FƏTƏLİYEVA Sevinc Həbib qızı

Dairə: 30 saylı Suraxanı birinci seçki dairəsi

1979-cu il avqustun 17-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 80-dən çox məqalə, tezis və metodik vəsaitin müəllifidir. İngilis və rus dillərini bilir.
2003-cü ildən Bakı Slavyan Universitetində müəllim kimi fəaliyyətə başlamışdır. 2006-cı ildən həmin universitetin İngilis filologiyası kafedrasının müdiri vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı Beynəlxalq əlaqələr şöbəsinin müdiridir.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Belçika, Çili, Fransa, İsveç, Qətər, Latviya, Misir, Norveç, Peru, Yaponiya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
2015–2017-ci illərdə AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi, 2016–2018-ci illərdə Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri olmuşdur.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU