03.04.2015 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XIV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  107

Milli Məclisin iclas salonu.
3 aprel 2015-ci il.

İclasa  Azərbaycan  Respublikası  Mill Məclisinin Sədr O.Əsədov  sədrlik  etmişdir.


İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 101
Yetərsay 83

 İclasa dəvət olunmuşlar:

Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyünə namizəd.
Xəqani Abdullayev, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyünə namizəd.
Etibar Nəbiyev, Bakı Apellyasiya Məhkəməsinin hakimliyinə namizəd.
Vilayət Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
Şərif Əsədullayev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi.
Hacəmi Atakişiyev, Azərbaycan Reklamçılar İttifaqının sədri.
Etibar Əbülqasımov, Azərbaycan Reklamçılar İttifaqının üzvü.
Zakir Sultanov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dövlət xidmətinin rəisi.
Araz Əliyev, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı-ların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti rəisinin müa-vini.
İsbəndiyar Əliyev, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri.
Vüqar Şıxməmmədov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri.
Toğrul Məmmədov, Azərbaycan Milli Televiziya və Radio Yayımı Şurasının şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında.
2. E.Q.Nəbiyevin Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
3. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.
4. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsi barədə.
12. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
14. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr ta-rixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. Reklam haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Fəzail Ağamalı, Zahid Oruc, Fazil Mustafa, İqbal Ağazadə, Elmira Axundova, Xanhüseyn Kazımlı, Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Əhməd Vəliyev

 Təklif: Gündəlik qəbul edilsin
 Səsvermənin nəticələr (saat 12.08 dəq.)
 Lehinə 102
 Əleyhinə 0
 Bitərəf 0
 Səs verməd 0
 İştirak edir 102
 Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Elman Sirac oğlu Rustəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilsin

Səsvermənin nəticələr (saat 12.39 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Təklif: Xəqani Sərxan oğlu Abdullayev Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilsin

Səsvermənin nəticələr (saat 12.40 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

2. E.Q.Nəbiyevin Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.42 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

3. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Vilayət Eyvazov, Ziyafət Əsgərov, Elton Məmmədov, Elmira Axundova

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.07 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi


4. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.19 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

5. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.19 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

6. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.21 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

7. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.20 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

8. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.21 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

9. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.22 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.23 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.23 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 91
Nəticə: Qəbul edildi

12. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

13. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

14. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Nizami Cəfərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.26 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

16. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.26 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.


Çıxış etmişlər: Ziyafət Əsgərov, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.27 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

18. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, İlyas İsmayılov, Xanhüseyn Kazımlı, Fərəc Quliyev, Fuad Mu-radov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.39 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

19. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.40 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

20. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.41 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.43 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

22. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.43 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

23. Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Eldar İbrahimov, Elmira Axundova, Tahir Rzayev, Musa Quliyev, İlham Məmmədov, Fəzail Ağamalı, Asim Mollazadə

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.39 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

24. Reklam haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Vahid Əhmədov, Sevinc Fətəliyeva, Zahid Oruc, Sahibə Qafarova, Elton Məmmədov, İlyas İsmayılov, Musa Quliyev, Azər Badamov, Əli Məsimli, Fuad Muradov, Gülçöhrə Məmmədova, Etibar Hüseynov, Qənirə Paşayeva, Sahib Alıyev, Valeh Ələsgərov, Fəzail Ağamalı, Hadi Rəcəbli

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.48 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi


Təklif: Layihənin adı, preambulası, 1–26-cı maddələri qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.58 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi


Təklif: 27–39-cu maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.59 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 95
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 18.00 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

 

   Azərbaycan Respublikası
   Milli Məclisinin Sədr                               O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

3  aprel  2015-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xa-hiş edirəm, qeydiyyatdan keçəsiniz.

 Qeydiyyat  (saat 12.07 dəq.)
 İştirak edir  101
 Yetərsay  83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizdə var. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 12.08 dəq.)
 Lehinə  102
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  102
 Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi. Gündəliyin müzaki-rəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda yazılın. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hör-mətli millət vəkilləri, hörmətli media təmsilçiləri! Məni narahat edən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Düşünürəm ki, bu hər bir Azərbaycan vətəndaşını narahat eləyən məsələdir. Azərbaycanda gözlənilən Avropa Oyun-ları yaxınlaşdıqca antiazərbaycan koalisiyasında birləşən qüvvələr ölkəmizə qarşı şər-böhtan kampaniyasını davam etdirməkdədirlər. Əlbəttə, bu bizdə böyük təəssüf hissi doğurur. Eyni zamanda, mən tamamilə əminəm ki, Azərbay-cana qarşı yönəlmiş bu cür şər-böhtan kampaniyası qarşıdan gələn möhtəşəm oyunların keçirilməsinə hər hansı bir təsir göstərmək üçün də deyil.
Azərbaycan bu və buna bənzər tədbirlərin həyata keçi-rilməsində kifayət qədər təcrübəyə malikdir. Biz belə bir vəziyyəti “Avroviziya” Mahnı Müsabiqəsi ərəfəsində də gördük, lakin həmin şər kampaniyası heç bir nəticə vermədi. Azərbaycan həmin mahnı müsabiqəsinə özünün əhəmiyyətli və vacib töhfələrini verməklə bu gün də müsbət ənənələrini həmin yarışa təqdim etməkdədir. Əlbəttə, qarşıdan gələn I Avropa Oyunlarında da Azərbaycan öz üzərinə götürmüş olduğu vəzifəni uğurla yerinə yetirəcəkdir. Bu missiyanı öz üzərinə götürən təşkilat komitəsinin bu günə qədər görmüş olduğu işlər göz önündədir. İki il yarımda Azərbaycan çox möhtəşəm tədbirlərə imza atdı, olimpiya oyunlarına yüksək səviyyədə hazırlıq prosesi getdi və demək olar ki, o başa çatıb. Bundan sonra da Azərbaycan öz üzərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirəcəkdir.
Məsələnin təəssüf doğuran mühüm cəhəti həm də ondadır ki, bu antiazərbaycan koalisiyasında yer alan antimilli qüvvələr Azərbaycana qarşı şər-böhtan kampaniyasını ölkəmizə daşımaqdadırlar. Mən millət vəkillərinə, media təmsilçilərinə üzümü tutaraq xahiş etmək istərdim ki, biz olimpiya oyunlarının keçirilməsinə qədər və keçirilməsi dövründə bütün imkanlarımızı səfərbərliyə alaraq həm ölkə, həm də ölkəmizdən kənarda bütün kütləvi informasiya vasitələrində Azərbaycana qarşı yönəlmiş olan antiazərbaycan kampaniyasına qarşı iradəmizi ortalığa qoyaq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz üzərimizə düşən vətəndaşlıq borcunu yerinə yetirək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən sizin diqqətinizi 22 martda ağ bayraq qal-dıraraq Beyləqan tərəfə və yaxud da real döyüş vəziyyətində bizim tərəfə keçmiş Andranik Qriqoryana və onun verdiyi bəyanatlara cəlb eləmək istəyirəm. Heç şübhəsiz ki, buna qədərki dövrdə də özünü təslimetmə hallarının şahidi olmuşuq, lakin istərdim, bunun üzərində ayrıca dayanaq.
Andranik Qriqoryan 24 yaşındadır və birinci savaş dö-vründə hələ doğulmamışdı. Onun ataları, babaları Azərbay-cana qarşı yüzillik müharibələrin iştirakçılarıdırlar. Amma bizi bu məsələdə düşündürən ən mühüm məqam o olmalıdır ki, yeni, gənc erməni nəsli Azərbaycanın artan gücü fonunda belə ağ bayraq qaldırmağa meyllidir.
Mən istəyirəm ki, Andranik Qriqoryanın verdiyi üç bəyanatdan birindəki iki cümləyə sizin diqqətinizi cəlb eləyim. O deyir ki, o tərəfdə belə yaşamaqdan bezib mənim kimi Azərbaycana keçmək istəyən çoxlu sayda insan var, amma açığını deyim ki, burada onları nə gözlədiklərini bilmədikləri üçün ürək eləmirlər. Əlbəttə, mən həmişə o mövqenin üzərində olmuşam ki, biz əgər ermənisiz Azərbaycan qurmaq modelinin üzərində qərarlaşmamışıqsa, sülh modelinin, sülh siyasətinin Dağlıq Qarabağda olan ermənilər üçün nə demək olduğunu tam açmalıyıq. Biz Ermənistana bir, Qarabağ ermənilərinə ayrı bir siyasət yürütməliyik.
Biz onun üzərində düşünməliyik ki, əlbəttə, yüzillik düş-mənçiliyə görə hər bir erməninin potensialında özümüzə qarşı mövqe görürük və buna görə haqlıyıq. Amma onu da nəzərə almalıyıq ki, silahlı əməliyyatlarda iştirak etməyən ermənilər də var və bizim üçün bu sual açıq durur. Sabah ağ bayraq qaldıran yeni erməniləri qəbul eləməyə hazırıqmı? Birisigün Azərbaycanın Konstitusiyasını qəbul eləyən, ərazi bütövlüyünü tanıyan, Azərbaycan qanunlarına hörmət göstərəcəyini dilə gətirən ya hərbçi erməniyə, ya da mülki erməniyə münasibətimiz necə olacaqdır? Ona görə etiraf eləmək lazımdır ki, bu məsələlər üzərində cəmiyyətdə düşünməkdən daha çox haqlı olaraq əsasən müharibə mövzusuna meyllənmişik, bu da məhz Ermənistanın siyasəti hesabına bizim iradəmizdən kənarda mümkün olubdur.
Mən həmişə Rusiyanın Çeçenistan siyasətinin, yəni Əhməd Kadırovların tapılması və yaxud orada dayaqların olması mövqeyinin üzərində durmuşam. Sabah yüz erməni bu mövqeni dilə gətirəcəksə, biz bunun üzərində düşünməliyik. Deməli, biz onları vətəndaş kimi tanımalı olacağıq. Ona görə də mən hesab edirəm ki, Azərbaycan bu mövqeni bəyan eləməli və Dağlıq Qarabağdakı erməniləri Ermənistanın avantürist, işğalçı siyasətindən xilas etməlidir. Bu çox çətin bir vəzifədir və indiki dövrdə mənim mövqeyimin düzgün başa düşülməsini istəyirəm. Mən bu milləti bunun əksinə düşünənlərdən az istəmirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bir məsələni qeyd etmək istəyirəm. Bu günlərdə mətbuatda bu məsələni dilə gətirmişik, istəyirəm, rəsmi tribunadan istifadə edərək onu bir daha gündəmə gətirim. Bildiyimiz kimi, 24 apreldə Ermənistanın paytaxtı İrəvanda və dünyanın bir çox ölkələrində yalançı erməni soyqırımının 100 illiyinə həsr olunmuş ciddi tədbirlər həyata keçiriləcək və bir çox ölkələrin prezidentləri İrəvana gələcəklər. Mən hesab edirəm ki, biz 24 aprelə öz cavabımızı verməliyik. 24 aprellə bağlı hər halda bizim konkret siyasi planımız həyata keçirilməlidir. Bu nədən ibarətdir?
Birinci, bildiyimiz kimi, Türkiyə hökuməti bu istiqamətdə ağıllı addım atdı. 24 apreldə Çanaqqala zəfərinin 100 illiyini bayram edir. Mən təklif edirəm ki, qardaş Türkiyənin bu bayram tədbirini həyata keçirməsini əsas götürərək 24 apreldə Bakıda Çanaqqala zəfərinin 100 illiyini bayram edək. Bu həm 24 aprelə – ermənilərin soyqırımı siyasətinə atəşfəşanlıqla cavabımız, həm də Türkiyə ilə həmrəylik addımımız olar. Bu ona görə vacibdir ki, biz tez-tez 9 mayda qələbənin yubileyini qeyd edirik, bu da imperializm üzərində türk dünyasının bir qələbəsidir. Berlinə qədər döyüşlərdə nə qədər azərbaycanlı həlak olubsa, Çanaqqala döyüşündə də mindən artıq azərbaycanlı şəhid olub. Onların xatirəsini əbədiləşdirmək üçün bu tədbirin birlikdə keçirilməsi Azərbaycan tərəfindən çox ciddi bir addım olardı.
İkinci bir istiqamətdə də rəsmi Azərbaycan öz addımını ata bilər. Türkiyə ilə danışaraq bu işi görmək olar. 24 aprel günü Qars və ya Ərzurumda türk və Azərbaycan hərbi birləşmələrinin birgə hücum tətbiqatının keçirilməsi barədə də düşünmək olar. Biz artıq müdafiə olunan tərəfdən hücum eləyən tərəfə çevrilməliyik. Ermənistana psixoloji tərəfdən öz təzyiqimizi göstərmək baxımından bu addımların atılması Azərbaycan dövləti üçün faydalı olardı. Bu barədə qərar qəbul olunsa, hesab edirəm ki, bu ancaq dövlətimizin, ölkəmizin xeyrinə olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Novruz bayramı öncəsi cənab Prezidentin fərmanı ilə əfv verildi, cəmiyyətin müxtəlif kəsimləri tərəfindən haqlarında tez-tez beynəlxalq təşkilatlara müraciət olunan siyasi məhbuslardan dördü azad olundu. Çox istərdim ki, bunun sayı artıq olsun və ümumiyyətlə, bu problemlə bağlı nə daxildə, nə də xaricdə dartışılmasın, onun üzərinə gəlinməsin və Azərbaycanın əleyhinə işləyənlər bu kimi faktlardan istifadə etməsinlər.
Çox istərdim ki, I Avropa Oyunları dönəmində bundan dövlətimizə, Azərbaycana qarşı istifadə etməsinlər deyə daha böyük amnistiya aktı verilsin, siyahıda dartışılan, mübahisə doğuran, müəyyən iradlar bildirilən adamların hamısı həbsdən azad olunsun və daxildə vətəndaş həmrəyliyi, münasibətlər daha yaxşı müstəviyə çıxarılsın. İndi siyasi partiyalarla da dialoq məsələsi gündəmdədir, bu istiqamətdə danışıqlar gedir və hesab edirəm, bununla bağlı ciddi addım atmaq olar. Avropa Məhkəməsinin də İlqar Məmmədov və başqaları barədə qərarı var, o qərarların da yerinə yetirilməsi yeni bir pozitiv müstəvi açır.
İkinci toxunmaq istədiyim məsələ barədə Zahid Oruc dedi. Nə etməli sualını verdi, amma dərinə getmədi. Burada nə isə etməyə ehtiyac yoxdur. Həmin şəxs Azərbaycan vətəndaşıdır, Azərbaycan Respublikasının Xocavənd rayonunda yaşayır, ona vətəndaşlıq pasportu vermək lazımdır. Oradakı insanlara da müraciət etmək lazımdır ki, kim rejimdən qaça bilirsə, Azərbaycan sərhədləri onların üzünə açıq-dır. Hətta üçüncü dövlət vasitəsilə keçə bilirsə, keçsin, Azərbaycan dövləti onları da qəbul etməyə hazır olmalıdır. Torpaqlarımızda sülh bərqərar olunana qədər onlara da qaçqın statusu verilməlidir.
Hesab edirəm ki, dövlət buna hazır olmalıdır fikri doğru deyil, çünki Azərbaycan dövləti buna zatən hazırdır və dəfələrlə də bunu bəyan edib. Burada Azərbaycan dövlətini, onun sərhədlərini, qanunlarını, Konstitusiyasını qəbul eləyən insanlarla bağlı heç bir milli ayrı-seçkilik yoxdur. Azərbaycanda milli ayrı-seçkiliklə bağlı problem yaşanmır. Bu bir separatizm əməlidir və bu əməldən əziyyət çəkənlərin hamısına Azərbaycan dövləti müraciət etməlidir. İstər Xarici İşlər Nazirliyi, istər Daxili İşlər Nazirliyi, istərsə də Milli Təhlükəsizlik Nazirliyi bununla bağlı müraciət qəbul eləməlidir. Hətta prokurorluq müraciət qəbul etməlidir ki, vaxtilə döyüşlərdə iştirak etmiş adamlar belə Azərbaycan tərəfə, haqqın yanına keçərsə, onların da bağışlanması gözləniləndir. Təşəkkür edirəm.
Sədrlik edən. Müraciətlərin sayını bir qədər çox eləsək, qorxuram, hamısı qaçqın statusu almaq üçün bura gəlsinlər. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Əvvəla, mən respublikanın yay vaxtına keçməsi ilə əlaqədar bir neçə söz demək istəyi-rəm. Bəzi mütəxəssislərin fikrinə görə, bu keçidin o qədər də faydası, iqtisadi səmərəliyi yoxdur, ancaq insan sağlamlığına ciddi zərər vurur. Bildiyimə görə, stress, depressiya, infarkt, yüksək təzyiq və sair xoşagəlməz hallar hazırda respublikada kəskin surətdə çoxalıb. Həkimlər digər faktorlarla birgə bunu yay vaxtına keçmə ilə də əlaqələndirirlər. Artıq gecdir, biz bu addımı atdıq, lakin Nazirlər Kabinetindən xahiş etmək olar ki, qış vaxtına keçəndə bunu birdəfəlik edək və daha yay vaxtına keçməyək. Qonşu Rusiyada bunu ediblər. Təkrar edirəm, bu, insanların səhhətinə mənfi təsir göstərməkdədir.
İkinci məsələ. Cənab Sədr, mən Sizə reklam xarakterli bir SMS oxumaq istəyirəm: “Ulduz olun, 66 nəfər 16 min 600 manat hədiyyəsini artıq aldı. 24 qəpiyə sənin nömrən 20 min manat qazana bilər. Ulduz yaz, 55 85-ə göndər, ulduzu özündə saxla”. Belə reklamlar gündə 5-6 dəfə telefonuma gəlir. Söhbət “Bakcell”dən gedir. Belə reklamlar mənim kimi dünyagörüşlü, yetkin insanların telefonuna gəlsəydi, dərd yarı idi. Biz bu mesajlara gülür və onları silirik. Amma belə yazılar həm də minlərlə məktəblinin telefonuna gedir.
Təsəvvür edin, iş o yerə çatıb ki, yaxın ətrafımda olan insanlar məndən xahiş ediblər ki, bu mesajları Milli Məclisdə səsləndirim. Onlar qeyd edirlər ki, artıq övladlarının telefonlarına kontur yükləməkdən təngə gəliblər. Axı gərək operatorlar özləri başa düşsünlər ki, bu yolla, üstəlik yalan xarakterli mesajlarla insanların ailə büdcəsinə ciddi ziyan vurula bilər.
Mən bu məsələ ilə bağlı əvvəl də çıxış etmişəm və Siz də məni dəstəkləmisiniz. Operatorlardan isə “Bakcell”dən çox xahiş etmişdim, bu cür mənasız, boş, insanların cibindən pulunu oğurlayan və yalan xarakter daşıyan mesajlar gön-dərməyi dayandırsınlar. Amma görünən odur ki, bizim müraciətdən operatorlar heç bir nəticə çıxarmayıblar. Mən “Bakcell”in rəhbərliyindən əvvəla xahiş, sonra isə tələb edirəm ki, bu mesajlara son qoysunlar, əhalimizin ciblərini boşaltmasınlar, əks halda vətəndaşların hüquqlarının qorunması üçün mən onları məhkəməyə verməyə məcbur olacağam. Çox sağ olun.
Sədrlik edən. Elmira xanım, bugünkü gündəlikdəki məsələlərdən biri “Reklam haqqında” Qanundur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda niyə deyirsiniz ki, onsuz da eləyəcəklər. Mən söz deyirəm, Siz dinləmədən cavab verirsiniz. Mən deyirəm ki, “Reklam haqqında” Qanun müzakirə olunacaq, bunu bir az da sərtləşdirmək lazımdır, Siz cavab verirsiniz ki, onsuz da edəcəklər. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, cənab Sədr. Hörmətli deputat həmkarlarım, hörmətli media işçiləri! Məndən əvvəl hörmətli həmkarlarım söylədilər, mən də onların fikri ilə razıyam ki, Andranikin Azərbaycana keçməsi, cəbhə bölgəsində baş verənlər, Bakıda keçirilən mahnı müsabiqəsi, Avropa Oyunlarının Azərbaycana salınması – bunların hamısı Azərbaycanın uğurlarından, inkişafından xəbər verir. Şübhəsiz ki, inkişaf edən, böyük uğurlar qazanan ölkənin də paxılları çox olar. Bir atalar sözü var: “Barsız ağaca daş atmazlar”. Bu bizim barımızın, bəhrəmizin, inkişafımızın nəticəsidir. Antiazərbaycan qüvvələrinin söylədikləri fikirlər, əlbəttə, dediklərimin nəticəsidir.
Eyni zamanda, Türkiyə tərəfindən Qars soyqırımının aprelin 24-nə salınması və burada Azərbaycan tərəfinin iştirakı türk dünyasının qələbəsi deməkdir. Gəncəli Seyidov adı ilə tanınan bir şəxsin başına öz tərəfdarlarını toplayaraq təcavüzkarlara qarşı apardığı mübarizə də tarixdə yerini tapmalıdır. Radio, televiziya və digər mətbuat orqanlarımız da Azərbaycan övladlarının əsrlər boyu tarixi düşmənlərə qarşı apardığı mübarizəni əks etdirməlidirlər. Mən hesab edirəm ki, bütün bunların hamısı bizim qələbəmizdən, Azərbaycanın qələbəsindən irəli gəlir. Bütün deputatların, milli elitanın, əlbəttə, bu işdə səfərbər olması gərəkdir. Mən hesab edirəm ki, bu istiqamətdə də böyük işlər görülür. Mən uğurlar, müvəffəqiyyətlər arzu edirəm və hesab edirəm ki, bu qanunauyğundur. Biz sülh istəyiriksə, mübarizəyə də hazır olmalıyıq.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, cənab Sədr. Oqtay müəllim, mən Sizə, millət vəkillərinə Qadın təşkilatları koalisi-yasının bir xahişini çatdırmaq istəyirəm. Əvvəlcə onlar milli qanunvericiliyimizin zənginləşdirilməsi və mövcud qanunların təkmilləşdirilməsi ilə bağlı şəxsən Siz başda olmaqla Milli Məclisin gördüyü işləri çox təqdirəlayiq və yüksək qiymətləndirirlər.
Onların xahişləri nədən ibarətdir? Son vaxtlar prezidentimizin, parlamentin, dövlət qurumlarının apardığı işin nəti-cəsində yas mərasimlərinin keçirilməsi, demək olar ki, İslam dininin qaydalarına uyğun şəkildə aparılmağa başlamışdır. Düzdür, bəzi rayonlarda hələ böyük nailiyyətlər əldə olunmayıbdır, amma Naxçıvan bir nümunədir. Azərbaycanın bütün bölgələrində artıq yas mərasimləri İslam adət-ənənələrinə uyğun formada keçirilir.
Xahiş nədən ibarətdir? Parlamentə xeyir mərasimlərinin keçirilməsi ilə bağlı da qanunun qəbul olunmasını, ya da mövcud qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsini xahiş edirlər. Çünki bu gün dünyada maliyyə böhranıdır. Hətta Avropanın ən varlı ölkələrində belə, “kəmər sıxma” tədbirləri həyata keçirilir. Bu gün Azərbaycanda şadlıq evlərində heç cür mümkün deyil ki, vətəndaş ailə büdcəsinə uyğun xeyir işini etsin. Hətta bizim dövlət tədbirlərində möhtərəm Prezidentimizin ali qonaqları üçün xüsusi və çox sadə menyular olur. Belə olan halda bu tədbirin fəlsəfəsinin ancaq yeməkdən ibarət olmadığı çox gözəl görünür. Amma bu gün vətəndaş övladına xeyir iş edərkən restoranın menyusuna heç cür qarışa bilmir. Ona görə Azərbaycan qadın təşkilatları xahiş edirlər ki, Milli Məclisdə bu məsələyə baxılsın, müəyyən bir qanunauyğunluq olsun. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Məlahət xanım. Siz Milli Məclisin xanımlarından birisiniz. Milli Məclis belə qanun qəbul edə bilməz və etməyib də. Biz nə yas, nə də xeyir mərasimləri ilə bağlı belə bir qanun qəbul etməmişik. Bu, qanunla tənzimlənəcək məsələ deyil. Deyilə bilər, insanlar bunu qəbul edə bilərlər.
Bununla bağlı hansı qanun qəbul olunmalıdır ki? Me-nyuna bunu yaz, bunu yazma demək düzgün deyil axı. Bu məsələlər qanunla idarə olunmur. Bu, insanların düşüncəsi, ümumi vəziyyətlə əlaqədar məsələdir. İnsanlar özləri qərar qəbul etməlidirlər, necə ki yas mərasimləri ilə bağlı bunu etdilər, qərara aldılar ki, israfçılıq etməsinlər. Televiziyada, radioda, qəzetlərdə bu məsələlər deyilməlidir. Qənirə Paşa-yeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk öncə həmkarım Fazil Mustafanın Çanaqqala zəfə-rinin 100-cü ildönümünün yüksək səviyyədə keçirilməsi ilə bağlı təkliflərini dəstəkləməklə bərabər, vurğulamaq istəyi-rəm ki, çox hörmətli Prezidentimiz Türkiyəyə rəsmi səfəri zamanı açıqlama vermişdi ki, aprelin 24-də özü şəxsən Tü-rkiyədə olacaq və bu tədbirlərə qatılacaq. Cənab Prezident Çanaqqala zəfərinin 100-cü ildönümünün məhz bu tarixdə qeyd edilməsinin önəmini xüsusi olaraq vurğulamışdı. Yəni Azərbaycan hər zaman olduğu kimi, bu məsələdə də qardaş Türkiyənin yanındadır və Çanaqqala zəfəri bizim ümumi zəfərimizdir, ümumi qələbəmizdir. Burada 1000-dən artıq, – hətta bəzi araşdırmalara görə bu daha da böyük rəqəmdir, – azərbaycanlı, türkiyəli qardaş-bacılarımızla birgə şəhid olmuşdur. Ona görə də Çanaqqala zəfərinin Azərbaycanda yüksək səviyyədə qeyd edilməsi çox vacib bir məsələdir və mən inanıram ki, bu, həyata keçiriləcək. Bu, qondarma er-məni soyqırımı iddiaları əsasında öz maraqları naminə Er-mənistana toplaşacaq o qüvvələrə verilən ən layiqli cava-blardan biri olacaq.
Çox hörmətli Oqtay müəllim, qaldıracağım digər bir məsələ Reproduktiv sağlamlıq haqqında qanun layihəsinin müzakirəyə çıxarılması ilə əlaqədar bir xahişimi diqqətinizə çatdırmaqdır. Bu məsələ ilə bağlı müraciət edən ailələrin sayı artır. Söhbət ondan gedir ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da ailə quran insanlarımız arasında sonsuzluq artır. Artıq təxminən 15 faizə çatan rəqəmlərdən söhbət gedir. Boşanmaların statistikasına baxırıq. Görürük ki, boşanmaların təxminən 50 faizindən çoxu məhz övladın dünyaya gəlməməsi səbəbindən baş verir. İmkanlı ailələrin, təbii ki, çıxış yolları var, onlar tibbin imkanlarından, süni mayalanmadan istifadə edirlər. Amma bunlar bahalı əməliyyatlar olduğuna görə orta və aşağı təbəqə ondan istifadə edə bilmir. Reproduktiv sağlamlıq haqqında qanun layihəsində bu məsələ öz həllini tapmışdı. Yəni belə ailələr on il müd-dətinə övladları olmazsa, bir dəfə dövlət hesabına bunu hə-yata keçirə bilərlər. Onlar xahiş edirlər ki, bu vacib məsələni nəzərə alaraq bu qanun layihəsini yaxın zamanlarda müzakirəyə çıxaraq. Bu, həqiqətən, nə qədər ailələrimizə kömək edərdi. Həm boşanmaların sayı azalardı, həm də bu ağır problem həll olunardı. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əhməd Vəliyev də danışsın, son-ra gündəliyə keçək. Buyurun.
Ə.Vəliyev. Sağ olun. Cənab Sədr, hörmətli millət vəkil-ləri! Hamınıza məlumdur ki, Qazax rayonu çox strateji əhə-miyyət kəsb edən bir rayondur. Rayonun 7 kəndi düşmən Ermənistan tərəfindən işğal olunmuş, 5 kəndi daim atəş altındadır. Diqqətinizə çatdırım ki, rayondan olan məcburi köçkünlərin bir nəfəri belə Qazax rayonunu tərk etməmişdir.
Mən hökumət üzvləri burada olan zaman bir neçə dəfə məsələ qaldırmışdım ki, məcburi köçkünlər həm Qazax ra-yonunun özündə, həm də digər kəndlərdə çox ağır vəziy-yətdə yaşayırlar. Artıq bu məsələ öz həllini tapdığına görə mən təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə Qazax rayonunda artıq 5 mərtəbəli binalardan ibarət şəhərciyin salınmasına başlanmışdır. Eyni zamanda, Qızıl Hacılı kəndi ilə bağlı qaldırdığım məsələyə də diqqət ayrılıb və 3-4 gün bundan öncə hörmətli Baş nazir tərəfindən bu barədə sərəncam verilib. Bununla əlaqədar olaraq mən ölkə Prezidentinə, cənab Baş nazirə və bu məsələnin müsbət həlli üçün can yandıran hər bir insana bütün məcburi köçkünlərin dərin təşəkkürünü, hörmət və ehtiramını bildirmək istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Artıq yarım saatdır cari məsələləri müzakirə edirik. Gündəliyə keçirik. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqındadır. İqti-sadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbay-can Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisə Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin təyin edilməsi barədə məktubla müraciət etmişdir. Söhbət Elman Rüstəmov və Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifələrinə seçilmələrindən gedir. Bu çox böyük hadisədir. Hər bir dövlətin aktiv pul-kredit siyasəti ölkənin iqtisadi inkişafı, ölkənin iqtisadi qüdrətinin artırıl-ması, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir.
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov 20 ildir bu or-qana uğurla rəhbərlik edir. Bir neçə gün bundan əvvəl Milli Məclisin İqtisadi siyasət komitəsində Elman Rüstəmovun fəaliyyətinin davam etdirilməsi ilə bağlı müzakirə oldu. Milli Məclisin üzvləri birmənalı şəkildə bu müraciəti dəstəklədilər və hesab etdilər ki, Elman Rüstəmov 20 illik fəaliyyəti ərzində Azərbaycan Respublikasında müstəqil bank sisteminin formalaşmasında müstəsna xidmətlər göstərmişdir. Bu gün Azərbaycanın iqtisadi inkişafında əldə edilən uğurların xeyli hissəsi də məhz pul-kredit siyasətinin təkmil olması ilə əlaqədardır. Kifayət qədər kadr potensialı formalaşmışdır, beynəlxalq təşkilatlarla əməkdaşlıq ən yüksək səviyyəyə qaldırılmışdır. Bu gün aparılan aktiv fəaliyyət Azərbaycanın iqtisadi və dinamik inkişafına əhəmiyyətli dərəcədə kömək edir. Real iqtisadiyyata dəstək artır.
Bir sözlə, millət vəkilləri məndən xahiş etdilər ki, komitə adından hər iki namizəd haqqında müsbət fikir söyləyim. Qərar layihəsi sizə paylanılıb. Təklif olunur ki, Elman Rüstəmov yenidən Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilsin.
Mən bu xoş sözləri Xəqani Abdullayev haqqında da de-mək istəyirəm. Xəqani Abdullayev də Mərkəzi Bankın İdarə Heyətinin üzvü kimi çox aktiv fəaliyyət göstərib.
Elman müəllim ölkəmizin hüdudlarından kənarda kifayət qədər məşhur olan iqtisadçı alimdir, iqtisad elmləri doktorudur. Bu yaxınlarda Elman müəllimin hökumətin hesabatında verdiyi açıqlama cəmiyyətdə çox böyük maraq doğurub, müsbət qarşılanıb. Bütövlükdə Azərbaycanın müstəqil bank sistemi Azərbaycanın dinamik və keyfiyyətli inkişafına qüdrətli xidmət edən iqtisadi strukturdur. Ona görə millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də bir-iki kəlmə demək istəyirəm. Ziyad müəllim söylədi, həqiqətən, Elman müəllim çox işgüzar insandır, peşəkar bir mütəxəssisdir. O, 20 il ərzində öz müsbət işini bizə nümayiş etdirib. Biz cənab Prezidentə minnətdarıq ki, belə peşəkar bir mütəxəssisi 5-ci dəfə Mərkəzi Bankın İdarə Heyətinə üzv təqdim edib. Elman müəllim, həqiqətən, təvazökar, işgüzar bir insandır.
Elman müəllim, Xəqani müəllim, təklif olundu ki, səsə qoyulsun. Biz artıq müzakirəsiz məsələni səsə qoyuruq. Millət vəkillərindən xahiş edirəm, münasibət bildirsinlər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, istəyirsiniz, tək-tək səsə qoyaq. Xa-hiş edirəm, Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilməsinə münasibət bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 12.39 dəq.)
 Lehinə  95
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinə üzv seçilməsinə münasibət bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 12.40 dəq.)
 Lehinə  99
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Elman müəllim, Xəqani müəl-lim, təbrik edirik. Beynəlxalq iqtisadi münasibətlərin bu çətin dövründə sizə müvəffəqiyyətlər arzulayırıq. Sağ olun. (Alqışlar.)
Sədrlik edən. Gündəliyin ikinci məsələsi Etibar Qəzənfər oğlu Nəbiyevin Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cənab Prezident tərəfindən Etibar Qəzənfər oğlu Nəbiyevin Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi barədə təqdimat verilmişdir.
Məlumat üçün qeyd etmək istəyirəm ki, Etibar Nəbiyev məhkəmə sistemində 1993-cü ildən Ali Məhkəmənin üzvü kimi fəaliyyət göstərmişdir. O dövrə qədər hüquq sa-həsindəki fəaliyyəti sizə təqdim edilmiş arayışda verilib, ona görə mən yalnız məhkəmə fəaliyyətini qeyd etmək istəyirəm. 2000–2007-ci illərdə Sumqayıt şəhər məhkəməsinin sədri olmuşdur. Növbəti mərhələdə onun həm Ali Məhkəmədə, həm də Sumqayıt şəhər məhkəməsindəki müsbət fəaliyyəti nəzərə alınmış və Bakı Apellyasiya Məhkəməsinə hakim təyin olunmuşdur.
Qanunvericiliyimizə görə 65 yaşı tamam olduğuna görə Etibar Nəbiyevin məsələsi Məhkəmə-Hüquq Şurasında müzakirə olunmuş və onun indiyə qədər məhkəmə sistem-inə verdiyi töhfələrdən, bilik və bacarığından gələcəkdə də istifadə etmək qənaətinə gəlinmişdir. Məhkəmə-Hüquq Şurası tərəfindən bu barədə cənab Prezidentə müraciət olunmuşdur və cənab Prezident də bu namizədi dəstəkləyərək Milli Məclisə təqdim etmişdir. Qeyd etmək istəyirəm ki, əgər Milli Məclis də bu qərarı dəstəkləyərsə, onda qanunvericiliyə uyğun olaraq o, son yaş həddinə – 70 yaşına qədər Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışa bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.


 Səsvermənin nəticələri  (saat 12.42 dəq.)
 Lehinə  98
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi. Təbrik edirik.
Gündəliyin üçüncü məsələsi İnsan alverinə qarşı müba-rizə üzrə Milli Koordinatorun illik məlumatı haqqındadır. Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Vilayət Eyvazova söz verilir.
Mən qeyd etmək istəyirəm ki, bu məlumat ildən-ilə daha yüksək səviyyədə hazırlanır. Ona görə mən əvvəldən Sizə öz minnətdarlığımı bildirirəm. Buyurun.
V.Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müasir dövrün transmilli təhdidlərindən olan insan alverinin ictimai təhlükəliliyi, kriminal biznesin ən gəlirli növlərindən olması, şəxsiyyətin hüquq və azadlıqlarını kobud şəkildə pozması baxımından bu sahədə əks-tədbirlər 2014-cü ildə də ardıcıllıqla davam etdirilmişdir.
Birləşmiş Millətlər Təşkilatının ötən ilki hesabatına görə hər il üçdən biri uşaqlar olmaqla 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir. Onların 53 faizi cinsi istismara, 40 faizi məcburi əməyə, 7 faizi orqan transplantasiyası və digər məqsədlərlə alqı-satqıya məruz qalır.
Eyni zamanda, son 3 ildə insan alveri ilə bağlı 25 mindən çox cinayət işinin istintaqının aparılmasi, 15 minə yaxın şəxsin məhkum edilməsi, 133 min qurbanın hüquqlarının bərpa olunması dünyada insan alverinin qarşısının alınması istiqamətində həyata keçirilən mühüm tədbirlər kimi qeyd edilir.
Hər bir şəxsin hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etmiş Azərbaycan tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutaraq insan alverinə qarşı mübarizədə qanunvericiliyin və onun tətbiqi praktikasının təkmilləşdirilməsini, aidiyyəti dövlət qurumlarının səmərəli qarşılıqlı fəaliyyətinin təmin olunmasını, maarifləndirmə tədbirlərini və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı yüksək səviyyədə təşkil etməkdə israrlı mövqeyini 2014-cü ildə də ortaya qoymuşdur.
Bunun təsdiqi olaraq dövlət başçısının sərəncamı ilə 2014–2018-ci illər üzrə sayca üçüncü Milli Fəaliyyət Planı qəbul edilmişdir. Yeni fəaliyyət planının icrasına əlavə olaraq Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti, Dövlət Mülki Aviasiya Administrasiyası, Dövlət Dəniz Administrasiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Mətbuat Şurası, yerli icra hakimiyyəti orqanları – bütövlükdə 27 dövlət qurumu cəlb olunmuşdur. Milli qanunvericiliyin, beynəlxalq konvensiyaların tələblərinin, aidiyyəti nazirlik, komitə və xidmətlərin rəy və təkliflərinin, eləcə də qeyri-hökumət təşkilatlarının tövsiyələrinin əksini tapdığı bu konseptual sənədin 2014-cü ili əhatə edən bütün tədbirləri yerinə yetirilmişdir.
İlk növbədə qeyd edim ki, əlaqədar qanunvericilik ak-tlarının beynəlxalq müqavilələrə uyğunlaşdırılması tədbirləri çərçivəsində “İnsan alverinə qarşı mübarizə haqqında” Qanuna həmin cinayətlərin qurbanı olmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə hüdudlarından kənara çıxarılması mexanizmlərini tənzimləyən norma əlavə edilmişdir. Avropa Şurasının insan alverinə qarşı mübarizə üzrə ekspert qrupunun müvafiq konvensiyadan irəli gələn öhdəliklərin icrasına dair hökumətə təqdim etdiyi hesabatda əksini tapan məsələlər, o cümlədən cinayət təqibi, qurbanlara yardım, kompensasiya və reabilitasiya məsələlərinə dair tövsiyələri də planlı surətdə icra olunmuşdur. Bununla əlaqədar Na-zirlər Kabineti tərəfindən “İnsan alveri qurbanlarının de-portasiya Qaydaları”nda müvafiq dəyişiklik edilmişdir. Ha-belə, “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası üzrə Proqram”, “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi” təsdiqlənmişdir. Uşaqların insan alveri təhlükəsindən müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək və ailə məcəllələrinə, “Sosial müavinətlər haqqında”, “Uşaq hüquqları haqqında”, “Telekommunikasiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” qanunlara dəyişikliklər edilməsi barədə təkliflər paketi hazırlanıb aidiyyəti üzrə təqdim edilmişdir.
Qarşıda duran vəzifələrdən biri də insan alveri problem-inin mahiyyəti və təhlükəli nəticələri, həmin cinayətlərdən müdafiənin inzibati və hüquqi prosedurları haqqında risk qrupuna aid sosial təbəqələrin məlumatlığının artırılması olmuşdur. Bu istiqamətdə Daxili İşlər və Təhsil nazirlikləri, İnsan alverinə qarşı qeyri-hökumət təşkilatları Koalisiyası, Ombudsman aparatı ilə birgə respublikanın 85 ali və orta ixtisas təhsili müəssisəsində maarifləndirmə tədbirləri keçi-rilmişdir. O cümlədən ölkənin bütün regionlarında insan alveri, uşaq əməyi, məişət zorakılığı və sair mövzularda də-yirmi masalar, seminarlar, müsabiqələr və ictimai dinləmələr təşkil edilmişdir.
İnsan alverinə qarşı mübarizənin 10 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində gənclər və yeniyetmələr arasında idman yarışları, rəsm və qısametrajlı film müsabiqələri, teatr tamaşaları, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüşlər keçirilmişdir. İnsan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi və onlara yardım göstərilməsi sahəsində peşəkarlığın artırılması məqsədi ilə Beynəlxalq Miqrasiya Təşkilatının, Avropa İttifaqının, Türkiyə Respublikası polis orqanlarının, ABŞ-ın Azərbaycandakı səfirliyinin, Om-budsman təsisatının dəstəyi ilə xüsusi polis qrupunun əməkdaşları 40-a yaxın seminar, konfrans və təlimdə iştirak etmişlər.
Daxili İşlər Nazirliyinin və Beynəlxalq Miqrasiya Təşki-latının Azərbaycandakı Nümayəndəliyi tərəfindən 2014-cü ilin yanvar-may aylarında Mingəçevir, Quba, Lənkəran, Tərtər şəhər və rayonlarında qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri, xarici dö-vlətlərin ölkəmizdəki səfirlik və konsulluqlarının işçiləri, əmək müfəttişləri, həmkarlar ittifaqlarının üzvləri və digər-ləri üçün təlimlər və seminarlar keçirilmişdir.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına xüsusi proqram əsasında insan alverinin və qeyri-leqal məşğulluğun qarşısının alınmasını tənzimləyən beynəlxalq hüquq normaları, milli qanunvericilik aktları və bu növ hüquqa zidd əməllərin aşkarlanmasının taktiki əsasları tədris olunmuşdur. Gömrük orqanlarında xidmətə yeni qəbul edilmiş əməkdaşlar üçün “İnsan alverinin qarşısının alınması” mövzusunda treninqlər təşkil edilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram” çərçivəsində təlimlər, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən isə turizm şirkətlərinin və otellərin işçilərinə məqsədli treninqlər keçirilmiş, əyani vəsaitlər paylanmışdır.
Görülən işlər və əldə edilən nəticələr müxtəlif teleka-nallarda və mətbu orqanlarda işıqlandırılmış, xüsusi polis qurumunun veb saytında yerləşdirilmişdir.
Hörmətli millət vəkilləri, insan alverinə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etməsi baxımından xarici dövlətlərin, o cümlədən təyinat və mənbə ölkələrin aidiyyəti orqanları və müvafiq beynəlxalq təşkilatlarla sözügedən problemin öyrənilməsi, məlumat toplanılması, səmərəli tədbirlər mübadiləsi, ümumən əməkdaşlığın gücləndirilməsi məsələləri də diqqət mərkəzində saxlanılmışdır.
2014-cü ildə Qətər dövləti ilə təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair saziş imzalanmış, Mərakeş və Bir-ləşmiş Ərəb Əmirlikləri ilə insan alverinə qarşı müba-rizənin müqavilə-hüquq bazasının möhkəmləndirilməsi üzrə müvafiq tədbirlər görülmüşdür. Mütəmadi olaraq BMT-nin, ATƏT-in ekspertləri, Amerika Birləşmiş Ştatlarının hüquq mühafizə orqanlarının aidiyyəti işçiləri, həmçinin bu ölkənin və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinin hazırladığı “Azərbaycanda insan alverinin qarşısının alınması mex-anizmlərinin səmərəli həyata keçirilməsinin dəstəklənməsi” adlı layihə hökumət tərəfindən müsbət dəyərləndirilmiş və 2014-cü ilin ikinci yarısından etibarən icrasına başlanılmışdır. Layihə çərçivəsində ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi cari ilin mart ayında ölkəmizdə səfərdə olmuşdur.
Xüsusi polis qurumunun, eləcə də digər dövlət orqan-larının əməkdaşları beynəlxalq təşkilatların həyata keçirdi-kləri layihələr formatında Amerika Birləşmiş Ştatları, Fransa, Avstriya, Polşa, Litva, Macarıstan, Bosniya və Her-seqovina, Rusiya, Belarus və Ukraynada təcrübə müba-diləsinə, həmçinin ilk dəfə olaraq təlimçi qismində tədris kurslarına cəlb edilmişlər.
Sosial və iqtisadi səbəblərin doğurduğu məcburi əməyin qarşısının alınması, onun qurbanlarının müəyyən edilməsi də əsas vəzifələrdən biri olmuşdur. Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Dövlət Miqrasiya Xidməti tərəfindən paytaxtın və respublikanın ayrı-ayrı rayonlarında tikinti sahələrində və istehsal müəssisələrində əmək miqrasiyasının nəzarət çərçivəsində keçirilmiş təd-birlərdə 4 məcburi əmək cinayəti, 164 inzibati xəta aşkar-lanmış, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 2543 əcnəbi deportasiya edilmişdir.
Bundan əlavə, valideyn himayəsindən məhrum uşaqların insan alverinin qurbanına, sui-istifadə obyektinə çevrilmə-sinin qabaqlanması tədbirlərinə də böyük önəm verilmişdir. Ərazi polis orqanlarının keçirdiyi reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 502 azyaşlı müəyyən edilmişdir. Aparılmış yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməmişdir. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqa zidd əməllərə cəlb edən 220 valideyn barəsində qanunla müəyyən edilmiş qərarlar qəbul edilmişdir. Eyni zamanda, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının, kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 272 uşağın yaşayış şəraitinin monitorinqi aparılmış, ehtiyacı olan ailələrə ünvanlı sosial yardım və digər müavinətlər təyin edilmişdir. Həmçinin dövlət uşaq müəssisələrində yaşayan 47 azyaşlı şəxsiyyəti təsdiq edilən sənədlərlə təmin olun-muşdur.
Xüsusi qeyd edilməlidir ki, potensial qurbanların insan alveri riskindən müdafiəsində Heydər Əliyev Fondunun böyük əməyi və əhəmiyyətli töhfələri olmuşdur. Fond tərəfindən yetkinlik yaşına çatmış kimsəsiz qızlar üçün 50 nəfərlik 25 mənzilli bina tikilmiş, eləcə də valideyn hi-mayəsindən məhrum olmuş və yaşayış yeri olmayan uşaq evlərinin məzunları üçün 120 mənzilli bina inşa edilərək istismara verilmişdir.
Uşaqlara qarşı törədilən bütün növ cinayətlərin və digər hüquqpozmaların, o cümlədən uşaq alveri, onların istismarı, küçə əməyi və dilənçilik hallarının təhlili və bu sahədə görülən işlərin qiymətləndirilməsi məqsədi ilə BMT-nin və Avropa Şurasının insan hüquqlarının müdafiəsi institutlarının tövsiyələri də nəzərə alınmaqla müasir informasiya bazası yaradılmış, yeni statistik hesabat formaları hazırlanmışdır.
Ötən il həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2013-cü illə müqayisədə 21 faiz çox və ya 97 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədi ilə şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması ilə bağlı 3 fakt aşkarlanmışdır. Bu əməllərə görə 26 nəfər məsuliyyətə cəlb edilmiş, 9 mütəşəkkil dəstə və qrup zərərsizləşdirilmişdir.
Müəyyən edilmiş 54 qurbandan 37-si Türkiyə Respub-likasına, 8 Rusiya Federasiyasına, 6-sı Birləşmiş Ərəb Əmirliklərinə aparılmış, 3 əcnəbi ölkə daxilində istismara məruz qalmışdır. Qurbanlardan 38-i sığınacaqlara yerləş-dirilərək hər birinə zəruri yardımlar edilmiş, təhlükəsizliyi təmin olunmuşdur. Bütövlükdə 54 qurbana birdəfəlik müavinət verilmiş, 40-na Kömək fondu tərəfindən maddi yardım edilmiş, 24-ü işlə təmin olunmuş, 30-u peşə kurslarına göndərilmişdir. Həyata keçirilmiş profilaktik tədbirlərlə 34 qurban ailəsinə qayıtmış, 36 qurban isə qeyri-hökumət təşkilatlarının himayəsinə verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İn-san Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən 28 qurbana hüquqi və psixoloji yardım, həmçinin Səhiyyə Nazirliyinin xüsusi müəssisələrində 43 qurbana tibbi xidmət göstərilmişdir. Sığınacağa yerləşdirilmiş qurbanların himayəsində olan 16 azyaşlı məktəbdənkənar təhsil proqramlarına cəlb edilmişdir.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlərə dair “Qaynar xətt”ə daxil olmuş 13 mindən çox müraciətə baxılaraq hər biri üzrə qanunvericiliyə uyğun tədbir görülmüşdür. Eyni zamanda, xarici dövlətlərdə işləməklə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan təkliflər də araşdırılmışdır. İnsan alveri yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması hallarının müəyyən olunması məqsədi ilə müvafiq cinayətlərdə təqsirləndirilən bütün şəxslər barəsində Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən zəruri araşdırmalar aparılmış, şübhəli maliyyə əməliyyatları Baş Prokurorluğa təqdim edilmişdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq 10 ildən çoxdur ki, Azərbaycan beynəlxalq səviyyədə insan alverinə qarşı mübarizəyə öz töhfəsini verməkdədir. Milli maraqlar baxımından bu işə daim həssaslıqla yanaşılmış, qarşıda duran vəzifələr sistemli şəkildə yerinə yetirilmişdir.
Həmin müddətdə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə 681 insan alveri və məcburi əmək faktı aşkarlanmışdır. Bu cinayətlərə görə 85 faizi qadın və 15 faizi kişi olmaqla 408 nəfər cinayət məsuliy-yətinə cəlb edilmiş, habelə 167 mütəşəkkil dəstə və qrup ifşa edilmişdir. Təhlil göstərir ki, müvafiq cinayətlər, əsasən, aldatma yolu ilə, təhsil imkanlarından və ya şəxsin köməksiz vəziyyətindən istifadə edilməklə törədilmişdir.
Müəyyən edilmiş 583 qurbanın 90 faizi cinsi istismara, 10 faizi isə məcburi əməyə məruz qalmışdır. Onlardan 3,6 faizi uşaqlar, 96,4 faizi isə yetkinlik yaşına çatmış şəxslər olmuşdur. İnsan alveri və məcburi əmək faktları baxımından Azərbaycan, əsasən, mənşə, bəzi hallarda isə təyinat ölkəsi olmaqla qurbanların 94 faizi xarici dövlətlərə aparılmış, 6 faizi isə ölkə daxilində istismara məruz qalmışdır.
İnsan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması prioritet vəzifələrdən olmaqla bu işdə vətəndaş cəmiyyəti nümayəndələrinin və kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək respublikanın bütün şəhər və rayonlarında 500-dən çox mədəni-kütləvi tədbir, seminar, treninqlər keçirilmişdir. Məlumat üçün diqqətə çatdırım ki, insan alverinə qarşı mübarizə üzrə 2009–2013-cü illər üzrə Milli Fəaliyyət Planının icra vəziyyəti Prezident nəzarəti qaydasında yoxlanılaraq həmin əməyə yüksək qiymət verilmişdir.
Əldə edilən nəticələr həm də bir sıra mötəbər beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası Konvensiyasının Tərəflər Komitəsinin Azərbaycan üzrə ötən ilki hesabatında da müsbət dəyərləndirilmişdir. Belə ki, normativ hüquqi bazanın, qurbanların müdafiəsi mexanizminin təkmilləşdirilməsi və maarifləndirmə tədbirləri sahəsində görülən işlər, milli koordinator yanında işçi qrupunun və polis qurumunun fəaliyyəti təqdirəlayiq hesab edilmişdir. Bu gün müvafiq sahədə Azərbaycanın təcrübəsi bir çox dövlətlərin əlaqədar qurumlarının diqqət mərkəzindədir. Bütün bunlarla bərabər, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin səmərəli icrası, o cümlədən insan alverinə qarşı mübarizədə fəaliyyətin daha da gücləndirilməsi, həmin cinayətlərin profilaktikası, qurbanların müdafiəsi, təbliğat və maarifləndirmə işlərinin məqsədyönlü təşkili Azərbaycan Respublikasının qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, ölkəmizin öhdəliklərinə uyğun maksimum səylərlə cari ildə də davam etdiriləcəkdir.
Hörmətli millət vəkilləri, bu mühüm sahədə böyük dövlət siyasətinin milli və beynəlxalq səviyyədə həyata keçirilməsində yaxından köməkliyinizə, ümumi işimizə böyük fayda gətirən əməkdaşlıq münasibətlərinizə görə sizin hər birinizə, o cümlədən vətəndaş cəmiyyəti institutlarının və milli mediamızın nümayəndələrinə dərin minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Vilayət müəllim. Buyurun, əylə-şin. Hörmətli deputatlar, insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsinə keçirik. Təklif var ki, çıxışlar 5 dəqiqə olsun. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, 5 dəqiqə olsun. Elton müəllim, sualınız var, buyurun.
E.Məmmədov. Ziyafət müəllim, təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar, hörmətli qonaq-lar! Düşünürəm ki, hörmətli həmkarlarım etiraz etməzlər, biz milli maraqlar baxımından hörmətli Vilayət müəllimin ətraflı məlumatını dinlədik. Həqiqətən, məlumatdan görünür ki, çox hörmətli Vilayət müəllimin rəhbərliyi ilə bu işə çox həssaslıqla yanaşılmış və bütün işlər milli maraqlar çərçivəsində, sistemli şəkildə yerinə yetirilmişdir. Bizə 17 vərəqdən ibarət məlumat verilib və hörmətli həmkarlarım da bununla tanış olublar. Gündəlikdə müzakirə ediləcək məsələlər çoxdur. Ona görə təklif edərdim ki, həmkarlarım etiraz etmirlərsə, məlumat səsə qoyulsun. Təşəkkür edirəm.
Sədrlik edən. Biz gərək bu məsələni deputatlarla məslə-hətləşək. Həqiqətən, Vilayət müəllim burada çox geniş, çox məzmunlu məlumat verdi. Həm də o məlumat sizə payla-nıbdır. Ona görə biz deputatlarla məsləhətləşməliyik. Təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Elmira xanım.
E.Axundova. Sağ olun. Mən konkret təkliflərə keçirəm. Mən də hesab edirəm ki, məlumat əhatəlidir, məzmunludur, insan alverinə qarşı Azərbaycanda kompleks şəkildə müba-rizə aparılır, bunların hamısı düzgün deyilib. Xüsusilə qeyd etmək istəyirəm ki, məcburi əmək bölməsində ilk dəfə olar-aq polis orqanları tərəfindən keçirilmiş reydlərdən, küçə həyatına məruz qalan, dilənçilik edən, qeyri-qanuni qulluğa cəlb edilən 502 azyaşlıdan söhbət gedir.
Mən keçən il məhz bu məsələləri Vilayət müəllimin diqqətinə çatdırmışam və razılıq hissi ilə qeyd etməliyəm ki, biz, bakılılar, doğrudan da, son illər polis orqanları tərəfindən dilənçilik və dilənçilərlə mübarizənin gücləndirilməsinin əyani şahidi olmuşuq. Bununla əlaqədar, Vilayət müəllim, bir təklifim var. Təklif edərdim ki, azyaşlıları, yetkinlik yaşına çatmayanları dilənçiliyə məcbur etməyə görə Cinayət Məcəlləsində cəza təyin edilsin. Əgər Cinayət Məcəlləsində bu cəza varsa, sərtləşdirilsin, çünki hazırda polis orqanları dilənçiləri ancaq cərimə edirlər. Bu da o qədər təsirli vasitə deyil.
İkinci, respublika ərazisində internetin yayılması ilə əla-qədar xeyli saytlar porno, seks xidməti təklif edir. Yeni-yetmələrin mənəviyyatını korlayırlar. Həmçinin muzdluları döyüş və isti bölgələrə göndərmək üçün müxtəlif ölkələrdə – həm Rusiya, həm də İngiltərədə firmalar internetdə açıq-aşkar fəaliyyət göstərirlər. Ona görə təklif edərdim ki, müvafiq qanunlarımıza belə saytların respublika ərazisində yayımını qadağan edən əlavə və dəyişikliklər edək. Qardaş Türkiyədə olduğu kimi, bu cür saytların yayımının qarşısını ala bilərik.
İkinci, Siz hesabatda qısa da olsa məişət zorakılığından söhbət açırsınız. Demək olar ki, hər gün biz bu məişət zo-rakılığının artmasının şahidi oluruq. Ona görə insan alverinə və belə neqativ hallara qarşı mübarizədə əsas ağırlıq, əsas iş Sizin də qeyd etdiyiniz kimi, profilaktik və maarifləndirmə tədbirlərinin üzərinə düşür. Bilirəm ki, polis orqanları QHT-lərlə birgə çox iş görürlər. Amma təklif edərdim ki, bu işi daha da genişləndirəsiniz və orta, natamam orta məktəbləri bura əlavə edəsiniz. Məhz yeniyetmələrlə işi gücləndirmək və onları bu cür neqativ hallardan çəkindirmək lazımdır. AzTV bu işdə çox mühüm işlər görür, istərdim ki, hər bir kanal ondan nümunə götürsün və bu mövzulara geniş yer ayırsın.
Digər məsələ də əyani vəsaitlərin çatışmazlığıdır. Söhbət küçələrdəki, prospektlərdəki sosial reklamların, yerli kanallardakı sosial roliklərin azlığından gedir. Halbuki belə reklam lövhələri, belə sosial roliklər çox böyük psixoloji təsirə malikdir.
Mən istərdim ki, bu gün müzakirə edəcəyimiz “Reklam haqqında” qanun qəbul edildikdən sonra daxili işlər naziri belə sosial roliklərin hazırlanmasında və televiziya kanal-larında yerləşdirilməsində öncül olsun, necə ki, Dövlət Yol Polisi mütəmadi olaraq televiziya kanallarında yol hərəkəti qaydalarının pozulmasına və onların acı nəticələrinə dair sosial roliklər verir. Hesab edirəm ki, bu cür neqativ hallara qarşı cəmiyyətimiz, yəni ictimai xadimlər, hüquq mühafizə orqanları, KİV-lər birliklə ciddi mübarizə aparsa, bu bəladan qismən də olsa qurtula bilərik. Ümumilikdə, bu hesabatı məqbul hesab edirəm və Vilayət müəllimə də xüsusi minnətdarlığımı bildirirəm ki, təkliflərimizə daim həssaslıq göstərir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Təkid eləyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, təkid eləyən yoxdursa, onda xahiş edirəm, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordina-torun illik məlumatına münasibət bildirəsiniz.
 
 Səsvermənin nəticələri  (saat 13.07 dəq.)
 Lehinə  87
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  87
 Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi. Vilayət müəllim, Sizi təbrik edi-rəm, işlərinizdə uğurlar arzulayıram.
Gündəliyin növbəti məsələsi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişi-kliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Məlumat üçün demək istəyirəm ki, Siz də, hörmətli həmkar-larım da xatırlayırsınız ki, biz “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna 2014-cü ilin may ayında müəyyən dəyişikliklər elədik. O əlavə və dəyişikliklərin əsas mahiyyəti ikili vətəndaşlıqla bağlı baş verən halların qarşısının alınmasına yönəlmişdi. Buna görə məsuliyyət nəzərdə tutduq. O zaman həmin qanundan “vətəndaşlıqdan çıxdıqda” ifadəsi çıxarıldı, çünki bu, beynəlxalq konvensiyalara zidd idi. Daha düzgün ifadə – “vətəndaşlığa xitam verildikdə” yazdıq. “Vətəndaşlığa xitam verildikdə”nin də əsasları var, amma bu artıq başqa mövzudur.
Demək istəyirəm ki, indi cənab Prezident tərəfindən təq-dim olunmuş, mənim məruzə etdiyim və sonra digər həm-karlarımın da məruzə edəcəyi bütün dəyişikliklər eynidir. Yəni faktiki olaraq 4-cü məsələdən başlayaraq Sizin məruzə edəcəyiniz 17-ci məsələyə qədər bütün digər qanun layihələrində “vətəndaşlıqdan çıxdıqda” sözləri artıq qüvvədə olan qanuna uyğun olaraq “vətəndaşlığa xitam verildikdə” ifadəsi ilə əvəz olunur. Mən hörmətli həmkar-larımdan və Sizdən xahiş edirəm ki, bu məsələləri, sadəcə, səsə qoyaq, çünki bütün məruzəçilər söylədiyim bu ifadəni təkrar etməli olacaqlar. Çox sağ olun.
Sədrlik edən. Əli müəllim, çox sağ olun, təşəkkür edirəm. Onda belə danışaq. Hər halda stenoqram üçün lazımdır, məruzə olunmalıdır. Əlaqədar komitələrin sədrləri bir-bir məruzə eləsinlər, biz axırda səsverməni ayrı-ayrı keçirərik. “Uşaq hüquqları haqqında” Azərbaycan Respu-blikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında Hadi müəllim məlumat verəcək. Buyurun.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, gündəlikdəki 5-ci və 15-ci məsələ deyilənlərlə, yəni vətəndaşlığa xitam verilməsi ilə əlaqədardır. “Uşaq hüquqları haqqında” Qanunda 10-cu maddəyə – “Uşağın ad və vətəndaşlıq almaq hüququ”na dəyişiklik edilir.
“Əmək pensiyaları haqqında” Qanunun 20-ci və 43-cü maddələrində dediyimiz məsələlər öz əksini tapır. Dəyişi-kliklər bu qanunları “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli qanununa uyğunlaşdırmağa xidmət edir. Hər iki qanun komitədə müzakirə olunub və parlamentə tövsiyə olunub. Deputat həmkarlarımdan xahiş edirəm, səs versinlər.
Sədrlik edən. Aydındır. Növbəti məsələ “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Arif müəllim, buyurun.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komi-təsinin sədri.
Sağ olun, Ziyafət müəllim. “Bələdiyyələrin statusu haq-qında” Qanuna da həmin düzəliş edilib. Nəzərdə tutulub ki, bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi haqqında maddəyə həmin düzəliş edilsin. Əvvəlki variantda yazıl-mışdı ki, bələdiyyə üzvünün səlahiyyətləri o, “vətəndaşlıqdan çıxdıqda” itirilmiş hesab edilir. Yeni redaksiyada bu sözlər “vətəndaşlığına xitam verildikdə” ifadəsi ilə əvəz edilir. Məsələyə komitənin iclasında baxılıb və plenar iclasa tövsiyə edilib. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Arif müəllim. Əli müəllim, 7-13-cü məsələlər sizin komitədə müzakirə olunub, eyni məzmunlu dəyişikliklərdir. 17-ci məsələ bizim komitədə müzakirə olunub, icazənizlə, onu mən məruzə edəcəyəm. Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Burada da “vətəndaşlıqdan çıxdıqda” ifadəsi “vətəndaşlığına xitam verilməsi” ifadəsi ilə əvəz olunur.
Mən mətbuat nümayəndələrinə aydın olsun deyə bu mə-sələyə açıqlıq gətirmək istəyirəm. Söhbət nədən gedir? Yəni hərbi vəzifəli şəxslər tərxis olunduqda, yaxud başqa işə keçirildikdə, xaricdə çalışdıqda, Azərbaycan Respublikası vətəndaşlığı ilə bir araya sığmayan fəaliyyət göstərdikdə, təbii ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 16-cı maddəsinə görə onun vətəndaşlığına xitam verilə bilər. Əlbəttə, vətəndaşlıqdan çıxdıqda burada vətəndaşlığın itirilməsi məsələləri də var, eyni zamanda, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş məsələlər də. Beynəlxalq müqavilələrdən irəli gələn hallarda və qanunda nəzərdə tutulmuş digər hallarda da vətəndaşlığa xitam verilə bilər. Fazil müəllim qanun layihələri ilə bağlı çıxış eləmək istəyir. Buyurun.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, istərdim, elə bu məsələdən istifadə edib deyim ki, bizim reqlamentdə müəyyən dəyişikliklər aparılsın. Bizə gündəlikdəki layihələr təqdim olunur. Bütün təqdim olunan ayrı-ayrı məsələlərin qabağında yazılsın ki, məsələn, bu məsələ müzakirəsiz olacaq, digər məsələ müzakirə ilə olacaq. Rəhbərlikdə nə qərar qəbul eləmisinizsə, bizə də deyin, zəhmət çəkib adımızı ora yazdırmayaq. Adımız yazıla-yazıla yerdən də deyirik ki, söz demək üçün təkid edirəm. Bilirsiniz, Azərbaycanda qəribə bir ənənə var. Milli Koordinatorun məlumatı dinlənildi. Ona bəlkə bizim bir neçə dəyərli təklifimiz var idi.
Sədrlik edən. Sizə müraciət olundu ki, çıxış eləmək istəyən varmı? Niyə çıxış eləmədiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən sizin əlinizi də görmədim, səsinizi də eşitmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, amma bu məsələdə təkid eləmirsiniz. Buyurun.
F.Mustafa. Ziyafət müəllim, mən hesab edirəm ki, deputatlara bu qədər sayğısız yanaşmaq olmaz. Nə baxımdan deyirəm? Xahiş edirəm, sözümü kəsməyin. Biz yazılmışıq. Siz dediniz ki, çıxışlar 10 dəqiqə olmasın, 5 dəqiqə olsun. Razılaşdıq ki, qısa, konkret təkliflər verək. 5 dəqiqədən sonra bir millət vəkili çıxış elədi ki, bunu dayandıraq. Başa düşdüm, bu onun da hüququdur. Amma Milli Məclisə dinləmək üçün gəlmişiksə, oturaq, dinləyək, səsimizi verib gedək. Siz bunu istəyirsinizsə, belə eləyək. Əgər istəyiriksə ki, bir neçə ciddi təklif səsləndirək, onda başqa cür olma-lıdır. Misal üçün, insan alveri ilə bağlı mənim ciddi təklif-lərim var idi. Burada kimisə tənqid eləməkdən, ya da nə isə deməkdən söhbət getmir. Xahiş edirəm, buna diqqət yetirin. Ora yazılan insanlardan soruşun, kim çıxıbsa, ona söz ver-məyin, çıxmayıbsa, imkan yaradın, danışsın da. Bundan sonra ombudsmanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, hökumətin məlumatlarını birləşdirək, hamısı bir iclasda verilsin, sakitcə çıxıb gedək. Belə məc-lismi olar? Xahiş edirəm, bu məsələyə diqqət yetirin, depu-tatların da rəyini soruşun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil müəllim, irad bildirmək Sizin hüququnuzdur, amma çıxışınızda məntiq yoxdur. Hörmətli deputatlar əvvəlcə dedilər ki, reqlament 5 dəqiqə olsun. Deputatların ümumi fikri belə idi, biz onu qəbul eləməliyik, burada başqa söhbət ola bilməz. Sonra dedilər ki, Milli Koordinator çox geniş məlumat verdi və məlumat da deputatlara paylanıb. Mən də müraciət elədim. Yazılanların hamısı dedi ki, çıxış eləmək istəmirik. Bir nəfər, Elmira xanım çıxış etmək istədi, ona da söz verdim. Mən sonra yenə zala müraciət elədim.
Bu nə deməkdir? Burada mətbuat nümayəndələri oturub deyə, belə populist çıxışlar lazım deyil. Fazil bəy, dəfələrlə müraciət elədim, çıxış eləyəydiniz də. Hətta soruşdum ki, kim təkid eləyir? Bu mənim borcumdur, vəzifəmdir, mən sizə söz verməliyəm.
Deyirsən ki, bəlkə mənim təkliflərim var idi? Durub de-yəydin də. Məsələ müzakirə olunub qurtarıb, səsə qoyulub, Siz mətbuat üçün əlavə materiallar verirsiniz. Mən hesab edirəm ki, bu çıxışınız yerində deyil, məntiq yoxdur. Dəfə-lərlə müraciət elədim. Kim Sizin sözünüzü kəsir ki? Durun, çıxış edin də... Başqa çıxış eləmək istəyən yoxdur? Yazılanlar var. Üzr istəyirəm, Nizami Cəfərov, buyurun.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Sağ olun, Ziyafət müəllim. 14-cü məsələ “İctimai televiz-iya və radio yayımı haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Burada da eyni məsələlərdir. 19-cu maddədə Yayım şurası üzvünün “vətəndaşlığına xitam verildikdə”, 21-ci maddədə baş direktorun “vətəndaşlığına xitam verild-ikdə” ifadəsi verilib. Bu da həmin silsilədən olan məsələdir. Sağ olun.
Sədrlik edən. Mən, yeri gəlmişkən, bir məsələni deyim. Sabah mətbuat Fazil Mustafanın çıxışını başqa cür yoz-masın deyə, mən hörmətli mətbuat nümayəndələrinə bir daha müraciət edirəm. Hörmətli mətbuat nümayəndələri, burada 14 qanun layihəsinə kiçik bir dəyişiklik edilir. O dəyişikliyin də səbəbi ondan ibarətdir ki, biz 2014-cü ilin may ayının 30-da “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna dəyişiklik eləmişik. Bundan irəli gələrək dediyimiz qanun layihələrində həmin dəyişikliklərin edilməsi zərurəti yaranıb, çünki bu dəyişiklik olmasa, o qanun işləyə bilməyəcək.
Mahiyyət nədən ibarətdir? “Vətəndaşlıqdan çıxdıqda” sözləri “vətəndaşlığa xitam verildikdə” sözləri ilə əvəz olu-nur. Vəssalam, bu redaktə xarakterli məsələdir. Amma mən məsələnin izahatında dedim ki, vətəndaş bu və ya digər dö-vlət orqanlarından istefa verib çıxıbsa, yaxud xarici ölkədə işləyirsə, onun vətəndaşlığına xitam verildiyi halların si-yahısı orada göstərilib. Bu halların biri də “vətəndaşlıqdan çıxdıqda”dır. Amma vətəndaşlıqdan çıxmaq vətəndaşlığa xitam verilməsinin bir əsası deyil, bir neçə əsaslarından biridir. Belə əsaslar 4-dür, o da bizim “Azərbaycan Respub-likasının vətəndaşlığı haqqında” Qanunun 16-cı mad-dəsində göstərilib.
Demək istəyirəm ki, uzun-uzadı müzakirələrin aparılma-sına ehtiyac yoxdur, çünki eyni mahiyyətdir, eyni ifadədir. Sonra mətbuat yazır ki, Milli Məclis yığışdı, 16–20 məsələni 5 dəqiqə ərzində müzakirə elədilər. Bu belə deyil, çünki 15–20 qanun layihəsində söhbət yalnız bir cümlənin dəyişməsindən gedir. Bunu müzakirə eləməyin yeri yoxdur axı. Mən xahiş edirəm, mətbuat nümayəndələri məsələyə düzgün yanaşsınlar.
Xahiş edirəm, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.19 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.19 dəq.)
 Lehinə  89
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  89
 Nəticə: Qəbul edildi

Xahiş edirəm, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.20 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 13.21 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 13.21 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 13.22 dəq.)
 Lehinə  91
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun 168-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.

 Səsvermənin nəticələr (saat 13.23 dəq.)
 Lehinə  91
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 13.23 dəq.)
 Lehinə  89
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 2
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.24 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun la-yihəsinə münasibət bildirin.
 
 Səsvermənin nəticələri  (saat 13.24 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.25 dəq.)
 Lehinə  90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.26 dəq.)
 Lehinə  88
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  88
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.26 dəq.)
 Lehinə  86
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  88
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
 Xahiş edirəm, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.

 Səsvermənin nəticələri  (saat 13.27 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, bir daha yadınıza salmaq istəyirəm ki, cənab Prezidentin bir məktubu ilə daxil olmuş 14 qanun layihəsində edilən eyni məzmunlu dəyişikliklərə münasibətimizi bildirdik.
İndi isə növbəti məsələnin müzakirəsinə başlayırıq. Bu, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Komitə sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Gündəlikdəki 18, 19, 20-ci məsələlər bir məktubla gəlib, eyni məzmunlu dəyişikliklərdir. Müəyyən xırda texniki fərqlər var. İcazə versəniz, məlumat verərdim.
Qeyd olunur ki, “Antiinhisar fəaliyyəti haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi “İcra haqqında” Azərbaycan Respu-blikasının Qanununa uyğunlaşdırılma məqsədi ilə hazır-lanmışdır və aşağıdakı məzmunda redaksiya təklifi edilir: “Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir”.
Haqsız rəqabət haqqında qanun layihəsinə isə belə bir cümlə əlavə edilib: “Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda müvafiq icra hakimiyyəti orqanı maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir”.
“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik də aşağıdakı məzmundadır: “Təbii inhisar subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir”. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Qanun layi-hələrinin müzakirəsinə keçirik. İlyas İsmayılov, buyurun.
İ.İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Biz hü-quqi dövlət qurmaq niyyətimizi Konstitusiyamız vasitəsi ilə bütün dünyaya bəyan etmişik. Hüquqi dövlətin əsas və son məqsədi də qanunçuluğun təminatına dövlətdə mümkün ola biləcək sui-istifadələri, məmur özbaşınalığının qarşısının alınmasına və nəticə etibarı ilə vətəndaşların hüquq və azadlıqlarının...
Sədrlik edən. İlyas müəllim, üzr istəyirəm, mümkünsə, mikrofona bir az yaxın danışın, yaxşı eşidilsin.
İ.İsmayılov. Onda başdan başlayım da. Təşəkkür edirəm, Ziyafət müəllim. Biz hüquqi dövlət qurmaq niyyətimizi Konstitusiyamız vasitəsi ilə bütün dünyaya bəyan etmişik. Hüquqi dövlətin əsas və son məqsədi də qanunçuluğun təminatına dövlətdə mümkün ola biləcək sui-istifadələrin, məmur özbaşınalığının qarşısının alınmasına və nəticə etibarı ilə vətəndaşların hüquq və azadlıqlarının həqiqi müdafiəsinə nail olmaqdır. Bu dövlətdə hakimiyyət və vətəndaşlar arasında, habelə vətəndaşların özləri arasında olan bütün münasibətlər ancaq və ancaq məhkəmələrdə araşdırılıb həll edilməlidir.
Lakin bu gün müzakirəyə çıxarılan “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, yumşaq desək, təəccüb və təəssüf doğurur. Belə ki, bu qanunun 18-ci maddəsinin qüvvədə olan redaksiyasında qeyd olunur ki, təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədikdə və ya qismən ödədikdə müvafiq icra hakimiyyəti orqanı cərimənin, həmçinin hər gecikdirilmiş günə görə cərimənin ümumi məbləğinin, yaxud ödənilməmiş hissəsinin 1 faizi məbləğində penyanın, – yeri gəlmişkən, burada “penya” əvəzinə “müamilə” sözü işlətmək olardı, Azərbaycan sözüdür, – ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.
Tamamilə doğru mövqedir. Lakin qanunun pozulmasına görə məsuliyyəti nəzərdə tutan 18-ci maddənin təklif olunan redaksiyasında isə məhkəmənin bu səlahiyyəti əlindən alınaraq müvafiq icra hakimiyyəti orqanına verilir. Qeyd olunur ki, təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya göndərilməsi haqqında qərar qəbul edir, – məhkəməsiz, – və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir. Bax belə.
Bu dəyişiklik mahiyyət etibarı ilə yolverilməzdir, məmur özbaşınalığına, insan hüquq və azadlıqlarının pozulmasına, məhkəmə hakimiyyətinin səlahiyyətlərinin icra hakimiyyəti tərəfindən mənimsənilməsinə gətirib çıxarar. Əgər təsərrüfat subyekti cəriməni vaxtında ödəməyibsə və ya qismən ödəyibsə, deməli, burada mübahisə yaranır. Mübahisələr də artıq yuxarıda qeyd olunduğu kimi, ancaq və ancaq məhkəmədə araşdırılıb həll edilməlidir. Deyilənlər baxımından “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun “Təbii inhisarlar subyektlərinin məsuliyyəti” adlı maddəsinin ikinci bəndinin redaksiyasını düzgün hesab etmək olmaz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Bizim bu qanunlara etdiyimiz dəyişikliklər ayrı-ayrı komitələrin iclaslarında geniş müzakirə olunur və sonra parlamentin plenar iclasının müzakirəsinə çıxarılır. Bu məsələləri biz geniş şəkildə müzakirə edirik. İstər haqsız rəqabət, istər inhisar, istər dövlət inhisarı haqqında, istərsə də təbii inhisar subyektləri barədə fikirlər söylənilibdir. Ona görə də mən hesab edirəm ki, bu dəyişikliklər qüvvədə olan qanunların, ümumiyyətlə, qanunvericilik təminatının təkmilləşdirilməsi baxımından olduqca zəruridir və bunun təsdiq edilməsi vacibdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. 18-ci maddəyə təklif olunan redaksiyada yazılır ki, cərimənin miqdarı müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyəti nəzərə alınır. Belə bir ifadə verilib. Bu çox ümumi bir ifadədir. Mən tam əminəm ki, Prezident bu təklifi göndərərkən sahibkarlığın inkişafını, ən minimum şərtlə cəzalandırma və cərimələməyi nəzərdə tutub. Vəziyyəti nəzərə alıb, sahibkarlığın inkişafı üçün dövlətin imkanlarından vətəndaşların xeyrinə istifadə məsələsini nəzərdə tutub.
Mən hesab edirəm ki, bizim bəzi məmurlar öz yorumları ilə rüşvətxor məmurlar üçün burada bir ayaq yeri də qoyublar. Açığı, bunu o məmurların dilinə “tərcümə edəndə” belə alınır ki, cərimənin miqdarı müəyyən edilərkən təsərrüfat subyektlərinin rəhbərlərinin ciblərinin vəziyyəti nəzərə alınır. Onlar buna uyğun olaraq rüşvət almaq üçün imkanlar qazanacaqlar. Mən hesab edirəm ki, bunu daha da dəqiqləşdirmək lazımdır. “Bu cərimənin miqdarı müəyyən edilərkən ən minimum hədd nəzərə alınır” kimi yazılmalıdır ki, Prezidentin iradəsi burada olduğu kimi ifadə olunsun və gələcəkdə tətbiq olunsun. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mənim sualım var idi, İlyas müəllim bunu qismən vurğuladı. Amma burada məmurların yanaş-masından söhbət getmir. Biz qanunu müzakirə edirik, su-allarımız yaranır və sadəcə olaraq, o suallara cavab istəyirik.
Başqa yanaşma burada ondan ibarətdir ki, antiinhisar fəaliyyəti bazarın tənzimlənməsi üçün çox vacib bir məqamdır. Təbii ki, bu istiqamətdə qəbul olunan qanunlar da məhz qiymətlərin süni qaldırılmasının qarşısının alınması və rəqabət mühitinin düzgün təşkil olunması üçün lazımdır. Amma eyni zamanda, əsas məsələlər həll olunur. Ona görə Ziyad müəllimdən soruşmaq istərdim ki, bu dəyişikliyə zərurət nədən yaranıb? Nəyə görə biz məhkəmədə həll olunan məsələni müvafiq icra qurumuna həvalə etmişik? Köhnə variantda 1 faiz məbləği məsələsi var idi, yeni redaksiyada bu yoxdur. Nəyə görə əvvəl bu var idi, indi yoxdur? Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Başqa çıxış et-mək istəyən yoxdursa, sözü Ziyad müəllimə verirəm. Bu-rada İlyas müəllimin də fikirləri oldu, Ziyad müəllim, buyurun, münasibət bildirin.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən dedim ki, bu dəyişikliklər Milli Məclis tərə-findən qəbul edilmiş “İcra haqqında” Azərbaycan Respu-blikasının Qanununa uyğunlaşdırılma məqsədi daşıyır. Ona görə də ola bilsin ki, hüquqşünaslar, Əli müəllimin başçılıq etdiyi komitənin nümayəndələri bu barədə açıqlama verərlər. Amma müəyyən mənada “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar bu gün daha da təkmilləşməlidir. Biz onsuz da Rəqabət Məcəlləsinin qəbul edilməsində gecikmələrə yol vermişik.
Burada məqsəd ondan ibarətdir ki, bu qanunun pozul-masına görə məsuliyyət daha operativ surətdə, daha konkret şəkildə həyata keçirilsin. Mən indi bəzi icra məmurlarının qanunsuz hərəkətlərini kənara qoyuram, bütövlükdə bu, məsələni sürətləndirməkdən ibarətdir. Fərəc müəllim düzgün qeyd etdi. Təbii ki, burada sahibkarlar, yəni təsərrüfat subyektləri var ki, fəaliyyət dövriyyələri çox azdır. Onları birdən-birə 5–10 min cərimə etmək kifayət qədər çox çətin olur. Ona görə hər bir halda təsərrüfat subyektlərinin maliyyə vəziyyəti nəzərə alınmalıdır. Əgər bunun hesabında pul yoxdursa, borcun içindədirsə, bir qanunsuz hərəkətə görə onu bu qədər cərimə etmək hər halda səmərə vermir. Yenə deyirəm, bu qanunlara edilən dəyişikliklər “İcra haqqında” Qanuna uyğunlaşdırılma məqsədi daşıyır. Sağ olun.
Sədrlik edən. Başqa çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.39 dəq.)
 Lehinə  87
 Əleyhinə  1
 Bitərəf  1
 Səs vermədi  1
 İştirak edir  90
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.40 dəq.)
 Lehinə  90
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 1
 İştirak edir  92
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

 Səsvermənin nəticələri  (saat 13.41 dəq.)
 Lehinə  89
 Əleyhinə  1
 Bitərəf  0
 Səs verməd 1
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti iki məsələ, Əli müəllim, Sizin komitədə müzaki-rə olunub. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik-lər edilməsi barədə məsələ haqqında, buyurun, məlumat verin.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, 21-ci məsələ qanunun özünə edilən dəyişiklikdir. 22-ci məsələ isə bu qanunun tətbiqi ilə əlaqədar Əsasnaməyə edilən dəyişiklikdir. Dəyişikliklərin mənası eynidir və bundan əv-vəlki qanun layihələri ilə bağlı söylədiyiniz kimi, digər bir qanuna – Miqrasiya Məcəlləsinə 2014-cü ildə etdiyimiz dəyişikliklə bağlıdır.
Dəyişikliyin mahiyyəti məlumdur. Bunu bir sıra millət vəkilləri də qaldırmışdı. Azərbaycanda müvəqqəti olan əc-nəbilərin və vətəndaşlığı olmayan şəxslərin qalma müddə-tinin 3 gündən 10 günə qaldırılması məsələsidir. Biz artıq bunu etmişik, bu, qüvvədədir. Yəni əcnəbi və vətəndaşlığı olmayan şəxs qeydiyyatı olmadan 10 günə qədər Azərbay-canda ola bilər. Amma təbii ki, bu müddəa gərək digər sa-həvi qanuna, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna da, belə demək mümkündürsə, tətbiq olunsun, köçürülsün. Bu iki layihə ilə biz bu məsələni həll etmiş olarıq. Çox sağ olun.
Sədrlik edən. Buyurun, çıxış etmək istəyən varmı? Fazil Mustafa çıxış etmək istəyirmi? Yoxdur.
Xahiş edirəm, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.


 Səsvermənin nəticələri  (saat 13.43 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  92
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 22-ci məsələyə – “Azərbaycan Respublikasının 1999-cu il 18 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.43 dəq.)
 Lehinə  91
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Qanun layihəsi barədə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verəcək. Buyurun, Eldar müəllim.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Bildiyiniz kimi, aqrar sənaye kompleksi milli iqtisadiyyatın vacib sektorlarından biridir və çoxşaxəli iqtisadi istehsal sistemidir. Bu sistem inkişaf etmiş ölkələrdə də iqtisadiyyatın çox vacib sahələrindən biri hesab olunur. Ona görə ki, ərzaq təminatı probleminin mühüm hissəsi məhz aqrar sektorda həll olunur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan aqrar siyasət, bu sahədə keçirilən məqsədyönlü tədbirlər ölkədə kənd təsərrüfatının inkişafına güclü təkan vermişdir. Belə ki, mal-qaranın baş sayı, bitkilərin əkin sa-hələri, kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil artır, ölkə əhalisinin yerli istehsal hesabına ərzaqla özünü təmin etmək səviyyəsi yüksəlir. 2014-cü ildə respublikamızda 5 milyard manatlıq məhsul istehsal edilmiş və 3 milyard man-atdan çox əlavə dəyər yaradılmışdır.
Dövlət başçısının imzaladığı sənədlərdə kənd təsərrüfa-tına subsidiyalar və güzəştli kreditlər verilməsi, aqroliz-inqin inkişafı, sahibkarlara yeni texnika və texnologiyaların verilməsi, məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi və başqa məsələlər öz əksini tapmışdır.
Bununla yanaşı, cənab Prezident bu il yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində kənd təsərrüfatında əmək məhsuldarlığının, bitkiçilik və heyvandarlıqda inkişaf tempinin, məhsulun keyfiyyətinin və maya dəyərinin müasir tələblərə cavab vermədiyini bir daha qeyd etmiş və ciddi iradlarını bildirmişdir. Dövlət başçısının sərəncamı ilə 2015-ci ilın “Kənd təsərrüfatı ili” elan olunması kənd təsərrüfatının dinamik inkişafının, xalqın rifah halının yaxşılaşmasının təmin edilməsi istiqamətində onun həyata keçirdiyi siyasətin məntiqi davamıdır. Bu sərəncamda irəli sürülən vəzifələr sahənin inkişafına təkan vermək, onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etməkdən ibarətdir.
Hörmətli deputat həmkarlarım, indi respublikamızda iqtisadi fəal əhalinin 39 faizi kənd təsərrüfatında çalışır. Son illərdə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə kənd təsərrüfatı istehsalının çoxşaxəli təşkilati-hüquqi quruluşu bərqərar olub. Hazırda 1 milyon 200 mindən çox hüquqi və fiziki şəxs kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. Əvvəllər başqa sahələrdə – səhiyyə, təhsil, mədəni-maarif, ictimai iaşə və digər müəssisələrdə çalışan, kənd təsərrüfatı üzrə müvafiq ixtisası və təcrübəsi olmayan insanlar indi kənddə torpaq mülkiyyətçisidirlər.
Məlumdur ki, kənd təsərrüfatı iqtisadiyyatın özünəməxsus xüsusiyyətləri olan mürəkkəb sahədir. Burada səmərəli təsərrüfat fəaliyyətini həyata keçirmək üçün bu sahədə işləyən insanlardan xüsusi hazırlıq, hərtərəfli bilik və təcrübə tələb edilir. Bu mənada hər bir məhsul istehsalçısının uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri də onların vaxtında və keyfiyyətli informasiya ilə təmin olunmasıdır. İnformasiya həm ölkə daxilində, həm də beynəlxalq miqyasda rəqabət aparmaq üçün zəruri vasitədir. Eyni zamanda, hazırda kənd təsərrüfatında yeni texnika və texnologiyaların tətbiq edilməsi, yüksək məhsuldar yeni bitki sortları və heyvan cinslərinin yaradılması, bitkilərin və heyvanların müha-fizəsində yeni preparatlardan və digər innovasiyalardan istifadə olunması məhsul istehsalçılarının bunlar barədə hərtərəfli biliyə malik olmalarını zəruri edir. İnformasiya əldə etmək və məsləhət almaq özlüyündə əmək, enerji, xammal və maliyyə resursları kimi əhəmiyyətli resurs növlərindən biri olmaqla aqrar sahənin elmi təminatının əsasını təşkil edir. Ona görə də kənd təsərrüfatında çalışan sahibkarları, məhsul istehsalçılarını kənd təsərrüfatı sahələri üzrə müasir biliklərlə maarifləndirmək və iqtisadi məlumatlarla təmin etmək olduqca aktual məsələdir və perspektivə malikdir.
İnformasiya və məsləhət xidməti, demək olar, bütün ölk-ələrdə müvafiq qanunlar əsasında yaradılaraq fəaliyyət göstərir. Qərb ölkələrində onun 100–200 illik tarixi vardır. Amerikada məsləhət və informasiya xidmətinin təşkilinə aid qanun ilk dəfə 1868-ci ildə və sonralar 1914-cü ildə qəbul edilmişdir. Bu xidmət kənd təsərrüfatının inkişaf etdiyi bütün ölkələrdə, o cümlədən Almaniya, İngiltərə, Fransa, Danimarka, Finlandiya və digər ölkələrdə XIX-XX əsrlərdən başlayaraq yaranmışdır. Bu ölkələrin bir çoxunda xidmətin fəaliyyəti Kənd təsərrüfatının inkişafı haqqında qanunla, bəzilərində isə ayrıca qəbul edilmiş qanunlarla tənzimlənir.
Müsbət haldır ki, hazırda bizim ölkədə də kənd təsərrüfatı və bütövlükdə cəmiyyət sürətlə dəyişir. Ona görə də bu gün kənd təsərrüfatı məhsulları istehsalçılarına öz fəaliyyətlərini cəmiyyətdə baş verən dəyişikliklərə uyğunlaşdırmaq və müxtəlif məsələlər üzrə öz peşəkarlıqlarını yüksəltmək üçün operativ və keyfiyyətli informasiya əldə etmək və məsləhət almaq əvvəllər tələb olunduğundan daha çox vacibdir.
Qeyd etmək istəyirəm ki, ölkəmiz müstəqillik əldə etdik-dən sonra 2000-ci ildə məsləhət və informasiya xidməti işinə başlanılıb. Dünya Bankı tərəfindən maliyyələşdirilən və Azərbaycan hökuməti ilə razılaşdırılmış layihə əsasında respublikanın 10 regionunda məsləhət və informasiya xid-mətləri göstərən mərkəzlər yaradılmışdı. Bu mərkəzlər xeyli iş görmüş və artıq bir neçə ildir ki, layihənin başa çatması ilə əlaqədar olaraq fəaliyyətlərini dayandırmışlar. Komitəmizin deputatları rayonlarda seçicilərlə görüşlərində və müxtəlif yerli və beynəlxalq təşkilatların təşkil etdiyi tədbirlərdə fermerlərlə fikir mübadiləsi apararkən məhsul istehsalçıları müvafiq informasiya və məsləhət almaq üçün bu qanunun qəbul edilməsinə böyük ehtiyac olduğunu dəfələrlə bildirmişlər.
Bu xidmətin əsas vəzifələri aqrar sahibkarlara təlimlər keçmək, yeni texnikanın nümayişini təşkil etməklə onlardan istifadə qaydalarını öyrətmək, təlimatlar hazırlamaq, məsləhətlər vermək, fərdi və qrup təsərrüfatçılarını bazar məlumatları ilə təmin etmək, təsərrüfatlarda qərarların qəbul edilməsinə kömək etmək, yeniliklərin, uğurlu təcrübə və mütərəqqi texnologiyaların tətbiqini təşviq etməkdən və digər məsələlər barədə informasiya və məsləhət verməkdən ibarətdir. Bu gün məhsul istehsalçısı, necə deyərlər, həm texnoloqdur, həm iqtisadçıdır, həm də ticarətçidir. Bütün fəaliyyətini də təkbaşına planlaşdırır, təşkil və idarə edir. Sovetlər dövründə isə Azərbaycanda məhsul istehsalçılarına texnoloji, iqtisadi, təşkilati, hüquqi, maliyyə-uçot və digər məsələlər üzrə informasiya və məsləhət xidmətini on minlərcə kolxoz və sovxoz mütəxəssisləri həyata keçirirdi. Hazırda kənd təsərrüfatı üzrə məsləhətçilər hazırlanmır və bu sahədə çalışan məhsul istehsalçılarının istər pulsuz, istərsə də ödənişli qaydada informasiya və məsləhət almaq imkanı yoxdur.
Digər tərəfdən, indiyə kimi həyata keçirilən məsləhət və informasiya xidmətinin hüquqi statusu müxtəlif dövlət sə-nədləri və proqramlar, Azərbaycan hökuməti ilə beynəlxalq təşkilatlar arasında bağlanmış müqavilələrlə müəyyən edildiyindən onun hüquqi bazasının yaradılmasına və təkmilləşdirilməsinə ehtiyac vardır. Bunu nəzərə alaraq hörmətli Prezidentimiz 2014-cü il 16 yanvar tarixində imzaladığı “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamda Kənd Təsərrüfatı Nazirliyinə fermerlərə informasiya-məsləhət xidmətinin səmərəli təşkili sahəsində müvafiq tədbirlər görməsi barədə tapşırıq vermişdir.
Onu da bildirmək istəyirəm ki, qabaqcıl ölkələrin əksə-riyyətində informasiya və məsləhət xidməti Kənd Təsərrü-fatı Nazirliyi və onun elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi də belə imkanlara malik olduğunu və bu işin nazirliyin tabeliyində olan regional elm mərkəzlərinin, elmi-tədqiqat institutlarının və bu ildən etibarən fəaliyyətə başlayacaq rayon kənd təsərrüfatı idarələrinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən təşkil ediləcəyini bildirir.
Cənab Prezidentin tapşırığını və qanunvericilikdə bu sa-hədə mövcud olan boşluğun aradan qaldırılmasının vacibli-yini nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi Kənd təsər-rüfatı informasiya-məsləhət xidməti haqqında qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişdir. Milli Məclisin Aqrar siyasət komitəsinin deputatları və işçi qrupu layihəni təkmilləşdirərək rəylər alınması üçün onu 20-dən çox aidiyyəti nazirlik və dövlət komitələrinə, rayon icra hakimiyyətlərinə, qeyri-hökumət təşkilatlarına, elmi-tədqiqat və təhsil müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərmişdir. Alınmış rəylər komitənin deputatları və işçi qrupu tərəfindən diqqətlə öyrənilmiş, layihəyə xeyli əlavələr və düzəlişlər edilmişdir. Qanun layihəsi aidiyyəti nazirlik və dövlət komitələrinin nümayəndələrinin iştirakı ilə Aqrar siyasət komitəsinin iclasında geniş müzakirə edilərək yenidən işlənmiş və sizə təqdim edilmişdir.
Layihə 3 fəsildən, 24 maddədən ibarətdir. Sizə təqdim edilən layihə ilkin variantdır və üç oxunuşda onun üzərində lazımi düzəlişlər ediləcəkdir. İndi konseptual baxımdan bu qanunun qəbul edilməsi üçün sizin fikrinizi öyrənmək istəyirik və layihənin təkmilləşdirilməsində fəal iştirak etməyinizi xahiş edirik.
Layihənin I fəsli ümumi müddəalara həsr olunmuşdur. Burada əsas anlayışlar, qanunun məqsədi, informasiya-məsləhət xidməti sisteminin məqsəd və vəzifələri, onun əsasları, informasiya-məsləhət xidmətinin subyektləri və əsas istiqamətləri, modelləri, növləri və standartları, bu sa-hədə dövlət siyasətinin prinsipləri, dövlət orqanlarının, bələdiyyələrin, informasiya-məsləhət xidməti mərkəzlərinin və subyektlərinin vəzifələri, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının vəzifələri və hüquqları verilmişdir.
II fəsildə kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyektlərinin fəaliyyətinin təşkili və onların akkreditasiya olunma qaydası, xidmət göstərilməsinin formaları, göstərilən sosial əhəmiyyətli xidmət, kənd təsərrüfatı informasiya-məsləhət xidməti sahəsində dövlət dəstəyinin əsas istiqamətləri, informasiya-məsləhət xidmətinin maliyyələşdirilməsi, xidmətin səmərəliyinin qiymətləndirilməsi və nəzarət göstərilmişdir.
III fəsil yekun müddəalara, qanunvericiliyin pozulmasına görə məsuliyyətə, münasibətlərin həllinə həsr olunmuşdur.
Hörmətli deputatlar, informasiya və məsləhət xidməti dinamik prosesdir, kənd təsərrüfatında əmək resurslarının inkişafına təkan verən yaradıcı və məsuliyyətli işdir. Bu xidmətin səmərəliyi uzun dövr üçün planlaşdırılır. Nəticələr isə təsərrüfatların kəmiyyət və keyfiyyət göstəricilərində, gəlirlərində, sahibkarların həyat tərzində, düşüncəsində və iqtisadi fəallığında əmələ gələn müsbət dəyişikliklərdə əks olunur.
Mən sizə qanun layihəsinin əsas məqamları haqqında qısa məlumat verdim. Layihə barədə sizin təklif və iradlarınıza işçi qrupunda diqqətlə baxılacaq və nəzərə alınacaqdır. Müzakirələrdə fəal iştirakınıza və layihənin daha da təkmilləşdirilməsinə dair verəcəyiniz təkliflərə görə əvvəlcədən minnətdarlığımı bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Hörmətli deputat-lar, qanun layihəsinin müzakirəsinə başlayırıq. Elmira Axundova, buyurun.
E.Axundova. Çox sağ olun. Bildiyimiz kimi, cənab Prezident başda olmaqla hökumət qeyri-neft sektorunun, əsasən də kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırır, çünki bu, qida təhlükəsizliyi baxımından bizim üçün ən strateji sahədir. Hər il hökumətin hesabatını analiz edərkən görürük ki, əvvəlki illə müqayisədə bu sahədə irəliləyişlər müşahidə olunur. Əlbəttə, biz gündəlik həyatımızda da bunu hiss edirik. Xüsusilə toyuq, konserv və digər məhsullar istehsal edən zavodların sayı çoxalır, rayonlarda buğda əkilməsi üçün torpaq sahələri artır, dövlət buğda əkilməsi üçün subsidiyalar ayırır, maldarlıq, həmçinin qida sənayesinin digər sahələri əhəmiyyətli dərəcədə inkişaf edir.
Bundan əlavə, dövlət tərəfindən kənd təsərrüfatı sa-həsində qanunvericilik bazası da genişləndirilir. Məsələn, bu yaxınlarda biz Kənd təsərrüfatı kooperasiyası haqqında çox mühüm bir qanunun müzakirəsini etmişik. Kənd təsərrüfatı sahəsində dövlətin ayırdığı maddi və hüquqi dəstəkdən əlavə kənd təsərrüfatı istehsalçılarına məsləhət və məlumat xarakterli yardımların göstərilməsi də böyük əhəmiyyət kəsb edir. Bu baxımdan müzakirəyə çıxarılan qanunun əhəmiyyəti böyükdür. Buna görə ayrıca olaraq işçi qrupuna minnətdarlığımı bildirmək istərdim.
Mən bir neçə təklif vermək istəyirəm. Qanunda bəzi tex-niki məsələlər var, onlar haqqında ikinci oxunuşda danışarıq. Eldar müəllim, qanunun 5.5-ci maddəsinə əsasən rayonların və şəhərlərin informasiya-məsləhət xidməti mərkəzləri həm respublika informasiya-məsləhət xidməti mərkəzinin tərkib hissəsi, həm də sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərə bilərlər. Funksiyalarına baxanda görürük ki, bunların hər ikisi eyni vəzifəni yerinə yetirəcək və hər ikisi respublika informasiya-məsləhət xidməti mərkəzi qarşısında eyni öhdəliklərə malik olacaq. Onda belə bir sual ortaya çıxır. Bir halda ki hər ikisi eyni vəzifəyə malikdir, onda nə üçün dövlət büdcəsindən maliyyələşən, hər halda dövlət üçün yük olan rayonların, şəhərlərin informasiya-məsləhət xidməti mərkəzlərini yaradaq. Qoy bu işi özünü maliyyələşdirən sərbəst hüquqi şəxslər yerinə yetirsinlər.
Biz faktiki olaraq yeni dövlət qurumu yaradırıq. Bir tərəfdən, bu, əlavə iş yerləri kimi müsbət haldır, digər tərəf-dən, qurumun bütün şəhər və rayonlarda xidmətlərinin yaradılması əlavə vəsait deməkdir. Çünki hər bir işçiyə maaş, ezamiyyə pulu, mükafat və sair vermək lazımdır. Bu çox ciddi məsələdir. Dünyada iqtisadi böhranın hökm sürdüyü, ölkədə maliyyə qıtlığının olduğu bir vaxtda hər bir rayon və şəhərdə dövlət tabeli informasiya-məsləhət xidməti mərkəzlərinin yaradılması nə dərəcədə məqsədəuyğundur? Ona görə təklif edərdim ki, informasiya-məsləhət xidməti mərkəzləri hər bir rayon və şəhər üzrə yox, heç olmasa, 4–5 region üzrə yaradılsın, ya da bu funksiya tamamilə sərbəst hüquqi şəxs kimi yaradılan təşkilatlara həvalə olunsun.
Digər bir məsələni də qeyd edim. Qanunun 17.4-cü mad-dəsində informasiya-məsləhət xidmətinə görə ödəniş almaq hüququnu nəzərdə tutur. Bu normal haldır. Hər bir xidmətin ödənişi olmalıdır. Bu xidmətin keyfiyyətsizliyi nəticəsində kənd təsərrüfatı istehsalçısına zərər dəydikdə 22-ci maddəyə əsasən xidməti göstərən subyekt məsuliyyət daşıyır. Bu maddə də çox əhəmiyyətlidir. Amma Eldar müəllim, bu məsləhət yazılı surətdə verilməsə və hər hansı sənədlə təsdiqlənməsə, istehsalçı ona dəymiş zərərin keyfiyyətsiz məsləhət nəticəsində vurulduğunu heç cür sübut edə bilməyəcək. Buna görə təklif edərdim ki, qanunun 17.2.2.1, 17.2.2.2, 17.2.2.4-cü bəndləri, yəni informasiya-məsləhət xidmətinin şifahi, şifahi kollegial və telefonla verilməsi kimi halları yenidən nəzərdən keçirilsin. Çünki hesab edirəm ki, kənd təsərrüfatı kimi ciddi sahədə informasiya-məsləhət xidməti yazılı formada olmalıdır.
Bir sıra texniki məsələlər də var, onları ikinci oxunuşda qeyd edərəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də bu qanunun əhəmiyyətini, vacibliyini qeyd etmək istəyi-rəm. Belə bir qanunun bu gün müzakirəyə çıxarılmasında əməyi olan Aqrar siyasət komitəsinin üzvlərinə, ilk növbədə hörmətli Eldar müəllimə öz minnətdarlığımı bildirirəm. Əlbəttə, bu gün aqrar istehsal sahəsində çalışan istehsalçıların elmi nailiyyətlər, qabaqcıl təcrübə barədə məlumatlandırılması, onlara məsləhətlərin verilməsi çox vacibdir. Bu bir həqiqətdir ki, bu gün aqrar sahədə yol verilən bir çox nöqsan, məsələn, məhsuldarlığın aşağı olması, məhsul itkisinə yol verilməsi, torpaqların əkilməməsi, əslində, kənd təsərrüfatı istehsalçılarının məsuliyyətsizliyindən deyil, mən elə bilirəm ki, onların bu sahədə bilgilərinin, məlumatlarının az olmasından irəli gəlir. Qabaqcıl təcrübə və texnologiyanın öyrənilib işə tətbiq olunması, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə aparılması, elmi yeniliklərin əhəmiyyəti və mahiyyəti, yeni qanunların qəbulu və onların istehsalçılara köməyi barədə insanlar arasında hələ də lazımi məlumatlar yoxdur. Bu gün ölkədə kooperasiyaların yaradılması haqqında insanlar ciddi fikirləşirlər və buna meyillidirlər. Açığını demək lazımdır ki, bunun tətbiqi, prosedur qaydaları, əhəmiyyəti haqqında hələ də kənd təsərrüfatı istehsalçılarında lazımi məlumatlar olmadığına görə bu işə getmirlər.
Digər bir sahə – aqrar sığorta sahəsində də vəziyyət o qədər yaxşı deyil. Çünki bunun mahiyyəti barədə insanlarda lazımi məlumat yoxdur. Hər il min hektarlarla məhsula quraqlıq, təbii fəlakət üzündən ziyan dəyir. Bu sahədə lazımi qayğının olmamasından məhsul zay olur, bunun istehsalçıları sığorta olunmadığına görə dövlətdən heç bir vəsait ala bilmirlər. Bu, sözsüz ki, müəyyən məlumatların olmamasının, həm də bu sığortanın əhəmiyyətinin bu insanlara izah olunmamasının nəticəsidir.
Qanun əhatəlidir, çox yaxşı yazılıb. Bu qanunun qəbul olunması, sözsüz ki, müəyyən problemlərin gələcəkdə ara-dan qaldırılmasına xidmət edəcək. Məni çox düşündürən cəhət odur ki, bu qanunda xidmət obyektlərinin subyektləri əhatəlidir. Bu subyektlər arasında dövlət və bələdiyyə orqanlarına, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, elmi tədqiqat müəssisələrinə, eləcə də hüquqi və fiziki şəxslərə xüsusi önəm verilib. Digər tərəfdən, burada dövlət orqanlarının, bələdiyyələrin, kənd təsərrüfatı informasiya-məsləhət xidməti mərkəzlərinin, eləcə də məhsul istehsalçılarının hüquqları, vəzifələri çox aydın şərh olunub. Ən başlıca cəhətlərdən biri odur ki, burada kənd təsərrüfatı istehsalçılarına sosial xidmət sahəsi ilə bağlı informasiyaların verilməsi nəzərdə tutulub ki, bu da aydın izah olunub. Bu çox vacibdir. Mən qanunu əhəmiyyətli hesab edirəm və o, birinci oxunuşun tələblərinə uyğundur. Buna görə də qanunun lehinə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Buyursun Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunun ən mühüm 4 sahəsindən biridir və heç təsadüfi deyil ki, cənab Prezident bu ili kənd təsərrüfatı ili elan edib. Son illərdə dövlət başçısının, dövlətimizin kənd təsərrüfatına xüsusi qayğısı və diqqəti nəticəsində yeni, müasir kənd təsərrüfatı sistemi qurulması prosesi Azərbaycanda uğurla gedir. Hesab edirəm ki, Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında qanun layihəsinin qəbul olunması bu prosesin tərkib hissəsidir. Kənd təsərrüfatının intensivliyinin yüksəlməsinə, məhsuldarlığın artmasına, bütövlükdə Azərbaycan əhalisinin ərzaq təminatının yüksək səviyyədə həyata keçirilməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına və Azərbaycan markalı kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılmasına bu qanunun çox böyük dəstəyi və köməyi olacaqdır. Ümumiyyətlə, söyləyirlər ki, ən doğru və düzgün qərarı o kəs qəbul edir ki, onun vaxtında doğru informasiyası olur. Ona görə də kənd təsərrüfatı işçilərinin, mütəxəssislərin, fermerlərin vaxtında doğru informasiya alması çox vacib məsələdir.
Bütövlükdə isə əsrimiz informasiya əsridir, kompüter texnologiyası əsridir və belə bir dövrdə heç şübhəsiz ki, kənddə çalışan, kənd təsərrüfatı sahəsində işləyən insanın toxumlar, məhsuldarlıq, dərman, gübrə, bazar və hansı məhsulun nə vaxt əkilməsi haqqında doğru, elmi əsaslara söykənən informasiyası olmalıdır. Bu mənada qanun layihəsi konseptual baxımdan deyilən məsələlərin hamısını özündə əks etdirir və mükəmməl hazırlanmışdır. Belə bir qanunun hazırlanmasında əməyi olan Aqrar siyasət komitəsinin hörmətli üzvlərinə minnətdarlığımı bildirirəm. Hörmətli komitə sədri Eldar müəllim də çox geniş, əhatəli şəkildə bu qanunu təqdim elədi və hesab edirəm ki, biz qanunu müzakirə edərək qəbul edəcəyik.
Eyni zamanda, qanunla bağlı bir sıra təkliflərimi hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm. Birinci növbədə qanunun adına baxılması bir qədər məqsədəuyğun olardı, çünki “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti” frazeoloji birləşməsi bizim dil qanunlarımıza, ola bilsin, bir qədər uyğun deyil. Bu barədə bizim dilçi alimlərimiz və millət vəkillərimizlə məsləhətləşilsə, daha yaxşı olardı.
Digər məsələni Elmira xanım Axundova qaldırdı ki, bu xidmət dövlət büdcəsi əsasında deyil, özəl xidmət şəklində yaradılsın və dövlət büdcəsini artıq yükləməyək, mən bu fikri dəstəkləmirəm. Hesab edirəm ki, informasiya xidməti dövlət tərəfindən maliyyələşdirilməlidir və dövlətin nəzarəti altında olmalıdır. Eyni zamanda, özəl və digər mənbələrdən maliyyələşməni də bu qanun inkar etmir və buna o şəraiti yaradır.
Başqa bir məsələ, burada böyük bir ştat tərkibinə, kadr tərkibinə ehtiyac olmayacaq, çünki artıq bizim Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə bütün rayonlarda kənd təsərrüfatı idarələri yaradılır. O idarələrin tərkibində bir, ya iki informasiya xidməti ştatı yaratmaqla bu məsələni həll etmək olar. Alternativ olaraq bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və yaxud da hüquqi şəxslərin özləri belə bir sistem yarada bilərlər.
Başqa bir təklifim qanundakı bəzi stilistik və texniki uyğunsuzluqlarla bağlıdır. Onları söyləyib vaxtınızı alma-yacağam. Həmin maddələri mən yazılı şəkildə hörmətli El-dar müəllimin diqqətinə çatdıraram. Orada 4.1-ci maddə bir cümlədən, bu cümlə də 58 sözdən ibarətdir. Bu, qanunun oxunmasına, başa düşülməsinə bir qədər əngəl törədir. Başqa bir məsələ Kənd təsərrüfatı informasiya-məsləhət xidməti strukturunun hüquqları ilə bağlıdır. Mən hesab edirəm ki, bunlara belə bir hüquq vermək lazımdır ki, onlar xidmət etdikləri ərazidəki təsərrüfat subyektlərinin təsərrüfat ilinin yekununa dair məlumatlarını öz məlumat bazalarında əks etdirsinlər və həmin məlumatı digər rayonların və bölgələrin təsərrüfat subyektləri ilə təcrübə mübadiləsi şəklində bölüşdürə bilsinlər. Həmin xidmətin vəzifələrini əhatə eləyən...
Sədrlik edən. Sağ olun. Vaxtı 5 dəqiqə eləmişdiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mikrofon verin.
M.Quliyev. Mən çox üzr istəyirəm, 5 dəqiqə elan olun-saydı, fikrimi yekunlaşdırardım. 13-cü maddədə göstərilən vəzifələrlə də bağlı təklifim var ki, həmin subyektlər üçün qanuni baza yaradılsın. Qanuni əsas yaradılsın ki, xidmət göstəriciləri təsərrüfat subyektləri üzrə məlumat bazalarını da yaratsınlar. Eyni zamanda, 19-cu maddə ilə bağlı qeyd etmək istəyirəm ki, Kənd təsərrüfatı informasiya-məsləhət xidməti sisteminin digər sistemlərlə, yəni vergi, sosial müdafiə, ekologiya və sair sahələrin sistemləri ilə də əlaqələrini dəstəkləmək üçün hüquqi bazanın yaradılması yaxşı olardı. Bütövlükdə mən bu qanunu çox mükəmməl bir qanun hesab edirəm, layihənin qəbul olunmasına səs verəcəyəm və təklifim də ondan ibarətdir ki, əgər mümkün olsa, ikinci və üçüncü oxunuşları bir yerdə keçirib bu qanunu daha tez qəbul edərdik, çünki bu il təsərrüfat ilidir, yaz sessiyası ərzində biz bu qanunu qəbul etsək, yaxşı olar. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. İlham Məmmədov.
İ.Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Bu gün müzakirəmizə təqdim olunan Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir. Konseptual olaraq qəbul olunmasına səs verəcəyəm və təbii ki, bunu hörmətli millət vəkillərimizə də təklif edərdim. Bu qanun layihəsi haqqında fikirlərimi bildirmək istəyirəm, çünki onunla yaxından tanış olmuşam. Bu qanun layihəsinin əsas fəlsəfəsi bu gün iqtisadiyyatın şaxələndirilməsinin əsas prioriteti olan və ölkəmizin ərzaq təhlükəsizliyinə xidmət edən kənd təsərrüfatı siyasətinin innovativ inkişafına yeni bir çağırışdır, habelə bu, müasir çağırışlar sahəsində yarana biləcək münasibətlərin hüquq müstəvisində tənzimlənməsini həll edəcək qanun layihəsidir.
Əlbəttə, Milli Məclisimizin qanun yaradıcılığı prosesində bu gün möhtərəm cənab Prezidentimizin 2015-ci ili kənd təsərrüfatı ili elan etməsi və ölkənin ərzaq təhlükəsizliyinə xidmət edəcək yeni bir çağırışlara cavab verən qanun layihəsinin hazırlanması, hesab edirəm ki, Milli Məclisimizin, onun Aqrar siyasət komitəsinin cənab Prezidentin bu çağırışına olan töhfəsidir. Bu gün, hörmətli millət vəkilləri, kənd təsərrüfatının inkişafına dövlət dəstəyi tamamilə gücləndirilmişdir. Əsas məsələ odur ki, yeni potensialların aşkar olunması, kənd təsərrüfatının inkişafının yeni müasir texnologiyalara əsaslanan inkişafına təkan verəcək bir ilin, mənbənin olması, hesab edirəm ki, başlanğıc olacaqdır. Bu gün bunun üçün çox böyük əsaslar yaradılmışdır. Möhtərəm cənab Prezidentin iqtisadi siyasətinin əsas tərkib hissəsi olaraq Regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramı çərçivəsində müasir infrastruktur layihələri yaradılmış, kəndarası yollar çəkilmiş, Azərbaycanın müstəqillik illərinin ən nəhəng layihələri – məhz bu yaxınlarda möhtərəm cənab Prezidentin açılışında iştirak etdiyi Şəmkirçay su anbarı, ondan əvvəl Taxtakörpü su anbarı yeni suvarılacaq torpaq sahələrinin dövriyyəyə qaytarılmasına şərait yaratmışdır.
Bizim parlament deputatlarımızın böyük əksəriyyəti əsas məşğulluğu kənd təsərrüfatı olan bölgələrdən seçilmişdir və hər dəfə biz insanların həmin sahədə qarşılaşdıqları prob-lemlərlə üzləşirik və onların sorğularına cavab verməli olu-ruq. Bu qanun layihəsi bu gün yeni yaradılmış aqrar sənaye komplekslərinin, yeni fermer təsərrüfatlarının vahid bir məkanda məsləhət xidməti əsasında öz işlərini qurmasına, hesab edirəm ki, xidmət edəcək və bu gün dövlətimiz tərəfindən toxumun, gübrənin alınması, yanacağın verilməsi, damazlıq mal-qaranın alınması üçün güzəştli kreditlərin verilməsi kənd təsərrüfatının gələcək inkişafına öz töhfəsini vermək ərəfəsindədir və biz bunun ərzaq təhlükəsizliyində oynadığı rolu gördük. Ancaq bu heç də yetərli deyildir.
Bu gün ölkənin ayrı-ayrı bölgələrində, Azərbaycanın 9 iqlim qurşağında yetişdirilən kənd təsərrüfatı məhsullarının istehsalının və elmi-metodik əsaslarla məhsuldarlığının artırılması üçün, təbii ki, yeni bir qurumun yaradılması, müasir texnologiyalara və innovativ yanaşmaya əsaslanan yeni məsləhət xidmətinin olması vacib idi. Təbii ki, bu gün təqdim olunan qanun layihəsi də bu məqsədə xidmət edir və onun haqqında hörmətli millət vəkilləri fikirlərini bildirdilər. Mən də bu qanun layihəsinin bəzi maddələri haqqında öz fikirlərimi bildirmək istəyirəm. Hesab edirəm ki, qanunun məqsədləri hissəsində göstərilən bu maddələrin istiqamətini bir az daha dəqiq müəyyənləşdirmək olar ki, bir növ kənd təsərrüfatı istehsalının marketinqinə xidmət etsin, yəni bu maddələrin ayrı-ayrı hissələri var ki, ikinci, üçüncü oxunuşda biz bu barədə öz təkliflərimizi, təbii ki, verəcəyik.
8-ci maddə barəsində öz təklifimi vermək istəyirəm. 8-ci maddə Kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin modelləri haqqındadır. Əvvəl çıxış edən hörmətli Elmira xanım Axundova və hörmətli millət vəkilimiz Musa Quliyev bu barədə dedilər. Bu modellərin yaradılmasında haradasa yığcamlığı təmin etməyi və bunun vahid bir dövlət strateji idarəetməsində olmasını təklif edərdim. Çünki burada modellər çoxdur və doğrudan da, qanun qəbul olunarsa, onun gələcək inkişafı üçün, ola bilsin ki, ayrı-ayrı modellərin əhəmiyyətliliyi lazım olacaqdır və bu barədə ekspert fikirlərini və rəylərini də öyrənə bilərik. Məsələn, burada, 8-ci maddədə deyilir ki, Kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyektləri struktur quruluşuna, ərazi əlamətinə və maliyyələşmə mənbəyinə görə müxtəlif modellər üzrə fəaliyyət göstərirlər. Mən hesab edirəm ki, bunlar birləşdirilsə və yaxud da cəmləşdirilsə, daha yaxşı ola bilərdi. Çünki bu yaxınlarda yaradılacaq və kənd təsərrüfatının inkişafına xidmət edəcək aqrar idarələrdə bu vahidlərin toplanması, habelə iştirakı daha əhəmiyyətli ola bilər.
Qanun layihəsində diqqətimi çəkən əsas və vacib məqamlardan biri də, hesab edirəm ki, 18-ci maddədir. Burada söhbət sosial (ictimai) əhəmiyyətli informasiya-məsləhət xidmətinin göstərilməsindən gedir. Torpaq qanunvericiliyinə, aqrar sənaye kompleksinə dair normativ hüquqi aktların və digər hüquqi aktların izah edilməsi, kütləvi informasiya vasitələrində yeni texnologiyaların, texnikanın, avadanlığın, qabaqcıl təcrübənin, ekoloji təmiz texnologiyanın təşviqi və sair. Hamısını sadalayıb vaxtınızı almaq istəmirəm, hesab edirəm, bu çox vacib maddədir və hörmətli Eldar müəllimə təklif etmək istərdim ki, əslində, bu qanun layihəsi qəbul olunandan sonra da onun təbliğinə ehtiyac var. Çünki bu gün kənd təsərrüfatının inkişafına dair çoxlu qanunvericilik bazamız var və kənd təsərrüfatı sahəsində çalışan işçilərin bu barədə məlumatlı olması çox vacib məsələlərdən biridir. Mən də hesab edirəm ki, bu qanun layihəsi bu gün möhtərəm Prezidentimizin sənayenin, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına olan yeni çağırışlarına cavab verən müasir və innovativ qanun layihəsidir və bu qanun layihəsinə səs verəcəyəm. İkinci, üçüncü oxunuşlarda, təbii ki, ayrı-ayrı maddələr barədə öz fikirlərimizi bildirəcəyik. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hör-mətli millət vəkilləri! Təqdim edilmiş qanun layihəsi bi-rinci oxunuşun tələblərinə tam cavab verir, konseptual baxımdan qanun layihəsini qəbul etmək olar. Həm də 2015-ci il Azərbaycanda kənd təsərrüfatı ili elan olunub. Məncə, bu qanunun müzakirəsi və qəbulu həm Aqrar siyasət komitəsinin, həm də bütövlükdə Milli Məclisin bu istiqamətdə dövlətimizə verdiyi ciddi töhfə olardı. Ümumiyyətlə, dəfələrlə imkan düşəndə kənd təsərrüfatı ilə bağlı mən də söz alıb fikirlərimi demişəm, bu gün də o fikirdəyəm ki, Azərbaycan iqtisadiyyatının və əhalinin həyat səviyyəsinin yüksəlişi xeyli dərəcədə kənd təsərrüfatının inkişafından asılıdır. Hadisələrin gedişi göstərir ki, Azərbaycanın təbii sərvətləri nə qədər çox olsa da, dünyada gedən proseslər həmişə və hər zaman Azərbaycanın karbohidrogen ehtiyatlarından səmərəli istifadə ilə əldə olunmuş gəlirlərinin artmasına imkan ver-mir. Çünki bu təkcə Azərbaycandan asılı olan məsələ deyil, dünyada gedən proseslərin gedişi bu və ya digər şəkildə bu-na bir sıra hallarda geniş imkanlar yaradır, bəzi hallarda isə bu imkanlar xeyli dərəcədə məhdudlaşır. Kənd təsərrüfatı isə Azərbaycan iqtisadiyyatının mühüm sahəsi kimi birbaşa Azərbaycan xalqının həyat səviyyəsinin yüksəlməsində çox müstəsna əhəmiyyət kəsb edir. İqtisadçıların hesablamaları, bütövlükdə Azərbaycanın iqlim şəraiti birmənalı şəkildə elə bir nəticəyə gəlməyə imkan verir ki, əgər kənd təsərrüfatından səmərəli istifadə olunsa, ölkə əhalisi, onun bütün təbəqələri sözün əsl mənasında kənd təsərrüfatından gələn gəlirin hesabına ən yüksək həyat səviyyəsinə malik ola bilərlər. Bu istiqamətdə dövlət iş aparır, ölkə Prezidentinin ardıcıl olaraq fərmanları, sərəncamları həyata keçirilir. Kənd təsərrüfatında is-lahatların son zamanlar geniş şəkil alması göz önündədir və ümidvaram ki, bu sahədə aparılan islahatlar özünün ciddi bəhrəsini verəcək.
Mən istərdim, bu qanun layihəsinin mahiyyətinə uyğun olaraq bəzi məqamlara toxunum. İnformasiya-məsləhət xid-mətinin Azərbaycanda təbliğ olunması həm də ona görə əhəmiyyətlidir ki, məlum olacaq, hansı məhsuldan hansı yerdə nə qədər əkilməlidir, istehsal hansı səviyyədə qurulmalıdır, istehsalı necə reallaşdırmaq lazımdır. Bütün bu funksiyaları yerinə yetirməklə, əslində, onun təsnifatı hazırlanır və fermerlərə məlumat verilir ki, 2016-cı ildə hansı kənd təsərrüfatı məhsulunun nə qədərinin istehsalı Azərbaycanda daxili bazar üçün kifayət edir. Bunun özü kənd təsərrüfatı məhsullarının həm ixtisaslaşmasında, həm də onun səmərəli şəkildə istehsal olunub bazara çıxarıl-masında çox mühüm rol oynayar. Bu hələlik bizdə, demək olar ki, yox səviyyəsindədir.
Digər bir məsələ. Dünyada kənd təsərrüfatı ilə bağlı üstün texnologiyaların mövcudluğu hər kəsə bəllidir. Bir çox hallarda bu üstün texnologiyaların həm öyrənilib Azərbaycana gətirilməsində, həm də tətbiqində problemlər var. Məncə, informasiya-məsləhət xidməti dünyada kənd təsərrüfatı texnologiyası ilə bağlı ciddi məlumatlar əldə etməli və həmin məlumatlara uyğun olaraq həmin texnologiyaların Azərbaycana gətirilərək tətbiq olunmasına çalışmalı və bunu reallaşdırmalıdır. Daxili bazarın qorunub saxlanılması hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu gün sirr deyil ki, Azərbaycanda daxili bazarla Azərbaycana xaricdən gətirilən kənd təsərrüfatı məhsulları arasında bir disbalans yaranıbdır. Bir çox hallarda ehtiyac olmadan xaricdən gələn kənd təsərrüfatı məhsulları Azərbaycanın daxili bazarında istehsal olunan kənd təsərrüfatı məhsullarını xeyli dərəcədə sıxışdırır. Buna görə fermerlərin maraqları burada kifayət qədər kənara qoyulur və beləliklə, xaricdən gətirilən həmin kənd təsərrüfatı məhsulları Azərbaycanda fermer təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına mane olur. Məncə, informasiya-məsləhət xidməti bu sahədə də öz üzərinə düşən funksiyanı yerinə yetirməlidir.
Son olaraq fikrimi demək istərdim. Siz, yəqin, mənimlə razılaşarsınız ki, kənd təsərrüfatının inkişafı yüksək səviy-yəli, müasir bilikləri özündə cəmləşdirən mütəxəssislərdən xeyli dərəcədə asılıdır. Lakin təəssüflər olsun ki, bu gün Azərbaycanda Kənd Təsərrüfatı Akademiyasının olmasına baxmayaraq, müasir tələblərə cavab verən kənd təsərrüfatı mütəxəssisləri yox dərəcəsindədir və bu səbəbdən Azərbaycanda çalışan fermerlər məcbur olub başqa ölkələrdən müxtəlif sahələr üzrə kənd təsərrüfatı mütəxəssislərini ölkəmizə cəlb edirlər. Kənd təsərrüfatı ilə bağlı, xüsusi olaraq tərəvəz məhsullarının istehsalı ilə bağlı bu sahədə özünü göstərən problemlər bir çox hallarda kənardan gətirilən mütəxəssislər tərəfindən həllini tapa bil-mir, çünki peşəkar olan kənd təsərrüfatı mütəxəssisləri öz ölkələrində yüksək maaş almaqla çalışırlar. Bura gələnlər isə, əslində, o funksiyanı yerinə yetirmək gücünə malik olmayan, yəni bilik səviyyəsi yüksək olmayan mütəxəssislərdir. Ona görə də, bilmirəm, hansı səviyyədə, hansı şəkildə bu məsələyə xüsusi diqqət yetirilməlidir ki, Azərbaycanda sözün həqiqi mənasında yüksək biliyə malik olan kənd təsərrüfatı mütəxəssisləri yetişdirilsin.
Azərbaycanda olan dövlət proqramlarına uyğun olaraq ayrı-ayrı ölkələrin ali məktəblərinə müxtəlif sahələr üzrə Azərbaycan gəncləri göndərilir. Bəlkə, eyni zamanda, kənd təsərrüfatı mütəxəssislərinin də yetişdirilməsi üçün dövlət proqramına uyğun olaraq gənclərimiz xaricdə ən yüksək səviyyəli ali məktəblərdə təhsil alaraq Azərbaycana qayıtsınlar və beləliklə, müasir bilikləri və təcrübəni özündə ehtiva edən mütəxəssislər ordusu yaransın, bu ordu Azərbaycanda kənd təsərrüfatının idarə edilməsinə xüsusi olaraq yerlərdə cəlb olunsunlar və bu problem öz həllini tapsın. Bütövlükdə mən təqdim edilmiş bu qanun layihəsini müsbət dəyərləndirirəm və onun birinci oxunuşda qəbulu üçün səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirəyə təqdim edilən qanun layihəsi ölkəmizin strateji iqtisadi istiqamətinin dəstəyinə həsr olunub. Azərbaycanın qeyri-neft iqtisadiyyatı üçün prioritet istiqamətlərdən biri, təbii ki, aqrar sektordur və Azərbaycanda bu iqtisadi sahə müasir dünyada mövcud olan tələblərə uyğun inkişaf edərsə, mənə elə gəlir ki, xalqımız bir neçə istiqamətdə güclənə bilər. Birincisi, sağlamlıq. Söhbət ondan gedir ki, öz torpağının məhsulu ilə qidalanan insanlar daha sağlam olur. Aydındır ki, eyni ekoloji sistemdə qida məhsulları yetişdirilirsə, bu qida məhsullarının insan orqanizminə tamamilə fərqli təsiri var. Onun üçün biz bu cür proqramları, bu istiqaməti, bu strategiyanı gerçəkləşdirəcəyiksə, burada biz Azərbaycan xalqının məhz Azərbaycan məhsulu ilə qidalanmasını təmin etməliyik.
İkinci çox mühüm istiqamət ondan ibarətdir ki, Azərbay-can öz kənd təsərrüfatı məhsullarının ixracını təmin etmək üçün onu dünya bazarındakı rəqabətə uyğun sistemdə for-malaşdırmalıdır. Deməli, söhbət ondan gedir ki, Azərbaycan məhsulları son illər dünyada çox populyar olan ekoloji orqanik sistemdə hazırlanmalıdır. Bu, təbii ki, yeni innovasiyalar tələb edir. Bu, yeni biliklər və yeni texnologiyalar tələb edən aqrar mədəniyyətdir və bununla bağlı mənə elə gəlir ki, ilk növbədə biz düşünməliyik ki, hansı elmi bazada hansı mütəxəssislərlə bu sistemin inkişafına nail ola bilərik. Qanunda təklif olunan bəzi məqamlar, mənə elə gəlir ki, mövcud olan indiki sistemin dublyajını yaradır. Məsələn, kənd təsərrüfatı məhsullarının növləri ilə bağlı yazılıb ki, hansı məzmuna görə növləri olacaq. Məsləhət, informasiya, innovasiya, monitorinq, təlim. Məgər Azərbaycanda aqrar nazirlik yoxdur?
Azərbaycanın kənd təsərrüfatı siyasətini həyata keçirən müvafiq icra orqanımız var. Bu müvafiq icra orqanının funksiyaları da bu qanunda təklif olunan məsələlərlə üst-üstə düşür. Bəs onda onlar nə ilə məşğul olacaqlar? Onların səlahiyyəti nədən ibarət olacaq? Yox, hansısa özəl şirkət bu funksiyaları üzərinə götürürsə, mən inanmıram ki, Azər-baycan fermerlərinin maliyyə imkanları imkan verəcək ki, onlar bu növ xidmətləri maliyyələşdirə bilsinlər. Deməli, bu qanundan irəli gələn bütün addımlar yenidən Azərbaycanın dövlət büdcəsinə əlavə yük kimi müəyyənləşdirilir və dövlətin üzərinə buraxılır. Bəs onda bizim universitetimizdə elmi işlər nədən ibarətdir və biz orada hansı innovasiyalarla məşğul oluruq? Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları, institutları onda nə ilə məşğuldurlar? Biz hansısa yeni bir sistem yaradırıqsa, onda gəlin, o biriləri bağlayaq və dövlət üzərindən bu maliyyə yükünü azaldaq. Çünki bu məqamlar, mənə elə gəlir ki, təqdim olunan qanunda müəyyən qədər hesablanmalı və müəyyənləşdirilməlidir.
Üçüncüsü, mən istərdim, bir məsələyə diqqət yönəldim ki, dünyada hazırda aqrar mədəniyyətin elmi səviyyəsi çox yüksəkdir. Bir nümunə kimi göstərə bilərəm ki, ərazisi və suyu olmayan ölkələr bu gün nəhəng əraziyə, göllərə, çaylara malik olan ölkələrə taxıl satırlar. Bu onu göstərir ki, bilik, elm bu sahədə aparıcı bir yerdə durur və əgər biz in-tensiv aqrar sektoru inkişaf etdiririksə, yeni dünyada mövcud olan və artıq çox geniş tətbiq olunan texnologiyalar Azərbaycanda da həyata keçirilməlidir. Deməli, bu qanundan irəli gələn əsas məqam Azərbaycan fermerlərini, Azərbaycan kəndlilərini dünyanın ən yüksək səviyyəli texnologiyaları ilə tanış etməkdir. Deməli, bu qanunun funksiyası da dəyişir. Biz çalışmalıyıq ki, Azərbaycanda bilavasitə bu məsələlərlə məşğul olan şəxslər, informasiyaları, innovasiyaları Azərbaycanda təbliğ və təqdim etmək, onu bölüşmək istəyənlər kifayət qədər dünya təcrübəsi ilə tanış olmalıdırlar. Bizim parlament heyətimiz Latın Amerikası ölkələrində olarkən biz bir şeyin şahidi olduq ki, bu ölkələr bütün dünyanı qidalandıra biləcək böyük bir potensiala malikdirlər. Bununla yanaşı, Avropa ölkələri, Amerika Birləşmiş Ştat-ları, İsrail ən yüksək texnologiyalarla balaca ərazidə az su-dan istifadə edərək çox böyük nailiyyətlər, böyük həcmdə məhsullar əldə edə bilirlər. Deməli, biz bu intensiv texno-logiyaları Azərbaycana gətirməliyik. Lakin bununla yanaşı da çox ehtiyatlı olmalıyıq ki, bu kənd təsərrüfatı müəyyən bir genetik modifikasiya olunmuş mallarla, toxumla müşahidə edilməsin. Biz çalışmalıyıq ki, bu sahədə qida təhlükəsizliyi Azərbaycanın aqrar sektorunun inkişafında əsas amilə çevrilsin. Mənə elə gəlir ki, bu qanunda məhz təhlükəsizlik amilləri də öz əksini tapmalıdır və biz çalışmalıyıq ki, Azərbaycanda aqrar elmin inkişafına öz töhfəmizi verək. Bəlkə o zaman informasiya xidmətləri Azərbaycan elminə və Azərbaycanın kənd təsərrüfatı mədəniyyətinə daha yaxşı, daha güclü uyğunlaşa bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Asim müəllim, axırıncı cümlə çox yaxşı cümlə idi, mədəniyyətə yaxınlaşa bilərik. Mədəniyyətə yaxınlaşmaq üçün qanunlar qəbul edirlər. Amma Sizin çıxışınızdan belə bir fikir çıxdı ki, əgər hər hansı bir nazirlik varsa, onun funksiyası varsa, onun işlərinə heç bir qanun tətbiq edilmir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Tapır da, bəs söhbət ondan gedir. Deyirsən ki, edə bilməz. Buyurun, Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən bugünkü müzakirəyə görə çıxış edən hər bir deputat həmkarıma minnətdarlığımı bildirirəm ki, çox səmərəli, çox düzgün, yaxşı təkliflər verdilər. Aqrar sahənin qanununa bu qədər böyük maraq məni çox sevindirdi. Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında qanun layihəsi, doğrudan da, vacib qanundur. Cənab Sədr, mən çıxış edəndə Siz yox idiniz, mənim deputat həmkarlarım eşitdilər, dünyanın hər yerində bu xidmət var. Mən əsas bir məsələni aydınlaşdıracağam, qalmış təkliflərə baxacağıq. İkinci oxunuşda mən həmkarlarıma bunlar haqqında məlumat verəcəyəm. Elmira xanım da dedi, sonra bizim yoldaşlardan Musa müəllim də dedi.
Bu xidmət Kənd Təsərrüfatı Nazirliyinin nəzdində elmi mərkəzi olan təşkilatın işidir. Elmi mərkəz də var, onun ştatı da var, işi də var, hər şey gözəldir. Bu gün üstəgəl kənd təsərrüfatı idarələri rayonlarda yaradılır. Hər rayonda olan kənd təsərrüfatı idarəsinin bir nəfər ştat işçisi bu işi apara-caqdır. Bunun çox böyük bir əhəmiyyəti var. Yəni bunu indi deyirlər, dövlət büdcəsinə yük olmasın, filan olmasın. Dövlət büdcəsinə heç bir manat da yük deyil. Kənd Təsərrüfatı Nazirliyinə ayrılan pulun hesabına elmi mərkəzlər, – orada bu dəqiqə 15 ştat var, – gözləyirlər ki, bu işi həyata keçirsinlər. Yəni problem yoxdur və üstəgəl 8-ci maddədə, Elmira xanım, çox aydın yazılıbdır ki, modellər nələrdir. Modellər tamamilə dövlət vəsaiti hesabına maliyyələşir, əgər imkanımız varsa, yoxdursa, əsasən, dövlət vəsaiti və qismən fərdi müştərilərdən göstərilən xidmətə görə vəsaitlər müəyyənləşir. Yaxud da tamamilə müştərilər tərəfindən maliyyələşir. Yəni biz bunu açıq qoymuşuq ki, harada nəyə imkan varsa, onu etsin.
Mən dedim, bizim indiyə qədər beynəlxalq təşkilatlarla layihələrimiz olub və bu işlər həyata keçirilibdir. Cənab Sədr, bizim qanunumuz olandan sonra hər hansı bir beynəl-xalq təşkilatın da marağı olacaq. Gətirib maliyyəsini qoya-caq, bu informasiyanı həyata keçirəcək. Bizim məqsədimiz odur ki, kənd təsərrüfatında elmi əsaslarla idarəolunmanı, kənd təsərrüfatı məhsullarının istehsalını artıraq. Beləliklə, bütün məqsədimizin axır nöqtəsi odur ki, əhalimizin ərzaq təhlükəsizliyini təmin edək. Bax budur. Mən bir daha hörmətli həmkarlarımın hamısına minnətdarlığımı bild-irirəm. Sağ olun.
Sədrlik edən. Eldar müəllim, Siz çıxış edəndə burada olmasam da, qanunu yaxşı oxumuşam. Bu qanun layihəsini mənimlə müzakirə etmisiniz, mən bilirəm ki, bunun maliyyə tutumu yoxdur. Yəni bunu oxumayanlar üçün mən bir kəlmə söz dedim. Xahiş edirəm, birinci oxunuşda qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 16.39 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü gündəliyin sonuncu məsələsi Reklam haqqında qanun layihəsinin ikinci oxunuşudur. Buyursun Vahid mü-əllim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deməli, qonaqlarımız da çoxdur, artıq 15 nəfər də yazılıb, yəni çatdırmaq üçün etiraz yoxdursa, 5 də-qiqəyə keçək. Etiraz yoxdur ki? Buyurun, Vahid müəllim.
V.Əhmədov, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin bu ilin fevral ayında keçirilən plenar iclasında Reklam haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi ölkəmizin sosial-iqtisadi inkişafında bu sahənin nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini, onun güclü potensialı olduğunu bir daha göstərdi. İclasda çıxış edən millət vəkilləri 1997-ci ildə qəbul edilmiş “Reklam haqqında” Qanunun müasir dövrün tələblərinə cavab vermədiyini, ölkədə baş vermiş ictimai-siyasi və iqtisadi dəyişikliklərə uyğun olaraq yeniləndirilməsinə ehtiyac olduğu fikrini dəstəklədilər. Eyni zamanda, deputatlar təqdim olunan layihənin təkmilləşməsinə yönəlmiş təkliflər də irəli sürdülər. Qanun layihəsinin müəllifləri kimi mən və Əli Məsimli buna görə hamınıza, ilk növbədə Milli Məclisin Sədri Oqtay Əsədova, onun müavini Valeh Ələsgərova, Aparatın rəhbəri Səfa Mirzəyevə öz min-nətdarlığımızı bildiririk. Bunu da xüsusi qeyd etməliyəm ki, qanun layihəsi ikinci oxunuşa hazırlanarkən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Admin-istrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənov işçi qrupunun üzvlərini qəbul etmiş və öz tövsiyələrini vermişdir. Çox önəmli haldır ki, qanun layihəsi ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Dövri mətbuatda, televiziyada, radioda, internet şəbəkəsində aparılan müzakirələr, dərc olunan məqalələr bir daha bunu sübut etdi.
Qanun layihəsinin birinci oxunuşunda Milli Məclisin Sədri cənab Oqtay Əsədov və bir sıra millət vəkilləri sosial reklam məsələsinə daha çox diqqət yetirilməsinin zərurili-yini qeyd etmişlər. Bununla bağlı bildirmək istəyirəm ki, təqdim olunan layihədə sosial reklam anlayışına, onun hazırlanması və yayımlanması qaydalarına aydınlıq gətirilmişdir. Belə ki, layihədə sosial reklam məfhumu daha anlaşıqlı şəkildə verilmiş, qanuna onun dövlət büdcəsindən maliyyələşən reklam yayıcıları tərəfindən ödənişsiz, özəl qurumlar tərəfindən isə ödənişli yayımlanması barədə maddə əlavə edilmişdir. 10.5-ci maddə ilə müəyyən edilmişdir ki, bütün reklam yayıcıları ümumi reklam vaxtının, nəşrlərdəki reklam yerlərinin, reklam qurğularının ümumi sahəsinin ən azı 8 faizini sosial reklam üçün ayırmağa borcludurlar. Qeyd etməliyəm ki, hazırda qüvvədə olan qanunda bu rəqəm 5 faiz miqdarında müəyyənləşdirilmişdir. Sosial reklamın təyin olunduğu auditoriyaya çatdırılması məqsədi ilə televiziya və radioda yayımlanmasının dəqiq vaxt çərçivəsi müəyyənləşdirilmiş, yəni saat 9-dan 24-ə qədər olan müddət təyin olunmuşdur. Eyni zamanda, televiziya və radio şirkətlərinin marağı nəzərə alınaraq sosial reklamın verilmə müddətinin reklam üçün ayrılan ümumi efir vaxtına daxil edilmədiyi göstərilmişdir.
Birinci oxunuşda deputat həmkarlarımdan Elmira Axun-dova, Jalə Əliyeva, Tahir Rzayev, Qənirə Paşayeva, İlyas İsmayılov, İqbal Ağazadə və başqalarında narahatçılıq doğuran əsas məsələlərdən biri layihənin mətninin sadələşdirilməsi, yayımlanan reklamlarda dövlət dilinin tələblərinə ciddi riayət edilməsi, qoyulan qadağaların sayının müəyyən qədər azaldılması tələbi idi. Bu rəylər nəzərə alınaraq bir çox anlayışlar, məsələn, “reklam”, “reklam fəaliyyəti”, “reklamın subyektləri”, “reklam agenti” kimi məfhumlar redaktə edilmiş, reklam subyektlərinin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi mexanizmi sadələşdirilmiş, dövlət dilinin normalarına əməl edilməsinə görə məsuliyyət gücləndiril-mişdir. Reklamın televiziya tamaşaçılarına və radio dinlə-yicilərinə həm müsbət, həm də mənfi təsiri araşdırılaraq on-ların yayımlanmasının tezliyi məsələsinə yenidən baxılmış-dır. Bu məsələ barədə sahənin mütəxəssisləri ilə məsləhət-ləşmələr aparılmış, reklamın insan tərəfindən optimal qav-ranılması, psixikasına mənfi təsirinin qarşısının alınması üçün reklamın yayımları arasında intervallar müəyyənləş-dirilmişdir.
Azərbaycanda tündlüyü müxtəlif olan alkoqollu içkilərin istehsalı nəzərə alınaraq dünyanın bir sıra ölkələrində olduğu kimi, onların reklamına fərqli yanaşma müəyyən edilmişdir. Bu yanaşma alkoqollu içkilərin reklamının yayımının tündlülük dərəcəsindən asılı olaraq fərqləndirilməsindən ibarətdır. Xaricdə aparılan tədqiqatlar göstərir ki, bu cür içkilərin daha çox istehsal edildiyi ölkələrdə insanlar tünd içkilərin istehlakına daha az meyil göstərirlər. Bu məhsulları istehsal edən şirkətlərin çoxu idman yarışlarının sponsoru, iri reklamvericilər kimi çıxış edirlər. Digər tərəfdən, qlobal telekommunikasiya məkanında belə məhdudiyyətin qoyulması imkan xaricindədir, istənilən nəticəni vermir. Bununla biz reklam bazarında yalnız öz istehsalçılarımızı sıxışdıra bilərik.
Biz də bu məsələyə həmin ölkələrin qanunvericiliyində olduğu kimi yanaşmağı daha düzgün hesab edirik. Yeni qanun layihəsində tündlüyü yalnız beş faizdən yuxarı olan alkoqollu içkilərin reklamına vaxt məhdudiyyəti qoyulmuş, onların reklamlarının dövri nəşrlərin üz və arxa qabığında yerləşdirilməsi qadağan edilmişdir.
Yeni maddə kimi reklam sahəsində qiymətlərin tənzim-lənməsi ilə əlaqədar 35-ci maddə əlavə edilmişdir. Qiymət-lər reklam subyektlərinin bağladığı müqavilə ilə sərbəst təyin edilir. Hesab edirik ki, bu, bazar münasibətlərinə daha uyğundur. Bayaq Elmira Axundova çox ciddi bir məsələyə toxundu. Yəni reklamların SMS ilə verilməsi, Oqtay müəl-lim, 23-cü maddədə öz əksini tapmışdır. Yəqin, Əli müəllim qeyd edər. Milli Məclisin İqtisadi siyasət komitəsində layihənin müzakirəsindən sonra bir çox təşkilatdan, o cüm-lədən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologi-yalar Nazirliyindən, Azərbaycan Respublikasının Mədəniy-yət və Turizm Nazirliyindən, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyindən, Azərbaycan Respu-blikasının Hesablama Palatasından müəyyən təkliflər daxil edilmişdir. Qanun layihəsinin ikinci oxunuşundan sonra bu təkliflər daha da dəyərləndiriləcəkdir. İnanıram ki, bugünkü müzakirəmiz də məhsuldar olacaq, irad və təkliflərinizi eşidəcəyik və layihə üzərində işimizi davam etdirəcəyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siz dediniz, mən təkrarlamaya-cağam, çıxış etməyəcəyəm. Amma, həqiqətən, sosial reklam vaxtı ilə kommersiya reklamı vaxtı dəqiq yazılmalıdır. Sizə təklif verilib ki, orada vergilərdən qaçmaq söhbəti olmasın. Ona görə də diqqət yetirin. Birinci təkliflərini çatdıra bil-məyən nazirliklər onları ikinci oxunuşa təqdim etsinlər. Buyursun Sevinc Fətəliyeva. Üzr istəyirəm, qanun layihəsini ikinci oxunuş olduğu üçün əvvəl əsas kimi səsə qoyaq. Münasibət bildirin, xahiş edirəm.

 Səsvermənin nəticələri  (saat 16.48 dəq.)
 Lehinə  87
 Əleyhinə  0
 Bitərəf  0
 Səs verməd 0
 İştirak edir  87
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Mən bir şeyi də əlavə edim ki, həqiqətən, birinci oxu-nuşdan sonra bizim millət vəkilləri bir çox təklif ver-mişdilər və komitə bu təkliflərə operativ şəkildə yanaşmışdır. Yəqin, ikinci oxunuşdan sonra da bu məsələlərə çox ciddi yanaşıb, müəyyən edəcəksiniz ki, bu qanun layihəsi vacibdir və onu tez həyata keçirmək lazımdır. Sevinc Fətəliyeva buyursun.
S.Fətəliyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkil-ləri! Biz yenə də əhəmiyyətli və zəruri qanun layihəsini müzakirə edirik və çox sevindirici haldır ki, sosial reklam bu qanun layihəsində öz əksini tapır. Bu gün müasir dü-nyanın sosial fəlsəfə anlayışlarının yeni sosial fenomenlərə kəskin ehtiyacı var. Demokratiyanın inkişafı üçün ilk növbədə vətəndaş institutlarının ən əsası media və informa-siyadır. Biz, azad ölkənin vətəndaşları açıq internetdən istifadə edirik, azad medianı izləyirik. Lakin bazar iqtisadiyyatı şəraitində medianın ayrılmaz hissəsi, əsasən, sosial reklamdır. Bu təkcə videoçarxlar deyil, həmçinin də plakat, buklet şəklində olan sosial reklamlardır.
Sosial reklam geniş auditoriyaya təsir etmək üçün böyük gücə malikdir, habelə cəmiyyətin fəaliyyəti üçün zəruri dəyərləri həyata keçirir və insanların dünyagörüşünə təsir edir. Sosial reklam müxtəlif insanları bir maraq ətrafında birləşdirə bilir. Müasir dövrdə xalqın mənəvi birliyi, bizi birləşdirən mənəvi dəyərlər, siyasi və iqtisadi sabitlik inki-şafın göstərici amillərindəndir. Cəmiyyət qarşısında böyük milli məqsədləri birgə həll etmək üçün ümumi mənəvi ori-yentir sistem mövcud olmalıdır. Müasir kommunikasiya və informasiya texnologiyaları insanların şüurları ilə manip-ulyasiya edə bilirlər. Təəssüf hissi ilə etiraf etməliyik ki, gənc nəslin dəyərləri tamamilə dəyişir. Bu şəraitdə cəmiy-yətdə xüsusilə gənc nəslə təsir göstərən üsullar işlənməlidir. İnformasiya əsrində ən effektiv təsir və üsul, təbii ki, sosial reklamdır. Ümumbəşəri və milli dəyərlərin cəmiyyətə aşılanması cəmiyyətin mədəni bazasını və sosial kapitalını genişləndirir və formalaşdırır. Sosial reklam müasir cəmiyyət üçün zəruri və həssas olan yaxın insan, sağlamlıq, sağlam həyat tərzi, qadınlara və uşaqlara qarşı zorakılıqla mübarizə, tolerantlıq və ən əsası vətənpərvərlik kimi məsələlərə, mövcud sosial problemlərə diqqəti cəlb edir və yerli idarəetmə orqanlarının fəaliyyətinin bir istiqaməti kimi çıxış edərək müəyyən sosial məsələləri operativ həll edə bilir. Sosial reklam vətəndaş mövqeyinin formalaşmasına, insanların sosial həyatda və sosial tədbirlərdə iştirak etməsinə, ümumiyyətlə, cəmiyyətin humanistləşməsinə xidmət edir. Belə ki, sosial reklamın cəmiyyətin ümumi inkişafına və gənc nəslin düzgün formalaşmasına təsiri çox böyükdür. Mən qanun layihəsini dəstəkləyirəm və həmkarlarımı ona səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Əlbəttə, etiraf eləmək lazımdır ki, qanun layihəsi üzərində birinci oxunuşdan keçən müddət ərzində çox böyük iş aparılıb və həmkarlarımızın irəli sürdükləri təkliflərin böyük əksəriyyəti qəbul olunub. Buna görə Vahid müəllimə xüsusi təşəkkür edirik. Eyni zamanda, birinci oxunuş dövründə diqqəti cəlb eləyən hal budur ki, elektron KİV-də reklamın bir sənəd formasında hazırlanmasının üzərindən keçilib, onun məkanı, əhatə dairəsi genişləndirilib, açıq məkanda, nəqliyyat vasitələrində və sair kimi yerlərdə olmasını tənzimləyən müddəalar daxil edilib. Bu da qanunu bitkinləşdirərək təkmilləşdiribdir.
Hörmətli cənab Sədr, elə buradaca xüsusi qeyd eləmək istəyirəm, daha doğrusu, arzulayıram ki, yaxın gələcəkdə teleradio yayımı haqqında qanunun özünə yenidən baxaq. Çünki bu, indi müzakirə elədiyimiz sənədə çox yaxın bir hüquqi aktdır, bunun normaları ilə səsləşir. Həm də buna təsir göstərəcək bir sənəddir. Baxın, bizim hər birimiz foye-də, ictimai müzakirələrdə ekran-efir məkanında şounun bir epidemiya halı almasından, onun hər gün həyatımıza məcburi daxil olmasından şikayət eləyirik. Ekranın vətəndaş quruculuğunda çox böyük rolundan danışırıq, 10 illər ərzində milləti səfərbər eləyən mühüm bir vasitə olduğundan bəhs edirik. Amma bu gün şounun ekran-efir məkanında çəkisi o qədər artıb ki, o özü bir reklam hadisəsinə çevrilib. Heç bir qanunla onu tənzimləyə bilmirik. Halbuki bəlkə də bunun özünün ümumi zaman diapazonuna bir məhdudiyyət qoymaq olar ki, bu qədər daşıb evlərimizə tökülməsin. Cəmiyyətdə mənən ən sonuncu adamları, əxlaq tarazlığı olmayanları efirə daşıyanda, onların aksesuarlarını nümunə kimi göstərəndə əsgərin mundirini, digər müsbət hadisələri cəmiyyətə təlqin eləyə bilməyəcəyik, dəyər kimi saya bilməyəcəyik. Hamı gəlib ucdantutma mahnı müsabiqəsinə qatılmaq istəyəcək, şou əhlinə çevrilmək istəyəcək, çünki ekranda gördükləri odur. Ona görə də bunların çəkisinə bir məhdudiyyət qoyulmalıdır.
Bir neçə qısa təklifimi səsləndirmək istəyirəm. Hörmətli Vahid müəllim, burada reklamın dili ilə bağlı çox yaxşı müddəalar qoyulub. Amma gizli reklama kiçik hissəli bir maddə ayrılıbdır. Mən ötən dəfə söyləmişdim. Qoy indi mən antireklam ilə məşğul olum. Bakcell-in efirdə uzun müddət bir reklamı yayılırdı, biz onu görürdük: “Bir azdan sükut pozulacaq”. İnternet sisteminə bələd olanlar bilirlər, MİM-lər deyilən bir anlayış var. Yəni biz hər gün o simvolları qəbul eləyirik, onlar tək-tək şüurumuzda oturur, sonradan həyat tərzimizə, davranışlarımıza çevrilir. Bu mənada vətəndaşın şüuruna sanki iynə ilə yeridilir. Linqvistik bir sistemdir, sükut pozulacaq. Halbuki bu təhlükəsizliyin əleyhinə olan bir fikirdir. Nə bəlli oldu? Sonra bəlli oldu ki, yeni bir paket tarifi elan edəcəklər. Bundan ötrü sükutun pozulmasına qəti şəkildə ehtiyac yox idi. Ona görə də gizli reklam hadisəsi özü qanunvericiliklə qadağan olunmalıdır, yaxud buna görə məsuliyyət müəyyənləşdirilməlidir.
Başqa bir reklam, bu, bəlkə sizin hər birinizdə yumor doğuracaqdır. Bir dərmanın reklamını verirlər və deyirlər, qarnımın gülümsəməsi. Mən, doğrusu, “qarnın gülümsəmə-si” ifadəsini indiyə qədər eşitməmişəm. Nə deməkdir bu? Türkiyədə reklam, təbii ki, çox olur. Bizdə də reklam bir epidemiya halını alıb. Bəzən verilişlər reklamın içində itir. Ona görə də reklam ilə bağlı burada qoyulmuş zaman məhdudiyyətləri doğrudur. Ancaq ən azı, məsələn, Türkiyədə növbəti verilişin digər hissəsinin başlanmasına qədər, tutaq ki, 3 dəqiqədən sonra o veriliş başlayacaqsa, o 3 dəqiqəni göstərirlər və zamanın geri sayımı baş verir. Ona görə də bu müddəa burada əksini tapsa, yaxşı olar.
Tibb sahəsi ilə bağlı müxtəlif dərmanların reklamları gedir. İndi hörmətli Siyavuş müəllim burada yoxdur, keçən dəfə burada çox dəyərli fikirlər səsləndirmişdi. Amma hör-mətli Əhliman müəllim burada əyləşibdir. De-Nol dərmanını mədə xəstəliyinə qarşı mühüm bir alət kimi reklam edirlər. Hər kəs bilir, 2005-ci ildə kəşf elədilər ki, mədə xəstəliyinin səbəbi helikobakter deyilən bakterioloji bir qurddur. Buna görə o adama Nobel mükafatı verdilər. İndi bu vətəndaş gedir De-Nolu…
Sədrlik edən. Zahid müəllimin sözlərində çox düzgün istiqamətlər var. Ona görə, Vahid müəllim, ümumiyyətlə, IV fəsildə – dövlət nəzarəti və özünü tənzimləmədə bəzi məsələlər var. Mən də deyəcəyəm, onlara baxmaq lazımdır. Sahibə Qafarova.
S.Qafarova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, Reklam haqqında qanun layihəsinin qəbulu bu sahədə ümumi vəziyyətə müsbət təsir etməklə yanaşı, reklam bazarının inkişafına da xidmət edəcəkdir. Eyni zamanda, bu qanunun qəbulu bu sahədə mövcud olan müəyyən mübahisəli məsələlərin, o cümlədən reklamın həcmi, yayım vaxtı, reklam materiallarına və sifarişçi şirkətlərə qoyulan tələblər kimi məsələlər də tam həllini tapacaq, çünki qanunda bu kimi suallara tam açıqlığı ilə aydınlıq gətirilir.
Bu gün ictimaiyyəti ən çox narahat edən məsələlərdən biri, şübhəsiz ki, reklam mətnlərində və reklamların hazır-lanmasında Azərbaycan dilinin qorunmaması ilə bağlı müşahidə etdiyimiz xoş olmayan mənzərədir. Bu gün müza-kirə etdiyimiz qanunda reklamda “Azərbaycan Respub-likasında dövlət dili haqqında” Qanunun tələblərinə riayət edilməsi açıq şəkildə göstərilir. Düşünürəm ki, bu qanunun qəbulundan və onun icrasına başladıqdan sonra bu məsələdə irəliləyişlər olacaq. Amma bu yalnız qanunun qəbulu ilə yekunlaşmamalıdır. Bu məsələdə əlaqədar qurumların davamlı nəzarəti də olduqca vacib şərtdir.
Qanunda əksini tapan digər bir məsələ də sosial reklam-larla bağlıdır. Məlumdur ki, sosial reklamlar cəmiyyətdəki müəyyən çatışmazlıqların aradan qaldırılması, maariflən-dirmə və ictimai davranış qaydalarının formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, bir sıra inkişaf etmiş ölkələrdə bununla bağlı effektiv iş qurulub, televiziya və radiolarda əhəmiyyətli mövzulara həsr olunmuş sosial reklamlar nümayiş etdirilir. Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət sosial reklamların hazırlanması və yayımı ilə bağlı sifarişçiləri yetərli imkanlarla təmin edir. Ancaq bununla belə, bu gün ölkəmizdə xüsusən də kütləvi informasiya vasitələrində kifayət qədər sosial reklamlara rast gəlinmir. Eyni zamanda, qanunda güzəştlərin nədən ibarət olduğu açıq şəkildə əksini tapır və mən ümid edirəm ki, qarşıdakı dövrlərdə bu sahədə də dönüş yaranacaq. Kütləvi informasiya vasitələrində bununla bağlı müəyyən müza-kirələr aparılır. Hesab edirəm ki, bu məsələyə ictimai mara-qlar prizmasından yanaşmaq daha uğurlu nəticələr verə bilər. Necə ki, spirtli içkilərin reklam olunması ilə bağlı konkret vaxt məhdudiyyəti tətbiq olunur, eyni ilə bu xarak-terdə reklamlarda da bu məhdudiyyətin həyata keçirilməsinə ciddi nəzarət etmək lazımdır.
Bir məsələyə də aydınlıq gətirilməsini istərdim. Keçmiş təcrübədən də müşahidə etmişik ki, bəzi kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə müvafiq dövlət strukturları ilə razılaşdırılmayan aksiya, piket və digər tədbirlərə çağırışlar, bununla bağlı elan və bildirişlər yerləşdirilir. Hesab edirəm ki, bunlar da mahiyyət etibarı ilə reklam sayılır, qanunun ifadə etdiyi ümumi məsələlər və maraqlarla ziddiyyət təşkil edir. Bununla bağlı qanunda konkret tələblərin öz əksini tapması daha uğurlu olardı. Son olaraq demək istərdim ki, ümumiyyətlə, bu qanunun əhəmiyyətini vurğulamaqla əlaqədar təşkilatların qanunun tələblərinə əməl etməklə bağlı nəzarəti gücləndirməsinin daha yaxşı nəticələr verəcəyinə inanıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E.Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli dəvət olunan qonaqlar! Müasir dövrün, qloballaşan dünyanın tələbləri və sürətli texnologiyaların inkişafı bir sıra sahələrdə olduğu kimi, reklam sahəsində də qanunvericiliyin təkmilləşdirilməsini, yeni qanunların hazırlanmasını zəruri etmişdir. Bu baxımdan 1997-ci ildə qəbul edilən və hazırda qüvvədə olan “Reklam haqqında” Qanunun da yenisi ilə əvəzləndirilməsinə ciddi ehtiyac vardır. Reklamın müasir cəmiyyətdə iqtisadi, sosial, siyasi, ideoloji, psixoloji, maarifləndirici, estetik baxımdan rolunu nəzərə alsaq, bu qanunun əhatə dairəsini və əhəmiyyətini təsəvvür etmək o qədər də çətin deyil.
Birinci oxunuşdan sonra qanun layihəsində xeyli sayda təkliflərin nəzərə alındığını, müddəaların təkmilləşdirilmiş formada verilməsini açıq şəkildə görürük. Məsələn, layi-hənin 2-ci maddəsində əsas anlayışlar daha dəqiq və konkret verilmişdir. 9-cu maddənin adında əvvəlki variantda olan “Təkzibedici reklam” ifadəsinin “Reklamın təkzib edilməsi” kimi yazılması bu sahədə yarana biləcək anlaşılmazlıqların qarşısını almağa xidmət edəcəkdir. Bundan əlavə, 24-cü maddənin əhatə dairəsi genişləndirilmişdir ki, bu da maddənin natamamlığını aradan qaldırmışdır. İkinci oxunuşda yeni maddənin, “Reklam sahəsində qiymətlərin tənzimlənməsi” adlanan 35-ci maddənin əlavə edilməsi layihəni daha da mükəmməl etmişdir.
Bütün qeyd olunanlarla yanaşı, qanun layihəsi ilə bağlı bir təklif vermək istəyirdim. Fikrimcə, digər qüvvədən düşmüş qanunların yenisi ilə əvəzlənməsi zamanı olduğu kimi, buraya da bu qanunun qüvvəyə mindiyi gündən digər qanunun ləğv edilməsi ilə bağlı maddə salınmalıdır. Hör-mətli həmkarım Vahid müəllimdən xahiş edərdim ki, bunu nəzərə alsın.
Cənab Sədr, hörmətli millət vəkilləri! Çıxışımın sonunda bildirmək istəyirəm ki, Reklam haqqında qanun layihəsinin qəbul edilməsinin zəruri əhəmiyyətini nəzərə alaraq, onun ikinci oxunuşda qəbul olunmasını təklif edirəm və həmkar-larımı buna səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Reklam haqqında Azərbaycan Respublikasının qanun layihəsi, demək olar ki, reklam sahəsində hərtərəfli və dərin biliklər əsasında qanunvericilik texnikasının tələblərinə uyğun şəkildə hazırlanıb. Lakin layihənin daha da təkmilləşdirilməsinə, şübhəsiz ki, böyük ehtiyac var. Bu baxımdan müəyyən arzularımı bildirmək istəyirəm.
Birinci, Ümumi müddəalar adlanan I fəslin 1.1-ci mad-dəsində qeyd olunur ki, bu Qanun Azərbaycan Respublikası ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı münasibətlərə tətbiq edilir. Düşünürəm ki, “münasibətlərə tətbiq edilir” sözləri əvəzinə “münasibətləri nizama salır”, yaxud “tənzimləyir” yazılmalıdır.
İkinci, 3.1-ci maddədə qanunvericilik aktları hüquqi qüvvəsinə görə ardıcıl sadalanmalıdır. Yəni Azərbaycan Respublikasının Konstitusiyasından sonra Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə, sonra bu mətn üzrə qanun və digər əlavə hüquqi aktlar getməlidir.
Üçüncü, sosial reklama həsr olunmuş 10-cu maddənin 10.4-cü bəndində göstərilir ki, sosial reklam dövlət və icti-mai yayımçılar tərəfindən ödənişsiz, özəl yayımçılar tərə-findən ödənişli əsaslarla yayımlanır. Düşünürəm ki, bu bənd mahiyyət etibarı ilə düzgün deyil və özəl yayımçıları sosial reklam nəinki həvəsləndirəcək, əksinə, onların bu fəaliyyətinin zəifləməsinə səbəb olacaq. Nə üçün insanların şüurunda ictimai normalara uyğun olan davranış qayda-larının formalaşması və təkmilləşməsinə, onların diqqətinin cəmiyyətdəki sosial məsələlərə cəlb edilməsinə yönəldilən, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan fəaliyyət ödənişli olmalıdır. Düşünürəm ki, ödənişsiz olmalıdır. Bu maddə habelə layihənin 20.9.2-ci bəndinə də ziddir. Belə ki, bu bəndə görə xeyriyyəçilərin yayımladıqları elanlar, ümumiyyətlə, reklam sayılmır.
Dördüncü, 20.1-ci maddədə haqlı olaraq göstərildiyi kimi, reklam və teleticarət asan başa düşülən olmalı, sadə dildə mütəxəssislər üçün deyil, xalq üçün yazılmalıdır. Azərbaycan dilinin xəzinəsindən maksimum istifadə olunmalı, əcnəbi sözlər mümkün qədər az işlədilməlidir. Layihənin 17.1-ci maddəsində işlədilən “oferent və aksep-tant” sözlərini heç mütəxəssislərin hamısı başa düşmür. Bu sözləri xalq necə başa düşsün? Düşünürəm ki, bu iki və bunun kimi digər terminlərin yanında mötərizədə, ən azı, onların dilimizə tərcüməsi verilməlidir. Habelə 12.1.2-ci maddədə “aqressivliyi” sözü “təcavüzkarlığı” sözü ilə, 12.1.6-cı maddədə “elementlərdən” sözü “ünsürlərdən” sözü ilə əvəz olunmalıdır.
Beşinci, layihənin 12.2-ci maddəsində qeyd edilir: “Yet-kinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər tərbiyə və orta təhsil müəssisələrinin ərazisindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məsafədən yaxın yerləşdirilə bilməz”. Zənnimcə, bu bənd layihədən çıxarılmalıdır. Çünki yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam, ümumiyyətlə, qadağan edilməli, bu barədə reklama dair ümumi tələbləri müəyyən edən 4-cü maddəyə bir bənd əlavə olunmalıdır.
Altıncı, hüquq münasibətlərinin məzmunu subyektlərin hüquq və vəzifələrinin məzmununu təşkil edir. Hüquq olan yerdə vəzifə var və əksinə. Layihədə isə 34-cü maddənin 34.2.1-dən 34.2.4-ə qədər reklam fəaliyyətinə dövlət nəza-rətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüquqları sadalanır, lakin onun heç bir vəzifəsi göstərilmir. 37-ci maddədə isə reklam sahəsində özünütənzimləmə təşkilatının vəzifələri əks olunur, lakin onların hansı hüquqa malik olmasından söhbət getmir. Bu isə düzgün sayıla bilməz. Artıq qeyd etdiyim kimi, hüquq olan yerdə vəzifə var və vəzifə olan yerdə hüquq əks etdirilməlidir. Bunu hüquq münasibətlərinin məzmunu tələb edir.
Nəhayət, yeddinci, layihədə redaktə xarakterli qüsurlar da mövcuddur. Məsələn, 7.1.8-ci maddədə yazılır: “əmtəənin tədqiqinin və sınağının nəticələri”. Burada “tədqiqinin” sözündə “-nin” şəkilçisi artıqdır, bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Deyiləsi təkliflərim çoxdur. Ona görə çalışacağam, tezislər şəklində söyləyim ki, vaxtım çatsın. Birinci növbədə mən təklif edirəm ki, sponsor reklamı və sosial reklam anlayışları Əsas anlayışlarda verilsin və bunların izahı da onun içərisində olsun. Sosial reklam anlayışında mütləq “cəmiyyətin və dövlətin maraqlarını ifadə edir” sözləri öz əksini tapmalıdır. Yoxsa bunların o qədər ciddi əhəmiyyəti yoxdur.
4-cü maddədə isə belə bir fikir var ki, reklam əmtəə istehlakçılarını bilərəkdən aldatmamalıdır. Belə çıxır ki, bilərəkdən aldada bilər. Ona görə də “bilərəkdən” sözünü buradan çıxarmağı təklif edirəm.
4.4-cü maddədə isə yazılır ki, reklam dövlət əleyhinə yönələn açıq çağırışlara yol verməməlidir. Yəni gizli çağı-rışlara yol verə bilər. Ona görə də “açıq” sözünün buradan çıxarılmasını təklif edirəm.
Növbəti təklifim, – bunu məndən öncəki çıxışçılar da söylədilər, – sosial reklamlarla, yəni ödənişli əsaslarla sosial reklamların yayılması ilə bağlıdır. Hesab edirəm ki, özəl yayımçılar da ya ödənişsiz əsaslarla yaymalıdırlar, ya da güzəştli əsaslarla yaymalıdırlar. Çünki bunlar öz işlərini Azərbaycan dövlətinin, Azərbaycan xalqının yaratdığı maddi nemətlər əsasında qurublar və onların hər birinin sosial məsuliyyəti var. Sosial məsuliyyət olduğuna görə də, hesab edirəm ki, sosial reklamlar güzəştli əsaslarla verilməlidir. Azərbaycanın 10 televiziya kanalı var. Belə çıxır ki, bunun 2-də sosial reklamlar gedəcək, 9-da isə getməyəcək. Çünki ora ödəniş cüzi hallarda olacaq. Bu mənada hesab edirəm ki, burada reklam ya güzəştli şərtlərlə, ya da ödənişsiz əsaslarla verilməlidir.
11-ci maddə reklamı qadağan olunmuş əmtəələrlə bağlı-dır. Dünyanın çox ölkəsində reklam haqqında qanunlarda bu əmtəələrin siyahısı qanunla tənzimlənir, bunun çərçivəsini qanun müəyyən edir. Biz niyə müvafiq icra hakimiyyəti orqanına veririk, mən bunu anlaya bilmirəm. Müvafiq icra hakimiyyəti orqanından o siyahını almaq olar, biz onu qanuna sala bilərik, lazım olanda ora əlavə də olu-na bilər, oradan çıxarıla da bilər. Bir də bu qadağan olunmuş əmtəələr siyahısına mütləq və mütləq insan toxuma və orqanlarını da yazmaq lazımdır. Biz səhər-səhər burada Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məruzəsini dinlədik. Dünyada İnsan alveri sahəsində 3-cü yerdə orqan və toxumaların alveri gedir. Ona görə, mən təklif edirəm ki, bu məsələ də burada öz həllini tapsın.
Yeniyetmələrin və uşaqların qorunması ilə bağlı. Təklif edirəm ki, burada dərsliklərin və dərs ləvazimatlarının üzə-rində reklam verilməsi qadağan olunsun. Bütün uşaq dəftərlərinin üzərində Messinin şəkili var. Messinin də ayağında top əvəzinə əlində Pepsi var. Uşaq hər gün ona baxır və başlayır Pepsi, Kola və sair içməyə. Hamı da bilir ki, uşaq orqanizminə bundan ziyanlı şeylər yoxdur. Sonra, açıq reklamların məktəblərə, təhsil müəssisələrinə yaxın müəyyən məsafədə yerləşdirilməsi qanunla müəyyənləşməlidir. Ya 100 metr, ya 200 metr, ya da 500 metr məsafədə, biz bunu qanunla müəyyənləşdirməliyik.
Mənim vaxtım azalır, ona görə, alkoqollu içkilərin rek-lamı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Hesab edirəm ki, əgər mənim əlimdə əlac olsaydı, ya da səlahiyyət məndə olsaydı, ümumiyyətlə, alkoqollu içkilərin reklamının qadağan olunmasını təklif edərdim və o qərarın üstündə sonadək durardım. Əgər biz bunu hələlik müəyyən səbəblərdən edə bilmiriksə, onda gəlin, Azərbaycan kanallarında, Azərbaycanın informasiya məkanında ancaq yerli istehsal məhsulları olan alkoqollu içkilərin reklamını verək. Çünki bu, yerli bazarı qorumaqdır, bir də ki, dünyanın o başından gələn kimlərsə pul qazanacaqsa, Azərbaycan istehlakçısına bunu niyə reklam edirik? Yerli istehsalı stimullaşdırmaqdan, bazarı qorumaqdan ötrü bunu edə bilərik. Bir də rəsmi idman tədbirlərində, mən hesab edirəm ki, heç bir Azərbaycan teleməkanında alkoqollu içkilərin reklamı aparılmamalı və bu, qadağan olunmalıdır. Sonra, açıq məkanda reklam yerləşdirmək səlahiyyətini yenə veririk müvafiq icra hakimiyyəti orqanlarına. Niyə bu icazəni bələdiyyələrə verməyək? Bələdiyyə və onun strukturu güclənəcəkdir...
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hör-mətli millət vəkilləri! Müzakirə olunan Reklam haqqında qanun layihəsinin qəbulunu vacib sayıram. Bu qanun layihəsinin qəbulu reklam sahəsində vəziyyəti tam tənzim-ləyəcək. Düzgün yayımlanan reklamlar həm xalqın maari-flənməsinə, həm də reklamvericilərin iş fəaliyyətinin düzgün qurulmasına və mənfəət əldə edilməsinə xidmət edəcəkdir.
Qanun layihəsinin birinci müzakirəsi zamanı konseptual yanaşma olduğuna görə, müəyyən fikirlərimizi ümumi for-mada vermişdik və həmin təkliflərin bir qismi ikinci oxu-nuşda nəzərə alınmışdır. Məsələn, sosial reklamların yayım vaxtı ilə əlaqədar təklif vermişdim və təşəkkür edirəm ki, nəzərə alınıb. Yəni qanun layihəsinin 10-cu maddəsinin 5-ci bəndində mülkiyyət formasından asılı olmayaraq hər bir reklam yayıcısının reklam üçün ayrılan efir vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin ən azı 8 faizini sosial reklam üçün ayırmağa borclu olduğu və konkret şəkildə sosial reklamların yayım vaxtının saat 9.00-dan 24.00-a qədər müəyyənləşdirildiyi göstərilmişdir. Bu düzgün addımdır. Çünki saat 24.00-dan sonra sosial reklamın verilməsinin heç bir əhəmiyyəti yoxdur. Sosial reklamlar cəmiyyətin maarifləndirilməsinə xidmət edir. Ona görə də təklif edirəm ki, sosial reklamların yayımı mülkiyyət formasından asılı olmayaraq bütün kütləvi informasiya vasitələrində ödənişsiz olsun.
Qanun layihəsinin 23.1-ci maddəsində göstərilmişdir ki, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. “Müqavilə” sözünün qabağında “yazılı” sözünün əlavə edilməsini daha məqsədəuyğun hesab edirəm. Çünki mobil operatorlar abonentlərə müxtəlif mesajlar göndərir və abunəçi mesajın mahiyyətini başa düşmədən “OK” düyməsinə basır. Nəticədə bu, abunəçinin xəbəri olmadan razılaşma kimi qəbul olunur və külli miqdarda vəsaitin abunəçinin hesabına borc kimi yazılmasına gətirib çıxarır. Araşdırma aparanda müəyyən olunur ki, abunəçi qeyri-ixtiyari müqaviləni imzalamışdır. Düşünürəm ki, belə hallar yolverilməzdir və operatorların abonentlərə xidmətləri ancaq aralarında bağlanmış yazılı müqavilədən sonra göstərilməlidir.
Qanun layihəsinin 27-ci maddəsində alkoqollu içkilərin reklamının tənzimlənməsi üçün qadağalar müəyyən olunur. Düşünürəm ki, ümumiyyətlə, alkoqollu içkilər və tütün məmulatları insan səhhətinə zərərli olduğuna görə hər bir halda belə məhsulların reklamına qadağa qoyulmalıdır. Yəni qanun layihəsinin 28-ci maddəsində olduğu kimi, 27-ci maddəsində də qısa olaraq “alkoqollu içkilərin reklamı qadağandır” yazılmalıdır. Həm də qeyd etmək istəyirəm ki, əcnəbi dillərdə olan reklamlar “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun bilavasitə pozulması deməkdir. Təklif edirəm ki, bütün reklamlar sırf Azərbaycan dilində yayımlansın. Çünki bu, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tələbidir.
Sonda qanun layihəsinin üzərində işləyənlərə öz təşək-kürümü bildirirəm və qəbuluna səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Burada Reklam haqqında qanun layihəsi ilə bağlı öz fikrini bildirən hər kəsə təşəkkürümüzü bildiririk. Eyni zamanda, qeyd etmək istəyirəm ki, ikinci oxunuşun belə sürətlə ortaya çıxmasında göstərdiyi köməyə görə parlamentin Sədrinə təşəkkür edirik. Bu gün qaldırılan məsələlərin azlığı ilə bağlı demək istəyirəm ki, bu gün ikinci oxunuşda xeyli dərəcədə irad və təkliflər ola bilərdi. Bu barədə mənə deyilsə də, yenə də vitse-spikerə təşəkkür edirəm ki, bu istiqamətdə bir neçə saat oturub, – ad çəkmədən deyirəm, – məsələlərin cilalanmasında iştirak etmişik. Nazirliklərdən, baş idarələrdən gələn xeyli təkliflər var, təşəkkür edirəm. Həmin təkliflərin içərisində mən bir məqamı qeyd etmək istəyirəm.
Oqtay müəllim, sosial reklamda belədir. Birinci tezis on-dan ibarətdir ki, təzə qanun qəbul olunan zaman mən nə qazanacağam, onun əks tezisi isə ondan ibarətdir ki, əgər yüksək qazanırsansa, sosial öhdəliyi də yerinə yetirməlisən. Üçüncü tezis ondan ibarətdir ki, burada maraqların münaqişəsindən maraqların harmoniyasına keçmək lazımdır. Ona görə də hesab edirəm ki, 10-cu maddədə həmin sosial reklama ayrılan zamanın ümumi reklama ayrılan zamanın içərisindən çıxarılması ilə orta məxrəcə gəlmək istiqamətində addım ata bilmişik.
İkinci məsələ. Mən Hesablama Palatasına təşəkkür edi-rəm ki, maraqlı bir məqama toxunub, doğrudan da, sözün həqiqi mənasında sosial reklamla bağlı, bilavasitə sosial öhdəliyin yerinə yetirilməməsi ilə bağlı problem var. Oqtay müəllim, burada qiymətlərlə bağlı məsələ qalxdı. Sosial reklam adi reklamlardan xeyli dərəcədə ucuz qiymətə götürülür və bundan da istifadə olunub köhnə qanunun tələblərində 5 faiz əvəzinə 10 faiz göstərilir. Bundan 15–20 faiz artıq yerli küçə reklamlarından, açıq sahələrdə olan reklamlardan götürüldüyünə görə, təklif olunur ki, burada da tənzimləyici maddə olsun.
Eyni zamanda, qaldırılan məsələlərdən birinə, Oqtay müəllim, Siz çox haqlı olaraq münasibət bildirdiniz. Tele-fonlarda olan reklamla bağlı məsələyə maddə 23.1-lə cavab vermək istəyirəm. Telekommunikasiya operatoru və prov-ayderı reklamı yalnız abunəçi ilə bağlanan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda göndərə bilər. İkinci bənddə yazılıb ki, abunəçinin razılığı olmadan reklamın göndərilməsi üçün telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır. Təcrübədə xeyli sayda insanın sinirlərinə toxunan məsələ Reklam haqqında qanun layihəsinin müvafiq maddəsində öz əksini tapıb. Mənim zamanım olmadığına görə, bütün qaldırılan məsələlərə münasibət bildirmək imkanım yoxdur. Amma qeyd edim ki, elə məsələlər qaldırılıb, o məsələlərin bir hissəsi beynəlxalq təcrübədə öz əksini tapıb. Biz burada, məsələn, alkoqollu içkilərin bütövlükdə reklamını saxlasaq, gedib qonşu ölkələrdə pulunu verib reklamını edəcəklər. O da teleməkanla bizə gələcək, həmin pullar ora gedəcək. Elə məsələlər var ki, sözün həqiqi mənasında beynəlxalq təcrübədə nəzərdə tutulan məqamları biz mütləq qeyd etməliyik. Eyni zamanda da, mən xahiş edərdim, əgər mümkünsə, bütün qeydlərimizi aparaq. Gizli reklam məsələsi öz əksini 8-ci maddədə tapdığına görə bu məsələ var. Dövlət dilinə münasibət məsələsini həmişə kəskin surətdə qoymuşuq. Elton müəllimə qaldırdığı məsələlərə görə təşəkkür edirəm. Musa müəllimlə İlyas müəllimdən də xahiş edirik ki, qaldırılan məsələlərin bir hissəsini qeyd etsək də, digər hissəsini texniki səbəbdən eşitmədiyimizə görə tam qeyd edə bilmədik, həmin qaldırdıqları məsələləri yazılı surətdə bizə versələr, çox minnətdar olarıq. Hamınıza təşəkkür edirik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, təbii ki, bu çox vacib və lazımlı məsələdir və mən həm qanun müəlliflərinə, həm də dəstək göstərən insanlara öz təşəkkürümü bildirirəm. Əslində, bu sahə üzrə bizim hələ görəcək çox işimiz var. Biz Rəqabət Məcəlləsinə və digər məcəllələrə, qanunlara da baxmalıyıq. Çünki bəzi məsələlər, ola bilsin, üst-üstə düşür, bəzi məsələlər təkrar-lanır. Amma ümumi istiqamət, təbii ki, çox müsbətdir. Bir neçə maddəyə toxunmaq istəyirəm. Burada, ola bilsin, kimsə artıq bunu deyib, amma hər halda vurğulamaq istəyirəm ki, məktəb yanında reklamla bağlı məsələ çox ciddi məsələdir. Eyni zamanda, söhbət, təbii ki, qadağadan da gedə bilər. Amma müəyyən təcrübə var, reklamın məktəblərdən müəyyən məsafədə yerləşməsi daha məqbul olardı. Misal üçün, məktəblərin, universitetlərin qabaqlarında daha çox sintetik hazırlanan enerji içkilərinin reklamı gedir. Bu da alkoqol tərkibli olmasa da, bizim gənclərimizə, uşaqlarımıza çox ciddi təsir və problem yarada bilən bir içkidir. Ona görə xüsusi olaraq vurğulayıram, ali məktəblərin, ümumiyyətlə, uşaq və gənclərin olduqları yerlərdə bunu biz nəzərə alaq.
Eyni zamanda, telekommunikasiya ilə bağlı olan məsələ haqqında, Oqtay müəllim, Siz də bayaq vurğuladınız, bu çox ciddi bir məsələdir. Bizim həmkarlarımız da bu məsələni qaldırıblar. Əslində, mən çalışdım, bu məsələni araşdırım və onların, yəni telekommunikasiya operatorlarının son fikri ondan ibarət oldu ki, siz məhkəməyə müraciət edin. Əslində, yeniyetmənin və ya gəncin telefonuna gələn bu SMS-lər bir az çətin həll oluna bilən məsələdir. Ona görə də qanunda bu istiqamətdə sərt olan, – gələcəkdə biz başqa qanunlara da baxarıq, – müəyyən cəza mexanizmi mütləq şəkildə olmalıdır. Yəni şagirdin və ya tələbənin, ola bilsin, çox yaxşı başı çıxmır, müəyyən qədər müxtəlif tipli bu reklamları qəbul edir. Eyni zamanda, təşəkkür edirəm, biz 15-ci maddədə sosial reklamla bağlı vaxtı müəyyənləşdirdik. Bu çox vacib bir məsələdir. Yəni ümumi bir maddə var idi ki, sosial reklam lazımdır. Eyni zamanda da düşünürəm ki, biz bu qadağalara bir az diqqətlə yanaşmalıyıq, yəni reklamı istehsal edən, yayımlayan və yaxud reklamı hazırlayanlar da Azərbaycana vergi ödəyəcəklər. Biz elə şey fikirləşməliyik ki, onlara imkan yaransın. Ona görə bu qadağa məsələlərindən, düşünürəm ki, bir az uzaq durmalıyıq. Amma eyni zamanda, ciddi problemlər yaradan məsələləri də biz burada vurğulamalı və həll etməliyik.
Növbəti bir məsələ reklam sahəsində özünütənzimləmə ilə bağlıdır. Burada biz yəqin, qeyri-hökumət təşkilatları haqqında düşünə bilərik. Bu baxımdan qeyri-hökumət təşkilatlarının yaranması, idarə olunması ilə bağlı digər qanunlara baxmalıyıq. Səhv etmirəmsə, bizdə reklamları tənzimləyən müvafiq icra orqanları var. Ona görə burada biz də köməklik edə bilərik. QHT haqqında qanunlara və digər qanunlara bir yerdə baxa bilərik. Bir də, burada reklam anlayışında bütün istiqamətlər var, amma xidmət və yaxud servislə bağlı reklamların birgə olması yaxşı olardı. Yəni bunlar bilavasitə mal satmırlar, xidmət göstərirlər. Bu da reklamın bir növü olaraq qeyd olunsa, yaxşı olar. Ümumiyyətlə isə mən düşünürəm ki, reklam sahəsində bir istiqamət üzrə fəaliyyət göstərən dövlət qurumu ola bilər, yaxud yarı dövlət qurumu ola bilər, bu, mütləq şəkildə lazımdır.
Bizdə küçə reklamları, metro reklamları, televiziya reklamları, yəni onların hamısı bütün digər istiqamətlər üzrə fərqlənir. Ona görə vahid bir qurumun, – düzdür, bu bizim səlahiyyətimizdə olan bir məsələ deyil, – amma bir təklif kimi deyə bilərik ki, reklam ilə məşğul olan və yaxud reklamı tənzimləyən bir qurumun olması çox vacibdir. Yəqin ki, bu qanun olandan sonra bizim icra strukturlarımız o haqda düşünərlər və onlar üçün bu qurumu yaratmaq daha rahat olar. Çünki artıq belə bir qanun, demək olar ki, var. Ümumiyyətlə isə düşünürəm ki, bu çox müsbət bir addımdır. Birinci oxunuşla ikinci oxunuş arasında çox böyük fərq var, peşəkar əzm və peşəkar fikir burada görünür. Mən hamıya uğurlar arzu edirəm və bu qanunu, təbii ki, dəstəkləyəcəyəm.
Sədrlik edən. Sağ olun. Gülçöhrə Məmmədova buyur-sun.
G.Məmmədova. Çox sağ olun, cənab Sədr. Mən də reklam haqqında qanun layihəsi ilə bağlı bir neçə fikrimi bildirmək istəyirəm. Ümumiyyətlə, bu qanunun çox aktual olduğunu bir daha qeyd etmək istəyirəm. Reklam fəaliyyəti bazar iqtisadiyyatının bir hissəsi olaraq bəlkə də həyatımızda, şəhərlərimizin simasında, televiziyada, mediada daha çox yer tutur və bu yer bundan sonra daha da genişlənəcək. Biz Qərb və Şərqin bir sıra böyük şəhərlərinin simasında bu gün reklamın necə tüğyan etdiyini görürük və çox gözəl anlayırıq ki, bu təsir heç də həmişə müsbət olmur. Bunları nəzərə alaraq mən hesab edirəm ki, biz aşağıda qeyd edəcəyimiz bir neçə məsələyə diqqət yetirməliyik. Söz açıq ərazilərdə yerləşdirilən reklam növlərindən gedəcək. Onlar, əsasən, daşıyıcı konstruksiyalar üzərində qurulur və bu daşıyıcı kon-struksiyaların, həmin o reklamların da ölçüləri, həcmi kifa-yət qədər böyük olur. Onlar qanunsuz, qaydasız yerləşdiri-ləndə şəhərlərimizin, kəndlərimizin simasına xələl gətirirlər.
Ümumiyyətlə, hesab edirəm, reklam daşıyan konstruk-siyalara, xüsusi ilə də böyük həcmli, böyük sahəsi olan reklamların şəhər küçələrində yerləşdirilməsinə çox diqqətlə yanaşmaq lazımdır ki, o həm şəhərsalma nöqteyi-nəzərindən ziyan vurmasın, həm də şəhərlərimizin, məhəllələrimizin memarlıq simasını dəyişməsin. Reklama dair ümumi tələblər adlanan 4-cü maddəyə bir əlavə təklif edirəm. Reklam qurğularının ölçü, konstruksiya və dizayn həlli ərazinin memarlıq və şəhərsalma xüsusiyyətlərinə uyğun layihələndirilməlidir. Həmin o reklam qurğularının, yəni açıq məkanlarda yerləşdirilən reklam qurğularının bir tərəfi çox vacibdir. Bu, təhlükəsizlik və dayanıqlıq tələbidir. Yenə də deyirəm, bunlar bəzən çox böyük həcmli qurğular olur, onların konstruksiyası kifayət qədər ciddi və mürəkkəbdir.
Nəzərə alsaq ki, bizim ərazimiz seysmik ərazidir və ərazimizin bəzi hissələrində çox güclü, – bugünkü kimi, – küləklər əsir və bundan da şiddətli, güclü ola bilər, bu böyük sahəli lövhələr çox zaman təhlükə mənbəyinə çevrilir. Bunu nəzərə almaq lazımdır. Bu reklam konstruksiyalarının dayanıqlığına, materialların müasirliyinə, onların estetik baxımdan əlverişli olmasına ciddi fikir verilməlidir və hesab edirəm ki, 26-cı maddədə – Açıq məkanda reklam maddəsində bu barədə xüsusi bir bənd əlavə olunsa, çox yaxşı olar. Məsələn, bu bənd belə səslənə bilər: “Açıq məkanda yerləşdirilən reklam qurğularının konstruksiyaları müasir, davamlı material-lardan və dayanıqlı olmalıdır və əhali üçün təhlükəsizliyi təmin etməlidir”. Nə isə, təxminən belə bir məna verən bəndin orada əlavə olunmasını mən məqsədəuyğun hesab edirəm.
Bir təklifim də var. Bu, memarlıq abidələri ilə, ümumiy-yətlə, memarlıq irsi ilə bağlıdır. Amma təəssüf ki, 26.3 mad-dəsində, daha doğrusu, bəndin 2-ci hissəsində oxuyuruq: “Memarlıq abidələrinin dam hissəsində reklam daşıyıcıları yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər”. Mən bunu düzgün hesab eləmirəm. Memarlıq abidəsinin damı da, divarı da, pilləkəni də abidəyə aiddir və onlar da qorun-malıdır. Ona görə bu cümlənin 26.3-cü bənddən çıxarıl-masını təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən diq-qəti qanunun 27-ci və 28-ci maddələrinə cəlb etmək istə-yirəm. Burada alkoqollu içkilərin və tütün məmulatlarının reklamından söhbət gedir. Biz bilirik ki, ümumi anlamda alkoqollu məhsullar ilə nikotin məhsullarının zərər mahiy-yəti eynidir. Bir çox hallarda alkoqollu məhsullar hətta ni-kotindən daha zərərlidir. Burada bizim həmkarlarımız olan peşəkar həkimlərimiz də əyləşib. Onlar da təsdiq eləyə bilərlər ki, son zamanlar daha çox yayılan ciyər sirrozunun, şəkərli diabetin, infarktın səbəbi daha çox alkoqollu içkilərdir, nəinki nikotin. Bu baxımdan götürəndə bu ayrı-seçkilik nədən irəli gəlibdir? Alkoqola icazə verilib, nikotin, bir sözlə, tütün məhsulu, hətta qəlyan və elektron siqaretlər bir cümlə ilə qadağan olunur. Amma burada 17-ci maddə ilə alkoqollu içkilərə müxtəlif yollarla icazə verilir. Bu fərqi mən başa düşmürəm. Yəni biz dini-mənəvi tərəfdən götürəndə, Quranımızda da, tutaq ki, şərab qadağan olunub, haram buyrulub, nəinki siqaret və ya tütün məhsulları.
Digər tərəfdən, biz əgər insan amilini üstün götürürüksə, bayaq qeyd etdiyim kimi, spirtli içkilər daha çox insan sağlamlığına ziyandır, nəinki nikotin məhsulları. Xəbərlər proqramında özümüzə və yaxud dünya xəbərlərinə baxanda nəinki yüngül kriminal hadisələr, hətta ən ağlasığmaz kriminal hadisələrdə canidən soruşanda bunu necə elədin, deyir ki, içmişdim, ağlım başımda deyildi. Amma heç bir siqaret çəkən insan gedib ağır bir cinayət törətmir, yaxud siqaret çəkən insan gedib yol-nəqliyyat qəzası törətmir.
Bu gün yol-nəqliyyat qəzalarının az qala 90 faizini alkoqolun təsiri altında edirlər, nikotin qəbul edənlər etmir. Digər tərəfdən, burada Vahid müəllim də, Əli Məsimli də öz çıxışında bu fərqi qeyd elədi. Vahid müəllim dedi ki, biz yerli sahibkarları düşünməliyik. Əli müəllim də dedi ki, guya biz burada bunu qadağan eləsək, gedib qonşu respu-blikada reklam eləyib, pul qazanacaqlar. Amma mən bu fikri qətiyyən qəbul eləmirəm. Əvvəla, ona qalsa, onda siqaretə də icazə verək, getsinlər, qonşu ölkədə reklamını versinlər. Yerli sahibkarlara qaldıqda isə mən tam əminliklə deyirəm, içki içən, bundan başı çıxan insanlar fikrimi təsdiq eləyə bilərlər ki, bu il əvvəla, alkoqolun effektli reklamına bir elə ehtiyac yoxdur. Bunu özümüz görürük. Mən tam məsuliyyətlə deyirəm, o araqlar ki reklam olunur, onlar gizli sexlərdə kustar üsullarla hazırlanır və insan sağlamlığına həddən artıq ziyanı var. Keyfiyyətsiz məhsullar ki var, satışı azdır, onlar, əsasən, ekrana, efirə can atırlar ki, o məhsullar reklam olunsun və bunlar elə bilirlər ki, bunun qadağasının heç bir sahibkarımıza ziyanı yoxdur və bu qadağa tətbiq olunsa, bundan ancaq o gizli sexlərdə bunu hazırlayan o dələduzlar ziyan çəkəcəklər. Qonşu dövlətlərdə guya pulumuzun qal-mağı ilə bağlı ancaq onu deyə bilərəm ki, bu, birbaşa insan amili ilə, gənclərimizin, cavanlarımızın sağlamlığı ilə bağlı bir məsələdir və mən elə bilirəm ki, bu məsələdə biz mad-diyyatı deyil, insanlarımızın gələcəyini daha çox düşünməliyik. Sonra, mən bir kəlmə ilə dövlət dilinin qorunması məsələsinə də toxunmaq istəyirəm.
Adətən, belə bir şeyə biz ötəri yanaşırıq. Ancaq bir rek-lam var, idman sağlamlıq kompleksinin reklamıdır, adını çəkmirəm. Amma çox məşhur müğənnimizin adını çəkmək olar, onun reklama ehtiyacı yoxdur, Nigar Camal öz qızı ilə çəkilib. Reklam başlayandan qurtarana qədər “mama, mən o oyuncağı istəyirəm, mama, mən bu oyunda oynamaq istəyirəm”. Yəni dilimizin ən müqəddəs sözü olan “ana” sözü burada “mama” sözü ilə beyinlərə yeridilib və bu da təsadüfi deyil ki, bu gün ailələrin 90 faizində uşaqlar “ma-ma, papa” və sonra daha dərinə gedib “dedulya, babuşka” deyirlər nənə-babalarına. Elə hesab edirəm ki, bu məsələyə də diqqət yetirilməlidir və bizim reklam yayımlayan şirkətlər onlara reklam verməyə gələn insanların cibinə deyil, heç olmasa, bu reklama pul alanda həmin reklamın mahiyyətinə də bir qədər diqqət yetirsələr, yaxşı olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk öncə qanun layihəsini hazırlayan qrupa öz təşək-kürümü bildirirəm ki, ikinci oxunuşda təkliflərimizin bir hissəsi nəzərə alınaraq öz əksini tapıb. Çox önəmli olan bu qanun layihəsi barədə bir neçə fikrimi söyləyəcəyəm. Sadəcə, bəzi məsələlərə xahiş edəcəyəm ki, diqqət yetirilsin. Bunlardan bəzilərini Musa müəllim vurğuladı. Reklama dair ümumi tələblər maddəsinin 4.2-ci bəndində göstərilir ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları bilərəkdən aldatmamalıdır. Ümumiyyətlə, aldatmamalıdır. Mən bilərəkdən etmədim, bilməyərəkdən etdim bəhanəsinə əsas verilməməlidir. Birmənalı olaraq o “bilərəkdən” sözü götürülərək konkret şəkildə “aldatmamalıdır” sözü saxlanmalıdır.
İkinci, 4.4-cü maddədə göstərilir ki, reklam dövlət əley-hinə yönələn açıq çağırışlara imkan verməməlidir. Burada açıq və ya gizli, fərqi yoxdur. Ümumiyyətlə, “dövlət əley-hinə yönələn çağırışlara icazə verilmir” şəklində göstərmə-yimiz çox önəmli olardı. Digər bir vacib məsələ. Mən Vahid müəllimdən və bizim həmkarlarımızdan xahiş edirəm, bu gizli reklam məsələsinə ciddi önəm verək və dünyada da bu çox ciddi problemdir. Söhbət ondan gedir ki, reklamı qada-ğan olunan məhsullar gizli reklam vasitəsi ilə çox gözəl şəkildə əhaliyə ötürülür. Dünyada bununla çox ciddi müba-rizə aparırlar. Hansı məhsullar ki yasaqdır, gizli reklamları gedir. Məsələn, tütün məhsulları yasaqdır. Amma gəlin, proqramlara baxaq ki, tütün məhsullarının gizli reklamı hansı şəkildə gedir.
Biz qanun layihəsində birmənalı şəkildə göstəririk ki, alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassəyə malik olması rəyinin formalaşdırılması da qadağandır. Mən o gün bir proqrama baxırdım. Bir ziyalı çox böyük həvəslə alkoqollu içkilərin sağlamlıq üçün nə qədər xeyirli olması ilə bağlı çox geniş şəkildə fikir bildirirdi. Bunların hamısı, əslində, gizli reklamdır. Açıq şəkildə icazə verilmir, amma gizli şəkildə gedir. Ona görə, Vahid müəllim, bəlkə bu gizli reklamla bağlı maddələrin bir az da sərtləşdirilməsinə çox ehtiyac var. Bunu üçüncü oxunuşa qədər nəzərdən keçirməyiniz yaxşı olardı.
Digər bir məsələ sosial reklamlar ilə bağlı məsələdir. Bu-rada həmkarlarımdan bəziləri də dedilər. Burada dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz, özəl yayımçılar tərəfindən isə ödənişli əsaslarla yayımlanır məsələsinə, istəyirəm, bir də baxılsın. Təbii ki, dövlət və ictimai yayımçıların məsuliyyətləri var, dövlət büdcəsindən maliyyələşirlər. Müqaviləyə əsasən sosial reklam dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz, özəl yayımçılar tərəfindən ödənişli əsaslarla yayımlanır. Çünki biz ondan sonrakı maddədə göstəririk ki, yayımçı ümumi reklamın ən azı 8 faizini sosial reklam üçün ayırmağa borcludur. Əgər bunun hamısı pulla olacaqsa, özəl yayımçılar o 8 faizi doldura bilməyəcəklər. Təbii ki, insanlar da buna o qədər meyil göstərməyəcəklər. Ona görə mən özəl yayımçıları da bir hissənin pulsuz yayımlanması məsələsinə baxılmasına çağırardım.
Digər bir məsələni vurğulamaq istəyirəm. Yetkinlik yaşı-na çatmayanlarla bağlı məsələlərin burada öz əksini tapması çox önəmlidir. Amma bir məsələ var, vaxtın azlığına görə bunu deyirəm. Burada reklamların proqram-ları kəsməsinin mümkünsüzlüyü var. Burada, təbii ki, xəbər proqramları, dini, uşaqlar üçün verilişlər, həmçinin 30 dəqiqədən az çəkən seriallar önəmlidir. Amma burada əyləncəli proqramlar gedir, Vahid müəllim, dünyanın bir çox yerlərində də reklamlar elə məhz əyləncəli proqramların içərisində daha çox verilir. Çünki xəbər proqramları, hansısa dini və ya uşaqlar üçün verilişlər kəsilə bilməz. Amma televiziyalar vəsait qazanmalıdır, pul qazanmalıdır. Nəzərə alsaq ki, televiziyalarımızda elə ən böyük yeri əyləncəli verilişlər, proqramlar tutur, onda bu məsələyə baxmaq olar. Çünki dünya təcrübəsində, əslində, “əyləncəli verilişlər reklamla kəsilə bilməz” deyilən bir məsələ yoxdur, özü də əyləncəli verilişlərin vaxtı kifayət qədər uzun bir müddəti – bir saat, bir saatdan artıq dövrü əhatə edirsə.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Əyləncəli proq-ram dediniz, bizim televiziyaların əksəriyyəti elə əyləncəli proqramdır da. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Mən də öncədən bu qanunu hazırlayanlara öz təşəkkürümü bildirmək istəyirəm. Hiss olunur ki, əhəmiy-yətli təkliflərin əksəriyyəti nəzərə alınıb və qanunvericilik aktı üzərində geniş iş getdiyi açıq-aydın diqqəti çəkir. Bəzi təkliflər etmək istəyirdim, artıq həmkarlarım səsləndirdik-lərindən mən onların üzərində dayanmayacağam. Amma bir məsələ – sosial reklam məsələsi ilə bağlı demək istəyirəm. Sosial reklam, sadəcə, əvvəllər nəyinsə təbliği məqsədi daşıyırdı, hazırda isə biz bütün istiqamətlərdə total basqı altındayıq, yad dəyərlərin, yad ideyaların, zərərli vərdişlərin və sair və ilaxir basqısı altındayıq və bu, qlobal basqıdır. Belə halda sosial reklam millətin öz mövcudluğunu qoruması üçün zərurətə çevrilir, bu baxımdan da sosial reklama böyük ehtiyac yaranır. Sosial reklamın paylanması məsələsinə gəldikdə, – hörmətli Qənirə xanım da bu məsələyə toxundu, – özəl televiziyalarda bunun pullu olması məsələsi, təbii ki, özəl televiziyaların inkişafı baxımından əlverişlidir. Bu məsələyə müsbət yanaşılır. Amma burada 8 faiz məsələsi qoyulub. Birdən ola bilər ki, sosial reklam verilmədi, istər-istəməz özəl televiziyalar bu qanunu pozmağa məcbur olacaq. Həmişə 8 faizlə doldurulacaq məsələsi necə olacaq? Özü də əgər reklamlar pullu olacaqsa, bu məsələlər nəzərə alınmalıdır.
Sonra, zərərli reklamların getməsi, zərərli çağırışlar, qa-dağan olunmuş əmtəələrin reklamı məsələsi var. Burada kütləvi informasiya vasitələri, demək olar ki, ənənəvi şəkildə əhatə olunur. Amma internetdə elə səhifələr var ki, ora giriş, tutaq ki, bizim hər hansı qəzetin oxucusundan qat-qat artıqdır. Bu yerdə boşluqlar var, mənə elə gəlir, bunun üzərində düşünmək lazımdır.
Başqa bir məsələ – gizli reklam məsələsi var. Gizli rek-lam hazırda ən çox filmlərlə təbliğ olunur. Biz bunun qar-şısının alınması yolları üzərində düşünməliyik. Bu məsələ genişləndirilməlidir. Tutaq ki, Türkiyədə baxırıq, siqaret çəkilən filmlərdə, adətən, üzərini örtürlər ki, siqaret görün-məsin, amma bu da bir yol deyil. Mənə elə gəlir, siqaret çəkilməsi, alkoqollu içkilər və sairin reklamında yazılı şəkildə getməlidir ki, həddən artıq alkoqollu içki içilməsi və yaxud da siqaret çəkilməsi insan orqanizminə zərərdir. Bunun başqa bir qarşılıqlı yolu tapılmalıdır.
Başqa ölkələrdə istehsal olunan malların reklamı məsə-ləsi. Bu da önəmli məsələdir. Biz əgər reklam yaradıcılığının daha yüksək səviyyəyə qalxmasını istəyiriksə, eyni zamanda, çalışmalıyıq ki, kütləvi informasiya vasitələri də qazansınlar. Mənə elə gəlir ki, reklamların tərcüməsinə qadağa qoyulmalıdır. Bilirik ki, bəzən çox məşhur mallar, markalar müəyyən mərkəzdə hazırlanır və digər televiziyalarda, yerli televiziyalarda onun, sadəcə, tərcümələri gedir. Mənə elə gəlir ki, millətin psixologiyası, xüsusiyyətləri nəzərə alınaraq məhz bu məsələ öz həllini tapmalıdır ki, istənilən bir məhsulun reklamı Azərbaycan reklamçıları tərəfindən hazırlanıb reklam istehsalçılarına çatdırılsın. Bir də reklamla bağlı demək istəyirəm ki, bilirsiniz, hazırda bizdə reklam hazırlama mədəniyyəti o qədər də yüksək səviyyədə deyil. Xüsusən də sosial reklamlarla bağlı belə bir məsələ var. Doğrudan da, sosial reklam hazırlayan bir agentliyəmi, hansısa bir qurumamı ehtiyac duyulur və bu qurumun Mət-buat Şurası və Milli Teleradio Şurası ilə birgə işləməsinə ehtiyac duyulur. Yəni bu olmadan biz nə qədər reklam hazırlasaq da, öz məqsədimizə çata bilməyəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sahib müəllim, mən bir az bununla razı deyiləm. Nə barədə? Buna 8 faiz vaxt qoyulub. Əgər reklam yoxdursa, qiymətini bir az aşağı salacaqlar, reklam yoxdur-sa, axtaracaqlar, işləyəcəklər. Yəni bu vaxt çox düzgün vaxtdır. Bu qanun qəbul olunub. Bu sosial reklam kimə lazımdır? Millətə lazımdır, onun inkişafına lazımdır, ona görə bu, onları məcbur edəcək ki, bu istiqamətdə onlar da dəstək versinlər, sosial reklam artsın. Valeh Ələsgərov buyursun.
V.Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Qanun layi-həsinin üzərində işləyən deputat həmkarlarımdan, Aparatın işçilərindən bir xahişim var, yadlarından çıxarmasınlar ki, reklam bazar iqtisadiyyatının inkişafını təmin edən, ona yardım edən bir alət, fəaliyyət növüdür. Deyilənlərin hamı-sını həyata keçirsək, nə reklam olacaq, nə də bazar iqtisa-diyyatı. Bunu yaddan çıxarmayaq, əlbəttə ki, milli adət-ənənə və sair öz yerində. O ki qaldı içkidir, filandır, gəlin bu tərbiyəni ailəmizdən başlayaq. Uşaq ailədə lazım olan tərbiyəni görsə, onu heç bir reklamla nə içkiyə, nə də başqa bir şeyə yönəltmək mümkün deyil. Çox sağ olun ki, mənim verdiyim təkliflərin əksəriyyətini nəzərə almısınız.
Ancaq yenə də diqqətinizi mənim xoşuma gəlməyən bir məqama yetirim. Reklam sahəsində özünütənzimləmə təşkilatının hüquqları. Bu özünütənzimləmə təşkilatları reklam bazarının iştirakçıları tərəfindən könüllü şəkildə yaranmış bir qurum, ya da qurumlar olacaqdır. Könüllü şəkildə dostcasına, qardaşcasına yaradılan təşkilatın üzvlərindən 38.1.3-cü maddədə reklam qanunvericiliyinə riayət olunması, icrası məcburi olan göstərişlərə əməl edilməsi tələb olunur. Onda bu nə təşkilat oldu, nəyə görə mən bunu yaratdım. Əlbəttə ki, birinci dəfə məcburi göstəriş verilən kimi mən buradan çıxıb gedəcəyəm, yeni bir inzibati orqan yaradacağıq. Yəqin ki, bu, məsləhətləşmək, fikir və təcrübəni bölüşmək, mübadilə etmək üçün yaradılmış bir qurum olacaq. Ona görə bu, məcburi olan bir göstəriş, ya da qərar verə bilməz. Hüquqi nöqteyi-nəzərdən dəqiq olsun deyə, bu sənəd ikinci oxunuşa çox gözəl hazırlanıb. Amma yenə də bəzi xırda məsələləri diqqətinizə çatdırmaq istəyirəm. 2.1.4-cü mad-dədə reklam subyektləri – reklam istehlakçısı, reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti göstərilir. Belə çıxır ki, biz prinsipiallıqla onunla agentini bir sıraya qoyuruq. Agent prinsipialsız fəaliyyət göstərə bilməz, gərək prinsipial olsun. Reklamvericidir, ya da reklam yaradıcısıdır, bunlar müqavilə əsasında kimlərəsə göstəriş verirlər. Mənim filan fəaliyyət növümü mənim yerimə sən yerinə yetir, bu da agentdir. Bir də ki, 2.1.7-də biz artıq reklam agentinin kim olduğunu göstəririk. Mənim bu fikrimi təsdiq edən anlayış da var. Reklamverici, reklam yaradıcısı və yaxşı olardı, reklam istehsalçısı yazaq, yəni reklam yayıcısı ilə müqavilə əsasında onların adından fəaliyyət göstərən fiziki və ya hüquqi şəxs. Onda bir-birinə uyğun gələrdi. Eyni ilə 2.1.10-da belədir. Bununla da bitirirəm, təşəkkür edirəm, uğurlar olsun. Amma yenə yadınızdan çıxarmayın ki, bu qanunun əsas məqsədi bazar iqtisadiyyatının inkişafına yardım etməkdir. Bazar iqtisadiyyatı inkişaf edirsə, büdcəmizə mədaxil də artır. Ondan sonra onu bölüşdürə bilərik, fondlar yarada bilərik, kömək edə bilərik və sair. Sağ olun.
Sədrlik edən. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Dəyərli həmkarlar! Mənim iki maddə ətrafında qısaca təklifim var. Birinci təklifim 3-cü maddəyədir. 3-cü maddəyə reklamın “Azərbaycanın dövlət dili haqqında” Qanunun müddəalarına uyğun olaraq verilməsi müddəasının salınmasını mən yüksək qiymətlən-dirirəm, bunu vacib hesab edirəm. Lakin düşünürəm ki, bu, təcrübədə özünü göstərib. Bakının küçələrini gəzmək, reklamlara baxmaq kifayətdir ki, görək bu qanuna nə dərəcədə əməl olunur. Bu qanunun tələbləri pozulduğu halda nə edilməlidir, bu, qanunda öz ifadəsini tapmayıb. Ona görə də təklif edərdim ki, 4.6-cı maddəyə əlavə olunsun ki, bu maddənin tələblərini pozan reklam subyektləri Azərbaycan Respublikasının qanunvericiliyi qarşısında məsuliyyət daşıyırlar.
İkinci təklifim 10-cu maddə ilə bağlıdır. Sosial reklam maddəsi, mənə elə gəlir ki, sosial və vətənpərvərlik reklam-ları şəklində verilsə, daha yaxşı olar. Buraya vətənpərvərlik ifadəsini və vətənpərvərliklə bağlı müddəaları da əlavə etsək, mənə elə gəlir ki, yaxşı olar. Azərbaycan bu gün hansı durumdadır? Torpaqlarımız işğal olunub, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə, əlbəttə, ehtiyac var. Bu ən müxtəlif səviyyələrdə həyata keçirilir. Lakin bununla bərabər çox yaxşı olar ki, reklamlarda da vətənpərvərlik hissinin tərbiyəsi önəmli yerlərdən birini tutsun. Ona görə də işçi qrupundan xahiş edərdim ki, 10-cu maddəni “Sosial və vətənpərvərlik reklamları” şəklində ifadə etsinlər, vətənpərvərliklə bağlı müddəalar da orada öz əksini tapsın.
Bu maddənin 10.4-cü bəndində “özəl yayımçılar tərəfin-dən ödənişli əsaslarla yayımlanır” ifadəsi gedir, məncə, “ödəniş” sözü çıxarılmalıdır. Bəli, Valeh müəllimin bu fikri ilə razıyam ki, reklamlar, əslində, bazar iqtisadiyyatının tələblərinə uyğun olmalıdır. Lakin vətənpərvərlik də yaddan çıxarılmalı deyil. Eyni zamanda, məruz qalmış olduğumuz bu və ya digər sosial problem də unudulmalı deyil. Bu baxımdan mənə belə gəlir ki, reklam üçün 8 faiz azdır. Bunu haradasa 20 faizə qaldırmaq lazımdır. Daha yaxşı olardı ki, bu sosial reklamlar, vətənpərvərlik reklamları ödənişsiz olaraq reklam olunsun və yeniyetmələrimizin, gənclərimizin tərbiyəsinə özünün müsbət təsirini göstərsin. Sonda, əlbəttə, hörmətli həmkarımız Gülçöhrə Məmmədovanın bu təklifini mən tamamilə dəstəkləyirəm ki, reklam həm də şəhərin gözəlləşməsinin vacib komponentlərindən, göstəricilərindən biridir. Ona görə də reklam konstruksiyaları həm estetik baxımdan, həm də memarlıq baxımdan şəhərin xüsusiyyətlərinə uyğun olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Biz hələ o 8 faizə bir gələk çataq, ondan sonra 20 faizdən danışarıq. Heç 8 faizi tapa bilmirik. Hadi Rəcəbli.
H.Rəcəbli. Oqtay müəllim, sonda, əlbəttə, bir az qısa de-mək lazımdır. Bütövlükdə bütün məsələlərdən geniş söhbət getdi. Qanun təkmildir, əvvəlki qanundan xeyli fərqlidir. Burada sosial reklam məsələsi daha geniş yayılıb, mən bir neçə uyğunsuzluğa diqqət yetirmək istəyirəm. Birincisi nədir? 10.4-cü maddə ilə 10.5-ci maddədə bir uyğunsuzluq var. Yəni 10.4-cü maddədə “özəl yayımçılar” fikri səslənir. 10.5-də “mülkiyyət formasından asılı olmayaraq” fikri səslənir. Əgər bunların ikisi də bir-birinə oxşasa, daha düz olar. Digər bir məsələ, 10.4-cü maddə ilə ehtiva olunan məsələ budur ki, bəzən görürsən, vacib olan yerli reklamlar, sosial reklamlar şəhərin mərkəzində deyil, kəndin bir küncündə qoyulur. Hesabat da veriləndə deyirik ki, biz sosial reklamı yerləşdirmişik. Əslində isə, o reklam şəhərin mərkəzində olsa idi, daha yaxşı olardı. Bu baxımdan da burada öz əksini tapsa idi, daha düz olardı.
Bizim digər qanunlarımızda da bəzi məsələlər ehtiva olunub, ancaq burada öz əksini tapmayıb. Məsələn, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda 50-ci maddədə bir müddəa var. Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kütləvi müalicəvi seansların, hipnoz metodlarının psixi və bioenerji təsirlərinə, müalicəvi xassələrinin reklamının yayımına yol verilmir. Bu bizim o qanunda var, amma bu qanunda öz əksini tapmayıb.
Digər bir məsələ möhtərəm Prezidentin imzası ilə 2013-cü il fevralın 22-də gəlmiş bir layihədir, “Reklam haqqında” Qanuna əlavələrin edilməsidir. O müddəa bu gün burada öz əksini tapmayıb. Məsələn, özəl tibb fəaliyyəti ilə bağlı reklamın müəyyən rəy alması məsələsidir. Bax, bu öz əksini tapmayıb.
29-cu maddədə maraqlı məsələlər var ki, bizim qanunu-muzda başqa cür deyilir. Məsələn, orqanların transplanta-siyası. Qanunumuzda pullu transplantasiyaya icazə verilmir. Amma burada onun reklamına icazə verilir. Bu da uyğunsuzluqdur. Düşünürəm ki, bu haqda da düşünmək lazımdır. Sonra, burada 29.5-də süni mayalanma ilə bağlı məsələ var. Bunun adını bir az başqa cür yazsaq, “ekstrakorporal” sözü var, bunu yazsaq və bu gün nəzərə alsaq ki, Azərbaycanda haradasa 11–15 faiz arasında sonsuzluq var, bunun, əlbəttə, bir az başqa cür yazılması daha məqsədəmüvafiq olardı. Qalan məsələlər ətrafında vaxt az olduğu üçün biz Vahid müəllimlə sonra söhbət edərik, digər məsələləri də sonra ona çatdırarıq.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Siz bunu çoxdan söhbət etməli idiniz, indi yox. Bu birinci. Hörmətli millət vəkilləri, çox sağ olun. Bildiyiniz kimi, qanun layihəsi 4 fəsil, 39 maddədən ibarətdir. Mən fəsil-fəsil deyirəm, iki fəsil – iki fəsil səsə qoyaq. Xahiş edirəm, I, II fəsilə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 17.58 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
III, IV fəsilə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 17.59 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Nəhayət, qanuna ikinci oxunuşda ümumilikdə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 18.00 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Mən inanıram ki, bu qanun layihəsi üzərində sürətlə işlənsə, elə üçüncü oxunuşu da bu sessiyada keçirə bilərik. Çox sağ olun, gələn iclasa qədər.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU