06.03.2015 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIV SESSİYASI İCLASININ
PROTOKOLU № 105
Milli Məclisin iclas salonu.
6 mart 2015-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 92
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Aydın Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri.
Mehman Əmirəliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri.
Zaur Əliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi ma-arifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri.
Adil Eyvazov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hü-quqlarının müdafiəsi şöbəsi müdirinin müavini, İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi sektorunun müdiri.
Zemfira Məhərrəmli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri.
Faiq Ağayev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi ma-arifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin Hüquqi maarifləndirmə sektorunun əməkdaşı.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
2. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmis-siyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sa-dələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsi barədə.
7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
9. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
11. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi
1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Elmira Süleymanova, Musa Qasımlı, Əli Məsimli, Musa Quliyev, Zahid Oruc, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Ziyafət Əsgərov, Siyavuş Novruzov
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.03 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
2. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.04 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: Qəbul edildi
3. “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
4. “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Sevinc Fətəliyeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
5. Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Valeh Ələsgərov, Eldar İbrahimov, Sabir Rüstəmxanlı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.14 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
6. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Eldar İbrahimov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.15 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.15 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
9. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir 92
Nəticə: Qəbul edildi
10. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Eldar İbrahimov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
11. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Eldar İbrahimov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.18 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
12. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rəbiyyət Aslanova, Sədaqət Vəliyeva, Aytən Mustafayeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 93
Nəticə: Qəbul edildi
13. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.26 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 84
Nəticə: Qəbul edildi
14. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Sabir Rüstəmxanlı
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
15. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rəbiyyət Aslanova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 83
Nəticə: Qəbul edildi
16. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.31 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
17. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rəbiyyət Aslanova, Fazil Mustafa, Elmira Axundova, Jalə Əliyeva, Fəzail Ağamalı, Çingiz Qənizadə, Sabir Rüstəmxanlı
Təklif: Qanun layihəsi birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.07 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
6 mart 2015-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 92
Yetərsay 83
Yetərsay var. Çox sağ olun. İclasımıza başlaya bilərik.
Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, biz iclasımıza başlamazdan bir az öncə Milli Məclisin deputat xanımlarını 8 mart Beynəlx-alq qadınlar günü münasibəti ilə təbrik elədik. Mən sizinlə birlikdə bir daha bizim parlament xanımlarını, eləcə də par-lament mətbuatında işləyən xanımları səmimi qəlbdən təbrik edir, onlara can sağlığı, xoşbəxtlik arzulayıram! (Alqışlar.)
8 Mart qabağıdır, xanımları yormamaq üçün gəlin, iclası müzakirəsiz keçirək və çalışaq, onu fasiləsiz, elə birinci hissədə qurtaraq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Keçirik gündəliyin birinci məsələsinə. İnsan hüquqları üzrə müvəkkilin illik məruzəsi haqqında. Buyursun hörmətli Elmira xanım.
E.Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hamınızı salamlayır, xanım millət vəkillərini, ölkəmizin bütün qadınlarını Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edir, ən xoş arzularımı bildirirəm.
İllik məruzə qabaqcadan sizə tanış olmaq üçün paylandığından icazənizlə mən 2014-cü ildə əldə edilmiş əsas nəticələrlə bağlı fikirlərimi sizinlə bölüşər və ölkəmizdə insan hüquqları və azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə verdiyimiz tövsiyələri diqqətinizə çatdırardım.
Ötən il sosial-iqtisadi layihələrdə, o cümlədən regionların sosial-iqtisadi inkişafı layihələrində, dövlət proqramlarında, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsinə, sosial təminat, səhiyyə, təhsil və digər sahələrin inkişafına, məşğulluğun artmasına və işsizliyin səviyyəsinin daha da azalmasına yönəldilən tədbirlər görülüb.
İqtisadi inkişafın tələbləri və mövcud maliyyə durumu nəzərə alınaraq manatın məzənnəsinin aşağı salınması süni qiymət artımına səbəb olmuşdur və səlahiyyətli dövlət qurumları tərəfindən bununla bağlı zəruri tədbirlər həyata keçirilməkdədir. Aztəminatlı ailələrin, xüsusilə qayğıya daha çox ehtiyacı olan əhali qruplarının vəziyyəti nəzarətdə saxlanmalı, sosial dəstək proqramları tətbiq olunmalı, banklara xarici valyutada kredit borcu olan vətəndaşların vəziyyəti nəzərə alınmalıdır.
2014-cü ildə 13.150 müraciət almışıq ki, bunların da icraata götürülmüşlərinin 56,8 faizi təmin edilmişdir. Müvəkkilin fəaliyyəti dövründə dövlət qurumlarına və hökumətə 500-ə qədər təklif verilmiş və bunların 60 faizi təmin edilmişdir.
Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi, təbliği və tətbiqi vəziyyətinin dəyərləndirilməsi məqsədi ilə müzakirələrin, əhali ilə görüşlərin və qəbulların keçirilməsi, hüquqi maarifləndirmə işi davam etdirilmişdir.
Mülkiyyət, sosial təminat, hüquq və azadlıqların məh-kəmə təminatı, müraciət etmək və əmək hüquqları ilə bağlı müraciətlər çoxluq təşkil etmişdir.
Mülkiyyət hüququ ilə bağlı 2103 müraciətə səbəb vətəndaşa məxsus tikililərin məhkəmə qərarı olmadan yerli icra hakimiyyəti orqanları tərəfindən sökülməsi, daşınmaz əmlakın və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması zamanı əvəzində uyğun kompensasiyanın verilməməsi, torpaq payına dair dövlət aktında torpaq sahəsinin düzgün göstərilməməsi kimi hallar olmuşdur. Təbii ki, vətəndaşa məxsus mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirildiyi hallarda müəyyən edilmiş kompensasiyanın vaxtında verilməsi bu şikayətlərin azalmasına imkan yaradardı.
Məhkəmə qərarlarının bir sıra hallarda icrasız qalması, süründürməçilik, bəzi icra məmurlarının öz vəzifələrinə qeyri-peşəkar və laqeyd münasibəti narahatlıq doğurur.
Boşanmaların və qeydiyyatsız nikahların sayının artdığı bir vaxtda alimentin vaxtında ödənilməməsi bizi məcbur eləyir bir də təklif eləyək ki, aliment fondu yaradılsın. Düzdür, burada millət vəkilləri arasında və bütövlükdə bir-mənalı münasibət yoxdur. Amma onu deyim ki, çox böyük müzakirələrdən sonra artıq belə bir fond yaratmış bəzi ölk-ələr bu təcrübəni zəruri və faydalı hesab edirlər. İnşallah bizdə də müvafiq münasibət olar.
Məhkəmə qətnamələrinə əsasən borclu dövlət qurumları tərəfindən vətəndaşa ödənilməli olan vəsaitin ödənişinin təmin edilməsi üçün bu qurumlara maliyyə vəsaitinin ayrıl-ması mexanizminin hazırlanması və tətbiqi də zəruridir. Çünki onların, sadəcə olaraq, bu vəsaiti ödəmək imkanı yoxdur.
1108 müraciət sosial təminat hüququ ilə bağlı olmuşdur. Pensiyanın təyin edilməsi və yenidən hesablanması hal-larında müəyyən edilmiş məbləğdən narazı qalan vətəndaşların müraciətləri əsasında araşdırmalar aparılmış və aşkara çıxarılan qüsurlar aradan qaldırılmışdır.
Əvvəlki illərdə ünvanlı sosial yardımın verilməsindəki nöqsanların tədricən aradan qaldırılması və yardımın alın-ması üçün müəyyən edilmiş prosedurun sadələşdirilməsi üzrə aparılan işlər, xüsusilə bir neçə gün əvvəl ölkə Prezi-dentinin müvafiq fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sis-temində ünvanlı dövlət sosial yardımı üzrə vahid elektron müraciət ilə təminat sisteminin yaradılması bürokratik əngəllərin və rüşvətin qarşısını alan tədbirlərdir.
Vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, müasir innovasiyalara əsaslanaraq göstərilməsi müraciət etmək hüququnun səmərəli təminində bir dönüş yaratmış və “ASAN xidmət”in uğurlu fəaliyyəti nəticəsində 2013-cü il ilə müqayisədə şikayətlərin sayı 1246-dan 875-ə enmişdir.
Bunlarla yanaşı, bir sıra problemlər hələ də var. Belə ki, bəzən məmur özbaşınalığı problemin vaxtında aşkar edil-məsinə və həllinə imkan vermir. Sorğular mahiyyəti üzrə cavablandırılmır və araşdırma prosesi uzanır, süründürmə-çiliyə yol verilir ki, bu da təkrarən həmin şikayətçini bir çox orqanlara şikayət verməyə vadar edir.
Əmək hüququ ilə bağlı daxil olmuş 672 müraciətdə, əsa-sən, işdən qanunsuz azadedilmə, işə bərpadan və istehsalatda alınmış xəsarətə görə dəymiş zərərin ödənilməsindən imtina, əmək haqqı üzrə borcların və son haqq-hesabın verilməməsi, ya da gecikdirilməsi öz əksini tapmışdır. Müraciətlər üzrə araşdırmalar aparılmış və yol verilən nöqsanlar yenə də müvafiq nazirliklərlə əməkdaşlıq şəraitində aradan qaldırılmışdır.
Müvəkkil və əməkdaşları tərəfindən müvəqqəti saxlama yerlərinə, penitensiar müəssisələrə, hauptvaxtlara çoxsaylı baxışlar keçirilmişdir. Bizim ünvanımıza öz iradəsi, arzusu ilə o yerləri tərk edə bilməyən insanlar tərəfindən şikayətlər daxil olur. Qeyd edim ki, ölkədə belə müəssisələrin sayı 244-ə bərabərdir. Ona görə işgəncələr əleyhinə mübarizə aparan qrup nə qədər fəal iş aparsa da, yenə bu sahədə problemlərin olmasını görməkdəyik. Amma onu deyim ki, ümumiyyətlə, bu sahədə də vəziyyətin yaxşılaşması müşahidə olunur.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə aidiyyəti üzrə müraciətlər edilmiş, xidməti vəzifələrin icrasında nöqsanlara yol vermiş əməkdaşlar cəzalandırılmışdır. Xidməti vəzifələrin icrasında nöqsanlara yol verdiklərinə görə müvəqqəti saxlama yerlərində 77 əməkdaş intizam qaydasında cəzalandırılmış, onlardan 8-i daxili işlər orqanlarından xaric edilmiş, 2-si tutduğu vəzifədən azad edilmiş, 67 əməkdaş barəsində digər intizam tədbirləri görülmüşdür. Qalan rəqəmləri siz qarşınızda olan illik məruzədə görürsünüz.
Müvəkkilin vəsatəti ilə ümumilikdə 455 nəfər, 2014-cü ildə isə 46 məhkum əfv edilmişdir. Fikir və söz azadlığının təmin olunması, jurnalistlərə qarşı kobud rəftar halları diq-qətdə saxlanılmışdır. Penitensiar müəssisələrdə və müvəq-qəti saxlama yerlərində baxışlar zamanı heç zaman ayrı-seçkiliyə yol verilməmiş, onlarla da təkbətək görüşlər keçirilmiş, onların da fikirləri və tövsiyələri nəzərə alınaraq müvafiq müraciətlər edilmiş və bu sahədə də təkmilləşmə müşahidə olunmuşdur.
“İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət müvəkkilə tapşırıldı. Deyim ki, burada fəaliyyətimiz bir o qədər də uğurlu olmadı. Çünki ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Açıq Hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndində 2013–2014-cü illərdə müvəkkilin aparatında strukturun təkmilləşdirilməsi işləri nəzərdə tutulmuşdu. Bununla bağlı müraciət etmişik və hələ də bunun cavabını gözləyirik.
Vicdan azadlığının təmin edilməsi üzrə 9 müraciət olmuşdur. Bunların yoxlanması, araşdırılması bu sahədə hüquq pozuntusunun olmamasını göstərmişdir.
Sosial hüququn etibarlı müdafiəsi məqsədi ilə bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası ilə birgə Bakıda və bölgələrdə əhali qrupları arasında, icmalarda seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsinə, səsver-mənin demokratik, azad, şəffaf keçirilməsinə xidmət edən tədbirlər həyata keçirilmişdir. Müvəkkil və aparatın əmək-daşları bütövlükdə 98 seçki dairəsi üzrə 402 seçki məntə-qəsində müşahidələr aparmış və burada hər hansı bir dövlət qurumu və ya icra hakimiyyəti orqanının, yaxud polisin müdaxiləsinə rast gəlməmişlər. Bununla bağlı nöqsanların aşkarlandığı yerlərdə isə həmin məntəqələr üzrə nəticələr ləğv edilmişdir.
Qadınlar bələdiyyələrdə vaxtilə 4 faiz təmsil olunurdu. Sonra bu göstərici 26 faizə qalxdı, son seçkilərdə isə 35 faiz təşkil etdi. Bu özü də qadınların idarəetmədə daha fəal iştirakını təsdiq eləyir və pozitiv bir fakt olaraq bizi əmin edir ki, üzümüzə gələn parlament seçkilərində qadınlar daha böyük həvəs və inamla iştirak edəcəklər.
Ayrı-ayrı orqanlarla işlərimiz haqqında çox qısa məlumat verəcəyəm. Prokurorluq və polis orqanları ilə bağlı müraciətlər, əsasən, təhqiqat və istintaqın qeyri-obyektiv aparılması haqqında olmuşdur. Bununla əlaqədar olaraq qarşılıqlı əməkdaşlıq şəraitində araşdırmalar aparılmış və hüquqların bərpası üzrə zəruri tədbirlər görülmüşdür. Bəzən təhqiqat və istintaq prosesində toplanmış materiallar üzrə yoxlamaların natamam aparılması və ya prosessual pozuntulara yol verilməsi, əsassız qərarlar qəbul edilməsi şikayətlərə səbəb olmuş və müvəkkilin Baş Prokurorluğa müraciətindən sonra bunlar da öz həllini tapmışdır.
İnsanları yaşamaq hüququndan məhrum edən avto-qəzaların artması hamını narahat edir. Fikrimizcə, bu sahədə də kompleks tədbirlər planı işlənib hazırlanmalıdır.
Sağlamlıq hüququ ilə bağlı. Maddi imkanı məhdud olan insanlar arasında daha çox ehtiyacı olan xəstələrin dövlət hesabına müayinə və müalicə edilməsi məqsədi ilə köməklik göstərilməsi xahişi ilə dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etmişik. Həmin insanlar müəyyən ixtisaslaşmış qurumlara təhkim olunmuş və onlara yardım göstərilmişdir.
Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdır-ması üzrə xidmətlərin göstərilməsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, mən hesab edirəm ki, ekstrakorporal mayalanmalar zamanı donor mənşəyinə və gələcək uşağın arzu olunmayan cinsinə görə hamiləliyin süni dayandırılması hallarına nəzarətin artırılmasına imkan verərdi.
Təhsil hüququnun səmərəli təmin olunmasına xidmət edən qanunvericilik aktlarının və yeni proqram sənədlərinin qəbul edilməsinə baxmayaraq, təhsilin keyfiyyətində, təlim-tədris prosesində bir sıra problemlər, nöqsanlar hələ də qalmaqdadır və bununla da bağlı çoxlu müraciətlər olur. Ötən il uşaq və yeniyetmələrin ictima normalara zidd həyat tərzinə, qeyri-qanuni əməllərə cəlb edilməsinin profilaktikasını insanlar razılıqla qarşılamış və polis tərəfindən 529 uşaq küçələrdən yığılıb məktəbə qaytarılmışdır. Uşaqların, xüsusilə qız uşaqlarının tədrisdən kənarda qalması hamımızı narahat etməlidir.
Məişət zorakılığı problemi də bizi narahat edən problem-lərdəndir. Cəmiyyətdə zorakılıq halları çoxalmışdır. Mənə elə gəlir ki, belə halların olduğu ailələrdə problemin həllinə psixoloqları, müvafiq mütəxəssisləri cəlb edərək bu ailələrlə daha çox işləmək, zorakılığa məruz qalanlara hayan olmaq, dəstək verməklə ən azı zorakılıq hallarının sayını azaltmaq olar. Diqqətinizi ona cəlb etmək istərdim ki, Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dair Avropa Şurasının Konvensiyası, eyni zamanda, Uşaqların cismani cəzadan müdafiəsi haqqında qanun layihəsi çoxdan burada, Milli Məclisdədir. Vəziyyət onların qəbul edilməsinin sürətləndirilməsini tələb edir.
Yeri gəlmişkən, müvəkkilin əvvəlki illik məruzələrində qeyd edilir ki, internat tipli müəssisələrdə tərbiyə alan uşaqların o müəssisələri tərk eləyəndən sonra taleyi narahatlıq doğurur. Ötən illərdə biz bununla bağlı çoxsaylı şikayətlər, müraciətlər alırdıq. Artıq bu sahədə də müsbət təcrübə vardır. Heydər Əliyev Fondunun dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən belə uşaqlar üçün sosial evlər tikilməkdədir. Bu gözəl bir təcrübədir və belə gənclərin dövlət qayğısı ilə əhatə olunaraq cəmiyyətə uğurlu inteqrasiyasının bir yoludur.
Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində çox müsbət bir təcrübə olan uşaq hüquqlarının pilləli tədrisi bütün dü-nyada yüksək dəyərləndirilir. Bu bizim öz təşəbbüsü-müzdür. Siz bundan xəbərdarsınız. Ona görə mən bu haqda çox danışıb vaxtınızı almaq istəmirəm.
Dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəs-sisələrində təhsil alan ehtiyaclı tələbələrin yataqxanalarda yerlə təmin edilməsinə gəlincə onu deyim ki, bu, heç də hər bir ali məktəbin imkanı daxilində deyil. Ona görə belə im-kan olmadığı hallarda onlara mənzil kirayə haqqının ödənilməsinə ehtiyac var.
Əyani formada magistraturaya qəbul olunan gənc oğlan-lara təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilməlidir ki, onlar təhsili bitirəndən sonra Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirsinlər.
Kənd rayonlarında, xüsusilə döyüş bölgələrində məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə fəaliyyət göstərən orta təhsil müəssisələrində gənc mütəxəssislər üçün güzəştlər nəzərdə tutulsa da, onları orada saxlamaq mümkün olmur. Yəqin ki, burada başqa bir konseptual yanaşma lazımdır.
Mənzil hüququ. Bu, Azərbaycanda, demək olar ki, ağır problemlərdən biridir. Fikrimcə, burada mənzillə təmin edilmə məsələlərinə kompleks yanaşılmalı, ipoteka kredit-lərinin verilməsi şərtlərinin əhalinin alıcılıq qabiliyyətinə, mənzilə ehtiyacı olan şəxslərin real imkanlarına uyğunlaş-dırılması, o cümlədən qəzalı vəziyyətə düşmüş binalarda yaşayanların köçürülməsi bu sahədə məqsədli dövlət proq-ramının özəyini təşkil etməlidir.
Vətəndaşların onlara məxsus torpaq sahələrində Şəhər-salma və Tikinti Məcəlləsinə uyğun olaraq fərdi evin tikil-məsi üçün müvafiq icra hakimiyyəti orqanlarına göndərdik-ləri sənədlərə bəzən diqqət yetirilmir, formal cavab verilir. Bu vəziyyət vətəndaşları fərdi ev tikməklə öz yaşayışını yaxşılaşdırmaq imkanından məhrum edir. Digər tərəfdən, bu həm də rüşvət hallarına şərait yaradır. Odur ki, bu sahədə həm Şəhərsalma və Tikinti Məcəlləsinin, həm də Mənzil Məcəlləsinin tətbiq edilməsi ilə bağlı tədbirlər sürətləndirilməlidir.
Bakıda bəzi şirkətlər tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binalarında qanunvericiliyin tələblərinə zidd şəkildə dəfələrlə bir mənzilin bir neçə nəfərə satılması artıq birinci il deyil və biz də birinci il deyil ki, buna diqqət yetiririk. Amma hələ ki, böyük nəticə əldə edə bilməmişik. Bu problemin aradan qaldırılması üçün biz dövlət komissiyası tərəfindən istismarına icazə verilməyən, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılması mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edirik.
Məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qəsəbə və məhəllələr salınmış, binalar tikilmiş, minlərlə insan yeni mənzillərə köçürülmüşdür. Amma bu imkanı görən və hələ ki, mənzil problemi həll olunmayan insanlardan çoxsaylı müraciətlər alınır. Çünki hamı elə bilir ki, bu hamı üçün əlçatandır. Amma dövlət bunu tədricən və müvafiq planlar üzrə həyata keçirir. Demək olar, hamıya göstərilir ki, onların məsələsinin həlli neçənci ildə gözlənilir.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haq-qında” Qanun qüvvəyə minənədək itkin düşmüş, həlak ol-muş, xəsarət almış, lakin sığorta məbləğini almamış qulluq-çulara və ya onların ailələrinə həmin məbləğin ödənilməsi şərtlərinin müəyyən edilməsinin sürətləndirilməsinə də xüsusi diqqət yetirilməli və burada mövcud mexanizmlər təkmilləşdirilməlidir.
BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulan və müvəkkilə həvalə edilmiş müstəqil monitorinqlərin aparıl-ması həm çox əhəmiyyətli bir iş, həm də dövlətimizin öh-dəliyidir. İndi bununla bağlı qanunda da müvafiq dəyişi-kliklər edilməlidir ki, müntəzəm surətdə aparılacaq bu iş yüksək səviyyədə həyata keçirilsin.
Ahıl və əlillərin hüquqlarının səmərəli təmini ilə bağlı Avropa Sosial Xartiyasının 30 maddəsindən 19 maddəsi neçə ildir ki, ratifikasiya olunub. Amma bu sahədə heç bir irəliləyiş yoxdur. Baxmayaraq ki, indi dövlətimizin imkan-ları daha genişdir. Biz ən azı bir neçə təklifimizi yazıb illik məruzədə sizə təqdim etmişik. Mən elə bilirəm ki, bu da diqqət tələb edir.
Nəhayət, istər Bakıda, istərsə də bölgələrdə müvəkkilin təşəbbüsü ilə keçirilmiş qəbulların təhlili və keçirilən görüşlər, ictimai dinləmələr onu göstərir ki, icma struktur-larında, sosial təminat, xidmət, təhsil və səhiyyə sahələrində ictimai nəzarətin genişləndirilməsi üçün müvafiq qurumlar tərəfindən zəruri tədbirlər görülməlidir. İnsan hüquqları və azadlıqları ilə bağlı yeni çağırışlara diqqət artırılmalı və problemlər səlahiyyətli qurumlar tərəfindən birgə səylərlə həll edilməlidir. Yəni hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməli, qanunun aliliyinə, vətəndaşların hüquq və azadlıqlarına, qanuni maraqlarına hörmət etməli, ölkə Prezidentinin tapşırıqlarına ciddi əməl etməlidir.
Müvəkkil də bu məqsədlərlə müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında xidmətini davam etdirir. Biz sizi də bu məsələlərin həll olunmasında əməkdaşlığa dəvət edirik. Hamınıza uğurlar arzulayıram. İllik məruzənin mətni əlinizdədir. İcazənizlə bu qədər.
Sədrlik edən. Hesabatın müzakirəsinə keçirik. Təklif var ki, çıxış üçün vaxt 5 dəqiqə olsun. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanovanın 2014-cü il üzrə illik məruzəsini diqqətlə oxumuşam. Məruzə peşəkarcasına hazırlanıb. Təqdim edilən sənəddə məruzənin başlıca məqsədi dərindən əsaslandırılıb.
İllik məruzə ilə tanışlıq belə bir qənaətə gəlməyə imkan verir ki, insan hüquqları üzrə müvəkkillik ölkəmizin vətən-daşlarının etimadını qazanıb, onlar üçün daim açıq olub. Vətəndaşların ərizə və şikayətlərinə vaxtında və qayğı ilə yanaşılıb. İnsanlar arasında hüquq mədəniyyətinin yüksəldilməsinə xidmət edən maarifləndirmə işi aparılıb. Mülki və siyasi hüquqların qorunması sahəsində geniş tədbirlər həyata keçirilib. Hüquq mühafizə orqanları ilə səmərəli əməkdaşlıq qurulub. İqtisadi, sosial və mədəni hüquqların qorunması sahəsində geniş tədbirlər reallaşdırılıb.
İllik məruzədə qaçqınların, məcburi köçkünlərin və mühacirlərin hüquqlarının müdafiəsi məsələsinə ayrıca bölmənin ayrılması müsbət cəhətdir. Çünki bildiyiniz kimi, Azərbaycanda bu qrup insanların, – mən mühacirləri nəzərdə tutmuram, – ali hüququ, yaşamaq hüququ Ermənis-tanın etnik təmizləmə, ölkəmizə təcavüzü və ərazilərimizin bir hissəsini işğal etməsi nəticəsində pozulub. Ermənistan bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq dövlət cinayəti işlədib.
Hüquqi maarifləndirmə, elmi iş və beynəlxalq əlaqələr sahəsində fəaliyyət, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq məsələləri də illik məruzədə yaxşı əks olunub. Fikrimcə, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq sa-həsində İnsan hüquqları üzrə müvəkkilliyin fəaliyyəti digər qurumlar üçün örnək ola bilər. Ondan öyrəniləsi faydalı təcrübə artıq toplanmışdır.
Çox hörmətli Oqtay müəllim, hesabat üzrə bir təklifimi söyləmək istəyirəm. Bildiyiniz kimi, bəzi ölkələrdəki müx-təlif qeyri-hökumət təşkilatları hesabatlarında guya Azər-baycanda insan hüquqlarının pozulmasına dair qərəzli məlumatlar yayırlar. Bildiyimə görə, insan hüquqları üzrə müvəkkillik həmin təşkilatların yazdıqlarına dərhal münasibət bildirir, real vəziyyəti əks etdirən materialları təqdim edir. Ancaq nədənsə hesabatda bu fəaliyyət öz əksini tapmayıb. İnsan hüquqları üzrə müvəkkillik gördüyü işi hesabata daxil etsəydi, daha yaxşı olardı. Hesab edirəm ki, növbəti illərdə hesabatda həmin təşkilatların mövqelərinin əsassız olduğu və onlara bu barədə göndərilən materiallar barədə də məlumat verilməsi faydalı olardı.
Nəhayət, sonda Elmira xanım Süleymanovaya çevik, peşəkar, vətəndaşların etimadını qazanan bir kollektiv for-malaşdırdığı üçün təşəkkür edir, müvəkkilliyə uğurlar arzu-layıram. İllik məruzəyə səs verəcəyəm, hörmətli deputat həmkarlarımı da ona səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, xanımlar, cənablar! İlk öncə mən də burada səslənən təbriklərə qoşularaq bütün xanımları ürəkdən təbrik edir, dünyada yaxşı nə varsa, ən yaxşılarını sizlərə arzulayıram.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin 2014-cü il üzrə illik məruzəsi əgər maksimalizmə qapılmasaq, postsovet ölkələrində mövcud olan reallıqlar şəraitində nə mümkünsə onun edilməsi baxımından müsbət qiymətləndirilməlidir. Eyni zamanda, Elmira xanımın dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə təmaslarından əmələ gələn təkliflərini də yüksək qiymətləndirmək lazımdır. Bu nöqteyi-nəzərdən məruzəni məqbul hesab edirəm.
Məruzənin daha çox qiymətləndirdiyim hissəsi bilavasitə təkliflər hissəsidir. Təkliflər hissəsində aktiv hərbi əməliyyatlar gedən dövrdə ölkənin ərazi bütövlüyü uğrunda mübarizə aparan və canından keçən insanların sığorta pulunun verilməsi ilə bağlı təklif də öz əksini tapıb. Şəxsən mənə o, ağır təsir göstərir ki, əlaqədar təşkilatlar bu işi vaxtında görmədiklərinə görə bu iş Milli Məclisin üzərinə atılıb və narazılıqlar, piketlər Milli Məclisin qarşısında olur. Ona görə də mən ombudsmanı və əlaqədar təşkilatları ilk növbədə bu problemin həlli üçün səylərin artırılmasına çağırıram. Hədəf, ünvan düzgün seçilməli və problem vaxtında həll olunmalıdır ki, bu, yeni problemlər yaratmasın.
Mən banklarla bağlı təklifi də müsbət qiymətləndirirəm. İndi banklarda dollarla ödəmə problem yaradıb. Mən qorxuram ki, əlaqədar təşkilatlar bu məsələnin də həllini uzadıb yenə Milli Məclisin üstünə atsınlar. Ona görə qabaqcadan həmin təşkilatlara müraciət edirəm ki, öz funksiyalarını vaxtında yerinə yetirsinlər, çünki Milli Məclis öz funksiyasını yerinə yetirib, Mülki Məcəllədə bunu aydın göstərib. Konstitusiyaya görə də məlumdur ki, hesablaşmalar manatla olmalıdır. Əlaqədar strukturlar bunu hüquqi və iqtisadi mexanizm vasitəsilə həll etməlidirlər.
Üçüncü ciddi məsələ bilavasitə ipoteka kreditləri ilə bağlı məsələdir. Bu məsələni zaman-zaman biz də burada qaldırmışıq. Gərək ipoteka kreditlərinin məbləği 50 mindən 70 minə çatdırılsın ki, heç olmasa, ikiotaqlı ev almaq mümkün olsun. Faiz dərəcələri 8 faizdən 4-5 faizə, sosial ipoteka 4 faizdən 3 faizə endirilsin, ilkin ödənişlər ya yumşaldılsın, ya da xüsusi fond yaradılsın ki, onun vasitəsilə hərəkət edilsin. Bir də, hesab edirəm ki, ipoteka təkcə Bakı ilə məhdudlaşdırılmamalı, onun regionlara yayılması istiqamətində ciddi addımlar atılmalıdır.
Məruzədə təhsillə bağlı maraqlı məqamlar var, amma bu-rada təhsillə bağlı məqamların maliyyə ağırlığı bilavasitə dövlətin üzərindədir. Dünya praktikasına əsaslanaraq deyirəm ki, əgər biz təhsil kreditləri haqqında qanun qəbul eləsək, orada təhsil haqlarından başqa, insanların yaşaması, təhsillə bağlı nəqliyyat və sair xərclər də təhsil kreditləri tərkibində öz əksini tapmalıdır.
Sonuncu məsələ həddən artıq vacib məsələdir. Azərbaycanda orta əmək haqqı ilə minimum əmək haqqı arasındakı nisbət bizim imzaladığımız beynəlxalq konven-siyaların tələblərinə cavab vermir. Bu tələblərə görə mini-mum əmək haqqı orta əmək haqqının 40–50 faizi miq-darında olmalıdır. Halbuki Azərbaycanda bu, 10 ildir 24–25 faizdən yuxarı qalxmır. Ona görə mən hökuməti bu istiqamətdə səyləri artırmağa çağırıram.
Müvəkkilin məruzəsini məqbul hesab edirəm. Məruzəyə səs verəcəyəm və deputat həmkarlarımı da ona səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz artıq neçə ildir ki, bu auditoriyada om-budsmanın məruzəsini dinləyir və şahid oluruq ki, ildən-ilə onun həm fəaliyyəti genişlənir, həm də hesabatı təkmilləşir.
Azərbaycanda ombudsman təsisatı qısa müddət ərzində özünü tanıtdı, təsdiq etdi. O, Azərbaycan vətəndaşlarının ən çətin durumlarında onların yanındadır. Bu mənada mən hörmətli Elmira xanıma və onun çevik kollektivinə təşəkkürümü bildirirəm.
Məruzə mükəmməl, geniş hazırlanıb və Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması sahəsində görülən işlərin bütün spektrini özündə əks etdirir. Bu məruzədən bir daha aydın olur ki, Azərbaycanda ildən-ilə insan hüquq və azadlıqlarının qorunması sahəsində dinamik inkişaf gedir, Azərbaycan hökuməti Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarının qorunması üçün lazımi tədbirləri görür.
Məruzədə vətəndaşların ərizələrinin araşdırılması, om-budsmanın keçirdiyi görüşlər və orada qaldırılan məsələlər, onun müxtəlif hökumət və qeyri-hökumət qurumları ilə işgüzar əlaqələri, ağır durumda olan insanlara köməyi və nəhayət, təklifləri öz əksini tapıb. Əlbəttə, bunların hamısı təqdir olunası işlərdir.
Eyni zamanda, hesab edirəm ki, insan hüquq və aza-dlıqlarının qorunması iki tərəfin – həm bu hüquq və aza-dlıqları təmin etməli olan dövlət orqanlarının, həm də vətəndaşın özünün işidir. Təcrübə də göstərir ki, adətən, öz hüquq və azadlıqlarını, imtiyazlarını yaxşı bilən vətəndaşın hüquqları pozulmur. Ona görə də istər ombudsman, istər Milli Məclis, istərsə də bu sahədə məşğul olan orqanlar Azərbaycan vətəndaşlarının hüquqi maarifləndirilməsi işinin genişləndirilməsi sahəsində öz töhfələrini verməli və bu sahədə işi daha da genişləndirməlidirlər.
Məruzədə məni qane etməyən və bəlkə də sual doğuran bir cəhət burada bəzi hüquq müdafiəçilərinin, müxalifətdə olmuş və müxtəlif cinayətlər törədərək həbs edilmiş vətəndaşların, bəzi kütləvi informasiya vasitələrində çalış-mış və sonradan müəyyən cinayətlərə görə həbs olunmuş insanların şikayət və müraciətlərinə ombudsmanın geniş yer verməsidir. Əvvəla, bu insanların heç biri öz peşə fəaliyyətinə görə həbs olunmayıb. Onlar Cinayət Məcəlləsinin müəyyən maddələrinə uyğun olaraq hüququ, qanunu pozduqlarına görə hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və mühakimə ediliblər. O insanların eyni situasiyada olan başqa Azərbaycan vətəndaşları qarşısında xüsusi immuniteti yoxdur. Ona görə təklif edirəm, gələn məruzələrdə ya adlar çəkilməsin, ya da ombudsmana müraciət edən bütün insanların adları çəkilsin.
Burada Azərbaycanı istəməyən, Azərbaycana qarşı düşmənçilik mövqeyini ortaya qoyan təşkilatların dəyir-manına su tökülür ki, yəni görürsünüz, mən də bu işlərlə maraqlanmışam və dövlətə, Prezidentə təqdim etdiyim məruzədə göstərmişəm. Ola bilər, həmin təşkilatların sorğusuna ombudsman istədiyi şəkildə cavab versin. Amma bütövlükdə ictimai müzakirəyə çıxarılan məruzədə, mən hesab edirəm ki, bütün Azərbaycan vətəndaşlarına eyni mövqedən yanaşılmalıdır.
Daha bir məsələni qeyd etmək istərdim. Mən hesab edirəm ki, ombudsman ənənəvi olaraq bizə düşmən mövqe-də olan Amnesty İnternational, Soros Fondu, Azadlıq radio-su və sair kimi təşkilatların nümayəndələri ilə beynəlxalq səviyyəli görüşlərdə öz fikrini qəti şəkildə deməlidir. Düzdür, Azərbaycanın dövlət orqanları, qeyri-hökümət təşkilatları, hüquq müdafiəçiləri ədalətin bərpa olunması üçün fəaliyyətlərini göstərirlər, amma arzu edərdim ki, om-budsman bu sahədə fəaliyyətini daha da artırsın.
Bütövlükdə mən məruzəni məqbul, ombudsmanın gördüyü işi qənaətbəxş hesab edirəm. Qanun layihəsinə səs verəcəyəm. Ombudsmana və onun aparatına uğurlar arzula-yıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! Mən hesab edirəm ki, ötən illər ərzində insan haqları üzrə müvəkkil institutu oturuşmuş, formalaşmış, Azərbaycan cəmiyyətində öz mövqeyini təqdim edə bilmiş, dövlət orqanları ilə yaxşı təmaslar formalaşdırmışdır. Amma bundan öncə də Azərbaycanda insan haqlarının vəziyyətinin özü yaxşılaşmış, mötəbərləşmiş, inkişaf etmişdir. Bu, harmonik fəaliyyətin nəticəsidir. Ona görə də mən bu sənədə səs verəcəyəm.
Hörmətli həmkarım Musa Quliyev dəyərli fikirlər söylədi. Əlbəttə, Azərbaycanın daxili vəziyyətini dəyərləndirmək istəyən çoxlu qurumlar var. Amma sabah bütün həbsxanalar boşaldılsa, bütün siyasi qüvvələrlə ən yüksək səviyyədə dialoqlar gerçəkləşdirilsə də, Azərbaycanı dəfələrlə qeyd etdiyimiz səbəblərdən vurmaq üçün bizi Dağlıq Qarabağ ermənilərinə yaşamaq imkanı vermədiyimizə, Ermənistanı izolyasiyada saxladığımıza görə ittiham edəcəklər. Ona görə düşünmürəm ki, Azərbaycanla bağlı tendensiyalı beynəlxalq QHT qurumları bizə münasibəti dəyişəcəklər. Çünki onlar bəlli mərkəzlərdən idarə olunur və soyuq müharibə dövrünün qaydaları ilə işləyirlər.
Cənab Sədr, mən bu sənəddə diqqəti bir məqama yönəlt-mək istəyirəm. Burada dini məsələlərdən bəhs olunubdur. Bilirsiniz ki, iki gün öncə Milli Təhlükəsizlik Nazirliyi növbəti əməliyyatını keçirdi və terror fəaliyyətində bulunan, hazırkı dövrdə terror aksiyası keçirməyə hazırlaşan 6 şəxs ifşa edildi. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən belə əməliyyatlar bundan öncə də reallaşdırılmışdı. Heç şübhəsiz ki, bu bizim qəbul etdiyimiz qanunun nəticəsində həyata keçirilir. İndi artıq təkcə Suriya və İraq hadisələrində qanunsuz iştirak etdikləri üçün istintaq altında olanların sayı 30-dan yuxarıdır.
Əlbəttə, bu dövr ərzində biz təbliğat institutlarımızı ink-işaf etdirdik, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, məs-cidlər xeyli aktiv fəaliyyət göstərməyə başladılar. Amma mən düşünürəm, bu məsələnin içərisində bizim diqqət etməli olduğumuz məqam budur ki, o 30 nəfərdən ikisi xaricdə təhsil almış şəxslərdir.
Biz 2009-cu ildə çox haqlı olaraq bu məsələyə düzəlişlər etdik. Yəni yalnız müvafiq qurumun göndərişindən keçən şəxslər tələbə adını qazana bilərdilər. Eyni zamanda, müxtəlif dini ayinlərin icrası, konfransların keçirilməsi və sair kimi səlahiyyətlər xaricdə dini təhsil alıb gələn insan-ların əlindən alındı.
Amma gerçəklik ondan ibarətdir ki, bu insanlar yenə də öz fəaliyyətlərini davam etdirirlər. Misirdə dini təhsil almış şəxs Misirin modelini bu ölkəyə gətirmək istəyir. Səudiyyə Ərəbistanında, Türkiyədə və İranda dini təhsil almış şəxslər də o ölkələrin modelini Azərbaycana gətirmək istəyirlər. Bu, azmış kimi, onların arasında olan ixtilaflar da Azərbaycana daşınmış olur.
Əlbəttə, burada söhbət dini təhsil almaq üçün xaricə fərdi qaydada gedənlərdən gedir. Mən bilirəm ki, Qafqaz Müsəlmanları İdarəsi xətti ilə gedənlərin sayı azdır. Amma müstəqillik illərində xaricdə dini təhsil alanların sayı bütövlükdə 6 min nəfərdən yuxarıdır.
Mən anlayıram ki, Azərbaycanda İslam Universiteti müəllimlərinin səviyyəsi beynəlxalq tələblərə uyğun olmaya bilər. Bu halda tələbələri xaricə göndərməkdənsə, xaricdən ölkəmizə müəllim cəlb etmək daha effektli yoldur. Ona görə mən düşünürəm ki, bizim vətəndaşların xaricdə dini təhsil alması, ümumiyyətlə, qadağan olunmalıdır. Biz bunu “Dini etiqad azadlığı haqqında” Qanuna yazmışıq. Bu həm də təhsil qanununun predmetidir. Biz bunu orada da təsbit etməliyik ki, kim isə Azərbaycana xaricdən öz dini modellərini ixrac edə bilməsin. Çünki onların diplomu xarici olduğu kimi sanki özləri də xarici olub bizim millətin sıralarından çıxmış olurlar. Ona görə də bu tendensiyanın güclənməməsi üçün biz gələcəkdə bu məsələyə birmənalı qiymət verməliyik.
Bütövlükdə götürəndə mən bu sənədi uğurlu hesab edirəm və ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Əvvəla, mən də Sizin təbriklərə qoşularaq bütün Azərbaycan xanımlarını 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edir, onlara uğurlar və səadət arzulayıram.
Hörmətli millət vəkilləri, hörmətli qonaqlar, media nümayəndələri! Ombudsmanın hesabatı ilə bağlı mən bir məsələyə toxunmaq istəyirəm. Bilirsiniz ki, Azərbaycan böyük bir beynəlxalq idman bayramına ev sahibliyi etməyə hazırlaşır. I Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bu, ölkəmizin yaxşı mənada tanıdılması, təqdim olunması üçün çox böyük bir hadisə, bir fürsətdir.
Amma çox təəssüf ki, Azərbaycanın əleyhdarları, ermənipərəst qüvvələr bu məsələdə də bizə mane olmağa çalışırlar. Biz bilirik ki, dünyanın aparıcı dövlətlərində onların böyük lobbiləri var, o dövlətlərin siyasətinə təsir edə bilirlər. Beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarını məhz həmin dövlətlər maliyyələşdirir, büdcələrini formalaşdırırlar. O təşkilatlar da onların sifarişi ilə ayrı-ayrı ölkələrdə insan haqları məsələsinə daha çox diqqət yetirirlər. Biz bütün bu reallıqları bilirik.
Amma biz o reallığı da qəbul etməliyik ki, dünyada insan haqları ilə bağlı fikri həmin təşkilatlar formalaşdırır. Yəni hansısa bir ölkə, hansısa bir ölkənin vətəndaşı insan hüquqları ilə bağlı informasiya almaq istəyəndə həmin o beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarının saytlarına girir, onların hesabatlarını oxuyur.
Ona görə də biz bu oyunlar ərəfəsində həmin o beynəlx-alq təşkilatların tələb etdiyi insanların əsaslı, əsassız tu-tulmasından asılı olmayaraq azadlığa çıxmasına nail olmağa çalışmalıyıq ki, Azərbaycana qarşı kampaniyaya imkan verməyək, imkan verməyək ki, bu böyük tədbirin üzərinə kimlərsə kölgə sala bilsin. Ombudsman öz nüfuzundan bu istiqamətdə istifadə etməlidir. Mən Elmira xanımı buna çağırıram.
Qeyd etmək istədiyim ikinci məsələ biznes hüquqları, mülkiyyət hüquqları ilə bağlı məsələdir. Bu məsələ hesa-batda da öz əksini tapıb.
Mən xatırlayıram, mərhum Prezident Heydər Əliyev o vaxt göstəriş verdi ki, sahibkarları yalnız vergi orqanları qanunla müəyyən olunmuş müddətlərdə yoxlaya bilər. Digər dövlət orqanlarına isə bunu qəti qadağan etdi, barmağını silkələdi ki, sahibkarların fəaliyyətinə siz müdaxilə edə bilməzsiniz. Ayrı-ayrı cinayət işləri ilə bağlı epizodlar üzrə sahibkarın fəaliyyətini yoxlamaq lazımdırsa, həmin orqanlar vergi orqanlarına müraciət etməlidir ki, onlar araşdırsınlar və nəticələrini güc strukturlarına təqdim etsinlər.
Amma indi çox təəssüf, güc strukturları da, ayrı-ayrı digər dövlət orqanları da bütün sahibkarları məcbur edirlər ki, siz filan qiymətə öz mallarınızı satmalısınız. Axı bu, bazar iqtisadiyyatlı ölkə üçün yolverilməzdir. İndi kim gəlib Azərbaycana desə ki, sən neft ixrac edirsən, apar dünyada nefti bu qiymətə sat, biz bunu normal qəbul edə bilərik? Yox!
Bazar iqtisadiyyatlı ölkələrdə qiymət tələb və təklif arasında formalaşır. Hansı sahədə rəqabət aşağıdırsa, dövlət strukturları çalışmalıdır ki, o sahədə rəqabət güclənsin. Onsuz da indi Azərbaycanda mövcud rəqabət mühiti imkan vermir ki, sahibkarlar malların qiymətini kəskin surətdə qaldıra bilsinlər. Buna görə də mən hesab edirəm ki, Elmira xanım, o cümlədən ombudsman aparatı bu sahəyə də diqqət yetirməlidir.
Çoxlu sayda insanlar bununla əlaqədar olaraq bizə müraciət edir, narahatlıqlarını dilə gətirirlər. İndi biz deyirik ki, sahibkar bu malı məzənnədə dəyişiklik olandan əvvəl alıb. Amma o, malını satandan sonra pulu dollara keçirməlidir, gedib yenidən həmin o xarici valyuta ilə Azərbaycana təkrar mal gətirməlidir.
Əgər bu vəziyyət davam edərsə, – mən öz narahatçılığımı bölüşürəm, – bir müddətdən sonra Azərbaycanda, xüsusilə də istehlak mallarında qıtlıq əmələ gələcək. Ona görə çox insanlar artıq öz mallarını anbarlarda saxlayır, satmaqdan imtina edirlər. Mən bu narahatçılığı bizim ombudsmanın diqqətinə çatdırmaq istəyərdim. Bu məsələyə dövlət strukturları yenidən öz diqqətlərini yönəltməli və bu vəziyyəti aradan qaldırmalıdırlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də bu-rada səslənən təbriklərə qoşulur və Elmira xanım başda olmaqla bütün Azərbaycan xanımlarını təbrik edirəm.
Çox mükəmməl bir hesabat hazırlanıbdır. Mən bunu xüsusən təkliflər hissəsi haqqında demək istərdim. Bizim indiyə qədər qaldırdığımız bir çox məsələlər burada öz əksini tapıbdır.
İndi hər halda bir neçə iradımızı və təkliflərimizi də bild-irməliyik. Mən hesab edirəm ki, bəzi məsələlərdə bu institut gecikmiş addımlar atır. Məsələn, hesab edirəm ki, manatın devalvasiyası və istehlakçıların hüquqları ilə bağlı olaraq əmək haqlarının, pensiyaların inflyasiyaya uyğun indeksasiyası üçün bu institutun özü sənədlər hazırlamalı, təkliflər verməli idi.
Daha bir misal. Arada yanacağın qiyməti qalxanda Pre-zident özü müdaxilə etdi və bir müddət keçəndən sonra başqaları reaksiya verməyə başladı. Ombudsman idarəsinin buna reaksiyası olmadı. Amma məncə, istehlakçı hüquqları ilə bağlı olaraq bu məsələyə ombudsman idarəsi müdaxilə etməli idi.
Ümumiyyətlə, məmurların bir çox sektorlarda belə bir davranışı vardır. Bir çox məsələləri yalnız Prezidentin üzərinə buraxırlar. Mənə elə gəlir ki, bu, doğru deyil. Pre-zident ən son anda bəzi məsələlərə müdaxilə etməlidir. Məncə, bu məsələlərdə bir az çeviklik göstərmək lazımdır.
Hesab edirəm ki, ombudsman idarəsinin maarifləndirmə fəaliyyətində də çox lənglik vardır. Məncə, televiziyalarda “Ombudsman saatı” deyilən bir veriliş üçün vaxt ayrıla və efir vaxtını zəbt edən mənasız verilişlərin yerinə xeyli maarifləndirmə işləri aparıla bilər.
Burada dini təriqətlərlə bağlı fikir səsləndi. Bu, elə məruzənin özündə də vardı. Bir çox dini təriqətlər insan-larımızı aldadır, yanlış yola çəkir, ölkədən kənara çıxardır. Xarici qüvvələrin Azərbaycan daxilində yaratdığı qanunsuz dini təşkilatlarda iştirak edən gənclərimizi oradan uzaqlaşdırmaq üçün maarifləndirmə işləri aparılmasına çox böyük ehtiyac vardır. Mən hesab edirəm ki, bu məsələlərlə bağlı olaraq dediyim “Ombudsman saatı”nın televiziyada mütəmadi fəaliyyət göstərməsinin əhəmiyyəti vardır.
Məruzədə sıravi insanların, vətəndaşların hüquqlarının qorunması ilə də bağlı məsələlərə toxunulubdur. Amma məncə, təhdidlərə məruz qalan məmurların da hüquqlarının müdafiə olunması diqqətdə saxlanılmalıdır. Məsələn, bir vətəndaş doğru olmayan bir tələbdə bulunur. Sonra da hansısa bir məmuru özünü yandırmaqla, körpüdən atmaqla təhdid edir və belə məmurlar müdafiə olunmurlar. Bu doğru deyil. Bu, pis bir ənənəyə gətirib çıxardı. Artıq televiziyada biri durub elan edir ki, biz hər yerə müraciət etdik, hətta anam körpüyə belə çıxdı, bir nəticəsi olmadı. Guya körpüyə çıxmaq bir instansiyadır. Bu, Konstitusiya Məhkəməsidir, nədir? Məncə, nəyəsə nail olmaq üçün belə təhdid və şantajdan istifadə edən insanların qarşısını almaq üçün də müəyyən təkliflər paketi hazırlanmalıdır. Azərbaycan hüquqi dövlətdir və belə davranışlara yol vermək olmaz.
Məruzədə daxili işlər orqanları əməkdaşlarının etik dav-ranış kodeksinə uyğun olaraq bəzi daxili işlər orqanları işçilərinin cəzalandırılması barədə də məlumat vardır. Am-ma mən burada bir təzad görürəm. Necə olur ki, bir hüquq mühafizə orqanının işçisi etik normanı pozur, ona qarşı cəza tətbiq olunur, amma hüquq mühafizə orqanı işçisinin – papağında Azərbaycan gerbini daşıyan bir polisin papağını yerə çırpan məhbusa komfort şərait yaradılır, xüsusi diqqət ayrılır. Məncə, papağında Azərbaycan gerbini daşıyan polisə də, onun papağını yerə çırpan adama da bir təsnifatda baxılmalıdır. Biz öz polisimizi də, dövlət atributlarımızı da, məmurlarımızı da qorumağı bacarmalıyıq. Bu məsələyə, məncə, xüsusi diqqət ayrılmalı və məmurlar da, polisimiz də diqqətdən kənarda qalmamalıdır.
Başqa bir məsələ. Bir çox hərbçilərimiz var ki, onların mənzillərində qaçqın və köçkünlər məskunlaşıbdır. Om-budsman idarəsi bu hərbçilərin siyahısını hazırlaya bilər ki, heç olmasa, mənzillər paylananda onların mənzillərində yaşayan qaçqın və köçkünlərə ilkin olaraq mənzillər verilsin və bu hərbçilərin də öz mənzillərində məskunlaşması mümkün olsun.
Mən bir daha bu məruzənin mükəmməl hazırlandığı qənaətində olduğumu bildirir və təkliflərimizin də nəzərə alınacağına ümid edirəm. Təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də ombudsman Elmira xanımın hesabatını dəstəklə-yirəm. Doğrudan da, hərtərəfli şəkildə hazırlanmış məruzədir. İldən-ilə biz orada həm əhatə dairəsi, həm də müraciətlərin, ərizə və şikayətlərin cavablandırılması ilə bağlı yeni-yeni səhifələr görürük. Mən hesab edirəm ki, biz bunu səsə qoyub qəbul etməli, ombudsmana da, ombudsman aparatına da bu işlərində uğurlar arzulayıb, təşəkkürümüzü bildirməliyik.
Hörmətli Ziyafət müəllim, mən bir neçə kəlmə ilə digər məsələlərə toxunmaq istəyirəm. İndi burada deputat həmkarlarım bəzi xarici təşkilatların Azərbaycana qeyri-obyektiv mövqedən, qərəzkarlıqla yanaşdıqlarını qeyd etdilər. Mən onların bu fikirlərini dəstəkləyirəm. Doğrudan da, son dövrlər müəyyən beynəlxalq təşkilatlar Azərbaycan dövləti haqqında böhtan, şər kampaniyasını daha da gücləndiriblər. Biz xatırlayırıq ki, Azərbaycanda Avro-viziya Mahnı Müsabiqəsi ərəfəsində də ölkəmizə qarşı belə kampaniyalar aparılırdı. Həmin vaxt bu təşkilatlar kimləri dəstəkləyirdilər – erməni mənşəli olanları, özlərinin qrant verib üstündən şapka aldıqları qeyri-hökumət təşkilatlarını, Azərbaycanın ərazisindən qeyri-qanuni olaraq Ermənistan ərazisinə keçib, Azərbaycanın dövlət sirlərini, hərbi sirlərini erməni xüsusi xidmət orqanlarına ötürənləri.
Burada həmkarım Qüdrət müəllim çox gözəl dedi. Həmin təşkilatların idarə heyətində, maliyyə qaynaqlarında erməni izi var. Amma əfsuslar olsun ki, burada sapı özümüzdən olan baltalar da var. Bu sapı özümüzdən olan baltalar – Azərbaycan Xalq Cəbhəsi Partiyası, Əli Kərimli, onun ətrafında olan kriminal tör-töküntü, erməni lobbisindən aldıqları pullarla yemlənən qeyri-hökumət təşkilatları da onlara bu məsələlərdə dəstavüz verir, materiallar ötürürlər.
Mənim xatirimdədir, vaxtilə ümummilli liderimiz Sovet İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Şurası Sədrinin birinci müavini olarkən ermənilər İrəvana gedən azərbaycanlıların pasportunu bir-iki saatlıq yığıb, onların adından Mixail Qorbaçova və onun ətrafındakılara ümum-milli liderin əleyhinə teleqramlar yazdırıb göndərirdilər. İndi ermənilər həmin işi burada bax bu partiya və təşkilatlarla davam etdirirlər. Mən Azərbaycanın inkişafını istəməyən qüvvələrlə mübarizədə ombudsmanı da, bizim millət vəkillərini də dövlətin yanında olmağa səsləyirəm. Hərə öz kanalı, öz xətti ilə Azərbaycan həqiqətlərini yayıb, yalanı, şəri, böhtanı ifşa etsin. Bu bir, iki, üç adamın işi deyil. Bu, dövlətçilik məsələsi, milli maraqların qorunması məsələsidir. İki-üç adam danışdı, qurtarmasın. Hər kəs öz mövqeyini bildirsin, bu məsələ ilə bağlı mövqeyini ortaya qoysun.
Azərbaycanda ilk dəfə Avropa Olimpiya Oyunları keçirilir. Bizim hörmətli həmkarımız Mehriban xanım Avropa ölkələrini bir-bir gəzib bu oyunların təqdimat mərasimini keçirir. Biz də bir işin qulpundan yapışmalıyıq, biz də tanıdığımız, bildiyimiz insanlara müraciətlərimizi göndərməli, çağırışlarımızı etməliyik. Bunu elə bir neçə adamın ixtiyarına buraxmaq olmaz. Mən bunu o cümlədən ombudsmandan xahiş edirəm.
Hörmətli Elmira xanım, İsveçrə səfirliyində bir adamı 6 ay gizlədiblər. Bu adam 1 milyon 565 min dollar qrant alıb, 240 min vergidən yayınıb. İndi bu səfirliyə bir məktub yazın ki, bir müəllimi də, həkimi də götürün saxlayın, yaxud Qarabağ müharibəsi şəhidinin ailəsini və yaxud Xocalıda əziyyət çəkəni 3 gün, bir həftə saxlayın. Niyə oğrunu, kriminalı, cinayətkarı saxlayırsınız, cinayətkarlara diqqət verirsiniz? Mən heç də Qüdrət müəllimin dediklərinin o hissəsi ilə razı deyiləm ki, bunlar açılıb buraxılmalıdır. Elə olarsa, bu, növbəti cinayətkarların yaranmasına şərait yaradacaqdır. Qanun var, hər kəs kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir.
Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında son hadisə-lərdə 80 nəfərə yaxın jurnalist məsuliyyətə cəlb olundu. Dedi, qanunu pozmusan, düz də elədi. Qanun hamı üçün birdir. Peşə fəaliyyəti heç kəsi qanunu pozduğuna görə məsuliyyətdən azad etmir. Bunların hər biri ilə bağlı kifayət qədər məlumatlar, faktlar var. İstintaqda bunlar əsas götürülməlidir. Mən hesab edirəm ki, bu faktlar birbaşa həmin təşkilat və ölkələrə göndərilməlidir. Onlara deyilməlidir ki, siz kimləri müdafiə edirsiniz – oğrunu, cinayətkarı, qulduru, Azərbaycanın sirrini satanı müdafiə edirsiniz. Hələ bir dəfə eşitməmişik ki, bunlar ehtiyatsızlıq üzündən hansısa bir cinayət törətmiş Azərbaycan müəllimini, həkimini müdafiə etsinlər. Ona görə də hesab edirəm...
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, məruzə ilə bağlı artıq 7-8 nəfər çıxış edib. Məruzənin mətni hamınızda var. Hörmətli Elmira xanım da burada çox gözəl təqdimat etdi. Çıxışların, demək olar ki, hamısında məruzəyə çox müsbət münasibət bildirildi. İndi əgər ayrı-ayrı deputat həmkarlarımızın qeydləri varsa, ombudsmana təqdim edə bilərlər. Mən hesab edirəm ki, bu məsələni uzatmağın yeri yoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, təkid etməyək. Bizim om-budsman da qadındır. Biz artıq girişdə qeyd etdik ki, qarşıdan 8 Mart gəlir. O münasibətlə bəlkə biz bu məsələni uzatmayaq, Fəzail müəllim, bəlkə bu məsələdə sözünüzü geri götürəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Nizamnaməyə görə biz ombudsmanın illik məruzəsinin nəzərə alınması ilə bağlı münasibət bildirməliyik. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.03 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, təşəkkür edirəm. Elmira xanım, Sizi təbrik edirəm. Sağ olun.
Gündəliyin növbəti məsələsi – “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə. Bu qərar layihəsi sizdə var, onu xüsusi təqdim etməyə, oxumağa ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.04 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Əli müəllim, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bildiyiniz kimi, yeni Miqrasiya Məcəlləsinin qəbulu artıq readmissiya anlayışını da bizim qanunvericiliyimizə gətirib. Bu saziş Azərbaycan və Norveç ərazisinə daxil olmaq, qalmaq, yaşamaqla bağlı şərtlərə əməl etməyən və bu şərtləri pozan şəxslərin müəyyən edilməsi, təhlükəsiz və nizamlı şəkildə qaytarılması məsələlərini özündə ehtiva edir. Qeyd etmək istəyirəm ki, saziş beynəlxalq hüququn bütün prinsiplərinə tamamilə uyğundur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Sevinc xanım, bu məsələ sizin komitədə də müzakirə olunub. Əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləş-dirilməsinin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva.
S.Fətəliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini.
Hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin məqsədi Azərbaycan Respublikası və Norveç Krallığı və-təndaşlarına hər 180 gün ərzində 90 gündən çox olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləş-dirilməsini qarşılıqlılıq prinsipi əsasında sadələşdirməkdir.
Saziş 13 maddədən ibarətdir. Mən deyərdim, burada əsas məqam ondan ibarətdir ki, sazişdə hər iki ölkəyə səfərlər üçün viza alınarkən səfərin məqsədini təsdiq edən müvafiq sənədin təqdim edilməsi nəzərdə tutulub.
Diplomatik pasportlara malik olan hər iki dövlətin vətəndaşları Azərbaycan Respublikası və Norveç Krallığı ərazisinə vizasız daxil ola, oranı tərk edə və tranzit keçə bilərlər.
Azərbaycan və Norveç münasibətlərinin tarixi müstəqil-liyimizin ilk illərindən başlayıb. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsası “Əsrin müqaviləsi”nin imzalan-ması ilə qoyulub. Bu gün iki dövlət arasında əməkdaşlıq sahələri genişlənməkdədir.
Komitəmiz bu qanun layihəsini dəstəkləyib. Mən həmkarlarımızdan xahiş edirəm ki, layihəyə müsbət münasibət bildirsinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Sevinc xanım, təşəkkür edirəm. Əgər çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
5-ci məsələdən 11-ci məsələyə qədər olan qanun layihələrinin, dəyişikliklərin məzmunu, demək olar ki, eynidir. Ona görə 5-ci məsələ – Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi ilə bağlı Milli Məclis Sədrinin müavini hörmətli Valeh müəllimə söz verilir. Buyurun.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Çox sağ olun. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar, xanımlar və cənablar! Təqdim olunan qanun layihələrində edilməsi təklif olunan dəyişikliklər bu qanunları bundan öncə qəbul etdiyimiz “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununda dəyişik-liklər edilməsi barədə” Qanuna uyğunlaşdırmaq məqsədi daşıdığına görə bəlkə hörmətli Eldar müəllim bu məsələlərin hamısını təqdim etsin, sonra onlara ayrı-ayrılıqda səs verək.
Sədrlik edən. Buyurun, Eldar müəllim.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim, hörmətli Valeh müəllim. Həqiqətən, sonrakı məsələlər eyni məzmun daşıyır. Yəni 6-cı məsələ – “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi də “Balıqçılıq haqqında” Qanunda edilmiş dəyişikliklərlə əlaqədardır. Qısaca desək, gündəliyimizə 6-cı, 10-cu, 11-ci məsələlər kimi daxil olmuş qanun layihələrinin hər üçü norma yaratma prinsiplərinə uyğundur.
Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir: “Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.” Bu tamamilə yerində və düzgün olan bir müddəadır.
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanu-nunun 2.3-cü maddəsi aşağıdakı redaksiyada verilir: “Su hövzələrində balıq və digər su bioresurslarının ovu “Balıq-çılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”
“Heyvanlar aləmi haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsində “idman və həvəskar balıq ovu” sözləri “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanu-nunda nəzərdə tutulmuş hallarda “balıq və digər su bio-resurslarının ovu” sözləri ilə əvəz edilir. “Heyvanlar aləmi haqqında” Qanunun 13-cü və 16-cı maddələrində də mahiyyətcə eyni dəyişikliklərdir. Ona görə də həmkarlarımdan xahiş edərdim ki, bu layihələrin qəbul edilməsinə səs versinlər.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Təşəkkür edirəm. Düzü, bu dəyişikliyə görə bir sıra qanunların təzədən yazılması, bu qədər kağız sərf olunması, bizə paylanması mənə qeyri-ciddi göründü. Çünki burada üç söz dəyişilib. Üç sözə görə bu boyda 5-6 qanunu təzədən yaz, siyahıya sal, gətir bura... Düzü, bu mənə qüsurlu iş üsulu kimi göründü. Bunun ayrı bir yolunu tapmaq, cəmi bir layihədə yazmaq olardı ki, filan-filan qanunlarda müvafiq bölmədə bu sözlər əlavə olunsun. Bununla bitərdi.
“Balıq və digər su bioresurslarının ovu” sözləri mənə çatmır. Bioresurs, əslində, bioloji ehtiyat deməkdir. Bunun ovu nədən ibarətdir, mən onu başa düşə bilmirəm. Balığı ovlayırsan, xərçəngi ovlayırsan, amma bioresursun içində bioloji zənginliklər – yosun da, digər sualtı bitkilər də gedir. Bunu nə cür ovlayarlar? Ona görə mən hesab edirəm ki, doğru yanaşma deyil. Mexaniki götürüb hamısını bu cür dəyişmək, əslində, məntiqi cəhətdən də, dilçilik baxımından da, hər cəhətdən də qüsurludur. Bunun normal yolunu tapsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, bu dəyişikliklər ayrı-ayrı qanunlara edilir, axı. Bunu bir qərarla necə edəsən? Bu, məsələnin birinci tərəfi. İkinci tərəfdən də, qanuna əlavə edilən hər bir sözün öz məna yükü, hüquqi nəticəsi var. Onu müvafiq maddəyə dəqiq daxil etməsən, sonra qanunun tətbiqində başqa problemlər yaranar. Biz başa düşürük ki, bu müəyyən qədər çətin işdir və bunların hamısını bir qərarla yazmaq olardı. Amma üzr istəyirəm, bu, partiya plenumunun qərarı deyil, bu, qanundur. Qanunda hər sözün hüquqi yükü, hüquqi nəticəsi var. Ona görə də istəsək də, istəməsək də bunu belə etməliyik.
Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, 5-ci məsələyə – Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.14 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.15 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyi-şikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.15 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllə-sində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsə qoyulur. Buyurun, xahiş edirəm, səs verin.
Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qa-nununda dəyişiklik edilməs barədə qanun layihəsinə səs verin, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək. Buyurun.
Səsvermənin nəticələr (saat 13.18 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
12-ci məsələ – “Dini etiqad azadlığı haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirənizə çıxarılır. Layihə haqqında komitə sədri Rəbiyyət Aslanova məlumat verəcək. Buyurun, Rəbiyyət xanım.
R.Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Bildiyiniz kimi, gündəliyimizdə eyni adda daha bir qanun layihəsi var. İcazə versəydiniz, hər ikisini təqdim edərdim.
Sədrlik edən. Buyurun.
R.Aslanova. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə birinci qanun layihəsində “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsinə üç hissənin əlavə edilməsi təklif olunur. 22-ci maddə “Dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları” adlanır. Bu maddəyə aşağıdakı məzmunda dördüncü, beşinci və altıncı hissələr əlavə edilir:
“Nəzarət markasının forması, uçotu, istifadəsi və veril-məsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfin-dən müəyyən edilir.
Müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir.”.
Mən hesab edirəm ki, bunlar kifayət qədər vacib müddəalardır. Hörmətli millət vəkillərini bu qanun layihəsinə səs verməyə çağırıram.
Eyni adlı ikinci qanun layihəsi “Dini etiqad azadlığı haqqında” Qanunun 12.1-ci maddəsinə edilən dəyişikliklər barədədir. Bu maddə bir neçə dəfə əlavə və dəyişikliklərə məruz qalıb. İndi onun ikinci hissəsində 1-ci və 9-cu bəndlərdə dəyişikliklər edilir. 1-ci bənddə “Azərbaycan Respublikası Konstitusiyasının, bu qanunun və digər qanunların pozulması, yaxud həmin qurumun” sözləri “onun” sözü ilə, 9-cu bənddə isə “təqdim edilməsi tələbinə təkrarən” sözləri “təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə” sözləri ilə əvəz edilir.
Aydın olsun deyə qeyd edim ki, 12-1-ci maddənin ikinci hissəsində söhbət dini qurumun ləğv edilməsi üçün müəyyənləşdirilmiş əsaslardan gedir. 9-cu bənddə deyilir ki, dini qurumun qeydiyyata alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə əməl olunmadığı təqdirdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumun ləğv olunmasına dair məhkəmə qarşısında məsələ qaldırır. Yəni dini qurum yalnız məhkəmənin qərarı ilə ləğv oluna bilər. Mənə elə gəlir ki, bu da çox demokratik bir dəyişiklikdir. Mən millət vəkillərini bu layihəyə də səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım, təşəkkür edirəm. Hadi müəllim, 13-cü məsələ sizin komitədə müza-kirə olunub. Sözünüz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Qanun layihələri ilə bağlı çıxış etmək istəyənlər var. Sədaqət xanım Vəliyeva. Buyurun.
S.Vəliyeva. Təşəkkür edirəm, Ziyafət müəllim. Məlum olduğu kimi, bir neçə gün öncə Azərbaycan Milli Təhlükə-sizlik Nazirliyinin həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində ölkəmizdə terrorçuluğa hazırlıq və sair ağır ci-nayətlər törədilməsində şübhəli bilinən dəstə yaxalanmış-dır. Əlbəttə, Azərbaycan dövlətinin və xalqının təhlükə-sizliyi naminə həyata keçirilən bu cür əməliyyatlar sabitliyin pozulmasının qarşısını alır. Buna görə mən ölkəmizin təhlükəsizliyini qoruyan hər bir kəsə öz təşəkkürümü bildirirəm.
Lakin çıxışımda xüsusi bir məqama toxunmaq istəyirəm. Həmin əməliyyat zamanı bəlli olub ki, yaxalanan dəstə Azərbaycanda şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq niyyəti güdüb. Buna görə də ölkə ərazisində ictimai-siyasi sabitliyi pozmaq, təxribat və terrorçuluq aksiyaları törətmək, cinayət etmək üçün silahlı dəstə yaradıb, hətta özlərini əmir də təyin ediblər. Dəstə üzvləri cihad üçün əvvəlcə pul vəsaiti əldə etmək məqsədi ilə Azərbaycanda insanları qarət etməyə və əldə olunacaq vəsaitin hesabına hüquq mühafizə orqanlarına qarşı sui-qəsdlərin və ölkə ərazisində müxtəlif yerlərdə terrorçuluq aksiyalarının keçirilməsin planlaşdırıblar.
Bu il Azərbaycan dünya miqyasında möhtəşəm idman yarışları sayılan I Avropa Oyunlarını keçirəcək. Bu beynəl-xalq idman tədbirini pozmaq məqsədi ilə müxtəlif qruplar çalışırlar ki, Azərbaycanı dünyaya qeyri-sabit ölkə kimi təqdim etsinlər. Hətta mətbuat üzərindən qara piar kampa-niyası quranlar da var. Onlar da çalışırlar ki, Azərbaycanın demokratik imicinə zərbə vursunlar, ictimai-siyasi sabitliyi pozsunlar. Bu kontekstdə düşünürəm ki, Azərbaycan dö-vlətinin və xalqının milli təhlükəsizliklə bağlı bütün addımları dəstəklənməlidir. Belə ki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliklər, eyni zamanda, dö-vlət sirri ilə bağlı əlavələr xüsusi əhəmiyyət kəsb edir.
Bəzən müxalifət mətbuatı qanunlara edilən əlavə və dəyişiklikləri antidemokratik adlandırır. Lakin mən deyirəm ki, qanunlara edilən əlavə və dəyişikliklər Azərbaycan xalqının təhlükəsizliyini zəmanət altına alırsa, bu, tam demokratikdir və insan hüquq və azadlıqlarının təminatının gücləndirilməsidir. Bu işdə, əlbəttə ki, hər zaman olduğu kimi, mətbuat xüsusi fəaliyyət göstərməli və maarifləndirmə işini gücləndirməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aytən Mustafayeva. Buyurun, Aytən xanım.
A.Mustafayeva. Təşəkkür edirəm. Mən hesab edirəm ki, orta məktəblərdə dinin əsaslarının tədris edilməsi hazırkı şəraitdə çox vacib və aktual məsələlərdən biridir. Çünki yetişməkdə olan gənc nəslin müxtəlif zərərli dini qruplaşmaların təsiri altına düşməsinə səbəb onların dini biliklərinin məhz kifayət qədər dolğun və tam olmamasıdır. Məktəb yaşlarından dini bilikləri almayan, bu barədə məlumatsız olan gənclər məhz ona görə onlara din barədə ilk dəfə olaraq deyilənlərə inanırlar. Bunun mənfi nəticələri, fəsadları isə böyük ola bilər. Bu baxımdan orta məktəblərdə dinin əsaslarının tədris edilməsi yetişməkdə olan gənc nəslin yaradıcı ideyaları radikal və destruktiv ideyalardan fərqləndirməsinə, dəqiq və faydalı sosial, mənəvi dəyərləri mənimsəməsinə səbəb ola, habelə onları müxtəlif zərərli dini cərəyanların mənfi təsirlərindən qoruya bilər.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin 4-cü bəndində yazılıb: “terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi.” Məncə, bu bəndin aşağıdakı redaksiyada verilməsi daha məqsədəmüvafiq olardı: “terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə, o cümlədən insan həyatına, şəxsiyyətinə, hüquq və azadlıqlarına dini motivlərlə qəsd edilməsinə yönəlmiş hərəkətlərin edilməsi.” Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Aytən xanım. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, 12-ci məsələyə – “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dərman vasitələri haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.26 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 84
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, bizim gündəliyin 14-cü və 15-ci məsələləri möhtərəm cənab Prezidentin bir məktubu ilə daxil olub. Bunlar “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və yenə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələridir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Ziyafət müəllim, 15-ci məsələ barədə Rəbiyyət xanım artıq məruzə edib. İcazə versəniz, mən 14-cü və 16-cı məsələlər barədə məlumat verərəm.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. “Siyasi partiyalar haqqında” Qanunda edilən dəyişiklik texniki xarakterlidir. Daha dəqiq desək, 16.3-cü maddənin əvvəlinə “Bu Qanunun 4-cü maddəsinin dördüncü hissəsi istisna olmaqla” sözləri əlavə olunur.
16-cı məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Burada təklif olunur ki, Cinayət Məcəlləsinin “Dövlət sirrini yayma” adlı 284-cü maddəsində sanksiyalar sərtləşdirilsin, yəni 284.1-ci maddənin sanksiyasında “iki ildən beş ilədək” sözləri “üç ildən altı ilədək” sözləri ilə, 284.2-ci maddənin sanksiyasında isə “üç ildən yeddi ilədək” sözləri “dörd ildən səkkiz ilədək” sözləri ilə əvəz edilsin. Hesab edirəm ki, dövlətimizin, müstəqilliyimizin indiki məqamında və indiki təhdidlər şəraitində dövlət sirrini yaymağa görə sanksiyanın sərtləşdirilməsi məqsədəmüvafiqdir və həmkarlarım bunu dəstəkləyəcəklər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Təşəkkür edirəm. Mən hesab edirəm ki, dövlət sirrinin qorunması və xüsusən də hərbi sirlərin qorunması indiki şəraitdə son dərəcə vacibdir. Bu barədə dəfələrlə yazmışıq, danışmışıq. Şübhəsiz ki, bu addım indiki reallıqlar nəzərə alınaraq dəyərləndirilməlidir və biz buna səs verəcəyik.
“Siyasi partiyalar haqqında” Qanunda edilməsi təklif olunan dəyişiklik isə, doğrudan da, texniki xarakter daşıyır. Amma mən, yeri gəlmişkən, bir şeyi xatırlatmaq istəyirəm. Biz büdcənin müzakirəsində siyasi partiyalar barədə danışanda xahiş eləmişdik ki, 3 faizdən aşağı səs toplayan və maliyyə yardımı almayan partiyalar üçün ayrılmış vəsait digər siyasi partiyalar arasında bölünsün. Burada bu məsələ razılaşdırılmış və Maliyyə Nazirliyi tərəfindən də etiraz olmamışdı. Amma yeni büdcə ili başlayıb, təəssüf ki, Məclisin qərarı nəzərə alınmayıb. Mən çox xahiş edərdim, Milli Məclisin rəhbərliyi bu məsələyə bir aydınlıq gətirsin.
Sədrlik edən. Sağ olun. Sabir müəllim, ayın 17-də hökumətin hesabatı olacaq. Yəqin, orada bu məsələyə ay-dınlıq gətirilər. Xahiş edirəm, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layi-həsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.30 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 83
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.31 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, gündəliyimizin sonuncu məsələsi – Vətəndaş-ların müraciətləri haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi. Qanun layihəsi barədə məlumat vermək üçün İnsan hüquqları komitəsinin sədri Rəbiyyət xanım Aslanovaya söz verilir.
R.Aslanova. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bu gün müzakirənizə təqdim edilən Və-təndaşların müraciətləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi vətəndaşın müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.
Hörmətli həmkarlar, demokratik, hüquqi dövlət quru-culuğu prosesində cəmiyyət–dövlət, vətəndaş–məmur mü-nasibətlərinin təkmilləşməsi üçün qarşılıqlı etimadın artması, tərəflər arasında effektiv əks-əlaqə mexanizminin yaranması olduqca vacibdir.
Vətəndaşların müraciəti, əslində, bir nəzarət mexaniz-midir. Əgər belə müraciətlər olmasaydı, yerli və mərkəzi orqanlar əhalini narahat edən məsələlərdən xəbər tutmaz və problemlərin həlli üçün lazımi addımlar atılmazdı. Bu müraciətlərin əsas funksiyası hər hansı bir çatışmazlıq, hüquq pozuntusu, pozulmuş hüquqlarla əlaqədar yerli və mərkəzi orqanları məlumatlandırmaq və bu halların aradan qaldırılması üçün tədbirlərin görülməsi tələbidir. Bu həm də vətəndaşların müvafiq icra strukturundan operativ reaksiya gözləntisidir.
Dövlət başçımız bütün dövlət orqanlarından, vəzifəli şəxslərdən, hər bir məmurdan onlara ünvanlanan müraciət-lərə həssaslıqla yanaşılmasını, vətəndaşları narahat edən problemlərlə əlaqədar ciddi, operativ fəaliyyət göstəril-məsini tələb edir. Mərkəzi hakimiyyət orqanları rəhbər-lərinin, nazirlərin bölgələrə səfərləri, vətəndaşlarla bilavasitə görüşərək onları dinləmələri hakimiyyətlə xalq arasında olan dialoqun ifadəsidir. Bu artıq bir ənənəyə çevrilmişdir. Bu cür görüşlər həm də yerli hakimiyyət orqanları rəhbərlərinin məsuliyyətini artırır.
Bəzən elə olur ki, yerlərdə həlli mümkün olan bir məsələ ilə əlaqədar olaraq insanlar mərkəzi dövlət strukturlarına müraciət edirlər. Biz millət vəkili olaraq çoxlu sayda məktublar, müraciətlər, şikayətlər, tövsiyələr alırıq. Ancaq bunların içərisində eləsi də olur ki, əgər yerli hakimiyyət orqanları bu məsələyə həssaslıqla yanaşsaydı, vətəndaşın artıq buraya müraciət etməsinə ehtiyac qalmazdı.
Möhtərəm dövlət başçımız cənab İlham Əliyev qeyd edir ki, vətəndaş–məmur münasibətləri ölkəmizin uğurlu inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycan bu sahədə nümunəvi ölkə olmalıdır. Hesab edirəm ki, hörmətli həmkarlarım, hər bir səlahiyyət sahibi bu çağırışa qoşulmalıdır.
Dövlət orqanlarında çağırış mərkəzlərinin fəaliyyəti bu sahədə irəliyə doğru atılan bir addımdır. Vətəndaş onu narahat edən məsələ ilə əlaqədar olaraq çağırış mərkəzinə müraciət edir və nə gözəldir ki, dərhal sualına cavab alır və ya onun çağırışı müvafiq icra strukturuna yönəldilir.
Bu gün vətəndaşların müraciətlərinə baxılması qaydaları 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanunun qəbul edilməsindən düz 18 il keçir və 18 il ərzində ölkəmizdə baş verən ictimai, iqtisadi, sosial, mədəni dəyişikliklər artıq yeni qanunun qəbul edilməsini bir zərurətə çevirir. 1997-ci ildə qəbul edilən sənədlə bu gün müzakirənizə təqdim edilən sənədi müqayisə edərkən yeni sənədin əhatə dairəsinin nə qədər geniş olduğunun şahidi oluruq. Siz əvvəlki sənədlə indiki sənədin yalnız “Əsas anlayışlar” adlı 3-cü maddəsini müqayisə etsəniz, müraciət formalarının və bu müraciətlərə baxan subyektlərin nə qədər artdığının şahidi olarsınız.
Yeni qanun layihəsi 17 maddədən ibarətdir və hər maddə özlüyündə kifayət qədər mükəmməl bir müddəadır. Əvvəlki qanunda olmayan bir sıra müddəalar, məsələn, müraciətlərin canlı yayımlanan teleradio proqramları və telefon müraciət xidməti vasitəsi ilə həyata keçirilməsi öz əksini tapıb.
Bu sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə edildikdən sonra mətbuatda onunla bağlı çox yanlış müddəalar, anonim şikayətlərlə əlaqədar təhrif olunmuş fikirlər ortaya qoyuldu. Buna görə xüsusi olaraq bildirirəm ki, hazırda qüvvədə olan “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 7-ci maddəsinin tələbinə görə yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Müraciətdə həmin məlumatlar göstərilmədikdə o, anonim sayılır və bu cür müraciətə baxılmır. Milli Məclisin müzakirəsinə təqdim olunan yeni qanun layihəsində də yazılı müraciətlərə dair tələblərdə həmin müddəa öz əksini tapmışdır. Müraciət söylədiyim tələblərə cavab vermədikdə anonim sayılır və bu cür müraciətlər vəzifəli şəxslər, subyektlər tərəfindən qəbul edilmir, onlara baxılmır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəl-ləsinin 204-cü maddəsinin 6-cı bəndində deyilir: “Törədil-miş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma fiziki şəxs adın-dan yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz.” Bunu ona görə qeyd edirəm ki, ayrı-ayrı insanlar qanunun gözəl, mütərəqqi mahiyyətinin üzərinə kölgə salmasınlar.
Layihənin digər müddəalarında müraciətə baxılma müd-dəti çox önəmlidir. Bu və ya digər vətəndaşın müraciətinə ən geci 15 gün ərzində baxılmalı və ona cavab verilməlidir. Qanun layihəsi ilə hər biriniz tanışsınız. Burada olan müddəalar bu layihənin hüquqi yükünün nə qədər çox və mürəkkəb olduğunu sübut edir. Bu gün sizin müzakirənizə təqdim olunan sənəd, inanıram ki, Azərbaycan vətəndaş-larının müraciət etmək hüququnun daha da genişlənməsinə verilən bir töhfədir.
Hər bir məmur anlamalıdır ki, günün birində o da adi vətəndaşa çevrilərək hansısa bir məmura müraciət edə və onun qeyri-həssas yanaşmasının ağrısını yaşaya bilər. Hər bir vəzifə və səlahiyyət sahibi ona ünvanlanan məktublara, şikayətlərə, tövsiyələrə həssas yanaşmalıdır. Hər şey Azər-baycan vətəndaşının rifahına, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməlidir.
Hörmətli həmkarlarım, sizi cəmiyyətimizin inkişafı, demokratik prinsiplərin bərqərar olması üçün bu vacib sənədə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım, təşəkkür edirəm. Hörmətli deputatlar, qanun layihəsinin müzakirəsinə başlayırıq. Xatırladıram ki, qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılır və biz onu konseptual cəhətdən dəyərləndirməliyik. Xahiş edirəm, bunu nəzərə alın. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Qanun layihəsinin komitədə müzakirəsində biz öz təkliflərimizi əhatəli şəkildə səsləndirmişik. Amma bəzi məsələlər öz həllini tapmadığına və qanunda bunların ol-masını məqsədəuyğun saydığımıza görə çıxış edirik.
Məncə, burada biz yazılı müraciətə münasibəti konseptual olaraq bir qədər dəyişməliyik. Yazılı müraciət üçün tələblərə bəzi məsələlərin salınması, məncə, doğru deyil. Müraciətdə adamın soyadı, ünvanı verilibsə, onun qəbul olunması üçün bu kifayətdir. Ona görə məncə, bəzi məhdudlaşdırmaları buradan götürmək olar.
Bir də, mən, ümumiyyətlə, bu qanunda korrupsiya ilə bağlı məsələnin ayrıca maddə kimi göstərilməsinin əleyhinə çıxış eləmişəm. Çünki xeyli hüquqpozmalar var ki, həyati əhəmiyyət daşıyır. Onda biz gərək onların hamısını bu qanunda nəzərdə tutaq. Amma onun əvəzinə mən burada millət vəkillərinə müraciətlərin xüsusi qaydasının tətbiq olunmasını təklif edərdim.
Bildiyiniz kimi, bizə çox sayda həm fərdi, həm də kollektiv müraciətlər olur. Məsələn, ötən həftə mənə 50 nəfər mənzil hüququnun pozulması, bir mənzilin beş nəfərə verilməsi ilə bağlı müraciət eləmişdi.
Bu günlərdə mənə Türkiyədən karqo daşımaçılığı ilə məşğul olan 200 nəfərə yaxın insan müraciət edibdir. Bild-iyiniz kimi, bu yaxınlarda bunlar bizim İstanbul Baş Konsulluğunun qarşısında da böyük bir etiraz aksiyası keçirmişdilər. Orada bildirirdilər ki, – televiziyalar bunu verdiyinə və bu, “YouTube”də yerləşdirildiyinə görə mən bunu deyirəm, – Azərbaycan tərəfinin yaratdığı maneələr nəticəsində 10 minə yaxın adam işsiz qalıb. Buna bir tədbir görülməsi lazımdır. Təbii ki, Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında bu məsələnin həllinə ehtiyac var. Çünki nə Türkiyə tərəfindən, nə də bizim tərəfdən sa-hibkarların işsiz qalmasına yol vermək, insanların çörəyini kəsmək olmaz. Amma biz buna tədbir görmək üçün bu çox-saylı müraciətlərdə qoyulan məsələləri necə həll edə-cəyimizin yolunu tapmalıyıq. Bu qanunda biz ünvanımıza fərdi və kollektiv qaydada müraciət eləyən Azərbaycan vətəndaşlarını necə razı salmağın mexanizmini düşün-məliyik. Çünki insanlar müvafiq orqanlara müraciət edib onları razı salan nəticə əldə eləməyəndə daha çox millət vəkillərinə üz tuturlar. Millət vəkillərinin əlində isə başqa bir mexanizm yoxdur.
Burada qeyd olundu, hətta ombudsmanın o barədə səlahiyyətləri bizimkindən çox genişdir. Bu gün bir çox Azərbaycan məmurları ilə təmas qurmaq Kamçatkada hərbi xidmət keçmək kimi bir şeydir. Mütləq süd içməlisən, mütləq müxtəlif özünüqoruma vasitələrindən istifadə eləməlisən. Çoxunu yerində tapa bilmirsən, çoxundan cavab ala bilmirsən, adi telefonlara cavab ala bilmirsən.
Məncə, biz vətəndaşların müraciətləri haqqında qanun qəbul eləyiriksə, millət vəkillərinə aid olan, onların işini asanlaşdıran mexanizmləri də bu qanunda əks etdirməyi düşünməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, əgər etiraz eləmirsinizsə, reqlamenti 5 dəqiqə edək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elmira Axundova.
E.Axundova. Bu gün Vətəndaşların müraciətləri haqqında qanun layihəsinin birinci oxunuşudur. Vətəndaş hüquq və azadlıqlarının qorunması, vətəndaşların müraciətlərinə vaxtında cavab verilməsi, ümumiyyətlə, vətəndaşla hakimiyyət arasında davamlı, qarşılıqlı əlaqələrin yaranması məsələsi həm dövlət məmurları, həm də biz deputatlar üçün prioritet olmalıdır.
Mən sizə bir tarixi misal gətirim. 1982-ci il noyabrın 2-də Bakıda Gürcüstan, Ermənistan və Azərbaycanın partiya komitələri katiblərinin bir elmi-praktik konfransı işə başladı. Konfrans ictimai rəyin, kütlələrin əhvali-ruhiyyəsinin, insanları narahat edən kəskin məsələlərin öyrənilməsi təcrübəsinə həsr olunmuşdu.
Heydər Əliyev konfransın açılışında çıxış etdi və ictimai rəyin öyrənilməsi təcrübəsindən, xalq, əhali ilə qarşılıqlı əlaqələrin yaradılmasının təşkilindən söz açdı və dedi ki, bizdə Azərbaycan KP MK-nın nəzdində ictimai rəyin öy-rənilməsi və sosioloji tədqiqatlar üzrə xüsusi mərkəz vardır, respublikanın 100-dən artıq təşkilatında sosioloji tədqiqatlar aparan xidmət mövcuddur.
Təsəvvür edin, hələ o vaxt bütün rayon, şəhər, vilayət partiya komitələrində və ilk partiya təşkilatlarında sosioloji tədbirlər keçirmək yolu ilə ictimai rəyin dərindən öyrənilməsi sahəsində iş aparılırdı. Bu konfransda Heydər Əliyev bəyan etdi ki, respublika partiya təşkilatının küt-lələrlə apardığı işin ən mühüm prinsipi aşkarlıqdır. O dedi, iş təcrübəsi göstərir ki, burada müxtəlif vasitələri bacarıqla birləşdirmək, həm sosioloji tədqiqatların, həm də əhalinin ayrı-ayrı təbəqələri arasında keçirilən sorğuların, görülən tədbirlərin, xüsusilə onların nəticələrinin geniş aşkarlığını təmin etmək lazımdır. O dedi ki, biz insanlardan heç nə gizlətmirik, ayrı-ayrı təşkilatların fəaliyyətindəki neqativ tərəfləri, o cümlədən vəzifəli şəxslər tərəfindən buraxılmış nöqsanları, səhvləri, sui-istifadə faktlarını, KP MK-nın bununla bağlı ən mühüm qərarlarını açıq elan edirik.
Fikir verin, aşkarlıq, insanların əks fikirlərinin üzə çıx-arılması tədbirlərini Heydər Əliyev Qorbaçovun bədnam yenidənqurma dövründən xeyli qabaq Azərbaycanda uğurla həyata keçirirdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə yüksək çinli dövlət məmurları tərəfindən həm Prezident Aparatında, həm də yerlərdə ayda bir dəfə vətəndaşların qəbulu ənənəsi yarandı və bu gün də həmin ənənə cənab İlham Əliyevin təşəbbüsü ilə uğurla davam etdirilir.
Bu baxımdan müvafiq qanunun əhəmiyyəti yüksəkdir. Müzakirəyə təqdim edilən qanun qüvvədə olan qanunla müqayisədə bir az da geniş, əhatəli və dəqiqdir. Ümumiy-yətlə, qeyd edim ki, əksər dövlət hakimiyyəti orqanları, ələlxüsus Prezident Administrasiyası, Nazirlər Kabineti və icra hakimiyyətləri bizim məktublarımıza diqqətlə yanaşır, hər zaman müraciətlərimizi cavablandırır.
Təəssüflər olsun ki, bəzi nazirlik və komitələr nəinki vətəndaşların, heç biz millət vəkillərinin də müraciətlərinə bəzən vaxtında, bəzən də tamamilə cavab vermirlər. Bu yolverilməzdir və cənab İlham Əliyevin vətəndaşlarla bağlı yürütdüyü siyasətlə ziddiyyət təşkil edir.
Bununla bağlı mən Fazil Mustafanın təklifini dəstək-ləyirəm. Məncə də, qanunda bu cür halların qarşısının alınması mexanizmləri əks olunmalıdır. Dərk etmək lazımdır ki, hər bir dövlət məmuru ilk növbədə vətəndaşdır. Necə ki, digərlərinin bizim müraciətlərimizə cavab verməsini tələb edirik, o cür də özümüz hər müraciətə həssaslıqla yanaşmalıyıq.
Vətəndaşın etdiyi müraciət bəlkə də hər yerdən əli üzülən insanın son ümid yeridir. Hesab edirəm ki, bu qanunun əsasında dövlət hakimiyyəti orqanları və vəzifəli şəxslər tərəfindən vətəndaşların müraciətlərinə cavab verilməməsinə görə məsuliyyətin sərtləşdirilməsi durmalı və 16-cı maddədə bununla bağlı konkret məsuliyyət nəzərdə tutulmalıdır.
Mən müraciətlərə baxılması müddəti barədə də fikrimi bildirmək istərdim. Rəbiyyət xanım, bu müddət 15 təqvim günüdür. Bunun da 4 günü şənbə və bazara düşür. Elə bay-ramlarımız var ki, 3-5 gün davam edir. Belə olan halda müraciəti cavablandırmaq üçün cəmi 7-8 iş günü qalır. Ona görə təklif edərdim ki, “15 təqvim günü” sözləri “15 iş günü” sözləri ilə əvəz olunsun. Mənim başqa qeydlərim də var.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Bu qanun layihəsi plüralizm və demokratiya şəraitinin təmin olunduğu bir cəmiyyət üçün, əlbəttə ki, olduqca vacib və lazımlı bir qanundur. Qanunun giriş hissəsində də deyildiyi kimi, “bu qanun Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir”.
Bu gün bütün dünya və Azərbaycan cəmiyyəti üçün gün işığı kimi aydın olan bir fakt var ki, Azərbaycan durmadan inkişaf edir və bu inkişafın ən başlıca amili ölkə Prezi-dentinin də öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, insan kapitalı, insan amilidir. Yəni ölkəmizdə görülən bütün işlər, atılan bütün addımlar, həyata keçirilən bütün layihələr in-sanımızın, vətəndaşımızın daha yaxşı yaşaması, daha təmin olunmuş bir şəraitdə həyatını sürdürməsi üçündür.
Cəmiyyətlə dövlət, vətəndaşlarla məmurlar arasında dərin bağların olması ölkə rəhbərinin əhəmiyyət verdiyi çox həssas bir məsələdir. Azərbaycan bu gün öz iqtisadi, sosial inkişafı ilə bərabər beynəlxalq insan hüquqları müstəvisində də öz layiqli yerini alıb. Belə olan halda ölkə daxilində vətəndaşlarla vəzifəli şəxslər arasındakı münasibətlərin daha mükəmməl hala gətirilməsi, əlbəttə ki, çox vacib bir məsələdir.
Heç birimizə sirr deyil ki, bəzən hər hansı bir məmurun özbaşınalığı, səriştəsizliyi vətəndaşın ümumilikdə dövlətdən narazı qalmasına səbəb olur. Əlbəttə ki, inkişaf etməkdə olan ölkəmiz üçün bu kimi hallar yolverilməzdir. Bu elə bir həssas məsələdir ki, özünə hesabat verən, işinə məsuliyyətlə yanaşan hər bir məmur işini şəffaf və həssas qurmağa çalışmalıdır. Çünki bu şəffaflıq və həssaslıq ümumi işimizə ancaq xeyir verə bilər və hər bir məmur öz davranışı ilə cənab Prezidentə köməkçi olmuş olar.
Bu baxımdan yanaşanda düşünürəm ki, bu gün konseptual baxımdan müzakirə etməkdə olduğumuz qanun ümumi işimizə, Azərbaycanın gələcəyinə xidmət edən vaxtında hazırlanmış bir qanundur. Mən bu qanuna böyük məmnuniyyətlə səs verəcəyəm və digər millət vəkillərini də ona səs verməyə dəvət edirəm. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən müzakirəmizə çıxarılan bu qanun layihəsinin vacibliyini qeyd edirəm. Düşünürəm ki, bu qanunun müzakirəsi və qəbulu son dərəcə vacib və əhəmiyyətlidir. Vətəndaşlarımızın üzləşmiş olduğu bu və ya digər problemlərin həllində məmur məsuliyyətinin artırılması baxımından bu qanun son dərəcədə ciddi əhəmiyyət kəsb edir. Qanun üzərində kifayət qədər böyük əmək sərf olunubdur. Bu qanun konseptual baxımdan bütün tələblərə cavab verir və birinci oxunuşda biz, şübhəsiz ki, ona səs verəcəyik.
Lakin bununla bərabər, hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, bizi düşündürən, narahat edən bəzi məqamları da diqqətinizə çatdırmaq istəyirəm. Heç kimə sirr deyil ki, yerlərdə və ya ayrı-ayrı nazirliklərdə vətəndaşların müraciətlərinə normal münasibət bəslənilmədiyi, bir sıra hallarda əhəmiyyət verilmədiyi üçün insanlar eyni zamanda Milli Məclisin rəhbərliyinə və millət vəkillərinə öz problemləri ilə bağlı müraciətlər edirlər. Bizim bu və ya digər strukturlara etmiş olduğumuz müraciətlərə cavablar isə çox standart cümlələrlə bizə və ya həmin vətəndaşa göndərilir. Konkret olaraq vətəndaşın müraciəti öz həllini tapmır.
Ölkə Prezidentinin təşəbbüsü ilə bu gün Azərbaycanda tətbiq olunan praktikaya görə ayrı-ayrı məmurlar rayonlara, şəhərlərə gedir, yerlərdə vətəndaşları qəbul edir, onların problemlərini həll edirlər. Lakin sual olunur, əgər yerli strukturlar öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirsələr, həmin nazirlərin və komitə sədrlərinin o yerlərə getməsinə ehtiyac duyularmı? Axı, bütün nazirlik və komitələrin yerlərdə strukturları var.
Mən bu praktikanı yüksək qiymətləndirir və düşünürəm ki, bu vasitədən də istifadə etmək lazımdır. Lakin bunun özündə də çatışmayan cəhətlər var. Ayrı-ayrı nazirlərin, komitə sədrlərinin görüşlərinə çox məhdud sayda, necə deyərlər, müəyyən olunmuş standartlara uyğun olaraq adamlar gəlir və bu tədbirlər, əslində, problemi olan bütün narazı insanları əhatə etmir. Ona görə bunun da təkmilləş-məsinə ehtiyac var və bu cür görüşlər formal keçirilməli deyil.
Burada hörmətli millət vəkillərinin söylədikləri ilə mən tamamilə şərikəm ki, bizə gələn müraciətlərin əsasında ayrı-ayrı yüksək səviyyəli məmurlara etmiş olduğumuz müraciətlərə cavab yoxdursa, onun konkret nəticələri yoxdursa, bunun üçün məsuliyyət müəyyən olunmalı və birmənalı şəkildə qanunda öz əksini tapmalıdır. Düşünürəm ki, 16-cı maddə genişləndirilməli və orada müraciətlərə cavab verməyən şəxslərin məsuliyyəti ciddi şəkildə sərtləşdirilməlidir.
Nəticə etibarilə mən qanun layihəsinə müsbət münasi-bətimi ifadə edərək, ona səs verməyi bütün millət vəkillərinə təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Çingiz Qənizadə.
Ç.Qənizadə. Cənab Prezidentin dəfələrlə müşavirələrdə, yerlərdə insanlarla görüşü zamanı məmurlara ünvanladığı tələb və göstəriş ondan ibarət olub ki, insanları qəbul edin, onların yanında olun, onların şikayətlərini dinləyin. Mən elə hesab edirəm ki, cənab Prezident bu qanun layihəsini bura göndərməklə artıq bunun hüquqi bazasını yaradır. Bu olduqca sevindiricidir. Çünki bizə də çoxsaylı müraciətlərdə deyilir ki, sizə göndərdiyimiz ərizələr yenə də şikayət etdiyimiz orqanlara gedir. Təbii ki, vətəndaşlar bundan narazı qalırlar. Bu qanun bütün bu narazılıqların qarşısını alacaqdır.
Amma mən çox istərdim ki, növbəti oxunuşlarda komitə müzakirəsində digər komitələrin üzvlərinin də iştirakı təmin olunsun. Çünki bizim hər birimizin, hər bir millət vəkilinin, ola bilsin ki, bu qanunla bağlı öz mövqeyi, təklifi olacaq. Biz bunları ümumiləşdirək və ən yaxşılarını bu qanuna tətbiq eləyək ki, gələcəkdə insanlar şikayət etdikdə bunun ən azı nəticəsini görə bilsinlər. Heç olmasa, görsünlər ki, bu şikayətə hansısa reaksiya, hansısa cavab verildi.
Mən bir şeyi qeyd edim, – çox danışmaq istəmirəm, yəqin ki, növbəti komitə müzakirələrində biz təklif və iradlarımızı daha geniş şəkildə bildirəcək və onlar imkan daxilində nəzərə alınacaq, – burada elə tələblər var ki, bir sözün yazılmaması ilə bu müraciətlər qüvvədən düşə, anonim hesab oluna bilər. Bunları gərək gələcəkdə müzakirə edək. Misal üçün, “Vətəndaşların müraciətlərinə dair tələblər” adlı 6-cı maddədə göstərilir ki, müraciət olunan şəxsin atasının adı da yazılmalıdır. Kənddə hər hansı bir sadə vətəndaş nə bilir ki, hansısa bir nazirin və ya hansısa bir deputatın atasının adı nədir? Göndərir Milli Məclisə, adımı, familiyamı yazır, amma bu tələbləri bilmir, bilmir ki, atamın adını yazmasa, müraciəti anonim sayıla bilər. Ona görə bürokratik əngəllər yaradan məsələləri aradan qaldırmalıyıq.
Qanunun 3.1.13-cü maddəsində kollektiv müraciət for-ması var. Bizə də kollektiv müraciətlər olur. Məsələn, bir kənddən 10, 20 adamın imzası ilə müraciət daxil olur. Am-ma biz onların hansına cavab verməliyik? Bu da açıq qalıb. Bunu da tənzimləmək lazımdır.
Daha çox maraqlı və hamının, xüsusən də şikayət edən-lərin ürəyindən olan məqamlardan biri də qanunun 7.13-cü maddəsindəki müddəadır. Burada çox haqlı olaraq göstərilir ki, vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərmək qadağandır. Doğrudan da, indiyə qədər görürsən ki, bu ərizələrdən can qurtarmaq üçün bəzi məmurlar və ola bilər ki, bizlər də bu cür addımlar atırıq. Hansı qurumdan şikayət gəlibsə, təzədən ona göndəririk ki, buna bax. Elə baxsaydı, bu şikayət bizə gəlməzdi.
14.1.2-ci maddədə oxuyuruq: “müraciətə baxılmanın da-yandırılması barədə ərizə ilə müraciət etmək”. Bu praktikaya son qoyulmalıdır. Bu gün də yerlərdə ayrı-ayrı adamlar, görürsən, hansısa dövlət qurumundan şikayət edib ərizə göndərdikdən sonra bir ağsaqqal, ağbirçək tapıb gedirlər xahişə ki, o ərizədən imtina edirəm, əsəbi olub yazmışam. Bu praktikaya son qoyulmalıdır. Əgər vətəndaş nədənsə narazıdırsa, bundan ötrü nəyisə yazıb göndəribsə, o hətta ərizəsini geri götürmək istəsə də, ən azı o dövlət orqanında bir problemin yaşanmasını aydınlaşdırmaq üçün bu məsələyə baxılmalıdır. Ola bilsin, bu çox vacib və dövlət əhəmiyyətli məsələdir, amma onun başını aldadıb ərizəsini geri götürdürlər. Ona görə bu prosesi dayandırmaq olmaz.
16-cı maddədə haqlı olaraq təsbit olunub ki, bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Yəqin ki, bu, vəzifəli şəxslərin, ərizə ilə müraciət olunan hər hansı bir subyektin məsuliyyətini artıran bir məqamdır.
Hesab edirəm ki, bu olduqca vacib bir qanundur və növbəti müzakirələrdə onu daha da təkmilləşdirərək qəbul etmək lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Təkid eləyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Sabir müəllim.
S.Rüstəmxanlı. Bir neçə kəlmə demək istəyirəm. Son dərəcə mühüm qanun layihəsidir. Ona görə ki, Azərbay-canda, məncə, əhalini ən narazı salan və cəmiyyətdə lazımsız gərginlik yaradan məsələlərdən biri məmurların və dövlət idarələrinin insanların müraciətlərinə biganə münasibətidir. Adamlar qayğıya möhtacdırlar. İnsanın müraciətinə hətta cavab verilməsə, onun qaldırdığı məsələ həll olunmasa da, məmur, dövlət idarəsinin başçısı onu insan kimi qəbul eləyəndə, qulaq asanda o sakitcə gedir və məsələ öz-özünə həll olunur. Amma o, idarədə kobud münasibət görəndə məsələ ikiqat gərginləşir və qəlizləşir. Ona görə də millət vəkilləri dedilər, mən də hesab edirəm ki, müraciətlərə cavab verilməməsinə görə məsuliyyət müəyyənləşdirilməli və bu qanunda dəqiq və ciddi şəkildə göstərilməlidir.
Bu bir az da ombudsmanın hesabatı ilə bağlı məsələdir. İnsan haqqı deyə-deyə insanlara münasibət dünyanın hər yerində codlaşır. Amerikanın məşhur yazıçılarından biri, Nobel mükafatı laureatı yazır ki: “Mən öz ölkəmdə ömür boyu qorxu içində yaşayıram. Dövlət məsələsi, dövlət idarəsinin adı gələndə məni qorxu bürüyür. Biz elə eləməliyik ki, vətəndaş dövlət idarəsinin qapısına gedəndə qorxmasın.”
Amma bizdə xırda bir məmur da vətəndaşı üzündə bir buz ifadə olan heykəl kimi qarşılayır. Sanki gələn ayrı bir ölkənin nümayəndəsidir. Bir icra başçısının yanına çıxanda hər mərtəbədə bir polis səni dayandırıb soruşur ki, hara gedirsən, səni dəvət eləməyiblərsə, niyə gəlirsən? Rayon-larda keçirilən qəbullarda çox vaxt əvvəldən tutulan si-yahılara daxil olunmuş adamlar qəbul edilir. Bunlara son qoymaq lazımdır. Məmur xalqa xidmət edirsə, xalqın şikayətinə baxsın. Həll edir, etmir ayrı məsələdir, amma vətəndaşa qulaq assın.
Burada deyildi, cənab Prezident dəfələrdə deyir ki, mənim işim millətə xidmət eləməkdir, millət mənə xidmət eləmir, mən ona xidmət edirəm. Amma bizim hər hansı kiçik və ya orta təbəqəli məmur elə bilir ki, millət onun nökəridir və qabağına çıxanda, qapısına gələndə ağzına yumruq vurub geri qaytarmalıdır.
Ona görə mən hesab edirəm, bu qanun müəyyən qeydlər nəzərə alınmaqla sonrakı müzakirələrdə təkmilləşdirilib elə bir şəklə salınmalıdır ki, işlək qanun olsun. Çox qanunlar qəbul edirik. Bundan əvvəl də belə qanunlar qəbul etmişik. Təəssüf ki, qanunlar işləmir. Çalışmaq lazımdır, qanunlar işləsin.
Burada millət vəkilləri giley-güzar etdilər ki, bizə cavab verilmir. Bu barədə mən də fikrimi demək istəyirəm. Əvvəla, bizə dövlət idarələrindən gələn cavabların çox hissəsi adi etikadan kənar cavablar olur. Sən ona “hörmətli filankəs” yazırsan, o sənin adını da yazmır. “Sizin sorğunu-za” sözləri ilə başlanan bu cavablarda ümumi, standart sözlər yazılır.
Millət vəkillərinin zənglərinə ancaq katibələr cavab verir. Əgər nazirliklərin, komitələrin işini yalnız katibələr görürsə, vəzifəli şəxslər zəhmət çəkib daim elə o obyektlərdə qalsınlar. Qoy katibələrlə işləyək, katibələrə müraciət edək, onlardan cavab alaq. Nə vaxt zəng vurursan, bu adam obyektdədir. Hansı obyektdədir? Dövlət obyektində olsa dərd yarıdır, şəxsi obyektindədir. Ona görə millət vəkillərinə cavab verməyə, vətəndaşı qəbul etməyə vaxtı yoxdur. Millət vəkili müraciət edir, 3 aydır, telefona cavab vermir.
Rəhmətlik Heydər Əliyevin sağlığında bir dəfə bu məsələ qalxdı və onda nazirlər dedilər ki, millət vəkilləri öz işlərinə görə bizə zəng vururlar. O çox gözəl bir söz dedi. Dedi ki, bu nazirlər il boyu özləri üçün işləyirlər. Qoy zəhmət çəkib bir gün də millət vəkilləri üçün işləsinlər.
Əgər özüm üçün müraciət edirəmsə, mən də vətəndaşam, mənim də problemim ola bilər. Amma əksər halda müraciətlərimiz bizə müraciət edənlərin xahişi ilə olur. Ona görə də burada bir qayda-qanun yaradılmalıdır. Dövlət telefonu 2-3 dənə. Buna görə pul verilir. Amma hərəsində 5-6 əl telefonu. Əgər əl telefonu ilə işləyirlərsə, HATS-lar yığışdırılsın. Onların hər biri dövlətə ayda 70–80 min manata başa gəlir. Mən hesab edirəm, qanun bu işləri tən-zimləməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən bizim hörmətli qadın depu-tatlarımıza müraciət etmək istəyirəm. Sahibə xanım, Məlahət xanım, təkid etmirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda qanun layihəsi birinci oxunuşda müzakirə olundu. Mən çox şadam ki, çıxış edən bütün həmkarlarımız konseptual cəhətdən bu qanun layihəsini bəyənirlər. Çıxış etmək istəyən digər deputat həmkarlarımız, yəqin ki, ikinci oxunuşda öz sözlərini deyəcəklər.
Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.
Səsvermənin nəticələr (saat 14.07 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.
EDİLMƏMİŞ ÇIXIŞLARIN
MƏTNLƏRİ
6 mart 2015-ci il
______________________________
İlyas İsmayılov. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1-ci maddəsinə əsasən İnsan hüquqları üzrə müvəkkil vəzifəsi Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilir. Bu qanunun 14-cü maddəsinin 2-ci (14.2) bəndinə əsasən müvəkkil illik məruzəsində insan hüquqlarını pozan, müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adlarını çəkməli və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verməlidir. Təəssüf ki, göstərilənlər həmişə olduğu kimi, müvəkkilin illik məruzələrində tam mənası ilə öz əksini tapmır. Ötən illərdəki məruzələrlə bu məruzə arasında çox az fərq müşahidə olunur.
Müvəkkil öz məruzələrində mahiyyət baxımından daha ciddi, məsuliyyət doğuran məsələlərə çox səthi toxunur, bəzən həmin məsələnin adını çəkməklə kifayətlənir. Məsələn, azadlıq hüququ, şərəf və ləyaqətin müdafiəsi hüququ, mülkiyyət hüququ, müraciət etmək hüququ, fikir azadlığı və sair kimi məsələlər məruzənin ana xəttini təşkil etməli və özündə konkret təklifləri ehtiva etməlidir. Ona görə ki, bu gün əsas etibarilə məmurlar tərəfindən vətəndaşların bu hüquqları kobud şəkildə pozulur və cəzasızlıq mühiti davam edir.
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində azadlıq və şəxsi toxunulmazlıq hüququ aşağıdakı formada ifadə olunmuşdur:
- Hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Heç kim özbaşınalıqla həbs edilə və ya həbsdə saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslar-dan başqa və qanuni prosedura uyğun olmadan heç bir halda azadlıqdan məhrum edilməməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 28-ci mad-dəsinin I və II hissələrində azadlıq hüququ belə ifadə olun-muşdur:
- Hər kəsin azadlıq hüququ vardır.
Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
Müvəkkilin məruzəsində isə azadlıq hüququ dedikdə sanki şəxsiyyət vəsiqələrinin verilməsi başa düşülməlidir. Demək olar ki, azadlıq hüququ adı altında yalnız şəxsiyyət vəsiqələrinin verilməsindən bəhs olunur. Bunu biz əvvəlki hesabatlarda da bildirmişdik, təəssüf ki, indi də müşahidə edirik. Sanki müvəkkil üçün müəyyən olunmuş bir proqram var, o proqramdan kənara çıxmaq olmaz. Yaxşı olardı ki, müvəkkil burada qanuni prosedura uyğun olmadan aza-dlıqdan məhrum edilmiş şəxslərdən və onların sonrakı taleyindən, qanunsuz həbslərin qarşısının alınması ilə bağlı verdiyi təkliflərdən, qanunsuz həbsi həyata keçirən şəxslərin cəzalandırılmasından və nəhayət, əldə olunmuş nəticələrdən bəhs etsin. Axı hal-hazırda şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı o qədər də ciddi problem yoxdur.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı mad-dəsində şərəf və ləyaqətin müdafiəsi hüququ aşağıdakı for-mada ifadə olunur:
Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
I. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
II. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.
Məlumdur ki, demokratik cəmiyyətdə insan ali varlıq kimi dərk olunmalı və hər şeydən öndə olmalıdır. Şərəf və ləyaqətin müdafiəsi hüququ da insan hüquqlarının tərkib hissəsi kimi çıxış etdiyindən buna daha da ciddi yanaşmaq tələb olunur. Müvəkkilin məruzəsində isə, təəssüf ki, belə ciddi yanaşma görünmür. Məruzədə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan münasibətlərin qarşısının alınması ilə bağlı 1-2 cümləyə rast gəlinir, eyni zamanda, 8-ci səhifənin 7-ci abzasında milli qanunvericiliyin beynəlxalq sənədlərə uyğunlaşdırılmasından bəhs olunur və təklif verilir. Sual yaranır ki, il ərzində müvəkkilə şərəf və ləyaqətin müdafiə olunması ilə bağlı hər hansı müraciət daxil olmayıb? Hesa-batda göstərilir ki, olub. Məsələn, səh. 9-da birinci abzasda göstərilir:
“Şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulması ilə bağlı daxil olmuş müraciətlərdə dövlət orqanlarının ha-kimiyyət səlahiyyətinə malik vəzifəli şəxsləri, eyni zaman-da, təhqiqat və istintaq orqanları, o cümlədən polis əməkdaşları tərəfindən saxlanılan və ya barəsində təhqiqat və ya istintaq aparılan şəxslərə qarşı kobud rəftar halları göstərilmişdir. Lakin həmin müraciətlərdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı səlahiyyətli dövlət qurumlarına tapşırıqların nəticələrinə dair müvəkkilə təqdim edilmiş cavablarda, əsasən, belə halların öz təsdiqini tapmadığı bildirilmişdir”.
Bu fikirlərdən belə bir nəticə hasil olur ki, ölkədə ya heç kəsin şərəf və ləyaqətinin müdafiəsi hüququ pozulmamış, ya da pozulmuşsa, müvəkkilə inamı olmadığı üçün müraciət edən olmamışdır. Müraciət edənlər də hesabatda göstərildiyi kimi araşdırılmış və öz “təsdiqini tapmamışdır”. Maraqlı məntiqdir...
Daha sonra məruzədə müvəkkilin keçirdiyi dəyirmi ma-salar və təlimlərdən də bəhs olunur. Bunları müsbət qiymətləndirmək olar, lakin qeyd etməliyik ki, müvəkkil qeyri-hökumət təşkilatı deyil ki, vəzifələrinin əsasında təlim, dəyirmi masaların və seminarların təşkili dayansın, onun vəzifəsinin əsasında insan hüquqlarını pozan, müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslərlə bağlı tədbirlərin görülməsi kimi məsələlər dayanmalıdır. Keçirilməsi planlaşdırılan dəyirmi masalar, seminarlar məhz bu yönümdə olmalıdır, ictimaiyyətə məlum olmalıdır ki, Ombudsman hüququ pozulmuş neçə vətəndaşın hüquqlarının bərpasına nail olub, bununla bağlı neçə məmurun cəzalandırılması haqqında vəsatətlə çıxış edib. Təəssüf ki, bunlar hesabatda səthi göstərilib, hər şey haqqında konkret deyil, ümumi danışılır.
Çox yaxşı olardı ki, müvəkkil fəaliyyəti prosesində iki məsələyə də diqqət yetirəydi:
Birincisi, məhkumların reabilitasiyasına. Müşahidələrimizə əsasən, məhkumluğu ödənilmiş şəxslər sonradan cəmiyyətə uyğunlaşmaq istəsələr də, çox çətinlik çəkirlər, onların işlə təmin olunmasında, müxtəlif proseslərə qatılmasında maneələr yaradılır, təbii ki, bu da onların hüquqlarının pozulması ilə nəticələnir.
İkincisi, bölgələrə, kəndlərə marağı artırmaq lazımdır. Treninq və seminarlara daha çox bölgələrdə yaşayan insan-ların ehtiyacı var. Daha çox hüquqları pozulan da onlardır. Bu baxımdan bölgələrə diqqətin ayrılmasını çox vacib hesab edirəm.
Məruzədə elə fikirlər yer alıb ki, bunun müvəkkillə bağlılığının olub-olmamasını ayırd etmək mümkün olmur. Məsələn, 36-cı səhifədə göstərilir: “1.3. Əhali qruplarının hüquqlarının müdafiəsi”. Əvvəla, nə milli hüquq sistemində, nə də beynəlxalq hüquqda “əhali qrupları”anlayışı yoxdur. Beynəlxalq hüquqda ayrıca bir bölüm var ki, o da əhali qrupları deyil, sadəcə, əhali adlanır.
Üçüncü abzasda göstərilir ki, dövlətin səyləri nəticəsində ötən dövrdə 46 min ailə və ya 240 min nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmış, 89 yeni yaşayış kompleksi salınmış, 145 məktəb inşa edilmiş, həmçinin 56 uşaq bağçası, 56 tibb məntəqəsi, 50 mədəniyyət mərkəzi, 2 olimpiya idman kompleksi tikilib istifadəyə verilmişdir. Bu abzasdan göründüyü kimi, müvəkkil səlahiyyəti çərçivəsində görüləcək işlər barədə hesabat verməkdənsə tikinti işləri barədə hesabat verir.
19-cu səhifədə prokurorluq orqanları ilə əməkdaşlıqdan bəhs olunur. Prokurorluq orqanları ilə bağlı 756 müraciətin daxil olduğu göstərilir. Bu bölümdə cinayət işinin başlanmasının əsassız rədd edilməsi, fakta görə cinayət işinin başlanmaması, əsassız olaraq cinayət işi üzrə icraatın dayandırılması, hətta prokurorluq orqanlarında belə cinayət işlərinin istintaqına səthi və qeyri-obyektiv yanaşma olmuş, lakin aradan qaldırılmışdır. Bu fikirlər kifayət qədər ciddi və düşündürücüdür. Bu qədər ciddi olan məsələlərə müvəkkilin hesabatında səthi yanaşılmışdır. Necə ola bilər ki, istintaq qeyri-obyektiv aparılır, cinayət işinin başlanması əsassız rədd olunur, lakin heç kəs cəzalandırılmır, cəzalandırılıbsa, nə üçün onlardan heç biri hesabatda öz əksini tapmayıb? Bir də bu fakt Baş Prokurorluq tərəfindən aşkarlanıbsa, müvəkkilin mə-ruzəsində niyə göstərilib, əksinə, bu məsələ müvəkkil tərəfindən Baş Prokurorluq qarşısında qaldırılıbsa, o zaman bu, aydın izah olunmalı idi. Məruzədə belə hallara çox rast gəlinir.
Dəfələrlə dediyim kimi, yenə də qeyd etmək istəyirəm ki, insan hüquqlarına kollektivin, toplunun hüquqları kimi ya-naşmaq düzgün deyil. Nədənsə hər məruzədə insan hüquq-ları kollektivin hüquqları kimi göstərilir. İnsan hüquqları fərdi xarakter daşıyır və bu hüquqlar konkret olaraq hər bir fərdə şamil edilir. Ümumdünya İnsan hüquqları haqqında 1948-ci il Bəyənnaməsinin 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında 1966-ci il Paktının 16-cı mad-dəsində də göstərilir ki, hər bir insan harada olursa-olsun hüquq subyekti kimi qəbul olunmaq (tanınmaq) hüququna malikdir. Və yaxud Mülki və Siyasi hüquqlar haqqında 1966-cı il Paktının 22-ci maddəsində göstərilir ki, hər bir insan cəmiyyətin bir üzvü kimi.... ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququna malikdir. Bu maddələrdə göstərilən “hər bir insan” ifadəsinin özü də təsdiq edir ki, insan hüquqları ayrı-ayrılıqda hər bir insana, fərdə aiddir, lakin məruzədə bunlar nəzərə alınmamış yenə də “uşaq hüquqlarının müdafiəsi”, “hərbi qulluqçuların hü-quqlarının müdafiəsi”, “qaçqın və məcburi köçkünlərin hü-quqlarının müdafiəsi”, “məhbusların hüquqlarının müda-fiəsi” və s. kimi yarımbaşlıqlar məruzədə əks olunub.
Hesabata dair göstərilən iradlar illərdir ki, təkrar olunur və müsbət istiqamətə doğru hər hansı ciddi dəyişiklik hiss edilmir. Hesabat müvafiq dövlət qurumları, ictimaiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən oxunub, təhlil olunduğu üçün onun bu formada hazırlanmasını və hər il eyni şeylərin təkrar olunmasını məqbul hesab etmək olmaz.
Sədaqət Vəliyeva. Ombudsmanın builki hesabatını qənaətbəxş hesab edirəm və yüksək dəyərləndirirəm. Çünki Azərbaycanda insan hüquqlarının təminatında və qorun-masında müstəsna rol oynayan ombudsman təsisatı, həqi-qətən də, bu sahədə ola biləcək neqativ halları tez bir zamanda aradan qaldıran, problemlərə operativ və obyektiv reaksiya verən orqana çevrilib.
Eyni zamanda, Azərbaycan dövlətinin, xüsusilə Prezident cənab İlham Əliyevin insan hüquqları sahəsinə xüsusi diqqət ayırması da sözügedən sektorda uğurların əldə olunmasına səbəb olub. Elə bu səbəbdəndir ki, ombudsmana edilən müraciətlərin, şikayətlərin sayı hər gün azalır.
Hələ 1995-ci ildə ulu öndər Heydər Əliyevin şah əsəri olan Konstitusiyamız qəbul olunarkən, həmçinin 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlardan sonra edilmiş əlavə və dəyişikliklərə əsasən ali hüquq sənədində əksini tapmış müddəalar Azərbaycan sərhədləri çərçivəsində yaşayan, dinindən, irqindən və dilindən asılı olmayaraq hər bir kəsin hüquq və azadlıqlarını yüksək səviyyədə təmin edir. Eyni zamanda, Azərbaycanın beynəlxalq konvensiyalara qoşulması ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması və təmin olunması istiqamətində daha əlverişli şərait yaradır.
Həmçinin Prezident cənab İlham Əliyevin müvafiq sərəncam və fərmanları ilə təsdiqlənmış proqramlar çərçivəsində vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi demokratikləşmə sahəsində ciddi nailiyyətlərin əldə olunmasına səbəb olub.
Lakin çox təəssüflə qeyd olunmalıdır ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti və demokratik inkişafın səviyyəsi dünyada müəyyən dairələri narahat edir. Elə bunun nəticəsidir ki, bəzi üzdəniraq ekspertlər, hüquq müdafiəçiləri reallıqdan uzaq məlumatlarla Azərbaycanın inkişafına xələl gətirməyə çalışırlar. Artıq dünyada bu gün elə bir vəziyyət yaranıb ki, insan hüquqları və demokratiya kateqoriyaları tamamilə bayağılaşıb. Sanki bu terminlər kimlərinsə əlində təzyiq alətinə çevrilib və ondan siyasi-iqtisadi maraqların təminatı üçün istifadə edilir.
Həmin dırnaqarası ekspertlərə səslənərək demək istəyirəm ki, Azərbaycan haqqında qərəzli mövqe ortaya qoymaqdansa, Avropadakı islamafobiyaya, irqçiliyə, neofaşizmə nəzər salsınlar. Azərbaycanda heç vaxt dini-etnik və ya irqi zəmində münaqişə baş verməyib. Amma Avropa ölkələrində, demək olar ki, hər gün deyilən kontekstdə qanlı hadisələr baş verir. Təkcə bu fakt kimin daha demokratik olması haqqında aydın təsəvvür yaradır.
Azərbaycanda media və internet azaddır. Ölkəmizdə kifayət qədər fikir, mətbuat, söz azadlığı var. Bütün sa-hələrdə insanların hüquqları yüksək səviyyədə təmin və müdafiə olunur. Amma onu da nəzərə almaq lazımdır ki, vəzifəsindən və mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Fərqi yoxdur, jurnalist, hüquq müdafiəçisi və s. Hər kəs fəaliyyətinə görə özü cavabdehdir.
Əgər avropalı, amerikalı hüquq müdafiəçiləri həqiqət ax-tarışındadırlarsa, o zaman Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarını müdafiə etsinlər, Ermənistanı təcavüzkar siyasətinə görə qınasınlar və onun rəhbərlərinin cəzalandırılmasına səy göstərsinlər. Bax o za-man ədalət öz yerini tapar!
Fikirlərimi yekunlaşdıraraq bir daha Azərbaycanda insan hüquqlarının təmin edilməsi və qorunması sahəsində 10 ildən artıq iş təcrübəsinə malik ombudsmanımıza gələcək fəaliyyətində uğurlar arzulayıram. Bu sahədə qanunçuluq, şəffaflıq, qərəzsizlik və aşkarlıq əsasında nə qədər iş aparılarsa, bu bir o qədər də ölkəmizdə vətəndaş cəmiyyətinin güclənməsinə, vətəndaş–dövlət münasibətlə-rinin möhkəmlənməsinə gətirib çıxaracaq.