01.05.2018 - tarixli iclasın stenoqramı
BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IX SESSİYASI İCLASININ
PROTOKOLU № 65
Milli Məclisin iclas salonu.
1 may 2018-ci il.
İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədr O.Əsədov sədrlik etmişdir.
İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.
Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 93
Yetərsay 83
İclasa dəvət olunmuşlar:
Teymur Şəkərəliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hüquq şöbəsinin müdiri.
Mübariz Əliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin sektor müdiri.
Aysel Babayeva, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin əməkdaşı, Nazirliyin Espoo Konvensiyası üzrə əlaqələndiricisi.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında.
2. Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikası Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə.
5. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
29. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
30. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
31. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
34. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.
35. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
36. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
37. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
38. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
39. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
40. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
41. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
42. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
43. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
44. “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
45. “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
46. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
47. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
48. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
49. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
50. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
51. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
52. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
Aşağıdakı məsələlər müzakirə edilmişdir:
Gündəlik haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi
1. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi
2. Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Rafael Hüseynov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi
3. Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi
4. Azərbaycan Respublikası Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
5. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Zahid Oruc, Əflatun Amaşov, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Fərəc Quliyev, Araz Əlizadə, Bahar Muradova
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.39 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi
6. “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Çingiz Qənizadə
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
8. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
9. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
10. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Oqtay Əsədov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
11. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi
12. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi
13. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
14. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
15. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
16. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi
17. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
18. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
19. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
20. “Kütləv informasiya vasitələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməs barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi
21. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
22. “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
24. Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
27. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
28. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
29. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
30. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
31. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi
32. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
33. Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Çıxış etmişlər: Ziyafət Əsgərov, Kamran Nəbizadə, Eldar İbrahimov
Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
1 may 2018-ci il. Saat 12.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir
Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.
Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 93
Yetərsay 83
Yetərsay var, iclasımıza başlaya bilərik. Çox maraqlıdır, səsvermədə iştirak edənlərin 10 nəfəri əleyhinə səs verib, yəqin səhvən olub.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi
Çox sağ olun, gündəlik təsdiq olundu.
Bilirsiniz, bu gündəlik həm ayın 1-nə, həm də 4-nə olan gündəlikdir. Gündəlikdə 52 məsələ var. Təklif edirəm, 33 məsələyə bu gün, qalan məsələlərə də ayın 4-də baxaq. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əgər müzakirələrə ehtiyac yoxdursa, keçək gündəliyə. Gündəliyin 1-ci məsələsi Azərbaycan Respublikası Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqındadır. Gündəlik sizin hamınızda var. Bizim həmkarlarımız Azər Camal oğlu Badamov, Eldəniz Adil oğlu Səlimov Milli Məclisin Gənclər və idman komitəsinin, Hüseynbala Fazil oğlu Mirələmov isə Mədəniyyət komitəsinin üzvü seçilmək üçün müraciət ediblər. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi
Çox sağ olun, təsdiq olundu.
Gündəliyin 2-ci, 3-cü və 4-cü məsələləri bir məktubla gəlib. Gündəliyin 2-ci məsələsi Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya Qanununun təsdiq edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Oqtay müəllim, icazə versəniz, 3 məsələni birlikdə məruzə edərdim, çünki hər üçü Konstitusiya Qanunudur və səs vermək üçün də belə daha uyğun olar.
Hörmətli həmkarlar, bilirsiniz ki, hələ 1995-ci ildə yeni Konstitusiya qəbul edildikdə, Azərbaycanın dövlət rəmzləri də Konstitusiyamızda öz əksini tapmışdı. “Dövlət rəmzləri” adlanan 23-cü maddədə Dövlət bayrağının, Dövlət gerbinin təsvirinin və Dövlət himninin musiqisinin və mətninin Konstitusiya Qanunu ilə müəyyən edilməsi nəzərdə tutulurdu. Sonrakı dövrlərdə biz, misal üçün, Dövlət bayrağının istifadə qaydaları ilə bağlı xüsusi bir qanun da qəbul etmişdik. Amma Konstitusiya tələb edir ki, dövlət rəmzləri məhz Konstitusiya Qanunu ilə müəyyən edilsin. Məhz bu baxımdan cənab Prezident tərəfindən “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunları parlamentə təqdim olunmuşdur. Qeyd etməliyəm ki, Dövlət bayrağının təsviri ilə bağlı hər hansı bir yenilik yoxdur. Çünki Dövlət bayrağının təsviri ilə bağlı vaxtilə həm Əsasnamə, həm də “Dövlət bayrağından istifadə haqqında” Qanun qəbul edilmişdi.
Amma Dövlət gerbinin təsvirində gerbin sxematik təsviri və rəngləri panton rənglər katoluqundakı rənglərin kodu ilə müəyyənləşdirilib. Yəni bu, beynəlxalq standartdır. Biz Dövlət bayrağında da bunu etmişdik. İndi də Dövlət gerbinin təsvirində bu məsələ öz əksini tapır.
“Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Qanunda da nə mətndə, nə də musiqidə, təbii ki, dəyişiklik yoxdur. Amma musiqi çoxsəsli vokal instrumental əsər kimi not yazısı ilə təqdim edilmişdir. Çünki bir sıra hallarda bu himn məhz böyük orkestr tərəfindən ifa olunduğu üçün xüsusi olaraq belə not göstərilmişdir. Bax, bu kiçik dəyişikliklərdir, amma məsələnin əsas mahiyyəti qanunun Konstitusiya Qanunu ilə təqdim edilməsidir. Çünki dövlət rəmzləri Konstitusiya Qanunu ilə müəyyən edilməlidir. Bu, Konstitusiyanın tələbidir və hesab edirəm ki, bunun cənab Prezident tərəfindən təqdim olunması da çox mütərəqqi bir haldır. Sizdən hər 3 layihəyə səs verməyi və Konstitusiya Qanunu olduğunu nəzərə alaraq səsvermədə diqqətli olmağı xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yazılın. Rafael Hüseynov.
R.Hüseynov. Hörmətli millət vəkilləri, biz hamımız son dərəcə şərəfli bir ildönümünün ərəfəsindəyik. Yaxın günlərin içərisində Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olacaq. Biz də məhz bu ərəfədə cümhuriyyətimizin, bizim tarix boyu qazandığımız ən ali dəyərimiz olan istiqlalımızın, dövlətçiliyimizin vacib rəmzlərimizlə, bayrağımız, himnimiz, gerbimizlə bağlı Konstitusiya qanunlarını müzakirə edirik. Əlbəttə ki, buna müsbət səs verəcəyik. Bəzi məsələlər var ki, onların ətrafında mübahisə etmək olar, bir tərəf dəlillər gətirər, fikirlərini söyləyər, sübutlarını irəli sürər, haqlı olduğunu sübut edər. Digər tərəf də əks dəlillər gətirər, o da fikirlərini sübut edər və məsələ açıq qalar. Lakin elə məsələlər də var ki, orada birmənalı olaraq bir nöqteyi-nəzər mövcuddur. Bu, aksiomdur və mütləq qəbul edilməlidir. Bizim də gerbimizlə bağlı, – konkret olaraq digər məsələlərə hələ mən toxunmuram, – elə məsələlər var ki, o, mütləq islah olunmalıdır, çünki yanlışdır və burada artıq mübahisə yeri yoxdur. İstiqlal bizim vacib dəyərimizdir, dövlətçiliyimiz ən ali sərvətimizdir. Orada son dərəcə dəqiq olmaq lazımdır. Müstəqilliyin bizim üçün nə demək olduğu ən əvvəl ulu öndərimiz unudulmaz Heydər Əliyevin xatirəsi ilə əzizdir.
Mən xatırlayıram, 1995-ci ilin oktyabr ayında Birləşmiş Millətlər Təşkilatının 50 illiyi qeyd edilərkən, Azərbaycan nümayəndə heyəti səhər Birləşmiş Millətlər Təşkilatının iqamətgahına yaxınlaşır. Heydər Əliyev çox güclü bir insan idi, onu nə iləsə qəhərləndirmək, duyğulandırmaq son dərəcə çətin idi. Lakin həmin o binanın qarşısında sıralanmış bayraqların önündə dayanıb bir xeyli baxandan sonra ulu öndər bir az qəhərlənərək dedi ki, bax, müstəqillik bu deməkdir. Amerika Birləşmiş Ştatlarının da, İngiltərənin də, Fransanın da, Almaniyanın da, Azərbaycanın da bayrağı eyni ölçüdə, eyni böyüklükdə ucalır. Müstəqillik bu deməkdir. Sən ərazindən, əhalinin sayından asılı olmayaraq ən böyük dövlətlərlə bərabərsən. Ona görə də biz xüsusən dövlət rəmzləri məsələsində müstəqilliyimizi, böyüklüyümüzü, təkliyimizi mütləq qoruyub saxlaya bilməliyik. Ənənəvi olaraq təqdim olunan qanun layihəsində də, əsas qanunumuzda da və bütün yazılarımızda da, orfoqrafiya lüğətimizdə də “gerb” yazılır. Əslində, “gerb” deyil, “herb” olmalıdır. Mən bununla bağlı hələ 1990-cı illərin sonlarında mətbuatda da yazmışdım, 2001-ci ildə isə bu məsələdən bilavasitə ulu öndər Heydər Əliyev də agah oldu. Mən o zaman bir əlifba kitabı yazmışdım. Onu ulu öndərə göndərdim. 300 səhifəyə yaxın bir kitab idi, o da hər məsələyə son dərəcə diqqətlə baxırdı. Dilarə xanım Seyidzadə Allah şahididir. Sonra mənə söylədi ki, cənab Prezident əvvəldən sona qədər kitaba diqqətlə baxdı. Sonra soruşdu ki, 190-cı səhifədə niyə bu sözü bu cür yazıb? Son dərəcə müdrik, ağıllı adam idi, demirdi niyə səhv yazıb, deyir ki, niyə yazıb? Çünki fikirləşib ki, əgər belə yazıbsa, demək, burada nə isə bir məqam var, şübhəli bir an var.
Mən orada dövlətçiliyimizin rəmzlərini vermişdim: himnimizi, bayrağımızı, əsas qanunumuzu və herbimizi. Amma qəbul edildiyi kimi, “gerb” deyil, “herb” yazmışdım. “Herb” bir polyak sözüdür, Azərbaycan dilinə rus dilindən keçib. Rus dilində, təbii ki, “h” hərfi olmadığına görə, bu, “q” ilə verilir. Rus dilində “q” ilə olan sözlər dilimizə keçəndə biz “g” hərfi ilə veririk. Lakin əcnəbi sözlər rus dilindən Azərbaycan dilinə keçərkən, əslində, “haş”la olan, yəni “h” hərfi ilə başlayan sözləri götürərkən biz Azərbaycan dilində qəbul olunmuş normaya görə orijinalı əsas götürürük. Məsələn, orijinalda “hibrid”dir, ruslar onu “qibrid” yazır, lakin biz “hibrid” kimi veririk. “Qipertoniya” orijinaldadır, ruslar “q” ilə verirlər, lakin Azərbaycan dilində biz buna “hipertoniya” deyirik. Hiperbola. Ruslar “qiperbola” yazır, lakin biz onu Azərbaycan dilində “qiperbola” kimi deyil, “hiperbola” kimi, yəni orijinalda olduğu kimi yazırıq. “Herakl” orijinalda “h”ladır, ruslar onu “q” ilə verir, biz Azərbaycan dilində “q” ilə deyil, elə orijinalda olduğu kimi, “Herakl” veririk. Bu yeganə dil xətası gəlib, bizim ən vacib sözümüzün, “gerb”in başında çatlayıb. Əlbəttə ki, bu, yolverilən hal deyil. Bu söz mütləq düzəldilməli, “herb” şəklində yazılmalıdır. Əcnəbi bir dilin orfoepiya normasını biz Azərbaycan dilinin orfoqrafiya qaydası kimi, norması kim təsdiqləyə bilmərik. Bu qələti-məşhurdur, bundan xilas olmaq lazımdır. Məsələn, rus dilindən Azərbaycan dilinə keçən, baş hərfi “q” olan və ikinc hərfi “i” və ya “e” olan sözlərin əvvəlindəki “q”ları dilimizdə səsləndirəndə, adətən, biz sözün orijinalını əsas götürürük. Burada da sözün orijinalı əsas götürülməlidir. Düzdür, dünyanın müxtəlif dillərində bu “herb”in ayrı-ayrı sözlərlə, “dövlət nişanı” və ya “dövlət damğası” kimi verilməsi də mümkündür. Başqa cür adlandırmalar da var. Lakin bir çox xalqlar elə “herb” olaraq verirlər, o cümlədən ruslar da o sözü işlədirlər. Biz də işlədə bilərik, işlədirik də. Lakin “gerb” deyil, “herb” yazılmalıdır. Düşünürəm ki, bu sual elə sualdır ki, cavabı bu gün verilməli deyil, amma bu məsələni bu gün burada ona görə səsləndirirəm ki, bunu ictimaiyyət də bilsin, dövlətimiz də eşitsin.
Amma “herb”dən söhbət düşmüşkən, onun təsviri ilə də əlaqədar bir məsələni diqqətə çatdırmağı vacib sayıram. “Herb”, dediyim kimi, ən vacib simvollardan biridir və Azərbaycan sovet dönəmində 70 il sovet respublikası olaraq yaşadı. Onun da o dövrdə, təbii ki, zamana uyğun olaraq “herb”i var idi. Düşünürəm ki, estetik baxımdan və heraldika nöqteyi-nəzərindən son dərəcə gözəl idi. Lakin indi bizim istifadə etdiyimiz “herb” istər heraldika nöqteyi-nəzərindən, istərsə də estetik baxımdan yetərincə gözəl deyil. Bunu 1919-cu ildə Aleksandr Xurşudbəy oğlu Çaçba adlı bir abxaz düzəldib. 1919-cu ildə bu artıq hazır idi. Lakin 1919-cu il noyabr ayının 14-də cümhuriyyət hökuməti “Azərbaycan” qəzetində müsabiqə elan edir. Müsabiqə elan edilsə də, əslində, artıq Çaçbanın düzəltdiyi bu rəmz ortada idi. Onu da qəbul edirlər. Son dövrdə ona edilən yeganə dəyişiklik ondan ibarət idi ki, ortada çox primitiv bir ocaq şəkli var idi, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə bu simvolları qəbul edərkən onu, sadəcə olaraq, dəyişiblər, ocağı 3 od dilimi ilə əvəz ediblər. Orada da ərəb dilində “Allah” sözü yazılıb. Yəni biz sözü rus dilinin norması əsasında işlədirik, içərisində də ərəb əlifbası ilə söz yazmışıq. Düşünürəm ki, müsabiqə elan edilməlidir. Bizim dövlətimizin ali dəyərlərinə, böyük adına, yüksək ləyaqətinə yaraşan herbimiz qəbul edilməlidir. Bundan sonra onun adının da dəqiqləşdirilməsinə ehtiyac var və inanıram ki, çox keçməyəcək, yaxın zaman içərisində biz bunun da şahidi olacağıq.
Bu gün Konstitusiya Qanununu müzakirə edirik, həmkarlarımı da dəvət edirəm, özum də Konstitusiya Qanununa səs verəcəyəm. Amma arzu edirəm ki, çox uzaq olmayan gələcəyin içərisində artıq himnimizin də, herbimizin də daha normal təqdimatda ortaya çıxmasına nail olaq. Çünki himnimizin özünün də problemləri var. 1919-cu ildə “Milli şərqilər” adlı kitab çıxıb. Orada himnin mətni dərc olunub. Adi bir misal çəkirəm. Orada yazılıb: “Hüququnu dərk edən əsgər hərə bir qəhrəman oldu”. 1992-ci ildə Xalq Cəbhəsi zamanında artıq bu simvolika qəbul edilərkən bu mətnə də əl gəzdiriblər, sağ olsunlar, o dəyərləri qaldırıblar. Lakin onların yanaşmasında bir bəsitlik hökm sürürdü və o, burada da özünü göstərib. Sözü dəyişiblər, “hüququndan keçən əsgər hərə bir qəhrəman oldu” eləyiblər. Tamamilə məntiqsiz bir şeydir və indi də belə oxunur. Himnin içərisində xətalar çoxdur, herbimizlə bağlı da dediyim məsələlər var. Ona görə düşünürəm ki, biz bayrağımıza, himnimizə, herbimizə bir də qayıtmalıyıq, bununla bağlı xüsusi komissiya yaradılmalıdır, müzakirələr aparılmalıdır, müsabiqələr elan edilməlidir və nəticələr əsasında cümhuriyyətimizin, istiqlalımızın, dövlətçiliyimizin ikinc yüzilliyinin lap başlanğıcında bu simvolların dövlətçiliyimizə layiq olan gözəl şəkillərini qəbul etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, gündəliyin 2-ci məsələsinə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir104
Nəticə: Qəbul edildi
Çox sağ olun. Gündəliyin 3-cü məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir104
Nəticə: Qəbul edildi
Çox sağ olun. Gündəliyin 4-cü məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Gündəliyin 5-ci məsələsi. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar orden və medalların təsis edilməsi haqqında Qanunda dəyişikliklər edilməsi barədə. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, möhtərəm cənab Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq sərəncamından sonra bir çox sahələrdə bir sıra əhəmiyyətli tədbirlər keçirilib. Bu gün cənab Prezident tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalının təsis edilməsi ilə bağlı parlament qarşısında irəli sürdüyü təşəbbüs xüsusilə təqdirəlayiqdir. Komitəmizdə bu məsələ geniş müzakirə olunmuşdur və birmənalı demək mümkündür ki, yubiley medalı özündə Xalq Cümhuriyyətinin, ümumiyyətlə, müstəqil Azərbaycanın milli atributlarını ən yüksək səviyyədə əks etdirir. Həm bayrağın, həm də səkkizguşəli ulduzun, ay-ulduzun rəngli təsvirlərindən bunu bir daha görmək mümkündür. Təklif olunur ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətləri olan həm Azərbaycan vətəndaşları, həm də əcnəbilər, vətəndaşlığı olmayan şəxslər medalla təltif oluna bilərlər. Hesab edirəm ki, Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu dövrdə belə bir yubiley medalının təsis olunması çox mühüm tarixi hadisədir. Orden və medallar sırasında bu yubiley medalının xüsusi yeri olacaqdır. Hörmətli həmkarlarımdan səs verməyi xahiş edərdim.
Sədrlik edən. Buyursun Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bu yubiley medalının təsis edilməsin təqdirlə qarşılayıram və hesab edirəm ki, həqiqətən, Azərbaycan tarixində ən mühüm hadisələrdən biridir. Bunu başqa medallardan fərqli olan ən vacib medal kimi görürəm, çünk yubileyə önəm vermiş oluruq. Burada 2 əlavə edilməsini təklif edirəm. Cümhuriyyət yubiley medalı hansı kontingentə, hansı şəxslərə verilməlidir. Burada yazılıb: “Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin varisləri”. Mən hesab edirəm, buraya Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fədakarlıq etmiş şəxsiyyətlərin, yaxud da şəxslərin varisləri əlavə olunmalıdır. Məsələn, elə adam var ki, cümhuriyyətinin lideri deyil, amma ordu quruculuğunda böyük rolu olub, qəhrəmanlıq göstərib. Eləsi var, qəzetinin çapında böyük rolu olub, jurnalistikada böyük fəaliyyət göstərib, ideoloji işdə böyük fəaliyyət göstəribdir, xarici diplomatik fəaliyyətdə çalışıbdır. Əgər onların da varisləri varsa, bunların da bura əlavə edilməsi olduqca vacibdir. İkinci dəfə bunu etmədik, yəni onların zəhmətini lazımi səviyyədə qiymətləndirmədik. Amma heç olmasa, cümhuriyyətin 100 illiyi ilə bağlı kimlər Azərbaycanın müstəqilliyinə səs veriblərsə, – mərhum Heydər Əliyev də, başqa şəxslər də, Xalq Cəbhəsinin nümayəndələri də səs vermişdi, bitərəf deputatlardan da səs verən var idi, – onların hamısına cümhuriyyət medalının verilməsi nəzərdə tutulsun. Burada ayrıca qeyd olunsun ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyinə səs vermiş şəxsləri də bu kateqoriyaya aid etmək zəruri hesab olunsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, mən də hesab edirəm ki, çox mühüm bir medalın təsis olunması ilə bağlı parlament addımlar atır. Buna qədərki dövrdə olan ənənəni davam etdirir və həqiqətən də bu onun sübutudur ki, Azərbaycan dövləti 100 il öncə formalaşıb, yaranıb, təməli qoyulub. Ancaq biz bir məqamı nəzərə almalıyıq ki, 1991-ci ildə Azərbaycan dövlətinin adı elan olunarkən onu Xalq Cümhuriyyəti kimi təsis eləməmişik. Hüquqi cəhətdən kimsə varislikdən danışa bilər, o cəhətdən atributlarda da bu ənənəni görürük. Hərbi sahədən tutmuş polis orqanlarının və digər qurumların yaranma günü məhz yüz il əvvəldən götürülür. Ona görə də hesab edirəm ki, Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tire qoyulub əlavə yazıla bilər ki, Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyi. Belə olan təqdirdə mənə elə gəlir ki, həm hüquqi, həm də siyasi cəhətdən ziddiyyət deməyim, o anlaşılmazlığı aradan qaldırmaq mümkün olacaq.
Ümumən, hesab edirəm ki, bu, cümhuriyyət irsinə olan münasibətdir, onun qiymətləndirilməsidir, ənənələrinin qorunub saxlanmasıdır. Amma hər kəs burada qəbul edir ki, ulu öndər Azərbaycan dövlətini xilas etməklə cümhuriyyət qurucularının da ruhuna ehtiramını göstərdi, onlara ən böyük medalı, mükafatı Heydər Əliyev vermiş oldu. Özünə də onu vermiş oldu. Çünki Azərbaycan Cümhuriyyətinin müstəqilliyi qorunmasa idi, biz bu yüz illikdən danışa bilməzdik. Ona görə bizim bir çox həmkarlar haqlı olaraq 100 il əvvələ qayıdıb qeyd edirlər ki, o irsi kimsə özəlləşdirə bilməz, yalnız öz adına çıxa bilməz. O dövrlə, onun ənənələri ilə indiki hakimiyyəti qarşı-qarşıya qoya bilməz. O liderləri qarşılaşdırıb kiməsə kiçikdir və ya böyükdür işarəsi qoyula bilməz. Cümhuriyyət xalqındır, hamımızındır, ona görə də bu medal, onun təsis olunması, meyarları düzgün müəyyənləşdirilib. Yeganə qeydim isə, dövlət müstəqilliyinin 100 illiyi ilə bağlı medal kimi olsaydı, daha yerinə düşərdi. Bütövlükdə mən bu sənədə səs verəcəyəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, əziz media nümayəndələri! May ayı bizim üçün olduqca əlamətdardır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur. Azərbaycan Prezidenti cənab İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncam qarşımızda mühüm vəzifələr müəyyənləşdirir. Xalq Cümhuriyyətimizin yaranması bütövlükdə Şərq aləmi üçün müstəsna hadisədir. Tanrı bizə o xoşbəxtliyi nəsib edib ki, biz Şərqdə ilk demokratik respublikanı, parlamenti quranların varisləriyik, bununla fəxr edirik. Elə etməliyik ki, varisliyimizi əməli nümunələrdə göstərək. Hesab edirəm ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsi bu baxımdan son dərəcə vacibdir. Bu medal cümhuriyyət irsinə sahibliyin, ehtiramın bariz nümunəsidir. Düşünürəm ki, həm cənab Prezidentin sərəncamı, həm də bu yubiley medalı, eləcə də keçirilən və keçiriləcək digər tədbirlər cəmiyyətimizdə Xalq Cümhuriyyətinə, onun liderlərinə vahid münasibətin formalaşmasına mühüm töhfə verəcəkdir. Son dərəcə vacibdir, çünki indiyədək hələ də Xalq Cümhuriyyətinin və onun liderlərinin tariximizdə oynadığı rola mübahisəli yanaşmalar var. Əlbəttə, istənilən prosesə münasibətdə elmi mübahisələr hər zaman ola bilər və olmalıdır. Ancaq elə mübahisələr elmi mahiyyət daşımalıdır, siyasi konyunkturadan uzaq olmalıdır. Mən əminəm ki, cümhuriyyətin tariximizdəki rolunun fundamental qiymətləndirilməsi həm bu istiqamətdə mənasız ritorikanı aradan qaldıracaq, həm də cümhuriyyət dövrü tarixinə vahid münasibətin formalaşmasında həlledici rol oynayacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, hörmətli deputatlar, bir məsələyə mən ümumilikdə aydınlıq gətirmək istəyirəm. Tez-tez sadalanır, qəzetlərdə də gedir ki, istiqlalçı deputatlar. Birincisi, Azərbaycan parlamentinin 350 nəfər üzvü olub, 350 nəfər də Azərbaycanın müstəqilliyinə səs verib. Söhbət gedir Ayaz Mütəllibovun təsdiq elədiyi ittifaq müqaviləsinin əleyhinə çıxanlardan. Onlar özlərini iştirakçı hesab edirlər. 350 nəfər qalır tamamilə qıraqda. Bu məsələyə, xahiş edirəm, parlamentdə bir nəfər dəqiqlik gətirsin ki, bundan sonra onlar hər hansı iddia ilə çıxış eləməsinlər. İkinci tərəfdən, parlamentin, 350 nəfərin səlahiyyətini alıb iki yerə bölüblər – demblok, komblok. 25 nəfər demblok idi, 25 nəfər komblok idi və xalqın seçimi qalmışdı qıraqda. Onlar götürüb özlərinin seçdiyi adamları müəyyənləşdirmişdilər ki, bunlar demblokdur, bunlar komblokdur. Haradan bilinir, alnında yazılmışdı, yaxud da sənədində var idi ki, bu demokratdır, digəri kommunistdir? Kim hansı partiyanın üzvüdür, özü bilər, amma bütün hallarda bu məsələlərə son qoyulmalıdır.
Mən hesab edirəm ki, Azərbaycanın müstəqilliyinin elan olunmasına 350 deputatın hamısı səs verib. Burada köhnədən olan deputatlar var, xahiş edirəm, onlar da münasibətlərini bildirsinlər. Yəni burada insanları bir-birindən ayırmaq olmaz. Milləti bir-birindən ayırmaq olmaz. Kommunist olanda o istəmirdi Azərbaycan müstəqil olsun? Yaxud ali təhsili olmayan bir demblok üzvü özünü neçə illik akademiyanı qurtarandan daha üstün hesab edirdi. Guya bu, millətə daha çox xidmət göstərib. Bu baxımdan xahiş edirəm ki, Oqtay müəllim, tapşırıq verin, çıxarıb o siyahını Milli Məclisdə assınlar və birdəfəlik bu məsələyə son qoyulsun. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yubiley medalının təsis olunmasını düzgün hesab edirəm. Hesab edirəm ki, bununla bir daha tariximizə sahib çıxdığımızı, bir daha bu yubileyin Azərbaycan xalqının tarixində böyük bir rol oynadığını göstəririk. Təsvirin özü də kifayət qədər orijinaldır və Azərbaycan Xalq Cümhuriyyətinin layihələndirdiyi, amma təsvir eləyə bilmədiyi orden və medalları xatırladır. Bunun özü də tarixi ənənəni yaşadır.
Mənim bir təklifim var. İş burasındadır ki, medalın kimə verilməsi ilə bağlı kifayət qədər yazılıb. Amma cənab Prezidentimizi kim təltif edəcək? Cənab Prezidentimiz Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı fərman imzaladı, Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə çıxışlarında, görüşlərində kifayət qədər danışdı. Ona görə də, mən hüquqi proseduru bilmirəm, amma çox istərdim ki, medalın 1 nömrəlisi elə cənab Prezidentimizə təqdim ediləydi, onun həm dövlət qarşısında, həm də 100 illik yubileydə oynadığı böyük rol qeyd ediləydi. İkinci təklifim. Düzdür, bu artıq seçim məsələsidir, mən təklif edərdim ki, bu gün 16–25 yaşlar arasında olan, ilk addımlarını atan, təhsildə, elmdə, ictimai fəaliyyətdə özünü göstərmiş bir qrup gənc də bu medalla təltif edilsin. Düzdür, onların uğurları hələ ilk addımlardır, gələcəkdə onlar özlərini necə göstərəcəklər, məlum deyil, amma mən istərdim ki, onlar ahıl yaşlarında, 80–90 yaşlarında indiki 100 illiyin ab-havasını sinələrində bu medalı gəzdirməklə bir daha göstərsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də cənab Prezidentə təşəkkür edirəm ki, bu təşəbbüslə çıxış edib. Bu, dövlətçilik tariximizə, cümhuriyyətimizə, 100 il əvvəl qurduğumuz dövlətə Prezidentin münasibətidir. Bu hamının ürəyindəndir. Hər dəfə Prezident öz çıxışlarında Azərbaycanın müstəqilliyi haqqında, gələcəyi haqqında danışanda bir fikri xüsusilə vurğulayır ki, biz ona görə bu şeylərə nail olmuşuq ki, Azərbaycan müstəqil dövlətdir. Bu, müstəqilliyə verilən çox böyük qiymətdir, mən bunu təqdir edirəm. Amma 90-cı illərə aid bir məsələ çıxdı ortalığa – demokratik blok, komblok məsələsi. Mən həmin demokratik blokun üzvü olmuşam. Həmin blok öz əsasnaməsi olan, parlamentdə təsdiq olunan, fraksiya şəklində fəaliyyət göstərən bir qrup idi. Dünyanın hər yerində, müxtəlif parlamentlərdə fraksiyalar olur və bu da fəaliyyət göstərən bir qrup idi.
Dünyanın hər yerində, müxtəlif parlamentlərdə fraksiyalar olur, fəaliyyət göstərirlər və qanunvericilik təşəbbüsü ilə çıxış edirlər. Sonunda hər kəsin müstəqilliyə səs verməsini mən də qəbul edirəm. Artıq hər şey həll olunmuşdu, xalqın iradəsi təsbit olunurdu və ona səs vermək hər kəsin borcu idi. Amma istiqlalçı deputatlar deyirlər ki, o dönəmdə SSRİ-nin saxlanması haqqında referendum keçirilməsinin əleyhinə yalnız 43 nəfər səs vermişdi. Zalda biz aclıq elan etmişdik. Onda rəhmətlik Heydər Əliyev də bizi müdafiə edirdi və Heydər Əliyev qoymadı ki, Naxçıvanda SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilsin. Yəni SSRİ-nin saxlanmasına səs verənlər müstəqilliyin olmamasına dəstək verənlərdir. SSRİ-nin saxlanmasının əleyhinə olmaq müstəqillik olsun deməkdir. Bunlar sinonim fikirlərdir, davranışlardır və birmənalı şəkildə qəbul olunmalıdır. Amma indi mən keçmişi təftiş eləmək istəmirəm. O zamanlar savaşlar gedirdi və burada həmin o komblok əvvəllər Heydər Əliyev zala girəndə ayaqlarını yerə döyürdülər, sonra Heydər Əliyevin hakimiyyətdə ayaq səsləri gələndə başlarını yerə döyməyə və ona dəstək verməyə başladılar. Amma o dönəmdə demblok onu müdafiə edirdi.
Heydər Əliyev də müstəqillik uğrunda bizimlə birlikdə savaş aparırdı. Naxçıvan dönəmində rus qoşunlarının tərxis olunmasında, milliləşdirilməsində, ordunun oradan rahat çıxarılmasında, orada bütün atributların ayaq üstə durmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Hər kəs bilməlidir, o dönəmdə də bu məsələ Xalq Cəbhəsi ilə birlikdə həll olunurdu. Oradakı demblokun fəaliyyətinə kölgə salmaq doğru deyil, mən onların medalla təltif olunub-olunmaması haqqında fikir demirəm, amma hər halda o dönəmdə olmuş deputatlarımız var ki, xəstədirlər, pensiya yaşlarındadırlar və onların qayğıya ehtiyacları var. Cənab Prezident həmişə belə məsələlərdə diqqətli olub və hesab edirəm, yenə də diqqətli olacaq, amma biz tariximizə normal baxmalıyıq, keçmişimizi o formada təftiş eləməyimiz də doğru deyil. O dönəmdə 43 nəfər SSRİ-nin saxlanmasının əleyhinə olub, onlar, sözün əsil mənasında, fədakar insanlardır və normal qiymətləndirilməlidirlər. Təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli həmkarlar, təftişə başlasaq, çox uzaqlara gedib çıxa bilərik, təftişdən qurtarmaq lazımdır. Təftiş eləmək lazım deyil. Yazılanlardan təkid eləyənlər var? Araz Əlizadə.
A.Əlizadə. Möhtərəm Sədr, mənim burada mübahisəyə girmək fikrim yoxdur. Mənim təklifim var. Özünü radikal müxalifət, ya millətçi müxalifət adlandıran qüvvələr hər dəfə Məhəmməd Əmin Rəsulzadənin heykəli məsələsini ortaya atırlar. Mən düşünürəm ki, 100 illiklə əlaqədar biz qərar qəbul etsəydik ki, şəhərin ən yaxşı yerlərindən birində xatirə parkı salınsın və orada ADR-in bütün rəhbərlərinin heykəlləri, yaxud ümumi bir kompozisiya qurulsun, bu, çox gözəl olardı. Çox sağ olun.
Sədrlik edən. Medalın təsdiq edilməsindən keçirik başqa istiqamətlərə. Bahar xanıma da söz verim, bununla qurtaraq.
B.Muradova. Çox təşəkkür edirəm, Oqtay müəllim. Mən də həmkarlarım kimi cənab Prezidentə təşəkkürümü bildirirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində həyata keçirilən tədbirlər içərisində bu gün bizim müzakirəmizə təqdim olunan belə bir təkliflə də çıxış edib və cümhuriyyət qurucularının qoyub getdiyi irsin qorunub saxlanması, inkişaf etdirilməsi və onların əsas arzusu olan müstəqil Azərbaycan dövlətinin qurulması istiqamətində fəaliyyət göstərən insanları, bu ideyanı ölməyə qoymayan insanları və bu gün real işi ilə, zəhməti ilə bu dövlətin möhkəmlənməsinə və inkişafına töhfə verən insanları təltif etmək üçün belə bir yubiley medalı təsis olunur. Mən bu yubiley medalını alacaq insanları bəri başdan təbrik edirəm və Prezidentə də dərin təşəkkürümü bildirirəm.
Eyni zamanda, icazə versəniz, bir məqamı qeyd edim. Bu fikir mətbuatda da səslənir, deputatlarımız tərəfindən də vurğulanır ki, dövlətin ümumi hazırlığı, cənab Prezidentin həyata keçirdiyi tədbirlər öz yerində, Azərbaycan parlamenti də bu yubileyi yüksək səviyyədə qarşılamaq üçün tədbirlər planına malik olmalıdır. Buna hazırlıqla bağlı qrup olmalıdır. Müxtəlif təkliflər səslənir. Biz razıyıq bu təkliflərlə, amma hər dəfə Oqtay müəllim izahat, aydınlaşdırma verib ki, Azərbaycan parlamenti bu yubileyə layiqli hazırlığı təmin etmək üçün lazım olan bütün qərarlarını verib. Mən bəzi narahatlıqları ardan qaldırmaq üçün millət vəkillərinə və mətbuat nümayəndələrinə bir-iki məlumat vermək istərdim. Məlumat üçün demək istəyirəm ki, Oqtay müəllimin tapşırığı və qərarı ilə yubileyə hazırlıq üzrə qrup yaradılıb və o qrup bütün istiqamətlərdə hazırlıq işlərini həyata keçirir. Bilirsiniz ki, çox böyük yubiley tədbirinin keçirilməsi planlaşdırılır. Bu yəqin ki, payız aylarında mümkün olacaq və biz Azərbaycan parlamentinin 100 illiyinin adına layiq keçirilməsinə ciddi şəkildə hazırlaşırıq. Əlbəttə ki, yubiley tədbiri özlüyündə çox vacibdir, amma onu daha maraqlı və məzmunlu edən digər addımlar da atılır.
Məlumat üçün demək istəyirəm ki, Milli Məclisin 100 illik yubileyinə dair medalın üzərində iş gedir. Bu barədə indiyə qədər məlumat verilib. Bu medalın adı, təsviri və əsasnaməsi üzərində iş gedir və biz onu yəqin ki, sizinlə birlikdə müzakirə və təsdiq edəcəyik. Ən əsası isə burada mübahisələr gedir, fikirlər səslənir ki, tariximizə sahib çıxaq, yaxud tariximizi düzgün dəyərləndirək. Əlbəttə, söhbət tarixin olduğu kimi düzgün yazılmasından və onun bizə verdiyi ibrət dərslərinin nəzərə alınmasından gedir. Odur ki, məlumat üçün demək istəyirəm ki, bizim həmkarımız Musa Qasımlının rəhbərliyi ilə alimlər qrupu cəlb olunub, Azərbaycan parlamentarilərinin tarixinə dair çox maraqlı bir toplu hazırlanır. Heç biz bu işə başlayanda düşünmürdük ki, bu qədər geniş miqyaslı bir materialla rastlaşacağıq. Azərbaycanın tarixən mövcud olan dövlət formalarının hər birinin dövründə mövcud olan məşvərət şuralarından, məsləhət şuralarından, yəni o dövrün parlamentini əvəzləyə biləcək qurumlardan üzü bəri, bütün tarixi dövrlər araşdırılır və hər dövrün buna uyğun qurumları haqqında konkret faktlarla əks olunan tarix yazılır. Bu kitab iki cild olacaq. Birinci cild ta qədim dövrdən 1991-ci ilədək olan dövrü əhatə edəcək. Əlbəttə, birinci və ikinci respublikalar daxil olmaqla, Azərbaycan parlamentarizminin tarixi ciddi şəkildə kitabda əksini tapacaq. İkinci cild isə 1991-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edəcək. Bir daha qeyd edirəm ki, çox sanballı, vacib və bizim hər birimiz üçün qürur doğuran faktlarla zəngin olacaq nəşrlər hazırlanır və mən hesab edirəm ki, bu bizim Azərbaycan parlamentinin 100 illiyinə, ümumiyyətlə, Azərbaycan parlamentarizminin tarixinə çox böyük töhfəmiz olacaq. Biz sizinlə yaxın zamanlarda həmin kitabın çapının şahidi olacağıq və hesab edirəm ki, Azərbaycan parlamentinin 100 illiyini, cümhuriyyətin 100 illiyini layiqli qarşılamaq üçün lazım olan bütün addımlar atılacaqdır. Mən hesab edirəm ki, bununla parlamentin yubileyinə hazırlıq prosesinə, hazırlıq mərhələsinə şübhə salan fikirlərin səslənməsinə son qoyulmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, beşinci məsələyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.39 dəq.)
Lehinə101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir101
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Layihə ordenlərin taxılması zamanı sıralanma məsələsinin həlli ilə bağlıdır. Ona görə səs verməyi xahiş edirəm. Daha dəqiq desək, bu, 2017-ci il tarixli qanuna uyğunluqla bağlıdır. Yəni “Şərəf” ordeninin “Rəşadət” ordenindən sonra taxılması ilə bağlı texniki düzəlişdir.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir102
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gündəliyin 7–22-ci məsələləri “Hərbi vəziyyət haqqında” Qanunun tətbiqi ilə əlaqədar olan dəyişikliklərdir. Əgər etiraz yoxdursa, Ziyafət müəllim bu qanun layihəsinə dəyişikliklərin hamısını deyər, sonra ayrılıqda səsə qoyarıq. Etiraz yoxdur ki? Buyurun, Ziyafət müəllim.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Qanun layihələri sizə paylanıb. Bilirsiniz ki, biz “Fövqəladə vəziyyət haqqında” Qanunu artıq qəbul etmişik, eyni zamanda, “Hərbi vəziyyət haqqında” Qanunu da qəbul etmişik və hər iki qanunun qəbulu bizim Konstitusiyamızdan irəli gəlir. Bilirsiniz ki, Konstitusiyamızın 111-ci və 112-ci maddələri müvafiq olaraq hərbi vəziyyət və fövqəladə vəziyyət statusunu müəyyən edir. Bizə təqdim olunan bu qanun layihələrində “Hərbi vəziyyət haqqında” Qanunun tətbiqi ilə əlaqədar digər qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Daha doğrusu, bu Qanunun tətbiqi ilə əlaqədar qanunların bir-birinə uyğunlaşdırılması nəzərdə tutulur. Bu uyğunlaşdırma, əsasən, bizim İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Müdafiə haqqında” Qanunda, mətbuatla bağlı qanunvericilik aktlarında və digər aktlarda nəzərdə tutulub. Bir sıra qanun layihələrində bu, redaktə xarakteri daşıyır, bir sıra qanun layihələrində isə mahiyyət üzrə dəyişikliklər edilir. Mən çalışacağam ki, onları qruplaşdırım və sizin diqqətinizə çatdırım.
Əvvəla, İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərlə bağlı. Əsas dəyişikliklər bu Məcəlləyə edilib. Bu dəyişikliklər, əsasən, 4 istiqamətdə nəzərdə tutulub, 4 qrupa bölünüb. Birinci qrup İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsi ilə inzibati xətanın fövqəladə vəziyyət hallarında, eyni zamanda, hərbi vəziyyət dövründə törədilməsi ilə bağlıdır. Siz bilirsiniz ki, fövqəladə halın tətbiq edildiyi bölgədə, regionda inzibati xəta, yaxud cinayət hadisəsi baş verirsə, bu, ağırlaşdırıcı hal hesab olunur və eyni zamanda, nəzərdə tutulur ki, hərbi vəziyyət elan olunmuş bölgələrdə, yerlərdə, rayonlarda əgər belə faktlar baş verərsə, təbii ki, ictimai təhlükəlilik dərəcəsinə görə inzibati xəta cinayətə görə nisbətən aşağı səviyyədədir, amma buna baxmayaraq, hərbi vəziyyətin elan olunduğu yerin spesifikası tələb edir ki, belə hal baş verərsə, “Fövqəladə vəziyyət haqqında” Qanunun tətbiq edildiyi yerdə olduğu kimi, “Hərbi vəziyyət haqqında” Qanunun tətbiq edildiyi yerdə də inzibati xəta baş verərsə, bu, ağırlaşdırıcı hal kimi qeydə alınacaq.
İkinci istiqamət 88-ci maddə ilə bağlıdır. Burada İnzibati Prosessual Məcəllənin normalarından söhbət gedir. Yəni bizim İnzibati Prosessual Məcəlləmizdə belə bir inzibati xətanı törətmiş şəxslərin tutulma qaydası nəzərdə tutulub, eyni zamanda, bu tutmanı həyata keçirən vəzifəli şəxslərin, subyektlərin dairəsi müəyyənləşdirilib. Bax ikinci istiqamət bu məsələləri əhatə edir. Üçüncü istiqamətdə 89.3-cü və 89.6-cı maddələrdən söhbət gedir. Komendant saatı, hərbi vəziyyət tətbiq edilmiş yerlərdə təyin olunan komendantın səlahiyyətləri və onun görəcəyi işlərlə bağlı statusu müəyyən olunur.
Nəhayət, dördüncü istiqamət. Bilirsiniz ki, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq hərbi vəziyyət tətbiq edilmiş yerlərdə məsuliyyətin əsaslarının təyin olunması qaydası müəyyən edilir. Bilirsiniz ki, bununla bağlı bizim İnzibati Xətalar Məcəlləsinə xüsusi bir 217-ci maddə əlavə olunur. Bu xeyli geniş bir maddədir. Müxtəlif aspektlər üzrə məsuliyyətin növləri müəyyənləşdirilir. Əlbəttə, bizim qanunvericilikdə Prosessual Məcəllənin tələbləri, maddi hüququn tələbləri, bütün bunlar hamısı bərabər şəkildə, proporsional şəkildə müəyyən olunub və əsas məqsəd də ondan ibarətdir ki, – mən artıq fikrimi ümumiləşdirirəm, – hərbi vəziyyət tətbiq olunan yerdə belə inzibati xəta törədilirsə, yaxud hər hansı cinayət hadisəsi törədilirsə, bunlar ağırlaşdırıcı hal hesab olunur və sözsüz ki, vətəndaşlarımız belə hərəkətlərdən çəkinməlidirlər. Mən yeri gəlmişkən, bir məsələni deyim. Son vaxtlar, bu qanunlar hələ müzakirəyə çıxarılmazdan əvvəl, yaxud bizim daimi komitədə müzakirə olunandan sonra bəzi mətbuat orqanları, çox təəssüf edirəm ki, bu qanun layihələrinin mahiyyətini təhrif etməyə başladılar. Məsələn, götürdülər yazdılar ki, guya bu qanun qəbul edildikdən sonra, yəni bu gün biz sizinlə bu qanunu qəbul etdikdən sonra “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müddəalarında, maddələrində məhdudlaşdırmalar olacaq, yaxud buna görə cərimə sanksiyaları artırılacaq. Qətiyyən belə bir şey yoxdur. Mən hörmətli jurnalistlərimizə müraciət edirəm. Söhbət hərbi vəziyyətin tətbiq olunduğu yerlərdən gedir. Hörmətli jurnalistlər, mən xahiş edirəm, bunu nəzərə alın. Yəni hərbi vəziyyətin tətbiqini kontekstdən çıxarır və başlayırlar ki, guya qanun qəbul edildikdən sonra sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılacaq, nə bilim, sanksiyalar qalxacaq, nə edəcək, nə edəcək. Belə şeylər yoxdur. Xahiş edirəm, bunu nəzərə alın.
Söhbət yalnız və yalnız hərbi vəziyyətin tətbiq olunduğu yerlərdən gedir. Nə vaxt tətbiq olunacaqsa, o vaxtdan söhbət gedir. Təbii, bu, dünyada belədir. Yeri gəlmişkən, bu qanun layihəsi işlənib hazırlanarkən biz bütün öhdəliklərimizə baxmışıq. Beynəlxalq hüquq öhdəliklərimizdən, daha doğrusu, konvensiyalardan irəli gələn öhdəliklərimizə da baxmışıq. Bu layihə bizim beynəlxalq hüquqi öhdəliklərimizə, eyni zamanda, insan hüquq və azadlıqları ilə bağlı qoşulduğumuz konvensiyaların hamısının tələblərinə uyğundur. Xahiş edirəm, bu məsələni nəzərə alasınız və bu məsələdən yazanda təhrifə yol verməyəsiniz.
Burada qanun layihələri göstərilib, mən bunların adlarını sadalamaq istəmirəm. Mahiyyət etibarı ilə eyni dəyişikliklərdir, birində az, birində çox, birində redaktə xarakterli, birində mahiyyət etibarı ilə, amma mahiyyət üzrə məsuliyyəti müəyyən edən, tutmanı müəyyən edən, komendant saatının statusunu müəyyən edən məsələləri mən qısa da olsa sizin nəzərinizə çatdırmağa çalışdım. Digər düzəlişlər qanunvericilik aktlarında kiçik xarakterli və ya texniki düzəlişlərdir, ya da redaktə xarakterli düzəlişlərdir. Amma yenə deyirəm, əsas məsələ ondan ibarətdir ki, biz Konstitusiyamızın 111-ci maddəsində hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı nəzərdə tutduğumuz normanın daha dəqiq işləməsi üçün bu qanunvericilik aktlarında dəyişikliklər etməliyik. Əlbəttə, hərbi vəziyyətin tətbiq olunması cənab Prezidentin səlahiyyətinə aid olan məsələdir. O, bu qərarı öz fərmanı ilə qəbul edir və Milli Məclisin təsdiqinə verir. İndi bu nə vaxt olacaq, hansı şəraitdə olacaq, bu məsələ bu gün müzakirə olunmur. Biz, sadəcə olaraq, bu məsələnin hüquqi əsaslarını möhkəmləndirməliyik, sahmana, nizama salmalıyıq ki, gələcəkdə belə bir hadisə olarsa, – biz arzu edək ki, olmasın, amma dövlətin həyatında hər şey ola bilər, – bizim qanunvericilik bazamız, qanunvericilik sistemimiz hazır olsun. Bax məsələnin mahiyyəti, fəlsəfəsi bundan ibarətdir. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyafət müəllim. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Vaxtilə mən özüm də təklif etmişdim ki, “Siyasi partiyalar haqqında” Qanunda dəyişiklik edilsin, hərbi və fövqəladə vəziyyət zamanı siyasi partiyaların fəaliyyəti dayandırılsın və bunu 1993-cü ildə Gəncədə hərbi qiyam baş verərkən bəzi siyasi partiyaların özünü aparması ilə əsaslandırmışdım. İndi burada 16.4-1-ci maddədə qeyd olunur ki, “hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər”. Mən düşünürəm ki, burada biz fərq qoymamalıyıq, ona görə ki, hərbi vəziyyət zamanı hansı partiyanın qarşıya qoyulan vəzifənin yerinə yetirilməsinə mane olduğunu, hansının mane olmadığını qiymətləndirmək çətin olacaq. Bu əlavə söz-söhbətə səbəb ola bilər.
Belə götürək ki, sabah bütün Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət elan olunur və biz Qarabağda öz torpaqlarımızı azad etməyə başlayırıq. Bu zaman hansısa partiyanın fəaliyyətinin dayandırılması əlavə söz-söhbətlərə səbəb olacaq ki, niyə mənim fəaliyyətim dayandırıldı, başqa partiyanın fəaliyyəti dayandırılmadı. Bu baxımdan hesab edirəm ki, ölkədə hərbi vəziyyət elan olunursa, bütün siyasi partiyaların fəaliyyəti dayandırılmalıdır. Bu barədə biz ciddi düşünməliyik, məncə, bütün siyasi partiyaların fəaliyyəti dayandırılarsa, daha effektli olar və əlavə manipulyasiyalara, hansısa siyasi partiyaların cığallıq etməsinə yer qalmaz.
Bundan başqa, Oqtay müəllim, mən hesab edirəm ki, – bütün bu dəyişiklikləri dəstəkləyirəm və birmənalı şəkildə səs verəcəyəm, – biz Milli Məclisin xüsusi iclasını çağırmalıyıq. Bilirsiniz ki, bizim torpaqlarımız uzun illərdir işğal altındadır və hazırda Ermənistanda siyasi proseslər həddindən artıq çətinləşib, hətta Paşinyan bu gün Baş nazir seçilsə belə onun Ermənistanda uzun müddət sabitliyi təmin edəcəyi ciddi şübhə altındadır, buna görə də hesab edirəm ki, oradakı siyasi qüvvələr daxili istifadə üçün atəşkəsi poza bilərlər. Yəni çalışa bilərlər ki, bundan öz məqsədləri üçün istifadə etsinlər. Düşünürəm ki, Azərbaycan ordusu və Azərbaycan dövləti hazır olmalıdır ki, belə bir halda biz cəsarətli qərar qəbul edək, torpaqlarımızı azad edək. Xatırlayırsınızsa, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğaldan azad olunması ilə əlaqədar qətnaməsi olduğuna baxmayaraq, bizdə Gəncədə hərbi qiyam başlayanda ermənilər nəinki BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq o torpaqları, Kəlbəcəri azad etmədilər, əksinə, yaranmış vəziyyətdən istifadə edərək, Qarabağ ətrafındakı Azərbaycan rayonlarını işğal etdilər. Bəzən hər hansı bir ölkənin iqtidarının, dövlət başçısının tarixin bu və ya digər məqamında qəbul etdiyi ağıllı və cəsarətli qərar o xalqın 100 illik bir dövr üçün gələcəyini müəyyənləşdirir. Ona görə də Milli Məclisin Qarabağla bağlı belə bir iclasının keçirilməsinə çox böyük ehtiyac var və mən hesab edirəm ki, biz Ermənistandakı hadisələri ciddi izləməliyik. Oradakı prosesləri diqqətlə izləyən bir şəxs kimi, mən əminəm ki, yaxın zamanlarda Ermənistan çox böyük ehtimalla böyük bir vətəndaş qarşıdurmasına girəcək və onlar Dağlıq Qarabağda atəşkəsi poza bilər. Onun üçün hesab edirəm ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan dövlətlər ilə, Rusiya ilə bu istiqamətdə intensiv danışıqlar aparmalıdır. Azərbaycan ordusu və xalqı səfərbər olmalıdır ki, atəşkəsin pozulacağı təqdirdə biz torpaqlarımızı azad edək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Qüdrət müəllim. Bu məsələlər qəzetdə də çıxır, bir şeyi mən çox qısa demək istəyirəm ki, Azərbaycan dövləti, onun Prezidenti, onun ordusu istənilən fitnəkarlığa hər zaman hazırdır. Bundan heç kəs narahatlıq keçirməsin. iyafət müəllim, buyurun.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar, Qüdrət müəllim burada siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bir məsələ qaldırdı. Əvvəla, onu deyim ki, bizim “Fövqəladə vəziyyət haqqında” Qanun hazırda qüvvədədir və “Fövqəladə vəziyyət haqqında” Qanunun tələbinə müvafiq olaraq bu məhdudiyyət artıq var, Qüdrət müəllim. Biz burada, sadəcə, “Hərbi vəziyyət haqqında” Qanunun tətbiqi ilə əlaqədar hərbi vəziyyət rejimi elan olunanda da bu məhdudiyyəti müəyyən edirik.
Amma fikir verin, görün biz nə yazırıq. Biz yazırıq: “...siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər”. Biz felin vacib formasında, “dayandırılmalıdır” yazmırıq, “dayandırıla bilər” yazırıq. Bəli, hərbi vəziyyət tətbiq olunmuş yerin, bölgənin, zonanın komendantı müvafiq icra hakimiyyəti orqanına müraciət edəcək ki, filan partiyanın fəaliyyəti burada hərbi vəziyyət rejimini normal məcrada aparmağa mane olur. Bütün partiyaların bağlanmasından söhbət getmir. Hansı partiya mane olacaqsa, təbii, onun fəaliyyəti dayandırıla bilər. Amma bu o demək deyil ki, hamısının fəaliyyəti dayandırılmalıdır. Qətiyyən belə deyil. Onların fəaliyyətinə baxılacaq, hansı mane olursa, dayandırıla bilər, hansı mane olmursa, fəaliyyətini davam etdirir. Yəni burada da demokratik yanaşma var. İstəyirəm, onu da biləsiniz. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Təkid edən var? Növbə ilə baxıb sonra yazılırsınız. Məlahət xanım, sualınız var idi?
M.İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim, çox sağ olun, Ziyafət müəllim. Həqiqətən, bu gün biz çox önəmli dəyişiklikləri qəbul edirik. Mənim sualım, Ziyafət müəllim, nədən ibarətdir? Getdikcə medianı sosial şəbəkələr, sosial media əvəz edir. Hərbi vəziyyətdə sosial mediadan istifadənin məhdudlaşdırılması nəzərdə tutulubmu? Əgər hərbi vəziyyət elan olunarsa, bu boşluqlar doldurulubmu?
Z.Əsgərov. Məlahət xanım, suala görə çox sağ olun. Əgər Siz fikir verdinizsə, bizim dəyişiklik edilən normativ hüquqi aktlar sırasında mətbuatla bağlı qanun layihələri də var. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun bir maddəsinə dəyişiklik edirik. Əgər hərbi vəziyyət tətbiq edilən yerdə kütləvi informasiya vasitələrinin fəaliyyətinin məhdudlaşdırılmasına, yaxud senzuranın tətbiqinə ehtiyac varsa, bu, nəzərdə tutulubdur. Yeri gəlmişkən, bunun haradan gəldiyini də deyim Sizə. Əgər yadınızdadırsa, 1960-cı ildə Mülki və siyasi hüquqlar haqqında Birləşmiş Millətlər Təşkilatının sənədi qəbul olunubdur və bizim qanun həmin paktın müddəalarına tam uyğundur. Əgər belə bir hal baş versə və müəyyən olunsa ki, hərbi vəziyyətin tətbiq olunduğu yerdən bu və ya digər hərbi məlumatları hara isə sızdırar, senzura, təbii ki, tətbiq olunmalıdır. Əgər sızdırmırsa, buyursun, işləsin. Yenə də deyirəm, hətta orada da alternativ qayda müəyyən olunub. Belə hallar olacaqsa, onun fəaliyyəti dayandırıla bilər, amma olmayacaqsa, işləyəcək, fəaliyyət göstərəcək. Bu nəzərdə tutulubdur. Sağ olun.
Sədrlik edən. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən Ziyafət müəllimin fikirlərinə bir balaca dəstək vermək fikrindəyəm. Niyə? Çünki “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunla bağlı təklif olunan layihə barəsində mətbuatda, həqiqətən, müəyyən fikirlər formalaşıb. Hətta məndə olan məlumata görə, bəzi təşkilatların xaricdə olan dostlarına, həmkarlarına yanlış informasiyalar göndərməsi də artıq reallıqdır. Mən də qeyri-hökumət təşkilatını təmsil edirəm və bir şeyi qeyd etmək istəyirəm. Ziyafət müəllim, elə Sizin kimi həm mətbuata, həm cəmiyyətə mən də müraciət etmək istəyirəm ki, bu qanun layihəsi ilə yaxından tanış olsunlar və onu dərk etdikdən sonra fikir formalaşdırsınlar. Mən, icazə versəniz, bir bəndi deyim və bununla da fikrimi yekunlaşdırım. Söhbət “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 8-ci maddəsinin 8-ci bəndindən gedir. İstəyirəm bunu olduğu kimi oxuyum: “Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə”. Yəni söhbət bütün Azərbaycandan getmir, fövqəladə və ya hərbi vəziyyət tətbiq olunmuş ərazidən gedir. Bəlkə sabah biz Ağdamda, Tərtərdə hansısa hərbi əməliyyatlar həyata keçirəcəyik. Burada biz mitinq keçirməliyik, hansısa şüarlar ortaya atmalıyıq? Bu baxımdan mən belə hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu dəyişikliklərə vətənpərvər kimi yanaşmalıdır və dərk etməlidir ki, Azərbaycan müharibə vəziyyətindədir. Bir şeyi də son olaraq qeyd edim ki, burada o müddəa yenə də imperativ deyil və göstərilir ki, tətbiq edilə bilər. Yəni dövlət belə hesab etsə ki, bu toplantılar hərbi vəziyyət və fövqəladə vəziyyət haqqında qanunların tələblərinə, dövlətimizin təhlükəsizliyinə ziddir, onda bu məhdudiyyət tətbiq edilə bilər və biz bunu alqışlamalıyıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Səsverməyə keçirik. Xahiş edirəm, gündəliyin 7-ci məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Çox sağ olun.
Gündəliyin 8-ci məsələsi.
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Çox sağ olun.
Gündəliyin 9-cu məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Gündəliyin 10-cu məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
Sədrlik edən. Qəbul edildi, sağ olun.
11-ci məsələyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir100
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
12-ci məsələyə münasibət bildirək, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir102
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
13-cü məsələ.
Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
14-cü məsələyə münasibət bildirək, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
15-ci məsələyə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
16-cı məsələyə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
17-ci məsələyə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
18-ci məsələ. Buyurun, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
19-cu məsələyə münasibət bildirin, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
20-ci məsələyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
21-ci məsələyə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, bu məktubla daxil olan sonuncu, 22-ci məsələyə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəlik üzrə davam edirik. 23-cü məsələ. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Ziyafət müəllim, icazə versəniz, dörd məsələ bir paketdə daxil olub, birlikdə məruzə edərdim. Hörmətli həmkarlar, bildiyiniz kimi, biz 2017-ci il oktyabrın 31-də Mülki Prosessual Məcəlləyə çox əhəmiyyətli bir düzəliş etdik. O zaman biz fiziki şəxslər tərəfindən nümayəndəlik institutunun tətbiqi ilə bağlı məsələdə dəyişiklik etdik və bu məsələnin vəkillər tərəfindən həyata keçirilməsi ilə bağlı qərar qəbul etdik, qanuna düzəliş etdik. O zaman, fikir ayrılığına baxmayaraq, hesab edirəm, çox düzgün bir addım atdıq. Nəticədə vətəndaşların Konstitusiya hüququ, yəni peşəkar hüquqi müdafiəsi məsələsini təmin etmiş olduq. Bir müddət keçdikdən sonra cənab Prezidentin Azərbaycanda vəkillik fəaliyyətinin inkişafı ilə bağlı xüsusi bir sərəncamı oldu. Bu gün biz qanunvericilikdə başladığımız düzgün islahatların artıq həm də nəticəsini, bəhrəsini görməkdəyik. Amma o zaman etdiyimiz düzəliş, təbii ki, həmin müddəanın hüquq mühafizə, məhkəmə orqanları tərəfindən praktikada tətbiqi ilə bağlı müvafiq olaraq Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və İnzibati Prosessual Məcəllədə də düzəliş etməyi vacib edir. Belə ki, təklif olunur ki, Mülki Prosessual Məcəllədə artıq nəzərdə tutduğumuz “qohumlar” və “yaxın qohumlar” anlayışları İnzibati Xətalar Məcəlləsinə də əlavə olunsun və onun təsnifatı verilsin.
Cinayət-Prosessual Məcəlləsində, qeyd etdiyim kimi, nümayəndəlik institutu ilə bağlı vəkilin və ya qanuni nümayəndənin nə zaman çıxış etməsi məsələsi öz əksini tapır. Buna uyğun olaraq, İnzibati Prosessual Məcəllədə 9-cu maddənin 18-ci bəndində “nümayəndə” sözündən sonra “və ya vəkil” sözləri əlavə olunur. İnzibati Prosessual Məcəllədə hakimin iştirakı, hakimə etiraz olunması ilə bağlı əsaslar göstərilir. Bunlar hakimin nümayəndə və ya vəkil ilə qohumu və ya yaxın qohum olduğu hallardır. Qohum və yaxın qohum anlayışı ind daha dəqiq verilib, bir qədər də genişdir. Buna görə İnzibati Prosessual Məcəllə də dəyişmiş olur.
Nəhayət, Mülki Prosessual Məcəllədə edilən dəyişiklik bir qədər fərqlidir, yəni mahiyyəti fərqlidir. Daha dəqiq deyim, texniki xarakter daşıyır. Belə ki, Mülki Prosessual Məcəllənin 19-cu maddəsində övladlığa götürənlər qeyd edilmişdir. Əslində, bu hallarda övladlığa götürülən şəxs nəzərdə tutulurdu. O ifadə daha dəqiq verilir. Yəni 26-cı məsələ istisna olmaqla, 23, 24 və 25-ci məsələlər bizim 2017-ci il oktyabrın 31-də nümayəndəlik institutu ilə bağlı qəbul etdiyimiz müddəaların prosessual qanunvericilikdə əks olunması ilə bağlıdır. Daha çox, Ziyafət müəllim, uyğunlaşdırma xarakteri daşıyır. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Qanun layihələri ilə bağlı çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Onda xahiş edirəm, 23-cü məsələyə münasibət bildirək. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi.
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
24-cü məsələ. Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi səsverməyə çıxarılır. Buyurun, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, “Dövlət qulluğu haqqında” Qanunun 29.2-ci maddəsində qeyd olunur ki, hansı orqanlar bu maddənin mənasında müvafiq icra hakimiyyəti orqanları kimi başa düşülür. Bunlar yerli icra hakimiyyəti orqanı və yerli icra hakimiyyəti orqanının yanındakı orqanlardır. Qanunvericiliyin mövcud variantına görə, həmin orqanlara qəbul müsabiqədən kənar aparılır. Başqa sözlə desək, hər hansı dövlət qulluqçusu şifahi imtahanı verib, sertifikat alıb, amma bu halda yerli icra hakimiyyəti orqanında çalışan bir şəxs müsabiqədən keçmədən köçürülə bilir. Beləliklə, dövlət qulluğuna iddialı olan şəxslərlə bağlı bərabərlik prinsipi pozulurdu. Bu baxımdan hesab edirəm ki, cənab Prezident tərəfindən təqdim olunmuş bu layihə həm o bərabərlik prinsipini bərpa edir, həm də mövcud sui-istifadə hallarının qarşısını almış olur. Ona görə hesab edirəm ki, bu layihə vacibdir və buna səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Təklif var, səsə qoyulsun. Buyurun, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Burada, Əli müəllim, beş məsələ var, deyəsən. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, bu beş layihə də bir paketdə təklif olunub. Layihələrin üçü bizim keçən il cəzaların humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsində etdiyimiz dəyişikliklərlə bağlıdır. Onlar çox effektiv dəyişikliklərdir. Bizim Cinayət Məcəlləsi humanistləşmə baxımından çox dəyişdi. Onlardan ən vacibi azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi oldu. İndiki dəyişikliklər adını çəkdiyim Cinayət Məcəlləsinə uyğunlaşdırma ilə bağlıdır. Belə ki, təklif olunur, Cəzaların İcrası Məcəlləsinin müvafiq hissələrində azadlığın məhdudlaşdırılması cəzası və ondan irəli gələn məsələlər öz əksini tapsın. Bu, 28-ci məsələ ilə bağlıdır.
Cinayət-Prosessual Məcəlləsində edilən dəyişiklik “azyaşlı” anlayışı ilə bağlıdır. Belə ki, biz Cinayət Məcəlləsində humanistləşdirmə ilə bağlı dəyişiklik etdik, “azyaşlı” anlayışı qanunvericiliyimizə uyğun olaraq 8 yaşa qədər idi, amma indi 14 yaşa qədərdir. Təbii ki, artıq bundan sonra hökmün icrasının təxirə salınması himayəsində 14 yaşına qədər uşaqları olan valideynlərə də tətbiq ediləcək. O zaman bu kifayət qədər ciddi bir düzəliş idi. Bu məsələ müvafiq olaraq Cinayət-Prosessual Məcəlləsində də öz əksini tapır.
30-cu məsələ İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsində düzəlişdir. Orada söhbət qeyddən gedir. Belə ki, əgər əvvəl 100 manata qədər olan ziyan məsuliyyət yaradırdısa, – istehlakçıların hüquqlarının qorunması maddəsindən söhbət gedir, – indi bu cür məsuliyyət 300 manatdan başlayır. 31-ci və 32-ci məsələlər bir qədər fərqlidir. Daha dəqiq deyim ki, bu dəyişiklik “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun və “Narkoloji nəzarət haqqında” Qanunla bağlıdır. Cəzaların humanistləşdirilməsi ilə bağlı həyata keçirdiyimiz düzəlişlər nəticəsində, bilirsiniz, müəyyən olundu ki, bir sıra maddələrlə, daha dəqiq, 234-cü maddə ilə bağlı məhkəmə tərəfindən xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Yəni biz müəyyənləşdirdik ki, artıq cinayət məsuliyyəti deyil, müalicə tətbiq olunacaq. Beləliklə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad etmiş olur. Amma bir hal var ki, deyək, bu proses başa çatdıqdan, yəni narkomanlıq xəstəliyinə tutulan şəxsin müalicəsi bitdikdən sonra vaxtından əvvəl azad olunması məsələsi qalxanda onun məsuliyyətdən azad edilməsi məsələsi müvafiq qanunvericiliyə görə təkbaşına həll olunurdu. Hesab edirəm ki, təklif olunan düzəliş tam yerindədir. Təklif olunur ki, qərar məhz həkim –məsləhət komissiyasının rəyi əsasında, yəni kollegial qəbul olunsun. Narkomaniya ilə bağlı məsələdə, əlbəttə, bir humanistlik var. Çünki onlar xəstədir və müalicə olunmalıdırlar. Amma eyni zamanda, kollegial qərar nəticəsində əmin olmaq lazımdır ki, cəmiyyətə yenidən narkoman deyil, real müalicə olunmuş şəxs qayıdır.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, 28-ci məsələyə, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti, 29-cu məsələ. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi səsverməyə çıxarılır. Buyurun, münasibət bildirin, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
30-cu məsələ. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə səs verməyinizi xahiş edirəm. Buyurun.
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyurun, xahiş edirəm, münasibət bildirin.
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsverməyə çıxarılır. Buyurun, xahiş edirəm.
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Nəhayət, gündəliyimizin sonuncu məsələsi ayrıca bir qanun layihəsidir. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. Qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq. Layihə barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə məruzə edəcəkdir. Kamran müəllim, buyurun.
K.Nəbizadə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini.
Çox sağ olun. Birinci oxunuşda sizin müzakirənizə çıxarılan qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmişdir. Sənəd, eyni zamanda, Milli Məclisin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planındadır. Qanun layihəsi bir neçə il ərzində beynəlxalq ekspertlər də cəlb olunmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə hazırlanmışdır.
Öncə qanunun vacibliy və hüquqi əsasları barədə bir neçə söz demək istərdim. Ətraf mühit, o cümlədən bu qanun layihəsinin əhatə etdiyi sahə ilə bağlı ölkəmiz çoxsaylı konvensiyalara, sahə ilə birbaşa əlaqəs olan Ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlum ESKO Konvensiyasına qoşulmuşdur. Bu sonuncu konvensiyaya Azərbaycan 1990-cı ildə qoşulmuşdur. Konvensiyaya görə ətraf mühitə təsirin qiymətləndirilməsi transsərhəd kontekstində anlaşılır. Bu beynəlxalq sənədlə bağlı ölkəmiz öz üzərinə müvafiq öhdəliklər götürmüşdür və onlardan biri də bu sahə ilə bağlı milli qanunvericiliyin qəbul olunmasıdır. Digər bir siyasi sənəddə – 2006-cı ilin sentyabrında Prezidentin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı”nda və Milli Məclisin 2012-ci ildə qəbul etdiyi Şəhərsalma və Tikinti Məcəlləsində də bu qanunun hazırlanıb qəbul edilməsi nəzərdə tutulmuşdu. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, müvafiq dövlət qurumları, ekoloqlar, vətəndaş cəmiyyəti, ətraf mühit sahəsində fəaliyyət göstərən QHT-lər, elmi ictimaiyyət bu qanunun qəbulunun vacibliyini mütəmadi olaraq gündəmə gətirirlər. Digər tərəfdən, bu institut artıq iqtisadi və təsərrüfat fəaliyyətinin əsas sahələrində, neft-qaz kontraktlarında, boru kəmərlərində, infrastruktur layihələrdə artıq tətbiq olunur. Bütün bunlar isə əslində, qanun qəbulunun ictimai sifariş olması deməkdir.
Qanun layihəsinin üzərində ciddi iş aparılıb. Sənəd müvafiq səviyyələrdə dəfələrlə müzakirə olunub. Sənədlə bağlı Milli Məclisdə BMT-nin İnkişaf Proqramının, ATƏT-in Bakı ofisinin, əlaqədar nazirliklərin, şirkətlərin, qeyri-hökumət təşkilatlarının, elmi müəssisələrin və özəl sektorun təmsilçilərinin, beynəlxalq ekspertlərin iştirakı ilə parlament dinləmələri keçirilib. Sözügedən təşkilatlar da rəylərini təqdim ediblər. Azərbaycan ətraf mühit sahəsində Avropa hüququna, beynəlxalq qanunvericiliyə inteqrasiya prosesini uğurla davam etdirir və müzakirənizə təqdim edilən qanun layihəsində də beynəlxalq hüququn əsas tələbləri öz əksini tapıb. Həmçinin qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanıb. Sənəd çərçivə xarakteri daşıyır və gələcəkdə hökumət tərəfindən qəbul ediləcək müxtəlif qaydalar, təlimatlar, sərəncamlarla tamamlanacaqdır.
Hörmətli millət vəkilləri, qanun layihəsi 5 fəsil, 17 maddədən, 1 əlavədən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə, 94-cü maddəsinin I hissəsinin 20-ci bəndinə uyğun olaraq təsərrüfat və başqa fəaliyyətin, habelə strateji sənədlərin və ərazi planlaşdırma sənədlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Birinci fəsil əsas anlayışları, qanunvericilik bazasını və ətraf mühitə təsirin qiymətləndirilməsinin məqsəd və prinsiplərini əhatə edir. 2-ci maddəyə görə, ətraf mühitin təsirinin qiymətləndirilməsi haqqında qanunvericilik Konstitusiyadan, bu Qanundan, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” qanunlardan, ölkənin mülki, şəhərsalma və tikinti qanunvericiliyindən, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Bu maddəyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində bu Qanundan fərqli qaydalar müəyyən edildikdə həmin beynəlxalq müqavilələrin tətbiqi nəzərdə tutulur.
Qanun layihəsi hazırlanarkən beynəlxalq müqavilələrin, o cümlədən EKSO Konvensiyasının müddəalarından geniş istifadə olunmuş, beynəlxalq ekspertlərin təklif və tövsiyələri nəzərə alınmışdır. 3-cü maddəyə görə, ətraf mühitə təsirin qiymətləndirilməsinin əsas məqsədi bu Qanunun əlavəsində göstərilən fəaliyyətin həyata keçirilməsi zamanı ətraf mühitə mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, aradan qaldırılması və azaldılması üçün tədbirlərin həyata keçirilməsidir. Ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində əsas prinsiplər nəzərdə tutulan fəaliyyət növünün ətraf mühitə təsirinin kompleks ekoloji, sosial və iqtisadi qiymətləndirilməsi, ekoloji təhlükəsizliyə dair məlumatların düzgünlüyü, şəffaflığı və etibarlılığı, ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunub saxlanmasıdır. Ətraf mühitə təsirin qiymətləndirilməsində aşkarlıq əhalinin məlumatlandırılması və ictimai rəyin nəzərə alınması, ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində beynəlxalq əməkdaşlıq və bu prosesdə fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunmasıdır.
Qanun layihəsinin ikinci fəsli ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması xüsusiyyətləridir. Bunu qısa olaraq “ƏMTQ” kimi ifadə edəcəyəm. Dördüncü maddəyə əsasən ƏMTQ yalnız nəzərdə tutulan fəaliyyət növləri barəsində məcburi qaydada həyata keçirilir. ƏMTQ, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətlərdə aparılır. Müvafiq icra hakimiyyəti orqanının sifarişinin təqdim etdiyi ƏMTQ sənədini “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna uyğun olaraq ekoloji ekspertizadan keçirir, ekspertizanın nəticəsindən asılı olaraq ona dair ekoloji ekspertiza rəyi verir və həmin rəyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir. Bu maddənin tələbinə əsasən sifarişçi nəzərdə tutulan fəaliyyətlə bağlı tikinti işlərinə başlamaq üçün ƏMTQ sənədini və ekoloji ekspertiza rəyini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. ƏMTQ bu Qanunun, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunların tələbləri, təbiətdən səmərəli istifadə və onun bərpası, istehsal və xidmət prosesində yaranan tullantıların təkrar istifadəsi, onların kompleks emalı, utilizasiyası və Qanunun 4.8-ci maddəsində nəzərdə tutulan digər tələblər nəzərə alınmaqla həyata keçirilir.
Qanunun 4.9-cu maddəsində ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə aparılan işlər göstərilmişdir. Sifarişçi bu fəaliyyəti həyata keçirərkən nəzərdə tutulan fəaliyyətin həyata keçirildiyi ərazidə yaşayan fiziki və həmin ərazidə fəaliyyət göstərən hüquqi şəxslərlə, habelə daşınmaz əmlak mülkiyyətçiləri ilə “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq ictimai dinləmələr aparmalıdır. ƏMTQ müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış fiziki şəxslər tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bu iş üzrə qiymətləndirici ilə sifarişçinin münasibətləri ƏMTQ üzrə təşkilatla sifarişçi arasında bağlanmış müqavilə ilə tənzimlənir.
Qanunun 5-ci maddəsi ƏMTQ sənədinin hazırlanmasının çərçivə qaydalarını və sənədə verilən tələbləri müəyyən edir. ƏMTQ sənədi ƏMTQ üzrə azı 3 qiymətləndirici tərəfindən hazırlanır.
Qanunun üçüncü fəsli strateji ekoloji qiymətləndirmə məsələlərini əhatə edir. Strateji ekoloji qiymətləndirmənin məqsədi ətraf mühitdən səmərəli istifadənin, ətraf mühitin davamlı inkişafının və ekoloji təhlükəsizliyin təmin edilməsi, potensial zərərli ekoloji təsirlərin planlaşdırma mərhələsində qarşısının alınmasıdır. Qanunda strateji ekoloji qiymətləndirmənin obyektləri müəyyən edilir ki, bunlar da aşağıdakılardır. Kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunması, ərazi planlaşdırma sənədlərinin layihələri və sair. Planlaşdırıcı orqan tərəfindən strateji ekoloji qiymətləndirmənin aparılması barədə qərar qəbul edildikdə uyğun sənədin hazırlanması və ekoloji ekspertiza rəyinin alınması ilə bağlı bu Qanunun müddəaları tətbiq olunur. Qanunun 8-ci maddəsi strateji ekoloji qiymətləndirmə prosesinin aparılması xüsusiyyətlərini əhatə edir. Dördüncü fəsil ƏMTQ və strateji ekoloji qiymətləndirmə sahəsində idarəetmə məsələlərinə həsr olunub. Bununla bağlı qanunda dövlətin əsas vəzifələri müəyyən edilir. Bunlar aşağıdakılardır. Normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, dövlət nəzarətinin təşkili və həyata keçirilməsi. 10-cu maddə planlaşdırıcı orqanın vəzifələrini əhatə edir. 11-ci maddə ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində bələdiyyələrin vəzifələrini müəyyən edir. Qanunun 12-ci maddəsində sifarişçinin vəzifələri və hüquqları ətraflı təsvir edilir. Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxslər və vətəndaş cəmiyyəti institutları ətraf mühitə təsirin qiymətləndirilməsi, strateji ekoloji qiymətləndirmə ilə bağlı ictimai dinləmələrin keçirilməsi zamanı bu Qanunun və “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə riayət etməlidirlər. Proses ilə bağlı ictimai ekoloji ekspertiza bu Qanuna uyğun olaraq həyata keçirilir.
Qanunun beşinci fəsli yekun müddəalarıdır. Burada verilən maddələr ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində mübahisələrin həlli yolunu, qanunun pozulmasına görə məsuliyyəti, bu sahədə beynəlxalq əməkdaşlığı və nəzarət məsələlərini əhatə edir. Qanuna əlavədə ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısından ibarətdir.
Hörmətli millət vəkilləri, qanun layihəsi komitənin 29 mart tarixli iclasında müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş müzakirə edilmişdir. Komitə üzvləri və dəvət olunan mütəxəssislər sənədə müvafiq təkliflərini təqdim etmişlər. Qanun layihəsi Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edildiyindən sənədə birinci oxunuşda səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Kamran müəllim, təşəkkür edirəm. Qanun layihəsi birinci oxunuşda konseptual cəhətdən müzakirə olunur. Xahiş edirəm, bunu nəzərə alasınız. Eldar İbrahimov, buyurun.
E.İbrahimov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım, doğrudan da, qanun layihəsi barəsində Kamran müəllim çox geniş məlumat verdi. Valeh müəllimin sədrliyi ilə qanun layihəsinin dəfələrlə aparılmış müzakirəsində beynəlxalq təşkilatların nümayəndələr iştirak ediblər. Qanun sözün əsil mənasında çox aktualdır. Qanunu, həqiqətən, Sizin dediyiniz kimi, konseptual baxımdan müzakirə edirik. Mən istərdim, bizim komitənin də müəyyən təklifləri var, ikinci oxunuşa qədər bunları verək. Ancaq birinci oxunuşda layihənin konseptual baxımdan tələblərə tam cavab verdiyini nəzərə alaraq, – mən hesab edirəm ki, yazılan da yoxdur, həmkarlarım da mənim fikrimi dəstəkləyərlər, – sənədi səsə qoyaq, qəbul edək. İkinci oxunuşda təkliflərimizi verərik. Sağ olun.
Sədrlik edən. Başqa çıxış eləmək istəyənlər yoxdur. Mən belə başa düşdüm, qanun mükəmməl hazırlanıb, heç kim danışmaq istəmir. Çox yaxşı. Əgər başqa fikir söyləmək istəyən yoxdursa, birinci oxunuşda qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
Bununla da bugünkü iclasımız sona çatır.