20.10.2017 - tarixli iclasın stenoqramı
BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ
PROTOKOLU № 47
Milli Məclisin iclas salonu.
20 oktyabr 2017-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 112 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.14 dəq.)
İştirak edir 101
Yetərsay 83
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə.
2. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və Karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov, Rüfət Quliyev, Tahir Kərimli, Fazil Mustafa, Qənirə Paşayeva, Elman Nəsirov, Elşən Musayev, Zahid Oruc, Elmira Axundova
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 97
Nəticə: Qəbul edildi
1. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
2. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və Karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
3. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
4. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
5. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
6. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
7. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.08 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
8. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
9. Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
10. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Musa Quliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
12. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Aytən Mustafazadə, Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.31 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
13. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fərəc Quliyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
15. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Rafael Hüseynov, Ziyafət Əsgərov, Tahir Kərimli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
16. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Əli Hüseynli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Əli Məsimli, Elmira Axundova, Musa Quliyev, Zahid Oruc, Tahir Kərimli, Vüsal Hüseynov, Fərəc Quliyev, Fuad Muradov, Çingiz Qənizadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.53 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.54 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
20 oktyabr 2017-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.14 dəq.)
İştirak edir 101
Yetərsay 83
Çox sağ olun. Yetərsay var. İclasa başlaya bilərik. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq edildi. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Amma icazə verin, mən Səməd Seyidova söz verim. Avropa Şurası Parlament Assambleyasının axırıncı sessiyasında müzakirə olunan məsələdən bizə ətraflı məlumat versin. Buyurun, Səməd müəllim.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, hörmətli həmkarlar! Avropa Şurasının sessiyası nümayəndə heyətimizin Azərbaycanın maraqlarını ən yüksək səviyyədə müdafiə etməsi ilə müşayiət olunmuşdur. Ancaq qeyd etmək lazımdır ki, başqa sessiyalardan fərqli olaraq bu sessiya bizim üçün asan keçmədi. Sessiyanın bu şəkildə keçirilməsinin səbəbi təkcə Azərbaycanla bağlı bir neçə sənədin hazırlanması ilə əlaqədar deyildi.
Hörmətli həmkarlar çox gözəl bilirlər ki, Avropa Şurasının Parlament Assambleyasında bu sessiyanın bir neçə günü Azərbaycana həsr olunmuşdu. Azərbaycan məsələsi yalnız Avropa Şurasının böyük iclasında deyil, komitələrdə və siyasi partiyalarda da müzakirə olunurdu. Bu ehtiyacın haradan gəldiyi və Azərbaycan məsələsinin nədən gündəmə gətirildiyi bizim üçün tam şəkildə aydındır. Mən istəyərdim, hörmətli həmkarlar bilsinlər ki, Avropa Şurasının özündə gedən proseslər ona dəlalət edir ki, bu gün həmin qurum, əslində, hansısa bir ölkəni hədəf seçib öz problemlərini həll etmək niyyətində olan bir təşkilata çevrilib. Yəni heç kim etiraz və inkar da eləmir ki, ölkələrin içərisində hansısa problemlər mövcuddur. Bizdən başqa monitorinqdə 10-dan çox ölkə var. Ancaq bu ölkələrin problemləri kənara qoyulur, bir hədəf kimi Azərbaycan seçilir və müzakirələrə təqdim olunur. Siz yəqin ki, artıq həm mətbuatdan, həm də bizim çıxışlarımızdan Azərbaycan ilə bağlı qəbul olunmuş qətnamələrdən xəbərdarsınız. Çox təəssüflər olsun ki, bu qətnamələrin qəbul olunması prosesində Azərbaycana nəinki mənfi münasibət bəsləyən, hətta, mən bu sözdən çəkinmirəm, nifrət edən deputatların bəziləri iş-güclərini qoyaraq Avropa Şurasına gəlib orada çıxış edirdilər. Onların içərisində cənab Ştrasseli, cənab Omtzigti, cənab Şvabeni göstərmək olar. Mən çox üzr istəyirəm ki, bunlara cənab deyirəm. Bunlara “cənab” sözü yaraşmır. Bunlar kimi bir neçə deputat da Azərbaycanı hədəf seçərək ona qarşı qeyri-obyektiv mövqedən çıxış etdi.
Bu yüksək tribunadan hörmətli həmkarlarıma demək istəyirəm ki, Avropa Şurası bizim üçün həddindən artıq vacib bir təşkilatdır, buradan Azərbaycan öz sözlərini, öz fikirlərini dünya ictimaiyyətinə çatdıra bilər. Bunun üçün Azərbaycanı bu məkandan məhrum etmək istəyirlər. Hesab edirəm ki, bizim düşmənlərimiz orada məhz bu istiqamətdə fəaliyyət göstərirlər. Bunun da əsas səbəbi ondan ibarətdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti elə bir siyasət aparır ki, artıq Azərbaycan həqiqətləri Avropaya və bütün beynəlxalq təşkilatlara bəllidir. Təsəvvür edin, iclas zamanı çıxış edən şəxslər bu qəbul olunmuş sənədlərə, – mənim həmkarlarım da mənimlə bir yerdə idilər, – elə əlavələr təklif edirdilər ki, onlar, ümumiyyətlə, həqiqəti əks etdirmir. Təəssüflər olsun ki, erməni lobbisinin, Azərbaycanı istəməyən qüvvələrin vasitəsilə bu əlavələrin bir qismi qəbul olundu.
Hörmətli həmkarlar, ən problemli məsələlərdən biri də ondan ibarətdir ki, təəssüflər olsun, bu gün Avropa Şurasının Baş katibi Avropa Şurasının ən yüksək dəyərlərini, yəni insan haqlarını, demokratiyanı, qanunun aliliyini alətə çevirərək Azərbaycana təzyiq göstərir. Bu gün yalnız bir insanın hüquqlarını tələb edərək bir milyon qaçqının hüquqlarından imtina etmək Azərbaycana qarşı ən böyük ədalətsizlikdir. Biz bu tələbi Avropa Şurasında həmişə qoymuşuq və bu proses bundan sonra da davam edəcək. Sağlam qüvvələr belə həmin bu insanların girovuna çevrilir. Ona görə səsvermə zamanı, belə deyək, bir neçə qrup insan bunların təsiri altına düşdü və Azərbaycanın əleyhinə səs verdi.
Burada mən xüsusilə iki məsələni hörmətli həmkarlarıma çatdırmaq istəyirəm. Birinci məsələ Ukrayna ilə bağlıdır. Siz bilirsiniz, mətbuatda da bu məsələ işıqlandırılıb ki, Ukrayna deputatları Azərbaycanın əleyhinə olan bu qətnamənin qəbul olunmasında iştirak ediblər. Azərbaycan–Ukrayna münasibətləri xüsusilə bir neçə müddət bundan əvvəl Ukrayna Prezidentinin buraya səfəri, rəsmilərin, dostluq qruplarının gediş-gəlişi ilə bağlı inkişaf mərhələsini yaşayır. Təəssüflər olsun ki, Ukraynadan bizim əleyhimizə səs verən deputatlar elə Ukraynanın özünə qarşı da səs verən deputatlardır. Nümayəndə heyətinin içərisindən yalnız Poroşenkonun, yəni prezidentin partiyasından olan deputatlar səsvermədə iştirak etməyiblər və Azərbaycana qarşı hansısa bir addım atmayıblar. Ancaq Ukraynadan olan bütün başqa partiyalar Azərbaycana qarşı öz münasibətlərini bildiriblər. Bu da elə Ukraynanın özünə qarşı münasibət deməkdir. Ona görə ki, Azərbaycan–Ukrayna münasibətləri bu saat inkişaf mərhələsini yaşayır.
İkinci məsələni mən qeyd etmək istəyirəm. Mən bir nümayəndə heyətinin rəhbəri kimi sizin diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan–Türkiyə münasibətləri ən yüksək səviyyədədir. Bir neçə müddət bundan əvvəl Türkiyənin xarici işlər naziri hörmətli Mövlud Çavuşoğlu öz bəyanatında bu məsələyə tam aydınlıq gətirib. Azərbaycan və Türkiyə nümayəndə heyətləri həmişə birgə fəaliyyət göstərib, bir istiqamətdə işlər görüb və bundan sonra da belə olacaq. O ki qaldı bir neçə deputatın hansısa başqa bir istiqamətdə səs verməsi, hesab edirəm, bu, ümumi mənzərəyə heç də təsir göstərməyəcək. Mən həm Türkiyədən, türk deputatlarından, həm də bizim nümayəndə heyətinin əməkdaşlıq etdiyi insanlardan artıq məktublar almışam. Bizim əlaqələrimiz möhkəmdir və bu möhkəm münasibətləri heç bir qüvvə poza bilməz.
Əziz həmkarlar, hörmətli dostlar! Nümayəndə heyəti bütün bu məsələlərə baxmayaraq, öz mövqeyini açıq-aşkar ortaya qoydu. Mövqe nədən ibarətdir? Hörmətli Oqtay müəllim, nümayəndə heyəti 16 ildir, Avropa Şurasında fəaliyyət göstərir. Biz əlaqələrimizi qarşılıqlı hörmət əsasında çox yüksək səviyyədə təşkil etmişik. Bu gün nümayəndə heyətinin üzvləri alt komitənin sədrləridir, ölkələr üzrə məruzəçilərdir. Bu gün nümayəndə heyəti öz mövqeyi ilə Avropa Şurasına Azərbaycanın ən ağrılı problemini, Dağlıq Qarabağ məsələsini çatdırır. Bu hücum Azərbaycanın uğurlarının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Ona görə ki, o qüvvələr uğurlu siyasətə qarşı fəaliyyət göstərirlər. Hesab edirəm ki, biz Avropa Şurası ilə münasibətlərimizi çox ciddi təhlil etməliyik. Avropa Şurasının özündə hansısa xoşagəlməz proseslər gedir. Bu haqda konkret olaraq mövqeyimizi ortaya qoymalıyıq. Heç bir dövlət özünə təzyiqi qəbul etməz.
Bu gün Avropa Şurası Avropa demək deyil. Avropa məkanı çox böyükdür. Ona görə biz əlimizdən gələni etməliyik ki, Avropa Şurası ilə əlaqələrimiz ikitərəfli hörmət əsasında, qarşılıqlı əlaqələr əsasında formalaşsın. Əminəm ki, biz bu istiqamətdə iş görmək iqtidarındayıq. Yenə də təkrar edirəm, təzyiqlər həddindən artıq böyükdür. Bu təzyiqləri isə, mən bir də təkrar etmək istəyirəm, cənab Prezidentin bu gün Avropa –Azərbaycan münasibətlərini ən yüksək səviyyədə təşkil etməsinin nəticəsi olaraq Azərbaycanı istəməyən qüvvələrin fəaliyyəti kimi qiymətləndirmək lazımdır. Nümayəndə heyəti işini davam etdirəcək və Sizin də, Oqtay müəllim, xüsusi rolunuzu burada qeyd etmək istəyirəm ki, bu işdə həmişə bizə dəstək vermisiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Ukrayna və Azərbaycan barəsində dediniz, mən Sizinlə razılaşıram. O biri partiyaların nümayəndələri Azərbaycan əleyhinə səs veriblər, təəssüf olsun ki, hökumət partiyasının, dövlət partiyasının üzvləri də bitərəf səslə iştirak eləməyiblər. Biz bu üsulları yaxşı bilirik. Bu bizi fikirləşməyə vadar eləyir.
İkinci, Siz Turbyorn Yaqland haqqında dediniz. Bu adam Azərbaycana qarşı, demək olar ki, tam düşmən kəsilmiş bir adamdır. Avropa Şurasının tarixində 68 ildir tətbiq olunmayan 46.4-cü maddəni Azərbaycana tətbiq eləmək istəyirlər. Bu yaxınlarda mən Avropa İttifaqının Brüsseldəki səfirlərini qəbul elədim və söylədim. Bu saat Avropa Məhkəməsinin 10 mindən yuxarı yerinə yetirilməyən qərarı var. Hər ölkənin 600–700 qərarı yerinə yetirilməyib. Hətta bu yerinə yetirilməyən qərarların heç cərimələrini də vermirlər. Ancaq Azərbaycanla bağlı bir neçə belə qərar var. Cərimələri də ödəyir. Elə bil, Turbyorn Yaqland lotereya oynayırmış, 10 min işin içində əlini atıb Azərbaycanı çıxarıb.
Bu, Azərbaycana qarşı tam ədalətsizlikdir. Mən inanmıram ki, bu maddəni tətbiq eləsinlər. Ancaq bu maddəni Azərbaycana tətbiq eləmək istəsələr, yəqin ki, biz Avropa Şurasında qalıb-qalmamaq haqqında fikirləşməliyik. Yəni bu, ədalətsizliyin ən yüksək mərhələsi olar. Çıxış eləmək istəyənlər var. Əvvəl hamı dedi ki, yoxdur. İndi 6 nəfər yazılıb. Rüfət Quliyev buyursun.
R.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, hörmətli dostlar! Mən bir məlumatı sizə çatdırmaq istəyirəm. Mən bu xəbəri alan kimi dərhal Azərbaycan–Ukrayna qrupunun rəhbəri kimi bizim oradakı qrupun rəhbəri Maksim Kuryaçiy və bizim yaxın dostumuz Oleq Meduniça ilə əlaqə saxladım, 3 gündür ki, söhbət aparıram. Həqiqətən, mən də təsdiq eləyirəm, onlar da təəssüf hissi ilə qeyd eləyiblər ki, Avropa və Ukraynadan bizim əleyhimizə səs verən deputatlar ancaq müxalif partiyaları təmsil edən deputatlar olublar. Mən onlara izah eləməyə başladım ki, siz görürsünüz, vəziyyət belədir, niyə belə məsələləri nəzarətdə saxlamırsınız, axı biz strateji müttəfiqik, münasibətlərimiz inkişaf edir. Maksim Kuryaçiy səhər artıq mənə dedi ki, 2 gün Ali Radada bizim Ukrayna–Azərbaycan qrupu ilə görüşlərimiz olub. Orada Borislav Bereza var, o hətta Bakıya da gəlmişdi. Ondan mən özüm soruşmadım, Kuryaçiydən xahiş elədim ki, Siz özünüz ondan soruşun, nəyə görə belə bir addım atıb.
Fikrimin əsas məntiqi odur ki, gələn həftə Maksim Kuryaçiy bir qrup deputat adından, o cümlədən Ukrayna–Azərbaycan qrupunun adından açıqlamalar verəcək. Artıq açıqlamaları hazırlayır, bu açıqlamalar məsələyə müəyyən qədər aydınlıq gətirəcək. Mənə dediyi söz o olubdur ki, həmin vaxt səhv eləmirəmsə, cənab Poroşenko Avropaya gəlirdi və bu qrupun böyük bir hissəsi onu qarşılamağa getmişdi. Hətta cənab Vladimir Aryevlə də söhbət olubdur, ona da sual verilibdir. Mənə elə gəlir ki, cənab Sədr, gələn həftə bir qrup deputat rəsmi formada açıqlama verəcək. Orada hansı formadasa öz fikirlərini çatdıracaqlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyahıda dedim, 6 nəfər var idi, indi gəldi 9 oldu, bir azdan 10 olacaq. Ona imkan verməyəcəyik, çünki işimiz çoxdur. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar! Mən istəyirəm, məsələyə bir qədər başqa tərəfdən yanaşam. Amma öncədən sözümü demək istəyirəm ki, əgər Avropa Şurasının Azərbaycanı bu qurumdan çıxarmaq fikri olacaqsa, biz qabaqlayıcı addım atıb özümüz çıxmalıyıq.
İndi isə mahiyyət üzrə danışmaq istəyirəm. Yadımdadır, Avropa Şurasına daxil olanda bizim qarşımıza öhdəliklər qoyuldu və biz o öhdəlikləri qəbul elədik. Misal üçün, ölüm hökmünün çıxarılması. Halbuki şəriət ilə müsəlmanın ölüm haqqı vardı, biz də yerinə yetirirdik. Yeri gəlmişkən, Rusiyanın mərkəzi istintaq komitəsi ölüm hökmünün ləğvi ilə bağlı məsələ qaldırıb ki, Avropa Şurası bizi inkar edirsə, biz nə üçün onların təsiri altında belə bir addım atmışıq. İkincisi, ümid bağladıq ki, Avropa Şurası bizim Dağlıq Qarabağ məsələsini həll edəcək. Gör nə qədər zaman keçib, Dağlıq Qarabağ məsələsinin həllini ancaq dondurmaqla, xristian təəssübkeşliyi ilə, islamofobiya və sair yanaşma ilə uzadırlar, bizə ermənilərin nəzərindən baxırlar.
Nəhayət, ən mühüm saydığım, çıxışımın əsas mahiyyəti budur ki, bizdən tələb elədilər, müəyyən azlıqlarla bağlı maddələri Cinayət Məcəlləsindən çıxartdıq. Nə baş verdi? Azərbaycanda ailə institutu dağılmağa başladı. Nikahdankənar hadisələr baş verdi. Övladlar atalarının üzünə ağ olmağa başladılar. Bir azərbaycanlı kimi hər şeyi itirdik. Ümumiyyətlə, biz kimik? Biz azərbaycanlıyıq. Biz nə ərəbik, nə də avropalıyıq. Biz keçmişdə deyildiyi kimi, islam imanlı, türk canlı, Avropa qiyafəliyik. Ancaq Avropa bizim nə göy rəngimizi görmək istəyir, nə də yaşıl rəngimizi, elə özünün bildiyini deyir. Bizim ekranlarımızdan tutmuş elektron vasitələrə qədər hamısında avropalaşma inkişaf etdirilir. Nə var ki, Avropanın acığı gəlməsin deyə, biz öz mahiyyətimizdən uzaq dururuq. Bəs bizim Qafqaz vüqarımız harada qaldı? Biz özümüzəməxsus bir millətik. Azərbaycanlıyıq və özümüzü də elə aparmalıyıq.
Vaxtilə cəmi 5 min əhalisi olan Periklin Afinası demokratiya ilə bağlı dünyaya səs salmışdı. Öz əzmini göstərərək hələ də tarixdə yaşayır. Amma Roma imperiyası bugünkü Avropa kimi əxlaqsızlıqdan dağıldı. Biz nə üçün əxlaqsızlıqdan dağılan imperiyaların diktələri ilə yaşamalıyıq? Azərbaycan coğrafi cəhətdən də şərqdir. Elə məcbur deməliyik ki, bura Avropadır. Biz Asiyayıq da. Ona görə də biz özümüz dövlət mənliyimizi qorumalıyıq. Mən hesab edirəm, biz heç kimdən çəkinməməliyik. Özümüz demokratiyanı təmin eləməliyik. Kimi azad eləmək istəyiriksə, diktə ilə deyil, özümüz azad eləməliyik. Humanizmi özümüz həyata keçirməliyik. Böyük dövlətlərin diktəsi ilə yaşamamalıyıq. Avropada başqa beynəlxalq qurumlar var. Orada da çıxış eləyib sözümüzü deyə bilərik. Sözümün canı bir daha ondan ibarətdir ki, Avropa Şurasına kor-koranə itaət eləmək olmaz.
Sədrlik edən. Əgər biz Avropa Şurasına kor-koranə itaət etsəydik, bizə qarşı belə çıxış eləməzdilər. Bizim Avropa Şurasındakı nümayəndə heyətinin çıxışlarına baxın, lazım olsa, biz çıxarıq. Hər şeyi deyirik, söhbət ondan getmir. Söhbətin kökü başqa şeydədir. Söhbətin kökü erməni diasporunun təsirindən və bəzi məsələləri Azərbaycana güzəştə getməmələrindən irəli gəlir. Bunu yaxşı bilirik və buna qarşı da işləyəcəyik. Amma biz arzu edərdik ki, belə bir meydanı itirməyək, ona görə də onlarla işləyirik. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, bizim Avropa Şurası ilə bağlı iradlarımız tamamilə haqlıdır. Ölkə Prezidenti də bu istiqamətdə birmənalı və dəqiq açıqlama verdi ki, Avropa Şurası nə dərəcədə bizə lazımdır. Ancaq bunun qərəzliliyi, obyektivlikdən kənar fəaliyyəti, həqiqətən, Azərbaycanı incidir. Amma bu o demək deyil ki, biz illər öncə seçdiyimiz strateji kursdan imtina etməliyik. Avropa Şurası bizə qarşıdır, qərəzlidir, məhkəmələrin çıxardığı qərarlar, müəyyən şəxslərin azad olunması ilə bağlı məqsədyönlü tələblər, bunlar hamısı cəmiyyətdə birmənalı qarşılanır. Həqiqətən də Azərbaycana məqsədyönlü təzyiq göstərilir. Buna baxmayaraq, heç bir platformada Azərbaycan meydanı ermənilərə buraxmamalıdır. Hətta BMT-də də, başqa qurumlarda da bizə haqsızlıq edilir, neyləyək, ataq gedəkmi? Biz mübarizəmizi aparmalıyıq. Ona görə də bu cür çağırışlar yanlışdır. Əgər bizi qərəzli şəkildə çıxararlarsa, onda başqa, fakt qarşısında qalıb özümüzə yeni bir kurs müəyyən edərik. Amma bunu bizim məqsəd olaraq göstərməyimiz, bəzi çağırışlar etməyimiz düzgün deyil. Sizin də mövqeyinizə qatılıram ki, bu məsələyə bu cür yanaşmaq olmaz.
Amma burada məsələlərin çoxunu Avropa Şurasının üzərinə yükləmək olmaz. Baxın, məhkəmə ilə bağlı məsələlər, bizim özümüzün rəvac verdiyimiz başqa məsələlər var. Siyasi məsələləri demirəm. Mülki məsələ ilə bağlı yüzlərlə məhkəmə prosesi var. Burada bir il öncə deputat həmkarım Qüdrət Həsənquliyev məhkəmə qərarlarının icrası ilə bağlı çıxış eləmişdi. O çıxışdan sonra ölkə Prezidenti səviyyəsində məsələyə müdaxilə olundu, ədliyyə naziri tərəfindən bu sahədə ciddi dəyişikliklər, kadr dəyişiklikləri, struktur dəyişiklikləri edildi, işlər xeyli dəyişdi. İcralar artıq həyata keçirilməyə başladı.
Amma Azərbaycanda bir fakt var. Təsəvvür edin, bir vətəndaş mənə müraciət eləyib, mən dəhşətə gəlmişəm ki, belə hüquq olarmı? Mənzilin boşaldılması ilə bağlı Ali Məhkəmənin qərarı var, qərar icraya yönəldilib. İnzibati-İqtisadi Məhkəmədə hakim Etibar Mustafayev tərəfindən qərar qəbul olunur ki, icra dayandırılsın. Necə ola bilər, Ali Məhkəmədən böyük instansiya yoxdur ki? Onun qərarı icraçıdan şikayət əsasında dayanırsa, vətəndaşa bunun nə dəxli var? Vətəndaşın mülkiyyət hüququ pozulub. Ali Məhkəmə qərar qəbul eləyib, ancaq onun icrasına nail ola bilmir. Buna Avropa Şurası neyləsin. Özümüzdəki xırda problemləri həll eləyə bilmiriksə, bu, Avropaya daşınırsa, bunun günahının bir qismi də bizdədir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən həmkarım Səməd müəllimin vurğuladığı bütün məsələləri dəstəkləyirəm. Çox təəssüf ki, Avropa Şurası Azərbaycana qarşı haqsızlıq, ədalətsizlik edir, ikili standartlar getdikcə daha da artır və biz hamımız çox yaxşı bilirik ki, bunun arxasında hansı maraqlar dayanır. Azərbaycana təzyiq edərək hansı maraqları həyata keçirmək istəyirlər. Təbii ki, Avropa Şurası Parlament Assambleyasında bizim iştirakımız, bu platformada haqsızlıqları, ədalətsizlikləri ifşa etməyimiz, nümayəndə heyəti olaraq gerçəklikləri söyləməyimiz çox önəmlidir. Ona görə mən də hesab edirəm ki, cənab Sədr, Sizin vurğuladığınız kimi, bu platformada fəaliyyətimizi qoruyaraq haqsızlıqlara, ədalətsizliklərə qarşı mübarizəni davam etməliyik.
Digər bir məsələyə toxunmaq istəyirəm, daha doğrusu, xahişlə müraciət etmək istəyirəm. Biz harasa gedəndə qürur duyduğumuz məsələlərdən biri də odur ki, müsəlman Şərqində ilk parlamentli cümhuriyyəti biz qurmuşuq, Azərbaycan xalqı qurub və bu bizim iftixar tariximizdir. Cənab Prezidentin imzaladığı sənədlə də gələn il cümhuriyyətimizin 100-cü ildönümü dövlət səviyyəsində qeyd ediləcək və buna çox az zaman qalıb. Biz 3 gün bundan qabaq İstanbulda Feriköy məzarlığında idik. Bu məzarlıqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xeyli hissəsi yatır. XX əsrin əvvəlində “Difai” təşkilatını quraraq xalqımızı ermənilərin törətdiyi dəhşətli soyqırımlarından qoruyan və mübarizə aparan Əhməd Ağaoğlu və onun ailəsi, yenə Qarabağda xalqımızı qorumaqda böyük işlər görmüş nazirimiz Xosrov bəy Sultanov, nazirimiz Xəlil bəy Xasməmmədov, milli təhlükəsizlik nazirimiz Nağı bəy Şeyxzamanlı, Hüseynqulu bəy Xoyski və ailələri, millət vəkillərimiz, yəni Məhmət Sadiq Aran başda olmaqla cümhuriyyət dövrünün millət vəkillərinin bir çoxu təkcə elə bu məzarlıqda uyuyur, amma bu məzarlığa gedən yolda heç bir məlumat yoxdur, yən burada Azərbaycan cümhuriyyətinin böyük qurucuları yatır, lakin bir məlumat lövhəsi belə yoxdur, bəzi məzarların qəbirüstləri yaxşı vəziyyətdə deyil. Ona görə bu məsələni ya Mədəniyyət Nazirliyimiz, ya da İstanbuldakı Baş Konsulluğumuz vasitəsilə həll etmək lazımdır, çünki iki-üç aydan sonra artıq cümhuriyyətimizin 100-cü ildönümünü qeyd etməyə başlayacağıq. Orada, o məzarlığın girəcəyində bir lövhə vurulmalıdır ki, bunlar Azərbaycan Xalq Cümhuriyyətinin qurucularıdır. Onların məzarüstü abidələri bərpa edilməlidir, orada Türkiyə bayrağı ilə bərabər Azərbaycan bayrağı da dalğalanmalıdır. Bu məsələ, xahiş edərdim ki, diqqət mərkəzində olsun.
Sədrlik edən. Elman Nəsirov.
E.Nəsirov. Hörmətli Sədr, hörmətli həmkarlar! Son günlər, həqiqətən, Azərbaycana qarşı müxtəlif istiqamətlərdən, bir yandan Avropa Şurasının Baş Katibliyi, bir yandan Avropa Şurasının Parlament Assambleyası səviyyəsində, bir yandan da ABŞ Senatında Helsinki Komissiyasında keçirilən dinləmələr zamanı təzyiqlərin şahidiyik. Eyni zamanda, mən bugünkü çıxışımda məhz bu məqama xüsusi diqqət yetirmək istəyirəm ki, son iki il ərzində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun üzvlərindən biri – Rusiya 2015-ci ildən bu günə qədər ikinci dəfədir ki, işğalçı Ermənistan dövləti ilə hərbi təyinatlı kreditlə bağlı müqavilə imzalayıb. 2015-ci il iyun ayının 26-da imzaladığı həmin hərbi təyinatlı kreditin bu ilin sonuna qədər Ermənistana tam ödənilməsi və eyni zamanda, hansı hərbi texnika və sursatı verdiyi də 2016-cı il fevral ayının 16-da Ermənistan mətbuatında dərc olunub. Yəni bu artıq hərbi sirr deyil, bu məlumatlar hər kəsə bəllidir.
İndi isə oktyabr ayının 12-də Ermənistan hökuməti Rusiya ilə imzaladığı hərbi təyinatlı kreditin müqaviləsini təsdiqləyib, yəni oktyabr ayının 12-dən bu qüvvədədir. 2023-cü ildən Ermənistan çox cüzi bir faizlə, 3 faizlə onun ödənişini reallaşdıracaq, yəni təxminən 5-6 ildən sonra. Bu hadisə prezidentlər səviyyəsində təxminən 16 aylıq fasilədən sonra keçirilən Cenevrə danışıqları öncəsi baş verib. Elə bu səbəbdən də hesab edirəm ki, Ermənistan prezidentinin bu danışıqların ardınca verdiyi bəyanat bütün erməni diasporuna və beynəlxalq ictimaiyyətə bir daha bildirib ki, Dağlıq Qarabağ heç bir zaman Azərbaycanın tərkibində olmayacaq, onun hüdudlarından kənarda olacaq. Cenevrə danışıqlarının ardınca Ermənistan prezidentinin belə ürəkli davranışını şərtləndirən ən mühüm amillərdən biri o olub ki, məhz həmsədr dövlətlər səviyyəsində ona növbəti hərbi dəstək verilib. Eyni zamanda, oktyabr ayının 18–19-da Brüsseldə Avropa Parlamentində Avropa ermənilərinin sayca IV forumu keçirilib və bu forumda Ermənistanın xarici işlər naziri Nalbandyan çıxış edib. Əgər Cenevrə danışıqlarında müəyyən razılaşmalar vardısa, ən azı bəyanatda belə qeyd edilir, onu alt-üst eləyən növbəti mövqe ortaya qoyulur. Həmin mövqe də ondan ibarətdir ki, Dağlıq Qarabağ heç bir zaman müasir Azərbaycan dövlətinin tərkibində olmayıb və bundan sonra da olmayacaq.
Sədrlik edən. Hamımız onun ağılsız çıxışlarını eşitmişik. Burada təzədən demək niyə lazımdır ki? Hələ 2023-cü ilə beş il var. Bu xəmir hələ çox su aparacaq. O, ağlına gələni danışacaq, biz də Milli Məclisdə müzakirə edəcəyik? O deyir, olmayacaq, bizim Prezidentimiz isə deyir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, Azərbaycanın tərkibində də olacaq. Bundan danışın da. Elşən Musayev.
E.Musayev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, media mənsubları! Burada həmkarlarım Azərbaycana qarşı təzyiq və təsirdən danışdılar, amma mən fikirlərimi başqa kontekstdə bildirmək istəyirəm. Məlumdur ki, Azərbaycana qarşı təzyiqlər cənab Prezidentin qətiyyətli siyasəti, qarşıdan gələn Prezident seçkiləri və sair ilə əlaqədardır. Bir də təbii ki, Avropada olan bəzi insanlar öz şəxsi məsələlərini böyük, qlobal nüfuzun qarşısında daha önə çəkmək istəyirlər. Bu beynəlxalq təşkilatları, əslində, informasiya ilə kim yemləyir, buna da fikir verməliyik.
Siz bilirsiniz ki, Azərbaycana qarşı məlum bir şəbəkə var. Bunlar konkret şəkildə koordinasiya olunurlar. Deməzdim ki, ciddi şəbəkədir, ciddi olmasa belə, bunu demək lazımdır ki, onların başında Azərbaycan Respublikasının keçmiş səfiri Arif Məmmədov durur. Buradan da anonimlər, saxta informasiyalar gedir. Bu adam da köhnə əlaqələri vasitəsilə gələn məlumatları Azərbaycana qarşı yönəltmək istəyir. Təbii ki, onların ətrafında müəyyən insanlar da var, amma onların adlarını bu parlamentdə çəkib şərəfləndirmək istəmirəm.
Məsələ nədir? Bilirsiniz ki, mən də Avropa Şurasının nümayəndə heyətinin üzvüyəm, dəfələrlə Strasburqda olmuşam. Hər kəs əmin olsun ki, burada bir sıra məsələləri həmin erməni lobbisi və Azərbaycana qarşı olan digər düşmənlər deyil, həm də sapı özümüzdən olan baltalar həll eləyir. Azərbaycana qarşı qətnamələr qəbul olunanda həmin o insanlar cinayətkar qiyafəsində siyasi məhbus adı ilə Azərbaycandan qaçıblar, buraya gəlməyə qorxurlar, erməni on sevinəndə, onlar on beş sevinirlər.
ATƏT-in vitse-prezidenti var, bizim həmkarımız dəyərli Azay müəllimi on gündür, qara zolağa alıblar, sosial şəbəkələrdə demədikləri yoxdur. Digər vitse-prezident var, Rocer Viker, Vaşinqtonda Azərbaycana qarşı dinləmələr təşkil eləyir, haqlarında danışdığım radikal qrupun insanları öz övladlarını həmin dinləmələrə göndərirlər. Bunların Azərbaycanla bağlı alıb-verə bilmədikləri nədir? İqtidari başa düşdük, hakimiyyəti də başa düşdük, bəyənmirlər. Müxalifdirlər, yaxşı, bunların millətlə, dövlətlə, Azərbaycan bayrağı ilədəmi ədavətləri var? Məncə, o məsələyə xüsusi diqqət yetirmək lazımdır. Hüquq mühafizə orqanlarından xahiş edirəm, ermənidən betər qruplar ki var, onlar haqqında cinayət işi qaldırılmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Azərbaycan–Avropa Şurasının münasibətlərindən danışarkən biz bir çoxlarının sualını cavablandırmalı oluruq. Azərbaycan Avropa kursundan imtina etmək fikrindədirmi sualına ölkə Prezidenti Avropa Birliyinin 28 diplomatını qəbul eləyəndə cavab verdi. 21 noyabrda keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammitində ölkəmiz iştirak edəcək və bu xəbər həmin qurumun təmsilçilərini çox sevindirdi. Çünki ölkəmizin bu məkanda həlledici mövqeyi olduğu onlara bəllidir. Deməli, biz bu kursdan imtina eləmirik.
İkincisi, mental olaraq biz asiyalıyıq, yoxsa avropalıyıq? Bu hər birimizə bəllidir. Biz Avropa kostyumunu çox rahatlıqla alıb geyinə bilirik, maşınını da rahat sürürük. Deməli, mental problemimiz yoxdur. Ancaq ölkə rəhbəri bu məsələlərə də cavab verdi ki, bəs necə olur, texnologiyasını gətirib neft sektorunda, maşınını məişətdə istifadə etdiyimiz halda siyasətində problemlər olur? Cənab Prezident qeyd etdi ki, Avropada ayrı-ayrı qüvvələr bu ölkədə hökmranlıq eləmək istəyirlər. Gerçəkdən də belədir. Hökumətin formalaşmasında iştirak eləmək, xarici siyasətini diktə etmək, Azərbaycanı Avropanın forpostuna çevirib Rusiyaya qarşı, başqa dövlətlərə qarşı döyüşdürmək niyyətləri həmişə olub, bu gün də var.
Biz erməni amilini Avropada hər zaman qeyd edirik, amma bu, hədəfi yalnız məhdud şəkildə götürməyimiz demək olardı. Məgər ermənilər Azərbaycan əleyhdarlarının hamısını bir araya gətirib onlara təşkilat yaradırlar? Qətiyyən, bununla Avropanın mühüm təşkilat strukturları məşğul olurlar. Mən ötən dəfə də parlamentdə söylədim. Azərbaycan əleyhinə olan qüvvələr, yəni səfiri satın almaqdan tutmuş bu ölkədən narazı gedənlərin hamısının siyasi təlimat bazasını, maliyyə imkanlarını Qərbdə ayrı-ayrı qüvvələr yaradır. Bu da deyildiyi kimi, Azərbaycanı bu kursdan çevirmək, sonra izolyasiya şəraitində ona zərbə vurmaq niyyətindən irəli gəlir. “Meydan TV”-ni, “Azərbaycan saatı TV”-ni, “Turan TV”-ni maliyyələşdirən də həmin qüvvələrdir. Azərbaycanla bağlı televiziya yaratsaq, bu işi heç bir donor maliyyələşdirməz. Ona görə də mənim anlamımda həm hörmətl cənab Sədr, Sizin qeyd etdiyiniz kimi, o cümlədən Səməd müəllim də vurğuladı, bizim siyasətimiz ölkəmizə ləyaqət tələb eləməkdir. Bu münasibətləri pozmamaq üçün öz tərəfimizdən bütün vasitələrdən istifadə etməliyik, çünki Azərbaycan əleyhinə olan qüvvələr biz o qurumdan çıxacağımız təqdirdə 6 ay içərisində tam görünəcəklər. Qarabağa guya saxta müstəqillik tanıtmaqdan tutmuş digər hərəkətlərə rəvac verəcəklər. Biz, təbii ki, bunlara yol verməyəcəyik.
Sədrlik edən. Heç kim qurumdan çıxmağa hazırlaşmır. Biz qurumun münasibətindən danışdıq. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Mən bir vacib məlumatı çatdırmağı özümə borc bilirəm. Dünən Ukraynanın Baş nazirinin birinci müavini, eyni zamanda, iqtisadiyyat naziri Stepan Kubivin Azərbaycana rəsmi səfəri başlanmışdır. Bildiyiniz kimi, o, cənab Prezidentlə, Baş nazirlə görüşmüş, eyni zamanda, Azərbaycan Ukraynalıları Konqresinin ofisində görüş keçirmişdir. Mən də orada iştirak etmişdim və ona AŞPA-da Ukrayna nümayəndələrinin məntiqsiz davranışları haqqında sual vermək istəyirdim, lakin o məni qabaqladı, çox açıq və sərt bəyanat verdi. Yəni Rüfət müəllim, hörmətli həmkarım dedi ki, Kuryaçiy gələn həftə Ukraynada öz mövqelərini açıqlayacaq.
Amma yaxşı haldır ki, artıq rəsmi Kiyev belə bəyanat səsləndirib. Mən artıq bunu bizim mətbuatda da səsləndirmişəm. İndi onu açıqlamaq istəyirəm. O dedi: “Те люди, которые в ПарламентÑкой ÐÑÑамблее Совета Европы буквально на днÑÑ… проголоÑовали вопреки украинÑким национальным интереÑам, ÑвлÑÑŽÑ‚ÑÑ Ð²Ñ€Ð°Ð³Ð°Ð¼Ð¸ не только Ðзербайджана, но и Украины. Их Ð¿Ð¾Ð·Ð¸Ñ†Ð¸Ñ Ð½Ð¸ÐºÐ°Ðº не отражает точку Ð·Ñ€ÐµÐ½Ð¸Ñ Ñ€ÑƒÐºÐ¾Ð²Ð¾Ð´Ñтва Украины, поÑкольку ни один из них не ÑвлÑетÑÑ Ñ‡Ð»ÐµÐ½Ð¾Ð¼ партии Порошенко. Ðто – оппозициÑ. Ðто люди, дейÑÑ‚Ð²Ð¸Ñ ÐºÐ¾Ñ‚Ð¾Ñ€Ñ‹Ñ… вÑегда идут вразрез Ñ Ð¿Ð¾Ð»Ð¸Ñ‚Ð¸ÐºÐ¾Ð¹ дейÑтвующего руководÑтва Ñтраны, наÑтроенные на деÑтабилизацию обÑтановки в Украине. Более того, миниÑÑ‚Ñ€ Степан Кубив Ð¿Ñ€Ð¸Ð½ÐµÑ Ñвои Ð¸Ð·Ð²Ð¸Ð½ÐµÐ½Ð¸Ñ Ð¸ Ñказал: “Я прошу извинение перед азербайджанÑким народом за дейÑÑ‚Ð²Ð¸Ñ ÑƒÐºÑ€Ð°Ð¸Ð½Ñких депутатов. Ðто было неприÑтно. Мы еще будем поднимать Ñту тему на нашей Родине”. И официальную позицию Украины по Ñтому вопроÑу Степан Иванович Кубив довел до ÑÐ²ÐµÐ´ÐµÐ½Ð¸Ñ Ð¿Ñ€ÐµÐ·Ð¸Ð´ÐµÐ½Ñ‚Ð° Ðзербайджана Ильхама Гейдаровича Ðлиева во Ð²Ñ€ÐµÐ¼Ñ Ð²Ñтречи в Баку в четверг и гоÑподин Президент, как очень мудрый человек, очень Ñдержанный человек, понÑл Ñту Ñитуацию и как заÑвил Степан Иванович Кубив Ñказал, что инцидент в ПÐСЕ ни в коем образе не Ñнимает Ñ Ð¿Ð¾Ð²ÐµÑтки Ð´Ð½Ñ Ð¿Ð»Ð°Ð½Ð¸Ñ€ÑƒÐµÐ¼Ñ‹Ð¹ визит президента Ильхама Ðлиева в Киев, который как ожидаетÑÑ ÑоÑтоитÑÑ Ð¼Ð¾Ð¶ÐµÑ‚ быть в Ñтом году, может быть в Ñледующем. Однако официальный Киев вчера уже Ñделал Ñвое заÑвление”. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Səməd müəllim, yenə də sözünüz var? Buyurun.
S.Seyidov. Oqtay müəllim, mən öz fikrimi bildirdim. İndi, sadəcə, həm Sizə, həm də hörmətli həmkarlarıma dəstəyə görə, münasibətə görə minnətdarlığımı bildirmək istəyirəm. İcazə verin, burada səslənən fikirləri cəmləşdirərək nümayəndə heyətinin rəhbəri kimi, Avropa Şurasının həm Baş katibinə, həm də rəhbərliyinə Azərbaycanın bu məsələlərlə bağlı münasibətini konkret olaraq çatdırım. Sağ olun.
Sədrlik edən. Baş katibinə xeyri yoxdur, amma o birisinə göndər. Müzakirələri də istəmirdik, ancaq etdik. İndi keçək gündəliyimizə. Gündəliyin birinci məsələsi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 2017-ci il 25 iyul tarixində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Qanun qəbul edib. Bu qanun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri hörmətli Vasif müəllim Talıbov tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşdur. Komitədə bu məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisi nümayəndələrinin iştirakı ilə birlikdə baxılmış və Milli Məclisə tövsiyə edilmişdir.
Konstitusiyanın qanun layihəsi sizdə var, arayış da sizə təqdim olunmuşdur. Qısaca onu deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qəbul edilmiş bu dəyişikliklər 2016-cı il 26 sentyabr tarixində Azərbaycan Respublikası Konstitusiyasında edilmiş dəyişikliklərlə bağlıdır. Daha dəqiqi, bu, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırılması ilə bağlı bir sənəddir, layihədir. Bu baxımdan hesab edirəm ki, Milli Məclis tərəfindən onun qəbul olunmasında heç bir problem yoxdur. Çünki Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi Azərbaycan Respublikasının Konstitusiyası ilə bağlı səsvermədə iştirak etmişdir və təqdirəlayiq haldır ki, qısa zaman çərçivəsində Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırılır. Qeyd etməliyəm ki, Konstitusiya Qanununa uyğun olaraq 95 səs çoxluğuna ehtiyacımız var və həmçinin qəbul olunduqdan 6 ay sonra bu Konstitusiya Qanunu yenidən səsə qoyulacaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Buyursun Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Məclis iştirakçıları, bu qanuna, sözsüz ki, səs verməliyik. Ona görə ki, söhbət Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırılmasından gedir. Amma mənim qeyd edəcəklərim başqa məsələ ilə əlaqədardır. Mən vaxtilə də o məsələni parlamentdə qaldırmışdım və hesab edirəm ki, təkrar bu məsələnin üstünə gəlməyə ehtiyac var.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri muxtar respublikanın rəhbəri kimi həm də icra hakimiyyətinin başçısı funksiyalarını yerinə yetirir. Bu, Azərbaycan Respublikasının Konstitusiyası ilə ciddi ziddiyyət təşkil edir. Mən vaxtilə də söyləmişdim, bizim Konstitusiyamızda hakimiyyət bölgüsü prinsipi əksini tapıb. Qanunverici orqan, icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti. Amma biz görürük ki, muxtar respublikanın Ali Məclisinin sədri həm də icra xarakterli fərman və sərəncamlar imzalayır. Yəni burada Konstitusiyanın bölgüsü prinsipi Naxçıvan Muxtar Respublikası Konstitusiyasında öz əksini tapmayıb. Buna görə də muxtar respublikanın rəhbəri vəzifəsi, hansı ki, həm də icra hakimiyyətinin funksiyalarını yerinə yetirir, Konstitusiyada onun sərhədləri dəqiq müəyyənləşdirilməlidir. Yəni qanunverici orqan tamamilə qanunverici funksiyaları yerinə yetirməlidir. Biz tövsiyə etməliyik ki, muxtar respublikada bu məsələyə yenidən baxılsın və muxtar respublikanın Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyasına tam mənada uyğunlaşdırılsın.
Burada, hörmətli Oqtay müəllim, Sarkisyanın növbəti sayıqlamaları ilə bağlı məsələ qaldırıldı və Siz də çox tutarlı cavab verdiniz ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan Respublikasının ərazisində ikinci bir erməni dövləti yaranmayacaq və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olaraq qalacaq. Ən tutarlı cavab da elə Naxçıvan Muxtar Respublikasında ayın 18-də keçirilən hərbi parad oldu. Yəqin ki, burada oturanlar, hər bir Azərbaycan vətəndaşı o paradı izlədi. Biz, doğrudan da, böyük bir qürur hissi keçirdik və Sarkisyan da, sözsüz ki, həmin o hərbi paradı izləyib ağlını başına yığmalıdır. Ona görə ki, artıq 1990-cı illər deyil. O zaman ölkədə siyasi sabitlik yox idi, daxili çəkişmələr ölkəni didib dağıdırdı, ölkə iqtisadiyyatı tamamilə dağıdılmışdı və bundan istifadə edən ermənilər Azərbaycan torpaqlarını işğal etdilər. İndi tamamilə başqa Azərbaycan dövləti var. Ona görə də ermənilər ciddi düşünməlidirlər. Əgər o hərbi potensial işə düşsə, baxmayarq ki, o, Azərbaycan Silahlı Qüvvələrinin kiçik bir hissəsidir, Ermənistanda daş daş üstə qalmayacaq. Bunu biz tez-tez ermənilərin diqqətinə çatdırmalıyıq. Sonda bunu demək istədim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Biz Ermənistanla müharibə aparmırıq, biz əsas Dağlıq Qarabağı almalıyıq. Mən ona görə dedim ki, hələ vaxt çoxdur. Xahiş edirəm, səsverməyə keçək. Bu, Konstitusiya qanunudur, ona görə diqqətli olmağınızı xahiş edirəm. Münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və Karantin üzrə Baş Administrasiyası arasında Anlaşma Memorandumunun təsdiq edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2017-ci il mayın 15-də Pekində imzalanmış bu memorandumun böyük iqtisadi əhəmiyyəti vardır. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın mühüm ticarət əməkdaşı olaraq Çindən ölkəmizə böyük miqdarda mal idxal olunur. Bu memorandum da məhz məhsulların və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, bunun əsasında isə insan sağlamlığının qorunmasına öz töhfəsini verəcəkdir. Memorandum 9 maddədən ibarət olub, əməkdaşlıq istiqamətlərini, məlumatların əldə olunması, mübadiləsi və digər aktual məsələləri əhatə edir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti 4 məsələ qanunların uyğunlaşdırılmasıdır. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, artıq Siz qeyd etdiniz, gündəliyin 3 -cü, 4-cü, 5-ci və 6-cı məsələləri cənab Prezidentin bir məktubu ilə daxil olmuşdur. Bu məsələlərdən 3-ü “Banklar haqqında” Qanuna, “Poçt haqqında” Qanuna və “Mərkəzi Bank haqqında” Qanuna dəyişikliklər ilə bilavasitə əlaqədardır. Bu dəyişikliklər bir-biri ilə bağlı olduğundan icazənizlə onları birlikdə təqdim edərdim.
Qeyd etmək istərdim ki, hər 3 qanun layihəsi “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 25 aprel tarixli Qanunun tətbiqi ilə əlaqədardır. Məlumat üçün bildirmək istəyirəm ki, ötən sessiyada biz “Valyuta tənzimi haqqında” Qanunda ciddi dəyişikliklər etdik. Valyuta mübadiləsi əməliyyatı lisenziyalaşdırılan fəaliyyət növü kimi təsdiq edilməklə bu fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dairəsi, habelə lisenziyanın verilməsi qaydaları dəqiq tənzimlənmişdir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda bankların məşğul ola biləcəyi fəaliyyət növləri ilə bağlı olan 32.1.6-cı maddədən “xarici valyutanın” sözləri çıxarılır və aşağıdakı məzmunda maddə əlavə edilir: “Öz hesabına və ya müştərilərin hesabına valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi”.
“Poçt haqqında” Qanunda 13.1.6-cı maddədə “xarici valyutanın alqı-satqısı” sözləri “valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi” sözləri ilə əvəz edilir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununda Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətləri ilə bağlı 22.0.4-cü maddə yeni redaksiyada verilir: “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda valyuta tənzimi ilə bağlı Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmiş məsələlər barəsində qərarlar qəbul edir”. Millət vəkillərindən bu qanun layihələrinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Əli müəllim, 6-cı məsələni Siz məruzə edin, bir yerdə səsə qoyarıq.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, eyni bir paketdən olan məsələdir və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda edilən dəyişikliklərin “Valyuta tənzimi haqqında” Qanuna uyğunlaşdırılması ilə bağlıdır. Bu baxımdan “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda da eyni ilə uyğunlaşdırma xarakterli dəyişikliklərdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa fikir yoxdursa, xahiş edirəm, gündəliyin 3-cü məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 4cü məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 5ci məsələyə – “Azərbaycan Respubli-kasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər edilməsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Nəhayət, 6cı məsələyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 7-ci məsələsi “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təklif olunan qanun layihəsinə əsasən xüsusi təyinatlı poçt rabitəsinin əhatə dairəsi dəqiqləşdirilir. Habelə xüsusi təyinatlı poçt rabitəsinin bir növü olan xüsusi poçt rabitəsi xidmətinin vəzifələri, fəaliyyət sahəsi, bu xidmətin göstərilməsi ilə bağlı olan digər məsələlər tənzimlənir. Qeyd etmək lazımdır ki, xüsusi rabitə növü kimi feldyeger rabitəsinin vəzifələri, onun təşkili və fəaliyyətinin hüquqi əsasları “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli Qanunu ilə müəyyən olunmuşdur.
Xüsusi poçt rabitəsinin əhatə dairəsi ilə bağlı məsələlər isə qanunvericiliklə tənzimlənmədiyindən bu sahədə təcrübədə problemlər yaranır. Odur ki, qanuna “Xüsusi poçt rabitəsi xidməti” adlanan 11-1-ci maddə əlavə edilir. Xüsus poçt rabitəsi xidmətinin tənzimlənməsi bu xidmətlərin keyfiyyətinin yüksəldilməsini, dövlət sirri təşkil edən məlumatların və qiymətli əşyaların olduğu poçt göndərişlərinin daha etibarlı daşınmasını və ünvan sahiblərinə çatdırılmasını təmin edəcəkdir. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.08 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
8-ci məsələ, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya dəyişikliklər edilməsi barədə” 1996-cı il tarixli Protokola uyğunlaşdırılması məqsədi ilə hazırlanmışdır. Qeyd etmək lazımdır ki, “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” 1976-cı il tarixli Beynəlxalq Konvensiya Beynəlxalq Dəniz Təşkilatı tərəfindən dənizdə baş vermiş qəza hadisələri zamanı insan həyatının itirilməsi, bədən xəsarəti alınması, əmlakın itirilməsi, yaxud korlanması və bir sıra digər hallar üzrə gəmi sahibinin və xilas edənin maliyyə məsuliyyətini məhdudlaşdırmaq məqsədi ilə qəbul olunmuş və 1980-cı il 1 dekabr tarixindən qüvvəyə minmişdir.
Lakin sonrakı dövrlərdə dənizdə baş vermiş qəza hadisələrinin Beynəlxalq Dəniz Təşkilatı tərəfindən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, qəzanın nəticəsinin aradan qaldırılması üçün hesablanmalı məbləğ “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” 1976-cı il tarixli Beynəlxalq Konvensiyanın müəyyən etdiyi məbləğlərdən dəfələrlə artıqdır.
Bununla əlaqədar olaraq Beynəlxalq Dəniz Təşkilatı tərəfindən dənizdə baş vermiş qəza hadisələri zamanı tələblər üzrə maliyyə məsuliyyətinin hesablanması üçün “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” 1976-cı il tarixli Beynəlxalq Konvensiyada müəyyənləşdirilmiş hesablaşma vahidlərinin artırılması ilə bağlı 1996-cı il tarixli Protokol qəbul edilmiş və 2004-cü ildə qüvvəyə minmişdir.
Azərbaycan Respublikası tərəfindən Konvensiya ilə müəyyən edilmiş tələblərin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində də Beynəlxalq Konvensiyanın tələblərinə uyğun məsuliyyət hədləri müəyyən edilmişdir. Konvensiyaya dəyişikliklərin edilməsi və respublikanın adıçəkilən Protokola qoşulması səbəbindən Ticarət Gəmiçiliyi Məcəlləsində müəyyən dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
9-cu məsələ Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, cənab Prezident tərəfindən Azərbaycanın orden və medallarının siyahısına yeni birinin əlavə olunması ilə bağlı təklif daxil olub. Bu, cənab Sədrin qeyd etdiyi kimi, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalıdır. Medalla bu sahədə yüksək nəticələr göstərən mülki aviasiya işçilərinin və mülki aviasiyanın inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslərin təltif olunması nəzərdə tutulur. Bu medalın Azərbaycanın digər orden və medallarından sonra taxılması nəzərdə tutulur.
Qeyd etməliyəm ki, medalın ümumi təsviri kifayət qədər sadədir. Amma burada müstəqil dövlətimizin atributlarından başqa qlobus və təyyarə şəkli də öz əksini tapmışdır. Hesab edirəm ki, müasir dövrdə Azərbaycanda mülki aviasiyanın əhəmiyyətinə və inkişafına uyğun olaraq belə bir medalın yaradılması tam yerindədir. Ümumiyyətlə, qeyd etməliyik ki, son dövrlər Azərbaycanda mülki aviasiya sahəsi sürətlə inkişaf edir. Bu baxımdan hörmətli həmkarlarımdan qanun layihəsini dəstəkləməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Hörmətli deputat həmkarlarım, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalın təsis edilməsi çox təqdirəlayiq haldır. Mən də Əli müəllimlə tam razıyam ki, bizim mülki aviasiyamız bəlkə də Avropa məkanında birinci sırada durur. Belə orden və medalların təsis edilməsi ölkə başçısı cənab İlham Əliyevin hər bir peşə sahibinə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. “Mülki aviasiya sahəsində xidmətlərə görə” medal təsvir edilərkən qeyd olunur ki, onun ön tərəfində qızılı qaytan formasında dekorativ elementlərlə əhatələnmiş dairə, mərkəz hissəsində yerləşmiş səkkizguşəli ulduz daxilində isə təyyarə və qlobusdan ibarət kompozisiya əks olunur. Arxa hissə yenə də belə təfərrüatlarla təsvir olunur. Lakin bizə təqdim olunan variantda medalın nə ön, nə də arxa hissəsi aydın görünmür.
Belə olan halda biz medalın dizaynını hazırlayan insanlara yalnız sözdə inanmalıyıq. Çünki təqdim olunan şəkillərdən heç nə başa düşmək olmur. Belə hallar başqa orden və medallar təsis edilərək təsdiq üçün bizə göndəriləndə də təkrarlanır. Mən hesab edirəm ki, bu, deputatlara qarşı hörmətsizlikdir. Düzdür, burada Ümumi şöbənin heç bir təqsiri yoxdur. Çünki onlar bu sənədləri o vəziyyətdə alırlar, sadəcə, çoxaldırlar. Amma gələcək üçün onları göndərən orqandan çox xahiş edərdim ki, orden və medalların təsvirlərini daha aydın, rəngli, nəzərə çarpan formada çap edərək bizə təqdim etsinlər ki, biz də onların görünüşü haqqında münasibət bildirə bilək. Xahiş edirəm, nəzərə alasınız.
Sədrlik edən. Elmira xanım, mən dedim, bəs Siz təzə dizayn verəcəksiniz. Sizi şəkil maraqlandırırmış.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təzə dizayn verin, gələn dəfə baxarıq. Xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
10-cu məsələ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməs haqqındadır. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, qısaca məlumat vermək istəyirəm ki, Miqrasiya Məcəlləsinin 53-cü maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daimi yaşayış icazəsinin alınması ilə bağlı hansı sənədlər tələb olunursa, onların siyahısı verilir. Təqdim olunan dəyişiklik isə bu siyahılarda faktiki olaraq bugün heç bir əhəmiyyəti olmayan sənədlərin çıxarılmasını təklif edir. Bu baxımdan hesab edirəm ki, Miqrasiya Məcəlləsinə təklif olunan bu düzəliş əhəmiyyətlidir və çox ciddidir. Çünki əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün icazə almaqdan ötrü daha mütərəqqi şərait yaradır. Odur ki, layihəyə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 11-ci məsələsi İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bu dəyişiklik “Reklam haqqında” Qanunun tətbiqi ilə bağlıdır və təklif olunur ki, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulması” maddəsinə yeni bir bənd əlavə olunsun. Ona görə ki, “Reklam haqqında” Qanun bunu tələb edir. Konkret olaraq “Reklam haqqında” Qanunda bununla bağlı müddəa var. Eyni zamanda, 428-ci maddənin dispozisiyasına yen bir əlavə edilir. Bu da haqsız, qeyri-dəqiq və gizli reklamla bağlı bir dispozisiyadır. Amma cərimə sanksiyalarında dəyişiklik yoxdur. Ona görə bir daha vurğulamaq istəyirəm ki, bu dispozisiyaların yaranma səbəbi “Reklam haqqında” Qanunun tələbidir və təbii ki, İnzibati Xətalar Məcəlləsində əksini tapır. Cərimə isə həmin maddələrdə olan cərimə miqdarında qalmış olur. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Sağ olun, hörmətli Sədr. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə reklamla bağlı bir sıra dəyişikliklər təklif olunur. Əsasən, bu dəyişiklikləri müsbət qiymətləndirirəm. Məsələn, süni qida məhsullarının reklamında daha geniş məlumatın verilməsi, gizli reklamın qadağan olunması, qeyri-dəqiq və haqsız reklamın tez bir zamanda təkzib edilməsi və sair. Çünki axır zamanlar biz başqa ölkələr kimi reklam dənizində çox çətinliklə üzürük, hərdən də onun bataqlığına düşürük.
Hazırda bildiyimiz kimi, reklam sahəsində ən əsas problemlərdən biri saxta, qeyri-dəqiq, hətta zərərli malların açıq və gizli reklam olunmasıdır. Ona görə də bu sahədə nəzarət güclənməlidir və biz bu dəyişikliklərlə problemi qismən aradan qaldırmalıyıq. Lakin 213-cü maddəyə əlavə edilən 213.0.4-cü bənd məndə müəyyən suallar doğurur. Burada yazılır ki, sün qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayılması qadağandır və buna görə cərimə tətbiq ediləcək. Məncə, bu, düzgün yanaşma deyil. Çünki məhz analar və hamilə qadınlar, tibb işçiləri süni qida məhsulları haqqında məlumata yiyələnməlidirlər. Bu sahədə istehsal olunan təzə, keyfiyyətli süni qida məhsulları haqqında daha çox məlumat əldə etməlidirlər ki, yaxşısından istifadə edə bilsinlər. Başqa məsələdir ki, belə reklamlar dəqiq olmalıdır və həqiqəti əks etdirməlidir. Belə halda tibb müəssisələrində və analar arasında bu reklamların yayılması heç bir təhlükə yaratmayacaq. Təəssüflər olsun ki, hazırda süni qidalar Azərbaycanda çox sürətlə artmaqdadır və demək olar ki, hər bir gənc ailə üçün süni qida məhsulunun seçilməsi aktualdır və çətin bir məsələdir. Qida məhsullarının seçilməsi məsələsində ailələr ilk növbədə həkimləri ilə məsləhətləşirlər. İndi isə biz həkimlərə bu reklamlarla tanış olmağı qadağan edirik. Mənə elə gəlir ki, bu məntiqsizdir və mən 213.0.4-cü bəndin bu formada olmasının əleyhinəyəm. Xahiş edirəm, nəzərə alasınız.
Sədrlik edən. Sağ olun. Əli müəllim, cavab vermək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Sağ olun. Cənab Sədr, mən, ümumiyyətlə, bu cür layihələrin müzakirəsi ilə bağlı cavab vermək istəyirəm. Biz İnzibati Xətalar Məcəlləsinin ancaq dispozisiyasına yenilik etmişik. Bu dispozisiya artıq qəbul olunmuş “Reklam haqqında” Qanundakı ifadədir. Yəni artıq 2 ildir, Azərbaycan Respublikasında körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar tərəfindən yayılmasına görə qadağa mövcuddur. Bu ifadə “Reklam haqqında” Qanunda artıq mövcuddur. O baxımdan demək istəyirəm ki, mövcud qanunun müddəası digər bir qanuna köçürülürsə, onun müzakirəsini apara bilmərik. Yəni bunu təklif etmək olar, amma İnzibati Xətalar Məcəlləsinə deyil, “Reklam haqqında” Qanunla bağlı təklif etmək olar.
Sədrlik edən. Sağ ol. Musa müəllim, Siz nə əlavə edəcəksiniz? Buyurun.
M.Quliyev. Çox sağ olun. Heç bir şey əlavə etməyəcəyəm. Sadəcə, izahat vermək istəyirəm ki, anaları və həkimləri məlumatlandırmaq ayrı şeydir, reklam etmək ayrı şeydir. “Körpələrin və azyaşlı uşaqların qidalanması haqqında” Qanun bizim Sosial siyasət komitəsi tərəfindən 2002-ci ildə qəbul olunub. Orda çox aydın şəkildə yazılıb. Hamilə və uşaq əmizdirən analara bu süni qidaların reklam olunması çox böyük bir cinayətdir, bu nəinki İnzibati Xətalar Məcəlləsinə, deyərdim ki, Cinayət Məcəlləsinə salınmalıdır. Çünki o reklam olunarkən ana süd verməkdən imtina edir və uşağına süni qidalar verməyə başlayır. Ananın südü azdırsa, təbii ki, həkimin bu barədə məlumatı var və həkim ona hansı qidadan nə qədər istifadə edə biləcəyini tövsiyə edəcəkdir. Amma reklam etmək o qidanı satan adamın, şirkətin marağında olan məsələdir və təbii, o çalışacaq ki, öz malını satsın. Buna görə də qanunda tamamilə düzgün yazılıb və Elmira xanımın da iradları hesab edirəm ki, yersizdir. Təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
12-ci məsələ “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu layihə də müəyyən mənada uyğunlaşdırma xarakteri daşıyır, amma mahiyyəti ilə bağlı qısaca məlumat vermək istəyirəm. Yaxın zamanlarda bilirsiniz ki, “Dövlət qulluğu haqqında” Qanunun qəbulundan sonra cənab Prezident tərəfindən ona veto qoyulmuşdu və sonra komitəmizdə bu məsələ müzakirə olunarkən belə bir fikir səsləndi ki, bu iki qanun – “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunla “Dövlət qulluğu haqqında” Qanun arasında ziddiyyət aradan qaldırılmalıdır. Çox təqdirəlayiq haldır ki, qısa zaman çərçivəsində belə bir layihə təqdim olundu və “Məhkəmə-Hüquq Şurası aparatının statusu Azərbaycan Respublikası Ali Məhkəməsi aparatının statusuna bərabər tutulur” müddəası artıq çıxarılır. Çünki əks təqdirdə cənab Prezidentin təqdim etdiyi əvvəlki layihə ilə ziddiyyət yaranmış olardı, bu baxımdan hesab edirəm ki, bu çox yerində olan, məqsədəmüvafiq bir layihədir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi də bunu xüsusi olaraq qeyd edir. Çox sağ olun.
Sədrlik edən. Fazil Mustafa buyursun.
F.Mustafa. Çox sağ olun, Oqtay müəllim. Mən bu dəyişikliyə səs verəcəyəm. Məhkəmə-Hüquq Şurası ilə bağlı bir məsələni gündəmə gətirmək istəyirəm. Bildiyiniz kimi, biz Məhkəmə-Hüquq Şurasının tərkibini formalaşdıranda Milli Məclisin təmsilçisi kimi bizim çox hörmətli və kifayət qədər bu sahədə təcrübəli hüquqşünas olan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovu göstərmişdik. Mən nəyi təklif etmək istəyirəm, Ziyafət müəllim, bayaq da məsələ qaldırdım. Siz orada bizim təmsilçimizsiniz. Bizə məhkəmələrlə bağlı, hakimlərlə bağlı yüzlərlə müraciət daxil olur. Kiminsə haqqına girmək olmaz, bəlkə müraciət səhvdir, düzdür, bilmirik. Biz o müraciətləri Sizə təqdim edək ki, ən azı Məhkəmə-Hüquq Şurasında o məsələlərin araşdırılmasını təmin edəsiniz. Vətəndaşa verilən qərarı oxuyuruq, az-çox hüquqşünasıq, anlayırıq ki, bu məhkəmə qərarı hüququn heç bir maddəsinə uymur. Obyektiv qərarlar da kifayət qədər çoxdur. Mən onları inkar etmirəm. Amma elə məsələlər var ki, vətəndaşın hüququ göz görəsi pozulur, mülkiyyət hüququ pozulur, başqa hüquqları pozulur. Ona görə də bir mexanizm düşünmək lazımdır ki, bizə daxil olan müraciətlərlə Sizi tanış edə bilək, orada məsələ qaldırasınız ki, deputatları bu məsələlər narahat edir. Bu təkcə mənim fikrim deyil, burada onlarla deputat var ki, həqiqətən, belə müraciətlər alırlar. Heç olmasa, orada müzakirə olunsun, bilsinlər ki, Milli Məclisə, deputata gələn sənəd boşuna qayıtmadı. Çünki biz onları Ali Məhkəməyə göndərə bilmirik. Yazırlar, məhkəmə müstəqildir, onun işinə qarışmaq olmaz. Bizim bu müraciətləri heç bir instansiyaya göndərmək imkanımız yoxdur.
Biz Məhkəmə-Hüquq Şurasına məktubla müraciət edə bilirik, amma bu da yetərli olmur, bəzən onlardan heç cavab almırıq. Məhkəmənin işinə müdaxilə etmək niyyətimiz yoxdur. Bizi maraqlandıran vətəndaşın, heç olmasa, elementar hüquqlarıdır. Əminəm ki, Sizin hüquqşünas kimi həm savadınız, həm də imkanınız var ki, Məhkəmə-Hüquq Şurasında ən azı bu məsələləri gündəmə gətirəsiniz və hakimlər, heç olmasa, bir az çəkinsinlər.
Bayaq dediyim kimi, Ali Məhkəmənin qüvvəyə minmiş qərarını 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi artıq blok edə bilir. Şikəst bir qızın mənzil hüququ pozulur. Mən açıqlamaq istəmirdim, o, 7 ildir mənzilini ala bilmir. Şikəst bir hüquqşünas qızdır, müraciət edir, mənim ürəyim ağrıyır. Ali Məhkəməyə qədər gedib, qərarı çıxarıb, əlindədir, mane olmaq üçün təzədən hakimin başqa bir formada hansısa bir motivlə qərar çıxarması olduqca zərərli bir şeydir. Hüquq sistemimizi, məhkəmə sistemimizi gözdən salır. Görülən yaxşı işlərə də kölgə gətirir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aytən Mustafazadə.
A.Mustafazadə. Təşəkkür edirəm. Mən bu gün təklif olunan dəyişikliyi dəstəkləmək istəyirdim. Azərbaycan Respublikası məhkəmə sistemində Məhkəmə-Hüquq Şurasının daha da inkişaf etdirilməsi üçün bir sıra zəruri işlər görülmüşdür. Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası, Avropa İttifaqı və digər beynəlxalq qurumlar Azərbaycanda hakimliyə namizədlərin seçilməsini örnək kimi qiymətləndirirlər. Bu gün təklif olunan dəyişiklik də çox vaxtında edilmiş bir təklifdir. Hesab edirəm ki, bu, qanunvericiliyimizə və beynəlxalq təcrübəyə tamamilə uyğundur.
Mən bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Məhkəmə-Hüquq Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutsa da, hələ konstitusion orqan statusuna malik deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında məhkəmə hakimiyyəti xüsusi fəsildə öz əksini tapsa da, həmin müddəaların içində Məhkəmə-Hüquq Şurası haqqında bir cümlə ilə də bəhs edilməyib. Lakin digər inkişaf etmiş dövlətlərin bir çoxunun Konstitusiyasına nəzər salsaq, görərik ki, həmin konstitusiyalarda Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə bağlı xüsusi müddəa əks olunur. Düşünürəm ki, dünya təcrübəsində və eləcə də Azərbaycan Respublikasında məhkəmə sisteminin formalaşmasında Məhkəmə-Hüquq Şurasının rolunun mühümlüyü nəzərə alınaraq Azərbaycan Respublikası Konstitusiyasına xüsusi maddə əlavə edilsə, daha məqsədəmüvafiq olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aytən xanım, gələn referendumda biz bunu nəzərə alarıq. Ziyafət müəllim, buyurun.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən Fazil müəllimin qaldırdığı məsələyə münasibət bildirmək istəyirəm. Fazil müəllim, mən Sizə tam səmimiyyətlə deyirəm, – bir dəfə də bu məsələ, deyəsən, burada qaldırılmışdı, onda da mən məsələyə münasibət bildirdim, – Məhkəmə-Hüquq Şurasında öz fəaliyyətində qanunsuzluğa yol vermiş hakimlər haqqında çox ciddi tədbirlər görülür. Ya intizam icraatı qaydasında olan məsuliyyətə cəlb olunurlar, ya da vaxtından əvvəl səlahiyyətlərinə xitam verilir, işdən uzaqlaşdırılırlar. Bunu tam səmimi deyirəm, burada çox ciddi tələblər qoyulur və Məhkəmə-Hüquq Şurası bu işin öhdəsindən çox ciddiyyətlə gəlir. O ki qaldı Sizə daxil olan məktublara, bizim “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarımız var. Əgər sizə məktub daxil olursa, kim deyir ki, Siz bunu məhkəməyə göndərə bilməzsiniz? Siz bununla məhkəmənin işinə qarışmırsınız. Siz, sadəcə olaraq, araşdırmaq üçün göndərə bilərsiniz, vəssalam. Siz onun heç bir fəaliyyətinə müdaxilə etmirsiniz.
Əlbəttə, məhkəmələr müstəqildirlər. Heç Məhkəmə-Hüquq Şurası da onların məhkəmə fəaliyyəti ilə bağlı işlərinə müdaxilə etmir. Çünki Məhkəmə-Hüquq Şurası bilirsiniz ki, ədalət mühakiməsini həyata keçirən orqan deyil. Amma yenə deyirəm, Sizə əgər məktub daxil olursa, mənə də müraciət edə bilərsiniz, müəyyən məhkəmə instansiyalarına da müraciət edə bilərsiniz ki, müvafiq ölçü götürsünlər, qərar çıxarsınlar.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.31 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti, 13-cü məsələ “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu dəyişikliklər də məhkəmə sistemində həyata keçirilən, ümumiyyətlə, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlarla bağlıdır. Təklif olunur ki, inzibati-iqtisad məhkəmələrin iqtisadi mübahisələrlə bağlı qərarları qəbul olunduğu gündən 1 aydan gec olmayaraq elektron qaydada yayımlansın. Hesab edirəm ki, bu, məhkəmə sisteminin şəffaflığı ilə bağlı məsələdir. Əsaslandırmada qeyd olunub ki, cənab Prezidentin biznes mühitinin əlverişliyinin artırılması ilə bağlı müvafiq sərəncamı olmuşdu. Çünki iqtisadi mübahisələr, təbii ki, iqtisadiyyatla, biznes mühiti ilə bağlıdır. Amma eyni zamanda, qeyd etmək istəyirəm ki, indiyədək bizdə yuxarı instansiya məhkəmələrinin qərarları elektron formada dərc olunurdu. İndi iqtisadi qərarlar da bu siyahılara əlavə olunur. Ümumiyyətlə isə məhkəmə islahatlarının gələcəyi onunla bağlıdır ki, bütün məhkəmə qərarları elektron formada dərc olunsun və bu barədə ictimaiyyət, cəmiyyət, maraqlı tərəflər məlumat əldə edə bilsinlər. Bu baxımdan çox vacib bir məsələdir. Həmkarlarımdan səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 14-cü məsələsi İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, 2016-cı il oktyabrın 14-də biz “Yol hərəkət haqqında” Qanuna əlavələr etmişdik. Bu əlavələr iki istiqamətdə idi. Birincisi, “Yol hərəkəti haqqında” Qanunda “yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları” anlayışı da öz əksini tapmışdı. Niyə? Çünki yol hərəkəti qaydaları ümumi qaydalardır, onu biz bilirik. Bir də var, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, əlbəttə ki, bəzən iri qabaritli avtomobillərin çəkisinin, yükünün normadan artıq olması ilə də pozula bilər. Bu müddəalar artıq “Yol hərəkəti haqqında” Qanunda öz əksini tapıb və o qanunda bu qaydaların pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Məhz buna görə də indi İnzibati Xətalar Məcəlləsində artıq “Yol hərəkəti haqqında” Qanunda olduğuna görə “yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları” sözləri də əlavə olunur.
İkincisi, qeyd etdiyim kimi, iri qabaritli və ağır çəkili nəqliyyat vasitələri əgər icazədən yuxarı yük ilə hərəkət edirlərsə, ona görə də məsuliyyət var. O baxımdan bu, müəyyən mənada uyğunlaşdırma xarakteri daşıyır. Amma mən, sadəcə, bir daha onu izah etməyə cəhd etdim ki, nə üçün bu, məhz İnzibati Xətalar Məcəlləsində öz əksini tapır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Çox sağ olun, cənab Sədr. İnzibati Xətalar Məcəlləsində yol hərəkəti qaydaları ilə bağlı maddələrdə dəyişikliklər olanda burada deputat həmkarlarımız bir məsələ ilə bağlı danışdılar. Deputatın statusu ilə bağlı məsələ də İnzibati Xətalar Məcəlləsindəki təzadla bağlı olur. Yəni deputatın statusu ilə bağlı deyilir ki, məhkəmə qaydasında inzibati tənbeh tədbiri görülə bilməz və sair. Söhbət bəzi hallarda deputatların avtomobillərinin saxlanılmasından gedir. Burada bu məsələ müzakirə olunanda, hörmətli Oqtay müəllim, Siz də bu məsələyə müsbət münasibət bildirdiniz. Məndə olan məlumata görə Sizin tapşırığınız ilə bununla bağlı bir dəyişiklik də hazırlanıbdır. Amma nə isə bu yubanır. Mən hesab elədim ki, bu ərəfədə bunun da qəbulu, məncə, normal olar. Doğrudur, dövlət yol polisləri çox nəzakət ilə davranırlar, hörmət ilə yanaşırlar. Amma burada bir boşluq olduğuna görə, bu məsələlər daha çox qanunla tənzimlənməlidir və deputatın statusuna uyğunlaşdırılmalıdır. Hesab edirəm ki, bu məsələni də gündəmə gətirməyə dəyər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Deməli, sonuncu 3 qanun layihəsi, 18–19–20-ci məsələlər qanunda bəzi dəyişikliklər aparıldığı üçün bir az gecikdirilir. 3 məsələmiz qalıb. Hesab edirəm ki, tənəffüssüz işləyə bilərik. Elədirmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gündəliyin 15-ci məsələsinə, üzr istəyirəm, 14-cü məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin 15-ci məsələsi “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Rafael Hüseynov.
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikası Prezidentinin imzası ilə daxil olan və “Mədəniyyət haqqında” Qanunda dəyişiklikləri nəzərdə tutan layihə 2 maddənin yeni redaksiyasını ortaya qoyur. “Mədəni sərvətlər” adlanan 30-cu maddəyə və “Mühafizə olunan mədəni sərvətlərin siyahısı” adlanan 41-ci maddəyə nəzərdə tutulan dəyişikliklər mahiyyəti etibarilə kifayət qədər mütərəqqidir. Bu dəyişikliklər ayrı-ayrı mədəni sərvətlərin ölkədən ixracı zamanı süni məhdudiyyətləri və maneələri aradan qaldırır. Eyni zamanda, mühafizə olunan mədəni sərvətlərin qeydiyyatındakı şəffaflığı daha da artırır.
30-cu maddəyə edilən dəyişiklik ondan ibarətdir ki, 1960-cı ildən sonra yaradılan ayrı-ayrı mədəni sərvətlərin ölkədən ixrac edilməsində məhdudiyyətlər artıq aradan götürülür, çünki onların yaradılma tarixi, üzərindəki seriya nömrəsi kifayət edir. Yaxud daha əvvəl yaradılmış mədəni sərvətlər ola bilər. Onlarla bağlı müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi ekspertizanın rəyi olsa ki, bu, xüsusi mühafizə olunan mədəni sərvətlər sırasına daxil deyil, onda onun ölkədən xaricə ixracına məhdudiyyət qoyulmur. Bunun faydası ondan ibarətdir ki, mədəni sərvətlər Azərbaycanı dünyada təbliğ edən və tanıdan vasitələrdən biridir. Ona görə də süni maneələrin, məhdudiyyətlərin aradan qaldırılması, zənnimcə, vacibdir.
Digər tərəfdən, 41-ci maddəyə əlavə edilən dəyişiklikdə müvafiq icra hakimiyyəti orqanından öz rəsmi internet saytında mühafizə olunan mədəni sərvətlərin mütəmadi olaraq yerləşdirilməsini və davamlı olaraq onlarla bağlı informasiyanın yeniləndirilməsini tələb edir. Zənnimcə, bu da mühafizə olunan mədəni sərvətlərin siyahısının göz qabağında olması baxımından şəffaflığın artırılmasına daha geniş imkan yaradacaqdır. Hər iki maddə günün tələbindən irəli gələn dəyişikliklərlə bir az da zənginləşir. Ona görə düşünürəm ki, bu dəyişikliklər “Mədəniyyət haqqında” Qanunun daha işlək, daha mükəmməl olmasını təmin edəcək. Həmkarlarımı bu dəyişikliklərə səs verməyə çağırıram.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Tahir Kərimli, buyurun.
T.Kərimli. Təşəkkür edirəm. Rafael müəllimin dediyi əsaslandırmalar ilə razıyam və 41–42-ci maddələrə edilən dəyişiklikləri də dəstəkləyirəm. Amma məndə 30-cu maddə ilə bağlı bir sual doğur. Biz bu qanunu müəyyən müddətə qəbul eləmirik. Daimi olan bir qanundur. Əvvəl 30 ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar göstərilmişdi, indi isə 1960-cı ildən əvvəlki dövrə aid əşyalar göstərilir. Mənə elə gəlir ki, 50 il və ya 100 il müddət qoymaq olar. Amma deyək ki, 50 ildən sonra 1961-ci ilə aid olan əşya mədəni sərvət olmayacaq. Yəni bunu 1960-cı il, 1965-ci il və ya 1950-ci il qoymaq olmaz. Konkret rəqəm, müddət qoyulmalıdır, yəni 30 il azdırsa, 50 ildən əvvəl, 100 ildən əvvəl demək olar. Amma 1960-cı il rəqəmi 20 il, 30 il, 50 il sonra öz aktuallığını itirəcək. Ona görə, mən təklif edərdim ki, imkan varsa, düzəliş bu cür olsun.
Sədrlik edən. Tahir müəllim, burada konkret vaxtın qoyulmasının nə ziyanı var? 1960-cı ildən bu yana 50–60 il onsuz da Siz dediyiniz məsələdir. İndi bir azdan 70 il, 80 il olacaq. Bizim üçün əsas olan odur ki, o mədəni sərvətlər ölkədə qalır. Mədəni sərvətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunub, onlar çıxarıla bilməz. Amma deyək ki, Azərbaycanda 1960-cı ildən bu yana yaradılan, çəkilən xalçadır, ya bir rəsm əsəridir, bunların ölkədən kənara çıxarılması Azərbaycan mədəniyyətinə və incəsənətinə elə bir ziyan vurmur. Qoy çıxsın da. Bizim xalçamızdır, getsin, xarici muzeyləri bəzəsin. Burada qeyri-adi nə var ki? Mən burada bir problem görmürəm. Başqa sual yoxdursa, buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, icazə versəniz, növbəti 17-ci məsələni də qısaca məruzə edərəm. Çünki onlar bir-biri ilə bağlı məsələlərdir. Hörmətli həmkarlar, bildiyiniz kimi, bu ilin fevral ayında cənab Prezident tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı müvafiq sərəncam imzalanmışdı. Bu sərəncamın icrasının istiqamətlərindən biri də bu gün Milli Məclisə təqdim edilmiş qanun layihəsidir. Yəni daha dəqiqi, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərdir.
Hörmətli millət vəkilləri, mən əminəm ki, siz bu layihədə verilmiş arayış və əsaslandırma ilə də tanışsınız. O əsaslandırma kifayət qədər ciddi hazırlanıb. 7 istiqamət göstərilib və mən hesab edirəm ki, indi mənim sizə verəcəyim məlumat onun təkrarı olmayacaq. Bu daha çox Milli Məclisdə müzakirə zamanı millət vəkillərini narahat edən məsələlər ilə bağlıdır. Ümumiyyətlə, Cinayət Məcəlləsində 300 dəyişiklik edilmişdir. Konkret olaraq 3 maddə – 131.1-ci, 184-cü və 189-cu maddələr dekriminallaşdırılır. Eyni zamanda, Cinayət Məcəlləsinin ümumi hissəsində “Cinayətlərin təkrar törədilməsi” maddəsi yeni redaksiyada verildiyinə görə, digər 10 cinayət tərkibi də dekriminallaşdırılıb. Beləliklə, təxminən 15-ə qədər maddə dekriminallaşdırılıb.
İkinci vacib məsələ ondan ibarətdir ki, Cinayət Məcəlləsində yeni “azadlığın məhdudlaşdırılması” cəza növü əlavə edilmişdir. Bu da, təbii ki, kifayət qədər humanist bir yanaşmadır və qanun layihəsində 140-dan çox maddənin sanksiyasında alternativ olaraq bu cəza da nəzərdə tutulur. Yəni əvvəl ancaq azadlıqdan məhrumetmə idi. İndi 140-dan çox maddədə həm də azadlığın məhdudlaşdırılması cəzası mövcud olacaqdır.
Üçüncü vacib bir məsələ. Qanun layihəsində mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması istiqamətində talama cinayətlərində cinayət məsuliyyəti yaradan hədd 5 dəfə artırılmışdır. Yəni əvvəl 100 manat idi. İndi əmlak mülkiyyətçisinə və ya onun digər sahibinə 500 manatdan yuxarı məbləğdə ziyan vurduqda bu tərkib yaranacaq. Amma xüsusi qeyd eləmək istəyirəm ki, əgər belə əməllər digər ictimai təhlükəli əlamətlər ilə tövsiyə edilərsə, misal üçün, əgər yaşayış sahəsinə, binaya və sairə girmək ilə baş verərsə, onda, təbii ki, bu yanaşma tətbiq olunmur. Cinayət məsuliyyətini yaradan tərkib 100 manatdan yuxarı məbləğ olacaq. Yəni köhnə variant da qalacaq.
Dördüncü növbəti vacib məsələlərdən biri 73-1 və 73-2-ci maddələr ilə bağlıdır. Burada söhbət mülkiyyət əleyhinə olan cinayətlərə görə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azadetmədən gedir. Artıq müasir dünyada çoxdandır ki, cinayət işlərində mediasiya modelindən istifadə olunur. Yəni söhbət burada məsələnin məhkəmədənkənar həllindən gedir, razılaşma ilə həllindən gedir. Hesab edirəm, cənab Prezident tərəfindən təqdim olunmuş qanun layihəsinin ən mütərəqqi vacib hissələrindən biri də məhz budur. Təklif olunur ki, bu cür əməllər, yəni mülkiyyət əleyhinə və iqtisadiyyat sahəsində törədilən əməllər zamanı dəymiş ziyan tamamilə ödənilirsə və ya xüsusilə külli miqdarda ziyan dəydikdə müvafiq olaraq cinayət nəticəsində vurulmuş ziyanın bir misli və yaxud iki misli ödənilirsə, onda cinayət məsuliyyətindən azad edilmə məsələsi müzakirə oluna bilər. Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, xüsusilə külli miqdarda ziyan dispozitiv norma kimi deyil. Bu ödənməyə də bilər. Hesab edirik ki, xüsusilə külli miqdarda ziyan vurulursa, hətta dəymiş ziyanın ödənilməsi belə birbaşa cinayət məsuliyyətindən azadetməyə gətirib çıxarmamalıdır.
Növbəti vacib bir məsələ narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz istehsalı və istehlakı ilə bağlıdır. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldəetmə cinayəti törətmiş şəxs, əgər onun cinayətində, onun əməlində başqa bir cinayət tərkibi yoxdursa və o, narkomaniya xəstəliyinə düçar olmuşsa, onda o, həbs olunmur. Yəni azadlıqdan məhrumetmə cəzasına məhkum olunmur. O, məcburi qaydada müalicəyə göndərilir və dövlət həmin şəxsin müalicə edilməsini öz öhdəsinə götürür və narkomaniya xəstəliyinə düçar olmuş şəxsə bu xəstəlikdən azad olmaq şansı verilir və bütün bunlar dövlət hesabına edilir.
Yeri gəlmişkən, bu məsələlərin müzakirəsi zamanı belə təəssürat yaranmışdı və bir sıra təkliflər olmuşdu ki, ümumiyyətlə, bu cür əmələ görə məsuliyyət nəzərdə tutulmasın. Amma bu gün geniş hüquq ictimaiyyətində, hüquq mühafizə orqanlarında, məhkəmə orqanlarında bununla bağlı müsbət rəy yoxdur. Bu fikri biz də bölüşmürük. Amma komitədə də bir sıra ictimaiyyət nümayəndəsi, qeyri-hökumət təşkilatları bu fikri səsləndirmişdilər. Bu məsələ ilə bağlı təbii ki, hansısa bir ümumi, müsbət rəyimiz mövcud deyil.
Son olaraq qeyd etmək istəyirəm ki, Konstitusiya Məhkəməsinin plenumu zamanı Cinayət Məcəlləsinin 16-cı və 48-ci maddələri ilə bağlı da tövsiyələr verilmişdi. Onlar da burada nəzərə alınıb. Həmçinin layihənin 52-1.2.4-cü maddəsində redaktə xarakterli dəyişikliklər olub. Onu biz bu gün komitədə bir daha müzakirə etdik. Burada “cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan” ifadəsində “nəzarət edən orqanın” yerinə “müvafiq məhkəmənin” müddəası artırılır və sizə paylanmış variantda olmadığına görə bunu bir daha diqqətinizə çatdırıram.
Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Qeyd etmək istəyirəm ki, həqiqətən də bu layihə çox mütərəqqi bir sənəddir, cəza siyasətini humanistləşdirməyə xidmət edir. Amma eyni zamanda, qeyd etmək istəyirəm ki, həm ictimai müzakirə, həm də komitə müzakirəsi zamanı millət vəkilləri digər təkliflər də etmişdilər. Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, bu, işin müəyyən bir hissəsidir. Yəqin ki, gələcəkdə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə digər dəyişiklikləri də müzakirə edə biləcəyik.
İnzibati Xətalar Məcəlləsinə gəldikdə isə deyə bilərəm ki, indi ictimai işlər növündə cəzanın formal icrası təcrübəsinin qarşısını almaq məqsədi ilə cənab Prezident tərəfindən təqdim olunan layihədə ictimai işlər və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzaların icrasına səmərəli nəzarəti təmin etməklə bağlı təkliflər irəli sürülüb. Söhbət artıq bilirsiniz, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından gedir. Bunun üçün xüsusi bir mexanizm yaradılmalı, elektron nəzarət həyata keçirilməlidir. Bu baxımdan mütərəqqi dünya təcrübəsi öyrənilib və hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər Cinayət Məcəlləsinə edəcəyimiz dəyişiklikləri tamamlayır. Odur ki, millət vəkillərindən hər iki layihəyə səs vermələrini xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Hörmətli həmkarlar, bu qanun layihəsi, doğrudan da, Cinayət Məcəlləsinin, bütövlükdə cinayət hüququnun konsepsiyasında cəzaların humanistləşdirilməsi nöqteyi-nəzərindən çox böyük dəyişikliklər əmələ gətirir. Siz bilirsiniz ki, bu il fevral ayının 10-da cənab Prezidentin bir sərəncamı oldu. Bu, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə çox irihəcmli bir sərəncamdır və bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi ilə əlaqədar möhtərəm cənab Prezidentdən belə bir qanun layihəsi bizə daxil olub.
Əlbəttə, bu cür dəyişikliklər digər qanunvericilik aktlarında da olacaqdır. Amma bu gün biz burada Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən, daha doğrusu, təklif edilən əlavə və dəyişikliklərin müzakirəsini təşkil edəcəyik. Hesab edirəm ki, doğrudan da, bu, vətəndaşların hüquq və azadlıqlarının təminatı baxımından olduqca ciddi bir sənəddir. Yenə deyirəm, Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin konsepsiyasının ciddi surətdə dəyişdirilməsi ilə bağlı bir sənəddir. Əlbəttə, bütövlükdə Azərbaycanda insan hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsinin təminatı nöqteyi-nəzərindən və ümumiyyətlə, Azərbaycan dövlətinin imicinin daha da yüksəlməsi baxımından, hesab edirəm ki, bu qanun layihələrinin çox böyük əhəmiyyəti olacaq. İndi isə biz qanun layihələrinin müzakirəsinə başlayırıq. Deyirəm, həm Cinayət Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin müzakirəsini bir yerdə aparaq, Əli müəllim. Səsverməni ayrıca keçirərik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fazil Mustafa, buyurun.
F.Mustafa. Çox sağ olun, Ziyafət müəllim. Mən də hesab edirəm ki, bu, Azərbaycanda cəzanın humanistləşdirilməsi istiqamətində atılan çox böyük bir islahat addımıdır və bu səbəbdən dəyişiklikləri dəstəkləyəcəyəm. Bizim Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hörmətli Əli müəllimə də təşəkkürümü bildirmək istəyirəm ki, bunun çox geniş, faydalı ictimai müzakirəsini təşkil elədi və biz başqa komitədə olduğumuza baxmayaraq dəvət olunduq. Burada fikirlərimizi səsləndirdik və ənənənin nə dərəcədə faydalı olduğunun bir daha şahidi olduq. Ona görə də çalışacağam ki, hansı vacib təkliflərimiz nəzərə alınmayıbsa, ən azından onlar diqqət mərkəzinə gətirilsin. Çünki bu davam eləyən məsələdir, bu məsələyə yenidən baxmaq mümkün olacaq. Əlbəttə, burada həm cinayət anlayışı, həm də residivin yumşaldılması istiqamətində atılan addımlar təqdirəlayiqdir. Yeni cəza növü, azadlığın məhdudlaşdırılması məsələsi də müasir texnoloji imkanlardan istifadə edərək cəzaçəkmə yerlərində vaxtını boşa keçirməyən insanın ictimai faydalılığına təsir göstərməyəcək. Onun cəmiyyət həyatından təcrid olunmadan cəzasını çəkməsi imkanının tanınması müsbət bir haldır və çox da böyük yenilikdir.
Ölkə Prezidentinin bu istiqamətdə atdığı addımları tam mənada dəstəkləyirik. Amma burada bir neçə məqam var ki, bunlara diqqət yetirməyimiz vacibdir. Mən bu məsələyə maddələr üzrə toxunmaq istəyirəm. “İctimai işlər” adlı 47-ci maddə ilə bağlı bildirmişdim. Burada 47.4.2-ci maddədə hamilə qadınlar, 47.4.3-cü maddədə üç yaşına qədər uşağı olan qadınlar, habelə üç yaşınadək uşağı təkbaşına böyüdən kişilər nəzərdə tutulur, onlara ictimai işlər tətbiq oluna bilməz. Əvvəlkində səkkiz yaşınadək uşağı olan qadınlar nəzərdə tutulmuşdu. Burada bir az ağırlaşdırıcı variant kimi nəzərdə tutulur. Məncə, buna ehtiyac yoxdur. Hətta səkkiz yaşın özü də azdır. Çünki 79-cu maddədə prinsip olaraq nəzərdə tutulur ki, himayəsində on dörd yaşına qədər uşaq olan qadınların və kişilərin cəzaları belə təxirə salına bilər. Əgər himayəsində on dörd yaşına qədər uşağı olan adamın cəzası təxirə salınırsa, istər üç yaşında uşağı olsun, istərsə də on yaşında, bunlar anasız məktəbə gedə bilmirlərsə, səhər yeməyini hazırlayıb yeyə bilmirlərsə, o uşaqların hüquqları pozulur. Ona görə burada yaş məsələsinə diqqət eləməliyik ki, ananın hər hansı bir şəkildə islah işlərinə cəlb olunması ilə uşağın hüququ pozulmasın. Bu səbəbdən yaş həddi on dörd yaşadək qaldırılmalıdır. Ən azından köhnə qaydada səkkiz yaşadək olması daha məqsədəuyğundur.
Digər bir məsələ 48-ci maddədə nəzərdə tutulan məsələdir. Fəxri addan, dövlət təltifindən məhrumetmə. Müvafiq icra orqanına təqdimat göndərilməsi nəzərdə tutulur. Mən hesab edirəm ki, burada həmin orqanlara təqdimat deyil, qərar göndərilməlidir. Çünki bu təqdimatı yerinə yetirib-yetirməmə hansısa məsuliyyət yaratmır. Yəni icra orqanından, məhkəmədən gələn təqdimat onun üzərinə hər hansı bir şəkildə məsuliyyət qoymur ki, rütbədən məhrum eləsin. Yaxud göstərilməlidir ki, məhkəmənin göndərdiyi təqdimat əsasında mütləq qərar qəbul edilməlidir. Bu məsələ, məncə, boşluqda qalmamalıdır, çünki icra orqanı məhkəmənin göndərdiyi təqdimatı öz subyektiv marağına görə dəyərləndirərək rütbədən məhrum etməyə bilər. Buna aydınlıq gətirilməsi vacibdir.
Vacib məsələlərdən biri də islah işlərinin, eyni zamanda, azadlığın məhdudlaşdırılmasının hərbi qulluqçulara şamil edilməməsi, məncə, doğru yanaşma deyil. Hərbi qulluqçular da o kateqoriyadan olan insanlardır. Başa düşdüm, əlillərə islah işlərini tətbiq eləmək olmaz, fiziki imkanları yoxdur, amma hərbi qulluqçuların bu imkanları var. Azadlığın məhdudlaşdırılması da alternativ cəzadır, məhkəmə özü baxacaq. Hansısa fors-major, ya da hansısa problem yaradacaq vəziyyət yoxdursa, hərbi qulluqçulara da azadlığın məhdudlaşdırılması tətbiq edilə bilər. Bunun birbaşa tətbiq olunmasını qanundan çıxarmaq, bunu ona şamil etməmək doğru bir yanaşma olmaz.
Digər tərəfdən, 50.2-ci maddədə göstərilir ki, hərbi qulluqçuların, hərbi xidmət üzrə cəzanın məhdudlaşdırılması tətbiq olunmuş şəxsin aylıq pul təminatından dövlət tərəfindən 5 faizdən 20 faizədək məbləğdə pul tutulur. Məncə, real əmək haqqı üzərindən söhbət getməlidir. Əlavə mükafat alıb, hərbi qulluqda göstərdiyi igidliyinə görə buna pul mükafatı verilib, bunların hamısını oraya daxil etmək bir az ədalətsiz görünür. Ona görə real əmək haqqından tutulma məsələsi diqqətdə saxlanmalıdır.
Digər tərəfdən 52.1.1-ci maddədə yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Məncə, burada müvafiq icra orqanının adı xatırlanmalıdır. “Müvafiq icra orqanı tərəfindən yaşayış yerində nəzarət altında saxlanması” qeyd olunmalıdır. Digər tərəfdən 52-1.2.1-ci maddədə “yaşayış yerini tamamilə və günün müəyyən vaxtlarında tərk etməmək” verilir. Buraya “məhkəmənin müəyyən etdiyi vaxt” sözləri əlavə olunmalıdır. Çünki burada hansısa bir orqan qeyri-dəqiq olaraq nəyisə təyin eləyə bilər, yaxud da əgər səlahiyyət verilirsə, orada konkret olaraq müvafiq icra orqanının təyin etdiyi vaxtlarda tərk etməmək nəzərdə tutulmalıdır.
Digər vacib məsələlərdən biri də burada mülkiyyət əleyhinə olan cinayət məsuliyyətidir, bu çox vacib bir məsələdir. Yəni əgər vətəndaş hər hansı bir şəkildə vurduğu ziyanı ödəyirsə, bizim işimiz digər vətəndaşı razı salmaqdır. Adam ölməyib, ölüm faktı yoxdursa, bədənə xəsarət yetirilməyibsə, bunu etmək olar, bunu təqdirlə qarşılayıram.
Amma bir vacib məsələni də diqqətə çatdırmaq istəyirəm. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi. Burada da üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası var, məncə, buraya azadlığın məhdudlaşdırılması məsələsini salmaq doğru deyil. Yəni bütün hallarda yeni doğulan uşağı qəsdən öldürməkdən söhbət gedir. Qəsdən öldürmənin azadlığın məhdudlaşdırılmasına uyğunlaşdırılması artıq bir az imkansız görünür. Ona görə bu maddə stimullaşdırıcı xarakter daşıyır. Kimsə bunu eləyirsə, azadlığın məhdudlaşdırılması ilə canını qurtara bilər. Ana olanda nə olar. O, doğulan uşağın sağlamlığı üçün məsuliyyət daşıyır. Ehtiyatsızlıqdan olsa, başqa məsələ. Bu baxımdan bu formada qalması doğru deyil.
Eyni qaydada, bilə-bilə başqa şəxsi insan immun-çatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoymada da bu nəzərdə tutulub. Bu daha çox təhlükəlidir. Bu məsələyə fərqli baxmalıyıq. Bu da insan həyatını məhv eləyən addım olduğuna görə, daha sərt cəzanın saxlanması vacibdir, çünki alternativin müəyyən olunması problemlər yarada bilər. Digər 183-cü maddədə nəzərdə tutulan xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama. Burada da məhkəmə tərəfindən verilən müddət ərzində bu əşyalar qaytarılmayıbsa, onda azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yoxsa “beş ildən səkkiz ilə”ni endirdik “beş ildən yeddi ilə”. Burada qaytarırsa, cəzanın daha da yüngülləşdirilməsinə getmək olar. Çünki əsas hədəf talanan əşyaların qaytarılmasıdır.
Digər təbii qaz, su təchizatı məsələsində də yumşaldılma vacibdir. Çünki insanlar çox vaxt bunu ehtiyacdan edirlər, vətəndaşın yaşama hüququ var. Uşağı soyuqdan donmamalıdır. Gedir, haradansa oğurluq edib qazı gətirirsə, vətəndaşı öldürməliyik? Ona görə də çalışmaq lazımdır ki, həmin qurumlar vaxtında qazı, işığı, suyu versinlər. Onların borcudur, vətəndaş pul ödəyirsə, bunu eləməlidirlər. Əgər eləmirlərsə, buna görə vətəndaşa sərt bir cəza təyin olunması, məncə, doğru deyil. Diqqətinizə görə sağ olun, layihəni dəstəkləyirəm. Hesab edirəm ki, bu məsələdə islahatları davam etdirmək, icra məsələsində bunun tətbiqinə nəzarət eləmək vacibdir ki, burada alternativ cəzalar tez-tez seçilə bilsin. Sağ olun.
Sədrlik edən. Təklif var ki, 5 dəqiqəyə keçək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Onda 5 dəqiqəyə keçək. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Fazil müəllim camaatı yordu, mən çalışacağam, 5 dəqiqəyə fikirlərimi çatdırım. Əlbəttə, qanun layihəsini dəstəkləyirəm. Doğrudan da, müsbət hal idi ki, hörmətli Səfa müəllimin sədrliyi ilə bunun ictimai müzakirəsi keçirildi. Oqtay müəllim, mən komitənin iclasında da söyləmişdim, indi də söyləyirəm. Burada məni qane eləməyən məqamlar nədən ibarətdir? Əlbəttə, cəzanın humanistləşdirilməsindən söhbət gedir. Mən bir çox məsələlərdə bunu təqdir edirəm. Amma iki əsas istiqamət məni narahat edir.
Birincisi ondan ibarətdir ki, biz hazırda cəzanı humanistləşdirmək adı ilə bu dəyişikliklərə, misal üçün, xüsusilə külli miqdarda əmlakın oğurluq yolu ilə, soyğunçuluq yolu ilə mənimsənilməsini daxil edirik və hətta cəzanı yuxarı həddə çatdıraraq on səkkiz ilə qədər sərtləşdiririk. Bu məsələlərdə söhbət cəzanın humanistləşdirilməsindən deyil, sərtləşdirilməsindən gedir. Amma tutaq ki, insan həyatı ilə bağlı məsələlərdə biz bunun əksini müşahidə edirik. Misal üçün, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən insanların çoxu biz bilirik ki, qatillərdir. Əvvəl belə idi ki, cəzanın çəkilməmiş hissəsi on beş illə əvəz oluna bilərdi, əgər iyirmi beş il ərzində bu insanlar normal davransa idilər. İndi neyləyirik? Biz iyirmi beş il normal davranışı qoyuruq kənara, deyirik ki, yalnız son beş ildə bu insan özünü yaxşı aparıbsa, o, şərti olaraq cəzanın çəkilməmiş hissəsindən azad oluna bilər. Yaxud da əvvəl on beş illik çəkilməmiş müddətlə əvəz oluna bilərdisə, indi deyir, on il müddətlə əvəz oluna bilər. Bu qətiyyən yolverilməzdir.
Başqa bir misal çəkim. Məsələn, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etmə. Bunun sanksiyasına gəlin fikir verək, üç ildən yeddi ilə qədərdir. Hakimiyyət nümayəndəsi kimdir? Polis işçiləridir, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır. Bu yaxınlarda mətbuatda oxudum ki, Dövlət Təhlükəsizlik Xidməti Milli Məclis də daxil olmaqla bir çox dövlət orqanlarında ağır cinayətlər törətmək istəyən cinayətkar dəstəni zərərsizləşdirib. Yeri gəlmişkən, mən onlara təşəkkür edirəm və hesab edirəm ki, onlar dövlət mükafatları ilə təltif olunmalıdırlar. Çünki onlara qarşı silah tətbiq olunur, onların həyatı təhlükədədir. Yaxud polis işçilərinin həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradılırsa, silah tətbiq olunursa, bu halda üç ildən yeddi ilə, amma quldurluq yolu ilə yenə də həyat və səhhət üçün zor tətbiq olunmaqla onun əmlakı mənimsənilirsə, on səkkiz ilə qədər azadlıqdan məhrum edilir. Halbuki dövlət tərəfindən insanın həyat və sağlamlığı daha ciddi qorunur, nəink başqa məsələlər.
Yaxud götürək zorlama cinayətini. Zorlama cinayəti ümumi qaydada ağırlaşdırıcı hal yoxdursa, dörd ildən səkkiz ilə qədər, azyaşlı uşağı zorlama isə on ildən on beş ilə qədərdir. Cəmiyyətdə bu yaxınlarda azyaşlı uşaq zorlanmışdı. İnsanlar tələb edirdilər ki, ölüm cəzası bərpa olunsun. Amma biz qanunvericiliyə cəmiyyətin tələb elədiyi məsələ üzrə baxmırıq. Mən rast gəlmədim, kimsə son vaxtlar mətbuatda təbliğat aparsın ki, oğurluğa və soyğunçuluğa görə cəza sərtləşdirilməlidir. Bu hal olmadı. Belə çıxır ki, bizdə bu qanun layihəsini hazırlayanlar daha çox varlı insanların əmlakının qorunmasını önə çəkiblər. Niyə? Ona görə ki, xüsusilə külli miqdarda əmlakın mənimsənilməsinə görə on dörd ildən on səkkiz ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. 500 min manatdan çox kimin pulu ola bilər, ancaq xüsusi zəngin insanların. Demək, zəngin insanların əmlakı dövlət tərəfindən daha ciddi qorunur. Qəsdən adam öldürməyə görə təsəvvür edin ki, doqquz ildən on dörd ilə qədərdir. Bu məsələni komitənin iclasında qaldırmışdım, hesab edirdim ki, bu məsələlərə diqqət yetiriləcək, amma təəssüf ki, buna diqqət yetirilmədi.
Bir məsələyə fikir verin. Bizdə cinayətlərin məcmusu, ya da hökmlərin məcmusu üzrə cəza təyin olunmasından söhbət gedir. Cinayətlərin məcmusu üzrə cəza nə deməkdir? Yəni bir şəxs, tutaq ki, 3 dəfə ayrı-ayrı vaxtlarda adam öldürür, yaxud 5 dəfə ayrı-ayrı vaxtlarda azyaşlı uşağı zorlayır. Buna mövcud qanunvericiliyə görə iyirmi ildən artıq cəza təyin eləmək olmaz. Cinayət Məcəlləsinə görə cəzanın yuxarı həddi maksimum iyirmi il ola bilər. Amma kiminsə əmlakını get oğurla, sənə on səkkiz il cəza təyin eləsinlər.
Sədrlik edən. Axırda xahiş edəcəyəm, Əli müəllim şərh versin. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olsun, cənab Sədr. Müzakirə olunan məsələ ilə bağlı deputat həmkarım Vahid Əhmədovla birlikdə bir məqama diqqət çəkmək istərdim. Dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 10 fevral tarixli Cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamından irəli gələn kompleks tədbirlərlə bağlıdır. Hesab edirik ki, bu, vacib istiqamətlərdə Cinayət Məcəlləsində ciddi dəyişikliklərə gətirib çıxaracaq və cəzanın humanistləşdirilməsi istiqamətində sanballı addımlar atılacaq. Eyni zamanda, bu sənədin içərisində bir məqama diqqət etməyi vacib hesab edirəm. O da 196-cı maddə ilə, kredit borclarını ödəməklə bağlı olan məsələdir. Xüsusi qeyd etmək istərdim ki, kredit borcları çox sistemli məsələ olduğuna görə Cinayət Məcəlləsi çərçivəsində həll ediləsi məsələ deyil, yəni heç bir məcəllənin çərçivəsində o məsələni həll etmək mümkün deyil.
Burada 196-cı maddədə humanistləşdirmə istiqamətini nəzərdə tutmaqla üç ilə qədər olan həbs cəzası iki ilə qədər olan həbs cəzası ilə əvəz olunur. Amma məsələyə obyektiv yanaşanda üç ilə qədər həbs cəzası dörd ilə qaldırılsa da, iki ilə, ya bir ilə endirilsə də problemin həllində sadə bir səbəbə görə heç bir irəliləyiş olmayacaq. O səbəb də ondan ibarətdir ki, kredit borcu olan insanların əksəriyyəti borclarını artıqlaması ilə qaytarıblar. İndi artıq onlardan alınmayan borcları tələb edirlər. Məhkəmələr də həmin alınmayan borclara görə qərar çıxarırlar. O adam o borcu almayıb. Aldığını artıqlaması ilə qaytarıb və ondan artıq təzyiq vasitəsi kimi istifadə olunur. Belə bir şəraitdə hesab edirəm ki, bir il, yaxud iki il olmasının elə böyük əhəmiyyəti yoxdur. Çünki o məbləğdə pulların qaytarılmasına vətəndaşların vəsaiti çatmaz. Ona görə də sadə bir hesablamanı nəzərinizə çatdırmaq istərdim ki, tərəzinin gözünə bir məsələni də qoymaq lazımdır.
Azərbaycanda bir məhbusun saxlanılmasına bir günə 15 manat tələb olunurdu, sonra 17 manat oldu, 19 manata qaldırıldı, indi cəzaçəkmə müəssisələrində yenidənqurma işlərindən sonra bu məbləğ 22 manata çatıb. Ayda 660 manat eləyir. Bu, orta aylıq əmək haqqından 1,3 dəfə çoxdur, büdcə təşkilatlarında çalışanların əksər hissəsinin aldığı maaşdan isə təqribın 2–2,5 dəfə çoxdur. Belə bir şəraitdə əgər bu adam iki il həbs olunacaqsa, həmin adama 16 min manat xərc çəkiləcək. Bu adamın həyatı qırılır, ailəsində problem yaranır. Həmin bankın pulunu qaytara bilməyəcək, eyni zamanda, qayıdandan sonra da cəmiyyətə adaptasiya oluna bilməyəcək. Yaxşı olmazmı ki, onun saxlanılmasına yönələn 16 min manat vəsaitin bir hissəsi məhz həmin vətəndaşın almadığı və məhkəmələr vasitəsilə zorla ondan tələb olunan faiz dərəcələrinin, dəbbə pulunun və sairin qaytarılmasına sərf olunsun, o adamın işlə təmin olunması məsələsi həll olunsun. Bu tərəfdən dövlət udur. Məsələn, 10 min adama bu tətbiq olunanda 80 milyon manat pul eləyir. 80 milyon ipoteka vasitəsilə yeni quruma ayrılan 50 milyondan çox edir. Onu da üzərinə gələndə 130 milyon edir ki, bu da həmin ipotekaya ayrılan vəsaitdən 2,5 dəfə çoxdur. Bu, 2000 adamı evlə təmin eləməkdir, 2000 gənc ailəni sevindirmək olar.
Bu nöqteyi-nəzərdən hesab edirəm ki, kredit borcları ilə bağlı məsələ Cinayət Məcəlləsində bunu azaltmaqla və ya kompleks yanaşmaqla həmin xərclərin bir hissəsini məhz o insanların borclarının qaytarılmasına yönəltməklə həll edilsə, bu problemin həlli daha da sürətlənəcək. Ona görə ki, birinci variantda bank həmin pulu almır, ikinci variantda bank həm pul alacaq, həm də vətəndaş azadlıqda qalacaq, dövlət də ildə hər adam üçün 8 min manatın itkisindən azad olacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Əli müəllim, Siz hansı məsələni deyirsiniz? Faizlərin qaytarılmasını, ya manat ilə dolların fərqini?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elmira Axundova.
E.Axundova. Çox sag olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Bu gün bizə təqdim olunan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsini çox yüksək qiymətləndirirəm. Demək olar ki, nəinki biz millət vəkilləri, həm də bütün cəmiyyətimiz bu mühüm dəyişiklikləri səbirsizliklə gözləyirdik. Mənim qənaətimcə, bu dəyişikliklərin əsas mahiyyəti cəza siyasətinin humanistləşdirilməsi və bir çox hallarda azadlıqdan məhrumetmə cəzasının alternativ cəzalarla əvəz edilməsidir. Əlbəttə ki, alternativ cəzalar yüksək informasiya texnologiyalarından geniş istifadə olunmasını, hüquq mühafizə orqanlarının müasir texnoloji vasitələrlə təchiz edilməsini tələb edir. Əgər biz bu gün alternativ cəzalara geniş yol açırıqsa, deməli, bütün bu vəsaitlər Azərbaycanda artıq mövcuddur və bu da çox ürəkaçan haldır.
Mən edilən dəyişiklikləri tam oxudum və deyə bilərəm ki, bunun hamısı, əsasən, cəzaların liberallaşmasına yönəlib. Eyni zamanda, iki məsələyə diqqət yetirməyinizi istəyirəm. Belə ki, məcəllənin 79-cu maddəsinə əsasən hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması 8 yaşına qədər uşağı olan qadınlara, habelə 8 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə şamil edilirdisə, indi təzə variantda bu yaş həddi 14 yaşına kimi uzadılır, bu təqdirəlayiqdir. Lakin bunun əksinə, 47-ci maddədə ictimai işlərə cəlb edilməyən şəxslər müəyyən edilərkən biz, elə bil, geriyə addım atırıq. Yəni mövcud olan variantda belə insanlar arasında 8 yaşınadək uşağı olan qadınlar vardısa, indi bu müddət 3 yaşınadək azaldılır.
Mən, hörmətli Əli müəllim, bilmək istəyərdim ki, bu düzəliş hansı zərurətdən doğur? Axı, belə düzəliş yüngülləşmə və liberallaşma siyasətinə ziddir. Bir də mənim etirazım 121-ci maddəyə edilən dəyişikliyədir. Düzdür, burada söhbət liberallaşmadan gedir. Amma ananın yeni doğduğu uşağını qəsdən öldürməsi faktı var. Əgər mövcud variantda belə ananı cəmi üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, indi təklif olunan variantda belə cinayətlərə görə 3 ilədək azadlığın məhdudlaşdırılması növü də tətbiq edilə bilər. Məncə, bu yolverilməzdir. Onsuz da Azərbaycanda bu kimi dəhşətli cinayətlər, təəssüflər olsun ki, artmaqdadır. Belə liberallaşma təzə cinayətlərə yol aça bilər. Məncə, öldürülən uşağın bir neçə günlük, bir aylıq və ya iki yaşlı olmasına fərq qoyulmamalıdır. Bütün hallarda bu, insana qarşı edilən ən ağır cinayət növüdür və mən bu cinayət növünün liberallaşmasının əleyhinəyəm. Əksinə, məhrumetmə cəzası müddətinin uzadılmasının tərəfdarıyam.
Cəmiyyəti narahat edən bir mühüm məsələyə də toxunmaq istərdim. Cinayət Məcəlləsinin 317-2-ci maddəsinin 317-2.1-ci bəndinə görə cəzaçəkmə müəssisələrində saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin bəndin ikinci hissəsində isə eyni əməllər təkrar törədildikdə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Mənim fikrimcə, bu maddəyə də yenidən baxılmalıdır. Çünki bəzən məhkumların ailələrində faciəvi hadisələr baş verir ki, onlar öz yaxınlarından xəbər almaq üçün telefonla əlaqə saxlamalı olurlar. Bu zaman onlara təyin edilən vaxtdan əlavə ayda bir dəfə, ömürlük həbsdə olanlara isə iki ayda bir dəfə əlavə olaraq telefonla danışmaq zərurəti yaranır və onlar gizli yolla da olsa telefon əldə etməyə cəhd edirlər. Bu hal aşkar edildikdə isə onların cəza müddətinə müvafiq olaraq altı ay və ya iki ilədək əlavə olunur.
Bir çox xarici ölkələrin qanununa əsasən məhkumların öz hesablarına ödəniş edərək yaxınları ilə daha çox telefon əlaqəsi yaratmaq hüquqları vardır. Bizdə isə mobil telefondan qanunsuz bircə dəfə istifadəyə görə yüzlərlə insan təzədən məhkum olunur və əlavə cəza alıb residivistlərə çevrilir. Ona görə istərdim ki, müvafiq qurumlar bu maddəyə də düzəliş edərək qanunsuz telefon istifadəsinə görə alternativ cəza, məsələn, cərimə tətbiq etsinlər. Ümumiyyətlə, qanun layihəsi çox gözəl hazırlanıb. Çox böyük ümidlər doğurur. Mən onun, əlbəttə ki, lehinə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məndən öncə çıxış edən həmkarlarımın fikirlərinə dəstək verərək mən də söyləmək istəyirəm ki, cəmiyyətin çoxdan gözlədiyi bir qanun layihəsini müzakirə edirik. Azərbaycanda dövlət quruculuğu prosesləri uğurla inkişaf edir. Bu dəyişikliklər hüquqi sahədə, o cümlədən penitensiar siyasət sahəsində aparılan ən uğurlu islahatlardan biri kimi cəmiyyətdə barış, humanizm, sosial ədalət yaradacaq bir dəyişikliklərdir. Bu barədə cənab Prezidentin bu ilin fevralında verdiyi müvafiq sərəncamı cəmiyyətimiz çox yüksək qiymətləndirir. Bu sərəncamın doğurduğu nəticələr və cənab Prezidentin köməkçisi Fuad Ələsgərovun onun icrası ilə bağlı verdiyi açıqlamalar, bu gün hörmətli komitə sədri Əli Hüseynlinin izahatı bizi bu qənaətə sövq edir ki, bu, Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin humanist, hüquqi və inkişaf edən bir dövlət olmasına yeni bir töhfə olacaqdır. Heç şübhəsiz ki, digər deputat həmkarlarım kimi, mən də bu qanun layihəsinin lehinə səs verəcəyəm.
Ancaq məni narahat edən iki məsələ barədə fikirlərimi sizinlə bölüşmək istəyirəm. Bunun biri haqqında hörmətli Fazil Mustafa danışdı, mən də onunla şərikəm, 140-cı maddədə insanı bilə-bilə immunçatışmazlığı virusuna yoluxdurma ilə əlaqədar hesab edirəm ki, biz alternativ cəzanın tətbiq edilməsində bir qədər tələsirik. Yəni əgər şəxs bilə-bilə başqa bir şəxsi, belə deyək, heç bir günahı olmayan bir insanı belə ağır xəstəliyə yoluxdurursa, biz onu azadlıqdan məhrumetmə ilə cəzalandırmalıyıq, alternativ olaraq azadlığın məhdudlaşdırılması cəzasını veririksə, bu doğru deyil. Eyni zamanda, həmin maddədə öz vəzifəsini lazımi səviyyədə yerinə yetirməməsinə görə üç ilədək azadlıqdan məhrum edilməsi, hesab edirəm, 140.1-ci maddə ilə bir qədər uyğunsuzluq təşkil edir. Bir var, kim isə bilə-bilə başqasını yoluxdurur, buna bir ilə qədər cəza veririk. Amma bilməyərəkdən, yaxud öz xidməti vəzifəsini lazımi qədər yerinə yetirməməsi səbəbindən yoluxdurana isə üç ilə qədər cəza verilir. Hesab edirəm ki, buna da baxmaq lazımdır.
Digər bir məsələ qanunsuz abortetmə ilə bağlıdır. Hesab edirəm, burada da biz azadlığın məhdudlaşdırılması cəzasını tətbiq etməkdə tələsməməliyik. Çox təəssüflə qeyd edirəm ki, neçə illərdir, Azərbaycanda deyilən tənqidlərə baxmayaraq, selektiv abortların sayı artır. Yəni uşağın cinsinə görə abort edilməsi, əslində, uşağa qəsd edilməsi, onun qətlə yetirilməsi deməkdir. Hesab edirəm ki, biz bu yüngülləşdirmə ilə həmin cinayət əməllərinin daha da artmasına gətirib çıxara bilərik.
Eyni zamanda, hörmətli Əli müəllim burada narkomaniya ilə bağlı cəzanın yüngülləşdirilməsini təklif etdi ki, əgər onlar başqa cinayət törətməyiblərsə, cəza müəssisəsinə deyil, məcburi müalicə müəssisələrinə yerləşdirilməlidirlər. Bu, humanist görünür. Amma təcrübə onu göstərir ki, həmin məcburi müalicə yerlərində bir nəfər də olsun narkoman şəxs müalicə olunub cəmiyyətə qayıtmır. Bunun əvəzinə mən fikirləşirəm ki, biz əvəzedici terapiyanın, metadon terapiyasının genişləndirilməsini qanunvericiliyimizdə tətbiq etməliyik.
Eyni zamanda, bu qanunun tətbiqi ilə əlaqədar və ümumiyyətlə, penitensiar xidmətdə keyfiyyətin yüksəldilməsi ilə əlaqədar mən düşünürəm ki, məhbusların və yaxud da ki, alternativ cəza çəkən şəxslərin iş ilə təminatını da düşünməliyik. Cəzaçəkmə müəssisələrində iş yerlərinin açılması çox ciddi bir problemə çevrilibdir. Sağlam insanlar gedib dövlətin hesabına, yəni başqa vətəndaşların ödədiyi verginin hesabına niyə yaşamalıdırlar ki? Onların imkanları var ki, müəyyən istehsal proseslərinə qoşulsunlar. Həm özlərini saxlasınlar, həm həbsxanadan çıxandan sonra ailə üzvlərinə köməklik göstərsinlər, həm də ki, cəmiyyətə yük olmasınlar.
Bir məsələ də var. Cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərin, bizim qanunumuz olmasına baxmayaraq, iş ilə təminatı məsələsində boşluqlar, problemlər var. Bunların həll olunması üçün mümkün olardısa, Hüquq siyasəti komitəsi penitensiar xidmətin işçiləri ilə birlikdə geniş dinləmə keçirərdi. Mövcud problemlərin aradan qaldırılması ilə bağlı qanunverici orqan nə işlər görə bilər və sair bu kimi məsələləri müzakirə edərdik. Bütövlükdə isə mən bu qanun layihəsini dəstəkləyirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, biz birinci növbədə cinayət qanunvericiliyinin məhz indi köklü dəyişikliyə uğradığını qeyd edirik. Bunun elə deyildiyi kimi, köklü də əsasları var. 1990-cı illərin ictimai-siyası vəziyyətindəki mürəkkəbliklər belə addımlar atmağa imkan verməzdi. İndi cinayətlərin xarakteri də dəyişib. Ona görə dövlət fərqli bir yanaşma tətbiq edir.
İkinci, ölkə rəhbəri bütün sahələrdə islahatları güclü bir şəkildə həyata keçirir və bu, təkcə cinayət qanunvericiliyinin humanistləşdirilməsi deyil, eyni zamanda, dəqiqliyi təyin etmək, adekvatlığı ortaya qoymaqdır və sair. Bununla bərabər biz komitə iclasında iştirak edərkən hörmətli Səfa müəllim, bilmirəm, buradadırmı, çox mühüm və yadda qalan bir ifadə işlətdi. Qeyd etdi ki, ölkə başçısının bu addımı atması, eyni zamanda, bir sıra sahələrdə onu qane etməyən, onu razı salmayan məqamlarla bağlıdır. Biz təxmin edirik, bunlar nədən ibarət ola bilər, çünki Ali Məhkəmənin cinayət işləri üzrə kollegiyasının rəhbəri müəyyən etmişdi ki, fevralın 10-da verilən sərəncamdan sonra hakimlər azadlıqdan məhrumetməni 30 faiz azaldıblar. Hələ qanun olmadığı halda bu belədir. Amma bu, 30 faiz rəqəm ölçüsündə, insan taleləri ölçüsündə nə qədər idi, bizə bəlli olmadı.
O biri yandan qane etməyən digər məqam. 80–90 faiz insan birinci instansiya məhkəməsindən yuxarı instansiya məhkəmələrinə şikayət verir. Beynəlxalq təcrübədə bu, 10 faizdən yuxarı deyil. Bu da bir göstəricidir. Eyni zamanda, düşünürəm ki, bəraət hökmlərinin həddindən artıq az çıxarılması da mən əminəm, dövlət rəhbərliyini düşündürüb. Ümumən, mənim anlamımda bu ölkədə ən ədalətli hakim məhz Prezidentin özüdür. Çünki hətta əfv və ya digər aktlarda da biz bu məqamları ifadə edirik. Ancaq ayrı-ayrı problemləri biz özümüz cəmiyyətin içərisində görməkdəyik. Məhkəmə dövlətin adından qərar çıxardığına görə bütövlükdə dövləti xarakterizə edir, ictimai münasibətləri xarakterizə edir. Ona görə də əgər keçmişdə prokurorluq nəzarət funksiyasını həyata keçirirdisə, ind məsələn, MTN üzrə dördüncü qurum bu nəzarəti həyata keçirməli idi. Normal etsə idi, biz o sahədə bu cür külli miqdarda cinayətlərin şahidi olmazdıq. Eyni zamanda, məhkəmədə məhkəmə sədrlərindən asılılıq ənənələrinin də biz şahidiyik. Həmçinin sanki ayrı-ayrı maddələri onlar rəqəmləşdiriblər və bu da ictimai həyatımızda bizlərə bəlli olan məsələdir. Bayaq Ziyafət müəllim də qeyd etdi ki, onlarla bağlı da sərt tədbirlər görülməkdədir.
İndi isə layihə ilə bağlı. Düşünürəm ki, birinci növbədə hörmətli Əli müəllim, biz beynəlxalq aləmdə özünü geniş şəkildə təsbit edən məsələni, yəni istintaq müddətində girov qoyaraq azadlıq şəraitində qalması məsələsini təsbit etməliyik, nəhayət, biz onu hüquq sisteminə gətirməliyik. Yəni məhrumetməni məhdudlaşdırdığımız kimi, bu islahatı da gətirmək yerinə düşərdi.
İkinci mühüm məsələ. Biz, əlbəttə, burada hakim müstəqilliyindən danışdıq. Lakin ən vacib olan məqamlardan biri də odur ki, biz sanksiyaların dərəcəsindən ən aşağı seçilmiş müddətdən azı iki, bəzən üç dəfə az qala artıq müddət müəyyənləşdiririk. Bu da hakimin sərəncamına qalır. Üç ildən səkkiz ilə qədər, beş ildən on bir ilə qədər. Bu, müxtəlif xüsusiyyətlərlə bağlıdır. Bizə bəllidir. Amma mən düşünürəm ki, bu müddəti, ümumiyyətlə, qanunvericilik sistemimizdə dəyişdirməliyik. Yəni nə qədər çox olursa, orada möhtəkirliyə daha çox yol olur.
Ayrı təklifim nədən ibarətdir? 195-ci maddədə kreditlərlə bağlı qeyd olunur. Mən təkrar etmək istəmirəm, zamanım da az qalır. Aşağı məbləğlərlə bağlı azadlıqdan məhrumetməni götürmək lazımdır. Mən anlayıram ki, külli miqdarda böyük kreditlər götürən insanlar var və dövlət bu problemi onlarla bu gün də yaşamaqdadır. Ona görə də külli miqdar üçün azadlıqdan məhrumetmənin saxlanılmasını mən anlayışla qarşılayıram. Amma hesab edirəm ki, bu, xarici aləmdə tamamilə ləğv olunmuş bir məsələdir.
208-ci maddə. Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama. Bu bizim hazırkı reallıqda ən yaralı yerimizdir. Burada xeyli miqdar qoyulub. Mənə elə gəlir ki, xarici valyuta məsələsində ölkə büdcəsi üçün olan vəsaitləri xaricdə saxlayıb qaytarmayanlara qarşı sərtliyi saxlamalıyıq. O cümlədən 292-ci maddə. Qanunsuz olaraq tutma, həbsə alma və ya həbs yerində saxlama. Bilirsiniz söhbət nədən gedir? Konkret olaraq kim isə hansısa bir formada əsassız olaraq həbs olunubdur. Bunun taleyi, həyatı orada gedib, ailəsi bir müddət başsız qalıb. Ona görə bu məsələyə humanizm tətbiq olunmasının da əleyhinəyəm. Mən bu sənədə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar! Təkrar etmək istəmirəm, komitə sədri bu barədə məruzə etdi və çıxışlarda da deyildiyi kimi, doğrudan, çox mühüm sənəddir. Lakin bir neçə məsələ var ki, konkret maddələr üzrə öz fikrimi bildirmək istəyirəm. Bunlardan biri 52-1.2.4-cü maddədir. Burada cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişdirməmək nəzərdə tutulur. Yəni müvafiq məhkəmə qərarı olmadığına görə bir qədər aktuallığını itirir. Amma 49.3-cü maddədə göstərilir ki, məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və üç gün islah işlərinə bir gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanır. Gördüyünüz kimi, ikinin üçə nisbətidir. Yəni birin bir nöqtəyə nisbətidir.
47-ci maddədə və 52-1.5-ci maddədə dediyim kimi, proporsionallıq gözlənilir. Birin ikiyə nisbətidir. Yaxşı olar ki, burada da cəzalar əvəz olunan zaman həmin proporsionallıq gözlənilsin. Birin ikiyə nisbəti öz yerini tapsın. Eyni zamanda, burada yenə ömürlük azadlıqdan məhrumetmə ilə bağlı məsələyə toxundular. Mən hesab edirəm, burada şərti məhkumluq da ola bilər. Əvvəl iyirmi beş il cəza çəkəndən sonra on beş il nəzərdə tutulmuşdu, indi bu on ilə endirilir. Mən hesab edirəm ki, maksimum on beş il mümkündür. Yəni maksimum həddin otuz beş deyil, elə qırx il olmağı daha məqsədəmüvafiq olardı. Mən belə düşünürəm.
Sonra, biz bilirik ki, avtonəqliyyat hadisələri ilə bağlı 263-cü maddədə tərəflər barışanda və zərər tam ödənildikdə şəxs cinayət məsuliyyətindən azad edilir. Ona görə də təklif edirəm ki, 263-cü maddə də 73-2.2-ci maddədəki siyahıya əlavə olunsun. Sonra, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayan məhkumlara iki aydan iki ilədək müddətə təyin edilir. Halbuki 52.1-ci maddədə biz görürük ki, bu, altı aydan başlayır. Yəni bir tərəfdən deyirik ki, azadlığın məhdudlaşdırılması cəzası altı aydan başlaya bilər, yəni altı aydan aşağı ola bilməz, bu maddədə isə iki aydan başlayır. Ona görə də bu, ziddiyyət təşkil edir. Yəni 85.4-1-ci maddədə bu iki aydan başlayır. Buna da düzəliş etməyi təklif edirəm.
Burada deyildi, ananın yeni doğulan uşağını qəsdən öldürməsi məsələsində, hesab edirəm ki, cəzanın yüngülləşdirilməsi, alternativ cəzanın tətbiq edilməsi doğru deyil. Bu haqda fikirlər olduğu üçün təkrar etmək istəmirəm.
Eyni zamanda, “Kreditor borclarını ödəməkdən qəsdən yayınma” maddəsinə diqqət yetirmək istəyirəm. Biz bilirik ki, 196.1-ci maddədə külli miqdara görə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur. Yəni eyni əməllə külli miqdarda ziyan vurulanda bir ildən üç ilədək. Təsəvvür edin ki, bu təkcə nəzəri məsələ deyil, həm də təcrübi məsələdir. Misal çəkirəm, bir insan 5000 manata qədər ziyan vurduqda iki ilədək azadlıqdan məhrum edilə bilər. Bundan yüz dəfə artıq, külli miqdar olub, yəni tutaq ki, 500 min ziyana görə məhkəmə onun şəxsiyyətini, fərdi yanaşmanı nəzərə alıb təqsirkara bir il azadlıqdan məhrumetmə cəzası tətbiq edə bilər.
Ümumiyyətlə, biz bilirik ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu hədsiz diskresion normalara imkan vermir, qadağan edir. Ancaq Cinayət Məcəlləsində əvvəl də, indi də belə xarakterli çoxlu maddə var. Ona görə 5 min manata iki il, 500 min manata bir il düz deyil. Bu ziddiyyətin aradan qaldırılmasını təklif edirəm.
Sədrlik edən. Sağ olun. Vüsal Hüseynov.
V.Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Mən də bu layihə barədə bir sıra fikirlərimi paylaşmaq istərdim. Mən, əsasən, bu qanun qəbul edildikdən sonra onun nəticələri və təsiri barədə demək istəyirəm. Təbii ki, bu qanun ilk növbədə yüzlərlə ailəyə sevinc gətirəcək, yüzlərlə insanı məsuliyyətdən azad edəcək, onların cəzalarını yüngülləşdirəcəkdir. Bu qanun uyğunlaşdırma səbəbindən humanizm prinsiplərini digər qanunlara da ötürəcəkdir. Nəzərə alsaq ki, iqtisadi sahədə mülkiyyət əleyhinə cinayətlərlə bağlı bəzi maddələr dekriminallaşdırılır, bu, sahibkarlıq sahəsində də öz müsbət təsirini göstərəcəkdir. Belə deyək, bu qanunda uduzan tərəf yoxdur, həm dövlətin resurslara qənaət etməsi, həm məhkəmə işlərinin yükünün azalması, həm də səmərəliliyin təmin edilməsi baxımından uduşludur. Eyni zamanda, məhkum olunmuş şəxslərin cəmiyyətə inteqrasiya olunması baxımından əlverişlidir, çünki onların ailələrinin yanında qalaraq təhsildən, işdən kənar düşmədən islah olunması prosesində səmərəlilik əldə ediləcəkdir.
Təbii ki, müxtəlif məsələlərə toxunmaq olar. Ancaq mən vaxtın məhdudiyyətindən istifadə edərək bəzi maddələr üzrə fikirlərimi bildirmək istərdim. Hörmətli həmkarlarım tərəfindən fikirlər səsləndi. Mən 48-ci maddə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmə ilə bağlı məhkəmənin təqdimat verməsi ilə bağlı demək istərdim. Biz nəzərə almalıyıq ki, xüsusi ali hərbi rütbələrin, fəxri adların verilməsi konstitusion hüquq olaraq dövlətin başçısına məxsusdur və bu adların məhkəmə tərəfindən ləğv edilməsi artıq hakimiyyət bölgüsündə də təzad və ziddiyyət yarada bilər. O baxımdan qanunda bu formada olması, hesab edirəm, normaldır. Hərbi qulluqçular və əlillərin qazancının islah işlərinə cəlb edilməməsi ilə bağlı səsləndirilən təkliflə bağlı qeyd etmək istəyirəm ki, bildiyiniz kimi, islah işləri aylıq qazancdan tutulan müəyyən bir faizdir və həm hərbi qulluqçular, həm də əlillər dövlət büdcəsindən maliyyələşən, vəsait alan kateqoriyadır. O baxımdan bunlara bu cəzanın tətbiq olunmaması da normal təcrübədir. Bu cəzanın olmaması o demək deyil ki, onlar cəzadan kənar qalırlar. Təbii ki, onlar barəsində daha yüngül cəzalar müəyyən oluna bilər.
47.3-cü maddə ilə bağlı çox fikirlər səsləndi. Burada səkkiz yaşına qədər uşaqları olan şəxslərin ictimai işlərə cəlb edilməsi ilə bağlı tələbin üç yaşa endirilməsindən söhbət gedir. Təbii, mən də hesab edirəm ki, burada digər maddə ilə uyğunsuzluq bəlkə də var. Ancaq ümumi olaraq hesab edirəm ki, bu məsələ vəziyyəti yüngülləşdirir. Çünki ictimai işlər bildiyiniz kimi, yüngül cəza növü hesab edilir və əgər bu günə kimi beş-altı yaşında olan şəxsə biz ictimai cəzanı tətbiq edə bilmirdiksə, artıq indi bu cəza tətbiq edilə bilən şəxslərin əhatəsi genişləndirilir. Nəzərə alaq ki, bu, yüngül cəzadır, prinsipcə vəziyyəti yaxşılaşdırır.
Kredit borclarının ödənilməsindən bəhs edən 196-cı maddə ilə bağlı nəzərə almalıyıq ki, bu maddə məcəlləyə yeni əlavə edilmir. Bu gün də artıq bilə-bilə bu ödənişləri ödəməməyə görə məsuliyyət mövcuddur. Sadəcə olaraq, bu yeni əlavə burada yüngülləşdirmə mahiyyəti daşıyır. Faktiki olaraq hakimə imkan verilir ki, azadlıqdan məhrumetməni deyil, məhdudlaşdırmanı tətbiq etsin. Hesab edirəm, bu halda biz bunu müsbət qəbul etməliyik.
Növbəti bir məsələ, müəyyən sanksiyaların artırılması ilə bağlı qeyd etmək istəyirəm. Bir ana xətt olaraq nəzərə almalıyıq ki, bu qanun layihəsinin bütün maddələrinə baxdıqda burada bir prinsip əsas götürülüb. Yüngülləşdirmə və humanist yanaşma. Bu həm məhkumluq, həm təkrar cinayət, həm də sanksiya ilə bağlıdır. Buraya “xüsusi və külli miqdar” anlayışı yeni daxil edilib. Soyğunçuluqdur, oğurluqdur, bəli, bu cür cinayətlərdə 500 min manatdan yuxarı məbləğ olan hallarda sanksiya qalxır. Mən hesab edirəm ki, bunu qəbul etmək olar və biz buna səs verə bilərik. Çünki bu hallar, – biz mətbuatda da, televiziyada da izləyirik, – heç də az deyil. Bu halları hər zaman müşahidə edirik.
Digər qeyd etmək istədiyim məsələ sanksiyaların yuxarı və aşağı hədləri ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, bu məsələ üzrə biz nəzərə almalıyıq ki, alternativ cəzanın olması, mən həmkarlarımla razıyam...
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən bir neçə maddəni deputat həmkarlarım qaldırdıqlarına görə, sadəcə, dəstəyimi bildirirəm və uzun danışmaq istəmirəm. 121-ci maddədə ananın yeni doğduğu uşağı qəsdən öldürməsi məsələsində güzəşt nəzərdə tutulmamalıdır. Mən də o fikirdəyəm. 140-cı maddədə insan immunçatışmazlığı virusu ilə bilərəkdən yoluxdurma məsələsində də mən həmkarlarımı dəstəkləyirəm. Başqa bir məsələ. 122.1-ci maddədə affekt vəziyyətində adam öldürmək elə qəsdən adam öldürməkdir və bunu bəhanə edib azadlıqda gəzməklə yenə də adam öldürə bilərlər. Məncə, bu, adam öldürmə hallarının artmasına səbəb ola bilər. Hər halda bu mənim subyektiv fikrimdir.
234-cü maddə. Burada hesab edirəm ki, güzəştlərin nəzərdə tutulması doğru deyildir. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma məsələsində güzəşt olmamalı və buna qarşı qəti şəkildə mübarizə aparılmalıdır. Hesab edirəm ki, xəstə olanları müalicə etmək başqa məsələdir. Ancaq onları istehsal edən, satan, yayan şəxslərin azadlığının məhdudlaşdırılması, məncə, doğru hal deyil.
236-cı maddədə narkomanlığa təhriketmə faktıdır və buna da güzəşt olunması doğru deyil. Gəncləri yoldan çıxarmaq, onların narkoman olması üçün şərait yaratmaq, onları yoluxdurmaq, onları cəmiyyətdən ayırmaq, bunlar kisəmizdən gedir. Məncə, belə hallarla qət şəkildə mübarizə aparılmalıdır. Burada yüngülləşdirici hallar nəzərdə tutulmaqdansa, daha qəti addımlar atılmalı və sərt cəzalar tətbiq olunmalıdır.
237-ci maddə ilə bağlı. Tərkibində narkotik maddələr olan bitkiləri əkmə, becərmə, yayma və sair ilə bağlı maddədə azadlığın məhdudlaşdırılması qoyulub. Amma mənə elə gəlir ki, bunu hazırlayanda, sadəcə, kənd təsərrüfatının inkişafı ilə bağlı məsələ nəzərdə tutulub ki, plantasiyalar salınsın və kim nə qədər istəyir, əksin, becərsin. Azadlığı məhdudlaşdırır, yəni sən bir hüquq çərçivəsində nə qədər istəyirsən istehsalla məşğul ol. Çətənə plantasiyaları sal, gəlib topdan malı götürəcəklər. Məncə, istehsalla bağlı olaraq bu maddədə də güzəştli mövqe nümayiş etdirmək olmaz. Daha sərt tədbir görülməlidir. Bu bitkilərin istehsalı, əkilib-biçilməsi ilə bağlı ağır maddələrin tətbiq olunması daha doğru olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, əvvəla, bildirmək istəyirəm ki, cənab Prezidentin bu tarixi addımı, mənə elə gəlir, cəmiyyətimizdə vacib bir istiqamət kimi qəbul olunub. Mən fürsətdən istifadə edərək Milli Məclisə və bizim hörmətli komitə üzvlərinə təşəkkür etmək istəyirəm ki, çox gərgin iş getdi. Mənə elə gəlir ki, cəzaların daha humanist şəkildə həyata keçirilməsi, eyni zamanda, cəmiyyətdə həmin insanlara humanist yanaşma bu qanunvericilikdə öz əksini tapacaq. Təbii ki, artıq bizim Cinayət Məcəlləsinə edilən dəyişikliklər bəzi Avropa ölkələrinə göndərilə bilər. Bəzi beynəlxalq təşkilatlar hərdən bizdən nə isə xahiş edirlər, nə isə tələb edirlər. Bu gün bizim bu dəyişikliklərin bir çoxunun Avropa ölkələrində hələ heç müzakirəsi də başlamayıb. Ona görə, Əli müəllim, Siz cəsarətlə bu qanunu bizim tərəfdaş beynəlxalq təşkilatlara göndərə bilərsiniz ki, onlar bəzi məsələlərdən istifadə edə bilsinlər.
Eyni zamanda, mənim konseptual olaraq bir neçə fikrim var. Biz bu barədə komitə üzvləri ilə danışmışdıq, müzakirə aparmışdıq. Yəni məqsəd burada vurğulandı. Təbii ki, humanizmin həyata keçirilməsi birinci dəfə cinayət törədən gənclərin müəyyən qədər cəzalardan azad olunmasına, eyni zamanda, cəmiyyətdə bu insanların daha çox islah olunmasına kömək edəcəkdir. Yəni burada cəmiyyətin də müsbət yanaşması mütləq şəkildə olmalıdır.
Bir neçə məqamı vurğulamaq istəyirəm. Burada həmkarlarım da vurğuladılar. Narkomaniya ilə mübarizə tarixi onu göstərdi ki, məcburiyyətlə həyata keçirilən tədbirlər səmərə vermir. Bu artıq reallıqdır. Bunu beynəlxalq statistika da göstərir. Bu baxımdan 74.1, 93-4-cü maddələrə bir daha baxa bilərik. Təbii ki, satma, yayma, xüsusilə də təşviqetmədə heç bir güzəşt olmamalıdır. Yəni bu gün bizim gənclərimizin problemlərindən biri ondan ibarətdir ki, bəzi qruplar var, qəsdən bunu təşviq edirlər. Onların məqsədi xüsusilə gəncləri bu işə cəlb etməkdir. Təbii ki, narkotik maddələrin satışı ilə məşğul olanların məqsədi bunu geniş şəkildə yaymaqdır. Amma bizim hüquq sistemimiz elə qurulub ki, dərhal cəzası veilir. Ona görə mən xüsusi vurğulamaq istəyirəm, satmaq, yaymaq və təşviq məsələsində heç bir güzəşt ola bilməz. Burada çox ciddi qanunlar həyata keçirilməlidir.
93-4-cü maddədə xüsusi vurğulanıb ki, həkim-məsləhət komissiyasının rəyi əsasında müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə həmin müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Həkim-məsləhət komissiyasının rəyi əsasdır, çünki müdir nə həkimdir, nə ekspertdir, sadəcə olaraq, inzibati vəzifəni həyata keçirəndir. Yəni burada üstünlük həkim-məsləhət komissiyasına verilməlidir ki, o dərhal həmin şəxslə bağlı öz fikrini bildirə bilsin. Ümumiyyətlə, gələcəkdə biz narkomaniya ilə bağlı xüsusi yanaşmanı tətbiq etməli, yeniyetmələrin narkotikdən istifadəsi ilə bağlı məsələyə bir daha baxmalıyıq.
Ümumiyyətlə, qanunun fəlsəfəsi, mən bir daha vurğulamaq istəyirəm ki, insanları cinayətdən çəkindirmək və eyni zamanda, cəmiyyətin bu insanlara yanaşmasını dəyişdirməkdir. Burada qırmızı xətlə gedir ki, islah işlərinə cəlb olunsun. O insanlar müxtəlif ictimai işlərə cəlb olunmalıdırlar. Təbii ki, bu işlərdə də cəmiyyətin onlara yanaşması olmalıdır. Cəmiyyət onları qəbul etməli və onların islahına kömək göstərməlidir. Yəni təkcə sərt cəza ilə bu məsələni həll etmək mümkün deyil. Burada ananın uşağını qəsdən öldürməsi və sair vurğulandı. Ana uşağını öldürübsə, o artıq cəzasını alıb. Yəni bu necə insan ola bilər ki, öz övladını qəsdən öldürsün. Bu baxımdan ona nə cəza versək, azdır. Çünki onun cəzası artıq əvvəlcədən verilib və o, ömrünün axırına qədər həmin cəzanı daşıyacaq.
Ümumiyyətlə, mən bir daha qanun üzərində işləyən bütün qurumlara öz təşəkkürümü bildirmək istəyirəm. Çox ciddi, tarixi bir yanaşmadır. Bildirmək istəyirəm ki, bu Cinayət Məcəlləs doqma deyil, bu hər zaman dəyişdirilə, inkişaf etdirilə bilər. Bu baxımdan bu, birinci böyük addım idi. Biz cənab Prezidentə təşəkkürümüzü bildiririk. Mən inanıram ki, Milli Məclis olaraq, müvafiq komitə olaraq gələcəkdə də bu istiqamətdə işləri həyata keçirəcəyik. Mən bu qanunu dəstəkləyirəm və həmkarlarımı da bunu dəstəkləməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Cənab Sədr, əslində, mən qaldırılan bir neçə məsələyə komitə adından münasibət bildirmək istəyirəm. Söhbət 47-ci maddədən gedir. Burada məsələ qaldırıldı ki, səkkiz yaş niyə üç yaşa endirilib. Əvvəla, bizdə analıq məzuniyyəti də uşağın üç yaşına qədərdir və üç yaşından sonra qadınlar öz işlərinə qayıda bilirlər. Digər hallarda isə bəzi maddələrdə daha ağır sanksiyalar nəzərdə tutulduğundan əgər qadının uşağının, tutaq ki, üç-dörd yaşı varsa, yəni səkkiz yaşına qədərdirsə, o digər cəzaların təsiri altına düşə bilər. Ona görə də üç yaşına endirmək daha yüngüldür, yəni ictimai işlərin tətbiqi qadınları daha ağır cəzadan qurtarmaq məqsədi daşıyır. Hesab edirəm ki, bu, humanist bir qərardır.
48-ci maddə isə məhkəmə qərarı ilə xüsusi və ya hərbi rütbədən, fəxri addan və sairdən məhrumetmə ilə bağlıdır. Amma mən burada bir şeyi də qeyd edim. Həmkarlarım tərəfindən qeyd olundu ki, niyə təqdimatlar göndərilir və qərarlar qəbul olunmur. Əslində, məhkəmə qərar göndərir. Amma bir az diqqətlə baxsaq, müvafiq icra hakimiyyəti tərəfindən verilmiş bəzi təltiflər var ki, onların, təbii ki, götürülməs üçün o orqana təqdimat göndərilə bilər. Amma digər hallarda isə bu məsələlər məhkəmənin qərarı ilə öz həllini tapır. Yəni 48.0.1 və 48.0.2-ci maddələri diqqətlə izlədikdə bu suallara özümüz cavab tapmış oluruq.
Tahir müəllimin qaldırdığı məsələlər ilə bağlı. Düzdür, 52-1-ci maddədə biz cəzaların yüngülləşdirilməsi zamanı yeni sanksiyanı, yəni azadlığın məhdudlaşdırılmasını tətbiq edirik və orada 6 aydan 5 ilə qədər cəzaların tətbiqi nəzərdə tutulur. Amma Tahir müəllim haqlı olaraq qeyd etdi ki, nəyə görə 85-ci maddədə yetkinlik yaşına çatmayanlar üçün iki aydan iki ilə qədər cəza təyin olunur? İndi biz razılaşdıq və əlaqə saxladıq. Həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, bu, xüsusi kateqoriyaya aid olan bir əlamətdir, yəni yetkinlik yaşına çatmayanlarla bağlı cəzanın daha aşağı həddi tətbiq edilir. Məsələn, on ildən artıq cəza vermək olmaz. Amma eyni əmələ görə qanunda nəzərdə tutulur ki, digərlərinə on beş il, iyirmi il cəza verilə bilər. Bu da xüsusi kateqoriyadan olduğuna görə, daha aşağı cəzaların nəzərdə tutulması üçün göstərilir. Məsələn, 85-ci maddədə əgər ictimai işlərin müddəti 240 saatdan 480 saata qədərdirsə, – amma yetkinlik yaşına çatmayanlara tətbiqdə bu, 80 saatdan 320 saata qədərdir, – burada da azalır. İndi Tahir müəllimin qaldırdığı məsələdəki anlaşılmazlığı aradan götürmək üçün, ola bilər, biz 52-1-ci maddədə qanun qüvvəyə minənə qədər texniki xarakterli bir söz əlavə edək. Yəni yetkinlik yaşına çatanadək daha aşağı cəzalar tətbiq edilə bilər. Təşəkkür edirəm, diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İndi mən təkcə Ziyafət müəllimə söz verəcəyəm. Amma Fuad Muradovun sözü ilə demək istəyirəm ki, qanun layihəsi cəzanın yüngülləşdirilməsi haqqında olan ən böyük qanun layihəsidir. Bu, baza qanunudur. Bu qanun doqmadır və axıra qədər də bu qanun qalacaq. Deputatların əksəriyyəti çox düzgün fikirlər söylədilər. Gələcəkdə bu istiqamətdə işləmək olar. İstənilən qanunu dəyişmək, ona dəyişiklik etmək olar. Amma əsas baza qanunu kimi bu, çox güclü işlənmiş bir qanundur, 300-dən yuxarı dəyişiklik var. Mən hesab edirəm ki, doğrudan da, bu qanunun qəbul edilməsi çox vacibdir. Ziyafət müəllim də sözünü desin, sonra səsə qoyaq.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Mən hesab edirəm ki, bu qanun layihələrinin müzakirələri çox məhsuldar oldu, burada çox maraqlı fikirlər səsləndi, təkliflər verildi. Əlbəttə, hər bir dövlətin özünün cəza siyasəti var. Mən bayaq möhtərəm cənab Prezidentin adını çəkdiyim 2017-ci il 10 fevral tarixli sərəncamını bir daha yada salmaq istəyirəm. Burada məqsəd nədən ibarət idi? Yəni dövlətin cəza siyasəti ilə müəyyən olundu ki, bizim Cinayət Məcəlləsində mövcud olan bəzi cinayətlərə görə cəzalar uyğunluq təşkil etmir, bir-birinə uyğun gəlmir. Dövlət cəza siyasət humanist xarakter daşıyır, amma bəzi cinayətlərə görə müəyyən olunan cəzalar bu siyasətə uyğun gəlmirdi. Ona görə möhtərəm cənab Prezident belə qərar qəbul etdi ki, bunlar bizim dövlətin apardığı cəza siyasətinə uyğunlaşdırılmalıdır.
Mən, ümumiyyətlə, bu məsələləri yekunlaşdırıb sizə aşağıdakı fikirlərimi söyləmək istəyirəm. Bu, istər İnzibati Xətalar Məcəlləsində, istərsə də Cinayət Məcəlləsində edilən dəyişikliklərin mahiyyət ilə bağlıdır. Birincisi, burada nə nəzərdə tutulur, istiqamətlər hansılardır? Cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, yəni cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması.
İkincisi, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi.
Üçüncüsü, törədilən əməllərin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması.
Dördüncüsü, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzetmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad-etmə və şərti məhkumetmə institutlarının daha geniş tətbiq edilməsi. Hesab edirəm ki, bizə təqdim olunan və müzakirəyə çıxardığımız bu layihələrin əsas məzmunu, fəlsəfəsi bundan ibarətdir.
Əlbəttə, hörmətli cənab Sədr bayaq qeyd etdi, 300-ə qədər əlavə və dəyişikliklərdən söhbət gedir. Dünyanın heç bir ölkəsində ideal bir məcəllə yoxdur. Təbii ki, bu maddələr, bu dəyişikliklər aprobasiyadan keçəndən sonra bunların zamana ehtiyacı var. Aprobasiya zamanı məlum olacaq ki, hansı dəyişikliklər daha yaxşı işləyir, hansı maddələrin əlavə və dəyişikliklərə ehtiyacı var. Zamanı gələndə hesab edirəm ki, yeni əlavə və dəyişiklikləri qəbul edə bilərik. Amma yenə deyirəm, qanunun fəlsəfəsi bir məqsədə – humanizmə xidmət edir. Dövlətin cəza siyasətinin humanistləşməsinə xidmət edir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, gündəliyin 16-cı məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.53 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Bugünkü gündəliyin sonuncu məsələsi olan 17-ci məsələyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.54 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. Gələcək iclas barəsində sizə xəbər veriləcək.