28.04.2015 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XIV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  109

Mill Məclisin  iclas  salonu.
28  aprel  2015-c il.

İclasa  Azərbaycan  Respublikası  Mill Məclisinin
Sədr O.Əsədov  sədrlik  etmişdir.


İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 87
Yetərsay 83

İclasa dəvət olunmuşdur:

Z.Qaralov, Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə namizəd.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.
16. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
18. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
20. Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. Z.Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Zahid Oruc, Fəzail Ağamalı, Fazil Mustafa, İqbal Məmmədov, İqbal Ağazadə, Aydın Mirzəzadə, İlham Məmmədov, Elman Məmmədov, Xanhüseyn Kazımlı, Səməd Seyidov, Sabir Rüstəmxanlı

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.07 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.48 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fəzail Ağamalı, Leyla Abdullayeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.57 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, Aytən Mustafayeva, Musa Quliyev, Aydın Mirzəza-də, Zahid Oruc, Çingiz Qənizadə, Adil Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Zahid Oruc

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Əli Hüseynli, Bahar Muradova, Aqil Abbas, Ziyafət Əsgərov, Aytən Mustafayeva, Fazil Mustafa, Siyavuş Novruzov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.54 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Qənirə Paşayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.59 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

10. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.02 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

12. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Rauf Əliyev, Aytən Mustafayeva, Gülçöhrə Məmmədova, Fuad Muradov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.18 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.20 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.21 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.23 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

16. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.24 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

17. Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.25 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi


 
18. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.29 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

19. Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.30 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1 – 20-ci maddələri ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.34 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.34 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

20. Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov, Arif Əşrəfov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.43 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–13-cü maddələri qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.44 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Təklif: 14–23-cü maddələr qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.44 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.45 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

21. “Z.Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələnin gündəliyə daxil edilməsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.46 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

22. Z.Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Zakir Qaralov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.52 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir                      102
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədr                                  O.ƏSƏDOV

 

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI

28  aprel  2015-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir  87
Yetərsay  83

 Yetərsay var, iclasımıza başlaya bilərik. Xahiş edirəm, gündəliyə münasibətimizi bildirək.

Səsvermənin nəticələr (saat 12.07 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi. Müzakirələrə ehtiyac varmı? Əgər ehtiyac varsa, buyurun, yazılın. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən ilk növbədə diqqətinizi müxtəlif səbəblərdən Rusiya məkanında yaşayan azərbaycanlıların durumu, təşkilati vəziyyəti ilə bağlı məsələyə cəlb eləmək istəyirəm. Əlbəttə, uzun onilliklər boyu orada yaşayan azərbaycanlıların güclü təşkilatının olmasını biz bəlli bir səbəbdən hər zaman istəmişik. Rusiya məkanı kifayət qədər böyükdür və orada uğur qazanan insanlarımızın avtomatik olaraq Azərbaycan dövlətinin həyatına da təsiri var. Çox təəssüf olsun ki, 2013-cü ildə bu yöndə “Milyarderlər ittifaqı” adlı bir təşkilatın yaranıb dağılmasından sonra azərbaycanlıların mədəni təşkilatları, siyasi birlikləri, ictimai qurumları, lobbi mərkəzləri daha çox parçalanmaqda davam eləyir.
Biz, adətən, dünyanın müxtəlif məkanlarına səpələnmiş azərbaycanlıların təşkilati gücünü, imkanlarını, maliyyə və-ziyyətini bu və ya digər formada ermənilərlə müqayisə edirik. Nə qədər arzuolunmaz olsa da, mən sizlər üçün Rusiya məkanında istər informasiya sistemlərində, istər diplomatik aləmdə, istərsə də maliyyə dünyasında kifayət qədər önə çıxmış ermənilərin bir neçəsinin adını çəkmək istəyirəm. Yəqin ki, Rusiya televiziya kanallarını izləyənlər orada Sergey Qurqinyanı, Karen Şahnazarovu, eləcə də Ruben Vardanyanı, Russia Today televiziyasının baş redaktoru Marqarita Simonyanı, Rusiya Banklar Assosiasiyasının rəhbəri Kareqin Tosunyanı, Arda Tayat şəbəkələri üzərindən yayımlanan “RBK daily”-də maliyyə və iqtisadi məsələlər üzrə şərhlər verən bir çox ermənini görürlər. Mən, əlbəttə, demək istəmirəm ki, eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da mənşəcə ermənidir. Amma o özünün soyuqqanlılığına görə kifayət qədər fərqlənən bir simadır.
Bu fonda azərbaycanlıların orada təşkilati gücü olarsa, onlar istənilən siyasi qüvvənin yanında möhkəm bir yer ala bilərlər. Onların gücündən Azərbaycan dövləti faydalana bilər. Biz, adətən, deyirik ki, erməni dövlətini ayaqda sax-layan diaspordur, lobbi birliyidir. Bizdə isə dövləti gücümüzün böyük bir hissəsini alan, sərf eləyən bu qurumların vəziyyəti xeyli dərəcədə problemlidir. Bunun səbəbi nədir? Mənə elə gəlir ki, bunu parlamentin iclasında olmasa da, komitələr səviyyəsində müzakirə eləmək olar. O insanların bir araya gəlməsi onları fəhlə səviyyəsindən, ticarət sektorundan daha üst qatlara, dövlət idarəetməsinə, Rusiya Dumasına, digər sahələrə daşıya bilər. Onların orada möhkəmlənməsi, şübhəsiz ki, Rusiya məkanı kimi mühüm bir məkanın Azərbaycanın xeyrinə işləməsi demək olardı. Ona görə də, cənab Sədr, mən bu məsələni diqqət mərkəzinə gətirməklə yenilik eləmirəm. Bilirəm ki, Siz də bu hadisələri mütəmadi izləyirsiniz və bunu hər hansı bir formada...
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hamımızın gözü önündə aprel ayının 24-də dünyanın diqqəti 2 ölkəyə – Türkiyəyə, bir də Ermənistana yönəlmişdi. Türkiyədə zəfərə söykənən sülhə, dostluğa, qardaşlığa çağırış, dünyaya barış mesajları olan möhtəşəm bir tədbir keçirildi. Bu tədbirdə dünyanın bir çox aparıcı dövlətlərinin, o cümlədən Azərbaycanın Prezidenti möhtərəm cənab İlham Əliyevin iştirakı, əlbəttə, hər birimizdə bir qürur hissi doğurdu. Dünyada sülhü, əmin-amanlığı, barışı istəyən hər bir insan tərəfindən bu möhtəşəm mərasim dəstəkləndi, müdafiə olundu.
Başqa bir ölkədə isə riyakarlıq, göz yaşları, eyni zamanda, tarixi həqiqətləri özündə əks etdirməyən, böhtan dolu, yüz ildən bəri ayaq tutub yeriməyən erməni təbliğatı, erməni böhtanı. Burada düşünürəm, bizim azərbaycanlı olaraq çıxardığımız ən mühüm nəticə ondan ibarət oldu ki, bu gün Ermənistanın yanında olan Minsk qrupunun həmsədrləri – Rusiya və Fransa artıq işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsində maraqlı olmadıqlarını nümayiş etdirdilər. Bu halda işğalçı Ermənistanla bərabər olaraq sülhə və işğal olunmuş torpaqların azad edilməsinə yönəlmiş olan bir missiyanı necə yerinə yetirmək olar? Əlbəttə, heç cür. Burada, eyni zamanda, çıxarılan həqiqət bir də ondan ibarət oldu ki, həmin ölkələr, yəni Fransa və Rusiya Qafqazda sülhün, barışın tərəfdarı deyillər. Onlar Ermənistanın yanında olmaqla, əslində, onun işğalçılıq siyasətini müdafiə etmiş oldular. Bir həqiqət də bizim üçün aydın oldu. Bundan sonra Türkiyə ilə Azərbaycan bütün imkanlarını, potensiallarını səfərbərliyə alaraq həm işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasında, həm də soyqırımına qarşı mübarizədə birgə olmalıdırlar. Bu birlik məsələsində mən həm Azərbaycan dövlətinə və xalqımıza, həm də qardaş Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün – 28 aprel Azərbaycan xalqının tarixində çox yadda qalan günlərdən biridir. Bu gün ilk müstəqil Azərbaycan dövlətinin süqutu günüdür. Rusiyanın bolşevik qüvvələri tərəfindən Azərbaycan işğal olunubdur və bu işğaldan sonra da Azərbaycan xalqının çox sayda qəhrəman oğlu mübarizə aparıb. Təkcə Gəncə üsyanında may ayında 48 minə yaxın azərbaycanlı məhv edilibdir və mən fürsətdən istifadə eləyərək Azərbaycanın mübarizə aparmış bütün azadlıq mücahidlərinin ruhu şad olsun deyirəm və bu günün hər zaman bu vəsilə ilə xatırlanmasını vacib hesab edirəm.
İkinci bir məsələ. Bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan cəmiyyəti üçün çox faydalı olan, yadda qalan ciddi bir addım atıldı. Bildiyiniz kimi, Müsavat partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Allahın rəhmətinə qovuşmuşdur. Qanuna uyğun olaraq Tofiq Yaqubluya 7 gün icazə verilməsi, təbii ki, ölkənin siyasi rəhbərliyinin müəyyən iradəsini ifadə eləyən bir addım idi. Çox gözəl bir addımdır, cəmiyyətdə də yüksək səviyyədə qarşılandı. Mən istərdim ki, bu tribunadan istifadə eləyib cənab Prezidentə müraciət eləyim. Həqiqətən də, bir ailə faciəsi yaşanıb və o ailənin sıxıntılarını çox ağır şərtlər altında müşahidə elədik. İmkan varsa, onun əfv məsələsinə baxılardı və bu, humanist addım kimi cəmiyyətdə çox yüksək səviyyədə qarşılanardı. Artıq 2 il 4 ay həbsdə yatıbdır, 2 ilə yaxın bir müddəti qalır. Bu addımın atılması həm də cəmiyyətiçi siyasi qüvvələr arasında kinin, küdurətin müəyyən dərəcədə azalmasına, xüsusən də Avropa Oyunları ərəfəsində müəyyən insanlar arasında səmimi bir münasibətin formalaşmasına faydalı olardı. Hər halda mən bunu hakimiyyətin nüfuzu üçün də vacib addımlardan biri hesab edirəm. Atılsa, hər halda faydalı olar.
Digər bir məsələ – diaspor fəaliyyəti ilə bağlı hörmətli Zahid Oruc fikrini bildirdi. Mən də razıyam ki, Rusiya kimi böyük bir dövlətdə biz normal diaspor işini hələ də tənzimləyə bilməmişik və orada olan ziddiyyətlər ölkənin ümumi işlərinə ziyan vurur. Bu günlərdə Avropa Şurası Parlament Assambleyasında ermənilər soyqırımı ilə bağlı 171 imza topladılar, yəni haradasa şura üzvlərinin yarısının imzasını. Təbii ki, indi ermənilər bir sıra məsələlərdə daha çevik işləyirlər. Dəstək verən qüvvələr də var. Obyektiv, subyektiv səbəblər var. Mən təklif edirəm ki, bizim Xarici İşlər Nazirliyində xüsusi bir bank yaradılsın. Soyqırımına dəstək verən bütün millət vəkillərinin Azərbaycana gəliş-gediş məsələlərində maneçilik törədilməsi istiqamətində müəyyən addımlar atılsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Ancaq onu da qeyd edərdiniz ki, Avropa Şurasında 170 nəfər qol çəksə də, hamısı erməni-pərəst olsa da, Avropa Şurasında soyqırımı ilə əlaqədar bir dənə qərar qəbul edə bilmədilər. Bunu da qeyd eləyin. Bu da həm bizim, həm də türk nümayəndə heyətinin fəaliyyəti nəticəsində olub. Sonra söz verərəm Sizə, Səməd müəllim. İqbal Məmmədov.
İ.Məmmədov. Hörmətli Sədr, hörmətli həmkarlarım! Özünü uydurma Talış–Muğan Respublikasının prezidenti elan etmiş separatçı Əlikram Hümbətov Ermənistanın xüsusi xidmət orqanlarının diktəsi ilə talış xalqının adından qondarma erməni soyqırımı ilə əlaqədar Ermənistana başsağlığı vermiş və Azərbaycana qarşı ağır ittihamlar səsləndirmişdir. Hər bir insan şəxsi keyfiyyətlərinə uyğun olaraq bəyanatlar verə bilər. Lakin Əlikram Hümbətov kimi bir adamın talış xalqı adından danışması hər bir vətəndaş kimi məni də hiddətləndirdi. Talışların əksəriyyət təşkil etdiyi Lerik rayonunu təmsil etdiyim üçün rayon sakinləri tərəfindən son bir neçə gündür, mənə çoxsaylı telefon zəngləri gəlir və müraciətlər edilir. Bu mövzunun hər kəsi narahat etdiyi qənaətinə gələrək burada ona toxunmaq istədim. Əlikram Hümbətovun Azərbaycan torpağına, xalqına etdiyi xəyanətlər bu gün də davam etməkdədir. Bu insanın talış xalqının adından danışmağa heç bir mənəvi haqqı yoxdur və olmamışdır.
Azərbaycanın günü-gündən inkişaf etməsi, çiçəklənməsi düşmənlərin yuxusunu ərşə çəkmişdir. Bu gün hər vasitə ilə ölkəmizdə mövcud olan hüzur və sabitliyi pozmağa çalı-şanlar belə cılız variantlara əl ataraq ölkəmizdə yaşayan azsaylı xalqlar arasında nifaq yaratmağa çalışırlar. Torpağımızın 20 faizini zəbt edən, Xocalı soyqırımı kimi faciəni törədən bir düşmən ilə bu biabırçı iş birliyi şəhid olmuş bütün Azərbaycan övladlarının ruhuna təhqir və böyük xəyanətdir. Bu gün talış xalqının neçə-neçə qəhrəman övladı Azərbaycanın milli qəhrəmanı kimi uca və şərəfli ada layiq görülmüş, küçə və məktəblərə neçə-neçə şəhidimizin adı verilmişdir.
Bu gün əhalisinin əksəriyyəti talışlardan ibarət olan cənub bölgəsinin rayonları islahatların aparılması, tikinti-quruculuq işlərinin həyata keçirilməsi və abadlıq baxımından digər bölgələrdən heç də geri qalmır və hər keçən gün daha da inkişaf etməkdədir. Sərsəm bəyanatlar verən Əlikram Hümbətov bunları görmürmü, bilmirmi? Elə də uzaq keçmiş sayılmayan, üstündən cəmi 20 il keçmiş, hamımızın bilavasitə şahidi olduğumuz hadisələr, ölkəmizin bərbad iqtisadi vəziyyəti yaddaşlardan silinə bilməz. O illər müstəqilliyin sevincini təzə-təzə yaşamağa başlamış ölkəmizdə Əlikram Hümbətov kimi separatçının nifaq salmağa çalışmasına vətənə xəyanətdən başqa ad vermək olmazdı. O zaman ulu öndər Heydər Əliyev öz müdrikliyini bir daha nümayiş etdirərək qardaş qırğınının qarşısını aldı. Lakin görünən odur ki, bu gün də Azərbaycandan kənarda məskunlaşmış bu insanlar öz çirkin ənənələrindən əl çəkmir və ölkəmizə nifaq toxumu səpmək məqsədlərini büruzə verirlər. Düşmən ölkəyə satıl-mış Əlikram Hümbətov bütün bu illər ərzində talışlardan heç bir dəstək ala bilməmiş və ala bilməyəcəkdir. Bütün Azərbaycan vətəndaşları kimi, ölkəmizdə yaşayan talışlar da ümumi liderimizin siyasi kursunu layiqincə davam etdirən cənab Prezidentimiz İlham Əliyevin dəstəkçisi və ölkəmizdə...
Sədrlik edən. Çox sağ ol. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, möhtərəm millət vəkilləri! Mən də bu gün ilk cümhuriyyətimizin süqutunun 95 illiyi münasibəti ilə bütün xalqımıza başsağlığı vermək və bu günün müstəqilliyini daim qorumaq üçün ümumi milli birliyə ehtiyac olduğunu xüsusi vurğulamaq istəyirəm. Əminəm ki, Azərbaycanda bu milli birlik, barış, dialoq mühiti hər zaman saxlanılacaq. Xalqımız bir daha 28 aprel kimi tarixi bir rəzaləti yenidən yaşamasın, inşallah, yaşamaz. Bunun üçün hökmən mövqeyindən, cəmiyyətdəki yerindən asılı olmayaraq böyük birliyimizə, milli-mənəvi birliyimizə ciddi ehtiyac var. Məndən əvvəl Tofiq Yaqublu ilə bağlı deputat həmkarım Fazil Mustafa qeyd etdi. Mən də onun çağırışına qoşuluram və möhtərəm cənab Prezidentə buradan müraciət edirəm ki, bu humanist addım atılarsa, bir ailənin faciəsinin ən azı üzərinə bir su çiləmək, bir səbir nümayiş etdirmək olar. Bununla onlara dəstək olmuş olarıq. Tofiq Yaqublu 2 il 4 aydır, artıq həbsdədir, hesab edirəm ki, ona qarşı atılacaq bu humanist addım həm cəmiyyətimiz tərəfindən, həm də müxalifət düşərgəsi tərəfindən çox ciddiyyətlə, hörmət və sayğı ilə qarşılanar.
Məndən əvvəl deputat həmkarımız uydurma Talış–Muğan Respublikası və onun separatçı mövqeyi ilə bağlı Əlikram Hümbətovun bəyanatına münasibət bildirdi. Mən hesab edirəm ki, Azərbaycan hökuməti bu istiqamətdə ciddi şəkildə fəaliyyət göstərməlidir. Xarici işlər naziri də, diaspor təşkilatları da ciddi fəaliyyət göstərməlidirlər. Çünki bu insan Avropada ona verilən hüquqlardan Azərbaycan dövlətinin əleyhinə istifadə edib Azərbaycanın parçalanmasına, Azərbaycandakı milli etnik azlıqlarla aborigen xalq arasında, Azərbaycan türkləri arasında qarşıdurma yaratmağa cəhd edirsə, hökmən bunun bir cəzası olmalıdır və ən azı, bununla bağlı beynəlxalq təşkilatlara, o cümlədən Avropa strukturlarına müraciət olunmalıdır. Biz siyasi partiya olaraq öz mövqeyimizi ifadə etmişik, amma bir daha istərdim ki, cəmiyyətin səlahiyyətli strukturları, xüsusən dövlət qurumları, Xarici İşlər Nazirliyi də bununla bağlı öz münasibətini bildirsin. Çünki o, mütəmadi olaraq Avropa təşkilatlarında və sairdə çıxışlar eləyir. Brifinqlər verərək Azərbaycanın əleyhinə mövqe ifadə eləyir. Onun bu hərəkətləri, beynəlxalq təşkilatlarda çıxışları məhdudlaşdırılmalıdır və beynəlxalq təşkilatlar bununla bağlı Azərbaycanda yeni münaqişə ocağının yaradılmasına rəvac verməməlidirlər. Çox sağ olun.
Sədrlik edən. Hörmətli İqbal müəllim, bir çox beynəlxalq təşkilatlar belə xəyanətkarları axtarırlar. Özləri getmirlər. Bu bir. İkinci, belə bir xəyanətkar, separatçı dediyiniz adama dövlət niyə fikir verməlidir? Kimdir o? Siz onu niyə fetişləşdirirsiniz? O, səviyyəsi olmayan, öz xalqına, millətinə xəyanət eləmiş bir adamdır. Biz də ona qarşı bir kampaniya yaradaq? Tamamilə səhv fikirdir. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Ötən həftə, deyərdim ki, iki tarixi hadisə baş verdi. Onların biri aprelin 24-də 100 il bundan əvvəl Çanaqqalada baş vermiş döyüşdə Osmanlı imperiyasının, indiki Türkiyənin qazandığı tarixi zəfərin 100 illik yubileyinin keçirilməsi idi. Bu, Türkiyənin, Azərbaycan–Türkiyə dostluğunun, türk dünyasının, ümumilikdə ədalətin qələbəsi demək idi. Həmin tədbirdə 100-ə qədər ölkənin nümayəndələri, 13 dövlət başçısı, öz dövlətlərində yüksək postlar tutan şəxslər iştirak elədilər və bütün dünya mediasının əsas diqqəti Türkiyədə keçirilən bu zəfər bayramına yönəldi. Hesab edirəm ki, bu Çanaqqala döyüşü 1915-ci ildən sonra yeni dünyanın qurulmasında çox həlledici amillərdən biri olub. Bu tədbirin yüksək səviyyədə keçirilməsi Türkiyənin dünyada artan yüksək nüfuzunu göstərdi. Azərbaycanın da regionda və dünyada artan nüfuzunu göstərdi. Hesab edirəm ki, ümumilikdə türk birliyinin gücü, Azərbaycan–Türkiyə dostluğu bu tədbir vasitəsi ilə bir daha dünyaya nümayiş etdirildi.
İkinci böyük hadisə isə hesab edirəm ki, Bakıda keçi-riləcək I Avropa Oyunları ərəfəsində 2 gün bundan əvvəl Olimpiya məşəlinin yandırılmasıdır. Cənab Prezidentin – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi prezi-dentinin məşəli yandırması və ondan sonra məşəlin bütün Azərbaycan boyu yaşayış məntəqələrindən keçirilməsi Azərbaycanın Olimpiya məşəlinin burada yandırılmasına layiq olduğunu bir daha nümayiş etdirdi. 2 il bundan əvvəl Azərbaycan I Avropa Oyunlarını keçirmək öhdəliyini öz üzərinə götürəndə dünyanın bir hissəsi buna skeptik yanaşdı və Azərbaycanın qısa müddətdə bunun öhdəsindən gələ bilməyəcəyini düşündü. Bununla bağlı, ümumiyyətlə, Azərbaycanla bağlı bədbin qarayaxa yazılar var idi. Eyni zamanda, radikal müxalifət mətbuatında onları dəstəkləyən yazılar da az deyildi.
Amma dövlətimiz sübut etdi ki, bu belə deyil, cəmisi ay yarımdan sonra keçiriləcək yarışa Azərbaycan tamamilə hazırdır. Çox möhtəşəm şəkildə keçiriləcək tədbirdə 50 Avropa ölkəsi iştirak edəcək və Azərbaycandan sonra keçiriləcək Avropa Oyunları üçün artıq çox sayda iddialar meydana gəlmişdir. Ümumən götürdükdə Azərbaycan öz inkişafı ilə, apardığı siyasətlə öz tarixinə, öz müqəddəratına sahib çıxdığını ortaya qoyur. Azərbaycan xalqı uzun əsrlərdən bəri arzuladığı müstəqilliyin reallaşdığını ortaya qoyur və dünyada qazandığımız nüfuzumuzun heç də asan başa gəlmədiyini, bunun üçün siyası iradənin, xalqın birliyinin olduğu, Azərbaycanın Heydər Əliyev, İlham Əliyev...
Sədrlik edən. Sağ olun. İlham Məmmədov.
İ.Məmmədov. Çox sağ olun, cənab Sədr. Müstəqillik illərimizin ən böyük nailiyyətlərindən biri olan və Avropada ilk dəfə keçiriləcək Avropa Oyunları tarixi nailiyyətlərdən biridir. Aprel ayının 26-da bu tarixi nailiyyətimizin məşəlinin alovlandırılmasının və Avropa Oyunlarına start verilməsinin şahidi olduq. Təbii ki, bu məşəlin yandırılması möhtərəm cənab Prezidentimizin iştirakı ilə baş tutdu. Avropa Oyunlarının cənab Prezident tərəfindən alovlandırılan bu məşəli Azərbaycanın bütün rayonlarından keçəcək. Bu mühüm bir hadisədir və arzu edirəm ki, cənab Prezidentimizin yandırdığı bu məşəl çox tezliklə Qarabağda, Şuşada, Laçında, Füzulidə, Kəlbəcərdə və digər işğal olunmuş torpaqlarımızın hər birində alovlansın.
Bu tarixi günə çox az qalıb. Qısa müddət ərzində bu nailiyyəti əldə etmək, təbii ki, Azərbaycan reallığıdır və möhtərəm cənab Prezidentin gücünün, iradəsinin nəticəsidir. Yaradılmış təşkilat komitəsi, onun sədri, həmkarımız, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanımın bu işin əmələ gəlməsi üçün qısa müddət ərzində gördüyü işlər, doğrudan da, təqdirəlayiqdir. Hələ təqdimat mərasimlərinin Avropada keçirilməsi, Avropaya Azərbaycanın yeni və modern bir tərzdə təqdimatı, hesab edirəm ki, çox əhəmiyyətlidir. Amma çox təəssüf ki, bu gün alovlanan o məşəlin işığından və tüstüsündən kor olan insanlar elə öz daxilimizdə və beynəlxalq təşkilatlarda hələ də var. Bu gün onlara dəstək verən insanların belə bir əlamətdar hadisədən öncə iki gündən bir mitinq keçirməsi, 5–10 adamı öz ətrafına toplayıb cılız və səviyyəsiz bəyanatlarla çıxış etməsi, mən hesab edirəm ki, yetərsiz şeylərdir. Onlar, heç olmasa, bu gündən sonra daşı ətəklərindən töküb Azərbaycanın tarixi nailiyyətinə sevinsinlər, qürur hissi duysunlar ki, bu qısa müddət ərzində bu cür infrastruktur yaradılıb, bu gözəlliklərdən onların ailələri, övladları istifadə edəcəklər və yaddan çıxarmasınlar, Ali baş komandanımızın əli ilə alovlanan o məşəl bütün Azərbaycanı dolanır və çox tezliklə doğma Qarabağımızın üzərində alovlanacaqdır. Diqqətinizə görə minnətdaram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elman Məmmədov.
E.Məmmədov. Çox sağ olun, cənab Sədr. Mən bu ilin 24 aprel günü ilə əlaqədar diqqətinizi 3 məqama cəlb eləmək istəyirəm. Birinci, Çanaqqala zəfəri, bu zəfərdə Azərbaycanın da xidməti, rolu olub, bu, tarixi faktdır. Türkiyə böyük Çanaqqala zəfərini qeyd eləyəndə Azərbaycan da Türkiyə ilə birlikdə, təbii ki, onun yanında oldu. Mən arzu edərdim ki, biz Qarabağda zəfər çalaq, Türkiyə də bizimlə birlikdə, bizim yanımızda Qarabağ zəfərinin ildönümünü qeyd eləsin.
İkinci məqam qondarma soyqırımı ilə bağlı Rusiya və Fransanın dövlət başçılarının Ermənistana başsağlığına get-məsidir. Bu bir növ timsahın göz yaşlarına bənzəyirdi. 1915-ci ildə olan hadisələrdə bu dövlətlərin rolu danılmazdır və burada diqqətinizi ATƏT-in Minsk qrupunun formatına cəlb eləmək istəyirəm. Uzun illərdir, mən bu sözü deyirəm, yenə təkrar edirəm. Bu danışıqlarda, bu formatda qüvvələr nisbəti dördün birədir. Biri Azərbaycandır, 4-ü işğalçı Ermənistan və Ermənistan dövlətini Azərbaycan torpaqlarında yaradan 3 dövlətdir. Bu format dəyişməlidir.
Üçüncü məqam. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Yerevanda çıxışı ilə bağlı fikrimi bildirmək istəyirəm. Diqqətinizi Jirinovskinin Ermənistan və soyqırımla bağlı fikirlərinə yönəltmək istəyirəm. Jirinovski Putindən daha ədalətli, daha ağıllı mövqe sərgilədi. Putin sanki çar Rusiyasının, onun sələfi olan sovet hökumətinin və indi də bugünkü Rusiyanın tarix boyu yeritdiyi və törətdiyi soyqırımlarını, qətliamları sübut elədi, dilə gətirdi. Öz siyasətlərini öz dilində danışdı və özlərinin törətdiyi soyqırımları türklərin adına yazdı. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Xanhüseyn Kazımlı.
X.Kazımlı. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, mənim xüsusən də Olimpiya məşəlinin yandırılması istiqamətində söyləmək istədiyim fikirlərin bir neçəsi səsləndirildi. Azərbaycanın, ümumiyyətlə, regionlarda, mərkəzdə, beynəlxalq aləmdə göstərdiyi uğurlar, bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan iri addımlarla böyük siyasətin qolları istiqamətində hərəkət edir. Şübhəsiz ki, burada məndən əvvəl söylənildi, istər Çanaqqala zəfərinin yubileyinin qeyd edilməsi, istərsə də Ermənistanda qondarma soyqırımı hadisəsi ilə əlaqədar bir neçə ölkənin iştirakı ilə tədbir keçirilməsi – bütün bu reallıqlar, bu həqiqətlər dünya ictimaiyyətinin gözü önündədir. Amma onu demək kifayətdir ki, zaman Azərbaycanın xeyrinə, ədalətin xeyrinə, demokratiyanın xeyrinə işləyir. Gec-tez Azərbaycanın haqq səsi dünya ictimaiyyəti tərəfindən eşidiləcək və o, haqq, ədalət yolunda qarşısına qoyduğu strategiyanın tamamilə uğurla nəticələnməsinə nail olacaqdır. Əlbəttə, Azərbaycanın münaqişəyə, müharibəyə, terrora yox deməsi, öz xalqını, Azərbaycan dövlətini dünya ictimaiyyəti ilə işgüzar əməkdaşlığa çağırması – bütün bunlar bir daha sübut edir ki, Azərbaycan haqq yolundadır. Dünyada indiyə qədər olan münaqişələrin əksəriyyəti Azərbaycan nefti üstündə olub. Amma Azərbaycan son illərdə öz sərvətinin sahibidir, hesab edirəm ki, bu nailiyyətlərdə...
Sədrlik edən. Sağ olun, hörmətli millət vəkilləri. Bizim Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri dünən komitə iclasında bizə məlumat verdi. Mən çox istərdim, o, iclas haqqında sizə də məlumat versin. Bizim iki gözəl xanımımızın Avropa Şurası Parla-ment Assambleyasında məruzəçi seçilməsi, – orada bəzi rəhbərlər deyirdilər ki, Azərbaycanda gender proqramı yerinə yetirilmir, – onlara cavab kimi oldu. Buyurun, Səməd müəllim.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri.
Çox sağ olun, Oqtay müəllim. Sözün açığı, Siz artıq əsas məqamlara toxundunuz, mən, sadəcə, çıxışıma başlamazdan əvvəl qısa şəkildə Fazil müəllimin səsləndirdiyi fikirlərə münasibətimi bildirmək istəyirəm. Fazil müəllim çox yaxşı bilir ki, Avropa Şurasının prosedur qaydalarına görə sənədlərin qəbulu çox mürəkkəb məsələdir və sözün əsl mənasında sənədlərdən söhbət gedirsə, o sənədlər sonra Avropa Şurasının bürosunda, Avropa Şurasının prezident komitəsində müzakirə edilməlidir. Bunun üçün xüsusi məruzəçi təyin olunmalı, bu məruzəçi xüsusi məruzə hazırlamalı və bu məruzə Avropa Şurasının Parlament Assambleyasında səsvermədən sonra təsdiq edilərək sənədə çevrilməlidir. Belə bir hadisə 2005-ci ildə baş vermişdi. Azərbaycan torpaqlarının işğalı ilə bağlı Avropa Şurasında 1416 nömrəli sənəd hazırlanmış, müzakirə olunmuş və qəbul edilmişdir.
Bu sessiyada ermənilər eyni istiqamətdə cəhd göstərdilər, ancaq onların cəhdi tamamilə boşa çıxdı. Ona görə də onlar başqa üsul seçdilər, sadəcə, imza toplayıb, guya Avropa Şurasının sənədi kimi dünyaya təqdim etmək cəhdi göstərdilər. Əslində, bu, Ermənistanın təbliğat maşınının növbəti bir cəhdi idi. Siz o sənədə baxsanız, görərsiniz, sənədin üstündə yazılıb ki, bu sənəd yalnız bu sənədin altında imza atanlara aid olan bir sənəd kimi qəbul olunmalıdır, onun Avropa Şurasına heç bir aidiyyəti yoxdur və bu sənədin adı rəsmi bəyanatdır. Nə Avropa Şurasının xüsusi bir sənədidir, nə də hansısa gələcək taleyi olacaq bir sənəddir. Ermənilər bunu niyə etdilər? Ermənilər fikirləşirdilər ki, Avropa Şurasında soyqırımla bağlı xüsusi bir sənəd qəbul edəcəklər. Azərbaycanın nümayəndə heyəti, Türkiyənin nümayəndə heyəti, düşüncəsi normal olan, həqiqət uğrunda mübarizə aparan insanlar bunun qarşısını aldılar və ermənilər soyqırımla bağlı heç Avropa Şurasının iclasında da tədbir keçirə bilmədilər. Onlar kənarda tədbir keçirdilər, 5–6 nəfər dəstək verən insanı yığıb guya “soyqırım”ı qeyd elədilər. Əslində, bu sessiya Ermənistanın Avropa Şurasında uğurunu yox, məğlubiyyətini göstərir. Bunu təsdiq edən yalnız “soyqırımı” deyil. Onlar həmişə hansısa ölkənin içərisinə girməyə cəhd göstərirlər. İçərisindən dağıtsınlar, çaxnaşma salsınlar, bu cəhdlərdən biri Avropa Şurasında bu yaxınlarda baş verdi. Ermənistanın nümayəndə heyətinin rəhbəri xanım Hermini Nağdalyan, bir anlığa təsəvvür edin, Qazaxıstan üzrə məruzəçi olmaq niyyətini ortaya qoydu. Məruzəçi olmaq istəyirsən, get, başqa ölkələrdə ol, Fransa üzrə ol, o qədər erməni var Fransada. Rusiya üzrə ol, orada da erməni çoxdur. Sizin Qazaxıstanda nə işiniz, nə marağınız var? Qazaxıstan heç Avropa Şurasının üzvü də deyil.
Mən çox sevinirəm ki, səsvermə nəticəsində siyasi komi-tədə tam yekdilliklə onun namizədliyi kənara qoyuldu. Ək-sinə, siz artıq bilirsiniz, Azərbaycan nümayəndə heyətinin iki üzvü, iki xanımı – hörmətli professorumuz Sahibə xanım Qafarova və hörmətli Sevinc xanım Fətəliyeva Avropa Şurasının faktiki ombudsmanının müavinləri səviyyəsinə yüksəldilər, yəni hörmətli Sahibə xanım qadınlara qarşı zorakılıq kampaniyasına qarşı gələcəkdə Avropa Şurasının göstərdiyi fəaliyyətlə bağlı koordinasiyanı aparacaq, Sevinc xanım isə Avropa Şurasında uşaqlara qarşı zorakılıq kampaniyasına qarşı olan bütün məsələlərlə bağlı koordinasiyanı həyata keçirəcək. Hər iki xanımımız Avropa Şurasının bürosunda yekdilliklə müsbət rəy qazanaraq bu vəzifələrə seçiliblər, özləri də müddətsiz. Bundan sonra Avropa Şurasının bununla bağlı fəaliyyəti bu xanımların birbaşa nəzarəti altında olacaq. (Alqışlar.)
Bundan başqa məhz bu sessiyada Azərbaycan nümayəndə heyətinin təklifi əsasında Dağlıq Qarabağ münaqişəsini Gürcüstanda olan münaqişədən, Moldovada və Ukraynada olan münaqişədən ayırmasınlar, bunun adını Minsk qrupunun məşğul olduğu münaqişə yox, məhz işğal altında olan torpaqlar kimi qəbul etsinlər ideyası, fikri, niyyəti bu sessiyada artıq reallaşdı və monitorinq komitəsinin qərarı ilə xüsusi alt komitə yarandı, o alt komitənin adı “Avropa Şurası ölkələri içərisində münaqişələr” adlandırıldı, Dağlıq Qarabağ münaqişəsi aşağıdakı kimi verildi: “Azərbaycanın Dağlıq Qarabağ və başqa 7 rayonunun işğalı nəticəsində zəbt olunmuş tor-paqlar”.
Azərbaycanın, Türkiyənin və bizə dəstək verən qüvvələ-rin Avropa Şurasında fəaliyyəti nəticəsində biz xeyli işi artıq həll eləmişik. Fazil müəllimin sözündə bir həqiqət var, onunla razılaşmaq lazımdır. Biz heç vaxt rahatlaşmamalıyıq. Biz daha da gərgin işləməliyik, bilməliyik ki, Azərbaycan tərəfi nə qədər uğur əldə edirsə, bir o qədər düşmən hiyləgər olur, bir o qədər düşmən başını qaldıraraq bizə qarşı fəaliyyət göstərir. Məhz bunun nəticəsi kimi elə həmin Avropa Şurasında insan haqlarını əllərində bayraq edərək müstəqil Azərbaycanımıza təzyiq göstərmək istəyirlər, özü də bunun başında dayanan erməni lobbisidir, ermənini dəstəkləyən qüvvələrdir. Mən əminəm ki, bundan sonra da nümayəndə heyəti Sizin tapşırıqlarınız əsasında, cənab Prezidentin göstərişləri və siyasəti əsasında fəaliyyətini davam etdirəcək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir müəllim, müzakirələr qurtardı, mən Sizə ümumi razılıqla söz verirəm, buyurun.
S.Rüstəmxanlı. Hörmətli Məclis üzvləri, burada diaspor fəaliyyətinin əhəmiyyətindən geniş danışıldı, haqlı olaraq danışıldı. Dünyada diasporun əhəmiyyəti getdikcə artır və bununla bağlı məsələyə toxunmaq istəyirəm. Bu günlərdə, aprelin 18-də İstanbulda biz Dünya Azərbaycanlıları Konq-resinin XIII Qurultayını keçirdik. Həmin qurultay qəsdən həmin günə salınmışdı ki, biz 24 aprel ərəfəsində erməni soyqırımı şousu qarşısında ona cavab olaraq Türkiyəyə dəstək verək və Azərbaycan–Türkiyə birliyini bir daha nümayiş etdirək. Çox yüksək səviyyədə keçən qurultayda Türkiyənin, İraqın millət vəkilləri iştirak və çıxış elədilər. 20-yə yaxın Türkiyə televiziyası qurultayı izləyirdi və qurultayın açılışını 3 saat dünyaya nümayiş etdirdi. Bunu Azərbaycanda eləsəydik, mümkün olmazdı, orada isə qurultayın çox geniş əks-sədası oldu.
Mən bu məsələ ilə bağlı yaşımdan və təcrübəmdən istifa-də edib bir incikliyimi, fikrimi çatdırmaq istəyirəm. Qurul-taya Avstraliya, Amerika, Qazaxıstandan, dünyanın bir çox ölkələrindən millət vəkilləri və sair təcrübəli insanlar gəl-mişdilər. Amma mən öz həmkarlarım olan millət vəkillərinə də burada dəvətnamə vermişdim, bəzilərində texniki səhv var idi, düzəldildi. Xeyli millət vəkilinə dəvətnamə vermiş-dim, bu Dünya Azərbaycanlıları Konqresi İrana qarşı bir təşkilat deyil, bu, diaspor təşkilatıdır, müstəqil bir təşkilatdır, nə iqtidardır, nə müxalifət, milli birliyə xidmət eləyən bir təşkilatdır. Dünyanın çox ölkəsindən təbriklər almışdıq, amma təəssüf ki, mənim həmkarlarım, dəvətnamə verdiyim dostlarım, heç olmasa, bir cümlə ilə bu qurultayı təbrik etmədilər. Vaxtikən mərhum Heydər Əliyev Vaşinqtona, Dünya Azərbaycanlıları Konqresinin II Qurultayına 60-a yaxın adam göndərmişdi ki, orada iştirak etsin. İndi, təəssüf ki, mən başa düşmürəm, bu nə laqeydlikdir? Yəni ən azı, arada bir yoldaşlıq var. Biz bir-birimizin xeyrində, şərində iştirak edirik, çox gözəl. Amma bu da bir milli hərəkatdır, milli işdir. Yüzlərlə adam gəlir, dünya izləyir. Niyə Azərbaycandan bir nəfər millət vəkili olmasın? Yeri gəlmişkən, başqa bir söz də deyim. Biz bu il Allah qoysa, ayrılacağıq, bəlkə də bu bir yoldaşlıqdır. Bir mənəvi kodeks də var, Milli Məclisin yazılmamış əsasnaməsi də olmalıdır, məncə, var, əslində. Biz bir-birimizə, ümumiyyətlə, çox laqeydik. Məsələn, mən bir yazıçı olaraq, şair olaraq əvvəl bu Milli Məclisdə bəzən 100, 110 kitab paylayırdım. Sonra gördüm ki, mənim dostlarım kitabı alırlar və sabah üz-üzə gələndə heç biri demir ki, çox sağ ol, mənə kitab göndərmisən. Ya çox sağ ol, belə əziyyət çəkmisən. Ya sağ ol...
Sədrlik edən. Sağ olun. Keçirik gündəliyin birinci məsələsinə. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik edilməsi barədə. Buyursun hörmətli Ziyafət müəllim Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bildiyiniz kimi, keçən il biz sizinlə bir yerdə Miqrasiya Məcəlləsini təsdiq etdik və Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların statusu haqqında” Qanunda dəyişikliklər etdik. Bu gün də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edirik. Hər iki sənəddə qanun ilə müəyyən edilmiş qaydada hərbi qulluqçuların müvafiq icra hakimiyyətinin rəsmi icazəsi olduqda Azərbaycandan xaricə getmələrindən söhbət gedir. Biz artıq, bir daha təkrar edirəm, Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların statusu haqqında” Qanunda bu dəyişikliyi etmişik, indi də növbə həmin qanunun əsasında qəbul edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə çatıb. Qanun layihəsi sizə paylanıb, ona görə xahiş edirəm, bu qanun layihəsinə dəstək verəsiniz. Sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.48 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun hörmətli Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bildiyimiz kimi, ölkəmizdə, o cümlədən Bakı şəhərində çox ciddi infrastruktur islahatları həyata keçirilir. Bunların böyük bir hissəsi də yeni yolların, avtomagistralların çəkilməsi ilə bağlıdır. Eyni zamanda, həyata keçirilən işlər zamanı vətəndaşların, piyadaların rahat keçidlərdən istifadə etməsi ilə bağlı düşüncələr də mövcuddur. Məhz bu məsələlərin həlli istiqamətində “Yol hərəkəti haqqında” Qanuna yeni bir maddənin, 9-1-ci maddənin əlavə olunması təklif olunmuşdur. “Piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi” maddəsi konkret olaraq 3 bənddən ibarətdir. Qeyd olunur ki, avtomobil yolları, piyada keçidləri hansı obyektlərin yaxınlığında olmalıdır. Konkret sadalanır ki, bu, təhsil, səhiyyə, ticarət və digər obyektlərin yaxınlığında olmalıdır.
İkincisi, konkret olaraq müəyyənləşdirilir ki, avtoma-gistralların yaşayış məntəqələrindən keçən hissələrində ke-çidlər arasında məsafə 400–800 metr, digər avtomobil yollarında isə 150–300 metr olmalıdır. Təbii ki, belə bir normanın olması müvafiq dövlət orqanlarını keçidləri məhz bu cür tikməyə vadar edəcəkdir. Nəhayət, üçüncü hissə avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin hansı hallarda tikilməsini özündə ehtiva edir. Birincini sadaladım, ikincisi isə həm də piyadaların keçid sürəti ilə bağlıdır. Yəni elə yerlər ola bilər ki, piyadaların hərəkət sıxlığı həddindən artıq çox olsun. Piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda artıq avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi zəruri olur. Mən hesab edirəm ki, ölkəmizdə həyata keçirilən infrastruktur islahatlarının indiki mərhələsində, Bakı şəhərində həyata keçirilən yenidənqurma işlərində bu çox vacib bir məsələdir və təqdirəlayiq haldır ki, bu məsələ məhz qanunun müvafiq norması ilə tənzimlənəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri! Mən təqdim edilən bu qanunu, əlbəttə, dəstəkləyirəm, müdafiə edirəm və düşünürəm ki, çox yerində olan bir dəyişiklikdir və buna səs verəcəyəm. Lakin hər gün rastlaşdığımız və kifayət qədər narahatçılıq doğuran bir məsələni diqqətinizə çatdırıb, bunun hansısa bir formada qanunvericilik səviyyəsində həll olunmasını arzu edərdim. Düşünürəm ki, bu, son dərəcə aktual bir məsələdir. Dəfələrlə deyilməsinə, ayrı-ayrı telekanallarda göstərilməsinə, törədilmiş cinayətlərin miqyasının genişlənməsi ilə bağlı görülən sərt tədbirlərə baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən avtobuslar sözün həqiqi mənasında hələ də avtoxuliqanlıqla məşğul olmaqda davam edirlər. Hara gəldi sürürlər, harada olsa saxlayırlar, bir-birləri ilə yarışa girirlər, avtobuslarda müxtəlif xoşagəlməz musiqilər səsləndirirlər, vətəndaşlarla normal, sivil münasibətlər, demək olar ki, yox dərəcəsindədir və sair.
Bu yaxınlarda, yəni ötən bazar günü şəxsən mənim rast-laşdığım bir hadisəni hələ də şüurumdan, düşüncələrimdən kənarlaşdıra bilməmişəm. İki avtobus mənim olduğum ma-şını və digər bir neçə maşını araya alıb sıxaraq çox ciddi bir qəza vəziyyəti yaratdı. Sadəcə olaraq, sözün həqiqi məna-sında Allah bizi qurtardı. Maşını saxlayıb polisə deyirəm ki, hörmətli polis, bax bu maşının marşrutunu görürsünüz, nömrəsini görürsünüz. Bu bizə böyük bir təhlükə törətdi, xahiş edirəm, tədbir görün. Cavabında deyir ki, müəllim, Sizi tanıyıram, böyük hörmətim var, amma mən heç nə edə bilmərəm. Çünki onu himayə edən elə adamdır ki, mənim ona gücüm çatmır. Kimdir bunlar, bunlara kim imtiyaz verib, bunlara kim bu qədər hüquq verib ki, adi sürücülərə belə söz deyə bilmirlər? Kimdir bunlar? Avtobusları mar-şruta salan marşrut sahibləri və o marşrutları idarə edən avtobus sahibkarları. Doğrudanmı, bunlara söz demək mümkün deyil? Bir neçə müddətdən sonra, haradasa bir ay yarımdan sonra Azərbaycanda Avropa Yay Oyunları keçiriləcəkdir. İndi təsəvvür edin, belə bir vəziyyətdə həmin avtobuslar yenə də az qala iki təkər üstündə hərəkətlərini davam etdirəcək, hara gəldi sürəcək, harada gəldi saxlayacaqlar. Nəhayət, mən düşünürəm ki, buna son qoymaq üçün çox ciddi tədbirlər görmək lazımdır. Bununla bağlı mən üzümü müvafiq icra strukturlarına tutaraq xahiş edirəm ki, Bakı şəhərində avtobusların bu özbaşınalığına son qoymaq üçün təcili tədbirlər görsünlər.
İkinci qaldıracağım məsələ budur ki, bizim hər birimiz bu və ya digər şəkildə orta məktəblərlə bağlıyıq. Ora övladlarımızı aparırıq və ya nəvələrimizi dərsə yola salırıq. Orada maşın saxlayan kimi dərhal pusquda duran müəyyən adamlar qoşqu vasitəsi ilə həmin maşınları götürüb aparır cərimə meydançasında saxlayır və məcbursan ki, o cəriməni ödəyəsən. Orta məktəblərin qarşısında meydançalar var, olmazmı ki, dünyanın ayrı-ayrı ölkələrində olduğu kimi, müəyyən məhdudiyyət qoymaqla maşınını o meydançalarda 5–10 dəqiqə müvəqqəti saxlasın ki, getsin, uşağını götürsün, gəlsin, maşına mindirsin və beləliklə, övladını məktəbdən evə aparsın. Buna icazə verilməlidir. Böyük narazılığa səbəb olan bu məsələ ilə bağlı millət vəkili olaraq mənə valideynlərin çoxsaylı müraciətləri var və çox arzulayardım ki, bu, qanunvericilik səviyyəsində deyil, hansısa başqa formada Dövlət Yol Polisi tərəfindən təlimatlar formasında öz həllini tapa bilsin. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Amma mən bu ikinci məsələ ilə çox razı deyiləm. Gəlin, sayaq görək Bakıda nə qədər məktəb var. Maşallah, hər ailədə iki-üç dənə maşın var, uşaqların əksəriyyəti məktəbə xüsusi sürücülərlə gedir. Hərəsi gedib o məktəbin qabağında maşın saxlasa, gör onda şəhərin vəziyyəti necə olar? Heç bir məktəbin qabağında dayanacaq yeri yoxdur, heç xaricdə də yoxdur, xaricdə bir çox məktəbə uşaqları avtobusla gətirirlər, avtobusla aparırlar. Yəni bu mümkün məsələ deyil. Leyla Abdullayeva buyursun.
L.Abdullayeva. Təşəkkür edirəm. Mən qısa olaraq bir məsələyə toxunmaq istərdim. Bilirsiniz ki, bizdə sürücülük hüququ ilə bağlı maksimum yaş həddi qanunla müəyyən edilməyib. Hamımıza məlumdur ki, avtoqəzaların sayı da artmaqdadır. Mətbuatda, televiziyada yaşlı sürücülərin avtoqəza törətməsi haqqında məlumatlara da rast gəlinir. Bu baxımdan təklif edərdim ki, yaşlı sürücülərlə bağlı yaş maksimumunun müəyyən edilməsi variantı yenidən nəzərdən keçirilsin. Yaşı 80-ə çatmış insanların, ümumiyyətlə, avtomobil idarə etməsi nə qədər məqsədəuyğundur, bunu araşdırmaq lazımdır. Məlumdur ki, müəyyən yaşdan sonra insanlarda diqqət zəifləyir, eşitmə və görmə qabiliyyəti aşağı düşür, reaksiya hissləri də zəifləyərək insanların dəqiq və operativ qərar verməsini xeyli çətinləşdirir. Bu baxımdan bu məsələyə baxılmasını təklif edərdim. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, dəyişikliyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.57 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Şəhərsalma və Tikinti Məcəlləsi, bilirsiniz ki, vaxtilə Milli Məclisdə işlənib hazırlanmış, qəbul olunmuş və cənab Prezident tərəfindən imzalanmışdır. Ümumiyyətlə, Şəhərsalma və Tikinti Məcəlləsindəki normalar beynəlxalq standartlara, Avropa standartlarına tam uyğun idi və ilk dəfə olaraq Azərbaycanda tikinti prosedurunun həyata keçirilməsi ilə bağlı vahid normalar nəzərdə tutulmağa başladı.
Eyni zamanda, yəqin, xatırlayırsınız ki, Tikinti Məcəllə-sinə edilən fundamental dəyişikliklərdən biri də tikintinin həyata keçirilməsi, planlaşdırılması ilə bağlı normaların sa-dələşdirilməsi, müddətlərin qısaldılması olmuşdu. İndi sizin diqqətinizə təqdim olunmuş dəyişikliklər Tikinti Məcəlləsindəki normaların, yəni sadələşdirilmiş normaların müddəalarının davam etdirilməsidir. Belə müddəaların işlənib hazırlanması ilk növbədə Azərbaycanda sahibkarlığın inkişafına dəstək verilməsi ideyasına söykənir və buna görə də Tikinti Məcəlləsindəki dəyişikliklər Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında cənab Prezidentin 2014-cü il tarixli Fərmanına söykənir. Qısaca olaraq onu demək istəyirəm ki, təklif olunan dəyişikliklərin bir hissəsi 75-ci maddə ilə bağlıdır. Burada göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır.
Eyni zamanda, 80-ci maddə məlumatlandırma icraatına həsr olunur. Bilirsiniz ki, bir sıra hallarda, xüsusən bizim vaxtilə qəbul etdiyimiz Tikinti Məcəlləsində qeyd olunmuşdu ki, hansı hallarda fərdi yaşayış evlərinin tikilməsi ilə bağlı məlumatlandırma icraatı kifayət edir. Burada bu, 80.1-ci maddədə öz əksini tapıb. Amma indi təklif olunan növbəti 80.1-1-ci maddə isə daha çox sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Göstərilir ki, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
 
Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov  sədrlik  edir

Mən hesab edirəm ki, bu, kifayət qədər yeni və mütərəqqi bir normadır. Əlbəttə, bunda həm vətəndaşlarımız maraqlıdır, həm də sahibkarlar maraqlıdır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, Tikinti və Şəhərsalma Məcəlləsinin qəbulundan sonra müvafiq dövlət və icra orqanları bu Məcəllənin tətbiqi ilə bağlı fəaliyyətlərini artırıblar. Onu da qeyd etməliyəm ki, Tikinti Məcəlləsinin yeni normalarının təbliğinə ehtiyac var. Təəssüf ki, bir sıra hallarda bu normaların tətbiqi zamanı nöqsanlara da yol verilir. Amma əminəm ki, bu yeni dəyişikliklərin qəbulundan sonra müvafiq dövlət orqanları tərəfindən həm hüquqi maarifləndirmə işləri həyata keçiriləcək, həm də qanunun mənası tam, dürüst olduğu kimi tətbiq olunacaqdır. Ziyafət müəllim, eyni zamanda, qeyd etmək istəyirəm ki, növbəti qəbul edəcəyimiz Cinayət Məcəlləsi və İnzibati Məcəllə də Şəhərsalma və Tikinti Məcəlləsinin indi müzakirə etdiyimiz normalarına söykənir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Aytən Mustafayeva.
A.Mustafayeva. Təşəkkür edirəm, Ziyafət müəllim. Şəxsən mənim üçün olduqca vacib bir qanunun müzakirə-sidir. Bu qanunla bağlı iki məsələni qaldırmaq istərdim. Birincisi, indi Bakıda bir-birinə çox yaxın xeyli yeni binalar tikilir. Fövqəladə hallar zamanı ora yanğınsöndürən maşınların yaxınlaşması böyük bir problemdir. Belə tikintilərə necə icazə verilir?
İkincisi, bu binalar bir-birinin gün işığını bağlayır. So-vetlər vaxtı bu məsələ həmişə diqqət mərkəzində olub. Buna o zaman icazə verilirdi ki, bir binanın kölgəsi o birinin işığını bağlamasın. Təəssüflər olsun ki, indi heç kim bu qaydalara riayət etmir. Baxmayaraq ki, Şəhərsalma və Tikinti Məcəlləsində bu var.
Sonra, binaların arasında həyətlərin, uşaqların, gənclərin öz vaxtlarını səmərəli keçirmələri üçün idman meydança-larının salınması diqqətə alınmalıdır. Bu başqa bir memar-lıqdır. Həyətsalma işi çox vacibdir və binaların tikintisi zamanı bu, iş adamlarının qarşısında şərt olaraq qoyulmalı-dır. Onu da qeyd edim ki, son zamanlar ölkə başçısı tərəfin-dən ölkədə aparılan siyasət tamamilə cavanların idmana həvəslərinin artırılması ilə bağlıdır. Belə olan halda necə bu ola bilər ki, həyətlərin heç birində futbol və digər idman növləri üçün belə yerlər ayrılmır? Qonşu respublikanın paytaxtı Tbilisidə yeni salınan 5-7 mərtəbəli binaların həyətində futbol meydançaları var. Biz gələcək nəslin daha sağlam olmasını istəyiriksə, bunun üçün imkan yaratmalıyıq.
İkinci deyəcəyim məsələ fiziki imkanları məhdud olan insanlarla bağlıdır. Bəli, çox yaxşıdır ki, son zamanlar piya-dalar üçün səkilər təzədən təmir olunub. Amma bu səkilərə fiziki imkanları məhdud şəxslər necə çıxa bilərlər? Ana uşaq arabası ilə yeraltı keçiddən keçə bilmir. Ona görə ki, onu tikəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən icazə almayıblar. Pandusların tikilməsi hələ o demək deyil ki, fiziki imkanları məhdud olan insanların problemi həll olunub. 45 dərəcə maillikdə olan pandusdan sağlam adam ensə, şikəst olar. O yazıq əlil oradan necə düşsün? İmkan yoxdur ki, əlil arabasında olan insan avtobus dayanacaqlarında hərəkət etsin.
Avropa ölkələrində olanda bizə elə gəlir ki, burada əha-linin yarısı əlildir. Yox, ölkənin yarısı əlil deyil, sadəcə, imkan var ki, onlar şəhərdə hərəkət etsinlər. Bizim əlillər isə qəfəsdədirlər. Onlar nə evlərindən aşağı düşə, nə də küçədə hərəkət edə bilirlər. Heç olmasa, təzə tikilən binalarda, təzə salınan yeraltı keçidlərdə bu yazıqları nəzərə alsınlar. Axı mərhəmət, başqalarını düşünmək lazımdır. Hər kəs qocalanda bu hala düşə bilər. Bu mənim üçün çox problemli məsələdir. Sağlam insanın xəstədən, toxun acdan xəbəri olmaz. Gəlin bir az başqalarını da fikirləşək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa müəllim, sualınız var, buyurun.
M.Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən bu dəyişikliklərin hamısını bəyənirəm və qanun layihəsinə səs verəcəyəm. Amma mənim 80.1-1-ci maddə ilə bağlı hörmətli Əli müəllimə, – hörmətli Ziyafət müəllim, istəsəniz, Siz də cavab verə bilərsiniz, – sualım var. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyəti istisna olmaqla digər obyektlərin tikintisinə icazə tələb olunmayacaq. Bu çox yaxşıdır. “Yaşama” məsələsi aydındır. “İnsanların toplanması” məsələsi nədir? Bu hansı obyektlərdir ki, burada insanların toplanması istisna olunur? Qarajdırmı, emalatxanalardırmı, yaxud nədir? Bunlar konkret nə ola bilər? Anbarlardırmı? Konkretləşdirək, məsələn, bir anbarda 20 fəhlə işləyə bilər. Bu artıq toplaşmadır. Ola da bilər ki, bir ofisdə 3-4 nəfər oturar. İcazə verməz ki, bu ofisdir, bura insanlar toplanırlar. Gəlin biz bunu konkretləşdirək ki, insanların toplanması nə deməkdir və say neçə olmalıdır? Yaxşı olar ki, biz bunu müvafiq icra hakimiyyətinin öhdəsinə buraxmayaq, özümüz konkretləşdirək. Mötərizədə yazaq ki, biz Milli Məclis olaraq nələrə icazə veririk. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim də toxunacağım məsələ 80.1-1-ci maddə ilə bağlıdır. Bizim bu məsələni müzakirə edəcəyimizlə bağlı məlumat mətbuata çıxdıqdan sonra bu bəndlə bağlı mənə çoxsaylı müraciətlər var. Müraciətlərin məğzi nədən ibarətdir? Prinsipcə bir tərəfdən sahibkara kömək edilir ki, filan – filan tələb daxilində ancaq məlumatlandırma icrası həyata keçirilir, layihələndirmə məsələsindən başqa hər hansı razılıq iddia olunmur. Amma burada bir bənd var. Mərtəbələr arasında hündürlük 3 metrdən ibarətdir. Düzdür, qeyri-yaşayış sahələridir. Amma 20 santimetr döşəməni, 15–20 santimetr də üst hissəni nəzərə alsaq, deməli, mərtəbələrarası məsafə 2,5 metrə çıxır.
Düzdür, bu, yaşayış yeri deyil, mağazalardır, sexlərdir, müəyyən anbarlardır və sair. Mən bilmək istəyirəm, 2,5 metr hündürlüyü olan yerdə hansı sahibkarlıq fəaliyyətini həyata keçirmək olar? Hesab edirəm ki, əgər biz burada 3 metr məsafəni saxlasaq, bu, sabah sahibkarlarımıza müəyyən problemlər yarada bilər. Ona görə də təklif edirəm ki, təşəbbüskar təsisat 3 metr məsafəni ya 3 metr yarım, ya 4 metr etsin, ya da 3 metr məsafə döşəmə ilə tavan arasındakı məsafə kimi nəzərdə tutulsun. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən burada xüsusi şriftlə ayrılmış yeni dəyişikliklərdən öncə qüvvədə olan normalardan bir-ikisinə diqqətinizi cəlb etmək istəyirəm. Yerli vəziyyətə də diqqəti cəlb etməyə ehtiyac yoxdur, çünki hər birimiz onunla yaşamaqdayıq, qarşılaşmaqdayıq. Hörmətli Aytən xanım burada bir sıra problemləri sadaladı, Aydın müəllim də onun başqa bir tərəfini qeyd etdi.
Məsələn, 80.1-1-ci maddədə yazılıb ki, mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma. Diqqət etdinizsə, məhz məlumatlandır-madan söhbət gedir. Ancaq son dərəcə liberal, vətəndaşların maraqlarını əks etdirən qanunumuzun qəbulundan keçən müddət ərzində, demək olar ki, vəziyyət dəyişməyib. İcra hakimiyyətlərində faktiki olaraq bu cür tikintilər üçün icazəvermə qaydası hökm sürür. Burada memarlıq və planlaşdırma ilə bağlı məsələdən tutublar.
Mən düşünürəm ki, biz sanki iki virtual vəziyyətdəyik. Bir tərəfdən, qəbul etdiyimiz qanunlar həddindən artıq və-təndaş maraqlarını tamamlayır, hər hansı bürokratizmə yer vermir, şəffaflıq üçün imkanlar yaradır, digər tərəfdən, yerli vəziyyət tamamilə fərqlidir. Ona görə də Azərbaycanda tikinti sektorunda həddindən artıq böyük problemlər yaşanmaqdadır. Vətəndaşlarımız qəbul etdiyimiz qanunun normaları arasındakı labirintdən çıxa bilmirlər. Əksər hallarda elə özümüz də buradan çıxa bilmirik.
Ona görə düşünürəm ki, qanunların tətbiqi zamanı qoyulmuş normaların özü də çox dəqiq olmalıdır. Xüsusilə də Nazirlər Kabineti belə qanunların işləməsi üçün hazırlanan təlimatlarda icra hakimiyyəti orqanlarına vətəndaşın, sadəcə, 2 və 3 mərtəbəli tikintisi üzərində bu qədər böyük səlahiyyət əldə etməsinə imkan verməməlidir.
Əlbəttə, mən onunla da razıyam ki, xaos da olmaz. Bəs necə olsun? Dünyada necə olur? Məsələn, biz tez-tez keçmiş koloniya ifadəsini işlədirik. Yəni müəyyən ölkələrin keçmişdəki problemləri bizdə də olub, ona görə də şəhərsalma siyasətimizdə belə qarışıqlıqlar var. Mən getdim, Finlandiyanı gördüm. 1918-ci ildə azadlığına qovuşmuş bu ölkənin şəhərlərinin quruluşu, arxitekturası, dayanacaqlar sistemi, qovşaqlar göz oxşayır. Necə olur ki, biz bunu burada yarada bilmirik?
Biz hamımız ASAN xidmətdən çox danışırıq. Bu, yalnız sovet bürokratizmini aradan qaldırmayıb, təkcə şəffaflıq yaratmayıb, həm də bir mədəniyyət yaradıb. İnsanlar doğrudan-doğruya alicənablığa, təmizliyə, normal münasibətlərə doğru addımlar atmaqdadırlar. Ona görə də düşünürəm ki, ümumiyyətlə, bu cür normaların hamısının tətbiqini xüsusi bir quruma vermək lazımdır. Bu səlahiyyətlər icra hakimiyyəti orqanında qaldıqca vətəndaşlarımız həddən artıq incidilir. Bu, ayrı-ayrı qara maraqların ortada dövr etməsinə xidmət edir.
Əgər xaos olmasın deyə bir yol düşünürüksə, bunun çox sadə variantı var. Qərbdə bizdən qabaq buna keçiblər. Yəni tikinti layihələri əvvəlcədən müvafiq dövlət qurumlarında vahid formada təsdiq olunur. Hər bir vətəndaş da məhz bu tikinti arxitekturasından kənara çıxa bilməz. Biz “inkubator” sözünü, adətən, başqa bir canlı ilə bağlı işlədirik, amma o evlərə baxanda, elə bil ki, vahid bir standartdan çıxıb. Niyə elə olub? Ona görə yox ki, bunlar bir-biri ilə bəhsə girib fərqləndirmək istəməyiblər. Hər bir avropalı da ideal deyil, o da istəyir ki, qonşusundan fərqlənsin. Ancaq bəlli tikinti və arxitektura qaydaları sərt bir şəkildə onun qarşısında durur.
Əli müəllimi çox dəyərli həmkarımız olaraq tanıyırıq. Əminəm ki, Əli müəllim də eyni dərəcədə vətəndaşların bu məsələdə bürokratik maneələri yaşamamasını istəyir. Ona görə də belə səlahiyyətlərin ASAN xidmət kimi qurumlara verilməsini təklif edirəm. Onu belə maddələrdə yazmaq, təbii ki, mümkün deyil, çünki o, müvafiq icra orqanının səlahiyyətindədir.
Mən demək istəyirəm ki, vətəndaşlarımızın vəziyyəti dəyişməyib. Biz nəinki keçmiş evlərin rəsmiləşdirilməsi ilə bağlı problemlər qarşısındayıq, o cümlədən yeni tikintilərin də rəsmiləşdirilməsi, aktlaşdırılması, mülkiyyət aktının əldə edilməsi böyük bir bəlaya çevrilib. Bu, müvafiq qurumları ciddi şəkildə narahat etməlidir. İnsanlar bizdən, biz də kimlərdənsə bunu xahiş etməli deyilik. Onların borcudur ki, qanunu qəbul etdiyimiz kimi icra etsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən bir məsələni xatırlat-maq istəyirəm. Biz Şəhərsalma və Tikinti Məcəlləsini qəbul edərkən bu qanuna son variantda edilən düzəlişə etirazımı bildirdim. Bu nə idi?
Yadınızdadırsa, “Məlumatlandırma icraatı” adlı 80-ci maddədə məlumatlandırmaya müvafiq icra hakimiyyətinin cavabı birinci və ikinci oxunuşda 1 ay müddətində idi, amma üçüncü oxunuşda qəflətən 3 ay müddətində oldu və belə də qəbul olundu. Mən cənab Prezidentə təşəkkür etmək istəyirəm ki, artıq bu narahatçılıq onun 2014-cü il 3 mart tarixli “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı və bu gün bizə təqdim etdiyi qanun layihəsi ilə tənzimlənir. Doğrudan da, o vaxt nədənsə iki oxunuşda 1 ay göstərildi və sonradan 3 ay oldu. İndi yenidən də bu, 1 ay oldu. Mən belə hesab edirəm ki, bu, icazə tələb olunmayan fərdi yaşayış evlərinin və digər obyektlərin tikintisində insanların narahatlığına son qoyan bir məsələdir. Buna görə bu qanunun müəllifi olan cənab Prezidentə təşəkkür etmək istəyirəm.
Bir məsələni də qeyd edim. 82-ci maddədə tikintiyə icazə verən orqanın öhdəliyi var. Yəni məlumatlandırma icraatı ilə bağlı razılığın bildirilməsi ilə bağlı bir dəyişiklik edilib. Burada da, təbii, 1 ay olur. Çünki 80-ci maddədə 1 ay qəbul edilirsə, 82-ci maddədə də avtomatik belə olacaq. Amma 1 aydan sonra məlumatlandırma icraatına cavab verilmədi, onda nə baş verir? Yenə yüzlərcə insan öz hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edir. Mən çox istərdim ki, 82.2-ci maddənin sonunda bu öhdəliyin yerinə yetirilməməsi ilə bağlı məsuliyyət anlayışı da olsun. İndi cavab vermirsə, mülki qaydada məsələlər aylarla, illərlə uzanır. Deməli, bir yetimin evinin tikintisi yenə 6 ay, 1 il çəkəcək. Ona görə bir daha təkrar edirəm ki, öhdəliyin icra olunması ilə bağlı müəyyən məsuliyyət məsələsinin qoyulması məqsədəuyğun olardı.
Ümumilikdə, bu qanun layihəsi, bayaq qeyd etdiyim kimi, bir çox problemlərin aradan götürülməsinə, ölkədə sahibkarlığın inkişafına və eyni zamanda, 80-ci maddənin subyekti olan sahibkarlığa yox, fərdi vətəndaşların hüquq-larının qorunmasına və sənədləşmədə bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edir. Həmkarlarımı bu sənədə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Adil Əliyev.
A.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Təbii ki, bunlar çox önəmli dəyişikliklərdir və mən də qanun layihə-sinə səs verəcəyəm. Burada məni bir neçə məqam çox narahat edir. Çingiz müəllim çox sağ olsun, birini söylədi. O müddətlərin azaldılması və o müddətlərə vaxtında əməl olunmasına görə məsuliyyət kimin boynunda qalır. O məs-uliyyətsizliyi biz necə dəyərləndiririk və aidiyyəti idarələr o məsuliyyətsizliyə görə hansı cavabdehlik daşıyırlar?
İkincisi, Ziyafət müəllim, mən çoxlu sayda insanın şika-yətini nəzərə alıb bir məsələni söyləmək istəyirəm. Rayon icra hakimiyyətləri və Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi sənədlər əsasında vətəndaş tikintiyə başlayır. Amma əfsuslar olsun ki, vətəndaş daşı daşın üstünə qoyan kimi, onlarca təşkilatı təmsil edənlər hərəsi qoltuğunda bir qovluq tökülüşüb vətəndaşın tikintisini saxlayırlar. Onların “ay qardaş, sərəncamım var, layihəm təsdiq olunub” demələrinə baxmayaraq, insanların hissiyyatları ilə oynayırlar. Qanun layihəsində bu cür təşkilatlara qarşı müəyyən tədbirlərin görülməsi nəzərdə tutulsaydı, təbii ki, biz çox rahat olardıq və şikayətlərin sayı da azalardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli müəllim, suallara cavab vermək istəyirsiniz?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Xatırlayırsınızsa, biz bu məcəlləni qəbul edəndə də çoxlu təkliflər var idi. Müddətlərin qısaldılması ilə bağlı təklifi Şəhərsalma və Tikinti Məcəlləsi burada müzakirə olunanda səsləndirmişdik. 3 ayın 1 ay olması ilə bağlı təklif o zaman işçi qrupunda müzakirə olunmuşdu. O zaman biz təsəvvür etmirdik ki, bu məcəllə qəbul olunandan sonra doğrudanmı, bunu müfəssəl plan olanda 1 aya edə biləcəklər. Qanun qüvvəyə mindi və indi artıq məlum oldu ki, informasiya texnologiyalarının tətbiqindən istifadə edərək müddəti 3 aydan 1 aya endirmək olar.
Hörmətli millət vəkillərindən Zahid müəllimin və Adil Əliyevin qanunun tətbiqi ilə bağlı qaldırdığı məsələyə mən də layihəni təqdim edərkən toxundum. Bu, əlbəttə ki, qanunun tətbiqi ilə bağlı məsələdir. Onu deyə bilərəm ki, hazırda Şəhərsalma və Tikinti Məcəlləsinin normalarının düzgün, dəqiq tətbiqi məsələsi gündəmdədir və nəzarətdədir. Hətta bir işçi qrupu da yaradılıb. Onlar ənənəvi olaraq bölgələrdə dövlət orqanları ilə tədbirlər keçirirlər və praktikada baş verən neqativ halların aradan qaldırılması üçün işlər görürlər. Mən həm də qanunvericilik təşəbbüsü subyektinə hörmətli millət vəkillərinin səsləndirdiyi bir sıra narahatçılıqları da çatdıracağam.
Burada 80.1-ci maddə barədə qeyd olundu. Bu, doğrudan da, vacib bir maddədir. Vaxtilə biz bunun haqqında çox təqdirəlayiq sözlər demişik. Hörmətli Musa müəllim məh-dudiyyətlərlə bağlı sual verdi ki, əgər belədirsə, onda hansı obyektlərdir? Burada müəyyən tədbirlərin keçirilməsi ilə bağlı yerlər, qaraj, anbar və sair nəzərdə tutulur. 3 metr və 3 metr yarım məsələsini bir də müzakirə etmək mümkündür. Amma demək istəyirəm ki, həm mərtəbələrin sayı, həm də hündürlüyün ölçülməsi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsində, o cümlədən nazirliklərin qəbul etdiyi sənəd-lərdə konkret normalar var. Orada göstərilir ki, o haradan ölçülür.
Ziyafət müəllim, demək istəyirəm ki, bu, doğrudan, 3 metrdir, bunun aşağısı, yuxarısı – hamısı nəzərə alınır. Daha dəqiq desək, sənədlərdə bu var. Bu çox geniş çərçivə deyil, çünki biz geniş çərçivə götürsək, razılaşmalıyıq ki, tikinti çox mürəkkəb bir prosedurdur və artıq icazə mexanizmi işə düşəcək. Yəni bu gün qanunvericilik təşəbbüsü subyektinin məlumatlandırma mexanizminin işə düşməsi ilə bağlı etdiyi 3 metr və 1400 kvadratmetr təklifi, əlbəttə, böyük tikintilərin, qlobal işlərin həyata keçirilməsindən ötrü deyil. Daha sadə bir tikilidir və məhz ona görə də məlumatlandırma mexanizmidir. Bundan kənara çıxan hallarda, əlbəttə ki, ancaq icazə mexanizmi işə düşür. Onunla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində konkret normalar mövcuddur. İstənilən halda, Ziyafət müəllim, hesab edirəm ki, bu, irəliyə doğru atılan bir addımdır.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Əli müəllim, gündəlikdə möhtərəm cənab Prezidentin bir məktubu ilə daxil olmuş iki məsələ var. Bunlar Cinayət Mə-cəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdir. Onlar barədə, zəhmət olmasa, məlumat verin, sonra səsə qoyarıq.
Ə.Hüseynli. Hörmətli həmkarlar, əslində, bu məcəlləyə edilən dəyişikliklə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə edilən dəyişikliklər arasında üzvi bir əlaqə mövcuddur. Yenə də Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında cənab Prezidentin fərmanından irəli gələrək, birincisi, torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasına görə inzibati məsuliyyət, ikincisi, qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahəsi ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Hər iki əlavə, qeyd etdiyim kimi, Prezidentin müvafiq fərmanının normalarından irəli gəlir və bu sahədə mövcud olan neqativ halların qarşısının alınmasına yönəlmişdir. Sağ olun.
Sədrlik edən. Zahid Oruc, buyurun.
Z.Oruc. Hörmətli Ziyafət müəllim, mən bu qanun layi-həsinə səs verəcəyəm. Sadəcə, çox qısa şəkildə fikrimi söy-ləmək istəyirəm. Cari məsələlərin müzakirəsi zamanı hör-mətli həmkarım Fazil Mustafa Tofiq Yaqublu ilə bağlı məsələyə toxundu. Mən də hesab edirəm ki, Azərbaycan dövləti hər zaman böyüklük, humanizm göstərib, insanların faciəsi zamanı onların yanında olub. Tofiq Yaqublu əfv olunacaq və bir daha da həbsxanaya dönməyəcəkdir. Sağ olun.
Sədrlik edən. Başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Xatırlayırsınızsa, biz Normativ hüquqi aktlar haqqında çox vacib bir Konstitusiya Qanunu qəbul etmişdik. Konstitusiya Qanununun tələblərinə görə qanunvericilikdə mücərrəd anlayışlardan istifadəyə yol verilmir. O zaman biz bir sıra qanunlardan o cür ifadələri çıxardıq. İndi təklif olunan dəyişiklik ondan ibarətdir ki, Mülki Prosessual Məcəllənin 317-ci maddəsində “ərizəsi üzrə qaldırıla bilər” ifadəsi “qaldırılır” sözü ilə əvəz olunur. Bu birbaşa Konstitusiya Qanununun tələblərindən irəli gəlir və artıq bir sıra qanunlarda biz bunu etmişik.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Təklif var, səsə qoyulsun. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 2 məsələ də möhtərəm cənab Prezidentin bir məktubu ilə daxil olub. Yenə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir. Səhv eləmirəmsə, bu, aqrar məsələ ilə bağlıdır. Əli müəllim, xahiş edirəm, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Tamamilə haqlısınız, Ziyafət müəllim. Məlumdur ki, Aqrar siyasət komitəsinin təqdimatı ilə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” çox vacib bir Qanun qəbul olunmuşdur. Qanunun müddəalarının pozulmasına görə həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində məsuliyyətin nəzərdə tutulacağı həmin qanunda vurğulanmışdı.
İndi həmin qanunun məntiqindən irəli gələrək Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutulması təklif olunur. Hesab edirəm ki, bu, yalnız millət vəkillərinin yox, ümumiyyətlə, cəmiyyətimizin sifarişidir, çünki Azərbaycan kənd təsərrüfatı ölkəsi kimi çox zəngindir. Bu cür halların mövcudluğu, ümumiyyətlə, genefonda ziyandır. Aqrar siyasət komitəsinin üzvlərinin əksəriyyətinin fikri belə olub ki, bu cür halların qarşısı qanunvericiliklə alınmalıdır. Məhz buna görə də bir halda cinayət məsuliyyəti, inzibati xətalara yol verildikdə isə sanksiyalar yolu ilə bu cür qanunsuz halların qarşısının alınması təklif olunur. Ümidvaram ki, hörmətli həmkarlarım bu təklifləri dəstəkləyəcəklər. Sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
müavin B.Muradova  sədrlik  edir

Sədrlik edən. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Bahar xanım. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən qanunun lehinə səs verə-cəyəm, amma bir ciddi məsələyə diqqətinizi cəlb eləmək istəyirəm. Burada 233-1-ci maddə var: “Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma”. Müxtəlif cəzalar nəzərdə tutulub. Diqqətinizi ona cəlb eləmək istəyirəm ki, son zamanlar ölkədə elə gün olmur ki, bıçaqlanma və ölüm hadisəsi də baş verməsin. Bıçaqlanma, demək olar ki, milli adət-ənənəyə çevrilib. Elə bu günlərdə oteldə gənc bir oğlan bıçaqlanaraq öldürüldü. Hər gün belə hadisələr baş verir.
Cinayət Məcəlləsində soyuq silah gəzdirmə ilə bağlı müvafiq maddə var. Əli müəllim daha dəqiq deyə bilər, sovet hökuməti vaxtında insanların üzərində 4 santimetrə çatan bir bıçaq olardısa, o, məsuliyyətə cəlb olunurdu. Bıçaq gəzdirmək olmazdı və belə hadisələr də çox az hallarda baş verərdi. İndi bunlar, demək olar ki, hər gün baş verə bilən hadisələrdir.
Mən təklif edirəm, Əli müəllimin komitəsində bu məsə-ləyə yenidən baxsınlar. Düzdür, qanunda maddə var, amma polisin səlahiyyəti artırılmalıdır. Türkiyədə polisə şübhələndiyi adamları saxlamaq və onun üstünü araşdırmaq səlahiyyəti verildi. Belə bir qanun qəbul olundu. Niyə bizdə də belə bir qanun olmasın? Hamı üzərində soyuq silah gəzdirir və nəticədə belə ağır cinayətlər baş verir. İndi kimi isə həbs eləmədən də bunun qarşısını almaq mümkün deyil. Buna görə də polisə xüsusi yetki verilməlidir, o öz işində çəkinməməlidir. Elə məni – Aqil Abbası da şübhələnirsə, saxlamalıdır. Üstünü aramalıdır ki, qardaşım, üstündə bu boyda, normadan artıq kəsici aləti niyə gəzdirirsən?
Əli müəllim, xahiş edirəm, komitənin növbəti iclaslarının birində polisin bu yetkisinin artırılması ilə bağlı nə isə hazırlayasınız. Mən inanıram ki, millət vəkilləri də mənimlə həmfikir olacaqlar, çünki baş verən hadisələr bizdən kənarda deyil. Bizim övladlarımızın, qohum-əqrəbamızın başına da gələ bilər. Heç bizimkilərin başına gəlməsin. Bu millət bizim qohum-əqrəbamız deyilmi? Bizə səs verən seçici bizim əzizlərimiz deyilmi? Millət bizim deyilmi? Mən bunu xahiş edirdim. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Aytən Mustafayeva.
A.Mustafayeva. Təşəkkür eləyirəm. Aqil müəllimin dediyi məsələ ilə bağlı biz dünən Eldar müəllimlə konfransda söhbət eləmişik. Bakıda Avropa İttifaqının ekspertləri Avropa İttifaqının təşəbbüsü ilə İnsan Hüquqları İnstitutu ilə birgə genetik modifikasiya olunmuş orqanizmlərin tərkibində olan yeyinti məhsulları, bitkilərlə bağlı konfrans keçirir. Bu gün də konfrans öz işini davam etdirir. Məsələ nə ilə bağlıdır? Geni modifikasiya olunmuş maddələrin tərkibində olan yeyinti məhsulları başqa fəsadlarla yanaşı, həm də insanların aqressivləşməsinə səbəb olur. Fikir versək, görərik ki, doğrudan da, son illər Azərbaycanda birincisi, intihar halları, ikincisi, qətllər çoxalıb. Bunlar xəstəliklərin artmasına, immun sisteminin aşağı düşməsinə, kişi cinsi genlərinin zəifləməsinə və bizim genefondumuza böyük təhlükə törədən maddələrdir. Mən Prezidentimiz cənab İlham Əliyevə minnətdaram ki, bu məsələyə belə həyəcanla diqqət yetirib. Biz görürük ki, son illərdə bu problemlə bağlı nə qədər qanuna dəyişikliklər edilib.
Onu da qeyd etmək istəyirəm ki, bu məsələ təkcə aqrar siyasətlə bağlı deyil. Həm iqtisadiyyatla, həm ekologiya ilə, həm də ölkənin təhlükəsizliyi ilə bağlıdır. Bu, Azərbaycan xalqına qarşı aparılan silahsız, görünməyən müharibədir. Mən onun üçün bu dəyişiklikləri qəbul edirəm, ancaq bir məsələ ilə bağlı sözümü demək istəyirəm. Cərimələr çox aşağı səviyyədədir. 300–500 manat 10 minlərlə gəlir götürəcək fermer üçün heç nədir. Mənə elə gəlir ki, o cərimələrin miqdarını daha yüksək etmək lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Aytən xanım. Eldar müəllim, indi danışırsınız? Bəlkə çıxışlar bitsin, sonra münasibət bildirərsiniz?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, mən də bu məsələ ilə bağlı təşəbbüsü dəstəkləyirəm. Amma bir şeyi qeyd elə-mək istəyirəm ki, genetik modifikasiya olunmuş məhsulların Azərbaycan bazarında kütləvi şəkildə yayılması artıq heç kimə sirr deyil. Yəni bunun qarşısının alınması mexanizmi haqqında düşünmək lazımdır. Cəriməni 6–7 min artırmaqla məsələ öz həllini tapmır. Yəni hamı bilir ki, bu alma, banan haradan, necə gəlir. Bu pomidor, xiyar necə hazırlanır. Alternativlər, bilgi olmadığına görə onlardan istifadə olunur. Buna dövlət səviyyəsində çox ciddi bir şəkildə müqavimət göstərilməlidir.
Mən də hesab edirəm ki, bu bir müharibədir. Bu, gene-fondun məhv edilməsi üçün bilərəkdən Azərbaycana qarşı aparılan məqsədyönlü fəaliyyətdir. Bu məsələdə iş adamla-rımız iştirak edirsə, bu sahəyə baxan müəyyən məmurlar buna göz yumursa, onların ifşa olunması olduqca vacibdir.
Bir tibb elmləri namizədinin ANS-in canlı yayımında dərmanların tərkibi ilə bağlı söylədikləri ilə çoxunuz tanış-sınız. Dəhşətə gəlirsən ki, xaricdən gətirilən dərmanların tərkibi fəlakətli vəziyyətdə, insan orqanizminə ziyan vuran səviyyədədir. Sifariş verirlər ki, ucuz, amma mütləq alman ya da fransız markası ilə olsun və bunu rahatlıqla baha qiymətə satsınlar. Nəzarət mexanizmi olmayanda bu ancaq kimsəsiz, bilgisiz şəkildə bunu təsadüfən gətirən insanlara şamil olunacaqdır. Bunun da bir səmərəsi olmayacaq. Ona görə də hesab edirəm ki, məsuliyyətin artırılması müsbət haldır və bunun genişləndirilməsi lazımdır. Bunun qarşısını almasaq, inzibati yolla, yaxud cinayət xarakterli məsuliyyət müəyyən eləməklə məsələni həll etmək mümkün olmayacaq.
Aqil müəllimin 233-1-ci maddə ilə bağlı söylədiyi narahatlığı başa düşürəm. Bildiyim qədər, polisin bu sahədə kifayət qədər yetkisi var. İstənilən şübhəli şəxsi dayandır-maq və ya axtarmaq, müəyyən əməli törətməzdən öncə onun haqqında informasiya varsa, qarşısını almaq imkanı da var, səlahiyyəti də. Əlavə hansı səlahiyyətin verilməsi məsələsi istəyirdim ki, bir qədər dəqiqləşsin. Türkiyədə bunu qəbul eləyəndə separatçı, təxribatçı qüvvələrin maska taxaraq mitinqlərə çıxışının dağıdılması halları nəzərdə tutulub. Konkret şəxsə qarşı, məncə, polisin işini məhdudlaşdıran heç bir maneə yoxdur. Burada problem nədədir?
Bu günlərdə Avropa otelində baş verən bir qətl hadisəsi ilə bağlı informasiya aldıq. İdman eləyən şəxslər bir-biri ilə mübahisə edirlər. Biri deyir ki, ayaqqabı ilə xalının üstünə çıxma, o biri deyir, çıxacağam. Siz Azərbaycanda baş verən kriminal hadisələrin mahiyyətinə baxsanız, görərsiniz ki, bunların hamısında bir mədəniyyətsizlik amili, insan tole-rantlığının olmaması yatır. Bəzən deyirik ki, Azərbaycan tolerant bir dövlətdir. Düz deyirik, Azərbaycan tolerant dövlətdir, amma Azərbaycan cəmiyyəti tolerant cəmiyyət deyil. Azərbaycan kəndlərində hamı su üstündə bir-biri ilə savaşır, qonşunun qapısının ağzına suyu müəyyən dərəcədə buraxır. Deyəndə də qarşısını almaq olmur.
Yəni bu, cəmiyyətin tolerantlığı ilə bağlı problemdir, buna polis nə edə bilər? İdman zalında 2-3 nəfər yetkin adam bir-biri ilə razılığa gələ bilmirlər ki, bura ayaqqabı ilə çıxmaq olar, ya olmaz. Sonra da biri o birini bıçaqlayır. Bu, insanların mədəni səviyyəsinin aşağı olması ilə bağlı problemdir. Ona görə də bu istiqamətdə təbliğat artmalıdır və insanlar bilməlidirlər ki, hərənin öz hüququ var, onun çərçivəsini pozmaq olmaz. Məncə, əsas məsələ budur. Mən də bu dəyişikliklərə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil müəllim, təşəkkür edirəm. Bəli, Azər-baycan cəmiyyəti tolerant cəmiyyətdir, sadəcə, onu qonşu-ların dalaşması səviyyəsinə endirmək lazım deyil. Dini, konfessiyalararası tolerantlıqdan söhbət gedir. Ayrı-ayrı irqlərdən, millətlərdən, xalqlardan, etnik qruplardan olan insanların tolerantlıqlarından söhbət gedir. Bu çox böyük nailiyyətdir. Bəli, dövlətimiz də, cəmiyyətimiz də tolerant-dır. Amma dediyiniz məişət problemləri başqa məsələdir. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Doğrudan da, bu çox vacib bir qanun layihəsidir. Amma mən əsas diqqəti onun gətirilməsindən daha çox istehsalı ilə bağlı olan məsələlərə yönəltmək istəyirəm. İstehsal olmasa və yaxud ona qarşı mübarizə aparılsa, artıq onun gətirilməsi, yayılması və istifadə olunmasından söhbət gedə bilməz. Tutalım, kimsə toxumu gətirir, əkir, bütün Azərbaycana yayır. Gəl indi buna qarşı mübarizə apar.
İkinci, elə məhsullar var ki, biz istehsal etmirik, kənardan gətiririk. Ciddi nəzarət qoyulmalıdır ki, kənardan gələn məhsulların kodu dəyişmiş olmasın. Amma əfsuslar olsun ki, kodu dəyişmiş məhsullar gəlir və onların satışı da, yayılması da geniş şəkil alır.
Həmkarlarım insanların aqressivləşməsindən danışdılar. Burada məhsullardan daha çox informasiyanın özü xüsusi rol oynayır. Televiziyalara baxırıq, hamısında mütləq kriminal göstərməlidirlər. Özü də onu başlığa verir, əsas xəbər kimi göstərir: “filankəs filankəsi doğradı”, “filankəs filankəsin başını kəsdi”, “filankəs filankəsi öldürdü”. Yaxud da internet saytlarında göstərirlər ki, insan özünü necə asmalı, filankəsə qarşı necə sui-qəsd törətməlidir. Fiziki cəhətdən zəif, iradəsiz insanlar bunları öyrəndikcə ondan istifadə etməyə çalışırlar.
Mən hesab edirəm ki, bunların qarşısını almaq üçün geniş təbliğat aparılmalı, sosial reklamlardan istifadə olunmalıdır. Televiziyalar sanki yarışa giriblər. Biri kriminal veriliş açan kimi o birisi ondan qabağa düşmək istəyir. Birini salır türmələrin canına, verilişlər verməyə başlayır. Bilmədiklərini də camaata öyrədirlər ki, gedin, bu işlə məşğul olun. Mən hesab edirəm ki, onların reabilitasiyasını göstərmək lazımdır, törətdikləri cinayəti geniş şəkildə, xüsusi anonsla verməyə ehtiyac yoxdur. Keçmişdə televiziya kanallarında belə hadisələr verilmirdi və cəmiyyət də o informasiyaları o qədər qəbul etmirdi. İnsan nə qədər ağır informasiya qəbul edirsə, bir o qədər aqressivləşir.
Mən Sizin dediyiniz fikirlərlə razıyam, hörmətli həmka-rım Fazil müəllimin dedikləri Azərbaycan cəmiyyətinə şamil edilə bilməz. Hər bir insanın Avropada da, Asiyada da – dünyanın hər yerində, ola bilər ki, fikirləri üst-üstə düşməsin, səhv gəlsin. Yaponlar bir-biri ilə danışanda elə bilirsən ki, bu dəqiqə savaşacaqlar, amma tamam başqa bir məsələni müzakirə edirlər. Yaxud da italiyalıların bütün danışıqları əl-qol hərəkətləri ilədir, amma tamam başqa formadadır. Yəni Azərbaycanın da öz xüsusiyyətləri var, amma bu demək deyil ki, Azərbaycanda millətin səviyyəsi aşağıdır və buna görə də o cür hadisələr baş verir. Buna təsir edən amillər var. Müxtəlif dini cərəyanların qızışdırmaları, onların dəstəsinə qoşulma amilləri var, amma Azərbaycan cəmiyyəti, doğrudan da, tolerant bir cəmiyyətdir. Həmişə belə olub, bundan sonra da olacaq.
Baxın, digər ölkələrdən fərqli olaraq Azərbaycanda heç bir dinlərarası, qruplararası mübarizə getmir. Budur toler-antlıq. Əgər xalq bunu başa düşməsəydi, bir-biri ilə bu səpkidə mübarizə aparmağa başlayardı.
İqbal müəllim cənub bölgəsi ilə əlaqədar məsələ qaldırdı, mən onu dəstəkləyirəm, alqışlayıram, tamamilə düzgündür. Təəssüflər olsun ki, bütün millət vəkilləri o cür düşünmür və fikirlərini bu cür izah etmirlər. Bu məsələləri onun-bunun boynuna atırlar. Mən hesab edirəm ki, bu məsələdə hamımız yekdil, bir olmalıyıq. Azərbaycanda milli ayrı-seçkilik heç vaxt olmayıb, hamımız qardaş kimi yaşayıb, fəaliyyət göstərmişik. Burada da çox gözəl deyildi, cənub bölgəsində nə qədər məktəb, xəstəxana tikilib. Ziyafət müəllim, Siz həmin bölgədən millət vəkili seçilmisiniz və bunların bilavasitə şahidisiniz. Əlikramın və yaxud da kiminsə nə isə deməsindən asılı olmayaraq belə adamlara münasibət bildirməliyik və birliyimizi qoruyub saxlamalıyıq, bu işi davam etdirməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim, təşəkkür edi-rəm. Hörmətli Eldar müəllim, sizin komitədə də bu məsələ müzakirə olunub. Buyurun.
E.İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Doğrudan da, bu, çox vacib dəyişikliklərdir. Hörmətli həmkarlarım, istəyirəm ki, mən də öz fikrimi sizlərə çatdırım. Hörmətli Əli müəllim hərtərəfli danışdı və çıxış edən həmkarlarımın da həyəcanını başa düşürəm. Əlbəttə, mən möhtərəm Prezidentimizə minnətdaram ki, onun imzası ilə belə bir dəyişiklik gəlib. Geni dəyişilmiş məhsullar təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük bir bəladır. Bütün dünya çalışır, bunun qarşısını ala bilmir.
Bunu bir qrup Amerika alimi icad edib. Bu nə üçündür? Dünyada ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçündür. Həqiqətən, geni dəyişilən bitkilər çox məhsul verir və həm də uzun müddətə qalır, xarab olmur. Ona görə bu lazımdır. Afrika ölkələrində bu gün bir milyarda qədər insan acından ölür, onlar üçün bu lazımdır. Amma Azərbaycan üçün qətiyyən məqsədəmüvafiq deyil, çünki Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə təmin edə bilir.
Çox təəssüflər olsun ki, indi bunlar ölkəmizə daxil olur. Bunun qarşısını almaq üçün, yenə deyirəm, bu dəyişiklik çox vacibdir. Düzdür, biz 6 qanuna dəyişiklik edib, buna qadağa qoymuşduq. Amma bu, sadəcə olaraq, kağızda olan qadağa idi. İndi cərimələr qoyulub. Misal üçün, birinci halda 3 min manatdan 5 min manata qədər cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub. O maddələri oxuyub vaxtınızı almaq istəmirəm, çünki qanun layihəsi sizə paylanıb.
Sonra, ikinci halda 4 min manatdan 6 min manatadək
miqdarda cərimə və 3 ilədək müddətə azadlıqdan məhrum-etmə nəzərdə tutulub. 200-2.3-cü maddədə isə yazılıb ki, 200-2.1, 200-2-2-ci maddələrdə göstərilən əməllər külli mi-qdarda törədildikdə 7 min manatdan 9 min manatadək mi-qdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Daha bundan artıq nə yaz-maq olar ki? Deməli, Cinayət Məcəlləsində bunlar nəzərdə tutulubdur.
Həmkarlarım dedilər, mən də onların fikirləri ilə razıyam. Həqiqətən, geni dəyişdirilmiş məhsullar insanlarda aqressivliyi artırır. Belə deyim ki, adını bilmədiyimiz xəstəliklər var, onlar ortalığa çıxır.
Bir neçə il bundan qabaq hörmətli həmkarlarım Bahar xanım və Fəttah müəllimlə Norveçə getmişdik. Mənə Nor-veçdə dedilər ki, cavan uşaqlar çox intihar edirlər, özlərini dənizə atırlar. Soruşduq ki, bu nədəndir? Düzünü deyim, mən indi-indi başa düşürəm. Bu məhsulları yeyirik, amma bilmirik ki, onların bizim orqanizmimizə nə təsiri var, hansı xəstəliklər, aqressivlik yaradır. Bax indi misal çəkdilər, polis polisi, nə bilim, kişi arvadını öldürür. Amma özlərini elə rahat aparırlar ki, elə bil, belə hadisə olmayıb, bir toyuq başı kəsiblər. Bax yediyimiz məhsulların içində olan o elementlər bizim bədənimizə təsir edir.
Hörmətli həmkarım Siyavuş müəllim də dedi. Mən bunun yeganə əlacını nədə görürəm? Qarşısını almaq qeyri-mümkündür, Almaniyada da qarşısını ala bilmirlər. Dü-nyanın heç bir yerində bunun qarşısını ala bilmirlər. Ancaq təbliğat aparmaq olar. İnsanlarımız başa düşməlidirlər ki, gözəl almadan, gözəl armuddan, nə bilim, standart pomidordan, qarpızdan qaçmaq lazımdır. Bu necə ola bilər? Mən dünən seminarda dedim ki, bəyəm burada əyləşən insanların hamısı eyni ölçüdədir? Biri uzundur, o biri gödəkdir, biri kökdür, o biri arıqdır. Necə ola bilər ki, çöldə yetişdirilən pomidorların hamısı eyni ölçüdə olsun? Mümkün deyil. Bunu təbiət yetişdirir. Birinin gübrəsi artıq olur, o birininki az olur. Yəni təbiilik əldən gedib. O baxımdan müəyyən alverçilər, amerikalı alimlər, bunu təbliğ edənlər istəyirlər ki, bununla siyasətimizi ələ alsın-lar. İnsanları xəstələnməyə, nə bilim, aqressivliyə məhkum edirlər. İndi əlac özümüzə, öz ağlımıza, öz hərəkətimizə qalıb. Çalışmalıyıq ki, bu məhsullardan uzaq olaq, Quba alması, Xaçmaz pomidoru yeyək. Təbii meyvələrdən istifadə edək, özümüzü öldürməyək. Bundan qaçmalıyıq, başqa əlacımız yoxdur. Çox sağ olun.
Sədrlik edən. Eldar müəllim, çox sağ olun, təşəkkür edirəm. Doğrudan da, bu çox ciddi məsələdir. Ölkə Prezi-denti, dövlətimiz siyasi iradə ortaya qoyub, Milli Məclis də bu məsələni müdafiə edir. Bu işdə maarifçilik, yenə də ma-arifçilik lazımdır. Biz günün ikinci yarısında, Eldar müəl-lim, bildiyiniz kimi, Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında qanun layihəsini müzakirə edəcəyik. Elə bunun özü maarifçiliyə xidmət edən bir qanun layihəsidir. Doğrudan, bu işin çox böyük əhəmiyyəti var, təşəkkür edirəm.
Xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.54 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi


Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Əmək Mə-cəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsidir. So-sial siyasət komitəsinin sədri Hadi Rəcəbli. Hadi müəllim, buyurun.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Minnətdaram. 9-cu və 10-cu məsələlər bir-birinə oxşardır. 9-cu məsələ əmək müqaviləsinin bağlanması ilə əlaqədar Əmək Məcəlləsində edilən bir dəyişiklikdən ibarətdir. Birinci paraqrafın 1.3-cü maddəsində əvvəllər yazılırdı: “müqavilə bağlanan gündən”, indi yazırıq: “hüquqi qüvvəyə minən gündən”. Bu birinci məsələdir.
İkinci belə texniki düzəliş də “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 28-ci maddəsində edilir. Bu maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz olunur. Bu bizim müvafiq qanunlara uyğunlaşdırmadır, texniki dəyişiklikdir. Xahiş edirəm, səsə qoyulsun.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Qənirə xanım, buyurun.
Q.Paşayeva. Çox hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən bu məsələni təsdiqləyəcəm, amma öncə başqa bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Mən iclasa bir az gecikdim, çünki Qarabağ müharibəsi vet-eranlarından ibarət bir qrup gəlmişdi, onları qəbul edirdik. Xahiş edirdilər ki, onlarla bağlı bir məsələni Milli Məclisdə qaldıraq. Ona görə izninizlə iki dəqiqə vaxtınızı alıb onların xahişini səsləndirmək istəyirəm.
Ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında Qarabağ müharibəsi veteranlarına böyük diqqət var və onlar ayda 45 manat müavinət alırlar. Söhbət ondan gedir ki, pensiyaya çıxdıqları zaman o 45 manat müavinət kəsilir və Qarabağ müharibəsi veteranları “Əmək pensiyası haqqında” Qanunun 19-cu maddəsində onlara verilən imtiyaza görə əmək pensiyasının baza hissəsinin 10 faizi, yəni 10 manat məbləğində əlavə əldə etmiş olurlar. Belə çıxır ki, 45 manat müavinət pensiyaya 10 manat əlavə ilə əvəz edilir.
Veteranlar xahiş edirlər ki, Milli Məclis bu məsələyə baxsın və “Əmək pensiyası haqqında” Qanunun 19-cu maddəsinə görə pensiyaya əlavə olunan həmin 10 faiz məbləği artıraraq yaxın gələcəkdə imkanlar çərçivəsində 45 manata çatdırsın ki, onlar pensiyaya çıxdıqdan sonra da o 45 manatı ala bilsinlər. Çünki insan yaşlandıqca səhhəti ilə bağlı problemləri və təbii ki, vəsaitə ehtiyacı daha da artır. Ona görə onlar pensiyaya çıxdıqdan sonra o 45 manat vəsaitin azalmamasını istəyirlər. Bu da qanunvericilikdən keçir. “Əmək pensiyası haqqında” Qanunun 19-cu maddəsində Qarabağ müharibəsi veteranlarının pensiyasına əlavə 10 faiz deyil, 45 faiz olarsa, bu məsələ öz həllini tapar.
Qeyd edim ki, Böyük Vətən müharibəsi veteranlarının pensiyasına əlavə 90 faizdir. Ona görə Qarabağ müharibəsi veteranları xahiş edirlər ki, bu məsələ hökumətlə də müza-kirə olunsun və əgər imkan varsa, onlar pensiyaya çıxdıqdan sonra da o 45 manatı ala bilsinlər. “Əmək pensiyası haqqında” Qanunun 19-cu maddəsindəki o 10 faiz 45 faizlə əvəz olunarsa, onlar 10 manat deyil, 45 manat ala bilərlər. Bu məsələni diqqətinizə çatdırmağı xahiş etdilər və mən də onu diqqətinizə çatdırmağı borc bildim. Sağ olun.
Sədrlik edən. Sağ olun, Qənirə xanım, təşəkkür edirəm. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.59 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Hadi müəllim, bu məsələ də sizin komitədə müzakirə olunub. Buyurun.
H.Rəcəbli. Səsə qoymaq lazımdır.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Onda münasibət bildirin.

Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gündəliyimizdə qalanlar kiçik məsələlərdir. Əgər etiraz yoxdursa, tənəffüssüz işləyək.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. 11-ci məsələ – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar! Bilirsiniz ki, artıq uzun illərdir Azərbaycanda cənab Prezidentin rəhbərliyi altında idmanın inkişafı ilə bağlı böyük işlər görülür və ölkəmiz artıq idman ölkəsidir. Azərbaycanda bir çox kütləvi beynəlxalq idman tədbirləri keçirilib və bundan sonra da keçiriləcək. Bu baxımdan İnzibati Xətalar Məcəlləsində kütləvi idman tədbirləri zamanı yol verilən müəyyən pozuntuların qarşısının alınması ilə bağlı normaların qeyd olunması tamamilə yerinə düşür.
Təklif bundan ibarətdir ki, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə cərimə sanksiyaları, kütləvi idman tədbirlərinin və id-man yarışlarının keçirilməsinə mane olmağa görə isə inzibati məsuliyyət tətbiq olunsun.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanunda kütləvi idman tədbirlərinin keçirilməsinə mane olan əməllərlə bağlı konkret normalar göstərilib. O normalar məndən sonrakı növbəti məruzənin predmetidir. Amma bu gün və gələcəkdə ölkəmizdə kütləvi idman tədbirlərinin qanunvericiliyə uyğun olaraq keçirilməsi üçün bu normalar çox əhəmiyyətlidir. Sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 14.02 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi barədə. Buyursun Rauf Əliyev.
R.Əliyev, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü.
Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! “Bədən tərbiyəsi və idman haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri Milli Məclisə ölkə başçısının qanunvericilik təşəbbüsü qaydasında daxil olmuşdur. Bu dəyişikliklər iki qrup məsələnin tənzimlənməsini nəzərdə tutur. Birinci, kütləvi idman tədbirləri və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin təmin edilməsi və ikinci, idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasının və müəyyən olunmuş tariflərdən yüksək qiymətə satılmasının qarşısının alınması.
Bu qanun layihəsinin hazırlanmasını zəruri edən amillərlə bağlı qeyd etmək istəyirəm ki, ölkəmiz 1999-cu il 28 oktyabr tarixində “İdman tədbirləri, o cümlədən futbol oyunları zamanı zorakılığın və xuliqanlığın qarşısının alınması haqqında” Avropa Konvensiyasına qoşulmuşdur və Konvensiyanın tələblərinin milli qanunvericilikdə təsbit edilməsinə xüsusilə I Avropa Oyunlarının keçirilməsi ərəfəsində ciddi zərurət yaranmışdır.
Eyni zamanda, nəinki ölkəmizdə, hətta bütün dünyada idman yarışları zamanı zorakılıq hallarının artması baş verir və bunun qarşısının alınması da idman yarışlarının təşkilatçılarının qarşısında duran mühüm vəzifəyə çevrilmişdir. Hətta təşkilatçılar üçün təhlükəsizliyi təmin etmək, baş verə biləcək zorakılıq hallarını azaltmaq yarışları təşkil etmək qədər aktuallıq kəsb edir.
“Bədən tərbiyəsi və idman haqqında” Qanunda edilməsi təklif olunan dəyişikliklər də kütləvi idman tədbirləri və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin təmin edilməsi, eləcə də idman tədbirlərinə giriş biletlərinin saxtalaşdırılması və müəyyən olunmuş tariflərdən yüksək qiymətə satılmasının qarşısının alınması ilə bağlıdır.
Bu iki məsələ ilə əlaqədar sənədlər hörmətli millət vəkil-lərinə paylanıb və mən o sənədlərdə yazılanları təkrar etmək istəmirəm. Sadəcə olaraq, demək istəyirəm ki, bildiyiniz kimi, son illərdə Azərbaycanda çox genişmiqyaslı idman yarışları keçirilibdir. Bu həm dünya qran-pri yarışları, həm də Avropa və dünya çempionatlarıdır. İndi Avropa Oyunları ərəfəsindəyik. 2016-cı ildə Azərbaycanda şahmat olimpiadası, 2017-ci ildə İslam Oyunları keçiriləcək. Müxtəlif idman növləri üzrə ölkə və dünya idman federasiyaları danışaraq 2017–2020-ci illərdə Azərbaycana dünya çempionatları salıblar. Nəhayət, 2020-ci ildə Azərbaycanda futbol üzrə Avropa çempionatının qrup mərhələsi keçiriləcək. Yəni bu dəyişikliklər nəinki I Avropa Oyunları, digər mötəbər idman tədbirləri üçün də eyni qədər vacib və zəruridir.
Bilirsiniz ki, Azərbaycanda I Avropa Oyunlarına artıq bir aydan da az vaxt qalıb. Oyunların Təşkilat Komitəsinin rəhbəri hörmətli millət vəkilimiz Mehriban xanım və Təşki-lat Komitəsinin bütün üzvləri Oyunlara hazırlıq müddətində çox böyük iş aparmışlar.
Bu gün artıq Azərbaycanda idman infrastrukturu tam hazırdır. Yeni idman qurğuları tikilib, mövcud qurğular tə-mir olunub, məşqçilər və idmançılar üçün şəhərcik yaradılıb, nəqliyyat məsələləri nizama salınıb. Bu onu göstərir ki, Azərbaycan bu gün Oyunlara tam hazırdır və Avropa Olimpiya Komitəsi də bu yaxınlarda bizə bu qiyməti verdi.
İki gün bundan qabaq məlumat verildi ki, hörmətli Pre-zidentimiz I Avropa Oyunlarının məşəlini yandırdı və ölkə ərazisində məşəlin yürüşü Naxçıvanda, Azərbaycan Respu-blikasının hər bir rayonunda davam edəcək.
Qeyd etmək istəyirəm ki, haqqında danışdığım qanun layihəsi onun hazırlanmasında bizə yardımçı olan mütəxəs-sislərin, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazir-liyi, Avropa Şurasının İdman Departamenti, Prezident Ad-ministrasiyası nümayəndələrinin, eləcə də həm Hüquq siya-səti və dövlət quruculuğu, həm də Sosial siyasət komitəsi üzvlərinin iştirakı ilə dörd-beş dəfə müzakirə olunub. Deməliyəm ki, bu çox vacib məsələdir və mən hər bir millət vəkilini bu məsələyə səs verməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aytən Mustafayeva.
A.Mustafayeva. Təşəkkür edirəm. Doğrudan da, bu çox vacib bir qanundur. Nəzərə alsaq ki, ölkədə bədən tərbiyə-sinə böyük diqqət yetirilir və yetirilməlidir, son zamanlar ali məktəblərdə bədən tərbiyəsi dərslərinin ləğv olunması təəssüf doğurur. İdmana bu qədər diqqət yetirən ölkədə bu, anormal bir haldır. Bundan danışarkən nə üçünsə Boloniya sistemini səbəb göstərirlər. Bu böyük səhvdir. Xaricdə sənədləri universitetə verərkən ilk öncə soruşurlar ki, hansı idman növləri ilə məşğul olacaqsan. Bir neçə idman növü seçməlisən ki, universitetin tamhüquqlu tələbəsi olasan və sonra da bir tələbə kimi mütləq idmanla məşğul olmalısan. Bizdə isə universitetlərdə nə üçünsə bədən tərbiyəsi dərslərini ləğv edirlər.
Başqa bir problem məktəblərdə hərbi dərslərin ləğv olunmasıdır. Bu da heç bir məntiqə uymayan bir şeydir. Amma qayıdaq “Bədən tərbiyəsi və idman haqqında” Qanuna. “Bədən tərbiyəsi və idman haqqında” Qanunun 5-ci maddəsində bələdiyyələrin bədən tərbiyəsi və idman sahəsində geniş səlahiyyətləri göstərilir. Lakin buna baxmayaraq, bədən tərbiyəsi və idman haqqında qanunvericilikdən bəhs edən 2-ci maddədə bələdiyyə aktları göstərilməmişdir.
Bu baxımdan hesab edirəm ki, qanunun 2-ci maddəsinə aşağıdakı məzmunda müddəa əlavə edilə bilər: “Bədən tərbiyəsi və idmanın kütləvi inkişafı, bədən tərbiyəsi-sağ-lamlıq və idman tədbirlərinin keçirilməsinin təmin edilməsi ilə bağlı yerli əhəmiyyətli məsələlər üzrə bu qanuna zidd olmayan bələdiyyə aktları qəbul edilə bilər”.
Qanunun 4.0.9-cu maddəsində sağlamlıq imkanları məh-dud uşaqlar və əlillər üçün respublika və beynəlxalq idman yarışlarının təşkili və bu yarışlarda ölkə idmançılarının hazırlığının və iştirakının təmin edilməsi bədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifəsi kimi müəyyən edilmişdir. Bu isə həmin qanunun 1.0.21-ci maddəsində nəzərdə tutulmuş fiziki reabilitasiya, yəni sağlamlığın pozulmasına səbəb olan məhdud həyat fəaliyyətinin aradan qaldırılmasına və ya maksimal dərəcədə tam kompensasiyasına yönəlmiş adaptiv bədən tərbiyəsi və adaptiv idman vasitə və metodlarından istifadə etməklə insan orqanizminin pozulmuş və ya müvəqqəti itirilmiş funksiyalarının və sağlamlıq imkanları məhdud uşaqların və əlillərin ictimai və peşəkar fəaliyyətdə iştirak qabiliyyətinin bərpasında, həmçinin əlillərin cəmiyyətə inteqrasiyası və özünütəsdiqində mühüm rol oynayır.
Bu baxımdan hesab edirəm ki, ölkəmizdə əlilliyi olan şəxslərin bədən tərbiyəsi və idman tədbirlərində iştirakına bilavasitə cavabdeh olan ixtisaslaşdırılmış kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirilməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gülçöhrə xanım Məmmədova.
G.Məmmədova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda edilməsi təklif olunan dəyişikliklərlə razıyam. Hesab edirəm ki, bunlar yerində təklif olunmuş dəyişikliklərdir və bütövlükdə qanunun daha kamil olmasına, bugünkü şəraitdə daha gözəl işləməsinə xidmət edir. Mən bunlarla razıyam və əlbəttə, layihəyə səs verəcəyəm.
Mən hörmətli Aytən xanımın çıxışında səslənən məsələ – universitetlərdə bədən tərbiyəsi dərslərinin ləğv olunması ilə bağlı bir arayış vermək istəyirəm. Yaddan çıxarmayaq ki, universitetlər ali ixtisas təhsili verən, mütəxəssis for-malaşdıran qurumlardır və Azərbaycan təhsilinin Qərb, Avropa standartlarına, Boloniya sisteminə uyğunlaşdırılması ilə bağlı bu gün universitetlərdə dördillik bakalavriat saatlarının sayı çox azalıb. İndi tədris plan və proqramları sırf mütəxəssis hazırlığına xidmət edən fənləri özündə birləşdirir. Burada artıq bütün dünyada və Avropada olduğu kimi, bəzi fənlərə, o cümlədən bədən tərbiyəsi fənninə yer ayrılmayıb.
Lakin bu o demək deyil ki, bədən tərbiyəsi universi-tetlərdən tamamilə çıxarılıb. Bədən tərbiyəsi kafedraları əvəzinə universitetlərdə idman klubları yaradılıb. Bu idman klublarının nəzdində müxtəlif idman növləri üzrə dərnəklər fəaliyyət göstərir. Bu idman klublarında məşqçilər var, o məşqçilər əmək haqqı alır və öz işlərini davam etdirirlər. Tələbələr isə məcburi şəkildə, cədvəldə göstərilmiş saatlarda yox, bütün gün ərzində, onları təmin edən zamanda, idman klubunun təyin etdiyi saatda məşqlərə gəlir və onları maraqlandıran idman növləri ilə məşğul olurlar. Mənə elə gəlir ki, idmana olan həvəs bu halda daha yaxşı dəstəklənir və şərait yaradılır ki, hər bir tələbə özü istədiyi idman növü ilə məşğul olsun.
Gənclərimiz bədən tərbiyəsi və idmanın insana nə qədər lazım olduğunu yaxşı başa düşürlər. Universitetlər də tələbə gənclərin bu həvəsini nəzərə alaraq onların fiziki tərbiyəsi üçün hər cür şərait yaradırlar. Bütün universitetlərdə idman klubları, sarayları, zalları var və onlarda müxtəlif idman növləri üzrə çoxsaylı dərnəklər fəaliyyət göstərir. Ona görə düşünürəm ki, bu məsələdə narahatçılığa səbəb yoxdur. Çox sağ olun.
Sədrlik edən. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Çox vacib bir məsələ müzakirə edirik. Ona görə, icazənizlə, qısa olaraq bir neçə fikir səsləndirmək istəyirəm.
İlk olaraq onu bildirmək istəyirəm ki, Azərbaycanda həyata keçirilən islahatlar idman sahəsində də sürətlə gedir və bu gün bizim elə bir regionumuz yoxdur ki, orada olim-piya komplekslərimiz olmasın. Amma bu olimpiya kom-plekslərində müəyyən problemlər var. Ona görə təklif edi-rəm ki, gələcəkdə həmin komplekslərin büdcədən maliy-yələşməsi məsələsinə baxaq. Olimpiya komplekslərində olan şəraitimiz imkan verir ki, onlarda böyük tədbirlər həyata keçirək, amma bunun üçün müəyyən qədər büdcə lazımdır. Ona görə əgər mümkünsə, bu qanunu müzakirə edən zaman həmin obyektlərin sıyahısına olimpiya komplekslərini də salaq ki, onlardan daha səmərəli istifadə etmək imkanı olsun.
İkinci məsələ. “Bədən tərbiyəsi və idman haqqında” Qa-nuna əlavə edilməsi təklif olunan 40-1-ci maddədə kütləvi idman tədbirlərinin həyata keçirildiyi zaman idman obyekt-lərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə qoyulan qadağalardan biri də siqaret çəkməyin qadağan edilməsidir.
Siqaret çəkməyin insan sağlamlığına mənfi təsiri geniş məlumdur. Bu gün xüsusilə gənclər arasında bu ziyanlı vərdişlə bağlı ciddi problemlər var. Biz öz məsuliyyətimizi dərk edərək gələn həftədən gənclər təşkilatları ilə birlikdə siqaret əleyhinə böyük bir kampaniyaya başlayacağıq.
Oqtay müəllim, mən düşünürəm ki, Milli Məclis də belə bir ziyanlı vərdişlə mübarizədən kənarda qalmamalıdır. Biz bir çox qanunlarımızda siqaretlə bağlı məhdudiyyətlər qoymuşuq. Yaxşı olardı, bu məhdudiyyətlərlə bağlı müddəaları bir yerə yığıb qanun şəklinə salaq ki, siqaretin qadağası qanunvericilikdə daha möhkəm təsbit olunsun.
Ümumiyyətlə, dəstəkləyirəm və uğurlar arzu edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 14.18 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Cənab Sədr, 13-cü və 14-cü məsələlər mahiyyətcə eynidir. Məsələ burasındadır ki, Azərbaycan Respublikası BMT-nin “Transmilli mütəşəkkil cinayətkar-lığa qarşı” Konvensiyasına qoşulmuşdur və bu Kon-vensiyanın tələblərinə görə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyə, onlara sahiblik və ya onlardan istifadə etməyə, yaxud onlara sərəncam verməyə görə məsuliyyət növü İnzibati Xətalar Məcəlləsi ilə yox, Cinayət Məcəlləsi ilə tənzimlənməlidir.
Ona görə İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsi ləğv olunur və onun əvəzinə Cinayət Məcəlləsinin 194-cü maddəsi yeni redaksiyada verilir. Yəni məsələnin mahiyyəti bundan ibarətdir. Ona görə də 13-cü məsələdə biz Cinayət Məcəlləsinin 194-cü maddəsinin yeni redaksiyada qəbuluna, 14-cü məsələdə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin qüvvədən düşmüş hesab olunmasına səs verməliyik.
Sədrlik edən. Xahiş edirəm, 13-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.20 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
14-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.21 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
15-ci məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. İcazə versəniz, 15 və 16-cı məsələlər barədə birlikdə məlumat verərəm. Çünki bunlar da bir-biri ilə üzvi surətdə bağlıdır.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Hörmətli həmkarlar, xatırlayırsınızsa, biz “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna çox əhəmiyyətli əlavələr və dəyişikliklər etdik. İkili vətəndaşlığın yolverilməzliyi ilə bağlı müddəalarımız oldu. O zaman həmin qanunda həm də bu qanunun müddəalarını pozmağa görə məsuliyyətin nəzərdə tutulacağını vurğulamışdıq. Məhz bununla əlaqədar olaraq Cinayət Məcəlləsinə cənab Prezident tərəfindən aşağıdakı maddənin əlavə edilməsi təklif olunur:
“Maddə 318-2. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsi –
3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılır.”
Hörmətli həmkarlar, mən bilirəm ki, bu məsələ həm də ictimaiyyəti maraqlandırır. Amma o zaman da biz vurğula-mışdıq ki, qanunun geriyə qüvvəsi olmadığına görə Cinayət Məcəlləsinin müvafiq müddəasının da geriyə qüvvəsi yoxdur. Bu baxımdan hər hansı bir narahatçılıq olmamalıdır. Amma gələcəkdə bu qanun qüvvəyə mindikdən sonra əgər Azərbaycan vətəndaşları başqa bir ölkənin vətəndaşlığını əldə edib bu barədə məlumat verməsələr, əlbəttə, ona görə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Çünki Azərbaycanın müvafiq qanunvericiliyi ikili vətəndaşlığı tanımır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Onda 15-ci məsələyə mü-nasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.23 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
16-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.24 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
17-ci məsələ – Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respu-blikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu dəyi-şiklik qanunun tətbiqi ilə bağlıdır. Çünki yeni nəsil şəxsiyyət vəsiqəsinin və fərdi identifikasiya kartının tətbiqi ilə bağlı bizim qanunun 2015-ci il dekabrın 1-də qüvvəyə minməsi nəzərdə tutulmuşdu. Amma məlumat üçün bildirim ki, bu həm texniki, həm də maddi baxımdan kifayət qədər mürəkkəb bir prosedurdur. Ona görə bu layihədə həmin qanunun 2017-ci il yanvarın 1-də qüvvəyə minməsi təklif olunur. Amma biz bununla bağlı 12 qanunda “2015-ci il dekabrın 1-dən” sözlərini yazdığımıza görə həmin qanunlarda da bu qanunun tətbiqi müddətinin dəyişdirilməsini göstərməliyik. Bu baxımdan bu, sadəcə, bir texniki dəyişiklikdir. Sizdən buna səs verməyi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.25 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri! Bildiyiniz kimi, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əhəmiyyətli bir dəyişiklik məhz bizim komitə tərə-findən təqdim olunub. Ümumiyyətlə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunda nəzərdə tutulmuş xəbərdarlıq mexanizminin biz daha səmərəli həyata keçirilməsini təmin etmək üçün təklif irəli sürmüşük. Çünki qanunda 3 iş günü ilə bağlı mövcud müddət onun praktikada tətbiqi zamanı problemlər yaradır. Eyni zamanda, biz hesab edirik ki, qanunda müddətin hesablanmasına eyni yanaşma olmalıdır. Belə ki, yalnız 10-cu maddədə “3 gün” deyil, “3 iş günü” yazılıb. Hesab edirik ki, qanunvericilik texnikasına uyğun olaraq “3 gün” ifadəsinin işlədilməsi daha məqsədəmüva-fiqdir. Odur ki, hörmətli həmkarlardan bizim təklif etdiyimiz dəyişikliyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Buyursun Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Doğrudan da, üç iş gününün üç gün ilə əvəz olunması vacib dəyişikliklərdəndir. Ümumilikdə, mənim fikrimcə, bunları keçirmək müddəti müəyyənləşdirilməlidir. Çünki görürsünüz ki, bir tərəfə bir hüquq veriləndə digər tərəfin hüquqları pozulur. Məsələn, bir siyasi partiya və ya təşkilat 300–400 adamı toplamaqla bir fikri ortaya qoymaqdan ötrü mitinq keçirirsə, ona görə həmin gün bütün hüquq mühafizə orqanları, ayrı-ayrı strukturlar işləmək məcburiyyətində qalır. Bu mitinqlərin də əksəriyyəti biz görürük ki, istirahət günlərinə düşür. Deməli, o strukturlarda işləyən insanlar məcbur olurlar ki, öz istirahət hüquqlarından imtina etsinlər və gəlib bunların toxunulmazlığını təmin etsinlər.
İkinci bir tərəfdən mitinq üçün müəyyənləşdirilmiş ərazilərdə yaşayan insanların da istirahət hüququ var. Onlar da istirahət günü məcbur olurlar ki, istər-istəməz 2 saat kiminsə nə danışmasına qulaq assınlar.
Bilirsiniz ki, biz Avropa Xartiyasına qoşulmuşuq. Avropa Xartiyasında da göstərilir ki, bir hüquq digər bir hüququ pozduqda, yəni birinin istirahət hüququnu, birinin iş gününü və sair pozduqda məhdudlaşdırılır. O baxımdan hesab edirəm, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna bir müddəa əlavə etməli və orada müəyyənləşdirməliyik ki, bunlar nə vaxt olmalıdır, nə vaxt keçirilə bilər və bunların arası nə qədər olmalıdır.
Ola bilər, sabah qırx partiyanın qırxı da birdən desin ki, mən sabah sərbəst toplaşmaq azadlığından istifadə edirəm, o biri desin ki, birisi gün mən istifadə edirəm. Deməli, bütün günü bir sistem bunların öz fikirlərini, rəylərini bildirməsi ilə məşğul olmalıdır. O baxımdan hesab edirəm, bunun müddəti və günləri də müəyyən olunmalıdır ki, digər vətəndaşların hüquqları pozulmasın. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.29 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında qanun layihəsi. İkinci oxunuşdur. Ona görə xahiş edirəm, ilk növbədə bu qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.30 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, əsas kimi qəbul olundu. Buyursun Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Hörmətli həmkarlar, Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında qanun layihəsi dövlət qulluqçu-larına aid eyni təyinatlı qanun əsasında hazırlanıb. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun qəbul olunmasından 9 il keçməsinə baxmayaraq, ona heç bir əlavə və ya düzəliş edilməyib ki, bu da qanunun mükəmməlliyindən xəbər verir. Elə ona görə də qanun layihəsinin birinci oxunuşunda ona dair heç bir irad və ya təklif olmadı. Buna baxmayaraq, qanun layihəsi komitə tərəfindən ciddi linqvistik ekspertizadan keçirildi, onun bələdiyyə qanunvericiliyinə uyğunluğu bir daha yoxlanıldı və indi sizin müzakirənizə təqdim olunur.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, “Bələdiyyə qul-luğu haqqında” Qanuna müəyyən düzəlişlər edilib. O düzə-lişlərdən biri ondan ibarətdir ki, bundan sonra bələdiyyə qulluğuna işçilər xüsusi yaradılmış komissiya vasitəsi ilə götürüləcəklər.
Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında qanunun qəbul edilməsi və qanunvericiliyə olan bu düzəliş bələdiyyə qulluğunun yeni bir səviyyəyə qaldırılması və bütövlükdə bələdiyyə fəaliyyətinin yaxşılaşması üçün əsas yaradır. Xahiş edirəm, layihəyə müsbət münasibətinizi bildirəsiniz. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İki oxunuş bir yerdə?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Aydındır. Qanun layihəsi 3 fəsil, 20 mad-dədən ibarətdir. Üç fəsli bir yerdə səsə qoymaq olar. Preambula və üç fəsil, yəni 1–20-ci maddələr səsə qoyulur. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələr (saat 14.34 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun. İndi xahiş edirəm, ikinci oxunuşda müna-sibət bildirək.

Səsvermənin nəticələr (saat 14.34 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında qanun layihəsi. İkinci oxunuş. Buyursun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli deputat həmkarlarım! Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşu zamanı hörmətli deputat həmkarlarım Elmira Axundova, Tahir Rzayev, Musa Quliyev, İlham Məmmədov, Fəzail Ağamalı, Asim Mollazadə və Aqrar siyasət komitəsində layihənin növbəti müzakirəsində komitə üzvləri Eldar Quliyev, Arif Əşrəfov və Novruzəli Aslanov onun vacibliyini, aktuallığını və qəbul edilməsinə böyük ehtiyac olduğunu, kənd təsərrüfatında çalışan sahibkarları, məhsul istehsalçılarını müasir biliklərlə maarifləndirmək və iqtisadi məlumatlarla təmin etmək əsasında aqrar-sənaye kompleksinin və kənd ərazilərinin inkişafına yeni təkan verəcəyini bildirmişlər.
Eyni zamanda, müzakirələrdə iştirak edən deputatlar bir sıra rəy və təkliflər də söyləmişlər. Dəyərli fikirlərə və təkliflərə görə hörmətli həmkarlarıma təşəkkürümü bildiri-rəm. Təkliflərə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislə-rinin iştirakı ilə işçi qrupunda baxılmış, onlar diqqətlə öy-rənilmiş və əsasən nəzərə alınmışdır.
Layihə birinci oxunuşdan sonra məzmun və struktur baxımından bir qədər də təkmilləşdirilmiş, bir neçə maddə yenidən işlənmişdir. Dəyişikliklər sizə təqdim olunmuş layihədə qara hərflərlə verilmişdir. Layihəyə 8 yeni müddəa əlavə edilmiş, 2 maddə və 4 müddəa çıxarılmış, 17 maddədə 50-dən çox dəyişiklik aparılmışdır. “Əsas anlayışlar” adlanan 1-ci maddə dəqiqləşdirilmiş, 2-ci maddənin ikinci hissəsi çıxarılmış, maddə qısa və konkret verilmişdir.
“Kənd təsərrüfatı informasiya-məsləhət xidməti sistemi-nin məqsəd və vəzifələri” adlanan 3-cü maddədə sistemin məqsədi ətraflı göstərildiyi üçün birinci oxunuşdan sonra “Qanunun məqsədi” adlanan maddə layihədən çıxarılmış, hörmətli həmkarım Musa Quliyevin 3-cü maddənin birinci hissəsinin qısa və başa düşülən şəkildə verilməsi təklifi nə-zərə alınmışdır.
“Kənd təsərrüfatı informasiya-məsləhət xidməti siste-minin əsasları” adlanan 4-cü maddədə hörmətli həmkarım Elmira Axundovanın təklifi nəzərə alınaraq sistemin əsas-larını təşkil edən subyektlərin sırasına regional xidmət mər-kəzləri də əlavə edilmişdir.
Hörmətli həmkarım Arif Əşrəfovun təklifi nəzərə alınaraq 4.8.4 və 4.8.7-ci maddələrdə “nümayiş” sözündən əvvəl “sərgi” sözü əlavə edilmişdir.
5-ci maddədə xidmətin subyektləri sadalanır. “Kənd tə-sərrüfatı informasiya-məsləhət xidmətinin əsas istiqamət-ləri” adlanan 6-cı maddə yenidən işlənərək daha aydın və konkret verilmişdir.
Hörmətli deputat İlham Məmmədovun “Kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin modelləri” adlanan maddə ilə əlaqədar təklifi nəzərə alınmış, oradakı məsələlər layihənin 4 və 19-cu maddələri ilə tənzimləndiyi üçün həmin maddə layihədən çıxarılmışdır.
7-ci maddə xidmətin növləri və standartlarına həsr olun-muşdur. Burada bildirilir ki, xidmətin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur, xidmət standartlara uyğun şifahi və yazılı formada həyata keçirilir. Hörmətli həmkarım Elmira Axundova verilən şifahi məslə-hətlərə görə məsuliyyətin artırılmasını nəzərdə tutan müd-dəanın layihəyə daxil edilməsinin vacibliyini təklif etmişdi. Odur ki, 7.5.1-ci maddəyə “Şifahi formada məsləhət xidməti həyata keçirən şəxs həmin gün göstərdiyi bu xidmətin yazılı variantını bilavasitə və ya poçt, elektron poçt, faks və digər vasitələrlə xidmət istehlakçısı olan müştəriyə çatdırmalıdır” müddəası əlavə edilmişdir.
8-ci maddədə kənd təsərrüfatı informasiya-məsləhət xid-məti sahəsində dövlət siyasətinin prinsipləri, 9, 10, 11, 12 və 13-cü maddələrdə isə müvafiq olaraq dövlət orqanlarının, bələdiyyələrin, ittifaqların (assosiasiyaların), informasiya-məsləhət xidməti subyektlərinin və məhsul istehsalçılarının vəzifələri göstərilmişdir.
14-cü maddə subyektlərin fəaliyyətinin təşkilindən bəhs edir. 15-ci maddə subyektlərin akkreditasiyasına həsr olun-muşdur. Bu maddədə subyektlərin fəaliyyət göstərmək hü-ququ əldə etməsi üçün tələblər konkret göstərilmişdir.
16-cı maddədə xidmət göstərilməsinin formaları verilmişdir. “Sosial (ictimai) əhəmiyyətli informasiya-məsləhət xidməti” adlanan 17-ci maddə birinci oxunuşdan fərqli olaraq qısa və yığcam verilmişdir.
18-ci maddədə bildirilir ki, xidmət sahəsində dövlət dəstəyinin əsas istiqamətlərinə ölkənin hər yerində bu xid-mətin göstərilməsinin təmin edilməsi, xidmət siyahısının genişləndirilməsi, məsləhətçilərin hazırlanması və sair da-xildir.
19-cu maddədə göstərilir ki, xidmətin maliyyələşdirilməsi müxtəlif mənbələr hesabına – dövlət və bələdiyyə vəsaitləri, qrantlar, proqram və layihələr sifariş verən təşkilatların ayırdığı vəsaitlər, bank və digər kredit müəssisələrinin, xidmətə ehtiyacı olan təşkilatların və fiziki şəxslərin vəsaitləri, habelə məhsul istehsalçıları, digər fiziki və hüquqi şəxslərin ödədiyi ianələr hesabına ola bilər.
20, 21, 22 və 23-cü maddələr müvafiq olaraq xidmətin səmərəliliyinin qiymətləndirilməsinə, qanunvericiliyin po-zulmasına görə məsuliyyətə, mübahisələrin həllinə və keçid müddəalara həsr olunmuşdur.
Hörmətli deputat həmkarlarım, mən çalışdım ki, birinci oxunuşdan sonra qanun layihəsinə edilən əsas dəyişikliklər və əlavələr barədə məlumatları qısa şəkildə sizə çatdırım. Hesab edirəm ki, Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşun tələblərinə cavab verir və müzakirəyə hazırdır. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Arif Əşrəfov buyursun.
A.Əşrəfov. Çox sağ olun, cənab Sədr. Biz komitə icla-sında Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında qanun layihəsinə baxdıq və öz təkliflərimizi verdik. Bu təkliflər qanunvericilik aktında öz əksini tapdı. Kənd təsərrüfatının intensiv inkişafı üçün cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrasına xidmət edən bu sənəd informasiya texnologiyalarının tətbiqi sahəsində bir yenilik olmaqla kənd təsərrüfatı məhsulları istehsalının inkişafına çox böyük təkan verəcəkdir.
Mən “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyektlərinin akkreditasiyası” adlı 15-ci maddəyə dair fikrimi bildirmək istəyirəm. Məncə, bu maddənin aşağıdakı iki bəndi artıqdır:
“15.3.2. akkreditasiyanı həyata keçirən orqanın sərbəst və səlahiyyətli olması;
15.3.3. akkreditasiya üçün rəqabətin məhdudlaşdırılma-sına və maneələr törədilməsinə yol verilməməsi.”
Mən belə düşünürəm ki, bu bəndlərdəki müddəalar “Akkreditasiya haqqında” Qanunda öz əksini tapdığına görə buradan çıxarılsa, daha məqsədəmüvafiq olar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu qanun layihəsi 4 fəsil, 23 maddədən ibarətdir. İkinci oxunuşdur. Xahiş edirəm, ilk növbədə bu qanun layihəsinin əsas kimi qəbul olunmasına münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.43 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun. Mən dedim, qanun 4 fəsildən ibarətdir. Xahiş edirəm, I–II fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.44 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun.
 III–IV fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.44 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun. Nəhayət, qanuna ikinci oxunuşda bütövlükdə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.45 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir    100
Nəticə: Qəbul edildi


Çox sağ olun. İkinci oxunuşda qəbul edildi.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Üçüncü oxunuşa etiraz yoxdur?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Onda xahiş edirəm, üçüncü oxunuşa da münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi üçün cənab Prezident tərəfindən Zakir Bəkir oğlu Qaralovun namizədliyi Milli Məclisin müzakirəsinə təqdim olunub. İlk növbədə xahiş edirəm, bu məsələni gündəliyə daxil edək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.46 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir    101
Nəticə: Qəbul edildi

Çox sağ olun. Gündəliyə daxil edildi. Təqdimat üçün Əli Hüseynliyə söz verilir.
Ə.Hüseynli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq söyləndiyi kimi, cənab Prezident tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi üçün Zakir Qaralovun namizədliyi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Hələ 2000-ci ildə Zakir Qaralov ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə ölkənin Baş prokuroru vəzifəsinə təyin edilmiş, növbəti dövrlərdə isə Prezident cənab İlham Əliyev tərəfindən ona yenidən etimad göstərilərək hazırkı dövrə qədər Baş prokuror vəzifəsində uğurla çalışmışdır.
Bu illər ərzində Zakir müəllimin rəhbərliyi altında pro-kurorluq orqanlarında ciddi islahatlar və yenidənqurma işləri aparılmışdır. Prokurorluq müvafiq tələblərə uyğun şəkildə tam yenilənmiş, mütərəqqi normativ hüquqi baza yaradılmışdır. Şəffaf prosedurlar əsasında prokurorluq orqanlarına işə qəbul həyata keçirilmiş və bunun nəticəsidir ki, bu gün prokurorluq əməkdaşlarının 60 faizə yaxını gənc professional kadrlardır.
Xüsusi qeyd etmək istəyirəm ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin müasir mərhələsində ixtisaslaşmış orqan kimi prokurorluq ilk növbədə öz sıralarında təmizlik işləri aparmış və hazırda prokurorluğun korrupsiyaya qarşı həyata keçirdiyi mübarizə təkcə ictimaiyyət tərəfindən deyil, həm də beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir. Misal üçün qeyd edim ki, Azərbaycanda korrupsiyaya qarşı uğurla mübarizə aparılması Avropa Yenidənqurma və İnkişaf Bankının son məruzəsində xüsusi yer almışdır.
Ölkə Prezidenti cənab İlham Əliyev 2013-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yeni inzibati binasının açılışında söyləmişdir: “Güclü siyasi iradə, prokurorluq işçilərinin peşəkarlığı, təmizliyi, dürüstlüyü, cəmiyyətdə korrupsiyaya qarşı ciddi mübarizə əhvali-ruhiyyəsi – məhz bu amillər məqsədə çatmaq üçün bizə kömək göstərəcək və Azərbaycan korrupsiyaya qarşı mübarizədə ön planda olacaqdır”.
Hörmətli həmkarlarım, eyni zamanda, qeyd etməliyəm ki, müasir dövrdə prokurorluq orqanları digər hüquq mühafizə və güc strukturları ilə çox səmərəli əməkdaşlıq edir. Bunun nəticəsidir ki, ölkəmizdə mütəşəkkil cinayətkarlığın bütün formalarına qarşı mübarizə effektiv həyata keçirilir. Bir sözlə, bu gün Azərbaycan Respublikası prokurorluğunun tarixində yeni inkişaf və hərtərəfli müasirləşmə mərhələsi yaşanmaqdadır.
Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, bu illər ərzində Milli Məclislə Baş Prokurorluq arasında səmərəli əməkdaşlıq mövcud olmuşdur. Sizlər də təsdiqləyərsiniz ki, millət vəkillərinin sorğuları, müraciətləri diqqətlə araşdırılır. Ehtiyac olduqda qəbullar həyata keçirilmiş və müvafiq tədbirlər görülmüşdür. Xüsusən də bölgələri təmsil edən millət vəkilləri bölgələrdə, rayonlarda çalışan prokurorluq orqanları kadrlarının nə qədər peşəkar və müasir kadrlar olduğunu hər zaman vurğulamışlar.
Hörmətli həmkarlarım, Zakir Qaralovun keçdiyi həyat yolu sizə də tanışdır. Sözsüz ki, yuxarıda qeyd olunan islahatların uğurla həyata keçirilməsi Zakir müəllimin özü-nün böyük təşkilatçılıq qabiliyyətindən, prinsipiallığından və tələbkarlığından da irəli gəlir. Zakir Qaralov həm Baş prokuror, həm də bir vətəndaş kimi hər zaman dövlətçilik ideyalarına və milli maraqlara sadiq olmuşdur. Əminəm ki, bu gün Milli Məclis də cənab Prezidentin təqdimatını dəs-təkləyəcək və Zakir Qaralovun yenidən Baş prokuror vəzifəsinə təyin olunmasına razılıq verəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Mən də öz növbəmdə deyim ki, cənab Zakir Qaralovu 25 ildən artıqdır tanıyıram. Çoxlarınız burada artıq dördüncü dəfədir Zakir Qaralova cənab Prezident tərəfindən etimad göstərildiyinin şahidisiniz. Zakir Qaralov həmişə peşəkarlığı və dövlətə, dövlətçiliyə böyük sədaqəti ilə seçilib. Mən də çox arzu-layardım ki, biz cənab Prezidentin təqdimatı əsasında Zakir Qaralovun növbəti 5 ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Onda xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.52 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir    102
Nəticə: Qəbul edildi

Zakir müəllim, Sizi təbrik edirik. (Alqışlar.) Bir söz demək istəyirsinizsə, buyurun. Xahiş edirəm, mikrofon verin.
Z.Qaralov, Azərbaycan Respublikasının Baş prokuroru.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə yenidən namizədliyimi irəli sürdüyünə görə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istərdim. Mən bu etimadı prokurorluq orqanlarının fəaliyyətinə, Baş Prokurorluğun kollektivinə verilən yüksək qiymət kimi dəyərləndirirəm. Eyni zamanda, bu məsul vəzifəyə namizədliyimi müdafiə etdiyinizə və birgə əməkdaşlığa görə ölkəmizin ali qanunvericilik orqanı olan Milli Məclisin Sədri Oqtay müəllim, Sizə və bütün millət vəkillərinə öz dərin təşəkkürümü bildirirəm.
Burada Milli Məclislə Baş Prokurorluq arasında əmək-daşlıq haqqında çox xoş sözlər deyildi. Əgər mükəmməl qanunvericilik bazası yaradılmasaydı, prokurorluğun fəaliyyəti heç vaxt uğurlu ola bilməzdi. Bu əməkdaşlığa görə də, burada prokurorluğun ünvanına deyilən xoş sözlərə görə də çox sağ olun. Sözsüz ki, prokurorluq bu etimadı böyük bir məsuliyyət kimi qəbul edir. Bundan sonra da dövlətçiliyimizin maraqları keşiyində durub cinayətkarlığa qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətimizi davam etdirərək möhtərəm Prezidentimizin bizə göstərdiyi etimadı ən yüksək səviyyədə doğrultmağa çalışacağıq. Diqqətinizə görə çox sağ olun. Bir daha hamınıza təşəkkürümü bildirirəm. (Alqışlar.)
Sədrlik edən. Zakir müəllim, çox sağ olun. Bir daha Sizi təbrik edirik. İclasımız sona çatdı. Sağ olun.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU