13.10.2015 - tarixli iclasın stenoqramı
DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XVI SESSİYASI İCLASININ
PROTOKOLU № 115
Milli Məclisin iclas salonu.
13 oktyabr 2015-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 11.59 dəq.)
İştirak edir 101
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri
Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının energetika naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
* * *
Rüfət Aslanlı, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Tahir Budaqov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri.
* * *
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
* * *
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Alışanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatından
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
* * *
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini.
Sahir Məmmədxanov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Ragim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
İltimas Məmmədov, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini.
Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fon-dunun 2016-cı il büdcəsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.00 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Samir Şərifov, Şahin Mustafayev, Elman Rüstəmov, Vüqar Gülməmmədov, Musa Quliyev, Tahir Rzayev, Aydın Mirzəzadə, Qənirə Paşayeva, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Fazil Mustafa, İsmayıl Hacıyev, Əli Məsimli, Azər Badamov, Fərəc Quliyev, Sahib Alıyev, Elmira Axundova, Ziyafət Əsgərov, Bəxtiyar Əliyev, Fəzail Ağamalı
Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
13 oktyabr 2015-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, media nümayəndələri, xanımlar və cənablar!
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 11.59 dəq.)
İştirak edir 101
Yetərsay 83
Çox sağ olun. Yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.00 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
Gündəlik qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsidir. Mən bir-iki kəlmə demək istəyirəm.
Bildiyiniz kimi, son dövrdə dünya iqtisadiyyatında cərəyan edən proseslər bir sıra ölkələri ağır sınaqlara çəkmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə təsirini azaltmağa imkan vermişdir. Bütün problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlamışdır. Nazirlər Kabinetinin təqdim etdiyi büdcə zərfinin sənədləri göstərir ki, növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılır. Bu artım ölkə iqtisadiyyatının neft amilindən asılılığının getdikcə zəifləməsinin təzahürüdür.
Göründüyü kimi, 2016-cı ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş vermişdir. Buna baxmayaraq, əvvəlki illərdə olduğu kimi, büdcənin sosial yönümlülüyü qorunub saxlanılır. Gələn il bu xərclərin xüsusi çəkisi 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə 8,6 faiz-bənd artımla nəzərdə tutulur.
Büdcədə azalmanın əksər hissəsi Dövlət Neft Fondundan edilən transfertin payına düşür. Cari ildə fonddan edilən transfert 10,4 milyard manat nəzərdə tutulmuşdusa, 2016-cı il üçün bu rəqəm 6 milyard manat proqnozlaşdırılır. Azalma 42 faiz təşkil edəcəkdir. Büdcə xərcləri isə əsas etibarilə əvvəllər planlaşdırılmış investisiya layihələrinin müəyyən müddətə təxirə salınması hesabına azaldılacaqdır. Bir şeyi də sizin nəzərinizə çatdırım ki, xərclərin azalması artıq icrasına başlanılmış önəmli infrastruktur layihələrinin maliyyələşdirilməsinə təsir göstərməyəcəkdir.
Eyni zamanda, neft sektorunda məhsul istehsalının həcmi 2 faizə yaxın azalma ilə nəzərdə tutulduğu halda qeyri-neft sektorunda 3,4 faiz artım proqnozlaşdırılır. Bunun nəticəsi olaraq qeyri-neft sektoru mənbələrindən dövlət büdcəsinə daxilolmaların həcmi 47 faizə çatacaqdır. Bu isə cari illə müqayisədə 12 faiz-bəndə yaxın artım deməkdir.
Vergilər Nazirliyi xətti ilə büdcə daxilolmalarının həc-mində qeyri-neft sektorunun payının 73 faiz proqnozlaşdı-rılması da bunun əyani göstəricisidir.
Ölkənin müdafiə qüdrətinin və milli təhlükəsizliyinin gücləndirilməsi əvvəlki illərdə olduğu kimi, diqqət mərkəzində saxlanılır və bu məqsədlər üçün büdcədən lazımi qədər vəsait ayrılır.
2016-cı ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin birgə iclasla-rında geniş müzakirə olunmuş və Milli Məclisin plenar iclasına təqdim edilmişdir.
Hörmətli millət vəkilləri, yəqin ki, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının ye-kunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş dünənki iclasında möhtərəm cənab Prezidentin çıxışı ilə hamınız tanış olmusunuz. Mən inanıram ki, həm hökumət, həm də parlament üzvləri bu çıxışdan irəli gələn məsələləri çox diqqətlə təhlil edəcək və gələcək fəaliyyətlərində onların həlli üçün əllərindən gələni edəcəklər.
İndi isə məruzələrə keçməzdən əvvəl kimlərə hansı ardıcıllıqla söz veriləcəyini aydınlaşdıraq. Mən təklif edirəm ki, ilk növbədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədrini dinləyək, sonra maliyyə nazirinə, iqtisadiyyat və sənaye nazirinə söz verək, ardınca Mərkəzi Bankın və Hesablama Palatasının məlumatlarına qulaq asaq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, Ziyad Səmədzadə buyursun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Hörmətli Oqtay müəllim artıq bildirdi ki, dünən Nazirlər Kabinetinin iclasında dövlət başçısı İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı və gələcək üçün hədəflənmiş vəzifələri müəyyən etməyə imkan verən çox məzmunlu və dərin konseptual bir məruzə ilə çıxış etmişdir. Ona görə mən də sizlərin hər biriniz kimi, cənab Prezidentin həmin çıxışından irəli gələn müddəaları əsas tutaraq bugünkü çıxışımda müəyyən dəyişikliklər etdim. Hesab edirəm ki, müzakirə prosesində dinləyəcəyimiz çıxışlar da məhz bu aspektdə qurulacaqdır.
Cənab Prezident Azərbaycan iqtisadiyyatında son illərdə baş verən yenilikləri sistemli təhlil etdi, əldə edilən uğurları qiymətləndirdi, qlobal dünya böhranı şəraitində bir çox ölkələrlə müqayisədə Azərbaycanın böyük potensiala malik olduğunu bir daha qeyd etdi və eyni zamanda, gələcəyə hədəflənmiş inkişaf istiqamətləri barədə düşüncələrini bölüşdürdü.
Təbii ki, hökumət 2015-ci il dövlət büdcəsinin hazırlan-masına da ehtiyatlı yanaşmışdı. Dövlət büdcəsinin komi-tələrdə keçirilmiş müzakirələri bir daha göstərdi ki, höku-mətin büdcə siyasəti ilk növbədə ölkənin milli maraqlarına, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin möhkəmlənməsi-nə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və Azərbaycan xalqının yaşayışının ildən-ilə yaxşılaşmasına xidmət edir.
Həmin yanaşma 2016-cı ilin dövlət büdcəsində də öz əksini tapmışdır. Məlumat üçün bildirim ki, dövlət büd-cəsinin layihəsi, büdcə zərfinə daxil olan bütün sənədlər Milli Məclisin komitələrində çox ətraflı müzakirə edilmişdir. Hökumət üzvlərinin də çox fəal iştirak etdiyi bu müzakirələrdə əvvəlki illərdən fərqli olaraq daha sanballı və ümumdövlət xarakteri daşıyan fikirlər səslənmişdir. Əvvəlki illərdə əksər deputatlar, əsasən, təmsil etdikləri bölgələrin ehtiyacları, problemləri haqqında danışırdılarsa, bu il dövlət büdcəsinin daha çox ümumi milli maraqlar baxımından qiymətləndirilməsinə üstünlük verilmiş və çox dəyərli təkliflər irəli sürülmüşdür ki, bu da hamımızı sevindirir.
Oqtay müəllim büdcədəki azalmaları qeyd etdiyi üçün mən bu barədə çox danışıb vaxt almayacağam. Çünki artıq hamımıza məlumdur ki, qlobal dünya böhranı şəraitində ölkələrdə hansı proseslər gedir. Sosial gərginliklər, qarşı-durmalar artır.
Neft hasil edən ölkələrdə başqa bir şərait yaranmışdır. Dünya bazarında neftin qiymətinin iki dəfə aşağı düşməsi neft istehsal edən ölkələrdə müəyyən problemlər yaratmış-dır.
Təbii ki, bu, Azərbaycanda da büdcə gəlirlərinin azalma-sına səbəb olmuş, eyni zamanda, bir sıra layihələrin yenidən qiymətləndirilməsinə zərurət yaratmışdır. Neftin qiymətinin iki dəfə aşağı düşməsi, şübhəsiz ki, büdcə gəlirləri ilə yanaşı, valyuta ehtiyatlarına da öz təsirini göstərmişdir. Lakin Azərbaycan dövlətinin apardığı uğurlu müstəqil iqtisadi siyasət, sistemli yanaşma bizi cənab Prezidentin dediyi kimi, bir çox bəlalardan qoruya bildi. Biz böhrandan ləyaqətlə çıxdıq və o qədər də risklərə məruz qalmadıq.
Son illərdə Azərbaycan iqtisadiyyatında baş verən dəyi-şikliklərin ana xəttini qeyri-neft sektorunun üstün inkişafı təşkil edir. Artıq bu gün bizim qeyri-neft sektoru ümumi daxili məhsulun 71 faizini verir. 10 il, 12 il, 15 il bundan qabaq daim deyirdilər ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır və bu asılılıq Azərbaycan iqtisadiyyatını gələcəkdə bir çox xoşagəlməz hadisələrlə üz-üzə qoya bilər. Dövlətimizin ilk illərdən, xüsusilə də ilkin neft ixracından sonra apardığı siyasət ondan ibarət olub ki, Azərbaycan iqtisadiyyatı neftdən asılılığını getdikcə azaltsın və büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payı artsın.
Büdcə gəlirlərinin azalması heç də o demək deyil ki, inkişaf dayanıb. Azərbaycanda büdcə gəlirləri ümumi daxili məhsulun 33–34 faizini təşkil edərkən biz optimal bir səviyyəyə çatmışdıq. Lakin bu optimal səviyyəyə çatmaq, əsasən, neft gəlirləri hesabına olmuşdu. Bu gün isə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulda 28–29 faiz olması da yüksək bir nəticədir.
Əgər biz dönüb əvvəlki illərə nəzər salsaq və onları bu günümüzlə müqayisə etsək, görəcəyik ki, nə qədər böyük bir inkişaf yolu keçmişik. İndi bu bizə imkan verir ki, Azərbaycan dövləti xalqın taleyi, gələcəyi və inkişafı ilə bağlı sosial problemləri həll etsin. Bu gün dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulda 28 faiz təşkil etməsi imkan verir ki, heç bir sosial proqram yarımçıq qalmasın, maaşlar, pensiyalar, habelə elm, təhsil və sosial sahələrə ayrılan xərclər əvvəlki illərdən də artıq olsun. Bu nəyin nəticəsidir? Bu ilk növbədə Azərbaycan dövlətinin, Konstitusiyada elan olunduğu kimi, sosialyönümlü bazar iqtisadiyyatı qurması ilə əlaqədardır.
Mən qeyd etmək istərdim ki, dəfələrlə deyildiyinə, izah edildiyinə baxmayaraq, yenə müəyyən qüvvələr bizim neftdən asılılıq şəraitində yaşadığımızı iddia edirlər. Əlbəttə, bu belə deyil. Büdcə zərfinə daxil olan materiallar da göstərir ki, bu gün Azərbaycanın ümumi daxili məhsulunda neft sektorunun payı 16 milyard manat təşkil edir. ÜDM-in 71 faizini biz qeyri-neft sektoru hesabına əldə edirik. Buna nəyin hesabına nail olmuşuq? Heç şübhəsiz ki, Azərbaycan neftçilərinin gərgin əməyi nəticəsində hasil olunaraq dünya bazarlarına çıxarılan neftin hesabına. Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmasaydı, bizim neft-qaz strategiyası uğurla həyata keçirilməsəydi, Azərbaycana 200 milyard investisiya qoyulmasaydı, biz bu gün nə yeni iş yerləri yarada, nə də qlobal maliyyə böhranı şəraitində büdcənin bu qədər sosialyönümlülüyünü təmin edə bilərdik.
Cənab Prezidentin sözləri ilə desək, biz bu böhrandan məhz ona görə uğurla çıxdıq ki, qeyri-neft sektoru hesabına yeni iş yerləri açıldı, yerli istehsal işə başladı, idxaldan asılılıq azaldı. Biz indi ərzaq məhsulları ilə özümüzü maksimum dərəcədə təmin edirik. Əgər dövlət kreditlər verməsəydi, infrastruktur layihələri həyata keçirilməsəydi, yollar çəkilməsəydi, elektrik stansiyaları tikilməsəydi, qazlaşdırma aparılmasaydı, bunların heç biri olmazdı. Bu sözlər neft istehsal edən, neft ixrac edən bir ölkə kimi Azərbaycanın iqtisadi siyasətinin mahiyyətini açıqlayır. Ona görə qarşıdakı dövrdə də Azərbaycanın neft-qaz kompleksi sürətlə inkişaf etdiriləcəkdir.
Dünən cənab Prezident çıxışında həyata keçirilən irimiq-yaslı layihələrdən, onların beynəlxalq əhəmiyyətindən, Azərbaycanın mövqeyi üçün nə qədər vacib olduğundan danışdı və qeyd etdi ki, bizim əsas hədəfimiz qeyri-neft sektorunun üstün inkişafıdır. Sənayeləşdirmə siyasətinin aparılması, aqrar sektora dəstəyin davam etdirilməsi, sahibkarlığa kömək istiqamətində görülən işlərin daha da canlandırılması gələcəkdə dövlət büdcəsinin gəlirlərinin artmasına imkan verəcəkdir.
Hörmətli Oqtay müəllim, hörmətli cənab Baş nazir, mən sizə təşəkkür edirəm ki, hökumət üzvləri büdcə zərfinə daxil olan sənədlərin hazırlanmasında yüksək peşəkarlıq nümayiş etdirmişlər. Əvvəllər mən də, bəziləri də deyirdik ki, bu sahədə işlərin daha çox əlaqələndirilməsinə ehtiyac var. Bu gün büdcə zərfinə daxil olan materiallar onu göstərir ki, bu qlobal dünya böhranı şəraitində bizim iqtisadi strukturlarımız əl-ələ verib bir yerdə çalışıblar ki, dar korporativ maraqlar dövlət büdcəsinin tərtibinə heç bir təsir göstərməsin. Bəzən biz hiss edirdik ki, bu və ya digər nazirlik arasında müəyyən maliyyə məsələləri, iqtisadi məsələlərlə bağlı razılaşmalar yubadılır və sairə. Amma 2016-cı ilin dövlət büdcəsi onu göstərir ki, iqtisadi strukturlar – Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, real sektorla bağlı digər strukturlar bir yerdə işləyib Milli Məclisə çox kamil bir sənəd təqdim etmişlər. Ona görə də komitələrdə keçirilən müzakirələr zamanı bu məsələ dəfələrlə vurğulandı.
Təbii ki, bizim problemlərimiz var. Problemlər haqqında, yəqin ki, hörmətli hökumət üzvləri də, millət vəkilləri də danışacaqlar. Amma bir neçə məsələ var ki, biz onları mütləq deməliyik. Mən dövlət büdcəsinin parametrləri haqqında çox danışmaq istəmirəm, çünki hörmətli Samir müəllim kifayət qədər ətraflı material təqdim edib və siz onunla tanış ola bilərsiniz.
Bu gün bizə nə lazımdır? Cənab Prezident də dünən dedi, bizim hədəflərimiz ondan ibarətdir ki, Azərbaycanda yaranmış əlverişli demoqrafik şəraitə uyğun məşğulluq siyasəti yeridək, yeni iş yerləri açaq, yaranan və bağlanan iş yerlərinin sistemli təhlilini aparaq. Doğrudan da, 30 min iş yerinin bağlanması Azərbaycan kimi ölkə üçün böyük itkidir. Doğrudur, bunun obyektiv səbəbləri də var. İlk növbədə tikinti kompleksi və sairə. Amma eyni zamanda, biz bu məsələni sistemli təhlil etməliyik ki, Azərbaycanda işsizliyin səviyyəsi heç vaxt müəyyən edilmiş hədlərdən yuxarı olmasın.
Ölkəmizdə bu istiqamətdə böyük işlər görülür. Uzağa getməyək, Gəncə avtomobil zavodu yaradıldı. Yəqin bilirsiniz, onun yaranması prosesində nə qədər çətinliklər, maneələr vardı.
Nəyə lazımdır bu iri sənaye müəssisələri? Bəllidir ki, hər bir müstəqil dövlətin kiçik sahibkarlıqla yanaşı, iri, funda-mental müəssisələri də olmalıdır ki, o müəssisələrdə çox sayda yeni iş yerləri yaradılsın, intellektual potensial güc-lənsin, innovasiyalı texnologiyalar tətbiq edilsin.
Bu istiqamətdə mən hesab edirəm ki, biz işlərimizi davam etdirməliyik. Texnoparklar yaradılıb, amma problemlər var. Texnoparkların keyfiyyəti yüksəlməli, onların ixrac potensialı artırılmalıdır. Bilirsiniz ki, texnoparklar vergilərdən azad edildi.
Vergi gəlirlərinin azaldılması obyektiv səbəblərlə bağlı-dır. Amma bu azaldılmanın bir həddi olmalıdır. Sizə mə-lumat vermək istəyirəm ki, cənab Prezidentin tapşırığı ilə Vergi Məcəlləsində dəyişikliklər ediləcək. Bu dəyişikliklər ilk növbədə sahibkarlığın, real sektorun daha güclü in-kişafına yönəldilmişdir.
Mən istərdim ki, bizim hökumət üzvlərinin burada iştira-kından istifadə edərək bir neçə məsələyə diqqəti cəlb edim. Real sektorun inkişaf imkanları çox böyükdür. Bakıda tikiş fabriki var. Orada 700–800 qadın işləyir. Vaxt var idi, bizim yüngül sənayemizdə 50 mindən artıq qadın işləyirdi. Bu, çox da böyük kapital tutumlu sahə deyil. Bu müəssisənin filialları artıq regionlarda yaranır. Amma vaxt var idi ki, bu fabrikin istifadəyə verilməsinə əngəllər törədirdilər. Nə üçün? Əmək tutumu yüksək, qadın əməyi tətbiq edilir, əmək haqqı alınır, sosial məsələlər həll edilir, eyni zamanda, ekoloji cəhətdən də müsbət nəticələr verir. Yəni bu gün bizim Azərbaycan iqtisadiyyatının elə sahələri var ki, biz o sahələrdə yeni iş yerləri yaratmaqla dövlət büdcəsinin gəlirlərini artıra və Azərbaycan Prezidentinin dediyi kimi, Dövlət Neft Fondunda toplanmış vəsaitlərin əksəriyyətini tədricən iri layihələrin həyata keçirilməsinə səfərbər edə bilərik.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Sosial proqramlar, şəffaflıq, əmək intizamının möhkəmləndirilməsi ön plana çəkilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vergilər Nazirliyi ilə son illərdə nə qədər işlər görüb. Gizli iqtisadiyyatın ildə, heç olmasa, 2–3 faiz aşağı salınmasını hədəf kimi götürsək, gələcəkdə büdcə gəlirlərimizi xeyl artıra bilərik.
Aqrar sektor barədə, yəqin, bizim hörmətli Eldar müəllim danışacaq. Aqrar sektorda bir il ərzində 600 milyon manata qədər artım nəzərdə tutulur. Çox böyük artımdır. Vaxtilə, yəni keçən əsrin 70-ci illərində, – hörmətli Artur müəllim bilir, – bir müddət Azərbaycanın ümumi daxili məhsulunda aqrar sektorun xüsusi çəkisi artdı. Nəyin hesabına? İnvestisiyaların hesabına, Heydər Əliyev tərəfindən kənd təsərrüfatına diqqətin artırılması hesabına.
Çoxlarınız bilirsiniz ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda kənd təsərrüfatının payı 3–4 faizdən artıq deyildir. Çünki kənd təsərrüfatının xammalı bir neçə mər-hələdən keçir və emal sənayesi müəssisələrinin istehsal etdiyi məhsullar sırasına daxil olur.
Azərbaycanda aqrar sektorda bir ildə 600 milyon manat artım nəyin hesabınadır? Aqrar sektora dövlət dəstəyinin artması, ora ayrılan kapital qoyuluşu, yeniləşmələrin aparılması, iri təsərrüfatların, yeni müəssisələrin yaradılması, Kənd Təsərrüfatı Nazirliyinin strukturunda yeni istiqamətlərin yaradılması və eyni zamanda, insanların torpağa həvəsinin artması hesabına.
Amma komitələrdə müzakirələr zamanı millət vəkilləri onu da vurğuladılar ki, biz sahibkar tərəfindən, kəndli tərə-findən yetişdirilən hər kiloqram məhsulun bazara çıxmasına nail olmalıyıq. Məlumdur ki, bu sahədə müəyyən çatışmazlıqlar, əngəllər var. Anbarlardan, soyuduculardan o qədər də yaxşı istifadə olunmur, qiymətlər tənzimlənmir və sairə. Şübhə etmirəm ki, dövlət başçısının dünənki çıxışından sonra bu məsələlər də öz həllini tapacaqdır.
Dövlət büdcəsinin parametrlərindən biri, – mən o biri parametrlər haqqında danışmayacağam, – borclanma mə-sələsidir. Ölkənin borclanma siyasəti dünya ölkələri arasında ən aparıcı siyasətlərdən biri kimi qiymətləndirilir. Reytinq cədvəlində Azərbaycan yaxşı mənada axırdan 3-cü ölkədir. Elə göstəricilər var ki, onlar üzrə axırıncı yerlərdə olmaq daha yaxşıdır. Borc almaq baxımından Azərbaycan dövləti dünyanın 130 ölkəsi arasında statistika üzrə axırdan üçüncü yerdədir. Ən az borc alan ölkəyik.
Amma bu il manatın devalvasiyasından sonra bizim bor-cumuz bir az artdı, çünki dollarla ifadə olunur. Manatın devalvasiyası bizim ümumi borcumuzu 10 faizdən yuxarı etdi. Cənab Prezident dünənki çıxışında tapşırıq verdi ki, bu, 10 faizdən artıq olmamalıdır. Bunun üçün nə etməliyik? Bunun üçün alınan borclar inventarizasiya olunmalıdır.
Bu yaxınlarda biz Milli Məclisdə Mərkəzi Bankın borc-lanma ilə əlaqədar hüquqlarını artıracağıq. İndiyədək biz həmişə dövlət borcundan danışırdıq. Bu gün isə Azərbaycan dövlətinin həm dövlət, həm də özəl borcunu hesablamalıyıq ki, görək bütövlükdə bizim borcumuz nə qədərdir. Azərbaycan adından özəl sektor da borc alır. Onun statistikasını aparmalıyıq. Bu statistikanın sistemli aparılması, göstəricilərin təhlil edilməsi çox vacibdir, çünki müvafiq beynəlxalq təşkilatlar Azərbaycanın reytinqini ölçürlər. Bu zaman iri şirkətlərin, özəl müəssisələrin də borcu nəzərə alınır. Onların qaytarılmaması hallarının çoxluğu, əlbəttə ki, bizə nüfuz gətirməz.
Cənab Prezident bu sahədə vəziyyətin nizamlanması üçün qanunvericilik təşəbbüsü ilə çıxış edib. Ona görə mən əminəm ki, Azərbaycanda bu məsələ də həll olunacaq, tədiyə balansının göstəriciləri də, statistikası da yaxşılaşdı-rılacaq. Mərkəzi Bankın borclanma ilə əlaqədar hüquqlarının genişləndirilməsi təklifi də bununla bağlıdır.
Bizim borcumuz müəyyən olunmuş həddən yuxarı deyildir. Daxili borclanmaya getdik, ona görə ki, bu imkan-larımız kifayət qədər geniş idi. Sizlər də deyirdiniz ki, bizim Mərkəzi Bankdan, Dövlət Neft Fondundan kreditlər götürmək imkanımız var, niyə bunu xaricdən baha qiymətlərlə alaq. Bu gün mən əminliklə deyə bilərəm ki, daxili borclanmaya getməklə biz iqtisadiyyatımızın müstəqilliyini daha yüksək səviyyədə təmin etmişik.
Dünən cənab Prezident cari xərclərin tamamilə daxili imkanlar hesabına olmasını da bir vəzifə kim qarşıya qoydu. Zənn edirəm ki, hökumət, ilk növbədə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi bu istiqamətdə artıq işləyirlər. Biz cari xərcləri artırmalıyıq. Çünki Azərbaycan iqtisadiy-yatı yenidən qurulur, müasir infrastruktur yaradılır – yollar çəkilir, bəndlər, su anbarları, dəmir yolları, səhiyyə obyekt-ləri, məktəblər tikilir və sair. Bütün bunların hamısını biz öz imkanlarımız hesabına edə bilərik. Vergi yığımının artırılması, şəffaflığın artırılması, özəl sektorda yoxlamaların azaldılması, təbii ki, büdcə gəlirlərinin artırılması üçün böyük imkan yaradacaq.
Azərbaycan iqtisadiyyatına bu il 18 milyard manat investisiya qoyulacaq. Bunun yarısı qeyri-neft sektoru, özəl sektor, daxil investisiya hesabına olacaq. Xatırlayırsınızsa, 1990-cı illərin ortaları və 2000-ci illərin əvvəllərində bizim daxili investisiya imkanlarımız yox dərəcəsində idi. İndi daxili investisiyaların bu qədər olması nəyin hesabınadır? Azərbaycanda əldə edilən uğurların, sahibkarlıq sinfinin, yeni iqtisadi təfəkkürün formalaşması hesabınadır, Azərbaycan xalqının əməyinin və Azərbaycan dövlətinin apardığı müstəqil siyasətin nəticəsidir.
Dövlət büdcəsi gəlirlərinin birdən-birə xeyli azalması obyektiv səbəblərlə bağlıdır. Lakin əhalimiz, xalqımız bunu zərrə qədər də hiss etməyəcək, çünki sosialyönümlü proqramların hamısı yerinə yetiriləcək, regionların inkişa-fına yenə vəsaitlər ayrılacaq, bütövlükdə Azərbaycan iqtisadiyyatının dinamik və keyfiyyətli inkişafı üçün böyük şərait yaradılacaq.
Bizim qeyri-neft sektorunun üstün inkişafı bir müddətdən sonra bütövlükdə Azərbaycan iqtisadiyyatının daha keyfiyyətli inkişafını təmin edəcəkdir. Biz təbii resurslardan istifadə etməklə ümumi daxili məhsulu nə qədər artırmış olsaq, digər göstəricilərin dinamikasını bir o qədər yaxşılaşdıra biləcəyik. Qeyri-neft sektorunun üstün inkişafına biz hələ ki, ilk növbədə Dövlət Neft Fondunun gəlirləri və Azərbaycan neftçilərinin gərgin əməyi hesabına nail oluruq.
Biz iki gün bundan qabaq Azərbaycan Professional Ma-liyyə Menecerləri Assosiasiyasının xətti ilə Bakıda böyük bir beynəlxalq tədbir – Mühasiblərin və auditorların 5-ci Avrasiya forumunu keçirdik. Foruma dünyanın aparıcı ölk-ələrindən nümayəndələr gəlmişdilər. Hamısı birmənalı şəkildə deyirdilər ki, Azərbaycan iqtisadiyyatında risklərin azaldılması istiqamətində son illərdə görülən tədbirlər heç bir ölkədə görülmür.
Biz heç bir proqramı ləğv etmirik, heç bir məktəb ti-kintisini dayandırmırıq, sosial yardımları təxirə salmırıq, pensiyaları azaltmırıq və sair. Bütün bunlar onun nəticə-sidir ki, Azərbaycan dövlətinin apardığı siyasət müstəqil siyasətdir. Bu müstəqil siyasət Azərbaycan dövlətinin gələcəyinə, eyn zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir.
Mən hesab edirəm ki, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfinə daxil olan sənədlər bu məqsədlərə, cənab Prezident tərəfindən irəli sürülən tələb-lərə, Azərbaycanın milli maraqlarına tam cavab verir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Buyurun, maliyyə naziri Samir Şərifov.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2016-cı ilin dövlət büdcəsinin əsas göstəri-cilərini özündə əks etdirən Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər Azərbaycan Respubli-kasının Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur.
2016-cı il dövlət və icmal büdcələrinin layihələrinin tər-tibi zamanı “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə müəyyən olunan hədəflər, 2016–2019-cu illər üçün tərtib edilmiş və büdcə zərfinə daxil olan Azər-baycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri əsas götürülmüşdür. Bu zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər ərzində ölkəmizdə yaradılmış möhtəşəm iqtisadi potensiala söykənərək dövlətimizin milli maraqlarını təmin edən sosial-iqtisadi kursun keyfiyyətcə yeni iqtisadi mühit şəraitində davam etdirilməsi nəzərdə tutulur.
Bugünkü plenar iclasdan əvvəl 2016-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisin bütün komitələrində hökumət nümayəndələrinin iştirakı ilə ətraflı müzakirə edilmiş və onun Milli Məclisin müzakirəsinə çıxarılması təklif olunmuşdur.
Hörmətli millət vəkilləri, 2016-cı il dövlət və icmal büd-cə layihələrinin əsas parametrlərini şərtləndirmiş cari ilin makroiqtisadi mənzərəsi və ortamüddətli dövrə onun inkişaf meylləri, habelə dövlət büdcəsinin gözlənilən icrası barədə sizə məlumat verim.
İkinci Dünya müharibəsindən sonra qeydə alınmış ən kəskin qlobal maliyyə-iqtisadi böhrandan 6 il keçməsinə baxmayaraq, dünya iqtisadiyyatında ötən ilin sonlarından cərəyan edən makroiqtisadi və geosiyasi proseslər qlobal iqtisadi artım templərinin geriləməsini və Beynəlxalq Valyuta Fondu tərəfindən 2015-ci il üçün iqtisadi artım proqnozlarının növbəti dəfə aşağı salınmasını şərtləndirmişdir.
Cari ilin ilk 6 ayı ərzində qlobal iqtisadiyyat 2,9 faiz artım nümayiş etdirmişdir. 2015-ci ilin sonuna Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyatın 3,1 faiz illik artımını proqnoz edir ki, bu da 2009-cu ildən bəri müşahidə olunmuş ən zəif illik artım tempidir.
Yumşaq pul siyasəti və böyük həcmdə kəmiyyət yumşaldılması tədbirlərinin nəticəsi olaraq cari dövrə inkişaf etmiş ölkələr boz böhran dövrü ilə müqayisədə daha sağlam iqtisadi artım tendensiyası nümayiş etdirməkdədir.
Dünya əmtəə bazarlarında qiymətlərin kəskin enməsi, maliyyə və valyuta bazarlarında ifrat dəyişkənliyin artması, Çinin iqtisadiyyatında cərəyan edən proseslərin qlobal iqtisadiyyata gözləniləndən daha çox təsir etməsi qlobal miqyasda risk səviyyəsinin inkişaf etməkdə olan ölkələrə doğru yönəlməsini şərtləndirmiş, o ölkələrdən kapital axı-nının sürətlənməsinə səbəb olmuşdur. Nəticə etibarilə inki-şaf etməkdə olan ölkələr son 27 ildə ilk dəfə mənfi saldolu cari əməliyyatlar balansı və devalvasiya təzyiqləri ilə üzləşmiş, onların artım perspektivləri əhəmiyyətli dərəcədə zəifləmişdir. Beynəlxalq Valyuta Fondu 2015-ci il ərzində inkişaf etməkdə olan ölkələr üçün cəmi 4 faizlik artım proqnozlaşdırır ki, bu da həmin qrup ölkələrin iqtisadi artım templərinin ardıcıl olaraq beşinci il azalması deməkdir.
Qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməmiş, dünya bazarlarında əsas ixrac məhsulumuz olan neftin qiymətinin iki dəfədən çox ucuzlaşması ölkənin valyuta daxilolmalarının və tədiyə balansının müsbət saldosunun azalmasına, milli valyutasının qismən dəyərsizləşməsinə, iqtisadi artım sürətinin zəifləməsinə səbəb olmuşdur.
Azərbaycanla həmsərhəd ölkələrdə, ilk növbədə Rusiyada başlanmış iqtisadi tənəzzül bir çox MDB dövlətlərinə də sirayət edir, regionda artan geosiyasi gərginliklə birlikdə ölkəmizin iqtisadiyyatına mənfi təsir göstərir. Qeyd olunan qeyri-münbit xarici faktorlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını nümayiş etdirmiş, cari ilin ötən 9 ayı ərzində 3,7 faiz artmışdır. Xüsusi olaraq vurğulanmalıdır ki, həmin dövrdə qeyri-neft sektorunda formalaşan ümumi daxili məhsul 6,4 faiz artım göstərmişdir.
Ölkə iqtisadiyyatına xaric mənfi təsirlərin yumşaldıl-ması istiqamətində ilk növbədə büdcə fiskal və məzənnə siyasətində bir sıra tədbirlər görülmüşdür. Bununla belə, cari ilin sonuna dövlət büdcəsi gəlirlərinin 17 milyard 80 milyon manat olması və təsbit edilmiş proqnoza nisbətən 12,1 faiz az icra olunması gözlənilir. Dövlət büdcəsi xərclərinin isə 84 faiz, yəni 17 milyard 730 milyon manat və yaxud 16 faiz az icra olunacağı ehtimal olunur.
Hökumətin gördüyü tədbirlər nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən mövcud makroiqtisadi vəziyyətə adekvat qiymətləndirilməklə dəstəklənmişdir. Hazırda neftin qiymətinin kəskin aşağı düşməsinə və ümumdövlət gəlirlərinin azalmasına baxmayaraq, Fitch Ratings və Standard and Poor’s beynəlxalq kredit reytinq agentlikləri tərəfindən Azərbaycan Respublikasının əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş investisiya səviyyəli “BBB-” reytinqi saxlanılmışdır. Beynəlxalq Valyuta Fondunun yenicə açıqladığı proqnozunda Azərbaycan iqtisadiyyatının ilin sonuna 4 faiz artacağı göstərilir. Yəni bu proqnoz hökumətin yeniləşdirdiyi proqnozdan 0,7 faiz yüksək qiymətləndirilir.
Aparılmış qarşılayıcı tədbirlərə baxmayaraq, qeyd olun-malıdr ki, növbəti ildə ölkənin iqtisadi artım sürətinin əv-vəlki illərlə müqayisədə az olacağı, qiymət faktoru və hasi-latın azalması hesabına neft sektorundan gəlirlərimizin əv-vəllər nəzərdə tutulan səviyyədə olmayacağı 2016-cı il dö-vlət və icmal büdcələrinin gəlirlərinin və xərclərinin azal-ma ilə proqnozlaşdırılmasını qaçılmaz etmişdir.
Yuxarıda qeyd olunan amillər nəzərə alınmaqla 2016-cı il dövlət və icmal büdcə layihələrinin tərtibi zamanı İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı makroiqtisadi proqnoz göstəricilərinə müvafiq olaraq ümümi daxili məhsulun 1,8 faizlik, qeyri-neft ümumi daxili məhsulunun 3,4 faizlik artım sürəti əsas götürülmüş, dövlət və icmal büdcələrinin hesablanması üçün 1 barel xam neftin satış qiyməti 50 ABŞ dolları həcmində qəbul edilmişdir.
Dövlət büdcəsinin əsas parametrləri, dövlət büdcəsinin gəlirləri. 2016-cı il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2 faizi həcmində olmaqla, mütləq ifa-dədə 14 milyard 566 milyon manat nəzərdə tutulur. Bu, cari ilin proqnozu ilə müqayisədə 4 milyard 872 milyon manat və yaxud 25,1 faiz az, gözlənilən icrası ilə müqayisədə isə 2 milyard 514 milyon manat və yaxud 14,7 faiz azdır.
Dünya bazarlarında neftin qiymətinin kəskin enməsi və ölkəmizdə neft hasilatının əvvəlki illərə nisbətən azalması müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnmişdir. Belə ki, manatın ucuzlaşması da nəzərə alınmaqla 2015-ci ilin sonuna hasilatın pay bölgüsü müqavilələri üzrə mənfəət vergisindən dövlət büdcəsinə daxilolmaların proqnozla nəzərdə tutulduğundan (proqnoz 800 milyon manat nəzərdə tutulmuşdu) 150 milyon manat və yaxud 18,8 faiz az olacağı gözlənilir.
2016-cı il üçün isə hasilatın pay bölgüsü müqavilələri üzrə mənfəət vergisindən dövlət büdcəsinə daxilolmaların məbləği 500 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin proqnozu ilə müqayisədə 300 milyon manat və yaxud 37,5 faiz az, gözlənilən icrası ilə müqayisədə isə 112 milyon manat və yaxud 18,3 faiz azdır.
Növbəti ildə Dövlət Neft Şirkəti üzrə dövlət büdcəsinə 1 milyard 290 milyon manat vergi daxilolmaları proqnozlaş-dırılır ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 210 milyon manat və yaxud 14 faiz azdır.
2016-cı il üçün dövlət büdcəsi gəlirlərinin 6 milyard 773 milyon manatı və yaxud 46,5 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Dövlət Neft Fondundan dö-vlət büdcəsinə transfertlərin məbləğinin azalması fonunda 2016-cı ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi cari ilin gözlənilən icrası ilə müqayisədə 11,8 faiz çox ola-caq.
Növbəti ildə Vergilər Nazirliyinin xətt ilə dövlət büdcəsinə 6 milyard 602 milyon manat daxilolma proqnoz-laşdırılır ki, bu da cari illə müqayisədə 510 milyon manat və ya 7,2 faiz azdır.
Həmin məbləğin 4 milyard 812 milyon manatı və yaxud 72,9 faizi qeyri-neft sektorunun payına düşəcək ki, bu da cari ilin proqnozu səviyyəsindədir. Neft sektorundan 1 milyard 790 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 510 milyon manat və yaxud 22,2 faiz azdır.
Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların dö-vlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 10,9 faiz olmaqla, büdcəyə 1 milyard 590 milyon manat, yəni cari ilin səviyyəsində vəsaitin daxil olacağı proqnozlaşdırılır.
Son iki ildə Dövlət Neft Fondundan transfertin tədricən azaldılması istiqamətində aparılan siyasətin davamı olaraq növbəti ildə fonddan dövlət büdcəsinə 6 milyard manat transfert nəzərdə tutulur.
2016-cı ildə sair daxilolmalar üzrə 69 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 350 milyon manat vəsaitin daxil olacağı gözlənilir.
Növbəti il üçün xərclər üzrə büdcə vergi siyasətinin əsas istiqamətləri və dövlət büdcəsinin xərcləri. Hörmətli millət vəkilləri, qeyri-münbit xarici mühit şəraitində, həmçinin dövlət və icmal büdcələrinin gəlir və xərclərinin azalması fonunda sosial prioritetliyə üstünlük verilməklə fiskal yığcamlaşdırma siyasətini həyata keçirmək, dövlət sekto-runda xərclərin səmərəliliyini artırmaq 2016–2019-cu illər üçün hökumətin qəbul etdiyi əsas vəzifələrdəndir.
Növbəti ildə özəl investisiyaların daha fəal cəlb edilməsi hesabına ölkə iqtisadiyyatının bir çox sahələrində dövlət maliyyəsinin iştirakının mərhələlərlə daha da məhdudlaş-dırılması nəzərdə tutulur. Dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin yerinə yetirilməsi, əsas dövlət proqramlarının icrasının davamı, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi əsas prioritetlər sırasındadır.
2016-cı il üçün dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 28,2 faizi həcmində, mütləq ifadədə isə 16 mi-lyard 264 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsi xərclərinin, əsasən də, dövlət əsaslı vəsait qoyuluşu və digər əsaslı xərclərin azalması adekvat olaraq dövlət büdcəsi xərclərinin strukturunda müvafiq dəyişikliyin edilməsini şərtləndirmişdir. Bu hesaba 2016-cı ilin dövlət büdcəsi xərclərinin tərkibində 2015-ci illə müqayisədə cari xərclərin xüsusi çəkisi 10,7 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 4 faiz artmış, əsaslı xərclərin xüsusi çəkisi isə 14,7 faiz azalmışdır.
Nəticə etibarilə dövlət büdcəsi xərclərinin 62,6 faizi və yaxud 10 milyard 188 milyon manatı cari xərclərə, 29,7 faizi və yaxud 4 milyard 826 milyon manatı əsaslı xərclərə, 7,7 faizi və yaxud 1 milyard 250 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.
Gələn ilin dövlət büdcəsinin sosialyönümlülüyü artır. Belə ki, dövlət büdcəsinin xərclərində sosialyönümlü xər-clərin xüsusi çəkisi 36,1 faiz səviyyəsində olacaqdır ki, bu da cari illə müqayisədə 8,6 faiz-bənd çoxdur. Dövlət büdcəsinin bu xərcləri 2015-ci illə müqayisədə 42 milyon manat və yaxud 0,7 faiz artaraq 5 milyard 868 milyon manat təşkil edəcəkdir.
2016-cı il üçün dövlət büdcəsinin elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 5 milyard 139 milyon manat vəsait ayrılacaqdır ki, bu da cari ilin gözlənilən icrası ilə müqayisədə 211 milyon manat və yaxud 4,3 faiz çoxdur.
Həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 31,6 faiz və yaxud cari illə müqayisədə 7,8 faiz-bənd çox olacaqdır. Yuxarıda qeyd olunan sahələr üzrə məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə 871 milyon manat vəsait proqnozlaşdırılmışdır.
2016-cı ilin dövlət büdcəsinin elm xərclərinə dövlət büdcəsi xərclərinin 0,8 faizi həcmində vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 0,1 faiz-bənd çoxdur. Mütləq ifadədə bu məqsədə 132 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Təhsil xərclərinin, o cümlədən təhsilin inkişafı üzrə döv-lət strategiyasının həyata keçirilməsi ilə bağlı nəzərdə tu-tulmuş tədbirlərin maliyyə təminatı üçün növbəti ilə 1 milyard 714 milyon manat vəsait nəzərdə tutulur ki, bu da dövlət büdcəsi xərclərinin 10,5 faizini təşkil etməklə cari illə müqayisədə 2,4 faiz-bənd çoxdur.
Dövlət büdcəsi ilə yanaşı, Dövlət Neft Fondunun büd-cəsindən Azərbaycan gənclərinin və gənc mütəxəssislərinin xarici ölkələrdə təhsili, ölkəmizin ali təhsil müəssisələrində tədrisin təkmilləşdirilməsi və elmi tədqiqatların təşviqi üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
2016-cı ildə səhiyyə xərcləri üçün 745 milyon manat və yaxud dövlət büdcəsi xərclərinin 4,6 faizi həcmində vəsait ayrılmışdır ki, bu da 2015-ci illə müqayisədə 0,9 faiz-bənd çoxdur. 2016-cı ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün nəzərdə tutulan vəsaitin 178 milyon manatı və yaxud 23,9 faizi bir sıra məqsədli dövlət proqramları və tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Növbəti ildə sosial müdafiə və sosial təminat xərclərinə 1 milyard 897 milyon manat vəsait nəzərdə tutulur ki, bu da dövlət büdcəsi xərclərinin 11,7 faizi həcmində olmaqla cari illə müqayisədə 2 faiz-bənd çoxdur.
2016-cı ildə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi, onların məskunlaşma və mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı 324 milyon manat vəsaitin ayrılması, o cümlədən dövlət büdcəsindən 224 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən isə 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi 2016-cı il dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə 2016-cı ilin dövlət büdcəsi xərclərinin 18,3 faiz həcmində və yaxud 2 milyard 977 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Ölkə iqtisadiyyatının şaxələndirilməsinə, iqtisadi fəallığın təmin edilməsinə, qeyri-neft sektorunun, regionların inkişafının stimullaşdırılmasına, yerli istehsalın artırılması hesabına əhalinin ərzaq təminatının daha da yaxşılaşdırılmasına, kənd təsərrüfatının aparıcı sahələrinə dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi növbəti illərdə də davam etdiriləcəkdir.
Məqsədli olaraq Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə 186 mi-lyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
2016-cı il dövlət büdcəsinin əsaslı xərclər qeyd olun-duğu kimi, 4 milyard 826 milyon manat məbləğində proqnozlaşdırılır ki, onun da 3 milyard 555 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu, yəni investisiya proqramlarının həyata keçirilməsinə sərf ediləcəkdir. Həmin vəsaitin müəyyən hissəsi “Cənub qaz dəhlizi” layihəsində Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi üçün həmin şirkətin nizamnamə kapitalının artırılmasına, dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə, bu layihələrdə Azərbaycan tərəfinin pay haqqının ödənilməsinə, zəruri hesab edilən digər prioritet layihələrin və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Dövlətin daxili və xarici borclarının idarə edilməsi, cəlb edilmiş kreditlər üzrə borc öhdəliklərinin vaxtında yerinə yetirilməsi istiqamət-lərində aparılan məqsədyönlü iş 2016-cı ildə də davam etdiriləcəkdir.
2016-cı il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər üçün 1 milyard 250 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 474 milyon manat və yaxud 61 faiz çoxdur. Həmin xərclərin artımı, əsasən, xarici valyutada ifadə olunmuş borc öhdəliklərinin, manatın cari ildəki məzənnəsinin korreksiyasından sonra yenidən qiymətləndirilməsi, bir sıra layihələr üzrə faiz və əsas borcların ödəniş müddətlərinin növbəti ildə başa çat-ması, həmçinin dövlət mülkiyyətində olan bəzi səhmdar cəmiyyətlərinin borclarının restrukturizasiya edilərək yaranmış öhdəliklərin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə bağlıdır.
2016-cı il üçün Azərbaycan Respublikasının daxili dövlət borclanmasının yuxarı həddinin 2,5 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddinin 1,5 milyard manat, yəni builki səviyyədə müəyyən edilməsi təklif olunur.
2016-cı ildə beynəlxalq maliyyə qurumlarından və kredit təşkilatlarından cəlb edilən kreditlər hesabına ölkəmizdə, əsasən, infrastruktur layihələrinin həyata keçirilməsi, eyni zamanda, bəzi sosial təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 1 milyard 578 milyon manat vəsaitin istifadəsi proqnozlaşdırılır.
Növbəti ildə beynəlxalq fəaliyyət və beynəlxalq təş-kilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 193 milyon manat vəsait yönəldiləcəkdir. Həmin vəsaitin 71 milyon manatı ölkəmizin xarici ölkələrdə olan diplomatik xidmət orqanlarının və konsulluqlarının saxlanılması üçün nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 13 milyon manat və yaxud 22,1 faiz çoxdur.
Üzv olduğumuz 105 beynəlxalq maliyyə-kredit və ic-timai-siyasi təşkilata üzvlük haqlarının ödənilməsi üçün 32 milyon manat, digər beynəlxalq fəaliyyət üçün 90 milyon manat vəsait proqnozlaşdırılır.
2016-cı il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 766 milyon manat proqnozlaşdırılır ki, bu da car illə müqayisədə 68 milyon manat və yaxud 8,2 faiz azdır.
Gələn ildən xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına Naftalan şəhəri də daxil olmaqla onların sayı 6-ya çatacaqdır. Rayon və şəhərlərin yerli xərcləri üçün dövlət büdcəsi xərclərinin 9,5 faizi həcmində və yaxud 1 milyard 541 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 113 milyon manat və yaxud 6,8 faiz azdır.
Yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində nəzərdə tutulan 775 milyon manat maliyyə yardımı, dotasiya cari illə müqayisədə 45 milyon manat və yaxud 5,4 faiz az olacaqdır. Son 5 ildə ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 12,1 faiz azalaraq 50,3 faiz təşkil edəcəkdir ki, bu da bir sıra regionlarda xərclərin öz gəlirləri ilə maliyyələşdirilməsi hesabına baş verir.
Dövlət büdcəsinin kəsiri və onun maliyyələşdirilməsi mənbələri. Növbəti il üçün dövlət büdcəsinin kəsiri 1 mi-lyard 698 milyon manat məbləğində və yaxud ümumi daxili məhsulun 2,9 faizi həcmində müəyyən edilmişdir. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar, xarici qrantlar və 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında gözlənilən qalığı hesabına həyata keçiriləcəkdir. Dövlət büdcəsi xərclərinin strukturunun və fərdilik prosesinin təkmilləşdirilməsi, şəffaflıq və ünvanlılığının artırılması, xərclərin ortamüddətli dövrləri əhatə edən proqramlar əsasında proqnozlaşdırılması xətti də davam etdirilir. Dövlət büdcəsi xərclərinin ünvanlılığının artırılması üçün növbəti ilin dövlət büdcəsi xərclərində “sair xərclər” paraqrafı üzrə nəzərdə tutulmuş vəsait cari illə müqayisədə 350 milyon manat və yaxud 20,3 faiz azaldılmışdır.
Dövlət büdcəsi xərclərinin 5 milyard 364 milyon manatı və yaxud 33 faizi konkret (məqsədli) proqram və tədbirlər üzrə maliyyələşdiriləcək ki, bu da ünvanlılığın təmin edil-məsi üçün əsas şərtlərdən biridir.
İcazə verin, 2016-cı il üçün icmal büdcəsinin əsas para-metrləri barədə də məlumat verim. Azərbaycan Respubli-kasının 2016-cı il üçün icmal büdcəsinin gəlirlər 16 milyard 720 milyon manat, xərclər 19 milyard 907 mil-yon manat səviyyəsində proqnozlaşdırılır.
İcmal büdcəyə daxil olan Dövlət Sosial Müdafiə Fon-dunun büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 3 mi-lyard 79 milyon manat təşkil edəcək ki, həmin vəsaitin də 1 milyard 100 milyon manatı və yaxud 35,7 faizi dövlət büdcəsindən ayrılan transfertin payına düşür.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri 8 milyard 200 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 4 milyard 105 milyon manat və yaxud 33,4 faiz azdır.
Növbəti ildə bir sıra dövlət əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsi üçün Dövlət Neft Fon-dunun büdcəsindən 2 milyard 200 milyon manat vəsait yönəldiləcəkdir ki, onların da bəziləri barədə mən çıxışımın əvvəlində qeyd etmişdim. Qeyd etdiyim kimi, 6 milyard manatı isə dövlət büdcəsinə transfer şəklində köçürüləcək.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 351 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Xərclərin 19,6 faizi və yaxud 69 milyon manatı Muxtar Respublikanın öz gəlirləri, 80,4 faizi və yaxud 282 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaqdır.
Hörmətli millət vəkilləri, əvvəlki illərin büdcəsindən öz yığcamlığı, prioritetliyi və ünvanlılığı ilə fərqlənən, mövcud iqtisadi reallıqlara söykənməklə ölkəmizin hərtərəfli dayanıqlı inkişafına və Azərbaycan xalqının rifahının yaxşılaşmasına yönəlmiş 2016-cı il dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sosial-iqtisadi kursunun ardıcıl surətdə davam etdirilməsinə, qarşıya qoyulmuş bütün dövlət vəzifələrinin yerinə yetirilməsinə maliyyə təminatı yaradacaqdır.
Hörmətli millət vəkilləri, bunları nəzərə alaraq sizi 2016-cı il üçün dövlət büdcəsi layihəsini qəbul etməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Samir müəllim. Buyursun iqtisadiyyat və sənaye naziri hörmətli Şahin Mustafayev.
Ş.Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq büdcə zərfində Azərbaycan Respublikasının 2015-ci il və gələn 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirənizə təqdim olunmuşdur. Konsepsiyada proqnoz göstəriciləri hazırlanarkən dünya iqtisadiyyatının inkişaf meylləri, ölkənin sosial-iqtisadi inkişafının mövcud vəziyyətinin təhlili, “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və icra edilməkdə olan dövlət proqramları nəzərə alınmışdır.
Hörmətli millət vəkilləri, son illərdə iqtisadi-maliyyə böhranlarının dövriliyinin artması və əhatəsinin genişlən-məsi, geosiyasi risklərin və iqtisadi təzyiqlərin yüksəlməsi müşahidə olunur. Belə ki, hazırda dünya enerji bazarında hökm sürən qeyri-sabitlik, bu fonda dolların bahalaşması və Azərbaycanın əsas ticarət partnyorlarının milli valyutalarının ucuzlaşması, region ölkələrində iqtisadi problemlər, Rusiya Federasiyası ilə Qərb ölkələri arasında qarşılıqlı sanksiyaların davam etməsi, Yaxın Şərqdə gərginliyin artması, Çinin iqtisadi artım templərinin enməsi, eləcə də dünya maliyyə bazarlarındakı çətinliklər orta və uzun müddətdə ölkə iqtisadiyyatının dayanıqlığını qorumaq üçün qabaqlayıcı tədbirləri zəruri edir.
Belə şərait son illərdə görülmüş tədbirlərin və əldə olun-muş nəticələrin, xüsusilə valyuta ehtiyatlarından səmərəli istifadənin və konservativ borclanmanın, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinin, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılmasının, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının əhəmiyyətini artırır.
Bunları nəzərə alaraq, makroiqtisadi siyasətin çevikliyi təmin olunmaqla makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, diversifikasiyanın sürətləndirilməsi ilə davamlı inkişafın, eyni zamanda, sosialyönümlü siyasətin davamlılığının təmin edilməsi konsepsiyanın əsas məqsədləri kimi müəyyən edilmişdir.
Proqnozlar hazırlanarkən mövcud risklər qiymətləndiril-miş, neftin qiymətinin mümkün dəyişmə variantları, Neft Fondunun ehtiyatlarının qorunması ilə məhdudlaşdırılmış makrofiksal çərçivə, habelə qeyri-neft sektorunun inkişaf istiqamətləri təhlil edilmiş, bunun əsasında növbəti illər üçün sosial-iqtisadi inkişafın müxtəlif ssenariləri nəzərdən keçirilmişdir. Nəticədə qabaqlayıcı tədbirlərin görülməsinə, struktur islahatların daha da dərinləşməsinə yönələn, eyni zamanda, riskləri nəzərə alan optimal proqnozlar seçilərək növbəti ilin büdcəsinin tərtibini əsaslandırmışdır.
Hörmətli millət vəkilləri, buna əsasən 2016-cı ildə ölkə üzrə iqtisadi artım 1,8 faiz, inflyasiya 3,3 faiz, növbəti üç ildə isə orta illik artım tempi 3,7 faiz səviyyəsində proqnozlaşdırılır. Halbuki 2016-cı ildə Azərbaycan üçün Asiya İnkişaf Bankı 2,8 faiz, Beynəlxalq Valyuta Fondu 2,5 faiz, Dünya Bankı 2,6 faiz və Standard and Poor’s Agentliyi 2,5 faiz artım proqnozları vermişlər. Bu da proqnozlarımızda daha konservativ yanaşmanı göstərir.
Ölkənin ödəmə qabiliyyətini müəyyən edən tədiyə bal-ansının növbəti illərdə də müsbət saldosu qorunacaq. 2016-cı ildə ticarət balansı 7,6 milyard dollar, cari hesab balansı isə 1,9 milyard dollar müsbət saldo ilə proqnozlaşdırıl-mışdır.
Neft sektorunun gələn il 1,7 faiz azalması, neft hasilatının 40,7 milyon ton, növbəti illərdə isə ortalama 40,2 milyon ton olacağı gözlənilir. Neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilmiş və neftin 1 barelinin qiyməti gələn il və növbəti üç il üçün hesablamalarda 50 dollar qəbul edilmişdir. Məlumat üçün qeyd edim ki, proqnozlar hazırlanan dövrə Beynəlxalq Valyuta Fondu gələn il üçün neftin bir barelinin qiymətini 50, Dünya Bankı 61, ABŞ Enerji Administrasiyası 59, Rusiya 60, Qazaxıstan 50 dollar proqnozlaşdırmışdır.
Hörmətli millət vəkilləri, məlum olduğu kimi, qlobal iqtisadi və maliyyə böhranı, enerji bazarındakı qeyri-sabitlik baş verməmişdən hələ xeyli əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişaf etdirilməsi siyasətinin həyata keçirilməsinə başlanmışdır. Məhz bu siyasətin nəticəsidir ki, əgər 2003-cü ildə qeyri-neft sektorunda cari qiymətlərlə 4,4 milyard manat əlavə dəyər yaradılmışdısa, 2014-cü ildə bu göstərici 8 dəfədən çox artaraq 36 milyard manat təşkil etmişdir. Bunun sayəsində yaradılmış iqtisadi potensial bu gün böhran proseslərinin mənfi təsirlərinə qarşı dayanıqlıq göstərməyə, davamlı inkişafı təmin etməyə, sosial proqramları tam şəkildə icra etməyə imkan verir.
Təsadüfi deyil ki, bir neçə gün öncə dərc edilmiş “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2015–2016-cı illər” hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, öz lider mövqeyini qorumuş, “G-20” yə üzv olan 8 ölkəni qabaqlamışdır. “Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Respublikasının reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu sabit saxlamışdır. Bu günlərdə həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəltmişdir.
Beləliklə, dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər, əldə olunmuş real iqtisadi nəti-cələr ortamüddətli dövrdə də iqtisadiyyatın davamlı inkişa-fının təmin olunacağına tam əsas verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin.
Son illərdə olduğu kimi, 2016-cı ildə də iqtisadi artım qeyri-neft sektorunun hesabına təmin ediləcək. Cari ilin sonuna qeyri-neft sahəsinin 5,9 faiz, 2016-cı ildə isə 3,4 faiz artacağı proqnozlaşdırılmışdır. Onun ümumi daxili məhsuldakı payının 2014-cü ildə qeydə alınmış 61 faizdən 2016-cı ildə 71,8 faizə çatacağı proqnozlaşdırılır. Tikinti sektoru nəzərə alınmasa, qeyri-neft sahəsi 5,3 faiz, ticari sektorlar isə 7,2 faiz artacaqdır.
Qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafında, bu sahədə istehsal və ixrac potensialının artırılmasında qeyri-neft sənayesi əhəmiyyətl rol oynayacaq.
Cənab Prezidentin müəyyən etdiy sənayeləşdirmə siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində son illərdə ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuş, ənənəvi sənaye sahələri genişləndirilməklə bərabər kosmik, müdafiə, alternativ enerji, gəmi istehsalı və digər yeni sənaye sahələri yaradılmış, yüzlərlə müasir istehsal və emal müəssisələri fəaliyyətə başlamışdır. Eyni zamanda, sənaye parklarının yaradılması, o cümlədən Sumqayıt Kimya, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında müvafiq infrastrukturun qurulması və rezidentlərin cəlb olunması istiqamətində görülən işlər, regionlarda sənaye məhəllələrinin yaradılması, sözsüz ki, qeyri-neft sənayesinin davamlı inkişafı üçün möhkəm zəmin yaradır.
Növbəti illərdə sənayenin inkişafına dövlət dəstəyi tədbirləri daha da gücləndiriləcək, yeni istehsal sahələrinin yaranması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaq. Bütövlükdə qeyri-neft sənayesi üzrə 2016–2019-cu illər üzrə orta hesabla 9,2 faiz artıma nail olunacağı proqnozlaşdırılır.
Qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektor üzrə 2016-cı ildə 5,5 faiz, növbəti 3 ildə orta hesabla 5,2 faiz artım proqnozlaşdırılır.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilmiş-dir. İstehsalçıların torpaq vergisi istisna olunmaqla, digər vergilərdən azad edilməklə bərabər, fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanı yaradılır, əkin sahələrində istifadə olunacaq yanacaq üçün subsidiyalar verilir. Heyvandarlığın maddi-texniki bazasının, cins tərkibinin yaxşılaşdırılması və bu sahədə dövlət dəstəyinin gücləndirilməsi barədə dövlət başçısının imzaladığı sərəncamlar aqrar sektorun inkişafına əlavə təkan verəcəkdir.
Son illərdə təkcə dövlətin güzəştli kreditləri hesabına aqroparkların, ən müasir texnologiyalara əsaslanan quş-çuluq, intensiv bağçılıq, üzümçülük təsərrüfatlarının, cins heyvandarlıq və müasir istixana komplekslərinin, logistik mərkəzlərin yaradılması istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artırılmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsini verməkdədir.
Hörmətli millət vəkilləri, xidmətlər sektorunda artımın 2016-cı ildə 4,8 faiz, növbəti üç ildə orta hesabla 5,1 faiz təşkil edəcəyi proqnozlaşdırılır və bu sektorun ümumi daxili məhsulda payının 2014-cü ildəki 33,4 faizdən 2019-cu ildə 40,9 faizə qədər artacağı gözlənilir.
Turizm sahəsində yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırıl-ması, müasir standartlara cavab verən infrastrukturun ya-radılması və eyni zamanda, beynəlxalq səviyyəli idman və mədəni tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq arenada tanınmasına, turizmin inkişafına səbəb olacaq. 2016–2019-cu illər ərzində turizm sektorunun orta hesabla 12,5 faiz artacağı proqnozlaşdırılır.
İnformasiya və rabitə sektorunda müsbət dinamika davam edəcək. Belə ki, 2016-cı ildə bu sahədə 13,5 faiz, növbəti üç ildə orta illik 10,3 faiz artım gözlənilir. Yeni peyklərin orbitə çıxarılması, yüksək texnologiyalar parklarının fəaliyyəti, elektron xidmətlərin genişləndirilməsi bu sahədə əlavə imkanlar yaradacaq.
Böyük potensiala malik olan nəqliyyat sektorunda regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin həyata keçirilməsi davam etdiriləcək, tranzit potensialından səmərəli istifadə edilməsi, nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması məqsədi ilə bu sahədə müvafiq qurumların fəaliyyəti əlaqələndiriləcək. Bu tədbirlər, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, habelə bu günlərdə İran tərəfi ilə əldə edilmiş razılaşmaya əsasən yaxın zamanlarda “Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi” layihəsi çərçivəsində İran sərhədinə qədər dəmir yolu və körpünün tikintisinə başlanması ortamüddətli dövrdə nəqliyyat sektorunun artımını təmin edəcək. Ümumilikdə gələn il nəqliyyatda 3 faiz, növbəti üç ildə isə orta illik 4,3 faiz artım gözlənilir.
Dövlət investisiyalarının azalması fonunda tikinti sekto-runun gələn il 4,6 faiz azalması proqnozlaşdırılır. 6 ayın yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında dövlət başçısının verdiyi tapşırığa əsasən bu sahənin canlandırıl-ması məqsədi ilə ipoteka kreditləşməsinin genişləndirilməsi, mənzil bazarında yeni maliyyələşmə mexanizmlərinin tətbiqi, investisiyaların maliyyələşdirilməsi üçün əlavə mənbələrin cəlb olunması kimi tədbirlərin icrası xüsusi əhəmiyyət daşıyır.
Hörmətli millət vəkilləri, cənab Prezidentin “ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin genişləndirilməsi nəticəsində sahibkarlıq qeyri-neft sektorunun inkişafının aparıcı qüvvəsinə çevrilmişdir. Son illər bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, dövlət dəstəyinin genişlən-dirilməsi, o cümlədən vergi güzəştləri və subsidiyalarla bağlı çox əhəmiyyətli işlər görülmüş, Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu, “Aqrolizinq” ASC və digər mənbələr hesabına real sektora maliyyə dəstəyi göstərilmişdir. Nəticədə ölkənin ticarət və xidmət obyektləri ən müasir tələblərə uyğun geniş çeşiddə yerli ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin edilmiş, idxaldan asılılıq azalmış, ölkədən ixrac olunan mal çeşidlərinin sayı ötən il 2003-cü illə müqayisədə 76 faiz artmışdır.
Qarşıdakı illərdə ölkə başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına və Nazirlər Kabinetinin dünən keçirilmiş iclasında cənab Prezident tə-rəfindən verilmiş tapşırıqlara uyğun olaraq biznes mühitinin yaxşılaşdırılması, o cümlədən əsassız yoxlamaların qarşısının alınması, lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və digər tədbirlər görüləcəkdir.
Hörmətli millət vəkilləri, son dövrlərdə neftin dünya bazar qiymətlərinin iki dəfədən çox aşağı düşməsi ölkənin gəlirlərinin azalması ilə nəticələnmişdir. Buna uyğun olaraq, növbəti ilin dövlət büdcəsində nəzərdə tutulmuş əsas vəsait qoyuluşu əvvəlki illərlə müqayisədə az proqnozlaşdırılmışdır ki, bu da ölkə iqtisadiyyatına digər mənbələr hesabına vəsaitlərin cəlb edilməsini, o cümlədən real sektorun maliyyələşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasını şərtləndirir.
Qeyd edilən tədbirlərin həyata keçirilməsi nəticəsində gələn il investisiya qoyuluşlarının 18,8 milyard manat, o cümlədən xarici investisiyaların 8 milyard manat olacağı, neft sektoruna 8 milyard, qeyri-neft sektoruna 10,8 milyard manat investisiya yatırılacağı gözlənilir. Növbəti 3 ildə isə investisiyaların 47,3 milyard manat, o cümlədən xarici in-vestisiyaların 15,4 milyard manat təşkil edəcəyi proqnoz-laşdırılır.
Sosial məsələlər əvvəlki illərdə olduğu kimi, daim diqqətdə saxlanılacaq. 2016-cı ildə sosial proqramların icrası təmin ediləcək, orta aylıq əmək haqqı artaraq 474,5 manata çatacaq, yaşayış minimumu 136 manat təşkil edəcək.
Böyük sosial əhəmiyyətə malik olan bir məsələyə də diqqətinizi cəlb etmək istərdim. Dərman vasitələri bazarında baş verən pozuntulara son qoyulması və məsələnin yeni müstəvidə həll olunması barədə cənab Prezidentin tapşırığının icrası məqsədi ilə bir sıra ölkələrin təcrübəsi əsasında yeni metodologiya hazırlanmış, 2200-ə yaxın dərmanın qiyməti təsdiq edilmişdir. Bunun nəticəsində əvvəlki qiymətlərlə müqayisədə 53 faiz dərman vasitəsinin qiyməti iki dəfədən çox, 28 faiz dərman vasitəsinin qiyməti üç dəfədən çox aşağı salınmış, ümumilikdə isə satışda olan dərman vasitələrinin 98 faizinin qiymətləri endirilmişdir. İslahat vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq. Bu proses dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcəkdir.
Hörmətli millət vəkilləri, bütün qeyd olunanlar Azər-baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin strategiyasından qaynaqlanan müdrik və uzaqgörən sosial-iqtisadi siyasətinin davam etdirilməsinin gələcək uğurların əsası olduğunu bir daha əyani sübut edir. Tam əminliklə demək olar ki, bu siyasət nəticəsində əldə olunmuş nailiyyətlər, qabaqlayıcı tədbirlərin görülməsi, mövcud resursların səfərbər olunması və onların səmərəli istifadəsi qarşıdakı illərdə də ölkə iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən qoruyacaq və onun davamlı inkişafını təmin edəcəkdir. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Söz verilir Mərkəzi Bankın İdarə Heyətinin sədri hörmətli Elman Rüstəmova.
E.Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli cənab Baş nazir və hörmətli həmkarlar! Diqqətinizə təqdim edilən 2016-cı ilin və növbəti üç ilin büdcə layihəsi və sosial-iqtisadi inkişaf proqramı ortamüddətli dövrdə Azərbaycan hökumətinin həyata keçirəcəyi makroiqtisadi və sosial-iqtisadi siyasətin əsas məzmununu və başlıca istiqamətlərini özündə əks etdirir. Mərkəzi Bank tərəfindən həyata keçirilən pul-kredit, valyuta siyasətinin ölkədə həyata keçirilən vahid makroiqtisadi siyasətin mühüm tərkib hissəsi olduğunu nəzərə alaraq öz çıxışımda bütövlükdə vahid makrosiyasət dizaynına aydınlıq gətirmək və bir sıra aktual sualları cavablandırmaq istərdim.
Ölkə Prezident cənab İlham Əliyev tərəfindən dünən keçirilən Nazirlər Kabinetinin geniş toplantısında cari ildə ölkənin sosial-iqtisadi inkişafının yekunları geniş təhlil edilmiş, strateji proqram xarakterli bir sıra göstərişlər verilmişdir. Məndən öncə çıxış edən həmkarlarım tərəfindən cari inkişaf məsələlərinin ətraflı əhatə olunduğunu nəzərə alaraq mən öz çıxışımda iqtisadiyyatımızda yaranmış situasiyaya qiymət vermək üçün son 10–12 ildə keçdiyimiz inkişaf yoluna diqqətinizi cəlb etmək istərdim.
2004–2014-cü illəri əhatə edən dövr ölkəmizin iqtisadi quruculuq tarixində qızıl dekada kimi yadda qalacaqdır. Bu dekadanın müəllifi möhtərəm Prezidentimiz İlham Əliyev-dir. Məhz onun rəhbərliyi altında ulu öndər Heydər Əliyev irsinə arxalanan yeni iqtisadi inkişaf və modernizasiya strategiyası müvəffəqiyyətlə həyata keçirilmişdir. Azərbay-can sürətli iqtisadi artıma nail olaraq inkişaf etmiş və inkişaf etməkdə olan bir sıra ölkələrlə özü arasında olan iqtisadi inkişaf və sosial həyat standartlarındakı fərqləri əhəmiyyətli dərəcədə azalda bilmişdir.
Nəticədə 2004–2014-cü illərdə milli iqtisadiyyatımız üç dəfədən çox böyümüş və Azərbaycan iqtisadi artım üzrə dünya liderlərindən biri olaraq, adambaşına nominal ümumi daxili məhsula görə kasıb bir dövlətdən orta gəlirli bir dövlətə çevrilmişdir. Biz yoxsulluğun prinsipial fərqinin həllinə nail olmuşuq. 1990-cı ilin əvvəllərində 60 faiz təşkil edən yoxsulluq səviyyəsi bu gün 5 faizə endirilmişdir.
Belə yüksək inkişaf şəraitində makroiqtisadi sabitlik və dayanıqlıq qorunmuş, inflyasiya birrəqəmli səviyyədə saxlanılmış, ümumi daxili məhsulun 70 faizi həcmində valyuta ehtiyatları yaradılmışdır. Bu illərdə ölkədə ən müasir sosial-iqtisadi infrastruktur yaradılması sayəsində Azərbaycan vacib beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilmişdir.
Artıq qeyd olunduğu kimi, 2015-ci ildə də Azərbaycan iqtisadiyyatının inkişafı davam etmiş, makroiqtisadi sabitlik qorunmuş, qəbul edilmiş sosial-iqtisadi proqramlar uğurla həyata keçirilmişdir. Bütün bunlar möhtərəm Prezident İlham Əliyevin siyasi iradəsinin, onun tərəfindən həyata keçirilən ardıcıl, düşünülmüş və məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
Təsadüfi deyil ki, artıq dəfələrlə qeyd olunduğu kimi, ölkənin beynəlxalq reytinqlərdə yüksək mövqeyi saxlanılır. Bu günlərdə Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabət Qabiliyyəti İndeksi”ndə Azərbaycanın ilk qırxlıqda öz yerini qoruması və makroiqtisadi sabitlik, idarəetmə və dayanıqlıq üzrə birinci onluqda qərarlaşması bizi sevindirir. Yeddi illik böhran dövründə Azərbaycanın öz investisiya reytinqini qoruması böyük uğurdur. Biz görürük ki, qonşu ölkələrdə bu reytinqlərin azalması baş verir.
Qeyd olunan inkişaf dövrünün əhəmiyyətli bir hissəsi 2008-ci ildə başlanan qlobal maliyyə-iqtisadi böhran dövrünə düşür. Vaxtında görülmüş tədbirlər nəticəsində Azərbaycan 2008–2010-cu illəri əhatə edən böhranın kəskin fazasından ən az təsirlənən ölkələrdən biri olmuşdur. Bu dövrdə qlobal iqtisadiyyatın orta illik artımı cəmi 3,3 faiz olduğu halda Azərbaycanda iqtisadi artım orta hesabla 5,1 faiz, o cümlədən qeyri-neft sektorunda 9 faiz təşkil etmişdir.
2014-cü ildən qlobal iqtisadi böhran keyfiyyətcə yeni fazaya daxil olmuşdur. Maliyyə sektorunda başlayan böhran silsiləvi və struktur xarakterli böhrana transformasiya olunmuşdur. Dərinliyi və perimetri genişlənən qlobal böhran həm inkişaf etmiş dövlətlərin, həm də inkişaf etməkdə olan ölkələrin və onların lideri olan Çinin iqtisadiyyatına da sirayət etmişdir. Dünyada geosiyasi və geoiqtisadi gərginliklər artmış, əsas birja əmtəələri kəskin ucuzlaşmış, qlobal koordinasiyanın zəifliyi fonunda qlobal ticarət və iqtisadi aktivlik zəif olaraq qalır. Ticarət və valyuta məzənnə müharibələri kəskinləşmişdir.
Azərbaycan dünya iqtisadiyyatına dərindən inteqrasiya olunmuşdur. Bu gün əmtəə və xidmətlər üzrə xarici ticarət iqtisadi dövriyyəmiz ümumi daxili məhsulun 80 faizini təşkil edir. Ona görə də Azərbaycan qlobal böhrandan əhəmiyyətli dərəcədə təsirlənir. Bu təsirlər çoxkanallıdır. Başlıca kanal isə neftin əhəmiyyətli ucuzlaşmasıdır. Neftin qiyməti tarixi maksimumdan – 2008-ci ildəki 140 dollardan təxminən 3 dəfə, son 1 ildə isə 2 dəfə aşağı düşmüşdür.
Proqnozlara görə, növbəti dekadada neft qiymətləri öncəki dekadadakından əhəmiyyətli dərəcədə aşağı olacaqdır. Nəticədə Azərbaycanın tədiyə balansının cari hesabındakı profisit 2011-ci ildəki maksimum 17 milyard dollardan 2014-cü ildə 10 milyard dollara enmişdir. 2015-ci ilin sonuna isə, –hörmətli iqtisadi inkişaf naziri artıq buradan səsləndirdi, – bu göstərici təxminən 2 milyard dollar, yəni səkkiz dəfədən çox azalacaqdır.
Belə bir şəraitdə yeni bir iqtisadi situasiya və çağırışlar formalaşır. Bu çağırışları mən iki yerə bölərdim. Bunlardan biri yeni şəraitdə iqtisadiyyatın yenidən balanslaşdırılması və bu əsasda uzunmüddətli makroiqtisadi tarazlığın və da-yanıqlığın təmin olunması, ikinci çağırış isə yeni iqtisadiyyata keçidin baza şərtlərinin formalaşdırılması, yeni iqtisadi inkişaf və artım modelinin gerçəkləşdirilməsidir. Bütün bunlar dərin və radikal makroiqtisadi manevrin, növbəti, ikinci nəsil institusional struktur islahatlarının gündəliyinin qəbul olunmasını şərtləndirir. Milli Məclisdə çıxış formatında mən ancaq birinci məsələyə diqqəti cəlb etmək istərdim.
Makroiqtisadi siyasət və makroiqtisadi balanslıq, daxili balans. Daxili balans, təbii ki, ilk növbədə bu gün müzakirə olunan dövlət büdcəsinin gəlir və xərclərinin balansıdır. Yaranmış şəraitdə biz cənab Prezidentin dünənki toplantıda dediyi kimi, ayağımızı yorğanımıza görə necə uzadaq, gəlirlərimizi necə balanslaşdıraq ki, bütövlükdə makroiqti-sadi sabitliyi və dayanıqlığı təmin edə bilək.
Bu kontekstdə ortamüddətli dövr üçün neftin konservativ qiymətinə əsaslanaraq planlaşdırılan büdcə konsolidasiyası, hesab edirəm ki, mövcud reallıqları özündə əks etdirir. Bu konsolidasiyanın mərhələlərlə həyata keçirilməsi iqtisadiyyatın əsas subyektlərinin yeni reallıqlara adaptasiya olunması zərurətindən irəli gəlir. Konsolidasiya dövlətin qəbul etdiyi sosial öhdəlikləri tam müdafiə edir və başlıca olaraq dövlət investisiya xərcləri hesabına həyata keçirilir.
İkinci başlıca çağırış xarici balansdır. Ölkənin əgər valyuta gəlirləri aşağı düşürsə, – mən onun miqyasını qeyd etdim, – bir daha xatırlatmaq istəyirəm ki, bu miqyas və proqnozlar bizə artıq ilin əvvəlində məlum olur.
Mən yenidən devalvasiya probleminə qayıdacağam. İlin əvvəlində Maliyyə Nazirliyi ilə birgə apardığımız hesab-lamalar və stress testləri vasitəsi ilə bizə artıq məlum idi ki, yaxın 5 ildə Azərbaycanı nə gözləyir. Ötən il valyuta gəlir-lərinin azalması şəraitində büdcə konsolidasiyası valyuta təklifinin əsas mənbəyi olan Dövlət Neft Fondundan transferlərin azaldılması ilə müşahidə olundu.
Mən rəqəmlərə sizin diqqətinizi cəlb eləmək istəyirəm. Əgər 2013-cü ildə bu transferin həcmi təxminən 11,4 milyard manat idisə, 2016-cı ildə 6 milyard və 2017-ci ildə 5 milyard manata düşür. Bu şəraitdə ölkənin valyuta gəlirləri və xərclərinin balanslaşdırılması mühüm vəzifə olaraq qarşıda durur. O cümlədən kritik idxala olan tələbatın ödənilməsi vəzifəsi də aktuallaşıb.
Mərkəzi Bank bu şərait və reallıqları nəzərə alaraq, ölkə-nin ödəmə balansında ortamüddətli və uzunmüddətli tarazl-ığı və strateji valyuta ehtiyatlarının dayanıqlıq səviyyəsini təmin etmək məqsədi ilə fevral ayında milli valyutanın devalvasiyasını həyata keçirdi. Devalvasiyanı sürətləndirən digər amil Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının devalvasiyası olmuşdur.
2014-cü ilin əvvəllərindən bəri türk lirəsi 34 faiz, Rusiya rublu 86 faiz, qazax təngəsi 66 faiz dəyərdən düşmüşdü. Bu isə ölkəmizin ticarət balansını əhəmiyyətli dərəcədə pisləşdirmiş və bütövlükdə milli istehsalçıların rəqabət qabiliyyətinə əhəmiyyətli təsir göstərmişdi.
Devalvasiya dollarlaşmanın artması ilə müşayiət olundu. Mən görürəm, çıxışlarda və ekspert qiymətləndirmələrində bu kontekstə az toxunulur. Biz dollarlaşmaya olduqca normal baxırıq. Dollarlaşma bütövlükdə mövcud valyuta ehtiyatlarının, – burada söhbət Mərkəzi Bankın valyuta ehtiyatlarından gedir, – iqtisadi subyektlər arasında, xüsusilə də əhali və bizneslə dövlət arasında yenidən paylaşdırılması deməkdir.
2014-cü ilin sonuna bizim valyuta ehtiyatlarımız təxminən 15 milyarda çatmışdı. Diqqətə çatdırmaq istəyirəm ki, bu valyuta ehtiyatlarının hamısını biz daxili bazardan almışdıq. Yəni daxili bazarda biznes subyektləri, əhali manatın möhkəmlənməsi fonunda öz valyuta gəlirlərini, dolları Mərkəzi Bank vasitəsi ilə manata dəyişdirirdi. Manat bizə dollar vermişdi, yəni dolları manatla almışdıq. Yaranmış yeni şəraitdə geriyə proses getdi.
Xatırlatmaq istəyirəm ki, bugünkü dollarlaşma səviyyəsi təxminən 10 il bundan əvvəlki səviyyədədir. Belə bir bölüşmə, hesab edirəm, iqtisadi subyektlərin risklərini daha düzgün tarazlaşdırır. Bütövlükdə devalvasiyadan sonra bazarda sakitlik idi və may–iyul aylarında Mərkəzi Bank hətta valyuta bazarından valyuta alırdı.
Digər tərəfdən biz banklar da, – bizim statiskaya düşmür, – svop əməliyyatları həyata keçiririk. Yəni banklar yarım milyarddan çox valyuta resurslarını bizə verib manat almışlar. Bu da onlara imkan verir ki, həm kreditləşmə, həm də hesablaşma əməliyyatlarını həyata keçirsinlər.
Lakin avqust ayında Qazaxıstanda baş verən kəskin devalvasiya yenə əhalidə, bazarda müəyyən gərginliyə səbəb oldu və Mərkəzi Bank yenidən valyuta bazarına qayıtmağa məcbur oldu.
Təbii ki, yüksək dollarlaşma nəticəsində Mərkəzi Bankın valyuta ehtiyatları azalır. Lakin bir daha qeyd etmək istəyirəm ki, biz buna olduqca normal baxırıq. Bu gün valyuta ehtiyatlarımız 7 milyard Amerika Birləşmiş Ştatları dolları səviyyəsindədir və bu, beynəlxalq normalara tam uyğundur.
Manatın məzənnəsi neftin qiymətindən savayı tədiyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də bu belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır.
Müxtəlif çevik məzənnə rejimləri çoxdandır ki, Mərkəzi Bankın da gündəmindədir. Bu məsələlər ciddi araşdırılır, əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir. Bu məsələ ciddi iqtisadi və texniki hazırlıq, soyuqqanlı yanaşma tələb edir. Başlıca məsələ iqtisadiyyatın əsas subyektlərinin, dövlətin, əhalinin, biznesin, maliyyə sektorunun, xarici borcu olan təşkilatların maraqlarının optimal balansının tapılmasıdır. Bütövlükdə isə orta və uzunmüddətli dövrdə xarici balansın dayanıqlığının və iqtisadiyyatın yüksək rəqabətqabiliyyətliyinin təmin olunması, ixrac yönümlü inkişaf modelinə keçid mühüm strateji vəzifə olaraq qalacaq.
Mərkəzi Bankın başlıca mandatı inflyasiyadır. Cari ildə inflyasiya birrəqəmli səviyyədə qorunmuşdur. Səkkiz ayda orta illik inflyasiya 3,8 faiz təşkil etmişdir ki, bu da tərəfdaş ölkələr üzrə olan inflyasiyadan 8,3 faiz aşağıdır. Gəlirlərin artımı inflyasiyanı üstələmiş, əhalinin gəlirləri real olaraq 2,4 faiz artmışdır. İlin sonuna ölkədə orta illik inflyasiyanın birrəqəmli səviyyədə qalacağı gözlənilir. 2016-cı ildə Mərkəzi Bankın pul siyasəti hökumətin inflyasiya üzrə proqnozunun təxminən 4 faizdən bir az çox reallaşmasına dəstək verəcək.
Cari ildə biz bir qədər monetar genişlənməyə getdik və hökumətlə birlikdə iqtisadiyyatda təxminən 1,2 milyard manata qədər yardım proqramı imzaladıq. Bu proqram artıq həyata keçirilməkdədir və iqtisadiyyatın canlanmasına səbəb olub. Bütövlükdə investisiya yönümlü onlarla sosial, iqtisadi layihə imzalanıb. İndi bunlar həyata keçirilir. Lakin biz növbəti ildə iqtisadiyyatın artıq qeyd etdiyim çağırışlarını nəzərə alaraq monetar genişlənmədə olduqca ehtiyatlı siyasət həyata keçirməliyik.
Bir qədər bank sektoru haqqında. Yeni qlobal və daxili iqtisadi situasiyaya bank sistemi də adaptasiya olunur. Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti bankların dayanıqlığı ilə kredit aktivliyi arasında düzgün balansın təmin olunmasına yönəldilib.
Hazırda banklar iqtisadiyyatı kreditləşdirməkdə davam edir. İl ərzində 7,5 milyard manat, o cümlədən 5 milyard manatdan çox biznes krediti verilmişdir. Bankların kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi cəmi 6,5 faizdir. Sektorun maliyyə dayanıqlığının əsas göstəricisi olan kapital adekvatlığı 17 faizdir. Bu göstərici beynəlxalq standartlara görə 8 faiz olmalıdır. Sektorun məcmu kapitalı son ildə iki dəfə artaraq 4,2 milyarda çatmışdır. Bankların likvidliyi (60–70 faiz) minimum tələbləri iki dəfədən çox üstələyib. Stress-testlər göstərir ki, bank sektoru ən pessimist ssenaridə belə ödəniş qabiliyyətini qoruyub saxlaya bilir.
Mərkəzi Bank kreditlərin keyfiyyətinin qorunması, həm də borc alanların maliyyə yükünün tənzimlənməsi üçün səlahiyyətləri çərçivəsində tədbirlər görür. Mərkəzi Bankın tövsiyəsi ilə banklar ilin əvvəlindən 110 minə yaxın kreditin, – burada məbləğ 600 milyon manat təşkil edir, –restrukturizasiyasını təmin etmişdir. Restrukturizasiya əha-linin borc yükünün yumşaldılmasına xidmət edir. Banklar bu borclar üzrə ödənişlərin uzandığı müddətdə faiz dərəcələrini azaldır, bəziləri hətta faiz almırlar. Düşünürəm ki, banklar bu prosesdə daha fəal olmalıdırlar. Təbii ki, belə bir maliyyə konsensusu həm əhalinin, həm də bankların maraqları arasında optimal bir balans tapmalıdır.
Cənab Prezident sistem əhəmiyyətli bankların sabitliyinin qorunması istiqamətində Beynəlxalq Bankın səhmlərinin dövlətə məxsus hissəsinin özəlləşdirilməsi ilə bağlı fərman vermişdir. Hazırda bu fərmanın icrası istiqamətində Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən müvafiq tədbirlər görülür. Sağlamlaşdırma çərçivəsində Beynəlxalq Bankın alacağı vəsaitlər kreditləşmənin həcmini artırmağa, faiz dərəcələrini azaltmağa, bankın müxtəlif sosial-iqtisadi proqramlara, o cümlədən ipoteka proqramına qoşulmasına imkan verəcəkdir.
Mərkəzi Bank hökumətlə birlikdə özəl bank sektorunda sabitliyin möhkəmləndirilməsi alətlərinin təkmilləşdirilməsi üzərində çalışır. Əmanətlərin sığortalanması sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı işlər aparılır. Sistemin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
2016-cı ildə kreditə çıxış imkanlarının genişləndirilməsi də diqqətdə saxlanılacaq. Real sektorun, xüsusilə orta və kiçik sahibkarlığın maliyyələşdirmə vasitələrinə çıxışını artırmaq üçün yeni təşəbbüslər göstəriləcək. Faizlərin azal-dılması ilə bağlı banklarla aktiv dialoq davam etdiriləcək.
İpotekanın genişləndirilməsi hökumətin və Mərkəzi Bankın başlıca prioritetlərindəndir. İndiyə kimi 17,500 ailəyə İpoteka Fondunun xətti ilə 700 milyon manatdan artıq kredit verilib. Banklar tərəfindən də yarım milyard manatdan çox ipoteka kreditləri verilmişdir.
Yayılma effektinə görə daşınmaz əmlak və tikinti sektoru daha çox məşğulluq yaradır. Bu baxımdan ipotekanın canlandırılması mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı təklifləri Mərkəzi Bank Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təqdim edir. İlk növbədə vəsaitin artırılması, faizlərin azalması nəzərdə tutulur. Bu prosesə cari ildə də, gələn il də Mərkəzi Bank tərəfindən ciddi dəstək veriləcək.
Hörmətli millət vəkilləri, sizi əmin etmək istəyirəm ki, həmişə olduğu kimi, 2016-cı ildə də Mərkəzi Bank cənab Prezident tərəfindən irəli sürülmüş sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsinə hökumətlə birlikdə öz səlahiyyətləri çərçivəsində bütün dəstəyi verəcəkdir.
Fürsətdən istifadə edərək Milli Məclisin rəhbərliyinə, bütün millət vəkillərinə bank ictimaiyyəti adından öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Milli Məclis qlobal böhranın hökm sürdüyü bu son 5 ildə möhtərəm Prezident tərəfindən ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətə hərtərəfli və effektiv dəstək vermişdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Elman müəllim. Buyursun Hesablama Palatasının sədri hörmətli Vüqar Gülməmmədov.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri və qonaqlar! Növbəti il üçün dövlət büdcəsinin əsas parametrlərinə dair Azərbaycan Respublikası Hesablama Palatasının rəyini diqqətinizə çatdırmaq istərdim.
Büdcə layihəsinin formalaşdırıldığı dövrün qlobal iqtisadi vəziyyəti ilə bağlı ilk olaraq vurğulanmalıdır ki, son illər və cari ilin ötən dövründə müşahidə etdiyimiz meyllər qlobal və regional iqtisadi məsələlərin daha çox siyasi maraqlar müstəvisində reallaşdırıldığını göstərir. Təbii ki, bu da əmtəə və maliyyə bazarının proqnozlaşdırılmasını daha da çətinləşdirən qeyri-adekvat davranışı formalaşdırmışdır. Qeyd olunan qeyri-müəyyənliklər fonunda isə Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə yenə də stabil inkişafın qorunması istiqamətində dayanıqlı siyasətini davam etdirmiş və beynəlxalq aləmdə etibarlı tərəfdaş olduğunu bir daha sübut etmişdir.
Növbəti ildə ümumi daxili məhsulun real artım tempi 1,8 faiz nisbətində nəzərdə tutulmuş, makroiqtisadi şərait nəzərə alınmaqla inflyasiya 3,3 faiz, əhalinin gəlirləri 1,2 faiz, əhalinin xərcləri isə 0,6 faiz artma ilə proqnozlaşdırılmışdır.
Dəyişkən qlobal iqtisadi şərait proqnozların tərtibini mürəkkəbləşdirməklə yanaşı, onlara mütəmadi olaraq yenidən baxılması zərurətini yaradır. Bununla belə, büdcə zərfinə daxil olan sənədlər növbəti il üçün nəzərdə tutulmuş parametrlərin müşahidə olunan şəraitə adekvat olduğunu və bir qədər də ehtiyatlı tərtib edildiyini göstərir. Belə ki, Beynəlxalq Valyuta Fondu oktyabr ayındakı son hesabatında respublikamız üçün növbəti ildə ümumi daxili məhsulun real artım tempini daha optimist yanaşma ilə 2,5 faiz proqnozlaşdırmışdır. Büdcə zərfinə neftin qiymətinin 50 ABŞ dolları səviyyəsində daxil edilməsi isə təbii resursla zəngin dövlətlərin və beynəlxalq maliyyə təşkilatlarının yanaşmalarına müvafiqdir.
Dövlət büdcəsinin əsas parametrlərindən olan dövlət gəlirləri barədə. Qeyd edim ki, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsində dövlət büdcəsinin gəlirləri 2015-ci ilin gözlənilən icrasından 14,7 faiz az olmaqla 14 milyard 566 milyon manat məbləğində nəzərdə tutulmuşdur. Gəlirlərin strukturuna baxdıqda, 2016-cı il üçün dövlət büdcəsi gəlirlərinin tərkibində vergi gəlirlərinin 7 milyard 615 milyon manat və ya cari illə müqayisədə 4,1 faiz az, digər gəlirlərin və ya şərti olaraq qeyri-vergi gəlirlərinin isə 6 milyard 951 milyon manat və ya cari illə müqayisədə 25,4 faiz az olacağı proqnozlaşdırılmışdır.
Növbəti ildə vergi gəlirlərinin proqnozlaşdırılmasına və icrasına təsir edən amillər sırasında iqtisadi faktorlarla yanaşı, dövlət büdcəsinə vergi ödəyicilərinin 2015-ci il iyulun 1-nə olan 2 milyard 661,8 milyon manat borcu olduğunu da göstərmək lazımdır. Vergi gəlirlərinin tərkib hissələr olan əlavə dəyər vergisi, fiziki şəxslərin gəlir ver-gisi və mənfəət vergisi üzrə nəzərdə tutulmuş məbləğlərin proqnozlaşdırılan ümumi daxili məhsula faiz nisbəti müvafiq olaraq 6 faiz, 1,7 faiz və 3,1 faizdir ki, bu da beynəlxalq təcrübədə qəbul olunan göstəricilərə, demək olar ki, uyğundur.
2016-cı il üçün dövlət büdcəsinin ümumi gəlirlərinin ÜDM-ə nisbəti 25,2 faiz, qeyri-neft gəlirlərinin ÜDM-ə nisbəti 11,7 faiz, qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti isə 16,3 faiz səviyyəsində proqnozlaşdırılıb. Qeyri-neft gəlirlərinin ÜDM-ə, eləcə də qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə olan nisbətinin dinamikasına təsir edən əsas amillərdən biri ÜDM-in tərkibində vergidən azad olu-nan vergitutma bazalarının artmasıdır.
Təqdim olunmuş hesabatlara əsasən vergidən azadolma bazalarının ümumi həcmi əvvəlki illə müqayisədə 2014-cü ildə 8,4 faiz artaraq 14,8 milyard manat olmuşdur. Ortamüddətli iqtisadi-sosial inkişaf konsepsiyasında nəzərdə tutulduğu kimi, vergilər üzrə güzəşt və azadolmaların səmərəliyinin qiymətləndirilməsi yolu ilə büdcə-vergi güzəştlərinə yenidən baxılması, onların məhdudlaşdırılması və yaxud ləğv edilməsi istiqamətində tədbirlər büdcə gəlirlərinin mövcud potensialının reallaşmasını təmin edəcəkdir. Təqdim edilmiş büdcə zərfinə əsasən növbəti ildə mərkəzləşdirilmiş gəlirlər 2015-ci ilin proqnozu ilə müqayisədə 25,8 faiz, yerli gəlirlər isə 8,2 faiz az nəzərdə tutulmuşdur.
Lakin iqtisadi potensialın güclü olduğu və xüsusilə turizm sektorunun inkişaf etdiyi bir sıra şəhər və rayonlar üzrə gəlirlərdə ölkə üzrə orta göstəricidən iki dəfəyə qədər az vergi proqnozlaşdırılmışdır ki, bu da vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, regional inkişaf imkanlarının stimullaşdırılmasını aktual məsələyə çevirir.
Hörmətli millət vəkilləri və qonaqlar, qeyd edildiyi kimi, növbəti ildə dövlət büdcəsinin xərcləri 16 milyard 264 mil-yon manat məbləğində, yəni 2015-ci ilin sonuna gözlənilən icra ilə müqayisədə 8,3 faiz az proqnozlaşdırılmışdır.
Dövlət büdcəsi xərclərinin strukturunda sosial siyasətin həyata keçirilməsi və müdafiə xərcləri üzrə proqnoz-laşdırılmış artım burada hər iki sahənin əsas prioritetlər olduğunu göstərir. Onu da qeyd edim ki, növbəti ildə sosialyönlü xərclərin ümumilikdə artımı ilə yanaşı, bu xərcləri təşkil edən ayrı-ayrı istiqamətlərdə dövlət büd-cəsinin xüsusi çəkisi artacaqdır. Bu amil, həmçinin 2016-cı il üçün cari xərclərin 2015-ci ilin sonuna gözlənən icra ilə müqayisədə az nəzərdə tutulması, büdcədənkənar gəlirlərin təsnifatında istiqamətlərin konkretləşdirilməsi, şəffaflığın təmin olunması da müsbət addımlardandır.
Hörmətli maliyyə nazirimizin qeyd elədiyi kimi, növbəti ildə cari xərclər 10 milyard 188,3 milyon manat, əsaslı xərclər isə 4 milyard 826 milyon manat nəzərdə tutulub. Cari və əsaslı xərclər üzrə konkret nisbət iqtisadi şəraitdən asılı olaraq müəyyən edilir. 2016-cı ilin büdcəsində əsaslı xərclər 2015-ci ilin proqnoz göstəricisindən 4 milyard 540 milyon manat az nəzərdə tutulub. Aparılan hesablamalar cari və əsaslı xərclər arasında nisbətin 1,2-dən 2,1-ə qədər dəyişdiyini göstərir.
Növbəti ilin büdcəsində bəzi cari xərclər üzrə müəyyən azalmalar da nəzərdə tutulmuşdur. Hesab edirik ki, dövlət xidmətlərinin maliyyə məsrəfləri barədə normativlər hazır-lamaq və bu normativlər, eləcə də real faktiki xərclər əsa-sında cari xərclərdə də qənaət etmək olar. Aparılan təhlillərin və nəzarət tədbirlərinin nəticələri dövlət büdcəsi xərclərində cari xərclərin azalması üçün potensialın olduğunu göstərir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev 2015-ci ilin 9 ayının yekunlarına həsr edilmiş iclasda bütün cari xərclərin qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşması məsələsini prioritet olaraq müəyyən etmişdir. Bu tapşırığın icra edilməsi məqsədi ilə Hesablama Palatası həm cari, həm də əsaslı xərclərin tərtibi zamanı büdcə xərclərini əsaslandırma metodologiyasını təkmilləşdirərək hər bir təşkilatın fəaliyyət istiqaməti üzrə əsas göstəricilərin hazırlanmasını və müqayisəli təhlilini də tövsiyə edir.
Büdcə xərclərinin məqsədli proqramlarla uzlaşdırılması hazırkı dövrdə daha aktualdır. Belə ki, bu yanaşma ölkənin sosial-iqtisadi inkişaf göstəriciləri ilə dövlət büdcəsi arasında sıx əlaqəni təmin etməklə yanaşı, xərclərin sistemli tərtibi və icra edilmiş vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsi yolu ilə maliyyə resurslarının yenidən istiqamətləndirilməsini həyata keçirməyə imkan verir. Büdcə zərfinə daxil olan izahata əsasən dövlət büdcəsinin təqribən üçdə biri konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur.
Diqqətə çatdırmaq istərdim ki, bəzi təşkilatlar tərəfindən icra olunacaq proqram və tədbirlər üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsü haqqında sorğularımıza onlar tərəfindən ümumi və qeyri-müəyyən izahlar təqdim olunmuşdur. Hesablama Palatası hesab edir ki, həmin proqram və tədbirlərdə cari maliyyələşmə həcmindən asılı olaraq qarşıya qoyulmuş vəzifələrin müəyyən olunmuş müddətlərdə icrası və bu icradan gözlənilən nəticə indikatorları olmalıdır. Bu göstəricilərin mütəmadi monitorinqi isə vəsaitlərdən səmərəli istifadə edilməsini təmin etmiş olar.
Növbəti ildə investisiya siyasətinin həyata keçirilməsi məqsədilə dövlət investisiya proqramına daxil olan inves-tisiya layihələrinin maliyyələşdirilməsinə 5 milyard 705,2 milyon manat vəsait yönəldilməsi gözlənilir. Qeyd edək ki, 2016-cı ilin dövlət investisiya proqramında, əsasən, keçid layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur ki, bu da hazırkı layihələrin yekunlaşdırılması üçün zəruri xərclər hesab oluna bilər və vəsaitlərdən səmərəli istifadə baxımından əhəmiyyətli yanaşmadır.
2016-cı ildə dövlət büdcəsinin kəsiri 1 milyard 698 mil-yon manat və yaxud ümumi daxili məhsulun 2,9 faizi nis-bətində nəzərdə tutulur. 2016-cı ilin dövlət büdcəsi kəsirinin dövlət büdcəsi gəlirlərinə nisbəti 11,7 faiz nisbətində olacaq. Bu indikatorun hesablanmasında məqsəd qarşıdakı ildə büdcə gəlirləri vasitəsilə dövlət borcunun maliyyələşdirilməsi imkanlarının ölçülməsidir. Bu nisbətin 2017–2019-cu illərdə müvafiq olaraq 10,3 faiz, 5,7 faiz və 3,9 faiz nisbətində olacağı, başqa sözlə, azalacağı proqnozlaşdırılır.
Dövlət büdcəsi kəsirinin idarə oluna biləcək səviyyədə saxlanmasına nail olmaq son illərdə büdcə-vergi siyasətində müəyyən edilən əsas hədəflərdəndir. Bu əsasda dünya iqtisadiyyatında mövcud durumu nəzərə alaraq ümumi daxili məhsulun 3 faizindən artıq olmamaqla proqnozlaşdırılan büdcə kəsirinin həcmi qoyulan vəzifəyə uyğundur. Lakin eyni zamanda, Hesablama Palatası hesab edir ki, “Büdcə sistemi haqqında” Qanunda və “Vahid Büdcə Təsnifatı”nda dövlət büdcəsi kəsirinin maliyyələşmə mənbələrinə dair müddəaların da yenilənməsi vacibdir.
2016-cı il üçün xarici dövlət borcu üzrə ödənişlər 948,6 milyon manat, daxili dövlət borcu üzrə ödənişlər 301 milyon manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da dövlət büdcəsi gəlirlərinin 8,6 faizinə, xərclərinin isə 7,7 faizinə bərabərdir. Qeyd edək ki, hər iki göstərici beynəlxalq təcrübədə qəbul edilmiş yuxarı həddən aşağıdır. 2015–2016-cı illərdə dövlət borcunun proqnozlaşdırılan xidmət xərclərinin təhlilinə əsasən qeyd etmək lazımdır ki, bu istiqamətə yönəldilən vəsaitin həcmi 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 473,5 min manat artmışdır. Müvafiq artım xarici dövlət borcu üzrə 35 faiz, daxili dövlət borcu üzrə isə 4,1 dəfədir.
Qeyd edək ki, dövlət borcunun artımı bir sıra təşkilatların öz öhdəliklərini icra edə bilməməsi ilə izah olunur. Hesab edirik ki, həmin borcların “daxili dövlət borcuna xidmət xərci” maddəsi ilə yanaşı, dövlət zəmanəti ilə alınan borcların təminat fonduna akkumulyasiya olunmuş vəsaitlər hesabına da ödənilməsi dövlət vəsaitlərinin həm rasional, həm də funksional istifadəsinə xidmət etmiş olar.
Hörmətli millət vəkilləri, Hesablama Palatasının rəyində xərclərin funksional, inzibati və iqtisadi təsnifatı üzrə ətraflı təhlil verilmiş, müvafiq təkliflər irəli sürülmüşdür. Bununla yanaşı, rəydə tövsiyələr də verilmişdir. Hesab edirik ki, büdcənin tərtibi ilə əlaqədar fəaliyyətdə bu tövsiyələr də faydalı olacaqdır. Eyni zamanda, hesab edirik ki, büdcə vəsaitlərinə səmərəli və qənaətli yanaşmanı təmin etmək üçün büdcə vəsaitlərinin mövcud normativ bazasının da gücləndirilməsinə ehtiyac vardır. Hesablama Palatası Milli Məclisə bununla da bağlı təkliflərini təqdim etmişdir.
Beləliklə, qeyd olunanları, həmçinin növbəti ilin dövlət büdcəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını nəzərə alaraq, Hesablama Palatası Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında qanunun qəbul olunmasını məqbul hesab edir və Milli Məclisə tövsiyə edir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, müzakirələrə başlayırıq. Xahiş edirəm, müzakirələrə yazılın. Buyurun, Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri! Mən də hesab edirəm ki, 2016-cı ilin dövlət büdcəsi dünyada gedən sosial-iqtisadi və hərbi-siyasi böhran, Azərbaycanın müasir inkişaf səviyyəsi və reallıqları nəzərə alınmaqla hazırlanmış, inkişafa, sosial müdafiəyə xidmət edən və hərtərəfli elmi proqnozlara əsaslanmış balanslı, mükəmməl bir büdcədir. Mən bu büdcənin hazırlanmasında əməyi olan hər kəsə, xüsusilə Maliyyə Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssislərinə, eyni zamanda, büdcənin təhlili və tərtibi ilə bağlı verdiyi dəyərli rəyə və tövsiyələrinə görə Hesablama Palatasının üzvlərinə minnətdarlığımı bildirirəm.
Hesab edirəm ki, gələn ilin büdcəsi sosialyönümlü olmaqla Azərbaycan əhalisinin sosial rifah halının yaxşılaşmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin olunmasına şərait yaradacaq bir büdcədir.
Burada hökumət üzvləri tərəfindən büdcənin çox geniş izahatı verildi və mən də o izahatlarla şərikəm. Hesab edirəm ki, büdcənin gəlir hissəsinin artırılması üçün ən təminatlı mənbə kiçik və orta sahibkarlığın inkişafı olacaqdır. Bu həm dayanıqlı inkişafa, həm də orta təbəqəni inkişaf etdirməklə Azərbaycanda sosial sabitliyin daha da davamlı olmasına səbəb olacaq.
Dünən Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən iclasda da cənab İlham Əliyev bu barədə dəyərli tövsiyə-lərini verdi. Biz də hesab edirik ki, orta və kiçik sahibkarlığı qorumaqdan, inkişaf etdirməkdən ötrü hökumətin müvafiq qurumları lazım olan bütün addımları atmalıdır. Gərəksiz yoxlamalar aradan qaldırılmalı, vergi inzibatçılığı, əksinə, vergi yumşalmasına yönəldilməli və kiçik sahibkarlıq dəstəklənməlidir.
Hesab edirəm ki, büdcənin artmasında qeyri-neft sekto-runun gələn illərdə önəmli rolunu nəzərə alaraq biz bu sahənin inkişafına öz töhfələrimizi verməliyik. Xüsusilə kənd təsərrüfatına dəstək davamlı şəkildə olmalıdır. Kənd təsərrüfatının büdcədə payının artması da bunu göstərir. Kənd təsərrüfatının inkişaf etdirilməsi büdcəmizə qeyri-neft sektorundan təkcə əlavə gəlir gəlməsi demək deyil, həm də strateji və siyasi bir məsələdir. Bu, kənddə məskunluğun yaxşılaşmasına, kənd əhalisinin məşğulluğunun artmasına, eyni zamanda, kənardan müxtəlif məhsulları idxal etməyimizə qarşılıq olaraq yerli məhsulların bazara çıxarılmasına xidmət edəcək bir məsələdir.
Dünən cənab Prezident söylədi ki, 9 ayda 30 minə yaxın iş yeri bağlanıb. Bu, hesab edirəm ki, ciddi bir siqnaldır. Hər bir iş yerinin bağlanması dövlətə əlavə yük deməkdir. Yəni o iş yeri bağlanan insan gəlib dövlətdən işsizliyə görə müavinət, ünvanlı sosial yardım alacaq ki, bu da büdcəmizə əlavə yükdür. Hesab edirəm ki, bunlar geniş təhlil olunmalı və ictimailəşdirilməlidir. İctimaiyyət bilməlidir ki, hansı səbəbdən bu iş yerləri bağlanır. Bir tərəfdən dövlət yeni iş yerlərinin yaradılması üçün ciddi vəsaitlər ayırır, cənab Prezident səfərləri zamanı yeni iş yerlərinin açılışında iştirak edir, digər tərəfdən də iş yerləri bağlanır. Heç şübhəsiz ki, bunun obyektiv və subyektiv səbəbləri ciddi şəkildə araşdırılmalı və aradan qaldırılmalıdır.
Mən, əsasən, sosial sahə ilə məşğul olduğuma görə büdcənin sosialyönümlü olmasını təqdir etməklə yanaşı, bir sıra təkliflərimi də irəli sürmək istəyirəm. Azərbaycanda səhiyyə sisteminin son illərdə çox sürətlə inkişaf etməsi, müasirləşməsi, modernləşdirilməsi, şübhəsiz ki, hər kəsi sevindirir və Azərbaycan əhalisinə tibbi xidmətlərin keyfiyyətini yüksəldir. Dünən də cənab Prezidentin yanında hörmətli səhiyyə nazirimiz Oqtay Şirəliyev bu barədə geniş məlumat verdi. Dünyanın ən aparıcı klinikalarında aparılan əməliyyatlar artıq Azərbaycanda icra olunursa, bu bizim ancaq fəxr yerimiz olmalıdır. Son illərdə dövlətin büdcədən səhiyyəyə ayırdığı vəsait, cənab Prezidentin dəstəyi belə bir modern sistemin qurulmasına gətirib çıxarıbsa, biz bu sistemin daim yeniləşməsi və bu səviyyədə saxlanılması, inkişaf etdirilməsi üçün yeni maliyyələşmə metodlarına getməliyik.
Hesab edirəm ki, gələn ildən gec olmayaraq biz icbari tibbi sığortanın tətbiqinə başlamalıyıq. Səhiyyə islahatlarının davam etdirilməsi proqramlarına ya icbari tibbi sığorta ilə bağlı xüsusi bənd əlavə olunmalı, ya da oradan vəsait ayrılmalıdır ki, gələn il pilot şəklində icbari tibbi sığortanı tətbiq edək və ondan sonrakı ildə icbari tibbi sığortaya keçək. Əgər biz bu sahədə ləngisək, növbəti illərdə mövcud tibb müəssisələrini saxlamaqdan və səhiyyəni inkişaf etdirməkdən ötrü dövlətin büdcə yükünü daha da artırmış olacağıq. Amma icbari tibbi sığortaya keçəriksə, dövlət, işəgötürən, əhali bu xərcləri bölməklə səhiyyəmizin gələcəkdə də inkişafını təmin etmiş olacaq.
Səhiyyə ilə bağlı danışarkən mən bir məsələni də qaldırıram. Hər iki qulağın eşitmə problemi ilə bağlı do-ğulan uşaqların reabilitasiyası üçün əlavə 2 milyon vəsaitin ayrılması, yaxud səhiyyənin mövcud büdcəsi hesabına bu işin həyata keçirilməsi, mən hesab edirəm, çox lazımlı, gərəkli, eyni zamanda, Allahın istədiyi bir şey olardı. Qeyd edim ki, bu fikri bizim hörmətli professorumuz Əhliman Əmiraslanov və Qənirə xanım da dəstəkləyirlər.
İldə təxminən 150–180 belə uşaq doğulur. 3 yaşına qədər implantasiya tətbiq etməklə onların reabilitasiyası təmin olunmursa, bu uşaqlar ömrü boyu lal və kar olurlar. Hesablama göstərir ki, belə insana dövlət ömrü boyu 765 min manatdan çox müavinət verməlidir. Amma bəri başdan biz onun reabilitasiyası üçün 10–12 min manat xərc çəksək, bu həm o insanların cəmiyyət üçün gərəkli olmasına, həm də dövlətin sosial missiyasının yerinə yetirilməsinə səbəb olar.
Başqa bir təklifim Qarabağ müharibəsi əlillərinin pensi-yaları ilə müavinətlərinin bərabərləşdirilməsi barədədir. Mən bunu keçən il də hökumətin müzakirəsində söyləmişdim. Bilirsiniz ki, pensiya islahatları Azərbaycanda çox uğurla gedir və yeni pensiya qanunvericiliyinə görə 12 il staji olan müharibə iştirakçılarına bir az güzəşt var – bu qədər stajı olan belə şəxslərə pensiya, bu qədər stajı olmayan şəxslərə isə əgər əlil olurlarsa, müavinət verilir. Pensiya ilə müavinət arasında isə çox ciddi bir fərq var. Amma 18 yaşına çataraq hərbi xidmətə getmiş və Azərbaycanın müdafiəsində əlil olmuş şəxsin belə bir staj yığmaq imkanı olmadığına görə müavinət aldığını və pensiya ala bilmədiyinə görə müəyyən narazılıq əmələ gəldiyini nəzərə alsaq, hesab edirəm, bu imkanları da tapmalıyıq.
Daha bir təklifim diplomatik xidmətlə bağlıdır. Bizim səfirliklərdə, müəyyən diplomatik xidmətlərdə çalışan vətəndaşlarımız xaricdə əldə etdikləri daşınar əmlakı vətənə gətirərkən gömrük rüsumlarından azaddırlar. Dövlətin göndərişi ilə bir neçə il müəyyən beynəlxalq təşkilatlarda çalışan, amma diplomat statusu olmayan vətəndaşlarımız da var ki, geri dönərkən gətirdikləri əmlaka görə ciddi gömrük rüsumları ilə üzləşirlər. Hesab edirəm ki, diplomatlara tətbiq etdiyimiz güzəştləri onlara da tətbiq etmək olar.
Bütövlükdə mən hesab edirəm ki, büdcəmiz reallığa əsaslanan çox sağlam büdcədir və bu büdcə imkan verəcək ki, gələn il də Azərbaycan əhalisinin sosial rifah halı təmin olunsun. Mən bu büdcənin qəbul olunmasına səs verəcəyəm və deputat həmkarlarımı ona səs verməyə çağırıram. Cənab Prezident başda olmaqla hökumətimizə uğurlar arzulayıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli höku-mət üzvləri, deputat həmkarlarım və media nümayəndələri! Müzakirə etdiyimiz 2016-cı ilin dövlət büdcəsi yalnız rə-qəmlərdən, iqtisadi təhlillərdən ibarət deyil. O, Azərbay-canın sosial-iqtisadi, siyasi-mənəvi həyatının mühüm göstəricisi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin, ölkədə yaradılan ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, hökumət üzvlərinin öz vəzifələrinə münasibətinin, dünyada baş verən hadisələrə çevik reaksiyasının ifadəsidir.
Dövlət büdcəsi bir daha göstərir ki, ölkə iqtisadiyyatı dayanıqlıdır və Azərbaycanın inkişafına, onun nüfuzunun və müdafiə qüdrətinin yüksəldilməsinə, insanların sosial rifahının yaxşılaşdırılmasına yönəldilmişdir. Büdcə zərfi dərin elmi təhlillər, araşdırmalar, proqramlar, düzgün proqnozlar əsasında hazırlandığı və mövcud reallıqları əks etdirdiyi üçün müvəffəqiyyətlə icra olunacağına şübhə doğurmur.
Azərbaycanın inkişaf yolu bazar iqtisadiyyatından, qeyri-neft sektorunun sürətləndirilməsindən, əhalinin məş-ğulluğunun təmin edilməsindən, gəlirlərin ədalətli və düzgün bölünməsindən, qənaətlə xərclənməsindən, ölkə vətəndaşlarının həyatının yaxşılaşmasından keçir. Bu məqsədə nail olmağın yolları büdcə zərfində aydın şərh olunmuşdur. Büdcə zərfinin belə mükəmməl hazırlanmasında zəhməti olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm və sözsüz ki, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin qəbuluna səs verəcəyəm.
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, beynəlxalq aləmdə qazanılan nailiyyətlər, ölkədəki ictimai-siyasi sa-bitlik, vətəndaş həmrəyliyi bizim hər birimizi sevindirir. Bunu Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha xatırladaraq demişdir ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir.
Bu özlüyündə böyük göstəricidir. Çünki dünyada və böl-gədə baş verən proseslər göz qabağındadır. Həm bölgədə, həm də Avropada böhran yaşanır – iqtisadi, hərbi, siyasi böhran. Belə şəraitdə iqtisadi inkişafa nail olmağı böyük nailiyyət adlandıran ölkə rəhbəri bu nailiyyətin səbəbini Azərbaycanda aparılan düşünülmüş müstəqil siyasətdə, xalqın bir amal uğrunda birliyində görür.
Sözsüz ki, vətənini sevən hər bir Azərbaycan vətəndaşı Prezidentimizin bu fikirləri ilə həmrəydir. Ölkə başçısı öz nitqində nailiyyətlərimizə mane olan, inkişafımızı ləngidən amilləri də önə çəkməklə gələcək üçün aydın proqnozlar vermiş, vəzifələr qarşıya qoymuşdur.
Müzakirə etdiyimiz büdcə zərfində də qarşıda duran vəzifələr düşünülmüş siyasətin, vahid proqramın, birgə zəhmətin bir nümunəsi kimi qiymətləndirilməlidir. Büdcəni zənginləşdirmək və qorumaq hər bir vətəndaşın borcudur. Bununla əlaqədar müəyyən fikirlərimi bildirmək istəyirəm.
Mülkiyyətin özəlləşdirilməsinin sürətləndirilməsi, fərdi evlərin qiymətləndirilməsi və sənədləşdirilməsi büdcəyə külli miqdarda vəsaitin cəlb olunması deməkdir və bu sahəyə diqqət artırılmalıdır.
Subsidiya verilməsi yolu ilə özəl məktəblər, məktəbdən-kənar müəssisələr, uşaq bağçaları yaradıla və bu, yerli büdcəyə xeyli gəlir gətirə bilər.
Ölkədə turizmin inkişafı büdcəyə böyük köməkdir. Ancaq xidmət sahələrindəki bahalıq buna mane olur. Bu sahədə təsirli tədbirlərin görülməsi vacibdir.
Azərbaycanda son illər səhiyyənin inkişafına böyük qayğı göstərilir. Müasir tipli xəstəxanaların, müalicə mər-kəzlərinin tikilməsinə, tibbi avadanlıqların gətirilməsinə baxmayaraq, xarici ölkələrə üz tutan və müalicə olunmaq üçün külli miqdarda vəsait sərf edən vətəndaşlarımızın sayı artır. Elə bilirəm, bunun səbəbləri araşdırılmalıdır. Özəl tibb müəssisələrində qiymətlər tənzimlənməlidir. Dərmanların qiymətlərinin tənzimlənməsi ilə əlaqədar görülən tədbirlər özəl müəssisələrə də tətbiq olunmalıdır.
Sosial ipotekanın müəllimlərə də verilməsi barədə bir qənaətə gəlmək lazımdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fasilə elan edilir.
(FASİLƏDƏN SONRA)
Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Buyur-sun Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Azərbaycanın gələn il üçün büdcə müzakirəsini təkcə parlament deyil, eyni za-manda, bütün Azərbaycan cəmiyyəti gözləyirdi. Bütün dü-nyanın iqtisadi böhrandan əziyyət çəkdiyi, neftin qiy-mətinin kəskin düşdüyü bir zamanda Azərbaycanın gələn il planlarının, ilk növbədə iqtisadi planlarının nə olacağı, əlbəttə, hamını düşündürürdü. Ancaq bizə təqdim edilən büdcə layihəsi, eyni zamanda, cənab Prezidentin dünən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi in-kişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı, hesab edirəm ki, bütün məsələlərə aydınlıq gətirdi. Birmənalı şəkildə aydın oldu – Azərbaycan hər hansı bir iqtisadi sarsıntı keçirməyəcək, Azərbaycanda heç bir zaman ikirəqəmli inflyasiya olmayacaq, Azərbaycan neft ölkəsi olsa da, neftdən asılılıq şəraitində yaşamayacaq.
Bir qədər əvvəl çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri hörmətli Elman Rüstəmov maraqlı bir ifadə işlətdi: “düşünülmüş siyasət nəticəsində”. Düşünülmüş siyasət nəticəsində Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirə bildi. Düşünülmüş siyasət nəticəsində hətta neftin qiymətinin düşdüyü bir zamanda gələn il Neft Fondundan transferlərin həcmi 42 faiz azaldılaraq cəmisi 6 milyard dollara gəlib çatdı.
Büdcəmiz 2015-ci ilə nisbətən xeyli aşağıdır. Ancaq bu, cəmiyyətdə hər hansı bir narahatçılıq yaratmayacaq. İlk növbədə ona görə ki, Azərbaycan artıq bir çox infrastruktur layihələrini əvvəlki illərdə həyata keçirə bilib – yollar salınıb, dəmiryolu xətti bərpa edilib, Azərbaycanda yeni aeroportlar, məktəblər, xəstəxanalar tikilib və təmir edilib, qaçqınlar üçün böyük şəhərciklər salınıb. Bir sözlə, Azərbaycan bir çox iri infrastruktur layihələrini həyata keçirib və bundan sonrakı illərdə artıq möhkəm bir təməl üzərində digər layihələrini həyata keçirməyə çalışır.
Çox sevindiricidir ki, gələnilki büdcəmizdə iki sahəyə ayırmalar nəinki azalmayacaq, əksinə, bir qədər də artırıla-caqdır. Bunun birincisi hərbi sahə, ikincisi isə sosialyönümlü sahədir. Hərbi sahəyə ayırmaların müsbət nəticəsi hər gün görünməkdədir. Azərbaycanın hərbi qüdrətinin artması hərbçilərimizin hərbi vərdişlərinin, düşmənə qarşı hərbi təzyiqin, hər gün cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin itkilərinin artmasına, Qarabağ probleminin həllinə öz təsirini göstərdiyi göz qarşısındadır. Hesab edirəm ki, cənab Prezidentin, Ali baş komandanın hərbi sahəyə göstərdiyi diqqət Dağlıq Qarabağ probleminin həllini daha da yaxınlaşdırıb. Eyni zamanda, pensiyaların həcminin azalmaması, müavinətlərin dayandırılmaması, əksinə, yeni-yeni sosial layihələrin həyata keçirilməsi üçün elanların verilməsi Azərbaycanın büdcə siyasətinin düzgün qurulduğuna bir daha dəlalət edir. Ümumən götürdükdə gələn ilin büdcəsi sevindiricidir.
Builki nəticələr göz qarşısındadır. Mən Mingəçevirdən olan deputat kimi Mingəçevirdə dövlət universitetinin yaradılmasını çox böyük bir hadisə və təkcə Mingəçevir üçün deyil, ümumilikdə, ətraf regionların sosial-iqtisadi inkişafında yeni bir səhifə kimi qiymətləndirirəm. Mingəçevirin yeni universitet fəaliyyəti üçün bütün infrastrukturu və elmi-texniki potensialı var. Hesab edirəm ki, Mingəçevirdə nəinki dövlət universiteti, başqa universitetlər də açmaq və hətta paytaxtdan bir neçə universiteti Mingəçevirə köçürmək olar.
Mən təklif edərdim ki, hərbi məktəblərdən biri Mingə-çevirə köçürülsün. Mən təklif edərdim ki, Mingəçevirdə hərbi lisey açılsın. Yəni ümumən götürdükdə, dövlət əhə-miyyətli bir çox obyektlərin regionlarda yerləşdirilməsi düzgün addım olardı.
Mən iki məsələ üzərində dayanmaq istəyərdim. Bunlar-dan biri ipoteka məsələsidir. Ötənilki büdcə müzakirəsində də mən bu məsələni qaldırmışdım. Vaxtaşırı mətbuatda ayrı-ayrı səlahiyyətli şəxslərin çıxışlarında ipoteka siyasətində ciddi dəyişikliklər ediləcəyi bildirilsə də, təəssüf ki, mən bugünkü müzakirədə bu məsələ ilə bağlı hər hansı bir bəyanat eşitmədim. Mən istərdim ki, çətinliklərə və ümumən büdcəmizin həcminin azalmasına baxmayaraq, ipoteka məsələsi diqqətdə saxlanılsın. Çünki ipotekaların, o cümlədən güzəştli ipotekaların verilməsi tikinti sahəsinin canlanmasına, yeni iş yerlərinin yaradılmasına, gənc ailələrin vaxtında yaranmasına, ümumən sosial problemlərin böyük bir qisminin yerində həll edilməsinə gətirib çıxarardı.
Qaldıracağım ikinci məsələ təhsil krediti məsələsidir. Düzdür, bu məsələyə Nazirlər Kabinetinin dünənki iclasında qismən cavab verildi. Dünən təhsil naziri çıxışında bildirdi ki, 11 dövlət universiteti xüsusi bir maarif fondu yaradaraq dövlətdən vəsait istəmədən təhsil krediti məsələsini qismən həll edə biləcəkdir. Əgər nəzərə alsaq ki, Azərbaycanda 40-dan çox ali təhsil müəssisəsi, 10-dan çox özəl ali məktəb var, deməliyik ki, təkcə o 11 universitetdə deyil, digər universitetlərdə də təhsil alan on minlərlə gəncin təhsil kreditinə böyük bir ehtiyacı var. Bu məsələni də hökumətin diqqətdə saxlamasını xahiş edərdim.
Ümumən, büdcə layihəsini məqbul hesab edirəm və ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və kütləvi informasiya vasitələ-rinin təmsilçiləri! Mən də 2016-cı il üçün dövlət büdcəsinin layihəsini dəstəkləyəcəyəm.
Burada hökumət üzvlərimiz – hörmətli maliyyə naziri, iqtisadiyyat və sənaye naziri, eləcə də Mərkəzi Bankın İdarə Heyətinin sədri çox geniş şəkildə məlumat verdilər ki, dünyada gedən maliyyə-iqtisadi böhrana baxmayaraq, bizim büdcə yenə sosialyönümlü olaraq qalacaqdır. Bu, əhali, özəlliklə əhalinin aztəminatlı hissəsi üçün çox önəmlidir. Ona görə də ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında bu istiqamətdə görülən işlər bizim hamımız tərəfindən dəstəklənir.
Mən də bir sıra təkliflərlə çıxış edəcəyəm. Təbii ki, bu təkliflər çox maddi vəsait tələb edən təkliflər deyil. Amma insanların böyük bir hissəsinin həyatına önəmli təsir göstərə bilər.
Mən özəlliklə ön cəbhə kəndləri ilə bağlı məsələni vur-ğulamaq istəyirəm. Ötən gün yenə ön cəbhə kəndlərimizdə, Tovuzun ön cəbhə kəndlərində idik. O kəndlərin əhalisi ilə görüşlər keçirirdik. Mən oradakı insanlarımızın təklif və xahişlərini Milli Məclisdə bir daha səsləndirərək hökumət üzvlərindən onlara diqqətlə yanaşılmasını xahiş edirəm.
Bu kəndlər rayon mərkəzindən, təbii ki, daha uzaq məsafədə yerləşir. Orada iş problemləri rayon mərkəzin-dəkindən, rayonun özündəkindən daha dərin olur. Yollar uzundur və hansısa kiçik maaşlı işlər çərçivəsində rayona gedib-gəlmək də o qədər asan deyil. Eyni zamanda, bu kəndlərin bəzilərində torpaq islahatları aparılmayıb. Çünki onlar Müdafiə Nazirliyinin balansındadır. Bütün bunları nəzərə alaraq o kəndlərdə kiçik sahibkarların vergidən azad edilməsi və ya onlar üçün müəyyən vergi güzəştlərinin tətbiq edilməsi yaxşı olardı.
Ön cəbhə kəndləri sakinlərinin daha bir xahişini diqqətinizə çatdırmaq istərdim. O ağır, çətin dövrlərin tə-sirindəndir ki, bu gün də ön cəbhə kəndlərindən ali mək-təblərə daxil olanların sayı çox böyük rəqəm deyil. Universitetlərimizin yataqxanalarla bağlı problemləri üzün-dən bu kəndlərin ali məktəblərə daxil olan gənclərinin kirayə evlərdə yaşaması asan deyil. Ona görə də belə kəndlərdən dövlət ali müəssisələrinə ödənişli əsaslarda daxil olanların ödənişdən azad edilməsi yaxşı olardı.
Səlim müəllimə mən bu mövzunu çatdırmışdım. Sosial yardım proqramı, təbii ki, dövlətimizin əhalinin ən kasıb təbəqəsinə ciddi bir yardım proqramıdır. Mən Səlim müəl-limin diqqətinə çatdırmışdım ki, o kəndlərin bir xeyli hissəsində torpaq islahatı getməyib. Ona görə xahiş edirəm, bu kəndlərimizə bir qədər artıq diqqət göstərilsin ki, heç olmasa, dövlətin sosial yardım proqramlarından daha yaxşı yararlana bilsinlər.
Mən hörmətli hökumət üzvlərimizin burada olmasından istifadə edərək Ağdam kəndi sakinlərinin xahişini onlara çatdırmaq istəyirəm. Rayon miqyasında Ağdam kəndi ön cəbhədə ən strateji nöqtədir. Rayon mərkəzindən bu kəndə gedən yol çox pis vəziyyətdədir. O yolun düzəldilməsi artıq 2004-cü ildə başa çatmalı idi. Ağdam kəndi sakinlərinin ya-zılı müraciətlərinə verilən cavablarda da bu göstərilir. Am-ma hansısa səbəblərdən bu işin həyata keçirilməsi gecik-dirilir. Ona görə onlar xahiş edirlər ki, bu məsələyə baxılsın.
Digər bir məsələ qaz problemi ilə bağlıdır. Ölkəmizdə qazlaşdırma sahəsində çoxlu sayda işlər görülür. Bu, təbii ki, təqdir olunmalı bir məsələdir. Amma bir məsələni mən hökumət üzvlərimizin diqqətinə çatdırmaq istəyirəm. Bu gün kəndlərdə yeni evlər, təbii ki, insanların öz vəsaiti hesabına qazlaşdırılır. Amma elə kəndlər var ki, onlarda yeni məhəllələr salınıb. Bu məhəllələrin bəzilərində artıq 100–150 ailə var. İndi belə bir vəziyyət yaranıb ki, kəndin təxminən 70 faizində qaz var, 30 faizində yoxdur. İnsanlar deyirlər, biz pul verib evimizə qaz çəkdirmək istəyirik. Amma o qaz boru xəttini, heç olmasa, evlərimizin yanına çəkib gətirsinlər ki, biz bunu edə bilək. Özəlliklə Tovuz rayonunda bu məsələ ilə bağlı problem var. Ona görə mən “Azəriqaz”dan, hökumət üzvlərindən xahiş edirəm ki, insanların bu problemini və bu istəyini imkan daxilində nəzərə alsınlar.
Tovuzun bir kəndi ilə bağlı məsələ də diqqətdə tu-tulmuşdu. Sonra nədənsə yubandı. Söhbət Ermənistandan gələn qaçqınlarımızın o çətin, ağır illərdə sığındığı keçmiş Girzan, indiki Hunanlar kəndindən gedir. O kəndin qonşu-luğunda elə bir kənd yoxdur ki, qaz olmasın. Sadəcə, bir o kənd arada qalıb. İki ildir, o kəndlə bağlı məsələnin proqrama salınması vurğulansa da, öz həllini tapmır. Ona görə mən istərdim ki, o kəndlə bağlı məsələlərə də diqqət yö-nəlsin.
Tovuzda su problemi ilə bağlı bir çox məsələlərin həllinə görə cənab Prezidentə təşəkkür edirik. Onun Tovuza səfə-rindən sonra rayonda içməli su və əkin sahələrinin suvarıl-ması ilə bağlı problemlərin həlli istiqamətində böyük layihələr həyata keçirilməyə başladı. Bunlardan ən önəmlisi də Tovuza Zəyəm çayından gətirilən içməli su xətti oldu. Əlbəttə, bu gözəl bir hadisədir. Amma təəssüf ki, bu gün də Tovuz şəhərinin qonşuluğundakı 5 kəndin 20 mindən artıq əhalisi içməli suyu pulla alır. Mən “Azərsu”nun rəhbərli-yindən bu məsələnin həllini bir neçə dəfə xahiş etmişəm. Həmin kəndlərin bu gözəl layihədən faydalanması üçün böyük büdcə, ağır bir maliyyə vəsaiti tələb olunmur. O kəndlərin sakinləri bizə müraciət edir, deyirlər ki, kömək edin, bu böyük layihədən biz də yararlanaq. Çünki pulla su almaq bizim üçün çox çətindir.
Çıxışımın sonunda Musa müəllimin o koxlear implantla və Qarabağ müharibəsi əlillərinin müavinət və pensiyaları ilə bağlı təkliflərinə diqqətlə yanaşılmasını xahiş edərdim.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab Sədr. Hörmətli hökumət üzvləri, dəyərli millət vəkilləri! Büdcənin keçənilki büdcəyə nisbətən azaldılması dünyada baş verən hadisələr və neftin qiymətinin aşağı düşməsi baxımından obyektiv səbəblərlə bağlıdır və yəqin ki, iqtisadiyyatın daha rasional inkişaf etdirilməsində bu faktın özünün də ciddi rolu olacaq, artıq qeyri-neft sektorundan əldə olunan gəlirlər hesabına büdcənin artırılması istiqamətində yeni addımlar atılacaq.
Bunun üçün bir sıra təkliflərim var. Azərbaycanda gün-dəlik ərzaq təminatı üçün hər il dövlət büdcəsindən 200 minə yaxın vəsait ayrılan personal var. Bunlar hərbçiləri-mizdir, xüsusi təyinatlılardır, daxili qoşunlardır, xəstələrdir, qocalar evidir və sair. Bunların hamısının ərzaq təminatı üçün dövlətdən hər gün ciddi şəkildə vəsait ayrılır. Bunların dövlət sifarişi həyata keçirilməlidir və bunların ərzaq təminatı bilavasitə daxili bazarın hesabına ödənilməlidir.
Bilirsiniz ki, böhran dövründə ən çətin vəziyyət işsizliklə bağlı olur ki, bu da bütövlükdə ölkədə vəziyyətə ciddi şəkildə təsir edir. Ona görə də əhalinin həm işsizliklə üz-üzə qalmaması, həm də sosial vəziyyətin gərginləşməməsi üçün bu addımlar olduqca vacibdir. Bunun üçün ilk növbədə dövlət sifarişi həyata keçirilməlidir ki, biz həmin subyektlərin ərzaq təminatı üçün kənara müraciət etməyək, onların bütün tələbatı daxili bazarın hesabına ödənilsin.
Bu, kənd rayonlarının inkişafı üçün də, kənd təsərrüfatı sistemində çalışanlar üçün də ciddi şəkildə yardım olacaq və həm ölkənin güvənli ərzaq təminatı sektorunun formalaşmasına, həm də kənd təsərrüfatının inkişafına yeni bir təkan verəcək.
İkinci təklifim. Bilirsiniz ki, iqtisadiyyatın dövlət nəza-rətində olan, xüsusilə investisiya ayrılan sektorunda 8 mil-yarda yaxın vəsait ayrılırdı və bu gün onun böyük bir qismi büdcənin azalması ilə bağlı ixtisara düşür. O sahədə 911 minə yaxın adam işləyirdi ki, bunun da təxminən 560 minə yaxını tikinti sektorunda çalışırdı. Bu gün tikinti sektorunu ayaqda saxlamaq üçün yeni imkanlar araşdırılıb tapılmalıdır.
Tikinti sektorunu ayaqda saxlamaqla, əslində, nəyə nail oluruq. Azərbaycanda tikinti sektorunda məhsullarla tə-minatın təxminən 85 faizi daxili bazarın hesabınadır. Sement də, daş da, bir çox digər məhsullar da Azərbaycanın özündə istehsal olunur. Tikinti sektorunu ayaqda saxlamaqla həm daxili bazarda yeni imkanlar əldə olunacaq, həm də bu bir tərəfdən istehsal və digər tərəfdən işsizliyin aradan qaldırılması üçün ciddi faktora çevriləcək. Hesab edirəm, ona görə də hökmən tikinti sektorunda yeni layihələr həyata keçirilməlidir.
Bu layihələrin nədən ibarət olduğunu hörmətli hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Məsələn, bundan əvvəl dövlət hansısa ərazilərdə tikintini öz üzərinə götürürdüsə, indi bunu da artıq iş adamlarına təklif etmək lazımdır. Burada iş adamlarına yaradılan heç bir güzəştdən, vergi güzəşti və sairdən söhbət getməməlidir. Sadəcə, onlara açıq və şəffaf şəkildə dəstək verilsə, şərait yaradılsa, onlar həm tikib ərazidə yaşayan insanları yeni yaşayış mənzilləri ilə təmin edə bilərlər, həm də Azərbaycanda iş dayanmaz və pul kütləsinin də dövriyyədə olması nəticə etibarilə bazara buraxılan pulların dollara çevrilərək saxlanılmasının qarşısını alan vacib elementlərdən biri olar. Bilirsiniz ki, bu gün manatın devalvasiyasından sonra ortaya çıxan ən böyük problemlərdən biri budur ki, bazara atılan pulların hamısı nəhayətdə dollara çevrilib evlərdə saxlanılır və yaxud da Azərbaycandan kənara çıxarılır. Ona görə də bunu işlək mexanizmə çevirmək üçün mütləq bu sektor ciddi şəkildə inkişaf etməlidir.
İpotekaya ayrılan kreditlərə nəzər salaq. Hər il təxminən 80–100 milyon miqdarında ipoteka kreditləri ayrılır və bu ipoteka kreditlərindən, əslində, dövlət qazanmır, ancaq müvəkkil banklar qazanır.
Fərqli ipoteka siyasətinə keçmək mümkündür. İş adam-larına və yaxud da xüsusi dövlət strukturlarına həvalə etmək mümkündür ki, onlar müxtəlif ərazilərdə, Bakının müxtəlif ərazilərində gənclər və yaxud ipoteka şəhərcikləri tiksinlər. O ipoteka vəsaitlərin ayda 120–130 manat, bəzi hallarda bundan aşağı qiymətlərlə dövlətə ödəməklə həm maksimum 22–25 il ərzində, – ipoteka kreditlərinin müddəti bəzən 30–35 ilə çatır, –dövlətin pulu qaytarıla bilər, həm məşğulluq problemi aradan qalxar, həm bazar və dövriyyə inkişaf edər, həm də insanlar bu vəsaitlə özlərinə sərbəst şəkildə ev ala bilərlər.
Azərbaycanda ipoteka şərtləri çox ağırdır. 50 min manatadək ipoteka krediti verilir. Bu ipoteka kreditinin verildiyi adamların hamısının iş yerindən arayış istəyirlər. Çünki bu adamların aylıq qazancı 600, 700, 800 manat olmalıdır. Bu aylıq qazancın da 350–400 manatı ipoteka kreditinə ödənilir. Nəticədə çox zaman həm banklarla problem yaranır, həm dövlətin yaratdığı şəraitdən vətəndaş narazı düşür, həm də problemlər, əslində, həll olunmamış qalır. Ona görə hesab edirəm ki, bu variantı tətbiq etməklə bir neçə problemi birdən həll etmək mümkündür.
Məndən əvvəl çıxış edənlər əlillərin və şəhid ailələrinin hüquqlarının qorunması istiqamətində bir sıra təkliflər irəli sürdülər. Mən o təklifləri dəstəkləyirəm və hesab edirəm ki, necə olursa olsun o məqsədlə onlara büdcədən müvafiq vəsait ayrılmasının yolu tapılmalıdır.
Bununla yanaşı, həm də Nazirlər Kabineti, hesab edirəm, ciddi struktur islahatlarına getməlidir. Mən bunu burada bir dəfə də demişəm. Bu qədər nazirlik, komitə və idarələrin mövcudluğundansa, təmərküzləşmə siyasəti həyata keçiril-məlidir. Təmərküzləşmə nəticəsində birləşən strukturlarda daha yüksək ixtisaslı kadrlar saxlanılmalıdır. Hətta bəzi ko-mitə və nazirliklərin ləğvi Nazirlər Kabinetinin gündəmində olmalıdır. Beləliklə, dövlət kifayət qədər ciddi vəsaitə qənaət etmiş olar.
Hesab edirəm, burada həkimlərin, müəllimlərin maaşları-nın məsələsi də çox ciddi şəkildə qoyulmalıdır. Bu sektorda çalışan insanların xidməti müqabilində onlara ödənilən əməkhaqqı olduqca aşağıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə istiqamətində fəaliyyət göstərən komitə varsa, dövlət başçısının dilindən bu istiqamətdə mütəmadi bəyanatlar səsləndirilirsə, Prezident bu istiqamətdə Azərbaycan hökumətinin gördüyü işlər barədə cəmiyyətə mütəmadi məlumat verirsə, hesab edirəm, bu istiqamətdə daha şəffaf olmaq üçün məhz onların əmək haqqının qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır.
Ola bilsin, bu gün Azərbaycanda hər müəllimə düşən şagirdlərin sayı digər Avropa ölkələrindəkindən azdır. Düşünürəm ki, birdən-birə işsizlik problemi yaranmasın deyə zaman-zaman bunların da hamısını tənzimləmək mümkündür. Rayon bölgələrində məsafələrə uyğun əmək haqqının ödənilməsini təmin etmək, məsafələrə uyğun güzəştli maaş sistemi müəyyən etmək, yerlərdə ixtisaslı kadrların yerləşdirilməsi üçün kifayət qədər ciddi bir siyasət ortaya qoymaq lazımdır ki, kənd yerlərində də ixtisaslara yiyələnə biləcək şagirdlərin, məzunların sayı çoxalsın. Mən bir dəfə demişəm, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının verdiyi rəylərə görə elə kəndlər var ki, on illərdir oradan ali məktəbə qəbul faktik olaraq yoxdur. Yalnız rayon mərkəzlərində və ixtisaslaşmış yeni məktəblərdə bu var.
Bundan sonra tibbi sığorta məsələsini də, hesab edirəm ki, biz artıq sistemə salmalıyıq. Xəstəxanaların özəlləşdirilməsi və yaxud dövlət xəstəxanalarının xüsusi tibbi sığorta kartları vasitəsi ilə idarə olunması, məncə, bu sahədə bir çox problemləri aradan qadırardı. Ona görə də güvənli tibbi sığorta siyasəti haqqında bir yeni qanun qəbul etmək lazımdır.
Hesab edirəm ki, hökumət gələcək fəaliyyətində bütün bunları nəzərə almalıdır. Çünki böhranın hələ nə vaxta qədər davam edəcəyi barədə heç kim ciddi bir proqnoz verə bilməz. Dünyada baş verən bu xaos və qarışıqlıq, mütəmadi olaraq yeni münaqişə ocaqlarının yaranması böhranın dərinləşə biləcəyi ehtimalını artırır. Ona görə də hökumət hər bir halda bunlara hazır olmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Hörmətli cənab Sədr, hörmətli hökumət nümayəndələri, millət vəkilləri və media nümayəndələri! Mən komitələrin birgə iclasında büdcənin müzakirəsi ilə bağlı bəzi təkliflərimi vermişdim. Ona görə çalışacağam ki, ind həmin məsələlərin üzərində təkrar dayanmayım, digər məsələlərə diqqət yönəldim.
Amma vacib hesab etdiyim bir məqam var ki, bunu komitənin iclasında da söyləmişdim. Hesab edirəm, qaç-qınlar üçün mənzil tikintisinə ayrılan maliyyə vəsaitinin həcminin azaldılmasına qətiyyən yol vermək olmaz. Ona görə ki, bu insanlar mülkiyyətlərini, iş yerlərini itiriblər. Onların bir qismi hələ də acınacaqlı vəziyyətdə yaşayır. Mən düşünürəm, dövlət büdcəsindən ilbəil bu istiqamətdəki xərclər artırılmalıdır ki, o insanlar, nəhayət, normal mənzil şəraiti ilə təmin olunsunlar.
İkinci mühüm məsələ hərbi xərclərdir. Hərbi xərclər də ildən-ilə artırılmalıdır. Ona görə ki, bu həm danışıqlarda Azərbaycanın mövqeyini gücləndirəcək, həm də çətin ki, biz müharibə etmədən torpaqların qaytarılmasına nail ola bilək. Ermənistanın indiki rəhbərliyi gündən-günə azğınlaşır və daha azğın bəyanatlar verməyə başlayır. Məncə, ordu gec-tez öz sözünü deməlidir.
Büdcə gəlirlərini artırmaq üçün düşünürəm, ən doğru yol o olardı ki, ölkədə özəlləşdirmə həyata keçirilsin. Mən komitənin iclasında söyləmişdim, – indi ad çəkmək istəmirəm, – bizdə bəzi səhmdar cəmiyyətlər var ki, onlara həm dövlət büdcəsindən dotasiya ayırır, həm də xaricdən aldıqları borcları büdcə hesabına ödəyirik. Bunlar müəyyən olunmuş verginin ən yaxşı halda 30–40 faizin ödəyirlər. Mən başa düşmürəm, niyə müvafiq qurumlar bu şirkətlər barədə müvafiq tədbirlər görmür, niyə onların maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmır və onların rəhbərliyi ən azından məsuliyyətə cəlb olunmur? Bu şirkətlər hökmən özəlləşdirilməyə çıxarılmalıdır.
Burada oturanlardan kimsə, elə hökumət üzvlərinin özləri təsəvvür edə bilərlərmi ki, onlardan hər hansı biri, yaxud Cahangir Hacıyevin özü özəl Beynəlxalq Bankın direktoru olsaydı, milyardlarla dollar vəsaiti girovsuz, avantürist layihələrə ayırardı?
Biz sosializm sistemindən keçib gəlmişik və bilirik ki, dövlət mülkiyyəti, ümumxalq mülkiyyəti həm də heç kimin mülkiyyətidir. Biz axı bunu öz həyatımızda yaşamışıq, bilirik. Ona görə də bazar iqtisadiyyatına keçmişik. Bu şirkətlər özəlləşdirilməlidir. Uzun müddət idi, beynəlxalq maliyyə qurumları Azərbaycandan tələb edirdi ki, Beynəlxalq Bankı özəlləşdirin. Amma yubatdıq, axırda da dövlətin milyardlarla vəsaiti dağıdıldı.
Özəlləşdirilməli universitetləri Təhsil Nazirliyi özü müəyyənləşdirməlidir. Xüsusi təyinatlı bəzi ali məktəblər istisna olmaqla universitetlər tədricən, hissə-hissə özəlləşdirilməlidir.
Səhiyyə müəssisələri mütləq özəlləşdirilməlidir. İbtidai tibbi sığortaya gedilməlidir. Biz bu istiqamətdə addımlar atmaqla həm özəlləşdirmədən büdcəyə əlavə vəsaitlər gətirə bilərik, həm də gələcəkdə özəlləşdirilmiş müəssisələrə dövlət artıq pul ayırmayacaq, onlar dövlət büdcəsinə vergi verəcəklər. Biz bunu mütləq etməliyik.
Dünən cənab Prezident bütün xalqın gözlədiyi bir çıxışını etdi və hökumət qarşısında çox ciddi vəzifələr qoydu. Bu vəzifələr 50 faiz icra olunsa, mən əminəm ki, iqtisadiyyatın inkişafı baxımından gələn il tamamilə fərqli Azərbaycan görə bilərik. Prezident öz çıxışında söylədi ki, bunun üçün, sadəcə olaraq, həm müvafiq yuxarı rəhbər qurumlar tərəfindən inzibati nəzarət olmalıdır, həm də ictimai nəzarət olmalıdır.
Amma düşünürəm ki, bu yetərl deyil. Ona görə ki, bunun üçün sahibkarların həm də məhkəmələrdə öz hüquqlarını müdafiə etmək imkanları olmalıdır. Əgər vəzifəli şəxs bilsə ki, onun qanunsuz fəaliyyəti, yaxud fəaliyyətsizliyi sahibkarın hüquqlarını pozar, problemlər yaradarsa, sahibkar məhkəmə qaydasında gedib öz hüquq-larını bərpa edəcək, o halda mən sizi əmin edirəm ki, bugünkü qanunsuzluqların bir qismi baş verməyəcək. Ona görə məhkəmə islahatlarının aparılmasına çox böyük ehtiyac var. Məhkəmə islahatları aparılmadan ölkədə bir çox problemləri həll edə və qanunun aliliyini təmin edə bilməyəcəyik.
Müxtəlif qanunsuzluqlarla qarşılaşan sahibkarlar mənə də müraciət edirlər. Bu qanunsuzluqlardan birini misal gətirim ki, ümumi mənzərə bəlli olsun. Həsən Əliyev küçəsində bir nəfərin 300 kvadratmetr sahədə bir obyekti olub. Sonra başqa bir şirkət gəlib ki, biz bunun yerində ev tikirik. Birinci mərtəbədən sənə 300 kvadratmetr sahə verəcəyik. Məhkəmənin qərarı var. 6–7 ildir, bu adam, – Ordubaddandır, mənim seçicimdir, – qalıb küçələrdə, məhkəmə qərarını icra etdirə bilmir. Həmin tikinti şirkətinin sahibi deyir ki, bilirsiniz, mən o 300 kvadratmetri başqasına satmışam, ona görə məhkəmə qərarını icra edə bilmirəm. Məhkəməyə iddia ərizəsi ilə müraciət edir ki, mən xahiş edirəm, əvvəlki qərarınızı ləğv edin, ona görə ki, mən bu qərarı yerinə yetirmək gücündə deyiləm. Beləliklə də, məhkəmə çəkişmələri illərlə gedir.
Ədliyyə nazirinin müavininə zəng etmişəm, deyirəm ki, insanları niyə bu cür əsəb xəstəsi, şəkər xəstəsi, ürək xəstəsi etmisiniz? Mən ona görə bu misalı bir nümunə kimi çəkdim ki, bizim hökumət üzvləri də nələrin baş verdiyini başa düşsünlər. Hökumət üzvlərinə mən bir daha üzümü tutub deyirəm, ciddi dəyişikliklərə nail olunmasa, biz sürətli iqtisadi inkişafa nail ola bilməyəcəyik.
Mərkəzi Bankla bağlı. Mərkəzi Bank bilirik ki, ölkə iqtisadiyyatının qan-damar sistemidir, yəni bank sistemi işləməsə, iqtisadiyyatın inkişafından söhbət gedə bilməz. Bizdə bank sisteminin hazırkı durumu təqribən hamımıza bəllidir. Bizim banklar devalvasiyadan sonra ciddi bir böhran yaşamağa başladılar. İndi hökumətin də büdcə xərcləri azalır.
Burada bayaq həmkarlarım söylədilər ki, indiyədək dövlət sifarişi ilə çoxlu işlər görülür və çox insanlar işlə təmin olunurdular. İndi o insanlar iş yerlərini itirəcəklər. Özəl sektor həmin problemi həll etsin və o insanların bir hissəsini yenidən işlə təmin etsin deyə, bizim Neft Fondunun xaricdə saxlanan hissəsi Azərbaycana gətirilməlidir. Neft fondu, ehtiyat fondu olan bir çox ölkələr böhran dövründə bu üsuldan istifadə etdilər və çox müsbət nəticələrə də nail oldular. Mən hər dəfə bu məsələni qaldıranda hörmətli Elman müəllim deyir ki, bizim iqtisadiyyat o qədər vəsaiti həzm edə bilməz. Mən demirəm ki, onun hamısını, 34 milyardın hamısını gətirək. Amma bu il büdcədə dollar hesabı ilə ən azından 12 milyard dollar az vəsait olacaq və bu vəsait bazara çıxmayacaq. İndi 3–4 milyard gətirmək olar ki, sahibkarlara ucuz kreditlər verilsin və itirilən iş yerləri özəl sahibkarlıq yolu ilə bərpa olunsun. Yəni sahibkarlar yeni iş yerləri açsınlar. Biz sahibkarlara normal şərait yaratmasaq, büdcəyə vəsait cəlbindən söhbət gedə bilməz.
Ona görə düşünürəm ki, bu sadaladığım işlər görülərsə, ölkədə özəlləşdirilmə, bank sistemində, məhkəmə sistemində müvafiq islahatlar aparılarsa, qarşıdakı illərdə biz yaxşı mənada tamamilə fərqli bir Azərbaycan görə bilərik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Burada büdcə ilə bağlı aparılan müzakirələrdə hamıya aydın olan bir məsələ var. Dünyada baş verən iqtisadi böhran Azərbaycan büdcəsinə də təsir edib və son 5 ildə biz ilk dəfədir, büdcənin aşağı enmə tendensiyasının şahidi oluruq.
Ötən gün ölkə Prezidentinin hökumətin iclasında etdiyi çıxışda da vurğuladığı kimi, 2016-cı ilin nə qədər çətin olacağı barədə hər kəsin bir daxili həyəcanı, narahatçılığı var. Bu bizdən asılı olmayan səbəblərə görə baş verəcəkdir. Çıxışda xüsusi vurğulanan budur ki, lazımsız xərcləri azaltmalıyıq.
Bu gün biz büdcə layihəsinə də, məncə, bu prizmadan yanaşmalı və düşünməliyik ki, lazımsız xərcləri necə azalda bilərik. Əvvəlki kimi geniş əsaslı investisiya layihələrinə dövlət vəsaitinin ayrılması üçün yox, özəl sektorun investisiya imkanlarının bura cəlb edilməsi üçün müzakirələr gedir. Bunun üçün mən hesab edirəm ki, son illərdə ən ciddi addımlardan biri “ASAN xidmət”in inkişafı və səlahiyyətlərinin genişləndirilməsidir. Ölkə Prezidenti də bunu xüsusi vurğuladı. Bu sahədə sanki yeni bir məmur tipi ilə rastlaşır, insana xidmət etmək üçün hər fədakarlığa hazır olan müasir bir məmur tipi və yeni bir modern idarəetmə qaydası görürsən.
Ona görə mən düşünürəm ki, bu ölkədə hərə öz sahəsində vəziyyətin yüngülləşdirilməsi istiqamətində az da olsa, mütərəqqi təşəbbüslərlə çıxış etməyə başlasa, çox şeylər vətəndaşın xeyrinə dəyişə bilər. Bunun üçün də mən hesab edirəm ki, bir sıra sahələrə, detallara diqqət etməyiniz lazımdır.
Qarşıdan qış gəlir. Yenə də seçicini narahat edən əsas məsələ binalara, xüsusilə də bizim JEK adlandırdığımız qurumların nəzarətində olan binalara istilik verilməsi ilə bağlı problemlərdir. Çox yerlərdə adi bir lift məsələsi də problemə çevrilir. Düzdür, bu problemləri həll etməli olan qurumlar var, amma bu qurumlara vəsait ayırmırlar ki, onlar bu işləri lazımi səviyyədə görsünlər. Halbuki müasir dövrdə bunlar adi, elementar məsələlərdir.
10 il qabaq Azərbaycanda elektrik problemi var idi. Bu gün yoxdur. Bu gün çox nadir hallarda sənin işığın keçə bilər. Qaz problemi vardı. Bu məsələ də əsasən həllini tapdı. Elementar məsələlərin həlli istiqamətində ciddi addımlar atılması vacibdir.
Burada qeyd olundu, səhiyyə sahəsində artıq icbari tibbi sığortanın tətbiq olunmasına keçid etmək lazımdır. Deputat həmkarım Musa Quliyev bayaq çıxışında doğuşdan kar olan uşaqların müalicəsi ilə bağlı məsələyə toxundu. Həqiqətən, 3 yaşdan sonra bu uşaqların müalicəsi artıq mümkün olmur. Bunun üçün də müəyyən vəsaitin ayrılmasına ehtiyac var. Lazımsız xərclər deyirik, bir də lazımlı xərclər məsələsi üzərində düşünmək lazımdır. Öz uşaqlarımızdır, bunların ayaqda durması üçün işlər görməliyik. Ehtiyac olan bəzi sahələrdə müavinətin artırılmasına üstünlük verməliyik.
Mən sizə bir nümunə deyəcəyəm. Burada bəlkə də çoxunuz o nümunəyə diqqət yetirməmisiniz. Azərbaycanda doğulan uşağa görə verilən müavinət 75 manatdır. Mən Hesablama Palatasının rəyində də, bizim hökumətin hesabatında da oxudum ki, xaricdən alınan cins mal-qaranın süni mayalanması yolu ilə doğulan hər bir buzova görə kəndliyə 100 manat subsidiya verilir. Deməli, doğulan buzova görə 100 manat, doğulan uşağa görə 75 manat pul verilir. Yoxsul, aztəminatlı adam doğulan uşaqla bağlı ehtiyacları bu 75 manatla necə ödəsin? İmkanı olan bunu ötüşdürə bilər. Amma yeni doğulan uşaq üçün lazım olan ən adi şeylərin pulunu hesablayın, görün o 75 manat neçə günə bəs eləyər. Həyatla, uşağın həyatı ilə bağlı məsələdir. Təşəbbüs qaldıraraq bunun üzərinə getmək, bunu mütləq həll etmək lazımdır. Müharibə aparan dövlətik. Biz əhalinin say artımı, demoqrafik inkişaf barədə düşünməli və mütləq həyəcan təbili çalmalıyıq.
Mən ötən dəfə təhsillə bağlı bir məsələ qaldırmışdım. Çox sağ olun, Oqtay müəllim, Siz də bu məsələyə dəstək verdiniz. Amma yenə bir irəliləyiş əldə edə bilmədik. Türkiyədə, təkcə İstanbulda təhsil ala bilməyən 2500-dən artıq Azərbaycan uşağı var. Bu məsələ üzərində düşünmək, bunun həlli yolunu tapmaq lazımdır. Mən bunu giley olaraq demirəm. O uşaqların 300 nəfərini İran yönümlü məsciddə məktəb açıb oxudurlar. Sabah o uşaqların bir qismi Quma, bir qismi Suriyaya göndəriləcək. Bunlar sabah ölkəmizə zombiləşmiş insanlar kimi qayıdacaqlar.
Dövlət əlini qoymalıdır ki, orada azərbaycanlı kimliyi ilə yaşayan hər bir kəs, hər bir uşaq təhsil ala bilsin, onun üçün təhsil əlçatan olsun. Elementar yazı-pozunu bilsin ki, sabah, – müasir dünyadır, – əzilməsin, kiminsə nökərinə, quluna çevrilməsin. Ona görə bu kimi problemlərin həllinə təkcə Təhsil Nazirliyi deyil, başqa qurumlar da cəlb olunmalıdır. Məsələn, orada atanın qeydiyyat məsələsi var, onu Daxili İşlər Nazirliyi həll eləməlidir ki, valideyn qorxmasın, uşağını məktəbə versin. Başqa bir problem ləvazimat məsələləridir. Bu, QHT-lər vasitəsilə həll edilir. Sağ olsun Azay Quliyev, QHT-lərə bu istiqamətdə xeyli dəstək verdi, müəyyən işlər görüldü. Amma dövlət əlini qoymasa, bu problem öz həllini tapmayacaq. O baxımdan mən hesab edirəm ki, bu məsələlərdə mütləq bir ciddi həyəcan təbili çalmağa ehtiyac var.
Yarımçıq binalarla da bağlı problemlər mövcuddur. Çox sayda sahibkar var ki, artıq müflisləşib. Elə bir imkanı yoxdur ki, binasını tamamlasın. Baxırsınız, Bakı şəhərinin ortasında hansısa bir binanın inşası yarımçıq qalıb. Bunu ipoteka ilə həll eləmək lazımdır. Təzədən o binanı sökən deyilsən, sahibkarın əlindən alan deyilsən. Bir yolu tapıl-malıdır ki, o mənzillər ipoteka ilə, müəyyən dərəcədə aşağı faizlərlə vətəndaşa verilsin, həm sahibkar o böhrandan çıxa bilsin, həm də vətəndaşın mənzil problemi öz həllini tapsın. Bu istiqamətdə, məncə, ayrı-ayrı məmurların təşəbbüskarlı-ğından asılı olaraq bir sıra məsələlərin dəyişə biləcəyinə ümid var.
Mən ölkə Prezidentinin son çıxışında bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Bu çıxışda ictimai nəzarət məsələsi bir neçə dəfə sadalanır. Artıq mətbuatda, sosial şəbəkələrdə elə neqativ məsələlər ortaya çıxır ki, ən azı dövlətin marağı baxımından buna cavab verilməsinin mütləq bir mexanizmi tapılmalıdr. Bəzən dövlətə yönəlik ədalətsiz, böhtan xarakterli müəyyən informasiyalar da gedir. Yəni bunlara vaxtında reaksiya verən bir qurum lazımdır.
Korrupsiya ilə, müəyyən əyintilərlə, ayrı-ayrı məmurların özbaşınalığı ilə bağlı çox sayda məlumatlar çıxır. Hamısı diqqətdən kənarda qalanda artıq ictimai nəzarətin də effekti itməyə başlayır. İnsanlar artıq hansısa məsələdə bir problemi, nöqsanı qabartmaqdan çəkinirlər. Bu kimi məsələlər öz həllini tapsa, məncə, müəyyən ümidverici vəziyyət yarana bilər.
Mən hesab edirəm ki, bu ərəfədə, xüsusilə də bu böhran vəziyyətində hökumətin Azərbaycanda ictimai-siyasi sabitliyin, maliyyə sabitliyinin qorunması istiqamətində səylərini təqdir eləmək lazımdır. Nə qədər ki dünya təlatümlər içindədir, bizim əsas vəzifəmiz normal, sabit, sağlam yaşama fürsətini qaçırmamaqdır. Çünki azacıq bir ehtiyatsız addım bizim ölkəni də başqa ölkələrin vəziyyətinə sala bilər. Ona görə də bu istiqamətdə kiçik nöqsanları düzəltməliyik ki, böyük nöqsanlar baş verməsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İsmayıl Hacıyev.
İ.Hacıyev. Hörmətli hökumət üzvləri, dəyərli millət vəkilləri! Hər il ilin sonuna yaxın biz növbəti ilin dövlət və icmal büdcələrini müzakirə edirik. Təbii ki, dövlət büdcəsi elə tərtib olunmalı, elə hazırlanmalıdır ki, növbəti ildə əhalimizin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasını, ölkənin sosial-iqtisadi inkişafını təmin etsin. Bu cəhətdən 2016-ci ilin dövlət və icmal büdcəsi də istisna təşkil etmir. Doğrudur, 2016-cı ilin dövlət büdcəsi dünya iqtisadi böhranı və neftin qiymətinin azalması ilə bağlı bir qədər çətinlik yaradır. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin qarşısında duran bütün problemləri və onların həlli yollarını çox yaxşı bilir. Dünən Nazirlər Kabinetinin iclasında cənab Prezident ölkəmizin qarşısında duran problemləri bütün incəlikləri ilə təhlil edib qarşıda duran vəzifələri müəyyənləşdirdi.
Təsadüfi deyil ki, dövlət büdcəsini təhlil edərkən ölkə Prezidenti qeyd etdi ki, 2016-cı il büdcəsi reallığı əks etdirən və lazımsız xərclərə yol verməyən balanslaşdırılmış büdcə olmalıdır. Təbii ki, bu büdcəni hazırlayan dövlət qurumları da məhz buna nail olmağa çalışmışlar. Amma yəqin ki, bu o qədər də asan olmamışdır. Çünki gələn il xeyli az vəsaitlə ölkənin səmərəli inkişafı təmin olunmalıdır.
Azərbaycan çox sürətlə inkişaf edir. Qarşıda onlarla problem var və bu problemlər əvvəlki illərdən fərqli olaraq az büdcə ilə həll olunmalıdır. Ona görə də büdcədə lazımsız xərclərə yol verilməməli və bu büdcə daha çox reallığa əsaslanmalıdır.
Təbii ki, əvvəlki illərdəki uğurlar 2016-cı ildə də müəyyən uğurlar əldə etmək üçün əsas verir. Ümumiyyətlə, dövlət büdcəsindən həm dövlət, həm də ölkə əhalisi çox şey gözləyir. Şəxsən mən düşünürəm ki, 2016-cı ildə də dövlət büdcəmiz bütün sosial problemlərin həllini, sosial-iqtisadi inkişafı təmin edəcəkdir. Lakin bununla bağlı mənim də bir neçə təklifim var.
İpoteka krediti, təbii ki, ilbəil artır və bundan əhalinin böyük bir qismi, xüsusilə gənc ailələr faydalanır. Lakin təəssüf ki, mənim çalışdığım elm sahəsində, – mən bunu əvvəlki çıxışlarımda da demişəm, – gənc elmi kadrlar ipoteka kreditindən faydalana bilmirlər. Çünki elmi işçinin aldığı əmək haqqı ipoteka krediti almaq üçün irəli sürülən tələblərə uyğun deyil.
Bir sıra peşə və ixtisas sahələrində ehtiyacı olanların mənzil problemi uğurla həll olunur. Elm sahəsində çalışan gənc kadrlar o qədər də çox deyil. Mənim təklifim ondan ibarətdir ki, onların da mənzil probleminin həlli üçün həmin təcrübədən istifadə olunsun.
İkinci fikrim ali təhsil müəssisələrində ödənişli təhsil haqqı ilə bağlıdır. Gizli deyil ki, hətta yüksək bal toplamış bəzi tələbələr ailə vəziyyəti ilə əlaqədar olaraq təhsil haqqını ödəyə bilmədikləri üçün ali məktəbdə oxumaq imkanından məhrum olur, digərləri isə ali məktəblərə qəbul olsalar da, universitetlər təhsil haqqının məbləğini bir qədər də artırdıqlarına görə həmin məbləği ödəyə bilmirlər. Təsadüfi deyil ki, bir neçə gün bundan qabaq ölkəmizin təhsil naziri ali təhsil müəssisələrinə müraciət elədi ki, təhsil haqqını artırmayın. Təbii ki, ali təhsil müəssisələri ödənişli təhsildən xeyli faydalanır, əldə etdikləri vəsaiti universitetlərin maddi-texniki bazasının formalaşmasına, müəyyən laboratoriyaların qurulmasına, avadanlığın alınmasına, hətta müəllimlərin əmək haqqının artırılmasına yönəldirlər. Əlbəttə, onları başa düşmək olar. Lakin elə eləmək lazımdır ki, ödənişli təhsildə oxuyan tələbə də təhsil haqqını ödəyə bilsin.
Bir neçə kəlmə də dotasiyalarla bağlı. Dotasiyalar son dövrdə bir müzakirə mövzusu olub. Bir neçə gün bundan qabaq Azərbaycanın televiziya kanallarının birində də bu, müzakirə mövzusuna çevrilmişdi. Yəqin ki, dövlət büdcəsi regionlara dotasiyalar ayırmaqdan nə vaxtsa azad olacaq. Amma hələ ki, bu, real deyil. Çünki elə rayonlar, şəhərlər mövcuddur ki, dotasiya almasalar, inkişaflarını təmin edə bilməzlər.
Mən bunu yaşadığım və fəaliyyət göstərdiyim Naxçıvan Muxtar Respublikasının timsalında demək istəyirəm. Çünki baxdım ki, dövlət büdcəsində Naxçıvan Muxtar Respubli-kasına ayrılan dotasiya da xeyli dərəcədə, yəni 5,2 faiz azaldılıb.
Naxçıvanı göz önünə gətirək. Azərbaycan Respublikası-nın Konstitusiyasında Naxçıvana muxtar dövlət statusu verilib. Naxçıvan üç dövlətlə, o cümlədən məkrli düşmən-lərimizlə həmsərhəddir və gizli deyil ki, çox çətin şəraitdə yaşayır.
XX əsrin 50-ci illərinə qədər Naxçıvana nə Azərbaycan, nə də SSRİ rəhbərliyi diqqət yetirib. Son illərdə Naxçıvanın sürətli sosial-iqtisadi inkişafına nail olunub. Bilirsiniz ki, Naxçıvanın öz büdcəsi hesabına bu mümkün deyil. Ona görə Naxçıvana ayrılan dotasiya, heç olmasa, əvvəlki məbləğdə saxlanmalıdır.
Məlumdur ki, 1990-cı illərin əvvəllərində Naxçıvanda bir su-elektrik stansiyası vardı və o, yəni Araz su-elektrik stansiyası cəmi 22 meqavatt gücündə idi. Bu gün isə Naxçıvanda 6 elektrik stansiyası var və yeni günəş-elektrik stansiyası qurulur. Yollar, körpülər, tarixi mədəniyyət abidələri bərpa olunur. İl olub ki, Naxçıvanda yeddiyədək yeni obyekt istifadəyə verilib. Təbii ki, bunların heç biri Naxçıvanın büdcəsi hesabına reallaşa bilməzdi. Naxçıvanda ilbəil sənaye, tikinti-quruculuq sahələri inkişaf eləyir. Aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir. Keçən il aqrar sahədə 356 milyon manat məbləğində kənd təsərrüfatı məhsulu istehsal olunub. Təbii ki, bunlar ancaq Naxçıvanın büdcəsi hesabına mümkün ola bilməzdi.
Ona görə hökumət üzvlərindən xahiş edirəm ki, Naxçı-vana ayrılan dotasiya hələlik əvvəlki məbləğdə saxlanılsın, yən azaldılmasın. Yəqin ki, yaxın gələcəkdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı elə bir səviyyəyə çatacaq ki, dotasiyaya ehtiyac olmayacaq. Bunu deməyə belə bir fakt əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında region-ların inkişafı ilə əlaqədar qəbul edilmiş üç dövlət proqra-mından ikisi artıq yerinə yetirilib, üçüncünü də bu gün icra edirik.
Hər halda 2016-cı ilin dövlət və icmal büdcəsi reallığı əks etdirir, sosialyönlüdür. Ümidvaram ki, 2016-cı ildə ölkəmizin qarşısında nə qədər çətinlik olsa da, ölkə Prezidentinin rəhbərliyi ilə bunlar uğurla yerinə yetiriləcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, hörmətli media mənsubları, xanımlar və cənablar! Vaxta qənaət eləmək məqsədi ilə biz, yəni mən və deputat həmkarım Vahid Əhmədov çıxışlarımızı birləşdirib tezis formasında diqqətinizə təqdim eləmək istəyirik.
Hər şeydən əvvəl indiki kataklizmli bir dövrdə dünya iqtisadiyyatında gedən proseslərin dərin təhlili əsasında 2016-cı il büdcəsinin obyektiv təqdimatına görə maliyyə naziri cənab Samir Şərifova, müasir dövrün reallıqlarını əks elətdirən proqnozlara görə iqtisadiyyat və sənaye naziri cənab Şahin Mustafayevə, konseptual yanaşma ilə “indi və qarşıdakı orta perspektivdə bizi nələr gözləyir?” sualına çox aydın cavab verdiyinə görə Mərkəzi Bankın sədri cənab Elman Rüstəmova, dərinləşdirilmiş rəy təqdim elədiyinə görə Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədova təşəkkürümüzü bildiririk.
Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasındadır. Bu, dünya tərəfindən qəbul edilmiş bir faktdır ki, son 10 ildə MDB 1,4 dəfə, dünya təqribən ona yaxın bir səviyyədə, enerji daşıyıcılarının olmasına görə bizimlə müqayisə oluna bilən Rusiya 1,3 dəfə, Qazaxıstan 1,7 dəfə, Azərbaycan isə 2,4 dəfə artıb. Bu fakt göstərir ki, Azərbaycan iqtisadiyyatı son 10 ilin ən dayanıqlı iqtisadiyyatlarından biridir.
Bəs nə baş verir? Azərbaycan dünya iqtisadiyyatında baş verən kataklizmlər və neftin qiymətinin kəskin surətdə aşağı düşməsi ilə əlaqədar olaraq iqtisadiyyatında artım templərinin aşağı düşməsi və gəlirlərin azalması mərhələsini yaşayır. Amma bu, hesab edirik ki, başqa ölkələrlə müqayisədə Azərbaycanın potensialı fonunda o qədər də ciddi təlaş yaradan bir situasiya deyil.
Azərbaycanın bu vəziyyətdən çıxması üçün kifayət qədər potensialı var. Əgər biz 2015-ci ilin göstəriciləri ilə 2016-cı ilin göstəricilərini müqayisə eləsək, görərik ki, bu il bizim ümumi daxili məhsulumuz təqribən 4 faizə qədər, qeyri-neft sektoru təxminən 6–7 faiz artacaq. Əhalinin gəlirlərinin təqribən 6 faizə qədər artması gözlənilir. Amma 2016-cı ilin proqnozlarında ümumi daxili məhsulun 1,8 faiz, qeyri-neft sektorunun 3,4 faiz, əhalinin gəlirlərinin isə 1,2 faiz artımı proqnozlaşdırılıb. Bu artım reallığı əks elətdirir. İqtisadiyyat və Sənaye Nazirliyi kifayət qədər obyektiv proqnozlar ortaya qoyub. Amma bunlar Azərbaycanın potensialına uyğun rəqəmlər deyil. Çünki əhalisi 1,2–1,3 faiz artan bir ölkənin sadə təkrar istehsalı təmin eləmək, bu əhalini yedirtmək, içirtmək və sair üçün ən azı 4 faiz artıma nail olması lazımdır. Ona görə də biz, iki deputat hər şeydən əvvəl Azərbaycan hökumətini iqtisadi artım templərini və gəlirləri artırmaq üçün əlavə mənbələrin axtarılıb tapılmasında səylərin artırılmasına çağırırıq.
Bəs belə mənbələr varmı? Hesab edirik ki, Azərbaycanda belə mənbələr yetərincədir. Bunun magistral yolu iqtisadiyyatın şaxələndirilməsi prosesinin sürətləndirilməsi, regionların potensialından istifadənin səmərəliyinin artırılması istiqamətində addımlardan keçir. Eyni zamanda, “ASAN xidmət”in təcrübəsi göstərir ki, biz uçota düşməyən kölgə iqtisadiyyatını leqallaşdırıb vergiyə cəlb eləməklə büdcəyə milyard manatlarla əlavə vəsait cəlb eləyə bilərik.
Dünya iqtisadiyyatı sübut eləyib ki, iqtisadi artım templərini və gəlirləri artırmaq üçün ən böyük mənbələrdən biri kiçik və orta biznesin inkişaf etdirilməsidir. Kiçik və orta biznesin qarşısında duran bütün maneələr “kömək eləməyi bacarmırsınızsa, heç olmasa, mane olmayın” prinsipindən çıxış eləyərək aradan qaldırılmalıdır. Kiçik və orta biznesə əgər sözün həqiqi mənasında imkan verilsə, Azərbaycanın mentaliteti, – mən tam səmimi deyirəm, – özü bu sahəni lazımınca inkişaf etdirəcək. Həm büdcəyə kifayət qədər vəsait ayrılacaq, həm də bu, orta təbəqənin dairəsinin genişləndirilməsi üçün ciddi bir mənbə olacaq.
Amma yenə də mənfi və müsbət cəhətlərini təhlil edib qiymətləndirməklə, Azərbaycanın reallıqlarını nəzərə almaq və beynəlxalq praktikadan istifadə etməklə maliyyə amnistiyasına bənzər ehtiyat tədbirlərinin görülməsini vacib hesab edirik ki, bunun da hesabına xeyli dərəcədə əlavə vəsaitin cəlb edilməsi mümkündür.
Azərbaycanın vergi sistemi yaxşı qurulub, amma daha çox fiskal prinsip üzrə. Halbuki verginin fiskal funksiyası ilə bərabər, istiqamətləndirici və stimullaşdırıcı funksiyası da var. Ona görə biz hesab edirik ki, vergi sistemində əsaslı islahatların həyata keçirilməsi vaxtı gəlib çatıb. Onun xüsusən yerlərdə stimullaşdırıcı funksiyasının artırılması istiqamətində ciddi tədbirlərin görülməsini vacib hesab edirik. Çünki bununla həm kiçik və orta sahibkarlığın inkişafına əlavə təkan verər, həm də investisiya mühitini yaxşılaşdırmaq hesabına daxili və xarici investisiyaları qeyri-neft sektoruna cəlb eləməklə burada milyard manatlarla əlavə vəsaitin əldə olunmasına nail ola bilərik.
Xərclərə gəldikdə isə Azərbaycan Prezidentinin 2015-ci ilin 9 ayının nəticələrinə həsr olunmuş çıxışında kifayət qədər sistemli, konseptual bir baxış irəli sürüldü. Həqiqətən, şəffaflığın və vəsaitdən istifadənin səmərəliyinin artırılması, bu sahədə olan çatışmazlıqların aradan qaldırılması, büdcədən ayrılan vəsaitin öz təyinatına görə və vaxtında istifadə olunmasının monitorinqlər vasitəsi ilə təmin edilməsi hesabına xeyli effektli nəticələr əldə eləmək olar.
Mən bir misal çəkim. 3 il bundan qabaq Azərbaycanın iki kəndi – Baş Göynük və Aşağı Göynük kəndləri arasındakı yolun yenidən qurulması üçün yetərincə, hətta lazım olduğundan da çox vəsait ayrılıb. Amma 3 il keçməsinə baxmayaraq, hansısa bir özəl şirkətin səhlənkarlığı üzündən həmin yolun xeyli hissəsi hələ də ərsəyə gətirilməyib. Hesab edirik ki, monitorinqlər keçirib ölkədə bu kimi xeyli faktlar aşkar eləmək olar və onların vaxtında aradan qaldırılması həddindən artıq vacibdir.
Büdcədə əsaslı xərclər azalsa da, sosial xərclər azalmayıb. Bu, büdcənin xeyli dərəcədə müsbət elementidir. Hesab edirik ki, sosial xərclərin artırılması istiqamətində görülən işlər həm də proqram xarakterli istiqamətlərə yönəldilməlidir. Komitələrin birgə iclasında maliyyə nazirinin qeyd elədiyi sevindirici məqamı bir də təkrarlayıram ki, artıq icbari tibbi sığortanın tətbiqi istiqamətində işlər görülməyə başlayıb. Bunun sürətləndirilməsini vacib hesab edirik.
İpotekaya ayrılan əlavə vəsait tikinti sahəsindəki prob-lemləri, geriləmələri aradan qaldırmaq üçün impuls verə bilər. İpoteka kreditlərinin şərtlərinin yumşaldılması istiqa-mətində atılan addımlar sürətləndirilməlidir.
Ölkəmizdə hər üç ali təhsil alandan ikisi ödənişli təhsil alır. Orta əmək haqqı 500 manata çatmayan şəraitdə təhsil haqları 1000 manatla 5000 manat arasındadır. Çox ailələr bunu ödəyə bilmədiyinə görə minlərlə insan təhsildən kənarda qalır. Təhsil kreditləri haqqında qanun qəbul edilməsi istiqamətində addımlar atılmasını, bir də yerlərdə su, qaz və yol layihələrinin həyata keçirilməsinin sürətlən-dirilməsini vacib hesab edirik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hör-mətli hökumət üzvləri və deputat həmkarlar! Müzakirə olunan dövlət büdcəsi sosialyönümlü olmaqla iqtisadiy-yatımızın mənfi təsirlərdən qorunmasına hesablanmışdır. Bu sənədin hazırlanmasında iştirak etmiş bütün mütəxəssislərə öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, 2016-cı ilin dövlət büdcəsinin ondan qabaqkı ilin büdcəsi ilə müqayisədə az nəzərdə tutulmasına baxmayaraq, Azərbaycan dövləti ölkə iqtisadiyyatının gələn il də tarazlı, dinamik inkişafını təmin edəcəkdir.
Yola saldığımız illərdə iqtisadiyyatımıza kifayət qədər investisiya yatırılmış və ölkəmizin sosial infrastrukturu, demək olar ki, yenidən qurularaq müasirləşdirilmişdir. Qeyri-neft sektorunun inkişafına təkan verilməklə iqtisadiyyatımızın şaxələndirilməsinə nail olunmuş, çoxlu sayda istehsal sahələri açılmış, turizm, informasiya kom-munikasiyaları, kənd təsərrüfatı və sair sahələr dövlət investisiyaları yatırılmaqla inkişaf etdirilmişdir ki, bu da ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasında həlledici rol oynamaqdadır. Düşünürəm ki, əksər layihələrin icra olunaraq sona çatdırılması da dövlət büdcəsinin azalmasına şərait yaratmışdır.
Ötən illərin dövlət büdcələrinin müzakirələri zamanı biz deputatlar tərəfindən gündəmə gətirilmiş bəzi vacib məsə-lələr ölkənin sosial-iqtisadi inkişaf proqramlarına layihələr şəklində salınaraq dövlət başçısının sərəncamlarına əsasən icra olunmuşdur. İcra olunmamış bəzi təkliflərimiz də gələcək illərdə reallaşdırılacaqdır. Dövlət başçısı dünənki çıxışında da qeyd etdiyi kimi, vacib layihələrin həyata ke-çirilməsi təmin edilməlidir. İndiki halda isə dünyada maliyyə böhranının dərinləşdiyi və neftin qiymətinin kəskin surətdə aşağı düşdüyü bir dövrdə biz dövlət büdcəsinin xərclər hissəsində artımların edilməsi ilə bağlı təkliflər vermək əvəzinə gəlirlər hissəsində artımlara nail olmaq üçün səmərələşdirici təkliflərlə çıxış etsək, məncə, daha münasib olar.
Dövlət büdcəsinin gəlirlərini artıra biləcək sahələrdən biri də ölkənin kənd təsərrüfatıdır. “Kənd təsərrüfatı ili” elan olunmuş 2015-ci ildə və ötən illər iqtisadiyyatın bu sahəsinin inkişafına kifayət qədər investisiyalar qoyul-muşdur. Kənd təsərrüfatı təyinatlı torpaqlar vergidən azad edilmiş, subsidiyalar və sair güzəştlər tətbiq edilməklə kənd təsərrüfatının inkişafına nail olunmuş, ölkəmiz kənd təsərrüfatı məhsulları ilə özünü tam həcmdə təmin etməklə yanaşı, ixrac potensialını da artırmışdır.
Düşünürəm ki, indiki vəziyyətdə kənd təsərrüfatı məhsullarının ixracının artırılması üçün zəruri tədbirlər görməliyik. Yəni istehsal olunan kənd təsərrüfatı məhsullarının əmtəəyə çevrilməsi üçün tədarük məntəqələri, loqistik bazalar təşkil edilməli və tədarük qiymətləri qabaqcadan dövlət tərəfindən müəyyənləşdirilməlidir.
Düzdür, biz bazar iqtisadiyyatına keçmişik və qiymətlər təklif və tələbdən asılı olaraq müəyyənləşməlidir. Amma xüsusi bir hal kimi kənd təsərrüfatında bazarın tam formalaşdırılması üçün fermerlərin istehsal etdiyi məhsul-ların qiyməti dövlət tərəfindən müəyyənləşdirilərək tədarü-künün təşkilini vacib hesab edirəm. Çünki bu halda fermerlər istehsal edəcəkləri məhsulun satış qiymətini qabaqcadan bildikləri üçün rentabelliyi də hesablamaq imkanına malik olarlar. Belə tədarük və loqistik məntəqələri yaradılarsa, fermerləri istehsal etdikləri məhsulların satışı ilə bağlı problemlər düşündürməz və onların ancaq istehsalın artırılmasına marağı çoxalar. Beləliklə, kənd təsərrüfatı dövlət büdcəsinə ilbəil daha çox gəlir gətirən bir sahə olar.
Azərbaycan Respublikası iqtisadiyyatının əsas istiqamətlərindən biri kənd təsərrüfatının inkişaf etdirilməsidir. Bu, nəzərə alınaraq regionlarda emal və yeyinti sahələrinin inkişaf etdirilməsinə diqqət artırılmalıdır. Qeyd etdiyim sahələrin inkişaf etdirilməsi kənd təsərrüfatının inkişafına təkan verməklə yanaşı, yeni iş yerlərinin açılmasına və dövlət büdcəsinə əlavə gəlirlərin cəlb edilməsinə şərait yaradacaqdır.
Başqa bir təklifim bələdiyyələrlə bağlıdır. Bələdiyyələrə dövlət büdcəsindən hər il 5,2 milyon dotasiya ayrılır və onlar arasında bölüşdürülür. Bu məbləği ölkədəki 1607 bələdiyyə arasında bölüşdürəndə hər bir bələdiyyəyə düşən məbləğ çox az miqdarda olur və bələdiyyənin bu vəsaitlə hər hansı bir iş görməsi mümkün olmur. Ona görə təklif edirəm ki, bələdiyyələrə dövlət büdcəsində nəzərdə tutulmuş dotasiya vəsaiti 5 il müddətində hər il növbəli şəkildə müəyyən qrup bələdiyyələrə verilsin və ayrılacaq məbləğin təyinatı üzrə xərclənməsinə dövlət nəzarəti həyata keçirilsin. Belə olarsa, hər bir bələdiyyənin 5 illik fəaliyyəti dövründə bir dəfə bu vəsaitdən normal yararlanmaq, hər hansı layihəni həyata keçirmək, ən azından özü üçün inzibati bina tikmək imkanı olar.
Dövlət büdcəsi layihəsinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, hörmətli Sədr. Hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Komitələrin birgə iclasında hörmətli Samir müəllim bir məsələyə toxundu, dedi ki, vergi güzəştlərinin ləğv olunması gündəmdədir. Mən onu soruşmaq istəyirdim ki, belə bir məsələ var, ya yox. Çünki neft gəlirlərinin azaldığı bir vaxtda bu addım sahibkarlığın inkişafına mane ola bilər.
Əlbəttə, büdcə sənədi dövlət inkişaf proqramıdır və mən hesab edirəm ki, burada təkcə mövcud rəqəmləri yığıb mühasibat uçotu kimi verməkdən söhbət getməməlidir. Əgər neft gəlirləri azalıbsa, təbii ki, o gəlirlərin yerini doldurmaq üçün alternativlər düşünülməlidir. Bu isə maliyyə nazirinin işi deyil, hökumətin işidir. Hökumət alternativlərdən mükəmməl şəkildə istifadə eləməlidir. Bunun üçün geniş imkanlar var. Cənab Prezident 2014-cü ili “Sənaye ili”, 2015-ci ili “Kənd təsərrüfatı ili” elan elədikdə hər iki sahəyə ciddi şəkildə vəsaitlər ayırmaqla da buna imkanlar yaratmışdır. Prezidentin dünənki çıxışında da gördük ki, o bu məsələlərdə olduqca təşəbbüskardır. Amma mən bəzi nazirləri çıxmaqla deyim ki, digər nazirlər çox tənbəl davranır, Prezidentlə ayaqlaşa bilmirlər. Bütün təşəbbüsləri, axtarışları Prezident etməli deyil.
Mən hesab edirəm ki, kifayət qədər imkanlar yaranıb. Məsələn, Sumqayıt texnologiyalar parkı yaradılıb. Orada borular istehsal olunur. Bundan ötrü yarımfabrikatlar xaricdən alınır. O yarımfabrikatlar neftdən istehsal olunur. Neft ucuzlaşıb və onu xammal kimi satmaq sərf eləmirsə, biz özümüz həmin xammaldan yarımfabrikat və sonda da o Texnologiyalar parkında borular istehsal eləyə bilərik. Həm valyutamız kənara getməz, həm də ucuz şəkildə məhsul satmaya bilərik.
Başqa alternativlər də göstərmək olar. Həmin Texnolo-giyalar parkında elə dəzgahlar var ki, onlarda ən müasir si-lahlar, texnoloji vasitələr, hətta kosmik cihazlar belə istehsal eləmək mümkündür. Amma di gəl ki, bazara baxın, adicə masaüstü qaz plitələrini belə İrandan, Türkiyədən, Koreyadan alıb gətiririk. Halbuki bunları və bir çox başqa məhsulları Azərbaycanda istehsal eləmək imkanı var. İndi bizim üçün bu şərait yaranıbsa, niyə ondan istifadə eləmirik? Axı bunlar həm də iş yerləridir. Sadəcə, ixtisarlarla büdcəyə qənaət eləməli deyilik, istehsal sahələrini sahmana salmalıyıq.
Azərbaycanda 1970-ci illərin təcrübəsi var. O illərdə – rəhmətlik Heydər Əliyevin dövründə məişət kondisionerləri zavodu işləyirdi, soyuducular zavodu var idi və bizim məhsullarımız postsovet məkanında geniş şöhrət qazanmışdı. Müxtəlif avantürist layihələrə fantastik kreditlər ayırmaq əvəzinə biz nə üçün o vəsaitləri bu cür sənaye müəssisələrinin tikilməsinə ayırmayaq, niyə onları özümüz istehsal eləməyək? Axı indi biz ən sadə, az qala kustar üsulla istehsal olunan şeyləri də xaricdən valyuta ilə alıb ölkəyə gətiririk. Mən ona görə fikirləşirəm ki, bu məsələlərə bir daha baxmaq lazımdır.
Dövlət Neft Fondunun vəsaitlərindən danışılır. Mən də 2013-cü ildən bəri bir neçə dəfə məsələ qaldırmışam ki, Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsini ölkəyə gətirib, burada daha səmərəli istifadə etmək olar. Məsələn, əsgərlikdən qayıdan hər bir gəncə 3 faizlə kredit vermək mümkündür, qoy iş yeri açsın, kiçik istehsal sahəsi düzəltsin. Torpaq sahəsi verək, kənddəkilər kənddə, şəhərdəkilər də şəhər ətrafında mənzil tiksinlər. Həm mənzil problemi həll olunsun, həm iş yerləri açılsın, həm də gənclərimiz xaricə axışıb getməsinlər. Bunları eləmək mümkündür axı. İndi də bunları eləmək mümkündür. Hətta o vəsaitləri gətirməklə bankların likvidlik məsələsinə də xeyli əl qoymaq olardı.
Son 15 ildə bizim çox böyük, 120–130 milyard civarında gəlirlərimiz olub. Bu rəqəmlə boş bir yerdə, səhrada böyük bir dövlət qurmaq mümkündür. Belə bir təcrübə də var. İsrail yarananda o ərazidəki səhraya 450 min yəhudi gətir-dilər. Onlar cəmi-cümlətanı 20 min kvadratkilometrlik bir ərazidə dövlət qurdular. İndi duzlu sudan şirin su istehsal edirlər, kənd təsərrüfatı ən inkişaf eləmiş səviyyədədir, illik gəlirləri 200 milyard avro civarındadır. Biz də bu təcrübədən istifadə edə bilərik. Mənə elə gəlir ki, Prezidentin ortaya qoyduğu iradə və çağırışlar da məhz buna hesablanıb.
Biz neftsiz bir büdcənin formalaşması üçün çalışmalıyıq. Yoxsa neftdən əldə olunan gəlir filan qədər azalıb, ona görə xərcləri də bu qədər azaldaq… Bu çox primitiv yanaşmadır. Günün birində neftin barel 1998-ci ildəki kimi, 10 dollara düşərsə, onda nə olacaq? Mən hesab edirəm, bundan sonra biz tamamən neftdən asılı olmayan büdcə hazırlamaq üzərində düşünməliyik.
Mən düşünürəm ki, hökumət bir az toparlansa və bir az da qənaət rejimi ilə işləsə, daha normal olar. Bayaq kifayət qədər açıq mətnlə dedim ki, bəzi nazirlər tənbəllik edirlər. Amma idarəetmədə həm də bir paralellik var. Bu paralelliyi aradan qaldırmaq məqsədi ilə bir çox dövlətlərin təcrü-bəsindən yararlanmaqla islahatlar aparmaq, idarəetməni Prezident Aparatında saxlayaraq operatorluğu birbaşa yer-lərə verməklə ara strukturları ləğv etmək olar. Biz əgər idarəetmədə paralelliyi aradan qaldırmaq istəyiriksə, bu islahatlar aparılmalıdır.
Kommunal sektorla bağlı. Mən bu barədə də dəfələrlə məsələ qaldırmış və demişəm ki, dövlət idarəetməni özündə saxlamaq şərtilə kommunal sektoru yerli özünüidarəetməyə verə bilər. Bu axı yükdür, ona hər il vəsait ayırmaqdansa, onu özünüidarəetməyə verməklə oradan vəsait əldə eləmək imkanları vardır. Bu niyə dəyərləndirilməsin, bundan isti-fadə olunmasın? Bir daha xahiş edirəm, bu təklif nəzərdən keçirilsin. Yoxsa təkcə ixtisarlarla bir şeyə nail olmaq mümkün deyil.
Eyni çağırışla Prezidentin də dünən gözəl bir çıxışı oldu. Mən düşünürəm ki, bu çıxışın özünü bir proqram kimi götürüb büdcədə dəyişiklik eləmək lazımdır. Büdcə fəlsəfəsini dəyişməliyik. Samir müəllim sadəcə olaraq, ona verilən rəqəmlərdən, maliyyə imkanlarından çıxış edərək mükəmməl bir sənəd hazırlayıb. Amma bu sənəd, bu dövlət proqramı hökumət tərəfindən daha mükəmməl şəkildə hazırlanmalıdır.
Mən çox məsələlərə toxunmaq istəyirdim. Təəssüf ki, vaxtımız məhduddur. Mən hesab edirəm ki, bugünkü büdcə layihəsi günümüzün reallıqlarına və Azərbaycanın imkan-larına adekvat bir sənəd deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli hökumət üzvləri, dəyərli həmkarlar! Bir neçə ildir ki, dünya qlobal turbolentlik mərhələsinə qədəm qoyub və bu turbolentlikdən doğan silkələnməni elə bir ölkə yoxdur ki, öz üzərində hiss etməsin. Azərbaycan da, təbii ki, istisna deyil. Cənab Prezidentin və onun komandasının işləyib həyata keçirdiyi siyasətin nəticəsidir ki, bu turbolentliyi öz üzərində ən az hiss edən ölkələrdən biri və bəlkə də birincisi Azərbaycandır. Ölkənin bir növ maliyyə konstitusiyası rolunu oynayan büdcənin tərtibində də bunu görürük. Bilirsiniz, bizdə misal var, deyirlər ki, dostunu göstər, deyim sən kimsən. Bunu bir balaca interpretasiya etsək, demək olar ki, büdcəni göstər, deyim sən necə dövlətsən.
2016-cı ilin büdcəsi bizim dövlətimiz haqqında bu baxımdan nə deyir? Onu deyir ki, neftin qiymətinin ucuz-laşmasına baxmayaraq, bu dövlət yenə də sosialyönümlü, ordu quruculuğu və təhlükəsizlik məsələlərini ön planda saxlayan, təhsil və elmə diqqət yetirən, əgər belə demək mümkündürsə, refleksli, yəni daim görülən işləri təkrar nəzərdən keçirərək mükəmməlliyə can atan bir dövlətdir.
Büdcəmiz balanslı bir büdcədir, cənab Prezidentin tələbinə uyğun olaraq əvvəlkilərdən daha çox proqramlar üzərində qurulan, bu zaman ünvanlılıq amili də nəzərə alınan büdcədir. Büdcəmiz, eyni zamanda, geosiyasi çalxantılara, xammal bazarında yaranmış vəziyyətə, qlobal müstəvidə gedən ticarət və məzənnə savaşlarına rəğmən real büdcədir.
Biz hansı gerçəkliklərə dayanaraq onu real adlandırırıq? Birincisi, ona əsaslanırıq ki, gələn ilin büdcəsi təkcə neftin qiymətinə deyil, demək olar ki, bir çox baxımdan konserva-tiv proqramlara dayanaraq əvvəlkilərdən daha koordinasiyalı şəkildə hazırlanıb. İkincisi, onun reallığının qarantı kimi bizim bugünkü vəziyyətimiz durur, üçüncüsü isə, əvvəlki büdcələrin necə yerinə yetirilməsi təcrübəsi göstərir ki, bu büdcə də real büdcədir.
Yadıma gəlir, ötən il burada deyilirdi ki, büdcə xərc-lərinin artımının ümumi daxili məhsulun artım proqnozunu üstələməsi inflyasiya riskinin 5,7 faiz səviyyəsində göstərilməsini bir az şübhə altında qoyur. Bundan başqa, Avropada və Amerikada əlavə valyuta bazara çıxarılmalı idi. Üstəlik də biz devalvasiya prosesi ilə qarşılaşdıq. Bütün bunlara baxmayaraq, dünən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında cənab İlham Əliyevin bildirdiyi kimi, inflyasiyanın səviyyəsi cəmi 3,7 faiz olub. Əhalinin pul gəlirləri isə 5,8 faiz artıb ki, bu da cari ildə dolanışığın yaxşılaşdığının göstəricisidir. Heç təsadüfi deyil ki, 2015-ci ilin qlobal qida təhlükəsizliyi indeksinə görə, 2000-ci ilə nisbətən 17 ölkədə 50 faiz və daha çox artım qeydə alınıb ki, onların da ön sırasında Braziliya, Xorvatiya, Peru kimi ölkələrlə yanaşı Azərbaycan da gedir.
Bu günün reallığı budur ki, Beynəlxalq Valyuta Fondu bu il üçün əksər ölkələrlə bağlı bədbin proqnoz verdiyi halda Azərbaycanla bağlı proqnozunu 3,4 faiz artırdı. Halbuki bizə örnək ölkə modeli kimi sırınan Ukrayna üçün proqnozlar daha da bədbinləşdirildi, səhv etmirəmsə, 12–13 faiz enişin olacağı bildirildi. Orada qubernator kimi işləyən Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin sözlərinə görə, hətta ildə 6 faiz artım olacağı halda belə Ukrayna 20 ildən sonra yalnız 2013-cü ilin səviyyəsinə gəlib çatacaq. Üç beynəlxalq reytinq agentliyinin üçü də Azərbaycan üçün reytinqi stabil saxladı ki, bu da çox az sayda ölkə üçün olan bir reytinqdir.
Bildiyiniz kimi, hazırda bizə yaxın olan ölkələrdə xaos yaşanır və o xaos qonşularımıza da sıçradılır. Amma bütün bunlara baxmayaraq, şükürlər olsun ki, Azərbaycanda siyasi sabitlik var və təhlükəsizlik yüksək səviyyədə qorunub saxlanır. Bütün bu uğurların, bu makroiqtisadi göstəricilərin kökündə məhz bu amil durur. Ümid edirəm ki, cənab Prezidentin dünən anonsunu etdiyi və indiyəcən keçirilən struktur islahatları daha intensiv aparıldıqdan sonra maliyyə intizamının yüksəldilməsi və izafi xərclərin aradan qaldırılması 2016-cı il büdcəsinin daha uğurlu şəkildə yerinə yetirilməsində öz müsbət rolunu oynayacaq.
Həmişə artım baxımından geridə qalan, bu ilin 9 ayının nəticələrinə görə isə sənayeni qabaqlayan kənd təsərrüfatı sahəsindəki 6,7 faizlik artım da sabaha ümidlə baxmağa əsas verir. Cənab Prezident dünənki iclasda da vurğuladı ki, artıq bir çox dövlətlərdə logistika mərkəzlərinin yaradılması və bu il də “Kənd təsərrüfatı ili” çərçivəsində aparılan bir sıra ardıcıl addımlar ondan xəbər verir ki, gələn il bizim iqtisadiyyat üçün önəmli sahələrdən biri məhz kənd təsərrüfatı olacaqdır.
Təbii, Tərtərdən seçilən bir millət vəkili kimi mən də istəyərdim ki, bu sahədə Tərtərin də böyük rolu olsun və özünü dolandıran o 6 rayon sırasına Tərtər də qoşulsun. Amma təəssüf ki, cəbhəyanı bölgə olduğundan və erməni-lərin işğalçı rejiminin Sərsəng su anbarının qarşısını kəsib suyu biz tərəfə buraxmadığından Tərtərdə hazırda bu müm-kün deyil.
Ona görə mən də həmkarım Qənirə xanımın çağırışına qoşularaq hökumət üzvlərinə səslənir, onlardan xahiş edirəm ki, cəbhəyanı bölgələrdəki bu reallığı nəzərə alsınlar. Həm vergi siyasətində, həm sosial müavinətin ödənilməsində, həm də ixtisarların aparılmasında bir az diferensial yanaşma olmalıdır. Bu ixtisarları, düzdür, büdcə xərclərinin daha qənaətlə xərclənməsi tələb edir. Amma nəzərə almaq lazımdır ki, Tərtər həm paytaxtdan uzaq, həm də cəbhə bölgəsi olduğundan ora sahibkarlar o qədər də həvəs göstərmirlər. Ona görə iş yerlərinin qorunub saxlanılması orada son dərəcə aktual məsələlərdən biridir və bir daha deyirəm ki, burada diferensiallıq nəzərə alınmalıdır.
Bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Təsəvvür edin ki, hazırda məhz bu cür reallıqdan yaranmış bir vəziyyət var. Dövlət başçısının göstərişi ilə Tərtərdə Mərkəzi Xəstəxana çox yüksək səviyyədə təmir olunub. Amma təəssüf ki, orada cərrahiyyə əməliyyatı aparmaq olmur, çünki anestezioloq yoxdur. Ümumiyyətlə, Tərtərdə 41 həkim ştatı boşdur. Təcrübəli həkimləri artıq yaş senzi ilə bağlı işdən çıxarıblar, yeniləri isə gəlmir. Bu bir daha onu göstərir ki, biz ipoteka siyasətində müəyyən dəyişikliklər etməliyik. Rusiya dövləti həkimləri regionlara həvəsləndirmək üçün bu yaxınlarda bir proqram həyata keçirirdi. Onlar bu problemi bizdən daha kəskin yaşayırlar. Mənə elə gəlir ki, o proqramla da bağlı müəyyən şeylər düşünmək olar.
Təbii ki, Tərtər cəbhə bölgəsi olaraq cənab Prezidentin diqqət və qayğısını öz üzərində daim hiss edir. Son zamanlar iki dəfə Prezident fondundan ayırmalarla yolların çəkilişi, eyni zamanda, yeni məktəbin, səhiyyə obyektinin tikintisi bunun bariz sübutudur. Amma bununla yanaşı, orada bir çox səhiyyə və mədəniyyət obyektlərinin, ən başlıcası isə məktəblərin əsaslı təmirinə böyük ehtiyac var.
Səhiyyədən söhbət düşmüşkən mən də həmkarlarımın ic-bari tibbi sığortanın tətbiqi və digər məsələlərlə bağlı təklif-lərinə qoşuluram. Fikirləşirəm ki, bu həm də ölkədən xaricə müalicə üçün gedənlərin sayının azaldılmasına öz müsbət təsirini göstərəcək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Ümumdünya iqtisadi böhranı fonunda kiçik dövlət olan Azərbaycanın öz daxili resursları hesabına vətəndaşlarının rifah halını yüksəltməyə, iqtisadi artım tempini ayaqda tutmağa, sosialyönümlü tədbirləri da-vam etdirməyə çalışması çox böyük uğurdur.
Gəlirlərinin böyük hissəsi neftdən asılı olan dövlətimizdə neft gəlirlərinin aşağı düşməsinə baxmayaraq, 2015-ci ilin birinci yarımilliyində ümumi daxili məhsulun real artım tempi 5,7 faiz təşkil edir. Qeyri-neft sahələrinin inkişaf dinamikası 9,2 faiz olub. Xüsusən kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb.
Hər dəfə büdcə müzakirəsi zamanı qeyri-neft sektorunun, yəni metallurgiya, tikinti materialları sənayesinin, həmçinin qida təhlükəsizliyi üçün yeyinti sənayesinin, heyvandarlığın, damazlıq işinin, aqrar sektorun inkişaf etdirilməsinin vacibliyini qeyd etmişəm. Çünki fikir versək, görərik ki, önümüzdəki il Dövlət Neft Fondundan transfert 6 milyard manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 4,3 milyard manat azdır.
Buna görə yenə vurğulamaq istəyirəm ki, qarşıdakı 5–10 il ərzində yuxarıda adını çəkdiyim sahələrə sürətli bir şəkildə keçid etməliyik. Bunun üçün də sahibkarlığı müxtəlif güzəştlərlə təşviq etməli, xüsusən kiçik və orta sahibkarlığı qorumalı, inkişaf etdirməliyik. Bu barədə mənim həmkarlarım kifayət qədər danışıblar.
Su resursları az olan rayonlarımızda kənd təsərrüfatının inkişafı üçün həmçinin artezian quyularının qazılması da-vam etdirilməlidir. Keçən illər ərzində Masallıda torpaq-ların suvarılması üçün bir neçə artezian quyusunun qazıl-masına yaxından köməklik etdiyi üçün mən Meliorasiya və Su Təsərrüfatı ASC-yə təşəkkür edirəm. Arzu edərdim ki, gələcək illərdə də bu proses həm Masallı, həm də digər ray-onlarımızda davam etdirilsin.
Müşahidə etdiyim bir mənzərə ondan ibarətdir ki, bir sıra rayonlarımızda geniş pay torpaqları əkilmədən saxlanılır. Bilirəm ki, bu istiqamətdə cənab Prezident tərəfindən çox ciddi tapşırıqlar verilib. İş planı hazırlanır. Biz çalışımalıyıq ki, boş torpaqların əkilib-becərilməsi tam təmin edilsin. Bunun üçün də ola bilər ki, həmin boş sahələr müəyyən güzəştlər müqabilində pay torpağı sahibinə də münasib illik icarə haqqı ödəmək şərti ilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərə və ya iri sahibkarlara verilsin. Bunu hər hansı bir rayonumuzda eksperiment kimi başlayıb, sonradan digər rayonlara da tətbiq etmək lazımdır.
Toxunmaq istədiyim digər sahə turizmdir. Bu məni çox narahat edən bir məsələdir. Belə ki, dünyanın bir çox dö-vlətlərində büdcə gəlirlərinin 70–80 faizini turizmdən gələn daxilolmalar təşkil edir. Azərbaycanın isə turizm potensialı çox zəngindir. Cənub, Qərb, Şimal bölgələrimiz, Abşeron yarımadasının özü əsl turizm zonasıdır. Bu barədə çox danışılır, yazılır, çoxlu işlər görülür. Lakin biz hələ də turizmi istədiymiz səviyyədə inkişaf etdirə bilməmişik.
Bunun səbəbi nədir? Hesab edirəm ki, ən əsas faktor qiy-mətlərin yüksək olması, təklif olunan xidmətlərin keyfiyyə-tinin Avropa standartlarından geri qalması, özü də xidmətlərin və əyləncə növlərinin rəngarəng olmaması, alternativ turizm növlərinin inkişaf etməməsi, gözəl təbiətimizin çirklənməsi, ətraf mühitin, xüsusən əksər meşə və çimərliklərin zibillənməsi, reklam işinin düzgün təşkil edilməməsidir. Bir sözlə, bu sahədə çatışmazlıqlar yetərincədir.
Hazırda Yaxın Şərq ölkələrində, Türkiyədə, hətta Avropa dövlətlərinin özündə vəziyyətin çox mürəkkəb olması belə düşünməyə əsas verir ki, biz turizm sahəsinə gərəkli diqqəti ayırsaq və bu sahə ilə sistemli şəkildə məşğul olsaq, tez bir zamanda ölkəmizə daha çox turist cəlb edə və iqtisadiyyatın bu növündən daha çox gəlir əldə edə bilərik.
2016-cı ilin büdcə zərfini oxuyarkən əmin olursan ki, cənab Prezidentin də dediyi kimi, növbəti ildə sosial layihələr dayandırılmayacaq. Sosial paket azalmamaqla yanaşı 22 milyon manat çoxalıb. Həmçinin 12 şəhər və ray-onumuzda 22 min nəfərdən çox müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulub. Növbəti ilin dövlət büdcəsi layihəsində bununla bağlı əlavə olaraq 50 milyon manat vəsait proqnozlaşdırılıb. Şadam ki, bu ilk 12 rayon arasında Masallı rayonu da var. Ona görə də mən müvafiq quruma öz təşəkkürümü bildirirəm.
Digər bir mühüm sahə olan səhiyyə haqqında. Səhiyyədə 2016-cı ildə xərclər bölməsi 2015-ci illə müqayisədə 4,6 faiz azdır. Məncə, bu amil sürətlə inkişaf edən, pozitiv mənada modernləşən səhiyyə sistemimizə uyğun deyil. İstərdim ki, digər bölmələr üzrə azalmalar hesabına səhiyyə sisteminin xərclərinə toxunmayaq, əksinə, səhiyyə işçilərinin əmək haqqında müəyyən artımlar etmək üçün vəsait nəzərdə tutaq.
Bildiyimiz kimi, cənab Prezidentin tapşırığı əsasında 2018-ci ilə qədər bütün Qarabağ müharibəsi veteranlarının tam şəkildə mənzillə təmin edilməsi nəzərdə tutulub. Amma unutmayaq ki, bununla iş bitmir. Daha sonra sıra Əfqanıstan və Çernobıl əlillərinə, digər növ əlillərə gəlir. Buna görə də dövlət bu qədər yükün altına girməməlidir. Mən belə bir təkliflə çıxış etmək istərdim ki, icra hakimiyyətləri yerlərdə böyük tikinti şirkətlərinə, iri sahibkarlara sahibkarlıq fəaliyyətləri üçün təmənnasız torpaq sahələri ayırsınlar, onlara güzəştlər edilsin. Bunun müqabilində həmin şirkətlər binalar inşa etsinlər və onların müəyyən qismini gəlir əldə etmək üçün özləri satsınlar, bir qismini də veteranların mənzillə təmin olunmasına yönəltsinlər. Hesab edirəm ki, bu yolla biz əlillərin mənzil problemlərini böyük bir vəsait xərcləmədən həll edə bilərdik.
Qeyd etmək istədiyim digər mühüm məsələ ipoteka və ümumiyyətlə, kredit verilişi ilə bağlıdır. Belə ki, vətəndaş bankdan 10–20 min manatdan çox kredit götürmək istədikdə banklarımız yalnız Bakı və Sumqayıt şəhərlərində yerləşən mənzilin və ya mülkün girov qoyulmasını tələb edir. Buna görə də rayon camaatı – hətta torpaq sahəsi və yaxşı mülkləri olan insanlar istədikləri krediti ala bilmirlər. Hesab edirəm ki, bu, istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır və ona görə də biz növbəti ildə bu məsələyə diqqət ayırmalıyıq.
Mən o fikirdəyəm ki, hökumət və biz, qanunverici orqa-nın nümayəndələri bir sıra problemlərə daha müasir və daha sistemli yanaşma tərzi tapmalıyıq. Məsələn, ipoteka kreditləşməsi, sosial mənzillərin tikintisi, qəzalı evlərdən vətəndaşlarımızın köçürülməsi, rayonlar üçün hələ də ən kəskin məsələ olan cavanların işsizliyi, kiçik sahibkarlığın qorunması, kreditlərin verilməsi əsasında ünvanlı sosial yardımın yeni modelinin işlənməsi və sair. Bir sözlə, əhalini ələbaxımlılıqdan uzaqlaşdırmağın vaxtı çatıb. Necə deyərlər, onlara balıq vermək əvəzinə balıq tutmağı öyrətmək lazımdır. Cənab Prezidentin dünənki çıxışı da bizi buna istiqamətləndirir.
Ümumilikdə 2016-cı il büdcə zərfini mən müsbət qiymətləndirirəm. Cənab Baş nazirə və onun komandasına təşəkkür edirəm. Mən bu büdcənin lehinə səs verəcəyəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Bu gün qloballaşan dünyada hansı proseslərin getdiyi hamımıza məlumdur. Dü-nyada gedən iqtisadi, siyasi, hərbi proseslərin fonunda bizə təqdim olunmuş 2016-cı ilin büdcəsi, hesab edirəm ki, tam real və bizim imkanlarımızı nəzərə alan çox təmkinli büdcədir. Mən hesab edirəm, biz bu büdcə ilə 2016-cı ildə qarşımızda duran məsələləri həll edə bilərik.
Hörmətli deputat həmkarlarım, mən, eyni zamanda, bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, dü-nən hökumətin iclasında möhtərəm Prezidentimiz proqram xarakterli çox geniş bir çıxış etdi, dövlətin prioritet istiqamətlərini göstərdi. Çıxışda qeyd olundu ki, 2013-cü ildə sosial proqramlar tam yerinə yetiriləcək.
Eyni zamanda, dövlətin prioritet istiqamət hesab etdiyi bəzi sahələr var ki, onlardan biri də “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin işlək vəziyyətə gətirilməsidir. Bax bununla əlaqədar mən bəzi məsələləri sizin diqqətinizə çatdırmaq istəyirəm. “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İran Dəmir Yolları ilə birlikdə fəaliyyətə başlayıb. Yeri gəlmişkən, 3 gün bundan əvvəl Astarada toplaşmış dövlətlərarası müştərək komissiyada bu məsələ müzakirə olunurdu. Bu dəhlizin Azərbaycan Respublikası üçün çox ciddi əhəmiyyət daşıdığı heç kəsdə şübhə doğurmur. Belə ki, strateji cəhətdən çox önəmli olan bu dəhlizin potensialı olduqca yüksəkdir.
Avropa Birliyi ilə Hindistan arasında cari ticarət dövriy-yəsi illik 25,5 milyon ton təşkil edir və bunun 94 faizi dəniz yolu ilə daşınmaqdadır. Rusiya ilə İran arasında 2014-cü il üzrə ticarət dövriyyəsi 3,3 milyon ton təşkil etmişdir. Digər ətraf ölkələri (Əfqanıstan, Pakistan və başqa ölkələri) də nəzərə almaqla illik 30 milyon ton yükün hərəkət etdiyi nəqliyyat dəhlizi burada tranzit vaxtı və qiyməti baxımından ən effektiv logistik həll yoludur.
Yuxarıda qeyd olunan bütün yüklərin sözügedən dəhlizə cəlb olunması üçün aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur: 1) Azərbaycan Astarası ərazisində mövcud dəmir yolu xətti İran sərhədinə qədər 8,3 kilometr uzadılır; 2) sərhəddə olan Astara çayı üzərindən 100 metr uzunluqda körpü inşa olunur; 3) İran Astarası ərazisində 1,7 kilometr əlavə dəmir yolu xətti çəkilir; 4) İran Astarasında 10 hektar ərazidə yük terminalı inşa edilir və həmin terminal yüklərin qəbul olunaraq saxlanması, emalı, sənədləşdirilməsi və yük vaqonlarına yüklənməsi funksiyalarını həyata keçirir. Beləliklə, Azərbaycan ərazisinə tranzit rejimi statusu ilə daxil olacaq yük vaqonlarının Rusiya istiqamətində hərəkəti asanlaşmış olacaq ki, bu da logistikanın səmərəli təşkili baxımından tranzit qiymət və tranzit vaxt meyarlarına ciddi təsir göstərəcəkdir.
Azərbaycan Respublikası və İran İslam Respublikasının müştərək idarəçiliyində olacaq sözügedən yük terminalının fəaliyyəti həm idarəçiliyin, həm də gəlirlərin bərabər bölüş-dürülməsi şərti ilə həyata keçiriləcəkdir. Bu yük terminalı hər iki ölkənin təsdiq etdiyi xüsusi iqtisadi rejim statusunda fəaliyyət göstərməklə Rəşt–Astara dəmir yolu xəttinin tikintisindən sonra təkər qoşqularının dəyişdirilməsi üçün də istismar olunacaqdır. Astara rayonu ərazisində mövcud dəmir yolu xəttinin 8,3 kilometr uzadılması və sərhəddə olan Astaraçay üzərindən körpünün inşa olunması üçün təxminən 40 milyon ABŞ dolları tələb olunur.
Hazırda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiya çərçivəsində təşkil olunmuş işçi qrupu yuxarıda deyilənlərin icra olunması üzərində çalışır. İlkin mərhələdə 5 milyon ton, növbəti mərhələdə isə 10 milyon ton yükün Şimal–Cənub tranzit dəhlizinə cəlb olunması planlaşdırılıb.
Hörmətli deputat həmkarlarım, möhtərəm Prezidentin də dediyi kimi, prioritet istiqamət təşkil edən “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin açılması, – artıq yuxarıda qeyd etdim, – Azərbaycan büdcəsinə bu qədər əlavə gəlir-lərin gəlməsini təmin edəcəkdir. Ona görə də hökumət üzvlərindən çox xahiş edərdim, bu məsələni həmişə diqqətdə saxlasınlar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Hörmətli Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Müzakirəyə çıxarılmış 2016-cı ilin büdcə zərfində ölkənin iqtisadi inkişafı üçün lazım olan bütün zəruri məqamlar nəzərə alınıb. Həm 2014 və 2015-ci illərin, həm də deyərdim ki, son 5 ilin iqtisadi inkişaf göstəricilərinin təhlili əsasında çox nikbin və inkişafa yönəli bir büdcə layihəsi formalaşdırılıb.
Azərbaycanda bu gün iqtisadi yüksəliş davam edir. Ölk-ədə artıq dayanıqlı infrastruktur yaradılıb və bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq bütün sistemlər, iqtisadi rıçaqlar işə salınıb. Hesab edirəm ki, bu proses geriyədönməzdir və ölkəni yalnız tərəqqiyə, irəliyə doğru aparacaqdır.
Amma şübhəsiz ki, dünyada baş verən həm siyasi, həm də iqtisadi-maliyyə böhranları dünya sisteminin bir hissəsi kimi Azərbaycan iqtisadiyyatına və Azərbaycanda gedən proseslərə də bizi yenidən nəzər salmağa vadar edir. 2016-cı ilin büdcəsi bu baxımdan çox həssaslıqla hesablanıb və hörmətli maliyyə nazirinin məruzəsində qeyd etdiyi kimi, ola biləcək riskləri önləmək üçün müəyyən ssenarilər də nəzərdə tutulub ki, bu da büdcə zərfinin uğurla həyata keçirilməsinə kifayət qədər təminat verir.
Biz 2015-ci ilin 9 ayının göstəricilərinə nəzər salsaq, ölkə iqtisadiyyatında ümumi daxili məhsulun 3,7 faiz artdığını və qeyri-neft sektorunun yüksələn templə inkişaf etdiyini görə bilərik. Halbuki Avrozonada biz bunu qətiyyən müşahidə etmirik. Bütövlükdə Avrozona üzrə 1,3–1,9 faizə qədər iqtisadi artım müşahidə edilir. İnkişaf etmiş bəzi Avropa ölkələrində isə iqtisadi artım hətta 0–0,3 faiz səviyyəsindədir və o ölkələr çalışırlar ki, bu, heç olmasa, 2009-cu ildə olduğu kimi, mənfiyə doğru irəliləməsin.
2009-cu ildə Azərbaycan çox yüksək sıçrayışla inkişaf edən bir ölkə idi. Həmin dövrdə dünya böhranlar yaşayırdı. Amma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu Azərbaycanın yeni iqtisadi inkişaf modeli bu sınaqlardan uğurla çıxaraq göstərdi ki, müasir dövrdə iqtisadiyyatın inkişafı üçün ən gözəl bir modeldir və bütövlükdə dünya üçün bir örnək ola bilər.
Çox yaxşı haldır ki, ölkəmizdə artıq 66 rayondan 6-sı mərkəzi büdcədən dotasiya almadan özü öz büdcəsini for-malaşdırır və bu tendensiya getdikcə artır. Azərbaycan Res-publikası Prezidentinin 2003 və 2004-cü illərdə imzaladığı və davamlı olaraq həyata keçirilən regionların iqtisadi ink-işaf dövlət proqramları bu baxımdan artıq öz bəhrələrini verir və bu uğurlu siyasət bu gün də davam etdirilir.
Bütün böhranlara baxmayaraq, ölkə iqtisadiyyatına 16 milyard sərmayə qoyulub ki, onun da təxminən 9 milyardı daxili sərmayələrdir. Hesab edirik ki, bu sərmayələrin özü ölkə iqtisadiyyatı üçün çox böyük bir rezervdir və yaxın gələcəkdə bizim riskləri önləyərək iqtisadiyyatımızın artıq proqnozlaşdırılmış dayanıqlı artımını təmin edə biləcəkdir.
Əlbəttə, müxtəlif sahələrdə böyük islahatlar gedir. Dövlət başçısının bəyan etdiyi kimi, bu islahatlarda ən böyük vəzifələrdən biri Azərbaycanda insan kapitalının formalaşdırılmasıdır. Bu gün Azərbaycanda təhsil sahəsində həyata keçirilən çox uğurlu islahatlar insan kapitalının formalaşması və gələcəkdə ölkənin qeyri-neft sektorunun inkişafı üçün həlledici amilə çevrilib. Hesab edirəm ki, burada inkişafın davamlı və dayanıqlı olması üçün bu sahəyə müəyyən investisiyaların yönəldilməsi daha düzgün və məqsədəuyğun olardı.
Eyni zamanda, mən qeyd etmək istəyirəm ki, ölkədə məcburi köçkünlərə və qaçqınlara dövlət daim diqqət və qayğı göstərmişdir. Azərbaycan kiçik bir dövlət olmasına baxmayaraq, 1 milyondan artıq məcburi köçkün və qaçqın problemi ilə üzləşmiş və bu problemi öz iqtisadiyyatını inkişaf etdirməklə uğurla həll etmişdir. Dünyanın heç bir yerində analoqu olmayan bir layihə həyata keçirilibdir. Dövlət öz hesabına yüz minlərlə məcburi köçkün və qaçqın üçün yeni evlər, qəsəbələr, məktəblər, xəstəxanalar, uşaq bağçaları tikib onların istifadəsinə verib. Eyni zamanda, məcburi köçkünlər və qaçqınlar dövlət hesabına bütün kommunal xərclərdən azaddırlar.
Amma dünyada bu gün nə baş verir? Avropaya Suriyadan və başqa bölgələrdən təxminən 100–150 min qaçqın köç etməyə başlayıb. 800 milyonluq koskoca bir Avropa təlaş keçirir və deyir ki, bu, Avropa üçün çox böyük humanitar bir fəlakətdir. Orada qaçqınlara münasibət də tamamilə başqadır. Amma biz vaxtilə bu məsələləri qaldırmışdıq, bu gün də deyirik ki, təcavüzkar cəzalandırılmalı, müharibələr dayandırılmalı və bunlara qiymət verilməlidir ki, qaçqın problemləri artmasın, əksinə, öz həllini tapsın.
Bu baxımdan Ermənistanın və onun azərbaycanlılara qarşı soyqırımı həyata keçirmiş cinayətkar rəhbərliyinin Azərbaycanı yenidən təhdid etməsi, Azərbaycana qarşı müharibə və Azərbaycan ərazilərinin Ermənistana birləşdi-rilməsi çağırışları böyük bir təxribatdır.
Bunların hamısı Minsk Qrupu həmsədrlərinin gözü qar-şısında baş verir. Bizim məcburi köçkünlər çox haqlı olaraq Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin onları qətiyyən qane etmədiyini, onların işindən çox narazı olduqlarını qeyd edir və onlara qarşı öz sərt tələblərini irəli sürürlər. Cinayətkar rejim cəzalandırılmalı, Ermənistan silahlı qüvvələri işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır. Bu baxımdan dövlət başçısının apardığı siyasət – iqtisadiyyatımızın və ordumuzun gücləndirilməsi, siyasətdə ölkəmizin əldə etdiyi uğurlar, şübhəsiz ki, Azərbaycanın bu təhdidlərə lazımi cavab vermək və artıq öz ərazi bütövlüyünü təmin etmək iqtidarında olduğunu göstərir.
Biz bütün layihələrin mərhələli şəkildə həyata keçiril-məsinin tərəfdarıyıq. Sərmayələr ilk növbədə ölkə iqtisadiyyatına böyük dividentlər gətirə bilən sahələrə yönəldilməlidir. Bu sahələrdən biri, hesab edirəm ki, rabitə və informasiya texnologiyaları sahəsidir. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ən böyük, yəni 17 faizdən artıq bir artım əldə olunmuşdur və bu artım yüksələn templə gedir.
Azərbaycan bu gün artıq kosmos dövlətinə çevrilib. Azərbaycan peyklərinin orbitə çıxarılması və informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf gələcəkdə ölkənin yüksək texnologiyalar dövlətinə çevrilməsinə şərait yaradır.
Hesab edirəm ki, dövlət büdcəsi çox balanslaşdırılmış şəkildə hazırlanıb və onun qəbulu ölkəmizin davamlı inki-şafına öz töhfəsini verəcəkdir. Mən də bu büdcə layihəsini yüksək qiymətləndirir və deputat həmkarlarıma onun təsdiqinə səs verməyi təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri və hörmətli həmkarlar! 2016-cı il dövlət büdcəsinin layihəsi dünyada gedən iqtisadi, maliyyə, hərbi-siyasi, sosial kataklizmlərin və eyni zamanda, böyük humanitar fəlakətlərin fonunda bütün riskli anlar nəzərə alınaraq hazırlanmış və müzakirəmizə bitkin bir sənədlər toplusu təqdim olunmuşdur.
Ötən illərin tarixi təcrübəs göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən maliyyə-iqtisadi strukturları idarə edən şəxslər kifayət qədər məsuliyyətli və peşəkar bir formada öz vəzifələrini yerinə yetirirlər. Azərbaycan onu gözləyən bu və ya digər kataklizmlərdən tam mənada sığortalana bilir. Bu gün Azərbaycanın sabit, dinamik inkişafı, regionda baş verən xoşagəlməz hadisələrdən sığortalanması məhz bu peşəkar idarəetmə sisteminin və bizim çox hörmətl peşəkar məmurların zəhmətinin məntiqi nəticəsinə söykənir.
Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, büdcədə yenə də sosial sahəyə və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilməsi göstərir ki, ölkəmiz gələcəkdə Azərbaycanı da gözləyə biləcək bu və ya digər xoşagəlməz hadisələrdən sığortalandığı üçün bizə nikbin proqnozlar əsasında belə bir layihə təqdim olunubdur.
Samir Şərifov komitələrin yığıncağında belə bir fikir söylədi ki, hökumət hətta daha iki layihə paketi hazırlayıb-dır. Bunlardan biri bədbin, digəri isə nikbin layihədir. Bu da çox yaxşı haldır. Bu, əslində, məsuliyyətin ən ciddi bir formasıdır.
Mən burada deyilən müsbət fikirlərə qoşularaq bir daha təkrar etmək istərdim ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında hökumət öz üzərinə düşən vəzifəni yüksək peşəkarlıqla yerinə yetirməkdədir. Mən hökumət üzvlərinə bundan sonrakı fəaliyyətlərində də uğurlar diləyirəm.
Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri! Mən də bir sıra təkliflərimi diqqətinizə çatdırmaq istərdim. Bəlli ol-duğu kimi, Azərbaycan yüngül sənayenin inkişafı üçün bütün imkan və resurslara malikdir. Vaxtilə Azərbaycan yüngül sənayenin ən mühüm sahələri olan toxuculuq, tri-kotaj və tikiş sahəsində kifayət qədər uğur qazanan respublikalardan biri idi. Buradakı həmkarlarımın – millət vəkillərinin yaşlı nəsli bunu yaxşı xatırlayır. Azərbaycanda bunun üçün kifayət qədər xammal – pambıq, yun və digər təbii resurslar var. Nədən biz bu sahənin inkişafını gündəmə gətirməyək? Bir tərəfdən əhalinin yüngül sənaye mallarına olan tələbatını ödəyirik, digər bir tərəfdən yeni iş yerləri açılır və qeyri-neft sektorunun bu mühüm sahəsi inkişaf etdirilir.
İkinci, mən düşünürəm ki, büdcədə digər resurslar hesa-bına nəzərdə tutulan proqnozların həyata keçirilməsi üçün idarəetmə sistemində olan paralel strukturların birləşməsinə ciddi ehtiyac var.
Digər təklifim dotasiyalarla bağlıdır. Burada söylənildi, bəz qurumlara dövlət tərəfindən dotasiyalar verilir. Məncə, bu dotasiyaların üzərində bir daha düşünmək, onların yenidən təsnifatını aparmaq və zəruriləri istisna olunmaqla qalanlarını ləğv etmək lazımdır. Bu gün dotasiyaların mütləq əksəriyyəti şəhər və rayonlara ayrılır. Məncə, yüngül sənayenin, yeyinti sənayesinin həm də regionlarda inkişafı bu dotasiyaların aradan qaldırılmasına öz töhfəsini verə bilərdi.
Dəfələrlə söyləmişik, qeyri-neft sektorunun ən mühüm sahələrindən biri kənd təsərrüfatıdır. Bu gün kənd təsər-rüfatında ciddi islahatlar gedir və bu islahatlar artıq bir sıra sahələrdə müsbət nəticələrini göstərməkdədir. Lakin düşü-nürəm ki, bu kifayət deyil. Bu islahatları daha da geniş-ləndirmək, kənd təsərrüfatının inkişafını yüksək səviyyəyə qaldırmaq üçün bu sahəyə ayrılan vəsaitin miqdarı artırıl-malıdır. Çünki bu vəsait başqa bir formada yenidən Azər-baycan vətəndaşlarının cibinə və ölkə büdcəsinə qayı-dacaqdır. Ona görə də mən çox xahiş edərdim ki, bu təklifim büdcənin dəqiqləşdirilmələrində nəzərə alınsın.
Komitələrin yığıncağında deyildi və hörmətli həmkar-larım da çıxışlarında, ola bilsin, bunun üzərində dayanıblar. Bu gün dövlətdən daha çox asılı olan klinikaların özəlləş-dirilməsinə ciddi ehtiyac var. Əslində, ən müasir avadanlıqlarla, texnologiya ilə təchiz olunan klinikaların özünün də özəlləşdirməyə çıxarılmasına ciddi ehtiyac var. Bu, ilk növbədə büdcəyə əlavə vəsaitlər gətirər, digər tərəfdən də o klinikaların güclü inkişafına səbəb olar. Özəlləşən klinikaların inkişafı göz önündədir. Dünya təcrübəsi də bunun səmərəli olduğunu sübut edir.
Nəhayət, sonuncu təklifim. Salyan–Neftçala magistral avtomobil yolunun bərpası barədə ölkə Prezidentinin sərəncamı var. Həmin yolun bərpa edilməsi üçün müəyyən addımlar atılıbdır. Lakin iş yarımçıq qalıb. Bu, 30 mindən yuxarı əhalini Salyan və Şirvan şəhərləri ilə birləşdirən ye-ganə yol olduğundan onun bərpasına, yenidən tikilməsinə olduqca böyük ehtiyac var. Çünki orada hərəkət, sadəcə olaraq, mümkün deyil. Xəstələri xəstəxanaya, üzr istəyirəm, hamilə qadınları doğum evinə çatdırmaq mümkün deyil. Kimin yolu Şirvandan Salyana düşərsə, mən çox arzulayardım, çox istərdim ki, imkan daxilində həmin yolu getsin və görsün ki, oradan getmək mümkündürmü.
Hörmətli Samir müəllim, Siz həmişə bizim təşəbbüs-lərimizə, müraciətlərimizə çox diqqətlə yanaşmısınız. Baş nazir cənab Artur Rasizadə də regionların inkişafı ilə bağlı təkliflərimizə diqqətlə yanaşaraq lazımi addımlar atıbdır. Çox xahiş edərdim ki, növbəti ildə həmin yolun çəkilişinin başa çatdırılması üçün müvafiq vəsaitlər ayrılsın.
Mən bu büdcə layihəsinə səs verəcəyəm və bütün həm-karlarımı da ona səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, si-yahıda çıxış etmək istəyən daha 33 nəfərin adı yazılıb. Səhər müzakirələrə başlayanda da, fasilədə də xahiş edənlər oldu ki, 5 dəqiqəlik çıxışa keçək. Sabahdan çıxışlar 5 dəqiqə olacaq. Bugünkü iclasımız sona çatır. Sabah görüşənədək. Sağ olun.
EDİLMƏMİŞ ÇIXIŞIN
MƏTNİ
13 oktyabr 2015-ci il
__________________________________________________________
İlyas İsmayılov. Maliyyə Nazirliyi, əvvəlki illərdə olduğu kimi, makroiqtisadi sabitliyin təmin edilməsi və büdcənin xarici iqtisadi konyunkturanın tərəddüdlərindən asılılığının azaldılması hədəfini rəhbər tutaraq, ölkənin əsas maliyyə sənədini hazırlamışdır. Yəni büdcə kəsirinin minimuma endirilməsi, inflyasiyanın azaldılması, ümumdünya iqtisadi böhranı davam edərsə, dövlətin maliyyə ehtiyatlarının maksimum dərəcədə qorunması məsələləri ön plana çəkilmişdir.
Büdcə layihəsində büdcənin əsas donoru olan Neft Fondundan transfertlərin bu ildən başlayan azalması tendensiyası planlaşdırılır. Əslində, bu tendensiya hələ ötən ildən başlamalı idi. 2014-cü ilin ortalarından başlayan geosiyasi proseslər ilin sonuna yaxın artıq dünya iqtisadi sisteminə, o cümlədən ölkəmiz üçün önəmli olan dünya neft bazarlarına bilavasitə təsir etməyə başlamışdı. Artıq o zaman bu təsirin azalacağı yox, artacağını güman etmək daha realistik olardı.
2015-ci ilin büdcəsinin müzakirəsi zamanı mən öz çıxışımda göstərmişdim ki, o tarixə Beynəlxalq Valyuta Fondunun iqtisadiyyatın 2014–2016-cı illərlə bağlı verdiyi proqnozlar, Beynəlxalq Energetika Agentliyinin neft bazarında tələbin azalacağı ilə bağlı proqnozları, İrana qarşı sanksiyaların azaldılması və sair faktorlar neftin qiymətinin ən yaxşı halda 80 dollar səviyyəsində qərarlaşacağını düşünməyə əsas verirdi.
O vaxtkı çıxışımda mən bu amili nəzərə alaraq, 2015-ci ilin büdcəsində bir barel neftin orta illik qiymətini 90 yox, 80 dollar götürməyi təklif etmişdim. Təəssüf ki, bu təklifim qəbul olunmadı. Mənim neft bazarı üzrə ekspert olmaq iddiam yoxdur, lakin 2015-ci ilin büdcəsində neftin qiyməti hansı proqnozlar əsasında qəbul edilmişdir – bu, mənim üçün hələ də sirr olaraq qalır. Şükürlər olsun ki, 2016-cı ilin büdcəsində neftin baza qiyməti 50 dollar götürülüb. Bu baxımdan bizə təqdim olunan büdcə layihəsi kifayət qədər tarazlı və reallığı əks etdirən sənəddir.
2016-cı ilin büdcəsində iki maddədə ixtisarlar edilib: investisiya xərcləri 3,3 milyard manat az nəzərdə tutulur, halbuki 2015-ci il üçün bu xərclər 6,9 milyard manat həcmində təsdiqlənmişdi. “Əsas bölmələrə aid edilməyən xidmətlər” adlı xərc bölməsi üzrə xərclər isə 1,8 milyard manat azaldılıb. Bu ixtisarları mən təbii və qaçılmaz sayıram. Azərbaycanın digər neft ölkələrindən üstünlüyü ondan ibarətdir ki, onun Neft Fondu kimi “təhlükəsizlik yastığı” vardır və real islahatların aparılması üçün onun vaxtı digər ölkələrinkindən bir qədər artıqdır. Aydındır ki, bundan sonra büdcənin əsas yükünü mənfəət vergisi, fiziki şəxslərdən gəlir vergisi, əlavə dəyər vergisi və gömrük daxilolmaları çəkəcək. Bu da onu deməyə əsas verir ki, tələsmədən, kampaniya şəklində yox, qeyri-neft sektorunun və ölkəmizin ixrac potensialının ciddi və uzunmüddətli inkişafı proqramı hazırlanıb işə salınmalıdır.
Bu cür proqrama ehtiyac olmasını və yaxud onun səmərəli olduğunu göstərmək üçün bir faktı misal gətirim: bu ilin yanvar – iyul aylarında ixrac etdiyimiz məhsulların dəyəri keçən ilin eyni dövrünə nisbətən 43,6 faiz azalıb, idxal isə eyni dövrə görə 8,6 faiz artıb. İxracın azalmasında əsas səbəb neft faktoruna aid edilə bilsə də, idxalın az qala 10 faiz artması qeyri-neft sektorunun hələ də günün tələblərinə cavab verən səviyyədə olmamasına dəlalət edir.
2014-cü ildə 2015-ci ilə aid büdcə müzakirələri zamanı mən dövlət rəhbərliyinin, deputatların, biznes və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı problemləri və onların həlli yolları” adlı ümumrespublika müşavirəsinin keçirilməsini təklif etmişdim və ind də bu təklifimdə israrlıyam. Qeyri-neft sektorunun çox ləng inkişaf etməsi problemini dərindən təhlil edərək, iqtisadiyyatın bu kəsimində, yəni ona daxil olan aqrar sahədə, sənaye və xidmət sferasında olan bütün neqativ amillərin – korrupsiyanın, inhisarçılığın, ikili mühasibatlığın və kölgə iqtisadiyyatının təsirinin azaldılması yollarını müzakirə edib real yol xəritəsi hazırlaya bilərik.