20.11.2014 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIII SESSİYASI İCLASININ
PROTOKOLU № 98
Milli Məclisin iclas salonu.
20 noyabr 2014-cü il
İclasa Azərbaycan Respublikası Mill Məclisinin Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 103 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının energetika naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
* * *
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Yusif Yusifov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini.
* * *
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
* * *
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatından
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
* * *
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Ragim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
Sahir Məmmədxanov, Azərbaycan Respublikası vergilər nazirinin müavini
İlham Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Ceyhun Bayramov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Vidadi Zeynalov, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ba-rədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fon-dunun 2015-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında.
7. Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov, İsa Həbibbəyli, Ziyafət Əsgərov, Əli Hüseynli, Cavanşir Paşazadə, Şəmsəddin Hacıyev, Əhliman Əmiraslanov, Abel Məhərrəmov, Elman Rüstəmov, Mikayıl Cabbarov, Samir Şərifov
2. Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında An-laşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Sevinc Fətəliyeva, Siya-vuş Novruzov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.58 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Elman Mehdiyev, Azər Badamov, Zahid Oruc, Elmira Axundova, Fuad Muradov, Fazil Mustafa, Siyavuş Novruzov, Vahid Əhmədov
4. Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Hadi Rəcəbli
5. Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Hadi Rəcəbli
6. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Firudin Hacıyev
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Vüqar Gülməmmədov
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
20 noyabr 2014-cü il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. İclasımızı davam etdiririk. Buyursun Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputat həmkarlarım və hörmətli hökumət üzvləri! Son illərdə baş vermiş qlobal maliyyə böhranı dünyanın bir çox ölkələrində iqtisadiyyatın xeyli geriləməsinə səbəb olsa da, ümummilli lider Heydər Əliyevin başladığı və hörmətli Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı hər il olduğu kimi 2014-cü ildə də təmin edilmişdir. Bu isə 2015-ci ildə büdcə xərclərinin və gəlirlərinin artımına əsaslı zəmin yaratmışdır. Müzakirə etdiyimiz 2015-ci il büdcə layihəsinin göstəriciləri bunu bir daha sübut edir.
Büdcə layihəsində diqqəti cəlb edən məqamlardan biri qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Belə ki, ildən-ilə dövlət büdcəsinin neft amilindən asılılığı azalır. 2015-ci ildə qeyri-neft sektorundan gəlirlərin dövlət büdcəsində payı 34,7 faiz proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 7,8 faiz çoxdur. Bu artım isə ölkəmizdə son illər qeyri-neft sektorunda innovasiyalı texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması və regionlarda bu istiqamətdə həyata keçirilən tədbirlərlə əlaqədardır.
Regionların inkişafına dair dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, yerli büdcələrə dotasiyaların həcmi ildən-ilə azalır. Əgər 2011-ci ildə rayonlar üzrə büdcə xərc-lərinin 77,1 faizini və şəhərlər üzrə 54,3 faizini mərkəzləş-dirilmiş xərclərdən ayrılan vəsait təşkil edirdisə, 2015-ci ildə bu göstəricilər müvafiq olaraq 71,4 və 25,2 faiz proqnozlaşdırılır. Bütün bunlar və dövlətin həyata keçirdiyi digər iqtisadi tədbirlər büdcə gəlirlərinin artıq büdcə vergi siyasəti üzrə reallaşmasını və qeyri-neft gəlirlərinin ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artımına yönəldiyini göstərir. Vergilər Nazirliyi və Gömrük Komitəsinin xətti ilə daxilolmaların artımı da dediklərimizi təsdiq edir.
Hörmətli deputatlar və hökumət üzvləri, Azərbaycan Prezidenti cənab İlham Əliyev növbəti 10 il ərzində ümumi daxili məhsulu qeyri-neft sektorunun inkişafı hesabına ən azı iki dəfə artırmağı və ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatını yüz faiz yerli istehsal hesabına ödəməyi qarşıya hədəf qoymuşdur.
Qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri aq-rar sahə olduğundan bu bölmənin kompleks inkişaf etdiril-məsi üçün ölkəmizdə xeyli işlər görülmüşdür. Belə ki, 2001–2014-cü illərdə kənd təsərrüfatı məhsulu istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi nəticəsində büdcəyə ödəniləsi 1,6 milyard manat vəsait fermerlərin sərəncamında qalmış, 2007–2014-cü illərdə onlara 784 milyon manat subsidiya, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 115 milyon manat güzəştli kredit verilmişdir. Təkcə 2012–2013-cü illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aqrar sektora 338 milyon manat güzəştli kredit ayrılmışdır.
Kənd təsərrüfatına dövlət dəstəyi davam etdirilir və daim təkmilləşdirilir. Bu günlərdə Nazirlər Kabineti kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə satılacaq mineral gübrələrin dəyərinin dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək hissəsinin hər hektara görə orta hesabla 50 faizdən 70 faizə çatdırılması və istifadə olunan mineral gübrələrin dəyərinin 50 manatdan 80 manata kimi qaldırılması barədə qərar qəbul etmişdir. Yalnız bu artımın hesabına fermerlər ildə orta hesabla 55–60 milyon manat əlavə subsidiya alacaqlar. Bu bir daha onu göstərir ki, aqrar bölmə dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir və bu sahə həmişə diqqət mərkəzindədir.
Bunun nəticəsidir ki, hər il olduğu kimi 2015-ci ilin döv-lət büdcəsində də kənd təsərrüfatına cari ilin gözlənilən icrasına nisbətən 7,7 faiz və ya 40,7 milyon manat çox olmaqla ümumilikdə 568,7 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu vəsaitin 33 faizi və ya 186,2 milyon manatı “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün nəzərdə tutulur ki, bu da 2014-cü ildə gözlənilən icraya nisbətən 57,2 milyon manat və ya 44,3 faiz çoxdur.
Gələn il aqrar sahəyə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə ayrılacaq subsidiya və kreditlərin cəmi 236 milyon manatdan çox olacaqdır ki, bu da 2014-cü ilə nisbətən 59 milyon manat və ya 33 faiz çoxdur. 2015-ci ildə kənd təsər-rüfatına 63,2 milyon manat və ya cari illə müqayisədə 7,3 faiz çox investisiya qoyuluşu nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, son vaxtlar subsidiyaların fermerlərə çatdırılmasında və güzəştli kreditlərin verilməsində şəffaflıq təmin olunur və bu maliyyə dəstəyinin səmərəsi daha çox hiss olunur.
Bununla yanaşı, ölkəmizdə kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edən bəzi məsələlərə diqqətinizi cəlb etmək istəyirəm. Məlumdur ki, dünya iqtisadiyyatında baş verən qloballaşma prosesində rəqabətədavamlı kənd təsərrüfatı məhsulları istehsalına nail olmaq üçün bitkiçilikdə toxumçuluq və heyvandarlıqda damazlıq işləri ön sırada durmalı, yəni intensiv inkişaf təmin edilməlidir. Lakin bu sahədə son illər xeyli işlər görülsə də, hələ lazımi nəticə əldə olunmayıb. Belə ki, ölkəmizdə yüksək reproduksiyalı toxumlarla təmin olunan əkin sahələri və damazlıq heyvanların ümumi sürüdə xüsusi çəkisi optimal normadan dəfələrlə azdır. Bunun nəticəsidir ki, bitkiçilik və heyvandarlıqda məhsuldarlıq səviyyəsi aşağıdır və artım ləng gedir. Bu da hazırda mövcud olan dövlət toxumçuluq və damazlıq təsərrüfatlarının durumunun aşağı olması ilə əlaqədardır. Demək olar ki, bu təsərrüfatlar məqsədli təyinatına uyğun tam istifadə olunmur və kənd təsərrüfatının intensivləş-dirilməsinə zəif təsir göstərir.
Hesab edirik ki, dövlət toxumçuluq və damazlıq təsərrü-fatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir texnika və texnologiyaların tətbiqi, ölkəmizin rayonlaşdırılmış yüksək məhsuldarlıqlı bitki sortları və heyvan cinsləri ilə təmin edilməsi, bu işə yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsi və digər lazımi tədbirlərin həyata keçirilməsi üçün büdcədən hər il tələb olunan məbləğdə vəsait ayrılmalıdır. Yalnız bu halda həmin təsərrüfatlar ölkəmizdə nümunəvi təsərrüfatlara çevrilər və kənd təsərrüfatında məhsuldarlığın artımına geniş miqyasda müsbət təsir göstərə bilərlər.
Yaxşı olar ki, gələn ilin büdcəsində ölkəmizdə aqrotex-niki parkların, gübrə zavodunun tikintisinin sürətləndirilməsi və yaxın vaxtlarda istismara verilməsi üçün lazımi vəsait nəzərdə tutulsun. Çünki yüksək məhsuldarlıqlı bitki sortları və heyvan cinsləri, habelə müasir tələblərə cavab verən kənd təsərrüfatı texnikası və digər istehsal vasitələri olmadan uzun müddət rəqabətədavamlı məhsul istehsal etmək mümkün olmayacaq. Ona görə də bu məsələlərə dövlət vəsaitini əsirgəmək qarşıya qoyulan vəzifənin yerinə yetirilməsinə əngəl ola bilər. Bunu dünya təcrübəsi də sübut edir.
Hörmətli deputatlar və hökumət üzvləri, mən Naxçıvan-dan seçilən deputat kimi blokada şəraitində yaşayan və fəaliyyət göstərən muxtar respublikaya göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikası hökumətinə öz min-nətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikası ona ayrılan büdcə vəsaitlərindən səmərəli istifadəni təmin edir və hər il muxtar respublikanın büdcə vəsaitində daxili gəlirlərin payı artır.
Dünyanın bir çox ölkələrində maliyyə və iqtisadi böhra-nın davam etdiyi bir şəraitdə bu gün müzakirə etdiyimiz büdcəmiz sosial yönümlü və investisiya tutumlu olmaqla aqrar sahədə yüksək artım tempi və daha şəffaf olması ilə fərqlənir. Mən bu büdcəyə səs verəcəyəm və hörmətli həm-karlarımı da ona səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli həmkarlarım və hörmətli höku-mət üzvləri! Milli Məclisdə müzakirəyə çıxarılan 2015-ci il dövlət büdcəsinin layihəsi hər şeydən əvvəl ölkəmizin Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında illərdən bəri apardığı genişmiqyaslı islahatların 2015-ci ildə də ardıcıl şəkildə davam etdiriləcəyinə tam təminat verən bir sənəd kimi çox mühüm əhəmiyyətə malikdir.
Büdcə layihəsində Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulmuş vəsaitlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan regionda davamlı inkişafın təmin edılməsinə şərait yaradır. Məlum olduğu kimi, Naxçıvan Muxtar Res-publikası büdcə vəsaitlərindən maksimum qənaətlə və səmərəli şəkildə istifadə etməyin ölkədə nümunəsini göstərir. Ayrılmış büdcə vəsaitlərindən səmərəli və məqsədyönlü şəkildə istifadə edilməsinin nəticəsidir ki, son illərdə bu regionda sözün əsl mənasında böyük yenidənqurma işləri aparılmış, əslində, yeni Naxçıvan yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin formalaş-masında daxili imkanlar hesabına əldə olunan gəlirlərin faizi ildən-ilə artmaqdadır. Mən 2015-ci ildə muxtar respublikanın daxili imkanları hesabına əldə olunan gəlirlərin 69 milyon manata çatdırılmasını çətin blokada şəraitində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli göstərici olduğunu düşünürəm.
Mən bir neçə kəlmə də elm xərcləri haqqında danışmaq istəyirəm. Şübhəsiz ki, Azərbaycan elmində, o cümlədən Azərbaycanın Elmlər Akademiyasında son illərdə elm sahəsində aparılan genişmiqyaslı islahatlar və atılan iri addımlarla müqayisədə elm üçün ayrılmış xərclər bu sahədə daha böyük nailiyyətlər əldə etmək üçün tam yetərli deyil.
Deputat həmkarım İsmayıl Hacıyev kimi mən də o fikir-dəyəm ki, nəinki akademiyada, cəmiyyət həyatının bütün sahələrində, o cümlədən iqtisadiyyatın inkişaf etdirilməsində elmin özünəməxsus yeri, rolu, müsbət təsiri vardır. XXI əsr həyatımıza biliklər iqtisadiyyatı deyilən yeni bir baxışlar sistemi gətirmişdir. Artıq nəinki elm sahəsində, cəmiyyət həyatının digər sahələrində də elmi yanaşmalar, hesablamalar, proqnozlar olmadan pərakəndə fəaliyyətlə irəliyə getməyin mümkün olmadığı hər kəsə məlumdur.
Azərbaycan elminin Azərbaycanda milli dövlətçilik təfəkkürünün, vətən, millət, dil, dövlət dili kimi anlayışların formalaşmasında, müstəqillik düşüncəsinin yaranmasında büdcədə olan rəqəmlərlə hesablana bilinməyəcək şəkildə Azərbaycan xalqının təşəkkülü, varlığı və inkişafı mənasında böyük xidmətləri vardır. Müstəqil Azərbaycan dövlətinin ideologiyası olan azərbaycançılıq ideologiyasını da elmilik prinsipi olmadan düşünmək mümkün deyil.
Müstəqillik dövründə, xüsusən son illərdə elm özü də gəlir gətirmək üçün ayrı-ayrı sahələrdə addımlar atmaqdadır. Məlumat üçün deyim ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin nəzdində yaradılan təcrübə-sınaq zavodu bu ildən etibarən akademiyanın brendi ilə neft məhsulları istehsal eləyir. Son bir il ərzində müxtəlif gübrələrin, elektronika məhsullarının hazırlanması üçün proqramlar tərtib olunmuşdur. Bu yaxınlarda böyük uğurla başa çatan elm festivalında iqtisadiyyatla bağlı onlarla elmi layihə cəmiyyətə təqdim olundu. Ona görə də hesab edirəm ki, bundan sonra büdcədə elm üçün xərclər nəzərdə tutularkən ölkənin elmi mühitində, o cümlədən akademiyada bu yeni prosesə dəstək vermək üçün xərclər bir qədər də artırılmalıdır. Yeri gəlmişkən deyim ki, elmi işçilərin sosial müdafiəsi, onların əmək haqqının artırılması üçün də qayğıya ehtiyac vardır.
Bir məsələni də nəzərə çatdırmaq istəyirəm. Bakalavr və magistrlər kimi doktorantların və stajorların da xaricdə təhsil alması böyük əhəmiyyətə malik ola bilər. Məncə, xaricdə təhsil proqramına ayrılmış vəsaiti bir qədər də artırmaqla doktorantların və stajorların da vahid qaydada və eyni proqram əsasında xaricdə beynəlxalq elmi qurumlarda, elmi mərkəzlərdə, akademiyalarda təhsil almalarını təmin etmək faydalı ola bilər.
Hesab edirəm ki, 2015-ci ilin büdcəsi özü də elmi prin-siplər əsasında hazırlanmışdır. Beş cilddən, 1360 səhifədən ibarət olan büdcədə mükəmməl hesablamalara və proqnoz-lara əsaslanan təxminən 60-a yaxın sxem, diaqram, cədvəl vardır. Mən dövlət büdcəsinin birinci cildindəki 2015-ci ilin büdcəsinə aydınlıq gətirən izahatı da bir doktorluq dissertasiyasının avtoreferatı kimi görürəm. Bu o deməkdir ki, artıq müstəqil dövlətimizin indiki inkişaf səviyyəsində ölkəmizdə mükəmməl maliyyə institutları yaranmışdır. Büdcəmizin bu cür yüksək səviyyədə, aydınlığı ilə təqdim olunmasında elmin özünəməxsus rolu var. Mən 2015-ci ilin layihəsini elmi əsaslarla hazırlanan, inkişafa hesablanan, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə növbəti islahatların həyata keçirilməsinə tam təminat verən dövlət sənədi kimi yüksək qiymətləndirirəm və ona səs verəcəyəm.
Sədrlik edən. Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! Biz artıq üçüncü gündür ki, möhtərəm cənab Prezident tərəfindən təqdim olunmuş dövlət büdcəsini müzakirə eləyirik. Mən həmişə bu sözü demişəm, bu gün də təkrar edirəm, büdcə hazırlananda həmişə Azərbaycanın bütün iqtisadi göstəriciləri, beynəlxalq siyasəti, istər hu-manitar, istərsə də dövlətlərarası, hökumətlərarası sahədə bütün məsələlər nəzərə alınır. Bu baxımdan, bu aspektdən demək lazımdır ki, büdcəmiz təmkinli büdcədir.
Biz, sözsüz ki, hərəmiz bir dairədən seçilmiş deputatlarıq və müəyyən bölgələri təmsil eləyirik. Burada 3 gün ərzində çox maraqlı təkliflər, qeydlər dinlədik. Əlbəttə, hamı çalışır ki, təmsil etdiyi dairəyə daha çox vəsait ayrılsın. Amma bir şeyi gəlin nəzərə alaq ki, büdcəmizə nə qədər vəsait qoyulubsa, biz o vəsait çərçivəsində hərəkət eləməli, yəni el diliylə desək, ayağımızı yorğanımıza görə uzatmalıyıq. Sözsüz, hamımız çalışırıq ki, büdcədə vəsait çox olsun, gəlirlər çox olsun və qarşıda duran bütün problemlər öz həllini tapsın. Əlbəttə, mən hesab edirəm ki, zaman keçdikcə bu problemlər öz həllini tapacaq.
Amma gəlin nəzərə alaq ki, 20 il ərzində Azərbaycan hansı inkişaf yolu keçibdir. Mənim yaxşı yadımdadır, 1990-cı illərin əvvəllərində bizim büdcəmizdə cəmi 70 milyon manat pul var idi. O da inflyasiyanın hansı səviyyəsində. İndi Allaha şükürlər olsun, Azərbaycanın dövlət büdcəsi milyardlarla ölçülür. Ona görə hesab edirəm ki, bu büdcə ilə biz gələn ilin qarşıda duran bütün məsələlərini həll etmək iqtidarındayıq. Əlbəttə, nəzərə almaq lazımdır ki, bu gün dünya iqtisadi konyunkturasında hansı proseslər baş verir. Bizim hörmətli hökumət üzvləri burada dövlət büdcəsi müzakirəsinin ilk günündə çıxış eləyəndə özləri də qeyd elədilər ki, beynəlxalq iqtisadi konyunkturada hansı ssenarilərin baş verməsindən asılı olmayaraq Azərbaycan büdcəsi ola biləcək bütün təlatümlərə hazırdır. Bir daha təkrar edirəm ki, bu cəhətdən büdcəmiz çox təmkinli büdcədir və qarşıda duran problemlərin həll edilməsinin öhdəsindən gələ biləcəkdir.
Büdcənin, əlbəttə, bu cür təmkinli olmasını deyəndə, mən iki faktoru nəzərə alıram. Azərbaycanın, ümumiyyətlə, çox uğurlu beynəlxalq siyasəti var. Bu uğurlu beynəlxalq siyasətin aparılmasının kökündə iki əsas məsələni mən qeyd eləmək istəyirəm – daxili sabitlik və müvəffəqiyyətli büdcə siyasəti. Məhz daxili sabitlik və müvəffəqiyyətli büdcə siyasəti imkan verdi ki, Azərbaycan bu 20 il ərzində Birləşmiş Millətlər Təşkilatı Daimi Şurasının üzvü oldu, kosmos dövləti oldu, humanitar sahədə, mədəniyyət sahəsində, idman sahəsində çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Koskocaman dövlətlər var ki, neçə on illər ərzində hələ heç kosmosu fəth eləyə və ya Birləşmiş Millətlər Təşkilatı Daimi Şurasının üzvü ola bilməyiblər. Bunların hamısı, əlbəttə, möhtərəm cənab İlham Əliyevin apardığı uğurlu siyasətin, daxili sabitliyin, müvəffəqiyyətli büdcə siyasətinin, eyni zamanda, digər parametrlərin nəticəsidir. Ona görə mən çox böyük məmnuniyyətlə bu büdcə layihəsinə səs verəcəyəm, sizi də buna dəvət edirəm.
Əlbəttə, bizim qarşımızda duran bir problem var. Bu hələ çox ciddi problem kimi durur – Dağlıq Qarabağ məsələsi. Mən bu məsələyə niyə toxunuram. Çünki dünən ATƏT-in həmsədrləri çox təxribat xarakterli bir bəyanat veriblər. Vertolyot hadisəsindən sonra onlar bəyanat veriblər ki, guya vertolyot hazırda neytral bir ərazidə yerləşir. Bu bəyanatı tamamilə mənasız və məntiqsiz bir bəyanat hesab edirik. Vertolyotun düşdüyü yer Azərbaycan ərazisidir, heç bir neytral ərazidən söhbət gedə bilməz. ATƏT-in Minsk qrupu həmsədrlərinin hər üçü Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qəbul edib. Bu nə anlayışdır – “neytral ərazi”? Ona görə fürsətdən istifadə edib bu məsələyə münasibətimi bildirmək istədim. ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin hər üçü Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Minsk qrupu həmsədrlərinin bu cür bəyanat verməsi təxribatdır, mənasızdır və məntiqsizdir. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, hörmətli hökumət üzvləri, media mənsubları! Cəmi bir neçə gün bundan əvvəl biz Azərbaycan Konstitusiyasının qəbulunun növbəti ildönümünü qeyd etdik. Sonuncu dəfə Konstitusiyaya etdiyimiz əlavələr və dəyişikliklərin ən vaciblərindən biri Konstitusiyanın 12-ci mad-dəsində Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olması kimi bir ideyanın vurğulanması idi. Çox təqdirəlayiq haldır ki, artıq neçə illərdir, o cümlədən də 2015-ci ilin büdcəsində hökumət, dövlət Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin olunması yolunda çox mü-tərəqqi işlər görür.
Buradakı həmkarlarım dünyada geopolitik vəziyyətin, iqtisadi böhran vəziyyətinin çox mürəkkəb olduğu şəraitdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçir-diyi siyasətin ayrıca olaraq bəhrə verdiyini vurğulayırlar. Bu, doğrudan da, fərqli bir modeldir və bu modelin, uğurun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan iqtidarı ancaq xalqın iradəsinə söykənərək xalqın rifahının daha da yaxşılaşdırılmasından ötrü siyasət aparır.
Bununla yanaşı, mən burada hörmətli Ziyafət müəllimin səsləndirdiyi, bir çox həmkarlarımın vurğuladığı bir məsə-ləni də qeyd etmək istəyirəm. 2015-ci ildə bizim üçün iki vacib məsələ prioritetdir. Birincisi hərbi vətənpərvərlik mövzusudur. Çünki bu il göstərdi ki, indiyə qədər dövlə-timizin hərb sahəsində həyata keçirdiyi siyasət artıq özünün bəhrəsini verməkdədir. İkincisi isə I Avropa Olimpiya oyunlarıdır. Təqdirəlayiq haldır ki, hökumət də öz büdcəsini tərtib edəndə bu iki məsələni prioritet kimi nəzərdə tutub.
Birinci prioritetlə bağlı fikirlərimi bölüşmək və bəzi tək-liflərimi vermək istəyirəm. Azərbaycan ordusunun maddi-texniki təminatının müasir tələblər səviyyəsində olması, müasir silahların alınması, hərbə böyük vəsaitin ayrılması vacibdir, amma nə qədər müasir texnologiya olsa da, bu işi həyata keçirən canlı insanlardır. Bu baxımdan dünən müza-kirə zamanı həmkarım Siyavuş müəllimin Azərbaycan yeniyetmələri və gənclərinin fiziki hazırlığı ilə bağlı söylədiyi fikrə xüsusi diqqət yetirilməsini xahiş edirəm.
Vaxtilə mövcud olmuş “Əməyə və Vətənin müdafiəsinə hazıram” kompleksi normativlərinin bərpası barədə zaman-zaman mətbuatda gedən təkliflərlə bağlı bəzən tənqidi fikirlər də eşitmişik. Amma bildirmək istəyirəm ki, bu yalnız keçmiş SSRİ-də mövcud olan normativ olmayıb. Müasir dövrdə bütün Avropa ölkələrində də tədris, təhsil sistemi bədən tərbiyəsindən kənarda deyil. Cəmi bir il bundan əvvəl Rusiya Federasiyası bu sahədə qətiyyətli bir addım atdı. “Əməyə və Vətənin müdafiəsinə hazıram” normativləri bərpa olundu. Ondan sonra Təhsil Nazirliyi tərəfindən əmr verilib. Artıq qəbul imtahanlarında “Əməyə və Vətənin müdafiəsinə hazıram” normativlərinin nəticələri mütləq nəzərə alınır.
Mən hörmətli hökumət üzvlərinə təklif edirəm ki, vaxtilə Azərbaycanda da mövcud olmuş, səhv eləmirəmsə, 1973-cü ildə qəbul olunmuş sonuncu normativlər bərpa olunsun, idman və bədən tərbiyəsinin nəticələri qəbul imtahanlarında da nəzərə alınsın. Əgər biz bunu edə bilsək, onda həmkarlarımın dediyi kimi, tədrisdə idman artıq məcburi surətdə bərpa olunmuş olacaq və biz bununla məktəbdən başqa, ordu quruculuğuna da ciddi bir töhfə vermiş olacağıq. Nəzərinizə çatdırım ki, vaxtilə həmin kompleksin dördüncü dərəcə normativləri orduda tələb olunan fiziki hazırlıq dərəcəsinə tam uyğun idi.
Bu işlərin daha da sürətləndirilməsindən ötrü ölkəmizdə həyata keçirilən quruculuq-abadlıq işləri zamanı parkların, kütləvi tədbir yerlərinin təkcə istirahət və əyləncə məqsədi üçün yox, həm də kütləvi bədən tərbiyəsi və idman təd-birlərinin keçirilməsi üçün formalaşdırılmasını təklif edirəm. Bunun keçid bir epizodu Bakı bulvarında var, amma bu çox kiçik bir epizoddur. Bunun, ümumiyyətlə, bütün layihələrdə nəzərə alınması vacib olardı.
Mən qeyd etdim ki, gələn il I Avropa Yay Olimpiya Oyunları keçiriləcək. Əminəm ki, çox uğurla keçiriləcək. Ölkənin birinci xanımı Mehriban xanım Əliyeva bu işə birbaşa rəhbərlik edir və biz artıq bu layihələrin müasir tələblərə necə cavab verdiyini görürük. Eyni zamanda, son illər cənab Prezident tərəfindən həyata keçirilmiş siyasət nəticəsində qış idman növlərinin inkişafı üçün təməl baza yaradılıb.
Sovetlər dövründə Azərbaycana qarşı böyük bir ədalət-sizlik vardı. Hələ Stalin rejimi dövründə və sonra onun əlaltısı olan Mikoyanın zamanında turizm və idman kom-pleksləri ancaq Gürcüstan və Ermənistan üçün nəzərdə tutulub. Bizim ərazimizin bu idman növləri üçün daha yararlı olmasına baxmayaraq, o dövrdə ölkəmizdə belə komplekslər yaradılmamışdır. Amma cənab Prezident İlham Əliyev “Şahdağ” və “Tufandağ” komplekslərinin yaradılması ilə vaxtilə SSRİ-də Azərbaycana qarşı yönəldilən bu ədalətsiz siyasəti aradan qaldırmış oldu.
Mən hesab edirəm ki, bu işlərin yenə də davam etdirilməsi üçün hələ ki, bir çox sahələr mövcuddur. Əgər biz bu iki kompleks arasında mövcud olan tarixi yolu bərpa edə bilsək və orada kanatlar mövcud olsa, Azərbaycanın bu bölgəsi istənilən qış-turizm idman oyunları üçün bölgədə ən yararlı bir mərkəzə çevrilə bilər. Əlbəttə ki, bu, böyük vəsait tələb edir, bu, gələcək illər üçün nəzərdə tutulan təklifdir.
Büdcənin müzakirəsində elmlə bağlı deyilənlərə gəlincə, hesab edirəm ki, burada Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun ünvanına yönələn tənqidlərin heç bir əsası yox idi, çünki Valeh müəllimin fikirləri, sadəcə, bazar iqtisadiyyatının tələblərinə söykənirdi.
Büdcə xeyli dərəcədə vergi ödəyicilərinin hesabına for-malaşdırılır. O vəsait xərclənərkən onun hökmən bir nəticəsi olmalıdır. Bu, dövlətin və bizim üzərimizdə bir öhdəlikdir. Mən tam məsuliyyəti ilə deyirəm ki, Azərbaycan dövlətinin, cənab Prezidentin yürütdüyü siyasət nəticəsində son illərdə varislik nəzərə alınıb, akademiya qorunub saxlanıb, yəni elmə olan diqqət ən yüksək səviyyədədir. Amma biz elmin büdcəyə nə verdiyini təhlil etsək, görərik ki, burada tərs mütənasiblik var. Əlbəttə, Elm haqqında qanun müzakirə olunanda biz bu barədə daha geniş fikir yürüdə bilərik.
Hesab edirəm ki, hökumətimizin bu sahədə həyata keçirdiyi siyasət kifayət qədər rasional siyasətdir. Əgər, doğrudan da, bu sahəyə əlavə vəsait yönəltmək mümkün olsaydı, mən də bir neçə təklif vermək istərdim. Bunlardan birincisi müasir tələblərə cavab verən yeni dövlət sirki binasının tikilməsi, ikincisi Azərbaycan Dövlət Kinostudi-yasının yenidən formalaşdırılmasıdır. Bunların hər ikisi gənclərin, yeniyetmələrin, ümumiyyətlə, vətəndaşlarımızın daha mədəni bir mühitdə formalaşmasına xidmət edir. Düşünürəm ki, bu təkliflər hökumətdə müzakirə olunarsa, həm də sosial sifariş kimi qəbul olunmalıdır.
Mənim fikrimcə, bizim bölgələrdə həyata keçirdiyimiz siyasətin böyük bir hissəsi sosial-mədəni layihələrin həyata keçirilməsinə yönəlməlidir. Nə qədər paradoksal olsa da, son dövrlər ölkəmizdə ciddi ictimai-siyasi sabitliyin mövcud olmasına, mütəşəkkil cinayətkarlığa qarşı hüquq mühafizə orqanları tərəfindən müsbət nəticə verən işlərin həyata keçirilməsinə baxmayaraq, məişət səviyyəsində cinayətkarlıq halları artmağa başlayıb. Bunun qarşısının alınması, əlbəttə ki, sosial-mədəni islahatlarla bağlıdır. Bu baxımdan, cənab Sədr, bizim komitənin təşəbbüsü ilə qəbul olunan və Sizin də dəstəklədiyiniz qanuna belə bir müddəanın əlavə olunmasını təklif edirəm: “Hökumətin maliyyələşdirdiyi layihələrdə kütləvi idman tədbirlərinin və mədəni tədbirlərin bölgələrdə həyata keçirilməsinə üstünlük verilsin”.
Burada təhsil sahəsinə bir keçid eləmək istəyirəm. Hesab edirəm ki, son illər bu sahədə bizim yaxşı nəticələrimiz, xüsusən də xaricə göndərilən gənclərlə bağlı ciddi uğur-larımız var. Amma mənə elə gəlir ki, burada taktikanı dəyişmək olar. Məncə, xaricdən Azərbaycana müəllimlərin dəvət olunması daha yaxşı effekt verər. Onda biz bu pros-esin kütləviliyini təmin edə bilərik. Yəni artıq onlarla, yüzlərlə deyil, minlərlə tələbə bundan bəhrələnə bilər.
Son olaraq həmkarlarımın verdiyi daha bir təkliflə bağlı fikrimi bildirmək istərdim. Hesab edirəm ki, davamlı fəaliyyət göstərə bilən qış və yay düşərgələrinin yaranması hökumətin diqqət mərkəzində olmalıdır. Ola bilər ki, bunlar Gənclər və İdman Nazirliyinin tabeliyində olsun. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Cavanşir Paşazadə.
C.Paşazadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən kənd təsərrüfatı ilə bağlı bir neçə söz demək istərdim. Bildiyiniz kimi, hələ sovetlər birliyi vaxtında Azərbaycanın, demək olar ki, bütün rayon və kəndlərinə su çəkilmiş, əkin sahələri suvarma şəbəkələri ilə təchiz edilmiş və bunun hesabına kənd təsərrüfatında böyük nailiyyətlər əldə olunmuşdu.
Bu da özü-özündən deyildi. 1970–1980-ci illər ümum-milli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövr idi. Digər respublikalardan fərqli olaraq Azərbaycanda başqa sahələrə olduğu kimi kənd təsərrüfatına da böyük diqqət göstərildi. Bu sahəyə xərclənən vəsait, demək olar ki, hazırkı dövrün büdcəsinə, iki-üç ilin büdcəsinə bərabər idi. Mən elə bilirəm, aidiyyəti icra strukturları bu sahəyə diqqəti gücləndirərlər.
Zərərin hansı hissəsindən qayıtsan, kardır deyiblər. Bu gün bazarlarda kənd təsərrüfatı sahələrindən çıxarılan boru və avadanlıqların satılması geniş vüsət almışdır. Aidiyyəti təşkilatlara bildirmək istəyirəm ki, kənd təsərrüfatına yararlı torpaqlar çürüməyə məruz qalmışdır, çünki ikinci dərəcəli su kanalları ötürmə qabiliyyətini itirmişdir. Xəzər dənizinin səviyyəsinin qalxması ilə bağlı torpaqlar şoranlaşmışdır ki, bu da kənd təsərrüfatında məhsuldarlığa çox mənfi təsir göstərir.
Mən elə bilirəm ki, bölgələrdən seçilən millət vəkilləri məni dəstəkləyərlər. Yerlərdə seçicilərlə görüş zamanı hər üç sualdan biri kənd təsərrüfatı ilə bağlı olur, əkin-biçində, suvarmada olan problemlərdən söhbət gedir. On il qabaq insanlar, əsasən, işığın, qazın olmamasından, yolların pis olmasından şikayətlənirdilərsə, bu gün artıq hörmətli Prezident cənab İlham Əliyevin səyi və rəhbərliyi nəticəsində bu problemlər öz həllini tapmış və ya tapmaqdadır. Ulu öndər Heydər Əliyev çıxışlarından birində demişdir: “Hər bir kəsin vəzifəsi var, çünki onun pay torpağı var.”
Hörmətli cənab Prezidentin etdiyi kadr dəyişiklikləri ölkəmizin ən böyük strateji sahəsi olan kənd təsərrüfatından da yan keçmədi. Mən elə bilirəm ki, yeni rəhbərlik bu sahədə böyük işlər görməyə qadirdir. Hörmətli Samir müəllimdən xahiş edirəm, suötürmə kanallarının qazılması bu büdcədə öz əksini tapsın.
Mən, əlbəttə, 2015-ci ilin büdcəsinə səs verəcəyəm. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Şəmsəddin Hacıyev.
Ş.Hacıyev. Hörmətli cənab Sədr, hörmətli hökumət nümayəndələri, hörmətli həmkarlarım! Artıq üç gündür ki, Milli Məclisə daxil olan büdcə sənədləri ciddi müzakirə olunur. Müzakirə artıq başa çatmaq ərəfəsindədir. Çıxış edən bütün millət vəkillərinin büdcə layihəsi barədə yeganə fikri bundan ibarət oldu ki, büdcə zərfinə daxil olan bütün sənədlər yüksək səviyyədə hazırlanmışdır və müasir tələblərə tam cavab verir. Mən də bəri başdan büdcə layihəsinin qəbul olunmasını təklif edir və millət vəkillərini bu layihənin qəbul olunmasına səs verməyə dəvət edirəm.
2015-ci il dövlət büdcəsinin layihəsi ölkədə son dövrlərdə formalaşmış makroiqtisadi situasiya, eləcə də regionda və dünya iqtisadiyyatında, xüsusilə dünya bazarında baş verən konyunktur dəyişikliklər, dünyanın aparıcı iqtisadiyyatlarında azalma meyilləri nəzərə alınmaqla tərtib olunub. Bu mənada o, əvvəlki illərin büdcə layihələrindən xeyli fərqlənir.
Risklərin böyük olmasına, dünya bazarında konyunkturun ciddi surətdə dəyişməsinə baxmayaraq, Azərbaycanın növbəti il üçün büdcəsi təminatlıdır, etibarlıdır. Çox əlamətdardır ki, ənənəvi olaraq büdcə həm investisiya, həm də sosial yönümlülüyünü qoruyub saxlayır. Bu məqsədlər üçün büdcə xərclərinin, demək olar ki, 68 faizindən çoxu nəzərdə tutulmuşdur. Çox böyük nailiyyətdir.
Qeyd etmək lazımdır ki, dünyada baş verən bütün pro-seslər, xüsusilə bizə yaxın olan regionda geosiyasi proseslər fonunda baş verən hadisələr riskləri də artırır. Bu mənada gələn büdcə ili çox ağır və gərgin olacaq. Lakin təqdim olunan sənədlərin təhlili göstərir ki, büdcə gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün elə bir ciddi təhlükə yaranmayacaq.
Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün büdcə qurucu-luğu sahəsində tamamilə yeni bir yanaşma həyata keçirilir. Yəni indi müzakirə etdiyimiz büdcə layihəsində ssenarili yanaşma metodundan istifadə olunub. Bu yanaşmanın çox böyük üstünlükləri var. Yarana biləcək hər hansı bir riskdən müdafiə olunmaq üçün dövlətin manevr etmək imkanları artacaq. Büdcədə bu məqsəd üçün kifayət qədər ehtiyat mənbələri nəzərdə tutulmuşdur.
Təbii ki, büdcənin bu səviyyədə olması, ciddi surətdə artım son dövrlərdə Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlarla bağlıdır. Bu büdcənin əsas prioritetləri göstərir ki, növbəti ildə də hökumətin iqtisadi siyasətinin əsasında sabit iqtisadi artımı təmin etmək və davamlı inkişafın möhkəmləndirilməsinə nail olmaq məqsədi duracaq. Yəni bu büdcənin əsas məqsəd və hədəfləri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının prioritetlərinə uyğun müəyyənləşdirilmişdir .
Bildiyiniz kimi, bu prioritetlər arasında qeyri-neft sektorunun inkişafı çox önəmli yer tutur. Mən deyərdim ki, bizim gələcək inkişafımız 5 ildən sonra, yəni yaxın perspektivdə tamamilə bu sektorun nə dərəcədə inkişafından asılı olacaq. Bugünkü inkişaf tempini yüksək qiymətləndirməklə qeyd etmək lazımdır ki, bu sahədə görüləcək işlər hələ çoxdur.
Bir neçə rəqəmi nəzərinizə çatdırmaq istəyirəm. 2015-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 60 faizə qədər nəzərdə tutulur ki, bu da 2011-ci ilə nisbətən xeyli artım deməkdir. 2011-ci ildə bu göstərici cəmisi 26,2 faiz idi. Artım çox böyükdür. Amma büdcə gəlirlərinin for-malaşmasında qeyri-neft sektorunun payı cəmisi 34,7 faiz nəzərdə tutulmuşdur. Əgər biz büdcə gəlirlərində Dövlət Neft Fondundan ayrılan transferləri nəzərə almasaq, qeyri-neft sektorunun büdcə gəlirlərində payı təxminən 74–75 faizdir, yaxşı göstəricidir.
Amma bir göstəricini də nəzərinizə çatdırmaq istəyirəm. Bu gün bizim ixracımızda qeyri-neft sektorunun payı çox cüzi bir rəqəmlə ifadə olunur – cəmisi 7,1 faiz. Bax, bu məsələyə çox ciddi fikir vermək lazımdır. Təbii ki, bu sahənin inkişafı hökumətin qarşısında ən mühüm prior-itetlərdən biri kimi dayanır. Ölkə rəhbəri qeyri-neft sektorunun ÜDM-də payının 2020-ci ildə iki dəfə artırılması kimi çox mühüm bir vəzifə qarşıya qoyub. Bu vəzifənin arxasında isə çox ciddi işlərin görülməsi dayanır.
Bayaq hörmətli həmkarım Eldar müəllim aqrar sektorla bağlı bəzi məsələlərə toxundu. Mən hesab edirəm ki, yaranmış geosiyasi situasiya bizim vaxtilə itirdiyimiz ba-zarları geri qaytarmağımız üçün məhz kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı baxımından çox əlverişli bir şans yaradıb və bu tarixi şansdan maksimum istifadə etmək lazımdır. Bu gün kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar həyata keçirilir. Mən hesab edirəm ki, bu islahatlar daha da sürətləndirilməli və ixrac yönümlü emal sahələrinin yaradılmasına xüsusi əhəmiyyət verilməlidir. Bu gün gizli və açıq proteksionizm siyasətinin bütün vasitələrindən, hətta inzibati mexanizmlərdən istifadə etməklə ixracın həcmini artırmaq olduqca vacibdir.
Mən bir neçə kəlmə elm və təhsillə bağlı demək istəyirəm. Burada elm və təhsillə bağlı çox ciddi məsələlər qaldırıldı. Bu gün elm və təhsil sahəsində çox ciddi is-lahatlar və bu sahənin inkişaf strategiyasına müvafiq olaraq sistemli işlər həyata keçirilir. Lakin bu işlərin nəticəsini görmək üçün müəyyən zamana ehtiyac var. Təsəvvür edin, təhsil sahəsində islahatlar əgər birinci sinifdən başlayırsa, onun nəticəsini biz on ildən sonra görərik. Amma işlər gedir. Mən də hesab edirəm ki, bu islahatları daha da dərinləşdirmək və genişləndirmək lazımdır.
Əmək haqqı ilə bağlı. Təsəvvür edin, bu gün təhsil sahə-sində əmək haqlarını 100 – 150 manata qədər qaldırmaq üçün büdcəyə 800 milyon manata yaxın əlavə vəsait tələb olunur. Bu vəsaitin mənbəyini isə göstərmək qeyri-müm-kündür. Ona görə də islahatlar aparılmalıdır. Bu işə artıq başlanılıb. Müəllimlərin əmək haqqını artırmaq üçün onlar arasında attestasiyaların aparılmasını sürətləndirmək, həftəlik tədris yükünü aşağı salmaq, diferensial əmək haqqı sisteminə keçmək, onların kateqoriyalara bölünməsini təşkil etmək lazımdır.
Vaxt qurtarır, mən bir daha qeyd etmək istəyirəm ki, büdcə layihəsi çox mükəmməl hazırlanıb və hökumətin iqtisadi inkişaf sahəsində qarşıya qoyduğu vəzifələrin yer-inə yetirilməsi üçün tam yetərlidir. Mən bu büdcəyə müsbət səs verəcəyəm və həmkarlarımı da müsbət səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. Çox hörmətli Oqtay müəllim, hörmətli hökumət üzvləri, çox hörmətli həmkarlar! Biz artıq üçüncü gündür ki, büdcə sənədlərini müzakirə edirik. Deputat həmkarlarımızın böyük əksəriyyəti çıxış edib, təkliflərini verib. Mən də hesab edirəm ki, büdcə sənədləri çox mükəmməl hazırlanıbdır. Dünyada bu gün tüğyan edən iqtisadi böhran şəraitində, neftin qiymətinin kəskin surətdə aşağı düşdüyü bir vaxtda, qonşu ölkələrin milli valyutalarının qiymətdən düşdüyü bir dövrdə belə bir büdcənin ortaya çıxarılması çox təqdirəlayiq haldır.
Mən xüsusilə qeyd etmək istəyirəm ki, büdcə sənədlə-rində sosial sahəyə ayrılan xərclər büdcənin, demək olar ki, üçdə birini təşkil edir. Bu bir daha sübut edir ki, ölkə Pre-zidenti möhtərəm cənab İlham Əliyev əhalinin sosial rifah halının yüksəldilməsinə həmişə olduğu kimi qayğı göstərir və əhalinin sosial rifah halını daim nəzarətdə saxlayır.
Mən səhiyyə xərcləri və ümumiyyətlə, səhiyyə ilə əla-qədar bir neçə kəlmə demək istəyirəm. Büdcədə başqa sa-hələrlə yanaşı, səhiyyə sahəsinə də ayrılan xərclər artırıl-mışdır. Mən hesab edirəm ki, bu çox təqdirəlayiq haldır. Çünki son 10 ildə səhiyyəmizdə inkişaf meyli artıq göz qabağındadır. Təkcə son illər 500-dən artıq yeni səhiyyə müəssisəsi inşa olunub ən müasir avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verilibdir.
Yalnız bir misalı mən çəkmək istərdim. Təxminən 5–6 il bundan qabaq ölkəmizdə bir dənə də olsun açıq ürək və kardioplastika əməliyyatı aparılmırdı. Bu xəstələr belə əməliyyatların aparılmaması üzündən ya dünyalarını dəyişir, ya da xarici ölkələrə üz tuturdular. Ancaq bu gün Azərbaycanda minlərlə belə əməliyyat aparılır. Bu əməliyyatlar təkcə Bakıda deyil, Azərbaycanın bölgələrində də aparılır.
Büdcədə nəzərdə tutulan daha bir məsələyə mən münasi-bət bildirmək istəyirəm. Çox təqdirəlayiq haldır ki, dərman preparatlarının və sarğı materiallarının alınmasına vəsait ayrılması gələn ildən mərkəzləşdirilmiş qaydada həyata keçiriləcəkdir. Mənə belə gəlir ki, bu addım həm ayrılan vəsaitin məqsədyönlü xərclənməsinə, həm də son dərəcədə yüksək keyfiyyətli dərman preparatlarının və sarğı materiallarının alınmasına kömək edəcəkdir.
Hər il büdcədə səhiyyəmizə ayrılan vəsaitin miqdarının artmasına baxmayaraq, mən hesab edirəm ki, bu gün Azər-baycanda adambaşına düşən səhiyyə xərclərinin səviyyəsi aşağıdır. Şübhəsiz ki, bütün səhiyyə xərclərini biz dövlətdən gözləməməliyik. Yəni bu ağırlıq dövlətin üzərinə düşməməlidir. İcbari tibbi sığortanın həyata keçirilməsi sahəsində artıq mühüm addımlar atılıb. Yaxın vaxtlarda icbari tibbi sığorta Azərbaycanda tətbiq olunmağa başlayacaq. Mənə belə gəlir ki, o vaxt biz adambaşına düşən səhiyyə xərclərini xeyli artıra biləcəyik.
Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, səhiyyə və təhsil sahəsində baş verən müsbət dəyişikliklər Azərbaycan Tibb Universitetindən də yan keçməyibdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqəti, qayğısı sayəsində son illər Tibb Universitetinin 1000 çarpayı fondu olan üç klinikası inşa edilib ən müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verilibdir.
Mən çox təqdirəlayiq hal hesab edirəm ki, təhsil sa-həsində də islahatlar gedir və təhsil sahəsinə də büdcədən ayırmaların səviyyəsi yüksəlibdir. Biz arzu edərdik ki, təh-silə ayrılan vəsait bundan da artıq olsun. Çünki təhsil sa-həsinin buna böyük ehtiyacı var.
Dünən və bu gün Milli Məclisin plenar iclaslarında, ümumiyyətlə, komitələrdə də büdcə sənədləri müzakirə olunanda elm sahəsi və elmə ayrılan vəsaitlə əlaqədar çoxlu fikir mübadilələri aparıldı və müxtəlif fikir ayrılıqları meydana çıxdı. Əgər biz elm tarixinə nəzər salsaq, görərik ki, elmlə məşğul olan insanlara, alimlərə vaxtaşırı belə hücumlar, təzyiqlər olub. Bu gün korifey saydığımız alimlərlə, elmi məktəblərlə də bağlı belə hallar olubdur. Ancaq biz bir şeyi bilməliyik ki, elmə qayğı göstərməyən ölkənin, millətin gələcəyi yoxdur. Bu gün təkcə Milli Məclisdə deyil, mətbuatda da “Azərbaycanda elm yoxdur, Azərbaycanda elm sahəsində heç nə edilmir” kimi fikirlərlə rastlaşmaq olur. Biz bu fikirlərlə heç cür razılaşa bilmərik. Mənə belə gəlir ki, bunlar yalnız təxribat xarakteri daşıyır.
Dünən həmkarım İsmayıl Hacıyev, bu gün həmkarım İsa Həbibbəyli bu barədə geniş danışdılar. Mən onların fikri ilə tamamilə razıyam. Ancaq mən istərdim, bizim opponentlərə çatdırım ki, elmə, təhsilə qoyulan vəsait tez bir vaxtda büdcəyə gəlir gətirmir. Elmin elə sahələri var ki, ora qoyulan vəsait heç vaxt büdcəyə gəlir gətirməyəcək. Amma korifey alimlərin vaxtilə nizələrlə qarşılanmış böyük kəşfləri bu gün ictimaiyyətə, cəmiyyətə xeyir gətirir. Ona görə də bu gün elmə ayrılan vəsaitin sabah büdcəyə gəlir gətirəcəyi barəsində fikirləşmək düzgün deyil.
Bəli, tətbiqi elmlər var ki, onlara qoyulan vəsait tez bir zamanda müəyyən gəlir gətirə bilər. Ancaq fundamental elmlər sahəsinə qoyulan vəsaitdən tez bir vaxtda gəlir göz-ləmək olmaz. İsa müəllim burada dedi, bu gün bizim akad-emiyada da, ali təhsil müəssisələrimizdə də çox ciddi elmi tədqiqat işləri aparılır. Əgər dünyada reytinqi yüksək olan çox tanınmış jurnallarda, toplularda Azərbaycandan olan məqalələrin sayı əvvəllər onlarla idisə, – mən dünən xahiş etdim, bizim informasiya mərkəzinin direktoru Rasim Əliquliyev mənə məlumat verdi, – indi 10 ay ərzində 600-dən çoxdur. Bəli, bunu bəlkə başqa ölkələrlə müqayisə etsək azdır. Ancaq onu da bilmək lazımdır ki, elə jurnallara hər bir elmi nəticə, hər bir elmi məqalə düşmür.
Bu gün bizdə onlarla beynəlxalq patent də var, Azərbaycan elminin nəticələri təcrübəyə də geniş tətbiq olunmağa başlayır. Mən bizim çox hörmətli maliyyə nazirimiz Samir müəllimlə də bu barədə söhbət etmişəm. Samir müəllim həmişə elmə qayğı ilə yanaşan bir insandır. Mənə belə gəlir ki, bu büdcədə də hökumətimiz və bu sahə ilə məşğul olan mütəxəssislərimiz çalışıb elmə ayrılan vəsaitin imkan dərə-cəsində artırılmasını təmin edəcəklər.
Mənim vaxtım bitir. Bir məsələ də var ki, bu gün əvvəlki aspirant və doktorantların ...
Sədrlik edən. Sağ olun. Abel Məhərrəmov.
A.Məhərrəmov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Mən də çıxış edən həmkarlarımın dəyərli fikirlərinə qoşulur və hesab edirəm ki, təqdim olunan büdcə zərfi akademik, praqmatik düşüncə ilə hazırlanmış bir mükəmməl sənəddir. Bu sənəd il-ildən təkmilləşir. Azərbaycanda artıq büdcə institutu formalaşıbdır və bu institutun ilbəil təqdim etdiyi sənədlərin dinamikası müsbətdir. Ona görə də, maliyyə naziri hörmətli Samir müəllim başda olmaqla bu büdcə institutunun bütün əməkdaşlarına təşəkkür edirəm.
Büdcə zərfi tamamlanmış bir sənəddir. Oxuyan kimi görürsən, əvvəli ilə sonu bir-birini hər cəhətdən tamamlayır. Bu da onu göstərir ki, Azərbaycan iqtisadi baxımdan inkişaf edir. Yalnız onu demək kifayətdir ki, qlobal böhran dövründə ölkəmiz iqtisadi müstəvidə Dünya Bankının reytinq cədvəlinə görə 9 xana irəliləmişdir. Bu da onu göstərir ki, möhtərəm Prezidentimizin titanik əməyi və hökumət üzvlərinin professionallığı sayəsində böhran dövründə biz yerimizdə qalmamış, geriləməmiş, əksinə, digər dövlətlərdən fərqli olaraq qabağa getmişik. Ona görə də həmkarlarımızın fikirlərinə qoşularaq öncədən demək istəyirəm ki, büdcə zərfinə mən də səs verəcəyəm.
Ancaq bununla bərabər mən də bəzi fikirlərimi sizinlə bölüşmək istərdim. Düzdür, biz təhsil işçisiyik, elm sa-həsində çalışırıq. Ona görə də büdcə zərfi ilə əlaqədar danışdıqlarım, əsasən, elmlə, təhsillə bağlı olacaqdır.
Mən ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə Tacikistan Milli Universitetinin fəxri doktoru diplomu təqdim edilərkən onun çıxışının qısa xülasəsini sizin nəzərinizə çatdırmaq istəyirəm: “Mən Azərbaycanda rəsmi tədbirlərdə dəfələrlə demişəm və indi də demək istəyirəm ki, ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır. Ölkəni tərəqqiyə doğru aparan kadrların, mütəxəssislərin hazırlanması, təhsilin, elmin inkişafıdır. Buna görə bu sahəyə, yəni təhsil və elm sahəsinə investisiyalar bizim üçün prioritet məsələlərdın biridir.” Bunu mən ona görə sizin nəzərinizə çatdırdım ki, burada edilən çıxışların ümumi formulu möhtərəm Prezidentimiz tərəfindən Tacikistanda deyilən çıxışda göstərilibdir.
İkinci bir tarixi düşüncəni sizin nəzərinizə çatdırmaq istəyirəm. Amerikanın 32-ci prezidenti Ruzveltin tarixi bir kəlamı var. Deyir, Amerika Birləşmiş Ştatlarının universi-tetləri ona görə güclü deyil ki, qüdrətli Amerika Birləşmiş Ştatlarının universitetləridir. Amerika Birləşmiş Ştatları ona görə qüdrətli dövlətdir ki, onun güclü universitetləri var.
Bax, bu iki fikri sizin nəzərinizə çatdırmaqla onu demək istəyirəm ki, büdcə zərfi müzakirə olunarkən, ümumiyyətlə, bu barədə söhbətlər aparılarkən bunları hökmən nəzərə almaq, yəni elmə, təhsilə diqqətlə, hörmətlə yanaşmaq lazımdır. Heç kim inciməsin, əgər universitetlərin diplomları olmasaydı, çoxumuz bu gün bu vəzifələri tuta bilməzdik. Ona görə xahiş edərdim ki, universitetlərə, təhsilə, elmə həmişə diqqətlə yanaşılsın.
Mən burada bir məsələni demək istəyirəm. Elm və təhsil haqqında çox danışıldı. Təbii ki, elm inkişaf edir. Elm təh-sildən xeyli aralanıbdır. Bu, dünya təcrübəsidir. Elm təhsildən niyə aralanıb? İnnovatik elmi inkişaf çox sürətlə gedir, yüksək texnologiyalar işlənib hazırlanır və istehsalata tətbiq olunur. Elm öz bəhrəsini verir. Elmə qoyulan sərmayə 3 ildən, 4 ildən sonra öz bəhrəsini verə bilir. Ona görə bu gün bütün dünyada hamı elmi inkişaf etdirmək istiqamətində gedir.
Bütün innovatik brendlər elm vasitəsilə əldə olunur. Təhsil ondan geri qalır. Bütün dünyada çalışırlar ki, təhsili elmə yaxınlaşdırsınlar, birləşdirsinlər. Ancaq elmin innovatik istiqamətləri bir neçə elmin vəhdətində inkişaf edir. Məsələn, nanotexnologiya sahəsini inkişaf etdirmək üçün fizikanı, kimyanı, biologiyanı, informatika sahəsini, hətta kristal kimyanı və sairi yaxşı bilən kadrlar tələb olunur.
Ancaq təhsil mühitində bu cür universal kadrlar yetişdir-mək olduqca çətindir. Yəni biz ancaq konkret bir sahə üzrə mütəxəssislər hazırlayır, məsələn, ya kimyaçı, ya da bioloq buraxırıq. Sovet dövründə biz sovet gəmisi ilə okean su-larına çıxırdıq. Sovet təhsilində dərs yükü həftədə 36 saat idi, indi dərs yükünü həftədə 24 saata endiriblər. Amerika Birləşmiş Ştatlarının bəzi universitetlərində dərs yükü həftədə 14, bəzilərində 16 saatdır.
Sual olunur ki, müəllim az saatda az informasiya verirsə, tələbə bunu necə çox öyrənə bilər? Bunun bircə cavabı var – tələbə artıq sərbəst işə yönəldilməlidir. Tələbə o vaxt sərbəst işə yönəldilə bilər ki, universitetlərin elmi potensialı güclü olsun. Yəni bu gün istehsalatda o məzun tələb olunur ki, yalnız auditoriyada, tədris laboratoriyasında yox, həm də elmi laboratoriyada öz tədqiqat işlərini aparsın və istehsalata artıq yetkin bir mütəxəssis kimi getsin.
Bəs necə etmək lazımdır ki, universitetlərdə elmlə tədris sintez olunsun. Bunun üçün, təbii ki, universitetlərdə elmi maliyyələşdirmək lazımdır. Açıq danışım. Bu gün Azərbay-canda 1800-ə yaxın elmlər doktoru var. Onların 1200-ü ali məktəblərdə işləyir. Ali məktəblərdə işləyən 1200 alimin elmi əgər maliyyələşdirilirsə, çox pis maliyyələşdirilir, demək olar ki, maliyyələşdirilmir. Onda sual olunur ki, bu alimlər elmi işi necə apara bilərlər? Ona görə mən təklif edirəm ki, ali məktəblərdə elm maliyyələşdirilsin.
Daha bir neçə təklifim var. İstəyirəm, tez-tez deyim, gö-rürəm, vaxt gedir. Onlardan biri odur ki, elmi dərəcəyə görə maaşlar artırılmalıdır. Bu çox vacib məsələdir. Elmi stimul-laşdırmaq üçün bu məsələ qısa müddətdə həll olunmalıdır.
İkinci, Elm haqqında qanun qısa müddətdə qəbul olunmalıdır. Bu da çox vacib məsələdir. Dövlətin bəzi yüksək dairələrində Elm haqqında qanunu ləngidirlər. Mən hesab edirəm ki, bayaq dediyim məsələyə, elmlə təhsilin sintezinə görə bunu qısa müddətdə həyata keçirmək lazımdır.
Mən qeyd etmək istəyirəm ki, tələbələr ali məktəblərə qəbul olunarkən onlara kredit verilməlidir. Düzdür, son vaxtlar Təhsil Nazirliyində bu barədə çox ciddi müzakirələr gedir və mən bunu çox dəyərləndirirəm. Kreditlər hökmən olmalıdır, valideynləri bu işə cəlb etmək lazım deyil.
Magistratura elmin yüksək pilləsi olmasa da, təhsildə sonuncu elmi pillədir. Görürsən, magistraturaya qəbul olu-nanları hərbi xidmətə çağırırlar. Ona görə də, təbii ki, elm yarımçıq dayanır. Bakalavr pilləsini arxada qoyan ən yaxşı tələbələr magistraturaya qəbul olunurlar. Sonra onlar əsgər-liyə çağırılır, geri dönəndə isə özlərinə iş tapır və artıq universitetlərə, elm mühitinə qayıtmırlar.
Təhsil sahəsində himayədarlar şuraları yaradılmalıdır. İndi təsəvvür edin ki, Moskva Dövlət Universitetinin Himayədarlar Şurasının sədri Vladimir Vladimiroviç Putindir. Qazaxıstanda Himayədarlar Şurasının sədri Nursultan Nazarbayevdir. Kazanda, Sankt-Peterburqda federal universitetlərin himayədarlar şuralarının sədrləri dövlət və struktur rəhbərləridir. Bu şuralara xüsusilə də sahibkarları cəlb edirlər ki, universitetlərə kömək etsinlər.
Ümumiyyətlə, mən hesab edirəm ki, təhsil və elm dövlət işi olmalıdır. Bütün hökumət üzvləri, dövlət qurumları buna qayğı ilə yanaşmalıdır. Əgər belə olmasa, gəmini idarə edənlərdən biri yükü sağa yığ, o biri sola yığ deyərsə, yük sağ tərəfə doldurulanda gəmi sağ tərəfə, sol tərəfə doldu-rulanda sola əyiləcəkdir. O işi bilən adamların düşüncəsinə əsaslanıb bu işi hərəkətə gətirmək lazımdır.
Sonda onu demək istəyirəm ki, bu, ümumxalq işi olmalı-dır. Hər birimiz bu işə can yandırsaq, əlbəttə, Azərbaycanda elm, təhsil inkişaf edəcəkdir.
Vaxtım daralır. Bir daha qeyd edirəm ki, büdcə zərfinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, artıq 54 nəfər çıxış edib. Mən hesab edirəm, dünən danışdığımız kimi, sözü artıq hökumətə vermək lazımdır. Ancaq ondan qabaq mən də bir-iki kəlmə söz demək istəyirəm.
Mən bütün çıxışlara diqqətlə fikir verdim. Dünyanın heç bir yerində görməmişəm ki, büdcə müzakirə olunanda təşkilatlar arasında tam bir razılıq olsun. Hər yerdə büdcədə həmişə nə isə çatışmayan məsələlər olur. Ancaq büdcə bir günə, bir aya, iki aya formalaşmır. Maliyyə Nazirliyi müvafiq təşkilatlarla, bütün nazirlik və komitələrlə, eləcə də akademiya ilə birlikdə büdcə üzərində iş aparır, birgə işləyirlər. Hamı öz büdcəsini müdafiə edir. Büdcə müdafiəsi qurtarandan sonra bu layihə Maliyyə Nazirliyi tərəfindən cənab Prezidentə təqdim olunur. Yəni bu, balanslaşdırılmış bir büdcə olandan sonra bizim müzakirəmizə çıxarılır.
Biz hərdən elə bilirik ki, burada nə isə bir dəyişiklik etmək, nəyinsə maliyyələşdirilməsini artırmaq olar. Amma başa düşməliyik ki, hərəmizin bir istiqamətdə maliyyələşdirməni artırmağımız qəbulolunmaz məsələdir.
Müvafiq təşkilatlar büdcə formalaşana qədər bunun üzərində işləməlidirlər. Mən Milli Məclisin Sədriyəm. Milli Məclisin büdcəsinə görə Samir Şərifovla beş dəfə telefonla danışmışam, on dəfə adamlarımı göndərmişəm. Hər şeyi bir-bir müdafiə etmişik. Nə alınmayıb, alınmayıb. Yəni bu, dövlət büdcəsidir, tarazlaşdırılmış büdcədir, dövlət başçısı tərəfindən göndərilib ki, baxıb fikirlərimizi deyək. Ancaq bunu bir az artıraq, onu bir az artıraq demək də düz olmaz. Artıq neçənci çağırışdır deputatıq. Bu məsələlərdə bir az diqqətli olaq.
Mən dünən Mərkəzi Bankın sədri cənab Elman Rüstə-movdan xahiş etdim, banklarla bağlı bəzi məsələlərə aydın-lıq gətirsin. Təhsil naziri Mikayıl Cabbarov buradadır. Danışdıq ki, təhsil haqqında məsələlərə aydınlıq gətirsin. Ondan sonra Samir müəllim çıxış edəcək. Başqa təklif olsa, baxarıq. Etiraz yoxdur? Xahiş edirəm, Elman Rüstəmov.
E.Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Üç gün ərzində aktiv büdcə müzakirələri gedir. Hesab edirəm ki, bütün müzakirələr praqmatik, konstruktiv ruhda gedir və Azərbaycan hökuməti, Azərbaycan Mərkəzi Bankı bütövlükdə Milli Məclisi-mizin, hər bir millət vəkilinin səsini yaxşı eşidir. Hesab edirəm ki, verilən təkliflər bizim işimizin daha da yaxşılaş-dırılmasına xidmət edir.
Ancaq vaxt çatışmazlığı tribunadan mənim bir məsələyə toxunmağıma imkan vermədi. Bu da faizlər məsələsidir. Bir çox millət vəkilinin çıxışlarında bu məsələyə toxunuldu. Faiz dərəcəsi – bankların verdikləri kreditlərin faiz dərəcəsi, əhaliyə verilən kreditlərin faiz dərəcəsi, yəni bu, sosial kontekstdən daha geniş məsələdir. Bütün dünyada bu, makroiqtisadiyyatın mərkəzi problemlərindən biridir. Eyni zamanda, bu, iqtisadi aktivlik, iqtisadi artım, məşğuliyyət, inflyasiya və digər problemlərlə sıx əlaqəsi olan məsələdir.
Mən bir neçə rəqəmi millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm. 2014-cü ildə bütövlükdə Azərbaycan iqtisadiyyatı üzrə formalaşan faiz dərəcəsi 14,3 faizdir. Mən demişdim ki, bunun təxminən dörddə üçü kommersiya, biznes kreditləridir. Bu kreditlər üzrə faiz dərəcəsi 10,8 faiz, yəni təxminən 11 faizdir.
Bu kreditlərin dörddə birini təşkil edən istehlak kreditləri üzrə faiz dərəcəsi təxminən 18 faiz təşkil edir. Lakin istehlak kreditlərinin strukturu çox müxtəlifdir. Bu kreditlər iki hissəyə bölünür: təminatlı kreditlər, təminatsız kreditlər. Təminatlı kreditlər, məsələn, avtomobil kreditləri üzrə faiz dərəcəsi 14–18 faizdir. İpoteka kreditlərinə gəlincə dövlət xətti ilə verilən kreditlərin faiz dərəcəsi 4 və 8 faizdir. Bilirsiniz, orada həm sosial, həm də kommersiya kreditləri var. Bütövlükdə bankların öz vəsaitləri hesabına verdikləri ipoteka kreditlərinin isə faiz dərəcəsi 9–10 faizdir.
Lakin istehlak kreditləri üzrə faiz dərəcələri 35 faizə çatıb. Amma bunlar tam təminatsız kreditlərdir. Yəqin ki, bir çox millət vəkilləri, iş adamları və başqaları kredit kartlarından istifadə edirlər. Kredit kartları üzrə verilən kreditlər tam təminatsızdır. Sadəcə olaraq, bankda hesabınız var, kredit kartları götürmüsünüz. Hər hansı bir vəsaitə ehtiyac varsa, orada imzaladığınız müqaviləyə görə qoyulan limitlər üzrə kredit götürə bilərsiniz. Yəqin, hamı da diqqət edib ki, bu kreditlər üzrə faiz dərəcələri yuxarıdır. Əhalinin bir çox hissəsi belə kreditlərdən istifadə edir və bütün dünya praktikasında bu çox yüksək riskli kredit hesab olunur. Çünki bunun arxasında girov da yoxdur, çox sadələşdirilmiş bir kreditdir. Sadəcə olaraq, çox vaxt telefonla həll olunur. Burada geri qayıtmayan kreditlər, problemli kreditlər təxminən 15–19 faizə çatır.
Təbii ki, mən bu gün bankları müdafiə etmək fikrində deyiləm. Əgər kreditlərin maya dəyərinə baxsaq... Mən ilk növbədə əmanət faizlərinə toxunmaq istəyirəm. Əmanətlər üzrə orta faiz təxminən 9,6 faizdir. Bu, olduqca böyük rəqəmdir. Yəqin, millət vəkilləri bilirlər ki, bu gün xarici ölkələrdə depozit faizləri və mərkəzi bankların uçot dərə-cələri hansı səviyyədədir. Bizim əhalimiz öz vəsaitlərini banklara olduqca yüksək faizlə verir.
2014-cü ildə bankların əhaliyə ödəyəcəkləri faiz gəlirləri yarım milyard manat olacaqdır. Bu olduqca ciddi bir rəqəmdir və əhalinin sosial vəziyyətinin yaxşılaşdırıl-masında olduqca mühüm rol oynayır. Bankların isə əldə edəcəyi gəlirlər təxminən 420–430 milyon manat səviyyəsində proqnozlaşdırılır. Yəni banklar bu gün əmanətlərə görə Azərbaycan əhalisinə bütövlükdə fəaliyyətlərindən götürdükləri gəlir və mənfəətdən daha çox faiz ödəyirlər.
Mərkəzi Bank faiz dərəcələrinin aşağı salınması istiqamətində ardıcıl tədbirlər görür. 2003-cü ildən 2014-cü ilə qədər Mərkəzi Bankın uçot dərəcəsi 15 faizdən təxminən 3,25 faizə qədər endirilibdir. İqtisadiyyatın pulla təminat səviyyəsini artırmaq üçün ciddi addımlar atılıbdır. Bu dövrdə iqtisadiyyata Mərkəzi Bank tərəfindən yönəldilən pulun həcmi təxminən 34 dəfə artıbdır.
İqtisadiyyatın monetizasiya göstəricisi deyilən bir göstə-rici var, yəni məsələn, qeyri-neft iqtisadiyyatının pul kütlə-sinə olan nisbəti 23 faizdən 73 faizə qədər yüksəlibdir. Açıq etiraf etmək lazımdır ki, bu gün pula, kreditlərə olan tələbat əhəmiyyətli dərəcədə çoxdur. Bu bazar hələ də tələb bazarıdır, təklif bazarı deyil. Tələbat böyük olanda, tələblə təklif arasında nisbət tələbin xeyrinə böyüyəndə qiymətlər də yuxarı olur.
Biz bir sıra addımlar planlaşdırırıq. Hörmətli Samir müəllimlə də bu məsələni ciddi müzakirə edirik. Gələcəkdə faiz dərəcələrinin aşağı salınması, xüsusilə biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılması üçün hansı addımlar atmaq olar? Burada dövlətin rolu nədən ibarətdir? Biz, iqtisadi qurumlar başlıca işi görmüş, aşağı inflyasiyaya nail olmuşuq. Bilirsiniz ki, Azərbaycanda 1 faiz inflyasiya var. Bu o deməkdir ki, çox ciddi real pulları olan adamlar çox ciddi real gəlirlər əldə edə bilirlər, o cümlədən də əmanətlərindən. Makroiqtisadi sabitlik var. Əlbəttə, bir sıra başqa amillər də var. Lakin burada vaxt imkan vermir ki, mən onlara toxunum. Biz bu amilləri də hərəkətə gətirəcəyik. 2015-ci ildə kredit faizlərinin aşağı salınması istiqamətində ciddi addımlar atılacaq.
Bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Bura-da bir sıra millət vəkilləri dedilər ki, gəlin Mərkəzi Banka əlavə səlahiyyətlər verək, faiz dərəcələrini inzibati qaydada məhdudlaşdırsın. Bunu etmək düzgün deyil. Bizim model, cənab Prezidentin irəli sürdüyü iqtisadi model liberal iqtisadi modeldir, effektiv dövlət modelidir. O, kommersiya fəaliyyətinə qarışmağı istisna edir. Bunu edən ölkələrin təcrübəsinə mən istinad etmək istəyirəm. Belə ölkələrdə kölgə bankçılıq, sələmçilik yaranır. Olduqca böyük iqtisadiyyata malik olan bəzi ölkələrdə, – mən onların adlarını çəkmək istəmirəm, – buna “şadobankinq”, yəni kölgə bankçılıq deyirlər. Onun həcmi bütövlükdə bank sektorunun 30–50 faizinə gəlib çatır. Biz belə bir sistem istəmirik. Biz şəffaf bir sistem istəyirik. Bu məsələni sırf iqtisadi yollarla tənzimləmək üçün Azərbaycan dövlətinin, o cümlədən Mərkəzi Bankın əlində bu gün kifayət qədər rıçaqlar və resurslar var.
Müzakirələrdə ikinci məsələ, təbii ki, ipoteka kreditləri məsələsidir. Olduqca mühüm məsələdir. Biz millət vəkil-lərinin qaldırdığı bu məsələnin həssaslığı və ciddiliyini tam dərk edirik. Ümumiyyətlə, əhalinin baza tələbatlarının ödə-nilməsi istiqamətində son 20 ildə nəhəng işlər görülübdür. Bu tələbatlar, bildiyiniz kimi, üçdür – əhalinin ərzaq təh-lükəsizliyi, geyim və mənzil. Bunlardan ikisi üzrə çox ciddi işlər görülübdür. Amma mənzil problemi... İqtisadiyyatda belə bir termin var, onun rus versiyası belədir: “отлoжен-ный Ñпроє, yəni təxirə salınmış tələbat. Bu, babalardan uşaqlara, nəvələrə ötürülmüş problemdir. Bilirsiniz ki, hətta mərkəzləşdirilmiş planlaşdırma da məsələnin öhdəsindən gəlmədi.
Azərbaycanda bu istiqamətdə də böyük işlər görülübdür. Şəhərimizə baxsaq, bunun şahidi olarıq. Sadəcə olaraq, pəncərədən şəhərə baxmaq lazımdır. Lakin bu məsələnin həlli olduqca ciddi tədbirlər görülməsini tələb edir. Dünya Bankının orqanı olan Beynəlxalq Maliyyə Korporasiyasının qiymətləndirməsinə görə Azərbaycanda ipotekaya olan ilkin tələbat 6 milyard Amerika Birləşmiş Ştatları dollarıdır. Bu tələbatı ödəmək üçün, təbii ki, çox ciddi maliyyə resursları lazımdır. Dövlətimizin ciddi maliyyə resursları var. Biz bundan istifadə edirik. Samir müəllimlə məsləhətləşmələr aparır, yaxın illərdə, hətta 2015-ci ildə ipotekaya ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artırılması istiqamətində addımlar atmağı planlaşdırırıq.
Əmanət bankları haqqında qanun layihəsi artıq hazırdır. Əmanət Bankı olduqca ciddi bir institutdur. Almaniyanın Əmanət Bankı II Dünya müharibəsindən sonra bu ölkənin dağıdılmış mənzil təsərrüfatının bərpasında müstəsna rol oynayıbdır. Bu bankın aktivləri Almaniyanın ümumi daxili məhsulunun 30 faizi qədərdir. Onun fəaliyyətində dövlət çox aktiv rol oynayır. Əhalinin yığımlarını stimullaşdıran bu banka dövlət özü Almaniyada 8 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 30 faizə qədər vəsait qoyur. Soruşa bilərsiniz ki, bunda dövlətin xeyri nədir? Dövlətin xeyri iqtisadi canlanma, məşğulluğun, büdcəyə daxil olan vəsaitlərin artması və beləliklə də, sosial problemlərin həllinə sərf olunası vəsaitlərin bir növ azaldılmasıdır.
Biz bu modelin üzərində ciddi düşünürük. Yəqin, Samir müəllimlə bu modeli biz bir daha müzakirə edəcəyik. Ümumiyyətlə, Azərbaycan ipoteka sisteminin yenidən qurulması, ona yenidən baxılması istiqamətində biz ardıcıl addımlar atacağıq.
Mən konstruktiv müzakirəyə və ünvanımıza söylənilən obyektiv tənqidlərə görə millət vəkillərinə bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Bu bizim işimiz üçün çox yararlıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elman müəllim. İndi sözü verək təhsil naziri Mikayıl Cabbarova.
M.Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri və millət vəkilləri! Mən ilk növbədə son iki gündə səhhətimdə olan bəzi məsələlərlə bağlı iclasa qoşulmamağıma görə təəssüf hissi keçirdiyimi bildirmək istəyirəm. Amma təhsil sahəsi barəsində səslənən hər bir fikri, hər bir təklifi biz böyük diqqətlə müzakirə etmişik. Burada bir çox mövzular səsləndi. Biz eşitdiyimiz təkliflərə və fikirlərə böyük dəyər veririk.
İcazənizlə, mən çıxışımın strukturu barədə çox qısa məlumat vermək istərdim. Biz çalışmışıq, səslənən təklifləri qruplaşdıraq və hər bir qrup suallara dair məlumat təqdim edək. Təbii ki, hansısa mövzular əhatə olunmamış qalarsa, biz onları əlavə olaraq əhatə etməyə hazırıq.
Mən müəllimlərin maksimal dərs yükü barədə səslənən fikirlərə aydınlıq gətirmək istəyirəm. Nazirlər Kabinetinin 2013-cü ilin sonunda qəbul etdiyi müvafiq qərara əsasən müəllimlərin maksimal dərs yükü onların öz istəyi ilə üç stavkaya və yaxud 36 dərs saatına bərabər ola bilər. Burada hər hansı bir məhdudiyyət yoxdur.
Əməkhaqqının ödənişinə gəldikdə, 12 saat olan stavka üçün minimal əməkhaqqı 155, maksimal əməkhaqqı 207 manatdır. Başqa sözlə, biz burada müəllimlərin əmək yü-künün qiymətləndirilməsini sadə riyazi yolla hesablaya bilərik.
Kənd məktəblərində müəllim kadrlarının çatışmaması burada ikinci çox mühüm məsələ kimi qaldırıldı. Nazirlər Kabinetinin 2014-cü il 15 avqust tarixli qərarı bu məsələnin həllinə yönəldilib. Rayon və kənd məktəblərində vakant ştatların azaldılması və bu məktəblərdə fənn müəllimlərinə olan ehtiyacın ödənilməsi məqsədi ilə gənc müəllimlərin həvəsləndirilməsi üçün olan məbləğləri əhəmiyyətli dərəcədə artırmışıq. Nəticə də ondan ibarətdir ki, bütün ölkə üzrə vakant ştatların sayı rayon və kənd məktəblərində 3 faizdən 1 faizə, daha dəqiq desək, 0,78 faizə enibdir. Bu da onu göstərir ki, müəllimlərin maddi təminat baxımından həvəsləndirilməsi istiqamətində hökumətin həyata keçirdiyi sistemli yanaşma və tədbirlər öz nəticəsini verir.
Sınaq qiymətləndirməsi barədə məsələlər səsləndi. Sınaq qiymətləndirməsi hələ ki, ancaq Bakı şəhərində yerləşən məktəblərdə keçirilir. Hər bir diaqnostika kimi bunun da məqsədi bizim zəif yerlərimizin öyrənilməsidir. İkinci mər-hələdə biz sınaq qiymətləndirməsindən keçən müəllimlərin xüsusi kurslar vasitəsilə təkmilləşdirilməsi üçün imkan yaradır və yalnız bundan sonra attestasiyanı həyata keçiririk. Gördüyünüz kimi, burada biz sosial yanaşmaya üstünlük veririk. Ona baxmayaraq ki, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanla həmsərhəd olan dövlətlərdə birbaşa attestasiya keçirilir. Amma biz dövlətin sosial siyasətini nəzərə alaraq hesab edirik ki, hər hansı bir müəllimi attestasiyaya dəvət etməmişdən öncə onun təkmilləşməsi üçün lazımi şərait yaratmalıyıq.
Sınaq qiymətləndirməsindən keçmiş müəllimlər üçün əməkhaqqının artırılmasına gəldikdə, – bu da müzakirələrdə səsləndi, – məlumat vermək istəyirəm ki, bu istiqamətdə artıq müvafiq müzakirələr aparılır. Fürsətdən istifadə edərək Maliyyə Nazirliyinə və hökumətdə digər həmkarlarıma bildirmək istəyirəm ki, hazırda müvafiq qərar layihəsi razılaşdırılmaqdadır. Ümid edirik ki, qısa müddət ərzində razılaşdırılacaqdır. Burada məqsəd sınaq qiymətləndirməsindən keçmiş müəllimlərin əməkhaqqının mərhələli olaraq artırılması istiqamətində konkret qərarın verilməsidir. Ümid edirik ki, yaxın müddətdə biz buna nail ola biləcəyik. Gördüyünüz kimi, bu model bir-birinin məntiqi davamı olan mərhələlərdən ibarətdir – əvvəl sınaq qiymətləndirməsi, sonra təkmilləşmə, sonra attestasiya və nəticə etibarilə diferensiallaşdırılmış əməkhaqqı. Düşünürük ki, bu model gələcəkdə bütün ölkə ərazisində tətbiq oluna bilər.
Burada müəllimlərin sayı barədə fikirlər, düzgün statisti-ka səsləndi. Azərbaycanda, həqiqətən, hazırda müəllimlərin sayı lazım olduğundan çoxdur. Müqayisə üçün deyək ki, Türkiyədə bir müəllimə 25, qonşu Rusiyada 18, Koreya kimi ölkədə 35 şagird düşür. Biz işə başladığımız dövrdə Azərbaycanda bir müəllimə 8 şagird düşürdü. Hazırda həyata keçirdiyimiz tədbirlər, yəni sistemin optimallaşdırılması nəticəsində ölkəmizdə artıq bir müəllimə 9, Bakıda 12 şagird düşür.
2013–2014-cü tədris ilində Azərbaycan məktəblərində şagirdlərin sayı 1 milyon 291 min idisə, bu il şagirdlərin sayı 1 milyon 322 mindir. Yəni şagirdlərin sayında 31 min artım var. Eyni müddət ərzində ölkədə müəllimlərin sayı 4 min nəfər azaldılıbdır. Amma onu da deyək ki, burada heç bir ixtisar aparılmayıb, buna yalnız optimallaşdırma nəticəsində nail olunubdur. Bu da öz növbəsində göstərir ki, Təhsil Nazirliyi artıq sistemin optimallaşdırılması məqsədi ilə düzgün istiqamətdə addımlar atır.
Təhsil Nazirliyi bu islahatı davam etdirməyə hazırdır. Çünki bu, təhsilin keyfiyyətinə birmənalı şəkildə müsbət təsir göstərir. Lakin burada sosial məsələ, düşünürəm ki, unudulmamalı, bu prosesin sosial nəticələri də dəyərləndirilməlidir. Çünki Azərbaycan Respublikasının təhsil sistemində 151 min müəllim fəaliyyət göstərir.
Nazirlik yeni müəllimlərin peşəyə gətirilməsi üçün bir sıra həvəsləndirici tədbirlər həyata keçirir və biz artıq bunun nəticələrini görürük. Belə ki, bizim aparıcı ali təhsil müəssisələrimizdə əsas fənlər üzrə müəllim ixtisaslarına qəbul balları il-ildən yüksəlir. Bu da o deməkdir ki, cəmiyyətdə müəllim peşəsinin hörmət və nüfuzunun qaldırılması üçün həyata keçirilən iş müəyyən nəticələr verir.
Müzakirələrdə hərbi hazırlıq və bədən tərbiyəsi mövzu-suna da toxunuldu. Yəqin, burada biz ondan başlamalıyıq ki, təhsil sistemində öz məqsədimizi iki əsas istiqamətdə görürük. Birincisi, fənn biliklərinin verilməsi, ikincisi və ən mühümü isə müstəqil Azərbaycan Respublikası vətəndaşının vətənpərvər ruhda, şəxsiyyət kimi formalaşdırılması. Bu nöqteyi-nəzərdən, təbii ki, burada səslənən məsələlər çox mühümdür. Bu müddət ərzində Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə bir çox işlər həyata keçirilibdir.
Ən yeni tariximizin əyani şəkildə öyrənilməsini təmin etmək məqsədi ilə ötən ildən biz Prezident Administrasi-yasının müvafiq şöbəsi ilə birgə ölkənin hər bir bölgəsində tarix dərsləri keçirik. Ayrıca fakültativ fənn kimi Qarabağ tarixinin tədrisi başlanıbdır. 15 sentyabrda vətənpərvərlik dərsinin birinci dərs olmağını hamınız çox yaxşı bilirsiniz. Fürsətdən istifadə edərək bir sıra millət vəkillərinə bu təşəbbüsdə iştirak etdikləri üçün öz təşəkkürümü bildirir və ümid edirəm ki, gələcəkdə onların sayı artacaqdır.
Müdafiə Nazirliyi ilə birlikdə çalışaraq keçən ay sərhəd-yanı rayonlarda media mənsublarının iştirakı ilə keçirilən müvafiq görüşləri, məktəblərlə, hərbi hissələrlə, Müdafiə Sənayesi Nazirliyi ilə həyata keçirdiyimiz işi xüsusi vurğulamaq istəyirəm. Biz Müdafiə Sənayesi Nazirliyinin kosmik cihazqayırma təcrübi zavodu ilə bütün məktəblərdə hərbi kabinetlərin Azərbaycan Respublikasında istehsal olunan xüsusi təlim avadanlığı ilə təmini üçün işləri artıq başlamışıq. Bu il 50 məktəbdə bu kabinetlər təmin olunacaqdır.
Hər hansı bir anlaşılmazlıq olmasın deyə bildirməliyəm ki, bizdə fiziki hazırlıq və hərbi hazırlıq dərslərini bərpa etməyə ehtiyac yoxdur. Çünki onlar heç bir zaman ixtisara salınmayıbdır. Hər bir fənn üzrə tədris yükü 2 saatdır.
Bundan başqa, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin, yəni uşaq-gənclər idman məktəblərinin, respublika əhəmiyyətli idman məktəblərinin, idman təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, müasirləşdirilməsi, daha uğurlu kadr siyasətinin həyata keçirilməsi istiqamətində işlər gedir.
Mən “Sağlam təhsil” layihəsini xüsusilə vurğulamaq istəyirəm. Bu layihənin əsas məqsədi, adından da göründüyü kimi, təhsil prosesində şagirdlərə yalnız biliklərin verilməsi deyil, o cümlədən onların sağlam vətəndaş kimi, şəxsiyyət kimi formalaşdırılmasıdır. Mən əminliyimi bildirmək istəyirəm ki, Mübariz İbrahimov kimi qəhrəmanı, İlkin Muradov kimi bahadırları yetişdirən Azərbaycan məktəbi gələcəkdə də vətənpərvər şəxslər yetişdirəcəkdir.
Peşə təhsili sahəsi vurğulandı. Bu, həqiqətən, bizim üçün prioritet sahələrdən biridir. Bunun iki səbəbi var – ölkənin davam edən iqtisadi artımı və müsbət demoqrafiyası. Hesab edirəm ki, bu istiqamətdə bizim müəyyən müsbət nəticələ-rimiz var. İlk dəfə olaraq qəbul planı əmək bazarının ehti-yaclarına əsaslanaraq tərtib olunub, – əvvəllər son illərin baza planı əsas götürülürdü, – standartlara və müvafiq olaraq tədris proqramına yenidən baxılıb, ölkənin müstəqillik dövründə ilk dəfə peşə təhsili müəssisələrinə kənd təsərrüfatı texnikası, təlim avtomobilləri və bir sıra digər xüsusi avadanlıqlar çatdırılıbdır.
Bu sahədə biz işəgötürənlərlə yaxın təmasda işləyirik. Çünki bizim əsas məqsədimiz ölkənin iqtisadiyyatı üçün tələbat olan sahələr üzrə mütəxəssislər yetişdirməkdir. Burada mən Azərbaycan Sahibkarlar Konfederasiyasını, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, “Bakıelektrikşəbəkə” və “Azərsu” açıq səhmdar cəmiyyətlərini, digər dövlət və özəl müəssisələri qeyd etmək istəyirəm. Onların hamısı, yəni sadaladığım bütün müəssisələrlə biz birgə təlim-tədris proqramlarını peşə təhsili məktəblərində həyata keçirməyə başlamışıq və bu, yüksək nəticələr verir. Məzunların 70 faizindən artığı “müasir Azərbaycan peşəkarları layihəsi” çərçivəsində təlimdən sonra işlə təmin olunur. Bu sahədə beynəlxalq əməkdaşlığın da sərfəli olacağına inanırıq. Bu yaxınlarda Dünya Bankı ilə peşə təhsili sahəsində bir layihəni başlamaq niyyətindəyik. Qısa müddət ərzində həmin layihə üzrə danışıqların başa çatdırılmasına ümid edirik.
Xaricdə təhsil özrə Dövlət Proqramı ilə bağlı çox qısa olaraq bunu deyə bilərəm ki, üzümüzə gələn il birinci dövlət proqramının son ilidir. Biz onun nəticələrini dəyərləndiririk. 755 nəfər məzunumuz var. Onlardan 35 faizi dövlət sektorunda, 65 faizi özəl sektorda fəaliyyət göstərir. Burada səslənən təkliflərə cavab olaraq mən də öz tərəfimdən vurğulamaq istəyirəm ki, biz dövlət başçısının tövsiyələrini, göstərişlərini nəzərə alaraq növbəti dövlət proqramının hazırlanması işinə başlamışıq. Bu proqramda biz artıq bir alət deyil, iki alət nəzərdə tuturuq. Yəni indiyə qədər biz tələbələri təhsil almaq üçün xaricə göndərirdiksə, gələcəkdə xaricdən professorların müvafiq proqram əsasında Azərbaycanın ali təhsil məktəblərində tədris işinə cəlb edilməsini planlaşdırırıq. Təbii olaraq burada biz universitetlərin qəbuletmə imkanlarına da diqqət yetirəcəyik.
Nəhayət, təhsildə ümumi islahatlar mövzusuna toxunar-kən mən sizin hər birinizi əmin etmək istəyirəm ki, biz bu sahədə olan məsələlərin həlli məqsədi ilə son 19 ay ərzində həyata keçirilən islahatlarda çalışmışıq, populist yanaşmalardan kənar olaq və üç əsas amilə əsaslanaq: birinci, elmi əsaslandırma, ikinci, sahə ekspertləri tərəfindən həyata keçirilən ekspertiza və üçüncü, hər bir islahatın maliyyə, iqtisadi və sosial təsiri. Təbii ki, biz bu sahədə istənilən islahatın elmi əsaslandırılmasını böyük məmnuniyyətlə müzakirə etməyə hazırıq.
Hörmətli millət vəkilləri tərəfindən dərsliklər barədə müəyyən fikirlər səsləndi. Mən hər hansı bir anlaşılmazlıq olmasın deyə bildirməliyəm ki, Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində bərk qabıqlı dərsliklərdən istifadə olunmur. Birinci sinifdə istifadə olunan beş dərsliyin ümumi çəkisi 1 kilo 240 qramdır. Biz çalışırıq ki, gələcəkdə bunu mümkün qədər daha çox optimallaşdıraq. Bu məqsədlə 6-cı və 7-ci siniflər üçün bütün dərsliklər artıq açıq şəkildə elektron resursda yerləşdirilib və bütün şagirdlərin istər məktəb kitabxanalarından, istər evlərindən, istərsə də telefonlarından bu dərsliklərdən istifadə etmək imkanları mövcuddur. Amma təbii ki, bizim üçün ən mühüm məsələ dərsliyin məzmunudur və biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, burada təhsillə bağlı səsləndirilən bəzi suallara artıq cavab verildi. İndi Samir müəllimə söz verək. Samir müəllim, buyurun.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Çox sağ olun, hörmətli Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də ilk növbədə 2015-ci il dövlət büdcəsinin, büdcə zərfinə daxil olan sənədlərin və materialların hazırlanmasına, təqdiminə dair bir çox millət vəkilləri tərəfindən verilən müsbət qiymətə görə öz adımdan və hökumətdəki həmkarlarım adından millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, 2015-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində hörmətli millət vəkillərinin fəal iştirakını təqdir edərək bu layihə və ölkəmizin sosial-iqtisadi inkişafının digər məsələləri ilə bağlı səsləndirdikləri şərhlərin, təklif və tövsiyələrin ənənəvi olaraq aktuallığı ilə seçildiyini qeyd etmək istərdim.
Hörmətli millət vəkillərinin çıxışlarında səslənmiş sual, təklif və tövsiyələri aşağıdakı bir neçə qrupa bölmək olar: 1-ci, ölkənin müdafiə qüdrətinin daha da artırılması üçün əlavə maliyyə təminatının yaradılması, 2-ci, təhsil və təhsillə bağlı məsələlərin həlli, 3-cü, səhiyyə sahəsində islahatlar və qarşıda duran vəzifələr, 4-cü, elmin inkişafı və onun maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı məsələlər, 5-ci, aqrar sektorun, o cümlədən kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, 6-cı, qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara və kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin və maliyyə yardımının daha da artırılması, 7-ci, ipoteka kreditləşməsi, o cümlədən sosial ipoteka kreditlərinin genişləndirilməsi, 8-ci, bank kreditlərinin və onların faiz dərəcələrinin tənzimlənməsi və azaldılması, 9-cu, dövlət və icmal büdcələrin gəlirlərinin artırılması və büdcə layihəsində neftin qiyməti ilə bağlı olan məsələlər, o cümlədən mövcud risklərin qiymətləndirilməsi.
Bununla yanaşı, hörmətli millət vəkilləri tərəfindən ölkədə suvarma və içməli su təminatının, qazlaşdırmanın, enerji təchizatının yaxşılaşdırılması, kəndlərarası və kənddaxili yolların tikintisi və əsaslı təmiri, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə maddi-texniki təminatın daha da artırılması, əsasən, regionlarda yeni binaların tikilməsi, təmirə ehtiyacı olanların yenidən qurulması və digər təkliflər irəli sürülmüşdür.
Yuxarıda qeyd olunan məsələlərə münasibətimi bildirmək istərdim. Ölkəmizin müdafiə qüdrətinin daha da artırılması barədə səslənən təkliflərlə bağlı hesab edirik ki, dövlət büdcəsində bu məqsədlə kifayət qədər vəsait nəzərdə tutulub. Həm mən öz çıxışımda, həm də millət vəkilləri müzakirələrdə qeyd etdilər ki, dövlət büdcəsində hərbi xərclər cari illə müqayisədə bir qədər də artırılıb. Bütün bunlar, əlbəttə, dövlət başçımız tərəfindən bu sahədə aparılan məqsədyönlü siyasətin maliyyə təminatını yaradır.
Təhsillə bağlı məsələlər barədə hörmətli Mikayıl müəllim tərəfindən, hesab edirəm ki, çox ətraflı məlumat verildi. Bank kreditləri, onların faizləri, ipoteka kreditləşməsi barədə isə Mərkəzi Bankın sədri hörmətli Elman müəllim tərəfindən açıqlama verildi. Bu sahədə təkcə onu qeyd etmək istərdim ki, ipoteka kreditlərinin bazasının daha da genişləndirilməsi istiqamətində hökumət Mərkəzi Bankla yaxından əməkdaşlıq edir. Hesab edirik ki, çox yaxın bir zamanda bununla bağlı əlavə təkliflər təqdim olunacaqdır.
Mənim çıxışımda da, dövlət büdcəsi layihəsində də gös-tərildiyi kimi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizli-yinin təmin edilməsi məsələlərinə hökumət xüsusi əhəmiy-yət verir. Bildiyiniz kimi, bu sahədə qarşıya qoyulan vəzi-fələrin həyata keçirilməsi üçün müəyyən maliyyə mexa-nizmləri mövcuddur. O cümlədən Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən də bu sahəyə kifayət qədər vəsait ayrılır. Təkcə onu qeyd etmək istərdim ki, aqrar sektorun inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan işlərin daha da təkmilləşdirilməsi üçün gələn ilin büdcəsində 55 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur.
Mən xüsusi olaraq elmin maliyyələşdirilməsi məsələsinə toxunmaq istərdim. Nəzərinizə çatdırım ki, dövlət büdcə-sinin layihəsi Milli Məclis komitələrinin iclaslarında da ətraflı surətdə müzakirə edilmişdir. Mən hesab edirəm, bu çox düzgün və faydalı bir formatdır. Həmin müzakirələr zamanı da elmin maliyyələşdirilməsi ilə bağlı məsələlər ətraflı müzakirə edilmiş və o cümlədən guya elmə daha az vəsaitin ayrılması məsələsinə aydınlıq gətirilmişdir.
Mən plenar iclasda çıxışımda da bu məsələyə toxunmuş və qeyd etmişdim ki, növbəti ilin dövlət büdcəsində elm xərcləri üçün 143 milyon manat vəsait nəzərdə tutulub. Bu bölmədən maliyyələşən təşkilatların 6 milyon manat büdcədənkənar gəlir və xərcləri nəzərə alınan vəsaitdir. Yəni bunları nəzərə almadan dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən elmin maliyyələşdirilməsi üçün 137 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Cari illə, yəni 2014-cü illə müqayisədə bu, 4 milyon manat və yaxud 3,2 faiz çox deməkdir.
Büdcədənkənar gəlirlər və büdcədənkənar xərclər mütə-nasib şəkildə götürülür. Büdcədənkənar gəlirlər deyildikdə müəssisə və təşkilatların büdcədən ayrılan təxsisatlardan əlavə olaraq əldə etdikləri gəlirlərdən söhbət gedir. Büdcə-dənkənar gəlirlər olduğu təqdirdə büdcədənkənar xərclər də onlara mütənasib şəkildə, yəni eyni məbləğdə nəzərdə tutulur.
Əvvəlki illərdə elmi müəssisələr tərəfindən büdcə sifarişləri bizə təqdim olunarkən büdcədənkənar gəlirlər üzrə proqnozlar olduğundan daha yüksək göstərilib. Həmin illərin praktikası göstərir ki, əslində, proqnozdakından xeyli az məbləğlərdə vəsait daxil olur. Misal üçün, 2014-cü ilin elm bölməsi üzrə büdcədənkənar vəsaitin həcmi 14,5 milyon manat proqnozlaşdırılıb. Cari il iyulun 1-nə olan məlumata görə icra, yəni daxilolmalar yalnız 400 min manat təşkil etmişdir. Operativ məlumata əsasən, 10 ay ərzində isə bu gəlirlər yalnız 1 milyon manat təşkil edir, yəni büdcədə nəzərdə tutulmuş proqnozdan təxminən 13 milyon manat az.
2015-ci ilin dövlət büdcəsi hazırlanarkən biz bu reallıqları nəzərə alaraq həmin büdcədənkənar gəlirlərin proqnozunu azaltmş və bu da nəticə etibarilə elmə ayrılan xərclərin azalmasına gətirib çıxarmışdır. Bununla belə, bir daha qeyd etmək istəyirəm ki, ölkənin 2015-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən elmə cari illə müqayisədə 4 milyon manat çox vəsait ayrılır. Büdcədənkənar gəlirlər isə azaldığına görə daha az xərclər əmələ gələcəkdir. Lakin biz burada səslənən təklifləri nəzərə alaraq bir daha baxarıq, görək elmə ayrılan vəsaitləri hansı yollarla artıra bilərik.
Növbəti il üçün dövlət və icmal büdcələrinin gəlirlərinin formalaşması barədə danışarkən mən öz çıxışımda qeyd etdim ki, dövlət büdcəsində neftin qiyməti 90 ABŞ dolları məbləğində nəzərdə tutulub. Bu məsələ ilə bağlı biz burada komitə iclaslarında xeyli müzakirələr aparmışıq. Şübhəsiz ki, hər bir proqnozun, o cümlədən bizim dövlət büdcəsində təqdim olunmuş proqnozun müəyyən risk səviyyəsi var. Amma bizim işimiz ondan ibarətdir ki, bu riskləri idarə edək. Hesab edirik ki, bizim büdcəmiz bu risklərin idarə edilməsinə imkan verir. Bunun üçün bizim müəyyən qədər ehtiyatlarımız da mövcuddur. Mərkəzi Bankın sədri valyuta ehtiyatlarımız və buna uyğun həyata keçirilən həm pul-kredit, həm də məzənnə siyasəti barədə sizə məlumat vermişdir.
Növbəti ilin büdcəsi, şübhəsiz ki, gəlirlər baxımından gərgin, lakin tam realistik bir büdcədir. Hesab edirik ki, bu büdcənin, başlıcası isə dövlət büdcəsi xərclərinin təmin edilməsi üçün bizim kifayət qədər imkan və təcrübəmiz var.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Yekunda bir daha bildirmək istərdim ki, burada səsləndirilən bütün qeyd və təkliflər hökumət tərəfindən öyrəniləcək və 2015-ci ilin dövlət büdcəsi layihəsində onların nəzərə alınması imkanları təhlil ediləcəkdir. Biz bu işin nəticələri barədə Milli Məclisin növbəti plenar iclasında əlavə məlumat verəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Amma bir məsələni mən Sizin sözünüzə qüvvət demək istəyirəm. Bir çoxları dedilər ki, neftin qiyməti 60-a, 60-dan aşağı düşə bilər. Ancaq son hesablamalar göstərdi ki, qiymət 65 dollardan aşağı olanda ən böyük şist qaz yataqları da gəlirli olmur. Yəni bu onu göstərir ki, qiymətlər hətta 65-ə düşsə belə, çox müvəqqəti düşə bilər. Yəni belə böyük risklər yoxdur. Çox sağ olun, Samir müəllim.
İndi mən millət vəkillərindən xahiş edirəm ki, gündəlik-dəki 2-ci məsələdən qabaq 7-ci məsələni müzakirəyə çıxa-raq. Onu səsə qoyaq, sonra büdcənin müzakirəsini davam etdirərik. Bu çox vacib məsələdir – Azərbaycan Respub-likası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında Memorandum. Buyursun Sevinc Fətəli-yeva.
S.Fətəliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri! “Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılır. Qeyd etmək istərdim ki, Azərbaycan müstəqillik əldə edəndən bəri və xüsusilə son 10 il ərzində müəyyən çətinliklərə baxmayaraq, həm iqtisadi, həm də siyasi baxımdan böyük bir inkişaf yolu keçib. Bu gün bizdə uğurla fəaliyyət göstərən dövlət strukturları, artıq formalaşmış azad vətəndaş cəmiyyəti mövcuddur.
Dövlət siyasətində, həmçinin cəmiyyət üçün ən ali amil demokratiyanın inkişafı və müstəqilliyin qorunub saxlanıl-masıdır. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatla-rın üzvü olaraq həmin təşkilatlarla bərabər hüquq əsasında əməkdaşlıq edir. Bu əməkdaşlığın istiqamətləri ikitərəfli müəyyənləşdirilir və dəyərləndirilir. Lakin zaman keçir, dünyada dəyişikliklər baş verir. Dövlətimiz inkişafın yeni mərhələsinə keçərək bəzi əməkdaşlıq formalarını təkmilləşdirməlidir. Müstəqilliyin ilk illərində mürəkkəb vəziyyətdə olan Azərbaycan beynəlxalq təşkilatlara üz tutaraq maliyyə və digər ehtiyaclarını bildirirdi. Ancaq bu gün Azərbaycan dövlətinin yeganə ehtiyacı mənəvi və müəyyən məsələlərdə siyasi dəstəkdir.
Azərbaycan üçün ATƏT-lə əməkdaşlıq çox böyük əhə-miyyət daşıyır. Lakin biz 20 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətini daha fəal görmək istərdik. Ümid edirik ki, ATƏT-in Layihə əlaqə-ləndiricisinin və onun heyətinin təşəbbüs və layihələri Minsk Qrupunun işinə yeni təkan verəcək.
Hörmətli həmkarlar, onu da qeyd etmək istərdim ki, Layihə əlaqələndiricisi layihələri təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edəcək və layihələrin planlaşdırılması, işlənib hazırlanması və icra edilməsi ilə bağlı ATƏT-in daimi şurasına mütəmadi olaraq hesabat verəcək. Bütün layihələrin dövlətimizin ehtiyaclarının ödənilməsinə xidmət edəcəyini nəzərə alaraq həmkarlarımdan xahiş edərdim ki, bu qanun layihəsinə səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, biz hamımız bu məsələnin kökünü bilirik. Bizdə ATƏT-in ofisi var idi. Biz o ofisin ranqını azaltdıq, onu Layihə əlaqələn-diricisi səviyyəsinə endirdik. Bu layihələr də, Sevinc xanı-mın söylədiyi kimi, yalnız Azərbaycanın müvafiq qurumları ilə bir yerdə işlənilən layihələr olacaq. Bu yaxında bir layihə də, demək olar ki, bizimlə birlikdə işləndi. Buyur, Siyavuş Novruzov. Amma xahiş edirəm, bir az qısa.
S.Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Sevinc xanım yaranacaq qurumla bağlı fikirlərini dedi. Ölkəmiz müstəqil-liyini əldə etdikdən sonra biz uzun müddət ATƏT-in Bakı ofisi ilə səmimi əməkdaşlıq etməyə çalışmış, lakin Azərbaycanla bağlı olan məsələlərdə dəfələrlə onun qeyri-obyektivliyinin, Azərbaycan xalqının daxili işlərinə qarışmaq, Azərbaycan dövlətinin idarə olunmasına təsir göstərmək cəhdlərinin şahidi olmuşuq.
ATƏT-in bizi əhatə edən dövlətlərdə, lap son dövrlərdə başqa-başqa ölkələrdə hətta müharibə şəraitində keçirilən seçkilərə, Ermənistanda keçirilən seçkilərə verdiyi rəylərlə Azərbaycanda keçirilən seçkilərə verdiyi rəyləri müqayisə etmək kifayətdir ki, onun bu rəylərdə nə qədər qeyri-obyektiv, Azərbaycana qarşı nə qədər ədalətsiz olduğu üzə çıxsın.
Ona görə də hörmətli Oqtay müəllim, biz səs verək, bunu təsdiq edək, amma xahiş edək ki, bu qurum Azərbaycanda öz mandatı çərçivəsində fəaliyyət göstərsin, mandatından qırağa çıxmasın. Yəni tutalım ki, Amerika Birləşmiş Ştat-larında, Avropanın hər hansı bir ölkəsində öz mandatı çərçivəsində necə fəaliyyət göstərirsə, Azərbaycanda da o mandat çərçivəsində elə fəaliyyət göstərsin, daha burada özünü ağsaqqal kimi aparmasın.
Azərbaycan xalqı öz dövlətinin idarəetmə mexanizmini müəyyənləşdirib, rəhbərini seçib, dövlət strukturlarını formalaşdırıb və bu xalqın dəyərləri ATƏT-in dəyərlərindən, ora yığışanların dəyərlərindən xeyli üstündür. O baxımdan mən hesab edirəm ki, bunu təsdiq etməklə yanaşı, biz öz fikirlərimizi, rəylərimizi də bildirməliyik ki, ATƏT-in Azərbaycanda gələcək fəaliyyəti bu istiqamətdə olsun.
Hörmətli Ziyafət müəllim indi qeyd etdi ki, ATƏT-in Minsk Qrupu son bəyanatında Azərbaycan ərazisini neytral ərazi kimi təqdim edir. Bu da bunların Minsk Qrupudur da, onların nümayəndəsidir, həmin həmsədrlərdir də. O baxımdan da yanaşma tərzlərində bir dəyişiklik olmalıdır. Bunu biz arzu edirik, bildiririk.
Kiçik bir əlavəm də var, Oqtay müəllim. Burada, doğrudan da, çox gözəl müzakirələr getdi. Amma hesab edirəm ki, bu müzakirələr debat şəklində qurulmalıdır. Biz sual verdik, cavab verildi, bununla məsələ bitmir. Yəni elə məsələlər var ki, o suala biz cavab ala bilmirik və deyilən faktlar da reallığı əks etdirmir. O baxımdan da reallığı əks etdirmək üçün gələcəkdə bunu hansısa formada hissə-hissə... Yəni bir hissə deputatlar danışdı, sonra hörmətli nazirlər məlumat versinlər ki, burada vəziyyət necədir. Ondan sonra növbəti deputat, ola bilsin, başqa bir məsələ qoyacaq və yaxud müəyyən məsələlərə dair fikrini bildirəcək. Ona görə də hesab edirəm ki, buna da bir ehtiyacımız var. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. İndi keçək Sizin birinci təklifinizə. Elə Sizin xatırlatdığınız məsələlərə görə ATƏT-in Bakı ofisi artıq Layihə əlaqələndiricisi səviyyəsinə düşdü. Bu bir, ikinci, Sizin dedikləriniz daha çox ATƏT-in Demokratik Təsisatlar İnstitutuna aiddir. Mən tam səmimi deyirəm, bu institut nə ATƏT-i, nə də onun Parlament Assambleyasını sayır. Seçkilərdə də görmüşük ki, ATƏT-in bu institutu öz təşkilatına da məhəl qoymur. Ancaq biz ATƏT-dən belə danışırıqsa, onda gərək gedək çıxaq Birləşmiş Millətlər Təşkilatına. Belə çıxır, bütün bu təşkilatların kökü Birləşmiş Millətlər Təşkilatıdır. Biz özü-müzü təcrid etməli deyilik ki. Bu təşkilat varsa, Layihə əlaqələndiricisi səviyyəsində burada iştirak etməlidir. Bu memoranduma artıq qol çəkilib, bunu müzakirə etməyə ehtiyac yoxdur.
Sizin ikinci təklifinizə gəlincə, hörmətli Siyavuş müəllim, bu büdcə burada qəbul edilməmişdən qabaq Milli Məclisin bütün komitələrində bütün nazirliklərin nümayəndələri ilə birlikdə günlərlə müzakirə olunur. Büdcə o müzakirələrdən sonra bura gəlir. Biz deputatlar nazirliklərin qaldırmalı olduğu məsələləri burada qaldırmalı deyilik. O məsələləri nazirliklər özləri qaldırmalıdırlar. Bu məsələlərin hamısı büdcə plenar iclasa çıxarılana kimi müzakirə olunmalıdır. Əfsus ki, bunlar hələ belə olmur. Mən, məsələn, müzakirələrin debatlar şəklində keçirilməsinə razıyam. Amma bu müzakirələr komitələrdə debatlar şəklində keçirilməlidir. Büdcəyə baxılması komitələrdə başlayır. Əsas debatlar orada getməlidir, burada biz debat açmalı deyilik. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edild
Çox sağ olun. Saat 4-ə kimi fasilə elan olunur.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Hörmətli millət vəkilləri, gündəlikdə beş məsələ qalır. Mən təklif edirəm ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında, eləcə də Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında məruzələrə qulaq asaq, ondan sonra bu üç məsələni bir yerdə müzakirə eləyək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında qanun layihəsi barədə. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli deputat həmkarlarım, dəyərli hökumət üzvləri, xanımlar və cənablar! Müstəqil Azərbaycan dünyada gedən gərgin siyasi, iqtisadi, sosial proseslər fonunda özünün növbəti ilinə qədəm qoyur. Gələn ilin büdcə paketinin müzakirələri bir daha göstərdi ki, Azərbaycan dövlətinin, onun Prezidenti cənab İlham Əliyevin baş məqsədi xalqın sosial durumunun, rifahının yaxşılaşdırılması, sosial müdafiənin bütün qollarının gücləndirilməsidir. Elə bu istəyin nəticəsidir ki, müzakirə etdiyimiz dövlət büdcəsinin xərclərinin 27,6 faizi bu tələblərə yönəldilmişdir.
Ölkədə sosial müdafiə sisteminin, yəqin ki, ən vacib sahəsi sığorta-pensiya sahəsidir. Dövlət Sosial Müdafiə Fondunun büdcəsi bu sahədə aparılan genişmiqyaslı fəaliyyəti sanballı rəqəmlərlə özündə ehtiva edir. Hazırlanan bu büdcənin baş xətti respublika Prezidentinin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014–2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”dır. Bu Konsepsiya növbəti mərhələdə sığorta-pensiya sistemində yeni islahatların aparılması, sosial ədalətin gücləndirilməsi, yeni institutların formalaşması, pensiyaçıların sosial müdafiəsinin səmərəliliyinin artırılması və digər çox önəmli dəyişiklikləri özündə əks etdirir ki, bu da son nəticədə xalqın mənafeyinin qorunmasına və rifahının daha da yaxşılaşdırılmasına gətirib çıxaracaqdır.
Hörmətli deputat həmkarlarım, sevindirici haldır ki, Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin gəlirləri artıq 3 milyard manatı keçmişdir ki, bu da əvvəlki ilə nisbətən 14 faiz çoxdur. Bu büdcənin “Gəlirlərin mənbələri” bölməsində müsbət dəyişikliklər çoxdur. Belə ki, əgər 2013-cü ildə Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfertin həcmi 40,3 faiz təşkil edirdisə, gələn il üçün bu rəqəm 35,8 faizə qədər endirilmiş, yəni 2014-cü illə müqayisədə 42 milyon manat azalmışdır. Bu bir daha onu göstərir ki, Dövlət Sosial Müdafiə Fondu sığorta haqlarının toplanması ilə əlaqədar fəaliyyətini xeyli yaxşılaşdırmış, əsaslı uğurlara nail olmuşdur. Təkcə bu il sığortaya cəlb olunan işçilərin sayı 1 milyon 500 min nəfər artmışdır. Bu sahədə qanunu pozan işəgötürənlərin cərimələnməsi statistikası əvvəlki ilə nisbətən 23 dəfə artıq olmuşdur. Bu isə onu göstərir ki, yığım sahəsində bizim problemlərimiz var və bu problemlərə ciddi münasibət bəsləməliyik.
Bununla bağlı digər maraqlı məsələlərə də həmkarlarımın diqqətini cəlb etmək istəyirəm. Əgər 2013-cü ildə Dövlət Sosial Müdafiə Fonduna yığım dövlət büdcə təşkilatları hesabına ümumi yığımın 37 faizini təşkil edirdisə, gələn il üçün bu göstərici 35 faizə enmişdir. Adekvat olaraq qeyri-büdcə təşkilatlarından yığım 65 faizə çatdırılmışdır ki, bu da məbləğ olaraq 1,3 milyard manata yaxın bir rəqəmdir.
Yeri gəlmişkən, mən fondun “elektron hökumət”in inki-şaf etdirilməsi istiqamətində atdığı addımları, hüquqi və fiziki şəxslərin sosial sığortaya cəlb olunmasında da bu metodlardan istifadə olunmasını xüsusi qeyd etmək istərdim. Belə ki, bu qurumda vətəndaş-məmur kontaktı tamamilə minimuma endirilmiş, pensiyaların bankomatlar vasitəsilə ödənilməsinə artıq 99 faiz nail olunmuşdur. Bu, dövlətimizdə “elektron hökumət”in inkişaf etdirilməsi istiqamətində aparılan işə ən bariz nümunələrdən biridir.
Mən gəlirlərin formalaşmasında bir sıra digər ehtiyat mənbələrinin də olduğunu vurğulamaq istərdim. Hesablama Palatasının təhlili deməyə əsas verir ki, fondun ötən müd-dətlərdən yığılmış bir sıra debitor borclarının alınması istiqamətində fəaliyyəti bir az da güclənərsə, büdcənin gəlirləri mütənasib olaraq arta bilər. İlk baxışda çox cüzi görünsə də, peniya və maliyyə sanksiyalarının tətbiqi yolu ilə də gəlirlərin qismən artırılmasına nail olmaq mümkündür.
Hörmətli həmkarlarım, Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün xərcləri, əsasən, əhaliyə paylanan ödəniş-lərdən ibarətdir. Belə ki, gəlirlərin 3 milyard 56 milyon 286 min manatının təxminən 3 milyard manata qədərini və ya 98 faizini əhaliyə ödənişlər təşkil edəcəkdir. Bu da müvafiq olaraq 2013-cü illə müqayisədə 18,1 faiz çoxdur.
Bir maraqlı statistikanı da nəzərinizə çatdırmaq istəyirəm. Son illər ölkədə aparılan sosial müdafiə yönümlü ardıcıl işlər Azərbaycanda orta ömür yaşını 74,2-yə çatdırmışdır. İndi bizdə qadınlar 76,8 il, kişilər isə 71,6 il ömür sürürlər. Təbii ki, bu, ölkə əhalisinin ümumi sayının və mütənasib olaraq pensiya alanların faizinin xeyli yüksəlməsinə gətirib çıxarır. Bu isə öz növbəsində sığorta olunan işçilərin də sayının adekvat olaraq artmasını tələb edir. Hazırda ölkə üzrə sığorta ödəyənlər təxminən 3 milyon nəfərdir. Bu rəqəmin məşğul əhalinin əməkhaqqı alan hissəsinin sayına mümkün qədər daha çox yaxınlaşdırılmasını zaman özü tələb edir.
Fondun vəsaitinin bir hissəsi də sosial müavinətlərin ödənilməsinə yönəldilmişdir. Təkcə hamiləliyə və doğuma görə ayrılan vəsaitlər gələn il əvvəlki ildəkindən 31 faiz çox olacaqdır. Digər sahələrdəki artımları təhlil edərkən aydın olur ki, uşaqların anadan olmasına və onlara qulluğa görə vəsaitlər də 8–11 faiz artmışdır.
Digər sosial müavinət rəqəmlərinin isə, əksinə, azalması məqsədəmüvafiq olardı. Bu, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı olan ödənişlərdir. Belə ki, bu artımın 26 faiz olduğu hamımızı düşündürməlidir. Diqqət iş yerlərində işəgötürənlər tərəfindən işçilərin əmək şəraitinin yaxşılaşdırılmasına, onların sağlamlığının daha çox qorunmasına yönəldilməlidir.
Komitə iclasında Dövlət Sosial Müdafiə Fondunun büd-cəsi müzakirə olunarkən bizim həmkarlarımız sanator-kurort xidmətləri ilə bağlı bəzi fikir, məsləhət və iradlarını bildirdilər. Mən onları da sizə çatdırmağı özümə borc bilirəm. Komitədə ilk növbədə qeyd olundu ki, son illər Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyası ayrılan vəsaitlərin daha səmərəli, qənaətlə, sistemli şəkildə istifadəsinə xüsusi diqqət yetirmiş və bu sahədə bir sıra uğurlu islahatlara nail olmuşdur. Nəticədə maliyyə tutumunun həcminin cüzi artımına baxmayaraq, istirahət eləyən işçilərin sayı xeyli çoxalmış, xidmətlərin keyfiyyəti yüksəlmişdir.
Buna baxmayaraq, deputat həmkarlarım gələn ilin iyun ayında I Avropa Oyunlarının keçiriləcəyi Bakı şəhərinə gə-lənlərin çox olacağı ehtimalını, bütövlükdə işçilərin səhhə-tinin qorunmasında profilaktik tədbirlərə üstünlük verilməsinin dünya təcrübəsini nəzərə alaraq bu məqsədlərə daha çox vəsait ayrılmasının məqsədəmüvafiq olduğunu xüsusi vurğuladılar. Uşaqların sağlamlıq düşərgələrində istirahətinə ayrılan məbləğin üç dəfə artaraq 318 min manata çatmasına baxmayaraq, deputatlar bu göstəricinin də mümkün qədər artırılmasını məqsədəmüvafiq hesab etdilər.
Onu da bildirim ki, komitə üzvlərinin və deputat həmkarlarımızın hər il çıxışlarında səsləndirdikləri irad və təkliflər Dövlət Sosial Müdafiə Fondu tərəfindən mümkün qədər nəzərə alınmış, büdcədə müvafiq düzəlişlər aparılmışdır. Mən buna görə Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə və kollektivinə minnətdarlığımı bildirmək istəyirəm. Düşünürəm ki, qarşılıqlı əməkdaşlığın bu cür mütərəqqi və faydalı ənənələri gələcəkdə də pozulmayacaqdır.
Hörmətli deputat həmkarlarım, fondun gələn ilə olan mə-daxil, məxaric göstəriciləri bu günün reallıqlarına tam cavab verir və həmişə olduğu kimi yenə də gərgin iş, ardıcıllıq, təşəbbüskarlıq tələb edir. Əminik ki, fondun kollektivi qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gələcək, vətəndaşların sosial müdafiəsinin daha da güclənməsinə xidmət edəcəkdir. Odur ki, deputat həmkarlarım, sizdən Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsinin təsdiq olunmasına səs verməyinizi xahiş edirəm.
Deputatlarımızın diqqətini büdcə paketinə daxil olan daha bir sənədə – Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsinə cəlb eləmək istəyirəm. Qeyd edim ki, gələn il üçün ölkədə yaşayış minimumu 131 manat nəzərdə tutulub. Bu, Dövlət Statistika Komitəsinin və İqtisadi İnkişaf Nazirliyinin əsaslandırdığı rəqəmdir. Əmək qabiliyyətli əhali üçün bu rəqəm 140 manat, pensiyaçılar və uşaqlar üçün isə 108 manat olacaq.
Dövlət büdcəsi paketinə daxil olan daha bir sənədə – Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meya-rının həddi haqqında qanun layihəsinə diqqətinizi cəlb eləmək istəyirəm. Bildiyiniz kimi, biz ünvanlı sosial yardım ödəyərkən ehtiyac meyarı deyilən rəqəmi təsdiq edirik. Bu rəqəm 2015-ci il üçün 105 manat nəzərdə tutulur. Müqayisə üçün deyim ki, 2007-ci ildə ehtiyac meyarı 35 manat, yaşayış minimumu isə 64 manat olub. Mütəmadi olaraq qalxan rəqəmdir. Bu rəqəm tarif cədvəlinin 19 qrafasına vurulanda bütün əhali təbəqələrində özünü göstərmiş olacaq. Düşünürəm ki, yaşayış minimumunun da, ehtiyac meyarının da 2015-ci il üçün nəzərdə tutulan göstəriciləri əsaslandırılmış və tutarlı rəqəmlərdir. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Söz verilir Dövlət Sosial Müda-fiə Fondunun sədri Elman Mehdiyevə.
E.Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sürətli islahatlar əsasında formalaşan Azərbaycanın müasir inkişaf modeli sosial döv-lət quruculuğunun uğurla reallaşmasını təmin etməkdədir. Bunun nəticəsidir ki, ölkəmizin iqtisadi həyatı ilə əhalinin sosial müdafiəsinin uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən mexanizmləri səmərəli fəaliyyət göstərir və daim təkmilləşdirilir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu-nun bu əsasda formalaşan büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan po-tensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müda-fiəsinə yönəldilməsini ifadə edir. Diqqətinizə təqdim olunan Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin də layihəsi bilavasitə həmin inkişaf parametrlərinə, o cümlədən cari ilin ötən dövrü ərzində sığorta-pensiya sisteminin fəaliyyətinin əsas göstəricilərinə istinadən tərtib olunmuşdur.
Ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əmək-haqqının artımı, daimi yeni iş yerlərinin yaradılması, qeydiyyatın gücləndirilməsi və pensiya sisteminə əlavə dövlət dəstəyi hesabına cari ilin on ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 402 milyon təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 194 milyon manat çoxdur. Sosial sığorta gəlirləri əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 11 faiz artaraq 1 milyard 286 milyon manata çatmışdır.
Daxilolmaların 65 faizi və ya 904 milyon manatı qeyri-büdcə sektorunun payına düşmüşdür ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7 faiz və ya 109 milyon manat çoxdur. Dövlət büdcəsindən transfert proqnozlaşdırılan həcmdə, yəni 1 milyard 9 milyon manat təşkil etmişdir. Qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisi olmaqla yanaşı, sosial sığorta sistemində fərdi uçota əsaslanan ictimai nəzarətin gücləndirilməsinin nəticəsidir və bütün bunlar xidmətlərin elektronlaşmasının daha da genişləndirilməsi ilə müşayiət olunmuşdur.
Hazırda “elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur və “Doing Business – 2015” beynəlxalq reytinq hesabatına əsasən Azərbaycan sosial sığorta haqlarının ödənişi və hesabatı sisteminin avtomatlaşdırılması istiqamətində 32 pillə irəliləmişdir.
Cari ilin on ayı ərzində fondun xərcləri 2 milyard 377 milyon manat olmuş və bunun 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Cari ildə pensiyaların indeksləşdirilərək artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı vaxtında icra olunmuş, həmin hesabat, eləcə də yeni təyin olunan pensiyaların sığorta hissəsinin tədricən yüksəlməsi nəticəsində əmək pensiyalarının orta aylıq məbləği 173 manata, yaşa görə pensiyaçılar üçün isə 192 manata çatdırılmışdır. Bu, yaşa görə pensiyaların orta aylıq məbləğinin 2003-cü illə müqayisədə on dəfədən çox artımı deməkdir və MDB-nin pensiyanın məbləği nisbətən yüksək olan ilk dörd dövləti arasında ən yuxarı artımdır. Həmçinin ölkəmiz pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk üç dövləti arasında birinci yerdə qərarlaşmışdır.
Bütün bunlar müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən edilməsi və mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir.
Göstərilənlərlə yanaşı, Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinə təsir edən makroiqtisadi, demo-qrafik, məşğulluq və sığorta-pensiya sisteminin özünəməx-sus göstəricilərinin dəyişmə ehtimalları isə aşağıdakı kimidir.
Əsas makroiqtisadi göstəricilər kimi ümumi daxili məh-sulun 4,4 faiz real artımı şəraitində orta aylıq əməkhaqqının real artımı 4,8 faiz, nominal artımı 7,2 faiz, əvvəlki ilə görə istehlak qiymətləri indeksinin 2,3 faiz təşkil edəcəyi nəzərdə tutulur.
Məşğulluq göstəriciləri üzrə iqtisadi fəal əhalinin ortaillik sayı 4 milyon 848 min nəfər, bundan iqtisadiyyatda məşğul olanların sayı 4 milyon 639 min nəfər və muzdla işləyənlərin ortaillik sayı 1 milyon 582 min nəfər proqnozlaşdırılır.
Demoqrafik göstəricilər arasında bütün əhalinin 21,8 faizini 15 yaşadək, 69 faizini 15–59 yaşadək, 9,2 faizini isə 60 yaşdan yuxarı olanların təşkil edəcəyi gözlənilir. Sığorta-pensiya sisteminin özünəməxsus göstəriciləri üzrə pensiyaya çıxma yaşı 2015-ci il yanvarın 1-dən kişilər üçün 63, qadınlar üçün 60 yaş, pensiyaçıların ortaillik sayı 1 milyon 277,8 min nəfər götürülür, pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı və məcburi dövlət sosial sığorta haqqının dərəcələri dəyişmir.
Hörmətli millət vəkilləri, qeyd olunan göstəricilər nəzərə alınmaqla fondun büdcəsinin gəlir və xərcləri növbəti ilə 3 milyard 56 milyon 285 min manat səviyyəsində proqnoz-laşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur.
Xərclər üzrə dəyişikliklərin istiqamətləri belədir. Əmək pensiyası üzrə xərclərin artımı 121,9 milyon manat, müa-vinətlər üzrə artma 5,5 milyon manat, digər xərclər üzrə artım 0,4 milyon manat proqnozlaşdırılır.
Gəlirlərlə bağlı məcburi dövlət sosial sığorta haqları və sair gəlirlər üzrə artım 169,8 milyon manat, dövlət büdcə-sindən transfert üzrə azalma 42 milyon manat nəzərdə tutu-lur. Göründüyü kimi, xərclərin artımı və dövlət büdcəsindən transfertin azalması toplanan sosial sığorta haqları hesabına qarşılanacaqdır.
Fondun 2015-ci il üçün gəlirlərinin 64 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsindən transfertin xüsusi çəkisi isə 36 faizə enəcəkdir. Qeyri-büdcə üzrə gəlirlərin artımı xüsusilə hədəfə alınmaqla həmin sahədən daxilolmaların cari ilin proqnozu ilə müqayisədə 11,7 faiz artımı nəzərdə tutulub. Bu, ortaaylıq əmək-haqqının gözlənilən nominal artımından 4,5 faizdən yuxarıdır və həmin hədəfə sosial sığorta sistemində iştirakçıların aktivliyinin artırılması hesabına nail olunacaqdır.
Fondun büdcə xərclərinin 97,8 faizi və ya 2 milyard 989 milyon manatı əhaliyə ödənişlərə, 2,2 faizi və ya 67,1 milyon manatı isə digər xərclərə yönəldiləcəkdir. Əhaliyə ödənişlərin 97,4 faizini və ya 2 milyard 910 milyon manatını pensiya xərcləri, 2,6 faizini və ya 78,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcəkdir.
Hörmətli millət vəkilləri, növbəti ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 9,2 faiz təşkil edəcəyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər bir faizinə ümumi daxili məhsu-lun 0,53 faizi qədər pensiya xərci düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəriciyə tam uyğundur.
2015-ci ildə pensiyaların baza hissəsinə və ona əlavələrə 1 milyard 536 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da cari ildəkindən 18 milyon manat çoxdur. Əmək pensiyalarının sığorta hissəsinin cari ilə nisbətən 8,2 faiz və ya 103,9 milyon manat artacağı proqnozlaşdırılır. Bu artımın 20,7 milyon manatının pensiya məbləğlərinin 2015-ci il yanvarın 1-dən 2,3 faizlik inflyasiya səviyyəsinə uyğun indeksləşdirilməsi xərclərinə, qalan hissəsinin isə qulluq stajına görə əlavələrin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sığorta-pensiya sisteminin inkişafını və bu sistemin islahatlarını xüsusi diqqət mərkə-zində saxlaması dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi şəraitdə ölkəmizdə pensiya proqramlarının vaxtında və tam icra olunmasını təmin edən başlıca amildir.
2003-cü ildən başlayan sürətli islahatlarla Azərbaycanın müasir əsaslı vahid sığorta-pensiya sisteminin formalaşdırılması uğurla reallaşdırılmışdır. Növbəti mərhələdə, yəni 2020-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il noyabrın 4-də təsdiq etdiyi “2014–2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq sistemin maliyyə dayanıqlığının təmin olunması, dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi, sosial sığorta prinsiplərinin daha da dərinləşdirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu-nun 2015-ci il büdcəsi haqqında qanunun qəbulu bu priori-tetlərə nail olunmasına keçid istiqamətində etibarlı maliyyə təminatını formalaşdıracaq və pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan yaradacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İndi, hörmətli millət vəkilləri, keçirik müzakirələrə. Xahiş edirəm, yazılın. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Mən Dövlət Sosial Müdafiə Fon-dunun təqdim etdiyi qanun layihəsini dəstəkləyəcəyəm. Qanun layihəsindən də göründüyü kimi, 2015-ci ildə Azərbaycanda pensiyaçıların pensiya təminatında və aztəminatlı ailələrin sosial müdafiəsində heç bir çətinlik yaranmayacaqdır.
Çox sevindirici haldır ki, cənab Prezidentin rəhbərliyi altında aparılan düzgün və gələcəyə hesablanmış sosial-iqtisadi siyasət sayəsində hər il əhaliyə ödənilən pensiya və müavinətlərin məbləği artırılır, əhalinin rifah halının yaxşı-laşdırılması istiqamətində mütəmadi islahatlar aparılır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda yoxsulluq səviyyəsinin azalma tendensiyası ildən-ilə davam edir.
Mən qanun layihəsinin xərclər bölməsi ilə bağlı fikrimi bildirmək istərdim. Xərclər bölməsində “Pensiya və müavi-nətlərin əhaliyə çatdırılması” qrafasında bank əməliyyatla-rının aparılması üzrə xidmət haqqı xərcləri 20 milyon 111 min 110 manat nəzərdə tutulmuşdur. Düşünürəm ki, bu məbləğ pensiya və müavinətlərin çatdırılması işində əhaliyə kifayət qədər rahatlıq təmin etməlidir.
Amma regionlarda bankomatların azlığı vətəndaşları müəyyən çətinliklərlə üzləşdirir. Məsələn, təmsil etdiyim Qusar rayonunun relyefcə müəyyən qədər çətin və rayon mərkəzindən 45–70 kilometr aralıda yerləşən 12 kəndində 1000 nəfərə yaxın pensiyaçı yaşayır. Həmin kəndlərin əhatəsində yerləşən və əhalisi daha çox olan Düztahir kəndində bankomatın quraşdırılması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna və “Kapital Bank”a müraciətlər göndərmişəm. Çox təəssüf ki, məsələ hələ də öz həllini tapmayıb. Mən hər zaman o kəndlərdən olan seçicilərimlə görüşərkən onlar öz narahatlıqlarını bildirərək istəklərini bir daha əlaqədar təşkilatlara çatdırmağımı xahiş edirlər.
Qeyd etmək istəyirəm ki, ərazi dağlıq olduğuna görə vətəndaşlar, xüsusilə pensiyaçılar qarlı və yağışlı havalarda rayon mərkəzinə gedib-gəlməkdə çətinlik çəkirlər. Mən bir millət vəkili olaraq Dövlət Sosial Müdafiə Fondundan və müvafiq bankdan bu məsələnin həll olunmasına kömək etməyi bir daha xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar! Üç gündür ki, parlament və hökumət ölkənin gələcək maliyyə sənədini birgə müzakirə eləyir. Mən hesab edirəm ki, biz buna qədərki dövrdə hamımız üçün bəlli olan bir çox məsələlərin burada daha yeni keyfiyyətdə açıqlanmasının şahidi olduq. Bu, cəmiyyət üçün də müəyyən məlumat qaynaqları verdi, eyni zamanda, daha böyük ümidlər yaratdı, hökumətlə parlament arasında daha yaxşı əməkdaşlığın bir güzgüsü oldu, yaxşı polemika müstəvisi formalaşdırdı. Əslində, parlamentin digər ali dövlət orqanlarından ən başlıca fərqi ondan ibarətdir ki, orada diskussiyalar var, ideyalar mübadiləsi var, fikirlər var. Mən hesab edirəm ki, bu üçgünlük müzakirələr parlamentin bir orqan kimi dövlətə, cəmiyyətə yeni bir formatda təqdimatına şərait yaratmış oldu.
Bu müzakirələrdə biz sosial konteksti daha güclü qabar-darkən o məqamı dəyərləndirdik ki, dünyada müxtəlif dövlətlər öz sosial öhdəliklərini bu və ya digər formada ixtisar etdikləri və ya onların yerinə yetirilməsindən müəy-yən mənada geri çəkildikləri halda Azərbaycanda bu sahədə nəinki hansısa düzəlişlər edilmədi, əksinə, bir sıra məqamlarda irəliləyişlər, artımlar oldu. Əlbəttə, bu, təqdir olunası haldır. Çünki etiraf eləmək lazımdır ki, Azərbaycanın keçdiyi yol müxtəlif sahələr, komponentlər üzrə əhalinin hələ də müəyyən ehtiyaclarını qarşılamağı qarşıya vəzifə kimi qoyur.
Müqayisə üçün deyim ki, Baltikyanı ölkələrdə sosial məsələlərlə bağlı müxtəlif maliyyə mənbələri axtarışında hətta həyatdan getmiş insanların basdırıldığı yerlərə, qəbiristanlıqlara qədər barmaq uzadırlar ki, oradan bir maliyyə mənbəyi tapıb çıxarsınlar və büdcə üçün hansısa vəsaitlər qazanmış olsunlar. Şükür olsun ki, Azərbaycanda buna ehtiyac yoxdur və həm Hadi müəllimin, həm də Elman müəllimin bugünkü təqdimatı bizə mənbələrin kifayət qədər geniş olduğunu sübut elədi.
Mən çox qısa şəkildə bir neçə məqam üzərində dayanmaq istəyirəm. Ötən dəfə Fuad Muradov və digər həmkarlarımız Xocalı soyqırımı ilə əlaqəli müxtəlif təkliflər səsləndirdilər. Mən elə hesab edirəm ki, Xocalı soyqırımı qurbanlarının ailələrinə bizim verdiyimiz müavinətlər digər şəhid ailələrinə verilən müavinətlərdən fərqləndirilməlidir. Hesab edək ki, onların sayı 613-dür. Mən ötən dəfə də vurğuladım ki, bu müavinətləri 5–10 manat fərqləndirmək Azərbaycan büdcəsi üçün ağır bir yük olmaz.
Bunun siyasi tərəfi önəmlidir. Xocalı şəhidləri və onların ailələri, yəni soyqırımı qurbanları üçün ayrılıqda bir bənd müəyyənləşdirmək onları fərqləndirər, onların faciəsinə dövlətin xüsusi yanaşmasını əks etdirər və eyni zamanda, beynəlxalq aləmdə bu məsələni bizim fəal şəkildə qoymağımıza şərait yaradar.
Elman müəllim kifayət qədər gənc bir insandır, çox mühüm bir vəzifəyə təyin olunubdur. Mən çox arzulayıram ki, o, dövlət rəhbərliyi qarşısında bu məsələləri qaldırarkən dövlətin Xocalı ilə bağlı mühüm siyasətini elə həm də bu məqam üzrə dəyərləndirmiş olsun.
Qaldırmaq istədiyim ikinci məsələ Qarabağ əlilləri ilə əlaqədardır. Etiraf etmək lazımdır ki, bu çox ağır bir prob-lemdir. Biz bir az öncə Milli Məclisin foyesində müxtəlif həmkarlarımızla ayrı-ayrı müharibələrdən çıxmış xalqların postmüharibə krizisi, postmüharibə sindromunu müzakirə eləyir, onlarda bu problemlərin özünü nə cür təzahür etdir-diyindən danışırdıq.
Qarabağ əlillərinin cəmiyyətə inteqrasiyası, təhsili, nəq-liyyatdan istifadəsi, mənzillə təminatı və sair kimi problem-lərdən danışarkən hələ də sona qədər bir məsələni müəy-yənləşdirə bilmirik – Qarabağ əlillərinin ölkədə dəqiq sayı nə qədərdir.
Hörmətli Əli Əhmədovun Baş nazirin müavini təyin olunması və ona məhz bu sahəyə kuratorluğun tapşırılması, birgə komissiyanın, işçi qrupun yaradılması bu problemlərin təzə bir kontekstdə müzakirəsi üçün şərait yaratdı. Biz çox istəyirik, bilək ki, Qarabağ əlili olan nə qədər insanın mənzillə təminatı hələ başa çatmayıb.
Onların müxtəlif rəhbər nümayəndələrinin hökumət təm-silçiləri ilə görüşləri keçirilib. Yəqin ki, Elman müəllim də birgə komissiyanın üzvlərindən biridir. Qarabağ əlilləri üçün qarşıdakı dövrdə xüsusi olaraq dövlətin atacağı addımlar nədən ibarətdir?
Bəlkə də müharibədə məğlub olmağımız, döyüşü birinci mərhələdə itirməyimiz ictimai səviyyədə, məişət səviyyə-sində Qarabağ əlillərinə hansısa bir fərqli münasibətə səbəb olur. Amma dövlət tərəfindən Qarabağ əlilləri ən yüksək səviyyədə dəyərləndirilibdir. Müavinət, pensiya, mənzil alanlar arasında da onlar ilk yerdədirlər. Amma bunlar, təbii ki, həssas təbəqədir və biz hesab edirik ki, bunların cəmiyyətə daha güclü şəkildə inteqrasiya olunması üçün 2015-ci ildə Qarabağ əlilləri ilə bağlı yeni bir dövlət proqramına ehtiyac var. Əgər biz ikinci Qarabağ savaşının qarşıda olduğunu deyiriksə, bu gün o Qarabağ əlillərinə göstərdiyimiz münasibət sabah döyüşəcək insanlara göstərdiyimiz münasibətin anonsudur.
Toxunmaq istədiyim sonuncu məsələ kvotalarla və yenə də Qarabağ əlilləri ilə bağlıdır. Biz dəfələrlə deyirik ki, əlillərin təhsili də, iş yerləri ilə təminatı da dövlətin məq-sədləri sırasındadır. Amma gerçəklik bir az fərqlidir. Biz bilirik ki, onlar əksər hallarda təhsil ala bilmirlər və ali təh-sildən kənar hər hansı əlil də gələcək dövrdə sanki cəmiy-yətdən çıxdaş olunmuş olur. Ona görə də mən düşünürəm ki, qeyd etdiyimiz o proqramda bu məqamlar xüsusi olaraq nəzərə alınmalıdır.
Təsəvvür edin, bu insan bədəninin bir əzasını itirib, bir ayağı yoxdur, qarşısındakı ilə bir konflikt mühitindədir. O hesab edir ki, cəmiyyət ona xüsusi diqqətlə yanaşmalıdır. Ona görə də biz bu həssas təbəqəyə diqqətimizi əsirgəmə-məliyik.
Dövlət keçmiş dövrlərdə bu insanları müxtəlif siyasi qüvvələrin, – özü də o qüvvələrin ki, elə onlar həmin şəxslərin o cür itkilərə məruz qalmasında rol oynamışdı, – çevrəsinə cəlb eləməyə çalışanları aradan qaldırıb. Qarabağ əlilləri bu dövlətin yanındadır, dövlətin siyasətinin yanındadır. Amma çox arzu edərdim ki, onlar üçün gələcək proqramda iş yerləri də planlaşdırılsın və bu istiqamətdə mühüm spesifik fəaliyyət həyata keçirilsin.
Ən sonda veteranlarla bağlı. Bilirsiniz ki, onlar bir planda sosial müavinətlər alanda onlara verilən o 45 manatlıq kompensasiyanı itirmiş olurlar. Veteranlar bizə bütün müraciətlərində bu məsələni qaldırırlar. Əlbəttə, biz indi deyə bilərik ki, bu 90 min veteran əgər Qarabağ müharibəsində vuruşubsa, Qarabağı niyə uduzmuşuq?
Bu say məsələsinə keçmişdə belə bir baxış var idi ki, bəlkə bunu təftiş eləyək, onların gerçək sayını üzə çıxaraq. Bu gün də Qarabağ veteranı adını təsdiq eləmək üçün müx-təlif qurumlara müraciətlər var. Amma dövlət bu mövzuya toxunmadı, dərinə getmədi. Lap yaxşı, çox gözəl. Dövlət olaraq bir güzəşt mövqeyi tutduq ki, bircə gün Qarabağ torpaqlarında gedib o mundiri geyən, ya elə mülki formada savaşan adamları biz veteran kimi tanıyırıq. Bu halda əgər o 45 manatlıq kompensasiyanı veririksə, digər müavinətləri kəsməyək. Biri o birinə mane olmur. Elman müəllimdən bu məsələyə dair bir münasibət bildirməsini istərdik.
Bütövlükdə bu sənədə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Əvvəla, bu gün bizə çox ağır itki üz verib. Bildiyiniz kimi, saat 12.45-də atəşkəs rejimi yenə də pozulub və bizim cənub bölgəsindən olan dəyərli oğullarımızdan biri – Astara sakini Rüstəm İzzət oğlu Əzizov şəhid olub. Mən onun ailəsinə başsağlığı verirəm. Allah bizim düşmənlərimizi ən ağır cəzaya məhkum eləsin.
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında höku-mətin həyata keçirdiyi sosial layihələrin nəticəsidir ki, ölk-ədə yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı enib. Pen-siyaların, müavinətlərin, yaşayış minimumunun, ehtiyac meyarının həcminin hər il artırılması və digər sosial tədbirlər əhalimizin maddi rifah halının yaxşılaşmasına xidmət edir. Bunun ən bariz nümunələrindən biri ünvanlı sosial yardımla bağlı həyata keçirilən tədbirlərdir. 2013-cü ildə 143 min 337 ailəyə ünvanlı sosial yardım, hər bir ailəyə ortaaylıq 125 manatdan çox müavinət ödənilib ki, bu da külli miqdarda vəsait deməkdir.
Amma mən burada bir təkliflə çıxış etmək istəyirəm. O da ünvanlı sosial yardımla əlaqədardır. Bildiyiniz kimi, ünvanlı sosial yardımın məqsədi odur ki, bu yardımı alan ailə bir-iki il ərzində öz maddi vəziyyətini düzəltsin, məşğuliyyət tapsın, özünü dolandırmağa başlasın. Kənd yerlərində vətəndaşlarla görüş zamanı bunu insanlara başa salmağa çalışırıq və soruşuruq ki, nə üçün işləmirsiniz, torpağınızı əkib-becərmirsiniz, heyvandarlıqla məşğul olmursunuz? Cavab verirlər ki, bunu etməyə maddi imkanımız yoxdur və elə ona görə də ilbəil sosial yardım istəyirik.
Bu təqdirdə bir sual ortaya çıxmış olur. Bəlkə ünvanlı sosial yardımın mahiyyəti dəyişdirilsin, vətəndaşlara yardım hər hansı konkret layihə üzrə əvəzsiz kredit şəklində verilsin. Məsələn, torpağı əkib-becərmək istəyənə toxum, gübrə və sair, heyvandarlıqla məşğul olmaq istəyənə birillik yemi ilə birlikdə iri və ya xırdabuynuzlu mal-qara, toyuq-cücə verilsin. Özü də bu layihələr dövlət orqanı əməkdaşları tərəfindən nəzarətdə saxlanılsın. Aylıq, rüblük və illik hesabatlar tələb olunsun, üstəlik əlavə yardım imkanları araşdırılsın ki, həqiqətən də, 2–3 ildən sonra həmin ailələr yoxsulluq həddindən çıxaraq bir daha dövlət yardımına ehtiyac duymasınlar. Əks halda hansısa ailəyə sosial yardımın müddəti 2 il yox, 10 il də uzadılsa, onların vəziyyətində heç bir şey dəyişməyəcək. Çünki biz belə yardımlarla əhalimizi müəyyən mənada ələbaxımlığa öyrədirik.
Belə layihələr ilkin olaraq hər hansı bir rayonda, ya da regionda pilot layihə kimi sınaqdan çıxarıla bilər və əminəm ki, bu layihə bir neçə il ərzində öz müsbət nəticəsini göstərəcək.
Məni bu gün düşündürən digər məsələ uşağın anadan ol-masına görə və 3 yaşınadək uşaqlara qulluqla əlaqədar verilən müavinətlərin həcmidir. Qeyd edim ki, bir neçə il əvvəl uşağın anadan olmasına görə verilən müavinətin məbləği 50 manat idisə, sonra ayrı-ayrı vaxtlarda bu məbləğ artırılaraq 70 manata çatdırıldı. Cənab Prezidentə minnətdarlığımı bildirirəm ki, onun 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanı ilə keçən ilin 1 sentyabr tarixindən bu müavinətin məbləği 90 manat müəyyənləşdirilib. Arzu edərdim, biz bu məbləği cəmi 10 manat qaldıraraq 100 manata çatdıraq ki, bu rəqəm kifayət qədər nüfuzlu rəqəm kimi görünsün.
Bir sualım da var. Elman müəllim, Siz dediniz ki, 3 ya-şına çatanadək uşaqlara qulluqla əlaqədar verilən müavinətin məbləği gələn il azı 10 faiz artacaq. Biz bilirik ki, hazırda qismən ödənişli sosial məzuniyyətdə olanlara bir yaş yarımadək uşağa qulluğa görə müavinət 30 manat, bir yaş yarımdan üç yaşınadək 15 manatdır. Sizin sözlərinizdən belə çıxır ki, bu məbləğ gələn il artırılacaq. Elədir, ya yox? Bunu aydınlaşdırmaq istərdim.
Ümumiyyətlə, bu layihəyə səs verəcəyəm. Doğrudan da, burada ciddi irəliləyişlər var. Mənə elə gəlir ki, biz bunları qəbul eləyə bilərik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, əziz hökumət üzvləri, qonaqlar! Bu layihəni, təbii ki, mən də dəstəkləyirəm və ona səs verəcəyəm. Ümumiyyətlə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən son islahatları da, bu layihənin təqdimatını da çox müsbət qiymətləndirirəm.
Amma bəzi məsələlər var ki, onlara mütləq toxunmaq istəyirəm. Təbii ki, dövlətimizin, Prezidentimiz cənab İlham Əliyevin insanların sosial rifahının yaxşılaşdırılması istiqa-mətində həyata keçirdiyi siyasət öz bəhrəsini verməkdədir. Azərbaycan gəncləri adından deyə bilərəm ki, bu gün ölk-əmizdə həyata keçirilən əksər layihələr məhz Azərbaycan gənclərinin həyatda öz layiqli yerlərini tutması baxımından çox lazımlı və faydalıdır. Eyni zamanda, qeyd edim ki, bu gün bizdə işsizliyin aradan qaldırılması ilə bağlı islahatlar da uğurla həyata keçirilir və biz bu sahədə artıq müsbət tendensiyanı hiss edirik. Bu baxımdan Azərbaycanı Avropa ölkələri ilə müqayisə eləsək, deməliyik ki, bu gün işsizlik problemi ilə daha çox üzləşən İtaliya, İspaniya və Yuna-nıstanda işsizlərin böyük əksəriyyəti məhz gənclərdir. Bəzi Avropa ölkələrində işsizlik az qala 20 faizdən çox, bəzilə-rində 30 faizə yaxındır. Bu baxımdan Azərbaycanın uğurlu siyasəti bu gün göz qabağındadır.
Amma bu istiqamətdə biz işimizi mütləq davam etdirməli və eyni zamanda, xarici təcrübədən də faydalanmalıyıq. Deyək ki, Almaniyada işsizliyin qarşısı alınıbsa, bu daha çox elmi-innovativ istiqamətdə göstərilən fəaliyyət sayəsində mümkün olub. Amma bu gün bizdə həqiqət ondan ibarətdir ki, Azərbaycan gəncləri elmə getmir, bu sahədə onlar üçün şərait yaradılmır. Bu baxımdan bizim əsas məqsədimiz Azərbaycanda elmi cəlbedici etmək olmalıdır. Burada mənim həmkarlarım da çıxışlarında elmlə bağlı mövzuya toxundular. Amma elmin, sadəcə olaraq, büdcədən maliyyələşməsini artırmaqla biz heç nəyə nail olmayacağıq. Əksər hallarda bütün inzibati vəzifələr elmi institutlarda çox yaşlı adamların əlindədir. Onlar imkan vermirlər ki, gənclər orada müəyyən innovativ işlərlə məşğul olsunlar.
Mən Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi büdcəyə baxıram. Məlum olur ki, işsizliyə görə biz 6 milyon manata yaxın vəsait ayırırıq. Mən bilmək istərdim ki, bu rəqəm necə müəyyənləşdirilir və hansı prioritetlər üzrə bölünür.
Digər bir məsələ. Hamiləliyə və doğuşa görə 24 milyon, uşağın anadan olmasına görə 6 milyon, 3 yaşına çatana qədər uşaqlara qulluqla əlaqədar 8 milyon manat vəsait ayrılır. Xarici ölkələrdə belə bir təcrübə var ki, uşağın anadan olmasına görə anaya birdəfəlik yaxşı, sanballı bir müavinət verilir. Bəlkə biz də bu yolla gedək? Ana bilsin ki, onun dünyaya gətirəcəyi uşaq üçün dövlət tərəfindən ayrılan birdəfəlik maliyyə budur. Bu adam planlaşdırmalıdır ki, onun uşağı anadan olandan sonra bu qədər birdəfəlik müavinət alacaq. Yoxsa ki, hamiləliyə görə, doğuşa görə, sonra yenə uşağın anadan olmasına görə və sair kimi bölgünü, açığı, mən başa düşmürəm və sualım da bununla bağlıdır.
Bundan başqa, biz anadan olan uşaqlar üçün 6 milyon, vəfat edən insanların dəfni üçün isə 13 milyon 434 min manat vəsait ayırırıq. Bunu da mən başa düşə bilmirəm. Əgər biz Azərbaycanda demoqrafik situasiyanı əsas götürü-rüksə, bilirik ki, ölkəmizdə anadan olanların sayı ölənlərin sayından çoxdur. Bu halda biz dəfn üçün və uşağın anadan olması üçün büdcədən ayrılan vəsaitlər arasında bu qədər fərqi haradan götürürük?
Mən Zahid Orucun o fikri ilə razıyam ki, bizdə Qarabağ əlilləri ilə bağlı xüsusi yanaşmaya ehtiyac var. Prezident cənab İlham Əliyevin gənclərlə bağlı əsas siyasəti onların vətənpərvərlik ruhunda yetışdirilməsidir. Qarabağ əlilləri və veteranları Azərbaycanda həmişə xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Amma bir neçə istiqamətdə bunu inkişaf etdirməliyik. Bu istiqamətlərdən biri sanatoriyalarla bağlıdır. Mən burada xüsusi misallar gətirmək istəmirəm. Amma mənim əlimdə statistik məlumatlar var ki, neçə nəfər Qarabağ əlili və veteranı sanatoriyalardan istifadə edir və ya etmir. Mən çox xahiş edirəm ki, Dövlət Sosial Müdafiə Fondunun sədri də bu istiqamətdə öz fikirlərini desin.
Ümumiyyətlə, dövlət tərəfindən işsizliyin aradan qaldırılması, sosial müdafiənin gücləndirilməsi, müxtəlif kateqoriyalardan olan insanlara qayğının artırılması həm də məsuliyyəti artıran bir amildir. Büdcə ilə bağlı bizim bütün fəaliyyətimiz onun gücləndirilməsi, düzgün həyata keçiril-məsi və üzərində ciddi nəzarətin təmin edilməsindən ibarət olmalıdır. Bu baxımdan mən düşünürəm ki, Dövlət Sosial Müdafiə Fondu xüsusilə müavinətlərin verilməsi istiqamə-tində kadr siyasətinə çox ciddi yanaşmalıdır. Mən indi burada misal çəkə bilərəm, amma buna ehtiyac duymuram. Mən ümumi, qlobal məsələni demək istəyirəm.
Həmin o idarədə insanlarla ünsiyyətdə olan kadrlar başa düşməlidirlər ki, bu, dövlətin maliyyəsidir, bu, cənab Prezi-dentin insanlara yönələn siyasətinin tərkib hissəsidir. Buna çox ciddi yanaşmalıdırlar. Bu baxımdan mən düşünürəm ki, Dövlət Sosial Müdafiə Fondu ora təyin olunan rəislər və işçilərlə xüsusi iş aparmalıdır ki, onlar insanlarla davranış-larına bir az fikir versinlər.
Ümumiyyətlə, bu gün bizə təqdim olunan büdcə Azərbaycanın uğurlu büdcəsidir. Dünyada, xüsusilə də Avropa ölkələrində maliyyə böhranı, iqtisadi böhran davam edir və o hələ çox uzanacaq. Bu baxımdan mən həmkarlarımı da büdcəyə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkürümü bildirirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, Azərbaycan vətəndaşlarını maraqlandıran ən vacib məsələlərdən biri Dövlət Sosial Müdafiə Fondunun xərcləri ilə bağlıdır. Amma mən gəlirlərlə bağlı bir şey demək istəyirəm. Gəlir potensialı olan sahələri necə tənzimləməyimiz hələ də sual doğurur. Doğrudanmı, bu gəlir potensialı ilə 3 milyard manat səviyyəsində büdcə formalaşdırma son həddir? Mən düşünürəm ki, Azərbaycanın bundan daha yüksək potensialı var. Bəlkə biz bu sahədə daha fərqli bir xətt izlənməsinə getməliyik. Bilirsiniz ki, hüquqi şəxslər üzərinə 17 faiz məcburi dövlət sosial sığorta ödənişinin qoyulması onlar tərəfindən maaşların daha aşağı həddə göstərilməsinə səbəb olub. Ona görə düşünməliyik, bəlkə bu faizin aşağı salınması daha yüksək maaş verilməsinə şərait yaradar və nəticədə büdcənin gəlir hissəsinə daxilolmaları artıra bilər.
İkinci tərəfdən, indi heç kimə sirr deyil ki, imkanı çatan şəxslər evlərində qulluqçu, xüsusi müəllim, bağlarında, yaxud təsərrüfatlarında xüsusi işçilər saxlayırlar. Bunların heç biri ilə də əmək müqaviləsi bağlanmır. Şadlıq evlərində işləyən insanların böyük əksəriyyətinin maaşı əmək müqa-viləsində çox aşağı səviyyədə göstərilir və onlar lazım olan vəsaiti almadığına görə toy məclisində iştirak edən insan-lardan nə isə qoparmaqdan başqa bir şey düşünmürlər. Bu problemin də həlli üçün hüquqi bir mexanizm işlənib hazırlanmalıdır. Bunları etmədən biz Dövlət Sosial Müdafiə Fondunun büdcəsini Azərbaycanın indiki şərtlərinə uyğun bir potensiala gətirib çıxara bilməyəcəyik. Ona görə xərclər istiqamətində də həmişə bizim bir natamamlığımız ola-caqdır.
İndi burada bir sıra məsələlər qeyd olundu, mən təkrar etmək istəmirəm. Xarici ölkələrdə, xüsusilə də indi modern dünyada həyat şərtləri nisbətən yaxşılaşdığına görə demo-qrafik problemlər yaşanır. Uşaq artımı ilə bağlı Azərbay-canda da kifayət qədər problemlər var, yəni hər ailədə ikidən artıq uşaq olmur. Əksər ailələrdə bundan çox uşaq dünyaya gətirmək istəmirlər. Artıq əvvəlki kimi 5–6 uşaq məsələsi yoxdur.
Uşağın anadan olmasına görə 90 manat müavinət veririk. Siz xəstəxana xərclərini təsəvvür edin. O uşağın dərmanına, müxtəlif ehtiyaclarına çəkilən xərcləri nəzərə alsanız, görərsiniz ki, 90 manat o uşağın heç 15 günlük, 20 günlük xərcini də ödəmir. İmkanlı ailənin bəlkə bu, gözünə görünməz, amma gəliri olmayan ailələrin bununla bağlı nə qədər çətinlik çəkdiyini görərsiniz. Ona görə də, heç olmasa, birdəfəlik müavinətlərin artırılması istiqamətində düşünmək lazımdır. Bu niyə 150 manat, 160 manat olmasın? Bunun yolunu tapmaq lazımdır. Biz, sadəcə, statistika üçün, yoxsa həqiqətən, uşağın yaşaması üçün bu pulu ödəyirik? Bunu hər halda düşünməyimiz vacibdir.
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar. İndi siz təsəvvür edin ki, analar nə qədər böyük problemlər yaşa-yırlar. Əksər analar da evdar qadınlardır. Azərbaycanda özəl şirkətlərin çoxunda 25 yaşından yuxarı qadınları, bir çox hallarda ailəli qadınları işə götürmürlər. Mən bunu verilən elanlara istinad edərək söyləyirəm. Bu şərtlər altında ancaq ata evə çörək pulu gətirə bilir. Uşağın saxlanması üçün isə çox böyük məsrəflər tələb olunur. Belə ailələrdə həkim xərci, dərman xərci, geyimin və başqa şeylərin alınması çox böyük problemdir.
Bir şeyi də unutmayaq. Biz müavinətləri 5 faiz, 10 faiz qaldırdıq. Qida xərcləri elə bir sürətlə qalxır ki, ailələr bunun öhdəsindən gələ bilmirlər. Bazarla bu rəqəmlər uyğunlaşmır. Yəni biz, heç olmasa, bazara yaxın düşünməliyik.
Mən buradan ehtiyac meyarına və yaşayış minimumuna keçid edirəm. Bu, əslində, acından ölməmək meyarı, acından ölməmək minimumudur. 140 manata necə yaşamaq olar? Bu məbləğ, deyək ki, qrip olan və ya hansısa başqa cüzi bir xəstəliyə tutulan adamın dərman pulunun 50 faizini belə görmür. Ona görə də bu məsələlərdə əlavə mənbələrin tapılması vacibdir. Azərbaycanda mövcud olan bütün sahələrə elə bir müdaxilə forması düşünülməlidir ki, bu sahələrdə sığorta problemini həll etmək mümkün olsun.
Ölüm insan həyatında birdən baş verən qəfil bir hadisədir. Birdən-birə ailələr dəfn üçün borca düşürlər. Əlbəttə, mən Azərbaycan cəmiyyətində geriliyin təsirlərini də qeyd etmək istəyirəm. Bu yaxınlarda cənab Prezidentin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səyləri nəticəsində insanların vəziyyətini yüngülləşdirmək üçün addımlar atıldı. Deyildi ki, yas məclislərinizi bir az yüngülləşdirin. Ən yoxsul insanlar belə buna getmək istəmədilər. Bir çoxları bunu sanki dədə-baba qaydası kimi qəbul edir, geri düşüncədən, savadsızlıqdan bunu etməkdən çəkinirlər. Mən dünən eşidirəm ki, biri atasına qəbir daşı qoymaq üçün bankdan 6 min manat kredit götürüb. Heç sabah ödəməyə imkanı da yoxdur. Belə bir cəmiyyətdə yaşadığımızı nəzərə alaraq hər halda bu problemlərin üzərinə gəlməyimiz vacibdir.
Daha bir vacib məsələyə toxunmaq istəyirəm. Büdcənin “Xərclər” maddəsində belə bir bənd var: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiy-yətlərinə məxsus idman qurğularının qismən saxlanılması (işçilərin əməkhaqlarının ödənilməsi)”. Bu idman qurğularına sanki onlarda çalışan işçilərin dolanışıq vasitəsi kimi baxılır. İdman qurğusuna kiminsə iş yeri kimi baxılmamalıdır. İdman qurğularını biz hansısa bir formada, nəhayət, açıq müəssisələrə çevirməyə başlamalıyıq. Çünki Azərbaycan əhalisinin, – bu gün büdcə layihəsinin müzakirəsində qeyd olundu, – sağlamlıq problemi var. Azərbaycan əhalisini pulsuz idman müəssisələrində idmanla məşğul olmağa stimullaşdırmaq lazımdır ki, xəstə genofond formalaşmasın.
Orta məktəblərdə idman dərsləri keçirilmir. Özümüzü aldatmayaq. Həmin dərslərdə uşaqların ancaq başını qatırlar. Çünki normal idman zalları da yoxdur. Təzə təmir olunan məktəblərə də gedin baxın. Mən bir neçə məktəbdə oldum. Adi bir basketbol toru üçün halqanı armaturdan büküb düzəldiblər. Halbuki təzə təmir olunmuş məktəbdir. Torun qiyməti nədir? 20 manat. Onu da alıb yerinə vurmaq istəmirlər. Ona görə bu məsələlərə, məncə, yanaşma dəyişməlidir.
Ümid edirəm ki, burada səslənən fikirlər büdcə üzərində işin daha da təkmilləşdirilməsi üçün faydalı olacaqdır. Bu gün, Oqtay müəllim, Sizə də təşəkkür edirəm ki, imkan ya-ratdınız, 10 dəqiqəlik çıxışlarda insanlar fikirlərini söylə-dilər. Bu fikirlərin səslənməsi vacibdir ki, harada nöqsanlar varsa, onların ortadan qaldırılması üçün müəyyən addımlar atılsın, vətəndaşın vəziyyəti nisbətən yüngülləşsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Doğrudan da, bu gün həm ölkənin, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcə layihələri, ehtiyac meyarı və yaşayış minimumu ilə əlaqədar kifayət qədər dəyərli fikirlər söylənildi. Həmkarlarım müxtəlif təkliflər verdilər. Deyilənlərə mən də müəyyən əlavələr etmək istəyirəm.
Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində də, pensiya təminatı sahəsində də islahatlar çox uğurla gedir. Baxmayaraq ki, müvafiq çətinliklər də var. Burada həmkarlarım özəl müəssisələrdə yığım məsələsinə toxundular. Doğrudan da, bu, vergi üçün, sosial müdafiə üçün problemlər yaradır. Həmin müəssisələr qeydiyyatdan keçir. Qeydiyyatdan keçdikdən sonra müəyyənləşir ki, onlar sosial müdafiəyə nə qədər vəsait ödəməlidir. Bu vəsait hesabına da digər şəxslərin pensiya təminatı öz həllini tapmalıdır. Lakin mərhələ-mərhələ əsl rəqəmlərin gizlədilməsi, işçilərlə əmək müqaviləsinin bağlanmaması, sosial müdafiə və digər ödəmələrin yerinə yetirilməməsi pensiya və müavinətlərin ödənilməsində problemlər yaradır.
Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində bu gün biz əhalinin sosial müdafiəsi sahəsində MDB ölkələri arasında öncül yerlərdən birindəyik. Halbuki ərazimizin 20 faizindən çoxu işğal altındadır, bizim Dağlıq Qarabağ kimi bir münaqişəmiz, bir milyon qaçqın və köçkünümüz var. Bunlar da bu sahəyə bilavasitə aidiyyəti olan məsələlərdir. Lakin Azərbaycanda bu məsələ ilə bağlı qaldırılan problemlərlə əlaqədar ciddi işlər aparılır və biz hamımız bunun şahidiyik.
Böyük vətən müharibəsində sovetlər birliyinin qalib gəl-məsinə baxmayaraq, bu müharibə bitdikdən sonra 1965-ci ilə qədər, – yaşlı nəslin yadında olar, – Böyük vətən müha-ribəsi iştirakçılarının, əlillərinin və yaxud arxa cəbhədə olanların heç birinin elə bir təminatı yox idi. Yalnız 1965-ci ildən, yəni müharibədən 20 il sonra, ölkə ayaq üstdə durduqdan sonra onların nəqliyyat vasitəsi ilə təmin olunması, mənzil növbəsində irəli çəkilməsi və sair başladı.
Lakin bu məsələ Azərbaycanda ümummilli liderimiz tərəfindən çox uğurla həll olundu. Elə 1994-cü ildən, yəni atəşkəsin elan olunduğu vaxtdan etibarən artıq Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin sosial təminatı ilə bağlı məsələlər mərhələli şəkildə həll olunmağa başladı. Dövlət tərəfindən onlar hər il yüzlərlə mənzil, 300-dən, 500-dən artıq avtomobil nəqliyyatı ilə pulsuz şəkildə təmin olunur, onların pensiya təminatı və digər sahələrdə irəlilə-yişlər var. Hesab edirəm ki, gələcəkdə onların işlə də təmin olunması ilə bağlı bir proqramın işlənib hazırlanması məq-sədəmüvafiq olar.
İkinci məsələ. Bu da ciddi bir məsələdir. Bilirsiniz ki, indi pensiya yaşına çatanlar arasında iki kateqoriya müəyyənləşibdir. Dövlət idarələrində, təhsil sistemində, səhiyyə sistemində çalışanlar tələb edirlər ki, pensiya yaşı 70-ə çatdırılsın. Fiziki əmək sahəsində çalışanlar isə yaş həddinin aşağı salınmasına tərəfdardırlar. Ona görə biz hüquq mühafizə orqanları və silahlı qüvvələrdən başqa digər fəaliyyət sahələrində çalışan insanları kateqoriyalara bölməliyik.
Hər iki tərəfin fərqli fikirləri var. Məsələn, biri deyir, mənim 61 yaşım var. Mən ömrü boyu fəhlə işləmişəm. 61 yaşında 20 kiloluq kubiki necə qaldırım? Hələ 2 il də qaldırmalıyam ki, 63 yaşına çatım, pensiyaya çıxım. Digər tərəfdən 63 yaşında doktorluğu təzə müdafiə edən bir insana deyirlər ki, sən pensiyaya getməlisən, xudahafiz. Elmi yeni tətbiq etmək məqamı çatanda dövlət universitetlərində bunun pensiya məsələsi ortaya qoyulur. Bu insan, təbii ki, müəyyən yaşa qədər namizədlik müdafiə etməli, müəyyən əsərlər çap etdirməlidir. Buna zaman lazımdır. Düzdür, bir ildə üç kitabı çıxan adamlar da var. Amma adi insanların doktorluq səviyyəsinə gəlib çatması üçün müəyyən dövr keçməlidir. Adam var ki, 60 yaşından sonra şer yazmağa başlayır. Hərəyə vəhy bir dövrdə gəlir.
Ona görə mən hesab edirəm ki, bu məsələlərə yanaşma tərzi dəyişməlidir. Qeyd edim ki, keçmişdə ağır sahədə, məsələn, kimya sənayesi və ya ağır metallurgiya sahələrində müəyyən yaşa qədər, yaxud 25 il bir sahədə müddətsiz işlədikdən sonra insana pensiyaya çıxmaq hüququ verilirdi. Bunu biz də tətbiq etməliyik. Pensiyaya eyni cür yanaşmaq olmaz. Düzdür, indi yığım forması tətbiq olunur. Yəni insan öz pensiyasını vaxtında yığıb pensiyaya çıxarkən onun müəyyən hissəsini ala bilər və sair.
Həmkarım Fazil müəllim yaşayış minimumu, ehtiyac meyarı haqqında dedi. Bunların aşağı həddi müəyyənləş-dirilib. Bu o demək deyil ki, qazandığın elə 150 manat, 130 manat olmalıdır. Bu, təməl nöqtəsi, yəni aşağı nöqtədir. Sən istəyirsən, get işlə, fəaliyyət göstər, 500 manat, 1000 manat al. Dövlət onu deyir ki, ən aşağısı bu qədər olmalıdır, minimum hədd budur. Bundan sonrakı hədd hər bir insanın fəaliyyətindən, işindən asılıdır.
Hərdən müəllimlərlə də bağlı deyirik, maaş aşağıdır. Amma müəllim həftə ərzində 24 saat dərs deyirsə, yəni həftə ərzində bir sutka işləyirsə, ona bu qədər əmək haqqı verilir. O, qalan vaxtında da digər işlərdən istifadə edə bilər. Düzdür, burada da islahat getməlidir. Mən də hesab edirəm ki, bu sahədə islahat lazımdır.
Mən bir məsələyə də toxunmaq istəyirəm. İndi məsələ qaldırıldı ki, dağ kəndinə də bankomatlar qoyulsun. Məncə, çalışmaq lazımdır ki, o insanın bankomatdan götürməyə nəyisə olsun. Yoxsa götürməyə bir şeyi yoxdursa, bankomatı gətir lap onun həyətinə qoy, bu, dəmir parçasından başqa bir şey deyil. Orada gərək bir şey ola ki, sən onu götürəsən. Kartında pul olmadısa, bankomatı nə eləyirsən? Gedək bütün sərhədyanı bölgələrdə dağ kəndlərinin hərəsinə bir bankomat qoyaq, bunun mənası nədir?
Ümumilikdə, hesab edirəm ki, bu sahədə bizim işlərimiz-də böyük uğurlar var, gələcəkdə də müəyyən islahatlar keçirməklə bu işləri tamamlaya bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov ikinci dəfə suala yazılıb. Buyurun.
V.Əhmədov. Oqtay müəllim, üç gündür, dövlət büdcəsini müzakirə edirik. Müzakirə vaxtı bu məsələlərin əksəriyyətinə toxunulub. İndi də deputat həmkarlarımız bəzi məsələlərə toxundular. Mən belə hesab edirəm ki, ümumiyyətlə, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə əlaqədar çıxışları dayandırmaq olar.
Amma Dövlət Sosial Müdafiə Fondundan, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bir xahişim var. Burada Qarabağ əlilləri ilə əlaqədar qaldırılan əsas məsələni, 11 min manat məsələsini həll etsinlər. Çünki bu çox ciddi məsələdir. Əhali arasında böyük narazılıq var. Bunun da yeganə çıxış yolu həmin nazirliyin cənab Prezidentə müraciətidir. Yəni cənab Prezident bunu bilsə, – mən belə hesab edirəm ki, orada böyük məbləğdən söhbət getmir, – onu həll edəcək. Çox sağ olun.
Sədrlik edən. 6 nəfər deputat yazılıb. Çıxış üçün təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elman müəllim, buyurun, suallara cavab verin.
E.Mehdiyev. Təşəkkür edirəm, hörmətli cənab Sədr. İlk növbədə Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcə layihəsinin istər komitələrin iclasında, istərsə də ple-nar iclasda geniş müzakirələrinin təşkilinə, sığorta-pensiya sistemi, strateji hədəflər və inkişaf istiqamətləri, qarşıda duran vəzifələr və mövcud problemlərlə bağlı məsələlərə ayırdığınız diqqətə görə sizə öz təşəkkürümü bildirmək istəyirəm. Hörmətli millət vəkillərinin qaldırdığı bütün məsələlər fond tərəfindən bir qayda olaraq xüsusi nəzarətə götürülür ki, bu da mühüm islahat istiqamətləri ilə bağlı təkliflərin hazırlanmasında, fəaliyyətin təşkili üsullarının təkmilləşdirilməsində, eləcə də ayrı-ayrı regionlarda meydana çıxan problemlərin operativ həllində çox mühüm rol oynayır.
İndi isə, icazənizlə, mən burada qaldırılan bir sıra məsə-lələr barədə öz fikirlərimi bildirmək istəyirəm. Burada müharibə iştirakçıları və əlilləri, şəhid ailələri, soyqırımı qurbanlarının pensiya təminatında fərqli yanaşma ilə bağlı məsələ qaldırıldı. Mən bildirmək istəyirəm ki, “Əmək pen-siyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq Azərbaycanın milli qəhrəmanlarının ailə üzvlərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi, şəhid ailələrinə isə 85 faizi miqdarında əlavə hesablanır və bu, sığorta-pensiya sistemində qeyd etdiyim kontingentin fərqləndirilməsini ifadə edir.
Bundan əlavə, Qarabağ müharibəsi əlillərinə və iştirak-çılarına da xüsusi əlavələr nəzərdə tutulub. 1-ci qrup əlillərə əmək pensiyasının baza hissəsinin 100 faizi, 2-ci qrupa 70 və 3-cü qrupa 50 faizi, müharibə iştirakçılarına isə 10 faizi məbləğində əlavələr vardır. Bunlar sosial sığorta sistemində şəhid ailələrinin və müharibə iştirakçılarının xüsusilə fərqləndirilməsi üzrə olan müddəalardır.
Bilirsiniz ki, bunlardan əlavə, yəni sığorta-pensiya siste-mindən kənar dövlətin əsas sosial müdafiə institutu olan dövlət sosial müdafiə və sosial yardımı sistemində də qeyd olunan kateqoriyanın sosial müdafiəsi üzrə çoxsaylı müavinətlər, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicə məsələləri ilə bağlı olaraq xərclər ayrılır. Şübhəsiz ki, bütün bunlar davamlı xarakter daşıyır və gələcəkdə də istər sığorta-pensiya sistemi, istərsə də dövlət sosial müdafiə sistemi daxilində bu məsələ davam etdiriləcəkdir.
Burada ikinci mühüm məsələ müavinətlərlə bağlı qaldırıldı. Hörmətli millət vəkillərimiz Elmira Axundova, Fuad Muradov, Fazil Mustafa və digər deputatlarımız bu barədə məsələ qaldırdılar. Əsasən, iki istiqamətdə, yəni bunların təyinatı və məbləği ilə əlaqədar məsələlərə toxunuldu.
İlk növbədə mən müavinətlərin təyinatı məsələlərinə toxunmaq istəyirəm. Hazırda Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən beş növ müavinət fond tərəfindən yox, müəssisə və təşkilatlar, yəni sığorta edənlər tərəfindən mü-vafiq komissiyalarda təyin olunur və sifarişlər Dövlət Sosial Müdafiə Fonduna verilir. Fond isə bunu yalnız maliyyələşdirir. Müəssisə ilə fond arasındakı olan bu münasibətləri biz ötən dövrdə tam avtomatlaşdırmışıq. Yəni Dövlət Sosial Müdafiə Fondunun maliyyələşmə qaydasında müəssisələrə açdığı vəsaitlər üzrə sifarişlərin qəbulu və sonrakı proseslər cari ilin mart-aprel aylarında istifadəyə verdiyimiz elektron xidmətlərlə tam avtomatlaşdırıldı. Şübhəsiz ki, burada daimi nəzarətin gücləndirilməsi Dövlət Sosial Müdafiə Fondunun əsas prioritetlərindəndir.
Mən Elmira xanımın müavinətlərin məbləği ilə bağlı sualını cavablandıraraq demək istəyirəm ki, burada olan dəyişiklik yalnız xərclərin həcm dəyişikliyidir. Yəni konkret müavinət məbləğinin dəyişikliyi ilə bağlı deyil. Bu da ki proqnozlaşdırılmada istifadə olunan kontingent göstəricilərinə uyğun olaraq dəyişmədən irəli gəlir. Amma ümumilikdə müavinətlərin məbləği kifayət etmir.
Bu məsələ hazırda Dövlət Sosial Müdafiə Fondunun və ümumiyyətlə, Azərbaycan hökumətinin gündəliyindədir. Məsələ ondan ibarətdir ki, ötən dövrdə həyata keçirilən islahatlarla biz təyin olunan pensiyaların ödənən sosial sığorta haqları ilə bağlılığını və pensiya kartları ilə əlaqələndirilməsi prosesini, demək olar ki, tam formalaşdıra bilmişik. Söhbət buna ilk növbədə nəzəri yanaşmadan gedir və gələcəkdə həyata keçiriləcək islahat tədbirləri ilə bunu daha da dərinləşdirəcəyik.
Amma bu müavinətlər hazırda yenə də əvvəlki üsulla tə-yin olunur, yəni birtərəfli qaydada konkret məbləğ müəyyən edilir və o, ümumi resurslardan maliyyələşdirilir. Təbii ki, belə olan halda insanın aldığı əmək haqqı ilə bu gün Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona verilən müavinət arasında kəskin fərq üzə çıxır. Şübhəsiz ki, bu, yüksək əmək haqqı alan insanlarda özünü daha çox büruzə verir.
Biz həyata keçiriləcək islahat konsepsiyası çərçivəsində bu məsələyə də pensiya-sığorta sisteminin dərinləşməsi fo-nunda yanaşmağı planlayırıq. Məsələ ondan ibarətdir ki, təyin olunan müavinətlərin də ödənən sosial sığorta haqla-rına bağlılığı sisteminə keçmək gələcəkdə ödənən sosial sığorta haqlarına adekvat müavinətin təyin olunmasına imkan verəcək və bu müavinətlərə yönəldilən xərclər də həmin kapitaldan azaldılacaqdır. Bu, imkan verəcək ki, burada həm sui-istifadə halları aradan qaldırılsın, həm də ayrı-ayrı insanlara aldıqları əməkhaqlarına görə ödədikləri sosial sığorta haqlarına adekvat müavinətlər təyin edə bilək.
Burada iş yerlərinin və əməkhaqlarının leqallaşdırılması ilə bağlı məsələ qaldırıldı. Hörmətli millət vəkili Fazil Mustafa buna öz çıxışında geniş yer ayırdı. Mən bildirmək istəyirəm ki, bu məsələ Dövlət Sosial Müdafiə Fondu üçün böyük əhəmiyyət kəsb edir. Deyilən problem bizim işimizdə iki müstəvidə özünü göstərir – birincisi, iş yerlərinin leqallaşdırılması məsələsi və ikincisi, leqallaşan iş yerlərində ödənən əməkhaqqı məsələsi. Məsələn, cari il ərzində biz Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə qarşılıqlı iş şəraitində 220 mindən artıq yeni sosial sığorta iştirakçısını uçota almışıq. Amma bunlar iş yerləridir. Burada ödənən əməkhaqları hansı səviyyədə olmalıdır, buna nəzarət nə cür reallaşdırılmalıdır? Açığı, bu məsələ dövlətin inzibati müdaxiləsindən bir qədər kənarda qalır. Bu məsələnin beynəlxalq praktikada həlli yolu işəgötürənin işçi üzərində nəzarətini reallaşdırmaq, ödənən sosial haqların bu ödənən sosial sığorta haqlarına bağlılığını yaratmaq və bununla da fərdi uçot sistemini genişləndirməkdir.
Dövlət Sosial Müdafiə Fondunda qurulmuş fərdi uçot sistemi və bunun genişləndirilməsi üzrə cənab Prezident tərəfindən təsdiq olunmuş islahat konsepsiyasında nəzərdə tutulan mühüm müddəalar perspektiv dövrdə həm işçilərin, həm də işəgötürənlərin maraqlarının artırılmasını hədəfləyir. Konsepsiyanın məzmunundan da aydın olduğu kimi, bu gün işçilərin marağını azaldan məsələ ödənən sosial sığorta haqlarının 50 faizinin qeydiyyata alınıb 50 faizinin ümumi istifadəyə verilməsidir. Bu, əməkhaqlarının yuxarı məbləğlərdə leqallaşmasına işçilərin marağını azaldır.
Digər məsələ isə sosial sığorta haqqının normativi ilə bağlıdır, yəni 22 üzərinə gəlirsən 3 faiz nisbəti, 22 faizlik hissənin xüsusilə çox olması işəgötürənlərin marağını azal-dır. Bu məsələnin də həlli üçün konsepsiyada tədricən sosial sığorta normativindəki ağırlığın işəgötürənlər üzərindən işçinin üzərinə keçirilməsi hədəflənib.
Hazırda Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Mü-dafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu məsələ üzrə müxtəlif alternativlər hazırlanır. Bizim əsas hədəfimiz ondan ibarətdir ki, ortaya qoyacağımız yeni nisbət həm işçinin, həm də işəgötürənin marağını yaratmış olsun. Biz ilkin mərhələdə planlayırıq, elə bir minimum məbləğ qoyaq ki, həmin məbləğdən aşağı haqq ödənildikdə sosial sığorta haqqını bütünlüklə işəgötürən versin və bu onu məcbur etsin ki, minimum məbləği rəsmiləşdirməsin. Minimum həddən yuxarı məbləğlər ödəndikdə işçiyə verilən pul artacaq və onun imkanı yaranacaq ki, sosial sığorta haqqını ödəsin. Bu halda normativin ağırlığı tədricən işçinin üzərinə keçiriləcək. Bu isə avtomatik olaraq işəgötürəni də maraqlı edəcək ki, bu gün işçiyə verdiyi əməkhaqqını tam rəsmiləş-dirsin. Çünki bu onun normativdəki payını azaldacaqdır.
Burada bankomatlarla da bağlı məsələlərə toxunuldu. Biz bu məsələlərə dövri olaraq aydınlıq gətiririk. Bir məsələni mən ümumiləşdirilmiş şəkildə qeyd etmək istəyirəm ki, bankomatların monitorinqi və yenilənməsi daimi bir prosesdir. Cari il ərzində ümumilikdə Beynəlxalq Bank tərəfindən 115, Kapital Bank tərəfindən isə 8 bankomat qurulub. Bəzi bankomatlar yeniləri ilə əvəz olunub.
Bu prosesdə istifadənin rahatlığını təmin etmək üçün Dövlət Sosial Müdafiə Fondu müxtəlif alternativ layihələrə start verib. Bunlardan biri “Pensiya plyus” layihəsidir. Yəni insanları biz təşviq etmək istəyirik ki, həm də öz kartları vasitəsilə nağdsız ödəniş alətləri olan POS-terminallardan istifadə etsinlər və bunun müqabilində bank tərəfindən onlara pensiyalarının məbləği qədər faizsiz kredit verilsin. Təki onlar bu plastik kartların verdiyi bütün imkanlardan istifadə edə bilsinlər. Hesab edirik ki, həm yeni bankomat-ların qurulması, həm də qeyd etdiyim layihələrə start verilməsi bu sahədəki problemləri yumşaldır.
Digər bir yenilik “SMS – İnfo” xidməti, yəni ödəniş barədə dərhal pensiyaçının mobil nömrəsinə sms informasiyanın göndərilməsidir. Hazırda biz banklarla daha bir məsələnin müzakirəsini aparırıq. Biz istəyirik, banklar pensiya ödəmələrinin bankomatlarda qalıq şəklində qalan məbləğlərinə pensiya depoziti adı altında əlavə kredit faizləri versinlər ki, insanlar bir gün ərzində gedib bankomatdan bu pulu çıxarmasınlar. Çoxsaylı... Deyəsən, əlaqə kəsildi. Məsələlərə münasibətinizə görə sizə bir daha təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Əlaqə kəsilmədi. Deputatın yerində oturmuşdunuz. Çıxış etmək üçün deputata 10 dəqiqə vaxt verilir. 10 dəqiqə keçən kimi səs avtomatik olaraq kəsilir. Çox sağ olun, Elman müəllim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hələ səsvermə yoxdur, səsvermə 10 gün-dən sonra olacaq.
Növbəti məsələmiz – Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında. Firudin müəllim, buyurun.
F.Hacıyev, Milli Məclisin İşlər müdiri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli deputatlar! Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 23 milyon 357 min 94 manat vəsait nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir. Gələn il üçün tərtib olunmuş xərclər smetasının layihəsi sizə təqdim edilmişdir.
Milli Məclisin və onun Aparatının 2015-ci il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəlləri, inzibati binaların mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlar əsasında tərtib edilmişdir. Xərclər smetasının ümumi dəyərinin 69,7 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artmışdır. Bununla bağlı, 2015-ci ilin xərclər smetasının “Ezamiyyə xərcləri” köməkçi bölməsi üzrə 1 milyon 473 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuşdur.
Diqqətinizə çatdırmaq istəyirəm ki, rabitə xidmətləri haqqının ödənilməsi ilə əlaqədar olan xərclər yarımmaddəsi üzrə 240 min manat məbləğində vəsaitin ayrılması planlaşdırılmışdır.
Bildirmək istəyirəm ki, 2015-ci ilin xərclər smetasının “Qeyri-maliyyə aktivlərinin alınması” maddəsi üzrə nəzərdə tutulmuş vəsait 2014-cü illə müqayisədə 100 min manat azdır. Bu maddə üzrə cəmisi 400 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur.
2015-ci ilin xərclər smetasında dəftərxana, təsərrüfat, mətbəə və idarənin digər xərcləri üçün nəzərdə tutulmuş vəsait 2014-cü ildəkindən 37 min manat çoxdur. “İstehlak mallarının və materiallarının alınması” köməkçi bölməsi üzrə 99 min 675 manat vəsait artırılmışdır. 2015-ci ilin xərclər smetasında “Yanacaq və sürtkü materiallarının alınması” və “Nəqliyyat xidmətləri haqqının ödənilməsi” yarımmaddələri üzrə 683 min 345 min manat nəzərdə tutulmuşdur. Bu da 2014-cü illə müqayisədə 140 min 704 manat çoxdur.
Nəzərinizə çatdırmaq istəyirəm ki, 2015-ci ilin xərclər smetasında “Nəqliyyat vasitələrinin alınması” maddəsi üzrə vəsait nəzərdə tutulmamışdır.
Bundan başqa, 2005–2006-cı illərdə müxtəlif markalı avtomaşınlar alınıb Milli Məclisin avtoparkına verilmişdir. Bu gün uzunmüddətli istismar nəticəsində həmin avtomaşınların istismara yararsız hala düşməsi səbəbindən yenisi ilə əvəz olunması tələb olunur. 2014-cü ildə Milli Məclisin avtoparkına müxtəlif markalı minik avtomaşınları alınıb istifadəyə verilmişdir.
Qeyd etmək istəyirəm ki, Milli Məclisə gələn nümayəndə heyətlərinin mehmanxana xərcləri və onlara göstərilən sair xidmətlər üçün “Digər alış və xidmətlər” yarımmaddəsi üzrə 2015-ci ilə 980 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur.
Sədrlik edən. Firudin müəllim, mən üzr istəyirəm, bir dəqiqə. Bu layihə deputatlara paylanıb, hamıda var. Maliyyə naziri burada ildə bir dəfə büdcə hesabatı verir. Sənin Maliyyə Nazirliyindən xahişin varsa, de. Sonra mən bir də zəng etməyim ki, Samir müəllim, filan şey çatmır. Sən lazım olanı de. Xərclər hamısı orada var. Əgər bütün məsələləri həll etmisənsə, bu başqa məsələ. Sualın varsa, sualını ver.
F.Hacıyev. Hörmətli Samir müəllim, göstərilən bəzi maddələr üzrə vəsaitin çatışmadığını nəzərə alaraq 2015-ci ilin xərclər smetasında rəqəmsal TV kanalı qəbuledicisinin alınıb quraşdırılması və abunə haqlarının ödənilməsi, “Digər alış və xidmətlər” yarımmaddəsinə 50 min manat, Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə avtomaşınların alınması üçün “Nəqliyyat vasitələrinin alınması” maddəsinə 400 min manat, inzibati binada quraşdırılmış sərnişin liftlərini zəmanətli elektrik yükü ilə təmin etmək üçün bir ədəd UPS alınıb quraşdırılmasına 50 min manat vəsaitin ayrılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə 2013-cü il dekabrın 30-da Milli Məclisə inzibati binalarda, həyətyanı sahədə və avtoparkda yenidənqurma işlərinin aparılması üçün vəsait ayrılmışdır. Ayrılmış vəsait hesabına Milli Məclisin avtoparkının bir hissəsi tam sökülərək yerində 80 avtomaşının saxlanması və maşınlara texniki xidmətlərin göstərilməsi üçün sahəsi 3 min kvadratmetr olan ikimərtəbəli yeni bina tikilib istismara verilmişdir. Milli Məclisin avtoparkının ikinci hissəsi də tam sökülərək sahəsi 2270 kvadratmetr olan əlavə korpusun təsdiq edilmiş yeni layihə üzrə özül hissəsi tikilmişdir.
Bundan başqa, nahar fasiləsi zamanı yeməkxanada yer çatışmazlığının aradan qaldırılması və iaşə xidmətinin daha da yaxşılaşdırılması məqsədi ilə Milli Məclisin Aparatı və İşlər idarəsi üçün sahəsi 400 kvadratmetr olan yeni müasir yeməkxananın 2015-ci ildə tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Bildirmək istəyirəm ki, Milli Məclisin inzibati binaların-da, iclas zallarında, həyətyanı sahədə və avtoparkda mütə-madi olaraq yenidənqurma işləri bu gün də davam etdiril-məkdədir.
Hörmətli Sədr, hörmətli deputatlar, 2015-ci ilin dövlət büdcəsində Milli Məclis üçün nəzərdə tutulmuş xərclər smetasına dair əlavə açıqlamaya ehtiyac olduğu təqdirdə suallarınıza cavab verməyə hazıram. Sizdən Milli Məclisin 2015-ci il üçün xərclər smetası layihəsinin təsdiq edilməsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. İndi Firudin müəllimin istədiklərini qısa şəkildə deyim. Milli Məclisin keçənilki büdcəsində maliyyə vəsaiti ilə bağlı müəyyən çətinliklərimiz olduğu üçün maşınların alınmasını bu ilə keçirdik, o məsələdir. Artıq ikinci ildir ki, yeni qaraj tikirik və həqiqətən, Milli Məclisdə yeməkxana çox kiçikdir, onun üzərində yeni yeməkxana tikilməsini planlaşdırmışıq. Xahişimiz odur ki, – maliyyə naziri də, İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi də buradadır, – gələn ilin investisiya proqramında bunları nəzərdə tutasınız.
Sonuncu məsələ – Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında. Buyu-run, Vüqar Gülməmmədov.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hesablama Pala-tasının 2015-ci il üçün xərclər smetası müvafiq qanunveri-ciliyin tələblərinə uyğun olaraq sizlərə təqdim edilmişdir. Təqdim edilmiş büdcə layihəsində növbəti il Hesablama Palatasının saxlanması üçün 3 milyon 892 min manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Proqnoz məbləğ cari ilin analoji göstəricisindən 258 min manat çoxdur.
Hesablama Palatasının saxlanmasına sərf olunan vəsaitin artırılmasına səbəb Palataya üzv və əməkdaşların əməkhaqqı xərclərinin və onunla bağlı xərclərin, daxili ezamiyyə, yanacaq və telefon danışıq xərclərinin artırılması ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, yuxarıda göstərilən xərclərin artırılması ilə yanaşı, növbəti ilin büdcə layihəsində bizim tərəfimizdən mal və materialların, eləcə də əsas vəsaitlərin alınması və kommunikasiya xidmətləri ilə bağlı xərclər cari illə müqayisədə azaldılmışdır. Lakin hesab edirik ki, təklif olunan büdcə növbəti ildə funksional vəzifələrin icrasına tam imkan verəcək. Ona görə də hörmətli millət vəkillərindən Palatanın xərclər smetasının təsdiq edilməsini xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, həm Milli Məclis, həm Maliyyə Nazirliyi, həm də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən bu məsələlərin hamısı nəzərə alınacaq. Bugünkü iclasımız sona çatır. Hökumətə ayın 28-nə kimi vaxt veririk. Noyabrın 28-də büdcəyə son baxış olacaq. Sağ olun.
EDİLMƏMİŞ
ÇIXIŞLARIN MƏTNLƏRİ
20 noyabr 2014-cü il
_________
Cavanşir Feyziyev. Hörmətli Sədr, hörmətli hökumət üzvləri və millət vəkilləri!
2015-ci ilin dövlət büdcəsi zərfinin məlumatlarına, eləcə də Hesablama Palatasının rəyindəki təhlillərə əsaslanaraq demək olar ki, 2015-ci ilin dövlət büdcəsi və icmal büdcə dünyada gedən prosesləri və Azərbaycan iqtisadiyyatının real vəziyyətini kifayət qədər nəzərə almaqla hazırlanıb. Çıxışlarda həm də dövlət büdcəsi, onun gəlir və xərcləri, bölgüsü, ayrı-ayrı istiqamətləri barədə geniş məlumatlar verildi.
2015-ci ilin dövlət büdcəsinin diqqətəlayiq cəhətlərindən biri kimi 2015-ci ilin büdcə proqnozlarının 2014-cü ildəki kimi neftin bir barrelinin qiymətinin 100 dollardan deyil, 90 dollardan götürülməsini qeyd etmək istərdim. Postsovet məkanının digər iki əsas neft hasilatçısının 2015-ci il büdcə proqnozları ilə müqayisədə də Azərbaycanın büdcə proqnozlarını reallığa daha yaxın hesab etmək olar.
Büdcə gəlirlərində 2014-cü ilin proqnoz göstəricilərinə nisbətən 5,7 faiz, xərclərdə isə 5,2 faiz artım gözlənilir ki, bu da iqtisadi fəaliyyətin inteqral göstəricisi hesab olunan ÜDM-in gələnilki 4,4 faizlik artım tempinə yaxın bir rə-qəmdir. Eləcə də büdcə gəlirlərində neft-qaz sektorunun payı 66 faizdən 65,3 faizə enib, yəni 0,7 faiz-bənd azalıb ki, bunu da gələn ilin büdcəsinin müsbət məqamları sırasına əlavə etmək olar. Büdcədə sosial ipotekaya ayrılan vəsaitin 10 milyon manat artırılaraq 50 milyon manata çatdırılması da təqdirəlayiqdir.
Bizə təqdim edilən layihədən göründüyü kimi, 2015-ci ilin dövlət büdcəsinin xərcləri ÜDM-in 35,3 faizi səviyyə-sində olmaqla 21 milyard manatdan artıq, yəni 2014-cü ilin proqnozları ilə müqayisədə 5,2 faiz çox proqnozlaşdırılıb. Gələn ilin büdcəsində ölkəmizin müdafiə qabiliyyətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi, aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial və investisiya proqramları üçün maliyyə təminatının daha da yaxşılaşdırılması, elektrik enerjisi, içməli su və qaz təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.
Son illər Azərbaycan büdcəsi üçün ÜDM-in 1 faizinin altında büdcə kəsiri, daha çox isə profisit xarakterik olsa da, 2015-ci ilin büdcəsi özündən əvvəlki illərlə müqayisədə daha çox – 1.662 milyon manat məbləğində kəsirin nəzərdə tutulması ilə fərqlənir ki, bu da 2014-cü ilin büdcə kəsiri üzrə proqnoz göstəricisinə yaxın, amma real göstəricisindən çox yüksəkdir. Əgər kəsir ÜDM-in 3 faizindən yuxarı qalxarsa, onda iqtisadi təhlükəsizlik baxımından problemli hesab oluna bilər. Amma bizim büdcədə kəsir, əvvəla, böyük ehtimalla proqnozlaşdırılan 1.662 milyon manatdan az olacaq. Əvvəlki illərin təcrübəsi də bunu təsdiq edir. Digər tərəfdən, 2015-ci ilin büdcə kəsiri olduğu kimi qalsa belə, iqtisadi təhlükəsizlik baxımından məqbul hesab olunmayan 3 faizlik həddən aşağı, yəni 2,8 faiz olacaq və iqtisadi təhlükəsizlik baxımından heç bir problem yaratmayacaq. Büdcə xərclərinin yüz faiz səviyyəsində icra olunma ehtimalı az olduğundan, həm də neftin qiyməti 90 dollar səviyyəsində olsa və ya ondan yuxarı qalxsa, büdcə kəsiri təhlükəsiz həddə qədər azala bilər.
Bütün bunlarla yanaşı, həm 2014-cü ildə, həm də qar-şıdakı illərdə büdcənin icrasında aşağıdakı məsələlərin də həllinin sürətləndirilməsinə diqqətin artırılmasını zəruri hesab edirəm:
1. Neft hasilatının aşağı düşdüyü bir şəraitdə büdcə gəlirlərinin artırılması üçün əlavə mənbələrin tapılması istiqa-mətində səylərin artırılması.
2. Regionlarda iqtisadi fəallığın artırılması, eləcə də vergi və digər iqtisadi rıçaqlar sistemində məqsədyönlü islahatlar vasitəsilə regionların dotasiyadan qurtuluşu işinin daha da sürətləndirilməsi.
3. Büdcə vəsaitindən istifadənin iqtisadi və sosial səmə-rəsinin artırılması, kəndlərin qazlaşdırılması, su təchizatı, kənd yollarının bərpası və sair problemlərin həllinin sürət-ləndirilməsi istiqamətində ayrılan büdcə vəsaitlərinin öz tə-yinatına uyğun şəkildə səmərəli istifadəsinə nəzarətin güc-ləndirilməsi.
Hesab edirəm ki, 2015-ci il dövlət büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişafını, iqtisadi mənzərəsini özündə əks etdirən kifayət qədər təkmil bir sənəddir. Bu layihənin hazırlanmasında iştirak edən hökumət üzvlərinə təşəkkür edirəm və büdcə layihəsinin qəbul edilməsinə səs verəcəyəm.
Rüfət Quliyev. Hörmətli cənab Sədr, hörmətli həmkar-lar, hörmətli hökumət üzvləri, hörmətli media nümayən-dələri!
İlk növbədə qeyd etmək istəyirəm ki, üç gündür, müza-kirə etdiyimiz Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ol-duqca mükəmməl bir sənəd olduğundan onunla tanış olanlar üçün heç bir anlaşılmaz məqam qoymayıb. Məlum həqiqətdir ki, Azərbaycan iqtisadiyyatının hər il yüksək templərlə dinamik inkişafı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğur və novatorluqla davam etdirilən iqtisadi siyasət kursunun bariz nəticəsidir.
Həm məruzədə, həm də çıxışlarda bu uğurlardan və gələcək perspektivlərdən ətraflı bəhs edildi. Dünyada iqtisadi və maliyyə böhranının səngimədiyi 2014-cü ildə də Azərbaycan hər sahədə bir çox uğurlara imza atmışdır və bu il ÜDM istehsalının 59 milyard manat olacağı gözlənilir. Ümumiyyətlə, neft istehsalı istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində artım müşahidə olunmaqdadır və 2014-cü ili uğurla başa vurmaq üçün bütün əsaslar mövcuddur.
2015-ci ilin dövlət büdcəsi də əvvəlki illə müqayisədə artımla tərtib olunub. Ənənəvi olaraq sosialyönlü olan dövlət büdcəsi 2015-ci ildə də sosialyönlü olacaq. Büdcənin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 27,6 faiz təşkil edir.
Bugünkü plenar iclasımız, əsasən, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi, eləcə də yaşayış minimumu və ehtiyac meyarı haqqında Azərbaycan Respublikası qanunlarının layihələrinin müzakirəsinə həsr olunmuşdur. Rəqəmlərdən göründüyü kimi, istər Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin, istərsə də yaşayış minimumu və ehtiyac meyarının 2015-ci ildə artırılması nəzərdə tutulur ki, bu da əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir.
Bir iqtisadçı alim kimi bəzi mülahizələrimi sizinlə bölüşmək istəyirəm. Respublika iqtisadiyyatını daha da inkişaf etdirmək üçün hər cür imkanlar var. Ancaq hər şeyi dövlətin üzərinə atmaq da düz deyil. Ölkədə sahibkarlıq üçün çox münbit şərait yaradılıb – təbii ehtiyatlar var, maliyyə resursları var, işçi qüvvəsi var, bazar var, hətta sənədləşdirmə işləri də asanlaşdırılıb. Bircə qalır ki, hər bir sahibkar təkcə öz mənafeyini yox, ümumxalq mənafeyini fikirləşib, qolunu çırmalayaraq işə girişsin. Bu saat elə məqam yaranıb ki, biz istehsal etdiyimiz məhsulları asanlıqla Rusiya bazarlarına çıxarıb ora girə bilərik. Hələ ki, Qərbin sanksiyaları qüvvədədir. Bu bizə imkan verir ki, Rusiya üçün zəruri məhsulları orada çox asanlıqla sata bilək. Bu işdə tələsmək lazımdır, çünki heç kim zəmanət verə bilməz ki, sanksiyalar uzun müddət qüvvədə qalacaq.
Ölkə rəhbəri də həmişə tələb edir ki, istehsal olunan məhsul ixracyönümlü olsun. Buna görə də təklif edirəm ki, yeni – keyfiyyətli və innovativ məhsul istehsalçılarına vergi güzəştləri tətbiq edilsin.
Sahibkarların istifadə etdiyi avadanlıqların və dəzgahların fiziki aşınmasını gözləmək lazım deyil. Onlar üçün mə-nəvi aşınma fondu təşkil edilməlidir ki, sahibkarlar güzəştli şərtlərlə yüksək məhsuldarlıqlı yeni nəsil dəzgah və avadanlıqları ala bilsinlər. İnkişaf etmiş ölkələrdə belə güzəştlər 70 faizə qədər olur.
Digər bir vacib məsələ də kənd yerlərində torpaqlardan səmərəli istifadə etmək zərurətidir. Statistika göstərir ki, ortasəviyyəli ailənin qazancının 70 faizə qədəri ərzaq alın-masına xərclənir. Kəndli öz torpağından səmərəli istifadə edib əkinçiliklə, heyvandarlıqla ciddi məşğul olsa, ərzağa xərclədiyi məbləğ çox azalar və onun həm sosial problemləri həll olunar, həm də şəhərə axının – urbanizasiya prosesinin qarşısı alınmış olar.
Ölkənin gələcək inkişafı bütün təbəqələrdən olan sahibkarlardan çox asılıdır. Hazırkı dövrdə inkişaf etmiş dövlətlərdə və inkişaf etməkdə olan bəzi ölkələrdə ÜDM-in 55–70 faizini kiçik və orta sahibkarlıq subyektləri təşkil edir.
Möhtərəm Prezidentimizin təşəbbüsü ilə qəbul olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun artıq öz bəhrələrini verir və sahibkarlar özlərini rahat hiss edirlər. Bu Qanunun tətbiqi onlar üçün güclü bir dayaq olmuş və yeni üfüqlər açmışdır.
Sahibkarlar arasında maarifləndirmə işini gücləndirmək üçün yaxşı olardı ki, televiziya kanallarında, xüsusilə İctimai Televiziyada “İqtisadiyyat saatı” adında rubrika açılsın və ayda iki dəfə fəaliyyət göstərsin.
Sonda deputat həmkarlarımı müzakirə olunan qanun layihələrinin qəbuluna səs verməyə dəvət edirəm.
Mirkazım Kazımov. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri və millət vəkilləri!
Dünya iqtisadiyyatında davam edən maliyyə böhranına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbər-liyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət ölkə iqtisadiyyatının davamlı inkişafı üçün əsas yaratmış, makroiqtisadi tarazlıq təmin edilmiş, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına nail olunmuşdur. Əldə edilən bu uğurlar beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir, hesabatlarda qeyd edilir.
Cari ilin 9 ayında ümumi iqtisadi artım 2,5 faiz, qeyri-neft sektorunda 6 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 5,4 faiz artmış, inflyasiya 1,5 faiz olmuş, iqtisadiyyata 24 mil-yard dollar həcmində sərmayə yatırılmışdır. Bu gün ölkə-mizin strateji valyuta ehtiyatı 53 milyard dollardan artıqdır ki, bu da dövlət büdcəsindən iki dəfə çox deməkdir.
10 ayın nəticəsinə görə ölkə üzrə ümumi iqtisadi artım daha yüksək – 2,8 faiz olmuşdur.
2015-ci ilin makroiqtisadi proqnoz göstəricilərinin mü-hüm məqamı ölkə üzrə real iqtisadi artımın 4,4 faiz həddin-də planlaşdırılmasıdır. Qeyri-neft sektorunda bu artım 8,2 faiz təşkil edəcəkdir. Bu sektorun ümumi daxili məhsulda xüsusi çəkisi 66 faiz həddində proqnozlaşdırılır.
Qeyri-neft sektorunun mühüm sahəsi olan aqrar bölmə-nin inkişafı 2015-ci ildə diqqət mərkəzində olacaqdır. Büdcə sənədlərindən də göründüyü kimi, kənd təsərrüfatına, irriqasiya və meliorasiya, ətraf mühitin mühafizəsi tədbirlərinə 600 milyon manat (765 milyon dollar) vəsait ayrılması nəzərdə tutulur. Bu, 2013-cü ilin faktiki göstəricisi ilə müqayisədə 22 faiz çox vəsait deməkdir. Bu vəsaitin 260 milyon manata yaxını müvafiq dövlət proqramlarının və digər tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Yalnız əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının həyata keçirilməsi üçün gələn il dövlət büdcəsindən bu sahəyə 190 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2013-cü ilin faktiki göstəricisi ilə müqayisədə iki dəfə artım deməkdir.
Müzakirəyə təqdim olunmuş büdcə sənədlərindən göründüyü kimi, 2015-ci ilin də dövlət büdcəsi sosial və investisiya yönümlü olacaqdır. Büdcə xərclərində sosial yönümlü xərclərin xüsusi çəkisi 24 faiz təşkil edəcəkdir. Beləliklə, 2015-ci ildə də hökumət əhalinin sosial müdafiəsinin gücləndirilməsi kursunu davam etdirəcəkdir.
Büdcə proqnozuna əsasən gələn il dövlət investisiya xərcləri 6,9 milyard manat təşkil edəcəkdir. Bu vəsaitlər ilk növbədə tamamlanması nəzərdə tutulan energetika, nəqliy-yat, sənaye, kənd təsərrüfatı, irriqasiya, digər infrastruktur, sosial-mədəni təyinatlı obyektlərin, dövlət əhəmiyyətli digər layihələrin və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Energetika sektorunun mühüm sahəsinə çevrilmiş bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunması və bu sahənin inkişafı 2015-ci ildə xüsusilə diqqət mərkəzində olacaqdır. Bu sahəyə 2014-cü illə müqayisədə iki dəfə çox – 7,6 milyon manat büdcə vəsaitinin yönəldilməsi planlaşdırılır.
Bizə təqdim edilən büdcə zərfi sənədlərindən göründüyü kimi, Azərbaycan hökumətinin fəaliyyət prioritetlərindən biri də regionlarda sahibkarlığın, ilk növbədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, onlara maliyyə dəstəyinin, əsasən, güzəştli kreditlərin ayrılması vasitəsilə genişləndirilməsi, qabaqcıl texnologiyaların emal sənayesinə tətbiqi və bu yolla rəqabətədavamlı keyfiyyətli məhsul istehsalına nail olmaqdır.
2015-ci ildə dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 100 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Beləliklə, gələn il üçün ayrılan vəsait də nəzərə alınmaqla fondda 1,8 milyard manata yaxın vəsait ehtiyatı yaranacaqdır. Bu isə o deməkdir ki, bu gün fond əsaslı maliyyə mənbəyinə çevrilmişdir.
Bu gün dövlət büdcəsində aparılan çox mütərəqqi və ardıcıl struktur islahatlarını xüsusi qeyd etmək lazımdır. İlbəil dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər artır və bu, daimi xarakter alır. Bu göstərici 2015-ci il üçün 2013-cü illə müqayisədə 16 faiz artımla nəzərdə tutulur.
Gələn il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərin-dən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 50 faizdən az təşkil edəcəkdir ki, bu da 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 4,5 faiz-bənd az deməkdir. Proqnozlaşdırılan yerli xərclər isə 2013-cü ilin faktiki icrasına nisbətən 13 faiz çox nəzərdə tutulmuşdur. Aparılan struktur islahatları yüksək qiymətləndirilməlidir. Onların nəticəsində rayon və şəhərlərin mərkəzdən maliyyə asılılığının tədricən azalmasına şərait yaranacaqdır.
Beləliklə, çıxışımı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki, dövlət büdcəsi zərfi yüksək səviyyədə hazırlanmışdır. Qanun layihəsi qəbul olunmağa hazırdır.