28.11.2014 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIII SESSİYASI İCLASININ

PROTOKOLU № 99

Milli Məclisin iclas salonu.
28 noyabr 2014-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.


İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir  89
Yetərsay  83

 İclasa dəvət olunmuşlar:

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Sahir Məmmədxanov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Həmid Bağırov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini.
Səfər Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
Avtandil Babayev, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti sədrinin müavini.

* * *

Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

* * *

Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ba-rədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında.
7. M.N.Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında.
8. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respu-blikası qanununun layihəsi haqqında.
15. Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun la-yihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Gündəlik haqqında.

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.19 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çıxış etmişlər: Oqtay Əsədov, Samir Şərifov, Vahid Əhmədov, Zahid Oruc, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.30 dəq.)
Lehinə 96
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Elman Mehdiyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.31 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.31 dəq.)
Lehinə 96
Əleyhinə 4
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.32 dəq.)
Lehinə 97
Əleyhinə 4
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.32 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında.


Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.33 dəq.)
Lehinə 97
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

7. M.N.Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.34 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinəvə qarşılıqlı qorunmasına dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.36 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

9. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.39 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

10. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Zahid Oruc, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.52 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.54 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

12. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.56 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Musa Quliyev, Çingiz Qənizadə, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Şəmsəddin Hacıyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 89
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

14. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 86
Nəticə: Qəbul edildi

15. Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Fəttah Heydərov, İsmayıl Hacıyev, İsa Həbibbəyli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.26 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

Cari məsələlərin müzakirəsi.

Çıxış etmişlər: Oqtay Əsədov, Zahid Oruc, Fazil Mustafa, Çingiz Qənizadə, Siyavuş Novruzov, Sabir Rüstəmxanlı, Tahir Rzayev, Qüdrət Həsənquliyev, Bahar Muradova, Əli Hüseynli, Bəxtiyar Əliyev, Yevda Abramov.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

28 noyabr 2014-cü il. Saat 12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.02 dəq.)
İştirak edir  89
Yetərsay  83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik.
Xahiş edirəm, səsvermədə diqqətli olaq. Çünki əksər millət vəkilimiz ezamiyyətdədir. Bildiyiniz kimi, 3 gün biz büdcəni müzakirə elədik. Hökumətə vaxt verildi. İndi ilk öncə biz icazə verək, hökumət etdiyi dəyişikliklər haqqında məlumat versin.
Ancaq ondan qabaq mən söyləyim, sonra millət vəkilləri məndən inciyərlər. Bir çox millət vəkili mənə müraciət elədi ki, biz iclasımızı müzakirələrlə başlayaq. Çünki bildiyiniz kimi, Avropa Parlamentinin Sədri cənab Şults Azərbaycan ilə əlaqədar yenə lazım olmayan çıxışlar eləmişdir. Mən hesab edirəm ki, bu müzakirələri büdcədən sonraya saxlaya bilərik. Bir də ki, bu çıxışa diqqət eləyəndə biz görürük ki, Avropa Parlamentinin Sədri həmişə bir bəhanə axtarır ki, Azərbaycanı sancsın, artıq bir söz desin. Onların bizə münasibətinə biz adekvat münasibət bildirməliyik. Bizə etika, mədəniyyət öyrədən parlamentdə nə mədəniyyət, nə də etika gördük. İlk iclasda Azərbaycana qarşı qətnamə qəbul elədilər. Azərbaycan parlamenti qaydalara riayət eləyərək parlamentdə qərar çıxardı, bəyanat göndərdi, bir ay bəyanata cavab gəlmədi. Sonra mən parlament sədri kimi cənab Şultsa məktub yazdım, cənab Şultsdan o məktuba cavab gəlmədi. Onlar bizə siyasi mədəniyyət öyrədəcəklər? Heç aparatları normal işləyə bilmir, özlərində bu siyasi mədəniyyət yoxdur, ancaq Azərbaycanda baş verən hər hansı bir hadisəyə dərhal münasibət bildirirlər.
İlk növbədə öz daxili işlərinə baxsınlar, mandatları çərçivəsində Avropa İttifaqı daxilindəki dövlətlərə baxsınlar. Orada olan antisemitizmə, ayrı-seçkiliyə, miqrantlara olan münasibətə baxsınlar. Heç bir münasibət bildirmirlər. Başqa ölkələrdə polislərin etdiyi qəddarlığa baxsınlar. Bunların başqa iş-gücləri yoxdur. Deməli, Avropada bir neçə müsəlman ölkəsi var, bütün diqqətlərini ora yönəldib, onlara qarşı şərləmə işləri aparırlar.
Siyasi mədəniyyətdən danışdıq. Siyasi mədəniyyətdən başqa, artıq bunlar açıq yalan danışmağa başlayıblar. Cənab Şults deyir, guya Azərbaycan dövlətinə müraciət eləyib ki, Leyla Yunusun məsələsi ilə əlaqədar Azərbaycana parlament qrupu gəlsin. Ancaq ağ yalandır, nə Milli Məclisə, nə də Azərbaycan hökumətinə heç bir müraciət olunmayıb. Hətta biz bildiyimizə görə, onlar heç bir qrup da təşkil eləyə bilməyiblər. Belə bir dövrdə Avropa Parlamenti kimi mötəbər bir təşkilatın iclasında belə açıq yalan söyləmək, hesab edirəm ki, heç bir siyasi xadimə hörmət gətirmir. Ona görə müzakirələrdə, xahiş edirəm, diqqətli olaq. Biz necə münasibət görürük, eləcə də adekvat münasibət qaytarmalıyıq. Soyuq münasibətə qarşı soyuq münasibət.
Biz çalışırıq ki, Avropa Parlamenti ilə əlaqələri yüksək səviyyədə quraq. Bizim Avropa Parlamenti ilə ikitərəfli əməkdaşlıq təşkilatımız var. Mən bir dəfə də demişəm sizə, dəfələrlə demişəm. Bizim deputatlar Avropaya tam sayda gedirlər. O deputatlardan isə cəmi 2–3 nəfər bu toplantıya gəlir. Azərbaycanda toplantı keçiririk, 35 üzvdən 2–3 nəfəri gəlir. Belə barmaqarası münasibətə elə biz də barmaqarası münasibət bəsləməliyik. Ona görə, mən xahiş edirəm, müzakirələr başlayanda da, indi iclasdan sonra da bu fikirlərə, bu məsələyə biz belə diqqət verməyək.
İndi, xahiş edirəm, keçək iclasa. İclası belə quraq, ilk növbədə hörmətli maliyyə naziri Samir Şərifov, eləcə də Elman Mehdiyev elədikləri dəyişikliklər haqqında danışsınlar, sonra səsverməyə keçək. Etiraz yoxdur ki? Buyursun Samir Şərifov.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri Milli Məclisin komitələrində və bir neçə plenar iclasda ətraflı müzakirə edilmişdir. Komitə və plenar iclaslarda çıxış etmiş millət vəkilləri tərəfindən irəli sürülmüş təklif və tövsiyələr hökumət tərəfindən ilkin olaraq təhlil edilmiş, bəzi tədbirlər üzrə xərclərin artırılması üçün tələb olunan maliyyə təminatının mənbəsi, görüləcək işlərin fiziki həcmi, icra müddəti və xüsusiyyətləri nəzərdən keçirilmişdir. Digər tərəfdən müzakirələr zamanı təkliflərdə qaldırılan məsələlərin həlli üçün maliyyə təminatının yaradılması vəzifəsinə 2015-ci ildə və sonrakı 3 ildə makroiqtisadi sabitliyin qorunub saxlanılması və büdcə dayanıqlılığının təmin edilməsi prizmasından da baxılmışdır. Birmənalı olaraq demək olar ki, qaldırılan bir çox məsələlərin həlli ilk növbədə maliyyə tutumuna və zaman tələbinə görə nəinki bir büdcə ilini, mən deyərdim ki, ortamüddətli büdcə dövründən də çox bir dövrü əhatə edəcəkdir.
Bunlarla yanaşı, 2015-ci il dövlət büdcəsinin layihəsində nəzərdə tutulan ümumi xərclər çərçivəsində bəzi zəruri məsələlərin müsbət həlli üzrə əməli addımlar atılmaqla maliyyə təminatının yaradılması üçün təkliflər hazırlanmışdır ki, mən onları hazırda sizin diqqətinizə çatdırmaq istərdim. Bir sıra hörmətli millət vəkillərinin elm xərclərinin artırılması ilə bağlı təkliflərini nəzərə alaraq bu xərclərin, həm də gəlirlərin mütənasib şəkildə 8 milyon manat məbləğində artırılmasını məqbul hesab edirik və artım baş verdikdə elm xərcləri 150,5 milyon manat təşkil edəcəkdir ki, bu da 2014-cü illə müqayisədə 3,6 milyon manat və ya 2,5 faiz çox deməkdir.
Digər təklif siyasi partiyalara dövlət büdcəsindən ayrılan maliyyə yardımının artırılması ilə bağlıdır. Bu təklifi də nəzərdən keçirərək qeyd etmək istərdim ki, “Siyasi partiya-lar haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə müvafiq olaraq 2014-cü il dövlət büdcəsində siyasi partiyaların fəaliyyətinin maliyyələşməsi üçün ayrılan vəsaitin 10 faizi, yəni 250 min manatı obyektiv səbəbdən bölüşdürülməmiş qalmışdır. Hesab edirik ki, bu qənaət olunan həmin vəsaitin büdcə ilində istifadə edilməsi mümkündür. Bu məqsədlə yuxarıda qeyd olunan qanunun 17.1.2-ci maddəsinə düzəliş edilməlidir. Bu düzəlişin edilməsi dövlət büdcəsində siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin tam məbləğdə partiyalar arasında bölüşdürülməsinə şərait yaradacaq. Müvafiq qanun layihəsi mətninin yaxın günlərdə Milli Məclisə təqdim olunması gözlənilir.
Digər qaldırılan məsələ qeyri-hökumət təşkilatlarına əlavə maliyyə dəstəyinin verilməsi ilə bağlıdır. Qeyd eləmək istərdim ki, dövlət dəstəyi olaraq qeyri-hökumət təşkilatlarının 2015-ci il üzrə xərcləri 2014-cü illə müqayisədə 50 faiz artırılmışdır. Bununla yanaşı, hörmətli millət vəkillərimizin fikirlərini əsas götürərək 2015-ci ildə qeyri-hökumət təşkilatlarının xərclərinin əlavə 600 min manat artırılması təklifini hökumət qəbul edir. Bunu da biz hökumət tərəfindən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə verilən diqqət və qayğının təzahürü kimi qəbul edirik.
2015-ci il dövlət büdcəsinin layihəsində, eyni zamanda, bələdiyyələrə nəzərdə tutulan dotasiyanın artırılması ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür. Habelə qeyd etmək istərdim ki, hökumət tərəfindən bir sıra təhlillər aparılmış və təhlillərin nəticəsi də ondan ibarətdir ki, artıq bir neçə il ərzində bələdiyyələrin gəlirlərinin icrası qənaətbəxş deyil. Yəni gəlirlərin icrasında təxminən 2002–2013-cü illər ərzində maksimal icra faizi 89 faiz təşkil etmişdir. Amma ortalama hesabla bu, təxminən 50–60 faiz səviyyəsindədir. Bələdiyyələrin gəlirləri də sizə, yəqin ki, bəllidir. Əsas mənbələr burada əmlakların özəlləşdirilməsi, icarəyə verilməsi və eyni zamanda, bələdiyyələrin büdcələrinə daxil olan bir sıra vergilərdən əldə edilən gəlirlərdir. Hökumət hesab edir ki, bələdiyyələrə dövlət büdcəsindən birbaşa maliyyə yardımının ayrılmasındansa, onlara daha yaxşı imkanlar yaradılmalıdır ki, gəlirləri artsın və bu məqsədlə də bildiyiniz kimi, Milli Məclis tərəfindən bu il ərzində Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilmişdir. Bununla da biz hesab edirik ki, bələdiyyələrin maliyyə təminatı xeyli gücləndiriləcək.
Yeni qaydaya müvafiq olaraq əmlakın 30 kvadratmetrdə olan hissəsi vergidən azad olmaqla ərazisindən asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahələrinin qalan hər kvadrat-metrinə görə müvafiq dərəcə ilə vergi hesablanacaq. Tuta-lım, Bakı şəhəri üzrə hər kvadratmetr sahəyə görə 40 qəpik, Gəncə, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 30 qəpik, digər rayon mərkəzləri üzrə 20 qəpik və kəndlər üzrə 10 qəpik dərəcəli və sair. Bu dəyişikliklər nəticəsində bələdiy-yələrin büdcələrinə fiziki şəxslərdən əmlak vergisi hesabına təxminən 40 milyon manatadək daxilolma proqnozlaşdırılır. Bu da əvvəlki qaydalarda hesablamalara nisbətən 30 milyon manatadək əlavə gəlir deməkdir. Bütün bunları nəzərə alaraq növbəti illərdə bələdiyyələrin gəlirlərinin dövlət büdcəsindən ayrılan dotasiya məbləğinin artırılması hesabına deyil, qeyd etdiyim kimi, qanunvericilikdə bələdiyyə büdcələrinin gəlir mənbələrinə aid olan vergi potensialının və bu vergilərin yığım əmsalının artırılması hesabına təmin edilməsini məqsədəuyğun hesab edirik. Məlumat üçün bildirmək istərdim ki, 2013-cü ildə daxil olan vəsaitin, yəni bələdiyyə büdcəsinin xərclərinin 19 milyon manatı və yaxud 39 faizi yerli idarəetmə orqanlarının saxlanması xərclərinə, 17 mil-yon manatı və ya 36 faizi mənzil-kommunal təsərrüfatının saxlanması xərclərinə, 3 milyon manatı isə digər sahələr üzrə xərclərə yönəldilmişdir. Beləliklə, əsasən, qaldırılan bu məsələlərə biz münasibət bildirmək istədik. Eyni zamanda, Milli Məclisin büdcəsi ilə bağlı da irəli sürülən təkliflər ondan ibarət idi ki, Milli Məclisin xərcləri bir qədər də artırılsın. Hökumət bu məsələyə də baxaraq əlavə 450 min manat məbləğində vəsaitin artırılmasını məqsədəuyğun hesab edir. Bununla da 2015-ci ildə Milli Məclisin büdcəsi 23 milyon 807 min manata çatdırılacaqdır.
Hörmətli millət vəkilləri, təkliflərinizə müvafiq olaraq yuxarıda qeyd etdiyim artımların, o cümlədən Azərbaycan Respublikası Milli Məclisinin xərclərinin və qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə bağlı nəzərdə tutulan və-saitin artımının tətbiqi üçün tələb olunan əlavə vəsaitin – Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haq-qında Azərbaycan Respublikası Qanununun əsas bölmələrə aid edilməyən xidmətlər bölməsinin “Digər xidmətlər üzrə xərclər” adlanan 8.14.3.4-cü maddəsində nəzərdə tutulan vəsaitin 1 milyon 50 min manat azaldılması və həmin və-saitin 450 min manatının qanun layihəsinin “Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri” adlanan 8.1.1-ci maddəsi, 600 min manatın isə həmin qanunun “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” adlanan 8.7-ci bölməsi üzrə yönəldilməsi hesabına təmin edilməsini təklif edirik. Elm xərcləri bölməsi üzrə tətbiq edilən artımın isə həmin qanunun “Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanması xərcləri” adlanan 8.1.1-ci maddəsindən 8 milyon manat məbləğində vəsaitin azaldılaraq “Elm xərcləri” adlanan 8.1.3-cü maddəsinə əlavə edilməsi hesabına həyata keçirilməsi məqbul hesab olunur. Hörmətli millət vəkilləri, təklif olunan yerdəyişmələr tərəfinizdən qəbul olunduğu təqdirdə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsində müvafiq dəyişikliklər ediləcəkdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qlobal iq-tisadiyyatda, ilk növbədə, dünya xammal bazarlarında yaşanan təlatümlü vəziyyət 2015-ci il üzrə dövlət və icmal büdcələrinin icrası üçün yeni çağırışları gündəmə gətirir. Azərbaycanın yerləşdiyi geosiyasi məkanda gərginliyin artması da öz növbəsində bölgədə iqtisadi artıma mənfi təsir göstərəcəkdir. Bunlara baxmayaraq, son illər ərzində ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş uğurlu sosial-iqtisadi siyasət nəticəsində əldə etdiyimiz nailiyyətlər, artmış maliyyə resurslarımız və topladığımız zəngin iqtisadi idarəetmə təcrübəsi 2015-ci il dövlət büdcəsi ilə nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial vəzifələrin, eyni zamanda, inkişaf proqramlarının yerinə yetirilməsini tam təmin edəcəkdir.
Çıxışımın sonunda hörmətli millət vəkilləri, əminliklə bildirmək istərdim ki, 2015-ci ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinin Milli Məclis tərəfindən qəbulu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafına yönəlmiş sosial-iqtisadi kursuna dəstək verməklə onun 2015-ci ildə də ardıcıl surətdə həyata keçirilməsinə zəmin yaradacaqdır. Hörmətli millət vəkilləri, bu gün təqdim edilmiş dəyişikliklər də nəzərə alınmaqla sizi bir daha qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Samir müəllim, əyləşin. Hörmətli millət vəkilləri, cənab Şults məni elə hirsləndirmişdi ki, mən də az qalırdı, protokolu pozum. Gündəlikdə büdcədən əlavə başqa məsələlər də var. Gündəliyi səsə qoymadım. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.19 dəq.)
 Lehinə  101
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  101
 Nəticə: Qəbul edild

Qəbul edildi, çox sağ olun.
2 millət vəkili suala yazılmışdır. Vahid müəllim, xahiş edirəm, sualınızı qısa verin.
V.Əhmədov. Oqtay müəllim, mənim bir xahişim var. Samir müəllimin, sosial müdafiə nazirinin burada olmağından istifadə edərək keçən dəfə mən Dövlət Sosial Müdafiə Fondu məsələsi müzakirə olunanda axırda bir xahiş elədim ki, bu Qarabağ əlilləri ilə əlaqədar 11 min manat qan pulu məsələsini həll eləmək lazımdır. İnsanlar gəlib Milli Məclisə tökülürlər. Milli Məclisin burada günahı yoxdur axı. Mən indi idarələrin göndərdiyi həmin məktublara baxdım. Hamısı yazır ki, Milli Məclis qərar versin, biz həmin pulu verək. Milli Məclis hansı qərarı verməlidir? Konstitusiya Məhkəməsi səhv eləyibsə, bunun əziyyətini Milli Məclis çəkməlidir? Mən xahiş edirəm, əgər lazımdırsa, bu məsələ cənab Prezident səviyyəsində həll olunsun. Çox sağ olun.
Sədrlik edən. Vahid müəllim, bunu indi maliyyə naziri həll eləmir. Konstitusiya Məhkəməsi Milli Məclisə göndər-mişdi. Biz də danışdıq. Milli Məclis qanun qəbul eləyir. Biz eyni qaydada məktub göndərəcəyik, hökumət özü bu məsələni həll edəcək. Xahiş edirəm, bu məsələdən narahat olmayın. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, bizim hər birimiz çox yüksək qiymətləndiririk ki, hörmətli hökumət üzvləri, o sırada xüsusi olaraq da Samir Şərifov dəfələrlə parlamentdə qalxmış məsələlərə diqqətlə, həssaslıqla, alicənablıqla yanaşıb. İndiki məruzəsində də hiss olundu, bu, parlament–hökumət əməkdaşlığının ən yüksək göstəricisi hesab oluna bilər. Bilirəm ki, büdcə müzakirələrinə qayıtmırıq, bu, başa çatıb, mən də səs verəcəyəm, ancaq sualım var.
Hörmətli Samir müəllim, sadəcə, onu demək istəyirəm ki, təbii, qış ayları gəlib, ölkənin hər yerində, harada ki ob-yektlər var, mavi yanacaqdan istifadə olunur. Mən sayğac məsələsini qeyd etmək istəyirəm. Fərdi vətəndaşlardan da-nışmıram, dövlət müəssisələrinə, inzibati obyektlərə sayğacların qoyulması əvvəllər “Azəriqaz”ın səlahiyyətində idi. Rəqəmlə ölçülsə, 4000–6000 manatlıq sayğaclardan söhbət gedir. Bu, bir millət vəkilinin bir quruma zəngi ilə həll olunan məsələ deyil, onlarla belə problem çıxanda, artıq bu, bir rayonun miqyasında 50–70–100 min vəsait edir. “Azəriqaz”a müraciət eləyəndə, təbii, onlar dərhal deyirlər ki, bu səlahiyyət bizdən alınıb, ümumiyyətlə, təchizat bütövlükdə təyinatını dəyişib. Yerli maliyyə qurumlarına müraciət eləyəndə bu bənd bizdə açılmayıb deyə bir cavab verilir. Sanki “sayğaclaşma”nın büdcənin hansı sətrində, hansı normativində göstərildiyi sual altında qalıb. Mən Sizdən çox xahiş edirəm ki, məsələnin həssaslığını nəzərə alıb, öz tərəfinizdən bu məsələ ilə bağlı lazımi tapşırıqlar verəsiniz ki, Sizə məruzə eləsinlər və məsələ həllini tapsın. Sağ olun.
Sədrlik edən. Zahid müəllim, bu, sual olmadı, xahiş oldu. Başqa cür müraciət eləyə bilərdiniz. İkinci, sayğaclar haqqında Milli Məclis vaxtilə qanun qəbul eləyib. Dövlət təşkilatlarına sayğaclar qaz idarələri tərəfindən öz hesab-larına qoyulur. Ona görə bu cür də qoyulmalıdır, çünki qanun var. Kimsə bizdən başqa bu barədə qanun çıxarıb? Ya “Azəriqaz” özündən yeni qanun çıxarıb? Sayğaclar haqqında ümumi qanun olub, su sayğacları, qaz sayğacları, işıq sayğacları dövlət təşkilatlarına dövlət tərəfindən qoyulur. Ya dövlət maliyyə ayırır, təşkilat qoyur, ya da qaz idarələri tərəfindən qoyulur. Bir dəfə qəbul olunmuş qanundur. Siyavuş müəllim, sən də Zahid Oruc kimi təklif verəcəksən? Buyur.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. İndi bu saat büdcənin müzakirəsi ilə əlaqədar eşitdim, hörmətli Vahid müəllim də qeyd etdi, burada Qarabağ əlilləri, şəhid ailələri, bu cür insanlar toplaşıb, onların Konstitusiya Məhkəməsinin çıxardığı qərarla əlaqədar təklifləri var, irəli sürüblər. Maliyyə Nazirliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edirlər, burada iştiraklarına görə mən də xahiş edirəm ki, bu məsələyə baxılsın. 21 ildir, elə adamlar var ki, işləri yarımçıq qalıb. Qanuni haqlarıdır, hüquqlarıdır, bunları da tələb edirlər.
Bu gün Qarabağ əlillərinin hamısı Azərbaycan Respubli-kası Prezidentinin ətrafında birləşib və indi də bəyan elədilər ki, torpaqlarımızın azadlığı uğrunda nə vaxt lazımdırsa, yenidən biz də qoşula bilərik. Hesab edirəm ki, bunları nəzərə almaq lazımdır. Rayon yerli icra hakimiyyətinin başçıları onların növbəyə götürülməsi məsələsini, mənzil-məişət məsələsini həll etməlidirlər, az bir hissə qalıb. Təbii ki, hökumət tərəfindən evlər tikilir, verilir, nəqliyyat vasitəsi ilə təmin olunurlar. Bunu bir balaca da sürətləndirmək olar, çünki az bir hissə qalıb. Bəlkə digər vətəndaşlarımız da onlara baxıb nümunə götürərlər. Oqtay müəllim, mənim xahişim bundan ibarətdir və qanunvericiliklə də nə lazımdırsa edək. Sizdən xahiş edirik, bu məsələni həll eləyək ki, o insanlar bir də zəhmət çəkib gəlməsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən həmin suala bir az cavab verdim, yəqin, fikir vermədiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən təklif elədim ki, Elman Mehdiyev çıxış eləsin, büdcə məsələsini bir yerdə səsə qoyacağıq. Bu-yurun, Elman Mehdiyev. Xahiş edirəm, dəyişikliklər varsa, qısa deyin.
E.Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin komitə iclasında, eləcə də plenar iclasda hörmətli millət vəkilləri tərəfindən qaldırılan məsələlər Dövlət Sosial Müdafiə Fondunda, eləcə də hökumətdə bir daha müzakirə olunmuş və Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi, əhalinin sığorta pensiya sistemi ilə daha əhatəli təminatı istiqamətində deyilmiş təkliflər xüsusən diqqətə alınmışdır. Təkliflərin bir qismi ötən plenar iclasda da cavablandırıldığı kimi, institusional əhəmiyyətlidir və biz bu təklifləri Azərbaycan Respublikasında 2014–2020-ci illərdə Pensiya İslahatları Konsepsiyası çərçivəsində həyata keçiriləcək tədbirlərlə reallaşdırmağı hədəfləyirik.
Hazırda Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu arasında bu sahədə qanunvericiliyin hazır-lanması istiqamətində iş aparılır və təbii ki, hörmətli millət vəkillərinin qaldırdıqları bütün məsələlər də birbaşa həmin prosesdə əsas müzakirə predmetini təşkil edəcəkdir. Ayrı-ayrı xərc istiqamətləri ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun 2015-ci ildə nəzərdə tutulmuş xərclərinin proqnoz göstəriciləri üzrə isə ötən müzakirələrdə daha çox sanatoriya-kurort müalicəsi yollayışlarının xərc artımı ilə bağlı təkliflər səsləndirildi. Məlumat üçün deyim ki, sığortalananların sanatoriya-kurort mühafizəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası vasitəsi ilə maliyyələşdirilən xərclərin proqnozu sizə təqdim olunan ilkin layihədə 19 milyon manat məbləğində proqnozlaşdırılmışdır və bu, 2014-cü ilə nisbətən 2,2 faiz və ya 0,4 milyon manat artım təşkil edir. Artım, əsasən, aşağıdakı istiqamətlərdə nəzərdə tutulurdu. Nəzərdə tutulan artımın 122,8 min manatı sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınması xərclərinin artımı, 30,3 min manatı sığortalananların uşaqlarının sağlamlıq düşərgələrində istirahətlərinin təşkili üzrə idi. 167,4 min manatı Həmkarlar İttifaqları Konfede-rasiyasının idman cəmiyyətlərində idman qurğularının saxlanması sistemində əmək haqlarının ödənişi istiqaməti, 84,8 min manatı Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müdafiəsi, həkim, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanması xərcləri, 9,7 min manatlıq artım isə sanatoriya-profilaktika, yemək xərcləri, tibbi xidmətlə bağlı xərclərin istiqamətləri üzrə idi.
Bizim daxili ehtiyatları bir daha müzakirə etməyimiz nəticəsində sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların əlavə olaraq daha 100 min manat artımı üzrə də proqnozlarda müəyyən dəyişikliklər olundu. Əgər hörmətli millət vəkilləri bu dəyişikliklərə səs verərlərsə, növbəti il üçün sanatoriya-kurort müalicəsi üzrə xərclərdə artıq 220 min manatlıq bir artım reallaşdırılacaqdır. Artım əsas etibarı ilə Dövlət Sosial Müdafiə Fondunun saxlanma xərclərinin və ödəniş üzrə xidmət xərclərinin azaldılması hesabına reallaşdırılıb. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Elman müəllim. Onda, xahiş edirəm, birbaşa büdcə və büdcə zərfinə daxil olan məsələləri bir-bir səsə qoyaq. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin təsdiq edilməsi barədə. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.30 dəq.)
 Lehinə  96
 Əleyhinə  3
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi.
İkinci məsələ. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin təsdiq olunması haqqında məsələyə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.31 dəq.)
 Lehinə  98
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi.
Növbəti məsələ Yaşayış minimumu haqqında qanun layihəsinin təsdiqi barədədir. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.31 dəq.)
 Lehinə  96
 Əleyhinə  4
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi.
Dördüncü məsələ. Ehtiyac meyarının həddi haqqında qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.32 dəq.)
 Lehinə  97
 Əleyhinə  4
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  101
 Nəticə: Qəbul edildi


Çox sağ olun. Xahiş edirəm, Milli Məclisin 2015-ci il üçün xərclər smetası haqqında qərar layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.32 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun. Nəhayət, Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında qərar layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.33 dəq.)
 Lehinə  97
 Əleyhinə  3
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq olundu.
Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, sizi dövlət büdcəsinin təsdiqi ilə əlaqədar təbrik edirəm. Hər birinizə, həm hökumət, həm də parlament üzvlərinə konstruktiv əməkdaşlığa görə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Hökumət üzvləri gedib hökumət işləri ilə məşğul olsunlar, biz də öz işimizlə məşğul olaq.
Keçirik gündəliyin növbəti məsələsinə – Mehriban Əli-şanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında məsələyə. Hörmətli millət vəkilləri, başqa təklif yoxdursa, xahiş edirəm, auditorun yenidən təyin edilməsi üçün münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.34 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  1
 Səs verməd 0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Mehriban xanım, təbrik edirik, uğurlar Sizə.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” Sazişin təsdiq edilməsi barədədir. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə təqdim olunmuş saziş layihəsi 2014-cü il may ayının 6-da Bakı şəhərində imzalanıb. Sazişin mətni ilə tanışsınız. Burada Fransa ilə Azərbaycan arasında olan məxfi məlumatların mübadiləsi sahəsində əməkdaşlıq, eyni zamanda, bu əməkdaşlığın əhatə etdiyi sahələr, səlahiyyətli orqanlar və digər məsələlər öz əksini tapır. Ən əsası, qeyd eləmək istəyirəm ki, bu sənəd Azərbaycanın dövlət maraqlarına cavab verir. Sizi bu sənədə, bu sazişə səs verməyə dəvət edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.36 dəq.)
 Lehinə  95
 
Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “İcbari sığortalar haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli fərmanı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə Beynəlxalq Yaşıl Kart Sisteminin Azərbaycan Respublikasında tətbiqi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birgə tədbirlər görülməsi tapşırılmışdır. Həmin tapşırığın icrası ilə bağlı müvafiq işlər görülür. Təkliflər Nazirlər Kabinetinə təqdim edilmiş, sonra isə Azərbaycan Res-publikasının Prezidenti tərəfindən qanun layihəsi şəklində Milli Məclisə göndərilmişdir.
Qeyd etmək lazımdır ki, Avropa ölkələrində Yaşıl Kart Sistemi 1953-cü ildən fəaliyyət göstərir, sistemin başlıca məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş şəxslərin bununla əlaqədar tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir. Bununla əlaqədar olaraq sistemə üzv büroların qarşılıqlı zəmanəti əsasında avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin səfər ərzində mülki məsuliyyətini sığortalayan vahid təminat sistemi təşkil edilir. Nəticə etibarı ilə avtonəqliyyat vasitələri ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülərin öz ölkəsindəki hər hansı səlahiyyəti sığortaçıdan beynəlxalq sığorta müqaviləsi kimi tanınan Yaşıl Kart əldə etməsi, bütün səfər boyunca mülki məsuliyyətinin tam sığortalanmasını nəzərdə tutur və onu səfər etdiyi hər bir müvafiq xarici ölkənin sərhədində yeni icbari mülkiyyət məsuliyyət sığortası almaq öhdəliyindən azad edir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu çox vacib qanundur. Azərbaycanın dünyaya inteqrasiya olunduğu, Azərbaycan vətəndaşlarının bir çox ölkələrə öz maşınları ilə getdikləri bir şəraitdə belə bir qanun layihəsinə müsbət münasibət, heç şübhəsiz ki, bütövlükdə hər bir ölkə vətəndaşı üçün də müsbət haldır. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.39 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Dövlət əmlakının özəlləşdirilməsi haq-qında qanun layihəsinə dəyişiklik barədədir. Ziyad Səməd-zadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycanda azad bazar münasibətləri qurulur, getdikcə özəlləşdirilən sahələrin sayı artır. Azərbaycan Respublikasında artıq baytarlıq sahəsi də özəlləşdirilə bilər və bu da müəyyən xüsusi mülkiyyət münasibətlərinin artmasına və dövlətin yükünün azalmasına xidmət edəcəkdir. Dövlət əmlakının özəlləşdirilməsi haqqında 6-cı maddədə belə bir cümlə var idi: “Sanitar-epidemioloji, meşə idarələri, baytarlıq və fitosanitar nəzarəti xidmətləri özəlləşdirilə bilməz”. Ancaq təklif olunan variantdan baytarlıq sahəsi çıxarılır. Bundan sonra baytarlıq sahəsi də özəlləşdirilə bilər. Millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Zahid Oruc, buyurun.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. İlk növbədə ötən illər ərzində özəlləşdirmə siyasəti ilə bağlı gedən işlərə çox qısa toxunmaq istəyirəm. Çünki bu çox önəmlidir və vətən-daşlarımızın, demək olar ki, hər birinin həyatını əhatə edir, sosial inkişafın bazisini müəyyənləşdirir, iqtisadi münasi-bətləri özündə ehtiva edir və sair. Bu mənada ulu öndərin hakimiyyətə gəlməsi ilə ilk növbədə torpaq siyasətində mühüm dəyişikliklər baş verdi. Yeri gəlmişkən deyim ki, bu məsələ hər bir dövrün az qala bir inqilabi məsələsi olub. Bizim elə zamanında xidmət etdiyimiz, yaxud qulluq etdi-yimiz, tapındığımız ideoloji sistem də 100 il əvvəl elə bu məsələ ilə başlamışdı.
Mənim, əslində, bu sənədlə bağlı təkliflərim var, ona gəl-mək istəyirəm. Amma müqəddiməmin də bir mənası var, şübhəsiz ki, bu özəlləşdirmənin ən başlıca mənası vətənda-şın konkret mülk, əmlak, müəyyən bir iqtisadi sərvət, resurs sahibi olmasına xidmət edir. Ona görə də biz bu gün o mənzərəyə baxmalıyıq ki, ötən illər ərzində xüsusi olaraq sahibkarlar təbəqəsinin, yaxşı mənada siniflərin formalaş-ması ilə bərabər kəndlərimizdə vəziyyət necədir? Mən tam məsuliyyəti ilə deyirəm ki, bu dövr ərzində, xüsusilə də əmlakın özəlləşdirilməsi məsələsində problemlər hələ də qalmaqda davam edir və biz bu məsələni hər hansı bir şəkildə həll etməliyik.
Xatırlayırsınız, keçmişdə biz torpaq mülkiyyətinin, – istər o hansısa əmlakların altında olsun, istərsə də tamamilə sərbəst torpaq əraziləri olsun, – özəlləşdirilməsini vətəndaşlar üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən keçən bir prosedurla müəyyənləşdirmişdik və kadastr planları, kadastr sənədləri də həmin qurumun vasitəsi ilə müəyyənləşirdi. Sonrakı dövrdə dövlət əmlakının idarə olunması və Dövlət Reyestr İdarəsinin yaranması ilə bu kadastr planlarının məsələsi də ora keçdi və təbii ki, bunların hamısını, belə demək mümkündürsə, peyk rabitəsi ilə təmin etdilər, onların koordinat sisteminin daha yaxşı formalaşması üçün addımlar atıldı və sair. Amma gerçək mənzərə bundan ibarətdir ki, hörmətli cənab Sədr, bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi sənədlərin böyük bir hissəsini Dövlət Reyestr İdarəsi tanımır və yaxud da əksinə. Beləliklə, iki qurumun bir-birinin sənədlərini, belə demək mümkündürsə, mübahisələndirməsi və ya tanımaması səbəbindən vətəndaşlar çox ciddi əziyyət çəkirlər.
Bu, dediyimiz məsələnin tərkib hissəsidir, bu, özəlləşdir-mənin ən mühüm bir problemidir. Yerlərə müraciət edəndə Torpaq şöbəsi bəyan edir ki, Nazirlər Kabinetinin onlarda bir təlimatı var, bu yerlərin, koordinatların üst-üstə düşməsi ilə bağlı problemi vətəndaş özü həll etməlidir. Necə həll etməlidir? Məhkəməyə müraciət etməlidir. Təbii, vətəndaşın peyk rabitəsi yoxdur ki, koordinat sistemini özü müəyyənləşdirə bilsin. Beləliklə, vətəndaş məhkəmə vasitəsi ilə özünün haqlarını və yaxud torpaq hüquqlarını gerçəkləşdirməyə məcbur olur. Ona görə də mən çox arzulayardım ki, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Reyestr İdarəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə ayrıca bir parlament dinləmələri keçirərdik və ölkədə bu sahədə mövcud olan problemləri gündəmə gətirərdik.
Bu gün kəndli öz evinin, əmlak sənədlərinin alınması üçün çox ciddi problemlər yaşamaqdadır. Onlar hansı prob-lemlərdir? Təbii, mən son günlər gördüm ki, Dövlət Reyestr İdarəsi çox yaxşı bir aksiya keçirib. Asan reyestr aktlarının bir neçə rayonda təmin olunması aksiyası. Mən düşünürəm ki, ümumiyyətlə, bu mülkiyyət sənədlərinin alınmasını ASAN xidmətə verdikləri kimi, bütövlükdə bu sistemi də bu cür qurmaq lazımdır. Çünki 100 minlərlə, bəlkə də yarım milyondan artıq insan bu gün özünün evinin real sahibi deyil, o özünü az qala, elə bilin ki, kənar ölkənin vətəndaşı kimi hiss edir, həmin əmlakı kredit resursu kimi başqa bir sahələrdə istifadə edə bilmir. O cümlədən bu yaxınlarda, xatırlayırsınızsa, Daxili İşlər Nazirliyi dövlət və milli təhlükəsizlik üçün önəmli bir tədbirə başladı (qeydiyyatda olmayan uşaqların nəzarətə götürülməsi və sair). Almaniyada, – bir neçə gün bundan əvvəl göstərirdilər, – vətəndaşın övladı dərsə getməyəndə ona qarşı hansı isə bir təqib başlanır və sair. Bizdə bu cür özəlləşdirmə haqqı gerçəkləşmədiyinə görə, minlərlə insan tədris prosesindən də, digər qeydiyyat məsələlərindən də kənardadır. Ona görə mən çox arzulayıram ki, bu məsələni biz həll edək. Bu, doğrudan da, bütün vətəndaşların bir özəl mülkiyyətçi rolunda çıxış etməsinə kömək edər.
Sonda bir məsələyə də toxunmaq istəyirəm. Müxtəlif qurumların adında “dövlət” termininin işlədilməsinə qarşı-yam. “Dövlət” sözünün bir müqəddəsliyi var. Əslində, elə müqəddəs sözdür, hamımızın tapındığı bir dövlət anlayışıdır. Sovet dövründə bu, başa düşülə bilərdi. Çünki bir idarəetmə, mülkiyyət forması var idi. Ona görə də dövlət teatrı, dövlət akademiyası, dövlət sirki və sair deyilirdi. İndi bu sözün, bu terminin səslənməyinə nə qədər doğru baxırsınız? Mən elə düşünürəm ki, onların təşkilati formasını da dəyişmək lazımdır, idarəçilik prinsipini də dəyişmək lazımdır, mülkiyyət formasını da dəyişmək lazımdır, elə adlarını da dəyişmək lazımdır. Yəni bu qurumların adının üzərində “dövlət” sözünün işlənməsi o qədər də maraqlarımıza uyğun deyil və düşünürəm ki, bizim müvafiq komitə, eyni zamanda, dövlət qurumları da bu məsələyə baxsa, yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, media nümayəndələri! Mən bu qanun la-yihəsinə səs verəcəyəm, amma təklif edirəm ki, biz təkcə burada bu baytarlıqla bağlı məsələni çıxarmayaq, həm də sanitar-epidemioloji, meşə idarələri, fitosanitar nəzarəti xidmətləri də özəlləşdirilməlidir. Niyə onlar özəlləşdirilmə-məlidir? Niyə yalnız bunların içərisindən bir baytarlıqla bağlı xidmət sahələri özəlləşdirilməlidir? Yəni bunun bir izahı bizə verilsə idi, daha yaxşı olardı.
Mən əvvəllər də söyləmişəm ki, Azərbaycan artıq bazar iqtisadiyyatına keçib, bazar iqtisadiyyatına keçmişiksə, dövlətin bu qədər xidmət sahələrini öz nəzarətində saxlaması nəyə lazımdır və bu, dövlət üçün əlavə bir yükdür. Biz bunu dəfələrlə söyləmişik ki, dövlət bu yüklərdən azad olunmalıdır. Bir dəfə “Bakıelektrikşəbəkə”ni özəlləşdirdik, düzdür, sonradan hökumət həmin şirkətin fəaliyyətindən narazı qaldı, yenidən onu dövlət nəzarətinə keçirdi. Amma düşünürəm ki, “Bakıelektrikşəbəkə” də, qaz, su, digər kommunal xidmət sahələri də təcili olaraq özəlləşdirilməlidir. Dövlət bu yükün altından çıxmalıdır, həm də mən hesab edirəm ki, dövlət bu məsələlərdə kənara çəkilsə, nəzarət mexanizmi daha yaxşı təşkil olunacaq. Bəzi xarici ölkələrdə hətta həbsxanalara belə özəl şirkətlər nəzarət edir, mühafizəsini təşkil edir. Bu halda dövlətin imkanları xeyli genişlənmiş olacaq, indiki halda isə bunlar dövlətə bağlı qurumlar olduqlarına görə, bir çox hallarda sanki bu qurumlara qarşı yönələn tənqidlər, narazılıqlar həm də dövlətə qarşı yönəlir. Biz çalışmalıyıq ki, bundan xilas olaq və ayrı-ayrı iş adamları bu sahələrin inkişafı üçün əlavə investisiyalar yatırsınlar. Özü də bunlar strateji sahələr olduğuna görə, elektrik enerjisidir, qazdır, sudur, mən hesab edirəm ki, burada özəlləşdirməyə yalnız Azərbaycan Respublikasının vətəndaşları buraxıla bilərlər. Yəni biz lazım olsa, müvafiq qanunvericiliyə əlavə və dəyişikliklər etməklə bunu da tənzimləyə bilərik. Amma düşünürəm ki, bunları etmədən bu sahədə nəzarəti həyata keçirmək olmayacaq.
İndiki halda necədir? Tutaq ki, elektrik enerjisini eyni bir dövlət şirkəti istehsal edir, sonra özü də bunu vətəndaşlara satır. Bu halda, əlbəttə, böyük itkilərdən söhbət gedəcək. Biz bu yaxınlarda oxuduq ki, məsələn, dünyada heç bir ölkədə bu qədər elektrik enerjisinin itkisinə yol verilmir. Yəqin ki, mətbuatda Milli Məclisin rəhbərliyi də, hökumət işçiləri də bunu oxudular, tanış oldular. Hətta sovet dövründə belə, bu qədər itkilərə yol verilmirdi. Həmin elektrik enerjisini vətəndaşlara satan şirkət bir özəl şirkət olsaydı, bu itkilər də olmayacaqdı. Burada həm şəffaflıq olacaq, həm düzlük olacaq, həm də dediyim kimi, vətəndaşlar bu xidmətlərdən daha səmərəli, daha keyfiyyətli istifadə edə biləcəklər. Ona görə, Oqtay müəllim, mən hesab edirəm ki, Milli Məclis də bu proseslərdən kənarda qalmamalıdır. Biz də hökumətlə hakimiyyətin bir qanadı kimi əlaqəli işləyərək hökuməti təşviq etməliyik və həm də aydınlaşdırmalıyıq ki, niyə özəlləşdirilmə bu qədər gecikdirilir, niyə özəlləşdirilmə bu sahələrdə aparılmır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən danışmaq istəmirdim, amma bu günlərdə rayonda keçirdiyim görüşlərdən gəlmişəm və qeyd etmək istəyirəm ki, insanlara əmlakları ilə bağlı reyestrdən çıxarışın verilməsinin artıq səyyar formada həyata keçirilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi xətti ilə maşınların alınması və yerlərə göndərilməsi insanlar tərəfindən çox yüksək dəyərləndirilir. Bu, təbii ki, həm dövlət qurumunun, həm də dövlət rəhbərliyinin siyasi iradəsidir ki, insanlar daha tez və rahat şəkildə sənədlərini əllərinə ala bilsinlər. Eyni zamanda, bizdə belə bir fikir formalaşıb ki, – içi mən qarışıq, – elə dövlət bunu gətirib qapımda verməlidir. Cənub Qaz Dəhlizi ilə bağlı biz gördük. Yenə də ASAN xidmət və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri birlikdə kəndlərdə 30 ildir, 40 ildir yaşayan insanlara onlara məxsus əmlakın sənədlərini aparıb qapıla-rında verirlər. Yəni bəzən biz öz üzərimizə düşən məsələləri həll etməkdənsə, daha çox dövlətdən umuruq ki, hər şeyi dövlət etməlidir. Yəni vətəndaşlar özləri də maraqlı olmalıdırlar, amma digər özəlləşdirmə məsələləri ilə əlaqədar bizim komitəyə və hüquq müdafiəçisi olaraq mənə çoxsaylı müraciətlər gəlir.
Bayaq həmkarlarım qeyd etdilər ki, müəyyən sənədlər tanınmır və müəyyən sənədləri tələb edirlər. Bu, əslində, yaxşıdır, çünki sonrakı məhkəmə çəkişmələrində insanlar illərlə məhkəmələrdə qalmasınlar deyə, bu sənədlərin tələb olunması, kadastrların çıxarılması, uyğunlaşdırılması və son nəticədə də sənədin real bir şəxsə verilməsi elə dövlətin marağındadır ki, insanlar dövlət qurumlarından narazı qalmasınlar. Mən son illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin və Reyestr Xidmətinin insanlara bu sənədlərin verilməsindəki xidmətlərini görürəm və təqdirəlayiq hesab edirəm. Məncə, biz özümüz üzərimizə düşən bəzi vəzifələri həyata keçirməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.52 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Edilən dəyişikliklər 34-cü maddəyə aiddir. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları. Bilirsiniz ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 mart tarixli 119 nömrəli Fərmanının icra edilməsi məqsədi ilə hazırlanmışdır. Burada 34-cü maddəyə “fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla” cümləsi təklif olunur. Eyni zamanda, 34.2-ci maddəyə bu cümlə əlavə olunur: Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Bu dəyişikliklər bundan qabaq qəbul etdiyimiz qanunlarla bilavasitə əlaqədardır. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.54 dəq.)
 Lehinə  91
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
12-ci məsələ “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Diqqətinizə təqdim olunmuş bu qanun layihəsindəki dəyişikliklərin məqsədi mövcud normaların təkmilləşdirilməsi və daha doğrusu, qeydiyyat prosedurunun sadələşdirilməsi ilə bağlıdır. Belə ki, “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı” adlı 5-1-ci maddədə qeyd olunurdu ki, təqdim olunan sənədlər qanunda nəzərdə tutulmuş təsis sənədləridir. Amma təklif olunan variantda isə qeyd olunur ki, ancaq nizamnamənin təqdim olunması kifayətdir. Yəni bir neçə təsis sənədi çoxluq təşkil edir, onların təqdim olunmasına artıq ehtiyac qalmır. Bir tək nizamnaməni təqdim etməklə elektron formada qeydiyyatı həyata keçirmək olur.
Digər dəyişiklik isə “Dövlət qeydiyyatına alınmanı və dövlət reyestrinə daxil edilməni təsdiq edən sənəd” adlanan 13-cü maddə ilə bağlıdır. Bilirsiniz ki, dövlət reyestrindən çıxarış hüquqi şəxs, onun filialı və nümayəndəliklərinin fərdiləşdirilməsi üçün əsasdır və burada əvvəllər qanunvericilikdə ancaq hüquqi şəxs anlayışı var idi, indi isə buraya filial və nümayəndəliyin də fərdiləşdirilməsi anlayışı əlavə olunur. Beləliklə, bu təklif olunan dəyişikliklər qeydiyyat prosedurunun sadələşdirilməsinə xidmət edir. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.56 dəq.)
 Lehinə  89
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
13-cü məsələ – Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Cənab Prezident tərəfindən təqdim olunmuş Əmək Məcəlləsinin 312-ci maddəsinə ediləcək dəyişiklik kiçik bir dəyişiklik olsa da, kifayət qədər əhəmiyyətlidir. Bildiyiniz kimi, əmək qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyət mövcuddur. İnzibati Xətalar Məcəlləsi həmin məsuliyyətin növünü, həcmini, sanksiyasını müəyyənləşdirir və bu mad-dəyə görə əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər, qeyd etdiyim kimi, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.
Son dövrlər ölkəmizdə həyata keçirilən şəffaflıq, o cümlədən korrupsiyaya qarşı mübarizə siyasəti çərçivəsində bir sıra orqanlara, yəni cəriməni tətbiq etmək səlahiyyətinə malik olan orqanlara həmin cərimələrdən toplanılan vəsaitin müəyyən bir miqdarının həmin orqanın hesabına köçürülməsi təcrübəsi mövcuddur, xatırlayırsınızsa, sonuncu belə bir təcrübə ASAN xidmət ilə bağlı olmuşdu. İndi isə təklif olunur ki, əmək qanunvericiliyinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimə vəsaitinin 25 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə elə həmin orqanın hesabına köçürülsün. İndiyə kimi həyata keçirdi-yimiz təcrübə göstərir ki, bu öz effektini verir. Eyni zamanda, son dövrlər bu sahədə ixtisaslaşmış orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilən islahatlar, o cümlədən şəffaflıq sahəsində korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işlər ictimaiyyətimizə də məlumdur, parlament tərəfindən də dəstəklənib. Hesab edirik ki, belə bir sistemin müvafiq icra hakimiyyəti orqanında da tətbiqi öz effektini verər. Eyni zamanda da qeyd olunur ki, bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı, yəni bu anda Nazirlər Kabineti tərəfindən müəyyən olunacaqdır. Hesab edirəm ki, belə bir dəyişikliyin dəstəklənməsi zəruridir və bununla biz həm həmin orqanın işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə töhfə verəcəyik, həm də mövcud ola biləcək neqativ halların qarşısını almış olacağıq. Çox sağ olun, Ziyafət müəllim.
 
Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Qanun layihəsi ilə əlaqədar çıxış etmək istəyən yoldaşlar var. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Heç şübhəsiz ki, mən bu qanun layihəsinin qəbul olunmasına səs verəcəyəm. Hörmətli Əli müəllimin də söylədiyi kimi, belə qanunun qəbul olunması həm əmək qanunvericiliyinin pozulmasına qarşı mübarizədə çox ciddi rol oynayacaq, həm də bu sahədə çalışan müfəttişlərin sosial müdafiəsinin gücləndirilməsinə və mümkün ola biləcək neqativ halların aradan qaldırılmasına xidmət edəcəkdir.
Amma hörmətli Ziyafət müəllim, burada çox ciddi bir problem var. Hörmətli Səlim müəllimin də burada iştirak etməsindən istifadə edərək söyləmək istəyirəm. Məsələ burasındadır ki, əmək intizamının pozulmasına görə cərimə sanksiyaları tətbiq olunur, amma onların ödənilməsində ya qanun boşluqları var və yaxud da digər icra boşluqları var ki, onlar kifayət qədər ödənilmir. Mənim aldığım məlumata görə, son 10 ayda əmək qanunvericiliyinin pozulmasına görə 3 milyon 500 min manatlıq cərimə sanksiyaları tətbiq olunubdur. Bunun yalnız 42 faizi ödənilibdir. Ən çox ödənilməyən məbləğ isə əmək müqaviləsi bağlamadan işəgötürmə ilə bağlıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsində bu şərti pozan, yəni əmək müqaviləsi bağlamadan işçini işə götürüb işlədən fiziki şəxs 1000 manatdan 3000 manata qədər, vəzifəli şəxs 3000 manatdan 5000 manata qədər, hüquqi şəxslər isə 20 min manatdan 25 min manata qədər cərimə olunurlar və araşdırmalar göstərir ki, ödənilməyən cərimələrin böyük faizi məhz hüquqi şəxslərin üzərinə düşür. Yəni 10 ayda bu qəbildən 925 min manat cərimə tətbiq olunub və onun yalnız 13 faizi ödənilib.
Mən bunun səbəbini araşdırdım, soruşdum. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu cərimələri tətbiq edəndən sonra ödəməni həyata keçirmək üçün lazımi mexanizm yoxdur. Biz o mexanizmi yaratmaq üzərində düşünməliyik. Hesab edirəm, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan sanksiyalar, eyni zamanda, əmək qanunvericiliyinin pozulmasına da tətbiq olunmalıdır. Bilirsiniz ki, vergini lazımi qaydada ödəmədiyi halda həmin hüquqi şəxsin bank hesabına sanksiyalar qoyulur və onun hesabına pul düşən kimi avtomatik olaraq dövlətin vergisinə gedir. Hesab edirəm ki, burada da ya həmin qaydanı tətbiq etməliyik, ya da Dövlət Əmək Müfəttişliyinin nəzdində müvafiq ştat ayrılmaqla bir hüquq şöbəsi yaradılmalıdır. Yəni bölgədə olan əmək müfəttişi gəlib Bakıda Ali Məhkəmədə hüquq müstəvisində dartışma apara bilməyəcəkdir.
Başqa bir tərəfdən, – qoy heç kəs məndən inciməsin, – məhkəmələrin də işində neqativ hallar vardır. Yəni sahibkar 20–25 milyon ödəmək əvəzinə məhkəmə ilə separat danışıqlara gedir və müvafiq haqqı ödəyəndən sonra o qərar ləğv olunur. Qoy bunu da lazımi adamlar eşitsinlər. Amma hesab edirəm ki, dediyim məsələləri aradan qaldırmasaq, bu qanunun o qədər də ciddi əhəmiyyəti olmayacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa müəllim, yazın təklif-lərinizi, verin, baxmaq olar. Çingiz Qənizadə.
Ç.Qənizadə. 2011-ci ildən başlayaraq ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizə adı altında cənab Prezident tərəfindən bir çox qanunlarımıza əlavələr və dəyişikliklər oldu. Bu dəyişikliklərin böyük əksəriyyətində tətbiq olunan cərimələrin 25 faizinin xidmət göstərən təşkilatların əməkdaşlarına, həm də digər qurumlara verilməsi olduqca düzgün addım idi. Çünki rüşvət və korrupsiyaya qarşı mübarizə təkcə inzibati metodlarla həyata keçirilə bilməz. Onu yaradan mənbəni, səbəbləri aradan qaldırmaq lazımdır.
Bu gün cənab Prezidentin imzası ilə gəlib bizə təqdim olunan əmək qanunvericiliyinə edilən dəyişiklik də məhz o məqsədi güdür və alqışlanmalıdır. Adətən, əmək qanunveri-ciliyinin pozulması dedikdə, Dövlət Əmək Müfəttişliyi və digər qurumlar, sadəcə olaraq, işəgötürən tərəfindən işçilərin işə qəbulu ilə bağlı əmrlərin verilib-verilməməsi və bunun elektron variantda müəyyən mərkəzə göndərilməsi məsələsini araşdırırlar. Amma məni narahat edən məsələlərdən biri işçilərin əmək haqqı, işçilərin iş vaxtının, iş saatı yükünün artıq olmasıdır. Bu gün Azərbaycanda özəl sektorda və xüsusilə də ticarətlə məşğul olan mağazalarda işləyən insanların böyük əksəriyyəti həftəlik iş normasından 2 dəfə artıq işləyirlər. Çox təəssüf ki, bizim bu sahəyə nəzarət edən dövlət qurumları, sadəcə, işçilərin əmrlərinin verilib-verilməməsinə baxır və çıxıb gedirlər. Eyni zamanda, ola bilərdi ki, bu 25 faiz tətbiq olunana qədər müəyyən anlaşma da olardı. Bu neqativ məqamların aradan qaldırılması isə məhz bu qanunu qəbul etdikdən sonra reallaşacaq.
Ziyafət müəllim, evimizin altındakı mağazada işləyən xanımlar səhər saat 9-dan axşam saat 11-ə qədər hər gün mağazada olurlar. İstirahət imkanları yoxdur, xəstələnəndə, işə çıxmadıqda, təbii ki, təzyiqlərə məruz qalırlar və əmək haqlarından kəsilir, belə olmaz. Bunları müəyyən etmək bir az çətindir. Ola bilər, gələcəkdə biz başqa təkliflərlə çıxış edək, bəlkə elə bu sektorların özəl kameralarına baxış keçirilsin, Vergilər Nazirliyi gəlib monitorinq keçirsin, 3 gün, 5 gün müəyyən olunsun. İnsanların istirahət hüququ təmin olunmalıdır. İnsanların qanunvericiliklə onlara ayrılan iş vaxtından artıq işlədilməsinə yol vermək olmaz.
Başqa bir problem. Mən keçən iclasda da üzümü nazirlərə tutdum, dedim, hörmətli nazirlərimiz, xahiş edirik, insanlara bir az istirahət hüququ verin. Bir neçə nazirliyin, – mən, təbii, polis və digər güc strukturlarını demirəm, – iş rejimi başa düşüləndir, amma digər nazirliklər var ki, idarə rəisi işdədir, onun işçisi də axşam saat 10-a qədər oturmalıdır. Bu, yüzlərlə insana, bəlkə də minlərlə insana şamil olunur və sosial problemlər yaranır. Ailələrdə problem yaranır, danışa bilmir, o dəqiqə işdən qovulmaqla hədələnir, qonaq gedib-gələ bilmirlər, şənbə günü işə çıxarılan insanlar var. Mən fürsətdən istifadə edib Dövlət Əmək Müfəttişliyinə və quruma rəhbərlik edən insanlara üzümü tuturam və xahiş edirəm, saat 6-dan sonra bəzi nazirliklərin qapısını döyün, görün, saat 8-də, 9-da bu işçilər niyə burada oturublar?
Ümumiyyətlə, 25 faizin tətbiqi olduqca normaldır və həmkarlarımı buna səs verməyə çağırıram. Gələcəkdə bu sahədə neqativ məqamlar baş versə, bizim qanunvericiliklə buna baxmağa, təbii ki, imkanımız var. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən bir az öncə suala yazılanda da, əslində, sualım bu mövzu ilə bağlı idi. Amma sonradan fikirlərimi daha geniş ifadə etmək üçün imkan olduğundan sualdan ayrıldım. Mən çox böyük məmnuniyyətlə istəyərdim ki, hesabat dövründə biz Səlim Müslümovu da dinləyək. Çünki kifayət qədər önəmli və kifayət qədər də problemləri olan bir quruma rəhbərlik edir.
Mən bu təklifləri dəstəkləyəcəyəm. Təbii ki, 25 faiz əmək müfəttişlərinin sosial şəraitlərinin yaxşılaşdırılması üçün çox önəmlidir. Amma Səlim müəllim bu sahəyə rəhbərliyə gələndə açıqlamalarında ən ciddi problemlərdən biri kimi, əmək müqavilələri sahəsindəki problemləri vurğulamışdı və hətta tapşırıqlar vermişdi ki, vəziyyətin necə olması barədə araşdırmalar aparılsın. Bəs bu gün vəziyyət necədir? Yəni biz nəyə gəlib çata bildik? Nə nəticələr ala bildik? Çünki əmək müqavilələri sahəsindəki problemlərin davam etməsi daha ciddi problemlərin əsasını qoyur. Biz hansısa bir kiçik əlavə və dəyişiklikləri qəbul etməklə bunun qarşısını ala bilmirik. Səlim müəllim Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik edəndə də dedi, bunların gələcəkdə pensiya təminatı necə olacaq, ölkənin vergisindən yayınmaları bir tərəfə qoyaq, bu insanların gələcəyi nə vəziyyətdə olacaq? Eyni zamanda, əmək müqaviləsi olmasa, kim istəsə, işdən çıxara bilir, təzminat ala bilmir, istehsalatda bədbəxt hadisə olur, kompensasiya ala bilmir.
Bu sahədə çox ciddi şəkildə addımların atılması üçün məsələlər sərtləşdirilməlidir. Düzdür, əmək müfəttişlərinin əmək haqları, sosial müdafiələrinin yaxşılaşdırılması üçün bunlar lazımdır. Amma səhv etmirəmsə, Səlim müəllim aydınlıq gətirdi, Dövlət Əmək Müfəttişliyinin 263 əməkdaşı var. 263 əməkdaşla yüz minlərlə obyektin, müəssisənin, qurumun nəzarətdə saxlanması, açığı, obyektiv və doğru görünmür. 263 nəfərlik bir ştatla heç cür bunlara ciddi şəkildə nəzarət etmək mümkün deyil. Ona görə də, əslində, bu qurumun fəaliyyətinin gücləndirilməsi ilə bərabər sayının artırılmasına da ciddi şəkildə ehtiyac var ki, o müəssisələr nəzarətdə olsunlar.
İkincisi, burada Musa müəllim çox vacib məsələyə toxundu. Əmək müfəttişləri yazırlar, cərimələr tətbiq olunur, amma bu cərimələrin yerinə yetirilməsində ciddi problemlər var. Əgər bu cərimələrin 42 faiz ödənilməsindən danışırıqsa, deməli, çox ciddi məsələlər var. Qanunvericilikdə də, əslində, bütün məsələlər öz həllini tapıb, hətta qanunu pozan şəxslərin iş yerlərinin bağlanmasından tutmuş ən ağır cərimələrə qədər. Amma bu mexanizmlərin, bu prosedurların həyata keçirilməsində, cərimələrin toplanmasında və sairdə zəiflik var ki, bu proses gedir. Bu istiqamətdə nə addımlar atılması lazımdırsa, həmin addımların atılmasına ehtiyac var, çünki əmək müqavilələri həm dövlətimiz üçün çox önəmlidir, həm də insanların bütün gələcəyi bundan asılıdır. Ona görə də Səlim müəllim əgər buradadırsa, çox yaxşı olardı ki, bu məsələ ilə bağlı, – nədir vəziyyət, nələri etməyi düşünürük, nə nəticələr ala bilirik, – bir az danışardı.
Bu yüzdə 25 faiz artım, təbii ki, işçilərin əmək haqlarına, sosial müdafiəsinə kömək edəcək. Ancaq işin keyfiyyətinə nə qədər müsbət təsir edə biləcək? Bunun üçün nələr edilməlidir? Bu çox önəmli məsələdir. Hələ də ciddi prob-lemlər var, hələ də ərizələr var, şikayətlər var, istehsalatda bədbəxt hadisələr olur, əmək müqaviləsi olmadığı üçün təz-minatın alınmasında ciddi problem var. Əmək müqaviləsi yoxdur, işdən çıxarırlar, nə zaman, necə istəyirlər, işdən çıxarırlar və sonra adam gəlir, millət vəkillərinə müraciət edir ki, mənim hüquqlarımı müdafiə edin. Hüquqlarını nə ilə müdafiə edək? Əlində heç bir sənədi, əmək müqaviləsi yoxdursa, necə müdafiə edək? Ona görə mən Səlim müəl-limdən xahiş edirəm, özəlliklə bəzi elə sahələr var ki, bölgələrdə o sahələrdə əmək müqaviləsi ən ciddi problem olmaqda davam edir. Bununla bağlı qanunvericiliyin yerinə yetirilməsi istiqamətində addımların daha da sərtləşdiril-məsinə ehtiyac var. Sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Məclis, əmək qanunvericiliyinin pozulmasının nisbətlərini müəyyənləşdirmək, görəsən, mümkündürmü? Yəni əmək qanunvericiliyinin neçə hissəsi işverən, yaxud neçə hissəsi işçi tərəfindən pozulur? Əgər bu qanun obyektiv tətbiq olunacaqsa və müqavilə bağlayıb işəgötürən tərəfin qanunlara etinasız yanaşması, yaxud qanunu pozması da nəzərə alınacaqsa, onda bu qanunun əhəmiyyəti olacaq. Yox, əgər bir çox hallarda olduğu kimi, əsas yük yenə işçinin boynuna düşəcəksə, xırda bir xətaya görə işverən özü necə istəyirsə, onu işdən çıxaracaq, uzaqlaşdıracaq, cərimə edəcəksə, onda bu qanunun heç bir mənası olmayacaq. Çünki burada “əmək qanunvericiliyinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfin-dən tətbiq edilən cərimə” var. Deməli, cəriməni həmin icra hakimiyyəti orqanı tətbiq edir, sonra oradan götürdüyü gəliri özünə xərcləyir. Belə olan halda hansı obyektivlikdən söhbət gedə bilər? Onda bütün idarələrdə çalışarlar ki, bu cərimələrin sayı mümkün qədər çox olsun. Haqlıdır, ya haqsızdır, fərqi yoxdur, mümkün qədər cərimə çox olsun, onu da öz işçilərinə sərf etsin.
Mən burada konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini və Səlim müəllimi nəzərdə tutmuram. Biz əgər bütün hallarda bütün nazirliklərdə məsələni belə qoysaq ki, mümkün qədər haradan istəyirsən, imkan tapırsan, cərimə et, aldığın qazancın da bir hissəsini özünə xərclə, bu, düzgün deyil. Onda qanunvericilikdən danışmağa dəyməz. Mən hesab edirəm ki, əsas bu məsələ müzakirə olunmalıdır. Kim nə qədər bacarırsa, cərimə etməlidir, sonra da onu öz nazirliyinin işçilərinə sərf etməlidir. Bu, doğru yanaşma deyil. Əgər başqa nazirliklərdə də belə hallar varsa, məncə, onlara da yenidən baxılmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Şəmsəddin Hacıyev.
Ş.Hacıyev. Cənab Sədr, təbii ki, edilən bu dəyişiklikləri mən də bəyənirəm və müsbət səs verəcəyəm. Millət vəkillərini və həmkarlarımı da müsbət səs verməyə dəvət edirəm. Mən təkliflərə də çox diqqətlə qulaq asdım və bu təkliflərə və tövsiyələrə çox hörmətlə yanaşıram. Məsələ burasındadır ki, edilən bu təkliflərin əksəriyyəti səbəbə yox, nəticəyə yönələn təkliflərdir. Belə bir sual doğa bilər ki, səbəb nədir ki, işəgötürən işçilərin sayını azaldır və onlara verilən əmək haqqının da həcmini aşağı göstəricilərlə rəsmiləşdirir.
Hesab edirəm ki, burada əsas amillərdən biri vergilərlə bağlıdır. Adi hesablamalarla müəyyən olunur ki, bu gün işəgötürən işçiyə verdiyi hər 100 manatın təxminən 40 manatından çoxunu vergi formasında ödəməli olur. Bu, əsas səbəblərdən biridir. Dünya təcrübəsi var, inkişaf etmiş ölkələrin təcrübəsi var. Xüsusilə ümumi əmək haqqı fondundan ödənilən 22 faiz bir qədər azaldılsa, bunu şəffaflığın və nəticədə büdcəyə gələn vəsaitin həcminin artırılması yolu ilə tamamilə kompensasiya etmək olar. Ona görə də bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, vergilərlə bağlı bu məsələlər üzərində ciddi işləmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa sual yoxdur. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.16 dəq.)
 Lehinə  89
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Buyursun Hadi Rəcəbli.
 
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Sağ olun, Oqtay müəllim. Bu dəyişiklik də Əmək Məcəlləsində edilən əvvəlki dəyişikliklə oxşardır. Belə dəyişik-liklər bizim bir sıra qanunlarımızda aparılıbdır. Məqsəd də bayaq səsləndi, cərimələrdən toplanan vəsaitin bir qisminin həmin müəssisəyə yönəldilməsidir. Bunun, əlbəttə, səbəbləri deyildi.
“Məşğulluq haqqında” Qanunun 29-cu maddəsinə üçüncü bənd əlavə edilir. Bu bənddə bir daha göstərilir ki, yığılan həmin cərimələrin 25 faizi müəssisəyə yönəldilməlidir ki, bundan da həmin işçilərin sosial müdafiəsi üçün istifadə olunsun. Fikir aydındır. Odur ki, buna səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, dəyişikliyə münasibət bil-dirək.

 Səsvermənin nəticələri  (saat 13.17 dəq.)
 Lehinə  85
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  86
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, müzakirələrə qədər gündəliyin son məsələsi. Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayon-larının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edil-məsi haqqında. Buyursun Fəttah Heydərov.
F.Heydərov, Milli Məclisin Regional məsələlər komitəsi sədrinin müavini.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Culfa və Babək rayon icra hakimiyyətlərinin vəsatətlərinə baxılmış, belə bir qərara gəlinmişdir ki, Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndi və Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilsin. Səbəb on-dan ibarətdir ki, bu kəndlər Culfa rayonundan 53–61 kilo-metr, Babək rayonundan isə 27–30 kilometr aralıda yerləşir. Eyni zamanda, bu kəndlərin əhalisi bütün cari məsələlərini, məişət məsələlərini Babək rayonunun ərazisində həyata keçirir.
İkinci bir vəsatətdə göstərilir ki, həmin kəndlərin ərazi-sində olan 1000 hektar dövlət torpaq sahəsi Culfa rayonunun inzibati ərazisindən çıxarılaraq Babək rayonunun inzibati ərazisinə birləşdirilsin. Bütün sənədlər var. Xahiş edirəm, Milli Məclisin hörmətli millət vəkilləri vəsatətə səs verib qəbul etsinlər.
Sədrlik edən. Sağ olun, Fəttah müəllim. Buyursun İsmayıl Hacıyev.
İ.Hacıyev. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir və Göynük kənd inzibati ərazi dairələrində qismən dəyişiklik edilməsi haqqında vəsatətdə məsələ kifayət qədər əsaslandırılıb. Hörmətli Fəttah müəllimin verdiyi məlumatda da bunlar göstərilib.
Mən istəyirəm, məsələnin tarixi haqqında bir qədər məlumat verim. XIX əsrdə Azərbaycanda quberniya və qəzalar yaradıldığı kimi, təbii ki, 1930-cu ildə də Naxçıvan Muxtar Respublikası ərazisində başqa rayonlarla bərabər daha 2 rayon yaradılır. Bunlardan biri Culfa rayonu, digəri Əbrəqunis rayonu. O dövrdə, – hər ikisi 1930-cu ildə yaradılıb, – Göynük kəndi Əbrəqunis rayonuna daxil idi. Təbii ki, Göynük Əbrəqunis rayonuna bir qədər yaxın olsa da, əlaqələri çox çətin idi, çünki dağın keçidindən keçirdilər, orada normal yol yox idi. Culfa rayonunda isə kəndlər çox az idi. O rayonun cəmi 3 kəndi olub: Yaycı, Dizə və indiki Gülüstan kəndi. Hətta bəzən el arasında belə bir söz deyirdilər ki, raykom katibi məlumat verəndə deyirmiş ki, rayonun Yaycı, Dizə, Gülüstan və başqa kəndləri. Başqa deyəndə, əslində, başqa kənd yox imiş. Ona görə də 1948-ci ildə hər iki rayon ləğv olunmuş və Əbrəqunis rayonu Culfa rayonuna birləşdirilmişdi. Təbii ki, qeyd olunan Nəhəcir və Göynük kəndləri Əbrəqunis rayonuna yaxın olduğu üçün Culfa rayonuna birləşəndən sonra rayon mərkəzi Culfa olmuşdu və bu kəndlər ondan xeyli aralı düşmüşdü.
Ona görə həm vəsatətdən, həm də Fəttah müəllimin verdiyi məlumatdan da aydın olur ki, coğrafi cəhətdən həmin kəndlər Babək rayonuna daha çox yaxındır. Düzdür, əvvəl Babək rayonu olmayıb. Babək rayonu 1978-ci ildə yaranıb. Ona qədər isə Naxçıvanın ətraf kəndləri Naxçıvan rayonu adı ilə mövcud olmuşdu. Son illərdə Nəhəcir və Göynük kəndləri xeyli abadlaşdırılmış, Babək rayonunun axırıncı kəndlərinə, Nəhəcir kəndinə yaxın olan Qahab və Dizə kəndlərinə müasir yol çəkilmişdir. Kəndlərdə xeyli abadlaşdırma işləri görülmüş, müasir məktəb və ticarət mərkəzi tikilmişdir. Əhali daha çox Naxçıvan şəhəri və Babək rayonu ilə əlaqəlidir. Mən təsəvvür eləmirəm ki, Culfa rayonunda kim isə işləmiş olsun. Ona görə də tamamilə qanunauyğun və təbiidir ki, Culfa rayonunun o kəndləri Babək rayonuna verilsin. Həmin 1000 hektarlıq torpaq sahəsinin də Babək rayonuna verilməsi tamamilə məqsədəuyğundur. Mən də deputat həmkarlarımdan xahiş edirəm ki, qaldırılan bu məsələyə öz müsbət münasibətlərini bildirsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli həmkarlarım, Culfa rayonunun Nəhəcir və Göynük kəndlərinin Culfa rayonu ilə heç bir əlaqəsi yoxdur. Onları yalnız dağ yolları birləşdirir. Bütün əlaqələr Babək rayonu vasitəsi ilədir. Burada deyilənlərlə mən də razıyam. Doğrudan da, buranın inkişafı əhalinin rifahı üçün çox böyük əhəmiyyətə malikdir. Amma mən məsələnin başqa tərəfinə toxunmaq istəyirəm. Nəhəcir kəndi Naxçıvan Muxtar Respublikasının qədim tarixi ilə bağlı bir kənddir. Hətta “Nəhəcir” sözü “Nuhacir” sözündəndir. Dünya tufanı zamanı əfsanəvi Nuh peyğəmbərin gəmisinin daxil olduğu ərazini əhatə edir. Bu kənddən sonra Asabkənd gəlir. Ondan sonra Haçadağ və nəhayət, gəminin yan aldığı ehtimal olunan Haçaqaya gəlir. Nuhacir, yəni Nəhəcir isə Nuhun o əzablı səfərinin başa çatdığı və ilk insanın məskunlaşdığı ehtimal olunan ərazilərdən biridir.
Naxçıvan Muxtar Respublikasının, Naxçıvan diyarının 5-ci minilliyinin qeyd olunmasına hazırlıq görülür. Ona görə də bu kənddə son illərdə xeyli arxeoloji qazıntı aparılmışdır. Birinci çox qədim tarixə malik olan Nəhəcir, ikinci isə Nəhəcir yaşayış massivində qədim qəbiristanlıq aşkara çıxarılmışdır. Burada yerləşən Nəhəcir nekropolu məşhur abidələrin siyahısına daxildir. Bu ərazi rayon mərkəzindən xeyli aralıda olduğu üçün qədim arxeoloji ekspedisiyaların nəticələri ilə əlaqədar olan bərpa işlərini, abadlaşdırma işlərini həmin rayon vasitəsi ilə aparmaq müəyyən maneçilik törədirdi. Ona görə bu məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin diqqət mərkəzində idi.
Mən hesab edirəm ki, Nəhəcir kəndinin və ona çox yaxın olan Göynük kəndinin Naxçıvan Muxtar Respublikasının ərazi bölgüsündə Culfa rayonundan çıxarılaraq Babək rayonuna aid edilməsi həm o yerlərin idarə olunmasına, inkişafına, həm də o tarixi yerlərin bərpa olunması istiqa-mətində aparılan genişmiqyaslı işlərə öz töhfəsini verə-cəkdir.
Yeri gəlmişkən, mən çıxışımdan istifadə edərək elm xərclərinə yenidən baxılmasına münasibətimi bildirmək istəyirəm. Mən elm xərclərinə yenidən baxılarkən ayrılan büdcə vəsaitini ölkəmizin Prezidenti cənab İlham Əliyevin alimlərə, elmə, özünün uğurla rəhbərlik elədiyi elm siyasə-tinin həyata keçirilməsinə göstərdiyi böyük qayğının ifadəsi kimi yüksək qiymətləndirir və minnətdarlığımı bildirirəm. Büdcəyə yenidən baxılarkən bu məsələnin həllinə nail olan maliyyə nazirimiz hörmətli Samir Şərifova da dərin minnətdarlığımı bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.26 dəq.)
 Lehinə  89
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
İndi iclasın əvvəlində də söylədiyim kimi, yarım saatlıq müzakirələrə keçə bilərik. Xahiş edirəm, çıxış eləmək istəyənlər yazılsınlar. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən, əlbəttə, hesab edirəm ki, Avropa Parlamentində artıq antiazərbaycan lobbi qrupu yaranıb. Sanki onlar notarial qaydada bir müqavilə bağlayıb, buna görə konkret ödənişlər alırlar. Şübhəsiz ki, bu təkcə özfəaliyyət deyil, eyni zamanda, bəlli mərkəzlərin onlara təlimatlarıdır. Biz beynəlxalq siyasətdə birinci il deyilik. Azərbaycanın özünün maraqları və mövqeləri formalaşıb. Müstəqil bir dövlət olaraq beynəlxalq münasibətlər sisteminə çıxır. Hər hansı bir şəkildə bizim xarici siyasəti cilovlamaq, müxtəlif dövlətlərə, hərəkatlara qarşı qoşmaq niyyəti ilə bu cür cəhdlərin edilməsi bundan sonrakı dövrdə də olacaq. Özü də yeri gəlmişkən, bilmirəm, başqa nə qədər insanda bu assosiasiya var. Martin Şults təxminən Hitler dövründə SS-çilərin birinin təbiri, üslubu ilə danışır.
Mən hesab edirəm ki, bu dövr dəyişib və beynəlxalq mü-nasibətlərdə bu dil ilə danışmaq çox qüsurludur. O cümlədən Saxarov mükafatının bu adamlara heç bir dəxli yoxdur. Hamımız bilirik ki, onun idarə heyətinin əsas şəxsləri ermənilərdən ibarətdir və Leyla Yunusun da adı ona görə təqdim olunmuşdu. Əgər siz Martin Şultsdan soruşsanız, o, yəqin, Qarabağı göstərməyə çətinlik çəkəcək. Amma Azərbaycan adına onun sistemli bir mövqeyi var. Mən düşünürəm ki, bu günlərdə əsas informasiya artilleriyaları olan CNN, BBC və digər kanallarda Ferqüssonda bir gəncin polis tərəfindən qətlə yetirilməsini irqi ayrı-seçkiliyə, afroamerikalılara qarşı uzun müddətdən bəri aparılan siyasətin tərkibi kimi qələmə vermə halları var idi. Avropa Parlamenti buna baxıb reaksiya göstərə bilərdi, amma biz bilirik ki, baxa bilməz və reaksiya da göstərə bilməz.
Cənab Sədr, Azərbaycana bu beynəlxalq təsirlər bundan sonrakı dövrdə də olacaq. Amma daxildə də müəyyən hərə-kətlənmə var. Mən istəyirəm ki, ayın 20-dən bəri 7 gün ərzində baş verən hadisələrə diqqət eləyəsiniz. Sumqayıtda bir məscidin divarına “burada Allah yoxdur” deyə yazı verilir. Dalınca Binəqədidə iki polis bıçaqlanır. Daha sonra Qız Qalasında məlum Avropa Olimpiya Oyunlarına yönəlik təqdimat mərasimlərinə etiraz olaraq bir şəxs özünü həmin qaladan atır. Daha sonra ayın 24-də Qaraçuxurda məlum Molotov kokteyli ilə silahlanan şəxslər bu addımı həyata keçirirlər. Bütövlükdə bu mənə az qala Soçi Olimpiada-sından öncə Rusiyadakı müxtəlif fəaliyyətləri, hərəkətləri xatırladır. Azərbaycanın ictimai sabitliyi, ən böyük sərvəti kimlərəsə sərfəli deyil. Bu gün beynəlxalq aləmdə mövcud olan qarşıdurmalar hansısa bir şəkildə Cənubi Qafqaza, xüsusən də ən böyük sabitlik adası olan Azərbaycana keçsin deyə, yanaşmalar var. Ona görə, əlbəttə, bilirəm ki, hüquq mühafizə orqanları bu prosesi ən yüksək diqqətdə saxlayırlar. Amma o beynəlxalq təsirlər Azərbaycanı siyasi kursundan döndərmək gücündə deyil. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkil-ləri! Mən də hesab edirəm ki, Avropa Birliyinin bir çox məsələlərə münasibətində hər halda obyektivliyin əsasları kifayət qədər məhduddur və biz helikopter məsələsi ilə bağlı da bunun şahidi olduq. 1991-ci ildə Qarakənd istiqamətində Azərbaycanın dövlət xadimlərinin olduğu helikopterin vurulması hadisəsi xatirəmizdən çıxmayıbdır. Bir erməni helikopterinin bizim ərazidə torpaqlarımızın suverenliyini pozduğu halda vurulmasına bu cür münasibət göstərilir, amma o qədər dövlət xadiminin öldürülməsini heç xatırlayan olmadı. Bu da obyektivliyin olmamasının bir göstəricisidir.
Digər tərəfdən, mən hesab edirəm ki, son vaxtlar Azər-baycanda multikulturalizm və dini maarifçilik istiqamətində ölkə Prezidentinin səyləri ilə çox böyük işlər görülür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bizim həmkarımız Mübariz müəllim təyin olunandan sonra o sahədə ciddi bir canlanma vardır.
Amma bu gün burada həmkarım Zahid Oruc da qeyd elədi ki, çox qəribə hadisələr baş verir. Hansısa xarici kəş-fiyyatın əli ilə beynəlxalq arenada baş verən gərginlik fo-nunda Azərbaycanda elə hadisələr baş verir ki, ənənəvi olaraq bizdə heç vaxt olmayıb. Azərbaycanda, ola bilsin ki, hansısa dini icmanın təmsilçiləri bir-biri ilə yola getmə-yiblər. Bir-birinə kim isə xəsarət yetirib, kim isə qəbul eləməyib. Amma ümumiyyətlə, Azərbaycan mentalitetində məscidi yandırmaq kimi bir ənənə olmayıb. Hətta sovet dövründə belə, bu cür hallara rast gəlinməyib. Yəni hər hansı bir dindarı kənara qoyun, hətta dindar olmayan insanın belə məscidə yanğın törətmək məqsədi ilə nə isə atması müşahidə olunan hal deyil.
Son günlər Qaraçuxur məscidində baş verən hadisə nəyi göstərir? Görünür, Azərbaycanla bağlı ciddi planlar hazırlanır, özü də ən həssas istiqamətlərdə. Hər halda bütün cəmiyyətin bu işə səfərbər olunması vacibdir ki, bu mövzuda hər hansı bir şəkildə ölkədə qarışıqlıq yaratmaq niyyətləri baş tutmasın. Diqqət eləyirsinizsə, mən eşitdim ki, cənab Prezident dini komitənin fəaliyyəti ilə bağlı 2 milyon yarım pul da ayırdı. Bu çox önəmli bir məsələdir. Dini maarifçilik istiqamətində iş, həqiqətən, güclənməlidir ki, bu cür təxribatlara qarşı cəmiyyətin hər hansı bir şəkildə addımları müəyyən olunsun. Məsələn, məscidlərdə kamera quraşdırmaq olar. Kameralar yoxdursa, polis postları qurmaq olar. Bu olduqca vacibdir, çünki məscid kütlənin toplaşdığı yerdir. Orada hər hansı bir hadisənin baş verməsi sonra qarşısıalınmaz proseslərin başlamasına gətirib çıxara bilər. Ona görə də bu sahəyə diqqət ayırmağı vacib sayıram.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Avropa Parlamentinin və onun rəhbəri Şult-sun açıqlamaları və ondan əvvəlki açıqlamalar, bunlar hamısı bir mərkəzdən idarə olunur və eyni xətdir. Məqsəd nədir? Azərbaycanın bugünkü sabitliyi, iqtisadi və siyasi uğurları qəbul olunmasın. Mən təəssüf hissi ilə qeyd eləyi-rəm ki, bu açıqlamaların içərisində konkret 5–6 adamın adı çəkilməklə yenə də o insanlarla bağlı dövləti məcbur etməyə çalışırlar ki, hansı addımlar atılsın.
Birinci, bütün dünyada qəbul olunmuş bir qayda var. Qanun hamı üçün qanundur. Heç kəs qanunun təsdiqində ayrı-seçkiliyə məruz qala bilməz. Bu gün ictimai-siyasi həyatda olub hansısa cinayət hərəkətlərinə görə saxlanılmış, həbs olunmuş və tutulması barədə hökm çıxarılmış şəxslərin sayı 10–20 nəfər civarındadır. Amma bunlar fikirlərini məhz bir-iki adamın üzərində formalaşdırırlar, yəni vaxtilə bunlar onlara xidmət etdiyi kimi, indi də onlar bunlara xidmət edirlər.
Bir şeyi qeyd eləyim, biz avqust ayında Avropa Şurasında onun Baş katibi cənab Yaqlandla görüşəndə bir qrup hüquq müdafiəçisi işçi qrupu yaradılması təşəbbüsü ilə çıxış elədi. Yaqland da, təbii ki, bir neçə dəfə bu mövzuya toxunmuşdu və avqust ayında o, cənab Prezidentə zəng elədi və ölkədə yeni bir işçi qrupunun, əslində, yaradılmış işçi qrupunun fəaliyyətinin bərpa olunmasını xahiş etdi. Cənab Prezident də böyüklük eləyərək belə bir xahişi qəbul etdi. Hazırda insan haqlarının pozulması ilə bağlı fəaliyyət göstərən bir işçi qrupu var. Artıq iki iclasını keçirib və Avropa Şurasının nümayəndəsi o iclasda iştirak edib. Amma nə baş verir? Sanki bu qurum yaradılandan sonra elə cənab Yaqlandın özü də Azərbaycandakı bəzi məsələlərlə bağlı xoşagəlməyən bəyanatlar səsləndirməyə başlayıb.
Mən belə qənaətə gəlirəm ki, istər Şults olsun, istərsə də Yaqland olsun, münasibətdə oluruq, görüşürük, müəyyən məsələləri bölüşürük, amma səmimiyyət hiss eləyə bilmirik. Bu insanlar ölkədə bu siyasi sabitliyi, hətta cənab Prezident tərəfindən böyüklük göstərilərək belə bir qrupun yaradılmasını qəbul eləsələr də, bununla barışa bilmirlər. Sanki maraqlıdırlar, problemlər olsun. İndi həmkarlarımın qeyd etdiyi məsələlər var ki, məscidin yandırılması və ya yazının yazılması. Azərbaycan dünyada ən tolerant ölkədir və bu tolerantlığın içərisində bu gün bir konfrans oldu. Bahar xanım, elə Siz özünüz də, Rəbiyyət xanım da orada gözəl çıxış elədiniz və dərhal məscidlərlə bağlı yazı və yandırmaq məsələsi çıxdı. Yəni bunlar hamısı bir mərkəzdən idarə olunur və belə hesab edirəm...
Sədrlik edən. Çingiz müəllim, çox sağ ol. Sən əvvəldə bir az səhv elədin. Yaqland bu qrup işini bərpa edəndən sonra bir həftə həmin qrupu təriflədi. Bir həftədən sonra bunun bir yerini elə burdular ki, başladı tərsinə danışmağa. Belə desən, bir az düz olar. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də həmkarlarımın dediyi fikirlərlə razıyam. Bu gün, elə bil, Avropanın müxtəlif qurumları bütün diqqət və nəzərlərini Azərbaycan tərəfə istiqamətləndirib. Bu istiqamətdə əsas nöqtə Azərbaycanda gedən inkişafı gözü götürməməkdir. Azərbaycanda olan ictimai-siyasi sabitlik, inkişaf çox insanı narahat edir. Bunun nəticəsi olaraq da ədalətsiz şəkildə, belə deyək, demokratiyaya, insan haqlarına zidd şəkildə Azərbaycana qarşı müxtəlif qərarlar verilir. O qərara səs verənlərdən soruşsan ki, bu adamlar kimdir, kimi müdafiə edirsiniz, onların adını və soyadını doğru-düzgün sadalaya bilməyəcəklər. Amma təəssüflər olsun ki, bir qrup erməni lobbisinin təhriki nəticəsində biz bunu ardıcıl olaraq hiss edirik.
Bundan öncə, tutalım ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti orada heç bilmir ki, qeyri-hökumət təşkilatları Azərbaycanda nədir, hansı formada olmalıdır, orada bir çıxış eləyir. Dalınca bir qrup erməni lobbisinin dəlisini gətirib, Çexiyada Emin Milli deyilən biri, əslində, qeyri-milli yazmalıdır, milli yazıbdır adını, özünü salıb qəfəsə, orada bir tədbir keçirir. Həmin qrup gəldi Gürcüstana və orada bu yaxınlarda mətbuat nümayəndələrini yığaraq nə Ermənistan, nə də Gürcüstan haqqında danışdı. Məlum oldu ki, bu, sırf Azərbaycana qarşı yönəlmiş bir tədbir idi və burada da erməni lobbisinin və Avropanın müxtəlif qurumlarının təsiri göz qarşısındadır.
Oqtay müəllim, biz ciddi şəkildə bunlara qarşı mübarizə aparmalıyıq. Bunların tərif etdiyi heç bir məsələyə getmə-məliyik. Biz hər dəfə bunlara qarşı addım atdıqca, bunlar bir az da bəyanatlarını sərtləşdirirlər, daha da üzərimizə gəlirlər. Mən hesab edirəm ki, heç bir dövlətin başqa dövlətin daxili işlərinə qarışmağa ixtiyarı yoxdur, o cümlədən qurumların.
Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında bir azyaşlı uşağın polis tərəfindən öldürülməsinin şahidi olduq. İndi təsəvvür eləyin, Allah eləməmiş, o hadisə Azərbaycanda olsaydı, – bütün televiziyalar, CNN, BBC belə bir şey verir-lər, nokomment, – gecədən səhərə qədər, səhərdən axşama qədər göstərməyə başlayacaqdılar. Amma elə əsaslandırırlar ki, guya elə uşaq silah çıxarırmış. Yoxlayıblar ki, bu, oyuncaq silahdır. Ya da sərbəst toplaşma azadlığı ilə bağlı təpəsindən dırnağına qədər silahlanmış dəstə, – elə bil, Əfqanıstan döyüşçülərinin üzərinə gedir, – mitinq üzərinə gedir və adamları qolubağlı diz çökdürərək yerdə sürüyür. İndi hesab eləyin, Azərbaycanda belə bir hal olsa, bunların səsi haradan gələrdi və haralara gedib çıxardı. Baxın, yəni bu cür yanaş-ma var, bir öz daxilində bunu həyata keçir, ondan sonra...
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Avropa Parlamentinin və ümumiyyətlə, Avropa və müxtəlif dəbdəbəli gözəl adlar altında fəaliyyət göstərən bir sıra qurumların Azərbaycana münasibəti təəccüblü görünməməlidir. Çünki bu təkcə Azərbaycanla bağlı deyil, bu, qlobal bir siyasətdir və ümumiyyətlə, Yaxın Şərq ölkələrinə, müsəlman dünyasına doğru yönəlmiş böyük bir planın tərkib hissəsidir. Bunlar hamısı gözəl adlar altında aparılır: demokratikləşmə, ondan sonra insan haqları və sair. Həmin o demokratiyanın qonşu dövlətlərdə nə qədər insan qanı tökdüyünü çox gözəl görürük. Əfqanıstanda və İraqda gedən proseslər, Suriya oyunları, Quzey Afrikada gedən buna bənzər demokratikləşmə – hamısı dünyanın gözünün qabağında baş verir və necə deyərlər, cidanı çuvalda gizlətmək olmaz. Bunu da gizlətmək mümkün deyil. Ən qorxulusu isə budur ki, Avropa bu təzyiqləri çox vaxt dünyanın qəbul etdiyi böyük dəyərlər adı altında, amma ikili standartlarla həyata keçirir. Demokratiyadan danışır, amma Azərbaycandakı demokratik prosesləri görmür, terrorçu Ermənistanı görmür, hətta Azərbaycanda gedən xırda bir helikopter oyununa terrorçu damğası vurmağa qədər qalxır, bunu görmür, amma Azərbaycana istənilən şəkildə öz bildiyi mövqedən qiymət verməyə çalışır.
Bu, yenə deyirəm, bütövlükdə böyük siyasətin dünyanı dəyişmək və dünyada 1000 ildən bəri davam edən bir siya-səti sona çatdırmaq istəyinin nəticəsidir və böyük mənada, əslində, Səlib yürüşünün davamıdır. Mən məsələyə bu cür baxıram və həmişə belə demişik. Bunu biz Avropa görüş-lərimizdə də, Amerikadakı görüşlərimizdə də dəfələrlə deyirik, gizlin bir şey də yoxdur. Bilirsiniz, dünyada son vaxtlar təxminən 92 ölkədə, – bəlkə indi bir az da sayı artıb, – demokratiya uğrunda guya mübarizə aparan fondların gizli təşkilatları var ki, dövlət içində dövlət qururlar, dövlət içində öz tərəfdarlarını tapırlar və xəyanətkarlıq yolu ilə belə bir tor hörülür və bu dövlətlər həmin torun içində əsir olur. Azərbaycan da elə böyük dövlət deyil və Azərbaycanın da min dənə problemi var, ən böyük problemi Ermənistanla müharibənin bitməməsidir və bundan istifadə edib...
Sədrlik edən. Bir dəqiqə, mikrofon verin.
S.Rüstəmxanlı. Qısaca onu deyim ki, bu təzyiqlər üzü-müzə gələn ildə bir az da artacaq. Bir yandan Avropa oyun-larının Bakıda keçirilməsi, bir yandan da erməni soyqırı-mının 100 illiyi ilə bağlı məsələlər. Təəssüf ki, bizə ən yaxın olan ölkələrdə belə biz kifayət qədər işləyə bilmirik. Türkiyədə son vaxtlar, bilirsiniz, universitetlərdə bir-birinin dalınca erməni soyqırımı ilə bağlı tədbirlər keçirilir. Biz orada belə təzyiq göstərə bilmirik. Atatürkün bir kəlamı var idi: dövlət, ordu, xalq birliyi. Bu birlik nəzərə alınmalıdır. Əhali arasında narazı qruplardan istifadə edə bilərlər. Biz çalışmalıyıq ki, bu narazı qrupların sayı az olsun, ona görə dövlət orqanlarının xalqla, gəncliklə, mətbuatla daha ehtiyatlı rəftarı, təzyiqləri azaltması məsləhətdir. Mən hesab edirəm ki, bu təzyiqlər yersizdir, Avropa bizə təzyiq edir, biz də öz millətimizə təzyiq edirik. Bunun qarşısı alınmalıdır.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Sədr. Dünyada gərək hər kəs, hər bir təşkilat öz əməli və işi ilə hörmət qazansın. Ancaq çox təəssüflər olsun ki, bu gün bizə demokratiyadan, qərarlardan bəhs edənlərin özləri bu hörməti saxlamırlar. Burada Avropa Parlamentindən, onun sədri Şultsdan söhbət getdi. Əlbəttə ki, bu adamlar yeri gələndə bizlərə dərs de-yərlər, ancaq onlar başa düşmürlər ki, siyasətdə əxlaqsızlıq hələ Avropa dəyəri deyil. Ya da eyni cinslərin bir-biri ilə nikaha girməsini onlar müsbət qiymətləndirirlər, bu da Avropa dəyəri deyil. Yalan, böhtan danışmaq da, ikiüzlülük etmək də Avropa dəyəri deyil. Bu gün Avropada gül-çiçəyi məhv edənləri, heyvanları öldürənləri mühakimə edirlər, çox təəssüflər olsun ki, əlləri yüzlərlə adamın qanına batanlar bu mühakimədən kənarda qalır və yeri gələndə on-lara Avropa dəyərlərinə sadiq bir adam kimi qiymət verirlər.
Bütün bunlar onu göstərir ki, bizə, Azərbaycana qarşı bu ikili standartlardan qiymət vermək var. Biz bunu daim gö-rürük, bu, Azərbaycana təsir etmək mexanizmidir, Azərbaycanın inkişafını, Azərbaycanda gedən prosesləri gözü götürməyənlərin işidir. Bilirsiniz, bu adamlar siyasi məhbus adlandırılan bəzi insanları tanımırlar, ancaq biz qarabağlılar bunların hərəkətlərini görmüşük. Leyla Yunus kimdir, Rəhim Qazıyev kimdir, Fəhmi Hacıyev kimdir, bunların hamısını biz görmüşük, vaxtı ilə onlar nə ediblər, bilirik. Elə mən bir ağcabədili kimi deyim ki, bunlar araqarışdıran, adamları bir-birinə qarşı qoyan, o torpağı sa-tan adamlardır.
İllər keçdi, Azərbaycan dövləti, bizim ulu öndərimiz, hörmətli Prezidentimiz bunların çoxunu bağışladı. Çox təəssüflər olsun ki, bunlar düz yola qayıtmadılar. Ancaq mənim həmkarlarım da dedilər. Qanun qanundur, bu gün bu adamlar qanun qarşısında cavab verməlidirlər, çünki Azər-baycana xəyanət olmaz. Azərbaycana xəyanət olundu ki, bizim torpaqlarımızın 20 faizi bunların vasitəsi ilə verildi. Bu gün də əgər kim isə Azərbaycana xəyanət edirsə, onun qarşısı vaxtında alınmırsa, elə bilirəm, bu, gələcəkdə daha böyük faciələrə yol aça bilər. Ona görə də bizim hər birimiz sayıq olmalı və yeri gələndə öz sözümüzü deməliyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. İlk öncə qeyd etməliyəm ki, əlbəttə, insan haqları heç bir ölkənin daxili işi deyil və biz hansı niyyətlə deyilməsindən asılı olmayaraq, həmin tənqidlərdə əsas varsa, çalışmalıyıq ki, problemləri çözək, həll edək. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, bu tənqid edənlər, doğrudan, səmimi olaraq bu problemlərin Azərbaycanda həllini istəyirlər, yoxsa Azər-baycanı qaralamaq istəyirlər. Yəni Azərbaycanın beynəlxalq nüfuzuna ziyan vurmaq istəyirlər. Mən tam məsuliyyətlə deyirəm ki, motiv ikincidir.
Mən özüm Avronestin axırıncı büro iclasında iştirak etdim və orada bizim parlamentin qətnaməsini səsləndirdim ki, necə ola bilər, məsələn, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib, 1 milyon insanı evindən, eşiyindən didərgin salıb və bu insanlar 20 ildən artıqdır, acınacaqlı vəziyyətdə yaşayırlar. İndi bu, ağır cinayətdir, yoxsa 5–6 nəfərin elədiyi. Tutaq ki, sizin iddia etdiyiniz kimi, bunların barəsində əsassız olaraq həbs-qətimkan tədbiri seçilib, ancaq hələlik istintaq gedir, məhkəmə son sözünü deməyib. Necə olur, siz 5–6 nəfərə görə buna reaksiya verirsiniz, amma 20 mindən çox insan qətlə yetirilib, 30 mindən artıq insan şikəst olub, 1 milyon insan evindən, eşiyindən didərgin düşüb, buna reaksiya vermirsiniz? NATO Parlament Assambleyasının Vilnüsdə keçirilən iclasında dedim ki, siz Krımı işğal etdiyinə görə Rusiyanı bura dəvət etməmisiniz. Bəs Ermənistan da bizim torpaqları işğal edib. Rusiya Krımda etnik təmizləmə siyasəti aparmayıb, amma Ermənistanın işğal etdiyi ərazilərdə bir nəfər belə azərbaycanlı qalmayıb. Ermənistan monoetnik ölkədir, orada rus əsgərlərindən başqa heç kim yaşamır və siz doğrudanmı, hesab edirsiniz ki, Ukraynanın ərazi bütövlüyünün tanınmasına BMT Baş Məclisində, tutaq ki, Şimali Koreya ilə birlikdə səs verməmiş Ermənistana heç bir söz deyilməməlidir. Yəni bu, adi sözlə də olsa belə pislənilməməlidir. Faciə ondadır ki, artıq Qərbdən tam asılı vəziyyətə düşmüş və taleyi ondan asılı olan Ukraynanın nümayəndələri Avropanın münasibətini bildiklərinə görə cəsarətləri çatmadı ki, məni orada müdafiə etsinlər. Onlar bu məsələnin üstündən sükutla keçdilər.
Budur Avropanın ədaləti, budur Avropanın beynəlxalq hüquqa hörməti. Ona görə də mən hesab edirəm ki, bu gün Avropada ciddi islamafobiya var. Mənə hətta Avropa Par-lamentinin rəsmilərindən biri açıq formada söylədi ki, o, Yerevanda olanda özünü çox rahat hiss edir, çünki onların mədəni yaxınlıqları var. Ona görə də onlar Ermənistanın bu cür təzyiqlərinə göz yumurlar və bilirlər ki, Azərbaycan Er-mənistanla münaqişədədir. Azərbaycanın gözdən salınması üçün mütəmadi olaraq Azərbaycana qarşı kampaniyalar aparırlar. Mən istəyirəm ki, Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti bilsin ki, insanlar əllərində olanı itirəndən sonra onun qədrini bilirlər və bu gün ölkədə hər kəs sabitliyi göz bəbəyi kimi qorumalıdır.
Sədrlik edən. Sağ olun. Bahar Muradova.
B.Muradova. Təşəkkür edirəm, Oqtay müəllim. İstər o tədbirlərdə iştirak edərkən, istərsə də burada fikirlərini bildirərkən çox haqlı olaraq həmkarlarım bir sıra suallar ünvanlayırlar. Amma eyni zamanda, təəssüf edirəm ki, bu suallara konkret cavabları biz heç zaman almamışıq, görünür, bundan sonra da ala bilməyəcəyik. Ona görə də bu ritorik sualları verməkdənsə, bununla məşğul olmaqdansa, həqiqətən də, ölkə içində məsələlərlə məşğul olmaq lazımdır ki, dövlət, ordu və xalqın birliyi nəticəsində biz bu təzyiqlərin qarşısında dayanaq. Təbii, bu təzyiqlərin səbəbləri bəllidir, onlar çox dərinə gedir. Bunun gələcəyə uzanan yolları da var ki, müəyyən hədəflərə yönəlib. Bu hədəflərin yolunda Azərbaycan kimi müstəqil siyasi iradəsi, mövqeyi olan ölkələrin olması, əlbəttə ki, məhdudiyyətlər yaradır və bu məhdudiyyətləri nəyin bahasına olursa-olsun aradan qaldırmaq lazımdır. Bu onların vəzifəsidir. Bizim isə vəzifəmiz öz düz yolumuzda davam etmək və kimə məhdudiyyət yaratmağımızdan asılı olmayaraq sona qədər müqavimət gücümüzü for-malaşdırmağımızdır. Bilirsiniz, mən bu açıqlamaların bir çoxunda qırmızı xətlə keçən bir məsələni vurğulamaq istə-yirəm.
Bu yaxınlarda Avropa Şurasının müvafiq komissarı Azərbaycanda oldu, o, müəyyən görüşlər, tədbirlər keçirməliydi, burada açıqlamalar etdi, sonra getdi, orada açıqlamalar etdi, onun ardınca Şultsun açıqlamaları və digər fikirlər səsləndi. Burada nəzərimizi çəkən odur ki, hər kəs təəssüflə bildirir ki, onların Azərbaycanda azadlıqda bir dənə də tərəfdaşı qalmayıb. Mənim həmin təşkilatlara və onların rəhbərlərinə, sadəcə, bir sualım var ki, sizin tərəfdaşlarınız Azərbaycanda yalnız Leyla Yunus və yaxud da onun məqsədləri kimi məqsədlərə xidmət edən 3–5 nəfərdir, yoxsa Azərbaycandır? Azərbaycan olaraq biz tərəfdaş kimi Avropa İttifaqını görürük. Nə Şultsu görürük, nə də digər başqa ölkələri təmsil edən ayrı-ayrı deputatları. Bütövlükdə təşkilatı görürük və bu təşkilata daxil olan ölk-ələri görürük. Ona görə də biz öz tərəfdaşlıq öhdəliklərimizə sadiqiq. Amma Azərbaycan deyəndə 3–5 nəfər onların marağına xidmət edən şəxs göz önünə gəlirsə, biz bunu ədalətli tərəfdaşlıq hesab etmirik. Mənim onlara tövsiyəm və xahişim bundan ibarət olardı ki, tərəfdaşlıq barədə fikirlərini bir səf-nəzər etsinlər, mövqelərinə bir baxış keçirsinlər və həqiqətən, Azərbaycanı tərəfdaş qismində görürlərsə, ona uyğun mövqe sərgiləsinlər. Yox, həbsdə olan 3–5 nəfərlə onların tərəfdaşlığı bitirsə, biz də öz işimizi bilməli, həm onlara, həm də onların dırnaqarası tərəfdaşlarına olan mövqeyimizi açıq şəkildə ortaya qoy-malıyıq. O ki qaldı Azərbaycan daxilində bizə olan təzyiq-ləri azaltmaq üçün göstərdiyimiz təzyiqləri azaltmağa, biz heç kəsə təzyiq göstərmirik. Azərbaycanda hər bir vətəndaş qanun qarşısında bərabər cavabdehlik daşıyır və hər kəs törətdiyi əmələ görə məsuliyyətini bilməlidir.
Ən böyük cinayət dövlətə xəyanət etmək, onun mara-qlarını satmaqdır. Kim hesab edirsə ki, elə alqı-satqı za-manıdır, biri ərzaq satır, mən də dövlətin mənafeyini satım, bununla da həyatımı sürdürüm, bu xəyanəti biz ona bağışlamayacağıq. Bunu Avropa dəyərlərinə xəyanət hesab edib bizə belə münasibət bəsləyənlərin mövqeyi isə açıqdır və bizim də mövqeyimiz açıqdır. Ona görə də mən hesab edirəm ki, biz parlament olaraq bu mövqeyimizdə ardıcıl olmalıyıq və Avropa İttifaqı, onun müvafiq qurumları ilə əlaqələrimizə də dövlətin və millətin maraqları baxımından yanaşmalıyıq və müstəqil siyasi iradə sahibi olan bir ölkə kimi sona qədər öz mövqeyimizi açıq şəkildə ifadə etməli-yik. Qaldı ki bizdəki bəzi şəxslərin həbsdə olması ilə bağlı edilən manipulyasiyalara, hüquq mühafizə orqanları, müvafiq qurumlar, insan haqlarını qoruyan təşkilatlar və ayrı-ayrı şəxslər də qanunun aliliyi prinsipini əldə rəhbər tutaraq, ədaləti və məsuliyyəti göz önünə alaraq bu istiqamətdə münasibət bildirməlidirlər və hesabatlar təqdim edərkən, münasibətlər bildirərkən də məhz dövlətin və xalqın maraqlarını nəzərə almalıdırlar.
Həqiqətən də, ağır və çətin bir məqamda yaşayırıq, gözü çıxan qardaşların vəziyyəti bizə dərs olmalıdır və heç bir məsələdə ölkə içində, eləcə də ölkədən kənarda mövqeyimizi, ayıq və sayıqlığımızı zəiflədə bilmərik. Azərbaycan qanunları hər zaman üstün tutulub, bu gün də Azərbaycanın qazandığı uğurlar məhz qanunların hər kəsə eyni şəkildə, bərabər məsuliyyət şəklində tətbiqindən keçir və biz bu şəkildə də yaşamalıyıq. Kimlərin isə mənafeləri bizi tutdu-ğumuz mövqedən yayındırmamalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Amma bir məsələni mən çox səmimi olaraq açıq demək istəyirəm. Hamımız çoxdan siyasətdə olan adamlarıq. Biz görürük ki, bu beynəlxalq təşki-latların, bizim mötəbər saydığımız beynəlxalq təşkilatların bir mötəbərliyi yoxdur, həqiqətən, yoxdur. Biz görürük ki, bu mötəbər saydığımız təşkilatların hamısında müstəqillik yoxdur. Mən indi bunu axıra qədər xırdalamıram. Yəni biz bunu başa düşürük, görürük və ona görə də dövlət başçısı ilə siyasəti elə qurmalıyıq ki, dövlətlərarası əlaqələri inkişaf etdirək. Bu mötəbər təşkilatlara bel bağlamaq olmaz, çünki onların mötəbərliyi bir xəttə qədərdir, bir “stop” komandası, bir “fas” komandası, başqa şey yoxdur.
Mən bir çox beynəlxalq təşkilatlarda olmuşam. Hamısın-da yaxşı münasibətlər, ikilikdə söhbətlər bir şeydir, Azər-baycana münasibət tamam başqa bir şeydir. O ki qaldı belə məqamlara, mən yenə deyirəm, onlara bel bağlayan belsiz qalar. Biz bunu bilməliyik. İndi Avronesti misal çəkdilər. Avronestin adı var, heç nəyi yoxdur. Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin adı var, heç bir şöhrəti yoxdur, heç bir sənəd qəbul etmir. Yəni biz bunlarla niyə işləməliyik? Bizə qarşı bunlar necə münasibətdədirlərsə, adekvat münasibəti də biz onlara qarşı bildirməliyik. Yəni bu öz fikrimdir.
Mən hesab edirəm ki, bunu biz hamımız başa düşürük, başa düşməliyik. Bahar xanımın dediyi kimi, bizə təzyiqlər çox olacaq. Kiçik bir bəhanədən istifadə edib Azərbaycana təzyiq etmək istəyirlər. Bunun da səbəbləri çox dərindir. Həm milli mənsubiyyət məsələsi, həm də müsəlman-xristian məsələsi, bunlar hamısı bunun içində var, dəfələrlə biz bunu görmüşük. Ona görə, həqiqətən, milli məsələlərdə müxalifət, iqtidar demək istəmirəm, ancaq millət arasında da milli məsələyə qulluq eləməyən insan milli xəyanətkardır. Mən bunu başqa cür adlandıra bilmərəm. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Təşəkkür edirəm ki, belə bir müzakirə açıldı, Oqtay müəllim. Baxmayaraq ki, biz də Sizin o fikrinizi tamamilə bölüşürük, o təşkilatlar mötəbər deyil, amma Sizə tam səmimiyyətimlə deyim, yaxşı ki, Azərbaycan dövləti, Azərbaycan parlamentinin nümayəndə heyətləri mövcuddur və biz onlarla əməkdaşlıq edirik, çünki onların böyük əksəriyyətinin islah edilməsinə ehtiyac var. Məsələ burasındadır ki, Martin Şultsun bəyanatı təkcə tənqidi yox, həm də təhqiredicidir. Yəqin, rəsmi saytlarda baxmısınız, o orada heç “Azərbaycan Respublikası”, “Azərbaycan” ifadəsindən deyil, “azəri hökuməti” ifadəsindən istifadə edib və bu həm də onların şəxsi yanaşmasıdır. Avropa Şurasının Baş katibi Yaqlandın, indi də Şultsun Azərbaycanla bağlı dediyi fikirlər bundan əvvəl də qeyd olundu. Azərbaycan bəlkə də Avropa ilə əməkdaşlıq edən, xüsusən də Şərq tərəfdaşlığı prosesinə qatılmış yeganə ölkədir ki, burada hüququn aliliyi var, hüquqi dövlət mexanizmi var, demokratiya var və insan hüquqlarının qorunması sistemi var. Azərbaycan yeganə ölkədir ki, bu bölgədə həmkarlarımın dediyi kimi, dövlət içərisində dövlət yoxdur. Böyük əksəriyyəti saxta seçkilər nəticəsində formalaşmış oyuncaq ölkələrdir, bunun nəticəsində də o ölkələrdə sabitlik yoxdur.
Burada o şəxslərin, o cümlədən Martin Şultsun bu məsə-ləyə insani münasibətinin səhvlərini qeyd etmək istəyirəm. Çünki siyasi fikirlərimi bölüşürəm. Məşhur Azərbaycan yazıçısı Qurban Səidin “Altun saç” romanında, – o roman həm də Avropada baş verən hadisələrə həsr olunub, – çox maraqlı bir epizod var. Türk qızı bir avropalı ilə ailə həyatı qurur. Amma avropalı həyat yoldaşı onun şərəf və ləyaqətini qoruya bilmədiyi üçün o, bir türk müsəlman şeyxinə müraciət edir, öz dərdini onunla bölüşür. O türk şeyxi həmin qıza belə deyir: “Qızım, ola bilər ki, bu avropalılar hansı isə bir müharibədə patriotluq edirlər, qələbə qazanırlar, amma onların şəxsi ləyaqət hissi yoxdur”. Bax, bu ifadə həm Martin Şultsu, həm də Yaqlandı xarakterizə edən ən dəqiq ifadədir. Təəssüf olsun ki, Azərbaycan bu proseslərdə, tədbirlərin keçirilməsində, o ölkələrə dəstək verilməsində, enerji təhlükəsizliyinə dəstək verilməsində real tərəfdaş kimi çıxış edən yeganə ölkədir. Amma görünür ki, onlar öz niyyətlərindən əl çəkmək fikrində deyillər. Niyyətlərini isə burada hörmətli həmkarlarım qeyd etdilər. Avropada bir sıra mərkəzlər var ki, Azərbaycanı məhz belə güclü görmək istəmirlər. Həmin mərkəzlər erməni lobbisi ilə bir yerdə çalışırlar, erməni lobbisinin isə Azərbaycanda onların müdafiə etmək istədikləri hüquq müdafiəçiləri və radikal müxalifət kimi tərəfdaşları var. Hadisənin əsl mahiyyəti bundan ibarətdir, amma Oqtay müəllim, mən hesab edirəm ki, biz əməkdaşlığımızı davam etdirməliyik, çünki təkcə burada yox, həm də orada biz bu sözlərimizi deyirik. Ona görə də onların olmasına və bu sözlərimizi orada deməyimizə ehtiyac var. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sən yaman tələsirsən səsə qoymağa, danışmısan, deyəsən. Bu, səsə qoyulmur, bu, müzakirələrdir. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Həqiqətən də, müzakirə olunan məsələ Azərbaycan cəmiyyətini olduqca narahat edən bir məsələdir. Çünki bu gün Azərbaycan həm insan haqları sahəsində, həm hüquqi dövlət quruculuğunda, həm də söz azadlığı və dini etiqad azadlığı sahəsində dünyaya model bir ölkədir. Problem nədədir? Avropanın bəzi ölkələri bəyan etdilər ki, multikulturalizm iflasa uğrayıb və onun gələcəyi, perspektivi yoxdur. Azərbaycan bəyan edir ki, bəşəriyyətin gələcəyi multikulturalizmdədir, xalqların birgə və əmin-amanlıqla yaşamasındadır. Bunu da əyani olaraq Azərbaycan dövlət modelində göstərir və bu tədbirləri də uğurla həyata keçirir.
Amma Avropada bir təşkilat var. Avropada təhlükəsizlik, bəlkə də təhlükəlilik yaratmaq üzrə mütəxəssis olan bir təşkilat və onun mərkəzi heç də Avropada yerləşmir. Bu gün Avropada yaşananlar Avropaya həmin mərkəzin verdiyi dərsdir. Zaman-zaman Avropaya o dərsi verir ki, sənin də başına bu müsibətlər gətirilə bilər. Ona görə sən mənim mövqeyimi dəstəkləməlisən.
Cənab Sədr, Siz bayaq çox doğru dediniz ki, o şəxslər Azərbaycana bir təəssüratla gəldilər, bəyanatlar verdilər, sonra həmin mərkəzdən göstəriş gəldi və onlar öz mövqe-lərini dəyişdilər və siyasi riyakarlıqlarını bir daha nümayiş etdirdilər. Bu gün həmin o mərkəzdə vaxtı ilə yazılmış və o mərkəzin ideologiyasını müəyyənləşdirən Dzerjinskinin kitabında bir fikir var. XXI əsrdə Türkdilli Dövlətlərin Birliyi Qurşağı, dünyada yeni bir siyasi oyunçu, yeni bir güc mərkəzi yaranır. Bunun yaranması dünyada siyasi mənzərəni tamamilə dəyişəcək. Bununla bağlı düşünmək lazımdır. Bəli, bununla bağlı düşünürlər. Çünki Azərbaycan bu gün müstəqil dövlət olaraq dünyada elə bir siyasət yeridir ki, o siyasət Cənubi Qafqaza deyil, bütün bölgəyə sülh gətirir, əmin-amanlıq gətirir, iqtisadi dirçəliş gətirir. O bunu sərbəst edir, müstəqil edir, bəşəriyyətin gələcəyi üçün edir. Kiminsə diktəsi altında etmir.
Ona görə mən hesab edirəm ki, Azərbaycan xalqının 2003-cü ildən bəri göstərdiyi o yekdilliyi, dövlətin və xalqın birliyini onlar daim sarsıtmağa çalışırlar. Bir nümunə deyim. 2003-cü ildə ATƏT-in seçkiyə gəlmiş müşahidəçiləri qollarına ATƏT-in yazısını bağlayıb Şəhriyar klubunun yanında ətrafı mühasirəyə almışdılar ki, orada bir qrup adam dəyənəklərlə silahlansın və şəhərdə iğtişaş törətsin. Budur onların siması. Müşahidəyə gəlmiş həmin missiyanın işi bundan ibarətdir. Bu gün də onların o missiyası davam edir. Mənə elə gəlir ki, Azərbaycan xalqının və məcburi köçkünlərin fikrini ifadə etmək lazımdır. Biz bəyanat qəbul etməli və onların bu hərəkətlərinə siyasi qiymət verərək münasibət bildirməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Bəxtiyar müəllim, bundan qabaq mən söylədim, biz bəyanat da qəbul elədik, məktub da yazdıq. Onlar bunlara fikir vermirlər. Biz də onlara fikrimizi dedik, yəqin, – burada nümayəndəlikləri də var, – biləcəklər Milli Məclisin mövqeyini. Heç bir bəyanat yazmaq fikrimiz yox-dur. Qurtardı getdi. Müzakirələr başa çatır. Yevda Abramov da çıxış eləsin, ələlxüsus da indi qəzetlərdə yazırlar ki, Azərbaycan antisemitizm üçün Almaniyada iş aparır, sən də Azərbaycanda yaşayırsan da.
Y.Abramov. Çox təşəkkür edirəm, Oqtay müəllim. Vaxt azdır, amma mənim deyiləsi çox fikrim var. Mən çıxışımı “Axırıncı aşırım” kinofilmindən bir ifadə ilə başlamaq istəyirəm. Biz bunların nazı ilə yaman oynayırıq ha, Oqtay müəllim. Niyə zaman-zaman Avropa və digər dövlətlər Azərbaycan haqqında belə tələsik qərarlar qəbul edirlər? Mən bunların bir sıra səbəbini araşdırmışam və onlarla görüşəndə bu məsələləri öz ağızlarından eşitmişəm.
Birinci növbədə, Oqtay müəllim, bizim sapı özümüzdən olan baltaların rəhbərlik etdiyi qeyri-hökumət təşkilatlarının verdiyi məlumatlar onlar üçün əsas götürülür. İkinci, heç yazdığı məqalənin mübtədası ilə xəbərini uzlaşdıra bilməyən bizim media mənsublarımız sarı mətbuatda guya analitik bir məqalə yazırlar və onun əsas hissəsini çap etdirirlər, o bunlar üçün əsasdır. Nəhayət, mən onu Avropada da demişəm, bu qitə qocalıb, ateroskleroz xəstəliyinə tutulub. Mən onların bir çox nümayəndəsini Qırmızı qəsəbəyə aparmışam, canlı olaraq göstərmişəm, necə lazımdır yola salmışam, bunların heç biri kar eləmir. Mən onları öz evlərində tənqid etmişəm və demişəm ki, siz çox şeyi Azərbaycandan öyrənməlisiniz. Mən orada yaşayan, 2500 il tarixi olan bir millətin nümayəndəsi, müsəlman dövləti parlamentinin üzvüyəm, siz mənim sözümə inanmırsınız, kiminsə sözünə inanırsınız.
Mən bilirəm ki, bunlar Yelena Bonerin qohumlarını mü-dafiə edirlər, başqasını yox. Əgər söhbət demokratiyadan gedirsə, deyirəm ki, ADR-in tarixinə baxın, görün, ilk nazirlər kimlərdir, səhiyyə, maarif nazirləri, görün, çadranı kim atıb, görün, ilk universitet harada olub, görün, hamam harada olub, əlini yuyub çörək kəsmək hansı qitədə olub?
Bizim Heydər Əliyev Fondumuz Vatikanda kilsə təmir edir, islam inanclı bir dövlət Vatikanın kilsəsini təmir edir, amma orada erməni katolikosunun heykəlini qoymusunuz. Cənab Prezident yəhudilər üçün sinaqoq tikdirir. Bir barmağınızı qatlayın, göstərin, Avropanın bir dövlət başçısı bir sinaqoq tikdiribmi? Tikdirməyib. Fransanın göbəyində, Parisdə...
Sədrlik edən. Deyəsən, ürəyi çox yanıqlıdır, qoyun danışsın.
Y.Abramov. Çox sağ olun. Yəni demək istəyirəm ki, siz Fransada qəbiristanlıqlarımızın hamısını barbarcasına dağıtmısınız, amma demokratiya beşiyi hesab olunursunuz. Bizim dövlətin başçısı bütün milli bayramlarımızı hər il təbrik edir. İldə iki dəfə Qırmızı qəsəbəyə gəlib hamı ilə görüşür, amma Amerika prezidenti, siz milli azlıqlarla bir dəfə görüşmüsünüzmü?
Bu gün biz Azərbaycan modelini Avropaya gətirmişik, türk deputatlardan başqa bizim iclasa heç kimi göndərmə-misiniz, utanırsınız? Ermənipərəst deputatları gətirəydiniz, mən burada çıxış edirəm, mən Azərbaycan modelini Fran-saya gətirmişəm, Strasburqa gətirmişəm, niyə onlar gəlib bizi burada dinləmirlər? Ermənistanda 11 yəhudi ailəsi var, onun da 8-i qarışıq erməni nikahlıdır, birinin də xanımı erməni prezidentinin administrasiya rəhbərinin köməkçisinin müavinidir. Bu polietnik respublikada demokratiya yoxdur, bu monoetnik dövlətdə demokratiya var, günün günorta çağı parlamentdə gülləbaran var. Amma Human Rayts Votç, Fridom Haus, nə bilim, nələr, nələr, aparıb bizi Anqola, Zimbabve ilə bir sıraya qoyursunuz. Bunlar qərəzli məsələlərdir. Bunların yeganə səbəbi odur ki, onlar bizim lid-erimizdən qorxurlar, bizim Prezidentin siyasi iradəsi qarşısında acizdirlər, onlar Azərbaycanın bu inkişaf tempindən qorxurlar. Allah-taala məni Abramov yaradıb da, Abramoviç yaratsaydı, mən bunların ağzını tikib elə oradan qayıdardım.
Sədrlik edən. Sağ ol. Yaxşı, çox sağ olun, gələn iclas haqqında xəbər veriləcək.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU