18.12.2015 - tarixli iclasın stenoqramı

BEŞİNCİ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
I SESSİYASI  İCLASININ

PROTOKOLU № 5

Milli Məclisin iclas salonu.
18 dekabr 2015-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 118 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 112
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Tapdıq Mahmudov, Gəncə Apellyasiya Məhkəməsinin hakimliyinə namizəd.
Xəyalə Cəmilova, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimliyinə namizəd.
Fərmayıl Zeynallı, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimliyinə namizəd.
Kəmalə Abiyeva, Bakı Apellyasiya Məhkəməsinin hakimliyinə namizəd.
Rafael Eyvazov, Şirvan Apellyasiya Məhkəməsinin hakimliyinə namizəd. 
Seyfəddin Talıbov, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikasının  Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr ta-rixl 337-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişik-liklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
29. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
31. “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
34. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
35. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
37. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
38. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
39. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
40. Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında.
41. Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Sahib Alıyev, Səməd Seyidov, Fəzail Ağamalı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Elmira Axundova

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.02 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 102
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.40 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Aydın Mirzəzadə, İlham Əliyev


Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.46 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.47 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikasının  Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.48 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.50 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Siyavuş Novruzov, Əli Hüseynli, Aqil Abbas


Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.04 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.12 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməs haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

10. “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

11. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.18 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.18 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

13. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.20 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

14. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.21 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi


15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.23 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

16. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 111
Nəticə: Qəbul edildi

17. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 337-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 110
Nəticə: Qəbul edildi

18. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.27 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

19. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

20. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

21. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.


Çıxış etmişlər:
  Ziyafət Əsgərov, Əli Hüseynli, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.31 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

22. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.32 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

23. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 110
Nəticə: Qəbul edildi

24. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Eldar İbrahimov, Fazil Mustafa, Elmira Axundova, Fuad Muradov, Fəzail Ağamalı, Zahid Oruc, Adil Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.05 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.10 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.12 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.14 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 102
Nəticə: Qəbul edildi

29. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.16 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

30. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.17 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

31. “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.17 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

32. “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Tahir Kərimli, Aydın Mirzəzadə, Musa Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

33. “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.26 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

34. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.28 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

35. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.29 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.31 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

37. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 16.32 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi


38. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Musa Quliyev, Fərəc Quliyev, Çingiz Qənizadə, Siyavuş Novruzov, Tahir Kərimli, Aydın Mirzəzadə, Fəzail İbrahimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.03 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

39. Azərbaycan Respublikasının 1996-cı il 17 may ta-rixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.03 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi


40. Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.07 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

41. Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov, Ziyafət Əsgərov, Elmira Axundova, Kamran Nəbizadə, Vahid Əhmədov, Rafael Cəbrayılov, Bəxtiyar Əliyev, Siyavuş Novruzov, Rüstəm Xəlilov, Rüfət Quliyev, Fuad Muradov

Təklif: Qanun layihəsi birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 17.54 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi


Azərbaycan RespublikasıMilli Məclisinin
Sədri O.ƏSƏDOV

 


MİLLİ MƏCLİSİN İCLASI

18 dekabr  2015-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 112
Yetərsay  83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik. Gündəliyimizdə 40 məsələ var, xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.02 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik qəbul edildi. İşimizə başlaya bilərik. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, yazılın. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli Sədr, dəyərli həmkarlar! Mən bir məsələ haqqında öz fikirlərimi bildirmək istəyirəm. Bu, Amerika Konqresində Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smitin məlum və üzdəniraq qanun layihəsi haqqındadır. Burada söhbət Azərbaycanda demokratik azadlıqlardan gedir. Bilirsiniz ki, Azərbaycanla Amerika arasında hərtərəfli əməkdaşlıq var və bu əməkdaşlıq, sadəcə, iki dövlətin maraqlarına xidmət etmir, həm də bütövlükdə regionda, hətta deyərdim, region sərhədlərindən kənarda da sabitliyin, demokratiyanın, təhlükəsizliyin təmin olunmasında son dərəcə mühüm rol oynayır. Amma çox təəssüf ki, Amerikadakı bəlli çevrələrin təsiri altında olan qüvvələr zaman-zaman bu əlaqələrə xələl gətirmək istəyirlər. Əgər fikir versək, görərik ki, bu proseslər eyni vaxtda baş verir. Eyni vaxtda Konqresdə erməni separatçılarının qondarma xarici işlər naziri ilə görüşü təşkil olunur. Orada uydurma bir qurumun müstəqilliyindən söhbət gedir. Ardınca ermənipərəst konqresmenlərin Azərbaycanı Ermənistana və Dağlıq Qarabağa qarşı təcavüzdə suçlandıran bəyanatları səsləndirilir.
Fikir verin, təcavüzə məruz qalan bir ölkə təcavüzkara təcavüzdə suçlandırılır. Anormallığın dərəcəsinə bax. Sonra buna bir erməni senator qoşulur və daha sonra “mən ermənilərin böyük dostuyam” deyən və dəfələrlə uydurma soyqırımı məsələsini qaldıran Kristofer Smit deyilən biri qoşulur. Bilirsiniz, söhbət ayrı-ayrı şəxslərdən getmir, söhbət ondan gedir ki, Amerika, doğrudan da, bölgədə müəyyən mənada müsbət rol oynamış, xüsusilə də enerji məsələlərində müsbət rol oynamış bir dövlətdir. Azərbaycan Prezident cənab İlham Əliyev də dəfələrlə Amerikanın məhz bu rolunu qiymətləndirib. Amerika müəyyən mənada dəfələrlə demokratik dəyərlər daşıyıcısı kimi Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin, Azərbaycan siyasətçilərinin yaddaşında qalıb. Amma çox təəssüf ki, bu cür hərəkətlər ilk növbədə Amerikanın özünün maraqlarına qarşı yönəlir. Diqqətiniz üçün təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, görürəm ki, müzakirələrə çox insan yazılıb, hamını maraqlandıran da Kristofer Smitin məsələsidir. Mən bir-iki cümlə deyəcəyəm və xahiş edəcəyəm ki, həm Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, həm də Azərbaycan–Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbər kimi Səməd Seyidov bu məsələni bir balaca araşdırsın, sonra müzakirələri davam etdirək.
Yarım saat qabaq Analitik şöbə mənə məlumat verdi, erməni diasporunun ən radikal rəhbərlərindən Aram Hamparyan öz Twitter səhifəsinə konqresmen Kristofer Smitin şəklini qoyub, qeyd edir ki, Smit ilə görüşlər keçirib. Bunun kökü məlum olur.
Smit kimdir? Vaxtilə Demokratlar Partiyasının, daha sonra Respublikaçılar Partiyasının üzvü olub. Ən əsası da görürük ki, Ermənistan diasporunun üzvüdür və çox əfsuslar olsun ki, onun verdiyi bu qanun layihəsini bizim jurnalistlər şok hadisə kimi yazırlar. Nə şok hadisə olub? Adi bir deputatdır, Helsinki Komissiyasına aid olan bir məsələdir, yəni ayrıca bir qrupdur, qeyri-hökumət təşkilatı kimi bir şeydir. Tutaq ki, parlamentdə bir komissiya yaradırıq, komissiya öz fikrini deyir. Bunu bu qədər şişirtmək çox böyük səhvdir. Amerika Konqresində Azərbaycanın da dostları, çox konstruktiv deputatlar var. Yüz yox, iki yüz faiz əminəm ki, belə qanun layihəsi keçməyəcək və bu məsələnin indiki vaxta salınmasının bir səbəbin də deyim.
Gördüyünüz kimi, Azərbaycan Respublikasının Prezidenti ildə bir dəfə əfv fərmanı verir. Bilirsiniz ki, 31 dekabr üçün əfv fərmanı hazırlanır. Onların da məqsədi odur ki,  bu əfv  fərmanından sonra desinlər, biz təsir elədik, dedik, buna görə filankəslər buraxıldı. Bu bir, ikinci tərəfi isə budur ki, biz bu məsələyə iradımızı bildirək, Amerikaya qarşı böyük təhdidlər eləyək, bu adamlara əfv verməyək. Misal üçün deyirəm, hər üzünü fikirləşin. Bu məsələyə çox böyük diqqət verməli deyilik.
İndi baxın, jurnalistlər günün birinci yarısı otururlar, ikinci yarısı olmurlar. Mən xahiş edirəm, Amerikanın səfirinə də deyin, jurnalistlərə açıqlama versin, görək bu məsələnin kökü nədir, bu, Amerika dövlətinin, Amerika departamentinin mövqeyidir, ya hər hansı erməninin əli altında olan bir deputatın fikridir. Ona görə də bu məsələni, Səfa müəllim,  tapşırın, müraciət eləsinlər, bu konqresmenin sözlərinə görə izahat istəsinlər. İndi mən Səməd müəllimə söz verəcəyəm, izah eləsin ki, bu Smitin hüququ nədir? Sonra müzakirəmizə davam edərik.  Buyurun, Səməd müəllim.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan–Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlar, mən dərin minnətdarlığımı bildirmək istəyirəm ki, Oqtay müəllim lazım olan vacib izahatları verdi, ancaq bəzi təfərrüatla sizi tanış etməyi özümə borc bilirəm. Birincisi, çox təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatlarının siyasəti ermənipərəst və faktiki ermənilərin sifarişini yerinə yetirən bir şəxsin girovuna çevrilmiş siyasət kimi təqdim oluna bilər. Bu artıq çox mənfi bir haldır və Amerikanın özünə çox böyük mənfi təsir göstərən amillərdən biridir. Təəssüflər olsun ki, Azərbaycan mediasında da oxuyuruq ki, Amerika Birləşmiş Ştatları Konqresinin Helsinki Komissiyasının təqdim etdiyi qanun layihəsi tamamilə reallıqdan uzaq olan bir məsələdir. Helsinki Komissiyası Amerika Birləşmiş Ştatlarında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq etmək üçün yaradılmış bir qurumdur. Bu qurumda üzv kimi 9 konqresmen, 9 senator və Dövlət Departamentindən 1, Müdafiə Nazirliyindən 1, Ticarət Nazirliyindən 1 nəfər var.  Bu, Konqresə aid olmayan bir qurumdur. Konqreslə əlaqəsi olan bir qurumdur, ancaq konqresə aid olmayan bir qurumdur. Nəyə görə mən bu təfsilatı sizə çatdırıram? Ona görə ki, cənab Smit özü bu qanun layihəsini təqdim edərək böyük bir təxribat yaradılması üçün əlindən gələni edir.
Mən sizə iki sənəd göstərəcəyəm. Birinci sənəd Helsinki Komissiyasının sənədi olan bir yazıdır, ikincisi isə təqdim olunan qanun layihəsidir. Birinci sənədi, Helsinki Komissiyasının sənədini oxuyuram. Burada konkret olaraq yazılıb: “Helsinki Komissiyası məlumat verir ki, onun üzvü, – yəni həmin şəxs Helsinki Komissiyasının üzvüdür,  – Konqresə qanun layihəsi təqdim edib”. Təkrar edirəm, Helsinki Komissiyası yox, Helsinki Komissiyasının üzvü olan cənab Smit. Bir vacib məsələni də qeyd etmək istəyirəm ki, sadalanan 9 nəfər konqresmenin, 9 nəfər senatorun və başqa məsul şəxslərin heç biri o sənədin altında imza atmayıb. Sənəd cənab Smitin, – Oqtay müəllim burada qeyd elədi, – erməni diasporunun Amerika Birləşmiş Ştatlarında xüsusi rəğbətini qazanmış ermənipərəst bir şəxsin təqdim etdiyi sənəddir. İndi fikirləşin və baxın, bu şəxs necə hiyləgər bir iş görür. Amerika Birləşmiş Ştatları Konqresinin maraqlarına zidd və təbii, Azərbaycana qarşı olan təxribatla məşğuldur. Bu sənəd baxılması üçün Amerika Birləşmiş Ştatlarının qanunlarına əsasən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq münasibətlər komitəsinə göndərilməlidir, orada isə alt komitənin sədri o özüdür, cənab Smitdir. O, Helsinki Komissiyasından istifadə edərək Konqresə özü-özünə sənəd göndərir, bu bir. İkincisi, bu sənədi tərtib edərkən başlığına görün hansı sözləri yazır. Yazır: “Mən bu sənədi Amerika Birləşmiş Ştatlarının strateji təhlükəsizlik maraqlarını və xarici siyasətini təmin etmək üçün təqdim edirəm”. Sənədin içərisində isə Amerika Birləşmiş Ştatlarının strateji əməkdaşlıq etdiyi Azərbaycanın xarici siyasəti ilə bağlı göstərdiyi fəaliyyət də tamamilə darmadağın edilir. Yəni faktiki, bu insan erməni fikirlərini, erməni lobbisinin mövqeyini Konqresdə əks etdirmək, Azərbaycana qarşı çıxış etmək üçün Amerika Birləşmiş Ştatlarının strateji maraqlarına, xarici siyasətinə və  Azərbaycan–Amerika münasibətlərinə xüsusi bir xələl gətirən sənəd hazırlayaraq təqdim edir.
Əziz dostlar, bu, ermənipərəst qüvvələrin, antiazərbaycan qüvvələrin növbəti hiyləgər bir cəhdidir. Mən məlumat üçün bildirmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının Konqresinə statistika üzrə 2013–2014-cü illərdə 4000 bu kimi sənəd daxil olub. Onların içərisindən seçilərək Amerika Birləşmiş Ştatlarının maraqlarına, xarici siyasətinə uyğun olan təxminən 120–130 sənəd qəbul olunub. Yəni bu şəkildə, bu tərzdə, bu ifadədə göndərilmiş sənədin qəbul olunması ehtimalı, demək olar ki, sıfırdır.
Bunlar nəyə əsaslanırlar? Niyə bu işi görürlər? Oqtay müəllim qeyd elədi, mən bir də təkrar etmək istəyirəm. Birincisi, Azərbaycanda insan haqları ilə bağlı müntəzəm və yüksək səviyyəli işlərin aparılması dünya ictimaiyyətinin gözü qabağındadır. İkincisi, Azərbaycanda insan haqları ilə bağlı ənənəvi olaraq ilin sonunda əfv fərmanları olur. Azərbaycanda dünya ictimaiyyəti ilə birgə aparılan siyasət nəticəsində Amerika Birləşmiş Ştatları ilə münasibət çox yüksək səviyyədə öz əksini taparaq regionda olan problemlərə təsir istiqamətində güclü bir amilə çevrilir. Erməni diasporunun, antiazərbaycan qüvvələrinin, bunların hamısının qarşısını almaq üçün yalnız Amerika Birləşmiş Ştatları deyil, başqa ölkələr də, o cümlədən başqa təşkilatlar da öz işlərinə artıq başlayıblar. Mən Helsinki Komissiyasında aparılan dinləmələrə diqqətlə qulaq asmışam və Smitin bir ifadəsini nəzərinizə çatdırmaq istəyirəm. Cənab Smit deyir: “Əziz dostlar, bu gün, yəni ayın 16-da biz Avropa Şurasında Baş katibin Azərbaycana qarşı qəbul etdiyi məsələni dəstəkləyirik və onlarla birgə fəaliyyətə  başlamalıyıq.” Cənab Smitin birbaşa stenoqramla yazılmış səsidir və üstündən bir neçə saat keçəndən sonra Azərbaycanda konkret olaraq təqdim olunmağa başlanır ki, Azərbaycanı Avropa Şurasında yenidən hədəf seçiblər.
İcazə versəydiniz, Oqtay müəllim, Avropa Şurasında da bu məsələlərlə bağlı bəzi izahatları verərdim. Ayın 14-də Londonda cənab Yaqlandla birlikdə büro iclasında iştirak etmişəm. Cənab Yaqland öz çıxışında konkret olaraq qeyd etdi ki, təəssüflər olsun, bütün Avropa ölkələrində, Avropa Şurasına daxil olan ölkələrdə konvensiyaların yerinə yetirilməsi ilə bağlı böyük bir problem yaranıb. Problem ondan yaranıb ki, ölkələr konvensiyaların yerinə yetirilməsi ilə bağlı ümumi vəziyyəti görərək xaosdan, sabitliyin pozulmasından, vəziyyətin gərginliyindən çəkinirlər, ona görə də üstünlük beynəlxalq qanunlara deyil, yerli qanunlara verilir və misal çəkməyə başladı.
Birinci misal, Böyük Britaniyada məhbuslarla bağlı İnsan Hüquqları Konvensiyasının yerinə yetirilməsi problemi yaranıb. İkinci misal, bu yaxınlarda Polşada keçirilmiş hakim seçkiləri məsələsi Konstitusiyaya zidd olan məsələdir. Üçüncü misal kimi, Macarıstanda baş vermiş Konstitusiyaya zidd hadisələr və insan hüquqları ilə bağlı olan problemlərin yaranmasını göstərdi. Nəhayət, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yalnız millətin və dövlətin maraqlarına uyğun olduğu halda həyata keçirilməsi ilə bağlı qərarı. Mən xahiş etdim, burada bir məsələni də qeyd etsin ki, bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi Çıraqov məsələsini müzakirə edib və Ermənistan da qəbul edib. Lakin Ermənistan müntəzəm olaraq rəsmi şəkildə bu məsələnin həyata keçirilməsindən imtina edib. Bu məsələnin mahiyyəti isə ondan ibarətdir ki, məhz Ermənistan Azərbaycan torpaqlarının işğalı ilə bağlı birbaşa məsuliyyət daşıyır. Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarıdır. Cənab Yaqland Azərbaycanda Məmmədov məsələsini də qeyd etdi və sonda dedi ki, bəli, etiraf etmək lazımdır, bu gün biz bu çətin vəziyyətdə ölkələrlə dialoq sisteminə başlayaraq, dialoqa girərək bu vəziyyətin həll olunması, konvensiyaların yerinə yetirilməsi ilə bağlı iddiaları, problemləri həll etməliyik. Üstündən iki gün keçir, hörmətli həmkarlar, ayın 16-da cənab Smit Amerika Birləşmiş Ştatlarında  Avropa  Şurası Baş  katibinin  ayın 14-dəki çıxışına zidd olaraq  Azərbaycanla bağlı belə bir qərar qəbul edir.
Ona görə mən həm mediadan, həm də həmkarlarımdan xahiş edirəm, birbaşa dərk eləsinlər, başa düşsünlər ki, bu, Azərbaycana qarşı işləyən ermənipərəst qüvvələrin birbaşa fəaliyyəti ilə bağlı bir məsələdir. Bununla əlaqədar olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, yanvar sessiyasında Azərbaycanın, Azərbaycan nümayəndə heyətinin gördüyü işlər nəticəsində Dağlıq Qarabağla bağlı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı sənəd müzakirə olunacaq. Özü də  bir sənəd deyil, bir neçə sənəd müzakirə olunacaq.
Nəzərə almaq lazımdır ki, Azərbaycan bu gün regionda sülh siyasəti yürüdən və öndə gedən dövlətlərdən biridir. Cənab Prezidentin siyasəti bu gün dünyanın hər bir yerində dəstəklənir. Nəzərə almaq lazımdır ki, belə təpkilər çox olacaq. Onların əsas istəyi də ondan ibarətdir ki, biz hansısa kəskin, düzgün olmayan bir reaksiya verək. Hesab edirəm ki, Oqtay müəllim, Siz tamamilə haqlısınız. Amerika Birləşmiş Ştatlarının səfiri, – onların Konqresidir, onların deputatıdır, – qoy bir izahat versin. Ancaq biz də bilək ki, bu, Konqresin mövqeyi deyil. Bu bir ermənipərəst deputatın cəhdidir və onların, yəni ermənipərəst qüvvələrin təsiri, istiqamətləndirilməsi, maddi köməyi ilə həyata keçirilir. Hesab edirəm ki, millət vəkilləri bunları düzgün başa düşüb qiymətləndirəcəklər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Mən istədim ki, bütün millət vəkilləri bu barədə bir az bilsinlər. Mən bir daha təəssüf edirəm ki, hər gün biz mətbuatı açanda belə “şok” xəbərlərlə rastlaşırıq. O qədər şok deyəcəklər ki, bir azdan o yazanların özləri şoka düşəcəklər. Ona görə o izahatı verdirdim. Səməd müəllim də sağ olsun, izahat verdi. İndi müzakirələrə davam edək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vaxtımız var, eybi yox. Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli media təmsilçiləri! Əslində, hörmətli cənab Sədrin və hörmətli həmkarım Səməd Seyidovun bu izahatından sonra deməyə söz qalmadı. Lakin həmin fikirlərə qoşularaq mən bir daha demək istəyirəm ki, bu, uzun illərdən bəri mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarında yerləşmiş olan antiazərbaycan qüvvələrinin beynəlxalq səviyyədə Azərbaycana qarşı böhtan kampaniyasının tərkib hissəsidir. Bu proses bundan sonra da gözləniləndir. Sadəcə, düşündürücü olan odur ki, bir tərəfdən Avropa Şurasının Baş katibi, başqa bir tərəfdən isə Amerika Birləşmiş Ştatlarının konqresmeni iki fərqli məkandan Azərbaycana qarşı eyni mahiyyət daşıyan, eyni məzmun kəsb edən bu cür hücumlara yenidən start verirlər. Əlbəttə, bütün bunların əsası yoxdur. 
Nəticə etibarilə Azərbaycanın tutmuş olduğu yol demokratik yoldur, Azərbaycan dövlətinin və Azərbaycan cəmiyyətinin təhlükəsizliyinə xidmət edən yoldur. Azərbaycan qəbul etmiş olduğu beynəlxalq müqavilələrə, Milli Məclisdə ratifikasiya olunmuş konvensiyaların müddəalarına bir dövlət olaraq əməl edib və bundan sonra da əməl edəcəkdir. Lakin məni təəssüfləndirən odur ki, Amerika Birləşmiş Ştatlarından olan Minsk Qrupunun həmsədri Amerika Birləşmiş Ştatlarında Dağlıq Qarabağın ekstremist separatçıları ilə birgə müzakirələrdə iştirak edir. Başqa bir tərəfdən zaman-zaman Amerika Birləşmiş Ştatlarının senatorları, konqresmenləri bu və buna bənzər layihələri gündəmə gətirirlər. Təəssüf doğuran cəhət odur ki, indiyə qədər Amerika Birləşmiş Ştatlarının rəsmi qurumları, xüsusən də dövlət departamenti bu cür hallara qarşı özünün konkret rəyini və hüquqi qiymətini vermir. Mənə elə gəlir ki, bunun da başlıca səbəbi məhz antiazərbaycan kampaniyasının arxasında, – mən bunu öz adı ilə demək istəyirəm, – erməni diasporasının təsiri altında olan Con Kerrinin dirijorluğudur. Ona görə də mən birbaşa, – təbii ki, bir millət vəkili olaraq, bu mənim subyektiv fikrimdir, – onu qınayıram. Düşünürəm ki, buna, nəhayət, son qoyulmalıdır. Amerika ilə Azərbaycan arasında bu gün yaxşı münasibətlər var. Xahiş edirəm ki, səfir Milli Məclisin...
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məncə, bizim hörmətli Səməd müəllim bu məsələ ilə bağlı kifayət qədər aydın bir açıqlama verdi. Son nöqtə o oldu ki, bu, Amerika Konqresinin münasibəti deyil, hansısa bir başıpozuq senatorun özfəaliyyətidir. Ona görə də bu məsələni əsas götürərək Amerika Birləşmiş Ştatları ilə bağlı indiki məqamda, xüsusilə də bu mürəkkəb xarici vəziyyətin yarandığı məqamda hansısa bir sərt üslubdan istifadə eləməyimiz, məncə, doğru olmazdı. Bir də, son vaxtlar bir neçə insanın həbsdən azad olunması nəyi göstərdi? Xaricilərin tələbini qoyaq bir tərəfə. Onsuz da xaricdən qrant alma məsələsi kifayət qədər məhdudlaşdırıldı və nəzarət altına alındı. Artıq Azərbaycan hakimiyyəti özü bir çox hallarda adamların məşhurlaşmasına şərait yaradır. Həbsdən  buraxılandan sonra adamların adı, sorağı, heç nəyi yoxdur. Adam həbsdə oturanda bir şəxsiyyətdir, müəyyən sənədlərdə adı xatırlanır. Ona görə də mən çox istərdim ki, artıq dövlət tərəfindən bu məsələ bir daha müzakirə olunsun.
Qarşıdan 31 dekabr, yeni il gəlir. Bu əfv siyahısını bir az genişləndirmək lazımdır, biz bunu özümüz üçün eləyək. Başqasının tələbi üçün eləməyək. Bu adamları məşhurluqdan qurtaraq. Artıq qoy getsinlər, bir iş-güc sahibi olsunlar. Qrant almayandan sonra böyük əksəriyyəti elə bir istedad sahibi deyil ki, ölkəyə hansısa bir ciddi təhlükə yaratsın.
Digər bir vacib məsələ. Bu yaxınlarda bizim təhlükəsizlik orqanları ilə bağlı qərar verildi. Milli Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı. Çox yaxşı, doğru bir seçim idi. Mən nəyi təklif eləmək istəyirəm. İllərdir, bu məsələni biz qaldırırıq. Gələcəkdə sığortalanmaq üçün, müəyyən hadisələrin qarşısını almaq üçün bu qurumların üzərində parlament nəzarəti mexanizmi qurulmalıdır, yəni bu hüquq mühafizə orqanları, təhlükəsizlik orqanları üzərində mütləq parlament nəzarəti mexanizmi olmalıdır. Bu olarsa, gələcəkdə bu cür halların baş verməsinin ən azı qarşısını almaq üçün parlament səviyyəsində müdaxilə etmək, yaxud müəyyən tövsiyələr vermək imkanı əldə oluna bilər.
Daha bir vacib məsələ. Bu gün qanunvericilik ilə bağlı məsələlər müzakirə olunur. Mən qida əlavələr haqqında danışmaq istəyirəm. Bizdə, bilirsiniz ki, apteklərdə, marketlərdə müxtəlif cür qida əlavələri satılır. Bunlar da xarici dövlətlərdən idxal olunur. Amma indiki şəraitdə yerli sahibkarlar bunu istehsal eləyə bilərlər. Bu qida əlavələri çox vaxt sirop formasında olur, dozası dərmandan 3 dəfə az olduğuna görə tam dərman sayılmır. Ona görə də bunun haqqında qanun qəbul eləmək lazımdır ki, yerli sahibkarlarımız bu qida əlavələrini özləri istehsal eləsinlər. Necə ki şpris və başqa vasitələri biz xaricdən alıb, mənasız yerə pul xərcləyirik. Bunu da özümüzün eləməyi faydalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Oqtay müəllim, millət vəkilləri, media nümayəndələri! Mən, doğrudan da, bu qənaətdəyəm ki, Siz çox düzgün qiymətləndirdiniz, niyə bu layihə gündəmə gəlir. Mən bu gün səhər mətbuatda oxudum ki, Ermənistandakı referendum saxtalaşdırılıb və həmin o saxtalaşdırmada iştirak eləyənlərlə bağlı Amerika Birləşmiş Ştatlarının səfirliyi bir açıqlama yayıb. Deyib ki, biz tələb eləyirik, bu saxtalaşdırmalar araşdırılsın. O şəxslərin də Amerika Birləşmiş Ştatları səfirliyinin keçirəcəyi tədbirlərə və mərasimlərə dəvət olunub-olunmayacağı məsələsinə də baxılacaq. Baxın, bu, seçkini saxtalaşdıranlara münasibətdə nəzərdə tutulan addımdır.
Son günlər Azərbaycan mətbuatında bizim əfv komissiyasına istinadən dəfələrlə yazılıb ki, bəs əfv gözlənilir və buraya siyasi motivlərlə həbs olunduğu iddia olunan şəxslər də salına bilər. Bundan əlavə, Leyla və Arif Yunuslara artıq xoş münasibət göstərilib, səhhətlərinə görə azad olunublar. Bu faktı da nəzərə almırlar. Onu da nəzərə almırlar ki, məhz elə bu yaxınlarda Davudoğlu Azərbaycana səfər eləyərkən Azərbaycan Respublikasının Prezidenti bəyan elədi ki, biz həmişə olduğu kimi, yenə də qardaş Türkiyənin yanındayıq və Türkiyə NATO-ya üzv olan bir dövlətdir, Amerikanın hərbi-siyasi müttəfiqidir. Bütün bunlardan sonra bizə müəyyən təzyiqlərin olması da heç kimə sirr deyil. Mətbuatda bu barədə yazılır. Belə bir məqamda hesab edirəm, bu həm NATO-ya, həm də Amerika Birləşmiş Ştatlarının müttəfiqlərinə xəyanətdir. Bu, sözsüz ki, erməni lobbisinə yarınmaqdan başqa bir şey deyil.
Amma sonda, Oqtay müəllim, mən tam əminliklə deyirəm ki, əsas məqsədi Siz burada çox dəqiqliklə söylədiniz. Bunlar bilirlər ki, belə əfv olacaq. Deyəcəklər ki, biz tələb elədik, bunları əfv elədilər. Əfv fərmanı olmadığı halda isə bu amildən yenə mütəmadi olaraq istifadə eləməyə başlayacaqlar. Amma artıq mətbuatda gedib ki, belə bir əfv olacaq. Ona görə mən çox istərdim ki, Azərbaycan Prezidenti xoş niyyət, humanizm nümayiş etdirib həmin şəxslərin hamısını əfv eləsin və biz bu məsələyə birdəfəlik nöqtə qoyaq. Baxaq görək, sonra hansı bəhanələr axtarırlar. Amma burada əvvəllər də deyilib, hər zaman bir dövləti, bir ölkəni tənqid eləmək istəyəndə nələr isə tapılacaq. Eybi yoxdur, qoy nələr isə axtarsınlar, tapsınlar. Amma mən düşünürəm ki, Azərbaycanda bu səhifəni artıq qapamağın zamanı gəlib çatıb və biz yeni bir mərhələyə qədəm qoymalıyıq. Azərbaycanda bütün sahələrdə islahatlar sürətləndirilməli, insan hüquqları ilə bağlı vəziyyət dəyişilməlidir. Biz inkişaf edirik və bu inkişafın yeni mərhələsinə qədəm qoymaq üçün xalqımızın potensialı var.
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən gerçəkdən də Sizə çox minnətdaram ki, bu məsələ ilə bağlı zəruri ilkin informasiyaları dediniz. Bu, müəyyən bir fikir istiqaməti yaradır. Amma mən istəyirəm ki, biz, əslində, müzakirələrimizdə bir neçə istiqamət seçək. Kristofer Smitin şəxsiyyətini müzakirə eləsək, bu bizi əsas mətləblərdən yayındıracaq. Biz Amerikanın keçmişdə İraqda, Əfqanıstanda və bu gün Yaxın Şərqdə necə siyasət yürütdüyündən danışsaq, bu bizi yenə hədəfdən uzaqlaşdıracaq. Bir çoxları düşünüb deyəcəklər ki, xeyr, bizim Barak Obama dönəminə qədər Amerika ilə münasibətlərimiz çox yüksək inkişaf edirdi. Bu hakimiyyət iqtidardan gedəndən sonra problemlər çözüləcək. Yenə də mənə elə gəlir ki, biz səhv düşünə bilərik. Kim isə iddia edəcək ki, İranın Prezidenti bax elə bu günlərdə bəyan elədi ki, gələn həftədən bütün sanksiyalar ortadan qaldırılır.
Mən xatırlatmaq istəyirəm ki, İranda 1979-cu il islam inqilabından sonra bu sanksiyalar baş vermişdi. Amma Azərbaycan islam inqilabı etmək istəmir. Əksinə, islam inqilablarının qarşısını almaq istəyir. Bizə sanksiya niyə tətbiq olunur, hər kəs müxtəlif səbəb deyə bilər. Bizim dediyimiz əfv iddiaları ilə yanaşı, kimsə deyəcək ki, Amerika Viktoriya Nolandın siyahısı kimi Azərbaycan hökumətində də, parlamentdə də öz təmsilçilərini görmək istəyir. Azərbaycanın xarici siyasətində də mühüm rol oynamağa çalışır və sair. Amma biz unutmayaq ki, 907-nin acısını uzun illər yaşadıq və ulu öndər 1997-ci ildə Amerikaya bu münasibətləri qurmaq üçün gedərkən, – əslində, onlar Azərbaycanın çox faydasına işlədi, regionun iqtisadi xəritəsi dəyişdi, siyasəti dəyişdi, – söyləmişdi ki, biz sizdən azadlığımıza kömək eləmirsinizsə, yardım istəmirik. Bunun maddi tərəfi bizi ağrıtmır. Amma ermənilər bu 907-dən siyasi cəhətdən bizi əzmək üçün istifadə edirlər. Bunu ortadan qaldırın. 2001-ci ildə bu baş verdi.
İndi bunlar, erməni iddiasından irəli gəlib, onların pulu ilə işləyən lobbi qruplarıdır. Bu sənəd gerçəkdən də, – mən nə qorxutmaq, nə də baş altına yastıq qoymaq üçün deyirəm, – ağıllarına gəlibsə, Devid Kramer demişdi, Riçard Kozlariç də buna qədərki dövrdə sanksiyalar tətbiq eləməliyik söyləmişdi, biz işləməliyik. Yəni, sadəcə, ziyafətlər üzərindən, başqa vasitələrlə deyil, əməlli-başlı iş görməliyik. Amerika konqresmenləri içərisində bizim dostlarımız  varmı, var. Qoy  buna  bənzər bir  sənədi də  Ermənistan  əleyhinə  bir aktı  ola onlar  hazırlayardılar. Demirik ki,  referendumu başdan-ayağa qanunsuz   hazırlayıblar.   Bir akt da onlar hazırlayardılar.  Biz Amerika ilə işləməliyik.
Amerikanın siyasi coğrafiyası genişdir, partiyaları da böyükdür, konqres üzvləri də çoxdur. Qanunları da bizə imkan verir ki, Amerika ilə münasibətlərimizi yüksək səviyyədə saxlayaq. Nəyə görəsə tənqid etmişik, amma Azərbaycan Amerika ilə münasibətlərini pozmaq niyyəti güdmür. Belə adamlara əsas  verməmək üçün işləməliyik. Mən bu çıxışımda bunu təklif edirəm.
Sədrlik edən. Zahid müəllim, işləməyə qalsa, Azərbaycan da işləyir, Azərbaycan diasporu da işləyir. Amma gəlin məsələyə dəqiqliklə baxaq. Amerikada Azərbaycan diasporu nə vaxt yaranıb, erməni diasporu nə vaxt yaranıb. Yüz illik tarixi var. Erməni diasporu artıq amerikalıların dırnağına, dərisinə yeriyib. Siz 20 ilə bu məsələni üstələmək istəyirsiniz? 2007-ci ildə 907-ni həll eləmək üçün Səməd müəllim getmişdi. 210 səs yığdıq, ləğv etdirmək üçün 15 səsimiz çatmadı. Bu 15 il ərzində belə bir gücün, diasporun, dostların yaranması az məsələdir? Siz birdən-birə hər şey istəyirsiniz. Belə olmaz axı. Elmira Axundovaya da söz verirəm. Xahiş eləyirəm, bununla müzakirələri bitirək. Elmira xanım, buyurun.
E.Axundova. Təşəkkür edirəm, cənab Sədr. Mən demək istəyirəm ki, əfv komissiyası 1995-ci ildə, düz 20 il qabaq yaranıb. On minlərlə insan bu vaxt ərzində azadlığa qovuşub. Onların arasında, bilirsiniz, yüzlərlə sıravi insan var. Onların taleyi nədənsə heç kimi maraqlandırmır. Biz vaxtilə ölüm cəzasına məhkum olunmuş, hətta dövlət çevrilişlərində iştirak etmiş insanları azad edirdik. Bunu heç bir təzyiq altında etmirdik. Başa düşürsünüz? Amma Qüdrət müəllim çox gözəl dedi. Yenə də biz hamısını, yəni siyasi məsələlərlə bağlı olan məhbusları buraxsaq, yenə də bizə təzyiq vasitəsi kimi başqa bir şey tapılacaq. Başa düşməlisiniz ki, 2000-ci ilə kimi bizdə çox maraqlı hadisələr baş verirdi. Əfv məsələsi ilə heç kim maraqlanmırdı. Çünki Azərbaycan zəif idi, heç kimi maraqlandırmırdı.
İndi Azərbaycan güclü bir dövlətə çevrilib, Azərbaycan müstəqil siyasət yürüdür, çox böyük siyasi oyunçuya çevrilib, ona görə bizə təzyiq eləmək üçün bəhanələr tapırlar. Hansısa bir yaramazı tapırlar ki, onu buraxın. Sabah biz bunu buraxaq, başqa bir yaramazı tapacaqlar. Bu əfv məsələsi Prezidentin müstəqil səlahiyyətidir. Heç kim onun bu müstəqil səlahiyyətinə qarışa bilməz, müdaxilə eləyə bilməz. Heç kim deyə bilməz ki, cənab Prezident, bunu burax, bunu buraxma. Bu ən azı düzgün hərəkət deyil. Ona görə səbrlə gözləyək. Bax bu dəfə çox maraqlı bir əfv siyahısı hazırlanıb. İndi cənab Prezident özü ona baxacaq. Orada çox maraqlı prosesləri izləyə bilərsiniz ki, kim nəyə görə, hansı əsaslara görə azadlığa buraxılır. Çox maraqlı bir siyahıdır. Amma mən çox xahiş edirəm, bu hadisələri qabaqlamayaq.
Başqa bir məsələ. Cənab Sədr, burada müzakirə edilən mövzular fonunda bu bəlkə də kimə isə xırda görünər. Lakin respublikada bir çox ailələri narahat edən məsələni diqqətinizə çatdırmaq istərdim. Söhbət Səməd Vurğun küçəsində yerləşən və 1960-cı illərdə inşa edilmiş Bakı Dövlət Sirkindən gedir. Gündən-günə qəşəngləşən, müasir görkəm alan Bakının ümumi mənzərəsinə bu sirk heç uyğun gəlmir. Bizim şəhərimizdə bütün teatr binaları, demək olar ki, bir çox mədəniyyət evləri əsaslı təmir olunub. Amma nədənsə sirk binası sanki unudulub. Ancaq deyərdim ki, sirk həm uşaqların, həm də valideynlərin ən sevimli məkanıdır. İl ərzində bəlkə də yüz minlərlə insan sirkin qonağı olur. Ən yaxşı kollektivlər Bakıya gətirilir. Amma sirkin binasının xarici, daxili görünüşü, dam örtüyünün vəziyyəti ürək ağrıdır. Bu yaxınlarda özüm nəvəmlə sirkdə olarkən gördüm ki, tamaşaçıların üzərinə yağış suları damcılayır. Onlar bütün tamaşanı ayaq üstə izləməli oldular. Zal həddən artıq soyuqdur, ayaqyolu bərbad vəziyyətdədir. Ona görə çox xahiş edirəm...
Sədrlik edən.  Sağ olun. Hörmətli millət vəkilləri, çıxışlara görə çox sağ olun. Keçirik gündəliyin məsələlərinə. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin təsdiq edilməsi barədədir. Buyursun hörmətli Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Bu qanun layihəsi komitəmizdə müzakirə olunaraq öz təsdiqini tapmışdır. Azərbaycan–Çex münasibətləri bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çex Respublikası Avropanın inkişaf etməkdə olan ölkələrindən biridir. Siz bu sənədə diqqətlə baxsanız, görərsiniz ki, bu sənəddə Azərbaycanın xarici siyasətinin ən əsas müddəaları öz əksini tapmışdır. Ərazi bütövlüyünün dəstəklənməsi, beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərilməsi, birgə tədbirlərin keçirilməsi, iqtisadi məsələlərin yüksəlməsi və sair məsələlər bu birgə bəyanatın içərisindədir. Biz millət vəkillərindən xahiş edirik, bu sənədə öz müsbət fikirlərini bildirsinlər. Ona görə ki, bu bəyanat Azərbaycanın növbəti Avropa ölkələri ilə münasibətlərini, habelə dünyada imicini, rolunu, əhəmiyyətini, çəkisini artıran bir sənəd kimi qiymətləndirilir. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Səməd müəllim. Təklif var, səsə qoyulsun. Başqa çıxış eləmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.40 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti iki məsələ cənab Prezidentin bir məktubu ilə daxil olub. Biri “Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında son illər bütün sahələrdə əməkdaşlıq genişlənib. Cənab Prezident tərəfindən təqdim edilən iki layihədən biri hava əlaqəsi haqqında sazişdir və burada nəzərdə tutulur ki, aviasiya şirkətləri arasında əlaqələr genişləndirilsin. Sazişdə aviasiya şirkətlərinin təyinatı və səlahiyyətləndirilməsi, istismar səlahiyyətlərinin ləğv olunması və ya dayandırılması, tariflər, sertifikatın tanınması, aviasiyanın təhlükəsizliyi və digər beynəlxalq sazişlərdə özünü doğruldan maddələr nəzərdə tutulur. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Cənab Prezidentin imzası ilə təqdim olunan digər sənəd “Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişdir. Bu saziş də Azərbaycan ilə Vyetnam arasında iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edir. Burada gömrük işinin sadələşdirilməsi, stimullaşdırılması, gömrük işi sahəsində meydana çıxan problemlərin həlli qaydaları və sair məsələlər nəzərdə tutulmuşdur. Bu sazişin də təsdiqlənməsinə millət vəkilləri tərəfindən razılıq verilməsini xahiş edərdim.
Sədrlik edən. Sag olun, Ziyad müəllim. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Ötən həftə biz, bir qrup şəxs Vyetnamda rəsmi səfərdə olduq və Vyetnamın rəhbər şəxsləri ilə görüşdük. Hakim partiyanın ikinci şəxsi, parlament sədrinin müavini, xarici işlər nazirinin müavini, Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşdük. Qeyd edim ki, Vyetnamda Azərbaycanın dövlətçilik təcrübəsinə, islahatların keçirilmə təcrübəsinə çox böyük maraq var. Vyetnam tərəfi Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir. Onlar Hanoy ilə Bakı arasında birbaşa hava reysinin açılmasında maraqlıdırlar. Azərbaycanlı sahibkarların Vyetnam iqtisadiyyatına investisiya qoyması üçün bütün şəraiti yaratmağa hazır olduqlarını bildirirlər və eyni zamanda, neft, kənd təsərrüfatı, turizm sahələrində də əməkdaşlıq etmək istəyirlər. Yəni hesab edirəm ki, bizə təqdim edilən bu sazişlər Vyetnam–Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə kömək edəcək. Bildirmək istəyirəm ki, Azərbaycanla Vyetnam arasında ümumi ticarət dövriyyəsi 2010-cu ildə əgər 31 milyon dollar idisə, ötən il həmin rəqəm 310 milyon dollara gəlib çatıb, yəni 10 dəfə artıb. Hazırda hökumətlərarası komissiyalar bu rəqəmin 1 milyard dollara qaldırılması barəsində təkliflərini hazırlayırlar. Təqdim edilən layihələri bəyəndiyimi bildirirəm və oradan yeni qayıtmış bir insan kimi bu əməkdaşlığa Vyetnam tərəfindən böyük maraq göstərildiyini bildirmək istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Aydın müəllim. İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də eyni qayda ilə bir məsələyə toxunmaq istəyirəm. 2015-ci ilin mart ayında biz də nümayəndə heyəti ilə Vyetnamda beynəlxalq parlamentlərarası ittifaqın tədbirində olmuşuq və orada sizə deyim ki, Azərbaycana həddindən artıq böyük maraq var. Ulu öndərimizin Sovetlər İttifaqı dövründə Nazirlər Soveti sədrinin müavini kimi Vyetnama səfəri, onlara göstərdiyi yardım bugünkü günə qədər yaddaşlardadır. Bildiyiniz kimi, Vyetnam rəhbərliyi böyük bir qrupla Azərbaycana gələrək bizim cənab Prezidentimizlə görüşmüşdü. Onların arasında Bakının ali məktəblərini bitirmiş insanlar da var idi ki, bugünkü günə qədər Azərbaycan haqqında yüksək fikirdədirlər, böyük təəssüratlarla yaşayırlar. Hətta bəzilərinin yaddaşında azərbaycanca müəyyən sözlər də qalıb. Azərbaycanla Vyetnam arasında bu sazişlərin bağlanması həm turizm sahəsində, həm də iqtisadiyyat sahəsində böyük irəliləyişə yardım olardı. Çünki mən orada böyük bir inkişafın şahidi oldum. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, onda, xahiş edirəm, ikinci məsələyə – “Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.46 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Üçüncü məsələyə – “Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiqinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.47 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi ilə əlaqədar qanun layihəsidir. Ziyad müəllim, buyurun, söz Sizindir.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Biz Milli Məclisdə mütəmadi olaraq ayrı-ayrı ölkələrlə bu istiqamətdə sazişlər imzalayırıq. Sazişlərin strukturu, demək olar ki, eynidir. San Marino Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasındakı bu saziş də Azərbaycan–San Marino ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə, investisiya qoyuluşlarının səmərəliliyinin artmasına xidmət edəcəkdir. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə də səs versinlər.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Başqa çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.48 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli. Hadi müəllim, buyurun.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Minnətdaram, Ziyafət müəllim. Bu sənəd zamanın çox ciddi tələblərindən biridir. Dünyada gedən iqtisadi proseslər bir daha bizdən bu məsələlərə xüsusi diqqət yetirməyi tələb edir və bu sənəd ölkəmiz üçün çox önəmli sənədlərdən biridir. Məlumdur ki, ölkəmizdə əmək ehtiyatları çoxdur və iqtisadi proseslər də onu tələb edir ki, Azərbaycanda turizm inkişaf etsin. Mən Argentinadan bir statistikanı yada salmaq istəyirəm. Əhalisi təxminən 40 milyon olan ölkənin turizmdən gəliri 5 milyard dollardır. Bu sənəddə 4-cü, 5-ci, 6-cı maddələrdə turizmin idarə edilməsi, birgə təlim proqramlarının həyata keçirilməsi ilə bağlı məlumat mübadiləsi, əlaqələndirmə və icraya nəzarət məsələləri çox önəmli şəkildə ortaya qoyulubdur. Düşünürəm ki, bu, ölkəmiz üçün çox əhəmiyyətli sənədlərdən biridir. Deputat həmkarlarımı buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Hadi müəllim, təşəkkür edirəm. Başqa çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
                                   
Səsvermənin nəticələr (saat 12.50 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Hörmətli həmkarlar, icazə versəniz, bu qanun layihəsi ilə bağlı mən məlumat verərdim.
Bu qanun layihəsi bizim komitədə müzakirə olunub. Bir daha yadınıza salmaq istəyirəm ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi” 1994-cü ildə qəbul edilibdir. Dünyanın əksər ölkələrində vəfat edən, həlak olan hərbi qulluqçuların son mənzilə yola salınması təntənəli şəkildə, yüksək hərbi ehtiramla həyata keçirilir. Bizim bu nizamnaməyə təklif olunan əlavə və dəyişikliklər də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır. Bilirsiniz ki, bizim qanunvericilikdə dünyasını dəyişmiş, vəfat etmiş, həlak olmuş hərbi qulluqçuların ehtiramla dəfn edilməsi üçün xüsusi qaydalar müəyyənləşdirilib. Amma indi təklif olunur ki, bu məsələlər daha da təkmilləşdirilsin. İnsanlarımızda, xüsusilə gənclərimizdə vətənpərvərlik hisslərinin daha da artırılması nöqteyi-nəzərindən bu sənədin olduqca böyük əhəmiyyəti vardır. Layihədə 1994-cü ildə qəbul edilmiş nizamnamənin 18-ci fəsli tamamilə yeni redaksiyada verilir. Dəyişikliklərə əsasən layihədə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi üçün fəxri mühafizə və dəfn dəstəsinin yaradılması, cənazə olan tabutun yanına fəxri qarovulun və dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət fəxri saatdarların qoyulması, tabutun Azərbaycanın dövlət bayrağı ilə örtülməsi, yaylım atəşinin açılması və sair məsələlər öz əksini tapmışdır.
Bilirsiniz, 2011-ci ildə biz “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun qəbul etdik. Həmin qanuna uyğunlaşdırılması nöqteyi-nəzərindən bu sənədin böyük əhəmiyyəti var. Qanunun 27.2-ci maddəsi ilə nəzərdə tutulan hallarda, yəni komandirin, yaxud rəisin əmri olmadan, yaxud xidmətdən sonrakı vaxtda əgər sərxoş halda, eyni zamanda, inzibati xətanın və ya cinayət hadisəsinin törədilməsi nəticəsində həlak olmuş şəxslərə, əlbəttə, bu qayda şamil edilmir. Yenə deyirəm, bu qayda sözün həqiqi mənasında Azərbaycanın suverenliyi, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün qorunması, hərbi komandirlərin, rəislərin əmrlərinin yerinə yetirilməsi zamanı həlak olanlara şamil edilir. Burada məsələlərin hamısı sadalanıb, mən təkrarlamaq istəmirəm. Qanun layihəsində bunlar hamısı var. Belə olan hallarda, əlbəttə, bizim hərbi qulluqçularımıza, – burada əsgərlər, zabitlər, generallar nəzərdə tutulur, – çox böyük hərbi ehtiramın göstərilməsi nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş, ümumiyyətlə, orden və medallara layiq görülmüş həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış insanların da dəfn olunması xüsusi ehtiramla həyata keçiriləcəkdir.
Diqqəti cəlb edən digər bir məsələ “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq layihədə edilən dəyişikliklərdən ibarətdir. Əsasən, şəhid adını almış hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissə komandiri tərəfindən onların yas mərasimlərində hərbi hissə nümayəndələrinin iştirakının təmin edilməsi, hərbi hissələrdə xüsusi guşə yaradılması və onlar haqqında müvafiq məlumatların əks etdirilməsi layihədə öz əksini tapmışdır.
Layihədə həmçinin diqqəti cəlb edən məsələlərdən biri də dəfn mərasiminin təşkili və keçirilməsi qaydaları ilə bağlı nizamnaməyə edilən yeni 16 saylı əlavədir ki, bu əlavədə dəfn mərasiminin təşkili və keçirilməsi qaydaları müəyyən edilmişdir. Burada vəfat etmiş, həlak olmuş hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin ölümünün qeydə alınması, bu barədə aidiyyəti şəxslərin məlumatlandırılması, onların şəxsi əşyalarının təhvil verilməsi, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksin tapmışdır. Hörmətli deputat həmkarlar, göründüyü kimi, qanun layihəsində bizim dünyasını dəyişmiş, həlak olmuş, yaxud vəfat etmiş hərbi qulluqçularımıza dövlət tərəfindən çox böyük ehtiram göstərilməsi öz əksini tapmışdır. Hesab edirəm ki, siz bu qanun layihəsinə səs verəcəksiniz. Bu, doğrudan da, dövlətimizin hərbi qulluqçulara olan hörmət və ehtiramının ifadəsidir. Qanun layihəsi ilə bağlı çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyavuş müəllim, buyurun.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, bu çox vacib olan qanundur, yəni buna bir zərurət var idi. Biz mütəmadi görürük ki, ayrı-ayrı ölkələrdə əsgərlərə göstərilən ehtiram, onların dəfn mərasimləri, oradakı iştirakçılar və sair fərqlidir. Düzdür, son dövrlərdə  Azərbaycanda da bu proseslər ciddi şəkildə nəzərdə tutulurdu. Hesab edirəm ki, bunun qanunvericiliklə təsbit olunması ilə bir daha hərbiçilərimizə böyük ehtiramın göstərilməsinin şahidi oluruq.
Ziyafət müəllim, mən bir neçə məsələyə toxunmaq istəyirəm. Burada bir balaca ümumiləşdirmə aparılmalıdır. Dəfn prosesinin həyata keçirilməsində dəstələr yaranırsa, məsələn, əsgərdə manqa göstəririk, tutalım, zabitdə göstəririk ki, taqım olmalıdır. Olmaz ki, ümumi bir qərar qəbul edək, bunları bir-birindən ayırmayaq. Hamısı eyni şəkildə hazırlansın, yəni dəfn proseslərini eyni qrup həyata keçirsin. Bir də burada say məsələsi var. Birinə çox adam gedəcək, o birinə az adam, yəni əsgərlərin sayı ilə əlaqədar olan məsələdir.
Sonra, burada, əsasən, göstərilir ki, bu zabitlərin, hərbi qulluqçuların böyük hissəsinin xidməti nəzərə alınmaqla. Xidmətin müxtəlif formaları var. Bir var ön cəbhədə, indi bu gün müharibə vəziyyətidir, bu ön cəbhədə vuruşur və yaxud da 5 il orada xidmət göstərir. Sonradan onun yerini dəyişirlər. Əslində, bu elə belə də olmalıdır ki, silahlı qüvvələrin bütün qrupları yerdəyişmə qaydasında hərəkət etsin. Yerini dəyişir, gəlir, tutalım ki, 5 il də başqa bir yerdə qulluq edən zaman dünyasını dəyişir. Burada 20 il müddəti göstərilib ki, bu müddət əsasında olmalıdır. Orada, ola bilər, daha yaxşı xidmət göstərsin. Sonradan arxa cəbhədə və yaxud da ki, ehtiyatda olan hissələrə adi qaydada rəhbərlik edəndə dünyasını dəyişsin. Burada fərqlər qoyulur. Mən hesab edirəm ki, buna fərq qoymaq lazım deyil.
İkinci bir tərəfi, bir insan heç, ümumiyyətlə, ön cəbhədə vuruşmayıbdır, belə deyək, qərargahda fəaliyyət göstəribdir. Bilirsiniz, qərargah strateji məsələdir. Tutalım, bu insan 10 il qərargahda fəaliyyət göstərib və hansısa xəstəlikdən dünyasını dəyişib. Biz bir hissəsini ehtiramla dəfn edirik, qalan bir hissəsini isə necə gəldi, fərqli dəfn edirik. Ona görə mənə elə gəlir ki, bunların hamısını ümumiləşdirib, ümumi bir qayda yaratmalıyıq. Hərbi qulluqçuların, əsgərlərin, çavuşların, zabitlərin dəfn qaydası ümumi olmalıdır. Bununla əlaqədar bizim komitə qəbiristanlıqların idarə olunması, dəfn qaydaları, yerlərin ayrılması və sair ilə bağlı bir qanun layihəsi hazırlayır. Biz qanunda nəzərdə tutmuşuq ki, bu, əsgərlərə, Fəxri Xiyabana aid olan insanlara şamil edilmir. Amma biz ümumi bir bərabərlik müəyyənləşdirmişik, – bu qanun layihəsini gələcəkdə Milli Məclisə təqdim edəcəyik, – kimliyindən asılı olmayaraq orada insanlar eyni qaydada dəfn olunmalıdır və onların məzarları da eyni ölçüdə, eyni standarta uyğun olmalıdır. O baxımdan da mən hesab edirəm ki, sizin qanunda da həmin məsələni o formada həll etsək, onların arasında hər hansı bir ayrı-seçkilik olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, Ziyafət müəllim, həqiqətən də, çox vacib bir qanuna edilən əhəmiyyətli dəyişikliklər barədə məlumat verdi. Ziyafət müəllim, mən bir fikri qeyd etmək istəyirəm ki, hərbi islahatlar sahəsində bizim bu gün səs verəcəyimiz qanun, doğrudan da, çox vacibdir, fundamental əhəmiyyət kəsb edir. Biz son illər orduda həyata keçirilən əhəmiyyətli islahatları görürdük. Bir sıra vacib ənənələrin, o cümlədən şəhid olmuş əsgərlərin, zabitlərin dəfni ilə bağlı milli-mənəvi dəyərlərimizə söykənən ənənələri müşahidə edirdik, amma çox vacibdir ki, bu həm də qanunvericilikdə olsun. Bu, belə deyərdim ki, hərbi islahatların vacib elementlərindən biridir. Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, həyata keçirilən bu islahatlar hərbi sahədə əvvəllər mövcud olmuş cinayətkarlığın da dinamikasına müsbət təsir edib. Son dövrlər müşahidə olunur ki, ümumiyyətlə, orduda nizam-intizamla bağlı nizamnamə qaydalarının pozulması halları minimuma enməyə, əsgərlər və zabitlər arasında nizamnamə çərçivəsində olan münasibətlər daha çox yer almağa başlayıb. Həm də qeyd etmək istəyirəm, Ziyafət müəllim, Siz də dediniz, biz bu gün həmçinin 2 vacib – 31-ci və 32-ci məsələləri müzakirə edərkən Azərbaycanın hərbi ordeni olan “Şah İsmayıl”  ordeni və “Milli Qəhrəmanın xüsusi fərqlənmə nişanının təsis edilməsi haqqında” qanunlara da dəyişiklik edəcəyik. Onlar da Sizin məruzə etdiyiniz qanunla birbaşa bağlıdır. Bir daha vurğulamaq istəyirəm ki, bu çox vacib məsələdir və millət vəkilləri də, əminəm ki, bu dəyişiklikləri dəstəkləyəcəklər.   
Sədrlik edən. Sağ olun, Əli müəllim. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən bir təklif vermək istəyirəm. Türkiyədə belə bir adət var, şəhid əsgərin harada dəfn olunmasından asılı olmayaraq qəbiristanın yanından keçəndə görürsən ki, 2 və ya 3  qəbrin üstündə bayraq var.  Hamı bilir ki, bu qəbiristanda şəhid yatır. Bizdə də şəhidlərin hamısı  Fəxri Xiyabanda basdırılmır. Hərəsi öz kəndində, öz el-obasında basdırılır. Ola bilərmi ki, Türkiyənin bu yaxşı adətini, – çox ciddi bir şeydir, – biz də qəbul edək. Orada bayraq qoymaq həm şəhidə böyük ehtiramdır, həm də oradan keçənlər bilsinlər ki, burada şəhid yatır, ehtiramla keçsinlər. Sözüm bu idi. Sağ olun.
Sədrlik edən. Sağ olun, Aqil müəllim. Əgər başqa çıxış etmək istəyən yoxdursa, burada Siyavuş müəllim bir neçə təklif verdi, mən onlara münasibət bildirmək istəyirəm. Siyavuş müəllim, əslində, Siz dediyiniz məsələlər bu qanun layihəsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Əgər Siz fikir versəniz, orada il məsələsi yoxdur. Yəni biri 15 il xidmət edir, biri 1 il gəlir, ön cəbhədə vuruşur, ön cəbhədə vuruşanda 1 ilin əsgəridir, həlak olur. Bu insan əgər öz vətəni uğrunda, dövləti uğrunda, müstəqilliyi, suverenliyi uğrunda  vuruşubsa, burada ilin əhəmiyyəti yoxdur. 
Bir də dəfn mərasimlərinin ucqar bir rayonda, ucqar bir hərbi hissədə keçirilməsi məsələsi. Ola bilsin, bizdə Bakıda biri həlak olur, biri xəstəlikdən dünyasını dəyişir, dəfn edilir. Yəni əslində, yanaşma prinsipi eynidir. Ola bilər ki, taqımın Bakıda tərkibi çoxdur, ön cəbhədə və ya ucqar bir dağ yerində onun tərkibi azdır, insanların azlığı, çoxluğu məsələsi ola bilər. Düzdür, ərazilərə görə müxtəlif fərqlər var. Amma prinsip, yanaşma eynidir. Yəni bizim vəfat etmiş, yaxud həlak olmuş hərbi qulluqçularımıza qanunvericiliyin münasibəti eynidir və burada başqa cür yanaşma ola bilməz. O ki qaldı Aqil müəllim, Siz dediyiniz məsələyə, mən bayaq qeyd etdim, “Şəhid adının əbədiləşdirilməsi, şəhid  ailələrinə güzəştlərin verilməsi haqqında” Qanuna müvafiq olaraq müəyyən dəyişikliklər edilir – onların ailələrinə yardım, dəfn mərasimində hərbi hissə nümayəndələrinin iştirak etməsi, xüsusi bir guşənin yaradılması.
Maraqlı təklifdir, gələcəkdə buna da baxmaq olar. Niyə də olmasın? Amma hələlik bizim ortaya çıxardığımız qanun layihəsi budur. Mən hesab edirəm ki, biz bu qanun layihəsini qəbul edək, sonradan, sözsüz ki, hərbi qanunvericilik aktlarına dəyişikliklər olacaq və o dəyişikliklər kontekstində həmin məsələyə baxmaq olar. Başqa çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.04 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədədir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Milli Məclis keçən çağırışda çox mühüm qanun qəbul etmişdi. Bu, “Dəniz limanları haqqında” Qanun idi. Çox vacib qanun idi, çünki Azərbaycanda gəmiçiliyin, dəniz nəqliyyatının, bütövlükdə nəqliyyat kompleksinin inkişafı istiqamətində  görülən tədbirlərin uğurla həyata keçirilməsində dəniz limanları mühüm rol oynayır. Kamil və beynəlxalq standartlara cavab verən bir qanundur. Bu qanunun qəbul edilməsi ilə əlaqədar olaraq cənab Prezident tərəfindən Milli Məclisə ünvanlanan məktubda bir sıra qanunlarda dəyişikliklərin nəzərdə tutulması müəyyən edilmişdir. Ticarət Gəmiçiliyi Məcəlləsində də aşağıdakı dəyişikliklərin edilməs nəzərdə tutulur.  Bu qanunda edilən dəyişikliklərin bəziləri redaktə xarakterlidir, uyğunlaşdırma məqsədi daşıyır, bəzi maddələrin adları isə dəniz limanlarında olan anlayışlardan istifadə edilərək buraya tətbiq olunacaq. Məsələn, əvvəllər “Dəniz agentliyi” adlanırdı, indi “Gəmi agentliyi”  adlanacaq. Burada gəmi agentinin fəaliyyəti, hüquq və vəzifələri göstərilir.
Eyni zamanda, bir sıra maddələrdə – 181, 182, 257, 298, 319-cu maddələrdə texniki xarakterli dəyişikliklər nəzərdə tutulur. Millət vəkillərindən çox xahiş edərdim ki, bu qanun layihəsinə də öz müsbət münasibətlərini bildirsinlər. Yəni prinsipial xarakterli məsələlər yoxdur. Dəyişikliklər qanuna uyğunlaşdırılma məqsədi ilə irəli sürülür.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli sədarət. Ticarət əlaqələrimiz quru və hava yolu ilə həyata keçirildiyi kimi, dəniz vasitəsilə də uğurla davam etdirilməkdədir. Bu sahədə İpək yolunun dirçəlməsi ideyasının təşəbbüskarı olan dahi Heydər Əliyevi daim minnətdarlıqla xatırlayırıq. Yeri gəlmişkən, ümummilli lider 20 il öncə özünün ilk rəsmi səfərlərindən birini məhz Çinə etmişdi. Vaxtilə bu səfəri hətta təəccüblə qarşılayanlar da var idi. Yəni bizim uzaq Çində  nə marağımız ola bilər. Amma bunun ardınca 1998-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda 34 dövlətin iştirakı ilə İpək yolunun bərpası haqqında bəyannamə qəbul ediləndə hamı onun uzaqgörənliyinə bir daha valeh oldu.
Bu yaxınlarda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Çinə uğurlu səfəri 2 ölkə arasında yeni səhifə açdı. Əldə edilmiş razılaşmalar əsasında Azərbaycan qısa bir zamanda Asiya–Avropa məkanında ən mühüm tranzit ölkəyə çevriləcəkdir. Ona görə də dünyada gedən iqtisadi və siyasi proseslər fonunda Azərbaycan limanları vasitəsilə yükdaşımaların həcminin kəskin artmasının perspektivliyini nəzərə alaraq hesab edirəm ki, həm 2001-ci ildə qəbul edilən Ticarət Gəmiçiliyi Məcəlləsində, həm də bu yaxınlarda tərəfimizdən qəbul edilən “Dəniz limanları haqqında” Qanunda bir sıra mühüm dəyişikliklər edilməli, bu və ya digər vasitələr müasir şəraitdə beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Yəqin ki, bu istiqamətdə iş davam etdiriləcəkdir. Ona görə bu gün təklif edilən dəyişiklikləri alqışlayıram. Xüsusən də 89-cu maddənin yenidən işlənməsini və onun “Dəniz limanları haqqında” Qanunun 6-cı maddəsinə uyğunlaşdırılmasını mühüm  addım hesab edirəm.
Yeri gəlmişkən, “Dəniz limanları haqqında” Qanunun müzakirəsi zamanı biz bu maddə ilə bağlı bir sıra təkliflər vermişdik. Lakin hörmətli Ziyad müəllim, 182.3-cü bəndə dair bir sualım var. Burada qeyd olunur ki, limanlarda gəmi agenti BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş minimal tələblərə cavab verməlidir.  Mənə maraqlı olan odur ki, “minimal” sözü BMT-nin  həmin konfransında qəbul edilən sənədin adında əks olunan bir anlayışdır, yoxsa biz özümüz üçün müvəqqəti də olsa belə bir minimal hədd müəyyən edirik? Çünki mən istərdim, biz  özümüz üçün minimal yox, yüksək standartları həmişə hədəf götürək. Xahiş edirəm, sualıma cavab verəsiniz.  Çox sağ olun.
Sədrlik edən. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Elmira xanıma təşəkkür edirəm ki, bu qanun layihəsinin müzakirəsi zamanı bütövlükdə dəniz gəmiçiliyinin Azərbaycan üçün çox vacib amil olduğunu bildirdi. Məlumat üçün bildirim ki,  tale belə qismət edib ki, 1993-cü ildə qədim İpək yolunun bərpası üzrə Brüsseldə keçirilən konfransda mən Azərbaycan hökuməti adından əsas məruzə ilə çıxış etmişəm və Brüssel bəyannaməsini imzalamışam. İllər keçib,  qədim İpək yolunun bərpası Azərbaycan üçün daimi gəlir mənbəyinə, siyasi kapitala, inkişaf amilinə çevrilib. Elmira xanımın sualı, həqiqətən, maraqlıdır. Biz bu sualı komitədə  müzakirə zamanı da verdik. Bütövlükdə beynəlxalq təşkilatın tələblərində belə yazılıb.  Ancaq mən  bu fikri dəstəkləyirəm. Bu məsələ barədə fikirlərimizi bu günlərdə Dəniz Administrasiyası ilə bir daha dəqiqləşdirəcəyik. Bu məsələ bizim iclasda qalxdı, ondan qabaq Dəniz Administrasiyasının rəhbərləri ilə də bu məsələdən danışmışdıq. Məni də qane etmir, ancaq bizə bu günlərdə açıqlama verəcəklər. Çox sağ olun.
Sədrlik edən.  Sağ olun, təşəkkür edirəm. Hörmətli deputatlar, bir məsələni sizin nəzərinizə çatdırım. Bizim indi müzakirə etdiyimiz qanun layihəsi gündəlikdə 7-ci məsələdir, 7-ci məsələdən 18-ci məsələyə qədər  qanun layihələrinin hamısı redaktə xarakteri daşıyır. Yəni bu dəyişikliklər  “Dəniz limanları haqqında” Qanunun tələblərinə uyğunlaşdırmaq baxımından edilir. Hörmətli deputatlar çıxış edəndə, xahiş edirəm, bu məsələni nəzərə alsınlar. İndi isə xahiş edirəm, səsverməyə keçək, qanun layihəsinə münasibət bildirin.
 
Səsvermənin nəticələr (saat 13.12 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə  qanun layihəsi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli. Əli müəllim, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Ziyafət müəllim, Siz yaxşı ki, bu məsələni qeyd etdiniz. Ona görə, icazə versəniz, bizim komitəyə aid olan və bir məktubda gələn 8, 11 və 12-ci məsələləri məruzə edərdim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Tamamilə eyni mahiyyətli şeylərdir, yəni “Dəniz limanları haqqında” Qanuna aiddir. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Ziyafət müəllim, artıq “Dəniz limanları haqqında” Qanun qəbul olunub və o qanunda dəniz limanının reyestrinin aparılması müddəası var. Bunu aparmaq bir vəzifə kimi qoyulub. Ona görə də İnzibati Xətalar Məcəlləsində  dəniz limanlarının reyestrinin aparılması qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Bu, yeni bir maddədir. Eyni zamanda, 145-2-ci maddədə dəniz limanlarında gəmi agentliyi xidmətlərinin qanunsuz göstərilməsinə, 145-3-cü maddədə isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı gəmi və liman vasitələrinin mühafizəsi haqqında beynəlxalq məcəllənin tələblərinin pozulmasına görə cərimə sanksiyaları təklif olunur. Bu 3 fikir  “Dəniz limanları haqqında” Qanunda öz əksini tapıb və göstərilib ki, buna görə inzibati məsuliyyət nəzərdə tutulmalıdır. Biz bu qanunu qəbul etsək, İnzibati Xətalar Məcəlləsində bundan sonra məsuliyyət növü də olacaq. Təbii ki,  məsuliyyət həm fiziki şəxslər, həm hüquqi şəxslər, həm də vəzifəli şəxslər üçün nəzərdə tutulur.
11-ci məsələdə isə “Notariat haqqında” Qanunda “qeydə alındığı liman” sözlər “qeydiyyat limanları” sözləri ilə əvəz olunur, necə ki, “Dəniz limanları haqqında” Qanunda yazılıb. Yəni kiçik texniki bir düzəlişdir.
Nəhayət, 12-ci məsələ. İnzibati Prosessual Məcəllədə də eynilə “Notariat haqqında” Qanunda olduğu kimi, texniki düzəlişdir, “qeydiyyatda olan liman” sözlər “qeydiyyat limanları” sözləri ilə əvəz olunur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Hörmətli deputatlar, 9–10-cu məsələlər bizim komitədə müzakirə olunub. İcazənizlə, mən məlumat verim. 1994-cü il 23 sentyabr tarixli qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə edilən dəyişikliklərdən söhbət gedir. 336, 338 və 339-cu maddələrdə “stansiya (liman, aeroport) rəisinə” sözlərindən sonra “dəniz limanı idarəsinə” sözləri, “stansiya (liman, aeroport) rəisinin” sözlərindən sonra isə “dəniz limanı idarəsinin” sözləri əlavə edilir. 338-ci maddənin 12-ci abzasında  “stansiyanın (limanın, aeroportun) rəisinə” sözlərindən sonra  “dəniz limanı idarəsinə” sözləri əlavə edilir. 339-cu maddədə “stansiya (liman, aeroport) rəisi” sözlərindən sonra “dəniz limanı idarəsi” sözləri əlavə edilir.
Eyni ilə  “Sərhəd qoşunları haqqında” Qanunda da bir söz birləşməsinin dəyişdirilməsindən söhbət gedir. 38-ci maddənin 2-ci hissəsinin 1-ci cümləsində “limanlara məxsus su hövzələri” sözlər “dəniz limanlarının akvatoriyası” sözləri ilə əvəz olunur. Bu da dediyim kimi, “Dəniz limanları haqqında” qəbul etdiyimiz Qanunun tələblərindən irəli gəlir.
Əgər bu qanun layihələri ilə bağlı çıxış etmək istəyən yoxdursa, onda xahiş edirəm, 8-ci məsələyə – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.16 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə – Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələr (saat 13.17 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  qanun layihəsinə, xahiş edirəm, münasibət bildirin.
                                   
Səsvermənin nəticələri
(saat 13.18 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Nəhayət, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələr (saat 13.18 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verəcək. Valeh müəllim, buyurun.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Çox sağ olun, təşəkkür edirəm, Ziyafət müəllim. “Hidro-texniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi zərurəti Azərbaycan Respublikasının “Dəniz limanları haqqında” Qanununun tətbiqi ilə bağlıdır. Bununla əlaqədar təklif edilir ki,  “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanunun 1.0.1-ci maddəsində “limanlar” sözü “su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular” sözləri ilə əvəz edilsin.  Əminəm ki, təklif edilmiş dəyişiklik tərəfinizdən dəstəklənib qəbul ediləcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.20 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. İcazənizlə bu barədə məlumat verərdim. Bu məsələyə bizim komitədə baxılıb, qanunun 6-cı maddəsinin birinci bəndinə “limanlarının” sözündən əvvəl “dəniz” sözü əlavə edilir və həmin bənddə “liman suları” sözləri “liman akvatoriyaları” sözləri ilə əvəz edilir.
9-cu maddənin ikinci hissəsində, 14-cü maddənin birinci və ikinci hissələrində, 17-ci maddədə, 31-ci maddənin birinci hissəsinin ikinci bəndində “dəniz gəmiçilərinə bildirişlər” sözləri “dənizçilər üçün bildirişlər” sözləri ilə əvəz edilir. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.21 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında”  Qanunun 28.9-cu maddəsindən “liman məntəqəsinin” sözləri çıxarılır. Qanuna yeni 28.22-ci maddə əlavə edilir: “Dəniz limanlarında gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın verilməsi”. Xahiş edərdim, məsələyə münasibət bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun, başqa çıxış eləmək istəyən yoxdursa, buyurun, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 13.23 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli həmkarlar, 14-cü məsələni müzakirə elədik, amma səsvermə keçirilmədi. Xahiş edirəm, “Dövlət sərhədi haqqında” Qanuna edilən dəyişikliklərə də, buyurun, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.24 dəq.)
Lehinə 110
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 111
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
16-cı məsələ Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 337-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Həmin dəyişikliklər bunlardır. 117-ci maddənin ikinci hissəsində “port” sözü çıxarılır və “hərbi komendantına” sözlərindən sonra “dəniz limanı idarəsinə” sözləri əlavə edilir. 118-ci maddənin (a) yarımbəndinin ikinci cümləsindən “port” sözü çıxarılır və “hərbi komendantı” sözlərindən sonra “dəniz limanı idarəsi” sözləri əlavə edilir. 141-ci maddənin ikinci hissəsində “portu” və “liman” sözləri çıxarılır və “komendantından” sözündən sonra “dəniz limanı idarəsindən” sözləri əlavə edilir. Bir  də  142-ci maddədə “portu” sözü çıxarılır və “hərbi komendantına” sözlərindən sonra “dəniz limanı idarəsinə” sözləri əlavə edilir. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.25 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 110
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Komitə sədri Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Müzakirənizə təqdim olunan layihədə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna dəniz limanının ərazisinin artırılması məzmununda 3.1.5-ci maddənin əlavə edilməsi təklif olunur. Bu dəyişiklik “Dəniz limanları haqqında” 2014-cü il 18 aprel tarixli 945 nömrəli Qanunun tətbiqi və cənab Prezidentin 2006-cı il 20 aprel tarixli 395 nömrəli müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Hesab edirəm ki, layihənin lehinə səs vermək olar. Çox sağ olun.  
Sədrlik edən. Çox sağ olun, Eldar müəllim. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.27 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun layihəsində təklif olunur ki, “hərəkət təhlükəsizliyi” sözləri “dəniz üzgüçülüyünün təhlükəsizliyi” sözləri ilə əvəz edilsin. Xahiş edirəm, münasibət bildirəsiniz. 
Sədrlik edən. Təklif var, səsə qoyulsun. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, növbəti məsələdə yenə “Azərbaycan Respublikasının dövlət sərhəd haqqında” Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. 25-ci maddənin altıncı hissəsində “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilir. Bu da redaktə xarakterli dəyişiklikdir, ona görə, xahiş edirəm, münasibət bildirək və təsdiq eləyək, buyurun.

Səsvermənin nəticələr (saat 13.28 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Komitə sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Burada da Sizin məruzə etdiyiniz dəyişikliyin davamıdır. Yəni “Xidməti və mülki silah haqqında” Qanunun  7 və 8-ci maddələrində edilən dəyişikliklər onu “Ovçuluq haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi ilə edilir. Redaktə xarakterlidir.
Sədrlik edən. Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Növbəti məsələlərdə, məsələn, “Bələdiyyələrin su təsərrüfatı haqqında” Qanunda da “balıq ovunun” sözləri “balıq və digər su bioresursları” sözləri ilə əvəz olunmuşdu. Ancaq biz müzakirə zamanı belə qənaətə gəldik ki, “resurs” sözünün əvəzinə “ehtiyat” sözü yazılsa, daha düz olar və işçi qaydasında bunu Prezident Aparatı ilə razılaşdırmışıq. Odur ki, təklif edərdik, hər yerdə bu söz getsin. “Su bioresursları” deyil, “su ehtiyatları” kimi getsin.
Sədrlik edən. Aydındır, sağ olun. Əli Hüseynli.
Ə.Hüseynli. Ziyafət müəllim, mən qeyd etmək istəyirəm ki, əgər biz sözləri dəyişdirmək qənaətinə gəlsək, onda gərək əvvəl “Su haqqında” Qanunda onları dəyişdirək. Qanunvericilik təşəbbüsü subyekti ona razıdırsa, onda problem yoxdur. Əks təqdirdə biz bunu indi edə bilməyəcəyik.
Sədrlik edən. Aydındır. Xahiş edirəm, onda “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.31 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, artıq Arif müəllim də, Əli müəllim də bu barədə fikir söylədilər. “Gömrük tarifi haqqında” Qanunda da “balıq ovlayan” sözləri “balıq və digər su bioresurslarının ovunu həyata keçirən” sözləri ilə əvəz edilir.
Sədrlik edən. Münasibət bildirək, xahiş edirəm.

Səsvermənin nəticələr (saat 13.32 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Milli Məclis Sədrinin müavini, komitə sədri Valeh Ələsgərov. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Təşəkkür edirəm, Ziyafət müəllim. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq məktubu ilə təqdim edilmişdir. Bildiyimiz kimi, bu dəyişikliklər bundan öncə qəbul edilmiş və müvafiq qaydada qüvvəyə minmiş “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlıdır. Bu səbəbdən də təklif edirik ki, “Yerin təki haqqında” Qanunun 21-ci maddəsinin on beşinci hissəsində “əhəmiyyətli” sözü çıxarılsın və həmin hissədə “balıq” sözü “balıqçılıq” sözü ilə əvəz edilsin. Beləliklə də “Yerin təki haqqında” Qanunun “Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər” adlanan 21-ci maddəsində dəyişikliklər edilən on beşinci hissə bu cür oxunacaq: “Balıqçılıq su obyektərində faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat, partlayış, qazma, dibdərinləşdirmə  işlərinin aparılması, yeraltı qurğuların tikintisi layihələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada balıqçılıq təsərrüfatı ekspertizasından məcburi keçirilməsi”. Əminəm ki, səs verib qəbul edəcəksiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 110
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Komitə sədri Arif Rəhimzadə. Buyurun, Arif müəllim.
A.Rəhimzadə. Mən, əslində, məsələni dedim. Su Məcəlləsinə edilən dəyişikliklə əlaqədar “Bələdiyyələrin su təsərrüfatı haqqında” Qanuna da müvafiq düzəliş nəzərdə tutulur. Biz qanunu təqdim edənlərlə işçi qaydasında məsələni həll etdik. Mən başa düşürəm, birinci gərək ana qanunda düzəliş olsun, ancaq bu elə bir prinsipial məsələ deyil. Bizdə “bioloji ehtiyat” sözü yazılacaq. Ondan ötrü təklif edirəm ki, digər qanunlarda da belə eləyək. Təklif belədir ki, “balıq və digər su bioresurslarının” əvəzinə “balıq və digər su bioehtiyatlarının” yazaq. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm, Arif müəllim. Bir məsələni aydınlaşdırmaq istəyirəm, mən dilçi deyiləm, sadəcə olaraq, istəyirəm, bir məsələyə aydınlıq gətirim. “Ehtiyat” sözü “resurs” sözünü ehtiva edirmi, bunun eynidirmi, Nizami müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əgər eləyirsə, onda hesab edirəm ki, bunu əvəz eləmək olar. Onda yəqin ki, gələcəkdə, – bayaq Arif müəllim dedi, – ana qanunda da dəyişiklik eləməliyik ki, bu, vahid terminologiya ilə getsin. Yəni bir qanunda “resurs”, o birində “ehtiyat” anlayışı olmasın, yəni müxtəlif yanaşmalar olmasın, müxtəlif oxunuşlar olmasın. Buyurun, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.37 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi
                                   
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Komitə sədri Eldar İbrahimov. Buyurun, Eldar müəllim.
E.İbrahimov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Müzakirənizə təqdim olunan qanun layihəsində dövlətin müstəsna mülkiyyətində olan torpaqların istifadəyə və icarəyə verilməsi qaydasını müəyyənləşdirən 46-cı maddənin 2-1-ci bəndinə altıncı və yeddinci cümlələrin əlavə edilməsi təklif olunur. Həmin əlavələr sizə paylanmış arayışlarda öz əksini tapmışdır. Torpaq Məcəlləsinə edilən bu dəyişiklik Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dövlət sərhədinin mühafizəsinin daha səmərəli həyata keçirilməsini təmin  etmək üçündür. Layihədə sahilboyu 20–50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə tikilən hasar üçün tikinti konstruksiyalarının qəfəsəli olması, sahil tərəfdən dənizin və onun sahilində su ilə təmas xəttinin görünməsinin məhdudlaşdırılmaması, sahilboyu uzunluğun hər 100 metrindən bir nəqliyyat vasitələrinin hərəkəti üçün eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunması tələb edilir. Həmkarlarımdan xahiş edirəm ki, bu qanunun lehinə səs versinlər.
Sədrlik edən. Eldar müəllim, sağ olun. Həmkarlarımız səs verəcək, amma istəyirlər, bir az müzakirə eləsinlər. Buyurun, Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu, uzun müddətdən bəri bizim də diqqətdə saxladığımız, cəmiyyəti də narahat eləyən bir məsələyə həsr olunub. Mən hesab edirəm ki, burada əsaslandırma təkcə dövlət sərhədi ilə bağlı olmalı deyil. Buraya həm də vətəndaşların dənizdən istifadə hüquqlarının məhdudlaşdırılması motivi də əlavə olunsun. Çünki tək sərhədlə bağlı deyil, dəniz, bildiyiniz kimi, hər tərəfdən hasarlanıb. Ayrı-ayrı vəzifəli şəxslər imkanlarından istifadə edərək insanların dənizə gediş-gəlişini məhdudlaşdırıblar. Yay aylarında dəniz qırağında hər kəs özünə yaxın çevrədən iş adamı tapıb çimərliklər, başqa vasitələr düzəldərək insanların dənizə girişinə əngəl olmağa başlayırlar. Ona görə buna, nəhayət, son qoymaq lazımdır. Ancaq bu hansı formada ediləcək, bu özü də problemdir. Çünki çox sayda insan dəniz qırağını hasarlayıb, tikinti işləri aparılır, böyük vəsait xərclənir. İndi bu məsələlər necə həll olunacaq, bu özü ciddi problem yaradır.
Mən nəyin üzərində dayanmaq istəyirəm. Biz özümüz də bunu yaşadığımıza görə deyirəm,  məhəllələrdən dənizə gedən yolu bağlayırlar. Bağlamaq hələ bir tərəfə, çıxış yolunda hasar tikirlər, hasara gedən yola qədər ancaq bir nəfərin gedib-gəlməsi üçün gediş-gəliş yolu saxlayırlar. Ona görə qanunda dəqiq göstərməliyik ki, yol təkcə gediş-gəliş üçün deyil, nəqliyyatın da sərbəst hərəkət eləyə biləcəyi məsafə olmalıdır. Bu vacibdir. Çünki bir nəfər üçün bir cığır qoyurlar. Orada qapı da qoyurlar ki, fürsət düşəndə bağlasınlar, vətəndaş birbaşa dənizə çıxa bilməsin. Bu, Kürdəxanı tərəfdə, Ləhic bağları tərəfdə müşahidə olunan adi bir haldır. Ona görə də hətta mən baxıram, tez-tez yazırlar, çimərliyə yol işarə ilə göstərilir, çünki yolu tapa bilmirlər. Bütün şəhərin maşınları artıq dar bir yolda böyük tıxac yaradır, məhəllələrin arası ilə gediş-gəliş  mümkün olmur. Həm də vətəndaşların istirahət hüququ pozulur, çox böyük təhlükə əlamətləri ortaya çıxır. Ona görə də bu məsələyə, məncə, prinsipial yanaşmamız lazımdır. Bundan sonra artıq dənizin bu qədər insanın üzünə bağlanmasının qarşısını almaq baxımından müəyyən ciddi işlər görülməlidir, ciddi tapşırıqlar verilməlidir.
Bir də burada hündürlük məsələsindən söhbət gedir. Yəni sərhəd zolağı görünməlidir. İndi bu nə deməkdir? 4 metrlik hasar indi 2 metrə enəcək? Ya necə olacaq? Bunun da mexanizmi barədə hər halda bir fikir olmalıdır. Çünki biz Qaradağ rayonundan gələndə görürük ki, bütün ərazi tam hasarın arxasında qalır. İnsanlar dənizə həsrət qalırlar. Başqa yerlərdə də belədir. Pirşağı tərəfdə, başqa yerlərdə. Nəhayət ki, dənizin bu cür istismar olunmasına, təbii sərvətin vətəndaşın əlindən alınmasına son qoyulmalıdır. Mən bu qanunu dəstəkləyirəm. Eldar müəllimdən də çox xahiş edirəm, orada iki nəqliyyat vasitəsinin rahat gedib-gələ biləcəyi məsafədə bir yol qoyulmasının vacibliyi qeyd olunsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Xəzər dənizinin altındakı və sahil zolağındakı torpaq sahələrinin istifadəsi ilə bağlı hər hansı məsələ müzakirə olunanda diqqət hər zaman həmin ərazilərdə tikilən  yaşayış evlərinə, onların uzun və hündür hasarlarına, bütün bunların da nəticəsində sahil zolağına girişin məhdudlaşdırılmasına yönəlir. Əgər xatırlayırsınızsa, bununla bağlı keçən illərdə də xeyli müzakirələr keçirildi və fikir mübadiləsi aparıldı. İndi bizə təqdim edilən dəyişikliklərdən görünür ki, bu hasarların tikilməsində və istifadəsində məhdudiyyətlər qoyulacaq və cərimələr də xeyli sərtləşdiriləcək. Bu, 24-cü məsələyə aiddir. Buna indi biz baxacağıq. Əlbəttə, keçən iclaslarda mənim yadımdadır, Siyavuş Novruzov və Zeynəb xanım Xanlarova dedilər ki, bu hasarlar tamamilə götürülsə, daha yaxşı olar. Lakin biz başa düşürük ki, buna müəyyən vaxt lazımdır, bu dəyişiklik də müəyyən mənada buna keçid mərhələsi ola bilər. Ona görə biz bu dəyişikliyi müsbət qarşılayırıq.
Lakin Ziyafət müəllim, burada bir maraqlı sual ortaya çıxır. Bax indi Abşeron, Qaradağ, Sumqayıt, Ələt, – Fazil də dedi, – bir çox yerlərdə sahilboyu artıq daş hasarlar tikilib. Böyük, hündür hasarlar 10 kilometrlərlə uzanır. Onlar artıq şəxsi mülkiyyətdədirlər. Bax belə olan halda bu gün qanuna edilən dəyişiklik artıq tikilmiş olan daş hasarlara da şamil ediləcəkmi?
Yerdən. (Eşidilmir.)
E.Axundova. Bax, Eldar müəllim deyir ki, xeyr. Deməli, ancaq bundan sonra tikilməsi nəzərdə tutulan sahilboyu hasarlara şamil olunacaq. Başa düşürsünüz? Yəni bu çox vacib sualdır. Çünki Fazil də dedi, təkrar edirəm, hazırda Xəzər sahilinin, demək olar ki, əhəmiyyətli hissəsi artıq daş hasarlara alınıb. Edilən dəyişiklik ancaq bundan sonra tikilən hasarlara şamil ediləcəksə, bu dəyişikliyin elə də böyük əhəmiyyəti olmayacaq. Məsələ bundadır. Xahiş edirəm, bunu diqqətə alasınız. Bu, ümummilli məsələdir. Bütün milləti narahat edən məsələdir. Mən bilirəm, qanunun geriyə işləməsi yoxdur. Mən bunu çox yaxşı, gözəl başa düşürəm. Lakin icra hakimiyyəti bu barədə hər halda nə isə düşünə bilər.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bu çox vacib və ciddi bir məsələdir. Burada bizim həmkarlarımız bəzi məsələlərə toxundular, mən də bir neçə məqama xüsusi diqqət yetirmək istərdim. Düzdür, burada sual qoyuldu ki, qanunun geriyə qüvvəsi yoxdur və sair. Bu qanun necə işləyəcək? Amma Azərbaycan qanunvericiliyində mövcud təcrübə var. Bu da ondan ibarətdir ki, əgər vaxtilə həmin hasarların, evlərin tikilməsi zamanı hansısa nöqsanlar olubsa, vətəndaşlar və yerli icra hakimiyyəti orqanları bunu araşdıra bilərlər. Mən sizi əmin edirəm ki, o tikintilər zamanı çox böyük nöqsanlar olub. Düzdür, qanunun geriyə mexanizmi yoxdur. Amma mən düşünürəm ki, bu mexanizmi düşünmək olar. Bu çox ciddi bir məsələdir, Ziyafət müəllim. Bizim gənclərimiz asudə vaxtlarını, əsasən, yay aylarında dəniz sahilində keçirirlər və bu bizim gənclərimizin gündəlik həyatına çox böyük təsir göstərir. Əgər kimsə bu yerlərdə özünün istifadəsi üçün nə isə tikibsə, halal xoşu olsun, orada xoşbəxt olsun. Amma buna baxmayaraq, bu məsələləri biz mütləq şəkildə qanunla tənzimləməliyik. Mənə elə gəlir ki, bizim müvafiq komitələrimiz bu məsələyə baxa bilər və şərait yaradılmalıdır ki, insanlar bundan istifadə eləsinlər.
Növbəti bir məsələ burada deyildi, yəni Fazil müəllim də bunu qeyd elədi. Nəqliyyatla bağlı yanaşma, ümumiyyətlə, fərqli olmalıdır. Nəqliyyatın dəniz kənarına yaxınlaşması müasir qanunvericiliklərdə qadağan olunmalıdır. Ona görə burada müəyyən mexanizm fikirləşməliyik. Biz görürük ki, yay aylarında bütün nəqliyyat vasitələri, demək olar ki, dəniz kənarındadır. Digər ölkələrdə belə bir məsələ yoxdur. Müəyyən dayanacaqlar tikilir, maşınlar həmin dayanacaqlarda saxlanılır və insanlar dəniz kənarına piyada gedirlər. Burada belə bir fikir söyləndi ki, yol geniş olsun və oraya nəqliyyat vasitələri getsin. Mən bununla qətiyyən razı deyiləm. Buna mütləq şəkildə xüsusi yanaşma olmalıdır.
Eyni zamanda, Torpaq Məcəlləsinin 46-cı maddəsində də dəyişiklik olub. Hörmətli həmkarlarıma bildirmək istəyirəm ki, bizə xüsusən rayonlardan yay və qış otlaqları ilə bağlı dəfələrlə müraciətlər olur, insanlar çox böyük əziyyət çəkirlər. Mən bilmirəm, bugünkü reallıqda buna yerli icra qurumları cavab verməlidir, yoxsa Kənd Təsərrüfatı Nazirliyi. Yəni bir çox məsələlərdə müəyyən məhdudlaşmalar var ki, Eldar müəllim bunu, yəqin, bizdən də yaxşı bilir, insanlar yay və qış otlaqlarının istifadəsində çox böyük əziyyət çəkirlər və mən çox istərdim ki, bu, bundan sonra baxacağımız İnzibati Xətalar Məcəlləsində də öz əksini tapsın. Yəni hər hansı bir səbəbə görə yay və qış otlaqlarının zəbti, onlardan o istiqamətdə istifadə olunmaması ilə bağlı cərimələr sərt olmalı və qanunvericilikdə öz əksini tapmalıdır. Bu, kənd təsərrüfatının inkişafı üçün əsas məsələlərdən biridir.
Bu gün ən böyük problemlərdən biri məhz qış və yay otlaqlarından istifadə olunmaması və yaxud da onlardan istifadədə müəyyən qadağaların tətbiq edilməsidir. Əslində, bu qanun dəyişikliyi zəruridir və biz buna çox ciddi baxmalıyıq. Bu gün bütün dünyada iqtisadi böhran gedir və çıxış yolu kənd təsərrüfatının inkişafıdır. Bizim əksər rayonlarımızda da maldarlıq və digər kənd təsərrüfatı istiqamətləri inkişaf edir. Onun üçün də bizə müraciətlər var, biz də həmin müraciətləri müvafiq dövlət orqanlarına göndərmişik. Amma mən istərdim, qanunvericilik orqanı kimi biz bu məsələyə bir az ciddi yanaşaq, onu gündəmə gətirək və müvafiq olaraq qanun qəbul eləyək. Ona görə mən, təbii ki, bu qanuna səs verəcəyəm. Amma çox xahiş edərdim ki, biz burada bu mexanizmi düşünək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Fuad müəllim. Eldar müəllim, Siz indi nəsə demək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hə, açıqlama vermək istəyirsiniz. Buyurun.
E.İbrahimov. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Mən deputat həmkarlarımın dediyi fikirlərlə tamamilə şərikəm və onların narahatçılığını başa düşürəm. Amma bu qanun tamam başqa bir qanundur.  Burada  fiziki şəxslərdən söhbət getmir. Kimin  isə  8–10 metrlik divarının sökülməsindən söhbət getmir. Burada söhbət Torpaq Məcəlləsində, – xüsusi vurğu ilə yavaş-yavaş deyirdim, – dövlətin müstəsna mülkiyyətində olan torpaqların istifadəyə və icarəyə verilməsi qaydasını müəyyənləşdirən maddədən gedir. Kimin divarı var, kim nə tikib, kimin nəyisə söküləcək, söhbət bunlardan getmir. Bundan sonra 100 metrdən bir 6 metr məsafə qoyulacaq ki, oradan rahat keçilsin. Divar çəkiləcəksə, onda qəfəsli qoyulacaq ki, dəniz görsənsin, yəni bunu nizamlayır. O deyilən fikirlərə hörmətlə yanaşıram. Onlar başqa bir predmetin mövzusudur.
Sədrlik edən. Eldar müəllim, çox sağ olun. Mən universitetdə oxuyanda bir müəllimim var idi. Professor idi, həm də yaşlı adam idi. Bu bir mövzudan danışmağa başlayırdı, Eldar müəllim, sonra mövzu yaddan çıxırdı. Nə yadına düşürdü, onu danışırdı. İndi tamamilə düz deyirsiniz, hörmətli deputatlar, mən başa düşürəm. Bu məsələdə problemlər var. Amma bu, tamamilə başqa bir məsələdir. Eldar müəllim qeyd elədi, söhbət dövlətin müstəsna səlahiyyətində olan torpaq sahələrindən gedir. Amma Eldar müəllim, məni burada  maraqlandıran digər bir məsələ var. Mən çalışacağam, yoldaşlarım kimi sərt olmayım. Sadəcə, bilmək istəyirəm. Bax burada deyilir ki, sahilboyu 20–50 metrlik zolağın altındakı torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və sair. İndi iş burasındadır ki, son vaxtlar dəniz çəkilib. İki ildir, dəniz çəkilib. Qabarmalar var, çəkilmələr var. İndi bu çəkilibsə, iki ildən sonra yenə, ola bilsin, qabarma olsun. Bu sərhəd haradan götürüləcək? Bu su səthi indi bir az çəkilib. İki ildən sonra yenə qabarma ola bilər. Bu necə müəyyən olunacaq? Bunun ümumi normativi olacaqmı? Buyurun, Eldar müəllim.
E.İbrahimov. Ziyafət müəllim, tamamilə doğru deyirsiniz. Bu məsələ də insanlarımızı narahat edir. Su çəkilir, sonra dəniz qalxır. Bu məsələlər müvafiq icra hakimiyyəti tərəfindən, bu işlərə baxan adamlar tərəfindən əsasnamədə nizamlanmalıdır. Yəni həm çəkilməsi, həm də qalxması nəzərə alınmalıdır. Elə bir müəyyən nöqtə seçilməlidir ki, insanlara zərər verməsin. Söhbət budur.
Sədrlik edən. Mən hesab edirəm, Eldar müəllim kifayət qədər aydınlıq gətirdi. Məlum oldu, söhbət nədən gedir. İndi bu məsələni uzatmağın mənası varmı, Fəzail müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Fəzail Ağamalı.
F.Ağamalı. İcazə verin, bu Milli Məclisdə qanunların müzakirəsində nizamnamə ilə bizə verilmiş olan hüquqdan istifadə edək, fikirlərimizi deyək. Burada çox ciddi məsələlərə toxunurlar. Bunun üstünü niyə malalayırıq axı? Malalamaq lazım deyil. Malalamışıq  deyə,  dəniz  başdan-başa hasarlanıb. Yayda ailəmizlə, uşaqlarımızla gedib orada istirahət edə bilmirik. Bu, faktdır, Ziyafət müəllim.
Sədrlik edən. Fəzail müəllim, üzr istəyirəm, aydınlıq gətirim. Söhbət malalamaqdan getmir. Söhbət ondan gedir ki, biz qanun layihəsini predmeti üzrə müzakirə eləməliyik. Yoxsa kimin yadına nə düşdüsə, onu deyir. Olmaz axı belə şeylər. Onda gərək səhərə qədər biz burada oturaq. Söhbət konkret layihədən gedir. Siz dediyiniz məsələ tamam başqa məsələdir. Bəli, o məsələlər bizi narahat edir. Narahat edən məsələlər var, tamamilə doğrudur. Amma o məsələ bu qanunun predmeti deyil. Buyurun.
F.Ağamalı. Ziyafət müəllim, mənim, təbii ki, hər birinizə böyük hörmətim var. Çox xahiş edirəm, bir-birimizə bir az təmkinlə yanaşaq, dözümlü olaq. Azərbaycan qanunvericiliyində dövlət mənafeləri ilə bağlı, istənilən torpaq sahəsini hasarlamaqla bağlı yanaşma var. Eyni zamanda, ictimai maraqlar naminə də bu addımı atmaq olar. Axı, hər kəsi bir vətəndaş olaraq, yeri gəlmişkən, bu narahat edir ki, Azərbaycan vətəndaşı dənizin imkanlarından istifadə eləsin. Hörmətli həmkarlarım dedilər ki, qanunun geriyə tətbiqi yoxdur. İctimai maraqları nəzərə almaqla bu məsələyə xüsusi yanaşmaq olar. Ona görə də mən düşünürəm, Milli Məclisin rəhbərliyi də burada hörmətli millət vəkillərinin narahatçılığını anlayışla qarşılamalı və bununla bağlı konkret addımların atılması üçün tədbirlər görməlidir.
Sədrlik edən. Nə təklif var? Bu müzakirəyə davam edək, ya kifayətdir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mahiyyəti üzrə, predmeti üzrə danışacağıqsa, buyurun, davam edək. Zahid müəllim, təkid eləyirsiniz, buyurun.
Z.Oruc. Mənə söz verdiyinizə görə Sizə təşəkkür edirəm. Amma səmimi və açıq deyəcəyəm. Əziz dostlar, hörmətli həmkarlar, 15 gün öncə bundan əvvəlki iclasımızı keçirmişik. Mən başa düşmürəm, parlament üzvləri yeni çağırış dövründə bu qədərmi yorulublar? Tələsirsiniz, bu elə bir qanun layihəsi deyil ki, burada üçdə iki səs çoxluğu tələb olunsun. Hər birinizə hörmətlə yanaşırıq. Rica edirəm, siz də bizə hörmətlə yanaşın. Kürəyimizin arxasından niyə belə təzyiq edirsiniz. Parlament onda olur ki, diskussiyalar olur, debatlar olur, müzakirələr olur. Siz istəmirsiniz ki, cəmiyyətdə ideyalarınızı, fikirlərinizi bölüşsünlər? Bu nə yanaşmadır? Bu nə deməkdir? Hər dəfə eyni sikl yaşanır burada. Yerdən küylər, qışqırıqlar, bağırtılar və nəhayətdə səsəqoymalar və sair. Nə olacaq ki? Guya bu müzakirəni burada edəndə dövlət əleyhinə kim nə fikir söyləyəsidir? Ona görə rica edirəm, kim eşitmək istəmirsə, buyursun getsin. Biz parlamentdə sədarətdən icazə alaraq, amma öz konstitusion hüququmuzu yerinə yetirərək danışırıq.
Hörmətli Ziyafət müəllim, predmeti üzrə danışım. Burada dənizi hasara almadan, digər üsullarla bağlamadan və sairdən danışılır. Yəni burada parlament üzvləri danışarkən məhz predmetdən bəhs edirlər. Mən bir dəfə bu sözü parlamentdə söyləmişdim. Dənizin qabağını alan təkcə hasardır? Dənizə zərbə vuran təkcə hasardır? Dənizə bizim özümüzün ictimai münasibətimiz necədir? Ümumiyyətlə, hasar bizim həyatımızın hansı hissəsində yoxdur ki? Hasar ölkəni bütövlükdə bürüyüb, özümüzü hasarlamışıq. Biz ötən dəfə də dedik ki, bir-birimiz üçün inamsızlığımızın ən böyük güzgüsü divarlardır. Hamımız Qaradağı daş karxanası kimi çıxarıb araya sədd çəkmişik. Ondansa Ermənistan arasında çəksəydik, bir Çin səddi yaranardı. Ona görə də mən istəyirəm, biz təkcə dənizə baxanda hasar görməyək, ölkəyə baxanda da hasarı görək. Xatırlayırsınızsa, mən bu tribunadan arzumu bildirmişdim ki, içi mən daxil, başqalarının villasında 6 metrlik hasarı gördüyümüz kimi, öz məhəlləmizdə çəkdiyimiz 3 metrlik divarımızı da görək və Allah eləsin, cənab Prezident bizi bu daşın istilasından qurtarsın. Görün, ölkədə daşın zəbt elədiyi nə qədər yer var. Ona görə də bəlkə bir qərar, sərəncam olsun, bu daşlardan xilas olaq. Heç bir Avropa ölkəsində bu cür qəfəsləri görməmişik. Sadə, yüngül bir konstruksiya ilə ayrılır. Amma içi mən daxil hamımızın 5 sot ərazimiz varsa, onun yanında bir hasar var. Özümüzü qonşumuzdan qoruyuruq, inamsızlıq eləyirik və sair.
Hörmətli Ziyafət müəllim, xatırlayarsınız, 150 metr qadağanı qoymuşduq, işləmədi. Niyə? Çünki insanlarımız dənizə doğru can atırlar. Bunun qabağını divar ilə almaq, qanunla almaq mümkün olmayacaq. Bəs nə ilə alaq? Dünyada dənizi təkcə bizmi istəyirik? Əslində, biz dənizsevən millət deyilik. Mən ötən dəfə dedim, bizim Şövkət xanımın ifasında “Dalğalar”ımızdan başqa nə var? İslam Səfərlidən, Rəsul Rzadan, Nəbi Xəzridən başqa dənizə kim nə həsr eləyib? Dənizi deyil, amma əvəzində dağı nə qədər desəniz öymüşük. Mən demirəm, dağa güvənmişik, qorunmuşuq, qala kimi yanaşmışıq. Onun səbəbini filoloqlar axtarsınlar. Amma dənizi belə eləmişik. İndi ona görə də dənizçinin, bax, orada həyatını itirən neftçilərin bir abidəsi yoxdur, gedək, önlərində baş əyək, deyək ki, bu ölkənin pulunun yüzdə doxsanını siz verirsiniz. Biz də gəlmişik, borcumuzu verək, sizə gül dəstəsi bağışlayaq. İndi ona görə demək istəyirəm ki, düzdür, hörmətli Eldar müəllim parlamentdə ən dəyər verdiyim insanlardandır, sözübütöv kişidir, ulu öndərə sədaqətli, ədəbli-ərkanlı insanlardandır, amma biz bu  və ya başqa qanunla bu prosesi dayandıra bilmərik, dayandırmamalıyıq da. Mən düşünürəm, Xəzərin Azərbaycan sektoru bəllidir, Xəzəri 5 dövlət deyil, heç özümüz də bölə bilmirik. Dövlət bəyan eləməlidir ki, Xəzərin bir hissəsində, hətta ortasında ev tikməyə icazə verir. Mən məcazi deyirəm, təbii ki, ortasında ev tikən olmayacaq. Amma dənizin orta hissəsinə yaxınlaşır. Otuz metr içəridə estakada qurur, yaxınlaşır, qoy eləsin. Amma dənizin başqa bir hissələri də ümumi istifadədə olsun. Bu normativi eləsək, bu müddəa işləyəcək.
2-ci maddə. Tikiblər. Normativ hüquqi aktlar haqqında qanunvericiliyimizin 123-cü bəndinə görə qanunun vətəndaşın ziyanına geriyə qüvvəsi yoxdur, xeyrinə var, amma geriyə yoxdur. Bəs nə edək? 15 milyonluq villa tikib, düz eləyib tikib. Mən o burjuyların müdafiəsi üçün çıxış eləmirəm. Amma tikibsə, necə eləyək, bundan fayda götürək? Epidemioloji mərkəz onları oradan axıtdıqları kanalizasiya sularına görə cəzalandıra bilmir. Fövqəladə Hallar Nazirliyi kimi güclü bir qurum onlara təsir eləyə bilmir. Bəs nə olsun? Güclü bir vergi qoyun. O adamlar orada tikdiklərinə görə daha çox vergi ödəsinlər. Qoy dənizə bir az da yaxınlaşsınlar. Onda bu müddəa işləyəcək və dövlətə fayda verəcək. Yoxsa biz burada 150 metr qoymuşduq, sonra 50 metrə endirdik. Getdikcə də yaxınlaşırıq. Reallıq bizi sürüyür. Qanun vəziyyəti tənzimləmir, reallıq bizi tənzimləyir. Ona görə də bu qanuna səs verəcəyəm, amma istəyirəm, bu məsələnin üzərində bir az düşünək. Dəniz ərazisi də torpaq ərazimizin bir hissəsidir, coğrafiyamızın bir hissəsidir. Dəniz də bizim vətənimizdir. Amma bu dənizlə bağlı dediyim müddəanı qəbul eləməliyik. Xarici ölkələrdə, məsələn, Türkiyədə İstanbula gedəndə boğazları sevmirik? Onun ən yaxın həndəvərindəki obyektləri görməmişik? Amma o obyektlər ən yüksək ödəmələr edir. Buna görə də normal işləyirlər. Ona görə biz sovet yanaşması ilə ay dənizi aldılar, varlılar oranı müsadirə edib, bizim nəfəsliyimizi kəsib, külafirəngi olmur deyirik. Yəni Bakıda külək sistemi işləmir deməklə məsələyə düzgün baxmırıq. Mən hesab edirəm ki, daha yüksək vergilər həmin dəniz həndəvərində tikilmiş villaları dövlətə daha çox xeyir verməyə vadar edərdi. Bax, onda bu müddəa işləyəcək. Sağ olun.
Sədrlik edən. Zahid müəllim, çox sağ olun. Hörmətli deputatlar, saat 2-dir. Bəlkə fasilə edək, sonra davam edərik. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. 24-cü məsələnin müzakirəsinə davam edirik. Adil Əliyev.
A.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Təbii ki, mən də bu qanun layihəsinə səs verəcəyəm. Ancaq səs vermədən öncə öz fikirlərimi söyləmək istərdim. Fürsətdən istifadə edib, – təbii ki, Ziyafət müəllim qeyd etdi, bu qanun layihəsinin dəniz qırağını əhatə  edən torpaq sahələrinin keçmişdə verilməsinə və istifadə edilməsinə heç bir aidiyyəti yoxdur, – demək istəyirəm ki, bu məsələ neçə müddətdir biz millət vəkillərini və insanlarımızı narahat edir. Mən də fürsətdən istifadə edib bu məqamda öz fikrimi söyləmək istəyirəm.
Cənab Sədr, ümumiyyətlə, dənizqırağı sahələrin zəbt olunması və hasarlanması prosesi uzun müddətdir, davam edir və hazırda elə bir yer qalmayıb ki, bu qanun layihəsi şamil olunsun, yəni sonrakı müddət ərzində aidiyyəti rayon icra hakimiyyəti orqanları tərəfindən onun istifadəyə və ya icarəyə verilməsi məsələsi gündəmdə olsun. Çünki artıq bu yerlər, demək olar ki, yox dərəcəsindədir. Mən istərdim ki, dənizətrafı torpaq sahələrindən, yəni dəniz çimərliklərindən bütün insanlarımız, vətəndaşlarımız istifadə etsinlər. Biz başqa ölkələrdə olanda da fikir vermişik, heç bir yerdə dəniz qırağının bu qədər hasarlanmasını görməmişik. Çünki insanlar, adətən, dəniz görünüşü olan yerlərə onu gözləri ilə görmək, dincəlmək üçün gedirlər. İstəyərdim, bundan öncə istifadə olunan torpaq sahələrinə toxunum. Təbii ki, insanlar bunu müəyyən yollarla alıblar, özəlləşdiriblər. Bundan öncəki qanunlara baxılsın ki, bu torpaq sahələrini vətəndaşlarımızın istifadəsinə verək. Rayon icra hakimiyyətlərinə tapşırılsın ki, aidiyyəti torpaq sahələri, çimərliklərimiz heç kimə icarəyə verilməməsi şərti ilə müvafiq aidiyyəti orqanların istifadəsində qalsın, yəni dövlətin istifadəsində qalsın, dövlət də müəyyən bir işçi qrupunun vasitəsi ilə bu torpaq sahələrinin keşiyində dursun, təmizliyinə baxsın, dayanacaqların, geyinib-soyunma otaqlarının tikilməsinə baxsın və insanlarımız da bundan yararlansınlar. Əgər bugünkü günə qədər müvafiq icra hakimiyyəti orqanları bu torpaq sahələrindən istifadə ediblərsə, onları kimlərəsə icarəyə veriblərsə,  yaxud satıblarsa, bundan sonra da bu davam edəcək. Ona görə də aidiyyəti rayonların icra hakimiyyətlərinə tapşırıq vermək lazımdır ki, dənizətrafı torpaq sahələrini təmizləyib insanlarımızın istifadəsinə versinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Başqa çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
                                   
Səsvermənin nəticələr (saat 16.05 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Cənab Sədr, artıq Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinə əlavəyə də səs verildi və indi İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişiklik, əslində, bizim hörmətli Eldar müəllimin təqdim etdiyi və artıq Milli Məclisin səs verdiyi dəyişiklikdən irəli gəlir. Bilirsiniz ki, İnzibati Xətalar Məcəlləsinin 88-2-ci maddəsi Xəzər dənizinin sahilboyu  20–50 metrlik zolağının altında olan torpaq sahələrinin qanunsuz bağlanılması və ya  dəniz  sahilinə  gediş-gəlişin məhdudlaşdırılması ilə bağlı inzibati cəza nəzərdə tutur. Amma cəzanın sanksiyasına fikir versəniz, görərsiniz ki, o kiçik cəzadır. Fiziki şəxslər 15 manatdan 25 manata qədər, vəzifəli şəxslər 30 manatdan 50 manata qədər, hüquqi şəxslər 100 manatdan 150 manatadək cərimələnir. Amma bu çox az miqdardır.
İndi təklif olunan dəyişiklik iki hissədən ibarətdir. Birincisi, 88-2-ci maddə Torpaq Məcəlləsində qəbul etdiyimiz yeni dəyişikliklərə uyğun olaraq bir neçə bəndə bölünür və ikincisi, sanksiya kifayət qədər ciddiləşir. Belə ki, fiziki şəxslər birinci halda 4000, vəzifəli şəxslər 8000, hüquqi şəxslər isə 40000 manata qədər cərimələnir. İndi qəbul etdiyimiz Torpaq Məcəlləsi haqqında dəyişikliyə uyğun olaraq, – eyni zamanda, qeyd etmək istəyirəm ki, həmin bu 88-2.2-ci maddədə bir bənd də var və o həmin bu əməlin təkrar törədilməsinə görə cəriməni nəzərdə tutur, – bu hissədə cərimə sanksiyaları 50 min manata qədər artırılmış olur. Beləliklə, mövcud cərimə sanksiyaları ilə indi təklif olunan cərimə sanksiyaları arasında 100 dəfələrlə fərq var. Hesab edirəm ki, belə bir xətanın qarşısını almaqdan ötrü kifayət qədər ciddi bir cərimə sanksiyasıdır. Odur ki, millət vəkillərindən Torpaq Məcəlləsi ilə bağlı olaraq İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Bu bizim komitənin, təbii ki, müzakirəsindən keçən qanun layihəsidir. Amma mən bir şeyi qeyd etmək istəyirəm, bundan əvvəlki Torpaq Məcəlləsinin müzakirəsi zamanı həmkarlarımı narahat edən bəzi məsələlər vardı. Mən bir neçə məsələni xüsusilə qeyd etmək istəyirəm. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci maddəsində göstərilir ki, həmin 20–50 metrlik zolaqda olan torpaq sahəsi özgəninkiləşdirilə bilməz, yəni mülkiyyət hüququnu dəyişə bilməz. Söhbət, sadəcə, icarə və istifadədən gedir.
Bayaq həmkarlarım bu qanun qəbul olunandan sonra onun geriyə qüvvəsi və sairdən danışdılar. O xüsusi mülkiyyət anlayışı olmadan da mən hesab edirəm ki, qanunun onlara tətbiqi mümkündür. Çünki qanunda qəfəsşəkilli hasarlardan söhbət gedir və bu da, aydındır ki, görüntünü pozmamaqdan irəli gəlir. Bir şeyi də qeyd edim ki, müvafiq icra hakimiyyətinin razılığı olmadan bu cür qanunsuz tikililər aparılıbsa, bu gün bizim qəbul etdiyimiz İnzibati Xətalar Məcəlləsinin geriyə qüvvəsi olacaq. Çünki söhbət qanuni əsaslarla tikilmiş tikintidən və yaxud da mülkiyyətdən gedir. Kim isə bunu qanunsuz edibsə, o onsuz da qanundan kənardır və bu qanun olmasa da, bugünkü qanunlara görə ziddir. Ona görə də mən belə hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinin 88-2.1.0. maddəsində nəzərdə tutulan sanksiyaların həddinin artırılması olduqca vacibdir. Bundan əvvəlki variantda 15–20 manat cərimə qoyulması, hesab edirəm ki, o cür qanunsuz tikililərin bu günə qədər tikilməsinə şərait yaradan hallardan biridir. Piyada keçidindən keçməyən vətəndaş 20 manat cərimə olunur, biri isə dənizin qırağında 100 metr ərazini hasarlayır, 15 manat cərimə olunur. Ona görə bu gün təqdim olunan  qanun layihəsində artıq biz onu bəlkə də min dəfələrlə artırırıq, yəni bu artıq 15 manatdan haradasa 4000, 8000, 40000 və təkrarda isə 50000 manata qalxır. Ona görə belə hesab edirəm ki, dənizin  görüntüsünü məhdudlaşdıran və dənizin sahil zolağında qanunsuz tikilən tikililərin hamısına məhz bu gün qəbul etdiyimiz qanunun  geriyə qüvvəsi tətbiq olunmalıdır və olunacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Amma bir şeyi də nəzərinizə çatdırım ki, dəniz qırağında hasarlanan yerlərin 90 faizi icarəyə verilmişdir, yəni orada özəlləşdirilmiş yerlər yoxdur. Əgər başqa fikir bildirən yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.10 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
26-cı məsələ, Mülki Məcəllədə dəyişiklik edilməsi barədə buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. 26 və 27-ci məsələlər bir-biri ilə üzvi surətdə bağlıdır, sonra, yəqin, Eldar müəllim də məlumat verəcək. Çünki bu, Torpaq Məcəlləsi ilə bağlı olan məsələdir. Bildiyiniz kimi, Mülki Məcəllənin 250-ci maddəsi tikintiyə vərəsəlik hüququ anlayışını verir və burada göstərilir ki, tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin onun müddəti 99 ildən çox ola bilməz. Bu, ümumi bir müddəadır. Amma bununla yanaşı, hesab edirik ki, qanunvericilik təşəbbüsü subyekti tamamilə düzgün olaraq özəl deyil, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün daha az zaman təklif edir. Təklif olunur ki, bu, 49 ildən çox ola bilməz. Mən hesab edirəm ki, bu, ümumiyyətlə, dövlət maraqlarından irəli gələn bir addımdır və əminəm ki, millət vəkilləri də bunu dəstəkləyəcəklər. Çox sağ olun, amma təxminən oxşar məsələlərdir. Torpaq Məcəlləsində, yəqin, Eldar müəllim bu barədə məlumat verər.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 16.12 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında. Eldar müəllim, buyurun.
E.İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım! Məndən qabaq hörmətli həmkarım Əli müəllim qanun layihəsi haqqında fikirlərini dedi. Mən də demək istəyirəm, bu qanun layihəsində təklif olunur ki, Torpaq Məcəlləsinin 50-ci maddəsinin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin: “Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə 15 ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün 15 ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə 15 ildən 49 ilədək müəyyən oluna bilər.” Təqdim olunan layihə Torpaq Məcəlləsini təkmilləşdirmək məqsədi ilə hazırlanmışdır. Qanunun lehinə səs vermək olar.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir


Sədrlik edən. Başqa təklif yoxdursa, qanuna münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 16.14 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, 28-ci məsələ “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Eldar müəllim, buyurun.
E.İbrahimov. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Müzakirənizə təqdim olunan  qanun layihələrində “Tütün və tütün məmulatı haqqında” Qanunun 14.3.4-1, 15.3.3-1 və 16.2.4-cü  maddələrinə, “Üzümçülük və şərabçılıq haqqında” Qanunun 10.5, 20.3, 21.4-5, 22.2.9, 22.3-cü maddələrinə, “Pambıqçılıq haqqında” Qanunun 11.1, 15.4 və 21-ci maddələrinə əlavə və dəyişikliklərin edilməsi təklif olunur. Sizə paylanmış arayışlardan göründüyü kimi, həmin dəyişikliklər mahiyyət etibarilə eyni olduqları üçün onları ayrılıqda sadalayıb vaxtınızı almaq istəmirəm. Qanun layihələri İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında 2015-ci il 28 aprel tarixli 1267 nömrəli Qanunun tətbiqi ilə əlaqədar hazırlanmışdır. Həmin qanunla Məcəlləyə 228-2-ci maddə əlavə edilərək genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının bilə-bilə idxal edilməsi və satılmasına görə məsuliyyət müəyyən edilmişdir. Məcəllənin qeyd olunan maddəsindən irəli gələrək gen mühəndisliyi metodları ilə yaradılmış bitki materiallarından istifadə edilərək istehsal olunan tütün məmulatlarının, üzümçülük və pambıq məhsullarının   Azərbaycana idxalını və Azərbaycanda dövriyyəsini qadağan edən müddəalar yuxarıda adları sadalanan qanunlara əlavə edilmişdir. Layihənin lehinə səs vermək olar.
Sədrlik edən. Eldar müəllim üç qanuna olan dəyişiklikləri birdən dedi. Ona görə ayrı-ayrı səsə qoyuruq. 28-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.16 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
29-cu, üzümçülük haqqında məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.17 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun və 30-cu, pambıqçılıq haqqında məsələyə münasibət bildirək.
                                   
Səsvermənin nəticələr (saat 16.17 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Əli müəllim, 31-ci və 32-ci məsələlər də eyni məsələlərdir, Siz ayrı-ayrı müzakirə edin, sonra səsə qoyarıq. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Sədr. Bildiyiniz kimi, Azərbaycanın ordenləri sırasında çox mühüm bir orden var. Bu “Şah İsmayıl” ordenidir. Bu, vaxtilə cənab Prezidentin təşəbbüsü ilə parlamentdə qəbul olunub, təsis edilib. Eyni zamanda, uzun illərdir, yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Qanun mövcuddur. İndi hər iki qanuna təklif olunan dəyişikliklər həm Milli Qəhrəmanın xüsusi fərqlənmə nişanının, həm də “Şah İsmayıl” ordeninin təsviri ilə bağlı aparılan dəqiqləşmələrdir. Mən qeyd etmək istəyirəm ki, bu dəqiqləşmələr həm ordenin, həm də fərqlənmə nişanının statusuna tam uyğundur. Misal üçün, əgər indiyə qədər “Şah İsmayıl” ordenində  təsvir qızıl suyuna çəkilirdisə, indi təklif olunur ki, onun arxa hissəsi, yəni arxa şüalar platindən, ön şüalar isə qızıldan olsun.
Eyni zamanda, misal üçün, Milli Qəhrəmanın fərqlənmə nişanında da Azərbaycanın dövlət bayrağı əks olunan hissə daha da böyüdülmüş olsun. Arayışlarda qeyd olunub, yəqin ki, siz səhifələri görürsünüz. Misal üçün, lentin yuxarı kənarında qızıl suyuna çəkilmiş ensiz metal indi qızıldan olacaqdır. Demək istəyirəm ki, əlbəttə, bu orden və fərqlənmə nişanı vaxtında qəbul olunanda biz parlamentdə geniş müzakirə etmişdik. Həm Milli Qəhrəmanın xüsusi fərqlənmə nişanında, həm də “Şah İsmayıl” ordenində müstəqil Azərbaycanın atributları, tarixi elementlərimiz, o dəyərlər hamısı əks olunub. İndi edilən dəyişikliklər isə hesab edirəm ki, onları daha statuslu etmiş olur, çünki daha bahalı materiallardan istifadə olunur. Düşünürəm ki, bu həm ordenlə, həm də nişanla bağlı tamamilə düzgün atılan bir addımdır, onların statusunu daha da ucaltmış olur.
Amma ümumilikdə qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycanın orden və medalları haqqında xüsusi qanun var. O qanuna da biz zamanında bir sıra əlavə və dəyişikliklər etdik. İndi fərqi görərsiniz ki, misal üçün, Milli Qəhrəmanın həm xüsusi döş nişanı, həm də “Şah İsmayıl” ordeninin statusu və təsviri haqqında artıq bizim qanunvericilikdə daha dəqiq yazılır. Misal üçün, əvvəl ümumi orden təsvir olunurdu, çünki o bizim ilk təcrübəmiz idi. Yəni artıq Qanun maddələrdən ibarətdir, burada qanunvericilik texnikasından istifadə olunub. Ordenlərlə bağlı qanunvericilik həm təkmilləşdirilib, həm də, – bir daha vurğulayıram, – onun statusu, görünüşü daha təkmil və adına layiq formada olub. Bu qədər, cənab Sədr.
Sədrlik edən.  Sağ olun. Tahir Kərimlinin sualı var.
T.Kərimli. “Qızıl ulduz” medalının arxa tərəfində birinci sırada göy gedir. Biz bilirik ki, medalı çevirəndə göy sağa düşür. Amma doğrudanmı, sıralanma, rənglərin sıralanması bu cür, möhürdəki kimi olacaq? Xahiş edirəm, buna cavab verin. Yeri gəlmişkən, müzakirə olunmadı, “Üzümçülük və şərabçılıq haqqında” Qanunun 10-cu maddəsində ancaq üzümdən hazırlanan məhsullar şərab adlanır. Bəs deyək ki, taxıldan və digər meyvələrdən hazırlananlar şərab olmur? Bu haqda da fikirləşmək lazımdır.
Sədrlik edən. Sağ olun. Müzakirə eləmək üçün yazılmaq lazım idi. Yazılan yox idi, müzakirə də eləmədik. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Oqtay müəllim, mənim məsələlərlə bağlı heç bir əlavəm yoxdur. Tam dəstəkləyirəm. Amma icazə versəniz, bu kontekstdə mövzudan azacıq kənara çıxardım. Bir müddət əvvəl mən Avstraliya parlamentinin deputatı cənab Luke Simpkinsə bir məktub ünvanlamışdım. Cənab Simpkins parlamentin sual vaxtında Xarici İşlər Nazirliyinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına Avstraliyanın münasibətini öyrənmişdi. Avstraliyanın xarici işlər naziri isə bildirmişdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünən cənab Simpkins mənə cavab məktubu yazıb. İcazənizlə kiçik bir abzası oxumaq istərdim. O yazır ki, mən hesab edirəm, haqq və ədaləti dəstəkləmək həmişə asandır. Ona görə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm. Baxmayaraq ki, erməni diasporu mövqeyimə görə məni hədəfə alıb, əmin ola bilərsiniz, onlar məni haqq yolundan döndərə bilməyəcəklər. Parlamentdəki bəyanatıma əsaslanaraq bizim sual vaxtında mən xarici işlər nazirinə Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı sual verdim. Bir daha səmimi məktubunuz üçün təşəkkür edirəm və dəstəyinizi yüksək qiymətləndirirəm. Mən bundan sonra da  cənab Simpkinslə əlaqə saxlayacağam və hesab edirəm ki, ayrı-ayrı ölkələrin parlamentləri ilə Azərbaycanın haqq işi olan Dağlıq Qarabağ məsələsi ilə bağlı vaxtaşırı əlaqə saxlamaq lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. O da çox sağ olsun, mən də onunla görüşmüşdüm. Erməni diasporu onu necə sıxışdırırsa, mən əminəm ki, Azərbaycan diasporu və bizim dostluq qrupunun rəhbəri Xanlar Fətiyev də onu o səviyyədə, ondan da yuxarı səviyyədə dəstəkləyəcəklər. Musa Quliyevin də sualı var, buyursun.
M.Quliyev. Çox sağ olun, cənab Sədr. Mən müzakirə olunan hər iki qanun layihəsini dəstəkləyirəm və hər ikisinə səs verəcəyəm. Sadəcə, bir məsələni aydınlaşdırmaq istəyirdim. Həm “Şah İsmayıl” ordeni, həm də Azərbaycanın Milli Qəhrəmanının döş nişanı ilə bağlı çox doğru olaraq dəyişikliklər edirik. Onların həm statusu yüksəlir, həm də daha bahalı metallardan istifadə olunur. Mən soruşmaq istəyirəm, bundan öncə bu nişanı, medalı, ordeni alanlara da bunlar təzədən veriləcək, yoxsa onlarınkı elə köhnə və daha sadə formada qalacaq? Bundan sonra milli qəhrəman olacaq şəxslərə orden və medallar qızıl və platindən veriləcək? Sağ olun.
Sədrlik edən. Mən əvvəl Əli müəllimin əvəzinə Tahir müəllimə cavab verim. Mən ordenə baxıram. Ordenin həm üst tərəfində, həm də arxa tərəfində Azərbaycan bayrağının rəngləri eynidir, yəni bunun ardıcıllığı var.
Musa müəllim, Siz deyən məsələni də, yəqin, ordeni təqdim eləyən təşkilat fikirləşər, bu, qanunla yazılmır. Biz qanunda yalnız orden və medalın təsvirini təsdiqləyirik. Əgər başqa fikir, başqa sual yoxdursa, xahiş edirəm, 31-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti, 32-ci məsələyə münasibət bildirək.
Səsvermənin nəticələr (saat 16.26 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
33-cü məsələ – “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişikliklər edilməsi barədə buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hər iki qanun layihəsi cənab Prezident tərəfindən bir məktubla təqdim edilmişdir. Məqsədəuyğun hesab edilərsə, eyni məsələlərdir, hər ikisi haqqında məlumat verərdim. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 415 nömrəli Fərmanının icrası olaraq sığorta sektorunda ödəniş sisteminin təkmilləşdirilməsi və nağdsız dövriyyənin artırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırığı verilmişdi. Göstərilən tapşırığa müvafiq olaraq Azərbaycan Respublikasının sığorta sahəsini əhatə edən, – müzakirənizə təqdim edilən, – qanunlarda dəyişikliklər edilməsinə zərurət yaranmışdı.
Müasir dövrdə dünyada elektron ticarətin geniş tətbiq edildiyi nəzərə alınaraq respublikamızda da bu sahədə müvafiq qanunvericilik aktlarının qəbul olunması, ümumiyyətlə, ictimaiyyətlə biznes və dövlət qurumları arasında əlaqələrin asanlaşdırılması məqsədi ilə informasiya texnologiyalarından istifadənin gündəmdə olması, habelə bu istiqamətdə meyillərin artması, xüsusən də Azərbaycan Respublikası Prezidentinin elektron xidmətlərin geniş şəkildə tətbiq edilməsi ilə bağlı tapşırıqları nəzərə alınaraq səmərəlilik, operativlik və şəffaflıq kimi müsbət cəhətlərə malik olan, vaxt itkisinin qarşısını alan bir sistemin tətbiqinin daha da genişləndirilməsi nəzərdə tutulur. Məlumat vermək istəyirəm ki, Oqtay müəllim, qanun layihələri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti rəhbərinin iştirakı ilə komitədə geniş müzakirə olundu. Bu qanun layihələri, şübhəsiz ki, Azərbaycanda sığorta bazarının inkişafına, sığorta bazarında qanunvericiliyin daha da təkmil şəkildə həyata keçirilməsinə imkan verəcəkdir. Ona görə də millət vəkillərindən xahiş edərdim ki, qanun layihələrinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, 33-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.28 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Eləcə də “İcbari sığortalar haqqında” Qanuna dəyişikliklər barədə 34-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.29 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, 35-ci məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, bu təklif olunan dəyişikliklər “İcbari sığortalar haqqında” Qanunda edilmiş dəyişikliklərdən irəli gəlir, artıq onu müzakirə edib səs verdik. Belə ki, 900-cü, 902-ci və 941-ci maddələr yeni redaksiyada təklif olunur. Bundan başqa qeyd etməliyik ki, Mülki Məcəlləyə edilən dəyişikliklər həm “İcbari sığortalar haqqında” Qanunda edilən dəyişikliklərlə bağlıdır, həm də cənab Prezidentin 2011-ci il 15 sentyabr tarixli Fərmanından irəli gələn məsələlərin həllinə yönəlmişdir. Çox sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.32 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Eləcə də İnzibati Xətalar Məcəlləsində dəyişikliklə bağlı 36-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 16.32 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, 37-ci məsələ “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda dəyişikliklər edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, əgər icazə versəniz, həm komitələr haqqında məsələni, həm də Milli Məclisin Nizamnaməsinə edilən dəyişiklikləri birgə məruzə edərdim. Çünki onlar həm bir-biri ilə bağlıdır, həm də tapşırıq hər iki məsələyə aiddir. Hörmətli həmkarlar, bildiyiniz kimi, Milli Məclis yenidən formalaşdıqdan sonra bizim ilk iclas günündə Milli Məclisdə yeni komitələr yaradıldı, bununla bağlı Milli Məclisin qərarı da qəbul edildi. Bundan sonra cənab Sədr tərəfindən bizim komitəyə tapşırıq verildi ki, həmin qərarla Milli Məclisin komitələri haqqında qanun uyğunlaşdırılsın. Bundan irəli gələrək komitələr haqqında qanuna bir sıra əlavələr və dəyişikliklər hazırlanmışdır. Mən onların üzərində qısaca dayanmaq istəyirəm.
Bildiyiniz kimi, 7-ci maddə Milli Məclisin komitələrinə həsr olunub. Burada yeni yaradılmış komitələr sadalanır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu komitələr sıralanarkən biz mövcud qanunu əsas götürmüşük. Həmin o sıralanmanı, eyni zamanda, sosial sahəyə yaxın olan bir sıra komitələrin sıralanmasını Milli Məclisin qərarına uyğun olaraq, sadəcə, davam etdirmişik. Yəni bizim burada etdiyimiz təkliflər, düzəlişlər texniki xarakter daşıyır. 7-ci maddəni, belə demək mümkünsə, Milli Məclisin artıq qəbul olunmuş komitələrlə bağlı qərarına uyğunlaşdırmışıq.
Həmçinin qeyd etmək istəyirəm ki, parlamentdə yaradılmış işçi qrupuna həm Aparat rəhbəri Səfa müəllim rəhbərlik edirdi, həm də sosial qanunvericilik şöbəsi bu işə cəlb edilmişdi. Tapşırıq belə oldu ki, komitələrlə bağlı, onların statusu ilə bağlı məsələlər bütün komitə sədrlərinə təqdim olunsun. Çünki biz, cənab Sədr, Sizin tapşırığınızla qərarı komitə haqqında qanuna uyğunlaşdırarkən gördük ki, mövcud qanunda da bir sıra komitələrin məşğul olduqları fəaliyyət çevrələri dəqiq göstərilməyib, bəzilərində isə bunlar üst-üstə düşür. Misal üçün, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində həm də müdafiə və təhlükəsizlik məsələləri qanunvericiliyi ifadəsi də var idi. Amma əslində, onunla bağlı xüsusi bir komitə var. Biz bu cür dəyişikliklər etdik. Yəni dəqiq müəyyənləşdirdik və bu hər bir komitə sədrinə təqdim olundu, burada komitələrin də təklifləri, rəyləri nəzərə alınmışdır.
Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, bizim sonuncu müşavirəmiz zamanı Regional məsələlər komitəsinin sədri hörmətli Arif müəllimin təklifləri, o cümlədən İnsan hüquqları komitəsinin səlahiyyətləri ilə bağlı bir təklif oldu, o da əlavə olunub, yəni səlahiyyət artırılıb. KİV-lə bağlı məsələ də indi İnsan hüquqları komitəsində öz əksini tapacaq. Bunu stenoqram üçün dedim. Əvvəlki variantda nəzərdə tutulmamışdı.
Beləliklə, qeyd etmək istəyirəm ki, bütün komitələrin fəaliyyət çevrəsi komitə sədrləri, komitələrlə razılaşdırılıb. Hesab edirəm ki, indiki variantda komitələr haqqında qanun əvvəlkindən daha dəqiqdir, bütün sahəvi qanunvericilikləri özündə ehtiva edir. Amma, əlbəttə, başqa təkliflər də olsa, biz yenə də baxa bilərik. Amma vurğulamaq istəyirəm ki, bu komitələr haqqında qanunda fundamental bir dəyişiklik mövcud deyil. Yəni biz qanunu səs verdiyimiz qərara uyğunlaşdırmışıq və komitələrin səlahiyyətlərini bir qədər də dəqiqləşdirmişik, onların özləri ilə də razılaşdırmışıq. Amma Milli Məclisin Daxili Nizamnaməsi ilə etdiyimiz əlavə və dəyişikliklərin üzərində bir qədər dəqiq dayanmaq istəyirəm.
Hörmətli həmkarlar, Milli Məclisin sonuncu iclası onu göstərdi ki, bir sıra məsələləri biz günün tələblərinə uyğun olaraq daha çevik həll edə bilərik. Bundan başqa, 2-ci maddədə Milli Məclisin növbəti çağırışının birinci iclası zamanı həllini tapan məsələlər çevrəsində Milli Məclis Sədrinin seçilməsi mövcud idi, onun müavinlərinin seçilməsi fikrini də əlavə etdik. Çünki bu məsələləri bir iclasda həll etmək mümkündür, texniki bir məsələdir, çox normal texniki və həm də əhəmiyyətli bir dəyişiklikdir. Buna imkan var, bunu Milli Məclis özü həll edir. Milli Məclis Sədrinin müavinlərinin seçilməsi ilə bağlı yeni bir iclasın keçirilməsi texniki baxımdan da əlavə bir yükdür.
12-ci maddə Milli Məclisin iclaslarında çıxışların ardıcıllığıdır. Milli Məclisin iclaslarında cənab Prezidentin, Milli Məclis Sədrinin, onun müavinlərinin növbədənkənar çıxış etmək hüquqları var. Belə bir təklif var idi ki, komitə sədrlərinin də növbədənkənar çıxış etmək imkanları olsun. Misal üçün, bugünkü iclasımızın əvvəlində, cənab Sədr, gördük ki, çox vacib bir məsələ ilə bağlı Siz komitə sədri Səməd Seyidova növbədənkənar söz verdiniz. O da, doğrudan, çox vacib bir məlumatı bizə verdi. Yanaşma isə belə oldu ki, təkcə komitə sədrlərinə deyil, həm də deputatlara növbədənkənar söz verilsin. Amma səlahiyyət sədrlik edəndə olur. Məncə, çox ədalətli yanaşma oldu. Yəni hansısa bir xüsusi məsələ ilə bağlı həm komitə sədrinin, həm millət vəkilinin, həm də ümumiyyətlə, hamının növbədənkənar çıxış eləmək imkanı var. Amma nizamnaməyə uyğun olaraq, əlbəttə ki, yalnız sədrlik edən, yəni cənab Sədr bu səlahiyyətə malikdir. Milli Məclisdə müavinlərin səlahiyyətləri ilə bağlı maddədə biz, təbii ki, texniki düzəlişlər etdik, onu bundan əvvəl qeyd etdiyim 2-ci maddəyə uyğunlaşdırdıq.
31-ci maddədə biz “qanunvericilik ilə nəzərdə tutulmuş hallarda informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir” cümləsini çıxarırıq. Çünki bizdə artıq informasiya məsələləri üzrə müvəkkil yoxdur. Bir müvəkkil var, ombudsman. Bütün insan hüquqları ilə bağlı məsələləri ombudsman həyata keçirir. Yəni faktiki olaraq o işləməyən bir normadır, onu çıxarmış olduq.
33-cü maddə  Mill Məclis  Sədrinin  seçilməs qaydası  ilə  bağlıdır. Cənab  Sədr,  hamımız  bilirik  ki,  son  dövrlərdə Mill   Məclisin   maddi-texniki təminatı çox yüksək səviyyədədir. Milli Məclisdə vaxtilə, elə Sizin sədrliyiniz zamanında təmir həyata keçirilib. Bu gün Milli Məclisdə informasiya texnologiyalarının tətbiqi baxımından rahatlıq var. Bunu zalda da görmək mümkündür. Bu həm də səsvermə prosesində özünü göstərir. Faktiki olaraq Milli Məclisdə artıq müasir standartlara uyğun elektron səsverməni həyata keçirmək mümkündür. Ona görə də təklif olundu ki, sədrin seçilməsi prosesinin də elektron formada keçirilməsi mümkün olsun. Amma eyni zamanda, bülleten vasitəsilə də səsvermə məsələsi mümkün ola bilir. Faktiki olaraq biz bu proseduru, səsvermə prosedurunu günümüzün mövcud reallığına uyğunlaşdırırıq. Bu gün Milli Məclisdə elektron formada səsvermə həyata keçirmək mümkündür. Yəni 33-cü maddəyə etdiyimiz dəyişiklik də, əlavə də ondan ibarətdir.
Nəhayət, vacib düzəlişlərdən biri də 36-cı maddədədir. Bilirsiniz ki, Milli Məclisin yeni komitələri yaradılıb. Onlar sahəvidir. Hesab edirəm ki, əhəmiyyət dərəcəsinə görə heç də digər komitələrdən geri qalmayan komitələrdir. Ailə və qadın, səhiyyə, idman, gənclər, dini məsələlərlə bağlı komitələrdir. Amma yenə də ənənəvi olaraq digər komitələrdə millət vəkillərinin sayı çoxluq təşkil edirdi. Hesab edirik ki, 36-cı maddəyə təklif etdiyimiz düzəliş, yəni bir deputat ən çoxu iki komitədə üzv ola bilər fikri imkan verəcək ki, millət vəkilləri onları maraqlandıran digər sahəvi komitələrdə də təmsil oluna bilsinlər. Beləliklə, hesab edirik ki, millət vəkillərinin komitədə təmsilçiliyinin say nisbətində də ədalət bölgüsü olacaq. Məncə, bu, millət vəkillərinin hamısının ürəyindən olar. Onlar digər komitələrdə də təmsil oluna bilərlər. Beləliklə, düşünürəm ki, cənab Sədr, bizə verdiyiniz tapşırığı həm tapşırığın ruhuna uyğun olaraq, həm də komitə sədrlərinin, millət vəkillərinin təklifləri nəzərə alınmaqla hazırlamışıq və müzakirənizə təqdim eləmişik. Ümidvaram ki, parlament də bizim bu təkliflərimizi dəstəkləyəcək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Biz, həqiqətən, Milli Məclis deputatlarının bir neçə komitədə üzv olması məsələsi haqda çoxdan danışırdıq. İndi elə oldu ki, yeni komitələr yarandı. Millət vəkillərinin sayı 125 nəfərdir. Bu komitələrin normal sayda fəaliyyət göstərməsi üçün bu çox vacib bir haldır. Buna görə çox sağ olun. İndi keçək müzakirələrə. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hər iki qanun layihəsinə edilən əlavə və dəyişiklikləri tamamilə dəstəkləyirəm. Hər birinin lehinə səs verəcəyəm və hesab edirəm ki, bu əlavə və dəyişikliklər Milli Məclisin işini daha da təkmil şəkildə aparmağa şərait yaradacaq, operativliyi artıracaq, qanunvericilik təcrübəsində deputatların fəal iştirak etməsinə şərait yaradacaq. Eyni zamanda, mən bir təkliflə çıxış eləmək istəyirəm. Həm “Milli Məclisin komitələri haqqında” Qanunda, həm də Daxili Nizamnamədə komitələrin səlahiyyətləri çərçivəsində dinləmələrin keçirilməsinin rəsmiləşdirilməsini təklif edirəm. Təcrübədə biz bu dinləmələri keçiririk. İndi Milli Məclisin komitələrinin sayı artıb. Artıq Azərbaycanda dövlətçiliyin inkişafı ilə əlaqədar, demək olar ki, bütün sahələr üzrə əsas çərçivə qanunları qəbul olunub. Hətta bir çox sahələrdə əlavə sahə qanunları da var.
Bizim işimiz qanunlara əlavə və dəyişiklikləri, ola bilsin ki, yeni dövrün tələblərinə uyğun olan qanunları hazırlamaqdır. Çox vaxt ictimaiyyətdən sosial sifarişlər gəlir, müəyyən problemləri müzakirə etmək lazım olur ki, ondan sonra da qanuna əlavə və dəyişikliklər edilir. Bu, lazımdır, yoxsa lazım deyil? Yaxud yeni qanun layihəsinin qəbul olunmasına ehtiyac varmı? Komitələrdə biz dinləmələr keçiririk. Ekspertlər dəvət olunur, hökumətin müvafiq strukturunda çalışan mütəxəssislər, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət olunur və onlarla bir yerdə biz bu müzakirələri aparırıq. Amma yaxşı olardı, bu dinləmələrin keçirilməsi, onun proseduru və qaydaları haqqında biz Milli Məclisin komitələri haqqında qanuna müəyyən bir müddəa əlavə edək ki, bu işin tam normal şəkildə həyata keçirilməsi mümkün olsun. Ümumiyyətlə isə hər iki qanuna səs verəcəyəm. Təşəkkür edirəm. 
Sədrlik edən. Musa müəllim, onsuz da biz bunu edirik, dinləmələr, müzakirələr, ictimai müzakirələr keçiririk. Yəni qanun şəklinə salmaq, forma vermək deyirsinizsə, işləyin, təklif eləyin, baxarıq. Ancaq bu məsələlər hamısı olunur. İndiyə kimi dinləməsiz, müzakirəsiz bir qanun qəbul olunmayıb.  Fərəc Quliyev, buyurun.
F.Quliyev. Çox sağ olun, Oqtay müəllim. Mən də hörmətli Əli müəllimgilin hazırladığı bu layihəyə, təbii ki, səs verəcəyəm. Bu məsələlər xeyli dərəcədə cilalanıb. Keçən dəfə də bu məsələni qaldırmışdım və bir neçə komitə yarandı. Mən məsələ qaldırmışdım ki, Dağlıq Qarabağla bağlı bir komitənin yaranması zərurəti var. Burada 15-dən çox komitə köməkçi komitələr yarada bilirlər. Amma o sahədə komitələr olmadığı üçün mən də soruşuram ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi birlikdə bir köməkçi komitə olaraq Qarabağ komitəsi yarada bilərlərmi, yoxsa yox? Olsa, çox əhəmiyyətli olardı və biz bu məsələni daha çox qaldırmaq, ictimailəşdirmək üçün beynəlxalq strukturlarla münasibətdə bundan istifadə edərdik, bu yaxşı olardı.
İkinci isə, burada hörmətli Musa müəllim də bu məsələyə toxundu, mən hesab edirəm ki, misal üçün, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən bəzi icra strukturlarının rəhbərləri təyin olunanda komitələrdə onlara rəy verilərdi. Məncə, hər bir komitədə müvafiq nazirliklərlə bağlı təyinatlarda ya rəy verilsəydi, ya da ən azından hansısa formada təsbit olunsaydı ki, icra strukturlarının rəhbərləri müəyyən müddət ərzində komitələrdə hesabat versinlər, bu həm parlamentin sanbalına təsir eləyər, həm də bəzi nazirliklərin və icra strukturlarının fəaliyyətləri ilə bağlı məsuliyyətlərini bir az artırmış olardı. Məncə, bu iki məsələyə Əli müəllim və Siz, hörmətli Oqtay müəllim, münasibətinizi bildirsəydiniz, yaxşı olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə. Çingiz müəllim, Siz eyni komitədəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, buyurun.
Ç.Qənizadə. Mən qısaca danışağacam, Oqtay müəllim. Bəlkə də eyni komitədə olsaydım, məsələni qaldırardım. Təbii ki, hər iki layihəni – həm Milli Məclisin Daxili Nizamnaməsi, həm də Milli Məclisin komitələri haqqında qanun layihəsini dəstəkləyirəm. Amma burada bir şey redaktə xarakterlidir. Milli Məclisin Daxili Nizamnaməsində, 36-cı maddənin aşağısında cümlə var: “Milli Məclisin rəhbərliyi Milli Məclisin komitəsinin üzvü ola bilər”. Aydındır. Dalınca gəlir: “Milli Məclisin başqa hər bir deputatı komitələrdən birinin üzvü olmalıdır”. Mən hesab edirəm ki, bu, redaktə xarakterlidir və burada daha aydın olması üçün yazılmalıdır ki, Milli Məclisin deputatı Milli Məclisin komitələrindən birinin üzvü olmalıdır. Məncə, “başqa” sözü burada artıqdır. Ona görə xahiş edirəm, bunu redaktə eləyənlər bir baxsınlar. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, mən də bu layihə ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Doğrudan da, orada çox sayda məsələ var ki, biz ona səs verib qəbul edəcəyik. Məsələn, seçkinin elektron variant ilə həyata keçirilməsi məsələsi. Artıq biz XXI əsrdə yaşayırıq, elektron hökumət olan bir yerdə hansısa seçkini, tutaq ki, parlament sədrinin seçkisini bülletenlə keçirmək gerilikdir, növbəti illərdə bu seçimlərdən istifadə eləyə bilərik. Həmçinin digər sahələrlə, yeni yaranan komitələrlə bağlı da qeyd etmək istəyirəm ki, onların yaradılmasında  zərurət var idi, çünki ölkəmiz kifayət qədər inkişaf eləyib, hərtərəfli əlaqələri genişlənib, dünya təcrübəsindən çox şeyi öyrənib tətbiq edirik.
Bu və ya digər məsələlərlə yanaşı, Oqtay müəllim, mən bir şeyin üzərində dayanmaq istəyirəm. Əvvəlki variant çox düzgün bir variantdır. Bu, parlament təcrübəsindən irəli gəlir. Sədr, sədr müavinlər növbədənkənar çıxışlar edirlər. Biz buraya əlavə eləmişik ki, zərurət yarananda Milli Məclisin üzvlərinə də çıxış üçün söz verilir. Siz dəfələrlə şahidi olmusunuz, hamı əlini qaldırır ki, mən təkid edirəm, yazılmışam, mənə söz verin. Onda da hamı əlini qaldıracaq ki, zərurət yaranıb, mən çıxış eləmək istəyirəm, mənə söz verin. Siz bunu hansı əsasla tənzimləyəcəksiniz? Komitə sədrləri bəllidir. Misal üçün, tutaq ki, ortaya iqtisadi siyasət və sənaye məsələsi ilə bağlı məsələ çıxır, Ziyad müəllimə söz verilir, aqrar məsələ ilə bağlı Eldar İbrahimov cavab verir. Yaxud da beynəlxalq əlaqələrlə bağlı bayaq şahidi olduq, Səməd Seyidov öz münasibətini bildirdi. Qalan hallarda bu prosesi nizamlamağın özünün mexanizmi yoxdur, mən 15 illik təcrübədən danışıram. Burada 20 nəfər yazılır, biz deyirik, səsə qoyaq. Biri deyir, mən təkid edirəm, o biri əlini qaldırır, deyir ki, mən də təkid edirəm. Söz verməyəndə, deyir, Daxili Nizamnaməni pozursunuz, söz verəndə də proses qaydasında getmir. Ona görə də bunun əvvəlki variantda qalmasını məqsədəuyğun hesab  edirəm.
Başqa bir məsələ, başlayacağıq ki, niyə partiyalara söz verilmir, onlara da növbədənkənar söz verilsin. Yeni Azərbaycan Partiyası 71 nəfər üzvü ilə təmsil olunub, çoxluqdadır, növbədənkənar söz istəyəcək. Bitərəflərin nümayəndəsi Valeh müəllim deyəcək ki, mənə də növbədənkənar söz verin. Bu məsələləri bir mexanizmlə tənzim eləməliyik. Bu cür mexanizmlə mən hesab edirəm ki, gələcəkdə problemlər yaranacaq. Yenə deyirəm, Sizə – sədrlik edən şəxsə səlahiyyətlər verilsin. Komitə sədrlərinə zərurət yarandıqda söz verilsin. Bu zərurət nədən ibarətdir? Tutaq ki, o sahə ilə bağlı kimsə ciddi bir məsələ qaldırırsa, o məsələnin öyrənilməsi, araşdırılması, yaxud tövsiyə olunması ilə bağlı söz verilə bilər. Bu məsələlər hamı üçün aydın olmalıdır. Ona görə hesab edirəm ki, o müddəanı buradan çıxarmalıyıq, çünki əvvəlki variantın qalması daha məqsədəuyğundur.
Sədrlik edən. Siyavuş müəllim, mən Sizə izah eləyim. Birinci, o dedikləriniz orada var. İkinci nədir? Nəyə görə bu yazılıb? Tutaq ki, bir millət vəkili haradasa bir təşkilatda ezamiyyətdə olub, vacib məsələ var. Gəlib, düyməni basıb, danışmağa çatmayıb. Ondan da qabaq müraciət edib ki, vacib bir məsələ var, mən məruzə eləməliyəm. Bunu mən bildiyim üçün, səlahiyyət də mənə, yəni sədrə verildiyinə görə, istər komitə sədri olsun, istərsə də millət vəkili, mən o adama söz verəcəyəm. Bu, sədrin səlahiyyətidir, burada dərəbəylik yaranmır.
İkinci məsələ, – mən komitənin  iclasında da fikir verdim, – bir çox millət vəkili məsələ qaldırmışdı ki, nəyə görə müxalifətdən parlament sədrinin müavini yoxdur. Düzdür, orada cavablandırmamışdım. Ancaq bəzi yoldaşlarla söhbət edəndə dedim, nə vaxt ki, onların 25 nəfərlik qrupu formalaşar, onda belə bir çıxış eləyə bilərlər. Ancaq buna baxmayaraq, onlar partiya rəhbərləridir, onların ayrıca sözləri, fikirləri ola bilər, onda mənə müraciət eləyə bilərlər. Hamımızın hüququ birdir, ancaq söz vermək hüququ kim sədrlik edəcəksə, ona verilir. Burada başqa dərəbəylik məsələsi yaranmır. Səbəb budur, bu da açıq yazılıb.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təkid başqa şeydir, bu başqa şeydir, Siyavuş müəllim. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm, hörmətli Sədr. Hər iki layihəni ümumilikdə bəyənirəm, amma müəyyən təkliflərim var. 31-ci maddənin axırdan ikinci bəndində belə bir cümlə var: “Milli Məclisin deputatı Milli Məclisin iclasında mandatından imtina etdikdə və həmin imtina Milli Məclisin iclasının stenoqramına daxil edildikdə, o, imtinanı geri götürə bilməz”. 31-ci maddə Milli Məclisin Sədrinin  səlahiyyətlərinə aiddir. Mən başa düşə bilmirəm ki, bu maddədə bu bənd nə üçün var? Konstitusiyanın 89-cu maddəsinin II hissəsində mandatdan imtina etmənin qaydaları nəzərdə tutulub, bu da Daxili Nizamnamənin 23-cü maddəsində göstərilir. Yəni həmin bu bənd 31-ciyə deyil, 23-cü maddəyə daxil edilməlidir.  Birinci təklifim budur. Çünki mandatdan məhrumetmənin səbəbləri, dediyim kimi, Konstitusiyanın, Daxili Nizamnamənin həmin maddələrində nəzərdə tutulub.
İkinci təklifim. 33-cü maddədə yenə də axırdan ikinci bənddə belə bir ifadə var: “Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir”. Biz Daxili Nizamnamənin 27-ci maddəsinə baxırıq. Daxili Nizamnamənin 27-ci maddəsində yazılır: “Azərbaycan Respublikasının Konstitusiyasi ilə nəzərdə tutulmuş səs çoxluğu yığa bilməzsə”. Görürük ki, Konstitusiyanın 92-ci maddəsində belə qayda yoxdur. Sadəcə olaraq, Konstitusiyada yazılır ki, Milli Məclis öz iş qaydasını müəyyən edir, səsvermə keçirir. Ümumiyyətlə, Konstitusiyada belə bir müddəa yoxdur. Ona görə də bu maddədə, düşünürəm ki, düzəliş eləmək lazımdır. Yəni 27-ci maddəyə istinad eləməklə Milli Məclis Sədrinin seçilməsi qaydası düz gəlmir. Bu arada qalan ifadələrdəki ziddiyyəti götürmək lazımdır.
Üçüncü təklifim. 36-cı maddədə, – bayaq dedilər, – tamamilə imperativ qaydada  yazılır ki, Milli Məclisin rəhbərliyi Milli Məclisin komitəsinin üzvü ola bilər. Milli Məclisin başqa hər bir deputatı komitələrdən birinin üzvü olmalıdır. Amma sonra yazılır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Milli Məclisin deputatı Milli Məclisin komitəsinin üzvü olmaya bilər. Hamı olmalıdır, amma  bu olmaya bilər. Keçən dəfəki çıxışımda da demişdim, bu normalar bir-birinə zidd olmalı deyil. Necə ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 21-ci maddəsində xaricdə dini təhsil alanların ayin və mərasimlər aparması qadağan olunduğu halda, 24-cü maddədə dövlət adamları xaricdə dini təhsil almağa göndərirdi. Mən təklif elədim, baxılmadı. Xahiş edirəm, burada bu ziddiyyət aradan götürülsün. Bunu belə yazmaq olar: “Naxçıvan  Muxtar Respublikası Ali Məclisinin sədri olan Milli Məclisin deputatı istisna olmaqla,” arxasınca ikinci cümləni yazmaq olar: “Milli Məclisin hər bir deputatı komitələrdən birinin üzvü ola bilər”. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Tahir müəllim, dediyiniz məsələlər aydındır. Ancaq bu məsələlərin hamısının cavabı var. Bu, müzakirə edilən qanunun predmeti deyil, arayışlarda olan məsələdir. Mən xahiş edirəm, əgər maraqlanırsınızsa, Səfa müəllimə tapşıraram, onları bir-bir təqdim eləyərsiniz, baxarlar. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm. Oqtay müəllim, bizə təklif edilən dəyişiklikləri dəstəkləyirəm. Hesab edirəm ki, bunlar artıq günün tələblərinə cavab verir. Doğrudan da, Milli Məclis Sədrinin müavinlərini seçməkdən ötrü ayrı bir iclas keçirməyə ehtiyac yoxdur. Bu gün informasiya-kommunikasiya dövründə sədrin kağız bülletenlərlə seçilməsinə ehtiyac yoxdur. Yəni sədr və müavinlərin bir iclasda, sədrin gizli elektron sistemdən istifadə edilməklə seçilməsini düzgün hesab edirəm. Digər dəyişikliklərin də qəbulu mümkündür. Bununla belə iki məsələyə mənim münasibətim var. 12-ci maddə ilə bağlı, Oqtay müəllim, Siz yaxşı izahat verdiniz, amma bir sual yaranır. Burada yazılıb: “Zərurət yarandıqda Milli Məclisin iclasına sədrlik edən Milli Məclisin deputatlarına söz verə bilər”. Amma “zərurətin yaranması”nı kim müəyyənləşdirir? Burada sual yaranır, sədrlik edənmi, yaxud təkid edənmi? Ona görə mən təklif edirəm, yazılsın ki, Milli Məclisdə zərurət hiss edildikdə və yaxud da yarandıqda konkret olaraq bu hüquq sədrlik edənə verilsin. Belə də isə sabah kimsə təkid eləyə bilər ki, zəruri hesab edirəm.
İkinci isə, burada bir nəfərin iki komitəyə üzvlük məsələsinə icazə verilir. Mən bunu düzgün hesab edirəm. Doğrudan da, maraq doğuran bir neçə komitə olur. Gələcəkdə mümkündür ki, bir neçə komitənin üzvü ola bilək. Amma mən istərdim ki, ora bir cümlə əlavə edilsin, yoxsa, hansının əsas, hansınınsa qeyri-əsas olduğu müəyyən edilmir. Mən ehtiyat edirəm ki, sabah kimsə iki komitənin üzvü olduqda birinin əsas, digərinin qeyri-əsas olması fikirləri ortaya gələ bilər. Ona görə də hər ikisinin eyni hüquqda olması burada əlavə olunsa, düzgün olar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, hər ikisi eyni səviyyədədir. Dəxli yoxdur, birinci, ya ikinci komitə. İkinci, sözü kim verirsə, zəruri olub-olmamasını o müəyyən edir. Dürüstəşdirmə məsələlərinə Əli müəllim baxacaq. Aydın oldu. Get-gedə, hər dəqiqə bir nəfər əlavə olaraq düyməni basır. Fəzail İbrahimli.
F.İbrahimli. Təşəkkür edirəm, Oqtay müəllim. Mən, əslində, bu siyahıdan çıxmaq istədim. Amma sonradan Aydın müəllimin “zərurət” məsələsi məni danışmağa vadar etdi. Oradan başlayım, zərurət nə vaxt yaranır? Milli Məclisə seçiləndən sonra bizim bəzi həmkarlarımızın beynində, ruhunda belə bir düşüncə yaranır ki, elə mən idmandan da danışa bilərəm, hüquq üzrə də böyük mütəxəssisəm, tarixdən danışanda məndən başqa heç kim heç nə bilmir. Zərurət onda yaranır. Tarixi hadisələrdən söhbət düşən zaman bir mütəxəssisə ehtiyac duyulanda, təbii ki, növbədə olan kənd təsərrüfatı mütəxəssisindən fərqli olaraq tarixçiyə söz verilməlidir. Tutaq ki, torpaq məsələsidir, kənd təsərrüfatı məsələsidir, mən yazılmışam, mənim növbəmdir, ancaq burada Eldar İbrahimova söz verilməlidir. Zərurətin yaranması səbəbi budur. Hər kəs hər şeydən danışan zaman  çox bəstəboy görünür. Bu maddənin bura əlavə olunması tamamilə zəruridir, doğrudur və hesab edirəm, qəbul edilə bilər. Mən bu məsələyə münasibətimi bildirmək istədim. Hesab edirəm, səsə qoyub qəbul etmək olar. Sədr müəyyən edəcək, burada kimin ixtisası nədir, hansı məsələyə o daha obyektiv, real, elmi, dəyərli fikir söyləyə bilər, zərurət budur. Bu maddə burada qalmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əgər biz bu zərurəti xırdalamağa getsək, buradan çox şey çıxacaq. Mənası hamıya aydın oldu. Bunu biz niyə təzədən  təkrarlayaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, 37-ci məsələyə – Milli Məclisin komitələri haqqında Qanunda dəyişikliklərə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.03 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
38-ci məsələyə – Milli Məclisin Daxili Nizamnaməsində dəyişikliklər edilməsinə, xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələr (saat 17.03 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Əli müəllim, Sizdən xahiş edirəm, bizim millət vəkillərinin dedikləri bəzi məsələləri orada qeyd edin, ondan sonra qanuna qol çəkək. 
Növbəti məsələ Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, cənab Prezident tərəfindən  Konstitusiyaya uyğun olaraq və eyni zamanda, Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq bir qrup hakimin apellyasiya məhkəmələrinə təyin olunmaları ilə bağlı təqdimat daxil olmuşdur. Məlumat üçün qeyd etmək istəyirəm ki, 4 nəfər hakimin fəaliyyət müddətinin 2016-cı il yanvar ayının 1-də başa çatması ilə əlaqədar məsələyə  Məhkəmə-Hüquq Şurasında baxılmış və onların yenidən Bakı, Sumqayıt və Şirvan apellyasiya məhkəmələrində növbəti dövr üçün təyin olunmaları ilə bağlı müsbət qərar qəbul olunmuşdur. Təqdimat cənab Prezidentə verilmiş və apellyasiya məhkəmələrinin təyinat səlahiyyəti parlamentdə olduğuna görə bu təqdimat cənab Prezident tərəfindən parlamentə göndərilmişdir. Hakimlərlə bağlı məlumatlar sizlərə təqdim olunub. Hazırda onlar çalışırlar. Bir daha vurğulamaq istəyirəm ki, Məhkəmə-Hüquq Şurası tərəfindən onların fəaliyyəti müsbət qiymətləndirilmişdir. 
Eyni zamanda, hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasının sədri qismində çalışan Tapdıq Şükür oğlu Mahmudovun Gəncə apellyasiya məhkəməsinin hakimi təyin olunması ilə bağlı cənab Prezident tərəfindən təklif irəli sürülmüşdür. Sizdə onunla da bağlı məlumat var. Tapdıq müəllim uzun illərdir məhkəmə sistemində çalışır. O, əmək fəaliyyətinə Naxçıvanda rayon məhkəməsində iclas katibi qismində başlamış, sonra prokurorluq orqanlarında, daha sonra isə rayon məhkəməsində hakim işləmişdir. Hazırda isə o öz vəzifəsini şərəflə yerinə yetirir. Məlumat üçün qeyd etmək istəyirəm ki, bir sıra hallarda Bakının Ali Məhkəməsindən apellyasiya məhkəmələrinə təyinatlar həmin regional apellyasiya məhkəmələrinin fəaliyyətini gücləndirmək məqsədi daşıyır. Bu baxımdan  Ali Məhkəmənin  hərbi kollegiyasının sədri Tapdıq müəllim Gəncə apellyasiya məhkəməsinə hakim təyin olunur. Mən bu məlumatı nəzərə almağınızı xahiş edirəm. Qeyd etmək istəyirəm ki, təqdimatları daxil olmuş hakimlər uzun illərdir, şərəflə fəaliyyət göstərirlər və ümidvarıq ki, parlament də onlara etimad göstərərsə, bundan sonra da cənab Prezidentin müşavirələrdə verdiyi tövsiyələrə uyğun olaraq Azərbaycan qanunlarına və ədalət prinsipinə uyğun işləyəcəklər. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.07 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi. Sizi təbrik edirik, sağ olun.
Bugünkü gündəliyin sonuncu məsələsi olan Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi barədə buyursun Eldar İbrahimov.
E.İbrahimov. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Müzakirənizə təqdim olunan Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən göndərilmişdir. Layihə Konstitusiyanın 96-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq dəyişiklik aparılmadan, təqdim olunmuş şəkildə Milli Məclisin müzakirəsinə çıxarılır.
Hörmətli deputat həmkarlarım! Dövlət başçısı cənab İlham Əliyev kənd təsərrüfatının iqtisadi, sosial və siyasi əhəmiyyətini yüksək qiymətləndirərək aqrar bölmənin inkişafına xüsusi diqqət və qayğı göstərir. Bu sahəni iqtisadiyyatın qeyri-neft sektorunun prioritet istiqaməti olduğunu dəfələrlə önə çəkib, ölkədə aqrar siyasətin əsas məqsədinin əhalinin ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsi, bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının isə xarici bazarlara ixracının təmin edilməsi olduğunu bildirib. Qarşıya qoyulan məqsədə nail olmaq və hamının diqqətini bu sahəyə cəlb etmək üçün dövlət başçısının  2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi barədə imzaladığı sərəncam bu sahənin həmişə diqqət mərkəzində olduğunu göstərir.
Bununla yanaşı, cənab Prezident bitkiçilik və heyvandarlıqda məhsuldarlığın aşağı olmasını,  məhsulun keyfiyyətinin və  maya dəyərinin hələ də müasir tələblərə cavab vermədiyini qeyd etməklə nöqsanların tezliklə aradan qal-dırılmasını tələb edir. Bu vəziyyətin yaranmasının başlıca səbəblərindən biri aqrar islahatlar nəticəsində yaranan yüz minlərlə fermer təsərrüfatının torpaq sahələrinin hələ də az, yəni 1–5 hektar arasında olmasıdır. Çünki bu torpaqlarda yeni texnika və texnologiyaları, innovasiyaları  tətbiq etmək mümkün deyil. Digər tərəfdən isə  dünya iqtisadiyyatının sürətlə qloballaşması, beynəlxalq və daxili bazarlarda istehsalçıların üzləşdiyi kəskin rəqabət kənd təsərrüfatında müasir tələblərə uyğun təşkilati-hüquqi təsərrüfatçılıq formalarının, idarəetmə üsullarının tətbiqini tələb edir. Bütün bu tələblərə iri təsərrüfatlar yaratmaqla əməl etmək mümkün olduğundan, hörmətli Prezidentimizin tapşırığı ilə əkin dövriyyəsində olmayan torpaqlar hesabına 50 iri təsərrüfatın yaradılması işinə başlanmış, onlardan bir neçəsi isə artıq fəaliyyət göstərir.
Ağcabədi rayonundakı “Qarabağ taxıl” Məhdud Məsuliyyətli Cəmiyyət 2012-ci ildən başlayaraq hər hektardan 55 sentnerdən çox taxıl məhsulu götürür. İri südçülük komplekslərində isə hər inəkdən 6–7 min litr süd sağılır. Bunlar ölkəmiz üçün rekord göstəricilərdir. İri təsərrüfatlar xırda fermer təsərrüfatlarının könüllü birləşməsi yolu ilə kooperativlər formasında da yaradıla bilər. Bunun üçün respublikamızda böyük imkanlar vardır. Lakin dünya təcrübəsi göstərir ki, dövlət dəstəyi olmadan birtərəfli qaydada fermerlərin təşəbbüsü ilə yaradılan kooperativlər əksər hallarda fəaliyyət göstərə bilmir və tezliklə ləğv olunurlar.
Kooperasiyanın  aqrar bölmənin inkişafında əhəmiyyətini nəzərə alaraq, komitəmizin deputat və ekspertlərindən ibarət qrup 2011-ci ildə Almaniyada kooperasiyanın təşkili, müxtəlif növ kooperativlərin  fəaliyyəti ilə tanış olmuşlar. Biz həmçinin Sabirabad rayonunda Çölbeşdəli və Axısxa kəndlərində yeni yaradılmış kənd təsərrüfatı istehsal kooperativlərinin kollektivləri ilə müzakirələr də aparmışıq. Ancaq bundan sonra tərəfimizdən hazırlanan Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi Prezident Administrasiyasına təqdim olunmuşdur.
Ölkəmizdə müxtəlif növ kooperativlərin yaradılması və kooperasiya prosesinin genişlənməsində dövlət dəstəyinin vacibliyini nəzərə alaraq, hörmətli Prezidentimiz 2014-cü il 16 aprel tarixində imzaladığı Fərmanda Prezident Administrasiyasına kəndli (fermer) təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşməsinin iqtisadi cəhətdən stimullaşdırılmasını nəzərdə tutan Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsinin hazırlanması tapşırığını vermişdir. Müzakirənizə təqdim olunan bu qanun layihəsi həmin tapşırıq əsasında hazırlanmışdır.
Onu da bildirmək istəyirəm ki, kənd təsərrüfatının inkişaf etdiyi ölkələrdə kooperativlərin yaranmasının və kənd təsərrüfatı kooperasiyasının  200 ildən də çox tarixi vardır.  Bunun nəticəsidir ki, həmin ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan  fermerlər hazırda iri təsərrüfatlar yaratdıqlarından istehlak, yəni xidmət kooperativləri yaratmaqla kooperasiya əlaqələrini genişləndirir və yüksək səmərə əldə edirlər. Təəssüf ki, respublikamızda indiyə kimi bir dənə də olsun istehlak kooperativi yaradılmayıb. Hesab edirik ki, bu qanunun qəbulu və uğurla tətbiq edilməsi ölkəmizdə istehsal və istehlak kooperativlərinin yaranmasına və kooperasiyanın inkişafına təkan verərək müasir aqrar siyasətin yeni mərhələsini təşkil edəcəkdir.
Qanun layihəsi 5 fəsildən və 15 maddədən ibarətdir. Layihənin I fəsli ümumi müddəalara həsr olunub. Burada əsas anlayışlar, qanunun məqsədi və tətbiq dairəsi, kooperativlərin təşkili və fəaliyyətinin əsas prinsipləri öz əksini tapıb. Bildirmək istəyirəm ki, aqrar məsələlərlə bağlı sənədlərdə ən çox işlənən anlayışlardan biri “kənd təsərrüfatı məhsullarının istehsalçısı” anlayışıdır və bu kateqoriyadan olan şəxslərə 2001-ci ildən başlayaraq vergi güzəştləri tətbiq olunur. Bununla belə hazırda mövcud olan normativ hüquqi aktlarda bu anlayışın izahı verilməmişdir. Bu baxımdan layihədə belə bir anlayışın əks olunması təqdirəlayiq haldır.
4-cü maddədə qeyd olunur ki, kooperativin yaradılması, kooperativə üzvlük, üzvlərin hüquq və vəzifələri, habelə kooperativin fəaliyyəti ilə bağlı bu qanunda nəzərdə tutulmayan digər məsələlər Mülki Məcəllə ilə tənzimlənir.
5-ci maddədə kooperativin təşkili və fəaliyyətinin əsas prinsipləri sadalanır. Bu prinsiplərdən kooperativə üzvlüyün könüllü olmasını və  kooperativin demokratik əsaslarla idarə edilməsini xüsusi vurğulamaq istəyirəm. Göründüyü kimi, fermerlər yalnız könüllü olaraq, öz istəkləri ilə kooperativə üzv olacaqlar. Kooperativin demokratik əsaslarla idarə olunması isə o deməkdir ki, bir üzvün yalnız bir səsi var  və kooperativ heç də  bir nəfərin deyil, bütün kooperativ üzvlərinin təşkilatıdır.
“Kooperativlər” adlanan II fəsil onların fəaliyyətinə, hüquqlarına və torpaqlarına həsr olunmuşdur. Layihədə qeyd edilir ki, kooperativ üzvlərinin yerinə yetirdikləri funksiyadan asılı olmayaraq, onlar kənd təsərrüfatı məhsulları istehsalçısı hesab olunurlar və görülən işlərin ən azı 70 faizi üzvlər tərəfindən yerinə yetirilir.
6.4-cü maddədə kənd təsərrüfatı kooperativlərinin statusu müəyyən olunur və göstərilir ki,  illik istehsalın 60 faizindən az olmayan hissəsini bitkiçilik, heyvandarlıq, kənd təsərrüfatı və su bioresurslarından, o cümlədən onların məhsullarının emalından əldə edən kooperativ kənd təsərrüfatı kooperativinə aid edilir.
III fəsil kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyindən bəhs edir. Dövlətin vəzifələrinə normativ hüquqi aktlar və dövlət proqramını qəbul etmək, kooperasiya üzrə təhsil və elmi-tədqiqat işlərinin genişləndirilməsini təmin etmək, məhsul istehsalçılarının və başqa aidiyyəti işçilərin maarifləndirilməsi üçün yerlərdə informasiya-məsləhət xidmətləri göstərmək, kooperativlərin fəaliyyətinə dair müxtəlif növ metodiki tövsiyələr və nizamnamələrin nümunəvi formalarını hazırlamaq və digər məsələlər aid edilmişdir.
Maddə 11-də kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyinin əsas istiqamətləri sadalanır. Buraya kredit təşkilatlarının, bələdiyyələrin, kənd təsərrüfatı və digər müəssisələrin kooperativlərə ortaq (assosiativ) üzv olmasının stimullaşdırılması, kooperativ ittifaqlarının yaradılmasının dəstəklənməsi, kooperativlərə mülkiyyətlərində olan torpaq sahələrinin, gələcək məhsulların və tikinti obyektlərinin girov qoyulması yolu ilə kredit ayrılması, kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması və digər məsələlər  daxildir. Bu maddənin sonuncu iki bəndində nəzərdə tutulan müddəalar kooperativlərin kredit resurslarından yararlanmasına əngəl törədən problemləri aradan qaldıracaq ki,  bu da kooperativlərin yaradılmasını və fəaliyyətin stimullaşdıran ən başlıca amillərdəndir.
IV fəsil “Kənd təsərrüfatı məhsulları bazarı və kooperativlər” adlanır. Bu fəslin müvafiq maddələrində  kooperativlərin  dövlət və bələdiyyə orqanları və hüquqi şəxslərlə birlikdə topdan və pərakəndə satış bazarlarının təşkilində iştirakı və ya belə bazarları təşkil etmələri nəzərdə tutulur. Layihədə  kooperativlərin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərən satış şəbəkələrinin (fermer mağazalarının, yaşıl marketlərin, topdansatış mərkəzlərinin) təşkil edilməsinin əks olunması kooperativlərin istehsal etdikləri məhsulları sərfəli qiymətlərlə sərbəst satmalarına əlverişli şərait yaradacaqdır.
Layihənin axırıncı, V fəsli kənd təsərrüfatı kooperasiyası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti və mübahisələrin həllinə dair normaları əks etdirir.
Hörmətli deputat həmkarlarım! Mən sizə qanun layihəsinin əsas məqamları barədə qısa şəkildə məlumat verməyə çalışdım. Layihə barədə sizin təklif və iradlarınıza qanunvericiliyə uyğun qaydada işçi qrupunda diqqətlə baxılacaq, səmərəli təklifləriniz nəzərə alınacaqdır.  Müzakirələrdə iştirakınıza və layihənin daha da təkmilləşdirilməsinə dair verəcəyiniz təkliflərə görə sizə əvvəlcədən minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavin Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Eldar müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, qanun layihəsinin birinci oxunuşda müzakirəsinə başlayırıq. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli millət vəkilləri, doğrudan da, neft sənayesinin tənəzzül yaşadığı, neftin qiymətinin kəskin surətdə aşağı düşdüyü bir dövrdə  qeyri-neft sektorunun inkişafı ön plana keçir və bu cür qanunlar daha böyük aktuallıq qazanaraq önəm kəsb edir. Ona görə də mən bu qanunu alqışlayıram. Xatırlayırsınızsa, kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsini biz ilk dəfə 2011-ci ildə müzakirəyə çıxarmışdıq və bu qanun layihəsinin əhəmiyyəti, kənd təsərrüfatının inkişafında önəmli rol oynayacağı barədə bütün çıxış edən həmkarlarımız çox müsbət fikirlər söyləyərək onun əhəmiyyəti barədə öz dəyərli düşüncələrini bölüşmüşdülər. Mən hətta fikirləşirəm ki, biz onu 2011 və ya 2012-ci ildə qəbul etsəydik, kənd təsərrüfatı kooperasiyası daha sürətlə inkişaf edərdi.
Mənim hörmətli Eldar müəllimə 1–2 təklifim və sualım var. Xatırladığım qədər, qanunun 2011-ci il variantı daha geniş və əhatəli idi. Məsələn, orada əhalisi 50 min nəfərdən çox olan şəhərlərdə topdansatış bazarlar, əhalisi 50 mindən az olan şəhər və rayon mərkəzlərində isə pərakəndə satış bazarları haqqında ətraflı danışılırdı. Burada alıcıların ucuz və keyfiyyətli daxili məhsulla təmin olunması, eyni zamanda, kooperativ bazarların da yaradılması nəzərdə tutulurdu. Konkret olaraq göstərilirdi ki, bu cür bazarların yaradılmasının məqsədi qiymət bahalaşmasının qarşısını almaqdır. Həmin qanun layihəsinin son maddələrində bütün bu bazarlarla yanaşı, yarmarkaların da təşkil olunması nəzərdə tutulurdu və onların təşkili haqqında maddə də var idi. Amma qanunun indi bizə təqdim edilən son variantında ya bu maddələr yoxdur, ya da ki, bir az mücərrəd, ümumi qaydada qeyd olunur. Ona görə sual yaranır ki, nə üçün belə aktual və mütərəqqi müddəalar, ümumiyyətlə, qanundan çıxarılıb? Ümumilikdə isə qanun layihəsi öz-özlüyündə aktualdır, labüddür və onu alqışlayıram. Lakin onun genişlənməsinə və dünyada gedən iqtisadi proseslərə  uyğunlaşmasına ehtiyac var. Yəqin ki, qanun layihəsi ikinci oxunuşda təqdim edilərkən bu cür müddəaların bərpasına nail ola bilərik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Kamran Nəbizadə.
K.Nəbizadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun layihəsi çox aktualdır. Eldar müəllimin qeyd etdiyi kimi, kənd təsərrüfatı sahəsində biz çox böyük nailiyyətlər əldə etmişik. Amma bununla belə kənd təsərrüfatında böyük bir potensial da var ki, hələ ondan istifadə olunmayıb. Mən düşünürəm ki, qanun layihəsinin müzakirəsi və qəbul olunması ilə bu məsələlər həll olunacaq. Çox vaxt kənd sakinləri pay torpaqları ilə özbaşına qalırdılar və bu, nəticədə ona gətirib çıxarırdı ki, pay torpağı istifadəsiz qalırdı. Kənd sakinləri kredit ala bilməmələrinə və ya bu işin ləngiməsinə görə həmin torpaqlardan istifadə edə bilmirdilər. İndiki qanun layihəsi isə nəzərdə tutur ki, bu problem həll olunacaq. Kooperativə üzv olaraq bütün maneələri aradan qaldıracaqlar.
Mən burada bir məqama toxunmaq istəyirəm. Mənim bir təklifim var. Bu, 3-cü fəslin 11-ci maddəsinə salınsa, məqsədəuyğun ola bilər. Söhbət kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyinin əsas istiqamətlərindən gedir. Buraya bir bənd kimi infrastruktur və kommunikasiya xətlərinin çəkilişini əlavə etmək olar. Texniki razılaşmalar üzrə müvafiq rayon strukturlarının dəstək göstərməsi lazımdır. Çünki biz maddi-texniki və vəsait bazası məsələsini həll edirik, amma bu məsələ də çox önəmlidir və həll olunsa, çox yaxşı olar. Ona görə ki, bu məsələ həm vaxt aparır, həm də sakinləri çox narahat edir. Qaz, su, işıq xətlərinin çəkilişi üzrə texniki razılaşmalar olsa, əla olar. Ümumilikdə bu təklifin qəbul olunub-olunmamasından asılı olmayaraq, mən hesab edirəm ki, çox aktual qanundur. Bu qanun böyük bir irəliləyişə zəmin olacaq. Həm kənd təsərrüfatında məhsul bolluğuna, həm də qiymətlərin enməsinə səbəb olacaq. Ona görə də mən bu qanun layihəsini dəstəkləyirəm və alqışlayıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sag olun, Kamran müəllim, təşəkkür edirəm. Vahid müəllim, sualınız var? Buyurun.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Ziyafət müəllim, yadınıza gəlirsə, Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsini biz geniş müzakirə etmişdik. Onu da Eldar müəllim təqdim etmişdi, sonra cənab Prezident tərəfindən geri qaytarıldı. İndi bu qanun layihəsi cənab Prezident tərəfindən göndərilib. O vaxt biz bu qanun layihəsini müzakirə edəndə mətbuatda belə məlumatlar getdi ki, guya biz kolxoz, sovxoz yaratmaq istəyirik və sair. Müəyyən iddialar ortaya qoyuldu. Amma əsas məqsəd kooperasiyada kooperativ təsərrüfatın yaradılması idi. Bu da, Valeh müəllimin dediyi kimi, əmək məhsuldarlığının artırılmasına gətirib çıxaran bir amildir. Mən qanun layihəsinə baxdım. Burada, əsasən, istehsaldan söhbət gedir. Amma kənd təsərrüfatı yalnız istehsal deyil axı. Kooperativlər istehsal da ola bilər, xidmət də ola bilər, istehlak da ola bilər, digər sahələr də ola bilər. Konseptual cəhətdən biz bunu səsə qoyub qəbul edə bilərik, amma bizim də təkliflərimiz var. Mən Eldar müəllimdən xahiş edərdim ki, Müəyyən bir işçi qrup yaradılsın və bu qanunun üzərində işləyək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, hörmətli Ziyafət müəllim, təşəkkür edirəm. Hörmətli həmkarlar, respublikamızda kənd təsərrüfatının sürətli inkişafının təmin edilməsi baxımından mən düşünürəm ki, belə bir qanun layihəsinin müzakirəyə çıxarılması mühüm bir addımdır. Düzdür, kənd təsərrüfatı ilə bağlı mən elə bir dəyərli fikir söyləyə bilməyəcəyəm. Ancaq qanun yaradıcılığı texnikası baxımından bəzi təkliflərim var.
Birincisi, – hörmətli Vahid müəllim də bunu qeyd etdi, – bir az çox yığcam yazılıb, bəzi məsələlər, düşünürəm ki, kənarda qalıb. Kooperasiyaların öz nizamnamələrini qəbul etməsi hüququ təsbit olunmayıb. Hər kəs bilir ki, kooperasiyalar, bu kimi təşkilatlar öz nizamnamələri əsasında fəaliyyət göstərir. Amma bu hüququn onlara qanun ilə verilməsi lazımdır, idarəçilik barədə də heç bir şey yoxdur. Düzdür, bu, nizamnamədə təsbit olunan bir məsələdir, amma hər halda o hüquq qanunla verilməlidir. Bundan başqa bu layihədən belə görünür ki, kooperasiyaların mülkiyyətində yalnız torpaq sahələri ola bilər, digər əmlakdan söhbət getmir. Bu məsələyə də diqqət yetirmək lazımdır. Sonra, üzvlərin kooperasiyadan çıxması məsələsi təsbit olunmayıb, əslində,  bu da nizamnamədə ola bilən bir məsələdir. Amma nizamnamənin qəbul olunması hüququ bu təşkilatlara qanunla verilməlidir ki, bu da təsbit oluna bilsin. Düzdür, fəaliyyət prinsiplərində kooperativə könüllü üzvlük bir prinsip olaraq göstərilib, amma üzvün oradan çıxması proseduru yoxdur.
Bir də sonuncu iki maddə üzərində dayanmaq istəyirəm. Söhbət məsuliyyətdən gedir. Mən düşünürəm ki, məsuliyyətin növlərinin bu şəkildə fərdiləşdirilməsi düzgün deyil. Bu qanunun tələblərinin pozulmasına görə şəxslər  Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar. Amma bu qanunun pozulmasında elə hallar da ola bilər ki, ümumiyyətlə, cinayət məsuliyyəti yaradar. Ona görə, mən düşünürəm, yazmaq lazımdır ki, bu qanunun pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müvafiq məsuliyyətə səbəb olur. Sonuncu maddədə göstərilir ki, bu kooperasiyalarla bağlı mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Mən isə düşünürəm, bu, sadəcə, “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həll edilir” yazılsa, daha düzgün olar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar, Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsini Eldar müəllim çox yaxşı təqdim etdi. Eldar müəllim həmişə qanunların hazırlanmasına çox ciddi münasibət bəsləyir. Əlbəttə, Azərbaycanda aqrar siyasətin həyata keçirilməsi üçün qanunvericilik bazasının möhkəmləndirilməsində xeyli işlər görülübdür. Amma mənim üçün burada bir az aydın olmayan məsələlər var. Yəqin ki, bu məqamlar nəzərə alınıbdır, yaxud da nəzərə alınacaqdır.
Bizim Kooperasiyalar haqqında qüvvədə olan qanunumuz var. Burada deputat həmkarlarımın qaldırdığı məsələlərin hamısı “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanununda var. Yəni onun nizamnaməsi, növləri, digər əmlakları həmin qanunda göstərilir. Mən düşündüm ki, yəqin, Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi o qanundan çıxış edərək ayrıca bir sahəvi qanun kimi hazırlanıbdır. Bu, əlbəttə, alqışlanan bir haldır və yaxşı olar ki, ayrı-ayrı sahələr üzrə qanunlar olsun. Qanunlarda bu kooperasiyaların yaranma və işləmə mexanizmləri öz əksini tapa bilsin ki, dövlət tərəfindən kənd təsərrüfatının inkişafına yönəlmiş ünvanlı vəsaitin də bir bəhrəsi olsun. Bu baxımdan hesab edirəm ki, konseptual cəhətdən, əlbəttə, bu qanunu qəbul etmək olar. Amma çox yaxşı olar ki, bu qanunun preambulasında yazılsın ki, bu qanun, eyni zamanda, Azərbaycan Respublikasının “Kooperasiya haqqında” Qanununa söykənir. Həmin qanunun bəzi müddəaları buraya köçürülsə, – bayaq Vahid müəllimlə Rafael müəllim də dedi, – burada öz əksini tapsa, onda biz çox dolğun bir qanun layihəsini müzakirəyə çıxara bilərik.
Burada çox vacib olan başqa məsələ də var. Bu kooperasiyalar haqqında olan qanunun, xüsusilə kənd təsərrüfatı sahəsinə şamil olunan qanunun vacibliyi nədir? Kənd təsərrüfatı təyinatlı torpaqların böyük bir hissəsi təhlükə altındadır. Onlar təyinatı dəyişdirilmədən müəyyən icra hakimiyyətləri orqanları tərəfindən qeyri-qanuni olaraq başqa-başqa məqsədlər üçün ya uzunmüddətli icarəyə, yaxud da ki, bələdiyyələr vasitəsilə və icra hakimiyyətlərinin sərəncamları ilə insanların istifadəsinə verilibdir.
Vaxtilə islahat gedəndə, kənd təsərrüfatı torpaqları pay torpağı şəklində ayrı-ayrı fiziki şəxslərə verilibdir. O şəxslər isə həmin torpaqları notarial qaydada digər hüquqi və ya fiziki şəxslərin istifadəsinə veriblər. Ona görə inventartlaştdırma aparılanda, əlbəttə, məlum olur ki, bir çox kənd təsərrüfatı təyinatlı torpaqlar tamamilə başqa təyinatla işlədilir, halbuki torpağın təyinatının dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətində olan bir məsələdir. Bax, bu qanunda kənd təsərrüfatı təyinatlı torpaqların məhz kənd təsərrüfatı kooperasiyasının torpaq mülkiyyətində olması məsələsinin buraya gətirilməsi mənə elə gəlir ki, gələcəkdə belə neqativ halların qarşısını almağa da xidmət edər. Amma yaxşı olardı ki, kooperasiyanın digər hüquqları, mülkiyyət hüquqları da bu qanunda öz əksini tapsın. Mən, əlbəttə, qanunun konseptual olaraq qəbul olunmasına tərəfdaram və deputat həmkarlarımı da buna səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Bəxtiyar müəllim. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən həmçinin Eldar müəllimə öz təşəkkürümü bildirirəm, düzdür, bir balaca geciksə də, bu qanun layihəsini təqdim etdi və hesab edirəm ki, biz səs verib, bu qanun layihəsini təkmilləşdirərək qəbul edəcəyik. Azərbaycanda kənd təsərrüfatı sahəsində çox böyük işlər görülübdür. Nəzərə alsaq ki, bu il ölkəmizdə kənd təsərrüfatı ilidir, elə bu baxımdan belə qanunların qəbul olunmasını vacib şərtlərdən biri hesab edirəm. İlk növbədə mən qeyd etmək istəyirəm ki, Azərbaycan bir çox postsovet ölkələrindən fərqli olaraq ümummilli liderimizin cəsarətli addımı nəticəsində torpaq islahatı keçirdi. Bir çox dövlətlərdə torpaqların bölünməsi və insanlara verilməsi hələ də həll olunmayıb. Mən postsovet məkanında olan ölkələri götürürəm, Şərqi Avropada da bu proseslər hələ başa çatmayıbdır. Lakin Azərbaycanda bu cəsarətli addımın nəticəsində torpaq islahatı həyata keçirildi. Bu, əslində, torpaqla bağlı məsələlərin birinci hissəsi idi.
İkinci hissədə isə artıq bu gün Eldar müəllimin bizə təqdim etdiyi kooperasiyaların yaranmasından bəhs edən Kooperasiya haqqında qanun layihəsi olmalı idi ki, ilkin dövrdə insanlar bu torpaqlardan istifadə qaydasını bilsinlər və bunu həyata keçirməyi bacarsınlar. Burada Bəxtiyar müəllim çox gözəl dedi ki, torpaqların bir çox hissəsinin artıq təyinatı dəyişilib. Misal üçün, buna pay torpağı veriblər, bu da gedib, pay torpağında yaşayış evi tikib. Digər qonşu, pay torpaq sahibi öz əkin sahəsini suvara bilmir, çünki bunun həyətini su basır. Əslində, burada ev tikilməsi düzgün deyil, qanunla qadağandır. Yaxud da, biz bir statistika aparmışıq. Təsəvvür edin, Ziyafət müəllim, yararlı torpaqların 20–25 faizi yollara ayrılır, yəni hər kəs istəyir ki, qonşusu ilə bunun arasında bir yol salınsın. Bu mütləq lazımdır, çünki oraya kübrə, başqa-başqa şeylər gətirilməlidir, digər ləvazimatlar həll olunmalıdır. Ona görə də, məhsuldarlıq üçün yararlı torpaqların 20–25 faizi qonşular arasında yollara ayrılır. Məhz kooperasiya yarandıqda bu torpaqlar bir yerə cəmləşəcəkdir.
İkinci bir tərəfdən, bir sıra insanlar öz torpaqlarını əkə bilmirlər, yaşlı insanlardır və yaxud da orta məktəbdə müəllim vəzifəsində çalışırlar, imkanları yoxdur, vaxt çatdıra bilmirlər, bu səbəbdən də məcburiyyət qarşısında kim gəldi, onu icarəyə verir, ondan da dəyər-dəyməzinə nə isə əldə edirlər. Lakin belə kooperasiyaların yaranması və hər bir payçının oradakı payından düzgün istifadə etməsi həmin insanların gəlirlərinin artmasına xidmət edəcək. Çox vaxt biz şahidi oluruq ki, Azərbaycanda, təbii, bəzi insanlar var ki, işləmək istəmirlər. Daha məhsuldar, daha keyfiyyətli, daha səmərəli bəhrə verəcək iş görmək üçün, tutalım, bir hektarda üzüm əksə, alma bağı salsa, bunların çox əziyyəti var, qulluq tələb edir. Onun əvəzinə taxıl əkirlər və əvəzində 3–5, 6, 7 qat, bəlkə 10 qat daha aşağı gəlir əldə edirlər.
Kooperasiya qurulanda isə artıq o planlaşdıracaq ki, neçə hektarda alma, neçə hektarda üzüm, neçə hektarda da taxıl əkilsin. Yaxud da illik proqnozlarla müəyyənləşdirir ki, bu il hava soyuq keçəcək, isti keçəcək, su olacaq, ya olmayacaq, ona uyğun da seçimini edəcək. Hesab edirəm ki, bu da vacib şərtlərdən biridir. Ona görə də lazım olsa, inzibati metodlardan da istifadə edib, dərhal bu kooperasiyaların yaranmasına kömək etməliyik. Bəziləri o kooperasiyaların mahiyyətini başa düşmürlər. Vahid müəllim də qeyd etdi ki, elə bilirlər kolxoz, sovxoz yenidən qayıdır. Lakin bu, tamam  başqa şeydir. Ən inkişaf etmiş ölkələrdə, – elə burada qeyd olundu, – Almaniyada, İsraildə bu cür kooperasiyalar həddindən artıq çoxdur, insanlar torpaqlarını bir yerdə birləşdirib ümumi istifadə üçün şərait yaradırlar. Bilirsiniz ki, bələdiyyələrlə müqavilə bağlamaq asanlaşır, çünki su məsələlərinə bələdiyyələr baxır, həmçinin müqavilə əsasında aqrotexnikadan istifadə qaydaları da yüngülləşir. Təbii ki, Kənd Təsərrüfatı Nazirliyi də maraqlı olur ki, həmin texnikaları böyük bir kooperasiyaya icarəyə versin, nəinki yarım hektar torpağı olan adi bir vətəndaşa çünki bu daha sərfəlidir. O baxımdan da bu, insanlar üçün hərtərəfli bir köməkdir və gələcəkdə bunun əhatə dairəsini daha da genişləndirmək olar. Onun tərkibində həm istehsal müəssisələri açmaq olar, həm də satış məntəqələrini genişləndirmək olar. Həmçinin istehlak məsələlərini də həll etmək olar. Bütün digər funksiyalarından da istifadə etmək mümkündür. Ona görə də mən bu qanunu çox vacib hesab edirəm və həmkarlarımı konseptual baxımdan bu qanuna səs verməyə çağırıram. Hesab edirəm ki, qəbul edib, dərhal da bunun icrasına başlamalıyıq. Sağ olun.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Bir-iki nəfər qalıb, darıxmayın, yekunkaşdırırıq. Rüstəm Xəlilov, buyurun.
R.Xəlilov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də qanun layihəsini ölkəmizdə bu gün  vacib sahə kimi yüksək qiymətləndirirəm və fürsətdən istifadə edib, bu qanun layihəsini hazırlayan aqrar komitəyə, Eldar müəllimə və layihənin hazırlanmasında iştirak edən bütün insanlara öz təşəkkürümü bildirirəm. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, aqrar sahədə də bu inkişaf özünü göstərir. Uzun illərdən bəri aqrar sahəyə bu diqqət nisbətən azalmışdı. Lakin ölkə Prezidenti bu ili kənd təsərrüfatı ili kimi qiymətləndirdi və təklif verildi ki, ölkədə aqrar sahəyə də müəyyən qədər diqqət artırılsın. Burada hörmətli Siyavuş müəllim qeyd etdi ki, ulu öndərimiz islahatların aparılmasında cəsarətlə addım atıb. O cəsarətli addımı ulu öndərimiz  1970-c illərdə  də  atmışdı.  Belə  ki,  Mil–Muğan zonasında 100 min hektarlarla şoran torpaq sahəsi təmizlənib münbit hala salınmış, əkin sahələri genişləndirilmişdi.
Lakin bu gün Azərbaycanın demək olar ki, bütün regionlarında aqrar sahədə növbəli əkin üsulu tam kənarda qalıb, ölkədə təkcə taxılçılığa üstünlük verilir. Kənd Təsərrüfatı Nazirliyi bu sahəyə bir az diqqəti artırmalıdır. Çünki zamanında Azərbaycanda bir neçə rayonun iqtisadiyyatını, əsasən, pambıqçılıq təşkil edirdi. Bu gün kənd təsərrüfatı ilə məşğul olan, – Eldar müəllim də öz məruzəsində qeyd etdi, – kooperasiyalar təzə yarananda, Sabirabad rayonunda mənim seçildiyim dairənin ərazisində yerləşən iki kənddə də böyük bir kooperasiya yaradıldı. Kooperasiya fermerlərin, torpaq mülkiyyətçilərinin birləşməsi nəticəsində yaradılır. Bu gün həmin insanlar o kooperasiyanı yaradıblar, kənd təsərrüfatına aid olan müəyyən bitkilər, pambıq, taxıl, bostan bitkiləri, tərəvəz və sair əkirlər. Lakin onların çətinliyi odur ki, istehsal etdikləri məhsulları lazımi səviyyədə satmaq imkanları yoxdur.
Mən çox dəqiqliklə deyə bilərəm ki, bu il Sabirabad rayonunda xeyli pambıq əkilib-becərilmişdi. Lakin onu almaq üçün bir sənaye müəssisəsi və yaxud digər alıcı tapılmadı. Pambığın çoxu elə tarlada qalıb zay oldu. Hətta vətəndaşların belə  onu yığıb saxlamaq imkanları olmadı. Ona görə də mən düşünürəm ki, bu layihəyə bizim hər birimiz çox müsbət yanaşmalıyıq. Cənab Prezidentimizin bu aqrar sahəyə olan diqqətinin nəticəsidir ki, bir neçə il bundan qabaq onun sərəncamı ilə kənd təsərrüfatı məhsulları vergilərdən azad olundu, məhz onun nəticəsidir ki, bu gün kənd təsərrüfatında çalışan insanlar istehsal etdikləri məhsuldan gəlir əldə edə bilirlər. Amma vergilərdən azad olmasa idilər,  gəlir də əldə edilməyəcəkdi.
Misal üçün, taxılçılığı götürək. Taxılın vegetasiya müddəti 270 gündür. Bir vətəndaş, bir fermer əgər taxıl əkirsə, 270 gündən sonra məhsulunu yığır və vergilər tutulandan sonra demək olar ki, çox cüzi miqdarda gəlir əldə edir. Ona görə də vətəndaşlar əkinçilikdən, aqrar sahədən bir az uzaqlaşmağa can atırlar. Amma inanıram ki, biz bu qanun layihəsini qəbul eləyəndən sonra kənd zəhmətkeşləri, yəni fermerlər, təsərrüfatla məşğul olan, aqrar sahədə çalışan insanlar bir az öz məsuliyyətlərini artıracaqlar ki, aqrar sahədə işlər inkişaf eləsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Rüstəm müəllim. Rüfət Quliyev.
R.Quliyev. Ziyafət müəllim, təşəkkür edirəm. Qeyd eləmək istəyirəm ki, təbii, biz hamımız bu qanun layihəsinə səs verəcəyik və mən deputat yoldaşlarımı da bu qanuna səs verməyə dəvət eləyəcəyəm. Amma qısa formada bəzi fikirlərimi çatdırmaq istəyirəm. Hərdən məndə elə bir təsəvvür yaranır ki, bizim iqtisadiyyatda gedən islahatların sürəti cəmiyyətdə gedən dəyişikliklərdən daha artıqdır. Yəni bu qanunu Allah qoysa, biz qəbul edəcəyik, qanun qəbul olunacaq, qanun bizə lazımdır, amma mənim bir sualım var. Regionlarda yaşayan insanlar, fermerlər bu qanunun tətbiqi üçün hazırdırlarmı? Özləri bunu necə həyata keçirəcəklər? Nə formada həyata keçirəcəklər? Yəni müəyyən qədər burada problemlər yaranır. Bununla əlaqədar mənim bir təklifim var. Mən bunu dəfələrlə komitə iclasında da demişəm, qeyd eləmişəm. Biz keçmiş sovet vaxtından çox gözəl bilirik ki, təbliğatın, təşviqatın rolu çox böyükdür. Bu gün mediada, elektron saytlarda, televiziyada təklif edərdim ki, bu məsələlər ilə əlaqədar daha çox verilişlər hazırlansın, yazılar yazılsın. Adını “Fermer saatı”, “Sahibkar saatı” da qoymaq olar, yəni insanlara daha çox bilik versinlər, çağırış olsun. İnsanlar üzlərini torpağa tutsunlar. Gəlib əksinlər, becərsinlər.
Bu gün regionlarda, – burada dost həmkarlarım, deputatlar  da təsdiq elədilər, – görüş zamanı birinci sual işlə əlaqədar olur. Biz də insanlara izah edirik ki, hər regionda obyekt tikmək mümkün deyil, sadəcə olaraq, insanlar gərək fikirlərini daha çox torpağa yönəltsinlər. Daha çox əksinlər, becərsinlər, birləşsinlər. Mən həmişə qeyd eləyirəm və bir daha da qeyd eləmək istəyirəm ki, öz sahələri var, o sahələrdə başlasınlar. Birinci növbədə öz tələbatlarını ödəyəcəklər və əgər məhsul artıq qalarsa, onu bazara çıxara bilərlər, gələcəkdə orada yaradılacaq emal müəssisələrinə təklif eləyə bilərlər. Yəni orada başqa formada fabriklər, zavodlar açıla bilməz. Bu birmənalıdır. Bu təbliğat, təşviqat məsələsi ilə mən təklif edərdim, ciddi məşğul olsunlar. Bizdə televiziyanı açırsan, səhərdən axşama kimi şou göstərirlər, nə bilim, onu axtarıram, ərə getmək istəyirəm. Onun əvəzinə heç olmasa, gündə 1 saat, 2 saat mütəmadi olaraq insanları, bilavasitə regionlarda olan insanları bu işlərə cəlb eləsinlər, yəni əkinçiliyə, kənd təsərrüfatına cəlb eləsinlər.
Mən bir rəqəm demək istəyirəm. Postsovet məkanında kənd təsərrüfatı ilə məşğul olan adamların  sayını  götürəndə  Azərbaycanda  37–38 faizdir, Tacikistandan  sonra ikinci yerdə gedirik. Amma kənd təsərrüfatında əmək  məhsuldarlığını, – bu məsələyə  burada  toxunulmuşdu, – qaldırmaq lazımdır. Bu birmənalıdır. Ona görə ki, başqa ölkələrdə, o cümlədən Belarusda, Ukraynada,  Rusiyada  həmin rəqəm  10–15 faizdir, 20 faizə heç çatmır. Mən inkişaf eləmiş ölkələrdən danışmıram. Bunun üçün mütəxəssislər, aqronomlar, baytarlar olmalıdır. Bu işlər üçün yeni mütəxəssislər yetişdirilməlidir. Mənə elə gəlir ki, bu gün bizim jurnalistlərimiz bunu daha yaxşı başa düşməlidirlər. Bu, sosial reklamdır. Bu bizə bir növ lazımdır. Bu gün insanlarda torpağa məhəbbəti artırmaq lazımdır. Kənd təsərrüfatında işləməyin şöhrətini qaldırmaq lazımdır ki, insanlar daha çox bununla məşğul olsunlar. Mən bir də qeyd eləmək istəyirəm, bu qanuna səs verəcəyəm və öz deputat yoldaşlarımı da səs verməyə çağıracağam. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Rüfət müəllim. Fuad Muradov. Mən baxıram, burada deyəsən təzədən debat açmaq istəyirsiniz. Mənə elə gəlir, hər şey aydındır. İndi bunu uzatmağın nə mənası var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Birinci oxunuş üçün normaldır. Fuad müəllim, buyurun.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Təbii ki, bu çox vacib qanundur. Eldar müəllimi təbrik edirəm, çox əziyyət çəkib, komitə də, ekspertlər də, mütəxəssislər də əziyyət çəkiblər. Uzun müddət müzakirə olunan və gözlənilən bir qanundur. Mən, sadəcə olaraq, bir neçə məsələyə toxunmaq istəyirəm. Bu qanunun birinci oxunuşunun predmeti olduğuna görə, təbii ki, qanunun icrası, onun növbəti addımları da çox vacibdir. Burada 3-cü fəsil “Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyi” adlanır. Bu fəslin 9.1.3-cü maddəsində kənd  təsərrüfatı  məhsullarının  istehsalı, emalı, satışı,  maddi-texniki təchizat və digər xidmət sahələri üzrə kooperasiya infrastrukturlarının formalaşmasına təkan vermək dövlətin vəzifəsi kimi göstərilir. Yəni burada bilavasitə dövlətə vəzifə qoyulub ki,  bütün prosesə sıfırdan satışa qədər köməklik göstərsin.
Siz bilirsiniz ki, kənd təsərrüfatı ilə bağlı Azərbaycanda çox mühüm işlər görülür. Cənab Prezident tərəfindən bu ilin kənd təsərrüfatı ili elan olunması təsadüfi deyildi. Dünyada böhranla bağlı olan məsələ, eyni zamanda, ölkədə bu istiqamətə yeni bir yanaşma olmalı idi. Çox təəssüf edirəm ki, biz hələ istədiyimiz nailiyyətləri əldə edə bilməmişik. Müvafiq icra qurumları tez-tez bildirirlər ki, hansısa kənd təsərrüfatı malının satılması bizim işimiz deyil. O birbaşa fermerin işidir, kənd təsərrüfatı ilə məşğul olan insanın işidir.
Amma mənim fikrimcə, məhz müvafiq icra qurumları, xüsusən də Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə bir nömrəli köməkçi olmalıdır. Yəni məhsulun bazara çıxarılmasına elə Kənd Təsərrüfatı Nazirliyi kömək eləməlidir. Dövlət tərəfindən başqa kim kömək eləyə bilər? Ona görə, burada, 3-cü fəsildə bunu daha da gücləndirmək olardı, Eldar müəllim buna baxsın. Yəni təkan vermək deyil, bilavasitə həmin sahibkarın, fermerin, kənd təsərrüfatı ilə məşğul olan müəssisənin malının satılmasına köməklik göstərmək lazımdır. Yəni bu gün bir nömrəli problem onun satışıdır. Bu gün məhsuldarlıq var, insanlar torpaqda işləyirlər, amma məhsulun realizə olunmasında çox böyük problemlər var. Ona görə mən düşünürəm ki, – bayaq burada çox düzgün vurğulandı, Siyavuş müəllim də onu dedi, – bu istiqamətdə tamamilə yeni yanaşma lazımdır. Əslində, bu yanaşma gözlənilən idi və biz bunu gözləyirdik. Cənab Prezident tərəfindən atılan bu çox müdrik addım qoy bu istiqamətdə ciddi bir irəliləyiş olmalıdır. Yəni, sadəcə olaraq, fermerlərə, kənd təsərrüfatında çalışanlara subsidiyalar, aqrolizinq tərəfindən avadanlıqlar verilməsi məsələnin həlli deyil.
Bu istiqamətdə çox böyük uğurlar var. Amma təəssüflər olsun ki, bu gün fermer öz malını bazara çıxara bilmir. Ola bilsin, onun da günahı var, bəlkə ümumi siyasəti düz deyil. Amma dövlət, mənə elə gəlir, xüsusən də bu istiqamətlə məşğul olan dövlət qurumları buna kömək eləməlidirlər. Təbii ki, 2-ci oxunuşa biz təkliflərimizi verəcəyik. Mən yenə də təşəkkürümü bildirmək istəyirəm, bu çox vacib qanunlardan biridir. Hər kəsə bəllidir ki, neft sənayesindən sonra ikinci və bəlkə də ən vacib istiqamət məhz kənd təsərrüfatıdır. Həmkarlarımı da bu qanuna səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkürümü bildirirəm.
Sədrlik edən. Sağ olun, Fuad müəllim, təşəkkür eləyirəm. Əgər etiraz eləmirsinizsə, biz müzakirələri yekunlaşdıraq. Çünki, əslində, qanun layihəsinin birinci oxunuşunda bilirsiniz ki, biz, adətən, bir qayda olaraq, daha doğrusu, Nizamnamənin tələbinə görə qanunun konsepsiyasından danışmalıyıq. Yəni kənd təsərrüfatı kooperasiyası nədir, o necə yaradılmalıdır və nə verəcək? Əslində, söhbət bu istiqamətdə getməli idi. Burada çox maraqlı fikirlər, təkliflər səsləndi. Əgər etiraz eləmirsinizsə, Eldar müəllim qısaca məlumat verərdi, çünki vaxtımız da sona çatır. İkinci oxunuşda qanun layihəsini biz artıq maddə-maddə, fəsil-fəsil müzakirə edəcəyik. Mümkündürmü?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Eldar müəllim, buyurun.
E.İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Burada çıxış eləyən hər bir deputat həmkarıma verdiyi təkliflərə görə minnətdarlığımı bildirirəm. Bu qanunla əlaqədar hörmətli Vahid müəllim də, Siyavuş müəllim də dedi. Əvvəllər bu qanun daha geniş, başadüşülən idi. Mən özüm də şəxsən düzünü deyim ki, qanun bir az çox səthi olub, qısaldılıb, o fikirlər insanlara çatmır.
İndi Azərbaycanda istehsal kooperativi var, amma istehlak kooperativi yoxdur. İstehsalçıdan istehlakçıya gedən yol bir sikldır. Yəni kənd təsərrüfatı məhsulu istehsal olunur. Amma bunun qablaşdırılması var, bunu istehlakçıya çatdırana qədər emal olunması lazımdır, emal zavodu var, saxlanması var. Bütün bunlar böyük proseslərdir, amma çox təəssüflər olsun ki, qısa nəzərdə tutulub. Mən, xüsusilə həmkarım Rüfət müəllimin sualına cavab vermək istəyirəm ki, yerlərdə qanuna hazırdırlarmı? Bəli, yerlərdə insanlar hazırdır. Mən özüm rayonlarda olmuşam. Burada hörmətli Rüstəm müəllim dedi, Sabirabadda olmuşuq, orada 2 təsərrüfat var, insanlar buna gedir. Sadəcə olaraq, insanlara bir istiqamət lazımdır. Bir stimul lazımdır ki, bu sahədə qanun olsun və onların gördükləri işlər həmin qanunla qorunsun, insanlar da buna getsinlər. Artıq Azərbaycanda nümunə var. Bu qanunu qəbul etməkdə məqsədimiz nədir? İri təsərrüfatlar yaratmaq və bununla da kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq. Artıq Ağcabədidə, Qəbələnin özündə nümunələr var. Biz təsəvvür edə bilməzdik, yatsaydıq yuxumuza da girməzdi ki, Azərbaycanda hər hektardan 55 sentner taxıl və ya 6–7 min litr süd götürəcəyik. Ömrü boyu olmayıb, amma bunu edirik. Möhtərəm Prezidentimizin sayəsində artıq bu iri təsərrüfatlar yaradılıb. İndi qoy insanlar öz torpaq sahələrini, – 1 hektar, 2 hektar, 3 hektar sahəs olanlar var, – bir təsərrüfatda birləşdirsinlər, 100 hektar, 500 hektar torpaq olsun. Məqsədimiz odur ki, əhalimizi kənd təsərrüfatı məhsulları ilə təmin edək, ərzaq təhlükəsizliyini qoruyaq və nəinki insanlarımızı təmin edək, hətta Prezidentimizin dediyi kimi, məhsullarımızı ixrac da edə bilək. Biz dünya bazarına çıxmalıyıq, bunun üçün də keyfiyyətli məhsullar istehsal etməliyik.
Bəli, mən də bir mütəxəssis kimi burada deyilən bütün irad və  təkliflərə ürək ağrısı ilə yanaşıram. Əmlak komitəsi torpaqların monitorinqini aparır, artıq torpaqları gizlədə bilməyəcəklər. İndi siz deyirsiniz, istifadə olunmur. 100 hektarlarla torpağı hasara alıblar. Yaxşı, bu torpağı götürmüsən, bunu sənə veriblər ki, kənd təsərrüfatı məhsulu istehsal edəsən, niyə bunu hasara alırsan? Gərək bunların hamısı aradan qaldırılsın. Bu sahədə çox böyük işlər gedir, möhtərəm Prezidentimiz  də Nazirlər Kabinetinin iclasında xüsusi tapşırıq verib. Həmkarlarımdan bir daha xahiş edirəm, hər biriniz bir təklif versəniz, bu qanunun daha da təkmilləşməsinə öz köməkliyinizi göstərərsiniz. Bir daha çıxış edən, təklif verən həmkarlarımın hamısına minnətdarlığımı bildirirəm və çalışacağıq ki, hörmətli Ziyafət müəllim, bu qanun layihəsini ikinci oxunuşa daha təkmil, daha yaxşı, ölkəmizə, xalqımıza, insanlarımıza xeyir verən bir qanun kimi çıxara bilək. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Etiraz eləmirsinizsə, qanun layihəsini birinci oxunuşda səsə qoyaq. İkinci oxunuşun, əlbəttə, tələbləri başqadır, geniş müzakirə edə bilərik. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 17.54 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Növbəti iclasın tarixi haqqında sizə məlumat veriləcək.

 


EDİLMƏMİŞ ÇIXIŞIN
MƏTNİ
        

18 dekabr 2015-ci il
______________________________

Sədaqət Vəliyeva. Çox təəssüflər olsun ki, hazırda demokratiya və insan hüquqları siyasi təzyiq vasitəsinə çevrilib. Bu gün Amerika Birləşmiş Ştatları və Avropa institutları demokratiya və insan hüquqlarını istismar etməklə milli dövlətləri təhdid edir, öz geosiyasi maraqlarını təmin etməyə çalışırlar. Amma elə Amerikanın özü nəzərə almır ki, demokratik ölkə heç bir halda terrora və separatizmə dəstək verməməlidir.
Artıq 20 ildir ki, Vaşinqton Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana və separatizm yuvası olan qondarma “Dağlıq Qarabağ Respublikası”na maliyyə yardımı ayırır. Müxtəlif məlumatlara görə 1998-ci ildən bəri bu tanınmamış rejimə 83 milyon dollar məbləğində maddi yardım ayrılıb. Yardımın faktiki həcmi isə 40 milyon dollar olub. Bundan əlavə, 1992-ci ildən bu günə qədər ABŞ Ermənistana 2 milyard dollardan artıq maliyyə yardımı göstərib. Bu pulun hansı hissəsinin separatçı rejimə çatması məlum deyil. Keçən il isə ABŞ konqresinin Alt komitəsi qondarma “Dağlıq Qarabağ Respublikası”na maliyyə yardımının həcmini artıraraq 2 milyon dollardan 5 milyon dollara çatdırmağı təklif etmişdi. Sual edilir, nə üçün? Əgər ABŞ, həqiqətən, beynəlxalq hüququn zəfər çalmasını istəyirsə, onda separatçılara kömək etməyin və üstəlik, onları maliyyələşdirməyin nə mənası var? Elə bu cür sualları Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smitə də ünvanlamaq lazımdır.
Birmənalı olaraq deyilməlidir ki, Kristofer Smit tərəfindən təqdim olunan “Azərbaycan Demokratiya aktı” adlı sənəd tam şəkildə antiazərbaycan xarakteri daşıyır və qəbuledilməzdir. Sənədin təşəbbüskarı olan konqresmen Kristofer Smit həmişə ermənipərəst mövqeyi ilə fərqlənib və ABŞ-dakı erməni lobbisinin təsiri altında olub.
Əlbəttə, hər bir sözü və ifadəsi Azərbaycana qarşı yönəlmiş bu sənədin planlaşdırılan seçkilər ərəfəsində ABŞ konqresinə təqdim edilməsi üçün Amerikadakı erməni lobbi dairələri tərəfindən hazırlanması şübhə doğurmur. Bu kimi qərəzli addımlar Azərbaycan ictimaiyyətində ABŞ-ın imicinə mənfi təsir göstərə bilər. Sənəd layihəsində hər hansı xüsusi araşdırmaya və faktlara əsaslanmadan Azərbaycanda insan hüquqlarının və mətbuat azadlığının pozulmasının iddia edilməsi, cinayət tərkibli əməllərə görə həbs edilmiş şəxslərə “siyasi məhbus” donunun geyindirilməsi məqsədyönlü qərəzdən başqa bir şey deyildir.
Bu sənədin layihəsi bir daha sübut edir ki, Bakı–Tbilisi–Qars, TAP və TANAP qaz boru kəmərləri, Böyük İpək yolunun bərpası kimi strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayan və çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik vahəsi olan Azərbaycanın öz xalqının iradəsi əsasında yürütdüyü müstəqil siyasəti müəyyən antiazərbaycan dairələri ciddi surətdə narahat edir.
Demokratiya və insan hüquqları hansısa ölkənin istismar vasitəsinə çevrilə bilməz. Əgər hansısa hegemon gücün belə bir iddiası olarsa, o zaman gərək həmin dövlətin özündə vəziyyət ideal səviyyədə olsun, sonra başqalarına tövsiyə versin. Yaxşı olar ki, başda ABŞ olmaqla hegemonluq naminə mübarizə aparan digər dövlətlər artıq uzun müddətdir ikili standartlarla işləyən beynəlxalq hüquq və normaları nizama salsınlar. Əgər dünyada hüquq normaları “tapşırıq və rüşvətlə” işləməsə, haqsızlığa uğramış dövlətin hüquqları təmin edilsə, o zaman hegemonluğa ehtiyac qalmayacaq, dünyaya hüquq və beynəlxalq normalar hakimlik edəcək. Diqqətinizə görə təşəkkür edirəm.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU