29.12.2015 - tarixli iclasın stenoqramı

BEŞİNCİ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
I  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  6

Milli Məclisin iclas salonu.
29 dekabr 2015-ci il.

İclasa  Azərbaycan  Respublikası  Mill Məclisinin
Sədr O.Əsədov  sədrlik  etmişdir.


İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 104
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsinə namizəd.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizəd.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizəd.
Firsənd Qurbanov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizəd.
Sahib Məmmədov, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini.
İlqar Poladov, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Hüquq şöbəsi müdirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavininin və auditorlarının təyin ediməsi haqqında.
2. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
28. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Rövşən Rzayev, Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Aydın Mirzəzadə, Fazil Mustafa, Fərəc Quliyev, Zahid Oruc, Əli Məsimli, Tahir Rzayev, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.03 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 6
İştirak edir 102
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavininin və auditorlarının təyin ediməsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qərar qəbul edilsin.
Səsvermənin nəticələr (saat 12.44 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Fərəc Quliyev, Aydın Mirzəzadə, Rövşən Rzayev, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 12.55 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

3. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Səməd Seyidov, Aytən Mustafayeva, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

4. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Əhliman Əmiraslanov, Zahid Oruc, Gövhər Baxşəliyeva, Sədaqət Vəliyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.27 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Fuad Muradov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.32 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

6. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

8. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.35 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 89
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
 
Çıxış etmişlər:
Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.36 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.38 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

11. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fərəc Quliyev, Aytən Mustafayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.51 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.52 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

13. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.53 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

14. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

16. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 13.58 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.02 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.03 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.05 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

21. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Rafael Hüseynov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Əflatun Amaşov, Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.15 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

22. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Bəxtiyar Sadıqov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.18 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

23. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.21 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

24. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Vüsal Hüseynov, Tahir Mirkişili, Tahir Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.34 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

25. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Rafael Cəbrayılov, Tahir Kərimli

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.35 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–9-cu maddələri ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.46 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Rafael Cəbrayılov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələr (saat 14.47 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

27. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Zahid Oruc, Fərəc Quliyev, Fəzail Ağamalı, Valeh Ələsgərov

Təklif: Layihə birinci oxunuşda qəbil edilsin
Səsvermənin nəticələr (saat 15.10 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

28. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Bahar Muradova

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələr (saat 15.15 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 107
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası Milli Məclisinin
Sədr O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

29  dekabr  2015-c il.  Saat  12.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 104
Yetərsay        83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik. Bildiyiniz kimi, bu gün payız sessiyasının son iclasıdır. Gündəlikdə 28 məsələ var. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 12.03 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 6
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi. Müzakirəyə ehtiyac varsa, yazılın. Bu ilin son iclasıdır, imkan verək, bəlkə kimsə nə isə demək istəyir. Rövşən Rzayev.
R.Rzayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən Milli Məclisin deputatı kimi, öz konstitusion hüququmdan istifadə edərək qərar layihəsi hazırlamışam və bu gün onu Milli Məclisə təqdim etmək istəyirəm.
Əslində, bu qərar layihəsini Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndəsi kimi, bu yaxınlarda ABŞ Konqresinə təqdim olunmuş məlum layihə ilə bağlı hazırlamışam. Hazırladığım layihə ərazisinin 20 faizi işğal olunmuş, bir milyon qaçqını və məcburi köçkünü olan ölkəmə münasibətdə yol verilən ədalətsizliyə və ikili standartlara qarşı mənim etirazımdır.
Şübhəsiz ki, Konqresə təqdim olunmuş qanun layihəsinin arxasında erməni lobbisi və ermənipərəst qüvvələr dayanır və söhbət heç də insan hüquqlarına qayğıdan getmir. Bu insanların hədəfləri, əslində tamam başqadır.
Fikrimcə, bu qərəzli addımın kökündə dayanan əsas ideya ondan ibarətdir ki, baxın, Azərbaycanda insanların hüquqları pozulur, buna görə də Dağlıq Qarabağ erməniləri heç bir halda Azərbaycanın tərkibində yaşaya bilməzlər. Əslində, bu ideya Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın irəli sürdüyü təklifi – Azərbaycan Respublikasının ərazisi daxilində ən yüksək muxtariyyət statusunu qəbul etməmələri üçün bir bəhanədir.
Ermənilərin dünya ictimaiyyətinə təqdim etməyə çalışdığı bu ideyanı ABŞ Konqresində qanun vasitəsilə həyata keçirmək istəyirlər. Sual oluna bilər: əgər, doğrudan da, bu layihənin müəllifini Azərbaycanda insan hüquqlarının vəziyyəti narahat edirsə, nəyə görə bu günə qədər Xocalı soyqırımına, Ermənistan silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər vəhşiliklərə və etnik təmizləmələrə bir dəfə də olsun münasibət bildirməyib?
Azərbaycan xalqı isə özünü bütün dünyada sülhün təminatçısı kimi qələmə verən ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli və qərəzsiz mövqe tutmasını, işğalçı Ermənistan rejiminə qarşı sanksiyalar tətbiq etməsini istəyir. Qeyd edim ki, ABŞ-ın özündə insan hüquqları ilə bağlı kifayət qədər problemlər mövcuddur. Həmin problemlərdən bir çoxu mənim hazırladığım qərar layihəsində öz əksini tapmışdır.
Çıxışımın sonunda vurğulamaq istəyirəm ki, hər iki ölkənin parlamentariləri Azərbaycan və ABŞ hökumətləri arasında mövcud olan yaxşı münasibətlərin inkişaf etdirilməsi üçün öz töhfələrini verməlidirlər.
Hörmətli Sədr, Sizdən xahiş edirəm, qərar layihəsinin ekspertlərlə birgə təkmilləşdirilmiş yekun variantının Milli Məclisin Aparatında qeydiyyata alınması və Milli Məclisin müvafiq komitələrində baxılması üçün tapşırıq verəsiniz.
Hörmətli millət vəkilləri, bu gün Dağlıq Qarabağın Xankəndi şəhərinin böyük qəsəbələrindən biri olan Kərkicahanın işğalı günüdür.
Sədrlik edən. Bir dəqiqə vaxt verin.
R.Rzayev. Bu gün Xankəndinin ən böyük qəsəbələrindən biri olan Kərkicahanın işğalı günüdür. Dağlıq Qarabağ müharibəsində həlak olan bütün şəhidlərimizə “Allah rəhmət eləsin” demək istəyirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mən sizin bu təşəbbüsünüzü qəzetdə oxudum. Bilirsiniz, bizdə qərar layihəsi hazırlamağın forması var. Qərar layihəsini Səfa müəllimə verin. Tapşırıram, 3 komitədə – Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları komitələrində müzakirə edilsin, sonra onların qərarlarına baxarıq. Buyursun Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Son vaxtlar Azərbaycanın ictimai-siyasi həyatında, xüsusilə Azərbaycan iqtisadiyyatında manatın ikinci dəfə devalvasiyaya uğraması ilə əlaqədar ciddi problemlər üzə çıxıb. Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan hökumətini bu addımı atmağa məcbur etdi. Amma bütün bunlara baxmayaraq, mən belə hesab edirəm ki, Azərbaycan hökuməti və Mərkəzi Bank tərəfindən bir sıra tədbirlər həyata keçirilməlidir ki, heç olmasa, bu məsələni ağrısız yola verək.
Biz hökumətin bəzi üzvləri, o cümlədən Mərkəzi Bankın nümayəndələri ilə görüşlər keçirmiş, müəyyən məsləhətləşmələr aparmışıq. Mən belə hesab edirəm ki, dövlət, ümumiyyətlə, əhalinin marağına səbəb olan bir neçə məsələyə öz münasibətini bildirməlidir. Birinci təklifimiz ondan ibarətdir ki, əhalinin 10 min dollara qədər olan kreditləri köhnə məzənnə ilə, yəni 1,05 manatla ödənilsin. Mən Azərbaycan hökumətindən artıq dərəcədə xahiş edərdim ki, Mərkəzi Banka kömək etsin.
İkinci ən ciddi məsələ əmanətlərin sığortalanması ilə əlaqədardır. Hazırda qanuna uyğun olaraq, 30 min manata qədər əmanətlər sığortalanır. Banka olan etibarlığı daha da artırmaq üçün təklif etmişik ki, bu məbləğ 500 min manata qədər artırılsın. Hətta korporativ idarəetmə yüksək olan banklarda, ümumiyyətlə, bu limit götürülsün və 3 il əmanətlərə moratorium qoyulsun.
Üçüncü təklifim bank faizlərinin həddən artıq yüksək olması ilə əlaqədardır. Azərbaycanda 43 bankın olması, əlbəttə, çoxdur. Bu banklar müəyyən insanlara, müəyyən məmurlara xidmət etdiyi üçün təklif etmişdik ki, onlar öz aralarında danışıqlar aparsınlar, birləşsinlər. İri maliyyə bankları yaradılsın ki, faiz həcmləri kəskin olaraq aşağı düşsün.
Ümumiyyətlə, gedən proseslər onu göstərir ki, Azərbaycanda manatın devalvasiyasından müəyyən problemlər əmələ gələ bilər. Bu problemlərin yaranmaması üçün Azərbaycan hökuməti gecə-gündüz çox çevik işləməlidir. İdxala ciddi nəzarət edilməlidir. İdxalı Azərbaycanda mümkün olan məhsulların ölkəmizdə istehsalına başlamaq lazımdır. Azərbaycan müstəqillik dövründə belə hadisələri çox görüb. Belə hadisələrdən uğurla çıxmışıq və mən, Azərbaycan əhalisini təmkinli olmağa çağırıram.
Sədrlik edən. Sağ olun. Cənab Prezident tərəfindən də hökumətə bu istiqamətdə çox ciddi tapşırıqlar verilir, tədbirlər planı hazırlanır. Yəqin gələn ay xalqımız bunu hiss edəcək. Buyursun Xanhüseyn Kazımlı.
X.Kazımlı. Sağ olun, cənab Sədr, təşəkkür edirəm. Mən də qarşıdan gələn bayramlar münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm.
Cənab Sədr, mən də həmkarım Rövşən Rzayevin təkliflərini ürəkdən dəstəkləyirəm, çünki Azərbaycana qarşı erməni lobbisi tərəfindən edilən ayrı-ayrı haqsızlıqlara səsimizi ucaltmağımız olduqca vacibdir.
Sizin dediyiniz kimi, həmin qərar layihəsi komitələrdə müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasına çıxarılacaq. Amma mənim başqa bir təklifim var. Bu mənim fikrimdir. Tarix boyu Azərbaycanın əraziləri erməni silahlı birləşmələri tərəfindən haqsız, ədalətsiz işğala məruz qalmışdır. O işğalın nəticələrini Milli Məclisin plenar iclaslarının birində müzakirəyə çıxarılmasını təklif edərdim. Çox sağ olun, diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. İlk növbədə deputat həmkarlarımı və eyni zamanda, seçicilərimizi qarşıdan gələn Dünya azərbaycanlıların həmrəylik günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, 2016-cı il Azərbaycan üçün növbəti uğurlu bir il olsun, problemləri həll edilsin və bir çox məsələlərdə Azərbaycan artıq oturuşmuş bir dövlət kimi, problemlərin həllində müvafiq qərarlarını ortaya qoya bilsin.
Mənim qaldırmaq istədiyim məsələ müstəqil dövlətçiliyimizə qarşı beynəlxalq aləmdə vaxtaşırı müəyyən təhdidlərin olması ilə bağlıdır. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan Respublikasının müasir tarixində yeni səhifə açıldı və Azərbaycan sovetlər birliyindən və ümumən, tarixdən qalan bir çox ağır problemləri həll eləməyə başladı.
Ancaq Dağlıq Qarabağ problemi, sonra isə Azərbaycanın müstəqil daxili və xarici siyasət yeritməsi təəssüf ki, respublikamızı bır sıra hallarda çətin vəziyyətə salır. Ancaq biz bu çətinliklərdən çıxırıq. Bu gün Azərbaycan tanınan dövlətlərdən biridir, onun nüfuzu var. Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib. Azərbaycan dünyada tüğyan eləyən maliyyə böhranından ən az zərərlə çıxan ölkələrdən biridir.
Dünən Çin yuanının devalvasiyaya uğraması barədə məlumat yayıldı. Səudiyyə Ərəbistanı dünyada bir nömrəli neft ixrac edən ölkə kimi tanınmasına baxmayaraq, dünən orada benzinin qiyməti 40 faizə qədər bahalaşdı. Yəni göründüyü kimi, bu gün maliyyə və iqtisadi problemlər hətta artıq güclü ölkələri belə silkələyir.
Bununla belə, vaxtaşırı bizim daxili siyasətimizə qarışmaq, Azərbaycanı etmədiyi işlərə görə günahlandırmaq kimi hallar çox təəssüf ki, bir sıra ölkələrin müəyyən siyasi dairələri tərəfindən artıq Azərbaycana qarşı yeni bir səlib yürüşünə çevrilir. Şübhəsiz ki, Azərbaycan buna etirazını bildirir, öz müstəqilliyini qoruyur, milli maraqlarına uyğun hərəkət edəcəyini ortaya qoyur.
Bəzi ölkələr və siyasi dairələr Azərbaycanın qazandığı nailiyyətlərə kölgə salmağa çalışırlar. Onlar bilməlidilər ki, Azərbaycan müstəqilliyini ona görə qazanmayıb ki, sabah kiminsə forpostuna çevrilsin, özünün təbii sərvətlərini, daxili və xarici imkanlarını kiminsə nəzarəti altına versin. Biz müstəqilliyimizi ilk növbədə, xalqımızın maraqlarına uyğun qurmaq əzmindəyik. Bu məsələdə ulu öndər Heydər Əliyev bizə böyük nümunə göstərir və Prezident cənab İlham Əliyevin siyasəti də buna bir daha bariz nümunədir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, dünyada baş verən proseslər Azərbaycana da öz təsirini göstərir. Amma mən hesab edirəm ki, 10 il ərzində Azərbaycana daxil olan çox yüksək səviyyəli gəlirlərin xərclənməsi istiqamətində bir çox hallarda yol verdiyimiz səhvlər, israfçılıq bu gün bizi bir daha gələcəyimiz barədə düşünməyə məcbur eləyir.
Mən bir şeyə diqqət çəkmək istəyirəm. Bu devalvasiya prosesi birinci növbədə hökumətin iqtisadçı komandasının nə qədər zəif və hazırlıqsız olmasını bir daha üzə çıxardı. Xatırlayırsınızsa, 21 fevral devalvasiyasından sonra bunun səbəbləri barədə cəmiyyətə izah verilmədi. Hakimiyyət eşalonunda olan heç bir iqtisadçı sinəsini qabağa verib söyləmək istəmədi ki, nə baş verir və niyə bu addımları atırıq?
Mən xatırlayıram, Milli Məclisdə hörmətli Zahid Oruc sinəsini qabağa verib cəsarətlə bunun haqlı bir addım, dünya iqtisadi sistemi ilə əlaqədar olduğunu sübut eləməyə çalışdı.
Demək istədiyim odur ki, bu dəfə də 50 faizlik devalvasiya baş verib. Ölkə əhalisi – istər orta təbəqə olsun, istərsə də zəngin təbəqə – hamı 50 faiz yoxsullaşıb. Hamı başa düşür ki, bu, dünyada baş verən proseslə bağlıdır. Amma çıxış yolu ilə bağlı insanlara hələ konkret heç nə deyilmir. Yəni konkret olaraq inhisarçılıq ləğv olunacaqmı, idxal-ixrac prosesində şəffaflıq təmin olunacağmı? Azərbaycan insanı təşəbbüskardır, imkan yaradılmalıdır. Onsuz da dövlət bu yükün altına girə bilmir. Bank kreditləri ilə bağlı Mərkəzi Bankın açıqlaması yadımızdadır. Dedilər ki, Naxçıvan Bankının atdığı addımı təkrarlaya bilmərik. Çünki orada…
Sədrlik edən. Mikrofon verin, yarımçıq qaldı. Bir dəqiqə.
F.Mustafa. Orada bir milyon manat məbləğində vəsait olduğuna görə bunu ödəmək mümkündür, amma Mərkəzi Bank bunu eləyə bilmir. Deməli, dövlətin bank sektoru vasitəsi ilə vətəndaşın götürmüş olduğu kreditə görə düşdüyü ağır vəziyyəti ortadan qaldırmaq imkanı yoxdur. Belə bir vəziyyətdə “möhtəkir” tutmaq, sahibkarları çıxarmaq əvəzinə, “Sədərək”, “Binə” ticarət mərkəzlərində acınacaqlı vəziyyətdə qalan vətəndaşların vəziyyətini düşünərək konkret addımlar atılmalıdır.
Birinci növbədə, bu insanların vəziyyətini yüngülləşdirmək üçün heç olmasa müəyyən islahatların keçirilməsi vacibdir. Dövlət komitələrinin, nazirliklərin sayı və icra hakimiyyətlərinə verilən əlavə xərclər azaldılmalıdır. Qənaət dövlətin yuxarı eşalonundan başlamalıdır ki, aşağı buna alışa bilsin. Məncə, əsas problemimiz budur və bu istiqamətdə dövlət siyasəti vətəndaşa çatdırılmalıdır. Bu siyasət vətəndaşa çatdırılmadığına görə hamı tərəddüd içindədir.
Sədrlik edən. Sağ olun. Artıq bu istiqamətdə bütün tədbirlər görülməyə başlanıb. Yaxın müddətdə siz hamınız bunu hiss edəcəksiniz. Buyursun Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də hesab edirəm ki, dünyada baş verən bu proseslərin Azərbaycandan da yan keçməməsi gözlənilən idi. Biz ada dövlət deyilik. Bu gün ölkədə baş verənlərlə bağlı bütün qurumlarda ciddi müzakirələr gedir. Təklif edirəm ki, məsələlərə intensiv şəkildə münasibətimizi bildirmək üçün Milli Məclisin iclaslarının həftədə bir dəfə keçirilməsi təmin olunsun. Bəlkə hər həftə müvafiq qurumları bura dəvət edək və dinləmələr keçirək. Bu da televiziya vasitəsi ilə geniş şəkildə ictimaiyyətə çatdırılsın. Bunun çox böyük əhəmiyyəti olar.
Məsələn, yaxın günlərdə hörmətli müdafiə nazirinin bir çox məsələlərlə bağlı televiziya ilə müraciətindən sonra əhalidə fərqli əhvali-ruhiyyə yaranıb. Bəzən işlər görülür, amma camaat məsələdən xəbərdar olmur. Biz burada bəzi məsələlərə həm aydınlıq gətirə bilərik, həm də ictimai nəzarətin gücləndirilməsi ilə bağlı Prezidentə çox ciddi şəkildə kömək etmiş olarıq. Bəlkə bəzi ictimaiyyət nümayəndələrini də bura dəvət eləmək olar. Hər halda bu bir təklifdir. Hesab edirəm ki, müxtəlif bölmələr üzrə – həm müdafiə məsələləri, – indi Qarabağ ətrafında gedən gərginləşmə ortadadır, – həm xarici siyasət, həm də maliyyə və iqtisadi məsələlərlə bağlı həftədə bir dəfə müzakirələrin keçirilməsi, məncə, normal olar. Həm bu cari məsələ kimi müzakirə olunar, həm də gündəliyə bəzi məsələlər daxil eləmək mümkün olar. Hər halda bu bir təklifdir, dəyərləndirsəniz təşəkkür edərəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cənab Prezident 23 dekabrda görüşlərin birində bəyan elədi ki, 2015-ci il dünya üçün ağır olub, regionda mənfi tendensiyalar artıb və biz ölkəmizin həyatına da, bu çətin ilə də qiymət verərkən regional təhlükəsizlik problemlərini nəzərə almalıyıq.
İkincisi, cənab Prezident çıxışında manatın devalvasiyasından sonra iqtisadiyyata dəymiş təsirləri, xüsusilə də vətəndaşların bu hadisədən az ziyan görməsini nizamlamaq üçün müxtəlif tədbirlərin həyata keşiriləcəyini bəyan elədi.
Düşünürəm ki, parlament Prezidentin əsas siyasi komandası olaraq, təxminən aşağıdakı gözləntilərə malikdir. Birinci növbədə, hökumət hər hansı bir tədbiri həyata keçirmədən efir məkanında olmalı, xalqın qarşısına çıxmalıdır. O, qeyri-müəyyənliklərə, o ajiotajı yaradan qüvvələrə və informasiyasızlığa qarşı öz mövqeyini göstərməlidir. Ekspertlər hökuməti əvəz etməli deyillər.
İkinci, biz başa düşməliyik, bahalı neft dövrü arxada qaldı. Bəli, biz ondan maksimum dərəcədə yararlanmağa çalışdıq; dağılmış sovet iqtisadiyyatını bərpa elədik, müharibənin vurduğu ziyanları aradan qaldırdıq, məktəblər, xəstəxanalar tikməyə çalışdıq. Lakin bununla bərabər, Azərbaycan neftsiz yaşaya bilər. Əlbəttə, yüz illər ərzində neft bizim həyatımızda rol oynayıb, amma Azərbaycan bundan sonrakı dövrdə neftsiz eraya hazırlığını ortaya qoymaq üçün müxtəlif tədbirlər həyata keçirməlidir.
Üçüncü, “ASAN xidmət” ölkə rəhbərinin inqilabi layihəsi olaraq bir məsələni sübuta yetirdi. Çoxları deyirdilər ki, bu millət, sadəcə, musiqini sevir, poeziya həvəskarıdır, rüşvətə meyli var. “ASAN xidmət” sübut elədi ki, – ora daxil olanlar bu xalqın övladlarıdır, – rüşvətsiz idarə eləmək mümkündür və insanlar da rüşvətsiz yaşaya bilirlər. Deməli, bundan sonrakı dövrdə struktur islahatlarını dərinləşdirmək lazımdır. Cənab Prezident də artıq nəinki bunun anonsunu verib, hətta bu yöndə mühüm işlər həyata keçirməkdədir. Ona görə də hesab edirəm, lazımsız nazirlik, komitə və müxtəlif cəmiyyətlərdən xilas olmaq lazımdır, məmur yüküdür.
Başqa bir mühüm məsələ – “üzən məzənnə” elan olunub. Təbiətimizə, ədəbi dilimizə yaxın bir termin olaraq imkan verməliyik ki, manat Xəzər dənizindən, buruqların arasından üzüb quruya çıxsın. Bundan ötrü müxtəlif tədbirlər həyata keçirilməldir. Yəni inhisarçılığın ləğvi, idxal və ixrac əməliyyatlarının şəffaflaşdırılması manata nəfəs dərməyə imkan verəcək. Mən hesab edirəm ki, ölkə başçısı Qarabağ cəbhəsində, idarəetmə və iqtisadi sahədə mühüm cəbhələr açıb və bu sahədə…
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Təbii ki, iqtisadiyyatı bir amildən asılı olan ölkələrin hamısında olduğu kimi, bizdə də neftin qiyməti 100 dollar olanda biz güclü manatdan danışırdıq. İndi neftin qiyməti 40 dollardan aşağı düşdüyünə görə zəif manata adaptasiya olmalıyıq. Hökumət təcili surətdə tədbirlər görməlidir və onların içərisində bəzi vacib məqamlara xüsusi diqqət vermək lazımdır. Xüsusən bayram və şənbə və bazar günlərində buraxılan səhv təkrar olunmamalıdır. Əks halda həmin ajiotaj qara bazarı formalaşdıracaq və orada formalaşan rəqəmlər bir müddətdən sonra valyuta dəyişmə məntəqələrinə transfer olacaq.
İkinci, ən ciddi məsələ ondan ibarətdir ki, əgər 50 faiz devalvasiya olubsa, bu ağırlığı bütövlükdə camaatın üstünə atmaq mümkün deyil. Hökumət, Mərkəzi Bank, banklar və əhali – bu ağırlığın onların arasında bərabər sürətdə bölüşdürülməsi üçün addımlar atılmalıdır. Həmin addımların içərisində ya köhnə məzənnə ilə hesablaşma, ya möhlətin verilməsi, ya ödəmə müddətinin artırılması, ya da faizlərin aşağı salınması kimi, hər bir kreditə uyğun variantlar seçilib həyata keçirilməlidir.
Üçüncü, monitorinqləri genişləndirmək və süni qiymət artımı ilə təbii qiymət artımını bir-birindən ayırmaq lazımdır. Təbii qiymət artımı mütləq olmalıdır. Süni qiymət artımının qarşısının alınması üçün isə tədbirlər görülməlidir. Təbii qiymət artımından əhalinin aztəminatlı və orta təbəqəsinin işçilərini kompensasiya eləməkdən ötrü əmək haqları, pensiyalar, müavinətlər indeksləşdirilməli, qaldırılmalıdır.
Eyni zamanda, biz artıq neftin qiymətinin 25, 20, 15 dollar olmasına hazır olmalıyıq. Bundan ötrü hökumət və Mərkəzi Bank xüsusi bir ştat yaratmalı və gedən proseslərə operativ reaksiya verməlidir. Əgər bu belə olarsa, onda kifayət qədər islahatları dərinləşdirmək istiqamətində şanslarımız olacaq, manevr eləmək imkanlarımız xeyli dərəcədə artacaq. Beləliklə də, inhisarçılığı, korrupsiyanı, məmur özbaşınalığını aradan qaldırmaq şərtilə orta və kiçik sabibkarlığı 5–6 faizdən 30 faizə çatdırandan sonra digər gəlir gətirən sahələrimiz yaranan kimi, manat sabitləşmə mərhələsinə daxil olacaq. Mən inanıram ki, 2016–2017-ci illərin ağırlığını Azərbaycan hökuməti aradan qaldıracaq və biz yenə əvvəlki sabit yolla gedə biləcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev, buyurun.
T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, bu günlərdə hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən əfv fərmanı imzalandı və 210 nəfər azad olundu. Bu cənab Prezidentin insanlığa hörmətinin bir ifadəsidir və ona görə hər birimiz ölkə rəhbərinə minnətdarlığımızı bildiririk.
Cənab Sədr, mən burada ödənişli təhsil alan bəzi gənclərin narahatlığını səsləndirmək istəyirəm. Özünüz bilirsiniz ki, ali təhsil müəssisələrində təhsil haqqı yüksəkdir və ildən-ilə də artırılır. Birinci kursda oxuyan tələbələrə bunu birdəfəlik ödəmək tələb olunur ki, onlar da bu pulu verə bilmirlər. Ona görə də bu il ali məktəblərə qəbul olan onlarca tələbə təhsildən kənarda qaldı.
Onların bir hissəsi isə bu vəsaitin bir qismini ödədi. İndi imtahan sessiyası başlayıb. Valideynlərə çoxsaylı zənglər gəlir. Məcbur edirlər ki, bu vəsaiti tam ödəsinlər, ancaq tələbələr bunu ödəyə bilmirlər. Onlar istəyirlər ki, bu vəsaiti mərhələli şəkildə ödəsinlər. Bəzi rektorlar buna razılaşsalar da, çox təəssüflər olsun ki, əksər institutlar buna razı olmurlar. Mən xahiş edirəm, öz səlahiyyətlərinizdən istifadə edib tapşırıq verəsiniz ki, tələbələr ilin axırına kimi bu vəsaiti mərhələ-mərhələ ödəsinlər, təhsildən kənarda qalmasınlar.
Rövşən müəllim təşəbbüslə çıxış elədi, hər birimiz bunun tərəfdarıyıq. Amerika Birləşmiş Ştatlarının bir çox siyasətçiləri bu gün ikili standartlar nümayiş etdirirlər. Sözsüz ki, bunu Siz də xatırlatmısınız, yoldaşlar da deyirlər; bu, Amerika Birləşmiş Ştatları dövlətinin mövqeyi deyil. Bu Amerika–Azərbaycan münasibətlərinə, bizə zərbə olsa da, hesab edirəm, dövlətin siyasətindən uzaqdır. Ona görə də bu məsələdə həssas olmalıyıq. Bəzi qüvvələr Azərbaycanı qızışdırmaq üçün müxtəlif şayiələr yayırlar və istəyirlər ki, biz bu məsələdə aqressiv olaq. Mən bu təşəbbüsü dəstəkləməklə bərabər, həm də bildirmək istəyirəm ki, biz gərək faktları hərtərəfli ölçək-biçək, ondan sonra qərar qəbul eləyək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yarım saat keçdi, hesab edirəm, müzakirəni dayandırmaq lazımdır. Təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Oqtay müəllim, söz verdiyinizə görə, təşəkkür edirəm. Əvvəla, qeyd etmək istəyirəm ki, Rövşən müəllimi narahat eləyən məsələlər məni də narahat edir. Biz bilirik ki, 2015-ci il Ermənistanın işğalçı ordusunun Azərbaycanda ən çox itki verdiyi ildir və bu da erməni lobbisini ciddi narahat edir. Onlar Obama administrasiyasına ciddi təsir eləyirlər və Smitin hazırladığı qanun layihəsi də bundan qaynaqlanır. Mən sözün doğrusu, Azərbaycan Parlamentinin bu istiqamətdə hər hansı bir qanun qəbul eləməsini düzgün hesab eləmirəm.
İkinci, ölkədə devalvasiya baş verib. Mərkəzi Bank özü banklara tövsiyə eləmişdi ki, müştərilərinə hansı formada kömək edəcəkləri barədə düşünsünlər. Naxçıvan Bank nümunə olacaq gözəl bir addım atıb, 370 müştərisinin kreditlərinin köhnə məzənnə ilə qaytarılması barədə qərar qəbul eləyib. Əslində, Mərkəzi Bankın borcu idi, digər banklara da tövsiyə eləsin ki, imkanlarınız daxilində, – əlbəttə, bunu məcbur eləmək olmaz, – heç olmasa, Qarabağ əlillərinə, ailə başçılarını itirmiş ailələrə, yəni yoxsulluq həddində olan insanlara müəyyən formada kömək eləyin.
Azərbaycanda 42 bank var. Oqtay müəllim, zaman-zaman Milli Məclisdə məsələ qaldırırdıq ki, dünyanın heç bir yerində bu qədər yüksək dərəcədə faizlər yoxdur. Bizim kommersiya bankları vətəndaşlara 16 faizdən başlayaraq 36 faizlə kreditlər verirdilər. Kifayət qədər böyük pullar qazanıblar. İndi də həmin pulların bir hissəsini öz müştərilərinə qaytarsınlar. Vacib deyil ki, Elman Rüstəmov deyən kimi, bütün vəsaitlər köhnə məzənnə ilə hesablansın. 42 bankın hər biri 370 adama kömək eləsə, görün, nə qədər narazılıq aradan qalxar. Amma AXC-nin uğursuz bir kadrı kimi, Elman Rüstəmov, – çox təəssüf ki, iqtidar onu uzun illərdir hakimiyyətdə saxladı, vəzifəsini bir az da böyütdü, – sanki narazılıqların çox olmasında maraqlıdır. Bəyan eləyir ki, bu cür təşəbbüslə çıxış eləyən insanlar populizmlə məşğuldur. Niyə populizm? Əgər bankın 370 adama kömək eləmək imkanı varsa və narazıların sayı azalarsa, bu, Elman Rüstəmovu niyə narahat eləməlidir ki?
Burada məcburiyyətdən söhbət getmir, bu, könüllü olaraq bankın imkanlarından asılı olan məsələdir. Ona görə hesab edirəm ki, vətəndaşlara kömək etmək lazımdır. Mən buradan banklara müraciət edirəm ki, bu istiqamətdə müəyyən addımlar atsınlar. Bəzi insanlar istehlak kreditləri götürüb mebel, məişət avadanlıqları alıblar, amma onların bunu qaytarmaq imkanları yoxdur. Ona görə də, Oqtay müəllim, Milli Məclis bu barədə sözünü deməlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Mən iclas başlayanda dedim ki, hökumət də, Mərkəzi Bank da bu istiqamətdə tədbirlər planı hazırlayırlar və bu yaxınlarda nəticəsini görəcəyik.
Bir də, xahiş edirəm, bir şəxsiyyət haqqında haradan gəlib, haradan gedib deməyə ehtiyac yoxdur. Xalq Cəbhəsindən gələnlər çoxdur, nə olsun, deputat da olmalı deyillər? Bu fikirlər düzgün deyil.
Naxçıvanda 934 milyonu olan bir bankda bu məsələ olub. Azərbaycanda 42 bank var. Bu bankların həcmi, pulları ilə fikirləşəndə, 370 adama bir bankdan bunu verdin, bəs 3070 nəfərə necə verəcəksən? Belə olmaz, amma 5-10 minə qədər olan kreditlər ətrafında fikirləşmək olar. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Qeyd etmək istəyirəm ki, son hadisələr bütün vətəndaşlarımızı narahat edir. Amma burada həmkarım Fazil Mustafaya bildirmək istəyirəm ki, Azərbaycan neft gəlirlərindən çox düzgün istifadə eləyən ölkədir. Azərbaycan heç vaxt israfçılığa yol verməyib. Əksinə məktəblər, bağçalar, xəstəxanalar tikilib, iş yerləri açılıb, qeyri-neft sektoru inkişaf eləyib. Bu gün bunların hamısı gözümüzün qarşısındadır. Biz də Liviya kimi, Neft Fonduna yığardıq ki, başqa-başqa ölkələr onu aparıb özlərinə sərf eləsinlər? Biz neft strategiyasından düzgün istifadə etmişik.
Oqtay müəllim, burada Naxçıvan modelindən danışıldı, mən də onun tərəfdarıyam. Hər dəfə Mərkəzi Bank qeyd etmirdi ki, manatın məzənnəsini sabit saxlamaq üçün 2 milyard pul xərcləyirik? Bu 2 milyardı bir dəfə xərcləsin, vətəndaşlarla bu məsələni birdəfəlik qurtarsın. Ondan sonra vətəndaşlar gələndə, bu məsələni davam etdirsin. Mən Qüdrət müəllimin dediklərinin də tərəfdarı deyiləm, amma bu məsələlərin hamısını Mərkəzi Bank həll etməlidir. Azərbaycan vətəndaşının əgər vəsaiti devalvasiya olunursa, mən hesab edirəm, Mərkəzi Bank birdəfəlik bu məsələni qurtarıb sıfırdan başlamalıdır. Burada da kifayət qədər öz potensialından istifadə edə bilər. Kifayət qədər gəlirlər götürüblər və onları ortaya qoyub bu problemləri həll eləsinlər. Məsələ bu cür həllini tapmalıdır.
Mən də Rövşən müəllimin qaldırdığı məsələnin tərəfdarıyam, amma nəzərə almalıyıq ki, hər gün bir nəfər erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı bir məsələ qaldıracaqsa, biz də Milli Məclis adından belə layihələrin ortaya atılmasını götür-qoy eləməliyik. Təbii, erməni lobbisi çalışır ki, bu addımlar atılsın. Amerika Azərbaycanın strateji müttəfiqidir, əməkdaşlığımız davam etdirilməlidir, proseslər də o cür getməlidir. Bu, Amerika dövlətinin deyil, sırf ermənipərəst konqresmenin mövqeyidir. Biz buna münasibətimizi bildirməliyik, amma mən görürəm ki, mətbuatda bəziləri Amerika dövlətinə, ümumilikdə, Amerika Konqresinə qarşı mübarizəyə keçiblər. Bizim qarşılıqlı əməkdaşlığımız var, orada dostluq qrupu fəaliyyət göstərir. Biz bunları işə salmalıyıq. Onlar da çalışmalıdırlar ki, hansısa dinləmə keçirsinlər və sair. Sağ olun.
Sədrlik edən. Hörmətli Siyavuş müəllim, Rövşən Rzayev nə Azərbaycan hökumətidir, nə də Azərbaycan parlamentidir. O parlamentin deputatıdır, eyni qaydada öz fikrini deyib. Ən səhv məsələ odur ki, bizim mətbuatda “Helsinki qrupu tərəfindən belə təklif edilib” kimi yazılar gedir. Helsinki qrupunun buna dəxli yoxdur. Bu, Helsinki qrupunun deputatı tərəfindən verilən qanun layihəsidir. Bunu başa düşməliyik. Ona görə Rövşən Rzayev belə təklif verib. Mən də dedim ki, sənədi komitələrə verəcəyik, baxsınlar, götür-qoy eləsinlər.
Bu böyük bir təxribatdır. Biz bilirik ki, bu, Amerika dövlətinin mövqeyi deyil. Bu yaxınlarda səfirin də verdiyi açıqlamaya qulaq asdınız. Dedi ki, ildə 7 min belə layihə verilir, onlardan yüzü keçir. Bunu çox faciələşdirmək lazım deyil. Ancaq fikir var, deputat qanun layihəsi verib, lazım olsa baxacağıq. İstəməzdim ki, bizim millət vəkilləri bu məsələni gərginləşdirsinlər.
O ki qaldı manatın məzənnəsinə, mən bir daha deyirəm, dövlət, hökumət bu istiqamətdə çox intensiv iş aparır. Vahid müəllimin verdiyi təklif xoşuma gəlir, bu istiqamətdə də işlər gedir. Biz camaatın banklara inamını artırmalıyıq. Banklar da o inamı qaytarmaq üçün əllərindən gələni eləməlidirlər və bu istiqamətdə işlər görülür.
Cənab Prezidentin çıxışına qulaq asdınız. Dedi ki, liberallaşma, antiinhisar məsələləri – bunların hamısı bu günlərdə yavaş-yavaş həll olunacaq. Bizim artıq bu istiqamətdə sürətlə işə başlamağımızın vaxtı çatıb.
Gündəliyin müzakirəsinə keçirik. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavininin və auditorların təyin edilməsi haqqındadır. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycanda ali maliyyə nəzarəti orqanı olan Hesablama Palatası fəaliyyət göstərir. Bu, Milli Məclisin orqanıdır və son illərdə Hesablama Palatasının büdcə vəsaitlərindən səmərəli istifadə ilə əlaqədar konkret tədqiqatları, araşdırmaları var. Onlar mütəmadi olaraq Milli Məclisin rəhbərliyinə, Milli Məclisin üzvlərinə çatdırılır. Bu işlər, həqiqətən də, müsbət nəticə verir, çünki bir sıra təşkilatlarda hələ də büdcə vəsaitlərindən səmərəli istifadə olunmur. Hesablama Palatası son illərdə iqtisadi təhlil prosesini xeyli təkmilləşdirib.
Hesablama Palatasının fəaliyyətini təmin edən auditor qrupu var, onların fəaliyyət müddəti Milli Məclis tərəfindən 7 ilə təsdiq olunur. Azərbaycan Respublikasının Milli Məclisinin Sədrinin təklifi ilə sizə verilən sənədlərdə adları göstərilən yoldaşların yenidən auditor seçilməsi məsləhət görülür.
Adil Məhərrəmov uzun illərdir Hesablama Palatasında müsbət fəaliyyət göstərir, sənədlər var.
İkinci namizəd Vaqif Muxtar oğlu Həsənovdur. O da kifayət qədər peşəkar iqtisadçıdır və onun müəyyən istiqamətlər üzrə apardığı tədqiqatlar öz müsbət nəticələrini verir.
Üçüncü auditor Cəfər İsmayıl oğlu Həsənovdur. O da peşəkar iqtisadçıdır və Azərbaycan Respublikasının Hesablama Palatasında məqsədəuyğun, məhsuldar fəaliyyət göstərir. Onların səlahiyyət müddəti başa çatdığı üçün cənab Sədr tərəfindən təklif olunur ki, bu şəxslər yenidən Hesablama Palatasının auditorları seçilsinlər. Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsinə təklif olunur.
Yeni namizəd olan Qurbanov Firsənd Əliheydər oğlu haqqında bir neçə kəlmə demək istəyirəm. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, Firsənd Əliheydər oğlu Qurbanov, sözün əsl mənasında, çox yüksək səviyyəli peşəkar iqtisadçıdır. Uzun illər respublikanın maliyyə sistemində çalışıb və 10 ildən yuxarıdır ki, Hesablama Palatasında şöbə müdiridir. O da boş olan auditor vəzifəsinə təqdim olunur.
Mən yenə də deyirəm, Hesablama Palatası ali maliyyə nəzarəti orqanı kimi, Azərbaycan Respublikası Milli Məclisinin çox sanballı bir təşkilatıdır. Əmin olmaq olar ki, Hesablama Palatası bundan sonra da fəaliyyətinin səmərəsini artıracaq, Milli Məclisə büdcə vəsaitlərindən səmərəli istifadə olunmasına xidmət edən dəyərli tövsiyələr təqdim edəcəkdir. Mən millət vəkillərindən bu namizədlərə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, hamısına bir yerdə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.44 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, birinci, mənim təqdimatıma səs verdiyinizə görə çox sağ olun, ikinci də, auditorları yenidən seçilməsi münasibəti ilə təbrik edirik. Çox sağ olun, sizə uğurlar.
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. 2014-cü ildə “Dövlət qulluğu haqqında” Qanuna əlavələr və dəyişikliklər edilmişdir. Həmin əlavə və dəyişikliklərin mənasına görə dövlət qulluğuna işə qəbulla bağlı yeni müddəalar mövcuddur. Belə ki, attestasiya olunan əməkdaşlara onların xidməti fəaliyyətinə bilavasitə aidiyyəti olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
İkincisi, attestasiyanın nəticələrinin dəyərləndirilməsi ilə bağlı “Dövlət qulluğu haqqında” Qanuna əhəmiyyətli bir dəyişiklik də edilmişdir. Yəni attestasiyanın nəticələri, habelə attestasiya zamanı verilən suallar və cavablar bir nüsxədə tərtib olunur, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanır.
Hörmətli həmkarlar, belə bir müddəanın dövlət qulluğu ilə bağlı olmayan digər xidmət növlərini tənzimləyən qanunlarda da olması, hesab edirik ki, vacibdir. Bununla bağlı olaraq, cənab Sədr, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 46-cı maddəsində dövlət qulluğunda qüvvədə olan müddəanın yazılması təklif olunur.
Oqtay müəllim, icazə versəniz 7 və 8-ci məsələləri də məruzə edərdim, çünki bu cür oxşar əlavə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda da öz əksin tapır. Amma bir daha vurğulamaq istəyirəm ki, bu əlavənin əsası, kökü 2014-cü ildə “Dövlət qulluğu haqında” Qanuna etdiyimiz dəyişikliklərdən irəli gəlir. Digər həmkarlarım da başqa sahəvi xidmət orqanları ilə bağlı həmin məruzələri edəcəklər. Çox sağ olun.
Sədrlik edən. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, bir məsələyə diqqəti çəkmək istəyirəm. Təbii ki, bu çox yaxşı bir müddəadır, amma gör nə vəziyyətə çatmışıqsa, elementar şeyləri artıq vəzifə ... izah etməyə məcbur oluruq. Necə ki, bizdə deyirlər baş yarmayın, gedin, qan verin, baş yarmaq düzgün deyil. Məcburiyyətdən qan verin ki, başınız yarılmasın. İndi buna məsul orqanlar bunu etmədiyinə, dolaşdırmaq üçün başqa, aidiyyəti olmayan suallar verdiyinə görə o vəziyyətə düşmüşük. Artıq qanuna heç lazım olmayan bir detalı salırıq ki, bir az vicdanlı yanaşın, bu insan yaxşı mütəxəssisdirsə, onu dolaşdırıb kənarda qoymayın.
Sözümün məğzi nədədir? Mən “Diplomatik xidmət haqqında” Qanunla bağlı bir müddəanı demək istəyirəm. İstəyirəm, vəziyyətin nə qədər acınacaqlı olduğunu Milli Məclisin üzvləri bilsinlər ki, bəlkə bir tədbir görülə. Mənə bir neçə diplomatik korpusun nümayəndələri yaxınlaşıb. Bilirsiniz, son vaxtlar bir sıra diplomatlarımız xaricdə Azərbaycan dövləti ilə bağlı öz funksiylarından kənar çağırışlar etdilər, müəyyən addımlar atdılar və bunun müvafiq qarşılığını da gördülər. Amma çox sayda diplomatlarımız var ki, onlar geri çağırılır, sərəncama götürülürlər. 5–6 xarici dil bilən mütəxəssisləri yetişdirmək çox çətin bir məsələdir. Sərəncamda olduğu müddətdə bunlar maaş almırlar.
Təsəvvür edin, yetkin Azərbaycan diplomatı 4–5 ay maaş almır. Hazır kadrdır, istənilən xarici ölkənin kəşfiyyat orqanı yüksək məbləğdə vəsait təklif edib, onu özünə bağlaya bilər. Yəni mən anlaya bilmirəm, məsələn, başqa ölkələrdə belə praktika varmı? İstəyirəm, bununla maraqlansınlar. Bu sektorda mütəxəssislər havadan yetişmir, çox çətinliklə yetişir. Bunlar sərəncama götürülür, işsiz qalır, çox böyük maddi sıxıntı içində yaşayırlar. Adlarını çəkməsələr də, qeyri-rəsmi şəkildə bizə müraciət edirlər.
Mən istədim ki, bu məsələ diqqətdə olsun. Təkcə attestasiyada problem yoxdur, həm də bu mütəxəssislərin qorunma mexanizmi tapılmalıdır. Əgər Xarici İşlər Nazirliyinə buna büdcədən vəsait ayrılmırsa, heç olmasa, hər hansı bir fond vasitəsi ilə bu cür xüsusi kadrların qorunub saxlanılması, minimum həyat tərzinin, yaşayışının təmin olunması istiqamətində dövlət mütləq addım atmalıdır ki, onlar sabah Avropadakı bəzi diplomatlarımız kimi, gedib başqa ölkənin maraqlarına xidmət etməsinlər. İnsandır, çörəklə imtahana çəkiləndə qınamaq olmur ki, sən niyə bu addımı atdın? O baxımdan, Oqtay müəllim, xahiş edirəm, bu məsələyə də xüsusi diqqət yetirək ki, gələcəkdə Azərbaycanda belə problemlər yaşanmasın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Amma Fazil müəllim, bir az tələsdin. Bu gündəliyin üçüncü məsələsidir, təqdim olunmamış bu barədə danışdın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitənin fərqi var. Fərəc Quliyev, buyurun.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən sonrakı məsələlər də daxil olmaqla, dövlət orqanlarında xidmət keçmə haqqında qanunlara edilən dəyişiklikləri, təbii ki, qəbul edirəm, onlara səs verəcəyəm.
Kiçik bir təklifim var. Mən hesab edirəm ki, bu komissiyaların tərkibi yalnız müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olmalı deyil. Biz “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişik. Onu əsas götürərək, həmin komissiyaların tərkibinə ictimaiyyət nümayəndələrini, mütəxəssisləri daxil etmək olar. Bununla həm cəmiyyətdə prosesin çox aşkar şəkildə aparıldığı görünər, həm də bu proseduru eyni ilə işə qəbul zamanı tətbiq etmək olar. Beləliklə, işə götürülənlərə də, attestasiyadan keçənlərə də ictimaiyyət tərəfindən heç bir şübhə olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Dəyişiklikləri dəstəkləyirəm, amma burada bir boşluq yaranır və çox istərdim ki, hörmətli Əli müəllim buna aydınlıq gətirsin. Burada yazılıb: “Xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi”. Bəs biz onun cəmiyyətdə davranışını nəzərə almırıq? Tutaq ki, hüquq mühafizə orqanının işçisinin xidmətindən kənar vaxtda davranışı heç bir etikaya sığmır və yaxud da müəyyən problemlər var. Biz isə burada yazırıq ki, ona bu sualı vermək olmaz. Mənə elə gəlir ki, burada mötərizənin içində yazmaq lazımdır ki, etika qaydalarına zidd olmayan.
İkincisi, burada yazılıb ki, siyasi baxışlarına görə qiymətləndirmək düzgün deyil. Bəlkə bu adamın baxışları faşist baxışlarıdır və yaxud radikal millətçidir. Ola bilər, Azərbaycanın ərazi bütövlüyünün pozulmasının tərəfdarıdır və təklif edir ki, Dağlıq Qarabağ Ermənistana verilsin. Bu onun siyasi baxışıdır. Amma biz burada yazırıq ki, siyasi baxışına görə qiymətləndirmək düzgün deyil. Ona görə təklif edirəm belə yazılsın: “Konstitusiya tələblərinə zidd olmayan siyasi baxışlarına görə”. Çünki Konstitsiyamızın maddəsində konkret bildirilir ki, filan-filan baxışlar Azərbaycanda qadağandır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, amma mən qanunun bu hissəsindən belə başa düşdüm ki, “Polis haqqında” Qanunda etika məsələsi var. Bir də ki, “siyasi baxış” deyəndə, söhbət siyasi partiya mənsubiyyətindən gedir. Bizdə nə faşist partiyası var, nə də o biri partiya. Elə olsaydı, siz deyən düz olardı. Yəqin Əli müəllim buna cavab verəcək. Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri, təbii ki, mən də təqdim olunmuş layihəni dəstəkləyəcəm. Amma bir məsələ barəsində danışmaq istəyirəm. Bilirsiniz, bir çox hallarda çox bilikli tələbələr kompüter imtahanından keçirlər, amma sonradan ikinci dəfə bunlar kəsilirlər. Mən təklif edərdim ki, ikinci dəfə bu iş “ASAN xidmət”ə verilsin və bilikli tələbələrimiz öz imkanları ilə istədiklərinə nail ola bilsinlər. Orada müəyyən qədər qaranlıq məqamlar var və bu da məni və tanıdığım tələbələri çox narahat edir. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan  Respublikası  Mill Məclis Sədrinin
birinc müavin Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Rövşən müəllim. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 12.55 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Komitə sədri Səməd Seyidov, buyurun.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitənin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Mən öz adımdan və komitəmizin adından hörmətli deputatları, Yeni il və Dünya azərbaycanlıların həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirəm, can sağlığı, uğurlar arzulayıram.
Əziz həmkarlar, hörmətli dostlar, müzakirəyə təqdim olunmuş dəyişikliklər çox vacib və əhəmiyyətlidir. İlk baxışdan sadə görsənsə də, hesab edirəm ki, bu, çox düzgün və vaxtında edilmiş düzəlişdir.
“Diplomatik xidmət haqqında” qanun layihəsini, Ziyafət müəllim, Sizin də yadınızdadır, biz burada uzun müddət bənd-bənd müzakirə etdikdən sonra qəbul etmişdik. Həyat dəyişdikcə hər bir qanuna dəyişikliklər edilməsinə ehtiyac duyulur. Bu nöqteyi-nəzərdən qanunun 14-cü maddəsinə dəyişiklikərin edilməsi çox zəruridir.
Hörmətli millət vəkili Fazil müəllim sərəncamda olan diplomatlar haqqında məsələ qaldırdı. Tamamilə düzgün məsələdir. Hesab edirəm ki, bu məsələni müzakirə etmək lazımdır. Ona görə ki, çox maraqlı bir fakt ortaya çıxır. Bizim xaricdə fəaliyyət göstərən diplomatlarımızın sayı mərkəzi aparatda fəaliyyət göstərənlərin sayından çoxdur. Məhz buna görə, onlar xaricdən qayıdandan sonra burada müvafiq işlə təmin oluna bilmirlər, sərəncamda qalırlar. Təbii ki, bu məsələni ciddi müzakirə etmək lazımdır.
İkincisi, yüksək səviyyəli mütəxəssislərin sərəncamda uzun müddət saxlanılması məsələsi ilə bağlı müəyyən təkliflər ortaya qoyulmalıdır.
Üçüncüsü, biz bu gün qənaət rejimində yaşayan bir ölkə olmalıyıq. Dünya maliyyə böhranı içərisindədir, bu məsələlərin həllini Azərbaycan ən yüksək səviyyədə təklif edir. Səfirliklərin fəaliyyəti çox ciddi qiymətləndirilməlidir. Hansı səfirlik düzgün işləyir, yüksək səviyyədə fəaliyyət göstərir, harada səfirliklərin fəaliyyətində böyük səmərə var, harada Azərbaycan maraqları çox yüksək səviyyədə müdafiə olunur – bax bunların əsasında qərar qəbul olunmalıdır. Ümumiyyətlə, bu ölkədə səfirlik lazımdır, lazım deyil, səfirlik dəyişdirilməlidir, dəyişdirilməməlidir, sərəncama çağırılmalıdırlar, yoxsa çağırılmamalıdırlar? Bu, problemli bir məsələdir.
Bu gün təklif olunmuş dəyişikliyi də diqqətlə oxusanız, görərsiniz ki, dəyişikliyin mahiyyəti nədən ibarətdir. Biz “Diplomatik xidmət haqqında” Qanun qəbul edəndə nəzərdə tutmuşduq ki, Xarici İşlər Nazirliyi 3 ildən bir diplomatları attestasiyadan keçirərək onların növbəti dəfə işləməsinə imkan və şərait yaratsın.
Birincisi, xarici diplomatik korpusda, ümumiyyətlə, xaricdə işləyən insanlar Azərbaycan qanunvericiliyinin tabeçiliyində olmalıdırlar. Onlar dövlət qulluğunda işləyirlərsə, dövlət qulluğu prinsipləri əsasında, yox, sadə insanlardırsa, ümumi qaydada attestasiyadan keçməlidirlər. Yəni bu dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, Xarici İşlər Nazirliyinin strukturlarında işləyən insanlar Azərbaycan qanunlarına əsasən attestasiyadan keçirilsinlər.
İkincisi isə, ümumiyyətlə, “Diplomatik xidmət haqqında” Qanunun yüksək səviyyədə tətbiqi ilə bağlı burada Fazil müəllimin və başqa hörmətli kolleqalarımızın qaldırdığı məsələni ciddi müzakirə etmək lazımdır.
Hörmətli Ziyafət müəllim, bu dəyişikliklər komitəmizdə çox müsbət qarşılanıb. Ona görə ki, bu, çox lazımlı bir məsələdir. Hər bir diplomat öz məsuliyyətini ciddi dərk etməli və bilməlidir ki, o, Azərbaycanı, Azərbaycan Respublikasının Prezidentinin apardığı siyasəti təmsil edir. Bununla yanaşı, biz də dərk etməliyik ki, xaricdə işləyən diplomatlar respublikamıza qayıdandan sonra vaxtında işlə təmin olunmalıdırlar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aytən Mustafayeva.
A.Mustafayeva. Mən ilk öncə, təşəkkür edirəm, sonra isə bildirmək istəyirəm ki, Səməd müəllimin söylədikləri ilə tamamilə razıyam. Diplomatlar haqqında məsələləri yenidən burada müzakirə etməyə ehtiyac var, çünki Xarici İşlər Nazirliyi toxunulmaz bir nazirliyə çevrilib. Mən hesab edirəm ki, biz ilk öncə orada işləyən mütəxəssislərin hüquqlarını qorumalıyıq və onların qayğısına qalmalıyıq. Təbii ki, xaricdə Azərbaycanı təmsil edən adam fikirləşməməlidir ki, qayıtmalı olsam, işsiz qalacağam.
Mənim tanışlarım, bir neçə yüksək səviyyəli diplomat qayıdıb, amma onlara burada oturmağa belə yer tapılmayıb. Onları hansı isə bir texniki şöbədə yerləşdirmişdilər. Hörmətsiz səviyyədə oturub gözləyir ki, nə vaxt onu növbəti ezamiyyətə göndərəcəklər və o da normal şəkildə öz işinə davam edəcək. Diplomatlara belə münasibət düzgün deyil. Diplomatlar ayrı-ayrı ölkələrdə, dünyada Azərbaycanın üzüdür.
Bu gün dünyada maliyyə böhranıdır, Azərbaycanda da iqtisadi problemlər var. Biz başqa sahələrdə islahatlar apararkən qənaətə daha çox fikir verməliyik, amma diplomatlar Azərbaycana qayıdandan sonra onların utanc verməyən normal maaşları olmalıdır. Bu mənim mövqeyimdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də bu məsələ ilə bağlı fikirlərimi sizinlə bölüşmək istəyirəm. Birinci növbədə, diplomat adi insandır və Azərbaycanın dövlət strukturunda çalışır. Biz niyə ayrı-seçkilik qoymalıyıq? Daxili İşlər Nazirliyində, Kənd Təsərrüfatı Nazirliyində işləyən məmurla diplomatik fəaliyyətdən qayıdan arasında heç bir fərq olmamalıdır. Əmək haqları da eyni ölçü ilə götürülməlidir.
İkincisi, hər hansı bir diplomat ezamiyyət vaxtı qurtaran kimi, gözləyir ki, onu dərhal növbəti ölkəyə göndərsinlər. Tamamilə yanlışdır. Mən hesab edirəm ki, belə olmamalıdır. Diplomat ən azı hər 5 ildən bir gəlib ölkəsində bir-iki il oturmalıdır, çalışmalıdır, ölkədə gedən prosesləri bilməlidir. Ondan sonra o, başqa bir ölkəyə təyin olmalıdır. Biz Azərbaycan dövlətinin vəsaiti ilə 20 il xaricdə yaşayan, fəaliyyət göstərən birisinin sonradan öz ölkəsinə, xalqına qarşı hansı addımlar atdığını gördük. Çünki onun artıq bura ilə bağlılığı yoxdur.
Yunanıstan kimi ölkədə hər il diplomatları geri çağırırlar ki, regionlarda ailəsi, uşağı ilə 2 ay vətəndaş kimi yaşasın. Övladı Yunanıstan vətəndaşı kimi böyüsün. Bizimkilərin bəzilərinin ailəsi, uşaqları heç Azərbaycana gəlmirlər. Onun yetişdirdiyi övlad kim olacaq? Başqa ölkənin yetişdirdiyi bir nümayəndə olacaq.
Burada qeyd olundu ki, diplomatı təsir dairəsinə salırlar. Yalnız onu deyil, ailəsini də, uşaqlarını da təsir dairəsinə salırlar. Bunlar mütləq və mütləq gəlib Azərbaycanda oturmalıdırlar. Səməd müəllim deyə bilər, Amerika kimi böyük bir dövlətdə diplomat qayıdandan sonra hansı ölkəyə gedəcəksə, bir-iki il o dövləti öyrənir.
Bu isə axşam gəlir, səhər əlində imzalı sənədlə başqa bir ölkəyə gedir. O ölkə haqqında onun heç ümumi anlayışı belə yoxdur. O gəlib 1 il qalmalıdır. Ona deməlidirlər ki, Latviyadan gəlmisən, indi Ərəbistana gedirsən. Ərəbistanı öyrənməlidir, oranın dövlət quruluşunu, oradakı siyasi partiyaları, bütün sistemi bilməlidir, ondan sonra getməlidir. Biz göndəririk, nəticədə də həm dövlətin işini layiqincə həyata keçirmir, həm də sağa-sola qaçmağa meyilli olur. O baxımdan da hesab edirəm, “Diplomatik xidmət haqqında” Qanuna dəyişikliklər etməliyik. Bu gün Azərbaycanda kifayət qədər diplomat var. Azərbaycanda artıq akademiya fəaliyyət göstərir və gənclərimiz, ən yüksək balla ora daxil olurlar, oxuyurlar, təcrübə keçirirlər, müxtəlif dövlətlərin tarixini öyrənirlər. Artıq onlardan istifadə etmək lazımdır.
Bir məsələyə də toxunmaq istəyirəm. Kim işdən çıxırsa, deyir ki, məni səfir göndərin. Səfirlik bir peşədir, bir sahədir. Kim deputat seçilmirsə, deyir ki, məni səfir göndərin. Bunların hamısı nəzərə alınmalıdır. Yenə deyirəm, əvvəllər əgər belə hallar vardısa, indi artıq olmamalıdır, çünki Azərbaycanın belə bir institutu var və artıq kifayət qədər təcrübəli diplomatlar formalaşıbdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Mən Siyavuş müəllimə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Tamamilə doğrudur. Bəzi ölkələrdə diplomatlar doğma ölkələrinə qayıdandan sonra bir müddət göndəriləcək ölkənin tarixini, mədəniyyətini öyrənmək məsələsi gündəmə gəlir. Diplomat göndərilən ölkə ilə əlaqəsini ən yüksək səviyyədə qoruyub saxlamalıdır. Bu nöqteyi-nəzərdən heç kim başqa fikrə düşə bilməz. Bu prinsipdir. Diplomat təmsil etdiyi ölkənin maraqlarını orada müdafiə etməlidir, göndərilmiş ölkənin maraqları ilə yaşamamalıdır. Ən ali prinsip bundan ibarətdir.
Bununla yanaşı, biz yüksək səviyyəli kadrlara Azərbaycana qayıdandan sonra normal şərait yaratmalıyıq. Bu gün müzakirə etdiyimiz dəyişiklik də məhz, Azərbaycan qanunlarının diplomatlara tam şəkildə şamil olunması ilə bağlıdır. Siyavuş müəllimin dediyi məsələdir. Dəyişiklik məhz, Xarici İşlər Nazirliyində işləyən hər bir kəsin Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə attestasiyadan keçirilməsi ilə bağlıdır. Dövlət qulluğunda işləyən dövlət qulluğu prinsipi, müqavilə ilə işə götürülən müqavilə prinsipləri əsasında attestasiyadan keçirilməlidirlər. Bu ən vacib məsələdir.
Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar, bu gün Azərbaycanın dünyada rolu, çəkisi, əhəmiyyəti və xarici siyasəti çox yüksək səviyyədədir. Yenə qayıdıram Siyavuş müəllimin çıxışına. Biz diplomatlarımızı ora göndərəndə mütləq qiymətləndirməliyik ki, onlar Azərbaycanın marağını müdafiə etmək qabiliyyətində və iqtidarındadırlarmı? Gedib orada, sadəcə 4–5 il yaşayırlar, yoxsa, doğrudan da, Azərbaycanın maraqlarını müdafiə edirlər? Bu gün göz qabağındadır ki, Azərbaycana nə qədər təzyiqlər göstərilir. Nəyə görə göstərildiyini də bilirik. Bu gün Azərbaycan Diplomatik Akademiyasında yüksək səviyyəli kadrlar hazırlanır. O kadrlardan istifadə edib, Azərbaycanın maraqlarını xaricdə müdafiə etmək lazımdır. Ona görə mən həmkarlarımdan xahiş edirəm ki, bu dəyişikliklərə səs versinlər və onların fikirləri ilə tam şərikəm ki, gələcəkdə bu məsələni ciddi şəkildə müzakirə etmək lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 13.10 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Komitə sədri Əhliman Əmiraslanov, buyurun.
Ə.Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsini təmin etmək və praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığını yoxlamaq məqsədi ilə onlar 5 ildə bir dəfə sertifikasiyaya cəlb olunurlar. Sertifikasiyanın əsas məqsədi praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin praktiki biliklərini yoxlamaqdan və peşəkarlıq səviyyəsini qiymətləndirməkdən ibarət olduğundan onlara fəaliyyət sahəsinə aid olmayan sualların verilməsi məqsədəuyğun sayılmır.
Bu məqsədlə qanuna sertifikasiya zamanı sertifikasiya olunan şəxslərə onların fəaliyyət sahəsindən kənar sualların, eləcə də siyasi baxışlarına və etiqadına görə fəaliyyətinə qiymət verilməsini qadağan edən müddəanın əlavə edilməsi təklif olunur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əhliman müəllim. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hesab edirəm ki, qanunvericiliyə edilən doğru düzəlişdir, burada mübahisəyə ehtiyac yoxdur. Məqsəd bütövlükdə əhalinin sağlamlığının qorunması ilə bağlı görülən işləri təkmilləşdirməkdir. Şübhəsiz, biz 2016-cı ildə yəqin ki, səhiyyə sistemində daha ciddi struktur islahatlarının şahidi olacağıq. Burada bir neçə məsələni qaldırmaq istəyirəm. Bilirəm ki, iclasımız onsuz da iki hissəli olacaq, ona görə parlament üzvlərini tələsməməyə səsləyirəm.

Azərbaycan  Respublikası  Mill Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Cənab Sədr, biz kənd bölgələrini təmsil edirik. Məsələn, Bərdə indi Qarabağın mühüm bir strateji nöqtəsidir. Orada 110 kənd var. Əksər kəndlərdə insanlar görüş zamanı məsələ qaldırırlar ki, tibb məntəqəsi ilə təmin olunmaq istəyirik. Düzdür, sovet dövləti bunu müəyyən bir səviyyədə qurmağa çalışıb, amma indi bunlar köhnəliblər.
Bu, ayrı bir söhbətin mövzusudur, amma təkcə Bərdədə əgər dövlət 110 kənddə öz gücü ilə tibb məntəqələri qurmalı olsa, bu, milyardlarla manat vəsait deməkdir. Amma keçmişdə, hər hansı bir tibb məntəqəsini özəl qaydada yaratmaq, açmaq, sertifikatlaşdırmaq, digər lisenziya fəaliyyətlərini yüngül həyata keçirmək, rüşvət verməmək baş versəydi, bu, bir özəl fəaliyyətə çevrilərdi. Onsuz da biz rayon xəstəxanasına öz canımızı qıymırıq, bəzən bunu Bakıda da etmirik, o da ola kənd tibb məntəqəsi. Onun funksiyası nə olacaq bizə bəllidir. Amma dövlət bunları çiynində niyə saxlamalıdır ki? Mən istəmirəm, mövzudan kənara çıxam, əlavə vaxt alam, elə bağçaları götürək. Bağçanı, tibb məntəqəsini niyə dövlət tikməlidir ki? Bölgələrin hamısında özəl təsərrüfat sistemi açılsa, standart müəyyənləşdirilsə, vətəndaş, fiziki şəxs bunu qanunla, “ASAN xidmət” modelində həyata keçirsə, bu, asanlaşar və dövlət o işdən azad olar.
Yeri gəlmişkən, cənab Sədr, mən bir məsələni deyim. Bu gün hörmətli Əli Əhmədov informasiya vasitələrində bildirib ki, səhiyyə obyektlərinin bir çoxu özəlləşdiriləcək. Mən, əlbəttə, buna əsas xilas nöqtəsi kimi baxmıram ki, bu, büdcə üçün çox böyük gəlirlər demək olacaq. Yox. Özəlləşdirmədən təxminən nə qədər vəsait gələ bilərsə, bunu hesablamaq mümkündür. Ancaq biz buna mütləq getməliyik.
Vaxtı ilə Gürcüstanın iqtisadi arxitekturasının əsas müəlliflərindən biri olan Kaxa Bendukidze deyir ki, biz hakimiyyətə gələndə gördük ki, özəl xəstəxanalar, dövlət xəstəxanaları var, dövlətin ayırdığı vəsaitin ümumi daxili məhsulda dəqiq faizi var. Baxdıq ki, bu, dünyada ən aşağı rəqəmdən ibarətdir. Xəstəxanalar da faktiki olaraq vətəndaşa pullu xidmət edir. Bizdə, Azərbaycanda pulsuz tibbi xidmət yoxdur. Kim bunun əksini demək istəyirsə, bircə dəfə istənilən xəstəxanaya gedib onu görə bilər. Ona görə də mən hesab edirəm ki, gələcəkdə bu məsələyə baxış genişlənməlidir. Dövlətin gücü ilə tikilmiş diaqnostik mərkəzlər, yeni xəstəxanalar ölkə başçısının qərarı ilə ən yüksək avadanlıqlarla təmin olunub. Amma insanlarımız yüksək tibbi personal olmadığından öz canını aparıb iranlıya, türkə, israilliyə, yaxud da, almana qıyır. Bizim həkimlərimiz bu texnologiya ilə hələlik xəstələrimizi tam ayağa qaldıra bilmirlər. Ona görə də biz buna getməliyik.
Cənab Sədr, bilirəm ki, bu gün Yeni il ərəfəsindəyik, ikinci məsələyə çox qısa toxunmağıma izin verəcəksiniz. Düşünürəm ki, bir daha xeyirxahlıq göstərəcəksiniz. Bir neçə gün öncə əmək və əhalinin...
Yerdən. (Eşidilmir.)
Z.Oruc. Yaxşı ki, yəhudilər parlamenti spiker kimi oradan idarə etmirlər. Əmək və əhalinin sosial müdafiəsi naziri bəyan etdi ki, Azərbaycanda oğlanların sayı qızların sayını üstələyib. Peyğəmbər əleyhissəlamın varlığının, peyğəmbərliyinin ən ilahi qüdrətindən, gücündən biri də o sayılırdı ki, bədəvi ərəblərin qız uşaqlarına qəddarlığını aradan qaldırdı, normal qanunlar bərqərar etdi, qadına böyük sevgini ortaya qoydu və cəmiyyətdə normal bir harmoniya yaratdı. Biz elə bil ki, bədəvi ərəblərin dövrünə qayıdan ayrı-ayrı addımlar atmışıq. Onların qızları diri-diri basdırmasını biz artıq ana bətnində ultrasəs aparatı ilə həyata keçiririk. Bir müddət sonra bunu hiss edəcəyik. Oğlanlar ailə həyatı qurmaq istəyəcəklər, amma qızlar çatışmayacaq. Bu millətin geninin dəyişməsi prosesi onda gedəcək.
Biz ötən dəfə qanunvericilikdə doğru-düzgün dəyişiklik etdik. Yəni ölüm, soyqırım aparatının dünyaya gəlməyən övladlar üçün oynadığı rolu xeyli neytrallaşdıran addımlar atdıq. Ancaq hesab edirəm ki, yenə də cəmiyyətdə bu proses gedir. Yəni qız uşaqlarını poeziyamızda vəsf etsək də, real həyatda çox da istəmirik. Oğlan, patriarxat, kişi sifətli cəmiyyət qurmaq istəyirik. Mən düşünürəm ki, bu bir az tibbi məsələdir və Əhliman müəllim kimi yüksək səviyyəli bir həkimin olduğu bir yerdə bunun ayrı nöqtələrinə toxunmaq istəmirəm. Amma qanunvericilikdə elə addımlar atmalıyıq ki, bu onun sağlamlığı üçün yarasın, gələcək övladının həyatını məhv etmək üçün yox. Buna görə də məsuliyyət ciddi olsun. Mən bu məsələnin əhalinin təhlükəsizliyinin ən mühüm komponenti saydım və burada qaldırdım. Bu dəyişikliyə də səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Zahid müəllim. Bir məsələ var. Dərdi deyəndə dərmanını da söyləyərlər. Əvvəl dərmanını da fikirləş.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Misal çəkdin ki, uşaq bağçaları özəlləşdirilməlidir. Bilirsiniz ki, Heydər Əliyev Fondu tərəfindən də rayonlarda bağçalar tikilib. Ən aşağı qiymətdə bir uşaq bağçasını saxlamaq üçün hər uşağa 100 manat pul düşür. Hələ bu devalivasiyadan qabaq idi. Indi mənə deyin, kənd, rayon yerlərində onların normal işləməsi üçün insanların bu vəsaiti ödəmək imkanı varmı?
Dünyanın heç bir yerində dövlət bağçaları özəlləşdirilmir. Özəlləri də olur, amma əsas yük dövlətin üzərindədir. Bunlar çətin məsələlərdir. Harada mümkündürsə, özəlləşdirmə getməlidir, amma uşaq bağçaları məsələsi bir az başqa cürdür. Buyursun, Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Mən “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna təklif olunan dəyişikliklərin lehinəyəm. Mən bu dəyişiklikləri mütərəqqi xarakterli, o imtahan verənlərin hüquqlarının müdafiəsinə yönəlmiş hesab edirəm. Ona görə bu qanun layihəsinin lehinə səs verəcəyəm.
Mən, əslində, başqa bir məsələ haqqında danışmaq istəyirəm. Bilirsiniz ki, bir müddət öncə Milli Məclisdə izdivaca, nikaha girənlərin tibb müayinəsi haqqında qanun qəbul etdik. Bu müayinə nəticəsində məlum oldu ki, müayinə olunanların bir qismi ciddi xəstəliklərin daşıyıcılarıdır.
Sovetlər dönəmində profilaktik müayinə məsələsi var idi, biz ona qayıtmalıyıq. Xüsusi olaraq, qeyd etmək istəyirəm ki, Milli Məclisdə yeni Səhiyyə komitəsi yaradılıbdır. Hörmətli Əhliman müəllim görkəmli bir tibb xadimi, səhiyyə işçisidir. Mən ondan xahiş edərdim, bu məsələyə diqqət yetirilsin. Biz həmin profilaktik müayinələri həyata keçirsək, dövlətin bu sahəyə ayırdığı vəsaitə qat-qat qənaət etmiş olarıq. Yəni xəstəliyi müəyyən edib müalicəsinə daha tez başlasaq, daha az vəsait sərf olunar.
Bu mənada, hesab edirəm, kütləvi profilaktik müayinə məsələsinə mütləq qayıtmalıyıq, bu bizə lazımdır. Nəyə görə? Deyirik ki, Avropanın əhalisi çox yaşayır, uzunömürlüdürlər. Həmin o profilaktik müayinələr hesabına onlar uzunömürlüdürlər. Bu, xüsusilə onkologiya sahəsində çox aktual məsələdir. Günü-gündən artır.
Məsələn, sovetlər dönəmində uşaqları ildə bir dəfə ağciyər rentgeninə salırdılar, bu mütləq lazımdır. Bu lazımi tədbirlərdir, çünki ağciyər xərçəngi çox geniş yayılmış bir xəstəlikdir və o çox çətin də müalicə olunur. İnsanları bir neçə ay ərzində tələf edən xəstəlikdir. İstərdim ki, biz bu məsələyə diqqət yetirək, cəmiyyətdə buna böyük tələbat var.
İkinci deyəcəyim məsələni burada hörmətli deputatımız Zahid Oruc qaldırdı, mən ana bətnində qızların tələf edilməsi məsələsi ilə bağlı onun dediklərini dəstəkləyirəm. Həqiqətən də, düzgün müqayisədir, o cahillik dövründə qızları diri-diri torpağa gömürdülər, indi də onları kütləvi şəkildə ana bətnində məhv edirik. Biz düşünməli, ümumi bir fikrə gəlməliyik ki, bu cür problemlərlə necə mübarizə aparaq. Diqqətiniz üçün çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Hörmətli Oqtay müəllim, söz verdiyinizə görə təşəkkür edirəm. İlk öncə bütün həmkarlarımı, şəxsən Sizi qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Hamıya can sağlığı, işlərində uğurlar arzulayıram.
Mən bu qanun layihəsinə səs verəcəyəm, amma fürsətdən istifadə edib bir-iki məsələyə toxunmaq istəyirəm. Birincisi, bu gün dövlətimiz insanların sağlamlığının qorunmasına çox böyük önəm verir və onun üçün hər bir şərait də yaradılıbdır. Sadəcə, qeyd etmək istəyirəm ki, bu gün Nazirlər Kabinetinin 103 saylı 1994-cü il qərarına baxmağın vaxtı artıq çoxdan çatıbdır. Bu xəstələrin qida rasionu ilə əlaqədardır. Ümumiyyətlə, bu məsələlərə yenidən baxılmalıdır ki, xəstələrimiz normal qidalansınlar. Bu onların sağlamlığına çox böyük kömək edir.
İkinci, mən də Gövhər xanımın fikrinə qoşuluram. Qanun qəbul etdik və bu gün nikaha girənlərin qan vermə prosesi düzgün aparılır və çoxlu xəstəliklər aşkar olunur. Lakin bəzən biz çətinliklərlə rastlaşırıq. Mən bu günlərdə bir hadisə ilə rastlaşdım. Nikaha girən iki gənc qan analizi veriblər, lakin nəticəni gözləmədən “imam nikahı” ilə evləniblər. 15 gündən sonra cavab gəlib ki, həmin gənc VİÇ xəstəsidir. Mən bu gün üzümü bütün Qafqazın şeyxi hörmətli Allahşükür Paşazadəyə tuturam və xahiş edirəm ki, mümkünsə, din xadimlərimiz bu işdə bizə kömək etsinlər, belə proseslərin qarşısı alınsın. Əgər rəsmi nikah yoxdursa, bu cür nikah qıyılmasın. Həmin gənclər 15 gün gözləyə bilərdilər. Analizin cavabı gələnə qədər gözləsəydilər, yəqin ki, belə bir vəziyyət alınmazdı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən bir məsələni deyim. Artıq Şeyxülislam tərəfindən tapşırılıb ki, rəsmi nikah kağızı olmayınca kəbin kəsilməsin. İstərdim, bunu biləsiniz. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.27 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, Əmək Məcəlləsinin 67-1-ci maddəsinə düzəliş edilir. Bu, Konstitusiyanın 25-ci maddəsinin üçüncü bəndinə uyğun olan düzəlişdir. “Dövlət qulluğu haqqında” Qanundakı məsələnin burada həllidir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna edilən dəyişiklikdə bu özünü göstərib.
Bu gün bir həqiqətdir ki, Azərbaycanda həm səhiyyədə, həm digər sahələrdə çox güclü, dünya səviyyəli maddi-texniki baza var. Maddi-texniki bazanın bu cür güclü olmasına baxmayaraq, bu gün kadr problemlərimiz var.
Burada sertifikasiya, adamların iş keyfiyyətinin öyrənilməsi zamanı kənar məsələlərə diqqət yetirməmək önə çəkilibdir. Təsəvvür edin ki, sertifikasiya zamanı təxminən yarım saat vaxt ayrılır. İndi o yarım saat vaxtın 15 dəqiqəsini burada yazılan məsələlərə həsr edəndə, təbii ki, biz mütəxəssisi seçə bilmirik. Bu dəyişiklik bizim digər qanunlarımıza da edilir. Ona görə deputat həmkarlarımı buna səs verməyə çağırıram. Düşünürəm ki, bu dəyişiklik mütəxəssislərin iş keyfiyyətini daha da yaxşılaşdırmağa kömək edəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, mən də burada səslənən təbriklərə qoşuluram, hamınıza yeni ildə uğurlar arzu edirəm. Mən də bu dəyişiklikləri dəstəkləyirəm, sadəcə olaraq, bir neçə məsələyə toxunmaq istəyirəm.
Oqtay müəllim, bu yaxınlarda bir neçə böyük dövlət qurumu, məsələn, “Azəriqaz” Səhmdar Cəmiyyəti ixtisarlara başlayıb. Təbii ki, biz bunu başa düşürük, optimallaşma, müəyyən istiqamətə dəyişmə var. Amma bunun adını belə qoyurlar ki, iş həcmi azalır, insanların müəyyən problemləri olur və bu baxımdan optimallaşdırırıq. Yeni iş yerləri nəinki açılmır, əksinə, mövcud iş yerləri də ixtisara düşür. Təbii ki, müəyyən iqtisadi qanunlar var, buna uyğun gedir, amma məsələ nədən ibarətdir?
Məsələn, Səbail rayonunda çilingər vəzifəsində işləyənə attestasiya zamanı deyilir ki, siz neçə ildir işləmisiniz, artıq çilingər vəzifəsinə uyğun deyilsiniz. Çilingərin bu attestasiyaya, ümumiyyətlə, təkmilləşdirilməyə ehtiyacı yoxdur axı. Mən çox xahiş edərdim ki, müvafiq dövlət qurumları Əmək Məcəlləsinin ciddi şəkildə pozulmasına diqqət versinlər. Yəni belə bir zamanda biz fəhlə sinfinə daha çox dəstək olmalıyıq.
Mən çalışdım ki, müəyyən diplomatik vasitələrlə bu məsələnin məntiqinə gəlib çıxa bilim. Yəni nəyə çilingər vəzifəsində çalışan, çox da böyük maaş almayan bir şəxs belə hallarla üzləşir? Mən gördüm ki, bir çox istiqamətlərdə də belə problemlər mövcuddur. Mən Əli müəllimə də bu məsələ ilə bağlı müraciət edəcəyəm. Biz Əmək Məcəlləsinin nöqtə və vergülünə kimi tətbiqinə çox ciddi nəzarət edirik. Yəni indiki məqamda biz bu insanlara daha böyük dəstək olmalıyıq.
Mən dəyişiklikləri dəstəkləyəcəyəm və xahişim ondan ibarətdir ki, dövlət qurumlarının nümayəndələri bu məsələyə diqqətlə yanaşsınlar. Hamımız çalışmalıyıq ki, fəhlə sinfimiz, bu istiqamətdə çalışan insanlar dünyada baş verən iqtisadi böhranı hissi etməsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.32 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyafət müəllim.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanununa edilən dəyişikliklər attestasiyanın keçirilməsi ilə bağlıdır. Artıq hörmətli həmkarlarım bu barədə məlumat verdilər. Bununla əlaqədar qanuna 17.9 və 17.10 maddələr əlavə olunur. Yenə də burada söhbət fövqəladə hallar orqanlarında çalışan əməkdaşların attestasiyası zamanı onlara verilən sualların hansı xarakterdə və bilavasitə onların fəaliyyəti ilə bağlı olmasından gedir.
İkinci, 17.10-cu maddədə isə qeyd olunur ki, nəticələr sədr, katib və attestasiya komissiyasının üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır. Biz artıq bu qəbildən olan bir neçə qanun layihəsini qəbul etdik, yəqin hələ bundan sonra da bu davam edəcək. Bunlar dövlət orqanlarında çalışan əməkdaşların fəaliyyətinə geniş şərait yaradılması və eyni zamanda, şəffaflığın gücləndirilməsi məqsədi daşıyır. Ona görə sizdən xahiş edirəm, bu qanun layihəsinə də müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: Qəbul edildi


Çox sağ olun, qəbul edildi.
Növbəti 7 və 8-ci məsələlər haqqında Əli müəllim məlumat verdi. Onları ayrı-ayrılıqda səsə qoyuruq. Xahiş edirəm, gündəliyin 7-ci məsələsinə – Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.34 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Xahiş edirəm, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.35 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 2
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
9-cu məsələ də bu qəbildəndir, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Eyni dəyişiklikdir, ona görə xahiş edərdim ki, buna da müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.36 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi sahibkarlıq fəaliyyətinin xüsusi razılıq tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə hazırlanmışdır.
Təklif olunur ki, 23.1 maddəsi aşağıdakı redaksiyada verilsin: “Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Bakı şəhərində həyata keçirildikdə, habelə eyni vaxtda həm Bakı şəhərində, həm də Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə həmin fəaliyyət növü üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir”.
23.2-ci maddədə isə yazılır: “Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumunun 50 faizi ödənilir”. Bütövlükdə qanun layihəsi rüsumların azaldılmasına, eyni zamanda, sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə yönəldilmişdir. Ona görə də millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.38 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Bu məsələyə iki komitədə baxılıb. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, 11, 12, 13-cü məsələlər mahiyyətcə eynidir. İcazə versəniz, məlumat verərdim.
Yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili ilə bağlı valideynin, onu əvəz edən şəxsin öz vəzifələrini yerinə yetirməməsinə görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət mövcuddur. Bu cərimə sanksiyasıdır və mövcuddur.
Biz 2015-ci ilin 29 may tarixində parlamentdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik etdik. Hesab edirəm, tamamilə düzgün olaraq qeyd etdik ki, bu vəzifələr üzrlü səbəblər olmadan yerinə yetirilmədikdə məsuliyyət yaranır. Çünki bəzi hallarda valideyn üzrlü səbəbdən öz vəzifəsini yerinə yetirə bilmir. Xəstəliklə bağlı və yaxud da əmək qanunvericiliyində göstərilmiş digər üzrlü səbəblər olduqda bu hal baş verə bilir.
Həmin bu “üzrlü səbəblər olmadan” anlayışı İnzibati Xətalar Məcəlləsində var. İndi də “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntuların profilaktikası haqqında” Qanunda, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də və “Polis haqqında” Qanunda, – çünki bu məsələni araşdırmaq polisin səlahiyyətidir, – “üzrlü səbəblər olmadan” ifadəsi yazılır. Çünki onu icra edən orqan və əsas qanunlarda bu ifadə yox idi, yalnız İnzibati Xətalar Məcəlləsində var idi. Məncə, çox aydın bir məsələdir və millət vəkillərindən buna səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aqiyə xanım, əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu. Çıxış etmək istəyənlər var. Fərəc Quliyev buyursun.
F.Quliyev. Sağ olun, Oqtay müəllim. 51.3-cü maddədə narkotik vasitələrə qurşanma, başqalarına bədən xəsarəti yetirmə və sair kimi çox ağır nəticələrə gətirib çıxaran vəziyyətlər var. Burada həmin valideynlər və yaxud da onları əvəz edən şəxslər, 50 manatdan 100 manata qədər miqdarda cərimə edilirlər.
Bu, profilaktik məqsəd üçün heç də yararlı bir şey deyil. Mən hesab edirəm ki, törədilmiş əmələ görə bu valideynlər və yaxud da onları əvəz edən şəxslər üçün adekvat məsuliyyət müəyyənləşməlidir və onlar müəyyən cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu, profilaktik baxımdan çox əhəmiyyətli olar, çünki belə valideynlər cəmiyyət üçün artıq adamlar və hesab edirəm ki, yükdürlər. Uşağını narkotikaya qurşanmasına qədər şərait yaradırsa, onlar haqqında belə yüngül cəzanın qəbul olunması doğru deyil. Mən demirəm ki, burada mütləq bu nəzərə alınsın, amma gələcəkdə bu hərəkətlərə adekvat məsuliyyətin müəyyənləşdirilməsi çox vacib şərtdir. Təşəkkür edirəm.
Sədrlik edən. Aytən Mustafayeva.
A.Mustafayeva. Təşəkkür edirəm. Təəssüflər olsun ki, son zamanlar üzləşdiyimiz hadisələr bir daha göstərdi ki, bizdə təhsildə və uşaqlara nəzarətdə böyük problemlər var. Sovet dövründə yaşamışıq və bilirik ki, o vaxt təhsildən kənarda qalmaq, məktəbə getməmək qeyri-mümkün idi. Dərhal həm məktəb rəhbərliyi, həm yetkinlik yaşına çatmamış uşaqlarla iş üzrə polis müvəkkili, həm də ailə birlikdə tədbir görərdilər və bu cür pozuntuların qarşısını alardılar. İndi təəssüflər olsun ki, belə iş birliyi yoxdur. Bunu biz Nardaran hadisələrində gördük. Uşaqlar əllərində müxtəlif əşyalarla qışqıra-qışqıra ortalığa düşmüşdülər. Ekstremist dini radikalların təsiri altında olan bu uşaqlar nə məktəb görürlər, nə də mədəniyyət. Sual olunur ki, nə üçün?
Fikrimizcə, icbari ümumi orta təhsil sahəsində qanunvericilik qüsursuz olsa da, orada təsbit edilən ümumi normaların həyata keçirilməsinin konkret mexanizmi olmadığından bu sahədə problemlər yaranır. Hesab edirik ki, həmin mexanizmin müəyyən edilməsi, belə problemlərin aradan qaldırılması və işlərin vahid mərkəzdən kompleks şəkildə idarə edilməsi və əlaqələndirilməsi üçün ailələrinin ağır sosial vəziyyəti və digər səbəblərə görə təhsildən yayınan uşaqlara nəzarət üzrə milli qurum yaradılması məqsədəmüvafiq olardı. Heç olmasa, müəyyən bir zaman üçün bunu düşünmək olar.
Bu, doğrudan da, faciədir və Azərbaycanda yaşanır. “Dəvəquşu siyasəti” deyirlər. Başımızı torpağa basdırıb deyə bilərik ki, problem yoxdur. Biz hamımız bilirik ki, Bakı kəndlərində, cənub bölgəsində uşaqlar 9 yaşından sonra məktəbə getmirlər. Gah deyirlər ki, geyim almağa pulumuz yoxdur, gah da deyirlər ki, yazıb-oxuya bilir, daha məktəbə getməsi vacib deyil. Təəssüflər olsun ki, hələlik hökumət bu məsələni heç cür həll edə bilmir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən maarifləndirmə işləri aparır, amma bu ailələrə təsir etmək üçün mexanizmlər işlənməlidir. Təhsildən yayınaraq əmək fəaliyyəti ilə məşğul olan, valideynləri və digər şəxslər tərəfindən əməyi istismar edilən 6-15 yaşlı uşaqların aşkar edilməsi üzrə iş aparmaq lazımdır. Belə halları aşkar etdikdə uşaq əməyini qanunsuz istismar edənlərin qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə cəlb edilməsi üçün polis orqanları qarşısında məsələ qaldırmaq və bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat vermək bu qurumun vəzifələrindən biri olmalıdır.
Həqiqətən, ağır sosial vəziyyətdə olan ailələrə qanunvericilikdə nəzərdə tutulmuş sosial təminat növləri təqdim edilməsinə kömək göstərmək olar. Bundan sonra da eyni hallar təkrar olunarsa, ailənin müvafiq sosial təminatdan məhrum edilməsi və uşaqların ailələrdən götürülərək internatlara və xüsusi təhsil müəssilərinə yerləşdirilməsi təmin edilməlidir. Bu qaydaların həyata keçirilməsinə dəfələrlə qərəzli şəkildə maneə törədən valideynlərin valideyn hüquqlarından məhrum edilməsi üçün məsələ qaldırmaq olar.
Təəssüflər olsun ki, böyük problemlərdən biri də asudə vaxtın təşkili məsələsidir. Yenə də bir anlıq sovetlər vaxtına qayıdaq. İndi başa düşürük ki, o vaxt çox müsbət təcrübələr var idi. Uşaqlar indi nə üçün avara gəzirlər? Bizdə idman kompleksləri tikilib. Amma təəssüflər olsun, ora gedən demək olar ki, yoxdur, çünki pulludur. İmkanlı ailələr üçün bu problem deyil, amma sosial vəziyyəti, imkanı daha aşağı olan təbəqə nə eləməlidir? Ona görə idman kursları, şahmat, rəqs, musiqi, bədii yaradıcılıq kimi dərnəklər icbari olmalıdır ki, bu uşaqların asudə vaxtı formalaşsın və nəticədə onlar boş-boşuna gəzməsinlər və pis təsir altına düşməsinlər. Bu dərnəklərdə idman kurslarında iştirak məcburi olmalıdır. Biz normal, sağlam və gözəl azərbaycanlıların yetişməsi haqqında da düşünməliyik.
Bir misal gətirim. Hollandiyada bütün uşaqlar uşaq vaxtından üzgüçülüklə məşğuldurlar. Onun üçün hollandlar gözəl, uca boyludurlar. Təəssüflər olsun ki, bizim millət getdikcə cılızlaşır. Əsgərliyə gedən uşaqlara, – onlara yalnız uşaq demək olar, – gənclərə baxanda adam dəhşətə gəlir ki, yazıqlar orada məni, dövləti, ölkəni necə müdafiə edəcəklər? Nə idmanla məşğul olurlar, nə fiziki gücləri var, nə də sağlamlıqları. Onun üçün mən hesab edirəm ki, bu məsələlər qanunvericiliyə salınmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Aytən xanım. Xanımsınız, sözünüzü kəsmədim. Siz tamamilə mövzudan kənara çıxdınız. Biz Uşaq hüquqları, Təhsil haqqında qanunlardan danışmırıq. Siz Azərbaycanı elə bədbin şəkildə təqdim elədiniz ki, sanki bizdə heç məktəbə gedən yoxdur, hamı küçələrdədir. Xahiş edirəm, Milli Məclisdə çıxış etdiyinizi unutmayasınız.
Deyirsiniz ki, təzə polis qurumları yaradaq. Polislərin işi azdır, yeni qurumlar yaradaq? Xahiş edirəm, çıxış edəndə ölkəni alçaltmayın. Azərbaycan idmançıları dünyaya səs salıb, mötəbər idman yarışlarında uğurla çıxış edirlər.
Adamlarımız balacadır, hollandiyalılar uca boyludur, deyirsiniz. Hollandiya şimal zonasında yerləşir, boyları 1 metr 80 santimetrdir. Yaşadığımız yer cənub zonasıdır, ona görə bu cür boy ölçüsü bizdə çox azdır. Xahiş edirəm, çıxışlarınıza bir az fikir verin.
Yazılanlardan təkid edən varmı? Onda xahiş edirəm, gündəliyin 11-ci məsələsinə münasibət bildirin.

Səsvermənin nəticələr (saat 13.51 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, sizdən xahiş edirəm ki, konkret gündəlikdəki məsələ haqqında danışaq. Mən bunu ona görə yenə deyirəm ki, hamı üçün aydın olsun.
Xahiş edirəm, gündəliyin 12-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.52 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, gündəliyin 13-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.53 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, 13-cü məsələyə münasibət bildirək. Yox, üzr istəyirəm, 13-cü məsələ səsə qoyuldu. Mən bir az əsəbiləşdim deyə fikir vermədim. 3 məsələ səsə qoyuldu.
Növbəti məsələ “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Cənab Sədr, 14-cü və 15-ci məsələlər bir məktubla gəlib və üzvü sürətdə bir-biri ilə bağlıdır. İcazə versəniz, hər ikisini məruzə edərdim.
Biz bir neçə il bundan əvvəl “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əhəmiyyətli dəyişikliklər etdik. Onun mahiyyəti 15 yaşı tamam olmamış vətəndaşların fərdi identifikasiya kartının alması ilə bağlı idi. Amma müəyyən bir dövrdə fərdi identifikasiya kartlarının hazırlanmasına zaman tələb olunurdu. Bir sıra maddi-texniki tədbirlər həyata keçirilirdi. İndi də bu tədbirlər həyata keçirilir.
Məhz buna görə də “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna keçid müddəaları əlavə olunur. Göstərilir ki, 15 yaşı tamam olmuş vətəndaşlar fərdi identifikasiya kartını hansı dövrdən hansı dövrə qədər və hansı qaydada alacaqlar. Yəni 2017-ci ilin yanvar ayının 1-dən 2020-ci ilin yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqələri həmin fərdi identifikasiya kartını əvəz edəcək. Yəni xüsusi keçid müddəasıdır.
Eyni zamanda, tam keçidin 2020-ci ildə olması ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna da bir əlavə olunur. Belə bu qanunun qüvvəyə minməsi 2020-ci il yanvarın 1-ə təklif olunur. Bir daha vurğulamaq istəyirəm ki, 2017-ci ildən proses başlayacaq və bir sıra maddi-texniki məsələlər öz həllini tapacaq. Amma 2020-ci ildən artıq 15 yaşı tamam olmuş şəxslərin fərdi identifikasiya kartı ilə təmin olunmasında heç bir keçid müddəasına ehtiyac olmayacaq. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm 14-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Xahiş edirəm, 15-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.56 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Gündəliyin 16-cı məsələsi “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, “Avtomobil yolları haqqında” Qanunun 40-5-ci maddəsinə əlavə təklif olunur. Bu əlavə avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsinə dair tələbləri özündə ehtiva edir.
Qeyd etmək istəyirəm ki, bu tələblər “Yol hərəkəti haqqında” Qanunda öz əksini tapıb. Həmin qanunu biz bir müddət bundan əvvəl qəbul etmişik. Belə ki, avtomobil yollarının yaşayış məntəqələrində keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasındakı məsafə 400–800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150–300 metrdir. Biz bunu bir neçə ay bundan əvvəl qəbul etmişik. Bu müddəa qanunun 9-1-ci maddəsində öz əksini tapıb. “Avtomobil yolları haqqında” Qanunun müvafiq maddəsində bir göstəriş var ki, məsafələr “Yol hərəkatı haqqında” Qanunun 9-1-ci maddəsinə uyğun olmalıdır. O maddəni də mən sizə səsləndirdim və məsafələri də qeyd etdim. Texniki düzəlişdir, bu qanunlar bir-biri ilə sıx bağlıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 13.58 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Hörmətli millət vəkilləri, gündəlikdə qalan digər məsələlər əsasən qanunlara dəyişikliklərdir. Əgər etiraz eləmirsinizsə, tənəffüssüz işləyək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sağ olun.
Növbəti məsələ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun yekun müddəaları mövcuddur. Təklif olunan əlavə bu qanunun Cinayət-Prosessual Məcəlləsinə və “Polis haqqında” Qanuna uyğunlaşdırılmasından ibarətdir. Belə ki, hər iki qanunda polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılmasının və orada yaşayanların iradəsinə zidd olaraq mənzilə daxil olmasının yol verilməzliyi göstərilir.
Eyni zamanda, hər iki qanunda buna hansı hallarda yol verilməsi də sadalanır. Misal üçün, “Polis haqqında” Qanunda konkret göstərilib ki, hakimin qərarı olduqda vətəndaşın mənzilinə daxil olmaq olar. Hətta hakimin qərarı olmadıqda belə, əgər cinayət törədilibsə, mənzildə insan meyiti aşkarlanıbsa, polis cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq vətəndaşın mənzilinə daxil ola bilər. Bu baxımdan, təbii ki, “Polis haqqında” Qanunda və Cinayət-Prosessual Məcəlləsində qüvvədə olan normaların “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda da öz əksini tapması vacibdir, çünki vətəndaşların qeydiyyat məsələsi məhz bu qanunla tənzimlənir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.00 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
18-ci məsələ İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, biz, ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsində sanksiyalarla, onların aşağı və yuxarı həddi ilə bağlı bir qədər yeni yanaşma tətbiq edirik. Məlumat üçün deyim ki, həmkarımız Vüsal Hüseynov bu gün İnzibati Xətalar Məcəlləsini məruzə edəndə bu barədə geniş məlumat verəcəkdir. Qanunvericilik subyekti cənab Prezident tərəfindən təklif olunmuş bu layihədə də sanksiyaların aşağı və yuxarı hədləri arasında məsafənin azaldılması təklif olunur.
Bilirsiniz ki, əmək qanunvericiliyinin pozulması ilə bağlı sanksiya 1000 manatdan 3000 manata qədər idi. Artıq belə bir yanaşma var ki, sanksiyalar arasındakı belə böyük fərq həm də sui-istifadəyə gətirib çıxarır. Sanksiyalar daha konkret olmalı və onların aşağı-yuxarı hədləri arasındakı məsafə daha qısa olmalıdır. Buradakı dəyişiklik onun qısaldılmasına yönəlib. “3000 manatadək miqdar”, “2000 manatadək miqdar”la əvəz olunur. Sonrakı məruzədə də görəcəyik artıq İnzibati Xətalar Məcəlləsində bu siyasət seçilir. Hesab edirəm ki, bu, təqdirəlayiqdir və düzgün yanaşmadır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.02 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
19-cu məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Hörmətli həmkarlar, Əmək Məcəlləsində istehsalat təqviminin və iş vaxtının normasının müəyyənləşdirilməsi tələbi qoyulub. Dəyişiklikdə həmin normanın və təqvimin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunması təklif olunur. Təbii ki, cənab Prezidentin fərmanında bunun hansı müvafiq icra hakimiyyəti orqan olması göstəriləcək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.03 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Bu dəyişikliyə Mədəniyyət komitəsi ilə bizim komitədə birgə baxılıb. Məsələ burasındadır ki, qanunvericiliyin tələbinə görə kino və videofilmlər dövlət reyestrində qeydiyyata alınmalıdır. Təəssüf ki, bir sıra hallarda onlar qeydiyyata alınmadan kinoteatrlara çıxarılır. Təklif olunur ki, kino və vediofilmlər Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan Respublikasının ərazisində yayımlanarsa, 2000 manat miqdarında cərimə olunur. Hesab edirəm ki, bu həm də bir sıra pirat nümayişinin qarşısının alınmasına da köməklik göstərəcək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.05 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
21-ci məsələ “Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Rafael Hüseynov.
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Qanunlarımız bütöv bir şəbəkədir. Təbii ki, bu qanun layihəsinə edilən dəyişiklik də ümumi qanun şəbəkəsi ilə koordinasiyanı daha artıq təmin etmək mahiyyəti daşıyır. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun “Kütləvi informasiya vasitələrinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi” adlı 19-cu maddəsinə dəyişiklik nəzərdə tutulur:
Bu qanunda edilməsi nəzərdə tutulan dəyişiklik “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2015-ci il 24 fevral tarixli 1213-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Belə ki, dəyişiklik televiziya və radio yayımçılarının fəaliyyətinin dayandırılmasının və ya onların fəaliyyətinə xitam verilməsinin təsisçinin və məhkəmənin qərarı ilə yanaşı “Televiziya və radio yayımı haqqında” Qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə də həyata keçirilməsini nəzərdə tutur”. Düşünürəm ki, zəruridir və yerində olan bir dəyişiklikdir. Həmkarlarımı bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Beynəlxalq təcrübədə var ki, yayıma nəzarət eləyən müvafiq dövlət qurumları hər hansı bir televiziyanın fəaliyyətini müəyyən müddətə dayandıra bilərlər. Əgər onlar qanunvericiliyi pozarlarsa, öz fəaliyyətlərində nöqsanlara yol verərlərsə, bu hal baş verə bilir. Amma Azərbaycanda reallıq belədir ki, əgər biz bu qanunu qəbul eləsək, ANS televiziyasının bağlanmasına bərabər bir qərar olacaq. Bizim hörmətli Nuşirəvan Məhərrəmli yəqin ki, bu kanalın fəaliyyətinə imkan verməyəcək və iki gündən bir onun fəaliyyətini dayandıracaq.
Təəssüf edirəm ki, Nuşirəvan müəllimlə ANS-in rəhbərliyi arasındakı münasibətlər qarşılıqlı hörmət və əməkdaşlığa söykənmir və bu da cəmiyyətdə əlavə narahatlıq yaradır. Yaxşı olar ki, müvafiq dövlət orqanları bu məsələyə müdaxilə eləsinlər və burada normal əməkdaşlıq mühiti yaradılsın.
İndiki halda isə düşünürəm ki, bu dəyişikliyin edilməsi bir az tezdir. Nə qədər ki, bizdə hələ normal münasibətlər qurulmayıb, bu, müəyyən sui-istifadə hallarına yol açacaq. Heç kimə sirr deyil ki, biz, həqiqətən də, Azərbaycanın ilk müstəqil telekanalı olan ANS-ə bir az ögey münasibət göstəririk. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil Mustafa, buyurun.
F.Mustafa. Çox sağ olun, Oqtay müəllim. Mən bir məsələyə diqqət çəkmək istəyirəm. Əslində, biz bu tendensiyanı qanunlara gətirmiş olarıqsa və icra orqanı istənilən qurumun fəaliyyətini özünün qərarı ilə dayandıra bilərsə, Azərbaycanda faktiki olaraq məhkəmənin araşdırmasına ehtiyac qalmayacaq. Artıq məhkəmə hakimiyyətinin fəaliyyəti icra orqanı ilə bölüşdürülür. Bunun bir yolunu tapmaq lazımdır. Təbii ki, mən xüsusiləşdirmək istəmirəm, hansısa kanalla münasibətdə müəyyən problemlər varsa, bu, açıq formada da deyilə bilər.
Amma məni burada düşündürən başqa məsələdir. Hansısa bir qurum öz qərarı ilə 3 gün müddətində yayımı müvəqqəti dayandıra bilər. Qanuna görə həmin qurumun məhkəmə qarşısında iddia qaldırmaq hüququ var. O, 3 gün müddətində iddia ilə əsaslandırmalıdır ki, nəyə görə bunu bağladım və ya qapatdım, fəaliyyətinə xitam verdim. Bu olmasa, o deməkdir ki, artıq müəyyən icra qurumu məhkəmənin funksiyasını tam mənimsəyir və bu ənənə Azərbaycanda çox təhlükəli bir tendensiyanın əsasını qoyur. Bu, çıxış yolu deyil. Əgər bir kanal problemli veriliş verirsə, yaxud da dövlətin konstitusion əsaslarına zərbə vuran addım atırsa, bunun yolu məhkəmədən keçir.
Sabah özəlləşdirmə ilə bağlı məsələlər qaldırılacaq. Müvafiq qurum məhkəmənin qərarı olmadan istənilən mülkiyyət vəsiqəsini ləğv eləyə bilər, artıq buna keçə bilər. Yaxşı olar ki, qanunda bu cür dəyişiklik əvəzinə bir az yumşaldıcı variant olsun. Göstərilsin ki, dövlət orqanının qərarı ilə 3 gün ərzində müvəqqəti dayandırıla bilər və ondan sonra məhkəməyə iddia ilə müraciət eləyib məhkəmə qaydasında onun fəaliyyətinə xitam verilə bilər. Məhkəmənin qərarı önə çəkilməlidir. Bu, məncə, konstitusiyamıza daha uyğun olar və biz də belə bir konstitusion pozuntunun altına imza atmarıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil müəllim, kim onun məhkəməyə müraciət etmək hüququnu əlindən alır? Əlindən alınmır, yerində qalır. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də sizi salamlayıram. “Televiziya və radio yayımı haqqında” Qanunda nəzərdə tutulur ki, Milli Televiziya və Radio Şurası, yəni icra orqanı hər hansı bir televiziyanın yayımını, proqramını qapada bilər. Ancaq burada söhbət ondan gedir ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanun da “Televiziya və radio yayımı haqqında” Qanundakı dəyişikliyə uyğunlaşdırılır. Artıq belə bir qanun var.
Hörmətli Sədr, televiziya kifayət qədər strateji bir sahədir. Azərbaycanın paytaxtında, ayrı-ayrı şəhərlərdə, regionlarda, televiziya və radiolar fəaliyyət göstərir. Ola bilsin, günlərin birində hansısa bir televiziya ölkədə konstitusion quruluşu devirməklə bağlı çağırışlar edir. Əgər bu məhkəməyə verilərsə, məhkəmə prosedurları kifayət qədər uzun çəkəcək. Belə bir məqamda həmin çağırışları edən kanalın qapanması üçün mütləq bir icra orqanına, indiki məqamda Milli Televiziya və Radio Şurasına şərait yaradılır. Bu kifayət qədər önəmli məsələdir. Mən istərdim ki, bu məsələyə hansısa qurumlar arasında münasibətlər fonunda baxmayaq. Ölkəmizin təhlükəsizliyi naminə belə bir addımın atılması çox vacibdir. Dünyanın əksər ölkələrində bu məsələləri idarə edən qurumlara belə bir imkan verilir. Mən bu dəyişikliyə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əflatun müəllim. Əvvəlki cümlənizdə də dediniz ki, bu qanun artıq qəbul olunub. Burada uyğunlaşdırmadan söhbət gedir. Bunu təzədən hər tərəfdən qaldırmağın nə mənası var? Bahar xanım, buyurun.
B.Muradova. Çox təşəkkür edirəm, Oqtay müəllim. Siz düzgün vurğuladınız və arada da müdaxilə etdiniz. Mən sizin bayaqkı fikrinizi yenidən xatırlatmaq istəyirəm. Parlamentdə qanunlar müzakirə olunur. Azərbaycan dövlətinin qarşısına qoyduğu hədəflər və tutduğu yola, yeritdiyi siyasətə və beynəlxalq standartlara uyğun şəkildə qanunlarımızı qəbul etmək üçün burada işləyirik. Burada müəyyən məsələləri konkret şəxslərin və ya şəxslər arasında olan münasibətlərin üzərinə yönəldilməsi yalnız lazımsız söz-söhbətin yaranmasına gətirib çıxara bilər. Mən hesab edirəm ki, Siz onu çox doğru vurğuladınız. Biz də parlament üzvləri olaraq bunu nəzərə almalıyıq.
Əflatun müəllimin vurğulamasına gəldikdə isə, hesab edirəm ki, bəli, doğrudan da, burada söhbət hansısa dəyişiklikdən, yeni səlahiyyət vermədən və ya kiminsə səlahiyyətini mənimsəmədən getmir, qəbul olunmuş qanunun müddəalarının uyğunlaşdırılmasından gedir. Mən həmkarlarımdan çox xahiş edərdim ki, çıxışlarında belə lazımsız müzakirələrə yol açmasınlar. Azərbaycan cəmiyyəti kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti sahəsində çox ciddi nailiyyətlər əldə edib və dövlətin özünün marağındadır ki, bu nailiyyətlərdən bir addım belə geri çəkilməsin.
O ki qaldı bu nailiyyətlərdən sui-istifadəyə, bunun da qarşısını almaq üçün məsuliyyətlər var. Məhz həmin məsuliyyətin artırılmasından söhbət gedir. Hesab edirəm ki, biz məsələləri bu müstəvidə yox, məhz qanun yaradıcılığı müstəvisində müzakirə etməli və hüquqi təfəkkürdən bu məsələlərə yanaşmalıyıq. Təşəkkür edirəm.
Sədrlik edən. Başqa təkliflər yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.15 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyurun, Bəxtiyar Sadıqov.
B.Sadıqov, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini.
Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Qanuna dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, vaxtilə xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən sahələr üzrə magistirlərin seçilməsində başqa qaydalar var idi. O qaydalar dəyişdirilib. O vaxt magistraturaya qəbul da məhdudiyyətlər çərçivəsində aparılırdı. Indi o məhdudiyyətlər götürülüb, magistraturaya ümumi əsaslarla qəbul olunmaq üçün geniş imkanlar açılıb. Bu da hesab edirik ki, bu gün təhsil strategiyasına və Azərbaycanda təhsil sahəsində aparılan islahatlara tam uyğundur. Ona görə də xahiş edirik ki, bu qanun layihəsinə səs verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.18 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul olundu.
Növbəti məsələ “Bələdiyyə qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyurun, Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun. Cənab Sədr, hörmətli həmkarlar! “Bələdiyyə qulluğu haqqında” Qanunda edilən dəyişiklik bu ilin aprel ayında “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun qəbulu ilə əlaqədardır. “Bələdiyyə qulluğu haqqında” Qanunun “Bələdiyyə qulluqçularının vəzifələri” adlanan 7-ci maddəsinə “öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasına” sözlərindən sonra ”Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının digər qanunlarına” cümləsi əlavə edilir. Düzəliş bundan ibarətdir.
Sizə verilən variantda 8-ci maddəyə “Vəzifələrin icrası zamanı “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqpozmaları törətmək və qulluqla bir araya sığmayan hərəkətlərə yol vermək” cümləsi əlavə edilib. Komitədə müzakirə zamanı belə qənaətə gəldik ki, ikinci düzəlişə ehtiyac yoxdur, bu məsələ işçi qaydasında razılaşdırılıb. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.21 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsidir. Buyurun, Vüsal Hüseynov.
V.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlar! İnzibati Xətalar Məcəlləsi hər bir ölkənin hüquq sistemində məsuliyyət müəyyən edən əhəmiyyətli qanunlardan biridir. Bu səbəbdəndir ki, bu qanuna tez-tez əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranır.
Ölkəmizdə qüvvədə olan İnzibati Xətalar Məcəlləsi 2000-ci il 11 iyun tarixində qəbul edilmişdir. Həmin müddətdən keçən dövr ərzində məcəlləyə 280-dən artıq əlavə və dəyişikliklər edilmişdir.
Bu gün parlamentin müzakirəsinə təqdim edilən yeni İnzibati Xətalar Məcəlləsi özündə bir sıra yenilikləri ehtiva edir və mövcud məcəllə həm texniki, həm də məzmun baxımdan təkmilləşdirilir.
Yeni məcəllədə 608 maddə və 40 fəsil mövcuddur. Mövcud məcəllə ilə bunu müqayisə etsək, burada 5 fəsil və 150 maddə artıqdır. Fəsillərdə yaranan artım sayı bir yeni fəslin əlavə edilməsi ilə bağlıdır. Bu da inzibati xətalar üzrə işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən elektron informasiya ehtiyatlarının yaradılması ilə bağlıdır. Digər yeni 4 fəsil isə mövcud məcəllədə olan maddələrin sistemləşdirilməsi nəticəsində yaranmışdır. Maddələrdə isə artım əsasən mövcud məcəllədə olan tire ilə işarələnmiş maddələrin yenidən sıralanması və qismən isə yeni maddələrin əlavə edilməsi ilə bağlıdır. Bu maddələr barədə mən sonda qeyd edəcəyəm.
Yeni İnzibati Xətalar Məcəlləsi layihəsinin əsas yeniliyi ondan ibarətdir ki, bu, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa tam uyğunlaşdırılmışdır. Məcəllə layihəsinin mətnindən bir-birini təkrarlayan, sui-istifadəyə şərait yaradan, qeyri-müəyyən olan maddələr çıxarılmışdır. Eyni zamanda, “bir qayda olaraq”, “orqan edə bilər”, “müstəsna hallarda edə bilər”, “zəruri hallarda edə bilər” kimi ifadələr götürülmüşdür.
Xüsusi hissədə olan sanksiyalar ümumi hissədə müəyyən edilmiş hədlərə uyğunlaşdırılmışdır. Hörmətli həmkarım Əli müəllim də, bu yanaşmanı qeyd etdi. Sanksiyaların yuxarı və aşağı hədləri arasındakı fərq azaldılmış, əksər sanksiyalar üçün məbləğ mütləq rəqəmlə ifadə edilmiş, ictimai təhlükəlilik dərəcəsi eyni olan əməllərə görə sanksiyalar uzlaşdırılmış, iqtisadi fəaliyyət sahəsində olan xətalara görə sanksiyanın məbləğinin vurulmuş ziyanın müvafiq mislinə görə hesablanması müəyyən edilmişdir.
Bu məcəllə layihəsində həmçinin hüquqi şəxslərin inzibati məsuliyyəti ilə bağlı maddələr təkmilləşdirilmişdir. Hüquqi şəxsin hansı hallarda inzibati məsuliyyətə cəlb etmək olar məsələsi müəyyən edilmişdir. Eyni zamanda, mövcud məcəllədə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən bir sıra maddələr təkmilləşdirilmiş və bu maddələr üzrə inzibati icraata başlamaq səlahiyyəti – prokuror müəyyən edilmişdir.
Mən qeyd etdim, məcəlləyə yeni maddələr əlavə edilmişdir. Mən bütün maddələri sadalamayacağam. Sadəcə, ictimai maraq baxımından diqqət çəkən və əhatə dairəsi geniş olanları qeyd etmək istəyirəm. Hörmətli həmkarlarım da bu sahə ilə bağlı mütəmadi təkliflər verirlər. Bu, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı yeniliklərdir. Mən bu barədə məlumat vermək istərdim.
Belə ki, yeni məcəlləyə əsasən əgər yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xəta xüsusi texniki qurğular vasitəsi ilə qeydə alınarsa, (foto və video kameralarla) bu halda 1 ay müddətində tərtib edilmiş elektron protokol elektron informasiya ehtiyatında yerləşdirilmədiyi halda, həmin şəxsin məsuliyyətdən azad edilməsi ilə bağlı müddət müəyyən edilir. Həmçinin həmin 1 ay müddətində əgər xəta baş veribsə və qeydə alınıbsa, lakin elektron ehtiyata yerləşdirilməyibsə, həmin nəqliyyat vasitəsi barədə heç bir məsuliyyət tədbirinin tətbiq edilməməsi barədə müddəalar əlavə edilmişdir.
Növbəti müddəa ondan ibarətdir ki, dayanma və durma qaydalarını pozmuş nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılan zaman əgər şəxs ona yaxınlaşarsa, həmin nəqliyyat vasitəsinin geri qaytarılmamasına görə məsuliyyət müəyyən edilir. Həmçinin nəqliyyat vasitələri sərnişin və yük daşımasında istifadə olunduğu halda onun reys qabağı texniki müayinədən keçirilməsi, texniki baxışı, həmin nəqliyyat vasitəsinin sürücüsünün tibbi müayinədən keçirilməsi qaydalarına görə məsuliyyət müəyyən edilmişdir.
Yeni İnzibati Xətalar Məcəlləsinin layihəsinə əsasən inzibati xəta üzrə araşdırma aparılıması zamanı əgər hər hansı bir foto və ya video materiallar mövcuddursa, həmin materialların yayılmasına, inzibati xəta üzrə icraat aparılan şəxsin razılığı və zərər çəkmiş şəxsin razılığı olmadan yayımlanmasına görə məsuliyyət müəyyən edilir. Belə materialların inzibati xəta üzrə araşdırma bitənədək saxlanılmasının təmin olunması müəyyən edilir.
Həmçinin sürücülük hüququ olan şəxs tərəfindən alkoqollu içkilərin, psixotrop və narkotik maddələrin təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsinə görə sanksiyalar sərtləşdirilir. Belə ki, mövcud məcəllədə bu əmələ görə 300 manat məbləğində cərimə, 6 aydan 1 ilədək müddətdə məhdudlaşdırma nəzərdə tutulurdusa, yeni layihəyə əsasən artıq 400 manat miqdarında cərimə və 6 aydan 1 il müddətinədək məhdudlaşdırma nəzərdə tutulur.
Yeni məcəllə layihəsində “Tütün və tütün məmulatları haqqında” Qanunun tələblərinin pozulmasına görə də məsuliyyət müəyyən edilir. Belə ki, yeni layihəyə əsasən qanunda müəyyən edilmiş yerlərdən kənarda siqaret çəkilməsinə görə 30 manat miqdarında cərimə müəyyən edilmişdir.
Qanun layihəsi mükəmməl hazırlanmışdır. Hesab edirik ki, qanun layihəsi qəbul edildikdən sonra praktikada onun sanksiyalarının çəkindirici təsiri işə düşəcəkdir və bu, müsbət bir sənəd olacaqdır. Eyni zamanda, bu sənədin həm tərtibatı, həm də yeni olması imkan verəcək ki, onu tətbiq edən orqanların, xüsusilə hüquq mühafizə orqanlarının işi daha rahat və asan olsun. Mən hörmətli həmkarlarımı bu layihəyə dəstək olmağa dəvət edirəm. Diqqətiniz üçün minnətdarlığımı bildirirəm.
Sədrlik edən. Çox sağ olun. Vüsal müəllim qanun layihəsini çox gözəl təqdim etdi. Əvvəl dediyim söz sənə də aiddir. Bu, qruplaşdırılmış məcəllədir. Məcəllənin hamısını demək lazım deyil, yeri gələndə, gələcəkdə bunları deyəcəyik. Tahir Mirkişili sual verir. Buyurun.
T.Mirkişili. Çox sağ olun, cənab Sədr. Təqdim olunan layihə kifayət qədər yeni olduğuna görə mənim 2 təklifim var. Bunun biri 32-ci fəsildə əhatə olunmuş tamamilə spesifik sahə olan informasiya-kommunikasiya texnologiyalarına aiddir. 379-cu və 380-ci maddələrdəki elektron sənəd dövriyyəsi, təklif edərdim ki, 379-cu maddədə olan informasiya sistemlərinə aid edilsin və informasiya təklükəsizliyi məsələləri məhz burada qeyd olunsun.
Sədrlik edən. Mən yenə deyirəm, bu, təzə qanun layihəsi deyil. Biz bu məcəllədə dəyişiklikləri birləşdirmişik. Təzə qanun layihəsi olsa, deyərdik. Biz məcəllədə dəyişiklikləri birləşdiririk. Bu gün 6 yeni qanun layihəsi gəlib. Bu növbəti dəfə bir yerə toplanan bir qanundur. Burada o məcəlləyə o qədər səs verə bilərik, yeni o qədər məcəllə deyə bilərik ki... Bu, mövcud məcəlləni bir yerə toplamaq məsələsidir. Buyurun, Tahir Kərimli.
T.Kərimli. Doğrudan da, ölkə başçısı tərəfindən qanunvericilik təşəbbüsü ilə göndərilən bu məcəllə layihəsi çox vacibdir. Deyildiyi kimi, 280-dən artıq dəyişiklik olmuşdur. Eyni zamanda, “Normativ hüququ aktlar haqqında” Konstitusiya Qanununa uyğunlaşdırılıb, ümumi hissə, xüsusi hissə ayrılıb. Bunlar çox vacib məsələlərdir. Əlbəttə, mən bu sənədə səs verəcəyəm, amma fürsətdən istifadə edib bir neçə təklifimi vermək istəyirəm. Mənə elə gəlir ki, deputatlar da bundan razı qalacaqlar.
Bilirsinizmi, məcəllə layihəsində qanun qarşısında bərabərlik prinsipi, inzibati məsuliyyətin əsasları var. Hətta hərbi qulluqçular, yetkinlik yaşına çatmayanlar, digərləri, “Eks-prezidentlər haqqında” Qanunun özünün müddəaları bura daxil edilib. Ancaq bir məsələ var. Biz bilirik ki, əziz qardaşlarım, Konstitusiyanın 90-cı maddəsində açıq yazılıb ki, Milli Məclisin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa barəsində məhkəmə qarşısında inzibati tənbeh tədbirləri görülə bilməz. Amma bu yaxınlarda məşhur saytların birində hüquqşünas deyir ki, deputat da bu cür məsuliyyətə cəlb oluna bilər. Avtomobil müfəttişi ilə qarşılaşmışdı, mübahisə yaranmışdı. Bu nəyə görədir? Əslində, onların təqsiri yoxdur, çünki qanun pis də olsa, onu icra etməlidir. Qanun pisdirsə, onu dəyişmək bizim hüququmuzdur. Ona görə də mən təklif edirəm ki, Konstitusiyanın 90-cı maddəsi “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda konkret öz əksini tapmalıdır. Burada da o norma olmalıdır. Biz deputatlar həm nüfuzumuzu qorumalıyıq, həm də hüquqi baxımdan bu cür olmalıdır.
Mən görürəm ki, vaxt azdır, çox təəssüf edirəm və ona görə də ancaq məsələləri sadalayıram. Biz bilirik ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 31, 32 və 33-cü maddələrində deputatın səlahiyyətlərinə mane olmaq, qeyri-qanuni təsir göstərmək, onun təhlükəsizliyinin pozulması məsələləri var. Bunlar da müvafiq maddələrdə var. Bir sözlə, dediyim odur ki, deputatın toxunulmazlığı, onun evinə, nəqliyyat vasitəsinə baxış keçirilməsi qadağan olunsa da, bu qanunda o nəzərdə tutulmayıb. Ona görə də istənilən yoxlayıcı şəxs deputatları bu cür cəzalandırır və bizi hörmətsiz vəziyyətdə qoyur.
Eyni zamanda, məruzəçiyə təşəkkür edirəm. Burada, o, 153-cü maddədən danışdı, amma 153.1-ci maddədə “fiziki şəxsə verilmiş xüsusi hüququnun məhdudlaşdırılması haqqında səlahiyyətli vəzifəli şəxs tərəfindən qərar qəbul edildiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur” cümləsi var. Mən hesab edirəm ki, səlahiyyətli vəzifəli şəxs tərəfindən qərar qəbul edilməsi sui-istifadəyə yol aça bilər. Ona görə də təklif edirəm ki, bu cür verilsin: “fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur”.
Eyni zamanda, fürsətdən istifadə edib demək istəyirəm ki, 327.8-ci maddənin yerinə konkret 348-ci maddə işlənsin ki, aydın olsun.
Fürsətdən istifadə edib cənab Prezidentə təşəkkür etmək istəyirəm ki, bu qanun layihəsini göndərib və eyni zamanda, köhnə məcəlləyə nisbətən yeni bir maddə də əlavə olunub. Mən bunu olduqca vacib hesab edirəm. Bu nədən ibarətdir? 532-ci maddə “Azərbaycan Respublikasında dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsi” adlanır. Düzdür, dispozisiyada dövlət dilinə qarşı təbliğat aparılması, inkişafına müqavimət göstərilməsi, istifadə sahəsinin məhdudlaşdırılması, latın dilindən istifadə ilə bağlı müddəalar öz əksini tapıb. Hər bir şəxs bunlardan yan keçərək asanlıqla bu qanunu poza bilər. Ona görə də təklif edirəm, bura “dövlət dilinin tətbiqi qaydalarının pozulmasına” sözləri də əlavə olunsun, çünki kütləvi şəkildə bu qaydalar pozulur. Onsuz da 39-cu fəsil idarəçilik qaydaları əleyhinə inzibati məsələləri əks etdirir. Qardaşlarım, biz bilirik ki, Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin inkişafı məsələləri qoyulur. Cənab Prezident də Milli Elmlər Akademiyasında...
Sədrlik edən. Tahir müəllim, mən axı hamıdan xahiş etdim, dedim ki, gündəlikdəki məsələ ətrafında danışaq. Pis çıxmasın, Siz indi bizə dərs keçirsiniz. Burada qanuna dəyişiklikdən söhbət getmir, mən axı bunları dedim. Bir daha hamıdan xahiş edirəm ki, qanun layihəsini oxuyun, gündəlik ətrafında danışın.
Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.34 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Publik hüquqi şəxslər haqqında qanun layihəsidir. İkinci oxunuş olduğu üçün, xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələr (saat 14.35 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 103
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi. Buyursun Rafael Cəbrayılov.
R.Cəbrayılov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Sizin müzakirənizə təqdim olunan Publik hüquqi şəxslər haqqında qanun layihəsi Azərbaycan qanunvericiliyi üçün yeni olmaqla yanaşı, publik hüquqi şəxslərin yaradılmasını, fəaliyyətini, ümumiyyətlə, publik hüquqi şəxslərlə bağlı ictimai münasibətləri tənzimləmək məqsədi güdür.
Birinci oxunuşdan sonra layihə üzərində müəyyən işlər aparılıb. Layihənin 1-ci maddəsinə görə, ümumiyyətlə, bu qanun layihəsi qəbul olunacağı təqdirdə dövlət müəssisələrinə şamil olunmayacaq.
Layihənin 2-ci maddəsində publik hüququnun və publik hüquqi şəxsin anlayışları verilir.
Layihə kiçik həcmlidir, cəmi 9 maddədən ibarətdir. Publik hüquqi şəxslərin fəaliyyəti, onların hüquq qabiliyyəti, əmlakı, idarəçiliyi və bir sıra məsələlər bu layihədə öz əksini tapıb. Bununla yanaşı, publik hüquqi şəxsin təsisçisinin onun mülkiyyətinə verdiyi əmlak həddində hüquqi məsuliyyət daşıma məsələsi də burada öz şərhini tapıb.
Hörmətli həmkarlar, qeyd etdiyim kimi, bu yeni bir layihədir. Ona görə də hörmətli həmkarlarımın müzakirə vaxtı söyləyəcəkləri hər bir fikri diqqətlə dinləməyə, ondan gələcəkdə istifadə etməyə hazırıq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən.Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Düzü mənə hələ aydın olmayıb ki, biz Publik hüquqi şəxs haqqında qanun layihəsini hansı zərurətdən qəbul edirik. Çünki bizim nə hüquq ədəbiyyatında, nə də praktik mülki dövriyyədə bununla bağlı məsələ var. Biz hətta hüquqi şəxslərin sırasını da artırırıq. Bu termin roman – german hüququna aiddir, bəzi dövlətlərdə tətbiq olunur.
Mənim üçün aydın deyil ki, xarici vətəndaşlar bu hüquqdan yararlana biləcəkmi? Bu, qanunda öz əksini tapmayıb. Mənim üçün aydın deyil ki, təsisçi ləğv olunsa, onun yaratdığı publik hüquqi şəxs ləğv olunacaqmı?
Misal üçün, Almaniyada ticarət, notariat publik şəxslər təsisçilər ola bilməzlər. Bizdə bu mümkündürmü? Bir sıra məsələləri nizamnamənin öhdəsinə də buraxmaq olmaz. Bir sıra dövlətlər var ki, orada təmizlik, su, qaz, enerji təchizatı, təhsil, səhiyyə, pensiya və sair məsələlərlə publik şəxslər məşğul olurlar. Hətta Estoniyada Tartu Universiteti publik şəxsdir. Bizdə elə təsəvvür etmək olarmı ki, bir universitet, ya da Milli Kitabxana, Milli Elmlər Akademiyası publik şəxsdir?
Mən belə başa düşürəm ki, biz nələri yarada bilərik, məsələn, auksioner cəmiyyət və sair bu, aydın deyil. “İnsan hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 8-10-cu maddələri var. Burada publik şəxs anlayışı bunun təsiri altına düşür.
Amma bir məsələni qeyd edim. 2005-ci ildə beynəlxalq hüquqşünaslar Kiyevə toplaşdılar və publik şəxsi müəyyən etməyə çalışdılar. Beynəlxalq seminarda konkret nəticə əldə olunmadı. Yəni publik şəxsin nə olduğu ortaya çıxmadı. Doğrudur, 2003-cü ilin 31 oktyabrında BMT-nin “Korrupsiya əleyhinə” Konvensiyasında “publik şəxs” anlayışı müəyyən qədər verilib. Bu, təyin edilmiş, seçilmiş şəxslərə, dövlət adamlarına da aid olur. Biz bilirik ki, bizim qanunvericiliyimizlə bu, uyğun deyil. Deyək ki, Ukraynada sovet dövründə “vəzifəli şəxs” anlayışı var idi, o, “xidməti şəxs” və “ictimai xadim” sözləri ilə əvəz olundu, amma “publik şəxs” ifadəsi olmadı.
Bir sözlə, belə başa düşürəm ki, bu anlayışın dürüst nədən ibarət olması barədə ciddi işləməliyik. Əgər Milli Məclis hesab edirsə ki, bu lazımdır, mən, şübhəsiz, ona səs verəcəyəm, amma bayaq dedim, nizamnamədə publik şəxsin ləğvi, yenidən təşkili haqqında qaydalar dəyişsə. Məsələn, İctimai televiziya publik şəxs olacaqmı?
Mən başa düşə bilmirəm, publik şəxs həm dövlət, həm də bələdiyyə tərəfindən yaradıla bilər. Artıq həm də qanun layihəsi var. Biz publik şəxsi də “qeyri kommersiya hüquqi şəxslər” sözlərindən sonra ümum dövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olanların sırasına aid edirik.
Hörmətli Sədr, mən arzu edərdim ki, bu məsələyə diqqət yetirilsin. 2.2-ci maddədə publik hüquqi şəxsin, eyni zamanda, dövlət tərəfindən yaradılması və dövlət orqanı olmayan təşkilat olması qeyd olunur. Amma 1.2-ci maddədə yazılıb: “Bu qanun dövlətə məxsus müəssislərə şamil edilmir”. Bayaq dediyim kimi, aydın deyil ki, bunu yaradan dövlət orqanı, bələdiyyə sabah ləğv olunanda yaradılmış yeni publik şəxs fəaliyyətini davam etdirəcək, yoxsa yox? Təşəkkür edirəm.
Sədrlik edən. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Tahir müəllimin fikirlərini dinlədim. Düzdür, dünya praktikasında olsa da, Azərbaycan qanunvericiliyində nə “publik hüquq”, nə də “publik hüquqi şəxs” var. Bu, ilk dəfə yaradılır. Almaniyada dəmir yol qovşağı publik hüquqi şəxsdir. Digər misalları da Tahir müəllim özü çəkdi. Amma qanunda açıq-aydın göstərilir ki, bu, ümümdövlət və ictimai fəaliyyətlə məşğul olmalıdır. Bu publik hüquqi şəxsləri də dövlət və bələdiyyələr yarada bilərlər.
Dövlətin yaratdığı dövlət orqanı və ya dövlət müəssisələri publik hüquqi şəxs sayılmır. Elə müəssisələr var ki, heç kommersiya fəaliyyəti ilə məşğul olmur. Düzdür, publik hüquqi şəxs Nizamnaməsində nəzərdə tutulduğu halda kommersiya fəaliyyəti ilə də məşğul olacaq. Amma bu gün misal üçün, orta məktəblər, Tahir müəllim dediyi kimi, kitabxanalar dövlət orqanı da deyillər, kommersiya təşkilatı da. Dövlət yalnız onların mülkiyyətinə verdiyi əmlak həddində məsuliyyət daşıyır.
Digər tərəfdən də, bu yeni bir sahə olduğuna görə, sözsüz ki, praktikada cilalanacaq. Hüquqi şəxslərin yaranmasına, formasına, ləğv olunmasına qədər bütün prosedurlar yalnız praktikada təkmilləşə bilər. Ona görə də düşünürəm ki, digər hüquq sahələrində olduğu kimi, bunun da cilalanması üçün praktika lazımdır. Bu yeni bir sahə deyil. Bu gün də elə nəzəri fikirlər var ki, hüquq sahəsi kimi yaratmaq lazımdır. Məsələn, embrion hüququ Azərbaycan qanunvericiliyində yoxdur, amma belə bir fikir var ki, onu yaratmaq lazımdır. Bu qanun Azərbaycan qanunvericiliyi üçün yeni olsa da, qəbul olunandan sonra tətbiqi prosesində cilalanma prosesi həyata keçiriləcəkdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Rafael müəllim. Bir az uzun getdin. Ümumiyyətlə, burada publik hüquqi şəxslərdən söhbət gedir, publik şəxslərdən yox. Mən yenə deyirəm, qanunu təqdim eləyəndə diqqətli olun, zəncirin bir halqası qopur, sonra o, başqa cür qəbul olunur.
Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. İkinci oxunuşdur, 9 maddədən ibarətdir. Başqa təklif yoxdursa, 9 maddəni bir yerdə səsə qoyuram.

Səsvermənin nəticələr (saat 14.45 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Mən baxdım, layihədə heç bir dəyişiklik olmadı. Etiraz yoxdursa, qanun layihəsini üçüncü oxunuşda da səsə qoya bilərik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.46 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
26-cı məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsidir. Rafael Cəbrayılov, buyurun.
R.Cəbrayılov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar. Bu dəyişiklik texniki xarakter daşıyır. Bir az öncə “Publik hüquqi şəxslər haqqında” Qanun qəbul edildi. Bu qanunun qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə hüquqi şəxslərin yeni növü daxil olur.
Məcəllənin 43-cü maddəsində hüquqi şəxslərin anlayışı verilir. 43.5-ci maddəyə yeni növ – “publik hüquqi şəxslər” anlayışı gətirilir. Eyni zamanda, 43-cü maddəyə 43.7-ci bənd əlavə olunur. Orada da göstərilir ki, publik hüquqi şəxslərin fəaliyyəti bu məcəllə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Sırf texniki xarakterli dəyişiklikdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələr (saat 14.47 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
27-ci məsələ Lisenziyalar və icazələr haqqında qanun layihəsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Cənab Prezident tərəfindən Milli Məclisə çox dəyərli bir qanun layihəsi gəlmişdir. Bu qanun layihəsinin qəbulu, heç şübhəsiz ki, Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, biznesin inkişafına, bayaq Oqtay müəllim dedi, iqtisadiyyatın liberallaşmasına çox müsbət təsir göstərəcək.
Lisenziyalar və icazələr məsələsi dünyanın bütün ölkələrində həmişə diqqət mərkəzində olub. İqtisadi inkişafın ayrı-ayrı mərhələlərində müvafiq qanunlara dəyişikliklər edilib, çünki iqtisadiyyat, demokratik proseslər inkişaf etdikcə, cəmiyyətdə korrupsiya hallarına qarşı mübarizə gücləndikcə lisenziya və icazələr verilməsində də mütərəqqi dəyişikliklər baş verir. Qanun layihəsi məhz bu məqsədlə hazırlanmışdır.
Mən məlumat vermək istəyirəm ki, bu qanun layihəsi Milli Məclisin komitəsində iqtisadi strukturların rəhbər nümayəndələrinin iştirakı ilə ətraflı müzakirə olundu. Bu barədə artıq son günlərdə cənab Prezident tərəfindən müvafiq fərmanlar da imzalanmışdır. Təqdim edilən qanun layihəsi günün tələblərini və beynəlxalq təcrübədə özünü doğrultmuş müddəaları əks etdirir.
Qanun layihəsi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziya və icazə sistemlərinin tənzimlənməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını müəyyən edir, lisenziya və icazə tələb olunan fəaliyyət növlərinin müəyyən edilməsi meyarlarını, lisenziya və icazələrin verilməsini, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin və lisenziya, icazə sahiblərinin məsuliyyətini tənzimləyir.
Layihə 5 fəsildən və 31 maddədən ibarətdir. Qanun qəbul edildikdən sonra qanunvericiliyə uyğunlaşdırılması məqsədilə ayrı-ayrı sahibkarlıq fəaliyyəti sahələri üzrə müxtəlif səviyyəli normativ hüquqi aktlara dəyişikliklər edilməsi nəzərdə tutulur. Layihənin əsaslandırılması haqqında dedim, artıq çoxsaylı lisenziyalar, icazələr var, bunlar bürokratik əngəllər törədir. Bütövlükdə xoşagəlməz halların da şahidi oluruq və bu, bütövlükdə sahibkarlığın inkişafına mane olur.
Layihənin əsas müddəaları aşağıdakılardan ibarətdir: “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə və fərdi sahibkarlara, habelə lisenziya və icazə verən orqanlara şamil olunur”.
Lisenziya və icazə tələb olunan fəaliyyət növlərinin müəyyənləşdirilməsinin aşağıdakı meyarları nəzərdə tutulur:
Fəaliyyət növü dövlətin təhlükəsizliyinə təsir edir, fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur, fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərir, fəaliyyət növü həmin fəaliyyətin həyata keçirilməsində iştirak etməyən qeyri-məhdud sayda şəxslər üçün təhlükə doğurur.
Lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri də müəyyən olunur ki, mən onlara vaxtınızı sərf etmək istəmirəm. Bu məsələ qanunda kifayət qədər aydın verilmişdir.
Layihədə təklif olunan yenilikləri qeyd etmək istəyirəm. Ümumi və xüsusi lisenziya anlayışları müəyyən edilir. Tələb olunan fəaliyyət növünün bütün alt növlərini hər biri üçün ayrılıqda xüsusi lisenziya almadan həyata keçirmək hüququ verən inzibati akt ümumi lisenziya, lisenziya tələb olunan fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququ verən inzibati akt isə xüsusi lisenziya kimi təsbit olunur.
Layihənin müsbət cəhətlərindən biri də elektron lisenziya portalının yaradılmasıdır. Məlumat vermək istərdim ki, bu məsələ komitənin iclasında xüsusi olaraq ətraflı müzakirə olundu. İqtisadi inkişaf və sənaye nazirinin müavini hörmətli Sahib müəllim və nazirliyin Hüquq şöbəsinin müdiri də bu məsələnin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar. Artıq elektron xətlər vasitəsilə biz bu sahədə müəyyən yeniliklər edəcəyik.
Lisenziya və icazə verən orqan tərəfindən sahibkarlara məsləhətlərin verilməsi ilə bağlı müddəalar da qanun layihəsində öz əksini tapmışdır. Lisenziya və icazə verilməsi qaydasının sadələşdirilməsi məsələsi də qanunda göstərilib. Söhbət bir pəncərə prinsipinin tətbiqindən gedir. Bilirsiniz ki, bu sahədə də respublikada böyük işlər görülür, artıq “ASAN xidmət” oktyabr ayından bu istiqamətdə fəaliyyətə başlamışdır.
Lisenziyanın və icazənin verilməsində susmaqla razılıq prinsipi yeni məsələdir. Lisenziyanın və icazənin verilməsi, yenidən rəsmiləşdirilməsi, dublikatın verilməsi və fəaliyyətin bərpası haqqında inzibati akt bu qanun layihəsinin müvafiq maddələrində göstərilən müddətdə təqdim edilmədikdə tələb olunan lisenziya və icazə hesab olunur. Bu prinsipin tətbiqi lisenziya və icazənin alınması üçün təqdim olunan ərizəyə baxılması zamanı ləngimələrin qarşısını almağa və lisenziyaya icazə verən orqan tərəfindən qərarın qanunla müəyyən edilmiş müddəalar çərçivəsində qəbuluna şərait yaradır.
Lisenziya və icazə tətbiq edilərkən sahibkarların, ictimaiyyətin və dövlətin maraqlarının balanslaşdırılması təmin edilməlidir. Komitənin iclasında xüsusi olaraq vurğulandı ki, bu maddələr bir az mürəkkəb yazılıb, onların sadələşdirilməsinə ehtiyac vardır. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla lisenziya və icazə sisteminin dövlət tənzimlənməsi sahəsində ilk dəfə olaraq tənzimləyici təsirin təhlilinin həyata keçirilməsi nəzərdə tutulur. Biz İqtisadiyyat və Sənaye Nazirliyinin rəhbərliyi ilə söhbət etdik ki, belə bir maddə var, təhlil edilməlidir. Bizim komitənin üzvləri haqlı olaraq bildirirlər ki, bu məsələdə fikirləşmək lazımdır.
Ümumiyyətlə, biz bütün qanunları hazırlayarkən onun maliyyə tutumunu müəyyən edirik, səmərəliyini öyrənirik. Belə bir qanun layihəsində xüsusi maddənin verilməsi əlavə şərtləri özündə ehtiva etməlidir. Əslində, iqtisadi qanunvericiliyin hələlik çatışmayan cəhətlərindən biri ondan ibarətdir ki, bəzən qanunların maliyyə tutumu, digər məsələlər nəzərə alınmır. Keçən dəfə komitə rəhbərlərinin iclasında, Oqtay müəllim xüsusi vurğuladı ki, bütövlükdə qanunların hər birində maliyyə, qiymətləndirmə məsələləri olmamalıdır. Layihə təqdim olunarkən yaxşı olar ki, belə məsələlər ayrıca verilsin.
Hazırki dövrdə normativ hüquqi aktların layihələrinin tənzimləyici təsirinin təhlili İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının və Avropa İttifaqına üzv olan ölkələrin qanunvericiliyində geniş tətbiq edilib. Ancaq biz arzu edərdik ki, bu məsələdə millət vəkillərinin dediyi təkliflər öz əksini tapsın.
Lisenziya və icazə sistemində vahid inzibatçılığın müəyyən edilməsi, sahibkarlığın maraqlarının daha səmərəli müdafiəsi məqsədi ilə lisenziya və icazənin verilməsi, yenidən rəsmiləşdirilməsi, dublikatın verilməsi, fəaliyyətin dayandırılması, bərpası və ya ləğvinin əsasları qaydası, bunun üçün ödəniş, lisenziya və icazənin müddəti ilə bağlı müddəalar da qanun layihəsində ətraflı şəkildə öz əksini tapmışdır.
Bilirsiniz ki, cənab Prezidentin fərmanları ilə lisenziyaların sayı xeyli azaldılmışdır. Mən sizə məlumat vermək istəyirəm ki, Azərbaycanda artıq 65 mindən çox lisenziya verilir. Bunların azaldılması və onların əsaslandırılması vacibdir. Burada, doğrudan da, bürokratik əngəllər çoxdur. Hesab edirik ki, bu qanun belə məsələlərin aradan qaldırılmasına şərait yaradacaq. Lisenziyanın verilmə müddəti 15 gündən 10 iş gününə endirilir. İcazənin verilməsi üçün isə 7 iş günü nəzərdə tutulmuşdur. Qanunlarda müddət müəyyən olunmadıqda, həmçinin yenidən rəsmiləşdirilərkən lisenziyanın müddətsiz verilməsi müəyyən edilmişdir.
İcazələrin anlayışı müəyyən olunur, onların reyestrinin aparılması nəzərdə tutulur. Hörmətli millət vəkili Tahir Mirkişili gələcəkdə reyestrlərdən azad olunma məsələsini təklif etdi. Həqiqətən, biz gələcəkdə, informasiya texnologiyalarından geniş istifadə edəcəyik.
Hörmətli millət vəkilləri, bütövlükdə qanun layihəsinin qəbulu, heç sübhəsiz ki, Azərbaycanda iqtisadi mühitin daha da yaxşılaşmasına, biznes münasibətlərinin təkmilləşməsinə, korrupsiya hallarının azaldılmasına təkan verəcəkdir.
Qanun layihəsinin çatışmayan cəhətləri var, amma birinci oxunuş olduğu üçün vaxtınızı almaq istəmirəm. Biz işçi qrupu yaradacağıq, bəzi maddələrin ixtisarına ehtiyac var və sair. Biz fikirlərimizi iqtisadiyyat və sənaye naziri hörmətli Şahin müəllimə və digər mütəxəssislərə bildirmişik. Komitə belə hesab edir ki, bu qanun layihəsinin qəbuluna ehtiyac vardır. Konseptual baxımdan əsas prinsiplər nəzərə alınmışdır. Çatışmayan cəhət ondan ibarətdir ki, dili ağırdır, qanun layihəsinin ciddi redaktə edilməsinə, maddələrin birləşdirilməsinə ehtiyac vardır. Mən əminəm ki, ikinci oxunuşda deyilən nöqsanlar nəzərə alınacaq.
Eyni zamanda, nəzərinizə çatdırmaq istəyirəm ki, cənab Prezident bu məsələni ciddi nəzarətə götürüb. Hətta imzaladığı fərmanda Milli Məclisə tövsiyə edib ki, bu qanunun qəbulu sürətləndirilsin. Millət vəkillərindən çox xahiş edərdim ki, qanun layihəsini birinci oxunuşda qəbul edək. Mətbuatda lisenziya və icazələrin sayı verilmişdir. Artıq 59-dan 33-ə endirilmişdir. Dövlət rüsumlarının miqdarı, məbləği xeyli dərəcədə azaldılmışdır. Bu da büdcəyə müəyyən təsir göstərsə də, iş adamları üçün əlverişli şərait yaradacaqdır.
Ləğv edilən lisenziyalara baxanda, doğrudan da, fikirləşirsən ki, niyə bu işlərə lisenziya alaq? Kimsə yeni iş yaratmaq, sahibkarlıq mühitini inkişaf etdirmək istəyirsə və həyata keçirdiyi işlər ölkənin təhlükəsizliyinə, ekologiyaya, insanların sağlamlığına, ölkənin müdafiə qabiliyyətinə mənfi təsir etmirsə, təbii ki, biz buna getməliyik. Azərbaycan iqtisadiyyatının indiki inkişaf mərhələsində bizə lazımdır ki, hər bir iş yerini qoruyaq, yeni iş yerləri yaradaq, daxili bazarı öz mallarımız hesabına artıraq. Bütün bunlar üçün müzakirə edilən qanun layihəsi yeni imkanlar açacaq. Millət vəkillərindən xahiş edirəm ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Ziyad müəllim öz çıxışında dedi, bu qanun layihəsi üç oxunuşdan keçəcək. Bu, birinci oxunuşdur. Ona görə yazılan yoldaşlardan çox xahiş edərdim ki, konseptual baxımdan münasibət bildirsinlər, çünki qarşıda ikinci, üçüncü oxunuşlar var. Buyurun, Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Çox qısa şəkildə iki məsələ üzərində dayanmaq istəyirəm. Açığı desəm, Ziyad müəllim kifayət qədər açıq, demokratik bir məruzə elədi. Mənim üçün əlamətdar olan nə idi? O söylədi ki, adam özü təəccüb qalır ki, dünənə qədər müxtəlif sahələr üzrə lisenziyalaşdırma fəaliyyətini həyata keçirmişik. Həqiqətən də, elədir. O proses arxada qalandan sonra bizə bəlli olur ki, bu sahədə biz nəyi yaratmışıq. Açıq demək lazımdır ki, ölkə rəhbərinin müşavirələrin birində söylədiyi kimi, lisenziyalaşdırma bir tərəfdən rüşvət tələsi, ikinci tərəfdən monopoliyanın əsas mexanizmi idi. Mən düşünürəm ki, lisenziyalaşdırılan fəaliyyət sahələrinin azaldılması çox mütərəqqi addımdır, iqtisadiyyat nəfəs alacaq.
İkinci, düşünürəm ki, bunun İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, “ASAN xidmət”ləşməsi sübut elədi ki, doğrudan da, belə xidmət aparmaq mümkün imiş. Taksi xidmətini qovmaq, marşrutların üzərinə yerimək nəqliyyatda nə qədər köklü dəyişikliklər yaratdı ki? Amma indi görürük ki, adamlar asanlıqla gedib onu ödəmələrlə həyata keçirə bilərmiş.
Cənab Sədr, mən başqa bir məsələni də burada qabartmaq istəyirəm. Burada lisenziyalaşdıran fəaliyyətlərdən biri, – mən həmin qanun layihəsinə əlavədən danışıram, – baytarlıq xidməti ilə bağlıdır. Saakaşvili deyir ki, Gürcüstanda böyük islahatlar aparanda tez-tez gəlib mənə deyirdilər ki, biz baytarlıq idarəsini ləğv eləsək bütün ictimai iaşə müəssisələrini sıçovullar başına götürəcək. Deyir, mən təxminən iki il onlara inandım. Amma sonra gördüm ki, yox, bunlar hər yerdə müxtəlif şikayətlər yaradırlar və ləğv elədim.
Əslində, bu, gerçəkdən bir sovet qurumudur. Məsələn, hər hansı bir şadlıq evi, doğrudan da, özünü yüksək səviyyədə saxlayır, çalışır ki, təmiz olsun, ekoloji tələblərə, sanitar normalara cavab versin. Həmin qurumun isə əksər hallarda gəlib orada nə axtardığı hamıya bəllidir. Əksər hallarda o, siçovulu axtarır və tapmır. Sadəcə, onların siçovulu özlərindədi. Ona görə də mən burada baytarlıq xidməti ilə bağlı məsələnin lisenziyalaşdırma növü kimi qalmasını, doğrusu, başa düşə bilmirəm.
Ovçuluq fəaliyyəti ilə bağlı məsələni götürək. İndi biz qorunan zonaları müəyyənləşdirmişik. Gözəl. Azərbaycanda məmur da, siyasətçi də, başqa insanlar da ova meylldirlər. Çox yaxşı, bu, dünyada geniş yayılan bir işdir. Hətta ərəblər də gəlib bizdə ov eləmək istəyirlər. Belə olan təqdirdə ovçuluq təsərrüfatı filan məsələsini də lisenziyalaşdıran növ kimi saxlamağın mənasını anlamadım.
Dünən bir məclisdə idik. Təbii ki, devalvasiyadan sonra hərə gələcək üçün müxtəlif təkliflərini verməkdədi. Bir yanacaq doldurma məntəqəsinin təmsilçisi deyir ki, lisenziyalaşdırma məsələsinə baxır, geniş islahatlar aparırsınız. Bu yanacaq doldurma məntəqələrindən keyfiyyət tələb edirsiniz və tez-tez də maşının karbüratorunu çıxarıb soruşursunuz ki, bunun tərkibi, üzr istəyirəm, niyə bu qədər zir-zibil ilə doludur? Amma ayda bir dəfə bizim standartlaşdırma və patent idarəmiz gəlir, plombu təzədən çıxarır. Bəlli olur ki, bir ay sonra bir də yoxlamalıdır və 250 manat da vəsaiti alır.
Yanacaq doldurma məntəqələrinin üstündə belə bir rüşvət piramidası qurulub. Ona görə də, düşünürəm ki, biz bu lisenziyalaşdırma fəaliyyətini elə tənzimləməliyik ki, Azərbaycan insanı beynəlxalq reytinqlər üçün deyil, daha çox özünün fəaliyyətini qorumaq, alternativ iqtisadiyyatı formalaşdırmaq üçün iş görə bilsin. Hesab edirəm ki, bu layihə bunun üçün çox mühüm bir sənəddir və mən ona səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Zahid müəllim. Mən dedim ki, qanun layihəsinə konseptual baxımdan yanaşaq. Amma sən siçovullardan danışdın, sonra baytarlığa keçdin. Siçovullarla sanitarepidemioloji xidmət orqanları məşğul olur.
İndi Saakaşvili təklif edib, baytarlığı ləğv edib, özü bilər. Baytarlığın da problemləri o qədər çoxdur ki. Bizdə maldarlıq inkişaf etdirilir. Sabah bir də gördün dabaq xəstəliyi hər yeri bürüdü. Sonra nə olacaq? Yəni çox problem var. Ona görə o problemləri hesablayıb deyirlər. Nə təklifləriniz varsa, komitəyə verin. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən çox qısa şəkildə təklifimi verəcəyəm. 4.2-ci maddədə yazılıb ki, lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlarla müəyyənləşdirilir. Amma meyarlar da normaldır. Burada müdafiə, təhlükəsizlik, ekologiya məsələləri ilə bağlı şərtlərə görə meyarlar müəyyənləşir.
Amma 4.2.6-cı maddədə yazılır ki, fəaliyyət növü müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi həddən artıq gəlir əldə edilməsinə görə. İndi biz sahibkarlığın, qeyri-neft sektorunun inkişafı haqqında düşünürüksə, Prezident sahibkarlar üçün şərait yaradırsa, bir çox lisenziyalar ləğv olunursa, onda həddən artıq gəlir əldə olunmasında niyə meyar olmalıdır? Qoy nə qədər gəlir əldə edirsə, eləsin, ona uyğun da vergi verəcəkdir. Vətəndaş, sahibkar nə qədər varlı olacaqsa, dövlət də o qədər varlı olacaq. Ona görə təklif edirəm ki, 4.2.6-cı maddə çıxarılsın. Bu sahibkarlıq inkişafına mane olan bir bənddir. Təşəkkür edirəm.
Sədrlik edən. Fəzail Ağamalı.
F.Ağamalı. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən də çox qısa, bəlkə də bir dəqiqənin cuvarında fikrimi ifadə edəcəyəm. Əlbəttə, təqdim edilmiş qanun layihəsi bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən iqtisadi islahatların mahiyyətinə və məntiqinə söykənir. Mən belə bir qanun layihəsinin bu gün müzakirə olunub, qəbul edilməsini müdafiə edirəm və ona səs verəcəyəm.
Ziyad müəllimə bir sual ünvanlanmaq istəyirəm və bununla da fikrimi yekunlaşdıracağam. Vahid pəncərə sistemi ilə bağlı lisenziya almaq istəyən ora müraciət edir. Bu müraciət əsasında o, müvafiq nazirliklərdən, təbii ki, rəy almalıdır. Əgər hansısa bir səbəbdən, – onun obyektivliyinə və subyektivliyinə, əlbəttə, nəzər yetirməklə, – həmin nazirlik lisenziyanın verilməsinə özünün etirazını, mənfi rəyini bildirərsə, onun obyektiv olub-olmaması necə müəyyən olunacaq? Burada ədalət və haqq pozulacaqmı? Buna cavab almaq istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Valeh Ələsgərov.
V.Ələsgərov. Əlbəttə ki, qanun layihəsini konseptual nöqteyi-nəzərdən dəstəkləyirəm. Əminəm ki, bu qanun qəbul ediləndən və tətbiq olunandan sonra Azərbaycanda sahibkarlığın, biznesin, iqtisadiyyatın inkişafına öz töhfəsini verəcəkdir. Ancaq bir xahişim var. Yəqin ki, İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri buradadırlar, qanun layihəsini hazırlayanda terminlərdə, cümlələrdə bir az dəqiq olmaq lazımdır. Çünki dəqiqlik olmayanda qeyri-müəyyənlik yaranır.
Misal üçün, bu siyahıda yazılıb ki, dağ və buruq qazmalarının aparılması. “Yerin təki haqqında” Qanunu oxusanız, görərsiniz ki, bəli, dağ-mədən işləri var, amma “buruq qazmaları” nə deməkdir? Sonra, maddə 24 və 25-də bir az dəqiq olmaq lazımdır.
Bayaq burada 4.2.6-cı maddə, yəni fəaliyyət növü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən artıq gəlir əldə edilməsinə görə məsələsi ilə bağlı fikir səsləndi. Əgər müvafiq icra orqanı müəyyən edəcəksə ki, mən nə qədər gəlir əldə eləməliyəm, onda, çox üzr istəyirəm, bu qanuna ehtiyac varmı? Xahiş edirəm, buna diqqətlə yanaşaq. Çox müasir bir qanun layihəsidir, qəbul olunmalıdır, amma bəzi ifadələrdə, terminlərdə, anlayışlarda diqqətli olaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələr (saat 15.10 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bildiyiniz kimi, biz hər il son iclasımızda Dünya azərbaycanlıların həmrəyliyi günü münasibəti ilə müraciət qəbul eləyirik. Gündəlikdəki sonuncu məsələ də Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin müraciətinin təsdiq edilməsi haqqındadır. Bahar xanım, buyurun.
B.Muradova, Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri.
Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti
Əziz və dəyərli soydaşlar və həmvətənlər!
Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqlarından biri olan Azərbaycan xalqının söz, əqidə və əməl birliyini təcəssüm etdirən həmrəylik günü ərəfəsində hər birinizi hörmətlə salamlayırıq.
Xalqımızın milli-mənəvi bütövlüyünə nail olmaq üçün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə iyirmi dörd il bundan əvvəl başlanmış hərəkat ildən-ilə daha geniş vüsət almaqdadır. Bu gün azərbaycanlılar milli mənlik şüuru əsasında sıx birləşməyin zəruriliyini daha aydın dərk edirlər. Azərbaycan diasporu və icmaları inkişaf edib möhkəmlənir, soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb olunurlar.
Müasir dünyada cərəyan edən qlobal proseslər çox ciddi problemlərin yaranmasına səbəb olur, bir sıra hallarda xalqların tarix səhnəsində oynadıqları rolların yenidən dəyərləndirilməsinə gətirib çıxarır. Həyat sübut edir ki, yalnız öz gücünü bir yerə toplamağı bacaran xalqlar etnik-siyasi hüquqlarını həyata keçirmək və milli mənafelərini müdafiə etmək imkanlarını qoruyub artıra bilirlər. Bəşər sivilizasiyasının inkişafına əvəzsiz töhfələr vermiş Azərbaycan xalqının davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi və doğma vətəni, ümid və istinad yeridir. Odur ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ardıcıl və dinamik inkişaf etməsini, ildən-ilə daha güclü dövlətə çevrilməsini qeyd edir. Azərbaycanın beynəlxalq nüfuzunun ildən-ilə daha da yüksəlməsi, yerləşdiyi bölgədə və onun hüdudlarından kənarda söz sahibi olması soydaşlarımızın və həmvətənlərimizin qəlbini qürur hissi ilə doldurur.
Dünya ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın əldə etdiyi nailiyyətlərə öz uğurları kimi sevinir, eyni zamanda, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına, bir milyondan çox qaçqın və köçkünümüzün doğma yurd-yuvasına dönəcəyinə qətiyyətlə inanırlar. Qarabağ dərdi bütün millətimizin ağrılı yeridir, odur ki, bu problemin həllinə elliklə kömək göstərilməsi zəruridir. Yalnız dünya azərbaycanlılarının birgə səyləri dövlətimizin və xalqımızın inkişafı yolundakı bu maneənin aradan qaldırılmasına öz müsbət təsirini göstərə bilər. Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq, bütün soydaşlarımızın Vətən qarşısında övladlıq borcu Ermənistanın ölkəmizə təcavüzünün nəticələrinin aradan qaldırılması naminə qüvvələrini birləşdirməkdən, Azərbaycanın haqq işini müdafiə etməkdən ibarətdir.
Azərbaycanlıların bir vəzifəsi də xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaq, hər sahədə bir-birinə dəstək olmaqdır. Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.
Əziz həmvətənlərimiz!
Dəyərli soydaşlarımız!
Sizi milli-mənəvi birliyimizi daha da möhkəmləndirməyə çağırır, xalqımızın hüquq və mənafelərinin qorunması uğrunda mübarizədə səyləri artırmağa səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik və ailə səadəti, doğma Azərbaycanımıza əmin-amanlıq, qələbə sevincləri və nurlu gələcək arzulayırıq!
Hörmətlə, Azərbaycan Respublikasının Milli Məclisi
(Alqışlar.)
Sədrlik edən. Xahiş edirəm, qərar layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələr (saat 15.15 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, 5 ildən bir seçkilər olur, ona görə payız sessiyasını qarışdırırlar. Ya IV sessiyanın axırıncı payız sessiyası olur, ya da V çağırışın ilk payız sessiyası. Bunu necə istəsəniz elə qəbul edərsiniz. Bu gün, həqiqətən, V çağırışın yarımçıq payız sessiyasıdır.
Burada təzə həmkarlarımız da var. Qarşıdan Yeni il bayramı gəlir. Biz həmişə bu ərəfədə həmkarlarımızı təbrik eləmişik. Həm həmkarlarımızı, həm də xalqımızı təbrik edirəm, hamınıza can sağlığı, xoşbəxtlik arzu edirəm! (Alqışlar.)
Ən əsası, mən istəyirəm ki, hamınızın adından möhtərəm cənab Prezidenti təbrik eləyək, Azərbaycanın inkişafı naminə ona bu çətin işində uğurlar arzulayaq! (Alqışlar.)
Hörmətli millət vəkilləri, payız sessiyasını bağlı elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU