvəyə malik deyil, sadəcə, erməni lobbisinin növbəti bir provokasiyasıdır. Mən bunu da hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm. Bizim bütün ölkələrlə əlaqələrimiz inkişaf edir, o cümlədən Amerika Birləşmiş Ştatları ilə və bu nöqteyi-nəzərdən Azərbaycan öz mövqeyini Kaliforniyada yüksək səviyyədə nümayiş etdirdi. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Məlumata görə çox sağ olun. İndi keçək gündəliyə. Gündəliyin birinci məsələsi “Hərbi qulluqçuların statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun hörmətli Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat-lar! Qanun layihəsi sentyabr ayının 9-da bizim komitədə müzakirə olunub və plenar iclasa tövsiyə edilib. Qanun layihəsi sizə paylanıb və onu da demək istəyirəm ki, bu qanun layihəsində irəli sürülən təkliflər bizim keçən il may ayında qəbul etdiyimiz Miqrasiya Məcəlləsinə uy-ğunlaşdırılmaq baxımından irəli sürülüb. Söhbət ondan gedir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər silahlı birləşmələrdə qulluq edən şəxslər hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla, xarici ölkələrdə antiterror, xilasetmə, xidməti zərurətlə və digər məsələlərlə bağlı əməliyyatlarda iştirak edirlərsə, yəni ölkədən xaricə çıxırlarsa, bu zaman mütləq müvafiq icra hakimiyyəti orqanının icazəsı alınmalıdır. Bax, məsələnin mahiyyəti bundan ibarətdir. Bir daha deyirəm, bizim Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmaq nöqteyi-nəzərindən bu təklif irəli sürülüb. Ona görə də xahiş edirəm, bu qanun layihəsinə müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafiq Məmmədhəsənovun nəsə sualı var, buyursun.
R.Məmmədhəsənov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu Hərbi qulluqçuların statusu haqqında qanun layihəsinə edilən dəyişikliklərə müsbət yanaşıram və bu qanun layihəsinə olan dəyişikliklərə də müsbət səs verəcəyəm. Amma bir-iki təklifim var, onları səsləndirmək istəyirəm. Mən bu hərbi qulluqçularla yayda görüşmüşəm. Yəni yay tətilində mən Gədəbəyin ucqar kəndlərində, sərhəd kəndlərində oldum və seçicilərlə çoxlu görüş keçirdim, bu öz yerində. Sonra orada hərbi hissə var, o hərbi hissənin komandirləri, əsgərləri ilə görüşdüm.
Mən qeyd etmək istəyirəm ki, əsgərlərdə, ordunun özündə çox böyük ruh yüksəkliyi var. Bu da xüsusən cənab Prezidentin cəbhə bölgələrində hərbiçilərlə gö-rüşündən sonra daha da artmışdır. Hərbiçilər məndən xahiş ediblər ki, xahiş və təkliflərini burada səsləndirim. Bunlar hərbi vətənpərvərlik mövzularının çox az olmasından şikayət edirlər, hansı kanalı açırıq, şou gedir, xörəkbişirmə gedir və sair. Bunu xahiş edirlər ki, bu kanallar, heç olmasa, həftədə bir dəfə hərbi vətənpərvərlik mövzusunu gündəmə gətirsinlər. Bunlar deyirlər ki, məsələn, İkinci dünya müharibəsi dövründə hər şey cəbhə üçün idi, hərbi vətənpərvərlik yüksək səviyyəyə qaldırılmışdı.
İndi ölkəmiz müharibə şəraitində olan ölkədir, ona görə də, hərbi vətənpərvərlik mövzusunun gündəmə gəlməsi, mən hesab edirəm ki, düzgündür. Məhz bu səbəbdən onların bu xahişini sizə çatdırıram. İkinci bir məsələ kimi bunu qaldırdılar ki, orada hərbiçi zabitlərin müəllimə olan həyat yoldaşları birinci növbədə işlə təmin olunmalıdırlar. Buna bəzi hallarda riayət olunmur. Onları bəzən test imtahanlarından keçməyə göndərirlər. Bunun yoldaşı sərhəddə sərhədi qoruyur, vətənin keşiyində dayanır, belə adamları test imtahanına salmaq, mən hesab edirəm, düzgün deyil. Salınırsa da, heç olmasa, bunun ikinci hissəsinə salınsın, yəni söhbətdən keçsin. Bu, dövlət imtahanı verir, diplom alır, söhbətdən keçir, ondan sonra, doğrudan da, bu işə layiqdir, layiq deyil, qərar çıxarmaq olar. Eyni zamanda, sərhəd bölgəsindən olan gənclərin ali hərbi məktəblərə imtiyazlı əsaslarla qəbul olunmasını xahiş edirlər. Mən də bu təklifi dəstəkləyirəm. Yəni müharibə şəraiti qurtarana qədər “Təhsil haqqında” Qanunda müəyyən dəyişiklik etmək və sərhəd rayonlarından olan gənclərin hərbiyə qəbul olunmasına müəyyən imtiyazlar vermək olar. Bax, mənim deyəcəklərim bu qədər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Rzayevin sözü var. Bu-yurun.
T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, mən də bu dəyişikliyin tərəfdarıyam və bunu məqbul hesab edirəm. Ancaq çıxışım sual formasındadır, burada yazılır ki, bu statusa malik olan adamlar Azərbaycan Respublikasından gedə bilərlər. Hansı formada? Müvəqqətimi, daimimi, ezamiyyətəmi, bax, bu mənim üçün maraqlıdır. Sağ olun.
Z.Əsgərov. Tahir müəllim, əgər Siz qanun layihəsinə baxsanız, burada, qanun layihəsində bizə təklif olunan yeni maddə iki hissədən ibarətdir. Fikir verin, “Azər-baycan Respublikasının Silahlı Qüvvələrində və Azər-baycan Respublikasının qanunvericiliyinə uyğun yaradıl-mış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular”. Bu, məsələnin bir hissəsi, digər hallarda isə artıq xarici ölkələrdə xilasetmə, terrora qarşı mübarizə və digər əməliyyatlarda iştirak etmək üçün gedənlər. Yəni məsələn, birinci halda nə nəzərdə tutula bilər? Ola bilsin, hərbi qulluqçunun özünün səhhətində bir problem var, ya qohumunun səhhətində bir problem var. Birinci hal bunu nəzərdə tutur, ikinci hal isə daha konkretdir. Yəni konkret olaraq antiterror, xilasetmə, xidməti zərurətlə bağlı və digər tədbir və ya əməliyyatlara cəlb olunan. Hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə ölkədən gedə bilərlər. Bax, bu iki hal nəzərdə tutulub.
Yerdən. (Eşidilmir.)
Z.Əsgərov. Yox, söhbət daimidən gedə bilməz, söhbət daimidən getmir. Söhbət burada müvəqqəti haldan gedir. Bəli, bəli, əlbəttə.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.46 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Azərbaycan Respublika-sının 1994-cü il 8 yanvar tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Ni-zamnaməsi”ndə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsini Milli Məclisin Beynəlxalq əlaqələr komitəsində biz ciddi müzakirə etmişik. Bu dəyişikliklər çox səmərəli dəyişikliklərdir, ona görə ki, konsulun işinin yüksək səviyyədə təşkil olunmasına xidmət edir. Siz özünüz dəyişikliklərə baxsanız, görərsiniz ki, 25-ci maddəyə və 39-cu maddəyə dəyişikliklər əlavə olunur və bu dəyişikliklər əsasında konsul vizaların verilməsində, insanların uçotunun aparılmasında çox ciddi və lazımi tədbirlərin görülməsinə əsas yaradan işlər görmək iqtidarında olacaq. Ona görə komitəmiz bu dəyişiklikləri yekdilliklə müsbət qəbul edib və mən həmkarlarımdan xahiş edirəm, bunlar texniki dəyişikliklər olsa da, konsulun işinə çox böyük köməklik göstərəcəyinə görə həmin dəyişikliklərə səs versinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.47 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Üçüncü məsələ “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, üçüncü və dördüncü məsələlər – bunlar ikisi də bizim parlamentdə cənab Prezidentin təqdim etdiyi Miqrasiya Məcəlləsinin qəbul olunması ilə bağlıdır. Faktiki olaraq Miqrasiya Məcəlləsində qüvvədə olan, işləyən normaların müvafiq aidiyyəti qanunlarda, yəni “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunlarda öz əksini tapması ilə bağlıdır. Bu baxımdan hesab edirəm ki, hər iki məsələyə – həm üçün-cü, həm də dördüncü məsələyə səs verib qəbul etmək olar.
Sədrlik edən. Buyurun, Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Əlbəttə, təklif olunan layihə ilə mən razıyam. Sadəcə olaraq, fürsətdən istifadə edib bir məsələni də burada demək istəyirəm ki, bizim bu sərhədi pozan əcnəbilərlə bağlı mövqeyimiz necə olmalıdır? Xüsusən o əcnəbilər ki, Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlər edirlər. Bununla bağlı, bilir-siniz ki, Xarici İşlər Nazirliyinin siyahısında 365 nəfərin adı var. Onlar arzuolunmaz şəxslər kimi qeydiyyata düşüblər və indiki halda hələlik ata bildiyimiz addımlardan biri budur ki, onları ölkəyə buraxmırıq, viza vermirik. Amma digər tərəfdən, təəssüf ki, bunların sayı artmaqdadır. Düzdür, bizim qanunvericiliyə əsasən sərhədi pozmaya görə 5 ilə qədər həbs qətimkan tədbiri də nəzərdə tutulur. Amma reallıq bundan ibarətdir ki, bu torpaqlar bizim nəzarətimizdə deyil, işğal altındadır. Ona görə də həmin şəxsləri biz qanunvericiliklə müəyyən məsuliyyətə cəlb edə bilmirik. Mən düşünürəm ki, biz bu məsələyə bir də baxmalıyıq və müəyyən etməliyik, hansı digər hüquqi mexanizmlər tətbiq oluna bilər ki, həmin şəxslər müəyyən formada hüquqi məsuliyyətə cəlb olunsunlar, onlarla bağlı təkcə siyasi qərarlar verilməsin. Mən fürsətdən istifadə edib bu məsələni bizim hörmətli Əli müəllimin nəzərinə çatdırmaq istəyirəm ki, bununla bağlı gələcəkdə nələr etmək olar.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, mən də Azay müəllimin dediyi fikri dəstəkləyirəm və bildirmək istəyirəm ki, belə bir təcrübə bütün digər ölkələrdə də var, xüsusi olaraq nəzərə alaq ki, son dövrlərdə separatizm meyilləri artdıqca, ölkələr öz giriş, çıxış qanunvericiliyini daha çox sərtləşdirirlər.
Mənim üçüncü məsələ ilə bağlı bir əlavəm də var, Əli müəllim. Burada bəzi yerlərdə “süründürülməsi” sözündən çox istifadə olunur. Məncə, bu sözün digər sözlə əvəz olunması yaxşı olardı, çünki bir neçə yerdə təkrar olunur, yəni bunu “uzadılması” və yaxud da “süni uzadılması” kimi qeyd etmək olar.
Dördüncü məsələ, biz bayaq bunu müzakirə edirdik, bu, əcnəbi vətəndaşlığı olmayan şəxslərin 3 gün ərzində qeydiyyatı ilə bağlıdır. Məncə, 19-cu məsələdir, bu, müzakirə olunacaq. Ona görə mən bunda xüsusi dayanmaq istəmirəm. Amma orada dəyişiklik baş verən kimi, avtomatik olaraq Miqrasiya Məcəlləsindən irəli gələn bütün digər məsələlərdə də 3 gün olacaq, yəqin ki, 10 gün ərzində. Ona görə mən, sadəcə olaraq, bu iki məsələni diqqətə çatdırmaq istədim. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Təşəkkür edirəm. Hamını salamlayıram. Konkret olaraq “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna dəyişikliklər normaldır və şübhəsiz ki, buna səs verəcəyik. Amma ümumiyyətlə, gündəliyə baxdım. Keçən dəfəki kimi bu dəfə də bizim işimizin çox böyük hissəsi qanunlarda dəyişikliklərə sərf olunur. Elə bu məsələ ilə bağlı azı bir 4, 5 dəfə biz də-yişikliklər etmişik. Bəzən də baxırsan ki, bu dəyişikliklər camaata xeyirdən çox zərər verir. Mən hesab edirəm ki, şübhəsiz, ölkəyə gəlib-getmək, qeydiyyat və pasport məsələləri ciddi işlərdir, bunlara nəzarət olunmalıdır, bu iş də Azərbaycanda görülür.
Amma son vaxtlar bir məsələ ilə bağlı həddindən artıq çox narazılıqlar eşidirik. O da bundan ibarətdir ki, ölkəyə gələn adamlara xəbərdarlıq edilmədiyinə görə gəlir, bir həftə qalır, bəzən bilmir, ilk dəfə gəlir, ya deyilmir, ya da deyiləndə başa düşmür. Bəzisi dil bilmir, hər halda müəyyən çətinliklərlə bağlı olur. Sonra gedəndə, məsələn, bir gün, iki gün, ya üç gün artıq qalıb, ya da burada qeydiyyata düşə bilməyib, gedəndə böyük miqdarda cərimə verməli olur. Mən hesab edirəm, bunun bir yolu tapılmalıdır ki, bu gələn insanları Azərbaycandan narazı qaytarmayaq, çünki bu yaxınlarda mənim öz başıma gəlib. Hətta tranzit gəlib buradan gedənləri yolda saxlayırlar ki, sən niyə burada 3–4 gün artıq qalmısan. Bu, tranzitdir, burada qeydiyyata düşməli deyil, biletinə uyğun olaraq, deyək ki, artıq qala bilər, bunu demək istəyirdim.
Bir də, özümüzünkülər, xüsusən Azərbaycan əsilli, Azərbaycanda doğulmuş insanlar da gəlirlər bura, deyək ki, onlara da məhdudiyyət var. Gəlir, bir aydan sonra da çıxıb getməlidir, mən bunu başa düşə bilmirəm. Azərbay-canda doğulub, valideynləri buradadırlar, gəlir, bəlkə iki ay, üç ay, bəlkə də yarım il qalmaq istəyir. Bu məhdudiy-yətləri necə etmək olar ki, adamlar həmin çətinliklərlə üzləşməsinlər. Çünki o əlavə vaxt almaq məsələsi, ümumiyyətlə, bizdə bilirsiniz də, hər hansı bir işi qanunla belə görmək istəyəndə müəyyən bürokratik əngəllərlə üzləşirlər.
Mən bu yaxınlarda Moskva qəzetlərində oxudum ki, hətta atası rus, yəni yarı rus, yarı iranlı, özü İranda yaşayan, farsca yazan bir şairədir, onu Ermənistana gətirib vətəndaşlıq verirlər. Dünyada nə qədər erməni varsa, Ermənistanda heç bir maneə olmadan onlara vətəndaşlıq verirlər. Ermənistan bir yandan deyirik boşalır, amma bir yandan da xaricdən kim müraciət edirsə, gəlir, orada ona vətəndaşlıq verirlər. Amma bizdə, deyək ki, buradan çıxıb gedən, xaricdə, Rusiyada, Ukraynada, başqa yerdə yaşayan adamların çoxu, təəssüf ki, gəlib buradan qayıdanda, öz sənədlərini, öz vətəndaşlığını bərpa etmək istəyəndə böyük maneələrlə qarşılaşırlar. Ona görə mən hesab edirəm ki, Azərbaycanda vətəndaşlıq məsələsini, burada məndən əvvəl bir məsələyə toxunuldu, bu məsələləri həll etməliyik. Öz vətəndaşlarımızı vətənə bağlamaq, onların Azərbaycana rahat gəlib-getmələri üçün şəraiti daha da yaxşılaşdırmalıyıq. Təəssüf ki, bizdə bu əlavələr bəzən onların vəziyyətini daha da ağırlaşdırır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir müəllim, bir məsələyə mən aydınlıq gətirim. Bayaq qanun layihələrinin müzaki-rəsinə başlayanda biz qeyd etdik ki, təxminən bir 19–20 məsələdir. Bunları bizim qəbul etdiyimiz Miqrasiya Mə-Ñəlləsinə uyğunlaşdırmaq üçün edirik. İndi ola bilməz ki, Miqrasiya Məcəlləsində bir müddəa olsun, qanunlarda başqa müddəa. Bu qanunlar bir-birini tamamlamalıdır. Ona görə uyğunlaşdırmaq, tamamlamaq nöqteyi-nəzə-rindən bu dəyişikliklərin edilməsi zəruridir. Bu da normal bir təcrübədir. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Dördüncü məsələyə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərlə bağlı qısaca fikrimi bildirmək istəyirdim. Belə ki, yeni təklifə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin müdiriyyəti və ya mənzilin digər yaşayış sahəsinin sahibi onun ölkəyə gəldiyi vaxtdan 3 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizəni və həmin şəxsin pasportunun surətini ya poçt, elektron poçt vasitəsilə, ya da şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Əks təqdirdə onu, Sabir müəllimin dediyi kimi, böyük cərimələr gözləyir. Hazırkı şəraitdə bizim qurumlarda elektron poçt rabitəsi ilə qeydiyyat o qədər də inkişaf etməyib və bu məlumatları elektron qaydada göndərən şəxs əmin ola bilmir ki, həmin məlumat müvafiq quruma bir gün ərzində çatacaq və bu qurum, qanunda qeyd edildiyi kimi, müraciət edən şəxsə bir iş günü ərzində yazılı məlumat verəcək. Həmçinin elə hal ola bilir ki, ev sahibinin qonağı gəlir, amma ev sahibi məşğul olduğu üçün və ya qonağın gəlişi şənbə, adətən isə bazar günlərinə təsadüf etdiyi üçün vaxt itirilir və o, vaxtında müvafiq quruma məlumat verə bilmir. Yenə də nəticədə qeydiyyat məsələsi gecikir və vətəndaşları böyük məbləğdə cərimələr gözləyir.
Madam ki biz bu maddəni dəyişirik, onda gələcəkdə çox xahiş edərdim ki, müvafiq qurumlarla bir danışıq aparaq və bu müddət, heç olmasa, 5–7 gün uzadılsın. Bu, insanların işini xeyli asanlaşdırmış olardı. İnanın ki, indiki vəziyyətdə 3 günlük müddətlə bağlı böyük çaşqınlıq və narazılıqlar var. Bu hallar da, əsasən, xarici ölkə vətəndaşları olan azərbaycanlılar üçün əlavə çətinliklər yaradır və onların Azərbaycana mütəmadi gəlişlərinin sayını azaldır. Bir də, kütləvi informasiya vasitələrindən xahiş edərdim, böyük təbliğat, izahat işləri aparılsın və saytlarda, televiziyalarda şərhlər verilsin ki, əhali və xaricdə yaşayan bizim həmvətənlərimiz bu 3 günlük qeydiyyat məsələsindən hali olsunlar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Təşəkkür edirəm, Elmira xanım. Mən yenə təkrar etməyə məcburam. Biz bu qanunlara əlavə heç nə yazmırıq, Elmira xanım. Biz bu qanunlara ancaq Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş müddəaları köçürürük ki, bir-birini tamamlasın. Digər tərəfdən mən bəzən təəccüblənirəm. Söhbət burada əcnəbi vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən gedir. Çox sağ olun, bunların qayğısına yaxşı qalırsınız. Amma bizim vətəndaşlar xaricə gedəndə, viza müddəti qurtaranda ya 1 gün, ya da 1 saat əgər gecikibsə, heç bilirsiniz, başlarına nə oyun açırlar? Bundan da danışmaq lazımdır axı.
Biz müstəqil, suveren dövlətik. Biz qanunlarımızı bərkitməliyik, müəyyən hallarda tədbirlərimizi görməliyik. Baxın, dünyada nələr baş verir. Çox qəribədir, açaq sərhədləri, viza lazım deyil, camaat gəlsin ölkəyə. Nə olsun? Həddindən artıq qonaqpərvərlik yaxşı şeydir, amma onun da bir dərəcəsi, əndazəsi olmalıdır. Biz birinci növbədə öz vətəndaşlarımız, sonra isə xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər haqqında düşünməliyik. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Əlbəttə ki, buna səs verəcəyəm, ancaq bir neçə dəfə təkrarən demişəm bu sözü, bir də təkrar edirəm. Yaxşı olmazdımı ki, hər zaman yazaq, 3 iş günü ərzində? Çünki vətəndaşa aid olanda, insana aid olanda 3 gün yazırıq, icra orqanına ərizə daxil olduqdan sonra isə müvafiq icra hakimiyyəti orqanı üçün 1 iş günü. İcra orqanı üçün 1 iş günü, insan üçün 3 gün. Misal üçün, ayın 5-də gəldi, 6, 7, 8. 9-da məmur ayıldı ki, vaxt keçibdir. Məmura da deyə bilməzsən ki, sən mənə cavab vermədin. Deyəcək ki, iş günü deyildi. Ona görə yaxşı olardı ki, hər yerdə 3 iş günü yazaq. Tək bununla əlaqədar deyil, başqa qanunlarda da gün deyiriksə, deməli, iş günü olmalıdır. Çox üzr istəyirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Çox sağ olun, təşəkkür edirəm. Mən ko-mitə sədrinin razılığı ilə bir aydınlıq gətirmək istəyirəm. Əvvəla, biz bu məsələyə komitədə 30 sentyabrda bax-mışıq. Buraya layihələr texniki nasazlıqla gəlib çıxıb, ona görə bir az anlaşılmazlıq oldu. Mən digər komitə üzvlərini də başa düşürəm ki, komitədə olmadıqlarına görə bilmirlər. 30 sentyabrda bizim komitədə bu məsələyə baxılıb. Cənab Prezidentin imzası ilə bizə gələn təklifdə Miqrasiya Məcəlləsinin 21.1, 21.2-ci maddələrində əcnəbilərin ölkəyə daxil olduğu gündən 3 gün deyil, artıq 10 gün müddətində qeydə alınması məsələsi öz əksini tapıb. Sadəcə, bu gün parlamentə çıxarılan və Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması nəzərdə tutulan qanunlarda bu, bir texniki səhv olaraq gedib. Ona görə mən belə hesab edirəm ki, bu məsələni, ümumiyyətlə, dayandırmaq lazımdır. Əli müəllim 19-cu məsələdə Miqrasiya Məcəlləsini təqdim edəndə bu məsələyə qayıdılacaq. Cənab Prezidentə də təşəkkür edirik. Artıq bununla bağlı çox müsahibələr də verilib ki, cənab Prezident 3 günün 10 gün olması ilə bağlı təklifi Milli Məclisə göndərib. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Əli müəllim bunu niyə əvvəldən qeyd etmədi?
Ə.Hüseynli. Ziyafət müəllim, mən, sadəcə, gündəliyin axarını pozmaq istəmədim. 19-cu məsələdə məruzəm olacaq. Yəni Miqrasiya Məcəlləsini, əsas qanunu məruzə edəndə ona qayıdacağıq. İndi isə bilirsiniz, nə baş verir? İndi biz mövcud qanunları Miqrasiya Məcəlləsinə uyğun-laşdırırıq. Ona görə də hər yerdə 3 gün kimi qalır, çünki hələ qüvvədədir. Əsas Miqrasiya Məcəlləsində 3 günün 10 günlə dəyişdirilməsi təklifi 19-cu məsələdə həllini tapacaq.
Sədrlik edən. Aydındır, çox sağ olun, təşəkkür edirəm. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, 3-cü məsələyə münasibət bildirək. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 13.03 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin.
Səsvermənin nəticələr (saat 13.04 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Reklam haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitə-sinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə “Reklam haqqında” Qanunun 11-ci maddəsinə aşağıdakı əlavələr edilməsi təklif olunur: “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə bilərlər”. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm. Bir də, məlumat vermək istəyirəm ki, hörmətli Ziyafət müəllim, “Reklam haqqında” Qanun artıq Milli Məclisin gündəliyində nəzərdə tutulur. Ona görə ki, vaxtilə qəbul edilmiş “Reklam haqqında” Qanunda bir sıra ciddi dəyişikliyin edilməsi, yəni yeniləşdirilməsi nəzərdə tutulur. Bu qanun layihəsini bizim hörmətli millət vəkilləri Vahid müəllimlə Əli müəllim hazırlayıblar. Ona görə əgər qanunun təkmilləşdirilməsi ilə bağlı məsələlər varsa, onlardan xahiş edərdim ki, bu məsələni qanun layihəsi müzakirə ediləndə desinlər.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Bir cümlədən ibarət dəyişiklikdir, bu qədər adam yazılıb. Mən bilmirəm, buna ehtiyac var, yoxsa yox?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təkid edən yoxdur, çünki burada hər şey açıq-aydın yazılıbdır. Əgər reklamla bağlı, ümumiyyətlə, problemlər barəsində danışacaqsınızsa, Ziyad müəllim dedi, qanun qəbul olunanda müzakirə olunacaq, onda fikirlərinizi deyərsiniz. Burada müzakirə edilməli bir şey görmürəm. Ona görə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.07 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti 6-cı məsələ Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Komitə sədri Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! 6-cı, 7-ci məsələlər də Miqrasiya Məcəlləsinin qüvvədə olan hər hansı müddəasını dəyişdirmədən, müvafiq qanunda, yəni “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də və Əmək Məcəlləsində edilən dəyişikliklərlə bağlıdır. Bunlar əcnəbilərin həm əmək fəaliyyətini, həm də müvəqqəti sənəd alması ilə bağlı məsələləri tənzimləyir. Deyim ki, o müddəalar Miqrasiya Məcəlləsi əsas məcəllə olduğuna görə qüvvədədir və tətbiq olunur. Biz ancaq Siz dediyiniz kimi, Ziyafət müəllim, bu 2 qanunda texniki dəyişiklik edirik.
Sədrlik edən. Sağ olun. Buyurun, 6-cı məsələyə mü-nasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 86
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
7-ci məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Rəbiyyət xanım, Sizin də komitədə müzakirə olunub. Əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təşəkkür edirəm. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 82
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 82
Nəticə: Yetərsay yoxdur
Yetərsay yoxdur? Amma mən görürəm, yetərsay var. Xahiş edirəm, səsvermədə bir az diqqətli olaq. Buyurun, bir də səs verin.
Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti 8-ci məsələ “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Qanun layihəsi 2 komitədə – Sosial siyasət və İnsan hüquqları komitələrində müzakirə olunub. Buyurun, Hadi müəllim, söz Sizdədir.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Çox sağ olun. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunda biz Miqrasiya Məcəlləsinə uyğun olaraq bəzi dəyişikliklər edirik. Bu, əsasən, 5 maddəni özündə ehtiva edir və bu məsələlərin hər biri Miqrasiya Məcəlləsində ehtiva olunan məsələdir. Mən məsələləri sadalayıb vaxtınızı almaq istəmirəm. Bunlar hamısı qanun layihəsində göstərilir. Bu, qanunumuzun Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmasıdır. Sırf texniki xarakter daşıyır.
Sədrlik edən. Sağ olun. Güman edirəm ki, Rəbiyyət xanımın əlavəsi yoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu. Çox sağ olun. Çıxış etmək istəyən varmı? Astan Şahverdiyev, buyurun.
A.Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Hör-mətli sədarət, hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsinə olan dəyişiklikləri müsbət qiymətləndirirəm və onların lehinə səs verəcəyəm. Amma mənim bir sualım var. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin)”. Bilirsiniz, BMT Baş Məclisinin 1951-ci il 28 iyul tarixli qətnaməsi ilə “Qaçqınların statusu haqqında” Konvensiya qəbul edilmişdir. Orada ancaq “qaçqın” sözü var, “məcburi köçkün” sözləri yoxdur. Bizim ölkəmizdə bu sahədə “məcburi köçkün” ifadəsinin həmin əsasnaməyə salınması yolunda işlər aparılır. Mənə bir şey aydın olmadı: “ölkə daxilində köçürülmüş şəxslər”. Bu, aydın deyil.
Hörmətli Ziyafət müəllim, mən cari məsələlərdə bir məsələ ilə bağlı yazılmışdım. Mənim həmin məsələ ilə bağlı yazılmağımın əsas məqsədi ondan ibarət idi ki, cənab Prezidentə, möhtərəm İlham Əliyevə bütün məcburi köçkünlər adından dərin minnətdarlığımı bildirim. Ömürlük həbs olunmuş Ramil Səfərovun ölkəyə gətirilməsi və əfv olunması, eyni zamanda, bu yaxınlarda, yəni bir neçə ay bundan öncə Kəlbəcər rayonunda öz doğma yurdlarını ziyarətə getmiş insanların birinin öldürülməsi, digər ikisinin isə hələ də girovluqda qalıb istintaqa cəlb olunması ilə bağlı cənab Prezidentin apardığı humanist və nəcib addımı bir daha dəstəkləyirəm.
Bu yaxınlarda Həsən Həsənovun dəfni ilə bağlı məra-simdə mən də iştirak etmişəm. Mən cənab Prezidentə Həsən Həsənovun valideynlərinin dediyi sözləri çatdırmaq istəyirəm. Onlar dedilər ki, cənab Prezident bizim oğlumuzun cənazəsini ermənilərdən alıb gətirdiyinə və müsəlman adəti ilə torpağa tapşırtdığına görə hesab edirik ki, bizim oğlumuz şəhid olmayıb, sağdır. Bir daha cənab Prezidentə onların minnətdarlığını çatdırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Astan müəllim. Astan müəllim, nəzərinizə bir şeyi çatdırım. Siz məcburi köçkünlərlə bağlı arayış istədiniz. Bizim “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunda da yazılıb, “məcburi köçkün” ölkə daxilində olan insanlara deyilir. Qaçqınlar dedikdə isə ölkənin xaricindən Azərbaycana pənah gətirmiş insanlar nəzərdə tutulurlar. Əgər başqa çıxış etmək istəyən yoxdursa...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deyəsən var. Elmira xanım Axundova.
E.Axundova. Ziyafət müəllim, burada, deyəsən, ya mən başa düşmürəm, ya da texniki səhvdir. Maddə 6-ya baxın, dəyişiklikdə yol sənədi haqqında söhbət gedir. Yəni qaçqın statusu almış əcnəbilər yol sənədi əsasında gedib-gələ bilərlər. Lakin 19-cu məsələdə hər yerdə yol sənədi artıq səyahət sənədi haqqında anlayışla əvəz edilir. Cənab Prezidentin “Səyahət sənədi haqqında” 2014-cü il 2 aprel tarixli Fərmanı var. Bütün sənədlərdə belə getməlidir. Burada isə yol sənədi köhnə termindir. Bəlkə buna düzəliş vermək lazımdır?
Sədrlik edən. Hadi müəllim, aydınlıq gətirmək istəyirsiniz? Buyurun.
H.Rəcəbli. Burada məcəllədə yazılan kimi yazılıb. Miqrasiya Məcəlləsində belə yazılıb.
Sədrlik edən. Sağ olun. Əgər orada müxtəlif terminlər işlədilibsə, yəqin, müxtəlif kontekstlərdə işlədilir. Elmira xanım, ona baxmaq lazımdır. Sözsüz ki, hər birinin öz mənası var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Bu bir az terminoloji məsələdir. Əvvəlcə biz qaçqınların hamısına, həm Dağlıq Qarabağdan və ətraf rayonlardan, həm də Ermənistandan gələnlərin hamısına qaçqın deyirdik. Mən Milli Məclisdə həmin komissiyanın sədri olmuşam. Onda Qaçqınlarla iş komissiyası adlanırdı. Sonra ölkə daxilində məcburi köçkünlər çıxdı ortaya. Başa düşürəm, indi burada izahat vermişik, ölkə daxilində köçürülmüş şəxslər. “Köçürülmək”də bir arxayınçılıq var. Elə bil, ölkə özü öz vətəndaşını bir yerdən başqa yerə köçürür. Amma burada köçürülmədən söhbət getmir axı. Bunlar qovulmuş adamlardır. Nə cür köçürülüb, Dağlıq Qarabağdan bunlar özləri köçürlər? Bunlar qovulmuş insanlardır. Ona görə bu termin dəqiq olmalıdır. Mən hesab edirəm ki, məhz ona görə də bunlar beynəlxalq konvensiyalarla üzləşdiriləndə bəzən uyğun gəlmir. Dəqiq termin tapılmalıdır. Bunlar köçürülmüş adamlar deyil, bunlar qovulmuş qaçqın insanlardır. Nə olsun ölkə daxilindədir.
Sədrlik edən. Sağ olun, Sabir müəllim. Amma söhbət məcburi köçürülmüş şəxslərdən gedir. Buyurun, Hadi müəllim.
H.Rəcəbli. Terminologiya uzun illər müzakirə olunub, hətta BMT-də “refugee”, “displaced person” var, yəni qaçqınlar və köçkünlər. “Məcburi” sözü ilk dəfə olaraq Azərbaycanda işləndi və sonradan terminologiyaya daxil oldu. Ölkə daxilində yerini dəyişmək isə tamam başqa şeydir. Sellə də bağlı ola bilər, zəlzələ ilə də. Burada belə halların olması da nəzərə alınır. Amma məcburi köçkünlər ölkə daxilində məcburi köçürülən adamlardır. Yəni bizim bu Qarabağ məsələlərində olduğu kimi. Qaçqınlar isə başqa ölkənin ərazisindən bizim ölkəyə gələn adamlardır.
Sədrlik edən. Qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti 9-cu məsələ – “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Komitə sədri Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Yenə də Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə “Turizm haqqında” Qanuna 7.1-ci maddə əlavə edilir. Maddə belə adlandırılır: “Turizm vizası və turistlərə verilən elektron vizalar”. Göstərilir ki, Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada turizm vizası almalıdırlar. Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər. Elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər. Millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Sabir müəllim, sualınız var? Buyurun.
S.Rüstəmxanlı. Hörmətli Ziyad müəllim, mən bir şeyi aydınlaşdırmaq istəyirəm. Biz indi deyək ki, xarici ölkələrə gedəndə, məsələn, bir istirahət zonasına və sair, heç bir şirkətə müraciət eləmədən birbaşa getdiyimiz otelə və yaxud istirahət yerinə zəng vururuq və onlar da deyirlər ki, filan vaxtdan filan vaxta qədər buyurun, gəlin. İndi bir əcnəbi vətəndaş, tutaq ki, Azərbaycanda hansısa bir otelə zəng vurur, soruşur, yeriniz varmı, mən gəlmək istəyirəm. Onda bu, qadağan olunur? Hökmən vasitəçi şirkət tapmalıdır? Yoxsa sərbəst gələ bilər?
Sədrlik edən. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Sabir müəllimin sualı haqlı sualdır. Amma qanun layihəsində yazmırlar ki, müraciət etməlidir. Yəni akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadığı ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilər. Müraciət etməyə də bilər, birbaşa da gələ bilər.
Yerdən. (Eşidilmir.)
Z.Səmədzadə. Bəli.
Sədrlik edən. Yaxşı da, bu məsələni uzatmağa ehtiyac varmı, Aqil müəllim? Buyurun.
A.Abbas. Təşəkkür edirəm, Ziyafət müəllim. Amma məni bir şey maraqlandırır. Sabir müəllim də dedi. Otelə zəng edirik, deyirlər, buyurun, gəlin və gedirik. Ancaq hamıdan viza tələb edirlər. Bir saata Leyla Yunusa beşillik viza verən Fransa səfirliyindən mən Fransaya getmək üçün 20 günə bir viza ala bilmədim. Bəs bu necə olur? Onlar deyən kimi gələ bilərlər? Otelə zəng edir, bizim oteldə deyirlər ki, buyurun, xoş gəldiniz. Amma biz, tutaq ki, Karlovı Varıya gedəndə Çexiyaya viza almaq üçün bir 10 gün orada növbəyə dururuq.
Sədrlik edən. Aqil müəllim, Fransa səfirliyindən viza almaq üçün gərək Leyla Yunus olasan. Siz Leyla Yunus ola bilməzsiniz axı. Buyurun, xahiş edirəm, başqa sual yoxdursa, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.22 dəq.)
Lehinə 30
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 17
İştirak edir 47
Nəticə: Yetərsay yoxdur
Şahin müəllim, səsvermə kartları işləmir. Araşdırın, görün nə məsələdir.
Səsvermənin nəticələr (saat 13.22 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti 10-cu məsələ Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Bu dəyişikliklər də əsas qanunun Miqrasiya Məcəlləsində bu məsələnin tənzimlənməsi ilə bağlı qüvvədə olan normalara uyğunlaşdırılması məqsədi daşıyır. Amma eyni zamanda, vurğulamaq istəyirəm, hələ ki, arayışda qüvvədə olan Miqrasiya Məcəlləsinin normalarıdır, o cümlədən 3 gün ilə bağlı. Biz bu formada səs verməliyik.
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Yoluxucu xəstəliklərin immunopro-filaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Hadi müəllim, buyurun.
H.Rəcəbli. Ziyafət müəllim, icazə versəniz, növbəti məsələlər haqqında birgə məlumat verim. Bunlar, yəni 11 və 12-ci məsələlər, demək olar ki, eynidir. Yəni “Məşğulluq haqqında” Qanunda da kiçik bir dəyişiklikdir. Yoluxucu xəstəliklərlə bağlı olan qanunda 6-cı maddəyə kiçik dəyişikliklər edilib, bu da sırf profilaktik peyvəndlərlə bağlı olan müddəadır və Miqrasiya Məcəlləsindən irəli gəlir. “Məşğulluq haqqında” Qanuna bilavasitə xarici ölkələrdə işə düzəlməklə bağlı olan əlavə bir cümlə salınıb. Yəni bu iki düzəliş sırf Miqrasiya Məcəlləsinin tətbiqi ilə bağlı olan məsələdir.
Sədrlik edən. Çox sağ olun. Amma buna baxmayaraq, Fazil Mustafa danışmaq istəyir. Buyurun, Fazil müəllim.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, ötən məsələdə söz vermədiyinizdən belə başa düşdüm ki, bu növbəti məsələdə danışacağıma görə, yəqin, mənə onları birləşdirmə imkanını verirsiniz. Demək, “Turizm haqqında” Qanunda da, bu qanunda da bir nöqsan var. Mən istərdim, bunu müəyyən edim ki, məsələn, Gürcüstan Parlamentində belə bir dəyişikliyi qəbul edərdilər, yoxsa yox? Bir ölkəyə turist gəlmək istəyir və bizim qəbul elədiyimiz qanun hansısa turist firmalarına, turizmlə məşğul olan hüquqi şəxslərə şərait yaratmaq üçündür ki, onlar daha çox gəlir götürsünlər. Ölkəyə turist gəlirsə, qapını açmaq lazımdır. Əgər bir qəbahəti yoxdursa, kim hansı vasitə ilə gəlmək istəyir, gəlsin, bu ölkəyə pul gətirsin, ölkənin turizm sektorunu qaldıraq. Bizdə isə əksinə, məhdudlaşdırmalar var, mən burada bir məna görmürəm.
Bu gün Azərbaycanın pulları Batuminin, Türkiyənin və digər yerlərin turizm obyektlərinə gedir. Biz buna diqqət yetirməliyik. Eyni qayda məşğulluq ilə bağlı məsələdə də var. Baxın, əvvəlki layihədə verilir ki, icra hakimiyyəti orqanının xüsusi razılığını alan hüquqi və fiziki şəxslər turizm ilə məşğul ola bilərlər.
İndi fiziki şəxslər çıxarılırlar. Niyə çıxarılırlar? Biz elə ölkə deyilik ki, hamını işlə təmin eləyək. Azərbaycan vətəndaşlarından bir milyon yarımı Rusiyada, bir 200 minə yaxını Türkiyədə işləyir. Kim isə şəxsi qaydada bir kafe açıbsa, 3 nəfər adamı orada işləməyə aparırsa, fiziki şəxs olaraq bunu niyə məhdudlaşdırmalıyıq? Biz, əksinə, maraqlı olmalıyıq ki, fiziki şəxslər vasitəsilə Azərbaycan dövlətinin işsizlik yükü azalsın. Biz yükü azaltmırıq. Hər kəs mütləq xüsusi bir hüquqi şəxs tapmalıdır. O hüquqi şəxs də müxtəlif vasitələrlə, hansısa bir formalar, çətinliklərlə icazə almalıdır. Onun vasitəsilə də biz vətəndaşları işlə təmin eləməliyik. Bu, tamamilə yanlış bir siyasətdir. Məncə, buna bu formada belə tələsik baxmağımız doğru deyil. Biz Azərbaycan vətəndaşının hüququnu məhdudlaşdırırıq. Kim isə Tümendə bir iş yeri açıbdır. Azərbaycanlıdır, gedib orada bir 300 nəfər üçün ya bazarda, ya da haradasa bir iş şəraiti yaradıb. O, vasitəçilik edərək işləmək üçün kəndindən 50 nəfəri aparır. Bunun nəyi pisdir. Adam gedir, çörək pulu qazanacaq. Burada iş tapa bilmir. O baxımdan da məncə, bu məsələdə Sabir müəllimin dediyi haqlı bir iraddır. Məsələyə belə tələm-tələsik baxmağımız doğru deyil. Öz dövlətimizin əleyhinədir, öz vətəndaşımızın əleyhinədir. Bu məsələyə diqqət yetirməyimiz vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Mən bu məsələyə aydınlıq gətirəcəyəm. Hadi müəllim, bu məsələyə münasibət bildirmək istəyirsiniz?
H.Rəcəbli. Biz Miqrasiya Məcəlləsini qəbul edəndə bu müzakirələri eləməli idik. Miqrasiya Məcəlləsində bu məsələlər öz əksini tapmalı idi. Miqrasiya Məcəlləsi artıq qəbul olundu. Biz də bunu Miqrasiya Məcəlləsinə uyğunlaşdırırıq. Digər tərəfdən isə burada bir az diqqətli olmaq lazımdır, çünki miqrasiya ilə bağlı çox problem var. Bildiyiniz kimi, insan alveri məsələləri, digər mənfi məsələlər də buradan irəli gəlir. Mən bunların ətrafında geniş danışmaq istəmirəm. Amma bütövlükdə bu, Miqra-siya Məcəlləsinə uyğunlaşdırılan müddəadır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Miqrasiya Məcəlləsi qəbul olunanda onlar burada idilər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dəyişiklik getmir, uyğunlaşma gedir. Qanunda dəyişiklik gedir. Amma əslində, uyğunlaşmadır. Buyurun, Sabir müəllim.
S.Rüstəmxanlı. Bir daha bu məsələyə qayıtmaq istəyirəm. Qanun vətəndaşın həyat şəraitini və ölkədə yaşamağını asanlaşdırmaq üçün qəbul olunur. Mən baxıram, bizdə belə bir meyil var, qanunlar ancaq vətəndaşın yükünü artırmaq, vətəndaşa əlavə maneə yaratmaq üçün qəbul olunur. Yaxşı, hər şeydə inhisar var. Bu, ölkədən iş dalınca gedir, kiminsə qoltuğunun altından keçməlidir. Xaricə gedir, gərək kiminsə saqqalının altından keçsin. Ayıb deyil? Mənim vətəndaşım nəyə görə bu əzabı çəkməlidir? O Miqrasiya Məcəlləsini səhv qəbul eləmişik. Bugünkü iş üslubumuz da səhvdir. Prezident fərman göndərib, əlimi-zin altındadır. 10 gün, onu biz hələ sonda qəbul edəcəyik, hamısı 3 gün gedir. Əvvəl zəhmət çəkəydiniz, komitədə Prezidentin göndərdiyi sənədi qəbul edəydiniz. Burada da hamısı ona uyğun dəyişiləydi. Ondan sonra da biz bunu qəbul edəydik. Yox, bunu 3 gün qəbul edəcəyəm, ondan sonra gedib sənədlərdə təzədən düzəlişlər olacaq. Kimə lazımdır bu kağız-kuğuz oyunları? Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, qanunun mahiyyətini bilmədən belə əsəbi çıxış eləməyə, vallah, ehtiyac yoxdur. İndi mən izah edəcəyəm. Ondan sonra Siz özünüz də görəcəksiniz ki, bu çıxışınıza heç ehtiyac yox idi. Buyurun, Siyavuş müəllim.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəl-lim. Doğrudan da, bunlar vacib olan məsələlərdir və həm-karlarım da buna münasibət bildirdi. Tutalım, lap Əmək Məcəlləsi ilə götürək. Biri qoltuğuna 5–6 adamı vurub aparır, Rusiyada işlədir. Bunun sabah pensiyası var, sosial sığortası var. Bunun səhhəti ilə bağlı hər hansı bir müalicəsi var və sair. Aparıb 20 il işlədir, 20 ildən sonra gətirib ötürür hökumətin üstünə ki, bunun pensiyasını təmin elə. Pensiya fonduna da heç nə ödənməyib. Qul əməyindən istifadə eləyib. Bunun qarşısını almaq üçündür ki, hər hansı bir hüquqi şəxs bunu təşkil eləyirsə, bundan dövlətin məlumatı olur ki, vətəndaşı haradadır.
2-ci tərəfdən onun gələcəkdə pensiya təminatı nədən ibarət olacaq? Bunun sosial sığortası nədən ibarət olacaq? Bu, ailə qurubsa, nikah müqaviləsi nədən ibarət olacaq? Yaxud da sabah doğulacaq bir neçə uşağı oradan götürüb gələndə bunun vətəndaşlıq məsələləri var. Kim isə dostunu götürdü apardı, Türkiyədə tekstil fabrikində işləyir, yanında işə düzəltdi, bununla məsələ bitdi. Bu, tamam başqa bir formadır. Hələ insan alveri ilə, qadınla bağlı məsələlər var, biri bir dəstə bağlayır, götürür aparır başqa-başqa ölkələrə. Qanun bunların qarşısının alınmasından ötrüdür. Ya bunu başa düşmürlər, ya da başa düşüb başqa formada təqdim etməyə çalışırlar.
İkinci bir məsələ turizm ilə bağlıdır. Dünyada təhlükə-sizlik sisteminin eyniliyi mövcuddur, bilirsiniz. Hər kəs istədi, durdu zəng elədi ki, mən getdim otelə. Belə olmur. Biz özümüz diplomatik pasportlayıq, ona görə ürəyimiz hara istəyir, zəng eləyib nömrə sifariş veririk, pasport cibimizdə, vizaya ehtiyac yoxdur. Avropanın bu ölkəsindən vur, o biri ölkəsindən çıx.
Adi vətəndaşın getməsi üçün viza tələbi var. Viza tələbinin alınması üçün də müxtəlif şirkətlər bunun sənədləş-mə işlərini aparmalıdır. Bu formada müraciət eləyir və gedir. Bunlar hamısı qanunda öz əksini tapıbdır, “Miqrasiya haqqında” Qanunda da var. Bu da əlavə olunur, buna düzəliş edilir. Burada fiziki şəxslərin hüququnun pozulmasından söhbət getmir. Keçən sessiyada, xatırlayırsınızsa, qanun qəbul elədik ki, kim isə kəndində və ya küçəsində bir mağaza açırsa, oraya işçi götürürsə, onunla əmək müqaviləsi bağlamalı və reyestr xidmətindən keçməlidir. Hətta evində qulluqçu saxlayırsa, onunla da müqavilə bağlamalıdır, çünki onun da gələcəkdə təminatları var, başına bir iş gələrsə, sığorta məsələsi var. Vətəndaşı götürüb xaricə aparırsan və heç bir dövlət orqanının da xəbəri yox. Kimlərin təsiri altına düşəcək, başına nə iş gələcək, heç kim bilməyəcək. Ona görə də, xahiş edirəm, bu məsələyə biz diqqətlə yanaşaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Mən “Məşğulluq haqqında” Qanuna edilən düzəlişlərlə bağlı fikirlərimi bildirmək istəyirəm. Siyavuş müəllim də qeyd elədi, Siz də haqlı olaraq qeyd elədiniz. Sadəcə, fiziki şəxslərin bu vasitəçiliyinə gəlin, bir nəzər yetirək.
Birincisi, o maraqlıdır və bu maraq da, təbii ki, maddiyyat üzərində qurulub. Əgər fiziki şəxs bu fəaliyyətlə məşğul olub pul qazanırsa, vergi ödəyicisi deyil. Deməli, burada qanun pozulur. İkincisi, insan alveri qurbanlarının çoxunun həyat tərzini araşdırsaq, məlum olur ki, bunları işə düzəltmək adı ilə ayrı-ayrı şəxslər götürüb ölkədən kənara aparıblar. Bunun qarşısı alına bilər. Üçüncü, dələduzluq baş alıb gedir. Fiziki şəxs gedir, ofis götürür, nənəsinin, dədəsinin, ölən bir adamın pasportu ilə o ofisi qeydiyyatdan keçirir. Yüzlərlə insanı aldadır və sonra da deyir ki, bu alınmadı və aradan çıxır. Tapmaq da mümkün olmur. Amma burada nə problem var ki?
Bu gün ölkədə kiçik müəssisənin yaradılması adi bir haldır. 3 gün müddətində kiçik müəssisəni formalaşdırıb hüquqi şəxs statusu almaq olar. Hüquqi şəxs olduqdan sonra bunun hesab nömrəsi olur, bu, vergi ödəyicisi olur. Bunu sabah axtarıb tapmaq mümkün olur. Bu baxımdan mən belə hesab edirəm ki, olduqca normal təklifdir və qəbul olunsun. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən Siyavuş müəllimə də, Çingiz müəllim, Sizə də minnətdarlığımı bildirirəm. Çox gözəl izahat verdiniz. Mənim əlavə eləməyə heç bir şeyim qalmadı. Həqiqətən, çox gözəl izahatdır. Sadəcə, qanunu oxuyub mənasını dərk eləmək lazımdır ki, belə populist çıxışlara burada imkan verilməsin. Aytən Mustafayeva.
A.Mustafayeva. Əgər mən səhv etmirəmsə, biz yolu-xucu xəstəliklərlə bağlı qanuna dəyişiklikləri müzakirə edirik. Mən bununla bağlı bir-iki fikrimi söyləmək istə-yərdim. İmmunoprofilaktika ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə, xüsusən də 2011–2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramına aşağıdakı maddələrin də daxil edilməsi məqsədəuyğun olardı. Milli peyvənd təqviminin genişləndirilməsi planının hazırlanması, kombinə edilmiş vaksinalardan istifadə imkanının öyrənilməsi, təhlil edilməsi və tətbiqi perspektivlərinin müəyyən olunması, uşaqların peyvənd edilməsinə məsul olan vəzifəli şəxslərin məsuliyyətinin artırılması üzrə kompleks tədbirlərin görülməsi. Bir də onu qeyd etmək istəyirəm ki, – biz hamımız şahidi olmuşuq, – son illərdə peyvənd ilə bağlı bir neçə dəfə xoşagəlməz faciəvi hadisələr baş vermişdi. Burada məlumatlandırılmış razılığın olması çox vacibdir. Bu kontekstdə, təbii ki, yalnız uşaqların himayəçisi olan valideynlər tərəfindən belə bir razılıq verilməlidir. Uşaqların belə vaksinalara qarşı allergiyası olub-olmaması, qəbul edib-etməməsi və sair bu kimi məlumatlar dolğun olmayana qədər uşaqlara peyvənd olunmamalıdır. Bu məsuliyyət məsələsi çox vacibdir və bizim qanunvericiliyimizə salınmalıdır. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun, Aytən xanım, təşəkkür edirəm. Buyurun, xahiş edirəm, 11-ci məsələyə – “Yoluxucu xəs-təliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətimizi bildirək.
Səsvermənin nəticələr (saat 13.38 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Məşğulluq haqqında” Qanuna dəyi-şikliklər edilməsi barədə qanun layihəsinə münasibət bil-dirək, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 13.38 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 2
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti 13-cü məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli mil-lət vəkilləri! Yenə də Miqrasiya Məcəlləsinin qəbulu ilə əlaqədar olaraq “Dövlət rüsumu haqqında” Qanunun 14, 16, 19-cu maddələrində dəyişikliklər nəzərdə tutulmuşdur. Bu dəyişikliklərin bir neçəsi texniki xarakter daşıyır. “Birdəfəlik giriş vizaları” sözləri əlavə edilir. 19.4-cü maddə əlavə edilir. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, belə icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötü-rənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə dövlət rüsumu ödənilmir. Millət vəkillərindən bu qanun dəyişikliyinə də səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Buyurun, əgər çıxış etmək istəyən yox-dursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.40 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlıdır. Rəbiyyət xanım, buyurun.
R.Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Ziyafət müəllim, mən də çalışacağam, qısa, konkret danışım. Doğrudan da, bu gün müəyyən qanunlara edilən dəyişikliklər ötən il qəbul etdiyimiz Miqrasiya Məcəllə-sinin müddəalarına uyğunlaşdırılma xarakterindədir və xüsusilə insan alveri məsələsinin bu müddəalarda aydın-laşdırılması çox aktualdır. Çünki insan alveri həm də miqrasiya məsələsidir. Həmin insan alverinin qurbanları elə miqrasiya prosesində zərərçəkmiş şəxslərdir və mənə elə gəlir ki, növbəti illərdə də biz Miqrasiya Məcəlləsinə çoxlu sayda dəyişikliklər edəcəyik. Çünki dünyada miqrasiya siyasəti, miqrasiya axını intensivləşir və bununla əlaqədar olaraq ayrı-ayrı ölkələrdə, eyni zamanda, Azərbaycanda da miqrasiyanın vəziyyəti dəyişir və buna adekvat olaraq reaksiya verilir. Bu reaksiya da elə bugünkü dəyişikliklər şəklində özünü göstərir və ilk növbədə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 20-ci maddəsi, yəni insan alveri qurbanları olan əcnəbi vətəndaşlığı olmayan şəxslərin repatriasiyası məsələsidir. Bəli, minlərlə, yüz minlərlə insan bu gün ayrı-ayrı ölkələrdədir və onlar yenidən öz vətənlərinə qaytarılmalıdır. Bu könüllü prosesin nəticəsinin nə olacağı haqqında ayrı-ayrı beynəlxalq təşkilatlarda çox ciddi müzakirələr gedir.
Bir şeyi yadınıza salım ki, ötən il biz Miqrasiya Məcəl-ləsini qəbul etdikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti 252 saylı qaydalar tətbiq etdi. Bu da məhz repatriasiya məsələlərini bir daha gündəmə gətirdi. Bəli, ölkəyə gələn insanların, qadınların, uşaqların, ayrı-ayrı qeyri-leqal miqrantların öz ölkəsinə qaytarılması məsələsi ilə əlaqədar artıq Miqrasiya Məcəlləsində konk-ret müddəalar var və bu insanları Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarmaq haqqında qərar qəbul olunmur. Kimlərə şamil edilir, bu, qanunda özünü göstərir və ən vacib məsələlərdən də biri uşaqlarla əlaqədardır. Çünki valideyninin kim olduğu bilinməyən, öz ölkəsinə qaytarılmaq imkanı məhdud olan bu uşaqların gələcək taleyi ilə əlaqədar olaraq artıq həmin tranzit ölkə öz üzərinə çox böyük məsuliyyət götürür.
Əlbəttə ki, ölkələr mənşə, tranzit, təyinat ölkələrə ayrı-lır və bu ölkələrdə həmin insanların taleyi ilə əlaqədar məsuliyyət hissini öhdəsinə götürən dövlət ilk növbədə Palermo Konvensiyasının 8-ci müddəasını yerinə yetir-məlidir. Bir şeyi söyləyim ki, Azərbaycan dövləti bütün beynəlxalq sənədləri, o cümlədən Palermo Konvensiya-sının həmin müddəalarını gerçəkləşdirir və bu, Azərbaycan Respublikasının qəbul etdiyi insan hüquqlarının qo-runması, insan alverinə qarşı mübarizə ilə əlaqədar milli fəaliyyət planında özünü bir daha sübut və təsdiq edir. Mənə elə gəlir ki, bu dəyişikliklər çox önəmli, vacib dəyişikliklərdir və hörmətli millət vəkillərini buna səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım. Fazil Mus-tafa, buyurun.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, mən 21-ci mad-də ilə bağlı fikrimi bildirməzdən öncə Sizdən bir xahişim var, heç olmasa, hüquqşünas həmkarlarınıza qarşı “qanunu başa düşmür”, “dərk etmir” ifadələrini az işlədin. Hansı baxımdan? Bizim diskussiya imkanımız yoxdur ki, bir dəfə müdafiə etdiyimiz amillərin doğruluğunu ikinci dəfə söz alıb qəbul etdirək. İmkan olsa idi, daha dəqiq müəyyən etmək olardı ki, kim qanunun ruhunu daha yaxşı, düzgün müəyyən edibdir. Qaldı 21-ci maddədəki insan alveri ilə bağlı məsuliyyətə, bu, ümumiyyətlə, hüquq anlayışına, prinsiplərinə zidd bir maddədir. Burada “ləğv edilir” sözləri əlavə olunub, əvvəlkində “etibarsız hesab edilir” sözləri var idi. Hüquqda belə bir anlayış yoxdur ki, insan alveri ilə əlaqəsi olduğu ehtimal edilən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası ərazisinə buraxılmır, onlara verilən giriş vizaları ləğv edilir. Hüquq ehtimalla işləmir axı. Haqqında konkret məhkəmə qərarı varsa, dəqiq bir sənəd varsa ki, bu adam, doğrudan da, bununla məşğul olur, onda ləğv etmək olar. Buna əgər ehtimal varsa, bunu, Milli Təhlükəsizlik Nazirliyi var, izləyir. Yaxud da məhkəmə qərarı ilə qəbul edirlər ki, bunun telefonları dinlənilsin. Müxtəlif variantlar var ki, onun hansısa bir şübhəli məqamları varsa, bunu araşdırsın, amma ehtimala görə hansısa vətəndaşın ölkəyə gəlişinin qarşısını almaq heç bir prinsipə uyğun gəlmir. Yəni bunu məcəllədə qəbul etmişiksə, səhv etmişik.
Bu, sırf insan hüquqlarının pozulmasıdır. Biz istənilən insana irad bildirə bilərik, müvafiq qurum, icra orqanı deyə bilər, sənin haqqında bizdə şübhə, ehtimal var ki, sən insan alveri ilə məşğul olursan. Bunu necə sübut edəcəksən? Ona görə də, məncə, bu cür məsələləri biz əgər məcəllədə təsdiq ediriksə də, komitədə, başqa yerlərdə bir daha məsləhətləşməliyik, bunu bu formada gündəmə çıxarmamalıyıq, çünki bu özümüzə xeyir gətirmir. Qəbul etdiyimiz qərar sonra müxtəlif vətəndaşlara ciddi problemlər yarada bilər və sabah bunun iradları ilə qarşılaşanda, günahkar, əslində, biz olacağıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Ziyafət bəy, birinci, insan alveri ilə bağlı təklif olunan qanuna heç bir sözüm yoxdur, Azərbaycanda insan alverinə qarşı mübarizə ildən-ilə genişlənir, xeyli də iş görülüb və bu iş davam etdirilməlidir. Dünyada insan alveri böyük bir faciədir. Demək olar ki, XXI yüzillikdə quldarlıq hələ davam edir və bütün dünya ölkələri bununla mübarizə aparmalıdır.
Bilirsiniz, neçə ildir, bir yerdəyik və mən burada bir-birimizə sayğı tələb edirəm. Deyək ki, mənim hər hansı çıxışımın Milli Məclis Sədrinin birinci müavini tərəfindən populist adlandırılmasını və yaxud başqa şeyi qəbul etmirəm. Bu mənim fikrimdir, mənim dalımca çıxış edən yoldaşlar da öz fikirlərini dedilər, məsələ aydınlaşdı. Amma belə damğa vurmağı mən düzgün hesab etmirəm. Mənim indiki çıxışım da, əvvəlkilər də qətiyyən populist deyil. Mən konkret fikrimi əsaslandırıb demişəm.
Ümumiyyətlə, deyək ki, bəli, bunu firmalar həyata ke-çirsin. Ola bilsin ki, bu, yaxşı bir təklifdir. Amma indi mən sizə bir misal deyim. Azərbaycanda son illərdə ev tikintisi ilə bağlı nə qədər insan aldadılıb, bunların neçəsi şəxslər tərəfindən edilib? Heç biri. Hamısı ayrı-ayrı firmalar tərəfindən aldadılıb. Bir evi 3 adam arasında bölüblər və adamlar gedib məhkəmələrə şikayət ediblər. Tutulanlar, zülm çəkənlər var. Guya öz içimizdə sığorta işi, təqaüd işi tam həll olunub, indi də xaricə göndərdiklərimizin sığorta məsələsini o firmalar elə gözəl həll edəcəklər ki, bu adamlar daha heç bir əziyyət çəkməyəcəklər. Mən vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına qarşı danışıram. Hesab edirəm ki, bunu kim populist hesab edirsə, o bizim vətəndaşlara hörmətsizlik edir. Gəlin oturaq, müzakirə edək də. İndi burada 5 dəqiqə, 3 dəqiqə danışmaqla mümkün deyil. Qanunları yan-yana qoyaq, görək harada nəyi edirik, sonra nəticəsi necə olur. Təəssüf ki, bizdə bu proses zəif gedir. Ona görə də, burada gəlib, təəssüf ki, bir-birimizi ancaq boş yerə ittiham etməklə məşğul oluruq.
Mən xahiş edirəm ki, millət vəkillərinin qeydlərinə, təkliflərinə burada diqqətlə yanaşılsın. Biz sözü deyirik, məsələ səsə qoyulur, böyük əksəriyyət səs verir. Ancaq təkliflərin heç biri illər uzunu komitələrdə ciddi müzakirəyə çıxarılmır. Bəlkə bunların içində bir əsaslı şey var. Nə olar, hamı havadan danışmır ki, oturub bunları müzakirə edək. Mən bunu istəyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, axı, Siz təkliflərdən danışırsınız, konkret təklif vermirsiniz ki, biz onu qanunveri-cilikdə nəzərə alaq. Siz Azərbaycan dövlətini ittiham edirsiniz. Niyə vətəndaşların başına bu oyunu açırlar? Sizcə, mən buna reaksiya verməli deyiləm? Mən iqtidar nümayəndəsiyəm. Nə etməliyəm? Siz, deməli, iqtidarı ittiham edəcəksiniz, mən burada durub baxmalıyam?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sabir müəllim, təklifin qaydası var. Eləcə də Fazil bəy. Vətəndaşların başına niyə bu oyunu açırlar? Nə edirlər vətəndaşa? Nə edirik, vətəndaşın mənafeyi üçün edirik də. Sabir müəllim, indi məsələni qaldırdınız, mənim hörmətli həmkarlarım – Siyavuş müəllim də, Çingiz müəllim də çox gözəl izahat verdilər. Bu fiziki vətəndaş başına 5–6 nəfəri yığır, aparır Rusiyaya, Türkiyəyə, oradan da çıxır gedir, yəni dələduzluqla məşğuldur. Sabah bu vətəndaşın orada taleyi necə olacaq? Bu getdi orada işlədi, müqaviləsi yox, sığortası yox, pensiya və sosial müavinət məsələsi yox. Azərbaycana qayıdır. Bir qayda olaraq, nədənsə, parlamentə, deputatların yanına gəlirlər ki, mənim pensiya hüququm yoxdur, sosial müavinət ala bilmirəm. Sabir müəllim, bax, bu məsələlərin qarşısını almaq üçün, vətəndaşın mənafeyi üçün bütün bunları edirik də.
İndi deyirsiniz, nə üçün firmalar? Bəli, dövlət bunu ona görə firmalarla etmək istəyir ki, firma hüquqi şəxsdir, o, dövlət tərəfindən tanınır, bankda hesabı var, hüquqi ünvanı var. Yəni sabah bir məsələ olanda, – o ev məsələləri ilə bağlı Siz tamamilə düz deyirsiniz, – fırıldaqçılıqla məşğul olanda, deməli, üzümüzü hara tutmalıyıq? Vətəndaş üzünü tutur o firmaya. Firmanın sahibi, işçiləri var. Onlar tapılır və məhkəmə məsuliyyətinə cəlb olunurlar. Amma bu, fiziki şəxs olanda, sabah Rusiyadan qaçır Belarusa, Belarusdan da Ukraynaya, vəssalam, tapa bilmirsən. Amma hüquqi şəxs olanda bunun hesabından müəyyən vətəndaşlar üçün ödəmələr oluna bilər. Yəni bunların hamısının mənası var. Üzr istəyirəm, Siz başqa cür qəbul etməyin, sadəcə, danışığınızın tonu elədir ki, ittihama gərək normal cavab verək, axı, belə olmaz.
Bax, indi konkret bir məsələ ilə bağlı Fazil müəllimin sualına cavab verirəm. Fazil müəllim, Siz dediniz ki, “ehtimal” məsələsinə görə vətəndaşı ölkəyə buraxmırlar. Özü də, yeri gəlmişkən, söhbət adi vətəndaşdan getmir, xarici vətəndaşdan və ya vətəndaşlığı olmayan şəxsdən gedir.
Fazil müəllim, bir hüquqşünas həmkarınız kimi mən Sizin yadınıza salım. İndi deyəndə inciyirsiniz, ancaq biz “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanun qəbul et-mişik, orada da bu var. Terrorçuluğun qarşısını almaq ehtimalı ilə müvafiq qurumlar aşağıdakı tədbirləri görür-lər. Cinayət-axtarış tədbirləri haqqında qanun layihəsinə baxsanız, ehtimal olunan hallar orada da var. Xaricdən bura gələn hər hansı bir şəxs ola bilsin ki, misal üçün, erməni lobbisi ilə əlaqədardır, bunun haqqında bizim Xarici İşlər Nazirliyində və ya kəşfiyyat orqanlarında kifayət qədər məlumat var. O ehtimalı aradan götürmək üçün müəyyən vaxt, bir ay lazımdır ki, bizim hüquq mü-hafizə orqanları araşdırsınlar. O ehtimal aradan götürülsə, buyursun, gəlsin, problem yoxdur. Amma biz bilmirik axı, o, Azərbaycana hansı məqsədlə gəlir. Bizim kəşfiyyat orqanlarında kifayət qədər məlumat var ki, belə bir ehtimal ola bilər, bu, Azərbaycana terror məqsədi ilə gəlir. Bu ehtimal özünü doğrultmasa və bizim hüquq mühafizə orqanları, doğrudan da, əmin olsalar ki, biz araşdırdıq, müəyyənləşdirdik, bu adamın təhlükəsi yoxdur, onda gələ bilər, buyursun, gəlsin.
Mən üzr istəyirəm, bu, kənd həyəti deyil, bir dənə çəpər çəkəsən, sonra o çəpəri götürəsən ki, gəlin, keçin içəri. Bu, dövlətdir. Bunun sərhədi var, bunun siyasəti var. Mən həmişə demişəm, bir daha deməyə məcburam, təkrar etməyə məcburam. Biz bir şeyi yaddan çıxarırıq ki, bəli, bizdə turizm inkişaf etməlidir, inkişaf edir. İnsanlar da gəlməli, istirahət etməlidirlər. Amma bir şeyi hərdən yaddan çıxarırıq ki, biz müharibə aparan ölkəyik. Bizim 1 milyondan çox qaçqınımız var, 20 faiz torpağımız işğal altındadır, bura gələn hər bir insan səmimi məqsədlə gəl-mir. Bəli, səmimiyyətlə gələnlər də var, amma qeyri-səmimi gələnlər də var, müəyyən məqsəd üçün gələnlər də var. Biz bunları da nəzərə almalıyıq. Söhbət bu hallardan gedir. Yəni demək istəyirəm, bunun qanunvericilik əsası var, Fazil müəllim. Bu qanunlarda həmin hal nəzərdə tutulubdur. Bəxtiyar Əliyev, buyurun.
B.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Siz artıq bir sıra məqamlara aydınlıq gətirdiniz. Şübhəsiz ki, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun və buraya edilən dəyişikliklər tam məntiqidir. Bu gün baxdığımız bir sıra qanunlar, o cümlədən vətəndaşlıq, ölkədən getmək, ölkəyə gəlmək, turizm haqqında qanunlar, hamısı bir-biri ilə bağlı olan məsələlərdir. “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 21-ci maddəsində göstəririk ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərərçəkmiş şəxs hesab olunduqda bir il müddətində Azərbaycan Res-publikasının hüdudlarından kənara inzibati qaydada çıxarıla bilməz. Burada da biz ehtimal edirik ki, bu adam çıxarılarsa, yenidən hər hansı bir təhlükəyə məruz qala bilər və eyni zamanda, bu müddətdə həmin adam burada reabilitasiya olunmalı, ona müəyyən köməklik göstərilməlidir və sair. Burada söhbət ölkəyə gələn vətəndaşın viza almaq hüququndan gedir.
Biz də müxtəlif ölkələrə getmək üçün müraciət edirik. Bizə viza verilməsi üçün hər bir ölkənin özünün qaydaları var. O qaydalara baxırlar, yoxlayırlar. Vizadan ya imtina edir və yaxud da vizanı verirlər. Vizanı ya uzunmüddətli və ya birdəfəlik verirlər. Yəni bu, normal bir qaydadır və burada da, mənə elə gəlir ki, heç bir insan haqlarının pozulmasından söhbət getmir və qanunda olan boşluğu aradan qaldırır. Söhbət xarici ölkənin vətəndaşından gedir, Azərbaycan vətəndaşından getmir. Belə bir ehtimal varsa və bu ehtimala görə ona imtina olunursa, demək, bunun qanunvericilik əsasları var və Azərbaycanın qoşulduğu bir sıra konvensiyaya tamamilə uyğundur.
Eyni zamanda, mən təkcə insan alverinə qarşı mübari-zəni deməzdim, insan orqanlarının alveri ilə bağlı məsələ var, korrupsiyaya qarşı mübarizə var. Digər mütəşəkkil cinayətkarlıq var, mütəşəkkil cinayətkarlığın maliyyələş-dirilməsi ilə bağlı konvensiyalar var və biz bunlara qoşulmuşuq. Burada o ehtimallar nəyi nəzərdə tutur? Yəni bu, qabaqlayıcı tədbirlərin görülməsi üçün olduqca vacib bir məsələdir və qanun yaradıcılığında, mənə elə gəlir ki, bunu kontekstdən çıxarıb tamamilə başqa bir şəkildə versək, əlbəttə ki, bir az anlaşılmazlıq yaranar. Mən hesab edirəm ki, onlara verilən giriş vizalarının ləğv edilməsi məsələsi tamamilə doğru bir məsələdir və bu, kifayət qədər əsas verir ki, biz həmin məsələyə baxaq.
Hər il Milli Məclisdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin koordinatoru insan alverinə qarşı mübarizə ilə bağlı öz hesabatını verir. Burada faktlar açıqlanır və həmin faktların analitik təhlili də göstərir ki, belə bir qanunun qəbul edilməsi olduqca zəruridir. Mən hesab edirəm ki, biz bu qanunu qəbul etmək üçün səs verməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Bəxtiyar müəllim, təşəkkür edirəm. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.57 dəq.)
Lehinə 92
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Hörmətli deputatlar, xahiş edirəm, yerlərinizi tutasınız. Gündəliyin növbəti məsələsinə keçirik. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. İcazə ver-səydiniz, 15 və 16-cı məsələləri birgə məruzə edərdim. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanuna və 16-cı məsələ olan “Dənizçinin şəx-siyyət sənədi haqqında Əsasnamə”yə dəyişikliklər edil-məsi haqqında qanun layihələri Miqrasiya Məcəlləsinin qəbulu ilə bağlıdır. Eyni zamanda, hörmətli Ziyafət müəllim, iclasın birinci hissəsində Sizin söylədiyiniz fikirlərə dəstək verərək qeyd etmək istəyirəm ki, bizim bu gün Miqrasiya Məcəlləsinin qəbulundan sonra qanunvericilikdə etdiyimiz dəyişikliklər texnikidir, ona görə ki, biz bunları etməsək də, Miqrasiya Məcəlləsi qüvvədədir və o normalar gündəlik həyatda tətbiq olunur. Ona görə bu prosedurlara vaxt itirib millət vəkillərinin yazılması, məncə, vaxt itkisidir. Bunu Siz söylədiniz və o layihələrə ki arayışlar əlavə olunub, bunu biz texniki yardım kimi edirik və həmin arayışlar ola bilər ki, kömək məqsədi daşıyır və bu baxımdan onlara xüsusi fikir vermək lazım deyil, yəni günlərlə, müddətlərlə bağlı məsələlər mövcud normalardır və bir daha vurğulamaq istəyirəm ki, biz hazırda 19-cu məsələyə qədər olan texniki proseduru həll edirik. Miqrasiya Məcəlləsi qüvvədədir, onun bütün normaları tətbiq olunur. Digər qanundakı normalar isə qeyri-işlək vəziyyətdədir.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Buyurun, 15-ci məsələyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.04 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti 16-cı məsələ Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.05 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti 17-ci məsələ. “İxrac məqsədli neft-qaz fəaliy-yətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbay-can Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Valeh müəllim, buyurun.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Təklif edilən dəyişiklik adı çəkilən qanunun 6.1-ci maddəsinin son cümlə-sinə aiddir. Bu maddədə təklif olunan variant: Azərbaycan Respublikasının vətəndaşı olmayan işçilərin işə qəbul edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə müvafiq surətdə həyata keçirilir. Bu dəyişiklik də öncə müzakirə etdiyimiz əlavə və dəyişikliklərdə olduğu kimi, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırma aparılması məqsədi daşıyan dəyişiklikdir. Burada müzakirəyə ehtiyac yoxdur. Səs verək, qəbul edək.
Ancaq Ziyafət müəllim, icazə versəniz, mən də deputat olaraq neçə ildə birinci dəfə müzakirə olunan məsələdən kənara çıxım. Bundan öncə Avropa Parlamentində Dağlıq Qarabağ Dostluq qrupundan söhbət gedirdi. Jurnalist-lərdən, deputatlardan və hər bir kəsdən çox xahiş edirəm, malı mala qatmayaq. Avropa Parlamentində belə bir qrup yoxdur, ola da bilməz. Avropa Parlamenti bir qurumdur. Bu yaxınlarda fikir verdinizsə, Avropa Parlamentinin bir vitse-spikeri gender mənsubiyyəti çoxrəngli bayrağın altında olanları, onun yanındakı da Konçita Vudsu dəvət eləmişdi. Oxuyuram, Avropa Parlamenti qurum olaraq heç kimi dəvət etməyib. İki deputat dəvət eləyib, tədbir keçirir. Ona görə də bunu şişirtməyə, etiraz eləməyə ehtiyac yoxdur. Tanınmamış kimlərisə niyə tanıdırıq. Hamınızdan xahiş edirəm, Avropa Parlamentinə aid olmayan bir şeyi Avropa Parlamentinin boynuna qoymayaq. Təklif olunan dəyişikliyə, xahiş edirəm, səs verək.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.08 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Hadi müəllim, buyurun.
H.Rəcəbli. Ziyafət müəllim, yenə də həmin məcəllə ilə bağlı olan məsələdir. 15.3-cü maddəyə qismən dəyişiklik edilib: “Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər İİV-ə tibbi müayinədən keçməlidirlər”. Məqsəd qanunu Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaqdan ibarətdir.
Sədrlik edən. Çox sağ olun. Buyurun, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.09 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublika-sının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haq-qında qanun layihəsidir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, Miqrasiya Məcəlləsinə təklif olunan əlavələr və dəyişikliklər, xüsusən də 21-ci maddəyə edilən dəyişiklik çox əhəmiyyətlidir. Amma fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, bu qanunvericilik texnikası elədir ki, biz istəsək də, Miqrasiya Məcəlləsini gündəliyin əvvəlinə sala bilməzdik, çünki bir məktubla gəlmişdi, 19-cu məsələ idi. Hətta onu gündəliyin önünə çəksəydik, yenə də vəziyyət dəyişmirdi, çünki Miqrasiya Məcəlləsinin müvafiq 21.1-ci maddəsində “3” rəqəmini “10” rəqəmi ilə indi səs verib dəyişdirsək də, o, mütləq cənab Prezident tərəfindən imzalanmalı, qüvvəyə minməlidir və ancaq bundan sonra digər layihələrə dəyişiklik edilməlidir. Bu baxımdan, sadəcə, millət vəkillərinin birinci fəsildəki iradlarını cavablandırmaq istəyirdim ki, prosedurla hər şey tam qaydasında gedir.
21-ci maddə, bildiyiniz kimi, müddətlə bağlıdır və bir sıra millət vəkilləri, eyni zamanda, ictimaiyyət nümayən-dələri də bu məsələni qaldırmışdılar. Bu məsələ müzakirə olunub və belə qərara gəlinib ki, qeydiyyat olmadan 10 gün müddətinə qədər Azərbaycan Respublikasının ərazi-sində qalmaq mümkündür və mən düşünürəm ki, bu təklifi qəbul etməklə biz həm indiki, həm də əvvəlki təklifləri nəzərə almış oluruq. Bu çox vacib bir dəyişiklikdir. Eyni zamanda, Ziyafət müəllim, əgər etiraz etməsəniz, yenə də Miqrasiya Məcəlləsi ilə bağlı olan bir vacib dəyişikliyi də deyim. Bu, 27-ci məsələdir, amma sonra səsvermədə sıranı pozmarıq. Bildiyimiz kimi, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlib-getməsi ilə bağlı məsələni Miqrasiya Məcəlləsinin 15-ci maddəsi tənzimləyir və əgər dövlətlər arasında müvafiq beynəlxalq müqavilələr bağlanıbsa, vizasız gəlmək mümkündür. Belə müddəa da əlavə olunur ki, I Avropa Oyunlarına gələcək şəxslərin Azərbaycan Respublikasına daxil olma qaydalarını sadələşdirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda vizasız gəlmək mümkün olsun.
Biz bu gün Miqrasiya Məcəlləsinin 15-ci maddəsinə çox aktual bir əlavə edirik. Yəni Azərbaycanda beynəlxalq tədbir, tutaq ki, idman tədbiri keçirildiyi halda müvafiq icra hakimiyyəti orqanının, qeyd edirəm, o dövr üçün müvəqqəti müəyyən etdiyi qərarla vizasız gəlmək mümkün olacaq. Bu isə bir daha vurğulayıram, artıq 27-ci məsələdə ehtiva olunan, Miqrasiya Məcəlləsinə edilən dəyişiklikdir. Bütövlükdə, hesab edirəm ki, Miqrasiya Məcəlləsinə təklif olunan bu dəyişikliklər çox mütərəqqidir və əcnəbilərin Azərbaycana, təbii ki, qanunvericiliyə uyğun olaraq rahat gediş-gəlişini təmin edir.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim, təşəkkür edirəm. Bir arayışı nəzərinizə çatdırmaq istəyirəm. Elmira xanım Axundova günün birinci yarısında “yol və səyahət” anlayışları haqqında sual verdi. Elmira xanım, Sizin sualınızın cavabı artıq gəldi, öz həllini tapdı. Azərbaycan Respublikasının Prezidenti 2014-cü il aprelin 2-də “Səyahət sənədi haqqında” Fərman imzalayıb və o fərmana uyğun da müvafiq orqanlara tapşırıq verilib ki, yeni qanun layihəsi hazırlasınlar. İndi isə qanun layihəsinin müzakirəsinə keçirik. İsmayıl Hacıyev, buyurun.
İ.Hacıyev. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlar! Miqrasiya Məcəlləsində bir sıra dəyişiklik edilməsi istər-istəməz bəzi fikirlər doğurur. Yəni Azərbaycan Respublikası dövlət müstəqilliyini bərqərar etdikdən sonra, təbii ki, Azərbaycan ərazisində Miqrasiya haqqında qanun qəbul olunmalıydı. Sadəcə olaraq, bu gün Milli Məclisin gündəliyinə çıxarılan bəzi məsələləri təhlil eləyəndə paradoksal vəziyyət yaranır.
Gündəliyə bu gün 30 məsələ çıxarılıb. 30 məsələnin 23-də qanunda, 2-də əsasnamədə, 4-də məcəllədə, 1-də nizamnamədə edilən dəyişikliklərdən söhbət gedir. Bunların 2-si bilavasitə qeyd etdiyim kimi, Miqrasiya Məcəlləsinə dəyişiklikdir və Siz də söhbətinizin əvvəlində qeyd etdiniz ki, bugünkü dəyişikliklərin iyirmidən çoxu Miqrasiya Məcəlləsindəki dəyişikliklərlə bağlıdır. Mənə elə gəlir ki, gündəlik tərtib olunarkən elə ardıcıllıq müəyyən olunmalı idi ki, həm Miqrasiya Məcəlləsində dəyişikliyi həyata keçirək, həm də o qanunları Miqrasiya Məcəlləsinə uyğunlaşdıraq. Yəni burada bəzən qanunların özündə o qədər dəyişiklik aparılır ki, nəyin nə olduğunu müəyyənləşdirmək olmur. Ona görə, mənə elə gəlir ki, gündəlik tərtib olunarkən buraya əsas qanun da çıxarılmalıdır. Qanunlarda dəyişiklik, əlavələr edilməsi də çıxarılmalıdır.
Əslində, Miqrasiya Məcəlləsindəki dəyişikliklər əvvəl həyata keçirilməli idi, sonra o biri qanunlar məcəlləyə uyğunlaşdırılmalıydı. Bu şəxsən mənim fikrimdir, qarı-şıqlıq yaranmazdı, ardıcıllıqla bunu izləmək mümkün olardı. Ancaq bununla bərabər, təbii ki, Miqrasiya haqqında Məcəllədə dəyişiklik olmalıdır. Elə bilirəm ki, deputat həmkarlarım bunu qəbul edəcəklər və səs verəcəklər, mən də səs verəcəyəm.
İkinci, əvvəldən demək istəyirdim, parlamentin iki iclasında Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə bağlı qanun qəbul olunub. Yəni ölkə Prezidenti 2014-cü il 14 yanvar tarixində Naxçıvan Muxtar Respublikasının 90 illiyi haqqında xüsusi sərəncam verib və ölkə miqyasında 1 beynəlxalq, 10-dan çox respublika səviyyəli konfrans keçirilib. Deputat həmkarlarım bu məsələni qaldırdılar, mən də onları müdafiə edirəm ki, hər halda Milli Məclis də bu məsələyə öz münasibətini bildirsə, çox yaxşı olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən istəmirdim danışam, çünki artıq aydınlıq gətirildi, 3 günün 10 gün olması çox mütərəqqidir. Ona görə də bunu parlamentə göndə-rənə təşəkkür elədik. Amma mən xırda bir detalı demək istəyirəm. Bəzən əlavə və dəyişikliklərdə biz onu qəbul edirik, amma istərdim ki, bu məsələ ilə bağlı bir balaca açıqlama verim. Bu nədir? Sərhədi keçərkən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə artıq bugünkü əlavə və dəyişikliklər barədə bildirişlər verəcəyik və bu bildirişlər rus, Azərbaycan və ingilis dillərində olacaq, bu, layihədə də var. Bu günə qədər isə bu bildirişlər verilmirdi. Ölkəyə gələn əcnəbilər bilmirdilər ki, qeydiyyata hansı formada və necə alınacaqlar və sonda da bunlar cərimələnirdi və ölkənin imicinə xələl gəlirdi. Bununla bağlı AZAL-ın rəhbərliyi də mətbuata açıqlama vermişdi ki, biz bu mübahisələrdən bezmişik, insanları məlumatlandırmaq lazımdır və çox düzgün olaraq bu problem artıq öz həllini tapır. Mən belə hesab edirəm ki, məhz bu əlavə və dəyişikliklər ölkəmizin imicinə müsbət təsir göstərəcək. Hamını səsverməyə dəvət edirəm.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim. Valeh müəl-lim, sözünüz var, buyurun.
V.Ələsgərov. Dəqiqləşdirmək istəyirdim Əli müəllim-lə. Əli müəllim, 10 gün olsa, 10 iş günü olacaq, yoxsa 10 gün olacaq? Bir də ki, əgər 10 gün olacaqsa, 21.4-də icra orqanı 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir, yoxsa 1 günə? 10 gündürsə, 1 gün olmalıdır, 1 iş günüdürsə, onda 10 iş günü olmalıdır, ədalətli olardı. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Mənim də bununla əlaqədar bir sualım var. Deməli, bu qeydiyyat məsələsi 10 gündürsə, xarici vətəndaş isə cəmi bir həftəyə gəlib-gedəcəksə, o, qeydiy-yata düşməlidir, yoxsa yox? 10 gün verirlərsə, bu 5 gün və ya 7 günə gəlir. Yenə də qeydiyyat olmalıdır, ya qeydiyyatsız gedə bilər, ancaq sərhəddə pasporta möhür vurmaqla kifayətlənəcəklər? O necə olacaq?
Sədrlik edən. Aydındır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Valeh müəllim, həqiqətən də, bizim qa-nunvericilikdə iş günü bəzi hallarda, sadəcə, gün kimi göstərilib. Bu məsələni müzakirə eləmək olar. Burada, Miqrasiya Məcəlləsinin bu hissəsində gün anlayışından istifadə eləmişdik. Əslində, 3 gün, doğrudan da, az idi, 2 günü istirahət günü idi və pozuntuya gətirib çıxarırdı. Bu halda hesab edirəm ki, 10 gün artıq çox genişdir və “iş günü” sözünə artıq ehtiyac yoxdur, amma buna baxmaya-raq, “gün”ün “iş günü” ilə əvəz olunmasını subyektlə müzakirə edə bilərik. Amma 10 gün, doğrudan, uzun müddətdir və Elmira xanım, fürsətdən istifadə edib deyim ki, 10 günə qədər, daha doğrusu, 11-ci günə qədər tam qeydiyyatsız qalmaq mümkündür. 10 gün deyəndə onu nəzərdə tuturuq ki, bir həftə, 8 gün, 9 gün və 10 gün qey-diyyatsız qala bilər. Əslində, bu layihənin fundamental əhəmiyyəti ondan ibarətdir ki, müddət ən azı 3 dəfə ço-xalmış oldu.
Sədrlik edən. Elmira xanım, qane elədimi Sizi? Buyurun, əgər başqa çıxış eləmək istəyən yoxdursa, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.21 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə-dir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bildiyiniz kimi, biz bir müddət öncə, daha doğrusu, keçən sessiyada İnzibati Xətalar Məcəllə-sinə dəyişikliklər edilməsi haqqında qanun qəbul etdik. Həmin qanunla məcəlləyə “Yol hərəkəti qaydaları əley-hinə olan inzibati xətalar haqqında işlərə baxılmasının xüsusiyyətləri” adlanan 32-1-ci fəsil əlavə olundu. O za-man mən geniş bir təqdimat etmişdim. Həmin qanuna edilmiş o əlavə və dəyişikliklər nəticəsində “Yol hərəkəti haqqında” Qanuna bir neçə əlavə və dəyişiklik təklif olunub. Eyni zamanda, hərəkət sürəti və nəqliyyat vasitə-ləri arasında ara məsafəsi daha dəqiq müəyyənləşdirilir.
Hesab edirəm, bu dəyişikliklər həm də baş verən yol hərəkəti hadisələrinin qarşısını almağa yönəldilib. Belə ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, – yenilik ondan ibarətdir, – eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Belə bir dəyişiklikdir. Amma bir daha vurğulamaq istəyirəm ki, bu bizim bundan əvvəl qəbul etdiyimiz qanunun tələbindən irəli gəlir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirə-sinə başlayırıq. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən bilavasitə bu dəyişikliklərlə deyil, “Yol hərəkəti haqqın-da” Qanunla bağlı danışmaq istəyirəm. Son dövrdə “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklərdən sonra elektron radarların quraşdırılması bir sıra qanunlarda, xüsusən millət vəkilləri ilə bağlı qanunda bir boşluq yaradır. Belə ki, millət vəkillərinin elektron radarlara düşən maşınları haqqında inzibati protokol tərtib edilməsini, bilirsiniz ki, Konstitusiya qadağan edir, amma cərimə ödənməlidir. İnzibati protokolu tərtib etmədən cəriməni ödəmək qeyri-qanunidir. Çünki hər hansı hadisə ilə bağlı cərimə tətbiq olunursa, bu, artıq inzibati cəzadır. O inzibati cəza da protokolla müəyyən olunmalıdır. Burada bir boşluq yaranır, Konstitusiya pozulur. Konstitusiyada qeyd olunur ki, millət vəkilinə inzibati cəza tətbiq oluna bilməz. Yol polisinə yazılan məlumatda isə qeyd olunur ki, biz bunu poza bilmərik, bu, elektron radara düşüb. Ən azı, Konstitusiya üstün qanun olduğuna görə bu pozulmalıdır.
Bəzən qeyd edirlər ki, millət vəkilləri qaydanı poz-masınlar. Amma qaydanı pozmaq təkcə, üzr istəyirəm ifadəmə görə, avtoşluqdan irəli gəlmir ki. Dövlət tədbiri olur, hətta Milli Məclisin iclası olur, yaxud bir başqa yerə çox təcili getməli olursan, amma tıxac problemi var. Hökmən o tədbirdə iştirak etməlisən, çünki hələ heç kim bilmir ki, o tədbirdə iştirak edən kontingent kimdir, yaxud sən aeroportda kimisə rəsmi dövlət səviyyəsində qarşılamağa gedirsən. Bu hadisələr olur və millət vəkilləri o hallarla üzləşirlər. Amma yenə deyirəm, qanunda o boşluq olduğuna görə bir də görürsünüz, yığılır üst-üstə. İndiki mərhələdə heç nə deyilmir bəzən, amma maşını dəyişmək, satmaq məqamı gələndə bir də görürsən, bir siyahı çıxartdılar ki, sizin 10 minlik, yaxud 8 minlik, 5 minlik cəriməniz var, ödəməlisiniz. Əks təqdirdə maşına həbs qoyulur. Yaxud bu yaxınlarda belə bir hadisə də olmuşdu. Polis yaxınlaşıb deyir, cərimələr, elektron radarlara düşməyiniz baxımından sizin maşına axtarış qoyulub və o, cərimə meydançasına getməlidir. Deyirsən ki, bu, millət vəkilinin maşınıdır. Deyir, vallah, millət vəkilinin maşınıdır, amma Dövlət Yol Polisi belə qərar verib. Deyirsən, inzibati protokol tərtib elə, aparaq qoyaq cərimə meydançasına. Deyir yox, mən inzibati protokol tərtib edə bilmərəm. Yaxşı, inzibati protokol tərtib edə bilməzsən, bəs maşını bunun əlindən necə alırsan?
Ona görə, hesab edirəm, hörmətli Əli müəllim, bu mə-sələ barədə də bir düşünülsün. Mən hesab edirəm ki, Konstitusiya üst qanun olduğuna görə, ona müvafiq olaraq ən azı dövlət nömrə nişanları Dövlət Yol Polisinə təqdim oluna bilər və o elektron radarlara düşənlər də, sadəcə, aktla silinməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Biz “Yol hərəkəti haqqında” Qanunun müxtəlif maddələrinə əlavə və dəyişikliklər təklif elədik. 50-ci maddə ilə bağlı bir balaca qeyri-müəyyənlik var, mən onu çatdırmaq istəyirəm. Hörmətli Ziyafət müəllim, 3, 4-cü bənddə “bir eyni zolaqda özündən” sözünü əlavə etdik, yəni qabaqda gedən nəqliyyat vasitələri ara məsa-fəni elə saxlamalıdırlar ki, toqquşmanı aradan qaldırmaq mümkün olsun. 4-cü bənddə yenə həmin şeydir və ara məsafə elə saxlanılmalıdır ki, təhlükəsiz ötmə əməliyyatı həyata keçirilə bilsin. Bu, qeyri-müəyyənlikdir. Biz rayonlara gedirik, seçicilərlə görüşməyə, qohumlarımıza baş çəkməyə və sair. Bir də görürsən, 6-7 tır maşını bir-birinin arxasınca düzülüb 30–40 metr məsafədə gedir. Ara məsafəni də 2 metr, 3 metr qoyur. Mən bəzisini polisin köməyi ilə saxlatmışam. Deyirəm, niyə belə etmisən, deyir, mənə elə gəlir ki, sən normal ötüb gedə bilərsən. Baxırsan ki, o maşınların arxasında 100 maşın dayanıb, ötmə əməliyyatını keçirə bilmir. Biz bu məsafənin müəyyən olunmasını buraxırıq sürücünün öhdəsinə. Mən təklif etmişəm və bir daha öz mövqeyimdə qalıram ki, bəlkə biz məsafəni sürət həddinə görə müəyyənləşdirək və heç olmasa, bugünkü məclisin, iclasın gündəliyində deyil, növbəti dəfə buna baxaq ki, sən saatda 60 kilometr sürətlə gedirsənsə, hər maşının arasında 30 metr məsafə saxlanmalıdır ki, insanlar normal ötüb-keçmə əməliyyatını həyata keçirsinlər.
Bu gün baş verən qəzaların böyük əksəriyyətinin səbəbi məhz bu böyük maşınların bir-birinin ardınca düzülməsi və ötmə əməliyyatının düzgün həyata keçirilməməsi təhlükəsinin olmasıdır. İndi bilmirəm, qanunverici orqan bəlkə də eşidir, nəzərə alsınlar, olmasa, yəqin biz özümüz gələcəkdə təklif verib, insanların rifahı naminə mütləq bunu təmin etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də deyilənləri dəstəkləyirəm. Sadəcə olaraq, bir neçə məsələyə xüsusi diqqət ayırmağınızı xahiş edirəm. Birin-cisi, ümumiyyətlə, Dövlət Yol Polisi əməkdaşlarına öz tə-şəkkürümü bildirmək istəyirəm. Həqiqətən də, son zamanlar tıxaclarla, beynəlxalq tədbirlərlə bağlı Dövlət Yol Polisi əməkdaşları bütün günü küçələrdədirlər, səhər-axşam çox ciddi işlərlə məşğul olurlar və bizə çox köməkləri dəyir. Eyni zamanda, bir neçə problemli məsələni diqqətə çatdırmaq istəyirəm. Bu da, əsasən, sərnişin daşıyan nəqliyyat vasitələri ilə bağlıdır. Yadınızdadırsa, elə Əli müəllimin komitəsində böyük maşınlara, xüsusən də sərnişin daşıyan maşınlara xüsusi cihazların qoyulması məsələsi nəzərdə tutulmuşdu, yəni o cihazlar sürücünün maşını neçə saat idarə etməsi, ümumiyyətlə, neçə saatdan bir istirahət etməsi ilə bağlı idi. Təəssüflər olsun ki, orada bizim qaldırdığımız məsələlər sərnişindaşımada yoxdur. Onun da nəticəsi olaraq əksər qəzalar, – mən xüsusi olaraq bunu xahiş etmişdim və statistikaya baxmışdım, – xüsusən şəhərin mərkəzində ya sərnişin daşıyan, ya da yük daşıyan maşınların ucbatından olur.
Bu baxımdan mən fikirləşirəm ki, biz daha sərt təd-birlər tətbiq etməliyik. Çünki Bakı şəhərində olan hadi-sələrin əksəriyyəti məhz sərnişin daşıyan vasitələrin sürücülərinin kobud şəkildə qanunları pozmasından irəli gəlir. Həqiqətən də, Dövlət Yol Polisi əlindən gələni edir, amma bu elə bir kütləvi hal alıb ki, eyni zamanda, sərnişinlərin də narazılığına səbəb olur. Biz görürük ki, texniki baxımdan nəqliyyat vasitələri nasaz vəziyyətdədir. Düzdür, yeni avtobuslar gətirilir, yeni cihazlar qoyulur, amma eyni zamanda, Avropada artıq bu sistemlər tətbiq olunub. Sürücü istirahət etməlidir, növbədən artıq çıxmamalıdır, onsuz da bu sahə subsidiyalı sahədir. Yəni dövlət büdcəsindən bu istiqamətdə hər il pul ayrılır. Bu baxımdan bizim üçün vacib olan məsələ budur ki, bizim sərnişinlər narazı olmasınlar və yol hadisələrinin də səviyyəsi aşağı düşsün.
Mən təklif edirəm ki, Əli müəllim, bəlkə həm Dövlət Yol Polisinin nümayəndələrini, həm də ictimaiyyətin nümayəndələrini çağıraq, birlikdə müzakirə edək. Bir də qəzalar heç kimə baxmır, nə deputata baxır, nə də adi vətəndaşa. Hamımız şəhərdəyik, görürük, xüsusi olaraq da rayon yollarında bu məsələ çox ciddi şəkildə qoyulub. Ona görə mən çox xahiş edərdim ki, Milli Məclisdə bu məsələyə sıradan bir məsələ kimi yox, çox ciddi bir məsələ kimi baxaq. Həqiqətən, bəlkə elə bir şərait yaratmalıyıq ki, həmin sürücülər üçün də imkanlar olsun, onlar həmin nəqliyyat vasitəsini düzgün idarə edə bilsinlər.
Ümumiyyətlə, məsafə ilə bağlı çox mütərəqqi bir dəyi-şiklikdir. Biz görürük ki, əsasən, işıqforlarda, digər mü-hüm prospektlərdə bu məsələ çox ciddi şəkil alıb, məsafə saxlanılmır. İnsanlar üçün də yolu keçmək, yolu idarə etmək çox çətin olur. Bu baxımdan mən qanunu dəstəklə-yirəm. Amma Əli müəllim, xahişim ondan ibarətdir ki, biz yenə də o qanuna baxaq. Mənim çox yaxşı yadımdadır, bir neçə il bundan qabaq biz şəhərlərarası sərnişin daşıyan avtobuslara belə bir qanun tətbiq etmişdik. Yaxşı olar ki, şəhər daxilində də bu məsələyə baxaq və gələcəkdə qəzaların sayı bəlkə azalar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Ərəstun Cavadov.
Ə.Cavadov. Ziyafət müəllim, mən də həmkarım İqbal müəllimin dediyi təkliflərin hamısına qoşuluram. İqbal müəllimin dediyi təkliflər bu gün həyatın reallığıdır, onu icra etmək lazımdır. Bildiyiniz kimi, mən Ağsu–İsmayıllı seçki dairəsindən seçilmiş deputatam. Həm Ağsuda, həm də İsmayıllıda keçirilən tədbirlərə, görüşlərə gedən adamam. İnanırsınız ki, mənim Milli Məclisdən aldığım maaş bu cərimələrə çatmır? Hər ay mən, qaldırıb baxa da bilərsiniz, 1000 manata yaxın cərimə ödəyirəm. Bu hara-dan ödənilsin, necə ödənilsin? Özü də nizam-intizama mən də riayət edirəm, sürücüm də. Haradan çıxır bu cəri-mələr, mən bilmirəm. İsmayıllıya gedib-gəldim, mütləq 200–300 manat cərimə verməliyəm. Ağsuya gedib-gəl-dim, 150–200 manat cərimə verirəm. Mən Sizdən, eyni zamanda, kömək məqsədi ilə də xahiş edirəm ki, bu işə bir əlac edəsiniz. Nə qədər də gözləsən, mümkün deyil. Biri deyir, qabaqda Jiqulidə biri oturub, o çəkir, biri deyir, atın belində biri oturur, o çəkir. Hərə bir söz deyir. Mən bilmirəm, burada nə qədər reallıq var. Ona görə Sizdən xahiş edirəm ki, bu işdə bizə kömək edəsiniz.
Sədrlik edən. Ərəstun müəllim, o radarlar Sizi, yəqin, yaxşı tanımır. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəl-lim. Doğrudan da, deputat həmkarlarım çox aktual məsə-lələrə toxundular, mən də onların fikirlərinə dəstək veri-rəm. Amma ümumilikdə bir şeyə də aydınlıq gətirmək istəyirəm. Bilirsiniz ki, birinci növbədə hamımız qanuna əməl etməliyik. Bu, birinci şərtdir. Milli Məclisin Daxili Nizamnaməsinə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq millət vəkilinin mülkiyyəti, şəxsiyyəti, maşını toxunulmazdır, yəni məhkəmənin müvafiq qərarı olmayana qədər buna heç kəs toxuna bilməz, yoxlaya bilməz. Ona da qərar vermək üçün Milli Məclisin razılığı tələb olunur. Bu baxımdan həmin məsələlər həqiqətdir.
Amma mən bunun həlli yolunu demək istəyirəm. Milli Məclisdə rəsmi nəqliyyat növü, yəni nəqliyyat vasitəsi ilə təminat Milli Məclisin rəhbərliyinə və komissiya sədrlərinə aiddir. Digər millət vəkillərinin istifadə etdikləri nəqliyyat vasitələri rəsmi qaydada Dövlət Yol Polisindən keçmir. Deyir, imam üçün ağlayanda, gərək yezid üçün də ağlayasan. Burada bir məsələ var. DYP bilmir ki, bu maşının içərisində gedən millət vəkilidir və ya digər şəxsdir. Bu radardan keçir, nömrə orada qeydiyyatda yoxdur. İndi birinin öz adınadır, birinin qaynanasının adınadır, birinin dostunun adınadır, digərinin kirvəsinin adınadır, bəlli məsələdir. O baxımdan mən xahiş edərdim ki, hər bir millət vəkili dövlət tədbirlərində, qonaq qarşılamada, rayona seçicilərlə görüşə gedəndə hansı nəqliyyat vasitəsini istifadə edirsə, o nömrələr parlamentin İşlər idarəsində toplanıb Dövlət Yol Polisinə təqdim olunsun və o da nəzərə alsın. Əgər bu adam iclasa getdiyi vaxt radara düşürsə, yəni sürəti artırırsa, nəzərə alınmalıdır ki, bu, rəsmi dövlət tədbiri ilə, qonaq qarşılama ilə və yaxud da rayonda seçicilərlə olacaq görüş ilə əlaqədardır. Qalan hallarda, təbii ki, onlar bu məsələni müəyyənləşdirə bilməyəcəklər. O baxımdan da mən hesab edirəm ki, bunu nəzərə almaq lazımdır. İndi yenə qanunda dəyişikliklər etmək istəyirlər ki, radar məsələsi hamıya şamil olunsun. Bu ola bilməz, çünki hər bir deputatın statusu var və bu statusu pozmaq olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş müəllim, çox sağ olun. Amma burada bir problem də var, gəlin belə danışaq. Dövlət nömrələri aydındır, polis bilir, Milli Məclisin nömrələrini də onlar təxminən bilirlər. Amma 120 nəfərin əgər şəxsi maşını varsa, indi polis haradan bilsin ki, bu aeroporta tələsir, iclasa tələsir, bunu haradan müəyyənləşdirə bilər? O adla, o tələskənliklə biz bütün il boyu elə yol hərəkəti qaydasını poza bilərik və polisə də deyərik ki, tələsirəm. Polis 1 dəfə güzəşt etsin, 2 dəfə. Həmişə tələsirəm demək olmur axı. Ona görə elə Siyavuş müəllim yaxşı başlamış-dı, gəlin bu məsələdə özümüz nümunə olaq, qalan məsə-lələr qaydaya düşər. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, Ziyafət müəllim. Mən-dən öncə həmkarlarımın dediklərinin hamısına qoşuluram. Ədalət naminə demək istəyirəm, həqiqətən də, bizim iş qrafikimiz elədir ki, istənilən qayda-qanuna riayət etmək istəyən sürücü də, millət vəkili də qanundan kənara çıxa bilir və buna görə də yol polisi bizə hörmətlə yanaşır, çox sağ olsunlar. Amma sözsüz, yenə də maksimum dərəcədə qanuna əməl etməliyik.
Ziyafət müəllim, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa çox önəmli dəyişikliklər oldu. Bu gün Azərbaycan, maşallah, inkişaf etmiş ölkələr cərgəsindədir. Biz xarici ölkələrə gedəndə, gələndə Azər-baycanın nə qədər böyük nailiyyətlər əldə etdiyini görürük. Bəlkə də bu, qanun layihəsinin predmeti deyil, amma nəqliyyatla bağlı olduğuna görə qeyd etməyi özümə borc bilirəm. Ölkəmizə yüzlərlə ictimai nəqliyyat vasitələri gətirilib. Bu işdə hörmətli Prezidentimiz şəxsən iştirak edibdir ki, xalqın istifadə etdiyi ictimai nəqliyyat vasitələri yüksək səviyyəli, keyfiyyətli olsun. Amma çox təəssüf ki, bu gün ictimai nəqliyyat vasitələrini idarə edən sürücülərimiz bəzi hallarda, bəlkə də bir çox hallarda o nəqliyyat vasitələrinə uyğun gəlmir. İstər Türkiyədə olsun, istərsə də Avropa ölkələrində bunu hamımız görürük, ictimai nəqliyyat vasitələrini sürən sürücülərin hamısının uniforması, qalstuku olur, sürücüyə baxanda adam həsəd aparır. Bizim Bakıya da gözəl nəqliyyat vasitələri verilib. Amma ictimai nəqliyyat çox natəmiz saxlanılır. Hamısı təzə avtobuslardır, 1 il deyil, 2–3 aydır verilib, içinə baxırsan, natəmizlikdir. İctimai nəqliyyat haqqında qanun varsa, buna da dəyişiklik olunmasını arzulayardım, xahiş edərdim.
Elə bir il yoxdur ki, Azərbaycan mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsin. Gələn il də, inşallah, Azər-baycan tarixinə gözəl bir səhifə yazılacaq, Avropa oyunlarına hazırlaşırıq. Bu gün səhər-səhər Musa müəllimlə bir yerdə xarici səfərdən gəldik. Elə gömrük nəzarətindən keçən kimi, “xalturşik” deyirlər, tərcüməsini də tapmadıq, adamın üzərinə qara quş kimi şığıyırlar. Taksi lazım deyil, hara gedirsiz, nə bilim nə? Biz azərbaycanlıyıq, bunları başa düşürük, bəzən yerli xüsusiyyətlər və sair özünü göstərir. Amma bizim hava limanı bu gün çox gözəl olub, böyük, möhtəşəm tədbirlərə ev sahibliyi edir, mötəbər qonaqlarımız olur. Mənə elə gəlir ki, bu məsələlər tənzimlənməlidir. Kiməsə nəqliyyat lazım olanda özü gedib axtaracaq. Mən xahiş edərdim ki, ictimai nəqliyyatla bağlı hansısa bir qanun qəbul olunanda bunlar tənzimlənsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mən belə başa düşdüm ki, qanun layihəsi ilə bağlı məsələnin mahiyyətini Siz qəbul edirsiniz. Belə görürəm, söhbətimiz kənara çıxır. Ona görə də xahiş edirəm...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təkid edirsiniz? Buyurun, İqbal müəl-lim.
İ.Ağazadə. Ziyafət müəllim, mən deputat həmkarları-ma təşəkkür edirəm. Amma mən, deyəsən, düzgün izah etmədim. Biz heç kimdən sədəqə istəmirik, ay polis, bizi yola ver, tədbirə tələsirik. Mən deyirəm, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda göstərilir ki, deputat haqqında inzibati tənbeh tədbirləri görmək mümkün deyil. Mən, tutaq ki, yol hərəkəti qaydalarını pozmuşam. Mənə cərimə müəyyən olunursa, demək, mənim haqqımda inzibati tənbeh tədbiri həyata keçirilir. Mən sual verirəm, Azərbaycan Konstitu-siyası niyə pozulur? Bundan söhbət gedir. Ya Konstitusi-yadan bu götürülməlidir, ya da deputat cərimə olunma-malıdır. Bunun ikisindən biri olmalıdır. Söhbət bundan gedir. Yoxsa kiməsə deyək, ay bizi yola ver, sağ olsun polis, bizə yaxşı baxır, tələsəndə buraxır, yoxsa ay nöm-rəmizi yaz. Nə nömrəmizi yaz, nə də bir şey et. “Azərbay-can Respublikası Milli Məclisi deputatının statusu haq-qında” Qanun bunu göstərir. Azərbaycan Konstitusiyasında bu varsa, polis də, digərləri də bunu yerinə yetirməlidirlər. Bizdən qanunun tələblərinin yerinə yetirilməsini tələb edirsiniz. Olsun. Kim isə əgər yol hərəkəti qaydalarını pozubsa, ondan daha üst qanun olan Konstitusiya hər şeydən üstün olduğuna görə o yerinə yetirilməlidir. Söhbət bundan gedir, başqa şeydən getmir ki.
Sədrlik edən. İqbal müəllim, bir dəqiqə. Üzr istəyirəm, bu məsələyə nöqtə qoyaq. Əvvəla, deyim ki, Azərbaycan Konstitusiyasında Siz dediyiniz kimi deyil. Mən istəmir-dim, indi burada məsələni açıqlayam. Amma bir halda ki məcbur edirsiniz, mən deyim. Söhbət Azərbaycan Konsti-tusiyasının 90-cı maddəsindən gedir. 90-cı maddədə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığından söhbət gedir. Orada göstərilir ki, deputata məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Qalan hallarda polisin ixtiyarı var, sizə protokol da yazsın, cərimələsin. Xahiş edirəm, məsələni, gəlin, qarışdırmayaq. Söhbət məhkəmə qaydasında inzibati tənbeh tədbirlərindən gedir, bəli, məhkəmə qaydasında.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. A kişi, mən sənə Azərbaycan Konstitusi-yasından danışıram. İqbal müəllim, 2 dəfə 2 dörddür də. Söhbət məhkəmə qaydasında inzibati tənbeh tədbirlərinin tətbiq edilməsindən gedir. Bəli, bu halda deputata bunlar tətbiq edilə bilməz. Amma yol polisi protokol da yaza bilər, sizi cərimə də eləyə bilər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Açın, baxın Konstitusiyaya. Aç 90-cı maddəni. Yaxşı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu məsələni uzatmağın nə mənası var, Fəzail müəllim? Ay qardaş, eyni şeyi deyəcəksiniz də. Qanun layihəsi üzrə deyəcəksiniz? Hüseynov Etibar.
E.Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən bilirəm ki, zalda elə bir insan yoxdur ki, bu problemlə üz-üzə qalmasın. Tərəflərin hər biri əsaslı şəkildə arqument gətirir. Sadəcə olaraq, mən də Siyavuş müəllimin verdiyi təklifi dəstəkləyirəm ki, heç olmasa, hər bir deputatın bir maşını qeydiyyatdan keçsin. Biz yol polisinin rəhbərli-yindən xahiş edək ki, əgər deputat hər hansı bir qəza törətməyibsə, sərxoş vəziyyətdə idarə etməyibsə, maşın vurmayıbsa, adam vurmayıbsa, ildə, heç olmasa, bir dəfə rəsmi və ya qeyri-rəsmi bir amnistiya tətbiq olunsun. Polis saxlayanda güzəşt eləyir. Amma o radar bilmir, maşında gedən kimdir və ya protokol gedəndə bilinmir ki, o maşın kimə məxsusdur. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox xahiş edirəm, təkid eləməyin. Gəlin, bu məsələni səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox xahiş edirəm, Fəzail müəllim. Bu-yurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.44 dəq.
Lehinə 89
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qəbul edilmiş qanunla məcəlləyə “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmasının xüsusiyyətləri” adlanan 32-1-ci fəsil əlavə edilmişdir. Orada qeyd olunmuş fikirlər, normalar “Notariat haqqında” Qanunda öz əksini tapır. Notarius nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni göndərərkən, həm də “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsində qeyd olunmuş hallara uyğun olaraq bir sıra məlumatları, o cümlədən fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini, elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi və sair barədə məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Amma bir daha vurğulamaq istəyirəm ki, bu norma müvafiq “Yol hərəkəti haqqında” Qanunda öz əksini tapmışdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Qanun layi-həsi ilə bağlı Fəzail müəllim çıxış eləmək istəyir. Buyu-run, Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Təqdim olunan indiki qanun layihəsi də bilavasitə yol nəqliyyatı ilə bağlı olduğu üçün, hörmətli sədarət, diqqətinizə çatdırmaq istəyirəm ki, bu problem varsa, bu problemin üstünə getmək lazımdır. Onu malalamaq lazım deyil. Yəni hər birimiz dövlət tədbirlərinə gedəndə məcburuq ki, vaxtında çataq. İndi Məclisin iclasıdır, gəlib çatmaq lazımdır. Böyük tıxac var, istər-istəməz yol hərəkəti qaydalarını pozmalı oluruq. Burada oturanların hamısının ağlı başındadır. Bunlar nə avtoşluq, nə də xuliqanlıq edirlər. Sadəcə olaraq, Siz sədarətsiniz. Burada Sizə müraciət olunur ki, bu problemin həlli yolunu tapmaq lazımdır. Mən də Sizə deyirəm ki, hörmətli Ziyafət müəllim, lütfən, bu problemin həlli yo-lunu tapmaq üçün cəhd göstərin.
Siyavuş müəllim normal bir təklif irəli sürdü. Kimin adınadırsa, yəni deputatın adına olan maşın dövlət nömrəsi ilə, markası ilə yol polisinə təqdim olunur. Yol polisi də bunu nəzərə alır. Yoxsa, 3 dənə maşını varsa, təbii ki, buna ehtiyac yoxdur. Ona görə də bu problem var. Məsələn, şəxsən mən bu yaxınlarda bu problemlə qarşılaşdım. Mənə söylədilər ki, Fəzail müəllim, sizin qəbul etmiş olduğunuz qanuna görə biz heç nə edə bilmərik. Maşını mənim adımdan övladımın adına keçirmək lazım idi. Məcbur oldum, kifayət qədər pul ödəyim. Bəlli oldu ki, mən Salyana gedəndə və yaxud da Həsən Əliyev küçəsində müəyyən xətti keçmişəm, sürəti artırmışam. Mən sürücüyə demişəm, o da tez sürüb ki, tədbirə çatım. İndi mən nə eləməliyəm, ya Siyavuş müəllim nə eləməlidir, Çingiz Qənizadə nə eləməlidir, yaxud o biri nə eləməlidir? İndi komitə sədrlərinin maşını var, Sizin var, Allah canınızı sağ eləsin. Sizin maşınlar müəyyən imtiyazlara malikdir. Bəs biz nə edək? Buyurun, bu suala cavab tapın, lütfən. Çox sağ olun.
Sədrlik edən. Başqa çıxış etmək istəyən yoxdur ki? Buyurun, “Notariat haqqında” Azərbaycan Respublikası-nın Qanununda dəyişikliklər edilməsi barədə məsələyə münasibət bildirin.
Səsvermənin nəticələr (saat 16.48 dəq.)
Lehinə 86
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2011-ci il 10 oktyabr tarixli qərarında göstərilən tövsiyə-lərdən irəli gəlir. Ziyafət müəllim, bu geniş məruzə detal-larının üzərində dayanmayım deyə, Konstitusiya Məhkə-məsinin tövsiyəsindəki bir neçə ifadəni, istəyirəm, hör-mətli millət vəkillərinin diqqətinə çatdırım ki, biz nə üçün Cinayət-Prosessual Məcəlləsinə bu dəyişikliyi edirik. Konstitusiya Məhkəməsinin müvafiq qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində və 218-ci maddəsinin 1-ci hissəsində cinayət işinin materialları ilə tanış olma müddətinin nəzərə alınmaması Konstitusiyanın 28-ci maddəsində və Avropa İnsan Haqları Konvensiyasının 5-ci maddəsində öz əksini tapan azadlıq hüququnun müəyyən hissəsinin pozulmasına gətirib çıxarır. Məhkəməyədək icraatda təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti heç bir halda məhkəmənin qərarında göstərilmiş müddətdən artıq davam edə bilməz. Bununla da Konstitusiya Məhkəməsi təqsirləndirilən şəxsin müdafiəçisi onun cinayət işinin materialları ilə tanış olduğu müddətdə şəxsin həbsdə saxlanmasının əsaslarının mümkün qədər qısa müddətdə tənzimlənməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir.
Hörmətli həmkarlar, məhz Konstitusiya Məhkəməsinin, hesab edirəm ki, çox düzgün bir qərarının nəticəsində Cinayət-Prosessual Məcəlləsinə bu dəyişikliklər təklif olunub. Eyni zamanda, həbsdə saxlama müddəti ilə bağlı da təkliflər var. Amma həbsdə saxlama müddətinin artırılmasının bir daha vurğulayıram ki, əsas səbəbi, qeyd etdiyim kimi, cinayət işi ilə tanış olma müddətidir. O da oraya əlavə olunur. Artıq pozuntu baş verməyəcək. Onu da vurğulamaq istəyirəm ki, burada ağır və xüsusən ağır cinayət törədilməsinə görə müddətlər artırılmış olur. Amma onun hüquqi tərəfi ilk növbədə Konstitusiya Məhkəməsinin müvafiq qərarından irəli gəlmiş olur və bizə bir neçə il bundan əvvəl belə bir tövsiyə olunub. İndi işçi qrupu hazırlayıb, təqdim edib. Cinayət-Prosessual Məcəlləsinə, Avropa İnsan Haqları Konvensiyasına və Azərbaycan Konstitusiyasına uyğunlaşdırılması baxımından bu çox əhəmiyyətli bir məsələdir. Millət vəkillərindən səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsi ilə bağlı Zahid Oruc çıxış eləmək istəyir. Buyurun, Zahid müəllim.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən dəyişiklikləri, təbii ki, məqsədəuyğun hesab edirəm. Hörmətli Əli müəllim onlar haqqında ətraflı məlumat verdi. Söhbət beynəlxalq tələblərə uyğunlaşmaqdan gedir. Sadəcə, mənim qaldırmaq istədiyim məsələ Cinayət-Prosessual Məcəlləsinin tamam ayrı bir maddəsinə dəyişikliklə əlaqədardır. Bunu cari məsələlər sırasında irəli sürmək olmur.
Hörmətli Əli müəllim, bu yaxınlarda mən Bərdə sa-kininin, bir bərdəli vətəndaşın məktubunu almışam. O, hazırda həbsxanadadır və məktubu oradan yazıb. Qeyd eləyir ki, 179.2-ci maddə ilə, yəni dövlət vəsaitinin mə-nimsənilməsi maddəsi ilə (11 və ya 12 min manat civarında vəsait mənimsəməsi müqabilində) cinayət məsuliyyətinə cəlb olunub və ona 9 il azadlıqdan məhrumetmə cəzası verilib. Bu şəxs qeyd eləyir ki, 59 yaşı var və həbsxanada qanunu araşdırmaq imkanı geniş olub. Doğrudan da, indi hamı onun işi öz xeyrinə həll etməyə çalışdığını hesab eləyə bilər, amma bu, əslində, cinayət qanunvericiliyinin fəlsəfəsi baxımından bizim üçün də əhəmiyyətli olmalıdır. 59 yaşında şəxs 9 il həbs cəzası ilə 68 yaşında oradan çıxacaq. Sonra da məhsuldar əmək fəaliyyəti dövrünü saxlayaraq, həmin vəsaiti də ödəməklə, eyni zamanda, gələcək həyatının quruculuğu ilə də məşğul olmalıdır. Biz, əvvəla, cəza sistemində cinayətin cəzaya uyğun olmağını, adekvat olmağını mühüm hüquqi bir prinsip kimi, ikincisi də, cəza sisteminin humanistləşdirilməsini hüquq siyasətinin ana xətti kimi bəyan eləyirik. Belə olan təqdirdə adam tamamilə haqlı olaraq qeyd eləyir ki, 1 milyon manat vəsaiti mənimsəmiş şəxs də, eyni zamanda, 10 min manat vəsaiti mənimsəyən şəxs də eyni cəzanı almış olur.
Mən xatırlayıram, xüsusilə 2000-ci illərin əvvəllərində bu sistemi təxminən o proporsiyalarla, belə demək müm-kündürsə, tənzimləyirdik. Bu, elə həmin məktubda da qeyd olunur, yəni 50 min manata qədər hissəyə görə bir cəzanı daşısın və buna adekvat da davam eləsin. Ümumən götürdükdə, əslində, hətta ən çox tənqid olunan Rusiya cinayət sistemi, cinayət qanunvericiliyi də son dövrlər bu məsələyə daha çox diqqət yetirir. Yəni bu tip şəxslərin həbsinə deyil, onların işləyərək mənimsədikləri vəsaiti geri qaytarmasına və buna bənzər başqa xarakterli cəzaya yönəltməklə məşğuldur. Ona görə 59 yaşlı və ya 65 yaşında bir şəxs hansısa korrupsiya pozmaları subyekti olduğu üçün ona 10–12 il həbs cəzası verib, 76 yaşında təzədən çıxandan sonra guya o vəsaiti ödəyəcək kimi bir vəziyyəti yaratmalı deyilik.
Əli müəllim, Siz bu parlamentdə kifayət qədər səriştə-sinə, istedadına görə çox istədiyimiz bir insansınız. Bu məsələni Prezident Administrasiyası ilə, müvafiq qanunvericilik təşəbbüsünün subyektləri ilə məsləhətləşib bax-maq mümkündür. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Cinayət-Prosessual Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, hüquq müdafiəçisi olaraq bildirmək istəyirəm ki, insan hüquq və azadlıqları ilə bağlı bizim bu qanunvericilikdə olan boşluğu artıq doldurdu. Bu nə idi? 158.4-cü maddədə həbs qətimkan tədbiri seçilmiş şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti həbs müddəti hesab olunmur. Amma vətəndaş faktiki həbsdə qalırdı, işi ilə tanış olurdu, bu hətta 10 gün, 15 gün də çəkə bilirdi və sonda cəza hesablanarkən bu müddət hesablanmırdı. Bu, təbii ki, yolverilməzdir. Biz bunu bu gün tənzimləyirik. Beynəlxalq təcrübədə də belədir və təbii ki, bizdə müəyyən qınaqlar var idi.
Başqa bir məsələ. Həbs qətimkan tədbiri seçilmiş şəxsin işinin məhkəmədən əvvəl ittihamı təsdiq edən şəxsə göndərilməsi 5 gün müddətində nəzərdə tutulurdu. O zaman nə baş verirdi? İstintaq müddətinin bitməsinə 5–6 gün qalmış iş prokurora göndərilirdi. Prokurorluqda iş təsdiq olunduqdan sonra ittiham artıq məhkəməyə gedirdi. Müstəntiq həbs müddətinin axırına qədər işi məhkəməyə göndərməklə artıq işini bitmiş hesab edirdi və bilirdi ki, məhkəmənin hazırlıq iclası ən azı 15 gün müddətində olur. Bu 15 gün müddətində həbs müddəti bitsə də, vətəndaş həbsdə qalırdı və müstəntiq deyirdi ki, bu artıq məhkəmənin icraatındadır və onun taleyi boş qalırdı. İndi biz 290 və 292-ci maddələrdə bu dəyişiklikləri etməklə o müddətdə vətəndaşın pozulan hüquqlarını bərpa etmiş oluruq və prokurorluq 20 gün müddətində işi alır, 5 gün müddətində baxır, 15 gün qabaq isə məhkəməyə göndərir ki, hazırlıq iclasına qədər yeni qərar qəbul olunmaqla vətəndaşın həbsdə qalıb-qalmaması məsələsi öz həllini qanuni şəkildə tapsın. Bu həm də ondan irəli gəlir ki, biz həbs yerlərində saxlanan şəxslərin hüquq və azadlıqlarının təminatı haqqında parlamentdə qanun qəbul eləmişik və müddətdən artıq həbsdə saxlama üçün həbs yerlərinin rəhbərliyinin cinayət məsuliyyəti məsələsi qoyulub. Ona görə bu, haqlı olaraq onunla tamamlanır ki, sabah onlar da təqsirləndirilən şəxsin açıb buraxılması ilə bağlı bir problem yaşamasınlar və müddət tamamlansın.
Başqa bir məsələ. Ev dustaqlığı ilə əvəz olunmada birinci instansiya məhkəməsi əgər ev dustaqlığı ilə bağlı qətimkan tədbirini dəyişirsə və onun həbsini ev dustaqlığı ilə əvəz edirsə, prokurorluğun bu işdə narazılığı varsa, Apellyasiya Məhkəməsində işə baxılana qədər o yenə həbsdə qalmaqda davam edirdi. Amma indi biz məhkəmələrin nüfuzunu artırırıq. Bu qanundakı dəyişikliyə görə artıq birinci instansiya məhkəməsində həbs ev dustaqlığı ilə əvəz edildiyi andan o icraya yönəlir və buraxılır. Yəni prokurorluq sonra protest verər, verməz, bu, sonrakı mərhələdir. Ona görə olduqca mütərəqqidir, insan hüquq və azadlıqlarının qorunmasıdır və belə hesab edirəm ki, bunu hamımız dəstəkləməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, əvvəla, qeyd eləyim ki, bundan öncəki məsələdə deputat həmkarım Siyavuş Novruzovun praktik çözüm yolu ilə bağlı kons-truktiv təklifini millət vəkillərinin xeyli hissəsi, mənim fikrimcə, dəstəkləyir. Bu məsələnin hüquqi yolu yoxdursa, elə İşlər idarəsinə müraciət yolu ilə dədə-baba qaydasında həll eləyək, çünki dövlət tərəfindən maşın verilməmiş millət vəkilləri, həqiqətən, böyük problem yaşayır. Heç kimin, doğrudan, yol hərəkəti qaydalarını pozmaq niyyəti yoxdur, amma tədbirlərə çatmaq olmur. Müəyyən rayonlara gedəndə problemlər yaşayırsan və bunları çözmək vacibdir.
Bu məsələ ilə bağlı da fikrimi bildirmək istəyirəm. Mən, təbii ki, bu dəyişiklikləri müsbət dəyişikliklər hesab edirəm, o baxımdan ki, Konstitusiya Məhkəməsinin yanaşması doğru yanaşmadır. Bu müddətin nəzərə alınması hər halda xüsusən ittiham altında olan şəxslərin xeyrinədir. Amma mən burada bir məsələyə, təzada diqqət yetirmək istəyirəm. Azərbaycanda kifayət qədər səriştəli, peşəkar prokurorluq orqanları var və onlar istintaq müddətinin, müəyyən dərəcədə icraatın təqsirləndirilən şəxsin həbsdə saxlanması müddətində prosesin aparılması işinə yaratdığı çətinliklərini daha yaxşı görürlər. Ona görə bu təkliflərin bir qismi də ondan qaynaqlanır. Mən təklif edərdim, biz bəlkə bu tendensiyada bir qədər dəyişiklik, düzəliş edək.
Əli müəllim, biz xüsusən ağır cinayətlərdə müddətin artırılmasını normal qəbul edə bilərik. Amma böyük icti-mai təhlükə törətməyən az ağır cinayətlərdə, adətən, Ru-siya, Avropa təcrübəsində həbsdən başqa ev dustaqlığı və girov kimi tədbirlərin daha çox təsdiqini görürük. Azərbaycanda, ümumiyyətlə, girovun tətbiqi, ev dustaqlığı çox az hallarda baş verir. Əslində, statistikaya diqqət eləsəniz, görərsiniz ki, hər şey həbs üzərində qurulub. Amma sonra müəyyən yeni sübutlar ortaya çıxanda, nədə suçlanırlarsa, əgər bu mülkiyyətlə, əmlakla və ya başqa məsələlərlə bağlıdırsa, bu şəxslərin nahaqdan 2–3 ay həbsdə yatması borcun ödənməsinə çətinlik yaradır. Həm onun iş prosesini pozur, həm də səhhətinə və şəxsi həyatına böyük zərbə vurur. O baxımdan da mən nəyi təklif edərdim. Bəlkə biz böyük ictimai təhlükə törətməyən cinayətlərdə həm istintaq, həm də məhkəməyədək icraat zamanı qətimkan tədbiri barədə qərar qəbul edərkən həmin şəxslərin həbsdə saxlama müddəti ilə bu icraatın müddətini eyni səviyyədə saxlamaq tendensiyasına gedək, yəni az ağır cinayətlərdə eyni qayda 2 ay və müvafiq olaraq 3 ay qalsın. Amma ağır cinayətlərdə və xüsusən onların araşdırılmasında sübutlar, şahidlərin dindirilməsi və başqa məsələlər çox olduğuna görə, bu tendensiyanı biz dəyişək. Yəni, heç olmasa, o kateqoriyadan olan insanlara həm də imkan yaradaq ki, istər bu məhkəmə orqanları, istərsə də istintaqa nəzarət edən orqanlar tərəfindən müəyyən dərəcədə digər qətimkan tədbirlərinin tətbiqi təcrübəsi genişlənsin. Xüsusən də ev dustaqlığı və girov məsələsi. Böyük əksəriyyətin, məsə-lən, mən hesab edirəm ki, təbii ki, həbsdə olması ümumi seçim olaraq doğru seçim ola bilər. Amma müəyyən kateqoriya insanlar var ki, bunlar nə qaçan, nə hansısa bir prosesdən yayınan, nə də çağırışdan imtina edəndirlər. Bunu nəzərə alaraq, məncə, bu tendensiyanın dəyişməsi yerində olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil müəllim, sağ olun, təşəkkür edirəm. Siyavuş müəllimin təklifi, doğrudan da, görürəm, Sizin çox xoşunuza gəlib. Fazil bəy dedi ki, dədə-baba qaydası ilə bunu həll edək. Mənim yadıma bir hadisə düşdü. Biz hüquq fakültəsində oxuyanda, Nizami müəllim, bizim bir ağsaqqal professorumuz var idi, ailə hüququndan dərs deyirdi. Vərəsəlik hüququndan mühazirə oxuyurdu, – hüquqşünaslar bilir, mülki hüquqda növbəli vərəsəlik var, – izah edirdi ki, bax bu buna çatmırsa, buna çatır. Bizim bir tələbə durdu dedi ki, müəllim, bizim ailəmizdə belə bir problem olmuşdu, atam, anam bunların heç biri ilə qane olmadı. Müəllim soruşdu ki, bəs nə oldu? Tələbə dedi: “Dədə-baba qaydası ilə həll etdik”. İndi bu dədə-baba qaydasına, deyəsən, bir hüquqi anlayış verməliyik, Əli müəllim, onu gətirməliyik qanunvericiliyə. Başqa bir çıxış edən yoxdursa, buyurun, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 17.03 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Sosial sığorta haqqında” Qanunda dəyişikliklər, əsasən, texniki xarakter daşıyır. “Bağlanıldıqdan” sözü “hüquqi qüvvəyə mindikdən” sözləri ilə əvəz edilir. “Bağlanılmadan” sözü isə “hüquqi qüvvəyə minmədən” sözləri ilə əvəz edilir. Bütövlükdə texniki xarakter daşıdığı üçün millət vəkillərindən xahiş edərdim, səsə qoyaq. Hadi müəllim də etiraz etmir.
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bil-dirək.
Səsvermənin nəticələr (saat 17.04 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti 24-cü məsələ “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Hadi müəllim, buyurun.
H.Rəcəbli. Hörmətli Ziyafət müəllim, bu, ötən ilin dekabr ayında Əmək Məcəlləsində edilən dəyişikliyin texniki düzəlişidir. “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində bir fikir buradan çıxarılıb. Bu da “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan” ifadəsidir. Qalan şeylər qüvvədə qalıb, hamısı yerindədir və bütövlükdə yaxşı düzəlişdir.
Sədrlik edən. Təklif var, səsə qoyulsun. Buyurun, münasibət bildirək, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 17.06 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Komitə sədri Eldar İbrahimov. Buyurun, Eldar müəllim.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu qanun da çox vacib qanunlardan biridir. Biz bunu müzakirə etmişik. Bu qanunda, əsasən, bir neçə maddədə dəyişikliklər var. Yeni yaradılan 21.1-ci maddə, yəni “Fərdi ovçuluq təsərrüfatları” xüsusi əhəmiyyət kəsb edir. Fərdi ovçuluq təsərrüfatlarının yaradılmasından bəhs edən bu maddə 6 bənddən ibarətdir. Hörmətli həmkarlarım yəqin ki, oxuyub. Çox sadə dildə yazılan bir qanundur. Mənə belə gəlir ki, geniş bir şərhə ehtiyac olmaz. Səsə qoysaq, yaxşı olar.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. Ovçularımızı da sevindirək.
Səsvermənin nəticələr (saat 17.07 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilmiş əlavələr və dəyişikliklər bizim indiyə qədər bu sahədə etdiyimiz dəyişikliklərin məntiqi davamıdır. Konkret deyim ki, indi təklif olunan əlavələr və dəyişikliklər xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən yaradılan nümayəndəliklərə və filiallara şamil olunur. Birincisi, xarici dövlətlərin yaratdıqları qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər. Yəni bu, konkret, müəyyən bir normadır. İkincisi, filial və nümayəndəliklərin əsasnamələrində həmin qurumun adı, filial və nümayəndəliyin hüquqi ünvanı, fəaliyyətinin predmeti, rəhbərinin qəbul saatları göstərilməlidir. Eyni zamanda, rəhbərin təyin olunması barədə sənəddə onun səlahiyyət müddəti də göstərilməlidir. Bu normalar xarici qeyri-hökumət təş-kilatlarının, ümumiyyətlə, hüquqi şəxslərin Azərbaycanda fəaliyyətinin daha dəqiq tənzimlənməsinə xidmət edir. Hesab edirəm ki, cənab Prezident tərəfindən təqdim olunan bu layihə həm bu gün müzakirə edəcəyimiz növbəti 29, 30-cu məsələlərlə bağlıdır və həm də parlamentin açılışında millət vəkillərinin xarici hüquqi şəxslərin Azərbaycanda fəaliyyəti ilə bağlı verdikləri təkliflərin məntiqi davamıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 17.09 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ, – Əli müəllim bayaq məruzə etdi, – Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqındadır, sadəcə, biz indi onu səsə qoyacağıq. Buyurun, xahiş edi-rəm, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 17.10 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti 28-ci məsələ Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Qanun layihəsi barədə Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verəcək. Buyurun, Hadi müəllim.
H.Rəcəbli. Hörmətli Ziyafət müəllim, bu düzəlişlər çox önəmli düzəlişlərdir. Bu layihə, həqiqətən, cəmiyyəti düşündürən və hər birimiz üçün lazım olan bir sənəddir. Onu qeyd etmək istəyirəm ki, Ailə Məcəlləsində bu norma, əslində, deklorativ bir norma kimi var idi. Yəni “nikaha girənlər bir-birlərinin sağlamlığı haqqında məlumat ala bilərlər” fikri bizim əvvəlki Ailə Məcəlləsində var idi.
Mən bir-iki statistikanı bildirmək istəyirəm ki, təkcə genetik xəstəliklərin, bütövlükdə anadangəlmə əlilliyin hesabına Azərbaycanda haradasa bir 20 minə qədər uşaq əlillikdən əziyyət çəkir, əlilliyə görə müavinət alır. İki xəstəlik daha geniş yayılıb, bunlar irsi hemofiliya və talassemiya xəstəlikləridir. Azərbaycanda ildə 300-ə yaxın talassemiyalı, təxminən 200 hemofiliyalı uşaq dünyaya gəlir. Dünyada belə bir statistika var idi ki, bu uşaqların böyük əksəriyyəti 17 yaşına qədər yaşaya bilirdi, sonradan görülən tədbirlərin nəticəsində indi bu uşaqlar haradasa 22, 23 yaşa qədər yaşaya bilirlər, yəni dedikcə narahat bir məsələdir. Ona görə də ölkəmizdə bu istiqamətdə ardıcıl iş aparılır.
Bizim çox hörmətli deputat həmkarımız Mehriban xanımın təşəbbüsü ilə Talassemiya Mərkəzi tikilib. Bu mərkəz tikiləndən sonra Azərbaycanda bu xəstələrin sayı, demək olar ki, 3 dəfə azalıb. İndi təxminən 21 belə uşaq dünyaya gəlir. Yəni bunun özü onu göstərir ki, biz bu məsələyə diqqətlə yanaşmalıyıq. Dünyanın bir sıra ölkələrində bu xəstəliklər haqqında fikirlər mövcuddur. Biz isə təxminən 5 ildir ki, bu layihə ilə məşğuluq. Dünyada olan təcrübəni öyrənmişik, uzun müddət müzakirələr aparmışıq. Ziyafət müəllim, Siz bilirsiniz ki, insan hüquqları, konfidensiallıq və sair məsələlər var. Bu gün müzakirə olunan məsələyə, yoldaşların əlində olan sənədə mən bir fikri əlavə etmək istəyirəm. Bilsinlər ki, 9.1-ci və 11.1-ci maddələrə bir fikir əlavə olunubdur. Əslində, 13.3-cü maddədə də bu fikir yazılıb ki, təkcə tibbi arayış yox, eyni zamanda, həkim məsləhəti də həmin arayışın içində getsin. Yəni VVAQ şöbələrində nikaha girən gənclər təkcə öz sağlamlıqları ilə bağlı müayinədən keçdikləri barədə arayış vermirlər, eyni zamanda, o arayışda həkim məsləhəti aldıqları da qeyd edilir. Beləliklə, biz bunu ehtiva etməyə çalışdıq ki, nikaha girən hər 2 gəncin genetik və sonrakı problemlərlə bağlı məsələlərdən məlumatları olsun.
Sədrlik edən. Hadi müəllim, üzr istəyirəm, yadımdan çıxmamış bir məsələni burada dəqiqləşdirək. O həkim məsləhəti haqqında arayış tibbi müayinədən keçmə haqqında arayışda göstəriləcək, yoxsa ayrı olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir arayışdır? Tamam.
H.Rəcəbli. Bir arayışda göstəriləcək. Biz, nəhayət, buna nail ola bildik. Bu gün bizim udduğumuz nə olacaq? Nikaha girən gənclər sağlamlıqları haqqında məlumatı biləcəklər və həkim də bunlara hərəsinin ayrı-ayrılıqda sağlamlığı haqqında məsləhət verəcək. Biz bundan artığına nail ola bilmərik, Ziyafət müəllim. Siz də bu işin için-dəsiniz, hörmətli Oqtay müəllimin də məlumatı var və beləliklə, bu layihəni deputat həmkarlarımıza təqdim edirik. Bunu biz müvafiq qanun yaradıcılığı təşəbbüskarı ilə də müzakirə etmişik.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim, təşəkkür edirəm. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Vahid müəllim, sualınız var? Buyurun.
V.Əhmədov. Deməli, bu qanun layihəsinə dəyişiklik yaxşı dəyişiklikdir, amma burada bir sual ortaya çıxır. Hadi müəllim, bu arayışın həqiqiliyinə kim təminat ve-rəcək?
Yerdən. (Eşidilmir.)
V.Əhmədov. Yəni İnzibati Xətalar Məcəlləsində müəyyən cərimələrdir, orada böyük bir şey yoxdur. Misal üçün, xəstə bir insan nikaha girmək istəyirsə, gedib, pul verib, o arayışı alacaq. Burada elə bir ciddi problem yarana bilməz. Yəni buna təminat verilməyəcək. Biz burada əlavə bir şey yaradırıq, yəni kim isə başqa işlərlə məşğul olsun. Bunun təminatını almaq həddindən artıq çətindir, yəni o arayışı istənilən yolla alacaqlar, istənilən yolla da verəcəklər. Heç kim təminat verə bilməz ki, o arayış həqiqəti əks etdirəcək. Buna təminat vermək çox çətindir.
Sədrlik edən. Vahid müəllim, əvvəla, bir şeyi deyim ki, o arayış pulsuz veriləcək. Bu müayinə pulsuz olacaq və arayış da pulsuz veriləcək, amma indidən, hələ bu qanun qüvvəyə minməyib, biz səhiyyə müəssisələrində işləyən insanları şübhə altına alsaq, mənə elə gəlir, bu, düzgün yanaşma olmazdı. Hər halda mən elə bilirəm ki, bu çox lazımlı bir məsələdir. Ümumiyyətlə, bu qanun layihəsinin fəlsəfəsi çox saf bir məqsədə xidmət edir. Hadi müəllim bayaq qeyd etdi. Söhbət, ümumiyyətlə, xalqın, millətin genefondunun sağlamlığından gedir ki, bizim millətimiz sağlam olsun, gələcəyi sağlam olsun və xəstə olan insanlar nikaha daxil olub, xəstə uşaqlar dünyaya gətirməsinlər. Məqsədimiz bunun qarşısını almaqdır. Bunun arxasında çox saf niyyət durur. İndi əgər həyatda müəyyən sui-istifadə halları olursa, həyatdır da, belə çıxır, buna görə biz indi qanun qəbul etməli deyilik? Mənə elə gəlir, bu çox ciddi məsələdir. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, mən bu ideyanı dəstəkləyirəm və hesab edirəm ki, Azərbaycan cəmiyyəti üçün bir az ənənəvi olmasa da, həqiqətən, gələcəyimiz üçün vacibdir. Çünki yüzlərlə, minlərlə azərbaycanlı ailəsinin dağılmasının əsas səbəblərindən biri bu məlumatın olmamasıdır. Bəli, qarşı tərəflərin bir-birinin xəstəliyi haqqında məlumatlarının olmaması, sonradan bunların ortaya çıxması ailədə böyük bir problemin yaşanmasına səbəb olur.
Burada vaxt aparmamaq üçün bir neçə maddə üzrə konkret deyəcəyəm. Birinci, 13.2-ci maddədə dövlət və bələdiyyə tibb müəssisələrindən söhbət gedir. Azərbaycanda, mən bilmirəm, bəlkə bilənlər var, bu bələdiyyə tibb müəssisəsi deyilən bir şey varmı? Belə bir müəssisə yoxdur axı. Bu olmayan bir şeyi biz qanuna niyə salırıq? Onsuz da bələdiyyənin səlahiyyətlərini məhdudlaşdıra-məhdudlaşdıra gedirik və onu burada, qanunda əks etdir-məyin bir mənasını görmürəm.
İkinci, burada əsas prinsip nədən ibarət olur? 13.3-cü maddədə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış yalnız tibbi müayinədən keçmə faktini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. Tutaq ki, uşaq bağçasına sağlamlıq kağızı tələb edirlər, formal bir sağlamlıq kağızını müəyyən qaydalarda alıb, aparıb verirsən, bunun nə fərqi oldu? Burada əsas mahiyyət nədən ibarət olmalıdır? Tərəflər bir-birinin xəstəliyi haqqında məlumat almalıdırlar. Bu məlumatı almanın yolunu doğru tapmaq lazımdır, tərəflər məlumatı yaymamaq haqqında iltizam verə bilərlər. Bunun forması burada tapılmayıb. Həkim təkcə bu arayışı deyil, həm də xəstəlik haqqında rəyi tərəflərin istəyi üzrə onların hər birinə verir. Bir-birləri haqqında məlumatları olur. İltizam alınır ki, bu məlumatı kimsəyə yaymayacaq və o rəyi alandan sonra artıq insan qərar verir ki, bu ailə həyatını qururam, nikaha girirəm və ya girmirəm. Bu olmayandan sonra, sadəcə, qeydiyyatdan keçiblər deyə, tibbi arayış almaq Azərbaycan şərtlərində çox asandır, bunu etməyə nə var ki. Onda bu məsələyə təsir imkanı necə olacaqdır? Ona görə də, mən hesab edirəm ki, buraya biz peşəkar həkim rəyi salmalıyıq və tərəflər biri digəri haqqında bu rəyi almaq haqqına sahib olmalıdır. Amma iltizam verməlidirlər ki, biz bu rəyi yaymayacağıq, çünki başqasının xəstəliyi haqqında məlumatı yaymaq onun şəxsiyyətinə, haqlarına qarşı hansısa bir problem yarada bilər.
Digər 13.7-ci maddədə dəri-zöhrəvi xəstəlikləri, insanın immunçatışmazlığı virusu qeyd olundu. Bu siyahı müvafiq icra orqanının ixtiyarına verilə bilər, çünki gələcəkdə müxtəlif viruslar, məsələn, ebola, başqa virus üzə çıxa bilər. Bunu özü müəyyən edə bilər ki, nə qədər xəstəliklər var və bu, məqsədəuyğun deyil. Amma burada yenə də profilaktik baxımdan anlaşılmaz qalır. Xəstəliyin olması barədə məlumatı gizlətdikdə, bayaq dediyimiz məsələ, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Artıq ailə həyatı qurulub, qurulandan sonra onun məhkəməyə müraciət etməsi nəyə yarayar, insana faydası olacaqmı, olmayacaqmı, bu artıq baş verəndən sonra məhkəməyə müraciət etmək hüququ əldə etməyin nə mənası var? O baxımdan da mən təklif edirəm ki, Hadi müəllim, bəlkə bu məsələnin üzərində bir az dayanaq, çox ciddi məsələdir. Sabah problem bizim qəbul etdiyimiz qanundan çıxacaq. Bəlkə biz o həkim rəyi və iltizam məsələsi üzərində dayansaq, bu qanunun effekti ola bilər və tərəflər qərar qəbul etmək üçün daha ciddi, geniş imkana sahib olarlar. Nikahdan əvvəl artıq qarşı tərəfin xəstəliyi barədə məlumat alan şəxs bəlkə elə “Leyli və Məcnun” əfsanəsində olduğu kimi, deyəcək, hansı xəstəliyi olursa-olsun, mən evlənirəm. Bu seçimi onun özünə verək də. Amma məlumatın olması gələcəkdə uyğun olmayan bir ailənin formalaşmasının qarşısını da ala bilər. Diqqətinizə görə sağ olun.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
müavin B.Muradova sədrlik edir
Sədrlik edən. Sağ olun, Fazil müəllim. Mən çox təəssüf edirəm ki, doğrudan da, Ziyafət müəllimin qeyd etdiyi kimi, niyyəti çox saf olan bir qanuna dəyişikliyin müzakirəsinə başladığımız anda onun neqativ nəticələri daha çox qabardılır. Bu müqəddəs işə xidmətin başlanğıcı bir az qaranlıq görünür. Ona görə də mən çox istərdim ki, müzakirələrdə biz əsas məsələni müəyyənləşdirək, bugünə qədərki vəziyyət necə idi və bu dəyişiklik bizə nə verir. Biz bunun fərqini dərk etsək, onda, doğrudan da, bu qanunun çox yaxşı məqsədlərə xidmət etdiyini qəbul edərik və belə müzakirələrə, fikirlərə də yer qalmaz. Tibbi arayışların necə alınmasına qalsa, məgər sürücülük vəsiqəsi almaq üçün verilən arayış bundan gerimi qalır? Yəni həkimin bu arayışı, yaxud dispanserdə narkoloq tərəfindən verilən arayış həqiqəti əks etdirmirsə, o da bundan ağır nəticələrə gətirib çıxara bilər. Ona görə də biz hər dəfə bu neqativ halları səbəb gətirərək irəliyə addımımızın qarşısını ala bilmərik.
Mən hesab edirəm ki, bu qanunun bizim həyatımıza gətirdiyi yenilik, doğrudan da, nikaha girən gənclərin bir-birinin sağlamlığı haqqında, ən azı, özünün sağlamlığı haqqında bir dəqiq məlumat almasının vacibliyi qənaətini formalaşdırır, üstəlik də onların bir-birini məlumatlandırmasının könüllü əsasda olması bizim zamanımızın, cəmiyyətimizin, qanunlarımızın ruhuna uyğun gəlir. Burada biz hansı tərəfi səlahiyyətləndirə bilərik ki, o bu barədə onları məlumatlandırsın ki, kim hansı xəstəliyə malikdir. Mənə elə gəlir ki, məsələnin bu şəkildə qoyuluşu həm insan hüquqlarına, həm bu qanunun fəlsəfəsinə, həm də zəmanəmizin ruhuna uyğun gəlir. Ona görə gəlin, neqativ məsələləri qabartmayaq.
Bu qanunun bizə verəcəyi əsas məsələ, müsbət cəhət nikaha girənlərin əvvəlcədən tibbi sağlamlığına diqqət yetirməsi və bir-biri qarşısında məsuliyyətli olması, elə bəri başdan bir-birlərini vacib məsələlər haqqında məlumatlandırması fikrinin cəmiyyətdə təbliğinə, maarifləndirmə işinə xidmət edə bilər. İnsanlar ailə qurmazdan əvvəl bir çox məsələlər ətrafında düşünə bilərlər. Mənə elə gəlir ki, ilk anda bu qanunun verəcəyi üstünlük bundan ibarətdir. Amma yox, kimisə səlahiyyətləndirmək, kiməsə hansısa bir qəti fikir söyləmək səlahiyyəti vermək üçünsə, elə bilirəm ki, bizim qarşımızda zaman var. Biz bunu müəyyən qədər sınaqdan keçirəndən sonra hansısa yeni bir dəyişikliyi etməyə lüzum qala bilər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hamı təkid edir, yoxsa yalnız İqbal müəllim təkid edir? Hamı təkid edir? Onda sıra ilə gedirik. Axundova Elmira xanım, buyurun.
E.Axundova. Çox sağ olun, Bahar xanım. Mən bu qanunu dəstəkləyirəm. Cütlüklərin nikaha daxil olmazdan əvvəl tibbi müayinədən keçməsinin zəruriliyi barədə özüm dəfələrlə çıxış etmişəm. Bununla bağlı dəyişikliklərin hörmətli Prezidentimiz tərəfindən təklif edilməsi məni çox sevindirdi. Mən, doğrudan da, Sizinlə çox razıyam ki, biz həm həkimlərimizə, səhiyyə sistemimizə inanmalıyıq, həm də mənə elə gəlir ki, heç kim özünə günah götürməz ki, kiminsə ağır xəstəliyi ola-ola, yazsın ki, bu insan sağlamdır. Diqqət yetirin, 5–6 ildir, bu barədə danışırdıq, amma Səhiyyə Nazirliyi bu işə çox məsuliyyətlə yanaşırdı. O vaxt ki bütün respublikada, rayonlarda diaqnostika mərkəzləri, güclü laboratoriya sistemi yaradıldı, insanlar əziyyət çəkərək Bakıya gəlməsinlər deyə, rayonlarda gözəl şərait yaradıldı, ancaq bundan sonra hörmətli nazirimiz bu məsələni dəstəklədi və ciddi işlədi. Ona görə demək olmaz, pul verəcəklər. Deməli, biz öz cəmiyyətimizə, insanlarımıza inanmırıq. Mən bunu heç cür qəbul edə bilmərəm. Çox mütərəqqi, böyük əhəmiyyətə malik qanundur və mən sizə deyirəm ki, bunun çox böyük təsiri olacaq.
Bizim o vaxt yeganə təklifimiz var idi. Bəlkə bu barədə gələcəkdə bir daha düşünək, çünki mən də, bir sıra millət vəkilləri də komitədə qeyd etmişdik. Söhbət nədən gedir? Tərəflərin tibbi yoxlamadan keçmələri tələb olunsa da, onların bu yoxlamanın nəticələri barədə bir-birini məlumatlandırması barədə konkret müddəa yoxdur. Başa düşürəm, bunu necə yazasan? Amma 13.7-ci maddədə göstərilir ki, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin, ya da QİÇS virusunun törətdiyi xəstəliyin olmasını o biri tərəfdən gizlədərsə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Deməli, buradan belə anlaşılır ki, tərəflər bir-birlərindən tibbi yoxlamaların nəticələrini gizlədə də bilərlər. Bu bir az məndə narahatçılıq doğurur. Bizim isə əsas məqsədimiz odur ki, tərəflər yoxlanışdan dərhal sonra bir-birlərinin sağlamlıq vəziyyəti, problemləri, xəstəlikləri barədə xəbər tutsunlar və düşünsünlər. Qısası, hər iki tərəf mütləq qaydada bir-birinin tibbi yoxlanışının nəticələri ilə tanış olmalıdır. Bu məsələ qanunda hansısa formada öz əksini tapsaydı, daha gözəl olardı. Mən bu fikirləri sizinlə bölüşmək istəyirdim.
Sədrlik edən. Sağ olun, Elmira xanım. Təklif var ki, səsə qoyulsun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Neçə nəfər konkret təkid edir? Təkid edən 3 nəfərdir. İqbal müəllim, Rafael Cəbrayılov, Bəxtiyar Əliyev. İcazə verirsiniz, Hadi müəllim aydınlıq gətirsin? Hadi müəllim, bəlkə 3 nəfər təkid edən danışsın, sonra Siz yekunlaşdırın. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, Bahar xanım. Məndən əvvəl də çıxış oldu, mən bir sıra başqa aspektlərə də toxunmaq istəyirəm. Çox pozitiv dəyişiklikdir, olduqca pozitivdir. Bu, doğrudan da, milli genefondun qorunması istiqamətində atılan ən mühüm addımlardan biridir. Amma bir az mükəmməl işlənilməsini istəyirik, narahatçılığımız bundandır. Nikaha daxil olan iki tərəf var – ər və arvad. Nikaha daxil olan tərəflər bir-birinin sağlamlığı haqqında məlumat əldə etməkdə azad olmalıdırlar, çünki bunlar nikaha daxil olurlar. Onlara verilən həkim rəyinin altında bir-birlərinin sağlamlığı haqqında məlumatı ictimailəşdirəcəkləri və başqasına ötürəcəkləri təqdirdə İnzibati Xətalar və ya Cinayət Məcəlləsinin tələblərinə uyğun məsuliyyət daşıyacaqları ilə bağlı qeydi də əlavə etməlidirlər. Amma həkim arayışı hökmən tərəflərin hər birinə verilməlidir, özü də məcburi şəkildə. Bizdə bir az utancaqlıq kompleksi var. Xanım və ya kişi deyəcək, əşi, ayıbdır, mən gedim arayış alım ki, filankəs sağlamdır, yaxud sağlam deyil.
Bu dəqiqə dünyanın hər yerində elə viruslar yayılır ki, heç bilmirik, dünyanın axırı hara gedib çıxacaq. Müxtəlif xarici ölkələrdə təsadüfdən, qandan və ya digər yollarla, havadan belə keçən viruslar var. İnsanlar virusa yoluxa bilər, xəbərləri olmaz, ancaq həkim müayinəsindən sonra bunlar ortaya çıxa bilər. Bir az qeyri-ciddidir bu. Yazılır ki, xəstəliyin olması barədə məlumat əldə edəndən sonra nikahı pozsun. Nə mənası var? Adam onu da yoluxdurub, ikisi də xəstə olandan sonra nikahı pozmaq barədə düşünməyin nə mənası var? Əvvəlcədən nikaha girib-girməyəcəyi haqqında bunun qərarı olmalıdır. Bu xəstəliyi daşıyan adamlar var, 1-ci, 2-ci, 3-cü qrup əlillərlə ailə qururlar, özlərinin seçimi olur. O seçimi özləri edirlər, yəni gözlə görünən əlillikləri olan şəxslərlə nikaha girirlər. Bəlkə bu xəstəliklərin daşıyıcısı olanlardan da nikaha daxil olanlar olacaq, qəbul edəcək onları. Amma hökmən onlara bu xəstəliyin daşıyıcısı olmaları haqqında məlumat əvvəlcədən verilməlidir. Bu məlumatın əvvəlcədən məcburi veriləcəyi təqdirdə tərəflərin məsuliyyəti olacaq.
Mən, yeri gəlmişkən qeyd edirəm, yəqin ki, bununla bağlı bizim İnzibati Xətalar və Cinayət Məcəlləsində dəyişikliklər gözlənilir. Bunlar məcburi olmalıdır. Artıq könüllü şəkildə arayış təqdimetmə və sair yoxdur, bu arayışlar olmadan, bu arayışlarla tanış olmadan nikaha daxil olmanın özü İnzibati Xətalar və Cinayət Məcəlləsi ilə məsuliyyət yaratmalıdır ki, doğrudan da, dünyanın bu çətin vaxtında, virusların bu qədər geniş yayıldığı bir vaxtda insanlar bundan çəkinsinlər, həm özlərinin, həm çevrələrinin, həm də Azərbaycanın gələcək nəsillərinin sağlamlığı haqqında ciddi düşünsünlər. Ona görə, hesab edirəm ki, çox xoşməramlı qanun layihəsidir, dəstəkləyi-rəm. Lakin bu sadaladıqlarım hökmən olmalıdır. İndidən bunun üzərindən keçiləcəksə, işləməyən bir qanuna çevriləcək. Amma əvvəlcədən bu tipli ağır şərtlər qoyulanda, artıq həkim də məsuliyyətini dərk edəcək, sabah cavabdeh olacaq ki, başqa bir yerdə yoxlama keçirilərkən bunun virus daşıyıcısı olduğu aşkarlanarsa, ona məsuliyyət düşür. Ona görə də əvvəlcədən hər kəs işini ehtiyatlı tutacaq və qanun da çox rahat işləyəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən, Hadi müəllim, hesab edirəm ki, Sizin açıqlamalarınıza ehtiyac var. Amma konkret söyləmək istəyirəm ki, həkim həkimlik fəaliyyətinə başlayanda and içir, dəxli yoxdur, bu arayışı kimin üçün hansı məqsədlə verir. O, sirləri ömrü boyu açıqlamamağa öhdəlik götürüb. Ona görə həkimlik kimi müqəddəs bir peşəni bu qədər başqa yönlərdən dəyərləndirməyə, hesab edirəm ki, ehtiyac yoxdur və onlar öz öhdəliklərini gözəl bilirlər. Tərəflərin üzərinə könüllü əsasda nikaha girmək qoyulur. Biz necə məcbur edə bilərik ki, sən informasiyanı ona verməlisən, yaxud da informasiya üçüncü bir şəxsə verilə bilər. Ona görə də bu müzakirə uzun çəkə bilər. Hadi müəllim, Sizin müzakirələrə son qoyacaq ağlabatan bir arqumentiniz varsa, xahiş edirəm, buyurun.
H.Rəcəbli. Mən, Bahar xanım, deputat həmkarlarıma minnətdaram. Biz müzakirənin belə keçəcəyini gözləyir-dik. Sözün əsl mənasında çox narahat məqamlar var idi. Biz bunların hamısını çözmüşük. Bir şey var, narahatam ki, yoldaşlara paylanan layihədə bəzi məqamlar öz əksini tapmayıb. Onu mən oxumaq istəyirəm, yoldaşlar bilsin.
Birinci nədir? Hansı xəstəliklərdən ötrü müayinədən keçəcəklər, onu Nazirlər Kabineti müəyyənləşdirəcək. Təxminən 6 xəstəlik növüdür ki, onlar yayılandır: QİÇS-dir, vərəmdir, bir sıra belə xəstəliklər var və genetik kod-lar məsələsi, bunlar dəqiq müəyyənləşəcək. Başqa analiz olmayacaq.
İkinci nədir? Arayışda yazılmayacaq ki, nə yoxlanılıb, nə tapılıb, nə olub. Arayışda yazılacaq ki, müayinədən keçdi. Amma orada bir məsələni əlavə etdik ki, həkim məsləhəti aldı. Hər bir adam o arayışı alanda oraya “müayinədən keçdi” və “həkim məsləhəti aldı” sözləri yazılacaq. 13-cü maddədə “həkim məsləhəti aldı” o deməkdir ki, hər bir nikaha girən tərəfin tibbi göstəricilərinə görə həkim ona məsləhət verəcək. Yəni bu o deməkdir ki, hər iki tərəfin qayğılarını, problemlərini həkim biləcək və onlarla məsləhətləşəcək. Başlıca məqsəd odur ki, insanlar öz xəstəliklərini bilib, müalicəsi ilə, heç olmasa, məşğul olacaqlar. Bayaq dedilər, ilk addımdır, dünyada elə ölkələr var ki, tərəflər bir-birlərinə öz xəstəlikləri barədə məlumat verirlər. Bizim halda isə tərəflər bir-birlərinə məlumat vermirlər, sadəcə, həkim arayışa qol çəkir ki, bu analizləri verib və həkim məsləhəti alıb. Bu sözün özü həmin dediyimiz fikirləri özündə ehtiva edir. Mən deputat həmkarlarıma minnətdaram ki, belə…
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov təkid edir, buyurun.
R.Cəbrayılov. Çox sağ olun, Bahar xanım, təşəkkür edirəm. Əslində, mən layihəni müdafiə etmək istəyirəm. Çox aktual bir layihədir. Bəzi həmkarlarım dedilər ki, tibbi müayinənin nəticələri tərəflərə bildirilməlidir. Mən bu arqumenti düzgün hesab etmirəm. Ona görə ki, bizim “Fərdi məlumatlar haqqında” Qanunumuz var. Bu, həmin qanuna zidd ola bilər. Bir tərəf haqqında olan məlumatın onun iradəsinin ziddinə olaraq digər tərəfə elan edilməsi həmin qanunun tələblərinə uyğun gəlmir. Bir də ki, nikahın qeydə alınması haqqında müraciət edən insanlar nikah bağlamağa məhkum deyillər. Ola bilər, onlar arayışları alandan sonra, ümumiyyətlə, bu fikirdən daşınsınlar.
İkinci, mənim çox qısa, xırda bir iradım nikahın etibar-sız hesab edilməsinə səbəb olan iki əsasın müəyyən edil-məsinədir. Biri QİÇS virusunun gizlədilməsi, o birisi isə dəri-zöhrəvi xəstəliklərin gizlədilməsidir. Dəri-zöhrəvi xəstəliklər, – hörmətli həmkarlarımdan ixtisasca tibb işçisi olanlar bilirlər, – termin deyil. Dəri xəstəlikləri ayrıdır, zöhrəvi xəstəliklər başqadır. Dəri xəstəliklərindən, məsələn, göbələk xəstəliyinin gizlədilməsi məgər nikahın etibarsız hesab edilməsi üçün əsasdır? Hemofiliyanı, talassemiyanı, irsi qan xəstəliyini gizlətmək nikahın etibarsız hesab edilməsi üçün əsas deyil, amma ayaqda göbələk xəstəliyinin olmasını gizlətmək əsasdır? Ona görə, qanunun bu şəkildə abstrakt yazılmasını mən düzgün hesab etmirəm.
Digər arqumentim də ondan ibarətdir ki, burada, ümu-miyyətlə, konkret xəstəliklərin adını yazmaq düzgün deyil, çünki gələcəkdə yeni-yeni xəstəliklər meydana çıxa bilər. Hər dəfə biz onları qanuna daxil etməliyik. Amma qanun yaradıcılığının texnikası, nəzəri əsasları imkan verir ki, qanunverici orqan qanunun bəzi müddəalarının dəyişdirilməsini icraedici orqana, yəni hüquq tətbiqetmə orqanlarına həvalə etsin. Ona görə də burada yazmaq lazımdır: “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xəstəliklərin gizlədilməsi nikahın pozulması üçün əsas ola bilər”. Yəni buna görə konkret iki xəstəliyin yazılması, özü də bunun dəri-zöhrəvi şəkildə yazılmasını mən düzgün hesab etmirəm. Çünki dəri xəstəlikləri ağırlıq dərəcəsinə görə sıralayanda heç də mənim sadaladığım xəstəliklərdən ağır deyil. Ona görə də mən hesab edirəm, həmin cümləni belə yazmaq lazımdır: “müvafiq icra hakimiyyəti orqanının, yəni Səhiyyə Nazirliyinin müəyyən etdiyi xəstəliklərin gizlədilməsi nikahın pozulması üçün əsas-dır”. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Təkid edən yoxdur. Mənə elə gəlir, səsə qoya bilərik. Ümumi şəkildə belə yekunlaşdıra bilərik ki, bütün bu təkliflərin hər birində, doğrudan da, çox rasional bir nüvə var və mənə elə gəlir ki, qanun işlədikcə, daha yeni məqamlar meydana çıxa bilər. Hadi müəllim də hər zaman, bilirsiniz ki, qanunların monitorinqini keçirən və dəyişikliklərin vacibliyini əsaslandıran bir komitənin sədri kimi bu məsələni nəzarətdə saxlayacaq. Çünki özü deyir ki, burada bizə verilən layihədə ək-sini tapmayan bir sıra məqamlar var ki, müəyyən suallara aydınlıq gətirir, o cümlədən Rafael müəllim, Sizin sualınıza aydınlıq gətirir ki, o siyahı müvafiq orqan tərəfindən müəyyənləşdiriləcək və Sizin söylədiyiniz dəri-zöhrəvi xəstəliyin hansı xəstəlik olduğu, yəqin ki, orada əksini tapa bilər. Ona görə də bu qanunun təşəbbüskarına, onu irəli sürən şəxslərə, o cümlədən Mehriban xanıma çox böyük təşəkkür və ehtiramlarımızı bildirməklə, hesab edirəm ki, bunu səsə qoya bilərik. Buyurun.
Səsvermənin nəticələr (saat 17.39 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Növbəti 29-cu məsələ “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri! “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklərin edilməsi barədə millət vəkillərinə məlumat vermək istərdim. Sizə kifayət qədər arayış paylanılıb və “Qrant haqqında” Qanuna dəyişikliklər 2, 3 və 4-cü maddələri nəzərdə tutur. Yəni 2-ci maddə üzrə 5-ci hissədə “digər xarici hüquqi şəxslər, eləcə də xarici fiziki şəxslər” sözləri “xarici hüquqi şəxs-lərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş saziş əsasında dövlət qeydiyyatına alınmış filial və ya nümayəndəlikləri) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra” sözləri ilə əvəz edilir və aşağıdakı məzmunda ikinci cümlə əlavə olunur: “Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur”.
İkinci, aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilir: “5-1. Bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş do-norlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Üçüncü, 3-cü maddənin 2-ci hissəsinin dördüncü abzasında “şöbələri” sözündən sonra “(həmin resipiyentlər yalnız bu qanunun 2-ci maddəsinin 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş donorlardan, habelə mənfəət götürmək məqsədi güdməyən xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş saziş əsasında dövlət qeydiyyatına alınmış filial və ya nümayəndəlikləri olan donorlardan qrant ala bilərlər)” sözləri əlavə edilir.
4-cü maddəyə isə aşağıdakı məzmunda 4.2-ci hissə əlavə edilir: “4-2. Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Hörmətli millət vəkilləri, mən sizin vaxtınızı çox almaq istəmirəm. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununda donorlar haqqında kifayət qədər məlumat, qrantın verilmə qaydaları var. Ümumiyyətlə, Azərbaycanın milli maraqlarını qorumaq, Azərbaycana verilən qrantların milli mənafelər baxımından qiymətləndirilməsi üçün bu dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilir. Millət vəkilləri bu məsələyə müsbət münasibət bildirsələr, – ola bilər, təkliflər də olsun, – yaxşı olar. Hazırlanan bu dəyişikliklər bütövlükdə beynəlxalq təcrübədə bir çox dövlətlərdə artıq fəaliyyətdə olan prinsiplərə tam uyğun gəlir. Ona görə də millət vəkillərindən bu qanuna müsbət münasibət bildirmələrini arzu edərdim.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Nə təklif var, səsə qoyulsun?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, müzakirə eləyək. İqbal Ağazadə, buyurun.
İ.Ağazadə. Ziyafət müəllim, sonuncunu da Əli müəllim təqdim edərdi, ikisi bir məsələdir, biz onun ikisini də bir yerdə müzakirə eləyərdik.
Sədrlik edən. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Buna ehtiyac var, çünk “Qrant haqqında” Qanuna da bir sıra əlavələr, dəyişikliklər etmişik, ancaq hazırda bu variant millət vəkillərində yoxdur. Hörmətli həmkarlar, məlumat üçün deyim ki, həm “Qrant haqqında” Qanuna, həm də “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna edilən əlavə və dəyişikliklər birbaşa bizim təşəbbüsümüzlə, parlamentin və daha dəqiq mənim təklifimlə olmuşdu. Komitələrin birgə iclasında da həm bizim komitə və həm də İqtisadi siyasət komitəsi bu təklifləri dəstəkləmişdi. “Qrant haqqında” Qanunla bağlı hörmətli Ziyad müəllim məlumat verdi, əlavə məlumat nədən ibarətdir? Biz bu məsələni Azay müəllimin təklifi ilə qeyri-hökumət təşkilatları ilə də geniş müzakirə etmi-şik. Təqdimatdan da göründüyü kimi, burada donorların qrant verməsi məsələsi dəqiqləşdirilib və nizama salınıb. Bundan ötrü, qeyd olunduğu kimi, mütləq dövlət qey-diyyatına alınmalıdırlar. İkinci, Azərbaycan ərazisində qrant vermək hüququ əldə etmək lazımdır və dövlət orqanı ilə saziş olmalıdır. Bax, bu 3 şərt var. Amma, eyni zamanda, ictimai müzakirələr zamanı suallar meydana çıxmışdı ki, bir sıra donorlar qrant verməkdən imtina edəcəklər. Əlbəttə, kimlərin ki qrant niyyətləri tamamilə fərqlidir, onlar bu prosesdən kənarda qalacaq, şəffaf fəaliyyət göstərmək istəməyəcəklər.
Bununla yanaşı, demək istəyirəm ki, biz qanunverici orqan olaraq çox mütərəqqi təkliflər etdik, bunu qeyri-hökumət təşkilatları da təklif etmişdi və onu səsləndirmək istəyirəm. Həmin qanunun ikinci maddəsinə təklif olunur ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxslərinə qrant verə bilərlər. Beləliklə, dövlət olaraq, parlament olaraq biz dövlət büdcəsindən maliyyələşən qurumların da qrant verməsini təşviq edirik. Çünki hər hansı bir sahə varsa, oraya vətəndaş cəmiyyətini cəlb etmək, qrant ayırmaq lazımdırsa, buna Azərbaycan dövlətinin kifayət qədər imkanı var, bunu etmək mümkündür və belə əlavəni etməklə biz yarana biləcək hansısa maliyyə problemini həll etmiş oluruq. Ona görə xahiş edirəm, bu, stenoqramda öz əksini tapsın. Biz ikinci və üçüncü mad-dəyə əlavələr edirik ki, Azərbaycan Respublikasının döv-lət büdcəsindən maliyyələşən qurumlar da donor şəklində çıxış edə bilərlər. Bu “Qrant haqqında” Qanunla bağlı, indi isə növbəti məsələ – “Qeyri-hökumət təşkilatları haqqında” Qanunla bağlı məruzəmi etmək istəyirəm.
Hazırda qeyri-hökumət təşkilatlarının fəaliyyəti, onların qrant alması ilə bağlı ümumi müddəalar qanunda öz əksini tapır. Təklif edirik ki, 24-1-ci – “İanələr və qrantlar haqqında” maddədə bu anlayış dəqiqləşdirilsin. Amma daha vacibi 24-1.5-ci maddəyə etdiyimiz əlavədir. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təqdim etməlidirlər. Yəni kim qrant verir, onun məbləği barədə müvafiq dövlət orqanının məlumatı olmalıdır. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Bu da bizim qoyduğumuz məhdudiyyətdir, çünki bu, şəffaflığa, ümumiyyətlə, sığmır. Bütün dünyada istənilən maliyyə köçürülməsi ilə bağlı müvafiq orqanların da məlumatı olur.
Nəhayət, qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi haqqında bir maddə təklif olunur və burada konkret qeyd olunur ki, müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibat Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyır. Beləliklə, “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna etdiyimiz təkliflər, əslində, qeyri-hökumət təşkilatlarının daha şəffaf fəaliyyət göstərməsinə xidmət edəcək. Mən tam məsuliyyətlə deyirəm ki, biz dünən insan hüquqlarını müdafiə edən, habelə Azərbaycan hökumətini tənqid edən qeyri-hökumət təşkilatlarının hamısını dəvət etmişdik. Onların qanunun əleyhinə ən ciddi arqu-mentləri ondan ibarət oldu ki, belə məhdudiyyətlər donorları Azərbaycana qrant ayırmaqdan çəkindirəcək. Biz də sual verdik ki, onlar hansı qrantları hansı məqsədlə ayırırlar və nə üçün bunu dövlətlə müqavilə, saziş bağlamadan, həm dövlətə, həm vətəndaş cəmiyyə-tinə, bütövlükdə vətəndaşlara nümayiş etdirmədən etmək istəyirlər. Nədən bu işdən çəkinirlər, niyə bu işi şəffaf etmək istəmirlər? Cavab belə oldu ki, qeyri-hökumət təşkilatları maliyyə, pul vəsaiti olmadan işləyə bilməzlər. Biz bununla razıyıq və cavab olaraq artıq dünən təklif etdik ki, dövlət büdcəsindən maliyyələşən dövlət orqanlarına qrant ayırsınlar.
Eyni zamanda, biz düşünürük ki, gələcəkdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə imkanları daha da artırılmalıdır ki, məhz həmin şura vasitəsilə Azərbaycanın milli qeyri-hökumət təşkilatları ehtiyac olduqda daha çox maliyyə əldə etmiş olsunlar. Bütün beynəlxalq təşkilatları da oraya dəvət edirik ki, müvafiq qurum ilə, yəni Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə müqavilə imzalasınlar və bu proses həm dövlət, həm də cəmiyyət üçün şəffaf olsun. Bu ona görə qeyri-hökumət təşkilatları üçün faydalı olacaq ki, onlar da dövlət orqanları tərəfindən, hamı tərəfindən etimadla qəbul olunacaq və mövcud olan bu qeyri-etimad mühiti də aradan çıxmış olacaq. Çünki vətəndaş cəmiyyəti əgər dövlətin inkişafına xidmət edirsə, o proses şəffaf olmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim, təşəkkür edirəm. Hər iki qanun layihəsinin müzakirəsinə başlayırıq. İqbal müəllim, Siz birinci yazılmışdınız, buyurun.
İ.Ağazadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bu, Azərbaycan cəmiyyətini, xüsusilə vətəndaş cəmiyyəti institutlarını ciddi şəkildə narahat eləyən qanun layihəsidir və doğrudan, mənim də bu istiqamətdə ciddi narahatçılıqlarım var. Əvvəla, “Qrant haqqında” Qanunda xarici donorların müvafiq dövlət orqanları ilə müqavilə bağlaması və bu müqavilə bağlanılandan sonra onların ölkəyə məqsədəmüvafiqliyinin yoxlanılması və sair kimi məsələlər ciddi şəkildə bürokratik əngəllər yaranacağına və qrantların mahiyyət etibarilə ölkədən çəkiləcəyinə işarədir. Bu gün çox rahatca demək olar ki, qeyri-hökumət təşkilatları var, dövlət dəstəyi şurası var, hətta Əli müəllim deyir, təklif edirik, müvafiq nazirliklər də qrant ayırsınlar. Dövlət qurumları da ayıra bilər, bunları rahatçılıqla demək olar. Amma ilk növbədə Avropa Birliyinin, Avropa Şurasının ictimai rəy yaradan, beynəlxalq rəy yaradan ayrı-ayrı vətəndaş institutlarının hansı formada işlədiyinə diqqət edək. Bunların Azərbaycanı sevmədiyi və Azərbaycana ikili standartlarla yanaşdığı barədə siz də burada çox fikir söyləmisiniz.
Gəlin, bir anlıq təsəvvür edək ki, həmin institutlar Azərbaycandan kənardır və Avropa Birliyinin tərkibində artıq deputat kimi, Avropa Birliyinin, Avropa Şurasının nümayəndələri kimi fəaliyyət göstərənlərdən nə qədəri qeyri-hökumət təşkilatlarının, bilavasitə fondların rəhbərləri, prezidentləridir, yaxud da fondlardan çıxan adamlardır və onların Azərbaycan haqqında ümumi rəyi nə olacaq? Bu, məsələnin birinci tərəfidir və Azərbaycanın dövlət marağı ilə nə dərəcədə səsləşir. Onlar bu dövlət qurumlarında qeydiyyatdan keçmirlər və sair. Bunu şəffaflıqla əlaqələndirirlər, o tərəfinə qayıdacağam. Onlar bu bürokratik əngəllərdən adlayaraq Azərbaycana gələcəklərmi? Azərbaycana gəliş, hətta bir qeyri-hökumət təşkilatı ilə təmasın özü belə Azərbaycan haqqında, Azərbaycan insanı haqqında fikir və münasibətləri dəyişə bilər. İddia olunmasın ki, gələnlərin hamısı Azərbaycan haqqında mənfi fikir yaradır, yox. Ola bilər ki, kimlərsə Azərbaycan haqqında mənfi fikir yaratsın, amma bütövlükdə onların tərəfdaş olduqları hökumət təşkilatlarının heç də hamısı Azərbaycan haqqında mənfi fikir yaratmır. Bu, Azərbaycanın beynəlxalq aləmdəki yerinə və roluna əhəmiyyətli dərəcədə təsir edəcək.
İkinci bir tərəfdən bu qrant təşkilatları, bilirsiniz ki, – bunu hörmətli Əli müəllim də bilir, yəqin ki, Azay müəllim də bilir, – Cənubi Qafqaz regionuna bir tam kimi baxırlar, bu regiona (konfliktlərin həllinə, vətəndaş cəmiyyətinin inkişafına, kütləvi informasiya vasitələrinin azadlığı və sair) bərabər əsaslarla layihələr ayırırlar. Cənubi Qafqazda Azərbaycan bu tipli qanunlar layihəsini sərtləşdirərək onları Azərbaycana buraxmayanda, onlar Ermənistana və Gürcüstana girib orada Ermənistanın və Gürcüstanın bəzi dairələrinin Azərbaycana münasibətindən ölkəmiz haqqında hansı rəyləri formalaşdıracaqlar? Bunu heç düşünmüsünüzmü? Yaxud şəffaflıq haqqında danışırsınız. Bilirsinizmi ki, şəffaflıq dediyimiz şey burada nisbidir? Gəlin, bir anlıq düşünək. Beynəlxalq təşkilat Azərbaycanda bir nəfəri şəxsi və yaxud bir qeyri-hökumət təşkilatının tərəfdaşı kimi seçib. Kim mane olacaq ki, Gürcüstanda hesab nömrəsi açılsın və oradan maliyyə vəsaiti nağd şəkildə ona verilsin və o, maliyyə vəsaitini bura gətirsin? Nə Azərbaycanın vergi orqanlarına, nə Azərbaycanın Maliyyə Nazirliyinə, nə də Azərbaycanın Ədliyyə Nazirliyinə bununla bağlı məlumat verilsin. Siz hamınız bilirsiniz ki, bu olacaq və mütləq olacaq. Onda nəzarətsiz qalan vəsaitləri və harada kimin nə ilə maliyyələşməsini bilməyərəkdən Azərbaycan dövləti naminə edə biləcəyimiz nələr var? Bu gün açıq şəkildə bu yeri qapadırıqsa ki xarici donor təşkilatlar az gəlsinlər, bizim regionlarda vətəndaş cəmiyyəti institutlarının gördüyü, gəncləri cəlb etdiyi proqramlarda bu gün o gənclər hansı istiqamətə cəlb oluna biləcəklər? Bu gün dini təriqət, mənsəb nöqteyi-nəzərindən fəaliyyət göstərənlər və dediyiniz vəsaitləri artıq qeyri-qanuni surətdə Azərbaycana gətirənlər azdır-mı? Artıq qanun çərçivəsində yox, şəxsən gedib, əlbəəl pulları daşıyır və Azərbaycanın əleyhinə fəaliyyət göstə-rirlər. O spektr bu gün genişləndirilir, təəssüflər olsun ki, bu, şəffaflığa xidmət etmir.
Mən hesab edirəm ki, bunlar üzərində nəzarəti köklü surətdə Vergilər və Ədliyyə nazirliklərinə verərək Azərbaycan dövlətinin milli mənafe və maraqlarını qorumaq daha düzgün olardı, nəinki bu şəkildə təcridetmə siyasəti ilə məşğul olmaq. Bu, Azərbaycanın qeyri-hökumət təşkilatlarını, vətəndaş institutlarını bütövlükdə sıradan çıxarmaqdır. Qeyd etdiyimiz kimi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və yaxud da nazirliklər və komitələr ayrı-ayrı qrant layihələri ayıracaq. Mən də buradan desəm, siz də desəniz, onsuz da inandırıcı deyil ki, Azərbaycan hökumətinə, Azərbaycan iqtidarına fərqli münasibət bəsləyən hər hansı qeyri-hökumət təşkilatına hansısa bir nazirlik qrant verəcək. Verməyəcək, bunu siz də bilirsiniz, mən də bilirəm. Siz də bilirsiniz ki, Azay Quliyevin rəhbəri olduğu o təşkilat həmin təşkilatlara qrant verməyəcək, çünki Prezident Aparatından keçməyəcək. Bunu bilmirsiniz? Bəs onda o təşkilatlar haradan maliyyələşəcək, necə maliyyələşəcək? Ona görə də hesab edirəm, bu, mürtəceləşdirilmiş bir qanun layihəsidir, əlavə və düzəlişlərdir. Bu, Azərbaycanın qeyri-hökumət təşkilatlarına yox, dövlət mənafeyinə, dövlətin milli təhlükəsizliyinə, gələcəkdə Azərbaycanın tərəfdaş olduğu qeyri-hökumət təşkilatlarının, o cümlədən də lobbiçiliklə məşğul olan qeyri-hökumət təşkilatlarının Azərbaycandan uzaqlaşmasına, Azərbaycandan uzaqlaşaraq Cənubi Qafqazla bağlı layihələrin içərisində Ermənistana ayaq açmasına, Azərbaycanın əleyhinə məhz oradan fəaliyyət göstər-məsinə xidmət edəcək. İşinizi burada gücləndirin. Vergilər və Ədliyyə nazirlikləri ilə nəzarəti gücləndirin, qanunlarla yox. Qanunlarla gücləndirib, qanunları qapadıb, sizi ölkəyə buraxmırıq deməklə Avropadan, hər yerdən bizi təcrid edəcəksiniz və nəhayətdə hamı əleyhimizə işləyəcək. Çox sağ olun.
Sədrlik edən. Bahar xanım, buyurun.
B.Muradova. Çox təşəkkür edirəm. İş günümüzün sonuna yaxınlaşırıq. Mən görürəm ki, geniş müzakirə edə bilməyəcəyik. Amma fikirlərimizi qısa, lakonik söyləyə bilərik. Mən İqbal müəllimin çıxışına münasibət bildirmək istəmirəm, onun söylədikləri Azərbaycanda bir çox bu cür düşünənlərin ümumiləşmiş fikirləridir. Ona görə mən bu fikirlərə münasibət bildirirəm. Ermənistan və Gürcüstan ərazisində qeyri-qanuni yaradılmış və ya qanuni yaradılmış hansısa hesab vasitəsilə pulların nağd şəkildə Azərbaycana gətirilməsi təhlükəsini əldə rəhbər tutaraq biz bütün qapılarımızı məlum, naməlum mənbələrə açacağıqsa, onda, əlbəttə, dövlət və milli təhlükəsizliyimiz çox böyük zədə alacaq.
Bu gün burada səslənir ki, ədliyyə və vergi orqanları vasitəsilə nəzarət edilsin. Bəs bizim etdiyimiz bu dəyişikliklər nə deməkdir? Bunlar həm vergi-maliyyə orqanları, həm də hüquqi sahəyə cavabdeh qurumların bu məsələyə nəzarəti üçündür. Əgər bunun bank hesabı, hüquqi ünvanı, maliyyə aldığı mənbə bəlli olmasa, Azərbaycan dövləti ilə müəyyən müqavilə imzalanmasa, nəzarəti necə həyata keçirmək olar? Bu maliyyə vəsaitləri hansısa hesabdan keçməsə, başa düşmürəm, buna necə nəzarət etmək olar? Yoxsa bəzi dairələr belə öyrəniblər ki, onlar əldən-ələ prinsipi ilə işləyirlər və hesab edirlər ki, bu, ən dəqiq yoldur. Azərbaycan üçün bu, heç zaman məqbul ola bilməz və bizi də bu cür qorxutmaq mümkün deyil ki, belə olacaq, elə olacaq, maliyyə qaynaqları qonşu ölkələrə gedəcək. Qoy getsin. O məqsədlər üçün sərf olunan maliyyə mənbələri qoy bizi istəməyən qonşulara getsin. Biz hər manatın mənbəyini və nəyə xərcləndiyini bilmək istəyirik.
Biz qarşımıza şəffaf yaşamaq hədəfi qoymuşuq. Nəyə görə bundan çəkinməliyik? Özü də şəffaflıq çağırışları edən dairələrin qarşısında. Bu nə baş əyməkdir, bu nə münasibətdir, biz nə vaxt öz siyasi iradəmizə inanacağıq? Biz nə vaxt qəbul edəcəyik ki, müasir standartlarla yaşamağa qadir bir ölkəyik, xalqıq və bunun öhdəsindən gələn bir millətik. Yardım istəmirik, hansısa gizli və qapalı məqsədlərə xidmət edən yardımları istəmirik, biz özümüz açıq və şəffaf məqsədlərə yardım göstərmək istəyən ölkəyik. Əgər Azərbaycan nazirliklərinin, müvafiq dövlət qurumlarının, müvafiq QHT-yə dəstək qurumlarının verdiyi maliyyəni özünə əskiklik sayanlar gedib xarici havadarlarının bütün çaldıqlarını oynayacaqlarsa, biz onların obyektiv qiymətini verməliyik. Hesab edirəm ki, bu dəyişikliklər çox ciddi və qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün çox rahat mexanizmlər yaradan bir yoldur. Kim dünyada şəffaflığın, hesabatlılığın, açıq mənbələrin tərəfdarıdırsa, bu şərtlərlə bizimlə işləmək istəyirsə, bütün qapılar onun üzünə açıqdır. Yox, bu şərtləri qəbul etməyəcəklərsə, harada qəbul edirlərsə, ora getsinlər. Onların buradakı havadarları, agentləri və nümayəndələri də istəyərlərsə, bu şərtlərlə bizimlə yaşayarlar, istəməzlərsə, havadarlarının yanına gedərlər, onlar üçün də qapılar açıqdır.
Ona görə, hörmətli həmkarlarım, mənə elə gəlir ki, bu məsələni çox geniş müzakirə etməyə ehtiyac yoxdur. Dünən keçirilmiş bir tədbir haqqında Əli müəllim söylədi, mən də bu gün keçirilmiş tədbir haqqında söyləmək istəyirəm, elə fasilədə Milli Məclis tərəfindən səlahiyyətləndirilmiş Əli Hüseynli və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin iştirakı ilə Milli Məclislə bu şura arasında memorandum imzalandı. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlığa bizim qanunlarımız, siyasi iradəmiz, Prezidentimizin verdiyi sərəncamlar və qeyri-hökumət təşkilatlarına dəstək istiqamətində yeridilən siyasət imkan verir və Milli Məclis də bu istiqamətdə ilk addım ataraq nümunə göstərdi. Qəbul etdiyimiz qanunlar çərçivəsində qeyri-hökumət təşkilatlarının işini dövlətə yaxınlaşdırmaq, dövlətin də qayğısını və himayəsini onlara yönəltmək istiqamətində çox gözəl bir addım atıldı. Mən hesab edirəm, bunlar bizə imkan verir ki, qarşıdakı hədəflərimizə daha rahat şəkildə çata bilək və bizi istəyən dairələrlə əməkdaşlıq çərçivəsində işləyək, bizə dost olmayan dairələrə də yerini göstərək. İstər ölkə içərisində olsun, istərsə də ölkə xaricində, mən hesab edirəm ki, bu əhvali-ruhiyyə ilə məsələni irəliyə apara bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, xahiş edirəm. Bu qanun layi-hələri çox ciddi qanun layihələridir, ona görə, əlbəttə, bir neçə nəfərin danışması lazımdır. Buyurun, Siyavuş müəl-lim.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən ilk növbədə, istəyirəm, çıxışıma bir məlumatla başlayım ki, sabahkı bayram münasibətilə cənab Prezident əfv sərəncamı imzalayıbdır, bu da 100-dən artıq Azərbaycan vətəndaşına şamil olunur. Elə bu qrant məsələsi ilə yoldan çıxarılmış bir sıra gənclər var idi ki, cənab Prezidentə müraciət etmişdilər, onlar da o əfv sərəncamına düşüblər. Yəni bu, ölkənin, dövlətin Prezidentinin humanist addımının bir bariz nümunəsidir və burada çox gözəl bir fikir söylənildi ki, şəffaflıq əsas meyardır və biz məhz şəffaflığın tərəfdarıyıq və buraya olan düzəlişlər də tamamilə doğrudur, düzgündür.
Mən elementar bir rəqəm deyəcəyəm. Keçən il ayrı-ayrı donor təşkilatların bizim qeyri-hökumət təşkilatlarına ayırdıqları qrantın miqdarı 22 milyondur. Təsəvvür edin, rəqəmlərə baxanda bu, Ermənistanla Gürcüstana birlikdə ayrılan qrantdan 3 dəfə çoxdur. ABŞ-ın Dövlət Departamenti tərəfindən Ermənistan dövlətinə ayrılan yardım Azərbaycan dövlətinə ayrılan yardımdan 3 dəfə, Gürcüstana ayrılan yardımdan isə 5 dəfə çoxdur. Amma qranta gələndə Azərbaycana ayrılan qrant onlarınkından 3 dəfə, 5 dəfə artıqdır.
Burada artıq xoruzun quyruğu görünür. Məsələ başlayır həll olunmağa ki, bu nədən ötrüdür və qanunda da aydın, şəffaf şəkildə göstərilir. Qrant vermək fikrin varsa, bunun məbləğini və məqsədini elan elə. Bu, bütün dünyada belədir, əgər biz Amerikada hansısa bir qeyri-hökumət təşkilatına qrant ayırırıqsa və yaxud da, yardım göstərmək istəyiriksə, dərhal deyir, məbləği və mənbəni göstər ki, sən hara ayırırsan? İrqçiliyə ayırırsan və yaxud da ki başqa bir təşkilata ayırırsan. Biz də burada bunu soruşuruq da. Burada qorxmalı məsələ nədir ki? Qorxmalı məsələ odur ki, birinci növbədə qrant ayıran o donor təşkilatların özləri həmin qrantın 20 faizini mənimsəyirlər. O qrant həmin təşkilata gəlib çatmır. Təşkilat da məcburiyyət qarşısında qalıb onun oğurladığını ört-basdır etmək üçün cinayət yoluna yuvarlanır və nəticə etibarilə də ona verilən tapşırıqları yerinə yetirməli olur, çünki qrantın məqsədi olmalıdır. İndi 22 milyon pul ayrılıb. Burada oturan deputatları-mızdan xahiş edirəm, biri desin ki, o pulla keçirilən təd-birdə iştirak edibmi? Yoxdur, qəti şəkildə yoxdur. Ona görə yoxdur ki, bunlar hamısı ayrı məqsədlər üçün istifadə olunub. Bu da deyir ki, Azərbaycan dövlətinin ayırdığı qrantlar düzgün ayrılmayacaq və o QHT-lərə veriləcək ki, onlar dövlətə yaxındır.
Bu gün dövlət büdcəsindən mətbuat fonduna ayrılan vəsaiti nümunə göstərə bilərik. Bəyəm “Azadlıq” qəzetinə, “Müsavat” qəzetinə və digərlərinə verilmirmi? “Səs” qəzetinə nə qədər verilirsə, “Azadlığ”a da o qədər verilir. Yaxud da, mətbuat üçün tikilən evlərdən hər qəzetin nümayəndələrinə 3 mənzil verildi. Onlar kənarda qaldımı? Hər birinə eyni qaydada verildi. Bunlar da dövlətin vətəndaşlarıdır. İndi nə cür vətəndaşıdır, Allah bilir. Amma dövlətin, bu ölkənin vətəndaşıdır. O baxımdan bu məsələlərdə də əməlisaleh adamsansa, layihəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və yaxud da Ədliyyə Nazirliyinə təqdim et. Hüquq mühafizə sahəsində islahatlar və korrupsiyaya qarşı mübarizə aparmaq istəyirsənsə, yaz, layihəni təqdim et, qrantını al və hesabatını da ver. Burada qəbahət nə var ki? Biz istəyirik ki, məhz bu cür olsun. Bu yaxınlarda bilirsiniz, “Soros” təşkilatı, – o da qrant ayıran təşkilatlardan biridir, – özü etiraf etdi ki, Gürcüstanda “qızılgül” inqilabının maliyyə dəstəkçisi mənəm. İndi sual olunur. Sən bir donor təşkilatısan, ölkədəki inqilabla nə işin var? Sən əgər Gürcüstanda gənclərin tərbiyəsinə, onların maariflənməsinə, ekologiyanın yaxşılaşmasına yardım ayırırsansa, bu başqa. Yox əgər sən inqilablara yardım ayırır və onu da başqa ad altında pərdələyirsənsə, təbii ki, mənim üçün dövlət təhlükəsizliyi, dövlətin möhkəmliyi hamısından üstündür və biz buna heç cür yol verə bilmərik.
Ona görə də o təşkilatlar özlərindən qorxurlar ki, belə hay-küy salıblar, çünki ortaya çıxacaqlar. O Leyla Yunuslara, o birilərinə ki mülklər alıb veriblər, başqa-başqa işlər görüblər, indi ortaya çıxır. Bunların hamısı həmin qrantların hesabına olur, yaxud da biri deyir ki, monitorinq mərkəzinin rəhbəriyəm, seçkidə monitorinq aparmışam. Kifayət qədər vəsait ayırır, – gedin MSK-dan jurnalları götürün, baxın, İqbal müəllimin özünün də, yəqin, hər bir məntəqədə müşahidəçiləri var idi, – ancaq heç biri məntəqədə müşahidəçi olmayıb və orada qeydiyyatdan keçməyibdir. Sən necə monitorinq aparmısan? Evində oturub monitorinq aparıb? Kifayət qədər də vəsait ayrılıb və o verilən vəsait məhz kütləvi aksiyalara sərf olunurdu, ona yönəldilmişdi, monitorinqə yönəlməmişdi. İndi bu qanunla biz bunları qeyri-qanuni yollardan çəkinməyə çağırırıq ki, pis yola yuvarlanmayın, yolunuzu azmayın, əməlisaleh olun, düzgün işlə məşğul olun. 5 manat az olsun, eybi yox, amma xalqa, millətə düzgün xidmət elə. Bu formada. Yoxsa indi bunu götürürlər ki, deyir, Gürcüstandan gedib nağd yolla alır. Nağd yolla alacaq, tutulacaq. Bir gün olmayacaq, iki gün olmayacaq, gömrükdən dollar yağmır ki, görəcəklər də bunun vəziyyəti necədir, soruşacaqlar haradandır və nəticəsi bəlli olacaq. Çox ola, 3 gün çəkə, 5 gün çəkə, axırı ilişəcək. Biz bu cür ilişmələrin qarşısını almaq üçün deyirik ki, qeydiyyatdan keç, nə tədbir istəyirsən keçir, neçə milyon istəyirsən al. Amma bunun da hesabatını ver. Mən hesab edirəm ki, bu məsələ çox düzgün və qaydasında qoyulan bir məsələdir. Ona görə də səs verək, qəbul edək və şəffaflığı tamamilə təmin edək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim, çox gözəl izahat verdiniz, çox təşəkkür edirəm. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Çox üzr istəyirəm, qeyri-hökumət təşkilatlarının fəaliyyətindən bir az uzaq olduğuma görə, bəlkə fikirlərimi düzgün başa düşmədilər. Ancaq bircə şeyi, təklif olunan qanun layihəsinin siyasi yönləndirilməsinin səbəbini başa düşə bilmirəm. Burada nə yazılıb ki? Qeyri-qanuni qazanc əldə etmək istəyənlərə deyirik ki, olmaz. Qanun çərçivəsində bank fəaliyyəti var, haqqında qanun var, maliyyə-kredit sistemi var, köçürmələr var. Pul olan yerdə qayda-qanun olmalıdır. Biznesdir, qeyri-hökumət təşkilatıdır, hər kimdir, pul hərəkət eləyən yerdə qayda-qanun, qeydiyyat, haqq-hesab olmalıdır. Bu proseslərə nəzarət edilməlidir. Burada siyasətə aid nə var? Mən bunu başa düşə bilmirəm. Burada siyasi məsələ yoxdur.
Hörmətli Əli müəllim çirkli pulların dövriyyəsi ilə bağlı bir qanun təklif eləmişdi. Yadınızdadırsa, mən çox emosional bir çıxış elədim. Nəyə görə? Mən razıyam, bu, qeydiyyatdan keçməli, vergisini verməlidir. Amma o biznes qurumlarının fəaliyyətini də təmin etmək lazımdır. Burada deyilmir ki, bu qeyri-hökumət təşkilatının hansısa bir fəaliyyətinə məhdudiyyət qoyulacaq. Qanun çərçivəsində çalışmaq istəyirsən, gəl, qeydiyyatdan keç. Mənbəyini, hərəkətini, fəaliyyətini göstər. Siyasət ilə bunu bağlamaq lazım deyil. Qeyri-hökumət təşkilatı ilə o biri təşkilat arasında pul varsa, nə fərqi var? Təmiz ol, düzgün ol, qayda-qanun çərçivəsində hərəkət elə. Ondan sonra da heç kimdən qorxma. Başqa məqsədlər varsa, onda hə, qorxmaq lazımdır. Kim olur-olsun, qorxmalıdır, pul ilə əlaqəli olan qeyri-qanuni hərəkətlərinə görə, əlbəttə, məsuliyyət daşımalıdır. Çox üzr istəyirəm, mənim fikrimcə, burada müzakirə olunası bir şey yoxdur. Səsə qoyaq, qəbul edək.
Sədrlik edən. Çox təşəkkür edirəm, Valeh müəllim. Çox üzr istəyirəm, bizim vaxtımız artıq yekunlaşıb. Bir kəlmə də mən demək istəyirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İcazə verin də. İqbal bəy çıxış elədi. Mən onun çıxışına diqqətlə qulaq asdım və İqbal bəyin çıxışında iki məqamı tutdum. İqbal bəy, birinci, deyir ki, əgər biz bu qanunu qəbul eləsək, Avropa təşkilatlarının, beynəlxalq təşkilatların mənfi rəyini qazanacağıq. Bu, birinci məqam. İkinci məqam da ondan ibarətdir ki, biz bu qanunu qəbul etsək, o çirkli pullar gedib Gürcüstandan, Ermənistandan gələcək. İndi mən soruşuram, İqbal bəy, demək, Azərbaycan haqqında müsbət rəy formalaşdıracaqlar deyə, biz qapını açıb çirkli pulları Azərbaycana doldurmalıyıq? Bu nə məntiqdir, nə yanaşmadır? Siz Azərbaycanın qeyri-hökumət təşkilatlarına qrant vermək istəyirsinizsə, buyurun, şəffaf surətdə verin.
Buradan 2-ci məsələ doğur. Siz bilərəkdən və ya bilməyərəkdən, bilmirəm, bu beynəlxalq təşkilatların, qrant verən təşkilatların iç üzünü çıxartdınız üzə. Deyirsiniz ki, siz bu qanunu qəbul eləsəniz, yəni şəffaflığın təmin olunmasının güclənməsi haqqında qanuna dəyişikliklər etsəniz, bunlar gedib Gürcüstandan və Ermənistandan çirkli pul göndərəcək. Deməli, görürsünüz ki, bunların məqsədi, niyyəti saf deyil. Qapını bağlayırsan, pəncərədən girir. Axı, saf niyyətli adam belə eləməli deyil. Azərbaycan deyir, qardaş, bizim qeyri-hökumət təşkilatlarına pul vermək istəyirsən, gəl, şəffaf surətdə ver, biz qadağan eləmirik. Demək, sən şəffaflıqla işləmək istəmirsən, sənə sərf eləmir. Ona görə gedirsən Gürcüstanla Ermənistana, əyri yollarla göndərirsən. Əyri yol ilə gələn pul düz məqsədə xidmət edə bilərmi, Siyavuş müəllim? Bax, budur sizin o qucaq açıb milyonlarla qrant aldığınız təşkilatların iç üzü.
Biz deyirik ki, hüquqi dövlət qururuq, demokratik dövlətik. Qardaş, gəlin, hər şey şəffaf olsun. Görünsün ki, bu pul necə hərəkət eləyir. Əvvəla, biz dövlət olaraq pulun mənbəyini bilməliyik. İkinci, pul ölkəyə nə vaxt daxil oldu və üçüncü, təyinatına uyğun xərcləndimi? Vallah, Siz də məndən yaxşı bilirsiniz, İqbal bəy, təyinatına uyğun xərclənmir. Sizə pul lazımdır? Bax, Əli müəllim qeyd elədi, nə fərqi var, bu pulu sən xaricdən alırsan, ya öz dövlətindən? Öz dövlətin sənə bu pulu verir də. Burada nə layihə istəyirsən, ekologiya sahəsində, qanunvericilik sahəsində, insan haqları sahəsində, çoxdur sahələr, götür işlə. Niyə götürmürsən? Çünki bu pul sənə sərf eləmir, sən bu pulu aldın, dövlət artıq nəzarət edəcək. Axıra qədər nəzarət edəcək görək, layihə qəbul olundumu, yerinə yetirildimi? Amma oradan alınan pullar layihələrə getmir axı. Bunu hamımız bilirik. Bu, 2 dəfə 2, yəni 4-dür.
Ona görə də mən Valeh müəllimlə, Siyavuş müəllimlə tamamilə razıyam ki, bu qanunda edilən dəyişikliklərin, – inanın, buna indi siyasi don geyindirirlər, nə edirlər, – siyasətlə heç bir əlaqəsi yoxdur. Sadəcə, dövlət istəyir ki, öz bank sistemində, iqtisadiyyatında şəffaflığı daha da artırsın. Bilsin ki, bu ölkəyə kim girir, kim çıxır, nə gəlir, nə gedir. Hansı pullar gəlir, təyinatına uyğun istifadə olunur. Burada nə var ki? Bu, dövlətin haqqıdır, suveren hüququdur. Bunu dövlət bilməlidir. Özü də, yeri gəlmiş-kən, qeyri-hökumət təşkilatlarının nümayəndələri özləri etiraf edirlər ki, bəli, bu belə olmalıdır. Amma icrasına gələndə deyirlər, yox, bilirsiniz, bizi nəzarətdən kənarda buraxın, qoyun işimizi görək. Bu belə olmur. Siz bir tərəfdən bizi tənqid edirsiniz ki, şəffaflığı pozursunuz, nə bilim, qoymursunuz, şəffaf işləmirsiniz, gecə-gündüz tənqid edirsiniz. Amma biz sizdən şəffaflıq tələb edəndə, yox, bizə dəyməyin, biz şəffaf işləməyəcəyik. Şəffaflıq-dırsa, gəlin, hamımız şəffaf olaq. Biz deyirik ki, şəffaflıq hamıda olsun. Əgər bu cür olacaqsa, İqbal, onda, xahiş edirəm, qanun layihəsinə münasibət bildirin. Qrant haqqında qanun layihəsinə münasibət bildirin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vaxt gedir, xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələr (saat 18.15 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun.
İndi isə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 18.16 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatdı.
EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ
17 oktyabr 2014-cü il
———
İlyas İsmayılov. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tərkibinə daxil edilən yeni, 11-ci bənd, doğrudan da, günün tələblərinə cavab verir. Son illər bir çox vətəndaşımız dələduz vasitəçilərin dırnaq arasında “fəaliyyətinin” qurbanı olublar, hətta insan alverinin obyektinə çevrilən qadınlar da olub. Hesab edirəm ki, bu bəndin əlavə edilməsi xaricdə işə düzəlmə məsələlərinin nizama salınmasında mühüm rol oynayacaqdır.
Bununla bərabər, mənim 17-ci maddənin 3-cü bəndinə bir əlavəm var. Bir neçə xarici ölkənin müvafiq qanunlarında oxşar bəndin əhatə etdiyi reklam predmetləri daha çoxdur. Məsələn, Rusiyanın “Reklam haqqında” Qanununda bu siyahıda tibbi vasitələrlə yanaşı, ayrıca olaraq avadanlıq, yəni tibbi texnika göstərilir. Eyni zamanda, bu qanunun 24-cü maddəsinin 7-ci bəndində tibbi vasitələrin, metodların və texnikanın reklamında müəyyən qrup xəstəliklər üçün əks-göstərişlərin mövcud olması haqda məlumatın verilməsinin məcburi olduğu da qeyd edilmişdir.
Təklif edirəm ki, bizim də qanunumuzda bu təcrübə öz əksini tapsın və 3-cü bəndə müvafiq əlavələr edilsin, yəni son redaksiyada belə yazılsın:
“3. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, qanunvericilikdə müəyyən olunmuş qaydada istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, habelə tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya avadanlıqlarının və metodlarının reklamına yol verilmir. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir”.
Bundan başqa, 3-cü bəndə yeni, 3-2 saylı yarımbəndin əlavə edilməsini məqsədəuyğun sayıram:
3-2. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin, müalicə və diaqnostika üçün istifadə olunan me-todların və texnikanın reklamında müəyyən qrup xəstəliklər üçün əks-göstərişlərin mövcud olması haqda məlumatın verilməsi məcburidir.
Diqqətinizə görə təşəkkür edirəm.