06.10.2015 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XVI SESSİYASI İCLASININ
PROTOKOLU № 114
Milli Məclisin iclas salonu.
6 oktyabr 2015-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 101
Yetərsay 83
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hö-kuməti arasında diplomatik missiyalar və konsulluq nü-mayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qa-nununda dəyişiklik edilməsi barədə Azərbaycan Respubli-kası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
7. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respubli-kasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respub-likasının Qanununda dəyişikliklər edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.
9. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “İnvestisiya fondları haqqında” Azərbaycan Respub-likasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respub-likasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haq-qında.
16. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkredi-tasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qa-nununda dəyişiklik edilməsi barədə Azərbaycan Respub-likası qanununun layihəsi haqqında.
18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respub-likası qanununun layihəsi barədə.
19. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. Azərbaycan Respublikasının Cinayət-Prosessual Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Polis haqqında” Azərbaycan Respublikasının Qa-nununda dəyişiklik edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
29. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. “Tarix və mədəniyyət abidələrinin qorunması haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişik-liklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
31. “Milli arxiv fondu haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. “İctimai televiziya və radio yayımı haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişiklik edilməsi ba-rədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
34. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.01 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 96
Nəticə: Qəbul edildi
1. “Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.03 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
2. Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
3. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Rəbiyyət Aslanova
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.11 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
4. “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.15 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.16 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.16 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
7. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respub-likasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.19 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 110
Nəticə: Qəbul edildi
8. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Rəbiyyət Aslanova, Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.26 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
9. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Hüseynov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.28 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
10. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.31 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
11. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, İlyas İsmayılov, Muxtar Babayev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.36 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
12. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.37 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
13. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.38 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
14. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.38 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
15. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.40 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
16. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.41 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Bəxtiyar Əliyev, İsa Həbibbəyli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.45 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 97
Nəticə: Qəbul edildi
18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Cəbrayılov, Aytən Mustafayeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.50 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
19. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Cəbrayılov, İlyas İsmayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.05 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Cəbrayılov, Elmira Axundova, Qənirə Paşayeva
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.05 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 89
Nəticə: Qəbul edildi
21. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
22. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
23. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
24. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
25. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.11 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
26. “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Cəbrayılov, Musa Quliyev, Çingiz Qənizadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.15 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
27. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Cəbrayılov, Elmira Axundova, Sabir Rüstəmxanlı, İlyas İsmayılov, Muxtar Babayev, İlham Əliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.29 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
28. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.31 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
29. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.35 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
30. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Hüseynov, Rəbiyyət Aslanova, Bəxtiyar Əliyev, Bahar Muradova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.48 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
31. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Hüseynov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.49 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
32. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Hüseynov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.50 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
33. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Hüseynov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.50 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
34. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Rafael Cəbrayılov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.53 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
6 oktyabr 2015-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 101
Yetərsay 83
Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.01 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 96
Nəticə: Qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq edildi.
Gördüyünüz kimi, gündəlik, əsasən, qanunlara dəyişikliklərdən ibarətdir. Amma burada beynəlxalq sazişlər və bir Konstitusiya qanunu da yer alıb. Gündəliyi müzakirə eləməyə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda keçək gündəliyin birinci məsələsinə. “Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Qanun layihəsi “Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsini nəzərdə tutur. Bilirsiniz ki, bu iki ölkə arasında əməkdaşlıq bütün istiqamətlərdə səmərəli qaydada inkişaf edir. Sazişdə deyilir ki, razılığa gələn tərəflərdən hər biri razılığa gələn digər tərəfə bu sazişə əldə edilmiş marşrut cədvəli ilə müəyyən edilmiş marşrutlar üzrə planlaşdırılmış beynəlxalq hava əlaqəsinin müəyyən edilməsi və yerinə yetirilməsi məqsədi ilə bu sazişlə müəyyən olunan hüquqlar verir. Beynəlxalq standartlara cavab verən bu hüquqlar ölkələrin milli maraqlarının qorunmasına xidmət edir. Ona görə də qanun layihəsinə müsbət münasibət bildirmənizi sizdən xahiş edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.03 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə. Bu çox gözəl bir qanun layihəsidir. Xahiş edirəm, Səməd Seyidov buyursun.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Tamamilə haqlısınız. Çoxdan gözlədiyimiz və çox vacib bir qanun layihəsidir. Bizim diplomatlarımız müxtəlif ölkələrdə işləyirlər. Onlar orada ailə üzvləri ilə bir yerdədirlər. Onların ailə üzvlərinin o ölkələrdə işləmək hüququ əldə etməsi üçün belə sazişlərin olması çox vacibdir.
Bu, ikitərəfli sazişdir. Yəni Kanadanın Azərbaycandakı və Azərbaycanın Kanadadakı səfirliklərində işləyən insanların ailə üzvlərinin də həmin ölkələrdə işləməsinə icazə verilməsi üçün bu qanun layihəsi hüquqi əsas yaradır. Hazırda biz bu istiqamətdə başqa ölkələrlə də işləyirik. Biz hörmətli millət vəkillərindən komitəmiz adından xahiş edirik ki, bu qanun layihəsinə səs versinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.06 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti beş məsələ cənab Prezidentin məktubu ilə gəlib. 3-cü məsələ – “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Buyursun Rəbiyyət Aslanova.
R.Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Bu gün müzakirənizə təqdim olunan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi hansı zəru-rətdən yaranmışdır? Bu layihədə təklif olunan dəyişikliklər adı çəkilən qanunu “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 16 dekabr tarixli Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
Məsələ burasındadır ki, 1999-cu ildə qəbul edilmiş “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəasına əsasən qaçqın və məcburi köçkünlərə iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə, lakin ən çoxu 3 ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşamaq hüququ verilirdi. Amma burada bir müəyyənlik yox idi. Müvafiq icra hakimiyyətinin özü hələ müəyyən deyildi. Bu insanların harada yerləşdirilməsi müəyyən deyildi.
2007-ci ildə Dövlət Miqrasiya Xidmətinin yaranması və 2013-cü ildə Miqrasiya Məcəlləsinin qəbul edilməsi qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi üçün ayrıca mərkəzlərin yaradılmasını bir zərurətə çevirdi. Bu gün bizim Miqrasiya Məcəlləsinə uyğun olaraq ölkəmizə gəlib burada qaçqın statusu almış şəxs yaşayış yeri əldə edənədək belə mərkəzlərdə yerləşdirilir. Qanunun 6-cı və 11-ci maddələrinə edilən dəyişikliklərə əsasən yalnız qaçqın və məcburi köçkünlərə deyil, onların ailə üzvlərinə də həmin mərkəzlərdə yerləşdirilmək hüququ verilir.
Mən deyərdim ki, Azərbaycan Respublikasında əcnə-bilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə qaçqın və məcburi köçkünlərin hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirən qanunlar postsovet məkanında bu sahədə qəbul olunmuş ən mükəmməl qanunlardır. Bizim Miqrasiya Məcəlləsini başqa ölkələrin, hətta Avropanın aparıcı ölkələrinin müvafiq məcəllələri ilə müqayisə edəndə onun daha yüksək humanizm prinsiplərinə söykəndiyinin şahidi oluruq. O, Azərbaycan dövlətinin bu insanlara nə qədər yüksək demokratik prinsiplərlə yanaşmasının, ölkəmizdə dövlət miqrasiya siyasətinin nə qədər uğurla həyata keçirilməsinin bariz nümunəsi, göstəricisidir.
Mənə elə gəlir ki, bu qanun layihəsinin qəbul edilməsi gələcəkdə miqrasiya ilə bağlı baş verə biləcək müəyyən halların nəzərə alınması üçün çox vacibdir. Ümumiyyətlə, Miqrasiya Məcəlləsi qəbul edildikdən sonra yüzə yaxın sənədə əlavə və dəyişikliklər edilib. Bu qanun layihəsi “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində də-yişikliklər edilməsi haqqında” Qanuna uyğunlaşdırılan birinci sənəddir. Bundan sonra o biri sənədlərdə də bu öz əksini tapacaq.
Bu gün Avropada və dünyanın bəlli ölkələrində baş verən proseslər miqrasiya problemlərinin həllolunmaz bir səviyyəyə çatdığını göstərir. Nə gözəl ki, Azərbaycan dövləti 1999-cu ildən indiyədək qəbul etdiyi bütün müvafiq qanunlarda bu məsələni tənzimləyib və bu gün Azərbaycana gələn miqrantlar onların hüquqlarının nə qədər qorunduğunun şahidi olurlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin bu sahədə əldə etdiyi uğurlar dünyaya nümayiş etdirilə biləcək uğurlardır.
Mən hörmətli millət vəkillərindən bu sənədə səs verməyi xahiş edirəm. Çünki bu sənəd bugünkü durumda, yəni miqrasiya proseslərinin gərginləşdiyi və dünyanın bununla bağlı problemləri həll etmək üçün axtarışlar apardığı bir zamanda çox gözəl bir nümunədir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.11 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədə. Buyursun Rafael Cəbrayılov.
R.Cəbrayılov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Çox sağ olun, hörmətli cənab Sədr. Oqtay müəllim, gündəliyin 4-cü, 5-ci, 6-cı və 7-ci məsələləri Sizin də qeyd etdiyiniz kimi, ölkə Prezidentinin bir məktubu ilə daxil olub. O məsələlərdən birini hörmətli Rəbiyyət xanım təqdim etdi. Qalan dörd məsələ – yəni müvafiq qanunlara edilməsi təklif olunan dəyişikliklər mahiyyətcə eyni xarakterlidir və Miqrasiya Məcəlləsinə edilən dəyişikliklə bağlıdır. Ona görə icazənizlə mən bu dörd məsələni bir yerdə məruzə edərdim. Sonra onlar ayrılıqda səsə qoyulardı.
Sədrlik edən. Üç məsələni birləşdirib məlumat verə bilərsən. 7-ci məsələ Konstitusiya qanunu olduğu üçün, xahiş edirəm, onu ayrıca təqdim edəsən. Buyur.
R.Cəbrayılov. Bəli, cənab Sədr, mən bunu vurğulayaca-qdım. Hörmətli həmkarlar, keçən il dekabr ayının 16-da Miqrasiya Məcəlləsində Azərbaycan Respublikasının əraz-isinə qanunsuz daxil olan miqrantların müəyyən müddətdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilməsinə icazə verilməsi ilə bağlı bir dəyişiklik edilib. İndi “Azərbaycan Respublika-sında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda, İnzibati Xətalar Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində edilməsi təklif olunan dəyişikliklər də Miqrasiya Məcəlləsində edilən o dəyişikliklə bağlıdır.
“Azərbaycan Respublikasında dövlət daktiloskopik qey-diyyatı haqqında” Qanunun 8-ci maddəsində məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilən insanların siyahısı verilir. Həmin siyahıya müvəqqəti saxlama mərkəzlərində yerləşdirilən miqrantlar da daxil edilir. Bu qanuna təklif olunan dəyişiklik bundan ibarətdir.
Sözsüz ki, Azərbaycan Respublikasının ərazisinə qanunsuz daxil olan miqrantlar inzibati qaydada tutulub Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarı-lana qədər haradasa saxlanılmalıdırlar. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə təklif olunan əlavə onların müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilməsinə icazə verir. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik bundan ibarətdir.
Cəzaların İcrası Məcəlləsinə təklif olunan dəyişiklik də bununla bağlıdır. Azərbaycan Respublikasının ərazisinə qanunsuz daxil olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarından inzibati qaydada çıxarma cəzasının icrasından yayınmaqla hökmün icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsas olduqda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada tutulur və qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilir. Cəzaların İcrası Məcəlləsinin 166-cı maddəsinə təklif olunan dəyişiklik də bundan ibarətdir.
Hörmətli Sədr, icazənizlə bu üç məsələ səsverməyə çıxarılsın, sonra növbəti məsələni təqdim edim. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, gündəliyin 4-cü məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.15 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 5-ci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.16 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 6-cı məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.16 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul edildi. Çox sağ olun.
Gündəliyin 7-ci məsələsi – “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə. Buyursun Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azər-baycan Respublikasının Konstitusiya Qanununa edilməsi təklif olunan dəyişiklik də Miqrasiya Məcəlləsinə keçən ilin dekabrında edilmiş həmin dəyişikliklə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə və onun yaratdığı milli preventiv qrupa hələ keçən il belə bir səlahiyyət də verilmişdi ki, bütün dövlət orqanlarına, yerli özünüidarəetmə orqanlarına, polis bölmələrinə, hərbi hissələrə, müvəqqəti saxlama yerlərinə, cəzaçəkmə müəssisələrinə və bu qəbildən olan digər müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən maneəsiz daxil olub orada insan hüquqlarının vəziyyətini araşdıra bilsinlər.
İndi Miqrasiya Məcəlləsinə əlavə olunmuş qanunsuz mi-qrantların müvəqqəti saxlama mərkəzləri də bu siyahıya əlavə edilir. Yəni bundan sonra insan hüquqları üzrə müvəkkil və onun yaratdığı milli preventiv qrup sadaladığım təşkilatlarla yanaşı, qanunsuz miqrantların saxlanılması üçün nəzərdə tutulmuş mərkəzlərə də əvvəlcədən xəbərdarlıq etmədən maneəsiz daxil ola biləcəklər.
Hörmətli həmkarlarıma xatırlatmaq istərdim ki, Konsti-tusiya qanunları 95 səs çoxluğu ilə qəbul edilir. Ona görə diqqətli olmağınızı xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.19 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 110
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun.
8-ci məsələ – “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyursun Rəbiyyət Aslanova.
R.Aslanova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! İlk növbədə onu söyləyim ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsində sizin müzakirənizə təqdim olunan dəyişikliklər “Dini etiqad azadlığı haqqında” Qanunun 29-cu maddəsi ilə bağlıdır. “Müvafiq icra hakimiyyəti orqanı” adlanan bu maddədə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri öz əksini tapıb. Həmin maddənin 8-ci və 11-ci abzaslarına əlavə olunan müddəalar bu orqanın səlahiyyətlərini bir az da artırır.
Diqqətinizə çatdırım ki, hələ sovetlər dönəmində dini məsələlərlə məşğul olan və dini qurumlara nəzarət funksiyasını yerinə yetirən Nazirlər Soveti yanında Dini Məsələlər üzrə Müvəkkillik var idi. Bu müvəkkilliyin səlahiyyət dairəsi o qədər də böyük deyildi. Çünki SSRİ Konstitusiyasına əsasən din dövlətdən ayrı olduğuna görə onun səlahiyyət dairəsinə yalnız dini qurumların fəaliyyətinə və vicdan azadlığı, dini etiqad azadlığı prinsiplərinin həyata keçirilməsinə nəzarət daxil idi. Ökəmiz müstəqillik əldə etdikdən sonra “Dini etiqad azadlığı haqqında” Qanun bu sahədə yaranan yeni orqanın, yəni Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərini artıran yeni müddəalarla zənginləşdirilir.
İndi haqqında məlumat verdiyim qanun layihəsi də eyni məqsədə xidmət edir. Səkkizinci abzasa “məlumatlar” sö-zündən sonra “(o cümlədən dini fəaliyyətə dair) və maliyyə hesabatları” sözləri əlavə edilir.
11-ci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və maddəyə aşağıdakı məzmunda 12-ci və 13-cü abzaslar əlavə edilir:
“nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiy-yatın, audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahə-sində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamalar aparır;
din sahəsində mütəxəssislərin hazırlanması və ixtisas-larının artırılması üçün tədbirlər görür, ixtisasartırma kurslarını təşkil edir.”
İndiyə qədər dini ədəbiyyat satılan ixtisaslaşdırılmış ma-ğazalarda yoxlamaların aparılması bu komitənin səlahiy-yətinə aid deyildi. İndi isə səlahiyyətlər artırılaraq belə yoxlamaların aparılması da ona həvalə edilir.
Sonda daha bir maraqlı dəyişiklik din sahəsində mü-təxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görülməsi, ixtisasartırma kurslarının təşkil edil-məsidir.
Başqa sözlərlə desək, Din Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda mövcud olan konfessiyaların hər birində – müsəlman, yəhudi, xristian (pravoslav və katolik) dini icmalarında din sahəsində çalışan mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görülməsini, ixtisasartırma kurslarının təşkil edilməsini öz üzərinə götürür. Kifayət qədər böyük səlahiyyətlərdir. Biz bu səlahiyyətləri həmin komitəyə verməklə din sahəsində proseslərə onun müdaxilə imkanlarını genişləndirmiş oluruq.
Mən Azərbaycanda dini durumun yaxşılaşması üçün bu komitənin dini duruma nəzarət funksiyalarının artırılmasına xidmət edən həmin dəyişikliklərə səs verməyə sizi dəvət edirəm. Təşəkkür edirəm.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım. Qanun layihəsi ilə bağlı Qüdrət müəllim çıxış eləmək istəyir. Buyurun, Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, media nümayəndələri! Mən, sözsüz ki, bu dəyişikliklərə səs verəcəyəm və Rəbiyyət xanımın o fikri ilə də tamamilə razıyam ki, bu sahədə ciddi nəzarətin olmasına ehtiyac var.
Mən son vaxtlar mətbuatda dini təşkilatlardan ən az ikisinin belə bir bəyanatına rast gəlmişəm ki, onlar seçkiləri boykot edəcəklər. Halbuki onlar qeyri-hökumət təşkilat-larıdır və onların siyasi məsələlərə qiymət verməsi, siyasi fəaliyyətlə məşğul olması qəti qadağandır.
Ziyafət müəllim, gündəlikdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişik-liklər edilməsi barədə qanun layihəsi var. Mən hesab edirəm, o qanunda bu da öz əksini tapmalıdır ki, nizamnamədən kənar fəaliyyətə görə dini komitə dərhal belə təşkilatların dövlət qeydiyyatının ləğv olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməli və həmin hüquqi şəxslərin dövlət qeydiyyatı ləğv olunmalıdır.
Bu yaxınlarda mən gördüm, narkomanlığa görə azadlıq-dan məhrum edilib həbsxanadan təzəlikcə çıxmış bir nəfər qəzetlərdə dini ekspert kimi çıxış edir. O və digər bu tipli insanlar dini cəmiyyətlər, dini təşkilatlar adından açıqla-malarla çıxış edirlər. Bu birbaşa siyasi fəaliyyətdir. Burada dindən, dini maarifçilikdən söhbət gedə bilməz. Ona görə zamanı gəlib çatıb ki, biz qanunvericilik qaydasında müva-fiq qərar qəbul edək və dini komitəyə belə səlahiyyət verək ki, bu cür qurumların fəaliyyəti dərhal dayandırılsın, həmin şəxslər barədə müvafiq ölçülər götürülsün. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, başqa çıxış eləmək istəyən yox-dursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.26 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Rafael Hüseynov, buyurun.
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini.
Ayrı-ayrı qanun layihələrində vaxtaşırı dəyişikliklərin, əlavələrin, düzəlişlərin edilməsi çox təbii bir prosesdir. Bu dəyişiklikləri həyatın özü diktə edir. Xüsusən “Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişikliklərin olması təbii və qanunauyğundur.
Bu qanun layihəsinə edilən dəyişiklik dini mətbu nəşrlərlə bağlıdır və bu da təsadüfi deyil. Din həyatımızda son dərəcə vacib bir yer tutur. Biz dini etiqad azadlığını bütün istiqamətlərdə təmin etsək də, bəzən dini mətbu nəşrlərdən sui-istifadə halları müşahidə edilməkdədir.
“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 14-cü maddəsi “Kütləvi informasiya vasitələrinin təsis edilməsi” adlanır. Bu maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilir: “Dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi sənədlərə əlavə olunur”.
Burada zahirən göründüyünün əksinə olaraq heç bir məhdudiyyət düşünülmür. Sadəcə, dini mətbu nəşrlərin cəmiyyətin sonrakı həyatında oyada biləcəyi təsirlərin müsbət istiqamətdə cərəyan eləməsi üçün öncədən müvafiq icra hakimiyyəti orqanının rəyinin olması məqsədəuyğundur. Bu, dini mətbu nəşrlərin özləri üçün də son dərəcə əhəmiyyətlidir. Düşünürəm ki, bu dəyişiklik qanunu daha da təkmilləşdirir və mükəmməl edir. Ona görə həmkarlarımı həmin dəyişikliyə səs verməyə dəvət edirəm.
Sədrlik edən. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.28 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qa-nununda dəyişiklik edilməsi barədədir. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli Ziyafət müəllim, təşəkkür edirəm. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilməsi təklif olunan dəyişiklik “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında” Əsasnamədə keçən il edilmiş dəyişikliklərlə bağlıdır və qeyd etdiyim qanuna 5.4.9-cu maddənin əlavə edilməsini nəzərdə tutur. Həmin maddədə deyilir ki, nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyətinin rəyi tələb olunur.
Mən düşünürəm ki, bu çox təbii və düzgün təklif olunan əlavədir. Çünki din insanlar üçün çox mühüm bir mənəvi dəyərdir, mənəvi dəyərlərin təbliği isə çox həssas bir məsələdir. Dini dəyərlərin təbliği adı altında çox spekulya-tiv, iyrənc məqsədlərin güdüldüyünü, siyasətə qarışıldığını görmüşük. Hörmətli həmkarım Qüdrət Həsənquliyev də bayaq bu məsələyə toxundu. Bu baxımdan düşünürəm ki, fəaliyyətində, nizamnaməsində dini dəyərlərin təbliği isti-qamətləri olan hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasına xüsusi yanaşmaq lazımdır və bu qeydəalma üçün tələb olunan sənədlərin içərisində müvafiq icra hakimiyyəti orqanının rəyinin də olması bu məsələni daha da təkmilləşdirər. Ona görə hörmətli həmkarlarımdan bu dəyişikliyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə səs verin.
Səsvermənin nəticələr (saat 12.31 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Müflisləşmə və iflas haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişiklik edilməsi ba-rədə qanun layihəsidir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verəcək. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Gündəlikdəki 11, 12, 13 və 14-cü məsələlər bir məktubla daxil olub. Bu qanun layihələri bir-biri ilə bilavasitə əlaqədardır. İcazə versəniz, elə bu çıxışımda onların hamısı haqqında məlumat verərəm, sonra ayrılıqda səsə qoyarıq.
Sədrlik edən. Buyurun.
Z.Səmədzadə. “Müflisləşmə və iflas haqqında” Qanunun 2-ci maddəsinin 2-ci hissəsi aşağıdakı redaksiyada verilir:
“2. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir.
Bu Qanun Azərbaycan Respublikasının Mərkəzi Bankına şamil edilmir.
Bu Qanunda istifadə edilən “borclu” anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aiddir.
Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir.”
Bu dəyişiklik onunla əlaqədardır ki, son illərdə qiymətli kağızlar bazarının və sığorta bazarının inkişafı ilə əlaqədar olaraq mühüm işlər görülür. Qanuna belə bir dəyişikliyin təklif olunması da bununla bağlıdır.
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 46.25-ci maddəsinə aşağıdakı məzmunda bir cümlə əlavə edilir: “Səhmdar investisiya fondunun əmlakının açıq hərrac yolu ilə satılması onun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.”
“Banklar haqqında” Qanuna isə aşağıdakı məzmunda 81.1-1-ci maddə əlavə edilir: “Bu Qanunun 81.1-ci mad-dəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.”
“Sığorta fəaliyyəti haqqında” Qanuna da eyni məzmunda 118.4-cü maddə əlavə edilir.
Hörmətli millət vəkillərinə təklif edirəm ki, bu dəyişik-liklərə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Yekunlaşdırdınız, Ziyad müəllim?
Z.Səmədzadə. Bəli.
Sədrlik edən. Çox sağ olun. Qanun layihəsi ilə bağlı çıxış eləmək istəyənlər var. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. “Müflisləşmə və iflas haqqında” Qanunun 2-ci maddəsinin 2-ci hissəsinin qüvvədə olan redaksiyasında deyilir ki, bu Qanun bütün kommersiya təşkilatlarına, o cümlədən banklara şamil edilir. Ona görə də üçüncü bənddə yazılır ki, bu qanun Mərkəzi Banka şamil edilmir. Amma təklif olunan variantda yazılır: “Bu qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir.” Sonra bir də əlavə olaraq göstərilir ki, bu qanun Mərkəzi Banka şamil olunmur. Mərkəzi Bank da bankdır da. Odur ki, bu cümlə çıxarılmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Muxtar Babayev.
M.Babayev. Çox sağ olun, Ziyafət müəllim. Mən də İlyas müəllimin dediyi birinci dəyişikliyi qeyd etmək istəyirəm. Həmin maddənin üçüncü hissəsində “borclu” anlayışının aid olduğu şəxslərin dairəsi müəyyən edilərkən “borclu müəssisələr və fərdi borclular” sözlərindən istifadə olunub. Məncə, bu sözlər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğunlaşdırılaraq “borc öhdəliyi daşıyan fiziki və hüquqi şəxslər” sözləri ilə əvəz oluna bilər. Dəyişiklikləri, ümumiyyətlə, dəstəkləyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Ziyad müəllim, münasibət bildirmək istəyirsiniz? Buyurun.
Z.Səmədzadə. Deyilənlərdə müəyyən həqiqətlər olsa da, nəzərə alınmalıdır ki, Mərkəzi Bank haqqında xüsusi qa-nunumuz var və Mərkəzi Bank kommersiya təşkilatı hesab edilmir. Bizdə ikipilləli bank sistemi mövcuddur. Birinci pillə Mərkəzi Bankdır və onun kommersiya fəaliyyəti yox-dur. İkinci pillə kommersiya fəaliyyəti olan banklardır. Bu baxımdan beynəlxalq təcrübədə də, digər respublikaların təcrübəsində də Müflisləşmə qanunu Mərkəzi Banka şamil edilmir.
Sədrlik edən. Aydındır. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.36 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələyə – “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.37 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasi-bət bildirək.
Səsvermənin nəticələr (saat 12.38 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası-nın Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələr (saat 12.38 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
15-ci məsələ “Kiçik sahibkarlığa dövlət köməyi haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli millət vəkilləri, “Kiçik sahibkar-lığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli Qanunun tətbiqi barədə cənab Prezidentin 2013-cü il 28 avqust tarixli Fərmanının icrası ilə əlaqədar olaraq uyğunlaşdırılma məqsədi ilə hazırlanmışdır. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Qanunun “Kiçik sahibkarlıq subyektləri” adlanan 3-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilir: “Kiçik sahibkarlıq subyektləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azər-baycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilən meyarlar əsasında müəyyənləşdirilir”.
Cənab Prezidentin imzaladığı fərman əsasında Nazirlər Kabineti kiçik sahibkarlıq subyektlərinin müəyyənləş-dirilməsi meyarlarını təsdiq edib və ona görə təklif olunur ki, həmin meyarlar nəzərə alınsın. Millət vəkillərindən qanun layihəsinin lehinə səs vermələrin xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun. Əgər çıxış eləmək istəyən yoxdursa, təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.40 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Uyğunluğun qiymətləndirilməsi sahə-sində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli millət vəkilləri, adı çəkilən qanuna aşağıdakı məzmunda 2.3-cü maddənin əlavə edil-məsi təklif olunur: “Bu Qanunun müddəaları dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulmuş informasiyanı mühafizə vasitələrinin uyğunluğunu qiymət-ləndirən qurumların akkreditasiyası ilə bağlı münasibətlərə şamil edilmir.” Bu, kiçik dəyişiklikdir, spesifik xarakter daşıyır. Sizdən bu dəyişikliklərə də səs verməyinizi xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə səs verək.
Səsvermənin nəticələr (saat 12.41 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Elm və təhsil komitəsi sədrinin müavini Bəxtiyar Əliyev. Bəxtiyar müəllim, buyurun.
B.Əliyev, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini.
Təşəkkür edirəm, Ziyafət müəllim. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan 22.5-c maddəsində deyilir ki, magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradıla bilər. İndi bu maddədə edilən dəyişiklikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda da magistratura təhsil pilləsinin yaradılması mümkün olacaqdır.
Artıq belə bir təcrübə də var. Bilirik ki, Azərbaycan Milli Elmlər Akademiyası çox gözəl bir təşəbbüslə çıxış edibdir və bu istiqamətdə işlər görülür. Ona görə də hesab edirik ki, bu dəyişiklik olduqca zəruridir və günün tələblərinə cavab verir.
Layihə bizim komitədə müzakirə olunub, bəyənilib və Milli Məclisin müzakirəsinə tövsiyə edilibdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Bəxtiyar müəllim. Əslində, İsa müəllimin burada çıxış etməsini mən təbii hesab edirəm, çünki yəqin ki, söhbət Elmlər Akademiyasından gedir. İsa müəllim, zəhmət olmasa, bir az məlumat verin. Bu proses akademiyada necə təşkil olunacaq?
İ.Həbibbəyli. Artıq bu il ölkə başçısının dəstəyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən akademiyada magistraturaya qəbul aparılmışdır. Hazırda akademiyanın müxtəlif institutlarında magistratura təhsili təşkil olunub, tədris prosesi başlayıb. Akademiyanın böyük elmi-texniki bazası var, laboratoriyaları var, burada görkəmli alimlər var. Yəni ölkədə magistratura təhsilinin inkişafına akademiya da öz layiqli töhfəsini verəcəkdir.
Mənim burada demək istədiyim əsas məsələ ondan ibarətdir ki, biz Elm qanununu da artıq bu payız sessiyasının gündəliyinə daxil etmişik. Mən çox istərdim ki, Elm qanununda da Təhsil qanununa edilən əlavə olduğu kimi öz əksini tapsın. Doğrudur, Elm qanununda da akademiyada magistratura təhsilinin aparılmasına dair müəyyən fikirlər vardır. Amma açıq və konkret deyildir. Mən fərqli olmasın deyə qanunların uyğunlaşdırılması baxımından istərdim ki, gələcəkdə müzakirə edəcəyimiz Elm qanununda da Təhsil qanununa bu gün edilən dəyişiklik olduğu kimi öz əksini tapsın. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.45 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllə-sində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Rafael müəllim, buyurun.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar! Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilməsi təklif olunan əlavə ölkə Prezidentinin keçən il sentyabr ayında imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamından irəli gələn məsələ ilə bağlıdır.
İnzibati Xətalar Məcəlləsinə 181-6-cı maddə əlavə edilir. Maddənin dispozisiyasında göstərilir ki, dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.
Düşünürəm ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı hazırkı vəziyyətində qoşunların təmas xəttində gərgin vəziyyəti nəzərə alaraq dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin olunması düzgün hesab edilə bilməz. Bu baxımdan ölkə Prezidentinin təklif etdiyi bu layihə tam məntiqlidir. Ona görə hörmətli həmkarlarımı bu əlavəyə səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Aytən Mustafayeva.
A.Mustafayeva. Hesab edirəm ki, bu çox vacib və indiki vəziyyətdə xüsusən mühüm bir dəyişiklikdir. Ancaq mən bu layihədə bir şeyi başa düşmədim. Burada deyilir ki, dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər cəmi 500 manat cərimə ilə cəzalandırılırlar. Mən bunu heç cür başa düşə bimirəm. Bu necə ola bilər? Mən hesab edirəm ki, bunun üçün burada daha ciddi cəza təyin olunmalıdır.
Sədrlik edən. Aytən xanım, Sizə məlumat üçün deyim ki, bizim Cinayət Məcəlləsində bununla bağlı daha ciddi cəza var. Burada isə dövlət sirrinin xarakterindən, məxfilik dərəcəsindən asılı olaraq ona uyğun cərimə nəzərdə tutulub. Amma doğrudan da, çox ciddi dövlət sirrinin mühafizəsinin pozulmasından, yayılmasından söhbət gedirsə, buna görə cinayət məsuliyyəti nəzərdə tutulub. Hələlik söhbət İnzibati Xətalar Məcəlləsindən gedir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Biz onu heç göstərə də bilmərik. Çünki bu məxfi məsələdir. Onu artıq o məsuliyyəti müəyyən edən orqan özü müəyyən edəcək. Rafael müəllim, çıxış etmək istəyirdiniz? Buyurun.
R.Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Əslində, mənim deyəcəklərimi Siz tam, ətraflı izah etdiniz. Doğrudan da, dövlət sirrinin yayılması ilə bağlı Cinayət Məcəlləsində ayrı bir maddə var və orada kifayət qədər ağır cəza nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinə əlavə olunan bu maddənin subyekti vəzifəli şəxsdir. Burada söhbət bu və ya digər səbəb üzündən, hətta bilməməzlikdən dövlət sirrinə buraxılışı olmayan şəxsin belə bir vəzifəyə təyin olunmasından gedir. Amma onun ağır hüquqi nəticələri varsa, artıq bu, Cinayət Məcəlləsi ilə tənzimlənir.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.50 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
19–24-cü məsələlər cənab Prezidentin bir məktubu ilə daxil olub. 19-cu məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Rafael müəllim, buyurun.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli Ziyafət müəllim, təşəkkür edirəm. Ziyafət müəllim, Sizin də vurğula-dığınız kimi, gündəliyin 19–24-cü məsələləri ölkə Prezi-dentinin bir məktubu ilə daxil olub. Amma birinci dörd məsələ müxtəlif məcəllələrə edilən dəyişikliklər barədədir. İcazənizlə əvvəlcə onlar haqqında məlumat verərdim, ayrı-ayrılıqda səsə qoyulardı, sonra qalan iki qanun layihəsi barədə məruzə edərdim. Çünki onlar da predmetləri bir-birinə yaxın qanunlardır.
Sədrlik edən. Buyurun.
R.Cəbrayılov. Hörmətli həmkarlar, qeyd etdiyimiz kimi, bu 6 məsələ ilə bağlı qanunlara edilən dəyişikliklər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə ölkə Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamının 4.2.4-cü və 4.2.5-ci bəndlərinin icrası ilə əlaqədar təklif edilmişdir. Düşünürəm ki, bunlar insan hüquqlarının müdafiəsi və Azərbaycan Respublikasının qanunlarında humanizm prinsipinin daha da gücləndirilməsi baxımından çox mühüm dəyişikliklərdir.
Bildiyiniz kimi, hazırda tibbi xarakterli məcburi tədbirlərə cəlb olunma məhkəmənin hökmü ilə həyata keçirilir və yalnız cinayət törətmiş şəxslərə tətbiq olunur. Cəzaçəkmə müəssisəsində narkoloji xəstəlikləri meydana çıxan şəxslərin məhkəmənin hökmü ilə məcburi qaydada tibbi xarakterli tədbirlərə cəlb olunması və bunun prosedur qaydalarının işlənib hazırlanması dövlət proqramında bir vəzifə olaraq qarşıya qoyulur. Ona görə də Cinayət Məcəlləsinin 93, 94, 95 və 98-ci maddələrində müvafiq dəyişikliklər edilir.
İndiyə qədər yalnız cinayət törətmiş şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlər tətbiq olunurdu. İndi isə İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif olunan 37-1-ci maddəyə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin də məcburi müalicəyə cəlb edilməsi mümkün olacaq, yəni onlara da məhkəmənin hökmü ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq ediləcəkdir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 426.2-ci maddəsinin yeni redaksiyada verilməsi təklif olunur.
Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edildiyi şəxs-lərin dairəsinin genişlənməsi ilə əlaqədar olaraq Cinayət-Prosessual Məcəlləsində də dəyişiklik edilir. Məcəlləyə 519.2-1-ci maddə əlavə olunur.
Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsinin də səbəbi cənab Prezidentin 2013-cü il 24 iyun tarixli həmin Sərəncamının tətbiqi ilə bağlıdır. Məcəlləyə 17.1-ci maddə əlavə olunur.
Mən bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan qanunvericiliyinə gətirilən bu dəyişikliklər insan hüquq-larının daha etibarlı şəkildə təminatı, habelə Azərbaycan qanunlarında humanizm prinsiplərinin daha da möhkəmləndirilməsi baxımından təqdirəlayiqdir və düşünürəm ki, ölkə Prezidentinin bu təklifi hörmətli həmkarlarım tərəfindən dəstəklənməlidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Rafael müəllim, təşəkkür edirəm. Qanun layihələri ilə bağlı çıxış etmək istəyənlər var. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İnzibati Xətalar Məcəlləsində qeyd olunduğu kimi, inzibati həbs yalnız müstəsna hallarda inzibati xətaların ayrı-ayrı növlərinə görə 3 ay müddətinədək müəyyən olunur və ərazi üzrə polis idarələrinin müvəqqəti saxlama məntəqələrində icra edilir. İnzibati Xətalar Məcəlləsinə edilməsi təklif olunan 37-1-ci maddənin mahiyyəti isə inzibati xəta törətmiş və narkomaniyadan əziyyət çəkən şəxslərin məcburi qaydada müalicəyə cəlb olunmasından ibarətdir. Hesab edirəm ki, bu çox mühüm və aktual maddədir. Çünki bildiyimiz kimi, narkomaniya əsrimizin ən böyük bəlalarından biridir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da minlərlə insan bu xəstəliyə düçar olur və bunun bir çox fəsadları özünü cəmiyyətdə büruzə verir. Ona görə də bu dəyişikliyi təqdir edirəm.
Amma bu maddənin bəndlərini diqqətlə oxuyarkən bir sıra suallar ortaya çıxır. Yəqin ki, hörmətli Rafael müəllim buna aydınlıq gətirəcək. 37-1.1-ci və sonrakı bəndlərdən aydın olur ki, barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs ancaq inzibati həbs müddətini başa vurduqdan sonra ixtisaslaşdırılmış tibb müəssisəsinə məcburi müalicəyə göndərilir.
Belə çıxır ki, narkomaniyadan əziyyət çəkən şəxs 3 aya qədər inzibati həbs müddətində müalicəsiz qalacaq. Halbuki qapalı şəraitdə bu insanda çox dəhşətli ağrılar, psixi pozuntular ola bilər. Çünki azadlıqda olarkən onlar narkotik maddələri mütəmadi olaraq qəbul edirlər. Bildiyim qədər, belə insanlar lazım olan dozanı qəbul etmədikdə hətta ölə bilərlər.
Ona görə sual ortaya çıxır. Humanistlik və tibbi cəhətdən nə dərəcədə əsaslıdır ki, biz onları yalnız inzibati həbs cəzasını çəkdikdən sonra müalicəyə yönəldirik? Diqqət yetirin, Rafael müəllim də dedi ki, Cinayət Məcəlləsinin 93-cü maddəsinə görə, cinayət törətmiş şəxs psixi xəstəlikdən və ya narkomaniyadan əziyyət çəkirsə, ona dərhal tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Deməli, belə çıxır ki, biz cinayətkarlara qarşı daha humanist addım atacağıq nəinki nisbətən yüngül inzibati xəta törətmiş şəxslərə qarşı.
İndi deyə bilərsiniz ki, narkomandır, özü bilər, qoy əziy-yət çəksin. Amma unutmayaq ki, o da bizim vətəndaşımızdır və xəstə insandır. Nə dərəcədə məntiqlidir ki, xəstə insanı inzibati həbs yerlərində biz iki həftədən üç aya kimi müalicəsiz saxlayaq? Axı bunlar ətraf üçün də böyük təhlükə mənbəyinə çevrilə, hər hansı cinayət törədə və hətta özlərinə də qəsd edə bilərlər.
Ona görə mənim bu problemə yanaşmam bir az fərqlidir. Mən hesab edirəm ki, humanizm baxımından biz İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişiklik edərək bu insanları inzibati həbs müddətinin başa çatdığı gündən sonra yox, elə ilk gündən inzibati həbs ilə paralel şəkildə məcburi müalicəyə cəlb edə və lazım olsa, dərhal ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verə bilərik.
Bu məsələnin ciddiliyini nəzərə alaraq mən çox xahiş edərdim ki, bu təklifim işçi qrup tərəfindən araşdırılsın və nəzərə alınsın. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Çox sağ olun, Ziyafət müəllim. Cinayət Məcəlləsinin 93.1-ci maddəsinin təklif olunan mətnində deyilir ki, məhkəmə aşağıdakı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Sonrakı bəndlərdə, yəni 93.1.1-də və 93.1.2-də həmin şəxslər sadalanır. Sonra eyni fikir təkrar olunur. 93.1-1-də “şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən” sözləri yazılır, iki nöqtə qoyulur və həmin şəxslər sadalanır. Mənə elə gəlir ki, 93.1-1 tamamilə çıxarılmalı, qalanları ardıcıl sadalanmalıdır.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən, əslində, Elmira xanımın qaldırdığı məsələni vurğulamaq istəyirəm. Yəqin ki, heç kəs bu dəyişikliklərin əleyhinə deyil. Onları hamı dəstəkləyir. Çünki bunlar zəruri dəyişikliklərdir. Dünyanın hər yerində olduğu kimi, bizdə də narkomaniyaya qurşanan insanlar tərəfindən törədilən cinayətlərin, inzibati xətaların artdığını nəzərə alsaq, bir daha əmin olarıq ki, belə insanların məcburi müalicəyə cəlb edilməsi çox önəmlidir. Bunlar cəzalarını çəkməklə yanaşı ciddi şəkildə məcburi müalicədən keçməlidirlər ki, sonralar yenidən azadlıqlarına qovuşduqları zaman təkrar bu cür hadisələr törətməsinlər. Çünki bu hadisələrin bir çoxunu məhz narkotik maddələrin təsiri altında törədirlər. Şübhəsiz ki, yalnız müalicə edildikləri təqdirdə biz o vətəndaşlarımızı yenidən cəmiyyətə qazandıra bilərik.
Ona görə mən də inzibati həbs cəzası çəkən, narkomani-yadan müalicəyə ehtiyacı olan şəxslərin elə inzibati həbs müddətindəcə məcburi müalicəyə cəlb olunması barədə müddəanın İnzibati Xətalar Məcəlləsində təsbit olunması fikrini dəstəkləyirəm. Düşünürəm ki, bu müalicə cəza ilə paralel olaraq aparılsa, daha yaxşı olar, zaman itirilməz və bunun müsbət nəticələrini biz daha tez hiss etmiş olarıq. Yəqin ki, Rafael müəllim bu məsələyə aydınlıq gətirər. Hər halda mənim üçün çox maraqlıdır, biz edə bilərikmi ki, belə insanlar inzibati cəza ilə eyni zamanda məcburi müalicəyə də cəlb olunsunlar? Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Əvvəla, mən çıxış edən həmkarlarıma dərin təşəkkürümü bildirirəm. Elmira xanıma isə çox maraqlı bir məsələyə toxunduğu üçün xüsusi təşəkkürümü bildirmək istəyirəm.
Düzdür, bu gün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xəta törətmiş şəxsə tibbi xa-rakterli məcburi tədbirlərin tətbiq olunması nəzərdə tutulmayıb. Amma bu heç də o demək deyil ki, bu insanlara tibbi xidmət göstərilmir. Bu müəssisələrdə belə insanlara mükəmməl tibbi xidmət göstərilir, özü də sistematik olaraq göstərilir.
Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, məcburi xarakterli tibbi tədbirlərin tətbiq olunması qanunla tənzimlənib və bu, xüsusi prosedur tələb edən bir məsələdir. Məcəlləyə görə bunun üçün həkim-ekspert komissiyası xüsusi rəy hazırlayır. Həmin müəssisənin rəhbərliyi ərazi üzrə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edir, məhkəmə onu icraatına qəbul edib baxır və müvafiq qərar çıxarır. Bu o qədər müddət tələb edir ki, məhkum tərəfindən inzibati cəza artıq çəkilib qurtarmış olur.
İnzibati cəzanın müddəti bilirsiniz ki, maksimum 3 aydır. Hüquqşünas olmayan insanlara elə gələ bilər ki, bu o şəxslərə inzibati həbsdə olduğu müddətdə tibbi xidmət göstərilməsini istisna edir. Əslində, onlara tibbi xidmət sistematik olaraq göstərilir.
Burada söhbət belə şəxslərin inzibati həbsdə olduğu 15 gün və ya 1 ay həbs müddəti bitdikdən sonra onların həmin prosedura riayət etməklə məhkəmənin qərarı ilə məcburi müalicəyə göndərilməsindən gedir. Yəni bu ayrı bir prosedur məsələdir. Amma bu heç də o demək deyil ki, hörmətli Elmira xanımın dediyi kimi, inzibati həbsdə olan insanın ağrıları başlayacaq və ona heç bir tibbi xidmət göstərilməyəcək. Bu o demək deyil. Yəni ona mükəmməl tibbi xidmət göstəriləcək. Amma onun məcburi xarakterli tibbi müalicəyə göndərilməsi ayrı bir prosedur məsələdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Rafael müəllim. Kifayət qədər aydınlıq gətirdiniz. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, 19-cu məsələyə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.05 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
20-ci məsələ. Azərbaycan Respublikasının İnzibati Xə-talar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.05 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 89
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
21-ci məsələ. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
22-ci məsələ. Azərbaycan Respublikasının Cəzaların İc-rası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layi-həsi. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, 23 və 24-cü məsələlər “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə və “Narkotik va-sitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qa-nununda dəyişikliklər edilməsi barədə qanun layihələridir. Onlar barədə Rafael müəllim məlumat versin, ondan sonra ayrı-ayrı səsə qoyarıq. Buyurun, Rafael müəllim.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Əslində, əvvəlki dörd məsələ ilə bağlı olan dəyişikliklər bu qanunlarda edilən dəyişikliklərlə bilavasitə bağlıdır. Çünki qanunların bir-birinə uyğunlaşdırılması baxımından bu iki qanunda dəyişikliklər etmədən sadaladığımız məcəllələrdə dəyişikliklər etmək düzgün olmazdı. O dəyişikliklər, əslində, “Narkoloji xidmət və nəzarət haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunlarda da öz əksini tapmalıdır. Ona görə düşünürəm ki, bunun əlavə şərhə ehtiyacı yoxdur. Hörmətli həmkarlarımdan bu qanun layihələrinin də qəbul olunmasına səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Rafael müəllim. Buyurun, xahiş edirəm, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.08 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
24-cü məsələ. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də münasibət bildirin, xahiş edirəm.
Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
25-ci məsələ. Azərbaycan Respublikasının İnzibati Xəta-lar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azər-baycan Respublikası qanununun layihəsi. Rafael müəllim, buyurun.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilməsi təklif olunan bu dəyişiklik Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununda edilmiş dəyişikliklə bağlıdır. Bu gün İnzibati Xətalar Məcəlləsində edilməsi təklif olunan dəyişiklik 162-ci maddənin adında və dispozisiyasında “qorunması” sözünün əlavə edilməsindən ibarətdir. Yəni həmin maddənin adında və dispozisiyasında “avtomobil yollarının saxlanılması” sözlərindən sonra “qorunması” sözü əlavə olunur. Düşünürəm ki, bu dəyişiklik 162-ci maddəni daha da mükəmməl edir. Ona görə hörmətli həmkarlarımdan bu dəyişikliyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.11 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti, 26-cı məsələ. “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Buyurun, Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsas-naməsində edilən dəyişiklik də çox kiçik bir dəyişiklikdir. Əsasnamənin 1-ci maddəsində dəyişiklik nəzərdə tutulur. Orada “xalq təhsili” sözləri “hüquq, təhsil” sözləri ilə əvəz olunur. Bu çox əsaslı bir dəyişiklikdir. “Xalq təhsili” ifadəsinin özü bir az sovet əhval-ruhiyyəsini özündə ehtiva edən və bir qədər abstrakt məzmun kəsb edən bir ifadədir. Düşünürəm ki, onun çıxarılıb yerinə, sadəcə, “hüquq, təhsil” sözlərinin yazılması daha doğrudur. Çünki orada sadalamalar var: “elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə...” Yəni bu, məzmun baxımından da bir dolğunluq yaradır. Ona görə hörmətli həmkarlarımdan xahiş edirəm, bu dəyişikliyi dəstəkləyək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Rafael müəllim. Musa müəllim, danışmaq istəyirdiniz? Buyurun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də bu qanun layihəsini dəstəkləyirəm və “Tərəqqi” medalının Əsasnaməsinə dəyişiklik edilərək bunun hüquq və təhsil işçilərinə də şamil olunmasının tərəfdarıyam. Eyni zamanda, parlamentin diqqətinə çatdırmaq istəyirəm ki, sosial müdafiə və sosial sığorta sahəsində bizim 10 minə yaxın vətəndaşımız çalışır. Bu da kifayət qədər ağır bir sahədir. Bilirsiniz ki, əlillərlə, qocalarla, işsizlərlə, pensiyaçılarla işləyən bir kontingentdir. Onlar reabilitasiya, protezləşdirmə problemləri ilə və sairlə məşğul olurlar. Kifayət qədər məsuliyyətli, ağır və şərəfli bir sahədir. Düşünürəm ki, bu sahəni də “Tərəqqi” medalının Əsasnaməsinə əlavə etməklə onların da lazım olanda təltif olunması imkanlarını yaratmaq olar. Ona görə də mümkündürsə, qanun layihəsinin müəllifləri ilə danışıb “sosial müdafiə və sosial sığorta” sözlərinin də buraya əlavə olunmasını təklif edirəm. Bütövlükdə isə layihəyə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Çox sağ olun, təşəkkür edirəm. Mən “Tə-rəqqi” medalının təqdimolunma dairəsinin genişləndirilmə-sini müsbət hal kimi dəyərləndirirəm. Amma hörmətli Ziya-fət müəllim, biz elm və təhsili həmişə bir-birinə yaxın və ayrılmaz sahələr kimi ifadə etmişik. Ona görə burada “təhsil” sözünün “hüquq” sözündən sonra verilməsi, məncə, bir qədər yerinə düşmür. O cümlənin əvvəlində “elm” sözü var. Mən təklif edərdim ki, “təhsil” sözü onun ardınca yazılsın. Bu texniki düzəlişdir. Nəzərə alınmasını xahiş edirəm.
Sədrlik edən. Siz ardıcıllıq nöqteyi-nəzərindən deyirsiniz? Ona, yəqin, Rafael müəllim, baxmaq olar, “təhsil” sözü əvvələ keçsin. Amma indi bu layihədə təklif olunan dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, “Tərəqqi” medalının Əsasnaməsinə hüquq işçiləri də əlavə olunur. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.15 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Rafael müəllim, buyurun.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda edilməsi təklif olunan dəyişik-liklər, əslində, heç də yeni dəyişikliklər deyil.
Yadınızdadırsa, biz bu ilin əvvəlində “Avtomobil yolları haqqında” Qanunda yolun hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılması, yol kənarından torpaqların götürülməsi və yol təsərrüfatına ziyan vuran sair bu kimi hərəkətlərin qadağan olunmasını nəzərdə tutan dəyişikliklər etdik. Bununla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər edilmiş və ona xüsusi bir maddə də əlavə olunmuşdur. İndi isə həmin dəyişikliklər “Yol hərəkəti haqqında” Qanuna köçürülür. Ona görə də hörmətli həmkarlarımdan bu dəyişiklikləri dəstəkləməyi xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael müəllim, Sizin bu izahatınıza baxmayaraq, yenə çıxış etmək istəyənlər var. Elmira Axundova, buyurun.
E.Axundova. Çox sağ olun, hörmətli sədarət. Mən bilirəm ki, biz indi bu ilin fevral ayında İnzibati Xətalar Məcəlləsində etdiyimiz dəyişiklikləri “Yol hərəkəti haq-qında” Qanuna keçiririk. Mən o vaxt da avtomobil yollarında mal-qaranın müəyyən edilən yerlərdən kənar keçirilməsi ilə bağlı maddəyə dair öz fikirlərimi bildirmiş, bu məsələ üzərində xüsusi dayanmış və vurğulamışdım ki, bu müddəanın işləməsi üçün bizim yol infrastrukturumuz genişlənməli, alternativ yollarımız olmalıdır, əks halda bu maddə işləməyəcək. Bu belə də oldu.
Həmin dəyişikliyin edilməsindən 8 ay keçməsinə baxmayaraq, hələ də bu sahədə heç bir irəliləyiş yoxdur. Misal üçün, bu yaxınlarda deputat seçildiyim Masallı rayonundan, həmçinin Qəbələdən qayıdarkən yenə də yol qırağında otlayan, yolu keçən mal-qaranı müşahidə edirdim. Yəni əvvəlki vəziyyət olduğu kimi qalıb. Amma kənd camaatını da qınamaq olmaz. Çünki kəndlinin ev təsərrüfatında saxladığı mal-qara otlaqdan geri qayıdarkən istər-istəməz magistral yolu keçərək evin tövləsinə gəlməlidir. Böyük sürülər üçün olan keçidlər bəzən kənd-lərdən 50–60 kilometr aralıda yerləşir. Çox yerlərdə isə belə keçidlər, ümumiyyətlə, yoxdur.
Odur ki, müvafiq qurumlar bu məsələ üzərində çox ciddi işləməli, bunun real həll yolunu tapmalıdırlar. Çobanların və kənd əhalisinin öz mal-qarasını aparması üçün istifadə edəcəyi alternativ yollar olmalıdır ki, bizim bu qanun dəyişikliyimiz real hüquqi qüvvəyə malik olsun. Bununla yanaşı, yol polisi və yolun təhlükəsizliyinə cavabdeh olan digər qurumların əməkdaşları gərək fermer təsərrüfatı ilə məşğul olan şəxslərlə ciddi maarifləndirmə işləri aparsınlar. Çünki mən mal-qara saxlayan bir neçə kəndli ilə yolda söhbət edərkən aydın oldu ki, onların, ümumiyyətlə, bu dəyişikliklərdən xəbərləri yoxdur. Amma bu dəyişikliyin əhəmiyyəti böyükdür və onun real tətbiqi yol təhlükəsizliyi baxımından mühüm amil ola bilər.
Yeri gəlmişkən, hörmətli sədarət, mən bir məsələyə də diqqət yetirmək istərdim. Mən gündəliyin müzakirəsi zamanı bu məsələyə toxunmaq istəyirdim, amma gündəliyin müzakirəsi olmadı. Kütləvi informasiya vasitələrində biz az qala hər gün magistral yollarda avtomobil qəzaları haqqında eşidir, internet və televiziya vasitəsi ilə bu qəzalarla bağlı qorxunc mənzərələri seyr edirik. Demək olar ki, magistral yollarımızda məsuliyyətsiz sürücülər tərəfindən əməlli-başlı qətliam törədilir. Misal üçün, bu yaxınlarda Bakı–Sumqayıt yolunda baş verən qəzalarla bağlı xəbərləri ürək ağrısı ilə eşitdik. Dövlət Yol Polisinin statistikasına görə bizdə bu qəzalarda Avropa ölkələri ilə müqayisədə qat-qat çox insan tələf olur.
Təəssüf ki, tələfatın qarşısını almalı olan dəmir arakəs-mələr də bəzən ölüm alətinə çevrilir. Ona görə istərdim ki, bu arakəsmələrin ekspertizası aparılsın. İnternetdə bu barədə bir videolentə baxarkən müəyyən etdim ki, Qərbdə də bu arakəsmələrdən istifadə olunur. Amma təsəvvür edin, orada sınaq keçirilərkən onları nə Kamaz, nə avtobus, nə də ağır tir sındıra bildi. Bizdə isə hətta kiçik bir minik maşını bu arakəsməni yarıb keçir. Ona görə təklif edirəm, bu arakəsmələrin ciddi və müstəqil ekspertizası keçirilsin. Yoxlamaların nəticəsinə uyğun olaraq ya arakəsmələrin keyfiyyəti yüksəldilsin, ya da onların yerinə digər qurğular yerləşdirilsin. Xahiş edərdim ki, bu təklifim müəyyən qurumlara çatdırılsın. Çünki insan təhlükəsizliyi baxımından bu, doğrudan, çox vacib məsələdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Təşəkkür edirəm. Magistral yolların, xüsusən respublika əhəmiyyətli yolların təcrid olunması və burada sürətli hərəkətin qorunması çox vacibdir. Mal-qaranın bu yollara çıxmasına yol vermək olmaz. Bu doğrudur, amma elə-belə sadə məsələ də deyil.
Mənim yadıma düşür, – oxuduğum materiallara əsasən deyirəm, – keçən əsrin əvvəllərində erməni–azərbaycanlı savaşından sonra 1906-cı ildə Tiflisdə tərəflərin görüşü və qurultayı keçiriləndə ermənilərin bir dənə tələbi vardı ki, azərbaycanlıların mal-qarası bizim kəndlərdən keçməsin. Yəni mal-qara arandan yaylağa keçməsin. Əslində, bu yolla onlar Azərbaycanın yaylaqlarını camaatın əlindən almaq istəyirdilər ki, camaat mal-qarasını ancaq aranda saxlasın. İndi o keçib, həmin o torpaqlar, yaylaqlar ermənilərin əlindədir.
Amma qalan ərazilərdə yaylaq–aran ənənəsi bu gün də qorunur. Bizim camaatın mal-qarası yayda hökmən yaylağa getməlidir. Təsəvvür edin, bütün torpaqlar özəlləşib paylanıb. Magistral yollar da mal-qaraya bağlanır. Bu mal-qaranı camaat yaylağa hansı yolla aparmalıdır? Heç bir rayonda bir dənə aran–yaylaq yolu qalmayıb. Ona görə bu mal-qara, qoyun sürüləri yola çıxmağa məcburdur. Mal-qaranı, qoyun-quzunu yaylağa aparıb geriyə gətirmək üçün başqa bir yer, yol yoxdur. Torpaqlar paylanıb. İndi bu yolu da bağlayaq. Bunlar mal-qaranı vertolyotla, təyyarə ilə aparacaq?
Bu dəyişiklik yol üçün çox gözəldir, bəs kənd təsərrüfatı işçiləri üçün? Onlar nə edəcəklər? Ona görə hər dəfə payızda o yollar boyu yazıq çobanların kənd camaatı ilə davası gedir. Mənim kəndimdən keçmə, mənim yolumdan keçirmə. Bəs bu yazıqlar nə eləsinlər?
Elmira xanım alternativ yol deyir. Aran–yaylaq alternativ yolları olmalıdır ki, bizim avtomobil yollarımızı qorumaq mümkün olsun. Azərbaycan kənd təsərrüfatı ölkəsidir və bu məsələnin bizim kənd təsərrüfatımıza çox ciddi təsiri ola bilər. Xahiş edirəm, bunu nəzərə alasınız.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim redaktə xarakterli kiçik bir təklifim var. O da 11-ci maddənin adına aiddir. 11-ci maddə “Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” adlanır. Burada “olunması” sözü artıqdır. Bu ya “avtomobil yollarının istifadəsi zamanı”, ya da “avtomobil yollarından istifadə zamanı” şəklində yazılmalıdır. “Olunması” sözü artıqdır. Sağ olun.
Sədrlik edən. Muxtar Babayev.
M.Babayev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən bu dəyişikliklərlə tamamilə razıyam. Amma bir qeydim var. 11-ci maddədə 2-ci və 3-cü bəndin mənası eynidir. Məncə, onların birləşdirilməsi, ya da 3-cü bəndə “yol qurğularının” sözlərinin əlavə olunması məqsədəuyğun olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm. Mən bu qanun layihəsi ilə bağlı deyilən bütün fikirlərlə razıyam. Amma bir neçə məqama toxunmaq istəyirəm. Bu məqamlardan biri mal-qaranın magistral yollara çıxması ilə bağlıdır. Əslində, burada ən böyük problem gündəlik bu heyvanların magis-tral yolların sağ və sol tərəfinə keçməsi problemidir.
Vaxtilə mən Prezident Administrasiyasında şimal zona-sının kuratoru işləyərkən şimal zonasına yeni magistral yol çəkiləndə müvafiq yoldaşlarla söhbətlər zamanı dəfələrlə dedim ki, yolun altından heyvanat üçün, mal-qara üçün keçidləri bir qədər yaxın qoysunlar. Əfsuslar olsun ki, bu gün belə deyil və bununla bağlı çox gərgin bir vəziyyət yaranıb. Bildiyiniz kimi, mən Xaçmaz zonasının millət vəkiliyəm və o yolla tez-tez gedib gəlirəm. Hər dəfə də mal-qaranın o magistral yolun sağ və sol tərəfinə gedib-gəlməsi ilə bağlı acınacaqlı bir halla üzləşirəm.
Bu yaxınlarda biz cənab Prezidentin tapşırığı ilə Siyəzən və Xızı zonasında 30 min hektara yaxın ərazinin Taxtakörpü su anbarından su ilə təmin olunması ilə bağlı layihə ilə tanış olduq. Mən o yolla gedəndə görürəm ki, bu layihə ilə bağlı magistral yolun altından o yolu yaralamadan həmin o boruları keçirmək imkanı var. Bunu nəzərə alaraq hesab edirəm ki, müəyyən yaşayış məntəqələrinin qarşısında mal-qara üçün yeraltı keçidləri magistral yolu zədələmədən inşa etmək olar.
İkinci məqam isə magistral yollarda sürət problemi ilə bağlıdır. Son vaxtlar biz hamımız şahidi oluruq ki, magistral yollarda sürəti qeydə alan kameralar, radarlar qoyulub. Mən də sürücüyəm, sükan arxasındayam. Mənə elə gəlir ki, bu radarlar bir qədər problem yaradır. Problemi mən nədə görürəm? Radara təqribən 30 metr qalmış qəflətən sürətin həddi aşağı düşür. Məsələn, respublika üzrə magistral yollarda sürət hədd saatda 110 kilometr götürülüb. Amma hansısa bir yaşayış məntəqəsinə 30 metr qalmış radarı görürsən və sürət həddi birdən-birə 50-yə düşür. Bu daha da qəza vəziyyətinə gətirib çıxarır. Çünki əgər sürücü sürəti birdən-birə azaldıb 110-dan 50-yə salırsa, arxadan gələn avtomobillər bunu gözləmədiyindən qəzanın yaranmasına səbəb olur.
Mən hesab edirəm ki, radarlarla bağlı bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Çünki bəzən elə yollarda sürət həddi aşağı salınır ki, heç ona ehtiyac yoxdur. Məsələn, elə kəndlər var ki, onların giriş və çıxışında sürət həddini aşağı salmağa ehtiyac yoxdur. Məsələn, Kürdəmir yolunda sürət müəyyən yerlərdə birdən-birə 50-yə düşür. Nə var, nə var ki, sağda haradasa bir 5–6 ev var. Yenə Quba–Xaçmaz beton yolu normaldır. Kürdəmir–Gəncə yolu, ümumiyyətlə, dəhşətdir. Dəhşəti də odur ki, hər xırda bir yaşayış məntəqəsinin içərisində radar qoyulub və radara bir 30–40 metr qalmış sürət həddi 50-yə düşür. Yəqin hamınız mənimlə razılaşarsınız ki, bu gün bu böyük bir problemdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, İlham müəllim. Başqa çıxış eləmək istəyən yoxdur? Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.29 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi. Çox sağ olun.
Növbəti məsələ “Polis haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədə qanun layi-həsidir. Rafael müəllim, buyurun.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar! “Polis haqqında” Qanuna təklif olunan əlavə “Bədən tərbiyəsi və idman haqqında” Qanuna edilmiş əlavə ilə bağlıdır. Əslində, bu əlavə də hörmətli həmkarlarım üçün yeni deyil. Çünki elə bu il aprel ayının 28-də I Avropa Oyunları ərəfəsində “Bədən tərbiyəsi və idman haqqında” Qanuna belə bir dəyişiklik edilib. İndi o dəyişiklik “Polis haqqında” Qanuna köçürülür. Yəni “Polis haqqında” Qanuna 7-1-ci maddə əlavə olunur.
Maddənin mətni hörmətli həmkarlarımda var. Amma hər halda mətni oxuyuram: “kütləvi idman tədbirlərinin və id-man yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zora-kılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək”.
İctimai asayişi təmin etmək, əslində, polisin bilavasitə vəzifələrindən biridir. Bu bir növ “Bədən tərbiyəsi və idman haqqında” Qanuna edilən dəyişikliyin daha da detallaşdırılmasıdır. Düşünürəm ki, mübahisə doğurmayan bir məsələdir və hörmətli həmkarlarımdan bu əlavəni dəstəkləməyi xahiş edirəm.
Sədrlik edən. Qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.31 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Özəl tibb fəaliyyəti haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli. Hadi müəllim, buyurun.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, bu dəyişikliklər “Özəl tibb fəaliyyəti haqqında” Qanunu “Əhalinin sağlamlığının qorunması haqqında” 2015-ci il 24 fevral tarixli Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Biz bu qanunla “Özəl tibb fəaliyyəti” haqqında Qanunun iki maddəsinə müvafiq dəyişikliklər edirik. Bu, 4-cü və 16-cı maddələrdir. Əvvəllər özəl tibb müəssisəsi lisenziyası olmayan sahələrdə də tibbi xidmətlər göstərirdi ki, bu da müəyyən problemlərə səbəb olur, ağır fəsadlarla müşayiət olunurdu. 4-cü maddədə biz özəl müəssisəyə bunu qadağan etməklə yanaşı 16-cı maddədə ona imkan veririk ki, özündə vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda həmin şəxsi bu yardımı göstərən digər tibb müəssisəsinə göndərsin. Bütövlükdə bu bizim vətəndaşların sağlamlığının qorunmasına xidmət edən düzəlişdir. Həmkarlarımdan xahiş edirəm, buna səs versinlər.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. Təşəkkür edirəm, Ziyafət müəllim. İlk baxışdan elə görünə bilər ki, bu çox cüzi bir dəyişiklikdir. Halbuki bu, əslində, çox böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, bizim dövlət tibb müəssisələrində xəstələrə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi, onların müalicə olunması üçün hər cür şərait yaradılıb. Onkoloji xəstələr, vərəm və sair bu kimi xəstəlikləri olan insanlar hökmən ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə almalıdırlar. Ancaq özəl tibb müəssisələrində çox vaxt o sahənin mütəxəssisi oldu, olmadı bu xəstələrin müalicəsi ilə məşğul olurlar ki, bunun da nəticəsi acınacaqlı olur. Yəni o sahənin mütəxəssisi olmayan həkim bu xəstələrin əməliyyatını aparır, onları yanlış müalicə edir və bununla da həmin xəstələrin vəziyyətinin daha da pisləşməsinə səbəb olur. Sonradan o xəstələr yenə də ixtisaslaşdırılmış müəssisəyə, o sahənin mütəxəssisinə müraciət etməli olurlar. Ona görə belə bir dəyişikliyin aparılması çox vacibdir.
İndi artıq özəl tibb müəssisəsində çalışan bir mütəxəssis, deyək ki, onkoloq deyilsə, onun yanına gələn onkoloji xəstəni hökmən onkoloqa göndərəcək. Artıq ona icazə verilməyəcək ki, o xəstəni müalicə etsin, onun üzərində əməliyyat aparsın. Ona görə mən bu dəyişikliyi dəstək-ləyirəm. Mənə belə gəlir ki, bu bizim əhalinin sağlamlığının qorunması sahəsində irəliyə atılmış çox mühüm bir addımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əhliman müəllim. Əgər başqa çıxış etmək istəyən yoxdursa, buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.35 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyurun, Rafael Hüseynov.
R.Hüseynov. Gündəlikdəki 30, 31, 32 və 33-cü məsələ-lər, yəni dörd qanun layihəsində edilməsi təklif olunan dəyişikliklər mahiyyət etibarilə bir-birinə yaxındır. Ona görə icazə versəydiniz, mən onların haqqında müştərək halda məlumat verər, sonra o qanun layihələrini ayrı-ayrı səsə qoyardıq.
Sədrlik edən. Buyurun.
R.Hüseynov. Əvvəlcə onu deyim ki, bu dörd qanunda, yəni “Tarix və mədəniyyət abidələrinin qorunması haq-qında”, “Milli arxiv fondu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Mədəniyyət haqqında” qanunlarda edilməsi nəzərdə tutulan dəyişikliklərdə bir məsələ ortadadır. Qanunun fəlsəfəsinin tələb etdiyi vacib bir ideya var. Bu ideya ondan ibarətdir ki, qanunun dili son dərəcə dəqiq və elə bir səviyyədə, o dərəcədə sərrast olmalıdır ki, günün təklif etdiyi dəyişikliklərdən daha ucada dayana bilsin. Yəni gün içərisində, ictimai həyatın içərisində baş verən dəyişikliklər hər dəqiqə o qanunun dilində nəyi isə dəyişməyə zərurət yaratmasın. Ona görə düşünürəm ki, bu dörd qanunda nəzərdə tutulmuş dəyişikliklər elə bu qanunların qəbul olunduğu zaman onlarda daha ümumi bir şəkildə əks olunmalı idi ki, bu gün və gələcəkdə bu qəbildən olan dəyişikliklər üçün əsas yaranmasın.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanun Azərbaycan üçün son dərəcə mühümdür. Çünki bu, milli varlığımızla bağlı bir qanundur. 1969-cu ildə Azərbaycan Respublikasına rəhbərlik etməyə başlayan unudulmaz Heydər Əliyevin ilk addımlarından biri o olmuşdu ki, Azərbaycanda tarix və mədəniyyət abidələrinin siyahıya alınması haqqında xüsusi sərəncam imzalamış və o sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasına və Mədəniyyət Nazirliyinə bu barədə göstəriş verilmişdi.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun təməlində dayanan əsas ideyalardan biri odur ki, elm bu proseslərin hamısına nəzarət etməlidir. Ona görə də həmin qanunun bir çox maddələrində Azərbaycan Milli Elmlər Akademiyasının tarix və mədəniyyət abidələri ilə əlaqədar ayrı-ayrı prosesləri nəzarətdə saxlaması, tənzim-ləməsi nəzərdə tutulur.
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycanın baş elmi təşkilatı olaraq bu gün Azərbaycan Milli Elmlər Akademiyası adını daşıyır. Amma bir müddət öncə, tutalım ki, sovet dönəmində onun adı Azərbaycan Milli Elmlər Akademiyası deyildi, Azərbaycan Elmlər Akademiyası idi. 1923-cü ildə Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti yaradılıb ki, faktiki olaraq Azərbaycan Milli Elmlər Akademiyasının kökündə o dayanır. Yəni bu ad zaman keçdikcə dəyişilə bilər. Bu gün Milli Elmlər Akademiyası adlana bilər, sabah Milli Elmlər Akademiyasının adı dəyişilə bilər, yaxud ölkədə elə bir mərkəzi elmi təşkilat ola bilər ki, həmin funksiyanı yerinə yetirsin. Ona görə də düşünürəm ki, təklif olunan dəyişiklik son dərəcədə dəqiqdir: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat.” Bu son dərəcə vaxtında edilmiş və qanunun dilinin fəlsəfəsi ilə əlaqədar tələb olunan şərti yerinə yetirən bir dəyişiklikdir.
Növbəti üç qanunda, yəni “Milli arxiv fondu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Mədəniyyət haqqında” qanunlarda da Azərbaycan Milli Elmlər Akademiyasının adı çəkilir və həmin dəqiqləşdirmə xəttinin davamı olaraq “Milli Elmlər Akademiyası” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur. Zənnimcə, bu son dərəcə dəqiq, vaxtında edilmiş dəyişiklikdir, buna səs vermək lazımdır.
Bu dəyişiklik həm də başqa istiqamətdə, bütün qanunlarımıza baxmağa, bizə sövqedici təkandır ki, biz gələcəkdə ayrı-ayrı qanunlarımızda hansısa təşkilatın dəqiq adını göstərməyək. Qanun layihəsində bu təşkilatın mahiyyəti ilə bağlı ifadə yer alarsa, bu daha dəqiq olar. Onda zaman keçdikcə belə dəyişiklikləri etməyə zərurət yaranmaz. Mən həmkarlarımızı istər qanunçuluq, istərsə də qanun fəlsəfəsi baxımından son dərəcə zəruri olan bu dəyişikliklərə səs verməyə dəvət edirəm.
Sədrlik edən. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Elm və təhsil komitəsində də müzakirə olunub. Bəxtiyar müəllim, əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Rəbiyyət xanım, buyurun.
R.Aslanova. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu qanun layihələri ilə əlaqədar bir neçə sözüm var. Mən hörmətli Rafael müəllimin təqdimatını və təklif olunan dəyişikliklər barədə fikirlərini dinlədim. Amma yenə mənim üçün aydın olmadı ki, bütün bu illər ərzində öz prinsiplərinə sədaqət nümayiş etdirmiş böyük bir elmi təşkilatın adını nəyə görə dəyişib “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” yazmalıyıq. Hər kəs Milli Elmlər Akademiyasının Azərbaycan tarixindəki yerini, rolunu, uğurlarını çox gözəl bilir. O öz adına da böyük sədaqətini həmişə nümayiş etdirib. Rafael müəllim çox gözəl söylədi ki, qanunun dili anlaqlı olmalı, mahiyyəti dəqiq, dürüst ifadə etməlidir.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 7-ci maddəsinin təklif olunan variantında deyilir: “Abidələrin əhəmiyyət dərəcəsinə görə bölgüsünü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi əsasında müvafiq icra hakimiyyəti orqanı beynəlxalq normalara uyğun aparır və təsdiq edir.” Bu cümlədə olmazdımı deyək ki, Elmlər Akademiyasının rəyi əsasında müvafiq icra hakimiyyəti orqanı beynəlxalq normalara uyğun aparır, tərtib və təsdiq edir?
“İnşaat və digər təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması” adlı 13-cü maddənin təklif olunan variantında da belə bir anlaşılmaz dəyişikliyə şahid oluruq. Biz bilirik ki, hansısa bölgədə inşaat işləri aparılarkən müəyyən bir tarixi abidə aşkar edilirsə, bu barədə Arxeologiya İnstitutuna, Tarix İnstitutuna məlumat verilir. Bunlar Elmlər Akademiyasının institutlarıdır. Nəticədə Elmlər Akademiyası Mədəniyyət Nazirliyinə, digər strukturlara müraciət edir və həmin abidələrin qorunması üçün lazımi tədbirlər görülür.
İndi görün 13-cü maddədə nə yazılır: “İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər”.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat elə həmin Elmlər Akademiyasıdır da. Yuxarıda “Elmlər Akademiyası” yazırsınız, aşağıda “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat”. Belə dəyişikliyin nə əhəmiyyəti var? Elmlər Akademiyasına yeni ad verməklə nə dəyişir? Əgər müvafiq icra hakimiyyətinin müəyyən etdiyi bu elmi təşkilat mahiyyətcə fərqli bir elmi təşkilatdırsa, onda onun statusunda da, işçilərinin maaşında da, subordinasiyalarda da əməlli-başlı dəyişiklik olunmalıdır. Adını dəyişməklə nə dəyişir? Forma dəyişir, mahiyyət olduğu kimi qalır.
Ona görə mən hesab edirəm ki, belə dəyişikliklərdənsə, sabah büdcənin müzakirəsini apararkən Elmlər Akademi-yasında işləyən alimlərin, onun institutlarının laboratoriya-larında çalışan mütəxəssislərin və institutlara ayrılan maliyyələrin gələcəyi haqqında da sözümüzü demək lazımdır. Biz Elmlər Akademiyasının adını dəyişdirməklə Azərbaycan elminə böyük bir töhfə vermirik. Təşəkkür edirəm.
Sədrlik edən. Bəxtiyar müəllim, buyurun.
B.Əliyev. Ziyafət müəllim, mən danışmaq istəmirdim, çünki Rafael müəllim geniş məlumat verdi. Amma bu məsələyə aydınlıq gətirmək üçün söz aldım. Bilirik ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə qanunlarda biz icra hakimiyyəti orqanına birbaşa tapşırıq verə bilmərik. Bu bilavasitə onun səlahiyyətidir. Qanunlarda biz ümumi normaları nəzərdə tuturuq. Qanun qüvvəyə minəndə Azərbaycan Respublikasının Prezidenti fərman imzalayır və həmin fərmanda o səlahiyyətləri hansı quruma verməsi artıq onun səlahiyyətidir. Ona görə qanunda biz onu göstərə bilmərik. Bu dəyişiklik də o üzdən edilir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Bahar xanım Muradova, buyurun.
B.Muradova. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən bir məsələyə qısa aydınlıq gətirilməsini vacib hesab elədim. Əlbəttə, biz hamımız başa düşürük ki, burada söhbət hazırda mövcud olan Milli Elmlər Akademiyasının adının hüquqi terminə uyğun bir şəkildə ifadə olunmasından gedir. İndi biz bunun yollarını axtarırıq. Bəziləri bunu ali elmi təşkilat adlandırır. Bir başqası düşünür ki, bəlkə mərkəz ola bilərdi. Mən düşünürəm ki, bu qanun layihələrində təklif olunan “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” sözlərinin əvəzinə qısa şəkildə “müvafiq elmi təşkilat” yazmaq və “Anlayışlar”da onun izahını vermək olardı ki, burada müvafiq icra hakimiyyətinin müəyyən etdiyi elmi təşkilatdan söhbət gedir. Sadəcə, dil baxımından asan olması, heç kimsəni də qıcıqlandırmaması üçün bunu “müvafiq elmi təşkilat” adlandırmaq daha doğru olar və bununla biz o anlaşılmazlıqları aradan qaldırardıq. Bununla biz heç də öz səlahiyyətlərimizi aşıb müvafiq icra hakimiyyətinə göstəriş vermiş kimi görünməzdik. Mənə elə gəlir ki, “müvafiq elmi təşkilat” daha uyğun gəlir. Yəni hansısa rəy alınması müvafiq elmi təşkilata müraciət əsasında olur. O elmi təşkilatı da ali icra hakimiyyəti müəyyən edəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Bahar xanım. Mən elə bilirəm ki, məsələyə kifayət qədər aydınlıq gətirildi. Bəxtiyar müəllim tamamilə düzgün qeyd elədi ki, bizim Konstitusiyamıza görə Milli Məclisin qəbul etdiyi qanunlarda icra orqanlarına göstəriş xarakterli müddəalar qəbul edilə bilməz. Bu qanunlarda konkret Elmlər Akademiyasının adı getdiyinə görə “Azərbaycan Milli Elmlər Akademiyası” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” sözləri ilə əvəz olunması təklif edilir. Ona görə burada xüsusi bir müzakirəyə ehtiyac yoxdur. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.48 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələyə – “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri
(saat 13.49 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.50 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Mədəniyyət haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirin.
Səsvermənin nəticələr (saat 13.50 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, gündəliyimizin sonuncu məsələsi – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Rafael müəllim Cəbrayılov məlumat verəcək. Buyurun, Rafael müəllim.
R.Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilməsi təklif olunan dəyişikliklər “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 28 oktyabr tarixl Qanunun tətbiqi ilə əlaqədardır.
Məcəllənin 348-1-ci maddəsinin mətninə “ərizə” sözündən sonra “şikayət” sözü əlavə olunur. Düşünürəm ki, bu gərəkli bir dəyişiklikdir. Çünki çox insanlar “ərizə” və “şikayət” sözlərini sinonim sözlər hesab edirlər. Amma əslində ərizə məzmunca şikayətdən daha geniş bir anlamdır. Ərizə şikayət olmaya da bilər. Bu baxımdan “İnzibati icraat haqqında” Qanunda “ərizə” sözündən sonra “şikayət” sözü yazılıb.
İnzibati Xətalar Məcəlləsinin 348-1-ci maddəsinin so-nuncu sətrindən “sənədin” sözü çıxarılır. Yəqin ki, bürokratik əngəllərin aradan qaldırılması, maddədə göstərilən prosedurun yüngülləşdirilməsi baxımından “sənədin” sözünün buradan çıxarılması düzgündür.
Düşünürəm ki, hörmətli həmkarlarımın bu dəyişiklikləri dəstəkləməsi qanunun təkmilləşdirilməsinə xidmət etmiş olar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.53 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatdı. Sağ olun.