20.10.2015 - tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
 XVI  SESSİYASI  İCLASININ 

PROTOKOLU  № 117

Milli Məclisin iclas salonu.
20 oktyabr 2015-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 100
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Tahir Budaqov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

*    *    *

Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini.
Sahir Məmmədxanov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsi barədə.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
6. Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında.
8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.
9. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
14. “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata keçirilməsi barədə” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xid-məti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.
16. “Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Azərbaycan Respublikasının Cinayət-Prosessual Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyi-şikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.
23. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
25. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliy-yələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişik-liklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ba-rədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
31. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
32. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş Azər-baycan Respublikasında bələdiyyələrin siyahısında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. Bakı və Gəncə apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında.
34. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.02 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının 2016-cı il dövlət büd-cəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Samir Şərifov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.10 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.11 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanunu-nun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.12 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qa-nununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.13 dəq.)
Lehinə 97
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbay-can Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.14 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.15 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.15 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində də-yişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev, Arif Əşrəfov, Adil Əliyev, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.50 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

9. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.51 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.51 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.52 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.52 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.53 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

14. “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata keçirilməsi barədə” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.55 dəq.)
Lehinə 82
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 83
Nəticə: Qəbul edildi

15. “Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.57 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 98
Nəticə: Qəbul edildi

16. “Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.58 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

17. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.00 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

18. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.00 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.05 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.05 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi


21. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 95
Nəticə: Qəbul edildi

22. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi


23. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.07 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 96
Nəticə: Qəbul edildi

25. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.11 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.14 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

27. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 85
Nəticə: Qəbul edildi

28. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

29. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Musa Quliyev, Qüdrət Həsənquliyev, Əli Hüseynli, Adil Əliyev, Məlahət İbrahimqızı, Aytən Mustafayeva, Qənirə Paşayeva, İlham Əliyev, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.46 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

30. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

31. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 95
Nəticə: Qəbul edildi

32. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rüstəm Xəlilov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.58 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

33. Bakı və Gəncə apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

34. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.04 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədr
O.ƏSƏDOV

 

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI

20 oktyabr 2015-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hör-mətli hökumət nümayəndələri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 100
Yetərsay  83

Çox sağ olun, yetərsay var.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə mü-nasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.02 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi


Çox sağ olun, gündəlik təsdiq olundu.
Hörmətli millət vəkilləri, biz hökumətə bir həftə vaxt verdik. Artıq  büdcə və büdcə zərfinə daxil olan sənədlər haqqında müzakirələri deyil, hökumət tərəfindən cavabları dinləyəcəyik. Gündəliyin birinci məsələsinə keçirik. Hörmətli maliyyə naziri Samir Şərifova söz verilir. Buyurun, Samir müəllim.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsi əvvəl Milli Məclisin bütün komitələrində, sonradan isə bir neçə plenar iclasında ətraflı müzakirə edilmişdir. Müzakirələr zamanı hörmətli millət vəkilləri tərəfindən büdcə layihəsinə yüksək qiymət verilməklə bərabər bir sıra məsələlər qaldırılmış, təklif və tövsiyələr irəli sürülmüşdür. Qaldırılan məsələlər diqqətlə öyrənilmişdir. Qeyd olunmalıdır ki, qaldırılan məsələlərin bir çoxu büdcə prosesinə deyil, əsasən, hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına aiddir. Bununla yanaşı, bir sıra təkliflərdə irəli sürülən, konkret xərc tələb edən layihələrlə bağlı məsələlər də ətraflı öyrənilmişdir.
Artıq yaranmış ənənəyə müvafiq olaraq büdcə layihələrinin müzakirələri zamanı hörmətli millət vəkilləri tərəfindən irəli sürülən təkliflərin hazırkı büdcə layihəsində nəzərə alınmayan hissəsi hökumətin diqqətində saxlanılmaqla onların mərhələli qaydada növbəti illərin dövlət və icmal büdcələrində baxılması üçün tədbirlər görüləcəkdir. Eyni zamanda, qeyd etmək istərdim ki, qaçqın və məcburi köçkünlərin məskunlaşması, mənzil və yaşayış şəraitlərinin yaxşılaşdırılması ilə bağlı problemlərin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2016-cı ilin  icmal büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait 50 faiz artırılaraq 150 milyon manata çatdırılacaqdır. Qeyd olunan artımın Dövlət Neft Fondunun büdcə xərclərinin müvafiq olaraq 50 milyon manat artırılması hesabına həyata keçirilməsi təklif olunur. Təklif tərəfinizdən qəbul olunduğu təqdirdə 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin 16-cı maddəsində nəzərdə tutulan icmal büdcənin xərclərinin yuxarı həddinin 19 milyard 956 milyon manat,  Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan Azərbaycan Respublikasının 2016-cı il icmal büdcəsinin kəsiri mad-dəsində nəzərdə tutulan vəsaitin məbləği isə 9 milyard 948 milyon manat təşkil edəcək.
Hörmətli millət vəkilləri, Vergi Məcəlləsinə dəyişikliklər ilə bağlı müvafiq qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət komitəsində baxılıb, bəyənilərək Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunması tövsiyə edilmişdir. Qeyd olunmalıdır ki, dəyişikliklərdən biri ölkədə yaşayış minimumunun və əmək haqlarının hər dəfə artımı zamanı aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərdən gəlir vergisinin güzəşt dairəsindən çıxması və əksər hallarda onların gəlirlərinin azalması ilə bağlıdır. Qəbul ediləcək dəyişiklik qeyd olunan problemin aradan qaldırılmasına və nəticə etibarilə 500 mindən çox muzdlu işçinin aylıq gəlirlərinin 2–9 faiz çərçivəsində artmasına imkan verəcəkdir. Məcəlləyə ediləcək dəyişikliklər əhalinin sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkədə sahibkarlığın, ilk növbədə kiçik və orta sahibkarlığın daha da inkişafına, eyni zamanda, ticarət, ictimai iaşə və tikinti sahəsində çalışan sahibkarlara sadələşdirilmiş vergi sisteminin tətbiqi üçün əlavə imkanlar yaradacaq. Bütün bunlar, həmçinin sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında müvafiq qanun layihəsinin Milli Məclisə təqdim olunması, sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması və müvafiq prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daim ölkədə sahibkarlığın inkişafına verdiyi böyük önəm və diqqətin bariz nümunəsidir. Qeyd edilən Vergi Məcəlləsinə sözügedən dəyişikliklərin edilməsi 2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsində də bəzi texniki dəyişikliklərin edilməsi zərurətini yaradacaqdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Çıxışımın sonunda əminliklə bildirmək istərdim ki, 2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin Milli Məclis tərəfindən qəbulu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və ölkənin milli təhlükəsizliyinin, müdafiə qabiliyyətinin təmin edilməsi istiqamətində müəyyən etdiyi kursun növbəti ildə də uğurla həyata keçirilməsini nəzərdə tutan bütün dövlət proqramlarının və digər sosial öhdəliklərin sabit icrasına real maliyyə təminatı yaradacaqdır. Eyni zamanda, həmin qanunun qəbulu qeyri-münbit xarici amillər fonunda ölkəmizin iqtisadi və siyasi dayanıqlığını bir daha təsdiqləməklə onun beynəlxalq maraqlarının qorunub saxlanmasına xidmət edəcəkdir. Bunları nəzərə alaraq, hörmətli millət vəkilləri, sizləri bu gün təqdim olunmuş dəyişiklikləri də nəzərə almaqla qanun layihəsinə səs verməyə  dəvət edirəm. Sonda növbəti çağırış Milli Məclisin seçkilərində iştirak etmək üçün mandat almış namizədlərə seçici qismində öz adımdan və Maliyyə Nazirliyinin kollektivi adından uğurlar və can sağlığı arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Samir müəllim. Hörmətli millət vəkilləri, hesab edirəm ki, biz büdcəni qəbul edə bilərik. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.10 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 2-ci məsələ Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında qanun layihəsidir. Müzakirə eləyəndə suallar olmadı. Amma mən istərdim ki, Hadi Rəcəbli qısa bir məlumat versin.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, Dövlət Sosial Müdafiə Fon-dunun 2016-cı il büdcəsi üçün 3 milyard 78 milyon 570 min manat nəzərdə tutulub. Bunun elə xərc hissəsi də 3 milyard 78 milyon 570 min manat məbləğində müəyyənləşdirilibdir. Nəzərə alsaq ki, müzakirələr vaxtı  ciddi iradlar olmadı, bütövlükdə büdcənin qismən azalmasına baxmayaraq, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi az da olsa artıbdır. Ona görə də hesab edirəm ki, bu layihə reallıqlara cavab verir və deputat həmkarlarımı səs verməyə çağırıram.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.11 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 3-cü məsələ Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında qanun layihəsidir. Keçən dəfə müzakirələrdə çıxışlar olmadı. İndi ehtiyac varmı? Yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.12 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
2016-cı il üçün ehtiyac meyarı haqqında qanun layihəsi. Hadi Rəcəblinin çıxışına ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.13 dəq.)
Lehinə 97
Əleyhinə 3
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
5-ci məsələ “Dövlət rüsumu haqqında” Qanuna dəyişik-liklər edilməsi haqqındadır. Ziyad Səmədzadəyə söz verək.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Qanunun 4-cü maddəsinə aşağıdakı redaksiyada bir maddə əlavə olunur: “Bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dö-vlət rüsumunun 25 faizi həmin xidmətləri və hüquqi hərə-kətləri həyata keçirən işçilərin maddi təminatını yaxşılaş-dırmaq məqsədi ilə dövlət rüsumu ödənilən orqanların xüsusi hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir”. Millət vəkillərinə məlumdur ki, biz bu xarakterli qanunlar qəbul etmişik, ona görə, xahiş edərdim, qanuna müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.14 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 2 məsələ – Milli Məclisin və Hesablama Pa-latasının xərclər smetası haqqında qanun layihələridir. Milli Məclisin xərclər smetası haqqında Firudin müəllim məruzə  eləmişdi. Dəyişikliklər hamısı yerindədir. Əgər başqa təkliflər yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 12.15 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
7-ci məsələ Hesablama Palatasının xərclər smetası haq-qındadır. Vüqar müəllim, bir sözünüz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.15 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 6 məsələ bir paket ilə gəlib. Samir Şərifov bir qanun layihəsi haqqında kiçik izahat verdi. Bu, Vergi Məcəlləsinə dəyişikliklər barədədir. Söz verək Ziyad Səmədzadəyə, buyursun.
Z.Səmədzadə. Hörmətli millət vəkilləri, mən, əvvəla, Azərbaycan dövlətinin 2016-cı il üçün dövlət büdcəsi təsdiq edildiyi üçün sizi təbrik edirəm. Heç sübhəsiz ki, büdcənin yerinə yetirilməsi istiqamətində görülən işlər davam etdiriləcək. Azərbaycan 2016-cı ildə daha yüksək iqtisadi inkişaf nümayiş etdirəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi yekun nitqində vergi və gömrük orqanlarının səmərəli işləməsi, ehtiyatların aşkarlanması, vergi bazasının genişləndirilməsi və büdcəyə əlavə vəsaitlərin toplanmasının təmin edilməsi tapşırığını vermiş və ölkədə vergi vermə mədəniyyətinin hələ tam oturuşmadığını vurğulamışdı. Ölkə başçısı öz nitqində dövlət büdcəsinin bütün cari xərclərinin qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşmalı olduğunu söyləmiş, mövcud vergidən azadolmalar və güzəştlər sisteminə yenidən baxılmasını,  ixrac yönümlü qeyri-neft sektorunun inkişafının, o cümlədən vergi mexanizmləri vasitəsilə stimullaşdırılmasını tapşırmışdı. Bu məqsəd ilə cənab Prezident tərəfindən Milli Məclisə təqdim edilmiş qanun layihəsində aşağıdakı dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qanun layihəsində Vergi Məcəlləsinin 34 maddəsinə 25 bənd üzrə 58 dəyişiklik edilməsi təklif edilir. Məcəllənin ümumi hissəsi üzrə 6 maddəyə, xüsusi hissəsi üzrə 19 maddəyə dəyişiklik edilməsi müəyyən edilmişdir.
Birinci, fiziki şəxslərin gəlir vergisi üzrə Vergi Məcəlləsinin 102.1-6-cı maddəsinə əsasən əsas iş yerində aylıq gəliri 250 manatadək və illik gəliri 3000 manatadək olan fiziki şəxslərə müvafiq olaraq əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisi üzrə güzəşt tətbiq edilir. Misal üçün, Məcəllənin hazırda qüvvədə olan maddəsinə əsasən  240 manat aylıq əmək haqqı alan şəxsdən əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun  1 misli, yəni 140 manat çıxdıqdan sonra qalan 100 manatdan 14 faiz dərəcə ilə vergi tutulur. Fiziki şəxsin əmək haqqı məbləği 10 faiz artırıldıqda bu məbləğ 264 manat təşkil edəcəkdir. Bu halda aylıq əmək haqqı 200 manatdan yuxarı olduğundan 140 manat güzəşt tətbiq edilmir və əmək haqqının tam məbləğindən 14 faiz dərəcə ilə 36 manat 96 qəpik vergi tutulur və fiziki şəxsə cəmi 227 manat məbləğ ödənilir ki, nəticədə işçi həmin artımdan bəhrələnmir. Vergi Məcəlləsində edilən yeni dəyişiklik onu nəzərdə tutur ki, ölkə əhalisinin işləyən aztəminatlı təbəqəsinin aylıq gəlirinə tətbiq edilən vergi güzəştinin əhatə dairəsinin genişlənməsi məqsədi ilə əsas iş yerində aylıq gəliri 2250 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun bir mislinədək olan hissəsindən gəlir vergisi tutulmayacaqdır. Bu vergi güzəştindən həm dövlət, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalanacaq. Millət vəkilləri bilirlər ki, bu barədə çox sayda müraciət daxil olurdu. Bu vergi güzəştinin tətbiq edilməsi, – bir daha qeyd edirəm, – 500 mindən artıq insanı faydalandıracaqdır.
Dəyişikliklərdən biri də idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyinin  vergiyə  cəlb edil-məsidir. Məlum olduğu kimi, 2013-cü il 1 yanvar tarixindən qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından əldə edilən uduşlar fiziki şəxslərin gəlir vergisindən azad edilmişdi. Qeyd olunan vergi güzəştinin tətbiqi ötən 3 il ərzində ölkədə keçirilən idman mərc oyunlarının inkişafının stimullaşdırılması ilə nəticələnmişdir ki, bu da həmin sahədən əldə edilən uduşların vergiyə cəlb edilməsini zəruri edir. Bu məqsədlə qanun layihəsinə idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində 10 faiz miqdarında vergiyə cəlb edilməsini nəzərdə tutan müddəalar daxil edilmişdir. Əlavə dəyər vergisi üzrə yerli istehsalı stimullaşdırmaq, yeni müəssisələrin yaradılması və xaricdən gətirilən avadanlıqların vergidən azad olunması üzrə tətbiq olunan təcrübəyə yenidən baxılması, ixrac yönümlü qeyri-neft sektorunun inkişafı, o cümlədən vergi mexanizmləri vasitəsilə stimullaşdırılması məqsədilə  Vergi Məcəlləsinin 164.2-ci maddəsinin ləğv edilməsi və bununla əlaqədar olaraq bəzi azadolmaların məcəlləyə daxil edilməsi nəzərdə tutulur.
Əvvəllər, bilirsiniz ki, Nazirlər Kabinetinin xüsusi qərarı ilə vergidən azadolmalar, ƏDV vergisindən azadolmalar haqqında sərəncamlar qəbul edilirdi. Hazırda nəzərdə tutulur ki, bütün bu azadolmalar Nazirlər Kabinetindən alınaraq Vergi Məcəlləsinə daxil edilsin. Qanun layihəsində qeyd olunan azadolmaların ləğv edilməsi və həmin qərarda nəzərdə tutulan bir sıra prioritet sahələr üzrə azadolmaların Vergi Məcəlləsinin 164.1-ci maddəsinə əlavə edilməsi təklif edilir. Mən bu maddələri sayaraq  vaxtınızı almaq istəmirəm. Bütövlükdə azad olunanlar içərisində aksiz mallar istisna olmaqla, hərbi məqsədlər üçün istifadə olunan bütün növ texnika və texniki vasitələr, onların ehtiyat hissələri, silah-sursat idxalı, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar və avadanlıqlar, eləcə də Azərbaycan Respublikasında mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar, texniki yardım olmaqla təmənnasız yardım və xeyriyyə məqsədilə dövlətlərin və hökumətlərin, beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar, eləcə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar, ixrac məqsədilə neft-qaz fəaliyyəti ilə əlaqədar gətirilən avadanlıq və sair materiallar, xüsusi iqtisadi zonaya idxal olunan mallar vardır.
Oqtay müəllim, məlumat vermək istəyirəm ki, məsələ komitədə müzakirə olunan zaman, eyni zamanda, bildirildi ki, qeyri-sənaye istehsalının ixrac yönümlü mallarını təmin edən mallar da bu azadolmalara daxil edilməlidir. Mən Prezident Administrasiyası ilə əlaqə saxladım, hörmətli Vahid Axundov dedi ki, hazırda cənab Prezidentin tapşırığı ilə bu maddəyə yenidən baxılır, siz təkliflərinizi verin, biz nəzərə alacağıq.
Məsələn, peyklərin və digər kosmik obyektlərin əmlak vergisindən azad edilməsi nəzərdə tutulur. Dünya peyk xid-mətləri bazarında yüksək rəqabət mühiti mövcuddur, buna görə Azərkosmos kimi yeni bazar istehlakçısına rəqabətə davamlı fəaliyyət göstərmək üçün müəyyən vaxt tələb olu-nur. Bir çox ölkələrdə kosmik sənaye sahəsində çalışan şirkətlərin rəqabət qabiliyyətini artırmaq üçün onlara vergi və gömrük güzəştləri tətbiq edilir, Azərbaycanın Vergi Məcəlləsində də bu maddə nəzərdə tutulur. Eyni zamanda, hörmətli Valeh müəllim təklif etdi, eləcə də Dövlət Neft Şirkəti rəhbərliyinin xahişi ondan ibarətdir ki, məhsul ötürən kəmərlərin əmlak vergisinə cəlb edilməsi nəzərdə tutulmasın. Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən etibarən məhsul ötürən kəmərlər əmlak vergisindən azad olunmuşdu. Yeni məcəllədə onların vergiyə cəlb olunması nəzərdə tutulur, bu da Dövlət Neft Şirkəti tərəfindən belə izah edilir ki, hazırda neftin dünya bazarında qiyməti aşağı düşüb. Məhsul ötürən kəmərlərlə məşğul olan təşkilatların maliyyə vəziyyətini sağlamlaşdırmaq  üçün bu məsələni olduğu kimi saxlamağa ehtiyac var.
Təqdim olunan qanun layihəsində qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisi dərəcələrinin optimallaşdırıl-ması nəzərdə tutulur. Vergi Məcəlləsinin qüvvəyə mindiyi tarixdən etibarən mədən vergisi dərəcələrində dəyişikliklərin aparılmaması, yerin təkindən istifadə etməklə sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinin sayının artması, habelə ölkədə aparılmış məqsədyönlü iqtisadi siyasət nəticəsində tikinti və sənaye sektorunun sürətli inkişafı qeyri-filiz faydalı qazıntılara olan tələbatı artırmışdır. Bununla əlaqədar olaraq qanun layihəsində qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisinin dərəcələrinə yenidən baxılması təklif edilir ki, bu da dövlət və bələdiyyə büdcələrinə daxilolmaların artmasına müsbət təsir edəcəkdir. Bu baxımdan vergi tutumu o  qədər də yüksək deyildir. Hesab edirik ki, bu düzəlişlə razılaşmaq olar.
Vergi Məcəlləsində edilən ən mühüm dəyişikliklərdən biri, –  sahibkarları və iş adamlarını narahat edən məsələlərdən biri, – sadələşdirilmiş vergilər üzrə təkmilləşmələrin aparılmasıdır. Təqdim edilən qanun layihəsi ilə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Layihəyə əsasən ticarət fəaliyyəti ilə məşğul olan şəxslər əldə edilən ümum hasilatın həcmindən 6 faiz, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər isə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergini ödəməlidirlər. Həmin vergini ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin  və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən bu şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında ticarət dövriyyəsi 120 manatdan artıq olduqda onlar ƏDV ödəyicisi kimi qeydiyyata alınmırlar, bu çox vacib və mən deyərdim ki, fundamental bir dəyişiklikdir. Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi ticarət dövriyyəsinin şəffaflaşmasına, vergitutma obyektinin genişlənməsinə və büdcəyə ödəmələrin artmasına gətirib çıxaracaq. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin ticarət dövriyyəsi ardıcıl 12 aylıq dövrün istənilən ayında 120 manatdan artıq olmadığı təqdirdə həmin şəxslər ƏDV istisna olmaqla, – bu da çox vacib məsələdir, – Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər ver-giləri ödəyirlər.
Bilirsiniz ki, Azərbaycanda son illər tikinti kompleksi sürətlə inkişaf edir. Tikinti ilə məşğul olan insanlar Azərbaycanın məşğulluq siyasətində mühüm rol oynayırlar. Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər təməl işlərinə başlanılmış binaların sayına görə sadələşdirilmiş vergi, təqdim etdikləri, yəni satdıqları tikinti sahələrinə görə ƏDV ödəyirlər. Qanun layihəsinə görə bina tikintisı ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi nəzərdə tutulur ki, həmin vergini ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin,  fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad edilirlər. Layihəyə əsasən həmin fəaliyyətlə məşğul olan şəxslər tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 45 manata qədər zona əmsalı tətbiq etməklə sadələşdirilmiş vergi ödəyəcəklər. Qanun layihəsinə görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda təməl işlərinə başlanılmış binaların və təqdim edilmiş tikintilərin sahələrindən asılı olmayaraq ƏDV vergisi ödəyicisi kimi qeydiyyata alınırlar. Bu halda təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV və maliyyə nəticələrindən asılı olaraq ilin yekununa görə mənfəət vergisi ödənilir. Nəticədə tikintisi başa çatmamış binalar üzrə sadələşdirilmiş vergi ödənilmədiyindən maliyyə vəsaitləri vergi ödəyicisinin sərəncamında qalmaqla bu sektorun inkişafına müsbət təsir göstərəcəkdir. Bir çox tikinti təşkilatları ilk mərhələdə vergini ödəyəndən sonra  vəsaitləri çatışmadığına görə çətinlik çəkirlər. Qanun layihəsi bu çətinliklərin aradan qaldırılması üçün mühüm mənbə yaradır.
Daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyindən sadələşdirilmiş verginin tutulması çox sadə bir məsələdir. Notariuslar bu məsələyə cəlb ediləcəklər. Qanun layihəsi ilə fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsi satıldıqda ödəmə mənbəyindən vergidən azad edilməsi nəzərdə tutulur. Bu, doğrudan da, vacib məsələdir ki, əgər 5 il bir yerdə yaşayırsa,  sonra onu satırsa, vergidən azad edilir. Vergi qanunvericiliyində aparılan dəyişikliklərin əsas istiqamətlərindən birin vergi borclarının alınması mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə ən qabaqcıl metodların tətbiq olunması və vergi inzibatçılığının səmə-rəliliyinin artırılması təşkil edir.
Hörmətli Əli müəllim, yəqin ki, müzakirəyə təqdim edil-miş qanun layihəsi ilə əlaqədar bu barədə fikrini söyləyəcəkdir. Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi məsələsi də qanun layihəsində nəzərdə tutulmuşdur. Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Resublikası ərazisində dövriyyəsi üçün zəruri olan şərtlərin, tələblərin müəyyən edilməsi, o cümlədən həmin malların alqı-satqısı zamanı onların dəyərinin nağdsız qaydada ödənilməsinin tənzimlənməsi zərurəti yaranmış və həmin zərurətlə əlaqədar olaraq müvafiq qanunlarda dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur.
Hörmətli millət vəkilləri, Azərbaycan müstəqillik əldə etdikdən sonra inkişafın bir çox mərhələlərindən keçmişdir. Biz həm böhran dövrünü, həm də sabitləşmə dövrünü yaşamışıq, iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoymuşuq və bütün bu mərhələlərdə Azərbaycanda tətbiq olunan Vergi Məcəlləsi bu dəyişiklikləri nəzərə almışdır. Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyur, dövlət başçısının tapşırıqları ilə hazırlanan bu qanun layihəsi heç şübhəsiz ki, Azərbaycanda vergi mədəniyyətinin dirçəlməsinə, büdcənin dinamik və sabit şəkildə formalaşmasına, bütövlükdə sahibkarlığın inkişafına yeni imkanlar yaradacaq. Bir daha məlumat vermək istəyirəm ki, qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət komitəsində  müzakirəsi zamanı hörmətli cənab nazir Fazil müəllim çoxsaylı suallara cavab verdi. Millət vəkilləri və komitə üzvlər fəallıq göstərdilər, bu qanunun qəbul edilməsini bu gün üçün və gələcək inkişafımız üçün vacib saydılar. Mən millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, millət vəkilləri, media nümayəndələri! Mən bu dəyişikliklərə səs verəcəyəm və hesab edirəm ki, hökumət neftin qiyməti aşağı düşdüyü bir dövrdə büdcə gəlirlərini artırmaq üçün müəyyən addımlar atmaq məcburiyyətindədir və bu, normal qəbul olunur. Amma bir məsələ mənim üçün anlaşılmazdır. Biz bilirik ki, indiki halda neftin qiyməti nə qədər aşağı düşsə də, bu, gəlirli bir sahədir. Yəni neftin dənizdə istismarı,  çıxarılması əgər 7–8 dollara başa gəlirsə, quruda bu, 11–14 dollar arasında dəyişir, dünya bazarında isə Azərbaycan nefti ən azı 50 dollara satılır. Belə olduğu təqdirdə 164.1-c             maddədə qeyd olunur ki, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar gətirilən avadanlıq və materialların, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə bu, azad olunur. Niyə? Mən başa düşürəm ki, biz vaxtilə “Əsrin müqaviləsi” imzalanan dövrlərdə investisiya cəlb etmək üçün xarici şirkətlərlə, xarici neft şirkətləri ilə müqavilələr imzalamışdıq və orada da o güzəştlər nəzərdə tutulurdu. Mən hesab edirəm, qanunda qeyd olunmalıdır ki, həmin güzəştlər istisna olmaqla digər azadolmalar ləğv olunmalıdır.
Ümumiyyətlə,  Azərbaycanda başqa şirkətlər də var, bunlar kifayət qədər rentabelli, gəlirli şirkətlərdir. Belə olduğu təqdirdə hər hansı özəl sektor öz fəaliyyətindən maksimum 15–20 faiz gəlir əldə edirsə, toy-bayram edir ki, bu qədər artıq gəlir əldə edib. İndi maya dəyəri 11 dollardırsa, 50 dollara satılırsa, niyə həmin şirkətləri azad eləməliyik? Bu çox böyük ədalətsizlikdir, qeyri-bərabərlik-dir, şirkətlər arasında fərq qoyulmasıdır. Ona görə də mən düşünürəm ki, 164.1.23-cü bənd də buradan çıxarılmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Arif Əşrəfov.
A.Əşrəfov. Çox sağ olun. Hörmətl cənab Sədr, hörmətli həmkarlar! Şübhəsiz ki, Vergi Məcəlləsinə olunan bu dəyi-şikliklər vergi qanunvericiliyinin daha da təkmilləşdirilməsi, beynəlxalq hüquq normalarına uyğunlaşdırılması və büdcəyə əlavə vəsaitlərin səfərbər olunmasından ibarətdir. Mənim məcəlləyə olunmuş dəyişikliklərdə 3 maddə üzrə təklifim var. Birinci təklifim 102.1.9-cu maddəyədir. 102.1.9-cu maddədə göstərilir: vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir. Söhbət bundan gedir. Burada 102-ci maddə belədir: Gəlir vergisindən azadolmalar və güzəştlər. Mən düşünürəm ki, bu maddədək dəyişikliyə bir də baxmaq lazımdır. Nəyə görə? Tutaq ki, vətəndaş 1985-ci, yaxud 1990-cı ildə Neftçilər prospektində 20 minə ev alıb. Bu gün o əmlakını 300 minə satırsa, bu o demək deyil ki, həmin şəxs 280 min gəlir əldə edir. Yəni o dövrlə bu dövrü konvertasiya eləsək,  görərik ki, bugünkü gündə onun satdığı əmlak elə o dövrün vəsaiti ilə eyni mütənasibdədir. Lakin biz birdən-birə 30 min manatadək məbləğin 14 faizini, 30 min manatdan yuxarı məbləğin isə 25 faizini vergiyə cəlb etməklə vətəndaşdan dövlət büdcəsinə 50 min manat vəsait alırıq. Mən bunun əvəzinə təklif edərdim ki, – bu gün vergi orqanının məsul işçiləri buradadırlar, – biz  konfidensial şəkildə oturub müzakirə edək. Dövlət büdcəsinə əlavə olaraq 10 milyonlarla vəsaitin gətirilməsi üçün mənim təkliflərim var, biz bir yerdə oturub bunu müzakirə edə bilərik.
İkinci, 164.1-ci maddə əlavə dəyər vergisindən azadol-malar qrafasıdır. 164.1-ci maddəyə təklifim nədən ibarətdir? İstehsal və emal məqsədləri üçün Azərbaycan Respublikasına gətirilən xammal, material, yarımfabrikatlar əlavə dəyər vergisindən azad olunsun. Bunlar bu qrafada tutulsa, mən düşünürəm ki, cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində bu,  sahibkarlıq subyektləri üçün sanballı vəsait olacaq. Buna mütləq qaydada baxaq, vergi orqanının işçiləri ilə  müzakirə eləyək.
Üçüncü məsələ. Mənim təklifim 216-cı maddəyədir. 216-cı maddə mədən vergisi ilə bağlıdır. Bələdiyyələr əgər öz funksiyalarını kifayət qədər yerinə yetirsələr, düşünürəm ki,  0,5 dərəcə ilə mədən vergisinə cəlb eləsələr, – tutaq ki, daş,  çınqıl karxanalarıdır, bunlardan vəsait alsalar, – onlar üçün kifayət qədər məbləğ var. Lakin biz bir dərəcə birə-bir artırsaq, bu, tikintilərin qiymətinə təsir göstərəcək. Yəni mənzil satışında bu öz mənfi təsirini göstərəcək, qiymətlərin manipulyasiyasına yol veriləcək. Bu baxımdan da mən düşünürəm ki, əgər  çınqıl və kubikin qiymətlər maya dəyərinin xərclərinə girəcəksə, şübhəsiz ki, onların qiyməti qalxacaq.  Kubikin qiymətində 4–5 qəpik,  çınqılda isə hər maşında 7 manat fərq edəcək, bu da çox böyük məbləğ edir. Belə baxanda kiçik görünür, amma böyük bir fərq edəcək. Bu baxımdan təklif edirəm ki, bu maddəyə də baxaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Adil Əliyev.
A.Əliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də, təbii ki, istərdim,  Vergi Məcəlləsi ilə bağlı dəyişikliklərin edilməsinə yenidən baxaq, bu maddələri müzakirə eləyək, çünki, doğrudan da, bu gün şəxsən mən və bir çox insanı evlərin və əmlakların satılmasından tutulan vergi çox nara-hat edir.  Bununla bağlı çoxlu müraciət var. Ona görə də xa-hiş edərdim ki,  qanun layihəsi ilə bağlı həm komitələrdə, həm də Milli Məclisdə əlavə müzakirələr eləyək və düzgün qərar qəbul edək ki, insanlarımız narazı qalmasınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ümumiyyətlə, Vergi Məcəlləsinə dəyişikliklər, həqiqətən, çox mütərəqqi, kiçik və orta biznesi dəstəkləyən dəyişikliklərdir. Mən bilirəm ki, komi-tələrdə müzakirələr də etmişdiniz. İndi, yəqin, vergilər na-zirinin müavini Sahir müəllim bunlara cavab verəcək. Mən əvvəl Valeh Ələsgərova söz vermək istəyirəm, buyurun.
V.Ələsgərov. Çox sağ olun, Oqtay müəllim. Ötürücü kəmərlərlə əlaqədar məsələyə toxunmaq istəyirdim. Ancaq Qüdrət müəllimin çıxışından sonra öz münasibətimi bildir-mək istəyirəm. İxrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar bu güzəştlərlə bağlı biz burada, bu zalda qanun qəbul etmişik və qanun qəbul edəndə hesab etdik ki, bizim əsas məqsədimiz xarici şirkətlərə yox, Azərbaycanda fəaliyyət göstərən, Azərbaycanda qeydiyyatdan keçən, Azərbaycan ərazisində işləyib xaricdə aparılan neft-qaz əməliyyatları ilə əlaqədar istehsal olunan avadanlıqdır, qurğulardır, verilən xidmətlərdir, görülən işlərdir, bunlara güzəştlər yaratmaqdır ki, bizim şirkətlər Xəzəryanı ölkələrdə Xəzər dənizində hər hansı  neft-qaz  əməliyyatları ilə əlaqədar  tenderlərdə iştirak edib iş qazana bilsinlər, o pullar  Azərbaycana gəlsin və Azərbaycan da müvafiq qaydada müvafiq vergiləri ödəsin. Birinci növbədə insanlar işləyəcək, ikinci növbədə istifadə olunan yanacaqdır, elektrik enerjisi və sairdir, bunun dəyəri ödəniləcək.
Üçüncüsü vergidir və bunu etməkdə məqsədimiz ondan ibarət idi ki, Azərbaycan şirkətləri birinci olsun. Misal üçün, bu gün Azərbaycan Respublikasında fəaliyyət göstərən şirkət neft-qaz qurğularıdır, dənizdə işləyən qazma qurğularının istehsalıdır, təmiridir, bu sahədə birinci yerdədir. Qurğuların təmiridir, yenidən qurulmasıdır, yeni qurğuların tikilməsidir, bütün bunlar başqa sektorlardan bura gətirilir. O cümlədən neft-qaz fəaliyyəti ilə əlaqədar olaraq sabah böyük miqdarda gəmilər tikiləcək, təmir olunacaq. Biz bu güzəştləri o müvafiq qanunla etməsəydik, onda bunlara nail ola bilməzdik. Bu müəssisələr yaranmazdı, ya da ki, fəaliyyət göstərə bilməzdi. Bu qanun artıq var, həmin qanunla əlaqədar Vergi Məcəlləsində bu saxlanılıbdır. Yeni bir şey deyil, qanun var, biz qəbul etmişik.
Sonra, maddə 199. Vergi güzəştləri və azadolmalar. “Məhsul ötürən kəmərlərin” sözləri çıxarılıb, çünki bu, texnoloji prosesin bir hissəsidir,  yeni bir şey deyil, ayrıca  fəaliyyət göstərmir. Nə bir kəmər ayrıca çalışa bilir, nə də onu işlədən bir qurum.  Quyu kimi, qurğu kimi, separator kimi, nasos kimi texnoloji prosesin bir hissəsidir. Maşına vergi veririk,  onun  motoruna, təkərinə, nəyinə isə  vergi vermirik ki. Ona görə, mən xahiş etdim ki, bu sözlər burada qalsın. Çünki belə olmasa idi, avtomatik olaraq bu kəmərlərlə daşınan neft və qazın hasilat dəyəri yüksələcəkdi. Bu yüksələn kimi, emala  təqdim edilən xammalın dəyəri də yüksələcəkdi. Emal nəticəsində istehsal olunan benzindir, dizel yanacağıdır, hər nədir, onun qiyməti qalxmalıdır. Özü də litrinə iki qəpik yox, ondan daha çox. Məqsəd bundan ibarətdir. Biz nə qazanırıq? 2 qəpik buradan qazanıb, 22 qəpik oradan itirəcəyik. Ona görə, mən xahiş etdim, təklif etdim ki, bu sözlər qalsın. Texnoloji prosesin,  Dövlət Neft Şirkəti təsərrüfatının bir hissəsi olan nəyi isə  qabartmaq, çıxartmaq, mənim fikrimcə, düzgün deyil. Ona görə, xahiş edərdim ki, “məhsul ötürən kəmərlərin” sözləri bu mətndə yenə də qalsın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, mən sözümün əvvəlində dedim ki, bu dəyişikliklər bir paketlə gəlib, axıra kimi müzakirə edək, ondan sonra səsverməyə keçərik.  “İcra haqqında” Qanuna dəyişiklik edilməsi barədə buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Əgər icazə versəniz, məsələlər eyni qəbildən  olduğuna görə, 9–13-cü  məsələlə-rin  hamısını birlikdə məruzə edərdim. Beləliklə, Vergi Mə-cəlləsinə edilən, artıq müzakirə etdiyiniz əlavə və dəyişik-liklərdən irəli gələn digər 5 qanuna əlavələr və dəyişikliklər təklif olunur. Burada vergi inzibatçılığının möhkəmləndirilməsi, Azərbaycanda hüquq normalarının bərpa olunması istiqamətində işlər və ümumiyyətlə, operativliyin təmin olunması nəzərdə tutulur. İqtisadi siyasət komitəsinin geniş iclasında vergilər naziri hörmətli Fazil müəllim bu məsələlərlə də bağlı məlumat verib. Amma mən Məclisin diqqətinə bir neçə əhəmiyyətli əlavə və dəyişiklikliy çatdırmaq istəyirəm.
“İcra haqqında” Qanuna edilən dəyişiklik  borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılma-sının məhkəmə qərarları  əsasında verilmiş icra sənədləri ilə yanaşı, həm də vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədlərinə söykənərək həyata keçirilməsini nəzərdə tutur. 10-cu məsələ Mülki Prosessual Məcəllədir. Belə ki, Mülki Prosessual Məcəlləyə bu əlavə və dəyişikliklər vergi borclarının alınması mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə qabaqcıl metodların tənzimlənməsi məsələsi ilə təklif olunur. 11-ci məsələ Miqrasiya Məcəlləsinə edilən dəyişiklikdir. Borclu şəxslər,  əlbəttə, azad hərəkət etmək hüququna malikdirlər, amma onların ölkədən getmək, ölkəyə qayıtmaq məsələlər Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Bu baxımdan vergi orqanlarının müraciətlərinə əsasən məhkəmə qərarı ilə fiziki şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Miqrasiya Məcəlləsinə təklif olunan bu dəyişikliklərdə öz əksini tapır. Yəni, əslində, əvvəlki iki sənəddən irəli gələn bir məsələdir.
Eyni zamanda, təklif olunan iki dəyişiklik də var. Bunlar Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən, yəni 12, 13-cü məsələlərə edilən əlavə və dəyişikliklərdir. Belə ki, Cinayət Məcəlləsində iki vacib dəyişiklik öz əksini tapır. Birincisi, saxta aksiz markalarının hazırlanması, əldə edilməsi, saxlanması, satılması və habelə malları saxta aksiz markaları ilə markalama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış malların əldə edilməsi, saxlanması və ya satılması bundan sonra cinayət əməli kimi müəyyən ediləcəkdir. İkincisi isə tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malları nağd qaydada xeyli miqdarda satmağa, habelə belə malları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə də cinayət məsuliyyəti nəzərdə tutulacaqdır. Nəhayət, İnzibati Xətalar Məcəlləsinə 229.2-ci maddə əlavə olunub. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malların nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədi üçün az miqdarda alınması. Əvvəlki halda cinayət məsuliyyəti yaradırdı. İndi isə belə malların satış məqsədi üçün nağd qaydada az miqdarda alınmasına görə inzibati qaydada cəzalandırılma təklif olunur. Oqtay müəllim, bu 5 məsələ ilə bağlı məlumatı çatdırdım və bir daha qeyd etmək istəyirəm ki, bunlar ilk növbədə vergi inzibatçılığının möhkəmləndirilməsi, eyni zamanda, borcların ödənilməsi ilə bağlı bütün digər dövlət orqanları ilə səmərəli şəkildə əməkdaşlığın qurulması məqsədi daşıyır. Hörmətli millət vəkillərindən bu 5 qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Adil müəllim də, Arif Əşrəfov da öz təkliflərini versinlər, sonra biz daxili qaydada baxaq. Əgər lazım olsa, dəyişikliklərə baxarıq. Xahiş edirəm, gün-dəliyin 8-ci məsələsinə, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.50 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 1
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“İcra haqqında” Qanunda dəyişiklik edilməsi haqqında məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.51 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
10-cu məsələyə – Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.51 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
11-ci məsələ, Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.52 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
12-ci məsələ, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.52 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, bu qəbildən olan sonuncu, 13-cü məsələyə – İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.53 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Mən həm Maliyyə, həm də Vergilər nazirliklərini bu qanunlarda dəyişikliklər olunmasına görə təbrik edirəm və hamınıza çox sağ olun deyirəm. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

 
Sədrlik edən. Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qayda-lara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı tələblərinin həyata keçirilməsi barədə”  Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu saziş mahiyyəti etibarilə bir çox ölkələrlə bağlanmışdır. Amerika Birləşmiş Ştatlarının müvafiq strukturu ilə Azərbaycan Respublikasının Vergilər  Nazirliyi arasında yaranan bu əməkdaşlıq vergi mədəniyyətinin yüksəlməsinə, vergi informasiyasının təkmilləşməsinə, yoxlamaların dəqiq, beynəlxalq standartlara uyğun aparılmasına xidmət edir və millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Çıxış etmək istəyən yoxdur? Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.55 dəq.)
Lehinə 82
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 83
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti iki məsələ möhtərəm cənab Prezidentin bir məktubu ilə daxil olub. “Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti ara-sında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi ilə əlaqədar qanun layihəsidir. Bu qanun layihəsi ilə bağlı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verəcək. Buyurun, Səməd müəllim.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Bu cür qanun layihələrini biz parlamentdə çox müzakirə etmişik. Çox sevindirici hal-dır ki, Avropanın, demək olar ki, əksər ölkələrində diplo-matik və xidməti pasportlara malik  şəxslərin viza tələblərindən azad edilməsi artıq reallıqdır. San Marino Avropa Şurasının tam səlahiyyətli üzvüdür. İtaliyanın içərisində yerləşir, düzdür, balacadır, ancaq öz əhəmiyyəti ilə vacib olan ölkədir. Bu nöqteyi-nəzərdən, təbii, belə bir sazişin qəbul olunması məqsədəmüvafiqdir. Biz komitədə bunu müzakirə etmişik və parlament üzvlərindən xahiş edirik ki,  bu ölkənin diplomatik və xidməti pasportlara malik şəxslərinin viza tələblərindən azad olunması ilə bağlı qanun layihəsinə müsbət fikir bildirsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.57 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiyanın təsdiq edilməsi ilə bağlı qanun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Bilirsiniz ki, biz artıq 40-dan yuxarı ölkə ilə ikiqat vergitutmanın lazım olmaması barədə qanunlar qəbul etmişik. Növbəti qanun da San Marino ilə əlaqəl bir qanundur, bütün beynəlxalq standartlara cavab verir, hər iki tərəfin müvafiq strukturları, mütəxəssisləri bu razılığa gəliblər və hökumət adından imzalanma da gedib. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Əgər çıxış etmək istəyən yoxdursa, qanun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələr (saat 12.58 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti iki məsələ də möhtərəm cənab Prezidentin bir məktubu ilə daxil olub. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Komitə sədri Əli Hüseynli. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Xatırlayırsı-nızsa, biz 2014-cü ildə “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara hakimlərin təyinatı proseduru ilə bağlı əlavələr etdik. Məqsəd bundan ibarət idi ki, təyinat zamanı Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınsın. Əslində, bu müddəalar qüvvədədir və onlardan irəli gələrək, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara bu əlavə və dəyişikliklər təklif olunur. Yəni yenilik yaratmır, əslində, qüvvədə olan normaların tətbiqidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çıxış etmək istəyən varmı? Yoxdur. Buyurun, xahiş edirəm, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyi-şiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.00 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm.


Səsvermənin nəticələr (saat 13.00 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Hörmətli Ziyafət müəllim, Azərbaycan Res-publikasının Cinayət-Prosessual Məcəlləsinə edilən dəyi-şikliklərdən irəli gələn digər 4 məsələyə də əlavə və dəyi-şikliklər var: 20, 21, 22, 23. İcazə versəniz, mən o dəyişikliklərin tam mahiyyətini məruzə edərdim və hansının hansı qanuna aid olduğunu söyləyərdim.
Hörmətli həmkarlar, bildiyimiz kimi,  hazırda cinayət-prosessual qanunvericiliyinə görə cinayət törətməkdə şüb-həli bilinən şəxsin tutulma vaxtı tutulma protokolunun tərtibi zamanından hesablanır. Yəni faktiki tutulma vaxtından yox, tutulma protokolunun tərtib olunduğu vaxtdan. Amma parlamentdəki hüquqşünaslar, ümumiyyətlə, ictimaiyyətimiz də bilir ki, biz Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuşuq. Avropa məhkəməsinin təcrübəsi daim öyrənilir və məhkəmələr tərəfindən tətbiq olunur.  İnsan hüquqlarının daha səmərəli təminatı məqsədi ilə cinayət-prosessual  qanunvericiliyində bu dəyişikliyin edilməsi nəzərdə tutulub. Beləliklə, dəyişikliyə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Təbii ki, belə bir dəyişiklik Cinayət-Prosessual Məcəlləsində və Cinayət Məcəlləsində olursa, onda  digər qanunlarda da, ilk növbədə “Cinayət törətmiş şəxslərin verilməs (ekstradisiya) haqqında” Qanunda da dəyişikliklər edilməsi lazımdır. Çünki Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri üzrə daxili əsaslardan irəli gələn davranış imkanlarının və beynəlxalq müqavilələrin tənzimlədiyi hissələrdə qanunvericiliyin tətbiqinin beynəlxalq standartlara uyğun olması vacibdir. Beləliklə, bundan sonra cinayət törətmiş şəxslərin verilməsi haqqında qanunda da tutulmanın protokol tərtib olunan vaxtdan yox, məhz faktiki tutulma zamanından hesablanması nəzərdə tutulacaqdır.
Hörmətli həmkarlar,  22-ci və 23-cü məsələlər isə “İnfor-masiya əldə etmək haqqında”  və  “Kütləvi informasiya vasitələri haqqında” qanunlara edilən dəyişikliklərdir. Am-ma qeyd etmək istəyirəm ki, o dəyişikliklər məruzə etdiyim 19-cu və 20-ci məsələlərlə bağlıdır. Mahiyyəti isə ondan ibarətdir ki, ibtidai araşdırmanın normal gedişatının təmin edilməsi üçün  istintaq sənədləri məlumatlarının  vəkillər və jurnalistlər tərəfindən yalnız istintaq orqanının və ya məhkəmənin razılığı ilə yayılması, habelə terrorçuluq,  silahlı mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər üzrə davam edən ibtidai araşdırmanın məlumatlarının yayılmasının, istintaq sirri olan sənədlərinin surətlərinin olduğu kimi yayılmasının qarşısını alan müddəalar nəzərdə tutulur. Amma birmənalı vurğulamaq istəyirəm ki, bu dəyişikliklər heç bir halda sərbəst informasiya əldə etmək hüququnu məhdudlaşdırmır, bütün mütərəqqi, sivil dünyada cinayət tərkibi həyata keçirilərkən istintaq sənədlərinin, dövlət sirri olan sənədlərin, məlumatların ancaq həmin orqanın və məhkəmənin qərarı əsasında verilməsi müddəası mövcuddur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihələri ilə bağlı çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyurun, xahiş edirəm, 19-cu məsə-ləyə – Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.05 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyi-şikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanu-nunun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 13.05 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik-lər edilməsi barədə qanun layihəsi səsə qoyulur. Buyurun, münasibət bildirək.
Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respub-likasının Qanununda dəyişiklik edilməsi barədə qanun la-yihəsi səsə qoyulur. Buyurun, xahiş edirəm, səs verin.

Səsvermənin nəticələr (saat 13.06 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, qanun layihələri zərfinə daxil olan axırıncı mə-sələ – “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.07 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi


Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Xatırlayırsınızsa, biz Avropa Oyunları ərəfəsində kütləvi idman tədbirləri və idman yarışlarına qanunsuz müdaxilə, giriş biletlərinin saxtalaşdırılması,  yaxud da  ki, tarifdən yüksək qiymətə satılması məsələsi ilə bağlı bu qanuna bir sıra dəyişikliklər etmişdik. Bunlar çox səmərəli dəyişikliklər idi, həmkarımız Rauf Əliyev təqdim etmişdi. Qeyd etmək istəyirəm ki,  İnzibati Xətalar Məcəlləsində hazırda 224-1-ci maddə bu məsələni tənzimləyir. Amma onun ikinci hissəsində fiziki şəxslər nəzərdə tutulmamışdı. Hüquqi şəxslərin, vəzifəl şəxslərin  məsuliyyəti var idi, amma fiziki şəxslərin məsuliyyəti yox idi. Bu inzibati xətanı həm də fiziki şəxslər törədir. Dəyişikliklərdə fiziki şəxslərin də məsuliyyəti nəzərdə tutulur, eyni zamanda, sanksiyada cərimənin miqdarı daha dəqiq göstərilir. Yəni bu əmələ görə, kütləvi idman tədbirləri və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə fiziki şəxslər konkret 700 manat miqdarında, vəzifəli şəxslər 1500 manat miqdarında, hüquqi şəxslər isə 6 min manat miqdarında cərimə edilir. Ölkəmizdə bu cür tədbirlər gələcəkdə də çox olacaq. Düşünürəm ki, həmkarlarım bunu dəstəkləyəcəklər.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 13.09 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Cinayət yolu ilə əldə edilmiş pul vəsait-lərinin və ya digər əmlakın leqallaşdırılmasına və ter-rorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun  layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bilirsiniz ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunu məhz parlamentdə işləyib hazırlamışdıq. O zaman hörmətli Valeh müəllim bu işə  rəhbərlik edirdi. Doğrudan da, günün tələblərinə cavab verən qanun qəbul olundu və sonradan Milli Bankın yanında xüsusi bir xidmət də yaradıldı. Bu illər ərzində Azərbaycan bir sıra ölkələrdən fərqli olaraq sözdə deyil, konkret olaraq əməllərdə həm çirkli pulların yuyulmasına qarşı, həm də terrorçuluğun maliyyələşdirilməsinə qarşı səmərəli mübarizə aparır. Eyni zamanda, bu dövrdə beynəlxalq təcrübə də öyrənilib.
Hazırda qanuna təklif olunan 2 mühüm əlavə var. Birincisi terrorçuluğun maliyyələşməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslər haqqında, ikincisi isə aktivlərin dondurulması tədbirlərinin əhatə dairəsi haqqındadır. Bu, 11-1-ci və 19-1-ci maddələrdə konkret göstərilib. Eyni zamanda, anlayışlarda aktivlər, aktivlərin dondurulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq  edilməli olan şəxslərin dairəsi konkret verilir.  Yəni aktivlər nə zaman hansı müddətə dondurulur və yaxud  hansı zamanda  aktivlərin dondurulması artıq dayandırılır. Qeyd etmək istəyirəm ki, bu, müasir dövrdə terrorçuluğa qarşı mübarizədə çox əhəmiyyətli bir məsələdir. Ölkəmiz isə qeyd etdiyim kimi, təkcə sözdə deyil, həm də əməli işlərdə öndədir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.11 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllə-sində dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Hörmətli Ziyafət müəllim, hörmətli həm-karlar!  İnzibati Xətalar Məcəlləsinə edilən bu əlavə sosial və mədəni həyatımız üçün əhəmiyyətli bir məsələdir. Təklif olunur ki, İnzibati Xətalar Məcəlləsinə 192-1-ci maddə – “Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin  pozulması” maddəsi əlavə olunsun. Belə xətaya görə vəzifəli şəxslər 100 manat miqdarında, hüquqi şəxslər isə 500 manat miqdarında cərimə edilir. Ola bilər ki, bu, kiçik dəyişiklikdir, amma hesab edirəm ki,  əhəmiyyətlidir. Birincisi, həm ictimaiyyətin, həm də mətbuatın son illər artan fəallığı nəticəsində ölkə əhalisi arasında kitaba ciddi maraq artmışdır.  Belə bir maddənin əlavə olunması  kitab-xanaların pulsuz məcburi nüsxələrlə təchiz olunması işinə yardım edəcək. Beləliklə, insanlar kitabları  ki-tabxanalardan daha rahat və geniş şəkildə əldə etmək imkanına  malik olacaqlar. Kitabxanaların siyahısı, təbii ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyd olunur. Çox sağ olun.
Sədrlik edən. Əli müəllim, çox sağ olun. Bir məsələni, sadəcə, öyrənmək  istəyirəm. Kitab nüsxələrini nəşriyyatlar göndərməlidir, yoxsa kitabı çap olunan şəxslər? Bu vəzifə kimin üzərinə qoyulur? Deyək ki, universitetin professoru hansısa bir nəşriyyatda hər hansı bir dərslik çap etdirir. Bu məcburi nüsxələri nəşriyyat göndərməlidir, yoxsa həmin kitabı çıxan şəxs?
Ə.Hüseynli.  Ziyafət müəllim, dünən cənab Sədrin ya-nında bu məsələ müzakirə olunmuşdu və hansısa sualların doğa biləcəyindən irəli gələrək mən bu məsələni araşdırdım. Burada, normativ sənəddə, yəni Nazirlər Kabinetinin qərarında bu öhdəlik nəşriyyatın üzərinə qoyulur.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 13.14 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi barədə qanun layihəsi. Komitə sədri Ziyad Səmədzadə məlumat verəcək. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 10-cu maddəsinə aşağıdakı təklif verilir: Mərkəzi Bankın nizamnamə kapitalı  500 milyon manat müəyyən edilsin. Bilirsiniz ki, bank sistemi inkişaf edir və Mərkəzi Bank aparıcı rola malikdir. Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manat idi, təklif edilir ki, nizamnamə kapitalı  500 milyona çatdırılsın. Millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Nə təklif var? Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 85
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbay-can Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, “Dövlət əmla-kının özəlləşdirilməsi haqqında”  Qanunun 6-cı maddəsində belə bir cümlə var: “Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan aşağıdakı əmlak növlərinin özəlləşdirilməsi qadağandır: patent xidməti, standartlaşdırma və metrologiya müəssisələri”. Cənab Prezident tərəfindən təqdim edilən qanun layihəsində göstərilir ki, standartlaşdırma və metrologiya müəssisələri də özəlləşdirilə bilər. Çünki dünyanın bir çox ölkələrində belə bir təcrübə var. Həm iqtisadiyyatın liberallaşdırılması, həm də özəl müəssisələrin bu istiqamətə cəlb edilməsi, təbii ki, gələcəkdə öz müsbət nəticəsini verə bilər. Ona görə millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. Buyurun, münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Avtomobil nəqliyyatı haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim,  hörmətli millət vəkilləri!  Qanun layihəsi aşağıdakı dəyişiklikləri nəzərdə tutur və bu dəyişikliklər, heç şübhəsiz ki, Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşınmasında fəaliyyəti yüksəldəcək və etik davranış qaydalarının  daha da sağlam-laşdırılmasına xidmət edəcəkdir. Ən vacib dəyişikliklərdən biri ondan ibarətdir ki, qanunun 14-cü maddəsinə belə bir  əlavə edilir: “Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş istismar müddəti tələblərinə cavab verdiyini təsdiq edən avtonəqliyyat vasitələrinin buraxılış ili haqda və qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçdiyi haqda məlumatın göstərildiyi dövlət qeydiyyatı şəhadətnaməsinin surəti”. Yəni Azərbaycanda istismar müddəti tələblərinə cavab verən maşınlar nə qədər çox olarsa,  avtomobil nəqliyyatında təhlükəli hallar da azalar.
Eyni zamanda,  14.2.8-1-ci maddəyə aşağıdakı cümlənin əlavə edilməsi təklif olunur: “taksi minik avtomobilləri ilə sərnişin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin  metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan  qurumlar tərəfindən  verilmiş yoxlama haqqında şəhadətnamə”. Habelə “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılmasının  xüsusiyyətləri” adlanan 15-ci maddəyə 2 cümlə əlavə edilir. Bu cümlələrdən biri budur: “Lisenziya kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün xüsusi razılıq (lisenziya) verilərkən təqdim edilir”. İkinci cümlə: “Taksi minik avtomobilləri ilə sərnişin daşınmalarına lisenziya verilərkən və həmin avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi zamanı avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu  “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilən nəqliyyat vasitəsinin texniki baxış talonu ilə müəyyən edilir”.
Daha sonra, əvvəllər belə idi ki, taksi minik avtomobilini sürmək üçün  19 yaş müəyyən  olunmuşdu, yəni 19 yaşından sürə bilərdilər. İndi isə  “Sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər” maddəsində təklif olunur: “yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılır. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir”. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli, 588 nömrəli Fərmanına uyğun olaraq hazır-lanmışdır. Millət vəkillərindən bu qanun layihəsinə münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qanun layihəsi ilə bağlı çıxış eləmək istəyən həmkarlarımız yazılıb. Musa Quliyev, buyurun.
M.Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Bu qanun layihəsini mən də təqdir edirəm. Heç şübhəsiz ki, qəbul olunmasına səs verəcəyəm. Amma eyni zamanda, bir neçə təklifim və məni narahat edən məsələlər var. Onları hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm. Şübhəsiz ki, əlavə edilən bu dəyişikliklər və yeni əlavələr istər ictimai nəqliyyatda, istərsə də taksi xidmətində keyfiyyəti yüksəldəcək, xidmət mədəniyyətini artıracaq, eyni zamanda, xidmətin təhlükəsiz həyata keçirilməsinə şərait və imkan yaradacaqdır. Bununla yanaşı, mən təklif etmək istəyirəm ki, biz taksi sürücülərinin vahid geyim formasını müəyyənləşdirək, taksi sürücüləri vahid geyim formasında olsunlar. İstər şəhərdə, istərsə də rayonlararası səfərlərimizdə biz özümüz də taksidən istifadə edirik və görürük ki, onların geyimi o qədər də münasib deyil, necə gəldi geyinirlər. Bəzən görürsən, onun geyimi nəqliyyatın təhlükəsiz idarə edilməsinə mane olur və maşında oturan insanların əhvalına  mənfi təsir göstərir və sair. Birinci təklifim budur.
İkinci, bir neçə il bundan öncə ictimai nəqliyyatda siqaret çəkilməsini qadağan edən bir müddəa qəbul elədik və 50 manat da cərimə müəyyənləşdirdik. Amma təəssüf ki, bu müddəa taksilərə və taksi sürücülərinə  aid edilmədi. Taksi sürücüsü nəinki taksidə siqaret çəkmək üçün sərnişindən icazə alır, hətta sərnişinə də təklif edir ki, buyurun, siz də siqaret çəkin. Hesab edirəm ki, bu hərəkət xidmət mədəniyyətin   yüksəltmir, əksinə, azaldır. Bizim qonaqlarımız  da olur, ailəsi ilə birlikdə taksidən istifadə edən vətəndaşlar da var.  Bu həm hörmətsizlik, həm də insanların sağlamlığına zərər vuran bir məsələdir.
Başqa bir məsələ. Burada biz nəqliyyatın istismar müd-dəti ilə bağlı müddəalar əlavə elədik. Ola bilər ki, texniki cəhətdən normaldır. Amma salonun özü hansı vəziyyət-dədir? Çünki sərnişin üçün salonun özünün də komfortlu olması lazımdır. O çirklidirsə, salonda oturmaq üçün normal şərait yoxdursa, nəqliyyat vasitəsinin sahibi onu yaxşı vəziyyətdə saxlamırsa,  hesab edirəm ki, bu, əks təsir göstərən effektlərdən biridir.
Taksometrlə  bağlı. Bizim lisenziya əsasında taksiçilik fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın maşınlarında  taksometr yoxdur. Taksometr yalnız bir neçə firmanın maşınlarında var, qalan heç birində yoxdur. Bu taksometr hamısına qoyulmalıdır. Bu, xidmətin keyfiyyətinə də yaxşı təsir göstərər.
Daha bir məsələ son vaxtlar Nazirlər Kabinetinin qərarı ilə rayonlardan Bakıya gələn minik avtomobillərinin, o cümlədən taksilərin şəhərə buraxılmaması ilə bağlıdır. Doğrusu, mən bu qərara çox tərəddüdlə yanaşıram. Heç bil-mirəm, bu, şəhərdə tıxacların aradan qaldırılmasına təsir göstərəcək, ya göstərməyəcək. Ola bilsin, kiminsə korpo-rativ maraqlarına kömək edəcəkdir. Lakin bizim rayon ca-maatı çox əziyyət çəkir. Belə çıxır ki, Azərbaycan vətəndaşı Bakıya rayondan taksi ilə gələ bilməz. Taksi ilə şəhərin girişinəcən gəlməlidir, əşyalarını boşaltmalıdır, özü düşməlidir, sonra piyada müəyyən bir məsafə qət eləyərək gəlib Bakı taksilərinə  çıxmalıdır. Bir ortaq variant tapılmalıdır. Rayonlardan Bakıya işləyən taksilərə ayrıca lisenziya verilməlidir və lisenziyanın da qiyməti qaldırıl-malıdır. Mənim bildiyimə görə, rayondan gələn taksi sürü-cüləri artıq bunun həlli yollarını tapıblar. Həmin lisenziyanın haqqını yolda dayananlara ödəyib gəlirlər. Bu, yaxşı olar ki, dövlətin büdcəsinə ödənilsin və bu iş şəffaf qaydada həyata keçirilsin. Digər tərəfdən də bizim bəzi məmurlar, hətta millət vəkilləri var ki, onların maşınları rayon qeydiyyatındadır, özləri də rayonda yaşayırlar. Onların da gəlməyi problem yaradır. Hesab edirəm ki, ya Nazirlər Kabineti qərarına yenidən baxmalıdır, ya da deyilən əskikləri aradan qaldırmalıdır. Bütövlükdə isə layihəni müsbət hesab edirəm və səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən Musa müəllimin çıxışını dəstəkləyirəm, amma onun qeyd elədiyi problemlərin üzərində dayanmıram. İki məsələnin üzərində dayanmaq istəyirəm. Taksometrlər ilə bağlı Musa müəllim geniş danışdı. Bu, doğrudan da,  ölkənin mədəni səviyyəsinin göstəricisidir. Xaricdən Azərbaycana gəlirlər,  taksiyə otururlar və taksidə taksometr, sadəcə, yoxdur. Bu da ölkə haqqında çox mənfi bir imic formalaşdırır.
İkinci məsələ. Mən bu məsələni vaxtilə də qaldırmışdım ki, bizdə avtobus sürücüləri, ümumiyyətlə, sürücülər nəqliyyat vasitəsini bəzən bizim əmək qanunvericiliyində nəzərdə tutulandan daha artıq müddətdə sürürlər, bəzən iki dəfə o normanı aşırlar. 8 saat əvəzinə 16 saat işləyən də var. Bəzən taksi sürücüləri də  avtomobillərini fasiləsiz və yüksək sürətlə idarə edirlər. Bütün bunlara nəzarət eləmək üçün indi dünyada çoxdan tətbiq olunan cihazlar var. Bu,  avtomobilin sürətini qeydə alır. İstənilən polis məmuru avtomobili saxlayanda əlindəki cihaz vasitəsilə dərhal müəyyənləşdirir ki, sürücü sürət həddini aşıb, ya aşmayıb və nə qədər sürüb. İki saatdan artıq sürəndən sonra artıq cihaz özü müəyyənləşdirir ki, o, sürət həddini aşıb, ya aşmayıb və onu nə qədər sürüb. İki saatdan artıq sürülübsə, cihaz özü avtomobil öncədən xəbərdar edəndən sonra mühərriki söndürür ki, sən artıq bir 10–15 dəqiqə dincəlməlisən.
Bir çox hallarda yollardakı ağır qəzaların səbəbi sürücülərin sükan arxasında yatması olur. Onlar mürgüləyir, yatır və yoldan çıxıb qarşıdakı avtomobillə toqquşurlar, yaxud da yoldan kənara çıxıb ağır faciələrə yol açırlar. Bunu həll eləmək çətin məsələ deyil. Elə çətin məsələ olur ki, onu həyata keçirmək böyük bir problem yaradır, amma bunu həll eləmək olar. Biz bu qanunu qəbul edirik, qanunda qeyd olunsun ki, lisenziya verilməsi üçün tələb olunan əsas şərtlərdən biri də avtomobillərin müvafiq cihazlarla təmin olunmasıdır.  Vacib deyil ki, qanun qüvvəyə minən kimi bu tələb olunsun. Amma  2016-cı ilin yanvarından bunun tətbiqinə başlaya bilərik. Nəhayət, sivil bir ölkə kimi biz də bu normaları tətbiq eləməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, sonrakı məruzələrdə mən, əlbəttə, yol hərəkəti ilə bağlı məsələləri deyəcəyəm. Amma indi, sadəcə, bir təklif vermək məqsədi ilə yazılmışam. Təklifim, əslində, son dövrlərdə nəqliyyat sahəsində həyata keçirilən islahatlarla bağlıdır. Bilirsiniz ki, qanunvericiliyimizə görə yol hərəkətinin təhlükəsizliyi daxili işlər orqanlarının səlahiyyətindədir. Hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəz Nəqliyyat Nazirliyinin tabeçiliyindədir, amma əslində, daxili işlər orqanları üçün bir məlumat bazası rolunu oynayır. Burada kifayət qədər büdcə vəsaiti xərclənir. Bu baxımdan təklif edirəm ki, – bunu yəqin ki, hökumət müzakirə edə bilər, – gələcəkdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi daxili işlər orqanlarının səlahiyyətinə verilsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Adil Əliyev.
A.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Təbii ki, məni narahat eləyən məsələlərdən biri – taksometrlərlə bağlı artıq Musa müəllim fikirlərini söylədi. Təbii ki, takso-metrlərin  olması çox vacibdir. Çünki indi biz burada yazırıq, Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş qaydada bura əlavə olunsun. Bizim də qaydalarımızla taksiyə oturursan, düşəndə soruşursan, deyir ki, nə verərsən, verərsən. İnsanlar çox pis vəziyyətdə qalırlar. Ona görə də bu taksometrlərin bütün taksilərə, hətta özəl taksilərə də qoyulması çox vacib bir məsələdir. Bu məsələ hər kəsi narahat edir.  Əli müəllim də çox sağ olsun, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi haqqında danışdı. Yol polisi işçilərinə müraciət eləyirsən ki, burada işıqfor işləmir, deyir, biz bunu idarə etmirik, bizim xəbərimiz yoxdur. İntellektual mərkəzin yerləşdiyi ünvana zəng eləmək ərazidə tıxacın yaranmasına səbəb olur. Ona görə də bu mərkəzin gələcəkdə Dövlət Yol Polisi İdarəsinə verilməsi çox məqbul sayılardı.
Bir-iki məsələ də var, təbii ki, ola bilsin, bu qanun layi-həsinə aidiyyəti yoxdur. Məsələn, yeni köçürülmüş qəsə-bələrdə marşrutların bərpası, yaxud yeni marşrutların açıl-ması. Bizim ərazimizdə – 20 saylı Nərimanov seçki dairə-sinin ərazisində Yeni qəsəbə deyilən bir yer var, şəhərin mərkəzindədir. Oraya marşrutlar işləmir. İnsanlar məcbur-durlar, bir neçə kilometr piyada getsinlər. Ona görə də mən bir neçə dəfə müraciət etmişəm və yazılı da xahiş etmişəm ki, burada marşrutlar bərpa olunsun. Ancaq  o ərazidə işləyən marşrutların özəl olduğu nəzərə alınaraq nədənsə bu məsələ həll olunmamış qalır. Bunu da bir nəzərə alsaydılar, ümumiyyətlə, vahid bir mərkəzdən idarə olunsaydı, yeni salınan qəsəbələrlə bağlı marşrutların işləməsinə nəzarət etsəydilər, çox yaxşı olardı.
Ziyafət müəllim, mən bu yaxınlarda Ağdam rayonuna səfər eləyirdim. Bütün yol boyu, hansı rayon ərazisindən keçirsən, məlumat yoxdur. Bir də görürsən ki, artıq Ucarı keçmisən, Yevlaxa çatırsan, ancaq yolun üstündə bir işarə görmürsən, yəni filan rayona neçə kilometr qalıb və buradan ora neçə kilometr yol sürməlisən, hansı kəndi keçirsən, bu işarələrin olmaması insanları çaşdırır. İnkişaf etmiş dövlətlərdə bu kimi işarələrin olmasına artıq nəzarət olunur və bizdə də bunun olmasını çox istərdik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Mən də bu dəyişikliyi çox müsbət və mütərəqqi bir də-yişiklik hesab edirəm və  hörmətli həmkarlarımın dedikləri təkliflərin hamısına qoşuluram. Açığı, danışmaq istəmirdim. Musa müəllim mənim fikirləşdiklərimin hamısını dedi. Amma bir məsələ çox vacibdir. Onu söyləməyi özümə borc bilirəm.  Son illər, həqiqətən, respublikamızın bütün sahələrində, xüsusilə də bu sahədə  möhtərəm Prezidentimizin bilavasitə zəhməti ilə, diqqəti ilə böyük nailiyyətlər əldə olunub. Möhtərəm Prezidentimiz ən böyük tədbirlərdə belə xalqın ictimai nəqliyyatdan istifadə etməsi ilə bağlı görülən və görülməli olan işləri açıqlayaraq deyir ki, mən istəyirəm, xalqım ictimai nəqliyyatdan çox rahat istifadə etsin. Bunu da insanlarımız yüksək qiymətləndirirlər. Bizim çoxumuz, adətən, işlərimizlə əlaqədar rəsmi səfərlərə gedəndə hava limanında VİP-dən keçirik. Amma bir çox hallarda ümumi keçiddən də istifadə edirik. Çıxışda çoxlu taksi olur.
Mən bu yaxınlarda Naxçıvanda olmuşam, bir 10 ilə yaxındır getmirdim, Azərbaycanın ən böyük inkişaf etmiş, mədəni bir bölgəsidir. Yəni orada, –  üzr istəyirəm ifadəmə görə, – xalturşik sürücülər də, elə bil, dövlət məmurudur, dövlət qulluqçusudur. Hamısı kənarda maşının yanında dayanıb. Sərnişinə, müştəriyə lazımdırsa, özü deyir, mənə taksi xidməti lazımdır. Amma bizim bu Bakıda, ulu öndərin adını daşıyan hava limanında insanların keçdiyi ümumi keçiddə inanın ki, heç gömrük məntəqəsini keçməmiş taksi sürücüləri adamın gözünü çıxarır. Geyimləri səliqəsiz, adam hətta gecə gələndə qorxar, xüsusilə də xaricilər. Ona görə də mən fürsətdən istifadə edib aidiyyəti təşkilatlara müraciət edirəm, xahiş edirəm, bizim o cür gözəl hava limanımız var. Möhtərəm Prezidentimiz Azərbaycan xalqını ən mədəni, ən inkişaf etmiş, mütərəqqi bir xalq kimi təqdim etmək üçün gecə-gündüz çalışır. Amma o cür gözəl hava limanında  təyyarədən düşüb, gömrükdən çıxan kimi taksi sürücüləri adama “hücum” edirlər. Ona görə, xahiş edirəm, həmin o aidiyyəti insanlar bunu nəzərə alsınlar. Heydər Əliyev Hava Limanında istər dövlət qurumlarına və ya özəl şirkətlərə tabe olan, istərsə də sahibkarlıq fəaliyyəti göstərən taksi sürücüsü olsun, bu hamısına aiddir. Çox təşəkkür edirəm və əminəm ki, bu, mütləq nəzərə alınacaqdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aytən Mustafayeva.
A.Mustafayeva. Təşəkkür edirəm. Bir məsələni mən dəqiqləşdirmək istərdim. Bu, avtobus sürücüləri ilə bağlıdır. Burada deyildi ki, 21 yaşdan sonra icazə verilir. 21 yaşı var, ancaq sürücülük təcrübəsi yalnız 3 ildir. Mənə elə gəlir, ictimai nəqliyyatı sürmək üçün çox cavandır və biz görürük ki, xüsusən gənclər yüksək sürətlə, diqqətsiz sürürlər və yaddan çıxarırlar ki, insanları aparırlar. Sonra, taksi sürücüləri üçün burada deyildi ki, mütləq kurslar keçməlidirlər. Bəs avtobus sürən, camaatı aparan sürücülər necə? Ən ciddi nizam-intizam, qayda onlarda olmalıdır. Xahiş edirəm, birinci, yaş həddini bir az artıraq, ikincisi də onlar mütləq kurs keçsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Aytən xanım. Bir şeyi deyim Sizə. Mövcud qanunvericilikdə bu, 19 yaşdır. Biz 2 il də ar-tırırıq, 21 yaş edirik. İndi daha çox artırmaq lazımdırsa, mə-nə elə gəlir, ona gələcəkdə baxmaq olar. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun, Ziyafət müəllim. Mən də Musa müəllimin o təklifini dəstəkləyərək vurğulamaq istə-yirəm ki, biz ictimai yerlərdə siqaret çəkilməsinin məhdud-laşdırılması haqqında qanun qəbul etməmişik,  təbii ki, o zaman bütün ictimai yerlər nəzərdə tutula bilərdi. Amma çox yaxşı olardı ki, taksilərdə siqaret çəkilməsi qadağan edilsin, o da ictimai bir nəqliyyat növüdür. Bu məsələnin burada öz həllini tapması yaxşı olar. Eyni zamanda, mən taksometrlərlə bərabər, rayondan Bakıya gələn maşınlarla, avtomobillərlə, onların buraxılmaması ilə bağlı məsələdə də Musa müəllimin fikirlərini dəstəkləyirəm. Bu məsələnin bəlkə bir az da tənzimləmə mexanizmlərində təkmilləşdirmələrə ehtiyac var. Biz rayonlarda  seçicilərimiz ilə görüşlərdə olduğumuz zaman görürük ki, onlar da bu məsələlərdə özlərinin müəyyən narahatlıqlarını ifadə edirlər. Bəlkə bu mexanizmlərdə var ki, səhərin hansı saatı, axşamın hansı saatı. Bəlkə şəhərdəki tıxacların gərgin olduğu dövrlərdən kənar  saatları da əlavə etməklə bir az tənzimləmənin təkmilləşdirilməsinə ehtiyac var. Çünki xəstə ilə bağlı və sair məsələlər olur. İnsanların o narahatlıqları aradan qalxardı.
Amma bir məsələni də demək istəyirəm. Düzdür, bu, iclasımızın  mövzusu deyil. Amma bu bizim axırıncı iclası-mız olduğu üçün bir daha qeyd etmək istəyirəm. Bu məsələ bir dəfə də müzakirə olunmuşdu. Mən  müvafiq komitə-lərimizə və qurumlarımıza bir daha müraciət edirəm. Şəxsən mən özüm millət vəkili olaraq Tovuzdan döndüyüm zaman bizim beynəlxalq yolda qəfil baş vermiş bir hadisədən yaranmış təhlükənin şahidi oldum. Beynəlxalq yolda mütləq heyvanların keçidi üçün keçid yerləri lazımdır. Bunların qəfildən beynəlxalq yola çıxışı çox böyük bir problem yaradır ki, mən özüm qarşıdan gedən avtomobillər ilə bağlı qəfil yaranan vəziyyətin şahidi oldum. Orada sürət var, bu sürətə icazə verilir. Beynəlxalq yoldur, amma nə vəziyyət yaranır? Mütləq bu məsələyə baxılması lazımdır. Bizim bu beynəlxalq yollarımızda  heyvanların keçidi üçün yer lazımdır, bu normaldır, bu, insanların həyatıdır, lazımdır. Bəzi yerlərdə insanlarla bağlı da keçid yoxdur. Məsələn, o beynəlxalq yolun bir hissəsi Tovuzdan keçir. Kəndin yarısı yolun bir tərəfindədir, digər yarısı o biri tərəfində. İndi bu kəndin yarısı digər tərəfə keçməlidir, ya yox? Necə keçsin? Bu, beynəlxalq yoldur, mütləq bu yollara bir də diqqətlə yanaşılmalıdır. Bu beynəlxalq yollar bəzi kəndləri iki yerə ayırır. Bunun biri məktəbə getməlidir, digəri kəndin xəstəxanasına getməlidir. Bunun üçün də yolu keçməlidir. Mütləq bunların keçidləri olmalıdır. Çünk bu, sürücülər və piyadalar üçün  yollarda təhlükəsizliklə bağlı ciddi problemlər yaradır. Mən bizim komitələrdən bu məsələni diqqətdə saxlamalarını xahiş edirəm, çox önəmli olardı. Çünki bu, doğrudan da, ciddi məsələdir və beynəlxalq yollarımızın keçdiyi rayonlarda insanlar da bu məsələni ciddi şəkildə qaldırırlar. Sağ olun.
Sədrlik edən. Sağ olun. İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. İlk növbədə demək istəyirəm ki, məndən əvvəl çıxış edən bütün həmkarlarımın fikirləri ilə  razıyam. Yəqin ki, burada hamı görür, bu yol bu gün bizim ən ağrılı yerlərimizdən biridir. Yolda baş verən hadisələr,  müəyyən qədər qaydaların olmaması və sair. Mən bir neçəsinə toxunmaq istəyirəm. Seçki ilə bağlı və ümumiyyətlə, seçki dövründə Bakı–Xaçmaz yolu ilə Şimal zonasına çox tez-tez gedib-gəlirəm. İki faktı sizə deyim.  Mən keçən dəfə də bu məqama toxundum, amma əfsuslar olsun ki, heç bir dəyişiklik görmədim. 110 sürətlə gələn avtomobil Beşbarmaq pirinə çatmamış, haradasa bir 300 metr, bəlkə də daha az qalmış, –  bu dəfə istəyirəm, saxlayım, dəqiqliklə ölçüm, –  sürət olur 70, düz o radarın altında olur 50. Bu axı mümkün deyil, sürətlə gələn sürücü onu necə azaltsın? Əgər  azaltsa, orada qəza törədilə bilər. Çünki onun arxasınca maşınlar gəlir. Bu o demək deyil ki, hamı sürəti azaldacaq. Bəlkə  xüsusi təyi-natlı bir avtomobil gəlir, bəlkə o elə radarın altından yüksək sürətlə şütüyüb keçəcək. Bu bir, ikincisi, həmin o yolun Xırdalan hissəsində, yaşayış zonasında eyni qayda ilə, 110 ilə gəlirsiniz, sürət düşür 70-ə, radarın altında olur 50. Axı bu mümkün deyil. Radara müəyyən qədər qalmış bu sürət həddi təyin olunmalıdır və sürücülər xəbərdar edilməlidir.
Hesab edirəm ki, burada əyləşən hər bir millət vəkili fərdi qaydada,  yaxud da ezamiyyə ilə xarici ölkələrə gedib. Məndə elə bir təəssürat yaranır ki, Amerika Birləşmiş Ştatlarında bütün ölçü vahidləri dünyəvi ölçü vahidlərindən fərqli olduğu kimi, biz də istəyirik, yol işarələrimizi bütün dünyadan fərqli edək. Hamımız şahidi olmuşuq, avtomobildə gedəndə görmüşük ki, müəyyən bir yaşayış məntəqəsinə qısa məsafə qalanda yaşayış məntəqəsinin adı və qalan məsafə yazılır, həmin məsafəyə çatanda yaşayış məntəqəsinə dönüş yazılır. Bizdə isə elə deyil. Bizdə, tutalım ki, Kilvar və ya Zeyvə adı düz döngənin ağzında yazılıb. Deməli,  Zeyvə, yaxud Kilvar və ya  başqa bir yaşayış məntəqəsini axtara-axtara sürətlə gəlirsiniz və birdən görürsünüz ki, boy, döngədir, Zeyvəyə dönməliyəm. Bu bir qədər düz deyil. Bunların haqqında əvvəlcədən məlumat verilməlidir. Məsələn, bizim zonaya, Şimal zonasına gedəndə 3 yaşayış məntəqəsi haqqında məlumat verilir. Bu, Qusar, Quba, bir də Xaçmazdır, başqaları haqqında məlumat yoxdur. Bir şeyə də toxunmaq istəyirəm, ümumiyyətlə, çox yaxşı olardı ki, yaşayış məntəqələri haqqında monitorinq keçirilsin. Nəqliyyatda baş verən hadisələrin bir çoxu elə bu sürətlə, bu işarələrlə bağlıdır. O hadisələrin çox sayda olmasında bunların da haradasa rolu var. Təşəkkür edirəm, çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən 27-ci maddə ilə bağlı bir-iki fikrimi bildirmək istəyirəm. Burada taksi minik avtomobilləri sürücülərinin etik davranışı və sairdən söhbət gedir. Oxuyub vaxtınızı almaq istəmirəm, bilirəm, həmkarlarım yorulub. Amma burada, sonda xüsusi hazırlıqdan söhbət gedir və qeyd olunur ki, bu hazırlığın keçirilməsi qaydası, norması, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir. Bax, burada bir boşluq var. Mən çox istəyərdim ki, bu hazırlıqlar pulsuz olsun. Bir mütəxəssis, təbii ki, taksi sürücüləri ilə 15, 20, 30 dəfə hazırlıq keçərək onlara nə isə öyrədə bilər. Amma əminəm ki, bu belə olmayacaq. Həm o hazırlığın müddəti artırılacaq, həm də bu, pullu olacaq və insanları məcbur edəcəklər ki, gəlsin, uzun müddət otursun, yenə də hansısa bir quruma pul ödəsin. Ona görə bu boşluqdur. Burada nə var ki? Mən əminəm, bir adam 30 nəfərə bir gündə müəyyən qədər dərs deyə bilər və dövlətdən də 300–500 manat məvacib ala bilər. Amma bunu yenə də  gətirib pullu edəcəklər və bu pullar ciblərə gedəcək.
İkincisi, mən həmişə mahiyyətdən kənara çıxmamağa çalışıram, amma məcburam deyim. Seçicilərlə görüş zamanı, təbii ki, hamı  rayon maşınlarının şəhərə buraxılmamasından narazılıq edir. Bu başqa bir mövzudur. Mən əminəm ki, biz gec-tez buna qayıdacağıq.  Çünki yerlərdə həmkarlarımızın hamısına eyni suallar verilir. Amma başqa bir şey var, bax, müvafiq icra orqanı dayanacaqlar yaradıb və nəzarəti də  müəyyən qurumlara tapşırıb. Amma deyirlər, bir çaynik çay 3 manatdır, körpə uşaqları olanların oturub dincəlməyə yerləri yoxdur və növbəti adamlar küçədə gözlədiklərinə görə biz məcburuq ki, çayı içək, bayıra çıxaq, yarım saatdan sonra bir də oturaq, yenə bir çaynik çay içək və sair. Bu tənzim-lənməlidir. Misal göstərdilər ki, Qaradağ postundan Su-raxanıya getmək üçün taksi 35 manat pul istəyir. Belə şey olmaz, insanları əziyyətə salmaq olmaz, ya müvafiq icra hakimiyyəti orqanı üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlsin, ya da dövlət əhəmiyyətli məsələlərdə biznes maraqlarını ortaya qoymasınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli həmkarlar, bu qanun layihəsini kifayət qədər müzakirə etdik. Mənə elə gəlir, artıq səsə qoymağın vaxtıdır. Buyurun, xahiş edirəm, münasibət bildirək.


Səsvermənin nəticələr (saat 13.46 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində yenə  mahiyyətcə eyni məsələdir. Yəni o hissə ki inzibati xətadır, İnzibati Xətalar Məcəlləsində, amma cinayət tərkibi yaradandırsa, Cinayət Məcəlləsində dəyişiklik edilir.
Hörmətli həmkarlar, bilirsiniz ki, həm hörmətli millət vəkillərini, ümumiyyətlə, ictimaiyyətimizi son dövrdə mət-buatda yazılan, televiziyada tez-tez göstərilən yol hərəkəti qaydalarının pozulması və bunun da ağır nəticələrə səbəb olması faktı çox ciddi narahat edir. Mən bir neçə statistik məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Cinayət Məcəlləsinin 263-1-ci maddəsi ilə, yəni “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma” maddəsi ilə bağlı onlarla cinayət törədilib. Bu maddə ilə bağlı 2014-cü ildə 272 hadisə olub ki, bunun da 75-i ölümlə nəticələnib. 2015-ci ildə isə 234 belə cinayət hadisəsi qeydə alınıb və onun da 84-ü ölümlə nəticələnib. Statistika göstərir ki, belə  cinayətlərə qarşı gərək daha ciddi mübarizə aparılsın. Ehtiyatsızlıq üzündən törədilən cinayətlər olmasına baxmayaraq, cənab Prezident tərəfindən  Cinayət Məcəlləsinə təklif olunan əlavə məhz bu dediyim problemlərin qarşısını almaq məqsədi güdür. Belə ki, 263-1.2-ci maddəyə təklif olunur ki, ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulursa, dörd il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə  azadlıqdan məhrumetmə  ilə cəzalandırılsın. Qeyd etmək istəyirəm ki, indiyə qədər ağır zərər vurmağa görə belə məsuliyyət mövcud idi. Amma təklif olunur ki, az ağır zərər vurmağa görə də belə ciddi cəza təyin olunsun.
Həmçinin qeyd etməliyəm ki, İnzibati Xətalar Məcəl-ləsində də idarəetmə hüququ olmadan və ya sərxoş halda olan şəxslər tərəfindən ümumi istifadədə olan nəqliyyat va-sitəsini idarə etməklə sərnişindaşımaya görə yalnız inzibati həbs növündə tənbeh tətbiqinin tətbiq olunması təklif olu-nur, yəni artıq digər inzibati cəza növləri yox, ancaq inzibati cəza növündə tədbir. Sizlərə bu layihə paylanıb. 152-ci maddədə nəqliyyat vasitəsinin sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə də sanksiyalar kifayət qədər ciddiləşir. Yollarda iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil etməyə görə kifayət qədər ciddi sanksiya nəzərdə tutulur. Bəzən mətbuat, televiziya və sosial mediada bunları görürük. Belə bir inzibati xətaya görə 2000 manatdan 4000 manata qədər cərimə və ya bir aydan iki ayadək həbs nəzərdə tutan inzibati məsuliyyət müəyyən olunur. Həm-çinin 166-cı maddəyə uyğun olaraq sərnişin və ya yükdaşı-malarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanmamasına və sürücülərin tibbi müayi-nəsinin təşkil edilməməsinə görə həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər kifayət qədər ciddi məsuliyyətə cəlb olu-nacaqlar. Gördüyünüz kimi, hörmətli həmkarlar, bu məsələ həm idarəetmə hüququ olmadan və eyni zamanda, sərxoş halda nəqliyyat vasitəsini idarə edən şəxslərə yönəlib. Bir halda cinayət məsuliyyəti, digər halda isə belə idarəetməyə görə  kifayət qədər ciddi inzibati məsuliyyət nəzərdə tu-tulur. Düşünürəm ki, bu sanksiyalar, cəzalar ciddi olsa da, günün, həm də ictimaiyyətin, cəmiyyətin tələbi ilə üst-üstə düşür. Odur ki, həm Cinayət Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə təkliflərimizə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Çıxış etmək istəyənlər var.  Çingiz Qənizadə, buyurun.
Ç.Qənizadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Burada bir anlaşılmazlıq var. Əslində, bu, yəqin, texniki bir proses olacaq. Siz professional hüquqşünassınız.  Mən dedikcə, xahiş edirəm, diqqətlə baxın. Çalışıram ki, Siz də həmrəy olasınız. Çünki biz qanunvericilik subyektinə artıq zəng elədik, Əli müəllimlə məsləhətləşdik, onlar da, prinsipcə,  təqdim edilən qurum da razılaşdı. Burada, Cinayət Məcəlləsinin  263-1.2-ci maddəsində “Eyni əməllər eh-tiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına,” ifadəsində vergüldən sonra biz yeni bir bənd əlavə etmişik: “Yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına”. Belə çıxır ki, biz bir bənddə ümumi istifadədə olan maşınları idarə edən şəxsin hərəkətinə az ağır və ağır cəzaya görə eyni sanksiyanı tətbiq edəcəyik. Lakin şəxsi istifadədə olan avtomobillərin sahibləri üçün eyni sanksiyanı az ağıra görə tətbiq edəcəyik. Bu anlaşılan deyil. Çünki bir bənddə heç vaxt bu cür ardıcıllıqlar olmur. Mən belə hesab edirəm ki, bu, texniki bir problem olaraq çıxarılmalı və öz əksini yeni bir cümlə ilə tapmalıdır. O baxımdan  istərdim ki, biz bunu, əsasən, qəbul edək, amma o texniki məsələlər qanunu göndərən qurumla bir daha dəqiqləşdirək.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, Ziyafət müəllim. Mən bir məsələyə diqqəti cəlb etmək istəyirəm. Vaxtilə mən Milli Məclisin iclasında  məsələ qaldırmışdım ki, il ərzində təkrar olaraq sərxoş vəziyyətdə avtomobili idarə edən şəxs barəsində cinayət işi qaldırılmalıdır. Ona görə ki, avtomobil yüksək təhlükə mənbəyidir və sərxoş vəziyyətdə avtomobili idarə edən şəxsin hadisələrə reaksiyası zəifləyir və bu, insanların həyatını, o cümlədən həmin şəxsin özünün və salonda olan insanların həyatını təhlükə altına atmış olur. Mən hətta bir misalı da xatırlatdım ki,  vaxtilə Amerika Birləşmiş Ştatlarında onların məhkəmə-hüquq sistemləri ilə tanış olarkən bizi bir qadın həbsxanasına apardılar. Təqribən 60 yaşında olan qadından soruşdum ki, nə üstündə həbs olunmusunuz? Dedi ki, il ərzində təkrarən sərxoş vəziyyətdə avtomobil idarə etmişəm və mənə 6 ay cəza təyin olunub. Soruşdum ki, bunu ədalətli sayırsınız? Dedi: “Bəli, çox ədalətli sayıram, ona görə ki, öz həyatımı da, başqalarının  həyatını da təhlükə altında qoyurdum”.
İndi düşünürəm ki, Azərbaycanda da, nəhayət, bu nor-manı tətbiq etməyə çox böyük ehtiyac var. Bununla yanaşı, vaxtilə bu parlamentdə məsələ qaldırmışdım ki,  insanların həyatı üçün ikinci ən təhlükəl məsələ sürət həddinin aşıl-masıdır. Əgər hər hansı bir yolda şəxs sürət həddini müəy-yən olunmuş normadan 30 kilometr  artıq  aşırsa, misal üçün, 90 ilə getməlidir, ancaq 120 ilə gedirsə, bu, deməli, doğrudan da, ətrafdakıların həyatını təhlükə altına atır. Ona görə də cinayət məsuliyyətinə cəlb olunması məsələsi qo-yulmalıdır. Tutaq ki, kim isə uşağının əlindən yapışıb yolla gedir, hər birimiz bunu izləmişik. Bir qadın yolun qırağı ilə gedir və hansısa 07 markalı bir avtomobil böyük sürətlə gəlir və onları vurub məhv edir. Niyə insanların həyatını təhlükə altına atmalıyıq? Biz sərtləşdiririk, mən bu normalara səs verəcəyəm, amma doğrudan da, sürət və sərxoşluqla bağlı məsələlərdə cəza tədbiri daha da sərtləşdirilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Azərbaycan Respublikasının Ci-nayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azər-baycan Respublikasının qanun layihəsinə münasibət bildi-rək.

Səsvermənin nəticələr (saat 13.55 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllə-sində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə mü-nasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahı-sında dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov məlumat verəcək. Buyurun, Rüstəm müəllim.
R.Xəlilov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Müzakirənizə verilən məsələ ilə bağlı sizə xatırlatmaq istəyirəm ki, Milli Məclisin yaz sessiyasında Azərbaycan Respublikasının 15 rayonunda 27 eyni adlı kəndin adlarında dəyişiklik oldu. Həmin qanun layihəsi ilə əlaqədar Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının ərazisində olan 27 eyni adlı kəndin adı dəyişildi. Bu da, əlbəttə ki, bələdiyyə siyahısından kənarda qala bilməzdi. Həmin kəndlərin adları bələdiyyə siyahısına əlavə olunmalı, orada öz əksin tapmalı idi. Ona görə də mən həmkarlarımdan xahiş edirəm ki, bu siyahıdakı dəyişikliklərə səs versinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirin.

 Səsvermənin nəticələr (saat 13.58 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
                      
Qəbul edildi, sağ olun.
Hörmətli həmkarlar, bizim iki məsələmiz qalıb, etiraz etmirsinizsə,  tənəffüssüz yekunlaşdıraq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Növbəti məsələ Bakı və Gəncə apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Cənab Prezident tərəfindən Konstitusi-yaya müvafiq olaraq apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi üçün onların təqdimatları Milli Məclisə göndərilmişdir. Qeyd etmək istəyirəm ki, bu şəxslərin, yəni Bakı Apellyasiya Məhkəməsinin 3 hakiminin  və  Gəncə Apellyasiya Məhkəməsinin 1 hakiminin səlahiyyət müddəti başa çatmışdır. Məhkəmə-Hüquq Şurası tərəfindən onlarla bağlı qiymətləndirmə həyata keçirilmişdir. İndi onlar ye-nidən təyin olunsalar, qanunvericiliyə uyğun olaraq son yaş həddinə qədər çalışacaqlar. Eyni zamanda, qeyd etmək istəyirəm ki, hazırda parlamentə dəvət olunmuş bu hakimlər – Bakı Apellyasiya Məhkəməsinin hakimləri Cəfərov Namiq Şamil oğlu, Hacıyev Sənan Firudin oğlu, Hüseynov Abiddin Qabil oğlu və Gəncə Apellyasiya Məhkəməsinin hakimi Bayramov Azər Vahid oğlu  fəaliyyətləri dövründə nümunəvi hakim kimi fəaliyyət göstərmişlər və məhz buna görə də həm Məhkəmə-Hüquq Şurası, həm də cənab Prezident tərəfindən onlara yenidən etimad göstərilmişdir. Əminik ki, parlament tərəfindən də onlara etimad göstərilsə, gələcəkdə də fəaliyyətlərini belə davam etdirərlər. Çox sağ olun.
Sədrlik edən. Bakı və Gəncə apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərara münasibət bildirək, xahiş edirəm.

Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli hakimlər, sizi təbrik edirik və işlərinizdə uğurlar arzulayırıq. Nəhayət, gündəliyimizin axırıncı məsələsi – Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verəcək. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Cənab Prezident  Nazirlər Kabinetinin son icla-sında Azərbaycanın iqtisadi inkişafını sürətləndirmək, qlobal sarsıntılar şəraitində daha uğurlu nailiyyətlər əldə etmək üçün çox vacib bir təşəbbüslə çıxış etmişdir.  Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanun layihəsinə görə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılır. Qanunun  birinci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.
Bu qanunun müddəaları korrupsiya cinayətlərinin araş-dırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Pro-kurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər  bu qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.  Bu qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına habelə inzibati və məhkəmə qaydasında şikayət edə bilər. Mən bu qanunu  tam oxudum, 3 maddədən ibarətdir, burada kifayət qədər aşkarlıq var. Hesab edirəm ki, bu qanun layihəsini müzakirə edib qəbul etsək, heç şübhəsiz ki, sahibkarlığın inkişafı üçün çox böyük uğurlar əldə edərik.
Sədrlik edən. Səsə qoyuruq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hörmətli həmkarlar, bir dəqiqə. Mən bilirəm ki, yazılan yoldaşlar bu qanun layihəsini müdafiə edəcəklər. Çünki qanun layihəsi o qədər konkret, o qədər dəqiq yazılıb ki, bunu müzakirə etməyə ehtiyac yoxdur. Əgər təkid eləmirsinizsə, buyurun, münasibət bildirək, qanun layihəsini qəbul eləyək.

Səsvermənin nəticələr (saat 14.04 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatdı.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU