30.12.2014 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIII SESSİYASI İCLASININ
PROTOKOLU № 101
Milli Məclisin iclas salonu.
30 dekabr 2014-cü il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 95 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 95
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Gülzar Rzayeva, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə namizəd.
* * *
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. G.L.Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyanna-mənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Avropa Şurasının immunitet və imtiyazları haqqında Baş Sazişə dair Altıncı Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayən-dələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsi şərtləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Dövlət qulluğu haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbay-can Respublikası qanununun layihəsi haqqında.
12. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
15. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməs barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.04 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
1. G.L.Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Sabir Rüstəmxanlı
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.13 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
2. “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.14 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 96
Nəticə: Qəbul edildi
3. “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.18 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi
4. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bə-yannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov, Sabir Rüstəmxanlı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.29 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
5. “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.34 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
6. Avropa Şurasının immunitet və imtiyazları haqqında Baş Sazişə dair Altıncı Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.38 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
7. Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov, Xanhüseyn Kazımlı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.42 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
8. “Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.45 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
9. “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsi şərtləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.47 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
10. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Fəzail Ağamalı, Qənirə Paşayeva, Fazil Mustafa, Xanhüseyn Kazımlı, Siyavuş Novruzov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
11. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.15 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
12. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Zahid Oruc, Tahir Rzayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə 88
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 3
İştirak edir 93
Nəticə: Qəbul edildi
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.38 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 2
İştirak edir 87
Nəticə: Qəbul edildi
14. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Fəzail Ağamalı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.42 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
15. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.43 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: Qəbul edildi
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
17. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Etibar Hüseynov, Vahid Əhmədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
19. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 95
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
20. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
21. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Bahar Muradova, Asəf Hacıyev.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
30 dekabr 2014-cü il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 90
Yetərsay 83
Çox sağ olun. Yetərsay var. İclasa başlaya bilərik.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələr (saat 12.04 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
Gündəlik qəbul edildi, sağ olun. Hörmətli millət vəkilləri, gündəlikdə 21 məsələ var. Ona görə bu gün iclasımızı gündəlikdən kənar məsələlərə vaxt ayırmadan keçirəcəyik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Amma müzakirəsiz. Buyur. Eldar müəllimə mikrofon verin.
E.İbrahimov. Oqtay müəllim, çox sağ olun, minnətdaram. Hörmətli cənab Sədr, Siz artıq 10 ilə yaxın müddətdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə çox uğurla rəhbərlik edirsiniz. Bu illər ərzində Milli Məclis Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli-yevin ölkəmizdə həyata keçirdiyi iqtisadi, siyasi və sosial proqramların hüquqi bazasının yaradılmasına və möhkəmlənməsinə öz sanballı töhfəsini vermişdir.
Məhz Sizin rəhbərliyiniz altında Milli Məclis Avropa Şurası, Avropa İttifaqı, ATƏT və bir sıra digər beynəlxalq təşkilatlarla, dünyanın aparıcı ölkələrinin parlamentləri ilə sıx əlaqələr qurmuş, ölkəmizin və xalqımızın xeyrinə qərarlar qəbul edilməsinə nail olmuşdur. Son 10 ildə Sizin rəhbərlik etdiyiniz Milli Məclis cənab Prezidentin ölkəmizin günü-gündən güclənməsi, xalqımızın rifah halının yaxşılaşması üçün həyata keçirdiyi uğurlu siyasi xətti həmişə dəstəkləmiş və öz köməyini əsirgəməmişdir.
Hörmətli Oqtay müəllim, Sizin indiyədək parlamentin Sədri kimi gördüyünüz işlər çoxdur. Onlar haqqında bəlkə də saatlarla danışmaq olar. Təkcə onu demək kifayətdir ki, bu gün bizim böyük rahatlıqla oturub işlədiyimiz bu möhtəşəm zal, yeni deputat korpusunun inşa edilməsi və digər quruculuq, abadlıq işləri hörmətli Prezidentimiz İlham Əliyevin parlamentə göstərdiyi qayğının və Sizin əzmkarlığınızın təzahürüdür.
Çox əlamətdardır ki, dünən hörmətli Prezidentimiz Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinizə görə Sizi “Şərəf” ordeni ilə təltif etdi. Bu bizi çox sevindirdi. Hesab edirəm ki, əməyinizə verilən bu yüksək qiymət Sizin simanızda bütövlükdə Azərbaycan parlamentinə verilən böyük dəyərdir. Sizi “Şərəf” ordeni ilə təltif etdiyinə görə hörmətli Prezidentimizə öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Hörmətli cənab Sədr, mən Sizi deputat həmkarlarım və öz adımdan yubileyiniz və “Şərəf” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, bu çətin və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram. (Alqışlar.) Cənab Sədr, bununla kifayətlənmirik. Biz arzu edirik ki, Sizin 70, 80 illik yubileylərinizi də elə, inşallah, bu zalda bu vəzifədə təbrik edək. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Eldar müəllim. Hörmətli həmkarlar, hamınıza minnətdaram. Yarım saat öncə cənab Prezident məni dəvət eləmişdi. Təltif olunduğum ordeni təqdim elədi və bu təqdimat zamanı mənə dedi ki, onun adından Milli Məclisin bütün üzvlərini Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə səmimi qəlbdən təbrik edim. (Alqışlar.) Bir daha çox sağ olun.
İndi keçək gündəliyə. Gülzar Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında. Gülzar xanım buradadır. Əli müəllim buyursun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bildiyiniz kimi, Gülzar Lətif qızı Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi cənab Prezident tərəfindən təqdim olunmuşdur. Amma eyni zamanda, məlumat üçün bildirmək istəyirəm ki, Gülzar xanımla bağlı bu qərarın təşəbbüskarı həm də Məhkəmə-Hüquq Şurası olmuşdur. Belə ki, Gülzar xanım, – çoxlarınız onu tanıyırsınız, – uzun illərdir, Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsində öz borcunu şərəflə yetirən nəcib bir xanım hakimimizdir. O, hüquqşünas kimi əmək fəaliyyətinə 1 saylı hüquq məsləhətxanasında vəkilliklə başlamış, sonra Əzizbəyov rayon prokurorunun köməkçisi olmuş, daha sonra məhkəmə sistemində fəaliyyət göstərmişdir. Burada o, Azərbaycan hüquq sistemi üçün çox tanınan bir şəxs olmuş, rayon məhkəməsinin sədri, Ali Məhkəmənin sədr müavini, Apellyasiya Məhkəməsinin sədri kimi vəzifələri şərəflə yerinə yetirmişdir. Bütün bu vəzifələrdə Gülzar xanımı səciyyələndirən onun ədalətli, humanist bir hakim və məhkəmə sədri olması olmuşdur.
Amma bununla yanaşı, hörmətli həmkarlarım, bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Gülzar xanım hakim kimi siyasətdən kənar, müstəqil bir şəxs olmaqla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında çətin anda öz vətəndaş mövqeyini də bildirmişdir. Bu zalda indi də fəaliyyət göstərən bir neçə həmkarım hələ 1993-cü ilin iyun ayında Gülzar xanımın dövlətçiliyimizin çətin bir məqamında, sadəcə, məhkəmə hakimiyyətinin yox, Azərbaycan vətəndaşının mövqeyini necə çatdırdığının da şahidi olmuşdur. Bu baxımdan hesab edirəm ki, Məhkəmə-Hüquq Şurasının təklifini və cənab Prezidentin təqdimat məktubunu həmkarlarım da dəstəkləyəcək və Gülzar xanım bundan sonra da Ali Məhkəmənin hakimi kimi şərəfli adı daşıyacaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çıxışa iki millət vəkili yazılıb. Şəxsən mən Gülzar xanımı 15 ildən artıqdır, çox ləyaqətli, ədalətli bir hakim kimi tanıyıram. Yəqin, onların da ürək sözləri var. Buyursun Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Məclis! Mən bu çıxış vaxtımdan istifadə edib, Oqtay müəllim, ən əvvəl Sizi ürəkdən təbrik edir, Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə uğurlar arzulayıram. Eyni zamanda, Məclisdəki həmkarlarımı, buradakı jurnalistləri Yeni il və Dünya azər-baycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edirəm.
Bu gün yenidən Ali Məhkəmənin hakimi vəzifəsinə namizədliyi irəli sürülən Gülzar xanımı mən yaxından tanıyan adamlardan biriyəm. Keçən illərdə onun müxtəlif vəzifələrdə fəaliyyətini müşahidə eləmək imkanım olub.
İndi bizim hüquq mühafizə sistemi haqqında müxtəlif rəylər var. Amma mən Gülzar xanım kimi insanları görəndə, doğrudan, fəxr edirəm. Fəxr edirəm ki, bizim məhkəmə sistemində bu cür insanlar var. O harada işləyibsə, orada həmişə ədalətli, obyektiv olub. Onun üçün Azərbaycan vətəndaşının hüququnun qorunması hər şeydən yüksəkdə dayanıb. Mən bizim Ali Məhkəmədə bu cür insanların olmasına sevinirəm.
Bu gün Prezident tərəfindən müzakirəmizə onun namizədliyinin təqdim olunması, məncə, burada oturanların ürəyindəndir. Mən bu gözəl gündə, Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində onu ürəkdən təbrik edirəm. İnanıram ki, bura qədər necə işləyibsə, bundan sonra da o cür işləyəcək, həmişə obyektiv, ədalətli olacaq, həmişə etimadı doğruldacaqdır. Mən ona can sağlığı, işlərində uğurlar arzulayıram.
Sədrlik edən. Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, hər şey aydındır. Gəlin səsverməni keçirək. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.13 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Gülzar xanım, Sizi təbrik edirəm.
Gündəliyin ikinci məsələsi – “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! Bu sazişin layihəsi sizə paylanıb. Saziş Qətər dövləti ilə Azərbaycan Respublikası arasında təhlükəsizlik sahəsində əməkdaşlıq ilə bağlıdır. Bu sazişdə əməkdaşlığın formatı, formaları və prinsipləri əks olunub. Saziş 17 maddədən ibarətdir. Sözsüz ki, Azərbaycan dövlətinin mənafelərinə cavab verdiyinə görə mən sizi bu sazişə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, sazişə müna-sibət bildirək.
Səsvermənin nəticələr (saat 12.14 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ – “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi. Buyursun hörmətli Valeh müəllim.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Pre-zidenti cənab İlham Əliyevin müvafiq məktubu ilə “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.
Adı çəkilən saziş 2014-cü il iyulun 3-də Bakı şəhərində imzalanmışdır. Xatırladım ki, bundan öncə də Səudiyyə İnkişaf Fondu ilə buna bənzər sazişlər imzalanmış və uğurla icra olunmuşdur. 2005-ci il mart ayının 9-da imzalanmış “Vəlvələçay-Taxtakörpü kanalının tikintisi layihəsinin maliyyələşdirilməsinə dair” Saziş, 2009-cu il noyabr ayının 20-də imzalanmış “Bakı ərazisində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə” Saziş və sairə. Bunları nəyə görə xatırladıram. Demək istəyirəm ki, təqdim edilmiş saziş dəfələrlə müzakirə elədiyimiz bu cür sazişlərə, beynəlxalq standartlara uyğun olaraq hazırlanmış bir sazişdir.
Layihəyə əsasən Xırdalan şəhərinin su təchizatı və kana-lizasiya sistemi yenidən qurulmalıdır. Xırdalan şəhərinə içməli su Ceyranbatan sutəmizləyici qurğular komp-leksindən veriləcək. Bundan ötrü hər birinin tutumu 20 min kubmetr olan üç yeni su anbarı tikiləcək. Su bu anbarlardan magistral xətlərlə şəhər su boru şəbəkəsinə öz axarı ilə ötürüləcək. Xırdalan şəhəri su boru şəbəkəsinin uzunluğu 159 kilometr olacaq və o, müvafiq qaydada sayğaclar, yanğına qarşı qurğular və sairlə təchiz olunacaqdır.
Şəhərin kanalizasiya şəbəkəsinin tikintisinə yeni kanali-zasiya kollektoru istismara veriləndən başlanacaq. Bu kollektordan çirkab su Lökbatanda bu gün artıq inşa edilən 200 min kubmetr həcmi olan təmizləyici qurğuya yeraltı xətlərlə ötürüləcək.
Bu layihə 42 ay ərzində həyata keçiriləcəkdir. Onun da 12 ayı zəmanət müddətidir. Layihənin ümumi dəyəri 75 milyon ABŞ dollarıdır. Bunun 35 milyon dolları Səudiyyə İnkişaf Fondu tərəfindən təqdim ediləcəkdir. Kredit müddəti 5 il güzəştli müddət daxil olmaqla 20 ildir. İllik kredit faizi 2 faizdir. Kreditin ödənişi 2019-cu il dekabrın 15-dən başlanacaq. Hər yarım il təxminən 1 milyon 167 min ABŞ dolları ödəniləcək.
Əminəm ki, bu sazişlə əlaqədar təqdim edilmiş qanun layihəsini dəstəkləyib lehinə səs verəcəyik. Təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.18 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Hələ beş sazişimiz də var. 4-cü məsələ Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Oqtay müəllim, icazə verin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin adından Sizi ürəkdən təbrik edək. Dövlətimiz və millətimiz üçün böyük və vacib işlər görürsünüz. Cənab Prezidentin Sizin əməyinizi “Şərəf” ordeni ilə qeyd etməsi bizim üçün də böyük şərəfdir.
Hörmətli həmkarlar, əziz dostlar! Təqdim olunan qərar layihəsi çox vacib, əhəmiyyətli sənəddir. Ona görə ki, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə əlaqələrini yeni mərhələyə yüksəldir. Bu əlaqələr dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmuşdur.
Birgə Bəyannamədə əsas məsələlərdən biri I hissənin dö-rdüncü bəndində öz əksini tapmışdır. Mən onu sizin diqqətinizə çatdırmaq istəyirəm: “Tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliy-yətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq etdilər”. Görürsünüz, burada ancaq iki tərəfin bir-birinə dəstək verməsi yox, onların ərazisində hər iki dövlətin əleyhinə yönəlmiş cəhdlərin qarşısının alınması da öz əksini tapmışdır.
Hesab edirəm ki, belə bir sənədin bu gün Azərbaycan parlamentində təsdiq edilməsi hər iki ölkə arasında münasi-bətləri daha da yüksək səviyyəyə qaldıracaqdır. Ona görə komitəmiz Azərbaycan Respublikası ilə İran İslam Respu-blikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında qanun layihəsinin Milli Məclisin müzakirəsinə tövsiyə edilməsi barədə qərarı yekdilliklə qəbul etmişdir. Biz həmkarlarımızdan buna səs verməyi xahiş edirik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. İran bizim yaxın qonşumuzdur və tarixən böyük əlaqələrimiz olub. Əslində, İran elə min il türklərin başçılıq elədiyi dövlət olub. Bu gün bir az şəklini dəyişib. Amma əslində, biz İrana orada yaşayan və əhalinin böyük bir hissəsini təşkil eləyən xalqımıza görə öz dövlətimiz kimi də baxa bilərik. Bu bir ərazi iddiası, torpaq iddiası deyil, sadəcə, tarixi xatırlatmaqdır. Ona görə ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət edən belə dövlət sənədlərinin olması, İranla dinc qonşuluq münasibətlərinin davam etdirilməsi son dərəcə mühümdür.
Ancaq mən çox istərdim, bu Bəyannamədə başqa müddəaları da görüm. Bu müddəalara görə İran bizimlə düşmənçilik eləyən ölkəyə yardım eləməsin, öz ərazisindən ora beynəlxalq nəqliyyat dəhlizləri açmasın, enerji, neft, qaz verməsin. Dolayı yolla onların bir ucu gəlib bizim işğal olunmuş ərazilərimizə çatır, Dağlıq Qarabağa çatır. Burada belə bir müddəa yoxdur.
Əlbəttə, Səməd müəllimin dediyi o müddəa yaxşıdır, əgər biz ona öz gözümüzlə baxır, öz mövqeyimizdən yanaşırıqsa. Amma buna İran mövqeyindən baxanda bir az ayrı cür səslənir. Bu maddənin öhdəliyi təxminən belədir ki, Azərbaycan ərazisində İranla bağlı tənqidi söz deyən heç bir təşkilat, qrup və şəxs olmamalıdır. Yəni burada biri qalxıb desə ki, İranda 35 milyon azərbaycanlı var və bu xalq öz ana dilində oxumalıdır, fəaliyyət göstərməlidir, həmin adamı biz burada təqib eləməliyik. Mən üzr istəyirəm, – Səməd müəllim, yəqin, cavab verəcək, – amma İranda bu günün özündə də “Səhər” kanalı bizim əleyhimizə işləyir. İranda bu gün də ana dili deyənləri boğazından asırlar. İranda yenə də azərbaycanlıların haqları, hüquqları ayaq altındadır.
Biz burada Güney Azərbaycanın hüquqları ilə bağlı hər hansı bir tədbir keçirən kimi, Urmiyanın qəsdən qurudul-ması ilə bağlı bir söz deyən kimi İran səfiri bizə nota verir və hətta deyir ki, Azərbaycan dövləti niyə buna imkan verir? Bu müqavilədən sonra, ümumiyyətlə, burada səsimizi çıxara bilməyəcəyik. Ona görə mən hesab edirəm, bu sənədin iki başı var və təəssüf ki, bizə xeyrindən çox ziyanı dəyəcək. Mən belə hesab edirəm, bu mənim şəxsi fikrimdir.
Bu tipli müqavilələr bütün ölkələrlə bağlanır, amma İran-la bağlanan müqavilələrdə biz daha diqqətli olmalı, orada özümüzün milli maraqlarımızın daha diqqətlə qorunmasına nail olmalıyıq. Əks təqdirdə o maddələri ora yazmağa ehtiyac yoxdur, ümumi şəkildə keçib getmək olar. Amma bu maddə bura qəsdən salınıb. Oradan gəlib burada yaşayan azərbaycanlılar var, burada fəaliyyət göstərən qurumlar var, humanitar təşkilatlar var, onlar addım atan kimi İran səsini qaldıracaq ki, bizim müqaviləmiz buna məhdudiyyət qoyur.
Mən burada bir məsələni də demək istəyirəm. Bizim sənədlərimizdə daim belə bir müddəaya rast gəlinir: “Tərəflər Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinin əhəmiyyətini bir daha təsdiq edirlər”. Hörmətli millət vəkilləri, “sülh yolu” deyilən bir şey yoxdur. Bizim bütün sənədlərdə bu cür yazılır. Bu, rus dilindən tərcümədir, rus dilində “мирным путем” deyirlər. Bu, “dinc yolla” deməkdir, “sülh yolu ilə” demək deyil. Sülh son nəticədir. Biz nəticəni gətirib qabağa keçirə bilmərik. Burada dinc yolla sülhə nail olmaqdan söhbət gedir. Ona görə mən təklif edirəm, gələcəkdə bu sənədlərə diqqətlə yanaşaq. “Sülh yo-lu” nə deməkdir? Sülh son nəticədir. Hansı sülhdən söhbət gedir? Təşəkkür edirəm.
Sədrlik edən. Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Mən Sabir müəllimin çıxışına diqqətlə qulaq asdım və o nəticəyə gəldim ki, sənədin birinci bəndini bir də Sabir müəllimin diqqətinə çatdırmaq lazımdır. Söhbət tamamilə başqa şeydən gedir və Sabir müəllim, yəqin ki, bunu diqqətlə oxusa, özü də gözəl başa düşər: “Tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq etdilər”. Gördüyünüz kimi, burada söhbət dövlət su-verenliyindən və ərazi bütövlüyündən gedir. Əlbəttə, Azərbaycan Respublikası İran İslam Respublikasının ərazi bütövlüyünü tanıyır və İran İslam Respublikası da bütün beynəlxalq təşkilatlarda, bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır.
O ki qaldı Sizin Dağlıq Qarabağla bağlı dediklərinizə, o da sənəddə öz əksini konkret, açıq-aydın tapmışdır. Tərəflər Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunması ilə bağlı konkret müddəanı buraya daxil ediblər.
“Sülh” və “dinc” sözləri ilə bağlı stilistik məsələlərə gəlincə, diqqətlə oxusanız, görərsiniz ki, sənədin içərisində “dinc” sözü də öz əksini tapmışdır. Ona görə hesab edirəm ki, bu sənəd Azərbaycan Respublikasının maraqlarına tam şəkildə uyğundur. Sənədin mətnində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı zərrə qədər də təhlükə yoxdur, əksinə, Azərbaycanın suverenliyi və ərazi bütöv-lüyünün qonşu İran İslam Respublikası tərəfindən tanınması birbaşa əksini tapmışdır.
Hesab edirəm ki, bu cür sənədlərin imzalanması Azərbaycanın xeyrinədir və bu Bəyannamə də İran İslam Respublikası ilə əlaqələrimizin gələcəkdə yeni bir mərhələyə yüksəlməsi, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün zəmin yaradan sənəd kimi qiymətləndirilməlidir. Xahiş edirəm, bunu səsə qoyasınız.
Sədrlik edən. Çox sağ olun. Sabir müəllim özü dedi, bu-na müxtəlif müstəvidən baxmaq olar. İndi o bir az başqa müstəvidən baxdı. Amma bu, beynəlxalq sazişdir, xahiş edirəm, sazişə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.29 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, təsdiq edildi.
Beşinci saziş – “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə. Xahiş edirəm, buyurun, Valeh Ələsgərov.
V.Ələsgərov. Hörmətli cənab Sədr, hörmətl deputatlar, xanımlar və cənablar! “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərinin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə qanun layihəsi və təbii ki, Memorandumun özü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq məktubu ilə Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.
Adı çəkilən Memorandum 2014-cü il noyabr ayının 12-də Bakı şəhərində imzalanmışdır. Əslində, bu Memorandumun məqsədi tərəflərin müştərək işçi qrupunun hazırladığı “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarında məcranizamlama və sahillərin mühafizəsi tədbirləri üzrə araşdırmalar aparılması və onların yerinə yetirilməsi haqqında” təlimatı və gələcəkdə iki ölkə arasında sərhəd çaylarında məcranizamlama və sahillərin mühafizəsi tədbirlərini bu təlimatın müddəalarına əsasən həyata keçirmək haqqında razılaşmanı təsdiq etməkdən ibarətdir. Əlbəttə ki, gələcəkdə bu Memoranduma və Memorandumun tərkib hissəsi olan təlimata əlavə və dəyişikliklər edilməli olsa, bunlar ancaq tərəflərin qarşılıqlı razılığı ilə ediləcəkdir.
Adı çəkilən təlimatı hazırlayan müştərək işçi qrup Azərbaycan və İranın müvafiq səlahiyyətli qurumlarının qərarları ilə yaradılmışdır. Misal üçün, qrupun Azərbaycan hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 30 mart tarixli qərarı ilə yaradılmışdır. Bu işçi qrupda Azərbaycanı Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, İranı isə İran Energetika Nazirliyi, Xarici İşlər Nazirliyi, Sərhəd Qoşunları və Daxili İşlər Nazirliyinin nümayəndələri təmsil edirlər. Əminəm ki, Memorandum və onun tərkib hissəsi olan təlimatla hörmətli deputatlarımız tanış olublar. Bu səbəbdən geniş izahata, yəqin ki, ehtiyac yoxdur. Mən ancaq bəzi önəmli məqamları diqqətinizə çatdırmaq istəyirəm.
Təlimat və gələcəkdə görülə biləcək tədbirlər, layihələr Astaraçay, Bolharı və Araz çaylarına aiddir. Göstərildiyi kimi, təlimatın məqsədi müvafiq sazişlərə, müqavilələrə, protokollara və onlara əlavə olunmuş xəritələrə uyğun olaraq vaxt və xərclərə mümkün qədər qənaət etməklə, eləcə də çayların təbii hidromorfoloji vəziyyətinin sabit saxlanmasını və ətraf mühitin mühafizəsini nəzərə almaqla təlimatda sadalanan tədbirlərin layihələrinin araşdırılması və tərəflər arasında razılaşdırmaqla onların həyata keçirilməsi yollarını müəyyən etməkdən ibarətdir. Əminəm ki, bu tədbirlərlə tanış olmusunuz. Bunları izah eləməyə ehtiyac yoxdur. Nəzərdə tutulan tədbirlərin müzakirəsi, təsdiqi və onların həyata keçirilməsinə nəzarət tərəflərin nümayəndələrindən ibarət müştərək texniki komissiya tərəfindən həyata keçiriləcək.
Məsləhət bilsəniz, daha geniş izahat verərəm. Ancaq mənə elə gəlir ki, təlimatda hər bir şey o qədər açıq-aydın şəkildə izah edilib ki, əlavə izahata ehtiyac yoxdur. Xahişim ondan ibarətdir ki, təqdim edilmiş qanun layihəsini təsdiq edək. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.34 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Çox sağ olun, təsdiq edildi.
Avropa Şurasının immunitet və imtiyazlar haqqında Baş Sazişə dair Altıncı Protokolunun təsdiq edilməsi barədə. Buyurun, Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Azərbaycan Avropa Şurasının üzvü kimi Avropa Şurasının bütün beynəlxalq sazişlərinə çox hörmətlə yanaşaraq, onları təhlil edərək qəbul edir və onlara riayət edir. O cümlədən Avropa Şurasının immunitet və imtiyazlar haqqında Baş Sazişə dair Altıncı Protokolunun da bu gün bizim parlamentdə təsdiq edilməsi çox vacib və əhəmiyyətli bir məsələdir.
Bilirsiniz ki, Azərbaycan Avropa Şurasının İnsan Haqları Məhkəməsinin yurisdiksiyasındadır. Orada fəaliyyət gös-tərən hakimlərin immunitet və imtiyazları həddindən artıq vacib olan məsələdir. Bu Protokol onların fəaliyyətini tənzimləyən bir sənəddir. Azərbaycan Avropa Şurasının İnsan Haqları Məhkəməsinin fəaliyyətinə öz münasibətini dəfələrlə bildirərək qeyd etmişdir ki, bu istiqamətdə gördüyümüz işlər beynəlxalq qanun çərçivəsində aparılan məsələlərdir. Ona görə Avropa Şurasının İnsan Haqları Məhkəməsində hakimlərin işinin yüksək səviyyədə tənzim-lənməsi üçün bu Protokola mütləq qoşulmaq lazımdır.
Protokolun 4-cü maddəsində konkret olaraq yazılır ki, hakimlərə verilmiş imtiyazlar və immunitetlər şəxsi mənafe üçün deyil, birbaşa işin yerinə yetirilməsi üçündür. Ona görə hesab edirəm ki, İnsan Haqları Məhkəməsi ilə bizim əlaqələrimizi daha da yüksək səviyyədə təşkil etmək üçün bu Protokolun bu gün parlamentdə təsdiq olunması çox vacibdir. Bununla Azərbaycan növbəti dəfə öz öhdəliklərini yerinə yetirərək, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sənədlərin ratifikasiya olunmasına müsbət münasibət bildirmiş olur. Ona görə xahiş edirəm, bu Protokola və təqdim olunan sənədə millət vəkilləri öz müsbət münasibətlərini bildirsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, sazişə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.38 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında. Səməd müəllim, buyurun.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsi komitəmizdə çox ciddi təhlil olunmuşdur. Bu Bəyannamə Azərbaycanla Avropa Birliyinin üzvü olan Bolqarıstan arasında münasibətləri çox yüksək səviyyədə təşkil etməkdən bəhs edir. Avropa Birliyinə daxil olan ölkələrlə əlaqələrimiz yüksək səviyyədə təşkil olunub.
Bu gün Bolqarıstan bizim üçün ən əhəmiyyətli ölkələrdən biridir. Ona görə ki, Bolqarıstanla həm iqtisadi, həm də mədəni əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Bu Bəyannamədə siz Azərbaycanın ən çətin, ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin beynəlxalq qanun çərçivəsində, xüsusilə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi sənədlər əsasında həlli yollarını da görürsünüz.
Təbii ki, belə bir sənədin qəbul olunması zəruri bir addım olardı. Ona görə komitəmiz adından xahiş edirəm, həmkarlarımız prezidentlər tərəfindən imzalanmış bu Birgə Bəyannaməyə öz müsbət münasibətlərini bildirsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Xanhüseyn müəllim nəsə demək istəyir. Buyurun.
X.Kazımlı. Hörmətli Sədr, biz də hörmətli həmkarımız Eldar İbrahimovun dediyi fikirlə razıyıq.
Bilirsiniz ki, həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir addımı yaxın və uzaq perspektivi nəzərdə tutmaqla atılır. Bugünkü qəzetlərdən də sizə bəlli olduğu kimi, məhkumların azadlığa buraxılması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli-yevin sərəncamı vardır. Əlbəttə, 84 ailənin sevincinə səbəb olmaq böyük bir işdir. Ona görə də Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü, eyni zamanda, parla-mentin Sədri hörmətli Oqtay müəllimin yubileyi ərəfəsində… Ümumiyyətlə, Oqtay müəllim, Siz həmişə bizim parlamentdə olan adamların yubileylərinin qeyd olunmasına böyük diqqətlə yanaşırsınız. Biz bunu Milli Məclisin təsis etdiyi jurnalda da görür və buna görə də Sizə təşəkkürümüzü bildiririk.
Həmkarlarımızın dediyi kimi, mən də bütün parlament üzvlərini, eləcə də burada bizim işimizi işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrini Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edir, dövlətimizə, xalqımıza, o cümlədən sizə uğurlar və hər yerdə başucalığı arzulayıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.42 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, təsdiq edildi.
Növbəti məsələ – “Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə. Səməd müəllim, buyurun.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Mən xahiş edirəm, həmkarlarım bir anlığa indi təsdiq etdiyimiz sənədlərin, bəyannamələrin coğrafiyasına fikir versinlər. Azərbaycan–İran, yəni yaxın qonşu, Azərbaycan–Bolqarıstan, yəni Azərbaycan–Avropa Birliyi, indi isə Azərbaycan–Malayziya, yəni Azərbaycan–Şərq. Mən onu xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanın siyasi rəhbərliyi, Azərbaycan Prezidenti Azərbaycanı bütün ölk-ələrlə dostluq və əməkdaşlığın, iqtisadi əlaqələrin inkişafında maraqlı olan bir ölkə kimi tanıtdırıb, tanıtdırır və bundan sonra da tanıtdıracaq. Belə sənədlər bizim ölkəmizlə həmin ölkələr arasında əlaqələrin tamamilə yeni mərhələdə, yeni müstəvidə təşkil olunmasına əsas verir.
Bu sənədin təməlində ölkəmizin ərazi bütövlüyü, su-verenliyi, iqtisadi, mədəni və başqa sahələrdə inkişafı, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılacaq addımlar durur. Belə bir sənədə müsbət rəy vermək özü-özlüyündə çox şərəfli bir işdir. Ona görə həmkarlarımdan bu gün, Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində Azərbaycanın xarici əlaqələrinin bu şəkildə genişlənməsinə əsas yaradan sənədlərə müsbət münasibət bildirməyi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.45 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Bugünkü sonuncu saziş – “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsi şərtləri haqqında” Sazişin təsdiq edilməsi barədə. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli Oqtay müəllim! Mən də Sizin ünvanınıza deyilən xoş sözlərə qoşulur, Sizə möhkəm can sağlığı, Azərbaycan parlamentinin gərgin və məhsuldar fəaliyyətində uğurlar arzulayıram.
Adı çəkilən Saziş bir daha göstərir ki, Azərbaycana beynəlxalq miqyasda çox böyük hörmət var. Belə bir Şuranın Azərbaycanda yerləşməsinin özü də bir tarixi had-isədir.
Sazişdə Şuranın Bakıda yerləşməsi ilə əlaqədar olaraq fəaliyyət mexanizmləri müəyyən edilmişdir. Sazişin 2-ci maddəsində deyilir: “Şura Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs hüquqlarından istifadə edir və bu sazişin müddəalarının Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilməsi üçün müqavilələr bağlamaq, daşınar və daşınmaz əmlak əldə etmək və ona dair sərəncam vermək, hüquqi hərəkətlər etmək hüququna malikdir. Bu maddədə nəzərdə tutulan hüquqlar Şuranın prezidenti və onun buna səlahiyyət vermiş nümayəndələri tərəfindən həyata keçirilir”.
Sazişdə beynəlxalq standartlara uyğun olaraq digər maddələr də nəzərdə tutulmuşdur. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.47 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Hərbi vəzifə və hərbi xidmət haq-qında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə. Buyursun Ziyafət müəllim.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azər-baycan Respublikası Qanununda bu dəyişikliklərin edilməsinin əsas məqsədi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrində hərbi uçot və qeydiyyat qaydalarının daha da təkmilləşdirilməsidir.
Bilirsiniz ki, biz 2011-ci ilin dekabr ayında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun qəbul etmişik. Qanun dərc olunubdur. Amma keçən müddət ərzində müəyyən məsələlər meydana çıxmış və həmin məsələlərin qanunvericilikdə yerinin doldurulması zərurəti yaranmışdır. Ona görə də həm uçot, həm qeydiyyat, həm də siyahıyaalma məsələlər bu dəyişikliklərdə öz əksini tapıbdır. Dəyişikliklərdə bəzi texniki və redaktə xarakterli məsələlər də var.
Hesab edirəm ki, bu dəyişikliklər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunu daha da təkmilləşdirəcək, eyni zamanda, bununla əlaqədar digər hərbi qanunvericilik ak-tlarının da daha müvəffəqiyyətlə işləməsinə zəmin yara-dacaqdır. Ona görə hörmətli deputatlar, mən xahiş edirəm, bu qanunda edilən dəyişikliklərə səs verəsiniz. Suallar varsa, cavab verməyə hazıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyafət müəllim. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də hər birinizi qarşıdan gələn Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bütün xalqımıza və sizə ailə xoşbəxtliyi, səadət, xoş günlər arzu edirəm. Oqtay müəllim, Sizin ünvanınıza deyilən təbriklərə mən də qoşuluram. Yubiliyeniz mübarək olsun.
Təqdim edilmiş qanun layihəsi, əlbəttə, birmənalı şəkildə dəstəklənməli və müdafiə olunmalıdır. Azərbaycan ərazisinin 20 faiz uzun illərdən bəri işğal altındadır və güman edilən budur ki, işğal olunmuş torpaqların azad edilməsi daha çox hərbi yoldan keçir. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam etdikcə beynəlxalq güclər, ATƏT-in Minsk Qrupunun həmsədrləri də Ermənistanı müdafiə etməkdə davam edirlər.
Hadisələrin gedişi 20 ildən yuxarı davam edən sülh pros-esini ciddi şəkildə sual altına alır. Ona görə də biz Silahlı Qüvvələrimizin güclənməsində maraqlı olmalıyıq. Ölkə Prezidentinin bu istiqamətdə atdığı addımlar çox təq-dirəlayiqdir və xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanın müdafiə naziri vəzifəsinə yeni təyin olun-muş cənab Zakir Həsənovun peşəkar bir hərbçi kimi üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməsi, daha çox əsgərlərlə, zabitlərlə bərabər olması, kabinet nazirindən daha çox hərbi nazir olması da onu göstərir ki, Azərbaycanın Silahlı Qüvvələri, Azərbaycanın milli ordusu artıq yeni bir mərhələdədir. Bunu bu ilin avqustunda erməni təxribatına Azərbaycan ordusunun vermiş olduğu cavab və hərbçilərimizin göstərdiyi qəhrəmanlıq nümunələri də bir daha təsdiq edir. Son hadisələr bir daha nümayiş etdirdi ki, işğal olunmuş torpaqların azad edilməsində Azərbaycan xalqı ölkə Prezidenti ilə birmənalı olaraq bir yerdədir.
Hörmətli Ziyafət müəllimin qeyd etdiyi dəyişikliklər də, fikrimcə, bu siyasətin mahiyyətinə uyğun olan və milli ordumuzun möhkəmlənməsinə, gələcəkdə onun daha operativ, daha çevik şəkildə səfərbərliyə alınmasına xidmət edən dəyişikliklərdir. Bu qanun layihəsi, əlbəttə, birmənalı şəkildə müdafiə olunmalı, dəstəklənməlidir. Çox sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkili həmkarlarım! Mən də burada iştirak edən mətbuat nümayəndələri və hökumət üzvləri də daxil olmaqla sizi, eləcə də bütün xalqımızı qarşıdan gələn Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edir, hamınıza can sağlığı, yeni-yeni uğurlar, xoşbəxtlik ar-zulayıram. Mən hörmətli Oqtay müəllimi də yubileyi və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edir və ona da can sağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində də uğurlar arzulayıram.
Biz, təbii ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda edilməsi təklif olunan dəyişiklikləri dəstək-ləyəcəyik. Amma hörmətli Ziyafət müəllim, mən iki məsələni diqqətə çatdırmaq istəyirəm. Bilirəm, bu məsələ Sizin üçün də çox həssas məsələdir və Siz də hər zaman bu məsələnin həllinə dəstək göstərmisiniz. Söhbət ondan gedir ki, bu gün ölkəmizdə ordu quruculuğu, ordunun güclən-dirilməsi sahəsində çox böyük işlər gedir və Ali Baş Ko-mandanın göstərişi ilə Silahlı Qüvvələrin şəxsi heyəti ilə də bağlı mütərəqqi dəyişikliklər edilir. Məsələn, sərhədyanı bölgələrdə insanların müqavilə əsasında hərbi hissələrdə işə qəbul olunması çox müsbət haldır. O insanlar bu bölgələri çox yaxşı bilirlər. Onlar hərbi xidmətdə də olublar, müəyyən parametrlərə də tam cavab verirlər. Orduda müəyyən işlər var ki, onların əsgərlərimiz tərəfindən deyil, kənardan cəlb olunmuş işçilər tərəfindən yerinə yetirilməsi çox müsbət haldır. Bu, orduda psixoloji vəziyyətə də özünün müsbət təsirini göstərir.
Silahlı Qüvvələrə müqavilə əsasında işçilərin götürülməsi bəlkə bir məsələnin də həllinə kömək edə bilərdi. Bu məsələ mətbuatda da əksini tapmış və insanlarda onun həllinə ümidlər daha da artmışdır. Söhbət oğlan tələbələrimizə magistratura təhsili almaq üçün hərbi xidmətdən möhlət hüququnun verilməsindən gedir. Orduda bu gün müqavilə əsasında işəgötürmələrin artması bəlkə gənclərimizin elm sahəsinə yönləndirilməsinin artmasına təkan verər. Burada hörmətli rektorlarımız da vurğulamışdılar ki, gənclərin təhsildən ayrılıb hərbi xidmət keçməsi onların təkrar təhsilə dönməsinə mənfi təsir göstərir. Ona görə də yaxşı olar ki, magistratura yolunu tutan insanlar təhsildən ayrılmadan onu bitirsinlər, sonra orduya yollansınlar. Bu məsələ ilə bağlı hansısa bir düşüncə, fikirlər varmı? İnsanlar mətbuatda yayılan məlumatlardan sonra bu sualın da cavabını gözləyirlər.
İkinci məsələ. Bu məsələni mən bir neçə dəfə par-lamentdə səsləndirmişdim. Həmkarım Siyavuş Novruzov da keçən dəfə səsləndirdi. Bu çox önəmli məsələdir. Biz mək-təblərimizdə hərbi dərslərin keyfiyyətini çox ciddi şəkildə artırmalıyıq. Müharibə Veteranları Birliyi ilə görüşəndə on-lar da bu məsələni vurğulayırlar ki, məktəblərimizdə hərbi dərslərin xarakteri tamamilə dəyişməli, biz formal dərslər-dən gerçək mahiyyəti olan hərbi dərslərə keçməliyik. Psix-oloji, ideoloji, fiziki hazırlıq da yüksəlməlidir. Fiziki hazırlıq ən önəmli məsələlərdən biridir və buna məktəb-lərimizdə daha çox diqqət yetirməliyik.
Bu məsələlərin həlli Müdafiə Nazirliyi ilə Təhsil Nazirli-yinin iş birliyini tələb edir. Əgər hər məktəbdə ilkin olaraq silah-sursatın öyrədilməsində problemlər varsa, bu problemləri hər rayonda, heç olmasa, bir mərkəzin yaradılması ilə həll etmək olar. Həftədə, ayda bir dəfə, iki dəfə məktəblərdən gənclərin o mərkəzlərə gətirilməsi və onlara bu sahədə gerçək biliklərin verilməsi, silahdan istifadənin öyrədilməsi, yəqin ki, öz nəticəsini verər, gənclərimiz orduya daha hazırlıqlı səviyyədə gələrlər. Bu məsələyə də çox önəm vermək lazımdır. Çünki bu çox ciddi məsələlərdən biridir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Qənirə xanım indi öz çıxışında gənclərə bakalavr təhsili aldıqdan sonra ara vermədən magistratura təhsili almaq üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi barədə məsələ qaldırdı. Xatırladığım qədər Elm haqqında qanun layihəsində artıq möhlət məsələsi qoyulubdur və yəqin ki, o qanun layihəsi müzakirə olunanda bu məsələ öz həllini tapa bilər. Ola bilsin, Qənirə xanımda o informasiya olmayıb, ona görə bu məsələni qaldırdı. Qeyd edim ki, hörmətli Şəmsəddin müəllim tərəfindən Elm haqqında çox ciddi bir qanun layihəsi təqdim olunmuşdur və təhsilin da-vamlığı baxımından bu məsələnin onun içində yer alması müsbət haldır.
Mən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda edilən dəyişiklikləri müsbət qiymətləndirirəm və hesab edirəm ki, bu sahəyə diqqətimiz ciddi şəkildə artırılmalıdır. Son vaxtlar ordu quruculuğu ilə bağlı müsbət tendensi-yaların artdığını görürük. Şəxsən mən hərbi qulluqçularla görüşərkən onlardan orduda rüşvət və başqa halların xeyli azaldığı barədə bilgilər alıram. Bu çox müsbət haldır. Elə sahələr var ki, orada qayda-qanunun işləməsi bizim hamı-mızı maraqlandırmalıdır. Çünki ölkənin təhlükəsizliyindən söhbət gedir.
Ziyafət müəllim, 31-ci maddədə hərbi rütbələrin verilməsi ilə bağlı müddətlər sadalanır. Mən nəyi təklif etmək istəyirəm? İstər Silahlı Qüvvələrdə, istərsə də hüquq mühafizə orqanlarında bəzən insanlar müvafiq rütbəni müəyyən olunmuş müddətdə ala bilmir və ona görə də tapşırığa, başqa yollara baş vurmalı olurlar. Belə halların qarşısını almaq üçün bəlkə gələcəkdə bu qanunda rütbələrin vaxtında verilməməsinə görə vəzifəli şəxslərin məsuliyyəti məsələsi qoyulmalıdır. Yəni qanunda müddət göstərilibsə və sən rütbəni əsassız şəkildə vermirsənsə, bu artıq sənin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməyin mənasına gəlir. Çünki hərbi rütbə almaq o hərbi vəzifəli şəxsin hüququdur. Çalışıbsa, bunu almalıdır. Ona görə də bu məsuliyyətin qoyulması vacibdir.
Hərbi qulluqçularla bağlı söz düşmüşkən mən bir məsə-ləni də qeyd etmək istərdim. Bu gün biz Milli Məclisin qar-şısında xoşagəlməz bir hadisənin şahidi olduq. Yüz nəfərədək insan Milli Məclisin qabağına yığışıb haqqını bizdən tələb edirdi. Dedikləri də bu idi ki, siz deputatlar imkan vermirsiniz, biz öz pulumuzu alaq. Məsələ bundadır ki, Konstitusiya Məhkəməsinin 2014-cü il 28 yanvar tarixli qərarında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul olunana qədər həlak olan, itkin düşən, xəsarət alan hərbi qulluqçulara qanunla nəzərdə tu-tulan sığorta haqqının ödənilməsi məsələsi qoyulubdur. Lakin Konstitusiya Məhkəməsi bu qərarda Milli Məclisə tövsiyə edib ki, siz bununla bağlı qaydaları yaxın müddətdə, yəni yanvar ayında tərtib eləyin. Məlumdur ki, Konstitusiya Məhkəməsinin Konstitusiya ilə Milli Məclisə belə bir tövsiyə vermək səlahiyyəti yoxdur. Bu qərarla o, sanki bütün şəhid ailələrini, itkin düşənlərin ailələrini Milli Məclisin üzərinə yönəldib. Hamı da yığışıb gəlir Milli Məclisin qabağına.
Ziyafət müəllim, mən çox xahiş edirəm, Milli Məclis rəhbərliyi bizə qarşı yönəldilmiş bu məqsədyönlü addımın qarşısını alsın. Mən təklif edirəm, biz, heç olmasa, Konsti-tusiya Məhkəməsinin bir nümayəndəsini buraya dəvət edək. Gəlsin, onu dinləyək və öz sözümüzü də deyək. Görək onlar niyə Konstitusiyaya zidd belə bir qərar qəbul ediblər.
Milli Məclisin işi nədir? Milli Məclis qanun qəbul edir. Biz o qanunu qəbul etmişik. Ondan sonra həmin qanun əsasında məhkəmə qərar çıxarıb, icraya yönəldibdir. Bu icra olunmur. “Azərsığorta” Dövlət Şirkəti vətəndaşa deyir ki, mənə möhlət ver, o pulu mərhələ-mərhələ ödəyim. Mən belə başa düşürəm ki, dövlət o pulun mərhələli şəkildə ödənilməsinə müəyyən mənada təminat verməlidir. Elan olunmalıdır ki, bu il, məsələn, 300 nəfərə bu pul veri-ləcəkdir. Amma “vermirəm” sözü deyilə bilməz. Biz müharibə aparan ölkəyik, insanların həvəsdən salınması sabah onların orduya münasibətini dəyişə bilər. Ona görə şəhid və qazi ailələrinə bu pul hökmən ödənilməlidir.
Mən İrandan bir nümunə çəkmək istəyirəm. Orada İran–İraq müharibəsində şəhid olmuş bir adamın ailəsinə hər hansı bir şəkildə qeyri-hüquqi bir müdaxiləni cəmiyyət özü müsbət qarşılamır. Mən orada olanda insanlardan soruşur-dum. Deyir, mən şəhid ailəsiyəm, məndən heç kim qanun-dankənar heç nə tələb edə bilməz, söz deyə bilməz.
Biz də şəhid ailəsinin haqqı çatan adi bir şeyi həll etsək, məncə, bu insanların dövlətə inamı artar və onlar da ən azı o qan pulunu ala bilərlər. Ona görə də biz sığorta şirkətinin yox, xalqın, vətəndaşın marağını güdməliyik və sığortaya da artıq təlqin etməliyik ki, sən 100 milyon pul qazanırsansa, bunun, heç olmasa, 90 milyonunu vətəndaşa xərclə. Bu sənin borcundur. Ayrı-ayrı vasitələrlə ödəniş varsa, bunu həll etməyiniz vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Fazil bəy. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Ziyafət müəllim, hörmətli həmkarlarımız! Mən bir dəqiqə vaxtınızı almaq istəyirəm. Ümumiyyətlə, son vaxtlar biz müşahidə edirik ki, Azərbaycanda ordu ilə xalqın birliyi məsələsi ön plandadır. Mən hesab edirəm ki, bu, ölkə rəhbərinin gördüyü işlərin və onun komandasında olanların cənab Prezidentin siyasətini düzgün dərk etməsinin nəticəsidir. Yayda Milli Məclisin göndərişi ilə cəbhə bölgələrində hərbi hissələrdə olarkən mən bunu daha bariz şəkildə müşahidə etdim. Ona görə də mən hesab edirəm ki, ölkəmizdə vətənpərvərlik ruhunu yüksəltmək istiqamətində böyük işlər gedir.
Əcnəbilər deyirlər ki, Azərbaycan işgüzar əməkdaşlığa “hə” və terrora, müharibəyə “yox” deyən ölkələrdən bi-rincisidir. Ona görə də bu işdə, bu yolda xalqımıza, Prezidentimizə və sizə uğurlar arzulayıram. Çox sağ olun, min-nətdaram.
Sədrlik edən. Sağ olun, Xanhüseyn müəllim. Siyavuş Novruzov buyursun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də bu qanun layihəsinə səs verəcəyəm.
Həmkarlarımın qaldırdığı bir məsələnin indi müzakirə etdiyimiz qanun layihəsinə aidiyyəti olmasa da, o, ümu-milikdə ictimaiyyəti narahat edən məsələlərdən biridir. Bu məsələ son dövrdə Elm haqqında qanun layihəsinin müza-kirəsində də ortaya çıxıb ictimaiyyəti bir daha özünə cəlb etdi. Hörmətli həmkarımız Şəmsəddin müəllim bunu qanun layihəsinə salıbdır, amma mən komitə iclasında da dedim, bu məsələ “Hərbi çağırış haqqında” Qanunun predmetidir. Çünki möhlət hüququnun verilməsi hərbi çağırışla bağlı olan bir məsələdir. Biz hər bir qanunumuzda yaza bilmərik ki, magistrlərə bu hüquq verilir və ya verilmir. Bu məsələ bilavasitə Ali Baş Komandanın səlahiyyətinə aiddir. Ali Baş Komandan müəyyənləşdirir ki, kimlərə möhlət hüququ verilməlidir, kimlərə verilməməlidr və bu hansı formada olmalıdır.
Bəzən elə fikir yaranır ki, orduya savadlı adam lazım deyil, orduya bisavad adamlar getməlidir. Əslinə qalsa, or-duda savadlı adamlara böyük ehtiyac var. Vaxtilə hərb məktəblərə qəbul üçün keçid balı 70 bal müəyyənləş-dirilmişdi. Mən Milli Məclisdə məsələ qaldırdım ki, bu, Bədən Tərbiyəsi İnstitutu və ya Konservatoriya deyil. Bu ordudur, bura gedən birinci növbədə hesablamaları bacar-malıdır. Əgər zabit ali təhsilli, savadlı olmasa, əsgərlərə nə cür istiqamət verə bilər?
Dünyada baş verən hadisələrə nəzər salanda görürük ki, orduda savadlı adamlar üstünlük təşkil etməlidir. Dünyanın ən güclü ordusuna malik olan Amerika Birləşmiş Ştatları bu yaxınlarda elan etdi ki, itkisiz döyüş aparmaq üçün ordunun dördüncü qüvvəsi yaradılıbdır. Orduda əvvəllər əgər quru qoşunları, hava qoşunları və dəniz qoşunları vardısa, ABŞ indi dördüncü qoşun növü – informasiya-kommunikasiya üzrə qoşun növü yaratdı və bununla da rəqibin bütün raket sistemini müharibə aparmadan sıradan çıxarmaq imkanı əldə etdi.
Bu gün Prezidentimiz dünyada ən aparıcı texnikaları alıb ordunu təchiz edir. O texnikaların idarə olunması üçün or-duya həm müqavilə əsasında cəlb olunan, həm də ali təhsili olan insanlar getməlidir ki, bir neçə ay kurs keçdikdən sonra onları idarə edə bilsinlər. Bu raket komplekslərinin milyonlarla dəyəri var və Azərbaycan bu gün MDB ölkələri arasında yeganə ölkədir ki, bunlarla təchiz olunubdur. O baxımdan da mən hesab edirəm ki, biz hərbi xidmətə yanaşma tərzimizi dəyişməliyik və hər bir vətəndaş yalnız hərbi xidməti keçdikdən sonra digər sahələr haqqında düşünməlidir.
Hərdən deyirlər ki, gənclər bir il elmdən yayınanda elm ziyan çəkəcək və sair. Vaxtilə hərbi xidmət müddəti iki il idi. Universitetə, instituta daxil olan kəs təhsilini yarımçıq qoyub hərbi xidmətə gedir və yaxud hərbi xidmətdən qayıtdıqdan sonra ali məktəbə sənəd verirdi. Müəyyən fakültələrdə hətta müvafiq sahələrdə bir neçə il iş təcrübəsi tələb olunurdu. O baxımdan mən hesab etmirəm ki, burada yanaşma tərzi dəyişilməli və ya müqavilə əsasında bu say çoxalmalıdır. Yenə deyirəm, kimlərinsə hərbiyə cəlb olun-masını müəyyənləşdirən Ali Baş Komandandır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Hörmətli deputat həmkarlarım, qanun layihəsini, daha doğrusu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilən dəyişikliyi dəstəklədiyinizə görə sizin hamınıza təşəkkür edirəm.
Burada hörmətli həmkarlarım xeyli maraqlı təkliflər verdilər. Fazil müəllim hərbi rütbələrin verilməsi ilə bağlı məsələ qaldırdı. Fazil bəy, mən Sizə deyim ki, bununla əlaqədar Müdafiə Nazirliyi ilə də, Baş Qərargah rəisi ilə də bizim söhbətlərimiz olub. Bu məsələ ciddi nəzarətdədir. Əslində, bu, qanundan daha çox qanunun icrası ilə bağlı olan məsələdir. Güman edirəm ki, bundan sonra bu sahədə problemlər olmamalıdır. Sizin hamınızı bu qanun layihəsinə dəstək verməyə dəvət edirəm.
Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar! “Dövlət qulluğu haqqında” Qanunda edilən dəyişikliklər dövlət qulluqçusunun attestasiyası məsələsinə həsr olunub və yalnız 31-ci maddəyə aiddir. Bu dəyişikliklər əhəmiyyətlidir, çünki attestasiyadan keçənin hüquqlarının daha səmərəli qorunmasına gətirib çıxaracaq və eyni zamanda, attestasiyanı götürən tərəfindən hər hansı bir sui-istifadənin qarşısını alacaq.
Belə ki, indi 31.5-ci maddədə konkret olaraq göstərilir ki, attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu Qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlan-masında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərc olunur. Deməli, attestasiyadan keçən dövlət qulluqçusu bu haqda məlumatlı olacaqdır.
31.6-cı maddədə attestasiya olunan dövlət qulluqçusuna onun xidməti fəaliyyətinə bilavasitə aidiyyəti olmayan su-alların verilməsinin yolverilməzliyi göstərilir, çünki prak-tikada belə hallar olur, amma əslində, olmamalıdır.
Nəhayət, 31.16-cı maddədə dəyişiklik edilir və burada göstərilir ki, attestasiyanın nəticələri, habelə attestasiya za-manı verilən suallar və cavablar bir nüsxədə tərtib olunur, sədr, katib və attestasiya komissiyanın səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.
Beləliklə, attestasiya prosesinin daha şəffaf həyata keçirilməsini özündə ehtiva edən bu dəyişikliklər daha çox attestasiyadan keçənlərin hüquqlarının ədalətli şəkildə qorunmasına yönəlmişdir. Hesab edirəm ki, bu çox əhəmiy-yətli bir layihədir və onu qəbul etmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bu dəyişiklikləri dəstəkləyirəm. 31.6-cı maddədə edilən dəyişiklik xüsusilə vacibdir. Burada deyilir: “dövlət qulluqçusuna onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına, etiqadına görə qiymətləndirilməsi yolverilməzdir”. Bəzən şəxsi mənafedən çıxış edərək, yaxud da kimisə müəyyən dərəcədə qaralamaq, işdən çıxarmaq məqsədilə bu üsula əl atılır. Ona görə də bəzən hüquqların pozulması haqqında müəyyən iddialar səslənir və deyilir ki, məhz bu məqsədlə bu üsul tətbiq edilərək bizi işdən uzaqlaşdırdılar. Ona görə həmin müddəanın bu maddəyə daxil edilməsi müsbət haldır.
Yeri gəlmişkən, bir məsələyə toxunmaq istəyirəm. Bild-iyiniz kimi, bizdə dövlət qulluğunda olan əlillərin kvotası haradasa 3 faiz nəzərdə tutulur. Mən nəyi gündəmə gətirməyimizi istəyirəm? Azərbaycanda çox sayda əlil, am-ma savadlı, oturaq işləri icra edə biləcək insanlar var. İstər Milli Məclis Aparatında, istər Nazirlər Kabinetində, istərsə də bütün nazirlik və dövlət komitələrində dövlət tərəfindən müəyyən kvotanın olması vacibdir. Dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqələrdə də bu nəzərə alınmalıdır.
Əlil insanların bu işə cəlb olunması onların sosiallaşması baxımından olduqca vacibdir. Xarici ölkələrdə 5 faizmi, ya 10 faizmi səviyyəsində kvota tətbiq olunur. Deyək ki, məsələn, bir və ya iki ayağını itirən adam əli ilə hərəkət edə bilir, yazı yaza bilir, kompüterdə işləyə bilir, savadı var, telefona cavab verə bilir. Yüzlərlə sağlam adam var ki, 20 il oturaq işlərdə işləmək onu elə əlilə çevirir. Elə 20 il bir otaqda bir stol arxasında oturmağın özü adamı xəstələndirir. Heç olmasa, bu kateqoriyadan olan insanların gələcəkdə dövlət qulluğunda belə bir işlə təmin olunmasına şərait yaratmaq məqsədəuyğun olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynli.
Ə.Hüseynli. Oqtay müəllim, Fazil Mustafanın qaldırdığı bu məsələ, doğrudan da, aktualdır. Söhbət tamamilə əqli imkanları olan əlil şəxslərin dövlət qulluğunda işə cəlb olunmasından gedir. Son dövrdə bu sahədə çox ciddi bir tendensiya yaranıb. Hesab edirəm ki, bu həm də ictimai fikrin, dövlət idarəçiliyindəki islahatların nəticəsidir. Dəqiq rəqəmi bilmirəm, amma çoxlu sayda əlil gənc qızlar, oğlanlar hazırda “ASAN xidmət”də işə qəbul olunublar. Bu tendensiya da davam edir.
Belə müraciətlər olarsa, onlara baxıla bilər. Əlbəttə, bun-dan ötrü dövlət orqanlarında müəyyən dəyişikliklər həyata keçirilməlidir. Çünki burada müvafiq əlil arabalarına, xüsusi liftlərə və sair vasitələrə ehtiyac var. Amma vurğulamaq istəyirəm ki, bu, hazırda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.15 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Azərbaycan Respublikasının vətən-daşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! “Azərbaycan Respublikasının vətən-daşlığı haqqında” Qanuna 15-1-c maddə əlavə edilir. Bu, Azərbaycan Respublikası vətəndaşının andı ilə bağlı olan bir maddədir.
Bilirsiniz ki, biz son dövrlər qanunvericiliyimizə vətəndaşlıqla bağlı bir sıra əhəmiyyətli dəyişikliklər etmişik. Ümumiyyətlə, son dövrlər ölkəmizin sosial-iqtisadi baxımdan inkişafı Azərbaycan vətəndaşı adını daha da nüfuzlu etməyə başlamışdır. Bu, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi bir siyasətdir. Ölkəmiz regionun ən qüdrətli dövlətinə çevrilib. Belə qüdrətli bir dövlətin vətəndaşı olmaq, əlbəttə ki, şərəflidir. Bu baxımdan biz qanunvericiliyimizə də bir sıra əlavələr və dəyişikliklər edirik.
Azərbaycan Respublikasının vətəndaşı olmaq istəyində olan çoxlu şəxslər var. İnkişaf etmiş bir sıra xarici ölkələrdə vətəndaşlığı bərpa olunan və vətəndaşlığa qəbul olunan şəxslər üçün xüsusi bir prosedur var. Bu prosedur ondan ibarətdir ki, onlar vətəndaşı olmaq istədikləri dövlətə sadiq olacaqları barədə and içirlər. Bu baxımdan bizdə də belə bir prosedurun olmasına zərurət yaranıb.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz komitədə bu məsələni çox ciddi müzakirə etmişik. Xüsusi vurğulamaq istəyirəm ki, burada ancaq Azərbaycan Res-publikası vətəndaşlığına yeni qəbul olunan və vətəndaşlığı bərpa edilən şəxslərdən söhbət gedir. Bu qanun layihəsində “14 yaşı tamam olmuş şəxs” ifadəsi heç bir halda təbii hüquqla Azərbaycan Respublikası vətəndaşlığı olan şəxslərə aid deyil. Bu bir qədər geniş müzakirəyə səbəb olmuşdu. Məhz buna görə burada xüsusi bir izahat vermək məcburiyyətindəyəm.
Burada söhbət ancaq Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ediləcək və vətəndaşlığı bərpa ediləcək 14 yaşı tamam olmuş şəxslərdən gedir. Bizim komitədə bu qanun layihəsinə baxılarkən 14 yaş məsələsi diskussiyaya səbəb olmuşdu, çünki belə bir təsəvvür var idi ki, söhbət təbii hüququ olan Azərbaycan Respublikası vətəndaşlarının da 14 yaşına çatanda and içməsindən gedir. Amma bu belə deyil. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə 14 yaşından 18 yaşına qədər uşaqların vətəndaşlığı yalnız onların razılığı ilə dəyişdirilə bilər. Məhz həmin qanunun bu normasına görə yeni maddədə də 14 yaşı tamam olmuş şəxsdən söhbət gedir.
Andın mətnində qanunvericilik subyekti bir çox vacib məqamları nəzərə almışdır. Siz bu məqamlarla tanışsınız. Məsələn, Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı bir xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərin olmaması müddəası bizim vacib bir normamızdır.
Bir sözlə, bu, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edəcək, vətəndaşlığı bərpa olunacaq şəxslərin Konstitusiya və qanunlara tabe olacağı, dövlətə sədaqətlə xidmət edəcəyi, onun müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qoruyacağı, Azərbaycan Respublikasının, – bunu xüsusi vurğulamaq istəyirəm, – Azərbaycan Respublikasının adət və ənənələrinə, mədəniyyətinə hörmət edəcəyi barədə bir anddır.
Dövlət bayrağı önündə and içilməsi və Konstitusiyaya əl basmaq vacib bir prosedurdur. And içən şəxs andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.
Mən hesab edirəm ki, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edəcək, vətəndaşlığı bərpa olunacaq şəxslərdən ötrü belə bir prosedurun olması həmin şəxslərin Azərbaycan dövlətinə, Azərbaycan Konstitusiyasına, Azərbaycan xalqına, dövlətimizin adət-ənənələrinə münasibətdə məsuliyyətini daha da artıracaq. Vurğulamaq istəyirəm ki, belə bir praktika bir sıra xarici ölkələrdə də var. Mən hesab edirəm ki, bizim bunu etməyimiz indiki mərhələdə Azərbaycan vətəndaşı adının daha da nüfuzlu olmasından irəli gəlir. İnanıram ki, həmkarlarım da bu əlavəni müdafiə edəcəklər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən görürəm, 9 nəfər yazılıb. Xahiş edirəm, müzakirəni 5 dəqiqəyə keçirək. Bu-yursun Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, Oqtay müəllim. Əli müəllimə təşəkkür edirəm ki, bu məsələyə aydınlıq gətirdi. Doğrudan da, təbii qaydada vətəndaşlıq əldə edən insanlar üçün belə bir prosedurun müəyyən olunması Konstitusiyaya zidd olardı, çünki Konstitusiyada vətəndaşlıq hüququnu əldə etmək artıq təsbit olunubdur. Burada yeni normativ bir addım nəzərdə tutulursa, onu həmin insanlara şamil etmək olmaz. Bu çox yaxşı izah olundu. Mən, ümumiyyətlə, bunu Azərbaycan vətəndaşlığının müəyyən dərəcədə brendini qaldırmaq baxımından faydalı hesab edirəm.
Amma burada bir sıra məsələlər var ki, sual doğurur. Məsələn, mətndə deyilir ki, “Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”. Burada respublikanın adət-ənənəsi ifadəsi mənə çatmır. Elə ümumi şəkildə verilə bilərdi ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmət edəcəyimə and içirəm. Respublikanın Konstitusiyası, qanunları olur və bu adam da onlara əməl eləyəcəyinə and içir. Respublikanın hansı adət-ənənəsi var ki? Adət-ənənə bir bölgədə keçərlidir, digər bölgədə keçərli deyil. Bu insan niyə ona and içməlidir ki? Məncə, bu yanaşma verilən sənədin ümumi səviyyəsinə bir az xələl gətirir. Ona görə də təklif edirəm ki, həmin hissə, heç olmasa, belə yazılsın: “Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmət edəcəyimə and içirəm”. Bu ifadə daha doğrudur.
Digər bir məsələ də var. Bildiyiniz kimi, bizim Konsti-tusiyanın 53-cü maddəsinin birinci bəndində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz. Mübahisələr də olmuşdu. Əli müəllim vətəndaşlığın itirilməsi məsələsini məhrumetmədən ayrı götürmüşdü. An-caq mən bunu fərqli düşünürəm. Yəni bu maddə birmənalı şəkildə göstərir ki, vətəndaşlıqdan məhrumetmə mümkün deyil.
Deyək ki, xarici vətəndaş öz ölkəsinin vətəndaşlığından çıxdı, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdi, bərabərhüquqlu Azərbaycan vətəndaşı oldu və sabah da andına əməl etmədi. Bu halda da o, vətəndaşlıqdan məhrum edilə bilməz. Yaxşı, vətəndaşlığın itirilməsi qaydasında onu vətəndaşlıqdan çıxartdılar. Burada yenə də hüquqi problemlər qalır.
Ona görə də burada ən azı yazmalıyıq ki, anda əməl etməmək müvafiq qaydada məsuliyyət yaradır. Heç olmasa, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna və ya hansısa başqa bir qanunvericilik aktına istinad edək. Çünki bu insanın anda əməl etməməsi məhkəmə qaydasında müəyyənləşdirilməlidir. Məhkəmə müəyyən eləməlidir ki, filankəs, həqiqətən, filan milli-mənəvi dəyərə əməl etməyibdir. Yoxsa elə hər bir məmur deyə bilər ki, sən çıxış elədin, filan sözün xoşumuza gəlmədi, filan qanunu pozdun. Onda vətəndaşlığı qəbul olunan şəxslərin ciddi hüquqi problemlər yaşayacağı artıq ortadadır.
İstəyirəm, burada bir məsələyə də diqqət eləyək. And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır. Bəlkə and içən Azərbaycan Respublikasının vətəndaşı bu sənədin surətini özündə saxlamaq istəyir? Hər bir şeydə dəqiqlik lazımdır. Adamın özündə də bir sənəd olmalıdır. Elə çıxır ki, sənəd ancaq həmin orqanda saxlanmalıdır. Bəlkə burada yazaq ki, sənədin bir nüsxəsi həmin şəxsdə, bir nüsxəsi də müvafiq icra hakimiyyəti or-qanında saxlanılır? Evində dolabın ən yüksək yerində qoysun, divardan assın, Azərbaycan vətəndaşı olması ilə fəxr eləsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! Mən də bu iclasın ilin və sessiyanın son iclası olduğunu nəzərə alaraq millətimizi Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik eləmək istəyirəm. Eyni zamanda, cənab Sədr, Sizi dövlət başçısı tərəfindən “Şərəf” ordeni ilə təltif olunmanız müna-sibətilə təbrik edir, Sizə can sağlığı, uğurlar diləyirəm.
Hörmətli Əli müəllim bu qanun layihəsini kifayət qədər ətraflı təqdim elədi. Əsas onu vurğuladı ki, bu ilk növbədə vətəndaşlıq statusunun şərəfli, yüksək, ali olduğunu göstərmək üçündür. Həqiqətən də, buna ehtiyacımız var. Əlbəttə, bu, xarici vətəndaşlara yönəlik bir normadır. Amma elə Azərbaycan vətəndaşlarının, öz millətimizin nümayəndələrinin də bunu eyni dərəcədə qəbul eləməsi yerinə düşərdi. Mən andiçmədən danışmıram, mənəvi qəbuletmədən söhbət gedir. Şübhəsiz ki, bunun Dövlət bayrağı önündə həyata keçirilməsi, o cümlədən Azərbaycanın bütövlüyünə, müstəqilliyinə, suverenliyinə xidmət məsələlərinin vurğulanması çox vacibdir.
Qanun layihəsinə əlavə olunmuş şərtdə qeyd olunduğu kimi, bu, vətəndaşların hüquq və azadlıqlarından irəli gələn vəzifələri ehtiva eləyir. Ona görə də mən istərdim ki, burada bir məqamı da aydınlaşdıraq. Ermənistanın ərazimizə təcavüzü hesabına Azərbaycanda bəlli bir vəziyyət yaranıb. Amma bununla bərabər, 20-30 min erməni bu gün də Bakıda və Azərbaycanın müxtəlif yerlərində yaşamaqda davam edir. Yəni onlar Azərbaycan vətəndaşı olaraq qalırlar.
Dağlıq Qarabağda yaşayan insanları da biz öz vətəndaşlarımız saydığımıza baxmayaraq, bu illər ərzində ermənilər beynəlxalq aləmə çıxmaq üçün ən azı Erməni-stanın vətəndaşlığını və pasportunu əldə eləyiblər. Ona görə mən düşünürəm ki, bu məsələ hüquqi olaraq hələ də tənzimlənməmiş qalıb.
Mən niyə bu şərtdən danışdım. Ona görə ki, orada vəzi-fələrdən bəhs olunur. Dağlıq Qarabağda iki azərbaycanlı girovla bağlı dünən verilmiş qərara görə hamı etirazını bild-irir. Amma mən Azərbaycanda, eyni zamanda, Bakıda yaşayan ermənilərin də bu məsələyə çox kəskin etirazını gözləyirəm. Bu onların vətəndaşlıq borcudur. Onların 3-5 nəfəri bir yerə yığılıb hər hansı bir təşkilat yaratmayıb. Bu illər ərzində Azərbaycan dövləti buna xüsusi bir zərurət görməyib.
Azərbaycan mediası o erməniləri müxtəlif dövrlərdə meydana çıxarıb, onların Ermənistanın siyasəti əleyhinə kəskin mövqeyini haqlı olaraq ortalığa qoyub. Onlar Dağlıq Qarabağdakı prosesləri bəyənmədiklərini, Azərbaycanın haqq işini müdafiə elədiklərini dilə gətiriblər.
Mən çox arzulayardım ki, dünənki o hadisəyə Bakıdan olan ermənilərin də etirazı olsun. Vətəndaşlıq mənsubiyyəti və öhdəlikləri bunu onlardan da tələb eləyir. Mən ona görə bu məsələni qeyd eləmək istədim.
Cənab Sədr, hörmətli Fazil bəy öz çıxışında bir məsələni vurğuladı. Mən də hesab edirəm ki, adət-ənənələri Azər-baycan Respublikasına bağlamaq doğru deyildir. “Respu-blika” sözü hüquqi termindir və dövlət quruluşunu özündə ifadə edir. Ona görə də mən çox arzu edirəm, Azərbaycan Respublikası əvəzinə Azərbaycan xalqı və ya min illik tarixi ənənələrimiz və sair yazılsın.
Bütövlükdə mən bu sənədi çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, Azərbaycan vətəndaşlığını əldə eləmək hər bir xarici ölkə insanı üçün şərəfli bir iş olmalıdır və bu belə də olacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Sədr. Mən bu dəyişi-kliyin hüquqi tərəflərini deyə bilmərəm. Amma onu bild-irmək istəyirəm ki, bu çox yüksək mənəvi dəyərlərə xidmət eləyən və bu dəyərləri özündə ehtiva eləyən dəyişiklikdir.
Hər bir azərbaycanlı, Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs vətən, xalq, torpaq qarşısında öz məsuliyyətini dərk eləməlidir. Bilməlidir ki, bu ölkənin vətəndaşı olur, bu ölkəni sevməlidir, onun torpağına, daşına, insanına hörmət göstərməlidir. Bu dəyişiklik vətəndaşlıq ruhunun yüksəldilməsi üçün də çox vacibdir. Çünki hər bir insan belə bir and içəndə özündə nə isə bir qürur duyur, gələcəyə, öz qüvvəsinə bir inam hiss eləyir.
Digər tərəfdən bu, vətəndaşlıq borcunun dəyərləndiril-məsi üçün çox vacib olan və mənəvi kamilliyə xidmət eləyən bir dəyişiklikdir. Çünki Azərbaycan vətəndaşlığını qəbul eləyən hər bir kəs nəinki onun adət-ənənəsinə, həm də bu xalqın dilinə, dininə, tarixinə hörmətlə yanaşmalıdır. Bu baxımdan çox əhəmiyyətli sənəddir. Mən bu sənədin qəbul olunmasının tərəfdarıyam və ona səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Yazılanlardan təkid eləyən var? Çingiz Qənizadə, sənə söz verməyəcəyəm. Çünki sən komitənin üzvüsən. Başqa təkid eləyən yoxdur? Onda Əli müəllimə söz verim, suallara cavab versin.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Oqtay müəllim, Çingiz Qənizadə, əslində, bizim komitənin mövqeyini çatdırmaq üçün yazılmışdı. Çünki burada qal-dırılan məsələlər komitəmizdə də diskussiya predmeti olmuşdur. Mən, ümumiyyətlə, komitəmizin bu məsələlərlə bağlı fikrini çatdıracağam.
Hörmətli həmkarlar, Fazil müəllimin, Zahid Orucun bu-rada dediyi fikirlər komitədə də səslənmiş və biz bütün halları müzakirə etmişdik. Amma məncə, indi səsləndirəcəyim arqumentlər sizi qane edəcəkdir.
Nə üçün məhz Azərbaycan Respublikasının adət-ənənələri və mədəniyyəti? Ona görə ki, biz burada hüquqi sənəd, qanun qəbul edirik. Bu hansısa bir mənəvi öhdəlik deyil. Biz məhz qanun qəbul etdiyimizə görə orada “Azərbaycan xalqı” ifadəsini işlətmirik.
Bu, qanunvericilik təşəbbüsü subyektinin iradəsidir və mən bunu dəstəkləyirəm. Çünki söhbət tarixi sınaqlardan çıxmış və dövlət tərəfindən də təqdir olunan mədəniyyətdən və adət-ənənədən gedir. Hesab edirəm ki, biz hamılıqla məhz bu yanaşmamızı tətbiq eləməliyik. Yoxsa biz Azərbaycan xalqının adət-ənənəsindən danışsaq, bu çox mübahisəli və uzun bir mövzu ola bilər. Bu baxımdan, hesab edirəm ki, qanunda məhz “Azərbaycan Respublikasının adət-ənənəsi” ifadəsindən istifadə olunmalıdır.
Fazil müəllimin Konstitusiyanın 53-cü maddəsi ilə bağlı söylədiyi fikir barədə. Bəli, həqiqətən, bizim aramızda bun-dan əvvəl də vətəndaşlıqdan məhrumetmə və vətəndaşlığın itirilməsi ilə bağlı mübahisə olmuşdu. Həqiqətən, bizim Konstitusiyaya görə heç kəs vətəndaşlıqdan məhrum edilə bilməz. Amma vətəndaşlığın itirilməsi var. İtirilmənin əsasları 17-ci maddədə əks etdirilib. İndi nə üçün əgər and pozularsa, adət-ənənələrə riayət olunmazsa, bu, vətəndaş-lığın itirilməsinə gətirib çıxara bilər? Bunu nə üçün indi qanunda yazmırıq?
Hörmətli həmkarlarım, hesab edirəm ki, hələlik söhbət ancaq Azərbaycan Respublikası vətəndaşlığına qəbul olun-maq istəyənlər üçün geniş yolun açılmasından gedir. Əlbəttə, praktikada andın pozulması hallarına rast gəlinərsə, gələcəkdə vətəndaşlığı itirmənin əsaslarına andın pozulmasını da əlavə etmək olar. Məlumat üçün deyim ki, bu məsələ qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə edilib, amma hələlik aktual hesab olunmayıb.
Nəhayət, qeyd etmək istəyirəm ki, bu andın mətni ilə bağlı biz qanunvericilik təşəbbüsü subyekti ilə müzakirələr aparmışıq. Andın mətninə daxil edilmiş “Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma” sözlərini biz təklif etmişik və gördüyünüz kimi, bu təklif qəbul olunub. Çünki bu sözlər Zahid müəllimin də, başqalarının da söylədiy məsələləri özündə ehtiva etmiş olur.
Məlumat üçün qeyd etmək istəyirəm ki, digər fərqli yanaşmalar da müzakirə olunub. Amma mən qanunvericilik təşəbbüsü subyektinin iradəsini sizə çatdırmış oldum. Çox sağ olun. İnanıram ki, bu layihə qəbul olunacaqdır.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə 88
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 3
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Sədr. Hörmətli həmkarlar, təklif olunan dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsində dövlət rüsumunun tu-tulması barədə hesabatların təqdim edilməməsinə görə məsuliyyətin nəzərdə tutulması ilə bağlıdır və bu, həmin maddənin adında da öz əksini tapır. Eyni zamanda, burada ancaq vəzifəli şəxslər məsuliyyətli olduğuna görə “fiziki şəxslər” sözləri maddədən çıxarılır, “vəzifəli şəxslər” sözləri qalır. Sanksiyada hər hansı bir ciddi dəyişiklik yoxdur. Əvvəlki variantda 45 manatadək miqdarda olan cərimə indi 50 manat olub. Yəni İnzibati Xətalar Məcəlləsinə faktiki olaraq “Dövlət rüsumu haqqında” Qanunun tətbiqindən irəli gələn bir əlavə etmiş oluruq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələr (saat 13.38 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 2
İştirak edir 87
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Aviasiya haqqında” Qanunda də-yişikliklər edilməsi haqqında. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 8, 19, 25 və 26-cı maddələrində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “beynəlxalq standartlara və tövsiyə olunan beynəlxalq təcrübəyə uyğun olaraq mülki, eksperimental və dövlət hava gəmilərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilir. Yəni biz beynəlxalq standartlara və tövsiyə olunan beynəlxalq təcrübəyə uyğun olaraq qaydaları müəyyən etməliyik. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, mən bu qanun layihəsini müdafiə edirəm və ona səs verəcəyəm. Lakin vacib bildiyim bir məqama toxunmaq istəyirəm.
Azərbaycanda bütün sahələrdə olduğu kimi aviasiya xid-mətində də bu gün kifayət qədər peşəkarlıq, yüksək xidmət özünü göstərməkdədir. Bizim hər birimiz Azərbaycanın aviasiya xidmətindən bu və ya digər dərəcədə istifadə edirik. Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycanın aviasiya xidməti, bütövlükdə servis dünya standartlarına ən yüksək səviyyədə cavab verən bir səviyyədədir. Əlbəttə, bu, olduqca sevindirici haldır.
Bu gün artıq Azərbaycanda mülki aviasiya sahəsində çalışan insanların da yüksək peşəkarlıqla hazırlanması üçün yaxşı baza var. Aviasiya akademiyası belə bir funksiyanı uğurla yerinə yetirir. Mən, sadəcə olaraq, yaranmış imkandan istifadə edib bütün millət vəkillərinə, Azərbaycandan xaricə, xaricdən Azərbaycana uçan hər bir Azərbaycan vətəndaşına təklif edir və xahiş edirəm ki, bu səfərlər zamanı “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin xidmətlərindən istifadə etsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ancaq biz onsuz da belə edirik. Mill Məclisdəki aerokassadan yalnız AZAL aviaşirkətinin biletləri alınır. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.42 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dəyişiklik texniki xarakter daşıyır. Qanunun 2.0.3-cü və 2.0.6-cı maddələrində “almaq hüququ” sözləri “verilməli” sözü ilə əvəz edilir. Bu qanun layihəsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılma məqsədi ilə hazırlanmışdır. Xahiş edirəm, səs verib qəbul edəsiniz.
Sədrlik edən. Xahiş edirəm, dəyişikliyə səs verək.
Səsvermənin nəticələr (saat 13.43 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 89
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyi-şikliklər edilməsi haqqında qanun layihəsi. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli Oqtay müəllim. Mən fürsətdən istifadə edib deputat həmkarlarımı və bütövlükdə Azərbay-can xalqını qarşıdakı önəmli bayramlar münasibətilə təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, dünən möhtərəm Prezidentimizin imzaladığı sərəncamlar cəmiyyət tərəfindən çox yüksək qiymətləndirilmişdir. Əfv sərəncamı ilə azadlığa buraxılan 500-ə yaxın insan qarşıdakı bayramları öz evində yüksək əhval-ruhiyyə ilə qeyd edəcək.
Onu da vurğulamağı borc bilirəm ki, siyasi elitanın, bizim hər birimizin daha bir gözləntisi Prezidentin sərəncamı ilə bizim çox sevimli Sədrimizin yüksək dövlət mükafatı ilə təltif olunması idi və bu, həyata keçdi. Buna görə möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk. Hörmətli Oqtay müəllim, Sizi bir daha yubileyiniz və yüksək mükafata – “Şərəf” ordeninə layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə ən xoş arzularımızı bildiririk.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliklər müvafiq icra hakimiyyəti or-qanının informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişlərinin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi məqsədi daşıyır. Əmək Məcəlləsinin 3-cü, 7-ci, 12-ci və 49-cu maddələrində “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsi ilə” sözləri əlavə edilir. Bu önəmli sənəddir və mən deputat həmkarlarımdan xahiş edirəm, buna səs versinlər. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.45 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
17-ci məsələ – yenə də “Aviasiya haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, biz sizinlə Milli Məclisdə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanu-nunu qəbul etmişdik. Eyni zamanda, İnzibati Xətalar Mə-cəlləsinə və Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər et-mişdik. Qanun layihəsində bu dəyişikliklər həmin qanunların tətbiqi ilə əlaqədardır. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.47 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
18-ci məsələ – Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirəyə təqdim olunmuş Azərbaycan Res-publikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi əsasən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinə vergi güzəştlərinin müəyyən edilməsi, aksizli malların siyahısının genişləndirilməsi və aksiz dərəcələrinin dəyişdirilməsi, yol vergisinin ödənilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı dəyişiklikləri əhatə edir.
Bilirsiniz ki, “Banklar və digər kredit təşkilatları tə-rəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Qanunun qüvvədəolma müddəti 2015-ci il yanvarın 1-də bitir. Ona görə Vergi Məcəlləsinə 102.1.22-ci maddə əlavə edilmişdir. Bu maddəyə görə yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 mana-tadək olan hissəsi gəlir vergisindən azad edilir. Dəyişi-kliklərə əsasən banklar 2015-ci il 1 yanvar tarixindən başlayaraq fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatdan artıq olan hissəsindən 10 faiz dərəcə ilə vergi tutacaqlar.
Layihədə Azərbaycan Respublikasının ərazisində istehsal olunan içməli spirtə, pivəyə və spirtli içkilərin bütün növlərinə (şərab istisna olmaqla), idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq edilən aksiz dərəcələrinin artırılması təklif olunur.
Hazırda bütün növ tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri malların topdansatış qiymətindən hesablandığı halda təklif olunan dəyişikliklərə əsasən siqarlar, ucları kəsilən siqarlar və siqarilla deyilən nazik siqarlar üçün yeni spesifik aksiz dərəcələri nəzərdə tutulmuşdur. Bu dəyişikliklər ölkəyə idxal olunan və daxildə istehsal olunan tütün məmulatlarına aksizin tətbiqi mexanizminin eyniləşdirilməsinə imkan verəcəkdir.
Müzakirəyə çıxarılan qanun layihəsinə ölkə ərazisinə idxal olunan platinin, qızılın, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın aksizli mallara aid edilməsi və həmin mallar üzrə aksiz dərəcələrinin müəyyən edilməsi ilə bağlı müddəalar da daxil edilmişdir.
Layihədə təklif edilir ki, Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb edilməli olan xarici dövlətlərin avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və Azərbaycan Respublikasının ərazisində idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyekti hesab olunsun.
Layihədə yol vergisinin Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinin topdansatış qiymətinə və idxal olunan həmin malların gömrük dəyərinə 0,2 qəpik əlavə edilməklə hesablanması nəzərdə tutulmuşdur. Bu verginin düzgün hesablanmasını və vaxtında büdcəyə ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən mallara münasibətdə vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal olunan mallara münasibətdə isə dövlət gömrük orqanları həyata keçirəcəklər.
Eyni zamanda, layihədə mexaniki nəqliyyat vasitələrinin tam, müəssisələrin balansında olan sərnişin və yük daşıma-larında istifadə edilən su-nəqliyyat vasitələrinin isə qismən əmlak vergisindən azad edilməs nəzərdə tutulmuşdur.
Millət vəkillərinə məlumat vermək istəyirəm ki, bu məsələlər komitədə ətraflı müzakirə olunmuş və hər bir maddə üzrə edilən dəyişikliklərin maliyyə tutumu müəyyən edilmişdir. Biz hesab edirik ki, bu qanun layihəsi də Milli Məclis tərəfindən qəbul edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də həm jurnalist, həm də deputat həmkarlarımı qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Dünən imzalanan əfv sərəncamına görə cənab Prezidentə sonsuz təşəkkürlərimi bildirirəm. Əfv olunanlar sırasında iki nəfər jurnalist də var idi və bu, təbii ki, bizlər üçün ikiqat sevincə səbəb oldu. Mən arzu edərdim ki, bu gün həbsxanada yatan digər jurnalist həmkarlarımız da gələcəkdə əfv siyahısına düşsünlər.
Mən müzakirəyə təqdim olunan qanun layihəsi barədə bəzi fikirlərimi bildirmək istəyirəm. Burada Ziyad müəllim aksizlərlə bağlı məsələyə toxundu. Oqtay müəllim, məsələ ondadır ki, bu gün ölkədə ixrac və idxal olunan malların üzərinə vurulan aksizlərdə Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunubdur. Bildiyimiz kimi, Azərbaycanın dövlət atributları qanunla mühafizə olunur. Aydın məsələdir ki, siqaret qutusunun və ya arağın, pivənin üzərinə vurulan aksiz markası heç də kiminsə tərəfindən evdə kitabın arasına qoyulmur, zibil qutusuna və ya küçələrdə yerə atılır. Bu da, mən elə bilirəm, bizim gerbimizə olan diqqətsizlik və hörmətsizlikdir.
Məlum olduğu kimi, bizdə aksiz markaları 1990-cı illərin ortalarında tətbiq olunub. Mən bilmirəm, ola bilsin, o vaxt onu Milli Məclis də təsdiq edibdir. Ancaq təbii ki, burada heç kəsi qınamaq olmaz. Çünki o vaxt aksiz markası qəbul olunanda gələcəkdə onun bu cür aqibətlə üzləşəcəyini heç kəs təsəvvür edə bilməzdi.
Mən elə bilirəm ki, gerbimizə qarşı bu hörmətsizlik ara-dan qaldırılmalıdır. Aksiz markalarında Vergilər Nazirliyi-nin özünün hansısa emblemini, filanını əks elətdirmək olar.
Aksiz markasının üzərinə Dövlət gerbinin vurulmasını beynəlxalq praktika ilə əlaqələndirmək də düzgün deyil. Çünki bir çox ölkələrin, elə uzağa getməyək, qardaş Türki-yənin heç gerbi yoxdur. Bildiyimə görə, orada CHP bir-iki ay Türkiyə üçün gerb qəbul olunmasını təklif edirdi. Bilmi-rəm, qəbul olundu, ya yox.
Ona görə də məncə, yaxşı olardı, həm müvafiq komitəmiz, həm də Vergilər Nazirliyi bu məsələyə baxaydı və bu biabırçılığı aradan qaldıraydı. Çünki aksiz markaları, əsasən, alkoqollu, spirtli içkilərin, o cümlədən tütün məmu-latlarının üzərinə vurulur. Bütün dünyada da, elə bizdə də arağın, pivənin, siqaretin üzərində onun nə qədər zərərli olması əks olunur. Orada Azərbaycan Respublikasının Dövlət gerbinin əks olunması, mən elə bilirəm ki, məqsədəuyğun deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Oqtay müəllim, mənim bura-da bir texniki əlavəm var. Biz bunu Vergilər Nazirliyi ilə də razılaşdırmışıq. Hesab edirəm ki, təklif edilən dəyişi-kliklərin daha da aydın oxunulması üçün 102.1.22-ci mad-dədə qeyd olunan müddəa 123.1-ci maddədə də öz əksini tapmalıdır. Bu razılaşdırılıb. Mən ona görə dedim ki, stenoqrama düşsün. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə dəyişikliklərə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Üç məsələmiz qalıb. Mən təklif edirəm ki, fasiləsiz işləyək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 19-cü məsələ – “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyursun Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Oqtay müəllim, icazə versəydiniz, mən 19-cu və 20-ci məsələləri birgə məruzə edərdim. Çünki subyekt eynidir.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Hörmətli həmkarlar, bu iki layihə “Məhkə-mələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişikliklər edilməsi barədədir. Bunların hər ikisi beynəlxalq təşkilatların tövsiyələrinə uy-ğun olaraq hazırlanmışdır. Hər iki layihə Məhkəmə-Hüquq Şurasında müzakirə edilmiş və sonra Şuranın üzvü, Ali Məhkəmənin sədri Ramiz müəllim tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim olunmuşdur.
Edilən dəyişikliklərdən biri hakimlərin son yaş həddi ilə bağlıdır. Burada təklif olunur ki, Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68 yaş müəyyən edilsin. Amma bir qədər məhdudlaşdırıcı norma olduğuna görə bu, təbii ki, 2015-ci ilin yanvar ayının 1-dək vəzifəyə təyin edilən hakimlərə şamil edilməyəcəkdir. Yəni söhbət ancaq gələcək dövrdən gedir.
Daha bir dəyişikliyə görə Məhkəmə-Hüquq Şurasına ha-kimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, səlahiyyət müddətinin uzadılması barədə də Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təklif vermək hüququ verilir.
Nəhayət, bir sıra təkliflər hakimlərin həvəsləndirilmə-sində Məhkəmə-Hüquq Şurasının səlahiyyət dairəsinin genişləndirilməsi ilə bağlıdır. Nə qədər paradoksal olsa da, son dövrlər Məhkəmə-Hüquq Şurasının qərarlarının böyük bir hissəsi hakimlər haqqında intizam icraatının başlanması, onların cəzalandırılması ilə bağlı olub. Bu da, təbii ki, indiki mərhələdə olan bir işdir. Amma eyni zamanda, bu gün adı çəkilən hakim Gülzar xanımın timsalında biz gördük ki, nümunəvi hakimlərimiz də az deyil. Elə ona görə təklif olunan dəyişikliklərdən biri də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 110-cu maddəsində Məhkəmə-Hüquq Şurasına hakimlər fəxri fərman və fəxri döş nişanı ilə təltif etmək səlahiyyətlərinin verilməsi ilə bağlıdır.
Hesab edirəm ki, həm “Məhkəmələr və hakimlər haqqın-da”, həm də “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda edilən dəyişikliklər məhkəmə sistemində həyata keçirilən islahatlara öz töhfəsini verəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, Oqtay müəllim. Mən ancaq bir şeyi aydınlaşdırmaq istərdim. Əli müəllim, mən, təbii ki, vaxt almamaq üçün “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda olan müəyyən ziddiyyətlərə toxunmaq istəmirəm. Amma burada bir şeyi mən başa düşə bilmədim. 6.2.3-cü maddədə göstərilir: “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs”. Sonra 6.2.10-cu maddədə göstərilir: “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi şəxs”. Birində “orqanı tərəfindən təyin edilən şəxs”, o birində “orqanının təyin etdiyi şəxs”. O orqanın əgər bu iki şəxsi də təyin etmək hüququ varsa, yazılsın, “müvafiq icra orqanı tərəfindən təyin olunan iki şəxs.” Amma bunlar əgər ayrı-ayrı icra orqanlarıdırsa, bunları bu cür ayırmaq çaşqınlığa səbəb olur, çox anlaşılmaz bir vəziyyət yaradır. Bunun izahını versəniz, minnətdar olaram. Sağ olun.
Sədrlik edən. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Mövcud vəziyyətdə o mad-dələrin elə yazılması qanunauyğundur. Çünki burada söhbət iki icra hakimiyyəti orqanından gedir. “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun tətbiq edilməsi barədə Prezident Fərmanında dəqiqləşdirilib ki, bu Qanunda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Ədliyyə Nazirliyi həyata keçirir. Məhkəmə-Hüquq Şurasın-da müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilən iki şəxs var. Onlardan biri cənab Prezidentin, biri də Ədliyyə Nazirliyinin nümayəndəsidir. Onu da qeyd edim ki, Şuranın formalaşmasında bütün hakimiyyət qolları iştirak edir və orada parlamentin nümayəndəsi kimi mən çıxış edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, 19-cu məsələyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 95
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
20-ci məsələyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.01 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Nəhayət, bugünkü gündəliyin sonuncu məsələsi – Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azər-baycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında. Müraciəti oxumaq üçün söz verilir Bahar xanım Muradovaya.
B.Muradova. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Azərbaycanın yeni tarixinə xalqımızın milli-mənəvi bütövlük arzusunun təcəssümü kimi daxil olmuş 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın dil, əqidə və əməl birliyinin yaradılmasını ümummilli vəzifə kimi irəli sürür. Sürətlə dəyişən dünyada xalqımızın bütün gücünü bir yerə toplamaq əzmindən güc alan həmrəylik günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur.
Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses xalqımızın tarixi müqəddəratında köklü dəyişikliklərin baş verdiyi bir dövrdə vüsət almışdır. Müstəqilliyinin ilk illərində ağır sınaqlara çəkilən, gərgin və çıxılmaz vəziyyətlərə düşən Azərbaycan bir əsrdə ikinci dəfə qismətinə düşən istiqlaliyyətini ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində qoruyub saxlaya bildi. Azərbaycan uçurumun bir addımlığından geri dönərək onu hədələyən bütün təhlükələrə sinə gərdi, cəmiyyət həyatında sabitliyə nail olaraq ardıcıl inkişaf yoluna çıxdı.
Heydər Əliyev yolunu yaradıcı surətdə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respu-blikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilmişdir. On ildən artıqdır ki, Azərbaycan dünyanın ən dinamik ink-işaf edən ölkələri sırasında yerini inamla qoruyub saxlayır.
Azərbaycançılıq amalının şüurlara və qəlblərə hakim kə-silməsinə yönəlmiş uzaqgörən dövlət siyasəti həyata keçir-ilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun fəaliyyət göstərməsi diaspor təşkilatları ilə münasibətlərin dərinləşməsinə kömək göstərir.
Bütün bunlar həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına yol açır. Dünyanın müxtəlif ölkələrində məskən salmış on milyonlarca soydaşımız milli birliyə və həmrəyliyə nail olmağın zəruriliyini indi daha aydın dərk edir. Onlar yaxşı başa düşürlər ki, yalnız öz gücünü bir yerə toplayıb potensialını üzə çıxarmağı bacaran xalqlar etnik-siyasi hüquqlarını və milli mənafelərini həyata keçirmək imkan-larını qoruya və artıra bilirlər. Bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş Azərbaycan xalqının yeni minillikdə davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ata-baba yurdu olduğuna görə Avropada, Asiyada, Amerikada və digər qitələrdə yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərinin həllinə elliklə kömək göstərməkdir. Qarabağ düyününün açılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və köçkün soydaşlarımızın doğma yurdlarına qaytarılması ümummilli vəzifələrdən biridir. Dövlətimizin inkişafı yolunda mövcud olan bu maneənin aradan qaldırılmasına elliklə kömək göstərmək Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün azərbaycanlıların Vətən qarşısında övladlıq borcudur.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıl-ması sahəsində görüləsi işlər çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaqdan, bir-biri ilə və tarixi Vətənlə əlaqələrini möhkəmləndirməkdən ibarətdir. Milli hüquqlarımızın qorunması üçün Azərbaycan diasporunun möhkəmləndirilməsi, Azərbaycan icmalarının gücləndirilməsi də mühüm vəzifələr sırasındadır.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqı-mızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!
Hörmətlə,
Azərbaycan Respublikasının Milli Məclisi. (Alqışlar.)
Sədrlik edən. Bunu səsə qoymağa ehtiyac qalmadı.
Hörmətli deputatlar, Milli Məclisin payız sessiyasının sonuncu iclası başa çatır. Bu gün həm sessiyanın, həm də ilin sonudur. Görülmüş işlərə nəzər salsaq, görərik ki, par-lament səmərəli işləyib. 21 iclas keçirilib. Bu iclaslarda 236 qanun və qərar qəbul edilib. Yəni parlament qanunvericilik səlahiyyətini tam halda yerinə yetirmişdir.
Eyni zamanda, nəzərinizə çatdırmaq istəyirəm ki, parla-mentin beynəlxalq əlaqələri ildən-ilə daha da genişlənir. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak edərək 50-yə yaxın ölkəyə 115 səfər etmişlər. Bu il 60-dan çox xarici dövlətin və beynəlxalq təşkilatın 90-a qədər nümayəndə heyəti Milli Məclisə gəlmişdir. Gələnlər arasında 6 prezident, 6 baş nazir və 11 parlament sədri olmuşdur. Beynəlxalq təşkilatların xətti ilə Azərbaycan 10 beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Təkcə onu demək kifayətdir ki, on tədbirdə minə yaxın parlament nümayəndəsi Azərbaycana gəlmiş, bizim bu tədbirlərdə iştirak etmişdir.
Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları, Türkdilli Ölkələrin Parlament Assambleyasının 5-ci sessiyası, NATO Parlament Assamb-leyasının seminarı, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası – bunların hamısı gözümüzün qarşısında olub. Bu tədbirlərdə iştirak edən minə yaxın nümayəndə heyəti Azərbaycana gəlmiş, parlamentdə olmuş, bu insanların Azərbaycan xalqı haqqında fikirləri burada gördükləri reallıqlar əsasında formalaşmışdır. Beləliklə, Milli Məclis 2014-cü ildə öz işini müvəffəqiyyətlə həyata keçirmişdir. Bu işdə sizin iştirakınıza görə hamınıza öz dərin minnətdarlığımı bildirirəm.
Hörmətli millət vəkilləri, xalqın maraqları və tələbatı üzərində qurulan siyasətə görə cənab Prezidentə hamımız adından öz dərin minnətdarlığımızı bildiririk. Qarşıdan gələn bayramlar – Dünya azərbaycanlılarının həmrəyliyi günü, Yeni il münasibətilə cənab Prezidenti və ailəsini Milli Məclis adından səmimi qəlbdən təbrik edək, dəyərli fəaliyyətində ona yeni-yeni uğurlar arzulayaq! (Alqışlar.)
Hörmətli millət vəkilləri, Milli Məclis adından Prezidentə təbrik göndərilmişdir. Mən sizin bu alqışlarınızı o təbrikin təsdiqi kimi qiymətləndirirəm. İcazə versəniz, sizin hamınızın adından möhtərəm Prezidentə təbriklərimizi göndərərik. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən bir daha sizin hamınızı qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, sizə cansağlığı, ailə səadəti, xoşbəxtlik arzu edirəm.
Bizim burada qərib dostumuz oturub. Asəf müəllim söz istəyir. Bəlkə axırıncı dəfədir, Milli Məclisdə oturmusan. Buyur.
A.Hacıyev. Çox sağ olun, Oqtay müəllim, mən qərib olmaq istəməzdim, azərbaycanlı olaraq qalıram. Hörmətli millət vəkilləri, ilk öncə hər birinizi üzümüzə gələn bayramlar – Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, ailənizə səadət, uğurlar arzulayıram.
Bilirsiniz ki, dekabrın 9-da mən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi seçildim və buna görə qısa bir müddətdən sonra deputatlıq fəaliyyətimi dayandıracağam. İlk növbədə onu qeyd etmək istərdim ki, bu seçimin nəticəsi bir amillə bağlı idi. Bu nəticə ancaq ona görə mümkün oldu ki, artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düşünülmüş praqmatik siyasət bu gün beynəlxalq aləm tərəfindən hər bir səviyyədə, hər bir ölkədə qəbul olunur. Azərbaycan nisbətən kiçik ölkə olsa da, bu siyasət sayəsində artıq dünyada özünü tanıdır və beynəlxalq aləmdə qəbul olunur. Ona görə fürsətdən istifadə eləyib cənab Prezidentə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Bilirsiniz, bu seçkilər iki etapda keçirilir. Əvvəlcə as-sambleya üzvlərinin hər biri gizli səs verir, ondan sonra hər bir nümayəndə heyətinin başçısı ölkəyə, əslində, o ölkənin parlamentinə səs verir. 12 ölkə parlamentindən 10-nun Azərbaycan parlamentini dəstəkləməsi artıq onu təsdiq edir ki, Azərbaycan parlamenti bu gün beynəlxalq aləmdə, beynəlxalq səviyyədə yüksək nüfuza malikdir və qəbul olunur.
Mən Milli Məclisin Sədri hörmətli Oqtay müəllim haqqında bir neçə söz demək istəyirəm. Bilirsiniz, seçki marafonu iyul ayından dekabra qədər, təxminən 6 ay davam etdi. Bu müddətdə Oqtay müəllimin apardığı müzakirələr, göndərdiyi məktublar, etdiyi zənglər öz nəticəsini göstərdi. Oqtay müəllim, dünən Sizin “Şərəf” ordeni ilə təltif olunmanız bir daha təsdiq etdi ki, Siz parlamenti düzgün istiqamətdə aparırsınız və beynəlxalq aləmdə tanıdırsınız. Ona görə mən Sizə öz minnətdarlığımı bildirmək istəyirəm.
Mən hər birinizə təşəkkür edirəm. 20 il bərabər çalışdıq, mən sizlərdən çox şeyi öyrəndim, siyasət aləmində ilk addımlarımı burada atdım. Ona görə fürsətdən istifadə edib hamınıza öz minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinə uyğun olaraq Baş katib deputatlıq fəaliyyətini durdurmalı, orada 12 ölkənin maraqlarını əks etdirməlidir. Təbii ki, mən bunu edəcək, orada müxtəlif ölkələrin maraqlarını əks etdirəcəyəm. Amma buna baxmayaraq, qəlbimdə mən hər zaman azərbaycanlı olaraq qalacaq və ilk növbədə Azərbaycanın maraqlarını, ölkəmizin inkişafını dəstəkləyəcəyəm.
Mən bir daha sizə öz minnətdarlığımı bildirir, hamınıza işinizdə uğurlar arzulayıram. Çox sağ olun. (Alqışlar.)
Sədrlik edən. Çox sağ ol, Asəf müəllim, əsl baş katib kimi çıxış elədin. Mən də bütün deputatların adından sənə uğurlar arzulayıram. (Alqışlar.) Avropa təşkilatlarının rəhbərləri arasında ilk azərbaycanlı baş katibdir. Uğurlar arzulayırıq! Xeyirli olsun. Yaxşı yol sənə.
Hörmətli millət vəkilləri, bununla da payız sessiyası sona çatır. Mən payız sessiyasını bağlı elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)