13.06.2008 - tarixli iclasın stenoqramı
ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
IX SESSİYASI İCLASININ
PROTOKOLU № 86
Mill Məclisin iclas salonu.
13 iyun 2008-c il. Saat 12.
Mill Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir
İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.
İclasa dəvət olunmuşlar:
Azər Cəfərov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi.
Mirzəli Əbdüləli oğlu Abbasov,
Aygün Abdulla qızı Abdullayeva,
Vəli Əsgər oğlu Abdullayev,
Rəşadət Əhməd oğlu Ağayev,
Mədinə Ağacavad qızı Bağırova,
İlham Məmməd oğlu Cəfərov,
Ələsgər Əliabbas oğlu Əliyev,
Şəfiqə Musa qızı Əliyeva,
Həsən Hüseyn oğlu Əhmədov,
Mehparə Tofiq qızı Əhmədova,
Mehti Fəyyaz oğlu Əsədov,
Kamran Hüseyn oğlu Əkbərov,
İmran Teymurxan oğlu Hacıqayıbov,
Azər Qəmbər oğlu Hüseynov,
Akif Əsgər oğlu İsgəndərov,
Telman Osman oğlu Quliyev,
Tatyana Aleksandrovna Qoldman,
Əflatun İbrahim oğlu Qasımov,
Faiq Adil oğlu Qasımov,
Məmməd Allahverdi oğlu Məmmədov,
Lətifə Məhyəddin qızı Məmmədova,
Vaqif Ənvər oğlu Mursaqulov,
Rahib Sahib oğlu Nəbizadə,
Hüseyn Əmir oğlu Nəbiyev,
Afaq Bayram qızı Nuriyeva,
Camal Cumar oğlu Ramazanov,
Əli Səlim oğlu Seyfəliyev,
Cəmilə İbrahim qızı Səfiyeva,
Gülnarə Fikrət qızı Tağızadə,
Zeynal Ağabala oğlu Zeynalov.
* * *
A. Babayev, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini.
R. Məlikova, Azərbaycan Respublikası Milli Bankı Hüquq Departamentinin direktoru.
R. Orucov, Azərbaycan Respublikası Milli Bankı Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin direktoru.
A. Salmanov, Azərbaycan Respublikası Milli Bankı Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin Pulların yuyulmasına qarşı fəaliyyət şöbəsinin rəisi.
V. Novruzov, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri.
* * *
B. Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
S. Vəliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri.
Ə. Muradov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin bölmə müdiri.
B. Əliyev, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əməkdaşı.
A. Babayev, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kafedra müdiri.
* * *
Ə. Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat və Miqrasiya Xidmətinin rəisi.
B. Hacıyev, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Hüquq şöbəsinin müdiri.
G. Sadıqov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi.
P. Musayev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat və Miqrasiya Xidməti rəisinin müavini.
M. Nəcəfov, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti rəisinin müavini.
N. Hətəmxanov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi rəisinin müavini.
Ə. Məlikov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Sənədlərin texniki ekspertizası şöbəsinin rəisi.
E. Qənbərli, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aparıcı mütəxəssisi.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi hakimlərinin vəzifədən azad edilməsi haqqında.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
6. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
7. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq Konsepsiyası haqqında” Qərarın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “2008–2010-cu illər üçün terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (2004–2005-ci illər üzrə) təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (2006–2007-ci illər üzrə) təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. “Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. Azərbaycan Respublikasının Lerik rayonunun Lerik qəsəbəsinə şəhər statusu verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
28. Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
29. Biometrik informasiya haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
İclasda qəbul edilmişdir:
1. “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi hakimlərinin vəzifədən azad edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
4. “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
5. “Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
6. “Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
7. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq Konsepsiyası haqqında” Qərarın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “2008–2010-cu illər üçün terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (2004–2005-ci illər üzrə) təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (2006–2007-ci illər üzrə) təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
15. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
16. “Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
19. “Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
20. “Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
21. “Azərbaycan Respublikasının Lerik rayonunun Lerik qəsəbəsinə şəhər statusu verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
22. “Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
23. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
24. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
25. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
26. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
27. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
28. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
29. “Biometrik informasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.
Azərbaycan Respublikası
Mill Məclisinin Sədr O. ƏSƏDOV
MİLLİ MƏCLİSİN İCLASI
13 iyun 2008-c il. Saat 12.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Sabahınız xeyir olsun, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçin.
Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 78
Yetərsay 83
Bir az diqqətli olun. Xahiş edirəm, bir də qeydiyyatdan keçəsiniz.
Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 102
Yetərsay 83
103 nəfər iştirak edir, yetərsay var. Çox sağ olun, təşəkkür edirəm.
Hörmətli deputatlar, bildiyiniz kimi, bugünkü gündəliyin 6 məsələsi hakimlərin təyinatı ilə bağlıdır. Ümumiyyətlə, bugünkü gündəliyimiz çox sıxdır, 29 məsələ var. Əgər etiraz yoxdursa, birbaşa gündəliyə keçək. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli müəllim 6 məsələnin hamısı barədə məlumat versin, sonra səsverməni necə keçirəcəyimiz barədə məsləhətləşərik.
Əli müəllim, üzr istəyirəm, yadımdan çıxdı, gündəliyə münasibət bildirmədik. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Buyurun, Əli müəllim.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Ziyafət müəllimin qeyd etdiyi kimi, cənab Prezident tərəfindən Milli Məclisə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və apellyasiya məhkəmələrinə hakimlərin təsdiq olunması ilə bağlı sənəd təqdim olunmuşdur. Məlumat üçün qeyd etmək istəyirəm ki, ötən il biz Milli Məclisdə cənab Prezidentin təqdimatı əsasında apellyasiya məhkəmələrinin və Ali Məhkəmənin hakimlərinin bir hissəsini təyin etmişik. Amma o zaman mən məlumat vermişdim ki, hələ hakim korpusu tam komplektləşdirilməyib. Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, ədalət mühakiməsinin səmərəliyinin artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər içərisində hakim korpusunun komplektləşdirilməsi işi ardıcıl olaraq davam etdirilir. Ötən il bütün hakim korpusunun fəaliyyəti prinsipial qiymətləndirildi və 30 hakimin səlahiyyətlərinə xitam verildi. Son il ərzində isə 50-dən artıq hakim barəsində intizam icrası başlanılmış, o cümlədən korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə, 3 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 3 nəfər isə aşağı işə keçirilmişdir.
Hörmətli millət vəkilləri, Azərbaycanda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərin seçilməsinin, düşünürəm ki, Avropada ən mütərəqqi, şəffaf qaydaları müəyyən edilmiş, çoxmərhələli seçim prosedurları nəticəsində müvəffəqiyyət qazanmış və uzunmüddətli kursları uğurla başa vurmuş 55 nəfər hakimliyə namizəd ötən il cənab Prezident tərəfindən birinci instansiya hakimi vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda, ölkə başçısının 2006-cı il 19 yanvar tarixli fərmanı ilə yaradılmış regional apellyasiya məhkəmələrinə təcrübəli hakimlər hesabına təyinatlar edilmiş və keçən ilin iyul ayından regional apellyasiya məhkəmələri fəaliyyətə başlamışdır.
Qeyd etmək istəyirəm ki, təkcə bu ilin 5 ayı ərzində 70 nəfər hakim davamlı olaraq tədris kurslarında iştirak etmişdir. Tədris prosesinə nüfuzlu xarici və eyni zamanda, Azərbaycanın peşəkar mütəxəssisləri cəlb olunmuşlar. Regionlarda keçirilmiş ayrı-ayrı tədris tədbirləri isə bütün hakim korpusunu əhatə etmişdir. Görülmüş tədbirlər hakimlərin peşə hazırlığının artırılmasına, onların insan hüquqları ilə bağlı Avropa dəyərlərinə yiyələnmələrinə daha geniş imkan yaratmışdır.
Həmçinin bildiyiniz kimi, hakim ştatlarının Prezidentin 2006-cı il 17 avqust tarixli fərmanı ilə 50 faiz artırılması hakimlərin iş yükünün azaldılmasına, işlərə daha keyfiyyətli baxılmasına və süründürməçilik hallarının qarşısının alınmasına səbəb olmuşdur. Amma fürsətdən istifadə edib demək istəyirəm ki, hələ də kadr çatışmazlığı mövcuddur. Ştatların 50 faiz artırılmasına baxmayaraq, təyinatlar hələ tam həyata keçirilməmişdir.
Məhkəmə-Hüquq Şurasının üzvü kimi qeyd etmək istəyirəm ki, hakimlərin seçim prosesi davam etdirilmiş, seçim prosedurlarında müvəffəqiyyət qazanmış 102 nəfər hakimliyə namizəd isə tədris kurslarına cəlb olunmuşdur. Yaxın aylarda onların cənab Prezident tərəfindən birinci instansiya məhkəmələrinə hakim təyinatları nəzərdə tutulur. Yenə hakim kadrların hazırlanmasını nəzərə alaraq Məhkəmə-Hüquq Şurası sonuncu iclasında yüksək instansiya məhkəmələrində vakant olan ştatların komplektləşməsini mümkün hesab etmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və apellyasiya məhkəmələrinə təcrübəli və yüksək mənəvi keyfiyyətlərə malik olan hakimlərin təyin edilməsi ilə bağlı cənab Prezidentə təkliflər hazırlamışdır. Bu təklif cənab Prezident tərəfindən nəzərə alınmış və bu gün parlamentin müzakirəsinə təqdim olunmuşdur.
Fürsətdən istifadə edib bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Gördüyünüz kimi, sizə təqdim olunmuş hakimliyə namizədlərin bir hissəsinin Ali Məhkəməyə, digər hissəsinin isə regional apellyasiya məhkəmələrinə təyinatı nəzərdə tutulur. Ancaq Konstitusiyaya uyğun olaraq biz ilk növbədə gündəlikdə Ali Məhkəmə hakimlərinin və Bakı Apellyasiya Məhkəməsi hakimlərinin vəzifədən azad olunması məsələsini həll etməliyik və bundan sonra onların apellyasiya məhkəmələrinə və Ali Məhkəməyə təyinatı məsələsinə səs verməliyik.
Bir məsələni də qeyd etmək istəyirəm, yəqin, siz də onu müşahidə etmisiniz. Biz öncədən qərara almışdıq ki, hakimlərin hər birinin şəxsi işləri millət vəkillərinə təqdim olunsun. Bilirsiniz ki, bir il öncə təyin etdiyimiz 55 nəfər hakim bütün imtahanlara və tədris kurslarına cəlb olunmuşdu. İndi apellyasiya məhkəmələrinə təqdim etdiyimiz hakimlərin sırasında məhz 55 nəfər hakimliyə namizədləri də görə bilərsiniz. Onlar qısa zaman çərçivəsində hakim kimi çalışsalar da, hesab etmişik ki, onlara göstərilmiş etimadı doğruldublar və daha yuxarı apellyasiya instansiyalarında hakim vəzifəsində çalışa bilərlər. Hörmətli Ziyafət müəllim, istərdim ki, bu qeydimi nəzərə alasınız və gündəliyin birinci məsələsində təkcə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin vəzifədən azad olunması yox, eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin də vəzifədən azad edilməsi məsələsi həllini tapmalıdır. Bundan sonra isə Ali Məhkəməyə və digər məhkəmələrə təyinat məsələləri səsə qoyulmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Hörmətli deputatlar, hakimlərin tərcümeyi-halları və Azərbaycan Respublikasının Ali Məhkəməsinə və apellyasiya məhkəmələrinə təyinatlar barədə layihələr sizə paylanıb. Müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Amma mən görürəm ki, monitorda yazılanlar var. Buyurun, İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təbii ki, təqdim olunan hakimlərin vəzifələrə təyin olunması Milli Məclisdə, sadəcə, prosedur kimi həyata keçirilir və hesab etmirəm ki, Milli Məclis onların təyinatına bu və ya digər şəkildə mane olacaq. Amma hər halda Azərbaycanda məhkəmə və hakimlər, o cümlədən konkret olaraq bu gün yuxarı instansiyalara təqdim olunan hakimlər haqqında da bir neçə kəlmə demək istərdim.
Azərbaycanda vətəndaşlara da, orta ümumtəhsil məktəblərində oxuyan uşaqlara da tez-tez belə bir sual verirlər ki, niyə Azərbaycanda vətəni sevmək, bayrağa məhəbbət, vətənpərvərlik hissləri yüksək deyil və bunun qaldırılması üçün nə etmək lazımdır? Mən ilk növbədə belə hesab edirəm ki, Azərbaycanda vətənpərvərlik hisslərini – millətə, dövlətə, onun bayrağına, atributlarına sevgini formalaşdıran orqanlardan biri məhz məhkəmədir. Çünki haqqı tapdalanan, hüququ pozulan hər bir vətəndaş son anda məhkəməyə üz tutur və məhkəmə ədaləti, haqqı bərpa edir. Çox təəssüf ki, bu gün Azərbaycan məhkəmələri vətəndaşların bu etimadını qazanmayıb. Azərbaycanda məhkəmə orqanları haqqı, hüququ tapdanan vətəndaşların hüquqlarının bərpasından daha çox sifarişləri yerinə yetirən orqan və yaxud dövlət ittihamı irəli sürən orqanların sifarişini yerinə yetirən səlahiyyətli qurum kimi tanınır. Bunu konkret faktlarla izah etməyə, hesab edirəm ki, ehtiyac yoxdur, çünki Azərbaycanda yaşayan hər bir kəs, xüsusilə millət vəkilləri bu məsələ ilə kifayət qədər tanışdırlar. Vətəndaşlardan alınan şikayətlərin içərisində məhkəmə ilə bağlı kifayət qədər problemlər var.
Təqdim olunan siyahılarda özümün də ittiham olunduğum cinayət işində hakim qismində çıxış edən və bu gün işləri Avropa Məhkəməsi tərəfindən geri qaytarılan hakimlər var. Bilirsiniz ki, bu gün Avropa Məhkəməsi Azərbaycandan gedən çoxsaylı cinayət işlərinə baxıb. O cümlədən 15–16 oktyabr hadisələri ilə bağlı cinayət işinə baxıb və konkret olaraq ittiham olunanlardan bir nəfərin, Sərdar Cəlaloğlunun işgəncə ilə bağlı cinayət işi barədə materiallarını araşdıraraq onun xeyrinə qərar çıxarıb və Azərbaycan tərəfinə göndərib. Hətta dövlət Sərdar Cəlaloğluna kompensasiya olaraq 10 min avro pul vəsaiti də ödəyib. Bu gün həmin cinayət işini aparan, qərar qəbul eləyən hakim yerli məhkəmədən daha yuxarı məhkəmə instansiyasına təyin olunur. Halbuki Avropa Məhkəməsi həmin hakimin hansı qərarları pozduğunu açıqladı, hökumət qarşısında məsələ qaldırdı ki, bu hakim cəzalandırılsın. Əvəzində nə baş verir? Həmin hakim yuxarı vəzifəyə gedir. O cümlədən burada kifayət qədər barəsində apardıqları cinayət işinin materiallarına görə inzibati qaydada bu və ya digər şəkildə cəzalandırılmış insanlar var ki, yuxarı məhkəmə instansiyasına hakim vəzifəsinə təqdim olunublar.
Mən xanım olduqlarına görə onların adlarını çəkmək istəmirəm, bəlkə məndən sonra çəkənlər olacaq. Amma hər halda Avropa Məhkəməsi əgər Azərbaycan hökuməti qarşısında həmin hakimin apardığı işlə bağlı konkret məsələ qoyubsa, Azərbaycan dövləti onun çıxardığı məhkəmə qərarına görə cərimə ödəməli olubsa, bu gün bu tipli adamların yuxarı instansiya məhkəməsinə hakim təyin olunması nəticə etibarilə həm dövlətin imicinə, həm də haqqı, ədaləti qorumalı olan hakimin sabah vətəndaşlarla necə davranacağına kifayət qədər işarədir. Mən hesab edirəm ki, bu cür təyinatlarla Azərbaycanda məhkəmələrin rolunu qaldırmaq, onları vətəndaşların güvənc yerinə çevirmək mümkün deyil.
Vətəndaşlarımızı, bəzən müxalifəti də ittiham edərək deyirlər ki, əvvəllər Moskvaya şikayət edirdilər, indi Avropa Məhkəməsinə üz tutublar. Əgər bu gün həmin hakimlər yuxarı instansiyaya irəli çəkiləcəklərsə, hökumət qarşısında onun vəzifədən çıxarılması və yaxud onun barəsində tədbir görülməsi barədə məktuba, rəsmi qərara Azərbaycan tərəfi bu cür mövqe sərgiləyəcəksə, təbii ki, Azərbaycan vətəndaşlarının da yerli məhkəmələrə yox, beynəlxalq məhkəmələrə üz tutmaqdan başqa yolu qalmayacaq. Hesab edirəm ki, bununla bağlı ciddi yanaşma tələb olunmalı idi. Təyin olunan hakimlərin bilavasitə çıxardığı qərarların Azərbaycan çərçivəsində məhdudlaşmayıb beynəlxalq məhkəmələr qarşısına çıxacağını nəzərə alıb, bu hakimlərin keçmiş fəaliyyəti, qəbul etdiyi qərarların nə dərəcədə obyektiv olub-olmaması barədə kifayət qədər araşdırma aparılmalı idi. Çox təəssüf ki, bu yoxdur. Mən hesab edirəm ki, bunu Prezidentə təqdim eləyənlər ən azı həmin adamların işi barəsində də ona arayış təqdim etməli idilər ki, bunlar kimdir və indiyə qədər hansı işi görüblər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən İqbal bəyin toxunduğu məsələ barədə konkret danışacağam. Avropa Məhkəməsi 2007-ci il 11 yanvar tarixli qərarı ilə Sərdar Cəlaloğluna qarşı işgəncə faktının olması və bu faktın Azərbaycanın məhkəmələrində ədalətli araşdırılmaması haqqında qərar qəbul edib. Bu qərara əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi bütün həmin qərarları ləğv edib. Bu qərar mənim əlimdədir və hazırda bu qanun hüquq pozuntularına uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələri iş aparır, – həm prokurorluq, həm daxili işlər, həm də məhkəmə orqanlarının işləri araşdırılır. Üç gün bundan əvvəl Avropa Şurasının Xarici İşlər Nazirlikləri Komitəsində bir daha bu məsələnin üzərinə qayıdılıb. Belə bir ümid ifadə edilib ki, bu işlə bağlı təqsirkar olan şəxslər prinsipial şəkildə öz qiymətini alacaq. Bu hansı qərardır? Bu qərar bu gün Sumqayıt Apellyasiya Məhkəməsinin hakimliyinə irəli sürülən Gülnarə Tağızadənin 2004-cü ilin 18 fevralında çıxardığı qərardır. Gülnarə Tağızadənin çıxardığı qərarın surəti də mənim əlimdədir. Digər başqa faktlar da var. Xüsusən kütləvi aksiyalar zamanı həbs olunmuş şəxslər barəsində ağına-bozuna baxmadan bütün qanun normalarını pozaraq qərar çıxarmış hakimlərin irəli çəkilməsinə biz Azərbaycanda sifarişli hakimlərin stimullaşdırılması, onlara heç bir cəza verilməməsi, siyasi sifariş yerinə yetirən hakimlərin cəzasızlıq mühitinin yaradılması kimi baxırıq. Yəni bu, sadəcə olaraq, nə isə gözdən qaçmış məsələ deyil. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanuna görə haqqında bu cür yüksək beynəlxalq məhkəmə instansiyasının qərarı olan hakimin yuxarı vəzifəyə çəkilməsi qeyri-mümkündür. Bu bizim məhkəmə prinsiplərinə də ziddir, beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz müqavilə öhdəlikləri ilə bağlı prinsiplərə də. Bir daha təkrar edirəm, bu, nümayişkaranə şəkildə ədalət prinsiplərini ayaqlamaqdır. Bu, xüsusi olaraq onun nümayişidir ki, bundan sonra da belə edin, sizi heç kəs cəzalandırmayacaq, əksinə, vəzifələrə irəli çəkiləcəksiniz. Bu, sadəcə, texniki məsələ deyil, çox ciddi siyasi məsələdir.
Bununla kifayətlənsəydilər, bəlkə də bu məsələ üzərində bu qədər dayanmazdıq. Biz Eynulla Fətullayevin, Qənimət Zahidovun, onun qardaşı Sakit Zahidovun məhkəmələrində iştirak eləmişik, hüququn və ədalətin necə tapdalanmasının şahidi olmuşuq. Amma mən özümlə bağlı olan bir məsələni demək istəyirəm. Mən, millət vəkili Pənah Hüseyn kifayət qədər fəal və kifayət qədər də öz hüquqlarını qoruyan adamam. Amma mən 2006-cı il 27 dekabr tarixində Apellyasiya Məhkəməsi tərəfindən haqqımda çıxarılmış qərarı dəfələrlə müraciət eləməyimə baxmayaraq, yalnız may ayının 15-də ala bildim. Beş ay sonra. İndi siz təsəvvür eləyin ki, adi vətəndaşlar hansı vəziyyətdədirlər? Mən qərarı alandan sonra Bakı Apellyasiya Məhkəməsinə müraciət elədim. İşi götürdüm ki, onunla tanış olub protokola müvafiq qaydada qeydlər eləyim. Məlum oldu ki, həmin işin içərisində protokol yoxdur. Bu da qeydə alınır. Dəftərxanaya verdiyim ərizəyə cavab gəldi ki, guya bu da kollegiyanın həmin iclasına sədrlik eləyən hakimin nəzərinə çatdırılıbdır. Yəni bu etiraf da olunubdur. Bu cür vəziyyətdir.
Bu gün Ali Məhkəməyə bizim hörmətli hakimlərimizdən biri – Tatyana Qoldman təqdim olunubdur. Tatyana xanımın nəzərinə çatdırıram ki, onun 2005-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsindəki çıxardığı qüvvədə olan qərarın surəti də mənim əlimdədir. Yəni bu gün Ali Məhkəməyə irəli sürülən xanım Qoldmanın təsdiq elədiyi məhkəmə qərarı qüvvədə ola-ola, bu yaxınlarda Sumqayıt Apellyasiya Məhkəməsi eyni predmet, eyni cavabdeh və iddiaçılar üzrə fərqli qərar çıxardı. Bu da vaxtilə Ali Məhkəmənin üzvü olmuş, indi Sumqayıt Şəhər Məhkəməsinin üzvü olan Zeyqəm müəllimin qərarı əsasında çıxarılıb. Bu gün xeyli belə faktlar var.
Mən seçicilərimin valideynlərinin müraciəti əsasında bir neçə məhkəmədə oldum. Sizi inandırıram ki, hərbi məhkəmələrdəki vəziyyəti, xüsusilə də hərbi prokurorluğun üzvlərinin adicə etikaya uyğun olmayan hərəkətlərini görəndə dəhşətə gəldim. Baris deyirlər, deyəsən, adı Barizdir. Həmin o qərar da mənim əlimdədir. Bakı Şəhər Hərbi Məhkəməsində millət vəkili İkram İsrafillə birlikdə prosesdə iştirak elədiyimizi görə-görə prokuror zərərçəkəni gözümüzün qabağında təhqir eləyib, söyürdü. Yəni bizi görə-görə bunu edirdi.
Mən yuxarıda bu məsələnin siyasi tərəfinə toxundum. Amma onu da etiraf eləmək lazımdır ki, belə siyasi işlər olsa-olsa, onlarca ola bilər. Amma Azərbaycanda qətiyyən siyasi xarakterli və yuxarıdan sifarişli olmayan yüzlərcə məhkəmə işi var ki, onların bəzilərində də biz iştirak eləyirik. Buradakı qayda-qanunsuzluğu görəndə dəhşətə gəlirsən və son illərdə aparılan islahatların miqyasına baxmayaraq, vəziyyətin nəinki yaxşılaşmasını, daha da pisləşməsini görəndə, ümumiyyətlə, bu sahədə ədalətin bərqərar olmasına ümidini qəti şəkildə itirirsən.
Mən çox istəyirəm ki, bu gün təyin olunan hakimlər ayrıca səsə qoyulsun. Mən xüsusi olaraq Gülnarə Tağızadənin məsələsinə toxunmaq istəyirəm. Bu məsələyə izahat verilsin, ümumiyyətlə, bu nə deməkdir? Aydınlaşdırılsın ki, qərarı Avropa Məhkəməsi tərəfindən ləğv olunmuş və xüsusi olaraq, məhkəmənin düzgün araşdırılmaması məsələsi qeyd olunmuş bir hakimin irəliyə çəkilməsinin arxasında nələr durur? Yaxud da bildirilsin ki, bizim irəli sürdüyümüz arqumentlər əsaslıdır, yoxsa əsaslı deyil?
Şübhəsiz ki, hamımız azərbaycanlıyıq, digər hakimlərə təyinatlarında uğurlar, can sağlığı arzulayırıq və onlardan xahiş eləyirik, xalqımızın və vətəndaşımızın taleyindən doğan narahatlığımızı başa düşsünlər. Tədricən də olsa, orta əsr ənənələrindən uzaqlaşaq və məhkəmələrin ədalət və qanun naminə hökm verməsi üçün əlimizdən gələni etmiş olaq.
Mən çox xahiş eləyirəm ki, mənim və İqbal Ağazadənin danışdığı məsələyə hörmətli məruzəçi bir aydınlıq gətirsin. Sənədlər tələb olunursa, onların hamısı bizim əlimizdədir. Qeyd elədiyimiz qərarları da təqdim eləyə bilərik və xahiş edirik, bu məsələyə prinsipial qiymət verilsin. Təşəkkür eləyirəm.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli qonaqlar, hörmətli millət vəkilləri və media nümayəndələri! Müzakirə olunan məsələ ilə bağlı məndən öncə çıxış eləyən həmkarlarımın narahatçılığını bölüşürəm. Görünür, lazımdır ki, biz bəzi məsələlərə qanunvericilik qaydasında yenidən baxaq. Xüsusilə Ali Məhkəmənin üzvlüyünə təqdim olunan 6 nəfərdən 3-nün faktiki surətdə 7 il hakimlik təcrübəsi var. Mən hər halda ümid eləyirəm ki, bu insanlar öz fəaliyyətləri ilə, ədalətli qərarlar qəbul eləməklə Məhkəmə-Hüquq Şurasının etimadını qazanıblar. Amma bununla yanaşı, fikirləşirəm ki, gələcəkdə qanunvericilik qaydasında bu məsələyə baxılmalıdır. Ən azı on il hakim vəzifəsində çalışmış şəxslər Ali Məhkəmənin üzvü olmalıdırlar. Bu mənim şəxsi qənaətimdir və biz bunu qanunvericilik qaydasında tənzimləməliyik.
Bundan başqa, biz əlavə məhdudiyyətlər də müəyyənləşdirməliyik. Barəsində intizam-tənbeh tədbirləri, yəni xüsusi qərardadlar çıxarılmış hakimlərin yüksək ali məhkəmələrə, xüsusilə də Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin üzvlüyünə təyin olunmasına qanunvericilik qaydasında məhdudiyyət qoyulmalıdır. Çox təəssüf, bizə məlumat verilməyib ki, bu hakimlərin, xüsusilə də Ali Məhkəməyə üzv təyin olunan hakimlərin barəsində xüsusi qərardadlar, yəni intizam-tənbeh tədbirləri tətbiq olunub, yoxsa yox. Burada belə hakimlər varsa, şəxsən mən böyük məmnuniyyətlə onların əleyhinə səs verərdim və digər həmkarlarımı da onların əleyhinə səs verməyə çağırardım ki, bu, digər hakimlər üçün də bir növ ümumi xəbərdarlıq olsun. Onlar bilməlidirlər ki, qəbul etdikləri hər hansı bir ədalətsiz qərar gələcəkdə onların daha yüksək məhkəmə instansiyalarının üzvü təyin olunmasına məhdudiyyətlər qoyacaqdır. Bu onların məsuliyyətini bir neçə dəfə artırmış olardı. Əvvəllər belə təcrübə olub, barəsində nəinki bir, hətta iki xüsusi qərardad çıxarılmış hakimlər bəzən yuxarı vəzifələrə çəkilirdilər.
Mən son vaxtlar Məhkəmə-Hüquq Şurasının gördüyü işləri yüksək qiymətləndirirəm. Ali Məhkəmənin sədri Ramiz Rzayev mətbuatda bəzi hakimlərin ədalətsiz qərarlar qəbul eləməsi ilə bağlı narahatçılığını ifadə eləmişdi. Mən bunu bölüşürəm və hesab eləyirəm ki, hər halda bunlar vəziyyətin düzəldilməsinə yönəlmiş səmimi açıqlamalardır, bəyanatlardır. Hakimlərə böyük etimad göstərilib. Mən də sonda onlara etimad göstərəcəyəm, təyin olunmalarına səs verəcəyəm. Amma hesab eləyirəm ki, onlar ədalətli qərarlar qəbul eləməlidirlər. Başlarının üstündə qanunla yanaşı, həm də Allahı görməlidirlər.
Biz Şərq mentalitetinin daşıyıcı olan bir millətik. Qan, namus məsələlərində hakimlər xüsusi prinsipiallıq nümayiş etdirməlidirlər. Cəmiyyətimizdə ədalətsiz qərarlar qəbul olunduqca, cəmiyyət, insanlar daha da şərtləşir, amansızlaşırlar. Həmin hakimlərin özləri də gələcəkdə o ədalətsizliyin, o qanunsuzluğun qurbanına çevrilə bilərlər. Onlar nəinki Azərbaycan xalqı barədə, həm də onların bu vəzifəyə təyin olunması ilə bağlı təqdimat vermiş Azərbaycan Respublikasının Prezidenti barədə düşünməlidirlər. Onların qəbul etdiyi ədalətsiz qərarlar onlara bu təqdimatı vermiş qurumların da nüfuzuna birbaşa təsir eləyən məsələdir. Mən sonda bu hakimlərə fəaliyyətində uğurlar arzulayıram və ümid eləyirəm ki, onlar bu etimadı doğruldacaqlar. Pənah bəyin o fikrini mən müdafiə eləyirəm, adbaad səsvermə keçirilsin ki, biz bəzi hakimlərə öz münasibətimizi bildirə bilək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputatlar! Məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin digər qollarından əsaslı şəkildə fərqlənən çox spesifik bir hakimiyyət sahəsidir. Çünki burada mənafelər toqquşur, burada bir-birinə qızğın olan insanlar üz-üzə gəlirlər. Təbii ki, belə bir şəraitdə hakimin qəbul etdiyi qərar tərəflərin hamısının deyil, yalnız birinin mənafeyini müdafiə edəcək. Əks tərəfin isə hakimdən, ümumiyyətlə, bütövlükdə respublikanın məhkəmə sistemindən narazı qalması bu cür söz-söhbətlərin əmələ gəlməsi üçün bir əsas olur.
Mən heç də o fikirdə deyiləm ki, respublikanın məhkəmə sistemində hər şey qaydasındadır. Respublikanın məhkəmə sistemində nöqsanlar var, amma bu heç də burada söylənilən kimi, respublikanın məhkəmə sisteminin bərbad olması demək deyil. Ən başlıcası ondan ibarətdir ki, məhkəmə sisteminin daim təkmilləşdirilməsi, öz işinin öhdəsindən gəlməyən hakimlərin vəzifələrindən uzaqlaşdırılması ilə bağlı dövlət iradəsi ortadadır. Hörmətli Əli müəllimin məruzəsindən də göründüyü kimi, xeyli sayda hakim öz işinin öhdəsindən gəlmədiyinə görə vəzifələrindən kənarlaşdırılıblar.
Digər tərəfdən, mən düşünürəm ki, müstəqilliyini cəmi 17 ildir ki, bərpa edən bir ölkənin məhkəmə sistemini dövlətçilik tarixi yüz illərlə, bəzən də min illərlə ölçülən ölkələrin məhkəmə sistemi ilə müqayisə etmək düzgün olmazdı. Bu gün yeni vəzifələrə təyin olunacaq hakimlərin böyük əksəriyyətini mən hələ prokurorluq orqanlarında işləyən vaxtdan tanıyıram, onların şəxsi və professional keyfiyyətlərinə yaxşı bələdəm. Mən əminəm ki, bu insanlar onların yeni vəzifələrə təyin edilməsi ilə bağlı ölkə Prezidentinin, habelə onların yeni vəzifələrə təsdiq edilməsi ilə bağlı qanunvericilik hakimiyyətinin etimadını layiqincə doğruldacaqlar və öz fəaliyyətlərində Azərbaycan Respublikasının qanunlarını rəhbər tutacaqlar. Mən onlara gələcək işlərində uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən cənab Prezident İlham Əliyev tərəfindən təqdim olunan bu qanun layihəsini dəstəkləyirəm və onun lehinə səs verəcəyəm. Bu gün burada səs verəcəyimiz hakimlərə də gələcək işlərində uğurlar arzulayıram.
Məni narahat eləyən bir məsələ var. Mənə məcburi köçkünlərdən, xüsusilə də təmsil olunduğum Cəbrayıl rayonunun əhalisindən müəyyən şikayətlər daxil olur. 1993-cü ildən Azərbaycanın müxtəlif rayonlarında, o cümlədən Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış insanlar var. Məskunlaşdıqları yerlərin bələdiyyə və yaxud icra hakimiyyətlərinin qərarı ilə onların oradan çıxarılması məsələsi var. Onlar bəzi hallarda məhkəməyə müraciət etdikdə, məhkəmə onların əleyhinə qərar çıxarır. Mən hesab eləyirəm ki, bu, dözülməz bir faktdır. Çünki mənim əsas arqumentim budur ki, 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən verilmiş sərəncamda, eyni zamanda, 2004-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş sənəddə məcburi köçkünlərin məskunlaşdığı yerlərin mülkiyyət formasından asılı olmayaraq oradan çıxarılması halları yolverilməzdir. Bayaq burada həmkarım dedi, cənab hakimlər özlərində bir vicdan hiss eləsinlər.
Bilirsiniz, bəzən məcburi köçkünlərin məskunlaşdığı yerdən çıxarılmasına, ola bilsin ki, bir az da siyasi məna vermək olar. Çünki qarşıdan Prezident seçkiləri gəlir və bilirsiniz ki, məcburi köçkünlər və qaçqınlar ölkədə böyük bir qüvvədir. Yəni onları süni şəkildə narazı salmaq lazım deyil. Ona görə də hakimlərdən xahiş edirəm ki, məcburi köçkünlərin və qaçqınların işlərinə baxarkən diqqətli olsunlar. Mən demirəm ki, burada qərəzli nəsə var. Ola bilsin ki, onların bəzilərinin peşə hazırlığı imkan verməyib ki, qanunvericiliyin bütün maddələrinə riayət eləyə bilsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür eləyirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən birinci növbədə qeyd edim ki, cənab Prezidentin fəaliyyətə başladığı ilk dönəm ən böyük islahatlarla, o cümlədən məhkəmə-hüquq sistemində aparılan islahatlarla əlamətdar oldu. Bu da başa düşülən idi. Birinci, ona görə ki, məhkəmə mövzusu Azərbaycan cəmiyyətində də, beynəlxalq aləmdə də bu dövlətə qarşı bir sıra hallarda qərəzli hücumlara yol aça bilirdi. Əslində, burada məhkəmə qərarlarını öz dərilərində hiss eləmiş şəxslər belə etiraf elədilər ki, bu qərarlar hətta siyasi sifariş olmadığı hallarda da məhkəmələr ədalətsiz olurdular.
Amma mən, ümumiyyətlə, hesab eləyirəm ki, biz birinci növbədə ümumi vəzifələrimizi, hakimlərdən nəyi umduğumuzu müəyyənləşdirməliyik. Təbii ki, ədalət mücəssəməsi haqqında tarixdən, hüquq kitablarından bu yana bəhs olunanların hamısını demək olar. Amma bunu real həyatda tətbiq eləmək çox çətindir. Birinci, ona görə ki, müharibə şəraitində yaşayan bir ölkənin daxili münasibətlər sistemində müəyyən məqamlar var. Məsələn, birinə – məcburi köçkün probleminə toxundular. Burada, necə deyərlər, hər iki tərəfin mənafeləri toqquşur. Burada on illərlə ev növbəsində olanla, təbii ki, ev-eşiklərini itirmişlərin və buna yönəlik müəyyən bir dövləti qərarlar almışların hüquqlarının balansını yaratmaq çox çətindir.
Mən hesab eləyirəm ki, bu məsələ ətrafında qədərindən artıq siyasiləşmə məqsədlidir. Niyə? Çünki bir sıra partiyalara, xüsusilə də hakimiyyət uğrunda qeyri-qanuni fəaliyyətlə mübarizə aparanlara 90-cı illərdən bu yana o cəzalar verilməsəydi, cəmiyyətdə normal münasibətləri qurmaq çox çətin olacaqdı. Siz deyirdiniz ki, ən başlıca hüquqi prinsip cinayətkara cəzanın verilməsidir. Bu da verilir. Əks halda biz cinayətə məruz qalanın hüquqlarını qorumamış olacağıq. Əlbəttə ki, bu səs-küyün bir statistik tərkibinə də getmək lazımdır. Nədir bu səs-küy? Tutalım ki, bir il ərzində, – ola bilsin, bu rəqəmlər yanlış olsun, – 50 minə qədər işə baxılıbdır. Bunun, belə hesab eləyək ki, 60–70 faizə qədəri real, ədalətli, hüquqa söykənmiş qərarlardır. Yerdə qalan 30 faizin şikayəti olmalıdır və deməli, narazılıq buradan olmalıdır.
Bütövlükdə məhkəmə sistemimizin üzərinə bir sıra hallarda nədən belə kölgə salınır? Mən istəyirəm ki, məsələyə, sadəcə, Azərbaycan qaydasında, ümumi formada münasibət bildirilməsin. Mən dedim, siyasiləşmə baş verib. Bu həm də ona görədir ki, bir sıra insanın qanlı əməllərinə cavab verilib, onlar cəzaya məruz qalıblar, sonradan azadlığa dönüblər və siyasi fəaliyyətlərində həmişə o məhkəmə hökmünü öz üzərilərində hiss etdirirlər. Təbii ki, bunlar onunla barışmayacaqlar.
Amma etiraf eləyək ki, məhkəmə qərarları ayrı-ayrı hallarda ədalətli olmadığına görə, bir sıra qeyri-hökumət təşkilatları ölkədə özünü prokuror və məhkəmə səlahiyyətlərini mənimsəmiş kimi aparırlar. Onların – Leyla Yunusun, Arzu Abdullayevanın və çevrələrində olan şəxslərin yemi, çörəyi həmin o ədalətsiz qərarlardan çıxır. Bəlkə bu tribuna onları şərəfləndirir, onların adını çəkdim. Sizə açıq deyim ki, bu da ayrı-ayrı insan haqları mövzusunda ixtisaslaşmış və bir çətir yaradan, bunu Azərbaycan hakimiyyətinin əleyhinə insan haqlarının durumu kimi statistika verənlərin əlində bir hücum alətinə çevrilir.
Ona görə mən hesab eləyirəm, bu, Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin işi deyil ki, beynəlxalq hesabatlarda insan haqları ilə bağlı o problemlərə cavab versin. Bu həmin məhkəmə qərarını çıxarmış insanların işidir. Hakimlər həmin qurumlara sübut eləsinlər ki, bu qərarı ədalətli çıxarıblar. Yaxud da “Eminist İnternational Freedom House” və “Fridim Hous” sair kimi təşkilatlar var ki, biz bunların qərarlarında Azərbaycanın adına uyğun olmayan nəticələri görməkdəyik. Mən hesab eləyirəm ki, Azərbaycanda insan haqlarının durumunu o hesabatlar ifadə eləmir, bu, dəqiqdir. Yəni əks halda bu cəmiyyət idarəolunmaz olardı. Deməli, bunların, eyni zamanda, kifayət qədər ədalətli qərarları var. Mən həm də hesab eləyirəm ki, bu, dövlətin nüfuz məsələsidir. Çünki bir alman, bir ingilis vətəndaşı dövlətinə onunla güvənir ki, o, son anda məhkəmə instansiyasında öz hüquqlarını qoruyacaq, bərpa edəcəkdir. Mən hesab eləyirəm ki, belə insanlar var.
Bayaqdan ayrı-ayrı şəxslərin üzərində ciddi şübhələr və təftişlər aparıldı. Mən məsələyə belə yanaşmazdım. Məsələn, mən tam sidq ürəkdən, səmimiyyətlə deyirəm, gedin, Bərdə camaatından Rahib Nəbizadə haqqında soruşun. Bunu ona görə deyirəm ki, camaatın rəyi yaxşı bir barometrdir. İnanın ki, mən bu siyahıda onun adını bir az bundan əvvəl gördüm və çox şad oldum. Həmin şəxs Bərdədə kifayət qədər obyektivliyi ilə tanınan bir simadır və mən çox şadam ki, o, növbəti bir dönəm üçün Prezidentdən və parlamentdən qərar alacaqdır. Mən Rəbiyyət xanımın mənə pıçıldadığı cümləni bu tribunadan deməsəm, günah olar: “tarixdə ədalət mücəssəməsi olan Süleyman Peyğəmbərdən bu günə qədər də danışılır”. Mən çox arzulayardım ki, bu gün ədalət mücəssəməsi olmaq üçün parlamentdən qərar alanlar “gedirik insanların haqlarını, hüquqlarını qorumaq üçün” təəssüratı ilə buranı tərk eləsinlər. Bəri başdan onların hamısına səs verəcəyimi bəyan eləyirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür eləyirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən təqdim olunan hakimlərin təsdiq olunmasına səs verəcəyəm və deputat həmkarlarımı da bu seçimi etməyə çağırıram, çünki son dövrdə Azərbaycan hüquq sistemində və xüsusilə məhkəmə sistemində gedən islahatlar bütün ictimaiyyətin gözü qarşısındadır. Avropa Şurasının ekspertləri ilə birlikdə keçirilən imtahanları, sonra mükəmməl tədris prosesini və sairəni yekunlaşdıqdan sonra yeni-yeni hakimlərin Azərbaycan dövlətçiliyi adından qərarlar qəbul etməsi imkanlarını əldə etməsi, doğrudan da, təqdirəlayiqdir.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bu sistemdə də ciddi islahatlar gedir. Əgər biz nəzərə alsaq ki, bizim qanunvericiliyimiz o dövrdən indiyə qədər tamamilə, yüzdə-yüz dəyişibdir, onda onların çıxardığı hər bir qərarın hansı çətinliklə ortaya gəldiyinin şahidi ola bilərik. Biz hər həftə, demək olar ki, ya İnzibati Xətalar Məcəlləsinə, ya Cinayət Məcəlləsinə, ya Mülki-Prosessual Məcəlləyə, ya da Mülki Məcəllənin özünə müvafiq dəyişikliklər edirik. Yəni zaman irəli gedir, hər gün dəyişikliklər olur. Yeniliklər gəlir və onlar mütəmadi olaraq həyatda tətbiq olunmalıdır. Biz bunu qəbul eləyirik, amma bunu tətbiq eləyən məhkəmələrdir, ayrı-ayrı istintaq orqanlarıdır. Ona görə də orada hər hansı nöqsan baş verirsə, mən hesab edirəm ki, bunun obyektiv səbəbləri də nəzərə alınmalıdır. Hakimlərin ədalətli olması ilk növbədə onların özlərindən asılı olan bir məsələdir. Hər bir qərar bir insanın taleyi ilə bağlı olan məsələdir.
Burada səslənən bir neçə fikrə də münasibətimi bildirmək istəyirəm. Mənim həmkarlarım da bu məsələləri qaldırdılar. Tutalım ki, kiminsə işinə Avropa Məhkəməsində baxılıb və qərar verilibdir. Biz indi o hakimləri asaq, öldürək, güllələyək? Dünya praktikasında belə şey yoxdur. Mən Türkiyəni misal göstərə bilərəm. Türkiyənin hüquq və məhkəmə sistemi hamıya bəllidir. Bu günlərdə Konstitusiya Məhkəməsi hətta iqtidar partiyası olan AKP-nin bağlanması ilə bağlı məsələ qaldırılıb. Yəni bu cür hakimləri olan dövlətə Avropa Məhkəməsi tərəfindən yenidən baxılmaq üçün 30-dan artıq qərar göndərilibdir. İndi o hakimlərin hamısını işdən azad etmək lazımdır? Onları başqa bir vəzifəyə təyin etmək olmaz? Tamamilə yanlış bir fikirdir.
İkinci bir tərəfdən, həmkarım Pənah Hüseyn millət vəkillərinə düzgün olmayan bir informasiya verdi. Sərdar Cəlaloğlu ilə bağlı Avropa Məhkəməsinin qəbul etdiyi qətnamə mənim əlimdədir. Burada 3 maddə var, hakim haqqında bir kəlmə də olsun söz yazılmayıbdır. Bax, bu 3 maddədə istintaq-saxlanma yerlərindəki şəraitin nə cür olması və işgəncə haqqında məqamlar verilib, bunun araşdırılması göstərilib. Aydındır ki, bu işlərlə prokurorluq və istintaq orqanları məşğul olur, məhkəmə məşğul olmur. Məhkəmə prosesində vəkil də, ittihamçı da öz arqumentlərini ortaya qoyur və bunun nəticəsində qərar qəbul olunur. Bilirsiniz, burada belə fikirlərin söylənilməsi və yalan informasiya verilməsi obyektiv olmamağın nəticəsidir.
Hər bir şəxs öz məsuliyyətini dərk etməlidir. Pənah Hüseyn insanları iğtişaşa çağırır, gəncləri yoldan çıxarır, onları dövlət əleyhinə işlər aparmasına təhrik edir və sonra da hakimi günahlandırır. Sən özündə də bir məsuliyyət axtar. Sən bu addımları atanda gərək fikirləşəydin. Hər məsələni siyasiləşdirmək lazım deyil.
Deyirlər ki, işgəncələr verilir. Bunu kim deyir? Leyla Yunus götürüb 3 nəfərin adını yazır. Leyla Yunusun fikri Avropa Məhkəməsində əsas kimi götürülür? Yanında olub, orada iştirak edib, yaxud hansı prosesdən keçib? Yəni bu o demək deyil ki, siyasi partiya yekdillisidirsə, bunun haqqında qəbul olunan qərardan dərhal şübhələnmək lazımdır. Siyasi mənsubiyyətindən, peşə mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir. Nəyə görə müəllim tutulmalıdır, amma siyasi partiyanın üzvü tutula bilməz? Yaxud da niyə jurnalist törətdiyi bu və ya digər cinayətə görə həbs oluna bilməz? Müəllim ondan daha şərəfli peşədir, insanların övladlarını tərbiyə edir. Həkim insanların sağlamlığı ilə məşğul olur. Nəyə görə buna tətbiq olunmamalıdır, amma ona tətbiq olunmalıdır? Həmin adamlar bir nəfər müəllimin və ya həkimin haqqında Avropa Məhkəməsinə müraciət göndəriblərmi? Yox. Çünki bu onlara sərf etmir. Bundan siyasi şou düzəltmək mümkün deyil. Bunlardan o şey tələb olunur ki, qalmaqal yaratsınlar və nəticədə Azərbaycanın əleyhinə mənfi qərar çıxarılsın. Onlardan bu tələb olunur. Ona görə də hər bir siyasi partiya yetkilisi, sədri, müavini, nə bilim, başqanı və sair birinci növbədə düşünməlidir ki, onun qarşısında duran qanundur. Qanunun tələblərinə əməl etməlidirlər. Qanunun tələblərinə əməl etmirlərsə, günahı hakimdə, prokurorda və digərlərində axtarmamalıdırlar.
Mən hesab edirəm ki, bu gün təyin olunan hakimlər gələcəkdə çox ədalətli qərarlar çıxaracaqlar. Cəmiyyətimizdə mülkiyyət münasibətlərinin dəyişməsi ilə əlaqədar çox ciddi məsələlər ortaya çıxır. Bu gün mülkiyyət münasibətləri ilə bağlı böyük məhkəmə çəkişmələri gedir. Ölkə müstəqillik əldə etdikdən sonra başqa-başqa sahələrdə də yeni cinayət növləri ortaya çıxıbdır. Dövlət çevrilişinə cəhd, terrorçuluq, iğtişaşlar törətmək bu səpkidə olan cinayətlərdir. Bu da yeni bir sistemdir. Bununla bağlı da tez-tez məhkəmələrə müraciətlər qəbul olunur. Bu baxımdan yaxşı qərarların qəbul olunması arzu olunandır, çünki hər bir hakim dövlətin adından qərar çıxarır. Azərbaycan dövləti adından çıxardığı qərara görə hakim bilavasitə məsuliyyət daşıyır. Bu məsuliyyətli işdə onlara uğurlar arzulayıram. Hesab edirəm ki, çıxışlara ehtiyac yoxdur. Təklif edirəm ki, kollektiv şəkildə səsə qoyaq, qəbul edək, bizim hakimlər də getsinlər, əməlisaleh işləri ilə məşğul olsunlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, təkid edən yoxdursa, səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sual verirsiniz? Buyurun, Elmira Axundova.
E. Axundova. Mən, sadəcə olaraq, demək istəyirəm ki, bizə verilən siyahıda xanım hakimlərin familiyaları az deyil. Onlar 9 nəfərdir. Bu məni çox sevindirib və bu, gender bərabərliyi siyasəti ilə tam ayaqlaşır. Ona görə də mən çox danışmayacağam. Bircə onu tövsiyə edirəm ki, bizim xanımlarımız ali hakimiyyət orqanlarında daha məsuliyyətli işləsinlər, neqativ hallara yol verməsinlər. Mən hamını, xüsusən də xanım hakimləri təbrik edirəm, onlara işlərində böyük uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gəlin, daimi komissiyanın sədri Əli müəllimə söz verək, sonra da səsverməyə keçək. Buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Əslində, mənim həmkarlarım burada qaldırılmış məsələlərin bir hissəsinə aydınlıq gətirdilər. Mən belə başa düşdüm ki, burada, sadəcə, bir nəfər xanım hakimlə bağlı iradlar oldu. Bu iradın da səbəbi Avropa İnsan Haqları Məhkəməsində qəbul edilmiş qərarla bağlıdır. Tamamilə düzgün qeyd etdilər ki, Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın, eyni zamanda, Avropa Şurasına üzv olan ölkələrin hakimləri ilə bağlı yox, məhkəmələrdə baxılmış işlərə dair qərarlar qəbul olunur. Avropa İnsan Haqları Məhkəməsində hakimlə, onun intizam icrasına cəlb olunması ilə bağlı bir kəlmə də söz ola bilməz. Bu, Avropa İnsan Haqları Məhkəməsinin iş prinsiplərinə ziddir. Ona görə də hakimin şəxsiyyəti və fəaliyyəti ilə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını əlaqələndirməyimiz məntiqli görünmür.
O ki qaldı qərarların Avropa İnsan Haqları Məhkəməsinin icraatına götürülməsinə, deyim ki, digər ölkələrdə yüzlərcə bu cür hakimlər var. Oqtay müəllim, əgər biz bu prinsiplə yanaşsaq, onda ədalət mühakiməsi prinsipini kökündən pozmuş olarıq. Belə çıxır ki, hansısa başqa bir nəzarət orqanı var. Bu da həmin işlərdən biridir. Əlbəttə, bizim qanunvericilikdə də belə bir müddəa, yəni “Məhkəmələr və hakimlər haqqında” Qanunda 111-ci maddə var və biz onu bilərəkdən qeyd etmişik. Bəli, Konstitusiya Məhkəməsinin və Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarlar hakim haqqında intizam icraatının başlanması üçün səbəb ola bilər. Bu o halda mümkündür ki, araşdırma nəticəsində məlum olsun ki, kobud qanun pozuntuları var. Belə bir hal olmayıb. Xanım Tağızadə də intizam icraatına cəlb olunmayıb. Siyavuş müəllim çox düzgün qeyd etdi, orada müddəalar var və onlar hazırda prokurorluq tərəfindən əsaslandırılır. Bu, məhkəmənin Azərbaycan hökuməti ilə bağlı qəbul etdiyi qərardır. O cümlədən Sərdar Cəlaloğlu ilə bağlı ədalətli qərar çıxarılmışdı və hökumət tərəfindən o ödənilib.
Astan Şahverdiyev qaçqınlarla bağlı maraqlı bir məsələyə toxundu. Astan müəllim, məsələ burasındadır ki, son dövrdə mülkiyyət hüququ ilə, xüsusən qaçqın və məcburi köçkünlərin mülkiyyət hüququ ilə bağlı çıxarılmış qərarlarda ilk baxışdan narahatçılıq yaradan məqam, əksinə, hakimlərin indi peşəkarlığından irəli gəlir. Çünki mülkiyyət hüququ ilə bağlı əvvəlki qərarlar Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna zidd idi. Məhz mülkiyyət hüququ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan vətəndaşının şikayəti ilə bağlı bir işə baxdı. Bu gün hakimlər presedent hüququnu milli qanunvericiliyin tərkib hissəsi kimi qəbul edərək onu daha üstün tuturlar. Amma eyni zamanda, mən bunu da sizə deyə bilərəm ki, o qərarların icrası ilə bağlı bir qədər problem var. Bəlkə də bu bizim qaçqın və məcburi köçkünlərlə bağlı humanist mövqeyimizdən irəli gəlir. Amma hüquqi baxımdan indi hakimlərin qəbul etdiyi qərarlar Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna daha uyğun gəlir.
Bir məsələni də qısaca qeyd etmək istəyirəm. Mən onu deyə bilərəm ki, bu zalda intizam icraatına cəlb olunan və irəli çəkilən bir-iki nəfər hakim var. Amma bunlar hansı şəxslərdir? İntizam icraatına cəlb olunmaq hələ cəzalanmaq demək deyil. O şəxslərlə bağlı müraciətlər araşdırılıb və müzakirə ilə kifayətlənilib. Bu gün mövcud olan hakim korpusu içərisindən yuxarı instansiya məhkəmələrində çalışmaqdan ötrü daha peşəkar hakimlər irəli sürülmüşdür. Amma Məhkəmə-Hüquq Şurasının üzvü kimi hakim korpusunun nəzərinə çatdırmaq istəyirəm ki, millət vəkillərinin söylədikləri fikirlər, eyni zamanda, ictimaiyyətin fikridir. Hakimlər fəaliyyətləri dövründə qanunları rəhbər tutmalıdırlar. Onlar Azərbaycan dövlətinin adından ədalətli qərarlar çıxarmalı və ilk növbədə hakim nüfuzuna xələl gətirən hallara heç zaman yol verməməlidirlər. Burada söylənilən fikirləri də hakimlər gələcək fəaliyyətlərində nəzərə almalıdırlar. Bilməlidirlər ki, həm Məhkəmə-Hüquq Şurası, həm Parlament, həm də ölkə Prezidenti tərəfindən onlara böyük etimad göstərilir. Bu etimadı gələcəkdə doğrultmaq lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əgər başqa sual yoxdursa, xahiş edirəm, gündəliyin 1-ci məsələsinə – Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz. Siyahılar sizdə var.
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 3
İştirak edir 100
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 2
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi barədədir. Bəzi millət vəkilləri təklif etdilər ki, adbaad səsə qoyaq. Mən hesab edirəm ki, buna ehtiyac yoxdur. Bunu siyahı üzrə səsə qoymaq daha düzgün olar. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 2
İştirak edir 99
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.58 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 2
İştirak edir 104
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 2
İştirak edir 101
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Birinə yox, sən hamısının əleyhinə səs verəcəksən, Pənah bəy. Ona görə sən hamısının əleyhinə səs ver. Xahiş edirəm, yerindən danışma, sənə söz verildi, danışdın. Bu sözü bir dəfə demişik. Sizdən başqa burada 100 nəfər millət vəkili var.
Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 85
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 91
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn, qayda-qanun var. Tək-tək də səs vermək olar, siyahı ilə də. Mövqeyini ifadə et, yanında düymə var. Əleyhinə səs vermək istəyirsinizsə, verin, amma yerinizdən danışmayın.
Hörmətli hakimlər, sizi təbrik edirik! Mən hesab edirəm ki, Azər Cəfərova söz verməliyik. Azər müəllim buyursun.
A. Cəfərov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ölkəmizin Ali Məhkəməsinə və apellyasiya məhkəmələrinə təyinat, doğrudan da, vacib məsələdir, çünki bunların hər birində çox ağır iş yükü mövcuddur. Məsələn, Ali Məhkəmənin Mülki İşlər üzrə kollegiyasının hər tərkibinə ayda təxminən 75 iş düşür. Apellyasiya məhkəmələrinin eyni adlı kollegiyaları təxminən ayda 100–130 işə baxırlar.
Bundan başqa, bu gün birinci isntansiya məhkəmələrini formalaşdırmaq üçün bizim 102 namizədimiz var. Onların yerləşdirilməsi üçün, təbii ki, birinci instansiya məhkəmələri hakimlərinin hesabına apellyasiya məhkəmələrini formalaşdırmaq mütləq lazım idi. Siz bunu etməklə, doğrudan da, məhkəmə fəaliyyətinin səmərəliyinin artırılması yolunda böyük bir addım atmış oldunuz. İcazə verin, fürsətdən istifadə edib məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi yolunda verilmiş bütün təkliflərə böyük diqqət və həssaslıqla yanaşdığınıza, bizə daim dəstək olduğunuza və burada söylədiyiniz xoş sözlərə görə Məhkəmə-Hüquq Şurası adından hər birinizə dərin təşəkkürümü bildirim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən yeni təyin olunmuş hakimləri təbrik edirəm. İnanırıq ki, Azərbaycan cəmiyyəti, xalqımız inkişaf etdiyi kimi, hakimlərimiz də öz işlərində təkmilləşəcək, xalqa və millətə daha düzgün, daha etibarlı qulluq edəcəklər. Bir daha sizi təbrik edirəm, çox sağ olun. Hakimlərimiz gedə bilərlər. Gündəliyin növbəti məsələsinə keçirik. Buyurun, Ziyafət Əsgərov.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq Konsepsiyası haqqında” Qərarın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirənizə təqdim edilmişdir. Bu konsepsiyada Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluğa və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlığın məqsədi, vəzifə və prinsipləri, formaları təsbit olunmuşdur.
Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, 4 dövlət – Azərbaycan, Moldova, Gürcüstan və Ukrayna bu konsepsiyaya xüsusi rəylə qoşulub və imzalayıblar. Həmin rəyin mahiyyəti ondan ibarətdir ki, “ekstremizmin ən təhlükəli təzahürlərindən biri olan separatizmə dəstəyin bütün formalarının qarşısının alınması” ifadəsi bura salınsın. Layihə sizdə var. Azərbaycan dövlətinin milli mənafelərinə çox uyğun bir sənəd olduğuna görə ona səs vermək olar. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira xanım, sualınız var? Buyurun.
E. Axundova. Çox sağ olun, hörmətli cənab Sədr. Terrorizmə və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlıq Konvensiyası haqqında qərar çox aktual və lazımlı bir sənəddir. İnanıram ki, MDB çərçivəsində qəbul edilən saysız-hesabsız qanunvericilik aktlarının bəlkə də ən çox işləyəni olacaq.
Bilirəm ki, bu sahədə Azərbaycanın Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi ilə MDB-yə üzv dövlətlərin əlaqədar orqanları arasında praktiki əməkdaşlıq mövcuddur. Bu, yaxşı nəticələr verib və verməkdədir. Ziyafət müəllimin qeyd etdiyi kimi, bununla MDB-yə üzv olan dövlətlər içərisində bir növ koalisiya yaranır. Bu dövlətlər öz milli maraqlarını və müstəqil siyasətinin əsaslarını eyni mövqedən müdafiə edirlər. Mənim Ziyafət müəllimə bir sualım var. Xüsusi rəydə deyilir ki, separatizmə dəstəyin bütün formalarının qarşısının alınması haqqında yeni bənd III fəslə əlavə olunsun. Maraqlıdır, bu, doğrudanmı konsepsiyaya bərabər hüquq yaradan bənd kimi əlavə olunur, ya sadəcə olaraq, xüsusi rəy kimi qalır və başqa dövlətlər ona yalnız riayət edə bilərlər? Çox sağ olun.
Z. Əsgərov. Elmira xanım, sualınıza görə çox sağ olun. Dediyim kimi, qarşılıqlı əməkdaşlıq çərçivəsində MDB-yə üzv dövlətlərin dördü konsepsiyaya o halda qoşulur ki, bu rəy onun III fəslinə əlavə olunsun. Rəyin iştirakçı dövlətlər üçün məcburi qüvvəsi var, amma buna onların necə əməl edəcəkləri öz işləridir.
Bir də deyirəm, biz, həmçinin Gürcüstan, Moldova və Ukrayna o halda bu konsepsiyanı bəyənirik ki, razılaşdırılmış xüsusi rəy qəbul olunur.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bu sənədlə tanış oldum. Açığı, burada məni bir az təəccübləndirən məqam var. Biz, təbii ki, MDB-yə daxilik və formal olaraq bir sıra sənədlərin qəbulunda iştirak edirik. O məsələlər ki humanitar sahəyə, iqtisadi əməkdaşlığa və başqa sahələrə aiddir, bunu anlamaq olur. Amma bizim belə sənədin, ümumiyyətlə, içində iştirak etməyimizi hansı məntiqlə əsaslandırmaq mümkündür?
Azərbaycan terrorizmlə ekstremizmin qurbanı olan bir dövlətdir. Faktik olaraq onun ərazisi işğal altındadır. Torpaqlarını işğal edən ölkə ilə bu əməkdaşlıq sənədində birlikdə iştirakdan, məncə, Azərbaycan özünü sığortalamaq üçün bir rəydə qalmamalıdır. Dövlətimiz açıq formada Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğalının və terrorizm faktının olduğunu göstərməklə, bu işdə iştirak etməkdən hansısa formada imtina etməli idi. Yəni onların bu məsələyə münasibəti ortaya qoyulmadıqca, necə əməkdaşlıq edə bilər? Ona görə də belə formal sənədlərdə bizim dövlətin iştirak etməsinin necə əsaslandırılmasını başa düşə bilmirəm.
Təbii ki, MDB-nin üzvüyük, müəyyən öhdəliklərimiz var və bunu başa düşmək olar. Deyilə bilər ki, biz bundan istifadə edər, hər halda öz problemimizi MDB səviyyəsində qaldıra, onun həllinə nail ola bilərik. Faktiki isə, neçə illərdir ki, MDB-nin rəhbər qurumları, ora daxil olan əsas aparıcı dövlətləri tərəfindən Azərbaycan ərazisinin işğalı faktına münasibət birmənalı bildirilmir. Bu sənədi bizim təsdiq etməyimizin mənasını görmürəm, çünki işğala məruz olan ölkənin səsi bunda kifayət qədər duyulmur. Ona görə diqqətinizə çatdırmaq istəyirəm ki, mən bunun əleyhinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siz bir şeyə fikir vermədiniz ki, burada qeyd olunan GUAM ölkələridir. Bu problem tək Azərbaycanda deyil, eyni zamanda, Gürcüstanda, Moldovada, Ukraynada da var. Bu, ümumi şəkildə verilib, Ziyafət müəllim də dedi ki, Azərbaycanın bir çıxarışı var ki, Azərbaycan terrorizmə qarşı Ermənistan iştirak edən hər hansı bir məsələdə iştirakdan imtina edibdir. Bu haqda yazılı surətdə də onun rəyi var. Ona görə bu sənədin qəbul edilməsini çox düzgün sayıram. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. MDB məkanında bütün cəhətlərdən əməkdaşlığın genişləndirilməsini mən də vacib hesab edirəm. Bu istiqamətdə MDB-də də xeyli iş görülür. Biz də Milli Məclisdə MDB məkanına aid olan bir sıra qərarlar qəbul edirik. Diqqət etsək, görərik ki, çox vaxt Azərbaycan həmin qərarları xüsusi rəylə qəbul etməyə məcbur olur. Bunun da çox səbəbləri var, amma bir səbəbi istərdim, qeyd edək. Bu cür sənədlər MDB-yə daxil olan ölkələrin qarşılıqlı faydalılıq prinsipi əsasında əməkdaşlığı fəlsəfəsi üzərində yox, yalnız bir dövlətin maraqlarının reallaşması üzərində hazırlanır. Ona görə Azərbaycan kimi dövlətlər məcburdur ki, xüsusi rəylə bura daxil olsunlar. Eyni zamanda, bu sənəd də açıq formada göstərir ki, GUAM ölkələri, o cümlədən Azərbaycan xüsusi rəylə bura daxil olur.
Bu sənədlə bağlı bir məqamı da qeyd etmək istəyirəm. Burada söhbət bilavasitə ekstremizmin təhlükəli təzahürlərindən biri olan separatizmə dəstəyin aradan qaldırılmasından gedir. Belə bir vaxtda Azərbaycanın işğal olunmuş ərazilərində Rusiyanın Vladimir vilayətinin bir şəhəri ilə Dağlıq Qarabağın bir şəhəri əməkdaşlıq barəsində müqavilə bağlayıb. Deməli, ekstremizmin nəinki qarşısının alınması istiqamətində sənədlər qəbul etməklə səylər göstərilir, əksinə, bu məsələ stimullaşdırılır. Hesab edirəm ki, Azərbaycan hökuməti mütləq və mütləq bu məsələyə reaksiya verməlidir. Bunun qarşısının alınması üçün bəlkə də Rusiya hökumətinə müraciət etmək vacibdir. Bunların qarşısı alınmasa, bu gün Vladimir vilayətinin timsalında Qarabağla əməkdaşlıq müqaviləsi sabah Rusiyanın başqa vilayətlərində də təkrarlanacaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, bir şeyi də deyim ki, biz MDB-nin üzvüyük. Orada başqa bir təşkilat – təhlükəsizlik təşkilatı var, biz ona üzv deyilik. Say çoxluğu olan təşkilatların iştirakı ilə sənədlər hazırlananda biz öz mövqeyimizi bildiririk. MDB-dən çıxmalı deyilik ki. Bəli, elə məsələ var, fikrimizi söyləyirik, əlavəni veririk. MDB tədbirlərində iştirak edən millət vəkillərinin hamısı orada çox fəallıq göstərirlər. Hər yerdə bütün məsələləri qaldırır, sözümüzü deyirik. Mən hesab edirəm ki, biz bu məsələyə səs verməli və Siz deyən məsələni də diqqətdə saxlamalıyıq. Əgər başqa sual yoxdursa, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 89
Əleyhinə 4
Bitərəf 1
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi. Növbəti məsələ. Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sizin müzakirənizə çıxarılan ikinci məsələ də indicə təsdiq etdiyimiz konsepsiyanın inkişafı ilə bağlıdır. “2008–2010-cu illər üçün terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədə qanun layihəsində artıq konsepsiyanın inkişafı ilə bağlı konkret tədbirlər göstərilib, qrafiklər tutulubdur. Layihə sizdə var.
Mən onu xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan tərəfi yenə də buna özünün xüsusi rəyi ilə qoşulubdur. Həmin rəyi burada səsləndirmək istəyirəm: “Milli qanunvericiliklərin harmonizasiya və unifikasiya edilməsi üzrə müddəalarını istisna etməklə”. Yəni bu Konsepsiyada və Proqramda bütövlükdə MDB-yə daxil olan ölkələrin qanunvericiliyinin harmonizasiya və unifikasiya olunmasını biz qəbul etmirik. Ona görə ki, biz müstəqil dövlətik, müstəqil siyasət aparırıq. Hansı dövlətlərin, hansı beynəlxalq birliklərin bizə tövsiyələri ilə bağlı harmonizasiya və unifikasiyası olacaq, o bizim öz işimizdir. Azərbaycan dövləti hesab edir ki, bu Proqramın hər bir tədbirində iştirakı barədə ayrıca qərar qəbul olunmalıdır.
Bayaq konsepsiya ilə bağlı sual verdiniz. Onun daha bir tutarlı cavabı ondan ibarətdir ki, biz Proqramı qəbul edirik, amma həmin tədbirlərdə iştirakımız barədə ayrıca qərar qəbul etmək fikrini, sərbəstliyini özümüzdə saxlayırıq. Ona görə hesab edirəm ki, bu sənəd bizim milli maraqlarımıza tamamilə cavab verir və hamınızdan xahiş edirəm ki, qanun layihəsinə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir müəllim, bu məsələ ilə bağlı çıxış edirsiniz? Buyurun.
S. Rüstəmxanlı. Ziyafət müəllim, çox istərdim ki, Azərbaycanın ora etdiyi mühüm qeydi bizə tərcümə edəsiniz. İki söz yazılıb: harmonizasiya və unifikasiya. Bunlar nə deməkdir? Terrorla mübarizə məsələsidir və Azərbaycan terrora məruz qalmış bir ölkədir. Xüsusi qeyd Azərbaycanın vəziyyətini göstərməlidir. Dağlıq Qarabağ işğalçı bir dövlətlə eyni bir Konvensiyaya qoşulursa, onda bizim mövqeyimiz necə olmalıdır? Bunlar aydın yazılmalıdır. İki söz var, onların mənalarını bir yarım saat gərəkdir ki, izah edəsən. Harmonizasiya və unifikasiya nədir? Bunlar nə məsələlərdir?
Z. Əsgərov. Sabir müəllim, suala görə çox sağ olun. Bayaq hörmətli cənab Sədr də qeyd etdi, mən də deyirəm. Məsələ bundadır ki, biz MDB ilə bağlı müxtəlif sənədləri ratifikasiya etmişik. Həmin ratifikasiya olunmuş sənədlərin birində açıq-aydın göstərilib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyincə, heç bir sahədə biz o dövlətlə əməkdaşlığa getməyəcəyik. Bizim belə şərtimiz artıq var. Hər Konvensiyada bunun göstərilməsinin mənası yoxdur. Biz keçən ilin payızında dediyim fikri qəbul etdik.
O ki qaldı “harmonizasiya”, “unifikasiya” sözləri, o deməkdir ki, MDB-yə daxil olan ölkələrin qanunvericiliyinə uyğunlaşdırılır. Yəni Moskvada nə qəbul olunacaqsa, biz onu qəbul etməliyik. Biz isə bunu istəmirik, çünki müstəqil dövlətik. Biz, bəli, milli mənafeyimizə, marağımıza nə cavab verirsə, onu qəbul edə bilərik. Əgər, doğrudan da, yaxşı müddəalar varsa, onları qəbul edə bilərik, amma bizə nəyi isə diktə etmək olmaz. Bizə deyilə bilməz ki, MDB dövlətləri model bir qanun qəbul edib, onu məcburən qəbul etməlisiniz. Biz belə sənədləri qəbul etmirik. Bunun mənası bundan ibarətdir, Sabir müəllim. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 93
Əleyhinə 4
Bitərəf 1
Səs verməd 0
İştirak edir 98
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ hökumətlərarası Konvensiyanın təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın məzmunu, müddəaları sizinlə birlikdə dəfələrlə müzakirə etdiyimiz beynəlxalq müqavilələrə uyğundur. Azərbaycanla Macarıstan Respublikası arasında iqtisadi münasibətlərin daha da təkmilləşdirilməsi məqsədi ilə bu Konvensiyanın qəbul edilməsi, şübhəsiz ki, məqsədəuyğun sayılır. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ yenə dövlətlərarası Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu və sonrakı məsələdə Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında 2004–2005-ci illər və 2006–2007-ci illər üzrə maliyyə əməkdaşlığı haqqında Sazişdən söhbət gedir. Hər iki saziş bütövlükdə Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin təkmilləşməsinə, bu sahədə əlaqələrin genişlənməsinə və maliyyə təminatının yaxşılaşdırılmasına yönəlmişdir. Ona görə də millət vəkillərindən bu sazişlərə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 96
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Azərbaycanla Almaniya arasında bir sazişimiz də qaldı. Ziyad Səmədzadə hər iki sənəd barəsində məlumat verdi. Eyni məzmunda olan sazişlərdir. İkincisinə də ayrıca münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Konstitusiya Məhkəməsinə edilən dəyişiklik bir anlayışla bağlıdır. Bilirsiniz ki, “əmək haqqı” anlayışı “vəzifə maaşı” anlayışından daha genişdir. Qanunvericiliyimizdə bu, artıq belə də ehtiva olunur. Ona görə də “Konstitusiya Məhkəməsi haqqında” Qanunun beş maddəsində gedən “vəzifə maaşı” sözləri “əmək haqqı” ilə əvəz olunur. Burada maaşın və ya əmək haqqının artması, azalması məsələləri yoxdur, sadəcə, anlayış dəyişməlidir. Çox sağ olun.
Sədrlik edən. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Çox sağ olun, Oqtay müəllim. Mən, yeri gəlmişkən, bir məsələni qaldırmaq istəyirəm. Dəyişiklik etdiyimiz maddədə göstərilib ki, Konstitusiya Məhkəməsi sədrinin aylıq əmək haqqı 1.785,0 manatdır. Bu, kifayət qədər azdır və Milli Məclis təşəbbüs göstərsin. Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, habelə Milli Məclisin üzvlərinin də əmək haqları artırılsın. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi. Növbəti məsələ. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bu, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədədir. Texniki dəyişiklikdir. Məsələ burasındadır ki, tələb olunan sənədlər arasında 16 yaşına çatmış vətəndaşlardan da qan qrupu, gözlərinin rəngi, tibbi arayış, eyni zamanda, hərbi vəzifəsi, hərbi bilet haqqında qeyd aparılması tələb olunurdu. Təbii ki, 16 yaşına çatmış şəxsə bunu aid etmək olmaz. Ona görə texniki düzəliş aparılır. Millət vəkilləri bunu nəzərə alsınlar və sənədə, xahiş edirəm, səs versinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Növbəti məsələ. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli həmkarlarım, bilirsiniz ki, məhkəmə-hüquq islahatları nəticəsində bir sıra yeni müvafiq orqanlar yaradılmışdı. O cümlədən də Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə və onun Aparatı formalaşmışdır. Aparatın maddi və sosial təminatı “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənir. Söhbət həmin məhkəmə aparatında çalışan işçilərdən gedir. Təklif olunur ki, Naxçıvan Muxtar Respublikası ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə 4-cü kateqoriya dövlət orqanları siyahısında müəyyənləşdirilsin. Belə bir təsnifat, hesab edirəm, çox vacibdir, çünki bununla məhkəmə aparatı işçilərinin əmək haqları və sosial təminatı məsələləri öz həllini tapır. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Növbəti 15-ci məsələ “Azərbaycan polisinin 90 illiyi ilə əlaqədar yubiley medalının təsdiq edilməsi” barəsindədir. Əli müəllim buyursun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli millət vəkilləri, bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı yubiley tədbirləri davam edir. 90 il əvvəl Xalq Cümhuriyyəti Azərbaycanın ilk milli ordusunu, o cümlədən polis orqanlarını da yaratmışdır. Bu əlamətdar günlərlə bağlı yubiley tədbirləri həyata keçirilir. Düşünürəm ki, tamamilə yerinə düşən məsələdir. Hərbi qüvvələrlə yanaşı, Azərbaycan polisi də 90 illiyini yubiley medalı ilə qeyd edəcəkdir. Cənab Prezident tərəfindən təqdim olunmuş “Azərbaycan polisinin 90 illiyi” yubiley medalı ilə daxili işlər orqanlarında nümunəvi fəaliyyət göstərən, o cümlədən xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanları əməkdaşları təltif olunacaqlar. O cümlədən bu fəxri hədiyyə veteranlar, habelə cinayətkarlığa qarşı mübarizədə fəal iştirak edən və polisin inkişafında xüsusi xidməti olan şəxslərə təqdim ediləcəkdir.
Medalın təsviri kifayət qədər mükəmməldir. Əlbəttə, texniki cəhətdən rəngli variant hamıya paylanmasa da, mən onu demək istəyirəm ki, medalın təsvirində Azərbaycan polisinə xas olan atributlar öz əksini tapıbdır. Ən başlıcası odur ki, burada həm milli bayrağın rəngləri, həm aypara və səkkizguşəli ulduz, həm də milli elementlər diqqəti cəlb edir. Düşünürəm ki, Azərbaycan polisinin 90 illiyi ilə bağlı cənab Prezident tərəfindən təqdim olunmuş bu medalı, onun Əsasnaməsini və təsvirini qəbul etməyimiz tarixi bir yol keçmiş polis orqanlarımıza bizim çox vacib töhfəmiz və hədiyyəmiz olacaqdır. Diqqətinizə görə çox sağ olun. Sizdən bu layihəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Çıxışlara ehtiyac var? Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Azərbaycan polisinin 90 illiyi ilə bağlı bu medalın təsis olunmasına tərəfdaram. Hesab edirəm ki, sadəcə, Silahlı Qüvvələrin 90 illiyi ilə bağlı medal təsis eləməklə kifayətlənməməliyik.
Məncə, burada Əsasnamə təsdiq olunursa, orada polis orqanlarında ən azı 5 il çalışmış şəxslərin nəzərdə tutulması qeyd olunmalı, minimum müddət göstərilməlidir ki, hər halda medalın verilməsi məsələsində problemlər ortaya çıxmasın. Açığı, belə medallar təsis olunanda, keçmiş sovet dövrü yada düşür. Sovet hökuməti əhaliyə, yaxud da müxtəlif sahələrdə çalışan insanlara maddi təminat vermədiyinə görə hamının yaxasını medallarla doldururdu. Biz polislə bağlı hər hansı qərar qəbul etməklə bərabər onların maddi təminatı üzərində də düşünməyi vacib saymalıyıq. Məsələn, bu gün polisin maaşı digər hüquq mühafizə orqanlarının maaşından xeyli aşağıdır. Yol polisinin maaşı artırıldı, ancaq digər polislərin, xüsusilə sıravi polis əməkdaşlarının nə qədər çətin vəziyyətdə yaşadığını, – təbii ki, onların içərisində neqativ işlərlə məşğul olanlar da çoxdur, – aşağı maaş aldığını da unutmamalıyıq. Bizimlə tez-tez rastlaşan polislər bu barədə şikayətlənirlər.
Bir məsələyə də toxunmaq istəyirəm. Oqtay müəllim, bütün qurumlar üçün 90 illiklə bağlı medal təsis edilir. Bəlkə Siz də Azərbaycan parlamentinin 90 illiyi ilə bağlı medalın təsis edilməsi təşəbbüsü ilə çıxış edəsiniz, Azərbaycan parlamentinin yaranmasında, inkişafında, indiyə qədər fəaliyyət göstərmiş bir çox şəxslərin təltif olunması məsələsini gündəmə gətirəsiniz. Bu iş bizim əlimizdədir, biz başqalarının işinə kömək edirik, amma özümüzlə bağlı heç bir qərar qəbul etmirik. Bu məsələ üzərində də fikirləşmək olardı. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Birincisi, Milli Məclisin xatirə medalının təsviri üzərində iş gedir. Hazır olanda sizə təqdim olunacaq. Bu, təkcə 90 illiklə əlaqədar deyil, ümumiyyətlə, Milli Məclisin atributlarını əks etdirəcək.
İkinci, mən söz düşmüşkən deyim ki, Milli Məclisin 90 illiyi ilə əlaqədar tədbirlərimiz olacaq. Biz bir neçə işçi qurumların üzvləri, millət vəkilləri ilə bir yerə yığışmışdıq. Qonaqların qarşılanması mərasimindən danışdıq. Bu söhbət bir həftə qabaq olub. Söhbətlər çatır ki, bəzi millət vəkillərinin problemləri, işləri var, qonaq qarşılamağa çıxa bilməzlər. Xahiş edirəm, bu gün axırıncı gündür, əgər kimin imkanı yoxdursa, başqa vacib işləri varsa, indi desinlər, biz də işimizi bilək, məsələni həll edək. Fikrini deməyib axırıncı günə saxlamaq, mən gələ bilmərəm demək düzgün deyil. Tədbirimizə 40 ölkədən nümayəndə, yəni 180 qonağımız gəlir. Əgər tədbirimizi qeyd edərkən problemlər yaranarsa, ona mənim sözüm yoxdur. Ona görə bu gün kimin problemi varsa, axırıncı dəfə desin, adlarını o siyahıdan çıxaraq, bilək ki, hansı qonağı kim qarşılayacaq. Mən hesab edirəm ki, bu məsələni biz danışıb aydınlaşdırdıq.
