ƏLİYEV Rauf Asif oğlu
1956-cı il mayın 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft və qaz quyularının qazılması fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir.
AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvüdür.
1978-ci ildən Bakı Qaz İstehsalat İdarəsində böyük mühəndis işləmişdir. 1983-cü ildən Azərbaycan Dövlət Peşə Təhsili Komitəsi sədrinin köməkçisi, Xalq Təhsili Nazirliyinin idarə rəisi olmuşdur. 1991-ci ildən «İnbak» firması baş direktorunun müavini, 1994-cü ildən Azərbaycan Respublikası gənclər və idman nazirinin köməkçisi, nazirliyin işlər müdiri, 2000–2005-ci illərdə «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin rəisi vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Ailə, qadın və uşaq məsələləri komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, Xorvatiya, Kolumbiya, Koreya, Qırğızıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var.
Əmək və sosial siyasət komitəsi
Ailə, qadın və uşaq məsələləri komitəsi
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Təbriz Ağayev