24.02.2015 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XIV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  104

Mill Məclisin  iclas  salonu.
24  fevral  2015-c il.

İclasa  Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri O.Əsədov  sədrlik  etmişdir.

İclasda Milli Məclisin 98 deputatı iştirak etmişdir.


Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 88
Yetərsay 83

 İclasa dəvət olunmuşlar:

Ceyhun Bayramov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Elmir Vəlizadə, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini.
Urxan Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik.
Rasim Əliquliyev, Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi.
Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru.
Vəli Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini.
Nərminə Bayramova, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Aparatının rəhbəri.
Əminağa Sadıqov, AMEA Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin rəisi.
Sübhan Ağakişiyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin əməkdaşı.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun qüvvəyə minmə müddətinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi bərədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respu-blikası qanununun layihəsi barədə.
20. Elm haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Elmira Axundova, Fərəc Quliyev, Bahar Muradova, İqbal Ağazadə, Zahid Oruc, Siyavuş Novruzov, Fazil Mustafa, Vahid Əhmədov, Ziyad Səmədzadə

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.08 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 96
Nəticə: Qəbul edildi


1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.


Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.48 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.58 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyad Səmədzadə, Ziyafət Əsgərov, Çingiz Qənizadə, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.58 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

5. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Leyla Abdullayeva


Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.07 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 86
Nəticə: Qəbul edildi

6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

7. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

8. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Fazil Mustafa, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.18 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun qüvvəyə minmə müddətinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Hadi Rəcəbli, Ziyafət Əsgərov, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.19 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.20 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Yevda Abramov, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.32 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi


12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

13. “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.36 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi


14. “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

15. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.39 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.52 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

17. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Nizami Cəfərov, Elmira Axundova, Yaqub Mahmudov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.52 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

18. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi bərədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Fəzail Ağamalı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Fazil Mustafa, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.03 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

20. Elm haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Şəmsəddin Hacıyev, Zahid Oruc, Gülçöhrə Məmmədova, Ziyafət Əsgərov, İsa Hə-bibbəyli, Astan Şahverdiyev, Abel Məhərrəmov, Fəzail Ağamalı, Siyavuş Novruzov, Elton Məmmədov, Aytən Mustafayeva, Leyla Abdullayeva, Əli Məsimli, İsmayıl Hacıyev, Aydın Mirzəzadə, Əhliman Əmiraslanov, Sahibə Qafarova, Qüdrət Həsənquliyev, Aqiyə Naxçıvanlı, Əhməd Vəliyev, Rafiq Məmmədhəsənov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 18.05 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr                                   O.ƏSƏDOV
 

 

 

MİLLİ MƏCLİSİN İCLASI

24  fevral  2015-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.04 dəq.)
İştirak edir  88
Yetərsay  83

Çox sağ olun. Yetərsay var. İclasa başlaya bilərik.
Hörmətli deputatlar, bildiyiniz kimi, xalqımız iki gündən sonra Xocalı soyqırımının ildönümünü qeyd edəcəkdir. Xocalı soyqırımı XX əsrin sonlarında insanlığa qarşı törədilmiş dəhşətli cinayətlərdən biridir. Xahiş edirəm, faciə zamanı həlak olmuş qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah şəhidlərimizə rəhmət eləsin.
Hörmətli millət vəkilləri, Xocalı soyqırımı erməni millətçiləri tərəfindən həyata keçirilən qəsbkarlıq və etnik təmizləmə siyasətinin qanlı səhifəsini təşkil edir. Bu kütləvi qırğından əvvəl Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları bir sıra yaşayış məntəqələrində əhalinin böyük bir hissəsi amansızlıqla qətlə yetirilmişdir. Xocalı soyqırımı öz miqyasına görə bu cinayətlərin ən dəhşətlisidir.
Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi qiymətləndirmişdir. Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinin dünya miqyasında tanıdılması üçün görü-lən tədbirlər geniş vüsət almışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi uğurli xarici siyasət nəticəsində bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir. Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası da real və konkret nəticələr verməkdədir.
İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Mek-sika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras və Sudan parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətliamın soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 15 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər. Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin və onun başçılıq etdiyi hökumətin, həmçinin Milli Məclisin, eləcə də qeyri-hökumət təşkilatlarının fəaliyyətinin nəticəsidir.
Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə Milli Məclisin 20-dən çox deputatı Türkiyədə, Amerika Birləşmiş Ştatla-rında, Almaniyada, İtaliyada, Niderlandda və İsraildə keçirilən Xocalı faciəsi qurbanlarının anım mərasimlərində iştirak edir.
Biz əminik ki, Xocalı soyqırımı cəzasız qalmayacaqdır. Nə yolla olursa-olsun, Azərbaycan öz torpaqlarını qaytaracaq, Xocalı soyqırımının da, digər cinayətlərin də bütün təşkilatçıları və icraçıları layiqli cəzalarını alacaqlar.
İndi, hörmətli millət vəkilləri, xahiş edirəm, gündəliyə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.08 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, sağ olun. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, yazılın. Elmira Axundova buyursun.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Hamıya məlumdur ki, ölkəmiz inkişafdadır, rayon və kəndlər abadlaşır, sosial obyektlər tikilir və sairə. Lakin bununla belə, kənd yerlərində elektrik enerjisinin keyfiyyəti və davamlı verilməsi haqqında danışmaq istərdim. Mütəmadi olaraq seçicilərlə görüş zamanı mənə şikayət edirlər ki, işıq kəndlərə fasilələrlə verilir, gecələr isə, demək olar ki, kəndlər işıqsız qalır.
20-21 fevral tarixlərində Masallıda seçicilərin qəbulunu keçirərkən mən şəxsən bunun şahidi oldum. Təəssüf ki, ölkəni qəflətən ağuşuna alan qar və boran işıq məsələsini daha da dərinləşdirdi. Hər bir hava şəraitinə hazır olmalı olan dövlət orqanı yenə də aciz qaldı. Kəndlərdə elektrik enerjisinin verilməsində böyük fasilələr yarandı. Seçicilərin dediyinə görə, bunun əsas səbəbi elektrik xətlərinin köhnəlməsi və transformatorların zəif olmasıdır. Təsəvvür edin, Masallı şəhərindən başqa, qalan 103 kənddə elektrik xətləri 1960-cı illərdə qurulan təsərrüfata aiddir və həddən ziyadə köhnəlib.
Yəqin ki, başqa rayonlarda da eyni vəziyyətdir. Çünki Salyan, Cəlilabad, Lənkəran da bu günlərdə işıq problemi ilə kəskin qarşılaşıb. Ümid edirəm ki, yeni təyin olunan “Azərişıq” ASC-nin sədri Baba Rzayev bu vəziyyəti kökündən həll edəcək. Bildiyimə görə, hazırda müəyyən işlər görülür, amma yeniləmə prosesi çox ləng gedir. Başa düşürəm ki, maddi-texniki bazanın yenilənməsinə xeyli vəsait tələb olunur. Amma bir dəfə pul xərcləmək hər dəfə qəzalarla, fövqəladə hallarla və əhalinin narazılığı ilə qarşılaşmaqdan min dəfə yaxşıdır.
İkinci bir problemlə şaxtalı havada, buzlu yollarda Masallıdan geri qayıdarkən üzləşdim. Bir daha əmin oldum ki, rayonların kommunal təsərrüfatları bu cür sərt havalara hazır deyil. Səhv etmirəmsə, təkcə Salyan rayonunun ərazisində yolda iki qartəmizləyən texnika işləyirdi. Ondan başqa, Qaradağa gedən yolda bir dənə də olsun texnika və canlı qüvvə görmədim. Bunun nəticəsidir ki, yolda bir çox toqquşmaların, dərəyə aşmış maşınların şahidi oldum. Dəhşətli mənzərə idi. Yollarda o ağır şəraitdə polis əməkdaşlarından başqa, əhalinin yardımına gələn heç bir dövlət orqanı nümayəndələrini görmədim.
Ölkədə ayrı-ayrı sahələrə müxtəlif texnikalar alınır. Məsələn, bu yaxınlarda xeyli sayda yeni, bahalı polis maşınları alındı. Təklif edərdim ki, hər rayonda, heç olmasa, dağ rayonlarında icra hakimiyyətləri tərəfindən qartəmizləyən maşınlar və digər texnikalar alınsın.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev buyursun.
F.Quliyev. Sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, bilirsiniz ki, son zamanlar Mərkəzi Bankın manatın məzən-nəsi ilə bağlı atdığı addım müəyyən narahatlıqlara gətirib çıxarıbdır. Mərkəzi Bank bəyan edib ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, beynəlxalq səviyyədə onun rəqabət qabiliyyətini artırmaq, ixrac potensialını daha da gücləndirmək və bu əsasda tədiyyə balansını və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədi ilə qəbul olunubdur. Bildirilib ki, manatın korreksiyasına əsas səbəblərdən biri də xarici ticarət tərəfdaşlarımız olan əksər ölkələrin milli valyutalarının son dövrdə əhəmiyyətli dərəcədə ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsiri ilə bağlıdır və bu təsiri neytrallaşdırmaq lazımdır.
Təbii ki, bu qərar əhali tərəfindən narahatçılıqla qarşıla-nıbdır. Həm də etiraf edək ki, yaranmış vəziyyətdən möhtə-kirlər istifadə edir, valyuta mübadiləsi aparanlar, gizli iqtisadiyyatın bossları, inhisarçılar, siyasi kəmfürsətlər faydalanırlar.
Bunları nəzərə alaraq, mən müəyyən tədbirlərin görülməsinin zəruriliyini qeyd eləmək istərdim. Düşünürəm ki, indiki vəziyyətdə qiymət artımının qarşısını almaq inandırıcı deyil. Ona görə hökumət gecikmədən son valyuta tənzimlənməsindən sonra daxili bazarda qiymət dəyişikliyi yaradacaq proseslərə yönəlik antiböhran proqramını işə salmalı, əhalinin ziyan çəkməməsi, sosial ehtiyaclı insanların müdafiəsi üçün maaş və pensiyaları yeni inflyasiya indeksinə uyğunlaşdırmaq, yaşayış minimumu və aylıq istehlak səbətinə yenidən baxmaq imkanı verən mənbələr axtarıb tapmalı və bunu elan eləməlidir. Eyni zamanda, inflyasiyanın ikirəqəmli olmaması, bazarda süni bahalaşma yaranmaması üçün avtonom gömrük tariflərinin tətbiqi çox vacibdir.
Biz bilirik ki, ən böyük səhmlər inhisarçılardadır. Ona görə də inhisarçılara ən azından kəmərlərini bir az sıxmaq və bu dönəmdə fantastik qazancdan imtina eləmək tövsiyə olunmalıdır. Onların üzərində ciddi şəkildə təsir olmalıdır. Elə işlər görülməlidir ki, bu adamlar əhalinin bu vəziyyətindən sui-istifadə eləməsinlər. Mən düşünürəm ki, hazırkı vəziyyətin Milli Məclisin İqtisadi siyasət komitəsində də iqtisadi və maliyyə subyektləri ilə, ictimaiyyət nümayəndələri ilə birlikdə müzakirəyə çıxarılması faydalı olar. Qeyd edim ki, bizdə artıq belə bir təcrübə vardır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Amerika Birləşmiş Ştatları–Azərbaycan münasibətlərinə dair belə bir müzakirə aparıldı və bu çox faydalı oldu. Yəni bu müzakirələrin nəticələri ilə bağlı ictimaiyyətə açıqlamalar vermək mümkündür. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bahar Muradova.
B.Muradova. Təşəkkür edirəm, cənab Sədr. Bu günlər xalqımızın və dövlətimizin həyatında ən hüznlü günlərdən-dir. Həm ölkə içərisində, həm də xaricində Azərbaycanın üzləşdiyi təcavüz aktı, xalqımıza qarşı törədilmiş cinayətlər, etnik təmizləmə, milli-mədəni abidələrimizin, tarixi abidələrimizin dağıdılması, beynəlxalq erməniliyin və erməni maraqlarına xidmət edən dairələrin dəstəyi ilə Ermənistanın törətdiyi vandalizm aktları dünya ictimaiyyətinə çatdırılmaqdadır.
Münaqişə başlanandan dərhal sonra biz əgər bu hadisənin şokunu yaşayırdıqsa, hətta bəzi hallarda bu hadisənin baş verməsində Azərbaycan içərisində düşmən axtarışına çıxmışdıqsa, bu gün çox haqlı olaraq beynəlxalq ictimaiyyətin diqqətini bu münaqişəni, bu cinayəti törədənlərin üzərinə yönəltməkdəyik. Hesab edirəm ki, bu da öz ciddi nəticələrini verir.
Cənab Sədr, Siz giriş nitqinizdə bununla bağlı faktları gətirdiniz. Bu faktlar Azərbaycan mətbuatında, mediasında geniş şəkildə yayılır. Bu onu göstərir ki, Azərbaycanın rəsmi diplomatiyası, parlament diplomatiyası, vətəndaş cəmiyyəti, ziyalılarımız, elm adamlarımız, hər kəs öz səylərini bu istiqamətə yönəltdiyi təqdirdə çox ciddi nəticələr əldə etmək mümkün olur.
Mən beynəlxalq parlament assambleyalarındakı fəaliyyətimizin xüsusi əhəmiyyətini qeyd etmək istəyirəm. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası oldu. Orada da bu məsələlər ciddi şəkildə qaldırıldı. Biz iki gün bundan əvvəl ATƏT-in Parlament Assambleyasının qış sessiyasından qayıtmışıq. Bu sessiyanın əvvəlindən sonunadək digər məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, ermənilərin cinayətlərinə dünya ictimaiyyətinin münasibət bildirməsi və Minsk qrupunun fəaliyyətinin genişləndirilməsi məsələləri ilə bağlı fikirlər səsləndirildi.
Bilirsiniz, orada bir hadisə baş verməsəydi, mən bu mə-sələyə bəlkə də bu aspektdə toxunmazdım. Təbiidir ki, Er-mənistan nümayəndə heyəti hər dəfə bu hadisələrin günahını Azərbaycanın üzərinə atır, Azərbaycanı təcavüzkarlıqda və ermənilərə qəsd etməkdə suçlayır. Onlar hətta həyasızcasına bəyan edirlər ki, Xocalıda törənən hadisələrin günahkarı Azərbaycan xalqıdır, keçmiş Azərbaycan Prezidenti Ayaz Mütəllibovdur və Xalq Cəbhəsidir. Ona görə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə əhalinin Xocalını tərk etməsi üçün yaradılan koridordan istifadə olunmayıb, Azərbaycan tərəfi bunun üçün lazımi addımlar atmayıb. Hətta törədilən bütün cinayətlər, insanların başına açılan bütün oyunlar guya Xalq Cəbhəsi ilə Mütəllibov arasında gedən hakimiyyət mübarizəsinin nəticəsi imiş.
Bu nəyi sübut edir? Bu onu sübut edir ki, bizim bəzi siyasətçilərimiz yaxın siyasi hədəfləri güdərkən açıqlama-larına diqqət yetirmirlər. Bu açıqlamalar sonra məhz həmin cinayətkar ermənilər tərəfindən bizim özümüzə qarşı istifadə olunur. Əlbəttə ki, bu məsələnin mahiyyətini bilənlər, dərinliyinə varanlar bunun da bir şou olduğunu və bundan da erməni yalanlarına xidmət üçün istifadə olunduğunu bilirlər. Amma bu, hər halda insanların düşüncəsinə müəyyən qədər təsir edir.
Ona görə də mən düşünürəm ki, bu gün ölkəmizdə gedən maliyyə-iqtisadi dəyişikliklər, islahatlar, bizi narahat eləyən məsələlər ətrafında fikirlərimizi ifadə edərkən obyektiv və qərəzsiz olmağa çalışmalıyıq. Mövqelərimizi məhz şəraitdən çıxış edərək ifadə etməli, siyasi yolumuza, karyeramıza, siyasi ambisiyalarımıza maneçilik törətdiyi düşüncəsində olduğumuz adamlara qurşaqdan aşağı zərbə vurmağa çalışmamalıyıq. Bu sonradan bizim özümüzə qarşı yönəlir.
Əlbəttə ki, biz Ermənistan nümayəndə heyətinin bu fik-rindən istifadə edərək məsələni daha ciddi şəkildə ortaya qoya bildik. Sual olunur ki, fevralın 25-dən 26-a keçən gecə 20 dərəcəli şaxtada Xocalı sakinlərinə koridor niyə yaradılmışdı və niyə Xocalı sakinləri öz ev-eşiklərini tərk etməli idilər? Bu, etnik təmizləmə və azərbaycanlılara qarşı soyqırımı aktı deyildimi? Təbiidir ki, Ermənistan nümayəndə heyətinin bu məntiqli suallar qarşısında verməyə cavabı qalmadı və parlamentarilər də məsələnin mahiyyətinin nə yerdə olduğunu başa düşdülər.
Mən niyə bunu bir daha vurğulayıram. Ona görə ki, mə-nim düşüncəmə görə, bu gün burada bütün millət vəkilləri-nin vurğulayacağı əsas məqam məhz bu məsələ olmalıdır. Çünki elə bir tarixi ərəfədəyik ki, bizim bütün fikirlərimiz məhz Xocalı soyqırımı ətrafında, Dağlıq Qarabağ problemi ətrafında və Ermənistanın yalanlarını ifşa etmək istiqamətində olmalıdır. Ölkə içində baş verən məsələləri isə, hesab edirəm ki, müzakirə edib fikirlərimizi bildirməyə, ittiham etməyə, nöqsan tutmağa hər zaman imkanımız var.
Mən həmkarlarımdan xahiş edərdim ki, bu günün imkan-larından istifadə edərək dünya ictimaiyyətinə Xocalı soyqı-rımı ilə bağlı mesajlarımızı çatdıraq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Bahar xanım. Mən ATƏT-in Parlament Assambleyasının qış sessiyasında Sizin çıxışınızı oxudum. Orada Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ciddi şəkildə qaldırılıb. Belə sanballı beynəlxalq tədbirlərdə bu məsələlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyəti böyükdür. Buyursun İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab Sədr. Mən cari məsələlərdə Mərkəzi Bankın fevralın 21-də verdiyi qə-rarla bağlı mövqeyimi ifadə etmək istəyirəm. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 28.1 və 28.2-ci maddələrində qeyd olunub ki, Mərkəzi Bank dekabrın 31-dək əhaliyə gələn ilin maliyyə-pul siyasəti ilə bağlı obyektiv məlumat verməli və onu dəyişikliklərlə bağlı məlumatlandırmalıdır. Dekabrın 30-da Mərkəzi Bank gələn il manatın məzənnəsinin sabit qalacağı ilə bağlı press-reliz yayıb və press-relizdə göstərib ki, manatın kursu dəyişmə-yəcək. Amma gələn illə bağlı verdiyi proqnozu cəmi 50 gün sonra pozub. Əhalini aldadıb və verdiyi qərarla əhaliyə külli miqdarda ziyan vurub.
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiin-hisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “qiymətləri süni surətdə qaldırırlar” deyərək hansısa iş adamının, hansısa mağazanın, hansısa supermarketin üzərinə gedir. Bir günün içərisində milli valyutanı 34 faiz ucuzlaşdıran bir dövlət qurumu başqasını nədə ittiham eləyə bilər? Ola bilər, ölkədə problemlər də, maliyyə çətinlikləri də var. Amma təsəvvür edin, fəhlə 21 gün işləyib, hər hansı bir dövlət strukturunda çalışan bir işçi 21 gün fəaliyyət göstərib, 21 gündən sonra dövlətin bir strukturu onun alacağı maaşı 34 faiz ucuzlaşdırıb və ona kompensasiya vermir. Necə olur bu? Necə ola bilər ki, vətəndaşın cibinə bu şəkildə girilsin?
İndi Bahar xanım çağırış etdi ki, bu gün Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ilə bağlı danışaq və sairə. Mən qəbul edirəm. Amma bu gün ölkə əhalisini digər problem-lərlə yanaşı sonsuz dərəcədə narahat eləyən ən ciddi prob-lemlərdən biri budur. Bu gün ölkə vətəndaşının banklarda qoyduğu pullara 3 milyard ziyan vurulub. Əhali banklara 7,2 milyard pul qoyub, bu ucuzlaşma ilə ölkə vətəndaşlarına faktiki olaraq 3 milyard ziyan vurulub. Kompensasiyası ödənilmir. Kompensasiya haqqında danışılmır. Bu gün maaşlar indeksasiya olunmur. Pul birdən-birə dəyərini itirib.
Azərbaycanın ixrac potensialını gücləndirmək, ixracda daha səmərəli yollar axtarmaq adı altında verilən bəyanatlar doğru bəyanatlar deyil. Çünki Azərbaycanın ixrac potensialının 95 faizini karbohidrogen ehtiyatlarından, neftdən başqa bir şey təşkil etmir. İdxal məhsullarının böyük əksəriyyəti isə məhz ərzaq məhsullarıdır. Bunu martda hökumətin hesabatında da görəcəyik. Ona görə də hökumət bu gün bunun barəsində ciddi düşünməli və bahalaşmaya görə vətəndaşa 34 faiz kompensasiya verməlidir.
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkar-lar! Haqqında danışılan Mərkəzi Bankın qərarını millətimi-zin mənafeyinə uyğun hesab edir və maliyyə sabitliyinin təminatı yönündə çox mühüm addım kimi dəyərləndirirəm. Bunun əksini düşünənlərin üzərinə qəti şəkildə getmək dü-şüncəm yoxdur. Maksimum bir ay ərzində onlar indi müha-kimə etdikləri bankın qərarını bizim kimi müdafiə edəcəklər.
Bir neçə tezisi söyləmək istəyirəm. Əvvəla, manatın dollara nisbətən üçdə bir hissə dəyərini itirməsi avtomatik olaraq manatın alıcılıq qabiliyyətinin üçdə bir nisbətdə itirilməsi, əhalinin üçdə bir nisbətdə kasıblaşması demək deyil. Bu çox yanlış mülahizədir və bunu qətiyyən dövriy-yəyə çıxarmaq olmaz.
İki, bu, büdcə kəsirinin məzənnə siyasəti ilə doldurulması deyil.
Üç, bu, neftdən asılı olan iqtisadiyyatların işi deyil. Gür-cüstanın və Türkiyənin də nefti yoxdur, amma onlarda lari və lirə ən azı 20 faizə qədər devalvasiya olunub.
Dörd, bunu tədricən etmək dollar imperialistlərinin, dollar milyonçularının xeyrinə idi. Hesab edirəm ki, bir günün içində bu qərarın verilməsi artıq dollar ajiotajını öldürdü, dövlətin ehtiyat pul kütləsini qorudu, saxladı, Azərbaycan manatını rublun gününə düşməsindən qorudu. Bir daha deyirəm ki, bunu yaxın dövrdə görəcəksiniz.
Beş, bu, inflyasiyanı nə qədər yaradacaq? Bu da dünyada artıq bizdən əvvəl v=s:t qədər sübut olunub. Bu, maksimum 3 faiz inflyasiyaya səbəb olacaq.
Biz indiki gerçəklikdə panik qiymətlərdən çıxış eləməkdə haqlıyıqmı? Bu gün mağazaların bir çoxu gözləmə mövqeyindədir. Həqiqətən də, panik qiymətlər dünən təyyarə biletlərindən tutmuş, bir sıra şeylərə təsir edib. Yaxın bir zamanda bu qiymət qərarlaşacaq və hamı görəcək ki, devalvasiyanın həyata keçirilməsi, əslində, ölkənin xeyrinə işləyib. Mən bunun doğruluğunu sübut edən onlarla misal göstərə bilərəm. Təəssüf ki, 3 dəqiqə buna imkan vermir.
Buna görə hakimiyyəti, dövləti qınayanlar nəzərə alma-lıdırlar ki, dövlətin valyuta ehtiyatının böyük bir hissəsi manat şəklindədir. Heç bir hakimiyyət öz valyuta ehtiyatının üçdə bir nisbətdə aşağı düşməsinə getməz. Əslində, manat bu gün də dünyanın ən güclü valyutası olan dollarla rəqabətqabiliyyətli vəziyyətdədir. Mənim fikrimdən bu nəticə çıxmır ki, bir az da edək. Mən hesab edirəm ki, bu məsələdə biz qəti şəkildə yeni deyilik, birinci addım atan deyilik. Dünyada bunun real nümunələri var və Azərbaycan hakimiyyəti də bunu düşünərək həyata keçirir. Hökumət Azərbaycan xalqını müflisləşdirmək, onun sadə hissəsinin əlindən vəsaitlərini almaq mövqeyini tutmayıb. Çox yaxın zamanlarda bunun şahidi olacaqsınız. Ona görə də mən bu qərarı açıq mətnlə müdafiə edir və düzgün sayıram. Sağ olun.
Sədrlik edən. Mən İqbal Ağazadənin çıxışına cavab vermək istəmədim, çünki bizdə komitə sədri var, imkan yara-dacağam çıxış eləsin. Ancaq söyləmək ki, əhalinin banklarda 7 milyard əmanəti batıb, bu tamamilə yalan söhbətdir. Birincisi, banklarda əmanətlərin 50 faizindən çoxu dollarla, valyuta ilə olub. İkincisi, mən sizə tam rəsmi deyirəm ki, son bir həftə ərzində banklar tərəfindən 2 milyard, ondan qabaq 2 milyard yarım, yəni 4 milyard yarım manat dəyişdirilib. Bu imkan da yaradılıb. Ona görə də “əmanətlərə 7 milyard ziyan dəyib” demək doğru deyil. Bu, tamamilə düzgün olmayan fikirdir.
Mən çox istərdim ki, bu məsələyə dair bizim makroiqti-sadi siyasəti bilən adamlar da fikir bildirsinlər. Bir az dərindən düşünmək, dünyada gedən proseslərə baxmaq lazımdır. Azərbaycan müharibə aparan bir ölkədir. Azərbaycanın valyuta ehtiyatları var. Bu məzənnəni nə qədər mümkündür qoruyub saxladılar. Yenə də qorunacaq. Ancaq fikirləşmək lazımdır ki, qarşıda hər cür işlər ola bilər, müharibə ola bilər. Biz ehtiyatların hamısını bu məzənnəyə görə itirə bilmərik. Bu, Milli Məclisdə deyiləsi məsələ deyil, yəqin danışacağıq.
İndi, ümumiyyətlə, elə bir ajiotaj yoxdur. Mən razıyam, dükanlar, bir çox möhtəkirlər qiymətləri qaldırmağa çalışa-caqlar. Azərbaycanda ərzaq məhsullarının 70 faizi daxili istehsal məhsullarıdır. Bu ərzaqların qiyməti niyə qalxmalıdır? Bu bir, ikincisi, dükanlarda indi olan ərzaq məhsulları vaxtilə idxal olunmuş məhsullardır, onların qiymətləri niyə qalxmalıdır? Bu qiymətlərin qalxmasına qarşı dövlət tədbirlər görəcək. İndi hökumət tərəfindən tədbirlər hazırlanır. Mən əminəm ki, qiymət artımı olmayacaq, nə ərzağa, nə də digər məhsullara. Ehtiyacı olan təbəqələrə isə dövlət tərəfindən sosial yardımlar göstəriləcək. Buyurun, Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Bu məsələ ilə bağlı Siz ətraflı şəkildə məlumat verdiniz. Mən ancaq bir məsələyə toxunmaq istəyirəm.
Burada dərhal bəyanat verməyə, indeksasiya tələb etməyə ehtiyac yoxdur. Hökumət bunu hesablayır və sözsüz ki, lazımi tədbirləri görəcək. Hökumətin Milli Məclisdə hesabatı olacaq. Bu hesabatda biz görəcəyik ki, hansı addımlar atılıb, hansı işlər görülür və nə nə ilə əvəz olunur. Ona görə də hökumətin bu addımına bir saatın içində qiymət verib, tez-tələsik nəticə çıxarmaq, bunu bu cür yozmaq olmaz. Bu ancaq populizmdir. Bundan kimsə nəsə qazanmaq istəyirsə, səhvə yol verir. Bu mənasız bir şeydir. Mən hesab edirəm ki, hökumət real iqtisadi faktorlara əsaslanıb bu məsələni də uğurla həll edəcək. Öz xalqıdır və bu xalqın maraqlarını qorumaq vəzifəsinin bütün ağırlığı da hökumətin çiynindədir. Bu baxımdan da hökumət addımlarını atacaq və atır da.
Mən Bahar xanımın fikirlərinə tərəfdaram. Əgər nəzərə alsaq ki, bu il qondarma soyqırımının 100 illiyidir və ermə-nilər bu 100 illiyi çox geniş şəkildə keçirməyə hazırlaşırlar, bu “soyqırımı”nın saxta, yalan olmasını bütün dünyaya sü-but edə biləcək bir hadisə ancaq Xocalı soyqırımıdır. Çünki indiyə qədər Türkiyə tərəfindən dəfələrlə təklif olunub ki, arxivlər açılsın, sənədlər üzə çıxarılsın, bu sənədlər əsasında müzakirələr aparılsın. Lakin Ermənistan tərəfi həmişə bundan qaçıb və ancaq heç nəyə əsaslanmayan bəyanatlar verib ki, o dövrdə Türkiyədə bu qədər erməni öldürülüb. Yoxlasan, həmin dövrdə Türkiyədə heç o qədər erməni olmayıb. Heç bir əsas olmadan milyon yarım adamın qətlə yetirilməsi barədə məsələ qaldırılır.
Amma Xocalı hadisəsi barədə müasir informasiya-kom-munikasiya texnologiyaları ilə əlaqədar bütün sübutlar var. Canlı şahidlər var, o hadisəni yaşayan insanlar var, məh-kəmə qərarları var, ayrı-ayrı faktlar, çəkilişlər, video, audio lentlər var və bu, kifayət qədər sübut olunmuş soyqırımı cınayətidir. Biz çalışmalıyıq ki, bunun dünya ictimaiyyətinə çatdırılmasını daha geniş şəkildə həyata keçirək.
Artıq bir neçə gündür, bu proses Türkiyədə başlayıb. Türkiyədə bir neçə gündür, yürüşlər keçirilir. Mən hesab edirəm, bu ancaq Türkiyədə deyil, Avropanın digər ölkələrində, şəhərlərində də keçirilməlidir. Bunu tək bizim səfirliklərdə deyil, kütləvi şəkildə – küçələrdə, meydanlarda, parklarda həyata keçirmək, bukletlər yaymaq lazımdır ki, dünya ictimaiyyəti bu hadisədən də, qondarma erməni soyqırımı hadisəsindən də xəbərdar olsun. Belə olarsa, qondarma erməni soyqırımı məsələsi qaldırılanda artıq tarixi faktlara söykənmiş Xocalı soyqırımı onun tamamilə qarşısını alar və sübut edər ki, ermənilər hansı xislətə malikdir. Onların rəhbərlərinin öz dilindən səslənən etirafları da, hesab edirəm, bura salmaq lazımdır ki, hamı bilsin.
Sədrlik edən. Sağ olun. Bizim tarixçilər var burada, bilirlər. Ermənilərin guya soyqırımının olduğu o dövrdə Türkiyədə cəmi 1 milyona yaxın erməni var idi. Bunu sənədlər sübut edir. O dövrdə 350 minə yaxın erməni, 500 minə yaxın türk öldürülmüşdü. Əsl soyqırıma düçar olanlar türklər idi. Yüz minlərlə erməni getdi Amerikaya, – bunu sübut edən sənədlər var, ortaya çıxarmırlar, – bir o qədər də er-məni getdi ərəb ölkələrinə. 350 mini zaman ötdükcə o qədər şişirtdilər ki, gəldi oldu milyon yarım. Bunlar tarixlərini belə “inkişaf etdirirlər”. Amma biz məruz qaldığımız soyqırımını normal üzə çıxara bilmirik.
İndi başlamışıq məsələni həll eləməyə. Mən dünən Vaşinqtondan, Nyu-Yorkdan verilişlərə baxdım, özümdə bir az qürur hiss elədim ki, bizim diaspor, bizim insanlar güclü işlər görürlər. Metroda, şəhərdə, şəhərin mərkəzində artıq Xocalını tanıtmaq üçün müəyyən işlər görülür.
Ankarada, İstanbulda, Türkiyənin bir çox şəhərlərində Xocalı soyqırımını anma tədbirləri keçirilir. Onlar da başa düşürlər ki, qarşıdan qondarma erməni soyqırımının 100 illiyi gəlir və bununla əlaqədar olaraq erməni təbliğatı özünün zirvə nöqtəsinə çatacaqdır. Ancaq qarşıda Çanaqqala zəfərinin də 100 illiyi var. Bu istiqamətdə biz işlərimizi aprel ayına kimi aparmalıyıq. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də fikirləşirəm ki, biz Xocalı ilə bağlı tədbirlərin miqyasını xeyli genişləndirdiyimizə görə insanlar bu problemlə bağlı kifayət qədər bilgi əldə ediblər.
Amma fikrimcə, artıq bu formatı dəyişməyə ehtiyac var. Yəni xarici ölkələrdə 30, 40, 50, 100 nəfərin iştirakı ilə konfrans və ya hansısa digər tədbirlər düzənləmək əvəzinə müasir texnologiyaların imkanlarından daha çox istifadə etməyə üstünlük verməliyik. Məsələn, kiçik kliplər hazırla-maq, “Soyqırımına yox deyək!” klipi ilə TRT-də, başqa qurumlarda pullu, pulsuz vaxt alıb həftə ərzində onu təbliğ eləmək lazımdır. Çünki o məsələlər konfrans vasitəsilə çox geniş yayılmır.
Bu məsələnin duyğusal tərəfindən daha çox hüquqi tərəfinə diqqət yetirməli, bu yönümdə əhəmiyyətli nəticələrə nail olmaq üçün intensiv fəaliyyət göstərməliyik. Məsələn, Türkiyədən danışırıq, Türkiyədə çox böyük dəstək verirlər, sağ olsunlar, ümumi bir problemimizdir. Amma orada soyqırımı kimi tanınma məsələsi şübhə altındadır, hər yerdə qətliam kimi qeyd edirlər. Bunu dəyişdirmək lazımdır.
Türkiyənin aparıcı telekanallarında Azərbaycana girişi yasaqlanan, Dağlıq Qarabağa səfər etmiş Nagehan Alçı adında bir jurnalist var. İqtidar partiyasını təbliğ eləyən bir jurnalistdir. Amma TRT kanalında, başqa kanallarda açıq-aşkar Ermənistanın mövqeyini müdafiə edən, onların haqlılığını sübut eləməyə çalışan çıxışlarını ortaya qoyur. Ona görə mən Xarici İşlər Nazirliyindən xahiş edərdim ki, bu məsələni araşdırsın və əgər onunla bağlı qərar dəyişdirilibsə, onun ölkəyə buraxılması məsələsinə baxsın. Çünki bu, açıq-aşkar Azərbaycana düşmən olan, ermənilərin haqqını qorumağı sanki özünə vəzifə borcu bilən bir jurnalistdir. Onun kimiləri də xeyli çoxdur. Yəni düşməncə münasibətə görə hər halda biz də öz tavrımızı ortalığa qoymalıyıq.
Amma bütün hallarda Xocalı tanıtımı ilə bağlı görülən işlərin effekti var və biz çalışmalıyıq ki, bu, qərarlara çevrilsin. Amerika Birləşmiş Ştatlarında, aparıcı dövlətlərdə bu qərarlar nə qədər çox olarsa, bir o qədər işin xeyrinə olar.
Burada manatın devalvasiyası ilə bağlı çıxışlar oldu. Sə-bəblər və nəticələr ortadadır. Təbii ki, əhaliyə dəyən ziyan da ortadadır. Mən nəyi təklif eləmək istəyirəm. Hökumət tərəfindən əhalinin aztəminatlı hissəsində ümid yarada biləcək ciddi addımlar atılmalıdır. Yəni ən azı təqaüdçülərin, hərbçilərin, müəllimlərin, yəni müəyyən kateqoriyadan olan insanların daha acınacaqlı vəziyyətə düşməməsi üçün antiböhran tədbirlərinin görülməsi vacibdir. Bu ona görə vacibdir ki, vəziyyət düzələnə qədər insanlarımızın sosial durumu daha da ağırlaşmasın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən çox təəssüf edirəm ki, bəzi millət vəkilləri, ümumiyyətlə, makroiqtisadi stabilliyi bilmədən burada ağızlarına gələni danışırlar. Azərbaycanda manatın devalvasiyası çoxdan lazım idi və labüd idi. Amma bu devalvasiyanı aparmağın yolları var idi. MDB məkanında bütün milli valyutalar dəyərdən düşüb. Yalnız Azərbaycan öz milli valyutasını uzun müddət qoruyub saxlaya bildi. Amma milli valyutanın devalvasiyaya uğramasının, mən deyərdim ki, yumşaq şəkildə həyata keçirilməsi çox vacib idi. Çox təəssüflər olsun ki, milli valyuta birdən-birə 33 faiz dəyərdən düşdü.
Mən İqtisadi siyasət komitəsinin üzvü kimi, Oqtay mü-əllim, mütəmadi olaraq Mərkəzi Bankla əlaqədə olmuşam. Axırıncı iki günə qədər mənə məlumat veriblər ki, Mərkəzi Bank belə bir qərar verəcək, amma milli valyutanın deval-vasiyası 85-90 qəpik səviyyəsində nəzərdə tutulur. Çox təəssüflər olsun ki, Mərkəzi Bank öz sözünün üstündə dur-madı, manat birdən-birə 33 faiz devalvasiyaya uğradı.
Əlbəttə, bu çox ciddi prosesdir, insanların müəyyən hissəsinə təsirini göstərəcək, o cümlədən süni qiymət artımına yol açacaq. Süni qiymət artımı artıq bu gün, – bölgələrlə mən səhər-səhər danışmışam, – bölgələrdə unun da, şəkərin də, digər məhsulların da qiymətində hiss olunur. İlk olaraq hökumət süni qiymət artımının qarşısını almalı, bunun üçün xüsusi tədbirlər planı işləyib hazırlamalıdır.
İkinci olaraq insanların əmanətləri ilə, depozitlərlə əlaqədar məsələyə münasibət bildirilməlidir. Azərbaycan hökuməti depozitlərinin qorunması üçün hansı yollardan, hansı imkanlardan istifadə etməlidir. Bir sıra insanlar, xüsusilə sahibkarlar banklardan dollarla kreditlər götürüblər. Onların arasında böyük məbləğdə, milyondan yuxarı kredit alan sahibkarlar var. Bu kreditlərin geri qaytarılmasında müəyyən problemlər yarana bilər. O problemləri hökumət həll etməlidir. Mən hesab edirəm ki, Azərbaycan hökuməti bu məsə-lələrlə əlaqədar antiböhran tədbirləri işləyib hazırlamalı və qısa müddətdə həyata keçirməlidir.
Ən ciddi məsələ, Oqtay müəllim, yenə deyirəm, süni qiy-mət artımına yol verilməməsidir. Bunun üçün Azərbaycan hökuməti, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi mü-təmadi olaraq həm Bakı və digər iri şəhərlərdə, həm də böl-gələrdə, rayonlarda öz monitorinqlərini daha da gücləndir-məlidir.
Bütün bunlara baxmayaraq, devalvasiya labüd idi, bunu etmək lazım idi. Amma yumşaq devalvasiya olsaydı və o, hətta 2012-ci ilin əvvəlindən başlasaydı, biz bu vəziyyətə gəlib çıxmazdıq. Bu, Mərkəzi Bankın birbaşa səhvidir. Mər-kəzi Bank buna cavab verməlidir.
Sədrlik edən. Mən təklif edirəm, müzakirələri qurtaraq, keçək gündəliyə. Ancaq indi Ziyad müəllimə də söz verim, sonra.
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Müzakirəyə çıxarılan məsələ, həqiqətən, narahatlıq doğuran məsələlərdən biridir.
Dünya iqtisadiyyatında baş verən proseslər hamımıza məlumdur. Neftin qiymətinin sürətlə aşağı düşməsi yeni bir gərgin vəziyyət yaradıb. 2015-ci ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 90 dollar nəzərdə tutulmuşdu. Amma indi qiymət 60 dollar civarındadır. Qiymət bu həddə qalarsa, Azərbaycan büdcəsinin itkisi 6-7 milyard manat olacaqdır. Manatın sabit qalması üçün Mərkəzi Bank hər il 2–2,5 milyard investisiya edir. Ekspertlər haqlı olaraq qeyd edirlər ki, bu, uzun müddət davam edə bilməzdi. Bu prosesin uzun müddət davam etməsi bankın ehtiyatlarının tükənməsi ilə nəticələnərdi.
Onu da qeyd edim ki, Azərbaycan Mərkəzi Bankının in-tervensiya etdiyi valyutanın miqdarı Ermənistanın dövlət büdcəsi qədərdir. Azərbaycan iqtisadiyyatı ciddi problem-lərlə üzləşirdi. Son 10 ildə Azərbaycan böyük inkişaf yolu keçmişdir. Bunu təmin edən amillərdən biri pul-kredit siyasəti olmuşdur. Mən istəməzdim ki, həmin siyasətə kölgə salaq.
İllər boyu əgər biz xırda devalvasiyalar etsəydik, Azər-baycanın bugünkü inkişafı olmaz, ölkəmizə bu qədər inves-tisiya gəlməz, yoxsulluğun həddi sürətlə azalmaz, əhalinin pul gəlirləri son illərdə sürətlə artmazdı. Mərkəzi Bankın intervensiyası on illər ərzində Azərbaycan dövlətinin iqtisadi gücünü artırdı, sosial inkişafda dinamizmi təmin etdi, sahibkarlıq mühiti sürətlə formalaşdı. Manatın məzənnəsinin tez-tez dəyişməsi şəraitində bu mümkün olmazdı.
Qlobal çağırışlar milli iqtisadiyyatın inkişaf strategiyasına yeni yanaşmalar tələb edir. Bu gün Azərbaycan iqtisadiyyatı özünün rəqabət qabiliyyətini yüksəltməlidir. Bu, dövlət siyasətinin prioritet istiqamətidir.
Biz hamımız bilirik ki, Azərbaycan iqtisadiyyatında ixracın strukturu xeyli dərəcədə təkmilləşdirilməlidir. Manatın dollara nisbətən məzənnəsinin yüksəlməsi bu məsələni həll etməyə imkan vermir. Yəqin hamınız bilirsiniz ki, manat dünyada ən güclü valyutalardan biridir. Eyni zamanda, manat...
Sədrlik edən. Bir dəqiqə də vaxt verin, danışsın.
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, Azərbaycanda bu gün sənaye siyasəti yeridilir. Yaxın vaxtlarda 500-ə yaxın kiçik, orta, iri sənaye müəssisəsi yaradılacaq. Bu müəssisələrdə ixrac potensialının genişləndirilməsi üçün belə bir hərəkətə ehtiyac var idi. Ancaq Siz də haqlı olaraq dediniz ki, Azərbaycan hökuməti sosial tədbirlər görməlidir. Qiymətlərin bahalaşmasına qarşı ciddi mübarizə məsələləri müzakirə olunmalıdır.
Amma mən birmənalı şəkildə deyirəm ki, bu, antiböhran tədbirləri deyil, manatın devalvasiyası nəticəsində yaranmış problemlərin həllinə yönələn tədbirlər olmalıdır. Azərbaycan hökumətinin son 20 ildə əldə etdiyi təcrübə, keçdiyi yol buna imkan verir. Bu illər ərzində biz dördrəqəmli inflyasiyadan birrəqəmli inflyasiyaya düşmüşük. Mən əminəm ki, Azərbaycan hökuməti, Azərbaycan xalqı bu vəziyyətdən də uğurla çıxacaqdır.
Sədrlik edən. Sağ olun. Ziyad müəllim doğru dedi. Hə-qiqətən də, indiyə kimi bizdə makroiqtisadi siyasət çox yüksək səviyyədə olub. Bunu hamı görüb, hiss edib. Bir balaca çətinlik olan kimi məsələni şişirtmək lazım deyil. Azərbaycan neft ölkəsidir, bilirik. Neft ölkələrinin hamısı devalvasiyadan əziyyət çəkib. İki misal deyəcəyəm. İsveçrə dünyanın inkişaf etmiş ölkələrindən biridir. Nefti olmayan İsveçrənin frankı 3 ay ərzində 1,20-dən 0,85-ə düşdü, sonra yavaş-yavaş yenə 1-dən bir qədər yuxarı qalxdı. Dünyanın daha bir inkişaf etmiş ölkəsi Danimarkada da inflyasiya eyni dərəcədədir. Nə nefti var, nə qazı var. Yəni müasir dövrdə belə məsələlər olur.
Heç vaxt tələsik nəticə çıxarıb fikir söyləmək lazım deyil. Bu məsələlər oturuşmalıdır, biz tələsməli deyilik. Bəli, qiymətlərin artmasına imkan verməməliyik. Bu mövzuda mən dünən iqtisadi inkişaf naziri ilə söhbət etdim. Çox sürətli tədbirlər görülür. Mən əminəm ki, ərzaqların qiymətinin qalxmasına imkan verilməyəcək. Qarşıda hökumətin hesabatı olanda, yəqin ki, bu məsələ haqqında danışacağıq.
İndi keçək gündəliyimizə. Gündəliyin birinci məsələsi – Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bu qanun layihəsi Mülki Məcəllənin 139–1-ci maddəsinin tətbiqi ilə bağlıdır. Məlumat üçün bildirmək istəyirəm ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişi-kliklər edilməsi haqqında” 2011-ci il 30 sentyabr tarixli Qanunun tətbiqi barədə” cənab Prezidentin 2011-ci il 26 dekabr tarixli Fərmanı olmuşdur. Həmin fərmanda Nazirlər Kabinetinə qanunvericilik aktlarının uyğunlaşdırılması ilə bağlı tövsiyə verilmişdir. Bunun nəticəsində Mülki Məcəl-ləyə əlavələr və dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsi hazırlanmış və sizin diqqətinizə təqdim olunmuşdur.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu əlavələr və dəyişikliklər ilk növbədə ölkə vətəndaşlarının daşınmaz əmlaka münasibətdə hüquqlarının reyestrdə qeydiyyata alınmasının bir sıra əsaslarını müəyyən edir.
Bununla yanaşı, qeyd etməliyəm ki, Mülki Məcəllədə təklif olunan bu əlavələr və dəyişikliklər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna da əlavələr və dəyişikliklər formasında öz əksini tapacaq. Amma o, İqtisadi siyasət komitəsi tərəfindən növbəti məsələdə təqdim olunacaq.
Bir daha vurğulamaq istəyirəm ki, bu layihə cənab Prezidentin 2011-ci il 26 dekabr tarixli Fərmanının tətbiqindən irəli gəlir. Çox sağ olun.


Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Əli müəllim. Əgər bu məsələ ilə əlaqədar çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.48 dəq.)
 Lehinə  88
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  89
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Komitə sədri Ziyad müəllim Səmədzadə məlumat verir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli millət vəkilləri, hörmətli Ziyafət müəllim! Hörmətli Əli müəllim daşınmaz əmlakın dövlət reyestri ilə əlaqədar olaraq müvafiq qanunlarda baş verən dəyişikliklərin mahiyyətini kifayət qədər açıqladı. Qeyd etmək istərdim ki, qanun layihəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Res-publikası Prezidentinin 2011-ci il 26 dekabr tarixli Fərmanının icrası məqsədi ilə hazırlanmışdır.
Qanun layihəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün yeni əsaslar müəyyən edən müddəalarının əlavə edilməsini və ölkə vətəndaşlarının daşınmaz əmlaka münasibətdə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması hüququnun təmin edilməsi məsələlərini nəzərdə tutur. Qanuna yeni 8.0.9-cu, 8.0.10-cu, 8.0.11-ci və 8.0.12-ci maddələr əlavə edilir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Ziyad müəllim, üçüncü məsələ də birinci məsələ ilə bağlıdır. Zəhmət olmasa, o barədə də məlumat verin, səsverməni ayrıca keçirərik.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinın üçüncü hissəsinin dördüncü abzasına “mənzil sahəsinin orderi” sözlərindən sonra “və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilir. Qanun layihəsi mənzil kirayə müqavilələrinin yaratdığı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edilməsi məsələlərini nəzərdə tutur ki, bu da bütövlükdə vətəndaşların hüquqlarının genişləndirilməsinə xidmət edir.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Qanun layihələri ilə bağlı çıxış etmək istəyənlər var. Çingiz Qənizadə, buyurun.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən qeyd etmək istəyirəm ki, bu qanun layihəsi, doğrudan da, vaxtında Milli Məclisə təqdim edilmiş bir layihədir. Bu nədən doğur? Əvvəla, daşınmaz əmlakın dövlət reyestri orqanı son zamanlar insanlara daha çevik, operativ və şəffaf xidmət göstərməkdədir. Artıq cəmiyyət də bunu bilir və bunda maraqlıdır. Belə hesab edirəm ki, bu dəyişiklik də məhz ona yönəlib. Niyə? Çünki biz 2013-cü ildə Şəhərsalma və Tikinti Məcəlləsini qəbul etdik və burada bir çox vətəndaşlara tikinti ilə bağlı hüquqlar verdik. Eyni zamanda, biz Mülki Məcəlləyə, Mənzil Məcəlləsinə dəyişikliklər etmişik və bu gün bu qanun müzakirəyə çıxarılmasaydı və burada tələb olunan o maddələrə əlavə və dəyişiklikləri qəbul etməsəydik, digər qanunlarla vətəndaşlara vermiş olduğumuz hüquqlar haqlı olaraq bu qurum tərəfindən tanınmaya bilərdi və yaxud qanundakı boşluq insanları mülkiyyətlərini sənədləşdirməsi üçün müəyyən problemlər qarşısında qoymuş olardı. Ona görə mən bir daha qeyd edirəm ki, bu operativlik və çeviklik daşınmaz əmlakın dövlət reyestri qurumu tərəfindən vaxtında müzakirəyə təqdim olunub.
Mən bir neçə məqamı qeyd etmək istəyirəm. Xüsusilə Şəhərsalma və Tikinti Məcəlləsi ilə hündürlüyü 12 metrə qədər olan yaşayış evlərinə münasibətdə, çoxmənzilli binalara münasibətdə və digər hüquqlara münasibətdə bu qanunun bugünkü qəbulu mütləq idi. Daha maraqlı məqam burada 8-ci maddənin 0.11-ci bəndi idi.
Mənzil fondunun özəlləşdirilməsi ilə bağlı ikinci məsə-ləni Ziyad müəllim qeyd etdi. Burada da insanlar müəyyən çətinliklərlə üzləşirdilər. Bilirsiniz ki, ictimai mənzil fond-larından vətəndaşlara yaşamaq üçün icazələr verilmişdi. Bu, kirayə müqaviləsi ilə idi, orderlə idi və yaxud sərəncamla idi. Bu günə qədər vətəndaşların müəyyən hissəsi yaşadıqları mənzilləri özəlləşdirə bilməmişdir. Bunu qanun qadağan edirdi. İndi haqlı olaraq biz bu qanunu qəbul etdikdən sonra hətta yaşadığı mənzilə orderi olmayan vətəndaşlar da, – müvafiq sərəncam və yaxud da kirayə müqaviləsi varsa, – daşınmaz əmlakın dövlət reyestri orqanında çox rahat şəkildə öz mənzillərini özəlləşdirmək hüququnu əldə edəcəklər.
Belə hesab edirəm ki, bütün bu düzəlişlər və dəyişikliklər insanların rifahına xidmət etmək üçündür və eyni zamanda, bu, qurumdan öz sənədlərini rahat əldə etməyə yönələn bir addımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, bu, sənədləşmədə vətəndaşın vəziyyətini rahatlaşdıran məsələdir. Amma biz vətəndaşın daha köklü hüquqlarını, fundamental hüquqlarını yüngülləşdirmək istiqamətində addımlar atmağı arxa planda saxlayırıq, daha çox bu istiqamətlərə, belə sənədləşmə işlərində nəyinsə həlli ilə bu problemlərin çözüləcəyini düşünürük. Məsələn, çoxmənzilli yaşayış binalarında yaşayan insanların Azərbaycanda bəlkə də 60, 70 faizi orderi olduğu mənzili özəlləşdirə bilməyib, mənzilə mülkiyyət hüquqları tam şəkildə tanınmayıb.
Bu məsələni artıq həll etmək lazımdır. Vətəndaşın günahı deyil ki, bina illərlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, yaxud da müvafiq qurumlar tərəfindən təhvil alınmır. Vətəndaş nə etsin? Vətəndaş öz evinə qeydiyyata düşə bilmir. Bu problem var Azərbaycanda.
Normal ölkələrdə, Mülki Məcəllənin işlədiyi ölkələrdə orderin varsa, rahatca gedib evinin özəlləşmə sənədini alırsan. Bizdə bu yoxdur. Tutaq ki, mən yaşadığım evdə yox, tamamilə başqa yerdə qeydiyyatdayam. Çünki yaşadığım evə qeydiyyata almırlar ki, bu hələ təhvil alınmayıb. Yəni bu problem çözülməlidir.
Bağ təsərrüfatları ilə də bağlı bu problem var. Mənə onlarla, yüzlərlə vətəndaş müraciət edir. Kürdəxanı–Ləhic bağ massivində xeyli yerlər var ki, onları tamamilə hüquqa aid olmayan müxtəlif şəxslər götürüb, bir bağ sahəsini 3–4 nəfərə satıblar. Bələdiyyənin kağızı hamıda var. Əhalini aldadırlar. Bunlar barədə dələduzluq maddəsi ilə cinayət işi də açılmır. Tamamilə dəxli olmayan adamlar hərədən 6 min, 7 min alır və heç qorxub çəkinmirlər ki, bunları tutarlar, həbs edərlər. Məsələn, Kürdəxanıda Feyzi adında bir adam var. Heç bir statusu yoxdur, amma bütün işlərə o baxır, yerləri o paylayır. Kim buna bu səlahiyyəti verib? Polisin gözü qabağında, prokurorluğun gözü qabağında belə qəribə bir vəziyyət yaranıb.
Kim bağ sahəsi alması barədə sənədini təhvil veribsə, qardaşım, gətir bunun bağ sahəsini ver. Firmasan, öhdəlik götürmüsən, apar bunun sənədini ver. Bir-iki narkomanı, tamamilə dəxli olmayan adamı salıblar ortaya ki, vasitəçi budur. Bu da vətəndaşın yerini 5-6 adama satıb. Vətəndaş ancaq məhkəmələrdə sürünür. Məhkəmə də çox vaxt qərar çıxarmır ki, sabah yuxarıda kiməsə bağlı olar, ilişərəm, bu işə girməyim. Bax belə bir vəziyyətdə olan vətəndaşın işini yüngülləşdirmək lazımdır.
Ziyafət müəllim, necə ola bilər ki, aldığı evdə, məsələn, on il yaşayan bir adamın evi özəlləşdirilməsin. Bu, sabah vəfat edəndən sonra miras hüququ yaranır, başqa məsələlər yaranır. Bu adam özəlləşdirilməmiş evi kiməsə notarial qaydada necə versin? Ona görə də bu kimi xırda sənədləşmə işlərini bir kənara qoyub, vətəndaşın əsas, köklü hüquqlarının tanınması istiqamətində addımlar atsaq, məncə, daha çox insanımıza fayda verərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Fazil müəllim, təşəkkür edirəm. Mən, əlbəttə, o fikirlə razıyam ki, mənzillərin qeydiyyata götürülməsi ilə bağlı problemlər var. Amma bu qanunlara edilən dəyişikliklər bürokratiyanın aradan qaldırılması üçün vacibdir. Başqa çıxış etmək istəyən yoxdur? Buyurun, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.58 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
 
Səsvermənin nəticələri  (saat 12.58 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. İnzibati Xətalar Məcəlləsində edilən bu dəyişikliklər, əslində, həm də növbəti, 5-ci məsələdən – “Əhalinin sağlamlığı-nın qorunması haqqında” Qanunda edilən dəyişikliklərdən irəli gəlir. Ona görə bəlkə elə o məsələ də müzakirə edilsin, sonra ayrı-ayrılıqda səsvermə olsun.
Amma mən indi o növbəti 5-ci məsələdə öz əksini tapmış və İnzibati Xətalar Məcəlləsində dispozisiyada olan müd-dəaları bir daha qeyd etmək istəyirəm. Beləliklə, təklif olunur ki, dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti üçün verilmiş lisenziyada göstərilən işlər və xidmətlərdən kənar tibbi fəaliyyətin həyata keçi-rilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulsun. Bu tamamilə yeni bir məsələdir. 65–3-cü maddənin ikinci hissəsində isə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi tələb olunan şəxsləri bu yardımı göstərən tibbi müəssisələrə göndərməməyə görə inzibati məsuliyyət nəzərdə tutulur.
Bu dəyişikliklər əhaliyə göstərilən tibbi xidmətin keyfiy-yətinin yüksəldilməsinə yönəlib. Cərimələr də kifayət qədər ciddidir. Amma bir daha vurğulamaq istəyirəm ki, bu dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə indi müzakirə edəcəyimiz növbəti məsələdən irəli gəlir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm. Hadi Rəcəbli. Buyurun, Hadi müəllim.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Minnətdaram, Ziyafət müəllim. Həqiqətən, gündəliyimiz-dəki bu iki məsələ bir-birini tamamlayan layihələrdir. Mən istəyirəm, 5-ci məsələdə olan fikri səsləndirim. Qanunun iki maddəsinə – 34-cü və 46-cı maddələrinə dəyişiklik edilir. Burada vətəndaşa tibbi xidmətin daha da yaxşılaşdırılmasından söhbət gedir. 34-cü maddəyə belə bir müddəa əlavə olunur: “Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir”.
46-cı maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilir: “Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçi-rilməsinə yol verilmir”.
Bax bu iki müddəanın baş məqsədi odur ki, Azərbaycan vətəndaşına keyfiyyətli tibbi yardım göstərilsin. Təsəvvür edin, bu gün hətta diş poliklinikasında, görürsən ki, fiziote-rapevtik və ya başqa tibbi müayinələr həyata keçirilir.
Bununla bağlı, əlbəttə, 4-cü məsələ – İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklik də bu gün müzakirə mövzu-sudur. Məsələn, Səhiyyə Nazirliyi bu normaların pozulma-sına görə məsuliyyətin artırılmasını istəyir, hətta tələb edir. Burada həkimin cəzalandırılmasını bir o qədər də istəmirlər, amma o hüquqi şəxsın, yəni o özəl müəssisənin sahibinin daha çox cəzalandırılması təklif olunur. Məsələn, burada biz nəzərdə tuturuq 800 manat, onlar deyirlər ki, bunu 8000 manat edək. İndi güman ki, burada devalvasiya ilə bağlı da bəzi fikirlər səslənə bilər.
Mən, əlbəttə, təqdim olunan layihələrin qəbul edilməsini istəyirəm, amma düşünürəm ki, gələcəkdə biz bu məsələlərə bir də qayıdacağıq. Çünki bu gün elə vəziyyət yaranıb ki, Səhiyyə Nazirliyinin lisenziya verilmiş müəssisəni bağlamaq imkanları məhduddur. Bunun hüquqi bazası bu gün lazımınca deyil. Biz xahiş etmişik, onlar öz fikirlərini desinlər. Qanun təşəbbüskarı olan Prezident Administrasiyası ilə danışmışıq, ola bilər, gələcəkdə həmin layihələr bizə təqdim olunsun, onda pul cəriməsi ilə cəzalandırmanın da həcmini artırmaq olar.
Sədrlik edən. Sağ olun, Hadi müəllim, təşəkkür edirəm. Qanun layihələri ilə bağlı Leyla xanım çıxış etmək istəyir. Buyurun, Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, məlumdur ki, dövlətimiz ölkədə səhiyyə sisteminə, vətəndaşların sağlamlığının qorunmasına həmişə böyük diqqət və qayğı ilə yanaşır. İnsanların sağlamlıq və tibbi yardım almaq hüququna dövlət tərəfindən təminat verilir. Bu təminat qanunvericilikdə əks olunmuşdur. Yəni tibbi yardım almaq mexanizmi mövcuddur. Ölkədə həm dövlət tibb müəssisələri, həm də özəl klinikalar fəaliyyət göstərir. Bu da insanlara seçim etmək, daha keyfiyyətli tibbi xidmətlərdən yararlanmaq imkanı yaradır.
Bu sahə ölkə rəhbərliyinin, möhtərəm Prezident cənab
İlham Əliyevin daim nəzarətindədir. Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyeva da bu sahəyə həmişə qayğı ilə yanaşır. Onun rəhbərlik etdiyi fond mər-həmət və qayğı ünvanına çevrilmişdir. Bölgələrdə diaqnostik mərkəzlər tikilir, regionlara mütəmadi olaraq səyyar həkim briqadaları göndərilir.
Eyni zamanda, müəyyən məsələlər var ki, insanlarımızı narahat edir. Mənə də bu haqda müraciətlər olur. Bunlardan biri də əməliyyatların keçirilməsi zamanı yaranan problem-lərdir. Son zamanlar mətbuatda da belə məlumatların şahidi oluruq. Xüsusən də bəzi özəl klinikalarda keyfiyyətsiz tibbi əməliyyatların keçirildiyi hallar olur. Nəticədə insanlar ciddi riskə məruz qalır, bəzən sağlamlıqlarına böyük zərbə vurulur, hətta ölüm hallarına da rast gəlinir. Nəticədə xəstələr və onların yaxınları ilə bu klinikalar arasında mübahisələr məhkəməyə qədər gedib çıxır.
Bu baxımdan təklif edərdim ki, həm xəstələrin sağlamlıq və keyfiyyətli tibbi yardım almaq hüququnu təmin etmək, həm də həkimlərin məsuliyyətini artırmaq, gələcəkdə baş verə biləcək neqativ hallardan sığortalanmaq, işin məhkə-məyə qədər gedib çıxacağı təqdirdə obyektiv araşdırılması üçün qanunvericilikdə bütün tibbi əməliyyatların məcburi videoçəkilişlərinin aparılması haqqında bir müddəa əks etdirilsin. Yəni Azərbaycan Respublikası ərazisində olan bütün tibb müəssisələri keçirdikləri əməliyyatların videoçəkilişini həyata keçirsinlər.
Buna nəzarət Səhiyyə Nazirliyinə tapşırıla bilərdi. Nəticədə hər bir əməliyyatdan sonra üç nüsxədə videomaterial alınardı ki, bunun biri nazirliyə, biri klinikaya, biri isə pasiyentə verilərdi. Düzdür, klinikalarda indi də belə bir təcrübə var, amma məcburi deyil. Klinikalar bunu etməyə də bilər.
Bu addım hər şeydən öncə preventiv, qabaqlayıcı xarakter daşıyaraq tibb işçilərinin məsuliyyət hissini xeyli artırardı. Qeyd edim ki, bəzi ölkələrdə bu təcrübə artıq var. Bu, bəzi ölkələrdə pasiyentə bir hüquq kimi verilirsə, bəzilərində klinikalara məcburi göstəriş halında nəzərdə tutulur. Bizdə də bu variantlardan biri nəzərə alına bilərdi. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Leyla xanım. Başqa çıxış etmək istəyən yoxdur? Xahiş edirəm, 4-cü məsələyə – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.06 dəq.)
 Lehinə  88
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  88
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.07 dəq.)
 Lehinə  85
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  86
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti iki məsələ – “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi barədə. Əli müəllim, hər iki qanun layihəsinə dair məlumat verin, xahiş edirəm.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. “Məhkəmə-lər və hakimlər haqqında” Qanuna edilən dəyişiklik çox kiçikdir. Məsələ burasındadır ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunda məhkəmə sədrləri müavinlərinin səla-hiyyətləri nəzərdə tutulmamışdı. Bu qanunu 2004-cü ildə qəbul etmişdik və o vaxt burada bütün məsələləri nəzərə ala bilməmişdik. Məlumdur ki, bir sıra hallarda müavinlər sədrləri əvəz edirlər. Buna görə qanunda onların səlahiy-yətlərinin nəzərdə tutulması vacibdir. Bu baxımdan qanuna rayon məhkəməsi, hərbi məhkəmə və inzibati-iqtisadi məh-kəmə sədrlərinin müavinlərinin səlahiyyətlərini əks etdirən üç maddə təklif olunur.
“Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda edilən dəyişikliklərdən biri Məhkəmə-Hüquq Şurasının üzvləri ilə bağlıdır. Qanunun yeni redaksiyada verilən 10.1.8-ci maddəsində göstərilir ki, Məhkəmə-Hüquq Şurası üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün əsaslardan biri də onun əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilməməsidir.
Daha bir vacib məsələ qanuna əlavə edilən 11.0.4-3-cü maddə ilə bağlıdır. Burada göstərilir ki, hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq ədliyyə və ya prokuror orqan-larında işləmiş şəxs yenidən hakim vəzifəsinə təyin edilmək arzusunu bildirdikdə Məhkəmə-Hüquq Şurasında müsahibədən keçir. Belə ki, artıq yazılı imtahan verməyə ehtiyac yoxdur, ancaq müsahibədən keçmək kifayətdir. Çünki o, vaxtilə test imtahanlarını verib, nəticəsi olub. Sadəcə, öz arzusu ilə digər orqanlarda fəaliyyət göstərib.
Bunlar elə Məhkəmə-Hüquq Şurasında hazırlanmış və sonradan qanunvericilik subyektinə təklif olunmuş məsələ-lərdir və məhkəmələrin, hakimlərin və Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin həyata keçirilməsinə xidmət edir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Əgər çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

 Səsvermənin nəticələri  (saat 13.10 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  92
 Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsə qoyulur. Buyurun.

 Səsvermənin nəticələri  (saat 13.10 dəq.)
 Lehinə  86
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  86
 Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Ünvanlı dövlət sosial yardımı haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Komitə sədri Hadi Rəcəbli məlumat verir. Buyurun, Hadi müəllim.
H.Rəcəbli. 8-ci və 9-cu məsələlər çox kiçik qanun layi-hələri olduğundan icazə versəydiniz, onlar haqqında bir yerdə məlumat verərdim.
Sədrlik edən. Buyurun.
H.Rəcəbli. Ünvanlı sosial yardım indiyədək 1 il müddə-tinə təyin olunurdu. İndi isə təklif edilir ki, bu, 2 ilədək uzadılsın. Bu çox gözəl və yaxşı addımdır, bürokratik əngəllərin qarşısını alır.
İkinci məsələ. Xatırlayırsınızsa, biz Ailə Məcəlləsində o vaxt icbari tibbi arayış məsələsini qoymuşduq. O sənəd imzalanandan sonra məlum oldu ki, bunun tətbiqi üçün vaxt çatmır. Ona görə də bu vaxt uzadıldı. Bu qanun 2015-ci il yanvarın 7-dən qüvvəyə minməliydi. İndi isə biz düzəliş etmişik, yazmışıq ki, bu qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minir. Ona görə düşünürəm ki, hər iki layihə önəmli və lazımlı sənədlərdir.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Qanun layihələri ilə bağlı çıxış etmək istəyənlər var. Fazil Mustafa, buyurun.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, Azərbaycanda ünvanlı döv-lət sosial yardımının verilməsi sahəsində problemlərin, xü-susilə də bürokratik əngəllərin aradan qaldırılması istiqamətində çox müsbət dəyişikliklər baş veribdir. Bu sahədə şikayətlər də, demək olar ki, əvvəlki illərdən fərqli olaraq xeyli azalıb. Biz millət vəkilləri əhalinin daha çox aztəminatlı hissəsi ilə təmasda oluruq. Hər dəfə qəbulda bu istiqamətdə çox sayda şikayətlər alırdıq. Ünvanlı sosial yardımın alına bilməməsi və ya hansısa sənədlərin olmaması bəhanə gətirilərək insanın qeydiyyata götürülməməsi bizə də çətinliklər yaradırdı. Amma son illərdə, xüsusən son vaxtlarda bunun şahidi olmuruq.
Mən hesab edirəm ki, sosial yardım almaq müddətinin 2 ilə qaldırılması da müsbət haldır. Yəni 1 ildən sonra vətən-daşın yenidən eyni sənədləri toplayıb ora getməsinin mənası olmur. Onsuz da yoxsulluq səviyyəsi dəyişmirsə, vətəndaşın maddi imkanı dəyişmirsə, vəziyyəti eyni qalırsa, artıq bu əngəlin ortadan qaldırılması yaxşıdır. Mən bunu müsbət dəyərləndirirəm.
İkinci məsələ barədə də fikrimi demək istəyirəm. Keçən il biz qəbul etmişdik ki, Ailə Məcəlləsində bu dəyişikliklər 2015-ci il yanvarın 1-dən qüvvəyə minir. Ümumiyyətlə, qanunvericilikdə normativ hüquqi aktlarla bağlı məsələlər qəbul olunandan sonra, təbii ki, deputatların qanunvericilik təşəbbüsü hüququ kifayət qədər məhdudlaşdırıldı. Çünki qanunvericilikdə bu hüququn həyata keçirilməsinə faktik olaraq mane ola biləcək xeyli müddəalar – ekspertiza rəyi və başqa məsələlər oldu. Ona görə də bu istiqamətdə artıq bizim də təşəbbüskarlığımız xeyli azalıbdır, çünki sonunda harasa dirənəcəyini bilirik.
Məncə, bu qanun əgər hazır deyilsə, heç iyunun 1-dən də onu tətbiq etməyimiz doğru deyil. Bunu ölçüb-biçmək lazımdır. Yəni müəyyənləşdirmək lazımdır ki, cəmiyyətdə buna nə cür münasibət var, cəmiyyət buna hazırdırmı. Bütün bu məsələlərin həlli üçün biz yanvarın 1-ni təyin etmişiksə, niyə yanvarın 1-də bunu tətbiq etməyək? Qanunvericilikdə bu məsələlərə, məncə, bir az ciddi yanaşmaq lazımdır. Milli Məclis sanki notariat orqanıdır. Sənədə hansı tarixi qoyurlarsa, biz də onu təsdiq edir, düşünürük ki, eybi yox, bu da alınmasa, sonra yeni qanun layihəsi qəbul edib tarixi dəyişərik. Məncə, biz bu ənənəni dəyişməliyik ki, qanunvericilik fəaliyyətimiz cəmiyyət tərəfindən daha ciddi qəbul olunsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Fazil müəllim. Mən bir məsələyə aydınlıq gətirim. Burada söhbət ənənədən getmir. Biz müəyyən etmişdik yanvar ayının 1-dən. Sonradan məlum oldu ki, bu arayışı təqdim etmək üçün tələb olunan xəstəliklərin siyahısı tutulmalıdır. Ondan sonra, müəyyənləşdirilməlidir ki, rayonlarda, bölgələrdə bizim klinikaların maddi-texniki vəziyyəti necədir, buna imkan verir, vermir. Bunlar aydınlaşdırılandan sonra, yəqin ki, konkret qərar qəbul olunacaq.
Deputatların qanunvericilik hüququnun məhdudlaşdırıl-ması barədə dediklərinizə gəlincə, Fazil müəllim, mən bu fikirlə qətiyyən razı ola bilmərəm. Bəli, biz “Normativ hü-quqi aktlar haqqında” Konstitusiya Qanunu qəbul etmişik və bu Qanun da tələb edir ki, irəli sürülən qanunvericilik aktı əsaslandırılmalıdır. Göstərilməlidir ki, onun tətbiqi maddi baxımdan hansı vəsait yükü tələb edəcək, dil baxımından onun leksikası necə olacaq. Sözsüz ki, o, hüquqi ekspertizadan da keçməli və yalnız bundan sonra təqdim olunmalıdır. İndi əgər bəzilərimiz tənbəllik edib bunu etmək istəmiriksə, bu başqa söhbətin mövzusudur.
Qüdrət Həsənquliyev, buyurun.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, media nümayəndələri! Mən bu düzəlişə səs verəcəyəm. Amma qeyd etmək istəyirəm ki, ərzaq məhsullarının qiymətinin qalxması ilə əlaqədar olaraq ünvanlı sosial yardım alan şəxslərin müavinətləri ən azı mart ayından 35 faiz artırılmalıdır. Ona görə ki, bunlar əhalinin ən aztəminatlı hissəsidir və fakt budur ki, mağazalarda ərzaq məhsullarının, gündəlik tələbat mallarının qiyməti xeyli dərəcədə, 30 faizdən çox qalxıb. Ona görə də hökumət bu barədə ciddi şəkildə düşünməlidir.
Yeri gəlmişkən, bir məqamı da vurğulamaq istəyirəm. Bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ciddi surətdə düşünməlidir ki, necə edək, ünvanlı sosial yardım alanların sayı ildən-ilə azalsın, əmək qabiliyyətlilər işlə tə-min olunsunlar. Yəni burada bir araşdırma aparılmalı, dövlət bu istiqamətdə ciddi iş görməlidir. Biz çalışaq ki, daha az insan dövlətdən sosial müavinətlər alsın. İnsanlar ələbaxımlığa öyrəşməsinlər və onlar özləri işləyib halal zəhmətləri ilə özlərini dolandırsınlar. Biz bu siyasəti həyata keçirməyə çalışmalıyıq ki, büdcədən bu istiqamətdə ayrılan xərclər azaldılsın. Mən bunu da, yeri gəlmişkən, diqqətə çatdırmağı lazım bildim. Sağ olun.
Sədrlik edən. Sağ olun, Qüdrət bəy. Bir məsələni, sadə-cə, yadınıza salmaq istəyirəm. Dövlət büdcəsi müzakirə olunanda bizim nazir Səlim müəllim burada kifayət qədər geniş çıxış etdi. Bu sahədə, doğrudan da, çox ciddi iş apa-rılır. Əhalinin həmin kateqoriyasının işlə təmin olunması, ələbaxımlığın aradan qaldırılması ilə bağlı ciddi işlər gedir. Buyurun, xahiş edirəm, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.18 dəq.)
 Lehinə  91
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun qüvvəyə minmə müddətinin dəyişdirilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.19 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  92
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, bu çox kiçik və texniki bir düzəlişdir. Belə ki, 2014-cü ildə biz Əmək Məcəlləsində bir dəyişiklik etmişdik. İndi bu qanun layihəsi də həmin dəyişikliklə bağlıdır. Əmək Məcəlləsi ilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin uyğun-laşdırılması məqsədi ilə layihədə təklif olunur ki, İnzibati Xətalar Məcəlləsinin 318.1-ci maddəsindən “və ya bu orqa-nın vəzifəli şəxsləri tərəfindən öz səlahiyətləri daxilində qəbul etdikləri digər qərarların” sözləri çıxarılsın. Yəni bu, sırf texniki bir dəyişiklikdir.
Sədrlik edən. Sağ olun. Buyurun, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələr (saat 13.20 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılır. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bilirsiniz ki, bu yaxınlarda Miqrasiya Məcəlləsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması məsələsinə baxdıq və 3 gün müd-dətini 10 gün müddəti ilə əvəz etdik. Bundan bütün əcnəbilər, elə bizim insanlarımız da çox razı qaldılar. Amma indi bunun tətbiqi ilə bağlı bir problem yaranır. Belə ki, Miqrasiya Məcəlləsində müvafiq icra hakimiyyəti orqanına lazımi sənədlərin göndərilməsinin müxtəlif vasitələri göstərilir. Onlardan biri də poçt göndərişidir. Amma poçtla göndərilən sənədlər, görünür, bəzən naməlum səbəblərdən ünvana gec çatır və ya çatmır. Ona görə təklif olunur ki, Miqrasiya Məcəlləsinin 21.2-ci maddəsindən “poçt” sözü çıxarılsın. Məncə, poçt istisna edildikdən sonra sənədlərin vaxtında çatdırılmasında artıq heç bir problem olmayacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Yevda Abramov, buyurun.
Y.Abramov. Təşəkkür edirəm, Ziyafət müəllim. Əli mü-əllimə də çox təşəkkür edirəm. Yadınızdadırsa, mən parla-mentdə bu qanunun bir müddəası – 3 gün məsələsi ilə bağlı çıxış etmişdim. Sonra Əli müəllim Prezident Administrasi-yası ilə bu məsələləri müzakirə etdi və çox yaxşı ki, 3 gün müddəti 10 gün müddəti ilə əvəz olundu.
İndi bu qanunla əlaqədar olaraq məni narahat edən başqa bir məsələdir. Yəqin ki, Əli müəllimin yadındadır. Dövlət Miqrasiya Xidmətinin işçisi, hüquqşünası burada olanda mən viza haqqında da məsələ qaldırmışdım. Demişdim, elə dövlətlər var ki, onlarla Azərbaycan arasında birbaşa föv-qəladə və səlahiyyətli səfir səviyyəsində mübadilə yoxdur. Bu ölkələrdən biri də bizə dost olan İsrail dövlətidir. Azər-baycana gələn əcnəbilərin əsas hissəsi də elə keçmiş Azər-baycan vətəndaşları olan və bu gün İsraildə yaşayan insan-lardır.
Bu gün o insanları narahat edən nədir? Elə cənab Liber-manın dəftərxanasından da dəfələrlə bu işlə maraqlanıblar ki, niyə məhz bizdən gələn insanlar sizin aeroportda 30 gündən artıq viza ala bilmirlər? Axı biz sizə 19 manat dəyə-rində birbaşa 90 günlük viza, lazım olan insanlara mültiviza, yəni çoxistiqamətli viza da veririk. Mən bu sualı o vaxt bizim Dövlət Miqrasiya Xidmətinin əməkdaşına ünvanladım. O dedi ki, bu işdə bizdə problem yoxdur. Amma mən dəfələrlə bizim aeroportda olmuşam. Orada 30 gündən artıq viza vermirlər, Ziyafət müəllim. Bu sözü açıq demək lazımdır. Verəndə də onu necə verirlər? Mən bunu bu salonda demək istəmirəm. Bu çox iyrənc hərəkətdir. Yəqin ki, Əli müəllim bir gözəl hüquqşünas kimi gələcəkdə bu məsələni yoluna qoyar.
Azərbaycana təkcə İsrailin deyil, digər ölkələrin də vətəndaşları gəlirlər. Onların burada olma müddəti 90 gün olanda nə olacaq? 30 gün verilir. 30 gündən sonra bu insan Miqrasiya İdarəsinə ayaq döyməli, neçə arayış verməli, xəstəxanalardan saxta arayışlar təqdim etməlidir. Bəzən belə deyirlər, – mən özüm bu söhbətlərdə iştirak eləmişəm, – əşi, gedin aeroporta, 300 manat cərimə verin, özünüzü bu qədər əziyyətə salmayın. Niyə? Bu cür imici olan bir dövlət niyə öz ölkəsində bir vətəndaşa 90 günlük viza verməsin? Bu bir məsələ.
Sonra, bir məsələni də mən deputat hüququmdan istifadə edərək demək istəyirəm. Ziyafət müəllim, mən iki dəfə cari məsələlərdə çıxışa yazıldım. Keçən dəfə 12-ci adam idim, bu gün 8-ci idim, çata bilmədim.
Mən mühüm bir məsələni parlamentə çatdırmaq istəyi-rəm. Bu yaxınlarda biz Sizinlə İsraildən çox böyük bir nümayəndə heyətini qəbul etdik. Yəqin ki, mətbuatda izlə-diniz, Sizin verdiyiniz müsahibə, mənim, Əli Həsənovun, Kamal Abdullanın və başqalarının çıxışları, xüsusən Slavyan Universitetində keçirilən tədbir “Jerusalem Post” qəzetində çox böyük əks-səda doğurub.
Bahar xanımın dediklərində çox böyük həqiqət var. Xalq artıq bir neçə gündür, Xocalı kampaniyasına başlayıb. Yə-qin, deputatlarımızdan kim isə indi İsraildədir. Məni maraq-landırmır, kim ora gedir. Mən orada dəfələrlə olmuşam.
Mənim ora ilə artıq telefon əlaqələrim olub. Bu gün, sa-bah və birigün İsrailin çox böyük 4-5 şəhərində Azərbaycan diasporu, xüsusən “Şahdağ” qeyri-hökumət təşkilatı və Azərbaycan–İsrail Beynəlxalq Assosiasiyası böyük tədbirlər keçirəcək. Çox böyük uğurdur və bu, əvvəlkilərdən qat-qat çox olacaq.
Demək istədiyim nədir? Gələn ay İsraildə parlament seç-kiləri keçiriləcək, Ziyafət müəllim. Mən bilirəm ki, bizim parlamentin bütün iclasları orada izlənilir. Bütün evlərdə parabolik antenalar var. Azərbaycanı izləyirlər. Bu bir nos-taljidir. Mən Azərbaycan–İsrail dostluq qrupunun rəhbəri kimi buradan bizim bütün keçmiş vətəndaşlarımıza səslə-nirəm. Azərbaycanın ərazi bütövlüyünü qəbul edən, Xocalı soyqırımını soyqırımı kimi qəbul eləyən, uydurma erməni soyqırımının tanınması məsələsinin İsrail parlamentinin gündəliyindən dəfələrlə çıxarılmasına nail olan partiyaların arxasınca getsinlər, o partiyalara səs versinlər. Əgər öz vətənlərini unutmurlarsa, Azərbaycan deyilən bir məkanı daim yuxularında görür, onu görməyə sinov gedirlərsə, belə partiyaların arxasınca getsinlər. Yəqin ki, gələcəkdə biz Knessetin yeni yaradılacaq İsrail–Azərbaycan dostluq qrupu ilə iş əlaqələri quracağıq.
Mühüm məsələlərdən biri də dünən Azərbaycan Prezi-dentinin verdiyi sərəncamdır. Mən elə onu demək istəyir-dim. Cənab Prezident Böyük Vətən müharibəsində qələbə-mizin 70 illiyi barədə çox böyük, geniş bir sərəncam verdi. Hökumətə tapşırıqlar verdi. Mən elə bilirəm ki, Prezident hər dəfə olduğu kimi belə bir gözəl addım atması ilə müharibədə həlak olmuş ata-babalarımızın ruhu və sağ qalan müharibə veteranları qarşısında çox böyük tarixi vəzifəni həyata keçirib və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin tərəfindən Böyük Vətən müharibəsində qələbənin Moskvada keçiriləcək 70 illik yubiley tədbirlərinə dəvət edilib.
Məndə Quba rayonunun bir sıra kəndlərindən eyni məsələ ilə bağlı göndərilmiş müraciətlər var, Ziyafət müəllim. Sağ qalmış müharibə veteranlarının və Böyük Vətən müharibəsində həlak olmuş insanların övladlarının kütləvi və fərdi şəkildə imzaladığı bu müraciətlərdə deyilir ki, Yevda müəllim, Milli Məclisin imkanlarından istifadə edilərək Rusiya Dövlət Duması və Rusiya hökuməti qarşısında Bakı şəhərinə qəhrəman şəhər adının verilməsi barədə vəsatət qaldırılmasını xahiş edirik. Müraciətlərdə rəqəmlər gətirilir. Mən onları sadalamaq istəmirəm. Müharibəyə getmiş 660 min adamın yarısı geri qayıtmayıb. O qələbəni təmin edən Azərbaycan neftçiləridir, Azərbaycan xalqıdır. Müharibə vaxtında ana-bacılarımız, nənələrimiz qələbə üçün əllərindən gələn hər şeyi etmiş, özlərinin gəlinlik barmaqçalıqlarını, qızıllarını, gümüşlərini, zinət əşyalarını ölkənin müdafiə fonduna vermişlər.
Bakı şəhəri heç də qəhrəman şəhər adı almış on bir şəhərdən geri qalmayıb. Niyə Bakı şəhərinə belə bir status verilməsin? Mənim ən böyük xahişim budur.
Yəqin ki, bir hüquqşünas kimi Siz bu məsələnin həlli yollarını bilirsiniz. Bizim Rusiya ilə dostluq qruplarımız var. Ən stajlı, təcrübəli deputatlarımız Arif Rəhimzadənin, Valeh müəllimin, – mən dəfələrlə görmüşəm, – Rusiya Dumasında yaxın dostları, tanışları var. Dostluq qrupunun səlahiyyətlərindən istifadə edərək bu məsələni gündəmə gətirmək lazımdır. Heç olmasa, qələbənin 70 illiyi ərəfəsində biz buna nail olsaq, ata-babalarımızın ruhu qarşısında, Böyük Vətən müharibəsinin iştirakçıları qarşısında tarixi borcumuzu yerinə yetirmiş olarıq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Yevda müəllim, təşəkkür edirəm. Qanun müzakirə edirik. Amma Yevda müəllim Bakının qəhrəman şəhər statusu alması barədə burada çox maraqlı məsələ qaldırdı. Mən Sizinlə tamamilə razıyam. Çox düzgün qeyd elədiniz ki, əslində, Böyük Vətən mühari-bəsinin qalibiyyətlə başa çatmasının əsas səbəbkarı elə Bakı nefti, Bakı neftçiləri idi. Çox təəssüf ki, Qorbaçov kimi şəxsiyyətsiz, ləyaqətsiz və alçaq insanlar bu addımı atmaqdan, Bakıya bu adı verməkdənsə, bizə 20 yanvarı, Qarabağ problemini qoyub getdilər. Çox təəssüf edirəm.
Yeri gəlmişkən, deyim ki, bizim hörmətli Sədrimiz cənab Oqtay Əsədov da Dumanın spikeri Sergey Narışkinin qarşısında bu məsələni qaldırıbdır. Mən bilirəm ki, əvvəlki spikerlərlə də bu məsələlər müzakirə olunubdur. İndi hər halda bu, Rusiya Federasiyasının özündən asılıdır. Yəni bu məsələ kifayət qədər qaldırılıb.
Əgər başqa çıxış eləmək istəyən yoxdursa...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fazil müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
F.Mustafa. Təşəkkür edirəm, Ziyafət müəllim. Ümumiy-yətlə, mən bu təklifi çox əsassız və siyasi cəhətdən yanlış hesab edirəm. Ona görə ki, biz müstəqil dövlətik. Rusiya Federasiyası tərəfindən Bakı şəhərinin qəhrəman şəhər elan olunmasının bizim üçün nə əhəmiyyəti var? Biz bu tədbiri ona görə keçiririk ki, bu gün Rusiya buna xüsusi siyasi önəm verir və müharibədə bizim də həlak olmuş çox vətəndaşlarımız var, onların xatirəsi yad edilsin. Yəni bu, qərar olaraq doğru qərardır. Amma bütövlükdə, Bakı şəhərinə hansı adın verilməsi ancaq Azərbaycan Milli Məclisi tərəfindən müzakirə oluna bilər. Artıq ötüb keçmiş bir məsələyə görə Rusiya tərəfindən Bakı şəhərinə qəhrəman adının verilməsi bizim nəyimizə lazımdır?! Mən hesab edirəm ki, bu məsələni, ümumiyyətlə, gündəmə gətirmək yanlışdır və siyasi cəhətdən doğru deyil. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil müəllim, əvvəla, hüquqi cəhətdən yanaşsaq, hesab edirəm, Yevda müəllim məsələni tamamilə düzgün qoyur və mən onu dəstəkləyirəm. Söhbət nədən gedir? Rusiya Federasiyası SSRİ-nin hüquqi varisidir. Söh-bət faktın təsdiqlənməsindən gedir. Bu qələbədə Azərbaycan neftçisinin payı çox böyükdür. Niyə bu fakt təsdiqlənməsin, niyə qəbul olunmasın? Söhbət bundan gedir. Yoxsa, Siz tamamilə düz deyirsiniz, bizə heç kimin ordeni, medalı, adı lazım deyil. Söhbət faktın təsdiqlənməsindən gedir.
Bu məsələ vaxtilə müzakirə olunub. Amma məsələ kon-kret qoyulmayıb ki, siz bu adı bizə verməlisiniz. Lazım deyil. Söhbət faktın təsdiq olunmasından gedir. Dünya bilsin ki, bu müharibənin udulmasında Bakı neftçiləri, Bakı sənayesi hansı rolu oynayıb. Söhbət bundan gedir. Yoxsa mən razıyam ki, bizə o ad verildi, ya verilmədi, o qədər də həsrətində deyilik.
Buyurun, xahiş edirəm, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.32 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  92
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azər-baycan Respublikası qanununun layihəsi barədə. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, “Ölçmə-lərin vəhdətinin təmin edilməsi haqqında” 2013-cü il 13 iyun tarixli Qanunun 20-ci maddəsində deyilir ki, bu Qa-nunun tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutulmalıdır. İndi cənab Prezident tərəfindən İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavə də bu məsələni həll edir. Belə ki, burada ölçmələrin vəhdətinin təmin edilməsi tələblərinin pozulmasına görə bir sıra cərimə sanksiyaları nəzərdə tutulur. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Çıxış eləmək istəyən yoxdur? Buyurun, qanun layihəsinə münasibət bil-dirək.

 Səsvermənin nəticələri  (saat 13.34 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Gündəliyimizdəki 13 və 14-cü məsələlər bir mək-tubla gəlib. Əgər icazə versəydiniz, mən onlar haqqında birdəfəlik məlumat verərdim.
Sədrlik edən. Buyurun.
Z.Səmədzadə. Ziyafət müəllim, Sizin artıq adını çəkdiyi-niz qanun layihəsində təklif olunur ki, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Qanuna aşağıdakı məzmunda 5.2.7-ci maddə əlavə edilsin: “Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz”.
Eyni zamanda, Qanuna aşağıdakı məzmunda 9.3.1-ci maddə əlavə edilir: “Sığortaçı sığorta ödənişini bu Qanunun 9.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir”.
Bu qanun layihəsi “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Qanunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi barədə” 2014-cü il 20 iyun tarixli Qanuna uyğunlaş-dırılmasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin hazırlanması da bununla əlaqədardır. Ona görə eyni dəyişikliklər, eyni müddəalardır. Millət vəkillərindən bu qanun layihələrinə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm. Buyurun, xahiş edirəm, “Auditorun peşə məsuliyyətinin icbari sığor-tası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.36 dəq.)
 Lehinə  91
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
 Səsvermənin nəticələri  (saat 13.37 dəq.)
 Lehinə  89
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Hadi müəllim, buyurun.
H.Rəcəbli. Minnətdaram, Ziyafət müəllim. Burada birinci onu qeyd eləmək istəyirəm ki, iki və ya daha çox komitəyə aidiyyəti olan qanun layihələrini bu komitələrin birgə müzakirə etməsi çox önəmlidir. Bizim bəzi qanunlar, görürsən, sosial siyasətlə bağlı olur, digər komitələrdə müzakirə olunur. Bizim bəzən xəbərimiz olmur. Sonra da bunun problemləri yaranır. Biz bu qanun layihələrinin birgə müzakirələrinə cəlb olunanda fikirlərimizi deyə bilirik, bəzi məsələlərə aydınlıq gətiririk. Ona görə də birgə müzakirələrin əhəmiyyəti böyükdür. Mən belə müzakirələrin təşkilinə görə Milli Məclis Aparatının rəhbərliyinə minnətdaram və xahiş edərdim ki, gələcəkdə də belə məsələlərə fikir versinlər.
Bu qanun layihəsində təklif olunan dəyişikliklər “Tibbi sığorta haqqında” Qanunu “İcbari sığortalar haqqında” Qa-nuna uyğunlaşdırmaq məqsədi daşıyır. Biz çox istərdik ki, mövcud olsa da, hələlik işləməyən “Tibbi sığorta haqqında” Qanunumuz işləsin. İnşallah, gələn ildən o, tətbiq olunacaq. Burada 2-ci və 13-cü maddələrə düzəliş olub. Bunlar texniki düzəlişlərdir. Mən düşünürəm ki, buna səs vermək olar. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm. Qanun la-yihəsi ilə bağlı çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.39 dəq.)
 Lehinə  91
 Əleyhinə 0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  92
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllə-sində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! İnzibati Xətalar Məcəlləsinə təklif olu-nan dəyişikliklər iki maddə ilə bağlıdır. Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması və televiziya yayımı sahəsində xüsusi razılığın qayda və şərtlərinin po-zulması. Orada heç bir dəyişiklik yoxdur. Dəyişən sanksiyalardır. Kifayət qədər ciddi surətdə dəyişir. Həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər üçün hər iki halda sanksiyalar 5 dəfə artırılır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. İndi keçək əsas məsələyə, görək sanksiyalar niyə dəyişir. Nizami müəllim, buyurun. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Komitə sədri Nizami Cəfərov.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Demək, burada əsas mə-sələ yayıma xitam verilməsi ilə bağlıdır, təxminən 10-a qə-dər məsələdir. Onların bir hissəsi texniki məzmundadır, yəni yayımçı ərizə verib imtina elədikdə, müəyyən vaxt ərzində yayımı həll eləyə bilmədikdə, həyata keçirə bilmədikdə və sair texniki səbəblərlə bağlı məsələlərdir.
Bir neçə məsələ də var. Məsələn, yayımçının məsuliyyətə cəlb olunması, sonra yayımla bağlı bizim teleradio yayımı haqqında qanunda müəyyən şərtlər var, onların yerinə yetirilməməsi, dövlətin ideologiyasına qarşı və ya antiinsani, antibəşəri ideyaları yaymağa cəhd edilməsi və sair bu kimi hallarda yayıma xitam verilir. Yəni bunlar kifayət qədər normativ və bütün dünyada yerinə yetirilən, teleradio verilişi siyasətində nəzərdə tutulan məsələlərdir. Yəni bir tərəfdən televiziya və radio yayımında məsuliyyət gücləndirilir, ikinci bir tərəfdən də bu sahəyə nəzarət eləyən icra orqanının, belə deyək, səlahiyyəti artırılır. Sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Elmira Axun-dova.
E.Axundova. Ziyafət müəllim, mən 17-ci məsələdən da-nışmaq istəyirdim, amma deyəsən, 16-cı və 17-ci məsələlər eynidir, yəni televiziya və radio yayımı haqqındadır.
Sədrlik edən. Elə deyil. Sadəcə, bir məktubla daxil olmuş iki qanun layihəsidir. Amma bir-biri ilə bağlıdır.
E.Axundova. Biz bu gün “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikləri müzakirə edirik. Həmin müddəalar, əsasən, tezliklər və lisenziyalar məsələsinə aiddir. Göründüyü kimi, həmin dəyişikliyə əsasən müvafiq qurumun, yəni Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin artırılması nəzərdə tutulur. Mən bunu məntiqli və zəruri hesab edirəm, dövrümüzün tələbidir. Qanunvericiliyə əsasən lisenziyanın ləğv edilməsi şərtlərindən biri milli, dini, irqi ədavətə, kütləvi iğtişaşlar törətməyə və sair əməllərə yönəldən, təhrik edən yayıma görə məhkəmənin qərarı ilə lisenziyaya xitam verilməsidir. Bu müddəa məntiqlidir, mən onu dəstəkləyirəm. Lakin fürsətdən istifadə edərək diqqətinizi bir məsələyə də yönəltmək istəyirəm. Xahiş edirəm, məni dinləyəsiniz, çünki Milli Televiziya və Radio Şurası haqqında Əsasnamədə deyilir ki, şuranın əsas vəzifələri televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Müddəadan görünür ki, texniki yayım vasitələri üzərində nəzarətdən başqa milli-mənəvi dəyərlərin qorunması vəzifəsi də şuranın üzərinə düşür. Bundan başqa, şura televiziya və informasiya məkanının vahid inkişaf konsepsiyasını hazırlamalı və həyata keçirməlidir. Əsasnamədə bu da var, lakin hesab edirəm ki, Milli Televiziya və Radio Şurası bütün bu vəzifələri tam həyata keçirmir. Cəmiyyətimizin əksər təbəqələri yerli televiziya kanallarının fəaliyyətindən narazıdır. Onların fəaliyyətində köklü islahatların aparılması tələb edilir. AzTV və İctimai TV, bəlkə də qismən ANS-i çıxmaqla kanallarda həddindən çox şou-proqramlar, mətbəx verilişləri, şadlıq saraylarının və restoranların reklamları verilməkdədir. Amma milli qəhrəmanlarımız, tanınmış şəxslər haqqında verilişlər, demək olar ki, yox dərəcəsindədir.
Mən diqqətinizi milli seriallara da yönəltmək istəyirəm. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən yerli serialların çəkilməsi üçün xeyli vəsait ayrılmışdır. Təəssüf ki, yenə də şit, ucuz, şou xarakterli seriallar ekranlardan düşmür. Axı hökumət pulları bu tip seriallar üçün ayırmayıb. Rusiya kanallarında olduğu kimi, milli polis orqanlarının şərəfli, ləyaqətli fəaliyyətindən bəhs edən, milli-mənəvi dəyərləri təbliğ edən, bizim yaxın və uzaq keçmişimizi əks etdirən, müharibə, repressiya illərimizi göstərən, azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən törədilən müsibətləri nümayiş etdirən seriallar yoxdur. Biz Xocalı faciəsinin ildönümü ərəfəsindəyik. Əgər biz Vahid Mustafayevin filmini nəzərə almasaq, bu barədə bircə dənə də serial çəkilməyib. Bütün bunlar zamanın tələbidir. Cəmiyyət bunları görmək istəyir. Nəyə görə çəkilən seriallar klassiklərimizin əsərləri əsasında ekranlaşdırılmır? Qoy ildə 2–3 yox, 1 serial çəkilsin, lakin keyfiyyətli olsun.
Biz Reklam haqqında qanun layihəsini qəbul edəndə sosial reklam haqqında müddəa əlavə etmişik. Milli Televi-ziya və Radio Şurası bu məsələlərə də diqqət ayırmalıdır. Bu sahədə ciddi nöqsanlar var. Telekanallarda bir dənə də olsun sosial xarakterli reklam görünmür. Amma bunlar vacibdir. Qoy məndən inciməsinlər, lakin deməliyəm ki, şuranın bu yöndə fəaliyyəti hiss olunmur. Şuranın yaradılmasından 10 ildən çox vaxt keçir. Amma təəssüf ki, fəaliyyəti dövründə şuranın informasiya məkanına dair vahid inkişaf konsepsiyası barədə eşitməmişik. Televiziya kanallarındakı proqramların səviyyəsinə baxanda düşünürəm ki, bu konsepsiya ya ümumiyyətlə, yoxdur, ya da həyata keçirilmir. Diqqət yetirin, bu yaxınlarda xalq yazıçısı, məşhur yazar Çingiz Abdullayev “525-ci qəzet”ə müsahibəsində deyib ki, Xocalının 4 milli qəhrəmanından danışan yoxdur, kişi kimi döyüşüblər. Biri qumbara ilə özünü partladıb, bu haqda niyə yazmırsınız? Onları bizlər üçün ermənilər gəlib tanıtmalıdırlar, ya ruslar? Hər gün bu haqda veriliş olmalıdır ki, budur bizim milli qəhrəmanlarımız. Bizdə isə hər gün yoğun-yoğun qadınlar səhər verilişlərində yemək yeyirlər, bütün günü yeyib-içib, oynayırlar. Telekanallarda səhərdən axşama qədər şadlıq saraylarının və restoranların reklamı gedir. Diqqət yetirin, bunu mən demirəm, xalq yazıçısı deyir.
Hesab edirəm ki, Azərbaycan telekanallarında şadlıq sa-raylarının və restoranların reklamı, ümumiyyətlə, ləğv edil-məlidir. Nə rus, nə də türk kanallarında şadlıq saraylarının reklamlarını görə bilərsiniz. Bizdə də bu reklamlar yığış-dırılmalı, onların əvəzində sosial reklamlar verilməlidir. Hesab edirəm ki, Milli Televiziya və Radio Şurası bizim yerli kanallarımızla bərabər öz işində ciddi dönüş yaratmalı, şuranın səsi daha aydın eşidilməli, bu cür hallara qarşı qanuni şəkildə ciddi mübarizə aparmalıdır. Təəssüflər olsun ki, Milli Televiziya və Radio Şurasınin səsini texniki məsələlərdən başqa, digər sahələrdə, yəni milli-mənəvi dəyərlərin qorunması ilə bağlı məsələlərdə çox az eşidirik. Bizim cəmiyyətimiz faktiki olaraq müharibə şəraitindədir, özəl kanallara baxanda elə düşünürsən ki, biz ən xoşbəxt millətik. Elə bil, heç 20 faiz torpağımız, doğma Qarabağımız işğal altında deyil. Mən demirəm ki, gəlin, qara çadra taxıb, yas tutaq, amma gərək ən azından hər bir işğal olunmuş rayonumuzla bağlı ətraflı verilişlər hazırlansın. Həmin rayonların təbiəti, gözəllikləri, yetişdirdiyi məşhur şəxslər haqqında böyük proqramlar olsun. Özəl kanallar milli qəhrəmanlarımız haqqında seriallar çəkməlidir. Şou-proqramlara qonaq qismində dəvət olunan incəsənət nümayəndələrinin davranışları, geyimləri, danışıq tərzləri isə insanda ikrah hissi oyadır. Axı buna bir nəzarət edən olmalıdır, ya yox. Bütün bu dərin kök salmış nöqsanları məhz Milli Televiziya və Radio Şurasının köməyi ilə aradan qaldıra bilərik. Çünki bu strukturun nəzarət mexanizmləri mövcuddur və ona kifayət qədər səlahiyyətlər verilib. Sadəcə, bu səlahiyyətlərdən işin xeyrinə istifadə etmək lazımdır. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Nizami müəllim, buyurun.
N.Cəfərov. Elmira xanımın dedikləri, əlbəttə, narahat-edici məsələlərdir. Bizim televiziyalarımızda da, radiomuzda da problemlər var. Amma Milli Televiziya və Radio Şurasının fəaliyyəti görünmür, işləmir fikri ilə mən qətiyyən razı deyiləm. Çünki bu 10 il ərzində böyük bir təcrübə qazanılıb. Bir də, Milli Televiziya və Radio Şurasının axı səlahiyyətinə daxil deyil ki, hər bir televiziya üçün proqram siyasəti müəyyənləşdirsin. Bəs onda demokratiya? Xalqın səviyyəsi, xalqın müğənnisinin, xalqın aparıcısının səviyyəsi necədirsə, televiziyası da elə olacaq. Teleradio Şurasının bunu heç zaman inzibati qaydada aradan qaldırmaq imkanı yoxdur. Amma mən xahiş edərdim ki, Elmira xanım Teleradio Şurasının fəaliyyəti görünmür deməsin. Yəni görünən işlər kifayət qədər çoxdur, amma problemlərimiz də var. O problemlər Milli Teleradio Şurasından irəli gəlmir, o, ümumi səviyyədən irəli gəlir. Belə demək olmaz ki, işləmir, filan, bu düz söhbət deyil. Sağ olun.
Sədrlik edən. Buyurun, Yaqub müəllim.
Y.Mahmudov. Elə məsələlər var ki, onu inzibati yolla həll etmək olmaz. Nizami müəllimin son sözləri məni tər-pətdi, ona görə də yazıldım. Biz azərbaycançılıq məfku-rəsinin üzərində dayanmalıyıq. Bütün ədəbiyyatımızda da, dildə də, tarix sahəsində də, televiziyamızda da bu məsələni biz qaldırmalıyıq, maarifçilik yüksəlməlidir, onda bizim televiziya verilişlərində keyfiyyət dəyişiklikləri artacaq. Amma həqiqəti demək lazımdır. Məsələn, Azərbaycan televiziyası, bizim milli televiziyamız nə qədər böyük rol oynayır? İndi bizim o yaxşı şeyi kənara qoyub, Milli Televiziya və Radio Şurasını təqsirləndirməyimiz doğru deyil. Mən razıyam, demokratik cəmiyyətdə bizim hüquqi sistemimiz var, biz camaatı məhdudlaşdıra bilmərik. Amma ziyalılıq öz rolunu oynamalıdır, beyinlərə yeridilməlidir. Bu baxımdan da bu müddət ərzində çox böyük iş görülüb. Milli Televiziya və Radio Şurasında bizim çox layiqli ziyalılarımız var, mən onların əməyinə yüksək qiymət verilməsinin tərəfdarıyam və təklif edirəm, məsələni biz qəbul edək.
Sədrlik edən. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.52 dəq.)
 Lehinə  89
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək, buyurun.

 Səsvermənin nəticələri  (saat 13.52 dəq.)
 Lehinə  89
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  89
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Müflisləşmə və iflas haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında müvafiq fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. Bilirsiniz ki, biz Milli Məclisdə sahibkarlıq fəaliyyətinə müdaxilələrin azaldılması ilə əlaqədar çox gözəl bir qanun qəbul etdik. Bu qanun imkan verir ki, sahibkarlığın inkişaf imkanları sürətlənsin, Azərbaycan iqtisadiyyatındakı rolu daha da artsın. “Müflisləşmə və iflas haqqında” Qanunda edilən dəyişikliklər iflas haqqında iş üzrə məhkəmə baxışı barədə elanları, o elanların nəşrinin müddəti barədə maddələri nəzərdə tutur. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Buyurun, Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən çox qısa və konkret olaraq bir təkliflə çıxış etmək istəyirəm. Yəni bu, qanunun mahiyyətinə müəyyən dərəcədə uyğundur. Bu il dollarla manatın dəyərlərində ya-ranmış olan fərqlə bağlı cəmiyyətimizdə müəyyən iş adam-larından yaranmış vəziyyətdən istifadə edib pul qazanmaq arzusunda olanlar da var. Eyni zamanda, çox qəribədir ki, hər zaman Azərbaycanda bayram ərəfəsində eyni bir ajiotaj əmələ gəlir, yəni qiymətlərin süni şəkildə artırılması ilə bağlı biz faktlara rast gəlirik. Bunun qarşısını almaqdan ötrü mənə belə gəlir ki, biz İnzibati Xətalar Məcəlləsinə əlavələr etməliyik. Əlbəttə, bu, hüquqşünasların işidir ki, hansı formada formalaşdırılıb ora salınmalıdır. Mən bunu təklif edirəm. Çox sağ olun.
Sədrlik edən. Başqa çıxış etmək istəyən yoxdur? Xahiş edirəm, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.


 Səsvermənin nəticələri  (saat 13.56 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haq-qında qanun layihəsi barədə. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu dəyi-şiklik texniki xarakterlidir. Belə ki, İnzibati Xətalar Mə-cəlləsinin Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar fəslində onun ancaq dispozisiyasına əlavələr edilir, yəni heç bir sanksiya dəyişikliyi yoxdur. Əlavələr isə bizim qəbul etdiyimiz “Avtomobil yolları haqqında” Qanunun müddəaları və o qanunun tətbiqi ilə bağlı cənab Prezidentin 2013-cü il 2 iyul tarixli Fərmanından irəli gələn məsələlərin icrasına yönəldilir. Yəni faktiki olaraq əsas qanunda, “Avtomobil yolları haqqında” Qanunda olan müddəaların İnzibati Xətalar Məcəlləsinin müvafiq dispozisiyalarına köçürülməsidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim, təşəkkür edi-rəm. Fazil müəllim, təkid edirsiniz? Buyurun.
F.Mustafa. 163.0.10-cu maddəyə baxmağınızı rica edi-rəm. Burada verilir ki, suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılmasına avtomobil yollarının təhkim və mühafizə zolaqlarının, yol örtüyünün çirkləndirilməsinə görə inzibati məsuliyyət tələb olunur. Ümumiyyətlə, bu maddələrə bir də diqqətlə baxmaq lazımdır. Hətta bizdə maddə var ki, yağış suyu sürücülərə məsuliyyət yaradır ki, əgər sürücü maşını sürətlə sürərək piyadanın üzərini çirkləndirirsə, buna görə maddi sanksiya nəzərdə tutulur. Axı, yağış suyu yolda nə edir?
Dünyanın hər yerində, təbii ki, güclü leysan yağanda yağış suyu olur. Buna görə Azərbaycanda məsuliyyət təyin etmək tamamilə yanlış bir şeydir. Yol elə çəkilməlidir ki, su axıb getsin. Bizdə su axıb getmir, hər yanı su tutur. Bu yazıq sürücü nə etsin? Maşını saxlasın, suyu əli ilə harasa itələsin, sonra maşınını sürsün? Yəni elə məsələlər var ki, burada bir az Azərbaycan şərtlərinə baxıb, həyata keçirməyimiz lazımdır. Sürücüyə məsuliyyət qoyulur. Yaxşı, bu yağış suyu yolu kəsibsə, lap çirkləndirirsə, ya nə olursa, sürücü nə etməlidir? Bunu harasa ötürməlidir? Kanalizasiya işləmir, yolların böyük əksəriyyətində suların daşınması üçün qurğular yoxdur. Əsas problemimiz də budur. Məsələn, təxminən 10 il qabaq İstanbulda o vəziyyət idi. Amma indi bir az düzəlib, vəziyyət xeyli yüngülləşib, əvvəllər orada da yolun ortasına su qalanırdı.
Biz bu sistemi düzəltmək əvəzinə məsuliyyəti vətəndaşın, yolu təmizləyənin üzərinə qoyuruq. Ona görə də bu, yanlış bir yanaşmadır. Məncə, bunu dəyişməyimiz vacibdir. Yoxsa belə qəbul etməyin nə mənası var? Deməli, hamı gözləməlidir, yağış suyu qalmalıdır ortada, heç kim heç nə etməməlidir, maşınlar da hərəkətsiz qalmalıdır, başqasının üstünü çirkləndirməyək deyə, heç bir addım atmamalıyıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Mən 163.0.6-cı bəndlə əla-qədar fikirlərimi bildirmək istərdim. Bu bəndə əsasən avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi qadağan olunur. Əlbəttə, bu düzəlişin əhəmiyyətini başa düşürəm və kənd yerindən seçilən deputat olaraq şahidi olmuşam ki, mal-qara sürüləri qışlaqdan yaylağa keçəndə, ya da geri qayıdanda yaz-payız aylarında yol hərəkətində ciddi maneələr və təhlükəli vəziyyət yaranır. Ona görə də hansısa formada biz bu məsələni tənzimləməliyik. Amma nəzərə almalıyıq ki, hazırda respublikada elə yollar var ki, onlar əhali üçün yeganə keçid yollarıdır. Yolun bir tərəfində, misal üçün, Yardımlıya gedən yolun bir tərəfi sıldırım qayadır, o biri tərəfində dərələrdir. Bu yolda keçid hələ ki, yoxdur və yaxud da baxırsan ki, əhali kəndin mal-qarasını otarmaq üçün yolun digər tərəfinə keçməli olur. İndi isə buna görə inzibati qaydada cərimələr tətbiq olunacaq.
Digər bir misal gətirim. Abşeron yarımadasında bitki örtüyü kasaddır, mal-qara, əsasən, avtomobil yollarının ya-xınlığında özünə qida axtarır. Ümumiyyətlə götürsək, respublika əhalisinin yarısı heyvandarlıqla məşğuldur və belə çıxır ki, biz gərək bütün kənd camaatını cərimə edək. Ona görə mən hesab edirəm ki, 163.0.6-cı bənddə qeyd olunan halların qarşısının alınmasına böyük ehtiyac var. Amma Əli müəllim, əvvəlcə bu yollarda şərait yaradılmalıdır. Respublikanın bütün avtomobil yollarında mal-qara üçün xüsusi keçidlər müəyyən edilməlidir və bütün bu dəyişikliklər mal-qara sahiblərinə izah olunmalıdır. Buna görə təklif edərdim ki, avtomobil yollarında bu cür keçidlər təmin edilənə qədər biz 163.0.6-cı maddəyə edilən dəyişikliyi müəyyən qədər yumşaldaq, bəlkə də keçid vaxtlarını müəyyən edək. Məsələn, avtomobil yollarında hərəkətin intensivliyi aşağı olduğu vaxtlarda keçidə icazə verilsin. Necə ki, Bakıda və iri şəhərlərimizdə ağır yük maşınlarının gündüz vaxtı hərəkə-tinə məhdudiyyətlər qoyulur. Bəlkə biz buna bənzər məhdudiyyəti mal-qara üçün də tətbiq edək.
Bir daha qeyd edirəm ki, əvvəlcə xüsusi keçidlər müəy-yən edilməli, mexanizm işləməlidir, bütün əhaliyə məlumat çatdırılmalıdır. Yalnız bundan sonra bu cür sərt qadağalara əl ata bilərik. Əks halda sıravi kəndli, bir-iki heyvanı olan insan hər dəfə yolda mal-qaranı keçirmək istədikdə cərimə olunacaq. Bax, mən bunları təklif edirəm və hesab edirəm ki, bu gün etdiyimiz dəyişiklik ya ümumiyyətlə, tətbiq olunmadan kağız üzərində qalacaq, ya da ciddi tətbiq olunsa, bir çox fermer təsərrüfatı olan şəxslərə əhəmiyyətli dərəcədə maddi ziyan dəyəcək. Ona görə yuxarıda qeyd etdiklərimi nəzərə almağınızı xahiş edərdim. Çox sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.03 dəq.)
 Lehinə  90
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  92
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, bir məsələmiz qalıb, Elm haqqında qanun layihəsi. Biz tənəffüssüz işləyə bilərdik. Ancaq mən bir şeyi söyləyim ki, Milli Elmlər Akademiyasından, Təhsil Nazirliyindən çox qonaqlar dəvət olunub. Ona görə saxlayaq ikinci hissəyə. Saat 4-dək tənəffüs elan edək.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Bugün-kü gündəliyin sonuncu məsələsi Elm haqqında qanun layi-həsidir. Şəmsəddin Hacıyev təqdim edəcək, buyurun.
Ş.Hacıyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, media nü-mayəndələri və qonaqlar! Elm haqqında Azərbaycan Res-publikasının qanun layihəsinin müzakirəyə təqdim olunması ölkəmizin elm və təhsil ictimaiyyətinin həyatında mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu bir tərəfdən cəmiyyət həyatının inkişafında elmin artan rolu və əhəmiyyəti ilə, digər tərəfdən isə 23 illik müstəqilliyimiz dövrü ərzində Elm haqqında qanunun hazırlanıb qəbul edilməməsi ilə bağlıdır. Hamınıza yaxşı məlumdur ki, elm və elmi-texniki tərəqqi olmadan heç bir ölkənin inkişafını, tərəqqisini təsəvvür etmək mümkün deyildir. İctimai həyatımızın istisnasız olaraq bütün sahələrinin inkişafında elmin müstəsna rolu və əhəmiyyəti danılmazdır. Elmin inkişaf səviyyəsi müasir cəmiyyətin inkişafının, o cümlədən dövlətin inkişafının əsas göstəricilərindən biridir və onun idarə edilməsini elmsiz təsəvvür etmək qeyri-mümkündür. Müasir dövrdə çox mühüm məhsuldar və innovativ qüvvəyə çevrilən elm və innovasiya fəaliyyəti istər qlobal inkişafın, istərsə də ayrı-ayrı ölkələrin milli inkişafının mühüm amilinə çevrilmişdir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu gün iqtisadi və sosial yüksəlişə təbii resursların zənginliyi ilə deyil, elmdə, innovasiyalarda və elmi texnologiyalarda üstünlük əldə etmək yolu ilə nail olmaq mümkündür.
Bütün bunlar nəzərə alınaraq elm sahəsinin inkişafı hə-mişə olduğu kimi, bu gün də müstəqil Azərbaycanımızın dövlət siyasətinin ən mühüm prioritetləri sırasına daxildir. Bu istiqamətdə təkcə onu demək kifayətdir ki, son 11 il ər-zində Azərbaycan elminin inkişafına ayrılan dövlət büdcəsi vəsaiti 7,3 dəfədən çox artmışdır. Bu dövr ərzində elmi fəaliyyət sahəsində çalışan işçilərin orta aylıq əmək haqqı xeyli yüksəlmişdir. Müqayisə üçün qeyd etmək istəyirəm ki, onun həcmi respublika üzrə orta əmək haqqından 1,6 dəfə, təhsil sahəsində çalışan işçilərin orta aylıq əmək haqqından isə 2,3 dəfə çoxdur. Bu dövr ərzində elm sahəsinin inkişafı və onun dünyanın elmi məkanına ən rasional şəkildə inteqrasiyasını təmin etmək məqsədi ilə kompleks tədbirlər sistemi işlənib hazırlanmış, həyata keçirilmiş və bu tədbirlər bu gün də həyata keçirilməkdədir. Buna misal olaraq 2009–2015-ci illərdə Elmin İnkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramını, Prezident yanında Elmin İnkişaf Fondunun, Bilik Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiyaların İnkişafı üzrə Dövlət Fondunun yaradılmasını, bu yaxınlarda AMEA-nın Nizamnaməsinin qəbul edilməsini və sairi göstərmək olar ki, bütün bunlar da elmə dövlətin diqqət və qayğısının bariz nümunəsi kimi qeyd olunmalıdır. Bu dövr ərzində Azərbaycanın “regionda lider dövlət” statusunun möhkəmləndirilməsi, maddi kapitalın insan kapitalına çev-rilməsi, Azərbaycanın “regionun elmi mərkəzi”nə çevrilməsi kimi çox mühüm aktual konsepsiyalar işlənib hazırlanmış və həyata keçirilmişdir ki, bu da elmimizin inkişafının uğurla davam etdirilməsinə öz müsbət təsirini göstərmişdir.
Hörmətli millət vəkilləri, “Azərbaycan 2020 – gələcəyə baxış” Konsepsiyasında nəzərdə tutulan kompleks vəzifələrin həyata keçirilməsi, konkret olaraq Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qoşulması təcrübi olaraq yeni cəmiyyət tipinin yaradılması, insan amilinin, intellektual kapitalın prioritetliyinin qərarlaşdığı bilik cəmiyyətinin, biliklərə əsaslanan yeni iqtisadiyyatın formalaşması kimi çox mühüm vəzifələri nəzərdə tutur. Bütün bunlar isə ilk növbədə elm sahəsi qarşısında keyfiyyətcə yeni vəzifələr və yeni hədəflər qoyur. Fərəhli haldır ki, bütün bunların nəticəsində son illərdə elm sahəsində nəzərəçarpan irəliləyişlər baş vermişdir, xüsusən AMEA sistemində islahatlar dərinləşmiş, bu gün də bu proseslər davam etməkdədir. Bu göstərilənlərlə yanaşı, onu da qeyd etmək vacibdir ki, bu gün elm sahəsində öz həllini gözləyən problemlər də az deyil. Mən bu problemlər haqqında danışmaq fikrində deyiləm. Yalnız onu demək istəyirəm ki, bu problemlərin yaranma səbəbləri sırasında onların həll olunması üçün elm sahəsini tənzimləyə biləcək mükəmməl qanunvericilik bazasının bu günə qədər mövcud olmaması da xüsusi qeyd olunmalıdır. Bu sahədə qanun boşluğu fakt olaraq hələ də qalmaqdadır. Bu baxımdan müzakirənizə təqdim olunan Elm haqqında Azərbaycan Respublikasının qanun layihəsinin əhəmiyyəti danılmazdır və ona bu gün böyük ictimai tələbat yaranmışdır.
Öncə nəzərinizə çatdırmaq istərdim ki, Elm haqqında Azərbaycan Respublikasının qanun layihəsinin konsepsiyası ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasının tələbləri, ölkə rəhbərimiz cənab İlham Əliyevin elm sahəsinin inkişafı üçün qarşıya qoyduğu konkret vəzifələr, dünya elminin inkişafı sahəsində qlobal çağırışlar və müasir meyillər, elm sahəsində Azərbaycanın iştirak etdiyi beynəlxalq konvensiyalar, üzərinə götürdüyü öhdəliklər və beynəlxalq elmi-texniki əməkdaşlığın tələbləri, eləcə də Azərbaycanın bugünkü reallıqları nəzərə alınmaqla müəyyən edilmişdir. Qanun layihəsi hazırlanarkən bir çox inkişaf etmiş ölkələrin, o cümlədən Avropa ölkələrinin, eləcə də MDB məkanına daxil olan ölkələrin müvafiq qanunvericilik aktları öyrənilmiş, onların bu sahədə əldə etdikləri müsbət təcrübələrdən Azərbaycan reallıqlarına uyğun olaraq istifadə olunmuş və nəzərə alınmışdır. Qanun layihəsinin əsas konsepsiyası, daha doğrusu, qanun layihəsinin konsepsiyasının əsasında dayanan ən mühüm vəzifə elmi real, məhsuldar və innovativ qüvvəyə çevirməklə cəmiyyət həyatının bütün sahələrinin inkişafında və tərəqqisində onun prioritet rolunu və iştirakını təmin etməkdən ibarətdir. Başqa sözlə, cəmiyyət miqyasında qəbul olunmalıdır ki, elmsiz tərəqqi, yüksək rifah yoxdur, ölkənin davamlı inkişafı, rəqabət qabiliyyəti, milli təhlükəsizliyi və nəhayət, qlobal inkişafı yalnız elmlə təmin oluna bilər.
Qanunun məqsədi elm sahəsində dövlət siyasətinin həyata keçirilməsinin əsas prinsiplərinin müəyyən edilməsindən, elmi fəaliyyət sahəsinə aid olan bütün məsələlərin, elmi fəaliyyət subyektləri arasında olan mürəkkəb münasibətlər sisteminin məhz hüquqi müstəvidə tənzimlənməsini təmin edən normativ hüquqi bazanın yaradılmasından ibarətdir. Layihənin əsas konseptual prinsipləri elmi fəaliyyətin bütün subyektləri üçün tam sərbəst, liberal şəraitin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, dünya elmi məkanına inteqrasiya, elmi nəticələrin beynəlxalq keyfiyyət standartlarına uyğunluğu, elmi fəaliyyətin tədricən özünü-maliyyələşdirmə və kommersiyalaşdırması, milli mərkəzlə-rin, elmi məktəblərin yaradılması və qorunması, elmi nəti-cələrin keyfiyyətinin və səmərəliyinin yüksəldilməsi, onun şəffaflığının və ictimaiyyətə açıqlığının təmin edilməsi kimi müəyyən edilmişdir.
Təbii ki, Azərbaycan super dövlət deyil, onun iqtisadiy-yatı genişliyi baxımından kompleks xarakter daşımır. Azər-baycan öz davamlı inkişafını, iqtisadi və siyasi sabitliyini, təhlükəsizliyini təmin edən zəngin sərvətlərə və son dərəcə düşünülmüş tarazlı siyasətə və çevik idarəetmə sisteminə malik olan bir ölkədir. Bu baxımdan ölkəmizin milli ma-raqlarına uyğun olan elm sahələrinin inkişaf etdirilməsi olduqca vacibdir. Müasir dünya elmində elmi araşdırmaların və tədqiqatların istiqamətləri olduqca çoxşaxəlidir və yeni biliklər əldə edildikcə bu istiqamətlərin də spektri genişlənir, tamamilə yeni elm sahələri yaranır və bu gün dünyada elm böyük kapital və maliyyə tutumlu bir sahədir. Odur ki, konseptual olaraq Azərbaycan üçün bütün elmi istiqamətləri inkişaf etdirmək, tədqiqatlar aparmaq və onları maliyyələşdirmək məqbul sayıla bilməz, bu mümkün də deyil, buna ehtiyac da yoxdur. Əsas məsələ Azərbaycan elminin inkişafının ən mühüm prioritet istiqamətlərinin düzgün seçilməsindən, bütün potensialın və resursların maddi-texniki, maliyyə, infrastruktur, kadr və sair bu kimi istiqamətlər üzrə səfərbər edilməsindən, elmi tədqiqatların keyfiyyətinin və nəticəliyinin yüksəldilməsinin təmin edilməsindən ibarətdir. Bu baxımdan ictimai tələbatın daha çox olduğu fundamental və tətbiqi tədqiqatların və bazarın mövcud olduğu elmi istiqamətlərin prioritet kimi müəyyən edilməsi qanun layihəsinin bu aspektdən konsepsiyasının əsas mahiyyətini ifadə edir.
Qanun layihəsində elmin inkişafı üzrə məqsədli dövlət proqramlarının hazırlanmasına və həyata keçirilməsinə xü-susi önəm verilmişdir. Bu kontekstdə xüsusi qeyd olunmalıdır ki, son 11 ay ərzində istər iqtisadiyyatımızın, istərsə də sosial sahənin dinamik inkişafında və irimiqyaslı nəticələrdə məqsədli dövlət proqramlarının rolu ölçüyəgəlməzdir. Bu yanaşma Azərbaycanın iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərindən biri kimi qəbul olunur. Bu baxımdan elm sahəsi də istisnalıq təşkil etməməlidir. Elmin inkişaf sahəsində məqsədi dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi, elmi prioritetlər üzrə yeni biliklərin, texnologiyaların və konkret elmi-təcrübi nəticələrin əldə edilməsi və onların istehsalata tətbiqidir ki, bunlar da elmin inkişafı üzrə dövlət siyasətinin həyata keçirilməsində müstəsna rola malikdir.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, elmi fəaliyyətin idarə olunmasının müasir dünya təcrübəsinə uyğunlaşdırılması, eləcə də elm və təhsilin, iqtisadiyyatın, sahibkarlığın, istehsalatın real inteqrasiyasının təmin olunması çox mürəkkəb və maliyyə tutumlu bir məsələdir. O, qanun layihəsinin hazırlanması zamanı da ən çox müzakirə və mübahisə obyektinə çevrilən məsələlərdən biri idi. Elmi fəaliyyətin idarə edilməsi ilə əlaqədar olaraq ilk öncə qeyd etmək istərdim ki, Azərbaycanın bu sahədə artıq oturuşmuş bir sistemi, – buna model də demək olar, – formalaşmışdır ki, onun da bəzi postsovet məkanına daxil olan ölkələrdəki kimi inqilabi yolla və yaxud bir sərəncamla dəyişdirilməsi, ya da dağıdılması istər dünya təcrübəsi, istərsə də müasir Azərbaycan reallıqları baxımından yolverilməzdir. Bunlar nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyası qanun layihəsində elm sahəsində dövlət siyasətini həyata keçirən, elmin inkişafını təşkil və təmin edən, bütün elmi müəssisə və təş-kilatların elmi tədqiqat fəaliyyətini koordinasiya edən, elmi fəaliyyət sahəsində ölkəni xaricdə təmsil edən ali elmi təşkilat kimi müəyyən edilmişdir. Başqa sözlə, AMEA-nın elmi fəaliyyətinin idarə edilməsi sahəsində qanunvericiliklə təsbit olunmuş səlahiyyətləri əhəmiyyətli dərəcədə yüksəldilmiş və genişləndirilmişdir. Hətta müvafiq icra hakimiyyəti orqanının statusuna uyğun olan səviyyəyə qaldırılmışdır. Təbii ki, məsuliyyət də xeyli genişlənmişdir. Eyni zamanda, ali təhsil müəssisələrinin, xüsusən universitet elminin əsaslı surətdə inkişaf etdirilməsi, onun prioritetliyinin təmin edilməsi, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, səmərəliliyinin və nəticəliyinin təmin edilməsi qanun layihəsində mühüm konseptual istiqamət kimi müəyyən edilmişdir. Bununla bağlı müvafiq müddəalar da nəzərdə tutulmuşdur. Universitet elmi modeli sizə yaxşı məlumdur, yəni elmin əsasının universitetlərdə təşkili və həyata keçirilməsi dünyada qəbul olunmuş bir həqiqətdir. O, inkişaf etmiş ölkələrin təcrübəsində öz müsbət nəticələrini çoxdan sübut etmişdir. Bu gün inkişaf etmiş ölkələr sırasına daxil olmağı hədəfləyən Azərbaycan üçün də universitet elmi modelinin tətbiqi prioritet vəzifələrdən hesab olunmalıdır. Nəzərə almaq lazımdır ki, ölkənin elmi potensialının böyük bir hissəsi məhz universitetlərdə cəmləşmişdir. Konkret olaraq göstərmək istərdim ki, elmi dərəcəyə malik olan elmi kadrların universitetlərdə miqdarı ümumilikdə elmi poten-sialın 38,2 və 43,2 faizini təşkil edir. Bu böyük bir poten-sialdır. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, elmlə təhsilin inteqrasiyası istiqamətində hazırda AMEA tərəfin-dən bir sıra ciddi addımlar atılır. Buna misal olaraq AMEA-da universitetlərlə birgə kafedraların yaradılması, magistra-tura təhsilinin təşkil edilməsi, gələcəkdə ümumi təhsil liseylərinin açılmasının planlaşdırılmasını göstərmək olar ki, bunlar da AMEA-nın universitet elmi modelinə doğru istiqamət götürdüyünü göstərir.
Təqdim etdiyimiz qanun layihəsində də universitetlərə tədqiqat universiteti statusunun verilməsi, tədris prosesində və elmi tədqiqatlarda onların prioritetliyinin təmin edilmə-sinə dair müddəaların yer alması yuxarıda qeyd olunan vəzifələrin həyata keçirilməsi üçün müvafiq qanunvericilik bazasının yaradılmasını təmin edir. Qanun layihəsi bu nöqteyi-nəzərdən həm də ona görə təkmil hesab edilir ki, gələcəkdə elmin təşkili və idarə edilməsi üzrə hər hansı dəyişiklik nəzərdə tutularsa, qanun buna imkan yaradacaq. Beləliklə, elmi fəaliyyətin idarə edilməsi və onların real inteqrasiyası qanun layihəsinin bu sahədə əsas konseptual istiqamətini özündə əks etdirir. Qanun layihəsində elmi tədqiqat işlərinin koordinasiyası, yəni əlaqələndirilməsi, elmi müəssisə və təşkilatların akkreditasiyasi, elmi işçilərin attestasiyasi, elmi və elmi-texniki fəaliyyətin ekspertiza məsələləri də öz əksini tapmışdır. Bu məqsədlə yeni strukturların yaradılması nəzərdə tutulur ki, elmi tədqiqatın əlaqələndirilməsi şurası, dövlət elmi ekspertiza şurası, akkreditasiya xidməti yaradılması nəzərdə tutulur. Bu strukturların yaradılmasının əsas konsepsiyası ondan ibarətdir ki, onlar tam müstəqil olsunlar, şəffaf fəaliyyətləri hüquqi cəhətdən təmin olunsun və tabeçilik baxımından heç bir strukturdan asılı olmasınlar. Onu da qeyd edim ki, bu strukturların hamısının ictimai əsaslarla fəaliyyət göstərməsi qanunda təsbit olunmuşdur. Qanun layihəsində elmi nəticələrin, onların iqtisadiyyata, istehsalata tətbiqi ilə bağlı müvafiq qanunverici bazanın yaradılması məqsədi ilə ayrıca maddələr nəzərdə tutulmuşdur. Hesab edirəm ki, bu məsələ olduqca vacib və əhəmiyyətlidir. Bu müddəaların düzgün reallaşma mexanizmlərinin yaradılması elmin özünü maliyyələşdirməsini və bir qədər də dəqiqləşdirsək, nəticəyə görə maliyyələşdirməni təmin etməsinə şərait yaradacaq. Etiraf etmək lazımdır ki, elmi fəaliyyətin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsini, elmi nəticələrin istehsalata tətbiqini elmlə təhsilin iqtisadiyyatın və innovasiya yönümlü sahibkarlığın inteqrasiyasına nail olmadan təsəvvür etmək qeyri-mümkündür. Bu konsepsiya qanun layihəsində elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, elm tutumlu istehsal sahələrinin və sahibkarlığın birgə iştirakı ilə xüsusi zonaların, texnopolis-lərin, eləcə də elm və ali təhsil müəssisələrinin birgə elmi tədqiqat mərkəzlərinin, kafedraların, laboratoriyaların, tex-noparkların, texnoinqubatorların, tədris klinikalarının və sairin yaradılmasını nəzərdə tutur.
Hörmətli millət vəkilləri, yüksəkixtisaslı elmi kadrların hazırlanması, istedadlı gənclərin elmə cəlb edilməsi, elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması təqdim olunan qanun layihəsinin ən mühüm konseptual məsələləri sırasına aid edilmişdir. Bu məsələlərlə bağlı ilk öncə böyük təəssüf hissi ilə qeyd etmək istərdim ki, son bir neçə il ərzində bu sahədə ciddi addımlar atılmasına baxmayaraq, Azərbaycan elmində qocalma ənənəsi artıq təhlükəli həddə gəlib çatmışdır. Belə ki, elmi tədqiqat bölmələrində çalışan, 50-dən yuxarı yaşı olan elmlər doktorlarının sayı 50-dən aşağı yaşı olan elmlər doktorlarının sayından təxminən 5,8–6 dəfə çoxdur. 30 yaşına qədər olan elmlər doktorlarının sayı isə bütünlükdə elmlər doktorlarının cəmi 3,2–4 faizini təşkil edir. Bu ənənə fəlsəfə doktorları üçün də xarakterikdir. Belə ki, elmi tədqiqat bölmələrində 50-dən yuxarı yaşı olan fəlsəfə doktorlarının sayı 50-dən aşağı yaşı olan fəlsəfə doktorlarının sayından 2 dəfəyə qədər çoxdur. 30 yaşına qədər olan fəlsəfə doktorlarının sayı isə cəmi 1,8 faiz təşkil edir. Göründüyü kimi, məsələ təsəvvür etdiyinizdən də mürəkkəb və təhlükəlidir. Bununla əlaqədar olaraq qanun layihəsində elmə həvəsi olan, istedadlı və savadlı gənclərin elm sahəsinə gəlməsi üçün həm müvafiq qanunvericilik bazası, həm də stimullaşdırıcı təminatlar, elmi işçilərin layiqli əmək haqqı ilə təmin olunması, o cümlədən elmi dərəcələrə görə ayrılan vəsaitlərin həcminin artırılması, gənc alimlər üçün genişmiqyaslı, əhatəli güzəştlər sisteminin yaradılması və digər məsələlər nəzərdə tutulmuşdur. Eyni zamanda, qanun layihəsində istedadlı və elmə həvəsi olan gənclərin fasiləsiz olaraq magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirmələri üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi, – söhbət möhlət hüququndan gedir, azad olmaqdan getmir, – onların gələcək karyera imkanlarında mövcud olan maneələrin aradan qaldırılmasını özündə ehtiva edən müddəaların yer alması elmimizin gəncləşməsinə və elmi fəaliyyət sahəsində çalışan kişilərin, oğlanların sayının artmasına öz töhfəsini verəcəkdir. Qeyd etmək lazımdır ki, bu gün bu da çox ciddi bir problemdir, hiss olunan bir problemdir. Hazırda yüksək ixtisaslı elmi kadrların hazırlanması istiqamətində mövcud problemlərdən biri də dövlət sifarişi üzrə doktorantların hazırlanmasına dövlət büdcəsindən vəsaitlərin ayrılmamasıdır. Belə ki, dövlət sifarişli ali təhsil, bakalavr və magistratura səviyyəsində təhsil dövlət büdcəsi hesabına maliyyələşir, lakin doktorantura səviyyəsində bu məsələ hələ də öz həllini tapmayıb. Bunları nəzərə alaraq qanun layihəsində bu məsələnin həlli və tənzimlənməsi üçün hüquqi baza yaradılıb. Elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, əsasən, 2 istiqamətdə – elmi işçilərin sosial təminatı və sosial müdafiəsinin genişləndirilməsi və elmi işçilərin elmi fəaliyyətlərinin stimullaşdırılması istiqamətində müəyyən edilmişdir. Elmi fəaliyyətin maliyyələşdirilməsi məsələsi çox ciddi müzakirə olunan bir məsələ kimi qarşımızda bütün mərhələlərdə dayanıb və bu gün, demək olar ki, bu istiqa-mətdə olan bütün məsələlərdə müəyyən bir ortaq məxrəcə gəlmişik, lakin müəyyən maddələrlə bağlı fikir ayrılığı hələ də mövcuddur.
Elmi fəaliyyətin maliyyələşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanması zamanı 4 başlıca prinsip əsas götürülmüşdür: elmi müəssisə və təşkilatların baza xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi, maliyyələşmənin çoxmənbəli olması, maliyyələşmənin elmi fəaliyyətin nəticələrinə istiqamətlənməsi, elmi fəaliyyətin kommersiyalaşması əsasında tədricən elmin özünü maliyyələşdirməsi sisteminə keçilməsi.
Məlum olduğu kimi, elmi xərclərin tərkibində dövlət büdcəsi vəsaitlərinin xüsusi çəkisi hazırda xeyli yüksəkdir. O, elmə çəkilən xərclərin təqribən 90 faizə qədərini təşkil edir. Yəni elmə çəkilən xərclərin 90 faizi dövlət büdcəsi hesabına, 10 faizi isə büdcədənkənar digər mənbələr hesabına ödənilir. Azərbaycan bu göstəriciyə görə xüsusi qeyd olunmalıdır ki, MDB məkanında 1-ci yerdədir, yəni büdcədən elmə ən çox vəsait ayıran Azərbaycan Respublikasıdır. Bu baxımdan qanun layihəsində nəzərdə tutulan maliyyələşdirmə mexanizmləri elm xərclərində dövlət büdcəsinin yükünün azaldılmasına, özünümaliyyələşdirmə sisteminin gücləndirilməsinə hədəflənmişdir. Yeri gəlmişkən qeyd edim ki, ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə sisteminə keçilməsinə baxmayaraq, artıq 4 ilə yaxındır, burada elmi fəaliyyət üçün heç bir vəsait nəzərdə tutulmamışdır. Doktorantura proqramları üzrə isə artıq qeyd olunduğu kimi, vəsait tamamilə unudulmuşdur. Halbuki bu mənbələr hesabına ali təhsil müəssisələrində elmin inkişafı üçün ilkin hesablamalara görə, ildə 15–20 milyon manat əlavə vəsait əldə etmək olardı ki, bu da dövlət büdcəsindən ayrılan vəsaitin xeyli miqdarda azaldılmasına imkan verərdi.
Bundan əlavə, qanun layihəsinin müvafiq müddəalarında, maddələrində Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar istisna olmaqla, təşkilati-hüquqi formasından, mülkiyyət növündən asılı olmayaraq fəaliyyət göstərən bütün hüquqi şəxslərin illik mənfəətlərinin 0,1 faizi həcmində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna vəsait ayrılmasını nəzərdə tutmuşuq ki, elm sahəsində dövlətin büdcə yükünü müəyyən dərəcədə azaldaq.
Beləliklə, hörmətli Sədr, hörmətli millət vəkilləri, təbii ki, elm qanununu digər qanunlardan fərqləndirən bir sıra xüsusiyyətlər var. Mən əvvəl çıxışımda qeyd etdim ki, elm qanunu cəmiyyət üçün çox zəruri olan faydalı bir qanundur. Bu qanunu işləyərkən mən özüm hiss etdim ki, qanunun hüquqi yükü nə qədər ağırdırsa, elmi yükü də bir o qədər ağırdır. Çətin bir elmi yaradıcılıq şəraitində bu işi ərsəyə gətirmişik. Lakin işçi qrupu və komitəmiz üçün yaradılan gözəl şərait olmasaydı, təbii ki, bu işlərin öhdəsindən müvəffəqiyyətlə gəlinməzdi.
Hörmətli Sədr, məhz Sizin rəhbərliyinizlə Aparatın, şöbənin, eləcə də komitənin bu işə çox fəal və ciddi yanaşması ilə 23 il ərzində ərsəyə gəlməyən qanun layihəsi bu gün hörmətli millət vəkillərinin müzakirəsinə təqdim olunmuşdur. Təbii ki, qanun layihəsi bu gün geniş ictimai müzakirədən keçdi. Keçən ayın 25-də biz onu komitənin müzakirəsinə çıxartdıq. Millət vəkillərinin əksəriyyəti orada iştirak etdilər və çox sanballı təkliflər verdilər. Biz bu təkliflərin əksəriyyətini qanun layihəsində nəzərə almışıq. Lakin qanunun yazılma prosesində iştirak edən bütün təşkilatlara, xüsusən Azərbaycan Milli Elmlər Akademiyasına, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Təhsil Nazirliyinə, universitetlərimizə, Səhiyyə Nazirliyinə, Vergilər Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, komitələrə, – bunlar olduqca çoxdur, sayı 50-yə qədərdir, adlarını çəkmədimsə, inciməsinlər, – hamıya öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Ali Attestasiya Komissiyasını unutdum, bəzi nazirliklər və komitələr tərəfindən qanunun bir neçə variantına bir neçə dəfə təkrarən rəylər yazılıb, tövsiyələr verilib. Bu təkliflər olmasaydı, təbii ki, bu gün qanun layihəsi bu səviyyədə təkmil ola bilməzdi.
Ümumiyyətlə, qanun yaradıcılığı, qanunvericilik fəaliyyəti yaradıcı bir prosesdir. Bu prosesdə millət vəkillərinin fikirlərinin və tövsiyələrinin nəzərə alınması olduqca vacibdir. Ona görə də mən hörmətli millət vəkilləri, həmkarlar, hamınızdan xahiş edirəm ki, bu qanun layihəsini dəstəkləyəsiniz ki, bu sahədə mövcud olan qanun boşluğunu aradan qaldıraq və elmimizin gələcək inkişafı üçün zəruri olan mükəmməl bir hüquqi normativ bazanın yaradılmasına şərait yaradaq. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Şəmsəddin müəllim. İndi müza-kirələrə başlayırıq. Xahiş edirəm, yazılsınlar. Bir xahişim də var, bu birinci oxunuşdur, istərdim ki, konseptual yanaşma olsun, çünki qarşıda çox işimiz var. Xahiş edirəm, müzakirələrə yazılın. Zahid Oruc.
Z.Oruc. Sağ olun, təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli qonaqlar! Mən, əlbəttə, hesab edirəm ki, çox mühüm bir sənədin müzakirəsindəyik. Əslində, bu...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nahara kimi yazılma ola bilməzdi, çünki biz gündəliyin məsələsini deməmişdik, bir. Qanun layihəsi təqdim olunandan sonra müzakirəyə verilir, iki. Üçüncü, mən ona görə xahiş etdim ki, konseptual yanaşma olsun. Konseptual yanaşma, yəqin, 5 dəqiqə olacaq. Etirazınız yoxdur ki? Onda belə davam edərik.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Mən o fikirdə qal-dım ki, bu sənəd milli təhlükəsizlik baxımından əhəmiyyətə malik bir qanun layihəsidir. Ona görə də onun bu parlament dönəminə, bu çağırış dövrünə düşməsi bizim elm adına, dövlət quruculuğu adına, elmi cəmiyyət adına gördüyümüz işlər sırasındadır. Şübhəsiz ki, 5 dəqiqə ərzində mən bir neçə mühüm təklifimi səsləndirməyə çalışacağam. Bunlar, ümumən, komitədə də özünü göstərmişdir. Məsələn, əksər ölkələrdə dövlət büdcəsindən elm xərclərinə ən azı 1 faiz ayrılması prinsipi burada da özünü göstərsəydi, pis olmazdı. Sonra, müvafiq icra hakimiyyəti adına dövlət elm siyasətini yürüdərkən əsas ağırlıq mərkəzi Milli Elmlər Akademiyasının üzərində qurulubdur. Keçmişdə Elm və texnika komitəsi mövcud idi, o ləğv olundu, çox arzulayıram ki, ona bir daha baxılsın, budəfəki müzakirələrdə Milli Elmlər Akademiyasının statusu ətrafında təzədən vaxtımızı itirməyək. Dünyada bunun başqa formada nümunələri var. Hətta özəl ali təhsil ocaqları birləşərək onu yaradıblar. Keçən dəfə o fikirlər səslənmişdi ki, dünyanın əsas aparıcı jurnallarında Milli Elmlər Akademiyası təmsilçilərinin nə qədər elmi əsərləri var və sair. Ona görə də təhsil müəssisələrini parçalayaq, dağıdaq, onları bölək kimi fikirləri bölüşmədiyimi söyləmək istəyirəm. Əlbəttə, mən istəyirəm ki, elmin əhəmiyyəti haqqında danışılarkən hörmətli Şəmsəddin müəllimin böyük zəhmətini itirməyək, bu qanun layihəsinin ərsəyə gələrək müzakirəyə çıxarılması hamının ən çox maraqlarının bəlkə də toqquşduğu bir dönəmlərdə mümkün olubdur.
 Cənubi Koreyanın timsalında bir misal göstərmək istəyi-rəm. 1969-cu ildə Asiya pələngləri sırasında olan dövlətlər ümumi daxili məhsulun adambaşına düşən nisbətinə görə 138-ci, 140-cı yerləri bölüşdürürdülər. O ölkələrdə adambaşına düşən gəlir 100 dollardan artıq deyildi, ötən əsrin 1980-ci illərindən elm tutumlu istehsalatın, elm tutumlu iqtisadiyyatın yaradılması yolunda mühüm addımlar atıldı. Xaricə göndərilmiş tələbələr qayıdıb həmin ölkənin elmi sahələrini elə güclü inkişaf etdirdilər ki, indi onlar dünyanın reytinq cədvəlində 30-cu yeri bölüşürlər. Bu, əlbəttə, texnologiyanı xaricə çıxarmaq mümkün deyil deyənlərə yaxşı bir nümunədir. Hər şey bizdən əvvəl kəşf olunub qurtarıb, biz nəyisə yaradıb dünyaya çıxara bilməyəcəyik deyənlərə, elm tutumlu layihələrə dövlətin vəsait xərcləməsinə skeptik yanaşanlara bir cavabdır.
Mən zamanın az olması ilə əlaqədar burada magistrlərə möhlət hüququnun verilməsi ilə bağlı məsələyə də toxunmaq istəyirəm. Mən bilirəm ki, ötən dəfə səslənmiş fikrin burada deyilməsinin yalnız faydası var ki, Azərbaycanda 30 yaşına qədər alim adına layiq görülən-lərimiz yoxdur. Bu, Təhsil Nazirliyinin bəyanatıdır, rəsmi mövqedir. O cümlədən Azərbaycanda 1990-cı illərdə müharibə getdiyindən 2006-cı ildə dünyaya gələnlərin sayı az olacaqdı, 2012-ci ilə qədər biz demoqrafik problem yaşayacaqdıq, 2012-ci ildən əhalinin sayında problemimiz yoxdur. Hər il orta məktəbi qurtaranlarımızın sayı 120, 122 mindən 135 minə qalxıb, qızlar və oğlanların nisbəti təxminən bərabərdir. Biz ölən millətlər sırasında yox, inkişaf edən, artan millətlər sırasındayıq. Ona görə də magistrlərimizə bu möhlət hüququnu verməliyik. Çox sadə şəkildə verməliyik. Alimlərimizin orta yaş həddi 58–60-dır. Alimlərimiz yaşlanırlar, qocalırlar, onları əvəz edən yoxdur. Hərbi səngər kimi elm də səngərdir. Sabah dediyiniz texnologiyaları idarə edən insanlarımızda təfəkkür lazımdır, beyin lazımdır. Cəmi 5 min magistrimiz var, onun 2500-ü oğlanlardır, heç olmasa, müdafiəyə çıxacaq insanlara bu hüququ verək.
Biz Cənubi Qafqazda bütün parametrlərdə, doğrudan da, liderik. Amma bir məsələyə görə ermənilərdən, – nə qədər acı olsa da deməliyik, – geri qalırıq, o da alimlərimizin sayıdır. Adambaşına düşən alimlərimizin sayına görə, alimlərimizin sayını 10 min nəzərə alsaq, 100 min nəfərə düşən alimlərin sayı cəmi 1-dir. Ermənilərdə isə bu rəqəm 3,6-dır. Ona görə də mən hesab edirəm ki, bu, qanunun, əslində, predmetidir.Bir qeydim də var, orta məktəblərdə müəllimlərin 93 faizi xanım müəllimələrdir, BDU-nun magistrlərinin də 83 faizi xanımlardır, elmi xanımlarımızın sərəncamına vermiş oluruq. Ona görə də...
Sədrlik edən. Sən artıq gender proqramına toxunursan. Qadınlar olanda nə olar? İkincisi də, hərbiçilərdən danışanda Azərbaycanı Ermənistana tay etmək olmaz. Ermənistanın özü qədər onu qoruyan xarici hərbiçilər var. Amma Azərbaycanda xarici hərbiçi yoxdur. Gülçöhrə Məmmədova.
G.Məmmədova. Çox sağ olun. Hörmətli sədarət, hör-mətli millət vəkilləri! Elm və təhsil komitəsinin hazırladığı və bu gün müzakirəyə çıxardığı Elm haqqında qanun layihəsi elmi ictimaiyyətimiz tərəfindən çoxdan gözlənilən bir sənəddir. Qanunun hazırlanmasına böyük zəhmət və qüvvə sərf olunmuşdur və nəticədə kifayət qədər keyfiyyətli və dövrün tələblərini əks etdirən bir qanunvericilik sənədi müzakirəyə təqdim olunmuşdur. Qanun elm sahəsində dövlət siyasətinin prinsipləri sırasında sağlam rəqabətin təmin edilməsini, elmi innovasiya fəaliyyətinin prioritetliyini, elmin özünü maliyyələşdirməsini və dövrümüzün başqa tələblərinə cavab verən prinsipləri cəmləşdirir.
Təhsilin fasiləsizliyini təmin edən 7-ci maddənin 7.9-cu bəndi də çox müsbət qarşılanır və şübhəsiz, onun tətbiqi gənclərin elmi fəaliyyətə cəlb olunmasında mühüm rol oynayacaq. “Elmi fəaliyyətin iqtisadiyyatı” fəslində nəzərdə tutulan maliyyələşmənin çoxmənbəli olması, əlbəttə, dövrün tələbidir. Düşünürəm ki, bu məsələdə dövlət biznes partnyorluğunun qeyd olunması da yaxşı olardı. Baza maliyyələşdirilməsi ilə yanaşı, proqram məqsədli qrant maliyyələşdirməsinin tətbiqi elmi tədqiqatların stimullaşdırılmasına, rəqabət qabiliyyətinin artırılmasına və inkişafına səbəb olacaqdır. Bütövlükdə qanuna müsbət fikir bildirməklə bir sıra sual doğuran məqamları diqqətinizə çatdırmaq istəyirəm. Ümumiyyətlə, ən böyük sualım ondan ibarətdir ki, biz dəfələrlə universitetlərdə elmin maliyyələşdirilməsi məsələsini qaldırmışdıq, amma bu qanunda məsələnin tam həllini mən görmürəm. Universitetlər içində tədqiqat universitetlərinin seçilməsi təqdirəlayiq təklifdir, lakin tədqiqat uni-versitetlərində elmin fəaliyyətinin inkişafı üçün heç bir fərqli yanaşma, yaxud şərtlər nəzərdə tutulmamışdır.
13-cü maddədə Milli Elmlər Akademiyasının baza maliyyələşdirməsinin dövlət büdcəsi hesabına həyata keçirilməsi təsbit olunur. Ölkənin elmi potensialının yarısı cəmləşən universitetlərdə, o cümlədən tədqiqat universi-tetlərində elmi tədqiqat strukturlarının, əsasən, təhsil xidmətlərindən alınan gəlir hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu, akademik və universitet elminə qeyri-bərabər şərtlər yaradır və dövlət təminatından bəhs edilən 7-ci maddənin 7.2-ci bəndinə ziddir. Qanun elmi fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar anlayışına o cümlədən ali məktəbləri də daxil edir. Eyni zamanda, bir çox maddələrdə elmi təşkilatlar, müəssisələr və ali məktəblər yazılır. Zənnimcə, əgər ali məktəblər bu anlayışa daxildirlərsə, onları yenidən qeyd etmək lazım deyil.
Qanunda ali təhsil müəssisəsinin elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsidir fikri vurğulanır. Bəzən də bu, universitet elminin fəaliyyət dairəsinin məhdud və yalnız tədris olunan fənlərlə bağlı olması kimi başa düşülür. Əslində isə universitetlərdə çalışan alimlərin elmi tədqiqatları çox geniş sahəni əhatə edib, tədris ilə birbaşa əlaqəli olmaya da bilər. Əlbəttə, hər bir mühüm elmi nailiyyət gələcəkdə dərsliklərdə əksini tapıb tədrisə daxil olur. Bu həm akademik, həm də universitet elminin təcrübi əhəmiyyətinin bir göstəricisidir. Ona görə də universitet elmini yalnız təhsillə bağlamaq və bununla da onun maliyyələşməsini təhsildən gələn gəlirlə əsaslandırmaq düzgün deyil.
Elmi dərəcələr və elmi adlar maddəsində elmi adların verilməsi ilə bağlı bənddə mədəniyyət, incəsənət və baş-qaları ilə yanaşı, memarlıq sahəsi də qeyd olunmalıdır.
Elmi işçilərin sosial müdafiəsi maddəsində elmi dərəcə-ləri və elmi adları olan elmi və elmi-filoloji işçilərin əmək haqqına əlavələr nəzərdə tutulur. Bu, çox müsbət və elmin inkişafına xidmət edən bir qərardır. Lakin burada yenə də akademiya sistemində və universitetlərdə çalışan alimlərin sosial müdafiəsinə bərabər şərait yaradılmalıdır. Əgər bu əlavələrin I-ci kateqoriya üçün büdcədən, II kateqoriya üçün isə universitetlərin xüsusi vəsaitlərindən verilməsi nəzərdə tutulursa, bu, bir sıra universitetlər tərəfindən həyata keçirilə bilməyəcək, əksinə, təhsil haqlarının qalxmasına səbəb olacaq.
Elmi fəaliyyətin baza maliyyələşdirilməsi maddəsində siyahını kim tutacaqsa, o yazılıb və orada mən hesab edirəm ki, Milli Elmlər Akademiyası ilə yanaşı, mütləq Təhsil Nazirliyinin də adı qeyd olunmalıdır. Hesab edirəm ki, bu məsələlərə baxılmalı və universitet elmlərinə bərabər inkişaf şəraiti yaradılması üçün qanuna müəyyən əlavələr və dəyişikliklər edilməlidir. Diqqətinizə görə sağ olun.
 
Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Dünyada hazırkı inkişaf mərhələsində bütövlükdə cəmiyyət həyatında elmə qlobal miqyasda yeni bir zərurət meydana gəlmişdir. Elm siyasəti dünyada qüvvətlənməkdədir. Elmi qurumlar yenidən qurulur, modelləşdirilir və inkişaf etdirilir. Doğrudur, XXI əsrdə akademiyaların yenidən qurulması ölkələr üzrə eyni istiqamətdə inkişaf eləmir. Amma bütövlükdə dünyada akademiyalara qayıdışın müxtəlif formaları müşahidə olunur. Belə olduğu halda, elmin tənzimlənməsi, elmi qurumların yenidən qurulması, istiqamətləndirilməsi və onların stimullaşdırılmasını əks etdirən qanuna, əlbəttə, ciddi bir ehtiyac var idi. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında apardığı çoxvektorlu, elmi cəmiyyəti və istehsalatı özündə birləşdirən, qlobal dəyərləri əks etdirən elm siyasəti qanunvericilik cəhətdən hüquqi əsasını tapmalı idi. Bu mənada bu gün parlamentin müzakirəsinə çıxarılan elm haqqında qanun layihəsi, məncə, çox tarixi reallıqdan, müasir reallıqdan doğmuşdur və Azərbaycan Respublikasında elm siyasətini həyata keçirmək üçün müəyyən rol oynaya bilər.
Bu gün təqdim olunan elm haqqında qanun layihəsində ən yaxşı cəhətlərdən biri odur ki, ənənələrin qorunub saxlanmasına, elmi məktəblərin nəinki yaşadılmasına, hətta davam etdirilib möhkəmləndirilməsinə təminat verən müddəalar var. Bununla yanaşı, qanun layihəsi hazırlanarkən XXI əsrin reallıqları nəzərə alınaraq elmin modernləşməsinə, yeniləşməsinə, sərbəst inkişafına meydan açan, şərait yaradan müddəalar burada öz əksini tapmışdır. Yaxşı cəhətlərdən biri də bundan ibarətdir ki, akademiyalarda, elmi qurumlarda fundamental tədqiqatların aparılması ilə paralel şəkildə tətbiqi xarakterli elmi tədqiqat işlərinin, xüsusən innovasiya tutumlu sahibkarlıq fəaliyyətini əhatə eləyən elmi tədqiqatların və təcrübi işlərin aparılmasına da şərait yaradan konkret maddələr öz əksini tapmışdır. Bütün bunlara görə, mən hesab edirəm ki, təqdim olunan qanun layihəsi müstəqil Azərbaycanda dövlət siyasəti səviyyəsində aparılan elm siyasətinin ana xəttini özündə əks etdirir və konseptual olaraq qəbul olunmağa layiqdir.
Bununla yanaşı, mən bir sıra qeydlərimi də nəzərə çatdırmağı vacib sayıram. Doğrudur, Azərbaycan Elmlər Akademiyası qanun layihəsinə dair özünün təklif və mülahizələrini Elm və təhsil komitəsinə yazılı şəkildə təqdim eləmişdi. Bu müddəalardan bir çoxu indi təqdim olunan qanun layihəsində artıq nəzərə alınmış, komitədə müzakirə zamanı bunların əksəriyyəti artıq konkret maddələrdə öz əksini tapmışdır. Bununla yanaşı, bizim bir sıra qeydlərimiz var ki, onları biz iki hissəyə bölürük. Bunlardan bir hissəsini gələn dəfə, 2-ci oxunuşda detalların müzakirəsi zamanı deməyi məqsədəuyğun sayırıq.
İndi isə bir neçə prinsipial məsələnin üzərində dayanmaq istəyirəm. Birinci, qanunun yaxşı cəhətlərindən biri budur ki, elm və təhsilin inteqrasiyasına daha çox önəm veril-mişdir. Amma bir çox hallarda müəyyən boşluqların olduğu da göstərilib. Məsələn, qanunda heç bir maddədə Azərbay-can Elmlər Akademiyasında magistratura təhsilinin həyata keçirilməsinə dair müddəa yoxdur. Halbuki həm dünya akademiyalarında, həm də Azərbaycanda bu artıq həyata keçirilmək üzrədir. Təcrübədə baş verəcək bir halın, nəzərdə tutulan bir məsələnin bu gün qəbul olunan qanunda...
Sədrlik edən. Buyurun, İsa müəllim. Bir dəqiqə vaxt verin.
İ.Həbibbəyli. Sahibkarlıq fəaliyyəti ilə bağlı olan müd-dəaları dəstəkləyirəm. Amma Azərbaycan Elmlər Akademi-yasına aid olan məqamlarda bu ayrıca maddə ilə qeyd olunsa da, elmi tədqiqat müəssisələrinə aid olan bəndlərdə nəzərdə tutulmayıb. Bundan başqa, 33.3-də sifarişlər əsasında yerinə yetirilən elmi tədqiqatların kommersiya və qeyri-kommersiya əsaslarında müqavilə ilə həyata keçirilməsi nəzərdə tutulub. Bildiyiniz kimi, akademiya qeyri-kommersiya qurumudur. Belə çıxır ki, elmi sifarişlərin icra olunmasında akademiyalar iştirak edə bilməyəcəklər. Ona görə də təklif edirəm, maddədə “elmi sifarişlər kommersiya üsulu ilə və dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilir” sözləri əlavə olunsun. Bundan başqa, elmi adların və elmi dərəcələrin verilməsinə aid olan müddəalarda “müvafiq icra hakimiyyəti” sözünün yazılmasına ehtiyac var. Bütövlükdə qanun layihəsini müdafiə edirik.
Sədrlik edən. Sağ olun, İsa müəllim. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, hörmətli sədarət. Mən də əvvəlcədən deyim ki, doğrudan da, bu, nəinki elmi ictimaiyyət, hətta bütün Azərbaycan ictimaiyyəti tərəfindən çoxdan gözlənilən bir qanun layihəsidir. Bu qanun layihəsinin hazırlanmasında, – bayaq Şəmsəddin müəllim də qeyd elədi, – həm Milli Məclis rəhbərliyinin, komitələrin, həm də digər 50-ə yaxın təşkilatın zəhməti var. Qanun çox vacib qanundur və bu gün müzakirəyə çıxarılmağı tamamilə doğru addımdır. Qeyd etmək lazımdır ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərinin formalaşmasında əsas prioritet innovasiya cəmiyyətinin yeni mərhələsi olaraq biliyin generasiyası, yayımı və istifadəsi əsasında qurulmuş iqtisadiyyatın formalaşmasına yönəldilmişdir.
Bundan başqa, qeyd etmək lazımdır ki, elmin nüfuzunun yüksəldilməsi məqsədi ilə mövcud intellektual potensialın imkanlarından rasional istifadə etməklə bərabər, elmi sahəyə dünyanın qabaqcıl elm mərkəzlərində təcrübə keçmiş, yeni informasiya texnologiyalarına və Avropa dillərinə yiyələnmiş gənc mütəxəssislərin cəlb edilməsi çox vacibdir. Bir də qeyd etmək istəyirəm ki, yüksəkixtisaslı mütəxəssislər hazırlayan sistemin səmərəli idarəetmə mexanizmlərini yaratmaq üçün elmi fəaliyyətin nəticələrini obyektiv qiymətləndirmə sistemi mövcud olmalıdır. Bu məqsədlə beynəlxalq aləmdə geniş tətbiq olunan əsas göstəricilərdən – istinad indeksi, hirs indeksi, operativlik əmsalı, özünə istinad və özünü istinad indekslərindən başqa elmi-metrik meyarlardan istifadə olunmalıdır. Bu baxımdan yuxarıda qeyd olunan qanunun bugünkü səviyyəsi həmin tələblərə, demək olar ki, cavab verir. Amerikanın elmi informasiya institutunun internet versiyası olan WoS istinadlar üzrə kifayət qədər tanınmış bazadır. WoS, əsasən, ingilis, qismən də alman dilində 1980-ci ildən bəri 9 mindən artıq nəşriyyatı əhatə edir. Science Citation İndex Expanded – Təbiət elmləri üzrə baza 1998-ci ildən bu günə qədər təbiət elmləri üzrə 1700-dən artıq jurnalı, Social Sciences Citation İndex – Sosial elmlər üzrə baza 1988-ci ildən bu günə qədər sosioloji fənlər üzrə 2100 jurnalı, Arts and Humanities Citation İndex – İncəsənət və humanitar elmlər üzrə baza 1988-ci ildən bu günə qədər 1300-dən artıq jurnalı birləşdirir. Bu gün həm Azərbaycan Respublikasının vətəndaşı, millət vəkili, həm də elmlər doktoru, professor kimi bunları deməkdə əsas məqsədim odur ki, Azərbaycan elminin yuxarıda adlarını çəkdiyim jurnallarda çap olunmasına bu gün ehtiyac var. Bu cəhətdən biz bəzi ölkələrdən geri qalırıq. Mən inanıram ki, bu yeni qanunun qəbul olunması ilə bu problem aradan götürüləcək.
Digər tərəfdən, qanunla bağlı bir neçə təklifim var. Burada hörmətli Gülçöhrə xanım tamamilə doğru qeyd elədi, təhsildə fasiləsizlik çox mühüm rol oynayır. Zahid Oruc da misal gətirdi ki, Azərbaycanda 5000 magistr var. 5000 deyil, 2500-dür. Onun da yarısını, təxminən 50 faizini bəlkə də qızlar təşkil edir. 500 də doktorant, fəlsəfə doktoru var. Cəmi bir yerdə 3 min adam eləyir. Bunun da yarısı, hesab eləsək ki, qadınlardır, qalır 1500 adam. Bu 1500 nəfər oğlan uşağından Azərbaycan ordusu heç nə udmur. Amma elmimiz çox şey itirir. Mən demirəm ki, onlar əsgərlikdən azad olunsunlar. Əsgərlik etmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Sadəcə, onların oxuduqları müddət üçün möhlət verilsin.
Burada bir məsələni də qeyd eləmək istəyirəm. Bilirsiniz, beynəlxalq təşkilatlar, çoxlu assosiasiyalar var. Avropa universitetləri, o cümlədən bizim Texniki Universitet də o assosiasiyalarda iştirak eləyir, qrant alır. Qrantdan gəlir vergisi tutulur, 22 faiz sosial müdafiəyə ayırma gedir. Mənə elə gəlir ki, bu, yolverilməz haldır. Qrantdan heç bir dəyər vergisi tutulmamalıdır. Bu təkliflə çıxış eləmək istəyirəm. Bir təklifim də var. Qanun layihəsinin 45.5-ci maddəsində göstərilir ki, elmi müəssisə və təşkilatların (eləcə də xarici tərəfdaşların birgə müqavilələr əsasında) Azərbaycan Respublikasına elmi tədqiqatlar aparmaq məqsədi ilə gətirdikləri elmi avadanlıq, cihaz, qurğu, dəzgah, reaktiv və digər vasitələr gömrük rüsumundan və…
Sədrlik edən. Sağ olun. Abel Məhərrəmov.
A.Məhərrəmov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hör-mətli qonaqlar, hörmətli həmkarlar və hörmətli media nümayəndələri! İlk növbədə hər birinizi salamlayıram və qeyd etmək istəyirəm ki, doğrudan da, bu gün tarixi bir sənədi müzakirə edirik və əminəm ki, onu qəbul edəcəyik. Hər bir xalqın özünəməxsus intellektual tarixi var. Bu intel-lektual tarixin içərisində, təbii ki, elmin, təhsilin özünə-məxsus yeri var.
Bu gün elm haqqında qanun layihəsini müzakirə ediriksə, deməli, xalqımızın gələcəkdə intellektual səviyyəsinin yüksəldilməsi haqqında düşünürük. Ədalət naminə demək lazımdır ki, uzun müddətdir, bu qanun üzərində iş gedir. Hörmətli Şəmsəddin müəllim sadaladı, universitetlərdə, nazirliklərdə, qurumlarda, yəni hər yerdə bu müzakirə olunub. Hər birinə təşəkkür edirəm, çox zəhmət çəkilibdir. Nəhayət, bir çox problemlər gözlədiyimiz bu elm qanununda öz həllini tapa bilibdir. Bu da bizi çox sevindirir. Məsələn, onlardan birini mən önə çəkərdim və yoldaşlar da dedilər, bu, 7.9-cu maddədə göstərilən hərbi xidmətdən möhlət məsələsidir. 14.10-cu maddədə isə göstərilir ki, ali təhsil müəssisəsində çalışan elmi işçilər ilə Azərbaycan Milli Elmlər Akademiyasında çalışan elmi işçilərin statusu eyniləşibdir. Bu böyük məsələdir. Yəni çox sayda yeni istiqamətlər burada öz əksini tapıb ki, uzun illərdir, biz bunun həllini gözləyirdik. Bayaq yoldaşlar dedilər, infofaktorlu jurnallarda çıxan məqalələrin ödənilməsi və sair. Çoxsaylı məsələlər həll olunur, əminəm ki, bu, işlək bir qanun olacaqdır. Bəzən biz elə düşünürük ki, qanun bu gün yazıldı, sabah hər şey qaydasına düşəcəkdir. Qanunu biz işlətməliyik, yəni qanun bizə istiqamət verir, həllini isə biz yerinə yetirməliyik.
Təbii ki, arzu elədiyimiz məsələlər də var. Mən bir neçəsi üzərində qısa olaraq dayanmaq istəyirəm. Məsələn, sual oluna bilər ki, bu gün cəmiyyətdə tələb olunan mütəxəssis kimə deyilir. Hansı mütəxəssis bu gün cəmiyyətdə iş ilə dərhal təmin olunur? Həmin mütəxəssis o məzun hesab olunur ki, o oxuduğu müddətdə tədris prosesindən əlavə elmi iş ilə də məşğul ola bilsin. Elmi iş də, təbii ki, innovativ elmi istiqamətləri və düşüncələri əhatə eləməlidir. Ona görə də elmi tədqiqat işləri aparılmasa, o tələbələr tədris laboratoriyalarından əlavə elmi tədqiqat laboratoriyalarında işləməsələr, gələcəkdə tələb olunan mütəxəssis ola bilməzlər. Ona görə bu qanunun ali məktəblərə şamil edilməsi məni çox sevindirir.
Azərbaycanda 1800-ə qədər elmlər doktoru var, bunun 3/2 ali təhsil müəssisələrində, 3/1 Milli Elmlər Akademi-yasında çalışır. Ancaq elmin nisbətinə gəldikdə isə, bu, təqribən 50 faiz ali təhsil müəssisələrindədir, 50 faiz də Azərbaycan Milli Elmlər Akademiyasında. Biz çalışmalıyıq ki, bu balansda alimlərin sayı 1200-dən çox olan universi-tetlərdə prioritet elmi istiqamətlərdə aparılan tədqiqat işlərinin xüsusi çəkisi qabağa çıxsın və bu nisbət, təbii ki, alimlər harada çoxdursa, o tərəfə meyillənsin. Mən bunu nəyə görə deyirəm? Yəni bu qanunda yazılan o müddəa ki, alimlərin səviyyələri, daha doğrusu, statusları bərabər olur və onlara elmi stimullaşdırmaq üçün vəsait ayrılacaq, mən əminəm ki, gələcəkdə bu nisbət universitetlərin xeyrinə həll olunacaqdır. Bayaq burada yoldaşlar da dedilər ki, Azərbaycan Milli Elmlər Akademiyasında son illər çox dinamik inkişaf var. Mən buna dəstək verirəm. Doğrudan da, elmin xeyrinə çox böyük islahatlar aparılır. Mən hesab edirəm ki, Təhsil Nazirliyində də bu islahatlara start verilibdir. Düzdür, uzun illər bu məsələdə bir az çatışmazlıq olub. Ancaq son vaxtlar bu innovativ, prioritet elmi istiqamətlərin önə gətirilməsi və onların maliyyələşdirilməsində müəyyən düşüncələr ortaya qoyulubdur. Mən əminəm ki, biz buna səs versək, bu qanun layihəsi gələcəkdə…
Sədrlik edən. Sağ olun, Abel müəllim. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli qonaqlar və media təm-silçiləri! Bu gün, nəhayət, müzakirəyə çıxardığımız Elm haqqında qanun layihəsi, mən deyərdim ki, doğrudan da, tarixi bir hadisədir. Bu qanun layihəsi “Təhsil haqqında” Qanundan sonra cəmiyyətin və hər birimizin gözləmiş olduğu mühüm qanun layihəsi idi ki, artıq biz onun, nəhayət, müzakirəsinə başlamışıq. Buna görə də mən Şəmsəddin müəllimə və onun rəhbərlik etmiş olduğu komitəyə və bütövlükdə Milli Məclisin rəhbərliyinə, bu işlə əlaqəli olan hər bir insana dərin təşəkkürümü bildirirəm ki, nəhayət, bir çox cəhətləri ilə mən deyərdim ki, Azərbaycan elminin inkişafına ciddi imkanlar yarada, konseptual baxımdan bütün tələblərə cavab verə biləcək qanun layihəsini hazırlayıb bizim müzakirəmizə veribdir.
Əminəm ki, bütün millət vəkillərinin dəstəyi ilə Milli Məclis bu gün birinci oxunuşda bu qanun layihəsini qəbul edəcəkdir. Bütün bunların hamısı öz yerində, mən deyərdim ki, həqiqətən, qanun layihəsində istər dövlətin elmə dəstəyi, istər elmin subyektləri, istərsə də elmin gələcək inkişafını təmin eləyən amillər, xüsusən gənc kadrların elmə cəlb olunması ilə bağlı bütün məsələlər qanunda hərtərəfli şəkildə yüksək peşəkarlıqla təsbit olunubdur. Mən çox arzu edərdim və hər birimizin mən düşünürəm ki, istəyi bundan ibarətdir ki, bu qanun layihəsinin bütün müddəaları yerinə yetirilsin və nəhayət, Azərbaycan elmi durğunluqdan, ölü nöqtədən bir inkişaf mərhələsinə qədəm qoysun. Uzun illər boyu Azərbaycanda elm haqqında qanunun olmamasına, sovet elminin ənənələri qırıldığına və yeni elmi ənənələri qura biləcək qanunvericilik bazası yaradılmadığına görə faktiki olaraq elm sahəsinin inkişafında ciddi problemlər yarandı. Mən bunu nə Milli Elmlər Akademiyasının, nə də ali mək-təblərin üzərinə yıxmaq istəyirəm. Mənim düşüncəm bundan ibarətdir, bu elm elə bir sahədir ki, bunun inkişafına cəmiyyətin özü hazır olmalıdır. Bütün mənalarda hazır olmalıdır, yəni orta məktəbi qurtaran, ali məktəbə girən, ali məktəbi qurtaran gedib Sədərək bazarında pul qazanmaq haqqında düşünməli deyil. Əgər o gənc özünü elmə fəda etmək istəyirsə və onun düşüncəsi buna köklənibsə, bəli, həmin elmdən sabah, birisigün, bir neçə ildən sonra ciddi uğurlar gözləmək olar, necə ki, zamanında belə olubdur. Mən fikirləşirəm ki, son vaxtlar Akif Əlizadənin Milli Elmlər Akademiyasının rəhbərliyinə gətirilməsi, əlbəttə, ciddi bir hadisədir, onun fəaliyyəti göz önündədir, o özünün fəaliyyəti ilə Milli Elmlər Akademiyasını canlandırmağa çalışır, onun işini gücləndirmək üçün nə mümkündürsə, onu edir. Lakin çox hörmətli və dəyərli hesab etdiyim Akif müəllimin çiyinlərində köhnədən bir yük var. Dağılmış, inkişafı olmayan, yerində sayan, heç bir stimulu olmayan Milli Elmlər Akademiyası. Mən ümidvaram ki, bu qanun layihəsi imkan verəcək, bu ağır yükdən tədricən azad olmaq mümkün olsun. Lakin bunun üçün heç şübhəsiz ki, islahatların aparılmasına ciddi ehtiyac var.
Milli Elmlər Akademiyasında, habelə ali məktəb sistemində paralel strukturlar var. Mən bunu komitənin yığıncağında da dedim, kiminsə xoşuna istəyir, gəlsin, istəmir, gəlməsin. Bunun üçün demirəm, ancaq hər birimiz azərbaycanlıyıq və düşünürük ki, gələcəkdə Azərbaycan elmsiz heç nədir. Amerikanın bu gün gücü onun elmindədir, elmi tədqiqatlarındadır və həmin elmi tədqiqatların istehsalata tətbiqindədir. Ona görə də paralel institutlar var. Bu gün Tarix İnstitutundan 3–4 dənə törəmə əmələ gəlir, buna ehti-yac varmı? Sonra, ədəbiyyat sahəsində, dil sahəsində, digər sahələrdə paralellər var. Bu paralelləri, mən düşünürəm ki, aradan qaldırmaq lazımdır. Nə qədər ki bu islahatlar getmə-yib, bizim qəbul etmiş olduğumuz qanun özünün səmərəli nəticələrini verməyəcək, xüsusən də gənclərimizin elmə cəlb edilməsinin ən vacib məqamı, amili onların stimullaş-dırılmasıdır. Gənc özünün istedadını elmə qoymaqla bərabər, gələcəkdə həyat tərzinin, problemlərinin, sosial məsələlərinin həllinin də məhz elmdən keçdiyini başa düşərək, qəbul edərək elmə gələ bilər. Yoxsa bu qanun, düşünürəm ki, bütün müddəaları ilə işləməkdə müəyyən...
Sədrlik edən. Fəzail müəllim, təşəkkür edirəm. Mən Sizin çıxışınıza şərh vermək fikrində deyiləm, əsla. Amma demək ki, bu qanunun qəbulu ilə elm ölü nöqtəsindən tərpənəcək, bu, ciddi ittihamdır. Xahiş edirəm, fikirlərimizdə bir az dəqiq olaq. Bəli, bu sahədə uzun müddət qanun olmayıb, normativ hüquqi baza olmayıb. Amma bu o demək deyil ki, elm yerində dayanıb, inkişaf etmir. Əgər elm yoxdursa, onda Siz hansı diplomu almısınız, mən başa düşmürəm?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gedin, onda Sovet İttifaqında yaşayın. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də ilk növbədə qanunu hazırlayan bütün komitə üzvlərinə, ekspertlərə öz dərin təşəkkürümü bildirirəm. Ən pis qanun belə qanunsuzluqdan daha yaxşıdır. Qanun varsa, onun tələbləri də var və qanunla idarə olunma daha məqsədəuyğundur və o müxtəlif dövrlərdə təkmilləşə bilər.
Mənim ilk növbədə qanunun adı ilə bağlı bir təklifim var. Əslində, bu qanun elm və təhsil qanunu olsa idi, daha məqsədəuyğun olardı. Yəni iki qanunun ümumi müddəalarını birləşdirib fərdi qaydada digərlərini də həll etmək olardı. Təhsilin ən yüksək nöqtəsi elmdir, yəni təhsili biz elmdən ayıra bilmirik, elmlə təhsil eyni bir şeydir, bir-birinin davamıdır. Ona görə də hesab edirəm ki, gələcəkdə hər ikisi birlikdə götürülərək bu məsələ həll olunsa, daha çox xeyir verə bilər, nəinki ayrı-ayrılıqda hər sahəyə aid bir qanun olsa. Mən nümunə üçün Seçki Məcəlləsini göstərə bilərəm. Seçki Məcəlləsi var, hər seçkinin orada öz müddəaları, ümumi müddəaları, xüsusi müddəaları var. Bu qanunda da ümumi müddəaları birləşdirib, xüsusi müddəaları ayrı-ayrılıqda göstərməklə bu məsələni həll etmək olar.
Başqa bir məsələyə burada həmkarlarım toxundular. Mən möhlət hüququnun verilib-verilməməsini demirəm, bu, gələcəyin işidir. Amma oraya salınan müddəa bu qanunun kompetensiyasına aid deyil. Biz tamamilə başqa bir qanuna müdaxilə edirik. Bu hərbi çağırışın əsasları var, hörmətli Ziyafət müəllim. Hərbi çağırışın əsaslarında göstərilir ki, kimə möhlət hüququ verilir, kimə verilmir. Əgər belə bir təklif varsa, verilir, o, qanuna təklif olunur, müzakirə olunur və orada nəzərə alırlar ki, magistrlərə, doktorlara, kimlərəsə möhlət hüququ verilsin, ya verilməsin. Yaxud da ki, bunlar hərbi xidmətə getməlidir, getməli deyil. Bu tamam başqa bir qanuna aid olduğu üçün mən hesab edirəm ki, bu, ikinci oxunuşda buradan çıxarılmalıdır. O ki qaldı gedib-getməməsi ilə bağlı məsələlərə, onu qeyd edə bilərəm ki, orduya ancaq savadsızlar getməməlidir ki, savadlılar da getməlidirlər. Biz hansı dövrdə yaşayırıq?
Bu gün Amerika Birləşmiş Ştatlarında dördüncü sistem yaranıbdır ki, kompüter texnologiyaları ilə əlaqədar orduda birinci yeri tutur, ordu sistemində öndə gedir. Bu gün cənab Prezident tərəfindən dünyanın ən aparıcı silah növləri, raket kompleksi sistemləri gətirilir ki, bunları da idarə edən lazımdır. Qoy getsin, idarə etsin, həm özünü təkmilləşdirsin, həm praktiki cəhətdən öyrənsin, həm də bunu davam etdirsin. İkinci, elm o vaxt inkişaf edəcək ki, onun tətbiqi olacaq. Elmin tətbiqi yoxdursa, kimsə özünə doktorluq dissertasiyası yazıb, aparıb təsdiq etdirib, gətirib sandığa qoyursa, bundan əhaliyə nə xeyir var, bunun nə mənası var? Digər tərəfdən, mən tamamilə razıyam ki, – humanitar sahəni çıxmaq şərti ilə, – dəqiq elm gəlir gətirmirsə, o elmlə məşğul olmağa ehtiyac yoxdur. Humanitar elm elə bir sahədir ki, xalq üçün xalqın tarixini öyrənməlisən, millətin tarixini öyrənməlisən, ədəbiyyatını öyrənməlisən, folklorunu öyrənməlisən, bu vacibdir. Bunun, ola bilər, gəlir gətirən sahəsi də olsun, gəlir gətirməyən sahəsi də olsun. Amma mövcud informasiya, kommunikasiya, texnologiyalarla bağlı riyaziyyatın, digər sahələrin kənd təsərrüfatına, sənayeyə tətbiqi yoxdursa, burada elmlə məşğul olmağın nə adı var ki? Düstur yazmaqdırsa, onun heç bir kəsə ehtiyacı yoxdur. Mən hesab edirəm ki, bu məsələlərdə, yəni onun maliyyə tutumu baxımından bunlar hamısı nəzərə alınmalıdır. Biz neçə illərdir, görürük ki, elə deyirlər, elmə pul ayrılmır. Elm özü də pul qazanmalıdır, pul gətirməlidir. Bax, dünya təcrübəsində bu, kifayət qədər var və mən hesab edirəm, son dövrdə akademiyada gedən islahatlar, – hörmətli Fəzail müəllim qeyd etdi, – həm Akif müəllimin, həm hörmətli İsa müəllimin, həm Rasim müəllimin, – özü burada iştirak edir, – digər bizim tanınmış ziyalıların, alimlərin güclü şəkildə islahat aparması akademiyanın imicində bir dəyişiklik yaradıb. Əvvəllər biz akademiyanı yubileylər qeyd edən və dəfn mərasimləri təşkil edən bir təşkilat kimi tanıyırdıq. İndi artıq bunun elmi gücü, elmi potensialı, yeniliklər, yeni elmlərin tətbiqi üzə çıxıb. Dünyada o qədər yeni elmlər yaranıb, biz tək sovet dövründə nə yaranıbsa, elə ondan tutub getməli deyilik ki. Hüquq sahəsini götürək, bu gün akademiyada geniş boşluq var. İki sahə mövcuddur, fəlsəfə, hüquq, bir də insan hüquqları institutu. Amma mülki hüquq var, Konstitusiya hüququ var, onlar da tətbiq olunmalıdır.
Sədrlik edən. Sağ olun. Xanhüseyn müəllimin yerinə El-ton müəllim danışacaq. Elton müəllim, buyurun.
E.Məmmədov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəl-lim, hörmətli həmkarlarım, hörmətli qonaqlar! Azərbaycan qanunvericiliyində elm sahəsində hərtərəfli baza rolunu oynayacaq və sahənin ilk qanunu olacaq bu layihə uzun-müddətli gərgin əməyin nəticəsi kimi müzakirəmizə təqdim edilmişdir. Mən ilk növbədə qanun layihəsinin mükəmməl şəkildə hazırlanmasına görə Elm və təhsil komitəsinə, işçi qrupuna, ekspertlərə dərin minnətdarlığımı bildirirəm.
Elm və təhsilin birgə inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə və iqtisadiyyatımızın peşəkar mütəxəssislərlə təmin olunmasına imkan yaradır. Elmi nailiyyətlər, ideyalar, yanaşmalar həm də təhsilin sürətli inkişafına əsas yaradır. Bu baxımdan Elm haqqında qanunun qəbulu gələcəkdə elm və təhsilin paralel inkişafına, düşünürəm ki, şərait yaradacaqdır. “Təhsil haqqında” Qanunun qəbulundan sonra Elm haqqında qanuna da zərurət təbii idi. Bu qanunun qəbulundan sonra artıq elm və təhsilin vəhdəti tam təmin edilmiş olacaqdır.
Strateji əhəmiyyət daşıyan Elm haqqında qanun layihəsi ilə tanışlıq zamanı anlayışların və terminlərin əhəmiyyətliliyi, müasirlik və milliliyin vəhdəti, bu sahədə dövlət siyasəti və idarəetmənin dəqiq ifadə olunması, elm fəaliyyətinin subyektinin konkretliyi qabarıq surətdə nəzərə çarpır. Məsələn, elmi müəssisə və təşkilatların, elmi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatlarının və digər subyektlərin ayrı-ayrı maddələrlə verilməsini və sairi misal göstərmək olar.
Digər bir misal. XXI əsrin texnologiyası statusunu qaza-nan nanotexnologiya sahəsində tədqiqatların genişləndiril-məsi ilə bağlı müddəanın əks olunması, düşünürəm ki, çox təqdirəlayiqdir.
Qanun layihəsində elmimizin inkişafı ilə yanaşı, elm adamlarının sosial rifah halının yüksəldilməsinə xidmət edən maddələr də verilmişdir. Elmi işçilərin mənzil şəraitinin yaxşılaşdırılması və onlara ipoteka kreditləri və güzəştli kreditlərin verilməsi ilə bağlı müddəaları qeyd edə bilərik. Sənəddə elmi fəaliyyətin maliyyələşdirilməsinə də müxtəlif aspektlərdən yanaşılmışdır. Bir sözlə, qanun elm sahəsində mövcud olan bir çox problemlərin həllini özündə cəmləşdirmişdir. İlk və yeni olan, eyni zamanda, çox yenilikləri özündə ehtiva edən bu qanun elm sahəsindəki bütün münasibətlərin qanun müstəvisində tənzimlənməsini təmin edəcək və elmin inkişaf perspektivlərini müəyyənləşdirəcəkdir.
Qeyd olunanlarla yanaşı, layihə ilə bağlı təkliflərimi də nəzərinizə çatdırmaq istəyirəm. “Əsas anlayışlar və istifadə edilən terminlər” adlanan 1-ci maddənin 1.0.10-cu yarım-bəndində “elmin və elmi fəaliyyətin növləri” içərisində verilən texniki fəaliyyətin ayrıca bir yarımbənd, yəni “elmi-texniki fəaliyyət” yarımbəndi kimi qeyd edilməsini təklif edirəm. Təklifimi də onunla əsaslandırıram ki, əgər həmin maddənin 1.0.20-ci yarımbəndində elmi-texniki fəaliyyətin nəticəsi elmi fəaliyyətin nəticəsi ilə bərabər tutulursa, bu halda onun da ayrıca bir yarımbənd kimi verilməsi, düşünürəm ki, məqsədəmüvafiq olardı. Digər bir tərəfdən, bu həm də müasir dövrümüzün tələblərindən irəli gələn bir məsələdir.
Mən də cənab Sədr, qanun layihəsinin konseptual baxımdan birinci oxunuşun tələblərinə tam cavab verdiyini düşünürəm və müəyyən müzakirələrdən sonra qəbul edilməsini təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.


Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Aytən Mustafayeva.
A.Mustafayeva. Təşəkkür edirəm, Oqtay müəllim. Mən başqa cür çıxış etmək istəyirdim, ancaq son çıxışlar məni bir az çaşdırdı. Yusif Məmmədəliyev, Lev Landau, Azad Mirzəcanzadə, Lütfizadə kimi alimlər Azərbaycanda anadan olublar, azərbaycanlıdırlar. Bəli, nanotexnologiyalar dövrüdür və bizdə nanotexnologiyalar inkişaf edir. Amma bu gün eşitdiyimiz rəqəmlər onu deməyə əsas verir ki, biz sabah belə alimlərin yetişəcəyinə ümid bəsləməyək. Onun üçün ki, gənc nəsil elmə gəlmir.
Bilirsiniz, mən Milli Elmlər Akademiyasının İnsan Hü-quqları İnstitutunun direktoruyam. Mən ailə başçısını yalvara-yalvara 200 manat maaşa işə gətirə bilmirəm. Onun üçün bizdə, təbii ki, insan, mütəxəssis resursunun qıtlığı var. Təəssüflər olsun ki, qanun layihəsinin ilkin variantında nəzərdə tutulmuş elmi dərəcələrə görə əlavələr – 300 və 500 manat buradan silinib. Yaxşı, 300, 500 manat olmasın, amma bu 30 manat da çox gülünc rəqəmdir. Əzizlərim, alimləri bu qədər də hörmətdən salmaq olmaz axı.
Mən uşaq olanda ailəmizə akademiklər, professorlar qo-naq gəlirdilər. Onlar içəri girəndə biz o biri otağa qaçırdıq ki, hörmətli insanlar gəliblər. Bu gün burada fikirlər səsləndi ki, Milli Elmlər Akademiyası ölüb və sair. Akademiya ölməyib, o öz işini davam etdirir. Təəssüflər olsun ki, alimlərə hörmət yoxdur. Alimlərə ona görə hörmət yoxdur ki, biz azərbaycanlılar sabahımızı düşünmürük. Biz istəmirik ki, sabah Landaumuz, Mirzəcanzadəmiz olsun və sair.
Biz cavanları elmə gətirə bilmirik. Əzizlərim, bir düşü-nün, sabah elmimiz sıfır ola bilər. Bu o demək deyil ki, istedadlı adamlarımız yoxdur, var, amma onlar elmə gəl-mirlər. Mən onları instituta dəvət etmişəm, yalvarmışam ki, gəlsinlər. SOCAR-da bir işçi var, 15 ildir, ölü dilləri, daş yazıları öyrənir. Mən onu dartıb gətirmişəm ki, orada da işləsin, bizdə də. Elmimizə fayda gətirsin, qonşularımızla, düşmənlərimizlə mübarizəmizdə bizə öz bilikləri ilə yardım etsin. Biz bu istedadlı adamları elmə gətirməliyik. Belə cav-anları biz elmi müəssisələrə necə cəlb edək? Ailə başçısıdır, 200 manat maaşa gəlməyəcək.
Onun üçün hesab edirəm ki, elmi dərəcələrə görə əlavə-lərə yenidən baxmalıyıq və maliyyə naziri bu haqda düşün-məlidir. Azərbaycan alimlərinə belə münasibət olmaz. Ölkə başçısı əlindən gələni edir, amma hamısını o edə bilməz. Biz icra strukturlarından tələb etməliyik ki, onlar alimlərə doğru üzlərini çevirsinlər. Alimlər onların sabahkı hörməti, Azərbaycanın sabahkı adıdır, bunu unutmasınlar. Müxtəlif dövlətlərə köçmüş alimlərimizi bir-bir tapırıq və qürur hissi ilə deyirik ki, bu, azərbaycanlıdır.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar! Elm haqqında qanun layihəsi, əlbəttə ki, çox mühüm və vacib məsələyə həsr olunmuşdur. Müasir, qloballaşan dünyada elmin yerini, əhəmiyyətini vurğula-mağa ehtiyac yoxdur. Bu gün dünyada, inkişaf etmiş bütün ölkələrdə elmin rolu danılmazdır. Bu gün elm və təhsil həm də biznes və iqtisadiyyatla sıx əlaqədə inkişaf edir. Digər tərəfdən, elm və təhsilə dövlət tərəfindən böyük dəstək ver-ilir.
Layihə ilə ilkin tanışlıq onu deməyə imkan verir ki, bu məsələlər qanun layihəsində öz əksini tapmışdır. Qanunun mühümlüyünü əlavə vurğulamağa ehtiyac olmadığından konkret müddəalara keçmək istərdim.
1-ci maddədə qanunda istifadə olunan əsas anlayış və terminlərin siyahısı verilib. Lakin bura müəyyən əlavələr edilsə, yaxşı olardı. Burada qeyd edilir ki, alim elmi dərəcəsi və ya elmi adı olan tədqiqatçıdır. Hesab edirəm ki, 1-ci maddəyə “elmi ad” və “elmi dərəcə” anlayışları daxil edilməli və onların da digərləri kimi konkret tərifi və izahı verilməlidir.
3 və 4-cü maddələrdə əsas prinsiplər və vəzifələr gös-tərilir. Hesab edirəm ki, bu prinsip və vəzifələrin sırasına elmin populyarlaşdırılması da əlavə edilməlidir, çünki son zamanlar gənclərimiz elmə elə də maraq göstərmirlər.
Digər tərəfdən, elmi-kütləvi nəşrlər, kitablar çox azdır. İnsanların elmə marağının artırılması çox vacibdir. Sovet dönəmində elmi-kütləvi nəşrlər dərc edən ixtisaslaşmış nəşriyyatlar var idi, böyük tirajlarla kitablar çıxırdı. Sovetlər dönəmində elm ən nüfuzlu sahə sayılırdı. Elmi dərnəklər, elmi-kütləvi jurnallar, teleproqramlar geniş yayılmışdı. Bu gün də müasir dünya bu yolla gedir, amma bizdə bu sahədə vəziyyət heç də yaxşı deyil. Bu vəzifələrin qanunda əks etdirilməsinə ehtiyac vardır.
28-ci maddədə göstərilir ki, milli-mənəvi dəyərlərə zidd olan tədqiqatlara məhdudiyyət qoyulur. Bunun bir qədər dəqiqləşdirilməsinə, aydınlaşdırılmasına, məncə, ehtiyac var. Bundan başqa, yaxşı olardı ki, qanunda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xarici tədqiqatçıların həvəsləndirilməsi üçün dövlət proqramlarının qəbulu bir maddədə göstərilsin. Bizim buna böyük ehtiyacımız vardır, çünki bir var, məsələn, Azərbaycan tədqiqatçısı Qarabağ, Xocalı haqqında monoqrafiya ortaya çıxarsın, bir də var, bunu bir alman, yapon, rus alimi etsin. Onların tədqiqatları dünya elmi ictimaiyyəti tərəfindən daha tez qəbul ediləcəkdir. Bu baxımdan təklif edərdim ki, Azərbaycan tarixi, mədəniyyəti haqqında əcnəbi alimlərin tədqiqatlarının stimul-laşdırılması qanunda bir vəzifə kimi ayrıca bir maddədə göstərilsin. Eyni zamanda, bizim tədqiqatçıların dünyanın nəhəng elmi mərkəzlərinə göndərilməsi, onların isə gəlib burada dərs deməsi, kadrlar hazırlaması çox mühümdür.
Vurğulamaq istədiyim digər məsələ elmi jurnallarla bağlıdır. Bu gün elmi tədqiqatçılar, doktorantlar öz elmi məqalələrini çap etdirməlidirlər. Açığı, bir sıra jurnallar müəyyən ödənişlə bunu edirlər. Gənc alimlərin isə buna maddi gücü çatmır. Xaricdə çıxan jurnallar da bunu tələb edirlər. Bununla bağlı müəyyən bir mexanizm nəzərdə tutula bilər. Yəni həm elmi jurnalların sayı keyfiyyətin qorunması şərti ilə artırılsın, həm də gənc alimlərə müəyyən şərait və güzəştlər nəzərdə tutulsun.
Nəhayət, çox yaxşı olardı ki, yeni bir xüsusi mükafat təsis edilsin və mədəniyyət, tarix, fizika, hüquq və sair nominasiyalarda verilsin. Bu mükafat hər il verilsin ki, müəyyən maddi həvəsləndirmə olsun. Bu da gənc alimlərin həvəsləndirilməsinə və öz-özlüyündə yeni elmi nailiyyətlərin ortaya çıxmasına şərait yaradardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Hörmətli cənab Sədr, hörmətli deputat həm-karlarım, hörmətli dəvətlilər! Elm haqqında qanunun müza-kirəyə çıxarılmasını çox böyük hadisə hesab edirəm. De-putat həmkarlarımın dedikləri ilə bölüşürəm və zaman az olduğuna görə birbaşa mətləbə keçirəm.
Mənə elə gəlir ki, Azərbaycanda kifayət qədər güclü elm potensialı var və onu hərəkətə gətirməklə yaxşı nəticələrə nail olmaq olar. Azərbaycan elminin problemi Azərbaycan alimində yox, maliyyəsindədir. İnkişaf etmiş ölkələrin birbaşa elmlə bağlılığını bir rəqəmlə qeyd edim ki, həmin ölkələrdə elmi tədqiqatlara düşən vəsait adambaşına 700 dollardan çox təşkil edir. Bu rəqəm Amerika Birləşmiş Ştatları, Yaponiya, İsraildə 1100, Rusiyada 86, Azərbay-canda 20 dollar təşkil edir. 20 dollarlıq bir potensialla alimdən yüksək nəticələr tələb etmək, mənə elə gəlir ki, o qədər də taktiki deyildir.
İkinci, əgər elmə ayrılan vəsait ümumi daxili məhsulun 2 faizindən aşağıdırsa, bu, ölkənin iqtisadi təhlükəsizliyinə böyük bir təhdiddir. Büdcədən ayrılan vəsait 90 faizə qədər elmə ayrılan vəsaiti təşkil edir və bu da ümumi daxili məhsulun 0,2 faizidir, yəni təhlükəli həddən 10 dəfə aşağı-dır. Bu iki göstərici mənim fikirlərimə bir daha təkan verir ki, Azərbaycan elminin problemi alimində yox, maliyyə-sindədir. Əgər biz bu istiqamətdə yüksək nəticələrə nail ol-maq istəyiriksə, köklü islahatlara getməliyik. Hesab edirəm ki, Azərbaycan elmində köklü islahatlar 1 alimin statusunun qaldırılmasından, maaşların, elmi tədqiqatların nəticələrinin praktikaya tətbiqinin stimullaşdırılmasının artırılmasından başlamalıdır. Bu istiqamətdə maliyyələşmə sistemi sovetdən qalma köhnə qalıq prinsipindən beynəlxalq praktikada təsdiq edilmiş mütərəqqi üsullara keçməklə tətbiq olunmalıdır. 2020-ci ilə qədər elmə ayrılan vəsaiti 0,2 faizdən həm dövlət büdcəsi, həm də özəlin hesabına 0,8 faizə, 2025-ci ildə isə 1,5, bəlkə də güc versək, 2 faizə çatdırmaqla təhlükəli həddən çıxmaq lazımdır.
Milli Elmlər Akademiyasında işləyən kiçik elmi işçi 187 manat, elmi işçi 220 manat, böyük elmi işçi 253 manat, elmlər doktoru 410 manat, üzərinə də 100 manat gələndə 510 manat pul alırlar. Əgər o bu məvacibə işləyirsə, onu yalnız fədakar adlandırmaq olar. Bu, dövlət qulluğunda işləyən kiçik məsləhətçinin aldığı maaş qədərdir. Ona görə də bu haqda fikirləşməyə dəyər.
Eyni zamanda, qanunda nəzərdə tutulan məsələlərlə bağlı bir sual səsləndirmək istəyirəm. Yaxşı çıxışlar, təqdimatlar oldu. Bu qanunun maliyyə tutumu nə qədərdir? Bu suala aydınlıq gətirilməyincə bu qanunun qəbul edilməsinin əhəmiyyəti o qədər də yüksək olmur. Ona görə də bu istiqamətdə fikirləşməyi vacib hesab edirəm.
Deyirik ki, elmdə çalışanların yaşları çoxdur. Elmdə çalışanlar ona görə pensiyaya çıxmırlar ki, bu onların maddi vəziyyətinə xeyli dərəcədə təsir göstərir. Təklif edirəm ki, alimlər üçün müəyyən edilən pensiyaların mexanizmi dəyişdirilsin, mütərəqqi bir sistem tətbiq olunsun. Onda yaşlı alim vaxtında pensiyaya çıxacaq.
Digər bir məsələ. Milli Elmlər Akademiyasının köhnə işçilərindən biri kimi demək istəyirəm ki, onların ən müsibətli günləri məzuniyyətdən qayıdandan sonra, 20 gün ərzində olur. Ona görə təklif edirəm ki, məzuniyyətə gedən zaman onlara bir sıra yerlərdə olduğu kimi, bir maaş qədər də vəsait verilsin ki, heç olmasa, normal istirahət edə bilsinlər və qayıdanda da 20 gün stress vəziyyətinə düşmə-sinlər. Axırıncı deyəcəyim məsələ elmin nəticələrinin prak-tikaya tətbiqi ilə bağlıdır. Bu zaman nə edilməlidir ki, biznes də ora qoşulsun? Biznesin də ora qoşulması üçün vergi sistemində əsaslı dəyişikliklər etmək lazımdır, çünki elmə qoyulan bir manat ən azı 15 manat əlavə vəsait gətirir.
Sədrlik edən. Sağ olun. İsmayıl Hacıyev.
İ.Hacıyev. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlar, hörmətli qonaqlar! Milli Məclisdə qəbul olunan bəzi qanunlar cəmiyyətimizin bir sıra üzvləri üçün maraqlı olur. Yəni xeyli sayda insan bu qanunun qəbul olunmasında maraqlıdır. Ona görə ki, bu qanun son nəticədə cəmiyyətin bu və ya digər səviyyədə inkişafına əsaslı təsir göstərir. Ölkə Prezidentinin iki fikri ilə dediklərimi təsdiq etmək istəyirəm.
Ölkəmiz son illərdə çox sürətlə inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmiş-dir ki, Azərbaycan başqa sahələrdə olduğu kimi, Cənubi Qafqazın elm mərkəzi olmalıdır. Bu fikir Azərbaycan Res-publikasının inkişafına əsaslanaraq deyilib.
İkinci, 2011-ci ilin aprel ayının 26-da Azərbaycan Milli Elmlər Akademiyasının illik hesabat yığıncağında ölkə Prezidenti qeyd etmişdir ki, cəmiyyət, dövlət təkcə təbii resurslara görə inkişaf etmir. Cəmiyyət fikrə, innovasiyaya, elmə, iqtisadiyyata əsaslananda inkişaf edir. Bu mənada bu qanunun qəbul olunması çox vacibdir.
Mən ilk növbədə, Elm və təhsil komitəsinə, onun üzvlə-rinə, komitənin sədri professor Şəmsəddin müəllimə və eləcə də bu qanunla məşğul olan insanların hamısına dərin minnətdarlığımı bildirirəm ki, yaxşı və mükəmməl bir qanun hazırlayıblar. Uzun illərdir ki, bu qanunun üzərində iş gedir. Belə demək mümkündürsə, qəbul olunması mümkün olan qanun hazırlanıb ortaya qoyulub. Qanunun maddələrinə, fəsillərinə fikir versək, bunun bir daha şahidi olarıq.
Bildiyiniz kimi, qanun layihəsi 8 fəsil, 488 maddədən ibarətdir. Elə maddə vardır ki, 40–45 yarımmaddədən ibarətdir. Yəni orada maddələr, elmi fəaliyyətin bütün sahələri zərgər dəqiqliyi ilə öz əksini tapıb.
Elm haqqında qanunun preambula hissəsində “bu qanun niyə qəbul olunmalıdır?” fikrinə cavab verilir. Mən bunu olduğu kimi oxumaq istəyirəm: “Bu qanun Azərbaycan Respublikasında elmin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir”. Ardı da var, onu oxumaq istəmirəm. Yəni buradan göründüyü kimi, Elm haqqında qanunun qəbul olunması dövlət siyasətinin mühüm bir istiqamətidir. Qanunun maddələrində də öz əksini tapıb ki, dövlət hansı cəhətdən Elm haqqında qanunun qəbul olunmasında maraqlıdır. Çox şey demək olar, yəqin ki, növbəti iclaslarda bu barədə danışacağam. Lakin mən bir neçə çatışmayan cəhəti demək istəyirəm ki, növbəti müzakirələrə qədər onlar nəzərə alınsın.
Bilirsiniz ki, bu vaxta qədər elm sahəsində işləyənlər, əsasən, magistr təhsilini və ənənəvi təhsili qurtaranlardır. Burada yazılıb ki, bakalavr təhsilli mütəxəssis əgər ixtisası üzrə iki il işləyibsə, artıq o, elmi işçi vəzifəsinə seçilə bilər. Yəni belə çıxır ki, bakalavr təhsilli mütəxəssisin iki il ixtisas təhsili varsa, o gələcəkdə doktorant və dissertant ola bilər. Bu yaxşı haldır. Təkcə magistrlərlə elmi sahəni inkişaf etdirmək bir qədər çətinlik törədir.
9.2.1-ci maddədə elmi işçilərin vəzifələri müəyyən olu-nur. Yazılır ki, elmi işçi, böyük elmi işçi, baş elmi işçi. Bəs qalan elmi işçilər? Məsələn, kiçik elmi işçi, aparıcı elmi işçi var. Bu sıranı tamamlamaq lazımdır. Yazılmalıdır ki, kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi. Nədənsə bu vəzifələrin ikisi ora düşməyib.
Dissertasiya şuraları və elmi strukturları idarə edən adamlar haqqında geniş şəkildə məlumat verilib. Məsələn, yazılır ki, direktorlar və digərləri. Bura akademik katiblərin və sədrlərin adları düşməyib. Mən bir bölmənin sədriyəm, “sədr” anlayışı ora düşməyib. Dissertasiya şuralarının mü-dafiəsi ilə bağlı çoxlu məsələlər var ki, hamısını çatdırmaq, qeyd etmək mümkün deyil. Məsələn, rəsmi opponentlərə və digərlərinə görə əmək haqqı verilir ki, onlar bir az düz qeyd edilməyib. Mən öz fikrimi şifahi olaraq...
Sədrlik edən. Çox sağ olun. Çıxışınızı Şəmsəddin müəllimə verin. İndi qanun layihəsinə konseptual baxımdan qiy-mət verilir. Hələ ikinci oxunuş var, verilən təkliflərə, yəqin ki, baxılacaq. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Sağ olun. Oqtay müəllim, Əhliman Əmir-aslanovla yerimizi dəyişirik.
Sədrlik edən. Əhliman müəllimə mikrofon verin.
Ə.Əmiraslanov. Çox hörmətli Oqtay müəllim, çox hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, elm və təhsil ictimaiyyətinin çoxdan gözlədiyi Elm haqqında Azərbaycan Respublikası qanununun layihəsinin bu gün plenar iclasda müzakirəyə çıxarılması çox vacib bir hadisədir. Bu barədə çox danışmaq olar.
Bu gün burada müxtəlif fikirlər səsləndi. Dünyada elm sahəsində ən böyük uğuru qazanan ayrı-ayrı tədqiqatçılar deyil, yaxşı formalaşmış elmi kollektivlərdir. Nobel müka-fatı almış mütəxəssislərə diqqət yetirsək, görərik ki, adətən, bu mükafatları kollektivlər alır. Ona görə mənə belə gəlir, bu qanunun ən böyük uğuru ondan ibarətdir ki, burada akademiya elmi ilə ali məktəb elmi arasında inteqrasiya sahəsində çox mühüm addımlar atılıbdır. Elə elm sahələri var ki, Milli Elmlər Akademiyasında çox yaxşı inkişaf edib, elə elm sahələri də var ki, bizim universitetlərimiz bu sahədə böyük uğurlar qazanıbdır. Məhz bu inteqrasiya sahəsində biz gələcəkdə böyük uğurlar qazana bilərik. Bu qanunun bir müsbət cəhətini də onda görürəm ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının ölkəmizdə elm sahəsində dövlət siyasətini həyata keçirən bir orqan olması bir daha burada öz əksini tapıbdır.
Vaxt az olduğuna görə mən istərdim ki, bir neçə məsələyə tezis şəklində fikirlərimi bildirim.
7.9, 14, 27.3.2 və 46.4-cü bəndlərdə “doktorantura və magistratura” sözlərindən sonra hökmən “rezidentura” sözü əlavə olunmalıdır. Artıq 4 ildir ki, Azərbaycanda tibbi mütəxəssislərin hazırlanması sahəsində yeni təhsil pilləsi həyata keçirilir. O mütləq burada öz əksini tapmalıdır.
20.4-cü maddədə göstərilir ki, elmi mütəxəssislər dokto-rantura yolu ilə hazırlanır. Mənə belə gəlir ki, bu gün Azər-baycanda elmi mütəxəssislər, elmi işçilər yalnız doktoran-tura yolu ilə yox, həm də disserantura yolu ilə də hazırlanır. Hətta disserantura yolu ilə hazırlanan elmi mütəxəssislərin sayı daha çoxdur. Ona görə qeyd etdiyim maddəyə bu söz əlavə olunmalıdır.
Mənə belə gəlir ki, bizim bu qanunun ən böyük uğurlarından biri elmi istinadlara görə mükafatlandırma, əlavə vəsaitin verilməsidir. Bilirsiniz ki, bu gün hər bir alimin səviyyəsini, onun reytinqini təyin etmək üçün hökmən onun əsərlərinə olan istinadlara nəzər salmaq lazımdır. Mənə belə gəlir ki, Azərbaycan alimlərinə olan istinadları qiymətləndirməklə onların mükafatlandırılmasının və əlavə maliyyə vəsaitinin artırılmasının burada öz əksini tapması çox uğurlu bir haldır.
Digər bir tərəfdən, bu gün ən uğurlu elmi tədqiqat sahə-lərinin inkişafı qrant layihələri ilə əlaqədardır. Bilirsiniz ki, həm ölkə daxilində, həm də dünyada çox böyük məbləğdə qrant layihələri həyata keçirilir. Qanunda göstərilib ki, belə bir qrant layihələrindən həm ölkəmizdə, həm də ölkəmizdən kənarda istifadə etməklə böyük uğurlar qazanmaq olar. Buna misal olaraq Azərbaycanda Elmin İnkişaf Fondunun ayırdığı qrantları qeyd etmək olar. Mən istərdim, hörmətli millət vəkillərinin yadlarına salım ki, bu sahədə böyük işlər görülübdür. Son olaraq onu deyim ki, universitetlərimizdə...
Sədrlik edən. Sağ olun, Əhliman müəllim. Sahibə Qafarova.
S.Qafarova. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli qonaqlar, hörmətli millət vəkilləri! Burada da qeyd olunduğu kimi, bu gün Azərbaycan yüksək sürətli inkişaf tempinə malikdir və əldə edilən nəticələr bütün sahələr üzrə inkişaf meyillərini şərtləndirir. Digər sahələrdə olduğu kimi, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmin inkişafı siyasəti bu gün uğurla davam etdirilir.
Bu gün dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə elmi potensialın qorunması, inkişaf etdirilməsi yönündə çox mü-hüm addımlar atılmaqdadır. Son illər ərzində elm müəs-sisələrinin maddi-texniki təminatlarının gücləndirilməsi, akademik və elmi məktəblərin qorunub saxlanılması və elmi kadrların hazırlığı, həmçinin Milli Elmlər Akademiyasının strukturunun təkmilləşdirilməsi yönündə müxtəlif qərarlar qəbul olunur. Bu gün Təhsil Nazirliyi tərəfindən ali məktəblərdə elmin inkişafına böyük diqqət verilir və bu istiqamətdə ciddi addımlar atılır. Bütün bunlar Azərbaycan elminin qarşısında yeni üfüqlər açıb. Bununla yanaşı, elmi fəaliyyətin qanuni əsaslarının yaradılması, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi üçün yeni qanunun qəbulu artıq zərurətə çevrilib. Bu baxımdan Elm haqqında qanunun qəbul olunması olduqca mütərəqqi haldır. Bu qanun Azərbaycan elminin proqram əsaslı inkişafını stimullaşdıracaq, elmin inteqrasiyasını sürət-ləndirəcək və elmə marağın artmasını təmin edəcəkdir.
Daha əhəmiyyətli məsələlərdən biri də elm sahəsində mülkiyyət hüququnun qorunması ilə bağlı qaydaların qa-nunda əksini tapmasıdır. Artıq elm sahəsində plagiatlıqla mübarizənin hüquqi çərçivələri aydın müəyyənləşdirilib. Elmi işçilərin hüquqi və elmi vəzifələri də burada aydın şəkildə öz əksini tapıb. Əvvəlki dövrlərdə daxili nizamnamə, müvafiq qurumların tövsiyəsi və tələbləri əsasında həll olunan məsələlər bu gün daha geniş formada qanunda təsbit edilmişdir.
Bu qanun həmçinin Azərbaycan alimlərinin beynəlxalq əməkdaşlığını genişləndirməyə, onların elmi nəticələrinin daha geniş beynəlxalq elmi auditoriyaya təqdim edilməsinə imkan verəcəkdir. Eyni zamanda, investisiya yatırımları imkanları da genişlənəcək.
Daha bir müsbət məqam dövlətin bu qanunla elmin inkişafına, elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət təminatı verməsidir. Burada dövlət öz üzərinə ciddi məsuliyyət götürür. Dövlət elmi potensialı, istedadı olan və bu sahədə fəaliyyət göstərmək arzusunda olan hər bir kəsə öz bacarığını reallaşdırmaq imkanı verir və özü də bunun zəmanətçisi kimi çıxış edir.
Müəyyən insanlar tərəfindən məqsədli şəkildə manipul-yasiya mövzusuna çevrilən doktorant və magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı məsələ də bu qanunun qəbulundan sonra tamamilə həllini tapmış olacaq. Düşünürəm ki, əyani şöbədə təhsil alan doktorant və magistrlərə möhlət hüququnun verilməsindən Azərbaycan dövləti yalnız qazanacaq.
Müzakirə predmeti olan kimlərin elmi işçi hesab olun-ması və seçilmək hüququnun olması ilə bağlı sual da artıq cavabını tapacaq. Nəticə etibarilə hesab edirəm ki, bu qanun elmi fəaliyyətə dair bütün məsələləri, dövlətin elm siyasətinin əhəmiyyətini kifayət qədər əhatəli, çox dəqiq şəkildə ifadə edir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli qonaqlar, həmkarlar və media nümayəndələri! Elm haqqında qanun layihəsi bizim komitədə müzakirə olunarkən mən orada fikirlərimi səsləndirmişdim. İndi də o fikirləri dəstəkləyirəm ki, elmin inkişafı üçün bəli, ciddi vəsait ayrılmalıdır. Amma düşünmürəm ki, təkcə vəsait ayırmaqla bu problemləri həll eləmək olsun.
Hörmətli Şəmsəddin müəllimə minnətdarlığımı bildirirəm ki, nəhayət, bu qanun layihəsi hazırlandı və bu gün plenar iclasda müzakirə edirik. Mən işçi qrupunun üzvlərinə də öz təşəkkürümü bildirirəm. Ən azından əgər bir müddəa burada qəbul olunacaqsa, elə buna görə bu qanunu alqışlamaq lazımdır. Artıq magistrlərə hərbi xidmətdən möhlət hüququ verilir.
1992-ci ildə test imtahanları tətbiq edilərkən bu islahat-ların davamı olmadığına görə, əslində, bu, Azərbaycan təhsilinin belini sındırdı, təhsilimizdə ciddi problemlər yarandı. Yəni sovet təhsil sistemi pozuldu, yenisini isə qurub yarada bilmədik.
Burada ümumi rəqəmlər səsləndirildi. Konkret deyilmədi ki, inkişaf etmiş ölkələrdə elmə büdcə xərclərinin neçə faizi ayrılır, bizdə neçə faizi? Mən hesab edirəm ki, bu xərcləri ən azı 10 dəfə artırmaq lazımdır. Heç olmasa, indiki şəraitdə büdcə xərclərinin 4 faizi elmin inkişafına yönəldilməlidir. Burada elmi təhsildən ayırmaq mümkün deyil.
Mən düşünürəm ki, hazırda təhsil sistemində eybəcər bir forma var. Eyni dövlət qurumu həm orta məktəbi qurtaran şagirdlərin biliyini yoxlayır, həm də qəbul imtahanları keçirilir. Olmazmı ki, bir qəbul imtahanı keçirilsin, burada bütün fənlər üzrə şagirdlərin biliyi öyrənilsin. Yalnız ixtisas seçimində, konkret ixtisaslar üzrə daha çox bal toplamış şəxsə müsabiqədə üstünlük verilsin. Belə olacağı təqdirdə bizim şagirdlər bütün fənləri öyrənəcəklər.
Əvvəllər də bu barədə söyləmişəm, indi şagirdlər repetitor yanına gedirlər. Coğrafiya, riyaziyyat, fizika təhsili alan bir universitet tələbəsindən soruşun ki, Mirzə Cəlil, Hüseyn Cavid kimdir? Elementar anlayışları yoxdur. Humanitar sahədə oxuyanlardan da coğrafiyanı, kimyanı, riyaziyyatı soruşun. Ən adi şeyləri bilmirlər. Axı biz təkcə mütəxəssis yetişdirmirik, həm də millətimiz üçün ziyalı yetişdiririk. Ona görə də bu sahədə köklü islahatlar aparmadan heç nə əldə etmək mümkün olmayacaq.
Azərbaycanda savadlı gənclər niyə çox vaxt elmi dərəcə almaq, elmə getmək istəmirlər? Ona görə ki, elmi dərəcə almaq elmi fəaliyyət sferasından çıxıb biznes fəaliyyətinə daxil olub. Burada Milli Elmlər Akademiyasının nümayən-dələri, institut direktorları əyləşiblər. Hamısı yəqin ki, öz vicdanları qarşısında hesabat verib mənim dediklərimi təsdiq eləyə bilərlər. Belə fikir formalaşıb ki, pulun yoxdursa, nə üçün elmi işin müdafiəsi barədə düşünürsən? Hər elmi dərəcənin dərc olunma qiyməti var. Konkret qiymətə məqalə, elmi iş yazanlar var. Bu bir növ biznes fəaliyyəti alıb. Bu proses sadələşdirilməlidir ki, insanlar bürokratiyadan qorxmasınlar, öz həyatlarını elmə sərf eləsinlər. Onlara yaxşı əmək haqqı verilməlidir.
Qanunda qeyd olunub ki, elmi işçilər layiqli əmək haqqı ilə təmin olunmalıdır. Ümumi, yayğın ifadədir. Layiqli əmək haqqı nə qədərdir? Biz bu barədə ciddi düşünməliyik. Universitetlər özəlləşdirilməlidir, orta məktəb müəllimlə-rinin əmək haqqı ciddi şəkildə qaldırılmalıdır. Aytən xanım çox gözəl çıxış elədi. Mən də hesab edirəm, elm işçilərinin maaşları bir neçə dəfə artırılmalıdır ki, elmə maraq yaransın.
Oqtay müəllim, mən bir məsələyə də diqqəti yönəltmək istəyirəm. Dəfələrlə söyləmişəm, müasir xarici dilləri bilmədən elm sahəsində necə irəli getmək olar? Bizdə adi elektron proqramları yoxdur. Dəfələrlə bu məsələni qaldırmışıq, amma diqqət yetirən yoxdur. Xarici dili bilmədən necə yaxşı mütəxəssis olmaq olar?
Sədrlik edən. Mən çıxış eləmək istəmirdim, amma qısa şəkildə bir fikrimi söyləmək istəyirəm. Hamı dedi ki, bu lazımlı qanundur. Həqiqətən, belədir.
Elm haqqında qanun, mən deyərdim ki, çərçivə qanundur. Biz millət vəkilləriyik, yüzlərcə qanuna dəyişiklik etmişik. Gələcəkdə imkanlar artdıqca, qanunun maliyyə tutumu da artacaq, qanuna dəyişiklik eləmək mümkün olacaq.
Bu gün əsas məsələ bu qanun layihəsinin çərçivəsini, konsepsiyasını müəyyən eləməkdir. Hamımız bilirik ki, maliyyə məsələlərində problem var. Nə qədər dövlət tərəfindən dəstək verilib, cənab Prezidentin ayrı-ayrı sərəncamları olub. İmkan yarandıqca qanunda dəyişiklik etmək mümkün olacaq. Bu əsas, çərçivə qanundur, xahiş edirəm, bunu belə qəbul eləyəsiniz. Aqiyə Naxçıvanlı.
A.Naxçıvanlı. Çox sağ olun, Oqtay müəllim. Çıxışıma başlamazdan qabaq bir iradımı bildirmək istəyirəm. Əgər bu, birinci dəfə olsaydı, əlbəttə ki, danışmazdım. Artıq üçüncü dəfədir ki, mənim soyadım, adım ekranda çıxır, amma 2-3 saniyədən sonra silinir. Başa düşə bilmirəm, bu nədir? Məsələyə aydınlıq gətirilməsini xahiş edirəm.
Müzakirəyə təqdim edilən Elm haqqında qanun layihəsi alimlərimiz, ali təhsil müəssisələrimiz, ictimaiyyətimiz tərəfindən çoxdan gözlənilirdi. Bu, ölkəmizin iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsində, dünyanı dərk etmə kimi təbii ehtiyacların ödənilməsində elmin aparıcı rolunu müəyyənləşdirən bir qanundur. Elm haqqında qanun layihəsi aidiyyəti qurumlar, bir çox nazirliklərin nümayəndələrinin iştirakı ilə müzakirə edilmiş və bəzi təkliflər nəzərə alınmaqla təkmilləşdirilmişdir. Bu, mükəmməl, demokratik bir qanundur. Hesab edirəm ki, bu, elmi fəaliyyətin, elmi işçilərin stimullaşdırılmasına, elmi işçilərin sosial müdafiəsinə, intellektual mülkiyyət hüququnun qorunmasına xidmət edəcək bir qanun olacaqdır.
Əlbəttə ki, qanunda gənc alimlərin stimullaşdırılması ilə əlaqədar maddə bir az da genişləndirilə bilər. Regionlarda işləyən elmi dərəcəli müəllimlərin müsabiqəsiz məktəblərə işə qəbul edilməsi elmlə təhsilin vəhdəti ola bilər. Layihə-lərin milliləşdirilməsinə ehtiyac var. Xarici ölkələrin layihələrinə qoşuluruq. Niyə bizim Bəhmənyar, İbn Sina, Nizami, Füzuli və başqa mütəfəkkirlərin adına layihələrimiz olmasın?
Yüksəkixtisaslı elmi kadrlar haqqında yazılıb ki, fəlsəfə doktoru və elmlər doktoru yüksəkixtisaslı kadr hesab olunur. Onda mənim sualım var. Aşağı və orta ixtisaslı elmi kadrlar kimlərdir? Buna, yəqin ki, aydınlıq gətirilməsinə ehtiyac var.
14.6-cı maddədə yazılıb ki, ali təhsil müəssisəsinə müva-fiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada “tədqiqat universiteti” statusu verilə bilər. Heç olmasa, bu institutlara imtiyazlar vermək lazımdır. Onların boynuna vəzifə qoymaqla iş bitmir.
“Ali təhsil müəssisəsinin elmi işçilərinin statusu AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin statusuna bərabər tutulur”. Hansı bərabərlikdən söhbət ge-dir? Bərabərlik, yəqin ki, maliyyə tərəfdən ola bilər. Başqa məsələlər də ola bilər, sadəcə, professor professordur, doktor da doktordur. Bu məsələyə də aydınlıq gətirmək çox vacibdir. Təşəkkür edirəm.
Sədrlik edən. Aqiyə xanım, bu düymələrin də bir tex-nologiyası var. Düyməni birinci dəfə basanda ad düşür, ikinci dəfə basanda pozulur. Başqa cür ola bilməz, çünki eyni sistemdir. Əhməd Vəliyev.
Ə.Vəliyev. Çox sağ olun, Oqtay müəllim. İlk öncə mən həmkarlarımın bəzilərinin elmə, elmi işçilərə, ümumiyyətlə, akademiya sisteminə, təhsil müəssisələrinə olan münasibətlərinə görə təəssüf hissi keçirirəm. Mən hesab edirəm ki, hər hansı bir sahənin dərinlikərinə getməyəndə ona qiymət vermək çox çətindir. Ona görə də həmkarlarımı qınamıram. Elmlə məşğul olmayan insanların bu gün Azərbaycanda elmin sıfır vəziyyətində olması haqqında dediklərini mən təbii qiymətləndirirəm.
Bu gün müzakirəmizə təqdim olunan qanun layihəsi, hesab edirəm ki, elmimizin və təhsilimizin inteqrasiyasını tam şəkildə təmin edir. Eyni zamanda, qanunun ayrı-ayrı maddələrinə diqqət yetirsək görərik ki, bu, ölkə Prezidenti-nin elm, təhsil və istehsalatın inteqrasiyasının, strategiyası-nın həyata keçirilməsinə xidmət edir. Mən vaxtınızı almaq istəmirəm və hesab edirəm ki, ikinci oxunuşa qədər müəyyən düzəlişlər aparılacaq və onda düşüncələrimizi, fikirlərimizi ətraflı söyləyəcəyik. Sadəcə olaraq, qanunun bir neçə maddəsinə iradlarımı bildirmək istəyirəm. Burada xırda çatışmazlıqlar var, onların düzəldilməsi naminə öz fikirlərimi söyləmək istəyirəm.
7.9-cu maddədə yazılıb: “Dövlət təhsilin fasiləsizliyi prinsipinə uyğun olaraq elmi müəssisə və təşkilatların doktoranturalarında, ali təhsil müəssisələrinin doktorantura və magistraturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququnu təmin edir.” Mən hesab edirəm ki, burada müəyyən çatışmazlıq var. Hökmən orada yazılmalıdır ki, təhsillərini başa vurana qədər. Ona görə ki, Boloniya prosesidir, ola bilər, magistratura pilləsində təhsili iki ilə yox, üç ilə başa vursun. Ona görə də “təhsilini başa vurana qədər” sözləri əlavə olunmalıdır.
İkinci, məlumdur ki, doktoranturada doktorant elmi işini tamamilə yerinə yetirir, dissertasiyanı elmi şuralara təqdim edir. Elmi şuralara təqdim etdikdən sonra müdafiə üçün növbə gözləyir. Bu vaxt hərbi xidmət məsələsi necə olacaq? O da öz əksini burada tapmalıdır. Hətta müdafiə edəndən sonra təsdiq üçün də müəyyən zaman lazımdır. Gözləyir ki, Ali Attestasiya Komissiyası onu nə vaxt qəbul edəcək və sair. Yaxud işi aydınlaşdırmaq üçün müəyyən prosedurlar var, onu dəvət edə bilərlər. Ona görə hesab edirəm ki, burada da hərbi xidmət məsələsi müəyyən qədər aydınlaşdırılmalıdır. Deməli, burada vəziyyətdən çıxış yolu ondan ibarətdir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi çağırışçı olan elmi işçilərə növbədənkənar müdafiə üçün şərait yaradılması məsələsi qoyulmalıdır. Bu, qanun layihəsində öz əksini tapsa, daha yaxşı olardı.
Bir də, doktoranturanın müddətinin 3 il yox, 4 və ya 5 il olması məqsədəmüvafiqdir. Bundan əlavə, düşünürəm ki, bu gün təhsilimizin, elmimizin kadrlara olan ehtiyacını nəzərə alaraq qiyabi doktoranturalarda da möhlət hüququ olmalıdır. Elm üçün nə əyani, nə qiyabi? Qiyabi formada doktoranturada fəaliyyət göstərən insanlar da elmi tədqiqatla məşğul olduqlarına görə onların da hərbi xidmətdən müvəqqəti azad edilməsi məsələsi qoyulmalıdır.
Maddə 9.1-də qeyd olunur ki, elmi işçinin müvafiq elmi ixtisas səviyyəsinə – magistr və ona bərabər tutulan ali təhsilə malik olması zəruridir. Sonra yazılır ki, təhsilin bakalavr səviyyəsini bitirən mütəxəssis elmi fəaliyyət sahəsində ixtisası üzrə azı iki il iş stajina malik olduqda elmi işçi vəzifəsinə seçilə bilər. Burada müəyyən çatışmazlıq var. Bakalavr təhsilli mütəxəssis azı iki il iş stajına malik olduqda elmi işçi vəzifəsinə seçilə bilərsə, onda doktorantura pilləsində elmi işi davam etdirə bilərmi? Bu da qanunda öz əksini tapmalıdır.
Sədrlik edən. Rafiq Məmmədhəsənov.
R.Məmmədhəsənov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Şübhəsiz ki, hər bir xalq, millət dünyada öz elmi, təhsili və mədəniyyəti ilə tanınır. Bunların hər üçünün vəhdəti xalqın, millətin inkişafına səbəb olur. Elə bu səbəbdən də ümummilli liderimiz Heydər Əliyev elm, təhsil, mədəniyyət xadimlərinə daim diqqət göstərirdi və indi cənab Prezident İlham Əliyev də bu işləri davam elətdirir.
Mən Elm və təhsil komitəsinin üzvü kimi komitədə bu qanun müzakirə olunanda çıxış edib fikirlərimi, təkliflərimi vermişəm. Lakin indi bir neçə məqama toxunmaq istəyirəm. Vaxtın azlığını nəzərə alıb fikrimi çox qısa deyəcəyəm. Qanunun 4.0.9-cu maddəsində “elm sahəsində çalışan işçilərin sosial rifahının və təminatının yüksəldilməsi, elmi işçilərin layiqli əmək haqqı ilə təmin edilməsi” qeyd olunmuşdur. Əvvəlki oxunuşda müəyyən rəqəmlər göstərilmişdi, lakin indi bunlar götürülüb.
Sonra, qanun layihəsinin 9.3-cü maddəsində göstərilir ki, elmi dərəcəsi olan və öz elmi ixtisası üzrə işləməyən, lakin elmi fəaliyyətini davam etdirən şəxslər də elmi işçilər hesab edilirlər. Hesab edirəm, bura əlavə olunmalıdır ki, elmi dərəcəyə görə verilən əmək haqqı bu kateqoriyadan olan insanlara da şamil olunmalıdır.
Qanunun 22.4-cü maddəsində qeyd olunur ki, dissertasiya şurasına üzvlük, rəsmi opponentlik, aparıcı təşkilatların rəyi haqqı ödənilən əməyə aid olunur. Mən təklif edirəm ki, bu işin elmi rəhbəri də bura əlavə edilsin, çünki sovet dövründə elmi rəhbərə il ərzində 50 saat ödənilən məvacib verilirdi. Bu da saatı 5 manatdan təxminən 250 manat edirdi. Həftədə dissertantla, aspirantla bir saat söhbət eləyə bilərsən. Ona görə də bu məsələyə də baxmaq lazımdır.
Qanunun 22.5-ci maddəsində yazılıb ki, keyfiyyətsiz dissertasiyalar üçün elmi rəhbər, opponentlər məsuliyyət daşıyır. Bu düzdür, yerindədir, amma belə olan halda elmi rəhbərin də maddi cəhətdən stimullaşdırılması lazımdır.
Qanunun 24.0.22-ci maddəsində göstərilir ki, dövlət elmi müəssisədə çalışan elmi işçilərin inzibati vəzifə tutmasının yaş həddini müəyyən edir. Təhsil qanununda yaş senzi götürüldü, burada da hesab edirəm, düz deyil. Alim müdrik yaşa çatır və müəyyən məhsuldar mərhələdə deyirlər ki, sənin yaş senzin çatıb, yerini başqasına ver. Bizdə 80–85 yaşında akademiklər var, bu saat da əməliyyat edirlər. Mənə elə gəlir ki, burada da müəyyən dəyişiklik eləmək lazımdır. Ümumiyyətlə, mən bu qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Rafiq müəllim. Ümumiyyətlə, biz həmişə xarici ölkələrə istinad edirik. Xaricdə 85 yaşında həkim əməliyyat eləyə bilməz. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibətinizi bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 18.05 dəq.)
 Lehinə  89
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.

 

 


 
EDİLMƏMİŞ
ÇIXIŞLARIN MƏTNLƏRİ


24 fevral 2015-ci il.
_____________________________


İlyas İsmayılov. Nəhayət ki, baxılması sessiyadan sessi-yaya keçirilən Elm haqqında qanun layihəsi parlamentin müzakirəsinə çıxarıldı. Elə çıxışımın əvvəlində qeyd etmək istəyirəm ki, mənim qənaətimcə, Elm haqqında  qanun layi-həsi mükəmməl hazırlanıb və elm sahəsində olan bütün münasibətlər sisteminin hüquqi bazasını yaradan bir sənəd şəklinə gətirilib. Gözlədiyim prinsipial məsələlərin, demək olar ki, hamısı layihədə yer alıb. Sənədin strukturu da onun günün tələblərinə cavab verdiyini göstərir. Layihədə elmin və elmi innovasiya fəaliyyətinin məqsədləri, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələri, elmin maliyyələşdirilməsi mexanizmləri, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsasları təsbit olunub.
Mənə elə gəlir ki, Elm haqqında qanun layihəsinin ictimai müzakirəyə çıxarılması miqyası digər qanun layihələrinin hazırlanması üçün bir örnək ola bilərdi. Burada bir texniki məsələni də qeyd etmək istəyirəm. Qanun ətrafında ictimai müzakirələrdə daha geniş auditoriya iştirak edə bilərdi, lakin nə Milli Məclisin İnternet saytında, nə də müvafiq komitənin saytda olan səhifəsində bu layihəyə rast gəldim. Hesab edirəm ki, gələcəkdə müzakirəyə çıxarılan böyük əhəmiyyətli qanun layihələri öncədən parlamentin saytında yer almalıdır.
Qanunda bir müsbət məqamı da qeyd etmək istərdim. Qanun layihəsində Azərbaycan Milli Elmlər Akademiya-sının əsas elmi müəssisə olması təsbit olunsa da, elm sahə-sində ali məktəblərin üzərinə elmi fəaliyyətlə bağlı ciddi öhdəliklər qoyulur. Yəni əvvəllər ali təhsil müəssisələrində yalnız təsərrüfat hesablı elmi tədqiqat işləri yerinə yetiri-lirdisə, indi artıq bu iş tamamilə yüksək müstəviyə qaldırılır. Bu gün universitetlərin elmi potensialı böyükdür, amma təəssüf ki, bundan çox az istifadə edilir, çünki onlarda tədris əsas fəaliyyət növü sayılır. Lakin bu gün dünyada güclü tədqiqatçı bölümü olan universitet və institutlar reytinq cədvəlində ilk onluqdadırlar, bütün elmi tədqiqatların əsas ağırlıq mərkəzi universitet və institutların üzərinə düşür. Biz bu təcrübədən mütləq faydalanmalıyıq.
Müsbət haldır ki, qanun layihəsində elmi fəaliyyətlə məşğul olan kadrların həvəsləndirilməsi üçün onlara müəyyən güzəştlərin, imtiyazların verilməsi ilə əlaqədar konkret maddələr var. Elmimizə yeni simaların cəlb olunması üçün qanunda gənc alimləri stimullaşdırmaq məqsədi ilə onlara sosial, o cümlədən ipoteka güzəştlərinin verilməsi nəzərdə tutulub.
Bununla yanaşı, diqqətinizi, zənnimcə, aktual olan və layihədə əhəmiyyətinə görə yer almayan bir məsələyə yönəltmək istərdim. 38-ci maddənin 11-ci bəndində qeyd olunur: “Elmi təşkilatlarda və ali təhsil müəssisələrində çalışan elmi işçilərə və doktorantlara müəyyən edilmiş qaydada beş ay müddətinə qədər ödənişli elmi-yaradıcılıq məzuniyyəti verilir”. Dünya praktikasına əsaslanıb deyə bilərəm ki, bu növ məzuniyyətin müddəti bir çox ölkələrdə bir ilə qədərdir.
Ona görə, hesab edirəm ki, qanun layihəsinə elmi işçilərin məzuniyyətlərinə, istər əmək, istərsə də elmi-yaradıcılıq məzuniyyətlərinə ayrıca bir maddə – “Elmi işçilərin məzuniyyətləri” maddəsi daxil edilməlidir. Bu maddə üç bənddən ibarət olmalıdır:
1. Elmi təşkilatlarda və ali təhsil müəssisələrində çalışan elmi işçilərə və doktorantlara müəyyən edilmiş qaydada altı ay müddətinə qədər ödənişli elmi-yaradıcılıq məzuniyyəti verilir.
2. Dövlət elmi və onlara bərabər tutulan təşkilatların elmi işçilərinə illik ödənən əmək məzuniyyətləri verilir: elmlər doktorları üçün əlli altı təqvim günü, elmlər namizədləri, fəlsəfə doktorları, profil üzrə doktorlar üçün qırx iki təqvim günü, başqa elmi işçilər üçün otuz beş təqvim günü müddətinə.
3. İxtisasın artırılması üçün dövlət və onlara bərabər tu-tulan elmi təşkilatlarda çalışan elmi işçilərə aparıcı ali təhsil müəssisələrində, elmi mərkəzlərdə və laboratoriya-larda, o cümlədən xarici ölkələrin elmi mərkəzlərində təcrübə keçmələri üçün bir il müddətinə qədər ödənişli məzuniyyətlər verilir.
Çıxışımın sonunda həm deputat, həm hüquq elmləri doktoru olaraq elmə müvafiq münasibəti olan şəxs kimi qəbul edəcəyimiz qanunun Azərbaycan elminin inkişafına yeni bir təkan olacağına ümidvar olduğumu bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədaqət Vəliyeva. Məlum olduğu kimi, ötən həftə Mər-kəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik səviyyəsində müəyyən edilib. Bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib. Lakin çox təəssüf hissi ilə demək istəyirəm ki, müşahidə olunmuş sözügedən maliyyə prosesindən sonra bəzi maraqlı dairələr – mətbuat və sosial şəbəkələr əhali arasında ajiotaj yaratmaq məqsədilə bundan sui-istifadə edirlər.
Aydındır ki, daxili bazarda həm qlobal miqyasda davam edən böhrandan, həm də məzənnə dəyişikliyindən irəli gələrək müəyyən iqtisadi dəyişikliklər də olacaq. Amma bu, o demək deyil ki, ölkədə maksimum bahalaşma, qıtlıq və s. kimi mənfi tendensiyalar baş verəcək. Mərkəzi Bank tərəfindən atılan addımlar ölkə iqtisadiyyatını dünyada gedən böhranın təsirlərindən mümkün qədər qorumaqdan ibarətdir. Mətbuat bu istiqamətdə təbliğat aparmaq əvəzinə əks-təbliğatla məşğul olur. Sosial şəbəkələrdəki xüsusi qrupların fəaliyyətindən heç danışmaq istəmirəm.
Qara piar əməliyyatı ilə məşğul olanlar bilməlidirlər ki, onların fəaliyyəti birbaşa olaraq erməni lobbisinin işinə yarayır. Mətbuatda və sosial şəbəkələrdə müşahidə olunan vəziyyət mənə ötən ilin avqust ayında cəbhədə baş verən hadisələrdən dolayı yazılanları xatırlatdı. Həmin vaxt da bəzi mətbuat orqanları və sosial şəbəkələr ya populyarlaş-maq, ya da xüsusi təlimatlara əsasən qara piarla məşğul idilər. Bu gün də eyni ssenari müşahidə edilməkdədir.
Mən peşəkarlığı, vətənsevərliyi, vicdanlılığı və obyektivliyi fəaliyyət prioritetinə çevirmiş mətbuat orqanlarına müraciət edərək xahiş etmək istəyirəm ki, dünyada iqtisadi-maliyyə böhranı getdiyini və bunun da nəinki Azərbaycana, hətta bütün dünya ölkələrinə mənfi təsir etdiyini konkret faktlarla göstərsinlər.
Yadınızdadırsa, bir il bundan öncə Yaponiyada güclü zəlzələ oldu, sunamilər şəhərləri dağıtdı, amma yapon cəmiyyəti sakitliyini qoruyub saxladı və həmin günün çətinliklərini geridə qoydu. Ən azından biz də sakitliyimizi qorumalı və hər zaman olduğu kimi müdrikliyimizi nümayiş etdirməliyik. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU