QULİYEV Ülvi Zahid oğlu

Dairə: 15 saylı Yasamal birinci seçki dairəsi

1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Əməkdar məşqçi, əməkdar idman ustasıdır. Karate idman növü üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidentidir. Dünya Karate Federasiyası (WSKF) Texniki komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir.
1988-ci ildən aptekdə provizor, baş provizor, aptek müdiri işləmişdir. 2002-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə «Gömrükçü» İdman-Sağlamlıq Mərkəzi baş direktorunun müavini vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2018–2020-ci illərdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri olmuşdur.
Milli Məclisin Səhiyyə komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU