Azərbaycan Respublikası Milli Məclisi Sədrinin Sərəncamı

       № 04-VII             

 

 

Bakı şəhəri                                                         01 oktyabr 2024-cü il

 

Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası

Federal Məclisinin parlamentlərarası əməkdaşlıq

komissiyasının və Azərbaycan Respublikası Milli Məclisi və

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının

parlamentlərarası əməkdaşlıq komissiyasının nümayəndə

heyətlərinin tərkibinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 31-ci maddəsinə əsasən qərara alıram:

1. Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının və Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının nümayəndə heyətləri aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Azərbaycan Respublikası Milli Məclisi və

Rusiya Federasiyası Federal Məclisinin

parlamentlərarası əməkdaşlıq komissiyası

 

  1. Əli Əhmədov – Milli Məclis sədrinin birinci müavini, komissiyanın həmsədri 
  2. Ağalar Vəliyev – Milli Məclisin deputatı, komissiya həmsədrinin müavini
  3. Əli Hüseynli – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri
  4. Arzu Nağıyev – Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
  5. Hicran Hüseynova – Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin komitəsinin sədri
  6. Polad Bülbüloğlu – Milli Məclisin Mədəniyyət komitəsinin sədri
  7. Mixail Zabelin – Milli Məclisin deputatı
  8. Azər Badamov – Milli Məclisin deputatı
  9. Azər Allahverənov – Milli Məclisin deputatı
  10. Nizami Səfərov – Milli Məclisin deputatı
  11. Rasim Musabəyov – Milli Məclisin deputatı
  12. Mübariz Qurbanlı – Milli Məclisin deputatı
  13. Asif Əsgərov – Milli Məclisin deputatı
  14. Eyvaz Qurbanov – Milli Məclisin deputatı
  15. Mehriban Vəliyeva – Milli Məclisin deputatı
  16. Heydər Əsədov – Milli Məclisin deputatı
  17. Bəxtiyar Əliyev – Milli Məclisin deputatı
  18. Pərvin Kərimzadə – Milli Məclisin deputatı
  19. Anar Məmmədov – Milli Məclisin deputatı
  20. Sevinc Hüseynova – Milli Məclisin deputatı

 

Azərbaycan Respublikası Milli Məclisi və

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının

parlamentlərarası əməkdaşlıq komissiyası

 

  1. Ziyafət Əsgərov – Milli Məclis sədrinin müavini, komissiyanın həmsədri
  2. Azər Əmiraslanov – Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
  3. Polad Bülbüloğlu – Milli Məclisin Mədəniyyət komitəsinin sədri
  4. Xanlar Fətiyev – Milli Məclisin deputatı
  5. Fariz İsmayılzadə – Milli Məclisin deputatı
  6. Bəhruz Məhərrəmov – Milli Məclisin deputatı
  7. Mixail Zabelin – Milli Məclisin deputatı
  8. Nəsib Məhəməliyev – Milli Məclisin deputatı
  9. Afət Həsənova – Milli Məclisin deputatı
  10. Elnarə Akimova – Milli Məclisin deputatı


2. Azərbaycan Respublikası Milli Məclisi sədrinin “Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının nümayəndə heyətinin tərkibinin təsdiq edilməsi haqqında”    2023-cü il 16 iyun tarixli 296-VI nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

3. Bu Sərəncam yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddəti ərzində qüvvədədir.

4. Azərbaycan Respublikası Milli Məclisinin Aparatı bu Sərəncamdan irəli gələn müvafiq tədbirləri həyata keçirsin.

 

Sədr                                                                                   Sahibə Qafarova

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU