RÜSTƏMXANLI Sabir Xudu oğlu

Dairə: 61 saylı Neftçala seçki dairəsi

1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan ol¬muşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplo¬mu ilə bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. Azərbaycanın xalq şairidir. Polşanın əməkdar mədəniyyət xadimidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycanda və xaricdə nəşr edilmiş 60-dan çox kitabın müəllifidir. Rus dilini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.
1967–1978-ci illərdə «Ədəbiyyat və incəsənət» qəzetinin redaksiyasında kiçik ədəbi işçi, baş ədəbi işçi, xüsusi müxbir, şöbə müdiri işləmiş, hərbi xidmət keçmiş¬dir. 1978-ci ildən «Yazıçı» nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor vəzifələrində çalışmışdır. 1989–1991-ci illərdə «Azərbaycan» qəzetini təsis edib onun ilk baş redaktoru olmuşdur. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992−1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışmışdır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Mədəniyyət komitəsinin, Beynəlxalq münasibətlər və parla¬mentlərarası əlaqələr komitəsinin, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Almaniya, Hindistan, Koreya, Qazaxıstan, Meksika, Özbəkistan, Pakistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Vətəndaş Həmrəyliyi Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU