ARPADARAİ Nigar Cavid qızı
1982-ci il yanvarın 17-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pillələrini bitirmişdir. Rus və ingilis dillərini bilir.
2002–2005-ci illərdə Yunanıstan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfirinin köməkçisi, 2005–2006-cı illərdə Avropa İttifaqının TACIS layihəsinin ofis meneceri, 2006–2008-ci illərdə Avropa İttifaqının Azərbaycan üzrə xüsusi elçisinin köməkçisi, 2008–2009-cu illərdə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi, 2009–2015-ci illərdə «Azerfon» şirkətinin meneceri, şöbə müdiri vəzifələrində çalışmış, 2015–2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya departamentinin direktoru olmuşdur.
Bitərəfdir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Belçika, Böyük Britaniya, Çili, Ekvador, Fransa, Norveç, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi
Avropa Şurası Parlament Assambleyası
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Ekvador parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Efiopiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Bəhruz Teymurov