17.03.2015 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIV SESSİYASI İCLASININ
PROTOKOLU № 106
Mill Məclisin iclas salonu.
17 mart 2015-c il.
İclasa Azərbaycan Respublikası Mill Məclisinin
Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 102
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Rüfət Aslanlı, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Həmid Bağırov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini.
Nazim İbrahimov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Mübariz Qurbanlı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Baba Rzayev, “Azərişıq” Səhmdar Cəmiyyətinin sədri.
Qorxmaz Hüseynov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Natiq Əzizov, Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Vaqif Əliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini.
Tapdıq Əmiraslanov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
Arif Əsgərov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı barədə.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.07 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Artur Rasizadə, Qənirə Paşayeva, Musa Quliyev, Fazil Mustafa, Çingiz Qənizadə, Ziyafət Əsgərov, Leyla Abdullayeva, Musa Qasımlı, Fəzail İbrahimli, Zahid Oruc, İqbal Ağazadə, Eldar İbrahimov, Fəzail Ağamalı, Siyavuş Novruzov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Bahar Muradova, Tahir Rzayev, Sahibə Qafarova, Kamilə Əliyeva, Elton Məmmədov, Sahib Alıyev, Azay Quliyev, Nizami Cəfərov, Elmira Axundova, Aydın Mirzəzadə, Jalə Əliyeva, Astan Şahverdiyev, Arif Rəhimzadə, Fərəc Quliyev, Eldar Quliyev, Sabir Rüstəmxanlı, Yevda Abramov, Sevinc Fətəliyeva, Arif Əşrəfov, Hadi Rəcəbli, Azər Badamov, Elman Rüstəmov
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 18.03 dəq.)
Lehinə 101
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 1
İştirak edir 105
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
17 mart 2015-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, millət vəkilləri, media nümayəndələri! Bu gün iclasımıza başlamazdan qabaq mən sizin hamınızı əziz bayram münasibəti ilə təbrik edir, can sağlığı, uğurlar arzulayıram. (Alqışlar.) Xahiş edirəm, hörmətli millət vəkilləri qeydiyyatdan keçsinlər.
Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 102
Yetərsay 83
Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Bildiyiniz kimi, bu gün gündəlikdəki məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatdır. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.07 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi
Gündəlik qəbul edildi, çox sağ olun. İclasımıza başlaya bilərik.
Hörmətli cənab Baş nazir, hökumət üzvləri, hörmətli millət vəkilləri! Bu gün Milli Məclis Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hesabatı dinləyir. Təqdim olunmuş sənəddən göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası ötən il də uğurla həyata keçirilmişdir. Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası davam etdirilmişdir.
2014-cü ildə ümumi daxili məhsulun istehsalında 2,8 faiz artım əldə edilmişdir. Dünya iqtisadiyyatı üçün o qədər də əlverişli olmayan bir zamanda bu, məqbul nəticə sayıla bilər. Qeyd edilməlidir ki, ölkənin qeyri-neft sektorunda iqtisadi artım 7 faiz təşkil etmişdir. Ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi 61 faizə çatmışdır. Ötən il iqtisadi artım bütövlükdə qeyri- neft sektorunun hesabına təmin edilmişdir.
Hörmətli millət vəkilləri, vacib məsələlərdən biri budur ki, Azərbaycan iqtisadiyyatı investisiya qoyuluşları üçün cəlbedici olaraq qalmışdır. Ötən il sosial-iqtisadi və in-frastruktur layihələrinin həyata keçirilməsinə yönələn 22 milyard manata yaxın investisiyanın 59 faizi daxili, 41 faizi isə xarici investorların payına düşmüşdür. Maraqlı məqam budur ki, qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi neft-qaz sektoruna qoyulan investisiyaların həcmindən 2 dəfə çox olmuşdur. Bu isə, yuxarıda qeyd etdiyim kimi, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əyani nəticəsidir. Ötən ilin sonlarında ölkəmizin məcmu valyuta ehtiyatları 50 milyard dollardan çox olmuşdur. Valyuta ehtiyatları ölkəmizin təqribən üç illik idxalı həcmindədir, eləcə də xarici dövlət borcunu səkkiz dəfədən çox üstələyir.
2014-cü ildə Azərbaycan dünyanın 150 ölkəsi ilə 31 milyard dollar məbləğində xarici ticarət əməliyyatı aparmışdır. Önəmli olan budur ki, xarici ticarət dövriyyəsinin 47 faizindən çoxu Avropa İttifaqı ölkələrinin payına düşmüşdür. Möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişinə əsasən əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması yolu ilə yoxsulluq səviyyəsinin azaldılması hökumətin fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. İşçilərin orta aylıq əmək haqqı 4,5 faiz artaraq 444 manatdan çox olmuş, yoxsulluq səviyyəsi 5 faizə düşmüşdür.
Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, hökumətin hesabatının Milli Məclisdə müzakirəsi qanunvericilik və icra hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqənin güclənməsinə, eləcə də sosial-iqtisadi inkişaf məsələlərinin araşdırılmasında və həllində millət vəkillərinin iştirakına imkan yaradır. Görünür ki, hökumət deputatların təkliflərinə diqqətlə yanaşır, dövlət proqramlarının və digər sənədlərin hazırlanmasında bunları nəzərə alır. Hesab edirəm ki, bu gün keçirdiyimiz müzakirə də səmərəli olacaq, hökumətin fəaliyyətinə kömək edəcəkdir.
Hörmətli millət vəkilləri, hesabatın tam mətni sizə təqdim edilmişdir. Mən təklif edirəm ki, Baş nazirin hesabatını dinləyək, sonra müzakirələrə başlayaq. Etiraz yoxdursa, məruzə üçün söz Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadəyə verilir. Buyurun, Artur müəllim.
A.Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Hörmətli Sədr, hörmətli deputatlar! Son illərdə ölkədə aparılan ardıcıl sosial-iqtisadi tərəqqi siyasəti hesabat döv-ründə də uğurla davam etdirilmişdir. İlin yekunlarının təhlili göstərir ki, qarşıya qoyulmuş bütün əsas vəzifələr yerinə yetirilmişdir. Makroiqtisadi sabitlik qorunub saxlanılmış, ümumi daxili məhsulun artımına nail olunmuş, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun sürətli inkişafı təmin edilmiş, xalqın rifahı davamlı olaraq yüksəldilmişdir. Nailiyyətlərin təməlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə yaradılmış dayanıqlı ictimai-siyasi sabitlik və əvvəlki illərdə qurulmuş iqtisadi baza durur. Qeyd etmək lazımdır ki, belə nəticələr dünyada iqtisadi inkişafın zəiflədiyi bir vaxtda və beynəlxalq maliyyə bazarlarındakı qeyri-müəyyənlik və onun fəsadlarının ölkə iqtisadiyyatına təzyiqi şəraitində əldə edilmişdir.
2014-cü ildə iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun həcmi 2,8 faiz artaraq 59 milyard manat səviyyəsinə çatmışdır. Əhalinin hər nəfərinə düşən əlavə dəyər 6 min 300 manat olmuşdur. Ümumi daxili məhsulun 41,5 faizi sənayedə, qalan hissəsi tikintidə, ticarətdə və pullu xidmətlərdə, kənd təsərrüfatında, nəqliyyatda və digər sahələrdə əldə olunmuşdur. Onun ümumi həcmində qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 61 faiz təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 7 faiz çoxdur. Əsas kapitala yönələn 17,6 milyard manat məbləğində vəsaitin 66 faizindən çoxu qeyri-neft sektorunun payına düşmüşdür. Ölkə üzrə ümumi investisiyalar isə 27,7 milyard ABŞ dolları olmuşdur. Həyata keçirilən səmərəli iqtisadi və maliyyə siyasəti daxili sərmayələr ilə yanaşı, 11,5 milyard dollar məbləğində xarici investisiyaların cəlb olunmasına da zəmin yaratmışdır. Orta aylıq əmək haqqı 4,5 faiz, əhalinin gəlirləri 4,8 faiz, banklardakı əmanətləri 12,4 faiz artmışdır. İlin inflyasiyası 1,5 faiz səviyyəsində saxlanılmışdır.
Keçən il daxili vergilər və xarici ticarət əməliyyatları üzrə dövlət büdcəsi gəlirlərinin artımla yerinə yetirilməsi bütün iqtisadi və sosial proqramlar üzrə gəlirlərin icrasını təmin etmişdir. Manatın sabitliyi qorunmuş, ölkənin strateji valyuta ehtiyatları artırılaraq ilin sonunda 51,3 milyard dolları keçmişdir. Ümumilikdə, ölkənin sosial-iqtisadi inkişafı əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaratmışdır. Ünvanlı dövlət sosial yardımı alan şəxslərin sayı bu səbəbdən 33,7 faiz azaldılmış, eyni zamanda, bir ailəyə düşən orta aylıq sosial yardım 149 manatadək artırılmışdır. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192 manat təşkil etmişdir. Qarabağ və Böyük Vətən müharibəsi ailələrinə və onlara bərabər tutulan şəxslərə 1453 minik avtomobili ayrılmış, 172 ailəyə yeni mənzil verilmişdir. Bütünlükdə həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, ölkə üzrə yoxsulluğun səviyyəsi azalaraq ilin sonuna 5 faizə düşmüşdür. Məcburi köçkünlərin sosial problemlərinin həllinə, yaşayış şəraitlərinin yaxşılaşdırılmasına həmişə olduğu kimi xüsusi diqqət yetirilmişdir. Onlar üçün 6 yeni qəsəbə və 11 çoxmərtəbəli binadan ibarət olan yaşayış kompleksi salınmış və bununla da 4 mindən artıq məcburi köçkün ailəsi yeni mənzil ilə təmin edilmişdir. Ümumilikdə, məcburi köçkünlərin sosial və məişət problemlərinin həllinə 630 milyon manatdan artıq maliyyə vəsaiti xərclənmişdir. İqtisadiyyatda davamlı həyata keçirilən struktur siyasəti, biznes və investisiya mühitinin sağlamlaşdırılması, dövlət dəstəyi tədbirləri sahibkarlığın inkişafına stimullaşdırıcı təsir etmişdir.
Hesabat ilində yeni yaradılmış müəssisələrin sayı 16 faiz artaraq 9 mini ötmüşdür. Sahibkarlıq subyektlərinin ümumi sayı 386 minə çatmış, bölgələrdən vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,6 faiz yüksəlmişdir. Dövlət büdcəsinin vəsaitləri hesabına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən real sektorda istehsal və xidmət layihələrinin maliyyələşdirilməsi genişləndirilmişdir. Güzəştli şərtlər ilə 5560 sahibkarlıq subyektinə 295 milyon manat məbləğində kredit verilmişdir. Kreditlərin 78 faizi regionlara yönəldilmiş və bunun hesabına 39 iri istehsal, emal və xidmət obyekti yaradılmışdır. Eyni zamanda, beynəlxalq maliyyə qurumları ilə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən layihələrlə bağlı ümumi məbləği 978 milyon dollar təşkil edən 12 kredit sazişi imzalanmışdır.
Ötən il regionların sosial-iqtisadi inkişafı üzrə 2014–2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı qəbul edilmişdir. Məlum olduğu kimi, əvvəlki proqramların icrası çərçivəsində bölgələrdə yüzlərlə istehsal, xidmət, sosial və infrastruktur obyektləri istifadəyə verilmiş, genişmiqyaslı quruculuq və abadlıq işləri aparılmışdır. Yeni proqramda bu tədbirlərin davam etdirilməsi, istehsal müəssisələrinin, iri fermer təsərrüfatlarının, sənaye parklarının yaradılması, onların infrastruktur təminatının təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Proqramın icrasının birinci ilində regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilmişdir. Dövlət başçısının müvafiq sərəncamı ilə 2014-cü ilin sənaye ili elan edilməsi ölkənin qeyri-neft sektorunun keyfiyyətcə yeni mərhələyə keçməsinə təkan vermişdir. Bununla bağlı sənayenin şaxələndirilməsi, onun regionlar strukturunun təkmilləşdirilməsi istiqamətində sürətli və geniş əməli işlərə başlanmışdır. Bunun nəticəsi olaraq 2014-cü ildə respublikada 230-dan artıq sənaye müəssisəsi açılmışdır. Ölkə Prezidentinin Sərəncamı ilə “2015–2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda qarşıdakı illərdə sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin ixrac potensialının artırılması, müasir istehsal sahələrinin yaradılması, struktur təminatının yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proq-ramın icrası həm də yeni iş yerlərinin açılmasına, regionların sosial-iqtisadi tərəqqisinə, kiçik və orta sahibkarlığın inkişafına təkan verəcəkdir.
2014-cü ildə Azərbaycanın neft tarixinin yeni mərhələ-sinin əsasını qoymuş “Əsrin müqaviləsi”nin 20-ci ildönümü qeyd olundu. Bu müddətdə görülmüş işlər və əldə edilən nəticələr neft və qaz sektorunun hələ uzun illər ölkə iqtisadiyyatında mühüm yer tutacağını göstərir. Ötən il karbohidrogen resursları hasilatının sabitləşdirilməsi, neftin emalının dərinləşdirilməsi, müasir texnologiyaların tətbiqi yolu ilə məhsulun keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün nəzərdə tutulan və həmin ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Bu nəhəng infrastruktur layihəsi Şahdəniz, TANAP və TAP layihələri ilə birgə uzun müddət ölkənin iqtisadi maraqlarına və xalqın rifahına xidmət edəcəkdir. Ölkə iqtisadiyyatının əsas sahələrindən olan aqrar sənaye kompleksində müsbət dəyişikliklər əldə edilmişdir.
2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı daha da güclənmişdir. Lizinqə verilən texni-kaların sayı əvvəlki ilin göstəricisini 37 faiz üstələmişdir. Fermerlərə texnika keçən ilə nisbətən 50 faiz, gübrə isə 30 faiz aşağı qiymətə verilmiş, buğda və çəltik səpini üçün 20 milyon manatlıq, yanacaq və motor yağlarına görə isə 52 milyon manatlıq yardım göstərilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalı torpaq vergisi istisna olmaqla, növbəti dəfə 5 il müddətinə bütün vergilərdən azad edilmişdir. Yeni istehsal imkanlarının artırılması ilə əlaqədar iri fermer tə-sərrüfatlarının yaradılmasını nəzərdə tutan layihələrə 47 milyon manat güzəştli kredit ayrılmışdır. Kənd təsərrüfatına yararlı torpaq sahələrinin genişləndirilməsi, onların su təminatı məqsədi ilə nəhəng infrastruktur layihələri olan Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi başa çatdırılmış, Taxtakörpü–Ceyranbatan və Vəlvələçay–Taxtakörpü kanalları istismara verilmişdir. Qeyd olunan layihələrin icrası, aqrar sektora tətbiq edilən vergi güzəştləri, məhsuldarlığın artırılması ilə bağlı görülən kompleks tədbirlər yaxın gələcəkdə ölkənin əsas ərzaq məhsulları ilə təminatına və ixraca öz müsbət təsirini göstərəcəkdir. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2015-ci ilin kənd təsərrüfatı ili elan edilməsi, şübhəsiz ki, aqrar sektorun gələcək inkişafına hesablanmış mühüm qərardır və bu sahənin perspektiv inkişafında yeni mərhələ olacaqdır.
Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də sosial infrastruktur ardıcıl olaraq inkişaf etdirilmiş, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrinin maddi-texniki bazası möhkəmlənmişdir.
Hörmətli deputatlar, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar, təəssüflər olsun ki, ötən il də heç bir nəticə verməmişdir. Münaqişənin həllində Ermənistanın tutduğu mövqe mövcud status-kvonun saxlanmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşməsini, onun ən müasir silah və sursatla təmin edilməsini, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşmasını gündəlik nəzarətində saxlayır. Son zamanlar hərbiçilərimizin erməni silahlı yerləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdikləri tutarlı cavablar Azərbaycan ordusunun böyük qabiliyyətinin gündən-günə artdığına əyani sübutdur. Düşünürəm ki, hərbi quruculuq və milli ordu ilə bağlı məsələlər bütün dövlət orqanlarının, digər qurumların və cəmiyyətimizin daim diqqət mərkəzində olmalıdır.
Sevindirici haldır ki, artıq bu diqqəti və qayğını əks etdirən çoxlu qürurverici nümunələr var. Silahlı Qüvvələrə Yardım Fonduna toplanan könüllü ianələrin ilbəil artırılması da ordumuza göstərilən hərtərəfli ümumxalq dəstəyinin təzahürüdür. Ötən ilin sentyabr ayında ölkəmizdə ilk dəfə ADEX 2014 beynəlxalq müdafiə sənayesi sərgisi keçirilmiş və respublikamız üçün böyük əhəmiyyət kəsb edən bu tədbirdə 34 ölkədən 200 şirkət iştirak etmişdir. Ölkənin müdafiə sənayesinin 168 adda hərbi məmulatı nümayiş olunmuşdur. 2014-cü ildə hərbi sənaye kompleksində yeni istehsal sahələri yaradılmış, müdafiə təyinatlı məhsulların çeşidi 900-ə çatdırılmışdır.
Hörmətli deputatlar, Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev ötən ilin yekunları ilə bağlı Nazirlər Kabinetində Regionların 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında görülmüş işləri yüksək qiymətləndirdi. Bununla bərabər ölkə rəhbəri dünyada müşahidə olunan gərgin siyasi və iqtisadi proseslərin, yeni çağırışların ölkə iqtisadiyyatına mənfi təsirinin minimuma endirilməsi ilə bağlı qarşıda duran hədəfləri də müəyyənləşdirdi. Nazirlər Kabineti dövlət başçısının tapşırıqlarının yerinə yetirilməsini əsas vəzifə kimi qəbul edərək bütün icra strukturlarını onları vaxtında keyfiyyətlə yerinə yetirmək üçün səfərbər etdi.
Hörmətli deputatlar, məlum olduğu kimi, ilin sonunda Milli Məclisdə keçiriləcək növbəti seçkilər ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olacaqdır. Mən yenidən öz namizədliyini irəli sürməyi qərara alan bütün deputatlara uğurlar arzulayıram. Qeyd etməliyəm ki, Nazirlər Kabi-netinin hesabatının və dövlət büdcəsinin müzakirələri za-manı deputatların verdikləri təkliflərin böyük qismi nəzərə alınmış, ümumi işimizə fayda vermişdir. Nazirlər Kabineti adından bütün deputatlara səmərəli əməkdaşlığa görə təşəkkürümü bildirirəm. İmkandan istifadə edib qarşıdan gələn Novruz bayramı münasibəti ilə hamınızı təbrik edi-rəm. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. İndi, xahiş edirəm, müzakirələrə yazılın. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvlərimiz! Mən, təbii ki, höku-mətin 2014-cü il hesabatını yüksək qiymətləndirirəm. Cənab Prezidentin rəhbərliyi altında 2014-cü ildə də ölkəmizdə çox sayda proqramlar həyata keçirilmiş və regionların sosial-iqtisadi inkişafı sahəsində ciddi işlər görülmüşdür. Təbii ki, hamımız görülən işləri dəstəkləməklə bərabər, hökumətin bu hesabatını da yüksək səviyyədə dəyərləndiririk.
Mən, təbii ki, 2014-cü ildə görülmüş işlərə və hesabatla bağlı bəzi məsələlərə toxunacağam. Mən həllini gözləyən məsələlərə, daha çox millət vəkili seçildiyim Tovuz rayonu ilə bağlı bəzi məsələlərə toxunmaq istəyirəm. Birincisi, bu çox önəmli hadisədir ki, cənab Prezidentin göstərişi ilə ölkəmizin bölgələrinin, kəndlərinin qazlaşması sahəsində böyük işlər görülür. Ölkəmizin böyük bir hissəsində bu qazlaşma prosesi sürətlə gedir. Amma mən təəssüf edirəm ki, Ermənistanla sərhədi olan Tovuz rayonunda biz bu pro-sesin sürətlə getdiyini görmədik. Bizim bəzi rayonlarımızda qazlaşma prosesi tamamilə başa çatıb. Amma Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunun təxminən yarısında hələ də qazlaşma prosesi başa çatmayıb. Mən hökumət üzvlərinin və “Azəriqaz”ın diqqətinə çatdırmaq istəyirəm ki, o kəndlərin xeyli hissəsi Ermənistanla ön cəbhədə yerləşən kəndlərdir və bu prosesin sürətlə getməsi lazım idi. Mən burada fürsətdən istifadə edərək xahiş etmək istəyirəm ki, bu məsələyə diqqəti artırsınlar. Çünki bu məsələlər keçən ilin büdcə layihəsində, proqramlarda öz əksini tapıb. Amma bu proses Tovuz rayonunda sürətlə getmədi və o kəndlərimiz ki onlara vəd verilmişdi, qazlaşma prosesi sürətlə gedəcək, məsələ həllini tapacaq, 2014-cü il ərzində o kəndlərin qazlaşması başa çatmadı və biz xahiş edirik ki, ən azı, 2015-ci il çərçivəsində bu məsələ öz həllini tapsın.
İkinci bir məsələ üçün mən yenə xahiş edəcəyəm. Söhbət yeni yaşayış massivlərinin qazlaşmasından gedir. Mən burada “Azəriqaz”dan və hökumət üzvlərindən xahiş edirəm, müraciət də etmişik, bunun mexanizmlərinin tapılması gərəkdir. Yeni yaşayış massivlərində bir ailə evinə qaz çəkdirmək istəyirsə, Gəncə–Bakıarası nə qədər sənədləşmələri həyata keçirməlidir. Bizim qaz idarəsinin hər rayonda bölmələri var, bu bölmələrin səlahiyyətləri də var. Elə bu bölmələrdə vətəndaşa lazım olan sənədləşmədən tutmuş bütün məsələləri yerində həll edə bilərlər ki, vətəndaşlar üçün süründürməçilik olmasın. Ona görə, xahiş edirik, yeni yaşayış massivlərinin qazlaşması məsələsində vətəndaşların üzərinə qoyulan vəzifələrin həyata keçirilməsində bürokratik əngəllər aradan qaldırılsın, elə rayonun qaz idarələrində bu proseslər həyata keçirilsin ki, vətəndaşlar üçün daha rahat olsun.
Digər bir xahişim də var, 2014-cü ildə bu məsələni qaldırmışdım, bu istiqamətdə addımlar atıldı, təşəkkür edirəm. Tovuz rayonu da kənd təsərrüfatı rayonlarından biridir və əhalinin əksəriyyəti məhz torpaqla bağlıdır. Artezian quyularının qazılması istiqamətində bir sıra layihələr həyata keçirildi, amma bir məsələ də var idi ki, o məsələ öz həllini o qədər sürətlə tapmadı. Yenə yaz-yay dövrü gəlir. Rayonun əkinə yararlı sahələri Ağstafaçay su kanalının altında yerləşir və Kür çayından su kanalına suyun verilməsinin bir az da sürətləndirilməsini mən xahiş edirəm. Düzdür, bu sahədə işlər görülür, amma çətindir, yaz sezonu başlayır, əkin sezonu başlayır. İnsanların suvarma ilə bağlı problemləri, təəssüf ki, ciddi şəkildə yenə ortaya çıxacaq. Bu məsələ ilə bağlı keçən il müəyyən işlər görüldü və mən çox xahiş edərdim, onlar daha da sürətlə həyata keçirilsin.
Başqa bir məsələ, qaz xətlərinin bir hissəsi köhnə xətlər-dir və o köhnə xətlərdə qaz sızmaları problemlər yaradır. Məsələn, Tovuz rayonunda ana xətdən qaz sızmaların evlərə dolması nəticəsində bir neçə evdə partlayış baş vermişdi. Bu araşdırmalar öz nəticəsini tapmışdı və biz qanun qəbul etmişdik. Bu, qanunda əksini tapıb. Cənab Prezidentin bu məsələ ilə bağlı imzaladığı sənəd də var. O qanunun və cənab Prezidentin imzaladığı sənədin daha sürətlə həyata keçirilməsinə ehtiyac var. Mən mənzillərin məcburi sığortası ilə bağlı məlumat aldım, məsələ nə yerdədir? Çox təəssüf ki, Tovuz rayonunda baş verən bədbəxt hadisələrin heç birinin sığortası yoxdur. Amma bunun məcburi şəkildə həyata keçirilməsi ilə bağlı məsələ qanunvericilikdə öz əksini tapıb, eyni zamanda, cənab Prezidentin imzaladığı sənəddə də var. Çox təəssüf ki, rəqəmlər çox kiçikdir, biz hökumət üzvlərindən xahiş edirik ki, bu məsələyə xüsusi diqqət yetirilsin, bu məsələ sürətlənsin. Bu məsələyə daha ciddi şəkildə nəzarət etmək lazımdır ki, sabah vətəndaşlarımız, hökumətimiz çətin vəziyyətlə üzləşməsin. Bölgələrdə mənzillərin icbari sığortası məsələsinin üzərinə ciddi şəkildə düşülməsi gərəkdir. Yenə deyirəm, bununla bağlı qanunvericilik də var, imzalanan sənədlər də var.
Daha bir məsələ barədə xahiş etmək istəyirəm. Bununla bağlı qanun var və qanunvericilikdə də öz həllini tapıb. Sa-dəcə, həyata keçirilməsində problemlər qalır. Səhiyyə sahə-sində gözəl işlər görülür, yeni xəstəxanalar tikilir, ölkəmizdə bu sahədə ciddi irəliləyişlər var, savadlı mütəxəssislərimiz yetişir. İnsanlarımız əvvəllər orqan köçürülməsi ilə bağlı xaricə gedirdilər. Bu gün ölkəmizdə bu əməliyyatlar üçün mütəxəssislər və mərkəzlər hazırlanır, artıq fəaliyyət göstərənləri də var. Amma ortaya bir problem çıxır. Bu gün belə qanunun qəbul olunmasına baxmayaraq, orqan köçürülməsi üçün mütləq sağlam olmaq lazımdır. Söhbət ya cüt orqanlardan, ya da arta bilən orqanlardan gedir ki, onlar da ancaq sağlamlardan götürülə bilər. Digərlərindən, ümumiyyətlə, köçürülməsi mümkün deyil, çünki bizdə dünyasını dəyişmiş insanlardan orqan köçürülməsi məsələsi qanunvericilikdə öz əksini tapsa da, hələ ki, bunun icra mexanizmləri yoxdur. Bunun nəticəsində nə baş verir? Bir insana orqan lazım olduğu zaman bu orqan ancaq yaxın qohumlardan köçürülə bilər. Bəlkə birinin yaxınının elə imkanı yoxdur və yaxud onun orqanları uyğun deyil. Bu insan nə etsin? Bu insana başqa birinin orqanının köçürülməsi orqan alveridir, olmaz. Xarici ölkələrə üz tutmaq məcburiyyətindədir, bu əməliy-yatlar da həddən artıq baha qiymətlərlə nəticələnir. Dünyanın hər yerində artıq bu öz əksini tapıb və bizim qanunvericiliyimizdə də var ki, insan dünyadan köçdüyü zaman onun orqanları bağışlana bilər, o orqanlarla nə qədər insanı həyata qaytarmaq mümkündür, bunun icra mexanizmləri də qanunda var, amma hələ işlənilib tapılmayıb. Nə qədər insanlarımıza kömək edə bilərik, amma hələ də bu məsələ ciddi olaraq qalır. Bizim orqan transplantasiyası ilə məşğul olan Neftçilər xəstəxanasının həkimləri də bu məsələni ciddi qoyur. Qanunun yerinə yetirilməsi, icra mexanizmlərinin tapılması önəmli məsələdir. Sonra, tibbi sığorta ilə bağlı məsələnin daha da sürətlənməsinə ciddi ehtiyac var. Mən təşəkkür edirəm, bu sənədi dəstəkləyirəm. Çox işlər görülüb və inanıram ki, bu məsələlər də diqqətdə olacaq. Hökumət üzvlərimizi bu il ərzində məsələlərə daha da diqqətlə yanaşmağa çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, əziz həmkar-larım! Mən də hesab edirəm ki, ötən il Azərbaycan höku-mətinin fəaliyyəti qənaətbəxş olmuşdur. Bu fəaliyyət ölkəmizin sosial-iqtisadi qüdrətinin artmasına, xalqımızın sosial rifah halının yüksəlməsinə şərait yaradan fəaliyyət olmuşdur. Mən hökumətin hesabatını müsbət qəbul edirəm. Hesabata səs verəcəyəm və hesabatın qəbul olunmasını millət vəkillərindən, həmkarlarımdan da xahiş edəcəyəm.
Hörmətli cənab Baş nazirin məruzəsindən də göründü ki, ötən il ərzində Azərbaycanın qarşıya qoyduğu bütün iqtisadi investisiya layihələri uğurla həyata keçirilib. Sosial problemlər tam həcmdə öz təsdiqini tapıb. Azərbaycanda ötən ildə də məktəblər, uşaq bağçaları tikilib, təhsil və tədris müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılıb. Mədəniyyət obyektləri, parklar, yollar salınıb, körpülər çəkilib. Yeni səhiyyə müəssisələri tikilib, köhnələri əsaslı təmir olunub, maddi-texniki bazası, kadr təminatı gücləndirilib və bütün bunların hamısı bütövlükdə götürəndə Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin Azərbaycan xalqı üçün gördüyü işlərdir, xalqın sosial rifahının yaxşılaşmasına yönələn tədbirlərdir. Mən bu yolda hökumətimizə uğurlar arzulayıram. Azərbaycanın sosial-iqtisadi inkişafı, tərəqqisi artıq beynəlxalq səviyyədə də etiraf olunur, artıq bir sıra beynəlxalq indekslərdə Azərbaycanın yeri gündən-günə yaxşılaşır.
Hörmətli cənab Sədr, dünən mən Belqradda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament As-sambleyasının İqtisadiyyat komitəsinin IV sessiyasında iştirak edirdim. Orada İKT sektorunun inkişafı və bunun cəmiyyət həyatında rolu mövzusu müzakirə olunurdu. Ölkəmiz adından, doğrudan, qürur duydum. Orada çıxış eləyən bütün dövlətlərin nümayəndələri, o cümlədən Avropa İttifaqının üzvü olan dövlətlərin nümayəndələri Azərbaycanın bu sahədə bölgənin lider dövləti olduğunu söylədilər. Hətta bizim düşmənlərimiz belə Azərbaycanın bu sahədə uğurlarını etiraf etməyə məcbur oldular. Bu, doğrudan da, cənab Prezidentin həyata keçirdiyi sürətli iqtisadi islahatların bariz nəticəsidir. Ölkəmizin beynəlxalq imici artır və bu iqtisadi inkişaf xalqımızın sosial həyatına öz müsbət təsirini göstərir. Mən hörmətli Baş nazirimizin, hökumət üzvlərinin burada olmasından istifadə edib problem hesab etdiyim bir neçə məsələni qaldırmaq istəyirəm. Onu da deyim ki, on ildən çoxdur, artıq bu sistem bizdə işləyir və millət vəkillərinin qaldırdıqları məsələlərə növbəti ildə hökumət öz münasibətini bildirir. On il ərzində mən də qaldırdığım məsələlərin əksəriyyətinin müsbət həllini görmüşəm, bu mənada özümü xoşbəxt millət vəkili hesab edirəm və hökumətimizə də minnətdarlığımı bildirirəm.
Növbəti qaldıracağım məsələ Qarabağ əlillərinin pensiya təminatı ilə bağlıdır. Qarabağ əlilləri, bilirsiniz ki, Azərbay-canda dövlətimizin, hökumətimizin ən yüksək səviyyədə diqqət göstərdiyi insanlardandır. Amma burada biz pensiya islahatlarını həyata keçirdiyimizə görə, pensiyaların sığorta sisteminə keçdiyimizə görə bir qədər uğursuzluq yaranıb. Minimum 5 il əmək stajı olan Qarabağ əlili artıq əlil kimi pensiya alır və ən aşağı pensiyanın məbləği 120 manatdır. Amma o insanların ki 5 ilə qədər stajı yoxdur, onlara pensiya verilmir, müavinət verilir, müavinətin məbləği isə maksimum 60 manatdır. Yəni özlərindən asılı olmayan sə-bəbdən eyni kateqoriyadan olan insanların pensiyaları ara-sında ciddi fərq yaranır, bu da o insanların haqlı narazılıq-larına səbəb olur. Bizə müraciət edirlər, mən 18 yaşımda hərbi xidmətə getdiyim halda 5 il stajı necə əldə edim ki, minimum məbləğdə pensiya alım. Ona görə də təklif edirəm ki, pensiya hüququ olmayan Qarabağ əlilinin müavinəti də minimum pensiya həddinə qaldırılsın. Onu da söyləyim ki, bu insanların sayı o qədər də çox deyil. İldə 250–300 nəfər Azərbaycanın müdafiəsi uğrunda yaralanan və əlil olan şəxs olur ki, onların da müavinətlərinin minimum pensiya həddinə çatdırılması sosial ədalətsizliyin aradan qaldırılmasına şərait yaradardı.
Digər bir məsələ mənzil-məişət şəraitinin, xüsusən gənc-lərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Sosial evlərin tikilməsi dövlətimizin həmişə diqqət mərkə-zindədir. Xüsusən qaçqın və məcburi köçkün bacı-qardaş-larımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması cənab Prezidentin diqqət və qayğısı sayəsində ildən-ilə daha da artır. Dövlət tərəfindən evlər tikilir və pulsuz olaraq şəhid ailələrinə verilir. Amma ehtiyacı olan gənc ailələrin mənzil-məişət şəraitini yaxşılaşdırmaqdan ötrü hesab edirəm ki, tək ipoteka kreditlərinin ayrılması yetərli deyildir. Sosial evlər tikilməlidir. Bunu da dövlətin tikməsinə ehtiyac yoxdur. Dövlət sahibkara şərait yaratmalı, sahibkarla müqavilə bağlamalıdır ki, evlərin maya dəyəri aşağı olsun və vətəndaşlar uzun müddət, yəni 25–30 il müqavilə əsasında kirayəyə verdikləri pulları öz evlərində yaşayaraq sahibkara kredit şəklində ödəsinlər və bununla da mənzil-məişət şəraitlərini yaxşılaşdırsınlar.
Başqa bir məsələ hərbi qulluqçuların sığortası ilə bağlı məsələdir. Bu, doğrudan da, çox narahatedici bir məsələdir. Hörmətli Oqtay müəllim, Siz tapşırdınız, Hadi müəllimlə biz də bu məsələ ilə məşğul olduq, o insanları qəbul etdik. Burada bir sıra dolaşıqlıq var. Hesab edirəm ki, ya hökumət səviyyəsində, ya da Milli Məclis səviyyəsində bu məsələ aydınlaşdırılmalıdır, insanlara da doğru məlumat çatdırıl-malıdır və bu məlumat rəsmi olmalıdır. Ola bilsin, müəyyən proseslərdə müəyyən səhvlərə yol verilibdir. Amma hər halda bu məsələ, hesab edirəm, aydınlaşdırılmalıdır və müəyyən qüvvələr də var ki, mən açıq demək istəyirəm, bilərəkdən bu işi qızışdırırlar, o insanları belə gərgin vəziy-yətdə saxlayırlar. Marağı olan insanlar var, bu məsələyə birdəfəlik nöqtə qoymaq üçün hökumət də, parlament də öz mövqeyini açıqlamalıdır.
Mənim növbəti təklifim orta tibb təhsili ilə bağlıdır. Sə-hiyyəmizin inkişafı göz qabağındadır, artıq biz rezidentura sisteminə keçdik, onun ilk buraxılışını da etdik və çox yüksək səviyyədə həkim kadrlarımız var. Amma orta tibb kadrlarının hazırlanması səviyyəsi qənaətbəxş deyildir, yəni tibb kolleclərində iki il, yaxud üç il təhsil almaqla bugünkü günün tələblərinə uyğun orta tibb personalı yetişdirmək mümkün deyil. Dünyanın çox yerlərində orta tibb təhsili deyilən bir təhsil yoxdur. Bunlar artıq ali təhsil səviyyəsində, bakalavr səviyyəsində təhsil alan işçilərdir və səhiyyənin də, tibb xidmətinin də 70–80 faizi bu insanların çiyinlərindədir. Ona görə, mən təklif edirəm, hökumət bu məsələyə də baxsın, tibb kolleclərinin həm təhsil müddəti 4 ilə qaldırılsın, həm də statusu dəyişilsin. Bunlara bakalavr statusu verilsin, yüksək səviyyəli kadrlar kimi bunların peşə vərdişləri də artırılsın və artıq səhiyyədə yeni bir peşə iyerarxiyası yaranmış olsun.
Cənab Prezidentin sərəncamı ilə bu il kənd təsərrüfatı ili elan olunubdur. Kənd təsərrüfatı sahəsində ötən ildəki uğurlarımız göz qabağındadır, xüsusən kənd təsərrüfatında intensivliyin artırılması, məhsuldarlığın yüksəldilməsi, yeni növ toxumların gətirilməsi, yeni növlərin tətbiq olunması, heç şübhəsiz, qısa müddət ərzində ərzaq təhlükəsizliyi problemini Azərbaycanın özünün həll etməsinə gətirib çıxaracaqdır. Bu sahədə hökumətimizin gördüyü işləri mən tam dəstəkləyirəm, bəyənirəm, xüsusən dotasiyaların verilməsi, subsidiyaların ayrılması, müəyyən vergi güzəştlərinin tətbiq olunması aqrar sektorun inkişafına gətirib çıxaracaqdır. Amma biz elə bir mexanizm qurmalıyıq ki, kənd təsərrüfatı “yağmadı yağış, bitmədi qamış” fəlsəfəsindən asılı olmasın. Yəni artıq elə bir texnologiyalar tətbiq etmək lazımdır ki, ilin nə cür gəlməyindən asılı olmayaraq məhsuldarlıq yüksək səviyyədə olsun. Nəhayət, sonda hökumətimizə uğurlar arzulayıram. Hesab edirəm ki, ötən onillikdə qazandığımız uğurlar bu il də davam edəcək. Cənab Prezident başda olmaqla Azərbaycan hökumətinə, Azərbaycan dövlətinə uğurlar arzulayıram və hökumətin hesabatını məqbul hesab edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, mən niyə tələsmədim? Mən siyahını gözlədim. Siyahı gəldi, siyahıda, həqiqətən, 50 nəfər insan yazılıb. Bizdə 50 nəfər siyahıya yerləşmir. Mən hesab edirəm ki, 5 dəqiqəyə keçmək olar. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Zahid Oruc, sənin adın düşməyəndə, 5 dəqiqə istəyəcəkdin, indi qabağa düşüb, 5 dəqiqəyə keçirik. 5 dəqiqə, xahiş edirəm. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün Azərbaycanın milli dəyərlərindən biri olan Novruz bayramının axır çərşənbəsidir. Mən bu münasibətlə həm hökumət üzvlərini, həm də millət vəkillərini təbrik edirəm. Amma axır çərşənbənin, Novruz bayramının bir xüsusiyyəti var ki, bu bayramda hər kəs daha çox qapılara papaq atır ki, o papağa nələr isə qoyulsun, ondan elin adəti üzrə müəyyən dərəcədə bir zövq alsın. Bu gün, təbii ki, papağa nə isə qoya biləcək əksər adamların hasarları hündür olduğuna görə, darvazaları kilidli olduğuna görə bu papaqlar daha çox o qapılara atılır ki, ora keçmək mümkün olur, hasardan bunu atmaq mümkün olur. Bu təbəqədə kimlərdir? Müəllimlərdir, həkimlərdir, işsizlərdir, neftçilərdir, müxtəlif orta səviyyədə yaşayan insanlardır. İndi hesabatda əsas bu məsələ müzakirə olunmalıdır ki, bu papağın içini bu təbəqədən olan insanlar nə ilə dolduracaqlar.
Manatın devalvasiyasından sonrakı prosesdə əhalinin yaşayış səviyyəsi xeyli aşağı düşübdür. Xüsusən o kateqo-riyanın ki, az maaşlı təminatı var idi. Banklardan kreditlər götürüblər və bu kreditləri ödəmək əvvəlkindən fərqli olaraq onlar üçün artıq böyük bir yükə, problemə çevrilib. Hökumət tərəfindən isə onlara aydınlaşdırıcı hansısa bir mesaj verilmir ki, gələcəyə azacıq da olsa ümidlə baxsınlar. Məncə, bu problemi həll etmək lazımdır. Baxın, müəllimlərin əmək haqqının 33 faiz artımı haqqında Prezidentin verdiyi və yanvar ayının 1-dən qüvvəyə minən qərar bu gün də həyata keçməyibdir. Müəllimlər həm yanvar, həm də fevral ayının maaşını artımsız alıblar. İndi bu məsələyə diqqətlə baxmaq lazımdır. Axı, bu kateqoriyanın başqa yerdən gəliri yoxdur. Bu insanlar nə etməlidir? Xüsusən də biz pensiya yaşı tamam olmuş müəllimləri taleyin ümidinə daha çox buraxırıq. Təhsil sahəsində bunu həll etmək vacibdir. Türkiyədə, məsələn, onlara yüksək təzminat verirlər ki, ən azı, gedib kiçik biznes qura bilsinlər. Azərbaycan müəllimi məktəbdən ayrılandan sonra hətta kiçik biznes qura biləcək bir səviyyədə hansısa vəsaitə belə sahib olmur. Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsini də mütləq müzakirəyə çıxarmaq vacibdir.
Azərbaycanda səhiyyə sahəsində xeyli müsbət dəyişikliklər olub, xeyli islahatlar gedib. Amma hesab edirəm ki, icbari tibbi sığortanın da tətbiq olunması haqqında artıq cəsarətlə qərar qəbul etmək lazımdır. Çünki əhalinin böyük əksəriyyətinin aztəminatlı olması onların büdcəsindən böyük bir vəsaitin sağlamlıq xərclərinə ayrılmasına gətirib çıxarır. İdarəetmə islahatlarını genişləndirmək və məncə, dövlət qulluğu məsələləri üzrə komissiyanın səlahiyyətlərinə yenidən mütləq baxmaq lazımdır, müsabiqə yolu ilə test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlər üçün müsabiqə prosesi ləğv olunmalıdır. Burada daha çox süründürməçilik halları var və vətəndaşların hüquqları daha çox pozulmağa başlayır.
Bizim qeyri-neft sektorunun inkişafı barədə çıxışlar çox vaxt özünü doğrultmur. Yəni qeyri-neft sektorunun inkişafı ləngidiyinə görə, insanların azacıq bir iqtisadi böhran və-ziyyətində problemləri daha da artmağa başlayır və Azərbaycanda işsizliklə bağlı tez-tez statistika səslənir. Bu statistikanı haradan götürürlər? Biz millət vəkili olaraq gündə görüşdüyümüz insanların bəlkə də 90 faizi iş istəyir. Böyük əksəriyyət iş tapa bilmir. Yəni bunu həll etmək lazımdır, məşğulluq məsələsi çözülməlidir.
Digər bir məsələ də məcburi köçkünlərlə bağlıdır. Neçə illərdir, evlər zəbt olunubdur. 22 ildir, bir alimin, bir vətəndaşın evi zəbt olunub. Dövlət bu qədər vəsait ayırıb, yeni şəhərciklər tikilib. Birinci növbədə bu məsələ həllini tapmalıdır ki, bu vətəndaş nə etməlidir? Öz dövlətindən 20 ildir, özünə aid olan evi ala bilmir. Başa düşürəm, məcburi köçkün ora yerləşibdir. Amma bu qədər vəsait ayrıldı, artıq tikildi, bu vətəndaşın mülkiyyət hüququnu təmin etmək dövlətin borcu deyilmi? Niyə bunun həlli istiqamətində hələ də ciddi bir addım atılmır? Mən Prezidentin tikililərin sənədləşdirilməsi barədəki fərmanını alqışlayıram. Ümumiyyətlə, qanunsuz tikililərin sənədləşdirilməsi vacibdir ki, həm büdcəyə vəsait daxil olsun, həm də vətəndaşın gələcəyə inamsız olmasının qarşısı alınsın. Çox vaxt bu ölüm halları, intihar və başqa məsələlər ümidsizliklə bağlıdır. İnsanda öz dövlətində onun gələcəyi üçün qarantiya verə biləcək bir anlayışa sahib olmaq düşüncəsini formalaşdırmaq lazımdır. Şəhid ailələrinə verilən sığorta məsələsi. Neçə dəfədir, burada bu məsələni qaldırırıq. Heç kim açıqlama vermir ki, bu...
Sədrlik edən. Sağ olun. Açıqlama da veriləcək, bunun üzərində də iş gedir. Xahiş edirəm, onu iki dəfə təkrar etdin. Mənim Sizin çıxışınıza heç bir etirazım yoxdur, Fazil müəllim. Amma bir az milli mentalitetə toxunan məsələ kimi gedirsiniz üzərinə, hasarlar hündür, papaq getmir. Vaxtilə bacadan da papaq atırdılar. Onda heç hasar da lazım olmurdu. Bu, bir. İkincisi də, narahat olma, hansı qapıya papaq atsan, mən inanmıram ki, sənin papağın boş gəlsin. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Təmsil etdiyim İmişli, Beyləqan rayonları bu gün Azərbaycanın davamlı olaraq inkişaf edən ən gözəl və müasir rayonlarına çevrilib. Təbii ki, burada görülən işlər, aparılan islahatlar və yeni-yeni obyektlərin tikintisi bir növ hökumətin fəaliyyətinin müsbət dəyərləndirilməsidır. Çox istərdim ki, regionlarda yeni iş yerlərinin açılmasına fikir verilsin və xarici layihələrin reallaşdırılmasına başlanılsın. Bu, yeni iş yerləri, insanların şəhərdən kəndə, rayonlara qayıdışı deməkdir. Təbii ki, rayonlarda müəyyən problemlər var və bunun da obyektiv səbəbləri var. Belə hesab edirik ki, rayonlarda su, qaz və digər problemlərin həlli zaman-zaman öz yerini tutacaqdır.
Mən “Azal”ın xidmətləri ilə bağlı bir təklif etmək istə-yirəm. Bu, dünyada ən yüksək xidmət göstərən hava nəqliyyatından biridir, amma hörmətli hökumət üzvlərindən xahiş edərdim ki, Bakı Beynəlxalq Hava Limanı ilə Bakı şəhəri arasında ictimai nəqliyyatın bərpasına ən azı bu ildən başlanılsın. Əvvəla, artıq sərnişindaşımaların sayı artıb və ölkəyə çoxlu sayda turist gəlir, amma təəssüf ki, Bakı Beynəlxalq Hava Limanına şəhərdən hər hansı bir ictimai nəqliyyat növü getmir.
Meliorasiya və su təsərrüfatı üzrə mənim təmsil etdiyim rayonlarda görülən işlər də, təbii ki, müsbətdir və Dünya Bankı krediti hesabına sudan istifadə edənlərin biliklərinin inkişafına dəstək layihəsi çərçivəsində xeyli işlər görül-müşdür. Amma yenə də belə hesab edirəm ki, bu regionlarda qrunt sularının və şoran torpaqların problemi qalır və növbəti ildə mən nazirlikdən xahiş edərdim ki, bu işlərin aparılmasına yaxından köməklik göstərsinlər. Təbii, rayonlarda elektrik enerjisindən istifadədə müəyyən problemlər var idi. “Azərenerji” ASC-nin yaradılması və hörmətli Baba müəllimin bu vəzifəyə təyinatı bizə ümid verir ki, bu problemlər regionlarda həll olunacaq. Çünki Baba müəllim elə “Bakıelektrikşəbəkə” ASC-də öz fəaliyyəti ilə bunu sübut etmişdi.
Səhiyyə ilə bağlı mən, hörmətli Oqtay müəllim, Sizin fəaliyyətinizi təbii ki, müsbət dəyərləndirirəm. Görülən işlər və büdcədən səhiyyəyə ayrılan pulun faizinin artırılması yeni-yeni texnologiya və tibbi avadanlıqlar deməkdir. Amma çox istərdim ki, kadrların hazırlanması istiqamətində müəyyən işlər sürətləndirilsin. Bir də özəl sektorlarda, özəl xəstəxanalarda qiymətlərin baha olması insanları narahat edir və belə hesab edirəm ki, bu qiymətlərə baxılmalıdır. Adi müayinələr bəzən 200 manata qədər tutur və bu, nizamlanmalıdır.
Məcburi köçkünlərin sosial problemləri ilə bağlı Qaçqın-ların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində Dövlət Proqramını həyata keçirməsi müsbət dəyərləndirilməlidir. Bizim qaçqınların problemlərinin günbəgün həlli göz qabağındadır və təbii ki, onların problemlərinin tam həllini arzulayırıq və bu istiqamətdə aparılan işlərdə uğur diləyirik.
Ədliyyə sistemi və qanunvericiliklə bağlı mən qeyd et-mək istərdim ki, Ədliyyə Nazirliyi hüquqi sahədə dövlət siyasətinin həyata keçirilməsində həddindən artıq fəal iştirak etmişdir və bu sahədə görülən tədbirlər olduqca müsbətdir. Təkcə onu qeyd etmək istərdim ki, Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının və milli qanunvericiliyin elektron bazasının yaradılması və buraya minlərlə sənədin daxil edilməsi bu işin nə qədər ağır olduğunun bariz nümunəsidir. Eyni zamanda, penitensiar müəssisələrdə və ədalət mühakiməsinin həyata keçirilməsində elektron məhkəmənin yaradılması onu göstərir ki, bu sahədə yeni-yeni islahatlar aparılır və bu, təqdirəlayiq haldır. Elektron məhkəmə nə deməkdir? Sadəcə, bir misal da deyim ki, insanlar artıq evlərində oturaraq elektron vasitələrdən istifadə etməklə məhkəmə proseslərini izləyə biləcəklər. SMS-lərlə vətəndaşlar məhkəmələrə dəvət oluna biləcəklər və bu, müsbət hallardan biridir. Ədliyyə Nazirliyinin beynəlxalq sahədə gördüyü işlərlə əlaqədar demək istəyirəm ki, Ədliyyə Naz-irliyinin, şəxsən Fikrət Məmmədovun Beynəlxalq Proku-rorlar Assosiasiyası və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbər vəzifəsində təmsil olunması bu qurumun işinin, təbii ki, müsbət göstəricisidir.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov sədrlik edir
Digər məsələ. Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində görülən işlər həddindən artıq çoxdur. Yeni-yeni layihələrin, mobil xidmətlərin şahidi oluruq. Belə hesab edirəm ki, bu işlərə biz dəstək olmalıyıq. Bu günlərdə 3 SMS xidmətinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən insanların xidmətinə verilməsi müsbət dəyərləndirilməlidir. “ASAN xidmət” isə bir Azərbaycan brendidir və korrupsiyaya qarşı mübarizədə bunu bütün dünyada nümayiş etdirə bilərik. Sonda mən ölkədə aparılan bütün uğurlu islahatların, təbii ki, başında hörmətli cənab Prezidentin dayandığını və bu islahatların həyata keçirilməsinin cənab Baş nazir Artur müəllim başda olmaqla bütün hökumət üzvlərinin üzərinə düşdüyünü qeyd edirəm və onların işini müsbət dəyərləndirirəm. 2015-ci ildə isə hökumətə yeni-yeni uğurlar arzu edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzv-ləri, həmkarlar! 2014-cü il üçün Azərbaycan Respublikası hökumətinin təqdim etdiyi hesabatla tanış olduq. Hesab edirəm ki, parlamentə təqdim olunan hesabat yüksək səviy-yədə hazırlanmışdır. Nazirlər Kabinetinin hesabatında ölkədə gedən islahatlar, quruculuq və abadlıq işləri ətraflı şəkildə göstərilmişdir. İqtisadiyyat, sənaye, aqrar, sosial sahələrdə görülən işlər, icra edilən layihə və dövlət proqramları, onların icra vəziyyəti konkret rəqəm və göstəricilərlə sənəddə öz əksini tapmışdır. Regionlarda bölgələrin inkişafı üçün həyata keçirilən işlər xüsusi vurğulanmalıdır. Bütün bunların əsasında isə, şübhəsiz, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü balanslaşdırılmış siyasət durmaqdadır. Məhz ölkə rəhbərliyinin fəaliyyəti nəticəsində ötən il nəzərdə tutulan böyük layihələr icra edilmiş, yüksək nəticələr qazanılmışdır. Bütün dünyada müşahidə olunan xoşa-gəlməz tendensiyalardan Azərbaycan iqtisadiyyatı 2014-cü ildə kənarda qala bilmişdir.
Təmsil etdiyim Sumqayıt şəhəri də cənab Prezidentin diqqət və qayğısını daim öz üzərində hiss etmişdir. Prezident İlham Əliyev şəhərimizdə olmuş, bilavasitə onun tapşırığı ilə icra olunan işlərlə tanış olaraq, öz dəyərli tapşırıq və göstərişlərini vermişdir. Şəhərdə istər hökumətimiz, istərsə də yerli icra orqanları tərəfindən xeyli işlər görülmüşdür. Mən burada ötən dövr ərzində Sumqayıta göstərdikləri diqqətə görə seçicilərim adından ölkə başçısına, hökumətimizə təşəkkür etmək istərdim. Belə ki, təmsil etdiyim dairədə olan bir sıra problemlərlə bağlı müraciətlərə baxılmış və problemlər öz həllini tapmışdır. 2015-ci illə bağlı mən Sumqayıta dair bəzi həllinə ehtiyac olan məsələləri hökumətimizin diqqətinə çatdıraraq şəhərimizə dəstək olmasını xahiş edərdim. Belə ki, bu məsələlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin diqqətində olsa da, onların həlli üçün hökumət sə-viyyəsində dəstəyin olmasına ehtiyac vardır. Mən bu məsə-lələri büdcənin müzakirəsi zamanı da qaldırmışdım. Mən anlayıram ki, bu məsələlər kifayət qədər ciddi məsələlərdir, ciddi maliyyəyə ehtiyac vardır və bu baxımdan bir daha onları hökumətin diqqətinə çatdırmaq istərdim.
Birinci məsələ Acıdərə adlanan axarla bağlıdır ki, onun boruya alınmasına ehtiyac vardır. Bu axar az qala 9 kilometr uzunluğundadır, buraya davamlı şəkildə tullantılar, kanalizasiya suları axıdılır. Bu axarın ətrafında xeyli insan yaşayır, digər tərəfdən bu axar ciddi ekoloji problemlərin mənbəyinə çevrilməkdədir. Yağış yağanda su xeyli artır, kənara çıxır və ciddi problemlərin yaranmasına səbəb olur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin də bu məsələ ilə bağlı müraciəti olub. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanıb. Onun icrasına isə maliyyə və hökumətin qərarı lazımdır.
Digər məsələ şəhərdə olan yataqxanalarla bağlıdır, xeyli sayda yataqxananın təmirinə ehtiyac vardır. Orada məcburi köçkün soydaşlarımız məskunlaşmışlar. Cəmi 17 belə yataqxana mövcuddur. Onların hamısının olmasa da, müəyyən qədər daha pis vəziyyətdə olanlarının təmirinə dəstək verilməsini xahiş edirəm. Bir daha hesabata görə hökumətimizə təşəkkür edərək bildirmək istəyirəm ki, hesabat yüksək səviyyədə hazırlanmışdır və mən də həmkarlarım kimi ona səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri! Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyətinə dair hesabatı cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında yürüdülən sosial-iqtisadi, siyasi və digər sahələrdə həyata keçirilən dövlət siyasətini ümumiləşdirilmiş şəkildə əhatə etdiyi və lazımi səviyyədə hazırlandığı üçün ona səs verəcəyəm. Ötən il ölkəmiz böyük bir inkişaf yolu keçib, proqramlar yerinə yetirilib, yeni müəssisələr açılıb, müasir yollar, körpülər, keçidlər inşa edilib. Bunları çox geniş sadalamaq istəmirəm.
Çox hörmətli Oqtay müəllim, həllini zəruri hesab etdiyim bir neçə məsələyə dair mülahizələrimi bildirmək istəyirəm. Müasir şəraitdə peşə-texniki məsələlərin dövlət büdcəsindən maliyyələşdirilməsi əlavə yük olduğundan onların özəlləşdirilməsinin xeyir verə biləcəyi qənaətindəyəm. Ölkəmizə gətirəcəyi fayda nəzərə alınaraq universitetlərimizin yataqxanalarının tikintisi, xarici ölkələrdən gənclərin təhsil üçün cəlb edilməsi, səfirliklərimizdə təhsil müşaviri vəzifəsinin açılması xeyirli olardı. Azərbaycan azad bir ölkə olduğundan gənclərimiz hansı ölkədə təhsil almaq istəyirlərsə və ailənin imkanı varsa, oralara da üz tuturlar. Lakin ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin yalnız attestatla digər ölkələrin universitetlərinə qəbul olunmaları onların haqqı olsa da, prosesin bu qaydada davam etməsinin yaxın gələcəkdə milli maraqlarımız baxımından ağır nəticələrə gətirib çıxaracağı qənaətindəyəm. Məlum olduğu kimi, həmin gənclərin bir qismi zəif oxuyur, bakalavr təhsilini 4 ilə deyil, 5, 6, bəzən 8 ilə bitirir, bəzən də heç bitirə bilmir. Azərbaycan ailələri həmin universitetlər üçün az qala donora çevrilirlər. Nəticədə həm ailələr, həm cəmiyyətimiz, həm də dövlətimiz üçün ağır olur. Müasir qurumların həmin məsələləri dərindən bildiklərinə inanaraq geniş danışmaq istəmirəm. Bunun qarşısını inzibati yolla almaq mümkün deyil. Ona görə də fikrimcə, alternativlər barədə düşünmək lazımdır. Hər şeydən əvvəl həmin gənclərin müəyyən şərtlər çərçivəsində bəlli bal müəyyənləşdirilərək ölkəmizdə təhsil almalarına müvafiq qaydada icazə verilməsi faydalı olardı. Xarici ölkələrə tələbə göndərməyi tədricən azaltmaqla ya-naşı, görkəmli xarici ölkə alimlərini dəvət edərək ali məktəblərimizdə işlə təmin etmək təhsilimizə və elmimizə daha çox fayda verərdi.
Müxtəlif təsir altına asanlıqla düşə bilən azərbaycanlı uşaqların din təhsili adı altında xarici ölkələrdə bir neçə il qalmasını, geri döndükdə isə məscidlərə doluşmasını döv-lətimizin bütövlüyü, millətimizin birliyi, ölkəmizdəki icti-mai-siyasi sabitlik üçün təhdid hesab edirəm. Bunun qar-şısının inzibati yolla alınmasını, dinin dövlətdən ayrı olma-sına baxmayaraq, müvafiq qurumların dini təhsilə müəyyən şərtlər daxilində diqqət ayırmasını, Bakı İslam Univer-sitetinin gücləndirilməsini milli təhlükəsizlik baxımından faydalı hesab edirəm.
Fikrimcə, bundan sonra ölkəmizdə sanki neft və qaz hasil olunmur düşüncəsi ilə sosial-iqtisadi siyasəti formalaşdırmaq zamanı gəlib çatıb. Qiymətlərin süni surətdə artırılmasına qarşı müvafiq qurumların gördüyü işlər əhalinin maraqlarının qorunması baxımından müsbət olsa da, azad bazar qanunlarına nə qədər uyğundur? Azad bazar iqtisadiyyatında qiymətləri tələb və təklif tənzimlədiyindən belə müdaxilələrin davam etdirilməsi bir müddət sonra ölkədə qıtlığa gətirər, bunun da ağır fəsadları olar. Ona görə də zəruri bazar iqtisadiyyatı qanunlarına riayət olunması, eyni zamanda, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələri üçün indiyə qədər görülən tədbirlərin imkan daxilində davam etdirilməsi faydalı olardı. Cənab Prezidentimizin ünvanlı dövlət sosial yardımı alanların həmin yardımı alması müddətinin 2 il uzadılmasına dair dünən imzaladığı sərəncamı bu baxımdan əhəmiyyətli hesab edirəm. Sonda inanıram ki, Avropa oyunları ölkəmizdə ən yüksək səviyyədə keçiriləcək, dünya idman tarixində bir örnək olacaq.
Hörmətli hökumət üzvləri! Hava limanı ərazisində taksi xidməti sahəsində qayda-qanun yaradılmasa, xaricilərin ölkəmiz haqqında formalaşmış müsbət rəyinin üzərinə kölgə düşə bilər. Nəhayət, Avropa oyunlarında iştirak etmək üçün ölkəmizə olacaq turist səfərlərini ən yaxşı şəkildə təşkil etmək üçün indidən hazır olduğumuz qənaətindəyəm.
Çox hörmətli Oqtay müəllim, hesabata səs verəcəyəm. Hörmətli həmkarlarımı da buna dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Təşəkkür edirəm, Oqtay müəllim. Hesabatla bağlı ədalətli mövqe tutub, hansısa real bir fikir söyləmək üçün ilk növbədə hesabatın hansı beynəlxalq şəraitdə və daxili vəziyyətdə verildiyinə diqqət çəkmək istərdim. Bu gün beynəlxalq güc beynəlxalq hüquqa diktə edir, dünyanın super dövlətləri üz-üzə qalıb, islam dünyasına qarşı bir cihad var, iqtisadi böhran dünyanı öz cənginə alıb. Belə bir beynəlxalq şəraitdə hökumət hesabat verir.
Daxili cəhətdən. Azərbaycan Avropa oyunlarına hazırlaşdığı bir dövrdə bir sıra beynəlxalq qurumlar Azərbaycanın haqq işinə ləkə yaxır, Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmaq üçün hər cür uydurmalara əl atır, içimizdən olan denikinlərlə birləşib bizim üçün daha ciddi problemlər yaradır. Məhz bu problemlər məngənəsində, bu problemlərin mövcud olduğu şəraitdə hökumət hesabat verir. Hesabatdan tələb olunan cəhətlər nədən ibarət olmalıdır?
Birincisi, dövlət başçısının irəli sürdüyü strateji kursu bu gün bu hökumət uğurla davam etdirə bilirmi? Təbii, davam etdirir. İkincisi, Azərbaycan dünyanı bürüyən bu iqtisadi böhrandan əgər cüzi zərərlə çıxa bilirsə, bu, hökumətin ən böyük hesabatıdır. Azərbaycan bu gün MDB məkanında boy sırasında öz yerini qoruyub saxlaya və bu yerdə şux dayana bilirsə, bu, hökumətin ən böyük hesabatıdır. 10 illərdən bəri davam edən iqtisadi və siyasi prosesləri, ölkədəki sabitliyi hökumətin ən böyük hesabatı hesab etmək olar. Vaxt imkan vermir, mən ayrı-ayrı detallar üzərində dayanım.
Bunları diqqətə çatdırmaqla yanaşı, bir neçə məqamı da demək istəyirəm. Mən istərdim ki, hökumətin hesabatında ilk növbədə Artur müəllim yeni bir variantda hansısa fikir söyləsin. Bu nədən ibarətdir? Bu hökumət monolitdir, birdir, vahiddir, vahid orqan kimi fəaliyyət göstərir. Ancaq mən istərdim ki, bunların içərisində daha böyük iş təcrübəsi olan, daha müsbət addımlar atan, öz iş təcrübəsi ilə başqasına nümunə olan məmurların, strukturların adı çəkilsin. Bax, bu, təbii ki, işimizə kömək edərdi. Mən ömrümdə yarınmaq üçün, hamı bilir, danışmamışam. Amma indi dünyanı bilmək olmaz, növbəti hesabatda fikir söyləyə biləcəyəm, yoxsa yox. Qoy içimdəki bir məqamı bölüşüm.
Artur müəllim, Siz Baş nazir kimi özünüz elə nümunə-siniz. Özü də biləsiniz, Artur müəllimlə bu günə qədər nə əl tutmuşam, nə görüşmüşəm, nə rəsmi, nə də qeyri-rəsmi müraciətim olub. Amma bir məmur əxlaqı var. Mənə elə gəlir ki, Milli Məclisin üzvlərinin hamısı mənimlə razılaşar, məmur əxlaqı ən böyük uğurdur, ən böyük hesabatdır. Vaxtilə Cümhuriyyət dövründə Nəsib bəy Yusifbəyli Baş nazir olanda atasına məktub yazır ki, ata, mənim əmək haqqım qurtarıb, mənə bir az pul göndər. Biz düşünürdük ki, bu necə ola bilər, Baş nazir pulsuz qalsın, atası da deyir, pulum yoxdur sənə verəm, Baş nazirsən, get, dolan. Bu gün bax, bu cəhət bizim üçün ən vacib cəhətlərdən biri olmalıdır. Bu gün Nazirlər Kabineti regionlara yaxınlaşır, bu çox gözəl, müsbət iş təcrübəsidir. Ayrı-ayrı dövlət strukturlarından olan məmurlar regionlara, insanların yanına, onların xidmət etdikləri yerlərə gedirlər.
Nəhayət, sonda yenə də “Mənim dərdim Vətən dərdidir” məsələsini gündəmə gətirmək istərəm. Mən eşitmişdim ki, bəxti gətirməyən insanlar, bəxti yatan qızlar olur, amma “bəxti yatan yol” məfhumunu bu gün istərdim, siyasi leksikona daxil edim. Cəlilabad–Yardımlı yolu başlananda Rusiya Gürcüstana hücum etdi, yol yarımçıq qaldı. İndi yenidən tikmək istəyəndə dünyanı iqtisadi böhran götürdü. Mən arzu edərdim, hökumət onun bəxtini açsın. Hər bir hökumət üzvünə can sağlığı, uzun ömür, işlərində uğurlar arzu edirəm. Sağ olun.
Sədrlik edən. Yəqin, bəxti açılacaq, narahat olma. Zahid Oruc.
Z.Oruc. Sağ olun, təşəkkür edirəm. Hörmətli cənab Sədr, mən çıxışıma başlamazdan qabaq Sizdən xahiş etmək istəyirəm. Həcc ziyarətində olan millət vəkilləri öz vaxtlarını mənə veriblər, çox xahiş edirəm ki, imkan olsa, Siz də bayram günündə bu xeyirxahlığı göstərəsiniz və 10 dəqiqə danışmağıma şərait yaradasınız.
Sədrlik edən. Mən başa düşmürəm, sən hacı olmusan? Kim vaxtını verib? Siyahıda qabaqda olanlardan kim vaxtını sənə verib?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çıxışını davam elə.
Z.Oruc. Cənab Sədr, hörmətli Hacı Madər başda olmaqla dedi ki, nəinki indi, gələn parlament dönəmində də hər ikimizin seçilmək imkanımız olsa, 5 il danışmaq imkanımı sənə verirəm.
Sədrlik edən. Ona görə də, mən verməyəcəyəm. 5 dəqiqə danış, qurtarsın getsin.
Z.Oruc. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Mənim 5 dəqiqə ən azı müsbət mə-qamları söyləmək imkanım var idi, onu əlimdən aldılar. Ona görə də, icazə verin, əslində, bu gün parlamentdə daha çox gözlənilən məqamlar üzərində dayanım. Əslində, fevralın 21-dən sonra hökumət belə geniş tərkibdə parlamentdə ilk dəfədir. Cəmiyyət də, elə parlament üzvləri də, dövlət adamları da hökumət üzvlərindən daha mötəbər mövqe gözləyirlər. Hökumətin 2014-cü ildəki fəaliyyəti 2012, 2013-cü ildəkindən fərqli bir dönəmdə baş verirdi. Rusiya–Ukrayna münaqişəsi, beynəlxalq sanksiyaların tətbiqi, heç şübhəsiz ki, Azərbaycana da bu və ya digər formada təsir edirdi. Lakin biz 2014-cü ildən yaxşı mənada ötüşə bildik.
2015-ci il üçün fevralın 21-də verilmiş qərarla biz parla-mentdən baxışımızı sərgiləmişdik, istəyirəm ki, hökumət üzvləri burada olduqları üçün bunu eşitsinlər. Mən buna tərəfdar olmuşdum, bunu maliyyə sabitliyinin təminatı yolunda mühüm addım kimi dəyərləndirmişdim, bu gün də o mövqeyimi qoruyub saxlayıram. Hesab edirəm ki, bizim iqtisadçıların cəmiyyətə bu məsələ ilə bağlı verdikləri düz-gün olmayan fikirlər fonunda hökumət bu gün ortalığa daha yaxşı mövqelərini qoya bilər. Çünki cəmiyyətdə yenə də gözləmə mövqeyi var, bank sektoruna etibar müəyyən qədər azalıbdır, panika mühiti var, iqtisadi əlaqələrin öləziməsi var və sair. Bu formada mən söyləmişdim ki, manatın dollara nisbətən 33,5 faiz dəyərini itirməsi manatın alıcılıq qabiliyyətinin 33,5 faiz itirilməsi demək deyil. Bunu kimsə cəmiyyətə bu cür təqdim edibsə, o, iqtisadiyyatı yaxşı bilmir.
İkinci məsələ banklarda olan əmanətlərlə bağlıdır. Bilir-siniz ki, 6,2 milyon vətəndaşın 7 milyard manat ekvivalen-tində vəsaiti var, bu, 13,5 manat şəklindədir. Bizim bir çox iqtisadçılar, ayrı-ayrı dairələr, elə vətəndaşlar da fevralın 21-dən avtomatik olaraq öz vəsaitlərindən 33,5-i çıxdılar. Siz soruşursunuz ki, o vəsait necə olub? Buxarlanmayıb və yaxud da ki, başına bir iş gəlməyib. Onlar avtomatik riyaziyyat edərək o pulu onun üzərindən çıxmışlar. Halbuki bir daha deyirik, əgər qiymətlər 15 faiz, 25 faiz, 55 faiz qalxmış olsa, manat öz alıcılıq qabiliyyətini itirmiş olacaqdır. Devalvasiya faizini avtomatik manatın üzərindən çıxmaq yanlışdır.
Məsələn, mən nümunə göstərə bilərdim, vaxt məni sıxır. İran rialı dollara nisbətən 300 faizdən artıq dəyərini itirib. Amma ölkədaxili məhsullar, mallar öz qiymətini saxlayıb. Son 6 ayda Türkiyə lirəsi 24 faiz öz dəyərini itirib, amma yenə də minlərlə məhsul öz qiymətini saxlayıb. Təkcə ona görə deyil ki, daxili istehsal güclüdür və sair. Mən, əlbəttə, deyə bilərdim ki, əmanət banklarında dollarla olan 3,5 mil-yard vəsait, yeri gəlmişkən, 82 faiz təşkil edir. 20 fevralda öz vəsaitini götürmüş adamın, məsələn, 15 min dollarını götürmüş adamın həmin vəsaiti manat ekvivalentində 10 min 500 manat edəcəkdi. Amma indiki dövrdə 15 min 500 edir. O qazanıb, udub. Evlərində, əmanət banklarında dolları olanlar udublar. Amma bu udmaq haqqında danışan yoxdur. Təbii ki, dollarla kredit borcu olanlar üçün ciddi problem var. Hesab edirəm ki, Mərkəzi Bankın rəhbərinin burada iştirakını nəzərə alaraq biz bu bayram günündə cəmiyyətə mühüm mesajı buradan verə bilərik.
Mən düşünürəm ki, biz qarşıdakı dönəmə daha çox yönəlik addımlar atmalıyıq. Bu da ondan ibarətdir ki, devalvasiya nə qədər inflyasiya yaradacaqdır. Bu, dünyada ötən dəfə də söylədiyimiz kimi, bizdən əvvəl kəşf olunmuş düstur şəklindədir. O da ondan ibarətdir ki, devalvasiya özünün onda biri nisbətində inflyasiya yaradacaq. Bu, iqtisadiyyatda monopol qrupların iştirak edib-etməməsindən və sairdən asılı deyil. Bu, iqtisadiyyatın xarakterindən asılı deyil. Ona görə də biz qiymət artımlarının süni şəkildə olmasına nə qədər qarşıyıqsa, qiymətləri süni şəkildə saxlamağın da əleyhinə olmalıyıq. Çünki biz sovet iqtisadiyyatına qayıtmamışıq. Ona görə mən düşünürəm ki, dövlət bütün başqa ölkələrdə olmuş kəskin devalvasiyadan sonrakı addımları atmalıdır. O da nədən ibarətdir? Təbii ki, biz büdcəyə yenidən baxmalıyıq, gömrük rüsumlarını dəyişmək lazımdır, ölkəyə 31 milyard xarici ticarət dövriyyəsi fonunda 6100 adda məhsul idxal edirik. Bu fonda bilirik ki, hansı məhsulların qiymətlərində nə qədər kəsir ola bilər. Ona görə də gömrük rüsumları, vergi dərəcələri, bank faizləri yönümündə addımlar atmaq lazımdır ki, təbii iqtisadi metodlarla bu qiymətləri qoruyub saxlayaq. Əlbəttə ki, panik qiymətlər, ajiotaj doğuran qiymətlər hələ malların üstündədir, baxmayaraq ki, dollarla gələn mallar bu qədər deyil. Amma əminəm ki, sonrakı dövrdə hökumət tərəfindən atılan addımlar bu qiymət artımının qarşısını almış olacaqdır.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hörmətli cənab Baş nazir, kabinet üzvləri, hörmətli millət vəkilləri! Mən də hər birinizi ilaxır çərşənbə münasibəti ilə təbrik edirəm və fəaliyyətinizdə, şəxsi işlərinizdə uğurlar arzulayıram. Həm də Azərbaycan xalqını bu gün TANAP layihəsinin əsasının qoyulması münasibəti ilə təbrik edirəm. Bu, Azərbaycanın Avropaya inteqrasiyasının bir iqtisadi mərhələsidir. Təbii ki, onun siyasi və coğrafi mərhələsi də gələcəkdə özünü göstərəcək. Bu bizim üçün çox uğurlu, həm də iqtisadi və siyasi müstəqilliyimiz üçün qarant olan addımlardan biridir. Bu münasibətlə də mən xalqımızı təbrik edirəm.
Hökumətin 2014-cü il hesabatı ilə bağlı. Oqtay müəllim keçən dəfə 8 martla bağlı dedi, bu gün də ilaxır çərşənbədir. Təbii ki, heç kimin bayram ərəfəsində xətrinə dəymək istəmirdik, amma hər halda hesabatın gələcəyi ilə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Güman edirəm ki, bu gün keçən ildəkindən daha çox gələcəyə baxmağa yüklənmişəm. Çünki artıq keçən il başa çatıb, situasiyalar da fərqlidir. Həm ölkədə, həm də dünyanın neft bazarında qiymətlər fərqlidir. Buna görə də hökumətə bir neçə təklifim var. Bundan əvvəl də qeyd etmişdim, iqtisadiyyatın neft üzərində köklənməməsi və iqtisadiyyatın fərqli doktrinasının hazırlanması məsələsi. Hökumətə təklif edərdim ki, iqtisadiyyatın fərqli doktrinasını hazırlasın, ilk növbədə isə idarəetmədə ciddi israfçılığın aradan qaldırılması istiqamətində addımlar atsın. Hakimiyyət düşünməlidir, hökumət düşünməlidir ki, Nazirlər Kabineti və komitələr, ayrı-ayrı strukturlar təmərküzləşməli və idarəetmədəki məsrəf bolluğu, çoxluğu bugünkü situasiyada aradan qaldırılmalıdır. Bu, birincidir.
İkinci, ölkənin iqtisadi siyasətinin cizgiləri düzgün müəyyən olunmalıdır. Azərbaycan kənd təsərrüfatı istiqamətində fərqli bir rels üzərinə çıxarılmalıdır. Bu gün kənd təsərrüfatı ilə bağlı məhsullara, həm də idxal olunan məhsullara diqqət etsəniz, görərsiniz ki, onun böyük əksəriyyətini qida məhsulları təşkil edir. Digər sahələrin demoqrafik və milli təhlükəsizlik, coğrafi prinsiplərində kifayət qədər problemlər var. Bunun aradan qaldırılması üçün kənd təsərrüfatında həvəsləndirmə olmalıdır. Xaricə çıxarılacaq mallar üçün dövlət əlavə vəsait verməlidir ki, insanlar stimullaşdırılsınlar. Bu, Türkiyədə də var, hətta Rusiyanın özündə də var, digər postsovet ölkələrində də var ki, xaricə yerli mal çıxaranlar dövlətə 18 faiz miqdarında əlavə dəyər vergisini 3 aydan sonra ödəyirlər. Bu, yeni bir stimul olacaq və kənd təsərrüfatı məhsullarının həm daxili bazara, həm də xaricə çıxarılması üçün yeni bir təkan olacaq. Daxili bazarda məhsullara diqqət etsək, hər zaman hökumət üzvləri də qeyd edirlər, statistikada da göstərilib ki, böyük əksəriyyətini yerli məhsullar təşkil edir. Mən bu rəqəmlərlə və statistika ilə razı deyiləm. Verilən məhsulların böyük əksəriyyəti yarımfabrikat şəklində Azərbaycana gətirilir və burada qablaşdırılır. Bunu etiraf etmək lazımdır. Ona görə də qiymətlər kəskin surətdə qalxmağa meyillidir və qalxır, hökumət də onu tənzimləyə bilmir.
Hökumət bu gün qiymətləri süni surətdə tənzimləməyə çalışacaqsa, ciddi problemlə üzləşəcək. Heç bir sahibkara hökumət “sən qiyməti aşağı sal və yaxud da bu qiymətə sat” deyə bilməz. Azad bazar şəraitində onun buna, sadəcə, haqqı çatmır. Çünki həmin malı hökumət vermir ona. O ad-am malı gətirib, alıcı istəsə alacaq, istəməsə almayacaq. Hökumət təbii rəqabət prinsipini həyata keçirməklə, inhisarı aradan qaldırmaqla bazarda qiymətlərin təbii tənzimlənməsinə şərait yaratmalıdır. Mən baxıram, bəzən ekranlarda, efirlərdə göstərirlər, bu qiyməti niyə qaldırmısan? Sizə nə? Hökumətə nə dəxli var onun? Xaricdən gətirdiyim məhsulun qiymətini 100 manata qoyuram. Alıcı istəsə alacaq, istəməsə almayacaq. Sən rəqabət prinsipini, yəni o qiymətlərin satılmayacaq qorxusunu müəyyənləşdir ki, o sata bilməsin, normal rəqabət şəraitində başqası malını satacaq və bunun malı əlində qalacaq. Bu müəyyən olunmur, zorakı yollarla qiymət tənzimlənməsi 1 ay, ay yarım davam edə bilər. Ondan sonra təbii halını alacaq. Çünki ölkədə, yenə də deyirəm, ciddi rəqabət problemi var. İnfrastruktur layihələrində çox ciddi problemlər var. Məsələn, infrastruktur layihələrini ölkənin gələcəyi üçün turizm və sair istiqamətdə xərcləyən Azərbaycan hökuməti düşünmür ki, Avropaya cəmi 8–10 reysi var? Bu turizm necə inkişaf edə bilər? Haradan gələcəklər? 8–10 təyyarə reysi ilə turist ölkəyə hansı yollarla gələcək ki, Azərbaycan bundan qazansın? Bu, mümkün olan şey deyil. Bunun alt yapısı, ciddi strukturlaşması fərqli şəkildə həyata keçirilməlidir. Təəssüf ki, vaxt azdır, mən yenə də bayram münasibəti ilə hamını təbrik edirəm.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hör-mətli Baş nazir, hörmətli deputatlar və hökumət üzvləri! Əsası ümumi liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və müstəqil Azərbaycan Respublikasının milli maraqlarına, davamlı inkişafına, xalqın həyat səviyyəsinin yaxşılaşmasına xidmət edən iqtisadi strategiya ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə respublika hökuməti tərəfindən aparılan məqsədyönlü və ardıcıl siyasət nəticəsində uğurla reallaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hörmətli Baş nazirimiz Artur Rasizadənin geniş və əhatəli çıxışı, təqdim edilmiş materialların təhlili onu deməyə əsas verir ki, respublikamızda həyata keçirilən iqtisadi siyasət Azərbaycan xalqının həyat səviyyəsinin ildən-ilə yüksəlməsinə xidmət etməyə, ölkədə davamlı sosial-iqtisadi inkişafa, ərzaq təhlükəsizliyinin təmin olunmasına və dayanaqlı cəmiyyətin formalaşmasına yönəlmişdir. Hərtərəfli düşünülmüş sosial-iqtisadi sahələrin hər birinin tarazlı inkişafını təmin edən bu siyasət nəticəsində 2014-cü ildə ölkəmizdə əsas makroiqtisadi göstəricilərin yaxşılaşması davam etmişdir. Bu barədə istər hesabatda, istərsə də çıxışlarda ətraflı bəhs edildi və mən onları təkrar edib vaxtınızı almaq istəmirəm.
Aqrar siyasət komitəsinin sədri kimi qeyd etmək istə-yirəm ki, keçən il ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində həlledici rolu olan kənd təsərrüfatı üçün də uğurlu il olmuş-dur. Dünyada gedən iqtisadi böhrana, 2014-cü ildə havaların həddən artıq quraqlıq keçməsinə baxmayaraq, 5,2 milyard manatlıq məhsul istehsal olunmuş, bütün növ heyvandarlıq məhsullarının, bitki yağlarının istehsalında artım əldə edilmişdir. Keçən il meyvə-tərəvəz məhsullarının ixracı 2013-cü ilə nisbətən 16,1 faiz artmış, idxalı isə 13,4 faiz azalmışdır. Kənd təsərrüfatında əldə olunan uğurlu nəticələr, ölkədə aparılmış aqrar islahatlar hər şeydən əvvəl ölkə rəhbərliyinin bu vacib sahəyə çox ciddi diqqət və qayğısı ilə əlaqədardır. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar sayəsində kənd təsərrüfatı isteh-salçılarına subsidiyaların verilməsi, onlara müxtəlif mənbə-lərdən güzəştli dövlət kreditlərinin ayrılması, aqrolizinq yolu ilə texnika, gübrə, yüksək məhsuldar damazlıq heyvanlar və bitki toxumları ilə köməklik göstərilməsi keçən il də davam etdirilmişdir. Kənd təsərrüfatının əsas məsələlərindən olan istehsal edilən məhsulun satışında qiymət artımının qarşısını almaq, məhsulu itkisiz saxlayıb ilin bütün fəsillərində bazarlara çıxarılmasını təmin etmək üçün hökumətin həyata keçirdiyi müvafiq tədbirlər öz bəhrəsini verir. Bu göstərilənlər onu sübut edir ki, neftdən əldə edilən gəlirlər qeyri-neft sektorunun, o cümlədən iqtisadiyyatımızın prioritet sahələrindən olan kənd təsərrüfatının inkişafına yönəldilir.
Bununla yanaşı, hökumətin diqqətini həllini gözləyən bəzi məsələlərə cəlb etmək istəyirəm. Bildiyiniz kimi, hazırda qüvvədə olan bir çox qanunlarda və Nazirlər Kabinetinin qərarlarında genetik modifikasiya olunmuş bitkilərin ölkəmizə idxalı və becərilməsi qadağan edilmiş və belə bitkiləri becərənlərə subsidiya verilməməsi öz əksini tapmışdır. Buna baxmayaraq, hələ də genetik modifikasiya olunmuş orqanizmləri genetik materiallarda və məhsullarda aşkar etmək üçün müvafiq laboratoriya qurulmamış və həmin materiallar yoxlanmadan idxal olunur. Yaxşı olar ki, bu məsələ tezliklə öz həllini tapsın və həmin məhsulların idxalının qarşısı alınsın, çünki sonra çox gec olacaq. Unutmayaq ki, bu orqanizmlərlə çirklənmiş torpaqları tam təmizləmək üçün 17 ilə qədər vaxt lazımdır.
İkinci bir məsələ ərzaq təhlükəsizliyi məsələsi olan tox-umçuluq ilə bağlıdır. Toxumçuluq həm bitkiçiliyin, həm də heyvandarlığın intensiv inkişafını təmin edən amildir. Ona görə də biz çalışmalıyıq ki, əsasən, ərzaq məhsullarının becərilməsi üçün tələb olunan həcmdə yüksək reproduksi-yalı toxum istehsalı təmin olunsun. Əgər hər hansı ərzaq məhsulunun istehsalı üçün lazım olan toxumu xaricdən alırıqsa, bu o deməkdir ki, ölkəmiz həmin məhsula görə idxaldan asılıdır. Fərəhli haldır ki, ölkə Prezidentinin sərəncamı ilə bu yaxınlarda dövlət toxum fondunun yaradılması qərara alınmış və müvafiq göstərişlər verilmişdi. Hesab edirik ki, hökumət bu fondun imkanlarından istifadə edərək elit toxum istehsalının xüsusi çəkisini hazırkı 1,3 faiz səviyyəsindən 10–12 faizə çatdırılması üçün əsaslı tədbirlər görəcəkdir. Fürsətdən istifadə edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2015-ci ili kənd təsərrüfatı ili elan etdiyinə görə, deputat həmkarlarımın adından minnətdarlığımızı bildirirəm. Hesab edirəm ki, Prezidentin kənd təsərrüfatına, aqrar sektorda çalışanlara göstərdiyi bu böyük diqqət və qayğı hörmətli Baş nazirimiz Artur Rasizadə başda olmaqla hökumətin bütün üzvləri tərəfindən dəstəklənəcəkdir. Mən Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyətini müsbət qiymətləndirərək dəstəkləyirəm və hesabatın qəbul olun-masına səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, hökumət üzvləri və media təmsilçiləri! Mən qarşıdan gələn bahar bayramı münasibəti ilə sizin hamınızı ürəkdən təbrik edirəm, sizə və ailənizə xoşbəxtlik, səadət və firavan günlər arzu edirəm. Ötən il beynəlxalq münasibətlər sistemində özünü açıq şəkildə ifadə edən dərin siyasi böhran, bunun ənənəvi olaraq iqtisadiyyat və maliyyə sahəsinə vurduğu ağır zərbələr dünya iqtisadiyyatında qeyri-sabitlik şəraiti yaratmışdır. Belə bir ağır durumda ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik və çevik siyasət ölkəmizin dinamik inkişafını, regionların sosial-iqtisadi yüksəlişini, yeni mərhələyə daxil olmasını, iqtisadiyyatın şaxələndirilməsini, əlverişli investisiya mühitinin qorunub saxlanmasını və əhalinin həyat səviyyəsinin artırılmasını təmin etmişdir. İqtisadi inkişafın ən mühüm göstəricilərindən biri məhz bu gün bir neçə saatdan sonra Qarsda təməli qoyulacaq TANAP layihəsinin reallaşmasına doğru atılan addımda özünü bir daha təsdiq edir. Ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi prosesi davam etmiş, Azərbaycan Respublikası Sa-hibkarlığa Kömək Milli Fondundan 2014-cü ildə 244 milyon manat vəsait bu məqsədlər üçün ayrılmışdır.
Diqqəti cəlb edən vacib cəhətlərdən biri fonddan qeyri-neft sektorunun ən mühüm sahəsi olan aqrar sektora daha çox maliyyə vəsaitinin ayrılmasıdır. Büdcəyə daxilolmanın başlıca funksiyasını həyata keçirən Vergilər Nazirliyi üzərinə düşən vəzifəni peşəkarlıqla yerinə yetirmiş, iqtisadi və maliyyə sektorunun aparıcı nazirlikləri və komitələri ötən illərin uğurlarına öz töhfələrini vermişlər. Ölkəmizdə informasiya cəmiyyətinin qurulması, yüksək texnologiyaların inkişafında ciddi addımların atılması, təhsil, sosial təminat sahələrində aparılan islahatlar, səhiyyə sistemində həyata keçirilən modelləşmə, kənd təsərrüfatında başlanan və uğurla davam etdirilən yeniləşmə, kənd təsərrüfatında suvarma sisteminin müasir tədqiqat səviyyəsində qurulması, yerüstü kanalların çəkilməsi, Bakının və regionların su və kanalizasiya sisteminin yenidən qurulması 2014-cü ilin yadda qalan hadisələrindəndir. Əhalinin ən çox münasibətdə olduğu Dövlət Əmlak Komitəsində elektron xidmət sahələrinin yaradılması da ötən ilin uğurlarından biri kimi diqqəti cəlb edir.
Bütün bunlarla bərabər, bir sıra təkliflər üzərində də da-yanmaq istərdim. Ölkə Prezidenti aqrar sektorun inkişafını sürətləndirmək üçün fermerlərə güzəştlər edir, bu mühüm sahəni stimullaşdırmaq üçün ardıcıl olaraq əhəmiyyətli addımlar atır. Millət vəkili olaraq bizə aqrar sektorla bağlı bir sıra müraciətlər olur. Onlar xahiş edirlər ki, güzəştlər həm də müasir texnologiya əsasında aqrolizinq xətti ilə ti-kilən və tərəvəz istehsal edən istixanalara da şamil edilsin. Bu sahənin ilboyu ölkə əhalisinin tərəvəzə olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayacağını nəzərə alıb onların müraciətlərinə diqqətlə yanaşmağı hökumətdən xahiş etməyi özümə borc bilirəm.
İkinci vacib saydığım məsələ texniki peşə məktəblərinin genişləndirilməsi ilə bağlıdır. Doğrudur, bu sahədə son vax-tlar müəyyən işlər görülmüşdür. Məncə, məşğulluğun və gənclərimizin iş ilə təmin olunmasının ciddi nəticələri məhz bütün sahələr üzrə müasir tələblərə cavab verən texniki peşə məktəbləri şəbəkəsinin yaradılmasının sürətləndirilməsindən keçir, bu məqsədlə xüsusi dövlət proqramının qəbul edilməsinə ciddi ehtiyac duyulur. Eyni zamanda, seçilmiş olduğum Salyan rayonunun bir sıra problemlərini önə çəkmək istərdim. Çox təəssüf edirəm ki, Salyanın özü neft və qaz sahəsində özül rayonlarımızdan olmasına baxmayaraq, hələ də Salyanın bir çox kəndləri qazlaşdırılmadan kənarda qalıbdır. Eyni zamanda, Salyan–Şirvan yolunun bərpası da hər halda imkan daxilində ölkə Prezidentinin sərəncamına uyğun olaraq davam etdirilməli və bu problem öz həllini tapmalıdır. Yekunda hesabatı yüksək qiymətləndirirəm. Əminəm ki, növbəti illərdə də hökumətimiz cənab Prezidentin rəhbərliyi altında daha ciddi və daha əhəmiyyətli uğurlara imza atacaqdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Baş nazir! Mən də deputat həmkarlarıma qoşularaq bu təqdim olunan hesabatı yüksək qiymətləndirirəm və hesab edirəm, biz buna səs verib qəbul eləməliyik. Birinci növbədə qeyd etmək istəyirəm ki, bu hesabat həm rüblük, həm yarımillik, həm də illik cənab Prezident qarşısında verilibdir. Cənab Prezident də xalq qarşısında mütəmadi olaraq bu hesabatları verir, ilin yekununu da yekunlaşdırıb. Bu hesabat bizə yazılı şəkildə paylanıb, həmçinin biz hamımız bu həyatda yaşamışıq, öz gözümüzlə bu fəaliyyəti görmüşük.
2014-cü il Azərbaycan üçün çox uğurlu il olub. Ona görə də bu bayram günündə hesab edirəm ki, hər bir şəxsin bay-ramını təbrik eləməklə yanaşı, həm də hesabata səs verib qəbul eləməyimiz məqsədəuyğundur. Bəzən görürsən ki, çıxışlar olur. Biz büdcəni müzakirə etmirik, büdcə müzakirə olunsa idi, burada təklif də vermək olardı, müxtəlif fəaliyyət istiqamətlərinə toxunmaq da olardı. İnşallah, bu il seçkilər yekunlaşar, gələn il seçilənlər 2015-ci ilin məsələlərini burada, bu parlamentdə müzakirə edərlər. Ona görə də, cənab Sədr, mən hesab edirəm ki, bu məsələləri o qədər də genişləndirməyə ehtiyac yoxdur. Səs verək, qəbul eləyək. Həm Azərbaycan xalqının milli bayramıdır, həm də TANAP layihəsinin həyata keçirildiyi ən uğurlu bir gündür. Belə bir gündə mən hesab edirəm ki, heç bir tənqidə də geniş ehtiyac qalmır. Həmçinin də mən fürsətdən istifadə edərək bu yaxınlarda dövlət başçısı tərəfindən, Prezident tərəfindən cənab Baş nazirin yüksək dövlət mükafatı – orden ilə təltif olunması münasibəti ilə nazirimizi təbrik edirəm, uğurlar arzulayıram. Neçə illərdir, sədaqətlə, peşəkarlıqla bu hökumətə rəhbərlik eləyib, bundan sonra da bu işi davam etdirsin. Biz də səs verək, qəbul eləyək, Fazil müəllim də getsin, papağını atsın. Sağ olun. (Alqışlar.)
Sədrlik edən. Amma, Siyavuş, özün də dedin ki, gələn il kim olacaq, olmayacaq. Birdən kiminsə ürəyində qalar, mən də günah yiyəsi olaram. Qoy davam edək. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun. Cənab Sədr, hörmətli Baş naz-ir, hörmətli hökumət nümayəndələri, deputat həmkarlar, media nümayəndələri! Hamınızı salamlayıram və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Höku-mətin 2014-cü il hesabatından göründüyü kimi, dünyada ağır bir durumun yaranmasına baxmayaraq, Azərbaycan hökuməti iqtisadi sahədə xeyli dərəcədə işlər görmüş, belə bir ağır mərhələdə 3 faizə qədər artıma nail ola bilmişdir. Hökumət sosial öhdəliklərini yerinə yetirə bilmiş və İKT sahəsində görülən işləri isə bir cümlə ilə belə adlandıra bilərəm ki, Azərbaycanda bu sahədə görülən işlərlə artıq Azərbaycanın gələcəyi yazılır. TANAP-ın bünövrəsinin, təməlinin qoyulması münasibəti ilə hamımızı təbrik edirəm. Bu da Azərbaycanın gələcəyi üçün çox vacibdir. Eyni zamanda, bəzi gözləntilərlə bağlı fikirlərimi bildirmək istəyirəm ki, Azərbaycanda devalvasiya yeni situasiya yaratdığına görə hökumət çox güman ki, bu istiqamətdə tədbirlər paketi hazırlayır və həmin tədbirlər paketində ictimai rəyi nəzərə almaqla bəzi məqamların olmasını vacib hesab edirəm.
Birinci, bu il çox güman ki, həm dollar bahalaşmaqda da-vam edəcək, həm də neftin qiyməti əhəmiyyətli dərəcədə qalxmayacaq. Ona görə də birinci sualın mahiyyəti bundan ibarətdir ki, hökumət bu yeni vəziyyətdə, yəni neftin aşağı qiymət səviyyəsində və dolların bahalaşdığı və eyni zamanda, çox təəccüblü olsa da, rublun təzyiqinin artdığı bir dövrdə siyasətində hansı dəyişiklikləri edib inkişafa yol açacaq? İkinci, devalvasiyanın əhalinin müəyyən təbəqələrinə vurduğu ziyanın aradan qaldırılması üçün həmin paketdə hansı tədbirlər nəzərdə tutulacaq? Üçüncü, bilavasitə dollarla kredit alanların məsələsi açıq qalıb, hər iki tərəf də haqdır. Dollar ilə kredit alan da haqdır, əgər banklar da pis vəziyyətə düşsə, banklardakı pulun 50 faizə qədəri elə bilavasitə vətəndaşların əmanətidir. Elə addım atmaq lazımdır ki, nə şiş yansın, nə kabab. Bu ortaq məxrəcə gəlməkdən ötrü hökumət hansı tədbirləri həyata keçirmək fikrindədir, bu çox vacibdir.
İndi keçək devalvasiyanın müsbət cəhətlərinə, açıq for-mada qeyd eləmək istəyirəm, əgər yaxın 8–9 ay ərzində hökumət devalvasiyanın yaratdığı müsbət məqamlardan, müsbət şansdan istifadə eləsə, onda sözün həqiqi mənasında itkiləri minimuma endirmək mümkün olacaq. Əks halda, qiymətlər və xərclərin artması devalvasiyanın həmin sahədəki effektlərini azaldacaq. Ona görə də, qarşıdakı 8–9 ayın ərzində bu istiqamətdə ciddi tədbirlərin görülməsi vacibdir. İdxalı əvəz edən sahələrdə kimin imkanları varsa, ixrac eləmək potensialı olanlara yaxşı şərait yaratmaq lazımdır ki, həmin istiqamətlərdə həm idxalın qarşısını almaq, həm də digər tərəfdən ixracı stimullaşdırmaqdan ötrü ciddi tədbirlər görsün. Bu istiqamətdə ən vacib məqamlardan biri aşağı faizli kreditlərlə yanaşı, axır ki, Dövlət Neft Fondundan bir-iki milyard manatlıq vəsaitin ayrılmasıdır ki, bundan da məhz idxalı əvəz edən məhsullar istehsal edən sahibkarlar və ixrac potensialı olan sahibkarlar ixracın artırılması istiqa-mətində dəstək kimi istifadə edə bilsinlər.
Bu il kənd təsərrüfatı ilidir, ərzaq təhlükəsizliyi istiqamətində ciddi işlər görülür və biz artıq özümüzə lazım olan məhsulların 80–85 faizini özümüz istehsal edirik. Am-ma bir sahədə, məsələn, taxılçılıq sahəsində bu göstərici 60 faizdir. Müharibə edən dövlət üçün bu göstərici aşağıdır. Ona görə də bu istiqamətdə səylər artırılmalıdır. Məsələn, bir misal çəkmək istərdim ki, Şəkidə Əlicançay dərya-çasının, həmin su anbarının yaradılması 16 min hektardan çox torpağı suvarma dövriyyəsinə daxil edə bilər ki, bu da xeyli dərəcədə taxıl istehsalını artırmış olar və bununla da biz aqrar təhlükəsizliyi istiqamətində ciddi addımların atılmasının şahidi olarıq. Digər tərəfdən isə Azərbaycanın potensialı imkan verir ki, bu yaranmış vəziyyətdən az itki ilə yeni bir inkişaf mərhələsinə çıxılsın. Bu münasibətlə də mən hökumət nümayəndələrinə bir daha təşəkkür edirəm və həmin hesabatı məqbul hesab edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, cənab Sədr. Əlbəttə, mən deyi-lən fikirləri təkrarlamaq istəmirəm. Hökumətin hesabatı bizə 2–3 həftə bundan əvvəl paylanıbdır. Biz o hesabatı oxumuşuq və hiss etmişik ki, 2014-cü ildə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində hökumətin gördüyü işlər məqbul səviyyədə yerinə yetirilmişdir. Mən ona görə də Azərbaycan hökumətini və hökumət üzvlərini səmimi qəlbdən təbrik edirəm. Bu hesabatda göstərilən müddəalar tamamilə ürəkaçandır.
Mən hesab edirəm ki, TANAP layihəsinin bu gün əsası-nın qoyulması bütünlüklə Azərbaycanın qaz ixracı strate-giyasının, ümumiyyətlə, enerji paketinin tərkib hissəsi kimi qəbul edilməlidir. Eyni zamanda, biz bilirik ki, Azərbayca-nın qeyri-neft sektorunda, aqrar sahədə və digər sahələrdəki strategiyası qanunauyğundur, qəbulediləndir, məqbuldur. Biz bilirik ki, bizim ərazilərimizin 20 faizi işğal altındadır. Bəzi bizdən asılı olmayan səbəblərə görə, turizm istiqamətində bizim, əlbəttə, işlərimizdə müəyyən problemlər yaranmışdı. Biz bunları bilirik və eyni zamanda, bir məsələni də qəbul eləyirik ki, Azərbaycan böyük sürətlə inkişaf etdiyinə görə, onu qısqananlar da var. Azərbaycan dövləti, ümumiyyətlə, Azərbaycan Nazirlər Kabineti, hökumətin tərkib hissəsi olan ayrı-ayrı nazirliklər, qurumlar müqəddəs məqsədə əməl etmək yolunda cəsarətli addımlar atmaqda davam edirlər. Biz də bu çağırışlara qoşuluruq. Eyni zamanda, mətbuat səhifələrində də görürük ki, inhisar subyektləri, dövlət inhisarı, təbii inhisar subyektləri barədə qəbul olunan sərəncamlar, qərarlar bir daha göstərir ki, bizim indi burada səsləndirdiyimiz bəzi məsələləri hökumət üzvləri və Nazirlər Kabineti daha yaxşı izləyərək onların aradan qaldırılması üçün tədbirlər sisteminin hazırlanmasına nail olurlar və bugünkü, misal üçün, qəzetdə təbii insan subyektləri barədə sərəncamı görəndə, inanın, o qədər fərəh hissi dolur adamın qəlbinə ki, bəli, Nazirlər Kabineti, respublika hökuməti qiymətlərin tənzimlənməsi işində inzibati yolla yox, təbii insan subyektləri vasitəsi ilə qiymətlərin əhalinin sosial rifahına təsir göstərməsi baxımından tənzimlənməsi işinə daha çox diqqət ayırır. Ümumiyyətlə, bizim hökumətdən və cənab hörmətli Baş nazirimizdən bir xahişim var. Biz bilirik ki, ümumiyyətlə, tarif göstərilən xidmətlərə görə haqqın ödənişidir. Qiymət isə bu və ya digər əmtəələrin, malların qiymətlərinə aid edilir. Yəni bir qiymətləndirici olaraq, qiymətçi olaraq biz bunu bilirik, bütün iqtisadçılar bilirlər. Ümumiyyətlə, mən dəfələrlə bu barədə müvafiq yoldaşlarla da əlaqə saxlamışam, demişəm, Tarif Şurası yox, çünki o xidmətləri əhatə edir, Qiymət və tarif şurası olsa idi, daha məqsədəuyğun olardı, daha önəmli olardı. Mən də bu hesabata səs verəcəyəm və uğurlar, böyük müvəffəqiyyətlər arzulayıram...
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
müavin B.Muradova sədrlik edir
Sədrlik edən. Sağ olun, Xanhüseyn müəllim. Tahir Rza-yev.
T.Rzayev. Hörmətli sədarət, hörmətli Baş nazir, hökumət üzvləri, deputat həmkarlarım və media nümayəndələri! Mən də sizi qarşıdan gələn bayram münasibəti ilə təbrik edir, can sağlığı, işinizdə uğurlar arzulayıram. Ötən il öz uğurları ilə ölkəmizin həyatında unudulmaz bir tarixə çevrilib. 2014-cü ilin yekunları bir daha sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi uzaqgörənliyi və təşkilatçılığı sayəsində nailiyyətlərimiz daha da artmış, insanların həyatı yaxşılaşmışdır. Hökumətin və xalqın öz Prezidenti ətrafında sıx birliyi, ölkədə yaradılmış ictimai-siyasi sabitlik sosial-iqtisadi, siyasi, mədəni sahələrdə, bey-nəlxalq aləmdə yeni uğurların qazanılmasına zəmin yaratmışdır. Nazirlər Kabinetinin müzakirəyə çıxarılan bugünkü hesabatı bunu deməyə bir daha əsas verir və mən hesabatı müsbət dəyərləndirirəm, onun qəbuluna səs verəcəyəm.
Bu bir danılmaz həqiqətdir ki, son illər Azərbaycan tanınmaz vəziyyətdə abadlaşıb, mədəniləşib, şöhrətlənib. Sosial həyat, iqtisadiyyat, regionlar sürətlə inkişaf edir, işsizlərin sayı azalıb, yoxsulluğun səviyyəsi aşağı düşübdür. Dövlət proqramı uğurla yerinə yetirilib və yeni proqramların icrası müvəffəqiyyətlə davam etdirilir. Bu gün vətəndaşlarımızı daha çox sevindirən ordumuzun güclənməsi, qüdrətlənməsi və düşmənə layiqli cavab verməsidir. Ali Baş Komandanımızın, hökumətin, Müdafiə Nazirliyinin bu sahədə həyata keçirdikləri mühüm tədbirlər, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, əsgər və zabitlərə qayğı və diqqətin təmin olunması, 200 nəfərdən çox hərbi qulluqçuya dövlət hesabına mənzillər verilməsi, regionlarda hərbiçilər üçün yaşayış massivlərinin salınması, hərbi təlimlərin inten-sivliyinin artırılması döyüşçülərimizin və insanların qələbəyə olan inamını yüksəltmişdir. Ölkə vətəndaşları ordu quruculuğu sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirir və həm də buna dəstək verirlər.
Bu il kənd təsərrüfatı ilidir və son illər aqrar sahədə ölk-ənin ərzaq təhlükəsizliyinin təmin olunması, xarici idxaldan asılılığın azaldılması, yerli istehsalın artırılması, yeni sənaye müəssisələrinin istifadəyə verilməsi sahəsində görülən işlər nikbinlik doğurur, regionların imkanlarından səmərəli istifadə edilməsinə yönəldilən cəhdlər fayda verməkdədir. Bu təbiidir, çünki aqrar sahənin inkişafı üçün bu gün regionlarda hər cür imkan və şərait mövcuddur. Əvvəlki illərdən fərqli olaraq indi çox yerdə işıq, yol, su, qaz və sair problemlər yoxdur.
Bir faktı xatırlatmaq istəyirəm, bir neçə il bundan əvvəl Ağcabədi və Beyləqan rayonları ərazisində yaradılmış özəl pilot taxılçılıq təsərrüfatından keçən il hər hektardan 55 sentner taxıl, 110 sentner dənlik qarğıdalı məhsulu götürülmüşdü, halbuki əvvəllər həmin sahələr tamamilə bərbad, yararsız örüş yerləri idi. İndi həmin ərazidə 1000 hektar yararsız torpaq münbit hala salınmış və məhsuldar sahələrə çevrilmişdir. Yaxud Ağcabədidə fəaliyyət göstərən Atena süd məhsulları istehsalı kombinatı öz məhsulları ilə bu gün dünyada tanınır. Əlavə olaraq burada iri heyvandarlıq və keçiçilik təsərrüfatı yaradılmışdır ki, bu da kombinatı süd ilə təmin edir. Torpaqlardan səmərəli istifadə edilməsi, yeni texnologiyaların tətbiqi və işin təşkili göz qabağındadır, yaxşı nəticələr verir. Ancaq təəssüflər olsun ki, bu gün torpaqlardan tam səmərəli istifadə edilmir. Ölkə ərazisində min hektarlarla torpaq sahəsi istifadəsizdir. Sovetlər dövründə müəyyən qurumların ixtiyarına verilən bu torpaqlar uzun illərdir, əkilib-becərilmir və nəticədə yararsız hala düşməkdədir. Hökumətin belə torpaqların əkin fonduna daxil edilməsi üçün təsirli tədbirlər görməsi çox vacibdir. Ümumiyyətlə, torpağı olan hər bir kəsdən onun əkilib-becərilməsi tələb olunmalı və bunun üçün müvafiq şərtlər müəyyən edilməlidir.
Ölkəmizdə səhiyyənin inkişafı, insanların sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlər uğurludur. Ancaq özəl klinikalarda, tibb müəssisələrində qayğı göstərilməsinə, qayda-qanun yaradılmasına, qiymətlərin insanların maddi vəziyyətinin səviyyəsinə uyğunlaşdırıl-masına, burada ixtisaslı, savadlı həkimlərin yerləşdirilməsinə diqqət artırılmalıdır. Savadsız xarici həkimlərin ölkəmizə kütləvi axınına, onların geniş reklamına yol vermək səhiyyəmizi və həkimlərimizi gözdən salmaq deməkdir və buna imkan verilməməlidir. Apteklərin fəaliyyətinə daim nəzarət olunmalı, saxta dərman satışının qarşısı qətiyyətlə alınmalıdır. Bu gün paytaxtda və regionlarda uşaq bağçaları çatışmır. Hər bir nazirlik, komitə və şirkət öz işçilərinin uşaqları üçün bağça tikərsə, bu, elə bilirəm ki, tezliklə vəziyyətdən çıxmağa im-kan yaratmış olar. Son illər hörmətli Prezidentimizin qayğı və diqqəti, hökumət üzvlərinin köməkliyi sayəsində Ağca-bədidə çox böyük işlər görülmüşdür.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun, Tahir müəllim. Sahibə Qafarova.
S.Qafarova. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri və millət vəkilləri! Hörmətli cənab Baş nazirin hesabatında Azərbaycan dövlətinin ötən ildə əldə etdiyi nailiyyətlər, iqtisadi və digər sahələrdə qazanılmış böyük uğurlar diqqətə çatdırıldı. Təbii ki, burada ən önəmli amillərdən biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəyliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə, əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının cizgilərini müəyyən edir. İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən-ilə möhkəmlənir. Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarı ilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini şərtləndirir.
Şübhəsiz ki, bu nailiyyətlərin əldə olunmasında Azərbaycan hökumətinin fəaliyyəti də təqdirəlayiqdir. Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti müsbət qiymətləndirilir və qənaətbəxş hesab olunur. Hesab edirəm ki, hökumət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Nazirlər Kabineti qarşısında qoyulan vəzifə və tapşırıqların öhdəsindən uğurla gəlməyi bacarıb. Burada səsləndirilən faktlardan da aydın görünür ki, 2014-cü ildə də Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib, öz dinamik inkişaf səviyyəsini qoruyub saxlamağa nail olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli-yev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edir və bu siyasətin başlıca məqsədi kimi hər bir vətəndaşın rifahı davamlı olaraq yüksəlir. Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmin və təhsilin inkişafı sahəsində görülən işlərə toxunmaq istərdim. Hesabatda da vurğulanır ki, ötən il təhsilin inkişafına 1,65 milyard manatdan artıq vəsait ayrılıb. Əlbəttə ki, bu, kifayət qədər ciddi vəsait olmaqla yanaşı, ölkə təhsilinin inkişafına əhəmiyyətli töhfədir. İnanıram ki, bu il və qarşıdakı illərdə də təhsil sahəsində islahatlar bu strateji sahəyə dövlət dəstəyini artıraraq davam etdiriləcək. Mən fürsətdən istifadə edərək öz adımdan və seçildiyim Şəmkir şəhərinin əhalisi adından dövlətimizə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün Şəmkirdə çox böyük bir məktəb – Nizami adına şəhər orta məktəbi yenidən tikilir.
Eyni zamanda, elm sahəsində də əsaslı işlər görülüb. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elmi potensialın qorunması, inkişaf etdirilməsi yönündə çox mühüm addımlar atılmaqdadır. Nazirlər Kabinetinin hesabatında da göstərilir ki, ötən il 146 milyon manatdan çox vəsait ayrılıb. Məmnuniyyətlə qeyd etmək istərdim ki, son dövrlərdə elm sahəsində aparılan əsaslı islahatlar bu sahədə elmi fəaliyyətin təşviqi, elmi institutların fəaliyyətinin genişləndirilməsi, alimlərin beynəlxalq aləmdə təmsilçiliyinin artırılması istiqamətində nəzərəçarpan uğurların yaranmasını da təmin edib. Düşünürəm ki, bu gün həyata keçirilən səmərəli islahatlar Azərbaycanın elm və təhsil sisteminin inteqrasiyasına, ölkədə standartların yüksəldilməsinə, Azərbaycan elminin dünyanın qabaqcıl dövlətləri ilə rəqabət qabiliyyətinin artırılmasına və nəticə etibarı ilə cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın regionun elm mərkəzinə çevrilməsinə şərait yaradacaq.
Mən həmçinin ailə, qadın və uşaq problemləri, gender məsələləri ilə bağlı hökumətin gördüyü işləri qənaətbəxş hesab edirəm. Bildiyiniz kimi, bu gün Azərbaycanda kifayət qədər effektiv gender siyasəti həyata keçirilir və ötən ildə də bu sahədə ardıcıl işlər davam etdirilib. Xüsusilə regionlarda qadınların fəallığının artırılması yönündə işləri qeyd etmək istərdim. Beləliklə, əlbəttə, görülən bu işlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin uğurlu fəaliyyətinin də mühüm rolu var. Ona görə də bir daha həm bu fəaliyyəti, həm də təqdim edilən hesabatı yüksək qiymətləndirirəm, hesabata səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Kamilə Əliyeva.
K.Əliyeva. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hör-mətli Baş nazir, hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Bu gün höku-mətin hesabatından da göründüyü kimi, ölkəmiz inkişaf tempini qoruyub saxlamaqdadır. Məlum olduğu kimi, son vaxtlarda dünya bazarında neftin qiymətinin aşağı düşməsi karbohidrogen ehtiyatları ilə zəngin olan ayrı-ayrı ölkələri ciddi sınaq qarşısında qoyub. Azərbaycanın iqtisadiyyatı isə dünyada baş verən kataklizmlərə, o cümlədən də neftin qiymətindəki azalmaya yüksək dayanıqlıq nümayiş etdirir. Əvvəlcədən müəyyənləşdirilən proqramlar eyni ardıcıllıqla həyata keçirilir. Əhaliyə xidmətlərin göstərilməsində, ümu-miyyətlə, istehlak bazarında heç bir gərginlik müşahidə olunmur. Bir sözlə, ölkədə həyat öz normal axarı ilə davam edir. İnsanlar hər hansı bir sahədə məhdudiyyətlərlə üzləş-mədən daha xoş gələcək barədə düşünürlər.
Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə Prezident İlham Əliyevin səyləri ilə vaxtında lazımi tədbirlərin görülməsi, səmərəli islahatların aparılması, iqtisadiyyatın məqsədyönlü şəkildə şaxələndirilməsi sayəsində nəinki neftdən asılılıq sindromundan yan keçməyə müvəffəq olunub, eyni zamanda, neftin gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələri də inkişaf etdirilib. Buna görə də hazırda respublikamız dünya bazarında neftin qiymətinin aşağı düşməsindən sığortalanmaq üçün kifayət qədər geniş ehtiyatlara malikdir. Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son 10 ildə Azərbaycan iqtisadiyyatının potensialı əhəmiyyətli dərəcədə artmışdır.
Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Son 10 ildə Azərbaycanda ümumi daxili məhsulun 3 dəfə artması dünyada analoqu olmayan haldır. 2014-cü ildə ölkəmizdə 59 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bu da 2013-cü illə müqayisədə 3,6 faiz artım deməkdir. Ümumiyyətlə, növbəti 3 ildə respublikamızda 5 faiz həcmində ortaillik iqtisadi artım proqnozlaşdırılır. Respublikamızın maliyyə imkanları da getdikcə genişlənir. Azərbaycanın strateji valyuta ehtiyatları 2014-cü ildə daha da artaraq təxminən 53 milyard dolları ötüb. Ölkəmizin strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula olan nisbəti 70 faizdir. Bu göstəriciyə görə Azərbaycan dünyada 20 ölkədən biridir. Ölkəmizin maliyyə imkanları genişləndikcə respublikamızda investisiya qoyuluşunun həcmi də artır. 2015-ci ildə Azərbaycanda investisiya qoyuluşlarının 5 faiz artaraq 19,8 milyard manata çatacağı proqnozlaşdırılır. Ölkəmizə yatırılan investisiyaların strukturunda daxili investisiyalar xarici sərmayələri üstələyib. Gələn il ölkəmizə yatırılacaq investisiyalar portfelində xarici sərmayələrin həcmi cəmi 5,8 milyard manat proqnozlaş-dırılır.
Dünyada baş verən məlum kataklizmlərin fonunda Azər-baycan iqtisadiyyatının yüksək dayanıqlılıq nümayiş etdir-məsi, eyni zamanda, ölkəmizdə Prezident İlham Əliyevin səyləri ilə həyata keçirilən diversifikasiya siyasəti və qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi ilə bağlıdır. Ölkə Prezidenti iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsini dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi strategiyası öz müsbət nəticələrini verib. Artıq bir neçə ildir ki, ölkəmizin qeyri-neft sektorunda davamlı olaraq böyük uğurlar əldə edilir. 2013-cü ildə bu sahədə 10 faiz, ötən il isə 7 faiz artıma nail olunub. Qeyri-neft sektorunun inkişafı ümumi daxili məhsulun strukturuna da ciddi təsir göstərib. Belə ki, artıq ümumi daxili məhsulun strukturunda qeyri-neft sektorunun çəkisi artaraq 56 faizi üstələyib. Proqnozlara əsasən gələcəkdə bu göstərici daha da artacaqdır. Belə ki, ölkəmizdə dinamik inkişaf edən qeyri-neft sektoru hesabına neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin 2013-cü ildəki 43,4-dən 2018-ci ildə 28,7 faizədək azalması gözlənilir. Bununla paralel surətdə respublikamızda qeyri-neft sektoruna yatırılan investisiyaların neft sektoruna yönəldilən sərmayələri üstələməsi də müsbət ənənədir. Cari ildə respublikamızda qeyri-neft sektoruna 14 milyard manat investisiya yatırılacağı proqnozlaşdırılır ki, bu da həmin sahənin dinamik və üstün inkişafına dəlalət edir. Ümumiyyətlə, dövlət başçısının vurğuladığı kimi, Azərbaycanda keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır, hökumət bu siyasətin həyata keçirilməsi...
Sədrlik edən. Çox sağ olun. Saat 4-ə kimi tənəffüs elan edilir.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Müzakirələrə davam edirik. Elton Məm-mədov.
E.Məmmədov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, dəvət olunan qonaqlar və hörmətli deputat həmkarlarım! Cənab Sədr, mən də hesab edirəm ki, Nazirlər Kabinetinin 2014-cü il fəaliyyəti haqqında müzakirəmizə təqdim olunan hesabat kifayət qədər zəngindir və bu, cənab Baş nazirin məruzəsində də öz əksini tapdı. Mən dərin və məzmunlu məruzəyə görə hörmətli cənab Baş nazirə öz təşəkkürümü bildirirəm. Əslində, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına aid Nazirlər Kabinetinin 2015-ci ildə keçirilən böyük iclasında buna çox yüksək qiymət vermişdir. Təbii ki, cənab Prezidentimiz qanunvericilik subyektinin rəhbəri olaraq daima Milli Məclisin, Nazirlər Kabinetinin fəaliyyəti ilə maraqlanır, öz tövsiyələrini verir. Bu qurumların cənab Prezidentin ətrafında sıx birləşməsi bugünkü nəticələrin əldə olunmasına gətirib çıxarmışdır ki, bu da azərbaycanlı olaraq hər birimizi çox sevindirir. Mən hesab edirəm ki, 2014-cü ildə Nazirlər Kabineti ölkə rəhbəri tərəfindən qarşıya qoyulan məsələlərin bütövlükdə hər bir hədəfinə çatmış və bu sahədə böyük uğurlar qazanmışdır. İqtisadi uğurlarımız beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. 2014-cü ildə qarşıya qoyulan məsələlər bütövlükdə həllini tapmış və 2015-ci il üçün cənab Prezidentin qarşıya qoyduğu məsələlərin həllində də səylər göstəriləcəkdir. 2014-cü ildə böyük həcmli, maliyyə tutumlu layihələrin həyata keçirilməsi dünyada iqtisadi və maliyyə böhranının getdiyi bir vaxtda Azərbaycanın böyük qüdrətindən xəbər verir. Mən hesab edirəm ki, növbəti illərdə də nəhəng layihələrin həyata keçirilməsi bir daha ondan xəbər verəcək ki, Azərbaycan hökuməti qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək üçün var gücünü səfərbər edərək məqsədinə çatacaqdır. 2014-cü ilin ən böyük hazırlıq ili olduğunu nəzərə alaraq düşünürəm ki, Azərbaycan 2015-ci ildə I Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Cənab Prezidentin sözləri ilə desək, bu oyunlara hazırlıq prosesləri və standartları ilk olaraq Azərbaycan standartlarına uyğun həyata keçiriləcəkdir. Yəni ilk dəfə olaraq I Avropa Oyunları Azərbaycan Respublikasında keçiriləcək deyə, burada ancaq Azərbaycan standartları mövcud olmalıdır. Düşünürəm ki, Azərbaycan standart-larının artıq belə beynəlxalq tədbirlər çərçivəsində həyata keçirilməsi Avropaya, bütün dünyaya Azərbaycanın qüdrə-tini və siyasi gücünü bir daha göstərəcəkdir. Mən buna görə fürsətdən istifadə edib dəyərli millət vəkili olan Azərbaycan Respublikasının birinci xanımına, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri olan hörmətli Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Əminəm ki, qarşıda duran məqsədlərə, inşallah, nail olunacaqdır.
Hörmətli cənab Sədr, mən hesab edirəm ki, bu uğurlar hörmətli cənab Prezidentimizin rəhbərliyi ilə hələ uzun illər bizim ölkəmizdə davam etdiriləcəkdir. Mən fürsətdən istifadə edib, ölkə rəhbəri başda olmaqla cənab Baş naziri və bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm və qarşıda duran məqsədlərə nail olmaq üçün hökumət üzvlərinə, cənab Baş nazirə can sağlığı və xoşbəxtlik diləyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, dəyərli həmkarlar! Mən də bu müqəddəs axırıncı çərşənbə axşamı günündə hər kəsin qarşıdan gələn bayramını təbrik edir, işində uğurlar və süfrəsinə isə min bərəkət arzulayıram. Min bərəkət isə ilk növbədə hökumətimizin fəaliyyətindən asılıdır. Biz də bu gün bu məclisdə onların hesabatını dinlədik. Diqqətə çatdırmaq istəyirəm ki, bu gün bu məclisdə təkcə hökumət hesabat vermir, eyni zamanda, hökumətin hesabatı ilə bağlı öz fikrini bildirən, bu hesabatı qənaətbəxş saymadığını deyən hər bir millət vəkili öz seçicisi qarşısında hesabat verir.
Əgər 2014-cü ilin yekunlarına nəzər salmalı olsaq, Tərtər rayonunu təmsil edən bir millət vəkili kimi deməliyəm ki, 2014-cü il Tərtər üçün, doğrudan da, uğurlu bir il oldu. Həm iqtisadi artım yetərincə idi, həm də rayonda abadlıq, quruculuq işləri yüksək səviyyədə aparıldı. İki kəndarası yol salındı ki, bunların hər ikisi, eyni zamanda, strateji əhəmiyyətli yollardır, çünki birbaşa cəbhə xəttinə gedib bağlanır. Cənab Prezidentə Tərtər camaatının təşəkkürünü çatdırıram ki, 2 dəfə öz fondundan bunun üçün vəsait ayırdı, üçdən artıq məktəb yenidən tikildi. Bir məktəb əsaslı təmir olundu. Səhiyyə obyektlərinin təmirinə başladıldı. Düzdür, gözləyirdik ki, çox yararsız olan uşaq xəstəxanası da təmir olunacaq. Amma ümid edirik ki, növbəti illərdə bütün bu proseslər nəzərə alınacaq və abadlıq, quruculuq işləri davam etdiriləcək.
Dəyərli həmkarlarım, ümumiyyətlə, hər bir hökumətin fəaliyyətinə qiymət verərkən, mən hörmətli Fəzail müəllim İbrahimlinin fikri ilə razıyam ki, qlobal vəziyyəti nəzərə almaq lazımdır. Son 6 ildə dünya qlobal böhran dönəminə qədəm qoyub. Amma 2014-cü ildə və ondan əvvəlki 5 ildə Azərbaycanda bunu heç kim hiss etmədi. Çünki Azərbaycan adlı təyyarənin komandiri olduqca təcrübəli, reallıqları bilən, əvvəlcədən önləyici tədbirləri görməyi bacaran bir liderdir. Məhz ona görə də əgər 2014-cü ilə fikir versək, hətta bir çox aparıcı dövlətlərin reytinqləri qiymətləndirilərkən 3 aparıcı reytinq agentliklərinin – “Fitch Ratings”, “Standart&Poor’s” və “Moody’s”ın fikirləri bəzən üst-üstə düşmədiyi halda, Azərbaycanla bağlı bütün reytinq qiymətləndirmələri üst-üstə düşür. “Fitch Ratings” və “Standart&Poor’s” reytinq agentlikləri ölkəmizin reytinqini “BBB–” səviyyəsində saxlayaraq reytinq üzrə proqnozu “sabit” qiymətləndirmişdir. “Moody’s” reytinq agentliyi isə ölkəmizin uzunmüddətli kredit reytinqini “Baa3” səviyyəsində saxlamış, proqnozu “sabit” qiymətləndirmişdir. Bu, regionda yeganə olaraq Azərbaycan üçün bu cür qiymətləndirilir. Çətin bir dönəmdə bu bir daha göstərir ki, 2014-cü ildə görülən işlər, aparılan fəaliyyət gələcək dövr üçün də çox böyük önəm daşıyır.
Bu o deməkdir ki, biz hələ uzun zaman hökumətin hesa-batından bu cür ruh yüksəkliyi ilə və qənaətbəxş şəkildə danışmalı olacağıq. Hesabat dövrünü qiymətləndirərkən mən bir məsələyə də diqqət yetirmək istəyirəm ki, bu il kənd təsərrüfatı ili elan olunub, keçən il də sənaye ili idi və sənaye ilində açılan sənaye obyektlərini xatırlatmadan öncə onu demək istəyirəm ki, Cənubi Qafqazda 2 ən böyük sənaye şəhəri məhz Azərbaycandadır. Tezliklə Gəncənin timsalında Cənubi Qafqaz...
Sədrlik edən. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Bu gün ilaxır çərşənbədir. Mən bu münasibətlə hökumətin və Milli Məclisin üzvlərini, bütövlükdə xalqımızı təbrik etmək istəyirəm.
Həmkarlarım hesabatla bağlı çox maraqlı və dəyərli fikirlər söylədilər. Cənab Baş nazir də öz təqdimatında ətraflı məlumat verdi. Bizə paylanılan 455 səhifəlik hesabatda da hökumətin 2014-cü ildə gördüyü bütün uğurlu işlər öz əksini tapıb. Biz gündəlik həyatımızda da bunun şahidiyik.
Bununla yanaşı, bir neçə xüsusi istiqaməti, məncə, ümu-miləşdirmək lazımdır. Birinci istiqamət ondan ibarətdir ki, hökumət 2014-cü ildə iqtisadi artım tempini saxlaya bildi. Burada həmkarlarım dedilər, ətrafda baş verən mənfi ten-densiyalar iqtisadi artım tempinin saxlanılmasını o qədər də asan etmirdi. Buna baxmayaraq, biz 3 faizlik artıma nail olduq.
Xüsusi önəm kəsb edən məsələlərdən biri də budur ki, dövlət, hökumət son illərdə qeyri-neft sektorunu inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Nəhayət, ilk dəfə 2014-cü ildə ümumi daxili məhsulda qeyri-neft sektorunun payı, demək olar ki, 60 faizlik limiti keçdi, 62 faizə çatdı. Eyni zamanda, bütövlükdə 34 faiz büdcə gəlirləri də qeyri-neft sektorunun hesabına formalaşdı. Bu çox böyük bir uğurdur və bunu ayrıca qeyd etməyimiz lazımdır.
Digər mühüm cəhətlərdən biri də Azərbaycanın dövlət ehtiyatlarının artması və xarici borclanmada təkrəqəmli göstəricinin qorunub saxlanmasıdır. Çox sevindirici haldır ki, Azərbaycanın dövlət ehtiyatları xarici borclardan 8 dəfə çoxdur və bu da çox ciddi makroiqtisadi göstərici hesab oluna bilər. Ümumiyyətlə, biz müqayisəli şəkildə təhlil aparsaq, görərik ki, bu rəqəm bütövlükdə Ermənistanın dövlət ehtiyatlarından 25, Gürcüstanın dövlət ehtiyatlarından 17, Belarusun dövlət ehtiyatlarından 6 dəfə çoxdur. Hətta neft ölkəsi olan Qazaxıstanı belə 40 faiz üstələyir.
Əlbəttə ki, biz digər uğurlu istiqamətlərdən də danışa bilərik. Əhalinin məmnunluğunu təmin edən ən mühüm layihələrdən biri ASAN xidmət mərkəzlərinin yaradıl-masıdır. Təsadüfi deyil ki, ASAN xidmət vətəndaşlara xid-mət edən və cənab Prezidentin bilavasitə müəllifi olduğu bir layihədir, bütövlükdə Azərbaycan brendidir. Sevindirici haldır ki, keçən müddət ərzində 7 mərkəz tərəfindən 6,5 milyon vətəndaşa xidmət etmək üçün şərait yaradılıb. Bu, hesab edirəm, çox müsbət bir göstəricidir.
Hamımızı narahat edən digər bir məsələ məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Hökumət bu istiqamətdə çox mühüm işlər gördü və 2014-cü ildə 4450 ailə və yaxud 22 min nəfər məcburi köçkün mənzillə təmin olundu.
Əlbəttə, bizim üçün 2014-cü ildə ən vacib məsələlərdən biri də I Avropa Oyunlarına hazırlıq və bununla bağlı mü-hüm tədbirlərin keçirilməsidir. Mən hesab edirəm ki, dö-vlət, hökumət bu vəzifənin öhdəsindən layiqincə gələ bildi, çoxlu sayda infrastruktur layihələri həyata keçirildi. Əminəm ki, cənab Prezidentin bilavasitə nəzarətində olan I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək və Azərbaycanın imicinə müsbət dividend gətirəcəkdir.
2014-cü ildə kənd təsərrüfatı sahəsində də ciddi islahatlar həyata keçirilir. Təsadüfi deyil ki, 2015-ci il “Kənd təsərrüfatı ili” elan olunub. Bu da stimullaşdırıcı amillərdən biridir.
Mən bir neçə kəlmə seçildiyim Şirvan şəhəri haqqında demək istəyirəm. Şirvan şəhərinin Bayramlı qəsəbəsində həlli vacib olan bir neçə məsələ var. Bunlardan biri həmin qəsəbədə fəaliyyəti dayandırılmış pambıq zavodu ilə bağlı-dır. 2002-ci ildən pambıq zavodu fəaliyyət göstərmir. Hesab edirəm ki, hökumət bu məsələyə yenidən baxa bilər və baxmalıdır. Bayramlı qəsəbəsinin 3 min nəfərdən çox sakini bu gün ciddi şəkildə işsizliklə üz-üzədir və bu təklif həmin problemi həll edə bilər.
Bir də, qəsəbədə barak tipli evlər var. Bunlar yaşamaq üçün çox yararsızdır. Hökumətdən xahiş edərdim ki, bu məsələyə baxsın və müəyyən tədbirlər görsün. Bütövlükdə mən hesabatı qənaətbəxş hesab edirəm və ona səs verəcə-yəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Cəfərov.
N.Cəfərov. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Hər il olduğu kimi, bu il də hökumətin hesabatı olduqca yüksək səviyyədə hazırlanıb. Hiss olunur ki, işi bilən mütəxəssislər ciddi şəkildə çalışıblar və çox vacib ümumiləşdirmələr də aparılıbdır. Amma əsas nailiyyət ölkənin özündə gedən inkişafdır.
Hörmətli millət vəkilləri də çıxışlarında dedilər, həm dü-nya miqyasında gedən proseslərlə, həm də, belə deyək, təbii gedən proseslərlə müqayisələr apara bilərik. Bunun üçün hökumət həmişə hazır olub və lazım olan səviyyədə variantlar təqdim edibdir.
Əlbəttə, həmişə daha çox müzakirə olunan məsələ iqtisa-diyyatdır, təsərrüfatdır, çünki bu, ölkənin birinci dərəcəli həyat tərzini təmin edən hadisədir. Mən düşünürəm, bundan sonra ən böyük hadisələrdən biri ölkənin fiziki sağlamlığı, səhiyyəsidir və onunla yanaşı olan mənəvi sağlamlığıdır. Yəni onun mədəniyyəti, mənəviyyatıdır ki, bu hesabatda mədəniyyət məsələlərinə çox geniş yer ayrılıb və konkret faktlar gətirilib.
Bu il, həqiqətən, respublikada mədəniyyət sahəsində çox ciddi hadisələr oldu. Ümumiyyətlə, bunlar hər il olan və davam edən hadisələrdir. Bilmirəm, bu nə dərəcədə dəqiq müqayisədir, amma mən düşünürəm ki, hər halda iqtisadiyyatda olan tərəddüdlər və təbədüllatlarla müqayisədə biz mədəniyyətdə və mənəviyyatda tərəddüdsüz inkişaf edirik. Elə bilirəm ki, hökumətin ən böyük nailiyyətlərindən biri də budur.
Ədəbiyyat və incəsənətin müxtəlif sahələrində bizim çox ciddi nailiyyətlərimiz var. Yalnız ölkə səviyyəsində yox, həm də dünya miqyaslı nailiyyətlərimiz var. Bu konkret faktların və hadisələrin hər gün şahidi oluruq. Hətta mən deyərdim ki, hesabatda bəlkə də bunların bir hissəsi nəzərə alınmayıb. Təbii ki, o zənginlikdə gedən prosesləri tam ümumiləşdirmək də çətin olardı.
Daxildə hansı proseslər gedir? Ən böyük hadisələrdən biri mədəniyyət hadisələrinin, proseslərin regionlarımıza getməsidir. Çox ciddi layihələrdən biri ayrı-ayrı şəhərlərimizin mədəniyyət paytaxtı elan olunmasıdır ki, mədəniyyətin də müxtəlif sahələrində bunun nə dərəcədə əhəmiyyətli olduğunu görürük. Builki davamiyyət də o şəkildə, elə bilirəm ki, böyük uğurla diferensial bir şəkildə gedir. Məsələn, bu il Şamaxı Azərbaycanın ədəbiyyat paytaxtı elan olunub və yaxud başqa bu tipli layihələr bizim mədəniyyətimizin inkişafının əsasıdır. YUNESKO ilə, TÜRKSOY-la əlaqələrimiz çox yüksək səviyyədədir. Mən deyim ki, indi mədəniyyət sahəsində Azərbaycan türk dünyasına liderlik edir. Bu hər yerdə qeyd olunur. Azərbaycan bu gün türk dünyasında sayılan, seçilən, əlifba islahatlarından başlamış ədəbi, mədəni proseslərə qədər nümunə götürülən bir ölkədir. Biz keçən il böyük yazıçılarımızın, şairlərimizin yubileylərini qeyd etdik. Bunların, təbii ki, hamısı maliyyə vəsaiti tələb edir. Amma mən deyim ki, bu sahələrə ayrılan maliyyə heç zaman itmir və millətin diriliyi üçün şərt olur.
Keçənilki böyük hadisələrdən biri həmkarımız Mübariz Qurbanlının fəaliyyəti ilə bağlıdır. Mən xüsusi olaraq bunu demək istəyirəm. Ən mürəkkəb sahədə o çox fəal hərəkətlər etdi və elə bilirəm ki, bu sahədəki uğurlarımız insan mənəviyyatı ilə bağlıdır.
Bir mühüm cəhət də Azərbaycan insanının qürurunu getdikcə yüksəltməkdir. Bu həm də iqtisadiyyat məsələləri ilə əlaqədardır. Yəni bu gün inkişaf edən Azərbaycanda hər bir azərbaycanlı özünü nə rusdan, nə ingilisdən, nə fransız-dan, nə də almandan əskik hesab etmir. Elə bilirəm ki, bu da hər il qazandığımız nailiyyətdir.
Hökumətin hesabatında keçənilki uğurları göstərən had-isələrdən biri də, mən bir daha təkrar edirəm, mədəniyyəti-mizdir, mənəviyyatımızdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! İlk əvvəl qeyd edim ki, hökumətin hesabatı ölkənin 2014-cü ildəki ümumi mənzərəsi ilə bizləri əhatəli şəkildə tanış edir. Hesabatdan görün-düyü kimi, 2014-cü ildə respublikada böyük quruculuq işləri görülüb, bir çox sahələrdə inkişaf tempi saxlanılıb.
Vacib haldır ki, qeyri-neft sənayesində emal sənayesi əhəmiyyətli yer, yəni 69,8 faiz təşkil edir. Emal sənayesinin də bir çox aparıcı sahələri var – qida, metallurgiya sənayesi, tikinti materiallarının və hazır metal məmulatların istehsalı və sair. Mən bu sahələrin adlarını təsadüfi yerə çəkmədim. Hesab edirəm ki, hər bir ölkədə bunlar ən vacib sahələrdir. Hətta deyərdim ki, ölkənin şah damarlarıdır. Buna görə də növbəti illərdə bu sahələrin öz daxillərində şaxələnməsinə diqqət artırılmalı, həmin sahələrdə fəaliyyət göstərən müəssisələrin sayı çox olmalı, rəqabət yüksəlməli, onların inkişafı üçün daha əlverişli şərait təmin edilməlidir.
Özü də fikir verin, qida, tikinti materialları, hazır metal məmulatları və digər emal sahələrində fəaliyyət göstərən şirkətlər öz işlərini yekun məhsul istehsalı üzərində qu-rublar. Xammal isə idxal olunur. O da öz mənfi təsirini bu yaxınlarda manatın devalvasiyası zamanı kəskin şəkildə göstərdi. Buna görə hörmətli hökumət nümayəndələrinə təklif edərdim ki, bundan sonra hökumət daha çox diqqəti xammal məhsulları istehsal edən yerli zavod və fabriklərin açılmasına ayırsın. Təəssüflər ki, biz öz zəngin daxili resurslarımızdan hələ də lazımi səviyyədə istifadə edə bilmirik və bunun üçün də xarici idxaldan asılılığımız davam edir. Bu vəziyyəti köklü surətdə dəyişdirmək, məncə, hökumətin əsas vəzifəsi olmalıdır.
Digər bir mühüm məsələ infrastruktur və sosial layihə-lərlə bağlıdır. Arzu edərdim ki, infrastruktur layihələrinə görə sosial layihələr dayandırılmasın. Heç olmasa, məktəb və xəstəxana binalarının təmir və inşası işlərini davam etdirək. Xüsusən kənd yerlərində şagirdlər hələ də soyuq və uçma təhlükəsi olan məktəb binalarında təhsil alırlar. Təəssüflər olsun ki, belə qəzalı binalar bizdə az deyil.
Bir misal gətirim. Deputat seçildiyim Masallı rayonunda 4 məktəb binası 2015-ci ilin planına salınsa da, hörmətli Baş nazirimiz Artur Rasizadə buna şəxsən vəsait ayırsa da, hələ də bu istiqamətdə heç bir iş görülməyib və vəsait yerlərə çatmayıb. Həmçinin Masallı rayon Mərkəzi Xəstəxanasının təmiri prosesi ləngiyir və bununla da 215 min əhalisi olan Masallı rayonunun səhiyyə sistemində müəyyən gərginliklər yaşanır. Ən azı ona görə ki, yeni təmir olunacaq xəstəxanada dializ xəstələri üçün müasir avadanlığın quraşdırılması nəzərdə tutulmuşdur. Hələlik Masallıda olan yüzlərcə dializ xəstəsi Lənkəran və Cəlilabad rayonuna getməyə məcburdur. Düşünürəm ki, bəlkə də hər hansı bir infrastruktur layihəsini təxirə salmaq olar, amma təhsil və səhiyyə ilə bağlı məsələlər təxirə salınmadan həll olunmalıdır.
Bildiyimiz kimi, hökumət xərclərin azaldılması istiqa-mətində işlər görür. Bununla bağlı bir təklifim var. Diqqəti-mi Nazirlər Kabinetinin hesabatının nəşr olunduğu kitab çəkdi. Keyfiyyətli çap edilmiş 455 səhifəlik kitab hamımıza verildi. Görün, dövlət hər il bu qədər materialların çapına nə qədər vəsait xərcləyir. Hər il hökumətin hesabatı, Hesablama Palatasının hesabatı, dövlət büdcəsi, dövlət büdcəsinin icrası və digər hesabatlara və sair sənədlərə bəlkə də milyonlar xərclənir. Buna görə təklif edərdim ki, Milli Məclisə verilən hesabatlar, paylanan məlumatlar bundan sonra elektron formada təqdim edilsin, çünki hamımızda elektron poçt vasitələri vardır. Bununla da biz xərclərin azaldılmasına az da olsa təsir edə biləcək çıxış yolu taparıq.
Axırda “Sovetski” deyilən ərazidə aparılan söküntü işləri ilə bağlı bir məsələni diqqətinizə çatdırmaq istərdim. Adı çəkilən ərazi hazırda çox acınacaqlı vəziyyətdədir və bombalanmış əraziləri xatırladır. Xahiş edərdim ki, artıq sökülmüş olan binaların qalıqları yığışdırılsın, zibilliklər təmizlənsin, orada səliqə-sahman yaradılsın. Sökülmüş ərazi təhlükəli olduğu üçün hasarlanmalıdır. Nəzərə almalıyıq ki, iyun ayında Bakımıza minlərlə xarici qonaq və turist gələcək.
Sədrlik edən. Elmira xanım, bir məsələyə fikrimi bild-irmək istərdim. Kitab çapında qənaət eləmək olmaz. Əgər 455 səhifəlik kitabın elektron variantını oxusaq, burada oturanların yarısının gözü kor olacaq. Bu birinci.
Sonra, bizim eradan 700 il qabaq Yaponiyada yazılmış bütün sənədlər bu günə kimi qalır. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Hər il höku-mətin parlamentdə hesabatının dinlənilməsi artıq dö-vlətçilik ənənəsi halını alıb. İldə bir dəfə hökumət bütün tərkiblə parlamentdə ölkənin strateji məsələləri, problemləri ilə bağlı işgüzar söhbətə toplanır və hesab edirəm ki, biz qaldırdığımız məsələləri ümumən diqqətə çatdıra və suallara cavab ala bilirik. Amma bu o demək deyil ki, parlament hökumətlə ildə bir dəfə ancaq hesabat zamanı görüşür. İlboyu həm parlament, həm də ayrı-ayrı deputatlar hökumətə sorğular göndərir, hökumətdən cavablar alır və qaldırdığımız məsələlərin həllinə nail oluruq.
Ötən il mən hörmətli Baş nazir Artur müəllimin qəbulun-da oldum, Mingəçevir şəhərinin ətrafındakı bağçılıq təsər-rüfatı ilə bağlı ciddi bir məsələni qaldırdım. Təşəkkür edi-rəm ki, qısa bir zamanda bu məsələ həll olundu, Mingəçe-virdə razılıqla qarşılandı.
Bir ay bundan əvvəl səhiyyə naziri hörmətli Oqtay mü-əllimə Mingəçevirdə ölüm ayağında olan 26 yaşlı gəncin məsələsi ilə bağlı müraciət etdim. Həmin məsələnin həlli müstəsna halda səhiyyə nazirindən asılı idi. Qısa bir zamanda həmin problemin həlli ilə bağlı göstəriş verildi və həmin oğlan bu gün yaşayır. Göründüyü kimi, biz nazirliklərlə sıx işləyirik və etdiyimiz müraciətlərə, sorğulara operativ şəkildə cavab verilir. Əlbəttə ki, bu bizim seçicilərlə işimizi yaxşılaşdırır. Ümumən götürdükdə, Azərbaycan hökumətinin üzərinə düşən vəzifələri yerinə yetirdiyini birmənalı şəkildə qeyd etmək olar.
Hörmətli Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasi kurs bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfu-zunun artmasına, iqtisadiyyatın inkişafına, regionlarla pay-taxt arasında fərqin günbəgün azalmasına, insanların sosial vəziyyətinin güclənməsinə, iş yerlərinin artmasına və sair kömək edir. Mən dünən Dövlət Miqrasiya Xidmətinin statistik rəqəmlərini oxudum. Azərbaycanda 22 minə qədər xarici vətəndaş işləyir. Bunların bir qismi elə ölkələrdəndir ki, həmin ölkələrdə işsizlik problemi qətiyyən yoxdur. Azərbaycan bu gün çox maraqlı bir bazardır. Azərbaycanda iş qurmaq, işləmək artıq nüfuz məsələsidir. Azərbaycanlıların 90-cı illərin əvvəllərinə xas olan başqa ölkələrdə iş yeri axtarmaq, öz həyatını qurmaq istəyi artıq tarixdə qalır. Əhali öz yaşadığı regionda iş yeri tapır, aldığı təhsilə uyğun öz həyatını qurur. Bu da iqtisadiyyatda aparılan siyasətin nəticəsidir.
Dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan bu gün böhrandan az ziyanla çıxır. Bu gün insanların sosial vəziyyəti dünyada neftin qiymətinin aşağı-yuxarı olmasın-dan qətiyyən asılı deyil. Bütün bunlar, əlbəttə ki, siyasi kursun düzgün seçilməsi, cənab Prezidentin komandasının hər bir üzvünün öz işinə yüksək səviyyədə yanaşması ilə bağlıdır.
Deputat həmkarlarım bir sıra təkliflər səsləndirdilər. Mən onların bir çoxunu dəstəkləyirəm. Bununla belə, hörmətli Baş nazirin, hökumətin qarşısında bir məsələ qaldırmaq istəyirəm. Keçən il büdcə müzakirəsində mən onu demişdim. Bu, insanların mənzillə təminatı ilə bağlıdır. Çox təəssüf ki, bu gün ipotekaya ayrılan vəsait mənzilə ehtiyacı olan vətəndaşların hamısının ehtiyacını ödəyə bilmir. Vəziyyətdən çıxış yolu tapmaq üçün mütləq xüsusi bir proqram qəbul edilməsinə ehtiyac var.
Mən iki variant təklif edirəm, hansı məqbuldur, bunu hö-kumət müəyyən edə bilər. Birinci, sosial evlərin tikilməsini təklif edirəm. Hökumət bir neçə milyard dollar vəsait ayıra bilər, insanlar 20 il müddətinə illik 3-4, maksimum 5 faiz ödəmək şərti ilə mənzillə təmin olunurlar.
İkinci təklifim ondan ibarətdir ki, Bakı və Sumqayıtı çıxmaq şərti ilə Azərbaycanın digər regionlarında mənzil tikintisi ilə məşğul olan firmalar, şirkətlər vergidən tamamilə azad olunsunlar. Əlbəttə, bu, büdcənin ildə bir neçə milyard vergidən azad olunmasına gətirib çıxarır. Əvəzində isə yüz minlərcə insanın mənzillə təmin olunmasının şahidi olacağıq. Digər tərəfdən, əlverişli şərait ev tikməklə məşğul olan şirkətlərin əyalətlərdə, rayon və şəhərlərdə, kəndlərdə kütləvi surətdə mənzil tikməsinə səbəb olacaq. Bu demoqrafik şəraiti yaxşılaşdıracaq, insanların yaşadığı, doğulduğu yerdə qalmasına səbəb olacaq. Ümumən götürdükdə, Azərbaycanda mənzil problemi qısa bir müddətdə səmərəli şəkildə həll edilə bilər.
Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Çox sağ olun. Müzakirə etməkdə olduğumuz hesabat ölkənin bütün sahələr üzrə dinamik inkişafının əhəmiyyətli göstəricisidir. Hesabat ili ötən illərdə olduğu kimi, Azərbaycanın müstəqillik tarixində uğur və nailiyyət-lərlə zəngin növbəti il kimi layiqli yerini tutub. Ölkə rəh-bərinin uzaqgörən siyasi kursu sayəsində bu il də ölk-əmizin sosial-iqtisadi inkişafı əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhə-miyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik mara-qlarının təmin olunmasına xidmət edir.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. 2014-cü ildə də sosial yönümlü siyasət həyata keçirilib. Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, vətəndaşları narahat edən problemlərin həlli, onların istək və arzularının qarşılanması daim diqqət mərkəzində saxlanılıb və bu sahədə ardıcıl tədbirlər görülüb. Azərbaycan regionda və dünyada humanitar mərkəz statusunu daha da möhkəmləndirib.
Ölkə Prezidenti dəfələrlə bəyan edib ki, həyata keçirilən siyasətin, görülən bütün işlərin başlıca məqsədi Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsidir. Birmənalı olaraq görürük ki, hər bir Azərbaycan vətəndaşı bu fikirlərin reallığını öz gündəlik həyatında hər an hiss edir. Bu gün təkcə Bakı və böyük şəhərlərimiz deyil, ən ucqar kəndlər belə bu diqqət və qayğı ilə əhatə olunub. Belə ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar tədbirlərin davam etdirilməsi, bölgələrdə yüzlərcə sosial, iqtisadi, mədəniyyət və infrastruktur obyektlərinin istifadəyə verilməsi, aparılan quruculuq və abadlıq işləri nəticəsində şəhər və rayonların simasının müasirləşməsi görülən işlərin bariz nümunəsidir.
Regionların inkişafı haqqında danışarkən deputatı oldu-ğum Zərdab və Ucar rayonları haqqında ötən il irəli sürdü-yümüz təkliflərin hesabatda nəzərə alınmasını çox yüksək qiymətləndiririk. Belə ki, Zərdab rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin ev şəraitinin yaxşılaşdırılması üçün fərdi evlərin tikilməsi, qəzalı vəziy-yətdə olan Zərdab peşə liseyinin və həmin liseydə məskunlaşmış məcburi köçkünlərin yaşadığı yataqxananın əsaslı təmiri, şəhərə kanalizasiya xəttinin çəkilişi işlərinin sürətləndirilməsi, şəhər mədəniyyət mərkəzinin əsaslı təmir edilməsi, “32 hektar” adlanan ərazidə tikilən məktəbin fəaliyyətə başlaması dediklərimizə sübutdur. Yeri gəlmişkən, demək istəyirəm ki, həmin “32 hektar” adlanan ərazi bir neçə il bundan qabaq Kür daşqını zamanı köçürülən əhali üçün salınmışdı və qısa zaman ərzində orada evə ehtiyacı olan insanlar üçün gözəl bir şəhərcik salındı.
Bu kimi məsələlərlə bağlı maliyyə vəsaitinin ayrılması, eyni zamanda, Ucar rayonunun Bərgüşad kəndində mədə-niyyət evinin tikilməsi, həmin kənddə qaz xəttinin çəkilişi işlərinin sürətləndirilməsi, Ucar rayonunun Lək kəndində mədəniyyət evinin əsaslı təmir edilməsi, Zərdab–Ucar, Zər-dab–Ağcabədi magistral yolunun təmiri işlərinin başladıl-ması ilə bağlı etdiyimiz müraciətlərin və səsləndirdiyimiz təkliflərin hesabatda müsbət həllini tapması, əlbəttə ki, se-vindiricidir. Bunun üçün şeçicilərim adından sizə təşək-kürümü çatdırmaq istəyirəm.
Eyni zamanda, ötən illərdə həmin rayonlarda başladılan, lakin hələlik müəyyən səbəblərə görə başa çatdırılmayan layihələrin tamamlanması və sürətləndirilməsi üçün təcili tədbirlərin görülməsini və müəyyən addımların atılmasını xahiş edirəm. Mən həmin məsələləri vaxt məhdudluğuna görə səsləndirə bilmirəm. Lakin sahələr üzrə əlaqədar naz-irliklərə yazılı şəkildə müraciət edəcəyəm.
Sonda hesabata səs verəcəyimi bildirir, başda ölkə Prezidenti cənab İlham Əliyev olmaqla bütün hökumət üzv-lərini, deputat həmkarlarımı qarşıdan gələn bayram münasi-bəti ilə təbrik edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli Baş nazir, hökumət üzvləri və deputat həmkarlarım! Tale elə gətirib ki, bu zalda doqquzuncu dəfədir, hökumətin hesabatına qulaq asırıq və onu pozitiv tərəfdən qiymətləndirməyə çalışırıq və bunu da etmişik. Həqiqətən də, hər il sonradan gələn il üçün təqdim olunan hesabat həm məzmunca, həm də formaca müsbət mənada dəyişikliyə uğrayır. Bizə təqdim olunan hesabat, həqiqətən də, yüksək səviyyədə hazırlanıb. Azərbaycan iqtisadiy-yatının bütün sahələrini əhatə etmiş hesabat möhtərəm Pre-zident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçi-rilmiş bir prosesdir. Bayaq dediyim kimi, hesabat Azərbay-can iqtisadiyyatının bütün sahələrini əhatə edir.
Burada ən gözəçarpan sahələrdən biri maliyyə sektorudur. Mən maliyyə sektorunun fəaliyyətini yüksək qiymətləndirirəm.
Mənə elə gəlir, manatın məzənnəsinin dəyişməsi zərurət-dən irəli gəlirdi. Bu heç də kiminsə şıltaqlığı deyil. Mərkəzi Bankın fəaliyyəti ilə əlaqədar burada bir məsələni də qeyd etmək istəyirəm. Mənim bir neçə seçicim Mərkəzin Bankın təşkil etdiyi sınaq imtahanlarında iştirak edib. Onlar həmin imtahanların çox şəffaf keçirildiyini və işə qəbul olunduq-larını mənə bildiriblər. Mən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman müəllimə onların adından təşəkkürümü bildirirəm. Onlar xaricdə təhsil alıblar, yeni təfəkkür və düşüncə tərzi ilə ölkəyə gəliblər. Bu da, əlbəttə, ölkənin iqtisadiyyatına çox böyük təkan verəcəkdir.
Mən daha çox məcburi köçkün rayonlarının problemlərini düşünürəm. Bu məruzədə çoxlu sayda rəqəmlər göstərilib, görülən işlərin xülasəsi verilib. Beləliklə, təkcə 2014-cü ildə 4450 ailənin, yaxud 22 min məcburi köçkünün mənzil şəraiti nəinki yaxşılaşdırılıb, onlar Avropa standartlarına cavab verən evlərə köçürülüblər. Onlar üçün ümumilikdə 350 milyon manat vəsait ayrılmışdır ki, bu da 2013-cü illə müqayisədə 17,5 dəfə çoxdur. Bu dünyada baş verən maliyyə böhranının fonunda, həqiqətən, böyük rəqəmdir. Dünyada ikinci bir ölkə tapmaq olmaz ki, məcburi köçkün və qaçqınlara bu qədər qayğı göstərsin. Bundan sonra da həmin proses davam edəcək.
Bildiyimiz kimi, cənab Prezident Bərdə rayonunun əra-zisində məcburi köçkünlər üçün tikilmiş gözəl binaların açılışını etdi və orada yaşayacaq insanlara xeyir-dua verdi. Mən bir məsələni də deyim, Mingəçevirdə də analoji binalar tikilib. Bildiyiniz kimi, iyun ayında I Avropa Oyunlarının su idman növləri üzrə yarışları Mingəçevirdə keçiriləcək. Orada bunun üçün tikilmiş evlərlə bağlı soruşulanda cənab Əli Həsənov deyib ki, bu evlər sonra məcburi köçkünlərə paylanacaq.
Burada bir məsələ də qeyd olundu. O zəbt məsələsini deyirəm. 9 il ərzində mən bu sözü hər il, demək olar ki, bir-iki dəfə eşidirəm. Mən hesab edirəm ki, bu düzgün ifadə deyil. Çünki bu məsələ əvvəllər ulu öndərin, sonra da cənab Prezident İlham Əliyevin sərəncamları ilə tənzimlənib. Bu məsələyə bir də qayıtmaq lazım deyil. Orada deyilib ki, mülkiyyət formasından asılı olmayaraq məcburi köçkünlər doğma torpaqlarına qayıdana kimi heç kimin onları tərpətməyə ixtiyarı yoxdur. Məcburi köçkünlərə göstərilən qayğıya görə cənab Prezident başda olmaqla Baş nazir Artur müəllimə, maliyyə naziri Samir müəllimə onların adından öz dərin minnətdarlığımı bildirirəm. Hesabat yüksək səviyyədə hazırlanıb, mən onun lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Arif Rəhimzadə.
A.Rəhimzadə. Sağ olun. Cənab Sədr, hörmətli Baş nazir, hökumət üzvləri, həmkarlar! Burada Azərbaycanın son illərdə, ələlxüsus 2014-cü ildəki inkişafı ilə əlaqədar çox faktlar gətirildi. Mən çıxışımı o qaydada qurmaq istəmirəm. Mən yalnız onu qeyd etmək istəyirəm ki, bu işləri həyata keçirən mükəmməl, peşəkar dövlət aparatı fəaliyyət göstərir. Bizim idarəetmə sisteminin əsasını təşkil edən bu dövlət aparatının başında cənab Prezident və Baş nazir durur. Dünyada hökm sürən bu çətinliklərə baxmayaraq, Azərbaycanın rəvan inkişafını təmin edən bu insanlara, bu aparata 2014-cü ildə iqtisadiyyatda, mədəniyyətdə, digər sahələrdə apardıqları işlərə görə minnətdarlığımı bildirmək və uğurlar arzulamaq istəyirəm.
2015-ci il “Kənd təsərrüfatı ili”dir. Bu, əlbəttə ki, möhtə-rəm Prezidentimizin aqrar siyasətinin yeni mərhələsi ola bilər. Mən bu nöqteyi-nəzərdən keçən illərdə də səslən-dirdiyim bir məsələni qeyd etmək istəyirəm. Neftçala ray-onunda 10 ildən çoxdur ki, Xol zonası adlanan sahəyə su kanalı çəkilir. Onun qiyməti bu illər ərzində 10–15 dəfə artıbdır. Ancaq bura çox az vəsait buraxıldığı üçün o kanal indiyə kimi istifadəyə verilməyib. Halbuki o kanalın isti-fadəyə verilməsi 18 min hektar məhsuldar torpağın suvarıl-masını təmin edə bilər. Bununla da kənd təsərrüfatı məhsul-larımız xeyli artar. Mən xahiş edərdim ki, bu məsələyə im-kan daxilində diqqət yetirilsin. Mən başa düşürəm ki, bunu bir il ərzində etmək mümkün deyil. Heç olmasa, növbəti 2–3 il ərzində bu layihə başa çatsın, çünki bu işlərin belə aşağı sürətlə görülməsi əvvəl görülən işləri yararsız edir və ikinci dəfə o işi görmək lazım gəlir.
Cənab Prezident bu il Neftçala rayonunda olanda qeyd etdi ki, Neftçala Azərbaycanda qazlaşdırılmağa başlanan ilk rayon olmasına baxmayaraq, indiyə kimi bu proses başa çatmayıb, qazlaşdırılma çox aşağı səviyyədədir. Mən min-nətdarlığımı bildirirəm ki, bu il bir çox yaşayış məntəqə-lərinin qazlaşdırılması nəzərdə tutulub. Mən başa düşürəm, iqtisadi vəziyyətlə əlaqədar müəyyən məhdudiyyətlər var, ancaq xahiş edərdim, nəzərdə tutulan qazlaşdırmanın həcmi təmin olunsun.
Sonra, fevral ayının 20–21-də yağan sulu qar nəticəsində Neftçala rayonunda bir çox evlərin tavanı çöküb, ağır vəziyyət yaranıb. Düzdür, qısa müddət ərzində orada hər şey yoxlanılıb, dəyən ziyan müəyyənləşdirilib, amma əfsuslar olsun ki, bu evlərin əksəriyyəti sığortalanmayıbdır. Əhalinin ağır vəziyyətini nəzərə alaraq xahiş edərdim ki, onlara imkan dairəsində evlərin damının üstünü örtmək üçün inşaat materialları verilsin. Mən hökumətin hesabatını yüksək qiymətləndirirəm və onlara gələcək işlərində uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Fərəc Quliyev buyursun.
F.Quliyev. Sağ olun. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri və kolleqalar! Mən də sizin ha-mınızı təbrik edirəm. Təbii ki, hazırlanmış sənəd çox mükəmməl və dolğundur və bütün sahələrlə kifayət qədər tanış olmaq imkanları yaradır.
Mən hökumətdən bir neçə məsələyə aydınlıq gətirməsini istəyirəm. Hazırda valyuta bazarındakı dalğalanma inkişaf etməkdə olan bütün ölkələrdə baş verir. ABŞ-ın Mərkəzi Bankının keçirəcəyi növbəti toplantıdan gözləntilər dolların bahalaşmasına rəvac verib. Mən bunu niyə xüsusilə qeyd edirəm? Çünki inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatında baş verən dəyişikliklərə daha həssas olur. Baş verənlərin Azərbaycana da xeyli dərəcədə təsiri olacaq.
Mütəxəssislər bildirirlər ki, Amerika iqtisadiyyatında həm tənəzzülün olması, həm işsizlik səviyyəsinin aşağı rəqəmlərlə ifadə olunması hazırkı vəziyyətdə uçot dərəcəsinin qaldırılması ilə bağlı bir şey vəd etmir. Amma sentyabr üçün bu proqnozlaşdırılır. Dolların 5 faiz ba-halaşması gözlənilir ki, belə halda qızılın unsiyası 16 faiz, avro isə dollara nisbətən 1,3 faiz düşə bilər. Təbii ki, bu da Azərbaycan manatına təsir edəcəkdir. Məncə, ölkənin taleyi üçün narahat olan hər kəs üçün maraqlıdır ki, fevralın 21-də manatın devalvasiyasına gedən Mərkəzi Bank dolların dəyəri artacağı təqdirdə hansı tədbirləri görəcəkdir?
İkinci bir tərəfdən, Avropa Birliyi avro ilə bağlı yeni bir layihə hazırlayır. Bilirsiniz ki, 60 milyard dəyərində pul çap edilib dövriyyəyə buraxılacaqdır. Bu çox böyük bir rəqəmdir və nəticədə avronun ucuzlaşması baş verəcəkdir. Onda yenə də dollara tələbat artacaqdır. Azərbaycan manatı arxasında dayanan neftdən və neft pullarından asılıdır. Neftin qiymət dinamikasından asılı olaraq manatın da məzənnəsi dəyişəcək. Proqnozlar var ki, hətta neftin qiyməti 40 dollara qədər düşə bilər. Belə olarsa, yeni bir devalvasiya qaçılmaz ola bilər. Hökumət buna hazırdırmı?
Məzənnə dəyişən zaman Mərkəzi Bank tərəfindən izahat verildi. Təbii ki, mən də o izahatla razılaşıram. Məsələn, iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölk-ənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək və sair. Digər bir səbəb kimi Mərkəzi Bank onu da bildirib ki, manatın məzənnəsinin korreksiyası xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin valyutalarının ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərinin neytrallaşmasına xidmət edir.
Ucuzlaşan valyutalardan biri də rus rubludur. Mən nəyə işarə etmək istəyirəm? 19 dekabr müzakirələrində mən bu məsələyə toxunmuşdum. Dövlət Neft Fondu 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən rus rublunu alaraq valyuta ehtiyatlarına daxil etdi. Bundan başqa, Rusiyanın ikinci ən böyük bankı olan VTB-də 500 milyon vəsaitimiz var idi. Rus rubluna münasibəti biliriksə, nəyə görə onda Dövlət Neft Fondu indiyə qədər rus rublu ilə bağlı siyasətində redaktələr etməyibdir? Bu məni də düşündürür və bu sualıma da cavab istəyirəm.
Mən hesab edirəm ki, bu məsələ gözlənilən idi. Neft amilinə münasibətə də burada toxunuldu. Büdcədə biz nefti 90 dollardan qiymətləndirəndə onun 70 dollara qədər düşmə ehtimalı olubdur. Belə məqamda, psixoloji baryerin 60-dan aşağı olacağı düşünülə-düşünülə nəyə görə bu qiymət 90 dollar götürüldü? Bu, izah olunmalıdır.
Zaman çox azdır, bir çox məsələlərə toxunmaq olmur. Mən hesab edirəm, belə vəziyyətdə Azərbaycan real olaraq uzun müddət davam edən aşağı sürətli böyümə xəttini mod-elləşdirməlidir və ən azından tənəzzüldən qaçmaq lazımdır. Müxtəlif hay-küylü fikirlər demək mümkündür, amma real addımlarla bu məsələlərə hazırlıq görülməlidir. Vaxt qısa oldu, amma mən hökumətə güvənirəm və hesab edirəm ki, qısa zaman ərzində vəziyyəti sahmana...
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hörmətli Baş nazir Artur müəllim və məndən qabaq çıxış edən deputat həmkarlarım ətraflı məlumat verdilər. Respublikamızın sosial-iqtisadi inkişafında əldə edilən nəticələr rəqəmlərlə ifadə olundu. Qazanılan bu nailiyyətlər əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, daim təkmilləşdirilən iqtisadi siyasətin strategiyası sahəsində mümkün olmuşdur.
2014-cü ildə qeyri-neft sektorunda iqtisadi islahatların davam etdirilməsi, idxaldan asılılığın maksimum azaldıl-ması, gündəlik tələbat malları ilə özünün təmin edilməsinin yüksəldilməsi, ölkənin ixrac qabiliyyətinin şaxələndirilməsi, ixrac qabiliyyətli və rəqabətə davamlı məhsullar istehsal edən müəssisələrin yaradılması, xarici və daxili investisiyaların cəlb edilməsi və nəzərdə tutulan digər vacib məsələlər vaxtında həll edilmişdir. Hesabat ilində hökumətin həyata keçirdiyi əsas tədbirlər regionların davamlı inkişafı, sahibkarlığın milli iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilməsi, sosial infrastrukturun yenidən qurulması, yeni iş yerlərinin açılmasına yönəlmiş və bu sahələrin hər birində uğurlar əldə edilmişdir.
Qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkəmizin qarşısında duran əsas məsələlərdən biri hesab edildiyindən hökumət əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də bu istiqamətdə davamlı və məqsədyönlü tədbirlər həyata keçirmişdir. Keçən ilin iqtisadiyyatında əldə edilmiş dəyərin, demək olar ki, üçdə ikisi və yaxud 61 faizi bu bölmədə yaranmışdır. Bu isə o deməkdir ki, ölkədə yaranan neftdən asılılıq tədricən aradan qaldırılır və iqtisadiyyatın şaxələnməsi təmin olunur.
Qeyri-neft sektorunun prioritet sahəsi hesab olunan aqrar bölmədə 2014-cü ildə heyvandarlıq məhsulları istehsalının artımı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, təsərrüfatın maddi-texniki bazasının möhkəmləndirilməsi təmin edilmiş, kənd təsərrüfatı məhsullarının istehsalına büdcə vəsaiti hesabına yardımlar göstərilmiş, güzəştli kreditlərin verilməsi davam etdirilmişdir.
Hesabat ilində aqrar sahənin tərkib hissəsi olan emal müəssisələrinin inkişaf etdirilməsi üçün konkret işlər görülmüşdür. Belə ki, rayonlarda çörək zavodları, meyvə, üzüm emalı müəssisələri, yem zavodları və digər emal müəssisələr tikilib istifadəyə verilmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 2014-cü ildə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmiş və 2015-ci ildə ölkəmizin sosial-iqtisadi inkişafının dinamik və davamlı inkişafını təmin etmişdir.
Bununla yanaşı, bəzi təkliflərimi bildirmək istəyirəm. Məlumdur ki, Azərbaycan Respublikası 2000-ci ildə Birləş-miş Millətlər Təşkilatının Minilliyin İnkişaf Məqsədlərinə qoşulmuş 147 ölkədən biridir. Keçən il 95 min ailənin 415 min üzvünün hər birinə 33,3 manatlıq yardım göstərilmişdir. Ümumilikdə isə 2014-cü ildə sosial yardımın məbləği 198 milyon manat olmuşdur.
Yaxşı olar ki, bu vəsaitin bir hissəsi pul formasında deyil, kənd təsərrüfatı və ərzaq məhsulları formasında verilsin. Bu sahədə artıq təkmilləşdirilmiş beynəlxalq təcrübələr vardır. Məsələn, Amerika Birləşmiş Ştatlarında çoxdandır ki, bu yardım formasından istifadə olunur. Özü də bu vəsait respublikamızda daha çox istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının alınmasına xərclənərdi. Belə olan halda fermerlər, emal müəssisələri dövlət büdcəsindən əlavə dəstək almaqla yanaşı, məhsul istehsalının artırılmasında maraqlı olardılar.
Bir məsələyə də toxunmaq istəyirəm. Bildiyimiz kimi, ölkəmizdə çovdar çörəyinə tələbat gündən-günə artır. Bu bitkinin becərilməsi ilə bəzi rayonlarda, xüsusən Abşeron, Bərdə, Ağdaş, Füzuli, Göygöl, Qobustan, Şamaxıda məşğul olurlar. 2011-ci ildə Lerik rayonunda 65 hektar, 2012-ci ildə Bərdə rayonunda 165 hektar sahədə çovdar becərilmişdir. 2014-cü ildə Lerik və Göygöl rayonlarında isə 75 min hektar çovdar əkilmişdir. Göründüyü kimi, bu bitkini hər yanda becərmək mümkündür. 2012-ci ildə Füzuli rayonunda 8 hektar sahənin hər hektarından 48,8 sentner məhsul götürülmüşdür. Buna baxmayaraq, bu məhsul üçün lazım olan sahələr genişləndirilməmiş və istehsal olunan məhsulların satışında problemlər yaranmışdır.
Sədrlik edən. Sağ olun. İsmayıl müəllim, əvvəlki si-yahıda Sizin adınız var idi. Adınızı çıxardınız?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu, Sabir Rüstəmxanlı buyursun.
S.Rüstəmxanlı. Hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Mən də hesab edirəm ki, Nazirlər Kabinetinin hesabatı mükəmməl hazırlanıb və son illərdə ölkə iqtisadiyyatında gedən inkişafı aydın göstərir. Ortada iş var və iş olan yerdə hesabat hazırlamaq da asandır. Mən bu məsələlərdə, şübhəsiz, ölkə başçısının yorulmaz fəaliyyətini, Nazirlər Kabinetinin rəhbərliyinin işini xüsusi qeyd etmək istəyirəm. Hər şey göz önündədir. Azərbaycanın bu başından o biri başına – ən ucqar kəndlərə qədər yeni bir hava və müstəqilliyin gətirdiyi imkanlar görünür və ölkə inkişaf edir. Bu gün bu barədə çox danışıldı və mən onları təkrar etmək istəmirəm.
Mən ölkədəki mənəvi mühit haqqında bir neçə kəlmə söz demək istəyirəm. Hökumət üzvləri bilməlidirlər ki, Milli Məclisin iclasları həmişə belə keçmir. Bu gün bir bayram əhvali-ruhiyyəsi var və hökumətin işi haqqında ancaq təriflər deyilir. Hətta belə bir təsəvvür yaranır və çıxışlarda belə bir ovqat var ki, Nazirlər Kabineti bizə hesabat vermir, biz Nazirlər Kabinetinə hesabat veririk. Mən bizim axırıncı iclasımızı xatırlatmaq istəyirəm. Həmin iclasda bizim nazirlərin və bir sıra idarələrin ünvanına xeyli tənqidi fikirlər deyilmişdi. Hamı dedi ki, gələn iclasda hesabat müzakirə olunacaq. Onda fikirlərimizi deyərik. İndi bayramdır, ona görə heç nə demək istəmirlər.
Əziz həmkarlarım, əziz dostlar, Azərbaycanda məmur–vətəndaş münasibətləri dözülməz vəziyyətdədir. Bir sıra idarələr, elə bil, qalada gizləniblər, qapıda da polis. Bir sıra idarələrə vətəndaş yaxın düşə bilmir. Biz – millət vəkilləri bəzən aylarla bir nazirə zəng vura bilmirik. Hökumət tele-fonuna da cavab verən yoxdur, ancaq əl telefonları işləyir. Onda hökumət telefonları yığışdırılsın. Katibələr cavab verirlər ki, zəng vuracağıq, axtaracağıq və sair. Aylarla belə davam edir. Biz seçicilərimizə necə deyə bilərik ki, ha-kimiyyətlə bizim aramızda uçurum var, sizin sözünüzü on-lara çatdıra bilmirik.
Keçən iclasda bu sahibkarların üzləşdiyi bürokratik ən-gəllər, monopoliyanın xırda və orta sahibkarlığın inkişafına imkan verməməsi, yoxlamaların camaatı boğaza yığması barədə xeyli danışıldı. Qonşu ölkələrdə, məsələn, Gürcüs-tanda yaşayan vətəndaşımız 5 kilo alma keçirə bilmir. Niyə? Çünki bazarı ələ keçirən adamlar imkan vermir ki, xalq öz malını bazara çıxarsın. Bu barədə danışılıb, amma bu gün hökumət burada olduğu üçün bir daha deyilməli idi.
Bilirsiniz, hər şeyin bir əndazəsi var. Bu yoxlamalar ca-maatı boğaza yığıb, imkan vermirlər. Bu qoymur ki, Azər-baycan iqtisadiyyatı inkişaf etsin. Bizim millət istedadlı xalqdır. Ona şərait yarat ki, inkişaf etsin, nə istəyirsə, gətir-sin, satsın, bazar ucuzlaşsın. Dünyanın heç yerində belə ba-halı bazar yoxdur.
Mən yeri gəlmişkən, iki məsələni də burada demək istəyirəm. Bunun biri xaricdə yaşayan soydaşlarımızla bağlıdır. Əlimdə Naxçıvandan olan valideynlərin bir məktubu var. Türkiyədə işləyirlər və illərdir oradadırlar. Bizim miqrasiya şərtləri belədir ki, müəyyən aylardan sonra onlar geri gəlməli, bir də getməlidirlər. Halbuki Naxçıvan Türkiyənin təminatı altında olan bir diyardır. Vətəndaşlarımız orada uunmüddətli yaşayıb işləyə bilərlər. Bu get-gəllər imkan vermir ki, oradakı uşaqlar təhsil alsınlar. Bu gün Naxçıvandan, başqa rayonlardan gedib Türkiyədə işləyən 10 minlərcə insanın uşaqları savadsızdır. 25 yaşına gəlib çatıblar, amma oxumaq, yazmaq bilmirlər. Biz bunu nizamlamalıyıq. Bəlkə bir televiziya proqramı olmalıdır ki, bunlara savad versin. Hesab edirəm ki, hökumət bu məsələ ilə maraqlanmalıdır. Təkcə orada deyil, Rusiyada və başqa ölkələrdə uşaqlarımız dillərini, vətənlərini unudacaqlar. Bu barədə ciddi düşünmək lazımdır.
Mən hesab edirəm ki, keçən il Masallıda, Yardımlıda xeyli iş görüldü, kəndlərə gözəl yollar çəkildi. Xahiş edirəm, bu iş bu il davam etdirilsin. Qaz çəkilişi vacibdir. 1929-cu ildə qərar olub ki, Leriklə Yardımlı arasında yol çəkilsin. İndi hər iki tərəfdən çəkilib, cəmi 5 kilometr qalıb. Artur müəllimdən xahiş edəcəyəm ki, onu başa çatdırsın.
Sədrlik edən. Yevda Abramov.
Y.Abramov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli Oqtay müəllim, hörmətli cənab Baş nazir, dəyərli həmkar-larım! Mən bugünkü bayramı sizlərlə bölüşürəm və həm də əlavə edirəm ki, bu mənim üçün 3 qat bayramdır. Bu bayram münasibəti ilə cənab Prezidenti, hökumət üzvlərini, sizləri, ailələrinizi və həmçinin Azərbaycanda yaşayan bütün millətləri, xalqları və etnosları təbrik edirəm. Bu elliklə hamımızın bayramıdır.
İkinci, qürur hissi ilə elan edirəm ki, bu gün möhtərəm Prezidentimiz Qarsda üçüncü minilliyin ən böyük iqtisadi hadisəsinin təməlinin qoyulması mərasimində iştirak edir. Qoy bu xalqımız üçün uğurlu və düşərli olsun. O pullardan Azərbaycan xalqının rifahı, Vətənimizin inkişafı üçün isti-fadə edək.
Üçüncü, Oqtay müəllim, mən həmişə büdcə müzakirəsini və hökumətin hesabatını deputatların bayramı hesab edirəm. Ona görə ki, biz seçicilərin qarşımızda qaldırdığı bir sıra mühüm məsələləri, dərdimizi hökumət üzvlərinin iştirakından istifadə edərək bu zalda səsləndiririk.
İlk növbədə deyim ki, mən hesabatla razıyam və onu qənaətbəxş hesab edirəm. Cənab Baş nazir özünün bu müdrik yaşında çox müdrikcəsinə Nazirlər Kabinetinə saat mexanizmi dəqiqliyi ilə başçılıq edib. Ulu öndər Heydər Əliyevin qoyduğu iqtisadi inkişaf strategiyasını cənab Pre-zidentimizin rəhbərliyi altında bu gün də davam etdirir. Biz hökumətin işindən razıyıq.
Oqtay müəllim, əgər hökumətin gördüyü işləri sadalasam, mənə vaxt bəs eləməz. Amma təbii ki, bayaq dediyim kimi, ürəyimdə olan və seçicilərimin tapşırdığı bir sıra məsələləri söyləmək istəyirəm. Birinci məsələ ilə bağlı mən tənəffüsdə öyrəndim ki, artıq Nazirlər Kabineti aprel ayında bununla məşğul olmaq istəyir. Mən çox şad olardım. Quba–Qonaqkənd–Şamaxı yolu ilə bağlı büdcə müzakirə olunanda dedim, xalqı maraqlandıran bu strateji yol çox dəyər kəsb edir. Bu yol 100-ə qədər kəndin inkişaf infrastrukturu üçün dəyərlidir. Mən xahiş edərdim ki, hökumət bunu nəzərə alsın. Bilirəm, qarşıda böyük idman tədbirimiz var. Bu da lazımdır, xalq bunu səbirsizliklə gözləyir. Xeyli iş görülüb, biz istərdik ki, o, davam etdirilsin.
İkinci, komitə sədrimizin, mənim çox hörmət etdiyim Kərəm müəllimin burada olmasından istifadə edərək mühüm bir məsələni demək istəyirəm. Mən bunu rayonun yeni seçilmiş başçısının bu yaxınlarda verdiyi hesabat zamanı da demişəm. Bu işlə Prezident Administrasiyası məşğul olur. Qubadakı yerli idarəniz sizə düzgün məlumat vermədən dağ yəhudilərinin sinaqoqunu və doğum evinin 1-ci mərtəbəsini özəlləşdirib, satıb. Mən bu məsələni ona görə qaldırıram ki, Oqtay müəllim, Moskvadakı iş adamlarımız bu işlə məşğul oldu. Mən keçən həftə İsraildə oldum. Deputatlığa namizəd olan keçmiş Azərbaycan yəhudiləri də bu məsələ ilə maraqlanırlar. Yəqin, Kərəm müəllim Prezident Administrasiyasının kuratoru Yaşar müəllimlə birlikdə bu məsələni araşdırıb, düzgün qiymət verəcək. Mən əgər lazım gələrsə, təklikdə Kərəm müəllimlə görüşüb detalları deyə bilərəm.
Mühüm məsələlərdən biri işsizlikdir. Artur müəllim, açığını deyim ki, artıq rayonda çoxdan görmədiyimiz insan-lar gözə dəyirlər. Moskvadan qayıdırlar, Rusiyadan de-portasiya olunurlar. Heç olmasa, əhalinin işlək qrupu üçün 10 faizə qədər yeni iş yeri açılmalıdır. Səhiyyə və təhsili çıxmaq şərti ilə bu gün Quba və Qusar rayonlarında 100 nəfərin işlədiyi bir kollektiv yoxdur. Bilirəm, problemlər çoxdur. Mən bunları perspektiv üçün deyirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sevinc Fətəliyeva.
S.Fətəliyeva. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri, hökumət nümayəndələri! Həmkar-larımız sosial-iqtisadi göstəriciləri ətraflı, kifayət qədər təhlil etdilər. Mən isə 2014-cü ildə hökumətimizin diplomatik sahədəki fəaliyyətinə toxunmaq istərdim. 2014-cü ildə Azərbaycanın xarici siyasəti ölkəmizin inkişafını, milli maraqlarının qorunmasını, dünya siyasi xəritəsində onun rolunun, beynəlxalq aləmdə nüfuzunun artmasını, xalqımızın və dövlətimizin təhlükəsizliyini təmin etmişdir. Azərbaycan diplomatiyası Azərbaycanı güclü, müstəqil, müasir, həmçinin möhtərəm cənab Prezident tərəfindən müəyyən edilmiş siyasi kursu təmin edən çox vektorlu tarazlaşdırılmış siyasət aparan bir dövlət kimi dünyaya növbəti dəfə tanıtmışdır.
Ötən illərdə olduğu kimi, 2014-cü ildə xarici siyasətin prioritet istiqaməti Ermənistan–Azərbaycan–Dağlıq Qarabağ münaqişəsinin həllidir. Münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməsi istiqamətində addımlar atılmışdır.
İl ərzində ikitərəfli münasibətlərin inkişafına, qarşılıqlı əməkdaşlığın coğrafiyasının genişlənməsinə xüsusi diqqət yetirilmişdir. 2014-cü ildə ölkəmizin Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika ölkələri ilə həm iqtisadi, həm də siyasi əlaqələrinin istiqaməti müəyyən edilmişdir.
Hesabatda qarşılıqlı səfərlər nəticəsində 30-dan artıq dö-vlətlə 80-dən artıq ikitərəfli beynəlxalq müqavilələrin im-zalanması da qeyd olunub. İl ərzində ölkə başçısının və digər dövlət və hökumət başçılarının, həmçinin hökumət-lərarası qrupların birgə iclasları, ikitərəfli əməkdaşlığı təmin etmək məqsədi ilə dünyanın bir sıra ölkələrinə qarşılıqlı səfərlər təşkil olunub.
2014-cü ildə Azərbaycan Respublikası BMT Baş Assam-bleyasında, ATƏT-in işində fəal iştirak etmişdir. Avropa Şurası Nazirlər Komitəsində sədrlik çərçivəsində bir sıra ikitərəfli tədbirlər təşkil olunub. 2014-cü ildə Azərbaycan Respublikasını bir sıra ölkələrdə, habelə bir sıra ölkələrin Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başla-mışdır.
Son illər ölkəmiz dünyanın ən aktual mövzularının müzakirəsinin məkanına çevrilib. 2014-cü ildə IV Bakı Beynəlxalq Humanitar Forumu, Gənclər siyasəti üzrə I Qlobal Forum, ATƏT-in Parlament Assambleyasının 23-cü sessiyası, Avropa Şurasının Parlament Assambleyasının büro və daimi komitəsinin iclasları və sair beynəlxalq tədbirlər Azərbaycanda keçirilib. Bunların hamısı Azərbay-canın beynəlxalq aləmdə artan nüfuzundan, gücündən xəbər verir.
Mən həmçinin təmsil etdiyim Suraxanı rayonuna aid olan məsələlərə də burada toxunmaq istərdim. Ölkədə baş verən proseslər, təbii ki, Suraxanı rayonunda da öz əksini tapır və sosial infrastruktur inkişaf edir. Məktəblərin tikilməsi, yolların bərpası və sair kimi işlər Suraxanı rayonunda da həyata keçirilir. Lakin bəzi məsələlər hələ də öz həllini tapmayıb. Zığ qəsəbəsində su təchizatı məsələsi hələ də həll edilməyib. Bu məsələ 2014–2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilsə də, bu günə qədər Zığ sakinləri su ilə təmin olunmayıblar.
Digər deyəcəyim məsələ Zığda bir neçə il davam edən sürüşmə prosesi ilə bağlıdır. Yüzdən çox fərdi yaşayış bi-naları qəzalı vəziyyətdədir. Orada insanlar təhlükə içində yaşayırlar. Çarəsizlikdən, gedəcək yerləri olmadığından bəzi ailələr həyatlarını təhlükəyə ataraq qəzalı evlərdə yaşamağa davam edirlər. Sakinlər dəfələrlə Nazirlər Kabinetinə müraciət ediblər. Əlbəttə, bu məsələ böyük vəsait tələb edir, lakin biz unutmamalıyıq ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri insan amilidir. Nə qədər fəlakət baş verməyib, nə qədər gec deyil, bu məsələnin həlli yollarını tapmaq lazımdır. Düşünürəm ki, XXI əsrdə müasir, güclü, inkişaf edən ölkənin vətəndaşları suya və təhlükəsiz yaşayış şəraitinə həsrət qalmamalıdırlar. Ümidvaram ki, bu məsələ də öz həllini qısa zamanda tapacaq. Ümumiyyətlə, möhtərəm cənab Prezident tərəfindən ölkənin hərtərəfli inkişafını təmin etmək üçün müəyyən edilən istiqamətdə hökumət tərəfindən lazımlı addımlar atılması yüksək qiymətləndirilməli...
Sədrlik edən. Sağ olun. Arif Əşrəfov.
A.Əşrəfov. Çox sağ olun. Cənab Sədr, cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Cənab Baş nazir iqtisadi strategiyamızla bağlı çox geniş məruzə etdi. Mən bu mövzuya toxunmaq istəmirəm. Bizə təqdim olun-muş hesabat, şübhəsiz ki, peşəkar işçilər tərəfindən hazır-lanmış sanballı bir sənəddir. Bu alqışlanmalıdır. Vaxtın azlığını nəzərə alaraq mən çıxışımı bir sıra təkliflər üzərində qurmaq istəyirəm.
İlk növbədə, mən qeyd etmək istəyirəm ki, Azərbaycan dünya iqtisadi sisteminə nəinki inteqrasiya edir, Azərbaycan dünya iqtisadi sisteminin tərkib hissəsidir və dünyada gedən bütün proseslər bizdən yan keçmir. Məhz bunun üçün mən bu gün neftin qiymətinin aşağı düşməsinə toxunmaq istəyirəm. Bu gün Azərbaycan Respublikasında 38 nazirlik, komitə vardır ki, bunlar da büdcədən qidalanırlar və onların da büdcədənkənar fondları vardır. Dövlət büdcəsinə çatası istər vasitəli vergilər, istər dövlət rüsumu, istərsə də cərimə və sanksiyalardan daxil olan vəsaitlər bu mərkəzi icra hakimiyyəti orqanlarının hesabına daxil olur. Mənim təklifim nədir? Nə qədər ki neftin qiyməti dünya bazarında 90 dollara çatmayıb, cənab Baş nazir, Sizdən və maliyyə nazirindən xahiş edərdim ki, həmin nazirliklərin büdcədənkənar fondları dondurulsun və ora daxil olacaq bütün vəsaitlər dövlət büdcəsinə verilsin. Bu xeyli miqdarda vəsait edəcək. Mən belə başa düşürəm ki, cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası üçün bu, sanballı vəsait olacaqdır.
İkinci təklifim Vergi Məcəlləsinin 164-cü maddəsinədir. Cənab Prezident ölkəmizdə iqtisadiyyatın şaxələnməsini, daxili bazarın qorunmasını, istehsalın səmərəliyinin artırıl-masını, yeni innovasiyaların gətirilməsi ilə texnoparkların yaradılmasını, Azərbaycanın ixrac potensialının artırılması ilə idxaldan asılılığın aşağı salınmasını bir məqsəd kimi qarşıya məqsəd qoydu və Azərbaycan Respublikası region-larının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014–2018-ci illər) birinci ilinin icrası ilə bağlı konfransda töv-siyələrini verdi ki, biz ölkəmizin ixrac potensialını qaldır-malıyıq və yerli istehsalın səmərəliyini artırmalıyıq.
Bunun üçün təklifim nədən ibarətdir? İstehsal məqsədləri üçün Azərbaycan Respublikasına gətirilən xammal, material, yarımfabrikatlar əlavə dəyər vergisindən azad olsun və bunlar 164-cü maddədə öz əksini tapsın. Bu nəyə görə lazımdır? Biz, əslində, onları vergidən azad etmirik. Hər hansı bir təsərrüfat subyektinin büdcə qarşısında öhdəçiliyi var və vergi ödəyicisidir. Bunlar bütün hallarda istehsalı başa vurduqdan sonra kalkulyasiyanı tərtib eləyirlər, rentabellik faizini gəldikdən sonra büdcə qarşısında öz öhdəçiliyini yerinə yetirirlər. Sadəcə olaraq, onlar xammal, yarımfabrikat gətirərkən əlavə dəyər vergisi ödəyəndə biz onların dövriyyə vəsaitini əllərindən almış oluruq və istehsal prosesində onlar çox pis vəziyyətə düşürlər. Eyni zamanda, ən böyük bəla onda əmələ gəlir ki, bu müəssisələr məhsul ixrac edəndə, – ixrac, bilirsiniz, sıfır dərəcəsi ilə vergiyə cəlb olunur, – sonra qapılara düşməli olurlar. Belə olan halda onların ödədikləri əlavə dəyər vergisi ya dövlət büdcəsindən geri qaytarılma-lıdır, ya da gələcək vergilər hesabına əvəzləşmə aparılma-lıdır. Bu zaman həmin müəssisələr kartoteka vəziyyətinə düşürlər. Mən belə düşünürəm ki, biz bu maddədə dəyişiklik eləsək, bu, vergi ödəyicilərinə çox sanballı bir töhfə olardı.
Üçüncü, daxili bazarın qorunması, yəni rəqabət mühitinin formalaşması, qiymətlərin manipulyasiyasının qarşısının alınması məqsədi ilə 2015–2020-ci illər üçün dövlət proqramı hazırlanmalıdır. Bu, iqtisadiyyatın səmərəliyinin artırılması üçün çox sanballı bir iş olardı. Mən Nazirlər Kabinetinin 2014-cü ildəki işini məqbul hesab edirəm və bu layihəyə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H.Rəcəbli. Hörmətli Oqtay müəllim, hörmətli cənab Baş nazir və hörmətli hökumət üzvləri! Artıq bir neçə saatdır ki, ənənəvi olaraq hökumətin hesabatını dinləyirik və görülən işlərə hərtərəfli qiymət verilir. Biz bunu bir neçə rəqəmlə ümumiləşdirə bilərik. Rəqəmləri sadalayaraq deputat həm-karlarımı yormaq istəmirəm. Bu gün biz öyünə bilərik ki, keçən il ölkənin iqtisadi inkişaf artımı 2,8 faiz olub, bunun 7,6 faizi qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektoru bu gün bizim iqtisadiyyatımızın, demək olar ki, 61 faizini təşkil edir. Bu çox önəmli, çox uğurlu bir məsələdir.
Mən xüsusi olaraq qeyd eləmək istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin formalaşdırdığı höku-mət bu işləri bilavasitə görə bilib. Bir neçə dəfə zəng elədik, düşə bilmədik. Fürsətdən istifadə edib hörmətli Artur müəllimi 80 yaşı münasibəti ilə təbrik edirik. Həmişə belə qıvraq, şux olsun və uğurlu addımlarla irəliyə getsin.
Biz 2014-cü ili necə qiymətləndirə bilərik? Mən bu ili sosial siyasətdə islahatlar ili kimi qeyd edirəm. Mən təhlil eləmişəm, elə bir sahə yoxdur ki, orada köklü, əsaslı islahat aparılmasın. Xüsusi vurğulamaq istəyirəm ki, sosial müdafiə sistemində elektron hökumət elementləri, vətəndaş–məmur əlaqələrinin azaldılması istiqamətində çox önəmli, uğurlu addımlar atılır. Bir məsələni deyim. İşəgötürülənlərlə 52 min, işəgötürənlə 1,26 milyon, fəal işçi üzrə 1,73 milyon əmək müqaviləsi elektronlaşdırılıb. Burada da bundan kənara çıxmaq olmaz. Bunun uçotu dəqiq aparılır. Yəni elektron hökumət elementləri digər sahələrdə də var.
Məsələn, biz ASAN xidməti qeyd elədik. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində elə bir sahə yoxdur ki, orada elektron hökumət elementləri olmasın. Bu günlərdə ünvanlı yardımla bağlı olaraq orada da elektron hökumət elementləri əmələ gəlir. Möhtərəm Prezidentimiz bürokratiyanı aradan qaldırmaq üçün ünvanlı yardımla bağlı bir ili iki illə əvəz elədi. Bu sahədə, sözün əsl mənasında, uğurlu addımlar atılır. Oqtay müəllim, mən xüsusilə vurğulamaq istəyirəm ki, burada hökumət – Milli Məclis tandemi xüsusi rol oynayır, çünki bu məsələlərin həll olunmasında, qanun yaradıcılığında biz hökumət qurumları ilə çox düzgün əməkdaşlıq edirik.
Mən burada bir neçə məsələyə xüsusi diqqət yetirmək istəyirəm. Bunun birincisi odur ki, hökumətin ötən ilki fəaliyyətini qiymətləndirərkən səmərəliyi qeyd etmək lazımdır, çünki maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasa, biz uğurlara çata bilmərik. Maliyyə Nazirliyini xüsusi qeyd eləmək istəyirəm. Bəzi məsələlərdə, necə deyərlər, Maliyyə Nazirliyindən inciyirik ki, maliyyə vəsaitlərini buraxmır. Bu bizi incidir. Amma görürük ki, ölkənin inkişafı üçün vəsaitdən səmərəli istifadə olunur. Bunun əhəmiyyətini sonradan görürük.
Digər məsələ. Bu gün sosial müdafiədə ünvanlılığa xüsusi diqqət yetirilir. Əlillik məsələsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yenidən baxılır. Burada da ciddi məsələlər ortaya çıxır.
Mən bir şeyi xüsusi vurğulamaq istəyirəm və deputat həmkarlarımdan da xahiş edirəm, inciməsinlər. Bəzən populizmə uyuruq, kiminsə xoşuna gəlmək üçün nəyisə deyirik. Rayonda hesabat vermək üçün deyir ki, rayonda bunu da, onu da tikmək lazımdır, bunu da görmək lazımdır və sair. Əlbəttə, mən də başa düşürəm, bu bir az xoşa gəlmək üçün olur. Amma biz daim fikirləşməliyik ki, bu, dövlətə nə verir? Sabah nə olacaq, bunun maliyyə mənbəyi varmı? Burada diqqətli olmaq lazımdır.
Burada çoxlu fikirlər səslənib, mən istəmirəm, onları təkrar edəm. Bir neçə məsələyə xüsusi diqqət yetirmək istəyirəm. Biz kiçik sahibkarlığa dəstək oluruq. Bu nəyə görə lazımdır? Birinci, ərzaq təhlükəsizliyinə, ikinci, əmək tutumlu iş yerlərinin yaradılmasına, üçüncüsü, orta təbə-qənin formalaşmasına görə vacibdir. Bununla əhalinin yaşayışı yaxşılaşacaq. Mən xahiş edirəm, Maliyyə Nazirliyi uşaq və gənclər siyasətində xəsislik eləməsin, pul ayırsın. Onlar bizim genefondumuz, gələcəyimizdir. Mən bütövlük-də hesabatı uğurlu və qənaətbəxş hesab edirəm. Sağ olun.
Sədrlik edən. Hadi müəllim, deyirsən ki, Maliyyə Nazirliyi xəsislik edir, sonra da pul istəyirsən. Maliyyə Nazirliyinin əli nə qədər bərk olsa, o nə qədər xəsis olsa, o qədər də pul çox olar. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hökumət üzvləri və deputat həmkar-lar! Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı dinlədik. Hesabat mükəmməl hazırlanmışdır. Qeyd olunduğu kimi, 2014-cü il ölkəmizin həyatında böyük so-sial-iqtisadi inkişafla, uğurlarla, nəzərdə tutulmuş bütün layihələrin vaxtında icrası ilə yadda qalmışdır. Ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılmaqla iqtisadiyyatın şaxələnməsinə, regionların inkişafına, işsizliyin aşağı enməsinə, əhalinin rifahının yaxşılaşmasına nail olunmuşdur.
Təbii ki, bütün uğurların təməlində cənab Prezidentin apardığı dövlət siyasəti və ölkənin gələcəyi ilə əlaqədar təsdiq etdiyi proqramlar durur. Dövlət başçısının müəyyən etdiyi proqramların hökumət üzvləri tərəfindən məsuliyyətlə və vaxtında icrası inkişaf prosesini daha da sürətləndirmişdir. Məsələn, üçmərhələli regionların sosial-iqtisadi inkişafı proqramının mərhələli şəkildə və vaxtında icrası bütünlükdə Azərbaycanın müasirləşməsinə gətirib çıxarmışdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası isə gələcəkdə bizi daha böyük inkişafa doğru aparacaqdır. Dövlət başçısının tapşırığına əsasən hökumət üzvlərinin regionlarda qəbullar keçirməsi əhali tərəfindən yüksək əhvali-ruhiyyə ilə qarşılanıb və bunu seçicilərimiz bizimlə bölüşürlər.
Məsələn, hörmətli təhsil naziri Mikayıl Cabbarovun Qu-sarda qəbul keçirməsi, qəbuldan sonra rayonda tikintisi aparılan məktəblərə gedib işlərin gedişatı ilə maraqlanması, tikintisi başa çatmış iki məktəbin açılışında şəxsən özünün iştirakı qusarlılar tərəfindən yüksək səviyyədə qarşılanmış-dır. Seçicilərim adından cənab nazirə təşəkkürümü bild-irirəm. Düşünürəm ki, məktəblərdə yaxşı şərait yaradıldığı üçün təhsilin səviyyəsi də yüksəlməlidir. Təhsil Nazirliyi rayon təhsil şöbələrinə, orta məktəblərə nəzarəti gücləndirməlidir, çünki təhsilin bünövrəsi orta məktəbdə qoyulur.
Azərbaycanın şəhərləri gündən-günə böyüyür, inkişaf edir. Bakı dünyanın ən gözəl şəhərləri sırasına daxil olmuşdur. Ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəlməsi və şəhərlərin müasirləşməsi nəqliyyat vasitələrinin sayının da kəskin artmasına, şəhərdə nəqliyyat sıxlığına gətirib çıx-armışdır. Yollarımız yenidən qurulur, genişlənir. Amma Avropanın inkişaf etmiş şəhərlərində yollarda əlavə velosiped zolaqları da tikilir. Şəhər sakinlərinin əksəriyyəti hərəkət üçün velosipeddən istifadəyə üstünlük verirlər. Velosiped qənaətli, ekoloji təmiz və sağlamlığı qoruyan nəqliyyat vasitəsidir. Düşünürəm ki, gələcəkdə Bakıda və digər şəhərlərdə ümumi nəqliyyat yolları ilə yanaşı velosiped zolaqları və ictimai yerlərdə velosiped dayanacaqları tikilərsə, əhalinin bu nəqliyyat növünə marağı artar və maşınlardan istifadənin azalmasına gətirər.
Hesabatda büdcə və əvvəlki hesabatın müzakirələri za-manı regionlarla bağlı tərəfimizdən qaldırılmış məsələlərə şərh verilmişdir. Düşünürəm, bu məsələlər hökumət üzvlərinin diqqət mərkəzindədir və gələcəkdə öz həllini tapacaqdır. Amma bir daha Qusarda emal sənayesinin inkişaf etdirilməsinin xüsusilə diqqət mərkəzində saxlanılmasını xahiş edirəm. Qusar kənd təsərrüfatı rayonu olduğuna görə bu çox vacib məsələdir. Emal sənayesinin inkişafı istehsal olunan kənd təsərrüfatı məhsullarının itkisiz tədarükü ilə yanaşı, əlavə iş yerləri yaradılmaqla ölkədə məhsul bolluğunun təmin edilməsində əsas amildir.
Qusar rayonunun beş mindən çox əhalisi olan Hil kən-dində içməli su ilə təminat məsələsini qaldırmışdım. Çox sağ olun ki, kəndə qədər su çəkildi. Amma kəndin içində su xətlərinin çəkilməməsi və su anbarının tikilməməsi üzündən böyük vəsait sərf olunan içməli sudan istifadə edə bilmirlər. Hil kəndinin sakinləri bu məsələnin həlli ilə əlaqədar olaraq əlaqədar təşkilatlardan kömək istəyirlər. Hörmətli hökumət üzvləri, əlaqədar təşkilatlardan xahiş edirəm ki, Hil kəndi üçün çox vacib olan bu məsələnin həllinə kömək etsinlər.
Manatın məzənnəsi ilə əlaqədar qeyd etmək istəyirəm ki, hər bir vətəndaş baş verən proseslərə real yanaşmalı və onu dövlətçilik nöqteyi-nəzərindən dəyərləndirməlidir, çünki dövlətin mənbəyi xalqdır və qəbul olunmuş qərar da xalqın gələcəyinin qurulmasına əsaslanmışdır. Manatın məzənnəsi ilə əlaqədar qəbul olunmuş qərardan sonra idxal olunan məhsullarda müəyyən qədər bahalılıq hiss olunsa da, bu, ölkə iqtisadiyyatının qorunub saxlanması üçün vacib ad-dımdır. Azərbaycan dünyanın bir parçasıdır və dünya iqtisadiyyatında baş verən proseslərin ölkəmizin iqtisadiy-yatına təsir etməməsi də mümkün deyil. Ona görə də Milli Bankın qəbul etdiyi qərar vaxtında verilmişdir.
Sədrlik edən. Çox sağ olun. Mərkəzi Bankdan danışdınız. Görürəm, maraqlananlar çoxdur. Mən də xahiş edərdim ki, hörmətli Elman Rüstəmov mövcud makroiqtisadi siyasət haqqında məlumat versin və bəzi sualları cavablandırsın. Elman Rüstəmov, buyurun.
E.Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Hökumətin hesabatında qaldırılan məsələlərə millət vəkilləri tərəfindən təklif olunan qeydlər və bütövlükdə baş verən son hadisələr, cəmiyyətdə olan gözləntilər kontekstində mən də Nazirlər Kabinetinin 2014-cü il üzrə hesabatının müzakirəsinə qatılmağı özümə borc bilirəm. Azərbaycan Respublikasının Mərkəzi Bankı geniş mənada dövlət icra hakimiyyətinin, hökumətin tərkib hissəsidir və milli iqtisadiyyatda gedən proseslərə cavabdeh təsisatlardan biridir.
Hörmətli Baş nazir öz çıxışında 2014-cü ildə milli iqti-sadiyyatımızda gedən prosesləri tam və ətraflı təhlil etdi. Mən də bütövlükdə millət vəkillərinin əksəriyyətinin qeyd etdiyi fikirlərə qatılıram ki, 2014-cü ildə hökumətin fəaliy-yəti iqtisadi quruculuq tariximizdə ən uğurlu illərdən biri kimi yadda qalacaqdır. Bunların hamısının təməlində möh-tərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçiri-lən müdrik xarici və daxili siyasət, professional idarəetmə və möhkəm siyasi iradə durur.
2014-cü ildə də iqtisadi artım davam etmiş, milli iqtisa-diyyatımız şaxələnmiş, ölkənin xarici balansı 10 milyard dollardan yuxarı olmuş, strateji valyuta ehtiyatlarımız artmış və makroiqtisadi sabitlik və dayanıqlıq tam şəkildə təmin olunmuşdur. Bildiyiniz kimi, dünyanın çox nüfuzlu qurumlarından olan Davos İqtisadi Forumunun hesablama-larına görə rəqabət indeksinin makroiqtisadi sabitlik bölməsində Azərbaycanın milli iqtisadiyyatı davamlı olaraq birinci onluqdadır. Bu təsnifatda biz ən aşağı inflyasiyaya, çox aşağı dövlət borcuna malikik. Digər göstəricilər də Azərbaycanın makroiqtisadi sabitlik bölməsində qeyd etdiyim kimi, birinci onluqda olan reytinqini təsbit edir.
Əldə olunan nəticələr xüsusilə ona görə qiymətlidir ki, bilirsiniz, 2008-ci ildən davam edən böhran bizdən da yan keçmir. Bu nəticələr bu böhranın 2014-cü ildə məhz Azər-baycan üçün yeni bir dalğasının başlanması kontekstində olduqca əhəmiyyətlidir. Bilirsiniz, 2008-ci ildə bu böhranın Azərbaycan iqtisadiyyatına əhəmiyyətli təsiri oldu. Bu təsi-rin ən mühüm kanalı neftin qiymətidir. Neftin qiymətləri kəskin aşağı düşdü. Biz buna o vaxt ciddi makroiqtisadi reaksiya verdik, büdcə sabit xərclər prinsipinə keçdi. O za-man biz milli valyutamızı müdafiə etdik, çünki proqnozlar onu göstərirdi ki, neftin qiymətinin düşməsi bir o qədər də uzun çəkməyəcək. Manatın sabitləşməsinə təxminən 1 mil-yard dollardan yuxarı vəsait sərf etdik. Neftin qiyməti təxminən iki ildən bir az çox müddətdə sabitləşdi və 2010-cu ildə biz sərf etdiyimiz o valyutanı geri ala bildik.
Lakin 2014-cü ilin ortalarından başlayaraq bu günə kimi neftin qiymətinin iki dəfə ucuzlaşması yeni bir fenomendir. Millət vəkillərinə demək istəyirəm ki, təxminən 20 ilə qədər keçən bir dövrdə neftin qiymətinin 6 aydan çox belə davamlı ucuzlaşmasının 6 halı var. Ekspertlərin qiymətləndirmələrinə görə, 2014-cü ildəki ucuzlaşma öz xarakterinə görə 80-ci illərin əvvəllərində baş vermiş ucuzlaşmaya oxşayır və onların fikrinə görə bu hələ uzun müddət davam edəcəkdir. Həm beynəlxalq maliyyə qurumlarının, həm iri investisiya banklarının fikrinə görə ucuz neft qiymətinin davam etməsi müəyyən müddət çəkəcəkdir.
Mən bir neçə dəfə qeyd etmişəm, neftin ucuzlaşmasının kökündə həm tələb, həm də təklif faktoru durur. Qaya neft-inin, qaya qazının kəşfini, onun bazara çıxarılmasını, digər tərəfdən, OPEK və qeyri-OPEK üzvləri arasında beynəlxalq neft bazarının bölüşdürülməsi istiqamətindəki ziddiyyətləri yaxşı bilirik.
Bu yaxınlarda mən bir məqalə oxudum, xalis neft formasında, əmtəə formasında dünya neftinin cəmi iki faizi satılır. Bunun qalan 98 faizi maliyyə alətinə çevrilibdir. Maliyyə aləti formasında satılan neft dünya maliyyə bazarlarında gedən proseslərdən, mərkəzi bankların siyasətlərindən və digər siyasətlərdən asılı olan bir maliyyə məhsuluna çevrilibdir.
Mən bir daha deyirəm, proqnozlar ürəkaçan deyil. Belə olan bir şəraitdə əhəmiyyətli neft ixrac edən ölkələrin mak-roiqtisadi reaksiyası necə olmalıdır? Mən çalışıram ki, aydın terminlərdən istifadə edim. Hər bir ölkə buna reaksiya verməlidir. Bu, ailə modelində də, müəssisə korporasiya modelində də belədir. Ailənin gəliri azalırsa, müəssisənin gəlirləri azalırsa, dövlətin gəlirləri azalırsa, onda buna reaksiya vermək lazımdır.
İqtisadi-riyazi modellərlə hesablamalar göstərir ki, neftin qiymətinin 50 dollar olacağı təqdirdə, – bu gün beynəlxalq qurumların əsas proqnozu bu ətrafdadır, – ölkənin xarici balansının profisiti təxminən 5 dəfə azalır. 40 dollara düşə-cəyi təqdirdə isə o mənfi zonaya keçir. Onda Azərbaycan hökumətinin qarşısında duran dilemma nədən ibarətdir? Bizim kifayət qədər yaxşı ehtiyatlarımız var. Biz neft gəlirlərindən ağıllı istifadə olunma siyasəti həyata keçirmi-şik. Milli məhsulumuzun 70 faizi səviyyəsində gəlirlərimiz var. Amma bu onu göstərir ki, biz neftin qiymətlərində köh-nə siyasəti davam etdirsək, təxminən çox qısa bir müddətdə həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın ehtiyatları sıfırlaşır. Mən yəqin ki, 1993–1994-cü illərdəki vəziyyətə qayıdacam.
İkinci dilemma nədən ibarətdir? Qeyd etmək istəyirəm ki, Azərbaycanın xarici dövriyyəsi onun illik milli məhsulunun təxminən dörddə üçünü, 75–76 faizini təşkil edir. Buna reaksiya verilməlidir. Biz məsuliyyətli bir hakimiyyət və məsuliyyətli bir hökumət olaraq, təbii ki, buna reaksiya verməliyik. Bu makroiqtisadi reaksiya nədən ibarətdir? Bu ilk növbədə fiskal reaksiyadır, büdcə reaksiyasıdır. Bu gün burada qeyd olundu ki, neftin qiyməti niyə 90 dollar qəbul olunub? Bu gözlənilmirdi. Büdcə prosesi çox uzun bir prosesdir. Neftin qiymətinin belə davamlı şəkildə aşağı düşməsi, təbii ki, dünya ekspert cəmiyyəti üçün də gözlənilməz bir şeydir. Lakin buna baxmayaraq, biz yaxşı bilirik ki, bu gün hökumət, Maliyyə Nazirliyi xərcləri real neft qiymətləri əsasında həyata keçirir və bu çox düzgün bir siyasətdir.
Digər bir tərəfdən, neftin belə qiymətləri şəraitində biz milli valyutamızı həmin dəyərdə saxlaya bilərikmi? Bunun nəticəsi, dediyim kimi, çox qısa bir müddətdə Mərkəzi Bankın valyuta ehtiyatlarının itirilməsidir. Qeyd etmək istəyirəm ki, biz strateji valyuta ehtiyatları deyəndə həm Dövlət Neft Fondunda, həm də özümüzdə olan valyutanı nəzərdə tuturuq. Amma Dövlət Neft Fondunda olan valyu-tanın təyinatı tamamilə başqadır, o, dövlətin strateji ehtiya-tıdır. Biz ona gələcək nəsillər fondu deyirik. Mərkəzi Bank-da olan ehtiyatlar isə sırf manatın məzənnəsinin sabitləş-dirilməsi, ölkəyə minimum ixracatın təmin olunması – hər bir halda həyata keçirilən siyasətin təminatçısı kimi çıxış edir. Belə olan bir şəraitdə, təbii ki, makroiqtisadi sabitlik və makroiqtisadi dayanıqlıq makroiqtisadi məsələlərdə, makroiqtisadi siyasətdə müəyyən dəyişikliklərin olunması tələbini irəli sürür.
İkinci, istənilən sağlam makroiqtisadi bina, makroiqtisadi sistem əgər sağlam deyilsə, o makroiqtisadi çətir nə qədər sabit olursa olsun, gec-tez çökməlidir. Mən millət vəkillərinin çıxışlarına diqqətlə qulaq asıram, olduqca professional çıxışlar edirlər. Cəmiyyət də bu gün iqtisadi cəhətdən kifayət qədər professional biliklərə malikdir. Biz baxsaq, görərik ki, son 3 ildə rus rublu 93 faiz ucuzlaşıb. Yəni o dövrdə ki bizim manat stabil idi, hətta möhkəmlənirdi, rus rublu 93 faiz devalvasiyaya uğrayıbdır. Onun bizim qeyri-neft xarici ticarətində payı 18 faizdir. Türk lirəsi 42 faiz, – ticarət dövriyyəmizdə 16 faiz, – avro 24 faiz, Ukrayna qrivnası 132 faiz, –xarici dövriyyədə payı 4 faizdən bir az çoxdur, – İran rialı 112 faiz, gürcü larisi 30 faizdir. 2008-ci ilin aprelində 1,59-a qədər yüksələn avro–dollar məzənnəsi bu gün 1,05-dir, manata yaxındır və hamınızın yaxşı məlumatı var, proqnoz 0,85-dir.
Belə olan şəraitdə nə baş verir? Azərbaycan müəssisə-lərinin xarici bazarlarda vəziyyəti pisləşir, onlar rəqabət üstünlüklərini itirirlər. Digər tərəfdən, Azərbaycanın daxili bazarını təmin edən müəssisələr isə daxili bazarda uduzurlar. Biz ucuz idxal və bahalı ixrac həyata keçiririk. Bu, təbii ki, cənab Prezident tərəfindən irəli sürülmüş şaxələnmə strategiyasına ziyandır. Belə bir şəraitdə, təbii ki, makroiqtisadi korreksiya məsələləri gündəliyə gəldi.
Əgər biz tarixə nəzər salsaq, nə görərik? Mənim yaxşı yadımdadır, 1992-ci ildə milli valyuta dövriyyəyə buraxıldı. O vaxt o, rus rubluna nisbətdə dəyərləndirilirdi. Amma 1993-cü ilin məlumatı var ki, təxminən 1 dollar 46 manat nisbətində idi. Çox qısa tarixi müddətdə, 1994-cü ilin sonunda ölkədə hərbi, siyasi, sosial, iqtisadi böhran dövründə bu təxminən 3800-ə çıxmışdı. Çox qısa bir müddətdə manat 84 dəfə devalvasiyaya uğradı. Yalnız xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin dəmir iradəsi və dühası Azərbaycanı maliyyə tənəzzülündən və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Mən bu məsələnin detallarına getmək istəmirəm.
2005-ci ildə denominasiya haqqında qərar qəbul olunanda artıq manat təxminən 1 dollara bərabər idi və denominasiya, sadəcə olaraq, bunu riyazi olaraq bərabərləşdirdi. Bundan sonra keçən 10 il ərzində, 2005–2015-ci illərdə nəhəng quruculuq işləri, sıçrayışlı inkişaf nəticəsində xarici balansımızın toplam profisiti 115 milyard dollar təşkil etmişdir.
Bir daha qeyd etmək istəyirəm ki, neft gəlirlərindən ağıllı istifadə nəticəsində ölkəmizdə bugünkü firavanlıq, 5 faizlik kasıblıq təmin edildi. 10 min Amerika Birləşmiş Ştatları dolları səviyyəsində orta gəlirli bir dövlətə çevrildik. Nəhəng infrastruktur quruculuğu həyata keçirildi. Vəsaitlərin də yarısını yığıb saxladı.
Bilirsiniz ki, belə nəhəng quruculuq, bütövlükdə iqtisadi artım müəyyən inflyasiya meylləri yarada bilərdi. Belə bir şəraitdə Mərkəzi Bankın əsas siyasəti inflyasiyanın qabağını almaq idi. Bu bizim qanunla müəyyən olunmuş başlıca mandatımızdır. Belə olan şəraitdə manat bu dövrdə 20 faizə qədər ucuzlaşdı. Bu qərar qəbul edilən ərəfədə 1 dollar təxminən 78,84 qəpik oldu və manat möhkəmləndi.
Bir daha qeyd etmək istəyirəm, qarşımızda duran başlıca məsələ inflyasiyanın qarşısını almaq idi. Belə nəhəng quruculuq dövründə, iqtisadi artımın 35 faizə çatdığı illərdə ölkəmizdə birrəqəmli inflyasiya təmin olunub. Lakin bir daha qeyd etmək istəyirəm ki, xarici balansda, xarici mühitdə baş verən hadisələr bizi manatın məzənnəsi məsələsinə bir daha qayıtmağa vadar etdi. Əslində, qeyd etmək lazımdır ki, devalvasiyaya, yəni korreksiyaya uğrayan manat deyil. Bu, neftin qiymətidir. Biz neftin qiymətinin 2 dəfə azalmasını hökmən siyasətimizdə nəzərə almalıyıq.
Hadisələrin xronologiyası yaxşı yadınızdadır. Cənab Prezident də manat-avro məsələsinə toxunmuşdu. Təbii ki, manat avroya nisbətdə çox əhəmiyyətli bahalaşmışdı. Baxmayaraq ki, biz manat-avro məzənnəsini təsbit etmirdik, başlıca olaraq manat-dollar məzənnəsini götürürdük. Lakin dollar-avro məzənnəsində baş verən hadisələr belə bir vəziyyətə gətirib çıxardı. Biz belə bir qərar qəbul etdik ki, artıq əvvəllər tətbiq etdiyimiz səbət məzənnəsi rejiminə keçək. Yəni manat təkcə dollara bağlanmasın, manat həm də əhəmiyyətli ticarət tərəfdaşımız, yəni 20 faizdən yuxarı olan dolların məzən-nəsində olan dəyişiklikləri də özündə əks etdirsin.
Bu, dolların avroya dinamik dəyişdiyi bir məqamda məzənnəyə müəyyən çeviklik gətirdi və bu, bazarda hiss olunmağa başladı. Biz böyük bir ajiotajın şahidi olduq. Faktiki olaraq məzənnədə dəyişiklik cəmi 0,22 faiz idi. Belə olan şəraitdə biz ciddi bir ajiotajın şahidi olduq. Son günlərdə biz ajiotajı yatırmaq üçün gündə yarım milyard dollara qədər vəsait sərf edirdik. Əgər bu gün Mərkəzi Bankın ehtiyatlarının cəmi 10 milyard dollardan bir az çox olduğunu nəzərə alsaq, sadə riyazi hesablama aparmaqla müəyyən etmək olar ki, bütövlükdə Mərkəzi Bankın valyuta ehtiyatlarının tam istifadə olunmasına nə qədər vaxt sərf oluna bilər. Bu, məsələnin bir tərəfidir.
İkinci, Konstitusiya üzrə manat Azərbaycan ərazisində yeganə ödəniş vasitəsidir. Qeyd etmək istəyirəm ki, qeyri-qanuni ticarətdə bəzi hallarda dollardan istifadə olunur. Amma bu gün bank hesablaşmalarında, rəsmi ticarətdə isti-fadə olunan valyuta manatdır. Hesablamalar göstərdi ki, belə bir dollarlaşma tempində manat kütləsinin təxminən 70 faizi dollara çevrilə bilər.
Bu iki başlıca səbəb ona gətirib çıxara bilər ki, biz öz pul dövriyyəmizin və milli valyutamızın məzənnəsi üzərində nəzarəti itirə bilərik. Belə bir şəraitdə manatın məzənnəsinin birdəfəlik korreksiyası haqqında qərar qəbul olundu. Bu qərar, hesab edirəm ki, ölkənin köklü strateji maraqlarına xidmət edir. Əgər bu qərar qəbul olunmasaydı, birmənalı olaraq deməliyəm ki, bir neçə ildən sonra dediyimiz ssenaridə biz dəfələrlə devalvasiyaya getməli idik. Bu halda biz milli iqtisadiyyatın şaxələnmə strategiyasını həyata keçirə bilməzdik və bunun çox ağır nəticələri ola bilərdi.
Azərbaycan iqtisadiyyatının gücü ondan ibarətdir ki, həm büdcə, həm də manitar valyuta siyasətində korreksiya vasitəsi ilə makroiqtisadi siyasətimizin vəziyyətini daha da sağlamlaşdırdıq və strateji olaraq çox ciddi uduşlara nail olduq. Bu, cənab Prezident tərəfindən irəli sürülmüş “Azərbaycan 2020: gələcəyə baxış” strategiyasının həyata keçirilməsi üçün çox möhkəm zəmin yaratdı. Mən cənab Prezidentin daim qürurla təkrar etdiyi “Azərbaycan müstəqil bir dövlətdir, Azərbaycan müstəqil siyasət həyata keçirir, müstəqil siyasət həyata keçiriləndə Azərbaycanın ancaq milli maraq və mənafeləri nəzərə alınır” – sözlərinə qayıtmaq istəyirəm. Onların arxasında büdcənin möhkəm makroiqtisadi sabitliyi və dayanıqlığı, Azərbaycanın möhkəm strateji valyuta ehtiyatları dayanıb. Bu, həmin siyasətin əsas təməllərindən biridir. Biz görürük ki, belə təməlləri olmayan qonşu ölkələrdə vəziyyət necədir və onların dövlət müstəqilliyindən necə sui-istifadə olunur. Azərbaycan belə dövlətlərdən deyil.
Banklarla bağlı çox maraqlı suallar qaldırıldı. Fikirlər söylənildi ki, Azərbaycan bankları batacaq, batır. Bunları çox populist, məsuliyyətsiz fikirlər hesab edirəm. Hamı, xüsusilə də müəyyən dövlət məsuliyyəti olan insanlar bilməlidirlər ki, çox həssas bir məqamda belə fikirlərlə bəzi problemlər yarada bilərlər və yaradırlar. Bu dövrdə banklarla gündəlik işləmişik. Situasiyanı tənzimləmək üçün saat 12-yə kimi iş gedib. Azərbaycanın bank sektorunda belə xarakterli problem yoxdur. Özəl bank sektoru yaxşı kapitallaşıb. Kapitallaşma imkan verdi ki, müəyyən problemləri özləri həll edə bilsinlər. Dövlət banklarında olan problemlər hökumətin, Azərbaycan Mərkəzi Bankının diqqətindədir. Biz burada ilk sabitləşdirici tədbirləri görmüşük. Bundan sonra da bu istiqamətdə çalışacağıq. Daha konkret desəm, 50 milyona qədər kapitalı toplamamış bankların hər biri ilə fərqli müqavilələr bağlanır. Biz hesab etdik ki, belə bir şəraitdə onların bağlanması bazara mənfi siqnallar verə bilər və həm də bunların içərisində dost, qardaş Pakistan Respublikasının Milli Bankının filialı da var idi. Biz bunlarla fərqli müqavilələr vasitəsi ilə onların xüsusi kapitallaşma proqramını imzaladıq. Hətta bu banklar da bağlanmayacaq, öz fəaliyyətlərini davam etdirəcəklər.
Banklarda olan valyuta kreditləri məsələsi. Hörmətli millət vəkili Sabir müəllim insanlarla işləmək məsələsini qeyd etdi. Bu hadisədən sonra Mərkəzi Bankda ictimai qəbul düzəldilib. Biz problemi olan hər bir insanı qəbul edirik, onlarla söhbət edirik. Bizim banklara tövsiyəmiz ondan ibarətdir ki, belə kreditlərin vaxtını əhəmiyyətli dərəcədə uzatsınlar, imkanları daxilində faiz dərəcələrini aşağı salsınlar. Millət vəkillərindən Zahid müəllim qeyd etdi ki, bankda olan əmanətin sahibi də xalqdır, kreditləri alan da xalqdır. Razılaşaq ki, bunların birinin hesabına o birinin problemini həll etmək çox çətindir. Amma kreditlərin vaxtının uzadılması, onların müəyyən gəlirləri hesabına faiz dərəcələrinin aşağı salınması mümkündür. Bir daha bu tribunadan istifadə edib banklara müraciət edirəm ki, bu prosesi həyata keçirsinlər. Bu məsələni çox ciddi şəkildə diqqət mərkəzində saxlayacağıq.
Banklara bir sıra yardımlar göstərilibdir. Onlara manat vəsaitləri, likvidliklər verilir. Texniki məsələlərlə sizi yor-maq istəməzdik, lakin demək istəyirəm ki, qorunan əma-nətlərin faizi çox mühümdür. Əhalinin əlavə gəlirlərinin təmin edilməsi üçün qorunan əmanətlərin faiz dərəcələri 13 faizə qədər qaldırıldı. Çünki onlar öz faizlərini endirirlər ki, sığorta altına düşsünlər. Onlara imkan verirlər ki, daha yüksək gəlir əldə etsinlər. Banklar üçün də bu yaxşıdır, əmanətlərin dayanıqlığını təmin etdi.
Qarşıda duran vəzifələr. Faiz siyasəti necə olacaq? Hamı maraqlanır, hamı məndən soruşur ki, bundan sonra nə baş verəcəkdir? İlk növbədə qeyd etmək istəyirəm ki, ilin sonu-na qədər məzənnə siyasətində hər hansı bir ciddi dəyişiklik olacağını düşünmürük. Proqnozlaşdırılan neft qiymətləri, dünya iqtisadiyyatında gedən proseslər çərçivəsində, – bunu mən vurğulamalıyam, – biz manatın məzənnəsində hər hansı bir əhəmiyyətli dəyişiklik gözləmirik. Lakin nəzərə alınacaq məsələ neftin qiymətidir. Digər nəzərə alınacaq məsələ odur ki, tərəfdaş ölkələr nə edəcəklər? Belə çevik bir sistemə daxil oluruqsa, biz daim ödəniş balansımızın sabitliyini, ticarət tərəfdaşlarımızla rəqabəti təmin etməliyik. Biz çox çevik bir valyuta siyasəti həyata keçirməliyik. Tərəfdaş ölkələrə qarşı bizim kifayət qədər ehtiyatımız var. Bu gün rəqabət qabiliyyətinə görə onlardan üstün olmağımız həm ixracat, həm də yerli istehsalat üçün əhəmiyyətli perspektivlər açır. Lakin biz daim neftin qiymətini izləyirik. Biz – iqtisadi qurumların rəhbərləri televizorları söndürmürük, daim beynəlxalq kanallarda gedən maliyyə informasiyalarını və əmtəə qiymətlərini dəqiqə-dəqiqə izləyirik. Bunu etməyə məcburuq.
Biz yenə də səbət məzənnəsində qalırıq. Demək istəyirəm ki, bu çox mühümdür. Bilirsiniz ki, dollar-avro məzənnəsi, dolların möhkəmlənməsi daim neftin qiymətinin aşağı düşməsidir. Bu mənada dollar-avro məzənnəsində olan və səbət mexanizmi vasitəsilə manatın məzənnəsinə ötürülən tendensiyalar, həm dünya iqtisadiyyatında, həm də neftin qiymətlərində gedən proseslər manatın qiymətində öz əksini tapır. Lakin səbətin parametrləri elədir ki, bu çox da əhəmiyyətli deyil. Yəni burada çox əhəmiyyətli tərəddüdlər yaratmırıq. Amma yenə deyirəm, biz dünyada gedən prosesləri hökmən məzənnə siyasətimizdə görməliyik. Bundan sonrakı məzənnə siyasəti daha çevikdir, yəni artıq təsbit olunmuş 0,5 ətrafında hər iki istiqamətdə müəyyən irəliləyişlər görəcəyik. Amma mən əhəmiyyətli irəliləyişləri gözləmirəm. Bu belədir. Bunun üçün fundamental faktorlar dəyişərsə, təbii ki, biz bunu çox açıq şəkildə cəmiyyətə bəyan etmək fikrindəyik. Bu çox açıq bir siyasət olacaq və cəmiyyəti məlumatlandıracağıq ki, fundamental şərtlərimizdə, məzənnə siyasətimizdə dəyişikliklər baş verib.
Görüləcək işlərdən biri bütövlükdə iqtisadiyyatın maliy-yələşdirilməsidir. Biz hökumətlə birlikdə iqtisadiyyatın əlavə maliyyələşdirilməsi, ucuz maliyyə vəsaitlərinin ver-ilməsi məsələsini düşünürük. Bunlardan ən önəmlisini ipoteka hesab edirik və artıq bu mexanizm üzrə hazırıq. Məsləhətləşmələr və fikir birliyi var.
Birinci, biz ipotekaya verilən vəsaiti dəfələrlə qaldırmaq fikrindəyik. Ümumi vəsaiti, bunun mənbəyini müəyyənləş-dirmişik.
İkinci, ipoteka məbləğini – həm kommersiya ipotekasını, həm də sosial ipotekanı əhəmiyyətli şəkildə qaldırmaq istəyirik.
Üçüncü, başlıca məqsəd ipotekada iqtisadi aktivliyi can-landırmaqdır. Yəni bu vəsaitlərin yeni tikintiyə yönəldilməsi, artırılması buna birinci imkan yaradacaq. Amma əlaqədar qurumlarla yeni tikintidə alınan mənzillərin özlərinin bilavasitə ipotekaya girov kimi qoyulması məsələsini həll etmək lazımdır, çünki bilirik ki, əhali bu istiqamətdə çox əziyyət çəkir. Kimsə qohumuna, qonşusuna, yaxınlarına müraciət edərək onların evlərini qoymaq istəyir. Burada problemlərin olduğunu bilirik. Dünya praktikasında olan təcrübəyə əsaslanaraq biz ilkin qeydiyyata keçəcəyik.
Dördüncü, millət vəkillərinin ən çox toxunduğu məsələ sosial tikinti ilə bağlıdır. Sosial tikintinin ipoteka mexanizmi vasitəsi ilə maliyyələşdirilməsi üzərində düşünürük.
Beşinci, bizim arzumuz ipotekanı regionlara aparmaqdır, regionlarda çalışan həmin sosial dairənin – müəllimlərin, həkimlərin, gənc ailələrin ipoteka ilə təmin olunması mex-anizmini yaratmaq fikrindəyik.
Burada kiçik və orta biznesin müdafiəsi məsələsi qal-dırıldı. Bu üstünlüklərdən, yaranmış şəraitdən istifadə edib ixracatı artırmaq istəyən müəssisələrin, sahələrin təşviqi istiqamətində məlum ucuz kredit mexanizmlərinin yaradıl-ması da diqqət mərkəzindədir.
Bu qədər. Mən də fürsətdən istifadə edib qarşıdan gələn milli bayramlarımız münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Sizi əmin etmək istəyirəm ki, Mərkəzi Bank öz pro-fessional borcuna sadiqdir. Ölkənin 2015-ci ildə də davamlı sosial-iqtisadi inkişafı, makroiqtisadi sabitliyin qorunması üçün əlimizdən gələn hər bir şeyi edəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Elman müəllim. 37 nəfər çıxış etdi, fikirlər məlumdur. Xahiş edirəm, Nazirlər Kabi-netinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirək.
Səsvermənin nəticələr (saat 18.03 dəq.)
Lehinə 101
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 1
İştirak edir 105
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hökuməti təbrik edirik. Bir daha Elman müəllimə çıxışına görə minnətdarlıq edirəm. Sağ olun.
EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ
17 mart 2015-ci il
________________________
İlyas İsmayılov. Təşəkkür edirəm, cənab Sədr! Müzakirəyə çıxarılan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabat ötən ildə hökumətin ölkənin sosial-iqtisadi imkanlarının genişlənməsi, əhalinin həyat şəraitinin yaxşılaşmasına dair fəaliyyətini kifayət qədər obyektiv əks etdirir. Bu baxımdam hesabatı məqbul sayaraq qəbul etməyi təklif edirəm. Bununla yanaşı, diqqətinizi keçən ildə indiki qədər aktual olmayan, lakin bu gün ölkənin sosial və iqtisadi durumunu müəyyən edən problemlərə çəkmək istərdim.
Aydındır ki, hökumətin illik hesabatında onun gələn il hansı tədbirlərə əl atacağı, hansı siyasi, iqtisadi və inzibati təsir vasitələrindən istifadə etməyi planlaşdırdığı haqda məlumat verilmir. Lakin bu gün yaşadığımız 2015-ci il ke-çən ildən bir çox göstəricilərə görə fərqlənir və bunlardan iki ən təsirlisi neftin dünya qiymətinin uzunmüddətli enişi və manatın fevral ayında aparılmış 34 faizlik devalvasiyasıdır.
Bu gün iqtisadi reallıq belədir ki, 2015-ci ildə dövlət büdcəsinin uğurlu icrası, iqtisadiyyatın sabitliyi və əhalinin maddi durumunun kəskin şəkildə pisləşməməsini təmin etmək üçün indiyədək istifadə olunmayan və yaxud az isti-fadə olunan üsullara əl atmalıyıq.
Bir çox çıxışlarımda mən ölkədə olan inhisarçılıq və gömrük problemləri barədə söhbət açmışdım, bir neçə oliqarx strukturların Azərbaycan istehlak bazarında hökmranlıq etdiyini və bu amilin vətəndaşların alıcılıq qabiliyyətinə mənfi təsir etdiyini göstərmişdim. Bu çıxışları mən hələ ölkə böhransız dövrdə yaşayanda etmişdim. Bəlkə də elə bu səbəbdən bəhs edəcəyim problemlər öz aktuallığını indiyədək itirməyib.
Ölkəmizdə inhisarçılıq üç çevrəni əhatə edir – daxili istehsalı, idxal və ixracı. İstehsalda inhisarçılıq problemini hələlik bir kənara qoyaraq, sırf gömrüklə bağlı qalan ikisi haqda və xüsusilə idxala dair bir misal çəkə bilərəm. Bu gün bizim gömrükdə idxal inhisarçılığı hökm sürür ki, bu da beynəlxalq bazarda baş verən müsbət qiymət dəyişikliklərinin Azərbaycanda hiss olunmamasına gətirib çıxarır. Məsələn, Dünya Ərzaq Təşkilatı açıqlama verib ki, bu ilin fevral ayında ərzaq malları son 55 ayda ən aşağı həddə düşüb, amma Azərbaycana idxal olunan ərzaq malları, demək olar ki, ucuzlaşmır.
Təhlil göstərir ki, Azərbaycanın istehlak bazarında idxal mallarının qiymətinin ucuzlaşdırılması potensialı yüksəkdir. Təsəvvür edin – xaricdən gətirilən 1 kq düyü gömrükdə 36–40 sentə rəsmiləşdirilir. İqtisadi məntiqlə onun bazar qiyməti təxminən 45–60 sent arası olmalıdır. Faktiki isə bu əmtəə 2 dollara, yəni 6 qatına satılır. Yumurta, bitki yağları, holland pendiri, mal əti, çay, makaron məmulatları və sair əsas istehlak məhsullarında da təxminən eyni mənzərədir. Müqayisəli hesablamalar göstərir ki, ölkəyə xaricdən gələn bir çox ərzaq malları daxili bazarda maya dəyərinin iki, üç və hətta dörd qatına satılır.
Əlbəttə, kompleks təkliflər yeri deyil, çünki bundan ötrü daha dərin təhlil tələb olunur. Mən vaxt azlığına görə ancaq bir məsələ üzərində dayanmaq istərdim. Ölkədə həm sa-hibkarlığın inkişafı, həm də manatın devalvasiyasının əhaliyə mənfi təsirinin azaldılması üçün hər növ inhisarçılığa qarşı tədbirlər daha kəskin olmalı, gömrük sistemində ciddi islahatlar aparılmalıdır. Nəyə görə mən məhz gömrükdən danışıram? Çünki ölkəmizin istehlak bazarında Azərbaycana idxal olunan mallar üzərində olan inhisar məhz gömrükdə yaradılan problemlərlə, idxal əməliyyatlarının məhdud sayda şirkətlərin əlində olması ilə bağlıdır. Daxili bazarda rəqabətin bərqərar olması üçün idxal əməliyyatlarının inhisardan çıxarılması ilk addım ola bilər.
Sadəcə, bunun üçün hökumət və müvafiq xidmətlər yalnız mağazalarda deyil, idxal prosesinin bütün mərhələlərində monitorinq aparmalı, ayda və ya rübdə bir dəfə əsas istehlak mallarının idxal qiymətləri ilə pərakəndə satış qiymətlərinin müqayisəli cədvəlini dövri mətbuatda nəşr etməlidir.
Gördüyünüz kimi, neft faktorunun və devalvasiyanın əhalimizin alıcılıq qabiliyyətinə, yaşayış səviyyəsinə mənfi təsirini azaltmaq üçün əlimizdə konkret alətlər vardır və biz bu alətlərdən fəal şəkildə istifadə etməliyik. Diqqətinizə görə minnətdaram.