Xahiş edirəm, yubiley medalı ilə bağlı məsələyə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 95
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Növbəti məsələ. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Oqtay müəllim, icazə versəniz, üç məsələdir, ardıcıl olaraq məlumat verərdim, səsə isə ayrı-ayrı qoyardıq. Çünki bir-birinə oxşar və çox qısa məsələlərdir. Burada uzun müddət ünvanlı yardım, onun ehtiyac meyarının aşağı olması barədə söhbətlər getmişdir. Bütün bunların hamısı möhtərəm Prezidentimizin diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz Milli Məclisə bununla bağlı təkliflər göndərib. Birinci pozitiv təklif ondan ibarətdir ki, ehtiyac meyarı 45 manatdan 55 manata çatdırılır. Mən qeyd eləmək istəyirəm ki, ünvanlı yardıma cəlb olunanlar haradasa, orta hesabla 100 minə yaxın idi, bu gün artıq 150 min təşkil edir. Bunun ikinci hissəsi ondan ibarətdir ki, bu məqsədlə adambaşına orta hesabla 88 manat əlavə vəsait alan aztəminatlı insan üçün həmin məbləğ bu hesabla 95–100 manat civarında olacaq. Bütövlükdə 10-cu məsələ ilə bağlı möhtərəm Prezidentimizin atdığı bu addım çox mütərəqqi, pozitiv olmaqla sosial müdafiəni kəskin surətdə yaxşılaşdıracaqdır.
11-ci məsələ. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna etdiyimiz dəyişikliklər və əlavə barədə də burada fikirlər səslənib ki, sənədlərin toplanması ilə bağlı problemlər üzə çıxır. Məsələn, cəzaçəkən şəxsləri olan adamların yardımı almaqla bağlı müddəti dəyişilir. Bunların hamısı pozitiv addımlardır. Birinci, insan müraciət etdiyi gündən asılı olmayaraq, həmin ayın 1-dən ona müavinət müəyyənləşdiriləcək. İkinci, “əcnəbilər” sözündən sonra “Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla” ifadəsi bura əlavə edilir. Çünki müavinət alınanda o adamlar əvvəlki layihədə nəzərə alınmamışdılar. Bunu da qanunla ehtiva edirik. Üçüncü, əvvəllər sosial müavinət müəyyənləşəndə 6 ay müddətinə verilirdi, bundan sonra yenidən sənəd hazırlanmalı idi. İndi isə bu, 1 il müddətinədir. İnsanların sənəd toplama əziyyəti iki dəfə azalır.
Digər məsələ, əgər adamlar sənədləri düzgün tərtib etməzdilərsə, aldatma halları olurdusa, onda onları həmin ünvanlı yardımdan iki il müddətinə məhrum edirdik. Bu halda indi 1 il müddətində məhrum olacaqlar. Bunlar hamısı mütərəqqi addımlardır.
12-ci məsələdə texniki bir dəyişiklikdir. Əvvəlki sənədlərdəki “sığorta olunan şəxslər” sözləri “sığorta olunanlar”la əvəz olunur. Hər üç məsələ xalqın xeyrinədir. Onlara səs verə bilərik.
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Hadi müəllim, çox sağ olun. Geniş müzakirəyə ehtiyac varmı? Normal dəyişikliklərdir. Çıxışa təkid eləyən varmı? Fazil müəllim, buyurun.
F. Mustafayev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu məsələdə, təbii ki, 10 manat məbləğində ehtiyac meyarının artırılması nəzərdə tutulub. Yenə də digər çıxışlarda səslənəcək, müstəqil ekspertlər Azərbaycanda təhlil apararaq göstərirlər ki, insanların ən adi, yəni ən aşağı səviyyədə yaşaması üçün ehtiyac meyarı 110 manat məbləğindədir. Bizim artırdığımız məbləğ isə insanların adi səviyyədə yaşamasının yarı həddi üçün nəzərdə tutulub.
Mən hərdən təəccüblənirəm. Doğrudan da, yaxşıdır ki, ölkədə təmir, başqa tikinti işlərinin hamısı gedir. Bununla belə, birinci növbədə insanın təmiri üzərində düşünülməlidir, çünki biz o ölkə deyilik ki, səhiyyə sistemi normal vəziyyətdə olsun. Azərbaycanın gəliri Türkiyənin, İranın, Rusiyanın xəstəxanalarına axmaqdadır. Azərbaycanda, həqiqətən, normal səviyyədə müayinə, normal səviyyədə insanların sağlamlığını təmin eləmək imkanları yoxdur. Belə bir vəziyyətdə ehtiyac meyarına ən çox marağı olan təbəqə də daha çox təqaüd yaşına çatmış, çətin vəziyyətdə yaşayan, imkansız əhalidir. Həmin əhalinin də sağlamlıq xərclərini, digər gündəlik tələbat xərclərini hesablasanız, bu, iki dəfə bazara girib çıxmağına yetəcək qədər olan bir məbləğdir.
Mən düşünürəm ki, məsələni Milli Məclis səviyyəsində hökumət qarşısında ciddi qaldırmalıyıq. Bu cür qətrə-qətrə, hər il 10 manat artırmaqla əhalinin boynuna bir öhdəlik qoymaq olmaz. Biz ehtiyac meyarını insanın yaşaması üçün müəyyən eləməliyik. Məncə, 55 manat olduqca azdır. Ölkənin imkanları çatır ki, təmir xərclərindən, başqa sahələrdəki yeyintilərdən kəsərək, insanın yaşaması üçün ən azı bu məbləğin 80 manata qədər artırılmasına nail olmalıyıq.
Burada iqtisadçılar, yəqin, hesablayarlar ki, bu, böyük bir məbləğ eləyir, amma hesab edirəm ki, büdcə gəlirlərinin israf edilməsindən yan keçə bilsək, əhalinin ehtiyac meyarının artırılmasına, bunun nəticəsində də ünvanlı sosial yardımın artırılmasına nail ola bilərik. Həqiqətən, ünvanlı sosial yardımın verilməsi sahəsində o qədər neqativ hallar var ki, yüzlərlə insan bürokratik əngəli aşa bilmir. İnsan yaşayış səviyyəsinin yaxşı olmadığını sübut eləmək üçün çoxlu maneələrlə rastlaşır. Bu baxımdan, məncə, məsələ üzərində bir də düşünməliyik. 55 manat, hesab edirəm ki, dövlətin, ölkənin imkanlarına adekvat deyil, bu məbləğ qaldırılmalıdır. Ölkədə əgər 1 milyon yarımdan artıq pensiyaçı, təqaüd və ya digər formada sosial yardım alan əhali varsa, məncə, bunun özü göstəricidir. Bu məbləğlə insanların normal həyat sürməsi mümkün deyil. Ona görə bu məsələyə diqqət çəkməyi özümə borc bilirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu məsələ barədə burada dəfələrlə mən də, digər deputatlar da danışmışıq. Mən tam məsuliyyətlə deyirəm ki, ünvanlı dövlət sosial yardımı adı altında dövlət büdcəsindən ayrılmış vəsaitin minimum 40 faizi talanır, mənimsənilir və oğurlanır. O oğurlamaya, mənimsəməyə şərait yaradan bizim Milli Məclisin qəbul etdiyi bu ünvanlı dövlət sosial yardımın konsepsiyasıdır.
Əvvəllər bizə şikayətlər gəlir, seçicilərlə görüşlərdə açıq-aydın deyilirdi ki, iki ayın məbləği rüşvət kimi tələb olunur, 4 ayı verilir. Son bir il ərzində oldu 50–50-yə. Deyilə bilər ki, bu, sadəcə, ciddi ittiham kimi irəli sürülür, sübutu varmı? Bunun birbaşa sübutunu əldə eləmək üçün gərək xüsusi bir əməliyyat həyata keçirilsin, amma dolayısı sübutlar həddən artıq çoxdur.
Mən son bir ildə cənab nazir Füzuli Ələkbərova üç dəfə deputat sorğusu ilə müraciət eləmişəm və “Deputat statusu haqqında” Qanuna, vətəndaşların ərizə və şikayətlərinə cavab vermək hüququma istinad edərək, xahiş və tələb eləmişəm ki, seçildiyim Sabirabad seçki dairəsində ünvanlı dövlət sosial yardımı alan insanların siyahısı mənə verilsin. Mənə təxminən 980 nəfərə yaxın adama ünvanlı sosial yardımın verilməsi haqqında nazirliyin şifahi məlumatı verilib. Bir daha təkrarlayıram, üç dəfə müraciət etməyimə və Milli Məclisdə iki dəfə bu mövzuda, – bu gün də üçüncü dəfədir, – söhbət açmağıma baxmayaraq, nazirlik həmin siyahını mənə yazılı şəkildə verməkdən imtina edir. Nazirin Rəhimov familiyalı müavini mənə deyir ki, bu, həddən artıq çox olduğuna görə sizə təqdim eləyə bilmərik. Halbuki həmin siyahının açıqlanması, təkcə Sabirabad seçki dairəsində yaşayan əhaliyə, vətəndaşlara imkan verər ki, ünvanlı dövlət sosial yardımı göstərilən şəxslərin kimlərdən ibarət olmasını, həqiqətən, təyinatlı, ünvanlı, hətta kənar şəxslərə verilməsini öyrənə bilsinlər.
Mən nazirliyə elədiyim müraciətlərdə xahiş eləmişəm ki, heç olmasa, mənə aid, eyni zamanda, digər dairələrdə belə yardım alan şəxslərin siyahısı xüsusi saytlarda yerləşdirilsin. Məsələn, 4 milyon yarım seçicinin siyahısı Mərkəzi Seçki Komissiyasında müvafiq saytda yerləşdirilir. Bəs bu, necə mümkün olmur? Adbaad verilmir, ailə başına verilsin. Burada deyildiyi kimi, onlar 50 min, 100 min, ya da daha az saydadır. Real ailə məsələsini nəzərə alsaq, onların saytlarda yerləşdirilməsi necə mümkün olmasın? Mən müraciət eləmişəm ki, müvafiq şöbələrin qərarları da həmin nazirliyin saytında yerləşdirilsin. Bu, demək olar ki, bizə ünvanlanan əlavə söz-söhbətin, sualların, çoxlu şayiələrin, – əgər bunu şayiə hesab edirlərsə, onlarda şişirtmə var, – qarşısını alardı.
Bir daha təkrar edirəm, hətta bir millət vəkilinin təkidli və inadlı sorğularına cavab verilmirsə, seçki dairəsində ünvanlı dövlət sosial yardımı alan şəxslərin siyahısı millət vəkilinə çatdırılmırsa, deməli, burada oğurluq var və siyahıda oğurluğun olması faktından onların əleyhinə istifadə edilə bilər. Ola bilsin ki, buna görə siyahını təqdim etmirlər.
Burada ehtiyac meyarından söhbət getdi. Hörmətli Hadi müəllim dəfələrlə deyib ki, bu, əslində, sütunlu bir anlayışdır, qanuna gətirilibdir ki, hansısa bir formada ona uyğunlaşdırılsın. Hələ əvvəlki çıxışlarda göstərilirdi ki, bu, tədricən minimum əmək haqqı məbləğinə yaxınlaşdırılacaqdır. Mən isə belə görürəm ki, bu, deyəsən, əbədi bir anlayış kimi bizim qanunvericiliyimizə daxil olmuşdur.
Hörmətli Fazil müəllim də dedi, mən də sizi inandırıram, indi elə bir hal yaranıb ki, ehtiyac meyarını 55 manat yox, 550 manata qaldırsan da, heç bir əhəmiyyəti yoxdur, çünki konkret büdcədən ayrılan vəsait vardır. O büdcədən ayrılan vəsait konkret olaraq bölüşdürülür, hər bir rayona limit verilir.
Bizim Hesablama Palatasının rəyində göstərilirdi ki, çox qəribədir, məsələn, həyat səviyyəsi, gəliri yüksək olan rayonlarda ünvanlı dövlət sosial yardımı alanlar daha çoxdur. Yəni burada bir disbalans var. O baxımdan da bir daha təkrar edirəm ki, hətta 55 manat yox, 550 manat da desəniz, o halda həmin siyahı müvafiq saya bölünəcəkdir və deyiləcəkdir ki, guya əlavə gəlirlər buna yol vermir. Məsələn, 550 yox, 540-dır, əlavə 10 manat da əhəmiyyətini itirmişdir. Hörmətli millət vəkillərinin diqqətinə bunları çatdırmaq istərdim.
Əlbəttə, ölkədə, açığı, büdcə vəsaitinin oğurlanması çox yüksək həddə çatıbdır. Məsələn, bu ünvanlı sosial yardıma 70 milyon manat vəsait ayrılır. Bunun, məsələn, 30–35 milyon manatının oğurlanmasından danışanda, ümumiyyətlə, kənardan deyirlər ki, bu haqda danışmaq, sadəcə olaraq, demaqoqluqdur. Yəni bir neçə 10 milyon manatın oğurlanması barədə danışmaq bizdə, sadəcə, gülünc görünür. 100 milyon və milyard manatlar mənimsənilir. Hər halda bu, yetimlərin, əlillərin puludur. Bilirsiniz, II qrup əlillərə cəmisi 15 manat pul verirlər. Bu pul qadınların, qocaların puludur. Allah onların burnundan gətirəcəkdir.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Təşəkkür edirəm. Əli Məsimli.
Ə. Məsimli. Təşəkkür edirəm, cənab Sədr. Hadi müəllim üç mühüm sənədi təqdim etdi. Hər sənədə aid müəyyən məqamlar üzrə münasibət bildirmək istəyərdim. Birinci, hazırda qiymətlərin sürətlə artması ilə əlaqədar yaşayış minimumu sürətlə artır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının son hesablamalarının nəticələrinə görə, minimum istehlak səbətinin dəyəri artıq 122 manatdır. Bunun fonunda biz 55 manatlıq məbləğin təsdiq edilməsi haqqında fikirləşməli, onun yaşayış minimumuna çatdırılması prosesini sürətləndirməliyik. Burada büdcə müzakirə olunan zaman Nazirlər Kabinetinin təqdim etdiyi yaşayış minimumuna da, hesab edirəm ki, yenidən baxmağa ehtiyac var. Artıq inflyasiya sürətləndiyinə görə, həmin yaşayış minimumu 2008-ci ilin bugünkü tələblərinə cavab vermir. Eyni zamanda, hesab edirəm ki, ehtiyac meyarını sürətlə yaşayış minimumuna çatdırmalı və “ehtiyac meyarı” ifadəsini birdəfəlik leksikonumuzdan çıxarmalıyıq. Ona görə ki, bu ehtiyac meyarının heç bir iqtisadi əsası yoxdur. O nə yaşayış minimumunu, nə də başqa bir göstəricini ifadə edir. Çünki bu əgər nəyi isə ifadə edirsə, onun aşağı həddi yaşayış minimumuna uyğun olmalıdır. Yox, əgər o, yaşayış minimumundan aşağıdırsa, deməli, bunun iqtisadi əsası yoxdur.
İkinci bir məqamı qeyd etmək istəyərdim. Ünvanlı dövlət sosial yardımı beynəlxalq təcrübədə aşağı təbəqənin sosial müdafiəsi üçün ən etibarlı üsullardan biridir. Bu gün çıxışlarda irəli sürülən təklifləri mən müsbət qiymətləndirir, onların əhəmiyyətini azaltmadan bu məsələyə kompleks yanaşmağı təklif edirəm. Ziyafət müəllim, mən artıq bunları yazılı şəkildə hazırlamışam və sənədi növbəti sessiyamızın müzakirəsinə təqdim edəcəyəm. Təkcə müddətin uzadılması, məbləğin artırılması yox, hesab edirəm ki, ünvanlı sosial yardımın coğrafiyasının genişləndirilməsinə böyük ehtiyac var.
Rəsmi statistikaya görə, yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə enibsə, həmin 16 faizin arxasında duran 1,4 milyon əhalinin yalnız 400 minə qədəri ünvanlı sosial yardım alır. Deməli, bir milyona yaxın adam ünvanlı sosial yardımdan kənarda qalır. Həmçinin insanların bir hissəsi, həqiqətən, bu yardıma ehtiyacı olanlardır. Yadınızdadırsa, çoxuşaqlı ailələr vardı ki, uşaq pulu alırdılar və bu istiqamətdə müəyyən minimum tələblərini ödəyirdilər. Bunların çoxu ünvanlı sosial yardımdan kənarda qalıb.
Seçicilərlə söhbət zamanı onların müraciətində maraqlı bir nüansın şahidi oluram. Qanunvericilikdə, ya da praktikada bunlar nəzərə alınmalıdır. Bir xanım hələ sovet dövründə şəhərə gəlin gəlib. Onun adına həyətyanı təsərrüfatda torpaq var. Yaxud da torpaq islahatı keçiriləndən sonra onun adı hansısa formada həmin ailənin torpaq mülkiyyətində qalıbdır. Ünvanlı sosial yardım bu insana verilmir ki, bunun torpağı var. Bura Azərbaycandır, o gedib qohum-əqrəbası ilə dalaşan deyil, çünki təzə ailə qurub, şəhərdə yaşayır. Belə halların qarşısı alınmalıdır, çünki bunlar qanunvericilikdə boşluq əmələ gətirir. Süni surətdə yaradılan belə boşluqlar aradan qaldırılmalıdır. Bir evdə 3 ailə yaşayırsa, ünvanlı sosial yardım onların birinə veriləndə hər üç ailəyə məxsus olan evin bütün əşyaları, avadanlıqları yox, üçdə biri hesaba alınmalıdır. Bu, çox sadə, adi bir fəlsəfədir. Hesab edirəm, bu, nəzərə alınmalıdır.
Sonra, mühüm əhəmiyyət kəsb edən istiqamətlərdən biri nədən ibarətdir? Ünvanlı sosial yardım zamanı torpağın normativ qiyməti əsas götürülür. Mənə elə gəlir ki, təzə normativlərdən istifadə etməyə ehtiyac var, çünki bu, tam dərəcədə işləmir. Hesablama Palatası burada hesabat verən zaman çox maraqlı bir məsələni ortaya çıxardı. Harada yoxsul yoxdursa, orada ünvanlı sosial yardım az verilir. Harada yoxsul azdırsa, orada çox verilir. Bu əcaib praktikaya da son qoymaq lazımdır. Hesab edirəm ki, ünvanlı sosial yardım regional xüsusiyyətlər nəzərə alınmaqla verilməlidir. Mən bunu sənəd halına salıb sizə təqdim edəcəyəm.
Başqa bir məsələni də qeyd etmək istəyirəm. Ünvanlı sosial yardımla bağlı məbləğlər artıb. Minimum əmək haqqı artır, pensiya da artacaq. Ziyafət müəllim, bu, şübhəsiz ki, məsələnin bir tərəfidir. Digər tərəf ondan ibarətdir ki, artan əmək haqqı, artan pensiya inflyasiyanın yeminə çevrilməməlidir. Bir də görərsiniz ki, ilin əvvəlində, yaxud da keçən ilin sonunda bizim inflyasiya haqqında burada təsdiq olunan hökumət proqnozu qısa müddətdən sonra özünü doğrultmadı. Bu o deməkdir ki, hökumətin inflyasiyaya münasibətində xeyli problem var. Bununla əlaqədar mənim təkliflərim var.
2005-ci il may ayının 31-də antiinflyasiya tədbirlərinə dair Prezidentin fərmanı imzalanıb. Həmin fərmanda 33 tapşırıq verilib. Nazirlər Kabinetinin rəhbərliyi altında həmin 33 tapşırığın 13-ü tam və ya qismən yerinə yetirilib. 20-i isə yerinə yetirilməyib. Bu o deməkdir ki, həmin tapşırığın 40 faizə qədəri yerinə yetirilib, 60 faizdən çoxu yerinə yetirilməyib. Yerinə yetirilməyən məsələlər hansılardır? Əgər bu fərman verilibsə, yerinə yetirilməli idi, çünki bu fərman əhalinin gəlirlərinin inflyasiyadan qorunması üçün imzalanıbdır.
33 təklifdən yerinə yetirilməyən məsələlərin bəzilərini nəzərinizə çatdırmaq istərdim. Ölkədə inhisarçılığa qarşı mübarizə və sağlam rəqabət mühitinin formalaşması ilə bağlı fəaliyyətin gücləndirilməsi, bu sahədə qanunvericiliyin pozulmasına qarşı ciddi tədbirlərin həyata keçirilməsi barədə təklif irəli sürülmüşdü. Hesab edirəm ki, bu gün Azərbaycanda belə bir məsələ çox vacibdir və mütləq həyata keçirilməlidir. Növbəti məsələ istehlak bazarında qiymətlərin artırılmasına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi və sairə qarşı mübarizədir. Bunu Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi birlikdə həyata keçirməlidir. Sonra ölkəyə gətirilən istehlak mallarının idxalı, topdansatış və pərakəndə satış qiymətlərinin monitorinqinin aparılması və onun nəticələrinin ümumiləşdirilərək rübdə bir dəfə mətbuatda dərc edilməsi gəlir. Əgər biz bu fərmanın indi qeyd etdiyim maddəsini yerinə yetirsək, görəcəyik ki, Azərbaycanda inflyasiyanın üçdə biri idxal olunan və xaricdən gələn malların hesabınadır. İnflyasiyanın bir hissəsi bizdə ticarət dövriyyəsi ilə bağlıdır. Əhalinin tələbatının artım tempi istehsalın artım tempini üstələdiyinə görə malla təmin olunmayan hissə qiymətin artması ilə qarşılaşır. Bunun üçdə bir hissəsi alverçilik xarakteri daşıyır. Əgər biz bunun qarşısını ala bilsək, Azərbaycanda inflyasiyanın üçdə bir hissəsini azaltmaqla, əhalinin artmış əmək haqlarını, pensiyalarını inflyasiya yeminə çevirməkdən qoruya bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Əli müəllim. Məsələni səsə qoymazdan əvvəl mən bir məsələyə münasibət bildirmək istəyirəm.
Burada həmkarlarımın bir neçəsi qeyd etdi ki, 10 manat azdır, bu, gərək 50–100 manat olsun. Kim istəməz ki, xalqı yaxşı yaşasın. Amma nəzərə alın ki, bu saat dünya iqtisadi böhran keçirir. Bu saat Avropa ölkələrində bütün peşə sahibləri tətil edirlər. Bir tərəfdən inflyasiya, digər tərəfdən neftin bahalaşması baş verir. Azərbaycan da bu beynəlxalq iqtisadi sistemin bir üzvüdür. Gəlin, biz bunu 200–300 manat qaldıraq, indi Azərbaycanın buna imkanı da var. Sabah, Əli müəllim demişkən, o məbləği inflyasiyanın yemindən qoruya biləcəyikmi? Söhbət bundan gedir.
Biz də istəyirik, əlbəttə ki, əhaliyə yönələn vəsait daha çox olsun. Bu, ona görə mərhələ-mərhələ olur ki, inflyasiyanın qurbanına çevrilməsin. Yəni nominal cəhətdən artır, amma real əmək haqqının dəyəri heç nədir. Ona görə də biz beynəlxalq iqtisadi qanunlarla hesablaşmalıyıq. Böhran gedir, bütün dünyada gedən bu böhranın Azərbaycana da təsiri var. Sabir müəllim söz istəyir, yəqin, təklif edir ki, səsə qoyaq. Buyurun.
S. Rüstəmxanlı. İcazə verin, təklifimi səsləndirim. Bilirsiniz, bu bizim millət vəkillərinin köhnə xəstəlikləridir. Yerdən “səsə qoyaq” şüarları xora çevrilir. Xahiş edirəm, özünüzü bir az məsuliyyətli hiss edəsiniz. Ölkə üçün ən ciddi məsələlər müzakirə olunur, siz isə hamınız ağız-ağıza verib, “səsə qoyaq!” deyirsiniz və iclasın sədrini buna məcbur edirsiniz. Mənim danışmaq haqqım var. Sizin necə ki, haqqınız “səsə qoyaq” deməyə, mənim də o cür haqqım danışmağa var. Ona görə də, xahiş edirəm, hər kəs öz səlahiyyətini bilsin və özünə hörmət etsin.
Üç ciddi məsələ var. Mənə elə gəlir ki, çıxış edənlərin hamısı, həm Fazil bəy, həm Pənah bəy, həm də Əli Məsimli son dərəcə ciddi məsələlərə toxundular. Buna qulaq asıb, sonra da bu qulağınızdan alıb, o birisinə verirsiniz. Sanki bunlar heç deyilməyib. Sizin seçicilər üçün, görünür, bunların əhəmiyyəti yoxdur, ancaq ayrı bir ölkə haqqında danışıq getmir. Deyilir ki, mən şahidiyəm ki, seçildiyim rayonda bunu hər gün mənə deyirlər. Deməli, ünvanlı sosial yardım haqqında o siyahılar tanışlıqla təşkil olunur. Bu bir. Sənədlər saxtalaşdırılır, bu iki. O siyahıya düşmək üçün verilən yardımın 50 faizi camaatdan geri alınır, bu üç. Bir ildən sonra təzədən sənədlər düzəlir və yenə saxtakarlıq edirlər. Bunlar hamısı Azərbaycan xalqının başında oynanılan oyunlardır. Xalq sizi deputat seçib. Nə cür olur ki, siz buna laqeyd qala bilirsiniz?
Sonra, ehtiyac meyarı haqqında. Rusiya, bilirsiniz ki, bu yaxınlarda o məbləği 450 manata çatdırıb. Bu, təxminən 200 ABŞ dolları həcmindədir və bu rəqəmi minimum əmək haqqına çatdırıb. Azərbaycanda bu, 4 dəfə geridir və biz deyirik ki, dünyada ən sürətli inkişaf edən dövlətik. Ümumiyyətlə, ehtiyac meyarı, – burada deyildi, – az qala artıq mənasını itirmiş bir şeydir, çünki Azərbaycanda heç kim hələ əhalinin ehtiyacının tam miqdarını müəyyənləşdirməyib. Çoxumuz da bilmirik ki, camaat neçə yaşayır. Bu məsələlərdə ciddi təhlillər olmadan, inflyasiyaya görə 10 manat artırırıq. Bəlkə inflyasiyaya görə artırmamalıyıq? Bunların ciddi elmi təhlili varmı? Sadəcə, bizə rəqəmlər verilir və biz də onları təsdiq edirik.
Mənə elə gəlir ki, Milli Məclisin vəzifəsi bu deyil. Komissiyalar elə-belə, kor-koranə rəqəmləri buraya müzakirəyə çıxarmamalıdırlar. Milli Məclis əhalinin bugünkü vəziyyətini ciddi təhlil etməlidir. Hər bir rəqəmin arxasında nə dayanır, biz bunu bilməliyik, sonra onu təsdiq etməliyik. Sabah desələr ki, 15 faiz, səsə qoyaq, razılaşarlar. Desələr ki, 50 faiz, səsə qoyaq, səs verərlər. Bu cür qanunverici orqan olmaz. Xahiş edirəm, dostlarımız buna diqqət versinlər.
Sonra, deyirik, bu, 1 il artırılıb, 6 aydan 1 ilə çatdırılıb. Düzdür, bu, ünvanlı sosial yardımların siyahılarının müəyyənləşdirilməsində, mənə elə gəlir ki, bu 1 il, 6 ay ciddi saxtakarlıqlar, siyahılarla bağlı camaatı incitmək üçün vasitədir. Vaxt var idi, analıq haqqında müavinət verilirdi. Bəlli idi, necə verilirdi. Başqa sosial yardımların da müəyyən prinsipləri var idi. İndi bu cür prinsiplər tez-tez yeni sənədlər tələb etməkdən ibarətdir. Bu da camaat üçün yeni bir narahatlıq mənbəyidir. Ona görə, hesab edirəm ki, biz əhalinin sosial vəziyyəti barədə ciddi düşünməliyik.
Mexaniki şəkildə nə vaxt Azərbaycan manatının məzənnəsi aşağı endi, hər şey dollarla hesablanırdı. Məzənnə qalxan kimi bütün qiymətlər manatla hesablandı. Camaat bilmir ki, qiymətlər neçə dəfə artır, bahalaşma necə gedir, bazarlara kim nəzarət edir. Bu, dövlət nəzarəti deyil, başa düşürəm, amma inhisar, monopoliya, hər şeyin bir nəfərin əlində cəmləşməsi Azərbaycanı bazarlıqdan çoxdan çıxarıb. Bu, bazar deyil, bu, müəyyən adamların şəxsi alış-veriş dükanıdır. Belə yerdə, əlbəttə, əhalinin vəziyyəti ağırlaşacaq. Hesab edirəm ki, dediyim məsələlərə Azərbaycanın bu seçki ilində ciddi yanaşmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sizin dediyinizdən belə çıxır ki, verilən məsələlərə nəzarət yoxdur, hesabat verilmir. Mən hesab edirəm ki, Siz səhv edirsiniz. Hesabatlar var, hamısı hesablanır. Bazar qiyməti qalxır, həm də 10 manat qalxmır. Əgər Sizi hesabatlar maraqlandırırsa, bunlar var.
Hesabatlara Siz də baxın. Deyirsiniz, hesabat yoxdur, bəs faiz göydən gəlir? Belə deyil axı, komissiyalar var, gəlib hesabatlara baxırlar. Siz də götürün, baxın. Mən Sizə hesabat verəcəyəm. Komissiyada bunlara baxılıb. Onda hər komissiyada olan hesabatları gətirib burada paylayaq? Sizə qanun layihəsi verilib, ümumi danışırsınız, deyirsiniz ki, hər yerdə dağıdırlar və sair.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən Sizi susdurmuram, Siz danışdınız, biz qulaq asdıq. Siz də mənə mane olmamalısınız. Mən fikrimi dedim. Lazım deyil, danışdınız, qulaq asdıq, Siz də qulaq asın. Hörmətli Sabir müəllim, xahiş edirəm, danışanda, ümumi yox, faktla danışın. Hamıya öz fikrinizi yeritməyə çalışmayın. Mən deyirəm ki, hesabat var. Elmira Axundova.
E. Axundova. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Ünvanlı sosial yardım haqqında” Qanunda dəyişiklikləri mən bəyənirəm, onlara səs verəcəyəm. Bu, mütərəqqi qanundur. İstər sosial yardımın verilmə müddətinin 6 aydan 1 ilə kimi yazılması, istərsə də sosial yardımın dayandırma müddətini 2 ildən 1 ilə endirilməsi də bunu təsdiq edir.
Mən bir başqa problemi diqqətinizə çatdırmaq istərdim. Biz deputatlar, doğrudan da, çox vaxt ünvanlı dövlət sosial yardımı ilə əlaqədar məktublar alırıq. Yerlərdə bu problemləri araşdırırıq. Ən ağrılı problemdir. Bu çətin sahə ilə məşğul olanlar gündə onlarla insanı qəbul edir, ailələrlə, onların vəziyyəti ilə tanış olur, yerində bir çox mübahisəli problemlər araşdırır, müvafiq tədbirlər görürlər.
Özüm də dəfələrlə şahidi olmuşam ki, bu, necə də yorucu bir işdir. Heç kim demir ki, bu insanların vəzifə maaşları çox aşağıdır. Nəzərə alın ki, ünvanlı sosial yardım idarəsində sahə inspektoru cəmi 109 manat maaş alır. Bəzi hallarda bu şəxslər dövlət sosial yardımı alan insanlardan o qədər də fərqlənmirlər. Sual olunur ki, 100 manat maaşla səhərdən axşamacan işləyən adam öz ailəsini necə dolandıra bilər. Bir sıra neqativ hallara rast gəlməyimiz də ona görədir. İnspektorlardan, şöbə müdirlərindən şikayətlər gəlir və sair. Burada, yəqin ki, müvafiq nazirliklərdən insanlar oturublar. Mən təklif edirəm, ünvanlı dövlət sosial yardımın 45 manatdan 55 manata qaldırılması ilə yanaşı, fikirləşək ki, müvafiq icra strukturlarında bu işlə məşğul olan dövlət qulluqçularının vəzifə maaşları qaldırılmalıdır. Özü də 30–40 faiz yox, 2–3 dəfə. Bu sahədə çalışan insanlar respublikada o qədər də çox deyil.
Təkrar edirəm, işi həddindən artıq ağır olan bu şəxslər layiqli maaş almalıdırlar. Maaşın qaldırılması ilə yanaşı, eyni zamanda, onların işinə nəzarət də artmalıdır. Bu sahədə nəzərə çarpan rüşvətxorluq faktları çox ciddi araşdırılmalıdır, çünki ac, miskin, kasıb adamın payından kəsmək, ondan rüşvət almaq, məncə, çox böyük cinayətdir. Mən bu problemin həllini ancaq dövlət qulluqçularının maaşlarının qaldırılmasında və bu sahəyə nəzarətin gücləndirilməsində görürəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Yazılanlardan çıxışa təkid eləyən var? Xahiş edirəm, “Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanunda dəyişiklik edilməsi məsələsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 2
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədədir. Xahiş eləyirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 90
Əleyhinə 3
Bitərəf 1
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Sağ olun, qəbul olundu.
Növbəti məsələ “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Xahiş eləyirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 1
Səs verməd 1
İştirak edir 96
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.
(FASİLƏDƏN SONRA)
Azərbaycan Respublikası Mill Məclis Sədrinin
birinc müavin Z. Əsgərov sədrlik edir
Sədrlik edən. Hörmətli deputatlar, xahiş edirəm, yerlərinizi tutun. Gündəliyin növbəti məsələlərinin müzakirəsinə keçirik. Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında, Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında, Azərbaycan Respublikasının Lerik rayonunun Lerik qəsəbəsinə şəhər statusu verilməsi haqqında və Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələridir. İki məsələ haqqında hörmətli Arif müəllim, digər iki məsələ haqqında isə hörmətli Fəzail müəllim məlumat verəcəklər. Əvvəlcə dörd məsələni bir yerdə müzakirə eləyək, səsverməni isə ayrıca apararıq. Olarmı? Buyurun, Arif müəllim.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Sağ olun, Ziyafət müəllim. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına əsasən Füzuli rayonunun Zobucuq adlanan ərazisində beş qəsəbə istifadəyə verilib. Bu qəsəbələrdə 2100 ailə yerləşdirilibdir. Həmin qəsəbələrin hər birində məktəb, uşaq bağçası, tibb məntəqəsi, inzibati bina, poçt və digər obyektlər tikilib istifadəyə verilib, su və elektriklə təmin edilib, mal-qara saxlamaq üçün və əkin üçün 2300 hektar sahə ayrılıbdır.
Qanun layihəsində nəzərdə tutulur ki, bu qəsəbələrə ad verilsin, qəsəbələrin əsasında inzibati ərazi dairələri yaradılsın və Dövlət reyestrində bununla əlaqədar müvafiq düzəlişlər edilsin.
İkinci layihə Samux rayonunun mərkəzinə şəhər statusu verilməsi ilə bağlıdır. Nəzərdə tutulur ki, Samux rayonunun Nəbiağalı qəsəbəsi və Çolayır kəndi Samux qəsəbəsi ilə birləşdirilsin və Samux qəsəbəsinə şəhər statusu verilsin, habelə Dövlət reyestrində müvafiq düzəlişlər edilsin. Hər iki qanun layihəsi kifayət qədər əsaslandırılıb və qanunvericiliyə uyğunlaşdırılıb. Deputat həmkarlarımı da bu layihələrə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Arif müəllim, çox sağ olun. Fəzail müəllim, digər iki məsələ ilə bağlı Siz məlumat verəcəksiniz. Buyurun.
F. İbrahimli, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Çox sağ olun, Ziyafət müəllim. Mən də istərdim, qısaca, sizi yormadan bu məsələ haqqında məlumat verim. Məlumdur ki, son illərdə bu proses bütün respublikanı əhatə eləyən bir məsələdir. Kəndlərə qəsəbə statusu, qəsəbələrə şəhər statusu verilir. Təbii ki, bu, mütərəqqi haldır. Yeni iş yerlərinin açılması, dövlət büdcəsindən vəsaitin ayrılması baxımından, ümumiyyətlə, bu prosesin özü müsbət addımdır. Amma mən istərdim, Yardımlı və Lerik rayonlarına şəhər statusunun verilməsini bir faktla əsaslandırım.
Mənim köhnə həmkarlarımın yadındadırsa, 2000-ci ilin dekabrında mən buradan elan etmişdim ki, kimin böyrəyində daş varsa, həkimə müraciət etməsin, otursun maşına, üz tutsun Lənkərana. Həmin daş Salyanda düşməsə də, Cəlilabadda mütləq düşəcək. Yolların bərbadlığını ifadə etmək üçün mən bu ifadəni işlətmişdim. Bu gün həmin yolla bu regiona gedən, orada quruculuq işlərini görən və Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının necə həyata keçirilməsini görən hər bir kəs şahid olar ki, bu məsələlər çox yüksək səviyyədə həll olunur. Təkcə bir faktı deyim ki, 70 illik sovet hakimiyyəti dövründə Yardımlı və Lerik rayonlarında yol olmayıb, sadəcə, yola oxşar bir şey olub. Bu da ancaq yay aylarında istifadə olunub. İndi isə beynəlxalq standartlara uyğun yollar çəkilib. Qısa müddət ərzində Yardımlı və Lerik rayonlarına təbii qaz çəkilib, şəhərə aid bütün infrastrukturlar qurulub, indi də çox böyük quruculuq işi gedir.
2005-ci ilin üç ayı ərzində Yardımlı rayonunda 27 məktəb tikilib. Təsəvvür eləyin, Heydər Əliyev Fondunun təşəbbüsü və köməyi ilə üç ay ərzində 27 məktəb tikilib. Halbuki sovet hakimiyyətinin mövcud olduğu 70 il ərzində burada heç 20 məktəb tikilməmişdir. Məscidlərdən və digər varlı adamların evlərindən məktəb kimi istifadə olunmuşdur. Bu gün bütün bunları ona görə deyirəm ki, ağa ağ, qaraya qara demək lazımdır. Cənub zonasında gedən proseslər regionun insanlarını qane edir. Güman edirəm ki, gündəmə gələn bugünkü məsələlər də həmin proseslərin tərkib hissəsidir və həmkarlarımı da qanun layihələrinə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Mən də çox təşəkkür eləyirəm ki, müxalifət arasında qaraya qara, ağa ağ deyən də var. Yəni hamı ağa qara demir. Çox şükür! Müzakirəyə başlayırıq. Elmira xanım Axundova, buyurun.
E. Axundova. Çox sağ olun. Düzü, Arif müəllimə mən bir sual vermək istəyirdim. Təzə salınmış qəsəbələrə, söhbət Füzuli rayonundan gedir, Zobucuq adını kim verib? Qəsəbə əhalisimi, icra hakimiyyətimi, ictimaiyyətmi? Yoxsa bu ərazilərdə Zobucuq adında kəndmi var idi?
İkinci sual. Nəyə görə beş böyük qəsəbə eyni adı daşımalıdır? Olmazmı, hər qəsəbə öz adını daşısın? Yoxsa Birinci Zobucuq, İkinci Zobucuq, Üçüncü Zobucuq. Mənə elə gəlir ki, bu, adlara hörmətsizlikdir. Təklif edirəm ki, həmin sözlər qəsəbələrin adlarından götürülsün. Əksinə, mən əminəm ki, tezliklə biz həmin qəsəbələrin adlarını yenidən dəyişmək haqqında müraciətlər alacağıq. Həm də nəyə görə poeziya dili olan Azərbaycan dilində bu qəsəbələrə daha gözəl ad tapılmayıb? Ümumiyyətlə, mənə elə gəlir ki, kəndlərə, qəsəbələrə və şəhərlərə təzə ad verilməsində biz bəzən tələskənliyə yol veririk, həmçinin yerli ictimaiyyətin, ziyalıların mövqeyini nəzərə almırıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aqil Abbasov, buyurun.
A. Abbasov. Sağ olun, Ziyafət müəllim. Mənim daha sözüm qalmadı, çünki Elmira xanım mənim demək istədiklərimi dedi. Yəni doğrudanmı Zobucuq ola bilər? Zobucuq adında kənd var. Amma Birinci, İkinci, Üçüncü Zobucuq nə deməkdir? Sonra altıncısı, yeddincisi gələcək. Yəni bu mənada mən həmin fikirləri deyəcəkdim, onu da Elmira xanım dedi. Vəssalam. Xahiş eləyirəm, bu məsələyə ayrıca baxsınlar.
Sədrlik edən. Aydındır, sağ olun. Miri Qənbərov, buyurun.
M. Qənbərov. Fəzail müəllim çox ətraflı danışdı. Yardımlıdan danışanda Leriki də ora qatdı və çox düzgün elədi. Mən ona öz minnətdarlığımı bildirirəm. Lerikdə həm təbii qazın, həm yolların çəkilişi, həm məktəblərin tikintisi, həm də abadlıq işlərinin görülməsi barədə geniş məlumat verdi. Mən ona çox sağ ol deyirəm.
Lerik qəsəbəsinə şəhər statusu verilməsi barədə Prezidentimizin qol çəkdiyi, imza etdiyi qərar layihəsi bugünkü Məclisdə müzakirə olunduğuna görə, mən bütün leriklilərin adından, şəhər statusu alan əhalinin adından, həmçinin öz adımdan hörmətli Prezidentimizə can sağlığı, uzun ömür arzu edirəm. Sizə də, bizim Sədrə də, eyni zamanda, Arif müəllimə də çox minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Miri müəllim. Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli Ziyafət müəllim, mən istəmirdim, bu məsələ haqqında öz fikrimi bildirəm, ancaq gördüm ki, yox, deyəsən, bu, təkcə mənim fikrim deyil. Başqa yoldaşlar da həmin məsələ haqqında müfəssəl və aydın fikir söylədilər.
Yadınızdadırsa, biz Toponimiya komissiyasını yaradanda onun Əsasnaməsini təsdiq elədik. Orada xüsusi bir maddə var, kəndə və ya şəhərə münasib ad seçilməlidir. Yəni həm sadə, həm aydın olmalıdır, həm də məna kəsb etməlidir. Daha yaxşı olar ki, həmin yerin əsli, tarixən işlənmiş adı da orada əksini tapsın və ad kimi rəsmiləşdirilsin.
İndi burada çıxış elədilər, doğrudan da, Lerikə, Yardımlıya, Samuxa şəhər adı, şəhər statusu verilməsi çox müsbət bir addımdır, böyük bir hadisədir. Biz alqışlayırdıq ki, həmin yerin öz adıdır. O biri kəndlər də ora birləşdirilir və təbii olaraq ora bir az da böyüyür və ad adlığında qalır, bir az da geniş məna kəsb edir. Buna sözümüz yoxdur. Ancaq indi Arif müəllim dedi ki, Zobucuq adlanan bir, iki, üç, dörd, beş qəsəbə var. Yaxşı ki, beşdə qurtarır. Bilmirəm, bunun hələ dalı da varmı? Deməli, burada iki yüz on ailə yerləşdirilib, 2000, 3000 hektar sahə ayrılıbdır. Yaxşı, bu böyüklükdə, bu gözəllikdə əraziyə münasib ad tapıb qoymaq olmazdımı? “Zobucuq” nə deməkdir? Bilmirəm, indi Arif müəllim bəlkə izah eləyər. Amma bir dilçi kimi mən çox fikirləşdim. Bu haqda qəzetdə də oxumuşdum və lüğəti də vərəqlədim ki, bəlkə bu sözün mənasını, məzmununu tapam, öyrənəm. Gördüm, mümkün deyil. Bilmirəm, bu söz hansı dilə aiddir? Üstəlik, layihə möhtərəm Prezidentimizin imzası ilə daxil olub. Bəs birinci, ikinci, üçüncü... nə deməkdir? Əvvəl Biləsuvarda da qaçqınları məskunlaşdırmaq üçün beş belə qəsəbə yaradıldı. Adını qoydular: Birinci Qayıdış, İkinci Qayıdış, Üçüncü Qayıdış, Beşinci Qayıdış. Əvvəla, o, qayıdış deyildi, camaat ora köçüb gəlmişdi. Doğma torpaqlarına qayıdandan sonra qayıdış olar. Onlar Qarabağa qayıtmayıblar ki, adını “Qayıdış” qoyalar.
Yəni adı qoyanda bir az məzmununa fikir vermək lazımdır ki, bu nə deməkdir? İndi həmin ad keçdi, getdi, qoydular da, təsdiq də elədilər. İndi üç, dörd “qayıdış” var. İndi bu qayıdışın mənasını, heç olmasa, başa düşdük və izah eləyə bildik ki, bu, qayıdış olmamalıydı, oldu. Ancaq bu “Zobucuq” nə deməkdir? Bunun mənasını bilmirik. Biz bu qəsəbənin yaradılmasını alqışlayırıq, görürsünüzmü orada nə yazılıb? “Birinci Zobucuq qəsəbəsi mərkəz olmaqla Birinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılsın”. Çox alqışlanır. Burada söhbət ancaq addan gedir. Əgər bir məna kəsb edirsə, bir məsələ ilə bağlıdırsa, onu saxlayaq. Əgər həmin yerin öz adı varsa, münasib adı varsa, onunla adlandıraq. Yoxsa fikirləşib daha sadə, daha aydın, daha lakonik, daha estetik bir ad tapmaq daha gözəl olardı. Gərək qaçqına “Zobucuq” adı qoyasan? Bir az incə ad qoy, bir az mənalı ad qoy. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Arif müəllim, buyurun.
A. Rəhimzadə. Sağ olun, Ziyafət müəllim. Birincisi, mən Elmira xanımın sualına cavab vermək istəyirəm. Deyir ki, bu adı icra başçısı qoyub, yoxsa ictimaiyyət qoyub? Kim qoyub? Ümumiyyətlə, ad qoyuluşu, ərazi quruluşu və inzibati ərazi bölgüsü qanunla tənzimlənir və orada ad qoymaq, adın dəyişdirilməsi və digər mərhələləri qeyd olunubdur. İclaslar yığılır, protokollar tutulur, icra hakimiyyətinə müraciət edirlər, icra hakimiyyəti də Toponimiya komissiyasına müraciət edir. İndi burada irad tuturlar ki, savadlı adamlarla, bu işlə məşğul olan adamlarla məsləhətləşmək lazımdır. Bizim Toponimiya komissiyamız var. Baxıblar və müsbət rəy veriblər. İndi Toponimiya komissiyasının tərkibi də bir qədər genişləndirilib, Nizami müəllim də orada olacaq. Bundan sonra bütün iradları biz onlara ünvanlayacağıq.
“Zobucuq” sözünün mənasına gəldikdə, həqiqətən, belə bir ərazi var. Belə bir fərziyyə var ki, keçmişdə, təxminən XX əsrin əvvəllərində orada zebu yetişdiriblər. Sonra “zebu” “zobu” olubdur. Onun da adını “Zobucuq” qoyublar. İndi deyirsiniz ki, niyə Birinci, İkinci, Üçüncü, Dördüncü, Beşinci Zobucuq? Orada yaşayan yerli sakinlərin hər biri iddia edir ki, Zobucuğun mərkəzi bizim qəsəbədir və məhz bizim qəsəbənin adı “Zobucuq” olmalıdır. Ad məsələsi bundan irəli gəlir. Həmin qəsəbələr kompakt bir ərazidə yerləşibdir. Ola bilsin ki, gələcəkdə həmin qəsəbə şəhər oldu və sair. Yəqin ki, orada bu məsələyə baxmaq olar. İstəyirəm, bir məsələni də nəzərə alasınız. Həmin qəsəbələrə təcili ad verilməsi və Dövlət reyestrinə daxil edilməsi çox vacibdir. Çünki seçkilərlə əlaqədar oradakı insanlar gərək qeydiyyata götürülsünlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bahar xanım Füzulinin deputatı kimi öz fikrini demək istəyir. Buyurun, Bahar xanım.
B. Muradova. Mən bu məsələ ilə bağlı fikrini bildirən millət vəkillərinə təşəkkür eləyirəm və onların narahatlığını da başa düşürəm. Azərbaycan dilində hər hansı bir adın ahəngdar və nəcib səslənməsi hamı kimi məni də maraqlandırır və mən də istərdim ki, bu yerə çox gözəl bir ad verilsin. Amma siz də bilirsiniz ki, burada adqoyma, yeni adqoyma və yaxud dəyişdirmə məsələsi müzakirə olunanda hər zaman deyirik ki, həmin yerin, ərazinin tarixən adı nə olubsa, daha çox üstünlük bu ada verilməlidir.
Mən gözümü açandan, uşaqlıqdan həmin ərazi “qışlaq” adlandırılıb, bu qışlağın da adı “Zobucuq” olub. İndi həmin ərazilərdə yeni qəsəbələr salınıb. Arif müəllimin də qeyd elədiyi kimi, həmin qəsəbələrdə ərazi dairələri yaradılmalıdır, insanlar qeydiyyata götürülməlidir, bu və ya digər problemləri həll olunmalıdır. Nəzərə alsaq ki, buraya köçürülmə yeni başlayıb və məskunlaşma axıra qədər başa çatmayıb, hələlik insanlar öz problemlərinin həlli ilə məşğuldurlar, ona görə də bu ərazidə salınmış beş qəsəbə elə həmin yerin adı ilə bu şəkildə adlandırılıb. Təbii ki, gələcəkdə bu qəsəbələr həm genişləndiriləcək, həm gözəlləşdiriləcək, həm də böyüyəcək. Zamanı çatanda hər kəs öz qəsəbəsinə bəlkə də yeni bir ad qoymaq istədi və belə bir təşəbbüslə çıxış elədi. Amma bu gün süni şəkildə hansısa şəxslərin adı ilə, hansısa başqa bir adla buranın adlandırılması düzgün olmazdı. Ona görə ərazi və qarşıya çıxan digər problemləri həll etmək üçün məhz bu cür adlandırılıb.
Qaldı ki, burada Qayıdışla bağlı Nizami müəllim fikir söylədi. Nizami müəllim, Qayıdış adlandırılan qəsəbə vahidlərinin yaradılması məsələsində də bu fikirləri söyləmişdiniz və mən də müəyyən qədər Sizin sualınızı cavablandırmağa çalışmışdım. Demək istərdim ki, həmin Qayıdış qəsəbələri Biləsuvar ərazisində deyil, Füzuli rayonunun ərazisindədir. Özü də beş deyil, on bir qəsəbədir. Həmin əraziyə qayıdanlar da başqa rayonun köçkünləri deyil, Füzuli rayonunun öz sakinləridir və onlar öz ərazilərinə qayıdıblar. Məhz ora qayıtdıqlarına görə də həmin qəsəbələrə Qayıdış adı qoyulub. Burada hansısa başqa bir məna axtarmaq, yaxud bunu qaçqınların aşağılanması məqsədinin güdülməsi kimi qələmə vermək lazım deyil. Həqiqətən də, bu, qayıdışdır, qayıdışın başlanğıcıdır və mən əminəm ki, gələcəkdə Böyük qayıdış olacaq. Onda orada “Qayıdış” adına böyük bir şəhər də salınacaq. Amma bu gün həmin qəsəbələrdə insanlar yaşayırlar və artıq həmin qəsəbələr bir az da genişlənib, yeni-yeni evlər tikilir, yeni şərait yaradılır. Ona görə də həm əhalinin fikrini, həm də mövcud reallıqları nəzərə alaraq, burada hansısa başqa məna axtarmadan bu qərarı təsdiqləmək məqsədəuyğun olardı.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev, buyurun.
A. Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Mənim deyəcəyim fikirləri Bahar xanım söylədi, ehtiyac qalmadı. O ki qaldı Biləsuvardakı qəsəbələrin adına, orada “Qayıdış” sözü yoxdur. Doğrudur, orada da 11 qəsəbə var. Mən hesab eləyirəm ki, bu da şərtidir və inşallah, həmin insanlar da öz doğma torpaqlarına qayıdacaqlar. Bura müvəqqəti məskunlaşma yeridir. Sağ olun.
Sədrlik edən. Xahiş eləyirəm, Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 88
Əleyhinə 2
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.24 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Lerik rayonunun Lerik qəsəbəsinə şəhər statusu verilməsi haqqında qanun layihəsinə, zəhmət olmasa, münasibət bildirin.
Səsvermənin nəticələri (saat 16.24 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 87
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
İndi isə digər blok məsələlərə keçirik. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər, yəni 324-5 və 324-6-cı maddələrin əlavə olunması, ilk növbədə, dövlət əmlakının icarəyə və istifadəyə verilməsi qaydalarının pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutur. Bu da üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimədir. Obyektlərin balansdan balansa verilməsi və ya silinməsi qaydalarının pozulmasına görə, təqribən beş min manatadək miqdarda, eyni zamanda, dövlət əmlakı və ondan istifadə barədə məlumatın, hesabatın verilməməsinə görə isə min manatadək miqdarda cərimə nəzərdə tutulur. Hesab edirəm ki, bu, dövlət əmlakından istifadə qaydalarının pozulmasının qarşısını almaq üçün kifayət qədər təsirli cəzalardır. Millət vəkillərindən layihəyə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.27 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 2
İştirak edir 88
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Hörmətli millət vəkilləri, bu, kiçik bir texniki dəyişiklikdir. Məsələ burasındadır ki, 360-cı maddə inzibati xətalarla bağlı aidiyyəti müəyyənləşdirir. Yəni bu işə hansı məhkəmə baxmalıdır. Rayon məhkəmələrinin səlahiyyətində olan işlər, maddələr burada sadalanır, amma bizim İnzibati Xətalar Məcəlləsinin 68-2-ci maddəsi çıxarıldığına görə, rayon məhkəmələrinə aid olan maddələrin siyahısından bu maddə çıxarılır. Texniki bir dəyişiklikdir, millət vəkillərindən buna səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.28 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 1
İştirak edir 87
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Ziyafət müəllim, əsasən, burada mahiyyətcə iki məsələdir. Birincisi, “uşaqlıqdan əlil” sözlərinin əvəzinə “sağlamlıq imkanları məhdud olan uşaqlar” ifadəsi işlədilir. İkinci məsələ də ondan ibarətdir ki, əvvəlki qanunlarda uşaqlıqdan əlillər 16 yaşına qədər hesab olunurdu, bu qanun layihələrində 18 yaşadək təklif olunur. Eyni zamanda, “əlil” sözünün uşaqlar üçün işlənməsi bir az mənəvi cəhətdən sərt olduğu üçün “sağlamlıq imkanları məhdud olan uşaqlar” sözləri ilə əvəz edilir. Bir sıra qanunlarda da belə olub. Bizdə də bu halda 26 qanunda belə dəyişiklik əlavə olunub.
Sədrlik edən. Çox sağ olun. Hörmətli deputatlar, bir qanun layihəsi də bizim Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında, habelə İqtisadi siyasət daimi komissiyasında müzakirə olunub. İcazənizlə, mən də məlumat verim.
“Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa düzəliş edilir. Bu da nə ilə bağlıdır? “Sosial müavinətlər haqqında” Qanun qəbul etmişik və həmin qanuna uyğun olaraq yeni redaksiyada mətn təklif olunur: “Tibbi-sosial ekspert komissiyaları 18 yaşadək sağlamlıq imkanları məhdud olmuş və əlil sayılmış bütün hərbi vəzifəlilər və çağırışçılar barəsində onların uçotda durduğu rayon, şəhər və şəhərdə rayon hərbi komissarlıqlarına yeddi gün müddətində məlumat verilməlidir”. Sadəcə, redaktə xarakterli bir məsələdir. Əli müəllim, Siz məlumat vermək istəyirdiniz? Ziyad müəllim, Siz necə? Pənah müəllim, buyurun.
P. Hüseyn. “18 yaşına qədər uşaq” ifadəsinə Hadi müəllim toxundu, amma hər halda bizim “Gənclər haqqında” Qanunda da gənclər, o cümlədən uşaq, yeniyetmə və bu kimi yaş hədləri beynəlxalq normalara uyğun müəyyənləşdirilir. İstərdim, “18 yaşına qədər uşaq” ifadəsinə bir qədər aydınlıq gətirilsin. Bu, digər qanunvericilik aktlarındakı anlayışlarla ziddiyyət təşkil eləyir, yoxsa eləmir?
Sədrlik edən. Aydın müəllim, buyurun.
A. Həsənov. Məsələ burasındadır ki, bizdə gənclər hərbi qeydiyyata 17 yaşında düşür, 18 yaşında isə orduya gedirlər. Ona görə də hərbi komissarlığın tanımadığı əlillərə çağırış vərəqəsi göndərməməsi, onları narahat etməməsi üçün belə bir düzəliş təklif olunur. Mənim də əlil uşağım var, ona da 18 yaşında çağırış vərəqəsi gəlmişdi, halbuki o, orduya yaramır, qibləyə çevirmişik, ölüm ayağındadır. Ona görə də həmin idarələr 18 yaşına çatan əlillərin siyahısını hərbi komissarlıqlara təqdim eləməlidirlər. Burada başqa bir problem yoxdur və məncə, müzakirəyə də ehtiyac yoxdur. Əsas səbəb budur.
Sədrlik edən. Təşəkkür edirəm. Hadi müəllim də izahat versin. Buyurun.
H.Rəcəbli. Biz bir sıra beynəlxalq sənədlərə, o cümlədən Uşaq hüquqları haqqında Konvensiyaya qoşulmuşuq. Bu sənədlərin hamısında beynəlxalq aləmdə uşaq yaşı 0-dan 18-ə qədər qəbul olunur. Bu, birmənalıdır. Biz də Avropaya inteqrasiya etdiyimiz üçün bu normanı qəbul etmişik.
Sədrlik edən. Təşəkkür edirəm. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.32 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 1
Səs verməd 2
İştirak edir 90
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu qanun layihəsi Milli Məclisin komissiyaları tərəfindən parlamentə təqdim olunub və ona görə də icazə versəniz, bir qədər ətraflı məlumat verərdim.
Birinci təklif etdiyimiz məsələ “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədardır. Bu əlavə və dəyişikliklər Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlara da diplomatik və xidməti pasport verilməsi ilə bağlıdır. Ona görə də bu qanunun 5-ci və 6-cı maddələrində Hesablama Palatası qeyd olunur.
Eyni zamanda, bilirsiniz ki, bu qanun çoxdan qəbul olunub və burada bir neçə redaktə xarakterli düzəlişə ehtiyac var. Bu düzəlişlər də ilk növbədə “Ali Sovet” sözlərinin “Milli Məclis” sözləri ilə əvəz edilməsidir. Ona görə də burada texniki qüsur var. 5-ci maddədə “Ali Sovet” sözləri “Milli Məclis” sözləri ilə əvəz edilir. “Hesablama Palatası” sözləri isə əlavə olunur.
Digər əlavə və dəyişikliklər isə İnzibati Xətalar Məcəlləsi ilə bağlıdır. Birincisi, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin müvafiq təqdimatlarının icra edilməməsi ilə bağlı təklif edirik ki, inzibati cəza, yəni min manatdan min beş yüz manata qədər miqdarda cərimə müəyyənləşdirilsin.
İkinci təklif İnzibati Xətalar Məcəlləsinə isə Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqının köçürülməməsi ilə bağlı olan təklifimizdir. Təklif edirik ki, İnzibati Xətalar Məcəlləsində min manatdan min beş yüz manata qədər cərimə ilə sanksiyalaşdırılsın.
Üçüncüsü, “Dövlət qulluğu haqqında” Qanuna əlavə və dəyişikliklər edilir. Bu da Hesablama Palatasının təsnifatı ilə bağlı olan bir düzəlişdir. Təbii ki, Hesablama Palatasının üzvləri də vəzifəli şəxslərdirlər. Təklif edirik ki, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydalarında “Milli Məclisin deputatları” sözlərindən sonra “Hesablama Palatasının üzvləri” sözləri də əlavə olunsun. Yəni bu vəzifəli şəxslər də korrupsiya hüququ pozulmasının subyekti kimi maliyyə xarakterli məlumatları təqdim etməlidirlər.
8-ci bənddə normativ hüquqi aktlarla bağlı olan düzəliş texnikidir. 9-cu bənd komissiya tərəfindən, o cümlədən komissiyanın üzvü Azay Quliyev tərəfindən təklif olunan bir əlavədir. Söhbət “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna etdiyimiz əlavədən gedir. Bilirsiniz ki, son dövrlərdə qeyri-hökumət təşkilatlarına kifayət qədər diqqət artırılmışdır. Hörmətli Azay müəllim müvafiq quruma rəhbərlik edir. Əlbəttə, vətəndaş cəmiyyətinin Azərbaycanda inkişafında hər birimiz maraqlıyıq. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 2-ci maddəsində qeyd olunur ki, qeyri-hökumət təşkilatları seçkiləri müşahidə edə bilərlər. Biz təklif edirik ki, milli qeyri-hökumət təşkilatlarına seçkilərdə müşahidə ilə yanaşı, “ ekzit-poll” keçirmək səlahiyyəti də verilsin. Ona görə də bizim təklif etdiyimiz düzəliş ondan ibarətdir ki, 2.4-cü maddənin ikinci cümləsində “müşahidə edə bilərlər” sözlərindən sonra “ekzit-poll”la əlaqədar tədbirlərdə QHT-lərin iştirak etməsi fikri də əlavə olunur.
Diqqətinizə çatdırmaq istəyirəm ki, sizə təqdim olunmuş layihədə bu düzəliş yoxdur və ona görə də mən bunu səsləndirirəm. Sonrakı düzəliş isə bundan ibarət olmalıdır ki, xarici hüquqi şəxslər Milli Məclisə seçkilər, Prezident seçkiləri, bələdiyyə seçkiləri zamanı “ekzit-poll”la əlaqədar tədbirlərdə yalnız Azərbaycanın qeyri-hökumət təşkilatları ilə birlikdə iştirak edə bilərlər. Hesab edirəm ki, komissiya tərəfindən edilən bu təklifi parlament də dəstəkləyəcək. Çünki bu, ilk növbədə milli qeyri-hökumət təşkilatlarının inkişafına xidmət edən bir düzəlişdir.
Nəhayət, bir qanun layihəsini də sizin diqqətinizə çatdırmaq istəyirəm. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası tərəfindən “Milli Məclisin deputatının statusu haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı təklif irəli sürülmüşdür. Texniki səbəbdən bu təklif millət vəkillərinə çatdırılmadığına görə, mən istərdim, onu səsləndirim. Həmin qanunun 21-ci maddəsi deputatın maddi təminatıdır. Biz təklif edirik ki, həmin maddədə 25 rəqəmi, yəni deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi 50 rəqəmi ilə əvəz olunsun. Bu məlumatları sizin diqqətinizə çatdırdım və komissiyanın təkliflərinin millət vəkilləri tərəfindən dəstəklənəcəyinə ümid edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Mill Məclisinin Sədri
O. Əsədov sədrlik edir
Sədrlik edən. Sağ olun. Səttar Möhbalıyev, buyurun.
S. Möhbalıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də nəzərdə tutulan dəyişikliklərə səs verəcəyəm. Mən həmkarlar ittifaqları təşkilatına üzvlük haqqının tutulması ilə bağlı bir neçə kəlmə söz demək istəyirəm.
Hörmətli deputatlar, bilirsiniz ki, müəssisə və təşkilatlarda həmkarlar ittifaqı fəaliyyət göstərir və həmkarlar təşkilatının üzvləri aldıqları əmək haqqının 2 faizini həmkarlar təşkilatına ödəyirlər. Bu da idarə və müəssisənin mühasibatlığı tərəfindən tutulur və müəyyən müddətdən sonra həmkarlar ittifaqları təşkilatının hesablaşma hesabına köçürülməlidir.
Hörmətli Oqtay müəllim, mən Sizin nəzərinizə çatdırım ki, bir çox üzdəniraq idarə və müəssisələr var ki, onlar illərlə həmkarlar ittifaqları təşkilatının üzvlük haqlarını, mən deyərdim ki, məqsədyönlü şəkildə mənimsəyirlər. Elə təşkilatlar var ki, 300 min, 200 min, 150 min manat borcu var. Həmin idarə və müəssisə müdirləri başa düşməlidirlər ki, bu, insanların şəxsi vəsaitlərindən ayrılan puldur. Yəni bunu həmkarlar təşkilatına ödəyir ki, digər sosial problemlərinin həllində onlara yardımçı olsun. Mən millət vəkillərindən xahiş edərdim ki, bu dəyişikliklərə səs versinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yevda Abramov, buyurun.
Y. Abramov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bu gün təqdim edilmiş dəyişikliklərə səs verəcəyəm. Amma məni bir şey maraqlandırır. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun 5-ci maddəsinə dəyişiklik etdik. Orada “Ali Sovet” sözlərini “Milli Məclis” sözləri ilə əvəz etdik. Bu çox doğrudur. Amma həmin qanunun 6-cı maddəsinin 3-cü və 4-cü bəndlərində yenidən “Ali Sovet” sözləri təkrarlanıb. Əgər qanundan “Ali Sovet” sözləri çıxarılırsa, niyə maddənin sonrakı bəndlərində yenidən təkrarlanır. Bu, gələcək düzəliş üçün qalır? Mən bunu anlamıram. O ki qaldı başqa düzəlişlərə, mən onlara səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Yəqin, texniki səhvdir. Elədirmi, Əli müəllim? Məna eyni mənadır, söz dəyişdirilib. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Əvvəla, 9-cu bənddə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna əlavə və dəyişikliklər barədə fikrimi bildirmək istərdim. Əlbəttə, Əli müəllimin bu gün əlavə etdiyi düzəlişdən sonra. Yəni bəzi milli qeyri-hökumət təşkilatlarının “ekzit-poll” keçirməsi haqqındakı düzəlişin konkret və aydın şəkildə qanunda əks olunması indiki düzəlişə münasibəti xeyli dərəcədə dəyişir. Çünki bu, yeni bir məsələdir. Bizim qeyri-hökumət təşkilatlarına “ekzit-poll” keçirmək hüququnun verilməsi hər halda irəliyə doğru addımdır və bu, QHT-lərin ictimai-siyasi proseslərdə iştirakı sahəsində mühüm rol oynaya bilər. Bu baxımdan mən çox istərdim ki, bu məsələ səsə qoyularkən müvafiq maddənin hansı şəkildə olacağı bir daha səsləndirilsin.
Xarici hüquqi şəxslərin “ekzit-poll” məsələsi ilə bağlı narahatlığı müəyyən mənada başa düşüləndir. Doğrusu, indiyə qədər bizdə narahatlığa əsas verən bir hadisə olmayıb. O cümlədən bu son parlament seçkilərində də əsas etibarilə Mərkəzi Seçki Komissiyasının dəvət etdiyi, həmçinin bizim siyasi müxalifətlə əlaqəsi olmayan yarı rəsmi dəvətlə gəlmiş “ekzit-poll” təşkilatları iştirak edirdilər.
Açığı, bu “ekzit-poll” təşkilatlarının Azərbaycandakı seçkilərlə bağlı fəaliyyəti xeyli məyusedicidir. Bizdəki siyasi qüvvələr, həmçinin müxalifət qüvvələr keyfiyyətli “ekzit-poll” keçirməmişlər. Sonradan bununla bağlı müəyyən qalmaqallar oldu ki, bu da onların bəzilərinin əmək haqlarının çatmaması ilə əlaqədar idi. Sonrakı dövrlərdə isə fərqli məlumat verildi. Hər halda mən hesab edirəm ki, bu “ekzit-poll” məsələsi Seçki Məcəlləsində daha konkret olmalıdır. Çünki Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edildikdən sonra “ekzit-poll” təşkilatları Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçməlidirlər. Bu baxımdan burada bir qədər qeyri-müəyyənlik var. Mən konkret bizim qeyri-hökumət təşkilatlarını nəzərdə tuturam. Bizim qeyri-hökumət təşkilatları da “ekzit-poll” keçirilərkən akkreditasiyadan keçməlidir, yoxsa yox? Yəni bu məsələyə də aydınlıq gətirilməlidir.
Prinsip etibarilə mən məqsədəuyğun sayıram ki, ümumiyyətlə, bizim müvafiq şöbə ”ekzit-poll” haqqında bəlkə ayrıca bir qanun layihəsi işləyib hazırlasın (bu, kiçik bir qanun layihəsi olardı), yaxud Seçki Məcəlləsində konkret müddəaları özündə əks etdirən əlavə və dəyişikliklər hazırlasın və bu sahədə aydınlıq yaransın.
Sonra, 4-cü maddə ilə bağlı, yəni Hesablama Palatası ilə bağlı əlavə və dəyişikliklərə də toxunmaq istəyirəm. Prinsip etibarilə, ümumilikdə, bir dövlət orqanı kimi Hesablama Palatasının hüquq və səlahiyyətlərinin genişlənməsini, habelə onun üzvlərinin və rəhbərliyinin səlahiyyətlərinin genişləndirilməsini müdafiə edirik. Burada ikinci mövqe ola bilməz. Bütövlükdə onların maddi təminatı ilə bağlı məsələlər, habelə əmək pensiyaları ilə əlaqədar əlavə və dəyişikliklərin edilməsi mütərəqqidir və mənim tərəfimdən də müdafiə olunur. Amma, sözün doğrusu, bizə Hesablama Palatası ilə bağlı bir qanun layihəsi paylanmışdır. Lakin sonradan, necə deyərlər, qüvvəyə minmək üçün gəlmədi. Bununla bağlı müəyyən qeyri-müəyyənliklər yarandı. Çox istəyərdik ki, əlavə və dəyişikliklərlə birlikdə bu məsələyə də aydınlıq gətirilsin.
Hər halda Konstitusiyanın müvafiq maddəsinə görə Hesablama Palatası Milli Məclisin orqanıdır. Amma sonra qəbul olunmuş qanunlarda, həmçinin Hesablama Palatasının Daxili Nizamnaməsində və digər başqa qanunlarda Hesablama Palatasının Milli Məclisin orqanı olması haqqındakı müddəa o qədər də nəzərə çarpmır, bu orqanın, həqiqətən, Milli Məclisin orqanı olub-olmaması məsələsinin sanki qəsdən üstü örtülür.
Hesablama Palatasının işi ilə əlaqədar Milli Məclisin Sədrinə xeyli səlahiyyətlər verilirdi. Bu, məsələyə bir qədər aydınlıq gətirirdi. Amma təəssüf ki, həmin qanun qüvvəyə minmədi. Bu çox ciddi çətinliklərə səbəb olur. Bu çətinliklər nədən ibarətdir? Məsələn, deyək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda deputatların Milli Məclisin bütün orqanlarının iclasında iştirak etmək hüququ təsbit olunur. Amma Hesablama Palatasının Daxili Nizamnaməsinə görə deputatların iştirakı istisna olunur. Mən bu barədə Hesablama Palatasının hörmətli sədrinə də sual verdim. O, izahat gətirdi ki, digər şəxsin, o cümlədən Milli Məclis deputatlarının iştirakı məsələsi istisna olunur.
Bundan əlavə, bir çox məsələlər var, məsələn, qanunvericilikdə, o cümlədən “Büdcə sistemi haqqında” Qanunda göstərilir ki, Hesablama Palatasının qəbul etdiyi sənədlər Milli Məclisə göndərilir. Buna aydınlıq gətirilmir. Mən bir neçə gün əvvəl Hesablama Palatasından daxil olan sənədlərin deputatlara verilməməsi ilə əlaqədar bizim Ümumi şöbə ilə, Katibliklə əlaqə saxladım. Bir də təkrar edirəm, bura daxil olan sənəd hansısa vəzifəli şəxsə, məsələn, Milli Məclisin Sədrinə yox, Milli Məclisə gəlir, ona görə də Milli Məclisdə müzakirə olunmalıdır. Əgər sənəd komissiyaya daxil olursa, komissiyada müzakirə olunmalıdır və onun səlahiyyətlərinə daxildir.
Mən büdcənin müzakirəsində də, qanun layihələri müzakirə olunanda da bu məsələlərə toxundum. Məsələn, Hesablama Palatasından bizə daxil olan sənədlərin harada saxlanması, büdcə iclası haqqında rəy, bunların qeydə alınması və həmin sənədlərə baxılması barədə məsələyə aydınlıq gətirə bilmədim.
Hörmətli deputatlar, ona görə də hesab edirəm ki, Azərbaycanda maddi sahədə nəzarət sisteminin inkişaf etdirilməsi, iqtisadi sahədə qanunçuluğun bərqərar olması, büdcəyə nəzarət funksiyasının həyata keçirilməsi üçün fövqəladə əhəmiyyətə malik olan Hesablama Palatası barədə indi qəbul etdiyimiz əlavə və dəyişiklikləri müdafiə etməklə yanaşı, çox ciddi bir şəkildə bu məsələyə yenidən qayıtmaq lazımdır. Hörmətli Sədrdən və Milli Məclisin rəhbərliyindən mən xahiş edərdim ki, Milli Məclisin Aparatına və müvafiq şöbələrə tapşırılsın ki, təcili şəkildə bu məsələ hazırlanıb Milli Məclisə təqdim olunsun. Hörmətli Sədr, sonda Aparatın rəhbərindən xahiş edirəm ki, həmin sənədlərlə deputatların, konkret olaraq, mənim tanış olmağım üçün şərait yaradılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah bəy, Hesablama Palatası Milli Məclisin orqanı olmaqla bərabər, həm də müstəqil audit təşkilatıdır və hər dəfə lazım olanda hesabat verir. Biz onların daxili işlərinə müdaxilə edə bilmərik. Bu, Hesablama Palatasıdır. Dünyanın hər yerində belədir. Bir çox ölkələrdə Hesablama Palatası 10 il müddətinə seçilir. Amma Siz deyən kimi, Hesablama Palatası haqqında qanun layihəsinə biz Milli Məclisdə baxdıq. Əgər yadınızdan çıxmayıbsa, Sizinlə birgə əlavə və dəyişikliklərə baxdıq, səsə qoyduq.
İkincisi, Siz auditorlar barəsində çox gözəl fikir dediniz. Mən onu da bəyənirəm. Həqiqətən, Azərbaycanda dörd mindən yuxarı qeyri-hökumət təşkilatı var. Bunlara da seçkilərdə “ekzit-poll” aparmaq hüququ veririk. Tutaq ki, indiyə kimi xarici ölkələrdən gələn beynəlxalq müşahidəçilər “exit-poll” keçirirdi və onu aparanların 99 faizi yerli insanlar idi. Xarici ölkədən bir və ya iki müşahidəçi gəlirdi, “ekzit-poll” keçirirdi və bu, qanunla tənzimlənmirdi. Ancaq indi dörd mindən çox qeyri-hökumət təşkilatı var. Mən çox şad oldum ki, Siz bunları düzgün qəbul etdiniz. Buyurun, Zahid Oruc.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əslində, Sizin son məsələyə münasibətinizdən sonra fikir söyləmək bəlkə də artıq olardı. Haqlı olaraq qeyd etdiniz ki, bu məsələ ilə bağlı əsas hədəf yerli qurumların inkişafıdır və onlara əlavə səlahiyyətlərin verilməsidir.
Burada deyildiyi kimi, “ekzit-poll” Azərbaycanın həyatında 2005-ci ilin hadisəsidir, yəni yeni bir siyasi hadisədir. Amma bir çoxları bunu alternativ səssayma kimi qələmə verməyə, həmçinin digər seçki institutlarına etimadsızlıq göstərmək, onların üzərindən xətt çəkmək və yalnız “ekzit-poll”un rəyinin mötəbər götürülməsi kimi təsvir etməyə başlamışlar. Elə indinin özündə də bu müddəanı müxtəlif təşkilatlar seçki mübarizəsinin elementinə çeviriblər. Amma çox müsbət haldır ki, hörmətli Pənah bəy bu məsələyə münasibətdə onlara nisbətən yumşaq mövqe göstərdi. Bu çox təqdirəlayiq bir haldır.
Hörmətli Sədr, məsələ ondadır ki, Avropa ölkələrinin özündə də, söhbət kifayət qədər demokratik ölkələrdən gedir, “ekzit-poll” keçirilir və bu heç bir halda MSK-ya etimadsızlıq kimi, qeyri-şəffaflıqdan irəli gələn bir məsələ kimi qələmə verilmir. Sadəcə, alternativ səslərin nəticəsini göstərmək üçündür. Yenə də deyirəm, alternativ səssaymadır.
Mən hesab edirəm ki, burada əlavə maraqlar axtarmağın mənası yoxdur. Çünki xaricdən gələn “ekzit-poll” özü ilə minlərlə insan gətirməyəcək. Real olaraq məntəqələrdə durub, oradan çıxan insanları gözləyib, onun səsini almalıdır, yəni fikrini bilməlidir. Ayrı nə cür ola bilər ki? Bu müddəa həm də yerli qurumların inkişafı üçündür, səssayma prosesində normal müşahidə sistemidir. Ona görə də bu, kifayət qədər demokratik müddəadır. Mən bütövlükdə bu sənədə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 16.53 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, mən vaxt məhdudiyyətini nəzərə alıb, eyni zamanda, qanun layihəsinin vacibliyini də vurğulamaq şərti ilə daha lakonik məruzə etməyə çalışacağam. Sözsüz ki, müasir dövrdə beynəlxalq terrorçuluğun, habelə transmilli mütəşəkkil cinayətkarlığın qarşısını almaq üçün qabaqlayıcı və adekvat tədbirlərin görülməsi, bu sahədə beynəlxalq əməkdaşlıq əsas məsələdir və Azərbaycan da, heç şübhəsiz, bu mübarizədə öndə gedən dövlətlərdən biridir. Bilirsiniz ki, Azərbaycan Avropa Şurası ilə sıx əməkdaşlıq edir və Avropa Şurasının üzvüdür. Həmçinin həmin təşkilat pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə ekspertlər komitəsi ilə 2002-ci ildən etibarən əməkdaşlıq edir. Məlumat üçün deyə bilərəm ki, Azərbaycan Respublikası bu sahədə qəbul olunmuş Avropa Şurasının Konvensiyasını ratifikasiya etmişdir və belə demək mümkündürsə, bizim üzərimizdə Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun qəbul edilməsi kimi bir beynəlxalq öhdəliyimiz var.
Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, cənab Prezidentin sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında, habelə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni milli strategiyada da belə bir qanunun qəbul olunması barədə tövsiyə var idi. Bu tövsiyəyə əsasən layihənin hazırlanması üçün işçi qrupu yaradılmışdır. Həmin işçi qrupuna Milli Bankın İdarə Heyətinin sədr müavini Rüfət müəllim rəhbərlik edir. Qeyd etmək istəyirəm ki, işçi qrupunda kifayət qədər peşəkar ekspertlər var və bu dövr ərzində onlar həm beynəlxalq təcrübəni öyrənmişlər, həm də bizim milli qanunvericilikdən irəli gələn müddəalar üzərində iş aparmışlar.
Yuxarıda qeyd etdiyim kimi, bütövlükdə qanun layihəsi beynəlxalq konvensiyalardan irəli gələn standartlar əsasında hazırlanmışdır. Qanun layihəsi 22 maddədən ibarətdir və ilk növbədə monitorinq olunmalı əməliyyatları və monitorinq iştirakçılarını, monitorinq olunmalı əməliyyatların eyniləşdirmə prosedurlarını, beynəlxalq əməkdaşlıq sahəsində ümumi prinsipləri və tədbirləri, məlumat mübadiləsini, hüquqi yardımın göstərilməsini, maliyyə monitorinqi orqanının yaradılması məsələlərini özündə ehtiva edir. Qanun layihəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması ilə əlaqəli hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün hüquqi mexanizmin yaradılmasına yönəlmişdir.
Qanun layihəsinin 4-cü və 6-cı maddələri cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin maliyyələşdirilməsinə qarşı tədbirlərdə iştirak edən monitorinq iştirakçılarını və dövlət nəzarət orqanlarını müəyyən edir. Digər tərəfdən layihənin 7-ci maddəsində monitorinq olunmalı əməliyyatlara dair müddəalar əks olunmuşdur və əsas meyar kimi ümumi məbləği 20 min Azərbaycan manatından artıq olan pul vəsaiti götürülmüşdür.
Cənab Sədr, yeri gəlmişkən, demək istəyirəm ki, bu məsələ İqtisadi siyasət daimi komissiyası ilə birlikdə müzakirə olunub. Bu məbləğlə bağlı fərqli fikirlər oldu. Amma demək istəyirəm ki, layihədə gördüyünüz bu rəqəmlər, müddətlər, ilk növbədə, bu sahədə mövcud olan beynəlxalq təcrübədən irəli gələn rəqəmlər və meyarlardır. Bir çox ölkələrdə tövsiyələr ondan ibarətdir ki, bu məbləğ orta hesabla 15 min avro çərçivəsində olsun.
Digər vacib məqam ondan ibarətdir ki, qanun layihəsinin 12-ci maddəsinə görə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində hüquqi şəxs olan monitorinq iştirakçılarının daxili nəzarət sistemi yaradılmalıdır. Qeyd etmək istəyirəm ki, 12.4-cü maddəyə görə rüblük dövriyyəsi əlli min manatdan az olan monitorinq iştirakçıları daxili nəzarət sisteminin hazırlanması tələbindən azaddırlar, deməli, belə bir nəzarət sistemi yaratmağa ehtiyac yoxdur. Amma 50 min manatdan yuxarı olan dövriyyədə belə bir nəzarət sistemi yaratmaq vacibdir. Tövsiyələrdə bu məbləğ 20 min avro çərçivəsindədir.
Bu məsələ Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın iclasında da müzakirə olundu. Biz belə təklif etdik ki, belə tövsiyələrə baxmayaraq, bu məbləğ 50 min manat məbləğində olsun. Bunun da səbəbi var. Çünki gəlin, razılaşaq ki, dövriyyəsi az olan hüquqi şəxs üçün belə bir sistemə daxil olmaq, belə bir daxili nəzarət sistemi yaratmaq özü artıq müəyyən məbləğ tələb edir. Əlbəttə, Azərbaycanda sahibkarlığın, iqtisadi inkişafın bu mərhələsində düşünürdük ki, bu bir qədər az məbləğdir. Yenə də deyirəm, tövsiyələrə baxmayaraq, biz çalışmışıq ki, burada reallığa daha yaxın bir rəqəmdən istifadə edək.
Qanun layihəsinə əsasən cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və digər əmlakın leqallaşması sahəsində funksiyaların həyata keçirilməsi üçün maliyyə monitorinqi orqanı yaradılmalıdır. Əlbəttə, bu gün mənim üçün də bir məruzəçi kimi bu orqanın harada yaradılması barədə fikir söyləmək çətindir. Lakin qanun layihəsində müvafiq icra orqanının yaradılması nəzərdə tutulub.
Təbii ki, qanunun qüvvəyə minməsi ilə bağlı cənab Prezidentin fərmanı olacaq. Amma məlumdur ki, dünyada bu cür orqanların yaradılması təcrübəsi var. Bu orqan monitorinq iştirakçıları, dövlət nəzarət orqanları və digər qurumlar tərəfindən təqdim olunan məlumatları toplayan, təhlil edən və ehtiyac olduqda müvafiq məlumatları cinayət prosesini həyata keçirən orqanlara təqdim edən bir qurumdur. Yəni kifayət qədər ciddi və səlahiyyətli bir qurumdur. Layihədə həmçinin beynəlxalq əməkdaşlıq sahəsində ümumi prinsiplər və tədbirlər, məlumat mübadiləsi, hüquqi yardımın göstərilməsi, qanun pozulmasına görə məsuliyyəti nəzərdə tutan digər müddəalar da müəyyən edilib. Mən layihə üzərində daha geniş dayanmaq istəmirəm, amma bir fikri də sizin diqqətinizə çatdırmaq istəyirəm.
Hörmətli millət vəkilləri, biz bu qanun layihəsinin qəbulunu bir qədər gecikdirməyimizə baxmayaraq, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması əməlləri Cinayət Məcəlləsində kriminallaşdırılıb və bu çox vacibdir. Yəni faktiki olaraq, bizim qanunvericiliyimizdə, daha dəqiq desək, Cinayət Məcəlləsinin 193-cü və 214-cü maddələrində bu kriminallaşdırılıb. Yəni demək istəyirəm ki, milli qanunvericilik məcəlləmizdə bu məsələ öz əksini tapıb. Həmçinin məcəlləyə cinayət yolu ilə əldə olunmuş əmlak və ya cinayətlərin predmeti hər hansı səbəbdən dövlət nəfinə alına bilmədiyi halda onların dəyəri məbləğində məhkuma məxsus olan pul və ya digər əmlakın müsadirəsini nəzərdə tutan müvafiq maddə də əlavə edilmişdir.
Yadınızdadırsa, biz “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul etdikdən sonra korrupsiya hüquqpozmaları ilə bağlı Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər etmişik və o vaxtdan artıq bu əməllər bizdə kriminallaşıb. Hörmətli həmkarlarım, mən çıxışımın əvvəlində qeyd etdim ki, bu bizim beynəlxalq öhdəliyimizdir, konvensiyalardan irəli gələn bir öhdəlikdir.
Diqqətinizə çatdırmaq istəyirəm ki, ekspertlər komitəsinin 18-ci plenar iclasında Azərbaycan Respublikası əməkdaşlıq etmək istəməyən və müəyyən standartlara uyğun gəlməyən ölkə kimi 6 pilləlik monitorinq rejiminin 1-ci pilləsinə cəlb edilmişdir və Avropa Şurasının adını çəkdiyim ekspertlər komitəsinin 25-ci plenar iclasında ölkəmizin mənfi reytinqinin 5-ci pilləyə qaldırılması barədə qərar qəbul edilmişdir. Yəni bu, altı pilləlik dəyərləndirmə sistemidir və qanunun qəbul olunmaması ucbatından vəziyyət bu cürdür. Reqlamentə görə monitorinq rejiminin 6-cı pilləsinin tətbiqi ölkəmiz barədə Avropa Şurasının mənfi beynəlxalq ictimai açıqlamalarla çıxış etməsini nəzərdə tutur. Bu isə Azərbaycan Respublikası barədə çirkli pulların yuyulmasına qarşı fəaliyyətdə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərdə dünya ictimaiyyəti ilə əməkdaşlıq etmək istəməyən ölkə kimi rəy formalaşdıra bilər.
Bu amillər respublikamızın beynəlxalq mövqeyinə, habelə hazırda həyata keçirilən irimiqyaslı iqtisadi layihələrə, o cümlədən iqtisadi-maliyyə qurumları ilə münasibətlərdə investisiya cəlbediciliyinə də mənfi təsir göstərə bilər. Bu sözləri deməklə, ilk növbədə, həmkarlarımı bu qanun layihəsinin konseptual baxımdan beynəlxalq öhdəlik kimi birinci oxunuşda qəbuluna səs verməyə dəvət edirəm. Gələcəkdə, yəqin ki, payızda bütün müddəalarla bağlı işçi qrupu ilə birlikdə hər iki komissiyada daha geniş müzakirələr keçirəcəyik. Qanun layihəsinin birinci oxunuşda qəbulu Avropa Şurası ilə əməkdaşlıq baxımından bizim üçün həddindən artıq vacibdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təbii ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakı olmayan bir şəxs kimi kənardan belə bir qanunun qəbul olunmasını müsbət qarşılamalıyıq. Amma Azərbaycanın reallıqlarını nəzərə alaraq hesab edirəm ki, Azərbaycan iki seçim qarşısında idi. Normal islahatlar apararaq Azərbaycan cəmiyyətinin yeniləşməsi baxımından bu vacib idi.
Birincisi, maliyyə amnistiyası elan edərək bütün çirkli pulların leqallaşdırılmasının qeyri-kriminal bir variantını seçərək sonradan istehsalla məşğul olmaq. İkincisi, cəmiyyətdə iqtisadi proseslərdə iştirak edən bütün subyektlər üçün bərabər şərait yaradaraq qısa müddətdə tərəqqiyə nail olmaq. Əlbəttə, bu bizim fikrimizdir. Amma zaman göstərdi ki, bir çox qurumlarda onların polisləri yaradıldı, istintaq orqanları yaradıldı.
Bu gün siz sahibkar, yaxud digər iqtisadi sferada çalışan şəxslər arasında sorğu keçirsəniz, görərsiniz ki, onların hamısı keçmiş “OBXS” sisteminə rəhmət oxuyurlar. Onlar çox narahatçılıqla çoxsaylı istintaq orqanlarının, çoxsaylı polislərin fəaliyyəti nəticəsində ağır şəraitdə iqtisadi fəaliyyətlərini həyata keçirə bilirlər.
Amma mən hörmətli Əli müəllimin bu arqumentini əsas hesab edirəm ki, beynəlxalq konvensiyalarda belə bir qanunun qəbul olunması ilə bağlı bizim üzərimizdə öhdəlik var və bu bizim seçdiyimiz ikinci yoldur. Çox təəssüf ki, burada cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasından daha çox məqsədyönlü şəkildə hədəfə götürülmüş müəyyən şəxslərə istiqamətlənməsi tendensiyasını hiss edirəm. Ona görə də düşünürəm ki, bu qanunun müsbət və mənfi tərəfləri hər halda yaxın zamanlarda bizim üçün daha aydın görünəcəkdir.
Konkret olaraq, qanun layihəsi ilə bağlı mən iki qısa iradımı bildirmək istəyirəm. Bəlkə də mən bunu doğru anlamamışam. Ona görə istəyirəm ki, Əli müəllim də bu məsələyə münasibətini bildirsin. 5-ci maddədə göstərilir ki, vəkillər, notariuslar, hüquqi xidmət göstərən digər şəxslər və auditor xidməti göstərən şəxslərdə öz müştərilərinin əməliyyatları barədə şübhələr varsa, onlar müəyyən sənədləşmələr aparmalı, həmçinin bu məsələlər barədə məlumat verməlidirlər. Mənə elə gəlir ki, bu, yeni bir xəbərçilik institutunun, yaxud bəzi şəxslərin peşə fəaliyyətinə aid olmayan işlərlə məşğul olmasına şərait yaradacaqdır. Məsələn, vəkil üçün artıq ciddi bir problem ortaya çıxacaq ki, bu kiminsə hüququnu müdafiə etməlidir. Üstəlik hüququnu müdafiə etdiyi şəxsdən şübhələnmək və şübhələndiyi sənədləri toplamaq vəzifəsini də onun üzərinə qoyuruq. Eyni zamanda, bu da istintaq prosesində, fikrimcə, ciddi problemlər yaradacaqdır. Belə bir nəzarət mexanizmi yaradırıqsa, onda istintaq orqanlarına dövlət niyə bu qədər maaş verir? Dövlətin özünün istintaq orqanları var, onlar araşdırmalıdır, onlar tapmalıdır, onlar aşkara çıxarmalıdır. Bunu biz müəyyən şəxslərin üzərinə qoymaqla cəmiyyətdə Pavlik Marozovçuluğu stimullaşdırmağa başlayırıq. Bu doğru yanaşma deyil. Bu cür ictimai peşəni daşıyan şəxslər müqavilə əsasında hansısa bir fəaliyyəti üzərinə götürürsə, peşəkar fəaliyyəti həyata keçirməyi üzərinə götürürsə, onların üzərinə belə bir vəzifənin qoyulması, məncə, doğru məsələ deyil və gələcəkdə ciddi problemlər yarada bilər.
7-ci maddədə də bir məsələyə aydınlıq gətirilməsini istəyirəm. Burada silahlı separatizmdən, ekstremizmdən, muzdluluqdan söhbət gedir. Bəs həmin pullarla silahsız separatizmi dəstəkləmək normal qarşılanırmı? Yəni bütövlükdə separatizmin silahlı və ya silahsız variantını müəyyən etmək çətin deyil. Amma burada əgər separatizmdən söhbət gedirsə, bunun silahsız variantı da, başqa variantları da nəzərdə tutulmalıdır. Muzdluluqdan söhbət gedirsə, burada silahlı muzdlu olmaya da bilər, məsələn, kriminal muzdluluq da ola bilər. Məsələn, oğurluqla, soyğunçuluqla bağlı heç bir silah işlətmədən cinayət törədə bilərlər. Ona görə də bu kimi nüansların da qanunda nəzərdə tutulmasını istərdim. Qanun layihəsi tərtibat və qanunvericilik texnikası baxımından normaldır. Dediyim kimi, bu qanunun gələcəkdə cəmiyyət üçün nə dərəcədə faydalı olub-olmayacağı barədə düşünməyə dəyər. Hesab edirəm ki, əgər belə bir narahatçılıq olmasaydı, bu qanunun qəbulu indiki şəraitdə faydalı olardı və biz də buna səs verərdik. Amma hələlik mən bu narahatçılığa görə bir az məsələyə tərəddüdlə yanaşıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fazil müəllim. Amma narahatlığa əsas yoxdur. Bu hələlik birinci oxunuşdur, konseptual cəhətdən təqdim ediblər. İkinci oxunuşda narahatlığımız olsa, deyərik. Vahid Əhmədov, buyurun.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılması, həmin vəsaitlərin terrorçuluqda, narkotik biznesində istifadəsinə qarşı mübarizə son zamanlar beynəlxalq aləmi narahat edən əsas məsələlərdən biridir. İnkişaf etmiş dövlətlərdə, xüsusən Avropa ölkələrində xüsusi qanunlar qəbul edilmiş, cinayət-prosessual məcəllələrə dəyişikliklər edilmişdir. Dövriyyədəki pul kütləsinə, bank hesablarına nəzarət olunmayan, ölkənin külli miqdarda valyutasının ölkədən çıxarılmasına cinayətkar qurumlar tərəfindən nəzarət edilən ölkələrdə bu cinayət əməli geniş yayılmışdır. MDB məkanında da SSRİ dağıldıqdan sonra yaranan nəzarətsizlik bu kapitalın kommersiya strukturlarına və özəlləşdirilən dövlət müəssisələrinə cinayətkar formada müdaxiləsinə şərait yaratmışdı.
Bizə təqdim olunan qanun layihəsində 3 əsas prinsipə fikir vermək lazımdır. Burada birincisi eyniləşdirmə prosesidir. Yəni pul əməliyyatı aparan və ya hansısa əmlaka malik təşkilat yalnız 20 min manatdan yuxarı məbləği rəsmiləşdirməlidir, bunu sənədləşdirməlidir. Bu məbləğin niyə məhz 20 min manat göstərilməsi sual doğurur. Burada həm fiziki, həm hüquqi şəxslər var. Fiziki şəxslərin pul dövriyyəsi ilə hüquqi şəxslərin pul dövriyyəsi arasında çox böyük fərq var. Ona görə də hesab edirəm ki, buradakı 20 min manat məsələsinə yenidən baxmaq lazımdır.
İkinci əsas məsələ sənədlərin qorunması və saxlanmasıdır. Qanuna uyğun olaraq sənədlərin 5 il qorunub saxlanması nəzərdə tutulur. Amma mən hesab edirəm ki, digər xarici dövlətlərin qanunlarında da bu, nəzərdə tutulur. Əgər manatla gedən hesablar nəzərdə tutulursa, burada 5 il müddəti kifayətdir, amma xarici valyuta ilə hesablarla bağlı 5 il müddəti olduqca azdır, 10 il müddətində saxlamaq lazımdır. Bu əməliyyatları yoxlamaq, xarici dövlətlərlə əlaqə saxlamaq, lazım olan sənədləri almaq müəyyən vaxt tələb edir. Ona görə də bu müddətin 10 il olması daha məqsədəuyğundur.
Əsas məsələ keçirilən əməliyyatlar barədə vaxtında məlumat verməkdir. Qanun layihəsində bunun üçün 3 gün göstərilir. Mənə elə gəlir ki, bu vaxt normaldır və qanun layihəsində olduğu kimi, elə 3 gün müddəti də saxlanılmalıdır. Bilirsiniz ki, əsasən, bankların müxbir hesabları vasitəsi ilə çirkli pulların yuyulması həyata keçirilir. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri müəyyən firmanın bank hesabına köçürülür, sonra gizli firma vasitəsi ilə bir hesabdan başqa hesaba və ya bir bankdan başqa banka köçürülür. Bunu hətta kompüter vasitəsi ilə izləmək həddən artıq çətin olur. Təcrübəli təsərrüfat rəhbərlərinin və ya baş mühasiblərin həmişə özlərinin balansında məxfi hesabları olur. Bu hesablarda istənilən vəsaiti gizlətmək mümkündür. Heç bir nəzarət orqanı həmin hesabları tapmaq iqtidarında deyildir.
Qanun qəbul ediləndən sonra ən çox məsuliyyət daşıyan orqan kimi Milli Bank olacaqdır. Milli Bankın üzərinə çox böyük məsuliyyət düşür. İlk növbədə normativ sənədlərin işlənib hazırlanması, kredit təşkilatlarının eyniləşdirmə əməliyyatlarındakı həqiqəti üzə çıxarmaq, daxili nəzarət formasını tətbiq etmək və sair vəzifələr Milli Bankın üzərinə düşən ən ciddi vəzifələrdir. Avropa və MDB dövlətləri ilə iki və çoxtərəfli müqavilələrin bağlanması, transmilli kriminal şirkətlərin narkotiklərlə, terrorizmlə əlaqədar Azərbaycan ərazisindən istifadəsinə yol verilməməsi, Avropanın maliyyə və daşınmaz əmlak bazarında çirkli pulların yuyulmasının qarşısının alınması, külli miqdarda valyuta ehtiyatlarının ölkədən çıxarılmasının qarşısının alınması və sair vacib məsələlər Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdəndir.
Bildiyimiz kimi, Azərbaycan dövlətinin bu gün artıq 3 milyard dollara yaxın xarici borcu var. Nəzərə almaq lazımdır ki, xarici borcu ödəmək üçün Azərbaycan dövləti həmin cinayət yolu ilə əldə olunmuş çirkli pullardan da istifadə edə bilər. Yaradılmış monitorinq orqanı, yəni bank kreditorlarla danışıqlar aparmaqla cinayət yolu ilə əldə edilmiş vəsaitlərin müəyyən hissəsinin həmin borca silinməsi məsələsi üzərində də iş aparmalıdır. Hal-hazırda Rusiya kimi bir dövlətdə bu əməliyyat həyata keçirilib.
Qanun layihəsinin bir sıra maddələri ilə bağlı bizim komissiyanın da iradları var. 12-ci maddədə rüblük dövriyyəsi 50 min manatdan az olan monitorinq iştirakçısından bəhs edilir. Monitorinq iştirakçısı olan qruplar üçün 50 min manat çox az məbləğdir. Bu məbləğ digər qanunlarda, o cümlədən Avropa dövlətlərinin qanunlarında təxminən 150-200 min nəzərdə tutulur ki, rüblük dövriyyəsi bundan aşağı olanlar monitorinqə məruz qalmırlar.
İkinci əsas məsələ müştərilərin eyniləşdirilməsi prosesidir. Layihənin yalnız 9, 12-ci maddələrində nağd şəkildə aparılan əməliyyatların eyniləşdirilməsi tədbirlərinin limitdən yuxarı olan halları nəzərdə tutulur. Burada qeyri-nağd formada aparılan əməliyyatlara da nəzarəti artırmaq lazımdır.
Qanun layihəsində digər məsələlərə də nəzər yetirmək lazımdır. Komissiyada maliyyə monitorinqi orqanı ilə əlaqədar da məsələ qaldırıldı. Əgər qanun layihəsində bu orqanın yaradılması, səlahiyyətləri əksini tapıbsa, həmin orqana qarşı tələblər də öz əksini tapmalıdır.
Əli müəllim çıxışında bir sıra məsələləri qeyd etdi. Mənə elə gəlir ki, birinci oxunuş üçün qanun layihəsi konseptual cəhətdən qəbul oluna bilər. Amma sonradan, ikinci, üçüncü oxunuşlarda bu qanun layihəsi ilə əlaqədar bizim də təkliflərimiz, yəqin, nəzərə alınacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Parlamentdə bu qanun layihəsinin qəbulu Azərbaycanın həmin istiqamətdə qoşulduğu bir sıra beynəlxalq sənədlərin, o cümlədən Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında beynəlxalq konvensiyaya qoşulmasının məntiqi davamıdır. Məndən əvvəl çıxış edən deputat həmkarlarım qanun layihəsi ilə bağlı konkret məqamlara toxundular. Mən bir sıra konseptual məqamlara toxunmaq istərdim.
İlk növbədə qeyd etmək lazımdır ki, beynəlxalq terrorçuluğun xeyli hissəsi böyük güclərin toqquşmasının və ikili standartların nəticəsidir. Ona görə məntiqi bir sual əmələ gəlir. Belə bir qanunun qəbul edilməsi, bütün mərhələlərdən keçərək Azərbaycan qanunvericiliyini tamamlaması beynəlxalq terrorizmin ən qəddar, qeyri-insani tərkib hissəsi olan erməni terrorizminin aradan qaldırılmasına necə kömək edəcək? Konkret rəqəmlərlə çıxış edək. Bizə ən azı 600 milyard dollara kimi birbaşa ziyan dəyib. Qızıl, su ehtiyatlarımızın, meşələrin istismarı və digər sərvətlərimizin talan edilməsi ilə milyardlarla ziyan dəyib. Milyardların ölçüsünə gəlməyən intellektual mülkiyyətimizə nə qədər böyük ziyan dəyir. Ona görə də bu qanun layihəsinə çox mühüm bir məqamı əlavə etməyə ehtiyac var. Bu layihənin 20-ci maddəsinin 6-cı bəndində öz əksini tapmış tezis yeni bir 7-ci bənd ilə tamamlanmalıdır. “Həm Azərbaycan Respublikasının ərazisində, həm də digər ölkələrin ərazisində müsadirə edilmiş pul vəsaitləri və ya digər əmlak beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycana verilə bilər” tezisi həmin bənddə əksini tapmalıdır. Zamanı çatanda bizim qarət edilmiş vəsaitlərimizin Azərbaycana qaytarılması məsələsi həll edilməlidir. Əgər belə bir qanun qəbul ediriksə, niyə beynəlxalq güclərin maraqlarının ifadəsi olmalıdır? Azərbaycanın da maraqları ifadə edilməlidir.
İkinci, cinayət yolu ilə qazanılmış pulla kölgə iqtisadiyyatı məsələsinin bir-birinə qarışdırılması Azərbaycan üçün çox böyük təhlükə yarada bilər. Buna da diqqət etmək lazımdır. Belə bir qanun qəbul ediləndən sonra Azərbaycanda bilavasitə qeyri-neft sahələrinin inkişafı üçün zəruri olan vəsait ayrılan, bu istiqamətdə işlər görülən, kölgə iqtisadiyyatının leqallaşdırılması istiqamətində addımlar atılan zaman bu qanunun maddələri mane olacaqmı?
Üçüncü mühüm əhəmiyyət kəsb edən məsələyə də toxunmaq istəyirəm. Bugünkü rəqəmlərdən çıxış edib deyirəm. 2 il bundan qabaq Azərbaycanda qoyulan investisiya Azərbaycanın ümumi daxili məhsulunun 35 faizi səviyyəsində idi. Bu, məqbul hesab olunan səviyyədən 10 bənd çox idi. Bu il 20 faiz, 2 ildən sonra 13-15 faiz olacaq. Bu artıq məqbul hesab olunan həddən iki dəfə aşağı deməkdir. Biz çalışacağıq ki, bu kapitala amnistiya istiqamətində addımlar ataq. Həmin kapitala, kölgə iqtisadiyyatının vəsaitlərinə amnistiya istiqamətində addım atanda belə bir qanun bizə mane olmayacaqmı?
Mən növbəti bir sualı qaldırmaq istərdim. Burada bilavasitə çirkli pullarla bağlı xeyli məqam var, amma sui-istifadə hallarına da yol verilən müddəa var. Bunlardan sui-istifadə ediləndə necə olacaq? Mən bir misal çəkim. Azərbaycanın rəsmi statistika idarəsinin açıqlamalarına görə xaricdə olan azərbaycanlılar hər il Azərbaycana 600-700 milyon dollar vəsait göndərirlər. Bəzi qeyri-rəsmi ekspert hesablamalarına görə bu rəqəm bəzən 2-3 dəfə çox göstərilir. 7-ci maddədəki limit – 20 min hesabda oturandan sonra bayaq dediyim sui-istifadə hallarında həmin insanlar incidilməyəcəklərmi? Bu cür suallara ikinci oxunuşda cavablar tapılmalıdır. Biz də artıq bu qədər vəsaitdən qeyri-neft sahələrinin xeyrinə istifadə edə bilərik. Sabah, doğrudan da, əgər bu qanunda hansısa maddələr beynəlxalq təşkilatların xoşuna gəlməsə, bizim xaricdə olan hesablarımızın bağlanılmasına qədər gedə bilərlər. Ona görə də təklif edirəm ki, bu qanun layihəsi ikinci oxunuşa çıxarılan zaman Azərbaycanın imicinə xələl gətirəcək amillər, bəhanələr olmasın deyə mütləq beynəlxalq təşkilatların rəyi də nəzərə alınmalıdır. Onsuz da açıq formada təkidlə qəbul olunan qanundur.
Nəhayət, əgər, həqiqətən, terrorizmə qarşı mübarizə aparılırsa, ikili standartlardan əl çəkilməli, terrorizmlə mübarizənin müasir strategiyası hazırlanmalı və həmin mübarizənin də mühüm tərkib hissələrindən biri bu cür model qanunlar olmalıdır. Əgər bu yoxdursa, onda məşhur ingilis yazıçısının dediyi fikir işləyəcək: “Pul insanın altıncı hissidir, həmin altıncı hiss işləməyəndə yerdə qalan beş hiss də işləmir”. Belə olan halda inkişaf etmiş ölkələrdə bu qanun işləmirsə, deməli, Azərbaycanda da işləməyəcək. Azərbaycan əleyhinə sui-istifadənin qarşısını almaq üçün cilalanmış bir qanunun qəbul olunmasını təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siz özünüz də dediniz ki, birinci oxunuşdur. Müzakirə edirik, təklifləriniz varsa, verin, komissiyada baxılsın. Təkliflərinizi verin, biz etiraz etmirik. Pənah Hüseyn buyursun.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Burada qanun layihəsinin konsepsiyasını başa düşə bilmirəm. Aydın məsələdir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinə və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə aparılmalıdır, mövcud qanunvericilik var. Qanunvericiliyə görə hər bir kriminal əməl üçün cəza nəzərdə tutulmuşdur.
Sözün doğrusu, burada bəzi yoldaşlarımızın, hər hansı bir cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı olmayan vətəndaşlarımızın da narahatlığını səmimi qəbul edirəm. Amma mahiyyət etibarı ilə başa düşmürəm. Növbəti bir qanun da burada açıqca izah olunduğu kimi, öhdəliklə bağlı qəbul edilir. Bunu qəbul etmək, təsdiqləyib bizim qanunvericilik sisteminə daxil etmək lazımdır. Bu qanun, təbii ki, işləməyəcəkdir, bunu hamımız bilirik. Xüsusilə də burada əyləşən mütəxəssislər, ekspertlər bilirlər ki, növbəti işləməyən bir qanun qəbul ediləcəkdir. Amma nə vaxtsa belə bir qanunun işləməsi üçün lazım olan sistem yaradılacaqdır.
Mənim çıxışımın mahiyyəti başqadır. Hesab edirəm ki, bu layihə payız sessiyasına saxlanacaq. Həqiqətən, bu məsələlərdə müəyyən irəliləyişlərə nail olmaq istəyiriksə, buna ciddi yanaşırıqsa, o halda Fazil bəyin toxunduğu problemləri daha konkret ifadə etmək istəyirəm. Bu qanunun qəbul edilməsi ilə yanaşı, təcili şəkildə, çox sürətlə, ümumiyyətlə, əmlakın leqallaşdırılması prosesini həyata keçirmək lazımdır. 1990-cı illərin əvvəllərində Türkiyə türkcəsində “ağlama qanunu” deyilən qanunlar dəfələrlə müzakirə olunubdur. Müvafiq Prezident sərəncamları var. Səhv etmirəmsə, Əbülfəz Elçibəyin bu barədə sərəncamında həmin problemə toxunulmuşdu. Heydər Əliyevin dövründə sahibkarlıq fəaliyyətinə əngəl olan əlavə maneələrin aradan qaldırılması ilə bağlı bir Prezident sərəncamında bu məsələyə toxunulmuşdu.
Amma nəhayət, hamımıza aydın olan çox sadə bir şəkildə Azərbaycan vətəndaşının əmlakının, buraya pul vəsaiti də daxildir, deklorasiyasını həyata keçirmək lazımdır. Yəni biz müvafiq qanun hazırlayıb qəbul etsək, Azərbaycan vətəndaşının əmlakının, pul vəsaiti də daxil olmaqla reyestrini keçirsək, onu qeydə alsaq, yalnız bundan sonra pul və digər əmlak məsələlərinə nəzarət mümkündür. Amma çox böyük təkidlərə baxmayaraq, qanunvericilikdə xüsusilə dövlət qulluğunda çalışan və başqa vəzifəli şəxslərin əmlakı barədə bəyannamə təqdim etmələri ilə bağlı müvafiq müddəalar vardır. Bir daha təkrar edirəm, bu real olaraq həyata keçirilmir. Niyə həyata keçirilmir? Bu vəsaitlər, əmlaklar qeydə alınmayacaqsa, belə bir qanunun işləməsi barədə, ümumiyyətlə, danışmaq gülüncdür. Hamımız bilirik, buradakı iqtisadçılar, yəqin, təsdiq edərlər, Azərbaycanda hətta rəsmi banklarımızda aparılmış müəyyən əməliyyatlar haqqında məlumatların müqayisəli təhlili göstərir ki, pul dövriyyəsinin təxminən 60 faizə qədəri qeyri-leqal şəkildə, kölgə iqtisadiyyatı vasitəsi ilə həyata keçirilir. Bunu, sadəcə olaraq, dayandırmaq mümkün deyil. Əgər bu dayanarsa, Azərbaycan iqtisadiyyatı iflic vəziyyətə düşə bilər.
Hörmətli deputatlar, konkret olaraq hörmətli Sədrə müraciət edirəm. Nəzərə alsaq ki, bu qanun layihəsi payız sessiyasına saxlanılacaqdır, müəyyən müddəalarda cilalanma getməlidir, bəzi məsələlərə aydınlıq gətirilməlidir və yaxud təhlükəli məsələlər aradan qaldırılmalıdır. Bunların hamısı aydındır və yəqin ki, qanun layihəsinin müzakirəsi gedəcəkdir. Mən təklif edirəm ki, rəsmi və ya şifahi şəkildə müvafiq şöbələrə tapşırıq verilsin. Azərbaycanda leqal şəkildə, qanuni yolla qazanılmış əmlak da qeydiyyatda deyildir. İşin bu tərəfi də var. Halal, qanuni yolla qazanılmış bir çox əmlak da qeydiyyata alınmamışdır. Ölkənin siyasi rəhbərliyi ilə danışıqlar aparılsın, Prezident Aparatı ilə, dövlət başçısı ilə müəyyən məsələlər razılaşdırılsın. Həqiqətən, Azərbaycanda “ağlama qanunu” deyilən bir qanunun qəbul edilməsi inzibati bir dəyişiklik yaradardı. Məhkəmə qərarları qəbul edilənə qədər, cinayət faktları aşkar olunanadək Azərbaycan vətəndaşının mənbəyi soruşulmadan əmlakının qeydə alınması prosesini həyata keçirək, bu qanun layihəsində deyildiyi kimi, həmin əmlakı leqallaşdıraq, sonra cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və digər əmlak, xüsusilə terrorizmə qarşı mübarizə haqqında daha ciddi şəkildə danışaq.
Heç bir tərəddüdə yol vermədən qanunu qəbul etmək lazımdır. Bu qanun layihəsinin hətta ikinci, üçüncü oxunuşunu keçirmədən indi də qəbul etmək prinsipcə mümkün idi. Bunun ciddi təsiri olacağına, iqtisadiyyatın tənəzzülə uğrayacağı barədə sözləri mən o qədər də təhlükəli hesab etmirəm, bu müddəalar işləməyəcəkdir. Bir halda ki müəyyən müddət, vaxt vardır, bu cür qanunların işləməsinə çalışmalıyıq. Əslində, bundan da mühüm olanı ölkəmizin kriminallaşmış iqtisadi sistemini və mülkiyyət münasibətlərini, hətta bəzən qanuni yolla qazanılmış əmlakı məcburi şəkildə kriminal əmlaka çevirən bu sistemi dəyişmək istəyiriksə, yuxarıda qeyd etdiyim qanunu təcili şəkildə hazırlayıb həyata keçirməliyik. Buna siyasi iradə lazımdır, çünki bundan sonra müəyyən şəxslərə, sahibkarlara, müəssisələrə, o cümlədən siyasi rəqiblərə, yaxud onları müdafiə edən şəxslərə təzyiq etmək bir qədər çətinləşəcəkdir. Amma strateji maraqlarımız bunu tələb edir. Hörmətli Oqtay müəllimdən xahiş edərdim ki, bu məsələni nəzarətə götürsün. Azərbaycanda varlı adamların, bunun kasıblara aidiyyəti yoxdur, halal və ya şəraitlə bağlı vəsait, əmlak əldə etmiş insanların var-dövlətlərini, əmlaklarını qanuniləşdirək, leqallaşdıraq və sonra isə ciddi şəkildə kriminal və cinayət yolu ilə qazanılan vəsaitlərin və əmlakın leqallaşdırılmasına qarşı mübarizə aparaq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, bu qanun layihəsi birinci oxunuşda konseptual cəhətdən qəbul edilə bilər. Siyavuş Novruzov. Xahiş edirəm, qısa danışasınız.
S. Novruzov. Çox aktual və zəruri bir qanunun layihəsidir. Mən hesab edirəm ki, bunu qəbul etməliyik. Konseptual baxımdan qeyd olundu, deputat həmkarlarım da fikirlərini bildirdilər. Mən də bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm.
Forddan soruşurlar ki, əmlakın haqqında hesabat verə bilərsənmi? Deyir ki, birinci milyon haqqında heç bir hesabat verə bilmərəm, yerdə qalan bütün mülkiyyətim haqqında nə qədər desəniz hesabat verə bilərəm. Birinci milyon bu və ya digər yolla qazanılır, nə isə dolaşıqlıq olur, qalanları artıq təmiz qaydada əldə edilir. Deyir ki, yerdə qalan yüz milyonların hesabatını verə bilərəm, amma birinci milyonun hesabatını verə bilmərəm. Bir quruluşdan, bir sistemdən başqa bir sistemə keçid dövründə, mülkiyyət münasibətlərinin bir formadan başqa bir formaya keçməsi nəticəsində belə amillər ortaya çıxıbdır.
Burada əmlakın leqallaşdırılması ilə bağlı fikir söylənildi. Mən də buna tərəfdaram. Amma bu leqallaşdırma gələcəkdə digər şəxslərin də cinayət yolu ilə müəyyən mülkiyyəti ələ keçirmələri üçün bir baza olmamalıdır. Həmkarım Pənah Hüseyn, yəqin, Baş nazir işləyən vaxt tədarükünü görüb, indi onu leqallaşdırmaq istəyir. Mən hesab etmirəm ki, bu formada ola bilər. Ümumiyyətlə, bu qanunun qəbul edilməsinə tərəfdaram və hesab edirəm ki, biz buna daha ciddi şəkidə yanaşmalıyıq. Özəl mülkiyyətə keçid sistemində bu mülkiyyətin proporsional olmayan qaydada bölüşdürülməsi məsələsinə də burada yanaşma ciddi olmalıdır. Bütün dünya ölkələrində özəlləşdirilmə olub. Sonra həmin əmlak yenidən dövlət mülkiyyətinə keçib və sonradan ədalətli özəlləşdirilmə aparılıbdır. Bu, inkişaf etmiş ölkələrdə də vaxtı ilə belə olub, hazırda da davam edir və gələcəkdə də davam edəcəkdir. Ona görə də bu məsələlərə ciddi yanaşmaq lazımdır.
Hesab edirəm ki, bu iki qanun qəbul olunmalıdır. Birinci, vəsaitin əldə edilməsi, ikinci isə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun olmalıdır. İki başqa-başqa qanun qəbul edilməlidir. Bunlar bir-birinə uyğun gələn məsələlər deyil. Ola bilər ki, əmlak və pul vəsaiti cinayət yolu ilə əldə olunub, lakin terrorçuluğun maliyyələşdirilməsinə heç bir aidiyyəti yoxdur. İkinci, terrorçuluğun maliyyələşdirilməsində bunun hansı rol oynadığı tamam başqa bir məsələdir. Buna da ikinci oxunuşda baxılmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bu qanun layihəsi, doğrudan, çox çətin bir qanun layihəsidir. Burada çıxış edən həmkarlarımızın, məsələn, Əli Məsimlinin dediyi məsələlərdə çox böyük həqiqətlər var, gələcəkdə bunlardan Azərbaycana qarşı istifadə edə bilərlər. İkinci oxunuşa qədər layihə üzərində işləyə, öz fikirlərimizi deyə bilərik. Xahiş edirəm, birinci oxunuşda qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 17.35 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 87
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşudur. Eldar İbrahimov buyursun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlumat vermək istəyirəm ki, Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanun layihəsi Milli Məclisdə birinci oxunuşda müzakirə olunarkən çıxış edən hörmətli həmkarlarım qanun layihəsinin vacibliyini, aktuallığını, qəbul edilməsinə ehtiyac olduğunu bildirməklə yanaşı, ölkəmizin bu məhsullarla dünya bazarına, xüsusən də Avropa bazarına inteqrasiya olunmasında mühüm əhəmiyyət kəsb etməsini söyləmişlər.
Bununla yanaşı, hörmətli deputatlar layihə ilə əlaqədar bir çox iradlar, rəy və təkliflər də bildirmişlər. Bu təkliflərə işçi qrupunda baxılmış, komissiyada müzakirə edilmiş və qanun layihəsi ikinci oxunuş üçün hazırlanarkən, əsasən, nəzərə alınmışdır.
Milli Məclis Sədrinin birinci müavini hörmətli Ziyafət Əsgərov qanun layihəsi barədə bir çox təkliflərini bildirmiş, əsasən, layihənin adında və mətnindəki “ekoloji” sözünün məhsulun ekoloji cəhətdən təmiz olmasını bütün hallarda ehtiva etmədiyini və Azərbaycan dili qaydalarının tələblərinə uyğun olmadığını nəzərə alıb qanun layihəsinin adının “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” olmasını təklif etmişdir və bu təklifi bir çox deputat həmkarlarım dəstəkləmişlər. Komissiya müzakirə zamanı verilən təkliflərlə razılaşaraq qanun layihəsinin adının “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” olmasını məqsədəmüvafiq hesab etmişdir. Bununla əlaqədar qanun layihəsinin mətnində də müvafiq dəyişikliklər edilmişdir.
Hörmətli deputat həmkarım Nizami Xudiyevin təklifi ilə layihənin 1-ci maddəsinin 2-ci bəndi “Bu Qanunda işlədilən “ekoloji təmiz” anlayışı beynəlxalq qanunvericilikdə işlədilən “bioloji”, “üzvi” və “təbii” anlayışları ilə eyni mənanı ifadə edir” kimi yeni redaksiyada verilmişdir.
Hörmətli millət vəkili Əli Məsimli ekoloji təmiz kənd təsərrüfatının insan sağlamlığı, insan kapitalı və iqtisadiyyatın davamlı inkişafı ilə bilavasitə əlaqədar olduğuna görə strateji əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Onun bir sıra irad və təklifləri nəzərə alınmış və layihəyə yeni əlavə olunmuş 9-cu maddənin 5-ci bəndi bu məsələyə həsr edilmişdir.
Hörmətli deputat həmkarım Elton Məmmədovun layihədə ekoloji təmiz kənd təsərrüfatının elmi təminatına aid müddəanın əks olunmasına dair təklifi nəzərə alınmış və layihənin 20-ci maddəsində bu məsələ əks olunmuşdur.
Deputat həmkarım Fuad Muradova qanun layihəsini yüksək qiymətləndirdiyinə və “biz bu Qanunla Avropaya çıxa bilərik” fikrinə görə təşəkkür edirəm. Onun qanunun reallaşdırılması mexanizminin açılmasına dair təklifi nəzərə alınaraq, layihəyə ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin təşkili qaydalarına həsr olunan yeni 9-cu maddə əlavə olunmuşdur.
Hörmətli həmkarım Vahid Əhmədovun təklifləri ilə razılaşaraq, layihənin 6-cı, 7-ci və 10-cu maddələrində bir sıra dəyişikliklər aparılmış, 11-ci, 12-ci, 13-cü maddələr yenidən işlənmişdir.
Vacib məsələlərdən biri də ekoloji təmiz kənd təsərrüfatının maliyyə təminatıdır. Bu məsələ qanun layihəsinin 19-cu maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafının maliyyə təminatı Azərbaycan Respublikasının büdcə qanunvericiliyi ilə müəyyən ediləcəkdir.
Qanun layihəsinin birinci oxunuşunda, habelə komissiyanın müzakirəsində deputat həmkarlarım, komissiyanın bütün üzvləri fəal iştirak edərək bir çox dəyərli irad və təkliflərini bildirmiş və buna görə də qanunda 15-ə qədər maddədə düzəlişlər aparılmışdır. Müzakirə zamanı deputatlarla yanaşı müvafiq nazirlik və komitələrin nümayəndələri də layihə ilə əlaqədar öz təkliflərini bildirmişlər. Onların da təklifləri nəzərə alınaraq müvafiq dəyişikliklər və düzəlişlər aparılmışdır. Eyni zamanda, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına qəbul edilməsi ərəfəsində olması nəzərə alınaraq qanun layihəsinin birinci oxunuşdan sonra bu təşkilatın tələblərinə uyğunluğu baxımından qiymətləndirilməsi üçün layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanın Ticarət və İnvestisiya İslahatlarına dəstək Proqramının nümayəndəliyinə göndərilmiş və müvafiq rəy alınmışdır. Onu da qeyd etmək istəyirəm ki, dünən Milli Məclisin Sədri cənab Oqtay Əsədovun yanında Milli Məclisin gündəliyinin müzakirəsi zamanı hörmətli Valeh müəllim Ələsgərov təklif etdi ki, layihədən 5.0.1 və 5.0.2-ci maddələr tamamilə çıxarılsın. 19.1-ci maddədən isə “ekoloji təmiz kənd təsərrüfatının inkişafının maliyyə təminatında göstərilən dövlət büdcəsindən ayırmalar” sözləri çıxarılsın. Biz Valeh müəllimin təklifləri ilə razılaşdıq, üçüncü oxunuşda bu məsələlər öz əksini tapacaqdır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, qanun layihəsi Milli Məclisdə birinci oxunuşda müzakirə edildikdən sonra bu gün sizin müzakirənizə verilən variant Prezident Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi və İqtisadi siyasət şöbəsi ilə razılaşdırılmışdır. Onu da bildirirəm ki, bu ilin iyul ayında ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi Komitəsində keçiriləcək iclasda ətraf mühit və təhlükəsizlik məsələsinə dair məruzə müzakirə ediləcəkdir. Həmin məruzədə hazırda bəşəriyyəti çox ciddi narahat edən problemin – ətraf mühitin çirklənməsinin məhdudlaşdırılması forması kimi ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsinə xüsusi önəm verilir. Mən və həmkarlarım ölkəmizdə belə bir qanunun qəbul edilməsi barədə iştirakçılara məlumat verəcəyik. Hesab edirəm ki, bu, həmin problemin həllinə Azərbaycanın mühüm töhfəsi olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İkinci oxunuşdur. Nizami Xudiyev buyursun.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsini keçən dəfə çox geniş şəkildə və dolğun müzakirə etdik və çoxlu təkliflər oldu. İndi Eldar müəllimin çıxışını dinlədim. Layihəni oxuyandan sonra gördüm ki, bütün təkliflər nəzərə alınıbdır və müvafiq şəkildə lazımi ölçülər götürülübdür. Bu qanun çox əhəmiyyətli və müasir dövr üçün çox gərəkli bir qanun olmalıdır. Ona görə də bunun mükəmməl işlənməsi və təqdim edilməsinə çox ciddi ehtiyac vardır.
Hər şeydən əvvəl, bu qanun layihəsinin birinci cümləsində deyilir: “Bu Qanun Azərbaycan Respublikasında insanların, torpağın, heyvanların və bitkilərin sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir”. Bu çox yaxşıdır. Ancaq bu qanunun şərtlərinə çox ciddi şəkildə əməl etmək lazımdır. Ona görə ki, indi əvvəlki dövr deyil, hamı, təcrübəsi olan da, olmayan da kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Lazım oldu-olmadı gübrələri torpağa səpmək ekoloji cəhətdən çox yararsız məhsulların alınmasına səbəb olur. Ona görə də buraya bir neçə maddənin əlavə olunması zəruridir.
Burada qəribə bir müddəa var. Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Doğrudan da, bəzən kənd təsərrüfatı məhsullarını bazardan alırsan, aparırsan, görürsən tamamilə başqa bir dad verir. Artıq həmin məhsulları satanlara da ciddi tələblər qoyulur. Bu şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Yaxud “Mübahisələrin həlli” adlanan maddədə deyilir: “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, markalanması, saxlanılması, daşınması və satışı ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur”. Bunlar çox düzgün maddələrdir, qanunauyğun olaraq bu layihəyə salınıbdır. Mən bunu çox yüksək qiymətləndirirəm, kaş bizim bütün layihələr belə mükəmməl və təkliflər nəzərə alınmaqla qəbul olunaydı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Astan Şahverdiyev.
A. Şahverdiyev. Oqtay müəllim, çox sağ olun. Mən də qanunun çox mütərəqqi olmasını, lazımlı olmasını keçən dəfə, birinci oxunuşda qeyd etmişdim. Birinci oxunuşda qeyd edilən iradlar bu qanun layihəsində öz əksini tapmışdır. Amma bununla bağlı mənim bir fikrim var. 17.3-cü maddədə deyilir: “Ehtiyac yarandığı hallarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanılmasında qanunvericiliklə nəzərdə tutulan qaydada istilik, təzyiq...” İstiliklə təzyiq texnoloji prosesin parametrləridir. Burada “nəmlik” sözü çatışmır, müəyyən miqdarda nəmlik də olmalıdır. Xahiş eləyirəm, bu, nəzərə alınsın. Bir də icazə verilən qazlardan istifadə oluna bilər. Orada qazdan istifadə oluna, qaz mühiti yaradıla bilər. Rusca buna “Ð³Ð°Ð·Ð¾Ð²Ð°Ñ Ñфера” deyirlər, qaz mühiti olmalıdır orada. Ən nəhayət, “ekoloji təmiz kənd təsərrüfatının elmi-metodik təminatı” daha uyğun gəlir, burada istehsal proseslərindən söhbət getsə, metodika hökmən olmalıdır. “Elmi” sözündən sonra “metodik” sözünün əlavə olunmasını təklif eləyirəm. Bütövlükdə mən qanun layihəsinə səs verəcəyəm və onu da dəstəkləyirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu qanun layihəsi üzərində çox işlənilib, dünən bir saat müzakirə etdik. Çıxışlar da qurtardı. Eldar müəllim, Siz öz fikrinizi bildirdiniz. Mən təklif eləyərdim ki, bu deyilən məsələlər də nəzərə alınmaqla, layihəni üçüncü oxunuşda da səsə qoyaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qanun layihəsini ikinci oxunuş üçün əsas kimi qəbul eləməliyik, fəsil-fəsil qəbul etdikdən sonra üçüncü oxunuşda səsə qoyarıq. Xahiş eləyirəm, qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 17.47 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 1
İştirak edir 91
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Qanun layihəsi beş fəsildən ibarətdir. Əgər etiraz yoxdursa, iki-üç fəsli bir yerdə səsə qoyaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş eləyirəm, I, II fəsillərə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 17.48 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 90
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. III, IV, V fəsillərə münasibət bildirin.
Səsvermənin nəticələri (saat 17.48 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 88
Nəticə: qəbul edildi
Çox sağ olun. Nəhayət, qanun layihəsini ikinci oxunuşda bütövlükdə səsə qoyuruq.
Səsvermənin nəticələri (saat 17.49 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, üçüncü oxunuşda da münasibət bildirək.
Səsvermənin nəticələri (saat 17.49 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən düzəlişlər haqqında söylədim. Çox sağ olun, qəbul edildi. Nəhayət, bugünkü axırıncı məsələ Biometrik informasiya haqqında qanun layihəsi haqqındadır. Layihəyə üç komissiyada baxılıb. Rəbiyyət Aslanova, bir də Şəmsəddin Hacıyev, lazım olsa, danışarlar. Buyurun, Rövşən Rzayev.
R. Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün Biometrik informasiya haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə edilir. Birinci oxunuşun stenoqramı və müzakirədə səslənən hər bir təklif nəzərdən keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş 2007–2012-ci illər üçün “Azərbaycan Respublikasında Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə” Dövlət Proqramı icra edilir. Dövlət Proqramının iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələ 2007–2009-cu illər üçün bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsini və biometrik eyniləşdirmə sistemi ilə bağlı yeni normativ hüquqi aktların hazırlanması və qəbul edilməsini və digər məsələləri əhatə edir. İkinci mərhələdə isə 2010–2012-ci illərdə biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi və onların təkmilləşdirilməsi nəzərdə tutulur. Beləliklə, qanunun qəbul edilməsi vahid Dövlət Proqramının vəzifələrindən biridir.
Birinci oxunuşda səslənən təkliflər nəzərə alınmaq şərti ilə qanun layihəsi işçi qrupu tərəfindən təkmilləşdirilib. Yeni variant sizlərə paylanmışdır. Beynəlxalq praktika nəzərə alınaraq 3-cü maddənin 3.2.6-cı bəndində “fondunun” sözü əvəzinə “məlumat bankının” sözlərindən istifadə edildi. Nizami müəllim İsgəndərovun təklifinə əsasən 6-cı maddənin 6.0.4, 6.0.6, 6.0.7-ci bəndlərindən “formada”, “formasında”, “formasına” sözləri müvafiq olaraq “formatda”, “formatında”, “formatına” sözləri ilə əvəz edildi. Biometrik məlumatların müxtəlif ekspertizalarda ifadəsini nəzərə alaraq 7-ci maddənin 7.0.12-ci bəndində “biometrik məlumatlar əsasında tibbi ekspertizaların keçirilməsi” cümləsi “biometrik məlumatlar əsasında lazımi növ ekspertizaların keçirilməsi” cümləsi ilə əvəz edildi. 9.1.6-cı maddədə fərdi identifikasiya nömrəsi anlayışı verildi.
2.2-ci maddədə deyilir: “Biometrik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla onların toplanılması, işlənilməsi və mühafizəsi qaydası Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir”. Burada qaydaların qanunla deyil, müvafiq icra orqanı tərəfindən müəyyən edilməsi təklif olunur. Bu təklif qəbul olunmur, çünki gələcəkdə fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanunu qəbul ediləcəkdir.
Qanunvericilik texnikası baxımından layihə yenidən işlənmişdir. Hesab edirik ki, layihəyə edilən əlavə və dəyişikliklər nəzərə alınmaq şərti ilə qəbul edilə bilər. Odur ki, hörmətli millət vəkillərindən xahiş edirik, qanun layihəsini ikinci oxunuşda dəstəkləsinlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Yevda Abramov.
Y. Abramov. Çox sağ olun, Oqtay müəllim. Keçən dəfə, birinci oxunuşda bu qanun layihəsi haqqında biz kifayət qədər mülahizələrimizi demişdik. Komissiyalarda da layihə müzakirə olundu. Mənim bir təklifim var, Oqtay müəllim. Onsuz da bu qanun layihəsi ilə bağlı nə komissiyada, nə də keçən iclasda iradlar oldu, ümumiyyətlə, mükəmməl qanun layihəsidir. Mən təklif edirəm ki, qanun layihəsini elə üçüncü oxunuşda da qəbul edək və ona uğur diləyək, fəaliyyətə başlasın. Mənim təklifim bundan ibarətdir.
Sədrlik edən. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Biz prosedur qaydalarımıza əməl etməliyik. Ona görə xahiş eləyirəm, əvvəl qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbuluna münasibət bildirin.
Səsvermənin nəticələri (saat 17.54 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 93
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Qanun layihəsi dörd fəsildən ibarətdir. IV fəsil “Yekun müddəalar” adlanır. Etiraz yoxdursa, dörd fəsli bir yerdə səsə qoyaq. Xahiş eləyirəm, dörd fəslə, I-IV fəsillərə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 17.55 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Çox sağ olun. Qanun layihəsini bütövlükdə səsə qoyuram.
Səsvermənin nəticələri (saat 17.55 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs verməd 0
İştirak edir 100
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Nəhayət, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.
Səsvermənin nəticələri (saat 17.56 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs verməd 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Çox sağ olun, qanun qəbul edildi. Hörmətli millət vəkilləri, gündəlikdəki məsələlərimiz qurtardı. Diqqətinizə çatdırım ki, iyun ayının 19-da Azərbaycan parlamentinin 90 illiyinə həsr olunmuş yubiley iclasımız olacaq. Bu iclasa dünyanın 35 ölkəsindən, 4 beynəlxalq təşkilatdan çox nüfuzlu nümayəndə heyətləri dəvət olunublar. 9 ölkənin parlament sədrləri, 17 ölkənin parlament sədrlərinin müavinləri və digər ölkələrdən dostluq qrupları və komitə rəhbərləri gəlirlər. İyunun 19-da Allah qoysa, yubiley təntənəsində görüşərik. Sağ olun.